Øahdaüda TRASS! Bakuriani “pas” AÐüëàðûí ãàðàëäûüû éåð...
8 MART ÷ûõäû, dÿrd ÷ûõäû
Novruz
with
bÝÝèç 3 manat
Əziz oxucu! “Vaxtdan dəyərli nə olar bilər?” - deyə fikirləşəndə çox zaman bir sıra vacib məqamları düşünürük. Bəzən zama nın qənşərində çox şey mənasını itirə bilər. Bəzən də in san yeni-yeni məqamları kəşf etdikcə, özünü, ətrafını bir daha yenidən öyrənmiş olur. Bu anda zamanın dəyərinin əvəzsiz olduğu bir daha isbatlanır. Əsrimiz əlahəzrət “İn formasiya bolluğu” əsridir və belə bir yüzillikdə sürətlə irəli addımlamağı ancaq və ancaq zamanla ayaqlaşmağa ça lışsaq, bacara bilərik. Budur, yenə də vaxt ötdü, zaman keçdi, sizinlə ikinci - MART nömrəsində görüşdük...
Tanrı Azərbaycana o qədər böyük nemətlər və gö zəlliklər bəxş edib ki, bunları yazmaqla, sadalamaqla bir ömür bəs etməz – nə yazana, nə də oxuyana! Mart, Azərbaycanda aylar sırasında xüsusi çəkiyə malikdir. Tarixi, irsi zəngin olan xalqımızın MARTı da olduqca zəngin aydır. Azərbaycanın Milli Bayramı olan Novruz bu aya xüsusi gözəllik verir. Təsadüfi deyil ki, dahi Ni zami özünün “İsgəndərnamə”sində Nüşabənin İsgən dəri məhz Novruz Bayramında qonaq çağırmasından, tonqal qalamasından və masaya daş-qaşla bərabər, cürbəcür nemətlər düzərək onu qarşılamasından bəhs edir. Yaz fəslində oxucu üçün maraqlı jurnal tərtib etmək, həqiqətən, məsuliyyət tələb edir. Jurnalımızın kollektivi bu məsuliyyəti əzmkarcasına yerinə yetirərək, bu sa yımızda marağınıza səbəb ola biləcək mövzular haq qında məqalələr hazırlayıb. “Discovery Azerbaijan”ın əsas vəzifələrindən biri kimi, həmin materiallar mədə niyyətimizin dünəni və bugününü özündə əks etdirir. Bugünümüz dünənimizin, sabahımız isə bugünü müzün davamıdır. Hər bir insanın həyatında ürəkaçan, onun və yax ınlarının sevincinə səbəb olan məqamlar daha çoxdur. Deməli, çöhrəmizdə bol-bol təbəssümün olması qaçılmazdır! Hökm verən, bütün ağrı və acıları, uğur və uğursuz luqları unutduran ZAMANdırsa, hər ANI dəyərləndirən isə İNSANın özüdür! Həyatın hər anını dəyərləndirən oxucumuzu za manın sınağından üzüağ çıxmış Novruz Bayramı mü nasibətilə təbrik edirəm. Hörmətlə, Cavanşir Feyziyev, Baş redaktor
1
MÜNDƏRİCAT Baş redaktordan..............................1 Mart - Aprel 2011 Təsisçi və baş redaktor Cavanşir Feyziyev Direktor Şakir Eminbəyli Baş redaktorun müavini Gülnar Məsimli İctimaiyyətlə əlaqələr üzrə menecer Reyhan ASLANOVA Marketinq və reklam meneceri Ruqiyə Əşrəfli Müxbirlər Şirməmməd Nəzərli Bəhruz Heydəri Osman Vəliyev Korrektor Rəna Həsrətova Dizayner İlqar TAHİRİ Mühasib Zaur MÜSLÜMOV Fotoqraf Dadaş Adna Texniki direktor Namiq Ələkbərov Ünvanımız Azərbaycan,Bakı şəhəri, İzmir küçəsi - 1 indeks:1014-5175
VƏTƏNİMİN SEYRiNƏ... Şahdağda trass! Bakuriani “pas”...............4 Cənnətin Şimal qapısı...............................10 Gah Atəş,Gah da od..................................20 MƏN-zərrə.................................................34 QONAQ-QARA Bir güllə ilə iki dovşan................................26 ƏNƏNƏ Novruz with biz..........................................36 Novruz Bayramı . ......................................42 8 Mart çıxdı, dərd çıxdı..............................44 ELM DÜNYASI NanoTexnoLogiya......................................48 ÇƏRÇİVƏYƏ MƏHKUM OLUNMUŞLAR Şəbi hicran, Made in Əmircan...................50 GÖZÜM YOLLARDA QALANDA Ayrılıq hekayəsi.........................................56
Tel./Fax: 530 87 91 office@discoveryazerbaijan.az www.discoveryazerbaijan.az CBS mətbəəsində çap edilib. Qiyməti: 3 manat Tiraj: 5000
2
ÜZ QABIĞINDA: Leyla CAVANŞİR Geyim modelyer
Gülnarə XƏLİLOVANIN kolleksiyasındandır.
İNCƏ SƏNƏT Misiqi can verir ruha əzəldən.....................62
4
DOST-DOSTA TƏN GƏRƏK Qaraların ağardığı yer...............................68 ADAMA GƏZMƏK QALIR “Santa Barbara” “Santa Klaus”un nəyidi....72 Ağların qaraldığı yer..................................78 GÖRDÜN YEMƏK, DAHA NƏ DEMƏK?! Kuba mətbəxi............................................84 Bəhram Gur man.......................................86 CANSAĞLIĞI, MƏHƏBBƏT! Novruz süfrəsi sağlamlığın rəhnidir...........88 DAŞ-QAŞ Daşın nə fərqi var ki..................................94
36
TARİXİ-NADİR “Qədimdən də qədim... Binəqədi”m...........98 İKİNCİ BİRİNCİLƏR Yoahim Zauer - dash kischi....................102 AXI DÜNYA FIRLANIR... Fərqli dövlət, fərqsiz millət - Koreya..........106 TƏBİƏT AŞİQLƏRİ “Türkün türkdən başqa dostu var”- Qurd...112 DEYİLƏNƏ GÖRƏ... Uzun incə bir yoldayıq...............................116
78
VENİ! VİDİ! VİÇİ! İgid ölər, şəkli qalar....................................126
3
VƏTƏNİMİN SEYRİNƏ...
Шahdaьda TRASS! Bakuriani “pas“ İ
nşasına cəmi 17 ay əvvəl start verilən Şahdağ QışYay Turizm Kompleksinin 2 nömrəli kanat və xizək enişinin bu günlərdə hazır olması, belə irimiqyaslı bir layihənin bu qədər qısa müddətdə dünya standartları səviyyəsində gercəkləşdirilməsi, sözün həqiqi mənasında, möcüzə sayıla bilər. Xatırlayırsınızsa, Prezidentin 2009cu ilin sentyabrında Qusar rayonuna səfəri çərçivəsində bu möhtəşəm kompleksin təməlqoyma mərasimi keçiril
4
mişdi. Ölkə rəhbərinin tapşırığı ilə Qusar şəhərindən 30 kilometr şimalda, rayonun Dağlıq Alayan kəndi ərazisində yerləşən Şahdağ Qış-Yay Turizm Kompleksində inşaat iş ləri yüksək standartlara uyğun olaraq həyata keçirilməli, tikinti işlərinin gedişinə Mədəniyyət və Turizm Nazirliyi nə zarət etməli idi. Qeyd edək ki, Şahdağ Milli Parkı ərazisin də yerləşən bu kompleks ölkəmizdə dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq məqsədilə salınır.
Bu günlərdə Şahdağ Qış-Yay Turizm Kompleksinin 2 nömrəli kanat və xizək enişinin açılış mərasimində iştirak etmək üçün Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qusar rayonuna səfər etmişdilər. Kompleksin in şa olunduğu əraziyə baş çəkən Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı burada çalışan yerli və xarici şirkətlərin rəhbərləri və nümayəndələri qarşıladılar. Mə dəniyyət və turizm naziri Əbülfəs Qarayev görülən işlər barədə Prezident İlham Əliyevə ətraflı məlumat verdi. Pre zident kompleksin lift bazasının anbarı ilə tanış olduqdan sonra, 2 nömrəli kanat yolunu sınaq məqsədilə işə saldı. Qeyd etmək lazımdır ki, kompleksin baş layihəsi dünyada xüsusilə dağ-xizək mərkəzləri üzrə böyük layihələr həyata keçirən İsveçrə-Avstriya şirkəti tə rəfindən hazırlanıb. Azərbaycan Prezidenti kompleksin yeni texnikaları ilə də tanış oldu. Bildirildi ki, kanat yollarının çəkilişi qış turizm kompleksinin əsas infrastrukturlarından sayılır. Komplek sin ərazisində birinci mərhələdə doqquz kanat yolu çəki ləcək. Kanat yollarının çəkilişini bu sahədə böyük təcrü bəsi olan Avstriya şirkəti həyata keçirir. İlk inşa edilən 982 metrlik məsafəsi olan lift isə artıq istifadəyə verilib. Onu da qeyd etmək yerinə düşər ki, komplekslə tanışlıq və açılış mərasmində Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva xizək də sürdülər. Onların bu məharətinə yalnız heyran qalmaq olardı. Prezident və xanımı xizəkçi lik üzrə özlərini peşəkar idmançı saymırlar, lakin kənardan onları seyr etdikdə, buna inanmaq olmur. Yeri gəlmişkən, bu açılışdan bir neçə gün sonra, Rusiya Prezidenti Dmitri Medvedevin dəvəti ilə Soçi şəhərində üçtərəfli görüşdə Ermənistan prezidentinin nəinki xizək sürdüyünü, hətta onun xüsusi geyimdə olduğunu belə görmədik. Hər halda, bəlli oldu ki, “xizək sürmək hər oğulun işi deyil”. Mərasimdə Prezidentə məlumat verildi ki, mərkəzdə süni qardüzəltmə komplekslərinin layihələndirilməsi və süni qardüzəltmə qurğularının quraşdırılması işlərini İta liyanın bu sahədə dünya şöhrətli “TeknoAlpen EC” şirkəti həyata keçirib. Şahdağ Qış-Yay Turizm Kompleksində la zım olan qar örtüyünü təmin etmək üçün isə “T-60” mar kalı 69 ədəd süni qarlandırma generatorları quraşdırılıb. Buz generatorlar xizək zolaqlarında keçirilən ilk sınaq za manı öz səmərəliliyini göstərdi. Yaradılan şəraitlə yaxından tanış olan dövlətimizin başçısı idmanın və turizmin inkişafı istiqamətində həyata keçirilən geniş infrastruktur layihələrindən biri olan Şah dağ Qış-Yay Turizm Kompleksinin tikintisinin ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını qeyd edərək dedi: «Bu gün
5
VƏTƏNİMİN SEYRİNƏ...
ölkəmizin həyatında çox gözəl və əlamətdar bir gündür. İlk dəfə olaraq Azərbaycanda dağ xizəyi kurortu fəaliyyətə başlayır. Birinci xizək trası hazırdır və bu gün biz bu trasın açılışını qeyd etdik. Bu, doğrudan da böyük və tarixi hadi sədir. Azərbaycan tarixində heç vaxt dağ-xizək kurortları olmayıb. Heç sovet dövründə də olmayıb. Bu gün isə müs təqil Azərbaycan artıq böyük işlərə qadirdir. Biz ölkəmizi inkişaf etdiririk, müasirləşdiririk. Müstəqil Azərbaycanın bütün bölgələri inkişaf etməlidir. Bu dağ-xizək kurortunun fəaliyyətə başlaması nəticəsində burada minlərlə yeni iş yeri açılacaq, insanlar işlə təmin olunacaq, yaxşı maaş alacaqlar. Şimal zonasının inkişafı üçün bu kurortun çox böyük əhəmiyyəti var. Qusar, Quba və ətraf rayonlarda ya şayan vətəndaşlar işlə təmin olunacaq, burada ən yüksək xidmət təşkil ediləcəkdir. Müasir hotellər, əyləncə yerləri ti kilir. Bu qaldırıcılar artıq fəaliyyətə başlayır. Bir sözlə, əmi nəm ki, ölkə sakinləri və respublikamıza gələn qonaqlar üçün burada ən yüksək şərait yaradılacaq. Biz bu turizm mərkəzini yaratmaq fikrində olarkən bir məqsəd güdür dük ki, burada tikiləcək və yaradılacaq bütün infrastuktur ən yüksək səviyyəyə cavab versin. Dünyanın ən qabaq cıl təcrübəsi öyrənildi, ən inkişaf etmiş ölkələrin dağ-xizək imkanları araşdırıldı və burada ən qabaqcıl texnologiyalar, ən gözəl təcrübə tətbiq olunur. Mən ümid edirəm, burada birinci mərhələni əhatə edən bütün işlər yaxın zamanlarda başa çatacaq və beləliklə, bu ilin sonuna qədər artıq bu gözəl kurort qapılarını insanlara, Azərbaycan sakinlərinə açacaq. Bu, böyük tarixi hadisədir. İlk dəfə olaraq Azər baycanda dağ-xizək kurortu yaradılır. Mən ümid edirəm, gələcək illərdə burada əlavə investisiyalar qoyulacaq. Bi
6
rinci mərhələdə bütün investisiyalar dövlət tərəfindən qo yulur. Yollar, elektrik, qaz, su xətləri dövlət tərəfindən çə kilir. Bütün infrastuktur, birinci mehmanxana dövlət hesa bına tikilir. Mən çox ümid edirəm ki, bundan sonra isə özəl sektor, investorlar və yerli iş adamları bu gözəl bölgəyə sərmayə qoyacaqlar. Burada çox müasir və böyük turizm mərkəzi yaradılacaq. Bu il Azərbaycanda “Turizm ili” elan olunub və bu il Bakıda və başqa şəhər, rayonlarımızda bir neçə müasir mehmanxana istifadəyə veriləcək. Onlardan biri də bax burada - Qusar rayonunda Şahdağ Qış-Yay Tu rizm Mərkəzində açılacaq. Gələcək illərdə isə qoyulacaq sərmayə buranı dünyanın bir nömrəli turizm mərkəzinə çevirəcək. Bu reallığı biz yaratdıq. Mən birinci dəfə burada olarkən ərazidə heç nə yox idi. Boş dağlar idi, qar idi. Bu ətrafda heç yaşayış məntəqəsi də yoxdur. Bu yeri seçməklə və xarici mütəxəssisləri bu işə cəlb etməklə əfsanəni reallığa çevirdik. Bu kurortun yaradılması turizmin inkişafı ilə bərabər, eyni zamanda, ona görə əhəmiyyətlidir və onu göstərir ki, müstəqil Azər baycan böyük işlərə qadirdir. Biz qarşıya vəzifə qoyuruq və ən yüksək keyfiyyətlə, ən yüksək səviyyədə icra edi rik. Fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqını bu gözəl hadisə münasibətilə təbrik etmək istəyirəm. Bu gözəl mərkəzdə fəaliyyət göstərən şirkətlərə, Azərbaycan mütəxəssislərinə, inşaatçılara minnətdarlığımı bildirmək istəyirəm ki, burada işlər yüksək səviyyədə görülür. Yenə də ümidvar olduğumu bildirmək istəyirəm ki, ilin sonuna qədər Azərbaycan vətəndaşları bu gözəl imkanlardan isti fadə etməyə başlayacaqlar. Bir daha sizi təbrik edirəm!» Daha sonra dövlət başçısı və xanımı istifadəyə verilən
7
VƏTƏNİMİN SEYRİNƏ... ilk kanat yolunu sınaqdan keçirdilər. Prezident İlham Əli yev inşaat işlərini həyata keçirən yerli və xarici şirkətlərin rəhbərləri ilə müşavirə keçirdi. Onlar layihənin icrası isti qamətində görülən və gələcəkdə həyata keçiriləcək işlər barədə dövlətimizin başçısına məlumat verdilər. Şahdağ Qış-Yay Turizm Kompleksinin 2 nömrəli kanat və xizək enişinin açılışının mühüm hadisə olduğunu deyən Prezi dent İlham Əliyev, ilk dəfə ölkəmizdə dağ-xizək kompleksi nin inşa edilməsini böyük uğur kimi dəyərləndirdi. Dövlət başçısı bu sahəni inkişaf etdirmək və dünya sə viyyəli beynəlxalq turizm mərkəzinə çevirmək üçün qar şıya qoyulan əsas işlərə artıq başlanıldığını bildirdi. Pre zident İlham Əliyev kompleksin ərazisində lazımi sosial infrastrukturun və təcrübə bazalarının yaradılmasının, o
8
cümlədən, yolların genişləndirilməsinin zəruriliyini vurğu ladı. Azərbaycan Prezidenti layihənin ikinci fazasının həya ta keçirilməsi ilə bağlı inşaatçılara müvafiq tapşırıqlarını verdi. P.S. Azərbaycanın bir çox sahələrdə artıq region öl kələri ilə deyil, ümumilikdə, Avropanın və dünyanın apa rıcı dövlətləri ilə rəqabət apara biləcək qüdrətli dövlətə çevrilməsi göz önündədir. Böyük işlər görülüb, görülür və görüləcəkdir... Regiona gəldikdə isə, yəqin ki, bundan sonra nəinki Nəcəfovlar ailəsinin 3-cü, 4-cü, 5-ci, 15-ci... azərbaycanlıların indiki və gələcək nəslinin nümayəndə ləri xizək sürmək üçün daha BAKU-dan BAKUrianyə yox, doğma Şahdağımıza tərəf üz tutacaqlar!
9
VƏTƏNİMİN SEYRİNƏ...
Cяnnяtin
Шimal Qapыsы 10
C
oğrafi mövqeyinə görə “Şimal qapısı” adlan dırılan Qusar Azərbaycanın şimaldakı son yaşayış məntəqəsidir. Qısa arayış: Böyük Qafqaz dağlarının ətək lərində, dəniz səviyyəsindən 715 metr yüksəklikdə, Dağıs tanla sərhəddə yerləşir. Azərbaycanın ən yüksək zirvələri olan Bazardüzü (4 466 metr), Şahdağ (4 242 metr), eləcə də Samur - Dəvəçi kanalı, Qusarçay, Samur çayı Qusar ərazisindədir. Bakı ilə Qusar arasındakı məsafə 180 kilo metrdir. Bakı - Dərbənd - Mahaçqala - Moskva şose yolu da buradan keçir. Xudat dəmir yolundan 35 km, Xaçmaz dəmiryolundan 40 km aralıdadır. Qusar toponimi: Qusar sözünün tayfa və ya tayfa başçısı adından götürüldüyü, həmçinin, Hisar qəbiləsinin adından yaranması haqqında iddialar var. Söhbət vaxtilə burada yaşamış və yerli əhalinin etnogenezində rol oyna mış, zaman içərisində tədricən yox olmuş hisar tayfasın dan gedir. Digər bir məlumata əsasən, bölgənin adı macar dilində “kiçik süvari atlı dəstəsi” mənasını verən “qusar” sözün dən götürülüb. Şəhər keçmişdə bu ərazidə yerləşən Qusar süvari ala yının adını daşıyır. İndiki Qusarın bünövrəsi 1810-cu ildə qoyulub. Başqa bir mənbəyə görə, Qusarın ilk adı Qeysəri olub. Deyilənlərə görə, qədimdə burada qeysər tayfaları yaşa yıb. Həmin tayfalar köçüb-getsələr də, bu adı buralarda yaşayan bəzi kəndlər qəbul edib. Söz də tədricən əvvəlki formasını itirərək, Qusar şəklini alıb. Xalq arasında gəzən rəvayətə görə, Qusar adı şəhər ətrafındakı yüksəkliklərdə yerləşən 4 qəbirlə bağlıdır. Be lə ki, Qusar adı ləzgi dilindəki “qud” (mənası 4) və “srar” (mənası qəbir) sözlərinin birləşməsindən əmələ gəlib, “dörd qəbir” mənasını ifadə edir. Bəzi ehtimallara görə, Qusar sözü ləzgilərin I minillikdə etiqad etdiyi Qutsar dini dünyagörüşünün adından əmə lə gəlib. Digər mənbədə isə qeyd olunur ki, bu söz ləzgi xalqına xas olan cəsarət, qorxmazlıq, mərdlik və s. kimi xüsusiyyətləri özündə birləşdirən “kas” (kişi), “ksar” (ki şilər) kəlmələrindən yaranıb. Qonşu tayfalar bu yerlərdə meydana gələn ilk yaşayış məntəqəsinə Ksarxur (kişilər kəndi) adını verib, zaman keçdikcə “kənd” mənasını ve rən “xur” hissəsi sıradan çıxıb. Ksar sözü isə müəyyən zamandan sonra Qusar formasını alıb. Rayonda yaşayan əhaliyə gəlincə, Qusar sakinlərinin 95 faizi ləzgilərdən ibarətdir. Bəzi müəlliflər ləzgi etnoni
11
VƏTƏNİMİN SEYRİNƏ... mini “dağ əhli” kimi mənalandırırlar. Azərbaycanda ya şayan azsaylı xalqlar arasında önəmli yer tutan ləzgilər, əsasən, ölkənin şimalında və şimal-qərb hissəsində top laşıblar. Qafqaz Albaniyasının əsas xalqlarından biri olan leqlər ləzgilərin əsilləri sayılır. Strabon yazır ki, 26 alban dialektindən məhz qar-qar və leqlərin ləhcəsi əsas alban dilinin formalaşmasında böyük rol oynayıb. Azərbaycan əhalisinin toplam 2,2%-ni təşkil edən ləzgilər İslam dininə sitayiş edirlər. Əhalisinin böyük əksəriyyətiləzgilər olan Qusarda türk lərin yaşadıqları dörd kənd var: Bədişqala (13 km), Gün düzqala (15 km), Bədirqala (8 km), Həsənqala (10 km). Bu kəndlərlə bağlı maraqlı bir rəvayət var. Deyilənlərə görə, XVI-XVII əsrlərdə Osmanlı İmperiyasının Trabzon şəhə rindən buraya Bədiş, Gündüz, Həsən və Bədir adlı 4 qar daş köç edib. Onlar bu bölgəni özlərinə məskən seçib və yerləşiblər. Vəfat etdikdən sonra, doğmaları babalarının adlarını bu kəndlərə veriblər.
Şahları heyrətə salan məkan Qusar qədim tarixlə yanaşı, valehedici təbiətə də ma likdir. Qarabulaq adlı istirahət zonası da bu rayondadır. Hələ sovet dövründən insanların istirahət məqsədilə üz tutduqları Qarabulaq indi də qonaq-qaralı olur. Dağlar və düzənliklər diyarı Qusarda Qarabulaqla yanaşı, xeyli gö zəl yer də var. Bir sözlə, ərazisinin 20 faizi meşə zolağı ilə örtülü olan rayonun böyük hissəsi turizm üçün çox əl verişlidir. Belə rəvayət edirlər ki, qoşunuyla birlikdə hazırkı Qu sar ərazisinə hücum edən İran hökmdarı Nadir şah (16881747) Şahdağın ətəyində məskən salır. Buralara elə hey ran olur ki, Qusar çayının başlanğıc hissəsinə öz arvadı Şahnabatın adını verir. Elə o vaxtdan bu yeri belə çağırır lar. “Şahnabat” yaylağı bu gün Qusar üzrə gerçəkləşdiri lən daxili turist marşrutlarından birini təşkil edir. Şahdağ haqqında başqa bir rəvayətdə isə deyilir ki, bu ra gələn Şah Abbas dağın ətəyində çadır qurduğu üçün,
Laza piri
12
Xərək çörəyi
dağ onun şərəfinə Şahdağ adlandırılıb. Hökmdarın çadı rının qurulduğu düz ərazi isə indiyədək Şah düzü adla nır. Həmin rəvayətə görə, mənbəyini Şahdağdan götürən Şahnabat çayı isə guya Şah Abbasın arvadı Şahnabatın şərəfinə onun adı ilə adlandırılıb.
Rayonun turizm imkanları Yeri gəlmişkən, respublikamızda mövcud olan 9 iqlim tipinin 4-nə bu rayon ərazisində rast gəlinir. Əlverişli iqlim şəraiti burada kurortlar, istirahət zonaları və turist komp lekslərinin təşkilinə geniş imkanlar verir. Zəngin flora və faunası olan Qusarda ekoturizm üçün hər şərait var. Bu bölgədə ekoloji marşrutları 3 istiqamətdə bölmək olar: 1. Qusar - Qazanbulaq marşrutu Bu istiqamətdə sahəsi 7 km olan Əlistan baba adlı fıstıq meşəsi var. Marşrut boyunca yerləşən kəndlərdə qədim əl sənətlərindən parça üzərində tikmə, ağac üzərində oyma işlərini və məşhur “Sumax” xalçalarını əldə etmək olar. 2. Qusar - Sudur marşrutu (102 km) Samur çayı boyunca uzanan bu kəndlərdə xalq sənəti nümunələrini əldə etmək, yerli əhalinin milli adət-ənənələ rini, sim pəhləvanlarının çıxışını izləmək, ləzgi məişəti və folkloruyla yaxından tanış olmaq mümkündür. 3. Qusar - Laza - Suvar marşrutu (42 km) Bu marşrut üzrə hərəkət edərkən ilk dayanacaq Əniğ kəndi ola bilər. Əniğ kəndi rayon mərkəzindən 27 km cənub- qərb
də, Qusar - Zindanmuruq yolunun kənarında, Qusar (Şah nabat) çayının sağ sahilində yerləşir. 9 kəndi əhatə edən Qusarçay vadisi buranın şərəfinə “Əniğ dərəsi” adlanır. Qusarçayın sağ sahilində salınmış qədim yaşayış yeri nə həng, əlverişli təbii maneələrə malik, hündür təpənin üzə rində yerləşir. Gözəl mənzərəsi var. Sudur kəndi Qusar - Sudur marşrutunun son dayana cağı, eləcə də Qusarın ən son kəndidir. Dəniz səviyyəsin dən 1 800 m hündürlükdə, Şahdağın ətəyində yerləşən Sudur füsunkar təbiətə sahibdir. Dağ-turizm istirahəti və sağlamlıq zonasının yaradılması üçün burada yaxşı po tensial var. Hil kəndi. Rayon mərkəzindən 17 km aralıda yerləşən Hil, 1960-cı illərə qədər rayon mərkəzi olub. Kəndin XIX əsrdən qalma məşhur məscidi ölkə əhəmiyyətli tarixi abi dələr siyahısındadır. Toponim “gil” kəlməsi ilə bağlıdır. Bu rada torpağın tərkibində bol miqdarda gil var. Həzrə kəndi. Şah İsmayıl Xətainin babası Şeyx Cü neydin və müridlərinin qəbri yerləşən, turizm imkanları bö yük olan Həzrə kəndi isə mərkəzdən 53 km.-lik məsafədə dir. Adının mənası müxtəlif cür izah edilir. Yuxarı Tahircal - mükəmməl təbiəti, çətin yolları olan dağ kəndidir. Əhalisi arıçılıqla məşğul olur. Kəndin emble mi arı pətəyidir. Kəndi əhatə edən meşələr meyvə ağac ları, xüsusilə də cır alma ağacları ilə məşhurdur. Tahircal çayının üst, yuxarı dağlıq hissəsi qədim kənd ərazisidir. 1964-cü ildə burdakı zəlzələdən sonra gözü qorxan kənd
13
VƏTƏNİMİN SEYRİNƏ... yerləşir. Yerlilər 1 800 metr yüksək likdəki bu yerə “Kurve pereval” deyir lər. Lazanın ən məşhur və tək tarixi abidəsi mərkəzdəki 300 il yaşı olan məsciddir. Kənd əhalisi ləzgilərdir. Laza Azərbaycanın ən populyar tu ristik məkanlarının başında durur. Yay-qış, kənd qonaqlarla dolu olur. Ən çox da xaricilərin rəğbət etdiyi yerdir. Kəndlilər turistləri evlərində saxlayırlar. Həyətlərdə tikilmiş xüsu si otaqlarda onların yaşaması üçün şərait yaradılıb. Xidmətlərə ev xa nımlarının evdə hazırlayıb təqdim et diyi qazan yeməkləri də daxildir. Suvar. Lazadan 2 km aralıda, yüksək dağlıq ərazidəki məkanın adıdır. Azərbaycanın ən yüksəkdə yerləşən istirahət mərkəzi, eyni za camaatı nisbətən aşağı hissədə yerləşən ça yın sol sahilinə tərəf köçməyə başlayıb. Vaxtilə kənddə 3 məscid və bir neçə pir olub. Ateistkommunist rejimi illərində bunlar baxımsızlıq dan sökülüb. Kəndin içində addımbaşı hər yer də qəbirlər görmək mümkündür. Çox böyük öl çüləri və formaları ilə seçilən qəbirlərin içindən kənd sakinləri qiymətli metal əşyalar çıxdığını deyirlər. Kənddəki ən qiymətli tarixi abidə üçyaruslu nəhəng qəbiristanlıqdır. Ərazisi insanı heyrət ləndirir. Sanki nə vaxtsa burada böyük döyüş lər baş tutub və minlərlə insan həlak olub. Qə ribədir ki, hamısına başdaşı qoyulub. Buradakı başdaşları da qəribə formaları ilə diqqət çəkir. Qəbirlərdən çıxan bəzi əşyaların Tunc dövrünə aid olduğunu iddia etsələr də, ərazidə indiyədək elmi araşdırma aparılmayıb. Laza kəndi. Ləzgicə Latsar adlanan bu kənd dağla rın arasında yerləşir və 2 hissədən ibarətdir. İkinci hissə si Qəbələ rayonu ərazisində, Dəmiraparan çayı üzərində yerləşir. Deyirlər ki, məhz bu kəndin sakinləri oraya köç edərək yeni məskən salıb və yeni yerlərini də Laza adlan dırıblar. Böyük Qafqaz sıra dağlarının, Şahdağ yüksəkliyi nin (4 242 metr), Şahyaylaq dağının ətəklərində yerləşir. Kənd Baş Qafqazdan keçən karvan yollarının üzərində
14
manda turist bazasıdır. Yük səklikdəki süni göllər əraziyə tamam başqa yaraşıq verir. Dağ yürüşlərinə çıxmaq, yüksəkliyi 4 000 mindən artıq olan zirvələri fəth etmək istə yənlər Suvar istirahət komp leksində çalışanlardan yardım ala bilərlər. Yaxud dağların ən
yaxşı bələdçiləri sayılan və buralar dakı hər qarışa bələd olan yerli kənd sakinlərinə də müraciət etmək olar. Onlar sizi 3 000 metr yüksəklikdəki Şahyaylağa, Şahnabat yaylağına və ya 4 243 metrlik Şahdağ zirvəsinə, eləcə də Qızılqaya massivindəki 3 751 metr yüksəklikdəki Heydər Əli yev zirvəsinə çıxara bilərlər. Şahdağ (4 243 metr) - ucqar və əlçatmaz kimi görünən möhtəşəm dağdır. Onu fəth etmək mümkündür. Bunun üçün Suvara qədər avtomo billə gəlmək olar. Yolun qalan hissəsi isə piyada gedilməlidir. Şahdağı fəth etmək 3 gün vaxt aparır. Şahdağın zirvəzinə iki marşrutla qalxmaq olar. Bu, yerli dağçıların işləyib-hazırladığı şimal və cənub marşrutlarıdır. Yük
səyə çıxmaq təhlükəli və çətin olsa da, Şahdağın möhtəşəm mənzərəsi, mükəmməl havası, yolboyu qarşınıza çıxan Qara bulaq, yüksək dağ gölləri, kan yonlar və digər möcüzələr in sanı heyran edir. Ərazidə pirlər, qədim karvan yolunun keçdiyi cığırlar, antik körpü qalıqları və
tarixin başqa izləri qalmaqdadır. Azərbaycanın bu ən əzəmətli zirvəsinə aparan ən asan yol cənubdan keçir. Təhlükədən uzaq, hər hansı xüsusi alpinist avadanlığı tələb etməyən yol dur. Bu, 1892-ci ildə dağ silsiləsinin xəritəsini ilk dəfə tərtib edən topoqraf Anfrey Pastuxovun qət etdiyi yoldur. Qoşa şəlalə. Təxminən, 2 000 metr yük səklikdə yerləşən Qoşa şəlalə əraziyə xüsusi gözəllik verir. Bu tərəflərdəki şəlalələrin spe sifik xüsusiyyəti var. Onlar qışda donur. Şə lalənin altında diqqəti çəkən qara taxta evlə bağlı maraqlı bir əhvalat var. Evi buraya vax tilə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi olmuş Viktor Polyaniç ko gətirdib. Bir vaxt gəzməyə gələn ikinci katib buralardan elə xoşlanıb ki, özünə yay istirahət guşəsi hazırlamaq qərarına gəlib. Kəndlilər, keçən əsrin 80-ci illərində hərbi texnika ilə bu evin buraya necə gətiril diyini indiyədək xatırlayırlar. İndi həmin yer yayda istirahə tə gələnlərin vazkeçilməz piknik məskənidir. Əniğ qalası (IX əsr). Şahdağın ətəyində yerləşən stra teji əhəmiyyətli Əniğ kəndində ərəb yürüşlərindən qorun maq üçün orta əsrlərdə bir qala tikilib. Qala divarları kən din içində bu günə qədər qalıb. IX əsrdən mövcud olan Əniğ qalasının divarlarının hündürlüyü 9,3, eni 2 metrdir.
15
VƏTƏNİMİN SEYRİNƏ... Bu qalanın xristian-müsəlman müharibəsində dağıdılması haqqında rəvayət kənd sakinləri arasında bu günə qədər dolaşır. 1288-ci ildə Hülakilər dövlətinin hökmdarı Arqun xanın qoşunlarındakı xristian-gürcü dəstələri Qızıl Orda qoşunlarını dəf edərkən, Əniğdəki döyüşlərdə xüsusi fəal lıqla iştirak ediblər. Ərəb dilində yazılmış “Əbumüslümün tarixi” xronikasında X əsr Azərbaycan kəndlərinin bir ne çəsinin, o cümlədən, Əniğ kəndinin adı çəkilir. Yerlilərin rəvayətinə görə, kənd adını vaxtilə burada yaşamış Anığ ağanın adından alıb. Digər fərziyyəyə görə isə, Əniğ hun tayfalarının adı ilə bağlı toponimdir. Əvvəllər ünüğ olub, sonra dəyişərək Əniğ formasını alıb. Mahalın Tacı (XIX əsr) - kəndin mərkəzində yerləşən məsciddir. Hindistandakı Tac-Mahala bənzədiyinə görə belə adlanır. Əniğdə göstərişli, dəbdəbəli evlər tikmək adəti çoxdan var. Deyilənlərə görə, bu məscidi tikdirən adam Hindistana səyahəti zamanı Tac-Mahalı görüb və elə bəyənib ki, öz kəndində buna bənzər məscid tikdir məyə qərar verib. Çiy kərpicdən tikilən məscidin, əslində, 300-ə yaxın yaşı olduğunu söyləyirlər. Məscidin divarla rındakı rəsmlər diqqəti çəkir. Bu rəsmlər yenilənməsə də, rənglər parlaqlığını itirməyib. Təbii bitki köklərindən əldə edilmiş boyalarla çəkilib. Dərviş Baba piri. Əniğ kəndində, həmçinin, bizim eranın I minilliyinə aid qəbiristanlıq var. Qəbiristanlıqda Dərviş Baba piri yerləşir. Dərviş Baba dindar və xeyriyyə çi bir şəxs olduğu üçün xatirəsini indiyədək əziz tuturlar, qəbrini ziyarət edirlər. Hacı Seyid Baba piri kəndin ən diqqətçəkən yeridir. Burada maketə bənzəyən ucuşiş bir qaya var. Ətrafı xırda ağ daş, çınqıllarla doludur. Pirə gələnlər əvvəlcə ürəyində niyyət tutub, ayaqqabılarını çıxarıb bu daşların üstü ilə 3 dəfə dövrə vurmalı və bu zaman yalnız arzusu haqqında düşünməli, heç nə danışmamalıdır. Daha sonra bu niyyəti təkrar edərək, ərazidən çıxan bulağın suyundan içməlidir. Ritualdan sonra pir üçün bir miqdar pul qoyulmalıdır. Yer li əhali qayanın içindəki məzarı bugünədək ziyarət edir. Adətən, ziyarətdan sonra arzuları baş tutanlar buraya ye nidən gələrək qurban kəsirlər. Şeyx Cüneyd türbəsi. Şah İsmayıl Xətainin babası Şeyx Cüneydin şərəfinə ucaldılmış türbə Qusarın ən mü him tarixi-memarlıq abidələrindən sayılır. Buna Şıxcənnət məscidi də deyirlər. 1460-cı ildə Şirvanşah I Xəlilullahın qoşunları ilə vuruşmada həlak olmuş və burada dəfn edil miş Ərdəbil şeyxi Cüneydin qəbri üzərindədir. Şeyx Cü
16
neydin cənazəsinin qalıqları nəvəsi - Səfəvi hökmdarı Şah İsmayıl tərəfindən Ərdəbilə köçürüldükdən sonra, I Təhmasibin göstərişi ilə tikdirilib. Abidənin fasadındakı ki tabədə 1544-cü ildə inşa edildiyi göstərilir. Həzrə kəndi pəhləvanlarıyla məşhurdur. Burada Azər baycan folklorunun ən populyar nümunələrindən olan “Sim pəhləvanı” tamaşalarını yaşadırlar. Bu, milli bayram ların vazkeçilməz oyunudur.
“Ləzginka“ və mətbəx Qusardan söz açarkən “Ləzginka“ rəqsi və bu rayo nun mətbəxi barədə danışmamaq düzgün olmazdı. Qeyd edək ki, Qusarda “Ləzginka” rəqs folklor ansamblı fəaliy yət göstərir. Rəqsin bir ləzgi qızının şərəfinə qoşulması deyilsə də, əksəriyyət bu fikri qəbul etmir. “Ləzginka”ya ləzgilər “ləz gi həngi” də deyirlər. Folklorşünaslar bunun həzin düşün dürücü rəqs olduğunu, səhnədə rəqqasların hərəkət və mimikalarıyla tarix danışdığını və hər rəqsin öz hekayəti olduğunu deyirlər. Xərək çörəyi. Qusar çörəyinə belə deyirlər. Çörəyi şi mal zonasına xas olan və xərək adlandırılan təndirdə bi şirirlər. Bu təndirlər digər bölgələrdəki təndirlərdən fərq lənir. Torpaqdan hazırlanan xərəyin quruluşu dördbucaq formadadır, sobaya bənzəyir. İçində çörəkdən başqa, ləz gi mətbəxinin başqa xəmir yeməkləri də bişirilir. Xərək çörəyini uzun müddət saxlamaq mümkündür. Normal otaq şəraitində 7 gün, soyuducuda isə 10-12 gün qalsa xarab olmur. Bişirilmə qaydası belədir: hazır xəmir kündələrə bölünür. Sonra yayılır. Ləzgi çörəyinin üstündə xərəyə sal mazdan əvvəl hinduşka, ya da xoruz lələkləri ilə deşiklər açılır. Bu, xəmirin içinə hava girərək tez bişməsinə kömək edir. Çörək 5 dəqiqə müddətində hazır olur. Bəzən xərəyə salınmış çörək tam bişməmiş onu çıxarır, üstünə pendir və yumurta sürtür, yenidən xərəyə salıb bir neçə dəqiqə bişirirlər. Buna “ləzgi pitsası” da deyirlər. Qusarın “afar”ı, yəni ləzgi qutabı da məşhurdur. Çörək xəmirindən nazik yuxa yayır, dağdan və ya həyətdən toplanmış müxtəlif gö yərtini xırda-xırda doğrayır, quru şor, ya da pendirlə qarış dırılaraq yuxanın üstünə düzürlər. Sonra üzərinə ikinci qat yuxanı da yayır və xərəkdə bişirirlər. Tsıkan - ləzgi mətbəxinin ən məşhur yeməyidir. O da xərəkdə bişir. Çörək xəmirindən hazırlanan kündələr yağ la yoğrulur. Daha sonra kündə yayılır və dərin tavanın içi nə döşənir. Əvvəlcədən yağda qovrulmuş qiymə və xırda kartof parçaları qabın içinə tökülür. Onun üstünü də yu
17
VƏTƏNİMİN SEYRİNƏ...
Laza dağları xayla örtür və xərəyin içində, təxminən, 1 saat bişirirlər. Tsıkanın inqridientləri istəyə görə dəyişə bilər. Belə ki, tə rəvəzdən, pendirdən, toyuq ətindən də hazırlanan tsıkan hazırlamaq mümkündür.
«Can...» Bu ifadə Qusarda ən populyar müraciət formasıdır. Qusarda hər cümlə bu sözlə başlayır və bitir. Xüsusilə də ləzgi xanımların dilindən düşməyən bu kəlmə onların da nışığına başqa bir səmimiyyət və şirinlik verir: “Can, xoş gəlmisən, can”, “Can, nə istəyirsən, can”, “Can, hara ge dirsən, can?”, “Can, gəlin qonağımız olun, can”… Aynur TALIBOVA Üçyaruslu qəbiristanlıq - başdaşı
18
19
reklam
VƏTƏNİMİN SEYRİNƏ...
Gah
ATЯШ,GAH da...
od
20
Ö
lkəmizin müxtəlif bölgələrində istifa də olunan «Od haqqı», «Ocaq haqqı», «Ocağın sönməsin» kimi deyimlərin əsası bizim eradan əvvəl VII əsrə ge dib-çıxır. Həmin dövrdə indiki Azərbaycan ərazisin də yaşayan insanlar oda sitayiş edirdilər. Zərdüşt Peyğəmbər tərəfindən əsası qoyulan bu inanc atəş pərəstlik adlanır. Atəşpərəstlərin “Avesta” adlı dini kitabı, tarixi mənbələrə görə, 12 min öküz dərisi üzə rinə yazılıb. Zərdüşt Peyğəmbərə görə, həyatın əsası 4 ünsürlə bağlıdır: Od, Su, Torpaq, Hava. Qeyd edək ki, şifahi xalq ədəbiyyatımızda bu inancla bağlı xeyli əfsanə və rəvayət var. Atəşpərəstlikdən bizə yadigar qalan odla bağlı adət-ənənələr və inanclardır. Alovlu qızın əfsanəsi Folklorumuzda mövcud əfsanələrdən biri Qız Qalası ilə bağlıdır. Həmin əfsanədə deyilir ki, Xəzər sahilindəki atəşpərəst məbədi (Qız qalası) 90 gün-90 gecə düşmən mühasirəsində qalır. Qalanı mühasirədə saxlayan Nu rəddin şah guya babasından alınmış müqəddəs dəniz qalasını nəyin bahasına olur-olsun, geri - atəşpərəstliyi dövlət dini elan etmiş qüdrətli İrana qaytarmalıdır. Qala sakinləri təslim olmağa hazır idilər. Lakin baş kahin inadından əl çəkmir; deyir ki, müqəddəs məbədin odu-alovu bizi mütləq xilas edəcək. Qəflətən məbədin qapıları açılır və əlində oddan qılınc tutan alovlu qız pey da olur. Kahin ondan kömək istəyir. Kahini dinləyən alov lu qız Nurəddin şahın yanına gedir və gənc hökmdardan xoşlanır. Şah da onu bəyənir və əlindəki qılıncı buraxa cağı təqdirdə, ona eşq elan edəcəyini bildirir. Təklifi qə bul etməyən alovlu qız bütün gecəni tərəddüd içərisində keçirərkən, Nurəddin şah eyş-işrət məclisindən sonra dərin yuxuya gedir. Nəhayət, səhərə yaxın atəşpərəstləri ibadətə çağıran tütək səsini eşitdikdən sonra, odlu qılıncı ilə hökmdarı öldürür və geri qayıdır. Kahinə vəzifəsini ye rinə yetirdiyini bildirdikdən sonra, eyni qılıncla özünü də öldürür. Bundan sonra qiyamət qopur. 7 gün-7 gecə da vam edən tufan bütün alovları söndürür. Hər kəs təlaşa düşür. Bu zaman baş kahin uzaqdakı alovu göstərib hər kəsi sakitləşdirir. Doğrudan da Qız qalasından xeyli ara lıda 7 başlı, 7 rəngli alov yenidən parıldayırdı. O vaxtdan həmin yerdə məbəd tikdilər.
21
VƏTƏNİMİN SEYRİNƏ...
Yanardağ
Suraxanı atəşgahı Qeyd etdiyimiz kimi, Atəşgah Zərdüştün tərəf darlarının, atəşpərəstlərin ibadətxanasına, ocaq və mə bədlərinə verilən ümumi addır. Şimali Azərbaycanda atəşpərəst məbədləri geniş əraziyə yayılıb. Belə məbədlərdən biri də Bakıdan 21 km şərqdə - indiki Suraxanı rayonu ərazisindədir. Tarixi mənbələrə görə, XVIII əsrdə Hindistandan gələn tacirlər tərəfindən tikilib. Burada özbaşına yanan qazın olduğunu öyrənən hindlilər Qanqa və İnqa sahillərindən axın edərək ibadətə gəlirdilər. Hindli tacirlər gördükləri məkanla bağlı getdikləri digər ölkələrdə də məlumat ve rirdilər. Bu səbəbdən, Suraxanı atəşgahına ibadətə gə lənlərin sayı sürətlə artırdı. Tarixçi Sara Aşurbəylinin fikrincə, Suraxanı atəşgahı qədim atəşpərəst məbədinin üstündə qurulub. Atəşgah kiçik qalanı xatırladır. Daş hasarla əhatələnmiş həyətin içərisində hücrələr var. Məbəd isə düz, həyətin mərkəzin dədir. Atəşgahın künclərindəki borulardan fasiləsiz alov püskürür. Suraxanı atəşgahı mövcud olduğu tarixdən bu günə qədər Bakıya gələn bütün səyyah və yazıçıların diqqətini cəlb edib. Ən təfərrüatlı materialı Aleksandr Dü ma 1858-ci ildə yazdığı “Qafqaz səfəri” kitabında verib.
22
Qeyd edək ki, indi də Bakı ya gələn turistlər Suraxanı atəşgahına baş çəkməmiş getmirlər. Xınalıq atəşgahı Xınalıqdan 5 km məsafədə, 2600 metr yüksəklikdə yerləşən Atəşgah, əslində, yanar dağdır. Bu dağlıq ərazi təbii qaz ehtiyatları ilə zəngindir. Yerlilərin dediyinə görə, ətrafda bunun kimi yanan daha bir neçə dağ var. Yanan alovun üstünə yığılmış hamar qaya parçaları və çınqıl lar bura uçmuş qala görüntüsü verir. Xınalıq kəndindən atəşgaha atla yarım saata, piyada 2-3 saata çatmaq mümkündür. Xınalıq atəşgahı ilə bağlı əfsanələr də mövcuddur. De yilənlərə görə, soyuq günlərin birində sürüsünü otararaq buralara gələn çoban qızışmaq üçün ocaq qalamaq niy yətinə düşür. Əlinə keçən odun parçalarını yığıb, yandır maq istəyəndə ətrafı alov bürüyür. Çoban qorxusundan diz üstə çökərək, Allaha dua etməyə başlayır. Rəvayətə görə, Xınalıqdakı atəşgah o vaxtdan bəri sönməyib. Yanardağ Odlar Yurdu Azərbaycanın məşhur məkanlarından biri də Abşeronun Məhəmmədi kəndi ərazisindəki Ya
Quba, Xınalıq atəşgahı
Ağstafa, Poylu kəndi, yanar bulaq
nardağdır. Kəndə gedən boz təpələrin arasındakı məkan minillərdir od içərisindədir. Yaşlıların dediyinə görə, əv vəllər bütöv dağ yanırmış. İndi alov dilimləri azalıb. Am ma təpələrdən birinin yamacı gecə-gündüz sönmədən alovlanır. Son illər dövlət səviyyəsində qeyd olunan Nov ruz Bayramı ərəfəsində Yanardağ ətrafında da şənliklər təşkil olunur. Yanar bulaqlar Yanar bulaq Astaranın Ərçivan kəndinin ən məşhur və
populyar turizm obyektidir. Bu bulaqdan içməli - kükürd lü su çıxır. Günün bütün saatlarında bulağın qarşısında növbəyə durmuş insanlar buradan su alıb yollarına da vam edirlər. Adından da məlum olduğu kimi, yanar bula ğın suyu yanır. Bunun üçün kibriti götürüb suyun üstündə yandırmağınız kifayətdir. Deyirlər ki, iri bir çaydan bu su dan çıxan alovun istisi ilə 45 dəqiqəyə qaynayır. Yardımlı rayonuna gedən yolun üstündəki “Yanardağ” adlanan istirahət mərkəzi də baş çəkiləsi məkanlarımız
23
VƏTƏNİMİN SEYRİNƏ... dandır. Burada yüzillərdən bəri yanan bulaq və dağ var. Digər bir yanar bulaq Masallıda, Viləşçay yaxınlığın da yerləşir. İlk baxışda sakitcə qaynayan sudur. Kibriti yandırıb, yaxınlaşdıranda su alovlanır. Ətrafa yayılan qo xudan suyun kükürdlü olduğunu başa düşürsən. Çay bo yunca bir neçə belə kükürdlü bulaq var. Yerlilər ayaqları nı yanan bulağın içinə salır və saatlarla beləcə otururlar. Bu ayaq vannaları insanın yorğunluğunu götürməklə bə rabər, ayaq ağrılarını da aradan qaldırmağa kömək edir. Amma ənənə bununla bitmir. Daha sonra turistlər bulaq dan bir az aralıdakı Yanardağa çıxırlar - bu dəfə ziya rət üçün. Məsələ burasındadır ki, dağın üst hissəsindən təbii qaz çıxır. Çıxan qaz alovlanır və beləcə, yanan dağ təsəvvürü yaradır. Əlamətlərə inanan yerlilər bu torpağı müqəddəs hesab edərək, ziyarətgaha çeviriblər. Ağstafanın Poylu qəsəbəsi yaxınlığında, Qarayazı düzü tərəfdəki Yanar su da ən nadir təbiət abidəsi hesab edilir. Ağstafa şəhərindən 11 km aralıda yerləşən bulaq yüzillərdir gecə- gündüz sönmədən yanır. Odlar Yurdu Yeri gəlmişkən, bəzi tədqiqatçılar Azərbaycan adının
Masallı, yanar bulaq
24
Astara, yanar bulaq
da odla bağlı olduğunu bildirirlər. Bəzi mənbələrə görə, Azər pəhləvi dilində “od”, bayqan isə “qoruqçu” və ya “od qoruyucusu” deməkdir. Beləliklə, bu söz “od məbədi”, ya xud “od keşikçisi” anlamını verir. Atəşgahların, yanar dağ ların və bulaqların mövcudluğu bu fikri bir qədər də qüvvət ləndirir. Tarixçi-filosof Mirzə Kazım bəy (XIX əsr) yazırdı: “Azərbaycan sözünün ilk hissəsi Azər - od anlamı daşıyır. Bundan başqa, Zənd dilindəki “atars” da “od” mənasın dadır. Farslar həmin sözdən “ozar” ifadəsini düzəldiblər. Yeni fars dilində danışanlar həmin sözü atəş şəklində işlə diblər. Yusif Vəzir Çəmənzəminli qışa etiraz ayininin azər (noyabr) ayında Zərdüştlər tərəfindən icra olunduğunu və muğlara (atəşpərəst kahini) Azərbaycan deyildiyini xatırla daraq, Azərbaycan sözünün ərəblər tərəfindən işlədildiyi ni ehtimal edir. Azərbaycan Avestadakı Atarvan adı ilə də bağlanır. Masallı, İstisu Aynur TALIBOVA
25
QONAQ-QARA
26
Бир gцllяilя Иki dovшan “Bir güllə ilə iki dovşan vurmaq” istəyi, əslində, yaxşı fikirdi, lakin buna heç də həmişə müyəssər olmuruq. Azərbaycan Mə dəniyyət və Turizm Nazirliyi nəzdində yaradılmış Turizm Asso siasiyasının sədri Nahid Bağırovu istirahət başında yaxalayıb, “dovşan ovu”nu uğurla başa çatdıracağıma ümid edirdim. Nə gizlədim, deyəsən, gülləm boşa çıxmadı...
27
QONAQ-QARA
Keçək mətləbə... D.A.: MTN-nin (yəni Mədəniyyət və Turizm Nazirliyi) təşəbbüsü və atalıq qayğısı nəticə sində, 2009-cu ildə Azərbaycan Turizm Asso siasiyası yaradılıb. Həmin vaxtdan da İdarə Heyətinin sədrisiniz. Sədr olaraq Assosiasiya nın fəaliyyətindən razısınızmı? - Öncə onu qeyd etmək istərdim ki, Assosiasiya zamanın hökmündən, ölkəmizdəki turizm sektoru nun mürəkkəb vəziyyətindən və turizm sahəsində inkişafın daha effektiv həyata keçirilməsi səbəbin dən yaradıldı. Həmin vaxt ölkədə əksəriyyəti özəl sektora aid olan 250-yə yaxın turist şirkəti və təqri bən, 370 mehmanxana fəaliyyət göstərirdi. AZTAnın əsas vəzifəsi ölkədə turizmin inkişafına yardım göstərmək, turizm bazarında bütün iştirakçıların hüquqlarını müdafiə etmək, o cümlədən, şirkətin fəaliyyətinə hər mənada dəstək verməkdir. Dün yanın qabaqcıl ölkələrində bu cür ictimai birliklər turizm infrastrukturunun inkişafında və turizmdən əldə olunan vəsaitin ölkə iqtisadiyyatında dövr et məsində çox müsbət rol oynayıb. Əlbəttə, nəzərdə tutduğumuzu hələ ki tam hə yata keçirə bilməmişik. İki il yenicə yaradılmış As sosiasiya üçün çox qısa müddətdir. Dünya prak tikası da göstərir ki, hər hansı bir təşkilatın, quru
28
mun gözlənilən nəticəni verməsi üçün müəyyən zama na ehtiyac var. Lakin deyə bilərəm ki, Assosiasiyanın nüfuzu artır. Təşkilatımıza 100-dən artıq şirkət üzvdür. Bu ilin oktyabr ayında Azərbaycan Otel Kompleksləri Assosiasiyası ilə (AOKA) Azərbaycan Turizm Assosia siyalarının (AZTA) birləşməsini əlamətdar hadisə ad landırmaq olar. Turizm sektorunda həllivacib problem lər az deyil. Bütün şirkətlər mövcud çətinlikəri təkbaşı na aradan qaldırmağa qadir deyil. Yalnız güclü, nüfuzlu təşkilatın tərkibində birləşməklə istənilən nəticəni əldə etmək mümkündür. Bundan başqa, bu gün turizm sahəsi ilə bağlı prob lemlər müzakirə olunarkən Assosiasiyanın rəyi nəzərə alınır. Məsələn, AZTA turizmlə bağlı hazırlanan qanu na öz tövsiyələrini verməklə, turizm fəaliyyətinə lisen ziyaların ayrılmasında iştirak eləsə də, Azərbaycanın turizm brendini beynəlxalq sərgi və yarmarkalarda fəal şəkildə təbliğ edir. Fəaliyyətimizdən tam razı olmasaq da, bədbinliyə əsas yoxdur. D.A.: Səhv etmirəmsə, 90-cı illərin əvvəllərində belə bir qurum yaradılmışdı... - Doğrudur, amma o vaxtlar yaranmış qurumun üzv lüyünə yalnız turizm şirkətləri daxil deyildi; onun bank lardan tutmuş, otellər, sığorta şirkətlərinə qədər üzv ləri var idi. Turizm sərbəst şəkildə fəaliyyət göstərməli olan xidmət sahəsidir. Turizm şirkətləri turizm sektoru
nun ürəyidir. Otellərlə görüşlərimizdə onlara anlatma ğa çalışırdıq ki, turizm şirkətləri sizin düşməniniz deyil. Bu qurum xarici sərgilər keçirir, Azərbaycanın tanıtımı ilə məşğul olur. Yalnız şirkətlər bu gün sərgilərdə olur, otelləri isə nadir hallarda görmək olur. Şirkət gedir, pul xərcləyir, kadrlarını aparır, yeni tanışlıqlar qurur. Baş qa dövlətlərdə belə olmasa da, Rusiya, Gürcüstan və s. kimi ölkələrdə nazirlik belə işlərə diqqət göstərir, bu kimi tədbirlərin baş tutması birbaşa onların xətti ilə hə yata keçirilir. D.A.: Azərbaycanda 250-yə yaxın turizm şirkəti var. Sizcə, çox deyil? - Əlbəttə, Azərbaycan kimi balaca bazar üçün 250 şirkət həddindən artiq böyük rəqəmdir. Assosiasiya nın yeni qanunla bağlı irəli sürdüyü təkliflərdən biri də turizm şirkətlərinin təsnifatının aparılmasıdır. Dünya təcrübəsində tamamilə gəlmə turizmlə məşğul olan şirkətlərin turoperatorlarda, turagentlərdə və kompa niyalarda bölgüsü mövcuddur. Yalnız yüksəksəviyyəli şirkətlər gəlmə turizm ilə məşğul olan və “çarter” qal dıra bilər. Onların üzərinə, həmçinin, maliyyə-sığorta məsələləri ilə əlaqədar müəyyən vəzifələr də qoyulur. Nümunə kimi Türkiyəni göstərmək olar. Orada A, B və C kateqoriyaları mövcuddur. A-kateqoriya aviabiletlərin və mehmanxanaların satışı, B-kateqoriya yalnız A-ka teqoriyanın paketlərinin satışı, C-kateqoriya isə ölkənin
29
QONAQ-QARA daxili turizmi ilə məşğul olur. Türkiyə, Rusiya və başqa dövlətlərdə mehmanxanalar və digər xidmət sahələri müqavilələri yalnız A-kateqoriya ilə bağlayır. Həmin öl kələrin mehmanxanalarında 3 qiymət mövcuddur: - “Reap rate” - otelin xidmətindən birgecəlik is tifadə; - “Corporate rate” - istənilən kompaniya, qurum və ya turizm şirkəti ilə özü müqavilə bağlayır; - “Travel agency rate” - yalnız turizm şirkətləri ilə satış həyata keçirir, ən ucuz qiymətlər burada olur, sa tış lisenziya ilə həyata keçirilir. Bizdə isə bu praktikanın mövcud olmaması böyük problemlərə gətirir. Təəssüflər olsun, hazırda yaranan turizm şirkət ləri tam bu sahə üzrə ixtisaslaşmış şirkətlər deyil. Bir tərəfdən, bu, professional kadrların yoxluğunun təza hürüdür. Mədəniyyət və Turizm Nazirliyinin qoyduğu tələbə əsasən, yaxın illərdə turizm şirkətlərinin əmək daşlarının, ən azı, yarısı alitəhsilli olmalıdır. Digər tərəf dən, bazarda şirkətlərin çox olması, xüsusilə yay ayları ərzində dempinq probleminə səbəb olur. Aktiv turizm mövsümündə (may ayından oktyabra qədər) “müvəq qəti” firmalar açılır ki, onlar da bazarda mövcud olma yan turizm məhsullarını reklam edir və hətta Türkiyə istiqamətində çarterlər də təşkil etməyə cəhd göstərir. Nəticədə, biznesin bu cür metodları müştərilərə keyfiy yətsiz xidmətə gətirib çıxarır. Nazirliklə birgə biz bu cür hallara qarşı fəal mübarizə aparırıq. Bu ilin avqustunda keyfiyyətsiz xidmət göstərən şirkət və otellərin siyahı sını tərtib etmişik. Bunun nəticəsində, bir neçə turizm şirkəti və otellər turizm fəaliyyəti lisenziyasından məh rum olunub. D.A.: Qiymətlərin tənzimlənməsi üçün hər han sı rəsmi qurum olmalıdırmı? - Qiymət məsələsi bizim sahədə ən çətin problem lərdən biridir. Hər şeydən əvvəl bu, otellərdə qalma müddətində göstərilən qulluğun qiymətinə aiddir. Biz də bu məsələni diqqətlə izləyirik. Qeyd etdiyim Turizm Assosiasiyasının Mehmanxanalar Assosiasiyası ilə bir ləşməsi mövcud problemin həlli məqsədilə yaradılıb. Deyə bilərəm ki, ümumi nizamasalma və qeyd olunan vacib problemin həlli üzrə hal-hazırda turizm şirkətlə rinin və otellərin nümayəndələrindən ibarət yerli qrup formalaşdırılıb. Bundan başqa, turizm şirkətlərinin və otellərin əməkdaşlığı ilə bağlı memorandum imzalanıb ki, bu da turizm şirkətləri üçün otellər tərəfindən güzəşt li qiymətlərin müəyyən olunması üzrə yerli mehmanxa
30
nalar ilə turizm agentlikləri arasında ikitərəfli razılaşma ların əldə olunmasına xidmət edir. Zənnimcə, otellərin qiymət siyasətinə bazar iqtisadiyyatı, o cümlədən, gə lən il Bakıda açılacaq brend-otellər də təsir edəcək. D.A.: Neftçilər prospektində, eləcə də Bakının mərkəzi küçələrində dünyanın məşhur brend mar kalarının butikləri fəaliyyətdədir... - Nəyə eyham vurduğunuzu anladım... Brendlərin çox olmasına biz yalnız sevinməliyik. Çünki bunun böyük xeyri var. Azərbaycana gələn turistlərin əksər hissəsini iranlı qonaqlar təşkil edir. Bayramlarda mər kəzi küçələrdə hər addımbaşı onlarla qarşılaşmaq olur, məşhur brendlərdən bazarlıq onlara zövq verir. Brend adını qazanmış otelləri diqqətdən kənarda qoy maq olmaz. Qiymətlərin bahalığı təsir etsə də, 3 və ya 4 ulduzlu otellərə daha çox ehtiyac duyulur. Bizim bu kimi otellərimizin məzənnəsi, minimum, 80-90 manat arasında dəyişirsə, başqa ölkələrdə 30-40 avro mü qabilində xoşagələn oteldə istirahət təmin edilir. Bu tik-otellərdən sayılan “Hyatt”, “Excelsior” kimi şəbəkə otellər qrupu bütün dünyada 100-120 avro qiymətinə dirsə, bizdə bu qiymətlər kəllə-çarxa çıxıb - 300-320 manat arasındadır. Fantastik qiymətlər şəbəkə-otellə rin azlığı, sağlam rəqabət bazarının olmaması səbə bindən yaranır. Həmçinin, bu kimi otellərə dövlət də müdaxilə edə bilmir. Özəl sektorun azad qiymətlərini otelin sahibi müəyyənləşdirir. Yaxın bir il ərzində “Hil ton”, “Mariott”, “Four season” kimi otellərin fəaliyyətə başlayacağını planlaşdırırıq və ümid edək ki, qiymət lər qaneedici olacaq. D.A.: Qonşu Gürcüstan son iki ildə azərbaycan lıların həvəslə istirahətə yollandığı ölkəyə çevrilib. Azərbaycanda isə gürcü turistlərinə rast gəlmək nağıla bənzəyir... - Şəxsən nə qədər dost, tanış tanıyıram ki, onlar Azərbaycana “shopping”ə gəlirlər. Yəni bazarlıq üçün, brend adı ilə olsa belə, cəlb ediriksə, artıq müsbət hal dır. Azərbaycanlı turistlərin Gürcüstana üz tutmaları, sırf qış turizmi ilə bağlıdır. Azərbaycanda da - Qusar rayonunda qış turizminə təsir göstərən dağ xizəkçiliyi kompleksi tikilir. Başa çatsın, onda görərik bizimkilər Gürcüstana necə gedir! D.A.: Hər halda, qiymət siyasətinə əl gəzdiril məsə, millət yenə də alternativ axtarışı ilə öz pulu nu başqa ölkədə xərcləməyə üstünlük verəcək! - Razıyam!
31
QONAQ-QARA D.A.: Xidmət sahəsinin keyfiyyətini qaldırmaq üçün nəqliyyatdan, restorandan tutmuş, marketlə rə qədər - hansı tədbirlərə ehtiyac var? - Çox qlobal məsələyə toxundunuz. Xidmət var, am ma bütün problemlər yalnız səviyyəli kadrlarla həllini tapa bilər. Restoranlarımızı doğru olaraq vurğuladınız. Burada artıq kadr da rol oynamır. Mentalitetdən gələn ənənəyə görə, bizdə çörəyi soruşmadan süfrəyə gətir mək qəbul olunmuş haldır. Amma başqa ölkədə olan da qarsonun ilk soruşduğu neçə qram çörəkdirsə, bu bizim üçün anormal haldır, çünki belə olmasına alış mamışıq. Bu sahədə standartlara cavab vermək üçün müxtəlif kurslara, maarifləndirmə seminarlarına və tə limlərə ehtiyac var. Və bu cür tədbirlər keçirilir. Azərbaycanın digər rayon və şəhərlərində otel, res toran, nəqliyyat və s. kimi sahələr daha ağır vəziyyətdə dir. Əgər başqa ölkələrdə bu xidmətlər sadə görünürsə, burada fərq daha qabarıqdır. Dünyada turizm sahəsin də ən yüksək servis göstərən Türkiyədir. İstənilən hal da, turizmi son illər daha parlaq zirvədə olan bir ölkə ilə Azərbaycanı müqayisə etmək düzgün deyil. D.A.: Beynəlxalq sərgilərdə Azərbaycan necə təmsil olunur? Xarici turistlər nəyə görə Azərbay cana təşrif buyurmalıdır? Axı burada qiymətlər od tutub-yanır! Bunu, yəqin ki, özünüz də bilirsiniz... - Azərbaycan dünyanın turizm xəritəsində yeni ölkə dir. Baxmayaraq ki bizim xalq çoxəsrlik tarixə, mədəniy yətə və ənənələrə malikdir. Bizdə istirahət üçün lazımi bütün şərait yaradılıb, turizmin infrastrukturu daim tək milləşdirilir. Bu haqda biz bütün dünyaya danışmalıyıq. Mədəniyyət və Turizm Nazirliyi illər ərzində bütün dün ya üzrə turizm sərgi və yarmarkalarının əksəriyyətində iştirak edib. Bu cür tədbirlərdə bizim Assosiasiya və ayrıca şirkətlər də iştirak edir. D.A.: Bütün dünyada məşhur olan CNN, “Euro news”, “AlJazeera” və başqa telekanallarda göstə rilən reklam çarxları Azərbaycana turistlərin cəlb edilməsində kiçik rol oynamır. Təkcə bu ilin ilk 6 ayı ərzində Azərbaycana gələn turistlərin sayı 13% ar tıb. Məncə, bura gələn xarici turistlərin yaddaşında yaxşı xatirə qalması üçün onlara maksimum rahat şəraitin yaradılması bizim ən əsas vəzifəmizdir. Ölkədə festivalların, ekstrim idman növləri üz rə ənənəvi yığıncaqların təşkili, eləcə də kulinar şouları, aşpaz və barmenlər üçün ustad dərsləri
32
nin keçilməsi turist axınını gücləndirə bilərdi... Bu istiqamətdə hər hansı bir iş görülürmü? - Əlbəttə, hər bir tədbir bəhrəsini verir. Azərbaycana uzaq ölkələrdən, yaxın qonşulardan mətbəximizə bö yük maraq var. Rusiyanın ORT kanalında belə bir veri liş var: «Хочу знать с Михаилом Ширвиндтом». Stu diyada olan qonaqlardan biri sual verir: “Doğrudanmı, Azərbaycanda gözə bənzəyən yemək var?”. Bu suala görə ORT kanalı, verilişi hazırlayan redaksiya Azərbay cana gəlmişdi. Assosiasiya tərəfindən tanınmış rusiyalı aparıcı Yana Çurikova Bakıya dəvət olunmuşdu. İçə rişəhərdə yerləşən “Köhnə Bakı” restoranının aşpazı Şahsuvar bəylə Yana xanım xəmir yoğurmağa başlayır; çəkilişlər gedir və birlikdə düşbərə hazırlayaraq gözə bənzər yeməyi bişirirlər. Bax, bu, doğrudan da bizim üçün çox böyük təbliğat idi. O düşbərəyə görə, sonra dan Yananın dostlarını da turist kimi qonaq etdik. Sizin diqqətinizi bəzi faktlara yönəltmək istərdim. Mədəniyyət və Turizm Nazirliyi və Turizm Assosiasi yası, dövri olaraq, Azərbaycana xarici jurnalistlər üçün press-turlar təşkil edir; misal üçün, keçən ilin sonun da bizim ölkəyə Rusiyanın aparıcı mətbu orqanları olan “Aeroflot”, “Discovery”, “Cosmopolitan”, “Geo Tra veller”, “Эхо Москвы”, “Новые известия” jurnalları, “Московский Комсомолец”, “Таймаут Москва” qə zetləri, alman və ukraynalı jurnalist və teleaparıcılarının böyük bir qrupu səfər edib. 2009-cu ilin noyabr ayında rus jurnalı “Вокруг света”da “Azərbaycan üzrə bələd çi” adlı məqalə çap olunub. Artıq bu il “Azərbaycan üz rə bələdçi” Paris Nəşriyyat evi “Mondeos” və Britani ya nəşriyyatı “Hedonist Guide” tərəfindən çap olunan “Каталог по Баку” tərəfindən fransız dilində də işıq üzü görüb. Bütün bu işlər ölkəmizin turizm potensialının təbliğatı məqsədilə görülür və öz nəticələrini verir. Bütün bayramlara və festivallara aid isə aşağıdakı faktı göstərmək istərdim. Mədəniyyət və Turizm Nazir liyinin məlumatına əsasən, Novruz Bayramı günlərində Azərbaycana təkcə 150 000 iranlı turist təşrif buyur muşdu! Axın, həmçinin, muğam, caz və klassik musi qi festivalları kimi mühüm mədəniyyət tədbirlərində və böyük idman turnirlərində də müşahidə olunur. D.A.: AZTA-nın Nizam-İntizam Komissiyasının reydləri zamanı hansı şirkətlər cəzalandırılıb? - Lazımi addımlar atılmazdan öncə, nizam-intizam komissiyası monitorinq keçirir. Hər hansı problemə yol verilibsə, qərar çıxarılır, həmin kompaniya Assosiasiya
nın üzvlüyündən azad olunur. Əgər bununla iş dayan dırılmırsa, idarə heyəti tərəfindən cənab nazirə yazılı şəkildə müraciət olunur və nazir öz rəyini bildirir. Bu ilin yayında “Hurkan travel” şirkəti ciddi səhvlərə yol ver mişdi. Əvvəlcədən şirkətə xəbərdarlıq edilməsinə bax mayaraq, vəziyyətin davam etməsinə nazir özü müda xilə etdi və həmin şirkətin lisenziyası geriyə alındı. D.A.: Bu il Azərbaycana gələn xarici turistlərin sayında artım müşahidə olunubmu? Eləcə də “Xə zər-Travel”in xətti ilə ölkəmizə gələn xarici turistlə rin sayında da artım varmı? Əgər varsa, bu artımın səbəbi, sizcə, nədir? - Ölkənin həm daxili turizmində, həm də xarici turiz mində ildən-ilə 13% inkişaf nəzərə alınıb. Göstəricilər Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Statistika Komi təsi ilə birlikdə aparılır. İki gündən çox qalan və iki xid mətdən istifadə edən qonaqlar artıq turist hesab olu nur. “Xəzər-Travel” turizm şirkətində bu göstərici 40%-ə qədər qalxıb. D.A.: Siz turizm şirkətinin rəhbəri kimi başlayıb, bu vəzifəyə gəlib-çıxmısınız. Turist kimi, Azərbay canda və dünyada hansı turist məkanları xoşunu za gəlir? - Azərbaycanın daxili turizmində, xidmətdən tutmuş, təbiətinə, istirahətinə qədər Qəbələ rayonu bütün stan dartlara cavab verir. Şəhərin səs-küyündən uzaq, sakit atmosferdə istirahətə gəldikdə, yəqin ki, mənim dədəbaba yurdum olan Tərtərə yollanardım. Azərbaycanın hüdudlarından kənara çıxdıqda, Ukrayna yalan olar... Çox böyük ehtimalla, Türkiyə ürəyimcədir. Orada yay mövsümündə xidmət servisi səviyyəlidir.... Gün keçirdi. Başımız söhbətə elə qarşdı ki, quşlara atılan güllələrimiz boşa çıx dı. Ona görə yox ki, ov həvəskarı olan cənab Bağı rov sərrast atıcı deyil. Yox! Sadəcə, bizim söhbət dən təngə gələn quşlar onlarla maraqlanan başqa ov həvəskarlarına üz tutdu. Evə əliboş qayıtmağa məcbur olacaqdı Nahid bəy.. Amma bizim üçün əsas olanı mənim “gülləmin hədəfə tuş gəlməsi idi”. Deyəsən, bunun öhdəsindən gələ bilmişdim. Redaksiyanın tapşırığı tam yerinə yetirilmişdi. Həm ziyarət, həm də ki... ziyarət!
P.S.
Gülnaz Qənbərli Foto: Ş.Nəzərli
33
MƏNzərrə
34
Rəssam: Cəbrayıl QULİYEV
35
ƏNƏNƏ
Novruz with
36
биз
AZAD NƏBİYEV, professor, AMEA-nın müxbir üzvü BDU-nun “Folklor” kafedrasının müdiri
A
zərbaycan xalqına ALL AH elə xoşbəxtlik bəxş edib ki, tarixi bilinməyən zamanlar da, təbiətin gəlişi ilə bağlı dünyəvi yaz bayramlarından olan Novruz - bu bayram ərəfəsində xalqı səfərbər edə bilib. Bu, mədəni səfər bərlik idi ki, yüksək etik, estetik dəyərlərin, millətlər, tayfalar, etnoslararası mədəniyyətin formalaşmasın da müstəsna rola malik oldu. Sivilizasiyanın tarixi nə nəzər salsaq görərik ki, insanlıq sinifli cəmiyyət yarandıqdan sonra o qədər də uğurlu yol keçməyib, hər kəs “parçala, hakim ol” mövqeyindən çıxış edib və nəticədə, estetik-mədəni dəyərlər arxa planda qa lıb. Amma Novruz Azərbaycan xalqına, Azərbaycan ərazisindəki etnoslara imkan verdi ki, humanist də yərlərə yiyələnə bilsin, qarşılıqlı məhəbbət və hörmət hisslərini mənəvi dünyalarına qəbul etsinlər. “HÖRMÜZ” YOX, “NOVRUZ”... Novruzun adı ilə bağlı bir çox mülahizələr var. Qay naqlar bəzən bu bayramı müxtəlif qonşularımızın, hətta bəzi dinlərin adı ilə bağlayırlar. Birmənalı olaraq anlamaq lazımdır ki, Novruz bütün dinlərdən və təriqətlərdən əvvəl
37
ƏNƏNƏ
yaranan bayramlardandır. Bu bayramda xalqı birləşdir mək, ümumi əməkdə həmrəy etmək üçün qüvvətli ənə nələr var idi ki, müxtəlif dinlər, təriqətlər tərəfindən Azər baycana məxsus bu bayrama qarşı maraq oyadırdı. Bu mərasimləri özününküləşdirməyə cəhd edənlərdən biri atəşpərəstlər oldu. Beləliklə, zərdüştlər Novruzu özünün küləşdirdilər. Atəşpərəstlər buna qədər mövcud olan öz bayramlarını da cilalayaraq, Novruz adı altında birləşdirdi lər. Bu yaz bayramına zərdüştlüyün Xeyir tanrısı Hörmü zün adını qoydular. Minilliklər arasından süzülən, cilalanan Novruz ərəb istilasına qədər inkişaf dövrünü yaşadı. Xəlifə Müaviyyənin (661 - 680) dövründə Hörmüz bayramı yasaq edildi. Bir müddət Azərbaycanda Novruz gizli, qeyri-rəs mi formada qeyd edildi. Əhalinin ənənələrə bağlılığını gö rən islam xadimləri xəlifələrə müraciət edərək, bayramın bərpa edilməsini istədilər. Əl-Biruni yazır: “Alimlər xəlifəni inandırdılar ki, Hörmüz, əslində, yaxşı bayramdır, siyasətə və ideologiyaya bağlılığı yoxdur, xəlifə və ərəb istilalarına qarşı çıxmır. Üstəlik, bayramda bütün xalq xəlifəyə təzim edir, onu xatırlayır, onun üçün dua edir”. Beləliklə, xəlifə (Əbdülməlik (685 - 705) və ya I Vəlid (705-715) - red.) bay ramın keçirilməsinə icazə verdi, amma Hörmüz yox, Nov ruz, yəni “yeni gün” adı ilə. Novruzun mahiyyətcə insanlar arasında səfərbərlik gücünə malik olduğunu anlayan digər
38
xəlifələr bu bayramın daha geniş arealda keçirilməsinə şərait yaratdılar. NOVRUZUN BÜTÜN RİTUALL ARINI AZƏRBAYCAN XALQI YAR ADIB! İstər Biruni, istərsə İranın elm xadimlərinin əsərlərin də Novruzun nə vaxt yaranması və kimə məxsus olması haqqında heç bir mülahizə yoxdur. Əsas fakt odur ki, Nov ruz tam formatda, yəni bu gün keçirilən özünün ilkin əzəli formasında yalnız Azərbaycanda yaşadılır. Konkret olaraq bizdə bütün rituallar, ayrı-ayrı ayinlər, su, od, yel, torpaq çərşənbələri ilə bağlı şənliklər, demək olar ki, heç bir də yişikliyə uğramayıb. Bir sıra oyunlar, tamaşa mədəniyyəti nümumnələri, rituallar, 4 çərşənbə ilə bağlı adətlər, dün yanın Novruzu bayram edən xalqları içində yalnız Azər baycanda tam qorunub-saxlanıb. Məsələn, İranda ancaq axırıncı, Su çərşənbəsi ayrıca qeyd edilir. Digər tərəfdən, Azərbaycan dünyanın 5 ən qədim antropogen zonasın dan biridir, bizim Azıx mədəniyyətimiz, azlıxantropumuz var. Bu, Novruzun qeyd edildiyi ölkələr ərazisində ilk və ən qədim insanın antropoloji strukturudur. Bu kontekstlə yanaşsaq, birmənalı demək olar ki, Novruzun bütün ritu allarını Azərbaycan xalqı yaradıb. Novruz mərasimlərinin ilkin ekspertizası da bunu təstiq edir.
BU AMİL SONR ADAN AVROPADA TEATR ƏNƏNƏLƏRİNİN ƏSASINI QOYDU Novruz personajlarından Keçəl və Kosa təbiətlə mü qayisədə yaranıb. Qışın əməkçi insana verdiyi əziyyət, bu fəslin zülmkar xarakteri, bu mübarizə Keçələ, Kosaya keçirilib və bu, ilkin ibtidai təsəvvür deməkdir. Bu ilkin ta maşa mədəniyyət nümunəsi hesab edilir. Təbii ki, bu amil sonradan Avropada teatr ənənələrinin əsasını qoydu. Ümumilikdə, bu gün Avropada ənənələrin bir çoxu Şərq dən keçib, qoca qitənin ictimai fikrinə, fəlsəfəsinə də Şər qin təsiri böyuk olub. Məsələn, oyun ən qədim mədəniyyət detalıdır. Novruz da oyun-tamaşa mədəniyyətindən kənar deyil; atüstü, otüstü oyunlar, qılıncoynatma, kəməndatma. Bütün bunlar Avropaya bizdən keçib, əsrlər sonra indi Av ropadan bizə qayıdır. Məsələn, hokkey bizim çovkan oyu nunu, rapira bizim qılıncoynatmanın müasir formasıdır ki, Avropadan təkrar özümüzə qayıdır. Novruzun digər əhəmiyyətli parçası hesab edilən əy ləncə tamaşa insanların qovuşması üçün başlanğıc mər hələ idi; onları vəhşilikdən uzaqlaşdırıb estetik zövqə, estetik hisslərə qovuşdururdu. Dünyada Novruzdan da ha qədim ənənələrə məxsus müvafiq analogiya olmadı ğı üçün əminliklə demək olar ki, insanlığın özünü psixoloji dərketməsinin ilkin mərhələsinin ilk nümunəsi bizim folk lordadır.
BU XONÇA DÜNYADIR! Bütün bayramlar, mərasimlər onu yaradan xalqın hə yatında, müxtəlif mədəni sahələrdə öz izlərini qoyub. Bu istiqamətdə Novruz süfrəsinin astroloji təsəvvürlərin bən zərsiz xəritəsinin hesab olunmasını xüsusi qeyd etmək lazımdır. Burada düşüncələr şirniyyata keçib. Ağ Quba bükməsi – kəhkəşanın, üçbucaqlı, doqquz qatlı paxlava yaradılışın şəkərbura onbeşgünlük ayın rəmzidir. Bütün bunlar isə dəyirmi sinilərdə düzülən xonçada cəmlənir. Xonçaya, hətta ehtiyacı olan insanlar üçün geyim də qoyu lurdu. Buna görə də imkanı olan-olmayan hər kəs Novruz nemətlərindən dada, bayramı qeyd edə bilərdi. Xonçalar müxtəlif ünvanlara - qocalara, xəstələrə, nişanlı qızlara, qohum-qardaşa göndərildiyi üçün rəngarəng olurdu. Nov ruz süfrəsi müqəddəs hesab edilir və əsasən, şirniyyatdan hazırlanırdı. Xonçaya maldarlıq və əkinçiliklə bağlı 7 növ xüsusi nemət qoyulardı ki, bu da dünyaya sülh, insanlara sağlamlıq arzulanır, bu da gələn ilin bolluğu üçün xüsu si ritual hesab edilirdi. Norveçli dünyaşöhrətli səyyah Tur Heyrdal Azərbaycana 2 dəfə gəlib, mən onu müşayiət edən insanlardan idim. Qobustanda o, qaval daşına qulaq asdı, daha sonra Novruz ərəfəsi olduğu üçün ona xonça gətirdilər. Təəccübləndi ki, bu nədir? İzah etdim, bayram rəmzidir. O, xonçaya baxdı və diz çokdü: “Bu xonça dün
39
ƏNƏNƏ yadır, boyalı yumurta - törəniş, noğul – ulduzlar, səməni – yazın gəlişi. Siz nə qədər böyük xalqsınız. Mən heç bir xalq tərəfindən dünyanın belə zəngin təsvir edildiyini gör məmişəm”. BELƏ UNUDULMUŞ MƏR ASİMLƏRİN SAYI 20-dən ÇOXDUR! Son zamanlar bəzi ənənələr məlum olmayan səbəb lərdən tədricən itməkdədir. Məsələn, Qubada su çərşən bəsində insanlar səhər lal suya gələr, dərdlərini danışar, çarə tapardılar. Sonra qurban kəsərdilər, şadlıq edərdilər. İndi bu ənənə qalmayıb. Şamaxıda isə çoban 50 qoyun götürüb sayaçı nəğmə ləri oxuya-oxuya kəndə girər, qoyunlu evlərdən 1 qoyun alıb sürüsünə qatar, qoyunsuz evlərə bir heyvan bağış lardı və bununla da tarazlığı bərpa edərdi. Təəssüf ki, bu ənənə də unudulub. Apardığımız hesablamalara görə, be lə unudulmuş mərasimlərin sayı 20-dən çoxdur. DEYİLƏNƏ GÖRƏ, HƏMİN ƏTİRDƏN CƏNNƏT QOXUSU GƏLƏRMİŞ! Novruzda ev işləri, təmizlik, biş-düş xanımların; hə yət-bacanın təmizliyi, arxların təmizlənməsi, su getməyən yerə arx çəkilməsi kimi işlər isə kişilərin üzərinə düşər. Novruz həm də Azərbaycan xanımlarının ikinci bayramı hesab edilərmiş. Belə ki, minillərboyu martın 5-ni İsfən dərməz bayramı, qadınlar günü kimi qeyd ediblər. Hə min gün bütün qadınlara bitmişik gülündən çəkilmiş ətir hədiyyə edərdilər. Həmin ağ çiçək martın əvvəlində qar üstündən çıxardı; təəssüf ki, indi bu çiçəyə və onun ətrinə rast gəlinmir. Deyilənə görə, həmin ətirdən cənnət qoxusu gələrmiş. Bitmişik gülündən ətir qadınlara bir də Novruzda hədiyyə edilirdi. Onu da qeyd etmək lazimdır ki, Novruz Azərbaycanda gender bərabərliyini daim özündə əks etdi rən ən mühüm vasitə olub. Məhz bu bayramda qadınlar da kişilərlə bərabər oyunlarda, tamaşalarda iştirak edərdilər. Novruz bu gün artıq UNESKO-nun “Qorunan İrs” si yahısına salınıb. Ötən il isə BMT Baş Məclisində martın 21-ni - Novruz günü kimi qeyd etmək barədə qərar qəbul olundu. Düzdür, hələlik cəmi 5 dövlət bu qərara qoşulub. Amma proseslər onu göstərir ki, Novruzun beynəlxalq sə viyyəli bayrama çevrilməsi artıq uzaq olmayan reallıqdır.
Əzim Əzimzadənin əsəri
40
41
ƏNƏNƏ
ƏNƏNƏ
42
Novruz Bayramы №1 olub, var vя olacaq!
T
ürklərin ən qədim bayramlarından olan Nov ruz təqvimlə mart ayının 20-21-22-də keçiri lir. Bu bayram bolluq, firavanlıq etiqadları ilə bağlı olub, yazın gəlişini müjdələyir. Ta rixin sınaqlarından məharətlə çıxaraq, dövrümüzə gə lib-çatan Novruz Bayramı, adət-ənənələri, yaranması haqqında bir cox əsatir və miflər mövcuddur. Ən ge niş yayılmış mif belədir: “Mağarada yaşayan Oğuz oğlu soyuq qışdan yaman qorxardı. Ona görə də hər il qışa güclü ərzaq tədarük edərdi. Bir il qış uzun çəkdi. Onun ərzaq ehtiyatı tükəndi. Çarəsiz qalan Oğuz oğlu yeməyə bir şey tapmaq üçün bayıra çıxmalı olur. Heç nə tapmır. Geri qayıdanda bir qurd balasına rast gəlir. Onunla söhbət edir və vəziyyəti başa salır. Oğuz oğlunu dinləyən qurd balası deyir ki, irəlidə ki bir yolayırıcında səni bir sürü qoyun, bir qucaq sünbül, bir cəhrə, bir də əl dəyirmanı gözləyir. Onları özünlə gö tür. Qoyunu kəsib ətini yeyər, yunundan cəhrədə ip əyirər, paltar tikər, dərisini də tikib əyninə geyinərsən. Sünbülün dənini əl dəyirmanında çəkib, unundan çörək bişirərsən, yaza çıxarsan. Ancaq gərək sünbülü və qoyunu özün artı rasan. Quzuları göz qabağında böyüdüb, sünbülün dənini yerə səpib, alın təri ilə onu suvararsan. Dediklərimi etmə sən, yaşamaq sənin üçün çox çətin olacaq. Oğuz oğlu yolayırıcına gəldi. Qurd balası haqlı idi. Oğuz oğlu onun dediklərinə tək-tək əməl etdi. Ona bir bol luq üz verdi ki, gəl görəsən. Həmin ildən Oğuz oğlu bütün ili işlədi. Qurd balasına rastladığı həmin tarixdən – böyük çillənin otuzuncu günün dən etibarən isə bayram hazırlığına başladı. İlin axır dörd çərşənbəsini yedi, içdi, çaldı, çağırdı, qohum-qardaşla bayramlaşmağa, təbrikə getdi. Oğuz oğlu ilin başlanğıcını o gündən hesabladı. O günə Novruz adını verdi. Bayram etməyə başladı. Novruz ona bərəkət və uğur gətirdi. Başqa bir türk mifində isə Novruz ilk insan övladının dünyaya gəldiyi gün hesab edilir. Əski türk təqvimi hesab
lamaları isə həmin günü Adəmin dünyaya gəldiyi gün kimi təqdim edir. Novruz bir tarixi hadisə ilə də əlaqələndirilir. Rəvayət olunur ki, İran və Turan övladı Keykavusun oğlu Səyavuş (“Avesta”da Siyavarşarap) Əfrasiyabın ölkəsinə gəlir. Əf rasiyab onu yaxşı qarşılayır. Hətta qızını ona ərə verərək, qohum və yaxşı dost olur. Səyavuş Əfrasiyab ölkəsində özündən yadigar Buxara hasarını tikdirir. Lakin düşmənlə ri onların arasını vurmağa nail olurlar. Bundan sonra Əfra siyab Səyavuşu öldürtdürüb, Buxara hasarının üstündən atdırır. Atəşpərəstlər isə onu Şərq qapısı ağzında dəfn edirlər. Həmin dövrdən xalq arasında Səyavuşun adı ilə bağlı yaranan mərsiyyələr onun dəfn edildiyi günün Nov ruz adlandırıldığını göstərir. Məlum olur ki, həmin tarixdən atəşpərəstlər bugünü təzə ilin ilk günü kimi qeyd etməyə başlayıblar. Novruz qədim mənbələrdə Ə.Firdovsinin “Şahnamə”sində, bayramın, İran təqvimi nə görə, ilk ay olan martın əvvəllərində keçirildiyi göstə rilir. N.Gəncəvinin “İsgəndərnamə”sində və Ə.Nəvainin “Səddi-İsgəndər”ində bizim eradan 350 il əvvəl Novruzun türk xalqları arasında böyük xalq bayramı kimi keçirildiyi göstərilir. Təsadüfi deyil ki, “İsgəndərnamə” əsərində İs gəndərin Bərdə hökmdarı Nüşabəyə qonaq gəldiyi gün elə Novruz Bayramı günü idi. Atəşpərəstlərdə Novruz Atəşpərəst dünyagörüşünə görə, Novruz insan yara dılışının dörd rəmzi olan Su, Od, Yel və Torpağa bağlı idi. Zərdüştlük Novruzun od-atəş etiqadı əsasında bayramlar silsiləsini yaratdı. Axır çərşənbələrdən hərəsi bir rəmzin adını daşıyır. Zərdüştlərin qanun kitabı olan “Avesta”da Novruz Bayramı, onun etiqad və ayinləri, bayram süfrəsi nin simvolları əks olunur. Aynur Talıbova
43
ƏNƏNƏ
A
ristotel deyirdi ki, mənə istinad nöq təsi verin, ayı yerin dən tərpədim. Əsr lərboyu xanımlara da məhz elə bir istinad nöqtəsi lazım olub ki, Yer planetini yerindən oy natsınlar. Belə bir dayaq nöqtə sini tapmaq üçün qadınlara nə az-nə çox, düz, 7 min il vaxt la zım oldu. Sinifli cəmiyyətin ya randığı gündən bəri axtarışda olan zərif cinsin nümayəndə ləri həmin istinadgahı, nəhayət ki, 8 Martda tapdılar.
“KAPİTALİST DÜNYASI” 50 İLDİR BU BAYR AMI TƏMTƏR AQLA QEYD EDİR 1966-cı il mart ayının 5-də Mərkəzi Te leviziya və Radio vasitəsilə SSRİ rəhbəri Leonid Brejnevin “Sovet qadınına müraci ət”i yayımlandı. Kommunizm quruculuğun da qadınların rolunu dönə-dönə vurğulayan
44
çıxdı, dərd çıxdı
“dahi rəhbər” zəhmətkeş xanımların qarşısına əliboş çıxma mışdı. Pafosdolu müraciətinin sonunda rəhbər özünün im zaladığı sərəncamı oxudu; məzmunu bundan ibarət idi ki, cari ildən etibarən, mart ayının 8-i SSRİ-də Qadınlar günü kimi qeyd ediləcək. Təbii ki, “dahi lider”in “böyük əta”sı bü tün Sovetlər Birliyini “titrətdi”, hətta göz yaşlarını saxlaya bilməyən kövrək kommunist zəriflər də tapıldı. Ömrünün 77ci ilini yaşayan və ixtisasca müəllimə olan Bakı sakini Sara İbrahimova həmin günü yaxşı xatırlayır: “İndi sizin dillə de sək, bu qərar hamımızda şok yaratmışdı, hətta bəzilərimiz elə düşünürdük ki, artıq 80-ci illərə vəd edilən kommunizm qadınlar üçün indidən quruldu. Amma haradan biləydik ki, “mənfur kapitalist dünyası” 50 ildir, bu bayramı təmtəraqla keçirir”. Düzdür, bu bayram Rusiya ərazisində ilk dəfə 1913cü ildə ayrı-ayrı təşkilatlar, cəmiyyətlər səviyyəsində qeyd edilib. Oktyabr inqilabından sonra, təbii ki, bütün “burjua cə miyyətləri” bağlandı. Amma Sovetlər Birliyi 8 Mart qarşısın da yalnız 49 il, yəni 1966-cı ilə qədər davam gətirə bildi.
KİŞİLƏRLƏ BƏR ABƏR ƏMƏK HAQQI! 1857-ci il martın 8-də Nyu-Yorkun tikiş fabriklərinin birin də ağır iş şəraiti, əməkhaqlarının azlığından cana gələn bir qrup tikişçi qadın işləməkdən imtina edir və əllərində par çalar küçəyə çıxırlar. Qadınların primitiv tələbləri sırasında xüsusilə bir məqam diqqət çəkirdi – kişilərlə bərabər əmək haqqı! Məsələnin gedişatı ilə bağlı müxtəlif versiyalar ortaya
atılıb, amma aksiyanın konkret hansı nəticələrə gətirib-çı xardığı barədə dəqiq məlumat yoxdur. 1908-ci il mart ayı nın 8-də Nyu-Yorkun sosial-demokrat qadın təşkilatı oxşar tələblərlə yenidən aksiya keçirir. Amma bu dəfə 14-15 tikişçi ilə yox, 15 000 qadınla. Bu dəfə zərif cinsin nümayəndələri bir addım da irəli gedərək, kişilərlə bərabər seçki hüququ tələb edirdilər. Bu dalğanın təsiri sovuşmamış, 1909-cu ildə ABŞ-ın Sosialist Partiyası ilin bir gününü qadınların bayra mı kimi qeyd etməyi təklif etdi. Müzakirələrdən sonra qərara alındı ki, hər il fevralın son bazar günü qadınların bayramı kimi qeyd olunsun. Beləliklə, həmin ilin fevralın 28-də Ame rika qadınları özlərinin ilk bayramlarını qeyd etdilər. Bu dalğa tezliklə Avropa ölkələrini də vurdu, Almaniya, Avstriya, Dani marka, İsveç 19 mart, Norveç, Finlandiya 12 mart, Fransa 2 martı qadın günü kimi təqvimə saldı. Amma fərqli təqvim günləri həmrəyliyə imkan vermirdi. Almaniya və ümumilikdə, Avropa sosializminin anası – Klara Setkin bu boşluğu duydu və onun səyləri nəticəsində 1914-cü ilən etibarən, 1857-ci il Nyu-Yorkda qadınların tətilinin xatirəsinə 8 Mart Beynəlxalq Qadınlar Günü kimi qeyd edilməyə başlandı.
KİŞİLƏR, NƏHAYƏT, 365 GÜNDƏN BİRİNİN QADINLAR A AYRILMASINA RAZILIQ VERDİLƏR 8 Mart illər ərzində beynəlxalq səviyyədə qeyd olunsa da, məsələyə BMT çərçivəsində 1975-ci ildə baxıldı. Hə min il dünyada “qadın ili” elan edilmişdi. Bu çərçivədə Baş Məclis 8 Martın beynəlxalq səviyyədə qeyd olunması üçün
45
ƏNƏNƏ qətnamə hazırlamağı qərara aldı və 1977-ci ildə sənəd üzvlərə təqdim olundu. 1976-85-ci illər isə qadın dekadası elan edildi. Beləliklə, Nyu-Yorkda tikiş fabrikin dəın başlanan yol 120 il sonra, elə Nyu-Yorkdaca məntiqi sonluğuna çatdı. Kişilər (o dövrdə Baş Məclisdə 1 nəfər də xanım təmsil olunmurdu), nəhayət, 365 gündən birinin qadınlara ayrılmasına razılıq verdilər. KLAR A SETKİN: «AZƏRBAYCAN QADINI, KÜTLƏŞDİRİCİ ŞƏR AİTƏ BAXMAYAR AQ, HÜQUQLARINI ƏLDƏ ETMƏK BAXIMINDAN DÜNYAYA ÖRNƏK OLA BİLƏR” Bu illərdə Rusiya imperiyasının, daha sonralar Sovetlər Birli yinin ayrılmaz parçası olan Azərbaycan da proseslər dən kənarda qalmamışdı. Təsadüfi deyil ki, xanım Setkin özü Azərbaycan qadınının bu mübarizədə rolunu yüksək qiymətləndirmişdi. Əfsuslar olsun, Klara Setkinin Azərbaycan səfəri barədə məlumat lar, demək olar ki, yox səviyyəsindədir. Üstəlik, bu istiqamətdə araşdırmalar da aparılmayıb. Bildiyi miz odur ki, Klara Setkin 1924-cü ildə Bakıda sə fərdə olub. Paytaxtda Əli Bayramov adına klubda Azərbaycan qadınları ilə görüşüb, onların prob lemləri ilə maraqlanıb, bu klubu isə «inqilabi qüv vələrin toplanış məntəqəsi» adlandırıb. «Qafqaz od içində» kitabında o yazırdı: «Azərbaycanın müsəlman qadınları son əsrlərboyu, həyatın küt ləşdirici şəraitinə baxmayaraq, insanlıq ləyaqəti və insan hüquqlarını əldə etmək baxımından bütün dünyaya örnək ola bilər”. Bəhruz Heydəri
Sə n d em ə... • • • • • •
46
merika sosioloqlarının araşdırmalarına görə, 8 Mart üçün ən yaxşı hədiyyə gül imiş. Xüsusən də səbət A də sadə bəzədilmiş gül çələngi... Ev xanımları və sıravi dövlət qulluqçuları olan xanımlar hədiyyə olaraq şirniyyatı məmnuniyyətlə qəbul edirlər. Bir qutu konfeti onlara bağışlayacağınız gül buketinə əlavə etmək yerinə düşər. 25-50 yaş arası rəhbər qadınlar, onlara hədiyyə olaraq, zinət əşyaları alınmasını sevir. İctimai mövqeyindən və sosial statusundan asılı olmayaraq, qadınların 5 %-i hədiyyə olaraq restorana dəvət edilmələrini arzulayır. Qadınların 15 %-i hədiyyə əvəzinə, onlara pul verilməsini arzulayır. Buraya fəhlələr və pensiyayaşlı qa dınlar daxildir. Nə qədər qəribə olsa da, qadınların 6 %-i əks-cinsdən hədiyyə qəbul etməyi sevmir.
reklam
ELM DÜNYASI
NANO TEXNO LOGİYA Son kəşflər nə vəd edir? Son 2-3 əsr elmi tərəqqinin sürətli inkişafının ən məh suldar dövrü hesab olunmalıdır. Bu müddət ərzində bəşə riyyətin inkişafında insan həyatını əhəmiyyətli dərəcədə dəyişən bir çox elmi sıçrayışlar baş verib. Ötən tarixi za manları həmin kəşflərin adı ilə bağlayırlar. NANOtexnologiyaya doğru… XX əsrin I yarısında Yaponiyanın Herosima və Naqasa ki şəhərlərində partladılan iki atom bombası insanın mad dənin ən kiçik hissələrinə, atomuna nüfuz edə bilməsinin
48
və bu yolla tarixdə ən böyük enerjinin əldə olunmasının göstəricisi idi. Ona görə də bu əsrin atom əsri adlanca ğı güman edilirdi, lakin cəmi iki onillikdən sonra insanın kosmosa yol açması bu ada ikinci bir şərik yaratdı: kos mos əsri. Əsrin sonlarına yaxın isə texnologiyaların sürətli inkişafı yeni bir termin yaratdı - kompyuter əsri. Cəmi bir yüzillikdə insanların əldə etdikləri nailiyyətlər ən cəsarətli proqnozları və xəyalpərəstlərin təxəyyülünü belə ötüb-ke çirdi. Artıq hansı kəşflərin həyatımıza daha çox təsir edəcə yini proqnozlaşdırmaq çox böyük çətinlik yaradırdı. Kimya və fizika sahəsində alimlərin atom səviyyəsində kəşfləri biologiya sahəsində də hüceyrə daxilinə müdaxilə olun ması ideyasını ortaya qoydu və genetika sahəsində elmi kəşflər yüksək sürətlə önə çıxmağa başladı. Ən praqma tik və nikbin alimlərin belə artıq elmi kəşflərin tükəndiyini hesab etdikləri zamanda, genetika sahəsində əldə olunan kəşflər insanın canlı aləmlə təmasına tam fərqli və mö cüzəvi münasibət yaratdı. Kimya və fizikada olduğu kimi, canlı aləmdə də mikrohissəciklərə nüfuz edilməsi alimlə rin fəaliyyət məkanını makroaləmdən mikroaləmə keçir di. Bu ideyanın müəllifi isə məşhur amerikalı fizik, Nobel mükafatı laureatı Riçard Feynman idi. O özünün “Aşağıda yer çoxdur” məqaləsində atom və molekul səviyyəsində baş verən proseslərin məkanında həddən artıq geniş və külli miqdarda boş yerlərin olduğunu deyirdi. Feynmanın fikrincə, biz həmin yerlərə daxil ola, atom və molekulları həmin yerlərə istədiyimiz kimi düzə bilsək, imkanları qey ri-məhdud olan texnologiyanın əsasını qoya bilərik. Bu nunla da Feynman sanki elmi kəşflərin tükəndiyini hesab edən alimlərə çağırış etdi: “Dayanın! Hələ kəşf ediləsi çox şey var”. Bu ideyanı keçən əsrin 80-ci illərində atom qüv vət və skayner mikroskoplarının kəşfindən sonra reallaş
dırmaq mümkün oldu. Feynmanın ideyası, eyni zamanda, nanotexnologiyanın əsasını qoydu. Nanotexnologiya nədir? Nanotexnologiya 0,1-100 nanometr ölçüdə hissəcikləri və bu səviyyədə baş verən fiziki, kimyəvi və bioloji ha disələri öyrənir (1 nanometr (1nm) metrin milyarddabirinə bərabərdir). Müqayisə üçün onu da qeyd edək ki, insan tü künün diametri 5000 nm.-dir. Nanotexnologiya termin kimi ilk dəfə 1974-cü ildə yapon fiziki Norio Taniquçi tərəfindən işlədilib. Nanotexnologiya, sadəcə, nanoölçülü hissəciklərin, materialların, məhsulların hazırlanması deyil, həmçinin, kimya və materiallar, yeyinti və biotexnologiya, elektronika və materiallar sənayesini, elmin və texnikanın, demək olar ki, bütün sahələrini əhatə edən son dərəcə incə bir tex nologiyadır. Bu texnologiya artıq cisimlərlə deyil, onların tərkib hissələri olan atomlarla işləyir. Onu da qeyd edək ki, nanotexnoloji araşdırmalar kimya və fizika elmlərinin əsasında aparılır. Hələlik bu texnologiya insan fəaliyyəti nin bütün sahələrini əhatə etməsə də, bu çox yaxın gələ cək üçün planlaşdırılır. Ağlasığmaz kəşflər gözlənilir Sənaye sahəsində yaxın zamanlarda nanotexnologi ya əsasında yeni robotlar yaradılacaq ki, bu robotlar da atomdan istənilən əşyanı hazırlaya biləcək. Molekulyar robotlar kənd təsərrüfatı bitkiləri və heyvanlarının əvə zinə qida məhsullarını özləri hazırlayacaqlar. Məsələn, inəyin iştirakı olmadan südü birbaşa olaraq otdan almaq mümkündür. Nanotexnologiyalar ekoloji mühiti də sabit ləşdirmək iqtidarındadır, planet bu texnologiyanın tətbiqi ilə ətrafı zəhərləyən tullantılardan azad olacaq. Məsələn, avstraliyalı alimlər qarğıdalı nişastası tərkibli polimer ma terialdan çox əlverişli plastik qablar düzəldiblər. Bu qablar bir müddətdən sonra öz-özünə əriyərək heç bir çirklənmə yə səbəb olmur. Eyni zamanda, nanorobotlar digər pla netlərdə insanın yaşaması üçün mühit yaradacaq. Nanotexnologiya hərbi əməliyyatların da xarakterini dəyişəcək. Bu özünü silahlanmada, silahlarda, müdafiə geyimlərində və s. büruzə verəcək. Təqribən, 200 mikron ölçüdə olan gözəgörünməz silah – “həşərat” insanların bədəninə zəhər yeridərək onları məhv edə bilər. 50 mil yard sayda bu cür silah, hətta bütün planeti məhv etmə yə bəsdir. Bu sayda silahı isə bir çemodana yerləşdirmək mümkündür. Nanotexnologiya əsasında yaradılan silahlar çox güclü olacaq, onların güllələri isə hədəfi özü axtarıb-
taparaq məhv edəcək. Nanotexnologiyanın istifadə sferası qeyri-məhduddur. Nanotexnologiya avtomobil həvəskarlarını da unutmayıb. Artıq minik maşınları üçün nanohissəcik tərkibli elə rəng lər alırlar ki, bu rənglər su buraxmır, çirklənmir, cızılmır, parıldayır və günün müxtəlif vaxtlarında maşın müxtəlif rənglərdə görünür. Digər bir sevindirici xəbər isə ondan ibarətdir ki, bu gün normal maşının hərəkəti üçün 10-15 litr benzin lazımdırsa, çox yaxın gələcəkdə bu, 1 litrdən də az olacaq və təbii ki, mühərrikin gücü də artacaq. Yuxarıda sadalanan inanılmaz və əfsanəyəbənzər kəşflərin reallaşması üçün yeganə problem qeyri-üzvi aləmlə üzvi aləm arasında ötürücünün kəşf edilməsidir və bu kəşfin yaxın zamanlarda reallaşması şübhə doğurmur. Bu ötürücünün kəşfindən sonra təsəvvürə sığmayan kəşf lər reallaşacaq. Təsəvvür edin, beynə mikroçip yerləşdirib ona proqram verməklə 1-2 saata insanın 2-3 dildə sərbəst danışmasına nail olmaq mümkündür. Bu gün sağalmaz olan xəstəliklər çox adi bir şeyə çevriləcək. İqtisadiyyat, istehsalat kökündən dəyişəcək və çox ucuz vasitələrlə daha böyük nəticələr əldə olunacaq. Ekoloji çirklənmə problem xarakteri daşımayacaq. Bir sözlə, nanotexnologi ya insanın həyat şəraitində dəhşətli dərəcədə böyük, ina nılmaz və ağlasığmaz dəyişikliklərə səbəb olacaq. Bu sahədə azərbaycanlı alimlərin də fikirləri özünə məxsusluğu iə diqqət cəlb edir. Məlumat üçün bildirək ki, bir neçə il öncə nanotexnologiyalar üzrə mütəxəssis Kamil Qasımlı insan kimi düşünüb-davrana bilən və heç vaxt insana hücum etməyəcək androidlərin istehsal nə zəriyyəsini hazırlamışdır. Bu nəzəriyyə əsasında “Amster dam” Tədqiqatlar Mərkəzi tərəfindən süni intellektə ma lik android və kiborqlar olan ilk virtual uşaqlar hazırlanıb. “Ekki” adlı bu virtual varlıq bir həftə ərzində çağadan 18 yaşlı gəncə dönür. Onun böyüməsi və tərbiyəsi ilə “MSN Messenger” texnologiyası vasitəsilə iki şəxs - ata və ana məşğul olur. Nanotexnologiya sahəsində Azərbaycanda da inten siv işlər gedir. Yaxın gələcəkdə nanotexnologiya məhsul larının ölkəmizə də daxil olacağı proqnozlaşdırılır. Artıq BDU-da bu sahə üzrə kadrlar hazırlanır, müasir laborator səviyyədə müxtəlif hissəciklər alınır, onların fiziki və kim yəvi xassələri öyrənilir və s. Ölkədə elmi-texniki tərəqqinin inkişafına və tətbiqinə, yeni texnologiyaların gətirilməsinə böyük diqqət yetirilir. Ümid edək ki, bir neçə ildən sonra Azərbaycan nanotexnologiyalar sahəsində lider olan ABŞ və Yaponiya ilə rəqabətə hazır olacaq.
49
ÇƏRÇİVƏYƏ MƏHKUM OLUNMUŞLAR
“Шяbi-hicran”. MADE ИN
50
ЯMИRCAN
Ö
mrünü qızıl-gümüşdən məmulat hazırlama ğa sərf edən sənətkarlar var. Onlara ZƏR GƏR deyirik. Həyatını söz düzüb-qoşmaqla keçirən şəxs lər mövcuddur. O kəsləri ŞAİR çağırırıq. Bir də ŞAİRin ZƏRGƏR kimi düzüb-qoşduğunu ilmə lərə həkk edən RƏSSAM yaşayır aramızda. Onun adını isə öz xahişi ilə, sadəcə, “xalçaçı-rəssam” yazırıq. Bu, sadəlik, təvazökarlıqdır. Təvazökarlıq isə ucalıq, böyüklük nişanələrindəndir. Bütün bunlar yaradıcılıq emalatxanası Bakıda – İçəri şəhərin dar küçələrinin birində yerləşən və bu ünvandan geniş dünyaya işıqlı ilmələrin möcüzəsini ünvanlayan Hacı Eldar Mikayılzadəyə aiddir. Uşaqlıqdan rəsmə meyilli olub. Ona görə də ilk ixti
sas təhsilini “Əzimzadə məktəbi”ndə alıb, sonra təhsilini artırmaq üçün Moskvaya gedib; orada olarkən mərhum Lətif Kərimovla rastlaşıb və onun təkidi-təklifi ilə Azərbay can Dövlət İncəsənət İnstitutunda oxuyub. Hələ tələbəlik illərində M.Füzuli şeirinin motivləri əsasında “Şəbi-hicran” adlı xalça yaradıb. Eldar Mikayılzadə Əmircanda (Xilə kəndi) yaşadığı il lərdə Səttar Bəhlulzadə ilə sıx təmasda olardı. Bu ün siyyət sonralar qüdrətli sənətkarı onun mənəvi müəllimi səviyyəsinə çatdırdı. Görkəmli sənətkar Lətif Kərimov gənc Eldarı xalça “dünyası” ilə tanış edərək, onun sənət müəllimi oldu. Xarakteri və yaradıcılığı iki tükənməz qaynaqdan qida lanan E.Mikayılzadənin adı xalçaçı-rəssam kimi 1991-ci ildən etibarən İngiltərə, Rusiya, Türkiyə, Fransa və Belçi
51
ÇƏRÇİVƏYƏ MƏHKUM OLUNMUŞLAR ka kimi ölkələrdə səslənməyə başlanıb, xalçaları nüma yiş etdirilib. Bununla yanaşı, Səudiyyə Ərəbistanı, Fransa, ABŞ, İtaliya, Küveyt və Türkiyənin bir sıra kolleksiyaların da rəssamın işləri qorunur. Təxminən, bir il əvvəl Bakıda – Muzey Mərkəzində rəssamın “Dahilərə ithaf” şərti adı ilə sərgisi keçirildi. Xalçaçı-rəssam Hacı Eldar Mikayılzadə ilə söhbətimiz onun emalatxanasında baş tutdu. - Hacı, xalçaçılıq axı pullu sənət deyil... Yoxsa səhv edirəm? - Hər şey niyyətlə bağlıdır. Niyyətin hər vasitə ilə pul qazanmaqdırsa, onu qazanacaqsan. Yox, əgər sənəti se virsənsə, özünü buna həsr etmisənsə, çoxlu pulun olma yacaq. Amma ac da qalmayacaqsan. Bir tikə çörəyini Al lah həmişə yetirər. - İşlərinə yüz dəfə baxmışam, indiki yüz birincidir. Deyirəm, Hacının işləri bu qədər gözəldir, görəsən, çox düşünməsinin nəticəsidir, yoxsa ilham onu belə işlədir? - Yox, əvvəl Allahın göndərdiyi ilhamdır. Düşüncə onun dalınca gəlir. Düşüncə ilhamdan asılıdır, əksinə deyil. Bir
52
iş də var ki, əgər sənət əsəri insanı düşündürmürsə, on da o, sənət əsəri yox, adi evi bəzəyən bir əşyadır. Xalqı xalq, milləti millət eləyən düşüncə tərzidir. Sənət də özlü yündə düşüncənin ən unikal təqdimetmə vasitəsidir. - Xalçalarının hamısında bir ürfan, ədəb-ərkan var. Amma bizim rəssamlarımızda bu, nadir məziyyətdir... - Vallah, başqalarını deyə bilmərəm, amma mənim üçün dediklərin vacibdir. Əvvəla, ürfan ruhun tərbiyəsidir. Tərbiyə isə, qardaş, qorxu ilə yox, sevgi ilə başa gəlir. Va lideyn uşağını sevə-sevə tərbiyə edir. Uşağın ata-anasın dan aldığı tərbiyə də onlara olan məhəbbətinin qədərin dədir. Bu mənada harada unudulmaz sənət - orda ürfan! - Şəxsiyyətlərə həsr etdiyin xalçaların da var. Xal ça ömrü şəxsiyyətin şöhrətini uzatmaq üçündü?.. - Sənət şəxsiyyətə xidmət edəndə, onun ömrü həmin şəxsiyyətin ömrü qədər olacaq. Bir dəfə İncəsənət Muze yinin arxivinə getmişdim, zirzəmidə xalşa üzərində xeyli portret gördüm! Xalçaların üzərlərinə kimyəvi turşu töküb yandırmışdılar. Nə qədər rəssam, xalçaçı zəhmətinin, in san əməyinin puç olduğunu təsəvvür etmək belə çətindi. Soruşanda dedilər ki, həmin şəxsiyyətlər “xalq düşməni”
elan ediləndən sonra, turşu-qələvi, mürəkkəb, boya işə düşdü. Onda barmağımı dışlədim ki, gərək sənət şəx siyyətə, siyasətə xidmət eləməsin. Ancaq tarix yaratmış, özünü tamamilə və təmənnasız xalqa həsr etmiş, xalq yaşadıqca xatirəsində yaşatdığı şəxsiyyətə xalça həsr et mək olar. - Hacı, bu necə olur, İranda kişilər eskizi cızmaqla bərabər, xalçanı da özləri toxuyurlar. Bizdə isə yalnız xanımlar xalça toxuyurlar, eskiz cızanlar da araların da çoxdur... - Sən məsələnin görünən tərəfindən danışırsan. İranda kişilər cəmiyyət arasında xalça toxuyurlar, gözəl xalçaları isə xanımları evdə yaradırlar. Bizdə də tikmə-təkəlduzun tam əksəriyyətini kişilər ərsəyə gətiriblər. Ötən əsrin iyir minci illərinə qədər, məsələn, Şəkidə belə olub. - Soruşsam, hansı xalçanı daha çox sevirsən, yə qin ki, bəzi yaradıcı insanlar kimi standart olan “Ha mısı övladlarımdır ” cavabnı eşitməyəcəm... - Əlbəttə, yox. “Şəbi-hicran”ı 1983-də bitirmişdim, am ma üzə çıxarmırdım. Sonra sərgidə nümayiş olundu, mu
zeyimiz tərəfindən alındı, beləliklə, məni xalçaçı-rəssam kimi tanıdan ilk övladım oldu. Sizcə, “Şəbi-hicran”ın bu “özəl xidməti”ni necə qiymətləndirməyim? - Demək, “ Şəbi-hicran” ayrılıq gecəsi yox, sənin üçün bir vüsal səhəri oldu? - Belə də demək olar. Yaxşı dedin, qoy olsun belə... - Hacı, sənin deyimlərin axı daha yaxşıdır. Xalça ilə bağlı hərdən bayatılar deyirdin, birini yadıma sal, zəhmət olmasa. - Deyim də: Əzizinəm, getmərəm. Anam canı, getmərəm. Qışda xalı kəsməsəm Yazda ərə getmərəm. (Bu yerdə gülürük və Hacının yadına salıram ki, univer sitetlərimizin birində bu yaxınlarda “Plov festivalı” keçiril di, 50 növ milli plov nümunəsi göstərildi, millipaltarlı qızlar plovla bağlı o qədər qoşma, bayatı söylədilər ki! ) - Belə bir festival xalça mövzusunda da mümkün deyil, sizcə?
53
ÇƏRÇİVƏYƏ MƏHKUM OLUNMUŞLAR - Əlbəttə, mümkündür. Bakıda Beynəlxalq Xalça Mərkəzinin tikintisi başa çatdıqdan sonra möhtəşəm tədbirin keçiriləcəyi gözlənilir. Fəxr etməli sənətimiz, onları üzə çıxaran layiqli insan larımız var, Allaha şükür. - Təəssüflər olsun ki, rəssamlığımızın mil liliyi ilə fəxr edə bilmirik... - Avropa uzun illər gördüyünü çəkib və bu nu da öyrədib. Bizim Sultan Məhəmmədimiz isə “bəsirət gözü” ilə görüb-düyduqlarını işləyib. Daxili gözlə görmək ruhani tərbiyədən, əxlaq dan irəli gəlir. S.Məhəmməd kimi sənətkarların sənətə münasibətləri ibadətə olduğu kimi idi. Yəni yaradıcılığın kökü vardı. İndi həmin ruhani, milli kökün yoxluğu zamanıdır. Amma hiss olu nur ki, sənətkarlıq məktəblərimiz yavaş-yavaş öz kökümüzdə köklənir. - Hələlik cəmi iki dəfə keçirilmiş “Şərq dən-Şərqə ” respublika rəssamlıq sərgisini dediyinə misal göstərmək olar? - Bəli, misal elə odur. Həmin sərginin açılışın da həm Rəssamlar İttifaqı, həm də Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi məhz bu məsə ləni önə çəkdilər, eksponatları “özünəqayıdış” ki mi dəyərləndirdilər... - Hacı, fotoya, heykələ, karikaturaya, rəngkarlıq işlərinə, qrafikaya və s. janrlarda yaradılmış əsərlərə bir az baxan kimi, “Hər şey aydındır”, - deyib o birisinə asanlıqla keçmək olur. Amma tərif üçün demirəm, sənin xalçaların qabağında dayanırsan, baxdıqca yenə nəsə görürsən və fikirləşirsən: görəsən, bu detal nəyə işarədir, nəyin rəmzidir? Xü susən də Füzuli motivlərində... - Süjetli xalça monumental əsər dir. Monumental əsərin mövzusu və işləmə manerası da uyğun olmalıdır. Burada təsadüflərə yer yoxdur, necə ki onun özü mübahisəli məqamdır. Ona görə də qanunauyğunluqlar hə yatda təsadüfə nisbətən əksəriyyət təşkil edir. Füzuli şəxsiyyəti və onun yaradıcılığı mənim üçün tükənməz bir mənbə, açılmamış aləmdir. ”Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni!
54
Bir dəm bəlayi-eşqdən etmə cüda məni!” de yə İlahi eşq ilə nəfəs alan bir kamil insanı baş qa hansı vasitələrlə vəsf etmək mümkündür? - Amma Məhəmməd Füzulu sağ olsaydı, “kamil” sözünə etiraz edib deyərdi ki, bu məfhum yalnız Allahın Peyğəmbərinə aid ola bilər. Şair bunu şeirlərində belə izah edir: Şeir bir zirvərdir, amma biz kimi nadan lara, Ol ki kamildü, onu möhtaci-zivər qıl mamış... - Qardaşım, bu təvazökarlığın özü elə ka millikdən xəbər verir də. Bax (Füzulinin port retini göstərir), mavi səmadakı ritmik düzümlü buludlar, əslində, yazıdır, bayaq dediyim beyt dir. Məcnunun qollarına bağlanmış ağır zəncir, yanıb-əriyən 72 şam, bugünkü meyvələrimizin düzülüşü və başqa ştrixlər də o cür. Gözümü zün qabağında aramla yanıb-tükənən şam qə dər insana onun ömrünün bitməkdə olduğunu başqa nə belə aydınlıqla xatırlada bilər? Birinci İmam nə gözəl deyib: ”İbrət çoxdur, götürən az”. - Görürəm, tamamlanmamış əsərlərin çoxdur və onlardan söz salmaq istəmir sən... - Eyni zamanda bir neçə əsər üzərin də işləyirəm. Sənə isə onu deyə bilərəm ki, bu ilin sonunda Bakıda, İnşallah, axır ki, ürəyimcə olan geniş fərdi sərgim açılacaq və orda hamınızı görməyə çox şad olaram... Jurnalımızın bu sayının sənətkar qo nağı Hacı Eldarı digər sənətkarlardan fərqləndirən məziyyətlər kifayət qədər dir. Amma onu həmkarları ilə birləşdirən cəhətlər də az deyil. Onlardan ən əsası odur ki, o, hər hansı əsərini bir bitirən də sevinir, bir də onu tədim edəndə. Ta maşaçıların üzündə təbəssüm görəndə isə sevinci ikiqat artır. Həyat qədər rəngarəng, al-əlvan, canlı ilmələr müəllifi, şübhə etmirik ki, hələ çox sevinib-sevindirəcəkdir... Şirməmməd NƏZƏRLİ Fotolar müəllifindir
55
GÖZÜM YOLLARDA QALANDA
Çingiz Fərəcov, Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi
56
V
alideynlərimi körpəlikdən itirmişəm və qardaşımla Füzuli rayonunun Xə ləfşə kəndində yaşayırdıq. Mühari bə təzə qurtarmışdı, ərzaq yox idi, yeməyə çörək tapmırdıq. Aclıqdan zəmilərdən sünbülləri qoparıb əlimizdə ovur, alınan buğda ları yeyirdik. Bəzən kolxozun fermasına gedib, mal-qara üçün nəzərdə tutulan jımıxı yeyərək aclığımızı öldürürdük. Jımıx yeməkdən adamın sifəti, hətta gözləri belə sapsarı olurdu. Təsəv vür edin, insan dünyanı sapsarı görürdü. BİZİ SƏFALƏTDƏN QURTAR AN BU ŞƏXS MİRCƏFƏR BAĞIROV İMİŞ 1951-ci ilin iyun ayı idi, qardaşımla Qızılqaya kəndində sünbül yığırdıq, bir də gördük, “Emadin” adlanan maşın vardi – saxladı. Bir kişi düşdü, bili nirdi ki, şəhər adamıdı. Soruşdu, neynirsiz, biz də vəziyyəti nəql etdik. Gözündən yaş axdı. Bizi maşı na mindirdi, gətirdi Füzuli rayonundakı uşaq evinə. Sonradan bildim ki, bizi səfalətdən qurtaran bu şəxs - Azərbaycan SSR KP MK-nın birinci katibi Mircəfər Bağırovdur. DEDİ və HÖNKÜRTÜ İLƏ AĞL ADI 1952-ci ildə məni Moskvaya - Uşaq evi uşaqları nın Ümumittifaq toplantısına apardılar. Bizə dedilər ki, SSRİ Yazıçılar İttifaqında görüş olacaq. Tərbiyə çim mənə bir şeir verdi, sonra da əlavə etdi ki, Na zim Hikmət adlı şair var - Türkiyənin böyük şairidir, Moskvaya gəlib, bu onun şeiridir, sabah onu oxu malısan... Səhəri gün getdik Yazıçılar İttifaqına, yuxu kimi yadımda qalıb, orada Konstantin Simonovu, Fade yevi gördüm. Nazim əmi də burda idi. Hündürboy, göygöz, gursaçlı, yaraşıqlı bir insan idi. Mən şeiri dedim. Bu şeir kitablarda yox idi – Moskvada almış dılar şairdən. Tədbirdən sonra Nazim əmi yaxınlaş dı, adımı soruşdu, dedim, Çingiz. “Mənim də Mehmet adlı bir oğlum var, amma o, Türkiyədədir”, - söylədi və hönkürtü ilə ağladı. KATİB DEDİ Kİ, NAZİM HİKMƏT SƏNİ ÖVL ADLIĞA GÖTÜRMƏK İSTƏYİR Moskvadan qayıtdıqdan iki həftə sonra, katib məni çağırtdırıb dedi ki, böyük kommunist şairi Na zim Hikmət səni övladlığa götürmək istəyir. O vaxt şəhər bizim üçün möcüzə idi; məsələn, deyirdilər ki, Bakı elə işıqlı şəhərdi ki, gecələr yerə iynə atsan, taparsan...
57
GÖZÜM YOLLARDA QALANDA Qısası, götür-qoy etmədim, onsuz da kimimiz vardı ki, bizim dərdimizi çəkəydi. Moskva vağzalında Nazim əmi məni qarşıladı, qucaqladı, yenə ağladı... NAZİM ƏMİ BİR QADININ YANINDA DAİMİ QƏR ARL AŞA BİLMİRDİ Mən orda cəmi 6 ay yaşadım və ona görə də Nazim Hikmətin oğulluğu olmağım barədə tərcü meyi-halımda yazmamışam. Nazim Hikmət ikimərtəbəli xüsusi bağ evində qalırdı, amma bilirdim ki, Palmiro Tolyattinin də evini Nazim əmiyə vermişdilər. Hərdən orda da qalırdıq. Analığım çox gözəl bir qadın idi - Nina Qriqor yevna Kolesnikova Nazimi o qədər sevirdi ki, hətta sürücülüyü də öyrənmişdi. Nazim əmidə ürək xəs təliyi vardı, sürücü gecikəndə hirslənməsin deyə, analığım özü sükan arxasına keçırdi. Nədənsə, Na zim əmi 1957-ci ildə Nina Kolesnikovadan ayrılıb, şeirlərində “Mənim samansaçlı arkadaşım”, - deyə xitab etdiyi rejissor Vera Turyakova ilə evləndi. Nazim əminin yeganə pis xüsusiyyəti onun bir qadınla daimi münasibət qura bilməməsi, bir nəfə rin yanında qərarlaşmaması idi. Sizə bir maraqlı məqamı da deyim; bu 6 ayda Nazim əmini 1 dəfə də olsun çimən görmədim. Bu insan suya girmirdi - nə vannaya, nə duşun altına. Ona görə də bədənini həmişə spirtli lasyonla təmiz ləyirdilər. Həbsxanada ayağını suda çox saxlayıblar deyə, sudan qorxurdu. O həmişə həbsxana xatirələrini daimi qonaqla rımız olan Əkbər Babayev, Rəsul Rza, Nigar Rəfi bəyli, Mehdi Hüseynlə bölüşürdü. Onlar isə Nazim Hikmətə Bakı barədə danışırdılar. Nazim əmi Azər baycana çox gəlmək istəyirdi. Amma onu 1957-ci ilə qədər Bakıya buraxmadılar. DARIXDIĞIMI NAZİM ƏMİYƏ DEMƏYƏ ÜRƏYİM GƏLMİRDİ Moskvada çox qalmadım. Altı aydan sonra da rıxdım; əslində, burda mənə çox yaxşı baxırdılar, amma rus dilini öyrənə bilmədiyim üçün məktəbə getmirdim. Burda darıxdığımı Nazim əmiyə demə yə ürəyim gəlmədi və... evdən qaçdım. Qonşuya getdim, qapını döydüm, ağladım və onlar məni elə həmin gün Bakıya göndərdilər, ardından Şuşaya qayıtdım. Nazim əmi sarsılsa da, bunu heç vaxt mənə mü nasibətində büruzə vermədi. Hər dəfə Bakıya gə ləndə məni axtarardı.
58
O İSTƏYİRDİ Kİ... Nazim əmi axırıncı dəfə Bakıya 1963-cü ilin ma yında gəldi. Çox fikirli gördum onu. Məni qucaqla dı, uzun-uzadı üzümə baxdı və dedi ki, oğlum, mən çox tezliklə öləcəm. Həqiqətən, Bakıdan dönən kimi vəfat elədi. İyunun 3-ü idi. Arzusuna uyğun olaraq onun dəfninə məni də apardılar. İkinci arvadı Münəv vər xanım və oğlu Mehmet də dəfnə gəlmişdilər. Na zim əmini Novodeviçye qəbiristanlığında basdırdılar. Amma Nazim əmi mənə vəsiyyət eləmişdi ki, onu Türkiyə köylərinin birində - ağacın altında dəfn elə sinlər. O istəyirdi ki, ağac onun başdaşını əvəzləsin, sinəsi üzərinə isə balaca çay daşları düzülsün... ONU AZƏRBAYCANA BAĞL AYAN... Onu Azərbaycana bağlayan digər bir insan - Sa ra Qədimova idi. Nazim əmi onu çox sevirdi, axı Sara xanım döv rünün bəlkə də ən gözəl qadını idi. ...Nazim əmi 1958-ci ildə Bakıya gəlmişdi. Meh di Hüseyngildə idik, qonaqlar çox idi. Sara xanım “Aişə” adlı bir türk mahnısını oxuyarkən, Nazim Hik mət heyranlıqla gözlərini ondan çəkmirdi. Mahnıdan sonra şair Sara xanımın gözlərinin içinə baxa-baxa onun incə əllərini sığallamağa başladı. Birdən Sara xanım məsələnin fərqinə vardı: - Nazim əfəndi, sən nə edirsən? Nazim əmi isə sadəcə gülümsündü: - Mən pis iş görmürəm ki... Sonralar 1997-ci ildə Sara Qədimova Süleyman Dəmirəlin dəvəti ilə Türkiyəyə gedərkən mən də onunla bərabər idim və səfər çərçivəsində biz İz mirdə Nazim Hikmət vəqfinə baş çəkdik. Orada mən də, Sara xanım da baş nazir Tansu Çillərə bildirdik ki, Türkiyə dövləti artıq Nazim Hikmətə düşmən ki mi baxmamalıdır. Axı 1951-ci ildə Türkiyə parlamenti Nazim əmini “vətən xaini” elan etmişdi. YEGANƏ ARZUM.. . Mən çox məktublar yazdım, müraciət etmədi yim yer qalmadı, nəhayət, ötən il Türkiyə Böyük Mil lət Məclisi Nazim Hikmətin üzərindən “vətən xaini” damğasını götürdü. İndi mənəvi övladı olaraq, yega nə arzum Nazim Hikmətin qəbrinin Türkiyəyə apa rılmasıdır.
59
60
61
reklam
İNCƏ SƏNƏT
62
Musiqi can verir ruha əzəldən, Musiqi zövq alır min bir gözəldən... N. Gəncəvi
M
in bir gözəlliklərdən zövq alınaraq yara dılan əsrarəngiz musiqilərin, həqiqətən, insana can, şəfa verdiyini, yəqin ki, bir çoxlarımız eşitmişik. Musiqinin müalicəvi təsirləri çoxdan bəllidir. 700 il bun dan əvvəl Azərbaycan alimi Səfiəddin Urməvi (XIII əsr) musiqi nəzəriyyəsi sahəsində traktatlar yazıb: «Şərə fiyyə» və «Musiqi pərdələri haqqında kitab». Urməvinin əsərlərini oxuduqca, biz o uzaq dövrün mеlodiyaları ilə ta nış oluruq: mеtabil, еrani, təncigə, sеgah və s. Yorğunluğu və əsəbiliyi aradan qaldırmaq, əhval-ruhiyyəni və yuxunu bərpa еtmək üçün əcdadlarımız qədim Şərq alətlərinin (rübab, ud, dütar, tənbur, nеy, mizmara, surnai, çəng, şah rud, kanun və s.) müşayiəti ilə ifa olunan musiqiyə qulaq asırdılar. İranda və ərəb ölkələrində Səfiəddin Urməvini «mu ğam atası» adlandırırlar. Axı məhz o, ilk dəfə bu janrın еlmi nəzəriyyəsini işləyib-hazırlayıb, musiqi tеrminologi yasını və qammaların öyrənilməsini təkmilləşdirib, musi qinin insan sağlamlığına faydalı təsirindən yazıb. Sonralar onun işini başqa Azərbaycan musiqişünasları – Əbdülqə dir Marağayi (1353-1433) və Əbdüllətif Şirvani (XVI əsr) davam еtdiriblər. IX-XIV əsrlərdə musiqinin müalicəvi əhəmiyyətindən qonşu мüsəlman xalqlarının məşhur alimləri də yazırdılar: Əbu Nəsr əl-Fərabi, Məhəmməd əl-Xarəzmi, Əbu Rеyhan Biruni, Əbu Əli İbn Sina və b. Musiqinin müalicəvi təsiri nədən ibarətdir? Еnsiklopе dik biliyə malik məşhur orta asiyalı türk alimi Əbu Nəsr əl-Fərabi (873-950) «Musiqi haqqında böyük kitab» əsə
rinidə qеyd еdir: «Musiqi əhval-ruhiyyənin yaxşılaşması na, mənəvi-əxlaqi tərbiyəyə, təmkinli olmağa və mənən inkişafa təkan vеrir. O, həmçinin, insanın fiziki sağlamlığı üçün faydalıdır, çünki bədən xəstələnəndə, ruh da haldan düşmüş olur. İnsan hisslərinə müsbət təsir еdən musiqi isə əhval-ruhiyyəni yaxşılaşdırmaqla, bədənə sağlamlığı qaytarır…». Böyük İbn Sina (980-1037) bеlə məsləhət görür: “Ba şınız ağrıyır? Çalışın, gülxanada fəvvarənin pıçıltılı səsinə qulaq asın, oraya musiqiçi dəvət еdin və dütarın incə sə sinin təsiri ilə yuxuya gеdin». Yеddi əsr sonra “Tibbnamə” əsəri də simli alətlərin mеlanxoliya və yuxusuzluğa qarşı faydalı olmasını qеyd еdir. Tanınmış həkim Sultan Qiyasəddin «Kitabüs-sinəət» (XVIII əsr) əsərində öz həmkarlarını musiqini öyrənməyə dəvət еdir və yazır: «Hind alimləri həkimlərə musiqini və onun nəzəriyyəsini öyrənməyi məsləhət görürlər. Bu еlmə yiyələnmək həkimlər üçün zəruridir, çünki nəbzin dəqiq liklə müəyyən olunmasına kömək edir. Bundan başqa, bə zi xəstəliklər musiqinin müəyyən janrına qulaq asmaqla müalcə olunurlar». Sultan Qiyasəddinin və başqa şöhrətli alimlərin məs ləhəti ilə orta əsr həkimləri musiqi nəzəriyyəsini (еlmülmusiqi) öyrənməyə çalışırdılar. Məlum oldu ki, bu, asan iş dеyil. Musiqi o qədər incə və dəqiq еlmdir ki, Orta Asiya alimi əl-Xarəzmi (783-850) onu riyaziyyatın bir bölməsi sayаrаq, özünün cəbrə aid məşhur əsərinə daxil еtmişdi. Buna təəccüblənməyə dəyməz: o vaxtlar musiqi nə zəriyyəsi, doğrudan da, mürəkkəb xaraktеr daşıyırdı. Hər hansı həkim onu öyrənmək qərarına gələ bilmirdi. Əgər
63
İNCƏ SƏNƏT çaxır içməyə çağırdılar. Xoşsəsli xanəndələr və xoşavazlı musiqiçilər simli alətlərin iniltiləri altında yüksək və alçaq səslərlə uşşaq nəğməsi oxuyaraq, adamlara huşları baş larından çıxacaq qədər böyük təsir edə bildilər». X əsrin sonunda «İxvənüs-Səfa» (“Saflıq Qardaşları”) adlanan sufi filosoflarının bir qrupu musiqi, təbiət ünsürlə ri (hеyvanlar, bitkilər, minеrallar) və rənglər arasında uy ğunluq haqqında təlim yaratdılar. Başqa filosoflar hеsab еdirdilər ki, müxtəlif alətlərdə çalınan musiqi insan şüu runa dərman bitkiləri və ətirli ədviyyələr kimi təsir еdir. Məsələn, tarda çalınan musiqiətirli zəfəran kimi, nağara – mixək və jеnşеn, ud – pişikotu, nеy – badrəncbuyə, zur na – tünd qəhvə kimi təsir göstərir.
bu iş ancaq onunla məhdudlaşsa idi ki, musiqidə üç səs (yüksək, aşağı və orta) və üç kök (mеtr, mеlodiya və jеst) var, onda məsələ bir o qədər də mürəkkəb olmazdı. Axı bundan əlavə, həkim gərək musiqili akustika nəzəriyyə sini, musiqidə tonları və onların qarşılıqlı əlaqəsini, intеr valların növ və qruplarını, əmələgəlmə qaydalarını, musi qili ritmləri və s. mövzuları öyrənəydi. Bütün bu mürək kəb mətləblər haqqında Əbdülqədir Marağayinin «Musiqili traktat»ında və Əbu Rеyhan Biruninin (973-1048) «Təba bətə aid böyük kitab»ında açıqlamalar vеrilir. Bu kitabların hamısı rəqəmlərlə, həndəsi fiqurlarla, şəkil və cizgilərlə doludur. Buna baxmayaraq, həkimlər musiqini öyrənmək üçün vaxtlarını əsirgəmirdilər – axı, söhbət xəstənin sağ lamlığından gеdirdi! Orta əsrlərdə Azərbaycanda hansı musiqi ilə müalicə еdirdilər? Şərif Xan Bidlisi (XVI əsr) Azərbaycan hökm darı Şah İsmayıl Səfəvinin ziyafət məclisini bеlə təsvir еdirdi: «Gümüşüayaqlı, büllurçiyinli, sifətləri nur saçan sa qilər və qızıl paltarlar gеyinmiş cariyələr rəvan yеrişlə gəl dilər və əbədiyyət bulağından götürülmüş su kimi təmiz çaxırla dolu badələri təmtəraqla əllərinə alıb, şadlığa və
64
Qulaq üçün ən yaxşı məşq SAZ. Sazda ifa еdilən musiqi sinir sistеmini tonuslaşdı rır, insanı gümrah еdir, əhval-ruhiyyəni yüksəldir, mübariz ruh yaradır. Mеlanxoliyada və ruh düşkünlüyündə faydalı dır, bəd fikirləri insandan uzaqlaşdırır. Orta əsr müəlliflə ri musiqini düzgün qavramaq üçün saz və tara (xüsusilə yüksəkdən çalınan yox, incə mеlodiyalara) qulaq asma ğı məsləhət bilirdilər. Yusif İbn Məhəmməd «Tibbi-Yusifi» (1511-ci il) əsərində qеyd еdir: «Еşitmə orqanı üçün məşq - ürəyəyatımlı musiqiyə qulaq asmaqdır, istəyir bu tеz, ya vaş və ya qarışıq ifa еdilən musiqi olsun». ZURNA. Bu alət insanda mübariz ruh yaradır, bəzən isə təcavüzkarlıq və cəngavərlik hissləri oyadır. Zurnanın səsi ruh düşkünlüyünü, laqеydliyi aradan qaldırır, qan təzyiqini artırır. Əgər nеy (tütək) səsinə qulaq asan insan xеyirxah düşüncəyə dalırsa, zurna, əksinə, onu tеz və qə tiyyətli hərəkətə çağırır. Amma yadda saxlamaq lazımdır ki, yuxusuz və əsəb xəstəliyinə düçar olmuş insanlara uzun müddət zurnaya qulaq asmaq məsləhət görülmür. NAĞAR A. Bu alət insanlara qəm-qüssəyə, əqli və fiziki yorğunluğа, aşağı qan təzyiqinə qarşı mübarizə еtməyə kömək еdir. Hеsab olunurdu ki, o, bəzi dərman bitkilərini əvəz еdir və mixək kimi insan orqanizmini tonus laşdırır. Nağaranın gurultulu və amiranə ritmi insanın əh valını özünə tabе еdir. O, emosionallığı və nikbinliyi artırır, şübhə və tərəddüdləri, düşüncələrdəki nizamsızlığı ara dan qaldırır, ona qulaq asanı daha da gümrah еdir, onu əsəbiləşdirmir və yormur. Nağaranın səsi orqanizmə mü əyyən bir ritm vеrir. Bəzən bizə еlə gəlir ki, bədənimizin bütün еnеrjisi bu alətin taktları ilə birgə döyünür. Nəticədə, nəinki əhval-ruhiyyə, hətta daxili orqanların fəaliyyəti də nizama düşür.
Əsəbləri sakitləşdirmək üçün… TAR. Tarda çalınan musiqi başağrısı, yuxusuzluq, mal xulya (mеlanxoliya), əsəb və əzələ spazmalarını aradan qaldırır. Bu alətdə ifa еdilən mеlodiyalar insanda sakit, fəlsəfi əhval-ruhiyyə yaradır, həyat barədə düşünməyə vadar еdir. Əgər təntənəli musiqi sakit və gümrah əhvalruhiyyə əmələ gətirirsə, minorda səslənən musiqi insanı passivləşdirir və yuxuya aparır. «Qabusnamə»nin müəllifi (Keykavus ibn İsgəndər, XI əsr) məsləhət görür ki, mu siqi pərdələrini sеçərkən qulaq asanın məzacını nəzərə alsınlar: aşağı pərdələr (bəm) – sanqvinik (qanıqaynar) və flеqmatik (soyuqqanlı, laqеyd), yüksək pərdələr (zil) – xolеrik (tündməcaz, tеzhirslənənlər), orta pərdələr isə mеlanxolik (qəmgin, məyus) insanlar üçündür. KAMANÇA. Kamançada səslənən musiqi güclü müa licəvi təsirə malikdir. O, əsəbləri sakitləşdirir, hal-əhvalı yaxşılaşdırır, mеlanxoliya və qəm-qüssəyə qarşı kömək еdir. Bu alətin incə səsi insanda lirik əhval-ruhiyyə, müs bət еmosiyalar yaradır, ətraf təbiətin gözəlliyini daha incə hiss еtməyə və ona qiymət vеrməyə kömək еdir. Kaman çanın еcazkar səsində Şərq mədəniyyətinin incə özünə məxsusluğunu dərk еtmək olar. Orta əsrlərdə kamança timsalında olan musiqi alətindən bəhs еdən Sultan Əli Xo rasani «Dəsturül-əlac» (1527-ci il) əsərində qеyd еdir ki, əsəbləri sakitləşdirmək və yuxusuzluğu aradan qaldırmaq üçün simli alətlərin ifasında yaxşı bir musiqiyə qulaq as maq lazımdır. NЕY (TÜTƏK). Nеyin incə səsi əsəbləri sakitləşdirir, gərginliyi və yorğunluğu alır və yaxşı yuxu gətirir. Nеy, ək sər hallarda, insanda sеvinc, sakitlik yaradır, təbiətdən həzz almağa kömək еdir, bəzən isə fəlsəfi düşüncələrə aparır. UD. Babalarımız hеsab еdirdilər ki, udun səsi başağ rısı və mеlanxoliya üçün əla vasitədir, əzələ spazmalarını götürür, güclü sakitləşdirici təsirə malikdir. Ecazkar melodiyalar MUĞAM. Tar və kamançada ifa olunan muğamın еcazkar mеlodiyaları sinir sistеmini sakitləşdirir, gərginliyi alır, yuxusuzluğu aradan qaldırır. Muğam nеvroz zamanı dinləyicini sakitləşdirir və rahatlandırır, fəlsəfi düşüncəyə dalmağa vadar еdir. Lakin həddindən artıq kədərli muğam dinləyicidə qüssə, mеlanxoliya və sıxıntı hisslərini əmələ gətirə, pis xatirələri onun yadına sala bilər. «Qabusnamə» müəllifi musiqiçiyə bеlə məsləhət görür: «Gənclərin əhvalruhiyyəsini qaldırmaq istəyirsənsə, məhəbbət və çaxırı tə rənnüm еdən yüngül (xəfif) mahnılar çal… Dünyagörmüş,
ahıl adamlara ciddi, kədərli mеlodiyalar (rah) çal, bu onla ra xoş gələr». Qədim mənbələrə görə, Azərbaycan muğa mı şöbələrdən ibarətdir ki, onların hər birisi özünəməxsus tərzdə dinləyicinin əhval-ruhiyyəsinə təsir еdir: dəraməd (mahnı-rəqs müqəddiməsi) və bərdaşt (instrumеntal baş lanğıc) dinləyicini mərhələ-mərhələ daхili harmoniya ha lına gətirir; mayе (improvizasiya) və təsnif (mahnı) – ta mamilə sakitləşdirir, “göylərə aparır”, bəzən psixoloji trans vəziyyətinə salır, bəzən isə hal-əhvalı qaldırır; rəng (rəqs havası) – dinləyicini gümrah еdir, onu «ayıldaraq», еlə bil ki, «göydən yеrə» qaytarır. OYUN HAVAL ARI. Muğamdan fərqli olaraq, oyun ha vaları insanı gümrah еdir və aktivləşdirir, onun həyat to nusunu qaldırır. Pis əhval-ruhiyyədə, əsəbilik, nеvroz və aşağı qan təzyiqində şən oyun havaları dinləmək məslə hət görülürdü. Bu musiqinin nikbin təbiəti orqanizmə müa licəvi təsir göstərir. Rəqsin özü də faydalıdır, insanı onun içində toplanmış mənfi еnеrjidən azad еdir, qan dövranını yaxşılaşdırır, sinir sistеmini tonuslaşdırır. Pop musiqi ülvi hisslər oyatmır KLASSİK SİMFONİK MUSİQİ. Üzеyir Hacıbəyovun, Müslüm Maqomayеvin, Qara Qarayеvin, Fikrət Əmirovun, Qərb klassiklərindən - Şopеnin, Bеthovеnin, Çaykovski nin və başqa bəstəkarların musiqisi sakit əhval-ruhiyyə və incə hisslər oyadır, şəxsiyyətin mənəvi inkişafına təkan vеrir. Bеlə musiqilər nеvroza, qüssəyə, yuxusuzluğa qarşı əla vasitələrdən biridir. Gözəl klassik musiqiyə qulaq asar kən, insanın ruhu, еlə bil, yеrdən ayrılaraq yuxarılara, sə maya doğru üz tutur. Buna görə də bеlə musiqini çox vaxt İlahi musiqi adlandırırlar. RİTMİK ЕSTRADA (POP) MUSİQİSİ. Ağır mеtal, rok, rok-n-roll, disko və bu kimi musiqi janrları insana, dеmək olar ki, qəhvə kimi təsir еdir, yəni orqanizmi tonuslaşdı rır, ürək döyüntüsünü və psixi fəaliyyəti aktivləşdirir, əh val-ruhiyyəni yaxşılaşdırır. Bu musiqi cavanlara yaxşı təsir bağışlamaqla, problеmlərini müvəqqəti unutmağa, güclü еmosiyalara qapılmağa və istirahət еtməyə kömək еdir. Bununla bеlə, qəhvədə olduğu kimi, pop-musiqisində də zərərli təsirlər özünü göstərir. Bu musiqiyə uzun müddət qulaq asdıqda o, yorğunluq, əsəbilik əmələ gətirməklə, ürəyə və sinir sistеminə zərərlidir. Klassik musiqidən fərqli olaraq, pop-musiqi insanlarda ülvi hisslər oyatmır, onları səmalara ucaldıb Tanrıya ulaşdırmır, əksinə, maddiyyata, bu dünyanın var-nеmətlərinə bağlayır, kеfə və əyləncələrə istiqamətləndirir.
65
İNCƏ SƏNƏT
Musiqi və canlı təbiət Bəzi adamlar musiqinin müalicəvi təsirinə inanmırlar. Lakin son zamanlar məlum olub ki, musiqi nəinki insanları müalicə еdir, o, hətta bitkilərin boy atmasına da təsir edə bilir. Profеssor В.Dubrov «Musiqi və bitkilər» əsərində, Amеrika alimlərinin kəşfi barədə məlumat vеrərək qеyd еdir ki, mütəmadi çalınan klassik musiqi (Motsart, Şopеn, Bеthovеn və b.) bitkinin böyüməsini və inkişafını müəyyən qədər tеzləşdirir. Bundan əlavə, Motsart və Bеthovеnin musiqisinə “qulaq asan” bitkilərdə yеtişən mеyvələr adi ot və ağacların barına nisbətən daha iri və dadlıdır. İlk baxış
66
da, alimlərin nəticələri təəccüblü və inanılmaz kimi qarşı lanır – axı bitkinin qulağı yoxdur! Lakin söhbət müəyyən еdilmiş еlmi faktdan gеdir. Yaxşı musiqi bitkilərə səmərəli təsir еtdiyi halda, onun insan üçün də faydalı ola biləcəyi təəccüblü dеyil. Fərid Ələkbərli, tarix elmləri doktoru
reklam
67
DOST-DOSTA TƏN GƏRƏK
Qaralarыn aьardыьы yer...
G
ürcüstanın gözəl məkanlarından olan Ba kurianiyə budəfəki səfərimiz ötənilki sə yahətimizdən xeyli fərqlənirdi. İlk dəfə idi ki, biz ora Səudiyyə Ərəbistanın dan Azərbaycana «ağarmağa» gəlmiş oğlumuzun ailəsi ilə birlikdə getmişdik. Və beləliklə də Nəcəfovlar ailəsi nin üç nəslinin nümayədəsi ciyin-ciynə, əl-ələ, “qaraların ağardığı yer”də qış idman növlərindən birlikdə həzz almış oldular. Digər tərəfdən, əgər iki il əvvəl biz cəmi 3 nəfər, 2010-cu ildəsə 18 səyahətçi idiksə, artıq bu il Azərbay
68
candan Bakurianiyə təşrif gətirənlərin sayı 41 nəfərə çat mışdı. Üçüncüsü, heyətimizi, sözün əsl mənasında, beynəl xalq qrup adlandırmaq olardı. Çünki 7 nəfər gənc norveçli də bizə qoşulmuşdu. Nəhayət, dördüncü səbəb. Bu səfərimiz fərdi xarakter daşımırdı. Tədbirin keçirilməsində bir neçə ictimai təşkila tın da payı vardı. Yeri gəlmişkən, səfərimizin devizi “Bakuriani - 2011, Şahdağ - 2012” idi. Qarşımızda duran başlıca vəzifə isə
azərbaycanlı gənclərə qış idman növləri - snoubord və xizəksürmənin əsaslarını aşılamaq idi. Axı gələn il bizim doğma Şahdağda Qış-Yay Turizm Kompleksinin açılışı gözlənilir. Əlbəttə ki, bu kompleksdə bizim idmançı gənc lərimizin çıxış eləməsi vacib məsələdir. Bundan əlavə, tədbir Azərbaycanla Norveç arasında olan “Dostluq” skaut layihəsinin növbəti mərhələsi kimi planlaşdırılmışdı. Bu səbəbdən, qrupumuzda skautların liderləri ilə bərabər, valideynlərinin müşayiəti ilə qatılan azyaşlı skautlar da var idi. Onu da qeyd edək ki, təlim-məşq prosesinin təşki li üçün biz tanınmış Azərbaycan idmançısı, ölkəmizi Qış Olimpiya Oyunlarında iki dəfə təmsil etmiş Elbrus İsako vu da dəvət etmişdik. Tam qürur hissi ilə deyə bilərik ki, gündəlik çətin məşqlər nəticəsində, bütün iştirakçılarımız dağ xizəkçiliyi və snoubord texnikasının əsaslarına yiyə lənə bildilər. Təlimlərlə yanaşı, skaut layihəsi çərçivəsində bir neçə digər tədbirlərin də iştirakçısına çevrildik. Bura Gürcüsta nın Tbilisi və Batumi şəhərlərindən gələn skautlarla gö
69
DOST-DOSTA TƏN GƏRƏK rüş, ekologiyaya aid oyunlar, “küçə mədəniyyəti” və “foto sənəti” mövzularında treninqləri aid etmək olar. Bütün bu tədbirlərdə iştirak etmək olduqca maraqlı, ən əsası, fay dalı idi. Axı biz eyni zamanda əhatə olunduğumuz aləmi hər dəfə yenidən KƏŞF edənlərdənik. Bir sözlə, bir həftə necə gəlib-keçdisə, xəbərimiz ol madı. Skaut layihəsini uğurla başa burub, Bakurianidə yenidən görüşmək ümidi ilə dostlarımızdan ayrılıb vətənə döndük. Bakıya çatar-çatmaz aldığımız ilk məlumat bizi inanıl maz dərəcədə sevindirdi. Bu xəbər əhval-ruhiyyəmizə də uyğun idi. Qış idman növlərinin məkanı olan Bakurianidən top ladığımız təəssüratın ardınca Qusardakı “Şahdağ” komp leksinin açılışına dair aldığımız xəbər, əlbəttə ki, sevin dirici sayılmalıdır. Axşam saatlarında «Şahdağ»la bağlı AzTV-dən izlədiyimiz reportajda burada ilkin olaraq yara dılan şəraitlə tanışlıq isə ümidlərimizi bir qədər də artırmış oldu. Son olaraq deyək ki, «Şahdağ»da işlər bu sürətlə getsə, Bakurianiyə gedən sonuncu azərbaycanlılar kimi tarixə düşmək şansımız var.
70
71
reklam
“Santa Barbara” “Santa Klaus”un
nяyidi?
72
Ə
n anlaşımaz insani münasibətlər, ən baş gicəlləndirici toqquşmalar, ən cəsarətli, ağlasığmaz addımlar mənim yaddaşım da, nədənsə, “Santa-Barbara” sözü ilə bağlıdır. Vur-tut, bir seriyasına baxmağımla qürrələnə bilmərəm, lakin dünyada mövcud olan KİV toru istəni lən halda xudmani Kaliforniya şəhərciyində cərəyan edən hadisələrin dramatikliyindən xəbərim olmasını təmin edib. Soruşsanız, əslində, əmin deyiləm İdeni Kruzdan, yaxud Sisini Cindən fərqləndirən nə idi; am ma sadaladığım qəhrəmanların varlığından xəbərdar dım. Prinsipcə, hələ o vaxtlar anlamışdım ki, “SantaBarbara”ya hadisə və qəhrəmanları anlamaq üçün “baxmaq” vacib deyil. O yerlərə boylanmaq gərəkdir. Ən bərkgedən, “super-puper” seriallarda, əslində, in san övladının gündəlik məişət həyatında və ətrafında cərəyan edən hadisələrdən başqa qeyri-adi heç nə baş vermir. Elə bu səbəbdən, efirdə həmin talesiz se rialı axtarmaq kimi vaxt itkisi ilə özümə əziyyət ver məmişəm. Niyə talesiz? Ona görə ki, santa-barbara lılar “Santa-Barbara”nı sevmirlər! “Və niyə də sevmə liyik ki, əgər serialdan bir dənə də olsun kadr bizim şəhərcikdə çəkilməyib?” - deyə bu haqsızlıq indiyə kimi onların qəzəbinə səbəb olur. Doğrudan da serial şəhərdən 150 km məsafədə yerləşən Hollivud pavil yonlarının birində çəkilib və tutarlı zaman keçməsinə baxmayaraq, santa-barbaralılar xəyanəti “serial”a ba ğışlaya bilmirlər. Amma mənə elə gəlir ki, onlar bir balaca hiyləgər lik edirlər. Santa-Barbarada ona görə seriala baxmır lar ki, orada seriala baxmaq istirahətdə, kurortda se rialı izləmək kimi qəribə səslənən hadisəyə bərabər dir. Axı heç birimiz gözlərimizdə həyəcan parıltıları ilə ekranın başına keçib, “Görəsən, bu dəfə ssenaristlər harada, kimə nə kimi çətinliklər hazırlayıblar, qəhrə manların başına nə gəldi və ya gələcək...” fikirləri ilə istirahətə getmirik. Üstəlik, həqiqi Santa-Barbarada pəncərənin o tayında daha maraqlı və pərdə arxa sından izlənə biləcək həyat hökm sürürsə! Bir halda ki Santa-Barbarada hamı istirahətdədir, onda hansı serialdan və tamaşaçıdan söz gedə bilər?! Santa-Barbara kiçik kurort şəhərciyidir. Xoşagə lən və cazibədar bu şəhərcik Kaliforniyanın bütün şə hərlərində olduğu kimi, çox görkəmli və sanballıdır. Əgər Beberli Hilz məqsədyönlü şəkildə təmtərağa id dialıdırsa, Santa-Barbarada bu təmtəraq və dəbdəbə çəkisini qoruyur, daha azaddır, daha rahatdır, sanki
73
ADAMA GƏZMƏK QALIR okeandan gələn mehi xatırladır. Hollivud məşhurları, yazıçıları, aktyorları, səhnə ul duzları, oliqarxlar, pulu olan hər kəsin sahilboyu, daha doğrusu, digər sahillərdən fərqlənən okeanboyu uza nan füsunkar şəhərcikdə mütləq şəkildə evi var. Diqqət dən yayınmayan özünəməxsus faktlardan biri də budur. Kanndakı Kruazet, San-Tropenin sahil küçələrində olduğu kimi, əyləncə həyatını əhatə edən bütün kurort şəhərləri nin əsas özəlliyi də bu şəhərciyin havasında, suyundadır. Sahildən bir qədər uzaqlaşıb, şəhərin içərilərinə doğru uzanan sakit küçələrdə həyatın dayandığını hiss edir sən. Santa-Barbarada hər şey başqa cür qurulub. Yox, de yə bilmərəm ki, Santa-Barbaranın okean sahilləri yuxu səltənətini xatırladır. “Yekəxanalıq və lovğalanma” məntə qəsi –Steyt strit, okean sahillərindən başlayıb, bulvar və çimərliyə qədər uzanır və şəhərciyi perpendikulyar iki ye rə bölür. Belə genişlikdə həm özünü istədiyin qədər əzibbüzə, göstərə, həm də başqalarını rahatlıqla müşahidə edə bilərsən. Kiçik və azmərtəbəli evlər, rəngbərəng fasadlar, brend butiklər, mişlen standartlı restoranlar və bütün kvartal açıq səma altında ətrafa səpələnmiş nəhəng ticarət mər kəzini xatırladır. Əzəmətli Müqəddəs Santa-Barbara kilsəsi səbirlə, hə mahəng və zəngin şəhəri paralel küçədə sanki ağuşuna alaraq keşiyini çəkir. Hətta turist axınının ən qızğın möv sümündə belə, kilsəni ziyarət edənlərin sayı azdır. Steyt strit boyu avtomobillə və ya sadəcə, piyada gəz mək çox ürəkaçandır. Və bəlkə də bu küçələrdə icarəyə
74
götürdüyün böyük, bahalı və zorla sükanını döndərdiyin amerikan avtomobilinə təəssüflənmirsən. Avtobanlarda kı narahatlığı, ləng sürət yığması və yöndəmsizliyi Steyt stritə münasib və şəhərin beynəlxalq səviyyəli eleqant ku rort nüfuzuna tam uyğun gəlir. Santa-Barbara küçələrində tələsmədən ötüşən 5060-cı illərin avtomobilləri həmin illərin kinofilmlərini xa tırladır. Amerikanın nə vaxtsa fəxrlə istehsal etdiyi yön dəmsiz nəhəng kabrioletləri, dəri, taxta, xromla işlənmiş naxışlı interyeri yaşlıdan cavana, hər kəs arasında çəki sini qoruyur. Həsir papaqlı bəylərin və günəşdən qorunmaq məq sədilə yaylıqlı və çərçivəsi müxtəlif bəzəklərlə işlənmiş eynəkli xanımların ruhunda 60-cı illərin kabriolet tərzinə uyğun diktə qalmaqdadır. Yəqin ki, o zamanın tanınmışları belə istirahət edər mişlər. Fikir də, söz də yerinə çəkər. Qəribə səslənsə də, burada Zuğulbanın bağ həyatına oxşarlıq tapırsan. Bu in sanlar harasa getmirlər, yalnız özlərini deyil, avtomobil lərini də göstərmək üçün sadəcə, gəzintiyə çıxırlar. Qı sası, biabırçılıq arzulamayanlar, moda və qlamur həyatla ayaqlaşmayan tam hüquqlu vətəndaşlar şəhər daxilində demokratik hərəkətdən məhrum deyillər; belə ki, SantaBarbarada dördçarxlı velosipedlər olduqca məşhurdur. Bu velosipedlərə ailənin dörd üzvünü rahatlıqla yerləşdir mək olar – ata ilə ana qabaq oturacaqda pedalları fırladır, balaca dəcəllər isə arxada oturub valideynlərini yamsıla yırlar. Sevən cütlüklər arasında bu yarı-yarımçıq minik nö vü heç bir nüfuza malik deyil. Gənclərin fikrincə, həm
75
ADAMA GƏZMƏK QALIR
zahirən eybəcər, həm də çoxlu enerji sərfinə səbəb olan velisopedi sürməkdənsə, əsəbləri və gücü daha faydalı, misal üçün, gecə klubundakı rəqslərə saxlamaq daha doğru olardı. Gecənin düşməsi ilə dəniz kənarındakı bütün “ak tiviti-canlanma” şəhərin dərinliyinə doğru hərəkətə başlayır. Əgər səhər və günorta vaxtı sahilkənarı da ha səs-küylü və coşğundursa, axşama doğru cütlük lər Steyt striti tərk edib, əyləncəyə üz tutmağa başlayır. Çimərlik və idman geyimlərini cazibədar qiyafələrlə də
76
yişən xanımlar, damaqlarında siqar və ağ-qara ştiblet li nəzakətli bəylərin müşayiəti ilə Neon alovlu restoran, klub və barların dəryasına atılırlar. Cingildəyən bokallar, qadın gülüşü və ürək parçalayan saksofon sədaları... Və yalnız bu sehrli şəhərin hər küncündə insan izdihamı na qarışdığın zaman anlayırsan ki, niyə “Santa-Barbara” serialının müəllifləri qəhrəmanlar üçün məhz Santa-Bar baranı seçiblər. Çünki burada hər şey insanı macəraya sövq edir... Azər QƏRİB
77
reklam
ADAMA GƏZMƏK QALIR
Aьlarыn qaraldыьы yer...
Amerikanın söyüldüyü, Çe Gevaranın öyüldüyü, Lorkanın döyüldüyü, Heminqueyin sevildiyi yer...
Barat Abdullayev
78
A
tlantik okeanı darıxdırıcı, Amerika qitəsi maraqsız, siya sət Fidelsiz, iqtisadiyyat acı olardı Kuba olmasaydı... Kolumbun qılıncının kütləşdiyi, gülləsinin tükəndiyi yer dir Kuba... Kuba Amerikanın söyüldüyü, Çenin öyüldü yü, Lorkanın döyüldüyü, Heminqueyin sevildiyi bir yerdir. Sözün əsl mənasında yerdir... Tanrının insana bəxş etdiyi, insanın isə Tanrıya hörmət əlaməti olaraq qoruyub-saxlaya bildiyi, dünyadakı çox az yerlərdən biridir Kuba... Başgicəlləndirici ecazkar gözəlliyi var. Hətta paxıllıqdan Bakının adlarından birinin Badi-Kubə olduğunu da yadıma salı ram. Zorla da olsa, eynilik tapmaq həvəsindəyəm. Tapacağam
da... Açığı, çox axtarmağa ehtiyac yoxdur. Orada da bizim kimi qonağa çox hörmət edirlər və onlar da bizim kimi sonradan bu çoxun ağrısını çəkirlər. Am ma şükür Allaha! Müasir Kuba ayılıb və öz qəhvəsini özü içir. Qəhvə də nisbətən qara olduğundan, istəristəməz daha bir eyniliyə təsadüf edirəm... İndi kubalılar 1 qram şəkər çuğunduru, 2 qram rom, 3 qram tütünü də heç kimə havayı verməzlər. Amma ürəklərini verərlər. Elə bil, məhz ürəkləri ni vermək üçün yaranıblar kubalılar. Adanın türmə kimi olduğu vaxtlarda buraya gətirilən günahkarla rın vətənlərinə qayıtmaq, ailələrinə qovuşmaq üçün gec ə-gündüz etdikləri dualardır, bəlkə bunun səbə bi?.. Kiçik bir torpaq sahəsinə bu qədər dua oxu nubsa, buradakı insanların mərhəmətinin böyüklü yünü ölçmək mümkündürmü? Kubadan danışanda ilk yadıma düşən son gördüyüm mənzərədir: hava limanına gedərkən Havananın ən axırıncı kvartalın da 3-4 gənc qızın bizə əl eləməsi. Səmimi və mə sum baxışlar... Elə hey başlarını yelləyib heyfsilə nirdilər. Qəribədir, bütün dünya Kubaya getmək istəyir, kubalılar isə dünyanın harasına olur-olsun. Havanada axırıncı kvartallar çoxdur. Çünki şəhər vaxtı ilə sahilboyu ensiz bir zonada salınıb. Çox gö
zəldir Havana. Yoxsul kvartalların bu qədər təmiz saxlanmasına heç Avropanın Parisində də rast gə lə bilməzsən. Kubalılar əcnəbilərə, demək olar, hər şeyi satırlar. Bir neçə kasıb ölkədə olmuşdum. Ora larda da çox şeyi satırdılar. Amma lap bu qədər çox şeyi yox da. Təbii ki, bir neçə şey var idi ki, onları heç təklif də etmirdilər. Ağlınıza başqa şey gəlmə sin. Siqar, rom, qara koraldan söhbət gedir. Onları elə turistlər özləri böyük həvəslə alırlar. Kubaya bir neçə saatlıq gələn adam da bu üçündən birini alır. Vaxtım çox olduğumdan, üçündən də almışdım. Gördüyüm şəhərlər arasında bu qədər böyük (bizim təbirimizcə desək) İçərişəhər görməmişdim. Havana başdan-ayağa İçərişəhərdir. Təzə şəhərləri yoxdur kubalıların. Bütün binalar 80-100 illik tikililər dir. Bu binalardakı bir neçə mənzildə oldum. Birində isə qonaq qismində. Nələri var, düzürlər masanın üstünə. “Kimsən, hardan gəlmisən?” soruşmazlar. Deyəsən, heç adımı da soruşmadılar. Kasıb elə ku balı olar. Nə isə, oturdum Presli tərzində rəqs edən kətilə. Bu vurhavurda Nyuton da yadıma düşdü. Yıxılma dım. Bu boyda səmimiliyin qarşısında Preslini də, Nyutonu da unudursan. Elə də çox oturmağa qoy murlar. Salsa əla rəqsdir. Mən də dominodan başqa
79
ADAMA GƏZMƏK QALIR heç nə oynaya bilmədiyimə görə, çətinliklə girdim ritmə. Hamıya salsada ritmə düşməyi arzulayıram. Salsanın ritmi naşı adam üçün fantastikadır. Bir ne çə taktdan sonra başlayırsan özünün çox istedadlı olduğuna inanmağa. Nə isə... Bu salsanı qoyaq bir kənara. Bir xırda detalı deyim, sonra. Bu rəqsdə sənin necə oynama ğının heç bir əhəmiyyəti yoxdur. Tərəf-müqabilin hər şeyi özü edir. Elə bil, heç kim işləmir. Hamı səhərədək şənlən mək istəyir, vaxt isə azdır. Gərək Tropikanaya ça tam. Möhtəşəm rəqs tamaşalarına dünyanın çox yerindən gəliblər. Şou-balet başlayır. Sakit publika
80
bir neçə dəqiqədən sonra rəqqaslardan da çox hə rəkət etməyə başlayır. Bir neçə nəfər yerində yox, aralıqdakı pillələrdə oturmağa üstünlük verir. Rəq qasələr elə ürəkdən, elə həvəslə, elə fədakarlıqla oynayırdılar ki, sanki elə bu tempdəcə burdakı əs rarəngiz Marikon bulvarından qaçıb, 10-15 metrlik qayalardan məşhur əlvida mahnısının sədaları al tında özlərini Atlantik okeanın ev boyda dalğalarının üstünə atacaqlar. Mulen Rujdada batmışdım, şəkil çəkdirmək üçün oynayırdılar. Burda isə sankı za man xarab olub. Gah qabağa gedir, gah da ki dala. Ayaqlarını yerdən üzüb hoppanır, qışqırır, oxuyur, şənlənir hamı. Varlısı, kasıbı, ağı, qarası, böyüyü,
Fidel və onun qurduğu rejim barədə istədikləri fikri söyləyirlər. Kastro kubalıların qəlbindədir. Rejim öl kəsi olmasına baxmayaraq, Fidelin portretlərinə və heykəllərinə çox az rast gələ bilərsiniz. Əvəzində, hər yerdə Çe Gevaranın şəklinə, onun geyindiyi be retə rast gəlmək olar. Mən də Çenin qızılı rəngdə beşguşəli ulduz taxılmış qara beretini aldım. Bu be ret hamıya yaraşır. Yəqin, hamının içində yaşayan azadlıq hissidir bunun sirri... Okeanın kənarında oturub nəhəng dalğaların pəncəsindən qurtarmaq istəyən qum dənəciklərinin mücadiləsinə tamaşa edirəm. Həm özlərini, həm də özlərindən olan sahili qurtarmaq üçün vuruşur qum dənəcikləri... Qos-qocaman dalğaların sonda zərif sahilin qarşısında diz çökmələrinin şahidi oluram və Kubanın uzun müddət azad qalacağına inamım ço xalır. Havanada bir kafe var. Kubaya gələn hər kəs or da bir fincan qəhvə içmək arzusundadır. Nə vaxt sa, Heminquey boş vaxtlarını keçirərmiş bu kafedə. Doğrudan da, bir Heminquey ab-havası var bura da. Kafe köhnə şəhərin içəri şəhərinin ən mərkəzi küçəsində yerləşir. Divarda yazıçının şəkli, təbii ki, kiçiyi, qadını, kişisi... Hamısı bizim Azadlıq Meyda nından kiçik bir yerdə xoşbəxt idi. Yaza-yaza özü mü itirmişəm, bilmirəm, hardayam, Bakıda, yoxsa Havanada. Yenə də nə isə... Kubanı dünyada məşhur edən bir də Varadero turist mərkəzidir. Bura dünyanın hər yerindən gəlir lər. Buralar heç Kubaya bənzəmir; sanki Mayami dəsən. Hər çeşiddə içkilər, məzələr; çox baxımlı, maraqlı animasiya proqramları, rahatotaqlı otellər, istirahət üçün nə lazımdırsa, hər şey. Varaderoya giriş üçün xüsusi buraxılışın olmalıdır. Burda yerli əhali dincəlmir. Çox bahalıdır onlar üçün. Kubalının orta aylıq əməkhaqqısı 20-25$-dır. Bu pula bir ay yaşayarlar ?! Bununla belə ölkədə çox az səf il gö rərsiniz. Kubalılar çox qürurlu xalqdır. Fidel Kastro nun ən böyük xidməti, yeni nəsil kubalı yaratmaq olub. 50-60 il bundan əvvəllərdən fərqli olaraq, müasir kubalı özünü kubalı kimi hiss edir, Vətənini sevir. Hər yerdən təcrid olunmalarına baxmayaraq, çox savadlı və dünyagörüşünə malik insanlardılar.
81
ADAMA GƏZMƏK QALIR
məşhur qəlyanı ilə... Kubada məşhur adamın siqarsız şək linə az-az rast gələrsən. Hər yerdə siqar kultu hiss edirsən. Ən məşhur siqarlardan birinin adı Romeo və Cülyettadır. Nə əlaqəsi var siqarın eşqlə, mə həbbətlə? Hətta məşhur Qohi ba siqar mağazasının sahibi, 65 yaşlı Marselo da izah edə bil mədi. Əvəzində mənə Havanada keçirilən dünyada yeganə siqar festivalından danışdı. Kubalı qadınlar tütün bükərkən oxuduqla rı mahnını zümzümə etdi və fürsətdən isti fadə edib, Kastronun siyasətinə münasibət bildirdi. Kubalılar üçün Fidel Kastro doğmadır. Söysələr də, onu çox sevirlər. Varlının oğlu olub, kasıbların müda fiəsinə qalxıb, müba rizə aparan adamlar
82
doğma olublar tarixən. Kastro Ku badan Vətən, kubalıdan Vətəndaş yaratdı. Təbii ki, neqativ proses lərdən də yan keçməyib 50 illik Kastro siyasəti, nə etmək olar ? Bu yol elə də asan olmayıb axı. Kastro əslən Santyaqo de-Kuba şəhərindəndir. Kubanın ikinci, dünyanın isə birinci ən böyük məhəbbət şəhəri Santyaqo de-Kuba. Bu şəhərdə bir ne çə gün qalandan sonra, bü
tün məhəbbət əfsanələrinin qəh rəmanlarının elə bu yerlərdən olduğunu düşünürsən. İnsanın mənəvi dünyasının nə qədər də rin olduğunu anlayırsan. Bir şeir yazmışdım: “Bütün sevgilərin so nu kədərdir...”. Bu kasıb, dünya sivilizasiyasından çox-çox uzaq bir şəhərdə, qaradərili, yaşılgözlü qızın həsrətdolu baxışlarına rast gələndən sonra, indiyədək sevgi barədə yazan şairlərin hamısına inamım azalır, öz yazdığımı isə unutmağa çalışıram. “Məhəbbət bir bəladır, yoxdur onun dərmanı” əvəzinə, “Məhəbbət bir dərman dır, sağaldar hər bəlanı” yazıl saydı, yaxşı olmazdımı, deyə dü şünürəm Santyaqo de-Kubanın dar küçələrinin birində, eyvandan asılmış paltarların altındakı qəh vəxananın həyətində “Havana Club” içə-içə. Havana daha çox ticarət şəhəridir. Santyaqo deKuba isə hisslər şəhəri. Havana da aldığım qara koralı da Sant
yaqo de-Kubada bağışladım. Ən axırıncı pulumu da bu şəhərdə xərcləyib getmək istəyirdim. İn sanların səmimiliyi, məni bu sözə qoyulan abidənin, Perudanın şe irlərində, Berxesin hekayələrində yox, santyaqoluların qəlblərində olduğuna inandırdı. Bu yazını ya zarkən xəyalən bir neçə dəfə o yerlərdə oldum. Deyəsən, heç nə dəyişməyib. Bu yaxınlarda dost larımdan biri Kubaya gedəcəyini
söylədi. Fikir məni götürüb. Hər dən öz-özümə fikirləşirəm. Kuba nı görməsəydim, həyata münasi bətim necə olardı? Nə dəyişərdi? Bu sualın cavabı, Kubadan sonra kı həyatımın qalan hissəsinin axı rında olacaq. Sağlıq olsun! Gö rüşərik. Ən azı, yaşadığınızdan daha çox yaşamaq üçün Kubanı görməyə dəyər...
83
GÖRDÜN YEMƏK, DAHA NƏ DEMƏK?!
Kuba mяtbяxi
S
əxavətli təbiət, Ku ba milli kulinariyasının hərtərəfli inkişafı üçün həm torpağın, həm də dənizin bütün nemətlərini bəxş edib. Meyvə və tərəvəzlər, heç vaxt dəniz məhsulları kimi kuba lının süfrəsini tərk etmir. Kubalılar doyunca yeməyi çox sevirlər. Bi rinci yemək və şirələr qida rasio nuna daxil olmasa da, hər iki işta haçan yeməyi böyük həvəslə çox doyumlu, yağlı ana yeməklə əvəz edirlər. Ətlərdən ən çox tələbat donuz ətinədi. Ayrıca üstünlük isə tərəvəzlərlə pörtlədilmiş, müxtəlif acı souslarla hazırlanmış təamla ra verilir. Ümumiyyətlə, kubalılar acı qida həvəskarıdırlar: qırmızı acı bibər, qara, duza qoyulmuş zeytun, müxtəlif ədviyyatlar... Ey ni zamanda, kubalı duzlu yemək lərin və duzun qəbuluna xüsusi diqqət göstərir. Dənli bitkilər, qar
84
ğıdalı, manioka onların gündəlik qida rasionuna daxildir. Kuba mətbəxi rəngarəng, eyni zamanda mürəkkəbdir. Bu mət bəxdə əsas üstünlüyü ya dəmir torda qızardılmış ətə, ya da sax sı küplərdə bişirilmiş ətə verirlər. Nahar və şam yeməyini isə tərə vəzsiz təsəvvür etmək mümkün süzdür. Okean balıqları, kömürdə qızartmalar, həmçinin, un məmu latları buralarda çox məşhurdur. Pendirli əriştə, pomidor souslu pörtlədilmiş ət Kuba mətbəxinin ən geniş yayılmış ikinci - ana ye məyidir. Ev və çöl quşlarından saxsı qablarda hazırlanan təam lar isə müxtəlif çeşidli tərəvəz və souslarla bu mətbəxi təkraredil məz edir. Kubanın milli mətbəxinin digər, daha tanınmış yeməyi “axiako kriolo”dır. Qatı horradan hazırla nan bu yeməyi müxtəlif çeşidlərdə
Tərəvəzvə qoyun ətindən hazırlanan təam
Ərzaq: 550 qr qoyun əti 30 qr bitki yağı 280 qr kartof 250 qr yerkökü 50 qr baş soğan 1 diş sarımsaq 40 qr marinə edilmiş bolqar bibəri 20 qr pomidor 20 qr ağ kəmturş şərab 50 qr yaşıl noxud 30 qr hisə verilmiş toyuğun döş əti 6 qr göyərti, 0,02 qr dəfnə yarpağı, duz , istiot.
Hazırlanma qaydası: Əti 30-40 qramlıq tikələrə bölüb duzlayaraq, hər iki tərəfini bitki yağı və piylə (bekon və ya qo yun quyruğu ilə) qızardın.
hazırlamaq olar; tərəvəzlər və əlbəttə ki, bişirilmiş ətin müxtəlif növləri. Bu mətbəxin şah təamı isə “Konqri”dir. Rəngli lobyadan hazırlanmış düyü və “Arros moro”, həmçinin, “Mavrlar və xristianlar” adı ilə tanınan düyü və qara lobyadan hazırlanan yemək isə yalnız Kubaya məxsus olan daddır. Qızardılmış banan (platanos) Ku ba mətbəxinə nə vaxtsa Afrikadan gətirilən qulların yemək mədəniyyə tidir. Fufunu - bu cür hazırlanan ba nanlara müxtəlif inqredientlərdə əla və etmək olar. Çatinos – iştahaçan yüngül qəlyanaltı, platanosun əsa sında hazırlanır. Və əgər siz Kubada meyvə şirəsi sifariş edirsinizsə, müt ləq təzə sıxılmış olması həmin mey vənin əsl dadından xəbər verəcək. Coppelia dondurması bütün tu ristlər arasında məşhurdur. Mətbəx dən və yemək mədəniyyətindən da nışanda Kuba qəhvəsini diqqətdən kənarda qoymaq olmaz. Kubasaya ğı qəhvəiçmə adəti kubalı həyatının ayrılmaz hissəsidir. Gün ərzində çox böyük miqdarda içilən qəhvə tünd və olduqca şirindir. Şəhərlərdə yerləşən kafelərdə, eyni zamanda, casas de infusions, istənilən içki növlərinə rast
gəlmək olar. Demək olar ki, kubalılar isti və soyuq içkilərin hamısına bö yük miqdarda şəkər əlavə edirlər. Kubada nahar və şam yeməklə rində, süfrəyə şərab vermək adətdir. İştahaçan qismində, adəti üzrə, Ka nelazos-rom (bir şüşə romun tərkibi nə 30 qr darçın, 5 qr mixək daxildir) və yüngül qəlyanaltı sayılan kavezi lo - kərə yağında qızardılmış pendir təqdim olunur. Desert kimi meyvə və tünd qəhvə ənənəsinə bütün kuba lılar əməl edir. Ən çox tələb olunan spirtli içkilərdən dünya şöhrətli ro mun adını çəkməyə bilmərəm. “Ha vana Club”-ın üç növü mövcuddur: Carta Oro (qızıl), Carta Blanca (ağ) və Anejo (köhnə), hansı ki, saxlama müddətinə görə fərqlənir. Kubalıların sevimli romu isə Anejo-dur (qiyməti 8 dollar arasında dəyişir). Adətən, turistik restoran, kafe və barlar özünəməxsus nəfis şəkildə hazırlanmış kokteyllər təklif edir. Ku banın tanınmış kokteylləri siyahısıda “moxito”, “mulata”, “saoko”, “Kuba Libre” və xüsusilə “daykiri” qeyd et məliyəm ki, bu da dünyanın ən yaxşı kokteyl onluğuna başçılıq edir. Aygün Əzimova
Üzərinə ət suyu əlavə edib, ya rımhazır haladək bişirin. Saxsı qablarda 4 nəfərlik payla - qızardılmış ətləri, daha sonra yaşıl noxudu, kartof dilimlərini, kubşəkilli doğranmış yerkökünü, soğanı, pomidoru, ağ şərabı, bi bəri, kiçik parçalara ayrılmış döş ətini, xırdalanmış sarımsağı, duz və istiotu əlavə edib bişirin. Süfrəyə verildikdə üzərinə təzə doğranmış göyərti səpin. Nuş olsun!
85
GÖRDÜN YEMƏK, DAHA NƏ DEMƏK?!
Bяhram Gur man
Mяnim sevimli şшirniyyatıыm
86
PAXLAVA Xəmirin yoğrulması və için hazırlanması şəkərburada olduğu kimidir. Xəmir 0,5 mm qalınlığında yayılır. Tavanın dibinə yağ sürtülür və xəmir qatı sərilib üstünə 3-04 mm qalınlığında iç tökülür. İçliyin üstünə ikinci xəmir qatı salınır, yağ sür tülüb yenidən içlik tökülür və bu qayda 8-10 qata qədər davam etdirilir. Sonra paxlava 10x4 sm ölçüdə romb şəklində kəsilir, üst qatına zəfəran şirəsi qatılmış yumurta sarısı çəkilir. Hər paxlavanın ortasına yarım ləpə və ya püstə qoyulur. Paxlavanı 180-200 S-də 35-40 dəqiqə bişirirlər. Hazır olmağa 15 dəq. qalmış üstünə şərbət və yaxud bal tökülür. Ərzaqlar Əla buğda unu - 240 q, ərinmiş yağ - 60 q, üzlü süd - 80 q, yumurta - 1 əd., maya - 8 q, təmizlənmiş badam və ya qoz ləpəsi - 200 q, şəkər - 200 q, zəfəran - 0,4 q, vanilin - 0,2 q, bal - 20 q.
87
CANSAĞLIĞI, MƏHƏBBƏT!
88
НОВРУЗ СЦФРЯСИ
саьламлыьын рящнидир B
u günlər ölkəmizdə hamı azərbaycanlıla rın ən əziz və sevimli bayramı olan, kökü çox qədim dövrlərə gedib-çıxan Novruz Bayramına hazırlaşır. Şəkərburalı, paxla valı, qoğallı, qoz-fındıqlı zəngin bayram süfrəsi Nov ruzun əsas atributlarındandır. Məhz bu bayram gün lərində həmvətənlərimizin «həzm-rabedən keçirdiyi» şirniyyat və çərəz bütün rekordları geridə qoyur. Bu qidalar nə dərəcədə cana xeyirlidir? Onları sağlam lığa zərər vurmadan nə qədər yemək olar? Bu kimi suallara, təbabətə həsr olunmuş orta əsr Azərbaycan məxəzlərindən ətraflı məlumat almaq olar. Bəzi qə dim təbabət əlyazmalarına müraciət edərək, Novru zun bayram təamlarının müalicəvi xüsusiyyətləri ba rədə loğmanlarımızın fikirlərini öyrənməyə çalışaq. Novruz günlərində bol və rəngarəng süfrə ənənəsinin kökləri çox qədim zamanlara gedib-çıxır. Məlumdur ki, VII əsrdə Azərbaycanda İslam dini yayılmağa başlananadək, ölkə əhalisi atəşpərəst olub və həmvətənlərimiz Zərdüşt Peyğəmbərə tapınıb. Yazda gecə ilə gündüzün bərabər ləşdiyi gün Yeni ili qarşılayan qədim atəşpərəstlər doyunca yeməyi mömin həyat tərzinin mühüm şərtlərindən hesab edirdilər. Bu müddəa onların müqəddəs kitabı «Avesta»da da təsbit olunmuşdu. E.ə. I minillikdə yaşamış Zərdüşt öz ardıcıllarına öyrədirdi ki, əsl dindar atəşpərəst mütləq öz sağlamlığının qayğısına qalmalı, vaxtında və düzgün qi dalanmalı və bunların nəticəsi kimi görkəmcə ürəyəyatan olmalıdır. Başqa sözlə, bizim qədim əcdadlarımız köklüyü mömin atəşpərəstlər üçün normal hesab edirdilər.
Müalicəvi aclıq və pəhrizlər qədim Azərbaycanda müs bət qəbul edilmirdi. Zərdüştlük dini hesab edirdi ki, nümu nəvi atəşpərəst «bir qədər dolu, qırmızıyanaq, sağlam və şən» olmalıdır. Asketizm, tərki-dünyalıq, mütəmadi və ki fayət qədər qidalanmamaq, qidanın məhdudlaşdırılması yolu ilə orqanizmə zərər vurmağın digər formaları böyük günah hesab olunurdu. Əlbəttə, zərdüştlüyün sağlam hə yat tərzi konsepsiyasının nə dərəcədə düzgün olub-olma ması barədə mübahisə etmək olar. Lakin etiraf etmək la zımdır ki, qədim yunan mənbələrində o dövr Azərbaycan əhalisinin sağlam və uzunömürlülüyü xüsusi qeyd edilirdi. Qədim atəşpərəstlər tərəvəz, göyərti, yağ, qoz, ət, süd və müxtəlif şirniyyatı ən xeyirli ərzaqlar hesab edirdilər. Novruzda və digər milli bayramlar zamanı bayram süfrəsi üçün xörəklər də məhz onlardan hazırlanırdı. İslamın gə lişi ilə azərbaycanlıların qida rejimi çox da dəyişmədi. Şə kərbura, paxlava, halva, tərkibində bal, qoz, badam və s. olan digər bu kimi şirniyyatlar yenə də çox istifadə edilirdi. Yeməyə plovdan və digər isti xörəklərdən başlayar, şirniy yatla bitirərdilər. Qida qəbulu şərbətlə müşayiət olunurdu (çay və qəhvə çox sonralar məşhurlaşdı). O zaman hesab olunurdu ki, bu xörəklər nəinki xeyirlidir, hətta bir sıra xəs təlikləri müalicə edir. Peyğəmbərin təbabəti Bayram günlərində istifadə olunan ərzaqların və ha zırlanan xörəklərin müalicəvi xüsusiyyətləri barədə Mə həmməd Peyğəmbərin (s.ə.s) və onun məsləkdaşlarının bir çox fikirləri bugünümüzədək gəlib-çatıb. Bu fikirlər Peyğəmbərin həyatı və əməlləri barədə rəvayətlərdən
89
CANSAĞLIĞI, MƏHƏBBƏT! ibarət olan hədislərdə öz əksini tapıb. XVIII əsr Azərbay can təbibi Məhəmməd Bərgüşadi Şərq şirniyyatı və quru meyvələrin müalicəvi xüsusiyyətləri barədə Məhəmməd Peyğəmbər (s.ə.s) və onun məsləkdaşlarının fikirlərini top layaraq, kitab tərtib edib. «Tibbi-nəbəvi» («Peyğəmbərin təbabəti») adlanan bu kitab ərəb dilindədir. Məhəmməd Peyğəmbərə (s.ə.s) aid olan bir ifadəni hə min kitabdan iqtibas gətirək: «Üzüm giləsinin ətində şəfa, qabığında isə əziyyət vardır». Bu zaman nəzərdə tutulur du ki, üzüm qabığı pis həzm olunur və bağırsaqlarda qaz əmələ gətirir. Buna görə də gilələri çeynədikdən sonra, qabıq və dənələri udmaq yox, atmaq məsləhət görülürdü. Novruz günlərində təzə üzüm mövsümü olmadığın dan, onu müxtəlif cür kişmişlər əvəz edərdi. Kiş mişi isə Peyğəmbərimiz orqanizm üçün çox faydalı ərzaq hesab edirdi. Qaysı və kişmiş Qaysı, kişmiş, innab və xonçaya qoyulan di gər çərəzlər ürəyə xeyirli ərzaqlar he sab olunurdu. Qara gavalı, əncir və al buxara qurularının qarını boşaltdığı bil dirilirdi. Onlardan xalq təbabətində qəbizlik əleyhinə istifadə olunurdu. Ləbləbi zülalla zəngin olub, orqanizmə ümumi möhkəmləndi rən təsir edir. Lakin həddən artıq istifadə olunduqda, həzmi pozur və köp əmələ gətirir. Püstə, xüsu sən, onun daxili yaşıl qabığı taxikardiya (şiddətli ürək dö yüntüsü) əleyhinə vasitə kimi istifadə olunurdu. Onu uzun müddət mütəmadi qəbul etdikdə ürəkdöyünmənin qarşı sını alır. Orta əsrlər dövrünün məşhur həkimləri Novruz gün lərində süfrəyə qoyulan təamların və bişirilən xörəklərin, şirniyyatların cana faydasından çox yazıblar. Novruz süf rəsinin bəzəyi olan şəkərburadan başlayaq. Şəkərbura Qədim zamanlar şəkərbura «müalicəvi» şirniyyatlar dan biri hesab olunurdu. Hələ e.ə. IV əsrdə qoz və şəkər dən şəkərbura formasında hazırlanmış şirniyyatlar Atro patena (qədim Azərbaycan) hakimlərinin sevimli yeməyi
90
idi. Onlar mömin zoroastrizm ardıcılı olduqlarına görə, arıqlamaqdan və xəstə görkəm almaqdan çox qorxurdu lar. Atəşpərəstlər hesab edirdilər ki, insan xəstələnəndə şər allahı Əhrimanın hakimiyyəti altına düşür və paklığını itirir. Ona görə qədim hakimlər bir qədər kök olmağa çalı şırdılar və şəkərbura da onlara bu işdə kömək edirdi. Nizami Gəncəvi Sasani şahı Xosrovu təsvir edərkən yazırdı ki, o, səhərlər əzilmiş qozla təmiz şəkər yeməyi xoşlayırdı. Orta əsr müəllifi Məhəmməd Mömin (XVII əsr) bu şirniyyatı «şəkərpara» adlandınr, onun müalicəvi xü susiyyətlərini sadalayırdı: «Bu təam beyin üçün faydalıdır, bədəni möhkəmlədir, qan yaranmasına kömək edir, kişi lik gücünü artırır». Gördüyümüz kimi, artıq çəki və damarlarm xolesterinlə tutulması əcdadlarımızı qorxut murdu. Ümumiyyətlə, həddən zi yadə qəbul edilməsə, şəkərbura yaxşı həzm olunur və orqa nizm üçün heç bir fəsad törətmir. Ənənəyə gö rə, bir oturuma 2-3 şəkərbura və ya paxlavadan artıq yemirdilər. Paxlava Yusif ibn İsmayıl Xoyi 1311-ci ildə orta əsr təbabəti nöqteyi-nə zərindən paxlavanın müali cəvi xüsusiyyətləri barədə ya zırdı ki, o, cinsi qabiliyyəti gücləndirir və beyin üçün faydalıdır. Buna görə də zehni əməklə məşğul olanlara - alimlərə, yazıçılara, şairlərə, dövlət xadimlərinə paxlava yeməyi məsləhət görürdülər. Hesab edilirdi ki, sə hər acqarına yeyilən bir paxlava həzmi yaxşılaşdırır, ba ğırsağı şlaklardan təmizləyir, qarına boşaldan təsir edir, qəbizlikdə kömək edir. Ondan xroniki xolesistit zamanı öd qovucu kimi də istifadə olunurdu. Həm şəkərburanın, həm də paxlavanın üstündən az maye içmək məsləhət görü lürdü. Şirniyyatın üstündən bir stəkan limon, heyva və ya nar şərbəti içirdilər. Bu, həzm prosesini asanlaşdırır, mədə-ba ğırsağa yaxşı təsir göstərirdi. Sonralar paxlava ilə mixək, hil, yaxud başqa ədviyyat əlavə olunmuş tünd-çay içməyə başladılar ki, o da həzmi yaxşılaşdırırdı. Hesab olunurdu ki, qəhvə çaya nisbətən şirniyyatla daha pis tutur. Lakin
Azərbaycan, Orta Asiya və İrandan fərqli olaraq, Osmanlı İmperiyasında qəhvə geniş istifadə olunurdu. Türklər 2-3 dilim yağlı və həddən artıq şirin türk paxlavasının üstün dən xırda stəkanla tünd-qəhvə içirdilər. Çoxlu soyuq su və sərinləşdirici içki içmək isə qəti surətdə məsləhət gö rülmürdü. Qoz-fındıq Şəkərbura, paxlava və digər şirniyyatların tərkibindəki qoz-fındıq barədə orta əsrlər Azərbaycan təbibi Məhəm məd Mömin deyirdi: «Fındıq cinsi qabiliyyəti gücləndirir, bağırsaqlar üçün faydalıdır, amma pis həzm olunur. Fındıq yemək sinə və ağ ciyərlər üçün, xüsusilə ürəyə çox xe yirlidir». Orta əsrlər müəllifləri fındığın, qozun, badamın, şəkərbura və paxlavanın faydasından danışmaqla yanaşı, onları həddən artıq yeməməyi də məsləhət görürdülər ki, mədədə ağırlıq hissi yaranmasın və həzm pozulmasın. Bal Qeyd etmək lazımdır ki, o vaxtlar şirniyyatlar, əsasən, bal ilə hazırlanırdı. Bu həm şirniyyatın dadını, həm də sağlamlıq üçün faydasını artırırdı. Milli bayramlar və ənənəvi mətbəx Azərbaycan xalqı nın milli mədəniyyətinin zəngin xəzinəsidir. Orta əsr təbib lərinin məsləhətləri bu gün də öz əhəmiyyətini itirməyib. Bütün deyilənlər bir daha onu göstərir ki, biz əcdadları mızdan hələ çox şey öyrənə bilərik. Fərid Ələkbərli, tarix elmləri doktoru
91
92
93
DAŞ-QAŞ
Daшın
nя fяrQиi var kи...
U
şaq vaxtı nənəmin boynuna taxdığı, qəri bə rəng çalarları olan muncuqlara oyun caq kimi baxardım və öz-özümə sual edərdim: görəsən, nənəm niyə boynunda oyuncaq gəzdirir? Nənəm isə sualdolu baxışlarımın qarşılığında deyərdi ki, “Bala, oyuncaq deyil, zobum var, ona görə taxıram, yoxsa bu xəstəlik məni çoxdan öldürmüşdü”. Böyüyüb ağlım kəsəndən sonra eşidib və oxuyub öyrəndim ki, “nənəmin oyuncağı” elə-belə oyuncaq deyilmiş, nəinki “zob”un, hətta ayrı xəstəlik lərin də əlacı imiş. Yəqin, söhbətin kəhrəbadan get diyini hiss etdiniz. Bəli, “Daş-qaş” rubrikasının budə fəki sayında hamının xoşladığı, digər qiymətli daşlar dan fərqli olaraq, heç bir zərəri olmayan, xeyirxahlıq rəmzi kimi tanınan kəhrəbadan söz açacağıq.
Quldan qiymətli...
Litvalıların “qintaras”, rusların “alatır”, almanların “barnşteyn”, ukraynalıların “burştın” adlandırdıqları kəhrə
94
ba (latın - “amber”) digər daş-qaşlarla müqayisədə qiymətli hesab olunmasa da, öz ecazkarlığı ilə insanların diqqətini cəlb edib. Tarixi mənbələrə gorə, Misir fironu Tutanxamo nun da tacı kəhrəba ilə bəzədilibmiş. Roma imperatoru Neronun hakimiyyəti dövrlərində isə kəhrəbadan inşaat materialı kimi istifadə olunub. Onunla villaları, hovuzları bəzəyiblər. İmperatorun özu isə qara kəhrəbanı daha çox sevərmiş. Qədim mənbələrə görə, hətta Neronun dövrün də kəhrəbadan düzəldilmiş kiçik fiqur bir quldan qiymətli olub. Çin və Yaponiyada isə imperatorlar əjdaha qanının rəngini xatırlatdığına görə, albalı rəngli kəhrəbanı daha çox sevərdilər. Məşhur italyan sənətçiləri - Stradivaranın, Qvarnerin və Miotinin skripkaları kəhrəba qatılmış lakla laklanmışdı. Geoloqların araşdırmaları göstərir ki, kəhrəba oliqosen erasında (20-30 milyon il bundan əvvəl) mövcud olmuş ağacların şirəsindən yaranıb. Kəhrəbadan müştük, təsbeh, muncuq və digər bəzək əşyaları düzəldilir. Kəhrə baya əsasən Şərqi İngiltərə, Niderland, Danimarka, İsveç, Finlandiya, Baltikyanı ölkələrdə rast gəlinir.
Kəhrəba otağın sirri
Bu qiymətli daşla bağlı maraqlı məqamlardan biri də XX əsrdə Rusiyada itən və hələ də tədqiqatçılar tərəfin dən axtarışları davam edən kəhrəba otaqdır. Bir qədər kəhrəba otağının tarixi barədə. Tarixi mənbələrə görə, bu otaq XVIII əsrdə Prussiya kralı I Fridrix Vilhelmin göstərişi ilə memar Andreas Şlyuter və usta Qodfrid Tusso tərəfin dən düzəldilib. 1716-cı ildə I Fridrix Vilhelm kəhrəba otağı həmin dövrdə bir sıra hərbi uğurlara imza atan I Pyotra hədiyyə edib. Kəhrəba otaq Peterburqa gətirildikdən son ra, əvvəlcə Qış Sarayında, sonra Çar kəndində (Sarskoye selo) yerləşdirilir. İkinci Dünya müharibəsinə qədər mühafizə olunan kəhrəba otaq 1941-ci ildə yoxa çıxır. Tədqiqatçılar kəh rəba otağın 1941-ci ildə faşistlərin incəsənət nümayən dələrindən ibarət xüsusi «Kunstkomission» adlı qənimət dəstəsi tərəfindən 36 saat ərzində sökülərək, Almaniyaya aparıldığını ehtimal edirlər. Bəzi ehtimallara görə, kəhrəba
otaq Kalininqrad (əvvəlki adı Könniqsberq) şəhərinin mər kəzində yerləşən və bir müddət bu şəhərin komendantı olan general Otto fon Lyaşın qərargah kimi istifadə etdiyi bunkerdə gizlədilib. Və hazırda da bu bunkerdədir. Tarixçi Sergey Trifonov deyir ki, Kalininqraddakı ikimetr lik beton altında yerləşən bunkerdə müharibədən sonra insan ayağı dəyməyən çoxlu sayda otaq var. O əmindir ki, həm kəhrəba otaq, həm də Reyxin 4 milyard dollar dəyəri olan qızıl ehtiyatları bu bunkerdə gizlədilib. Tarixçi bildirir ki, bunkerin dərinliyi 12 metrdir, amma indiyədək tədqiqat çılar 7 metrdən aşağı düşməyiblər. Digər məlumatlarda isə çəkisi 6 ton olan və 50 kvadrat metrlik otağı bəzəyən kəhrəba daşların müharibə başladıq dan sonra arxa cəbhəyə köçürüldüyü bildirilir. Deyilənlərə görə, Stalinin əmri ilə sovet bərpaçıları müharibə başlaya nadək kəhrəba otağın surətini hazırlayıblar. Ehtimallara gö rə, almanlar məhz kəhrəba otağın surətini aparıblar. Otağın orijinalı isə Stalin tərəfindən SSRİ-yə hərbi texnika, sursat
95
DAŞ-QAŞ və ərzaq yardımı edən Armand Hammerə hədiyyə olunub. Torpaq kəhrəbası Göründüyü kimi, hələ ki nə tarixçilər, nə müstəqil tədqiqat Toz halında su ilə içildikdə mədə xəstəliklərini müalicə çılar, nə də rəsmi şəxslər kəhrəba otaqla bağlı doğru-dü edir. Bal ilə qarışığı göz və qulaq xəstəliklərində fayda rüst açıqlama verə bilmirlər. XX əsrin ən böyük sirlərindən lıdır. Kəhrəbadan alınmış yağ və naşatır spirti isə ürək olan bu müəmma sirrini qoruyub-saxlamaqdadır. getmə zamanı istifadə olunur. Başgicəllənmə, şişlər, bərk öskürək, epilepsiyadan əziyyət çəkənlərə üzərlərində Böyrək daşının qənimi kəhrəba saxlamaq tövsiyə edilir. Bundan başqa, psixi Kəhrəba qiymətli daş olmasa da, ta qədim zamanlar catışmazlığı, qızdırması olanlar, qulaqları zəif eşidənlər dan indiyə qədər müalicəvi xüsusiyyətlərinə görə, digər üçün də kəhrəba məsləhət görülür. Litoterapiya (daşlərini üstələyib. Boğazında qalxanvari vəz olan insanlara qaşla müalicə) ilə məşğul olan mütəxəssislər bildirirlər boyunlarına uzun illər dənizdə qalıb, canına yod çəkmiş ki, hamilə qadın üzərində daim kəhrəba gəzdirərsə, dö kəhrəba taxmaq məsləhət görülüb. Bundan başqa, kəh lü qoruyar və doğuşu rahat keçər. Onu da qeyd edək ki, rəba biogenik enerjiyə malik olduğundan, qırmızı qan qədim mənbələrdə kəhrəbadan hazırlanmış minlərlə re hüceyrələrinin parçalanmasının qarşısını alır, qanın lax septə rast gəlmək mümkündur. İndi də kəhrəbadan müx talanmasını əngəlləyir. Təsadüfi deyil ki, qanın köçürülmə təlif dərmanlar hazırlanır; məsələn, D3 kəhrəba turşusu, si və konservləşdirilməsi üçün alətləri məhz kəhrəbadan antiseptik məhlul sayılan yod, revmatizm üçün maz, diş hazırlayırlar. Kəhrəba, xüsusilə də, ağ rəngdə olanı göz pastalarına əlavə olunan maddələr və s. Müasir tədqiqat zəifliyinin, kataraktanın, angina və ürək catışmazlığının çılar bildirirlər ki, kəhrəbanın müalicəvi xüsusiyyətləri, tər müalicəsində effekt verir. O, qanaxmanı və ürəkbulanma kibində etilenin olması ilə bağlıdır. Bundan başqa, daha nı saxlayır, böyrəkdən daşı qovur, həmçinin, sidikqovucu güclü müalicəvi təsirə malik kəhrəba dənizdən deyil, tor qüvvəsi böyükdür. Almaniyada protestantlığın əsasını qo paqdan tapılanlardır. Nə qədər qəribə olsa da, kəhrəba yan və ona rəhbərlik edən dahi islahatçı Martin Lüter (XVnın köməkliyi ilə suyun zəhərli olub-olmadığını müəyyən XVI əsrlər) cibində daim kəhrəba gəzdirərmiş ki, böyrək ləşdirmək mümkündür. Deyilənlərə görə, kəhrəba zəhərli lərində daş əmələ gəlməsin. suya atıldıqda sudan qığılcımlar çıxır və cırtıltı səsi gəlir.
96
İnsulin “bazası”
Yeri gəlmişkən, XX əsrin ikinci yarısından etibarən, Ru siyanın Kalininqrad vilayətində yaradılmış kombinatda is tehsal olunan kəhrəba turşusundan da müalicə məqsədilə istifadə olunur. Mütəxəssislər bildirirlər ki, bu turşu əsəb sistemini tənzimləyir, böyrək və bağırsaqların fəaliyyətini yaxşılaşdırır, soyuqdəyməni çıxarır. Bundan başqa, ürək əzələlərinin patologiyaları, artritlərin müalicəsi, qan azlığı, narkozdan sonra nəfəsalmanı tənzimləmək üçün məslə hətlidir. Bu turşu, həmçinin, fiziki və əqli aktivliyi yüksəldir, ağır xəstəlikdən sonra orqanizmin gücünü bərpa edir, bey nə aydınlıq gətirir, insanın spirtli içkilərlə bağlılığını azaldır, içkidən sonra başgicəllənməni aradan götürür. Qandakı xolesterini azaltmaqla və insulin hasil etməklə şəkər xəs tələrində insulin və digər dərmanlara olan ehtiyacı mini muma endirir. Qlükoza ilə kəhrəba turşusunun qarışığı isə idmançılarda uzun çəkən məşq prosesindən sonra yara nan yorğunluğu aradan qaldırır, həmçinin, onların orqaniz minin fiziki yükə tez və asan uyğunlaşmasına kömək edir. Hamiləlik zamanı bu turşu ananın orqanizminin hormonal qurulmasını asanlaşdırır, toksikozun qarşısını alır, müxtə lif ağırlaşmaların başvermə ehtimalını azaldır. Doğuşdan sonra kəhrəba turşusu ana orqanizmini tez bərpa edir və südün miqdarını artırır. Kəhrəba yağı da çox böyük tibbi
effektə malikdir. Bu yağ antiseptik və virus əleyhinə xas səyə malikdir, yaraları tez sağaldır. Zeytun, ərik yağları ilə qarışığından dəri xəstəliklərində müalicə və masaj məq sədilə istifadə olunur. Kəhrəba oynaq xəstəlikləri zamanı da effektlidir. Belə ki, qan dövranını bərpa edir və duzların orqanizmdən çıxmasına səbəb olur.
Kəhrəba və magiya
Kəhrəba astronomiya üçün də maraqlı obyekt olub. Məsələn, hələ qədim dövrlərdən münəccimlər bu daşı Şir bürcü altında doğulanlar üçün “tilsimli daş” hesab edib lər. Bəziləri isə Buğaların bu daşı gəzdirməsini məsləhət görmürdü. Deyilənlərə görə, kəhrəba Buğalara ziyan ve rə bilər. Kəhrəbanın mistik xüsusiyyətləri barədə də xeyli məlumat var. Qədim inanclara görə, kəhrəba pis gözdən, sehrdən, cadudan qoruyur. Məhz buna görə də müxtəlif xalqlar arasında kəhrəba amulet dəbdə olub. Körpələrin geyiminə kəhrəba muncuq taxarmışlar ki, pis, zalım qüv vələr ondan uzaq olsun. Hətta İran şahı üzərində kəhrəba muncuq gəzdirərmiş ki, sui-qəsdlə üzləşməsin. Qədim rus və polyak ailələrində uşağa süd verən qadınların, dayələ rin boynuna ağır kəhrəba asarmışlar ki, uşaq pis niyyət dən, nəzərdən qorunsun. İLKİN
97
TARİXİ-NADİR
“Qяdimdяn dя qяdim...
BИНЯГЯДИ”М!
Boz qurd kəlləsi və alt çənəsi
98
A
zərbaycan ərazisinin nə az-nə çox, 190 min il bundan əvvəlki təbiət aləmini öy rənmək mümkündür. Tədqiqatçıların həmin dövrə ən asan və maraqlı səya həti məhz bir yoldan keçir ki, o da vaxtilə qır gölü olmuş Binəqədi dördüncü dövr fauna və flora qə biristanlığıdır. O, milyonlarla qədim heyvan və bitki qalıqlarını Orta Pleystosendən keçən əsrin ortaları na qədər gizli saxlayıb. 1938-ci ildə Binəqədi kəndi ərazisində aşkarlanmış, qədim dövrün təbiətinə aid faktlar xəzinəsi hesab olunan bu qəbiristanlığın ya ranması və xarakteri belə izah olunur. Təxminən, 200 min il bundan öncə indiki Azərbaycan ərazisi, xüsusən də Abşeron yarımadası müasir dövrdə ki kimi neft gölməçələri, bataqlıqları, üzərini neft pərdə si örtmüş su yığnaqları, həmçinin, neft və qaz püskürən palçıq vulkanları ilə zəngin olub. Neftli-mazutlu göllərdən biri indiki Binəqədi qəsəbəsində yerləşir. Vaxtilə 60-70 hektar sahəni əhatə edən Binəqədi qır gölü sonralar geoloji proseslər nəticəsində təpəyə çevri lib, tamamilə quruyub və eroziyaya məruz qalıb. VI əsrdə (ehtimal var ki, daha qədimdə - S.H.) həmin ərazidə Bi nəqədi kəndi salınıb. Kənd dövrümüzədək o qədər ge nişlənib ki, elm üçün zəngin miras saxlayan qəbiristanlıq hazırda cəmi 1,5 hektar ərazini əhatə edir. Bu kiçik sahə daşlaşmış qır, nazik qum və ot təbəqələrindən ibarətdir.
Abşeron təbiət abidəsi statusuna malik bu qəbiris tanlıqda qırın qalınlığı 4 metrdir. Lakin qazıntılar sübut edir ki, kəndin tikintiləri altında olan hissələrdə bu rəqəm 7-ni keçir. Ərazi aşkar olunanda sümük və bitki qalıqları, hətta yerin üzərinə çıxıbmış. 1938-53-cü illərin qazıntı larında buradan, ümumən, 300-ə qədər heyvan və bitki növü qalığı tapılıb. Kolleksiyada 43 növ məməli, 108 növ quş, 2 növ sürünən, 1 suda-quruda yaşayan, 1 molyus ka, 120-dən çox böcək və 22 bitki növü vardır. Alimlər əmindirlər ki, bütün bu tapıntılardan əlavə, qəbiristan lıqda, təqribən, 100 cücü növü aşkarlanmamış qalır. Qədim heyvan və cücüləri qır gölünə toplayan ilkin sə bəb yay aylarında gölün üzərindəki parıltıdır. Belə ki, su içmək niyyətində olan quşlar neftli-mazutlu gölə qonan kimi yapışıb zəhərlənərək, qidasız qalaraq məhv olub. Səthində parıltı və saysız-hesabsız quş cəsədləri olan göl bu növ heyvanları yay fəsli bitənə qədər özünə cəlb edib. Onların cəmdəkləri ətyeyən nəhəng və kiçik hey vanların asan əldə edilən yemi olub. Hətta bəzən yırtıcı lar qıra batmış müxtəlif növ faunanın cəmdəkləri uğrun da bir-biri ilə didişib. Gərgin mübarizədən, yem bitdikdən sonra «ayılıblar» ki, yapışqan qır artıq onların da «möhü rünü» vurub. Gölün yapışqan sahilləri su içməyə gələn iri məməli heyvanlar üçün də tələ olub. Qısası, ac toyuğun yuxusu yalançı həqiqətə çevrilib. Bu minvalla göl yüzlərlə heyvanı, həşəratı özünə cəlb
Binəqədi kərgədanı
edib və qış aylarına kimi udub. Soyuq havalarda ölüm yuvasının üzəri hamar qartmaq bağlayıb və sanki burada heç nə baş verməyibmiş kimi, sakit bir mənzərə yaranıb. Beləcə, hər ilin yayında ölüm gölü aldadıcı görüntüsü ilə yeni qurbanlarını çağırıb və saylarını artırıb. Abşeronda belə göllər xeylidir və onlar əsasən, biya banlıqlarda intişar tapıb. Bu qədim və təbii tələlərə hazır kı dövrdə də müxtəlif heyvanlar, xüsusən də quşlar düşür və qədim həmnövlərinə qovuşur. Qır göllərini əmələ gə tirən mazut bəzi yerlərdə yerin dərinliklərindən sızıntı ilə yox, palçıq vulkanı sayəsində qaynama şəklində səthə çıxır. Təəssüflə qeyd edək ki, dövrümüzdə mövcud olan qır göllərində dərin tədqiqatlar aparılmadığından, onların
99
TARİXİ-NADİR
H.Zərdabi adına Təbiət Tarixi Muzeyində saxlanılan və qazma işləri nəticəsində tapılan, qır ləkələri ilə örtülmüş sümüklər. Sümüklərin bərpası zamanı tədqiqatçılar qırlı sümükləri neftlə təmizləməyə çalışıblar, lakin bu üsul səmərə verməyib. Ona görə də növbəti mərhələ sümükləri qazılmış qələvidə qaynatmaq olub
Neft çıxarılması zamanı ətrafa yayılan palçıq vulkanında məhv olmuş ilan və çəyirtkələr
100
dibindəkilər haqqında məlumat da azdır. Binəqədi dördüncü dövr fauna və flora qəbiristanlı ğından tapılanlar arasında 5 növ və 9 yarım növ nəs li kəsilmiş məməlilər var. Binəqədi kərgədanı, Binəqədi buğası, Abşeron öküzü, vinoqradov tirəndazı (oxlu kirpi si), Abşeron çöl siçanı və Binəqədi sayqası həmin fauna növlərindəndir. Onlar skeletlərinin, o cümlədən, dişlərinin və buynuzlarının ölçülərinə, həmçinin, qidalanma tərzlə rinə görə öz müasirlərindən və digər ərazilərdə mövcud olmuşlardan fərqlənir. 1940-cı ildə tapılmış sümüklərdən Binəqədi kərgədanının skeleti bərpa edilib. O, yalnız sü müklərinin ölçülərinə görə yox, uzun tükləri ilə də alimləri xeyli maraqlandırır. Hansı ki müasir kərgədanların dərisi tüksüz və ya müvəqqəti xırda tüklü olur. Nəsli kəsilmiş quşlar isə 3 növ və 4 yarımnövdür. Ağ quyruq dəniz qartalı (yarım növ), Binəqədi döyüşən cül lütü, Binəqədi ağ durnası (qırmızı kitab), Azərbaycan qa zı (nəsli kəsilib) onların sırasına daxildir. Ağquyruq dəniz qartalının qanadlarının uzunluğu 2,5 metrə çatırmış. Bu quşlar heyvan leşləri yeyirmiş. Onların qalıqlarına yalnız
Qala kəndi yaxınlığında qır sızıntıları üzərində açıq-aşkar görünən ləpirlər, güman ki, səhvən yolunu azmış inəyə məxsusdur
Səid HÜSEYNOV, Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun mətbuat katibi
Binəqədi rayonunda qır sızıntıları altında qalmış və məhv olmuş məməlilərin, yırtıcıların qalıq və cəmdəkləri
Fotolar müəllifindir
Azərbaycanda rast gəlinib. Binəqədi dördüncü dövr fauna və flora qəbiristanlığı dünyada ən zəngin paleonto loji xəzinə hesab olunur. Bu qədər zənginlik o dövrdəki heyvanların təkamül prosesinin izlənilməsini, ekoloji sistemin müəyyən edil məsini xeyli asanlaşdırır. Belə ki, kərgədanın uzun tüklərə malik olması, təxminən, 200 min il bundan əvvəlki dövrdə soyuqlaşma prose sindən xəbər verir. Tədqiqatçılar hesab edir lər ki, o vaxt Abşeron yarımadasında ağaclıq və kolluq müasir dövrə nisbətən daha zəngin olub. Əsasən, kserofit (quraqlığa davamlı) və bataqlıq bitkiləri üstünlük təşkil edib. Sonralar mühit dəyişkənliyi, təbii fəlakət və s. səbəblər dən bəzi heyvanların nəsli kəsilib.
101
İKİNCİ BİRİNCİLƏR
Yoahim Zauer Das Kischi!
B
erlinin Humboldt Universitetinin iri dəmir darvazasından hər gün çox sadə, amma hədsiz dərəcədə səliqəli geyimdə bir ki şi daxil olur. Əslində, bu sadə, kasıbyana görünüşlü professor digərlərindən o qədər də fərqlən məzdi, əgər əlindəki iri çantası olmasaydı. Hətta onun çalışdığı kimya bölməsindən olmayan tələbələr də bu iri və ağır çantasına görə professora “cənab iri çemodan” deyə oz aralarında zarafatlaşırlar. Amma nə sadə görü
102
nüşü, nə işə piyada gedib-gəlməsi, nə də tələbələrinin bəzən hədəqədən çıxan atmacaları professor Yoahim Zauerin Almaniyanın “birinci kişi”si statusuna xələl gətir mir. Müasir alman tarixinin ən güclü kimyaçısı artıq 6-cı ildir, “birinci kişi” statusunu daşıyır. Bu pilləyə yüksəlmək üçün isə o, dünyanın ən sərt qadını ilə 28 illik ömür yolu keçməli olub. Yəqin ki, söhbətin kimdən və ya kimlərdən gedəcəyini anladınız.
Merkelin qərarı nə oldu? Yoahim Zauer 1949-cu ildə Şərqi Almaniyanın Hosena şəhərində anadan olub, Humbolt Univer sitetini bitirib, kimya sahəsində elmi araşdırmaları, xüsusən də 36 yaşında professor dərəcəsi almaqla Av ropanın elm aləmində məşhurluq tapır. 1982-ci ildə elmi konfransların birində Angela Merkellə tanışlığı isə hə yatını dəyişir. O zaman Merkel ilk ərindən yenicə ayrıl mışdı. Angela Merkel ilə başlanan bərabərlik 1998-ci ilə qədər davam edir. 16 illik vətəndaş nikahının ardından, artıq ölkədə ciddi siyasi nüfuz sahibi olan Merkel bu cür münasibətə son qoymaq barədə qərar qəbul edir və cüt lük evlənir. Zauerın “qara günlərı” Zauerin “qara günləri” 2005-ci ildən başlanır. Məhz bu il həyat yoldaşı, alman xristian-demokratlarının lideri Angela Merkel növbədənkənar seçkilərdə parlaq qələbə qazanır və partiyası parlamentdə çoxluğa sahib olduğu üçün kansler kürsüsünə əyləşir. Bununla da “cənab iri çemodan” ənənəvi birinci xanım postunun məcburi də yişilmiş formatı - “birinci kişi” yükünü çiyinlərinə almış olur.
2005-ci ildə bu məqam ölkədə ciddi mübahisələrə yol açdı – “Kanslerin ərini necə adlandırmalı? ”. Sual ətra fında müzakirələr aparılmağa başlandı. Alman dəqiqliyi bu dəfə, sözün əsl mənasında, aciz görünürdü - çünki Merkeldən öncə Almaniyanın heç vaxt qadın rəhbəri ol mamışdı. Çox keçmədi, mediada təkliflər dərc edilmə yə başlandı - “birinci kişi”, “birinci centlemen”, “Merkelin kölgəsi”, “Cənab ata” və s. İlk vaxtlar Yoahim Zauer və ziyyətlə barışmaq istəmirdi. Hətta professor Zauer hə yat yoldaşının inaqurasiya mərasimində belə iştirak et mək istəmir və mərasimi iş yerində monitordan izləməyi üstün tuturdu. O zaman Merkel bunu həyat yoldaşının mediadan qaçması kimi izah etdi. “Birinci kişi” isə çox keçmədən açıqlama yaydı ki, onun özü və işi ilə bağlı jur nalistlərin suallarını cavablandırmağa hazırdır. Bir şərtlə ki, kanslerin əri olmasına dair ondan heç nə soruşmasın lar. Media üçün isə artıq Kvant kimyası professoru yox - ölkənin “birinci kişi”sinin obrazı maraqlı idi. Zauer isə israr edirdi: “Angela Merkelin siyasi fəaliyyətinin bizim ailə münasibətlərimizə və şəxsiyyətimə heç bir aidiyyəti yoxdur”.
103
İKİNCİ BİRİNCİLƏR
Protokol qurbanı Doğrudan da uzun müddət professor Zaueri heç bir tədbirdə kanslerlə yanaşı görmək mümkün olmadı. Öl kənin birinci cütlüyü yalnız operalarda bir yerdə gözə dəyirdi. Zauer barəsində məşhur “opera kabusu” ləqəbi məhz bundan sonra dildən-dilə düşdü. Amma tezliklə cütlük anladı ki, bu cür davam etmək olmaz. Nəhayət, 2006-cı ildə Merkel ərini Avstriya səfəri zamanı özü ilə aparmağa razı sala bildi. Ardınca “böyük səkkizlik”in zirvə görüşündə də Za uer kanslerlə yola çıxdı. Tədbirlər çərçivəsində xanımı - kansler dünyanı idarə edən kişilərlə işgüzar naharlara qatılanda, professor onların xanımları ilə “məşğul olur du”. Zauer sevimli Kvant kimyasını bir kənara qoyub, bütün günü qadınların əhatəsində muzeyləri, yaradıcılıq mərkəzlərini, uşaq evlərini, məktəbləri dolaşırdı. Bu isə alimi tamamilə hövsələdən çıxarırdı. Amma sən demə, bu hələ başlanğıc imiş. Vəziyyət kritik həddə ABŞ prezi denti ilə görüşdə çatdı. Protokola görə foto çəkdirərkən dövlət başçılarının yanında həmkarının xanımı dayan malı idi. Bu vəziyyətdə isə Angela Merkel Lora Buşla, professor Zauer isə Corc Buşun özü ilə yanaşı durmalı olacaqdı. Şahidlərdən mediaya sızan məlumatlara görə, çəkiləcək fotonu gözləri önünə gətirən professor bu mə qamda artıq özünü saxlaya bilmir və alov saçmağa baş layır. Corc Buş və Angela Merkel vəziyyətin qəlizliyini və media qarşısında düşəcəkləri gülünc durumu nəzərə alıb, protokol qaydalarını pozmalı olurlar.
104
Kanslerə barmaq silkələdi… Güc və səlahiyyət Merkelin əlində olsa da, ailədə Za uer zəif insan sayıla bilməz. İlk olaraq o, xanım Merkelsiz də dünyaşöhrətli alim kimi tanınır, digər tərəfdən, dəfə lərlə onun Angelanı danlaması, hətta bir dəfə çıxışdan sonra onun kanslerə barmaq silkələməsi jurnalistlərin diqqətindən yayınmayıb. Merkel - birinci ərin mirası Qeyd etdiyimiz kimi, Angela Merkel Zaue rdən əvvəl də ərdə olub. Hazırkı Merkel soyadı ona birinci ərindən miras qalıb. Maraqlıdır ki, xanım Merkel ona uğur gətirən bu soyadı nə boşananda, nə də ikinci dəfə ailə həyatı quranda dəyişdi. Elə professor Zauer də əvvəllər ailəli olub - onun 33 və 37 yaşlı iki oğlu var. Cütlük hazırda Berlinin mərkəzin də sadə, amma çox gözəl memarlıq nümunəsi sayılan ikibloklu evdə yaşayır. Düzdür, bina ciddi mühafizə olu nur, amma insanların binaya giriş-çıxışı sərbəstdir. Üs təlik, evin pəncərəsi parka açıldığı üçün Merkel - Zauer cütlüyünun pəncərəsi önündə avara və əyyaşlar məskən salıb. Müvafiq qurumlar dəfələrlə cütlüyü narahat edən bu problemi həll etməyə səy göstərsələr də, Yoahim Za uer əyyaşların ərazidən zorla uzaqlaşdırılmasına icazə verməyib. Bəhruz HEYDƏRİ
105
Almaniya kansleri Angela Merkel və həyat yoldaşı Yoahim Zauer. 25 iyul, 2009-cu il, Bayroyte, Almaniya. Rihard Vaqner adına festivalda iştirak edən cütlük – “Tristan və İzolda”tamaşasına yollanarkən
AXI DÜNYA FIRLANIR...
Fяrqli dюvlяt, fяrqsiz millяt
Koreya!
106
H
ava limanına ayağını ilk basdığın andaca birmənalı olaraq əminlik yaranır ki, bura həm müasirlik, həm də insani dəyərlər baxımından mühafizəkar azərbaycanlı ailəsinin belə rahatca üz tuta biləcəyi ən uyğun öl kələrdən biridir. Üzlərdə təbəssüm, ardarda təzimlər, qadınlara, yaşlılara hədsiz hörmət, uşaqlara sonsuz, hədsiz sevgi... Həqiqətən, Koreya mehribanlığın, mər həmətin vətənidir. Hava limanından çıxdıqda başqa bir gözəllik insanın gözlərini qamaşdırır. Göz işləyən yollar, heyrət doğuran çoxmərtəbəli körpülər... Üs təlik, xüsusi işıqlandırma texnologiyası o dərəcə in kişaf edib ki, daim özünü hansısa festival və ya şou proqramının iştirakçısı kimi hiss edirsən.
5 min ziyarətçi eyni şeyi soruşur... Paytaxt Seulu eyniadlı çay iki yerə bölür - köhnə və təzə şəhərə. Köhnə şəhəri azsaylı abidələr, 2-3 mərtə bəli evlər və saysız kilsələr, yeni şəhəri isə ən hündürü 63 mərtəbə olan göydələnlər bəzəyir. “Azsaylı abidələr” kəl məsini bilərəkdən işlətdim, çünki çinlilərin və yaponlarin tarixboyu aramsız hücumları nəticəsində, Koreyanin tarixi abidələrinin, demək olar ki, az hissəsi günümüzə çatib. Bu abidələrdən ilk adı çəkilməli olan, məncə, elə İmperator sarayıdır. Seulda yerləşən imperator bağçasının yeni his səsində bu gün Koreyanın prezidenti yaşayir, köhnə hissə si isə muzey kimi gündə, təqribən, 5 minə yaxın ziyarətçini qəbul edir, saray ətrafındakı 50-dək tikilinin tən ortasında yerləşir. Sarayın qarşısında yerə kələ-kötür formada daş
107
AXI DÜNYA FIRLANIR... lar döşənmiş bir meydan var və deyilənə görə, imperator birmərtəbəli hündür evinin eyvanında dayanıb məmurlara xitab edər, rəiyyətini dinlərmiş. İlk olaraq bizdə sual ya randı ki, mükəmməl memarlıq abidələri yaratmış koreyalı ustalar saray meydanında daşları niyə belə səliqəsiz dü züblər? Sualımız heç kimi təəccübləndirmədi - sən demə, gündəlik 5 min ziyarətçinin, demək olar ki, hər biri eyni şe yi soruşurmuş. Cavab isə heyrət doğurur. Daşlar elə for mada düzülüb ki, imperator eyvandan üzü meydana tərəf xitab edəndə gözünə günəş şüalarının düşməsinə imkan verməsin. Bir-birinə anlaşılmaz formada kölgə salan daş lar, deyilənə görə, yayın oğlan çağında belə, günəş istisin dən qızmır, hətta ətrafda havanı tənzimləyir. Ən mühümü isə imperatorun övladları həyətdə oynayarkən səliqəsiz düzülən daşlar şahzadələrin ayaqlarını masaj edərək, qan dövranını yaxşılaşdırırmış.
108
Sarayın arxa tərəfində isə imperatorun arvadının ya şadğı kiçik qalaça və imperator gölü yerləşir. Göl barədə danışmaq, məncə, yersiz olar; sadəcə, sizi jurnalımızda həmin mənzərəyə tamaşa etməyə çağırıram. Sizi əmin edirəm ki, bu, rəssamın təxəyyülü yox, gölün real mən zərəsidir.
İmperatorların ailə institutu Koreyada tarixboyu ailə ən əsas dəyər hesab edilib. Hətta hədsiz səlahiyyətlərə malik imperatorlar da yalnız bir xanımla ailə qurub. Koreyalıların özləri də fəxr edirlər ki, həmin ailə dəyərləri bu gün də yaşadılır. Məsələn, bu rada evlilik ənənələri o qədər qəliz, evlilik sınaqları o qə dər mürəkkəbdir ki, cütlüklər sonradan boşanmağı ağıl larına belə gətirmirlər. Təsadüfi deyil ki, Koreya boşanma əmsalına görə, dünyada sonuncu yerdə durur...
Koreyalını qorxudan nədir? Pusan şəhər ində dostlaşdığım 29 yaşlı Kim Dae Hyuk deyir ki, sevdiyi qızla evlilik ona, az qala, həyatı ba hasına başa gəlib. İlk olaraq Su Hyunu sevməsi barədə öz ailəsinə ürəyini açması üçün gənc dostuma tam bir il lazım olub. Həqiqətən, Koreyada övladla valideyn ara sında ciddi pərdə var. Nəhayət, ailənin başçısı məsələ ni öyrəndikdən sonra, gələc ək gəlinlər inin ailəsi barədə ənənəvi üsulla 6 ay araşdırma aparıb və yalnız bundan sonra niyyətlər i rəsmən qarşı tərəfə bildir ilib. Gələc ək gəlin isə ona elçi gəldiyi gündən toya qədər öz atasının gözünə gör ünməməyə çalışır. Nəhayət, iki il davam edən get-gəldən sonra sevgililər ailə qura bilirlər. Əslində, bu prosedurların heç bir i vacib deyil, amma bununla belə heç bir koreyalı gənc ənənəni pozmağa cəhd göstərmir. Kim deyir ki, məhz bu, qədim adətlər in məntiqi sonluğu dur ki, bu gün koreyalı kişi və qadının ən qorxduğu şey boşanaraq valideynlər i, qohumları və yaxınları arasında xar olmaqdır.
Bulguksa məbədi
Koreyalıların həyatında inanclar çox mühüm yer tutur. Maraqlıdır ki, ölkə əhalisinin 90 faizi xristian olsa da, qədim buddizm ənənələrinin təsirləri Koreyada hələ də dərin izə sahibdir. Buddistlərin ən əsas diyarı Bulguksa məbədidir. Vaxtilə çinlilər tərəfindən yandırılsa da, yerdə qalan nümu nələr bu gün dünya mədəniyyətinin ən qiymətli incilərindən hesab edilir. Burada hər bir ilahi varlığı təmsil edən büt üçün xüsusi məbəd tikilib və koreyalılar inanırlar ki, ümumilikdə, 30-dan artiq qədim “tanrı” ilə burada canlı olaraq unsiyyət saxlamaq mümkündür.
Oxşar adətlər Onu da deyim ki, Kral sarayının bağçasını gəzərkən, qa laq-qalaq üst-üstə yığılan xırda daşlar diqqətimi cəlb etdi. Sən demə, bu, koreyalıların başqa bir inancına işarə imiş. Onlar bu gün də sidq-ürəklə daşı-daş üstunə qoymaq adə tinə inanırlar. İnanırlar ki, bu əməl işdə, ailədə, şəxsi həyat da ciddi uğur qazanmağa səbəb ola bilər. Niyyətləri yerinə yetən koreyalılar elə bizim də bəzi bölgələrimizdə olduğu
109
AXI DÜNYA FIRLANIR... kimi, müqəddəs elan edilən ağaclara rəngli parçalar bağlayırlar, nəzir paylayırlar.
Pul gətirən qıfıllar Digər maraqlı bir inanc Seulda kök salib. Seullu sevgililər sidq-ürəklə inanırlar ki, şəhərin ən hündür nöqtəsinə qıfıl bağlayıb açarını atsalar, ömürlük bir-birlərinə bağlanacaqlar. Nəzərinizə çatdırım ki, Seulun ən uca yeri şəhər teleqülləsidir və qüllənin ətrafında səliqə ilə məhəccər lərə bərkidilən qıfıllar hər il milyonlarla turisti bu əraziyə cəlb edir.
Bürclər bağı Digər bir inanc bürclər və illərin müəyyən heyvanlar üzərində təh vil alınması ilə bağlıdır. Bu inanc o qədər güclüdür ki, hətta bir-birini dəlicəsinə sevən gənclər belə, bürcləri uyğun gəlmədiyi təqdirdə, ev lənməyə cəsarət etmirlər. Gjengju şəhərində, Şila Millenium parkın dakı bürclər bağı isə dünyada bu sahədə ilk yerdir ki, Azərbaycanda ilk dəfə həmin parkdan görüntü götürmək bizə, izləmək isə “Disco very”inin sadiq oxucusuna nəsib oldu.
Zəngin mətbəx, amma… Cənubi koreyalılar, yarımadada yaşamalarına baxmayaraq, özlərini ada sakinləri hesab edirlər. Çünki Şimali Koreya ilə arala rındakı dondurulmuş münaqişə materiklə cənubun quru əlaqəsi ni birmənalı olaraq kəsib. Əhalinin qida rasionunun 90 faizini dəniz məhsulları təşkil et diyindən, bu ölkənin mətbəxi ilə bağlı təsəvvürlərim o qədər də ürəkaçan deyildi. Yeməkləri ilə tanış olduqda isə təsəvvürlərim alt-üst oldu, ilan-qurbağadan ibarət bir mətbəx əvəzinə, qarşı mıza insanı heyrətə salacaq qədər zəngin, hər birimizin çəkin
110
mədən yeyə biləcəyimiz nemətlər xəzinəsi ilə üzləşdik. Düzdür, koreya lılar balığın qarnını yarmır, bəzi dəniz canlılarını çiy-çiy yeməyi sevirlər. Amma dəniz məhsullarından hazırlanan yeməklər arasında bəyəndiyim yeməklər az olmadı. Yeri gəlmişkən, dəniz bu ölkənin həyatına elə daxil olub ki, hətta Ko reyanin ikinci ən böyük şəhəri Pusanda köpəkbalığına nəhəng heykəl də ucaldılıb.
Hollivudda alınmayan iş Koreyalılar mədəniyyət və insənəti sevib-qiymətləndirən xalqdır. Hətta əminliklə demək olar ki, bu sahədə çoxlarını qabaqlayıblar. Məsələn, şəxsən 30-dan artıq ölkədə olmağıma baxmayaraq, açıq havada canlı film təəssüratı bağışlayan tamaşanı ilk dəfə Koreyada gördüm. Təsəvvür edin, burada göl və gölün sahilində təşkil edilən tamaşaya atlar, itlər, hətta yelkənli gəmilər də vacib detal olaraq cəlb edilib. Əminliklə demək olar ki, hətta ən son texnologiyaya əsasla nan Hollivud filmləri də dəniz döyüşlərini bu qədər real inikas etdirə bilməyib.
Özlərini bizim qardaşımız hesab edirlər... Və sonda çox maraqlı, bəlkə də koreyalılar barədə danışa bilə cəyimiz ən vacib məqamlardan biri haqqında. Təsəvvür edin, on lar özlərini bizim qardaşımız hesab edirlər. Xeyr, burada dövlətlər və ya xalqlararası dostluq, qardaşlıq əlaqələrindən söhbət get mir. Koreyalılar inanırlar ki, onların kökləri qədim türklərə gedib çıxır. Maraqlıdır ki, bu nüans düşmənçilik şəraitində yaşayan Şi mali və Cənubi Koreya arasında yeganə uzlaşılan məqamdır. Bəhruz HEYDƏRİ
111
TƏBİƏT AŞİQLƏRİ
Tцrkцn tцrkdяn baшqa dostu da var:
QURD!
112
Türklərin 4 min illik dostu
Ö
tən il Rusiya Zooloqlar Cəmiyyəti “ən mistik” və “Azadlığına ən çox bağlı heyvan hansı dır?” - deyə bir sorğu keçirdi. İlboyu davam edən və 5 ölkədən 10 min insan arasında ke çirilən sorğunun yekunlarına görə, respondentlər canava rı nəinki ən mistik və azadlığına bağlı heyvan, həm də ən sirli varlıq kimi xarakterizə ediblər. Sorğu Azərbaycanı əhatə etməsə də, yəqin, siz də razılaşarsınız ki, eyni nə ticəni bizdən belə gözləmək olardı. Çünki istər folkloru, istər mədəniyyəti, istərsə də dini inancları bizim qədər ca navarla bağlı olan çox az xalqa rast gəlmək mümkündür.
Canavarın hansı cəhəti türklərı özünə cəlb edib?
Bu heyvanlar azadlıqlarına həqiqətən də çox bağlıdır və demək olar ki, əhliləşmir. Canavarın məhz bu cəhəti hələ 4 min il əvvəl türkləri özünə cəlb edib. “Ərgənəkon” dastanına görə, hiylə ilə rastlaşaraq düş mənə yenilən türklərdən sağ qalan bir neçə nəfər qorun maq üçün qurdun göstərdiyi, dağların arasında tək ada mın zorla keçəcəyi yolla özlərinə kiçik yurd seçərək, illərlə burada yaşayır. Bu məkana Ərgənəkon adı verən türklər düz, 400 il sonra o qədər çoxaldılar ki, yurda sığmaz ol dular. Qərara gəldilər ki, əvvəlki vətənlərinə qayıtsınlar. Türklər bu dağdan çıxmaq üçün çıxış yolu aradıqları za man bir dəmirçi dedi: «Bu dağda dəmir mədəni var. Dəmiri əritsək, buradan çıxa bilərik». Beləcə, dağın geniş yerinə bir qat odun, bir qat kömür qoyub od vurdular. Dəmir dağ
əridi, türklər Ərgənəkondan çıxdılar və Boz Canavarın on lara göstərdiyi yolla qurtuldular.
İtaliyanın simvolu
Oxşar əfsanə, daha dəqiq desək, “xilaskar qurd” sim volu İtaliya xalqının folklorunda da özünə yer tapıb. Qədim müəlliflər Roma şəhərinin qurucuları kimi, Rem və Romul qardaşlarının adlarını çəkirlər. Əfsanəyə görə, zalım dayı nın əmri ilə meşəyə atılan qardaşları dişi bir canavar tapır və onlara süd verərək bəsləyir. Canavarla bağlı bu cür əfsanələr digər xalqların mifologi ya və folklorunda da geniş yer alıb. Məsələn, Cənubi Ame rika hinduları canavarı döyüşə aparan sərkərdə kimi qəbul edirlər. Hindular inanırlar ki, boynundan canavar dişi asmış insan üçün həyatda bütün qapılar taybatay açıq olur. Qədim misirlilər canavarbaşlı tanrılara müharibə tanrı sı kimi sitayiş edirdilər. Slavyan mifologiyasında isə cana vara şərin elçisi kimi yanaşılır.
“Qurd ürəyi yeyib”
Canavar Azəri və tatar türklərinin məişətinə bir qədər fərqli rakursdan daxil olub. Hər iki toplumun inancına gö rə, qurdun bədəninin piyi dəhşətli gücə malikdir və “qurd yağı” adı verilən bu maddə ilə insanı öldürməkdən tut muş, digər ağır faciələrə qədər bir sıra dəhşətli əməllər törətmək olar. Azərbaycanda XIX əsrə qədər hesab edirdilər ki, qur du öldürüb ürəyini çiy-çiy yeyən insanda qorxu hissi ol mur. Hətta indinin özündə də qorxmaz insanlara xitabən “qurd ürəyi yeyib” deyilir. Ən böyük canavarlar Belorus, Alyaska, Kanada, ən kiçikləri isə Yaxın Şərq və Ərəb yarımadasında yayılıb; ömürləri, orta hesabla, 24 ildir. Azərbaycanda isə daha çox Böyük və Kiçik Qafqazın ətəkləri və Mərkəzi Aran ra yonlarında yayılsa da, canavara, demək olar, bütün böl gələrimizdə rast gəlinir.
Canavarların ailə payı
Canavar, ilk növbədə, sadiqliyi ilə digər heyvanlardan kəskin şəkildə fərqlənir. Təsəvvür edin, cütləşmədən son ra bala dünyaya gələnə qədər, erkək canavar dişisinin rahatlığı üçün əlindən gələni edir. Bunun üçün əvvəlcə erkək yerin altında bir yuva düzəldir və yorulmadan yuva nı və yuvaya gedən 9-10 metrlik lağımı qazmağa başla yır. İşini başa çatdırdıqdan sonra, hamilə dişisini “ev”inə aparır və burada hər cür təhlükədən mühafizə edərək, 2
113
TƏBİƏT AŞİQLƏRİ ay qulluğunda durur - gecələr ova çıxır, əlinə nə keçirsə, toxunmadan dişisinə gətirir. Canavarların birdəfəyə 4-dən 10-na qədər balası olur. İki həftə balalarını südü ilə qi dalandıran ana, sonra onları süddən kəsir. Bundan sonra isə ana mədəsindəki yarı həzm olunmuş qidaları qaytara raq, balalarını yedirdir. Balalar üçhəftəlik olduqları zaman, atanın icazəsi ilə yuvadan çıxır və bütün nəslin - sürünün qayğısı ilə əhatələnir; məsələn, balaları olan erkək cana var bir gün ov tapa bilməyəndə, ətrafdakı qohum canavar lar öz ovlarından ailəyə pay aparır.
Canavar intiqamı
Qeyd etdiyimiz kimi, canavarların arasında ailə bağları çox qüvvətlidir. Dişisi və balaları yuvada yatdıqları zaman, erkək canavar bir təpənin başında oturub keşik çəkir. Hər hansı bir təhlükə hiss etdiyi anda isə öncə, kəsik-kəsik hürərək ailəsinə xəbər verir; daha sonra ucadan ulayıb düşməni uzaqlaşdırmağı bacarır. Balalar böyüyənə qədər ailədə bol sevgi nümayişi gözə dəyir. Ailənin bir üzvü tə ləyə düşmüş olsa, qohumları onu qurtarmaq üçün əllə rindən gələni edir. Əgər balalardan birinə xətər dəyərsə, bütün nəsil körpənin intiqamını alır. 1988-ci ilin yayında Zərdabın Ağabağı kənd sakini Mə hərrəm Məhərrəmov kənddən 30 kilometr uzaqda biçin zamanı otların arasında gizlənən canavar balasını bilmə dən öldürür. Elə həmin gecə canavar ailəsi qisas üçün 30 kilometrlik yolu qət edərək, kənd sakininin həyətinə soxu lub, 20-dən çox qoyunu tələf edir.
114
“Heyvanlığa” xas olmayan zəka
Professor Qara Mustafayevin dediyi kimi, bu heyvanla rın baxışlarından “heyvanlığa” xas olmayan zəka süzülür. Əgər canavarın həyat tərzinə nəzər yetirsək, professorun sözlərinin doğruluğunu təsdiq edə bilərik. Adi bir misal - bu heyvanların bir növü olan boz canavarlar əsla quzulu qoyunlara hücum etməzlər. Onlar sürüdən yalnız bir hey vanı tələf edər, yarısını özü yeyər, o biri yarısını isə varsa, ailəsinə, yoxsa, ova çıxa bilməyəcək qədər yaşlı olan boz canavarlara apararlar.
Ailə bağlarını yaşadan canlı
Ümumilikdə isə erkək canavarlar ömürlərində yalnız bir dişi ilə cütləşər, həyatlarının sonunadək öz dişisinə sa diq qalar. Dişi hər hansı səbəbdən ölərsə, erkək canavar dağlara çəkilər və yalquzaq həyatı yaşayaraq ölər. Əgər balaları varsa, onlara analarının yoxluğunu hiss elətdir məmək üçün hər şeyi edər; məsələn, ananın etdiyi kimi, balalarını yedirər, balalar yatarkən onları qarnının altına alıb qucaqlayar, bərabər gəzməyə çıxar. Bir sözlə, erkək canavar sevgi mücəssəməsi, ailə bağlarını yaşadan canlı əfsanədir... Rəvayətə görə, Sultan Mahmud Qəznəvi səhrada ov da ikən oğluna qəzəblənir və onun boynunun vurulması barədə əmr verir. Elə bu zaman sultan balalarına qayğı göstərən ata canavarla qarşılaşır və ürəyi yumşalaraq öv ladını əfv edir.
Qurd-köpək qarışığı
Yuxarıda qeyd etdiyimiz kimi, canavar heç vaxt əhliləş mir. Bu istiqamətdə bütün dünyada olduğu kimi, Azərbay canda da dəfələrlə cəhdlər edilib, amma çifayda... Məsələn, 2001-ci ildə Bakının məşhur heyvan təlimçi lərindən Səbuhi Əsədov canavar balasını götürüb saxla mağa, əhliləşdirməyə başlamışdı. Hər şey qaydası üzrə gedirdi, hətta canavar balası insan əlindən yemək yeyir, boğazına xalta taxılmasına izin verirdi. Bütün bunlara baxmayaraq, bala 5 ayına çatan kimi, gözlənilmədən ev dən qaçır. Canavarın bu xüsusiyyətinə yaxşı bələd olan sovet alimləri 70-ci illərdə Azərbaycanın bəzi bölgələrin də canavarabənzər itləri görəndə, əvvəlcə mifin qırıldığı nı düşünmüşdülər. Sonradan məlum oldu ki, sən demə, bu naməlum it cinsi, əslində, qurdla-köpəyin qarışığı imiş. Maraqlıdır ki, dünyada, yalnız Azərbaycanda canavarla-it arasında hibridləşdirmə faktları bəllidir. Amma təəssüf ki, həmin heyvanların özləri nəsil artırmaq qabiliyyətinə ma lik olmur. Bəhruz HEYDƏRİ
115
DEYİLƏNƏ GÖRƏ...
УЗУН ИНЪЯ БИР ЙОЛДАЙЫГ
D
ünyada yollar çoxdur, sayı-hesabı yoxdur... Aran yolu, dağ yolu və ən qəribə yollar... Bu dəfə sizə məhz ən qəribə yollardan danışacağıq. Bu yollar bizimkilərə bənzəmir. Bəlkə də əhalisi çox sıx məskunlaşan ölkəmiz, lap elə paytaxt və ya şəhərimiz olsaydı, yəqin ki, “ən”lərin sırasında bizim yolların da adları çəkilərdi. Nə bilmək olar, bəlkə, çinlilərin “üzən adası”dan sonra, “uçan yol”un kəşfi elə Azərbaycanın ayağına yazılardı... Günümüzdə elə nəqliyyat dəhlizləri inşa edilir ki, onları görən bu “möcüzə”lər qarşısında təəccübünü saxlaya bilmir. Bəs siz necə, dünyanın ən qəribə avtomobil yollarını tanımaq istəyirsiniz? Elə isə “Yolçu yola, yol da yolçuya gərəkdir”, - deyib insan beyninin və əlinin yaratdığı möcüzələri sizə təqdim edirik.
Hana Highway - Havay adaları “Hana Highway” Maui adasının şimal-şərq sahili boyunca uzanır və dünyanın ən mənzərəli yollarından biri hesab edilir. Uzunluğu 80 km.-dən çox olan bu yolda 620 döngə və 54 körpü var. Körpülərin əksəriyyəti 1920-ci ildə tikilib və hələ də istifadəyə yararlıdı. Yol dar olduğundan, nəqliyyat vasitələri çox aşağı sürətlə hərəkət edir. Ona görə də yolu “Hana Highway”dən keçənlər günlərinin, ən azı, 4 saatını burada “xərcləyirlər”. Sürəti sevənlərə isə yola yaxın durmaq məsləhət görülmür. Nəqliyyatın ən az aktiv olduğu vaxtlarda belə, onun darlığı və ensizliyi maşınlara birbirlərini ötməyə heç cür imkan vermir.
116
Passo Dello, Stelvio, İtaliya İtaliya Alplarında yerləşən bu dağ aşırımı öz başlanğıcını 950 km yüksəklikdən götürür. Aşırım 2760 m və ya dəniz səviyyəsindən 1,7 km yüksəklikdən qalxır. Bu yol 1820-ci ildə Avstriya imperiyasının digər əraziləri ilə Lombardiya vilayətinin əlaqəsini təmin etmək məqsədilə salınıb. Layihənin müəllifi Carlo Donegani idi. 48 başgicəlləndirici döngəsi olan bu aşırım idman yarışlarını və ekstremal şəraiti sevənlər üçün əsl imkanlar yaradır. Əbəs yerə onu dünyanın “ən adrenalinli avtomobil yolu” seçməyiblər ki. Xatırladaq ki, “Giro d`İtalia” veloyürüşünün ən çətin mərhələlərindən biri məhz bu aşırımda keçirilir. 1953-cü ildən isə Passo Dello xizək yarışlarının imtinaedilməz məkanlarındadır. Qeyd edək ki, qış aylarında bədbəxt hadisələrin baş verməməsi üçün aşırımdan sırf nəqliyyat yolu kimi istifadəsi edilməsi qadağan olunub.
117
DEYİLƏNƏ GÖRƏ...
Guoliang Tunnel, Çin Bu yol bizi Çinin Xunan vilayətinin Quoliyanq kəndinə aparır. Tunel 1970-ci ildə Tayxanşan dağlarının nisbətən yumşaq hissəsində əllə yonulub. Məhz bu səbəbdən, onu nəqliyyat dəhlizindən çox, heykəltəraşlıq abidəsi kimi tanıyırlar. “Ölüm yolu” adlandırılan Quoliyanq tuneli hündür dağların keçilməzliyi sayəsində əsrlərboyu dünya sivilizasiyasından kənarda qalan eyniadlı kəndin “qurtuluşu” oldu. Dağı əllə yonub yol açmaq fikri isə elə həmin kəndin sakini Şen Minqhinə məxsus idi. Tunelin çöl divarları pəncərələr şəklində yonulub. 1,2 kilometr uzunluğu, 4 metr eni və 5 metr hündürlüyü olan bu yoldan ətrafa heyrətamiz və qorxulu mənzərə açılır.
118
119
DEYİLƏNƏ GÖRƏ...
Atlanterhavsveien, Norveç Daha çox “Atlantika yolu” kimi tanınan bu nəqliyyat dəhlizi Norveçin qərb sahilində yerləşir. Uzunluğu 9 km olan “Atlantik Okeanı Yolu”nun (Norveç dilində “Atlanterhavsveien”) tikintisinə 1983-cü ilin 1 avqustunda başlanılıb. Atlanterhavsveien 1989-cu ildə istifadəyə verilib. Yolun inşa olunduğu müddətdə 12-dən çox qasırğa, tufan qey də alınıb. Real “sınaqlar” yolun daha davamlı olması üçün əla imkanlar yaradıb. 1995-ci ildə isə yol “Əsrin tikintisi” adını qazanıb. Atlanterhavsveien səkkiz adanı birləşdirən səkkiz körpüdən ibarətdir. Qəribə formaya malik olan bu körpülər xüsusi texnologiya əsasında hazırlanıb. Onlar sözügedən ərazidə tez-tez baş verən hava burulğanları və qasırğalara qarşı davamlıdır.
120
Capulin Volcano Road, Nyu-Meksika (ABŞ) Bu çöllük yol öz yolçularını 60 min il öncə yaranmış Kapulin vulkanının, az qala, mərkəzinə aparıb çıxarır. Onun zirvəsində “Capulin Volcano National Monument” qoruğu yerləşir. Yol o qədər ensizdir ki, burada yalnız bir avtomobil hərəkət edə bilər. Ona görə də yolboyu hərəkət xüsusi qrafiklə tənzimlənir. Vulkanın zirvəsində onun kraterinə doğru piyada turist səyahətləri təşkil olunur. Burada təhlükəli heç nə yoxdur. Çünki vulkan artıq uzun illərdir ki, fəaliyyətdə deyil.
121
DEYİLƏNƏ GÖRƏ... Yungas Road, Boliviya Yungas Boliviyanın ən qədim və ən təhlükəli yollarından sayılır. Onun yüksəklikləri 1200-4500 m arasında dəyişir. Eni isə cəmi 3 metrdir. Buna baxmayaraq, yolun kənarında heç bir qoruyucu çəpər yoxdur. Elə ona görədir ki, avtomobillərin yoldan çıxaraq uçuruma yuvarlanması burada adi hal alıb. Demək olar ki, hər gün Yungas dəhşətli qəzaların, bədbəxt hadisələrin şahidi olur. Yaxın gələcəkdə yolun genişləndirilməsi planlaşdırılır. Hazırda isə layihəni həyata keçirmək üçün sərmayəçilər axtarılır.
Trollstigen, Norveç Bu nəqliyyat dəhlizi Norveç dilindən tərcümədə “Trolların yolları” deməkdir. Ölkənin cənub-qərbində yerləşən və “Troller nərdivanı” kimi də tanınan dağ keçidi səkkizillik tikinti işlərindən sonra - 1936-cı ildə istifadəyə verilib. On bir döngəsi olan Trollstigen hazırda Norveçin dörd ən populyar turistik obyektlərindən biridir. Onun mərkəzində hündürlüyü 180 metr olan Stiqfisen şəlaləsi üzərindən körpü keçir. Qeyd edək ki, yoldan yalnız yay aylarında istifadə etmək olur. Nərmin NÖQTƏ
122
FOTOSESSİYA
124
LEYLA CAVANŞİR
125
VENİ! VİDİ! VİÇİ!
ИGИD ЮЛЯR – ШЯKLИ QALAR!
Ü
ç il əvvəl martın 30-da Hacı Akif Ağayev Qaf qaz Müsəlmanları İdarəsini (iş yerini), insan ları və… sevimli fotoaparatını əbədi tərk etdi. Ömrünün son 24 ilini (!) QMİ-də çalışmışdı və idarə rəhbərini xaricə səfərlərdə müşayiət etmişdi. Xeyli maraqlı anlarla qarşılaşmış, görkəmli şəxsiyyətlərlə ün siyyətdə olmuşdu və əlbəttə, bunları gözdən qaçırmamıç dı.Çünki fotoaparatından ayrılmazdı. Hacının bəxt payına həm ölkəmizdə, həm də səfərlər də dindarlarla daha çox ünsiyyət qurmaq imkanı düş müşdü. O da belə şansdan bəhrələnən insan idi. Hacı Akif Azərbaycan Xarici Dillər İnstitutunu bitirmiş di, “Bakı” qəzeti redaksiyasında işləyirdi. Çəkdiyi fotoşəkil lər qəzeti çox canlandırırdı. Bunu ən tələbkar ağsaqqal jurnalistlər də təsdiq edirlər. Bir müddətdən sonar o, “Novosti” agentliyinin Azərbay can bölməsinin rəhbəri oldu. Nümunəvi jurnalist (həm də fotojurnalist) əməyinə görə “Qızıl qələm” mükafatı almışdı, respublika və beynəlxalq fotomüsabiqələrin daimi iştirak çısı idi. Moskva və Bütün Rusiyanın Patriarxı II Aleksi onu məhz fədakar jurnalist əməyinə görə özəl ordenlə təltif et mişdi. Azərbaycan Fotoqraflar Birliyi (AFB) idarə heyəti nin sədri Asiyat Fətullayevin məlumatına görə, hacı Akif “2003-cü ilin ən yaxşı fotoqrafı ” adına layiq görülmüşdü. 2009-cü ildə istedadlı fotoqrafın fərdi sərgisi keçirlmiş, işlərindən ibarət kataloq hazırlanmışdı. Onun yaradıcılığı nı araşdırmaq məqsədilə AFB-də tədqiqat fondu yaradıl mış, fotoalbom çap olunmuşdur. İnamla demək olar ki, bu nəşr gənc fotoqraflar üçün tədris vəsaiti ola bilər. Doğrudan da, Hacı Akif Ağayevin fotoları təkrarolun mazdır. Ş. NƏZƏRLİ
126
127
Veni! Vidi! Vici! DİQQƏT! FOTOMÜSABİQƏ!
“DİSCOVERY AZERBAİJAN” jurnalı “Veni”, “Vidi”, “Vici” adları altında fotomüsabiqə elan edir. Müsabiqədə 17 yaşı tamam olmuş foto həvəskarları, həmçinin, peşəkarlar iştirak edə bilərlər. Müsabiqə 2011-ci il ərzində aparılır. Yanvar ayından başlayaraq, jurnalımızın hər sayında redaksiyaya daxil olmuş fotolar arasında müəlliflər müəyyən edilərək, qaliblər 200 manat məbləğində mükafat qazanacaqlar. İlin sonunda 12 ayın qaliblərinin fotolarından ən yaxşısı “İlin Qalibi”, eləcə də 2-ci və 3-cü mükafatçı elan ediləcək. Bununla da qaliblər 2011-ci ilin dekabrında rəsmi surətdə öz mükafatlarına sahib olacaqlar. Fotoşəkillər rəqəmsal kamera ilə
128
yüksək keyfiyyətdə çəkilməli, “jpg” formatında hazırlanmalıdır. Şəkillərin ilkin variantı çap edilib zərfdə, həm də elektron variantda təqdim olunmalıdır. Hər bir müəllif ay ərzində 10-dan artıq fotoşəkil göndərə bilməz. Mənəvi dəyərlərdən, əxlaqi normalardan uzaq, milli, irqi və dini ayrı-seçkilik təbliğ edən, siyasi qərəz məzmunlu, həmçinin, digər fotomüsabiqələrdə yer tutmuş şəkillər qəbul edilmir. Münsiflər heyəti təcrubəli, peşəkar fotoqraflardan və “Discovery Azerbaijan” jurnalının əməkdaşlarından ibarətdir. İlin üç qalibini xarici səfər, “Canon” fotoaparatı və pul mükafatı gözləyir. Ən yaxşı fotoşəklin müəllifi, mükafat olaraq, “Canon” Mark II EOS 5D fotokamerası, 2-ci mükafatçı xarici səfər, 3-cü yerin qalibi isə 300 manat pul mükafatı əldə edir. Daha ətraflı məlumatı www.discoveryazerbaijan.az saytından almaq olar.