Vyananın b�lg�lƏr� Urban texnologiyalar v� strategiyalar
A compan y o f
Vyanan�n h�r sakinin� dü��n ümumi regional m�hsul (2006): 41.500 avro H�r 1.000 sakin üzr� minik avtomobill�ri (2008): 389,5
Metro ��b�k�sinin uzunlu�u (2010): 74,6 kilometr
Vyanan�n bilgil�ri Ərazi: 415 kvadratkilometr 2030cu il� proqnozla�d�r�lan �hali art�m�: +13 faiz
Əsas ya�ay�� qeydiyyat�nda olan sakinl�r (2008): 1,7 milyon
Wiener Linien ��b�k�sind� s�rni�in da��malar� (2008): 804 milyon
Tramvay ��b�k�sinin uzunlu�u (2010): 215 kilometr Vyana ��h�rinin büdc�si (2008): 11,1 milyard avro ��h�r �razisind� ya��ll�q v� su hövz�l�rinin h�cmi: 52,9 faiz
Wiener Linien – h rfi t rcüm si: Vyana X tl ri. Vyanada ictimai n qliyyat (metro, avtobus v tramvay) özünd birl dir n v Vyana h rin m xsus irk tdir. M nb : Vyana h rinin illik statistika kitab , 2009-cu il
Vyananın b�lg�lƏr� Urban texnologiyalar v� strategiyalar Vyana dünyanın ən ya�amalı �əhərlərindən biridir. Öyrənmiş vyanalı kişi və bilikli vyanalı qadın belə məqamda yalnız bunu söyləyir: „Tam normal“. Onlar bu şəhəri başqa cür də tanımırlar, onlar sadəcə „öz“ şəhərlərində məmnuniyyətlə yaşayırlar. Bu sərgi şəhərin orqanizminə detallı və ətraflı nəzər salmağa imkan yaratmaq niyyətindədir. Elə bir baxış ki, müxtəlif nəzər nöqtələrindən baxdıqda „böyük tamlıq“ öz çoxtəbəqəli hissəciklərinə bölünür və eyni zamanda bütün bunlar arasında mövcud vəhdət izah edilir. Çünki şəhərin hazırda göstərdiyi funksiyanın necə funksiya göstərməsi heç elə də normal deyildir. Vyana bələdiyyə strukturunda strateji, texniki və təşkilatı həll işləri əksər hallarda arxa fonda fəaliyyət göstərir. Vyana şəhərinin çoxlu sayda xidməti bölmələri və müəssisələrinin çalışqan və təcrübəli əməkdaşları tərəfindən hazırlanan və həyata keçirilən bu fəaliyyət Vyana əhalisinə xidmət göstərir və beynəlxalq səviyyədə ehtiyac duyulan təcrübə daşıyıcıları tərəfindən təqdim edilir. Vyana bələdiyyə infrastrukturunda tətbiq edilən strateji, texniki və təşkilati həll yollarına baxışı əks etdirən sərgiyə xoş gəlmisiniz. Sərgi ən mühüm və simbioz kimi bir-biri ilə əlaqəli olan mövzu dairələri üzrə təsvir olunmuşdur.
TINA VIENNA xidmət təşkilatıdır və Vyana şəhərinin xidməti bölmələri və müəssisələri tərəfindən hazırlanan və həyata keçirilən innovativ şəhər və ətraf mühit texnologiyaları üzrə biliklərin qovuşduğu mərkəz rolunda çıxış edir. TINA VIENNA bu sahədə Vyana biliklərini toplayaraq tərtib edir, onları beynəlxalq səviyyədə təqdim edir, urban texnologiyalar və strategiyalar sahələrində Vyana biliklərini öz tələbatları üçün istifadə etməkdə yerli və xarici ərazi vahidlərini dəstəkləyir.
TINA VIENNA Urban Technologies & Strategies GmbH WIEN HOLDING-ə məxsus şirkət www.tinavienna.at
TINA VIENNA – Layih�l�rin icmal� Nr. Həll kodu
Cavabdeh xidməti idarə və ya şirkət
1 CDR_01_Twin City Liner
Central Danube Region Marketing & Development GmbH
2
CDR_02_Enerji səmərəliliyi müqavilələri
Central Danube Region Marketing & Development GmbH
3
ebs_01_Çirkab suların təmizlənməsi üzrə əsas qurğu
ebswien hauptkläranlage Ges.m.b.H.
