Fotoqrafika

Page 177

HEYVANAT ALƏMİNİN ÇƏKİLİŞİ

HEYVANAT ALƏMİNİN ÇƏKİLİŞİ Fotoqrafiyada bizi əhatə edən gerçəkliyə bədii-texniki münasibət toplusunun çeşidli təsvirlərlə zəngin saxlancında heyvanlara həsr olunmuş fotoların xüsusi yer tutması danılmazdır. İnsanların çox vaxt göz açdıqları andan müxtəlif canlılarla, bir qədər də dəqiq desək, davranışları hər birimizdə duyulası maraq oyadan heyvanat aləmi ilə təmasda olmasının qarşılıgında onların çox vaxt ailədə az qala hamının sevimlisinə çevrilən itin-pişiyin tez-tez demək olar ki, hər bir evin məcburi və gərəkli atributuna çevrilən fotoaparatın obyektivinə tuş gəlməsi qaçılmazdır. Çoxdan cəmiyyət tərəfindən ev heyvanı kimi qəbul olunan və bunun qarşılıgında bəzən divanda, bəzən də mənzildəki sobanın yanında xumarlanan itin-pişiyin yanından sakitcə ötüşmək sadəcə olmur. Heyvanların tapdıqları arzulanan rahatlıgın qarşılıgında bu məqamda nümayiş etdirdikləri bəzən ani, bəzən də uzunmüddətli pozalar və hərəkətlər – onların uzanmaları, yatmaları,əllərini başının altında çarpazlamaları, ayaqlarını qarnında gizlətmələri çox vaxt biz şüurlu insanlarda onların özlərinə də xüsusi duygular aşılayır, xoş təbəssüm bəxş edir. Təbii ki, çoxları evdə fotoaparatın mövcudlugu qarşılıgında bir daha ələ düşməyəcək belə anı əldən verməməyə çalışır, onu lentin yaddaşına köçürür. Əgər bu gün belə kadrlara hər bir evdə rast gəlmək mümkündür desək, yanılmarıq. Təbii ki, fotoqrafiyanın heyvanların yaşadıqları çox fərqli, əslində maddi baxımdan görünməz olan və təkrarlanmayacaq bir anı əks etdirməsində toplanan müsbət enerjinin nəhayətsizliyindəndir ki, belə fotolar bir qayda olaraq arzulanandırlar. Çünki, rəsmin subyektivliyi müqabilində fotoqrafiya obyektivdir, oldugunu-gördüyünü söyləyəndir. Onun məlum duruma güzəştsiz “ayna” tutmasındandır ki, belə foto kadrların tez bir zamanda tarixi tutuma bələndiyi, ayrı-ayrı fərdin və yaxud digər canlı varlıqların həyat-tərzinin müəyyən, bəlkə də önəmli anlarını özündə hifz etdiyi aydın olur... Etiraf edək ki, ev heyvanlarının yatmış və yaxud uzanmış vəziyyətdə təsvirlərini nəzərə almasaq,

ümumiyyətlə heyvanat aləminin lentin yaddaşına köçürülməsi çətin və çox əziyyətli bir işdir. Bəlkə də bu səbəbdəndir ki, bu işlə davamlı şəkildə məşgul olanlar az olur. Təkcə elə zooparkda toplanmış vəhşi heyvanlara foto obyektivin yönəldilməsi qarşılıgında onların özlərini daha çılgın aparmasına şahidlik etdiyimizdən deyə bilərik ki, onlar qəfəsə salınmış və yaxud da xüsusi torlarla əhatələnmiş olsalar da, özlərini fotoaparatın obyektivi qarşısında çox rahatsız hiss edirlər. Odur ki, qısa müddətdə heyvanat aləmi ilə baglı şəkillər çəkmək çox çətindir. Uşaqların və yaxud da hərəkətli şəkillərin çəkilişi kimi daha çox hərəkətdə olmaga üstünlük verən heyvanların cəlbedici fotosunu çəkmək bu yöndə yaradıcı işlər görmək istəyəndən duyulası səbr və davamlı müşahidə aparmagı tələb edir. Foto həvəskarları bu sahədə ciddi axtarışlar aparmaga meylli olsalar, onda onlar istifadə etdikləri texnikanın daha keyfiyyətli olmasına çalışmalı, heyvanları uzaqdan müşahidə edib çəkməyə imkan verən obyektivlərdən istifadə etməlidirlər. Təbii ki, ev heyvanlarının görüntüyə alınmasında “makro” çəkilişlərdən də istifadə etmək olar. Təbii ki, heyvanat aləminin çəkilişini müəyyən qədər asanlaşdıracaq digər vasitələr də vardır. Bunun bəziləri elə istifadə etdiyiniz fotoaparatın özündə mövcuddur. Gəlin onlardan birindən istifadəni nəzərdən keçirək. Diqqətli olsanız kameranın baxış nöqtəsindən təsvirə almaq istədiyiniz obyektə nəzər yetirəndə onun mərkəzində qırmızı bir dairə və ya kiçik kvadrata alınmış nöqtə görmək mümkün olur. Bu fotoaparatınızın avtomatik (AF-Auto Fokus) fokus nöqtəsidir. Və bu nöqtənin əhatə etdiyi sahənin fokusu deməkdir. Etiraf edək ki, çoxları bu nöqtəyə biganədir. Belə olmasaydı, çoxları fotokameranın bu fokus nöqtəsini saga, sola,aşagıya və yaxud yuxarıya qaldırmaqda nəyə baş vurduqlarının fərqində olardılar. Əslində isə, çəkəcəyiniz fotoda əşya kvadratın sag üst tərəfində isə AF nöqtəsini onun üzərində yerləşdirə bilərsiniz. Bu halda əşya tamamilə düzgün fokus vəziyyətində olur. “Canon” fotoaparatlarında AF nöqtəsini aparatın arxasındakı çox funksiyalı kiçik pult-qolundan istifadə edərək işlək hala gətirirsiniz. “Nikon” markalı kameralarda isə AF nöqtəsi aparatın arxasındakı çoxseçimli vasitəsilə işə salınır.

|173


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.