Iran Rəssamlarının İncəsənəti

Page 1

İRAN RƏSSAMLARININ YARADICILIĞI





İRAN RƏSSƏMLARININ YARADICILIĞI



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT RƏSSAMLIQ AKADEMİYASI

Sevil Sadıxova

İRAN RƏSSAMLARININ YARADICILIĞI Rəssamlıq təmayüllü Ali tədris müəssisələri üçün dərs vəsaiti

BAKI – 2017


Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Elmi Şurası.

Tərtib edən: S.Y. Sadıxova sənətşünaslıq üzrə elmlər doktoru, professor Redaktor:

T. İ. İbrahimov sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor

Rəyçilər:

K. M. Əliyeva sənətşünaslıq üzrə elmlər doktoru, professor H. K. Paşayev sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Dizayn:

Rasim Sadıxzadə

S.Y.Sadıxova. İran rəssamlarının yaradıcılığı. Rəssamlıq təmayüllü Ali tədris məktəbləri üçün dərs vəsaiti. Bakı, Ecoprint - 2017. - 132 səh.

Dəsr vəsaitində İran təsviri sənətinin təşəkkülü, təkamülü və inkişaf mərhələləri nəzərdən keçirilir. Vəsait Azərbaycanın rəssamlıq təmayüllü ali tədris ocaqlarında “İncəsənət tarixi və nəzəriyyəsi” ixtisasında təhsil alan tələbələrin “XX əsr Şərq incəsənəti” fənninin tədrisində istifadə oluna bilər.

Şifr

© Sevil Y. Sadıxova


MÜNDƏRİCAT

GİRİŞ FƏSİL I.

7 İRAN TƏSVIRI SƏNƏTININ TƏŞƏKKÜLÜ, TƏKAMÜLÜ VƏ INKIŞAF MƏRHƏLƏLƏRI

FƏSİL II.

MÜASIR İRAN RƏSSAMLARININ YARADICILIĞINDA MILLI ƏNƏNƏLƏRIN INKIŞAFI 51

FƏSİL III.

MÜASIR İRAN RƏSSAMLARININ YARADICILIĞINDA REALIZM ÜSLUBU

78

FƏSİL IV.

MÜASIR İRAN RƏNGKARLIĞINDA NOVATORLUQ MEYLLƏRININ TƏCƏSSÜMÜ

97

11

NƏTİCƏ

123

ƏDƏBİYYAT

128



GİRİŞ

a

zərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Sənətşünaslıq” fakültəsinin tədris planına müvafiq şəkildə hazırlanmış “Müasir İran rəngkarlığı” adlı dərs vəsaiti “Təsviri incəsənət tarixi və nəzəriyyəsi” ixtisasına yiyələnməkdə olan tələbələr üçün nəzərdə tutulmuşdu. O, magistratura pilləsinin əyani və qiyabi şöbələrində təhsil alan sənətşünaslara “XX əsr Şərq incəsənəti” fənnini tədris etmək üçün tərtib edilmiş və fənn proqramına daxil olan müvafiq mövzunu əhatə edir. İran incəsənəti tarixi qədər qədim və zəngindir. Dünya şöhrəti qazanmış miniatür sənəti nümunələri, rəngarəng xalçalar, tikmələr, şirli saxsı qablar, kaşı sənəti, zərif oyma şəbəkələr və gözəl zərgərlik məmulatları – bütün bunlar İranın bədii irsinin çox zəngin olduğunu sübut edir. İran islam inqilabından sonra ölkənin ictimai və iqtisadi həyatında baş vermiş mütərəqqi dəyişikliklər nəticəsində xalqın mədəni inkişafında və bədii yaradıcılığında ortaya çıxmış yeni təmayüllər, xüsusilə realist üslubun inkişafı ilə əlaqədar problemlər nəzərə çarpır. XX əsrin axırlarında həyata keçirilmiş mədəni inqilab nəticəsində İranda incəsənətin bir sıra yeni növ və janrları meydana çıxmış, keçmiş milli bədii irsin ən gözəl ənənələrinə və realist sənətin mütərəqqi nailiyyətlərinə arxalanan yeni tipli incəsənət yaranmışdır. Milli ənənələrin inkişafı, eyni zamanda təsviri sənətdə mo7


dern üslubunun geniş vüsət tapması hazırda ölkədə çalışan müasir İran rəssamlarının yaradıcılığı ilə bağlıdır. Mövzu dairəsinə və milli həyatın qabaqcıl təmayüllərinin əhatəsinə görə İran rəssamlarının rəngkarlığı çoxcəhətlidir. Burada mövzu və janr zənginliyi ilə yaradıcılıq fərdiyyətlərinin rəngarəngliyi üzvü olaraq birləşir. Yaşlı, orta və gənc nəsillərə mənsub olan rəssamlar, müxtəlif janrlarda müvəffəqiyyətlə çalışaraq, müasirlərin parlaq, xatirədə qalan obrazlar qalereyasını yarada bilmişlər. İran rəssamlarının əsərlərinin tədqiqi və təhlili vasitəsilə müasir İran təsviri sənətində baş verən inkişaf prosesini izləmək, əldə olunan nailiyyətləri görmək mümkündür. Bu baxımdan bu rəssamların yaradıcılıq yolunu araşdırmaq, onların dəst-xəttini, üslub xüsusiyyətlərini öyrənmək aktual məsələ kimi ortaya çıxır. Bu günə kimi sənətşünaslıq elmində müasir İran rəssamlarının yaradıcılığının geniş və hərtərəfli araşdırma aparılmadığını nəzərə alaraq, əsərləri dünyanın bir çox sərgi salonlarında nümayiş etdirilən bu peşəkar rəssamların bədii irsinin kompleks halında tədqiqinə zərurət yaranıb. Bununla da İran İslam Respublikasının təsviri sənətinin inkişaf təmayüllərinin və rəssamların müasir rəngkarlıq sənətinə gətirdikləri yeniliklərin üzə çıxarmaq imkanı yarana bilər. Dünya miqyasında böyük şöhrət tapmış zəngin mədəni irsə malik olan qədim İran incəsənəti haqqında sənətşünaslıq elmində geniş məlumat toplanmış, çoxsaylı araşdırmalar aparılmışdır. İran tədqiqatçıları ilə bərabər bir çox dünya alimləri İran incəsənətinin tarixini, keçdiyi inkişaf yolunu izləmiş, nəticədə dəyərli elmitədqiqat əsərləri ərsəyə gətirmişlər. Bu sırada İranın təsviri sənətinə, xüsusən müasir dövr rəssamlarının yaradıcılığının tədqiqi və təhlilinə həsr olunmuş elmi-tədqiqat əsərlərinin sayı az miqdarda nəzərə çarpır. Hazırda bir çox xarici ölkələrdə populyarlıq qazanmış İranın peşəkar rəssamlarının əsərlərini işıqlandıran kataloqlar və albomları çıxmaq şərti ilə, 8


müasir İran rəssamlarının yaradıcılığına həsr olunmuş sanballı elmi-tədqiqat əsəri yoxdur. Beləliklə, hazırki dərs vəsaiti müasir İran rəssamlarının çoxşaxəli yaradıcılıqlarını dərindən və hərtərəfli əhatə edən ilk tədris vəsaiti kimi təqdim olunur. Burada İran İslam Respublikasının müasir sənət durumunda fəal qüvvə kimi çalışan, İran təsviri sənətinin inkişafına gözəl töhfələr bəxş edən rəssamlarının yaradıcılığı önə çıxarılmışdır. Onların rəngkarlıqla bağlı yaradıcılığı, müxtəlif janrlarda işlədikləri sənət əsərləri ətraflı tədqiqə və təhlilə layiqdir. Dərs vəsaiti İran təsviri incəsənət tarixini genişləndirərək incəsənətin ümumi inkişafında müasir İran rəssamlarının yaradıcılığının rolunu, yerini və təzahür formalarını müəyyən edir. Əldə olunan nəticələr və müddəalar İran təsviri incəsənətinin zənginliyini, növ və janr müxtəlifliyi diapazonunu genişləndirmiş olur. Dərs vəsaitində İran təsviri sənətinin keçdiyi tarixi-inkişaf yolunu araşdırılmış, qədim köklərə malik zəngin İran təsviri sənətinin müasir durumu təhlil olunaraq, rəngkarlıqda mövcud olan əsas inkişaf təmayüllərini göstərilmişdi. Müasir İran təsviri sənətinin formalaşmasına təsir edən əsas amilləri üzə çıxarılmış, müasir İran rəssamlarının yaradıcılığında milli ənənələrinin inkişaf səviyyəsi araşdırılmış, İran rəngkarlıq sənətində orta əsr miniatür sənətinin və ərəb qrafikasının müasir cərəyanlarda tətbiqi göstərilmişdi. Çağdaş İran rəngkarlığında yeni modern üslubunun formalaşmış, müxtəlif janrlarda və istiqamətlərdə işləyən müasir İran rəssamlarının novatorluq meyllərinin üslub xüsusiyyətlərini müəyyən edərək dövrlərdəki mövcud atmosferini və ümumi abu-havası haqqında məlumat əldə etmək olar. Dərs vəsaitindən alınan bilik bir çox sənətşünas nəslinin təcrübə mənbələrindən sərbəst və şüurlu istifadə etməyə imkan yaradır.

9


Naməlum rəssam. Hərəm. XIX əsr.


FƏSİL I. İRAN TƏSVIRI SƏNƏTININ TƏŞƏKKÜLÜ, TƏKAMÜLÜ VƏ INKIŞAF MƏRHƏLƏLƏRI

i

ran rəssamlığı haqqında aydın təsəvvür yaratmaq və dünya təsviri sənətində tutduğu mövqeyi layiqincə qiymətləndirmək üçün, onun keçdiyi mürəkkəb inkişaf yolunu mərhələlərlə nəzərdən keçirmək zəruridir. Bütün Qərbdə miniatür kimi tanınmış İran boyakarlığı haqlı olaraq dünyada məşhurdur. Burada əks olunan portretlərin, peyğəmbərlərin fiqurlarının və müxtəlif hadisələrin təsviri qəti surətdə qadağa olunmurdu, lakin islam dini ənənələrə əsasən bəyənilmirdi. Perspektiv, həcm, işıqlandırma – bütün bu terminlər İran rəssamlarına uzun müddət məlum deyildi. Kalliqrafiya, gül motivləri və həndəsi kompozisiyalar bütün illüstrasiyaların əsasını təşkil edirdi; polixromiya yalnız keramikada istifadə olunurdu. Boyakar rəssamlar Quran ayələrinin mətnlərinin, elmi əsərlərin, hakimlərin və qəhrəmanların şücaətlərini vəsf edən epik poemaların, əfsanələrin tərtibatı ilə məşğul olurdular. Beləliklə, miniatür sənəti inkişaf edib təkmilləşirdi. XV axırı – XVI əsrin əvvəlləri İran miniatür sənətinin çiçəklənmə dövrü idi. Heratda (Əfqanıstan) 40 kalliqraf daima fəaliyyət göstərirdilər, yəni onlar artıq peşəkar boyakar idilər. Təbrizin istedadlı rəssamı olan Kəmaləddin Behzad, klassik təsvirin ənənəvi təmayüllərini şəhvani realistik boyakarlıqla uyğunlaşdıraraq sənətin yeniləşməsinə müvəffəq oldu. 11


Bu dövrün kompozisiyaları coşqun ekspressiya, zəngin ornament və incə rəng qammaları ilə seçilirdi. İri həcmli tabloların səhnələrində küllü miqdarda tam boylu fiqurlar əks olunurdu; məkan obyektlərin doldurulması ilə ifadə olunurdu; bütün obyektlər eyni bərabərlikdə işıqlandırıldığı halda rəngin incə ritmi və bütün çalarları qorunurdu.

Kəmaləddin Behzad. “Teymurun misirlilərlə döyüşü”. (İran, Tehran, Gülüstan sarayı muzeyi)

12


Miniatürün inkişafının digər bir qolu rəssam Rza Abbasinin təsiri altında işlənirdi. Bu dövrdə İran miniatüründə təmiz realizm mütləq dərəcədə özünü göstərirdi. Abbasi, ilhamını bilavasitə İsfahanın küçə və bazar səhnələrində alan ilk rəssam idi. O vaxtlar saray divarlarını batal və yüngül səhnələri əks etdirən freskalarla örtürdülər (İsfahandakı “Əli Qapı” və ya “Çəhəl Sütun”). Belə təsvirlər sonralar reproduksiyalara çevrilirdi. 1794-cü ildən 1925-ci ilə kimi hakimiyyətdə olan Qacarlar sülaləsi Səfəvi nəslinin birbaşa davamçıları deyildilər. 1772-ci ildə Səfəvilərin paytaxtı olan İsfahan şəhərinin Əfqan Çilzay tayfaları tərəfindən işğalı, əfqan xanlarının qısamüddətli hakimiyyəti, Səfəvi imperiyasının və növbəti onillikdə Nadir şahın imperiyasının dağıdılması ölkəni siyasi hərc-mərcliyə sürüklədi. Zənd sülaləsinin hakimiyyəti (1750-1779) dövründən başqa, XVIII əsr İran tarixi – 1796-ci ildə Ağa Məhəmməd-xan Qacarın taclanması ilə tamamlanan tayfa müharibələri və feodal qəbilə davaları tarixidir. Bu andan başlamış mədəni və bədii həyatın canlanmasına gətirən siyasi stabillik dövrü başladı. Zənd və Qacar dövrü İran boyakarlığının inkişafında dönüş dövrüdür. Bu zaman Səfəvi dövrünün nəfis və dəbdəbəli imperator incəsənətinin XX əsrin zahirən daha təmkinli və ciddi üslubuna tədrici keçidi başlayır. Zənd və Qacar dövrlərində ilk dəfə İranda XVII əsrdə meydana gələn yağlı boyalarla işlənən rəngkarlıq, laklı mücrülərin naxışlanması və kitab cildlərinin tərtibatı inkişaf etməyə davam edir. Tarixi əlyazmalarının illüstrasiya olunması və əsilzadə şəxslərin portretləri sifarişçilərin zövqünə və tələblərinə uyğun olaraq buyurtma ilə icra olunurdu. Tünd tonlara aludəçilik bu dövrün miniatürlərinə bir qədər tutqun çalar versə də, incəsənətdə əşyaların həcmli formalarında istiqamətləndirilmiş işığın oyunu başlayır, rəssamlar perspektivə və anatomiyaya yiyələnir, insanların təsvirləri daha realistik olur.

Kəmaləddin Behzad. “Həft peykər” (Yeddi Gözəl). Nizami, “Xəmsə”

13


Məhəmməd Sadiq. Sevgililər. 1787-ci il.

14

XVIII yüzilliyin axırlarından İranın Avropa dövlətləri ilə əlaqələri möhkəmlənir, ölkəyə Qərb mədəniyyəti nüfuz etməyə başlayır, kübar dairələrdə Avropa həyat tərzi, memarlığı, məişət əşyaları dəbə minir. Rəssamlar Qərb ölkələrin incəsənətini öyrənmək üçün Romaya gedirlər. Məsələn, daha çox Sani ül-Mülk kimi tanınan Mirzə Əbülhəsən-xan Qaffari Avropa boyakarlığının metodlarından çox yaxşı baş çıxarırdı. Bütün bunlara baxmayaraq, onun işlərində yenə də İranın bədii irsinin və miniatür sənətinin təsiri hiss olunur. Onun müasiri olan və İranın ən yaxşı rəssamlardan biri hesab olunan Mahmud-xan Səba Avropa üslubu və milli boyakarlığının dərin ənənələri arasında bədii balans tapır. XVIII-XIX əsr İran incəsənətinin inkişaf tarixini Kərimxan Zəndin (1750-1779) hakimiyyətindən başlamış Fəth-əli şahın (1797-1834) və Nəsirəddin şahın (184896) hakimiyyətinə kimi üç dövrə bölmək olar. Zənd sülaləsi dövründə Şiraz təkcə paytaxt yox, həm də bədii yaradıcılıq mərkəzinə çevrilmişdir. İsfahan şahı Abbas Səfəvini təqlid etməyə can atan Zəndlər Şirazda tikinti işlərini aktivləşdirmişdilər. Şəhərdə istehkam tikililəri, dəbdəbəli saraylar, məscidlər ucaldılırdı, ictimai hamamlar inşa olunurdu. Kərim-xan Zənd rəssamlara himayədarlıq edirdi, onun hakimiyyəti dövründə (1760-1779) Avropa incəsənətinin təsiri altında olan Səfəvi monumental boyakarlıq ənənəsi yenidən inkişaf etməyə başladı. Zənd dövrünün rəssamları, onların sələfləri kimi boyakarlığın bütün sahələrində işləyirdilər – monumental boyakarlıqla, freskalarla məşğul olurdular, yağlı boya və mina ilə işləyirdilər, əlyazmalara miniatürlər yaradırdılar. Səfəvi dövrü üçün ənənəvi olan minaya və laka akvarel də əlavə olundu. Çox vaxt miniatürlərə dekorativ elementlər əlavə olunurdu, məsələn, zəngin və nüfuzlu şəxslərin portretlərində təsvir olunanların baş geyimləri və libasları mirvarilərlə və daş-qaşlarla bəzədilirdi.


Məhəmməd Sadiq. Sevgililər. Erkən Zənd dövrü. 1770-1780-ci illər.

15


Mirzə Baba naqqaş başı. Fəth-əli şahın portreti.

Reydə “yeni-sasani” relyefi. Fəth-əli şahın şiri öldürməsi.

16

Bu dövrlərdə boyakarlıqda hərəmxanaların yasaq edilmiş dünyasını, sevgi eşqbazlığını əks etdirən romantik məhəbbət süjetləri meydana gəlir. Buna baxmayaraq, əsas vurğu personajların hiss və həyəcanlarını əks etdirmək cəhdində deyil, onları əhatə edən cahcalalı, dəbdəbəli müxəlləfatı çatdırmağa edilirdi. Belə ki, Məhəmməd Sadiqin “Sevgililər” adlı rəsmində nəzəri ilk növbədə zəngin parçalar, təfsilatı ilə çəkilən zərgərlik bəzəkləri, ağır pərdələr və xalçalar cəlb edir. Şah əvəzinə vəkil titulunu götürməyi üstün bilən Kərim-xan boyakarlardan öz təsvirlərini bəzəmək tələbini irəli sürmürdü. Portretlərdə o, qeyri rəsmi libasda, sadə şəraitdə təsvir olunurdu. Bu tabloların tonu Qacar sülaləsinin ikinci hakimi olan Fəth-əli şahın və onun əyanlarının təsvirləri ilə kəskin təzad təşkil edir. Erkən Qacar incəsənəti Zənd boyakarlığının üslub və tərzlərini təqlid etməyə çalışırdı. Məlumdur ki, Qacar sülaləsinin banisi Ağa Məhəmməd-xan özünün Tehran sarayındakı qəbul zalını Zəndlərin sarayından gətirilmiş rəsm əsərləri ilə bəzəmişdir, Kərim-xanın saray rəssamlarından biri olan Mirzə-Baba isə yeni sülalənin baş boyakar-rəssamı təyin olunur. Fəth-əli şah Qacar qədim İran incəsənətinin vurğunu idi, onun dövründə “yeni-sasani” adlanan üslub ya-


ranmışdır ki, onun misallarına Fəth-əli şahı Xosrov cildində əks edən çoxsaylı relyeflərdə rast gəlmək olar. Bu relyeflərdən ən məşhurları Çeşmə-ye Əli, Taqe-Bustan və Şirazda Quran Qapıları yanında yerləşirlər. Erkən sasani incəsənətinə “Şahnamə” üzərindəki eklektik illüstrasiyalar üzərində işləyən zaman (1855-ci ildə tamamlanmışlar) Məhəmməd Davari Vesal da (18221865) müraciət etmişdir. Digər rəssamlar Rza Abbasinin və Müsəvvirin yaradıcılığını nümunə götürürdülər. Fəthəli şahın dövründə boyakarlıq milli ənənələrə doğru yönəldi, eyni zamanda XVIII əsrdə Tehran saraylarında Avropa üslubu dəbə minməyə başlayır. Bu zaman dəbdəbəli saray interyerlərində hakimiyyət başçılarını və onların əyanlarını, şahzadələrin portretlərini, tarixi savaşları əks etdirən iri ölçülü freskalar yaradılır. Qızıl və qaxma ilə bəzədilmiş rəsm əsərləri tamaşaçını hakimlərin zəngin libaslarının xırda detallarının incəliklə cizgilənməsi valeh edir. Xarici təmtərağa üstünlük verilir.

Məhəmməd Sadiq. Kərim xan əyanları ilə.

Ənənəvi və Avropa üslublarının qarşılıqlı əlaqəsi özünü Flamand və Florensiya manerasında işlənən tablolarda daha çox büruzə verir, misal üçün Mədhi Şirazinin (181920) Mazdə adlı rəqqasənin portreti əsərində olduğu kimi. 17


Məhəmməd şah Qacar. 1844-ci il.

Bir sözlə, Fəth-əli şah dövründəki boyakarlıqda Persepolis, İsfahan və Versal incəsənətlərini cəmləşdirməyə cəhd edən eklektik üslub formalaşmışdır. XIX əsrin II yarısında Nəsirəddin-şah dövründə rəssamlar Fəth-əli şahın üslubunu kənarda qoyaraq akademik Avropa boyakarlığa üstünlük verirlər. Bu dövr portret boyakarlığının ciddi realistik, hətta bəzən na18


turalistik manerada inkişafı dövrüdür. Nəsirəddin-şah Avropalı olan hər bir şeyi alqışlayırdı. Təsviri incəsənətə bu zaman təzəlikcə icad olan fotoqrafiya böyük təsir göstərmişdir. Rəssamlar tablolarını foto şəkillərdən çəkməyə başlayırlar və işlərində dəqiq təqlidçiliyə diqqət yetirirlər. İlk dəfə olaraq dini mövzuda natürmortlar və rəsmlər yaradılmağa başlayır. Rəssamlar rəqqasələrin portretlərini işləyirlər, və bu əsərlər keçən dövrlərlə müqayisədə daha erotik olurlar. Bu cür boyakarlıq “qəhvəxana incə-

Sani ül-Mülk. Nəsrəddin şahın portreti

19


sənəti” adı ilə məşhurlaşır, çünki bu istiqamətdə işlənmiş əsərlər əsas etibarilə şəxsi evlərdə və ya sadə adamların istirahət guşələrində asılırdı. Qacar dövrünün İran mozaikası da Səfəvidəkilərdən fərqlənir. Burada ilk dəfə olaraq insanların və heyvanların təsvirləri, ov səhnələri, “Şahnamə” qəhrəmanı olan Rüstəmin döyüşləri, məmurların, əsgərlərin təsvirləri hətta Avropa tablolarının və fotoşəkillərinin surətləri görünür. Sani Xumayun. Müzəffərrəddin şah və baş nazir Əbdül-Məcid Mirzə. XX əsrin əvvəli.

20


1896-ci ildə Nəsirəddin-şah öldürüləndən sonra on il ərzində İranda şahın hakimiyyətini məhdudlaşdıran konstitusiya parlamenti mövcud idi. Monarxiyanın zəifləməsi ilə hakimlərin artıq tamam başqa portretləri əmələ gəlir. Belə ki, Sani Xumayunun əsərində Müzəfərəddin-şah yorğunluqla baş nazir Əvdül-Məcid Mirzənin əlinə söykənən zəif qoca kimi təsvir olunub. Rəssam hakimin zəifliyini və xəstəliyini gizlətməyə cəhd etmir. Bu əsərdə artıq şah hakimliyinin təmtərağı və əzəməti yoxdur. XIX əsrin istedadlı boyakarı və qrafiki olan Mirzə Məhəmməd Qaffarinin oğlu, İran incəsənəti tarixinə Əbülhəsən və Sani ül-Mülk adı ilə daxil olan Mirzə Əbülhəsən-Xan Qaffari Kaşani 1814-cü ildə Kaşan şəhə rində anadan olmuşdur. 15 yaşında olarkən o, atası tərəfindən tanınmış ustad, Fəth-əli şah Qacarın sarayında naqqaş başı vəzifəsini tutan Mehr-Əli İsfahaninin yanına boyakarlığı öyrənmək üçün göndərilib. Fitri zövqə və atasından irsən keçən istedada malik olan Mirzə Əbülhəsən Xan məşhur ustadın rəhbərliyi altında boyakarlığını kamilləşdirir və tezliklə öz dövrünün tanınmış rəssamlarından biri olur. 1842-ci ildə Məhəmməd şah Qacarın hakimiyyəti dövründə 29 yaşlı boyakar rəssama monarxın portretini çəkməyə icazə verməklə onu saray rəssamı təyin edirlər. Tezliklə Sani ül-Mülk naqqaşbaşı rütbəsinə layiq görülür. 1842-ci ildə işlənmiş Məhəmməd şahın portreti Sani ül-Mülkün günlərimizə kimi çatan ən erkən əsərlərindən sayılır. Sənətdə təkmilləşmək arzusu ilə Sani ül-Mülk, Şah Məhəmmədin hakimiyyətinin sonunda Avropa incəsənətinin mərkəzi olan İtaliyaya, məşhur Avropa ustalarının, xüsusilə İntibah dövrünün rəssamlarının əsərlərini tətbiq etmək üçün, onların boyakarlıq manerası ilə tanış olmaq üçün səfər etməyə qərara alır. O, Romanın, Vatikanın, Florensiyanın, Venesiyanın muzeylərinə və akademiyalarına baş çəkərək və italyan ustalarının şah

Naməlum rəssam. Rəqqasə. XIX əsr.