4
Hafen_01_Yük daşımaları mərkəzi
Hafen Wien GmbH & Co KG
5
MA05_01_Maliyyə idarəçiliyi
MA 5 - Maliyyə məsələləri
6
MA14_01_Hesablama mərkəzi
MA 14 - Avtomatlaşdırılmış məlumat emalı, informasiya və kommunikasiya texnologiyası
7
MA14_02_GIS (Coğrafi informasiya sistemi)
MA 14 - Avtomatlaşdırılmış məlumat emalı, informasiya və kommunikasiya texnologiyası
8
MA18_01_Şəhərin inkişaf planı
MA 18 - Şəhər inkişafı və şəhər planlaması
9
MA18_02_Nəqliyyat üzrə baş plan
MA 18 - Şəhər inkişafı və şəhər planlaması
10 MA18_03_ÖPNV (İctimai sərnişin daşımaları)
MA 18 - Şəhər inkişafı və şəhər planlaması
11 MA18_04_Nəqliyyat üçün dayanacaqlar
MA 18 - Şəhər inkişafı və şəhər planlaması
12 MA18_05_sALTo
MA 18 - Şəhər inkişafı və şəhər planlaması
13 MA18_06_GIS (Coğrafi informasiya sistemi)
MA 18 - Şəhər inkişafı və şəhər planlaması
14 MA19_01_Köhnə şəhərin qorunub saxlanması
MA 19 - Memarlıq və şəhər tərtibatı
15 MA19_02_Müasir memarlıq
MA 19 - Memarlıq və şəhər tərtibatı
16 MA19_03_İctimai məkan
MA 19 - Memarlıq və şəhər tərtibatı
17 MA21A_01_Planlama hüququ
MA 21A - Şəhər planlaması və ərazilərdən istifadə İçərişəhər-Qərb
18 MA21A_02_Çoxmərtəbəli binalar konsepsiyası
MA 21A - Şəhər planlaması və ərazilərdən istifadə İçərişəhər-Qərb
19 MA21A_03_Dəmiryol vağzalının inkişafı
MA 21A - Şəhər planlaması və ərazilərdən istifadə İçərişəhər-Qərb
20 MA21A_04_U2 metro xəttinin əsas təsviri, Şimal çarxı MA 21A - Şəhər planlaması və ərazilərdən istifadə İçərişəhər-Qərb 21 MA21B_01_Planlama prosesləri
MA 21B - Şəhər planlaması və ərazilərdən istifadə Cənub - Şimal-Şərq
22 MA22_01_Ekoloji biznes planı
MA 22 - Ətraf mühitin mühafizəsi
23 MA22_02_Ekoloji satınalma
MA 22 - Ətraf mühitin mühafizəsi
24 MA22_03_Ətraf mühit üzrə şəhər planı
MA 22 - Ətraf mühitin mühafizəsi
25 MA22_04_Damların yaşıllaşdırılması
MA 22 - Ətraf mühitin mühafizəsi
26 MA22_05_Səs-küydən mühafizə
MA 22 - Ətraf mühitin mühafizəsi
27 MA25_01_Mənzil tikintisinə yardım
MA 25 - Şəhərin yenilənməsi və yaşayış binaları üçün yoxlama idarəsi
28 MA25_02_Tikinti icraçıları müsabiqəsi
MA 25 - Şəhərin yenilənməsi və yaşayış binaları üçün yoxlama idarəsi
29 MA25_03_Baryersiz şəhər
MA 25 - Şəhərin yenilənməsi və yaşayış binaları üçün yoxlama idarəsi
30 MA25_04_Ərazilərin himayə edilməsi
MA 25 - Şəhərin yenilənməsi və yaşayış binaları üçün yoxlama idarəsi
31 MA27_01_Enerji səmərəliliyi proqramı
MA 27 - Avropa İttifaqı strategiyası və iqtisadi inkişaf
32 MA28_01_ITS (İnformasiya texnologiyaları servisi)
MA 28 - Küçələrin idarə edilməsi və tikintisi
33 MA28_02_Yollarda qazma işlərinin menecmenti
MA 28 - Küçələrin idarə edilməsi və tikintisi
34 MA28_03_Yolların döşənməsi normaları
MA 28 - Küçələrin idarə edilməsi və tikintisi
35 MA29_01_Tikinti əraziləri katastrı
MA 29 - Körpü tikintisi və torpaq tikintisi
36 MA29_02_Fəaliyyət planı "Piyadalar"
MA 29 - Körpü tikintisi və torpaq tikintisi
37 MA31_01_İçməli suyun keyfiyyəti
MA 31 - Su təhcizatı idarəsi
38 MA31_02_Şəbəkə informasiya sistemi
MA 31 - Su təhcizatı idarəsi
39 MA31_03_Su xətlərinin təmir-bərpası
MA 31 - Su təhcizatı idarəsi
40 MA31_04_İçməli su kəmərləri üzərində elektrik stansiyası
MA 31 - Su təhcizatı idarəsi
41 MA33_01_Nəqliyyat vergisi
MA 33 - Vyana işıq saçır
42 MA33_02_İşıq baş planı
MA 33 - Vyana işıq saçır
43 MA33_03_İşıqlandırma incəsənəti
MA 33 - Vyana işıq saçır
44 MA34_01_Bina menecmenti
MA 34 - Tikinti və bina menecmenti
45 MA34_02_Enerjiyə qənaət üzrə müqvilələr
MA 34 - Tikinti və bina menecmenti
46 MA34_03_Günəş enerjisi ilə sərinlətmə
MA 34 - Tikinti və bina menecmenti
47 MA34_04_RUMBA
MA 34 - Tikinti və bina menecmenti
11 Strategiyalar
10 Baryer sərbəstliyi
9 Təhlükəsizlik
8 Daşınmaz əmlak
7 Kommunikasiya
6 Hərəkətlilik
5 �əhər inkişafı
4 Enerji
3 Tullantı
2 Ətraf mühit
1 Su
