3 minute read
XƏBƏR “ƏJDƏR YALÇIN”ın minaatan konfiqurasiyası
Ölkə daxili və ölkə xarici istifadəçilərə fərqli konfiqurasiyalarda çox sayıda “Əjdər Yalçın” tədarük edən Türkiyənin “Nurol Makina” şirkəti “Əjdər Yalçın” zirehli maşının minaatan konfiqurasiyasını hazırlayıb. “Nurol Makina” mütəxəs sislərinin sözlərinə görə, üzərinə 120 mm minaatan sistemi inteqrasiya olunan “Əjdər Yalçın” Türkiyə Silahlı Qüvvələri, Jandarma Qüvvələri, o cümlədən xarici istifadəçilərin önəmli əməliyyat ehtiyaclarını qarşılayacaq. “Əjdər Yalçın” zirehli maşın ailəsinin yeni konfiqurasiyasına ASELSAN şirkətinin “Alkar” 120 mm minaatan sistemi quraşdırılıb. “Nurol Makina” mütəxəs sislərinin sözlərinə görə, yüksək qoruma, üstün hərəkət və faydalı yükdaşıma həcmi qabiliyyəti sayəsində sinfinin ən yaxşı nəqliyyat vasitəsi hesab olunan “Əjdər Yalçın” özüyeriyən minaatan maşını kalifikasiya sınaqlarını uğurla tamamlayıb. Minaatan kompleksi konvensional və asimmetrik savaş mühitində piyada bir liklərini görmədən atəş dəstəyi ehtiyacını qarşılaya bilir. “Əjdər Yalçın” minaatan kompleksinə 120 mm minaatan, yarıavtomatik sursat yükləmə sistemi, sursat saxlama sistemi və atış kontrol sistemi daxildir. Maşının yüksək stabilliyi, minaatandan atışların dəqiqliklə yerinə yetirilməsinə imkan yaradır. “Nurol Makina” mütə xəssislərinin sözlərinə görə, özüyeriyən minaatan kompleksi hər cür ərazi şərtlərində sahib olduğu yüksək hərəkət qabiliyyəti sayəsində, atış sonrasında sürətlə və təhlükəsiz formada yerini dəyişdirə bilir. Beləliklə, kompleksin yerinin düşmən tərəfindən müəyyən edilməsi
Advertisement
çətinləşir. “Əjdər Yalçın” özüyeriyən minaatanı, kəşfiyyat-nəzarət konfi qura siyası ilə koordinasiyalı formada xidmət göstərmək imkanına malikdir. “Əjdər Yalçın” kəşfiyyat-nəzarət konfiqurasiyası tərəfindən yüksək həssaslıqla təyin edilən hədəflər, minaatan kompleksi ilə təsirli formada atəş altına alına bilir. Döyüş meydanında özünü təsdiqləmiş “Əjdər Yalçın” hava hücumundan müdafiə; komanda-nəzarət; zirehli döyüş; zirehli personal daşıyıcı; mina və əldəqayırma partlayıcı axtarışı və zərərsizləşdirilməsi; ambulans; KBRN; radar; jammer (siqnal kəsici); tank əleyhinə idarə olunan raket; o cümlədən kəşfiyyat-nəzarət; sərhəd nəzarət və təhlükəsizlik kimi fərqli konfiqurasiyalarda istehsal olunur. Şirkət mütəxəssislərinin sözlərinə görə, “Nurol Makina”, beynəlxalq istifadəçilər ilə imzaladığı müqavilələr əsasında, əlavə ehtiyacları qarşılamaq məqsədilə həm istifadəçi rəyi, həm də konsepsiyalardakı texnoloji yeniliklərə cavab verəcək şəkildə müxtəlif faydalı yüklərin inteqrasiya edildiyi konfiqurasiyalar ilə bağlı çalışmalarını intensiv şəkildə davam etdirir. Müdafiə sənayesi sektorunda 40 ildən çox təcrübəsi, inkişaf etmiş bazası və yüksəkixtisaslı mütəxəssis heyəti ilə “Nurol Makina” 4x4 seqmentində yer alan zirehli maşınların, özünəməxsus dizaynını və istehsalını gerçəkləşdirir. “Nurol Ma kina”nın məhsul ailəsi, hər biri öz sinfində lider mövqedə yer alan “Əjdər TOMA”, “Əjdər Yalçın”, “Əjdər Kunter”, “İlgaz” və “Yoruk” maşınlarından təşkil olunub. Şirkətin açıqlamalarına görə, “Nurol Makina” istifadəçiyə maliyyə səmərəliyi nəzərə alınmaqla maşının xidmət avadanlıqları da daxil olmaqla sistem həlləri təklif edir: “Şirkət məhsullarının istifadəçilərinə davamlı təlim keçir, dünyanın bir çox yerində qurduğu servis mərkəzlərində nəqliyyat vasitələrinin baxımına ehtiyac olduğu hallarda qısa müddətdə müdaxilə edə bilir. Bu, “Nurol Makina”nın uğurunun göstəricisidir. Nəqliyyat vasitələrinin performansından və satış sonrası xidmət dəstəyindən məmnun qalan istifadəçilər əvvəlki müqavilənin seçimlərindən asılı olmayaraq yeni sifariş verməyə davam edir. “Nurol Makina”, mövcud və yeni məhsulları ilə müdafiə və təhlükəsizlik sahələrində Türk Silahlı Qüvvələri, Jandarma Baş Komandanlığı və Əmniyyət Baş İdarəsinin ehtiyaclarının qarşılanması ilə yanaşı, xaricdəki fəaliyyətlərini artan sürətlə davam etdirir”.
Türkiyə ilk insansız silahlı katerin sınaqlarına başlayıb
Türkiyənin “ARES Tərsanəsi” və “Meteksan Savunma” şirkətlərinin birgə hazırladığı insansız silahlı kater suya endirilib və dəniz sınaqları başlayıb.
“Ulaq” adlanan Türkiyənin ilk in sansız silahlı kateri (Silahlı İnsansız Deniz Aracı – SİDA) 400 kilometr üzmə uzaq lığına, 65 km/saat maksimum sürətə, gündüz və gecəgörmə qabiliyyətinə, milli şifrələnmiş rabitəyə sahibdir. Müasir kompozit materiallardan inşa edilən “Ulaq” kateri maşınlar üzərində yerləş dirilmiş komanda-nəzarət mərkəzindən, qərargahlardan və ya gəmilərdən idarə oluna biləcək. “Ulaq” ROKETSAN şirkətinin istehsalı olan 4 ədəd “Cirit” və 2 ədəd L-UMTAS raketi ilə silahlandırılıb. Katerin silahlardan atış sınaqlarının 2021-ci ilin birinci rübündə keçiriləcək. Şirkət mütəxəssis lərinin sözlərinə görə, “Ulaq” seriyası üzrə müxtəlif təyinatlı katerlərin yaradılması planlaşdırılır.
Qazaxıstan “BukM2E” ZRKləri əldə edib
Qazaxıstan Silahlı Qüvvələri 9K317E “Buk-M2E” zenit-raket komplekslərinin ilk partiyasını əldə edib. Qazaxıstan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Rusiya və Qazaxıstan arasında imzalanan müqavilə çərçivəsində “Almaz-Antey” konserni tərəfindən istehsal edilən 9K317E “BukM2E” zenit-raket kompleksi Nur-Sultana çatdırılıb. Qazaxıstan Hava Hücumundan Müdafiə Qüvvələrinin silahlanmasına qəbul edilən “Buk-M2E” ZRK-nin ordu sınaqları keçirilib. Sınaqlar zamanı “Buk-M2E” zenitraket kompleksi şərti hava hədəfini vurub.