21


əsərlərinin surətlərini çıxararaq bir neçə müddət İtaliyada keçirdi. İrana qayıtdıqdan sonra Sani ül-Mülk “Min bir gecə” əsərinə illüstrasiyaların hazırlanmasında iştirak edir. Bu

Naməlim İran rəssamı, Musiqiçi qadın,1825-ci il. Honolulu İncəsənət Akademiyası. Naməlum rəssam. Rəqqasənin portreti Kakavandi. Musiqiçi xanımın portreti

22

əsərin bədii tərtibatı üzərində 42 miniatürçü rəssam 7 il ərzində çalışmışlar. Bu nəşr 1134 səhifədə yerləşdirilən 3600 miniatürdən ibarət idi. Bu miniatürlər təkcə bədii nöqteyi-nəzərdən deyil, həmçinin XIX əsr İran folklorunun öyrənməsi üçün də maraqlıdırlar. “Min bir gecə”yə illüstrasiyalar yaradarkən Sani ül-Mülk orta əsr İran həyatını özünün yaşadığı dövrə müvafiq əks etməyə çalışırdı. Buna görə də bu miniatürlər XIX əsr İran adət ənənələrinin həqiqi sənədi kimi qavranılır. Məsələn, miniatürün birində Bağdad xalifi o dövrdə İranda hakimiyyətdə olan Nəsrəddin şah kimi təsvir olunub, xalifin naziri olan Cəfər Barmaki isə Əmir Kabirin ömrünün son illərində olduğu kimi təqdim olunub. Tehranın küçə və meydanları təmsil edirdilər, bir sözlə, bu əlvan və mürəkkəb kompozisiyaların əsasında o


dövrün İran cəmiyyətinin məişətinin mədəni və etnoqrafik xüsusiyyətlərini görmək olar: binaların görkəmini, otaqların interyerini və avadanlığını, o dövrdə dəbə girən fransız üslublu pəncərələri, şüşəbəndlə əhatə olunan kərpiclə döşənmiş daxili həyətləri, şairanə bağları. Ictimai hamamı əks etdirən miniatürdə, camadarların müştərilərin başlarını taraş etdiklərini, onları xüsusi hamam kisələri ilə kisələmərini, saqqallarını xına ilə boyanmalarını və yaxud masaj elədiklərini görmək olar. Sani ül-Mülkün miniatürlərində XIX əsr üçün səciyyəvi musiqi alətlərində: kamançada, tarda, dəfdə və zərbdə ifa edən musiqiçilərin müşayiəti ilə rəqqas oğlan və qızların çırtma çala-çala rəvan hərəkətli rəqs etmələri təsvir olunub. İllüstrasiyalar xalça-palaz üstündə əyləşib balışlara söykənən Sani ül-Mülkün müasirləri olan insanları əks etdirir. Şahzadə və varlıların evlərində İranda o zaman dəbdə olan Avropa mebelini görmək olar. Sani ül-Mülk 52 yaşında uzun sürən xəstəlikdən vəfat edib və özündən sonra çoxsaylı tablo və miniatürlər qoyub gedib. XX əsrdə İranda ən güclü miniatürçü rəssam Hüseyn Behzad hesab olunurdu. 1894-cü ildə Tehranda anadan olan Hüseyn, hələ uşaqlıqdan rəsmə olan həvəsi ilə seçilirdi: “Anlaşılmaz bir hiss məni rəngkarlığa çəkirdi, mən özümü susuzluqdan əzab çəkən və nəhayət şəffaf bulağa çatan adam kimi hiss edirdim”, – deyə Hüseyn Behzad xatırladırdı. Behzadın 7 yaşı tamam olanda onun atası vəba xəstəliyindən vəfat etdi. Oğlan məşhur portretçi rəssam Hüseyn Peykar-Nəqarinin emalatxanasında şagird qəbul olundu və 12 il ərzində onun yanında işləyib ustalığını artırır və pul qazanırdı. 18 yaşından başlayaraq o, sifarişlə Səfəvi və Timurilərin dövrünə aid miniatürlərin surətini çıxararaq müstəqil işləməyə başladı. Bu iş köhnə ustaların, o cümlədən rəssamın pərəstiş etdiyi Kəmaləddin Behzadın və Rza Abbasinin qanun və

Naməlim Qacar rəssamı. Rəqqasə. XİX əsrin ortaları. Honolulu İncəsənət Akademiyası.

23


Sani ül-Mülk. “Min bir gecə” əsərinə illüstrasiyalar

24

üslublarını mənimsəməyə kömək etdi. Miniatürün müxtəlif üslublarının öyrənilməsi müasir incəsənətin tələblərinə uyğun olan yeni İran üslubunun yaranmasına yönəlmişdir. Miniatür get-gedə yox olurdu, o isə onun yaddaşlardan silinməsindən xilas etməyə çalışırdı. 1953-cü ildə İranın Əski sənətlər muzeyində Behzadın İbn Sinanın min illiyinə həsr olunmuş sərgisi təşkil olundu. Sərgi rəssamın yaradıcılığına diqqəti cəlb etdi, bu da Behzadın bütün dünyada tanınmasının başlanğıcı oldu. Hüseyn Behzad öz geniş diapazonlu yaradıcılığı ilə XX əsr İran incəsənəti tarixində müstəsna mövqe tutur.


Behzadın yaradıcılığı, onun əsərləri üçün səciyyəvi olan üslub xüsusiyyətləri bir tərəfdən klassik kitab miniatürü ilə bağlıdır, digər tərəfdən isə ədəbi əsərlərə çəkilən illüstrasiya məhdudluğundan azad olub, geniş həyat hadisələrini, o cümlədən Incilidən götürülmüş mövzuları əks etdirən müstəqil dəzgah boyakarlığı və qrafikası nümunələri kimi qiymətlidir. Onun əsərləri kompozisiya qurumu, insan və heyvan fiqurunun həcmi, plastik təsviri, nisbəti, rənglərin təbii düzümü və sıralanması, arxa planın perspektiv qanunları əsasında işlənməsi, obrazın psixoloji ifadəliyi və s. xüsusiyyətlərinə görə əhəmiyyətlidir. Əslində Şərq miniatürü üçün yabançı olan bu realistik keyfiyyətlər rəssamın Avropa sənəti ilə tanışlığını, Avropa boyakarlıq formaları və bədii ifadə vasitələrinin Şərq sənətinə sirayət etməsini göstərir. Türkiyənin miniatürçü rəssamı Solheyl Ənvər İstanbulun “Vətən” qəzetində yazırdı: “Görkəmli rəssam olan

Sani ül-Mülk. II Şah Abbas səfirləri qəbul edir

25


Hüseyn Behzad. İbn Sina. Hüseyn Behzad. Qoca

Behzad təkcə İrana deyil, bütün dünyaya məxsusdur”. Fransız qəzetlərində çoxlu təriflər getmişdir. Ondan sonra silsilə sərgilər Parisin Müasir İncəsənət Muzeyində, ABŞ-da təşkil olundu. 400-dən artıq əsərin və üç bədii üslubun müəllifi olan Behzad çox sayda İran və beynəlxalq mükafatlara layiq görülmüşdür. Buna baxmayaraq, ahıl yaşlarında yataq xəstəsi olan vaxtda o, hamı tərəfindən unudulmuş və praktiki olaraq dilənçi vəziyyətinə düşmüşdür. Dostuna şikayət edən ustad deyirdi: “Mən ölümdən sonra görürsən, elə səs-küy qalxacaq, məni yad etmək üçün qəbrimin üstünə elə təmtəraqlı yürüşlər olunacaq ki”. 26


Hüseyn Behzad. Çovqan oyunu

Hüseyn Behzad 1968-ci ildə vəfat etdi və Tehran yaxınlığındakı Rey şəhərində İmamzadə Abdullanın qəbri yaxınlığındakı qəbiristanlıqda dəfn olunub. Son Qacar dövrünün ən parlaq nümayəndəsi olan və Kamal ül-Mülk (“Dünyəvi kamillik”) kimi tanınan Məhəmməd Qaffari, İran boyakarlığına böyük təsir göstərmişdir. Onun yaradıcılığı XX əsrin ortalarına kimi İran incəsənətinin istiqamətini müəyyənləşdirmişdir. Onun çoxsaylı tələbələri onun tərzdə rəsm etməyə davam edirdilər, XX əsrdə meydana gələn simvolik və abs-

Hüseyn Behzad. Fərhad və Şirin. 1951

27


Kamal ül-Mülk. Gülüstan sarayının yaz evi. (1889) (İran, Tehran, Gülüstan sarayı muzeyi)

28

trakt boyakarlıq onun əleyhinə hərəkət etməyə cəhd edirdi. Məhəmməd Qaffari, 1847-ci ildə Kaşanda, boyakarlar sülaləsi yetişdirən bir ailədə anadan olmuşdur. O, akvarel portretlərinin ən mükəmməl ustası olan Mirzə Əbülhəsən Qaffarinin Sani ül-Mülkün qardaşı oğlu idi. Kamal ül-Mülkün atası Mirzə Bozorq Qaffari Kaşani İran


Boyakarlıq Məktəbinin əsasını qoyan tanınmış rəssam idi. Erkən yaşlarından Məhəmməd Qaffari rəsmə həvəs göstərib. İlhamının aşıb-daşan vaxtlarında o, yataq otağının bütün divarlarını kömürlə rəsm etmişdir. Bu cızmaların bir qismini bu gün də Qaffarilərin ailəsinə mənsub olan evdə görmək olar. Məktəbi bitirdikdən sonra gənc rəssam Tehrana gedərək Dar-ül-Funun Məktəbin qəbul olunaraq, məşhur boyakar Mozayen-ud-Dolehin yanına təhkim olunur. İti baxışı və incə bədii duyğusu ona xətlərin hörülməsində gizli məna tapmağa, tonların adi gözlə görünməyən ən xırda çalarlarını görməyə imkan verirdi. Artıq boyakarlıq məktəbində oxuduğu zaman o, istedadlı nəqqaş kimi diqqətini özünə cəlb edə bilmişdir. Bir gün Dar-ül-Funu ziyarət edən Nəsrəddin-şah Qacar Məhəmməd Qaffarinin parlaq istedadını görüb onu saraya dəvət edir. Rəssamın ustalığını görən Nəsrəddinşah ona Kamal ül-Mülk, yəni “Dünyəvi kamillik” ləqəbini vermişdir. Bir neçə il ərzində, ta Nəsirəddin-şahın öldürüldüyü günə kimi, Kamal ül-Mülk sarayda işləmiş və o dövrdə özünün ən mükəmməl əsərlərini yaratmışdır. Əsas etibarilə bunlar tanınmış adamların portretləri, mənzərələr, şikar yerləri və saray otaqlarını əks edirdilər. Fırça ustalığı, əlvan və canlı rənglər onları o dövrün bir çox rəssamlarının əsərlərindən fərqləndirirdi. Ümumiyyətlə bu dövr ərzində 170 tablo çəkilmişdir. Təəssüflə qeyd etməliyik ki, əsərlərin əksəriyyəti ya məhv edilmiş, yada xaricə şəxsi kolleksiyalara aparılmışdır. Nəsrəddin-şahın ölümündən sonra Kamal ül-Mülk onun varisi olan Müzəfəddin-şahın sarayında işləmək istəməyib. Buna görə də o, 47 yaşında Avropaya, sənətini təkmilləşdirməyə gedir. Avropa muzeylərini gəzərək rəssam Rafaelin, Rembrandtın, Tisianın, da Vinçinin və digər köhnə ustadların əsərlərinin surətlərlərini çıxarmışdır. Görkəmli Avropa boyakarları ilə görüşlər Kamal ül-Mülkə onların manerasını və rəsm texnika29


Kamal ül-Mülk. Güzgülü zal

30

sını öyrənməyə imkan verdi. Məhz bu əlaqələrin, bu ünsiyyətin nəticəsi kimi rəssamın sonralar yaratdığı “Misirli”, “İki dilənçi qız” kimi sırf klassik realist üslublu sənət əsərləri meydana gəlmişlər. 1889-cu ildə rəssam İrana qayıdır. Lakin tezliklə şah ailəsinin Kamal ül-Mülkə olan ədavəti artır və çoxsaylı fitnələr rəssamı ölkəni tərk etməyə vadar edir. Vətəninə böyük sevgi hissi bəsləyən Kamal ül-Mülk İraqda məskunlaşmağa məcbur olur. İraqın qədim müqəddəs şəhərlərinə səfərlər ustadın qarşısında yeni üfüqlər açdı. Onun yaradıcı ruhunu qızıl


günbəzlər və firuzəyi minarələr, məscidlər və müqəddəs məzarlar, ziyarətkahların müqəddəs divarlarını dolaşan zəvvarların sonsuz sıraları ilhamlandırırdı. “Kərbəla-ye-Moalla meydanı”, “Bağdadlı dəmirçi” və “Bağdadın Avropalı falçıları” – İraq dövrünün ən parlaq misalları bunlardır. İki il İraqda yaşadıqdan sonra İranda Konstitusiya Hərəkətinin başlanması ilə əlaqədar Kamal ül-Mülk vətənə qayıdır və idarəçiliyin konstitusiya formasının tərəfdarlarına qoşulur. Bu dövrdə o, “Çavuş Ağa Bəxtiyari”, “Azad-ül-Mülk” əsərlərini yaradır. İranda konstitusiyanın bərqərar olması rəssam üçün yeni abu-hava yaratdı. Hakimiyyətə incəsənəti qiymətləndirə bilən savadlı adamlar gəldi. Kamal ül-Mülk şəxsi incəsənət məktəbini təsis edir, və burada təkcə boyakarlıqla deyil, tətbiqi sənətlər olan xalça toxuculuğu, mozaika, ağac üzərində oyma kimi sənətlər öyrədilir ki, bu da yaddan çıxmaqda olan milli sənətlərin dirçəlməsinə səbəb olur. Məktəbin qısa müddətli fəaliyyəti ərzində buradan Hüseyn Əli Xan Vəziri, İsmayıl Aştiani, Əli Məhəmməd Heydərian, Mahmud Ölya, Nemətulla Moşiri, Əli Əkbər Yasami, Möxven Soxeyli kimi istedadlı rəssamlar çıxmışlar. Kamal ül-Mülk aylıq məvacibinin əhəmiyyətli hissəsini Məktəbin imkansız tələbələrinə verirdi. Lakin 1920-ci ilə yaxın Kamal ül-Mülk, Qacarlardan heç də yaxşı olmayan yeni Pəhləvi şah sülaləsindən də məyus oldu və Rza-xan şahın sarayında işləməyə imtina etdi. Şah rəssamı aylıq məvacibindən və Məktəbə verilən yardımdan məhrum edərək onu istefa verməyə məcbur etdi. 1928-ci ilin Ordibəheşt ayında Kamal ül-Mülk Nişapura sürgün olundu. O, kiçik Hüseynabad kəndində məskunlaşdı. Bu zaman rəssama bədbəxtçilik üz verdi: naməlum səbəbdən o gözünü itirdi. Məhz bu səbəbdən sürgündə keçirilən illər ərzində o, rəssamlıqla məşğul ola bilmədi. 1940-cı ildə Kamal ül-Mülk Nişapurda 31


rəhmətə getdi və elə orada Attarın məzarı yaxınlığında torpağa tapşırıldı. Rəssamın İran incəsənətinə gətirdiyi əsas töhfəsi yeni bədii üslubun yaranması oldu. Qacar dövründə İranın təsviri sənəti miniatürlə kifayərlənirdi. Kamal ül-Mülk, yeni nəsl rəssamları üçün yeni üfüqlər açaraq boyakarlıq haqqında təsəvvürləri genişləndirdi. Onun ən məşhur tabloları sırasında “Boyakar” (1882), “Gülüstan sarayı” (1883), “İmamə kəndi” (1884), “Şah bağı” (1886), “Hökumət düşərgəsi” (1889), “Dəmirçi”, “Falçı” (1889) əsərlərini qeyd etmək olar. Beləliklə, XIX yüzillik ərzində miniatür sənəti tənəzzülə uğrayır. Bu, İran incəsənətinin Qərb təsiri altına düşəndən sonra baş verdi. Rəsmi saray rəssamı olan Mirzə Baba, ancaq dəbdəbəli portretlər üzərində işləyirdi. XX yüzillik ərzində müasir İran təsviri sənəti Kamal ül-Mülk (1885-1940) kimi məşhur olan Məhəmməd Qaffarinin və milli məktəbin yaradıcılarından biri hesab olunan Əkbər Tacividin (1925-1995) işlərində inkişaf etməyə davam edirdi. Hazırda ənənələr İranın tanınmış boyakar rəssamları olan Mahmud Fərəşçiyanın, Abbas Rostamianın, Hüsseyn Məxcubinin, Pərviz Kələntərinin, Tərəqqi Yax Naminin, Yazeh Tabatabainin, Fərəh Üsülinin, Qizella Varğa Sinainin, Morteza Katuzianinin, Əli Əkbər Sadeqinin və Tənavolinin yaradıcılığında davam etdirilirlər. Ən populyar mövzuları ənənəvi geyimdə təsvir olunan sevgililər, çovqan oyunu və ov səhnələri təşkil edir. İran rəssamlığında baş verən dəyişikliklər Səfəvilər dövrünə və Məhəmməd Zamanın Avropaya səfərinə qayıdırsa da, II Dünya Müharibəsindən sonra İran rəssamlığı çox dərin və geniş bir dəyişikliyə məruz qaldı. O illərdə İran rəssamlığı xarici və daxili amillərin təsiri altında formalaşırdı və dünya sənətinin keşməkeşli dünyasına yol tapmaq üçün mütəmadi olaraq təkmilləşərək yeni estetik normaların təsiri altında tədricən Kamal 32


Kamal ül-Mülk. Misirli.

ül-Mülkün şərti-dekorativ üslublu miniatürçülük və təbiətçiliyindən uzaqlaşır. İkinci Dünya Müharibəsindən sonra İranda baş verən bir çox dəyişikliklər İran cəmiyyətini amerikalılaşmağa doğru sürükləyir. Dövlət iqtisadi modernləşdirmə planı “Əski İran”a və millətçilik inanclarına üstünlük verməklə

Kamal ül-Mülk. İki dilənçi qız.

33


Kamal ül-Mülk. Bağdadlı dəmirçi.

34

başlayır, və bu amillər əsas şüar və özək olaraq seçilir. Fəlsəfi, siyasi və ictimai düşüncədə də yeni bir mərhələ başlayır. Qərb yazıçılarının bir çox əsərləri fars dilinə çevrilir və İran ziyalılarının arasında onların haqqında mübahisə və danışıq aparmağı üçün çalışmalar gedir. İran ziyalılığının Qərbin fikrini, mədəni və ictimai məhsullarını kəşf etməyə meyli XX əsrin ikinci onilliyindən sonra daha çox gözə çarpır. O dövrün ziyalılarının fikrincə, “qoca və çürümüş İran, yeni mədəniyyəti qəbul etməklə gənc və güclü olmalıdır”. İranın birinci nəsil ziyalıları olan o şəxslər inanırdılar ki, inkişaf və irəliləmə üçün “İran zahirən və daxilən, cismən və ruhən avropalaşmalıdır”. Bu növ düşünmənin ardınca, İkinci Dünya müharibəsindən sonra, İranın Qərblə əlaqələri yeni bir formaya keçid alır və müxtəlif insanlar təhsil almaq üçün xarici ölkələrə gedir. Qərbdə sənət sahəsində baş verən yeni dəyişikliklər haqqında gələn məlumatların Tehranın mədəni dərnəklərində və mətbuatında yayılması və “Soxən” jurnalı kimi neçə nəşrlərin yayımlanması yeni bir mərhələnin başlanmasından xəbər verir. Ümumiyyətlə, 40-cı və 50-ci onilliklərdə baş verən keşməkeşlər nəticəsində qəzet və jurnalların nəşri fəal-


laşır. Bu dövr boyunca siyasi, iqtisadi və ictimai işlərlə əlaqədar bir çox hadisələr baş verir, çoxsaylı partiyalar və qruplar fəaliyyətə başlayır və hadisələrə müxtəlif reaksiyalar göstərilir. Dövrü mətbuatda bu partiyaların və qrupların siyasət, iqtisadiyyat, ictimaiyyətlə və çox zaman sənətlə bağlı fikirlər söylənilir. Sənət sahəsində fəaliyyət göstərənlərin arasında şairlərlə yazıçılar mətbuatda daha ciddi fəaliyyət göstərirlər. Onlar şeirləri ilə hekayələrini kitab formasında çap edərək, müxtəlif nəşrlər vasitəsilə sənət və düşüncəyə aid baxışlarını bildirib, onları müdafiə və təbliğ edirlər. Nəşrlərin əksəriyyəti ədəbiyyatla bağlı olan problemləri araşdırmaqla məşğul olur. Amma hərdən bunların arasında rəssamlıq haqqında da bəzi yazılar çap edilir. Bu yazılar, bəzi rəssamların yazdığı və müxtəlif nəşrlərdə çap olunan məqalələr və tərcümələrdən ibarətdir. Rəssamlardan Cəlil Ziyapur və Söhrab Sipehri mətbuat sahəsində fəaliyyət göstərir. Cəlil Ziyapur Fransadan qayıtdıqdan sonra müxtəlif çıxışlar və yazılar vasitəsilə öz fikirlərini bildirib yeni rəssamlıq haqqında açıqlamalar verərək, mətbuatda çox fəaliyyət göstərir. Bu istiqamətdə o, neçə şair və yazıçı ilə birlikdə “Dalaşqan Xoruz” dərnəyinin və nəşrinin təməlini qoyur. Bu dərgi beşinci sayına qədər buraxılır. 1948-ci ildə İncəsənət fakültəsinə daxil olub rəssamlıq sənətinə yiyələnən Söhrab Sipehri, şeirlə də ciddi məşğul olmağa başlayır. Onun şeirləri ilə bərabər rəssamlıq məsələləri haqqında da yazılar çap olunur. Bu sırada Sipehri ilə çağdaş olan Bəriraninin və Bəhmən Mühəssisin də adlarını çəkmək yerinə düşər. Son qırx ildə İranın ədəbi mühiti sənətçi yetişdirmək üçün əlverişli şəraitə malik olmamışdır. Münasib və ruhlandırıcı mühitdə olmayan zövq və istedad sahibləri bir az irəliləyişdən sonra durğunluq səviyyəsinə düşür və çarəsizlikdən təkrar olunmuş şeyləri yenidən təkrarlamağa başlayırlar. Miniatürçülər kimi vaxtlarını xırdalıqları göstərməyə sərf edən İran rəssamlarının çoxu, yorğun35


Növbəti səhifədə → Kamal ül-Mülk. Kərbəlayi-Moalla meydanı

36

luğu və durğunluğu yayan bu əlverişsiz mühitin təsirinə məruz qalmışlar. İncəliklərə və xırdalıqlara həddindən artıq fikir vermə qüdrət və yüksəlişin qabağını alır. Sənətçinin gücü xəyaldan gələn yeni üslublar və mövzuları tapmaqdadır, xəyal gücü isə araşdırma, incələmə və başqa sənətçilərin durumu ilə tanış olmaqla inkişaf edə bilər. Keçmiş yarım əsrdə sənətçiləri alqışlayan və canlandıran və onların zövqünü və istedadını çiçəkləndirən bir amil olmamışdır. Tənəzzülün mövcudluğuna və ümumi mədəniyyət səviyyəsinin aşağı olmasına baxmayaraq, Avropa ilə olan əlaqələr və Qərb millətlərinin baxışları və duyğuları ilə tanış olmaq meyli öz təsirini göstərmiş, gənc sənətçilərimizi uğurlu və cəsarətli addımlar atmağa və gözəlliyin həqiqi mənasını başa düşməyə doğru hərəkət etməyə məcbur etmişdir. Beləliklə, İran sənətçisinin baxışının dəyişilməsi İranın təsviri sənətinin təməlini dəyişdi və onun xəyali və idealist özülünü dağıtdı. XIX əsrin sonlarında İran sənətçilərinin diqqəti Qərbə doğru yönəlmişdir, Avropa sənətçilərinin dünya görüşü və iş üslubları sənətin etibar və dəyərinin şərti sayılırdı. İran rəssamlığının mübahisəli şəxsiyyət sayılan Kamal ül-Mülkün zühuru və onun Avropa üslubuna meyllənməsi və oraya səfər etməsi İran rəssamlığının baxışında köklü deyişikliyə səbəb oldu. Onun sezilə bilən təsirini İranın müasir rəssamlığında da görmək olur. O, klassik əsərləri köçürərək, təbiətin mexaniki surətdə təqlid olunması əsasında bir məktəb qurdu, beləliklə də istər-istəməz təbiətin sırf köçürülməsini və onu təqlid etməyi bir üslub kimi yaymağa başladı. Bu baxış illər boyu insanın yaradıcı və xəyali baxışının yerini aldı. İran rəssamlığı təbiətə yaxınlaşıb fotoqraflığa bənzəyən zaman, Avropanın yenilikçi rəssamları impressionizm üslubunu aşaraq, formaları sındırıb yeni təcrübələri əldə edirdilər. 1940-cu ilin avqust ayının 18-də Kamal ül-Mülk həyata vida edərkən, o zamanın maarif naziri Mirat həmin


37


Kamal ül-Mülk. Falçı və onun müştəriləri.

38

ilin oktyabr ayında Ali İncəsənət məktəbinin təməlini qoydu. Bu məktəb yarım əsr boyunca İranın yeni və müasir incəsənət və rəssamlığının qaynağı oldu. Kamal ül-Mülkün vəfatı ilə birlikdə onun yaratdığı üslub tənəzzülə uğramağa və İranın müasir rəssamlığında yeni təmayüllərin rüşeymləri görünməyə başladı. Ali məktəb öncə məsciddə və Mərvi məktəbində işə başladı, sonralar Texnika fakültəsinin elektrik laboratoriyasının zalının tikilməsi ilə əlaqədar məcburi olaraq oraya daşındı. 1945-ci ildə İncəsənət fakültəsi Tehran Universitetinin Şərq tərəfində açıldı. 1940-ci illərinin əvvəllərində Tehran Universitetində İncəsənət fakültəsinin açılması İran rəssamlığında və ümumiyyətlə təsviri sənətində mühüm hadisə oldu. Burada Qərbdə əldə edilən yeni rəssamlıq təcrübələri rəsmi olaraq tətbiq olunmağa başladı ki, bunu da müasir İran incəsənətinin dünya incəsənətinə nüfuzu kimi qiymətləndirmək olar. O zamanlar Tehran Universiteti modern üslubunun elmi və mədəni formada təzahürünün mərkəzi idi. Ab-


bas Mirzə və Əmir Kəbiri dövründən ənənəvi formadan yeni formaya keçməkdə və Məşrutə Hərəkatında formalaşan çalışmalar, özlərini XIX yüzilliyin əvvəllərində doğrultmağa başlamışdı. Güclü mərkəzi hökumət Avropa mədəniyyətini iranlıların tarixi irsi və ənənələri ilə birləşdirərək bu yeniliyin əsasını qoymağa çalışırdı. Şəhərdə olan yeni institutlar bu nəzəriyyənin əsasında formalaşırdı və, təbii olaraq, təhsil siyasəti və Universitetin planları bu rəsmi siyasətin mərkəzində bulunurdu. O dövrün ictimai və mədəni şəraitində bir neçə incəsənət cərəyanı paralel olaraq irəliləməkdəydi: 1. Kamal ül-Mülk məktəbi 2. Miniatür və milli incəsənət 3. Qəhvəxana dini rəssamlığı 4. Yeni rəssamlıq Rüşeyimləri Akademiyadan kənar cücərən və Universitet təlimatına bağlı olmayan şeir, musiqi və bəzi başqa sənət növlərinin əksinə olaraq, yeni rəssamlıq sənəti Universitetin içindən yarandı və öz inkişafı və irəliləyişi ilə illər boyu Universitet təlimatına və rəsmi mədəniyyət ocaqlarının yol göstərişlərinə borcludur. Ali İncəsənət məktəbi (sonralar da İncəsənət fakültəsi) fəaliyyətinin ilk dövründə yığcam bir plana malik deyildi. Çünki onun təhsil mühiti bir neçə xarici memarla impressionizmdən az-çox xəbəri olan Kamal ül-Mülk məktəbinin müəllimlərindən təşkil olunan uyğunsuz bir tərkibə malik idi. Atolyelərdə yol verilən yeniliyin ən son həddi “azad qələm” adlandırılan bir növ impressionizm idi. Bu elə həmin klassisizm idi ki, onun tərkibində impressionizmin yeniliklərinə heç bir aidiyyəti olmayan laqeydlik var idi. Şagirdlərə nə etməli olduqlarını deyil, nə etməməli olduqlarını öyrədirdilər. Amma onlar Universitet təlimatına elə də bağlı qalmırdılar. Ali İncəsənət məktəbinin birinci kursunu (1940-1945) üç nəfər bitirib məzun oldu: Cəlil Ziyapur əlaçı olaraq 39


Fransa dövlətinin təqaüdü ilə Parisə yollandı, Cavad Həmidi ara vermədən Universitetdə dərs vermək üçün Heydəriyanla əməkdaşlıq etməyə dəvət olundu, Hüseyn Kazimi də azad rəssam kimi işləməyə başladı, sonra isə Parisə getdi və öz təhsilini orada davam etdirdi. Onlar fakültədə nə öyrənmişdilər və incəsənətdə hansı sahələri kəşf və təcrübə etmişdilər? Həmidi deyir: “O zamanlar fakültədə yeniçiliyə elə yol verilmirdi... Sonralar təhsilimi davam etdirmək üçün Parisə getdiyimdə gördüm ki, oradakı vəziyyət bizim öyrəndiklərimizdən fərqlidir. Təbiət düzəltməyi fotoqraflığa buraxmışdılar, rəssamlıq isə başqa bir yola getmişdi”. Fakültəni bitirmiş rəssamlar birinci modern rəssamlıq sərgilərini, çarəsizlikdən, xarici səfirliklərə bağlı olan mədəni dərnəklərdə qurdular. Çünki öz əsərlərini göstərmək üçün başqa bir yer tapa bilmirlər. 1946-cı ildə İranın müasir böyük sənətçilərinin birinci sərgisi, “İran İncəsənət Sərgisi” adı ilə Tehranda quruldu. Bu sərgidə Hüseyn Kazimi, Mehdi Vişkayi, Cəlil Rzapur və Cavad Həmidi kimi gənc və novator rəssamların əsərləri Kamal ül-Mülk və onun şagirdləri və davamçılarının əsərlərinin qarşısında yeni görünürdü, amma Avropada gedən yeni sənətlə müqayisədə çox da yeni deyildi. Cəlil Ziyapur “Kubizm” başlıqlı bir çıxışında Tehranın Anatol Frans Mədəniyyət Mərkəzində belə deyir: “Kubizm bugünkü xalqın əhval-ruhiyyəsinin göstəricisidir. Kobud xətlər və sınan səthlər bu əsrdə yaşayan xalqın işinin göstəricisi, dövrümüzdəki həyatın arxayın sənədidir və yaşayışımızı göstərir. Rəssam bu üslubda, bir ağacın, bir insanın və ya bir heyvanın bənzərini yaratmaq istəmir. İlk-öncə o, “dövrü, gözəlliyi və dövrün səliqəsi”nin ümumi qaydasını göstərmək istəyir...”. O, “həndəsi rəssamlığın İranda yad olmadığına və əgər Avropada qırxillik bir keçmişə malikdirsə, İranda altı min ildən çox keçmişə və təmələ sahib olduğuna” işarə edərək deyir: “Bu daşqının arasında əl-ayaq çalan 40


sənətçilər, ya bizi kafirlik daşı ilə vururlar ya da ki boş yerə və mənfi cəhətdə çalışırlar, çünki onlar istəsələr də istəməsələr də yeni sənət irəliləyir”. Hər nə olursa olsun, İranın müasir sənətçilərinin Qərbin yeni rəssamlıq baxışlarına doğru yol açılmışdı. Ziyapurun çalışmaları nəticəsində, özü dediyi kimi, “yeniçilər işə girişdilər və ənənəçilər öz adi üslubları ilə birlikdə yavaş-yavaş yığışdırıb getdilər”. Kubizmin ardınca başqa üslublar da bir-bir İranın gənc rəssamları tərəfindən təcrübə olundu. Az müddətdən sonra İran rəssamlarında, Qərbin yeni rəssamlıq üslublarını təcrübə etməyə elə həvəs yarandı ki, İranın müasir rəssamlıq səhnəsində 10-15 il müddətində rəssamlıq üslubları və məktəblərinin çoxunun əsasında əsərlər yarandı. İran rəssamlarının bu dövrdəki şövqü elə güclü idi ki, Aydın Ağdaşlı dediyi kimi: “Qərbin yüzillik yeni sənət yolunu on ildə getmək və gözdən keçirmək istəyirdilər”. Ziyapur İrana qayıtdıqdan sonra, öncül bir rəssam və bilici bir nəzəriyyəçi kimi yeni rəssamlıq hərəkatının bayraqçısı oldu. Dostları ilə birlikdə, ədəbiyyat, teatr, musiqi və rəssamlığa məxsus yeni incəsənət sahələrinin meydana gətirilməsində öncül bir dərnək olan “Dalaşqan Xoruz” dərnəyini yaratdı. Bu dərnəyin üzvlərindən biri olan Şirvani, “Dalaşqan Xoruz” adının bir incəsənət dərnəyi üçün nədən seçildiyi haqda bir çıxışında deyir ki, dalaşqan xoruz əski ədəbiyyatda oyaqlıq simvoludur. 1948-ci ilin oktyabr ayında “Ziyapurun primitivdən sürrealizmə qədər keçmiş rəssamlıq məktəblərinin haqqında nəzəriyyəsi” adlı bir oçerki mədəni dərnəklərə və qəzetlərə göndərildi. O, bu oçerkdə Qərbin sənət məktəblərinin qısa tarixini verdikdən sonra bütün bu məktəbləri rəssamlıq üçün yetərsiz sayır və onların çoxunu rəssamlıqdan başqa bir şeylər üçün yaradılan çərçivə kimi dəyərləndirir. Bu dəyərləndirmədə hətta işləmək üçün sevdiyi kubizmi də çatışmazlıqdan ayrı görmür. Burada o, mücərrəd rəssamlığa çox yaxınlaşır və yeni rəssamlığı ədəbi, tarixi, ictimai və s. artırmalar41


dan yayındıraraq, diqqəti onun əslinə, yeni yaradılan kompozisiyalarda rəngin müstəqil funksiyası və işığın qorunmasının zəruri olduğuna yönəldir. İncəsənət fakültəsi şagirdlərinin klassisizmin bəndindən azad olmaqla, azad qələmi öyrətməklə onları çevrədəki dünyanı kəşf etməyə ruhlandırdı və bununla birlikdə həmin şagirdlərin Fransa, İtaliya və Almaniyanın məktəblərində dərs almağa sövq edirdi. Beləliklə də tələbələri Kamal ül-Mülkü təqlid etməkdən yayındırırdı. Amma bütün bunlara baxmayaraq, sənətçilərin milli ənənədən anlayışları qalmaqda idi. Qərb texnikasının mənimsənilməsi ilə əlaqədar olaraq Qərbin yeni sənətinin məhsulu olan yaradıcı subyektivliyə doğru aparmaq niyyəti, bir növ obyektivliyə və ənənədən gələn təsviri elementləri vurğulamağa gətirib çıxardı. Əhməd İsfəndiyari kaşılarda, xalçalarda və saxsılarda işlədilən bucaqlı və islimi formalara və xüsusilə İranın miniatürünə diqqət edib, ilk tablolarında onları yenidən canlandırmağa başladı. Mahmud Cavadipur ilə Hüseyn Kazimi milli mədəniyyətə əhəmiyyət verərək, şəhər və kənddə yaşayan aşağı sinfin insanlarını və yaylaq mənzərələrini daha çox impressionist üslublarda işləyirdilər. Onlar hesab edirdilər ki, bu mühiti daha çox tanımaq üçün kəndlərə və ölkənin hələ deyişilməmiş yerlərinə getmək, adətənənələrdə və geyimlərdə (örnək üçün Kürd və Lor geyimlərində) mədəniyyətin bir hissəsini əks etdirən şeyləri sənədli rəsm çərçivəsində yenidən canlandırmaq lazımdır. Ona görə Hüseyn Kazimi 1949-cu ildə bu təcrübəndən yaranan əsərlərini kubist tablolar formasında bir sərgidə göstərdi. İranın modern rəssamlığına aid ilk işlərə 1945-1953cü illər arasında başlamışdır. 1945-ci ildə Akademiyanı bitirən birinci rəssamların hər birisi azad ictimaisiyasi mühitdə öz müstəqil baxışlarını və inanclarını irəli sürməyə çalışdılar. Onlar hökumət və ictimai rəy tərəfindən dəstəklənmədən, sənətə bəslədikləri odlu 42


inanclarına söykənərək, qovğanın içindən özlərinə yol açdılar. Yenilikçi rəssamlar ilk-öncə səfirliklərin mədəni dərnəklərində, sonra isə 40-cı illərin sonlarında açılan özəl və dövlətə bağlı qalereyalarda cəncəlli tablolarını göstərdilər. Sərginin qurulması onlara, həvəskar tamaşaçılarla sənət haqqında mübahisə etmək üçün şərait yaratmışdı. Ən önəmli mərkəzlər İran-Sovet və İran-Fransa mədəniyyət dərnəyi idi. 1945-ci ildə Cavadipur və İsfəndiyari bir neçə impressionist tablolarını İran-Fransa mədəniyyət dərnəyində sərgiyə qoydular. 1946-cı ildə İranın ən böyük ədəbi-bədii toplantısı, “Birinci İran Yazıçıları Koqresi” adı ilə İran-Sovet dərnəyində keçirildi və neçə gənc rəssamların tablolarından orada bir sərgi quruldu. Onların arasında Ziyapurun eskpressionist üslubda işlədiyi “Dəmirçi Kavə” adlı tablosu da var idi ki, bu əsər də impressionist əsərlərinin yanında sərgiyə qoyuldu. İranın müasir təsviri sənətinin inkişafında, novator ruhlu, dünya incəsənətində artıq yer almış müasir cərəyanları tətbiq edən rəssamların kəşfində Tehran şəhərində mütəmadi olaraq təşkil olunan Biyennalelərin əhəmiyyəti danılmazdı. 4 aprel 1958-ci ildə Tehranın Əbyəz sarayında Birinci Biyennale keçirildi. Burada qırx doqquz müasir sənətçi, qırx beş rəssam və dörd heykəltəraş öz əsərlərini nümayiş etdirmişlər. İştirak edən tanınmış sənətçilərin arasında Söhrab Sipehri, Cəlil Ziyapur, Mənuçehr Şeybani, Nasir Üveysi, Pərviz Tənavüli və Marko Qriquriyanın adını çəkmək olar. Bu sərginin kataloqunu araşdırdıqda, bütün yeni sənət məktəblərinə aid nümunələrin göstərildiyini görmək olur. Biyennaledə nümayiş etdirilən əksər əsərlər kubizmə bənzər üslubda işlənmişlər. 1960-ci ilin mart ayında həmin sarayda açılan İkinci Tehran Biyennaledə artıq iştirakçıların sayı çoxalaraq altmış səkkizə yüksəlmişdir. Onların arasında tanınmış sənətçilər 43


də var idi: Bəhmən Mühəssis, Söhrab Sipehri, Əbülqasım Səidi, Jazə Təbatəbai, Möhsün Vəzirimüqəddəm. Sərgilənən əsərlər arasında mücər-rəd işlərin sayı çoxalmış və rəssamların bir qismi I Bi-yennaledə olduğu kimi İrana həsr olunmuş mövzulu əsərlər təqdim etmişlər. Artıq ənənə halını almış Tehran Biyennalesi 1962-cı ilin aprel ayında üçüncü dəfə yığışmış və Əbyəz sarayının zallarında nümayiş etdirilən artıq yüz bir nəfər sənətçinin əsərləri tamaşaçıların müzakirəsinə çıxarmışdır. Xüsusi marağa Kamran Katuziyan, Əbdürrza Dəryabəyli, Sadıq Bərirani, Behcət Sədr, Hüseyn Zindərudi və Hüseyn Kazimi kimi tanınmış sənətçilərin əsərləri səbəb olmuşdur. Təqdim olunan əsərlər sırasında mücərrəd tablolar çoxluq təşkil edirdi. Sərgi kataloqunun ön sözündə verilən yazılarda qeyd olunur ki, mücərrəd üslublu əsərlərin artımı keçmiş üç sərginin təbii nəticəsidir. Münsiflər heyəti tərəfindən fiqurativ olmayan işlərin mükafatlandırılmasına baxmayaraq, hələ də İrana aid mövzulara daha çox üstünlük verilir. Sayı artmaqda olan rəssamların bir qismi xətt və xəttatlığın estetik keyfiyyətlərindən istifadə etməyə çalışırlar. İran təsviri sənətinin 1960-cı və 70-ci illəri Saqqaxana Məktəbinin fəaliyyəti ilə yadda qalıb. Saqqaxana termini birinci dəfə 1962-ci ildə tərcüməçi, jurnalist və tənqidçi Kərim İmami tərəfindən ənənə ilə yeniçiliyin arasında körpü qurmağa çalışan iranlı sənətçilərin bir qrupunun əsərləri haqqında işlədilmişdir. Kərim İmaminin bu haqda belə yazır: “Xəttin rəssamlıqda üzə çıxması, 1960-cı illərin əvvəlində, bir sıra tamaşaçıda Saqqaxana əhval-ruhiyyəsi yaratdı. Bu söz işlənildi və yerinə düşdü. Sonralar onun istifadə sahəsi genişlənib və yalnız fars xəttiylə maraqlananlar haqqında deyil, öz işlərində İranın ənənəvi sənətindən başlanğıc nöqtəsi və xammal kimi istifadə edən bütün sənətçilər haqqında – rəssam olur olsun, heykəltəraş olur olsun – işlənildi”. Hüseyn Zindərudi, Pil Aram, Pərviz Tənavüli, Məsud Ərəbşahi, Qəndriz, Sadıq Təbrizi, Nasir 44


Üveysi və Jazə Təbatəbai Saqqaxana Məktəbinin birinci sənətçiləri oldular. Ruhbəxş də son əsərlərini çəkməklə bu sıraya daxil oldu. Əslində bəlli və yığcam bir sənət məktəbi olmayan Saqqaxana məktəbi, yeni rəssamlıqda ənənəyə yeni bir yanaşmanı irəli sürdü. Keçmişdən qalan irsin bugünkü çərçivələrdə yenidən canlandırılması beynəlxalq sənət iclaslarında xüsusiyyət və üstünlük qazanmağa uyğun bir yol kimi görünürdü. 1964-cü ildə keçirilən Tehranın IV Biyennalesində Saqqaxana məktəbi artıq özünü təsdiqlədi. İllər keçdikcə yenilikçi sənətçilərin bir qismi bu mövzulara və ənənəvi materiallara doğru yönəldilər. Onlar həm ənənəvi, həm də yeni elementlərlə zəngin olan materiallardan istifadə edərək ifadəli dekorativliyi ilə seçilən əsərlərində mücərrəd üslubları tətbiq etməyə çalışmıdılar. Bu sırada Sadıq Bərirani, Hüseyn Zindərudi, Məsud Ərəbşahi, Qulamhüseyn Nami, Sadıq Təbrizi, Sirak Məlkuviyan və Şina Balasaniyan kimi rəssamların adlarını çəkə bilərik ki, onların əsərləri Qriqoriyan, Vəziri və Kazimi kimi İranın görkəmli rəssamların mücərrəd əsərləri ilə birlikdə daxili və xarici sərgilərdə təqdim olunurdu. Nasir Üveysi, Səlcuqlular və Qacarlar dövrünə aid təsviri sənətdən bəhrələnərək, habelə döyməçilərin ağac qəlibləri ilə möhür basmaqdan və təsviri xətlə cızmaqdan istifadə edərək, göz oxşayan və xəyala daldıran pərdələr düzəldirdi. Jazə Təbatəbainin bir çeşid zarafatcıllıqla qarışan primitivliyi, Qacar dövrünə aid bədii irsdən və xalq sənətindən qaynaqlanırdı. O, daha çox, sənaye qırıntılarını əfsanəvi varlıqlara döndərən yaradıcı bir heykəltəraş idi. O, həmçinin, Hünər-i Cədid qalereyasını qurmaqla novatorluğun yayılmasında bir rol oynadı. Zövqlü və axtarıcı heykəltəraş Pərviz Tənavüli də rəsm təcrübələrində əski simvollar və əfsanələrdən istifadə etdirdi. Xəttatlıq ritmini və kufi xəttinə bənzər hərfləri mücərrəd kompozisiyalarda işlədən Mənsurə Hüseyninin də yaradıcılığı maraq doğurur. 45


Az bir zamanda Saqqaxana məktəbinin qurucuları onun ilkin sərhədlərini aşdılar. Daha çox Parisdə işləyən və novatorluq meylləri ilə diqqəti cəlb edən Zindərudi tez bir zamanda tilsimə bənzər kompozisiyaları və adi motivləri buraxıb, ritmli xətlərin və parlaq rənglərin optik keyfiyyətlərinə və kəhkəşanlı mühitlərin təsvirləndirilməsinə üz qoydu. Çox ehtimal ki, rəssamın üslubunun dəyişilməsini Ap-Art cərəyanından təsirləndiyindən baş vermişdir. Əvvəllər Saqqaxana əsərlərinə çox da yaxın olmayan Ərəbşahinin rəsmləri, getdikcə quruluşçu bir xüsusiyyətə malik oldu. Ərəbşahi o illərdə saxsı, mis və betondan böyük ölçülü qabarıq naxışların düzəldilməsi ilə məşğul idi. Elə bu dövrdə, iranlı naxışçılardan neçəsi daha artıq müstəqil üslubları əldə etdilər. Bu rəssamların əsərləri bir dövrdə İranın ənənəvi təsviri elementlərindən və maddi-mənəvi cilvələrindən istifadə etmədən formalaşdı. Beləliklə, İranda Qərbin yeni sənətindən ayrı və özünəməxsus bir sənət meydana gəldi. Bu qrupun görkəmli nümayəndərindən sayılan Əbülqasım Səidi və Söhrab Sipehrinin orijinallığı ilə seçilən əsərləri Saqqaxana məktəbinin ən parlaq nümunələrindəndir. 1966-ci ilin iyun və iyul aylarında Mərdimşünasi muzeyinin yeni binasında keçirilən V Biyennalenin təşkilatçıları RSD adlı müqavilə bağlayaraq türkiyəli və pakistanlı sənətçilərin əsərləri də bu sərgidə nümayiş etdirilməsinə imkan yaratmışlar. Beləliklə, V Biyennale artıq regional səciyyə daşıyırdı. Tehran Biyennalesinin təşkilatçıları bu sərginin bir gün qlobal bir hadisəyə çevrilməsini arzu edirlər və sərginin regionallaşmasını müvəqqəti keçid mərhələsi kimi görürlər. V Tehran Biyennalesində İrandan otuz səkkiz nəfər, Türkiyədən otuz yeddi nəfər və Pakistandan otuz yeddi nəfər sənətçi iştirak etmişdir. İştirakçılar arasında iranlıların sayı azalmış (keçmiş sərgidə 113 nəfər idi) və üç dost və qonşu ölkə arasında iştirak baxımından ədalət qurulmuşdur. Sərginin İran bölməsi seçici komitə 46


tərəfindən güclənmiş və qabaqkı kollektiv sərgilərdən daha çox əhəmiyyət qazanmışdır. Mücərrəd işlərin sayı azalmış, onun yerinə İrana aid mövzuları ehtiva edən işlərə daha çox dəyər verilmişdir. Təəssüflə qeyd etmək lazımdır ki, V Tehran Biyennalesi bu silsilə sərgilərin sonuncusu idi. Onun dayandırılmasının səbəbləri İranın Mədəniyyət nazirliyi tərəfindən rəsmi olaraq açıqlanmadı. XX yüzilliyin 60-cı və 70-ci illərdə modernizm cərəyanının inkişafı İran rəssamlığının müasir dünya incəsənətindən bəhrələndiyindən xəbər verir. Bu dövrdə İranda bir sıra qalereyalar və sərgilər açılmaqda idi ki, bunların arasında ölümündən sonra “Qəndriz salonu” adlandırılan və salonun çalışqan üzvlərindən olan Mənsur Qəndrizin incəsənət ocağını, Gütə, Burgez, Seyhun, Nigar sərgilərinin adlarını çəkmək olar. Elə həmin dövrdə fəaliyyət göstərən Zəvan, Zənd və Saman və Pərviz Tənavüli, Rukan Səba və Kamran Dibanın birlikdə təsis etdikləri “Ertest 29” klubunun qapısı bütün rəssamların, heykəltəraşların və başqa sənətçilərin üzünə açıq idi. İranın dekorativ və xalq tətbiqi sənətinin inkişafında və geniş vüsət almasında Dekorativ Sənətlər məktəbinin rolunu xüsusi qeyd etmək lazımdır. Bu fakültənin təməli memarlıq və qrafika kimi tətbiqi sənətlər sahəsində ekspertlər yetişdirmək üçün Mədəniyyət nazirliyi tərəfindən qoyuldu. İncəsənət texnikumlarından məzun olanlar və Tehran Universitetinə daxil ola bilməyənlər bu fakültədə təhsillərini davam etdirə bilirdilər. Qətiyyətlə demək olar ki, bu fakültə, öz zamanında və ondan sonra müvəffəq və tanınmış sənətçilərin yetişdirilməsində Tehran Universitetindən daha uğurlu idi. Fakültədə tədqiqat aparan sənətçilərin arasında Hüysen Zindərudi (qısa bir müddət ərzində), Fəramərz Pilarm, Məsud Ərəbşahi, Sadıq Təbrizi, Mənsur Qəndriz və s. adını çəkmək olar. İranın yenilikçi sənətçilərini himayə etmək üçün atılan birinci təməl addım 1977-ci ildə Tehran Müasir Sənətlər 47


muzeyinin qurulması ilə bağlıdır. İranın yüksək dövlət rəsmiləri tərəfindən təşkil olunmuş muzeydə Avropa və Amerikadan gətirilmiş kubizm, ap, pop, konseptual və s. cərəyanlarda işlənmiş modern sənət tabloları yerləşdirilmişdir. Bu günə qədər öz fəaliyyətini davam etdirən muzeydə, gənc istedadları tapmaq və xalqın sənətlə bağlı məlumatının səviyyəsini qaldırmaq üçün müxtəlif biyennalerin və sərgilər keçirilməsi üçün gözəl şərait yaradılıb. Təəssüflə qeyd etməliyik ki, İran İslam inqilabından sonra bu muzeydə cəmi altı rəssamlıq biyennalesi keçirilmişdir ki, onların birincisi 1995-ci, sonuncusu isə 2003-cü ilin oktyabr və noyabr aylarına təsadüf edir. İran İslam inqilabı sadəcə Məhəmmədrza şahın dövründəki rəsmi sənət cərəyanını kəsmədi, bəlkə yeni rəssamlığın tamlığının, böyük bir tarixi hadisənin başlanğıcı oldu. Novator rəssamların bir qismi xarici ölkələrə köçdülər. Qalanların bəziləri müəyyən müddətə rəsm çəkməyi buraxdılar, ən yetkin rəssamlardan bir qismi isə ölkənin siyasi vəziyyəti ilə əlaqədar və ya hər hansı bir səbəbdən günün tələblərinə cavab verərək iş metodlarını dəyişdilər. Əvvəlki üslublarını dəyişən rəssamlar güclü və təsirli əsərlər yaratmağa başladılar. Beləliklə inqilabdan kifayət qədər müddət keçməsinə baxmayaraq yeniçilik hərəkatında diqqətəlayiq irəliləyiş nəzərə çarpır. Yeni inqilabçı rəssamlıq, texniki vəsaitin məhdudiyyətinə baxmayaraq, mücərrəd və dekorativ rəssamlıqla müqayisədə daha çox təsir bağışlayırdı. Bu sənətin müxatibə artıq şəxsin özü və ya məhdud şəxslər deyildi. Bu rəssamlar öz əsərlərini divarlarda və böyük səthlərdə əks etdirərək öz arzu və istəklərini Riyora Viskə İrusun xatirələrini canlandırırdılar. Bu üslubun uzunömürlü olmamasına baxmayaraq, xalqın rəssamlığa dekorativ və qeyri-ictimai bir element kimi baxışını dəyişdirib, Pəhləvilər dövründə rəssamlığa dəyən ziyanları sağalda bildi. Müharibənin başlaması ilə İranın rəssamlıq sənətində nəzərə çarpan canlanma müşahidə olunmur və 1980-ci 48


illərin sonuna qədər ölkənin ictimai sahəsində və mədəni hadisələrində gözə çarpan bir iştirakı olmadı. Müharibə bitdikdən sonra, nisbi dincliyin yaranması ilə yanaşı tədricən özəl və dövlət qalereyaları işə başladılar. Onillik durğunluqdan sonra rəssamlıq daha ağır bir çətinliyə düşmüşdü – tamaşaçıların tələbatı məlum olmadığı üçün rəssamlar sərgilərə çıxaracaq əsərlərinin məzmun və növünü müəyyən edə bilmirdilər. Sənət mərkəzlərinin onillik bir müddətə bağlanmasına görə rəssamlar öz şəxsi dünyalarına və fərdi maraqlarına qapanmış, beləliklə yaratdıqları əsərlər qalereyalarda senzuranın atəşinə məruz qalırdı. Digər tərəfdən isə sənət əsərlərinin alıcıları ziyalıların qaranlıq, qorxulu və ümidsiz dünyasına pul verməkdən çəkinirdilər. Ona görə təsviri incəsənət beş ildən az bir müddət ərzində ancaq dəbdəbəli və bahalı şeylərin bəzədilməsinə doğru inkişaf etdi. İran rəssamlığının uğursuzluğa uğramasının səbəblərindən biri nəzəriyyəçi sənətşünaslarının savadlı araşdırmalarının olmaması idi. Bu isə sənətçilərin zövq və baxışlarının səviyyəsinin zəifləməsinə səbəb olur. İranın müasir tarixində əsərlərin çoxu gəlmə dəst-xətlərin işlənməsindən daha çox, Qərbin bəlli və tanınmış sənət üslublarını izləyərək yaranmışdır. Beləliklə, öncədən təyin olunmuş nəticələr əldə edilməkdə idi ki, bunların vasitəsilə fərdi uğurlara çatmaq olmaz. Bu nailiyyətləri nəzəri baxışların və elmi tənqidlərin inkişafı ilə əldə etmək olar, çünki tənqid hər bir əsər üçün həm də örnək mahiyyəti daşıyır. Belə ki, tənqidçinin dəlillərə əsaslanan izahı məntiqli olmalıdır. Bu məntiq özünü bir sıra vasitələrlə sənət məktəblərinə və düşüncə hərəkatına uyğunlaşdıran və hər hansı tənqidi sənət məktəbinin bir parçası kimi olan bir məntiq olmalıdır. Keçmiş təcrübələri nəzərdən keçirib dünyanın müasir incəsənətinin əldə etdikləri nailiyyətlərə diqqət edərək, 1980-ci illərin ortasından etibarən yeni bir hərəkat başlamışdır. Şübhəsiz, yeni nəslin müasir rəssamları öz 49


mövqelərinin həssaslığını yaxşı başa düşərək araşdırmalarını ciddiyyət və diqqətlə irəli aparırlar. Amma bədii iqtibas və yeniçilikdə hələ arxayın və ətraflı nəticələrə çatdıqlarını demək olmaz. İranlı rəssamların intibah dövrü hazırkı hərəkatın dərinləşməsini və ardıcıllığını tələb edir. XX əsrin sonlarında İran sənətçiləri Qərb mədəniyyətindən bəhrələnməyə çalışırdılar, belə ki, Avropa sənətçilərinin dünya görüşü və iş üslubları sənətin etibar və dəyərinin şərti sayılırdı. İran rəssamlığının mübahisəli şəxsiyyəti olan Kamal ül-Mülkün Avropa üslubuna meyliliyi və oraya səfər etməsi İran rəssamlığının baxışlarında köklü bir deyişikliyin yaranmasına səbəb oldu. Kamal ülMülkün ölümündən yarım əsr keçməsinə baxmayaraq, onun sezilə bilən təsirini İranın müasir rəssamlığında görmək olur. O, klassik əsərləri köçürərək, təbiətin mexaniki surətdə təqlid olunması əsasında bir məktəb yarada bildi və özü belə istəmədən, təbiətin olduğu kimi köçürülməsini və onu təqlid edilməsini bir üslub kimi təbliğ etdi. Bu baxış illər boyu insanın yaradıcı potensialını və xəyala arxalanan dünyagörüşünü üstələdi. İran rəssamlığı təbiəti olduğu kimi fotoqrafik bənzətməyə çatan qiperrealizm üsulu ilə inkişaf etdiyi zaman, Avropanın yenilikçi rəssamları impressionizm üslubunu aşaraq, formaları sındırıb yeni təcrübələr əldə edirdilər. İranın müasir rəssamlığının bugünkü mənzərəsi iltihablı görünür. Hal-hazırda İranın təsviri sənətində yer alan istiqamət, mürəkkəb yaradıcılıq axtarışları prosesini keçərək, çeşidli cərəyanların içindən yaranan, dərin dəyişikliyin nəticəsi olan və neçə dövrdən sonra Qərbin yeni sənətinə doğru irəliləyən bir cərəyandır. Müxtəlif və ziddiyyətli üslubların və metodların varisi olan İranın müasir rəssamlığı, artıq bədii yetkinlik mərhələsinə qədəm qoydu.

50


FƏSİL II. MÜASİR İRAN RƏSSAMLARININ YARADICILIĞINDA MİLLİ ƏNƏNƏLƏRİN İNKİŞAFI srlər boyu islam dini ehkamlarının, dini məfkurə və fanatizmin canlı məxluqatı, xüsusən insan təsvirini qadağan etməsinə baxmayaraq, Şərq rəssamları, o cümlədən İran sənətçiləri dünya incəsənətinin qızıl fonduna daxil olan dəyərli əsərlər yaratmışlar. Orta əsr İran təsviri sənətinə dünya şöhrəti qazandıran miniatür sənəti olmuşdur. İran miniatürü Yaxın və Orta Şərq xalqlarının incəsənəti tarixinin ən maraqlı səhifələrindən birini təşkil edir. Mahiyyətinə görə kitabla bağlı olub, əsasən illüstrasiya kimi formalaşan miniatür sənəti klassik Şərq poeziyası ilə sıx əlaqədə, onun faydalı təsiri nəticəsində yaranıb inkişaf etmişdir. Söz oyununun və fəlsəfi fikrin dərinliyi, yüksək mənəvi ideallar və Təbiətin yaratdığı hər bir şeyə məhəbbət, klassik Şərq ədəbiyyatının müxtəlif ölçüləri və poetik beytləri təsviri vasitələrlə əks olunması olduqca çətin idi. Orta əsr Şərq rəssamları poeziyanın üslubuna cavab verən xüsusi bədii üslub və surət sistemini – təməlinə dövrün, şairin və rəssamın ümumi ideya-estetik və mənəvi-etik təsəvvürləri qoyulmuş Sözün və Fikrin zahiri ekvivalentini tapdılar. Əsas məqsəd insanı varlığın faniliyində qoparıb tamaşaçını ucalığa yaxınlaşdırmaq, Əbədiyyət haqda fikirləşməyə və Gözəlliyə toxunmağa vadar etmək idi. Miniatür əsərlərin süjeti məzmuna uyğun olaraq adətən lirik səpkidə həll edilirdi. Rəsmlərin bədii-estetik 51


təsir qüvvəsinin əsasını təşkil edən, onlara əsrarəngiz gözəllik verən zəngin kolorit və dekorativlik İran miniatürləri üçün səciyyəvi üslub xüsusiyyətlərindən olmuşdur. Surətlərin həllinə gəldikdə, ümumiyyətlə miniatür sənətinə xas olan məhdudluq burada da özünü göstərir. Rəssamlar personajların keçirdiyi mürəkkəb hiss və həyəcanı, daxili sarsıntını, qəhrəmanların psixoloji xarakterini açmaqla, yəni onların üzündəki ifadələri göstərmək yolu ilə deyil, zahiri əlamətləri vasitəsilə əks etdirirdilər. Miniatür əsərlərin işlənməsində əsas götürülən kompozisiya qurumu və obrazların həllindən tutmuş ən kiçik ünsürlərə qədər yüksək bədii zövqlə həlli, müasir dövrdə də İran rəssamlarının yaratdığı bir çox əsərlərdə əksini tapır. Əsrlər keçdi... Əlyazma kitabını əvvəl litoqrafik, sonra isə çap kitabı əvəz etdi, lakin miniatür sənəti ölmədi. Əvvəllər yalnız əlyazma səhifələrinin qatlarında gizlənən və təkcə seçmə adamların istifadə etdiyi miniatür (miniatür boyakarlığı həmişə saray incəsənəti olub), divarlara və digər müstəvilərə köçdü, dekorativ sənətin özünəməxsus növünə çevrildi – kağız, karton və dəri üzərində çəkilmiş kiçik formatlı süjetli əsərlərə. İran miniatür boyakarlığının mərkəzlərindən biri idi. İran İslam inqilabından sonra dini təfəkkürün ən parlaq inikası və milli mənəviyyatın təzahürü olan bu incəsənət növünün çiçəklənmə dövrü başlayır. Hazırda İranın miniatür sənəti özünün inkişaf zirvəsindədir. Ölkədə miniatür Assosiasiyası fəaliyyət göstərir, miniatürçü-rəssam, ornamentçi və xəttat hazırlayan bir neçə bədii təhsil ocağı, müstəqil və dövlət universiteti, Tehranda və başqa şəhərlərdə incəsənət institutları vardır. Müasir İran incəsənətinin aparıcı mərkəzini özünün hələ XVII yüzillikdə formalaşmış güclü və özünəməxsus miniatür məktəbi olan gözəl əksi şəhər İsfahan təşkil edir. Burada hər il miniatürçü ustaların fəal iştirakı ilə tətbiqi sənət üzrə festivallar və sərgilər ke52


çirilir. İran rəssamları olan Mahmud Farşçiyanın, Əmir Təhmasibzadənin, Masud Xunarkurun və Mehrzaman Fərrux Munfəridin əsərlərində müasir İran miniatür boyakarlığında mövcud olan problemlər kompleksini görmək olar. Miniatür Allahla insan arasında olan dünyalı əlaqəni əks etdirir. Rəssamın fikri maddi dünyadan tədric olunaraq Kosmosa istiqamətlənib. Yalnız dünyadan xaricdə olunanlar diqqətə layiqdirlər, lakin heç bir sözlə və ya boyalarla Əbədiliyin dahi müdrikliyini çatdırmaq olmaz. Təsvir – sadəcə olaraq ilahi dünyanın zəif təcəssümüdür buna görə də incəsənətin başlıca vəzifəsini rəng və xətlə müvafiq assosiasiyalar yaratmaq təşkil edir. Ədəbi əsərin illüstrasiyası olan miniatür boyakarlığında sözlə təsvir ayrılmazdır və bir-birini qarşılıqlı surətdə ilhamlandırırlar. Bu, incəsənətdən xali olan adamlara məxsus bir sənətdir, və rəssamın miniatürləri şairin fikirləri ilə həmişə adekvat olur. Üslub şərtiliyinin bütün kompozisiya elementləri ilə məcmusu məhz bu-

Mahmud Farsçiyan.

53


M.Farsçiyan. Miraj. 1991 M.Farsçiyan. Söhbət. 1970

54

nunla şərtləndirilir. Eyni zamanda miniatür boyakarlığının simvolikasının, kanonlarının və ikonoqrafiyasının nişanları təkcə seçilmiş adamlara başa düşüləndir, başqaları üçün onlar yalnız xarici qilafdır. Müasir İranda bu, kübar formada təqdim olunan dinlə bağlı olan sənət növüdür. Buna görə də dini tematika burada aparıcı mövqe tutur. Müasir İran miniatürün mövzu və janrları milli-mənəvi və estetik dəyərləri, dini təfəkkürü əks edirlər. Bunların arasında ölkənin qəhrəmanlıq keçmişini vəsf edən (Firdovsinin “Şahnamə”si) klassik fars poeziyasının, qəzəllərin və beytlərin, Hafizin, Sədinin, Nizaminin “Xosrov və Şirin” əsərlərinin və s. nəşrlərin illüstrasiyaları; tarixi hadisələr, İsfahan və Qacar üslublu portretlər və poetik mövzuda olan azad fantaziyalar; müqəddəslərin və peyğəmbərlərin surətləri; Məhəbbət, Yaxşılıq və Pis-


lik, Həyat və Ölüm kimi insanı daim həyəcanlandıran mövzular böyük yer tutur. İran ustaları fantastika ilə gerçəkliyin bir-birinə sarmışan qəribə gözəlliyə malik kompozisiyalar yaradırlar. Akvarellə, quaşla və ya yağlı boyalarla icra olunmuş miniatürlər rəngarənglik baxımından çox gözəldirlər, xətlərin virtuozcasına işlənməsi isə təxəyyülü heyrətləndirir. Müasir üslublu İran miniatürünün əsasını qoyan Mahmud Farşçiyanın rəng uyarlığının qeyri-adi fantastikliyi ilə seçilirlər. Burada milli ənənələrlə Avropa impressionizminin və modernin eklektik ahəngini görmək olar. Müasir rəssamlardan ilk dəfə məhz Farşçiyan bu sənət növünü ədəbi mənbədən ayırmış, və fərdi qavrayışın ənənəvi-kanonik görünmədən üstün olan tamamilə yeni sənətə çevirmişdir. İran rəssamlarından Qərbdə daha çox məşhur olan Farşçiyan, 1929-cu ildə İsfahanda rəngkarlıq həvəskarları ailəsində anadan olmuşdur. Uşaqlıqda o, İran incəsənətinin müxtəlif növləri ilə, xüsusilə xalçaçılıqla tanış olur (atası xalça alveri ilə məşğul olub). Rəngkarlığın vurğunu olan ata, oğluna rəngkarlığa sevgini aşılaya bilmişdir. Bir müddət Farşçiyan o dövrün tanınmış

Mahmud Farsçiyan.

55


rəssamları olan Hacı Ağa Mirzədən, Ağa Əmamidən, İsa Bahaduridən dərs alır, bu müəllimlərin başçılığı altında rəngkarlığın sirlərini öyrənirdi. İsfahanın İncə Sənətlər Akademiyasını bitirəndən sonra o, Avropaya, dahi qərb rəssamlarının əsərlərini öyrənmək üçün gedir. Keçmişin məşhur Avropa ustadlardan çox şey əldə etməsinə baxmayaraq, onun yaradıcılığında ilk növbədə fars miniatürün, şərq mistisizmin milli ənənələri izlənilir. Rəssamın fikrincə, bunlarsız İran boyakarlığı həqiqi inkişafa çata bilməz. Qədim İran miniatür incəsənətinin bütün zəngin sərvətini özünə hopduran ustadın əsərlərinin süjetləri Şərqi əsrlər boyu şöhrətləndirən klassik poeziya, fəlsəfə və mistika ilə doludur. Farşçiyanın miniatürləri Avropanın, Asiyanın və Amerikanın bir çox muzeylərində 37 fərdi və 62 müştərək sərgidə nümayiş etdirilmiş, nüfuzlu mükafatlar almışlar. Farşçiyanın 1995-ci ildə İran prezidenti Əkbər Haşemi tərəfindən incəsənət və mədəniyyət sahəsində nailiyyətlərə görə I dərəcəli medalla təltif olunması rəssamın xidmətlərinə verilən yüksək qiymət və hörmət kimi dəyərləndirilir. UNESCO-nun baş direktoru Federiko Mayorun Farşçiyanın yaradıcılığı haqqında dediyi sözlər qürur hissi doğurur: “Mahmud Farşçiyan rəngkarlığının kəşfi – sehrli səltənətin ürəyə nüfuz etməsidir. Gerçəkliklə təxəyyülün uğurlu qarışığı ustadın əsərlərinin ümumi tonunu müəyyən edir. Bu, fırçanın alkimyasıdır, bədii dühanın məxfi düsturudur – və Farşçiyan onun azsaylı xoşbəxt sahiblərindən biridir. Onun tablolarında həmişəki insanlar, təbiət və heyvanlar, adət etdiyimiz obyektlər əks olunub, lakin biz onları tamamilə başqa cür görməyə başlayırıq. Bu həmin xüsusiyyətdir ki, rəssam Mahmud Farşçiyanı unikal və müstəsna edir”. Hazırda o, ABŞ-ın Nyu-Cersi şəhərində yaşayır. Mahmud Farşçiyanın milli miniatür sənətinə gətirdiyi Şərq ənənələri ilə Avropa cərəyanlarının eklektik uyğun56


luğu ilə bağlı təmayülü sonralar bu bir çox rəssamlar tərəfindən davam edildi. Bu istiqamətin inkişafını Əmir Təhmasibzadənin yaradıcılığında görmək olar. Onun işləri üçün incə kalliqrafik toxumaları ilə həmahəng olan xətlərin ifadəliyi və koloritin qəribə zənginliyi səciyyəvidir. Müasir İran rəngkarlığının digər nümayəndəsi olan Masud Xunarkurun kompozisiyalarında Reza-ye Abbasinin tipajlarını və ikonoqrafiyasını təqlid edən XVII əsr İsfahan miniatürü üslubunda işləməyə üstünlük verir. Onun “qələmqiri” texnikasında işlənmiş əsərlərinin əsasını həcm və forma yaradan xətlərin intensivliyi təşkil edir. Tematik rəngkarlıqla yanaşı müasir İran miniatüründə Çindən gələn və Qacar dövründən geniş populyarlıq qazanan “təzhib-e təşir” – “güllər və quşlar” adlı janr

Əli Aşqar Tacidvidi

57


Aydın Məmməd oğlu Hacıyev (Ağdaşlı)

58

əhəmiyyətli yer tutur. Müxtəlif güllərdən yığılmış ecazkar kompozisiyalarda müxtəlif güllərin arasına sarılmış guruldayan göyərçinlərin ya cəh-cəh buran bülbüllərin təsvirləri verilir ki, bunlar da kitabların üz qabıqlarını bəzəyir, və ya dəbdəbəli ornamental haşiyələrə daxil olub interyerin bəzəyinə çevrilirlər. Bu janrın ustadları sırasında Əli Aşqar Tacvidinin, Ağa Rza Ağamirini, Səyid Rza Fəttaxinin, Məhrzəman Fəxxor Munfəridin adlarını çəkmək yerinə düşər. İranın tanınmış rəssamlarından biri də Əli Aşqar Tacidvidir. 1948-ci ildə Fas şəhərində anadan olmuş Əli Aşqar Tacidvidi Tehran Universitetinin təsviri sənət fakültəsini bitirmişdir. Rəssamın rəngkarlığa həvəsi hələ gənc yaşlarından oyanmışdır. Onun ilk işləri yaşadığı kənd həyatına həsr edilmiş, kənd mənzərəsi olmuşdur. Təhsili davam etdirən Əli yağlı boya texnikasında əsərlər yaradır, miniatür sənətinin ənənələrini öyrənir, dünya şöhrətli ustad Mahmud Farşçiyandan dərs almışdır. Bu dövrdə o, başqa ölkələrinin miniatür janrının bədii ənənələrini zənginləşdirmək məqsədi ilə dünya incəsənəti tarixini öyrənirdi. Əksər miniatürçü-rəssamlarda olduğu kimi, onun əsərlərinin süjetləri ənənəvi tarixi və dini motivlərdən ilham alırdı. Rəssamın əsərləri İranın bir çox müasir incəsənət sərgilərində nümayiş etdirilir. İran rəssamı, yazıçısı, bədii tənqidçisi, incəsənət tarixi və qrafik dizayn üzrə mütəxəssisi olan Aydın Ağdaşlı əslən azərbaycanlıdır. Onun atası Məmməd Hacıyev 1919-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının Daxili İşlər Nazirliyində mühəndis vəzifəsində çalışmışdır. Qızıl ordu Azərbaycanı işğal etdiyi zaman o, həyat yoldaşı Nahidə ilə birgə Bakıdan gedir və Təbrizdə məskunlaşır. İrandakı sovet casuslarının nəzərindən yayınmaq üçün Məmməd Hacıyev soyadını dəyişib Ağdaşlı adını götürür və sonralar Rəşt şəhərinə gedir. Məhz bu şəhərdə 1940-cı ildə Aydın dünyaya gəlir. Oğlanın 5 yaşı tamam olandan sonra ailə Tehrana köçür.


Aydın Ağdaşlı

Uşaqlıqdan təsviri sənətə həvəs göstərən Aydın artıq 14 yaşından başlayaraq, atasının ölümündən iki il sonra əsərlərini satmağa başlayır. İlk uğur onu Tehran Universitetinə gətirir və o, burada rəngkarlıq sənətinə yiyələnir. Sonralar Aydın bir müddət hökumət dairələrində məsul vəzifələrdə çalışmışdır. Məs., o, Endi Uorlxol, Pablo Pikasso və Klod Monenin kimi tanınmış rəssamlarının əsərlərini Tehranın Müasir İncəsənət Mu59


zeyi üçün əldə olunmasına cavabdeh idi. Bundan başqa Aydın Ağdaşlı Tehranda Reza Abbasinin Muzeyinin təsis olunmasına köməklik göstərmişdir. Yaradıcılıq yolunun başlanğıcında A.Ağdaşlı İntibah dövrü incəsənətinə xüsusi maraq göstərirdi, xüsusilə Sandro Botiçellinin əsərlərinin vurğunu idi. O, hətta özünün rəsm bacarığını təcrübədən keçirərək, Botiçellinin əsərlərinin surətini çıxarmağa cəhd göstərmişdir. Onun İntibahla heyranlığı 1970-ci illərin əvvəllərində “Məhv olanlar haqqında xatirələr” silsiləsinin yaranmasına gətirdi ki, bu da onun ən yaxşı və məşhur işinə çevrildi.

Aydın Ağdaşlı

Bu silsilədə A.Ağdaşlı İntibah dövrünün şah əsərlərinin tam şəkildə təsviri yolu ilə, sonralar isə işlərin qismən “məhv olunmasına” gətirməklə şəxsiyyətin və gözəlliyin məhv olunmasını təsvir etmişdir. Rəssam yaradıcılığında həm də İran miniatürünə fəal müraciət etmişdir. Buna bariz nümunə kimi onun əzilmiş İran miniatürlərinə həsr olunmuş silsilə əsərlərini göstərmək olar. 60


Aydın Ağdaşlı təkcə rəssam deyil, eyni zamanda islamaqədər İran və İran incəsənəti tarixi üzrə mütəxəssisdir. O, auksion evləri üçün, Sotbis və Kristi evləri daxil olmaqla incəsənət əsərlərinin qiymətləndirilməsi ilə məşğul olur. 8 kitab, 3 məqalə toplusu, 2 bədii əsər və İran incəsənəti tarixi üzrə 2 tədqiqat müəllifi, əslən azərbaycanlı olan Aydın Ağdaşlı hal-hazırda Tehranda yaşayır və əsas peşə fəaliyyətində başqa İranın müxtəlif Universitetlərində mühazirələrlə çıxış edir. Yaradıcılıq axtarışları Fərəh Üsulinin klassik Şərq miniatür sənətinin ənənələrini öyrənməyə, yüksək sənətkarlıq vərdişlərinə yiyələnmək yolu ilə müxtəlif bədii əsərlərin məzmunu ilə həmahəng olan qiymətli

əsərlər yaratmağa vadar edir. Aydın olur ki, bütün tərəddüdlər, büdrəmələr, qayğılarla dolu olan zəngin rəssam təxəyyülü məhz bu yolda gözəl nəticələr əldə edə bilər. Fərəh Üsulinin zahirən adi və olduqca tanış görünən əsərlərində, rəssam qəlbində baş qaldıran yeni kəşflər və dəyişikliklər çözülməkdə idi. Beləliklə, Fərəh Üsulinin maraqlandıran sahə miniatür sənəti oldu.

Aydın Ağdaşlı

61


Fərəh Üsuli. Ay. 2000

62

Artıq 20 ildir ki, bu səpkidə işləyən Fərəh Üsuli əsərlərini orta əsr Şərq miniatür sənətindən bəhrələnərək işləyir. Rəsmlərində Sərgin, o cümlədən İranın orta əsr rəssamlığına söykənən F.Üsuli, yaratdığı əsərləri heç də tam bir miniatür kimi qələmə vermir, çünki onların bəzi hissələrini miniatürdən almış olduğunu bildirir. Rəssamın miniatür üslublu əsərlər yaratmağa keçid heç də rəvan keçməmiş və bir neçə mərhələlər aşmalı olmuşdur. İlkin dövrdə dramatik hissi çox güclü olan F.Üsulinin qədim miniatürə bağlılığı onda görkəmə, perspektivə doğru yönəltmədən daha çox fiqurların forması cəlb edirdi. Rəssam, onların içindəki duyğuları, yaşadıqları şəraiti göstərmək istəyirdi, əski miniatürlərdə olan üzdəki ifadəyə əhəmiyyət verirdi. Yaradıcılığında mükəmməlləşən Fərəh Üsuli, getdikcə miniatür rəngkarlığına xas olan xırdalıqlara meyl edir. Yaradıcılığının bu dövründə rəssam xanımın miniatür rəsmlərindəki təsvirlər artıq çərçivə daxilindən kənara çıxır, kağızın üzərində heç bir boşluq, ağ sahə nəzərə çarpmır. Fərəh Üsulinin dediyi kimi, “önümdəki ağ sahə çox kiçikləşdi və bütün enerjim kağızın bayırındakı toxumaya doğru getdi. Bu çərçivələri sovuşub getmək, başqa bir dünya qurmaq, bu toxumaları başqa bir texnika ilə yaratmaq istəyirdim. Yavaş-yavaş ağ çərçivələrim daha çox kiçikləşdi və sonunda yox oldu”. İllər ötdükcə, əsərlərindəki böşluqlar bölmələrlə və rənglərlə əvəz olunur. Fərəh Üsulinin son illər işlədiyi əsərlərin texnikası kimi, ölçüləri də müxtəlifdir. Əsasən miniatür üslubunu üstün tutmasına baxmayaraq, rəssam, əsərlərini iki formatda, məsələn, 2x2 m ölçüsündə, fonu isə akrillə işləməyə çəkinmir. Əsas məsələ əsərin mahiyyətini saxlamaqdan ibarətdir. Mövzu seçərkən Fərəh Üsuli İran klassik şeiriyyatından, fəlsəfə və mifologiyadan, eləcə də məişət, sadə həyat anlarından bəhrələnir. Bunlardan aldığı təsir çox


zaman işləyəcəyi süjetləri təyin edir. Tablolarında olan dünyanın simvolik, gerçəklikdən uzaq və xəyali bir dünya olduğunu düşünə bilən tamaşaçılar, rəssamın yaratdığı əsərlərinin əksəriyyətində rəssamların, şailərin xəyalını ilhama gətirən qadın gözəlliyini, zərifliyini, ana məhəbbətini tərənnüm edir. Bu səpkidə olan “Ana” adlı tabloda uşağı qucağında bəsləyən ananı və ona söykənən ərini görürük. Ümumiyyətlə, qadın mövzusu çox vaxt rəssamın marağını özünə çəkir. Onu da qeyd etmək lazımdır ki, sənət tarixində qadına həsr olunmuş əsərlər həmişə kişilər tərəfindən yaradılmış, qadın sənətkarlar bu mövzuya nadir hallarda müraciət etmişlər. F.Üsulinin əsərlərinin əksər mövzusu qadın və qadınla bağlı məsələlərlə bağlıdır. Bu, rəssamın sevdiyi mövzulardan biridir. Əsərlərinin 80% qadın mövzusuna həsr edən F.Üsuli, hər bir işində mütləq olaraq qadın fiqurunu əks etməyə özünə borc bilir. Ananın hər bir baxışı utopiyadır, tayı-bərabəri olmayan bir məfhumdur. Rəssam xanım da, bir qadın olaraq, əhatəsində olduğu dünyaya bu analıq hissi ilə yanaşır və yaratdığı hər bir əsərdə saflığa, paklığa doğru yönəlmiş ümid işığını oyadır. Hər dəfə ana obrazını işlərkən, o, sanki dünyanın anasına çevrilir – ruhu bir sıra bulanlıqlardan təmizlənmiş qanadlı anaya. O ananı belə görür və belə əks etməyə çalışır. Kitab səhifəsinin tərtibatı kimi verilmiş quaşla işlənmiş “Ayrılıq” əsərindəki obrazlar, ümumiyyətlə miniatür sənətində olduğu kimi sabit kanonlara uyğunlaşdırılmış, stilizə edilmiş, bədii ümumiləşdirilmiş tiplərdir. Kompozisiya, rəng qurumu baxımından incə zövq və bacarıqla həll edilmişdir. Surətlər zərif, zahirən gözəl, bir qədər ibarəli tərzdə həll edilib. Onların duruşu, oturuşu, geyimi, hərəkət və mimikası müəyyən sxemə, kanona əsaslanır. Orta əsr Şərq miniatürlərinə xas olan üsluba əsaslanan istedadlı rəssam xanım, digər əsərlərində olduğu kimi

Fərəh Üsuli. Aşıqlər. 2002

63


Fərəh Üsuli. Röya. 1999

bu əsərində də təsvir etdiyi personajları dar çərçivə daxilində saxlamaq istəmir. Silsilə təsiri bağışlayan uzunsov formata sığışdırılmış “Ay” və “Aşiqlər” adlı miniatür əsərlər lirik səpkidə həll edilmişlər. Kompozisiyaların sadə və yığcamlığı, interyerin şərtiliyi, bədii ifadə formalarının lakonikliyi ilə diqqəti cəlb edir. Əsas qəhrəmanların və yardımçı detalların təsviri kompozisiyanın mərkəzində şaquli istiqamətdə yerləşdirilmişdir. Onların şux və əlvan, kontrast rənglərinin ritmik təkrarından əmələ gələn olduqca zərif və zəngin kolorit miniatürlərə şux dekorativlik, misilsiz gözəllik verir. Xüsusən, “Aşıqlər” əsərində rəssam məhəbbət lirikasının əsas yer tutduğu klassik poeziyada olduğu kimi, gözəl gənclərin surətində bəşəri eşq 64


və məhəbbəti, insan mənəviyyatını gözəlləşdirən saf və təmiz sevgini tərənnüm edir. Rəsmin incəliyi, detalların dəqiqliyi ilə əks olunması, ornament naxışlarının sevgi ilə işlənməsi, qüsursuz zövq və fitri harmoniya hissi məşhur ənənəvi məktəblərin klassik nümunələrindən heç də geri qalmır. Lirik mövzulu əsərdə rəssam, füsunkar mənzərə fonunda təqdim olunan aşıqləri təsdiq edilmiş trafaretlərə uyğun əks edir. Hər iki əsər rəssamın mahir kompozisiya ustası, zərif və səlis rəsm ustası olduğunu sübut edir. Şərq miniatürün kanonlarına müvafiq nəqli xarakter daşıyan “Röya” və “Savaşçıl” adlı əsərlərinin fiqurlarının diaqonal boyu yerləşdirilməsi kompozisiyalara dinamiklik verir.

Fərəh Üsuli. Savaşçıl. 2002

65


Gizla Varqa Sinai. Eşq. 1988 Gizla Varqa Sinai. Zəmistan. 1968

66

Rəssam, qəhrəmanlarının sürətli hərəkətdə, mürəkkəb, bəzən də çətin, gözlənilməz rakurslarda verilmiş vəziyyətlərini son dərəcə təbii, real və ifadəli, böyük ustalıqla əks etdirir. Orijinal kompozisiya quruluşu, parlaq cingiltili boyaların kontrast düzümündən, əlvan rəng ləkələrinin ritmik təkrarlanmasından yaranan füsunkar kolorit, şux dekorativlik, ifadəli obrazlar, realistik və əfsanəvi ünsürlərin vəhdətindən yaranmış mənzərə Fərəh Üsulinin əsərlərinə başqa vüsət, məna dərinliyi, forma gözəlliyi verir, onların emosional təsir gücünə daha da güvvətləndirir, onları özümlü edir, həmin və oxşar mövzulu başqa miniatürlərdən fərqləndirir. Hal-hazırda müasir İran miniatürü iki istiqamətdə inkişaf edir: ilk növbədə ənənəvi Herat, Təbriz, Şiraz, və əsasən XVII əsr İsfahan məktəbinin, eləcə də Qacar üslubunun kompozisiyalarını təqlid etmə yolu, və ikincisi, orta əsr şərq boyakarlığının bədii üslublarının və yaradıcı təfəkkürün azad təfsiri yolu ilə. Yaradıcılığında müasir İran miniatürünün ikinci istiqamətinə daha çox meyl göstərən rəssamlardan Gizla Varqa Sinainin adı xüsusilə vurğulanmalıdır. Yaradıcılığında müasir boyakarlıqda mövcud olan problemləri əks etdirən Sinai, özündə reallığı və fantastikanı birləşdirən gözəl kompozisiyalar yaradır. Akvarellə, quaşla və ya yağlı boyalarla işlənən əsərlər bədii


baxımından çox gözəldirlər, xətlərin məharətli ifası isə təsəvvürü heyrətə gətirir. İnsan surətinə önəm verəm rəssam, daim insan və zaman probleminin estetik təcəssümü haqqında düşünür. Əsərlərində insanla Tanrı arasında olan ümumdünya əlaqəni əks etdirən Sinainin fikri maddi dünyadan təcrid olunaraq Kosmosa istiqamətlənib. Ancaq dünyanın xaricində olanlar təsvirə layiqdirlər, lakin heç bir sözlə və ya rənglə Əbədiliyin dahi müdrikliyini ifadə etmək iqtidarında deyil. Təsvirlər sadəcə ilahi dünyanın zəif inikasıdır, buna görə də incəsənətin əsas funksiyasını rəngin və xəttin köməkliyi ilə müvafiq assosiasiyalar yaratmaq təşkil edir. Gizla Varqa Sinainin qeyri-adi fantastik rəng uyarlığı ilə seçilən əsərlərində milli ənənələrin Avropa impressionizmi və modernizmi ilə eklektik uyğunluğu nəzərə çarpır. Miniatürü ədəbi mənbədən ayıran rəssamın əsərləri yeni incəsənət növü kimi qavranılır, burada fərdi qavrayış və görmə ənənəvidən – kanonikdən üstündür. Klassik Şərq miniatürünün şərtiliyini və dekorativliyini qoruyub saxlayan əsərlərdə təsvirlər incə xətti rəsm və təmiz və ahəngdar rəng ləkələrinin əlaqəsində qurulur. İşıq-kölgəsiz təqdim olunan rəngkarlıq əsərində perspektiv də nəzərə çarpmır: fiqurlar və əşyalar vərəqin səthində rəngli naxış təki yerləşdirilir. İncəlik, dekorativlik, boya oynaqlığı və şərtilik miniatür sənətinin əsas xüsusiyyətlərindəndir. Sinainin əsərlərində ənənəvi miniatür biçimlərində məharətlə istifadə etmişdir. Rəsmlərdəki saya, lokal boyalar gözəl keçidlərlə bir-birini tamamlayır. Gizla Varqa Sinainin əsərləri təkrarolunmaz üslubu ilə seçilirlər. Şərqin sirləri ilə hopdurulmuş əsərlər tamaşaçını gözəl və dinc, lakin müəmmalı ölkəyə aparır. Orta əsr miniatürlərinə müvafiq etnik xüsusiyyətlərdə və ənənəvi geyimlərdə işlənmiş tipajlar və heyvanlar havada pərvaz edərək çəkisiz, şəffaf görünürlər, və səyahətlərinin hər anında haçansa peyda olmuş 67


Gizla Varqa Sinai. Piçak. 2003

Gizla Varqa Sinai. Payız. 2001

yülsəkliyə, Cənnətə uçmağa hazırdırlar. Bu çəkisizlik və xəyalilik xətlərin incəliyi ilə də, palitranın təmizliyi və şəffaflığı ilə qeyd olunur. Bu xüsusiyyətlər onun “Eşq”, “Piçak”, “Zəmistan” adlı əsərlərində nəzərə çarpır. Sadə və lakonik kompozisiyalarda verilən bu əsərlərdə, müəyyən şərti düsturlar əsasında idealizə edilmiş eyni tipli mücərrəd obrazlar əks olunub. Az miqdarda işlənmiş sönük rənglər ümumi koloritin soyuq və sakitliyinə səbəb olur. Sinainin əsərləri arasında fraqmentar səpkidə işlənmiş təsvirlər xüsusi maraq doğurur. Elə bil hər-hansı bir böyük bir tablonun bir hissəsini təşkil edən bu rəsmlərdə surətlərin ancaq ayaqları görünür. Olduqca yığcam və ilk baxışda natamam görünən bu əsərlərdə eyni zamanda rəssamın nəzərdə tutduğu fikirlər dolğunluğu ilə əks olunur. Bunu biz “Payız” və “Fortuna” əsərlərində görə bilərik. 68


Belə ki, “Payız” adlı miniatüründə rəssam orta əsr İranına müvafiq geyimdə təsvir olunan kişi və qadın surətlərini canlandırır, daha doğrusu onların yalnız ayaqlarını təsvir edir. Şərq miniatür sənətinin klassik ənənələrinə uyğun təqdim olunmuş kompozisiya fəza dərinliyi göstərilmədən şaquli istiqamətdə qurulmuşdu. İkinci planda nəzərdə tutulan bir cüt ayaqlar kompozisiyanın yuxarı hissəsində səth üzərində verilib. Rəsmin aşağı hissəsində göstərilən solmuş yarpaq seçilmiş mövzunun göstəricisi kimi çıxış edir və əsərə lirik-romantik əhval-ruhiyyə bəxş edir. Rəssam, əsərin tamamlanmamış kimi görünən hissəsini tamaşaçı təfəkkürünün öhdəsinə buraxır. Beləliklə, bu təsvirdə əslində müəllifin fikri və hissləri aşkar şəkildə duyulur və rəsm bitkin bir əsər kimi qavranılır. Onu da qeyd etmək lazımdır ki, tənha ağac budağının təsviri rəssamın yuxarıda adları çəkilən “Piçak” və “Zəmistan” adlı əsərlərində də nəzərə çarpır. Artıq hazır olan əsərin üzərinə elə bil təsadüfən düşən quru budaq hər iki rəsmdə kölgə ilə verilib, halbuki əsərdə verilən başqa personajlar və elementlər klassik miniatürün qanunlarına uyğun işıq-kölgəsiz əks olunub. Fraqmentar səpkidə işlənmiş “Fortuna” adlı ikinci rəsmin təsvir xüsusiyyətləri bambaşqadır. Realist səpkidə işlənmiş əsər dəst-xətt dəqiqliyi və rəsm aydınlığı ilə nəzərə çarpır. Olduqca lakonik kompozisiya rəng həlli, kolorit zənginliyi baxımından maraqlıdır. Bir çox rənglərin, burada abı, yaşıl, çəhrayı və qəhvəyi rənglərin müxtəlif çalarlarından, bir-birinə xəfif keçidindən alınması, zərif rənglərin ahəngdar uyğunluqdan doğan ümumi koloritin şuxluğu, zənginliyi əsərin emosional təsir qüvvəsini daha da gücləndirir. Gizla Varqa Sinainin yaradıcılığında doğma yurdunun tarixi ilə bağlı süjetlər xüsusi yer tutur. Tarixi mövzulara həsr olunmuş kompozisiyalarda rəssam personajların, təbiət motivlərinin təsvirində klassik orta əsr miniatürün stilistikasını saxlamağa çalışır. Qədim İran mifolo-

Gizla Varqa Sinai. Fortuna. 1994

69


Gizla Varqa Sinai. Hormaz adasının qadını. 1994

Gizla Varqa Sinai. Orfey. 1995

70

ji obrazlarını qızıldan işlənmiş barefyeflərə bənzədən rəssam, müasirlərini bir daha tarixi köklərinə qayıtmağa çağırır, İranın zəngin bədii irsini fırça vasitəsilə yaddaşlarda həkk edir. Sinainin 1994-ci ildə yaratdığı “Hormaz adasının qadını”, 1995-ci ilə aid olunan “Orfey” və 1998-ci ildə işlədiyi “Gəlin” əsərlərində işıqlı, nikbin boyalarla qadın surətinin intim-psixoloji çalarları, nüanslar dili ilə qadın gözəlliyini tərənnüm edilir. Surətlərin gözlərinə çəkilən maska İslam dünyasında qadınların vacib sayıldığı hicabı andırır. Maraqlıdır ki, rəssamın barelyef şəklində verilən donmuş mifoloji obrazları gah elə bil havada pərvaz edir, gah güllüçiçəkli bağ-bağçada, gah da dənizin dərinliklərində balıqların əhatəsində canlanır. Hər bir halda onları başı şəffaf örpəklə örtülmüş gözəl qadın surəti müşahidə edir. Onun maskalanmış ciddi siması sanki tamaşaçını bir daha İranın tarixini və mədəniyyətini dünyada tanıtdıran milli mədəni irsə laqeyd qalmamağı çağırır. Tabloların birində qızıl barelyefləri hörümçək toru örtmüş göstərən Sinai, bu sənət əsərlərinin, bütövlükdə isə vətəninin zəngin bədii irsinin gözdən-nəzərdən uzaq qalmasına bir işarədir. Beləliklə, istedadlı rəssamın məharətlə işlədiyi əsərlərini mədəniyyətinin qorunmasına yönəlmiş bir çağırış kimi dəyərləndirmək olar.


Yeni bədii təfəkkür, plastik formanın, rənglərin emosional təsir gücünü artırmaq naminə aparılan axtarışlar Gizla Varqa Sinai kimi orijinal fərdi simaya malik rəngkarın əsərlərində qabarıq gözə çarpır. Orta əsr şərq boyakarlığının bədii üslublarını yaradıcı təfəkkürünün azad təfsiri ilə uğurla birləşdirən İran rəssamlarının yaradıcılıq uğurları onu göstərir ki, müasir İran miniatür sənəti Avropa üslubu ilə milli boyakarlığın dərin ənənələri arasında bədii balans taparaq inkişaf edir və yeni-yeni üfüqlər tapır. Həyat təəssüratlarının toplanması miniatür sənətinin həm Orta Şərqdə, həm də Qərbi Avropada eyni vaxtda inkişafı ilə seçilirdi. Lakin orta əsr Avropasında dini ədəbiyyatın əsas illüstrasiya obyektinə çevrildiyi halda, Şərqdə “fiqurativ” incəsənət kübar ədəbiyyata nəsib oldu. Bu cür tematik ziddiyyət qismən islamın bütpərəstliklə mübarizəsi ilə və onun qalibiyyəti təmayülləri ilə izah olunur. İslam ölkələrində tanrı gözə görünməyən, təkrarolunmaz mənəvi başlanğıc kimi şərh olunurdu. Buna görə də orada dini fərziyyələrin təsvir vasitələri ilə yayılmasının əleyhinə idilər. Şərqdə sözün və hərflərin ilahi törəməsinə və qüdrətinə inanaraq, onlara ehtiramla və inamla yanaşırdılar. Məhz buna görə əlyazmada kalliqrafiyaya xüsusi diqqət yetirilirdi. Xəttatın sənəti çox zaman miniatürü tərtib edən rəssamın sənətindən daha yüksək dəyərlənirdi. Miniatür əsərlərdə rəssamın qoluna tez-tez rast gəlmədiyi halda, xəttat haqqında, hər bir manuskriptin yarandığı yer və zaman haqda məlumata demək olar ki, hər bir əlyazmada rast gəlmək olur. Füsunkar gözəlliyə malik və hazırda da ən çox inkişaf edən sənətlərdən biri olan kalliqrafiya, ərəblərin zorla gəlişindən dərhal sonra əhəmiyyət kəsb etməyə başladı. Tarixləri boyu iranlılar əsasən üç əlifbadan: mixi yazılardan (Əhəmənilər dövrü), “pəhləvi” üslubundan (Sasaniləin hakimiyyəti dövrü) və ərəb yazısından (İslam dövrü) istifadə etmişlər. Yazının estetik

Gizla Varqa Sinai. Gəlin. 1998

71


dəyəri İranda həmişə yüksək əhəmiyyət kəsb edirdi. Lakin İslam dövründə kalliqrafiya tədricən əsas sənət səviyyəsinə yüksəldi. Timurilərin və Səfəvilərin (XV-XVI əsrlər) dövründə olan kalliqrafiya mahiyyəti etibarilə yalnız miniatür sənəti ilə və memarlıqla müqayisə oluna bilər. Çünki riyazi, həndəsi və simvolik təbiətə malik olan miniatür, memarlıq və kalliqrafiya yaradıcılığın ifadə formaları vasitəsilə bir-birinə bağlıdırlar. Onu da qeyd etmək lazımdır ki, bu formaların intellektual aspektləri kompleks şəklindədirlər və üzdən olan tanışlıqda çətin qavranılırlar. Bu qovuşuğun nümunələri XIXIII yüzilliklərdən bəri qalmaqdadır. Onları monumental epiqrafik fraqmentlərdə görmək olar. Məşhur kalliqrafik üslub olan “Nəstəliq” XV əsrin II yarısında yaranmışdır. Lakin kalliqrafiya kamilliyə XV, XVI və XVIII əsrlərdə çatmışdır. Dahi kalliqrafiya ustası olan Mir Əhməd Həsəni Qəznəvinin (1617-ci ildə vəfat edib) əsərlərinə elə böyük tələbat var idi ki, onun yazdığı hər bir sözə qızıl pul verirdilər! XVII əsr Buxara tarixçisi göstərir ki, bir gün Buxara xanı Əbdüləziz sarayın baş xəttatı Xacə Yadigardan gündə neçə beyt yazdığını soruşanda, o cavab verir ki, çalışsam gündə on beyt yaza bilərəm. Xan ondan tələsməsini tələb edir və xəttat Hafizin divanını 7 ilə tamamlayır. Ərəb xəttatı Əl-Dəggan yuxuda öldüyünü və cənnətə düşdüyünü görür. “Cənnətə ayaq qoyan kimi arxası üstə yerə sərildim, ayağımı-ayağımın üzərinə aşırıb qışqırdım: “Allah, çox şükür, nəhayət yazmaq əzabından azad oldum”. Bütün bu deyilənlər, bir qədər mübaliğəli görünsə də, xəttatlıq sənətinin çətinliyini, əlyazma kitablarının uzun illər davam edən əzablı zəhmətin nəticəsində başa gəldiyini sübut edir. Kalliqrafiyanın “Kufi” üslubu formal olaraq Ərəbistan yarımadasından gətirilmişdir, lakin onunla bərabər bir neçə fars kalliqrafik üslublar da meydana gəldi. Axırın72


cı kalliqrafik üslub Qacarlar dövründə inkişaf etmiş və “Şikəstə nəstəliq” adlandırılmışdır. O, praktikliyinə görə dəyərləndirilir və bizim günlərdə də münasib hesab edilir. Onun əsas cəhətlərini gözəllik, sürət və yazılışın asanlığı təşkil edir. Beləliklə, Mənsurə Hüseyninin yaradıcılığında yer tapmış kalliqrafik yazılar, onun kalliqrafiya sənətinin mahir bilicisi olmaqla yanaşı, bu sənətin müasir üslublarda işlənmiş boyakarlıq əsərlərinin şərtilik, stilizasiya təzahürləri ilə üzvü sintezinə nail ola bilir. Zahirən ziddiyyətli görünən bu kimi yanaşmaları təməlcə bir-biri ilə əlaqələndirən şey rəssamın şairlik hissi, rəssamlıq dilini tanıma və özəlliklə onun rəng seçimi və yüksək səviyyədə rəngləri uyğunlaşdırma bacarığıdır. Əslində rəssam üçün önəmli olan hər bir şey bəyandır: bir dəstə gül, müqəddəs bir ad, bir sətir şeir və ya hətta bir xatirə. Mənsurə xanımın fikrincə rəssam olan bir sənətçi rənglə xətdən, işıqla kölgədən, ritmdən, duyğu hərəkətindən, gördükləri və eşitdiklərini anlayan və onların təsirindən ilhamlanan bir şəxs olmalıdır. O, bu inanca əsaslanaraq, abstrakt və realist üslublar adlı iki qütbün arasında çarpışır və öz rəsmləri ilə dünyada hər-hansı bir anlamı axtarır. Mənsurə Hüseyni. Kompozisiya

73


O, əsərləri haqqında belə deyir: “Tablolarım haqqında sadəcə istədiklərimi təhlil edib açıqlaya bilərəm, amma bacardıqlarım haqda təhlil və açıqlamanı tamaşaçıların öhdəsinə buraxıram. Gördüyünüz bu tablolarda adlandırılacaq bəlli bir mövzu yoxdur. Nə bir bənizi göstərir, nə ağacla güldən bir mənzərəni, nə də Yunan mitologiyasından bir səhnəni. Forma və rəngdən oluşan bir bütündür və onun özəyini təşkil edən forma Kufi xətlərdən ilham alınmış kimi görünür. Belə demək olar ki, bu üslub Qərbin vasitəsiz armağanı deyil və Şərqi görünmək üçün də xətlərin seçiminə çox təkid edilməmişdir. Bəlkə ondan doğan duyğu və idrak əski bir şəkil kimi mənimlə nəfəs çəkib yaşamışdır. Başa düşüb-düşməyərək əzbərlədiyim simvolik fars şeirlərində şairlərimizin gözəl boy-buxunu bənzətdikləri “əlif (‫”)ا‬, əyilmiş belə bənzətdikləri “de (‫” )د‬, xətti naxışla yozma və naxışı xətlə yozma – bunların hamısı bütün möhkəmliyi və tanınmamışlıqları ilə duyğularımın dünyasında danılmaz bir şey idi. Məscidlərdə kaşı parçalarından yaranan kətəbələr və qədim saxsı boşqablarda dekorativ xətlərin özünəməxsus ritmi həmişə qulağımda çalınan gözəl bir melodiyanı səsləndirirdi, mən isə onların danılmaz özəyini beləcə naxışlandırıb canlandırırdım. Kufi xətlərdən aldıqlarım xətlərin özü və ya onların tam köçürməsi deyil. Demək, əgər bu bir uşağın üslubu sayılırsa, neçə yüz illik bir uşağın üslubudur. Amma gənc olduğundan yetərincə bişmişlik və təcrübə əldə etməyən bu rənglərin dünyasında bu üslubu yetişdirməyə çalışmışam. İstəmişəm ki, xətlərin hərəkəti, onların təkrarı, sükutu və kompozisiyası, habelə onların vücudunda olan rənglər hər-hansı bir durumu göstərsin: dincliyi və ya qorxunc bir xəbərdən qaçışı göstərsin. Qaranlıqlara doğru gedib onlarda itsin və ya tozlu işıqlarda üzsün, namaz və dua kimi bir vəziyyəti və ya kədərli bir rəqsi göstərsin. Mən abstrakt bir rəssam deyiləm, sadəcə, əlimdəki varlıqları dəyişməyə çalışmışam. Ola 74


Mənsurə Hüseyni. Kompozisiya

bilər ki, bu varlıqlar sizin üçün tanış olsun və ya sizə yad görünsün. Bəlkə işimdə uğur qazanmışam. Bəlkə qarışıq xətlərin arasından nə isə tapa bilərsiniz, nə isə sizin duyğularınıza toxuna bilsin. Bəlkə rənglərin arasında olan uyğunluq gözlərinizi oxşaya bilsin”. Düşüncələrini “Doktor Əsəd” adlı mücərrəd bir adla İttilaat gündəliyinin “Bugünkü Sənət” səhifəsində tənqid yazmağa başlayan rəssam, bu işi bir il sürdürür. Yazdıqlarından belə görünür ki, onun məqsədi öyrətmək və bilgi verməkdir, amma çox zaman onun işlədiyi dil kəskin və dalayıcıdır. Onun neçə illər öncə yazmağa başladığı və 1971-ci ildə bitirdiyi “Güllü Çəkmə” adlı bir hekayə diqqəti cəlb edir. Hekayə güzgüyə baxan bir qadının baxışından başlanır, elə həmin qadının güzgüyə baxışı ilə də bitir. Belə görünür ki, bu hekayə sənətçinin öz həyatından bir dövrün səhifələridir. Rəssamın fikrincə, xətt çox geniş bir zəminə malikdir və onu nə qədər də araşdırsalar, bitən deyil. Kalliqrafiya haqqında müxtəlif mülahizələr gəzir. Onların arasında xətti sıra-sıra təkrarlama kimi verilən yeni bir üslub daha çox dekorativ bir rəsm kimi qəbul edilir. Gözəl xəttə malik olanlar xətdən yalnız yazı üçün istifadə edirlər 75


və çoxları gözəl xətti kağız üzərində görməyə alışıblar. Amma rəssamlıq bezi üzərində həkk olunan kalliqrafik xətt çoxları üçün çox maraqlı və qeyri-adi görünür. Hüseyninin ənənəvi İran kalliqrafik elementlərini, xüsusilə Küfi üslubunu istifadə etdiyi abstraksionist əsərlərində onu bu üslubun əsasını qoyan bir rəssam kimi məşhur etdi. Həmin dövrdə bir çox gənc İran rəssamları kalliqrafiya ilə maraqlanırdılar, lakin məhz Hüseyninin tablolarında kalliqrafiya belə aydın surətdə təzahür edir: “Mən Küfinin kalliqrafik ənənəsindən çox şey mənimsəmişəm, lakin mənim tablolarımda heç də sözlərin həkk olunması, hətta kalliqrafiyanın təqlidi yoxdur. Mən istəmişəm ki, hərfin hərəkəti, sükutu və rəngi əbədiliyin dincliyini, və yaxud əksinə, sirlərin dərinliyinin açılması dəhşətindən qaçmağı, və ya dumanlı alovlu atmosferdə üzməyi, və ya Allaha ümidsiz yalvarışı göstərsin. Mən abstraktçı-rəssam deyiləm, mən yalnız rəngkarlıq vasitəsilə öz mahiyyətimi dəyişmək istəyirəm”, – deyə Mənsurə xanım etiraf edir. Mənsurə xanım heç vaxt yalnız xətti köçürən bir şəxs olmaq istəməmişdir. Onun müasir üslublu boyakarlıq əsərlərində güllərin və çiçəklərin, dalğalı dənizin burulğanlarında, mücərrəd insan sifətinin cizgiləri arasında verdiyi kufi xətlərinin, beləliklə bu üslubu tapdığı ilk illərdə xəttin əsiri də olmuşdur. Amma getdikcə ehtiyacı olan şeyi xətdən alıb, özünəməxsus formalar əldə edib. Bu formalar yavaşyavaş onun əsərlərindəki xətti zahiri formasından uzaqlaşdırıb. Onu da qeyd etmək lazımdır ki, Mənsurə xanımın palitrası xətdən daha ifadəlidir. Onun əsərləri o zaman sənətin zirvəsinə ucalır ki, məna çalarlarını ifadə etmək üçün rənglə xətt birləşir. Rəssamın yaradıcılıq üslubunun əsas xüsusiyyətini abstraksionizmlə dinamikliyin ahəngi təşkil edir. Kalliqrafik elementlər gah rəvan əyilmiş, gah da sınıq xətlərin səciyyəvi istifadəsində ifadə olunur. Tabloları parlaq dolğun boyalarla, kompo76


zisiya gərginliyi ilə, əşyaların sadələşdirilmiş forması ilə (R.Quttuzo yaradıcılığının təsiri altında), rəng ifadəliyi ilə həmahəng olan geniş yaxıların istifadəsi ilə seçilir. Rəng yaxılarının əmələ gətirdiyi burulğanın fonunda verilən kalliqrafik xətlər bəzən güclə sezilən nizamlı naxış kimi, bəzən isə həyəcan gətirən parlaq bir ləkə kimi təqdim olunur. Rəssam kalliqrafiya ilə əmələ gələn “gərginliyi” xoşlayır. İran incəsənətinin ənənəvi forması olan kalliqrafiya “bir söz demədən kətanın üzərində rəqs edir”. Mənsurə Hüseyni, kalliqrafik naxışlarını çəkərək, çox vaxt onlardan hər-hansı bir hərflərin və ya sözün əmələ gəlməsinə varmır. Rəngkar və tənqidçi Fossani onun işləri haqqında yazır: “Onun palitrası çox zəngindir. Əsərlər kobud, gözə çarpan yaxılarla çəkilib, və boyakarın poetik hissləri əsasən rəng vasitəsilə ifadə olunur. Əsərlərinin mövzusu həmişə qəribə, təsvirlər isə ritmik olur”.

77


FƏSİL III. MÜASİR İRAN RƏSSAMLARININ YARADICILIĞINDA REALİZM ÜSLUBU

m

üasir İran rəngkarlarının realist üslublu əsərləri xüsusi diqqətə layiqdir. İran rəssamlarının yaradıcılığında reallıq heç bir bəzəmə olmadan, tam olaraq həyat olduğu kimi təsvir olunur. Bu sərkidə işləyən sənətkarlar arasında Morteza Katuzianın müasir İran təsviri sənətinə gətirdiyi xüsusi xidmətlərini qeyd etmək lazımdır. 1943-cü ildə anadan olmuş Morteza Katuzian xüsusi rəssamlıq təhsili almamışdır, lakin artıq 17 yaşından başlayaraq məhz rəssamlıqla özünə çörək qazanmışdır. Gənc yaşlarından idmanla məşğul olan Morteza 1970-ci ildə İranın karate üzrə federasiyasının qara kəmərinə layiq görülmüşdü. Onun rəsm əsərlərindən ibarət olan ilk sərgisi 1974-cü ildə təşkil olunmuşdur. Bu zaman o, artıq İran qrafikaçı rəssamları arasında müəyyən nüfuza malik idi və 1979-cu il inqilabına kimi iki il ərzində Rəssamlar İttifaqına başçılıq etmişdir. Onun sərgiləri bir qayda olaraq tamaşaçı ilə dolu olurdu – 1979-cu rəssamın Müasir İncəsənət Muzeyində təşkil olunmuş ekspozisiyasına 20 mindən artıq tamaşaçı baxmışdır. Morteza Katuzianın fotorealizmin estetik prinsipləri üzərində qurulmuş rəngkarlıq əsərləri gündəlik gerçəkliyi olduğu kimi təqdim edərək, obyektləri və predmetləri detallaşdıraraq reallığı illüziyasını yarada bilmişlər. 2008-ci ildə yaradıcılıq fəaliyyətinin 50-illik yubileyi ilə əlaqədar Morteza Katuzian UNESCO-nun mükafa78


Morteza Katuzian. 1981.

Morteza Katuzian. Qız.

tına layiq görülmüşdü. Rəssamın rəsm işlərindən ibarət olan 4 albomu və çoxsaylı reproduksiyaları çapdan çıxmış, əsərləri Tehranın Müasir incəsənət Muzeyində nümayiş etdirilir. İranın görkəmli realist-rəssamı Morteza Katuzianın yaradıcılığı rəssam Məcid Arvaridir bir rəssam kimi formalaşmasına böyük təsir göstərmişdir. 1969-cu ildə Tehranda anadan olmuş Məcid rəngkarlıq sənəti onu hələ uşaq vaxtından maraqlandırırdı. Onun 20 yaşı olanda ilk dəfə ustad Morteza Katuzianın sərgisini görən Məcid, sənətkarın yaradıcılığına valeh oldu. Us79


Morteza Katuzian. Körpə. 1990.

Morteza Katuzian. Xatirələr. 1976.

80

tad rəssamın Tehranın Müasir İncəsənət Muzeyində nümayiş olunan sərgi gənc Məcidə elə bir təsir göstərdi ki, o, gələcək həyatını rəngkarlığa həsr etdi. Artıq bir ildən sonra o, məşhur rəssamın rəhbərliyi altında təsviri sənətin sirlərinə yiyələnməyə başladı. Məcid Arvari 2001-ci ildə, Morteza Katuzianın digər bir şagirdi olan İman Maleki ilə birgə özünün rəngkarlıq studiyasını təsis etdi və rəssamlığın ənənəvi və klassik prinsiplərinə əsaslanaraq pedaqoji fəaliyyətə başladı. Özünün çoxsaylı əsərləri ilə müxtəlif sərgilərdə və müsabiqələrdə iştirak edən Məcid Arvari fəxri mükafatlara layiq görülmüşdü. Yuxarıda qeyd edildiyi kimi, İman Maleki də Morteza Katuzianın tələbəsi olmuşdur. 1976-cı ildə Tehranda dünyaya gəlmiş İman 15 yaşından etibarən İran realis-


Morteza Katuzian.

Morteza Katuzian. Gözləmə ağrısı

Morteza Katuzian. Yoxsulluq

81


Məcid Arvari Şəhər kənarında yaşayan uçaq. 2000

Məcid Arvari Qoca dülgər. 2000

tik rəngkarlığının metrı olan Morteza Katuzianın emalatxanasında görkəmli ustaddan dərs almışdır. 1999-cu ildə Tehran İncəsənət Universitetinin “Qrafik dizayn” ixtisasını bitirmiş realist-rəssam müxtəlif bədii sərgilərdə iştirak etmişdir. Şərqdə fotorealizm istiqamətini inkişaf edən müasir incəsənətinin azsaylı nümayəndələrindən biri olan İman Malekinin qiperrealist əsərləri yüksək detallaşması və parlaq ekspozisiya ilə seçilir ki, bu vasitə ilə o, mühitin real effektini əldə etməyə nail olur. Öz yaradıcılığında Maleki incəsənətin elə bir anlayış üzərində durub ki, reallıq hər-hansı bir bədii uydurmadan maraqlıdır. Buna görə də İman Maleki hər bir ideal nisbəti inkar edərək, reallığı olduğu kimi canlandırmağa çalışır. 82


1998-ci ildən başlayaraq İman Malekinin əsərləri mütəmadi olaraq Avropa və Asiyanın aparıcı ekspozisiyalarında nümayiş etdirilir. 2001-ci ildə o, isə Məcid Arvari ilə bərabər “ARA Painting Studio” adlı rəngkarlıq studiyası yaratmışdır. İstedadlı müasir rəssam öz məktəbstudiyasında tələbələrinə hiperrealist rəngkarlığı sənətini öyrədir. 2005-ci ildə İman Malekin özünün “Hafizin şeirləri ilə fala baxma” əsərinə görə Vilyam Buqro mükafatına, eləcə də “Pəncərə qarşısında qız” əsərinə görə rəngkarların Beynəlxalq ARS-store salon-müsabiqəsində Sədrin Seçimi adlı mükafata layiq görülmüşdü. Məcid Arvari Payız.1995

Məcid Arvari Çimərkən. 1997

Məcid Arvari Nain Cümə Məscidi. 2002

83


İman Maleki. Arzu... İman Maleki. Günəş İşığı.

İman Maleki. Pəncərə qarşısında. İman Maleki. Hafizin şeirləri ilə fala baxma

84


Mustafa Keyhani 1954-cü ildə İrandan dünyaya gəlib. Hələ məktəbdə oxuyarkən şəkil çəkməyə başlamış və özünün rəssamlıq istedadını inkişaf etdirmişdir. Ali təhsil alaraq biologiya və anatomiya sahəsində diplomlara layiq görüldükdən sonra Tehranın və Düsseldorfun universitetlərində İncəsənəti öyrənməyə başlamışdır. Yeddi il ərzində Almaniyaya və Fransayaya səyahət edərək özünün rəngkarlıq texnikasını və üslubunu təkmilləşdirmişdir. Hazırda o, Kanadada yaşayır. İstedadlı rəssamın əsərlərində Avropa şəhərlərinin səsli-küylü küçələrinin, rahat guşələrinin canlı ruhu, İtaliyanın, Fransanın şəfalı mənzərələri və əlvan güllü natürmortlar əksini tapır.

Mustafa Keyhani. Robling korpüsü

85


Mustafa Keyhani. Faeton. Mustafa Keyhani. Şəhər mənzərələri.

86


Mitra Şadfar 1969-cu ildə Tehranda sənətsevər ailəsində anadan olmuşdur. Rəngkarlığa maraq və istedad onda atasından varis qalmışdır. 1988-ci ildə Mitra məşhur İran rəssamı, rəngkarlıq ustası Morteza Katuzianın yaradıcılığına müraciət etmişdir. İlk dəfə onun rəngkarlıq işlərini Kara qalereyasında görmüş Mitra, artıq bir neçə ildən sonra, eksperimentlər və daimi təcrübə nəticəsində bu sahədə nəzərəçarpacaq

Mitra Şadfar Morteza Katuzianın portreti (2011).

Mitra Şadfar Ana sevgisi (2004) Mitra Şadfar

Qış günəşi (1992)

87


Mitra Şadfar Bir yaz günü (2010)

Mitra Şadfar Adsız (2002).

88

nailiyyət əldə etmişdir. 1988-ci ildə o, ustad dərslər alaraq görkəmli rəssamın rəhbərliyi başçısında təcrübə keçmiş, əhəmiyyətli nailiyyətlər nümayiş etdirmişdir. Rəssam rəngkarlıqda həmişə realistik istiqaməti üstün tutmuşdur. İlk anda adama elə gəlir ki, bunlar yüksək səviyyəli fotolardır, əslində isə – real gerçəkliyi dəqiqliklə əks etdirən hiperrealist tablolardır. Texnika və detallaşdırma dalınca qaçan rəssam, əsərlərində görünməmiş reallığa nail ola bilmişdir. Lakin müəllifin xeyli əzmi və istedadı bu əsərləri təkcə fotoların surətində daha böyük olduğunu göstərir. Burada həyat var, rəssamın emosiyaları və yaşadığımız dünyanın illüziyası əksini tapmışdır.


Hazırda Mitra Şadfar müəllimi ilə yanaşı Kara qalereyasında yaradır və tələbələrə rəngkarlığın sirlərini öyrədir. Eyni zamanda Mirta fars poeziyası ilə dərindən maraqlanmağa başlamışdır. 1992-ci ildən başlayaraq 1998-ci ilə kimi Mitra Şadfar Tehranın Müasir incəsənət muzeyi kimi nüfuzlu meydançalarda sərgilər keçirmiş və Səbz qalereyasında çıxış etmişdir. 2003-cü ildə rəssam öz işlərini Saadabad muzeyində nümayiş etdirmişdir, onlardan bəziləri “Müasir İran rəssamlarının seçilmiş işləri” adlı kitabında, bəziləri isə plakat şəklində çap olunmuşdur. Son bir neçə ildə Mitra Şadfar Kara qalereyasının sahibi ilə tələbələrə rəngkarlıq sahəsi üzrə dərs deyir. Ənənəvi İran şairlərinin şeirlərinə olan həvəs onun yaradıcılığına çox böyük təsir göstərmişdir. İstedadlı iranlı rəssam Kasra Kiai 1973-cü ildə Tehranda anadan olmuşdur. Onun babası Qorgin Kiai məşhur rəssam olmuş, musiqidən dərs demiş, ümumiyyətlə bir çox istedada malik bir adam idi. Kasra hesab edir ki, rəngkarlıq sənətinə olan həvəs və bacarıq ona məhz babasından miras qalıb.

Kasra Kiai. Portret No.07 (2007). Kasra Kiai. Cina.

89


Kasra Kiainin ilk müəllimi İranın ən yaxşı realist rəssamı olan Morteza Katuzian olmuşdur. Müəllimin üslubunu və dəst-xəttini götürən rəssam öz əsərlərinə gündəlik həyatın detallarını, cəmiyyətin strukturunu və adət-ənənələrini açır. Kiainin fikrincə, Katuzian İranda realizm üslubunun banisi olmuşdur və bu kimi dahilərdən dərs almaq və Kasra Kiai. Qoca pinəçi.

90


bilik və bacarıqlarını istedadlı tələbələrə yetirmək onun üçün böyük şərəfdir. Kasranın bir çox tələbələri görkəmli rəssam olmuş, digərləri isə incəsənətdə parlaq gələcək perspektivlərini nümayiş etdirirlər. Hazırda Kasra İran və Kanadada tələbələrə rəngkarlıqdan dərs deyir. Koloritdən güclü emosional təsir vasitəsi kimi istifadə edən, öz əsərlərini ahəngdar və dekorativ rəng çalarlarında işləyən rəssamlardan biri İran rəssamı Əlireza Varzane 1963-cü ildə Şirazda dünyaya göz açmışdır. 1980-ci ildə ümumtəhsil məktəbini bitirən Əlireza, sonra Tehran Universitetinin dizayn şöbəsində təhsil alaraq illüstrator ixtisasına yiyələnmişdir. 1979-cu ildən əsərləri ilə çıxış etməyə başlamış rəssam İranda bir neçə sərgi ilə çıxış etmiş, Müasir incəsənət Milli Muzeyində əsərlərini nümayiş etdirmiş, Almaniyada sərgilər keçirmişdir. Hazırda Almaniyanın Köln şəhərində yaşayıb-yaradan rəssamın kompozisiyaları lakonik və monumental səpkidə düşünülmüşdür. O,

Əlireza Varzane

91


Əlireza Varzane

Cavad Süleymanpur. Mənzərə.

92

hadisələrin cərəyan etdiyi mühiti, hava və işıq effektlərini inandırıcı verə bilir, günəşli palitraya meyl göstərir. Buna görə də onun tablolarında parlaq günəş işıqları bərq vurur, işıq-kölgə təzadları əşyaların həcmliliyini nəzərə çarpdırır. Pastel texnikasında olan əsərləri ilə məşhur olan İran rəssamı Cavad Süleymanpur 1965-ci ildə Təbriz şəhərində anadan olmuşdur. xüsusi bir rəngkarlıq savadı olmayan Cavad 12 yaşından başlayaraq rəsm çəkməyə başladı. Onun ilk sərgisi 1978-ci ildə baş verdi. O zaman o, Saadabat Saray Muzeyində saxlanılan məşhur əsərlərin reproduksiyaları üzərində işləyirdi. Uşaq çağlarından onun əsas məşğuliyyəti yalnız rəsm çəkmək idi. O, sevdiyi, pərəstiş etdiyi adamları, hadisələri, mənzərələri fırçaya alır, lirik və şairənə lövhələr yaradırdı. 1998-ci ildən başlayaraq İstanbuldakı “Seven Art Gallery” adlı rəsm qalereyası müntəzəm olaraq rəssamın fərdi sərgiləri üçün yer ayırır. Hazırda Cavad Süleymanpur Türkiyədə çalışır, sərgilənir, eyni zamanda rəsm dərslərini almağa davam edir.


Cavad Süleymanpur. Mənzərə.

Cavad Süleymanpur. Atatürkün portreti. 2015

Cavad Süleymanpur. Balaca qız

93


Cavad Süleymanpur. Aya Sofya.

94

Cavad Süleymanpurun yaradıcılığının diapazonu geniş və əhatəlidir. O daima insanın mənəvi və cismani qüdrətini tərənnüm etməyə çalışır. Rəssamın yaratdığı istər insan surətləri, istərsə də mənzərələrində həyata nikbin münasibət duyulur. Onun məzmun cəhətdən rəngarəng olan əsərləri bədii ifasına görə vahid yaradıcılıq üslubu ilə fərqlənir. Cavad Süleymanpurun fərdi üslubu milli və beynəlmiləl cəhətdən özündə ahəngdar şəkildə birləşdirən novator səciyyəli kamil sənət üsuludur. Əsasən yağlı boya ilə işləyən Şəhrzad Həzrəti 1957-ci ildə İranın Qxorvex şəhərində anadan olmuşdur. 19751977-ci illərdə Tehranın Politexnik institutunda me-


marlıq, 1978-1979-cu illərdə isə Tehran Universitetinin təsviri sənət fakültəsinin tələbəsi olmuşdur. Türkiyəyə köçəndən sonra Şəhrzad İstanbulun Mimar Sinan Universitetinin Təsviri sənət fakültəsində təhsilini davam etdirmiş və 1990-cı ildə bu ali təhsil ocağının məzunu olmuşdur. Türkiyədə Fotoqraflar və rəssamlar assosiasiyasının üzvü olan rəssam öz əsərlərini dəfələrlə Türkiyənin, Finlandiyanın və başqa ölkələrin qalereyalarında sərgiləmişdir. Şəhrzad Həzrəti üçün əsas məsələ fotoqrafiya spesifikasını imitasiya edən: vizual fiksasiyanın avtomatizm prinsipini, sənədliliyi gerçəkliyi dəqiq, ehtirassız, emosiyasız əks etməkdir. Rəssam təsvirin mexaniki, “texnoloji” xarakterini vurğulayaraq lessirovka, aeroqrafiya, emulsiyalı təbəqələşmə vasitəsilə: hamar rəsm təəssüratına nail olmaq məqsədini qudur. Bu zaman rəng, həcm, fakturalılıq sadələşir. Şəhrzadın sevimli problematikası gündəlik həyatın reallıqları, şəhər mühiti, reklama, adi adamların makrofotoqrafik portreti olmasına baxmayaraq, bütün bunlar tamaşaçıdan kənarlaşdırılmış, adamayovuşmaz, statik, soyuq reallıq təəssüratı yaranır.

Şəhrzad Həzrəti. Finlandiyada Qış.

95


Bununla yanaşı, rəssamın sənətində axtarış, eksperimental lay da mövcuddur ki, bu da aparıcı texnologiyaların və foto və kino sənətin priyomlarının mənimsənilməsi ilə bağlıdır: iri plan, detallaşma, optik effektlər, montaj, poliekran, müəllif kadrlaşdırılması və s. Şəhrzad Həzrəti. Paris Ağrısı.

Şəhrzad Həzrəti. Balaca Qız. Şəhrzad Həzrəti. Gənc Qız 3.

96


FƏSİL IV. MÜASİR İRAN RƏNGKARLIĞINDA NOVATOR MEYLLƏRİNİN TƏCƏSÜMÜ

i

kinci dünya müharibəsi bitdikdən sonra İran xalqı güclü passionar yüksəliş keçirməyə başlayır ki, bu da incəsənətə təsir etməyə bilməzdi. İran rəssamlarının bu dövrdə də müasir Qərbi Avropa rəngkarlığının müxtəlif üslublarını mənimsəməyə davam etmələrinə baxmayaraq, lakin məhz bu zaman 40-cı illərdən sonra qərb formaların doldurulması daha da audentik oldu. Daha konservativ və donuq olan Qərb realizminin akademik forması modernist və abstraksionist təmayüllərlə əvəz olunmağa başlayır. Modernizmlə bərabər kitabla bağlı ənənəvi üslub da inkişaf etməyə davam edir, lakin o da avanqard təmayüllərlə qəribə tərzdə dolaşır. Eyni zamanda simvolik rəngkarlıq da fəal inkişaf edir. Simvolizmin bir məktəb kimi XIX əsrin axırında meydana gəlməsinə baxmayaraq, incəsənətdə, o cümlədən rəngkarlıqda rəmzlərlə və alleqoriyalarla çoxdan istifadə olunurdu. Rəngkarlıq dünyası – sirlər və rəmzlər dünyasıdır. Bu, birinci növbədə, mahiyyəti etibarilə simvolik olan məhz İran incəsənətinə aiddir. Şərqin mahiyyəti əks edən məcazı çox zaman ikiüzlülük kimi qələmə verirlər. Ənənəvi olaraq İran rəssamları konkretliyə can atmırdılar. Bunun əvəzinə onlar maddi əşyaların əbədi kosmik mənasını kəsb edən fantastik dünyanı əks edirdilər. Mənəvi dünya tamaşaçıya rəng və onun çalarları, kom97


Hessam Abrişami. Musiqiçilər.

98

pozisiyanın ritmi və xətt çatdırılırdı. Bu mənəvi irs müasir İranın modernist rəngkarlığında aşkar olunur. İran rəssamlarının modernizmə olan həvəsi Şərqin daim naturalizmdən qaçmaq meyli ilə səciyyələnir. Bu istiqamət son Qacar rəngkarlığının naturalizmə həddən artıq aludəçiliyinə reaksiya kimi meydana gəlib. İranda yeniçiliyin əsasını qoyan rəssamlar vardır ki, onlardan Cəlil Ziyapur, Hüseyn Kazimi, Cavad Həmidi, Əhməd İsfəndiyari, Məhəmməd Cavadipur, Möhsün Vəziri Müqəddəm, Abdulla Amiri, Huşəng Pizişniya və Bəhmən Mühəssisin adlarını xüsusi qeyd etmək olar. Bunlardan sonra yenilik gətirən ikinci nəsil yarandı. Onların qərb məktəbləri üslubunda işlənmiş əsərlərində İran rəssamlıq ünsürləri ilə uyğunsuzluq nəzərə çarpırdı. Sonra həmin yanaşma “Səqqaxana” və “Rəsm-xətt” hərəkatına çevrildi. Hessam Abrişami – istedadlı, müasir İran rəssamıdır. O, 1951-ci ildə İranın Şiraz şəhərində dünyaya göz açıb. Rəngkarlığa fərdi istedadı və incəsənətə sevgi hissi olan Hessam 15 yaşında yerli rəssamlıq məktəbinə daxil olur. Nəticədə o, rəngkarlığa demək olar ki, mübtəla olur.


Rəssamın vətəni İran idi, lakin Hessam Abrişami səmərəli yaradıcılıq həyatına “vəsiqə” verən İtaliyanı özünün ikinci vətəni hesab edirdi. Florensiyanın İncə Sənətlər Akademiyasında təhsil almış Hessam öz istedadı, əldə etdiyi bilik və vərdişləri, təəssüratlarından və müşahidələrindən nəticə çıxarmaq bacarığı hesabına özünün fərdi manerasını işləmişdir. Burada Şərq motivləri ilə Yeni dövr Avropa rəngkarlığı harmonik surətdə uzlaşır. İlk mükafatını 17 yaşında qazanan Hessam İranda keçirilən Beynəlxalq tələbə müsabiqələrində rəngkarlıq sahəsində bir neçə yüksək mükafata layiq görülmüşdür. 19 yaşında olarkən “Yeni İran rəssamı” müsabiqəsində I yer qazanmışdır. O dövrdən başlayaraq o, çoxsaylı milli və beynəlxalq mükafatlara layiq görülmüş və tamaşaçı rəğbətini qazanmışdır. İranda təhsili bitirdikdən sonra Hessam İtaliyaya, təhsilini davam etdirməyə gedir. Rəssam həmişə İtaliyanı “Avropanın incəsənət mərkəzi” hesab edirdi. O, İtaliyanın Peruci şəhərində məskunlaşır, elə oradaca rəngkarlığı öyrənir və “Pyero Vanuççi” De

Hessam Abrişami. Yuxu (Dream). Hessam Abrişami. İstəklərin qəlbi (Glore of Desire).

99


Belle Arti Akademiyasında təsviri sənət sahəsi üzrə magistr dərəcəsində layiq görülür. Akademiyanı bitirdikdən sonra Abrişami Kaliforniyanın Los-Ancelesə şəhərinə mühacirət edir, orada incəsənət sahəsində öz biliklərini genişləndirməyə davam edir. Hazırda Hessam fransız mətbuatının “İnsan fiqurlarının dəyişkənliyi” adlandırdığı sahədə işləyir. O, kompozisiyanın hər bir fiquru arasında gərginlik yaratmağa müyəssər olur. Həmin gərginlik tamaşaçıda belə bir qarşılıqlı əlaqəsini axtarmağa səbəb olur. Rəssamın yaradıcılığına həm müasir, həm də Sezanndan tutmuş Pikassoya kimi bir çox rəssamların əsərləri böyük təsir göstərmişdir. O, məhəbbət və gülüş, musiqi və rəqslə

Xanibal Alxas.

Xanibal Alxas. Avtoportret.

100


dolmuş cəsarətli, əlvan tablolar yaradır. Hessam dünyanı məhəbbətin və romantikanın mahiyyətini göstərən əsərlərlə tanış etmişdir. Əsərlərinin əksəriyyəti akril boyalarla işlənmişdir. Müasir İran incəsənətinin nişanə simalarından biri tanınmış rəssam, tərcüməçi, tənqidçi, yazıçı olan Xanibal Alxasdır. 35 il pedaqoji fəaliyyəti nəticəsində o, bir çox tanınmış rəssam yetişdirmişdir. Xanibal Alxas 1930-cu ildə Kərmanşahda (İranın qərbində) assuriyalıların ailəsində dünyaya gəlmişdir. Atasının işi ilə əlaqədar olaraq ailə çoxlu səyahət etmiş və gənc Xanibal həm Kərmanşahda, həm Tehranda, həm də Axvazda yaşamağa macal tapmışdır. İlk dəfə Xanibal 14 yaşında Aleksey Georgiz adlı gənc rəssamın sayəsində rəngkarlıqla məşğul olmağa başlamışdır. O, Xanibalı yağlı boyalarla rəsm etməyi öyrət-

Xanibal Alxas Adsız. 1968.

101


Xanibal Alxas. Faşizm üzərində qələbə. Xanibal Alxas.

102

mişdir. Gənc Alxas bu işə çox ciddi yanaşmış və artıq o zaman qərara gəlmişdir ki, rəngkarlıq həyatının əsas işinə çevriləcək. Baxmayaraq ki, 1951-ci ildə valideynləri Xanibalı ABŞ-na tibbi öyrənməyə göndərmişdilər, o, Universiteti tərk etmiş və fəlsəfə fakültəsinə keçmişdir, sonralar isə yenidən çox sevdiyi rəngkarlıq sənətinə qayıtdı. 1958ci ildə Xanibal Alxas Çikaqonun İncəsənət institutunda “illüstrator” ixtisası üzrə diplomu almışdır. Tehrana qayıtdıqdan sonra Alxas Tehranın İncə sənətlər məktəbində rəsm, rəngkarlıq və incəsənət tarixini fənləri üzrə dərs deməyə başladı. Sonrakı 4 il ərzində o parlaq tablolar yaradır, eyni zamanda İranda ilk olan “Gilqameş” adlı müasir sənətlər qalereyasını uğurlu rəsm qalereyasını açır. Burada ümidverən gənc rəssamlarının işləri təqdim edilirdi. 11 il ərzində Alxas Tehran Universitetinin professoru olmuşdur. Xanibal Alxas daima ABŞ-a gedib müxtəlif şəxsi kolleclərdə, Berklidəki Kaliforniya Universitetində, LosAnceles Universitetində və bir çox başqa tədris müəssisələrində dərs demişdir. Baxmayaraq ki, rəssam vax-


tının çoxunu xaricdə keçirirdi, onun ürəyi vətəni olan İranla döyünürdü. 1992-ci ildən başlamış Xanibal Azad İslam Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuş, eləcə də fərdi dərslər vermiş və 4 il ərzində müxtəlif İran jurnallarında bədii tənqidçi kimi məqalələr yazmışdır. Xanibal qədim İran barelyeflərindən və Qədim Suriya, Babil və Dara dövrü İranın heykəltəraşlığından ilham alırdı. O, unikal bədii üslub yaratmışdır. Bu üslub vasitəsilə rəssam tarixi prosesləri yaşatmağa imkan tapırdı. O, keçmişi və gələcəyi bir yerdə cəmləşdirir – əsərlərinin forma və məzmunu arasından eyni zamanda həm altı min il bundan qabaq olanlar, həm buğunun gerçəkliyi, həm də gələcəyə olan ümid canlanır. Rəssam eyni zamanda poeziya ilə də çox maraqlanırdı. O, assuriya dilindən fars dilinə minlərlə şeiri, Hafizin 150 qəzəli daxil olmaqla (özü də onlara 50 illüstrasiya çəkmişdir) bir çox məşhur şairlərin əsərlərini tərcümə etmişdir. Alxas eyni zamanda 10 novellanın və incəsənətə aid bir neçə kitabın müəllifidir. Rəssam İranda və dünyanın müxtəlif yerlərində keçirilən 100 fərdi və 200-dən artıq qrup sərgisinin iştirakçısı olmuşdur. Xanibal Alxas 2010-cu ildə 80 yaşında vəfat etmişdir. Müasir İran təsviri sənətində önəmli yer tutan rəngkarlardan biri də bənzərsiz rəssam, heykəltəraş, dekorasiya üzrə rəssam, televiziya və teatr direktoru, professor Taha Behbahanidir. 1948-ci ildə dünyaya gəlmiş Taxa 13 yaşından başlayaraq Kamal ül-Mülkün şagirdlərindən biri olan Əli Əkbər Nacmabadi ustanın rəhbərliyi altında rəngkarlıqla məşğul olmağa başladı. Kamal ül-Mülkün rəssamlıq məktəbini bitirən Taxa Parisin Dram Sənəti Kollecində “marionet teatrı” istiqamətində təhsil almışdır. İrana qayıtdıqdan sonra o, bir neçə il ərzində Marionet Teatrının direktoru olmuş, İran Milli İncəsənət Yaradıcılıq Komitəsinə və bir çox beynəlxalq sərgilərdə UNESCOnun münsiflər heyətinə daxil olmuşdur.

Xanibal Alxas.

103


Taha Behbahani. “Hər bir qeyddən titrəyərək, sizi xatırlayıram”.

Taha Behbahani. “Bədənin və ruhun məhəbbətlə təməlini dəyərləndirərək”.

104

1960-cı illərin ortalarında, sürrealizm cərəyanını təsiri altında olaraq o, özünün şəxsi “Metafizik sürrealizm” adlı rəngkarlıq məktəbini təsis edir. Onun işləri rəssamın bədii yetkinliyini, rəsmin əminliyini və öz üslubun olmasını nümayiş etdirir ki, bu da spesifik koloristika və rəng duyumu ilə birgə onlara parlaq fərdilik bəxş edir. Taha Behbahaninin fərdi üslubu – sürrealist formaların və Şərq mistik motivlərinin sintezidir. Müasir İran rəssamlıq sənətinin formalaşmasında qadın rəssamlar da fəal iştirak etmişlər. Həmin rəssamlar ikinci nəslə mənsub olan Şükuhi Riyazi, Mənsurə Hüseyni, Behcat Sədr, İran Dərudi, Məsumə Seyhun və Pərvanə Etimadidir. Real əşyalara marağı tükənən bu bacarıqlı və istedadlı rəssamların əşyavisiz incəsənətə, başqa sözlə abstraksionizmə meyl göstərirlər. Abstraksionizm, kubizm və futurizm təmayüllərinin məntiqi tamamlanması zəminində yaranmışdır. Modernist incəsənətin bu iki istiqaməti yaradıcı prosesi əşyavi dünyadan təcrid etmişdir. Abstraksionizm dünyavi həyatın və insan təfəkkürünün sirlərini müəyyən etməyə çalışırdı. Bizi əhatə edən dünya haqqında: onun


Taxa Behbahani

Hörmət qeydləri sahəsində təyinat.

formalarının təbiəti, nisbətləri haqqında gizli həqiqət XX əsr təsviri incəsənət ustalarının diqqət mərkəzində qalmaqda idi. Abstraktçı rəssamların dünya qavrayışının xüsusiyyətləri ondan ibarət idi ki, onlar nümunənin surətini çıxarmır, onunla dialoqa girir. Abstraksionizm mənəvi reallığın dünyasını açmağa çalışırdı. Rəssamların abstraksionizmə doğru olan yollar müxtəlif idi. Artıq erkən mərhələdə bu istiqamət özünün sonrakı inkişafının iki dəqiq xəttini müəyyən etmişdir. Birincisi – düz, dəqiq qeyd olunmuş konfiqurasiyalara əsasalanan həndəsi abstraksiyadır. İkincisi – lirik abstraksiyadır ki, onun kompozisiya əsasını üzən, pulsasiya edən və titrəyişli rənglərlə dolu sərbəst axıcı forma təşkil edirdi. Müasir İran təsviri sənətində abstrakt boyakarlığın bu ikinci xəttin təmsilçisi kimi istedadlı rəssam Pərivəş Gəncinin yaradıcılığını xüsusilə qeyd etmək lazımdır. Şərq rəssamlığı ilə qərb rəssamlığı arasındakı ən əsas fərqi şərh edən rəssam bildirir ki, qərb rəssamlığında texniki məsələlərin hər birisinə ayrıca və çox dərindən əhəmiyyət verilir. 105


Pərivəş Gənci. Kompozisiya.

106

Örnək üçün Qərb rəsmlərindən söz gedərkən “kompozisiyaya baxın” sözünü çox eşidirik. Tablonun diqqət mərkəzi portretin gözləri və ya dodaqlarının üzərindədir. Elementlərlə rənglərin harmoniyasını görürük. Amma şərq rəsmlərində hər şey birlikdə, sükutda və dinclikdə keçir. Heç bir mübahisə getmir, bir söz olursa da məzmunla əlaqəsiz deyil. Bir çox qərb və şərq sənət cərəyanlarına doğru gedən Pərivəş xanım onların təsiri altında formalaşmışdır. Lakin sənətdə təsir almaq önəmli deyil, əsas məsələ təsirdən bəhrələnərək öz dəsti xəttini tapmaqdır. Pərivəş Gəncinin sənətdə öz yolu, öz dəsti xətti var. Tənqidçilər deyir ki, yeni sənətdə onlarca “izm” və çeşidli məktəblərin olmasına baxmayaraq, yeni rəssamlığın “ekspressionizm” və “abstrakt” adlı iki əsas qolu vardır və bu əsas qolların hər biri “məzmun” və “forma”nı idarə edir. P.Gəncinin işlərinin hansı rəssamlıq üslubuna və məktəbinə aid olmasına gəldikdə isə qeyd etmək lazımdır ki, sənətçi özünü heç bir bəlli məktəb və üslubun rəssamı hesab etmir, baxmayaraq ki, bir sıra tənqidçilər onu fovist də adlandırmışlar. Rəssamın işlədikləri tabloların çoxu bir neçə laylıdır. İri həcmli əsərlərə üstünlük verən sənətçinin tablolarının ölçüləri 100x210 sm təşkil edir ki, onların bir yerdən başqa yerə aparılması çətin başa gəlir. Tabloların bir neçə laylı olması onların dəfələrlə dünyanın müxtəlif şəhərlərinə aparılması ilə əlaqədardır. Yaradıcılığının ilk dövrlərində daha çox mavi rəng çalarlarına üstünlük verən sənətçi, son dövrlərdə qırmızı boyalara daha çox meyl edir. Dinclikdən fırtınaya doğru hərəkət etmək məqsədini güdən rəssam xamın, əvvəllər mavi rəngi cəmiyyətdə siyasi dincliyin gümanının perspektivi kimi qavrayırdı. Sonralar gördü ki, atelyedə qırmızılarla qarşı-qarşıya qalıb. Düz mavi çalarlı əsərin asıldığı divarın qarşısında qırmızılar zahir oldu. Bu tabloların hər birisi bir və ya neçə pəncərəni göstərir. Onlardan birində belə görünür ki, pəncərənin bu


tayında oturmuşuq və qabaqkı kimi hadisəyə sadəcə baxmırıq, əksinə bu dəfə baş verən hadisə uçuntular kimi başımıza tökülməkdədir. Bəlkə nazik bir çərçivə bizi hadisədən ayırırdı, amma hər halda yer-göy bir sel kimi üstümüzə tökülürdü. Və ya başqa bir tabloda neçə içi-içə olan üz və ya pəncərə ilə qarşılaşırıq. Rəssamın bütün əsərləri sanki özünün xəbəri olmadan belə yaranır. Sonradan məlum olur ki, bu hadisələr doğrudan da haçansa baş vermişdi. Beləliklə cəmiyyətdə cərəyan edən abu-hava, atmosfer sənətçinin daxilində tez bir zamanda öz əksini tapır və sürətlə əsərlərində canlanır. Belə tablolarda çərçivənin rolu çox önəmlidir. Çərçivə olmayanda bütün dünya tablonun həndəsəsinə qarışır. Rəssamın istifadə etdiyi çərçivə bir qayda olaraq qara rəngdə olur. Hər bir sənətçinin öz iş üslubları, vərdişləri var. Pərivəş xanım hər-hansı bir tablonu işləməyə başladıqda, ilk növbədə geniş çeşidli və özünəməxsus alətləri hazırlayır. Məsələn, quru mürəkkəbi daşa sürtməklə o, öz diqqətini toplamağa çalışır. Bu sayaqla, mürəkkəb tam hazırlanana qədər, beyin və fikir tam bir hazırlığa çatır,

Pərivəş Gənci. Kompozisiya. 1998.

107


Pərivəş Gənci. Kompozisiya.

Pərivəş Gənci. Mənzərə.

108

əllə ürək bir-biri ilə uyğunlaşır, diqqətini toplamış beyin bütün şeylərdən boşalır, tam xəbərsizliyə, tərifə gəlməz bayğınlığa çatır. Bu an, ağ bürünc kağızın, xəz və qamış fırçanın, mürəkkəbin, mövzunun və “sən”in birləşdiyi andır. Hər şey bir yerdə, rəssam isə onlarla birləşir və iş başlayır. Telləri görmədən notları əlləri ilə çalan bir çalğıçı kimi, alətləri görmədən, istədiyin alət lazımı yerdə gəlib əlinə çatır. Pərivəş Gəncinin rəsmlərində gözə çarpan ən əsas ünsürü “Zen”in rəsmlərində olduğu kimi xətlər təşkil edir. Xətlər ilk baxışda tamaşaçının ürəyini alıb aparan şeylərdir. Rəsmlərində əsas yeri tutan xətlər sadəcə gözəl deyil, bəlkə çox dərin, arifanə və habelə azaddır. Elə bu xətlərin yolu ilə rəssamlıq “dao”ya gəlib çatır.


Bu xətlərin növləri və onların necə işlədilməsi hərdən illərcə sürən çalışmaların və məşqin mövzusu ola bilər. Elə birinci xətlə rəsmin taleyi bəlli olur. İş mükəmməl bir şəkildə görülməlidir. Heç bir səhvə yol verilməməlidir. Heç bir düzəlişə imkan yox. Dalan adlanan mərhələdə müəllim şagirdin işi haqqında düzəliş verə bilər, amma düzəlişli iş “dao”ya gəlib çatmır. İşlərində olan incə, dəqiq və mərkəzləşdirilmiş hərəkətlər, rəssamın başqa davranışlarına da təsir göstərir. Sənətçinin fikrincə, “Zen”in bütün mərhələlərində “eşqi nəzərə almaq əsas işdir”. Onu nəzərə almalısan, fırçanı nəzərə almalısan, toxtaqlığı nəzərə almalısan, rəssamlıq bezini, mürəkkəbi də nəzərə almalısan. İnsanı nəzərə almalısan, özünü nəzərə almalısan, sevgini nəzərə almalısan. Heç hesaba gəlməyən “sən” eşqi nəzərə alırsa, hər şey gözünə görünə bilər. P.Gəncinin mürəkkəb suyunda işlədiyi əsərlərə nəzər yetirdikdə, burada bahar, Novruz səbirsizliyi nəzərə çarpır. Tablolarda yazın gəlməsi ilə səciyyələnən budaqların şişməsi, gövdələrdə həyatın canlanması, tumurcuqların titrəşməsi sezilir. Yaz fəsli yaxınlaşanda sənətçinin daxilindəki hisslər baş qaldırır və, özünün etiraf etdiyi kimi, rəssam xanım özünü işləmək şövqü ilə dolu hiss edir. Belə anlarda o, daha çox mürəkkəb suyu ilə təbiət rəsmlərini çəkmək arzusunda olur. Mürəkkəb suyu ilə işlənmiş rəsm əsərləri təbiətin səsi kimi təmiz olur. Qayalı çaylar, iş alətlərini götürüb çay qırağında bir bucağa sığınan rəssamın yaz həmdəminə çevrilirlər. Sənətçi suyun təmiz səsini, göyün saf dərinliyini və hamar daşı çox sevir. Suyun təmiz səsi və göyün saf dərinliyi onu özü ilə götürüb aparır. Ürəyi xoşsəsli suda gözəl bir yiv naxışı salan titrək bir budaqla birlikdə titrəyir. Mürəkkəb suyu suyun səsi və təzə gövdənin yumşaqlığı ilə içdən yoğurulur. Modernist rəssamın neoplastisizm üslubunda işlənmiş əsərlərində mövcud formaların təbiilikdən çıxarılması məsələsi önə çəkilir ki, bu da son nəticədə onun ilkin 109


Fəridə Laşai. Adsız.

110

sxeminin maksimal şəkildə aşkarlanmasına gətirib çıxarır. Rəssamın bu üslubda işlənmiş əsərlərində dördbucaqlar yaradan şaquli və üfüqi xətlərin kəsişməsini görə bilərik. Bu həndəsi fiqurlar müvafiq sarı, yaşıl və qırmızı rənglərə boyanıb. Rəssam öz kompozisiyalarının icrasını yorulmadan dəyişdirirdi. Onun fırçası altında onlar gah romb və ya kvadrat formalarını alır, gah da ağır və yüngül, bitişik və müstəqil, tablonun mərkəzinə doğru və ya kənarlara toplanmış rəngli düzbucaqlar kimi təqdim olunurlar.


İran Rəssam Sənətçilər dərnəyinin və “Dena” qrupunun üzvü olan F.Laşai, abstrakt üslubda işləyən ən istedadlı rəssamlardan biridir. Onun əsərlərində rəssamı bu və ya digər tablonun yaranmasına sövq edən niyyətin, impulsun zərrəcikləri hiss olunur. Təbiətin bir guşəsi, rəssam üçün xüsusi səciyyə daşıyan müəyyən cisimlər – bütün bunlar, rəssamın ruhunda, intim sferalı həyatında baş verən proseslər kimi, əsərin yaranmasına təsir göstərir. Rəssam mavi rəngin narıngi boya ilə uyarlığında yeni gözəllik kəşf edir, ağ-qara, boz-qırmızı rənglərin vəhdətini axtarır və bu koloritdə tablolar işləyir. Bu lövhələrdə Fəridə Laşayi boya ustası, rəngkar kimi öz “mən”ini tapdı. Əsərləri ilə dünyanı gəzən, İtaliyada, Almaniyada, İranda, ABŞ-da, İsveçrədə, İngiltərədə, Fransada, Bir-ləşmiş Ərəb Əmirliklərində, İspaniyada fərdi sərgilər təşkil edən və onlarla kollektiv sərgilərin iştirakçısı olan rəssamın yaradıcılığı layiqincə qiymətləndirilərək, 2000-ci ildə İranın paytaxtı Tehranda keçirilən Beynəlxalq Dizaynın İki İldən Bir sərgisində mükafata layiq görülmüşdü. Fəridə Laşainin əsərlərini araşdırdıqca onun yaradıcılığının bir neçə dövrə bölündüyünü görmək olar. Yaradıcılığının erkən dövrü İran İslam İnqilabından əvvəlki vaxta təsadüf edir. Rəssamın bu dövrdə yaradılan əsərləri yapon rəsmlərinə bənzəyirdi. Hətta Almaniyada keçirilən birinci sərgidən sonra, orada nəşr olunan jurnalların birində Fəridə Laşainin rəsmləri yaponiyalı bir qadının işləri kimi təqdim olunmuşdur. Özünün etirafına görə, rəssam xanım Yapon rəsmlərində olan boşluqları və yüngüllüyü, onlarda olan xətləri sevirdi. Amma bu təsirlənmə, bu vurğunluq kortəbii baş vermişdir. İran İslam İnqilabının ilk illərində Fəridə Laşai əsərlərini daha çox impressionizm üslubunda işləməyə başladı. Yaradıcılığın əsas mövzusu gül və güldanlardan ibarət natürmortlar idi. Bu maraq bəlkə də bir müddət güldan üzərində oyma işləri ilə məşğul olduğundan irəli gəlirdi, amma onun üçün gül, çox sevdiyi əlvan 111


rənglərdən geniş istifadə üçün bir bəhanə idi. Rəssamın işlərdə elə bir dəqiq düşüncə yox idi, onlar konstruktivliyi ilə də seçilmirdilər. Məhsuldar bir dövr keçirən rəssamın əsərləri bir-birinin ardınca sıralanırdı. Bir rəng başqa bir rəngi gətirirdi, bir xətt isə başqa bir xətti. Qadın təbiətinə müvafiq bir incəliklə və zərifliklə işlənmiş tablolarında Fəridə xanım çox sevdiyi güldanların bir sıra orijinal formalarını kəşf edə bildi ki, bu da onu artıq dekorativliyə meyl etdiyinə görə bir çox ittihamlardan qurtardı. Bu dövrdəki işləri incə və yumşaq idi. Rəhmətlik Muxtari rəssam xanımın İnqilabdan sonra qurduğu birinci sərgidə dedi: “Sənin işlərin çox şairanə və gözəl formalıdır”. O zamanlar bu xüsusiyyəti öz işlərinin zəif yeri kimi görürdü. O da məlumdur ki, hər şey insanın işinin xüsusiyyəti ola bilər. Lakin Fəridə xanım bunu qəbul etmirdi və zehnini çərçivələndirilmişdi. Sadəcə bir sahədə işləməli olduğunu düşünürdü. Amma sonra gördü ki, insana məxsus olan bütün platformalardan tullanmaq olar, öz işinə dəyər verməli, öz yaradıcı xüsusiyyətinin ardınca getməli, fərdi dəst-xətt əldə etməlidir. Yaradıcılığının üçüncü dövründə Fəridə Laşainin işlərində rəssamın daxili aləmini əks etdirən kəskinlik, cəsarət qığılcımları əks olunmağa başladı, fərdi dəst Fəridə Laşai. Adsız, (atlar seriyasından), 1989.

112


xətti formalaşdı. Rəsmlər yumşaqlıqdan çıxdı, impressionist formadan mücərrəd ekspressionist formaya döndü. Rəssamın hal-hazırda işlədiyi əsərlər abstrakt ekspressionizm üslubundadır. Bu üç dövr ilə bərabər Laşai başqa təcrübələr də əldə etmişdir. Əsərlərinin bir qismi müharibə dövrünə aiddir. Az sayda işlədiyi güllü-ağac mövzulu əsərlərlə yanaşı at mövzusuna da müraciət edirdi. Karl Yunqun psixologiyasında at ölüm simvoludur. Bu simvolun rəmzi mənasından çıxış edərək yaradılan vahimə doğuran tablolar, müharibə, qan tökmə dövrünə və rəssamın anasının öldüyü günlərə təsadüf edirdi. İllər ötdü və əslini, kökünü, şərqiliyini həmişə uca tutan Fəridə Laşai vətəni olan İranın bədii irsinə müraciət edir, miniatür sənətinə üz çevirir, onun vurğunu olur. Orta əsr miniatür əsərlərini araşdırarkən rəssamın diqqətini

Fəridə Laşai. Adsız, Mosaddığ seriyasından şəkil.

113


məkanların bir-birinin üstünə necə qoyulması, rəng palitrasının işlənməsi çəkdi. Nəticədə rəssamın boyakarlıq əsərləri sırasına bu səpkidə işlənmiş tablolar daxil oldu. Fəridə Laşainin yaradıcılıq dövrlərini rəng seçimi etibari ilə də təsnif etmək olar: qəhvəyi, mavi, yaşıl, narıncı və sarı. Elə bir zamanlar olurdu ki, rəssam rəngdən çox cüzi istifadə edirdi. Belə dövrlərdə o, heykəltəraşlıqla məşğul olmağı üstün tuturdu. Material seçimində daha çox şüşə və metala üstünlük verən Fəridə xanım, bir neçə heykəlçiklərlə sərgidə çıxış etdi. Bu sahədə geniş təcrübəyə malik olmayan rəssama belə bir çətin işin öhdəsindən gəlməyinə Ramin Səadət köməklik göstərdi. Laşainin heykəltəraşlıq əsərlərinin əsas xüsusiyyətlərindən birini fərdilik, təkrarolunmazlıq təşkil edir. Fəridə Laşai yaratdığı hər bir əsərlərində təbiətə, onun füsunkar rənglərinə çox böyük önəm verir. Təbiət həmişə onu öz ağuşuna çəkib. O təbiət ki, insanla əlaqəsi olmayan və onun vücudunun xaricində olan bir anlayış kimi deyil, insanın daxili çəkişmələri ilə əlaqəsi olan və onun ruhuna və bəlkə də varlığına aid sorğularına cavab verir. İllər boyu insanı heyrətləndirən təbiətin bitməyən zənginliyi, yaşa dolduqca, təcrübə əldə etdikcə və bu rəngli dünyanın müxtəlif yerlərinə baş çəkdikcə, bunun gözəlliyini başa düşürük. Həyatı boyu rəssamı heyrətləndirən təbiətin zənginliyi, onun bədii yaradıcılığına təkan verir, estetik şüurunu, çovğunu qidalandırır. Rəssamın bu mövzuda işlədiyi rəsmlərinə baxdıqca, hiss olunur ki, onun işinin xüsusiyyəti olan dinclik və sakitlikdən əsər-əlamət qalmayıb, tablolarında alovlu və kobud tonlar hakimlik edir. Ağaclar daha həmişəki o ağaclar deyil, göyün də kainatın içindəki o mavi və işıqlı göy deyil. F.Laşainin son işlərində də göy üzü daha tutqun sürməyi, ağaclar isə fırtına və ildırımın içində, bu təbiətin arxasında görünür. Beləliklə, özünə məxsus olan anlayışları müxtəlif hallarla təbiətə əks etdirən şey insa114


İran Dərudi. Kompozisiya.

nın içidir. Təbiət isə insanın əhval-ruhiyyəsini göstərən bir vasitəyə çevrilir və əslində, onun daxili üzü olur. Sürrealizm məktəbinə mənsub olan rəssamlar sırasında İran Dərudinin adını xüsusi qeyd etmək lazımdır. Parisdə olarkən “Sürrealizm” rəssamlığın və kino sənəti məktəbinin banisi olan Salvador Dali ilə (1904-1989) tanış olur. Dahi rəssamı özü üçün müqəddəs sanan İran Dərudi Dali ilə sıx əlaqə saxlayır, onun yaradıcılığından bəhrələnməyə çalışırdı. Fransada nəşr olunan “Kafur” jurnalında gedən yazıların birində sürrealistlərin oxşar cəhətləri göstərilərək Dərudinin dəst xəttində Maks Ernest və yaxud Dalinin yaradıcılıq cizgilərinin göründüyü bildirilirdi. Həmin məqaləni Daliyə göstərən İran xanıma görkəmli rəssamın cavabı belə oldu: “Onlar günəşin və nurlanın fərqini ayırmırlar. Mədəniyyətlərin fərqini tanımırlar. Yox, sizin rəsm işləriniz mənim əsərlərimə bənzəmir. Siz tamamilə başqa mədəniyyətdən qidalanırsınız. Mənim işlərim isə İspaniya mədəniyyətindən, qan və qum mədəniyyətinsən nəşət alır. Hər bir rəssam özünə oxşayır”.

İran Dərudi. Kompozisiya.

115


İran Dərudi. Əbədi təsvir. (1993). İran Dərudi. Gəlin xatirələri (1993).

1960-cı ildə İran Dərudi bir ildən sonra İrana qayıtdı və Parisdə qazandığı təcrübələrin məhsulu olan əsərlərini Tehranın “Hilton” hotelində sərgisini təşkil etdi. İranda olduğu müddətdə İran incəsənəti tarixini öyrənmək məqsədi ilə Sasanilər dövründə İranın paytaxtı olan Təxti-Cəmşidə (Persepolis) getdi. İran Dərudinin növbəti sərgisi 1961-ci ildə İranın Mədəniyyət sarayında keçirilmişdi. Sərgi haqda Cavad Məcavinin yazdıqlarından: “Yaradıcılığının ilkin mərhələsində İran xanımın bu sənətdə atdığı ilk addımları və üsulları barəsində demək istərdim. O, çox həyəcanla bu sənətə can atdı. Nəzəri biliklərini ardıcıl təcrübələrlə və əyani şəkildə öz gözü ilə müşahidə etməklə qarışdırdı. Şəhər mənzərələri, güllər, panoramlar bu dövrün məhsulu idi. Onları dahi rəssamlar olan Karavaco və Ternerin əsərlərini diqqətlə müşahidə etməklə yaratmış116


dır. İlk əsərləri təbiət mənzərələri və şəhərin evlərinin damlarından ibarət idi. Bu şəhər mənzərələrində uzaqdan görünən mənzərələr aşıq və isti rənglərdə, bəzən isə qırmızı rəngdə verilmişdir. Bəzən yaxın məsafədən görünən mənzərəlr üfüqi-həndəsi xətlə əks olunur ki, bu da şəhərlərin memarlıq üsulu idi”. 1962-1968-ci illərdə rəssamlıq sənətini təkmilləşdirmək məqsədi ilə Brüsselin Kral Akademiyasında, İtaliyanın Vitra kurslarında təhsilini davam etdirmişdir. Incəsənət tarixi fənnini İspaniyanın Lozer məktəbində öyrənmişdi. İran Dərudi bu illər ərzində daim axtarışda, təhsilini artırmaqda olduğu halda, yaradıcılıqla da məşğul olur, çəkdiyi əsərlərin sərgisini təşkil edirdi. Tədricən onun bu sənətə baxışları özünə xas şəkildə formalaşmağa başladı. 1970-ci ildə iri formatlı (2x3 m) tablolardan ibarət olan rəsm əsərlərini “Nigar” qalereyasında nümayişə qoydu. Bu əsərlərdə rəssamın artıq fərdi dəst-xəttinin formalaşması nəzərə çarpır. Əsərlərində daxili mədəniyyətini əks etdirməyə, həmin mədəniyyətin köklərini axtarmağa çalışırdı. Bunu aramaq üçün üç əsas ünsürdən – işıq, hərəkət və zamandan istifadə etməyə üstünlük verirdi. İşıq onun əsas məqsədini təşkil etməyə başladı, bu ünsür İran mədəniyyətinin əsasını araşdırmaq üçün seçilmişdir. İran Dərudi yaradıcılığının 70-ci illərə təsadüf edən ikinci mərhələsi daha məhsuldar olub. Məqalələr yazmaqla yanaşı o, televiziya verilişləri hazırlayır, “Şərif” sənaye universiteti tələbələrinin dəvəti ilə iki il həmin universitetdə incəsənət tarixindən dərs demişdir. Daim Tehranda və İranın digər şəhərlərində, ABŞ, Fransa, İsveçrə, Yaponiya, Meksika və Kanadada öz əsərlərinin sərgisini təşkil etmişdir. 1973-cü ildə Dərudinin “Ömür şüşəsi” və “Hərgiz diyarı” adlı iki əsəri Parisdə qadın rəssam və heykəltəraşların sərgisində nümayiş etdirilmiş, birinci yerlə və diplomla mükafatlanmışdır. Eyni zamanda o, “1973-cü ilin qadın rəssamı” fəxri adını qazanmışdır.

İran Dərudi. Qurtulma (1975)

117


İran Dərudi. Kompozisiya.

İran Dərudi. Ayrılıq. (1976)

İran Dərudinin 1974-cü ildə nəşr olunan əsərlərinə Hüşəng Tahirinin yazdığı ön sözdə rəssamın yaradıcılığı haqqında olan maraqlı fikirlər diqqəti cəlb edir: “İran Dərudi əsərləri təkmilləşmiş təfəkkürlə doludur. İran Dərudi fövqəladə texnikaya malik olaraq ən incə və zərif hərəkətləri öz əsərlərində yaratmağa qadir olan sənətkarlardandır. O, az bir zamanda öz fırçası ilə çəkinmədən insanları heyrətə gətirən bir mühit yaratmağa qadirdir. Elə 118


bir mühit ki, orada arzular məğlubiyyətlər və insani ümidlər əks olunur. Keçmişdə ən çox yaratdığı daş və gül mövzuları onun əsərlərində əsas yer tutmaqdadır. Lakin son əsərlərində həmin motivlər keçmişə nisbətən stilizə olunmuş formadadır”. Yaradıcılığının bu dövründə İran Dərudinin Salvador Dali və Maqrit kimi sənətkarların əsərlərinə meyli daha qabarıq özünü göstərir. Onun əsərlərində sürrealistik ab-havası qələbə çalır. Yetmişinci illərin məhsulu olan əsərlərində həndəsi fiqurlar artıq az-az nəzərə çarpır, tutqun və bulanıq rənglər üstünlük təşkil edir. Qorxu içində olduğu illərin təsiri artıq müşahidə olunmur. Əsərlərinin əsas qayəsini insani dəyərlərin məhv olunması, köhnə mədəniyyətin zavala uğraması, bir ölkənin talan olunması, qanlı ürəklər və s. yanaşı dayanan güllər, büllurlar təşkil edir. Rəssam bunların əksəriyyətinin insan ruhunda kök saldığını göstərir. Mistik səhradan ibarət olan mənzərələrini Dali yaradıcılığının sürrealist dövrünə xas tərzdə işləyən rəssam, əsərlərində metamorfozları, əşyaların gizli mənalarını və çevrələrini nümayiş etdirir. Bu üsula tez-tez qayıdan Dərudi, onu öz rəngkarlığının əsas cizgilərinə çevirir. Salvador Dalinin “simvolik funksiyalı əşyalar” adlanan sürrealistik əşyalara – öz mahiyyətini və ənənəvi funksiyasını itirmiş əşyalara üstünlük verən Dərudi, onların təsviri zamanı rəng assosiasiyaları ilə və nəzər nöqtəsinin seçilməsi bacarıqla idarə edə bilir. Beləliklə vaqe olan hadisəyə yüngüllük və mütərəddidlik duyğusu hakim olur. Rəssamın süjetləri fantastikliyi, sarsıtmaq bacarığı və nəhayət, reallıqla qeyrireallığın çox vaxt dəhşətli dərəcədə sinteziylə diqqəti cəlb edir. İran Dərudinin əsərlərinə xas olan sürrealistik keyfiyyətlər real dünyanın ininkasından daha çox rəssamın fərdi, daxili aləmini əks etdirir. Dərudinin yaradıcılıq üslubunun səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, 119


əsərlərindəki surətlərin əcayibliyinə baxmayaraq, onların hamısı qüsursuz “akademik” üslubda işlənmişlər. İranın müasir abstrakt-rəssamlarından olan Məcid İsgəndəri Tehranda anadan olmuş, hazırda isə Kanadanın Toronto şəhərində yaşayıb-yaradır. Məcid Dövlət bədii universitetlərində ənənəvi rəngkarlıq metodlarına əsaslanan klassik rəssamlıq təhsili almışdır. Rəssamlıq sənətini Tehran Universitetində yiyələnmiş Məcid, 2000-ci ildə bakalavr dərəcəsinə almış, sonra isə “Centennial College” izostudiyasında Beynəlxalq səviyyəli diploma layiq görülmüşdü. Rəssamın bir sıra əsərləri “Centennial College”in prezidenti tərəfindən kollecin müasir incəsənətin daimi kolleksiya üçün satın alınmışdır, bəziləri isə müxtəlif milli və beynəlxalq müsabiqələrin qalibi olaraq mükafatlarına layiq bilinmişdir. Məcid İsgəndəri

120


Məcid İsgəndəri

Rəssam yaradıcılığı boyu primitivizm və impressionizmdən başlayaraq non-representationalismə (qeyri-fiqurativ) və yüksək realistik abstraksionizmə kimi müxtəlif rəngkarlıq üslublarını öyrənmişdir. Onun əsərlərinin əsas predmetini, bir qayda olaraq, insan, heyvan və bəzi memarlıq obyektləri təşkil edir, lakin Məcid İsgəndəri onları real göstərməyə çalışmır, sadəcə olaraq bu obrazlardan xarakterin müəyyən cizgilərini bildirməkdən ötrü istifadə edir. Məcid İsgəndəri tamaşaçının marağını yaradıcılığına yönəltmək məqsədini güdərək, personajların və ya predmetlərin mənasını təfsir etməklə öz əsərlərini emosional tərzdə təqdim edir. Başqa sözlə desək, rəssam seçilmiş mövzunu öz əsərlərinin “firma” nişanı kimi təqdim etməyə çalışır. O, kətanın böyük hissəsini tamaşaçının təxəyyülü üçün təmiz və açıq saxlayır ki, bu da Şərq rəssamlarının əsərlərinin formalaşması ənənəsinin öyrənilməsi sayəsində baş verir. İran incəsənətinin parlaq nümayəndəsi olan Keyvan Heydəri Tehranda qraffiti hərəkətinin pioneridir. СК1 ləqəbi ilə tanınan Heydəri, hazırda San-Fransiskoda yaşamasına baxmayaraq, vətənini yaddan çıxarmır. 121


Keyvan Heydəri

Buna onun Hafiz və Rumi kimi şairlərin vəsf etdiyi İran mədəniyyətinə köklənən əsərləri sübut edir. Postmodern, əsərlərində Qərbin pop-mədəniyyətinin stereotiplərindən başqa fars əlifbasının, İslam incəsənəti motivlərinin istifadəsi onun əsrlərini başqa səviyyəyə qaldırır. 122


NƏTICƏ

m

üasir İran təsviri sənəti bədii dünyada geniş populyarlıq qazanmışdır. Rəssamların əsərləri dünya auksionlarında uğurla satılırlar. Bu müvəffəqiyyətin sirri, yəqin ki, bu sənətin əsasən tarixi sivilizasiyanın mənbələri üzərində qurulmasındadır. Axı İran – özündə bədii ənənələrin müxtəlifliyini mübtəla edən qədim mədəniyyətə malik ölkədir. Assuriya mədəniyyəti, məşhur İran miniatürü, xəttatlıq sənəti – bütün bunlar yaradıcı interpretasiya üçün tükənməz mənbə təşkil edən təsvir vasitələrinin möhkəm qatını əmələ gətirib ki, İran rəssamları da onlardan yararlanıblar. Rəssamlar müasir incəsənətin vasitə arsenalından peşəkar istifadəsini nümayiş etdirirlər. Onlar bu dünyanı kifayət qədər sərbəst qavrayırlar, bu da onların rəngkarlıq kompozisiyalardakı assosiativ surətlər vasitəsilə ifadə olunur. Qadın rəssamlar müasir incəsənətin müxtəlif istiqamətlərinin elementləri ilə – neorealizmlə, modernizmlə, postmodernizmlə, kubizmlə, futurizmlə və s. inamla davranırlar. Eyni zamanda onların işləri daimi özünəməxsusluğu ilə seçilir ki, bu da, ilk növbədə, onların yaradıcılığına qədim təkrarolunmaz irsin impulslarının şərtsiz təsiri ilə əsaslandırılır. Onların əsərləri müasir incəsənət dilinə məharətlə yiyələnmiş rəssamların peşəkarlığını nümayiş etdirir. 123


İranın peşəkar rəssamları dünyanın müxtəlif ölkələrində təşkil edilmiş uğurlu sərgilərin keçirilməsi və yüksək rəylərin alması ilə özlərini təsdiq etmişlər. Bundan başqa xarizmatik şəxsiyyətlər olan İran rəssamları, həm mövcud gerçəkliyin, həm də özlərinin surət qavrayışının sərhədlərini genişləndirdilər. Müasir incəsənətin qlobal dünyasında onlar tamamilə sərbəstdirlər, özlərinin dünyagörüşünə və bədii zövqünə əsla dönük çıxmırlar. Rəssamlarının istifadə etdiyi bədii üsullar cəmiyyətin problemlərini işıqlandıran, siyasətdən uzaq incəsənətdir – maraqlı, özünəməxsus, lakin özündə Avropa istiqamətlərini istila edən incəsənətdir. Ancaq İranın müasir modernist rəngkarlığı həmişə Avropa təmayüllərini fəal surətdə mənimsəyirdi – İran rəssamları konkretlikdən və naturalizmdən qaçır, müasir cərəyanlara isə simvoliklik vermək üçün əlavə ideyalar daxil edirdilər. Axı simvollara, alleqoriyalara müraciət Şərq incəsənətin səciyyəvi xüsusiyyətidir. Onu da qeyd etmək lazımdır ki, fars motivləri müasir texnologiyalarla asanlıqla və üzvi surətdə uyğunlaşırlar – burada da incə xətlər klassik fars boyakarlığından miras qalır. İran rəssamlığı getdikcə İranın sərhədlərini aşmaqdadır. Bu irəliləyiş bir qisim qalereyaçıların fəallığı sayəsində, eləcə də dövlətin dəstəyi nəticəsində baş verir. Xaricə yol açan rəsm əsərlərinin bu və ya başqa bir növdən olması da elə bir maneə törətmir. Tarixən zəngin mədəni irsə malik olan İran incəsənətində son dövrlərdə baş verən mütərəqqi dəyişikliklər daha çox təsviri sənətdə əksini tapmışdır. Xalqın mədəni inkişafında və bədii yaradıcılığında ortaya çıxmış yeni təmayüllər İran rəssamlarından da yan keçməmişdir. Hazırda ölkədə çalışan müasir İran rəssamlarının yaradıcılığı həm ənənələrin inkişafı, həm də təsviri sənətdə modern üslubunun meydana gəlməsi ilə bağlıdır. Milli ənənələrə söykənən, klassik Şərq miniatür sənətindən faydalanan lirik, şairanə tablolar əsrlərdən bəri 124


miras qalan Şərq miniatür sənətinin müasir interpretasiyasını nəzərə çarpdırır və onun İran incəsənətinin yeni cərəyanların, istiqamətlərin inkişaf prosesinə qoşulduğunu göstərir. Vaxtilə miniatürü tərtib edən rəssamın sənətindən daha yüksək qiymətləndirilən xəttatlıq sənəti olmuşdur. Bu sənətə verilən böyük dəyər, onu neçə-neçə əsrləri adlayıb zamanımıza kimi gəlib çatmasına və inkişaf etməsinə səbəb olub. Kalliqrafiyanın müasir Şərq rəssamlığında, o cümlədən müasir İran rəssamlığında önəmli yer tutmasının sübutu kimi hazırda fəaliyyətdə olan rəssamların yaradıcılığı çıxış edir. Onu da qeyd etmək yerinı düşər ki, müasir İran rəssamları naxış gözəlliyi ilə seçilən əski kalliqrafik xətləri təkcə ənənəvi klassik üslubda işlənmiş miniatür əsərlərində deyil, dünya təsviri incəsənətinin müxtəlif cərəyanlarında işlənmiş müasir üslublu rəngkarlıq əsərlərində də məharətlə istifadə edirlər. Müasir İran rəssamlarının novatorluq meylləri öz əksini abstrakt üslublu əsərlərdə tapırlar. İki istiqamətdə inkişaf edən bu meyl düz, dəqiq qeyd olunmuş konfiqurasiyalara əsaslanan həndəsi və lirik abstraksiyadır ki, onun kompozisiya əsasını üzən, pulsasiya edən və titrəyişli rənglərlə dolu sərbəst axıcı forma təşkil edir. Peşəkar Avropa təhsili almış İranın əksər rəssamlarının yaradıcılıq axtarışları bir neçə istiqamətdə inkişaf edir. Onların gah Uzaq Şərqin (Çinin, Yaponiyanın) üslub xüsusyyətlərindən bəhrələnərək və texniki vasitələrindən istifadə edərək, gah da tanınmış Avropa rəssamlarının (S.Dali, Maqrit və b.) mücərrəd səpkili əsərlərinə söykənən novator meylli yaradıcılığında abstrakt, minimalist, hətta rəqəmli və vizual sənət əsərlərinə ənənəvi fars simvolları tətbiq edilir. Həmin simvollar İran tamaşaçılarına müasir cərəyanlı işləri qavramağa və özlərinin mədəni irsi ilə əlaqəni görməyə köməklik edir, çünki simvolika əsərlərə dərinlik, təzadlıq verir, onları maraqlı edir. 125


Ümumiyyətlə, müasir İran rəssamlarının əsərlərində, istər bu mücərrəd kompozisiya, istərsə də kollaj olsun, obrazlı təfəkkür, fəlsəfi ümumiləşdirmə prinsipləri müstəsna əhəmiyyət kəsb edir. Təsvir və ifadə vasitələrində müəyyən şərtiliyə, müasir ritm və formalara müraciəti yeni nəsil İran qadın rəssamlarının yaradıcılığında müşayiət etmək olar. Əsərlərdə təsvir dilinin lakonikliyi və assosiativ obrazlara meyl duyulur. Bəzən adi görünən əşyalarda bədiilik tapan rəssamlar, onları əsərlərində həkk edirlər. Yeni bədii təfəkkür, plastik formanın, rənglərin emosional təsir gücünü artırmaq naminə aparılan axtarışlar orijinal fərdi simaya malik müasir İran qadın rəssamlarının əsərlərində daha qabarıq gözə çarpır. Bu sənət əsərlərini tədqiq və təhlil etmək müasir İran incəsənətinin novator nailiyyətlərini qiymətləndirmək, dünyanın mütərəqqi sənət cərəyanlarının ənənələrinə əsil yaradıcı münasibət bəsləyən İranın fırça ustalarının yaradıcılığını sənətsevərlərə çatdırmaq zərurətindən doğur. Təsviri sənət sahəsində Azərbaycan və İran əlaqələrinin tarixi inkişafına nəzər salsaq belə bir qənaətə gələ bilərik ki, mədəni əlaqələr yeni bir təzahür olmayıb, ta qədimdən mövcud olmuş və nə qədər ki, bəşər övladı müxtəlif səmimiyyətdə yaşayır, o da mövcud olaraq qalacaqdır. Lakin iki qonşu xalqı, Azərbaycan və İran arasında olan mədəni, o cümlədən təsviri sənət sahəsində qarşılıqlı əlaqələrin formaları və qanunauyğunları bu əlaqələrə xidmət edən və həyata keçirən vəsaitlərin dəyişməsi ilə dəyişir. Qədimlərdə qarşılıqlı mədəni əlaqələr ənənəvi metod və üslublarla həyata keçirilərdi. Bunlardan ticarət əlaqələrini, tanışlıq məqsədi ilə edilən səyahətləri, bəzi qəbilə, xalqlar və insanlardan əmin-amanlıq xahiş etmək məqsədi ilə edilən səfərləri, düşməncəsinə aparılan hərbi əməliyyatları göstərmək olar. Bütün bunların nəticəsində bu iki xalqların mədəniyyətində və sivilizasiyasında keyfiyyətli mübadilələr baş vermişdir. 126


Mədəniyyət və incəsənət, o cümlədən təsviri incəsənət arasında olan qarşılıqlı mübadilələr hazırda da qalmaqdadır. ХХ əsrin 90-cı illərin əvvəllərindən başlayaraq iki dövlət arasında əlaqələr Azərbaycanda köhnə sistemin dağılması ilə yeni əsasda, yeni istiqamət və tamamilə yeni məzmunda inkişaf etdirilir. Hazırda bu əlaqələrin təməlində duran müasir düşüncəli, yenilikçilik meylləri ilə coşub-daşan gənc rəssamların hər iki ölkədə keçirdikləri qarşılıqlı sərgilərin təşkili sənətçilərin, o cümlədən rəngkar rəssamlarının yaradıcılıqlarını izləməyə, onların üslub xüsusiyyətlərini, fərdi maneralarını, oxşar və fərqli cəhətlərini, özünəməxsus bədii-estetik mövqeyini müəyyən etməyə imkan verir. Müasir qloballaşma dövründə dünya mədəniyyətinə və incəsənətinə inteqrasiyaya can atan hər iki ölkə sənətçilərinin bu kimi sənət mübadilələri nəticədə Azərbaycan və İran incəsənətini, bütövlükdə müsəlman Şərqinin müasir mədəniyyətini dünyada təbliğ etmək və tanıtmaq kimi mühüm əhəmiyyət kəsb edir.

127


ƏDƏBIYYAT

AZƏRBAYCAN DİLİNDƏ: 1. Qaffari M. Zənd və Qacarlar dövrünün rəngkarlığı // “İncəsənət və mədəniyyət problemləri”. № 1 / 23 – Bakı, 2008. 2. Qaffari M. İran rəngkarlığında “Yeni üslub”un formalaşması // “İncəsənət və mədəniyyət problemləri”. № 3 – 4 / 25-26 – Bakı, 2008. 3. Qaffari M. Qacarlar dövrünün rəssamlığında neoklassik təsirlər // “İncəsənət və mədəniyyət problemləri”, №1(30) – Bakı, 2010. 4. İbrahimov T.İ. Qacarlar dövrü rəngkarlığı. Bakı, 2013. 5. Minai Y.Т. Müasir İran qrafika sənətində poetik obrazlar. Bakı: Аz. SSR ЕА, 1966, 180 с. 6. Nikbaxtedlo M.E. Fərəh Üsulinin yaradıcılığı orta əsr Şərq miniatür sənətinin davamı kimi // “Qobustan” incəsənət toplusu, № 4, 2009, s.52-55. 7. Nikbaxtedlo M.E. Müasir İran qadın rəssamlarının yaradıcılığı və “Dena” yaradıcılıq qrupu // “Mədəniyyət dünyası” elmi-nəzəri məcmuə, XV buraxılış, Bakı, 2008, s.281-286.

RUS DİLİNDƏ: 8. Адамова А.Т. Персидская живопись и рисунок XV—XIX веков в собрании Эрмитажа. Каталог выставки. СПб, 1996. 9. Амиранашвили Ш. Я. Иранская станковая живопись. Тбилиси, 1940. 128


10. Доктор Бэхнам. Выставка иранской миниатюры (из музеев Ирана). Каталог. М., 1963. 11. Иран. Краткая художественная энциклопедия «Искусство стран и народов». Т.2. «Советская энциклопедия». М., 1965. 653 с. 12. История Иранского государства и культуры (к 2500-летию Иранского государства). М., 1969. 13. Карпова Н.К. Станковая живопись Ирана XVIII – XIX вв. М., 1973. 14. Сазонова Н.В. Искусство Ирана. Сер. «Памятники культуры и искусства». М., 2005, 169 с. 15. Хабиб Аллах Айат Аллахи. История иранского искусства, СПб, 2007.

İNGİLİS DİLİNDƏ: 16. Persian paiting – Tehran, “Dunyaye”, 2006. 17. Painting of İran Darroudi – Tehran, “İrşad islami”, 2004. 18. Edward Lucie Smith –ART Today – PHAIDON 1995. 19. Arnold. Sir T.V., Painting In Islam, Dover, New York. 1965. 20. Wald Gayle – Signs young of Women in Culture and Society 1998. 21. Robinson B.W. Persian Drawings, Shorewood Publishers Inc., 1965. 129


22. Pope. A.U. A Survery of Persian Art. Tokio 1967. 23. Guest, G.D. Shiraz Painting in the SixteenthCentury.Washington.1949. 24. Sims E.G. Persian And Mughal Art, P&D Colnaghi&Co.ltd, 1967. 25. Manifestation of Feeling (A Selection of Paintings by İranian Female Artists 1) – Tehran, “Association of İranian Visual Arts”, 1992. 26. Manifestation of Feeling (A Selection of Paintings by İranian Female Artists 2) – Tehran, “Association of İranian Visual Arts”, 1994. 27. Manifestation of Feeling (A Selection of Paintings by İranian Female Artists 3) – Tehran, “Association of İranian Visual Arts”, 1996. 28. Civilization is art on paintings of Pariyoush Ganji – Tehran, Nazar Cultural and Researching İns, 2002. 29. Pioneers of İranian Modern Art Mansoureh Hosseini – Tehran, Museum of Contemporary Art, 2004.

İNTERNET MƏNBƏLƏR: 30. www.mokarrameh.com 31. fa.wikipedia.org 32. jamalhonar.persianblog.ir 33. http://iananews.com/news.aspxaid=9431 34. http://www.alibolboli.com 35. http://www.ebrahimmokhtari.com/ mokarrameh2.htm

130


36. www.denagroup.com 37. http://www.liveinternet.ru/users/1800002/ post202785054/ 38. http://kasrakiai.com/ 39. http://www.hessam-artist.com/


Sevil Yusif qızı Sadıxova İran rəssamlarının yaradıcılığı. Rəssamlıq təmayüllü Ali tədris məktəbləri üçün dərs vəsaiti 132 səhifə Kitab Ecoprint mətbəəsində çap olunub Bakı -2017





İRAN RƏSSAMLARININ YARADICILIĞI


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.