Zaman və Mən anlayışı kəsiyində düşüncənin axınına mane ola bilmirsən... indiki kimi. İndi də düşüncələrim mə ni uzaq olmayan keçmişə aparır. 10 May həm tarix oldu, həm də Azərbaycan tarixinə silinməz, əvəzolunmaz səhifələr yazdı. Düşünürəm, doğ rudan da, özü tarix yaradan bir şəxsiyyətlə eyni tarixi za manı paylaşmaq, həmvətəni olmaq hər bəndəyə nəsib olmur. Heydər Əliyev kimi şəxsiyyətlə bir məkanda, bir dövrdə yaşamaq, bir ölkənin vətəndaşı olmaq mənə də nəsib olub. Dahi şəxsiyyət haqqında gözəl, səmimi sözlər deyilib, kitablar yazılıb, filmlər çəkilib. Onun haqqında yeni bir söz demək, fikir izhar etmək böyük məsuliyyət tələb edir. Heydər Əliyev haqqında yazılanları oxuduqca, deyi lənləri dinlədikcə və yaxud onun haqqında çəkilən filmlərə tamaşa etdikcə, qəribə bir fikrə dalırsan. Və bir çox hal larda, “Mən də bunu demək və yazmaq istəyirdim” dü şüncəsi ani olaraq insanın beynindən keçir. Sanki qələm sahibləri həmin cümlələri elə sənin ürəyindən keçən anda ağ vərəqə köçürüblər və sənə deməyə daha söz qalmır! Nədəndir bu fenomen? Təbii ki, İNSANA, ŞƏXSİYYƏTƏ olan xalq sevgisi, millətin hörməti və bütün dünyanın ona verdiyi DƏYƏR!
May ayı tarixə qızıl hərflərlə yazılan günlər və bay ramlarla zəngindir. Azərbaycan öz müstəqilliyinə ilk dəfə məhz mayın 28-də qovuşub. «Yüzillik əsarət dərsi ilə iki illik hürriyyət qovğası bizi özümüzə tanıtdı». Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri olan Məhəm məd Əmin Rəsulzadə sonralar bu sözləri 28 May tarixi haqqında deyirdi. Güllü-çiçəkli may sevinci kədərə qarışıb bizi ağuşuna aldı; qəlbimizə sükut və qəmin çökdüyü günləri, xalqımı za dəhşətli itkinin üz verdiyi tarixi də qismət elədi... 8 may tarixini - Şuşa itkisini yaşatdı bizə. Bu itki nə qədər ağır və dözülməz olsa da, dövlətimiz var oldu və əbədi olacaq da. May tarixinin səhifələrini vərəqlədikcə, 9 May səhifə si açılır gözlərimizin önündə… Çətin və şərəfli bir ömür yolu keçmiş Azərbaycanın qəhrəman oğullarının qanı ba hasına əldə olunmuş qələbə! On milyonlarla insana sülh və əmin-amanlıq bəxş etmiş qələbə! Bugünkü və gələ cək nəsillər üçün mərdlik və qəhrəmanlıq örnəyi, öz hə yatını bəşəri dəyərlər uğrunda qurban verməyə hazır olan insanların misilsiz bir fədakarlıq nümunəsi! Bu səhifə fi kirləşməyə vadar edir insanı; nə qədər böyük, əzmli və mübariz xalq olduğumuzun əyani görüntüləri qarşısında sözlər belə aciz qalır... May təkcə Azərbaycanda deyil, digər olkələrdə də ma raqlı, rəngarəng bayram və ənənələrlə yaddaqalan bir ay dır. Bəli, əziz oxucularımız, may ayının əlamətdar günlə rini sadalamaqla bitməz; jurnalımızın səhifələrini bir-bir vərəqlədikcə, siz bütün bunlar haqqında daha dəyərli mə lumatlar əldə edəcəksiniz. Qələbəmiz, sevincimiz və kədərimiz - hamısı bu nöm rədə… Hər zaman QƏLƏBƏ və SEVİNC arzusu ilə… Cavanşir FEYZİYEV, Baş redaktor
1
MÜNDƏRİCAT Baş redaktordan..............................1 May 2011 Təsisçi və baş redaktor Cavanşir Feyziyev Direktor Şakir Eminbəyli Baş redaktorun müavini Gülnar Məsimli Marketinq və reklam meneceri Ruhiyə Əşrəfli
şəxsiyyət Böyük Dayaq.............................................4 VƏTƏNİMİN SEYRiNƏ... Şuşanın dağları başı dumanlı....................6 MƏN-zərrə.................................................14 QONAQ-QARA Şuşam, səni görəcəm, yoxsa sənsiz öləcəm?..........................................18
Müxbirlər Şirməmməd Nəzərli Bəhruz Heydəri Nərmin NÖQTƏ
ELM DÜNYASI Planetarium...............................................24
Korrektor Rəna Həsrətova
ƏNƏNƏ 1 May.........................................................28
Dizayner İlqar TAHİRİ İllüstrator Ramil ƏLİYEV Mühasib Zaur MÜSLÜMOV Texniki direktor Namiq Ələkbərov Ünvanımız Azərbaycan,Bakı şəhəri, İzmir küçəsi - 1 indeks:1014-5175
Xəbərdar ol................................................26
Gül kimi gül . .............................................32 Naməlum əsgər.........................................34 Gəl, gəl, a may günləri..............................36 Bir kərə yüksələn bayraq bir daha enməz!.........................................40 Saxsı qabın yaxşısı, yaxşı qabın saxsısı....................................44 ÇƏRÇİVƏYƏ MƏHKUM OLUNMUŞLAR Ağa Əli.......................................................50
Tel./Fax: 530 87 91 office@discoveryazerbaijan.az www.discoveryazerbaijan.az CBS mətbəəsində çap edilib. Qiyməti: 3 manat Tiraj: 5000
ÜZ QABIĞINDA “Şuşa və Xarıbülbül” illüstrasiyası rəssam Ramil Əliyevindir
2
GÖZÜM YOLLARDA QALANDA O, həmişə fəxr edib ki, O, Azərbaycandır.......................................56
4
İNCƏ SƏNƏT Bu hələ jurnaldır, kino qabaqdadır.............58 DİSCOVERY 10-luq Adəmi adəm eyləyən parədir, parəsiz adəmin üzu qarədir.......................62 ADAMA GƏZMƏK QALIR Bu maraqlıdır.............................................64 Müəmmalı Liviya, liviyalı Müəmmar..........66 Yaponiya....................................................70 GÖRDÜN YEMƏK, DAHA NƏ DEMƏK?! Yaponiya mətbəxi......................................78 Bəhram Gur man.......................................80 CANSAĞLIĞI, MƏHƏBBƏT! Bəxtəvət ol şəxsə ki, ruhu xoşbəxtdir........82
6
İylə, qızım, iylə, mətanət gülüdür...............88 DAŞ-QAŞ Müdriklik daşı...........................................92 TARİXİ-NADİR Dəvə Şabran yolunda................................96 İKİNCİ BİRİNCİLƏR I kişi..........................................................102 AXI DÜNYA FIRLANIR... Vay o şəhərə ki tramvaysızdır...................106
40
TƏBİƏT AŞİQLƏRİ Xarı bülbül arı bülbül..................................112 Delfin ariyası...............................................114 DEYİLƏNƏ GÖRƏ... Əyilməz vicdanın nəhəng heykəli..............116 1001 xırdavat.............................................122 VENİ! VİDİ! VİÇİ! Rasimin sarı simi.......................................126 Müsabiqə...................................................128
3
ŞƏXSİYYƏT
БЮЙЦК Д АЙА Г Dünya liderləri Heydər Əliyev haqqında. Abdullah Gül, Türkiyə Respublikasının Prezidenti: “Mərhum Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda möhkəm addımlarla irəliləyən, beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini gündən-günə tə min etməkdə olan ölkədir”. Kraliça II ELİZ ABET: “Heydər Əliyevin Azərbaycanın inkişafında və ölkələrimiz arasında əlaqələrin gücləndiril məsində əvəzsiz xidmətləri olmuşdur”. Papa II İohan Pavel: “Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası son illər dünya birliyin də layiqli yer tutmuşdur”. Butros-Butros Qali: “Heydər Əliyev böyük şəxsiyyət dir. O mənim dostum, qardaşımdır. Onun yeri həmişə ürə yimin başındadır”. Vladimir PUTİN: “Heydər Əlirza oğlu bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış görkəmli dövlət xadimidir. O, Rusiya və Azərbaycanın strateji tərəfdaşlığı nın təməlini qoymuşdur”. Corc BUŞ: “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur”.
4
Jak ŞİR AK: “Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çi çəklənmə yoluna gətirib çıxarmışdır”. Gerhard ŞRÖDER: “Onun adı ölkənin müstəqilliyinin bərqərar olmasında qazandığı tarixi nailiyyətlərlə daim bağlı olacaqdır”. Toni BLEYER: “Heydər Əliyev böhranlar dövründə öl kəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər”. Rəcəb Tayyib ƏRDOĞAN: “Heydər Əliyev Azərbay canın firavanlığı, bölgədə və dünyada sülh naminə göstər diyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur”. Nursultan NAZ ARBAYEV: “Heydər Əlirza oğlu Azər baycan üçün, MDB-nin inkişafı üçün, Qazaxıstan və Azər baycan xalqlarının çoxəsrlik dostluğunun möhkəmlənmə si üçün çox işlər görmüşdür”. Çingiz Aytmatov: “Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi, müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularındandır”.
5
VƏTƏNİMİN SEYRİNƏ...
ШУШАНЫН ДAЬЛАРЫ БАШЫ ДУМАНЛЫ...
6
S
alındığı gündən başı qeylü-qalda olan Şuşa artıq 19 ildir düşmən tapdağında can verir. Əhalisi ölkənin 58 rayonuna səpələnən bu şəhərin son 19 ildə təkcə Pirşağı kəndindəki qəbiristanlıqda 10 minə yaxın sakini dəfn edilmişdir. Məzarlarının işğaldan sonra Şuşaya köçürülməsini vəsiyyət edərək... Əslində, məqsədi dəyərli oxucularımıza Şuşa şəhərinin tarixi, gözəl məkanları, turizm imkanları, abidələri ilə bağlı məlumat vermək olan bu yazıya bədbin notlarla başlamağımız, yəqin ki, sizi təəccübləndirməz. Siz də razılaşarsı nız ki, son 18 ildə Şuşanın istər tarixindən, istər mədəniyyətindən, istərsə də gözəlliklərindən bəhs edən yazılara nikbin notlarla başlamaq olmur. Düşmən tapdağında can verən şəhərlə bağlı yazıya ayrı necə başlamaq olar ki?.. Qanlı tarix Şuşanın gözəl məkanlarından, tarixi abidələrin dən, məşhur kurort zonası olmasından bəhs edər kən onun tarixini unutmaq düzgün deyil. Qeyd edək ki, Şuşa bir şəhər kimi, XVIII əsrdə formalaşsa da, yaşayış məskəni olaraq tarixi daha qədim dövrlərə gedib çıxır. Belə ki, daş dövrünə aid olan mağara Za rıslı (Daşaltı) çayının dərəsində, dəniz səviyyəsindən 1 400 metr hündürlükdə yerləşir. Digər tərəfdən, XV əsr mənbələrinin məlumatlarına əsasən, Şuşa qa lası hələ 1428-ci ildə türk tayfalarının biri tərəfindən inşa edilib, sonradan Pənahəli xan tərəfindən möh kəmləndirilib və abadlaşdırılmışdır. Elə bu səbəb dən, şəhərin salınma tarixi Qarabağ xanı Pənahəli xanın adı ilə bağlıdır. 1747-ci ildə Nadir şahın öldürül məsindən sonra, Cənubi Qafqazda yaranmış siyasi pərakəndəlik Pənahəli xanı xanlığın təhlükəsizliyi nin təmini baxımından güclü müdafiə imkanları olan qala tikdirməyə məcbur etdirmişdi. Bu məqsədlə o, 1748-ci ildə Bayat qalasını, 1752-ci ildə isə Şahbulaq qalasını tikdirməli olur. Lakin bunlardan heç biri fasi ləsiz davam edən ara müharibələri şəraitində xan lığın təhlükəsizliyini təmin etmək iqtidarında olmur. Belə olan şəraitdə, daha yüksək və etibarlı yerdə məskunlaşmaq qərarı verən xan, dəniz səviyyəsin dən 1300 – 1800 metr yüksəklikdəki və üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş yaylanı seçir. Se çilmiş ərazinin çox əlverişli hərbi-strateji mövqeyə malik olduğunu başa düşən Pənahəli xan, 1754-cü ildə yeni qalanın tikintisinə başlamaq haqqında əmr
verir. 1756-cı ildə təhlükəsiz yaşamaq üçün zəruri iş lər görüldükdən sonra, Qarabağ xanlığının paytaxtı buraya köçürülmüşdü. Əvvəllər yerli əhali yeni sa lınmış şəhəri Pənahəli xanın şərəfinə “Pənahabad” adlandırırdı. Amma çox keçmədi, şişuclu dağlar əha təsində yerləşən Pənahabad əvvəllər “Şişə”, sonra isə Şuşa adlandırılmağa başlandı. Həmin dövrdə güclənən Qarabağ xanlığı tez-tez qonşuların hücumuna məruz qalırdı. Bütün hücum ların hədəfi isə Pənahəli xanın alınmaz qalaya çevir diyi Şuşa idi. İran hakimi Ağa Məhəmməd şah Qacar 1795 və 1797-ci illərdə iki dəfə Şuşaya hücum etsə də, cəhdləri uğursuzluqla nəticələnirdi. Düzdür, o, bir dəfə buna nail oldu, amma hakimiyyəti, sadəcə, bir gün sürdü. Gecəykən xidmətçiləri tərəfindən öldürül dü. Ruslar da eyni niyyətlə bura üz tuturdular. Amma onlar başqa vasitəyə əl atdılar. Əraziyə erməniləri yerləşdirdilər. Şuşanın onsuz da çətin olan günləri məhz bundan sonra başladı. Şəhər təkcə bir əsrdə 3 dəfə erməni təcavüzünün qurbanı oldu. 1905 -1907ci illərdə yandırıldı, 1920-ci ildə dağıdıldı, 1992-ci il may ayının 8-də isə ermənilər tərəfindən tamamilə işğal edildi. İşğal nəticəsində xeyli insan itkisi verən Şuşada 241 tarixi abidə, 6 karvansara, 2 mədrəsə, 2 qəsr və qala divarları, 9 tarixi-dini ziyarətgah düşmən tapda ğında qalıb. 5000-dən çox eksponatı olan Şuşa mu zeyi ermənilər tərəfindən dağıdılıb. Bu da Qarabağın son 250 illik tarixinə edilmiş xəyanətdir.
Coğrafi mövqeyi Bakıdan 410 kilometr aralıda yerləşən bu şəhərin tarixi qədər coğrafi mövqeyi, relyefi, təbiəti də diqqət çəkir. Bir rayon olaraq, 1930-cu ildə formalaşdırılan Şuşa 1963-cü ildə ləğv edilərək ərazisi Xankəndinə verilib. 1965-ci ildə müstəqil rayon kimi bərpa edilib. Xalq arasında Qala adı ilə məşhur olan Şuşanın səthi dağlıqdır. Buradan Qırxqız, Kirs, Murov, Bağrıqan, Sarıbaba dağla rını görmək mümkündür. Ən yüksək zirvəsi Böyük Kirs dağıdır – 2725 metr. Ərazisindən Qarqar çayı axır. Dəniz səviyyəsindən, təxminən, 1400-1800 metr yüksəklikdə yerləşən Şuşa, hər tərəfdən uzunluğu 400-600 metrə yaxın dərələrlə əhatə olunub. Qara bağın ən səfalı guşəsində yerləşən, üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş bu dağ yaylası 1977-ci ildə qoruq elan edilib.
7
VƏTƏNİMİN SEYRİNƏ...
Gözəl məkanları Şuşadan bəhs edərkən bir sıra məqamlar var ki, onla rın üstündən sükutla keçsək, günaha batarıq. Gəlin, hə min məqamları bir yerdə xatırlayaq. Memarlıq abidələri. Qədim və orta əsrlərin şəhərsal ma nümunələri əsasında yüksək səviyyədə inşa edilən Şuşa məhəllələrə bölünmüşdü. Hər məhəllənin öz məs cidi, bulağı və hamamı vardı. Şəhər daş döşənmiş küçə ləri, məhəllə sistemi ilə diqqət çəkir. Şuşanın 17 məhəllə sində 129 tarixi-memarlıq abidəsi vardı. Turizm. Havasının tərkibi, təmizliyi, müalicəvi əhəmiy yəti baxımından, kurort şəhərləri arasında özünəməxsus yer tutur. Yay aylarında Turşsu yaylaqları, Səkilli bulağı, İsa bulağı, Yuxarı Daşaltı (Şəmilin) bulağı, əfsanəvi “Cı dır düzü”nə təşrif buyuran qonaqların əlindən tərpənmək mümkün deyildi. Keçmiş SSRİ-nin ən ucqar yerlərindən bura insanlar axışırdılar. Cıdır düzü. Şəhərin cənub tərəfində yerləşən, nisbə
8
tən hündür və horizontal düzənlik belə adlanır. Buranın qərb tərəfi bir-birinin arxasında yerləşən 3 hündürlükdən ibarətdir. Bu təpələrə “Üçmıx” adı verilib. Ən böyük gəzinti yeri idi. Hər ilin may ayında burada “Xarı bülbül” musiqi festivalı keçirilirdi. Xarı bülbül. Bu dağlarda dünyanın başqa heç bir ye rində bitməyən, xüsusi gözəlliyi olan gül bitir. Adına “Xarı bülbül” deyirlər. Gül elə formadadır ki, sanki onun üstünə bülbül qonub və yerindəcə donub-qalıb. Bu endemik çi çək həm də müalicə əhəmiyyətli olduğundan, xalq təba bətində ondan istifadə edirlər. Turşsu. Bura istirahət və müalicə zonası sayılırdı. Mər kəzdən 40 km aralıda, Laçın yolunun üstündə yerləşir. Sol tərəfdən Daşaltı çayı axır. Turşsu müalicəvi vannaları ilə məşhur idi. Yay aylarında buraya gələn camaat çadır qu rub, mövsümü burada başa vurardı. Yuxarı Daşaltı. Xalq arasında bura “Şəmilin bağı” kimi də məşhurdur. Bu məkanın spesifikliyi odur ki, istirahət
Yuxarı Gövhər ağa məscidi
Şuşa şəbəkəsi
Daşaltı çayı
guşəsi Daşaltı çayının üstündə, “Ağzıyastı kaha” yerləşən Üçmıx dağının düz dibindəki çeşmənin ətrafında yerləşir di. Şuşanın şəxsiyyətləri Bu şəhər Azərbaycan elminə, ədəbiyyatına, musiqi sinə, hərb sahəsinə, publisistikasına damğasını vurmuş onlarca şəxsiyyətin, məşhur sülalələrin vətənidir. Azər baycan ədəbiyyatında tənqidi realizm və satirik janrın bü növrəsini qoyanlardan Qasım bəy Zakir (1784-1857), “Xan qızı” ləqəbi ilə tanınan məşhur şairə və rəssam Xurşid banu Natəvan (1830-1897), tragediya janrının banisi Nə cəf bəy Vəzirov (1854-1926), Əbdürrəhim bəy Haqverdi yev (1870-1933), Yusif Vəzir Çəmənzəminli (1887-1943), Firidun bəy Köçərli (1863-1920), milli mübarizə tarixinin ideoloqlarından Əhməd bəy Ağaoğlu, Mehmandarovlar, Bədəlbəylilər... adlarını saymaqla bitməyən daha onlarca tanınmış şəxsiyyət Şuşanın yetirmələridir.
Üzeyir Hacıbəyovun ev-muzeyi
X.Natəvanın büstü
9
VƏTƏNİMİN SEYRİNƏ...
Qasımın çayxanası
Mamayı məhəlləsi
Mircanlı məhəlləsi
Qafqazın konservatoriyası XIX əsrdə Şuşa artıq mədəniyyət mərkəzi idi. Qaynar həyat yaşayan şəhər Qafqazın, Yaxın Şərqin və Orta Asi yanın müxtəlif guşələrindən gəlmiş şair, yazıçı və musiqi çilərin, teatr xadimlərinin toplaşdığı şeir, sənət məkanına çevrilmişdi. Həmin vaxtlarda “Qafqazın konservatoriyası” kimi ad çıxaran şəhər, vokal məktəbi kimi, o dərəcədə po pulyarlaşmışdı ki, tədqiqatçılar «İtaliya vokal məktəbi Av ropa musiqi mədəniyyəti tarixində hansı mövqeyi tutursa, Şuşa vokal məktəbi də Şərq musiqi mədəniyyəti tarixində eyni mövqeni tutur» fikrində həmrəylik nümayiş etdirirdi lər. Bu şəhərdə ilk musiqi məktəbi XIX əsrin 70-ci illərində açılıb. Həmin dövrdə şəhərdə 95 şair, 22 musiqişünas, 38 xanəndə, 12 nüsxəbənd, 19 xəttat, 16 nəqqaş, 18 memar, 5 astronom, 16 həkim, 42-yə qədər müəllim yaşayırdı. Ey ni dönəmdə Şuşa öz ədəbi məclisləri ilə diqqət mərkəzin də idi. Ü.Hacıbəyovun heykəli
10
Topxana meşəsi
Şuşanın baharı
“Şərq konserti” Bir mədəniyyət mərkəzi olaraq, Şuşanın tarixində əsa sı 1901-ci ildə Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə qoyulan «Şərq konserti»i mühüm yer tutur. Bu konsert sonrakı illərdə Bakıda da təşkil olunurdu. Bu ənənənin davamı olaraq, 1980-1990-cı illərdə “Mahnı bayramları”, beynəlxalq “Xarı bülbül” folklor festivalları məhz Şuşanın məşhur Cıdır düzündə keçirilib. P.S. Ürəyimdə bir xal qaldı. 2005-ci ilin may ayında Ağsunun, təxminən, 1500 metr yüksəkliyində yerləşən Kərçivan kəndində çəkilişdəykən, camaat başımıza yığışdı. Məlum oldu ki, kənd sakinləri Şuşa və Laçın qaçqınlarıdır. Onların arasında yaşlı bir nənə şipşirin Qarabağ ləhcəsiylə “Bıy, sən belində yüklə bütün günü o dağı-daşı gəzən qız deyilsən? Bəs Şuşaya nə vaxt gedəcəksən? Əsas çəkiləsi yer oradadır, başına dönüm”, – dedi və məni qucaqlayıb ağladı. İlk dəfə ca vab verməyə söz tapmadığım üçün özümü çox aciz hiss etdim. 17 ildir Azərbaycanda 1 milyondan artıq məcburi köçkün bir gün tarixi vətənlərinə geri dönəcəkləri anı göz ləyərək yaşayır. Şuşaya getmədim, gəzmədim, görmədim, dadmadım, bilmirəm. Ona görə də bundan artıq heç nə yaza bilmi rəm. Azərbaycanda bir nəsil şuşalı Şuşasız böyüyür. Azərbaycan Şuşa xəyalı ilə yaşayır. Elə mən də! Aynur TALIBOVA
Vaqifin məqbərəsi
Qara Böyükxanımın bürcü
Şuşa mənzərəsi
11
VƏTƏNİMİN SEYRİNƏ... Şuşanın tarixi abidələri
Üzeyir Hacıbəyovun büstü
Bülbülün büstü
Xurşidbanu Natəvanın büstü
12
Kurqan – tunc dövrü (Şuşa şəhərinin şimal-qərbində) Şuşa və Şuşakənd daş qutusu qəbirləri – Son tunc və ilk dəmir dövrü (Şuşa şəhərinin yaxınlığında) Şuşa mağara düşərgəsi – daş dövrü (Şuşa şəhərinin cənubunda, Daşaltı çayının sol sahilində) Şuşa daş qutusu nekropolu – dəmir dövrü (Qarabu laq kəndi) Nekropol – son tunc və ilk dəmir dövrü (Dolanlar kəndi) Şuşa qalası – 1754-cü il (Şuşa şəhəri) Pənah xanın sarayı – XVIII əsr (Şüşa şəhəri) Qara Böyük xanım bürcü – XVIII əsr (Şuşa şəhəri) Heydər türbəsi - (Şuşa şəhəri) Hacıqulların malikanəsi – XVIII əsr (Şuşa şəhəri) Natəvanın evi – XVIII əsr (Şuşa şəhəri) Əsəd bəyin evi – XVIII əsr (Şuşa şəhəri) Gövhər ağa məscidi – 1768-1769-cu illər Aşağı Gövhər ağa məscidi – XVIII əsr (Şuşa şəhəri) İkimərtəbəli karvansaray – XIX əsr (Şuşa şəhəri) Mehmandarovların malikanə kompleksi: məscid, ya şayış evi - XVIII əsr (Şuşa şəhəri) İbrahim xanın bürcü – XVIII əsr (Daşaltı kəndi) İsa bulağı – XIX əsr (Şuşa şəhərinin yaxınlığında) İbrahim xanın qəsri – XVIII əsr (Daşaltı kəndi) Üzeyir Hacıbəyovun ev-muzeyi – XIX əsr (Şuşa şəhə ri) Xanlıq Muxtar karvansarayı – XVIII əsr (Şuşa şəhəri) Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarayı – XVIII əsr (Şuşa şəhəri) Zülfüqar Hacıbəyovun evi – XIX əsr (Şuşa şəhəri) Saatlı məscidi – XVIII əsr (Şuşa şəhəri) Gəncə qapısı – XVIII əsr (Şuşa şəhəri) Ə. Haqverdiyevin evi – XVIII əsr (Şuşa şəhəri) Qazançı kilsəsi – XIX əsr (Şuşa şəhəri) Y.V. Cəmənzəmənlinin evi – XVIII əsr (Şuşa şəhəri) Yuxarı məscid mədrəsəsi – XVIII əsr (Şuşa şəhəri) Səfərov qardaşlarının karvansarayı – XVIII əsr (Şuşa şəhəri) Tarzən Sadıqcanın evi – XVIII əsr (Şuşa şəhəri) Uğurlu bəyin evi – XVIII əsr (Şuşa şəhəri) Xan sarayı – XVIII əsr (Şuşa şəhəri) Şirin su hamamı – XVIII əsr (Şuşa şəhəri) Xanəndə Seyid Şuşinskinin evi – XIX əsr (Şuşa şəhə ri) Şair M.P.Vaqifin türbəsi – XX əsr (Şuşa şəhəri) Qasım bəy Zakirin evi XVIII əsr (Şuşa şəhəri) Mədrəsə - XVIII əsr (Şuşa şəhəri) Behbudovların evi – XVIII əsr (Şuşa şəhəri) Firudin bəyin evi – XVIII əsr (Şuşa şəhəri) M.M.Nəvvabın evi – XVIII əsr (Şuşa şəhəri) Bülbülün evi –XIX əsr (Şuşa şəhəri) F.B.Köçərlinin evi – XIX əsr (Şuşa şəhəri) Hüseyn bəyin evi – XVIII əsr (Şuşa şəhəri)
Keçəçi oğlu Məhəmmədin evi – XIX əsr (Şuşa şəhəri) Karvansaray – XVIII əsr (Şuşa şəhəri) Gəray Əsədovun evi – XVIII əsr (Şuşa şəhəri) S.S.Axundovun evi – XIX əsr (Şuşa şəhəri) C.Qaryağdıoğlunun evi – XVIII əsr (Şuşa şəhəri) Realni məktəbinin binası – XX əsr (Şuşa şəhəri) Xəstəxana binası – XIX əsr (Şuşa şəhəri) Yaşayış binası – XIX əsr (Şuşa şəhəri) Qız məktəbi – XIX əsr (Şuşa şəhəri) Aslan Qaraşarovun evi – XIX əsr (Şuşa şəhəri) Məşədi İbrahimin yaşayış evi – XIX əsr (Şuşa şəhəri) Yaşayış evi – XVIII əsr (Şuşa şəhəri) Məşədi Novruzun evi – XIX əsr (Şuşa şəhəri) Həsən ağanın evi – XIX əsr (Şuşa şəhəri) Yaşayış evi – XIX əsr (Şuşa şəhəri) Yaşayış evi – XVIII əsr (Şuşa şəhəri) Şükür bəyin evi – XIX əsr (Şuşa şəhəri) Cəfərqulu ağanın evi – XVIII əsr (Şuşa şəhəri) Kilsə qalıqları - ? (Şuşa şəhəri) Türbə - ? (Şuşa şəhəri) Bulaq – XVIII əsr (Şuşa şəhəri) “Laçın” su anbarı XIX əsr (Şuşa şəhəri) Qız monastrı – XVIII əsr (Şuşa şəhəri) Süleyman Vəzirovun evi – XIX əsr (Şuşa şəhəri) Hamam - XIX əsr (Malıbəyli kəndi) Məscid - XIX əsr (Malıbəyli kəndi) Novlu bulaq – XIX əsr (Malıbəyli kəndi) İnzibati bina – XIX əsr (Malıbəyli kəndi) Mamay bəyin evi – XVIII əsr (Şuşa şəhəri) Məşədi Teymurun evi – XVIII əsr (Şuşa şəhəri) Şor bulaq – XIX əsr XVIII əsr (Şuşa şəhəri) Xəlil Məmmədovun evi – XIX əsr (Şuşa şəhəri) Ələkbər bəyin evi – XIX əsr (Şuşa şəhəri) Məscid (Çuxur məhəllə) – XIX əsr (Şuşa şəhəri) Lətif İmanovun evi – XVIII əsr (Şuşa şəhəri) Hacı Abbas məscidi və karvansaray – XVIII əsr (Şuşa şəhəri) Mərdinli məscidi – XIX əsr (Şuşa şəhəri) Cahangir bəyin evi – XVIII əsr (Şuşa şəhəri) Hacı Məmmədin evi – XVIII əsr (Şuşa şəhəri) Hacı Yusifli məscidi – XVIII əsr (Şuşa şəhəri) Məşədi Salmanın evi – XVIII əsr (Şuşa şəhəri) Culfalar məscidi – XIX əsr (Şuşa şəhəri) Dəyirman – XX əsrin əvvəli (Şuşa şəhəri) Hacı Əlibalanın evi – XVIII əsr (Şuşa şəhəri) Kəblə Azadın evi – XIX əsr (Şuşa şəhəri) Hacı Sadığın evi – XIX əsr (Şuşa şəhəri) “Çöl qala” bulağı – XVIII əsr (Şuşa şəhəri) Məşədi Süleymanın evi – XVIII əsr (Şuşa şəhəri) Musəvinin evi – XVIII əsr (Şuşa şəhəri) Hacı Məmmədbağırın evi – XIX əsr (Şuşa şəhəri) Hüsü Hacıyevin evi – XIX əsr (Şuşa şəhəri) Məşədi Zeynal Hətəmovun evi – XVIII əsr (Şuşa şəhə ri)
Məşədi Əlinin evi – XVIII əsr (Şuşa şəhəri) Məşədi Şəhriyarın evi – XVIII əsr (Şuşa şəhəri) Hacı Dadaşın evi – XVIII əsr (Şuşa şəhəri) A.Əzimovun evi – XVIII əsr (Şuşa şəhəri) Məşədi İbrahimin evi – XVIII əsr (Şuşa şəhəri) Məşədi Cəlalın evi – XVIII əsr (Şuşa şəhəri) Meydan bulağı – XVIII əsr (Şuşa şəhəri) Hacı Bəşirin evi – XVIII əsr (Şuşa şəhəri) Dərzi Bəhramın evi – XVIII əsr (Şuşa şəhəri) Məşədi Hüsünün evi – XVIII əsr (Şuşa şəhəri) Məhəmməd Həsən oğlunun evi – XVIII əsr (Şuşa şə həri) Kəlbə Məhəmmədin evi – XIX əsr (Şuşa şəhəri) Xoca Mərcanlı məscidi – XVIII əsr (Şuşa şəhəri) Xoca Mərcanlı bulağı – XVIII əsr (Şuşa şəhəri) Bəhmən Mirzənin evi – XIX əsr (Şuşa şəhəri) Bəhmən Mirzənin ərzaq anbarı – XIX əsr (Şuşa şəhə ri) Qulamşahın yaşayış evi – XIX əsr (Şuşa şəhəri) N.B.Vəzirovun evi – XIX əsr (Şuşa şəhəri) Köçərli məscidi – XIX əsr (Şuşa şəhəri) Quyuluq məscidi – XVIII əsr (Şuşa şəhəri) Seyid Məcidin evi – XVIII əsr (Şuşa şəhəri) Bulaq (Seyidli məhəlləsi) – XVIII əsr (Şuşa şəhəri) Seyidli Məscidi – XVIII əsr (Şuşa şəhəri) Məşədi Qaranın evi – XVIII əsr (Şuşa şəhəri) Kəlbə Yusifin evi – XIX əsr (Şuşa şəhəri) Zöhrabbəyovun evi XIX əsr (Şuşa şəhəri) Məşədi İbişın evi – XVIII əsr (Şuşa şəhəri) Məşədi Zülfüqarın evi - XIX əsr (Şuşa şəhəri) Hacı Aslanın evi – XVIII əsr (Şuşa şəhəri) Hacı Məlik oğlunun evi – XVIII əsr (Şuşa şəhəri) Mir Həsən Vəzirovun evi – XIX əsr (Şuşa şəhəri) Mamay məscidi – XIX əsr (Şuşa şəhəri) Mamay bulağı – XIX əsr (Şuşa şəhəri) Fərəməzovların evi – XVIII əsr (Şuşa şəhəri) Bulaq (Hacı Yusifli məhəlləsi) – XVIII əsr (Şuşa şəhə ri) Bulaq (Ağadədəli məhəllə) – XIX əsr (Şuşa şəhəri) Bulaq (Köçərli məhəllə) – XVIII əsr (Şuşa şəhəri) Bulaq (Çuxur məhəllə) – XVIII əsr (Şuşa şəhəri) Saxsı bulaq - XVIII əsr (Zarıslı kəndi)
13
MƏNzərrə
Şuşa göruntüsü
14
15
MƏNzərrə
Şuşa göruntüsü
16
Şuşa göruntüsü
17
GÖRDÜN YEMƏK, DAHA NƏ DEMƏK?! QONAQ-QARA
ШУШАМ, СЯНИ ЭЮРЯЪЯМ, ЙОХСА СЯНСИЗ ЮЛЯЪЯМ?
18
nə, «Mənim ağ şəhərim» (Ana), «Şərəf» (Mila xanım) te lefilmlərinə çəkilmişdir. Firəngiz Bəhər qızı Mütəllimova 1986-cı ildə “Naxçı van Muxtar Respublikasının əməkdar artisti”, 1991-ci ildə “Azərbaycan Respublikasının əməkdar artisti” və 2002-ci ildə “Azərbaycan Respublikasının xalq artisti” fəxri adları ilə təltif olunub. Prezident mükafatçısıdır. Firəngiz Mütəllimovanın Şuşa gündəliyi Onu müsahibəyə dəvət edib, mövzunun Şuşa barə sində olacağını söyləyəndə «Şuşa haqqında danışmaq mənim üçün çox ağırdır», - dedi. Amma xahişimizi yerə salmadı. Sevimli sənətkarımız, Azərbaycan Dövlət Aka demik Milli Dram Teatrının aktrisası, xalq artisti Firəngiz Mütəllimova ilə söhbətə onun Şuşa ilə bağlı uşaqlıq illə rindən başlayıb, bu şəhərlə bağlı xatirələri ilə davam etdir dik. Amma qala-şəhərin işğal dövrü ilə bitirmədik…
F
irəngiz Bəhər qızı Mütəllimova 1959-cu ildə Ağ cabədi rayonunda anadan olmuşdur. 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olmuş, 1980-ci ildə isə Akademik Milli Dram Teatrına işləməyə başlamışdır. Teatrda səmərəli fəaliyyət göstərən Firəngiz Mütəllimova, paralel olaraq, televiziya tamaşalarında işti rak etmişdir. Üçillik fasilədən sonra, 1996-cı ildən aktrisa Akademik Teatrın truppasına qəbul olunmuş, qısa müddət ərzində maraqlı rollar (Gözəl («Qılınc və qələm», M. S. Ordubadi), Qumral («Əliqulu evlənir», S.Rəhman), Bəyim («Xurşudbanu Natəvan»), Aynur («Büllur sarayda») və s. ifa edərək tanınmağa başlamışdır. İstedadlı aktirasa bir çox gözəl rolları canlandıraraq teatr sənətinə öz imzası nı vurmuşdur. Xatırlatmaq üçün onu da əlavə edək ki, Firəngiz Mütəllimova Azərbaycan Dövlət Televiziyasında hazırlanmış 20-dən çox teletamaşada müxtəlif səpkili rol ları - Gülnar («Səni axtarıram», «Bağışla», «Səndən xə bərsiz», Abbas Qəhrəmanov), Mərcan («Evləri köndələn yar», Anar) və s. ifa etmiş, həmçinin, aktrisa «Azərbay canfilm» kinostudiyasında istehsal edilmiş «Qaçaq Nəbi» (Sərvinaz), «Qocalar, qocalar» (Leyli), «Bəyin oğurlanma sı» (Telli), «İşarəni dənizdən gözlə» (Sona) bədii filmləri
«Şuşam, səni görəcəm, yoxsa sənsiz öləcəm?» «1959-cu ildə anadan olmuşam. Atam qəbələlidir, anam şuşalı. Hər ikisi müəllim idi. Ali məktəbi bitirəndən sonra, hər ikisi təyinatla Ağcabədinin Ofşor kəndində işlə miş və elə bu kənddə də tanış olmuşlar. Atam anamı qa çırmışdı. Bu izdivacdan dörd uşaq dünyaya gəlib. Ailənin böyük övladı mənəm. Atamla-anam 11 il bu kənddə işlə yəndən sonra, təyinat müddətləri başa çatmış və Şuşaya köçmüşlər. Atam Qəbələdən olsa da, Şuşaya çox bağlı insan idi. Hətta çoxları elə bilirdi ki, Bəhər müəllim şuşa lıdır. Vəfat edəndən sonra arxivindən Şuşaya həsr etdiyi bir şeir tapdım. Sonuncu misrası belə idi: ”Şuşam, səni görəcəm, yoxsa sənsiz öləcəm?”. Anam Şəfiqə xanımın uşaqlığı ağrılı-acılı keçmişdi. Atası Eyyub müəllim Şuşa bankının müdiri idi. İkinci Dünya müharibəsi başlayanda onu da müharibəyə aparmışlar. Eyyub babam müharibə də həlak olmuş, nənəm isə anamı dünyaya gətirəndə və fat etmişdi. Anamı 11 yaşına qədər nənəsi saxlamış, son ra əmisi öz himayəsinə götürmüşdü. Ona görə də “dayı”, “əmi”, “xala” deyəndə anamın əmisi, dayısı, xalası uşaqla rını nəzərdə tuturam. Cümə axşamlarında da qazan asıb ölüləri yad edəndə, üç baba adı çəkirəm. Düzdür, onların üzünü görməmişəm, amma ruhlarına salavat çevirməyi vacib sayıram”. «Anamın arzusu…» Firəngiz xanım deyir ki, ailələrində musiqiçi olmasa da, atası həvəskar tarçalan imiş: «Rəhmətlik atam gözəl tar çalırdı. Hətta onun Şuşadan gətirdiyi tarını bu gün də sevə-sevə əzizləyirik. Onu evimin ən hündür yerində sax
19
İNCƏ SƏNƏT QONAQ-QARA
20
layıram. Anamın isə gözəl səsi var idi. Bakıya festivallara gələrmiş. Amma əmisi uşaqları onu oxumağa qoymayıb lar. Deyirmişlər ki, oxusan, səni öldürərik. Bununla belə, sənətə böyük sevgisi var idi. Ona görə də həmişə arzu edirdi ki, övladlarından biri sənət adamı olsun. Allah ana mın bu arzusunu yerinə yetirdi. Mən aktrisa oldum, bacım Nərgiz isə fortepiano müəlliməsi». Qırxpilləkən, Xuraman qayası, Şuşanın qarı «Şuşa bir an da olsun yadımdan çıxmır», - deyir Fi rəngiz xanım. Xüsusilə də, yaz fəslində həsrətini çəkir bu şəhərin: «May ayının əvvəlində Şuşada qar olurdu. Tə səvvür edin ki, 1 May şənliklərində Cıdır düzünə çıxıb, Barıbaşı deyilən ərazidə qarı təmizləyib, altından bənöv şə dərirdik. Həmin bənövşəni mən ancaq Şuşada görmü şəm. Ətri adamı bihuş edirdi. Qarın altından nərgizgülü də dərirdik. Cıdır düzündəki qırxpilləkən də yaxşı xatirim dədir. El arasında bura “pişik yolu” deyirdilər. Altıncı sinif də oxuyanda iki dəfə ordan keçmişdim. Bunun üstündə anamgil məni döymüşdülər. Cıdır düzündən baxanda dik, sıldırım bir qaya görünürdü. Həmişə həsrətlə ora baxır dım. Atam dönə-dönə tapşırırdı ki, ora yaxın getməyin. Xuraman özünü o qayadan atıb. El arasında bura “Xura man qayası” deyirdilər. Şuşada qəribə, ətirli otlar bitirdi. İnanın, bu ətrə dünyanın heç yerində rast gəlmək müm kün deyil. Cıdır düzündə Ağacbulaq deyilən yer var. Şu şanın ən böyük ağacı burada yerləşdiyi üçün belə adlanır. Orada ağacın altında bulaq var idi. Bu bulağı Natəvan tik dirmişdi. Özü də saxsıdan. Yayın cırhacırında belə, əlimizi həmin bulağın suyunda saxlaya bilmirdik. İnsanın vücudu donurdu. Qışda isə ağacdan ucuşiş buz parçaları salla nırdı. Bizim məhləmiz də elə belə adlanırdı - Ağacbulaq məhləsi. Məhləmiz şəhərin düz mərkəzində yerləşirdi. Ki noteatr da bizim məhlədə idi. Şuşada yağan qar da bir başqa cür idi. Bir də görür dün, günəşli hava qəfildən dəyişdi, lopa-lopa qar yağma ğa başladı. Qar üstünə günəş şüaları düşəndə minbir rən gə çalırdı. Bu zaman xizlə sürüşməkdən zövq alardıq. Şuşanı tərk edəndən sonra xizək sürməyim gəlmir». «Belə möcüzəyə rast gəlməmişəm» Firəngiz xanım 1976-cı ildə Şuşadakı H.Hacıyev adına orta məktəbi bitirib. Dediyinə görə, Şuşadakı məktəblə rin əksəriyyəti rus, erməni dillərində olub: «Bəzi məktəb lər isə qarışıq idi. Tədris üç dildə aparılırdı. Yəni həm rus, həm erməni, həm də Azərbaycan bölmələri var idi. Bizim məktəbin direktoru Xavər xanım idi. Çox zabitəli xanım
idi. Onun qorxusundan qısa geyinməzdik, «çolka» saxla mazdıq, ayağımızda həmişə sadə corab olardı. Kaprona icazə vermirdi». Bir qədər məktəb illərindən danışandan sonra, Firəngiz xanım özü də bilmədən Şuşanın təbiəti ilə bağlı mövzuya dönür: «İnanın, İsa bulağında gördüyüm yaşıl örtüyə - heç bilmirəm bura yaşıl örtükmü deyim, tülmü deyim; olduğum məkanların heç birində belə möcüzəyə rast gəlməmişəm. Orada olan hündür ağacları, bulaqları heç yerdə görməmi şəm. Doğrudur, Qəbələdə ”Yeddi gözəl” var, Xaşmazda, Qubada belə yaşıllıqlar çoxdur, amma Şuşa ayrı bir aləm idi. Şuşada ”Qoturbulaq” deyilən bir bulaq var. Yarası-xo rası olan, qaşınan adam bu bulaqda çiməndə sağalardı. Tez-tez Turşsuya gedib su gətirirdik. Yaz-yay ayalarında Şuşaya xaricdən də xeyli qonaq gəlirdi. İstirahət evində məskunlaşırdılar. Onlara baxmaq, imkan düşəndə həm söhbət olmaq bizim üçün maraqlı idi. Şuşanın maraqlı yerlərindən biri də «Ərimgəldi»dir. Ora qalxmağı çox sevirdik. Yeri gəlmişkən, Üzeyir bəyə həsr olunan ”Uzun ömrün akkordları” filminin bəzi hissə ləri məhz burada lentə alınmışdır. Qədim dövrlərdə Şuşa nın xanımları bura qalxar, ərlərinin faytonla gəlmələrinə tamaşa edərmişlər. Bu səbəbdən də bura “Ərimgəldi” ad landırılırdı. Şuşanın məşhur yerlərindən biri də Aşağıməhlədir. Üzeyir bəy Hacıbəylinin, Süleyman Ələsgərovun, Bülbü lün mənzilləri bu məhlədə yerləşir». Şuşada Novruz Bayramı Firəngiz xanım bizə anasının Daşaltı tərəfdə yerləşən Uşaq evində işlədiyi illərdən, burada qalan uşaqlara qo şulub Cıdır düzünə, Topxana meşəsinə ekskursiyaya get məsindən də danışdı. Dediyinə görə, vaxtilə Ümummilli Lider Heydər Əliyev Şuşaya gələrkən Cıdır düzü, Topxa na meşəsi istiqamətində kanat yolu çəkməyi də planlaş dırıbmış. Baharın gəlişi bizdə toy-bayrama çevrilirdi deyən qo nağımız bunları da qeyd etdi: «Şuşada Novruz Bayramı xüsusi ovqatla qarşılanıırdı. Süfrəyə bütün nemətlərdən düzülərdi. Bayrama 2 ay qalmış saçaqlı torbalar hazırla yardıq. Papaq namus-qeyrət rəmzi sayıldığından, qapıla ra papaq atmazdıq. Bu işdə xüsusi fərasətim vardı. Hamı dan çox mənim torbam dolurdu». «Nəsimi»dən başlayan yol Həmsöhbətimiz sənətə necə meyil salmasının tarixçə sindən də söz açdı: «Dayım Şuşadakı kinoteatrda mexa
21
QONAQ-QARA nik işləyirdi. Buna görə də tez-tez kinoya gedirdim. Amma atam dərslərimə vaxt çatmırdı deyə, bir seansdan artıq baxmağıma icazə vermirdi. Heç yadımdam çıxmayan ha disə – “Nəsimi” filminin Şuşaya gətirilməsi oldu. Bu filmə baxandan sonra qərara aldım ki, aktrisa olacağam. Filmə elə vurulmuşdum ki, mənzilimiz başdan-başa “Nəsimi”nin plakatları ilə dolu idi. Yeddinci sinifdə oxuyarkən məktəbi mizdə aktyorlarla görüş keçirildi. Tanınmış sənətkarımız Ramiz Məlikov da onların arasında idi. Onu çox sevirdik. “O qızı tapın” filmindəki «Əminə, pencəyi ver mənə» ifa dəsini əzbər bilirdik. Həmin görüşdə Ramizə bir gül dəstə si verdim. O da başımı sığalladı. Sonralar Ramizi görəndə yadına salırdım. Gülüb deyirdi ki, “Ay qız, sənin yadındadı, mənim heç yadıma da gəlmir”. Uşaqlıqda kinofimlərdən çəkilən fotoları yığmağı sevirdim. Bu şəkilləri Şuşa baza rında bir rus qadın satırdı. Aradan illər keçdikdən sonra həmin fotoların arasında öz şəkillərimi görəndə kövrəl dim». Son dəfə Şuşada Firəngiz xanımın yaddaşında ağrılı-acılı iz buraxan ha disə isə Şuşanın ermənilər tərəfindən işğalıdır: «Şuşanın işğalından, təxminən, 1 il əvvəl yay fəslində ora getmiş dim. Ermənilər şəhərə raket atırdılar. Atamın ad günü ərə fəsində, avqustun 25-də daha çox atdılar. Atam dedi ki, tez mənzilin zirzəmisinə düşək. Mən də əksinə, eyvana çıxıb tamaşa edirdim. Bunun nə qədər təhlükəli olduğu nu dərk edə bilmirdim. Gecəni, demək olar ki, zirzəmidə keçirdik. Səhər hava işıqlaşanda bəzi yerlərin dağıldığını gördük. Çox qəribə bir məqam vardı. Ermənilər nə qədər atsalar da, bizim evə mərmi düşmürdü. Elə bil, hansısa qüvvə evimizi qoruyurdu. Anam ağır seyid idi. Bəlkə də evimizi bu güc mühafizə edirdi? Yalnız Şuşa alınandan sonra evimiz dağıldı. Barəsində danışdığım Ağacbulaq da raket zərbəsindən sınmışdı. Anam dedi ki, ağacın sınma sı çox pis əlamətdi, bunun mütləq bir ziyanı olacaq. Ən pisi isə o idi ki, həmin vaxt ermənilər tanınmış şəxsləri girov götürməyə cəhd edirdilər. Təsəvvür edin ki, Şuşaya tanınmış adam gələndə, kimsə ermənilərə məlumat çatdı rırdı. Ermənilər də yolda avtobusu saxlayıb həmin adamı girov götürürdülər. Bu səbəbdən, atam və qohumlar mə ni Şuşadan çıxarmaq barədə düşünürdülər. Çox çək-çe virdən sonra, atam heç kimə xəbər vermədən məni bir “alabaş”a mindirib Ağdama yola saldı. Ağdamdan da Ba kıya qayıtdım. Valideynlərim isə Şuşanın sonuncu günü nə qədər orada qaldılar. Sonra onlar da Baklya gəldilər. Atam gələndə özü ilə 2 kəsilmiş toyuq, bir də maqnitofon
22
gətirmişdi. Anam ondan soruşdu ki, “Bəhər, soyuducunu söndürdün?”. Atam dedi ki, «Yadımdan çıxıb». Təsəvvür edin, anam onunla elə dalaşdı ki, elə bil, bu dəqiqə bo şanacaqdılar. Nəhayət, atam qışqırdı: “Şəfiqə, Şuşa yox dur, ermənilər oranı aldılar”. Anam hönkürtü ilə ağlamağa başladı. Düzdür, indi gülməli görünə bilər, amma şuşalılar üçün böyük faciə idi. Hətta ola bilsin, onlar indi Bakıda və ya başqa bölgələrimizdə saraylarda yaşayırlar. Amma Şu şanın yerini heç nə verə bilməz». Şuşa işğaldan azad olunsa… Söhbətimizin sonunda Firəngiz xanıma «Şuşa ermə ni işğalından azad edilsə, dərhal doğma şəhərə gedər sinizmi, bu şəhərin teatrında işləmək təklifi gəlsə, qəbul edərsinizmi?» sualını da ünvanladıq: “Şuşa işğaldan azad olunsa, əlbəttə ki, dərhal gedərəm. Hərdən burnuma Şu şanın ətri gəlir. Durub ora getmək istəyirəm. O ki qaldı dəvətə, sözsüz, Şuşa ilə bağlı nə təklif gəlsə, məmnuniy yətlə qəbul edərdim. Üç il əvvəl rejissor Şamil Nəcəfza dənin çəkdiyi “Qala” filmində oynamışam, özü də qaçqın rolunda. Təsəvvür edin, həddindən artıq “kaprizli” olsam da, bu kino çəkiləndə, 8 saat yağışın altında qaldım. Bü tün bədənim su içində idi. Özüm-özümü tanımırdım. Gö rünür, bu dözümün bir səbəbi də Şuşa həsrəti, sevgisi ilə bağlı idi. Zarafat deyil, ömrümün 17 ili, həm də deyərdim ki, ən mənalı dövrü bu şəhərlə bağlıdır. Şuşalı günlərimin həsrəti ilə zaman keçir. Hərdən ürəyim kövrəlib, qubar edəndə, öz-özümə “Darıxma, mən o qatara minib, bir də Şuşama gedəcəm, görəcəm və doyunca gəzəcəm”, - de yirəm. Neçə illərdi ki, dilimdən bu misralar ürəyimə qara qan kimi axir... Könlüm quşu qanad çalmaz sənsiz bir an, mənim Şuşam! Xoş günlərin getmir müdam xəyalımdan, əziz Şuşam! Səndən uzaq düşsəm də mən, eşqin ilə yaşayıram, Yaralanmış qəlbim kimi qəlbi viran, canım Şuşam... Bu misraları deyəndə qəhər onu elə boğur ki, danışa bilmir... Yanağıboyu süzülən iki damla yaş mənim də qəl bimdə sevgidolu bir həsrət eşqi yaradır - görmədiyim Şu şanın eşqi ilə dolu olan bir həsrəti!!! Biz də gedən qatarın ardınca baxıb, onun qayıdaca ğına ümid edir, həmin qatarla əzəli və əbədi yurdumuz olan Şuşamıza gedə biləcəyimiz günü və anı səbirsizliklə gözləyirik!!! G.MAYİSQIZI
23
ELM DÜNYASI
PЛАНЕТАРИУМ
Q
ədim zamanlardan bəri səmanın möcüzəli görünüşü insanlar üçün sirli bir aləm olmuşdur. “Orada nələr baş verir, hüdudla rı hardadır, sayrışan ulduzlar bizdən çoxmu uzaqdadır, onlar necə hərəkət edir?” kimi bir çox suallar qarşısında insanlar aciz qalmışlar. Dövrün elm xadimləri, demək olar ki, bütün ömürləri boyu bu suallara cavab axtarmışlar. Saysız-hesabsız ax tarışlar onları böyük kəşflərə gətirib-cıxarmışdır. Bir çox tədqiqatlar sayəsində yerin digər planetlərlə birgə Günəş oxu ətrafında dövr etdiyi, ulduzların yerdən çox uzaqda yerləşdiyi, planetlərin səmada hərəkəti öyrənilmişdir. İnsanın gördükləri və bildiklərinin əyani modelini qur maq istəyi, ilk planetariumun yaranmasına səbəb olmuş du.
24
İlk planetariumun kim tərəfindən hazırlanması haqqın da dəqiq məlumat yoxdur. Almaniyada, Berlindən 180 km məsafədə yerləşən Nebra şəhərində e.ə. 1600-cü ilə aid, üzərində 28 ulduz və ay təsvir olunmuş disk tapılmış dır. Bunu planetariumun başlanğıcı hesab etmək olar. E.ə. 220-ci ildə filosof Arximed tərəfindən düzəldilən - ul duzların səmada görünən zahiri hərəkətini göstərən ciha zını başqa bir nümunə kimi qeyd etmək olar. Teleskopun kəşfi və bununla bağlı astronomiyanın in kişafı insanların kosmosla bağlı təsəvvürlərinin mexaniki modelini yaratmasına yeni təkan verdi. Həmin dövrlərdə, artıq planetariumun “Ptolomey” və “Kopernik” modelləri mövcud idi. Planetariumun digər modeli isə insanlar üçün daha maraqlı idi. Sonradan ulduzlu göyün zahiri hərəkətini pla
netariumda kürənin hərəkətə gətirilməsi ilə deyil, optikmexaniki proyetkolar vasitəsilə yaratmağa başladılar. Bu artıq yeni nəsil planetarium idi. Belə planetariumların sayı ildən-ilə artdı. Müasir planetariumlarda artıq texniki-optik sistemlər dən istifadə olunur. Tavanda quraşdırılmış yarimkürəformalı ekranda pro yeksiya sistemi vasitəsilə alınan xəyal tamaşaçıları kos mosun dərinliklərinə aparıb-çıxarır. Son nəsil planetarium təchizatı optik-rəqəmsal proyek tor və xüsusi proqram təminatı ilə idarə olunan sistemdən ibarətdir. Tusi-Bohm Planetarium Azərbaycanda belə texnologiyaya malik ilk məkan olan Tusi-Bohm Planetariumu bu il fəaliyyətə başladı. Tusi-Bohm Planetariumun təchizatı ən son nəsil tex nologiya olan 8K prinsipli “definiti Full Dome Theater System”dən ibarətdir. İki xüsusi proyektorun verdiyi xəyal və “Dolby Digital 5.1” səs sistemi vasitəsilə təbiət hadisə ləri reallığa maksimum yaxın şəkildə tamaşaçıların diqqə tinə çatdırılır. Sistemin tərkib hissəsi olan verilənlər bazası göy ci simləri haqqında həqiqi məlumatlara malikdir ki, bu da öz növbəsində, bizə istənilən vaxtda kosmosda ulduzların, planetlərin, asteroidlərin, kometlərin və s. yerləşməsini müşahidə etməyə imkan verir. 58 nəfərlik dairəvi zalda seansın başlanmasıyla təbiətin ən maraqlı və heyrətamiz görüntülərlə, dünyanın formalaş ması və həyatın yaranması kimi hadisələr ekranda canlanır. Tural HÜSEYNOV, astrofizik
25
ELM DÜNYASI
ХЯБЯРДАР ОЛ Mausu əvəz edəcək möcüzəli sensor panel artıq satişda “Apple” yeni ilin ilk ayından “Möcüzəli sensor paneli”ni satışa çıxardı. Bu qeyri-adi qurğu istifa dəçiyə imkan verir ki, o, barmaq jestlərinin kömə yi ilə kompüteri idarə edə bilsin. Beləliklə, mausa heç bir ehtiyac qalmır. Fərqli sensor panel “Apple” mağazalarında 69 dollara satışa qoyulub. Sensor-panelin işləmə mexanizmi belədir: şü şə və alüminiumdan hazırlanmış bloknota bənzə yən bu panel batareya əsasında işləyir və “App le”ın stolüstü mac kompüterləri ilə “Bluetooth” simsiz texnologiyası vasitəsilə əlaqələnir. Sen sor-panel kompüterlə necə əlaqələnir? “Apple”ın qeyd etdiyinə görə, qurğu istənilən kompüterlə 10 metrlik məsafədən bağlana bilir. “MacBook Pro” silsiləsindən olan “Apple” no utbukları artıq bu yeni texnologiya ilə təchiz edi lib.
Spirt həbi icad edildi Yevgeni Moskalyov adlı rusiyalı alimin kəşf et diyi üsul sayəsində artıq içki içmədən sərxoş ola biləcəksiniz. Moskalyov spirt həbini, spirti xüsusi texnika ilə toz halına çevirərək əldə edib. O, «Ma yeləri toz halına çevirən bu texnologiya sayəsində bütün mayeləri kapsula halına gətirə biləcəyik», - deyir. Elm adamı bu ana qədər toz halına çe virdikləri ən yüksək spirt səviyyəsinin 96 faiz ol duğunu söyləyir. Bu üsulla viski, konyak, pivə və şərab kimi bir çox spirtli içkinin yaxınlarda həbləri düzəldiləcək.
26
Texnologiya 2012-də Dünyanın qabaqcıl araşdırma şirkəti “Gart ner”, 2012-ci ildə qlobal mənada ən çox istifadə ediləcək mobil tətbiqetmələrin siyahısını açıqladı. Hesabata görə, 3 il sonra, təxminən, yüz milyon insanın köməyinə çatacaq mobil tətbiqetmələr belə sıralanıb: 1.Pul köçürülməsi. Bu xidmətlə istifadəçilər yalnız bir SMS ilə pulköçürülməsini reallaşdıra bi ləcək. 2.LBS. Məlumat və əyləncə kimi tətbiqetmə lərdən ibarət olan LBS (Location Based Services) xidmətləri daha da yayılacaq. 2012-ci ildə 500 milyondan çox insan bundan faydalanacaq. 3.Yaxın məsafədə ünsiyyət. “Near Field Communication” (NFC) texnologiyası sayəsində elektronik cihazları bir-birinə hər hansı bir kabel olmadan yalnız 10 santimetr uzaqlıqdan bağlaya bilmək və məlumat ötürmək mümkün olacaq. 4.Mobil reklam. Smartphones və kabelsiz in ternet sayəsində hər keçən gün yayılan mobil in ternet tətbiqetmələri, 2010-cu ildə 530 milyon dol larlıq büdcə yaratdı. Gartnerə görə, 2012-ci ildə bu rəqəm 7,5 milyard dollara yüksələcək. Hətta istifadəçilər cib telefonlarına gələn reklam məz munlarını izləyərək, müxtəlif hədiyyələr qazana biləcəklər. 5. Mobil hazır mesaj. Mobil hazır mesajlar, ya da söhbət tətbiqləri, “Facebook” və “Twitter” kimi ictimai şəbəkələrdə paralel olaraq yayılacaq.
Elmin barmaq kəşfi.. Elm dünyasında inqilab! Alimlər dünyanın ilk bio nik barmaqlarını kəşf edərək, əskik barmaqlı insan ların həyatını dəyişdirəcək yeniliyə imza atdılar. “To uch Bionics” şirkətinin üzə çıxardığı bionik barmaq lar, eyni ilə gerçəyi kimi - toxunma, tutma, bükülmə funksiyalarına sahibdir. Bionik barmaqlar, proyektdə təcrübəsi olan pianoçu Maria Antonia İqlesiasa tək lif edildi. İqlesias, bunu dərhal qəbul edərək, itirilmiş barmaqlarını yenisi ilə əvəz etdi. Hər xəstə üçün xü susi olaraq düzəldilən bu barmaqların xərci 35-45 min funt-sterlinq arasındadır.
Süni insan beyni yaradılır Texnologiyanın sürətli inkişafı hər gün insan ları daha da heyrətləndirir. Bunun son nümunəsi isə Oksford Universitetində işləyən Henry Mark ramın verdiyi açıqlama olub. Markram, süni şəkil də çıxarılmış insan beyni üçün yalnız 10 il lazım olduğunu deyib. Hal-hazırda siçan beyni üzərin də iş uğurla davam etdirilir. Markramın fikrincə, təcrübəni bir az da böyüdüb, süni insan beyni is tehsal ediləcək. Sadəcə, bunun üçün 10 ilə ehti yac var. İstehsal olunacaq sintetik insan beyni, xü susilə, zehni problemləri anlamaqda böyük bir mərhələ yaradacaq. Lakin bu mövzu ilə bağlı ən böyük problem “Mavi beyin proyekti” adlandırılan işin tələb etdiyi böyük infrastrukturdadır. Profes sor qeyd edib ki, süni insan beyninin hər bir ney ronu ayrı bir kompüter tərəfindən araşdırılmalıdır. Bu da çox ciddi kompüter şəbəkəsi tələb edir.
Yüksək sürətli skaner Yapon alimləri kitabı cəmi bir dəqiqəyə rəqəm sal format şəklinə salacaq yüksəksürətli skaneretmə sisteminin yaradılması üzərində işləyirlər. Sistemdə üçölçülü təsvirin sürətlə qeydə alınması prinsipinin tətbiqi sayəsində skaner edilmiş səhifənin əvvəl cədən səliqəli qoyuluşuna da ehtiyac qalmayacaq. Çünki bu zaman əzik vərəqlər belə hamarlanacaq. Kameranın işləmə sürəti saniyədə 500-dək surətin çıxarılmasını təmin edə bilər. Bu da 60 saniyədə 170 skaner edilmiş səhifə deməkdir. Ultrasürətli skanerin prototipinin yaradılması isə 2 ilə başa gələcək
Nərmin NÖQTƏ
27
ƏNƏNƏ
B
u gün haqqında heç bir təsəvvürüm yoxdur. May ayının 1-də babamın medallarını sinəsinə taxıb küçəyə çıxmasını başa düşmürdüm. Əli aşağı düşdükcə, daha da yuxarı qalxan medal larını sevməsi bir yana, anlamırdım ki, axı o niyə bu tari xi 2-3 gün əvvəldən gözləyir?.. Niyə üzünü səhərin gözü açılmamış təmizləyir, toya gedirmiş kimi səliqəli geyinir?.. Gözlədiyi vaxt yetişəndə babamı qocaldan, amma niyəsə xatırlaya bilmədiyi “yeni” şəhərin köhnə tanışlarını axtar mağa gedir.. Babam danışırdı ki, həmin gün bütün şəhər başdanayağa rəngli şarlarla, güllərlə bəzədilərmiş. Qocası, cava
28
nı, kişisi, qadını – hamı əvvəldən müxtəlif plakatlar düzəl dər, rəngli kağızlardan maraqlı fiqurlar kəsər, rəngləyər, yapışdırar, öz bayramlarına hazırlaşardı. Demə, onda in sanlar da rəngliymiş, fikirlər də, əllərində tutduqları şüar lar da, küçələr də, arzular da... İndi isə o bayram tarixə çevrilib. Tarix olanlara isə bir ad qoyulur – nostalji. Yəni, nə vaxtsa yaşanan, bir də geri qayıtmayan və yalnız xatırlana bilən. Büdpərəstlikdən “qırmızı” bayrama Deyilənə görə, “1 May”ın kökündə bütpərəstlik dayanır. Özü də bayram təsadüfən əmək günü adlandırılmayıb. 3000 il əvvəl qədim italiyalılar ilahə Mayaya – torpaq və bərəkət himayəçisinə sitayiş edirmişlər. Hətta onun şərə finə yazın sonuncu ayını “may” adlandırıblar.
Bu ayın ilk günündə isə şənlik və təntənəli yürüş ke çirərmişlər. Qədim italiyalılar elə düşünürdülər ki, bu cür bayramın müqabilində ilahə Maya yazda onların çəkdiyi əziyyəti qiymətləndirəcək. Torpaq tez “oyanacaq”, əkin bol olacaq, il məhsuldar keçəcək. Minilliklər ərzində formalaşan bu qədim İtaliya ənənə si sonralar yavaş-yavaş müxtəlif ölkələrə yayılır. Avropa nın xristian kilsələri bütpərəstliyin qalığı olan bu bayrama qarşı mübarizə aparırdı? XVIII əsrin sonlarında 1 May bayramının keçirilməsi, demək olar ki, tamamilə qadağan edilir. 1 May XIX əsrin sonunda ikinci baharını yaşayır. Ye nidən doğulan bu bayram insanlar üçün tam fərqli anlam daşıyır.
“Zəhməteş” Çikaqo “1 May sizə nə deyir?” sualını ətrafınızdakı insanlara versəniz, əksəriyyətin cavabı belə olacaq: “SSRİ-nin tər kibində olan 15 respublikanın zəhmətkeşlərinin həmrəyliyi günüdür”. Bəs məlumatınız var ki, sosialist ruhlu bu “qır mızı bayram”ın kökü Amerikaya gedib çıxır? Daha dəqiq desək, hər şey 1886-cı ildə Çikaqoda başladı. Nə az-nə çox, düz, iki əsr əvvəl “Yeni torpaq”da insan ların bugünkü “amerikasayağı arzuları” yoxdu. İllik gəliri 300 dollar olan ortatəbəqəli işçinin müasir Amerika ağlı nın ucundan belə keçmirdi. Hələ üstəlik, az əmək haqqı müqabilində 15 saatlıq iş günü də vardı. O dövrlərdə ABŞ Konqresində belə bir ifadə tez-tez işlədilirdi: “Sənayenin inkişafı yolunda insanlar ölməlidir”. Nəhayət, bir gün Çikaqo fabriklərinin birində fəhlələr
29
ƏNƏNƏ bezirlər. İş vaxtının 8 saata qədər azaldılması tələbi ilə nümayişə, etiraz aksiyasına başlayırlar. Fabriklər tətil elan edir və nümayiş 4 gün çəkir. Nəticədə, yüzlərlə etirazçı həbs edilir, 6 fəhlə öldürülür, 50-si isə yaralanır. Nümayiş rəhbərləri - Parsons, Şpis, Enqel, Fişer 1887-ci ildə həbs olunur və ölüm hökmü alırlar. Rəhbərlərin edamı, mətbua tın onları “dövlətin gəmiriciləri” kimi təqdim etməsi, anar xist ittihamları fəhlələri dayandırmır. Nəticədə, 1889-cu ilin iyulunda Parisdə II Beynəlxalq Konqres mayın 1-ni “8 saatlıq iş günü uğrunda beynəlxalq mübarizə günü”, eyni zamanda, “Dünya proletar dövlətlə rin beynəlxalq həmrəyliyi günü” elan edir. SSRİ-yə gəlincə... Rusiya İmperiyasında bu bayram 1890-cı ildən qeyd edilir. “Qırmızı bayram”ı Rusiyaya gətirən səbəb isə Pol şada fəhlələrin 1 May çıxışları olur. Bayram imperiya əra zisinə ayaq basar-basmaz, ona siyasi don geyindirilir. Nə ticədə, Rusiyada hər kəs 1 Mayı kommunist günü kimi qəbul edir. Hətta onların şüarları da kommunistsayağı olur: “Kapitalistlərə “doloy!”. 1990-cı ilə qədər bu bayram “Dünya zəhmətkeşlərinin beynəlxalq həmrəyliyi günü” kimi qeyd edilirdi. Günümüz də isə “May bayramı” artıq əvvəlki siyasi donunu itirib. Hər kəs tərəfindən “Əmək və yaz günü” kimi qəbul edilir. Nə varsa, keçmişdə var Avropanın bir çox ölkələrində 1 May tamamilə fərqli anlamda başa düşülür. Məsələn, İspaniyada mayın 1-i gül bayramı kimi qeyd olunur və hər il sevgililər bir-birləri nə gül bağışlayırlar. Almaniyada qədim zamanlardan bəri May bayramı şən əhval-ruhiyyə ilə keçirilir. Həmin gün küçədə kimi si oynayır, kimisi oxuyur, kimisi də yarmarkalarda cibinə münasib olan hədiyyələr alır. Almanlara görə, bu bayram yazın gəlişinin, təbiətin oyanışının, yeni həyatın başlan masının “elçisidir”. Hər il mayın 1-i Almaniyada hamı evini həm xaricdən, həm də daxildən güllərlə bəzəyir. Niyyət edilir ki, bu yaz xeyir, bərəkət, sağlamlıq, uğur, var-dövlət gətirsin. Gecə ocaq qalanır, onun ətrafında almansayağı yallı gedilir, ocağın üstündən tullanırlar. Gecənin sonunda “May kralı” və “May kraliçası” seçilir. Qədim yunanlarda da 1 Mayla bağlı maraqlı adətlər vardı. Məsələn, ilin bu günü müqəddəs şam ağacı Atti sanın (Yer anası – Kibelanın əri) üzərinə yunla zolaqlar
30
çəkərmişlər. İnanardılar ki, bu yolla o, yenidən diriləcək. Attisa ağacını təntənə ilə məbədə aparar, yürüş ərzində həmin ağacın ətrafında rəqs edərdilər. Bu bayram sonra lar Xilariya adı ilə tanındı. Ağacları bəzəyin, qoy, arzunuz çin olsun! Qədim italyanlar çiçək və yaz ilahəsi Floraya sitayiş edirdilər. Onun şərəfinə hər il mayın 1-də “Florialiya” adlı festival keçirilərdi. Zəncirə gülü ilə onun bütü bəzədilər, ətrafında rəqqaslar oynayar, onu mədh edən mahnılar oxunardı. Fikirləşirdilər ki, bu cür festival ilahənin xoşuna gələcək və onların ili uğurlu olacaq. Müasir dövrdə isə oğ lanların sevdikləri qızlara serenada oxuması 1 May bayra mının onurğa sütunlarındandı. İngiltərə bu festivalla orta əsrlərdə tanış oldu. Mayın 1-də kənd təsərrüfatı ilə məşğul olan ingilislər gül dərmək üçün səhər tezdən durardılar. Sonra tarlada, ya da zəmi nin ortasında iri “May ağacı”nı qurardılar. Bunu, adətən, tozağacından düzəldər, üstünü çiçəklərlə bəzəyərdilər. Kənd adamları “May ağacı”nın ətrafında oxuyar, oynayar dılar. Hamı qırmızı kostyum geyinər, yaxasına isə zınqırov asardı. Kəndin ən yaxşı qızı “May kraliçası” seçilərdi. Ye lizavetanın vaxtında kral Robin Qud, kraliça Meyd Merian adlandırılırdı. Onu da deyək ki, puritanlar bu bayramı sev mirdilər. Daim çalışırdılar ki, “may bayramı”nın keçirilmə si qadağan edilsin. Günümüzdə mayın 1-də Londonda uşaqlar qapı-qapı gəzib topladıqları gülləri satırlar. Yığdıq ları pulu xeyriyyə cəmiyyətlərinə, fondlara bağışlayırlar. Fransızlar üçün may “Müqəddəs Mariya”nın ayıdır. Hər il mayın 1-də onun şərəfinə təntənəli yürüş keçirilir. Festivalda quyruğuna gül bağlanmış inək əsas fiqurdur. Yürüş iştirakçıları ona toxunmaq üçün bir-birləri ilə yarı şırlar. Onlar inanır ki, inəyə toxuna bilsələr, bu onlara uğur gətirəcək. Həmin günün səhəri də isti süd içmək xeyirə yozulur. Qazaxlar üçünsə 1 May “qazax xalqının birliyi” günü dür.
Nərmin NÖQTƏ
reklam
ƏNƏNƏ
ЭЦЛ КИМИ ЭЦЛ
Y
əqin, yer üzərində elə bir insan yoxdur ki, gülləri sevməsin. Çünki güllər də insanlar kimi dir; bəziləri çox şıltaq, bəzilər çox zərif, bəziləri çox təhlükəli, bəziləri isə çox sərt. Elə buna görədir ki, zərif güllər insanları həm kədərləndirə, həm də sevindirə bilir. Necələyindən asılı olmayaraq, deyə bilərik ki, güllər dünyada şərəfinə ən çox müxtəlif bayram, festi val, şənliklər təşkil olunan bitkilərdir. Güllərin rəngarəngliyi baharda insana xüsusi zövq verir. Necə deyərlər, yaz - güllərin fəslidir. Milli gül bayramımız Ölkəmizdə 2004-cü ildən Gül bayramı qeyd olunur. Ənənə halını almış gül bayramı hər il ölkəmizin dörd bir tərəfində insanların əhval-ruhiyyəsini artırmaq, yazı sevinc və müsbət təəssüratlarla qarşılamaq üçün əla səbəbə çevrilib. Artıq hər ilin may ayında Ümummilli Lider Heydər Əliyevin doğum gününü gül bayramı ilə birlikdə qeyd etmək paytaxt sakinlərinin gözəl adətinə çevrilib. Hər il bayram münasibətilə ölkəmizə xarici ölkələrdən minlərə gül gətirilir, Dənizkənarı parkda gül paradları ke çirilir, müxtəlif məktəblər çiçək müsabiqələrində bir-biri ilə rəqabətə girir.Tamaşaya gələnlərə isə güllərdən ha zırlanmış kompozisiyalar hədiyyə verilir. Ən maraqlısı isə odur ki, hər yeni ildə gül bayramı şəhərimizin görüşünə yeniliklərlə gəlir. Gül bayramını ilk qeyd edənlər Dünyada güllərə həsr olunmuş bayramların tarixinə nəzər salsaq, bu bayramların nə qədər dərin kökü ol duğunu görərik. Məsələn, Qədim Yunanıstanda “Liliya
32
bayramı” var imiş. Bu bayram zamanı şəhərin ən gözəl qızlarından biri gümüşü rəngli gözqamaşdıran libasda Afrodita obrazını yaradırmış. Məbəddən-məbədə səfər edən bu gözəl xanımın yol-yoldaşları isə əllərində gül ləçəklərindən səbət daşıyan və ara-ara onun üzərinə həmin ləçəkləri tökən qulluqçular olurmuş. Belə hesab olunur ki, məhz bu bayramlar müasir çiçək bayramlarının başlanğıc nöqtəsidir. “Narıncı ölkə”də gül paradı Baharın gəlişini çiçəklərlə qarşılayan ölkələrdən biri də “Zanbaqlar ölkəsi” adlandırılan Hollandiyadır. Ölkəmizdən fərqli olaraq, Hollandiyada gül paradı sentyabr ayının ilk istirahət günündə Aalsmeer şəhərində başlayır və yüzlərlə insanı bu möhtəşəm tamaşaya cəlb edə bilir. Parad yal nız güllərin nümayişindən ibarət deyil. Burada tamaşalar, maraqlı musiqi nömrələri, küçələrdə karnavallar da təşkil olunur. Aalsmeerdəki hərrac evindən başlayaraq, pay taxt Amsterdamın mərkəzinə qədər uzanan 5 kilometrlik gül karvanı rəngarəng və nəhəng çiçək çələngini xatır ladır. Parad zamanı şəhərin bütün küçələri və evlər təbii çələnglərlə bəzədilir. Milyonlarla güldən düzəldilmiş kom pozisiyaları 20 qayıq və 30 avtomobil bir şəhərədən digər şəhərə daşıyır. Karvan Amsterdama çatdıqda isə bayram konsertinə start verilir. May günlərində Hollandiyada bay ramı seyr edib bütün bu gözəlliklərə heyran qalmamaq mümkün deyil. Qanqın güllü və küllü suları Hindistan əhalisi də “yaz bayram”ı adı ilə baharın gəlişini güllərlə qeyd edir. Bir neçə əsrlik qədim tarixə malik olan
bu bayram ciddi dəyişikliyə uğramayıb. Hər bir hindistanlı bu bayramı, 100 il bundan əvvəl ulu nənə və babalarının ənənələrinə uyğun şəkildə qeyd edirlər. Yəni həmin gün hər hindli qadın özünün ən gözəl sarırəngli sarisini (Hin distanın milli geyimi), hər hindli kişi isə zəfəranrəngli tül banını bağlayır. Bununla yanaşı, həmin gün Qanqın suları rəngbərəng gül ləçəkləri ilə rəqs edir. Gül bayramı rekordçuları Hər sahədə miqyasları ilə heyrət doğuran Çin və Yapo niya çiçək bayramlarının sayına görə də digər ölkələrdən fərqlənir. Bu iki qonşu ölkə, demək olar, hər bir gülə, bitkiyə ayrı gün ayırıb. Məsələn, yaponlar da, çinlilər kimi, fevralın sonlarını albalının, martda şaftalının, apreldə gilənarın çiçəkləməsini, iyunda pionların, oktyabrda isə xrizantema və sərvin ilk yarpaqlarını xüsusi bayramla qeyd edirlər. Bu bayramlar zamanı yollar, evlər han sı gülün bayramıdırsa, onun ləçəkləri və yarpaqları ilə bəzədilir. Ağaclara, divarlara həmin güllərə həsr olunmuş şeirlər yapışdırılır. Hər yerdə insanlar bay ramı mahnılar və şeirlərlə qeyd edirlər. Hər iki ölkədə bayramların belə çoxluğu tarixdən gələn və yüzilliklər boyunca təbiətə olan sonsuz sevginin göstəricisidir. Xatuna MAHMUD
Güllər haqqında qısa və maraqlı Dünyada ən balaca çiçəkli bitki yarpaqlarının uzunlu ğu cəmi 0,5-1,2 mm olan voffiya arxizza bitkisidir. Ən dərin köklü bitki isə Cənubi Afrikada torpağın 120 metr dərinliyinə qədər enə bilən vəhşi fikusdur. İlk “kosmonavt” bitki arabidopisdir. Cəmi 40 günlük ömür sürən arabidopis 1987-ci ildə “Salyut -7” rus kosmik stansiyasında kosmik şəraitdə yaşayan ilk bit ki olub. Yer üzərində ən nəhəng bitki Kaliforniyada bitən nəhəng Nəhəng sekvoya ağacıdır. “Qeneral Şer man” adlanan həmin sekvoyanın uzunluğu 87 metr, gövdəsinin diametri isə 24,1 metrdir. Sekvoyanın odu nundan birmərtəbəli 40 ev və ya 5 milyard kibrit ha zırlanır.
33
ƏNƏNƏ
34
Əksəriyyət bugünü Bayram adlandırsa da, kimsə 9 Mayı nəinki Bayram, heç QƏLƏBƏ də saymır. Zənn edənlər var ki, sa vaşda Hitler Almaniyası qalib gəlsəydi, bu cür düşünənlər hazırda tamam başqa cür yaşayardı və sair. Başqa bir kateqoriya üçün arxada qalan bu 66 il geri qayıtmayan ataların, qardaşların, oğulların yolunu gözləməklə keçib. Tale mənə bu 66 ili həm də öz şəxsi QƏLƏBƏ-sini qeyd edən ATA-nın OĞLU olmaq xoşbəxtliyi bəxş edib. Atam haqqında, daha doğrusu, onun döyüş yolu barədə bildiklərim çox azdır. Biz kiçik olarkən, həyatını övladlarına və qoca anasına həsr edən ailə başçısının müharibə mövzusunda söhbət etməyə, sadəcə, vaxtı yox idi. Yaşının indiki çağında vaxtı bol olsa da, təəssüf ki, onu dinləməyə biz macal tapmırıq... Bax, beləcə, Allahın izni ilə atam 2011-ci ilin 9 Mayında BÖYÜK QƏLƏBƏ-nin 66, iyunun 22-də isə müharibənin başlan masının 70 illiyini kiçik dairədə qeyd edəcək – mən, nəvələri, bir də ÖZÜ... QƏLƏBƏ günün mübarək! Atamın cəbhədən göndərdiyi əsgər məktublarında şəkillər gələndə, nənəm onları öpüb sandığında gizlədərmiş ki, gələ cəkdə nəvələrinə göstərsin. Bu şəkillərə şərh gərək deyil. Atam, digər sovet xalqlarının nümayəndələri ilə birlikdə... 1941 – 1948.... Atama ehtiramla: Şakir EMİNBƏYLİ
35
ƏNƏNƏ
Y
azın ikinci ayını hamı həmişə səbirsizliklə göz ləyir desək, yəqin ki, yanılmarıq. Xəfif, incə, sa kit, eyni zamanda, həyəcanlı, dəlisov və çılğın olan may, əslində, bütün dünyanın ən sevimli aylarından biridir. Çünki dünyaca ən maraqlı festivalların, bayramların və xüsusi günlərin əksəriyyəti məhz bu aya təsadüf edir. Mülayim hava, yer üzünü parlaq şüaları ilə isidən günəş və istirahət günləri mayda səyahət etmək üçün ən yaxşı səbəbdir. Elə isə ümid edirik ki, bizim təq vim sizin planlaşdırdığınız və arzuladığınız səyahətlərə çıxmanıza köməklik edəcək. Beləliklə, hansı ölkədə mayı daha yaxşı qarşılaya bi lərik.
36
“Hara gedim?” Böyük Britaniya, Yunanıstan, Danimarka, Çin, İspani ya, İtaliya, İsrail, Koreya, Malayziya mayda səyahət edə biləcəyimiz ən uyğun ölkələr siyahısındadır. Çünki məhz bu ölkələr mayın gəlişini çoxsaylı bayram, festival, teatr günləri ilə qeyd edir. Əgər yolunuz bu ölkələrdən birinə düşsə, darıxmayacağınıza və çoxlu kəşf edəcəyinizə əmin ola bilərsiniz. Çelsidə gül... 1867-ci ildən bəri hər il may ayının axırında Çelsidə Britaniya Kral Bağbanlar Cəmiyyəti tərəfindən gül festi valı təşkil edilir. Ziyarətçilər hər il festivalda qeyri-adi və
əsrarəngiz güllərlə yanaşı, landşaft dizaynı sahəsindəki yeniliklərlə də tanış olurlar. Festival artıq 2 əsrə yaxındır ki, Britaniyada ən çox turist cəlb edən festivallardan biri dir. Festival cəmi bir neçə gün davam edir. Brokuortda pendir Hər il mayda həftənin istirahət günlərinin birində Brita niyanın iki balaca şəhərində çox səs-küylü, eyni zaman da, maraqlı iki “bayram” qeyd edilir. Ənənəyə uyğun olaraq, ağ smokinqli adam yarışı açıq elan edir və təpədən üzüaşağı top formasında olan 4 kq ağırlığındakı pendiri yuvarlayır. Beləliklə, Brokuort şəhə rində 2 əsrlik tarixi olan məşhur “pendir yürüşü” başlayır. Yüzlərlə insan pendirin arxasınca qaçır və onu tutmağa çalışır. Təbii ki, yürüş zədəsiz də ötüşmədiyindən, bir vaxt lar bu yarışın keçirilməsinə Britaniya hökuməti tərəfindən qadağa qoyulmuşdu. Amma qədim tarixi olan bu bayramı həmişə konservantlığı və çoxəsrlik adət-ənənələrinə sa diq qalmaları ilə seçilən ingilislər asanlıqla unudulmadığı üçün “pendir yürüşü” bərpa olundu. Danimarkada karnaval?! Danimarkanın şimalında yerləşən Olborq şəhəri digər Avropa şəhərləri ilə müqayisədə, kiçik olmasına baxma yaraq, hər ilin may ayında Şimali Avropanın diqqət mərkə zinə düşür. Çünki burda hər il baharın gəlişini qeyd etmək
məqsədilə məşhur Rio-de-Janeyro karnavalından heç nə ilə geri qalmayan karnaval təşkil edilir və balaca şəhər böyük bir teatr səhnəsinə, sakinlər aktyorlara, qonaqlar isə tamaşaçılara çevrilir. Karnaval 1983-cü ildən bəri hər ilin may ayında insanların baharı və onun ən mülayim ayı olan mayı istədikləri kimi qarşılamaları məqsədilə təşkil olunur. Hər il festivala tanınmış incəsənət nümayəndələri arasından “Karnaval kralı” seçilir. Yeni “kral” gələnilki kar navalın təşkilatçısına çevrilir. Karnavalın üstün cəhəti pe şəkar rəqqas və ya aktyor olub-olmamasından asılı olma yaraq, hər bir tamaşaçının hadisələrdə yaxından iştirak edə bilməsidir. Musiqinin üç vətəni: Qrats, Praqa və Florensiya Avstriyanın Qrats şəhəri mayın ortalarında incəsənət və əsasən, elektron musiqiyə həsr olunan “Spring festi val”ında bütün musiqisevərlər bir araya gətirilir. Konkret mövzusu olmasına baxmayaraq, hər il festival “xalqlar birliyi”ni xatırladır. Çünki burda hind musiqisindən tutmuş, “dabstep”ə qədər hər şeyə rast gəlmək olar. Çexiyanın paytaxtı Praqada da beynəlxalq yaz festiva lı daxilində may ayının hər günü musiqisevərlər üçün əla musiqi ziyafəti təşkil olunur. İtaliyada isə həmişə bayramdır. Bayramsevərliliyi ilə seçilən italyanlara şənlənmək üçün xüsusi gün ayırmağa ehtiyac yoxdur. Amma yalnız may ayında dünyanın hər ye
37
ƏNƏNƏ rindən klassik musiqi həvəskarları məşhur klassik musiqi festivalı olan “Maggio Musicale Fiorentino”ya axın edirlər. Dəlilər də unudulmayıb! Barselonada qısametrajlı videofilm festivalı olan “Lo op” hər kəsə maraqlı anlar yaşadacaq. Çünki iştirakçılar heç nəyə məhəl qoymadan öz əsərlərini muzeylərdə, klublarda, küçələrdə, yollarda – bir sözlə, monitor yerləş dirilə biləcək hər yerdə nümayiş etdirəcəklər. Praqada, yuxarıda qeyd olunan musiqi ziyafətindən başqa, sözün əsl mənasında, mayın ən dəli festivalı ke çiriləcək. Onun adı da çox sadə və anlaşıqlıdır: “Crazy Day”, yəni “Dəli gün”. Həmin gün dünyanın dörd bir tərə findən gələn kaskadyorlar bir yerə yığışaraq, motosiklet, velosiped, xizək, qısası, ağlagələcək və gələ bilməyəcək bütün təhlükəli nəqliyyat vasitələri ilə tamaşaçılara yalnız kinolarda görə biləcəkləri səhnələri yaşadacaqlar. Yəqin ki, bütün festival, karnaval və bayramların ən maraqlısı İrlandiyada baş tutacaq. Əgər Praqada keçirilə cək festivalın adı, sadəcə, “Dəli gün”dürsə, “Yaşıl ada”nın sakinləri bir qədər də irəli gedərək, “dəlilər üçün festival” təşkil etmək qərarına gəliblər. Yalnız dəlilər üçün nəzərdə tutulmasına baxmayaraq, festivala ağıllı adamlar da qatı lacaqlar. Məqsəd isə ağıllıların arasında ən dəlisini seç məkdir: iştirakçıların hamısı eyni anda ağlına gələn dəliliyi edir və bununla da ətrafdakı izləyicilərdə ağlını itirmiş tə əssüratı yaradır. Filmsevərlərin bayramı May ayının ən əlamətdar hadisələrindən biri, təbii ki, hər il ayın sonunda Fransanın Kann şəhərində keçiri
38
lən eyniadlı möhtəşəm kinofestivaldır. Kann kinofestivalı 1946-cı ildən etibarən, hər il kino sahəsində ən məşhurları – “Cote d`Azur”a – lacivərd sahilə toplayır. Qocaman kino festivallar sırasında olan Kannın yaranma səbəbi 1939-cu ildə Venesiya kinofestivalında “Riffenştayl və Mussolinin oğlu” filminin qalib gəlməsi olub. İlk festival 1939-cu ilin oktyabr ayında keçirilməli idi. Əsas təşəbbüskar isə Fran sanın ozamankı təhsil naziri Jan Zey idi. O vaxt festiva lın ilk filmləri siyahısına ABŞ məhsulu olan “Öz ölkəsinin sehrbazı” və sovet filmi “Lenin 1918-ci ildə” daxil idi. Fes tivalın baştutmama səbəbi isə İkinci Dünya müharibəsinin başlanması olub. Bu il 64-cü dəfə keçiriləcək Kann kino festivalının əsas mükafatı “Qızıl palma budağı”dır. Bundan əlavə, festivalın “Qran-pri”, ən yaxşı aktyor, aktrisa, rejis sor və ssenaristə verilən mükafatlar, jürinin xüsusi mü kafatı, qısametrajlı film üçün «Qızıl palma budağı» və ən yaxşı debüt üçün «Qızıl kamera» mükafatları da mövcud dur. Festivalda iştirak etmək üçün ya yaxşı film çəkmək və buna gorə də Kanna dəvət almaq, ya jurnalist kimi akk reditasiya prosesindən keçib arzuolunan vəsiqəni əldə et mək lazımdır. Əlbəttə, festival günlərində Kanna düşməyin başqa bir yolu da var: bunun üçün çox zəngin olmalıyıq... Xatuna MAHMUD
reklam
39
ƏNƏNƏ
A
40
vraam Linkolnun məşhur Gettrisburq müraciə tindən seçdiyim “Ulu babalarımız 80 il əvvəl bu materikdə mayası Azadlıq şüarı ilə yoğrulan və bütün insanların bərabər yaşayış prinsipinə bağlanan yeni millət yaratdılar” cümləsi 93 il əvvələ aparır məni – istiqlalımızın elan olunduğu günə... Tarixi vərəqləyəndə görürük ki, Azərbaycanda 1917ci ilin sonlarında mühüm siyasi inkişaf gedirdi. Ölkədə üç cərəyan - milli-demokratlar, sosialistlər və islamçılar - fəa liyyət göstərsə də, milli hərəkatın bir məqsədi vardı: döv lətçiliyin əsasını qoymaq və müstəqillik qazanmaq. 93 il əvvəl Azərbaycan Cümhuriyyətinin baniləri azad millət və dövlət yaratmağa cəhd etdilər. O vaxta qədər Azərbaycan və azərbaycanlı sözləri ümumişlək deyildi, hətta demək olar ki, istifadə olunmurdu. Çətin olsa da, onlar buna nail oldular.
də qazanılan müstəqillik hər hansı bir təsadüfün nəticəsi deyil. İllərboyu inkişaf etməkdə olan təbii təkamülün son mərhələsi – nöqtəsidir. Yaxud, professor Herbert Yanski hesab edirdi ki, müstəqil bir dövlətin təməlini quran ilk türk dövləti məhz Azərbaycandır. Professor Tadeuş Svyatoxovskinin bu fikirləri isə xalqı mızın adına ancaq fəxr sayıla bilər: “Bu günə qədər coğ rafi bölgənin adı olan Azərbaycan, artıq iki milyonluq döv lətin adıdır. Tatarlar, Transqafqaz müsəlmanları və Qafqaz türkləri kimi fərqli adlarla tanınan, qəbul edilən xalq artıq rəsmən azərbaycanlıdır”. O ki qaldı, Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M. Ə. Rəsulzadəyə və 28 May hadisəsinə: “O tarixdən bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı, bu ta rixdən etibarən millət olaraq dövlət qurdu və bu dövlətin istiqlalı uğrunda bütün mövcudiyyəti ilə meydana atıldı”.
93-cü kərpic Azərbaycan istiqlalının elan edilməsinin məna və əhə miyyəti böyük idi. Bu baxımdan, əcnəbi alim və tədqiqatçı ların sözügedən tarixi hadisəyə verdikləri qiymət olduqca dəyərlidir. Müstəqil respublikamızın ilk kərpicini qoyanda özümüz dən öncə bizdən, məhz başqaları danışırdılar. Məsələn, professor Qothard Coske deyirdi ki, 1918-ci il mayın 28-
Son alqış Şübhə etməyin ki, müstəqil Azərbaycan dövlətinin qu ruculuğu prosesində ilk uğurlu addım parlamentin yaradıl ması idi. O gündən bizə qalan isə müxtəlif kitab səhifələ rində oxuğumuz faktlar, ən əsası, parlamentin ilk iclasında M.Ə.Rəsulzadənin nitqi oldu: “Möhtərəm millət vəkilləri! Azərbaycan Milli Cümhuriyyətinin ilk parlamentosunu aç maq səadətinin, siz möhtərəm millət vəkillərini təbrik et
mək şərəfinin öhdəmə düşməsi ilə iftixar edirəm (alqış lar)... Əfəndilər, Rusiyada zühur edən böyük inqilab digər həqiqətlər arasında bir böyük həqiqəti dəxi elan edib. Bu həqiqət millətlərin hürriyyət və istiqlal haqları idi...” və bu çıxış tarixin son alqışını aldı.. Bu haqda yaza-yaza nədənsə ağlıma belə bir fikir gə lir: Hər kəs nəfəsini saxlayır; M.Ə.Rəsulzadənin son nə fəsdə təkrarladığı üç sözü bu dəfə biz ürəyimizdə deyirik, lakin fərqli nəfəslə: “Azərbaycan! Azərbaycan! Azərbay can! ”. Və hər birimiz müstəqil dövlətin müstəqil vətəndaşı kimi demokratiya divarımıza 93-cü kərpici qoyuruq. Diva rımız möhkəm olsun! Nəsiman YAQUBLU, tarix elmləri namizədi
41
ƏNƏNƏ
42
43
ƏNƏNƏ
САХСЫ ГАБЫН ЙАХШЫSI, ЙАХШЫ ГАБЫН САХСЫСЫ
İ
nsanların məişətdə istifadə etdikləri dulusçuluq mə mulatları ekoloji cəhətdən təmiz olan əşyalar arasın da aparıcı rol oynayır. Sonra şüşə, ağac və paslan mayan poladdan hazırlanmış əşyalar gəlir. Düzdür, insanlar zaman-zaman öz xüsusiyyətlərinə görə şüşəyə bənzəyən plasmas əşyalar (üzvi şüşə, zərbəyədözümlü plasmas, müxtəlif polistirollar) hazırlayıblar, lakin bütün bunlar ekoloji cəhətdən təmiz əşyaların tələblərinə – həm isti (90 S) qidanın, mayenin, həm də soyuq (0-10 C) (don durma, buz, sərinləşdirilmiş içki və ərzaq) məhsulların təsiri altında öz xüsusiyyətlərini dəyişməmək – cavab verməyiblər. Bu yazıda indi bir o qədər də populyar olma yan dulusçuluğun yaranma tarixindən, inkişaf yollarından, onun kulinariyada oynadığı roldan söhbət açacağıq. İlk dulusçuluq nümunələri İnsan oğlunun xam gildən hazırlayıb, açıq alovda bi şirdiyi ilk qablar forma etibarilə primitiv olsada, texniki tə rəqqi yolunda böyük bir sıçrayışa səbəb oldu. Dulusçuluq sənəti sayəsində şüşə, polad, mis, tunc, qızıl, bir sözlə, 1000 dərəcədən yuxarı istilikdə əriyən hər nə varsa – ha mısının hazırlanıb-işlənilməsinə imkan yarandı. Qeyd edək ki, gil qablar odda bişirildikdən sonra, yemək hazır lamaq, yaxud qidaları qısa və uzun müddətə saxlamaq baxımından bir sıra vacib xüsusiyyət əldə edir. Təsadüfi deyil ki, saxsı qablardan Azərbaycanda qədim dövrlər dən etibarən istifadə olunub. Qazıntılar zamanı Bakıda, İçərişəhər ərazisində kasa, masqura, piyalə, qazan, sac, səhəng, güldan, nimçə, fincan, stəkan, üçayaq və s. məi şətdə işlənən qablar və onların qırıntıları tapılıb. Bu tapın
44
tılar b. e. ə. XII-VI əsrlərə aiddir. Bu o dövr idi ki, uzaqdan gətirilməsinə ehtiyac olmayan gilin (demək olar ki, Bakının hər bir yerində var) – xammalın ucuzluğu, emalının asan başa gəlməsi (gilin plastikliyi), qab istehsal etməyin əsas üsullarının (əl ilə hazırlanma, çünki dulusçuluq çarxı bir müddət sonra yarandı) və gilbişirmə prinsipinin qavranıl ması məişət qablarının əsas təchizatçısı kimi dulusçuluq sənətinin inkişafına təkan verirdi. 2500 yaşlı saxsı qab Gildən hazırlanan qabların üstün cəhətlərindən biri də qeyd etdiyimiz kimi, qidanı uzun müddətə saxlamaq imkanlarının olması ilə bağlıdır. Yunan qaleralarında apa rılan qazıntılar da bunu sübut edir. Qazıntı zamanı qale ralardan tapılan b.e.ə. 500-cü ilə aid saxsı qabların içəri sindəki zeytun yağı istifadəyə yararlı olub. Aradan 2500 il keçməsinə baxmayaraq, yağın saxsı qabda istifadəyə ya rarlı vəziyyətdə qalması insanı heyrətləndirməyə bilməz. Saxsı qab qədim insanlar üçün konserv bankası rolunu çox gözəl yerinə yetirirdi. İnsanlar ətraf mühitin (duzlu su, təzyiq) təsir göstərə bilmədiyi, ağzı möhkəm bağlanmış saxsı konteynerlərdə şərab, müxtəlif yağlar (qoz, zeytun, palma, kərə yağları və s.), üzüm və alma sirkəsi (tərkibin dəki turşulara görə çox aktivdir), su (daha yaxşı qalması üçün içinə atılmış gümüş pullar ilə), qaynadılmış və qızar dılmış ət və s. saxlayırdılar. İsti havada saxsı səhənglər də su saxlamaq ənənəsi də geniş yayılmışdı. Bunun üçün nəmin çox kiçik hissəsini çölə buraxan xırdaməsaməli saxsı qablar hazırlanırdı. İçərisində su olan səhəngin sət hində isti hava ilə təmas halında buxarlanma yaranaraq nəm əmələ gəlirdi. Bu cür səhənglərdə maye (su, şərab, şərbət, süd) sərin qalırdı. Bunu müasir termosların ma yeni isti və ya soyuq saxlama prinsipinə bənzətmək olar. Onu da qeyd edək ki, qədim ustalar müxtəlif məsaməli və empirizmli (təcrübə əsasında əldə edilmiş bacarıq) sax sı qablar hazırlamağı öyrənmişdilər və bu biliklər müasir dövrə qədər gəlib çatıb. Saxsı qab necə hazırlanırdı? Saxsı qabların hazırlanma prosesi də maraq doğurur. Müxtəli qida növləri üçün hazırlanan saxsı qablar bişirilmə mərhələsinə qədər xüsusi emal proseslərini - parıldatma, şəffaf və bütöv şirə ilə hopdurulma – keçirdi. Bişirilmə za manı isə xüsusi metod tətbiq olunurdu. Bu prosesdə kürə çilərin məharətlə istifadə etdikləri, ölçülüb-biçilmiş ventil yasiya dəlikləri sistemi, həmçinin, yanacaq materiallarının (şam, küknar, ardıc, palıd, ağcaqovaq və s. ağaclar) se
45
ƏNƏNƏ çimi mühüm əhəmiyyət daşıyırdı. Kürənin daxilindəki ha va tərkibi də (oksidləşdirici, bərpaedici) bişirilmə sürətinə bərabər tənzimlənirdi (sürətli, orta, yaxud uzunmüddətli). Alınan məhsulun maksimal temperaturda sobada qalma vaxtının müəyyən edilməsi, kürəyə nəzarət və onun ida rə edilməsi yalnız mahir usta tərəfindən həyata keçirilir di. Yuxarıda göstərilən dulusçuluq əməliyyatının qısaca sadalanması artıq bu qədim sənətə hörmət yaradır. Beş min il ərzində toplanan bu təcrübə, ustalıq, bilik indi həm incə (farfor, qalınlığı 0,5-0,8 mm), həm də kobud (qalınlığı 10 mm və artıq) qablar hazırlamağa imkan verir. Sac və təndirlərQədim dövrlərdə insanlar gildən hazırlanan saxsı sacın üzərində lavaş, yuxa və qutablar bişirirdilər. Bunun üçün əvvəlcə sacın altında ocaq yandırılırdı. Sac kifayət qədər qızdıqdan sonra üzərinə su çilənirdi. Bu işin ustası olan xanımlar sacın üzərinə düşən damcıların fışıltısından və buxarlanma sürətindən sacın nə dərəcədə qızdığını, demək olar ki, səhvsiz təyin edə bilirdilər. Ümumilikdə, sa cın istiliyi 300-350 dərəcə arasında olur. Lakin sacı qız dırma dərəcəsi xəmirin qalınlığından, xəmirin içinin nə ilə doldurulmasından və ilin fəsildən də asılıdır. Dulusçuluqla kulinariyanı bağlayan işlərdən biri isə indi də bəzi bölgə lərdə populyarlığını qoruyub-saxlayan təndirlərdir. Təndir lər iki cür olur: yerə basdırılmış və yerin üstündə tikilmiş (çox vaxt yerə basdırılmış təndirlərdən istifadə olunur). Yerə basdırılmış təndiri hazırlamaq üçün dərinliyi 120130 sm, diametri isə 80-90 sm olan quyu qazılır. Sonra çiy kərpiclə təndirin döşəmə və divarları hörülür. Hörgüarası dəliklər daxildən duru gil ilə suvanır. Təndir kəsilmiş konus şəkilində olub, hündürlüyü, təqribən, 1 m, dibinin diametri 70-80 sm, ağız hissəsi isə 60 sm təşkil edir. Sonra təndir qurudulur. Havadan asılı olaraq qurudulma müddəti 1,5-2 həftəyə qədər uzana bilər. Sonda quruma prosesi zama nı dərin çatların əmələ gəlib-gəlmədiyini müəyyən etmək üçün baxış keçirilir və belə hallar aşkar edildikdə, onlar doldurulub duru (xama şəklində) gil ilə malalanır. Çatlar örtüldükdən bir neçə gün sonra, təndirin üçdəbir hissə si çırpı ilə doldurulub-yandırılır. Yanma prosesi tədricən, daha yoğun çubuq və budaqlarla təndirin üçdəiki hissəsi doldurulmaq şərti ilə artırılır. Proses təndirin hörüldüyü çiy kərpic odadavamlı, keramik olana qədər davam etdirilir. Yerüstü təndirlər də öz ölçülərinə görə yerə basdırıl mış təndirlərdən fərqlənmir. Eyni qabaritli kəsilmiş konus şəklində olur. Yerüstü təndirin dibində odunun daha yaxşı yanması üçün hava dəiliyi qoyulur. Bu dəlik həm də təndi
46
rin dibinin kömür və közdən təmizlənməsinə kömək edir. Lakin onun əsas məqsədi bayırdan havanı çəkib tempe raturu və yanma sürətini artırmaq, forsunka rolunu oyna maqdır. Yerüstü təndirlər də yerə basdırılmış təndirlərə oxşar qaydada tikilir. Lakin əsas karkasın üstündən qalın izolyasiya qatı (duru gil ilə qarışdırılmış torpaq, qum) çə kilir. Bu “kürk” istilik amortizatoru, təndirin istilik enerjisini toplayan özünəməxsus akkumulyator rolunu oynayır. Qa lınlığına görə belə örtüklər təndirin əsas divarlarından üç dəfə qalın olur (1:3, 1:3,5 nisbətində). Bundan əlavə, belə örtüklər həm də qoruyucu funksiyanı həyata keçirir. Ətirli möcüzə Təndirdə bişən çörəyin dadına gəldikdə isə, heç bir qaz və elektrik sobalarında bişən çörəklər dadına görə təndir çörəyinə çata bilməz. Közün açıq istiliyi, başqa bir hava mühiti – bütün bunlar təzə bişmiş çörəyin ətrini elə yayır ki, hətta adam tox olsa belə, əllər istər-istəməz, bu ətirli mö cüzəyə tərəf uzanır. Təndirdə çörəkbişirmə prosesi çətin deyil: soba 700-800 istilik dərəcəsinə çatana qədər qızdı rılır, sonra isə istilik 300 dərəcəyə qədər endirilir və xəmir əlin içi ilə təndirin divarlarına yapışdırılır. Hansı ərzaqları, qidaları saxsı qablarda saxlamaq olar? Yazının əvvəlində bu məsələyə müəyyən qədər toxu nulub. Amma maraqlı və vacib məsələ olduğu üçün bir qədər geniş şəkildə bəhs etmək yerinə düşər. Öz xüsu siyyətlərinə görə aktiv olan ərzaqlar - şoraba, marinad, sirkə, tünd içkilər (araq, konyak, rom, balzam) - şirələnmiş saxsı qablarda daha yaxşı qalır. Belə qablarda, həmçinin, hiqroskopik (rütubəti özünə çəkən) ərzaqları (duz, müxtəlif ədviyyat, un, qida sodası, qəhvə, quru çay) saxlamaq olar. Əridilmiş kərə yağını, pivə, kvas və pendiri də şirələnmiş saxsı qablarda saxlamaq məsləhətdir. Bal mütləq ya şi rələnmiş saxsı, ya da şüşə qablarda saxlanılmalıdır. Yeri gəlmişkən, 2500 il əvvəl Misirdə gildən (saxsıdan) arı pə təyi hazırlayırdılar. Bu pətəklərdə yetişdirilən bal çox yük sək qiymətləndirilirdi. Bəzi bölgələrdə saxsı nehrələrdən istifadə olunur. Hələ qədim dövrlərdə saxsı nehrələrdə alınan yağ taxtadan hazırlanmış nehrələrdə əmələ gələn yağdan üstün sayılıb. Saxsı əşyalar Saxsı qablardan söhbət açarkən təbii olaraq saxsı əş yaları da unutmaq düzgün olmazdı. Xüsusilə də həvəng
47
ƏNƏNƏ dəstəni. Müasir dövrdə də geniş yayılan həvəngdəstə, əsasən, taxtadan, daşdan, metaldan (polad, dəmir, tunc, mis, hərdən qızıl, gümüş) və saxsıdan hazırlanır. Amma ekoloji cəhətdən ən təmizi saxsı həvəngdəstədir. Saxsı dan olan həvəngdəstənin yalnız bir çatışmazlığı var - zər bəyədavamlı olmaması. Lakin saxsı həvəngdəstənin xe yirli xüsusiyyətləri bu çatışmazlığı tamamilə aradan qal dırır. Bundan başqa çinlilər, koreyalılar, yaponlar polad və alüminium qaşıqlarla bərabər, saxsı qaşıqlar da hazırla yırlar. Əlbəttə, qızıldan, platindən, gümüşdən hazırlanan qaşıqlar daha yaxşıdır, lakin onların əldə olunması baha başa gəlir. İndi istifadə olunmasa da, vaxtilə Bakıətrafı kəndlərdə və Azərbaycanın digər rayonlarında saxsı şirəsıxanlar da düzəldilib. Düzdür, əsasən, əhəngdaşından yonulmuş şi rəsıxanlar daha geniş yayılmışdı. Amma üzüm əhəngda şından hazırlanmış şirəsıxanların içərisində ayaqlandıq da şirəsıxanın səthi ilə əlaqəyə girdiyindən, bəzi yerlərdə saxsı şirəsıxanlardan istifadə olunurdu. Dulusçuluq sənə tinin belə nümunələrini çox nadir hallarda görə bilərik. Mə nim yaddaşımda yalnız bir neçəsi qalıb: Buzovnada, Şəki Xan Sarayının həyətində, bir də Şabran yaxınlığında. Bütün bu deyilənlərdən belə bir nəticəyə gəlmək olar: qidanı saxsı və şüşə qablarda saxlamaq, hazırlamaq və yemək daha düzgündür. Mir Teymur MƏMMƏDOV, rəssam
48
49
ÇƏRÇİVƏYƏ MƏHKUM OLUNMUŞLAR
A
ğa Əli İbrahimov 1946-cı ildə Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssam lıq Məktəbində (1960-1966) oxuyub, sonra M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu nu bitirib (1974). Rəssam 1966-cı ildən başlayaraq ümumrespublika və beynəlxalq sərgilərdə iştirak edib, əsərləri Rusiya, Türki yə, ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Su riya, Bolqarıstan və digər ölkələrdə nümayiş olunub. O, 1975-ci ildən ARİ-nin üzvüdür. 2007-ci ildə “Xalq ‘Rəssa mı“ adına layiq görülüb. Elə bil, kətanı damarlarından toxunub rəssamın. Əlindəki fırçanı kətana toxundurduqca, eşitdiyi ecaz kar musiqinin təsiri altında rənglər fırtınasının burulğanı na düşüb yox olur. Göyəmi qalxır, ərşəmi çəkilir, yerdəmi qalır? Əsərlərinə baxdıqca, bu suala cavab tapmaq daha da çətinləşir. Maneralı məqamlar çıxır ortaya. Sanki ünva nı yoxdur qırmızı rəngin, gedib mənzilinə çatmayacaq nar dənəsi. Yarımçıq qalacaq son toxunuş. Yox, belə deyil! Sadəcə, barmaqla olmur. Çəkiləni görmək yetərli deyil miş. Duymaq, eşitmək də lazım gəlir. Hisslərin səfərbərli
50
yi tələb olunur. Nizamlı, diqqətli, baxışlar altında kətanda sirrini saxlaya bilmir. Çoxdan bu anı gözləyirmiş kimi, teztələsik qoynuna alır, qucaqlayıb bağrına basır tamaşaçını. Bir sevgi vulkanı püskürür, bir eşq yaranır bu an. Elə bu eşq naminə, elə bu an üçün yaşayıb-yaradıb. Müsəllimin oğlu Nurlanın babası Ağa Əli. Yaradıcı insan özünü fikirləşib çəkir, sonda da özünü qoyub gedir. Təbiidir. Ancaq zaman-zaman “Kimin üçün çəkirsən, rəssam!” sualı ilə rastlaşır. Cavab tapır. Hər də fə də fərqli ünvanlar, fərqli kimlər. Yəqin, bu insanların, bu kimlərin fərqliliyindədir əsərlə rindəki böyük məna zənginliyi, güclü emosional təsir qüv vəsi, özünəməxsus kompozisiya həlli. Qoy çox olsun bu ünvanlar, bu kimlər. Qoy tükənməz olsun qida mənbəyi. Belə davam et, rəssam! Barat ƏLİOĞLU P.S. 2016-cı il Xəzərin qoynundakı adaların birində açıq səma altında rəssamın 70 illiyi qeyd olunur və fərdi sərgisi keçirilir. Əsərləri bütün adaboyu nümayiş etdirilir. Bu sətirləri oxuyanların iştirakı vacibdir.
Toy
51
ÇƏRÇİVƏYƏ MƏHKUM OLUNMUŞLAR
Novruz Bayramı
Sonun başlanğıcı
52
Avtoportret
Qayıdış
Sona bülbüllər
Qarabağ çobanları
53
ÇƏRÇİVƏYƏ MƏHKUM OLUNMUŞLAR
Niyə
54
Ay-Petri
Yuva
Şər qarışarkən
İki butulka
Əksetmə
Toxunmaq
Lampa natürmortu
Qaçan adam
Gündüzün xatirəsi
55
GÖZÜM YOLLARDA QALANDA...
Q
azaxıstan Respublikasının Xalq Qəhrəmanı, SSRİ-nin xalq artisti, tanınmış rejissor, 78 illik ömrüboyu özü də bilmədən bizə bağlı olub. Quruluş verdiyi tamaşaları, çəkdiyi filmləri ilə hər nümayişdə, hər premyerada bizi yada salıb. Əlbəttə ki, söhbət - Azərbaycanı və azərbaycanlıları adında yaşadan dünyaşöhrətli qazax rejissoru Azərbaycan Mambetovdan gedir. 1975-ci ildə bir neçə mədəniyyət, incəsənət və elm xadiminin adı Dövlət mükafatına təqdim olunması üçün Moskvaya göndərilir. Mərkəzi Komitə siyahını təsdiqləyir. Amma sonradan məsələ aydınlaşır; sən demə, məmurları çaşdıran siyahıdakı “Azərbaycan” adı olub. Deyilənə görə, baş verən hadisə maraqlı epizod kimi uzun zaman Kremlin kluarlarında dolaşıb. 1976-cı ildə rejissorun ekranlara çıxan “Abay” filminə baxan Leonid Brejnev “Bu azərbaycanlı balasının böyük gələcəyi var”, - deyə yanındakılara bildirir. Mədəniyyət naziri Pyotr Demiçev ətraflı izahat verməli olur ki, “Bu rejissor azərbaycanlı deyil, qazaxdir. Sadəcə, valideynləri onun adını Azərbaycan qoyublar”. Əvvəlcə işi, sonra isə adı ilə rəhbərin ürəyinə yol tapan 44 yaşlı Azərbaycan elə həmin gün “SSRİ Xalq Artisti” adına layiq görülür.
“Ölkə” kimi tanınırdı 1978-ci ildə ekranlara çıxan “Qan və tər” filmi keçmiş SSRİ məkanında ən çox izlənən bədii filmlərdən birinə çevrilir. Maraqlıdır ki, o zaman ruslarin əksəriyyəti Azərbaycan Mambetovu filmin rejissoru yox, istehsal edən ölkə kimi qəbul edirdilər. Azərbaycan Mambetov 1932-ci il sentyabrın 1-də Rusiyanın Volqoqrad əyalətinin Pallasovka kəndində anadan olub. Deyilənə görə, atasının dostlarının əksəriy yəti azərbaycanlı olduğundan, o, dostlarının şərəfinə oğ luna “Azərbaycan” adı verib. O, valideynlərini körpə ikən itirib və uşaq evində böyüyüb. Böyük Vətən müharibəsi zamanı almanlar Şərqə doğru irəlilədiklərinə görə, həmin Uşaq evi keçmiş Alma-Ataya (indiki Almatı - red.) köçürülür. Beləliklə, Azərbaycan Alma-Ata şəhərində böyüyüb boya-başa çatır. Xoreoqrafiya məktəbində təhsil alır, hətta Qazaxıstan rəqs ansamblının solisti də
56
olur. Xatirələrində yazdığına görə, bir gün Uşaq evinə 1 rejissor gəlir və çəkdiyi filmdə ona epizodik rol tapşırır. Çəkilişlərdən sonra rejissor Azərbaycanı yanına çağırır və məsləhət görür ki, rəqsin yox, aktyorluq sənətinin ardınca getsin. Azərbaycan bu məsləhətə qulaq asıb, AlmaAta Teatr Texnikumu və Lunaçarski adına Mədəniyyət və İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirir. Qazaxıstanda onu daha çox teatr xadimi kimi tanısalar da, hətta xalq artisti adını da teatrın inkişafında göstərdiyi xidmətlərə görə versələr belə, sovet məkanında o, daha çox kinorejissor kimi məşhurlaşır. O, dünyanın bir çox tanınmış yazıçılarının əsərlərinə həm kino, həm də səhnə həyatı bəxş edib. Çingiz Aytma tovun “Ana dünyası” (Materinskoe pole), Çexovun “Vanya dayı”, Üzeyir Hacıbəyovun “Arşın mal alan” tamaşaları bu gün də səhnə həyatı yaşayır. Sərt və tələbkar olduğu üçün kollektivlə daim problemlər yaranırdı və nəticədə o, 2 dəfə teatrdan getməyə məcbur olmuşdu. 1995-ci ildə çalışdığı Auezov adına teatrdan da çıxmalı olur və elə bu ərəfədə evi yanır. 4 il ağır həyat şəraiti ilə üz-üzə qalır. Nəhayət, prezident Nursultan Nazarbayev köməyə çatır. Prezident onu Qazaxıstanın Xalq Qəhrəmanı adı ilə təltif edir, paytaxtda Astana Musiqili Dram Teatrına rəhbər təyin edir. Azərbaycan Mambetov 2009-cu ildə vəfat edir və öz arzusu ilə Alma-Atada dəfn edilir. Azərbaycan Mambetovun həyat yoldaşı da incəsənət sahəsində çalışıb, uzun illər Dövlət Konservatoriyasına rəhbərlik edib. Maraqlıdır ki, qəhrəmanımızın “Azərbaycan” adı sovet məkanının ən tanınmış bəstəkarlarından olan, SSRİ Xalq Artisti Qaziza Jubanova ilə tanışlığında da özünəməxsus rol oynayıb. Övladları Alibi Mambetov yazır ki, akademik Əhmət Jubanov Moskvada oxuyan qızı Qazizaya bəzi şeylər göndərməli imiş. Rəssam Əbubəkr İsmayılov onu Moskvaya getməyə hazırlaşan qaynı oğlu Azərbaycanla tanış edir. Akademik qızına çatdırılmalı olan şeyləri Azərbaycana verir və bu barədə qızına teleqram göndərir. Azərbaycan Qaziza ilə görüşəndə akademikin qızı ona baxır və gülür ki, “Mən buraya azərbaycanlının gələcəyini düşünürdüm”. Aralarındakı bu ilk zarafat, akademik qızı və yetim oğlan arasında ömürlük bir məhəbbətin yaranmasına səbəb olur. Bəhruz HEYDƏRİ
57
İNCƏ SƏNƏT
58
59
İNCƏ SƏNƏT
Yeri gəlmişkən, A.Kazımzadə 1940-cı ildə Bakıda anadan olub. BDU-nun (keçmiş ADU – red.) jurnalis tika fakültəsini, Moskvada Ümumittifaq Dövlət Kine matoqrafiya İnstitutu nəzdində ixtisaslaşdırma kurs larını bitirib. Kino sahəsi ilə bağlı mətbu orqanlarında və mü əssisələrində rəhbər vəzifələrdə çalışıb. ”Qızıl qə ləm”, “Humay”, “Qızıl çıraq”la təltif edilib. Mədəniyyət və Turizm Nazirliyinin fəxri “Döş nişanı”na və bir çox mükafata layiq görülüb. Azərbaycan kino tarixinə aid 15 kitab və monoqrafiya müəllifidir.
R
əhmətlik Səməndər Rzayev deyirdi: “Ay camaat, bu kino ki var, çox qəribə bir şeydi...”. Kinonun qəribəlikləri, qeyri-adi likləri ilə daha içdən tanış olmaq istəyir sinizsə, kinomuzun tarixini dəqiqləşdirməkdə böyük əməyi keçmiş Mədəniyyət və Turizm Nazirliyinin təq dim etdiyi “Zirvə” mükafatının yeddi sahibindən biri, əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazım zadə ilə söhbətimizə qulaqyoldaşı olun. - Aydın müəllim, Azərbaycanın kino tarixini dəqiq ləşdirmək, deyəsən, bir xeyli vaxt apardı... - Azərbaycanda kinonun yaranma tarixi bir neçə dəfə dəyişib. İlk növbədə onu deyim ki, Lenin 1919-cu il avqus tun 27-də Rusiyada bütün foto və kino işlərinin milliləşdiril məsi ilə bağlı dekret imzalamışdı. SSRİ qurulandan sonra bu tarix sovet kinosu günü kimi qeyd olunmağa başlandı. Azərbaycanda da avqustun 27-si sovet kinosu günü kimi qeyd edilirdi. 1976-cı ildə bir neçə nəfərlə unudulmuş ilk Azərbaycan filmini yaddaşlara qaytarmaq, bu yolla kino muzun tarixini müəyyənləşdirmək qərarına gəldik. Söh bət 1916-cı ildə çəkilmiş “Neft və milyonlar səltənəti” adlı səssiz filmdən gedir. O vaxt bu məsələ ilə bağlı Dövlət Kinematoqrafiya Komitəsinin sədri Məmməd Qurbanovun yanında iclas keçirdik. Bu iclasdan sonra Məmməd Qur banov Moskvaya - Baş İdarəyə zəng vurdu və məsələni idarənin rəhbəri Yermaşa açıqladı. O isə istehza ilə gülüb dedi: “Nə danışırsınız? Deyirsiniz, yəni Azərbaycanda ki no Rusiyadan da əvvəl yaranıb? Yadınızda saxlayın: Qaf
60
qazda, Orta Asiyada ilk kino inqilabdan sonra çəkilib”. Bu cavabdan sonra Məmməd müəllim məyus oldu və dedi: “Ümid qalır yalnız Heydər Əliyevə” (o zaman H.Əli yev Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində ça lışırdı - red.) Beləliklə, bütün təfərrüatlar arayış şəklində Azərbaycan KP MK-nın birinci katibinə çatdırıldı. Heydər Əliyev isə Azərbaycanın ilk filmi ilə bağlı 1976-cı ilin de kabr ayında tədbir keçirilməsinə dair göstəriş verdi. Doğ rudan da dekabr ayında indiki Heydər Əliyev adına Sa rayda Azərbaycan kinosunun yubileyi təntənə ilə qeyd olundu. Tədbirdə xeyli qonaq, o cümlədən, Moskvadan da nümayəndələr iştirak edirdilər. Onu da deyim ki, sovet dövründə elmi məqalə və dis sertasiya yazan alimlər, tədqiqatçılar digər sahələrdə olduğu kimi, kino sahəsində də əldə edilən nailiyyətləri Sovet hakimiyyəti qurulandan sonrakı dövrə aid etmək məcburiyyətində idilər. Əks halda, heç bir iş keçmirdi. Ona görə də Azərbaycan müstəqilliyə qovuşandan sonra, ki nomuzun yaranma tarixini dərindən araşdırmaq qərarına gəldim. Araşdırmalar göstərdi ki, Bakıda hələ 1896-cı ilin ikinci yarısından xarici, xüsusən də Fransa filmləri nü mayiş etdirilib. 1898-ci ildə rejissor Aleksandr Mixayloviç Mişon bir neçə film çəkə bilmişdi. Yeri gəlmişkən, məş hur ssenarist Rüstəm İbrahimbəyov mənə danışmışdı ki, Fransada dünya kinosunun 100 illik yubileyi tədbirlərində dünyanın ən əlamətdar hadisələrinə həsr edilmiş kino lentlərdən montaj edilib-yığılmış fraqmentlər göstərilən zaman o, Bakının neft mədənlərində baş vermiş fantan və yanğınları əks etdirən kadrları görüb. Bu söhbətdən bir müddət sonra Rüstəm İbrahimbə
yov Beynəlxalq Ki noarxiv Cəmiyyətinin üzvü kimi Fransada əlaqədar qurumlara müraciət etdi və Alek sandr Mişonun çəkdi yi “Bibiheybətdə neft fantanı yanğını” və “Balaxanıda neft fan tanı” adlı sənədli film ləri alıb-gətirdi.
2000-ci ildən baş layaraq Azərbaycan da qeyd olunan Milli Kino Günü də bu ta rixlə bağlıdır.
çoxdur. - 1990-cı ildən sonrakı dövr üçün kinomuzun və ziyyətini necə qiymətlən dirirsiniz? - Bizdə Sovetlərin çök məsi ilə film istehsalında böhran və mən deyərdim ki, kinostudiya rəhbərliyinin dağıdıcı siyasəti eyni vaxta düşdü. Yalnız 1993-cü ildən başlayaraq kino istehsalı na mərhələ-mərhələ dövlət dəstəyi hiss olunmağa baş landı. İndi hər il bu məqsəd lə 6 milyon manat ayrılır və film istehsalı kəmiyyət baxı mından sovet dövrü səviy yəsinə çatıb. Hər il 8 film istehsal olunur. - Siz kəmiyyət ifadəsini işlətdiniz, yəni keyfiyyət axsayır? - Axsayır deməzdim. Rejissorlarımızın seçimi, yeni ifadə vasitələri, zövqləri fərqli olduğundan, meydana da fərqli filmlər çıxır. Bu, əlbəttə, sənətdə azadlığın təzahü rüdür. Artıq gənc rejissorların çəkdiyi filmlərin səsi bey nəlxalq festivallardan gəlir. Mükafat , diplom, prizlərlə qayıdan kinolentlər də az deyil. “Qala” və “Sahə” filmləri “Oskar ” mükafatına təqdim olundu, hətta birinci mərhələ dən də keçdilər. Sovet dövründən qalma köhnə texnika və avadanlıqla bu mərhələyə çatmağın özü fədakarlıq sayıl malıdır. İnanıram ki, kino yaradıcıları arasında bənzərsiz dəst-xətt, özünüifadəyə cəhdlər, müsbət mənada rəqabət kinomuzu ağ günə çıxaracaq. Bundan başqa, ”Nizami” kinoteatrının təmiri başa ça tandan sonra kino həvəskarları yeni, rahat zallarda həm Azərbaycan, həm də xarici filmlərə baxa biləcəklər. “Azər baycanfilm“in binası isə əsaslı təmir olunacaq, ən qabaq cıl xarici kino avadanlıqları ilə təchiz ediləcək, ali məktəb lərimizdə, Rusiyada və uzaq xaricdə təhsil alan gəncləri miz yüksəkixtisaslı mütəxəssis kimi doğma kinostudiyaya qayıdacaqlar. Bütün bunlara əsaslanaraq kinomuzun gə ləcəyinə nikbin baxıram. Kinomuz olub, olacaq da!
Aleksandr Mixaylovic Mişon Xarkovda anadan olub, 1883-cü ildə doğma şəhərində fotostudiya ya radıb. Bir il sonra Bakıya üz tutub. 1887-ci il iyunun 28-də Bakının qubernatoru ona indiki Nizami küçə sində fotoemalatxana açmağa icazə verir, bir il sonra emalatxana “İmperial ” mehmanxanasına köçürülür. Burada o, fotoqraf olmaq istəyənlər üçün dərnək təş kil edir. Naşir, fotoqraf, redaktor olan A.Mişon 1898ci ildə həm də neft sənayesi mövzusunda bir neçə sənədli süjet şəkir. O, “Bibiheybətdə neft fantanı yanğını”, “Balaxanıda neft fantanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” kimi sənədli filmlər və “Ələ keçdi” adlı yumoristk kinozarisovka yaradır. Bu filmlər Bakıda ilk dəfə 1898-ci il avqustun 2-də məx susi olaraq təşkil edilmiş kinoseansda nümayiş etdi rilir.
- Kino tariximizi hansı mərhələlərə bölmək olar? - Azərbaycanın kino yaradıcılığı tarixini şərti olaraq dörd mərhələyə bölmək olar: 1898-1920, 1920-1935 (ki nomuzun səsli dövrünün başlanğıcı), 1935-ci ildən müstə qillik dövrünə kimi və müstəqilliyimizdən sonrakı dövr. - Göründüyü kimi, üçüncü mərhələ ən uzun dövr dür və təbii ki, ən çox film də bu zaman kəsiyində len tə alınıb. Bu dövrdə çəkilən bədii filmlərə nəzarət var idi? - Açığı, təsiretmə baxımından sovet ideologiyası çox təsirli idi. Ona görə də partiya-sovet ideologiyası kinonun təsirindən yararlanırdı. Bu məqsədlə də hər çəkilən filmə ciddi nəzarət və senzura tətbiq edilirdi. Bununla belə, ki nematoqrafçılarımız hər cür priyom və imkandan istifadə edib öz sözlərini deyirdilər; məsələn, 1970-ci ildə çəkilmiş “Yeddi oğul istərəm” bədii filminə bugünkü dünyagörüşü müzlə tamaşa edəndə xeyli sətiraltı ifadə eşidirik. 1936-cı ildə ekranlara çıxmış “Almaz” filmindəki repli kanı xatırlayın: ”Ay camaat, hər binanın bir ustası var, ya yox?”. Bundan başqa, “Dəli Kür” filminin finalı kəsilərək-atı lıb. Bizim gördüyümüz variantdan fərqli olaraq, əslində, bu filmdə Cahandar ağa pristavla torpaq üstündə mübahisə zəminində öldürülüb. “Axırıncı aşırım” filmi isə bəy obrazındakı yaxşı məziy yətlərinə görə kəsilib-doğranmağa məruz qalıb. “Fətəlixan” filmi “Vahid Azərbaycan” məfhumuna gö rə, istehsaldan sonra 10 il rəflərdə yatıb. Bu cür misallar
Ş. NƏZƏRLİ
61
DISCOVERY 10-luq
АДЯМИ АДЯМ ЕЙЛЯЙЯН ПАРЯДИР, ПАРЯСИЗ АДЯМЫН ЦЗЦ ГАРЯДИР! M.Ə. Sabirin məşhur sətirləri burada yerinə düşür. Dünyada insanlar evlərə, avtomobillərə, telefonlara və s. əşyalara həddindən çox pul xərcləyirlər. Belə qiymətlərin dəyərini anlamaqda bəzən özümüzü aciz hiss etsək də, qiyməti göz qamaşdıran maddiyyatlar barəsində bir qədər geniş məlumat verək.
1 Mumbayidə tikilmiş “Antilla” adlı ev dünyada ən bahalı imarətlər siyahısında 1-ci yeri tutur. Bu evin qiyməti 1 milyard dollardır və dünyanın 5-ci ən varlı adamı hesab edilən Mukeş Ambaniyə məxsusdur.
2 At yarışı həvəskarları da bu siyahıdan yan keçməyib. Forestri dayçası Kalder yarışın da (Calder Race) 16 milyon dollar dəyərində qiymətləndirilib. Dayça Kentuki Derbisinin iki qalibi tərəfindən böyüdülüb. Bu dayça Kalder yarışında 153 müxtəlif at arasında ən sürətlisidir. O, 8 mil məsafəni cəmi 10 saniyəyə çapmağı bacarır.
3
Bıçaqlar incəsənət nümunəsi kimi, bütün tarixboyu yığılan nadir əşyalardan biri he sab olunur. Buster Varenski bıçaq dizayneridir və onun sevgi ilə hazırladığı bıçaq çox baha qiymətə satılıb! Varenski bıçaq dizaynı ilə 20 yaşlarında olarkən maraqlanıb. Bu maraq onu 10 illik təcrübədən sonra dünyanın ən bahalı bıçağını yaratmağa sövq edib. Onun kolleksiyasına hər biri 18 karat qızıldan hazırlanmış 4 bıçaq daxildir. Ən bahalı bı çaq isə “Gem of the Orient” (“Şərq daş-qaşı”) adlanır. Bıçaq bahalı olması ilə yanaşı, əsl incəsənət əsəridir. Onun hazırlanmasında çoxlu zümrüd daşından və 5 karatlıq 9 bril yantdan istifadə edilib. Varenski yapon sifarişçisi üçün hazırladığı bu dəbdəbəli bıçağa 10 il vaxt sərf etmişdir. Bıçaq 1,2 milyon dollara satılmışdır. Sifarişçi isə bıçağın dəyərini ağılla qiymətləndirmiş və yenidən hərraca çıxartmışdır. Bıçağın hal-hazırkı qiyməti 2,1 milyon dollar təşkil edir.
Dünyada ən bahalı avtoqraf Uilyam Şekspirə məxsusdur. Bu günə kimi avtoqrafın 6 nüsxəsi məlumdur. Onlardan biri Londonda adı və ünvanı məxfi saxlanılan evdə, biri qa nuni olaraq depozitdədir, biri şəxsən Şekspirin əlyazmaları arasında, digər üçü isə müx təlif institutlarda saxlanılır. Şekspirin avtoqrafı auksiona çıxarılsa, ona qoyulacaq qiymət 5 milyon dollar təşkil edəcək.
62
4
5 Ən bahalı siqar Partaqas zavodunda hazırlanan “La Escepsion” hesab edilir. Brendin istehsalı 1985-ci ildə qanuni olaraq dayandırılıb. “Jose Gener Gran Gener” siqarı “La Ex cepcion” tərəfindən hazırlanan ən əla siqarlar siyahısındadır. Bu siqarın birinin qiyməti 682 dollardır.
6 Mağazalarda satılan şampanlar içərisində ən bahalısı “Krug Clos du Mesnil”dir. Bu şampanın bir şüşəsi 750 dollardır və cəmisi 12 624 şüşə istehsal edilmişdir. Digər baha lılar siyahısına 27 sentyabr 2005-ci ildə “Louis Roederer Cristal 1990” şampanı daxildir ki, Londonda təşkil olunan hərracda 14 730 dollara satılmışdır.
Dünyanın ən bahalı kokteyli isə Londonda - “Movida” adlı gecə klubunda hazırlanır və barmen bu kokteylin adını “Flawless” (“Salamat”, “Zərərsiz”) qoyub. Belə ki, kokteylin tər kibinə şüşəsi 1 500 dollar olan “Louis VIII” konyakı, şüşəsi 700 dollar olan “Cristal Rose” şampanı, şüşəsi 100-200 dollar olan aqnostr istiotu, bir az da boz şəkər daxildir. Kokteylin bakalı qızıl yarpaq yumağı ilə bəzədilir və 11 karat ağ brilyant üzük yerləşdirilir. Qiyməti isə cəmisi 71 000 dollardır.
7
8 25 iyun 2004-cü ildə təşkil edilmiş auksionda “Beatles” qrupunun gitaraçısı Erik Klap tonun “Blackie” adlı məşhur gitarası 959 500 dollara satıldı. Və bununla da dünyanın ən bahalı gitarası kimi tarixə yazıldı. Məlumat üçün deyək ki, o bu aləti 1975-80-ci illərdə istifadə edib.
1858-ci ildə çap olunan rumın qəzeti “Zimbrulu and Vulturulu”nun surəti olan kağız par çasında 8 “Cap de Bour” möhürü vardır. Möhürlərin olması bu kağız parçasının dəyərini artırırdı. Hərracın təşkilatçısı Devid Feldman qəzetin surətini əldə etmiş və onu hərracda varlı incəsənət kollektoruna satmışdır. Həmin kollektor - Cozef Hakmey qəzeti əldə etmək üçün 1,3 milyon dollar ödəyib.
10
9
Ən bahalı qol saatı “201 Carat Chopard” sayılır. Bu saat 15 karat çəhrayı, 12 karat göy, 11 karat ağ brilyantlarla bəzədilib. Saatın kənarlarında isə halqavari formada 163 karat ağgöy brilyant düzülüb. Saatın qiyməti 25 milyon dollardır. Qədimi saatlardan ən bahalısı isə “Patek Filipsin super-komplikasiyası”dır. Saat Patek Filips tərəfindən 1932-ci ildə hazırlan mışdır və burada 18 qram qızıldan istifadə edilmişdir. Qiyməti isə 11 milyon dollardır. Osman VƏLİYEV
63
ADAMA GƏZMƏK QALIR
BU MARAQLЫДЫР Liviya haqqında 10 maraqlı fakt • Dünya ölkələrindən yalnız Liviyada Dövlət Bayrağı bir (yaşıl) rəngdədir və onun üzərində heç bir simvol və ya yazı yoxdur. • 1951-ci ildə müstəqilliyini qazanan Liviya BMT vasitəsilə müstəqilliyinə qovuşan ilk ölkə olub. • Adambaşına düşən ÜDM səviyyəsinə görə, Liviya Afrika ölkələri arasında liderdir (15 000 $). • 13 sentyabr 1922-ci ildə Liviyanın Əl-Əziziy yə bölgəsində dünyada indiyədək müşahidə edilmiş ən yüksək temperatur (+57,8 C) qeydə alınıb. • Liviya səhrası dünyanın ən quru ərazilərin dən biridir. Burada yağıntı 5-10 ildə bir dəfə qeydə alınır. • Liviya dünya ökələri arasında ən az əhali sıx lığına malik ölkələrdəndir. Belə ki, Liviyada hər kv.km əraziyə 3,3 nəfər düşür ki, bu göstərici ilə Liviya dün yada 218-ci yerdədir. Müqayisə üçün qeyd edək ki, Azərbaycanda hər kv.km əraziyə 100 nəfərdən çox insan düşür. • Dünyanın ən böyük səhrası olan Saxara Livi ya ərazisinin 90%-ni tutur. • Liviya dünyanın neftlə zəngin olan 10 ölkə sindən biridir. • Liviyanın Dövlət Himni «Allahu-Əkbər» ad lanır. Yapon alimlərinin yeni ixtirası Yaponiyalı alimlər təzə doğulan uşaqların ağla masını analiz etmək üçün yeni kompüter proqramı hazırlayıblar. Məhz bu proqram vasitəsilə təzə doğu lanların nə üçün ağladıqlarının səbəblərini müəyyən ləşdirmək mümkündür. Mütəxəssislər bildirirlər ki, bu avadanlıq ən çox gənc valideynlərə kömək olacaq. Araşdırmalar Hokkaydodakı Texnologiya İnstitutunda aparılıb. Avadanlıqlar üzərində son təkmilləşdirmə iş ləri gedir.
64
San-Fransiskoda cib telefonları ilə bağlı sərt qanun qəbul oluna bilər ABŞ tarixində San-Fransisko şəhəri çox ilklərə im za atıb. Məsələn, plastik paketləri və körpə məhsulla rındakı kanserojen ftalat maddəsini ilk dəfə qadağan edən şəhər San-Fransisko olub. İndi də qubernator maraqlı, sağlam və düşüncəli qanun qəbul edib. Cib telefonları mövzusunda yeni layihə qəbul edilib. Qubernator Qavin Nevsom bundan sonra satılan hər cib telefonu üzərində yaydığı radiasiya nisbəti nin yazıldığı bir etiket vurulmasını tələb edir. Bu haq da qanun qəbul edilsə, siqaret paketlərinin üstündə olan xəbərdarlıqların oxşarını da cib telefonlarında görmək mümkün olacaq. Nevsomun bu qərarı ətraf mühiti sevərlər tərəfindən müsbət qarşılanıb. Lakin bu qərarı tənqid edənlər də var. Onlar qeyd edirlər ki, qubernator hər mövzuya qa rışır. Məsələnin maraqlı tərəfi budur ki, cib telefonla rının yaydığı radiasiya nisbətinin insan sağlamlığına zərərli olduğuna dair rəsmi bilgi hələ ki yoxdur.
Mamontlar qayıdacaq Yapon alimləri nəsli kəsilən heyvanların klonları nı yaratmağa hazırlaşırlar. Yalnız canlı hüceyrələrin klonlarını yaradan alimlər indi də nəsli kəsilən hey vanları yenidən yaratmaq barədə fikirləşirlər. Belə ki, yaponiyalı alimlər 16 il dondurulmuş halda saxlanılan siçanın DNT-dən klon yaradıblar. Bu da bir zamanlar donmuş halda tapılan mamontların yenidən «həyata qaytarılması”na ümidləri artırıb. Buz kristalları DNT-yə zərər verdiyi üçün klonlaş manı çətinləşdirsə də, alimlər ümidlərini itirməyərək, Rusiyada tapılan donmuş mamont balasının cəsədi üzərində tədqiqatlarını davam etdirirlər. Yaponiyalı mütəxəssis Teruhiko Vakayamanın «National Aca demy of Sciences» jurnalında dərc edilən məqaləsin də deyilir: «Siçanlar üzərində apardığımız tədqiqat larda donmuş hüceyrələrin klonlaşmasının mümkün lüyünün şahidi olduq. Bu tədqiqat nəsli kəsilən hey van növlərinin yenidən həyata qaytarılmasını təmin edə bilər».
65
reklam
ADAMA GƏZMƏK QALIR
МЦЯММАЛЫ ЛИВИЙА, ЛИВИЙАЛЫ МЦЯММАР
LİVİYA
T
Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi Liviya (Lebu) – qədim misirlilərin Nil çayının cənub istiqamətində yaşayan bərbərlərə qoyduğu ad Coğraf i mövqeyi: Şimali Afrika Paytaxt: Tripoli Rəsmi dili: ərəb Ərazisi: 1,759,541 kv.km Əhalisi: 7 milyon Pul vahidi: Liviya dinarı İnternet TLD: .ly Telefon kodu: +218
ripoliyə düşərkən hava limanında gördüyüm mənzərə məni həyəcanlandırdı. Ölkələrinə get məyə can atan qırmızıbəniz əcnəbilər sıraya düzülüb həyəcanlı şəkildə növbələrini gözləyir dilər. Baxışlarında nigarançılıq hiss olunurdu. Şəhərə doğru hərəkət etdikcə həyəcanım bir qədər azalırdı. Uzaqdan Sovetlərin məşhur “xruşşovka”ları ara sında tüstü ucalırdı, deyəsən, axşamkı bombardmanın hədəfinə tərəf baxırıq. Səmada hərdən NATO təyyarələri peyda olsa da, ümumilikdə, Tripolidə müharibə əhval-ru hiyyəsi hiss edilmirdi. Tripoli Şəhərə çatanda özümü Bakının “Azneft” dairəsində hiss etdim. Amma Neftçilər prospektindən dönüb sola boylananda, Dövlət Neft Şirkətinin binasından Azadlıq meydanına qədər düzülən 3-5 mərtəbəli binaların yerinə, burada palmaların arasından boylanan villalar gözə dəyir di. Villaların qırmızı kirəmiti, qapıların bəzəkli məhəccəri
66
isə məni başqa aləmə apardı. Yox, bura Bakı ola bilməz! Dəniz, nisbətən hündürdə yerləşən məhəllələr, yaşıllıqlar içində güclə görünən qırmızıkirəmitli villalar... Hə, bura İs tambuldur. İstambulun boğazətrafı varlı məhəllələri və sa hilboyu uzanan yaxtalar... Bir az da içəriyə doğru irəliləyirik, hündürmərtəbəli ya raşıqlı bir neçə bina və ətrafda şütüyən italyan maşınları gözə dəyir, italyan və ərəb dillərində ucadan danışıqlar eşidilir - bəlkə İtaliyadayıq?! Tripoli özü başdan-başa tarixi abidələrlə zəngindir, əsas yollar istisna olmaqla, bütün şəhərdə yerə ağ-qara və ya boz daşlar döşənmiş dar küçələr uzanır. Şəhərin bəzi rayonları o qədər yaşıllığa qərq olub ki, bir çox tarixi binaları, məscidləri palmaların arasından görmək müm kün olmur. Burada əsas gözə dəyən abidə Əbuəli çayın dan dənizə doğru uzanan Sen-Jil qalasıdır. Şəhərdə mi narələr, xüsusən də məmlük sultanları dövründə tikilən Böyük Məscidin minarəsi əsrarəngiz kompozisiya yaradır. Düzdür, şəhərin bəzi hissələrində, az qala, iç-içə tikilmiş hündürmərtəbəli eybəcər binalardan təşkil edilən məhəl lələr var. Amma son 2-3 ildə Tripoli yavaş-yavaş simasını dəyişir. Burada yeni yaşayış binası və otellərin tikintisinə start verilmişdir. Oxuduqlarıma əsasən, Liviyanın digər əyalətlərində hər min kvadratmetrə cəmi iki insan düşsə də, Tripoli də bu rəqəm 50 olmalı idi. Amma günorta vaxtı şəhər də, demək olar ki, insanlarla qarşılaşmadım. Adda-bud da gördüklərimin əksəriyyəti isə kasıbgeyimli insanlar və
qarşısına balaca kağız qutu qoyub dilənən dilənçilər idi. Təbii ki, mühakiməm bunu NATO-nun əməliyyatları ilə əlaqələndirdi – “Bombardman ucbatından insanlar şəhəri tərk edib”, – deyə düşündüm. Amma qərarımı axşam sa at 6-dan sonra dəyişməli oldum. İş saatı bitincə şəhərdə insan qaynamağa, yollar İtaliya, Türkiyə, Fransa və ərəb ölkələrinin istehsalı olan avtomobillərlə dolmağa başladı. Deməli, gündüzlər əksəriyyət işləyir, küçələr də ancaq az saylı avaralara, dilənçilərə və bir də bizim kimi əcnəbilərə qalır. Tripolidə səhər-axşam insanların azalmadığı yega nə yer şəhər bazarıdır. Ərəb və bərbər dillərinin bir-birinə qarışdığı bu məkanda, sözün əsl mənasında, ağız deyəni qulaq eşitmir. Bazarda 2-3 saat gəzsəm də, bir dəfə də olsun, dava və ya ciddi mübahisə görmədim. Statistikaya görə, Liviyada oğurluq və digər cinayət halları da mini mal səviyyədədir. Müəmmar Qəddafinin yeritdiyi psixoloji və ideoloji siyasət, həqiqətən də, bu ölkədə cinayətkarlığı ən minimal səviyyəyə qədər azaldıb. Məsələn, Fransa ilə müqayisə etsək, qarət və oğurluq 4 dəfə, qəsdən adamöl dürmə isə 50 faiz azdır. Adamöldürmə cinayətlərinin ək səriyyəti isə ənənələrlə ciddi sərhədlər qoyulan “namus məsələsi” üstündə olur. Oxucu burada özünü qəribçiliyə salmasın, çünki “namus məsələsi” dedikdə, kiminsə digə rinin qızına və ya xanımına sataşmasından söhbət gedə bilməz. Verdiyi sözün üstündə durmamaq, hər hansısa bir qəbilənin – nəslin ənənələrinə hörmətsizlik etmək elə bərbərlərin namusuna toxunmaq deməkdir. Ümumilikdə, liviyalılar xoşxasiyyəli insanladır. Xüsusən, Liviyada qona ğa diqqət ən ümdə, ümummilli məsələlərdən biri sayılır. Məsələn, Tripolidə istənilən bərbər əlində işini yarımçıq
qoyub, səni axtardığın yerə apara bilər; xüsusən də əgər bu insan bərbərdirsə. Çünki ərəblər qarşılıq olmadan bir addım belə atmağı sevmirlər. Üstəlik, bəzi ərəblər heç də həmişə məğrur bərbərlər qədər gülərüz, xoşsima və ən əsası, dürüst deyillər. Paytaxtətrafı yaşayış məskənlərin dən biri – Asbiah ərazisinə səfərim zamanı həyatımda ilk dəfə qarşılaşdığım bədəvi bərbər Vahdi Bişdi və ailəsi bizi böyük qonaqpərvərliklə qarşıladı. Hətta “əziz qonaq ları”na (yəni bizə) keçi kəsməməsi üçün onunla əməllibaşlı mübahisə etməli olduq. Nəhayət ki, onu yeni heyvan kəsməyə ehtiyac olmadığına və bir neçə gün əvvəl kə silmiş qoyun ətindən yemək hazırlamağa razı sala bildik. Səhərçağı olmasına baxmayaraq, evin xanımı Aişə, bizi dəri içində bişirilmiş ət tikələrinə qonaq etdi. Xatırladım
67
ADAMA GƏZMƏK QALIR
ki, səhər yeməyində liviyalıların süfrəsində mütləq ət qı zartması və ya basdırmaya bənzər, ət tikələrindən ibarət xüsusi yemək olur. Qəddafidən narazı qalanlar kimlərdir? Ölkədə insanların əksəriyyəti İslam qaydaları ilə yaşa yır. Kişilər saqqallı, qadınlar isə çadrada. Əvvəlcə, bunun həmin şəxslərin öz seçimi olması barədə deyilənlərə inan maq istəmədim; ta ki sonradan şəhərdə Avropa stilində hətta bir az da açıq-saçıq geyinmiş yerli qızları görənə qədər. Tripoli bulvarı isə axşamlar, sözün əsl mənasında, dolub-daşır. Yerdə qazonun üstünə süfrə salıb nahar edən ailələrdən tutmuş, ayaqlarını suya salıb opüşən gənclə rə, skamyada oturub Quran oxuyan çadralı qadınlardan sahildə tilov atan balıqçılara qədər müxtəlif təbəqələrdən olan insanları burda görmək olar. Maraqlıdır ki, yaşlıların əksəriyyəti italyan dilində sərbəst danışır. Çünki 1911-ci ildə Osmanlı İmperiyasının Liviyada təsiri zəiflədiyi bir vaxtda, bu torpaqlar İtaliya tərəfindən işğal olunmuşdu. Daha sonra, II Dünya müharibəsi illərində Liviyaya ingilis və fransızlar hökm etmişdir. Ölkə 1949-cu ildən müstəqilli yini qazanıb və 21 il sonra Liviyada Müəmmar Qəddafinin inqilabının ardınca, ərəb və bərbər dillərinin nüfuzunun artırılması istiqamətində ideoloji işlərə başlanılıb. Təbii ki,
68
liviyalılar da Qəddafinin zəhmətini yerə vurmaq niyyətin də deyil; məsələn, səhrada qarşılaşdığımız və siyasətdən çox uzaq olan Bişdi ailəsi, polkovnikin yolunda hamılıqla ölümə hazır olduqlarını deyirlər. Səbəb isə çox sadədir, Li viyada ərzaq məhsulları çox ucuz, maaş (minimum 2000 avro) və pensiyalar isə olduqca yüksəkdir. Maraqlıdır ki, ölkədə ortasəviyyəli şirkətlərdə maaşlar 15-25 min avro arasında dəyişir. Demək olar ki, hamıda avtomobil var; amma qiyməti 30 min avronu keçən avtomobilləri bar maqla saymaq olar. Hökumət bahalı avtomobillərə ciddi vergi qoyub və bu yolla insanları daha az benzin işlədən qənaətcil avtomobillər almağa təşviq edir. Baxmayaraq ki, Liviyada benzin və digər neft məhsullarının qiymətindən danışmağa dəyməz – bizim pulla, təqribən, 7-8 qəpik. Bəs Qəddafidən narazı qalanlar kimlərdir? Tripoli sa kinləri hesab edir ki, ayağa qalxanlar şükür etməyi bacar mayan, heç nəylə qane olmayan və xarici dövlətlərin kəş fiyyatına satılmış insanlardır. Xarici kəşfiyyatı isə “ayağa qaldıran” Liviya hökumətinin ixrac etdiyi neft məhsulları nın qiymətini artırmaq barədə qərarı olub. Hər halda, si yasətdən çox-çox uzaq, böyük səhrada ənənəvi çadırında yaşayan Bişdi ailəsi baş verənlərlə bağlı bu qənaətdədir. Bəhruz HEYDƏRİ
69
ADAMA GƏZMƏK QALIR
Ya po ni ya ğıllar aləminə səyahətə mane olmamalıdır. Beləliklə,
Yaponiya
T
ələbə ikən media imperializmi dərsində müəlli mimiz Amerikada “yapon oreantalizmi” qorxu sundan bəhs etmişdi. Hollivuddakı bütün texni kanın Yaponiya məhsulu olduğuna işarə edə rək, yəhudilərə məxsus gücün tədricən yaponlara keçdiyi ni söyləyərkən, bunun Qərb üçün böyük təhlükə olacağını bildirmişdi. Doğrudan da dünyanı bürüyən və bu günə qə dər də sıxıntıları tam keçməmiş qlobal iqtisadi böhrandan ilk çıxan ölkə Yaponiya oldu. Həmişə haqqında çıxan xə bərləri hər kəsin maraqla izlədiyi ölkə son zamanlar yenə dillərdədir. Bu dəfə bütün dünya dəhşətlə adaları ağuşuna almış sunami və onun fəsadlarını, təbiəti və insanlığı radi oaktiv şüalardan xilas etmək üçün könüllü kamikadzeləri heyrətlə izləyir. Bununla belə mənə elə gəlir ki, heç bir təbii fəlakət na
70
“YOKOSO NİPPON”, yəni Yaponiyaya xoş gəldiniz... Yerlilər özlərinə NİHON, ölkələrinə NİPON deyirlər... Bizim olduğumuz yerdən baxanda dünyanın o biri ucu kimi görünən bu ölkə, əslində, GÜNƏŞİN DOĞDUĞU YERdir. Bəyaz parçanın üzərində qırmızı yuvarlağı olan bayraq da bunu simvolizə edir. Birsutkalıq hava səyahətindən sonra adaya ayaq basan kimi, yorğunluğun yerini heyranlıqdolu baxışlar əvəz edir və Yaponiyanı tanımaq arzuları daha da çoxalır. İstəkdolu bu tanışlıq paytaxtdan başlayır. Plansız gözəllik Bu şəhəri anlamaq üçün bir tezisi qəbul etmək lazım dır: tamam başqa aləmdəyəm. Yalnız bu zaman Tokioya səyahət, özünüz və insanlarla bağlı yeni kəşflər etməni zə, şəhəri tərk etdikdən sonra uzun müddət nağıl kimi gö rünən xatirə və təəssüratların doğmasına səbəb olacaq. Hündürlükdən baxanda paytaxt şıltaq bir uşağın oynadığı kubik oyununu xatırladır. Olduqca qarışıqdır. Bu xaosun içərisində bəzən insanı şok edən möhtəşəm mənzərələr çıxır. Deyilənlərə görə, İkinci Dünya müharibəsindən son ra Tokio xarabalığı xatırladırmış... Onun yenidən qurulma sı isə plansız şəkildə baş tutub. Torpağı satın alan kəslərin inşaat işlərini istədikləri kimi aparmaları, ürəkləri istəyəni tikdirmələri nəticəsində şəhər müasir və təkrarolunmaz görüntüsünə qovuşub. İndiyədək Tokioda nəhəng, son
Ginza street model, superlüks ofis binalarının yanında köhnə, dəbdən düşmüş kiçik restoranlara rast gəlmək mümkündür. Tə mizlik mövzusunda Tokio ilə müqayisə edilə biləcək me qapolisin varlığına əmin deyiləm. Tokioda iki rayon var. Akihabara rayonunda dünyanın və Yaponiyanın öndə gedən bütün elektrik avadanlıqları brendlərinin son model məhsullarına burada rast gəlmək və satın almaq olar. İkinci Hi-TECH rayonu Odaybodur. FUJİ TV-nin nəhəng binası yerləşən bu rayonda paytax tın simvoluna çevrilmiş bir neçə obyekt də var - Birləşmiş Ştatların simvolu olan Azadlıq heykəli, Parisdəki Eyfel qül ləsi və yenə Amerikanın məşhur körpüsü... orijinallarından heç nə ilə geri qalmır. Xaricilərin utopiya adlandırdıqları Odaybo 1990-cı illərə qədər zibilliklər məskəni idi. Sürətlə tikilən göydələnlər və 100 metrlik karusel rayonun əsas simvoluna çevrildi. Odaybo texnomöcüzəsi yalnız bunlar la məhdudlaşmır. Bura gələnlər elm muzeyini və yaxınlıq dakı MEGAWEB avtomobil cənnətini ziyarət etməlidirlər. Bura 1950-ci illərdən bu günə qədər istehsal edilmiş avto mobillər və hətta gələcəkdə istifadə edilməsi planlaşdırı lan avtomobillərin hamısının sərgiləndiyi yerdir. Yeri gəlmişkən, 15 gün çəkən Yaponiya səfəri zama nı gözlərimiz nə qədər axtarsa da, superlüks maşınları,
demək olar, görə bilmədik, tək-tük bahalı maşın vardı. Yaponlar həyatın hər sahəsində qənaətcil davranmağa üstünlük verirlər. 16 milyonluq şəhərdə nə bir tüstülədən maşın, nə siqnal səsi, nə də tıxac gördük. Eləcə də yol polisi yoxdur. Texnoloji xariqə Texnoloji xariqələrdən söz açılanda bəhs ediləsi va cib mövzulardan biri Tokio metrosudur. Şəhərin qarışıq metro-nəqliyyat xəritəsi ilk baxışdan adamın başını gicəl ləndirir. Metro – dəmir yolu – monorail – jayrail... hamısı bir-birinə bağlanmış vəziyyətdə çalışır. Və bir-birlərinə elə qarışıb ki, müəyyən ünvana getmək üçün alternativ marş rut müəyyənləşdirməli olursan. Metro qiymətləri Bakı ilə müqayisədə çox bahadır. Getdiyin məsafə və stansiya sa yına görə dəyişir. Qatarlardakı və metro stansiyalarındakı insan sıxlığına rəğmən, təmizlik, təmiz qoxu, yüksək sə viyyəli xidmət, dəqiqlik, əlillərə göstərilən qayğıdan danış mamaq mümkün deyil. Modanın mərkəzi Yaponiyadakı texnoloji möcüzələrdən danışarkən istəristəməz diqqət insan amilinə çevrilir. Bu xariqələri yaratmış insanlardan mütləq söhbət açmaq lazımdır. İnsan münasi
71
ADAMA GƏZMƏK QALIR
Oyun zalı
Fuji film
Odayboda körpü
Otel
bətlərində diqqətçəkən maraqlı məqam çoxdur. Yaponlar sadə və kübardırlar. Söz soruşanda diqqətlə dinləyir və mütləq cavab verirlər. Sözün əvvəlində və sonunda hər kəsin baş əyməsi qarşısında duran insana hörmət və eh tiram əlamətidir. Tokio sakinləri çox koloritlidirlər. Bəzən küçələrdə kimonoda dolaşan xanımlar gözə dəyir. Əgər kimsə milli qiyafələrdə dolaşırsa, deməli, mütləq hansısa dini ayindən, yaxud milli mərasimdən gəlir. Gündəlik hə yatda yalnız sumoistlər və rahiblər ənənəvi milli geyim lərdə dolaşırlar. Tokioda nəfəskəsən mənzərələr olduqca çoxdur. Stil sahibi olan oğlan və qızlar diqqəti cəlb edə bilmək üçün hər cür cəsarətli addımlar atırlar. Saç rəng ləri, saç modelləri, pirsinqlər, aksessuarlar, geyim tərzi və sair. Metroseksual kişi anlayışı da sanki tokiolu gənc kişilər üçün düşünülüb. Saçları rənglənmiş, qaşları alın mış, manikür və pedikürü yerində olan bu gənc adamlar çanta daşımaqda xanımlardan heç də geri qalmırlar. Son dəbə uyğun geyinir və mütləq buna uyğun çanta və gözlük taxırlar. Bəzən gözlərinə sürmə də çəkirlər; kəmərlər və müxtəlif aksessuarlar da buraya daxildir. Onlara tamaşa
72
etməmək mümkün deyil. Xanımlar üçün də eyni şeyləri təkrarlamaq olar. Tokio Asiyada modanın mərkəzi sayılır. Zövqlər «Ginza»da formalaşır Ginza street – dünyanın bütün aparıcı moda brend lərinin butikləri yerləşən, moda trendlərinin formalaşdığı küçədir. Tokioya yolu düşən hər kəsin bura üz tutması, küçənin əhəmiyyətini vurğulayan amillərdən biridir. Moda sevərlər və snoblar, şopoqoliklər buradan əl çəkə bilmir lər. «Ginza»da butik sahibi olmaq, sadəcə, prestij deyil, həm də sərfəlidir. «Ginza»ya rəqib yoxdur. Sadəcə, Ya poniya deyil, bütün Asiya qitəsinin moda nəbzi burada vurur. Zövqlər «Ginza»da formalaşır. Deyilənlərə görə, Yaponiyann qərbləşməsi də “Ginza»dan başlayıb. Keçən əsrin ilk yarısından şəhərə gələn qərblilər burada yerlə şincəyə qədər yerli aristokratlar bu məkana o qədər də rəğbət göstərməyiblər. Baxmayaraq ki “Ginza” sözünün ilk heroqlifi gümüş mənasını daşıyır, bura qızıldan da qiy mətli əraziyə çevrilib. Disneylənd - Tokioda görülməli, vacib məkanlardan
Virtual şəhər (qaldığımız otelin 34-cü mərtəbəsindən Tokio mənzərəsi)
biridir. Uşaqlar qədər böyüklər də xoşlayır buranı. Bütün hava şəraitlərində açıqdır və səhərin ilk saatlarından eti barən dolmağa başlayır. Giriş 50 avrodur. Bir gündə gə zib-bitirmək mümkün deyil. ROPPONGİ və SİBUYA - Tokioda gecə həyatının iki qaynar məkanı. İkincisi yerlilərin daha çox sevdiyi, birinci si isə xarici turistlərin axın etdiyi rayonlardır. Kiçik ərazidə inşa edilmiş nəhəng göydələnlər və bunların içərisinə yer ləşdirilmiş çoxsaylı alış-veriş mərkəzləri, restoran-kafelər, muzeylər, kinoteatrlar, otellər, TV binaları və Tokio-Eyfel qülləsi, Roppongi Hills-in ən əsas cazibə qüvvələridir. Xa ricilər üçün buranı cazibədar edən əsas məkanlar içkili gecə klublarıdır. Paytaxtdakı bütün zəncilər bura toplaşır. Edo (qədim şəhər) 150 il əvvələ qədər paytaxt Tokio belə adlanırdı. Samu raylar dönəmində şəhər bu adı daşıyıb. İmperator sarayı da Tokioda mütləq gəziləsi məkanlardandır. Yalnız sırf bu sarayı gəzmək üçün ildə 2 dəfə fürsət verilir. Biri yapon təqviminə görə, yeni il girən gün (yanvar ayının 2-si), biri
də dövrün imperatorunun doğum günü. Yüksək göydələn lərlə supermeqapolis olan Tokionun içərisində qədim şə həri də yaşamaq, tarixi olduğu kimi duymaq mümkündür. Bunun üçün Edoya - açıq hava altındakı muzeyə təşrif buyurmaq lazımdır. Burada yapon memarlığının keçdiyi bütün tarixi təkamülü olduğu kimi izləmək mümkündür. Edo açıq hava muzeyində 27 ədəd eksponat var. Bun lar müxtəlif sivilizasiyalara aid yapon zəngin malikanələri və sadə kəndli daxmalarıdır. Bura gələrkən şəhərin xao sundan uzaqlaşıb tarixlə başa-baş qalır, mükəmməl yaşıl lığın içərisində itib-batırsan. Bu muzey vasitəsilə yaponlar həm tarixlərini, həm memarlıqlarını, eləcə də məişətlərini hər kəsə tanıtmış olurlar. Edoda bu qədim malikanələrin içərisində ənənəvi məşhur yapon çay mərasimini də tam qaydalara uyğun şəkildə yaşamaq imkanı var. Yaponiya da ənənəvi çay mərasimi incəsənətin növlərindən biri kimi qəbul edilir. Bu, ev sahibinin qonağa ehtiramının əlaməti dir, həm də qonaqpərvərliyi nümayiş etdirmək üçün vasi tədir. Başqa sözlə, bu ölkədə hər şeyin ucu gedib mənəvi dəyərlərə, fəlsəfəyə çıxır. Yəni heç nə elə-belə baş vermir.
73
ADAMA GƏZMƏK QALIR
Fujiyamaya gedən yol
Minillərdir, çay mərasimi heç bir detalına toxunulmadan – dəmlənməsindən tutmuş, servisinə və içilmə qaydala rına görə eyni qaydada davam edir. Çay mərasimləri də məzmununa görə dəyişir. Yəni çayın hansı bitkidən dəm lənəcəyi məclisin toplaşma səbəbinə görə dəyişir. Evlilik münasibəti, dini bayram və sair kimi. Fujiyama Fuji yama, yaxud Fujisan... hər ikisi Fuji dağı mənasını verir. Tərcümədə “zəngin döyüşçü” deməkdir. Hündürlü yü 3776 metrdir. Düz, ölkənin mərkəzində, Tokiodan av tobusla, təxminən, 2 – 2,5 saatlıq məsafədədir. Ölkənin turizmbaxımından ən mənzərəli yerləri siyahısına başçı lıq edir. Honsyu adasındakı böyük dağ paytaxtdan 150 km qərbdədir. Yaponların çox ərköyün xanıma bənzətdiyi Fu ji dağının başından duman əskik olmur. Vulkanik dağdır. Son dəfə 1707-ci ildə partlayıb. Deyilənlərə görə, hər 300 ildən bir vulkan baş verir. Fuji dağı istər yerli, istərsə xari ci hər kəsin axın etdiyi məkanlardandır. Yerlilər xaricilər dən fərqli olaraq, buraya turist kimi yox, ziyarətə gedirlər. Burada inanırlar ki, dağın təpəsində günəşin doğduğunu görən insanlar, sözün həqiqi mənasında, xoşbəxtlik mər təbəsinə yetmiş insanlardır, bundansonrakı həyatlarında şans hər zaman onların yanında olur. Yəni hər işdə bəx tinin gətirməsini istəyənlər üz tuturlar Fujiyamanı fəthə. Buddist inanclara görə, Fuji dağı müqəddəs hesab edi lir. Bu mənada dağı fəth etmək mənəvi kamilliyə çatmaq mənasına gəlir. Ziyarətçilərin arasında yaşlılar daha çox
74
dur. Ömürlərinin sonunda buraya üz tuturlar ki, günəşin ilk işıqlarını qarşılasınlar. Zirvəyə çatanlar uğura əbədi yel kən açdıqlarından tam əmin olurlar. Turizm Turizm sektoru Yaponiyada çox yüskək səviyyədə inki şaf edib. Burada milli-mədəni irsə aid nə varsa, hamısını yaxşı pula çevirməyi yaxşı da bacarırlar. Xidmət sektoru da yüksək səviyyədədir. Otellərdə səyahət mövzusunda müştərilərə pulsuz xidmət göstərən xüsusi konsiyerjlər fəaliyyət göstərir və xəritə, broşür, kitabça, almanaxlarla müxtəlif dillərdə o qədər yaxşı istiqamət verirlər ki, bunla ra baxanda Tokionu 15 gündə gəzib-bitirməyin mümkün olmadığını anlayırsan. Niyə 15 gün? Çünki Yaponiya səfir likləri bu ölkəyə vizaları 15 gündən artıq vermir. Tokio nə qədər modern, yaponlar da nə qədər inki şaf etmiş millət olsalar da, həyat fəlsəfələri və keçmişə bağlılıqları ilə seçilirlər. Adət-ənənələrini qoruduqlarını və keçmişə sonsuz sayğı duyduqlarını hər addımda görmək mümkündür. Bu, məişət həyatında da özünü göstərir. İke banalar, oriqamilər, kimonlar, çətirlər və yelpiklər, milli fə nərləri olan çoçilərə hər yerdə rast gəlmək olar. Sirr sadəlikdədir Tokio restoran baxımından da bol və zəngindir. Avropa və Amerika mətbəxlərinə aid restoranlar mövcud olduğu halda, ada-ölkədə öz yeməklərinə həm yerlilərdə və həm də buraya təşrif buyurmuş qonaqlarda rəğbət çox böyük dür. Son illər aparılan araşdırmaların müəllifləri, hətta
Tokionun kulinar mərkəz olduğunu da iddia edir lər. Yerli yeməklər çoxçeşidli və rəngarəngdir. Bə zi yeməklər regiona, hətta ilin fəslinə görə dəyişir. Burada yemək bişirilərkən qidanın natural dadının və maksimum dərəcədə vitaminlərinin qorunması na səy göstrərirlər. Yaponlar hər mövzuda olduğu kimi, yemək işində də əmindirlər ki, sirr sadəlikdə dir. Bu üzdən, düyünü ədviyyatsız hazırlayır, çayı şəkərsiz içir, balığı çiy yeməyə üstünlük verirlər. Bu da bizim damaq zövqündə olan insanlara ilk baxışda tərs gəlir. Sirr sadəlikdə olsa da, fəlsəfəsi elə dərin və adlar da elə mürəkkəbdir ki, ad çəkib sifariş vermək bir şey ifadə etmir. Odur ki, vəziy yətdən ən yaxşı çıxış yolu fotoalbomu xatırladan menülərdir. Burada restoranlar şəkillərə baxıb, tər kibini öyrənib, sifariş etmək şansı verir hər kəsə. Elit, yaxud sadəliyindən asılı olmayaraq, bu ölkədə eyni vaxtda şirin, acı, turş yeməkləri masaya gəti rib yemək adəti var. İstənilən yapon evində, yaxud restoranında dəyişməyən 2 yemək var - suda qay nadılmış dadsız-duzsuz düyü və miso şorbası. Mil li mətbəxin əsas elementi isə təbii olaraq balıqdır. Təsadüfi deyil ki, dünyanın ən böyük balıq bazarı «Tsukudji» də bu ölkədədir. Bazarda hər gün 2 min ton balıq və digər dəniz məhsulları satılır. Yapon mətbəxinin üstünlüyü Yaponiyada bazar ziyarəti, alver bitdikdən son ra, ənənəvi olaraq, ərazidəki suşi hazırlayan fəstfudlara getmək adəti var. Saat 7-də günə suşi, miso şorbası, acı yaşıl çay ilə başlamaq ənənəsi, çətin ki, bizim insanların ürəyincə olsun. Suşi və saşimi sevənlər Tsukudji balıq bazarın da bunların dadına baxmadan burdan ayrılmırlar. Suşini burada yemək məsləhətdir. Təzəliyinə və keyfiyyətinə, eyni zamanda qiymətinə görə. Tokio nun bəzi yerlərində bir ədəd suşinin qiyməti 20-30 dollara satılır. Suşi yerli mətbəxin simvoludur. Hər suşinin öz dadı var və ustasına görə hazırlanma qaydası fərqli olduğundan, reseptlər eksklüziv sa yılır və bu mənada suşi hazırlayan ustalar çox tə ləbkar – eqoist olurlar. Tokioda, hətta turistlər üçün suşi hazırlamaq kursları mövcuddur. Yaponiya mətbəxinin başqa bir üstünlüyü də ondadır ki, bu mətbəxin təamlarından nə qədər yesən də, kökəl mirsən. Aynur TALIBOVA
Azadlıq heykəli (Odaybo)
Kamakurada ənənəvi taksi
75
ADAMA GƏZMƏK QALIR
Edo (açıq hava altinda tarix və etnoqrafiya muzeyi)
Edo (açıq hava altinda tarix və etnoqrafiya muzeyi)
76
Minobu dağında məbədlər
Minobu dağında məbədlər
77
GÖRDÜN YEMƏK, DAHA NƏ DEMƏK?!
ЙАПОН МЯТБЯХИ Makidzusi suşini necə hazırlamalı? Yaponiyada bazar ziyarəti, alver bitdikdən sonra ənənəvi olaraq eyni ərazidəki suşi hazırlayan fəst-fudlara getmək adəti var. Saat 7-də günə suşi, miso şorbası, acı yaşıl çay ilə başlamaq ənənəsi çətin ki, bizim insanların ürəyincə olsun. Suşi və saşimi sevənlər Tsukudji balıq bazarında bunların dadına baxmadan burdan ayrılmırlar. Suşini burada yemək məsləhətdir. Təzəliyinə və keyfiyyətinə, eyni zamanda qiymətinə görə. Tokionun bəzi yerlərində bir ədəd suşinin qiyməti 20-30 dollara satılır. Suşi yerli mətbəxin simvoludur. İlk baxışdan onu hazırlamaq insana asan gəlir. Dadına baxınca isə vəziyyət dəyişir. Hər suşinin öz dadı var və ustasına görə hazırlanma qaydası fərqli olduğundan reseptlər eksklüziv sayılır və bu mənada suşi hazırlayan ustalar çox tələbkar – eqoist olurlar. Tokioda hətta turistlər üçün suşi hazırlamaq kursları mövcuddur. Yaponiya mətbəxinin başqa bir üstünlüyü də ondadır ki, bu mətbəxin təamlarından nə qədər yesən də kökəlmirsən.
Hazırlanma qaydası • Əvvəlcə, düyünü yaxşı-yaxşı yuyuruq. Daha sonra 2 stəkan qaynar suya 1 stəkan düyü əlavə edirik. Düyü tam bişənə qədər (təqribən, 20 dəqiqə) gözləyirik.
• Gözləyənə kimi düyü sirkəsi sousunu hazırlayırıq. Bunun üçün 50 ml düyü sirkəsinə 1 xörək qaşığı şəkər tozu və bir çay qaşığı duz əlavə edib, yaxşı-yaxşı qarışdırırıq. 400 qram bişmiş qaynar düyünün üzərinə hazırladığımız düyü sirkəsi sousundan 3 xörək qaşığı əlavə edirik. •
Daha sonra iki yumurtanı ayrı bir qabda sındırıb qarışdırırıq. İsitdiyimiz qazana yağ tökürük. Üzərinə yumurtanı əlavə edib, omlet hazırlayırıq.
•
Hazır olan omleti, balığı, xiyarı və avokadonu uzun-uzun doğrayırıq.
• Ayrı bir qabda 200 ml suya 3 xörək qaşığı düyü sirkəsi əlavə edirik. •
Boşqabları süfrəyə qoymaq üçün hazırlanan xüsusi bambuk formalı qab altlığı götürürük. Onun üzərinə nori dəniz yosununu qoyuruq. Elə etmək lazımdır ki, yosunun parıldayan tərəfi altda qalsın. Daha sonra əlimizi düyü sirkəsilə qarışdırdığımız suda isladıb düyünü yosun yarpağının üstünə yerləşdiririk.
•
Nora yosun yarpağının aşağı tərəfinə balıq, avokado və xiyar düzürük. Zövqə görə bunu omlet, krevetka və avokado ilə də əvəz etmək olar.
•
Daha sonra qab altlığının köməyi ilə nora yosun yarpağını bükürük.
• Rulon formasını alan suşini doğramaq üçün bizə iti bıçaq lazım olacaq. Onu doğrayan zaman düyünün dağılmaması üçün bıçağı düyü sirkəsində islatmaq lazımdı. Daha sonra suşini halqa formasında – təxminən 1-5 – 2 sm enində doğrayırıq. • Suşini boşqaba qoyub, onu soya sousu, vasabi və konservləşdirilmiş zəncəfillə süfrəyə təqdim edirik. Nuş olsun!
78
Lazım olan ərzaqlar:
• 1 stəkan düyü • düyü sirkəsi • nori – dəniz yosunu • duz
İçlik üçün:
• azduzlu və ya hisə verilmiş balıq • xiyar • avokado • 1-2 yumurta • krevetka
Əlavə olaraq:
• soya sousu • konservləşdirilmiş zəncəfil • vasabi
79
GÖRDÜN YEMƏK, DAHA NƏ DEMƏK?!
Bяhram Gur man
Mяnim sevimli şyemяyim
80
DÜŞBƏRƏ Düşbərə hazırlamaq üçün sümüklərdən bulyon hazırlanır, qoyun ətinin yumşaq hissəsindən soğan və ədviyyat qatmaqla qiymə hazırlanır. Mayasız yoğrulmuş bərk xəmir 1 mm qalınlığında yayılıb kiçik kvadratlar şəklində doğranır. Hər kvadratın ortasına 2-3 qram qiymə qoyulur. Kvadratlar ortadan və ya üçkünc qatlanıb küncləri geriyə dartılır. Düşbərəni bulyonda 5 dəqiqə bişirirlər. Ev şəraitində düşbərəni elə xırda hazırlayırlar ki, bir qaşığa 4 -5 ədəd yerləşir. Süfrəyə verilən zaman yanına sarımsaqla sirkə qoyulur, üstünə isə keşniş və ya quru nanə səpilir. Ərzaq Qoyun əti - 108 q., buğda unu - 40 q., yumurta - 1 əd., baş soğan - 18 q., şərab sirkəsi - 10 q., keşniş- 15 q., nanə qurusu - 10 q., istiot, duz.
81
CANSAĞLIĞI, MƏHƏBBƏT!
82
BЯХТЯВЯР ОЛ ШЯХСЯ КИ, РУЩУ ХОШБЯХТДИР B elə deyirlər ki, insan öz varlığı ilə kainatın tam lığının və kamilliyinin ifadəsidir. Bunu söyləyən lərin, ən azı, 5000 illik tarixə malik meditasiya ilə ruhun və bədənin tərbiyə edilməsi məktəbi
vardır.
Qoca Şərqin yoqa məktəbi Söhbət Qoca Şərqin yoqa məktəblərindən gedir. Niyə onlara istinad etdim? Çünki bir ictimai səhiyyə və səhiyyə kommunikasiyası mütəxəssisi kimi, sağlamlıq və xəstəlik anlayışları, xəstəliklərin yaranma səbəbləri və bunların geniş əhali kütləsinə anlaşılan dildə çatdırılması vəzifəm dir, mənəvi borcumdur. Yalnız yoqa təlimi xəstəliklərin ya ranmasına dair ən müasir elmi baxışlardan biri olan psixo genlik anlayışı ilə səsləşir. Yalnız yoqa təlimi xüsusi vurğulayır ki, xəstəliklərin və bədbəxt hadisələrin başımıza gəlməsində indiki və bundanəvvəlki maddi (çünki ruh ölməzdir və yeni bədən ala bilər, bunu yoqlar deyir) hə yatımızdakı niyyət və əməllərimiz, əsəbləri miz (qeyri-normal təfəkkür reaksiyalarımız) səbəbkardır. Müasir elmi baxışlara görə, ali sinir fəaliy yətimiz hormonlarımızı yaradan endokrin or qanların işinə müdaxilə edə bilir. Sadə desək, ruhumuzun yanlış və xəstə fəaliyyəti bədənimizin saf və təbii axınına mane olaraq, hormonların bədən fəaliyyətinə mənfi təsirini yaradır.
renalinin miqdarı artır. Adrenalin stres hormonudur. O, damarları daraldır, bədəni ya qaçmağa, ya da vuruşma ğa hazırlayır. Yəni adrenalin belə halda vacib hormondur. Amma qorxu hər gün davam edirsə, xroniki hal alırsa, o zaman böyrəküstü vəzin kortizol adlı hormonu işə düşür və bədəndə ciddi pozuntular yaranır. Təzyiq yüksəlir, təd ricən, böyrək, ürək və beyin damarları zədələnir, nəticədə insan xəstələnir. Ümumiyyətlə, hər bir mənfiyüklü emosiya uzun müddət davam edərsə, müxtəlif xəstəlik hallarına gətirib çıxarır. Beləliklə, həm yoqa təliminə, həm də psixosomatik yanaşmaya əsasən, mənfi psixoemosional hallarla uzun müddət yüklənən insanda müxtəlif xəstəlik halları əmələ gəlir.
Yeri gəlmişkən, yuxarıda qeyd etdiyi miz yoqa təliminə görə, insanın psixo emosional halları 7 əsas enerji mərkəzi vasitəsilə idarə olunur və həmin mərkəz lərə uyğun emosiyalar elə həmin mər kəzlərə uyğun orqanların ya normal iş ləməsinə, ya da xəstəliyinə səbəb olur
Qorxu hissi Məsələn, götürək qorxu hissini. Qorxmaqla biz həya tımızı bəzən qurtarırıq. Yəni insan qorxarsa, qanda ad
7 enerji mərkəzi Bəs hansı mənfi psixoemosional vəziyyətlər xəstəlik lər yarada bilər? Bunu açıqlamaq məqsədilə əvvəlcə 7 enerji mərkəzi və onlara bağlı olan psixoemosional vəziyyət barədə qısa da olsa, məlumat vermək lazımdır.
83
CANSAĞLIĞI, MƏHƏBBƏT! Bədənimizdə ən aşağıda - aralıq adlanan yerdə - yer ləşən enerjinin burulğanı mərkəzinə yoqlar “muladhara” deyirlər. Bu mərkəz bədənin əsas dayağı sayılır və bir çox instiktiv emosiyalar - özünüqoruma hissi, qorxu, aqressiya bu mərkəzlə bağlıdır. Bu mərkəzə bağlı emosiyaların həd dən artıq olması bəzi orqanları - düzbağırsağı, uşaqlığı, prostat vəzini, böyrəkləri və böyrəküstü vəzini, sümüklə ri, əzələləri və dişləri, onurğanın bel və omba hissəsini zədələyə bilər. İkinci enerji mərkəzi göbək dən bir qədər aşağıda qərar tu tub, buna “svadhistana” deyirlər. Buna “həyat eşqi” mər kəzi də demək olar. Günahkarlıq duyğusu da bu mərkəzə aid edilir. Bu duyğunun həddindən çox və uzunmüddətli təsiri cinsiyyət üzvləri və yoğun bağırsağın işini poza bi lər. Üçüncü enerji mərkəzi “manipura” adlanır və göbəkdən bir qədər yuxarıda yerləşir. Bu mərkəz qəzəb, kin duyğu su, iradə və intellektual fəaliyyətlə bağlıdır. Psixoemosio nal tarazlıq pozularsa, iddialılıq və qəzəblilik həddindən çoxdursa, qaraciyərin, mədə və onikibarmaq bağırsağın, öd yollarının, mədəaltı vəzin fəaliyyəti pozulacaqdır. Dördüncü enerji mərkəzi - “anahata” adlanır və ürək səviyyəsində yerləşir. Sevgi və kədər, inciklik duyğuları bu mərkəzlə bağlıdır. Həddən artıq kədərli olmaqla ürək və damar sisteminin, ağ ciyərlərin işini pozmaq olar. Beşinci enerji mərkəzi “vişudha” adlanır; doğru və yalan anlayışlara, nitqə bağlıdır. Boğazımızın səviyyəsin də yerləşir. Yalançılıq, başqaları haqda iftira danışmaq, fikirləri açıq söyləyə bilməmək və s. nəticəsində, tez-tez
boğazağrıları, qalxanabənzər vəzin xəstəlikləri, səs tellə rinin və bronxların zədələnməsi baş verir. Altıncı enerji burulğanı mərkəzi “aqya” adlanır; elmi və ruhi kəşflər, illüziyalar və özünüaldatmalar bu mərkəz lə bağlıdır. Əgər insan hadisələrin reallığı hissindən uzaq düşərsə, hipofizin, gözlərin, burun-udlağın, onurğanın problemləri ilə rastlaşır.
Əgər insan yalnız dünyəvi meyillərlə yaşa yırsa, başağrıları, boyunağrıları, nevrozlar və s. törəyir
84
Nəhayət, yeddinci mərkəz “saxasrara” adlanır. Yük sək mənəvi dəyərlərin, Tanrı ilə ünsiyyətin mərkəzidir. Enerji mərkəzləri haqqında çox qısaca bunları dedik. Maraqlı olan fakt odur ki, xəstəlik hallarının bir çoxu nun yaranmasında psixoemosional vəziyyətlərin rolu elmi araşdırma sahəsi sayılan psixoanaliz və analitik psixolo goya elmlərinin köməyi ilə də təsdiq edilmişdir. Beləliklə, xəstəliklərin yaranmasında insanın ruh halı nın, yəni əhval-ruhiyyənin birbaşa rolu təsdiq edilib. De məli, kainatın əşrəfi olan insan emosiyalarına sahib çıx masa, xroniki xəstəliklərin sayı artacaq. Əksinə, ruhumuza xoş ovqat kökləyə bilsək, əsl psixo emosional rahatlıq və xoşbəxtlik duyğusu əldə edə bilsək, xəstəliklər siyahısından bir çox xroniki xəstəliklər silinə cək. Əli NAĞIYEV, həkim
JONDRE
Yoqa patentləşdirilir
Faydalı məsləhət
“Yoqa” termini sanskritcə “birlik, əlaqə” mənasını verən “YUJ” sözün dən yaranıb. O, latınca “JUNGERE” (bağlamaq), ingiliscə “JOİN” (birləş dirmək) və “YOKE” (əlaqə), fransız ca “JOİNDRE” (birləşdirmək) feli ilə səsləşir. Klassik yoqa, təxminən, e.ə. II əsrdə yaşayan dahi Patanca linin “Yoqa-Sutra” əsərində təqdim olunub. O, bu qədim təlimi ilk dəfə sistemləşdirən şəxsdir.
“Gazeta.ru” saytının yaydığı xəbərə görə, Hindistan ən qədim “ənənəsi” – yoqanı patentləşdir mək istəyir. Səbəb isə yerli yoqanı Avropa təsirlərindən qorumaqdır. Bunun üçün hal-hazırda bu sahə nin mütəxəssisləri bütün fəndlərin sənədləşmələrini apararaq sübut etmək istəyirlər ki, məhz Hindistan bu cərəyanın vətəni olub.
İki xörəkqaşığı quru nanə yarpa ğının üstünə üç stəkan qaynar su tökün. Qabın ağzını örtüb 30-40 də qiqə saxlayın. Daha sonra süzün və zövqünüzə görə bal əlavə edin. Na nəli çayı gün ərzində üç dəfə yemək dən 20-30 dəqiqə əvvəl, bir stəkan içmək lazımdır. Artıq əsəblərinizin sakitləşdiyini hiss edəndən sonra is təsəniz, hər axşam balla nanəli çay içə bilərsiniz. Nanəli çay həm də zəif ürəklər üçün xeyirlidir.
saxasrara aqya vişudha
anahata manipura svadhistana muladhara
85
86
87
reklam
CANSAĞLIĞI, MƏHƏBBƏT!
88
RUBRİKANIN SPONSORU “Zəfəran” Apteklər Şəbəkəsidir
ИЙЛЯ, ГЫЗЫМ, ИЙЛЯ,
МЯТАНЯТ ЭЦЛЦДЦР
O
rta əsr təbabətinin qollarından biri də aroma terapiya (qoxularla və bitkilərin efir yağları ilə müalicə) sayılırdı. Uzun müddətdir bu istiqa mət tibb elmi tərəfindən unudulmuş və tətbiq olunmurdu. Lakin XX əsrin ikinci rübündən başlayaraq, Avropa və ABŞ-da aromaterapiya “ikinci həyat”ını yaşa mağa başladı. Qərb alimləri təbii ətirlərin müalicə keyfiy yətlərindən xəbər tutdular və qədim Şərq təbabətinin zən gin irsini öyrənərək bitkilərin efir yağlarından müalicəvi kosmetika vasitələri hazırlamağa başladılar (şampunlar, losyonlar, vanna üçün ətirli maddələr və s.). Azərbaycanda da ətirli maddələrlə müalicə çoxəsrlik tarixə malikdir. Müxtəlif zamanlarda ənbər, müşk, bənöv şə, qızılgül yağı və bir çox başqa bitkilərdən alınmış ətirli maddələrdən təkcə kosmetik məqsədlərlə deyil, dərman kimi də istifadə olunmuşdur. Bununla bağlı orta əsr mən bələrində zəngin məlumatlar var. Təcrübədən keçirilmiş bir sıra müalicə metodlarını diq qətinizə çatdırırıq. REYHAN Reyhanın qurumuş tozunu iyləmək, sürətli ürək döyün tüsündə, ürəkkeçmədə, çətin nəfəsalmada faydalıdır. VAXTSIZOTU (novruzgülü, itboğan). Başağrısı zamanı novruzgülünü qoxulamaq faydalı sayılır. NAR Narın qoxusu əsəb sistemini tonuslaşdırır. Deyilənə görə, o, qocalara, ahıllara güc verir. QARAQINIX Qaraqınıxın bütün növləri başağrısına kömək edir. Uzun müddət qoxulamaq olmaz, bu, əks-təsirə səbəb ola bilər. Xüsusilə, soyuqdəymə nəticəsində yaranan başağ rısı zamanı qaraqınıx qoxulayırmışlar. Çaxır içdikdən son ra onu iyləmək məsləhət görülmür.
YASƏMƏN Əgər başağrısı selikdən, qara öd və yeldən əmələ gə libsə, yasəmən qoxulamaq lazımdır. Bu barədə İbn Sina nın (980-1037) yazdıqlarından: «Yasəmənin şiddətli ətri başağrısı yaradır, onun mülayim qoxusu soyuqdəymə nəticəsində əmələ gələn başağrısında faydalıdır. Təmiz yasəmən yağı isti məzaclı insanlarda burun qanaxması na səbəb olur. Lakin onu tez-tez iyləsən, üz saralar». SARI SU ZANBAĞI Başağrısında sarı su zanbağını qoxulamaq xeyirlidir, lakin bundan sonra ödqovucu dərman qəbul etmək lazım dır. KEÇİ SÖYÜDÜ Söyüdün çiçək və yarpaqlarının qoxusu başağrısına kömək edir. LAVANDA Lavandanın qoxusunu iyləmək melanxoliya və epilep siya xəstəliklərinə yaxşı təsir edir. FINDIQ Fındıq və istiotu əzərək qoxulamaq zökəmdə xeyirlidir, burnu təmizləyir. AĞ ZANBAQ Ağzanbağın qoxusu qadınlarda cinsi maraq oyadır və başağrısına qarşı təsirli vasitə sayılır. İYDƏ İydənin güllərini iyləmək iflicə qarşı kömək edir, lakin bəzi adamlarda bu qoxu allergiyaya səbəb olur. KƏTAN TOXUMU Kətan toxumunun tüstüsü zökəmə kömək edir. XAŞX AŞ Xaşxaş çiçəyinin qoxusu yuxusuzluğu aradan qaldırır.
89
CANSAĞLIĞI, MƏHƏBBƏT! BADAM Badam qoxusu mədəni bərkidir və qarnı bağlayır. MİRR A (ətirli qətran) Mirranın qoxusu isə sağlam insanlara belə başağrısı verir. XİYAR Ürəkkeçmədə xiyar iyləmək xeyirlidir. Başağrılarında da faydalıdır. TİRYƏK Əgər başağrısı qanın çoxluğundadırsa, xəstənin qanı nı alaraq ona Misir tiryəki qoxutmaq lazımdır. Həmin dəqi qə ağrını yox edir. İNƏKGÖZÜ İnəkgözü yarpaqlarının iyi başağrısında kömək edir. QIZILGÜL Tər qızılgülü qoxuduqda də başağrısını sakitləşdirir. ÇOBANYASTIĞI Təzə çobanyastığının qoxusu yuxugətirən vasitə he sab olunur. TÜTÜN Əgər başağrısı istidəndirsə, tütün tüstüsünü iyləmək faydalıdır. BƏNÖVŞƏ Onu qoxulamaq və ya məlhəm şəklində istifadə etmək, yüksək qan təzyiqi nəticəsində əmələ gələn başağrısına kömək edər. QARAÇÖRƏKOTU Soyuqdəymədə bir qədər qaraçörəkotu əzərək, bir yar pağa töküb, qoxu burun-udlağa çatana qədər iyləmək la zımdır. Bu, zökəmi yox edir. ZƏFƏR AN Plevrit xəstəliyində zəfəran iyləmək xeyirlidir, bu həm çinin yuxu gətirir. “Qızıl Əhməd” sortlu bir ədəd alma götü rüb, onun üst hissəsinin ətini kəsirlər. Təmizlənmiş alma nın içinə 10 ədəd zəfəranın qurumuş ipini qoyurlar. Son ra almanın kəsilmiş başlığını qapaq kimi örtərək, 24 saat saxlayırlar. Hər 3 saatdan bir qapağı qaldırıb almanın içini iyləmək lazımdır. Bu prosedur başağrısında, yuxusuzluq da, soyuqdəymə və ürəkdöyüntüsündə yaxşı effekt verir. Soyuqdəymədə zəfəranla şəkərin yanmasından əmələ
90
gələn tüstünü iyləmək də faydalıdır. ALMA Güclü ürək döyüntüsü (taxikardiya) zamanı ətirli alma nı iyləmək xeyirli sayılır. Elə almalar var ki, onları qoxula maq xroniki əsəb sistemi xəstəliklərində faydalıdır. ƏTİRLƏNMİŞ BALIŞ Yuxusuzluq və əsəb xəstəlikləri ilə mübarizədə ətir li dərman otları ilə doldurulmuş balışdan istifadə etmək məsləhət görülür: lavanda, badrəng, kəklikotu, qızılgül lə çəkləri və bənövşə. Bu güllərlə doldurulmuş balış əsəb gərginliyini aparır və yuxusuzluğa kömək edir. ƏTİRLİ YAĞL AR Hələ qədim Misirdə ətirli məlhəmlər və balzamlar sürt mək, bir növ, adət idi. Bu ətirli maddələrin əksəriyyətini efir yağları bol olan xoşqoxulu bitkilərdən alırdılar. Hazırda be lə yağlar və ətirli cövhərlər satışda vardır. Məsələn, limon yağı insanı gümrah edir, əhvali-ruhiyyəni yaxşılaşdırır, qı zılgül yağı başağrısını aradan qaldırır, nanə və lavanda yağları isə əsəbləri sakitləşdirir. ƏTİRLİ BOYUNBAĞI Psixoloji gərginlikdə olan insanlar sitron və ya portağal qabığından düzəldilmiş boyunbağını bir müddət istifadə etsələr, əhval-ruhiyyələri yaxşılaşar və özlərini gümrah hiss edərlər. GÜLÜSTAN XƏSTƏLİKLƏRİ MÜALİCƏ EDİR Orta əsr əyanı başı ağrıyarkən, hər şeydən əvvəl, ba ğa gedərdi. Şaftalı ağacının kölgəsində, qızılgül kolu və yasəmənlə üzbəüz oturar və ya mənzərəli bənövşə çi çəklərinin yanında əyləşib, ətirli güllərin qoxusunu iyləyər di. Çünki bu bitkilərin qoxusu başağrısını müalicə edir. II Sultan Mehmet Fatehin bənövşə gülünü iyləməsi XV əsr türk kitab miniatüründə təsvir olunmuşdur. Çox güman ki, bu üsulla sultan başağrısı ilə mübarizə aparırmış. Fərid ƏLƏKBƏRLİ, tarix elmləri doktoru
reklam
91
DAŞ-QAŞ
МЦДРИКЛИК ДАШЫ
D
aş-qaş rubrikasının budəfəki sayında qiymət li daşların ilk üçlüyünə daxil olan zümrüddən söz açacağıq. Bu qiymətli daşın zinət əşyası kimi istifadəsindən, hansı xəstəliklərin məl həmi olmasından və digər məqamlardan bəhs etməzdən əvvəl, ötən ilin ortalarına təsadüf edən maraqlı bir faktı diqqətinizə çatdırmaq istəyirik.
380 kq zümrüd kimindir? Ötən ilin, təxminən, ortalarında ABŞ-ın Kaliforniya şta tında dünyada ən böyük zümrüd daşının sahibinin kimliyi ilə əlaqədar məhkəmə prosesi keçirildi. Mətbuatın və ic timaiyyətin diqqətinə səbəb olan bu məhkəmə prosesinin nəticəsi ilə bağlı məlumat verilməsə də, çəkişməyə sə bəb olan «Baiya» adlı zümrüd barəsində bəzi məlumatlar açıqlandı. Demə, məhkəmə prosesinə qədər gəlib-çıxan, çəkisi 380 kq, qiyməti 270 milyon dollar olan bu daşın tər kibində əl qalınlığında olan zümrüd hissəciklər varmış. Braziliyanın Baiya ştatında tapıldığı üçün «Baiya» adlan dırılan cilalanmamış zümrüdə nə az-nə çox, 6 nəfər id dialı idi. İddiaçılardan biri - kaliforniyalı biznesmen Entoni Tomas bildirirdi ki, daş aşkar edildiyi (2001-ci ildə aşkar
92
olunub - red.) zaman o, bu daşa görə iki braziliyalı kom mersanta 60 min dollar ödəyib. Amma daşı satanlar onu biznesmenə göndərməyiblər və oğurlandığını deyiblər. Amerikalı bildirir ki, daşın sahibi olduğunu təsdiq etmək çətinləşib, çünki evində baş vermiş yanğınla bağlı qəbz məhv olub. Zümrüd sonradan Nyu-Orlean bankında sax lanılıb. «Katrina» qasırğasından sonra daş bir müddət su altında qalıb. Daha sonra bir potensial alıcı onu Las-Ve qasa ekspertizaya aparıb. Amma burada polis bu qiymətli daşa həbs qoyub. Bu faktı diqqətə çatdırmağımızın əsas səbəbi məsələ nin maraqlılığı ilə bağlı olsa da, insanı düşünməyə vadar edən tərəfi də var. XXI əsrdə yaşasaq da, qiymətli daşqaşlar əsrlər öncə olduğu kimi indi də çəkişmələrə, mü naqişələrə, hətta ölüm-itimə səbəb olur. Zümrüd və evliliyin 55-ci ili Qeyd edək ki, zümrüd birinci kateqoriyaya aid olan daş hesab edilir. Hətta saf tərkibə malik olan bu daş 5 ka ratlıq almazdan belə bahadır. Zümrüd yataqları, əsasən, Muso (Kolumbiya), Tranavaale (CAR) və Uralda (Rusiya) yerləşir.
Kolumbiyadakı zümrüd mədənlərinin tarixi b.e.ə. 650ci illərə qədər gedib-çıxır. Yüzillərdir, zinət əşyası kimi isti fadə olunan, hökmdarların tacını bəzəyən, bəzi ölkələrdə evliliyin 55-ci ildönümünün əsas hədiyyəsi sayılan züm rüdlə bağlı Azərbaycan oxucusuna ilk və geniş məlumatı böyük alim Nəsirəddin Tusi «Cəvahirnamə» əsərində ve rir. O, bu qiymətli daşın mədənləri haqda yazmaqla yana şı, onun fiziki xassələrindən, zümrüdün şəkildəyişmələri olan akvamarindən, berilldən, moriondan da söz açır. Yeri gəlmişkən, məşhur Azərbaycan alimi Nəsirəddin Tusi bu daş haqqında məlumat versə də, ölkəmizdə züm rüd aşkarlanmayıb. Azərbaycan Milli Elmlər Akademiya sının Geologiya İnstitutundan aldığımız məlumata görə, ölkəmizdə zümrüdün əmələ gəlməsi üçün lazımi geolo ji şərait yoxdur: «Zümrüd daşı qədim süxurlarda yaranır ki, Azərbaycanda da bu cür geoloji şərait yoxdur. Zümrüd daşının əldə olunması üçün Azərbaycanda da tədqiqatlar aparılıb. Təxminən, 30 il bundan əvvəl Gədəbəy rayonu nun Qaradağ kəndində aparılan tədqiqatlar nəticəsində bir neçə zümrüd daşı tapılmışdı. Ancaq o da elə əhəmiy yət kəsb etmədi. Çünki keyfiyyəti aşağı idi, zərgərlikdə is tifadəyə yararlı deyildi. Tapılan daşlara yalnız mikroskop altında baxdıqdan sonar, onun zümrüd olduğunu bilmək olurdu. Adi gözlə baxanda isə zümrüdə bənzəmirdi. Bir sözlə, keyfiyyəti çox aşağı idi. Bundan başqa, tədqiqatlar apararkən məlum oldu ki, ehtiyatda da yoxdur. Ona görə də tədqiqatlar dayandırıldı». Qeyd etdiyimiz kimi, yataqları, əsasən, Latın Amerika sı, CAR və Rusiyada yerləşən zümrüdün ən keyfiyyətlisi Kolumbiyadadır. Sirli qazlar Tarixi qədim olan bu bahalı daşla bağlı maraqlı faktlar da var. İndi zümrüdün əsas hasilatçılarından sayılan Rusiyada XIX əsrin birinci yarısına qədər zümrüd olduğunu bilmə yiblər. Düzdür, hələ 1600-cü ildə rus çarı Boris Qoduno vun üzüyünü bəzəyən və italiyalı zərgər Fransisk Assent tərəfindən cilalanan 10 karatlıq zümrüd bir rahib tərəfin dən Uralda tapılmışdı. Amma buna baxmayaraq, o vaxtlar bunu təsadüf hesab etmişdilər və zümrüdün bura Avro padan gətirildiyinə inanmışdılar. Hətta bir əsr sonra Neva çayı yaxınlığında ovçuların vurduğu qazın çinədanından iki ədəd yüksək keyfiyyətli zümrüd çıxanda da ruslar he sab etmişdilər ki, qazlar köçəridir, ola bilsin, Afrika ölkələ rindən gəliblər və zümrüdü də orada udubmuşlar. Yalnız XIX əsrin birinci yarısında, daha dəqiq desək, 1830-cu ildə
93
DAŞ-QAŞ bir nəfər təhkimli kəndli Uralda tufanın yıxdığı ağacın göv dəsindən bir neçə ədəd yaşılrəngli şəffaf daş tapdıqdan sonar, Rusiya hökuməti bu ərazilərdə zümrüd olduğunu dəqiqləşdirdi. Ağacın koğuşundan tapılan şəffaf daşların zümrüd olduğunu söyləyən mühəndis Kokovin sonralar elə bu qiymətli daş ucbatından intihar etməli oldu. Mühəndis niyə intihar etdi? Bu hadisədən 4 il sonra Rusiya hökumətinin işə sal dığı Uraldakı Sretensk yatağından çox nadir və bu gün də əvəzi olmayan 2 kiloqram 226 qramlıq zümrüd tapıldı. Mühəndis Kokovin bir müddət bu daşı gizli saxladı. 24 il daş karxanalarında çalışan və qazancı az olan mühəndis bu yolla kasıblığın daşını atmaq arzusunda idi. Bir müddət sonra Kokovin bu barədə ürək qızdırdığı zərgərlərdən birinə danışır. Qısa məsləhətləşmələrdən sonra mühəndislə zərgər zümrüdün Almaniyada satılma sına qərar verirlər. Beləliklə, zərgər zümrüdü də götürüb Berlinə yollanır. Burada o, diqqət çəkməmək üçün meh manxanada deyil, kirayə evdə qalır. Evin sahibəsi Qrethen adlı gözəl bir xanım idi. Qrethenin rus generalı Lapşinin məşuqəsi olmasından xəbərsiz zərgər isə qadının rəğbə tini qazanmaq üçün ona qiymətli daş-qaşlarla bəzədilmiş zinət əşyaları bağışlayır. Onların arasında zümrüdqaşlı bir üzük də vardı. Bu hədiyyələrdən sonra Qrethen zərgəri öz ağuşuna alsa da, Lapşini unutmur, onunla da görüşürdü. Görüş lərin birində Qrethenin barmağında bahalı zümrüdqaşlı üzüyü görən general qısqanclıq edir və onu kimin hədiy yə etməsi ilə maraqlanır. Zümrüdqaşlı üzüyü itirəcəyin dən qorxan Qrethen zərgəri satmır. Amma hiyləgər Lap şin üzüyün əsas hissəsinin platindən hazrlandığını əsas götürərək, bu qiymətli hədiyyənin Rusiyadan gətirildiyinə əmin olur. Lapşin yaxşı bilirdi ki, zümrüd dünyanın ayrıayrı ölkələrində olsa da, platinin vətəni yalnız Rusiyanın Ural vilayətidir. Beləliklə, general üzüyün sahibinin rus ol duğunu dəqiqləşdirir. Bu arada Lapşinin casusu ona ilginc bir xəbər gətirir. Məlum olur ki, Kokovinin Berlinə göndər diyi zərgər dövrün ən varlı şəxslərindən biri olan Rotşildlə görüşüb və ona 2,226 qramlıq zümrüd təklif edib. Amma nədənsə milyonçu bu zümrüdü almayıb. Xəbərdən dərhal sonra general Peterburqa Rusiya daş-qaşının Almaniya da satışının təşkil olunmasını əks etdirən məktub yazır. Beləliklə, Kokovinin varlanmaq arzusu gözündə qalır. Zər gər ələ keçəndən sonra, Kokovin də həbs olunur. Uzun illər namusla çalışan Kokovin bu olaya dözməyərək həbs xanada intihar edir.
94
Maraqlıdır ki, Kokovin kimi Rusiyanın dağ-mədən na ziri qraf Perovski də «zümrüd əməliyyatı» ilə bağlı I Ni kolaya məlumat vermir. Kokovinin intiharından sonra isə qraf daşı asanlıqla mənimsəyir. Sonralar qrafın yaxınla rından biri həmin zümrüdü 1905-ci ildə ukraynalı knyaza satır. Knyaz öldükdən sonra onun qohumlarından biri daşı ələ keçirir. Amma tezliklə hökumət zümrüdün izinə düşür və II Nikolayın əmri ilə Rusiyaya qaytarılır. Hazırda həmin zümrüd Rusiya Elmlər Akademiyasının Mineralogiya Mu zeyində saxlanılır. Göz üçün daş dərman Kəhrəba, yaqut kimi zümrüd də litoterapiyada (litos daş, therapia - müalicə) istifadə edilən bir daşdır. Qədim dövrlərdə qovğalara, münaqişələrə səbəb olan zümrüd təkcə zinət əşyası kimi deyil, müalicə vasitəsi kimi də özü nü büruzə verir. Təsadüfi deyil ki, bu daş müdriklik və so yuqqanlılıq daşı da adlandırılır. Qədim dövrlərdə onu barmağında gəzdirən sahibinin pis əməl hazırladığını «duyub» parçalandığına görə, uzaq görən adı verilən zümrüd görməni yaxşılaşdırır. Bizim era nın I əsrində yaşamış mineroloq Böyük Pliniy yazırdı ki, «gözə zümrüddən çox xoş, zövqverən rəng yoxdur. Bütün qiymətli daşlar içərisində ancaq zümrüdə doymadan, daim baxmaq olar. Başqa əşyalara baxmaqdan yorulmuş göz lərimizi zümrüdə yönəltsək, göz dincələr, istirahət edər». Doğrudan da yaşıl rəng əsəb sistemini sakitləşdirir, fikri cəmləşdirməyə imkan verir və yuxusuzluq zamanı kömək edir. Litoterapevtlər deyirlər ki, zümrüdü çarpayının baş hissəsinə və ya balışın altına qoyanda yuxusuzluğu yox edir. Boyuna taxdıqda isə görməni yaxşılaşdırır, yaddaş sızlığı aradan qaldırır. Qədim dövrlərdə zümrüd müxtəlif göz xəstəliklərinin dərmanı hesab olunurdu. Məsələn, zümrüd tozunu zə fərana qatıb toyuq korluğuna tutulan adamın gözünə qo yurmuşlar. Təsadüfi deyil ki, litoterapevtlər göz zəifliyini, yorğunluğunu aradan qaldırmaq üçün göz qapaqlarının üzərinə zümrüd daşı qoyaraq, 15 dəqiqə saxlamağı məs ləhət görürlər. Zümrüd suyu ilə gözə kompres qoymaq, içərisində zümrüd saxlanılan suyu içmək də xeyirli hesab olunur. Qədim Çin təbabətinə görə, zümrüdə sistemli olaraq baxmaq görməni yaxşılaşdırır, hətta insanı katarakta kimi göz xəstəliyindən qoruyur. Yeri gəlmişkən, əfsanəyə görə, qədim Roma imperato ru Neron gözləri zəif olduğundan, qladiatorların döyüşünə zümrüd linza ilə tamaşa edərmiş.
Zəhərin və infeksiyanın əlacı Qədimdə zümrüdü ilan və əqrəb zəhərinə qarşı dər man kimi də istifadə ediblər. Belə ki, zümrüdün dənələri üyüdülüb ilanın çaldığı yerə sürtülür və ya su ilə xəstəyə içirdilirdi. Qədim ərəb rəvayətlərinin birində deyilir: «…Cü zi miqdarda (0,4 qrama qədər) zümrüdü əzib dəvə südünə qatırlar. İlan vurmuş adam bu dərmanı içib bəladan xilas olur». Litoterapevtlər bildirirlər ki, zümrüdü üzdə və bədəndə gəzdirməklə infeksiyalardan qorunmaq da mümkündür. Bu prosesi aydın işıqlandırılmış yerdə durmaqla, lakin düz günəş şüalarının altında durmamaq şərti ilə etmək lazım dır. Yeri gəlmişkən, zümrüdün təsir gücünü artırmaq üçün onu bir müddət qırmızı şərabın içində saxlayırmışlar. Depressiyanın dərmanı Minilliklərin təcrübəsinə əsaslanan litoterapevtlər züm rüdün ürəyə də xeyirli olduğunu iddia edirlər. Hətta müasir litoterapevtlər də belə hesab edirlər ki, üzərində zümrüd daşı olan bəzək əşyaları qan təzyiqini normal saxlayır, yu xarı qalxdıqda aşağı salır. Qədimdə zümrüddən qızdırma, epilepsiya, cüzam ki mi xəstəliklərin müalicəsində də istifadə ediblər. Bu daşın temperaturu aşağı saldığı, soyuqdəyməni müalicə etdiyi, sidik yolları və sidik kisəsi xəstəlikləri zamanı xeyirli oldu ğu da bəllidir. İndi geniş yayılan şəkərli diabetin müalicə sində vaxtilə zümrüd kara gələrmiş. Zümrüd ürəyi, böyrəyi, ağ və qaraciyəri, əsəb sistemini müalicə edir və iş qüvvəsini artırır. Litoterapevtlər epilep siya xəstəliyi olanlara, depressiyaya meyilli adamlara bar maqlarına zümrüdqaşlı üzük taxmağı məsləhət görürlər. Qədim dövrlərdə hamilə qadınlar zümrüd amulet gəz dirər, doğuşdan dərhal sonra onu uşağının beşiyindən asardılar. Hesab olunurdu ki, zümrüd amulet uşağa se vinc və şadyanalıq, ürək harmoniyası, ümid, istedad, zə riflik, natiqlik istedadı bəxş edir. Yeri gəlmişkən, qədim rəvayətlərə görə, zümrüdü nə sildən-nəslə ötürəndə öz qüvvəsini və təsirini daha da ar tırır. ELDAR
95
TARİXİ-NADİR
ДЯВЯş
ШАБРАН
ЙОЛУНДА
Q
əbələ, Bərdə, Naxçıvan, Təbriz, Şamaxı, Ba kı… Bu şəhərlər haqqında çox danışa bilərik. Təbii ki, müxtəlif dövrlərdə Azərbaycan döv lətinin paytaxtı olmalarını da önə çəkmək im kanımız gen-boldur. Bəs Azərbaycanın qədim şəhərlərin dən olan Şabran haqqında nə bilirik? Demək olar, heç nə. Xüsusilə də, bu şəhərin uzun illər Azərbaycanın paytaxtı olması barədə. Bu, ilk növbədə, Şabranın bir şəhər kimi izinin itməsi ilə bağlıdır. Amma başqa səbəblər də var. O səbəblərdən biri Şabran haqqında geniş oxucu kütləsinə məlumatın verilməməsi, digəri isə şəhər haqda bilgilərin orta məktəb dərsliklərinə salınmamasıdır.
96
Şabran necə və nə vaxt aşkarlandı? Şabran Azərbaycanın qədim və orta əsr şəhərlərindən biri kimi xarakterizə olunur. Şəhər Şimal-Şərqi Azərbayca nın ərazisində, Böyük Qafqaz dağları ilə Xəzər dənizi ara sında, İpək yolunun qollarından biri üzərində yerləşib. Bə zi alimlər Şabranın indiki Dəvəçi şəhəri ərazisində, bəzilə ri Xaçmazda, bir qisim tarixçi isə məşhur Beşbarmaq dağı ətrafında yerləşdiyini iddia edir. Amma hər halda, ortalıqda arxeoloji qazıntılar da var. Aparılan qazıntılar şəhərin indi ki Dəvəçi adlanan ərazidə yerləşdiyini göstərir. Bu ərazi də ilk arxeoloji qazıntılar 1935-1939-cu illərdə Şabran ça yı ətrafında, birinci Bakı su kəmərinin çəkilişi ilə əlaqədar
aparılıb. Qazıntılara numizmat-alim Poxomov rəhbərlik edib. Arxeoloji tədqiqatlar zamanı orta əsrlərə aid kürələr, hamam yerləri, saxsı qablar və s. tapılıb. Aradan uzun illər keçəndən sonra, 1979-cu ildə professor Cabbar Xəlilovun və professor Rəşid Göyüşovun rəhbərliyi ilə ərazidə qa zıntı işlərinə yenidən start verilib. C.Xəlilovun rəhbərliyi ilə aparılan tədqiqatlar 1983-cü ilə, R.Göyüşovun rəhbərliyi ilə aparılan arxeoloji işlər isə 1993-cü ilədək davam edib. Bu qazıntı işləri Qazıməmməd-Mozdok qaz kəmərinin çə kilişi ilə əlaqədar aparılıb. Uzun müddət davam edən təd qiqatlar zamanı 5 qazıntı sahəsində, daha dəqiq desək, 5 min kv.km sahədə maddi-mədəniyyət nümunələri aşkar
olunub. Şirəli qablar üzərindəki yazılara, numuzmatik ma teriallara və bir də şüşə qab üzərində yazılan «Əməli-Şa buran» ifadəsinə, o cümlədən, bir sıra yerüstü materiallara əsasən bu ərazidə şəhər olması təsdiqənib. Qazıntılar za manı şəhərin əhalinin ən sıx məskunlaşdığı ərazisi, Şab ranın çiçəkləndiyi, ən böyük inkişaf dövrü olan IX-XIII əsr lərə aid mədəni qat aşkarlanıb. İki qala divarı tapılıb. Qala divarları Şahnəzərli kəndi ərazisində aşkar edilib. Eyni zamanda, birinci qala divarının 8 bürcü də aşkar olunub. Şabranın məhəllələri və limanı Qazıntılar zamanı Şabranda başqa orta əsr şəhərləri
97
TARİXİ-NADİR nə məxsus sənətkarlıq məhəllələri də üzə çıxıb. 1983-cü ildə aparılan qazıntı işləri zamanı 53 təndirin yerləşdiyi məhəllə tapılıb. Bir sıra mənbələrdə Şabranda 4 böyük bazarın olduğu da göstərilir. Maraqlı məqamlardan biri də Şabran şəhərində limanın olmasıdır. Şabran limanına bir çox yerdən gəmilər gəlirmiş. Liman vasitəsilə yüklər Man qışlaq yarımadasına çıxarılır, buradan isə karvan yolu ilə Buxaraya, Səmərqəndə və digər Mərkəzi Asiya şəhərləri nə daşınırmış. Özbəkistanın Səmərqənd şəhərində Şab randa kəsilmiş pullar indi də qalır. Arxeoloji qazıntılar za manı Şabranda zərbxananın və pulkəsən alətin tapılması da sübut edir ki, bu şəhərdə sikkəxana olub. Şabranda son arxeoloji qazıntı işləri 2002-2003-cü illərdə aparılıb. Tarix elmləri namizədi Fatma Abbasovanın rəhbərliyi ilə aparı lan qazıntı zamanı Şabranda metalişləmə və zərgərlik sa hələrinə aid maddi-mədəniyyət nümunələri tapılıb. Qazıntı zamanı burada XIV-XV əsrləri əhatə edən həmin sahələ rə aid sənətkarlıq ocaqları aşkar olunub. Şabranda şüşə, qızıl, gümüş məmulatlarının istehsalı ilə əlaqədar olan də lillər də aşkar edilib, bu prosesdə istifadə olunan metal və daş alətlər tapılıb. Maraqlıdır ki, bu alətlərin analogiyası Mərkəzi Asiya və Volqaboyu şəhərlərində də aşkar olunub. Tunc dövrünün yaşayış məskəni Şabran tarixi bir şəhər kimi maraqlı olmaqla bərabər, yaşayış məskəni kimi də diqqətçəkəndir. Buna səbəb ərazidə daha qədim dövrlərə aid yaşayışın olmasıdır. Ərazidə insanların məskunlaşmasını sübut edən mad di qalıqlar eramızdan əvvəl I minilliyin sonu, II minilliyin əvvəllərinə aiddir. Bu dövrə aid Şabran çayı ətrafında suyun yuyub-açdığı sahələrdə saxsı qab nümunələri aş karlanıb. Bundan başqa, həmin yerdən kurqanlar və daş heykəllər də tapılıb. Bunlar isə tunc və ilk dəmir dövrü nə aid olan abidələrdir. Şabranda məskunlaşan tayfalara gəlincə, tədqiqatçılar burada əhalinin ilk dövrlər dağətəyi ərazidə məskunlaşdığını bildirirlər. İllər keçdikcə, əhalinin sayı artdıqca, şəhər ərazisi də genişlənib. Şabran yaxın lığında yerləşən Aygünük, Pirəmisən və Ərəblər kəndləri ərazisində aşkarlanan qədim qəbiristanlıqlar və yerüstü materiallar da burada intensiv həyat olduğunu sübut edir. Ptolomeyin xəritəsinə düşən şəhər Şabran qədim dövrə aid xəritələrdə də əksini tapıb. Məsələn, Ptolomeyin eramızın II əsrinə aid xəritəsində təsvir olunmuş şəhərlərdən birinin - Telebanın məhz Şab ran olduğu ehtimal edilir.
98
Şabran sakinləri Strabonun tərtib etdiyi xəritədə də bu şəhərin göstə rildiyi güman edilir. Bəs Şabran sözü necə yaranıb? Bu barədə müxtəlif fikirlər var. Əsas fikir şəhərin adının bura da yaşayan tayfaların adından götürülməsi ətrafında cəm ləşib. Ehtimal olunur ki, Ptolomeyin əsərində göstərilən Sapotren tayfaları dəyişikliyə uğrayaraq, tədricən, Şabran şəklinə düşüb. Şəhərin İpək yolunun və Şimaldan-Cənuba gedən yolun üzərində yerləşməsi onun müxtəlif dövrlərdə hücumlara məruz qalmasına, bu isə öz növbəsində, et nik müxtəlifliyə gətirib-çıxarmasına səbəb olub. Amma bu ərazinin əsas sakinlərinin qədim türk tayfalarından sabur və ya sabir olduğu daha çox ehtimal edilir. Belə ehtimal olunur ki, sapotren, sabur, sabir, şaburan, şavaran – bun ların hamısı forma dəyişikliyinə düşərək Şabran şəklini alıb. Bu ərazidə massaget və hun tayfalarının da yaşadığı ehtimal olunur. VI əsrdə isə bura Sasanilərin hakimiyyəti altında olub. Belə bir fikir var ki, ərazidəki müdafiə səd lərini Sasanilər saldırıblar. Amma bəzi tədqiqatlar göstə rir ki, bu sədlər Sasanilər gələnə qədər vardı. Ərəblərin hücumu zamanı isə Şabrana Bəsrədən və Kufədən ərəb tayfaları köçürülüb. Burada yəhudilərin də yaşaması haq qında məlumatlar var. Avropalı səyyah Gilyam de Rubru 1254-cü ildə bu ərazidən keçərkən çoxlu yəhudi gördüyü nü yazır. İndiki Quba ərazisində məskunlaşan yəhudilərin kökünün də bu yəhudilərlə bağlı olduğu bildirilir. Əhalinin dini etiqadı isə müxtəlif dövrlərdə zərdüştlük, xristianlıq, sonra isə, təbii ki, islam olub. Şabranda zərdüştilərin və yəhudilərin yaşamasını bu ərazidə həm yəhudi, həm də Zərdüşt məbədlərinin aşkarlanması sübut edir. Bəzi mən bələrə görə, burada alban tayfaları da yaşayıb. Şirvanşahların ilk paytaxtı Əvvəldə qeyd etdiyimiz kimi, Şabranla bağlı ən maraq lı cəhət onun paytaxt olmasıdır. Müxtəlif mənbələr Şabra nın qüdrətli Şirvanşahlar dövlətinin ilk paytaxtı olduğunu göstərir. Şabranın bu statusu 9-cu əsrə qədər, yəni Şa maxı şəhəri yüksələnədək davam edib. Şəhərin Şirvan şahların iqamətgahı olmasını sübut edən faktorlardan biri də burada onların nəslinə aid sərdabənin mövcudluğudur. Şabranda 70 məhəllə, 70 məscid olub. Bunların arasında ən məşhurları Toxmaq xan və Onqar xan adlı məscidlər dir. Şabranda mədrəsə, Cümə məscidi də varmış. Cümə məscidi isə yalnız böyük və mərkəzi şəhərlərdə olurdu. Tədqiqatçıların fikrincə, Şabranı qədim və paytaxt şə həri kimi Qəbələ, Bərdə və Naxçıvanla müqayisə etmək
mümkündür. Məşhur Azərbaycan şairləri Xaqani və Fə ləki Şirvani saray əleyhinə yazdıqlarına görə, bu şəhərdə məhbəs həyatı yaşamalı olublar. Şabranda ictimai-siyasi həyatda mühüm mövqe tutan şeyxlər də yaşayıb. Onların arasında ən məşhuru Şeyx Yaqub Çərxidir. Şabran necə yoxa çıxdı? Bəs necə oldu ki, digər orta əsr şəhərlərindən fərqli olaraq həm iqtisadi, həm də siyasi cəhətdən qüdrətli olan Şabran şəhəri xarabazarlığa çevrildi və demək olar ki, yo xa çıxdı - həm də XVIII əsrin ortalarında. Təbii ki, bir ya şayış məskəni kimi 2000 il mövcud olan bir yerin, digər şəhərlərin inkişaf etdiyi bir dövrdə yoxa çıxması təəccüb
doğurmaya bilməz. Bəzi hallarda bu, təbii fəlakətin nəticə si kimi qeyd olunsa da, tədqiqatçılar bunu qəbul etmirlər. Əsas səbəb kimi, Şabrana edilən hücumlar, üsyanlar, o cümlədən, iqtisadiyyatın zəifləməsi göstərilir. Daxili baza rın zəifliyi və digər tərəfdən, Bakının, Dərbəndin, Şama xının, Qubanın sürətli inkişafı Şabranın sıradan çıxması ilə nəticələnib. Bu şəhərlər inkişaf edəndən sonra, dünya bazarında ipəyin və qızılın əyarını ölçmək üçün məhək daşı, o cümlədən, boyaq bitkisi ilə məşhur olan Şabranın xarici bazarlarla əlaqəsi kəsilib. Təbii ki, zaman-zaman Şabrana olan hücumlar da öz təsirini göstərirdi. Şəhərə hücumlar əhalinin başqa yerlərə köçməsi ilə nəticələnirdi.
99
TARİXİ-NADİR XVIII əsrin ortalarında isə əhalinin azalma prosesi daha da sürətlənib. Bu azalmaya gətirib-çıxaran hadisələrdən biri də 1710-cu ildə Car və Tala kəndlərində yaşayan əha linin üsyanı olub. Üsyançılar Şəkini və Şamaxını ələ ke çirmişdilər. Səfəvilər isə onlara qarşı qoşun göndərmişdi. Bundan istifadə edən bəzi qüvvələr Şabranda şiələrin ha kimiyyətinə son qoymaq məqsədilə əhaliyə divan tuturdu lar. Şabranın geriləməsində rol oynayan hücumlardan biri də Nadir şah Əfşarın adı ilə bağlıdır. Onun hakimiyyəti illərində bu zonanı qardaşı İbrahim idarə edirdi. İbrahim öldürüldükdən sonra, Nadir şah qardaşının qisasını almaq üçün bu məkana qoşun çəkir və qırğınlar törədir. Şabra nın süqutu mənbələrdə də aydın ifadə olunub. Alman səy yahı Lerxin qeydlərindən köhnə Şabranın dağıldığına və xarabazarlığı xatırlatdığına dair məlumatlar var. Mənbə lərdə 1796-cı ildə Şabranın 96 kəndi və burada 1196 evin olduğu bildirilir. Artıq burada Şabran mahal mərkəzi kimi xatırlanır. XIX əsrin əvvəllərində isə yalnız çay adı kimi qeyd olunur.
ŞABR ANIN RƏMZİ – «ÇIR AQQALA» Şabranın rəmzi sayılan Çıraqqala Azərbaycanın ən qədim tarixi mədəniyyət abidələrindən biridir. Qala rayo nun 20-25 kilometrliyində, Çanaqqaya adlanan sıldırım qayanın zirvəsində qərar tutub. Çıraqqala adının yaran ması da maraqlıdır. Qalanın yerləşdiyi sıldırım qayaya el arasında “Çıraqqaya” deyilir. Tədqiqatçıların fikrincə, hələ
100
Son olaraq qeyd edək ki, Şabran şəhərinin adının bərpası bu ərazidə arxe oloji tədqiqatları davam etdirmək zərurətini ortaya çı xarır. Təbii ki, qədim paytaxtımızla bağlı öyrənilmə yənlər öyrənilənlərdən qat-qat çoxdur. Tədqiqatçılar Şabranla bağlı Şərq və Avropa mənbələrində araş dırma aparmağı da vacib sayırlar. Xatirladaq ki, Mil li Məclisin 2010-cu il aprel ayının 2-də keçirilən icla sında Dəvəçinin adı dəyişdirilərək Şabran adlandırılıb. Yazıda şəhər haqqında aparılmış tədqiqatları və onun nəticələrini diqqətinizə çatdırmağa çalışmışıq. Bu işdə bizə 1983-1993 və 2002-2003-cü illərdə Şabran da aparılan arxeoloji tədqiqatların iştirakçısı və rəhbəri olan tarix elmləri namizədi Fatma Abbasova yardım edib.
qala-sədd tikilməmişdən öncə, keşikçilər bu qayanın ba şında tonqal qalamaqla düşmənin gəlişi barədə xəbər ve rərmişlər. Görünür, elə bu məqsədlə həmin qayanın üzə rində qala tikilib. V-VI əsrlərdə Sasanilər dövründə tikildiyi və XVIII əsrədək istifadə edildiyi ehtimal olunan qaladan bizə yalnız bir bürc yadigar qalıb. Onu da qeyd edək ki, tədqiqatçılar Çıraqqalanı müda fiəxarakterli tikili kimi qiymətləndirirlər. Mənbələrə görə, bura Gilgilçay səddinin baş qarovulxanası imiş. Silindir vari bürclərlə möhkəmləndirilmiş qala divarları qapalı qu ruluşa malikdir. Qayanın zirvəsində qala divarlarına biti şik baş bürc yerləşir. Ümumilikdə, qala 12 bürcdən ibarət olub. Çıraqqalanın ən əsas vəzifəsi düşmən ordularının gəlişi, öndəki qalalardan gələn xəbərləri digər döyüş mən təqələrinə çatdırmaqdan ibarət olub. Çıraqqala, əsasən, Dərbənd qalasından tüstü ilə verilən məlumatı qəbul edib digər qalalara ötürürmüş. Bundan əlavə, qalanın dənizə və digər yerlərə gizli yeraltı yolları varmış. Onu da qeyd edək ki, bu məkan təkcə qalası ilə deyil, həm də mədə-bağırsaq, öd yolu, qaraciyər xəstəliklərinin müalicəsi üçün nəzərdə tutulmuş “Qalaaltı” sanatoriyası ilə də məşhurdur. Bu ərazidə 27 sentyabr 2006-cı ildə Azərbaycan Res publikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə «Çı raqqala» Tarix-Memarlıq Qoruğu da yaradılıb. İLKIN
101
reklam
İKİNCİ BİRİNCİLƏR
Y
unanıstan və Danimarka şahzadəsi Marinanın 1934-cü ildə keçirilən toy mərasimi dövrün ən yaddaqalan şənliyi kimi tarixə düşmüşdür. Toy məclisi çox dəbdəbəli və möhtəşəm keçmiş di. Bu barədə, hətta əks-cəbhədə dayanan siyasi dairə lər belə illərlə ağızdolusu danışmışdılar. Toydan ən çox bəhrələnən isə ingilislər olmuşdular. Çünki bu xoş gündə Böyük Britaniya Krallığının şahzadəsi Yelizavetaya öz sə adətini tapmaq nəsib olmuşdu. Xarici görünüşü və intellekti ilə məclisdə hamının se vimlisinə çevrilən Yunanıstan və Danimarka şahzadəsi Filipp gəlinin əmisi oğlu imiş. Filipp gələcək kraliçaya ya xınlaşıb onu rəqsə dəvət etməsəydi, yəqin ki, hamı kimi o da əynində hərbi mundir olan bu ucaboy və yaraşıqlı şah zadənin təsirinə düşəcəkdi... Bu zaman Filippin 13, Yeliza vetanın isə 9 yaşı var imiş. Gənclər 2 il sonra - 1937-ci ildə yenə qarşılaşmışdılar. Növbəti, 1939-cu ildə Datrmutsda Kral Hərbi Dəniz Kolle
102
cindəki görüşdə isə 18 yaşlı Flipp və 13 yaşlı Yelizaveta hisslərini daha gizlətməmişdilər. Ailə dostlarının dediyinə görə, gənclər həmin vaxtdan məktublaşmağa başlamışdı lılar. 1946-cı ildə məsələni gizli saxlamağa lüzum bilmə yən Flipp, kraldan qızını istədi və elə həmin il gənclər giz lincə nişanlandılar. Nişan barəsində ictimaiyyətə yalnız bir il sonra - 9 iyul 1947-ci ildə məlumat verilmişdi. Taxt-tacım sənə qurban... Sən demə, kral qızı ilə evlənməyin də öz çətinlikləri var imiş. Xüsusilə də, ingilis şahzadəsi ilə. Britaniya monarx lığının mühafizəkar adətləri ilk olaraq, Filippin keçmişini darmadağın etmişdi. Filipp özünün bütün rütbə və dərəcə lərindən, hətta Yunanıstan və Danimarka şahzadəliyindən imtina etdi. Əsil-nəcabətinin əsrlərlə ibadət etdiyi yunan ortadoksluğundan anqlikanizm inancına keçdi. Hətta so yadından da imtina edib, ingilisəsilli anasının Battenberq soyadını qəbul etdi və əlahəzrət şahzadə, sadəcə, ley
tenant Filipp Maunbattene çevrildi. Amma gənc Filipp də az bilmirdi, əmin idi ki, rütbəsiz və ad-sansız həyat çox sürməyəcək. O yanılmamışdı. Həqiqətən, həmin il noyab rın 26-da Vestministr abbatlığında baş tutan toyda Kral VI Georq kürəkənini Edinburq hersoqu, Meriones qrafı və Qrinviç baronu zadəgan rütbələri ilə təltif etdi. Artıq 50-ci illərin əvvəllərində isə keçmiş leytenant - Böyük Britaniya, Avstraliya, Yeni Zelandiya ordularının generalı rütbələrinə sahib idi. Kraliça ilə izdivacdan isə Filippin 4 övladı var:
Uels şahzadəsi Çarlz, şahzadə Anna, York hersoqu şah zadə Endrü və Uesseks qrafı Eddvard. Balkanlardan başlanan yol Filipp Maunbatten 1 yaşında olarkən ailəsi İngiltərə yə köçmək məcburiyyətində qalmışdı. Atası - Yunanıstan şahzadəsi Andrey siyasi səbəblərdən Britaniyaya gəlmə yə məcbur olmuşdu. Filippin anası isə rus çarlarının nəs lindən idi. Əsil-nəcabətinə baxmayaraq, Filipp Almaniya
103
İKİNCİ BİRİNCİLƏR və Şotlanidyada alman yəhudilərinin sıradan olan orta məktəbində təhsil almışdı. Daha sonra Datrmusda Kral Hərbi Dəniz Kollecinə daxil olmuş, II Dünya müharibəsin də isə hərbi təyyarəçi qismində Britaniyanın şərəfini qoru muşdu. Müharibədən sonra isə Filippin başı daha çox ailə məsələlərinə qarışmışdı. Krallığın ekstravaqant kişısi Bu gün Filipp Britaniyada Birləşmiş Krallığın birinci ki şisidir. Amma Filipp bu üstünlüyünü heç vaxt hiss etdirmir. Rəsmi görüşlərdə, demək olar ki, iştirak etmir, kraliçanın yanında yalnız ziyafətlərdə gözə dəyir. Butün bunlar o demək deyil ki, Birləşmiş Krallığın birinci kişisi ictimai iş lərdən tamamilə təcrid olunub. Əsla! Qeyd edək ki, o, 1991-96-ci illərdə “Ümumdünya vəhşi təbiətin qorunması fondu”nun prezidenti olmuşdu. Bundan əlavə, indinin özündə də bir sıra ictimai təşki latlar və xeyriyyə cəmiyyətlərinin işlərində fəal iştirak edir. Filipp dünyada media qarşısına ən az çıxan monarxiya nümayəndələrindən biri kimi tanınır. İndiyədək bir dəfə də olsa ətraflı müsahibə verməyib. Qəzetlərə yol tapan fi kirləri isə ya yazılı bəyanatları, ya da təsadüfi qarşılaşma zamanı zarafatyana dediyi söz və ifadələridir. Qəribədir ki, kraliçanın ərinin media ilə hər təması ciddi sensassiya kimi həftələrlə gündəmdən düşmür. Məsələn, 2002-ci ildə zarafat xatirinə terror hadisəsi zamanı partlayışın təsirin dən kor olmuş bir oğlana lağ etməsi, geniş ictimaiyyətdə
104
birmənalı qarşılanmadı. 2008-ci ildə isə bəyan etmişdi ki, “Britaniyanın fahişəliklə müqayisədə turizmə daha az eh tiyacı var”. Məhz bu amillərə görə ingilislər onu kral ailə sinin ən ekstravaqant üzvü hesab edirlər. Fərqlilik onun fəaliyyətində də hiss edilir. Məsələn, Edinburq hersoqu, həyat yoldaşı mühafizəkar kraliça II Yelizavetadan daha liberal dünyagörüşlü olması ilə fərqlənir. Onun bir fərd ola raq atdığı addımlar da həmişə orijinallığı ilə seçilir. Məsə lən, hersoq Maunbatten Britaniya kral ailəsindən Rusiya nı ziyarət edən ilk zadəgan kimi tarixə düşmüşdü. Onun 1973-cü ildə SSRİ-yə qapalı səfəri uzun müddət müxtəlif aspektlərdən müzakirə mövzusu olmuşdu. Hətta Filippin nənəsinin rus çarının nəvəsi olmasını əsas gətirən bəzi qəzetlər bu səfərə “Ana yurda dönüş” kimi sərlövhələr ver məkdən də çəkinməmişdilər. Bu gün Şahzadə Filipp ömrünün ahıl çağlarını yaşa yır. İyunun 10-da 90 yaşı tamam olacaq. Özünün azsaylı bəyanatlarının birində dediyi kimi çox xoşbəxtdir. Kraliça nı həm təbəəsi, həm də həyat yoldaşı olaraq dəlicəsinə sevir. Ailə dostları da təsdiq etmişlər ki, həqiqətən də Fi lipp bu sözlərinin səmimiliyinə əmindilər. Deyilənə görə, şahzadə Diana məsələsini çıxmaq şərti ilə, 1947-ci ildən bu yana hersoq və kraliçanın bir dəfə də olsun, ciddi mü bahisələri düşməyib. Bəhruz HEYDƏRİ
105
AXI DÜNYA FIRLANIR...
T San-Fransisko
əsəvvür edin, doğum gününüz dəbdəbəli şəkil də qeyd ounur, amma sizi bu tədbirə dəvət et məyiblər! Bu mümkündürmü? Ola bilər! Və yaxud, səhər yuxudan oyanırsınız, Devid və Viktoriya Bekhemlər səhər yeməyini birbaşa sizin yataq otağınıza gətirir və şirin Lənkəran ləhcəsi ilə cənabınız ilə salamlaşırlar! Sizcə, bu mümkündür? Mərc gələrəm ki, hə, mümkündür! Lakin kimsə desə, illah da iddia etsə ki, nə vaxtsa San-Fransiskonun küçələrindən tramvay qeybə çəkiləcək... Bax, bu, ağlabatan deyil! Ola bilməz! Çünki San-Fransiskonu TRAMVAYsız təsəvvür etmək mümkün deyil! Hər halda, mən belə düşünürəm, Azər Qərib! Hollywood bestsellerləri Minlərlə təhlükəli cinayətkar bir-birinin başı üzərindən hoppanaraq cəld maşınlarına minib polisdən qaçır... yüz lərlə qoçaq polis işçisi onları tutmaq üçün enişdə olan tramvaydan tullanaraq dələduzları təqib edir... Neçə-neçə sevgili bir-birlərini həsrətdolu baxışlarla sü
106
107
AXI DÜNYA FIRLANIR...
108
zür... Sakit okeanın sahilində sevgililər şirin-şirin öpüşür... Bütün bunlar Hollywood kino sənayesinin səhnələrindən xırda səhnələrin illüstrasiyasıdır. Məhz Hollywood-un qüd rəti sayəsində San-Fransisko bütün dünyada məşhurluq qazanmış, şəhərə şan-şöhrət gətirmiş və turistlərin ürə yində Qərb sahilinin bu xəzinəsinə baş çəkmək arzusunu yaratmışdır. San-Fransisko həm də tramvaylar şəhəridir, burda tramvaylar həddən artıq çoxdur! Bu şəhər, yaşından və mənşəyindən asılı olmayaraq, sakinlərinin tramvaylara olan xüsusi sevgisi ilə seçilir. Biz bakılılara bu cür sevgi, təbii ki, bir az qeyri-adi görünürdü. San-Fransiskonun şə hər rəhbərliyi dünyada olan bütün köhnə, yararsız, ömrü başa çatmış tramvayları satın alır və onları bərpa edərək şəhər marşrutuna buraxır. Məhz bu səbəbdəndir ki, sahilə çıxarkən adam cürbəcür tramvayları görüb lap mat qalır. Müxtəlif rənglərdə, müxtəlif modellərdə, müxtəlif ölçülər də dəmir relslərin üzərində şütüyən bu kiçik vaqonların yaşı da müxtəlifdir. Öz tramvaylarını amansızcasına ləğv edən ölkədən gəlib-gəlmədiklərindən asılı olmayaraq, turistlərin əksə riyyəti bu tramvaylarda əyləşmir. Onlar filmlərdən məşhur olan “keybl-kar” adlanan tramvaylara əyləşərək, özlərini Hollywood ulduzu hesab etmək uçun şəhərin mərkəzinə can atırlar. Lakin tramvaya minməklə ulduza çevrilmədik lərini dərk etdikdən sonra, nostalji hisslərə qapılıb, bir za manlar yaşadıqları şəhərdəki bu nəqliyyat növü ilə şəhəri eninə-uzununa gəzdiklərinin xiffətini çəkirlər. Yadıma lap uşaqlığım düşdü... Trolleybusla məktəbə gedəndə onun ayaq yerindən sallanmaq mənə ayrı ləzzət verərdi. Külək düz, üzümə vurardu, portfelim irəlidən gə lən hava axınına davam gətirməyib, rəqsdəki piruet kimi fırlanardı.. Mən nə qədər də xoşbəxt idim. Çünki həyat çox gözəl idi... Keybl-karlarla səyahət Şəhər başdan-ayağa keybl-karlarla ikiyə bölünüb – bu, şəhərdə yeganə rəsmi ictimai nəqliyyat vasitəsidir, tram vay hərəkətdə olan zaman qapıları örtülmür və pillələrin də duraraq ətrafı seyr edə-edə səyahət etməyin ayrı ləz zəti olur. Belə səyahət əvvəllər də olub, bu gün də var – tramvay dağlara üz tutur və ona bərkidilmiş möhkəm kəndirlə aşa ğı düşür. Kəndir fasiləsiz olaraq işləyir və marşrutu aşa ğı-yuxarı hərəkətə gətirir, xüsusi vaqonaparan linglər isə ya bu kəndirə ilişib-qalır, ya da ki açılır. Açıldısa dayanır, yalnız əyləci basmaq qalır. Sonra yenidən metal kəndirə
109
AXI DÜNYA FIRLANIR... birləşdirilir və hərəkət davam edir. Bu, çətin, fiziki güc tələb edən işdir. Axırıncı dayana caqda tramvayı karuselə döndərmək, sonra isə hər daya nacaqda köhnəlmiş linglərlə işləmək lazımdır – bütün bu proses insanın əllə gördüyü əziyyətli bir işdir. Ona görə də sürücülər bir birini tez-tez dəyişir. Cüssəli zəncinin özü ilə içində termos olan çantanı sürüyərək tələsmədən, astaasta tramvay istiqamətində yorğun və tərləmiş həmkarı nı əvəz etməyə getməsi San-Fransiskoda ən yaddaqalan səhnələrdən biridir! Amma San-Fransiskoda tərləməyin özü də asan mə sələ deyil. Əgər həyat sizi vaqon maşinisti olmağa vadar etməyibsə, onda siz bu şəhərdə, çətin ki, tərləyəsiniz. San-Fransisko çox nadir iqlimə malikdir. Yay fəslində burada hava fantastik dərəcədə rahatdır, rahat nəfəs alır san. İstidir, amma qızmar deyil, sərin meh var, lakin rü tubətdən tərləmirsən – belə yerdə insan yalnız və yalnız yaşamaq istəyir! Ümumiyyətlə, qəribə şeydir bu sevgi hissi, çox qəribə! San-Fransiskoya olan sevgi isə ələlxüsus! Qəfil ehtiras eyforiyası səni bürüyəndə, hisslərini şüurlu şəkildə analiz etmək üçün vaxt tapanda... fərziyyələr okeanında itib-ba tırsan. Sevdiyim Londonda, zindeyi-zəhləm getdiyi şəhri-Pa risdən fərqli olaraq San-Fransiskoda qədim və gözəl me marlıq abidələri yoxdur. Əfsuslar ki, nə Romanın minillik əzəməti, nə Madridin ehtiraslı sevgisi, nə də Vyananın aristokratik incəliyi var San-Fransiskoda. Fəqət, San-Fransisko yaşadığı harmoniyası ilə adamı valeh edərək, özünü dərhal istənilən kəsə sevdirə, mən deyərdim ki, sırıya bilir. Burada hər şey harmonikdir – müasir memarlıq, insanlar, təbiət... Əgər şəhərlər arasında bohema olsaydı, bəlağətsiz San-Fransisko onların içərisində əməlli-başlı ağalıq edər di. Onun sakinlərinin gözəl və zərif olduğuna rəğmən, özü də çox əzəmətli və olduqca qəşəngdir! Tale onlara bu şəhərdə yaşamağı qismət edib və burada həyat təpələr dən enən dolanbac yolları xatırladan serpantinə bənzəyir. Güllər və bitkilər işıqlara bürünmüş evləri əhatəsinə alır və bu evlərdə yaşayan insanlar yollarla qonşuluqdan əsla əziyyət çəkmirlər. Avtomobillər saatda 10-15 km sürətlə hərəkət edir, sürücülər şəhərin gözəlliyi qarşısında hey ran olmuş şəkildə ətrafdakı sükutu seyr edirlər. Burada maşınların siqnal səsini, demək olar ki, eşitmək mümkün deyil. Azər QƏRİB
110
P.S. Çingiz Sadıqovun yaşadığı şəhər Bülbülü, Rəşid Behbudovu, Müslüm Maqomayevi və digər korifeylərimizi mü şayiət edən, Azərbaycan estradasının canlı əfsanəsi, üzərində öz adı və fami liyasının venzeli olan əsa ilə, açıq-rəngli pencəkdə və tünd-rəngli şalvarda, bar mağında gözəl üzüklə San-Fransiskoda gəzişən həmyerlimiz Çingiz Sadıqovu kə nardan seyr etdikdə anlayırsan: O şəhərə, şəhər də Ona yaraşır! Hörmətəlayiq San-Fransisko mənim yaddaşımda məhz bu cür qalacaq.
111
TƏBİƏT AŞİQLƏRİ
canda bitən bu gülə dünyanın heç bir yerində rast gəlmək mümkün deyil. Deyilənə görə, bu gül yalnız Şuşada bitir. Lakin onun Laçın, Gədəbəy, Xızı dağlarında da bitdiyini söyləyənlər az deyil. “Xarıbülbül Vətənimiz Azərbaycanın, Qarabağın, Şuşanın diri rəmzidir”, - desək, yanılmarıq. İlk öncə bu gül haqqında eşitdiyim əfsanələri sizlərlə bölüşmək istəyirəm. Xarıbülbül əfsanələrdə
Elmi təsnifatı
Bitkilər aləmi: Şöbə: Örtülütoxumlular Sinif: Birləpəlilər Yarımsinif: Liliid Sıra: Kiçiktoxumlular Fəsilə: Səhləbkimilər Cins: Səhləb Növ: Qafqaz qaş səhləbi Latınca adı: Orchis caucasica
Vətənimin seyrinə çağırıram elləri, Sərvət görmək istəyən Azərbaycana gəlsin! Cənnət görmək istəyən Azərbaycana gəlsin! Süleyman Rüstəm
M
ən isə əlavə edərdim ki, milli sərvətimiz olan Xarıbülbülü görmək istəyən də Azərbayca na gəlsin. Bəli, kökü kəsilməkdə olan, nadir bir inci - xarıbülbül gülünü görmək istəyən olarsa, mütləq Azərbaycana gəlməlidir. Yalnız Azərbay
112
Biri varmış, biri yoxmuş, bir dənə bülbül varmış. Bu bülbül bir gülə aşiq olubmuş. O, gülü sevir, başına dolanır, onun üçün cəh-cəh vurur və onu qoruyurmuş. Günlərin bir günündə bir arı gülü görür və onun şirəsini dadmaq is təyir. Həmin an bülbül arının gülə doğru uçduğunu görüb, sinəsini qabağa verərək, tez arının qarşısını kəsir. Onlar havada toqquşur və arı bülbülü sancır. Lakin bülbül ölmür, onun sevgisi və cəsarəti bülbülü, sancdığı arıyla birlikdə başqa bir gülə – Xarıbülbülə döndərir. Başqa bir əfsanədə isə deyilir ki, Qarabağ xanı öz qı zını İran şahına ərə veribmiş. Xan qızı İranda darıxır, sıxı lır və şah onun ürəyini açmaq üçün sarayda “Vətən bağı” salınmasını əmr edir. Bağ salınır və Qarabağda bitən bü tün güllər, bitkilər gətizdirilib, bu bağda əkilir. Bu bitkilərin hamısı kök vurub, gül açır, bircə Xarıbülbül yad torpaqda bitmir, saralıb-solur və məhv olur. Xanın qızı bundan daha çox məyus olaraq, uzun müddət özünə gəlmir... Xarıbülbülün digər adı da var – Qafqaz qaş səhləbi. O, toxumla çoxalan çoxillik bitkidir. Xarıbülbül Orxideyalay (lat.- Orchidaceae ) fəsiləsinə, Ofris (lat.-Ophrys) cinsinə aiddir. Ofris cinsinin 50-dən çox növü var və bunların bir
çoxu Azərbaycanın müxtəlif bölgələrində və ümumiyyət lə, Qafqaz və Zaqafqaziya ərazisində mövcuddur. Türki yə, Yunanıstan, Krım və başqa yerlərdə bitən bəzi növləri də var. Xarıbülbül adlandırdığımız bitki latınca – Ophrys Cau casica və ya Ophrys Mammosa adlanır, lakin Ofris cinsinə aid olan və Azərbaycanda bitən bütün növlərə el arasında Xarıbülbül deyilir. Ophrys – yunanmənşəli sözdür, mənası “qaş” deməkdir. Alimlər bu adı bitkiyə verməklə məcazi mənada bu gülün digərlərinə üstdən-aşağı “baxmasına” eyham etmişlər. Ofrislər haqqında Səhləb fəsiləsinin bir çox nümayəndələri kimi, ofrislər də kök toxumasında müştərək surətdə yaşayan və bitki yə lazım olan simbiotik göbələklərdən asılıdır. Məhz bu səbəbdən, bu bitkiləri başqa yerdə əkmək olmur – on lar məhv olur. Ofrislərin tozlanması zarqanadlı cücülərin (eşşəkarısı və başqaları) köməyi ilə baş verir və onların çiçəkləri həmin cücülərin formasını və görünüşünü tək rarlayaraq, onları özünə cəlb edir. Ofrislərin çiçəkləri şirə ixrac eləmir, ətri isə demək olar ki yoxdur. Lakin bəzi növ lərinin çiçəkləri müəyyən növ cücülərin dişi fərdlərinə xas olan və erkək fərdləri cəlb edən feromonun iyinə oxşar ətir qoxuya bilər. Təbii ki, cücüləri ofrislərin xüsusi görünüşü ilə bərabər, bu qoxu da cəlb edir. Bu görünüşə və bəzən də qoxuya maraq göstərən həşərat, bir güldən digərinə uçur və beləliklə, tozlanma prosesi baş verir. Göbələk lərdən və müəyyən növ cücülərdən asılı olması ofrisləri ətraf mühitin dəyişilməsinə çox həssas edir. Buna görə də onlar nadir bitkilər hesab olunur. Ofrislər dövlət tərəfin dən qorunur. Xarıbülbül (Ophrys caucasica) və ofrislərin bir çox başqa növləri isə, hətta “Qırmızı kitab”da qeydə alınmışdır. Bəli, Xarıbülbül yoxolma təhlükəsi altındadır. Əziz oxu cular, bu səbəbdən də həmin gülü haradasa görsəniz, xahiş edirəm, onu dərməyin. Yaxınlarınıza aparıb-göstər mək istəsəniz isə, yaxşısı budur, onun şəklini çəkib aparın ki, bu gözəl güllər məhv olmasın, daim bizim gözümüzü oxşasın və bizdən sonrakı nəsillər də onları canlı görə bil sinlər. Vətənimizin canlı incilərinə sahib çixmaq üçün ən azından, onlar haqqında bilgiyə sahib olaraq, qorumağa çalışaq.
113
TƏBİƏT AŞİQLƏRİ
Q
ara dənizin sahilində - Sevastopol şəhərində 1986-cı ildə yeni tibb müəssisəsi fəaliyyətə başlayır. İnsanlar əvvəlcə bu müəssisəyə adi sanatoriyalardan biri kimi yanaşsalar da, sonradan buraya “Volqa” və “Çayka”lar axışmağa başla yır. Çox keçmir ki, tibb müəssisəsinin yaradıcısı Lüdmila Lukina efirdə sovet zəhmətkeşlərinə yeni müalicə meto dunu nümayiş etdirir. Xanım Lukina və məsləkdaşlarının insanları delfinlərlə müalicə etmələri əsl sensassiyaya sə bəb olur. Delfinoterapiyanın “qızıl qayda”sı Bu gün delfinlə terapiya müasir tibbin ayrılmaz parça sına çevrilib. Xüsusilə də əqli inkişafdan geri qalan 2-13 yaş arası uşaqlar və nevroloji xəstəliklərdən əziyyət çə kən insanlar üçün delfin terapiyası əvəzolunmaz hesab edilir. Müalicənin qaydaları çox sadədir, müalicə olunmaq istəyən şəxs həkimin məsləhətinə uyğun olaraq müxtəlif çalışmaları yerinə yetirməli və ən əsası, prosesin davam
114
lılığına xələl gətirməməlidir. Delfinoterapiyanın “qızıl qay da”sı isə prosesə müalicə kimi yox, əyləncə kimi yanaş maqdan ibarətdir. 20 ildən artıq müddətdə tətbiq edilən bu qızıl qaydanı, demək olar ki, pozan insana rast gəlin məyib, çünki delfinlə 1 hovuzu paylaşmaq sözün əsl mə nasında əyləncədir. Delfinlərin üstünlüyü Yaradılış baxımından delfinlərin digər heyvanlardan bəzi fərqliliyini və üstünlüyünü hiss etmək çətin deyil. “Di gər heyvan” sözünü təsadüfən işlətmədik, çünki delfinlər balıq yox, məməli heyvanlardır. Onlar da quruda yaşa yan heyvanlar kimi diri bala doğurlar. Hamiləlik müddəti yaş dövründən və bədən ölçülərindən asılı olaraq 10–18 ay arasında dəyişir. Dişi delfinlər, adətən, uzunluğu 5060 santimetrə çatan bala doğur və çox həssaslıqla onun qayğısına qalırlar. Delfinin südü yağlılıq baxımından ça mış südündən keyfiyyətli hesab edilir. Doğulduğu saniyə dən normal üzə bilən bala məhz bu zəngin qidanın sayə
sində 2-3 həftə ərzində anası qədər mahir və sürətli bir üzgüçüyə çevrilir. Amma delfinlər gec böyüyür və cəmi 20-30 ilə qədər yaşayırlar. 6-8 ay ana südü ilə qidalan malarına baxmayaraq, artıq 2-3-cü aylarından balalar da anaları kimi menülərinə balıq, molyusk və xərçəngkimiləri daxil etməyə başlayır. Delfinlər inkişaf etmiş səs siqnali zə və bu siqnalları qəbuletmə sistemlərinə malikdir. Onlar ucadan, qırıq-qırıq, şaqqıltılı, fit səsinə oxşar ultrasəslər çıxarır və balıqlara toxunub-qayıdan bu siqnalları tutmaq la ovlarını tapır. Delfinlər bu qabiliyyətlərindən həm də çə tin vəziyyətə düşdükləri zaman istifadə edirlər. Sürüdən birinə bədbəxtlik üz verdikdə, başqa delfinlər onun hə yəcan siqnallarını eşidən kimi köməyə gəlir. Ümumilikdə, delfinlər arasında ailə bağları çox güclüdür. Bütün sürü körpələrin qayğısına qalır. Onlar, demək olar ki, heç vaxt dava etmir. Delfinlərdən biri öləndə isə bütün sürü onun ətrafına toplaşaraq, ucadan fit verir və daha sonra bütün yaşlı delfinlər onu burunları üzərinə qaldırıb sahilə gətirir və torpağın üzərinə qoyurlar.
Suda nəfəs almır Yuxarıda artıq qeyd etdik ki, delfinlər balıqlar kimi su içində nəfəs alıb-verə bilmir. Bu səbəbdən, nəfəs almaq üçün nizamlı şəkildə suyun səthinə çıxırlar. Başlarının üstündə hava alıb-vermələrini təmin edən bir dəlik var; heyvan suya baş vuranda bu dəlik bir qapaq tərəfindən avtomatik bağlanır və bu sayədə içəri su keçməsinin qar şısı alınır. Su səthinə çıxdıqda isə qapaq yenə avtomatik açılır. Delfinlər elm adamlarını təəccübləndirəcək qədər sürətlə üzür. Onun dərisi üzərində aparılan tədqiqatlar nə ticəsində səbəb aydın olub. Sən demə, delfinin üç qatdan ibarət dərisi suyun təzyiqini əlavə sürətə çevirən qeyri-adi mexanizm formasında imiş. Delfinlərin ağızlarındakı dim diyəbənzər çıxıntı sayəsində isə suyu daha yaxşı yarır və az enerji sərf edərək daha sürətlə üzür. Təsadüfi deyil ki, müasir gəmilərin burunlarında da analoji funksiya daşıyan oxşar çıxıntı var. Bəhruz HEYDƏRİ
Beyni işləyir Delfinlərin üstün bir yaradılış olmalarının digər göstəri cisi onların tənəffüs sistemləri ilə bağlıdır. Delfində nəfəs almaq insanlar və ya digər quruda yaşayan məməlilərdə olduğu kimi bir refleks deyil, iradəli hərəkətdir. Yəni biz yeriməyə necə qərar veririksə, delfinlər də nəfəs alma ğa qərar verir. Bu, heyvanın suda yatarkən boğularaq-öl məməsi üçün görülmüş təbii tədbirdir. Fransalı professor Betty Mamane sübut edib ki, delfin yatanda beyninin sağ və sol yarımkürələrini on beş dəqiqə fasilə ilə işlədir. Bir yarımkürə yatarkən, digər yarımkürə nəzarət edərək hey vanın suyun səthinə çıxmasını təmin edir.
Əfsanəyə görə, Yunis Peyğəmbər səbirsizliyi uc batından qövmünü tərk edərək özünü dəryaya atır və onu nəhəng delfin udur (“Yunis Allahın izni olma dan qövmünü tərk edib getdiyinə görə, özünü qına yaraq dənizə atılarkən balıq onu udmuşdu” – “Saf fat” surəsi, 142-ci ayə). Amma balığın qarnında Yu nis səhvini anlayır və “Pərvərdigara! Səndən başqa heç bir Tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam, əmrinə qarşı çıxaraq özümə zülm eləmişəm” (“Ənbiya” su rəsi, 87-ci ayə), - deyib dua etmişdi. Rəvayətə görə, bununla da ALL AH Yunisi bağışlayır, onu udan balı ğı da mükafatlandırır.
115
DEYİLƏNƏ GÖRƏ...
ЯYИLMЯЗ
VИCDANIН
NЯHЯНЭ HEYKЯЛИ 116
N
əhəng, heyrətamiz heykəllərə baxdıqda, insan maraq və təəccübünü gizlədə bilmir. Bir çox dünya ölkələrində bacarıqlı əllər sahibi olan istedadlı və mahir ustalar tə rəfindən məharətlə hazırlanmış belə heykəllərə rast gəlmək mümkündür. Bu heykəlləri gördükdə, insanda onların kim tərəfindən və necə hazırlanması haqqın da məlumat əldə etmək istəyi yaranır. Əziz oxucular, məhz bu istək və maraqdan çıxış edərək, sizi həmin möhtəşəm heykəllərin bir neçəsi ilə tanış etmək qə rarına gəldik.
onunla məşhurdur ki, onun qranit dağlıq süxurlarında ABŞ-ın dörd prezidentinin nəhəng heykəl-portreti (ba relyefi) oyulmuşdur: Corc Vaşinqton, Tomas Ceferson, Teodor Ruzvelt və Avraam Linkoln. Hər simanın hündür lüyü 18 metrə yaxındır, heykəllərin ümumilikdə eni isə 122 metrdir. Fiqurların yaradılması 1927-ci ildən 1941-ci ilə qədər davam etmişdir. Heykəltəraş Qatzon Borqlum və onun 400 nəfər köməkçisindən ibarət komandası qayanı dinamitlə partladaraq, orada iri başlar oyublar, sonra isə simalara lazımi formanı vermək üçün onları qələm və çə kiclə yonub, gördüyünüz heykəli hazırlamışlar.
Raşmor dağı
ABŞ-ın milli abidəsi sayılan Raşmor dağı Cənubi Da kota ştatında yerləşən möhtəşəm qranit qayadır. Bu dağ
117
DEYİLƏNƏ GÖRƏ... “Qəzəbli at” memorialı
Raşmor dağlarından, təxminən, 15 km cənub-qərbdə “Qə zəbli at” memorialı yerləşir. Dünyada tanınmış bu memorial hin duların əfsanəvi başçısı qəzəbli ata həsr olunub və bütöv bir qa yada oyulub. Bu nəhəng abidənin inşası polşaəsilli heykəltəraş Korçak Zyulkovski tərəfindən 1948-ci ildə başlanılıb. 1982-ci ildə bu məşhur heykəlin yaradıcısı öz möhtəşəm ideyasını mən tiqi sonluqla bitirməmiş dünyasını dəyişdikdən sonra, onun hə yat yoldaşı və uşaqları başlanmış işi davam etdirməyə çalışdılar. Təəssüf ki, heykəl hələ tam hazır deyil, Korçak Zyulkovskinın ailəsi tərəfindən hazırlanması davam edən heykəlin hələ ki yal nız atlının siması olan hissəsi hazırdır. Heykəlin hazır formasının eni 195, hündürlüyü isə 172 metr olacağı planlaşdırılıb.
Buddanın Bamiyandakı heykəli
Əvvəllər Əfqanıstan buddanın Kabuldan 200 km.-dən az məsafədə şi mal-qərbində yerləşən Bamiyan vadisindəki iki nəhəng heykəlin vətəni idi. Onlar, təxminən, yarım min il əvvəl ən qumlu təpələrdə oyulub, hündürlüyü müvafiq olaraq 55 və 37 metr idi. Lakin hər iki fiqur 2001-ci ildə talibanlar tərəfindən vəhşicəsinə dağıdılıb. Onlar hesab edirdilər ki, bu heykəllər büt pərəst səcdəgahıdır və onları dağıtmaq zəruridir.
Daşlıq dağ
Amerika daha bir əfsanəvi qranit oy ma işinin – Corciyada yerləşən daşlıq dağın vətənidir. Bu, konfederasiyanın üç liderinin barelyef heykəlidir: prezi dent Ceferson Devis, general Robert Edvard Li və Tomas Cekson. Qra nit heykəlin hündürlüyü 58, eni isə 93 metrdir.
118
Böyük budda
Hələ I əsrdə Çinin Siçuan əyalətində ucaldılan “Böyük budda”nın heykəli budda məbədinin daha parlaq nailiyyə tidir. Oturmuş budda VIII əsrdə dağın döşündən kəsilib, onun hündürlüyü 71, eni isə 28 metrə çatır. Onun ayağın dakı ən balaca barmağı bir adamdan çox böyükdür və bu heykəltəraşlıq işinin nəhəng ölçülərini təsəvvür etməyə imkan verir.
Deçebalın heykəli
Qayada oyulmuş ən hündür heykəl Avropada yerləşən Dakiya çarı De çebalın (eramızın 86 – 106-cı illəri) heykəlidir. Bu qaya işi Rumıniyanın Or sova şəhəri yaxınlığında, Dunay çayının sahilində yerləşir. 40 metr hündür lüyü olan heykəl möhtəşəmliyi ilə göz oxşayır.
Hizədəki “Böyük sfinks”
Dünyanın ən qədim və məşhur hey kəli Hizədəki “Böyük sfinks” hesab olu nur. Güman edilir ki, sfinks İsanın do ğulmasından, təxminən, 2500 il əvvəl əhəngdaşından oyulub. Bütün dünya da tanınan insanbaşlı uzanmış şirbə dənli heykəlin hündürlüyü 20, eni isə 73,5 m.-dir. Bu heykəltəraşlıq işi çox saylı sirr və əfsanələrlə zəngindir.
119
DEYİLƏNƏ GÖRƏ...
Abu-Simbel
Abu-Simbel, üzərində iki məşhur qədim Misir ehramı oyulmuş qayadır və Misirin cənub hissəsində yerləşir. Eh ramlar, təxminən, e. ə. XIII əsrdə əhəngli qayalarda oyu lub. 60-cı illərdə Abu-Simbeldəki ehramlar Asuan bəndi nin inşası ilə bağlı olaraq səliqə ilə kəsilmiş və başqa yerə aparılmışdır. Hər biri 20 metr hündürlüyündə olan II Ram zesin 4 heykəli ehramın girişini bəzəyir.
Petra şəhəri
Petra şəhəri indiki İordaniyanın ərazisində, Arava də rəsində – ətrafdan 660 metr yüksəklikdə yerləşir. Şəhərin 2000-dən 4000-ə qədər yaşının olması güman edilir, bu haqda hətta İncildə də qeyd olunur. Bu sirli yer isveçrəli Lyüdviq Burqxart tərəfindən aşkar edilib. Hazırda Petrada bu günə qədər yaxşı halda qalmış saray, ehram, məqbə rə, antik teatr və digər çoxsaylı tikili və daşdan yonulmuş abidələr aşkar olunub.
Atatürk
Hal-hazırda Türkiyənin İzmir şəhərində uzaq məsa fədən çox vahiməli görünən Atatürkün nəhəng büstü in şa edilir. Lakin heykəl tamamilə dağlardan kəsilməmişdir – o, xüsusi hündürlükdə bərkidilən ayrı-ayrı hissələrdən hazırlanır.
120
121
DEYİLƏNƏ GÖRƏ...
1001 XIRDAVAT
Qarışqalar yenidən təəccübləndirdi
Diş haqqında bilmədikləriniz
İnsan bədəninin ən möhkəm hissəsi diş hesab olunur. Dünyanın ən bahalı dişi 4650 dollara satılıb. Bu dişi 1727-ci ildə zəngin bir aristokrat satın alıb, üzük halqasına saldıraraq barmağında gəzdirib. Məşhur İsaak Nyutonun ölümündən bir gün sonra baş verən bu alış-veriş zamanı satılan həmin diş məhz alimin idi. Qədim Romada dişləri sidik ifrazatı ilə təmizlə yirdilər. Diş fırçası qismində ilk dəfə ucu haçalan mış çubuqlardan istifadə edilib. İlk diş məcunu - “Dr. Shefield’s Creme Dentifrice” 1892-ci ildə istehsal olunub. Təkcə Amerikada ildə 53 000 000 litr diş məcunu satılır. Bu isə 30 Olimpiya hovuzunu doldu ra biləcək suyun həcminə bərabərdir. Yeri gəlmişkən, “süd dişi” deyimini ilk dəfə Hip pokrat söyləyib. O, əmin idi ki, körpənin ilk dişləri süd vasitəsilə formalaşır. ABŞ-ın Rod-İsland ştatında qanuni olaraq, şənbə günləri mağazalarda diş fırçası satmaq qadağandır.
Yer kürəsi təhlükədə?!
Fransalı zooloqlar qarışqalar üzərində maraqlı təc rübə aparıblar. Onlar meşədə qarışqa yuvasına ya nan şam atıblar. Bu zaman bütün qarışqalar oda tərəf atılıb, onun üstünə tüpürüblər. Bir neçə qarış qa odda yansa da, digərləri onları əvəz edib. Təx minən, 1 dəqiqə davam edən “döyüş”də qarışqalar odu söndürə bilib. Bir neçə həftədən sonra təcrübə təkrarlanıb. Bu zaman mütəxəssislər maraqlı ha disənin şahidi olublar. Qarışqalar daha ehtiyatlı və mütəşəkkil hərəkət edib, alovu 45 saniyə ərzində söndürüblər. İkinci təcrübə zamanı bir qarışqa be lə məhv olmayıb. Hesab edilir ki, heyvanlar əvvəlki təcrübədən “nəticə çıxarıblar!”.
Yer kürəsinə 6,96 min müxtəlif kosmik obyekt yaxınlaşır. Onlardan planetimiz üçün ən təhlükəlisi hektometr asteroidləridir. Həmin asteroidlərin sayı 6,07 minə çatır. Onların 964-ü potensial təhlükəlidir. Bu barədə Rusiya Elmlər Akademiyası (REA) Astronomiya İnstitutunun direktoru Boris Şustovun “Roskosmos”a təqdim etdiyi məru zəsində bildirilir. Məruzəyə görə, Yer kürəsi istiqamətində 84 komet və uzunluğu 1 kilometr olan 806 asteroid hə rəkət edir. Asteroidlərin 146-sı planetimiz üçün təhlükəli ola bilər. Şərti olaraq təhlükəli hesab edilən asteroidlərin sayı isə 75-dir. Bəşəriyyətin real təhlükə qarşısında olduğunu anlayan bir sıra ölkələrdə - ABŞ-da və Rusiyada həmin kosmik obyektləri tədqiq etmək məqsədi ilə kosmik missiyalar hazırlanılır.
122
Dünyanın ən ağıllı insanları Kim Unq Yonq - 1962-ci ildə Koreyada doğulub. O, dünyanın ən ağıllı insanı kimi Ginnesin re kordlar kitabına düşüb. 4 yaşında ali məktəbə qəbul olunan koreyalı gənc 15 yaşında Kolorado univer sitetində müdafiə edib. 6 yaşına qədər fizika fakültəsində qonaq ki mi dərslərə qatılıb. 7 yaşında NA SA tərəfindən ABŞ-a dəvət edilib. 1978-ci ildə - 16 yaşında Koreyaya qayıdaraq yerli universitetlərin bi rində dərs deməyə başlayıb.
Kleopatra Stratan adlı 3 yaş lı moldovalı qızcığaz ifa etdiyi hər mahnıya görə, 1200 dollar qazanır. O, bu günə qədər uğurlu albom çı xaran ən gənc ifaçıdır. Uşağın re kordları bununla bitmir. Kleopatra kütlə qarşısında canlı konsert ve rən, ən çox qazanan, MTV müka fatı alan, ölkənin ən hit mahnısının müəllifi olan ilk uşaqdır.
Akrit Jasval - Hindistanlı uşaq Yer kürəsinin ağıllıları sırasındadır. Dünya onunla ilk dəfə 2007-ci ildə, 7 yaşında olarkən evində həyata keçirdiyi cərra hiyyə əməliyyatı sayəsində tanış olub. O, əlləri yanan və barmaqları bitişənlər üzərində qızıl əməliyyat edib. Hətta id dia edilir ki, Akrit 12 yaşında uşaq xər çənginin müalicəsini tapmağa yaxın laşıb. Hazırda universitetdə təhsil alan A.Jasval Hindistanın ən gənc tələbəsi dir.
Ucuz noutbuk almaq istəyirsən?
Hind tədqiqatçıları qiyməti 35 dollar olan dünyanın ən ucuz noutbukunu hazırlayıblar. İstehsalçılar bununla kifayətlənməyəcəklərini vəd ediblər. Onlar 2011-ci ildə noutbukun dəyərini 20 dollaradək endirməyi planlaşdırır lar. Gələcəkdə isə yekun qiymətin 10 dollar olacağı gözlənilir. Dəyərinin ucuz olmasına baxmayaraq, yeni İPad adi kompüterin bütün funksiyalarını özündə cəmləşdirir. Planşet kompüter tipli bu noutbuk sensor displey və internetdə işləmək üçün zəruri olan proqram paketi, o cümlədən, Linux ilə təmin edilib. Onun əməliyyat yaddaşını artırmaq da mümkündür. “Bu yığcam noutbuk, ilk növbədə, bahalı kompüter almağa imkanı olmayan tələbələr üçün nəzərdə tutulub” – Hindistanın insan resurslarının inkişafı üzrə naziri Kapil Sibal belə açıqlama verib. Onun sözlərinə görə, ucuz noutbukun kütləvi istehsalı barədə dünyanın qabaqcıl kompüter şirkətləri ilə artıq danışıqlara başlanılıb.
123
DEYİLƏNƏ GÖRƏ... İnsan bədənində möcüzələr daşıyır
Bədəninizin 30 dəqiqədə əldə etdiyi temperaturla 2 litr suyu qaynatmaq olar. Hər bir ayağınızda, təxminən, 1 trilyon bakteriya var. Sarışınların əsmərlərdən daha çox saç telləri var. Orta hesabla bir yuxu 2-3 saniyə sürür. Qidanın ağızdan mədəyə düşməsi 7 saniyə çəkir. Mədə turşuluğunuz bir ülgücü əridə biləcək qüv vəyə sahibdir. Bir addım atmaq üçün 200 əzələnizdən istifadə edirsiniz. Alimlərin hesablamalarına görə, İQ-nüz nə qədər yüksəkdirsə, bir o qədər çox yuxu görürsünüz.
Yaxın gələcəkdə donorlara ehtiyac qalmayacaq
Daxili orqanlarda (ürək, ağ ciyər, böyrəklər, qaraciyər və s.) yaranmış ciddi xəstəliklərdən əziyyət çəkən və do nor axtarışında olanlara müjdə! Yaxın gələcəkdə insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün or qan və ya toxumaların transplantasiyasına ehtiyac qalmayacaq. Alimlər insan orqanlarının donor olmadan yenisi ilə əvəz edilməsi və ya bərpası üçün yeni texnologiyaların yaradılması üzərində işlər aparırlar. Gələcəkdə sifariş əsasında orqan “çap edəcək” qurğu “3D-bioprinter” adını alacaq. Bu sahədə ilk uğurlar isə artıq əldə olunub. Ötən həftələrdə “Organovo” şirkəti insan toxumalarının kiçik baza hissəsini (misal üçün, qan damarlarını) “is tehsal” etməyə qabil olan ilk printerin tədqiqatlar üçün nəzərdə tutulmuş prototipini təqdim edib. Şirkətin bəyana tında qurğunun kommersiya versiyalarının bazara 2011-ci ildə çıxarılacağı deyilir. Mütəxəssislərin sözlərinə görə, bütöv bir orqanın “isteh salı” üçün müəyyən vaxt tələb olunur. Orqan mürəkkəb sis temdə birləşmiş bir neçə müxtəlif toxumalardan təşkil edilib. Qurğu hələ ki eynicinsli toxumaları istehsal edə bilir. Şirkətdə artıq yaxın gələcəkdə süni dəri “çap edən” tex nologiya da yaratmağı planlaşdırırlar. Bu, dəri xəstəlikləri və ya yanıqdan əziyyət çəkənlərin müalicəsini asanlaşdırmış olacaq. “Organovo”dan bildirirlər ki, üçölçülü bioloji çap tex nologiyasının köməyi ilə gələcəkdə orqanları çox asanlıqla yaratmaq mümkün olacaq. Burada printerlərin istehsalından sonra ikinci aktual problemlərdən biri də çap prosesini ida rə etmək üçün proqram təminatının yaradılmasıdır. Bundan əlavə, planlaşdırılan toxuma və ya orqanı çapdan öncə mo delləşdirəcək xüsusi mühəndis proqramı da hazırlanmalıdır. Bu işlərin uğurla həyata keçirilməsi üçün yaradılan orqan və toxumaların onilliklər ərzində fəsadsız fəaliyyət göstərməsi üçün onlar öz təbii analoqlarından fərqlənməməlidir. Alimlər həm keyfiyyətli, həm də tez bir vaxtda orqan “çap” etmək qabiliyyətinə malik olan qurğunun, təxminən, 2025-2030-cu illərdə meydana çıxacağını bildirirlər. Nərmin NÖQTƏ
124
VENİ! VİDİ! VİÇİ!
126
РАСИМИН САРЫ СИМИ «Ad insanı yox, insan adı ucaldir», - deyirlər. «Rasim» adı Azərbaycanda adi adlardan biri olsa da, foto sənətin də bu ad artıq peşəkarlıq standartı kimi qəbul olunur. «Fo to Rasimindir» imzası həm də bir növ onun hüquqi adına çevrilib. Fotoşəklə kiçik yaşlarından həvəs göstərən Rasim bu sahədə ilk mükafatını “Pionerskaya pravda” qəzetinin elan etdiyi “Həyətimizin uşaqları” müsabiqəsində əldə edib. Təsəvvür edin: bütün SSRİ üzrə yalnız 100 foto bəyəni lib, onların sırasında azərbaycanlı məktəbli Rasim də var. Balaca Rasim qaliblər sırasında məşhur “Artek” düşər gəsində 40 gün qalır və burada aparılan maarifləndirici, elmi, mədəni, sağlamlıq-istirahət tədbirlərindən lazımınca bəhrələnir. Enerjili bir oğlan olasan, əlində də fotoaparat və bütün bu tədbirlərə göz yumasan – bu, mümkün olan şey deyil. Görün, fotoçəkiliş həvəsi Rasimin taleyini necə dəyi şir: o, valideynlərinin təkidi ilə Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olunur. Amma II kursdan qaçır... Mosk vaya, oradan da Tallinə gedir. Burada operator kursu nun qiyabi şöbəsinə daxil olandan sonra Bakıya qayıdır. 1981-ci ildən “Azteleredio” Şirkətində çalışır, işləyə-işləyə operatorluq kursunu bitirir. Keçən əsrin 90-cı illəri onun Azərbaycanda ən oxu naqlı qəzetlərdən olan “Ədəbiyyat və in cəsənət”də foto və illüstrasiya şöbəsində müdir işlədiyi illər kimi yadda qalıb. “Döv «Yaxşı sənətkar müştərisiz və sifa lət” qəzetinin, eyni zamanda, parlament rişsiz qalmır. Çatışmayan yeganə məf müxbiri olmaq imkanı da bu dövrdə ona hum - əlahəzrət vaxtdır. Əgər haradasa nəsib olub. vaxt satıldığını bilsəydim, məmnuniy Biz bu təvazökar insanın mükafatların yətlə alardım», - deyir Rasim. dan, şəninə deyilmış (deyilən) təriflərdən yazmırıq, çünki o bunu istəmir. Deyir ki, əlimdə çərçivə tutub başımın üzərinə qal dırırdım ki, çəkəcəyim şəklin bədii dəyərini əvvəlcədən öyrənim. Şəhərin ortasında, tələbələrim də ətrafımda... Mənə baxıb qəribəliyimə təəccüblənirdilər. Bax, bu anı mənim üçün heç bir mükafat əvəz edə bil məz! Əziz oxucular, foto həvəskarları! Ustad sənətkar Ra sim Sadıqovun bir neçə fotosunu sizlərə təqdim edirik. Mətbuatda “S.Rasim ” imzası ilə şəkil görsəniz, bilin ki, bizim qəhrəmanımızdır! Ş.NƏZƏRLİ
127
VENİ! VİDİ! VİÇİ!
Veni! Vidi! Vici! DİQQƏT! FOTOMÜSABİQƏ! “DİSCOVERY AZERBAİJAN” JURNALI FOTOMÜSABİQƏ ELAN EDİR! Çəkmək və çəkilmək istəyən hər kəsin nəzərinə! “DİSCOVERY AZERBAİJAN” jurnalı obyektivini işlədə bilənlər üçün əla imkan yaradır. Necə? Çox sadə! MÜSABİQƏNİN ADI: Veni! Vidi! Vici! MÖVZU: SƏRBƏST İŞTİR AK EDƏ BİLƏR: 17 yaşdan yuxarı hər kəs! MÜDDƏTİ: Müsabiqə 6 ay ərzində aparılır. Hər bir müəllif ay ərzində 3-dən artıq fotoşəkil göndərə bilməz. Müsabiqənin sonunda qaliblər təyin olunaraq mükafatlan dırılacaqlar. MÜK AFATL AR: I yer - “Canon” Mark II EOS 5D fotokamerası; II yer - xarici ölkəyə pulsuz səfər; III yer - 300 manat pul mükafatı. SENZUR A: Milli, dini, irqi ayrı-seçkilik; siyasi qərəz; əxlaq normalarını aşmaq - YOLVERİLMƏZDİR. Şəkillər elektron variantda jurnalın elektron ünvanına təqdim edilməlidir. Eyni za manda, müsabiqəyə gələrkən cap variantı da gətirilməlidir. E-mail: office@discoveryazerbaijan.az Daha ətraflı məlumatı www. discoveryazerbaijcan.az saytından əldə etmək olar. ÜNVAN: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev, ev - 97. “Discovery Azerbaijan” jurnalının redaksiyası. Tel:(+994 012) 5308791 ELƏ İSƏ BAŞL ADIQ ÇƏKMƏYƏ!
128