5 minute read
VİSİON ASELSAN-in dövri̇yyəsi̇ 16 mi̇lyardı keçi̇b
ASELSANın DÖVRİYYƏSİ 16 MİLYARDI KEÇİB
Türkiyənin ASELSAN şirkətinin dövriyyəsi 2020-ci ildə əvvəlki ilə nisbətən 24% artaraq 16 milyard Türk lirəsini (TL) keçib. ASELSAN-ın məlumatına görə, şirkətin xalis mənfəəti keçən illə müqayisədə 33% artaraq 4,5 milyard TL-yə çatıb.
Advertisement
2020-ci ili rekord nəticələrlə ta mamlayan ASELSAN 3 qitədə 12 ölkəyə yayılan satış və istehsal şəbəkəsi ilə dünyanın ən böyük 48-ci müdafiə sənayesi şirkətidir. Şirkətin faiz, amortizasiya və vergidən öncəki qazancı (FAVÖK) 38% artaraq 4 milyard Türk lirəsi olub. 2020-ci ildə pandemiya səbəbiylə ölkələr arasında gediş-gəliş tamamilə dayandığı zamanda belə ASELSAN ixracat sahəsindəki fəaliyyətini davam etdirib. Şirkət 2020-ci ildə 6 yeni ölkə ilə ümumilikdə 446 milyon ABŞ dolları məbləğində müqavilə imzalayıb. Xaricdən alınan yeni sifarişlərin qatqısı ilə xarici sifarişlər balansı 1 milyard ABŞ dollarını ötüb. Cəmi sifarişlər balansı isə 9,5 milyard ABŞ dolları təşkil edib. ASELSAN şirkətinin İdarə Heyətinin sədri və baş direktoru Haluk Görgün bildirib ki, 2020-ci ildə ASELSAN, 3.3 milyard TL-lik araşdırma-inkişaf (Ar-Ge) xərcləri çəkib və texnologiya ilə Ar-Ge sahəsində fəaliyyətini artırıb: “Pan demiyanın mənfi təsirlərinin hər sahədə hiss olunduğu 2020-ci ildə ölkəmizə görə üzərimizə düşən məsuliyyətin fərqində olaraq "ASELSAN dayanmaz, dayana bilməz!" dedik və bir gün belə fəaliyyətimizi durdurmadıq. Epidemiyanın ilk təsirləri görünməyə başladığından bəri ASELSAN daxilində çox effektiv qərar vermə mexanizmi tətbiq etdik. Bir tərəfdən dövlətimizin ehtiyac və gözləntilərini müşahidə edərkən, işçilərimizin sağlamlığı üçün də hər cür tədbir görməyə çalışdıq. 2020-ci ildə ASELSAN, 3.3 milyard TL-lik “Ar-Ge” xərcləri çəkdi və texnologiya ilə “Ar-Ge” sahəsində fəaliyyətini artırdı. ASELSAN-a məhsul və xidmət verən 4000dən çox tədarükçünün pandemiyadan mənfi təsirlənməməsi üçün bütün maliyyə və əməliyyat mənbələrimizi səfərbər etdik. 2020-ci ilin sonunda əldə etdiyimiz yüksək dövriyyə və gəlir rəqəmlərimiz bir ailə olma düşüncəsi ilə həyata keçirdiyimiz bu idarəetmə strategiyalarının nəticəsidir”. Haluk Görgün qeyd edib ki, 2020-ci il ən çox ixracatın edildiyi, ixracat sifarişinin alındığı və ixracatçı ölkələrin sayının 70-ə çatdırıldığı məhsuldar il olub: “Keçən il xarici müştərilərimizlə proseslərimizi vaxtında və təsirli şəkildə həll etmək strategiyamız çərçivəsində 3 ölkədə şirkət
ASELSAN Şirkətinin İdarə Heyətinin sədri və Baş direktoru Haluk GÖRGÜN
qurduq, ofis və filial açdıq. Bu irəliləyişlərlə ölkə daxilində və xaricdəki ümumi iştirak və filial sayımız 28-ə çatdı”. Haluk Görgün 2020-ci ildə yalnız ASELSAN və onun törəmə şirkətlərinin deyil, 4 mindən çox tədarükçünün də maddi ehtiyaclarını üstün tutan anlayışla işlədiklərini ifadə edib. Həmçinin keçən il iş əməkdaşlarına 12 milyard TL-dən çox pul ödəyərək ekosistemdəki pandemiyanın yaratdığı likvidlik təzyiqini də azaltdıqlarını söyləyib. Bildirilib ki, ASELSAN-ın ümumi alış larında Türkiyənin yerli şirkətlərinin payı 2020-ci ildə 73% -ə yüksəlib və verilən hər 10 sifarişdən 9-u kiçik və orta biznes şirkətlərinə yönəldilib. ASELSAN ili rekord səviyyədə mənfəət ilə başa vurub və il sonu nağd gəliri 4 milyard TL olaraq reallaşıb. Haluk Görgün açıqlamalarını əmək daş ları olan konsorsium üzvləri ilə birlikdə 20 mindən çox respirator (tənəffüs aparatı) istehsal etdiklərini bildirməsi ilə yekun laşdırıb: “Müdafiə elektronikasından səhiy yəyə, rabitə sistemlərindən maliyyə texnologiyalarına, enerji və nəqliyyat sistemlərindən kosmik texnologiyalara qədər fəaliyyət göstərdiyimiz hər sahədə məhsullarımızın və xidmətlərimizin millətimizə faydalarını qürurla müşahidə edirik. Pandemiya vəziyyətinin pisləşdiyi dövrdə millətimizin xidmətinə təqdim etdiyimiz tənəffüs cihazımız bu məh sullardan biri oldu. ASELSAN əməkdaşlıq etdiyi konsorsium üzvləri ilə birlikdə qısa müddətdə 20 mindən çox respirator istehsal etdi və COVİD-19 ilə mübarizədə səhiyyəmizə çox əhəmiyyətli dəstək verdi. Tənəffüs cihazlarımız dövlətimizin koordinasiyası ilə dost və qardaş ölkələrə təqdim edildi. ASELSAN olaraq hədəfimiz, fəaliyyət göstərdiyimiz bütün sahələrdə yüksək standartlı texnoloji məhsullar və xidmətlər istehsal edərək ölkəmizin xarici asılılığını azaltmaqdır. 45 ildən çox təcrübəsi, yüksək mühəndislik bacarığı və maliyyə gücü ilə ASELSAN bu hədəfləri reallaşdırmağa qadirdir. Türk millətinin göz bəbəyi olan və bizə əmanət edilən ASELSAN-ı bu uğurlu nəticələrin daha çox yüksəlişinə daşımaq üçün dayanmadan və yorulmadan çalış mağa davam edəcəyik. Bütün tərəf daşlarımıza, xüsusən də işçilərimizə bizə etimad göstərdikləri, hər zaman yanımızda olduqları üçün təşəkkür edirəm və uğur larımızın daha da artacağını ümid edirəm”.
ASELSAN rekord sayda elektrooptik sistem tədarük edib
Türkiyənin ASELSAN şirkəti tərəfində istehsal edilən 1000 ədəd “Doruk” elektrooptik sensor sistemi və 960 ədəd “Timsah” termal silah durbini təhlükəsizlik qüvvələrinə çatdırılıb. ASELSAN şirkətinin İdarə Heyətinin sədri və baş direktoru Haluk Görgün iştirakı ilə keçirilən mərasimdə elektro-optik sahədə rekord sayda cihaz təhlükəsizlik qüvvələrinə təhvil verilib. Bildirilib ki, Türkiyə Silahlıı Qüvvələri başda olmaqla ölkə daxilində və xaricdə fərqli istifadəçilər tərəfindən istifadə edilən “Doruk” elektro-optik sensor sistemində təhvil verilən toplam miqdar 2020-ci ilə qədər 1000 ədədə çatıb. “Doruk” elektro-optik sensor sistemi təhlükəsizlik qüvvələrinin ehtiyaclarının qarşılanması məqsədilə əldə, üçayaqlı dayaq üstündə və uzaqdan idarəolunan konfiqurasiyalarda hazırlanıb. “Doruk” elektro-optik sensor sistemi hüquqmühafizə və sərhəd mühafizəsi fəaliy yət lərində, o cümlədən xüsusi təyinatlı qüvvələrdə, sərhədyanı əməliyyatlarda, artilleriya bölmələrinin yönləndirilməsində, koordinatın hesablanmasında, habelə düşmənin təsbit edilməsində kəşfiyyat və müşahidə məqsədi ilə istifadə oluna bilər. “Timsah” termal silah durbini soyut masız mikrobolometr detektora sahib infraqırmızı görüntü cihazıdır. “Timsah” durbini bölmələrin istifadə məqsədinə uyğun olaraq, fərqli tüfəng və mənzil uzaqlığına görə, müxtəlif konfi qura siya larda tədarük edilir. Tüfəngin üzərinə
quraşdırılan termal silah durbini əsasən xüsusi təyinatlı qüvvələr tərəfindən sərhədyanı əməliyyatlar üçün istifadə edilən elektro-optik cihazlardan biridir. ASELSAN şirkətinin, gündüz dur binlərin ön hissəsinə əlavə xüsusiyyəti ilə sıfırlama tələb etmədən plaqin (ing. plugin) və nişangah olaraq istifadə olunan iki fərqli termal silah durbin ailəsi var. Jandarma Baş Komandanlığın tələbinə uyğun olaraq, ikili istifadə termal silah durbini hazırlanaraq tək bir cihazda həm plaqin, həm də nişangah xüsusiyyətləri ilə sifarişçinin istifadəsinə verilib. Yeni konfiqurasiyanın ilk partiyası 2020-ci ilin dekabr ayında Jandarma Baş Koman danlığna çatdırılıb. Şirkət rəhbərliyinin açıqlamasına görə, bütün müştərilər tərəfindən ən yüksək səviyyədə izlənilən və istifadəçilər tərə findən bəyənilən yeni nəsil “Doruk” elektrooptik sensor sistemi və “Timsah” termal silah durbini üçün sifarişlər artmaqda davam edir.
ASELSANın 100 000ci
ATOM elektronikası
Türkiyənin ASELSAN şirkəti Müdafiə Sənayesi Komitəsinin (SSB) rəhbərliyi altında həyata keçirilən 35 mm hava hücumundan müdafiə sisteminin modern ləşdiriliməsi (HSSM) və proqramlaşdırılan qəlpəli atəş yığımı tədarükü (PMT) müqaviləsi çərçivəsində ATOM adlı 35 mm çaplı proqramlaşdırılan qəlpəli atəş yığımı istehsal edir. 2017-ci il dekabr ayının 29-da imzalanan müqavilə çərçivsində bu günə qədər ASELSAN müəssisələrində 100 000 atəş yığımı elektronikası istehsal edilib. ATOM 35 mm proqramlaşdırılan qəlpəli atəş yığımı həssas zaman sayma və ölçülən sursat çıxış sürətinə görə düzəldilən zaman proqramlama bacarıqları sayəsində yüksək məhvetmə dəqiqliyinə çatır. Beləliklə, lüləli sistemlərin təsirli hava hücumundan müdafiə silahları olaraq istifadə edilmələrinə imkan yaranır. Modernləşdirilmiş yedəkdə daşınan top və “Qorqud” zenit-top kompleksində istifadə olunan ATOM 35 mm proqram laş dırılan qəlpəli atəş yığımı döyüş təy yarəsi, helikopter kimi ənənəvi aviasiya hədəfləri, habelə “hava-yer” tipli raketlər, qanadlı raketlər, pilotsuz uçuş aparatları kimi modern hava təhdidlərinə qarşı effektiv olur. ATOM 35 mm proqramlaşdırılan qəlpəli atəş yığımı ASELSAN şirkətinin baş podratçılığıyla MKEK və TÜBİTAK SAGE ilə birlikdə hazırlanıb. 100 000 ədəd sursat elektronikasının istehsalı ASELSANda qurulan avtomatlaşdırılmış sursat elektronikası istehsal xəttində tamamlanıb. Bu münasibətilə istehsal xəttində COVİD19 tədbirləri diqqətə alınaraq məhdud çərçivədə mərasim təşkil olunub. ASELSAN mütəxəssislərinin sözlərinə görə, layihə çərçivəsində qazanılan təcrübə və məlumat bazası ilə çoxçeşidli kalibr və tipdə ağıllı sursatların qısa müddətdə hazırlanması mümkündür. PQ