12 minute read
TEXNOLOGİYA
COĞRAFİ İNFORMASİYA SİSTEMLƏRİ TEXNOLOGİYASININ HƏRB SAHƏSİNDƏ TƏTBİQ EDİLMƏSİ
?Yaşar Nəsibov
Advertisement
İnkişaf etməkdə olan kompüter texnologiyası bir çox sahələrdə olduğu kimi, müdafiə sənayesində də özünü hiss etdirmişdir. Bunun nəticəsində idarəetmə, rabitə, kəşfiyyat, müşahidəetmə, hədəfgöstərmə, silah sistemləri, təlim animatsiyaları və s. kimi sahələrdə Coğrafi İnformasiya Sistemləri texnologiyasından istifadə edilməsi artıq bir məcburiyyət halına gəlmişdir.
Rəqəmsal xəritənin hərbi təyinatlı planşetdə istifadə edilməsi
Vəzifə və xidmətləri doğru, sürətli və iqtisadi cəhətdən səmərəli bir şəkildə yerinə yetirmək hər bir peşə sahəsində olduğu kimi, hərbi sahədə də başlıca hədəflərdən biridir. Bu əsas hədəfə çatmanın yolu isə inkişaf etmiş tex nologiyaları öz işində tətbiq etməkdən keçməkdədir. Bu texnologiyanın başında Coğrafi İnformasiya Sistemləri tex nologiyası gəlir. Coğrafi İnformasiya Sistemləri (CİS) texnologiyası hərbi əmə liy yatlarda əsas rol oynayır və koman dirlər üçün əla bir vasitədir. Hərbi böl mələrdə CİS tətbiqetmələrinin istifa dəsi bölmələrin fəaliyyət və işləmə üslub larında bir inqilab yaratmışdır. Hərbi bölmələr CİS-dən kartoqrafiya, kəşfiyyat, döyüş sahələrinin idarə edilməsi, ərazi analizi, məsafədən zond lama və mümkün terror fəaliyyətinin monitorinqi daxil olmaqla quruda və dənizdə aparılan hərbi əməliyyatlarda istifadə edirlər. İnkişaf edən texnologiyalar içərisində kompüter texnologiyasını da qeyd etmək lazımdır. Artıq Silahlı Qüvvələrin hər bir sahəsində kompüter texnologiyasından çox geniş istifadə edilir. Əvvəllər əlilə görülən işlər kompüterlərin inkişaf etməsi ilə kompüterlərdə görülməyə başlandı. İlk başlarda kompüterlər sadəcə hərbi əməliyyat meydanında hərbi hədəflərə aid məkansal və atributiv məlu matların toplandığı bir saxlanc idi. Proqram təminatlarının inkişaf etməsi ilə kompüter yaddaşlarında – saxlanclarda toplanmış əməliyyat meydanına və hərbi hədəflərə aid coğrafi məlumatların analizini aparmaq mümkün oldu. Hərbi əməliyyat meydanında ərazinin topo qrafik elementləri, məsələn, relyef, torpaq və qrunt haqqında məlumatların toplan ması əməliyyatlara hazırlıq mərhələsində ən vacib tapşırıqlardan biridir. Çünki bu topoqrafik elementlərin bir-biri ilə kom binasiyası iqlimlə birlikdə müxtəlif ərazi tipləri əmələ gətirir ki, onların da hər birinin özünəməxsus xüsusiyyətləri vаr dır. Bu хüsusiyyətlər döyüş əmə liy yatlarının təşkilinə və döyüşün aparıl masına, hücumda və müdafiədə qoşun ların tərtiblənməsinə, döyüş texnikasının tətbiq edilməsinə, hücumun sürətinə, ordunun kütləvi qırğın silahlarından müdafiəsinə, yürüşün sürətinə və s. öz təsirini göstərir. Buna görə də ərazi, döyüş şəraitinin əsas və daimi ünsürlərindən biri olmaqla qoşunların döyüş fəaliy yətinin bütün tərəflərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Dünyada baş verən müha ribələrin, həmçinin 1-ci və
2-ci Qarabağ müharibəsinin təcrübəsi əyani şəkildə onu göstərdi ki, ərazi faktorundan bacarıqla istifadə edərək silah və texnikanı daha səmərəli tətbiq edən tərəfin uğur qazanmaq şansı daha çoxdur. Döyüşün təşkil edilməsi prosesində ərazinin öyrənilməsi və qiymət ləndiril məsi onun taktiki xüsusiyyətlərinin aşkara çıxarılmasından və bu xüsusiy yətlərin bölmələrin fəaliyyətinə təsirinin aydınlaşdırılmasından ibarətdir. Bu zaman ərazidə baş verən mümkün dəyişik liklər, meteoroloji şərait, ilin və sutkanın vaxtı nəzərə alınmalıdır. Bütün bunların əsasında ərazinin əlverişli xassələrindən səmərəli istifadə olunması və mənfi təsirinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilməsi üçün zəruri olan nəticələr çıxarılır. Ərazinin öyrənilməsi və qiymətləndirilməsi pro sesi yaradıcı xarakter daşıyır. O, döyüş şəraitinə təsir edən müxtəlif amillərin təhlili və döyüş tapşırığının daha səmərəli həll yollarının axtarışı ilə müşayiət olunur. Döyüş tapşırığının dərinliyinə qədər ərazinin hərtərəfli öyrənilməsi və düzgün qiymətləndirilməsi bölmə komandirinə düşmənin ən ehtimal olunan hərəkət lərini qabaqcadan görməyə imkan verir. Coğrafi İnformasiya Sistemləri texno logiyalarından istifadə edərək, döyüş əməliyyatlarına hazırlıq mərhə ləsində ərazinin taktiki xüsusiyyətlərihaqqında geniş məlumat toplaya bilərik. Ərazinin taktiki xüsusiyyətləri – döyüş əməliy yatlarının təşkilinə və aparılmasına, silah və döyüş texnikasının tətbiqinə ərazi xüsusiyyətlərinin göstərdiyi təsirlərdir. Bunlar: Ərazinin keçilmə imkanı;• Ərazinin qoruyucu xüsusiyyətlər;• Ərazinin səmtlənmə şəraiti;• Ərazinin müşahidə şəraiti;• Ərazinin maskalayıcı xüsusiyyətlər;• Ərazinin atəşaçma şəraiti;• Ərazinin mühəndis təchizatı şəraiti.• Coğrafi İnformasiya Sistemləri texno logiyasından istifadə edərək birlik və birləşmələrin mühəndis xidmətləri “Əra zinin keçilmə imkanı”haqqında məlumat toplaya bilərlər. “Ərazinin keçilmə imkanı” qoşunların, əsasən döyüş tex nikası və nəqliyyat vasitələrinin ərazidə hərəkətini asanlaşdıran və ya məh dud laşdıran, həmçinin onların ma nev rinə və sürətinə təsir edən xüsü siyyətlərdir. Keçilmə imkanı, ilk növ bədə sərt örtüklü yolların olmasından, yol şəbəkəsinin inkişaf dərəcəsindən, yolun və yol qur ğularının vəziyyətindən, həm çinin təkərli və tırtıllı texnikanın yoldan kənar hərəkət imkanından asılıdır. Döyüş zamanı qoşunların hərəkət istiqaməti taktiki şəraitə və ərazinin vəziyyətinə uyğun olaraq seçilir. Ona görə də tankların, özü yeriyən topların, zirehli transportyor ların və digər hərbi texnikanın yolsuz ərazidə hərəkət etmək imkanı böyük əhəmiyyət kəsb edir. Yolsuz ərazidə keçilmə im kanına relyefin, bitki örtüyünün, torpaq və qruntun xarakteri, təbii və süni maneələrin (çay, göl, bataqlıq və s.) möv cudluğu böyük təsir göstərir. “Ərazinin keçilmə imkanı”nı qiymət lən dirərkən döyüş və digər hərbi texnikanın taktikitexniki göstəriciləri, ilin fəsli və hava şəraiti həmişə nəzərə alınmalıdır. Birlik və birləşmələrin kimya xid mətləri Coğrafi İnformasiya Sistemləri texnologiyalarından istifadə edərək rəqəmsal mühitdə “Ərazinin qoruyucu xüsusiyyətləri”haqqında ətraflı məlumat toplaya bilərlər. “Ərazinin qoruyucu xüsusiyyətləri” adi və kütləvi qirğın silahlarının öldürücü amillərinin təsirini zəiflədən, qoşunların müdafiəsinin təş kilini аsаnlаşdırаn ərazi xüsusiy yətləridir. Bu xüsusiyyətlər relyefin