7 minute read

TƏBII VƏ SÜNI IÇIQLANMA VAXTI NATURADAN ÇƏKILIŞ

Next Article
ƏDƏBIYYAT

ƏDƏBIYYAT

vasitələrlə reklam plakatında istifadəyə hazırlanması;

TƏBİİ VƏ SÜNİ İŞIQLANMA VAXTI NATURADAN ÇƏKİLİŞ

Advertisement

Fotoqrafiyanın yaranan andan bu günümüzə kimi davam edən inkişafının ən gözəl və yaddaqalan mənzərəsi heç şübhəsiz elə əvvəlcədən agla qaranın, işıqla kölgənin təzadının bütünlükdə foto nümunələrilə üz-üzə, göz-gözə qalanlara estetik zövqlə yanaşı, həm də duygulandırıcı ovqat bəxş etməsidir.

Əlinə ilk dəfə fotoaparat alan və fotoqrafiya sənətinin zirvəsini fəth etməyin yollarının çox asan oldugunu güman edən həvəskarlar bir qayda olaraq çəkilişləri havanın günəşli və işıqlı vaxtında aparmaga üstünlük verirlər. Bunu təkcə fotoaparatların lentlə işlədiyi vaxtlarda etmirdilər. Həmin hal indinin özündə - fototexnikanın bu qədər inkişaf etdiyi bir zaman da təkrarlanır. Bütün aparılan davamlı müşahidələrdən gəlinən nəticə budur ki, fotoqrafların müxtəlif nəsillərini arasında obrazlı desək, “qaranlıqdan qorxma” sindromu yaşanmaqdadır. Çox təəssüf ki, belələri “Görəsən qaranlıqda və yaxud da işıq az olan yerdə şəkil çəkməyin nəyi pisdir?” sualına cavab tapmayıblar və yaxud da buna heç cəhd də etməyiblər.

Çox vaxt fotoqrafiyanı rəssamlıqla müqayisə edənlər və bu sənətlərin arasında kifayət qədər oxşarlıqların mövcudlugu fikrində olanlar qənaətimizcə yanılmırlar. Əgər fotoaparatı əlinə yeri gələndə ailə tədbirlərini və oldugu turist gəzintilərini xatirə naminə görüntüyə almaq istəyi ilə alanları nəzərə almasaq, fototexnika ilə nisbətən ciddi təmasda olmaq istəyənlərdə rəssamlıq duyumunun olması çox önəmlidir. Dogrudan da ətraf mühiti, bizi əhatə edən gerçəkliyi başqalarından fərqli görmək, həyatda mövcud olmasına baxmayaraq öz varlıgını və gözəlliyini yalnız duyumsal və diqqətli adamlara açan obyektləri üzə çıxarmaq bacarıgı hər kəsdə olmur. Belə adamlar qaranlıqdan “qorxan” bəzilərindən fərqli olaraq günün hər saatında, hər anında, eləcə də günəşin çıxmasında oldugu kimi onun qürub çagında da, təbii ki, həm də şəhərin gecə mənzərəsini, onun ulduzlar kimi sayrışan

işıqlarını kameranın yaddaşına köçürməkdən böyük zövq alırlar. Bizim aramızda elə təbiət vurgunu var ki, çoxlarının heç vaxt görmədiyi və görə bilməyəcəyi təbiətin insanı duygulandıran gözəlliyini, az-az adamın ayagı dəydiyi hansısa meşədə qərar tutan və qeyri-adi forması ilə adamı heyrətə gətirən azman bir agacın fotosunu şəkib bu gözəlliyi başqaları ilə də bölüşmək xatirinə əlinə fotoaparat alıb. Belələri az deyil. Etiraf edək ki, çoxumuz həyatda qəflətən rastlaşdıgımız qəribə və qeyri-adi gözəllik qaynaqlarını fotoaparatın yaddaşına köçürmək istəmişik və çox vaxt da həmin anda buna texniki imkanımız olmadıgından təəssüf hissi keçirmişik. Yəni, bu dediklərimizdə əsas niyyətimiz bizi əhatə edən gerçəklikdə gündüzün gecə, gecənin də gündüz kimi estetik tutumlu oldugunu bildirməkdir. Sadəcə, gündüzdə bu gözəlliyi görmək istəyən və görə bilənlər onu qaranlıqda da, başqa cür desək, işıq az olan yerdə də aşkar etçəyi, başqaları üçün də gözəllik qaynagına çevirməyi bacarmalıdırlar. Amma yazıqlar olsun ki, aqillərin dili ilə desək, “Hamı baxır, amma hamı görə bilmir”. Nə etmək olar, bu da Tanrının biz insanlara bəxş etdiyi bir qabiliyyətdir, bəlkə də istedaddır...

Heç şübhəsiz işıqdan istifadə fotoqrafiyada çox önəmlidir. Belə ki, yalnız çəkiləcək kadrda işıqkölgə həllinin düzgün mütənasibliyini əldə etməklə nəzərdə tutulan görüntünün ugurlu fotosunu ərsəyə gətirmək mümkündür.

Açıq havada naturadan çəkilişlərin təbii işıqda aparılması heç kim sirr deyil. Bəzi çəkilişlər istisna olmaqla demək olar ki, qalanları səmadan süzülən

Zəif həssaslığa malik plyonkadan istifadə edilən zaman açıqqalma müddətində cəld hərəkət edən obyektin çəkilişi. təbii işıgın altında keçirilir. Başqa sözlə desək, bu məkanda hər şey təbiidir. Belə bir məkanda çəkilişə qərar verən fotoqraf diqqətli müşahidə ilə naturada gördüklərində hifz olunan estetik tutumu üzə çıxara bilən məqamın bilavasitə günün hansı məqamında yetişəcəyini görməyi və duymagı bacarmalıdır. Belə ki, işıq nə qədər təbii olsa da, məkanda görünənləri eyni estetik tutumda işıqlandırmır. Onun suya,yaşıllıga,daşa, torpaga və insanlara təsiri müxtəlifdir. Bu müxtəliflikdə sadalananların zahiri görkəminin rəngarəng çalarlara bələnməsi də yəqin ki, təbiidir. Ancaq bu təbiiliyin görünənlərin ümumi estetik tutumuna “ziyan” gətirməməsinə nail olmasının heç şübhəsiz fotoqrafın naturadan şəkil çəkməyin bədii-texniki imkanlarına bələdçiliyindən keçdiyi birmənalıdır desək, yanılmarıq. Etiraf edək ki, gerçəklikdə görünən obyektlərdə və çoxsaylı əşyalarda günün əksər vaxtında onların tutumunu bütün məziyyətləri ilə üzə çıxarmaga imkan verən amillər olur. Qənaətimizcə bu amilin obyetə yönəli və sonradan dəyərləndirilə biləcək göstəricisi çəkiliş zamanı fotoqrafın seçdiyi nöqtə və tətbiq etdiyi rakursdur.

Diqqətli müşahidələrin müqabilində günün hansı çagında memarlıq abidəsinin qabarıqlıgı onun tutumunu aşkarlayan iri detalların və xırda elementlərin bədii-estetik dəyərini cəlbedici görüntüyə çevirdiyini müəyyənləşdirmək mümkündür. Bunu günəşin işıgını əsirgəmədiyi dənizkənarı qayalıqların, qumun sinəsində zümrüdü “qaş”a bənzəyən üzüm meynələrinin, İçərişəhərin labirintəbənzər küçələrinin, bir-birinə “dayaq”duran yastı damlı evlərinin gün ərzində rənginə və zahiri tutumuna verilən forma-biçim oynaqlıgında obyektlərin naturada, təbii işıq altında özünəməxsus bədii-estetik məziyyətə malik oldugunu görmək mümkündür.

Fotoqraflar tərəfindən müxtəlif obyektlərin gecə görüntüsünü özündə əks etdirən natura çəkilişləri də əsasən təbii işıq altında aparılsalar da, keyfiyyətli fototexnikanın köməyi ilə onların qeyri-adi cazibədarlıgına nail olunması adi gözlə belə görünəndir. Çox vaxt onlardakı forma-biçim oynaqlıgı, rəng çalarlarının bollugu gündüzdəki tutumuna nisbətən o dərəcədə fərqli olur ki, fotoqraf sənətkarlıgını dəyərləndirməklə yanaşı, heyrətini

TƏBİİ VƏ SÜNİ İŞIQLANMA VAXTI NATURADAN ÇƏKİLİŞ |59|59 Bu meşə mənzərəsinin zərif çalağlarını onun mavi rəngə bələnməsi xüsusi vurğulayır.

gizlədə bilmirsən. Başqa sözlə desək, qaranlıgın da öz bənzərsiz estetik tutumu vardır və bunu bədiitexniki vasitələrlə üzə çıxarmaq fotoqrafdan obyektə diqqət və texnikanın bədii-texniki imkanlarına bələdçiliyi tələb olunur...

Bununla belə təbii işıq altında klassik mənada qəbul olunan naturadan çəkilişləri də aparmaq mümkündür. Yəni, burada fotoqrafiyanın əhatə etdiyi bütün janrlara aid nümunələr yaratmaq olar. Onu da etiraf edək ki, günəş şüaları altında qum üzərində yaradılmış meyvə natürmortunun oyatdıgı ovqat otaqda qurulmuş natürmortdan çox fərqlidir.

Dərinliyin dəqiqliklə çəkilişi. f/16 diafraqma və fokus nöqtəsinin qurulması sayəsində ön plandan arxa plana qədər dəqiqlik zonası aydın görünür.

Belə ki, açıq havada meyvələrin üzərinə düşən işıgın yaratdıgı oynaqlıq, müxtəlif formalı bu təbii nemətlərin bir-birinin üzərində əks olunan rənginin oyatdıgı rəngarənglik, onlara yerdən dəyən istilik bütövlükdə kadrın çox oynaq tutuma malik bir görkəm almasını şərtləndirir.

Elə açıq havada lentə alınan portretdə eyni bədii-estetik dəyişikliklərin yaranmasını izləmək mümkündür. Günəş altında oturmuş naturanın geyimin rəngindən asılı olaraq duyulası refleks bolluguna düşəcəyi birmənalıdır desək, yanılmarıq. Yuxarıdan düşən işıgın və geyimin üst hissəsindən əks olunan refleksin modelin çöhrəsində yaratdıgı çalar oynaqlıgının kadrda bütün incəliyinə kimi hiss olunan rəngarəngliyi heç şübhəsiz onunla göz-gözə, üz-üzə qalan hər kəs üçün duygulandırıcı olacaq. Əminik ki, makoobyektivlə lentə köçürülən belə portretin müsbət duygular aşılayacagı birmənalıdır.

Çoxdan fotoqrafiyanın nəhayətsiz texniki potensialının sayəsində onun bədiiliyinə nail olunsa da və hələ də bəzi bədxahlar onu bədii tutumlu hesab etməsələr də, düşünürük ki, naturadan təbii işıq altında müxtəlif foto ustalar tərəfindən çəkilmiş görüntülər heç də rəssamlıq əsərlərindən az bədiiestetik dəyərə malikdirlər.