TINA VIENNA – Layih�l�rin icmal� Nr. Həll kodu
Cavabdeh xidməti idarə və ya şirkət
48 MA39_01_Su monitorinqi
MA 39 - Vyana şəhərinin yoxlama, nəzarət və sertifikatlaşma idarəsi
49 MA39_02_İşıq texnikası
MA 39 - Vyana şəhərinin yoxlama, nəzarət və sertifikatlaşma idarəsi
50 MA39_03_Enerji vəsiqəsi
MA 39 - Vyana şəhərinin yoxlama, nəzarət və sertifikatlaşma idarəsi
51 MA41_01_Çoxməqsədli xəritə
MA 41 - Şəhərin ölçülməsi
52 MA41_02_3D şəhər modeli
MA 41 - Şəhərin ölçülməsi
53 MA42_01_Şəhərə uyğun ağaclar
MA 42 - Vyana şəhər bağları
54 MA44_01_İstirahət-üzgüçülük hovuzları
MA 44 - İstirahət-üzgüçülük hovuzları
55 MA45_01_Subasmadan mühafizə
MA 45 - Vyana su hövzələri
56 MA45_02_Su hövzələrinin bərpası
MA 45 - Vyana su hövzələri
57 MA45_03_Neptun-qurğusu
MA 45 - Vyana su hövzələri
58 MA46_01_Nəqliyyat təhlükəsizliyi
MA 46 - Nəqliyyatın təşkil olunması və texniki nəqliyyat məsələləri
59 MA46_02_Velosiped nəqliyyatı
MA 46 - Nəqliyyatın təşkil olunması və texniki nəqliyyat məsələləri
60 MA46_03_Tədbirlər üçün avtobus konsepti
MA 46 - Nəqliyyatın təşkil olunması və texniki nəqliyyat məsələləri
61 MA46_04_Tikinti işləri ilə bağlı sənədlərin onlayn təqdim edilməsi
MA 46 - Nəqliyyatın təşkil olunması və texniki nəqliyyat məsələləri
62 MA48_01_Tullantıların yandırılması zavodu
MA 48 - Tullantı təsərrüfatı, küçələrin təmizlənməsi və avtopark
63 MA48_02_Plastik maddəllərin çeşidlənməsi qurğusu
MA 48 - Tullantı təsərrüfatı, küçələrin təmizlənməsi və avtopark
64 MA48_03_Təmiz şəhər
MA 48 - Tullantı təsərrüfatı, küçələrin təmizlənməsi və avtopark
65 MA48_04_Waste Watcher (Tullantı nəzarətçiləri)
MA 48 - Tullantı təsərrüfatı, küçələrin təmizlənməsi və avtopark
66 MA53_01_wien.at
MA 53 - Mətbuat və informasiya xidməti
67 MA69_01_Daşınmaz əmlakın menecmenti
MA 69 - Daşınmaz əmlakın menecmenti
68 MD-BD_01_Müsabiqə üçün şərtlər toplusu
MD Tikililər və texnika
69 MD-BD_02_Gender-pilot rayon
MD Tikililər və texnika
70 MD-KLI_01_İqlimin mühafizəsi proqramı
MD İqlim mühafizəsinin koordinasiyası
71 MD-OS_01_Elektron hökumət
MD Təşkilati məsələlər və təhlükəsizlik
72 PGO_01_Regional əməkdaşlıq
Planungsgemeinschaft Ost (Planlama iş birliyi Şərq)
73 Umweltanwaltschaft_01_PUMA
Wiener Umweltanwaltschaft (Vyana ətraf mühit vəkilliyi)
74 WGM_01_Çirklənmiş torpaqlar
Wiener Gewässer Management Gesellschaft mbH
75 wien3420_01_aspern seestadt (aspern göl şəhəri)
Wien 3420 Aspern Development AG
76 Wien Energie_01_Enerji xidmətləri
Wien Energie GmbH
77 Wien Energie_02_Uzaqməsafəli isitmə
Wien Energie GmbH
78 Wien Energie_03_Bərpa olunan enerji
Wien Energie GmbH
79 Wien Energie_04_Uzaqməsafəli soyutma
Wien Energie GmbH
80 Wien Energie_05_Biokütlə elektrik stansiyası
Wien Energie GmbH
81 Wien Energie_06_Kombiləşdirilmiş generasiya (elektrik və istilik)
Wien Energie GmbH
82 Wien Energie_07_Enerji rahatlığı
Wien Energie GmbH
83 Wien Kanal_01_Hydrodyn.Çirkab suların axıdılması modeli
Wien Kanal
84 Wien Kanal_02_KANIS
Wien Kanal
85 Wien Kanal_03_Çirkab suların toplanması kanalı
Wien Kanal
86 Wien Kanal_04_Üfunətə qarşı mübarizə
Wien Kanal
87 Wien Oberlaa_01_Oberlaa termal su huvozları
Wien Oberlaa Projektentwicklungs GmbH
88 Wiener Linien_01_Hərəkətlilik xidmətləri təqdimatçısı
Wiener Linien
89 Wiener Linien_02_Müəssisə idarəçiliyi sistemi
Wiener Linien
90 Wiener Linien_03_Baryersiz
Wiener Linien
91 Wiener Linien_04_Alçaq döşəməli (pilləkansız) texnika
Wiener Linien
92 Wiener Linien_05_Tunel isitməsi
Wiener Linien
93 Wiener Linien_06_Relsləri ölçmə vaqonları
Wiener Linien
94 Wohnfonds_01_Thewosan
Wohnfonds Wien
11 Strategiyalar
10 Baryer sərbəstliyi
9 Təhlükəsizlik
8 Daşınmaz əmlak
7 Kommunikasiya
6 Hərəkətlilik
5 �əhər inkişafı
4 Enerji
3 Tullantı
2 Ətraf mühit
1 Su
SU
10.000 ildən sonra nə baş verəcəyini hardan bilirsiniz?
Su kənarında yerləşən şəhər olaraq Vyana gələcək üçün ehtiyat tədbirləri görüb: daşqınlara qarşı mühafizə sistemi hər 10.000 ildə bir dəfə baş verən fəlakətləri önləyəcək gücdə qurulub. Həmçinin çirkab suların menecmenti və içməli su ilə təhcizat sahələrində ən yüksək standartlara əməl olunur: Vyana təkcə Avropanın ən müasir və təmizləmə gücü 95 faiz olan çirkab suların təmizlənməsi qurğusuna malik deyil, eyni zamanda Vyana mənzillərində çirkab suları yığan və optimal səviyyədə istifadə edilən kanalizasiya şəbəkəsinə malikdir. Vyanada təbii içməli suyun mühafizəsi üçün Vyana şəhəri su sistemlərinin təmiri üçün geniş tədbirlər həyata keçirmişdir. Su hövzələri öz təmiz suyu ilə yenidən yüksək keyfiyyətli yaxınməsafəli istirahət məkanına çevrilmişdir. Su hövzələrinin keyfiyyətinin uzunmüddətli şəkildə qorunub qalması üçün su hövzələrinə davamlı olaraq qayğı göstərilir və suyun səviyyəsi daim nəzarətdə saxlanılır. Aşağı Avstriya-�tiriya regionunda Alp dağlarından çəkilmiş və 3.300 kilometr uzunluğa malik kəmər şəbəkəsi vasitəsilə bütün Vyana dağ bulaqlarından gələn yüksək keyfiyyətli içməli su ilə təmin edilir. Bundan başqa isə şəhərə gələn həmin su ilə içməli su xətti üzərində yerləşən elektrik stansiyaları da işlədilir.
Ətraf müh�t
Niyə Vyanada insanlar məmnuniyyətlə ada üçün „yetişiblər“?
Qızmar yay günlərində vyanalılar həvəslə öz şəhərlərində istirahəti edirlər, məsələn 100.000-dək insan Dunay adasında – Vyananın mərkəzi istirahət zonasında dincəlməyi sevir. Vyana şəhəri ərazisinin 50 faizindən çoxunun yaşıllıqdan ibarət olması təsadüf deyil, məqsədyönlü və inadkar ətraf mühit və planlama siyasətinin bəhrəsidir: �əhəri əhatə edən yaşıl kəmər hələ 100 il bundan əvvəl qanunla qorunurdu. �əhər sakinləri və şirkətlər Vyanada yerli həyat keyfiyyəti faktorunu yüksək qiymətləndirirlər. Bu faktor təkcə sağlam təbiətdən deyil, eləcə də davamlı mobillik, yaxşı hava və təmiz sudan ibarətdir. Vyanada ətraf mühitin qorunmasında şəhərin iqlim qorunması proqramının xüsusi payı var: bu proqram 36 tədbirlər paketini özündə ehtiva edir və onların sayəsində on ildə 2,6 milyon ton CO2 qənaət edilmişdir. Proqramın zirvə nöqtəsini Ekoloji Biznes Planı, Vyana istirahət-üzgüçülük hovuzlarında yeni su filtrləri texnologiylarının tətbiqi, yaxud da günəş enerjisi ilə işləyən innovativ kondisionerlərdən istifadə təşkil edir. Ətraf mühiti qorumaq məqsədilə şəhər rəhbərliyi müxtəlif çeşidli həll imkanlarından yararlanır: belə ki, şəhər mərkəzində səs-küyün qarşısının alınması üçün qarşılıqlı əməkdaşlığa üstünlük verilir və ya üfunətin neytrallaşdırılması üçün kanal təbii yolla havalandırılır və Vyana küçələrində ağac əkilərkən tez-tez budanmaya və çətin şəraitə dözümlü növlər seçilir.
TullantIlar
Nəyə görə məişət tullantıları Vyanada bu qədər dəyərlidir? Vyana uzun illərdən bəri müasir tullantılar emalı sahəsində beynəlxalq nümunə kimi göstərilir. Çünki Vyanada məişət tullantıları resurs kimi dəyərləndirilir və böyük hissəsi enerji, istilik, sərinlik, kompost əldə edilməsində və ya xammal olaraq istifadə edilir. Tullantı yaranmasının qarşısının alınması, təkrar emal, təmiz küçələr və hər şeydən öncə termal məqsədlər üçün istifadə həmçinin əhalinin düşüncə və təfəkküründə dərin kök salmışdır. Vyananın nümunəvi layihələri müasir plastik materialların çeşidlənməsindən tutmuş çirklənmiş ərazilərlə innovativ rəftar və məişət tullantılarından isitmə və elektrik enerjisi kimi səmərəli istifadəyədək müxtəlif sahələri əhatə edir. Belə ki, 2008-ci ildə Vyanada üçüncü Tullantıların Yandırılması Müəssisəsi (TYM) fəaliyyətə başladı və həmin müəssisədə elektrik enerjisi və uzaqməsafəli isitmə istehsal edilir. Yeni Pfaffenau TYM, hər il 17.000 ton mətbəx tullantılarının bioqaza çevrildiyi Biogas Wien və Vyana Mərkəzi Təmizləyici Qurğuları birlikdə Simmering Ətraf Mühit Mərkəzini təşkil edirlər: bura yüksək texnologiyalara məxsus üç qurğunun yerləşdiyi məkandır. Küçələrin təmizliyinin qayğısına isə Vyana Küçə Təmizliyi idarəsinin əməkdaşları qalırlar, 2008-ci ildən isə mobil „Kehrforce“ („Süpürgəçi dəstə“) və „Waste Watcher“ („Tullantı nəzarətçiləri“) onları dəstəkləyirlər. Tullantıların emalı üçün əsas şərt tullantıların ayrıayrılıqda toplanması üçün yüksək səviyyəli sistemin qurulmasıdır; Bu məqsədlə qalıq məişət tullantısı, kağız, şüşə və biotullantılar üçün 385.000 zibil konteyneri, 19 zibilqəbuletmə məntəqəsi və problemli tullantıların toplanması üçün 53 məntəqə sakinlərin sərəncamındadır.
Enerj�
Niyə Vyana yayda sərin, qışda isə istidir? Vyana tullantılarla isidilir və soyudulur: istilik və elektrik enerjisinin istehsalı üçün tullantılardan səmərəli istifadə uzun onilliklərdən bəri şəhərin enerji təsərrüfatının onurğa sütununu təşkil edir. Ümumi uzunluğu 1.000 kmdən artıq olan boru kəmərləri sisteminə malik şəhərə məxsus enerji xidməti müəssisəsi Wien Energie (Vyana Enerji) mənzil və məktəb, xəstəxana və dövlət idarələri kimi ictimai binaların 36 faizindən artığını səmərəli və ekoloji təmizliyə riayət etməklə uzaqməsafəli isitmə ilə təchiz edir. Uzaqməsafəli isitmə ilə yanaşı uzaqməsafəli soyutmadan binaların sərinləşdirilməsinin ekoloji və iqtisadi cəhətdən cəlbedici forması kimi istifadə edilir. Vyanada həmçinin bərpa olunan enerji mənbələrinə də diqqət ayrılır: Vyananın Simmering rayonunda yerləşən Avropanın ən böyük Meşə-Biokütlə Elektrik Stansiyası elektrik enerjisi və uzaqməsafəli isitimə hasil edir; Nußdorf Kiçikhəcmli Su Elektrik Stansiyası isə ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal edir. Külək və günəş enerjisindən istifadə ilə yanaşı Vyana yer istiliyindən (məsələn Vyana metro tunellerindən) enerji əldə olunması imkanlarını təşviq edir. Enerjiyə qənaət müqavilələri əsasında həyata keçirilən layihələrdə binaların enerji istehlakı reduksiya edilir. Bunun üçün tələb olunan investisiyalar bu zaman enerjiyə qənaət edilməsi yolu ilə maliyyələşdirilir. Yaşayış binalarının termik-energetik təmiratı üçün nəzərdə tutulan şəhər subsidiya proqramı mənzillərin istilik enerjisinə olan tələbatını aşağı salmağa xidmət edir.
�ƏhƏr �nk��afÏ
Nəyə görə Vyanada iki şəhər mövcuddur? �əhərin mərkəzində tarixi içərişəhərlə yanaşı Dunay çayı sahilində ikinci müasir bir mərkəz formalaşmışdır: „Vienna DonauCity“. Vyanada şəhərsalma əsas diqqəti hər şeydən öncə ictimai nəqliyyatın gur fəaliyyətə malik çarxları boyunca, məsələn U2 saylı metro xətti istiqamətinə yönəldir. �əhərsalmanın 13 hədəf zonasının müəyyən edildiyi Vyana şəhərsalma planının devizi „Avropasayağı düşünmək – regional fəaliyyət göstərmək – Vyananı inkişaf etdirmək“ adlanır. �əhərin genişləndiridiyi „aspern Vyananın göl şəhəri“ zonası ilə hazırda 20.000 sakin üçün yeni və müasir „şəhərdə şəhər“ yaranır. Burada xüsusi diqqət ictimai məkanlara ayrılır və həmin ərazi bütün şəhəri əhatə edən „50 məkan proqramı“nın mərkəzində dayanır. Vyana eyni zamanda daxilə doğru da inkişaf edir: 228 hektarı əhatə edən şəhər ərazisində keçmiş dəmiryol vağzalı arealı mənzillər, iş yerləri və yaşıllıq zolaqlarına malik cazibədar yeni şəhər hissələrinə çevrilir. Bununla yanaşı şəhərin mövcud bölgələri də davamlı olaraq inkişaf etdirilir: zərif şəhər yenilənməsi çərçivəsində „Ərazi himayədarlığı“ və ya qonşuluq servisi „wohnpartner“ qurumları şəhərin bir çox yaşayış massivlərində yeni yaşayış keyfiyyətinin yaranmasına çalışırlar.
Hərəkətl�l�k
Nəyə görə ULF gələndə hamı sevinir? Minik hissəsi səki səviyyəsində olan „ULF“ ləqəbli tramvaylar Vyanada ictimai nəqliyyat vasitələri içində etibarlı, sıx hərəkət cədvəlinə malik və hər şeydən öncə isə rahat nəqliyyat təklifi simvoludur. Əgər bizim şəhərdə kimsə yola çıxırsa, həmin şəxs 66 faiz yolu ya ictimai nəqliyyatla, ya velosipedlə, ya da piyada qət edir. �əhərin məqsədi bu rəqəmi 2020-ci ilədək 75 faizə çatdırmaqdır. Vyanada nəqliyyat baş planı bunun üçün „ağılla hərəkətdə“ devizi altında yol göstərir: Metro xətlərinin inkişafına sərmayə qoyulur, metro şəbəkəsinin uzunluğu 2010-cu ildə 75 kilometrə çatmışdır. Vyana şəhərinin hərəkətlilik və sərnişindaşıma xidmətini həyata keçirən Wiener Linien sıx ictimai nəqliyyat şəbəkəsini işlədir və həmin şəbəkə ilə şəhərin bütün ərazisini əhatə edən sərnişin daşımaları imkanı yaradılmışdır. Metro, tramvay və avtobus kimi ictimai nəqliyyat vasitələrində 120 marşrut üzrə hər il 800 milyon sərnişin daşınır. Davamlı hərəkətliliyin təmin edilməsi istiqamətində zirvə nöqtələri kimi ümumi uzunluğu 1.100 kilometrə çatan velosiped yolları, nəqliyyat vasitələri üçün dayanacaq imkanlarının davamlı şəkildə yaxşılaşdırılması və ictimai yerlərdə piyadalar üçün daha çox məkanın yaradılmasını göstərmək olar. Vyana limanı, trimodal yük nəqliyyatı mərkəzi və Vyana ilə Bratislavanı birləşdirən gəmi reysi Twin City Liner ilə Vyana su yollarında da „ağılla hərəkətdə“dir.
Kommun�kas�ya
�əhər neçə dildə danışır? Vyana hər kəslə ünsiyyət qurur: qarşılıqlı hörmətə söykənən kommunikasiya yaxşı birgə yaşayış üçün vacib açardır. Vyana şəhərinin dəfələrlə beynəlxalq mükafatlara layiq görülmüş internet saytı şəhər idarəçiliyinin vətəndaşlarla mərkəzi ünsiyyət vasitəsidir. „wien. at“ saytında sutka ərzində bir çox rəsmi işlər elə evdəncə həll edilə bilir. Bundan əlavə olaraq şəhərin ixtisaslaşmış şöbələri „wien.at“ saytında ən yüksək səviyyədə peşəkar məlumatların əldə edilməsini təmin edirlər. Onlar bütün maraqlananlar üçün şəhər planları kimi rəqəmsal xidmətləri, mədəniyyət abidələri və ətraf mühitin mühafizəsi, eləcə də kanalizasiya şəbəkəsi haqqında məlumatları internet vasitəsilə təqdim edirlər. Bunun üçün bazanı ViennaGIS coğrafi informasiya sisteminin veb-applikasiyaları yaradırlar. �ctimai yollar sahəsində nəqliyyat və tikinti tədbirlərinin onlayn koordinasiyası da bu sistemə əsaslanır. �ctimai nəqliyyat vasitələri ilə hərəkət yollarını seçərkən Wiener Linien şirkətinin sərnişinlər üçün məlumatları və həmçinin Vyana və onun ətrafında yerləşən regionunda nəqliyyat məlumatlarını toplayaraq veb-sorğuları mümkün edən „AnachB.at“ internet xidməti vyanalılara dəstək olur.
Da�ınmaz əmlak
�əhər öz mənzərəsini necə alır? Heç nə bir şəhərin görünüşünü onun memarlığı qədər güclü təcəssüm etdirmir. Vyana şəhəri tikinti sifarişçisi, binaların idarəedicisi və özəl tikintilər üçün çərçivə şərtlərin tərtibçisi olaraq nizamlı daşınmaz əmlak inkişafına zəmin yaradır. Tikinti icrası və memarlıq müsabiqələri ilə Vyana şəhərsalma və şəhərdən istifadənin yüksək keyfiyyətini təşviq edir. Vyana mühafizə zonaları yüksəkmərtəbəli binaların yalnız müəyyən ərazilərdə tikilməsinə icazə verir və şəhərin tarixi mərkəzi olduğu kimi qorunub saxlan�l�r. Bələdiyyəyə məxsus 200.000-dən artıq mənzillə Vyana şəhəri Avropada ən böyük daşınmaz əmlak sahiblərindən biridir. Bundan başqa müasir bina idarəçiliyi çərçivəsində şəhərə məxsus bir çox daşınmaz əmlak obyektləri – məktəblər, idarə binaları, uşaq bağçaları və ya üzgüçülük hovuzları idarə edilir. Vyana şəhəri əhəmiyyətli şəkildə binalar üçün enerji vəsiqəsinin hazırlanması iştirak etmişdir və həmin vəsiqənin həmçinin şəhərə məxsus daşınmaz əmlak obyektləri üçün tətbiq edir. Bunun sayəsində şəhər təmsilçiləri binalarda enerji istehlakı üçün ətraflı təsəvvürə malik olur. Vyana şəhəri təkcə binaların tikilməsi üçün qaydalar toplusunu hazırlamır, eyni zamanda onun tabeliyində olan təşkilatlar və özəl tərəfdaşlarla əməkdaşlıq şəraitində həmçinin daşınmaz əmlak sektorunu inkişaf etdirən tərəf qismində də çıxış edir. �əhərdəki bütün obyektlərin idarə edilməsi məqsədilə bütün torpaq sahələri Torpaq Sahələri üzrə Mərkəzi Katastrda qeydiyyata alınmışdır.
Təhlükəs�zl�k
Vyanada insanlar başqa yerə baxanda daha cəsarətlidirlərmi? Onunla müqayisə edilə bilən digər şəhərlərin sakinlərinə baxanda vyanalılar özlərini ikiqat təhlükəsiz hiss edirlər və yaşayış ərazisindən məmnunluq 90 faiz təşkil edir. Bunun üçün mühüm səbəblərdən biri təhlükəsizlikdən ibarətdir və şəhər rəhbərliyi bu məsələyə böyük töhfə verir: keyfiyyətli və aydın mənzərəli şəkildə təşkil edilmiş ictimai məkan obyektiv və subyektiv təhlükəsizliyi artırır. Buraya müvafiq işıqlandırma və ya nəqliyyat təhlükəsizliyinə dair tədbirlər daxildir: belə ki, 1990-cı ildən insanların zərər çəkməsinə səbəb olan qəzaların sayı 30 faiz azalmışdır. Vyanalılar əmin ola bilərlər ki, onların istifadə etdiyi içməli su həmişə ən yüksək keyfiyyət standartlarına cavab verir. Bunun üçün şəhər müfəssəl keyfiyyət menecmenti sistemindən yararlanır ki, onun köməyi ilə içməli suyun keyfiyyəti mənbədən mənzillərdəkı su kranlarına qədər daim nəzarətdə saxlanılır. Ərazilərin istifadəsi və tikilməsi üçün planlar Vyana tikinti məcəlləsinin qanuni bazası ilə ən yüksək hüquqi təhlükəsizlik imkanı əldə edirlər. Verilmiş tikinti icazələri dörd il müddətində qüvvədə olurlar. Bir binanın tikilməsi üçün əsas şərtlərdən biri də davamlı bünövrə səthinin olmasıdır. Tikinti əraziləri katastrı vasitəsilə şəhər rəhbərliyinin Vyanada minlərlə torpaq sahələrində torpaq qatının strukturu barədə məlumatlar əldə etmək imkanı vardır.
Baryers�z �əhər
Niyə Vyanada yolayrıcları tıqqıldayır? 500-dən artıq akustik sıqnal aparatı kor və görmə qabiliyyəti zəif insanlara nəqliyyatın gur olduğu küçələrdə təhlükəsiz keçid imkanı yaradır. „Maneələrsiz şəhər“ imkanından hər kəs yararlanır, çünki hər kəs nə zamansa hərəkət qabiliyyətinin müvəqqəti və ya daimi məhdudlaşması ilə üzləşir. Buna görə də „Fəaliyyət planı: piyadalar“ („Aktionsplan FußgängerInnen“) Vyanada olan 818 körpünün hamısında piyadalar tərəfindən rahat istifadə edə bilməsinə şərait yaradır: pilləkan, estakada və körpülərin tikintisi və təmiri zamanı baryersiz hərəkətin təmin edilməsinə ciddi diqqət edilir. Vyanada ictimai nəqliyyatda da baryerlərin ləğv olunmasına böyük önəm verilir: belə ki, bütün metro stransiyalarında lift fəaliyyət göstərir, metro stansiyalarının 93 faizi korların hərəkətinin asanlaşdıran sistemlərlə təchiz edilmişdir və şəhər nəqliyyatında getdikcə minik hissəsi səki səviyyəsində olan nəqliyyat vasitələrinin sayı artmaqdadır. �ctimai yerlərdə baryersiz hərəkət məqsədilə səkilərin ən azı iki metr enində olmasına səy göstərilir. �ctimai binalar heç bir məhdudiyyət olmadan giriş imkanı ilə təmin edilir və özəl binalarda isə baryersiz yeni tikinti və adaptasiya işləri xüsusi subsidiyalarla dəstəklənir. „Baryerlərsiz şəhər planı“ bu qəbildən olan bir çox informasiyanı özündə cəmləşdirir və xüsusi ehtiyacı olan insanlara səmtləşmə imkanı verir.
Strateg�yalar
Niyə Vyanada hamı bir istiqamətdə hərəkət edirlər? Vyana şəhər rəhbərliyi təkcə müxtəlif maqistrat şöbələrinin əməkdaşlarından təşkil olunmur, eyni zamanda şəhərə məxsus müəssisə və şirkətlərdə çoxlu sayda mütəxəssislərdən ibarətdir. Bir-biri ilə şəbəkələşmiş çoxlu sayda strateji proqramlar gündəlik çoxşaxəli və kompleks işlərin hamısının birgə istiqamətə doğru irəliləməsini təmin edir. Belə ki, Vyana �qlimin Qorunması Proqramı və Enerji Səmərəliliyi Proqramında formulə edilmiş tədbirlər 2020-ci ilədək havaya buraxılan zəhərli qazların həcmini 1990-cı illə müqayisədə 21 faiz azaltmağa imkan verəcəkdir. idarəçiliyi daxilində satınalmaların �əhər ekolojiləşdirilməsi üçün kriteriyalar kataloqu tətbiq edilir və ətraf mühitin menecmenti proqramı tədbirləri ilə Vyana bütün maqistratda həm ətraf mühitin qorunmasına, həm də xərclərə qənaət edilməsinə nail olmaq niyyətindədir. Maliyyə vəsaitlərinin idarəçilik daxilində səmərəli istifadə edilməsi məqsədilə Vyana müasir qlobal büdcələşməni uğurla tətbiq etmişdir. �əhər idarəçiliyi ilə ümumi məmnunluq sahəsində vyanalıların 70 faizi „əla“ və ya „yaxşı“ qiymətini vermişdir. Avropa üzrə bu yüksək göstərici Vyanada idarəçiliyin keyfiyyəti üçün bir sübutdur.
TINA VIENNA
Urban Techologies & Strategies GmbH
Vyananın həyat və ətraf mühit keyfiyyəti bütün dünyada tərənnüm edilir. Bunun arxasında infrastruktur sahəsində innovativ həll imkanları dayanır, onların çoxu şəhərin xidməti orqanları və ya Vyanada yerləşən şirkətlər tərəfindən hazırlanır. Bunlar strateji, texniki və təşkilatı modellərdir ki, istiqamətverici olduğu qədər də təcrübədə sınanmışdır. TINA VIENNA xidmət təşkilatıdır və Vyana şəhərinin xidməti bölmələri və müəssisələri tərəfindən hazırlanan və həyata keçirilən innovativ şəhər və ətraf mühit texnologiyaları haqqında bilgilərin toplandığı mərkəz rolunda çıxış edir. Biz bu sahədə Vyana biliklərini toplayaraq tərtib edir, onları beynəlxalq səviyyədə təqdim edir, urban texnologiyalar və strategiyalar sahəsində Vyana biliklərini öz tələbatları üçün istifadə etməkdə yerli və xarici ərazi vahidlərini dəstəkləyirik. • TINA VIENNA urban texnologiyalar və strategiyalar sahəsində Vyana həll imkanları barədə informasiyaları cəmləşdirir. • TINA VIENNA Vyana mütəxəssisləri ilə əlaqə imkanı yaradır. • TINA VIENNA həmçinin UN-HABITAT Best Practices Hub - Vyana icraçısıdır və bununla da beynəlxalq mükafatlara layiq görülmüş həll imkanlarına çıxış və müvafiq şəbəkəyə malikdir. • TINA VIENNA beynəlxalq səviyyədə layihələrin hazırlanması və konkret planların menecmentini dəstəkləyir. • TINA VIENNA Avropa subsidiya layihələrinin təqdim edilməsi və həyata keçirilməsində təcrübəsini təqdim edir. • TINA VIENNA xaricə tərəf vasitəçilik edir və daxilə tərəf dəstək göstərir. Məmnuniyyətlə Vyana həlləri barədə daha dərin informasiyaları təqdim edir və konkret planların həyata keçirilməsində dəstək göstəririk. Biz ilk əlaqənin qurulmasından məmnun olardıq.
TINA VIENNA Urban Techologies & Strategies GmbH WIEN HOLDING GmbH-ya məxsus şirkət Anschützgasse 1 · 1150 Vyana · Avstriya Tel. +43 1 4000 84260 · Fax +43 1 4000 7997 office@tinavienna.at · www.tinavienna.at
�mpressum: Naşir TINA VIENNA Urban Techologies & Strategies GmbH WIEN HOLDING GmbH-ya məxsus şirkət Anschützgasse 1 · 1150 Vyana · Avstriya Tel.: +43 1 4000 84260 · office@tinavienna.at · www.tinavienna.at Tərcümə Elgün Niftəliyev �ncəsənət direktorluğu Christian Gallei (Xristian Qallei) Qrafika/Dizayn/Çap Lindenau Productions GmbH Vyanalı incəsənət xadimi Robert Weber-ə (Robert Veber) xüsusi təşəkkür edilir. Copyright © TINA VIENNA, 2011 Bütün hüquqlar, xüsusilə də xarici dillərə tərcümələrin hüquqları qorunur. Bu nəşrin heç bir hissəsi naşirin yazılı icazəsi olmadan hər-hansı bir formada istehsal edilə bilməz. Xlorsuz kağız üzərində mineral yağlarsız rənglərdən istifadə edilməklə çap edilmişdir.
The holding company of the
Wien Holding-in 75 mü ssis si
M d niyy t: Haus der Musik – Jüdisches Museum Wien – Kunst Haus Wien – Mozarthaus Vienna – Vereinigte Bühnen Wien: Raimund Theater, Ronacher, Theater an der Wien – Wiener Stadthalle – Wien Ticket; Das ¸ınmaz mlak: ARWAG – Base-homes for students – Biotech-Zentrum Muthgasse – GESIBA – Immobilienentwicklung St. Marx – Therme Wien – OASE22 – Palais Hansen – Schloss Laxenburg – STAR22 – Tech Gate Vienna – U2 Stadtentwicklung im Prater – UNIT22 – UNIT-Service GmbH – Wiener Messe – Wiener Stadtentwicklungsgesellschaft – Wirtschaftspark Breitensee; Loqistika: Central Danube – DDSG Blue Danube Schifffahrt – Hafen Wien – TINA VIENNA – Twin City Liner – WienCont – Wiener Donauraum; Medialar v xidm t: EU-Förderagentur – ÖKO Media – WH Medien GmbH; traf mühit: ebswien hauptkläranlage www.wienholding.at