Fotoqrafika

Page 19

|15

GİRİŞ

GİRİŞ

(FOTOQRAFİKA FƏNNİNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ) “Fotoqrafika” anlayışı təbii ki, XIX əsrdə kəşf olunan fotoaparatın ötən müddətdə davamlı olaraq sərgilədiyi möcüzələrə yaradıcı insanların yeni bədii-estetik dəyərlər əlavə etməsinin nəticəsində meydana gəlmişdir. Heç şübhəsiz nə adi fotoqrafiya nümunəsi, nə də onun əlavə insan müdaxiləsindən sonra yaranan geniş fotoqrafika sahəsi bir vaxtlar bəzilərinin düşündüyü kimi rəssamlıgı aradan çıxarmadı. Ancaq məşhur alman rəssamı Herhard Rixterin təbirincə desək, “Ən qüsursuz rəsm” olaraq qaldı. Elə bu səbəbdən də ona olan ehtiyac durmadan artdı. Əgər fotoqrafiyanı incəliklər toplusunu xatırladan bir sənət sahəsi kimi qəbul etsək və ondakı bu zəriflik heç də nə rəngkarlıq, nə də musiqi əsərindəkindən az deyildir desək, heç də yanılmarıq. Təbii ki, bu cəlbedicilik birdən-birə yaranmamışdır... Bu mənada ilk vaxtlarda, daha dəqiq desək, 1839-cu ildə ibtidai fotoaparatın çəkdiyi ağ-qara pozativ şəkilləri yaradıcı axtarışın zirvəsi hesab edənlərin sonrakı dövrlərdə davamlı axtarışların sayəsində bu uğurlu başlanğıcı fotoqrafiyanın inkişaf tarixini və bədii-texniki imkanlarının dairəsini daha da zənginləşdirən rəngli şəkillərin yaradılması ilə yeniləşdirmələrini qeyd etmək lazımdır. XX əsrin ikinci yarısından başlayaraq yeni-yeni, ən nəhayət, rəqəmsal fotoaparatların yaradılması ilə fotoqrafiyanın texnoloji baxımdan duyulası dərəcədə zənginləşməsi baş verdi. Bütün bunların qarşılığında foto sənətinin bədii-estetik tutumunun kifayət qədər fərqli məziyyətlərlə yeniləşməsi təbii və qaçılmaz idi. Bu mənada fotoqrafikanın yaranması bunun əyani görüntüsü oldu. Dogrudan da çox qısa zaman kəsiyində bədii-texniki imkanlarının bolluğu kifayət qədər qabarıq duyulan fotoqrafika bu sahənin sənətin digər növlərində bərabər hüquqlu iştirakçı olmaqla, tətbiq olunan sahənin bədii-estetik məziyyətlərini duyulası fərqlə dolğunlaşdıra bilməsi onun varlıgını, yayılmağa və genişlənməyə haqqının çatdığını sübut etmiş oldu. Bu gün onun həyatımızın əksər sahələrinə təsirini müşahidə etməyimizin qarşılığında onun fotoqrafiya sənətinin ayrılmaz tərkib hissəsi olaraq bir fənn kimi öyrənilməsinə də ehtiyac duyulur desək, həqiqəti söyləmiş olarıq. Belə ki, “Fotoqrafika” doğrudan da kreativ-yaradıcı düşüncənin formalaşmasında mühüm rolu olan, dizayn və reklam sahəsində yaradıcı vəzifələrin uğurlu həllinə təsir edən güclü vərdişlər toplusu kimi dəyərləndirilməyə layiq olan fənndir. Sizə təqdim olunan və özündə nəzəriyyə ilə təcrübəni birləşdirən bu dərsliyin də başlıca məqsədi oxucusunu foto sənəti və onun daha da bədiiləşdirilməsini şərtləndirən fotoqrafika sahəsi ilə yaxından tanış etməkdir. Düşünürük ki, özündə müxtəlif texniki və bədii yönümlü mövzuları əhatə


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.