İnteryerdə və studiya şəraitində, yəni, süni işıgın köməkliyi ilə çəkilişlərdə də ugurlu kadrlar əldə etmək mümkündür. Heç şübhəsiz təbii işıqda çəkilən şəkillərlə müqayisədə, süni işıqda müxtəlif formabiçimli obyektə və ayrı-ayrı əşyalara texnika vasitəsilə duyulası təsir etmək müəyyən qədər çətindir. Məsələn, hər hansı memarlıq abidəsinin interyerində və yaxud da məşhur muzeylərin rəssamlıq əsərləri asılmış ekspozisiyasında təkcə fotoqrafa mənsub olan texniki vasitələrlə cəlbedici foto-görüntü əldə etmək çox çətindir. Başqa sözlə desək, bu prosesdə

heç şübhəsiz adlarını qeyd etdiyimiz obyektlərin özlərinə daima yaraşıq və süni işıq verən çilçıragların yardımçı rolu ola bilər. Odur ki, belə obyektlərin özü çox vaxt özünün orijinal bədii-estetik tutumu ilə fotoqraflar üçün təbii studiyaya çevrilir.

Yeri gəlmişkən qeyd edək ki, məşhur fotoqrafların bu sahədə yaddaqalan sənət nümunəsi sayıla biləcək foto nümunələrinin çoxu məhz memarlıq abidələrinin və muzeylərin interyerində görüntüyə alınmışdır. Onların arasında bilavasitə muzeyin daxili görüntüsü olan fotolar da var, bir çox modellər üçün fon-yerlik rolunu oynayan interyer təsvirləri də...

Yuxarıda qeyd etdiyimiz kimi, interyerlərdə naturadan çəkilişlər məna-məzmun tutumuna görə çox müxtəlif ola bilər. Təbii işıqda fotoobyektivin tuşlandıgı çeşidli obyektlər zaman-zaman süni işıqda çəkilən fotolar üçün də çəkiliş materialına çevrilə bilər. Bu cür yanaşma ilə süni mənbə ilə arzulanan işıq səviyyəsini yaradandan sonra bu şəraitdə çeşidli məna-məzmun daşıyıcısı olan fiqurlu kompozisiya, portret, natürmort və s. çəkmək mümkündür. Foto-qıgılcımın görüntüyə alınan obyekti qəfil işıqlandırmasının yaratdıgı sünilikdə alınacaq ümumi təsvirin bədii-estetik tutumunu aşagı salan məqamlar oldugundan, fotoqrafiyaya yeni gələnlər ilk təcrübələrində bu çatışmazlıgı prosesdə daha keyfiyyətli texnikadan istifadə ilə kompensasiya edə bilərlər.

Çox vaxt fotoqrafların mərasimlərdə, müxtəlif məzmunlu tədbirlərdə foto-qıgılcımdan istifadələri də daha çox həmin obyektlərdə buna şərsaitin olmaması, məkanda qələbəliyin duyulası olması ilə baglıdır. Əminik ki, hər bir fotoqrafın təbii və süni işıq altında naturadan çəkilişlərinin aparılmasının ugurlu sonluga aparan yolu həmişə oldugu kimi prosesə kömək edəcək məqsədli

müşahidələrin aparılmasından, obyektin kadrda düzgün yerləşdirilməsindən, işıq mənbəyi ilə işləmək bacarıgından, foto-qıgılcımdan məntiqlə istifadədən, etibarlı dayanacagın qurulmasından, kadrın və rakursların maraqlı olmasından və s. keçir.

ÇALIŞMALAR:

1. Qum üzərində qurulmuş meyvələrdən ibarət natürmortun çəkilişi və fotoqrafika yolu ilə açıqcada istifadəyə hazırlanması; 2. Günəşli vaxtda qədim memarlıq abidəsinin çəkilişi və fotoqrafika yolu ilə göstərici reklam üçün hazırlanması; 3. Açıq havada oturmuş qocanın portretinin çəkilişi və foqrafika vasitəsilə çapa hazırlanması; 4. Süni işıqla işıqlandırılmış muzey salonunun çəkilişi və fotoqrafikanın müdaxiləsi ilə reklam bukletində istifadəyə hazırlanması; 5. Studiyada süni işıq altında tələbə qız portretinin çəkilişi və fotoqrafika yolu ilə kitabda istifadəyə hazırlanması;

Ekspozisiya “çəngəli” çəkilənlərin içərisində ən azı bir kadrın düzgün olmasına zəmanət verir.

This article is from: