15 minute read
ANALİZ
“TopGun” partladıcılı 155 mmlik atəş yığımları (ön planda).Foto: İnternet
LÜLƏLİ ARTİLLERİYA SİLAHLARI ÜÇÜN İDARƏ OLUNAN DÖYÜŞ SURSATLARI
Advertisement
?Əhəd Əzizov
Bir qədər yerüstü artilleriya sistemləri üçün idarə olunan döyüş sursatları mövzusuna toxunaraq bir daha qeyd etmək olar ki, ənənəvi olaraq, artilleriya ümumqoşun əməliyyatlarında atəş dəstəyinin ən vacib komponenti hesab olunur.
Lüləli artilleriyanın qarşıya qoyulan tapşırıqları yerinə yetirmək bacarığı daima təmin edilməli, ənənəvi iriçaplı sursatların istehsalı ilə yanaşı, hədəflərə təsirini yüksəltmək üçün yüksək dəqiq likli sursat nümunələri inkişaf etdiril məlidir. ABŞ-ın “Martin Orlando” (mərmi), “Naval Weapons Laboratory Dahlgren” (özütuşlanan başlıq) və “Hughes” (xüsusi işıqlandırıcı hədəfgöstərici) şirkətləri tərə fin dən hazırlanmış 155 mm “COPPERHEAD”(qoşun indeksi M712) atəş yığımı lazerlə idarə olunan döyüş sursatlarının ilk nümunəsi olsa da, bu tip sursat özünün geniş təşəkkülünü tap mamışdır. Özütuşlama üsulu ilə idarə olunan mərmilərin perspektivi və yüksək döyüş qabiliyyətləri alay və briqada səviy yəsindəki, eləcə də diviziya-korpus-ordu səviyyəsindəki 122, 130, 152 və 155 mm çaplı artilleriya sistemləri üçün belə mərmilər yaratmaq vəzifəsi qoymuşdur. Dəqiqliyi artırmaq üçün həll yol ların dan olan özütuşlama üsulu iki istiqamətə ayrılır: bir istiqamət lazerlə idarə olunan mərmilərin istifadəsi, digər istiqamət isə peyk naviqasiyasının isti fadəsidir. Hazırda bu tapşırıq uğurla icra olu naraq müxtəlif çaplı artilleriya sis tem ləri üçün idarə olunan mərmilər yaradılıb. XX əsrin 80-ci illərindən etibarən, keçmiş SSRİ-də, sonradan isə Rusiyada lazerlə idarəetmə texnologiyasından istifadə edilərək müxtəlif çaplı artilleriya sursatları yaradılıb. Bu sıraya əsasən lüləli artilleriya sistemləri üçün 122 mm-lik və 152 mm-lik “Kitolov” və “Santimetr” atəş yığımları daxildir. “Kitolov” idarə olunan artilleriya kom pleksi Rusiya Federasiyasının “Tula Cihazqayırma Konstruktor Bürosu” tərə fin dən yaradılıb. Özündə lazer məsa fə ölçəninin işıqlandırmasından əks olunan yarıaktiv lazer özütuşlama başlıqlı kor rek tə olunan qəlpəli-fuqas mərmini birləşdirir. Zirehli hədəflərin və mühəndis qurğularının məhv edilməsi üçün təyin edilib. Özütuşlama başlığı “Leninqrad Op tika-Mexanika Birliyi” tərəfindən ya radılıb. Mərminin trayektoriyada idarə olun ması aerodinamik sükanlar vasitəsilə ye ri nə yetirilir. Atəş yığımının 122 mm-lik D-30 haubitsasından və 2S1 “Qvozdika” özü ye ri yən artilleriya qurğusundan istifa də üçün KM-3 “Kitolov-2M”ayrı giliz dol du rum lu KB122 növü mövcuddur. Mər minin döyüş hissəsi qəlpəli-fuqas tiplidir və hədəfi üstdən, uçma-şığıma trayek to riyası üzrə məhv edir. Yedəyə alınan artilleriya bölmələri üçün nəzərdə tutulmuş kompleksin tərki binə 122 mm-lik idarə olunan mərmi, dəyişən tullayıcı atım və “Malaxit” atəşi avtomatik idarəetmə kompleksi daxildir. Özüyeriyən artilleriya qur ğu larında isə “Malaxit” kompleksi tətbiq edilmədən 1D20, 1D22, 1D22M, 1D26 və 1D26M lazer hədəfləyici-məsafə ölçə nindən istifa də olunur. 152 mm-lik “Santimetr” idarə olunan artilleriya atəş yığımı Rusiyanın “Ametex” Elmi-Texniki Kompleksi QSC tərəfindən yaradılıb. 2K24 idarə olunan artilleriya silahı kompleksinin tərkibinə daxildir.
122 mmlik K122 idarə olunan mərmi (solda) və “Malaxit” atəşi avtomatik idarəetmə kompleksi (sağda)
Mərminin trayektoriyada idarə olunması (korrektə) reaktiv impuls mühərrik lərinin vasitəsilə yerinə yetirilir. “Santi metr-M” və “Santimetr-M1” kimi modifi ka siyaları mövcuddur. Atəş yığımı 152 mm-lik D-20 “Xitin”, ML-20, 2A65 “MstaB” yedəyə alınan toplardan, eləcə də 2S3M “Akatsiya”, 2S19 “Msta-S” və NATO stan dartlı 2С19М1-155 özüyeriyən artil leriya qurğularından atəş aparmaq üçün istifadə edilir. Bunlardan başqa, Rusiyanın “Tula Cihazqayırma Konstruktor Bürosu” tərə fin dən korrektə olunan 152 və ya 155 mm çaplı “Krasnopol” atəş yığımı yaradıl mış dır. Mərminin özütuşlama başlığı “Leninqrad Optika-Mexanika Birliyi” tərəfindən, atəş yığımının özü ümu mi lik də isə “İjmaş” ASC tərəfindən istehsal edilir. Zirehli hədəfləri və hərbi hədəfləri ilk atışdan məhv etmək üçün nəzərdə tutulub. Düzəlişlər son uçuş sahəsində, hədəfdəki lazer işarəsinə görə aero dinamik sükanlarla həyata keçirilir. Atış məsafəsini artırmaq üçün mərminin reaktiv mühərriki və ya dib qaz gene ratoru var. İnkişaf etmiş aerodinamik səthlər hədəfə süzməni təmin edir, məsa fəni artırır və bulud hündürlüyü məh dudiy yətlərini azaldır. 9E421 yarıaktiv lazer özü tuşlanan başlıqlı 152 mm-lik 3OF39 “Krasnopol” korrektə olunan qəlpəli-fuqas mərmi (3VOF64 və 3VOF93 atəş yığımlarının tərkibində istifadə olunur) 1D15 (1D20, 1D22) tipli lazer məsafəölçəni ilə işıqlandırılan hədəfdən əks olunmuş siqnalı qəbul edərək idarə olunur. İdarə olunan kompleksin tərkibinə atışı sinxronlaşdırma dəsti 1A35 və R-159M radiostansiyası daxildir. İdarə olunan atəş yığımı ilə 152 mm-lik D20 “Xitin”, 2S3M “Akatsiya”, 2S19 “Msta-S”, 2A65 “Msta-B” aartilleriya sistemlərindən atış aparmaq mümkündür. “Krasnopol” idarə olunan artilleriya sursatının bir neçə modifikasiyası möv cud dur: - 155 mm-lik K155 və ya KM-1 “Krasnopol” (bəzi mənbələrdə “Kras nopol-155” kimi göstərilir) atəş yığım ları М109А2/А6 (ABŞ), G5 və G6 “Rhino” (CAR), FH77B (İsveç), TRF1 (Fransa) və
Əsas taktiki-texniki xassələri: KM-3 “Kitolov-2M” atəş yığımının əsas taktiki-texniki xassələri:
Əsas taktikitexniki xassələri:
155 mmlik KM155M2 idarə olunan mərmi (solda) və “Malaxit” atəşi avtomatik idarəetmə kompleksi (sağda). Foto: internet
digər silah sistemlərindən atış aparmaq üçün təyin edilib. Atəş yığımının tərkibinə K155 mərmisi və VK155 atımı daxildir. - 152 mm-lik 3OF39M “Krasnopol-M” – 3OF39 “Krasnopol” atəş yığımının monoblok modifikasiyasıdır. Sursat adi idarə olunmayan qəlpəli-fuqas atəş yığı mının çəki-qabarit xassələrinə uyğun hazır landığı üçün özüyeriyən artilleriya qurğularının ştat döyüş yığımında rahat yerləşir. Stabilizatorların sayı 4-dən 6-ya qaldırılıb. 3OF39 “Krasnopol” mərmisinə nisbətən daha düz trayektoriya ilə atış aparma imkanı səbəbindən “Krasnopol-M” mər misi üçün bulud sərhəddinin mini mum hündürlüyünə olan tələblər az oldu ğu üçün hərbi əməliyyat müddətindən asılı olaraq əlverişli tətbiqetmə vaxt 1030% artıb. Hədəfi vurma ehtimalı daha yük səkdir – 0,8-0,9 (3OF39 “Krasnopol” üçün 0,7-0,8). - 155 mm-lik K155M və ya KM-2 “Krasnopol-M2” – “Krasnopol-M” idarə olunan artilleriya mərmisinin NATO standartlarına uyğun hazırlanmış 155 mm-lik daha bir versiyasıdır. Atəş yığımının tərkibinə lazerlə işıqlandırılan hədəfə yarıaktiv özütuşlamalı 155 mm çaplı K155M korrektə olunan yüksək qəlpəli-fuqas mərmisi daxildir. İlk atışdan 25 km-ə qədər məsafədə dayanan və hərəkətli zirehli və zirehsiz hədəfləri və mühəndis qurğularını məhv etmək üçün təyin edilib. Qalxma-dalma trayektoriyası boyunca yuxarıdan məhvetmə üsuluna əsaslanır. Bu atəş yığımının tərkibinə daxil olan mərminin idarə edilməsi üçün Qərb istehsalı olan, məsələn, Fransanın CILAS şirkəti tərəfindən istehsal edilən DHY307 lazer hədəf gös təricisi də istifadə edilə bilər. - 152 mm-lik “Krasno pol-D” atəş yığımı “Krasno pol” atəş yığımının artırılmış atış məsafəli və peyk navi qasiya idarəetmə sistemli modifi kasi yasıdır. Hazırda üzərində konstruk tor-tamamlama işləri yerinə yetirlir. Müstəqillik əldə etdikdən sonra, Uk raynanın“Proqress” Elmi-İstehsalat Kom pleksi və “Toçnost” Mərkəzi Konstruk tor Bürosu tərəfindən 152 mm “Kvitnik” atəş yığımı yaradılıb. Atəş yığımının tərkibinə 9E431 yarıaktiv lazerlə özütuşlama başlıqlı 152 mm çaplı korrektə olunan qəlpəli-fuqas mərmisi və atım daxildir. 152 mm-lik “Msta-S”, 2S3M “Akatsiya” kimi özüyeriyən artilleriya qurğularından istifadə və zirehli hədəflərin, komanda məntəqələrinin və mühəndis qurğu larının ilk atışdan məhv edilməsi üçün təyin edilib. Saniyədə 10 metrə qədər sürətlə hərəkət edən hədəfləri 0.9 ehtimalı ilə vurmağa qadirdir. 152 mm “Kvitnik” atəş yığımının artilleriya silahlarından tətbiq olunması üçün 3 modi fikasiyası mövcuddur: 122 mm-lik “Karasuk”, 152 mm-lik “Kvitnik” və 155 mm-lik “Kvitnik-155”. Peyk naviqasiyasının dəqiqliyi möv cud peyklərin sayından və siqnal keyfiy yətindən asılıdır. Müasir qlobal möv qe ləmə sistemləri GPS yalnız Amerika peyklərinə güvənir. Bu tip sursatların gələcək əhəmiyyətinin açıq əlaməti bir neçə Avropa ölkəsinin Amerika NAVSTAR GPS-dən uzaqlaşmaq və ABŞ-dan müstəqillik zəmanəti yarat maq məqsədi ilə öz peyk sistemlərini “Galileo” GNSS yaratmaq qərarıdır. Rusiya QLONASS və Çin “Beidou” GNSS də daim avtonom peyk naviqasiya sistemlərinin tətbiqi üzərində işləyirlər. Ümumi ter mi nologiyanı sadələşdirmək üçün bu məqalədə bütün qlobal mövqeləmə sis temləri GPS termini ilə adlandırılmışdır. GPS üzrə idarə olunan döyüş sur satının ilk funksional hissəsi hədəfin aş karlanmasıdır. Bunun üçün ön mü şa hidəçilər, hədəf aşkaretmə radarları və ya hava və peyk kəşfiyyat vasitələri də daxil olmaqla artilleriyanın bütün adi və yoxlanılmış kəşfiyyat vasitə lərin dən istifadə edilə bilər. Hədəfin koordinatları təyin olunan kimi məlumat müasir döyüş idarəetmə sistemlərinə ötürülür. Bu sistemlər tapşırığın planlaşdırılmasını təmin edir və aşkar edilmiş hədəfin hansı şəkildə atəşə tutulacağına qərar verir. Bir hədəfə atəş əmri verilərkən, atəş
152 mmlik “Kvitnik” mərmisi
qruplarının atış üçün uyğun bir vəziy yətdə olub-olmadığı, yoxsa hələ də bu mövqeləri almaları lazım olduğu yox lanılır. Bu vaxt seçilmiş atəş heyət lərinin idarəetmə komponentləri istə nilən uçuş trayektoriyasını hesablayır və silahı atəş üçün məlumatlarla təmin edir. Müasir artilleriya topu avtomatik olaraq əvvəl cədən təyin olunmuş parametrlərə uyğun olaraq tuşlanır: üfüqi və şaquli nişanalma bucaqları, uyğun nəticəyə nail olmaq üçün tələb olunan mərmi və atımın növü seçilir. Doldurmadan əvvəl və ya doldurma zamanı və ya atəş açılan zaman, elek tronikaya elektrik gərginliyi verilir və hədəf haqqında məlumatlar ötürülür. Atəş açılır, mərmi lülədən çıxır və özünün ballistik trayektoriyası boyunca hədəfə doğru uçur. Müəyyən bir anda mərminin avionikası idarəetməni öz üzərinə gö tü rür. Peyk məlumatlarına əsasən, elektro nika daim mərminin mövqeyini təyin edir və əldə edilmiş hədəf xüsusiyyətləri ilə müqayisə edir. Sapmalara idarəetmə mexanizmlərinə göndərilən idarəetmə siqnalları vasitəsi ilə düzəliş edilir. Hədəfə yaxınlaşmanın son mərhələsində getdikcə daha qısa aralıqlarla düzəlişedici tədbirlər həyata keçirilir və gələn sükana nəzarət siqnallarının sayı artır. Bu alqoritm hazırda ən yüksək dəqiqliyi təmin edir. Bu növ sursatın ən tanınmış nüma yəndəsi ABŞ-ın “Raytheon Missile Sys tems” və İsveçin “BAE Systems Bofors” şirkətlərinin birgə yaratdığı 155 mm “Excalibur” (qoşun indeksi M982) mərmisidir. Mərmi həm GPS peyk, həm də İNS inersial idarəetmə sisteminə sahibdir. Atəş yığımı ilə atış məsafəsi lüləsinin uzunluğu 39 çap olan toplardan 40 km, 52 çap olan toplardan isə 50 km təşkil edir. Mərminin uzaq atış məsafəsi quyruq qanadlarının və dib qaz generatorunun sayəsində əldə edilir. Bu atəş yığımları ABŞ qoşunları tərəfindən ilk dəfə 2007-ci ildə İraqda uğurla istifadə edilmişdir: 70 ədəd atılmış mərmidən 64 ədədi hədəf dən 4 metrdən az sapma vermişdir. Onun dəqiqliyi, bir tərəfdən qoşunlara sıx məs kun laşmış rayonlarda tək hədəfləri vur maq imkanı, digər tərəfdən isə öz böl mələrinə yaxın ola biləcək atəş dəs təyini verir. “Excalibur Ib” (qoşun indeksi M982E1) konstruksiyası özünü təsdiq etmiş “Excalibur Ia” konstruk siya sına əsaslanır, lakin daha az detallara sahibdir və istehsalı daha asandır. Bu dəyişikliklər isə döyüş sursatlarının qiymətini aşağı salmış və etibarlılığını artırmışdır. “Excalibur Block II” atəş yığımının iki növ döyüş başlığı olan variantı da hazırlanıb: 64 ədəd M85 DPICM ikili məqsədli təkmilləşdirilmiş adi sursat qəlpəli-kumulyativ döyüş elementli döyüş başlığı və ya partladıqda “zərbə nüvəsi” yaradan SADARM tipli iki özütuşlanan döyüş başlığı. “Excalibur” mərmisi sınaq atışı aparmadan hədəfləri vura və eyni zamanda silahı tuşlama bucaqlarını dəyişdirmədən belə atəşi yeni hədəfə sürətlə keçirə bilir. Uçuş tapşırığının mərmiyə daxil edilməsi mərminin uc hissəsinə bir neçə saniyəlik keçirilən partladıcını induksiya qurucusu vasitəsilə həyata keçirilir. Bu zaman atəş mövqeyi və hədəfin GPS koordinatları, döyüş başlığının part ladılması rejimi və s. təyin olunur. Tra ektoriyanın əsas hissəsi süzmə rejimində keçir. Hədəfə yaxınlaşdıqda, mərmi de mək olar ki, şaquli bir trayektoriyaya keçir və bu da sıx şəhər yerlərində, çətin şə hər mühitində yerləşən hədəfləri vur mağa imkan verir. Atəş yığımının ən sonuncu modi fikasiyalarından biri, GPS/INS tuşlamalı ən yüksək dəqiqlikli “Excalibur Block 1b” modifikasiyasıdır. Mərminin dairəvi sapma ehtimalı (DSE) 2 metrdir. 2013-cü ilin ortalarından etibarən ABŞ-ın “Raytheon Missile Systems” şirkəti yarıaktiv lazer özütuşlama başlığı ilə “Excalibur 1b” atəş yığımına əsaslanan “Excalibur S” mərmisi üzərində işləyir. Lazer özütuşlama başlığının olması, hədəfin koordinatlarını təyin edərkən yol səhvlərini aradan qaldırır və hərəkət edən obyektlərə hücum etməyə imkan verir. Hədəfin işıqlandırması ön kəşfiyyat qru pundan və ya pilotsuz uçuş aparatından (PUA) istifadə edərək həyata keçirilir.
“Excalibur Block 1b” atəş yığımının əsas xassələri:
İdarə olunan artilleriya sursatlarının böyük əksəriyyətində lazımi elektronika və mexanika, “Excalibur” sursatında ol duğu kimi mərminin gövdəsinə yerləş dirilir. Lakin bu, nisbətən bahalı variant dır. Ənənəvi sursatların istifa də sinə im kan verən mövcud tendensiya bizə daha üstün həll yolu göstərir. Bunu əldə etmək dən ötrü mərminin yerini və sap ma sını hesablamaq üçün partladıcının içərisinə yerləşdirilmiş elektronikaya eh ti yac var. Bu yanaşmanın bir nümunəsi olaraq ABŞ-ın “Alliant Techsystems (ATK)” tərəfindən istehsal olunan 155 mm-lik artilleriya sursatı üçün XM1156 PGK dəqiq tuşlama dəstini göstərmək olar. Qeyd olunan tendensiyaya əsas lanaraq, İsrailin “İsrail Aerospace Industries” (IAI) şirkəti “TopGun” part ladıcısını (artilleriya mərmisini idarəetmə modulunu) yaradıb. Bu, bütün 155 mmlik adi mərmilərə quraşdırılan navi qa siyalı və idarə olunan bir part ladıcıdır. “TopGun” partladıcısı ilə təchiz edilmiş mərminin 40 km məsafədə maksimal dairəvi sapma ehtimalı (DSE) cəmi 20 metr təşkil edir. İtaliyanın “OTO Melara” şirkəti yerüstü artilleriya sistemləri üçün 155
155 mmlik M982 EXCALIBUR mərmisi
XM1156 PGK dəqiq tuşlama dəsti. Foto: internet
mm “Vulcano” çapaltı idarəolunan atəş yığım larını yaradıb. 155 mm-lik “Vulcano” sursatı, raket mühərriki olmayan, təxminən 1000 mm uzunluğunda və 90 mm diametrində çapaltı pərli mərmini özündə eh tiva edən, 1554 mm uzun lu ğun da unitar atəş yığımıdır. Mərmilər “Vulcano” GLR GPS/INS tuşlama ilə və “Vulcano” GLR/SAL yarıaktiv lazer özü tuşlanan başlıqlı idarəetmə sistemləri ilə təchiz edilə bilir. Komanda qurğusu daşı nan və ya artilleriya sisteminə quraş dırılan ola bilir. Atəş yığımının inersial/GPS tuşlamalı GLR variantı ilə uzunluğu 52 çap olan artilleriya silahından 80 km məsafəyədək, uzunluğu 39 çap olan artilleriya silahın dan isə 55 km məsafəyədək atəş aparmaq mümkündür. Zərbə təsirli partladıcılı özü tuş lama başlığının aerodinamik for ma sından asılı olaraq, yarıaktiv la zer/GPS/ inersial tuşlamalı variantla daha az məsafəyə atəş aparılır. Atəş yığımı 155mm/52 çap lüləli və 155mm/39 çap lüləli artilleriya sistem lərin dən atəş aparmaq üçün nəzərdə tutulub. Hazırda Fransanın “Nexter Munitions” şirkəti tərəfindən 155 mm-lik MRM idarə olunan atəş yığımları yaradılır. MRM atəş yığımının dairəvi sapma ehti malının 1 metrdən az olması plan laş dırılır. Atəş yığımı platformasız yarıaktiv lazer özütuşlama başlığı ilə, ön hissədə yerləşən sükanlarla və trayektoriyanın orta hissəsində naviqasiya üçün opsional sistemlə təchiz ediləcək. Opsional navi qasiya sistemi olmadan uçuş məsafəsi 28 km, onunla birlikdə 40 km təşkil edəcəkdir. Atəş yığımı 155 mm/52 çap lüləli və 155 mm/39 çap lüləli artilleriya sis tem hazırlanmış kumulyativ qıfdan isti fadə olunur. “Poongsan” şirkətinin digər məhsulu isə 100 km atəş məsafəli 155 mm-lik GGAM 100K idarə olunan süzən artil leriya atəş yığımı və 127 mm-lik GGRM-5 raket mühərrikli atəş yığımıdır. Mər milər təyyarə sxemi üzrə layi hələndirilib və yığılan böyük qanadlara sahibdir. İdarəetmə, mərminin quyruq hissəsində yerləşən dörd sükan vasitəsilə yerinə yetirilir. Hədəfi üstdən məhv etməkdən ötrü mərminin döyüş hissəsində SMArt 155 özütuşlanan alt sursat yerləşdirilmişdir.
Özütuşlama başlıqlı 155 mm “Vulcano” mərmisi. Foto: internet
MRM atəş yığımının əsas xassələri:
lərindən atəş aparmaq üçün nəzərdə tutulub. Cənubi Koreyanın “Poongsan” şirkəti tərəfindən yeni 155 mm-lik K9 “Thunder” özüyeriyən haubitsası üçün GPS/INS idarəetmə sistemli K310 tank əleyhinə atəş yığımı yaradılıb. Atəş yığımının mərmisinin dib hissəsində qaz generatoru nəzərdə tutulub. Kombinələşdirilmiş döyüş hissəsi SMArt 155 özütuşlanan alt sursatdan və 49 ədəd K221 DPICM (Dual-Purpose Improved Conventional Munition – ikili məqsədli təkmil ləş dirilmiş konvensiya sursatı) qəlpəlikumulyativ döyüş ele men tindən iba rətdir. Atış məsafəsi 36 km təşkil edir. K221 qəlpəli-kumulyativ döyüş ele menti nin konstruk siyasında, ADD şirkəti tərəfindən hazırlanmış mis-vol fram ərin tisindən (ənənəvi olaraq xarici sur satlarda istifadə olunan mis qıf əvə zinə)
Atəş yığımlarının əsas xassələri:
Çin Xalq Respublikasının Xalq Azadlıq Ordusu uzun illər ərzində keçmiş SSRİ/Rusiya istehsalı olan silah və hərbi texnikalardan istifadə etdiyi üçün idarə olunan artilleriya sursatlarının ilk nümunələri də həmin
155 mmlik MRM mərmisi
standartlar əsa sında hazırlanıb. NORİNCO şirkəti Rusi yanın “Tula Cihazqayırma Konstruk tor Bü ro su”ndan aldığı texnoloji sənədlər, həmçinin Rusiyadan alınan özütuşlama başlıqları və digər dəstləşdirici element lərin bir hissəsi əsasında 152 mmlik “Krasnopol” idarə olunan atəş yığım larının istehsalını həyata keçirib. Müəy yən müddətdən sonra optoelektron ava danlığın istehsalı ilə məşğul olan “SİCONG” Sənaye Qrupu özütuşlama baş lıq larının istehsalını mənim səyib və sonradan “Krasnopol” atəş yığı mının Çin analoqunun istehsalı davam etdirilib. Sonradan Çində 155 mm-lik GP155 markalı və onun modifikasiyası olan GP155A markalı idarə olunan atəş yığım larının istehsalına başlanılıb. Hər iki variant lazer özütuşlama başlığı ilə təchiz edilib. GP155 atəş yığımının atış məsafəsi 3 – 20 km, GP155A atəş yığımının atış məsafəsi isə 6 – 25 km təşkil edir. Atəş yığımının digər modifikasiyası olan GP155B isə peyk tuşlama sistemli özütuşlama başlığı ilə dəstləşdirilir. Bu sursat həm ABŞ-ın NAVSTAR GPS, həm də Çinin Beidou GNSS naviqasiya sistemləri ilə işləyə bilir.
Çində yaradılmış digər idarə olunan artilleriya sursatı isə iki variantda hazır lanmış 155 mm-lik WS-35B və WS-35R atəş yığımlarıdır. Hər iki variant atəş yığımı Çin istehsalı olan, lüləsinin uzun luğu 52 çap PLZ-05 və onun modifi ka siyası, lülə sinin uzunluğu 54 çap PLZ-04 özüyeriyən artilleriya qurğu ların dan atəş aparmaq üçün nəzərdə tutulub. Mərmilərin idarə olunması inersial/GPS sistemi ilə yerinə yetirilir. WS-35B atəş yığımı öz görünüşünə görə ABŞ-ın “Excalibur” atəş yığımına bənzəyir. WS-35R atəş yığımı isə bir az uzundur (1620 mm), mərminin kütləsi 18 kq-dır, quyruq bloku başqa konstruksiyaya sahibdir və açıq mənbələrdə olan
Atəş yığımlarının əsas xassələri:
məlumat lara əsasən, raket mühərriki ilə dəst ləş di rilib. Elan olunmuş atış məsafəsi 100 km, mak simal məsafədə dairəvi sapma ehtimalı 40 metrdir. Almaniyada “Diehl Defense GmbH& Co. KG Diehl Defense” və “Rheinmetall AG” şirkətlərinin daxil olduğu “GIWS” kon sor siumu tərəfindən 155 mm-lik “SMArt-155” 155 mm-lik kasset mərmili və eyniadlı özütuşlanan döyüş elementli atəş yığımı hazırlanmışdır. SMArt-155 mərmisi üç hədəf göstərici sensora malikdir (həm passiv, həm də aktiv yer prinsipləri ilə işləyən miniatür radar, həmçinin infraqırmızı detektor). Sensorlar eyni vaxtda işləyir və ölçmə sisteminin çıxışında ümumiləşdirilmiş hədəf görün tüsü əmələ gətirir. Etibarlılığı təmin etmək üçün sensorlardan alınan siqnallar, özütuş lanan döyüş elementinin yalan hədəflərə reaksiya verməməsindən ötrü iki xüsusi tarama alqoritmindən istifadə edən prosessor tərəfindən işlənir. Hədəfin əsas (termal) görüntüsü infraqırmızı sensor siqnalları əsasında sintez olunur. 155 mmlik GP155 mərmisi
Aktiv və passiv millimetr dalğalı radar sensorları, hədəfin metal üzlük lərinə, ha belə mühəndis konstruk siya larının dəmir-beton örtüklərinə həssas Hər mərminin daxilində sensor part ladıcılı və “atdın-unutdun” funksi yasına sahib iki avtonom altsursat var. Hər bir altsursat, əsas döyüş tankları kimi ağır zirehli döyüş maşınlarına qarşı da istifadə üçün yüksək dərəcədə nüfuz edən bir partlayıcı zərbəli-nüfuzedici sensor (explosively formed penetrator – EFP) döyüş başlığı yerləşir. Altsursat mərmidən buraxıldıqdan sonra paraşüt açılır. Yavaş enişdə, alt sursat infraqırmızı sensor və millimetr dalğa radarından istifadə edərək aşağı dakı ərazini tarayır. SMArt-155 mər misinin bir neçə növ sensorlara əsaslanan sensor sistemi, onu hava şəraitindən asılı olmayaraq istənilən ərazidə istifadə etməyə imkan verir. Yekun olaraq qeyd etmək lazımdır ki, artilleriyanın dəqiqlik ehtiyacları art dığından ənənəvi döyüş sursatları bu ehtiyacları tam yerinə yetirə bilmir və ya
155 mmlik SMArt155 mərmisi
olan alternativ özü tuşlanan kanal yaradır. Yeni atəş yığımı 155 mm çaplı “Panzerhaubitze 2000” (Almaniya) və “Paladin” variantı daxil olmaqla M109 (ABŞ) özüyeriyən artilleriya qur ğu la rından istifadə üçün nəzərədə tutulub. Lüləsinin uzunluğu 52 çap olan sistemdən atış məsafəsi 27,5 km təşkil edir. Atəş yığımının mərmisinin kütləsi 47 kq-dır. yalnız məhdud bir şəkildə təmin edir. Bununla əlaqədar olaraq yeni növ yüksək dəqiqlikli artilleriya sursatları yaradılıb, artilleriya silahlarının uzaq məsafə və hədəfə təsiri kimi effektivlik göstəriciləri artan dəqiqliklə tamamlanıb. Və bu gün yaradılan yeni sursat növləri artıq gələcəyin tələblərinə cavab verməyə başlayıb. PQ