Fotoqrafika

Page 142

138|FOTOQRAFİKA

STUDİYADA ÇƏKİLİŞ Fotoqrafiya çoxsaylı sənət növləri arasında həm də özünün çəkiliş məkanlarının bəlkə də nəhayətsizliyinə görə seçilir. Əgər desək ki, əli fotoaparatlı adama bizi əhatə edən gerçəkliyin hər yerində rast gəlmək mümkündür, yəqin ki, mübaligə olmaz. Bir tərəfdən bunu şərtləndirən bu texniki vasitənin ölçüsünə görə hər yerə daşınmasına imkan verməyidirsə, digər tərəfdən ona istisnasız olaraq həyatımızın demək olar ki, hər yerində ehtiyacın olmasıdır. Etiraf edək ki, bu unikal texniki olmasaydı dünya xalqlarının həyatında baş verən çoxsaylı hadisələr, insanı heyrətə gətirən abidələr, hər birimizi duygulandıran əsrarəngiz mənzərələr, təzadlarla dolu zamanın zənginləşməsində iştirak edən işıqlı əməl sahibləri-tarixi şəxsiyyətlərin, müxtəlif elm və sənət adamlarının təsvirləri reallıgını saxlamaqla, gələcək nəsillər üçün əvəzsiz sənədlitarixi materiala çevrilməzdilər... Yaxşı fotoqrafiya nümunələri yuxarıda qeyd etdiyimiz kimi ən müxtəlif məkanlarda yaradıla bilər. Bu gün belə məkanlardan biri stasionar foto studiyalardır desək, yanılmarıq. Təbii ki, müxtəlif yaradıcı işlərin görülməsi üçün təşkil olunmuş belə studiyalar insanların daha çox gündəlik qaygılarını çözən şəhər-kənd foto studiyalarından fərqlənir. Belə ki, burada çalışanlar çoxları kimi müştəri axtarışını özlərinə problem etməyib, bilavasitə daha ciddi yaradıcılıq məsələlərinin həlli ilə məşgul olurlar. Onların çalışdıqları məkan da əsasən qarşılarına qoyduqları yaradıcılıq vəzifələrinin ugurla yerinə yetirilməsinə müvafiq olur. Belə yaradıcı insanların maraq dairəsi mövzu etibarilə kifayət qədər zəngin olur. Təbii ki, həmin işlərin professionalıqla həlli həm də onların yüksək səviyyədə icrasını şərtləndirə biləcək texnikanın mövcudlugundan keçir. Elə isə gəlin əvvəlcə yaradıcılıq foto studiyalarının təminatından danışaq... Bir həqiqətdir ki, çox-çox əvvəllər fərdi studiyanı yaratmaga və onu çəkiliş aparmaga imkan verəcək əsas və yardımçı texnika ilə təmin etməyə yalnız professionalların gücü çatardı. Müasir dövrdə isə vəziyyət tamamilə dəyişib və etiraf edək ki, indi maddi durumunun imkan verdiyi hər kəs özünə ən

müasir tələblərə cavab verən studiya-yaradıcılıq emalatxanası qura bilər. Təbii ki, yeni studiyada müxtəlif texnikanın bollugu hələ onun yaradıcısına keyfiyyətli foto çəkilişlər aparmaga zəmanət vermir. Hər şey bu çeşidli ləvazımatlardan yerində və bacarıqlı istifadədən və heç şübhəsiz həm də studiya sahibinin professional səviyyəsindən və mövzuya və janra yaradıcı münasibətindən asılıdır. Odur ki, biz sizə aşıb-daşan yaradıcı niyyətinizin reallaşdırılmasına imkan verən daha əsas və yardımçı texnika, eləcə də köməkçi vasitələrdən söz açacagıq... Heç şübhəsiz studiyada foto təsvirlərin alınmasına yardımçı olan müxtəlif markalı fotoaparatların mövcudlugu vacib şərtdir. Belə ki, ugurlu nəticələrin əldə olunması üçün kifayət qədər müxtəlif və müasir konstruksiyalarla və köməkçi mexanizmlərlə təmin olunmuş texniki vasitədən istifadə daha önəmlidir. Bu yerdə deyək ki, fotoqrafiyanın kəşfindən bu günümüzə kimi kifayət qədər fotoaparat istehsal edilmişdir. İndi onların hamısının adını dilə gətirmək fikrindən uzagıq. Ancaq bununla bərabər demək istəyirik ki, onların tarixin saxlancına verilmiş ilk və sadə nümunələri ilə müqayisədə indi kütləvi satışda olan dijital fotoaparatlarla müqayisə olunmazdırlar. Studiya çəkilişlərini Yaponiya və Almaniya istehsalı olan daha bahalı texnika ilə yanaşı, bu gün fototexnika sahəsində yeni keyfiyyət nişanı sayılan İSO-nun 100, 200, 400, 800, 1600, 3200 və s. standartlarını özündə ehtiva edən kameralarla gerçəkləşdirmək mümkündür. Elə düşünürük ki, “Nikon” və “Canon”la yanaşı, “Pentax-Samsung”, “Sony”, “Olympus-Panasonic” və s. fotoaparatların bir-neçəsi ilə təmin olunmuş studiyada məhsuldar iş aparmaq olar. Bu yerdə xatırladaq ki, bizim günlərdə tam mükəmməl və qüsursuz fotoaparat tapmaq mümkünsüzdür. Yəni, ən yaxşı sayılanın belə professional təftişindən ugurla çıxa biləcəyi sadəcə sual altındadır. Odur ki, indiki durumda mövcud texnikanın müsbət və mənfi xüsusiyyətlərini balanslaşdırmaqla ondan istifadə səy göstərmək lazımdır. Digər mövzuların şərhində dediyimiz kimi, unutmaq olmaz ki, fotoqrafiya təkcə fotoaparatın və obyektivin seçimi ilə tamamlanmır. Çəkiliş aparandan texnikanı idarə etmək bacarıgının tələb olunması da, şəkili texnikanın yox, bilavasitə adamın həyata keçirməsi


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.