Görkəmli ədibimiz Səməd Vurğunun dillər əzbəri ol muş belə bir misrası var: “Sirrini verməyir sirdaşa dünya”. Bu fəlsəfi fikir insanı hər zaman düşünməyə vadar edir: necə olur ki, elmin, texnikanın, insan zəkasının bu qədər irəli getdiyi bir vaxtda, dünyanın sirlərindən, müəmmala rından tam agah olmuruq? Kosmosa yol tapan, qeyri-adi ixtiralara imza atan insan necə olur ki, min illərdir yaşadığı torpaqda gizlənən sirləri, təbiətin şıltaq hadisələrini öyrə nə bilmir? İnsan oğlu inkişafa doğru addım atdıqca, sanki dünyanın sirləri də çoxalır. Belə suallar, yəqin ki, bəşər övladını zaman-zaman düşündürür. Elə suallar, elə müəmmalar var ki, ona cavab tapırıq, sirrindən agah oluruq. Cavabsız qalan suallar, müəmma larla bağlı nələrisə öyrənməyə çalışırıq. Gördüklərimiz, oxuduqlarımız, bildiklərimiz bizi istiqamətləndirir.
Sizlər də dünyanın 1001 sirrindən, müəmmasından xə bər tutmaq, maraqlı məkanlarla tanış olmaq istəyirsiniz sə, “Discovery Azerbaijan”da bizimlə birgə səyahətə çıxa bilərsiniz. Bu nömrəmizdə sizi maraqlandıracaq bir çox mətləblərdən söz açmağa çalışmışıq. Yaradıcı heyətin hazırladığı bir-birindən maraqlı materiallar oxucuları çox mətləbdən agah edəcək. Mətbuatımızın bünövrəsi olan “Əkinçi”, Tibetin Şambala kimi sirli məkanı, şahı mat edən əfsanəvi Azərbaycan xanımı barədə dolğun bilgilər əldə etmək istəyirsinizsə, jurnalımızın sizin üçün dəyərli vasitə ola biləcəyini düşünürəm. Hörmətlə, Cavanşir FEYZİYEV, Baş redaktor
1
MÜNDƏRİCAT Baş redaktordan..............................1 İyun-İyul 2011 Təsisçi və Baş redaktor Cavanşir Feyziyev Direktor Şakir Eminbəyli Baş redaktorun müavini Gülnar Məsimli Marketinq və reklam meneceri Ruhiyə Əşrəfli Müxbirlər Şirməmməd Nəzərli Aynur TALIBOVA Bəhruz Heydəri Nərmin NÖQTƏ Xatuna MAHMUD Rəna KƏRİMOVA Korrektor Rəna Həsrətova Dizayner İlqar TAHİRİ
VƏTƏNİMİN SEYRiNƏ... Turizm var. Turizm olub. Turizm olacaq!....4 Həsən Bəyin Zərdabı............................... 8 Nafta Lənd ................................................14 MƏN-zərrə.................................................18 QONAQ-QARA Russo Turisto! Firşteyn?!...........................20 ELM DÜNYASI Bizim baxış bucağı - Bermud üçbucağı.....28 Xəbərdar ol!...............................................32 ƏNƏNƏ “Əkinçi” birincidir.......................................34 E2-E4 .......................................................38 Sezarın adına layiq - July..........................42
İllüstrator Ramil ƏLİYEV
ÇƏRÇİVƏYƏ MƏHKUM OLUNMUŞLAR Ağacın Məcnunu.......................................46
Mühasib Zaur MÜSLÜMOV
GÖZÜM YOLLARDA QALANDA... Şahın matı qurudu.....................................52
Texniki direktor Namiq Ələkbərov
İNCƏ SƏNƏT Samovara göz salmışam...........................56
Reklamların mətninə görə redaksiya məsuliyyət daşımır. Jurnaldakı materiallardan istifadə olunarkən “DISCOVERY AZERBAIJAN“a istinad mütləqdir.
DİSCOVERY 10-luq Fədakar “Əkinçi”lər....................................60
Ünvanımız Azərbaycan,Bakı şəhəri, İzmir küçəsi - 1 indeks:1014-5175 Tel./Fax: 530 87 91 office@discoveryazerbaijan.az www.discoveryazerbaijan.az CBS mətbəəsində çap edilib. Qiyməti: 3 manat Tiraj: 5000
2
ÜZ QABIĞINDA “Günəbaxan” fotosu fotoqraf Rac MƏHƏRRƏMZADƏnindir
ADAMA GƏZMƏK QALIR Qızmar Dubay altında...............................62 GÖRDÜN YEMƏK, DAHA NƏ DEMƏK?! Dubay mətbəxi..........................................68
20
Bəhram Gur man.......................................70 CANSAĞLIĞI, MƏHƏBBƏT! Daş deyil - ürəkdi bu!.................................72 Gözəl səyahət = sağlam səhhət................76 DAŞ-QAŞ Kralın “Qaragülü“.......................................78
28
TARİXİ-NADİR Nadir tarix..................................................84 İKİNCİ BİRİNCİLƏR Kəndinə əmin - birinci fin!..........................88 AXI DÜNYA FIRLANIR... Avropanı aparan Brüssel...........................92
34
TƏBİƏT AŞİQLƏRİ Cənnət meyvələri.......................................96 Ömrüboyu sürünənlər................................100 DEYİLƏNƏ GÖRƏ... Zərif casuslar.............................................104 Marağa səbəb mağara - Şambala.............108 Yüz ölç, bir Beach! ....................................112 Hotel, motel, yoxsa mehmanxana?.........118 www.olm.az!!! ........................................... 122 1001 xırdavat ............................................124 VENİ! VİDİ! VİÇİ! Fotonun Naibi............................................126
108
Müsabiqə...................................................128
3
VƏTƏNİMİN SEYRİNƏ...
ТУРИЗМ ВАР. ТУРИЗМ ОЛУБ.
ТУРИЗМ ОЛАЪАГ!
A
prel ayında Bakı Sərgi Mərkəzində “AİTF -2011” X Azərbaycan beynəlxalq turizm və səyahətlər və II Ümumrespublika da xili turizm sərgilərinin keçirilməsi, həmin tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin işti rakı bir daha göstərdi ki, dövlət turizmin inkişafında maraqlıdır və bu sahədə siyasətini bundan sonra da genişləndirməyə çalışacaq. Zənnimizcə, Turizm ilində belə bir tədbirin ölkəmizdə keçirilməsi bu sahənin inkişafında mühüm rol oynayacaq. Qeyd etmək yerinə düşər ki, Turizm ilində aidiyyəti üzrə mühüm tədbirlər də həyata keçirilir və keçirilməsi plan laşdırılır; məsələn, Azərbaycan Respublikası Mədəniy yət və Turizm Nazirliyi tərəfindən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin, Türk Əməkdaşlığı və İnkişaf İda
4
rəsinin (TİK A) dəstəyi ilə respublikanın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və digər yerləşdirmə obyektlərində çalışanlar üçün təlim-təd ris kursları təşkil olunacaq. Artıq İsmayıllıda təlim-tədris kursları təşkil olunub, Xaçmazda isə keçirilməsi planlaş dırılır. Təlim-tədris kurslarında, əsasən, otel menecmenti, qeyd-qəbul, masa xidməti və xadiməçilik ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris edir. Bu təlimlər turizm sahəsində çalışan, təxminən, 200250 nəfəri əhatə edəcək. Hesab edirik, bu istiqamətdə treninqlər regionlarda fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət sə viyyəsinin yüksəldilməsi prosesinə öz töhfəsini verəcək. Təsadüfi deyil ki, artıq son illər vətəndaşlarımız ölkəmizdə fəaliyyət göstərən turizm məkanlarına üz tuturlar. Belə re
gionların sırasına Bakı və Abşeron yarımadası ilə yanaşı, şimal, şimal-qərb, qərb, cənub və Naxçıvan bölgələri da xildir. Qeyd olunan bölgələrdə turistlərə çimərlik, mədəni istirahət, ovçuluq, ekstremal və s. növlər təklif olunur. Mə lumdur ki, ölkəmizdə dağ-xizək kimi yeni turizm növünün də Azərbaycanda inkişaf etdirilməsi məqsədilə bir sıra məqsədyönlü işlər aparılır. Buna misal olaraq, “Şahdağ” qış-yay turizm kompleksini göstərmək olar. Dəniz səviy yəsindən 1300 metrlə 2554 metr arasındakı hündürlük də yerləşən kompleksin tam ərazisi 2045 ha.-dan artıq sahəni əhatə edir. Kompleksin tikintisində əsas diqqəti qış-idman növlərinə, əsasən, dağ xizək idmanının inkişa fına yönəltmək nəzərdə tutulub. Bununla yanaşı, respub likada turizmin və idmanın qış növlərinin inkişafı, respub lika vətəndaşları və xarici turistlərin mükəmməl istirahəti
üçün kompleks ərazisində tennis, qolf, futbol və basketbol meydançaları, üstüörtülü idman qurğuları, hovuzlar, əy ləncə-oyun kompleksləri, istirahət edənlərə piyada və at gəzintisi təklifləri və s. nəzərdə tutulub. Gündəlik beş min turist qəbul etmək iqtidarında olacaq kompleksdə müx təlif həcmdə üç, dörd, beşulduzlu otellərin, kiçik yaylaq evlərinin və kotteclərin, eləcə də ticarət mərkəzləri, res toranlar, əyləncə xidməti və məişət obyektlərinin tikintisi nəzərdə tutulub. Təbii ki, bu sahədə dövlət siyasətinin genişlənməsi ya xın gələcəkdə turizm bölməsinin iqtisadiyyatdakı çəkisinin artmasına böyük təsir edəcək. Qeyri-neft sahələrinin yük səlişi ilə davamlı iqtisadi inkişafın təmin edilməsi müasir dövrdə ölkəmiz qarşısında duran mühüm vəzifədir. Çox saylı tədqiqatlar göstərir ki, turizm öz perspektivliliyinə
5
VƏTƏNİMİN SEYRİNƏ... görə, qeyri-neft sahələri arasında aparıcı mövqelərdən birini tutur. Hazırda turizm planetar miqyasda sürətlə in kişaf edən biznes sahələrindəndir. Dünya üzrə ümummilli məhsulun 10, ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür, göstərilən xidmətlərin, təqribən, üçdəbiri beynəl xalq turizm vasitəsilə həyata keçirilir. Dünyada əməkqa biliyyətli əhalinin 8,1 faizi turizm industriyasında və onun la bağlı iqtisadiyyat sahələrində məşğuldur. Bu mənada zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf pers pektivlərinə malikdir. Ölkəmizdə turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, idman, dini, xüsusi maraq kəsb edən və s.) inkişafı üçün geniş imkanlar mövcuddur. Azərbaycanda 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramının həyata keçiril məsi nəticəsində, turizmin inkişafı üçün münbit şərait ya radılıb; beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulub, milli turizm kompleksinin rə qabətədavamlılığı yüksəlib. Belə ki, ölkəmizdə turistlərin yerləşdirilmə biznesi dinamik surətdə inkişaf edir. Onu da qeyd etmək lazımdır ki, 2002-ci ildə ölkədə fəaliyyət gös tərən mehmanxanaların sayı 96 olduğu halda, ötən dövr ərzində onların sayı 5 dəfə artıb; 2010-cu ilin yekunlarına görə isə 499-a çatıb. Həmçinin, yerləşdirmə yerlərinin sayı 3 dəfə artaraq, 9 569-dan 31 996-ya qalxıb. Hazırda respublikada 55-dək yeni mehmanxananın inşası davam edir və bu ilin sonunadək paytaxtda 6 ədəd beynəlxalq brendli “5 ulduz” otel istifadəyə veriləcək. Ümumilikdə, 2013-cü ilə qədər ölkədə yerləşdirmə obyektlərində yataq yerlərinin sayının nəzərəçarpacaq dərəcədə artırılması planlaşdırılır. Bu il ölkəyə gələn turistlərin sayının 2 milyo na çatacağı gözlənilir. Bildiyiniz kimi, 2011-ci ildə Almaniyada keçirilən “Euro vision” musiqi müsabiqəsinin qalibi Azərbaycan olmuş dur. 2012-ci ildə adıçəkilən müsabiqə respublikamızda keçiriləcək və ölkəmizə gələn turistlərin sayında artım gözlənilir. Yuxarıda qeyd etdiyimiz kimi, inkişaf etmiş ölkələrdə olduğu kimi, turizmin ölkə iqtisadiyyatında çəkisini artır maq məqsədilə investisiya istiqaməti də diqqətdə saxlanı lır. Azərbaycanda turizmə investisiya qoyuluşunda kifayət qədər potensial mövcuddur. Azərbaycanda turizm sekto runun investisiya cəlbediciliyinin üstün tərəflərini belə sı ralamaq mümkündür: - Şərqlə-Qərbin ekzotik komponentinə malik oriji nal sosial-mədəni xüsusiyyətlər;
6
- əlverişli iqlim; - zəngin tarixi və mədəni irsə malik olması, zəngin arxitekturaya sahiblik; - zəngin flora və fauna; - xüsusi dəyərlərə malik adət-ənənələr və xalqın qonaqpərvərliyi; - bütün fərqli dini və dünyəvi görüşlərə tolerant yanaşma; - zərdüştlüyün beşiyi olması; - Avropa və Asiya arasında, həmçinin, qədim İpək Yolu üzərində yerləşməsi; - şəlalələr, göllər, bulaqlar və qeyzerlər kimi su eh tiyatları; qaz və palçıq vulkanları kimi qeyri-adi təbi ət fenomenləri; milli parklar və istirahət zonalarının mövcudluğu; - lokal tarixi potensiala bağlı olaraq inkişaf edən əl sənətləri; - turizmin çeşidlənməsinə imkan verən coğrafi qu ruluş və müasir standartlara cavab verən yollar; - daxili turizmdə son illərdə müşahidə edilən dina mizm; - ləziz dada malik zəngin milli mətbəx; - Azərbaycan iqtisadiyyatında davamlı iqtisadi in kişafın təmin olunması. Onu da qeyd edək ki, hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizmə dair 8 investisiya layihəsi təq dim olunur. Bu məqsədlə nazirlik tərəfindən həmin layi hələrin təşviq olunması istiqamətində müvafiq işlər aparı lır. Belə ki, xarici ölkələrdə keçirilən, həmçinin, ölkəmizin turizm potensialının tanıdılması məqsədilə təşkil olunan tədbirlərdə İqtisadi İnkişaf Nazirliyi tərəfindən təsis edil miş Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fon du (AZPROMO) Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə həmin investisiya layihələrinə dair təqdimatlar təşkil edir. Hazırda Mədəniyyət və Turizm Nazirliyində birbaşa irihəcmli investisiya qoyuluşu ilə bağlı heç bir müraciət qeydə alınmayıb. Lakin nazirlik tərəfindən turizm və rekreasiya zonaları nın yaradılması ilə bağlı bir neçə xarici maliyyə qurumuna müraciətlər olunub. Hazırda Azərbaycanda “5 ulduz” otellərin inşası, əsa sən, yerli investorlar hesabına aparılır. Bununla yanaşı, mövcud otel turizmi sahəsində yerli investorlarla yanaşı, xarici investisiya qoyuluşları da var. Azərbaycan xarici in vestisiya qoyuluşları üçün geniş imkanları olan təhlükə siz bir ölkədir. Buna misal olaraq, Azərbaycanda 2010-cu
il ərzində 15,5 milyard ABŞ dolları investisiya qoyuluşu olub. Bunun da 8,2 milyard ABŞ dolları xarici və 7,3 mil yard ABŞ dolları yerli investisiya olub. Bu məbləğin 6,2 milyard dolları neft sektoruna, 9,3 milyardı isə qeyri-neft sektoruna cəlb edilib. Qeyd emək lazımdır ki, ölkəmizdə turizm üzrə kadr ha zırlığına da ciddi şəkildə diqqət yetirilir. Belə ki, turizm sa həsində çalışanların peşə hazırlığının artırılması məqsə dilə 2006-cı ildə Turizm İnstitutu yaradılıb, onun nəzdində müxtəlif peşələr üzrə daimi fəaliyyət göstərən kurslar açı lıb, Mingəçevir Turizm Kolleci tərəfindən turizm sektoru üçün orta ixtisas təhsilinə malik kadrlar hazırlanmaqda dır; həmçinin, Qəbələ və İsmayıllı rayonlarında Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi fəaliyyət göstərir, belə bir peşə məktəbinin Bakıda və Qusar rayonunda açılması planlaşdırılır. Eyni zamanda, Ümumdünya Turizm Təşki latının, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəs təyi ilə müxtəlif təlim proqramları həyata keçirilməkdədir. 2002-ci ildən başlayaraq hər il Azərbaycanda beynəlxalq turizm sərgisi təşkil olunur. Ölkədə turizmin əhəmiyyətini artırmaq, turizm potensialını təbliğ etmək, yerli adət-ənə nələri, milli mətbəxi, mədəni və tarixi irsi tanıtmaq məqsə dilə tematik nəşr məhsulları (kitab, buklet, CD və DVD-lər və s.) hazırlanır və yayılır, dünyanın müxtəlif televiziya ka nallarında reklam çarxı nümayiş etdirilir, həyata keçirilən yeni layihələr barədə reklam və elanlar verilir. Bu istiqa mətdə internet imkanlarından və digər elektrondaşıyıcı vasitələrindən də geniş istifadə edilir. Görülən kompleks işlərin nəticəsi olaraq, ölkəyə gələn turistlərin sayı ilbəil artır, ölkədə fəaliyyət göstərən turizm şirkətləri şəbəkəsi genişlənir. Hazırda respublikada 210 turizm şirkəti lisenzi ya əsasında fəaliyyət göstərir və 2002-ci ilə nisbətən on ların sayı 3 dəfədən çox artıb. Qeyd etdiyimiz məqamlar, həmçinin, ölkəmizdə əldə olunmuş sosial-iqtisadi irəliləyiş turizmin iqtisadiyyatın aparıcı sahələrindən birinə çev rilməsi üçün əsas verdiyini deyə bilərik. Yeri gəlmişkən, «Azərbaycan Respublikasında 2010-2014-cü illərdə tu rizmin inkişafına dair Dövlət Proqramı» ölkədə turizmin rastlaşdığı problemlərin həll edilməsi və turizm sahəsinin daha da inkişaf etdirilməsinin təminindən ötrü hazırlanıb. Həmçinin, turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradıl ması zərurətini nəzərə alaraq, turizm ehtiyatlarından sə mərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin, eləcə də xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını tə min etmək məqsədilə 2011-ci il Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Respublikasında “Turizm ili” elan
edilib. Onu da bildirək ki, Azərbaycanda fəaliyyət göstə rən otellərə Turizm ili çərçivəsində 30 faiz güzəşt edəcək lər. Hələ ilin əvvəlində Mədəniyyət və Turizm Nazirliyi tə rəfindən turistlərə təklif olunan qiymətlərdə endirim etmək barədə tövsiyələr verilib. Artıq bu tövsiyələrin real nəticə ləri özünü göstərir. Buna baxmayaraq, bəzi xidmətlər üzrə qiymətlərin hələ də yüksək olduğunu deyə bilərik. Hesab edirik, bu da turizm bazarında sağlam rəqabətin olmama sı ilə bağlıdır. Bu gün qarşıda duran vəzifələrdən biri də ölkəmizin turizm potensialının dünya miqyasında təbliği məsələsidir. Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi hər il 20-dək beynəlxalq turizm sərgisində iştirak edir. Həmçinin, nazir lik tərəfindən 9 dildə 50-dək müxtəlif çeşidli reklam-çap məhsulları hazırlanaraq, iştirakçısı olduğumuz beynəlxalq turizm sərgilərində ziyarətçilərə paylanılır. Bu gün ölkəmi zin turizm potensialına dair reklam çarxları “EuroNews”, “Travel Channel”, “CNN”, “National Geographic”, “BBC” və “CNBC” kimi dünyanın ən məşhur telekanallarında mütəmadi yayımlanır. Həmçinin, hər ilin aprel ayında Ba kı şəhərində “AİTF” Beynəlxalq Turizm Sərgisi və Ümum respublika Daxili Turizm Sərgisi keçirilir. Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə, əsasən, Av ropa, İslam dünyası və MDB ölkələri ilə əməkdaşlıq edir. Ölkəmizin turizm potensialının təbliğ olunması və respub likamıza xarici turistlərin cəlb edilməsi üçün müxtəlif öl kələrdə keçirilən beynəlxalq turizm sərgilərində mütəmadi olaraq iştirak edir, həmçinin, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə xarici ölkələrin turizm sənayesində çalışanlar üçün ölkəmizə info və pressturlar təşkil olunur. Belə ki, 2009-cu il ərzində Yunanıstan, Misir, Mərakeş və Almaniyanın, 2010-cu ildə Almaniyanın turizm şirkətləri və kütləvi informasiya vasitələri nümayəndələrinin ölkəmi zə info və pressturları təşkil edilib. Azərbaycanın turizm potensialını İran körfəzi ölkələrində təbliğ etmək məqsədi lə, 28 aprel 2011-ci il tarixində Dubayın “Atlantis” şirkəti ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Turizm Assosiasiyası arasında müqavilə bağlanıb. Gələcəkdə bu tipli tədbirlərin sırasının genişlən dirilməsi nəzərdə tutulur. Mahir QƏHRƏMANOV, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdir müavini
7
VƏTƏNİMİN SEYRİNƏ...
ЩЯСЯН БЯЙИН ЗЯРДАБЫ Zərdab
Zərdab rayon kimi 1935-ci ildə yaradılıb. Kür çayı sahilində, Şirvan düzündə yerləşir. Səthi düzənlik olan rayon ərazisinin çox hissəsi oke an səviyyəsindən aşağıdadır. Burada neft-qaz yataqları aşkar edilib. Qışı mülayim, yayı quraq və quru çöl iqlimi xarakterikdir. İnsanı haldan salan isti havası ilə yadda qalan Zərdabda yay aylarında temperatur müsbət 45 dərəcəyə qədər yüksəlir. Yarımsəhrada bitkilər geniş yayılıb. Kür çayı bo yunca 1000 ha sahədə Tuqay meşələri uzanıb-gedir. Zərdab həm də Hə sən Bəy Zərdabinin vətənidir...
S
ovet dönəmində pambıq mövsümündə, yə ni sentyabr-noyabr aylarında buralara girişçıxış məhdud idi. Məktəblilərdən tutmuş, digər bütün sahələrdə çalışan insanlara qədər hər kəs bir nəfər kimi pambıq yığımına göndə rilirdi. Yay fəslində isə öldürücü gün işığının şüaları altında səhər saat 6-dan axşam hava qaralanadək kolxozçu qızlar yaşıl sahələrdə alaq etmək, yəni pam bıq kollarının ətrafını lazımsız otlardan təmizləmək lə məşğul olurdular. Çalışanların hamısı “könüllü” olaraq alaq və pambıqtoplama proseslərində iştirak etməli idi. Buraya ölkənin göbəyi də deyə bilərsiniz. Hətta zarafatla Zərdabı Azərbaycanın Mozambiki də adlandırırlar. Bölgəyə nabələd olanlar bir dəfə qızmar yay istisində rayona gələndən sonra bir daha buranı əsla yaddan çıxarmırlar. Gözlərdən uzaq, sakit əyalət həyatı yaşayan Zərdabda səssizliyi pozan tək şey ağ caqanadlardır. Rayonda otel yoxdur. Kürboyu yerlə şən istirahət zonası adlanan yerlər isə restoranlardan ibarətdir. Zərdab toponimi N. Zeydlisin “Bakı quberniyası” kitabında “zərdab” sö zü “soyuq su” kimi şərh edilir. Bunu farsca “sarı su” kimi də izah edirlər. Yəni axmaz, daşqın suyundan yaranmış gölməçə anlamındadır. Həqiqətən də keçmişdə burada Türyan çayının daşqın sularından Sarısu adlanan bataq lıqlar – axmazlar əmələ gəlirdi. Bir ehtimala görə, bu ad farsca zərd – sarı və ab – su sözlərindən alınıb. Sarı, zə
8
hərli su mənasında işlədilir. Digər varianta görə isə, zərd əti yeyilən quş mənasını verir. Bu, daha çox məntiqə uy ğundur. Çünki Tuqay meşəsi ərazisində zərd - əncirqu şu çox olub və bu səbəbdən, zaman keçdikcə quşların adı yaşayış məskəninin adına çevrilib. Daha bir fərziyyə yə görə, Zərdab qızıl su mənasını verir. Kür və Qarasu çaylarının daşması nəticəsində çökəklərdə, axmazlarda qalan su əkin sahələri və əkinçilər üçün qızıl qədər əhə miyyətli idi. Həqiqətən, hər il öz bəndindən aşan bu sular torpaqları yuyaraq təmizləyir. Deyilənlərə görə, məhz bu təmizlik bir sıra müqəddəs insanları bu torpağa gətirib-çı xarıb. Söhbət vaxtilə Zərdabda yaşamış övliya, seyid və şıxlardan gedir. O da məlumdur ki, keçmişdə ruhanilərin geyindiyi sarı əba adlı üst geyiminə “zərdəba” deyilərdi. Tarixi XV əsrin ortalarından məlum olan yaşayış məntəqəsi 1578-ci ilə aid Osmanlı türk mənbəsində Zərdab sancağı kimi qeyd edilib. Xanlıqlar dövründə iri yaşayış məntəqəsi olub. Kür çayında vaxtilə gəmiçiliyin inkişafı ilə əlaqədar Zərdab yaşayış məntəqəsi də sürətlə böyüyür. Kür ça yının Qarabağ tayına dəvələrlə neft daşıyanlar buradakı bərədən keçiblər. 1827-ci ildən yelkənli iri gəmilər Zərdab dayanacağına yan alardı. XIX əsrin II yarısından Zərdab sürətlə kiçilməyə başlayır. Çünki 1853-cü ildən sonra bəy lərin himayəsindən azad edilən kəndlilər Zərdabı tərk edir, sahilboyu bağlara çəkilirlər. XIX əsrin 60-cı illərindən bu rada balıqçılıq təsərrüfatda mühüm yer tutmağa başlayır. Kür çayı sahilindən başlanan şəhər düzənə doğru müxtəlif istiqamətlərdə irəliləyir, eyni zamanda, sahilboyu uzanır.
9
VƏTƏNİMİN SEYRİNƏ...
Kür çayı
10
Coğrafi mövqeyinə görə, bir zamanlar Kür əlverişli ke çid kimi önəmli strateji rol oynayıb. Keçmişdə səyyahlar, karvan və qoşunlar Kür çayının Zərdab ərazisindən istifa də ediblər. 1500–1501-ci illərdə Ərzincandan Təbrizə hə rəkət edən Şah İsmaylın başçılığı altındakı Səfəvi qoşun ları indiki Zərdab ərazisindən keçərək Şamaxıya gedib. Zərdabın qədim kəndlərindən olan Əlvənd tarixən biyan kökü və qənd istehsalı ilə məşhurdur. A.Bakıxanov “Gü lüstani-İrəm” əsərində göstərir ki, Ağası xan 1775-ci ildə Əlvənd kəndində oturaraq bütün Şirvanı idarə edib. Əl vənd bazarı həmin tarixlərdə Şərqin böyük bazarlarından biri sayılıb, XIX–XX əsrlərdə Göyçay qəzasının iri kənd lərindən olub. Ötən əsrin 70-ci illərində Zərdab ərazisin də görülən meliorasiya işləri zamanı bu yerlərdən keçən qədim karvan yolları boyunca ovdanlar, küp qəbirlər, çini və keramik qablar, Eldəgizlər və digər hakimiyyətlər döv ründə buraxılmış mis pullar, qadın bəzək əşyaları və s.
üzə çıxdı. Hazırda bunlar Zərdab Tarix-Diyarşünaslıq Mu zeyində sərgilənir. İnqilab körpüsü Kür çayı üzərində tikilən körpü burada Aran torpaqla rını Ağcabədi rayonu, ümumən isə Qarabağla birləşdirir. Zərdab ilə Ağcabədi rayonunu birləşdirən körpü el ara sında rəmzi olaraq İnqilab körpüsü adlanır. 1985-ci ildə salınan körpünün qarabağlılar və şirvanlılar üçün müstəs na əhəmiyyəti var. Çünki həmin tarixə qədər Şirvandan Qarabağa getmək çox məşəqqətli idi. Yağış yağsa, çay daşsa, əmələ gələn sel bir anda yolları yuyub-aparır, bu da dərədən keçən insanlar üçün böyük təhlükə yaradırdı. Veysəl Qara ziyarətgahı (VII əsr) Zərdabın ən məşhur tarixi-dini abidəsi Seydilər və Bı çaqçı kəndləri yaxınlığında qeydə alınıb. Müqəddəs ta
11
VƏTƏNİMİN SEYRİNƏ...
pınacaq yeri burada dəfn olunmuş Peyğəmbər müridi, haqq-ədalət carçısı, Həzrəti Əli yadigarı Veysəl Qəraninin adı ilə əlaqədardır. Yerli əhali buranı pir hesab edir, niyyət tutaraq nəzir verir, əziz tutur. Yerli leksikonda, hətta be lə and içirlər: “Veysəl qara pirinə and olsun, Veysəl qara haqqı...”. Rəvayətə görə, 650-ci illərdə Həzrəti Əlinin başçılığı ilə ərəblər islamı yaymaq üçün Azərbaycana gəlirlər. Tu qay meşələri yaxınlığındakı Suffin şəhərində döyüş olur. Bu ərazidə indi Zərdabın Yuxarı Seyidlər kəndi yerləşir. Deyilənlərə görə, Məhəmməd Peyğəmbərin müridi Vey səl Qərani burada şəhid olur. Həmin tarixdən onun qəbri Veysəlqara ziyarətgahına çevilir. Dini inanc və etiqadların güclü olduğu yerlərdən sayılan Zərdabda bu ziyarətgah ən çox Məhərrəm ayında zəvvarlarn axınına uğrayır. Məşğuliyyət Zərdablıların ən sevimli məşğuliyyəti balıq tutmaqdır. Yerli kişilərin, demək olar, hamısının qarmağı var. İşdən kənar vaxtlarını, əsasən, balıq tutmaqla keçirirlər. Ov bə rəkətli keçəndə evlərdə böyük balıq ziyafəti qurulur. Böyük Vətən müharibəsi illərində Kür çayı yerlilərin əsas çörək ağacı olub. Aclıq illərində çaydan tutulan balıqlar buraları səfalətdən qurtarıb.
12
Kür sahilində böyüyən zərdablılar, adətən, çox yax şı üzgüçü olurlar. Çünki üzməyi çox iti axan “dəli” çayda öyrənirlər. Çox vaxt yayın istisində sərinləmək üçün ça yı adlayıb qarşı tərəfə üzürlər. Bu zövq, sadəcə, kişilərə aiddir. Sahilboyu səpələnmiş yüzlərlə taxta qayıq sakin lərə məxsusdur. Bunlar vasitəsilə mal-qaranı qarşı tərə fə otlamağa aparır, oradakı meşələrdən ot-alaq toplayıb gətirir, yaxud da yenə qarşı tərəfdəki sahələrdə əkdikləri məhsulu daşıyırlar. Çaydakı tək paroxod isə Şahvələd ki şiyə məxsusdur. Zərdabdakı ən lüks və yeganə nəqliyyat vasitəsində Kür gəzintisinə çıxmaq üçün sahibinə müraci ət etmək kifayətdir. Kürün qarşı sahili qalın meşəlik ərazidir. Bura zərdablı lar Qarabağ deyirlər. 1990-cı illərə qədər burada sıx yaşıl meşə vardı. Qarabağda başlayan müharibə və onun fə sadları, SSRİ-nin dağılması nəticəsində yaranan iqtisadi böhran onunla nəticələndi ki, meşələr yanacaq və ticarət məqsədilə tamamilə qırıldı. Qarabağa aparan əsas yollar dan biri isə Zərdabdan keçir. Aynur TALIBOVA
H.Zərdabinin ev-muzeyi
H.Zərdabinin heykəli
13
VƏTƏNİMİN SEYRİNƏ...
НАФТА ЛЯНД
B
akıdan 338 km qərbdə, Gəncədən cənub da, Goran stansiyasından 18 km aralıda, dağətəyi düzənlikdə yerləşir. Mülayim iq limə malik ərazi şam ağaclarından ibarət meşə ilə əhatələndiyindən, buranın havası çox təmiz dir. Söhbət cəmi 8 min əhalisi olan Naftalandan gedir. 1926-cı ildə xüsusi kurort zonası elan edilən Nafta landa ilk müalicəxana 1928-ci ildə yaradılıb. 1957-ci ilədək mövsümi işləsə də, 1957-ci ildən etibarən ku rort ilboyu fəaliyyət göstərməyə başlayıb. 1982-ci ildə isə “Naftalan Sanatoriya Birliyi” yaradılıb. 2005-ci il də Naftalan kurortunda ilk özəl sanatoriya olan “Naf talan” açıldı. Hazırda kurortda sümük-əzələ, perife rik sinir, periferik damar xəstəlikləri, dəri xəstəlikləri, ginekoloji və s. xəstəliklər müvəffəqiyyətlə müalicə olunur. Dünyada yeganə olan neft Müalicəvi xassəsinə görə dünyada yeganə olan Naf talan nefti fiziki-kimyəvi xassəsinə görə başqa neftlərdən fərqlənir. Bu neft üçün əsas xarakterik cəhət tərkibində yüngül fraksiyanın və bərk parafin karbohidrogenlərin ol mamasıdır. Başlanğıc qaynama temperaturu yüksək ol duğundan (190-220 C), bu neftdə benzin fraksiyası da olmur.
14
Tərkibində kifayət miqdarda qətran (14% ) olması və su ilə möhkəm emulsiya əmələ gətirməsi Naftalan neftini başqa neftlərdən fərqləndirir. Hələ 1946-cı ildə akademik Y.Məmmədəliyev Naftalan neftinin öyrənilməsi sahəsində apardığı nəticələri ümumi ləşdirərək qeyd etmişdir ki, müxtəlif laylardan və horizont lardan çıxarılan neftlər bir-birindən kəskin fərqlənir; hətta eyni quyudan müxtəlif vaxtlarda çıxarılan neftlərin biri di gərindən qismən də olsa fərqlənir.
Dərdlərə dərman Hələ qədimdən indiyə kimi saysız-hesabsız xəstə bu neftin şəfaverici keyfiyyətindən bəhrələnmişdir. 70-dən çox xəstəliyə dərman olan bu neft vannalara doldurulur. Xəstələr neft vannası qəbul edərək müalicə olunurlar. Elə buna görə respublikamızın şəhər və rayonlarından hər il çoxlu sayda xəstə bura pənah gətirir. Sümük-oynaq, si nir-əzələ, dəri, ginekoloji, uroloji xəstəliklərə tutulanlar Naftalan müalicəsini qəbul edirlər. Bu xəstəliklərin siyahı nı uzatmaq da olar. Bütün bu müalicəvi xüsusiyyətlərinə baxmayaraq, Naftalan neftindən düzgün istifadə etmə dikdə zərər görmək olar. Çünki bəzi ciddi xəstəliyi olanlar üçün bu vannaların qəbulu əks-göstəricidir. Odur ki, tam, dəqiq həkim müayinəsindən keçmədən, Naftalan vannası qəbul etmək məsləhət görülmür.
