COĞRAFİ İNFORMASİYA SİSTEMLƏRİ TEXNOLOGİYASININ HƏRB SAHƏSİNDƏ TƏTBİQ EDİLMƏSİ ?Yaşar Nəsibov İnkişaf etməkdə olan kompüter texnologiyası bir çox sahələrdə olduğu kimi, müdafiə sənayesində də özünü hiss etdirmişdir. Bunun nəticəsində idarəetmə, rabitə, kəşfiyyat, müşahidəetmə, hədəfgöstərmə, silah sistemləri, təlim animatsiyaları və s. kimi sahələrdə Coğrafi İnformasiya Sistemləri texnologiyasından istifadə edilməsi artıq bir məcburiyyət halına gəlmişdir.
Rəqəmsal xəritənin hərbi təyinatlı planşetdə istifadə edilməsi
Vəzifə və xidmətləri doğru, sürətli və iqtisadi cəhətdən səmərəli bir şəkildə yerinə yetirmək hər bir peşə sahəsində olduğu kimi, hərbi sahədə də başlıca hədəflərdən biridir. Bu əsas hədəfə çatmanın yolu isə inkişaf etmiş texnologiyaları öz işində tətbiq etməkdən keçməkdədir. Bu texnologiyanın başında Coğrafi İnformasiya Sistemləri texnologiyası gəlir. Coğrafi İnformasiya Sistemləri (CİS) texnologiyası hərbi əməliyyatlarda əsas rol oynayır və komandirlər üçün əla bir vasitədir. Hərbi bölmələrdə CİS tətbiqetmələrinin istifadəsi bölmələrin fəaliyyət və işləmə üslublarında bir inqilab yaratmışdır. Hərbi bölmələr CİS-dən kartoqrafiya, kəşfiyyat, döyüş sahələrinin idarəedilməsi, ərazi analizi, məsafədən zondlama və mümkün terror fəaliyyətinin monitorinqi daxil
olmaqla quruda və dənizdə aparılan hərbi əməliyyatlarda istifadə edirlər. İnkişaf edən texnologiyalar içərisində kompüter texnologiyasını da qeyd etmək lazımdır. Artıq Silahlı Qüvvələrin hər bir sahəsində kompüter texnologiyasından çox geniş istifadə edilir. Əvvəllər əlilə görülən işlər kompüterlərin inkişaf etməsi ilə kompüterlərdə görülməyə başlandı. İlk başlarda kompüterlər sadəcə hərbi əməliyyat meydanında hərbi hədəflərə aid məkansal və atributiv məlumatların toplandığı bir saxlanc idi. Proqram təminatlarının inkişaf etməsi ilə kompüter yaddaşlarında – saxlanclarda toplanmış əməliyyat meydanına və hərbi hədəflərə aid coğrafi məlumatların analizini aparmaq mümkün oldu. Hərbi əməliyyat meydanında ərazinin topoqrafik elementləri, məsələn, relyef, torpaq
və qrunt haqqında məlumatların toplanması əməliyyatlara hazırlıq mərhələsində ən vacib tapşırıqlardan biridir. Çünki bu topoqrafik elementlərin bir-biri ilə kombinasiyası iqlimlə birlikdə müxtəlif ərazi tipləri əmələ gətirir ki, onların da hər birinin özünəməxsus xüsusiyyətləri vаrdır. Bu хüsusiyyətlər döyüş əməliyyatlarının təşkilinə və döyüşün aparılmasına, hücumda və müdafiədə qoşunların tərtiblənməsinə, döyüş texnikasının tətbiq edilməsinə, hücumun sürətinə, ordunun kütləvi qırğın silahlarından müdafiəsinə, yürüşün sürətinə və s. öz təsirini göstərir. Buna görə də ərazi, döyüş şəraitinin əsas və daimi ünsürlərindən biri olmaqla qoşunların döyüş fəaliyyətinin bütün tərəflərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Dünyada baş verən müharibələrin, həmçinin 1-ci və
53