və bitki örtü yünün xarakteri ilə, eləcə də ərazidə müxtəlif təbii və süni sığına caqların mövcudluğu ilə müəyyən edilir. “Ərazinin qoruyucu xüsusiyyətləri” digər tədbir lərlə – qoşunların ərazidə səpələnməsi, maskalanma və ərazinin mühəndis təc hizatı ilə kompleks şəkildə istifadə olunduqda özünü daha tam büruzə verir. “Ərazinin qoruyucu xüsusiyyətləri”ndən bacarıqla istifadə edilməsi, müasir dö yüşün təşkilinə qоyulаn əsas tələb lərdən biridir. “Ərazinin səmtlənmə şəraiti” üfü qin cəhətlərinə, ətrafdakı yerli obyektlərə, həmçinin öz qoşunlarımıza və düşmən qoşunlarına nəzərən dayanma yerinin və lazımi hərəkət istiqamətinin təyin edil məsinə yardım edən ərazi xüsusiy yət ləridir. Səmtlənmə şəraiti xarici görünü şünə və ya yerinə görə digər obyektlərdən seçilən və oriyentir məqsədilə istifadəsi asan olan yerli оbyекtlərin və xarakterik relyef elementlərinin mövcudluğu ilə səciyyələndirilir. Hər bir komandirin ərаzidə tez və səhvsiz səmtlənmə bacarığı bölmələrə və atəş vasitələrinə döyüş tap şırıq larının düzgün verilməsində, hədəfin yerinin dəqiq göstərilməsində və döyüş zamanı bölmələrin inamla idarə edil məsində əsas vasitə rolunu oynayır. Hərbi təyinatlı planşetlərə və ya hərbi vasitələrə yüklənmiş rəqəmsal xəri tələrdən istifadə edilməsi komandirlərə bu işin öhdə sindən gəlməyi asanlaş dırmışdır. “Ərazinin müşahidə şəraiti” düş mənin mövqеyi, onun qüvvə və vasitələri haqqında məlumatların əldə еdilməsinə yardım edən ərazi xüsusiyyətləridir. Bu хüsusiyyət ərazinin görünmə dərəcəsi və baxış məsafəsi ilə müəyyən edilir və rel yefin, bitki örtüyünün, yaşayış mən tə qələrinin və görünüşə maneçilik törədən başqa obyektlərin xarakterindən, еləcə də meteoroloji şəraitdən asılıdır. Ərazidə yarğanlar, dərələr, yüksəkliklər, ağac və kol bitkiləri, müxtəlif tikililər nə qədər çox olarsa, müşahidə şəraiti bir o qədər əlverişsiz olar. Müşahidənin düzgün təş kili və ondan alınmış nəticələr komandirə şəraiti hərtərəfli qiymət ləndirmək və əsaslandırılmış qərar qəbul etmək imkanı verir. Müasir proqram təminatları müşa hidəni bir xətt boyunca və ya 0-360° arasında aparmaq imkanı verir. Şəkildəki qırmızı rəngli ərazi – müşahidə mən təqəsindən (Keçəlqaya) görünməyən (ölü bölgələr) ərazilərdir. Yaşılrəngli ərazi isə - müşahidə məntəqəsindən (Keçəlqaya) görünən ərazilərdir. “Ərazinin maskalayıcı xüsusiy yət ləri” şəxsi heyətin və döyüş texnikasının mövqеyini və yerdəyişməsini düşməndən gizli saxlamağa imkan verən ərazi xüsusiyyətləridir. Ərаzinin mаsкаlаyıcı хüsusiyyətləri relyef formalarının əmələ gətirdiyi təbii daldalanacaqların, bitki örtüyünün, yaşayış məntəqələrinin və
Ərazinin 3 (üç) ölçülü modeli
(a) (b)
Ərazinin müşahidə şəraitinin öyrənilməsi: a) 2 ölçülü; b) 3 ölçülü
yerli obyektlərin mövcudluğu ilə, həm çinin ərazinin ümumi xarakteri, rəngi və “ləkəli” olması müəyyən edilir (rəng spektri nə qədər müxtəlif olarsa, maskalanma şəraiti bir o qədər əlverişli olar). Sıx bitki örtüyü və yaşayış məntəqələri olan dərəlitəpəli ərazi yaxşı maskalayıcı xüsusiyyətə malikdir. Dərələr, yarğanlar və qobular qoşunların cəmləşdiyi rayonda daldalanmaq üçün əlverişli şərait yаrаtmаqlа yаnаşı, həm də onların gizli hərəkət et məsinə və arxa cəbhə ilə əlaqə saxla masına imкаn yаrаdırlаr. Ərazinin mas kalayıcı хüsusiyyətləri ilin fəslindən, sutkanın vaxtından və hava şəraitindən asılıdır. Belə ki, enliyarpaqlı meşə yay vaxtı həm havadan, həm də yerüstü müşahidədən maskalanmanı təmin edir. Qışda isə bu meşədə döyüş texnikası qar örtüyü fonunda asanlıqla seçilir. Ərazinin maskalayıcı хüsusiyyətləri obyektləri düşmənin həm vizual, həm də müxtəlif texniki kəşfiyyat vasitələrinin köməyi ilə müşahidəsindən gizlətməyə imkan verir, qoşunların gizli yerləşdirilməsini, düş mənə qəfil zərbə endirilməsini təmin edir. Birlik və birləşmələrin kəşfiyyat bölmələri Coğrafi İnformasiya Sistemləri tex n o logiyasının proqram təminatlarından istifadə edərək rəqəmsal xəritələr üzə rində maskalamada istifadə ediləcək ərazi obyektlərini müəyyənləşdirə və əhəmiy yət dərəcəsinə görə onları təsnifatlaşdıra bilərlər. Rəqəmsal xəritələrdən istifadə edilməsi həmin ərazi obyektlərinin coğrafi və düzbucaqlı koordinatlarını təyin etməyə və istənilən nöqtədən həmin ərazi obyektlərinə olan məsafəni və bucağı hesablamağa imkan verir. “Ərazinin atəşaçma şəraiti” atəş vasitələrinin düşməndən gizli olaraq yerləşdirilməsini, toplardan və atıcı silahlardan mümkün qədər uzaq məsafələrin atəşə tutulmasını, həmçinin atışlara düzəliş edilməsini təmin edən ərazi xüsusiyyətləridir. Ərazinin bu хüsusiyyəti əsasən relyefin xarakterindən və bitki örtüyündən asılıdır. Ərazinin 3 ölçülü və kölgə modelindən istifadə edərək bu ərazi xüsusiyyətlərini real döyüşdə tətbiq etmək mümkündür. “Ərazinin mühəndis təchizatı şə raiti” torpağın tipindən, qrunt sularının səviyyəsindən, tikinti materiallarının mövcudluğundan, həmçinin təbii və süni daldalanacaqların və maneələrin xara k terindən asılıdır. Bir çox hallarda kolon yollarının hazırlanması, səngər və xən dəklərin qazılması, şəxsi heyət və hərbi texnika üçün sığınacaqların tikilməsi zаmаnı görüləcəк işlərin həcmi əsаsən, torpağın tipi və оnun vəziyyəti ilə müəy yən edilir. 2-ci Qarabağ müha ribəsində Azərbaycan Ordusunun mühəndis böl mələri kolon yollarının hazırlanması, xüsusilə Şuşa əməliyyatı üçün lazım olan yolların seçilməsi tapşırığını CİS texno logiyasına aid olan ArcGIS, Global Mapper və Google Earth kimi proqram təminatlarından istifadə edərək yerinə yetirmişlər. Ümumiyyətlə, hərbi əməliyyat mey danında coğrafi təhlillərin aparılması üçün əsas mənbə müasir və etibarlı coğrafi məlumatların olmasıdır. Məsələn, mövcud müşahidə sistemlərini dağlıq ərazidə həssaslıqla yerləşdirmək istə yirik sə, əlimizdə həmin əraziyə aid Rə qəmsal Yüksəklik Məlumatları olma lıdır. Dağlıq ərazidə müşahidə sisteminin qurulması zamanı bizə Rəqəmsal Yük səklik Modeli ilə yanaşı, ərazinin peyk təsvirləri, aerofotoşəkilləri, Pilotsuz Uçan Aparatlar (PUA) görüntüləri və müşahidə şarından alınmış məlumatlar lazım gələcəkdir. Buna görə, biz süni peyklər, PUA və müşahidə şarları haqqında məlumat sahibi olmalıyıq. Saydığımız bu cihazlardan əldə olunan ərazi təsvir lərinin (şəkillərinin) bizim üçün əhəmiy yət kəsb edən bir neçə xüsusiyyəti var ki, bunlardan birincisi təsvirin güncəl olma sıdır. İkinci xüsusiyyət isə şəklin ayır d etmə dərəcəsinin yüksək olmasıdır. Dağlıq ərazidə adətən ayırdetmə dərəcəsi 0,5-1,5m olan təsvirlərə (şəkillərə) üstünlük verilir. Kağız xəritələrin güncəl olmaması bizi güncəl peyk təsvirlərindən və aerofotoşəkillərdən istifadə etməyə məcbur edir. Bu gün Coğrafi İnformasiya Sistem ləri texnologiyasına aid olan proqram təmi nalarından istifadə etməklə, əməliy yat meydanın ərazi profilini, görüş dia qram larını, üç ölçülü modellərini, kölgə və meyillik xəritələrini hazır lamağımız müm kündür. Hərbi əməliy yatlar zamanı və sonrasında ətraf mühitə dəymiş ziyanı hesablamağımız mümkün olmuşdur. Hücum əməliyyatı icra olunacaq yaşayış obyketlərində atılan raketlərdən sonra neçə mülki əhalinin həlak olacağının hesablanması da mümkün olmuşdur. Coğrafi təhlil funksiyalarından “Bufer analizi” funksiyasından istifadə eməklə atılan raketlərin zərər vuracağı sahənin müəyyənləşdirilməsi və əvvəlcədən nüfuz haqqında əldə edilən məlumatlardan istifadə etməklə bu zərərin hesablanması mümkündür. PUA-ların çəkdikləri görün tülərin də bu hesablamaların aparıl masında xidmətləri əvəzsizdir. Dünya ölkələri beynəlxalq qınağın qarşısını almaqdan ötrü icra etdikləri əməliyyatlarda mülki əhalinin həlak olmasını ən minumum həddə saxlamağa çalışırlar. Hərbi əməliyyatların planlaşdırılması və icrası mərhələlərində coğrafi mə lu mat ların toplanması, emalı, yuxarı koman danlığa və qoşunlara vaxtında çat dırıl ması vacib məsələlərdən biridir. Bu işlərin icrası zamanı ayrı-ayrı təyinatlı proqram təminatlarından istifadə edilməsi vaxt itkisinə, məlumatın dəqiqliyinin azal ma sına və s. gətirib çıxarır. Bundan dolayı, Coğrafi İnformasiya Sistemləri texno lo giyası əsasında hazırlanmış vahid proqram platformalarından istifadə edilməsi labüdləşir. Bu tip proqram platfor mala rın dan istifadə edilməsi mövcud resurslardan qənaətlə istifadəsinə, coğrafi məlu mat ların mübadiləsinin sürətlənməsinə və məlumatların xəta paylarının azal masına gətirib çıxaracaqdır. Bu tip proqram
platformalarından istifadə edilməsi, komandir heyətinə ərazini daha təfər rüatlı və kompleks bir şəkildə öyrənməyə imkan verəcəkdir. Coğrafi İnformasiya Sistemləri texno logiyasının hərb sahəsində tətbiq edil mə sini aşağıdakı kimi təsnifatlaşdıra bilərik a) Naviqasiya və İstiqamət ləndirmə: Gəmi, təyyarə, tank, PUA, dron və s.• hərbi texnika vasitələrinin rəqəmsal koordinatlardan istifadə edərək kompüterin köməyi ilə naviqasiyası; Ballistik raketlərin rəqəmsal koordi-• natlardan istifadə edərək hədəfə istiqa mətləndirilməsi; Raketlərin rəqəmsal yüksəklik məlu -• matlarından istifadə edərək hədəfə istiqamətləndirilməsi; Ərazinin xususiyyətləri nəzərə• alınaraq hərbi əməliyyatların plan laşdırılması. b) Müşahidəetmə, Hədəf Göstərmə və Silah Sistemləri: ləndirilməsi; Siqnal ötürücü rabitə stansiyaların• yerlərinin təyin edilməsində ərazinin rəqəmsal qiymətləndirilməsi; Radar əhatə dairəsinin hazırlanması;• Rabitə xətlərinin çəkilməsi;• Hərb oyunlarında rəqəmsal coğrafi• məlumatlardan istifadə edilməsi; Görünən və ölü bölgələrin təyin• edilməsi; Ərazinin meyillilik modelinin hazır -• lanması və təsnifatlaşdırılması.
Ərazinin horizontallarla təsvir edilməsi
Müxtəlif silah sistemlərinin müşa -• hidə edə bildikləri və atəşə tutabiləcəkləri yerlərin müəyyənləşdirilməsi; Rəqəmsal yüksəklik məlu matla rın -• dan istifadə etməklə xəritə, peyk təsviri və aerofotoşəkillərin 3 ölçülü model lərinin hazırlanması və istifadəsi; Dayandığı yerin koordinatı məlum• olan müşahidəçinin görəbiləcəyi yerlərin müəyyənləşdirilməsi; Dayandığı yerin koordinatı və əhatə• məsafəsi məlum olan radarın müxtəlif uçuş hündürlüklərinə görə əhatə dia q ram larının hazırlanması; Rəqəmsal yüksəklik məlumat ların -• dan istifadə etməklə düşmənin artilleriya atışlarının radarda izlənməsi və düşmən batareyalarının dəqiq yerlərinin müəyyən edil məsi. c) Taktik Qərargah, Rabitə və Kəşfiyyat: Qərargah serverlərində mövcud olan• raster və vektor xəritələrin bölgələr üzrə istənilən miqyasa gətirilməsi və moni tor larda göstərilməsi; Kəşfiyyat raportlarının rəqəmsal• xəritələr üzərinə qeyd olunması və dəyər d) Təlim simulyatorları:
Artilleriya atışının canlandırılması;
Uçuşun canlandırılması; Mina axtarış işlərinin canlan dırıl -• ması; Kütləvi qırğın (nüvə, biolojik və• kimyəvi) silahlarının təsir sahələrinin can landırılması; Radar və silahların ərazidə yer ləş -• dirilməsinin canlandırılması; Hərbi Hava Qüvvələri vasitələrinin• uçuş larının canlandırılması; Müşahidə cihazlarının ərazidə yerləş -• dirilməsinin canlandırılması.
Təhlil
XXI əsr informasiya əsri olaraq adlandırılmışdır. Bu dövrdə informasiya sistemlərini yaradan və onu istifadə edənlər cəmiyyətin inkişafında əsas hərəkətverici qüvvə olmuşdur və olmaqda da davam edir. Xüsusilə Coğrafi İnformasiya Sistemləri texnologiyası ilə emal olunan, analiz edilən və nümayiş olu nan coğrafi məlumatlar hərb elm sahə sində öz təsirini göstərmişdir. İnkişaf etmiş ölkələrdə Coğrafi İnformasiya Sistemləri texnologiyasının öyrənilməsi XX əsrin sonlarından etibarən dəyişən, inkişaf edən kompüter texnologiyası ilə uzlaşmış və hərb elmində nəzəri mə lumatların praktikaya keçməsinə böyük təkan vermişdir. Coğrafi İnformasiya Sistemləri tex nologiyasından hərbi sahədə istifadə edilməsi komandir heyətinə qısa bir zamanda qərarvermə imkanı qazandırır, əməliyyat planlarını sadələşdirir və vizuallaşdırır, ərazinin taktik və to poqrafik qiymətləndirilməsi imkanı verir, kağız xəritələrin istifadəsi zamanı ortaya çıxan problemləri ortadan qaldırır və şəxsi heyətə verilən tapşırıqları asanlıqla və sürətlə yerinə yetirmə imkanı qazandırır. Coğrafi İnformasiya Sistemləri texnologiyasından istifadə edilməsi Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırıl masında əvəzsiz yer tutur. Müasir muharibələrin əsas məlumat qaynağının rəqəmli coğrafi məhsulların təşkil etdiyini nəzərə alaraq, Silahlı Qüvvələrdə Coğrafi İnformasiya Sistem ləri texnologiyasının tətbiq sahələrinin genişləndirilməsinə ehtiyac vardır. Bu sistemdən mümkün olan faydanı götür mək üçün onun öyrənilməsi və təd ris olunması vacibdir. Bunun üçün onun xüsusi təyinatlı təhsil müəssisələrimizdə bir fənn olaraq tədris edilməsi böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı, aparılan hərbi elmi-tədqiqat işlərinin əhatə dairəsinin genişləndirilməsi məq sədilə aidiyyətli qurumlarda Coğrafi İnformasiya Sistemləri laboratoriyası yaradılmalı, bilikli və təcrübəli mütəxə s sislər bu işlərə cəlb edilməlidir. Zabit və mütəxəssis heyətinin bu sahədə maarif ləndirilməsi məqsədilə Coğrafi İnfor masiya Sistemləri üzrə elmi seminar və konfranslar keçirilməlidir. Yerli və beynəlxalq təcrübənin öyrənilməsi məq sədilə mütəxəssis heyətinin ölkə daxilində və xarici ölkələrdə təşkil olunan Coğrafi İnformasiya Sistemləri kurslarında işti rakı təmin edilməlidir. PQ
Ərazinin profilinin çıxarılması