Neft alanlar Naftalan sakinləri buradakı sanatoriyaların hesabına dolanırlar desək, yəqin ki, yanılmarıq. Naftalan şəhəri eyniadlı kiçik kəndin yerində salınmışdır. Bu adın əsasını təşkil edən “Nafta” sözü isə Azərbaycan ərazisindəki qə dim dövlət qurumlarından biri olmuş Midiya dilində “axan, süzülən” deməkdir. Etimologiyaya əsasən bu ərazinin adı nın “neft alan” sözündən götürüldüyünü bildirənlər də var, həmçinin, toponimi “müqəddəs çeşmədən şəfa tapmaq” kimi də yozanlar da. Müalicəvi yağ Naftalan neftindən yaraların müalicəsi üçün istifadə edən təkcə yerli sakinlər olmamışlar, eyni zamanda o, həm də ixrac məhsulu kimi satılmışdır. Mənbələrə görə, vaxtilə Azərbaycana hücum etmiş Makedoniyalı İsgəndə rin əsgərləri, Roma legionerləri və vikinqlər, xəzərlər və digər tayfaların nümayəndələri Naftalan neftindən yara ların müalicəsi və qanaxmanın dayandırılması məqsədi lə istifadə etmişlər. Nizami Gəncəvi də öz məşhur “Xəm sə”sində bunun müalicə xassələrindən bəhs edib. Hələ əsrlər öncə Naftalan neftini karvan yolları ilə başqa öl kələrə – Kiyev-Rus dövlətinə, Mərkəzi Asiyaya, Əfqanıs
15
VƏTƏNİMİN SEYRİNƏ...
tana, Hindistana, İran körfəzi ölkələrinə daşıyırdılar. XIII əsrin məşhur səyyahı Marko Polo Naftalan neftini “ Dəri xəstəliklərinin çarəsi olan sehrli məlhəm” kimi təsvir edir di. O özünün yol qeydlərində Naftalan haqqında yazıb: “Gürcüstanla sərhəddə yağ mənbəyi var. O qədər çoxdur ki, yüzlərlə gəmini yükləmək olar. Yemək üçün yaramır. Onu yandırmaq və qotur dəvələrə sürtmək olar. Bundan nəinki heyvanların, həm də bir çox xəstəliklərin müalicəsində istifadə edirlər”.
16
Sürtkü yağı, yoxsa məlhəm? Azərbaycanda neft istehsalının sürətlə inkişafı dövrün də, yəni XIX əsrin sonunda xarici ölkə işgüzarları Nafta lan neftini dünyanın bir çox ölkəsinə daşımağa başlayırlar. Onun dünya miqyasında yayılması və şöhrətlənməsin də alman geoloqu E.İ. Yeqerin böyük rolu olub. Tərkibini araşdırmaq üçün dəmir qutuda 800 qram Naftalan nefti ni Almaniyaya yollayıb. Orada bunu araşdıran 600 həkim neftin əhəmiyyəti haqqında rəy yazıb. Yeqer 1890-cı ildə ilk quyunu qazmış və onu emal etmək üçün kiçik zavod tikdirmiş və bu müəssisədə Naftalanın hazırlanma tex nologiyasını gizli saxlayaraq, sürtkü yağı adı ilə istehsal etmişdir. Bu məhsul qısa zamanda dünyada çox geniş ya yılmış və şöhrət qazanmışdır. O vaxtlar Naftalana aid heç bir ədəbiyyat və oxu məlumatı yox idi. İlk yazılı ədəbiyyat Yeqerin reklam nəşri oldu. Bu məcmuəyə Naftalan nefti nin reklam xarakterli təbliği materialından başqa, görkəm li həkimlərin 600-dən artıq müsbət mülahizəsi və fikirləri də daxil edilmişdi. Birinci Dünya müharibəsi başlandıqdan sonra, Yeqer öz işlərini dayandırmış, onun kiçik zavodu dağılmış, “Naftalan” mazının istehsal resepti isə yoxa çıx mışdır.
“Naftalan mazı” Uzaq Şərqdə Bu məlhəmdən təkcə Avropa ölkələrində istifadə et mirdilər. 1904-cü ildə rus-yapon müharibəsi zamanı ya pon əsgərlərinin aptek dəstinə içərisində “Naftalan mazı” olan bankalar da daxil idi. Bu maz ilk tibbi yardım vasitəsi kimi istifadə edilirdi. Həmin bankaların üzərində belə ya zılmışdı: “Kimin əlində bu məlhəm varsa, o, heç bir yara dan qorxmasın”. Hələ Böyük Vətən müharibəsi illərində Naftalan neftindən yaralı xəstələrin müalicəsində geniş istifadə edilmişdir. “Qoltuqağacı” muzeyi Naftalanda qeyri-adiliyi ilə seçilən bir muzey var. Xa tırladaq ki, bu muzey dünyada yeganə sayıla bilər. Muze yin eksponatları qəribə də olsa, atılmış qoltuqağaclarıdır. Burada müxtəlif növ və ölçüdə qoltuqağacları var. Səbə bi ondadır ki, buraya gələn pasiyentlər müalicədən əvvəl qoltuqağacları ilə bu müalicə müəssisəsinə gəlirdilərsə, artıq sanatoriyada müalicə prosedurlarını başa çatdırdıq dan sonra, bu qoltuqağacları onlara lazım olmur. Məhz bu səbəbdən onlar həmin qoltuqağaclarını Naftalanda qo yub-gedirdilər.
17
MƏNzərrə
18
Foto Rac MƏHƏRRƏMZADƏnindir
19
QONAQ-QARA
РУССО ТУРИСТО! ФИРШТЕЙН?!
R
usiya Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin müəyyən tərkibli çəkiliş qrupu ilə ölkəmizdə 2003-cü ildən bəri müxtəlif xarakterli reportaj, süjet, müsahibə və sənədli filmlər hazırlamışıq. Bu videoməhsullar “Россия”, eləcə də şirkətə aid digər kanallarda nümayiş etdirilməklə, Rusiya tama şaçısında Azərbaycan haqqında müəyyən rəy formalaşdırır. Budəfəki qonağımız kanalın simalarından sayılan, «Доброе утро, Россия» səhər proqramının aparıcısı, eləcə də «Моя планета» telekanalında «Одна на планете» adlı müəllif proqramı ilə tamaşaçı rəğbəti qazan mış Anastasiya Çernobrovina və onun çəkiliş qrupu idi. Səfər, daha doğrusu, Azərbaycanla tanışlıq mayın 20-dən 27-nə qədər davam etdi. Səyahət zamanı başımıza gələn sərgüzəştlərdən, gördüklərimizdən, qonaqlarımızın təəssüratından ətraflı yazsam, o zaman gərək “Dis covery Azerbaijan” jurnalının bu sayı bütünlüklə yalnız bu mövzuya həsr olunsun. Amma jurnalın öz formatı var və ona əməl etmək vacibdir. Beləliklə, rusiyalı dostlarımızın Azərbaycanda gördükləri fotoreportajda!
AzTV-nin “Səhər” proqramının efirində qonaq olan Anas tasiya Azərbaycanla tanışlığa elə buradan başladı
20
Fəvvarələr meydanı, Milli Park, İçərişəhər. Ölkəmizə gəlişinə qədər Azərbaycanı, olsaolsa, Mozambik Respublikası ilə müqayisə edən Anastasiya tədricən şokdan ayılır...
21
QONAQ-QARA
Yanardağ Anastasiyanın sinəsinə dağ çəkdi, onun kamerası məni, mənim kame ram onu çəkdi! Qobustanda həm videogörüntülər, həm də şəkillər çəkdik...
22
Deyirəm, gəlsənə, bu məkanın adının sonuna cəmi bir hərf – “D” artıraq! Nafta LAND! Buralar, həqiqətən, Allahın bizə bəxş elədiyi möcüzədir! Anastasiya əməllibaşlı heyran qalmışdı, elə bil, şokolad gölünə girmişdi, çıxmaq bilmirdi...
23
QONAQ-QARA Palçıq vulkanları əsl möcüzə idi; nəinki Anastasiya üçün, hətta ehtiyatsızlıq ucbatından bu pal çıq vulkanına batmış 1 metr 90 santimetrlik operator Pavel üçün də! Mənim üçün isə əsl möcü zə - Pavelin sağ qalması və bununla da böyük bir bəladan qurtulmağımız idi...
24
Şəki – Kiş. Həyatında ilk dəfə at minməyi də Anastasiya Azərbay canda öyrəndi...
25
ƏNƏNƏ
Gözəlliyi, füsunkar təbiəti ilə insanları, illah da ki Anastasiya xanım Qaraqaşlını (Чернобровина) valeh edən Qəbələ...
Yeri gəlmişkən, lap yaxın zamanlarda Azərbaycan haqqında çəkilmiş filmlərin «Россия» və «Моя планета» kanal larında nümayişi baş tutacaq. Jurnalımızı, saytımızı, facebook-dakı səhifəmizi izləyin ki, ölkəmizin gözəlliyini kəşf edən rus telejurnalistlərinin yaradıcılığıilə yaxından tanış ola biləsiniz...
26
27
reklam
ELM DÜNYASI
БИЗИМ БАХЫШ БУЪАЬЫ-
БЕРМУД ЦЧБУЪАЬЫ
A
zərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun iki alimi 1982ci ildə əfsanəvi Bermud üçbucağına araşdırma məqsədilə səfər etdi. Onlardan biri hazırda aramızda yoxdur. Digəri isə institutun baş elmi işçisi, geologiya-mineralogiya elmləri doktoru Rüstəm Babayevdir. Alimlə müsahibəni təqdim etməzdən əvvəl, Bermud üçbucağının təbiətinə və onunla əlaqəli hadisələrin tarixinə nəzər salmaq daha maraqlı olardı...
28
Bermud üçbucağı Atlantik okeanın şimalında, Florida, Bermud adaları və Puerto-Rikonu birləşdirən şərti xətlərin əhatə etdyi üçbucaq ərazidir. Bəzən “şeytan üçbucağı” da adlandırılan bu ərazi alimlər üçün sirli məkandırsa, fantastik film və əsərlərin isə mövzu obyektidir. Bermud üçbucağını məşhur edən əsas xüsusiyyət orada qədimdən indiyədək sayı bəlli olmayan gəmi və təyyarələrin müəmmalı şəkildə yoxa çıxmasıdır. Həmin hadisələrin birincisinin nə zaman baş verdiyini də dəqiq bilən yoxdur. Amma hələ orta əsrlərdə (500 il bundan əvvəl) gəmilərin orada qeyb olması məlumdur. Müxtəlif elektron informasiya vasitələrində üçbucaqla bağlı kifayət qədər məlumat var. Rəsmi mənbələrdə göstərilir ki, son 30 ildə orada 1000-dən çox gəmi və təyyarə itmişdir. Sonuncu gəmi “Pinuts Tu” 2003-cü il noyabrın 25-də, 125-ci və axırıncı təyyarə “N59684” isə 2002-ci il sentyabrın 6-da yoxa çıxmışdır. Xatırladaq ki, ilk dəfə “Bermud üçbucağı” adı 1964-cü ildə amerikalı Vinsent Qaddis tərəfindən “Arqozi” jurnalında işlədilmişdir. “Meyri Selest” müəmması Sözügedən məkanla bağlı bir çox hadisə alimləri neçə illərdir düşündürür. Həmin hadisələrdən biri “Meyri Çelest” gəmisi ilə bağlıdır. Gəmi 1868-ci ildə onnəfərlik heyətlə Nyu-Yorkdan Genuya (İtaliya) istiqamətində yola düşür və itir. 1872-ci il dekabrın 4-də çıxdığı limandan 400 dəniz mili məsafədə, Portuqaliyanın yaxınlığındakı Azor adaları ətrafında tapılır. Gəmi tam qaydasında idi, heç bir xəsarət almamışdı. Amma heyət və bir xilasedici qayıq yox idi. Yarımçıq xörəklər, sonadək oynanılmamış oyun kartları da masanın üzərində idi. Amerikalı mütəxəssislər hesab edirlər ki, “Meyri Çelest”dəkı insanlar hansısa təhlükə ilə üzləşərkən, gəminin batacağını düşünüb və xilas olmaq üçün qayıqdan istifadə etmişlər. Gəmi ilə bağlı bir sual da indiyə qədər açıq qalır: o, heç yerdə görünmədən okeanın Amerika sahilindən Avropa sahilinə (Nyu-Yorkdan Azor adalarına) necə üzüb? “Flayt 19” (XIX uçuş) Daha bir maraqlı fakt isə 1945-ci ildə “Flayt 19” (19cu uçuş) adlı reyslə bağlıdır. Həmin il dekabr ayının 5-də ABŞ Hərbi Dəniz Donanmasının “Evendjers” (“Qisasçılar”) adlı 5 bombardmançı təyyarəsi məşq üçün Floridanın Fort Loderdeyl limanından havaya qalxmağa hazırlaşırdı. Vaxtaşırı keçirilən bu məşq yüksək təcrübəli pilot-leytenant Çarlz Teylor üçün adi uçuş idi. Reys “Flayt 19” adlanırdı. Aydın, təmiz və mülayim hava pilotları,
29
ELM DÜNYASI o cümlədən, Ç.Teyloru uçuşa o qədər həvəsləndirir ki, bu dəfə marşrutun proqramını genişləndirərək Bermud adalarına doğru irəliləyirlər. “Qisasçılar” birinci dəfə idi ki, bu marşrutla uçurdular. Saat 14:10-da start götürən 14 nəfərlik heyətdən ibarət bombardmançılar geri qayıtmırlar. Bunlar “şeytan üçbucağı”nda itən ilk təyyarələr idi. Startdan saatyarım sonra Ç.Teylordan Fort Loderdeyl bazasına aviaradio ilə qəribə xəbər gəlir: “Biz, deyəsən, azmışıq, kompaslarımız da işləmir”. Bu, aviabazanın əməkdaşlarını şoka salır. Bir neçə dəqiqədən sonra komandir əlavə edir ki, “Zənnimcə, Floridanın Kis adaları üzərindəyik” (Kis adaları Floridanın cənubunda zəncirvari şəkildə uzanan torpaq ərazidir – S.H.). Leytenant Robert Koks aviabazadan göstəriş verir ki, əgər, Kis üzərində olduqlarını dəqiq bilirlərsə, şimala – Mayamiyə doğru uçsunlar. Ç.Teylordan cavab gəlir: “Fəqət biz qütbləri müəyyən edə bilmirik”. Ç.Teylor proqramda nəzərdə tutulan marşruta girmək üçün müxtəlif istiqamətlər götürür, amma faydası olmur. Bir az sonra gərginlik daha da artır. Pilotlar özlərini itirirlər. Onlardan biri komandirə “Lənət şeytana, əgər qərbə doğru getsəydik, gəldiyimiz yerə qayıdardıq”, - deyir. O, haqlı idi. Saat 16:45-də Ç.Teylordan daha bir təəccüblü xəbər gəlir: “Biz Meksika körfəzini görürük”. Limandakılar fikirləşir ki, yəqin, pilotlar gərginlikdən beyin zədəsi alıb. Çünki şərqə doğru istiqamət götürmüş təyyarələrin qısa zaman ərzində cənubda, xeyli uzaqda olması inanılmaz idi. Hava qaralanda təyyarələrlə əlaqə lap azalır. Arasıra eşidilən sözlərdən məlum olur ki, onlar hələ də şimal-şərqə uçduqlarını zənn edir. Halbuki “Şeytan üçbucağı”nın çərçivəsindən kənara çıxmamışdılar. Az sonra əlaqə tam kəsilir və Ç.Teylordan son olaraq, “Biz tamamilə azmışıq, burada okean sanki başqa planetin suları kimi görünür... Biz ağ sulara qərq oluruq”, - sözləri eşidilir. Saat 18:20-də onları axtarmaq üçün 1, sonra iki təyyarə havaya qalxır. Lakin heç nə tapa bilmirlər. Üstəlik, onlardan biri – “Martin Mariners” 22 nəfərlik heyətlə qeyb olur. Sonra, dəniz donanmasının xeyli gəmi və təyyarəsi 5 gün ərzində 700 min kvadratkilometrlik ərazidə axtarışlar aparır. O da bir nəticə vermir. Nə qədər qəribə olsa da, 1987-ci ildə “Qisasçılar”dan biri Meksika körfəzində tapılır. Alimlər güman edirlər ki, digər təyyarələr də bu əraziyə yaxın yerlərdədir. Amma onları bir məqam daha çox düşündürür. Saat 16:50-də təyyarələrdən gələn sonuncu siqnal onların Floridanın
30
Nyu-Smirna çimərliyində olduğunu göstərib. Bəs, təyyarələr heç yerdə görünmədən Meksika körfəzinə necə gedib-çıxıb? Keçən əsrin II yarısında Bermud üçbucağı ilə bağlı xeyli kitab qələmə alınıb, jurnal, qəzet məqaləsi dərc olunub. Onların əksəriyyəti mistik əhvalatlar əsasında yazılıb. Bu, həmin nəşrlərin satışına xidmət edirdi. Amma fantaziya ilə düşünənlər yalnız kitab, jurnal və məqalə müəllifləri deyildilər. ABŞ Hərbi Dəniz Donanması da rəsmən təsdiq etmişdi ki, “Qisasçılar” Marsa uçub. Xristofor Kolumb Sarqas dənizində Deyilənlərə görə, Bermud üçbucağı ilə bağlı möcüzələrdən birini məşhur səyyah Xristofor Kolumb Sarqas dənizində olarkən müşahidə edib. Hamıya məlumdur ki, o, 1492-ci ildə Hindistana getmək məqsədi ilə özü də bilmədən Amerikaya səyahət edib. Bermud üçbucağının şərqində yerləşən Sarqas dənizinə çatanda, Kolumb səyahət jurnalına yazır ki, nəhəng top şəklində gur alov göydən dənizə düşür. Bir neçə gün sonra, səyyah üfüqdə hərəkət edən parlaq işıqlar da görür. Kolumbun qeydlərini şərh edən tədqiqatçılar dənizə düşən alovun meteorit olduğunu bildirirlər. Amma ikinci görüntü, yəni parlaq işıqlar isə bu günə qədər qaranlıq məqam kimi qalır. Fərziyyələr Bermud üçbucağı haqqında fikirlər, fərziyyələr insanları iki qrupa bölüb. Birinci qrupdakılar fantaziyaya inananlar, ikincilər isə həqiqət axtaranlardan ibarətdir. ABŞ rəsmiləri ikinci qrupa daxildir. Onlar üçbucaqla bağlı fikirləri inkar edir və cəfəngiyat sayır. ABŞ-ın Coğrafi Adlar İdarəsi isə, ümumiyyətlə, Bermud üçbucağı məhfumunu qəbul etmir. Bir çox əcnəbi alim xatırladır ki, Yer kürəsində kompasın qütbləri olduğu kimi göstərdiyi iki ərazi var. Bunlar Bermud üçbucağı və Yaponiyanın şərq sahilinə yaxın yerləşən “şeytan dənizi”dir (bu dəniz də Bermud üçbucağı kimi, gəmilərin və təyyarələrin yoxa çıxdığı ərazidir – S.H.). Məlumdur ki, kompas, əslində, Şimal qütbünü deyil, ondan 20 dərəcə şərqdə olan maqnit qütbünü göstərməlidir. Mütəxəssislərin fikrincə, bu baxımdan, bəzən Bermud üçbucağına daxil olan gəmi və təyyarələrin kompaslarının, aviaradiolarının işləməməsi mümkündür. Bu da qəzaya səbəb olur. Həmçinin, Bermud üçbucağında Qolfstrim cərəyanı çox sürətlidir. Olduqca böyük və güclü burulğan əmələ gətirir. Dəhşətli fırtına isə orada nəhəng dalğalar yaradır. Dünya okeanında ən
dərin yarıqlar da bu üçbucaqdadır. Bütün bunlar orada baş verən hər bir qəzanın, fəlakətin izini bir anda yox edə bilər. Xatırladaq ki, Rüstəm Babayevin fikrincə, itənləri tapmaq ona görə mümkün deyil ki, Qolfstrim cərəyanı ərazinin suyunu daim lilləndirir. Dibdə lil çox qalın olur. Bu lil ən nəhəng gəmini belə gizlədə bilər. Bundan əlavə, dibdəki dərin yarıqlara gəmilər yerləşməsə də, qayıqlar, kiçik təyyarələr, insanlar düşə blər. Bütün bunlara baxmayaraq, “Bermud üçbucağı” dünya ictimaiyyəti üçün sirr olaraq qalır. Teylorun “…Burada okean sanki başqa planetin suları kimi görünür... Biz
ağ sulara qərq oluruq”, - sözləri, üçbucaqda itən gəmi və təyyarələrin okeanın sahillərində peyda olması, heyətlərinin müəmmalı şəkildə yoxa çıxması alimləri hələ də düşündürür... P.S. “Bermud üçbucağı”nda olmuş Azərbaycan alimlərindən biri R.Babayevlə müsahibə jurnalın növbəti nömrəsində təqdim olunacaq. Səid HÜSEYNOV, elmi tədqiqatçı-jurnalist
31
ELM DÜNYASI
ХЯБЯРДАР ОЛ ABŞ-ın nüfuzlu “Time” nəşri hər il olduğu kimi, bu il də texnologiyalar, nəqliyyat, səhiyyə, alternativ enerji, hərb, geyim və s. sahələrdə ən önəmli ye niliklərin siyahısını hazırlayıb. İlin əhəmiyyətli kəşf lərindən ibarət olan reytinq müxtəlif kateqoriyalar üzrə tərtib olunub.
Better 3D Glasses Better 3D Glasses – “Avatar” filminin ekran lara çıxmasından sonra başlayan 3D inqilabının tələblərindən biri də stereoskopik eynəklərlə bağlıdır. Hazırda onların keyfiyyəti elə də ürəka çan deyil. Lakin deyəsən, “Oakley İnc.” şirkətinin “Dream Works Animation” şirkəti ilə birlikdə ha zırladığı yeni 3D eynəkləri vəziyyəti xeyli yaxşı laşdıracaq. Belə ki, bu eynəklər xüsusi optik lin zalarla təchiz olunub. Həmin linzalar təsvirin izafi parlaqlığını azaldaraq, onun daha dəqiq olmasını təmin edir.
First Synthetic Cell First Synthetic Cell - Laboratoriyada süni həyatın yaradılması insan genlərinin sirrini açmış Kreq Ven ter üçün elə də böyük fenomen sayılmır. Doktor özü bu işi canlı hüceyrə üçün proqram təminatının ya zılması kimi qiymətləndirir. Onun rəhbərlik etdiyi bir qrup alim canlı bakteriyanın genlərinin kimyəvi yol la surətini hazırlamağı bacarıb. Dontor Venter ümid edir ki, bu kəşf bəşəriyyətə böyük faydalar verəcək.
Looxcie Looxcie – Bu kiçik videokamera qulağa keçirilir və 5 saat ərzində insanın gördüklərini fasiləsiz ola raq yaddaşa yaza bilir. Kameranın görmə bucağı gö zün görmə bucağı ilə eynidir. Kameranın bir düymə sini basmaqla son 30 saniyə ərzində qeydə alınan videonu avtomatik şəkildə Facebook və YouTube saytlarına, eləcə də elektron-poçt ünvanına göndər mək mümkündür.
32
Lifeguard Robot Lifeguard Robot – Emili adlı bu robot çimərlikdə sahil gözətçisi qismində çalışmaq üçün yaradılıb. 1,2 metr boya malik bu robot avtonom şəkildə elektrik lə işləyir. O, canlı xilasedici ilə müqayisədə 15 dəfə daha sürətlə üzür. Robotun yaradıcısı, mühəndis və iş adamı Toni Malliqandır. Emili ilk dəfə Kaliforniya dakı “Zuma Beach” çimərliyində sınaqdan keçiriblər. Hələlik robot uzaq məsafədən pult vasitəsilə idarə olunur. Gələcəkdə isə ixtiraçı robotun insanın iştirakı olmadan tam sərbəst şəkildə çalışan versiyasını ha zırlamaq fikrindədir.
The Waterless Washing Mach The (Almost) Waterless Washing Machine – “Xe rox” şirkətinin verdiyi məlumata görə, ABŞ-da hər il paltar yuyulmasına 1,250 trilyon litr su istifadə olu nur. Məhz suya qənaət edilməsi məqsədilə şirkət susuz çalışan paltaryuyan maşın hazırlayıb. Maşın neylon absorbent hissəcikləri vasitəsilə paltardakı çirki çıxarır. Gələn il paltaryuyanın satışa çıxarılaca ğı gözlənilir.
Spray-On Fabric
Sony Alpha A55 Camera
Spray-On Fabric – Bu günədək aerozol balon larından süni saçlar, pendir və müxtəlif məhsulların çıxdığını görmüşdük. İndi isə bu siyahıya geyim də əlavə olunub. Böyük Britaniyanın “Fabrican” şirkəti yeni geyim hazırlayıb. Bu geyimi görmək üçün xüsu si kimyəvi məhlulla doldurulmuş aerozol balonu dəri üzərinə sıxmaq lazımdır. Aerozoldan çıxan maddə 10-15 dəqiqə ərzində quruyaraq tikişsiz geyimə çev rilir. Bu libası dəfələrlə geyinmək və yumaq müm kündür.
Sony Alpha A55 Camera – heç vaxt titrəməyən bu kameranın qiyməti obyektivi ilə birlikdə 850 dol lardır. Onun vasitəsilə saniyədə 10 yüksəkkeyfiyyətli fotoşəkil çəkmək və HD-video yazmaq mümkündür. Çəkisi az, ölçüləri isə kompaktdır. Kameranın unikal lığını təmin edən onun daxilində yerləşdirilən şəffaf güzgüdür. Digər kameralarındakından fərqli olaraq bu güzgü tərpənmir. Məhz bu xüsusiyyət saniyədə 10 HD keyfiyyətli şəkil çəkməyə imkan verir.
İron Man Suit Body Powered Devices Body Powered Devices – Prinston Universitetinin alimi Maykl Makalpayn insan hərəkətləri ilə enerji istehsal edən xüsusi texnologiya yaradır. Texnologi yanın əsasında pyezoelektrik kristallar dayanır. Ge yimdə istifadə olunan elastik materialların tərkibinə yeridilən kristallar əyilərkən enerji istehsal edir; mə sələn, ayaqqabının altlığına qoyulan bu kristallar va sitəsilə insan, sadəcə, yeriyərkən mobil telefonunu enerji ilə doldura bilər.
İron Man Suit – Bu robotlaşmış kostyum, ilk növ bədə, müxtəlif yüklərin daşınması ilə məşğul olan hərbi logislər üçün hazırlanıb. 70 kiloqram çəkiyə malik XOS2 kostyumu heç bir fiziki gücdən istifa də etmədən öz daşıyıcısına 91 kiloqramadək yükü asanlıqla qaldırmağa imkan verir. Kostyumun isteh salçısı olan “Raytheon” şirkəti hazırda XOS3 - üçün cü nəsil kostyumların hazırlanması üzərində çalışır. Yeni geyimlər daha yüngül, daha etibarlı və daha mobil olacaq.
Nərmin NÖQTƏ
33
ƏNƏNƏ
“ЯКИНЧИ” БИРИНЪИДИР
34
O
soy-kökü etibarilə bəy nəslindəndir. De yim ki, adının sonundakı “bəy” kəlmə sini nə özü-özünə vermiş, nə də çar dəftərxanasının möhürlü kağızı bunu ona hədiyyə etmişdi. Bir sözlə, bu gün, sözün əsl məna sında, şəcərə etibarilə əsil-nəcabətli bəydən – Həsən bəy Məlikovdan (Zərdabi) danışacağıq.
“Əkinçi”yə qədər Azərbaycan mətbuatının banisi, dövrünün görkəmli zi yalısı, “Əkinçi” qəzetinin naşiri H.Zərdabi 1837-ci il iyunun 28-də keçmiş Göyçay qəzasının Zərdab kəndində ana dan olmuşdur. Həsən bəy ilk təhsilini mollaxanada almış, sonra Şamaxı qəza məktəbində oxumuş, orta təhsilini isə Tiflisdə tamamlamışdır. 1861-ci ildə Moskva Universiteti
35
ƏNƏNƏ nə daxil olan Həsən bəy Zərdabi dörd il sonra həmin uni versitetin təbiyyət-riyaziyyat fakültəsini bitirmişdir. Həsən bəyin öz ideyalarını gerçəkləşdirməsində, xarakterinin ci lalanmasında və şəxsiyyət kimi formalaşmasında Rusiya mədəni mühitinin xüsusi rolu olmuşdur. Tələbəlik illərində gənc Zərdabi bol mütaliə yolu ilə mütərəqqi rus ictimai-siyasi fikri ilə yaxından tanış ol muş, dekabristlərin şücaətindən xəbər tutmuş, millətçi lərin, inqilabçı-demokratların təsirini öz üzərində daim hiss etmişdir. Dövrün məşhur ziyalıları A.Çernışevski və А.Hеrtsenin alovlu publisistikasından bəhrələnərək, on lardan humanizm prinsiplərini mənimsəmişdi. Təhsil aldı ğı Moskvanın və qonşu Peterburqun mütərəqqi düşüncəli, döyüşkən ruhlu, prinsipial əqidəli tələbə gəncləri ilə daim isti münasibətdə olardı… Bütün bunlar təbii, “uzaq əya lətdən” gələn gəncin şüuruna, ruhuna dərin təsir göstərir, dünyagörüşünün, həyata baxışının formalaşmasında həl ledici amilə çevrilirdi... Teatrdan-qəzetə... O, başa düşürdü ki, XIX əsrdə Azərbaycanda milli oya nışa nail olmaq üçün məhz qəzet işindən başlamaq lazım dı. Mərkəzi şəhər kimi Bakının sürətli inkişafı da milli mət buatımızın yaranması zərurətini doğururdu. Doğma ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabinin qarşısında sual qoyulurdu: “Bəs qəzeti ne cə çıxarım?” – “Teatrdan başlayaraq!”. 1873-cü il martın 23-də Bakı gimnaziyasında tələbə ləri ilə birlikdə hazırladığı “Sərgüzəşti-vəziri-xani-Lən kəran” komediyasını göstərməklə Azərbaycanda ilk Milli Teatrın əsasını qoyur. O, bir şeyi dəqiq bilirdi: “Nə qədər biz avamıq, bizi aldadacaqlar”. Məhz bu avamlığı aradan qaldırmaq üçün mədəniyyətin yayılması vacib idi – teatr mədəniyyəti, qəzet mədəniyyəti, elm, bilik, kitab, oxu mə dəniyyəti… Başlanğıc asan olmadı: “Pul yox, yazıçı yoldaş yox, çapxana yox, azadlıq yox. Yəqin ki, oxucular da elə çox olmayacaq – bir, uzağı iki yüz nəfər. Dövlət tərəfindən izin almaq da ki bir böyük bəladır”. Düzdür, çar senzurası hələ qəzetin proqramını nəzərdən keçirəndə demişdi ki, “Bax ha, qospodin Məlikov, bu qəzetin səhifələri yalnız məişət məsələlərinə aid olmalıdır. Siyasi görüşlərlə, yaxud müa sir həyat quruluşunu müzakirə etmək cəhdləri ilə doldurul mamalıdır”. Xülasə, müasir həyatdan geri qalan əhalinin inkişafı barədə fikirlər irəli sürülməməlidir. Kütlə nə qədər avam olsa, hökumət bir o qədər rahat “yatar”… Təbii ki, Həsən bəy çar senzorundan ağıllı idi və o, sen
36
zorun “tələblərinə uyğun” yalnız “Əkinçi” adında “adi bir məişət qəzeti” buraxmağa razılaşmışdı. Ancaq qəzet gə ləcək nömrələrində ölkə həyatına parlaq ayna tutacaqdı. Axı “Qəzet dərviş kimi nağıl deyə bilməz, borcudur işləri ayna kimi xalqa göstərsin. Xalq da xəbərdar olub əlacını bulsun”... Bu gün hər birimiz 22 iyul 1875-ci ildə 1-ci nömrəsi çapdan çıxan “Əkinçi” ilə 29 sentyabr 1877-ci ildəki so nuncu – 20- ci nömrəsi arasında dərc olunan 56 sayın hamısını asanlıqla başa düşə bilərik. Və ilk Azərbaycan qəzetini oxuya bildiyimizə görə gözəl ziyalı və zəhmətkeş alim Turan Həsənzadəyə də minnətdar olmalıyıq. Vaxtilə məhz bu insanın zəhməti sayəsində “Əkinçi”nin tam mətni əski əlifbadan müasir əlifbaya köçürülmüşdü. Qəzetdəki “Daxiliyyə”, “Elm xəbərləri”, “Təzə xəbərlər”, “Elanlar”, “Məktubat”, “Əkin və ziraət xəbərləri” bölmələ ri ilə tanışlıq dərhal göstərir ki, kəmiyyət etibari ilə ən az sayda yazılar məhz “Əkin və ziraət xəbərləri”dir. Ən çox yer isə elm, texnika, təbabət, texnologiya, incəsənət, ədə biyyat, etika, davranış və bunun kimi mövzulara verilib. Yəni Zərdabi qəzetdə ən çox insanları maarifləndirəcək, onların beyinlərində inqilab edə biləcək informasiyaların yayımlanmasına daha çox diqqət yetirirdi. Zərdabi jurnalistika məktəbi Ölkəmizdə bir çox ilklərə imza atan Həsən bəy Zərda binin tarixi xidmətlərindən biri də ədəbi-bədii publisistika da yeni cığır açması, orijinal yazı tərzini kəşf etməsi idi. O, XX əsrin məşhur “mollanəsrəddinçilər” məktəbinə xas olan üslubun ilk rüşeymlərini yaradır, yeni ədəbi məktə bin ilk toxumlarını səpir. Hələ çox sonralar məşhurlaşacaq bədii-publisistik elementlərin cücərtilərini biz artıq “Əkinçi” tarlasında görürük. Qəzetin 1876-cı il 25 iyul tarixli sayın da belə bir redaksiya qeydi var - “Bir şəxs bizə bir bayatı göndərmişdi ki, belə başlanırdı: Qonşu getdi, biz qaldıq, haray ellər, ay ellər Yaman günə biz qaldıq, haray ellər, ay ellər Və bunu çap etmək mümkün olmadı…”. Həsən bəy burada guya senzorun “qorxusundan” qə zetin ünvanına gələn ictimai “təhlükəli” bir məktubu dərc edə bilmədiyini deyir. Halbuki həmin məktubun mayasın dakı inqilabi-dirçəldici çağırış artıq çap edilib. Və bu iki sətirlik sözlərlə ədəbi-mədəni mühitdə dərin iz buraxan şırımlar açılıb. O, qaranlıq mühitdəki tənhalığına işarə edərək yaşadı ğı ağrılı fikirlərini tez-tez qələmə alırdı. Sonralar onun “…Sözünü o kəslərə de ki, sənə qulaq asmırlar!” – tipli
cümlələri məşhur üsluba çevrilir. Azərbaycan publisisti kasının klassik nümunələrini yaradacaq bu ədəbi üsul da Həsən bəyin kəşflərindən idi: “Hər kəsi çağırıram – gəlmir, göstərirəm – gör mür, deyirəm – qanmır. Axırda gördüm ki, onları ha raylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri-əlac yoxdur. Ola bilməz ki, mənim sözümü eşi dənlərdən heç biri qanan olmasın. Necə ki, bir bula ğın suyunun altına nə qədər bərk daş qoysan, bir ne çə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus doğru söz… Heç olmaz ki, doğru söz yerdə qalsın…”. Söz, qəzetdən düşmüşkən, gəlin, “Əkinçi”nin son sa yındakı tam rəmzi xarakterli bir məlumata diqqət yetirək: “…Bu il London şəhərində ərəb dilində bir qəzet çap olu nur ki, hər gün də çıxır. Yazırlar ki, onun müştərisi var”. İlk baxışda adi görünən bu xəbərlə qəzetini bağlayan Böyük Mədəniyyət “Əkinçi”si Həsən bəy Zərdabinin xalq üçün yanması, hətta uzaqdan-uzağa, yüzillik zaman məsafə sindən belə açıq-aydın görünür. Təsəv vür edin, London da… ərəb dilində… gündəlik qəzet çıxır... O qəzet həm də satılır… Yəni oxucusu var… Yəni adamlar qəzet alır, oxuyur, savadlanır, inkişaf edirlər… P.S. əvəzi Yəqin, siz də fikir vermisiniz ki, yaradıcılığından, ya şayışından çox vüqarlı insan, qürurlu şəxsiyyət kimi gö rünən Zərdabinin özündən sonra yaradılmış bədii obrazı rəsm və heykəllərdə tamam başqa cürdür. Portret rəsmlə rində o, sanki bədbəxt bir cütçüdür, ya da əzilən günahkar kəndçi. Sifət cizgilərində heç bir qürur əlaməti yox, vüqar lı baxışları görünmür, qoca və əldən düşmüş siması isə bədbindir… Görünür, bu, “qırmızı” imperiyanın ideoloji prinsiplə rindən qaynaqlanırdı. Süni “sosialist mədəniyyəti” quru larkən “bəy”liyin “proletarlaşdırılması” tələbi o dövrdə ya radılan bütün ədəbiyyat, incəsənət, o cümlədən, təsviri sənət və monumental heykəltəraşlıq işlərində yalnız bir nüansı tələb edirdi - Zərdabi kimi mütəfəkkirlər məhz belə təsvir olunmalı imişlər... Nərmin NÖQTƏ
37
ƏNƏNƏ
Е2 Е4
38
B
ütün dünya 1966-cı ildən 20 iyul tarixini Beynəlxalq şahmat günü kimi qeyd edir. Bu bayram FİDE-nin – Ümumdünya Şah mat Federasiyasının (1924-cü ildə yaradı lıb) qərarı ilə keçirilməyə başlanıb.
Şahmat – 32 fiqurla (16 ağ və 16 qara rəngli fiqur), 64 ağ və qaradamalı lövhə üzərində oynanılan stolüstü oyundur. Oyunun başlanğıcında tərəflərdən hər ikisi bir şah, bir və zir, iki qala, iki fil, iki at və səkkiz piyadadan ibarət fiqurlara malik olur. Şahmat ifadəsi fars dilindəki “şah” və “mat” sözlərinin birləşməsindən yaranıb. Mənası “şah öldü” deməkdir. Oyunun məqsədi ondan ibarətdir ki, rəqibin şahını mat edib, onun bütün gediş imkanlarını bağlayasan. Bu, oyu nun adında da özünü göstərir. Şahmatın ulu babası – Çaturanqa Şahmatın vətəni Hindistan hesab olunur. Hindistanda bu oyunun adı çaturanqa idi. “Çatur” dörd rəqəmini, “an qa” isə hissə sözünü ifadə edirdi. Bəzi sənədlərə görə, bu oyunun quruluşu ozamankı hind ordusunun vəziyyə tindən götürülüb. Hind ordusu 4 hissədən ibarət olurdu – fillər, atlar, döyüş arabaları və piyadalar. Doğrudan da şahmat müharibə və döyüş səhnələrini xatırladır. Ancaq müharibədən fərqli olaraq, burada güclə yox, ağılla, mən tiqlə qələbə qazanmaq mümkündür. Hind tarixçiləri şahmat haqqında ilk məlumatların 570ci illərə aid olduğunu göstərirlər. Əslində, şahmatın tarixi daha qədimlərə gedib çıxır. 600-cü illərdə bu oyun Hindis tandan İrana keçmişdir. Rusiyada isə IX-X əsrlərdə yayıl dığı göstərilir. Orta əsrlərdə, xüsusən də, XI-XVI əsrlərdə türklər və ərəblər arasında da şahmat məşhur oyun ki mi qəbul edilmişdir. Avropaya şahmatı ərəblər tanıdıb. İlk olaraq isə İspaniya və Portuqaliyada mənimsənilib. Buğda dənəsi əfsanəsi Bəzi əfsanələrdə şahmatı bir brahmanın yaradaraq, hökmdara hədiyyə etdiyi göstərilir. Hökmdar bu qiymətli hədiyyənin qarşılığında brahmana “Nə istəyin varsa, qə bul edəcəyəm”, – deyir. Brahman da şahdan 64 xanalı şah mat taxtasının ilk xanasına bir, ikinci xanasına iki, üçüncü xanasına dörd, yəni hər xanaya əvvəlkindən iki dəfə çox sayda buğda qoyaraq doldurmasını istəyir. Hökmdar Bal hait bu qədər sadə görünən bir arzunun dərhal yerinə yetirilməsini əmr edir. Tez bir qab buğda gətirirlər. Hələ 13-cü xanada 4096 buğda dənəsi lazım olduğunu görən
hökmdarın ağlı başına gəlir. Hesabladıqda nəinki bütün Hindistanın, hətta dünyanın buğda ehtiyatını sərf etsələr belə (18.446.744.073.709.551.615 buğda gərək idi), Brah manın bu istəyini yerinə yetirə bilməyəcəklərini anlayan hökmdar Brahmanı təqdir edərək, həmin gündən onun yaratdığı bu oyunun yayılmasına yardımçı olur. Azərbaycanda şahmat ənənələri Azərbaycanda şahmat qədim tarixə malikdir. Azərbay can şairi Əssar Təbrizinin “Mehr və Müştəri” poemasında şahmat oyununun hələ İslamdan öncə Azərbaycanda ya yıldığı göstərilir. Ancaq əsl inkişaf dövrü yalnız IX əsrdən başlanılıb. Həmin dövrün ən güclü şahmatçısı kimi, Cəla ləddin Naxçıvani məşhurlaşmışdı. Orta əsrlərdə şahmat mövzusu ədəbiyyatda da xüsusi yer tuturdu. XI əsrin so nu, XII əsrin əvvəllərində yaşamış görkəmli şairə Məhsəti nin şahmat haqqında maraqlı rübailəri var. Eyni zamanda, Məhsətinin dövrünün ən güclü şahmat ustası olduğu bildi rilir. Dahi şairlər Xaqani Şirvaninin “Töhfətül-İraqeyn” po emasında və Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan bütün poemalarda şahmat oyunu tez-tez xatırlanır. Bütün bunlar göstərir ki, Azərbaycanda şahmata hələ qədimdən böyük maraq göstərilmişdir. XIX əsrin 20-ci illərinin ortalarından başlayaraq, şah mat Azərbaycanda da inkişaf etdi. 1926-cı ildə Bakı, 1934-cü ildə isə ilk Azərbaycan çempionatı keçirilmişdir. Azərbaycan şahmatının tarixində F.Sideifzadə, E.Mə hərrəmov, A.Hüseynov, A.Sofiyeva, F.Vəlixanlı, İ.Qədi mova və başqaları fərqlənmişlər. Son illərdə Azərbaycan şahmatçıları T.Rəcəbov, Ş.Məmmədyarov və V.Həşimov dünyanın qabaqcıl şahmatçıları sırasına çıxa bilmişlər. Uduzmağın cəzasını şillə ilə verən hökmdar Rəvayətə görə, Osmanlı hökmdarı Sultan Səlim tax ta çıxmamışdan öncə, Səfəvilər dövlətinə gəlir və saraya girməyin yollarını axtarır. O, şahın şahmat həvəskarı oldu ğunu eşidir və kəndlərdə, şəhərlərdə bu oyunu oynayaraq məşhurlaşır. Onun şöhrəti saraya qədər gəlib- çatır və bir gün Şah İsmayıl onu hüzuruna çağırır. Gələcək sultan Sə fəvi hökmdarı ilə şahmat oynayır və onu mat edir. Bundan qəzəblənən Şah İsmayıl I Səlimə şillə vurur. O isə üzr istə yir və birtəhər canını qurtarır. Bir neçə il keçdikdən sonra onlar Çaldıran döyüşündə qarşılaşırlar. Cəngavərlərin 7 özəlliyindən biri Şahmat orta əsrlərdə cəngavərlərin sevimli oyunu idi. Hətta həmin dövrlərdə cəngavərlərə xas olan 7 özəllik arasında şahmat oynamaq bacarığının olması da vacib
39
ƏNƏNƏ
idi. Digər özəlliklərə isə at minmək, üzmək, ox atmaq, qı lınc oynatmaq, ovçuluq, şeir yazmaq kimi xüs usiyyətlər aiddir. 500 ildir qaydaları dəyişməyən oyun Şahmat Avropada oynanılmağa başlandıqdan sonra, qaydalarında əhəmiyyətli dəyişikliklər olmuşdur. Bu dəyi şikliklər sayəsində sürətlənən oyun bir aristokrat əyləncə si olmaqdan çıxmış, geniş xalq kütlələri tərəfindən seviliboynanılan bir oyun halını almışdır. Köhnə şahmat oyunu yavaşılığı baxımından seçilirdi. XV əsrin sonunda uzaq məsafəyə təsir edən fil və vəzir fi qurlarının icadı ilə şahmat bugünkü şəklini aldı. Bu inkişa fın ardından İspan Lucenanın 1497-ci ildə yazdığı ilk çap edilmiş şahmat kitabında oyunun yeni qaydaları açıqlan dı. İspaniyada çap edilən bu ilk kitabdan sonra, şahmatın qaydaları dəyişikliyə uğramadan günümüzə qədər gəldi.
40
32 fiqur qarşısında aciz qalanlar və qalib gələnlər Şərqdə ilk böyük şahmat yarışması 819-cu ildə Xora sanda – Xəlifə Əl-Məmnunun sarayında keçirilib. Oyun zamanı xəlifənin söylədiyi sözlər doğrudan da maraqlı idi: “Təəccüblü işdir ki, mən Qərbdən Şərqə çox böyük əra zilərə hökmranlıq edirəm, ancaq lövhədəki bu 32 fiqurla bacara bilmirəm”. Əslində, dünyanın ilk şahmat çempionu X əsrdə ya şamış türkmən Əbubəkr əl Suli sayılmalıdır. O, dövrünün güclü şahmatçıları ilə yarışaraq qalib gəlmiş və özündən sonra dərin analizlərə malik ikicildlik əsər qoymuşdur. An caq dünya səviyyəsində tanınan ilk beynəlxalq turnirlər XIX əsrin ortalarından keçirilməyə başlanılıb. İlk rəsmi dünya çempionu Vilhelm Steintizdir. 1886-cı ildən keçiril məyə başlanan bu yarışmada Steintiz 10 qələbə, 5 bə rabərlik və 5 məğlubiyyətlə Zukertortu arxada qoyaraq, çempion titulunu qazandı. XX əsrin əvvəllərində Lasker, Kapablanka, Alyoxin, Eyve, İkinci Dünya müharibəsin
dən sonrakı illərdə isə Botvinnik, Smıslov, Tal, Petrosyan, Spasski, Fişer, Karpov, Kasparov, Xalifman və Anand dünya şahmat birincisi adını aldılar. Napoleona qalib gələn türk şahmatçı Şahmatda iki oyunçunun hərəsinin bir hücum etməklə oynana biləcəyi 400 fərqli hücum var. İkinci hücumlardan sonra bu ədəd 71 852, üçüncü hücumlardan sonra 9 000 000-dan çox olur. Adı Türk olan ilk robot şahmatçı Na poleon Bonapartı 19 hücumda məğlub etmişdi. Bu robot Avstriya mühəndisi tərəfindən XVII əsrdə Osmanlı padşa hının şahmata olan böyük marağı səbəbi ilə Osmanlı xa nədanına hədiyyə olaraq göndərilmişdi. Bu şahmat robo tu, əslində, bir yalandır. Şahmat taxtasının altına qoyulan mexanizm sayəsində fiqurlar masada əyləşən «şahmatçı robot» tərəfindən oynadılırmış kimi görünürdü. İlk şahmat oynayan kompüter 1915-ci ildə Torries tə rəfindən hazırlanıb. Doğru və məntiqli bir şəkildə şahmat oynayan ilk kompüter proqramı isə 1958-1959-cu illərdə Alex Bernstein tərəfindən hazırlandı. 1974-cü ildə ilk dünya kompüter şahmat turniri Stok holmda keçirildi. Çempionatı “Kaisse” adlı rus proqramı qazandı. Teleqrafla oynanılan ilk matç 1844-cü ildə – Va şinqton DC və Baltimore şəhərləri arasında edildi. Tele fonla oynanılan ilk şahmat oyunu isə İngiltərənin Derbys hire şəhərində – 1878-ci ildə reallaşdı. 1922-ci ildə Joze Kapablanka Klivlenddə 103 rəqiblə oynadı. Oyunların ha mısında qələbə qazanan böyük usta, yalnız bir oyunda heç-heçə etdi. 20 saat davam edən oyun Ən qısa oyunlardan biri Bobbi Fişerin dünya çempionu titulunu qazanmamışdan əvvəlki oyunlarından biridir. Fi şer böyük usta Pennoaya qarşı 1.c4 açınca, Penno o də qiqə oyunu tərk etmişdi. Ən uzun oyun isə 17 fevral 1989cu ildə Belqradda oynanıldı. İvan Nikolic və Goran Arsovic arasında oyun 20 saatdan çox davam etdi və 260 hücum edildi. Oyun bərabərliklə nəticələndi. Hücum etmək üçün ən uzun düşünmə müddəti 2 saat 20 dəqiqə ilə Fransisko R. Torresindir. Tanınmış şahmatçılarla yanaşı, bu oyuna həvəs gös tərən və eyni zamanda, peşəkarcasına oynanılan məş hurlardan Napoleon Bonapartı, Albert Eynşteyni, Tomas Cefersonu, Vladimir Nabokovu, Bencamin Franklini, Papa XIII Leonu, Aleksandr Puşkini, Stinqi, Lev Tolstoyu, Corc Vaşinqtonu göstərmək olar. Hətta Napoleon öldüyü za man, ürəyinin çıxarılıb bir şahmat masası içinə qoyulma
sını vəsiyyət etmişdi. Səbir etməyi öyrənmək Qavrama qabiliyyətinin inkişafı ilə yanaşı, şahmat plan lı hərəkət etməyi aşılayır. Sürətli, doğru və düzgün düşünə bilməyə yardım edir, hadisələrə düzgün prizmadan baxa bilmək qabiliyyətini aşılayır. Öz güc və qabiliyyətini daha doğru analiz etməyi, məğlubiyyətlər qarşısında ruhdan düşməməyi, zəfər üçün daha çox çalışmaq lazım oldu ğunu öyrədir. Həmçinin, şəxsi keyfiyyətləri inkişaf etdirir, başqalarına hörmətlə yanaşmağı, səbir etməyi və hadisə lərə fərqli prizmalardan yanaşmağı öyrədir. Deyilənlərə görə... Kori Evans deyirdi: “Şahmatda qəhrəman yoxdur. Burada udan və uduzan var. Fiqurlar yenidən qutuya yı ğıldıqları zaman bərabərhüquqlu olur”. Paskal: “Şahmat taxtası insan zehninin gimnastika sa lonudur”. Pierre Mac Orlan: “Şahmat taxtasında bütün dəniz dəkilərdən daha çox macəra var”. Taraş Şevçenko: “Şahmat eşq və musiqi kimi insanı xoşbəxt edir”. Renaud və Kanh: “Şahmat ağılla oynanılır, əllərlə de yil”. H.G.Uels: “Şahmatdakı peşmançılıqdan böyük peş mançılıq yoxdur”. Purdy: “Şahmat sirli qadın kimidir”. “Discovery Azerbaijan” adından bütün şahmatçıları bu beynəlxalq bayram münasibətilə təbrik edirik! Arzu edirik, yalnız oyunda deyil, həyatda da düzgün gedişlər etsinlər. Ümid edirik, irəlidə bizi daha böyük qələbələr gözləyir. Rəna KƏRİMOVA
41
ƏNƏNƏ
SEZARЫН АДЫНA
ЛАЙИГ-JULY D
eyilənlərə görə, “iyul” sözü Roma imperatoru Yuli Sezarın adın dan götürülüb. İmperator yay fəslinin ikinci ayında doğul duğundan, onun şərəfinə bu ay “iyul” adlandırılıb. Tarixdə bu ay “Qartal Aya endi!”. Aya qədəm basan ilk insan bunu dünyaya belə çatdırdı. Da ha dəqiq desək, Amerika kosmik gəmisi olan “Apollo-11” 1969-cu il iyulun 20-də üç astro navtla Aya endi. Aya ilk ayaq basan insan isə Nil Armstronq idi. İyulda beynəlxalq bayramlar Beynəlxalq idman jurnalistləri günü – hər il iyulun 2-də keçirilir. Bugünün keçirilməsi nə 1995-ci ildə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) qərar verib. Çünki 2 iyul 1924-cü il bu təşkilatın yaradılma ta rixidir. Fransanın paytaxtı Parisdə yaradı lan bu təşkilatın artıq 87 yaşı tamam olur. Assosiasiyaya 150-dən artıq ölkənin milli təşkilatı üzvdür. Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proq ramının təşəbbüsü ilə 1989-cu ildən iyulun 11-i Ümumdünya əhali günü kimi qeyd olunur. Belə ki, həmin tarixdən 2 il əvvəl, yəni 1987-ci ilin 11 iyul tarixində qeydə alınan əhali sayı 5 mlrd təşkil etmişdi. Bugünün keçirilmə sində əsas məqsəd dünya əhalisinin problemlərinə diqqət çəkməkdir. İyulun 20-si isə bütün dünya şahmatçıları və şahmat sevərlər Beynəlxalq şahmat gününü qeyd edirlər. Bu gün barədə və eləcə də şahmat oyununun yaranma tarixi və
42
inkişafı barədə suallarınıza “Discovery Azer baijan”ın səhifələrində cavab tapa bilərsi niz. Qeyri-rəsmi Hər il iyul ayının sonuncu cümə günü Sistem idarəçiləri günü kimi qeyd olunur. Bu bayramın yaradıcısı amerikan sisadmini Ted Kekatosdur. O, belə bir bayramın keçirilməsinin zə ruriliyini bütün ili çalışan idarəçilərin, heç olmasa, ilin bir günü istifadəçilər tərəfindən xatırlanmaq, təşəkkür almaq istəkləri ilə izah edib. Sisadminlər ilk dəfə 2000-ci ilin 28 iyulunda Çika qo yaxınlığında təbiət qoynunda keçirilən sadə bir pikniklə insanların diqqətini cəlb etməyə çalışıblar. Həmin ildən sistem adminləri hər il, ənənəyə sadiq qalaraq, bugünü qeyd edirlər. “Ruhların toyu” Məşhur “Bəyin oğurlanması” fil mində mərhum aktrisa Nəsibə Zeyna lovanın canlandırdığı obraz filmlərdəki öpüşmə səhnələrinin doğru olub-olma dığını aydınlaşdırmağa çalışırdı. Bugünkü filmlərdə isə belə vəziyyətlər adi hala çevrilib, öpüş səhnəsi olmayan bir film tapmaq mümkünsüzdür. Ekranlarda ilk öpüş 1896-cı ildə Tomas Edisonun 30 sa niyəlik “Öpüş” videoçarxında Mey İrvin və Con.C.Rayenin iştirakı ilə öz əksini tapıb. Ən çox öpüş səhnəsi olan film 1926-cı ildə «Warner Brothers» kinokompaniyasının çək diyi «Don Juan» olub. Burada 191 öpüş sayılıb. Kino tari xində ən uzunmüddətli öpüş 1940-cı ildə çəkilmiş «You’re
in the Army Now» filmində Redjis Tumi və Ceyn Vaymen arasındakı 185 saniyəlik kadr olmuşdur. Bu səhnə filmin 4%-ni təşkil edib. Öpüşün filmlərdə belə geniş yer alması da deyəsən, təsadüfi deyil. Çünki hələ qədimdə insanlar düşünürdülər ki, nəfəsdə ruh saxlanılır və öpüşən zaman ruhların birləşməsi baş verir. Ona görə də buna «Ruhların toyu» deyirdilər. XIX əsrin sonlarında isə “Dumanlı Albion” sakinləri be lə qərara gəldilər ki, sevginin təzahürü olan öpüş bay ram günü kimi qeyd olunmağa layiqdir. İlk dəfə Böyük Britaniyada keçirilən bu ənənə Birləşmiş Millətlər Təşkilatı tərəfindən də təsdiq edilib. Artıq hər il iyu lun 6-da planet əhalisi öpüş gününü qeyd edərək, filematalogiya (öpüş prosesinin elmi adı) ilə bağlı müxtəlif müsabiqələr, tədbirlər təşkil edirlər. Öpün və qazanın! *Aparılan tədqiqatlar sübut edir ki, işə gedərkən hə yat yoldaşını öpən kişilər bunu etməyənlərə nisbətən daha çox pul qazanırlar. Bundan başqa: *hindlilərin fikrincə, öpüş zamanı insanların ruhları və gücü bir-birlərinə keçir; *orta əsrlərdə İtaliyada cəmiyyət qarşısında qadını öpən kişi mütləq onunla evlənməli idi; *1999-cu ildə Kramit Subera və Dror Orpaz öpüş müddətinə görə dünya rekordu qırmışlar; belə ki, on lar kütlə qarşısında düz, 30 saat 45 dəqiqə öpüşmüşlər; *A.E.Volfram adlı bir amerikalı 8 saat ərzində 8001 insan la öpüşüb. Bu hadisə 15 sentyabr 1990-cı il tarixdə onun yaşadığı New Brightonda təşkil olunmuş Minnesota Ren naissance Festivalında baş verib. Bununla o, hər 3,6 sani yədən bir yeni insanla öpüşməyə nail olub.
«Allahların qidası» - şokolad 11 iyul tarixində qeyd edilən Ümumdünya şokolad gü nü 1995-ci ildə Fransada keçirilməyə başlanıb. Şokolad bayramı tez bir zamanda populyarlıq qazanaraq, Alma niya, İtaliya, İsveçrə və s. kimi ölkələrə də yayılaraq, bir çox ölkələrdə qeyd olunmağa başlanıb. Bu bayramla əla qədar festivallar, konkurslar və s. kimi şokoladlı tədbirlər keçirilir. Yeri gəlmişkən, şokoladın, həmçinin, şokolad ağacının və təni Mərkəzi Cənubi Amerika dır. Yüzilliklər ərzində şoko lad içki kimi istifadə olunur du – hindular ovulmuş və qovrulmuş kakao paxlalarını su ilə qarışdırıb, sonra alın mış məhlula qırmızı Çili istiotu əlavə edirdilər. “Şokolad” sözü, versiyaların birinə görə, qədim as tek sözü olub, «xocolātl» (çokolatl) kakao paxlasından alınan içkinin adıdır. Acı su kimi tərcümə olu nur- xocolli- acı, ātl- su. Asteklər bu içkini «Allahların qida sı» adlandırırmışlar. Şokolad haqqında maraqlı faktlar Dünyada sevgi rəmzi kimi tanınan ilk şirniyyat – şo koladdır. Dünya qadınlarının 15%-i hər gün şokolad yeyir. Dünyada ən çox şokolad yeyən ölkə İsveçrədir; belə ki, hesablamalara əsasən, hər sakinə il ərzində 10 kq şokolad düşür. 2-ci yerdə isə Rusiya qərarlaşmışdır: hər sakinə 4,4 kq şokoladla. İlk dəfə olaraq plitka şokolad XVIII əsrdə Meksikada hazırlanmışdır. Sonradan isə – 1840-cı ildə iki Britani ya kompaniyası – “Cadbury” və “Fry and Sons” tərə findən hazırlanmağa başlanmışdır. İlk dəfə 1861-ci ildə Riçard Kedberi adlı şəxs ürək formasında şokolad hazırlamaq qərarına gəlmişdir. Yalnız 7 ildən sonra bunun davam etdirilməsinə icazə verilmişdir. 7 illik fasilədən sonra, Con Kedberi tərəfin dən ürək formasında şokoladlar hazırlanmışdır.
43
ƏNƏNƏ Fransız xalqı kef edir... 14 iyul Fransada həm milli, həm də xalq bayramıdır. 1880-ci ildə Üçüncü Respublika Fransaya 14 iyul Milli Bayramını bəxş etdi və bunu 14 iyul 1789-cu ildə Bas tiliya qalasının alınmasının xatirəsinə həsr etdi. Bu bay ram fransızlara bir tərəfdən, milli simvol olan Bastiliyanı, digər tərəfdən, 14 iyul 1790-cı ildə keçirilən və milli barı şıq sinonimi hesab edilən federasiya bayramını xatırladır. XXI əsrin astanasında Fransanın milli bayramını – Res publika bayramını əyləncə bayramı kimi təqdim etmək olar. Dövlət başçısının da iştirak etdiyi qoşunların paradı canlı yayımda göstərilir və hər yaşda televiziya tamaşa çılarını cəlb edir. Bayram ərəfəsində agaclarda səhnələr qurulur, 14 iyul günü isə orkestrlər yalnız rəsmi mərasim ləri deyil, həm də əyləncəni sevənləri ballara dəvət edir.
ABŞ-da Müstəqillik günü 4 iyul ABŞ-da Müstəqillik günüdür. 4 iyul 1776-cı il də Filadelfiya şəhərində ABŞ-ın müstəqilliyi haqqın da deklarasiya qəbul edildi. Sənədə ilk öncə 13 Şimali Amerika ştatı qatılıb. Müstəqillik Deklarasiyasının əsası nı Tomas Cefersonun demokratiya ruhunda hazırladığı layihə təşkil etdi. Deklarasiyada müstəmləkənin Brita niya Krallığından ayrılması və Amerika Birləşmiş Ştat larının suveren bir ölkə kimi qurulması öz əksini tapdı.
MİLLİ BAYR AML ARIMIZ
Sənin polisin səni qoruyurmu? Doğrudur, Azərbaycan polisinin yaranma tarixi da ha keçmişə, ötən əsrin 20-ci illərinə təsadüf edir. Am ma Ümummilli Lider Heydər Əliyevin 24 may 1998ci ildə imzaladığı fərmana əsasən, hər il iyulun 2-də Azərbaycan polisi günü qeyd olunur. Gəmiçilər də bayram edir Hər il iyul ayının birinci bazar günü Azərbaycan da Xəzər dəniz gəmiçiliyi işçiləri günü qeyd olunur. Bu bayram mərhum prezident Heydər Əliyevin 2 iyul 1998-ci il tarixli sərəncamına əsasən qeyd olunur və həmin tarixdən etibarən ölkə dənizçiləri öz peşə bay ramlarını rəsmi şəkildə qeyd edirlər. Diplomatların bayramı Azərbaycan Respublikası diplomatik xidmət orqan ları əməkdaşlarının peşə bayramı 9 iyul tarixində qeyd olunur. Bayram müsəlman dünyasında ilk Demokratik Respublikanın yaradılmasında və müasir dövrdə müs təqil Azərbaycan dövlətinin qurulması prosesində mil li diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu ilin iyul ayının 9-da Azərbaycan Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq, ölkə Prezidenti İlham Əliyevin 24 avqust 2007-ci il tarixli Sərəncamına əsasən təsis olunub. Milli Mətbuat Günü 22 iyul – Milli Mətbuat Günüdür. Azərbaycanda Mətbuat Gününün yaranması «Əkinçi» qəzetinin tarixi ilə bağlıdır. 22 iyul 1875-ci ildə xalqımızın maariflən dirilməsi uğrunda fəal mübarizlərdən biri olan Həsən bəy Zərdabinin təşəbbüsü ilə ana dilində «Əkinçi» qə zetinin ilk nömrəsi çapdan çıxıb. Qəzetdə Azərbayca nın ozamankı bir sıra tanınmış elm və ədəbiyyat xa dimlərinin, o cümlədən, yazıçı-dramaturq Mirzə Fətəli Axundovun təhsillə bağlı məqalələri nəşr olunub. Bu bayram XX əsrin sonunda, Azərbaycan öz müstəqilli yini əldə etdikdən sonra qeyd olunmağa başlandı.
Rəna KƏRİMOVA
44
45
reklam
ÇƏRÇİVƏYƏ MƏHKUM OLUNMUŞLAR
АЬАЪЫН “Ağacın Məcnunu»
МЯЪНУНУ
Cəbrayıl 1963-cü ildə Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimza də adına Rəssamlıq Məktəbinin rəngkarlıq, Azərbaycan Dövlət İncəsənət İnstitutunun ke ramika-heykəltəraşlıq fakültəsini bitirib. İnstitutda təhsil alarkən, Tokay Məmmə dov, Zeynal İbrahimov, Mirəli Mirqasımov kimi tanınmış müəllimləri olub.
46
A
zərbaycanda incəsənətin inkişaf yolları nı incələyəndə hərdən adama elə gəlir ki, jurnalımız bir zaman bu sahədə səs-küylü işlərdən daha çox “Nəyimiz çatışmır?” su alına cavab axtarmalı olacaq. Götürək elə instalyasiyanı (tətbiqi incəsənətin bir növü). Başqa ölkələrdə bu sənət sahəsinin inkişafına nəzər salanda, istər-istəməz, “Bizdə də bu sahə ilə məşğul olan sənətkarlar varmı?” sualı yaranır. Elə bu suala cavab tapmaq niyyətimiz bizi rəssam Cəbrayıl Quliyevin emalatxanasına gətirib çıxartdı... - İnstalyasiyanı necə izah etmək olar, bu sənətin kökü hara gedib çıxır? - Ağacdan sənət əsəri üçün xammal kimi ilk dəfə qə dim Şərqdə, Misirdə istifadə olunub. Sonra təbiətin bu gözəl neməti Yunanıstanvə Romada da geniş yayılmağa başladı. Hətta italyanlar bu sahəyə ad da qoydular: instalyasiya (ingilis dilində-installation) yəni taxmaq, yerləşdirmək. XV əsrin tanınmış sənətkarı olan Vero na sakini Fra Covannini armud, fındıq, qovaq, şam, sərv ağaclarından əsrarəngiz işlər düzəldirdi. O dövrün sənətkarlarını oduncaqların rəngi qane etməyəndə, müxtəlif məhlul, cövhər, turşu, qələvi lərdən istifadə ilə istədikləri rəngi alırdılar. Ona görə də dövrümüzə qədər gəlib-çatan həmin işlərdən bəzilər hələ də təravətini itirməyib. - Amma Azərbaycanda bu sənət sahəsi bir qədər gec tanınıb. Bunu nə ilə izah edirsiniz, ağac bol deyil di, yoxsa?.. - Bəli, həqiqətən də instalyasiya Azərbaycanda gec tanınıb. Sizin dediklərinizdə də həqiqət var. Görünür, Azərbaycanda meşələr bir o qədər zəngin olmayıb ki, on dan ərköyüncəsinə, bol-bol istifadə eləsinlər; üstəlik, boş vaxtlarında ağacların məğzinə nüfuz edib, nəsə axta rıb-tapsınlar. Bu mənada, alıcıları cah-cəlal sevən sənət karlar qızılı, gümüşü, nəhayət, misi qoyub, üzüyü, sırğanı ağacdan düzəldəsi deyildilər ki... Sənətkarların nəzərində ağacların yeri başqa idi: şəbəkə, oturacaq mebelləri, əsa, çubuq, qəlyan, uşaq beşiyi, tabaq, çömçə-qaşıq və s. Amma dünya gör-götür dünyasıdır. Bizim sənətkarlar da ağacların gözəlliyini başqa məmləkətlərin ustad rəs samlarının əsərlərində görüb dəyər verdilər, sonra bu işin incəliklərinə yiyələnərək yeni dünya kəşf etdilər... - Nəslinizdə sənətə məhəbbət göstərənlər çox olub. Amma „Ağacın Məcnunu” adı yalnız sizə məx susdur. Əsərləriniz Gürcüstanda, Litvada sərgilənib. İşləriniz İngiltərə, Yaponiya, Fransa, Rusiya və baş
47
ÇƏRÇİVƏYƏ MƏHKUM OLUNMUŞLAR
48
qa ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır. Bütün bunlara rəğmən sual yaranır: ağacı nəyə görə sevir siniz? - Əvvəla, ağac kimi mülayim, həlim, səxavətli, sözəba xan digər bir material yoxdur. İkincisi, ağac itkisiz materi aldır, hətta üzərindəki girinti-çıxıntılardan belə naxış kimi istifadə oluna bilər. Ağacların üzərindəki xəstəlikdən ya ranmış ləkələrdə, bilirsinizmi, nə qədər təsvir var?! Əsas odur ki, bu incəlikləri görüb yerində tətbiq edəsən. Rəndə lənmiş ağ taxtada yaşıl və ya mavi rəng görməyəndə mə yus olmağa dəyməz. İnstalyasiyada bu rənglərin tətbiqi vacib deyil. Süjeti elə işləmək olar ki, hər şey bu rənglər siz də aydın olsun. Təbiət ən yaxşı rəssamdır. Ağac özün də ən mürəkkəb boyaları gizləmiş bir palitradır. Ona görə də 70 ağac növündən istifadə edirəm. Onlardan bəziləri Afrikada, Skandinaviya ölkələrində, Cənubi Amerikada, Rusiyada bitir. Azərbaycanda da elə ağaclar var ki, baş qa yerlərdə bitmir; məsələn, sarıağac, nil ağacı, şümşad ağacı, vətəni Oğuz olan sarağan ağacı və s. - Doğrudan da ağacları çox sevirsiniz. Bəs onların nazını necə, çəkirsiniz? - Bir hadisə danışım. 2010-cu il dekabrın sonu idi. Şal bandan 4 təkər kəsdim, dəmir “üzük“ə salıb, gövdə, otura caq hazırladım. Niyyətim bu idi ki, yastı bir araba düzəldim və həyətdəki gül dibçəklərini onun üstünə düzüm. Qəfil
dən isgənə əlimi kəsdi. Həkimə müraciət etməli oldum. Cərrah tikiş qoydu. Bayramdan sonra da xeyli əlisarğılı gəzdim. Yəqin ki, buna “ağacın nazına dözmək” adı ver mək olar. Digər tərəfdən, ağacların dilini bilmək lazımdır. İndi buna texnologiya deyirlər; məsələn, xammalı çox qu rutmaq olmaz - əyilər. Nəm, rütubətli ağacdan effekt göz ləmək düz deyil. Onu da qeyd edək ki, Cəbrayıl Quliyev Azərbaycan da və xaricdə düzənlənəcək sərgilərdə iştirak etmək üçün hazırlıq görür. Əslində, bu sərgilər sənətə sevgi nümayi şidir. Cəbrayılın ağaca sevgisi isə sonsuzdur. Deyir, mə həbbətim badam agacı kimidir, yaşadıqca, barı artır. Bir də görürsən o, evinin ikinci mərtəbəsində yerləşən ema latxanasından doğma qəsəbəni seyr edir. Ətrafda nə sıx meşə zolağı var, nə də kəsib taxta çıxarıla biləcək ağac. Baxır, düşünür və təəccüblənir ki, ağaca sevgi necə ya randı onda? Bir şey çox olanda onu tanıyar, sevərlər; ya da qıt olanı arzulayıb, əldə etdikdə, əzizləyərlər. Ola bil sin, doğru cavab bunların heç biri deyil. Sənətə məhəb bət quş kimidir, hara qonduğu bilinməz. Ona görə də bir rəssamın quşu dəmirə, birininki qələmə, bir başqasının kı rəngə və s. qonur. Cəbrayılın quşu isə ağaca qonub muş... Şirməmməd NƏZƏRLİ
49
ÇƏRÇİVƏYƏ MƏHKUM OLUNMUŞLAR
50
51
GÖZÜM YOLLARDA QALANDA...
Rəssam: Elmira Şahtaxtinskaya
52
ШАЩЫН МАТЫ
ГУРУДУ... İ
yulun 20-nin Beynəlxalq şahmat günü olduğu artıq hamıya məlumdur. Lakin dünyanın ilk şah matçı qadını barəsində, yəqin ki, çoxlarınız eşit məmisiniz. Elə isə, keçək mətləbə...
Söhbət Azərbaycanın görkəmli şairəsi Məhsəti Gən cəvidən gedəcək. Məhsəti Gəncəvinin adı, ümumiyyətlə, bir çox sahələrdə birincilik qazanmış insan kimi tarixə dü şüb. O, şahmatçı qadın olmaqla yanaşı, həm də məşhur Azərbaycan şairəsi, görkəmli qadın musiqiçimiz və çox ehtimal ki, ilk qadın bəstəkarımız olub. Sən hamıdan böyüksən... Məhsəti Gəncəvi, təqribən, 1089-cu ildə Gəncə şə hərində doğulmuş və ömrünün sonuna qədər də burada yaşamışdır. Əsl adı Mənicə imiş. Deyilənlərə görə, Sul tan Səncərlə söhbətlərinin birində Mənicə öz mühitində hamıdan kiçik və görünməz olduğunu söyləyir. Sultan isə onunla razılaşmayıb deyir: «To, meh-həsti». Yəni «Sən ha mıdan böyüksən». Beləliklə də, «meh-həsti» – «Məhsə ti»yə çevrilərək şairənin təxəllüsü olur. Rəvayətlərə əsa sən, o, Gəncənin Xərabət məhəlləsində yaşamış, vaxtını məclislərdə, musiqi və rəqs yığıncaqlarında keçirmişdir. Azərbaycan Əlyazmalar İnstitutunda,İstanbulda və Lon donda saxlanan XIII əsrə aid «Məhsəti və Əmir Əhməd» dastanından da göründüyü kimi, Məhsətinin şahmatla ta nışlığı elə bu məclislərdən başlanıb və bu oyun həyatının bütün mərhələlərində onu müşayiət edib. Dastanda deyilir
ki, Bəlx şəhərində yaşayan bir ilahiyyat aliminin qızı olur. Münəccimlər qızın böyük gələcəyindən xəbər versələr də, bildirirlər ki, qızın taleyi xərabət-meyxana ilə bağlı olacaq. Beləliklə, Məhsəti atasının xüsusi səyi ilə mükəmməl təh sil alır, həmçinin, musiqini dərindən mənimsəyir. Atasının vəfatından sonra Məhsəti Gəncəyə, Xərabət məhəlləsinə köçür. Burada o, savadı, gözəlliyi, məlahətli səsi və poetik istedadı ilə hamının rəğbətini qazanır. Gələcək sevgilisi və həyat yoldaşı – Gəncə xətibinin oğlu Əmir Əhmədlə də elə burada tanış olur. Məhsəti tezliklə Gəncədə ən güclü şahmat ustası kimi də ad çıxarır. Gəncə şahı onu tez-tez saraya dəvət edirdi. Belə görüşlərin birində şah Məhsəti ilə şahmatda gücünü sınayır. Məhsətinin ilk şahmatçı qa dın kimi tanınmasında da məhz bu oyunun müstəsna rolu olur. Çılğın şahmat azarkeşi və oyunçusu olan Mahmud şahı dəfələrlə məğlub etdikdən sonra, Məshətinin şah matçı kimi sorağı İraqa, Misirə, Orta Asiyaya qədər gedib çıxır. Amma oyunların birində şah qəzəblənib Məhsətini zindana atdırır. Altıgünlük həbdsən sonra şairə Bəlx şə hərinə qaçır və burada da çılğın oyunu ilə saraydakı şah mat ustalarını, yaradıcılığı ilə saray şairlərini aciz qoyur. Xanalardan səmaya yol... Ümumilikdə götürdükdə, Məshəti üçün şahmat fəlsəfə idi. Sufizmin “Əxi” qolunda ruhi rahatlıq tapan ilk şahmatçı qadınımız hesab edirdi ki, şahmat onu ALL AHa qovuş duran vasitələrdən biridir. Sufizm düşüncəsinə görə, in sanda azarkeş duyğusu, müsbət mənada asılılıq yaradan, onu bu dünyadan alıb-aparan digər hisslər, əslində, ru
53
GÖZÜM YOLLARDA QALANDA... hun göyə üçması, başqa aləmə, Tanrının dərgahına ge dən yola qovuşması deməkdir. Bu yolda sufilər üçün şah mat və musiqi məclisləri əvəzsiz vasitə idi. Rəvayətlərdə qeyd edilir ki, Məhsəti musiqiyə qulaq asanda, özü udda ifa edəndə və nəhayət, şahmat oynayıb gedişlərinə aludə olanda sanki bu dünya ilə əlaqəsini itirirdi. Maraqlıdır ki, çox-çox sonralar Məhəmməd Füzuli, Mövlanə Cəlalədin Rumi kimi sufilərlə yanaşı, Höte, Mendeleyev kimi sufiz mə aidiyyəti olmayan dahilərdə da oxşar düşüncə tərzinə rast gəlinmişdi. Onlar da təqribən, eyni fikirləri paylaşa
54
raq bildiriblər ki, “Şahmat insanı başqa dünyalara aparan qeyri-adi qüvvədir və ya bu qüvvənin himayə etdiyi sehrli aləmə aparan yoldur”. Məhsəti qadın sələflərindən fərqli olaraq, şahmata konkret həyat amalı və yaşam fəlsəfəsi kimi ümumi yox, konkret çalarlarla yanaşıb. Məhsəti necə varsa, elə də yaşadı, yaratdı... Bəhruz HEYDƏRİ
reklam
İNCƏ SƏNƏT
Şahid Həbibullayev 1952-ci ildə Oğuz rayonunun Muxas kəndində do ğulub. Azərbaycan Politexnik İnstitu tunu bitirərək, mühəndis-mexanik ixti sasına yiyələnib. Hazırda Şəhərlərara sı və Beynəlxalq Daşımalar Birliyinin özəlləşdirilmiş baş idarəsinin bazasın da yaradılmış “Magistral-Ekspress” Açıqtipli Səhmdar Cəmiyyətinin pre zidentidir. 1993-cü ildə torpaqlarımı zı düşməndən azad etmək məqsədilə Şəhərlərarası Sərnişindaşıma Avto kombinatının baş direktoru vəzifəsini könüllü tərk edərək müharibəyə gedib. “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib, ehtiyatda olan zabit, ikinci dərə cəli Qarabağ müharıbəsi əlilidir.
56
САМОВАРА
ЭЮЗ САЛМЫШАМ Ö
tən əsrin sonlarında bir çox sahələrdə gərginlik yaşanırdı, hətta yüz illər boyu dədə- babalarımızın hazırladıqları mis əşyalar “əlvan metal təhvili ” adı ilə su qiymətinə satılırdı. Problem təkcə bununla bitsəydi, dərd yarı idi. Tariximizi, adət-ənənələrimizi özündə əks etdirən həmin əşyalar dəyər-dəyməzinə satılırdı. Eyni zamanda, zəmanə işbazları tərəfindən tarixə və mədəniyyətimizin bir hissəsinə aid olan bu sərvətlər ölkədən çıxarılırdı. Belə bir zamanda həmin hadisələ rə uzaqdan seyrçi olan azərbaycanlı balası Şahid Hə bibullayev bu talanın qarşısını almağa cəhd göstərir, dama-dama göl olar deyib, fəaliyyətə başlayır... Onun uzun illərdir ki, min bir əziyyətlə topladığı, hey rət doğuran əntiq əşyalarla zəngin kolleksiyasına nəzər saldıqda bu xeyirxah işə “ƏHSƏN” demək keçir insanın içindən. Söhbət Şahid Həbibullayevin şəxsi kolleksiyasın dan gedir. Min illərin müşahidəsi göstərir ki, yaradıcı olmasan be lə, ürəklə gördüyün hər bir xeyirxah əməl də mütləq qəl bə nüfuz edir. Şahidin kolleksiyası maraq doğurması ilə yanaşı, təd qiqat obyekti kimi də böyük əhəmiyyət daşıyır. Onun kolleksiyasında hazırda 3000 eksponat var. Bu ra samovarlar, şərbət qabları, parçalar, dolçalar, kasalar, nimçələr, məcməyilər, badyalar, sərniclər, kuzələr, qazan lar, teştlər, kəfkirlər, qablamalar, çıraqlar, aftava-ləyənlər, sürmədan, xınadan, sərpuşlar, səfər qab-qacaqları, mis qolbağlar, xəncərlər, süzgəclər, gülabdanlar, manqallar, maşalar, qəndillər, tərəzilər və s. daxildir. Samovarların
üzərinə istehsal tarixləri həkk edilmişdir. Habelə müxtəlif sərgilərdə layiq görüldükləri medallar da bunların üzərin də incəliklə işlənmişdir. Qədim mis əşyaların üzərini isə müqəddəs mənbələ rə məxsus kəlamlar, bəzi hallarda ustaların adları və s. bəzəyir. Bütün bunlar isə tədqiqat və araşdırma obyekti sayıla bilər. Ş. Həbibullayevin dünyada analoqu olmayan şəxsi kol leksiyasında müxtəlif ölkələrdə istehsal edilmiş 999 bərpa olunmuş qədim samovar var; bərpasını gözləyən yüzlərlə qiymətli əşyadan isə hələ danışmırıq. Bu samovarlar 141 müəssisənin ustaları tərəfindən 160 formada hazırlan mışdır. Ən “cavan” samovarın 100, ən “qoca”sının isə 300 yaşı var. Onlardan ən böyüyünün həcmi 80 litr, ən kiçiyi isə cəmi 200 qram su tutur. İkikranlı iri samovar kolleksi yanın nadir eksponatlarından sayılır. Müqayisə üçün deyək ki, Rusiyada samovar 1778-ci ildə kiçik bir emalatxanada hazırlanmışdır. Bu gün Rusiya nın ən tanınmış samovar kolleksiyaçılarından olan Mixail Borşevin “arsenal”ında cəmi 400 eksponat var. Şahid Həbibullayevin kolleksiyasındakı samovarlar, əsasən, Rusiyada, Almaniyada, Polşada, İranda istehsal edilmişdir. Burada üç sistemlə - kömür, neft və işıqla işlə yən samovarlar var. Elə nümunələrə də rast gəlmək olur ki, ondan cəmi bir ədəd hazırlanmışdır. Dünyada dörd nüsxədə olan samovarlardan ikisi məhz bu kolleksiyada dır. Burada rast gələcəyiniz üçayaq və ikilüləli samovar lar ən qeyri-adi quruluşa malikdir. Ş.Həbibullayev 17 ildir nadir əşyalar toplamaqla məş ğul olur. Bu illər ərzində apardığı araşdırmalar nəticəsində
57
İNCƏ SƏNƏT
58
yalar bu ölkələrin mədəni irsinə münasibət deməkdir. Ş.Həbibullayevin “Əntiq əşyalar” kolleksiyası beynəl xalq miqyasda indiyədək 18 dəfə sərgilənmışdır. İlk sərgi 2006-cı il oktyabrın 14 və 16-da Parisdə - YUNESKO-nun qərargahında, sonuncu dəfə bu ilin aprel ayında yenə də orada təşkil olunmuşdur. Şirməmməd NƏZƏRLİ Fotolar müəllifindir
məlum olub ki, ən qədim samovar 1717-ci ildə şəkili usta Nəcəfqulu tərəfindən hazırlanmış və bu əşyanın adı “si mavər” türk sözündən götürülmüşdür. Hazırda şəkili ustanın düzəltdiyi həmin samovar Lahıc Tarix-Diyarşünaslıq Muzeyində qorunur. Kolleksiyanın nadir eksponatlarından olan fayton Ba kının neft maqnatı Nobelin sifarişi ilə 1895-ci ildə Rusi yanın Sankt-Peterburq şəhərində hazırlanmışdır. Fayton naməlum usta tərəfindən düzəldilmiş əl işidir. Çarx oxun da «L.Nobel - S.Peterburq» sözləri yazılmışdır. Unikallı ğı ilə seçilən faytonu Şahid Həbibullayev Şəkidə taparaq Bakıya gətirmişdir. Hətta Nobelin nəticəsi Bakıda səfərdə olarkən bu faytona heyrətlə baxıb və onun qiymətsiz əşya olduğunu söyləyib. Şahid Həbibullayevin kolleksiyasının beynəlxalq mə dəni irsin qorunmasına və ölkəmizdə turizmin inkişafına xidmət işində danılmaz rolunu qeyd edənlər, şübhəsiz, haqlıdırlar. Onun kolleksiyasındakı qədim Polşa və ingilis tərəziləri, fransız saatı, alman çilçıraqları, İran lampaları, müxtəlif dövlətlərin pul vahidləri olan sikkələr və digər əş
Haqqında danışdığımız kolleksiyanın hərtərəfli əhəmiyyətini nəzərə alan Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakının Qala kəndində Ş.Həbibullayevin “Əntiq əşyalar” kolleksiyası üçün məxsusi olaraq üçmərtə bəli muzey-kompleks inşa edilmişdir. 2010-cu il iyu nun 1-də muzey binasının təməltökmə mərasimində Mehriban xanım iştirak etmişdir. Muzeyin dövlət qay ğısı ilə əhatə olunacağı da nəzərə alınmışdır.
59
DISCOVERY 10-luq
FЯДАКАР “ЯКИНЧИ”ЛЯР «Əkinçi», Həsən bəy Zərdabinin təbirincə desək, Rusiyada əvvəlinci türk qəzeti idi və «milləti qəflət yuxusundan oyatmağa çalışan bu carçı» böyük Azərbaycan mütəfəkkirinin doğru sözə inamından yaranmışdı. «Qəzet dərviş kimi nağıl deyə bilməz, onun borcudur işlərin yaxşı və yamanlığını ayna kimi xalqa göstərsin, ta xalq... xəbərdar olub onun əlacının dalınca olsun», - deyən Həsən bəyə o dövrün görkəmli mütəfəkkirləri canla-başla kömək etməyə razılıq ver mişdilər. “Hər bir vilayətin qəzeti gərək onun aynası olsun” prinsipi ilə doğruları söyləməyi bacaran bu şəxsləri bir daha yad edək.
1
“Bizim əzizimiz və gözümüzün işığı Həsən bəy! Elmi harda öyrənək, kimdən öyrə nək və hansı dildə öyrənək?” - deyə Zərdabiyə şikayətlənən Mirzə Fətəli Axundzadə “mətbuatımızın ilk qaranquşu”nun maarifçilik prinsiplərinin reallaşmasında yorulmadan çalışaraq, xalqı elm öyrənməyə ruhlandıran mütəfəkkirlərimizdən idi. Onun “Əkinçi”də «Vəkili-naməlumi millət» imzası ilə məqalələri dərc olunurdu.
“Qırx il bundan əqdəm, 1873-cü ildə altıncı klasda oxuyanda ilk dəfə rus teatrına getdim. Bu gecə mənə nəhayət dərəcədə əsər eylədi. Sabahı günü gimnaziya müəllimi Həsən bəy Məlikov cənablarına sordum: “Aya, bizim dilimizdə teatr əsərləri, faciələr və ya məzhəkə varmıdır?”. Həsən bəy Axundovun “Hacı Qara” komediyasını tapıb mənə göstərdi. Bu ko mediyanı pansionda olan uşaqlarla birlikdə oynamağa hazırlaşdıq. Bizim hazırlıqlarımıza isə Həsən bəy cənabları tamaşa edirdi. Tamaşa günü zalda çox adam var idi, əksəri isə ermənilər idi...”. Bu sətirlərin müəllifi Nəcəf bəy Vəzirov “Əkinçi” nin dünyaya gəlişini səbir sizliklə gözləyən və qəzetin inkişafı üçün əlindən gələni edən maarifçilərimizdən idi. Nəcəf bəy həm də “Əkinçi” nin Rusiya müxbiri idi..
3
2
“Əkinci”yə Şirvandan yazan Seyid Əzim Şirvani Zərdabiyə böyük ümid bəsləyən və hər zaman ona dəstək olan yazarlarımızdan idi. “Əkinçi”də onun elmi və maarifi təbliğ edən şeirləri dərc olunurdu. “Məlikzadə Həsən bəyin ömrünü hifz eylə afətdən”, yaxud “Pəs “Əkinçi” bizə münasibdir, qiyməti yaxşı, mali-kasıbdır” deyən Şirvani hamını qəzet oxumağa və qəflət yuxusundan ayılmağa səsləyirdi.
4 Əsgər ağa Gorani də digər yazarlar kimi, Zərbadi ilə birlikdə “Əkinçi”nin rast gəldiyi bü tün problemlərə sinə gərirdi. Gorani «Əkinçi»nin ən fəal, dövrə, zəmanəyə, hadisələrə də qiq, doğru münasibətini bildirən müxbirlərindən olub. Qəzetin 17 nömrəsində onun müxtəlif imzalarla 39 məqaləsi dərc olunub.
60
5 Mirzə Həsən Əlqədari və ya “Əkinçi”nin Məmnunəlqədar təxəllüslü müxbiri oxucuları “Məktubat” bölümündə Cənubda olub-bitənlərdən xəbərdar edən əsas yazarlarından idi.
6
Çar sarayının naziri, Rusiyanın Almaniyadakı səfiri, I Dövlət Dumasının üzvü, «Hüm mət» partiyasının yaradıcılarından biri Məhəmmədtağı Əlizadə “Əkinçi”nin ən fəal müxbir və dəstəkçilərindən biri olub. Dövrün məşhur alimlərindən sayılan Məmmədtağı Əlizadə tez- tez Avropanın Fransa, Almaniya kimi ölkələrinə gedir, orada dərin biliklərə yiyələnir və bildiklərini “Əkinçi” oxucusu ilə paylaşırdı...
“Əkinçi”də dünyəvi və dini elmlər haqqında mübahisə Ələkbər Heydərinin qəzetin 10cu nömrəsində dərc edilmiş məqaləsi ilə başlandı. Bu məqalə tərəqqipərvər müxbirlər ilə qaragüruhçular arasında qızğın mübahisəyə səbəb oldu. «Əkinçi»nin Dağıstan müxbiri Ə.Heydəri gənclərin mükəmməl şəkildə elmlərin əsaslarına yiyələnmələrini zəruri məsələ kimi irəli sürürdü. O, köhnə təlim-tərbiyə üsullarını pisləyir, məktəb və mədrəsələrdəki təli min yarıtmazlığını, orada tədris edilən fənlərin puçluğunu açıb göstərirdi.
8
”Əkinçi”nin inadkarlığına, səbirinə, dözümlülüyünə görə fərqlənən əməkdaşlarından bi ri də Əhsənül-Qəvaüd təxəllüsü ilə yazan Gəncəli Hacı Məhəmməd Sadiq idi. «Əkinçi»nin həm də prinsipial müxbirlərindən sayılan Əhsənül-Qəvaid maarifçi olmaq etibarı ilə idrakın gücünə möhkəm inanır, hətta onun vasitəsilə insanların azad, dinc, qayğısız yaşayacaqları na bel bağlayırdı.
Məktəblərdə dünyəvi elmlərin tədrisini vacib sayan, «Əkinçi»nin bu mövzularda açdığı mübahisələrdə yaxından iştirak edən Məhbus Dərbəndinin yazıları da maraqla qarşılanır dı. Dərbəndi yazırdı: «...Bu qayda qədim zəmanə qaydasıdır və zəmanə dəyişildiyinə görə gərək o qayda da dəyişilsin. İndi hər bir sənətin sənətkarı olduğu kimi, elmlərin də hamısını bir ustaddan bir məktəbxanada öyrənmək olmaz. Həm də hər iki elm bir məktəbdə bir us taddan öyrənildikdə, oxuyanlar hər ikisindən avara olurlar”.
10
7
9
”Əkinçi”nin yazarlarından və qəzetin inkişafında fəal iştirak edən müxbirlərdən biri də Za qafqaziya Şeyxülislamı Axund Əhməd Hüseynzadə idi. Böyük maarifpərvər Ə.Hüseynzadə ədəbi-bədii yaradıcılıqla məşğul olmuşdur. Dünyəvi elmləri mükəmməl bilmiş, bir neçə fənnə dair dərslik yazmışdır. 10-dək kitab müəllifidir. Xatuna MAHMUD
61
ADAMA GƏZMƏK QALIR
QЫЗМАР
Dubay
B
DUBAY
əlkə də dünyada yeganə şəhərdir ki, onu hamı tanıyır, orada olmağa can atır – kimi alver məqsədilə, kimi də səhralıqda yara dılmış cənnəti görmək niyyəti ilə. Yəqin, söhbətin Dubay şəhərindən getdiyini hiss etdiniz. Daha çox müasir məkan kimi tanınan Dubayın qədim tarixi var. Şəhər yaxınlığındakı bir bataqlıqdan tapıl mış manqra ağacının üstündə bu ərazinin 7 min illik tarixi keçmişini göstərən yazı var. Manqra ağacı ye ni Dubay inşa edilərkən aşkarlanıb. Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhərlərindən olan Dubaya və eyniadlı əmirliyə 1830-cu ildən bəri əl-Məktum ailəsi başçılıq edir. Şəhər hakimi Şeyx Məhəmməd ibn Rəşid əl-Məktumdur.
62
АЛТЫНДА
Mirvari və neft Hazırda Yaxın Şərqin ən böyük maliyyə, ticarət və əsas turizm mərkəzi olan Dubay 1940-cı illərə qədər kiçik bir qəsəbə idi. Əhali dənizdən çıxardığı mirvarini ərzaqla dəyişdirərək yaşayışını təmin edirdi. Yaponlardan saxta yolla mirvari düzəltməyi öyrəndikdən sonra, buranın sa kinləri daha rahat gəlir əldə etməyə başladılar. Neft tapıl dıqdan sonra isə hər şey dəyişdi. Birləşmiş Əmirliklərin digər yerlərində olduğu kimi, Dubayı da nəhəng inşaat dalğası bürüdü. Pula pul deməyən ərəb şeyxləri iddialı ti kililərlə dünyanın diqqətini özlərinə çəkməyə başladılar. Coğrafi mövqeyi və iqlimi Dubayın 1114 kv.km sahəsi var. Tropik səhra iqliminə
sahibdir. 2 milyon 262 min əhalinin, sadəcə, 26%-i köklü ərəblərdir. Yerdə qalanları köçmələrdir. Onların arasında avropalılar və amerikalılar da var. Fars körfəzinin sahilin də, paytaxt Əbu-Dabidən şimal-şərqdə yerləşən Dubay dünyanın ən isti şəhərləri siyahısındadır. Təsəvvür edin, qışda orta temperatur +25 dərəcə təşkil edir. Ən soyuq ay yanvardır ki, bu zaman temperatur +19 dərəcə olur. Turist lərin ən çox axını da məhz qış fəslinə təsadüf edir. Dünya nın dörd bir tərəfini soyuq şaxtalar dondurarkən insanlar isinmək, istirahət etmək, eləcə də alış-veriş üçün buraya üz tuturlar. Fars körfəzi şəhəri iki yerə bölür – Bar-Dubay və Dey ru adlanan hissələrə. Hər iki sahilə körfəz boyunca ABR A adlanan ənənəvi qədim ərəb su taksilərindən istifadə et məklə keçmək olar. Söz nəqliyyatdan düşmüşkən, qeyd etmək lazımdır ki, Dubay taksilərinin əksəriyyəti sayğaclıdır. Birləşmiş Əmir liyin digər yerlərində belə sayğaclar yoxdur, qiymət mə sələsini bizdəki kimi taksi sürücüsü ilə danışıb həll etmək lazım gəlir. İqtisadiyyatı İnkişaf tempinə görə onu yalnız Şanxayla müqayisə edirlər. Honkonq və Sinqapurdan sonra dünyada 3-cü önəmli reeksport mərkəzidir. Uzun əsrlər boyunca Dubay bütün Ərəb yarımadasının ən böyük və əsas ticarət mər kəzi hesab edilib. Bu gün də Dubay dünya miqyasında nə həng alış-veriş və ticarət mərkəzi kimi diqqət çəkməkdə
davam edir. Ənənəvi ərəb bazarlarından tutmuş, son dəb mağazalara qədər hər yerdə qızğın alver gedir. Odur ki, hər il Dubayda ticarət festivalının keçirilməsi ənənə halına çevrilib. Dubay dəbdəbə sevənlərin məkanıdır... Bürc Xəlifə və ya Bürc Dubay... Göydələn 2008-ci ildə inşa edilib. Dünyada indiyədək inşa edilmiş ən yüksək binadır. 162 mərtəbəli binanın hün dürlüyü 828 metrdir. Binanın sonuncu mərtəbəsinə qalxıb, Dubay panoramını izləmək üçün bir neçə gün əvvəldən 100 dirhəm ödəmək lazımdır. Əgər tez çıxmaq istəyirsi nizsə, 400 dirhəm, yəni təxminən, 100 dollar ödəməli ola caqsınız. Binada saniyədə 18 metr sürətlə hərəkət edən 50 lift var. Dörd kateqoriya üzrə – yüksəkliyinə, hündürlü yünə, hündür damına və binanın çoxmərtəbəli olmasına görə dünyada birinci hesab edilir. Möhtəşəm tikili 95 km məsafədən belə görünür. Bundan başqa, qüllədəki gözət çi meydançasından yaxın 80 km radiusu izləmək müm kündür. Fövqəladə hallar baş verdikdə, bina sakinlərini 32 dəqiqə ərzində evakuasiya etmək mümkündür. Bina mü kəmməl güvənlik sistemi ilə təmin olunub. 73-cü mərtəbə də 20 min qallonluq iki su rezervuarı yerləşdirilib. Məşhur fantan Bu fantan Bürc Xəlifənin yaxınlığında yerləşir. Dünya dakı ən böyük musiqili fontandır. Hər axşam saat 18:30dan etibarən başlayan şounu izləməkdən ötrü şəhər sa kinləri və bütün qonaqlar buraya axın edirlər. Fontanın
63
ADAMA GƏZMƏK QALIR
64
fışqıran suyu 150 metr yüksəkliyə qədər qalxır. Özünü Şərqin inanılmaz nağıl aləmində hiss etməyi arzulayanlar üçün... bunu izləməyə dəyər... İstidə xizək İddialı inşaatlar bununla bitmir. Dünyanın ən isti şə hərlərindən olan Dubaydakı Qış İdman Kompleksində xi zəkçiliklə məşğul olmaq imkanı var. 22,5 min kv.km.-lik sahəsi ilə dünyadakı ən böyük qapalı qış idman-əyləncə mərkəzlərinə meydan oxuyan bu qurğu Yaxın Şərqin ilk Qış İdman Kompleksidir. Süni qar örtüyü ilə təchiz olunan kompleks 3 futbol meydanı böyüklüyündədir. İçəridə tem peratur –2-4 dərəcə arasında dəyişir. Eyni anda bura 1500 ziyarətçi daxil ola bilər. “Moll Emirate” ticarət mər kəzindəki girişi 50 avro olan bu kompleksə bütün turistlər axın edir. Akvarium və… Dubay Ticarət-Əyləncə Mərkəzində, Palma Cumeyra adasındakı “Atlantis” oteldə nəhəng akvariumlar diqqəti çəkir. Son 30 ildə Dubay Əmirliyi görüntüsünü tamamilə də yişdirib. Möhtəşəm memarlıq layihələri onu ənənəvi Şərq şəhərindən müasir meqapolisə çevirib. Şeyx Zahid Ro ud şəhərin ən prestijli küçəsidir. Əkiz qüllələr – “Emirates Touers”, Dubay Dünya Ticarət Mərkəzi... tanınmış ünvan lardandır. Şəhərin əsas rayonları şərq hissədəki Deyra deyilən ticari və Bar-Dubay kimi tanınan tarixi mərkəzdir. Bastakiya Bar-Dubayın qədim hissəsi belə adlanır. Şəhər muzeyi ilə sahil buxtası ərazisində – Musalla küçəsində yerləşir. Buradakı binaların əksəriyyəti XIX əsrin sonu – XX ərsin əvvəllərində inşa edilib. Vaxtilə ərazidə İrandan gəlmə ta cirlər məskən salarmış. Kvartalın adı da elə farsca Bastak kəlməsindən irəli gəlir ki, bu, İranda həmin tacirlərin ol duğu əyalətin adıdır. Hazırda Bastakiya ərazisində güclü yenidənqurma və restavrasiya işləri gedir. Bürc əl-Ərəb Yelkənşəkilli “7 ulduz”lu otelin şöhrəti bütün dünya ya yayılıb. Ərəb dənizinin sahilində, Cümeyra rayonunda yerləşir. Otelin ərazisinə daxil olmaq qadağandır. Sadəcə, müştərilər girə bilərlər. Burada maşınların hit-paradı var. 321 metr yüksəkliyi və 56 mərtəbəsi olan otel dünyada ən hündür mehmanxana hesab edilir. O, süni adanın üzərin də inşa edilib.
Palma adaları Üç hissədən ibarət süni adalar zənciri belə adlanır – Cumeyra, Cəbəl Əli və Deyra... Birinci adada Yaxın Şərq də ilk monorels nəqliyyat vasitəsi istifadəyə verilib. Bu, Dubayda ən məşhur layihələrdəndir. Sahilboyu 120 km məsafəni əhatə edən bu məkanı daşınmaz əmlak almaq istəyənlərin üz tutduğu ən populyar yer kimi qələmə ver mək olar. 1-4 otaqlı mənzillərdən, pentauzlardan, villalar dan və su üzərindəki evlərdən, çox sayda ticarət və alışveriş mərkəzlərindən ibarətdir. Bura 7 milyardlıq büdcəsi ilə dünyanı heyrətə salan unikal inşaat layihələrinin siya hısında göstərilir. Sadəcə, avropalılar deyil, MDB məka nından, Hindistandan da gəlib burada ev alanlar var. Bəzən Dubayı restoran, klub və mağazalarına görə, Fars körfəzinin Parisi adlandırırlar. Kinoteatrlarda Hin distan, Avropa və Amerika istehsalı olan filmləri izləmək mümkündür. Şəhərdə son illərin ən populyar türk teleseri allarının posterlərini də görmək mümkündür.
65
ADAMA GƏZMƏK QALIR
66
Qan donduran qadağalar Ən yaxşı çimərlik Cumeyra-biçdir. Giriş pulludur, 5 dir həm ödəməklə səhər saat 10-dan axşam 10-na qədər sahildə, bəyaz qumsallığın üzərində dənizin və günəşin zövqünü yaşamaq mümkündür. Çimərlikdə paltarsız suya girmək qadağandır. Çimərlik paltarı ilə, sadəcə, hovuzda və dənizdə dolaşmaq olar. Həftənin müəyyən günlərində çimərlik yalnız qadınlar və uşaqlar üçün açıq olur. Burada bəzi qaydalar var ki, onlara çox ciddi əməl olun malıdır. Əks təqdirdə, həbs, deportasiyaya qədər müxtəlif cəzalar tətbiq edilir; məsələn, zibil və alkoqolu götürək. Dubay təmiz şəhərdir. küçəyə zibil atmağın cəriməsi 500 dirhəm təşkil edir. Əgər zibili, hətta zibil yeşiyinin yanında yerə atsanız da, eyni cəriməni ödəməli olarsınız. Bütün Birləşmiş Ərəb Əmirlikləri ərazisində, sadəcə, bir neçə nöqtədə xaricilərə spirtli içki satılır. Küçəyə spritli içki ilə çıxmaq polisin müdaxiləsinə səbəb ola bilər. Spirtli içki yalnız bar-restoranlarda otel sakinlərinə, qonaqlara satıla bilər. Sərxoş vəziyyətdə maşın idarə etmək də qaydala ra ziddir və o da yüksək miqdarda cərimə və həbslə mü şayiət olunur. Əmirlikdə narkotik maddə qəbul edənlər 5 ilə qədər həbs oluna bilər; bu zəhəri ölkəyə gətirənlər isə ölüm cəzası alır. Qadağalar sadəcə bunlarla bitmir. Dubay əhalisinin əksəriyyəti gəlmə olsa da, əhalinin 96% müsəl mandır və hakim din də İslamdır. Bu isə o deməkdir ki, bə zi qaydalara turistlər də əməl etməlidirlər. Məsələn, mü səlman xanım və kişilərin fotolarını çəkmək qadağandır. Yalnız özlərinin razılığı ilə şəkil çəkmək olar. Hərbi-strateji və hökumət binalarının da fotolarının çəkilməsi qadağan dır. Yerli xanımlara gülmək və onlarla məzələnmək olmaz. Bu qaydaya riayət etməyənləri 60 000 dirhəm məbləğin də cərimə gözləyir. Müsəlman xanıma alkoqol və donuz ətindən hazırlanmış yeməklər təklif etmək də qadağan dır. Ramazan ayında gün çıxandan-batana qədər ictimai yerlərdə yemək yemək, içki içmək, siqaret çəkmək, saq qız çeynəmək olmaz. Ramazan adətlərinə qarşı istənilən hörmətsizlik, sayğısızlıq cərimə, yaxud həbs cəzasına gə tirib çıxara bilər. Qumar oynamaq da qadağa qoyulanlar sırasındadır. Aynur TALIBOVA
67
GÖRDÜN YEMƏK, DAHA NƏ DEMƏK?!
DUBAY МЯТБЯХИ Şəhər əhalisinin milliyyətə görə müxtəlifliyi özünü Dubay mətbəxində qabarıq hiss etdirir. Turizm şəhəri kimi məşhur olan Dubayda bütün dünya mətbəxinə aid yeməklər geniş yayılıb. Burada Misir, Əfqanıstan, Livan və Tunis mətbəxləri olduqca məşhurdur. Bu şəhər ərəb ölkələrinin mətbəxi ilə yanaşı, amerikan mətbəxindən Avropa və hətta Asiya mətbəxinədək müxtəlif dadları bir araya gətirərək, zəngin mətbəxə sahibdir. Əsas yeməklər... Dubay mətbəxində düyü, xurma və dəniz məhsul ları xüsusi yer tutur. Ənənəvi bədəvi menüsü daha çox təzə balıq, qurudulmuş balıq, dəvə əti, dəvə sü dündən ibarətdir. Dubay mətbəxində badam, limon, zəfəran, quru meyvələr, zəfəran və fıstıqdan bol-bol istifadə edilir. Pita çörəyi, naan deyilən İran çörəyi və lavaş – da ha çox istifadə edilən çörək çeşidləridir. Ful medames adlanan yemək pomidor suyu və so ğanla birlikdə bişirilən quru lobyanın üzərinə yumurta və müxtəlif sousların qatılması ilə hazırlanır. Qatıq və pita çörəyi ilə servis edilir. Vam odda buğda və quzu ətindən bişən hareis, ko ussa mahshi adlı balqabaq dolması və shurba addis adlı mərcimək şorbası dubaylıların sevimli yeməklə rindəndir. Şirnilər
68
Dubayın ən məşhur şirnisi “Əlinin anası” mənasını verən umm Əli şirnisidir. Dubay dedikdə ağla gələn digər bir şirniyyat növü isə mehalabiyadır ki, o, üzəri nə fıstıq və gülsuyu tökülmüş pudinqdir. Esh asaray isə üstü qalın krem qatı ilə örtülən çizkeykdən ibarət dir. Hind yağı və xurma şəkərinin buğda unu ilə yoğ rularaq sobada və ya yağda qızardılaraq bişirilməsin dən alınan xurma peçenyesi də Dubay mətbəxinin əvəzedilməz şirnilərindəndir. Qəlyanaltılar Dubayda qəlyanaltı çeşidləri olduqca inkişaf etmiş dir. Darı unu və noxud əzməsindən ibarət olan hu mus, közlənmiş badımcan salatı olan baba ganush da məşhur qəlyanaltı növləridir. Fattayer Hot adı verilən qəlyanaltı növü isə qı zarmış çörəyin arasına pendir, ispanaq və soğanın qoyulmasından hazırlanır. İçkilər Dubayda restoranlarda içki verilməsi qadağandır. Yalnız bəzi lüks restoran və otel barlarının içki ver mək lisenziyası var. Burada çay və qəhvədən çox istifadə edilir. Ənənəvi ərəb qəhvəsi qulpsuz, kiçik fincanlarda təqdim olunur. Süd və zəfəranla dadlan dırılmış çay xüsusilə sevilir.
Humus
Ərzaqlar: 1 stəkan noxud; 3 diş əzilmiş sarımsaq; 0,5 stəkan darı unu; 1 limonun suyu; 1 xörəkqaşığı zeytun yağı; 1 çayqaşığı duz; 1 çayqaşığı istiot.
Hazırlanması Noxudu bir gün əvvəldən islatmaq lazımdır. Daha sonra suyunu dəyişib, yumşalanadək bişirmək lazımdır. Bişirdiyiniz suyu atmamaq şərti ilə noxudu süzün. Blenderden keçirib püre halına salın. Başqa bir qabda darı unu, əzilmiş sarımsaq, zeytun yağı, limon suyu, duz və istiotu yaxşıca qarışdırın. Üzərinə blenderdən keçirilmiş noxudu da əlavə edib yenidən qarışdırın.
69
GÖRDÜN YEMƏK, DAHA NƏ DEMƏK?!
Bяhram Gur man
Mяnim sevimli şyemяyim
70
Şamaxı salatı Ət uzun-uzun doğranılır. Soğan yuyulur, halqavari doğranılaraq, içində sirkə olan kasada 10-15 dəqiqə saxlanılır. Xiyar və pomidor da yuyulur; xiyar uzun-uzun, pomidor isə iri dilim şəklində doğranılır. Doğranmış ərzaqlar bir kasanın içinə tökülür, qarışdırılır, üzərinə zövqə görə duz, istiot və bitki yağı əlavə olunur. Yuyulmuş kahı və cəfəri yarpaqları yaxşıyaxşı qurudularaq boşqaba düzülür. Hazırlanmış salat onun üzərinə dairəvi formada yerləşdirilir, dilimlənmış pomidorla salatın ətrafı bəzədilir. Salatın dada-tama gətirilməsi üçün saflaşdırılmamış bitki yağından istifadə olunması daha məsləhətlidir. Ərzaqlar 200 qram qaynadılmış mal əti, 1 ədəd ortaölçülü soğan, 1/4 stəkan 9%-lik sirkə, 6-8 ədəd xırda pomidor, 4-5 ədəd cə fəri, keşniş, nanə qurusu, 1-2 xörəkqaşığı bitki yağı, zövqə görə duz, qara istiot.
71
CANSAĞLIĞI, MƏHƏBBƏT!
RUBRİKANIN SPONSORU “GEDEON RICHTER”İN AZƏRBAYCANDAKI NÜMAYƏNDƏLİYİDİR
ДАШ ДЕЙИЛ ЦРЯКДИ БУ!..
72
“Ü
rəyim ağrıyır!..” ifadəsi tez-tez eşit diyimiz şikayətlərdəndir və maraq lıdır ki, xanımlar daha çox işlədir bu cümləni...
Biz həkimlər bilirik ki, bu cümlənin işlədilməsi çox za man əsl ürək xəstəliyinin əlaməti deyil. Belə şikayətlər çox zaman həyat üçün təhlükəli olmayan, psixosomatik əsaslı şikayətlərdir ki, bunlara kardiologiya deyirik. Və bilirik ki, daha çox qadınlar “Ürəyim ağrıyır” desə də, klimaks ya şına qədər qadının ürəyinin işemik xəstəliyinə tutulma eh timalı 0 faizə yaxındır. Bu maraqlı faktı elm onunla izah edir ki, qadın cinsiyyət hormonları onun damarlarının di varını aterosklerozdan qoruyur. Amma klimaks başladısa, qadınların və kişilərin ürək damarlarının mənfəzinin da ralması ilə müşayiət olunan işemiya xəstəliyinə tutulması ehtimalı eyniləşir. Ürəyin işemik xəstəliyi adlanan bu problemin mahiyyə tini açmaq üçün ürək damarları haqqında bəzi məqamla ra bələd olmalıyıq. Ürək bütün bədəni qanla təchiz edən orqandır, hər dəfə yığılıb-açılanda qanı damarlara qovur və geri qaytarır. Ürək ilk olaraq öz əzələsini qanla təchiz etməlidir ki, rahat işləyə bilsin. Bunun üçün ürəyə gedən damarlar var və bunlara tac (koronar) arteriyalar deyirlər. Məhz bu damarların tam və hissəvi tutulması ürəyin bir hissəsində ürək əzələsində infarkt ( yəni əzələnin ölməsi) və ya işemiya (yəni əzələyə az qan gəlməsi nəticəsində oksigen çatışmazlığı) yaranır. Bu, xüsusilə, o zaman baş verir ki, insan gərgin fiziki iş görür, ürəyin qana tələbatı artır, amma daralmış və ya mənfəzi tutulmuş tac damarı nın şaxəsi bu tələbatı ödəyə bilmir. Bax, elə buna “ürəyin işemik xəstəliyi” deyirlər. Maraqlı budur ki, ürəyində işemik xəstəlik olan insan çox vaxt ürək ağrısı sözünü işlətmir. Bəzi xarakterik əla mətlər var ki, bunları hər birimiz bilməliyik: Fiziki aktivlikdən və psixoemosional gərginlik dən sonra yaranan döş sümüyü arxasında (yəni döş qəfəsinin orta sında) ağrı və sıxıntılar; təngnəfəslik; ümumi zəiflik halı; ürəkdöyünmə.
Bu əlamətlərin hiss olunması ürək əzələsində işemiya və ya infarkt göstəricisi ola bilər. Belə hallarda nitroqliserin tərkibli dərmanların dil altına qoyularaq sorulması və “tə cili yardım”a erkən müraciət xəstənin həyatını xilas etmək yoludur. Müasir dövrdə ürəyin işemik xəstəliyinin müayinəsi üçün yalnız elektrokardioqrafiya kifayət etməməlidir. Bil məlisiniz ki, stress-test adlanan fiziki yükdən sonrakı EKQ və ən ideal variantda koronar angioqrafiya müayinəsi va cib şərtlərdir. Çünki yalnız koronar angioqrafiya müayinəsi vasitəsilə mənfəzi daralan damarı aşkar etmək və ehtiyac olarsa, stent qoymaqla damarın mənfəzini açmaq olar. Bu isə xəstənin həyatını qurtarmaq deməkdir. Hansı hallarda bizi ürəyin işemik xəstəliyi kimi təhlükə gözləyir? Çünki bunları bilməklə, xəstəliyə tutulmazdan əvvəl onun qarşısını almaq şansı əldə edirik: Kişi cinsi 45-dən yuxarı yaş qrupu; genetik faktorlar; bəzi xəstəliklər – piylənmə, şəkərli diabet, arterial hipertoniya, ateroskleroz, metabolik sindrom və s.; tütünçəkmə; alkoqol istifadəsi; iri heyvan ətindən, un, duz və şəkərdən qidada bol istifadə; mənfi emosiyalara – kin, qəzəb, nifrət, həsrət və s. meyillilik; azhərəkətlilik.
73
CANSAĞLIĞI, MƏHƏBBƏT! Yeri gəlmişkən, çox vacib bir məsələ olan ateroskle roz problemidir ki, bəzən ciddi qəbul edilmir. Amma yaşı 30-u haqlamış və yuxarıda adıçəkilən riskləri daşıyan hər bir insan, xüsusilə, kişilər ildə iki dəfə qanda xolesterinin miqdarını yoxlamalıdırlar. Bu proses kardioloqun təyina tı ilə həyata keçirilməli və qanda xolesterinin miqdarının azaldılması üçün tədbirlər vaxtında görülməlidir. Məhz bu yerdə fiziki aktivliyin və ruhən özünü reallaş dırmağın ürəyin işemik xəstəliyinin qarşısının alınmasında rolundan danışmaq vacibdir. Fiziki aktivliyin ən optimal variantı gündəlik piyada, ən azı, 5-7 km gəzmək və ya 20-30 dəqiqə ərzində velosi ped sürməkdir. Lakin 40-45 yaşlarınadək fiziki cəhətdən aktiv olmayan insan bu hərəkətlərə tədricən başlamalıdır. Eyni zamanda, artıq çəki və zərərli vərdişlərdən də müt ləq azad olmalıyıq. Ruhən özünü reallaşdırmaq isə insanın elə bir halıdır ki, ruhi halında mənfiliklər – üsyan, qəzəb, kin, nifrət və s. bu kimi hallar özünü göstərmir, insan qəlbində ətrafı ilə harmonik vəhdətdə olur, sevgi və mehribanlıq əhatəsində yaşayır, bir sözlə, ruhunu sabit və rəvan saxlayır. Burada mütləq vurğulayım ki, qədim Şərq fəlsəfəsinə söykənən bəzi sağlamlaşdırma yolları – yoqa və siqun ürək əzələsinin işinə müsbət və möhkəmləndirici təsir göstərir. Yoqa və siqunu öyrənmək üçün isə bu yollara elmi və təcrübi bələd olan instruktora ehtiyac vardır. Am ma nəticədə sağlam ruh və vücud əldə etməklə, ürəyinizi infarktdan və işemiyanın digər növlərindən qorumuş ola caqsınız. Obrazlı desək, ürəyinizin ruhun və sevginin məbədi ol duğunu unutmayın, ürək əzələsini risk faktorlarından qo ruyun, sağlam və xoşbəxt olun! Əli Nağıyev, həkim, səhiyyə kommunikasiyası üzrə mütəxəssis
74
reklam
reklam
75
CANSAĞLIĞI, MƏHƏBBƏT!
76
İ
nsanın elə anları olur ki, hər şeydən, hətta özün dən belə qaçmaq istəyir. Çünki insan hər zaman dəyişiklik və yenilik arzusunda olan bir psixolo giyaya malikdir. Həyatın ətalətli və adi axını yo rucu olanda insan səyahət etmək, yeni dünya və yeni ünsiyyətlər axınına düşmək, mənən və cismən din cəlmək istəyir. Belə halda səyahət etmək ən gözəl çıxış yoludur.
Müxtəlif səyahətlərin sağlamlığa təsiri Səyahətlər düzgün təşkil olunarsa, ilk növbədə, insan orqanizminə çox müsbət psixoloji təsir edir. İnsanı depres siyaya salan ətalət mühitindən uzaqlaşması kifayət edir ki, onda həyat eşqi artsın. Bunun nəticəsində isə cismimizdə gümrahlıq duyğusunun, hormonal tarazlığın bərpasının, qan dövranındakı müsbət dəyişikliklərin yaranmasının şahidi oluruq; məsələn, meşəlik və dağlıq əraziyə səya hət edən insanın ruhunda harmoniya, həlimlik, yenidən yaşamaq arzusu kimi endorfinlərin qanda ifrazını stimul laşdıran psixoloji vəziyyət meydana çıxır. Təbiətlə belə harmonik psixoloji ünsiyyətin ağır xəstəliklərə – onkoloji, ürək, qan xəstəliklərinə məhz ruhun təzələnməsi vasitəsi lə müsbət psixosomatik təsir etməsi məlum faktdır. Gəlin görək, təbiətə turistik səyahətlər vücudumuza hansı yolla müsbət təsir göstərir. Təbiət qoynuna belə səyahətlər ürək-qan-damar, sinir və limfa, dayaq-hərəkət sisteminə funksional aktivlik gəti rə bilir. Tənəffüs sistemi müsbət mənada yükləndiyi üçün orqan və toxumaların təmiz oksigenlə zənginləşməsi baş verir. Bütün orqanlarda durğunluq aradan qalxmış olur. Axar suda xəstəliktörədiciləri az inkişaf etdiyi kimi, təbi ət qoynuna – dağlara, meşələrə belə səyahətlər də qa nımızı coşdurduğu üçün xəstəliklərin qarşısını almış olur. Həmçinin, çanaq və onurğa ətrafında yerləşən bəzi əzələ qrupları belə gəzinti və səyahətlər zamanı aktiv fəaliyyət də olduğu üçün çox xeyirli sayılır. Bu isə bədən tərbiyəsi vasitəsilə ən yaxşı müalicə metodu hesab edilməlidir. Lakin bəzi məsələlər nəzərə alınmalıdır ki, orqanizmin təbii mühitə uyğunlaşması mənfi təsir yönündə inkişaf et məsin. Bu, xüsusilə, hündürlüyü 3000 metrdən yüksək olan dağlıq ərazilərə səyahət edənlərə aiddir. Bilmək la zımdır ki, belə səyahətlər ekstremal şəraitə uyğunlaşmağı da tələb edir. Vacib olaraq yadda saxlamaq lazımdır: – dağlıq ərazilərdə ət yeməklərindən mümkün qə dər uzaq olmaq, bal və bitkimənşəli yeməklər, ağartı ya üstünlük vermək daha yaxşı olar. Ən vacib məqam
isə gün ərzində 3-4 litrədək mayenin qəbul olunma sıdır! Uzaq ölkələrə səyahət etməyi xoşlayan insanlar təyya rədən istifadə etməyə məcburdurlar. Burada iki problem mütləq yaşanır. Birincisi odur ki, tez-tez təyyarədə uçmaq qulağa, onurğaya və ayaqlarda venalara mənfi təsir edir. İkincisi isə yeni saat qurşağına uyğunlaşmaq problemidir. Deməli, qulaqlarında xroniki xəstəlikləri olanlar, osteo xondroz və aşağı ətraflarında genəlmiş damar-varikozlar olan səyahətçilər bunları nəzərə almalıdır. Saat qurşağının tez dəyişilməsi isə bir neçə günlüyə bioritmlərinizi poza bilər və nəticədə, yuxusuzluq, mədəbağırsaq pozğunluqları, əsəbilik və s. xoşagəlməz prob lemlər yaşana bilər. Hamilə xanımlara xüsusilə aviasəyahətlərdən çəkin mək lazımdır. Və sonda vacib məsləhətlər Bəzi ölkələrə səyahətlər zamanı orada yayılmış xəstə likləri nəzərə almalısınız ki, onlardan qoruna biləsiniz. Afrika və Asiya ölkələrində poliomielitə, Argentina və Braziliya kimi Cənubi Amerika ölkələrində sarı qızdırmaya, Asiya və Afrikanın bəzi ölkələrində qarın yatalağı, vəba kimi xəstəliklərə, hepatitlərə, malyariyaya, leyşmanioza, digər parazitar infeksiyalara və natəmiz qidalardan ishala tutula bilərsiniz. Bütün bunların qarşısını almaq üçün ağ caqanadlardan qorunmaq, natəmiz qida və qaynanmamış su qəbul etməmək, səyahətlərdən əvvəl vaksinasiya ba rədə düşünmək vacibdir. Ümumiyyətlə, səyahətlər çox zaman ruhi və fiziki sağ lamlığın rəhnidir. Nəzərə almaq lazımdır ki, səyahət edə cəyiniz ölkə və şərait barədə qabaqcadan məlumatlı ol maq doğru yanaşmadır. Əli Nağıyev, həkim, səhiyyə kommunikasiyası üzrə mütəxəssis
77
DAŞ-QAŞ
КРАЛЫН “ГАРАЭЦЛЦ”
A
zərbaycanda mirvari ehtiyatı olmasa da, bu qiymətli daş-qaşa həddindən artıq isti münasibət var; hətta “Ölkəmizdə mirvari si olmayan xanım yoxdur”, – desək yanıl marıq. Bəstəkarlarımız bu ada mahnı da qoşublar; məsələn: «Ay mirvari dalğalar». Qızına “Mirvari” adı verən valideynlər də az deyil. Bir sözlə, bizdə ən incə, ən qəşəng, gözəl, özəl məqamların adı mirvari ilə as sosiasiya olunur. Hamımızın sevimli məkanı olan Milli Parkdakı obyektlərdən birinə də “Mirvari” adı verilib. Mirvarinin Şərqdə geniş yayılmış digər bir adı isə in cidir ki, bu ada qarşı da bizdə eyni həssaslıq var. Görünür, bu həm də mirvarinin Müqəddəs Qura ni-Kərimdə adının çəkilməsi, onun insanlara bəzək əşyası kimi göndərilməsinə dair məlumatın olması, cənnət bəzəyi adı verilməsi ilə bağlıdır. Mirvari necə əmələ gəlir? Bu qiymətli daşın özəlliklərinə, onunla bağlı maraqlı hadisələrə toxunmazdan öncə, yaranmasından, növlə rindən, hansı məkanlarda daha çox tapılmasından, yetiş
78
dirilməsindən bəhs etmək yerinə düşər. Mirvari ilbizlərin çanağında əmələ gəlir. Yeganə bəzək əşyasıdır ki, onun emala ehtiyacı yoxdur. Məhz bu keyfiyyətinə görə, əsr lərboyu təbii mirvarilər baha qiymətə təklif olunub. Düz dür, süni mirvarilər peyda olandan sonra qiymət düşməsi əmələ gəlsə də, təbii mirvari hələ də öz yerini və qiymətini qoruyur. Təbii və süni mirvaridən söz düşmüşkən, qeyd etdiyi miz kimi, təbii mirvari, adətən, dəniz midiyalarının, şirin su molyusklarının, bəzən də ilbizlərin qabıqları daxilində əmələ gəlir. Təsadüfən çanağın içərisinə düşən kənar bir hissəcik ilbizi və digər adıçəkilən heyvanları qıcıqlan dıraraq şirə buraxmasına səbəb olur. Şirə isə müəyyən zaman müddətində kənar hissəciyi əhatə edərək mirvari əmələ gətirir. Təbii mirvarilərin özü də iki yerə bölünür: dənizdə və şirin suda, çayda yaşayan canlılardan əmələ gələnlər. Təbii mirvaridən seçilmir… Son illər süni mirvaridən çox istifadə olunur. Çün ki müasir texnologiya hər ölçüdə, formada, rəngdə süni
mirvari yetişdirməyə imkan verir. Qeyd edək ki, XX əsrin əvvəlləri təbii mirvarilərin hasilat dövrü, həmçinin, onun sənaye miqyasında yetişdirilmə dövrü sayılır. Mirvarinin yetişdirilmə prinsipi sadədir. Belə ki, şirin su sədəf balıq qulaqlarının qabığından kiçik sədəf kürələr yonulur, sonra ilbizin çanağının içərisinə yerləşdirilərək suya qaytarılır. Bir müddət sonra sədəf qatı ilə örtülmüş muncuqlar ça naqdan çıxarılır. Süni yetişdirilmiş mirvari tərkib və xas
sələrinə görə təbii mirvaridən, demək olar ki, seçilmir. Lakin qiymətləri arasında çox böyük fərq var. Dəniz mir varisi istehsalının əsas mənbəyi Qırmızı dəniz, Şri-Lanka sahilləri, Hindistan və Yaponiya sayılır. Dünyanın sənaye əhəmiyyətli mirvari yetişdirilən yerləri isə Mərkəzi Ameri ka və Şimali Avstraliyadır. Hazırda Çin, Birma, Vyetnam, Filippində də bu işlə məşğul olurlar.
79
DAŞ-QAŞ İlk süni mirvarilər və Mikimotanın hədiyyəsi Əvvəllər bəzi işbazlar şüşədən mirvari düzəltməyə ça lışırdılar. XV-XVI əsrlərdə «Roma mirvarisi» adı ilə məş hurlaşan mirvari, sadəcə, içərisinə parafin doldurulmuş şüşə idi. Sonralar bu prosesi balıq pulcuqlarından «mirva ri cövhəri» hazırlayaraq şüşələrin üzərinə çəkməklə və bir neçə dəfə sobada bişirməklə həyata keçirirdilər. Çox vaxt saxta mirvari istehsalçıları aşağı keyfiyyətli mirvarinin sa tışını yüksəltmək üçün onu gümüş-nitrat ilə rəngləyirdilər. Belə «mirvari» vaxt ötdükcə qonurlaşır. Bu işdə rentgen şüasından da istifadə olunurdu. İşığa verdikdə mirvari qara rəng alır, həm də bu zaman qara rəngin üzərində süni metal çalarlar yaranır. İşbazlar bu gün də saxta mir varidüzəltmə istiqamətində baş sındırırlar, yollar arayırlar. Amma mirvarinin süni surətdə yetişdirilməsi istiqamətində çalışan alimlər, müxtəlif yolları sınaqdan çıxardıqdan son ra belə qənaətə gəldilər ki, ilbizlərin iştirakı olmadan mir vari yetişdirmək mümkün deyil. Yeri gəlmişkən, ilbizlərin iştirakı ilə ilk süni mirvarini 1761-ci ildə İsveç təbiətşünası Karl Linney yetişdirib. Bundan başqa, 1896-cı il 27 yan varda yaponiyalı Kokiti Mikimoto süni yetişdirilmiş mirva riyə patent alıb. İxtira həqiqətən də nadir idi. Bu alim son radan iri inci dənələri yetişdirməyə də müvəffəq olmuşdu. Belə mirvarilərin sənaye miqyasında istehsalına isə XX əsrdə start verilib. Mikomoto yetişdirdiyi ilk mirvarilərdən 15 dənəsini 1910-cu ildə yapon imperatorunun əmisi oğlu şahzadə Komadzuya peşkəş eləmişdi. O da həmin mirva rilərdən bir neçəsini İngiltərə kralı V Georq taxta çıxanda ona hədiyyə vermişdi. Hazırda süni yolla yetişdirilən dəniz mirvariləri arasın da ən məşhuru Akaya sortundan olan yapon mirvarisidir ki, bu da keyfiyyət etalonu sayılır. Onu da qeyd edək ki, təbii mirvarilər arasında ən diqqət çəkəni və bahalısı gümüşü və gümüşü-yaşıl çalarlı mirva rilərdir. Bu mirvarilərə az rast gəlinir. Təbii mirvarilərin ağ, qızılı, çəhrayı, yaşıl rəngləri də mövcuddur. Yetişdirilmiş mirvarilərin parıltıları isə bir az sönük olur. Mirvariləri qiymətləndirmək üçün, əsasən, yeddi şərt müəyyənləşdirilib: rəng, parıltı, sədəf qatının qalınlığı, for ma, təmizlik, ölçü, çeşid Mirvari və siyasət Söz qiymətdən düşmüşkən, indiyədək müxtəlif qiymət lərə satılan mirvarilər arasında ən bahalısı «Regentşa» olub. 1988-ci ildə Cenevrə şəhərində keçirilən hərracda küveytli milyarder C.Abdulla «Regentşa» adlı mirvariyə görə 1,21 milyon İsveç frankı (865 min dollar) ödəyib. Ba
80
halı mirvarilərdən biri də maraqlı və qəribə tarixçəsi olan İngiltərə krallarının tacını bəzəyən «Qaragül»dür. 1910-cu ildə VII Eduardın ölümündən sonra V Georq taxt-taca çıxır. O, hakimiyyətə gələndən sonra iki əsas partiya - leyboristlər və konservatorlar müvəqqəti barışıq elan edirlər. Barışıqdan sonra İngiltərənin müstəmləkə si yasətində müəyyən dəyişiklik yaranır, Hindistan və İrlan diya problemlərinə baxış dəyişir. Bu proseslərlə əlaqədar sarayda müəyyən çəkişmələr başlayır, qarışıqlıq yaranır. Məhz bu ərəfədə kralın tacını bəzəyən «Qaragül» adlı mirvari yoxa çıxır. Axtarışlar heç bir nəticə vermir. Aradan xeyli müddət keçdikdən sonra, daha dəqiq desək, 1919cu ildə İngiltərə və Fransa qəzetləri bu məsələni yenidən gündəmə gətirir. Jurnalistlərin apardığı araşdırmalar, ya zılan məqalələr «Qaragül» müəmmasının açılması ilə nə ticələnir. «Qaragül»ün qara taleyi Günlərin birində Avstriyanın paytaxtı Vyana yaxınlığın dakı Ştokkerau şəhərciyində yaşayan yəhudi İshaq Rotun lombard kontoruna bir şəxs daxil olur. Bu, İshaqın qonşu su Adam Günter idi. Adam İshaqa iri bir mirvari verərək, əvəzində 20 qulden pul istəyir. O, bu yolla vergini ödə mək istəyirdi. Xeyli tərəddüddən sonra yəhudi sahibkar bu sövdələşməyə razılaşır və bir neçə gün sonra mirvarini yoxlatdırmaq üçün Vyanaya üz tutur. Vyanada tanınmış zərgərlərdən birinə yaxınlaşıb mirvarini göstərir. Zərgər İshaqa bu mirvarinin nadir bir tapıntı olduğunu deyir, hətta bu daşın «Qaragül»ə bənzədiyini xatırladır, amma mirva rini almır, İshaqı saray zərgərinin yanına göndərir. Deyir ki, saray zərgəri bu mirvariyə yaxşı pul verəcək. İshaq zərgərin dediyinə əməl edir. Amma bu sövdələşmə ona baha başa gəlir. Saray zərgəri «Qaragül»ü tanıyır və polis çağırıb İshaqı həbs etdirir. İshaqın ardınca Adam Günter də həbs olunur. Günter istintaq zamanı mirvarini ona ağa sı Qraf Batianın ölüm ayağında olarkən hədiyyə etdiyini bildirir. İstintaq «Qaragül»ün necə oğurlanmasını aşkar laya bilməsə də, mirvari xəzinəyə qaytarılır, ekspertlər və zərgərlər ona 100 min frank qiymət qoyurlar. Deyilənlərə görə, bu mirvari indi də İngiltərə kralının tacını bəzəyir. Nadir şahın uzunömürlü mirvariləri «Qaragül»ün çəkisi 50 karat idi. Amma tarixdə bun dan da böyük mirvarilər olub. Təbii mirvarilər arasında ən böyüyü hazırda Londonda – Cənubi Kensinqtondakı mu zeydə saxlanılır. Onun çəkisi 450 karatdır. İspaniya kralı II Filippə (1527-1598) məxsus mirvarinin çəkisi 137 karat idi.
1513-1521-ci illərdə Vatikana rəhbərlik etmiş şəxslərdən (papa) birinə aid mirvarinin çəkisi isə 128 karata çatırdı. Mirvarilər, əsasən, 150-200 il «ömür» sürdüyündən, indi həmin mirvarilər də «yaşamır». Bununla belə, yaşı 200-ü keçən mirvarilər də var; məsələn, Nadir şah Əfşarın Hin distandan İrana gətirdiyi və hələ də İran Mərkəzi Bankın da saxlanılan yumurta boyda mirvarilər yaşı göstərilən müddəti ötsə də, «yaşayırlar». Yaşlı mirvarilərdən biri də 2011-ci ilin martında, 79 yaşında dünyasını dəyişmiş məş hur ingilis aktrisası Elizabet Teylora məxsus idi.
tılır və buna tələbat böyükdür. Yetişdirilmiş mirvarilərin zərgərləri qane etməyən hissələri Cənub-Şərqi və Cə nub-Qərbi Asiya ölkələrində dərman vasitəsi kimi istifadə olunur. Müasir dövrdə hazırlanan dərmanların bir çoxu nun tərkibinə mirvari qatılır. Xoşbəxtlik daşı Mirvari təkcə gözəl görünüşünə görə deyil, mistik tə rəflərinə görə də insanların, xüsusilə qadınların diqqətini
Ürəyin dərmanı, gözün işığı Əsrlərboyu sadə insanlardan tutmuş imperatorlara, krallara qədər hamının diqqətini cəlb edən mirvari, litote rapiyanın da metodları sırasında özünə layiqli yer tutub. Hələ qədim dövrlərdən litoterapiyaya mirvarinin ürək xəs təliklərinin dərmanı olması məlum idi. Litoterapevtlər kəs kin ürək ağrıları zamanı kiçikölçülü mirvarini dilin altında saxlamağı məsləhət görürdülər. Mirvari ağrıları götürür, ürək döyüntülərini, aritmiyanı sakitləşdirir, itirilmiş gücü bərpa edirdi. Bəzi iddialara görə, mirvari insanı cavan saxlayır, seksual həssaslığı artırır, cinsi fəaliyyəti qaydaya salır. Bundan başqa, onun beyin xəstəliklərində, zəhər lənmələrdə kömək etdiyi də məlumdur. Göz sinirlərinin və başqa göz xəstəliklərinin müalicəsində, həmçinin, “toyuq korluğu”nda da mirvaridən istifadə olunur. Litoterapevtlər bildirirlər ki, mirvari görmə itiliyini artırır. Bundan başqa, bu qiymətli daş qanı təmizləyir, onun al-qırmızı rəng al masına səbəb olur. Mirvari insanı qorxudan, stresdən qo rumaqla yanaşı, qızdırmanı, dizenteriyanı, yuxusuzluğu, miqreni, babasili müalicə edir. Ondan böyrək, qaraciyər, öd xəstəliklərində də istifadə olunur. Dişləri parıltılı verir, ağızdan pis qoxunu uzaqlaşdırır. Mirvari hamilə qadınlar üçün də çox faydalıdır, ana bətnində dölü qoruyur. Yüksək temperatur zamanı effektli vasitədir. Şəkərli diabet xəstə lərinə, astma tutmaları zamanı da çox köməyi olur. Aller gik reaksiyalarda müsbət təsiri var. Zərgərlər narazdır, əczaçılar razı Qədim hind təbabəti isə möhkəmləndirici vasitə kimi, kiçik ölçülü mirvarilərin saxlanıldığı suyu içməyi məsləhət görür. Bunun üçün xırda mirvarilər gecədən suya qoyul malıdır. Belə hesab olunur ki, bu su orqanizmdə maddələr mübadiləsini tənzimləyir, kəskin göz xəstəliklərində, so yuqdəymədə, endokrin, qadın xəstəliklərinın müalicəsin də yararlı sayılır. Yaponiyada, hətta apteklərdə toz halında mirvari sa
81
DAŞ-QAŞ cəlb edir. Ta qədim zamanlardan mirvari xoşbəxtlik da şı sayılır. O, sahibinə arzu və istəklərini həyata keçirmək imkanı verir. Deyilənlərə görə, yuxuda mirvari görmək gələcək uğurlardan xəbər verir. Yuxuda mirvaridən dü zəldilmiş hədiyyə almaq isə var-dövlətə işarədir. Keçmiş inanclara görə, mirvari sevinc, xoşbəxtlik, var-dövlət gə tirir, xoşbəxtlik talismanı sayılır. Elə bu üzdən subay qız lara mirvaridən hazırlanmış zinət əşyaları istifadə etmək məsləhət görülür. Mirvariqaşlı üzük insanı əliəyrilikdən, düşünülməmiş, düzgün olmayan addımlar atmaqdan çə kindirir, sevgidə sadiqliyi qoruyur. Başqa bir inama görə, mirvarinin rənginin tutqunlaşması onun sahibinin ağır xəs təliyə düçar olmasına, yaxud da tezliklə öləcəyinə dair bir xəbərdarlıqdır. Təcrübə də göstərir ki, xəstə insanların is tifadə etdiyi mirvari sürətlə sıradan çıxır, parıltısını daha tez itirir. Əgər mirvari qəfildən xarab olmağa başlayırsa, dərhal sağlamlığınızın qeydinə qalın. Bəzi inanclara gö rə, mirvari ailəli adamlara yaxşı təsir göstərir. Təsadüfi deyil ki, bir çox ölkələrdə gəlin bəzəyi kimi mirvaridən isti fadə olunur. Qədim Romada təzə evlənənləri mirvari bo yunbağı ilə sarıyırdılar. Bu, ər-arvad sadiqliyinin simvolu sayılırdı. Çində gəlinin baş geyimindən mirvari düzülmüş o qədər sap asırlar ki, gəlinin üzü görünməz olur. Bundan başqa, üzərində mirvari gəzdirən insanlar lovğalığı, iddia
nı, şöhrətpərəstliyi bir kənara qoyur, səhvini düzəltməyə çalışır. Bununla belə qara mirvari depressiya, hüzn, da rıxdırıcılıq gətirir. Gənc qadınlara onu daşımaq məsləhət deyil. Deyilənlərə görə, qara mirvari gəzdirən qadınlar tez dul qalırlar. Qiymətli daş-qaşlar arasında mükafat şəklində təqdim olunanı da mirvaridir. Hələ qədimdən Romada kvadriqlə rin (iki təkər üzərində dörd ata qoşulu antik araba) yarı şında qalib üçqat mirvari boyunbağı ilə mükafatlandırılır dı. Çingiz xan dönəmində mirvari var-dövlət , hökmdarlıq, əzəmət, qüvvət simvolu idi. Saxlanma qaydaları Qeyd etdiymiz kimi, digər zinət əşyalarından fərqli ola raq, mirvari 100-150 il olduğu kimi qalır, sonra sıradan çı xır. Tədqiqatçılar, zərgərlər təcrübədən çıxış edərək bildi rirlər ki, mirvarinin tez «qocalmaması» üçün ondan daim istifadə etmək lazımdır. Mirvarini günəş altında tutmaq məsləhət deyil. Çünki isti onu sıradan çıxarır. Hətta insan bədəninin hərarəti də onu xarab edir. Kosmetika, saç la kı, tər, çirk, buxar, yağ, müşkün kəskin qoxusu mirvariyə ziyandır. Mirvarinin korlanmaması üçün onu səliqəli daşı maq və ara-sıra təmizləmək lazımdır. Duzlu su və sabunla yumaq məsləhət görülür. Bundan başqa, mirvarini palta rın üstünə taxanda rəngi solmağa başlayır. ELDAR
82
83
reklam
TARİXİ-NADİR
Ş
ТАРИХ
НАДИР
irvan dağlarında xəzinələrin gizlədilmə si haqqında bir sira rəvayətlər dövrümüzə qədər gəlib-çatmışdır. Onların birində de yilir ki, Makedoniyalı İsgəndər dünyanı fəth edərkən topladığı xəzinəni Şirvana göndərmiş və bu rada gizlədilməsi üçün göstəriş vermişdir. Teymur ləngin Şimali Qafqazdan yığdığı sərvəti Xəzinə dağın da, Şirvanşah Fərrux Yəsarın Şirvan şahlığının xəzi nəsini Gülüstan qalasında, Mustafa xanın isə Şirvan xanlığının xəzinəsini Fit dağında gizlətdiyi haqqında rəvayətlər də mövcuddur. Tarixboyu bu xəzinələr çox axtarılmış, amma tapılmamışdır... Ötən il orta əsr Ağsu şəhərində aparılan arxeoloji qa zıntılar zamanı xəzinələrin yerini nişan verən tapıntılar üzə çıxdıqca, bir daha əmin olduq ki, doğrudan da Şirvan xəzinələr diyarıdır. Hətta bu xəzinələrin marşrutunu cız maq imkanı da əldə etdik... Amma bu «xəzinə»lər rəvayətlərdə deyildiyi kimi, ləlcəvahiratla dolu deyildi. Ondan da qiymətli idi. Söhbət, tə bii ki, Şirvanın abidələrindən, mədəni irsindən gedir.. Diri Baba, Gülüstan, Qədim Şamaxı, Cümə məscidi,
84
Buğurt, Yeddi Günbəz, orta əsr Ağsu şəhəri, Şeyx Dur sun, Qırlartəpə, Mehrəvan, Cavanşir, Basqal, Lahıc, Fit dağ kimi əsrlərin şahidinə çevrilmiş abidələrimiz bizim milli xəzinələrimizdir. Abidələrin öyrənilməsi, konservasi yası və təbliği isə ölkə və dünya ictimaiyyətinə bu xəzinə lərin dəyərini göstərir. Bu yazıda həmin xəzinələrdən biri, müasir Ağsu şə hərinin 5 kilometrliyində yerləşən orta əsr Ağsu şəhəri haqqında söhbət açacağıq. Bu şəhərin qala-divarlarını türk-əfşar cahangirlərindən olan Nadir şah 1734-1735-ci illərdə inşa etdirmişdir. O, zəlzələ və ara müharibələrin dən zərər görmüş Şamaxı şəhərinin yerinə Ağsu şəhərini Şirvan vilayətinin mərkəzi elan etmişdir. Ağsu şəhəri Nadir şahın ölümündən sonra (1748) yaranan Şirvan xanlığının da paytaxtı olmuş, rusların Şirvan xanlığını vassal asılılı ğına salmasından sonra (1805) tənəzzülə uğramışdır. Qeyd edək ki, 2010-cu ilin mart ayından etibarən “Mİ RAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi xaraba şəhər abidəsinin öyrənilməsi, tikili qalıqları və ar xeoloji materialların konservasiyası, tədqiqat nəticələrinin nəşri və təbliğini əhatə edən “Orta əsr Ağsu şəhəri” ar
xeoloji turizm kompleksi layihəsinə start verib. Bundan başqa, AMEA Arxeologiya və Etnoqrafiya İns titutu və Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşların dan ibarət Ağsu arxeoloji ekspedisiyası da 2010-cu ildə Azərbaycanda ilk dəfə olaraq geniş sahədə (3500 kv.m) arxeoloji tədqiqat aparıb. Tədqiqatın ilkin nəticələri san ballı elmi məqalələrin toplandığı üç kitabda, iki dildə nəşr edilib. Buradan tapılmış 8000-ə yaxın saxsı, daş, metal əşyaların böyük əksəriyyəti konservasiya və bərpa olu nub. Həmçinin, 4000-dən çox arxeoloji material elektron pasportlaşdırılıb, ekspedisiyanın iki dildə internet səhifə si yaradılıb. Qısa zaman ərzində eksponatların böyük bir qismini əhatə edən sərgilər təşkil edilib. Sərgilərdən ikisi Ağsuda, biri isə Bakıda keçirilib. Abidənin 600 kv.metrlik üç üçüncü qazıntı sahəsinin üzəri örtülüb, tikililər, yol və meydanlar konservasiya edilib, açıq səma altında sərgikompleks yaradılıb. Ekspedisiya 3500 kv.m sahəni şəhərin üç səmtində öyrənib, qala divarları, şəhərin iri küçələri, su və kana lizasiya xətləri, hamam kompleksi, yaşayış binaları və dükanlar, sexlər aşkar edib. Bu araşdırma nəticəsində
Azərbaycan tarix elmi XVIII əsr tarixinin öyrənilməsi üçün arxeoloji faktlarla, Azərbaycan muzeyləri isə (Milli Azər baycan Tarixi Muzeyi, Ağsu Tarix-Diyarşünaslıq Muzeyi, Musiqi Mədəniyyəti Tarixi Muzeyi və s.) yeni artefaktlarla zənginləşib. Ağsu arxeoloji ekspedisiyası birillik fəaliyyətində bir çox ilklərlə yadda qalıb. Belə ki, arxeoloji qazıntının ikinci ayında tədqiqat aparılan 600 kv.m sahədən aşkar olunan 2000-ə qədər eksponatın Ağsu Tarix-Diyarşünaslıq Mu zeyində sərgisi təşkil edilib. İlk dəfə idi ki, arxeoloji təd qiqat aparıla-aparıla arxeoloji materialların sərgisi təşkil olunurdu. May-avqust aylarında 2800 kv.metrlik şimal qala diva rına bitişik sahədə tədqiqat aparan ekspedisiya tərəfindən qala divarının bir hissəsi, yaşayış evləri, dükan və emalat xanalar aşkar olundu. Buradan tapılan hamam kompleksi öz maraqlı quruluşu ilə diqqəti cəlb edir. Onu da bildirək ki, bu qədər böyük sahədə tədqiqat aparılması Azərbay can arxeologiyasında az rast gəlinən hadisə olaraq yerli və xarici turistlərin, alimlərin marağına səbəb olub. Ötən il avqustun 5-də Ağsu Tarix Diyarşünaslıq Muze
85
TARİXİ-NADİR yində IV qazıntı sahəsinin tapıntılarından ibarət yeni sərgi hazırlanıb, “Ağsu şəhəri orta əsrlərdə” kitab-albomunun ingilis versiyası nəşr edilib. Avqust-sentyabr aylarında isə V qazıntı sahəsində tədqiqat işləri aparılıb, şəhərin ərazisi 100 metrlik sahədə şimaldan-cənuba kəsilib. İlk dəfə bu radan külli miqdarda kirəmit qalıqlar aşkar edilib. Zəngin insanlara məxsus evlərin yerləşdiyi məhəllə görüntüsü verən V qazıntı sahəsində tədqiqatların 2011ci ildə davam etdirilməsi nəzərdə tutulub. 2011-ci ilin mart ayından Ağsu arxeoloji ekspedisiyası yeni mövsümün qazıntılarına başlayıb. Hələlik V qazıntı sahəsinin XVIII əsrin sonlarına aid olan üst qatı öyrənil məkdədir. Artıq bir sıra tikinti qalıqları və maddi-mədə niyyət nümunələri aşkara çıxarılıb. Aşkar edilən tikintilər, əsasən, yaşayış binalarından, küçə və meydanlardan iba rətdir. Tikintidə, əsasən, çaydaşı və çiy kərpicdən istifadə olunub. Yaşayış binalarının əksəriyyətinin qarşısında çay daşı döşənmiş kiçik meydanlar qeydə alınıb. Axtarışlar zamanı külli miqdarda sikkə nümunələri tapılıb. Bunların arasında həm yerli zərbxanalara, həm də xarici ölkələrə aid nümunələr var. V sahədə tədqiqatlar zamanı Avropa və Şərq ölkələrindən ticarət və mədəni əlaqələr vasitəsi
86
lə gətirilən qiymətli nümunələr, o cümlədən fayans, farfor, şüşə əşyalar tapılıb. Maraqlı tapıntılardan biri dulusçunun zövqlə hazırladı ğı kaşının üzərindəki nadir rast gəlinən miniatür təsviridir. Kaşı Əfşar dövrü incəsənətini ehtiva etməklə XVIII əsrdə zəngin ailənin istirahət səhnəsini canlandırır. Çadır önün də, təbiətin qoynunda istirahət edən xanın və hərəminin geyiminin rəng çalarları və geyim-keçim tərzi çox maraq lıdır. Onu da qeyd edək ki, layihə arxeoloji turizmə hesab landığı üçün qazıntı sahəsinin üzərinin örtülməsi, tikililərin konservasiyası, arxeoloji materialların bərpası işləri gö rüldükdən sonra, ekspozisiyanın yaradılmasına başlanı lıb. 2011-ci il 5 fevral tarixində ilk – III qazıntı sahəsindəki sənətkarlıq məhəlləsi sərgi kompleksinin açılışı olub. IV qazıntı sahəsində də analoji işlər görülür və yaxın vaxtlar da bu kompleks Azərbaycanda arxeoloji turizmin inkişafı istiqamətində öz sözünü deyəcək. Sənətkarlıq məhəlləsi sərgisi inventara düşməyən saxsı və fayans qırıqlarından hazırlanmış dəmirçi sexi, təndirxana və bulaqbaşı kompozisiyalarından ibarət mo zaika ilə başlanır. Yaşayış evləri ilə başlayan ekspozisiya,
təndirxana və talvarla davam edir, məhəllə yolu bu zaman şəhərin iri küçələrindən birinə çıxır, küçədən ayrılan di gər məhəllə yolunun kənarında misgər, dəmirçi və sümük işi sexi görünür. Bu sexlərin qonşuluğunda dərzi sexi və boyaq dükanı yerləşir. Boyaq dükanının qarşısı nisbətən geniş binalarla əhatələnmiş iri meydandır. Bu sex və dükanlardan, bina və həyətlərdən, küçə və meydanlardan aşkar olunmuş maddi-mədəniyyət nümu nələri bilavasitə tapıldığı yerdə qoyulduğu üçün bir növ şəhərin ilkin görkəmi bərpa olunub. İri eksponatlar açıq da – tapıldığı yerdə, xırda eksponatlar və nadir tapıntılar vitrinlərdə təqdim edilir. Sərgi kompleksi vahid marşrut boyunca olub, heç yerdə kəsişmir, quraşdırılmış kamera lar kompleksi gecə-gündüz nəzarətdə saxlamağa imkan verir. Təqdirəlayiq haldır ki, Mədəniyyət və Turizm Nazirliyi abidənin tədqiqi və konservasiyası istiqamətində görül müş işləri nəzərə alaraq, orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksini turizm marşrutlarına daxil edib. Turizm ilinə töhfə olan bu kompleks ilin bütün fəsillərində ziyarət üçün açıqdır. Fariz XƏLİLLİ,
tarix elmləri namizədi
87
İKİNCİ BİRİNCİLƏR
КЯНДИНЯ ЯМИН-БИРИНЪИ ФИН! “Ər olmaq çox çətindir, xüsusən də, əgər sənin xanımın prezidentdirsə” Penti Arayarvi
88
T
arya Halonenin prezident seçkilərində göz lənilməz qələbəsini finlər təəccüblə qarşıla dılar. 2000-ci il avqustun 28-də isə növbəti şok yaşandı – xanım prezident sabiq dövlət katibi və parlamentdə komitə sədri olmuş Penti Ara yarvi ilə evləndi. Bu barədə həmin gün çıxan bütün qəzetlər yazırdı. Onların 15 ildən artıq birgə yaşadıq larını hamı bildiyi halda, görəsən, soyuqqanlı finləri təəccübləndirən nə idi? Gecikmiş məhəbbət Tarya Halonen ötən əsrin 80-ci illərinin əvvəllərində parlament komissiyasında işə başlayır və burada iste dadlı gənc – hüquqşünas həmkarı Penti Arayarvi ilə tanış olur. O zamandan aralarında isti münasibətlər başlansa da, hər ikisi evli olduğuna görə, yaxınlıqlarını açıq şəkildə davam etdirə bilmir. Fin mediasının yazdığı kimi, “Əslində, aralarındakı qığılcım gecikmiş məhəbbətdən başqa bir şey deyildi”. Nəhayət, cütlük 1985-ci ildə qəti qərara gəlir – onlar bir yerdə yaşamalıdırlar. Nəinki sadə finlər ara sında, hətta hökumətdə də onların münasibətləri barə də dedi-qodular baş alıb gedirdi. Beləliklə, Tarya və Penti birlikdə yaşamağa başladı. Bu zaman Tayranın bir yetkin qızı, Arayarvinin isə üç uşağı vardı. Uşaqlardan ikisi ana ları – Arayarvinin keçmiş xanımı, kiçiyi – dördyaşlı oğlu isə onlarla qaldı. Bərabərlikləri onların karyera inkişafına da öz təsirini göstərir. Tarya deputat seçilir, Penti nazir təyin edilir, daha da yüksələrək, parlament komitəsinin rəhbəri vəzifəsində çalışır. 2000-ci ilin martın 1-də 8 il ölkənin xarici siyasət kur suna rəhbərlik etmiş sabiq nazir Tarya Halonen Finlandi yanın prezidenti seçilir. Andiçmə mərasimində qızı ilə ya naşı, vətəndaş nikahında olduğu Penti Arayarvi də onunla idi. Ölkə prezidenti seçildikdən sonra, cütlük haqqında əv vəllər güclə eşidilən pıçıltılar indi, sözün əsl mənasında, ittihama çevrilir. Ölkənin birinci ailəsinin rəsmi nikah üs tündə qurulmaması sərt tənqidlə üzləşir. Konservant mü xalifət və Lüteran kilsəsi onları əməlli-başlı ittiham edir. Amma cütlükdən reaksiya gəlmirdi. Əvəzində dostları on ların adından elan etdilər ki, Tarya və Penti heç vaxt ev lənməyəcək və dünyaya uşaq gətirməyəcəklər. Beləliklə, tənqidi hücumların arası kəsilsə də, söz-söhbət səngimir di. Əvvəldə qeyd etdiyim kimi, cütlüyün birdən-birə qəra rını dəyişərək, rəsmi nikaha girməsi finlərin təəccübünə səbəb oldu.
89
İKİNCİ BİRİNCİLƏR “Mister Özünə Əmin” Penti Arayarvi 1948-ci ildə Helsinkidə anadan olub. Helsinki Universitetində hüquq ixtisası üzrə təhsil alıb. 70-ci illərin əvvəllərindən hökumətdə çalışmağa başla yan Penti Arayarvinin adı 1982-ci ildən etibarən yuxarı dairələrdə hallanmağa başlayır. Elm adamı olan Penti Arayarvi uzun müddət dovlət orqanlarında yüksək postlar da çalışır - 2 dəfə dövlət katibi postunu tutur, 10 ilə yaxın isə parlament komitəsinə rəhbərlik edir. Hazırda isə həyat yoldaşının prezident olması ilə əlaqədar yalnız ictimai iş lərlə məşğuldur. Digər tərəfdən, o həm də indi Finlandiya da “ensi hieno nainen” – “birinci xanım” institutunu davam etdirməli olan ilk kişidir və təbii ki, “ensi herra” – “birin ci kişi” kimi. Penti Arayarvi dövlət strukturlarında kifayət qədər təcrübəyə malik olan insandır. Protokol qaydaları nı gözəl bilir, üstəlik, hüquqşünas kimi Finlandiyada ciddi nüfuza malikdir. Buna görə də cənab Arayarvi əmindir ki, ona göstərilən ehtiramın həyat yoldaşı ilə heç bir bağlılı ğı yoxdur. Məhz bu xüsusiyyətinə görə, hətta zaman-za man jurnalistlər ona “Mister Özünə Əmin” və ya “Mister İnam” deyə xitab edirlər. “Mister İnam”, demək olar ki, bütün rəsmi tədbirlərdə həyat yoldaşı – prezident Halo ninin yanında olur. Ölkəsində rəsmi səfərdə olan prezi dentləri və qonaqları, sözün əsl mənasında, ailə başçısı kimi salamlayır, rəsmi və qeyri-rəsmi gəzintilərdə onların xanımlarını çəkinmədən müşayiət edir. Hətta o, bir az da irəli gedərək, bəzi dövlət başçılarının xanımları ilə dost luq da edir və təcrübəli dövlət xadimi kimi, bu əlaqələrlə ölkəsinə xidmət göstərir. Məsələn, “Daily News”un yazdı ğına görə, onun Rusiyanın keçmiş birinci xanımı Lüdmila Putina ilə möhkəm dostluğu soyuq rus–fin münasibətlə rində ciddi təməl rolunu oynamışdır. Bəzi ekspertlər isə onun prezidentliyə hazırlaşdığı barədə proqnozlar irəli sü rür. Düzdür, o özü bu barədə danışmağı sevmir, amma həqiqətən də finlərin birinci kişisi həddindən artıq fəaldır. Onun rəhbərlik etdiyi bir neçə QHT, az qala, dövlətin bü tün orqanlarına vətəndaş nəzarətini həyata keçirir. Amma ictimai fəaliyyətinə baxmayaraq, 64 yaşlı Penti Arayarvi məcburən dövlət vəzifələrindən uzaq qaldığı üçün özünü istirahətdə hesab edir. Dediyinə görə, vaxtını ailəsinə və hobbilərinə həsr edir. Hobbidən söz düşmüşkən, “Mister Özünə Əmin” həm də əla basketbolçudur. Tarix, ədəbiy yat və incəsənətə aid kitablar oxumaq da birinci kişinin sevimli məşğuliyyətləri sırasındadır. Bəhruz HEYDƏRİ
90
91
AXI DÜNYA FIRLANIR...
АВРОПАНЫ АПАРАН БРЦССЕЛ
Rəsmi adı Belçika Krallığı Paytaxt Brüssel Belçika
Rəsmi dil Flaman, fransız, alman Əhalisi 10,9 milyon Ərazisi 64 min kv. km Pul vahidi Avro internet TLD .be Telefon kodu 32
B
elçika Krallığından danışanda çox ehti yatlı olmaq lazımdır və biz də buna əsas lanaraq, Krallıq barədə yazını Brüsselin üzərində qurmaq qərarına gəldik. Çünki monarxiya dövlətində müxtəlif dil və mədəniyyətlərin vahid formada birləşdiyi yeganə şəhər məhz paytaxt Brüsseldir. Bu şəhərə bəzən Avropanın ürəyi də de yirlər. Brüssel kasıbların zənginlərlə bərabər “sıxılmadan” yaşaya biləcəyi, bəlkə də ilk və son Avropa şəhəridir. Or xan Pamukun dediyi kimi, “Əgər SSRİ kommunizm qur maq istəyirdisə, yəqin ki, oradakı yaşayış Brüsseldəki tip
92
77 yaşlı Kral II Albert Belçikaya 1993-cü ildən rəhbərlik edir. Əslində, digər Avropa monarxları kimi, onun da hakimiyyəti simvolikdir və monarx daha çox ölkənin vahidliyinin təcəssümüdür. Kralın daha vacib rolu isə barışdırıcı mövqe tutmasıdır. Çünki Avropanın üzdə stabil görünən bu ölkəsində, həqiqətən, bu missiyaya ehtiyac var. Belçika 3 müxtəlif dildə danışan fərqli toplumların konfederasiyasıdır. Flaman, fransız və alman toplumları heç də həmişə bir-birinə qarşı tolerantlıq nümayiş etdirmir. Xüsusən də, seçki ərəfəsində siyasi ehtiraslar o qədər qızışır ki, hətta dövlət parçalanma təhlükəsi ilə üzləşir. Kralın barışdırıcı mövqeyi də məhz burada belçikalıların köməyinə çatır... də olacaqdı”. Adi bir misal, bu şəhərdə ictimai nəqliyyat rahatlığına və keyfiyyətinə görə heç də varlıların bahalı maşınlarından geri qalmır. Eyni sürət, eyni komfort! Söh bət maşınlardan düşmüşkən, şəhərdə avtomobildən çox velosiped var. Təbii ki, bu, bir tərəfdən tıxaclarla bağlıdır sa, digər tərəfdən, belçikalıların eyni zamanda bir neçə iş
görmək əzmləri ilə əlaqəlidir. Yəni Brüssel sakinləri ve losipedlə həm pula qənaət edir, həm fiziki gümrahlıqla rını qoruyur, həm də atmosferi avtobobil tüstüsünün zə rərindən xilas etmiş olurlar. Yəqin, elə buna görədir ki, 2 milyona yaxın əhalisinin olmasına baxmayaraq, Brüsselin havası çox təmizdir. Şəhərin yaşıllığa bürünməsi göz ox şayır. Yəqin ki, yollar və binalar olmasaydı, şəhər Brüsseli əhatələmiş Sonia meşələrinə qovuşardı. Welcome to Brussel Şəhərlə daha yaxından tanış olduqda insanın qarşı sında bütün istiqamətlərə yeni-yeni imkanlar açılır. Yayın ilk ayını yaşadığımız üçün, diqqəti daha çox Brüsselin tu ristik əhəmiyyətinə yönəltmək məqsədəuyğun olar. Hava limanının bələdçisindən qalacağım otel barədə soruşdum. Özümü soyuq avropalının laqeyd cavabına hazırlayırdım ki, fikirlərim məni yanıltdı. Almanləhcəli ingiliscəsi ilə mə ni salamlayan 35-36 yaşlı bir bəy öncə otelin yerini başa
93
AXI DÜNYA FIRLANIR...
saldı, sonra isə düz, qatara qədər ötürdü. Bu mənim Brüs sellə bağlı ilk xoş təəssüratım oldu. Brüssel zəngin memarlıq ənənələri olan bir şəhərdir. Fransız və alman memarları tərəfindən inşa edilən binalar şəhərə qeyri-adi gözəllik bəxş edir. Mərkəzdə başdan-ba şa 4-6 mərtəbəli tarixi binalar üstünlük təşkil etsə də, arasıra şüşə və dəmir konstruksiyalı göydələnlər gözə dəyir. Hökumət orqanlarına və bələdiyyəyə aid bütün strukturlar tarixi binalarda yerləşib. Avropa İttifaqı və NATO-ya məx sus strukturlar üçün isə məxsusi yeni üslubda binalar ti kilib. Bundan əlavə, şəhərin bir neçə yerində əzəməti ilə göz oxşayan kral sarayları ucalır. Brüsselin simasını, ümumilikdə, 2 memarlıq istiqaməti müəyyənləşdirir. Birincisi - heyrətamiz kilsələr və bir-bi rindən gözəl müxtəlif heykəltəraşlıq nümunələri. Şəhərin, demək olar, bütün küçələrində Brüssel krallarının at belin də heykəllərinə, kilsə müqəddəslərin abidələrinə, müx təlif real və mifik heyvanların əks olunduğu heykəllərə rast gəlmək mümkündür. Brüsseldə turistlərin ən çox üz
94
tutduğu məkan “Grand Place” meydanı sayılır. Hər tərəf dən qot və Roma üslublu binalarla əhatələnmiş meydan, həqiqətən, nağıl dünyasına bənzəyir. Qırmızı daşlar dü zülmüş meydanı əhatələyən binaların hər biri dünya me marlığının nadir incisi hesab edilir. Buna görə də “Grand Place” 1988-ci ildən YUNESKO-nun mədəni irs siyahısı na daxil edilib. “Grand Place” meydanında “Müqəddəslər” kompozisiya heykəli yerləşir. Yerli sakinlər inanır ki, həmin heykəllərə toxunan insan bütün arzularına çatır. Ona gö rə də “Grand Place”in bu hissəsinə turistlərin ziyarəti çox olur. Meydanın əsrarəngliyini artıran digər monumenal iş Maneken Pis heykəlidir ki, bu barədə də jurnalın ilk sayın da geniş məlumat vermişik. Brüsseldə turistləri cəlb edən daha bir məşhur məkan Mini Avropa parkıdır. Parka şöh rət gətirən 103 metr hündürlüyündə olan Atom abidəsidir ki, 1958-ci ildə burada qurulub. Abidənin özünə gəlincə, Vaterkeynin memarı olduğu bu sənət nümunəsində dəmir atomun quruluşu əks olunub.
Polisə işləmək, yoxsa polislə işləmək? Brüssellilər istiqanlı və həm də çox vicdanlı insanlar dır. Amma qonaqpərvərlik bu şəhərin sakinlərinə yaddır. Burada hamı özü üçün yaşayır. Bununla belə, onları bi ganəlikdə qınamaq da olmaz. Hər hansı bir qanunazidd və ictimai qaydalara yanlış bir hərəkət etsən, o dəqiqə ətrafdakılar polislə işbirliyinə girib, səhvini düzəltməyə çalışarlar. Polisin isə dəqiq və qərəzsiz işinə əmin ola bi lərsiniz. Brüssellilər polislə işbirliyini illərdir uğurla davam etdirirlər. Bu yazını oxuduqdan sonra səyahət eşqinə düşənlər, diqqətinizə çatdırım ki, Belçikaya getmək üçün Şengen vi zasına ehtiyacınız var. Müvafiq icazəni isə Azərbaycanda Fransa səfirliyindən əldə edə bilərsiniz. Bəhruz HEYDƏRİ
95
TƏBİƏT AŞİQLƏRİ
96
B
ir zamanlar sevgini alma verərək etiraf edirdilər. Almanı qəbul edən “hə” cavabı vermiş olurdu. Sevgi, sevinc, müdriklik və dəbdəbəni ifadə edən alma “Qurani-Kə rim”də cənnət meyvələri cərgəsinə düşmədi (bunun da hamıya məlum səbəbi var). Əvəzində, Nyutonun başına düşdü. Xeyri də oldu cazibə qüvvəsi nəzəriyyəsi yarandı… Almadan fərqli olaraq, bəxti gətirən və insandan əvvəl cənnəti görən meyvələr də oldu. Özü də Quran da adıçəkilən 7 meyvədən nə az-nə çox, düz, 5-i öl kəmizdə becərilir. Bir sözlə, “Cənnət görmək istəyən Azərbaycana gəlsin”. Cənnət meyvələrini tanımaq is təyən isə yazının ardını oxusun. Elə isə.. “Daş əridən” ...albalıdan başlayaq. Quranda adıçəkilən ilk meyvədir. Müqəddəs Kitabda onun haqqında “Tikansız sidr ağacları” (“Vaqiə” surəsi, 28-ci ayə) şəklində bəhs olunur. Albalı böyrəklərin fəaliyyətini tənzimləyir. Orqanizmdə yığılmış artıq duz və turşuları xaric edir. Böyrəklərdə daş və qu mun yaranmasına imkan vermir. Daşı əridir və orqanizm dən təbii yolla xaric olunmasına kömək edir. Eyni zaman da, dərini civzə və sızanaqlardan təmizləyir. Albalı şirəsi iştahı və həzmi yaxşılaşdırır. Sadaladıqlarımız albalının insan sağlamlığı üçün xeyirli olan cəhətlərindən yalnız bir neçəsidir. Maraqlıdır ki, albalının yarpaqları çıxmazdan əvvəl o çiçəkləyir. Qədim Şərq mifologiyasına inansaq, bu, insanın dünyaya çılpaq gəlib, çılpaq getdiyinə işarə dir. Çində albalı ümid, gənclik, cəsarət, həmçinin, qadın gözəlliyini simvolizə edir. Yaponlarda isə zənginliyi bildirir. Albalıçiçəyi yaponların simvoldur. Ən qədim meyvə “Qurani-Kərim”də bu meyvənin adı 11 dəfə tək və cəm formada (ayrıca və digər meyvələrlə birlikdə) çəkilib: “Si
zin üçün xurma və üzüm bağları yaratdıq ki, orada bol meyvələr vardır, siz onlardan yeyirsiniz” (“Möminun” su rəsi, 23-cü ayə). Dünyada üzümün 8 mindən çox növü var. Ona görə də bu meyvənin əsl vətənininhara olduğu dəqiq bilinmir. Amma bəzi alimlər deyir ki, bu bitkinin kökü Azərbaycan dan başlayır. Əlbəttə ki, belə bir iddianın arxasında fakt da dayanır. Məsələn, Ağstafa yaxınlığında 1962-ci ildə apa rılmış arxeoloji qazıntılar zamanı eramızdan əvvəl V-IV minilliyə aid Şomutəpə abidəsində tapılan müxtəlif bitki qalıqları və üzüm toxumları buna misaldır. Hazırda Ağdam keçiəmcəyi (Ağdam), ağ şanı (Abşeron), Gəncə qızılüzü mü (Gəncə) isə yalnız Azərbaycanda yetişdirilən üzümlər dən bir neçəsidir. Üzümün insan orqanizminə xeyrinə gə lincə, o, qan tərəfindən tez mənimsənilir. Zəngin qlükoza mənbəyidir, dəmir azlığının müalicəsində çox faydalıdır. Həzm pozğunluğu, böyrək və qaraciyər xəstəlikləri zama nı müsbət təsir göstərir. Minbir dərdin dərmanı Bütün meyvələr içərisində ən çox mineral toplusu məhz əncirdədir. Quranda bu meyvədən belə bəhs edilir: “And olsun əncirə və onun ağacına, zeytuna və onun ağa cına” (“Tin” surəsi, 1-ci ayə). Əncirdən sinəyumşaldıcı, qəbizlik əleyhinə, diş əti iltihabı, plevrit, göyöskürək, əl və ayaqda olan ziyillər, döyənək, arıqlıq, dalaq şişi, angina və saç tökülməsi əleyhinə istifadə olunur. Əncirin becərilmə si eramızdan çox əvvələ təsadüf edir. Onun əsas vətəni Suriya və Kiçik Asiya ölkələridir. Aralıq dənizi sahillərin də, eləcə də Yunanıstanda geniş yayılıb. Azərbaycanda – Abşeronda becərilən “Sarı sabahi” və ya “Sarı əncir” sortu xüsusilə məşhurdur. Ümumiyyətlə, ölkəmizdə ənci rin 2 növü yayılıb. Bunlardan biri “mədəni əncir” adlanır və respublikada geniş miqyasda becərilir. Digəri isə “Hirkan ənciri”dir ki, o, yabanı halda Lənkəran zonasında yayılıb.
97
TƏBİƏT AŞİQLƏRİ Aldım bir dənə açdım... “Qurani-Kərim”ə görə, gözəl cənnət bağında nar ağac ları da əkilib: “O iki cənnətdə hər növ meyvə - xurma və nar ağacları vardır (“ƏrRəhman”surəsi, 68-ci ayə)”. Bir çox xalqlarda narın çiçəkləri və meyvəsi zənginliyin, bol luğun və məhsuldarlığın rəmzi kimi qəbul olunub. Narın təsvirləri Misir ehramlarında, qədim Bizans parçalarının üzərində, qədim yunanların və ərəblərin ornament və na xışlarında tapılıb. Məhəmməd Peyğəmbər (s.ə.s) paxıllı ğı, nifrəti və kini təmizlədiyinə görə, öz ardıcıllarına nar yeməyi məsləhət bilib. Həkimlər də bu meyvənin qabı ğı və çiçəyinin bir sıra xəstəliklərin müalicəsində faydalı olduğunu söyləyirlər. Azərbaycanın bir çox bölgələrində nar becərilsə də, vətəni Göyçaysayılır. Rayonun beş ildir beynəlxalq nar festivalına ev sahibliyi etməsi buna misal dır. Cənnətin “sülh carçısı” “Qurani-Kərim”də “Nəhl” surəsinin 11-ci və 35-ci ayə lərində zeytundan söz açılır. “…Doğrudan da Onun tək ol masına və qüdrətinə dair bir nişanə vardır” (“Nəhl” surə si, ayə 11). Zeytun dünyanın subtropik ölkələrində bitir. Bu bitki hələ eramızdan 2500 il əvvəl qədim misirlilər tərəfin dən becərilib. Onun meyvələrindən, eləcə də yağından bir sıra xəstəliklərə qarşı (revmatizm, yanıq, göz xəstəlik ləri və s.), həmçinin, yeyinti məhsulu, ətirli ədviyyat kimi istifadə edilib. Zeytun sənaye əhəmiyyətli bitki kimi, Qara dəniz sahillərində, Krımda, Gürcüstanda geniş yayılıb. Azərbaycanda son 25 - 30 ildə zeytunun istehsalına ciddi fikir verilir. “Sülh carçısı”, xüsusilə, Abşeronda becə rilir və çox gözəl nəticə verir. Elə Zığda salınmış zeytun plantasiyası buna ən yaxşı nümunədir. Dünyada zeytunun illik istehsalı 20 milyon tondur. Ən yüksək satış göstəricisi isə İtaliya və İspaniyaya məxsusdur. Dimdiyində zeytun budağı olan göyərçin dünyada sülh və həmrəyliyin rəmzidir. Bu rəmz Nuhun gəmisindən qay naqlanır. Rəvayətə görə, Allahın insana qarşı qəzəbi tu fanla zahir olur. Allah Təala Nuha xəbər verir ki, bir neçə nəfərdən başqa daha heç kəs iman gətirməyəcək. Onun ardınca gəmi düzəltməyi Nuha əmr edir. Peyğəmbər iman gətirənləri, eyni zamanda, heyvanları 1 erkək və 1 dişi olmaqla gəmiyə yığır. Tufan sakitləşəndən sonra gəminin ətrafında sülh və asayiş nişanəsi - dimdiyində zeytun bu dağı olan bir göyərçin görünür. Və o, quruda həyatın olma sını zeytun budağı vasitəsilə gəmidəki insanlara çatdırır.
98
Ömrünüzü uzadın Elm dünyası onu “Phoenix dactylifera” kimi tanıyır. Mü qəddəs Kitabda isə bu meyvəyə “nəxl” və ya “nəxlə” de yilir. Səkkiz ayədə tək şəkildə, on iki ayədə isə onun adı zeytun, nar və üzüm kimi digər meyvələrlə yanaşı qeyd olunub. “Yer üzündə bir-birinin kənarında olan qitələr, üzüm bağları, əkinlər və bir kökdən, müxtəlif köklərdən olan xurma ağacları vardır ki, hamısı bir su ilə suvarılır və bununla belə, məhsul baxımından onların bəzisini bəzi sindən üstün edirik. Həqiqətən, bunda ağıllarını işlədən dəstə üçün nişanələr vardır” (“Rəd” surəsi, ayə 4). İsti ölkələrdə “səhra çörəyi” kimi tanınan bu meyvə pəhrizdə istifadə edilir. Xurma, ilk növbədə, orqanizmi gücləndirir və ömrü uzadır. Çinlilər qida rasionlarında xurmadan çox istifadə edirlər. Bu da uzunömürlülüyə gətirib çıxarır. Belə bir fikir var ki, xurma ağacı ilk dəfə 6-7 min il əvvəl Bey nənnəhreyndə becərilib. Xurma istehsalı və satışı üzrə dünyada birinci yeri Səudiyyə Ərəbistanı tutur. Banan ot imiş... Allahın cənnəti vəsf etdiyi ayələrdə banandan da da nışılır: “Və salxım-salxım bir-birinin üstünə qalanmış (ko malanmış) banan ağacları” (“Vaqiə” surəsi, 29-cu ayə). Banan qan təzyiqini aşağı salır, allergiyanın müalicəsində istifadə olunur. Tərkibindəki kalium və natrium hüceyrələ rin, əzələ toxumasının inkişafını tənzimləyir, ürək döyüntü sünü və maye-duz balansını normallaşdırır. Banan yüksək temperatur, həzm pozğunluğu zamanı olduqca faydalıdır. Bu meyvə Azərbaycanda bitməsə də (hal-hazırda on lar ancaq bəzi istixanalarda becərilir), ölkəmizdə çox qə dimdən tanınmaqdadır. Azərbaycanlı müəlliflər Yusif ibn İsmayıl Xoyi (XIV əsr), eləcə də Mühəmməd Hüseyn Xan (XVIII əsr) əsərlərində bananın insana olan faydalarından söz açıblar. Bəziləri elə bilir ki, banan palma ağacında bitir, ancaq bu belə deyil. Banan çoxillik ot bitkisidir. Sadəcə olaraq, kökdən çıxan iri, qınlı yarpaqları çoxqatlı boru — yalançı gövdə əmələ gətirir. Və bu da ağacı xatırladır. Onun 70-ə yaxın növü var. Meyvələri salxımda toplaşır, hər salxımda 300-ə qədər meyvə olur. Ümumi çəkisi 50-60 kq.-a çatır. Tropik ölkələrin hər birində becərilir. Ən məşhur idxalçı larını – Mərkəzi Amerika ölkələrini “banan respublikaları” adlandırırlar. Nərmin NÖQTƏ
99
TƏBİƏT AŞİQLƏRİ
100
D
eyilənlərə görə, ilanlar 7 qardaş olur, birini öldürsən, zərər versən, digərləri hayıf çı xacaq. “İlanın ağına da lənət, qarasına da” ifadəsi hamıya məlumdur. İlan haqqında belə rəvayətlər, deyimlər olsa da, türkün tarixində bu heyvanın xüsusi yeri var. Türklər bu heyvana müqəd dəs varlıq kimi baxıblar. Hətta qədim türklərin dəfn olunğunu kurqanların ətrafında dairəvi şəkildə ilan fiqurları düzəldirmişlər. Bu da türk inancında ilanın qoruyucu heyvan olmasına işarə sayılır. İlanların xəzinə qoruyucusu olması ilə bağlı rəvayət lər də az deyil; məsələn, Misir fironlarının xəzinələri ta lan edilərkən minlərlə insan ilan çalmasından ölmüşdü. Azərbaycanda, Masallı rayonunun Qızılağac kəndində də oxşar hadisə baş vermişdi. Hadisə belə olmuşdu. Qədim sarayın xarabalıqları altında xəzinə olması barədə gəzən rəvayətlər bir neçə il öncə kənd cavanlarını hərəkətə gə tirir. Kərpic qırıntılarından ibarət təpəyə dönmüş xaraba lıqda qazıntı apararkən ekskavatorun çalovu ilanlarla dolmuşdu. 2009-cu ildə ATV telekanalının əməkdaşları həmin ərazidə çəkiliş apararkən, yenidən ilanların hücu muna məruz qalmışdılar. İlanlarla bağlı maraqlı rəvayətlər kimi, bu heyvanın ma raqlı xüsusiyətləri, həyat tərzi də diqqəti cəlb edir.
İlan nifrəti İlanlar, adətən, quru mühitdə yaşadıqları üçün onların dərisi də quru və pulcuqlarla örtülü olur. Skeletin qurulu şu və yerləşməsi, demək olar ki, digər bütün sürünənlərlə eynidir. Baş beyində görmə payları daha yaxşı inkişaf etsə də əksinə, bu canlılarda beyincik o qədər də böyük deyil. Ürəkləri üçkameralıdır, bədən temperaturu sabit de yildir – “ilan kimi soyuq” ifadəsi də məhz buradan yara nıb. İlanın “soyuqqanlılığı” onun yaşam tərzində də özünü büruzə verir. Belə ki, bu heyvanlar arasında heç bir sosial bağ olmur. Cütləşmə istisna olmaqla, digər hallarda ilan lar rastlaşmamağa çalışırlar. Əks halda, qarşı-qarşıya gələn ilanlardan biri mütləq digərinin yeminə çevrilir. İlan ların, hətta öz balalarını yeməsinə dair də elmə yüzlərlə fakt bəllidir. İlan əsəbi Diri bala doğan gürzə istisna olmaqla, ilanların əksə riyyəti xaricdən möhkəm təbəqə ilə örtülü və ehtiyat qida maddəsi ilə zəngin olan fərqli sayda yumurta qoyur; mə sələn, zəhərli ilanların ən böyüyü – kral kobrasının yu murtalarının sayı 20-40 arası olur və 6 metr uzunluğa
malik “kraliça” yumaq kimi bükülərək 100 gün kürt yatır. Yumurtadan çıxan balaların isə ən yaxşı halda cəmi 3-ü 30 yaşa qədər gəlib çata bilir. İnkubasiya dövründə kral kobraları çox aqressiv olur, ətrafda hərəkət edən hər şeyə hücum edə bilər. Bu dövrdə onun zəhərinin də kəskinliyi artır, hətta kürt yatan ilan bir dişləmlə fili də öldürə bilər. Azərbaycanda bu tip həyat tərzi keçirən ilanlara daha çox Həkəri vadisi, Aran Qarabağ və Mərkəzi Aran bölgəsində rast gəlinir. Əslən Qubadlıdan olan 71 yaşlı Qorxmaz Sü leymanov xatırlayır ki, çay yatağı yaxınlığındakı meydan da dirədöymə oynayarkən bir ilan dəfələrlə onlara hücum edir və təkrar geri qayıdır. Böyüklərin işə qarışmasından sonra bəlli olur ki, meydanda at sulayan yumurta üzərində yatan qızıl ilan imiş. Ən zəhərli, ən böyük, ən kiçik Dünyanın ən zəhərli ilanı - Acanthophis Avstraliyada yaşayır. Onun 3 fərqli tipi olsa da, zəhərlərinin kimyəvi tər kibi və təsir gücü tamamilə eynidir. Uzunluğu 50-90 sm arasında dəyişən bu ilanlar ilk baxışdan gürzəni xatırlat salar da, ondan daha yoğun və daha güclü əzələ sistemi nə malikdirlər. Üstəlik, bu ilanlar gürzədən fərqli olaraq, düşməninə quyruğu ilə də zərbə endirməyi bacarır. Avstraliyada bu ilanın quyruq zərbəsindən onlarca insan kor olub. Dünyanın ən nəhəng ilanı isə yaşıl anakonda sayılır. Bu ilanların uzunluğu, əsasən, 10-12 metr arasında dəyiş sə də, bəzən 15 metrə qədər çatanı da mövcuddur. Yetkin anakondaların çəkiləri 150 - 300 kq arasında dəyişir. Bu titanlar zəhərsiz olsalar da, heç də zəhərli həmcinslərin dən az təhlükəli deyillər. Cəld anakondanın güclü əzələlə ri arasından qurtulmaq, demək olar ki, mümkün deyil. Bu nəhəng sürünənə insanın qabırğalarını qırmaq üçün cəmi 15 saniyə lazımdır. Statistika götərir ki, yaşıl anakondalar, adətən, uşaqlara hücum edir. Amma İndoneziya, Filippin
101
TƏBİƏT AŞİQLƏRİ müstəna rolu var. İlanın qarmağa bənzər dişi isə müasir inyeksiya iynələrinə bənzəyir, çox iti, eyni zamanda, içi boru formasındadır. İlanlar saniyənin ¼-i anında ovunu və ya düşmənini dişləyib buraxır. Həmin anda diş dibi əzələ elə sürətlə işləyir ki, 2 mq.-a qədər zəhər bir anın içində bütün damarlara işləyir. Bu gün tibbin son dərəcə mü kəmməl imkanlara sahib olmasına baxmayaraq, həkimlər ilan zəhəri ilə mübarizədə hələ də uduzur. Düzdür – zə hər əleyhinə kifayət qədər güclü zərdablar var – amma gecikmə olduqda bu zərdablar zəhər qarşısında aciz qalır. Məhz bu kimi amillər ucbatından təkcə Hindistanda hər il 60 mindən artıq insan kral kobrasının dişləri arasında həyatını itirir. İlanlar həmişə uda bilməyəcəyi canlılardan uzaq qaçır və qeyd etdiyimiz kimi, ancaq xüsusi hallarda insanlara hücum edir. Baş verən insidentlərin 99 faizində ilan məcburiyyət qarşısında insanı sancmalı olar. Amma onlara səhvən və ya qəsdən toxunanda, tapdalayanda ar tıq geriyə yol qalmır.
və Kambocada anakondanın yetkin insanı udması faktla rı mövcuddur. Ümumilikdə isə anakondanın əsas hədəfi insan yox, əsasən, ev heyvanlarıdır. Dünyanın ən kiçik ilanı isə Qərib dənizində, Barbados adalarında aşkarla nıb. “Leptotyphlops carlae” adı verilən bu balaca 10 sm.lik ilanlar zəhərsizdir. DİLinə -DİŞinə düşməyəsən Araşdırmalar nəticəsində bəlli olub ki, ilan dili mara lın buynuzundan sonra heyvanlar aləminin ən yaddaqalan detalıdır və məşhurluq baxımından, hətta “Coca-Cola”nın butulkası ilə müqayisə edilə bilər. İlan haça dilini çöldə saxlamaqla “ətrafı görür”. Üstəlik, burun dəlikləri ilə gözü arasındakı üz çuxurunda yerləşən sinir ucları vasitəsilə hava temperaturunun 0,1°S belə dəyişilməsini hiss edir, ən əsası ovunu duyur. İlanlar müxtəlif onurğalılarla, əsa sən, məməlilərlə qidalanır. Siçan, siçovul kimi zərərveri ci gəmiricilərin sayının nəzarətdə saxlanmasında ilanların
102
“7 QARDAŞ” əfsanəsi İlanlar cütləşmə zamanı dəstələrdə toplaşır və bu za man o qədər aqressiv olurlar ki, hətta erkəklə dişi bir-biri ni öldürə də bilər. Azərbaycan folklorunda ilanların sürü ilə dolaşdığı cütləşmə mövsümü “Yeddi qardaş” mifi kimi xa rakterizə olunur. Əksər rayonlarda inanırlar ki, qızıl ilanlar 7 ilandan ibarət qrup halında yaşayır və “yeddi qardaş” mifi də başlanğıcını buradan götürüb. Deyilənə görə, hə min ilanlardan birini öldürdükdə və ya yaraladıqda, digər “qardaşlar” dəhşətli intiqam alır. Bu zaman ilanlar faktik olaraq qarşısıalınmaz qüvvəyə çevrilir. Onlarla hər yer də qarşılaşa bilərsiniz – həyət-bacada, evdə, dolablarda, hətta ayaqqabıların içində və geyimlərin arasında da. Bu zaman ilanlar o qədər aqressiv olur ki, hətta ot tayaları nın və ya ağacların üstündən də insanların üzərinə atılır. Bu üzdən, hətta bəzi yaşlılar indi də uçan ilan gördükləri ni iddia edirlər. İlanların bu mütəşəkkilliyi bəzən insanları elə riqqətə gətirib ki, övladlarını zaman-zaman ilan adı ilə adlandıranlar meydana çıxıb. Maraqlıdır ki, Yelmar, Elmar, Şahmar kimi adlar bu gün də uşaqlara qoyulur. Söhbət uşaqlardan düşmüşkən, ilanlar əksər hallarda körpə uşaqlara toxunmur – onlarca belə hal var ki, ilan körpə nin beşiyində yatıb və ya ana öz körpəsinin həyətdə ilan la oynadığını görüb. Amma istənilən halda ilan təhlükədir və yaxşı olar, körpələri bu sürünəndən uzaq saxlayasınız. Necə deyərlər, ilanın ağına da lənət, qarasına da. Bəhruz HEYDƏRİ
103
reklam
DEYİLƏNƏ GÖRƏ...
104
Q
adınlardan, xüsusilə də gözəl qadınlar dan casus kimi istifadə olunması ənənə sinin tarixi qədim dövrlərə gedib-çıxır. Bu ənənə indi də davam etdirilir. Əsrlərboyu yüzlərlə, minlərlə, on minlərlə casus qadın olub, müx təlif əməliyyatlar həyata keçiriblər. Onların çoxu ba rədə, demək olar ki, heç nə bilmirik. Amma fəaliyyə ti ilə dünyaya səs-küy salan, adı tarixə düşən casus «ledilər» az deyilmiş... Cazibədar casus 2010-cu ilin yayında Vaşinqtonla Moskva arasında aparılan casus mübadiləsi, xüsusilə də, Anna Çapman adı, yəqin ki, hamının yadındadır. Rusiyanın ABŞ-dakı ca sus şəbəkəsinin əsas simalarından olan Anna Çapman azadlığa buraxılandan sonra, haqqında söz-söhbətlər ya yıldı. Anna 1982-ci ildə Rusiya xüsusi xidmət orqanının əməkdaşı olan Vasili Kuşenkonun ailəsində anadan olub. Uşaqlıqdan oxumağa, öyrənməyə xüsusi maraq göstərən Anna ölkəsinin ən yaxşı institutlarında ali təhsil aldıqdan sonra, işləmək üçün Avropaya üz tutur. Elə burada da gə ləcək həyat yoldaşı, məşhur “Aşan” supermarketlər şəbə kəsinin sahibi ilə tanış olur. Amma nədənsə bu izdivacın ömrü uzun sürmür. Anna həyat yoldaşından ayrıldıqdan sonra, 2006-cı ildə Nyu-Yorkda şəxsi biznesini qurur. Əm lak biznesi, əslində, Annanın gizli işinin ört-basdır edilməsi üçün yaradılan bir vasitə idi. Bütün cəhdlərə baxmayaraq, nəhayət, Anna Çapman gizli fəaliyyətini sürdürə bilmir. 2010-cu ilin avqustunda Amerika xüsusi xidmət orqanla rı tərəfindən yaxalanır. Anna Amerika-İran münasibətlə ri, nüvə silahı haqqında və konqresmenlərin fəaliyyəti ilə bağlı gizli informasiyaları Rusiya məxfi hökumət orqanla rına çatdırmaqda günahlandırılır. Amma ölkəsi Annanı tək qoymur, onu müdafiə edir. O öz vətəninə bir qəhrəman kimi dönür. Anna Çapmanın casusluğu haqqında yetərli dəlil olmadığından, o, mühakimə edilmir və qanunla ca sus sayılmır. Anna Çapman haqqında okeanın o tayından-bu tayına dolaşan “əfsanələr” bizi geriyə dönüb tarixə boylanmağa və onun kimi digər əfsanəvi casus qadınları xatırlamağa vadar edir. Anna Çapman, şübhəsiz ki, “soyuq müharibə” illərindən bəri tarixdə ən cazibədar və gözəl casus qadın kimi qalacaq. “Amma Annanın sələfləri olan casus “ledi”lər də ondan heç də geri qalmırdılar”, - desək yanılmarıq.
Səhər şəfəqinin gözləri Mata Xari cazibədar qadın idi. Hələ uşaqkən gözəlliyi ilə hamını heyran qoyan balaca Marqaret Gertrudanın gə ləcəkdə də bu yolla uğur qazanacağına heç kimin şübhəsi yox idi. 1876-cı ildə Niderlandda – sadə ailələrin birində Marqaret Gertruda adlı bir qız dünyaya gəlir. O, kiçik yaş larından etibarən hamıdan seçilirdi. Həddən artıq xəyal pərəst olan qızcığaz özündən qeyri-adi hadisələr uydurur və ətrafdakıları da buna inanmağa vadar edridi. Belə uy durmaların birində o, atasını yapon imperatoru, anasını isə baronessa kimi təsvir edirdi. Çox dəcəl və şıltaq qız olan Marqaretin öhdəsindən valideynləri belə gələ bilmirdi. Yeniyetmə çağlarında qə dəm qoyduqda o, müstəqilliyini təmin etmək üçün evlən mək qərarına gəlir. Marqaret Gertruda qəzetlərin birində evlənmə elanları vasitəsilə gələcək həyat yoldaşını tapır. Hindistanda yaşayan, özündən düz 20 yaş böyük olan holland zabiti Rudolf Kempbell Makleod ilə tanış olur və qısa müddət ərzində evlənərək Hindistanda yaşayırlar. Amma nikahdan sonra da çətin xarakter öz sözünü deyir və dəyişikliklərə meyilli olan Marqareti ekzotik Hindistan da zabit xanımı rolu qane etmir. O, Parisə üz tutmaq və rəqqasə olmaq qərarına gəlir. Məhz “Sevgililər şəhəri”ndə
Mata Xari
105
DEYİLƏNƏ GÖRƏ... adi hollandiyalı qız – Marqaret Gertruda əfsanəvi Mata Xariyə çevrilir. Tarix bu ada görə Parisdə yerləşən Şərq muzeyinin sahibi Gimeyə borcludur. Marqaretin böyük pərəstişkarı olan Gime rəqqasəni öz muzeyinə dəvət edir və o, Şərq eksponatları arasında malay rəqsləri ilə dövlət adamla rı və səfirləri heyran etməyə başlayır. Şərqşünas Gime Marqaretə “Mata Xari” təxəllüsünü də fikirləşir ki, bu söz birləşməsi malay dilindən tərcümədə “səhər şəfəqlərinin gözü” deməkdir. Əfsanəvi gözəl dövrünün “La Skala” və “Metropol” ki mi məşhur opera səhnələrində çıxış edir, lakin şahidlərin dediyinə görə, Şərq rəqslərini elə də yaxşı ifa etməyən Mata Xari kişiləri öz cazibəsi ilə hər çıxışında heyran qo yur. Bu cazibə isə ona gələcəkdə, tamamilə fərqli işdə uğurlar qazanmağa kömək edir. Birinci Dünya müharibəsi Mata Xarinin həyatını tama milə dəyişir. Müharibə üzündən Parisdən vətəninə dönən rəqqasə üzləşdiyi maddi çətinlikləri qəbul edə bilmir. Və pula olan ehtiyacı onu ilk dəfə Almaniya tərəfinə casuslu ğa vadar edir. 1915-ci ildə alman gizli kəşfiyyat orqanı olan “111” Ma ta Xarini gizli casus kimi qeydə alır. Bu işin öhdəsindən yaxşı gələn rəqqasə-casus 1916-cı ildən ikili casusa çev rilərək, Fransa tərəfinə də işləməyə başlayır. Məhz bu, Mata Xarinin sonunun başlanğıcı olur. 1917-ci ildə fran
Bell Boyd
106
sız hökuməti Mata Xarini ikili casusluqda günahlandıra raq həbs edir. Elə həmin il məhkəmənin qərarı ilə o, ölüm hökmünə məhkum olunur. Hanna Seneş Hanna Seneş, əslində, dünyaca məşhur ədib ola bilər di. Onun atası Bela Seneş və əmisi Andor Seneş məşhur macar yazıçı və dramaturqlarıdır. Hanna da 13 yaşında ikən öz gündəliyində macar dilində ilk şeirlərini yazmağa başlamışdı. Amma tale onu başqa səmtə apardı. 18 yaşında Hanna təkbaşına Fələstinə gəlir və burada kənd təsərrüfatı məktəbində oxumağa başlayır. Tezliklə məktəbin nəzdində fəaliyyət göstərən gənclər kommuna sı –“Kibutsa”nın üzvü olur və fəallığı ilə seçilir. Hanna öz xatirələrini bölüşdüyü gündəliyində Fələstin, burada tanış olduğu insanlardan və ingilis administrasiyasının Avropa dan qaçıb Fələstinə sığınmaq istəyən yəhudilərə hansı əngəllər yaratdığından və bundan necə məyus olduğun dan danışır. Bu məyusluq onu 1942-ci ildə könüllü yəhudi özünümüdafiə dəstəsinə gətirib-çıxarır. Həmin il Hanna və bir qrup könüllü yəhudi paraşütçülər Almaniya ərazisi nə kəşfiyyata göndərilir. Paraşütçü dəstədə qadının olma sı həm ingilis, həm də Amerika əsgərlərini heyrətə gətirir. Lakin həmin zərif xanım komandanın ayaqda qalmasın da və ruhdan düşməməsində əsas rol oynayır. 1944-cü ildə Hanna İtaliyaya, ordan isə Yuqoslaviyaya keçmək və əsir yəhudilərə kömək göstərmək üçün növbəti kəşfiyyata
Hanna Seneş
göndərilir. Məhz bu əməliyyat zamanı Hanna Seneş fran sız silahlı qüvvələri tərəfindən saxlanılır. Axtarış zama nı onun gizli siqnallar ötürən radioqəbuledicisi də tapılır. Uzunsürən istintaqa, psixoloji təsirlərə və təhdidlərə bax mayaraq, Hanna heç bir informasiyanı düşmənə vermir və 1944-cü ildə ölüm cəzasına məhkum edilir. Cənubun Kleopatrası Bell Boyd gənc yaşlarından mübarizə meydanına atı lan cəsur xanımlardan idi. 1844-cü ildə Virciniyada doğu lan və əsl adı İzabella Mariya Boyd olan qızcığaz çox də cəl idi. Yaşıdlarından fərqli olaraq, Bellin qızlarla münasi bət qurmurdu, onun ən sevdiyi məşğuliyyəti öz yaşıdı olan oğlanlarla “müharibə oyunu” oynamaq idi. Elə bu xarakter sonralar onun həyatının bir hissəsini müharibə meydanla rında keçirməsi ilə nəticələndi. “Cənubun Kleopatrası” adı verilən bu qız Amerikada vətəndaş müharibəsi zamanı “La Bell Rabel” kod adı ilə cənub ştatlarının tərəfində mübarizə aparırdı. Gənc ca sus şimal ştatlarından topladığı məlumatları cənuba – öz silahdaşlarına yollayırdı. Öz xatirələrində Bell həyat şü arının – “Son nəfəsimə qədər vətənim üçün vuruşmaq!” olduğunu söyləyirdi. 1862-ci ildə, ilk dəfə həbs olunanda, Bellin cəmi 18 yaşı var idi və o zaman casus mübadilə si nəticəsində Belli azad buraxmışdılar. Amma təəssüflər olsun, ona ikinci şansı vermədilər. 1863-cü ildə bir daha həbs olunan Bell Boyd sürgünə göndərildi. Azad olunduq
Rut Verner
dan sonra, Bell İngiltərəyə gedir və orada gələcək həyat yoldaşı ilə tanış olur. Bell burada bir müddət aktrisalıq edir, məşhur teatr səhnələrində rol alır. Ailə qurduqdan bir müddət sonra həyat yoldaşının vəfat etməsi Bell Boydu vətəninə qaytarır. Vətənə qayıdan Bell Amerika şəhərlə rini gəzərək, “Cənub Kleopatrası”nın, yəni özünün casus luq həyatı barədə geniş mühazirələr oxuyur. Belə səfərlə rin birində də həyatla vidalaşır. Polkovnik Sonya Rut Verner bütün ruhu ilə kommunist idi. Kommunizmə olan marağı və sevgisi onu casusluqla məşğul olmağa va dar etmişdi. 1930-cu ildə Rut Verner sovet qoşunlarında gizli infor mator kimi işə götürülür. Üç il ərzində rus ordusu üçün gizli məlumatlar toplayan “Sonya” ləqəbli qız, 1933-cü il də Moskvaya qayıdaraq burada peşəkar casusluq dərslə ri almağa qərar verir. 1949-cu ildə Verner Böyük Britaniyada casus şəbəkə si qurur. Müəyyən müddət sonra hökumət tərəfindən ifşa edilən casus şəbəkəsi fəaliyyətini dayandırır və Rut Şi mali Almaniyaya qaçır. Yalnız 50-ci illərdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin gizli bürosunda fəaliyyətini da yandıran Sonya “təqaüd”ə – sovet ordusunun polkovniki rütbəsində çıxır. Xatuna MAHMUD
Anna Çapman
107
DEYİLƏNƏ GÖRƏ...
МАРАЬА СЯБЯБ МАЬАРА-
ШАМБАЛА
H
indistan, Çin, Nepal və Butanda yaşayan xalqlar arasında Şambala kəndi haqqındakı əfsanə Qərb dünyasında zaman-zaman ciddi müzakirə mövzusu olub. Maraqlıdır ki, hələ XIX əsrdə bir çox Bri taniya və fransalı alimlər bu əfsanələrə qeyri-ciddi yanaşmamağı məsləhət görürdü. Çünki kökü min illər əvvələ dayanan bu əfsanələrdə təyyarə, helikopter kimi təsvirə malik uçan obyektlərdən danışılır, tibbin yalnız XXI əsrdə əldə edə bildiyi kəşflər, ixtiralar haqqında məlumat verilirdi. Bu istiqamətdə alimlərin azsaylı axtarışları isə ümumiyyətlə, sirli şəkildə yarımçıq qalırdı. Buna səbəb ya elm adamının ağlını itirməsi və ya müəmmalı şəkildə yoxa çıxması olurdu.
108
Moskvadan başlanan yol Görkəmli yəhudi alimi və səyyahı, tibb elmləri dokto ru, professor Ernest Muldaşov bu araşdırmaya başlarkən onu gözləyən təhlükədən xəbərdar idi. Yazdığı kimi, onun əlində “Möcüzələr və sirlər ensiklopediyası”ndan götürü lən bir neçə cümlədən başqa heç nə yox idi: “Buddistlər inanır ki, Himalay və Tibetin əlçatmaz ərazisində Şam bala adlı bir kənd yerləşir. XX əsrdə məlum olub ki, bu kənd nəinki əvvəllər, hətta indi də mövcuddur. Çoxlarının fikrincə, bu, bəşəriyyəti qabaqlayan qədim insan siviliza siyasıdır. Bəzi ufoloqlar Şambala kəndinin naməlum ob yektlərlə birbaşa əlaqədə olduğunu düşünürlər”. Bu infor masiyadan maraqlanıb yola çıxan Ernest Rifqatoviç də Şambalanı tapmaq məqsədilə 1996-cı ildə ekspedisiya təşkil edir. Onillik axtarışlardan sonra Muldaşov və he yəti sensasion açıqlamalarla Şambalanın bir addımlığın dan geri dönür. Professor qayıdarkən bildirir ki, tapılan sümükləri həmkarları ilə birlikdə analizdən keçirib, Şam bala sivilizasiyasından olan insanların dəqiq görünüşünü əldə ediblər. İddiaya görə, onlar müasir insana məxsus olmayan və kəllə sümüyü altında gizlənən “üçüncü göz” - telepatik orqana malik imişlər. Bu orqanın köməyi ilə insan nəinki qarşısındakını, hətta ətrafda və arxada baş verən ləri də müşahidə etmək bacarığına malik olur. Üz cizgiləri qeyri-adi olan bu insanlarda burun əvəzinə ağza bitişik özünəməxsus bir klapan mövcud imiş. İrihəcmli sinə və böyük bədən quruluşu digər fərqli cəhətlərdən sayılırdı. Maraqlıdır ki, ekspedisiya üzvləri kompüterdə çəkilən gö rüntüləri tibetlilərə göstərəndə onlar “Siz mağarada olmu sunuz?” sualını verirlər. Tibetlilərin sualı alimlərdə xüsusi maraq oyadır. Söhbətin hansı mağaradan getdiyini aydın laşdırmaq üçün ekspedisiya heyəti yeni axtarışlara başla yır. Ekspedisiya üzvləri yerli əhalidən yalnız onu öyrənir ki, hündür dağlardakı mağaralarda qədim sivilizasiyanın insanları milyon ildir ki, yuxuya gediblər. Həmin insanlarda
qaldıqları mağaranın adı ilə adlanmış “Somati” vəziyyəti müşahidə edilir. Bu vəziyyətdə maddələr mübadiləsi sıfıra enir, bədən daş kimi bərkiyir və orqanizm eyni temperatur da heç bir dəyişiklik baş vermədən uzun müddət qala bilir. Alimlər hesab edir ki, bunun özündə də böyük məna var. Əgər dəhşətli təbii fəlakətlər nəticəsində müasir insanlar Yer üzündən silinərsə, mağaradakı insanlar yeni dərra kəli sivilizasiyanın başlanğıcına səbəb ola bilər. Bir sözlə, Himalay Şambalası barədə əfsanələr öz qaynağını məhz bu mağaradan götürürmüş. Bundan sonra Muldaşov xü susi insanlarla görüşdü; onlardan biri 200 yaşlı tibetli idi. Onunla söhbəti araşdırmaq və analiz etmək az vaxt apar madı. Araşdırmalardan məlum oldu ki, Şambala sakinləri – atlantlar 850 min il öncə qeyri-müəyyən səbəbdən hə
109
DEYİLƏNƏ GÖRƏ...
lak olublar və sağ qalan kiçik bir qism isə Platon adasında məskunlaşaraq, e.ə. X minilliyə qədər orada yaşayıbar, daha sonra Tibet mağaralarına köç ediblər. Şambala at lantları 4 əsas qəbiləyə bölünüblər. Onların arasında hər zaman müharibə gedirmiş. Döyüşlərdə əsas silah isə hip noz sayılırdı. Bu işdə atlantlara “üçüncü göz”ləri köməyə gəlirdi. Bu qeyri-adi orqan vasitəsilə onlar fövqəladə psi xoloji təsir imkanlarına malik idilər. Elə bil, insanın ruhu fəryad edirdi... Beləliklə, Muldaşov Hindistan, Nepal və Tibetdə 10 illik axtarışlardan sonra, Şambala kəndinin yerini tapdı. Am ma keçilməz yollarla Atlant sivilizasiyasının genefondu nun qorunduğu mağaranın qarşısına çatmaq üçün onlara 8 ay lazım oldu. 3 min metr hündürlükdə yerləşən Tibet kəndindəki Somati mağarasına girmək üçün ayın xüsu si bir günündə 2 sutkalıq meditasiyadan keçmək lazım idi. Hazırlıqsız insan üçün mağaraya girmək ölüm idi. Bu vaxta qədər mağaraya girmək istəyən onlarca insan mü əmmalı şəkildə həyatını itirmiş və ya ruhi xəstəliyə tutul muşdu. Tibetli qocalar isə durmadan xəbərdarlıq edirdilər
110
ki, mağaraya daxil olmaq şansı ancaq qəlbən təmiz və meditasiya ilə sınaqdan keçmiş insanlara verilir. Muldaşov uzun danışıqlardan sonra, “mağara qoruyucuları”nı elmi tədqiqatlarının təmizniyyətli olmasına inandıra bildi. “Sə birsizliklə gözlədiyim an yetişmişdi. Xeyli getdikdən sonra “qayalıq ölkə”yə çatdım - burada daş qalaqlarını keçərək qəribə bir mağaraya rast gəldim”, – deyə Muldaşov yazır. Alim buradakı mağaraların yaxşı kamufilyaj olunduğunu düşünmüşdü, amma dediyi kimi, bu qədərini gözləmirdi! Muldaşov bir az dincəldikdən sonra fənər və ip götürüb mağaraya daxil olur. “Mən dərinliyə doğru düşdüm, bir müddət sonra 2-3 metrlik ensiz keçidlər başlandı. 25-30 metrdən sonra zülmət qaranlıqda qıfıllanmış dəmir qapı gördüm. Tibetlilərin mənə qoşduğu “xüsusi yolçu” qıfı lı açdıqdan sonra geri dönüb getdi. Mən əyilib qapıdan keçdim və bir neçə metr sonra böyük bir zalı xatırladan boşluğa çıxdım. Birdən-birə çox soyuq düşdü, 15-20 metr keçəndən sonra hələ heç nə hiss etmirdim. Qorxu yox idi – yəqin, çətin vəziyyətdə özümü idarə etmək bacarığım məni tərk etməmişdi”. Muldaşov daha sonra halının dəyiş məsindən bəhs edir: “Getdikcə həyəcanım artır, başağrısı
başlanırdı. Dağlarda mağaralarda çox olmuşdum, amma budəfəki həyəcan, qorxu və başlanan dəhşətli başağrıları məndən asılı deyildi. Ağrıya qalib gəlib, daha 10 metr get dim. Qəribədir, başağrısına dözmək olardı, amma ümumi narahatlığa yox. Elə bil, insanın ruhu fəryad edirdi. Bəlkə bir qədər də getsəydim, ruhum bədənimi tərk edərdi. Çə tinliklə geri döndüm”. Muldaşov hesab edirdi ki, elmdə ən düzü bir şeyi 3 də fə sınamaqdır. O, son gücü ilə daha 2 dəfə cəhd göstərsə də, vəziyyət dəyişmədi. Muldaşov yalnız mağarada gör düyü qayaüstü rəsmləri, yaxınlıqdakı kəndlərin sakinləri və mağara qoruyucuları ilə söhbətlərini qeydə almaqla və bu ərazidə qazıntı aparmaqla kifayətlənməli olur. Misir – Kolumbiya – Şambala üçbucağı Aparılan müşahidə və təhlillər araşdırıldıqdan sonra, artıq ekspedisiya üzvlərindən heç kim şübhə etmirdi ki, bu gün Şambalada məskunlaşan sivilizasiya vaxtilə Mərkəzi Amerika, daha dəqiq desək, Kolumbiyadan Misirə qədər uzanan nəhəng ali sivilizasiyanın davamıdır. Ən maraqlı məlumatlardan biri isə tibetlilərin onlara piramidaformalı tikililərdən bəhs edən qədim əfsanələrdən danışmaları, üstəlik, mağaranın divarında Misir ehramları və asteklərin piramidalarına bənzər tikililərin rəsmlərinin əks olunması idi. Ultrahəssas cihazlar işə salındıqdan sonra bəlli oldu ki, bu təsvirlərin 80 min il tarixi var. Deməli, ehramlar dü şündüyümüz kimi, heç də 4 min il əvvəl fironlar tərəfindən tikilməyib, sadəcə, ola bilsin, bərpa edilib. Belə möhtəşəm ehramları tikmək üçüm atlantlara yenə də “üçüncü göz”lə ri kömək edib. Onlar qravitasiya gücünə əks-təsir etmək lə ağır şeyləri qaldırmağa nail olmuşdular. Muldaşov bir şeyə xüsusi təəssüf etdiyini yazır ki, atlantlar öz güclərini yalnız yaxşı şeylərə sərf etmirdilər. Məhz buna görə də yüksək dərrakə, atlantların məhvindən sonra bizim sivili zasiyaya nəsib edilmədi. Muldaşovun Tibetdə və Şərqi Sibirdə apardığı araşdır malar nəticəsində ortaya çıxdı ki, yuxarıda qeyd etdiyimiz forma sayəsində Yer kürəsinin müxtəlif sahələrində ge nefond zaman-zaman bərpa edilib, amma hər dəfə eyni sonluqla bitirdi: başlanğıc, inkişaf və son... Bəhruz HEYDƏRİ
111
DEYİLƏNƏ GÖRƏ...
ЙЦЗ ЮЛЧ, БИР
БЕАЪЩ! Avropa Ekoloji Fondunun seçimi
Ç
imərliklərin “yüksək liqası”ndan danışma lı olsaq, turnir cədvəlinin ən üst sıraların da bu dövlətlərin durduğunu görərik: Tu nis, İspaniya, Kipr, Türkiyə, İtaliya, Fransa, ABŞ və başqaları. Çimərliklərin təmizliyini müəyyən edən “göy bayraqlar” ifadəsini, yəqin ki, bir çoxunuz eşidib. Çimərliklərin ekoloji standartlara uyğun gəlibgəlmədiyini Avropa Ekoloji Fondu bu bayraqlar vasi təsilə müəyyənləşdirir. Yəni ən təmiz çimərliklərdə fondun göy bayrağı dalğalanır. Onların fikrincə, eko loji təmizliyinə görə ən təmiz çimərlik İspaniyadadır. İndi isə keçək ən yaxşılarına... Havay adaları Macəra ilə dolu olan ABŞ-dan, daha doğrusu, dünya nın ən güclü ölkəsinin cənnətindən başlayaq. Adalar sil siləsi istənilən növ istirahət üçün bütün lazımi “avadan lıq”larla təchiz olunub. Bura səyahət zamanı ilk olaraq, Oahuda yerləşən “Waikiki” çimərliyinə baş çəkməlisiniz. Çimərlik yaxt-klub, otel və restoranlarla “mühasirəyə alınıb”. “Waikiki”də gecə vaxtı belə sakitlik üzünə həsrət qalacaqsınız. Şəhərdə yaşayan və səs-küydən bezən in sanlar buranı, çətin ki, bəyənsinlər. Onlar üçün “Lanikai Beach” ailə ilə birlikdə dincəlmək üçün ideal məkandır. Sörfinq həvəskarları isə “Bonzai Pipeline” çimərliyinə yol lansalar, elə biləcəklər, dünya ancaq qum, dəniz və sör
112
finqdən ibarətdir. “Bonzai Pipeline”də Alyaskadan miqra siya edən kitlərə tamaşa etməyin ayrı ləzzəti var. Diqqət: Havay adalarının mövsümü may-iyul ayları hesab olunur. Göstərilən üç ay ərzində havanın hərarəti quruda 28, suda isə 26 dərəcədir. Bakıdan təxmin edə bi ləcəyiniz kimi, adalara çarter reysi yoxdur. Odur ki, Havay adalarına çatmaq üçün bir neçə təyyarə dəyişməli olacaq sınız. Bunun üçünsə, təxminən, 18 saat vaxt tələb olunur. Ada ilə vaxt fərqimiz isə 14-15 saatdır. Qərib adaları Elə bil, Allah bu adaları xüsusi olaraq istirahət üçün yaradıb. Buxtaların əsrarəngiz təbii quruluşu, balıqqulağı ilə zəngin qum, sakit dəniz, sənaye amilinin yoxluğu Qərib üçün xarakterikdir. Düzdür, adaların bir hissəsi burulğan lar əhatəsində yerləşdiyindən, həmin ərazilərdə çimmək qadağandır. Qəribin istirahət mərkəzinə çevrilməsinə gö rə, ilk növbədə, amerikalılara minnətdarlıq düşür. Piratların çox sevdiyi və “Qəribin mirvarisi” kimi tanı nan “Pink Sands” çimərliyi xüsusilə diqqətçəkəndir. Ba hamda yerləşən bu çimərlik çəhrayı rəngli rifin qırıntıları ilə zəngindir. Bu, “Pink Sands”a spesifiklik verir. Turistlər, burada əsasən, dayvinqlə məşğul olurlar. İlk baxışdan otellərinin sayının azlığı təəccüb doğurur. “Pink Sands” VİP insanlar üçün nəzərdə tutulub. Qəribin Hollandiyaya məxsus Aruba hissəsində qiymətlər çox baha olmadığın
dan, necə deyərlər, iynə atsan, yerə düşməz. Arubanın məşhur çimərlikləri “Eagle Beach” və “Palm Beach”dir. Buranın təmiz suyu heyrət doğurur. 100 metr dərinliyi ay dın görmək olur. Diqqət: Qəribin mövsümü dekabrdan-maya qədərdir. 6 ay əzrində havanın hərarəti ilə suyun hərarəti vəhdət təşkil edir – müsbət 28 dərəcə. Uçuş müddəti 10, vaxt fərqi isə 9 saatdır. Braziliya Braziliya hər iki tərəfdən okeanla həmsərhəddir. Əlbət tə, bu ölkədə çimərlik turizmi inkişaf etməyə bilməzdi. Bra ziliya çimərliklərinin əsas geyimi ağ rəngdədir. Unutmayaq ki, Latın Amerikasının ən böyük ölkəsinin çimərliklərində insana ilk öncə geyiminin rənginə görə qiymət verirlər. Rio-de-Janeyronun dünyaşöhrətli Kopakabana çimər liyində turistlər daha çox qumda özlərini basdırmağa üs tünlük verirlər. Fernandu di Noronya çimərliyi Milli Qoruğa daxil olduğundan, burada dünyanın nadir su heyvanlarını izləmək olar. Diqqət: Rio-de-Janeyro sahilinin ən yaxşı mövsümü may-avqust aylarıdır. Havanın orta temperaturu 28, suyun hərarəti isə 25 dərəcədir. Uçuş müddəti 17, vaxt fərqi isə 6-9 saatdır. Yunanıstan Egey və İon dənizləri Aralıq hövzəsində ən təmiz su sahələridir. Bu səbəbdən, Yunanıstan çimərlikləri Avro panın “bir nömrəsi” sayılır. Mikonos adasının tacı “Super Paradise Beach” hesab olunur. Santorin adasındakı “Pe rissa”, İon dənizi sahilindəki “Mirtos Beach” Yunanıstanın ən dəyərli təbii sərvətlərindəndir. Diqqət: mövsümü – yay ayları, havanın hərarəti müs bət 27, suyun hərarəti müsbət 25 dərəcədir. Uçuş müddəti 2, vaxt fərqi də 2 saatdır. Seyşel adaları Bu arxipelaqa uzun müddət insan ayağı dəyməyib. Bu na görə də Seyşeldə yaşayan qəribə görünüşlü quş və heyvanlar bura gələnləri təəccübləndirir, hətta qorxudur da. Birmənalı şəkildə demək olar ki, istirahət etmək üçün dünyanın ən ekzotik çimərlikləri məhz Seyşeldədir. Adalar qrupunun çox hissəsi qoruq kimi elan olunduğundan, bu ərazilərə turist buraxılmır. Belə olmasaydı, böyük Seyşel bir “Fregate İsland Private” oteli ilə kifayətlənməzdi. Diqqət: mövsümü – mart-may və sentyabr-noyabr ay ları, suyun və havanın hərarəti müsbət 28 dərəcədir. Uçuş müddəti 8 saatdır. Vaxt fərqi isə yoxdur.
Maldiv adaları Adalar okean səviyyəsindən bir az hündürdə yerləşir. Adaların əksərinin eni 1 kilometrdən artıq deyil. Ancaq bu, turist axınına mane olmur. Çünki Maldiv adaları başdanayağa laqunalardan ibarətdir. Tənha qalmaq istəyənlər üçün Lankafusi çimərliyi əla yerdir. Burada villalar laquna nın dərinliyində tikilib. Diqqət: mövsümü – noyabr-aprel ayları, havanın tem peraturu müsbət 30 dərəcə, suyun hərarəti müsbət 29 də rəcədir. Uçuş müddəti 6, vaxt fərqi isə 1 saatdır. Avstraliya Bu materik-ölkə başdan-ayağa qeyri-adiliyi ilə seçi lir. Qitənin bəzi çimərliklərinin ucu-bucağı görünmür. Ən uzun çimərlik “Coorang Beach” hesab olunur. “Whiteha ven Beach” çimərliyi Avstraliyanın əsas incisi olan Böyük Rif Səddinin bəzəyidir. Diqqət: mövsümü – noyabr-mart aylarıdır. Burada ha vanın temperaturu müsbət 25, suyun hərarəti isə müsbət 24 dərəcədir. Uçuş müddəti 17-20, vaxt fərqi isə 5-7 sa atdır. Cənub-Şərqi Asiya Region büsbütün çimərliklərdən ibarətdir. Palma ağac larının kölgəsində yerləşən bu regionun dəniz sahilində 350 otel yerləşir. Tailandın Pxanqan adasındakı “Haad Rün” çimərliyi “Bütöv ay”lı gecələri ilə seçilir. Diqqət: mövsümü – dekbar-yanvar ayları, havanın or ta temperaturu müsbət 30, suyun hərarəti müsbət 27 də rəcədir. Uçuş müddəti 9, vaxt fərqi isə 2-4 saatdır. Dünyanın ən qəribə səyahətləri 1978-ci ildə Hans Mulikin adlı keşiş Meksi • kadan Ağ evə qədər olan 2600 km məsafəni dizləri üstə yeriyərək qət edir. • 65 yaşlı David Bayrd 112 gün ərzində bütün Avstraliyanı əl arabasını sürə-sürə gəzərək rekorda imza atıb. • Çində oxuyan və anası üçün darıxan almani yalı Kristof Rexaqe həmin gün Pekindən Almaniyaya piyada gəlməyə qərar verir. O bunu edir və piyada 4800 km yol gedir. • Jesica Vatson 16 yaşında gəmi ilə 210 gün ərzində dünya səyahətinə çıxan və onu uğurla başa vuran ilk gənc xanımdır. • Plenni Vinqo isə Kaliforniyadan İstanbula qə dər olan məsafəni arxaya üzərək başa vurub.
113
DEYİLƏNƏ GÖRƏ...
114
Vyetnamın “kiçik Parisi” Dəniz səviyyəsindən 1475 metr hündürlükdə yerləşən Dalat füsunkar gözəlliyi və təbii mənzərəsi ilə yalnız yerli sakinlərin deyil, dünyanın müxtəlif ölkələrindən olan tu ristlərin də sevimli məkanıdır. İstirahət zonasını daha da cazibədar edən əhatəsində təbii meşələr, ekzotik bitkilər, insan əli ilə düzəldilmiş mözücəli göl və gölməçələr, təbii parklar və qoruqların olmasıdır. Bir vaxtlar Dalatı Vyetnamın “kiçik Parisi” adlandırırdı lar. Hətta istirahət məkanının bir guşəsində kiçik Eyfel qül ləsi belə tikmişdilər. Dalat dağlıq zona olduğu üçün, burda əsas nəqliyyat vasitəsi velosiped hesab edilir. Burada ve losipedi hər yerdə əldə etmək olar. Dalatda dincələ-dincə lə idman etməyə necə baxırsınız? Xəyalların gerçəkləşdiyi yer – Antalya Əbəs yerə deyil ki, Antalyanı “türk Rivierası” adlandı rırlar. Zəngin tarixi və inkişaf etmiş mədəniyyəti ilə yanaşı, Antalya artıq dünya əhalisinin əksəriyyətinin hər il istira hət üçün baş çəkdiyi məkanlardan birinə çevrilib. Hər il milyonlarla turist Antalyanın lüks otellərində, bəyaz çimər liklərində, maraqlı tarixi məkanlarında, sözün əsl məna sında, yorğunluqlarını ata bilir. Bundan əlavə, Antalyaya gələn hər bir turist yaxınlıqda yerləşən Bələk, Kəmər, Quş adası, Lara, Alanya, Fetiyə, Marmarıs kimi istirahət mər kəzlərinə də baş çəkməyi unutmur. “Şeytan adası” və ya Bermudda istirahət Uzun illərdən bəri Bermud adaları eşidəndə insanla rın ağlına gələn ilk şey “şeytan adası” fikridir. Düzdür, bu adada müəmmalı maqnit sahəsinə düşüb itən və bir daha qayıtmayan gəmilər var. Amma bununla yanaşı, riflərə ili şib əbədi Bermudda qalanlar da çoxdur. Bütün müəmma sına baxmayaraq, Bermud adası bu gün turistlərin diqqə tini cəlb edən məkanlardan biridir. Füsunkar gözəlliyi, giz liliyi və sirri turistləri bura dəfələrlə qayıtmağa vadar edir. Adaya gediş isə təbii gözəlliyi qorumaq məqsədi ilə ciddi şəkildə kvotalanıb. Turistlərdən gələn gəlirin 60% olma sına baxmayaraq, bir il ərzində Bermuda yalnız 600 min turist yollana bilir. Bununla belə, hökumət insanlara bu fü sunkar təbiətlə iç-içə olmağa hər cür imkan yaradır. Necə deyərlər, siz artıq səfər üstündə olanlardansı nızsa və “çemodan əhvalı”nız artıq başlayıbsa, deməli, sizi rahat bir tətil qərarından heç kim çəkindirə bilməz. Elə isə ölkələr üzrə qiyabi səyahətimiz davam edir... Nərmin NÖQTƏ
115
116
117
reklam
DEYİLƏNƏ GÖRƏ...
ЩOТЕЛ, МОТЕЛ, YОХСА
МЕHМАНХАНА? D
ünyada elə otellər var ki, qədim ənənələri, qeyri-adi tarixi, məşhur qonaqlarının sayı ilə seçilir və bu da onların rəqabətə da vamlı olmasını, insanların məhz bu oteldə qalmasını şərtləndirir. Bu yazıda həmin otellərdən bir neçəsi haqqında məlumat verəcəyik. Nobelçilərin məkanı «Grand» oteli 1874-cü ildə Norveçin paytaxtı Oslonun mərkəzi küçələrinin birində açılıb. Otel indiyədək klassik üslubu qoruyub-saxlayıb. Burada məşhur Norveç dra maturqu Henrix İbsen yaşadıqdan sonra, otel daha da məşhurlaşıb. Ötən yüz il ərzində oteldə Nobel laureatları qonaq olublar. Ənənəyə görə, Nobel mükafatçıları onlar üçün xüsusi olaraq ayrılan “Nobel suite” nömrələrində qa lırlar. Bu otağın eyvanından laureatlar insanları salamla yırlar. Nömrə 6 nəfərlik qonaq zalı və 1 yataq otağından ibarətdir. Oteldə ümumilikdə 286 otaq var. Bəzi otaqlara məşhur şəxslərin adları verilib. «Grand»da bir gecə qalmaq 1502500 dollar arası dəyişir. Çarli Çaplinin bəyəndiyi yer Sinqapurda yerləşən bu otel dünyada zəngin tarixə ma lik nadir mehmanxanalardan biridir. «Raffles» oteli 1887ci ildə inşa edilib. Otel müasir Sinqapurun banisi Stemford Rafflzın şərəfinə adlandırılıb. Fəaliyyəti 100 ildən artıq bir dövrü əhatə edən bu mehmanxananın Somerset Moem, Reyard Kiplinq, Cozef Konrad, Çarli Çaplin kimi məşhur qonaqları olub. Oteldə məşhurların adı verilən 10 otaq var. 1991-ci ildə tamamilə yenidən bərpa edilən otel hazır da Sinqapurun memarlıq abidələrindən biri hesab olunur. Otaqların interyeri əntiq əşyalarla, rəsm əsərləri və xalça larla bəzədilib. Mehmanxanada 103 otaq var. «Raffles»də burada qalmış məşhurların portretlərindən ibarət muzey də fəaliyyət göstərir.
118
Həbsxana-otel Müasir dövrdə otel biznesi ilə məşğul olan biznesmen lər müştəriləri cəlb etmək üçün başqa metodlara əl atırlar. Bu metodlardan ən qeyri-adisi isə ağla gəlməyən məkan larda otellər qurmaqdır. Məsələn, kimin ağlına gələrdi ki, günlərin birində Britaniyanın Oksford şəhərində yerləşən keçmiş həbsxana otelə çevriləcək. Amma bu baş tutub. İndi «Malmaison Oxford» otelində qonaqlara yüksək sə viyyəli xidmət göstərilir. Burada müxtəlif kateqoriyalı 94 nömrə var. Oteldə bir gecənin qiyməti 233 dollardır. Əvvəl elmə xidmət edirdi… ABŞ-da istifadəyə verilən sualtı otel isə çoxlarının ma rağına səbəb ola bilər. Floridada 6 metr dərinlikdə yerlə şən keçmiş elmi laboratoriya artıq qonaqların istifadəsin dədir. Burada bir otaq iki nəfər üçün nəzərdə tutulub. Qo naqlar suyun altında duş qəbul edə, yemək bişirə bilərlər. Ən maraqlısı isə pəncərədən balıqları müşahidə etməkdir. “Jules Undersea Lodge” otelində bir gecə 400 dollardır. 40 dollarlıq boru otel Ən qəribə ideya isə avstriyalı biznesmenlərə məxsus dur. Bu ölkədə diametri böyük kanalizasiya borularından otel otaqları düzəldilib. «Das Park Hotel» açıq havada yer ləşir. Boruların içində ikinəfərlik döşək, gecə lapması və televizor var. Otaqların diametri 2 metr, uzunluğu isə 2,5 metrdir. Burada bir gecə qalmaq 40 dollara başa gəlir. Buz kimi… İsveçdə istifadəyə verilən «The İce Hotel» isə adından da bəlli olduğu kimi, buzdan düzəldilib. Oteldə 59 nömrə var. Burada kinoteatr, sauna, bədii qalereya və bar yerlə şir. Otaqlarda buz çarpayılar düzəldilib. İkinəfərlik nömrə nin qiyməti 200 dollardır.
Keçmişə səyahət İtaliyada isə qədim insanların yaşadığı mağara otelə çevrilib. Dördulduzlu «Sant Angelo Luxury Resort» otelmağara Sater şəhərinin fəxridir. Alimlər bu mağarada 9 min əvvəl insanların yaşadığını müəyyən ediblər. Meh manxanada iki restoran, bar, bədii qalereya, mağazalar var. Üç gecənin qiyməti 560 dollardır. Bu qiymətə səhər yeməyi, gəzinti və avtomobil icarəsi də daxildir. «Yurt Hotel» İspaniyanın Əndəlus şəhərində isə alaçıqlardan ibarət «Yurt Hotel» var. Alaçıqlar təbiət qoynunda yerləşir; odur ki, qonaqlar hər səhər quşların cəh-cəhinə ayılır və tə miz hava ilə nəfəs alırlar. İkiyerlik alaçıqlarda gecələmək adambaşına 120 dollara başa gəlir. Bu qiymətə səhər ye məyi də daxildir. İordaniyada isə səhrada bədəvi çadralarından ibarət mehmanxana istifadəyə verilib. «Beduin Camp» adlanan bu düşərgədə yaşamağın bir gecəsi 80 dollara başa gə lir.
119
DEYİLƏNƏ GÖRƏ... Monastır necə otel oldu? Peruda isə keçmiş monastır indi otel kimi istifadə olu nur. «Hotel Monasterio» XVI əsrdə dəniz səviyyəsindən 3 min metr hündürlükdə inşa edilmiş kilsə binasında yerlə şir. Oteldə 50 otaq var. Qonaqların havasızlıqdan əziyyət çəkməməsi üçün otaqlara hava vurulur. Burada Leonardo di Kaprio, Ceyn Fonda kimi bir çox məşhurlar yaşayıblar. Bir gecənin qiyməti 300 dollardan başlayır.
120
Fransızların təklifi Fransada isə qonaqlara ağaclarda gecələmək təklif olunur. «Cabanes du Bois Landry» otelinin otaqları ağac lardakı taxta kabinələrdən ibarətdir. Otaqlarda nə işıq, nə də su var. Amma ikinəfərlik otaq, səhər yeməyi də daxil olmaqla, 115 avroya təklif edilir. ELDAR
121
DEYİLƏNƏ GÖRƏ...
WWW.OLM.AZ!!!
Q
adağa dedikdə, ilk olaraq ağlımıza Adəm babamızla Həvva nənəmiz gəlir. Cənnət dən qovulmaqla bəşər tarixinin ilk qada ğasını pozan cütlük... “Qadağan” kəlmə si olmasaydı, yəqin ki, “iradə” anlayışı da olmazdı. Adəmlə Həvvanın dövründən başlayaraq, insan əhdə sadiq qalıb-qalmaması, şərtlərə uyub-uymaması ilə sınanır. Onlar qadağan olunmuş ağaca yaxınlaşmaq la itirməyi, peşmançılığı yaşayıb, tövbə etməyi öyrən dilər...
Şəkildəki təsvir ciddi görkəmlə neytral ifadə arasında ol malıdır. Ağız bağlı, gözlər isə açıq olmalıdır. Bu qanuna əsaslanaraq, şəkil çəkilən zaman gülümsəyən 11 həftəlik körpənin anasından yenidoğulmuşu ciddi görkəmə sal maq tələb olunub. Estoniyada notları surətçıxaran aparat vasitəsilə ço xaltmaq qadağandır. Böyük orkestr və xor kollektivləri bir nüsxə partitura alıb üzünü çıxarmaqla çoxaltmaq əvəzinə, artıq məbləğdə pul xərcləyərək, hər kəsə ayrıca not al maq məcburiyyətindədirlər.
İlk qadağadan, ilk sınaqdan minilliklər keçib. Müasir, inkişaf etmiş bir cəmiyyətdə yaşayan bizlər bu gün bəzən qadağaları lüzumsuz hesab edib, bu qanunları azadlığı mıza vurulmuş bir buxov kimi görürük. Ancaq bir məsələ də var - qadağalar hər zaman azadlığımızı məhdudlaş dıran əngəl deyil; bəzən onların olması olmamasından daha çox əhəmiyyət kəsb edir. Gəlin, bir anlıq düşünək ki, həyatımızın heç bir anında qadağalar yoxdur. Məhkəmələr, qanunverici orqanlar heç bir qa dağa qoymurlar, qanunla nələ risə məhdudlaşdırmırlar. O za man xaos, qarma-qarışıqlıq heç bir qanunla tənzimlənməyən cəmiyyətin məhvinə səbəb olar. Bir sözlə, bəzi qadağalar gə rəkli olduğu halda, bəziləri heç bir əhəmiyyətə malik olmayan mənasız qadağalardır. Qadağa lar o zaman effektli olur ki, cə miyyət həmin qadağaya riayət etməkdə könüllü olsun, bunun üçün zaman və şərait yetişsin. Bəzən bizə mənasız görünən hər hansı bir qadağa əsl qiymətini zamanla alır; ya özünü doğruldur, ya da doğrudan da bu yazıda qeyd olunan bir çox qadağalar kimi lüzumsuz olur.
Tacikistan Prezidenti Emaməli Rəhmon dövlət iş çilərinə qızıl diş gəzdirməyi qadağan edib. O, bu qərara az məvacib aldığına görə şikayətlənən bir müəllimlə gö rüşdən sonra gəlib. Tacikistan başçısı bildirib ki, az maaş alan biri necə ola bilər ki, qızıl diş qoydursun? Böyük Britaniyada bank xidmətlərini reklam edərkən donuztəsvirli pul daxıllarından istifadə qadağandır. Bu qa dağa Britaniyada yaşayan inanclı müsəlmanları təhqir etməmək üçün tətbiq edilir.
Böyük Britaniyada pasport şəkli çəkilərkən körpələ rin gülümsəməsini qadağan edən qanun qüvvəyə minib.
122
Özbəkistan hökuməti öz və təndaşlarına xəzli geyimlərdən isti fadə etməyi qadağan edib. Bu halı heyvaları qoruyan bir addım kimi alqışlamaq olmur. Çünki qanunun qəbulunda məqsəd tamam başqa dır. Sən demə, xəzli geyimlər insan ları daha seksual göstərir. Yəhudi uşaqları yalnız əl, qulaq və gözdən məhrum olmuş oyuncaq larla oynaya bilərlər. Çünki iudaizm də insanı və heyvanları təsvir etmək qadağandır. Ancaq hələ ki bu qərarın hansı səviyyədə qə bul olunması məsələsi müəyyənləşdirilməyib. Oyuncaq lar əlsiz, qulaqsız və gözsüz istehsal edilməlidir, yoxsa bu hissələri qoparmağı uşaqlara həvalə etmək lazımdır? Bax, bu məsələ hələ də müzakirə mövzusudur.
Çindəki bir hərbi məktəbin qapıları bundan sonra xo ruldayan insanların üzünə qapalı olacaq. Buna səbəb kimi daimi xorultunun digər kursantalrın da normal həyat fəa liyyətinə və hərbi hazırlığına mane ola biləcəyi göstərilib. Əgər siz Tailandda kinoya getsəniz, film başlama mışdan öncə kral himninə qulaq asmaq məcburiyyətində qalacaqsınız. Hər bir film başlanmazdan əvvəl himn səs ləndirilir. Hətta himn oxunan zaman danışmaq belə qada ğandır. Danışsanız və ya əyləşsəniz, sizi müvafiq cərimə gözləyir. Ona görədə kinoya gedən şəxslər ayaqüstə və dinməz şəkildə 2 dəqiqəlik himnə qulaq asırlar. Bunlar da qadağandır
• Meksikada kiminsə bığlarını lağa qoyub gül •
• • • • • • • •
•
• •
mək qadağandır. Hər hansı bir şəklə bığ çək səniz, sizi böyük cərimə gözləyir. Danimarkada yolda gedə-gedə dondurma yemək qadağandır. Qadınlar dondurma ilə ki şilərin diqqətini cəlb edib onları işdən yayında bilərlər. “Bank Street”də (Ottava şəhəri) isə bazar günləri dondurma yemək qadağandır. İngiltərədə qadınların ictimai nəqliyyatda şo kolad yeməsi qadağandır. Danimarkada dəmir yolunda öpüşmək qada ğandır. Amerikanın Little Rok qəsəbəsində pros pektdə öpüşənlər həbslə cəzalandırılır. İsveçrədə bazar günü paltar asmaq olmaz. Sinqapur metrosunda saqqız çeynəyənlər tu tulur. Kanadanın Oshava ştatında ağaca dırmaş maq qadağandır. Şotlandiyada qapınızı döyüb tualetinizdən istifadə etmək istəyən birini içəri buraxmaq məcburiyyətindəsiniz. Arkanzas ştatında ərin arvadını ayda bir də fə döyməsi normal, bir dəfədən artıq döyməsi qadağandır. Montana ştatında qadının ərinə aid bir mək tubu açması ağır cinayətdir. İndiana ştatında teatra getməzdən əvvəl, ən azı, 4 saat sarımsaq yemək olmaz.
• Viktoriya əyalətində Brayton Beach cimər • • •
• • • •
liyində yalnız boğazdan-ayağa kimi bağlı çi mərlik paltarında çimməyə icazə verilir. Çində 1 uşaqdan artıq övladı olan cərimə edi lir. Fransada polisin və polis maşınının şəklini çəkən cərimələnir. Danimarkada həbsxanadan qaçma hüququ var. Həbsxanadan qaçmışlar tutulduqda onla ra heç bir cəza verilmir. İtaliyada kişi yubka ilə küçəyə çıxdıqda həbs edilir. Arizonada bir kaktus kəsmənin cəzası 25 ilə qədər həbsdir. Ontarioda xoruzların şəhər sərhədləri daxi lində banlaması qadağandır. Koloradoda içki satan yerlərin ərzaq, ərzaq satan yerlərin də içki satması qadağandır. Qadınlara olmaz...
• Alabama ştatının Mobil şəhərində qadın •
•
•
• • •
ların hündürdabanlı ayaqqabı geyinmələri qadağandır. Malayziyanın Kelantan ştatında qadınlar şalvar, mini ətək, cins geyinə bilməzlər. Əks halda 138 dollarlıq cərimə onları gözləyir. Svazilend krallığında da qadınların şalvar geyinmək hüququ yoxdur. Qanunu pozan lara qarşı cəza da çox ağırdır. Belə ki, milli ordunun əsgərləri elə küçənin ortasındaca həmin qadının əynindən şalvarını çıxarmaq və parça-paça etmək hüququna malikdirlər. Meksikanın Qvadalaxare əyalətində döv lət işində çalışan qadınların açıq-saçıq pal tarlar geyinməsi qadağandır. Kentukkidə qadınların çimərlik geyimi ilə yolda getməsi qadağandır. Kaliforniyada isə qadınlar ev paltarında maşın sürə bilməzlər. Yaponiyada isə qadınların platforma ayaq qabılarda və qədim səndəl olan qetada ma şın sürməsi qadağandır. Qanunu pozmaq 7000 ienlə (təxminən, 77 dollar) cərimələnir.
123
DEYİLƏNƏ GÖRƏ...
1001 ХЫРДАВАТ İnsanı qocaldan qidanın adı açıqlandı Dünya alimləri soyanın insan orqanizminə təsirini araşdırıblar və təəssüf ki, nəticələr heç də yaxşı de yil. Bu istiqamətdə aparılan təcrübələr dağsiçan ları üzərində həyata keçirilib. Tədqiqatlar zamanı siçanlara müntəzəm olaraq soyatərkibli qidalar ve rilib. Nəticədə, tədqiqatda iştirak edən dağsiçanları digərlərindən tez qocalmağa başlayıb. Analizlər göstərib ki, tərkibində soya olan yeməklərlə qidalanan heyvanların orqanizmində hormonal dəyişikliklər baş verib. Nəticədə, həmin heyvanlar nəsilartırma qabiliyyətini itirib. Elə buna görə də həkimlər tərkibində soya proteini olan qida lardan uzaq durmağı və onun əvəzində, qıcqırmış soyatərkibli yeməklərə üstünlük verməyi məsləhət görürlər. Qeyd edək ki, hazırda dünya istehlakçıları soyanı qida sənayesində daha çox istifadə edir. Soya ve getarianların yeməkləri ilə yanaşı, uşaq sıyıqlarının, içki və şokolad batonlarının tərkibində də var.
Hörümçək torundan hicab
Dünyanın ən bahalı - 38 milyon dollarlıq hicabı nın tikilməsində platin saplar, hörümçək toru, almaz və yaqutlardan istifadə olunub. Sinqapurda indiyədək misli görünməyən hi cab hazırlanıb. Hicab Vyetnamın şimalındakı cəngəlliklərdə yaşayan “vyamon” adlı iri, qara hörümçəklərin torundan çəkilmiş liflərdən toxunub. Belə lifin 100 qramının qiyməti 24 milyon dollardır. Liflərlə yanaşı, toxunuşda platindən hazırlanan və yoğunluğu 1 mikron olan saplardan, 2 mikronluq yaqut və almaz dənələrdən, habelə İndoneziyanın şimal sahillərində yaşayan “sayolm” adlı qağayıların tüklərindən istifadə edilib. “Sayolm” qağayılarının tü künün 1 kiloqramı 10 il ərzində əldə olunur və çox bahadır. Açıq-çəhrayı rəngdəki hicabın ilkin variantı artıq hazırdır. 18 nəfərin 4 aya toxuduğu “sınaq hicab”ın özü 16 milyon dollara başa gəlib. Bundan sonra həmin hicab nadir və çox bahalı çəhrayı almaz, bril yant və yaqutlarla bəzədiləcək. Özü də sadalanan qiymətli daşların ən böyüyü 3 mikron ölçüsündədir və əllə cilalanacaq.
Mikrobsuz klaviatura dövrü başlayır?! İstənilən yaşda diş çıxarmaq olur Kompüterin ən az dəyişdirilən hissələri - klaviatu ra və “siçan”ı tez-tez təmizləsək də, onlar bakteriya yuvası “status”undan xilas ola bilmir. İnsan sağlam lığına təhlükəli olan bakteriyalardan yaxa qurtarmaq üçün ABŞ-ın səhiyyə müəssisəsi - “Sil Şelt” firması antimikrob xüsusiyyətlərə malik klaviatura və lazerli “siçan” texnologiyası hazırlayıb. Simsiz klaviatu ra və “siçan” dəsti, hətta su belə keçirmir. Bu dəst kirlənəndə birbaşa qabyuyan maşında yuyula bilər. Yeni ixtiranın başqa bir üstünlüyü – digər klavi atura və “siçan”larla müqayisədə, 10 faiz enerjiyə daha çox qənaət etməsindədir. Qiymətinin isə cəmi 39 ABŞ dollar dəyərində olması müştərilərin həm cibinə, həm də sağlamlığına uyğundur.
124
Yaponiyalı alimlər kök hüceyrələrindən istifadə edərək ağızda diş “yaradıblar”. Alimlər ilk olaraq siçan üzərində təcrübə aparıblar. Keçirilən təcrübə nəticəsində siçanın çənə sümüyünə yerləşdirilən hüceyrədən yaranan diş normal dişdən heç nə ilə fərqlənməyib. “Proceedings of the National Aca demy of Sciences” jurnalında verilən məlumata görə, təcrübə siçanlarda dəfələrlə təkrarlanıb və bunun insanlarda da uğurla tətbiq oluna biləcəyinə qərar verilib. Alimlər hesab edir ki, bu təcrübədə uğur qazanılarsa, artıq protez dişlərə ehtiyac olma yacaq.
Nərmin NÖQTƏ
125
VENİ! VİDİ! VİÇİ!
ФОТОНУН НАИБИ
H
əsənov Mirnaib Həsən oğlu 1962-ci ildə Gəncə şəhərində anadan olub. Hələ bala ca olarkən, dayısının ona bağışladığı fo toaparatla şəkillər çəkməkdən zövq alardı. Orta məktəb illərində, dərslərindən geri düşməsin de yə, valideynləri onun fotoişlərinə “limit” qoyurdular. Buna baxmayaraq, balaca Mirnaibin gələcəkdə peşə kar fotoqraf kimi yetişməsinə mane ola bilmirlər. M.Həsənoğlu 1982-ci ildən peşəkar fotoqraf kimi çalış mağa başlayıb. 1984-1989-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb və elə o vaxtdan da çək diyi fotolar mətbuatda cap olunub. 1995-ci ildə Fransanın Nant şəhərində keçirilən fotosərgidə iştirakı onun yaradı cılığında əvəzsiz rol oynayıb. O, neçə-neçə müsabiqənin qalibi olub, “İlin Fotoqrafı” (2000-ci il) kimi fəxri ada layiq görülüb, fərdi sərgiləri keçirilib. Mirnaibin yaradıcılıq məkanına Azərbaycandan baş qa, Fransa, Almaniya, Monqolustan, Qazaxıstan, Özbə kistan, Yunanıstan, İsveçrə, Gürcüstan, İngiltərə, Avstriya da daxildir. O, müxtəlif mövzularda şəkillər çəkib, tarixi prosesləri, xüsusilə də Qarabağ müharibəsindən müxtəlif məqamları lentə köçürüb. Mirnaib Həsənoğlu bu ilin fevralın 5-də Azərbaycan Fo toqraflar Birliyinin (AFB) sədri seçilib. AFB sədrinin dediklərindən: ”Azərbaycanda az-çox mövcud olmuş fotoqrafiya məktəbinin ənənələri qorun malıdır. İndi yaxın keçmişdə yaşayb-çalışmış fotoqrafla rımız barədə ən adi anket məlumatlarından savayı başqa bir bilgi almaq mümkün deyil. Milli foto işində öz sözünü demiş Mircavad Axundzadə, Faiq Rəcəbli, Kamal Baba yev, Faiq Zəkiyev, Hüseyn Hüseynzadə kimi sənətkarların adlarını gənclərə tanıtmalıyıq. Fotoqrafiya ölkə mədəniyyətinin tərkib hissəsidir. Elə buna görə də foto sənətinin inkişafı hər birimizin, xüsusən də dövlətin və hökumətin diqqət verdiyi mühüm təbliğat sahələrindən biri olmalıdır”. Hazırda Azərbaycanın fototarixi ilə bağlı layihə üzərin də işləyir. Yaşı 70-i ötmüş 10-dan artıq fotoqrafımızın fəa liyyətindən bəhs edən “Salnamə” sənədli filmlər studiya sında çəkilişlərə hazırlaşır. Şirməmməd NƏZƏRLİ
126
127
VENİ! VİDİ! VİÇİ!
Veni! Vidi! Vici! DİQQƏT! FOTOMÜSABİQƏ! “DİSCOVERY AZERBAİJAN” JURNALI FOTOMÜSABİQƏ ELAN EDİR! Çəkmək və çəkilmək istəyən hər kəsin nəzərinə! “DİSCOVERY AZERBAİJAN” jurnalı obyektivini işlədə bilənlər üçün əla imkan yaradır. Necə? Çox sadə! MÜSABİQƏNİN ADI: Veni! Vidi! Vici! MÖVZU: SƏRBƏST İŞTİR AK EDƏ BİLƏR: 17 yaşdan yuxarı hər kəs! MÜDDƏTİ: Müsabiqə 6 ay ərzində aparılır. Hər bir müəllif ay ərzində 3-dən artıq fotoşəkil göndərə bilməz. Müsabiqənin sonunda qaliblər təyin olunaraq mükafatlan dırılacaqlar. MÜK AFATL AR: I yer - “Canon” Mark II EOS 5D fotokamerası; II yer - xarici ölkəyə pulsuz səfər; III yer - 300 manat pul mükafatı. SENZUR A: milli, dini, irqi ayrı-seçkilik; siyasi qərəz; əxlaq normalarını aşmaq - YOLVERİLMƏZDİR. Şəkillər elektron variantda jurnalın elektron ünvanına təqdim edilməlidir. Eyni za manda, müsabiqəyə gələrkən cap variantı da gətirilməlidir. E-mail: office@discoveryazerbaijan.az Daha ətraflı məlumatı www. discoveryazerbaijcan.az saytından əldə etmək olar. ÜNVAN: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev, ev - 97. “Disco very Azerbaijan” jurnalının redaksiyası. Tel:(+994 012) 5308791 ELƏ İSƏ BAŞLADIQ ÇƏKMƏYƏ!
128