7 minute read

TEXNOLOGİYA Təsvi̇r kəşfi̇yyat si̇stemləri̇

TƏSVİR KƏŞFİYYAT SİSTEMLƏRİ

?Nazim Hacıyev

Advertisement

Kəşfiyyat sistemləri, kəşfiyyat tələblərinin ötürüldüyü, məlumatların toplandığı, toplanmış məlumatların emal edildiyi və paylandığı prosesləri modelləşdirən inteqrasiya olunmuş proqram sistemləridir. Təsvir kəşfiyyat sistemləri isə kəşfiyyat çarxının “toplama” və “emaletmə” mərhələlərini təsvir sensorları üzərinə cəmlən diyi sistemlər olaraq qəbul edilir.

Bu gün dünyada pilotsuz uçuş aparat ları (PUA) və peyk sistemləri kəşf, müşa hidə və kəşfiyyat prosesləri üçün aktiv olaraq istifadə olunur. Bu sistemlərdə yer alan sensorlar vasitəsilə məsafədən təsvir əldəetmə üsulları ilə əldə edilən informasiyalar “fasiləsiz nəzarət” və “dəqiq aşkarlama” məqsədi ilə istifadə olunur və təsvir kəşfiyyat sistemlərinin əsas məlumat mənbəyi hesab olunur. Müasir texnologiyaları qiymətləndirildikdə, əməliyyat mühitində yer alan kəşf və müşahidə platformaları və onlara qoşulmuş sensor sistemləri aşağıdakı kimi təsnif edilir: Hava platformaları • Pilotlu/pilotsuz uçuş aparatları - Elektro optik (EO) və infraqırmızı (IR) video sensorları - Multispektral və hiperspektral sabit (hərəkətsiz) təsvir sensorları - SAR sensorları - Geniş ərazi müşahidə sensorları • Peyklər - Multispektral və hiperspektral sabit (hərəkətsiz) təsvir sensorları - SAR sensorları - Geniş ərazi müşahidə sensorları • Yer platformaları

*Quru nəqliyyat vasitələri

- Elektro optik və infraqırmızı video sensorları

*Qüllələr və təsvir əldetmə stansiyaları

- Elektro optik və infraqırmızı video sensorları - Multispektral və hiperspektral sabit (hərəkətsiz) təsvir sensorları

*İnsan resursları

- Mobil təsvir əldəetmə və video sensorları (mobil telefon, planşet, kamera) Təsvir kəşfiyyat sistemləri, yuxarıda sadalanan sensorlardan əldə edilən təsvir məlumatlarının kəşfiyyat məqsədilə emal edildiyi, saxlanıldığı və paylanıldığı sistemlər olaraq, bu sensorlardan gələn təsvir məlumatlarından başqa əlavə metaməlumatları da əhatə edir. Təsvir kəşfiyyat sistemləri, bu metaməlumatı emal edərək kəşfiyyat məqsədləri üçün lazım olan kritik məlumatları öz yad da şında saxlayır. Bu kritik məlumatları əsasən aşağıdakı kimi təsvir edə bilərik: • Sensor məlumatının real məkan üzərindəki proyeksiyası (coğrafi infor masiya sistemi): Sensor məlumatlarının hədəf aşkaretmə məqsədli emal edildiyi vəziyyətdə yaranan hədəf məlumatlarının dünyada hansı mövqedə olduğu infor ma siyasının aşkar edilməsi lazımdır. Bu səbəbdən, çəkilən sensor məlumatının əhatə etdiyi coğrafi ərazinin də sensor məlumatı ilə birlikdə istifadə olunması çox önəmlidir. • Sensor məlumatının çəkiliş zamanı: Kəşfiyyat prosesi zamandan asılı olaraq yerinə yetirilən bir iş olduğuna görə, təsvirdən yaranan kəşfiyyat məlumatının da zamanla bağlı məlumata sahib olması lazımdır. Bu məlumat emal olunmuş sensor məlumatından əldə edilməlidir. • Sensor vəzifə məlumatları: Platformanın vəzifə məlumatı və sensor çəkiliş parametrləri daxil olmaqla sensor vəzifə məlumatları, təsvirdən əldə edilən

Videonun CİS (Coğrafi İnformasiya Sistem) üzərinə proyeksiyası. Foto: MilSOFT

kəşfiyyat məlumatının digər sensor və kəşfiyyat məlumatları ilə birləşməsini təmin etmək və həssaslığının qarşılıqlı yoxlanılması məqsədi ilə istifadə olunur. Təsvir kəşfiyyat sistemləri, təsvir və metaməlumatları topladıqdan sonra onları emal edərək qiymətləndirilmiş və paylaya biləcək kəşfiyyat əsas məlumat struktur larına çevirməkdədir. Bu emaledilmə prosesi çərçivəsində sistemlər müxtəlif səviyyələrdə imkanlar təklif edir. Təsvir emaletmə imkanları aşağıdakı kimi təsnif edilə bilər: • Təsvir əldəedicilər Sabit təsvir təsviretmə - Video təsvirəldəetmə - SAR təsvirəldəetmə - Xəritə (CİS) təsvirəldəetmə • Vasitələr - Təsvirin böyüdülməsi və kiçildilməsi - Təsvir filtrləmə - Sürətli oxutmaq - Histoqram bərabərliyi - Hədəf işarələmə və koordinat hesablanması • Alqoritmlər - Təsvirin yaxşılaşdırılması, mozaikası - Hədəfin aşkarlanması və izlənməsi - Dəyişiklik analizi - Stereo təsvirəldəetmə və yüksəkliyin hesablanması Bu qabiliyyətlər, operatorun şəkil lərdən əldə edilən məlumatlardan istifadə edərək effektiv və dəqiq bir şəkildə kəşfiyyat məlumatı yaratmağı dəstəkləyən proqram komponentləri kimi qəbul edilə bilər. Operatorların təsdiqi ilə lazımi icazə və təhlükəsizlik tədbirləri çərçivəsində komponetlərin nəticələri müvafiq bölmələrə göndərilir və kəşfiyyat aparılan müddətdə tamamlanması təmin olunur.

MilSOFT və təsvir kəşfiyyatı imkanları

Türkiyənin MilSOFT şirkəti 10 ildən artıq müddətdir ki, təsvir qiymətləndirmə və kəşfiyyat sistemləri üzərində işləyir, bu çərçivədə məhsullar istehsal edir və hazırladığı həlləri müdafiə sənayesinin xidmətinə təklif edir. Bu çərçivədə, İsrail dən alınan HERON pilotsuz uçuş aparat larından əldə edilən aero foto şəkil lərin emal edilməsi və kəşfiyyat məlumatı hazır lan masını təmin edən Türk Pilotsuz Uçuş Aparatı (TPUA) Daşınabilən Təsvir Qiymət ləndirmə Sistemi (TTQS) Məsa fədən Təsvir Terminalı (MTT) layihəsində iştirak etmişdir. Daha sonra milli pilotsuz uçuş aparatı olan ANKA təyyarələrinin hazırlanması çərçivəsində Xüsusi TPUA İnkişaf Proqramı Yer Nəzarət Stansiyası Vəzifə Sistemləri (VƏZSİS) Layihəsində yer almışdır. Şirkət mütəxəssislərinin sözlərinə görə, MilSOFT, müdafiə sənayesinə yenilikçi həllər təklif etmək və təsvir qiymətləndirmə sahəsində bacarıqlarını artırmaq üçün TÜBİTAK-ın dəstəyi ilə müxtəlif araşdırma və hazırlama fəaliyyətləri ilə öz imkanlarını inkişaf etdirmişdir. Bu imkanlar bir məhsul ətrafında birləşdirilərək “Mil-Intelligence” məhsulu yaradılıb. “Mil-Intelligence” məhsulu hazırda Hərbi Hava Qüvvələri və Jandarma qurumlarında mər kəz ləşdirilmiş formada əməliyyatlarda istifadə olunur.

“MiL Intelligence” imkanları. Foto: MilSOFT

“MilIntelligence” kəşfiyyat şəkli istifadəçi interfeysi. Foto: MilSOFT

“Mil-Intelligence” məhsulu, kəşfiyyat məlumatlarını (IMINT, HUMINT) toplayan inteqrasiya olunmuş bir kəşfiyyat sistemi infrastrukturu yaratmağı hədəfləyir. Bu infrastrukturun miqyaslı olması, yeni sistemlərə uyğunlaşdırılması və mühitdə mövcud olan şəbəkə sistemlərinə uyğun olaraq konfiqurasiya edilməsi vacib hesab edilir. Bu səbəbdən “Mil-Intelligence” məhsulu özəlləşdirilə və genişləndirilə bi lən servislər və komponentlərlə kəş fiy yat ehtiyaclarını qarşılamağı hədəfləyir. Bu çərçivədə aşağıdakı imkanlara malik dir: Hava platformalarından gələn EO/IR video və sabit təsvir məlumatları ilə SAR və telemetriya məlumatlarının toplanması, emalı, qeyd edilməsi və paylanması - Hərəkətli hədəfin aşkarlanması və izlənməsi - İnsan və maşının aşkarlanması - Yüksək ayırdetmə qabiliyyəti CİS əsaslı Kəşfiyyat Şəkili - Telemetriya məlumatlarından istifadə edərək xəritədə PUA platfor malarının təsvirlərinin göstərilməsi - Müfəssəl xəritə layının idarə edilməsi və fərqli xəritə görünüşlərinin sinxronizasiyası - Xəritəçəkmə və analiz imkanları (baxış sahəsi analizi, ən qısa yol, məsafə ölçmə) Sabit (Hərəkətsiz) təsvir vasitəsi - Mozaikalamaq - Stereo təsvirlərdən yüksəklik məlu matlarının əldə edilməsi - Dəqiq coğrafi koordinat he sab lanması - Təsvirin filtrlənməsi və histoqram bərabərliyi • Çevik və özəlləşdirilən kəşfiyyat məlumatı strukturu əsasında axtarış və filtrləmə - Sənəd içərisində indeksləşdirmə və axtarış - Kəşfiyyat məlumat sahələrində indeksləşdirmə və axtarış - Coğrafi əsaslı axtarış - Koordinat analizi - Məlumatın daxilə və xaricə köçürülməsi

Təsvir əsaslı kəşfiyyat sistemlərinin perspektivi

Texnologiyadakı inkişafa paralel olaraq hava platformalarının yük həcmləri artmaqla bərabər, faydalı sensorların da ölçüləri azalmaqdadır. İstehsal xərclərinin azalması ilə bir çox yeni növ sensorun hava platformalarına inteqrasiya edilə biləcəyi görülür. Pilotsuz uçan aparatlarda hiperspektral və LiDAR sensorlarının istifadəsinin geniş yayıldığı və bunun nəticəsində gələcəkdə kəşfiyyat sistem lərində daha geniş qiymətləndiriləcəyi müzakirə olunur. Hiperspektral və LiDAR sensorlarının nəticələrinin müşahidə nöqtəsində mülki və hərbi sahələrdə zəngin tətbiq sahələrinə sahib olduğunu nəzərə alaraq, bu sensorların mövcud kəşfiyyat sistemlərinin istifadə sahələrini genişləndirəcəyini düşünə bilərik. Platformaların və sensorların sayının artması ilə bərabər, məlumatların canlı və yaddaşa köçürülmüş sensor məlu matlarının həcmsəl böyüklüyünün ölçüsü ilə əldə edilən hədlər, bu məlumatların qiymətləndirilməsi nöq təsində tələb olunan birləşmə və emaletmə mərhələ lərinin avtomatik həyata keçirilməsini zəruri edir. Bu çərçivədə operatorun səmərəli liyini artıran və “vəzifə kritik” sistem lərindəki qərarını dəstəkləyən alqoritmik metodların üzərinə götürdüyü məsuliyyət getdikcə artır. Bu kontekstdə birləşmə və emaletmə alqoritmlərində, maşın öyrənmə (machine learning) və süni intel lektə əsaslanan yeni metodların klassik metodları əvəz edəcəyi ehtimal edilir. Mülki sistemlərdə daha sürətli baş verən bu transformasiya müddətinin, son qərarın kritik nəticələrə səbəb olduğu milli təhlükəsizlik sahəsindəki sistemlərdə də sürətlənəcəyi təxmin edilir. Bir çox fərqli sensor növünün ərazidə səmərəli istifadəsi ərazidə istifadə edilən sensor birləşdirmə sistemlərinin istifa dəsini də artırır. Əvvəllər tək bir sensor sistemində işləyən və məhdud bir performans təqdim edən aşkarlama və diaq noz prosesləri, bir çox sensor sis temləri ilə dəstəklənərək kritik qərarların qəbul edilməsinə imkan verən etibarlılıq səviyyəsinə çatır.

Qazaxıstan Türk “Arma”sı və “Nəfər”ini sınaqdan keçirib

Qazaxıstan ordusu Türkiyənin “Otokar” şirkətinin “Arma” 8×8 zirehli nəqliyyat vasitəsini və ASELSAN şirkətinin istehsalı olan “Nəfər” döyüş modulunu test edib. Qazaxıstanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə, nazirlik təkərli zirehli nəqliyyat vasitələri bazarının araşdırılması məqsədilə “Arma”nı test edib. “Arma” 8×8 zirehli maşının və “Nəfər” döyüş modulunun sınaqları Karaqanda vilayətindəki poli qonlardan birində olub. Sərt şaxtalı havada, qarlı ərazidə “Arma” zirehli maşının hərəkət qabiliyyəti yoxlanıb, gecə və gündüz vaxtı “Nəfər” döyüş modulundan praktiki atış sınaqları keçirilib. “Arma”nın sınaqdan uğurla keçdiyi və tələblərə uyğunluğu Qazaxıstan tərəfində yaradılmış işçi qrupa bildirilib. “Arma” 8x8 üstün taktiki və texniki xüsusiyyətlərə sahib modulyar, çox funk siyalı təkərli zirehli nəqliyyat vasitə sidir. Üstün manevr qabiliyyəti, yüksək mina və ballistik qoruması, orta və yüksəkçaplı silah sistemləri ilə inteqrasiya variantları sayəsində “Arma” ən çətin ərazi və iqlim şəraitində, döyüş əməliyyatlarında xidmət edə bilir. “Arma” yüngül pulemyotla silahlandırılmış döyüş modullarından 2530 mm ortaçaplı toplar və 105 mm topa qədər müxtəlif silah sistemlərinin inte qra siyası üçün uyğundur. 336 at gücün dəki 6 silindrli, su soyutmalı turbo dizel mühərriklə təchiz edilən zirehli nəqliyyat vasitəsinin döyüş ağırlığı 24 tondur. Maşının yanacaq deposu 400 litr, maksimum sürəti 105 km/saat, suda sürəti 8 km/saat, gediş ehtiyatı 700 km təşkil edir. “Arma” 8×8 transportyoru komandir və sürücü daxil olmaqla 12 personal daşı maq imkanına sahibdir. Personalın otu racaqları yaralanmaya qarşı xüsusi olaraq hazırlanıb. Verilən məlumata görə, 7.62 mm-lik pulemyot və 30 mm-lik 2A42 avtomatik top ilə komplektləşdirilən “Nəfər” döyüş modulu Qazaxıstan Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün xüsusi olaraq hazırlanıb. Məsafədən idarə olunan “Nəfər” döyüş modulu zirehli nəqliyyat vasitə lərinə inteqrasiya edilərək düş mənin yüngülzirehli texnikalarını və canlı qüvvələrini məhv etmək üçün nəzərdə tutulub. 6x6, 8x8 tırtıllı və ya təkərli nəqliyyat vasitələrinə quraşdılıra bilən “Nəfər” həm NATO, həm də Rusiya mənşəli silahların istifadəsinə imkan verən dizayna malikdir. Qeyd edək ki, Qazaxıtan silahlı qüv vələri ötən il də Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin nüma yəndələrinin iştirakı ilə “Arma” 8×8 zirehli maşını test edilib. Bundan əvvəl Qazaxıstanda Fransanın “Nexter” və İtali yanın “İveco” şirkətlərinin istehsalı olan zirehli döyüş maşınları sınaqlara təqdim olunsa da, sərt qış şərtlərində həmin maşınlar istənilən performansı göstərə bilməyib. PQ

This article is from: