5 minute read

GIRIŞ

Next Article
ƏDƏBIYYAT

ƏDƏBIYYAT

(FOTOQRAFİKA FƏNNİNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ)

“Fotoqrafika” anlayışı təbii ki, XIX əsrdə kəşf olunan fotoaparatın ötən müddətdə davamlı olaraq sərgilədiyi möcüzələrə yaradıcı insanların yeni bədii-estetik dəyərlər əlavə etməsinin nəticəsində meydana gəlmişdir. Heç şübhəsiz nə adi fotoqrafiya nümunəsi, nə də onun əlavə insan müdaxiləsindən sonra yaranan geniş fotoqrafika sahəsi bir vaxtlar bəzilərinin düşündüyü kimi rəssamlıgı aradan çıxarmadı. Ancaq məşhur alman rəssamı Herhard Rixterin təbirincə desək, “Ən qüsursuz rəsm” olaraq qaldı. Elə bu səbəbdən də ona olan ehtiyac durmadan artdı. Əgər fotoqrafiyanı incəliklər toplusunu xatırladan bir sənət sahəsi kimi qəbul etsək və ondakı bu zəriflik heç də nə rəngkarlıq, nə də musiqi əsərindəkindən az deyildir desək, heç də yanılmarıq. Təbii ki, bu cəlbedicilik birdən-birə yaranmamışdır...

Advertisement

Bu mənada ilk vaxtlarda, daha dəqiq desək, 1839-cu ildə ibtidai fotoaparatın çəkdiyi ağ-qara pozativ şəkilləri yaradıcı axtarışın zirvəsi hesab edənlərin sonrakı dövrlərdə davamlı axtarışların sayəsində bu uğurlu başlanğıcı fotoqrafiyanın inkişaf tarixini və bədii-texniki imkanlarının dairəsini daha da zənginləşdirən rəngli şəkillərin yaradılması ilə yeniləşdirmələrini qeyd etmək lazımdır. XX əsrin ikinci yarısından başlayaraq yeni-yeni, ən nəhayət, rəqəmsal fotoaparatların yaradılması ilə fotoqrafiyanın texnoloji baxımdan duyulası dərəcədə zənginləşməsi baş verdi. Bütün bunların qarşılığında foto sənətinin bədii-estetik tutumunun kifayət qədər fərqli məziyyətlərlə yeniləşməsi təbii və qaçılmaz idi. Bu mənada fotoqrafikanın yaranması bunun əyani görüntüsü oldu.

Dogrudan da çox qısa zaman kəsiyində bədii-texniki imkanlarının bolluğu kifayət qədər qabarıq duyulan fotoqrafika bu sahənin sənətin digər növlərində bərabər hüquqlu iştirakçı olmaqla, tətbiq olunan sahənin bədii-estetik məziyyətlərini duyulası fərqlə dolğunlaşdıra bilməsi onun varlıgını, yayılmağa və genişlənməyə haqqının çatdığını sübut etmiş oldu. Bu gün onun həyatımızın əksər sahələrinə təsirini müşahidə etməyimizin qarşılığında onun fotoqrafiya sənətinin ayrılmaz tərkib hissəsi olaraq bir fənn kimi öyrənilməsinə də ehtiyac duyulur desək, həqiqəti söyləmiş olarıq.

Belə ki, “Fotoqrafika” doğrudan da kreativ-yaradıcı düşüncənin formalaşmasında mühüm rolu olan, dizayn və reklam sahəsində yaradıcı vəzifələrin uğurlu həllinə təsir edən güclü vərdişlər toplusu kimi dəyərləndirilməyə layiq olan fənndir. Sizə təqdim olunan və özündə nəzəriyyə ilə təcrübəni birləşdirən bu dərsliyin də başlıca məqsədi oxucusunu foto sənəti və onun daha da bədiiləşdirilməsini şərtləndirən fotoqrafika sahəsi ilə yaxından tanış etməkdir. Düşünürük ki, özündə müxtəlif texniki və bədii yönümlü mövzuları əhatə

edən dərsliyin materiallarını mənimsəməklə fotoqrafiya texnikasına və texnologiyasına, reklam-dizayn işlərində mövcud olan birrəngli və rəngarəng xarakterli kompozisiya həllində tətbiq olunan vərdişlərin möhkəmləndirilməsinə, obrazlı, assosiasiya-anım yarada bilən düşüncə tərzinin inkişafına, əldə olunmuş biliklərin sayəsində fotoaparatın idarə olunan yaradıcı vasitəyə çevrilməsinə nail olmaq mümkündür.

Dərslik bu sahədə mövcud olan beynəlxalq nəzəri - təcrübi bilik və vərdişlərin ümumiləşdirilmiş və anlaşıqlı təqdimatı olmaqla, quruluşu etibarilə silsiləvi “nəzəriyyə-təcrübə-təhlil-təcrübə” prinsipinə əsaslanır və tələbələrin fotoqrafiyanın əlifbasından başlayaraq dəyərli foto əsərlərinin, dizayn işlərinin və foto təsvirlərə əsaslanan layihələrin yaradıcısına çevrilməsinə imkan verir.

Fənnin mahiyyətini açıqlamalı olsaq, onda öncə fotoqrafikanın tətbiqi fotoqrafiyada, kommersiya reklamlarında, plakatda və poliqrafiyada bütün mənalarda özünü doğruldan funksional-əməli əhəmiyyət daşıdığını vurgulamalıyıq. Belə ki, bizim günlərdə onun çeşidli texnikasından bədii fotoqrafiyada, bəzən də hətta reportaj xarakterli şəkillərin hazırlanmasında geniş istifadə olunur. Bu daha çox onlarda təsviri tərəfin qabardılmasına az ehtiyac olanda tətbiq olunur. Bir qayda olaraq ətraflı xırdaçılıqdan “azad olunmuş” bu süjetli təsvirlər son nəticədə foto-rəsmə çevrilməklə əlavə ifadə gücü əldə etmiş olurlar.

Öz texniki effektlərinin zənginliyinə görə fotoqrafika çox vaxt birbaşa rəssam-qrafiklərə də təsir göstərir və onlar bu təcrübədən istifadə etməklə bəzən hətta əllə çəkdikləri rəsmləri fotoqrafikanın texniki imkanları vasitəsilə yaradılmış təsvirlərlə qoşalaşdırırlar.

Rəssamlıq təhsili verən ali məktəblərdə fotoqrafiyanın və fotoqrafikanın texnikası tədris edilir. Belə dərslərdə tədris olunan mühazirə kurslarında onun dinləyiciləri fotoqrafiyanın tətbiqi formasından tutmuş (afişa,reklam,təqvim) kitab illüstrasiyasına, televiziya zastavkasına və plakata kimi bütün növləri və janrları ilə tanış olurlar. Bu dərslərin nəzərdə tutulan və yaddaqalan təcrübi nəticəsi heç şübhəsiz tələbələrin öyrəndiklərini fərdi yaradıcılıqlarına tətbiq etməklə orijinal biçimli, sintetik bir əsər ya-

ratmaları olur. Bəlkə də elə fotoqrafika və qrafikanın texnikalarının sintezini əldə etməklə birincinin indiki şəraitdə daha böyük önəm kəsb etdiyinə şahidlik edirik. Deməli, XX əsrin əvvəllərində fotoqrafiya texnikası sahəsində əldə olunan təcrübə onilliklər keçəndən sonra onun incəsənət sahəsində tətbiqinə tam haqq qazandırmağa gətirib çıxarıb.

Yeri gəlmişkən deyək ki, fotoqrafika kursları tələbələrin vizual savadının inkişafına, onlarda şəkilin estetik və obrazlı məzmununu görmək bacarığının formalaşmasına yardımçı olmaqla, reportaj və reklam, eləcə də sənədli və texniki xarakterli çəkilişlərin yer aldığı xüsusi professional tapşırıqları həll etmələrinə kömək edir.

FƏNNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

Fənnin öyrənilməsində əsas məqsəd memarların və dizaynerlərin bədii, sənədli və texniki fotolardan istifadə ilə işlədikləri layihələrin yaradılmasında tələb olunan vacib bilik və vərdişlərin əldə olunmasından, yaradıcı insanlarda memarlıq və dizayn fəaliyyətində gərəkli olan ümumi mədəni və professional səriştə daşıyıcılığının əldə olunmasından, aparıcı faktorlardan biri kimi qəbul olunan lazımı qrafik mədəniyyətin tərbiyə olunmasını və inkişafını təmin etməkdən ibarətdir.

Fənnin vəzifəsi müasir informasiya şəraitində fotoqrafiyanın yerini və xüsusiyyətini nəzərə almaqla, tələbələrin professional dizayn tapşırıqlarını icra etmələri kontekstində onlarda vizual savadın kompleks şəklində inkişafına nail olmaqdan ibarətdir. Tədris prosesində müxtəlif kompozisiya vasitələrinə və rəngarəng layihə tapşırıqlarının yerinə yetirilməsinə kömək edən vasitələrə yiyələnməyə xüsusi diqqət yetirilir.

FƏNNƏ YİYƏLƏNMƏYİN SƏVİYYƏSİNƏ GÖSTƏRİLƏN TƏLƏBLƏR

Fənnin öyrənilməsindən sonra tələbələr aşağıdakıları bacarmalıdırlar: - fotoqrafiya və yaxud fotoqrafiyanın görünən digər kommunikasiya növləri ilə ötürülən informasiyanın qəbulunu və yaxud ona bərabər

olaraq təfsir-interpretsiya etməyi; - fotoqrafika haqqında alınan nəzəri bilikləri təcrübədə tətbiq etməyi; - fotoqrafikanın bədii imkanlarından savadlı istifadə etməyi; - məkanı və maddi aləmin obyektlərini əks etdirməyi; - fotoqrafiyanın daşıdığı məlumatı və təsviri yaradıcılıqla işləməyi və başqa yerə köçürməyi; - müəyyən informasiyanı fotoqrafiya və yaxud fotoqrafiyanın digər görünən kommunikasiya vasitələrinin sintezi formalarıilə ötürməyi;

Bundan əlavə onlar aşağıdakıları bilməlidirlər:

• vizual kommunikasiya vasitəsi kimi fotoqrafiyanın xüsusiyyətini; • fotoqrafiyanın istehlaka çevrilməsini, qorunmasını və köçürülməsini təşkil edən texnoloji prosesləri; • kompozisiya quruluşunun əsaslarını; • fotoqrafiyanın inkişafındakı yeni təmayülləriistiqamətləri; • fotoqrafikanın tarixini və evolyusiyasınıdəyişiklikləri.

Qeyd etmək lazımdır ki, müasir dövrdə foto-qrafikanın bir fənn kimi öyrənilməsini dizaynın daşıdığı çox böyük təsviri informasiyanın məhz fotoqrafiya vasitəsilə ifadə olunması şərtləndirmişdir. Dizayner-qrafik indiki şəraitdə ona lazım olan fotoqrafiyanı təkcə sifariş etməklə, onu rejissor baxışı ilə hazır materiala çevirməklə kifayətlənməməli, tez-tez gərəkli kadrı özü də çəkməyi bacarmalıdır. Cəlbedici və təsirli fotoqrafiya kompozisiyasını yaratmaq bir-birindən duyulası dərəcədə fərqlənən vəziyyətlərin-durumun: səth-məkan, ümumi plan-fraqment, boşluq-tam doldurulmuş görkəmdə təqdimatının düzgün müəyyənləşdirilməsi ilə əldə olunur. Kompozisiya XX əsr fotoqrafiyası üçün səciyyəvi olan üslubların, o cümlədən müxtəlif cərəyanların və görüntülü məcazların öyrənilməsini və tətbiqini nəzərdə tutur.

This article is from: