Əziz oxucu! Adəti üzrə, təqvimdə bir günün digəri ilə əvəz lənməsinə baxmayaraq, qədəm basdığımız hər təzə ildən nəsə yenilik gözləyirik. Nə qədər qəri bə görünsə də, bəşər övladının bu təbii istəyinin nədən və niyə baş verdiyini sualsız qarşılayırıq. Bir də ki, əslində, belə də olmalıdır! İl yenilənirsə, deməli, yeni ildə hər hansısa yeniliyə imza atmaq lazımdır. Hər bir fərd üçün bu imza onların özləri kimi müxtəlifdir... Həmfikir olaraq müxtəlif fərdlərin bir ideya ət rafında yaratdığı yeni bir imza bizim üçün “Disco very Azerbaijan” jurnalı oldu! Yeni, 2011-ci ildə! Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin təşəbbüsü ilə 2011-ci ilin Turizm ili elan olunmasının jurnalımızın qayəsi ilə üstüstə düşməsi isə fəaliyyətimizə güclü bir tə kan verdi. “Discovery Azerbaijan” ölkəmizi ecazkar tu rizm diyarı kimi tanıtmaqla bərabər, həm də əhatə olunduğumuz aləmin yenidən KƏŞFini ehtiva edir. Ölkəmizdə sosial, ictimai, bir sözlə, həyatımızın bütün sahələrində dinamik inkişa fın hökm sürdüyü bir zamanda, qarşımızda hər addımbaşı KƏŞF olunası bir ümman açılır. Yaratdığına həm də yaratmaq, qurmaq ba carığı bəxş edən Yaradan, onun daim irəli getməsi üçün heç nəyini əsirgəməyib. İbtidai insandan başlayaraq, indiki formasına qədər insan axtarışda və inkişafdadır. Kim deyir ki, hazırkı inkişaf nöqtəsi son həddir? İnsan bu cür kodlaşdırılıb: inkişafa doğru - İRƏLİ! Biz də əhatə olunduğumuz dünyamızın bir üzvü kimi, bu inkişafdan geri qalmayan, hətta müxtəlif məqamlarda öndə gedən Vətənimizin gözəlliklərini, xalqımızın nailiyyətlərini oxucu nun sevəcəyi bir tərzdə qələmə almağa çalış dıq. Vərəqlədiyiniz bu nömrə bizim ilk sayı mızdır. Zənnimcə, AZƏRBAYCANLI olması ilə daim fəxr edən yaradıcı kollektivin zəhmə ti, ən azından, təqdirəlayiqdir. Vətənpərvərlik və fədakarlığın vəhdətindən əmələ gələn bu çap məhsulunun hakimi isə, təbii ki, Sizsiniz, dəyərli oxucu! Heç kəs qüsurdan xali deyil, o cümlədən, bizim məhsulumuz da... Bu məntiq lə də elə Sizin dəstəyiniz və əməli köməyiniz sayəsində inkişafa və yeniliyə doğru addımaddım irəliləməyə can atacağıq... birlikdə!!! Hörmətlə, Cavanşir Feyziyev, Baş redaktor
1
YANVAR 2011 Təsisçi və baş redaktor Cavanşir Feyziyev Direktor Şakir Eminbəyli Baş redaktorun müavini Gülnar Məsimli Marketinq və reklam direktoru Aygün Əzimova Müxbirlər Şirməmməd Nəzərli Bəhruz Heydəri Osman Vəliyev Korrektor Rəna Həsrətova Dizayner Emil Camalov Fotoqraf Dadaş Adna Texniki direktor Namiq Ələkbərov Ünvanımız Azərbaycan,Bakı şəhəri, İzmir küçəsi - 1 indeks:1014-5175 Tel./Fax: 530 87 91 office@discoveryazerbaijan.az www.discoveryazerbaijan.az CBS mətbəəsində çap edilib. Qiyməti: 3 manat Tiraj: 5000
2
MÜND ƏRİC AT Baş redaktordan..............................1 VƏTƏNİMİN SEYRiNƏ... Daşlar xatirlayir... susur.............................4 QONAĞIMIZ Pasport sayı on, tourist № one.............................................14 MƏN-zərrə 162 metr! Yes! Ginnes!..............................22 ELM DÜNYASI Lütfi Zadənin varisi....................................26 ADAMA GƏZMƏK QALIR «Paxıllıq ondur, doqquzu...»......................28 «Discovery»: Antiqua necə yerdir? Azər Qərib: Ən-ti-qə!!!...............................36 Bəhram Bağırzadə: Dama-dama göl olar..................................44 SORAĞINDAYAM Varmı Oqtayın tayı?...................................52 TARİXƏ NƏZƏR Xeyir verən oğlan......................................58
ÇƏRÇİVƏYƏ MƏHKUM OLUNMUŞLAR Çərçivədə..................................................64
4
YER KÜRƏSİ Əfqanıstan, yoxsa Afqaniya?!....................70 İNCƏ SƏNƏT Ustad.........................................................78 Evimizə gəlincik gəlir.................................80 CAN SAĞLIĞI 3 valideyndən 1 embrion ..........................84 AXI DÜNYA FIRLANIR... Sinqapurda «…özünü ölmüş bil!».................................90 PSİXOLOQLA SƏYAHƏT Özünü inandir!...........................................94
14
DOSTLUQ Dağlarda görüş..........................................100 DAŞ-QAŞ Süleymana qalmayan… daş.....................110 TƏBİƏTİSEVƏNLƏR «Limçay», yoxsa «limandra» ....................114 Şəfalı sancı................................................116 MARAQ DÜNYAMIZ İMAX..........................................................120
28
Mayya təqviminə əsasən...........................121 BƏŞƏR NATİQLƏRİ.................................122
3
VƏTƏNİMİN SEYRiNƏ SEYRİNƏ...
4
ДАШЛАР ХАТЫРЛАЙЫР...
СУСУР... B
ralar indi İçərişəhər olub, əvvəllər isə, u sadəcə, şəhər idi; üç tərəfdən qala divarlar ı, dərin xəndəklərlə əhatə olu nan, sahilləri dəniz sular ı ilə yuyulan şəhər...
faktlara əsaslansaq deyə bilərik ki, bu cür şəhər-qa lalar 6 ay mühasirəyə davam gətirə bilirmiş. Ərzaq, su ehtiyatlarının olması, yaşayışın mövcudluğu mü hasirəyə davam gətirməyə kömək edirdi. Mühasirəyə alanların vəziyyəti isə əksinə, çox ağır olur udu; su, ərzaq məhdudluğu, döyüş ruhunun saxlanma zər uri Dünyada hər tərəf i üçqat qala divarları ilə əhatə liyi, gözlənilməz gec ə hücumlarının xofu - qala müda edilən cəmi üç şəhər olub - Bakı, Dərbənd və Pakis fiəçilərinin reydləri nətic əsində insan itkisi - gündəlik tanın Moxenc o-Daro şəhəri. düşərgə həyatını dözülməz edir, həmçinin, antisanitar Bu yazıda qədim Bakıdan, onun qur uluşundan, şəraitdə yaşamaq məcburiyyətində olan böyük bir or özəlliklərindən bəhs edəc əyik. duda mütəmadi baş qaldıran müxtəlif xəstəlik və epi Qur uluş etibarilə amf iteatrı xatırladan Bakı, şə demiyalar düşmən düşərgəsindəki vəziyyəti daha da hərin ən yüksək nöqtəsi olan Şirvanşahlar Sarayın kəskinləşdirirdi. Bu səbəbdən, düşmən hiylə, satqın dan başlayaraq, ləpədöyənə qədər uzanırdı. Yel lıq, gözlənilməz hücumdan istifadə edərək, qala-şə kənli dəniz gəmiləri üçün limana yan almaq imka hərləri tez zəbt etməyə çalışırdı. Eyni zamanda, mü nı yaradan iki möhtəşəm dalğaqıran dənizə doğr u hasirə bir müharibə üsulu olaraq, daimi taktika kimi uzaqlaşaraq gözdən itirdi. Birinci qala divarlarının istifadə olunmurdu. Şəhər-qalanın işğal olunmasının kilidlənən darvazaları var idi; bu darvazalar birin qeyri-mümkünlüyünü anlayan işğalçılar qalanı tutmaq ci və ikinci qala qapıları arasında arakəsmə rolu fikrindən müvəqqəti vaz keçsələr də, geri dönüşdə oynayırdı. Əgər düşmən dəniz tərəfdən darvazanı mühasirə yolu ilə qalanı zəbt edəc əklərini düşünürdü dağıdıb, yüngül gəmilərlə kanala daxil olsaydı, qa lər. Əlbəttə, şəhəri mühasirə vəziyyətində saxlamaq la müdaf iəçilərinin çarpaz atəşinə mər uz qalırdı. problemin uğurlu həlli sayılmasa da, bu qərarın özü Yer i gəlmişkən, orta əsr şəhərləri qala-şəhər prin nəməxsus taktiki və strateji səbəbləri var idi. sipi əsasında inşa edilirdi. IX-XVII əsrlərə aid tarixi
5
VƏTƏNİMİN SEYRİNƏ...
«Rəqs» edən küçələr
İçərişəhərin küç ələri ilk gör ünüşdən xaotik təsir bağışlasa da, inşa prosesi düşünülmüş bir sistemə malikdir. Bakının üçqat qala divarı ilə əhatə edilməsi, kanal və xəndəklərə malik olması ilə bərabər, həm də çox mürəkkəb qur uluşu var idi. Maraqlıdır, görəsən, memarlar şəhərin təməlini qoyarkən nə üçün düz və enli küç ələr, səkilər inşa etməyiblər ? Lazım olan evi axtararkən dar küç ələr la birintində azmaq, sonu dalanla bitən, tez-tez bur ulan küç ələr kimə lazım idi!? Axı düz xətt üzrə salınan yolları, dalanları inşa etmək daha asandır. Bu çoxsay lı dalanlar nəyə gərəkdir ? Bundan əlavə, niyə küç ə əvvəlc ə enli olduğu halda (iki faytonun keç ə biləc əyi qədər), sonradan daralmağa başlayır və gözlənilmə dən dalana dirənir ? Buranı kim və nə üçün belə inşa edib? Küç ələrin bu cür «rəqsi» kimə gərək idi? Bu qanunauyğun sualların əsaslı izahı da var. Qalanın planına nəzər salsaq, görərik ki, əvvəli enli olan küç ələr Şirvanşahlar Saray Kompleksinə doğr u daralır. Kəsişən dəqiq düzbuc aqlı küç ələr müəyyən sahələrdə istiqamət və enliliyini dəyişir. Bu nə üçün düşünülmüşdü? Əgər düşmən şəhərə qala divarla rını yararaq girsəydi, onu sağa-sola bur ulan küç ə və dalanlarda müəyyən çətinliklər gözləyirdi. Bununla da düşmənin hücum sürəti aşağı düşürdü. Digər məqsəd irəlidə gedən dəstənin əsas qruplarını bölmək idi. İrə lidə gedən dəstələr, bir qayda olaraq, ən qoç aq və təc rübəli döyüşçülərdən ibarət olurdu. Bəs irəlidə gedən
6
dəstənin «güc yumr uğu»nu nec ə məhv etmək olar ? Birincisi - hücumun tempini aşağı salmaqla; ikincisi - küç ələrin darlığından istifadə edib, hücuma keç ən dəstələri zəncirvari uzanmağa məcbur etməklə.
Dalanlar nəyə lazım idi?
Daşla doldur ulmuş çuvallar rolunu oynayan dalan larla bitən spiralvari küç ələr çaşqınlıq içərisində olan düşməni məhv etmək üçün ən əlverişli yer sayılırdı. Küç ələrin istiqamətinin müxtəlif künclərdə dəyişməsi isə at və atlı üçün çox böyük problem yaradırdı. Atı qaçırdaraq gah sola, gah da sağa döndərmək müm kün deyildi. At yortmaq məcburiyyətində qalaraq asta hərəkət edirdi və şəhər müdaf iəçiləri üçün əla hədə fə çevrilirdi. Küç ənin həndəsi qur uluşu səbəbindən, atın üzərində yüngül artilleriya silahları daşımaq be lə mümkünsüz idi. Düşmən arabada artilleriya, taran alətləri, döyüş sursatının daşınması zamanı da prob lemlə qarşılşırdı. Hərəkət marşr utunun qəf il dəyişmə si isə istiqamətin itirilməsinə səbəb olurdu. Qala müdaf iəçiləri çaşqınlıq içində başını itirən düşməni məhv etməkdə çətinlik çəkmirdilər.
Şəhər daxilində döyüş taktikası
Bir qədər də şəhərdaxili döyüşaparma strategi yası haqqında. Döyüşün iki mərhələsi mövcud idi. Birinci - yerdə, üz-üzə döyüş; ikinci - yuxarıdan, yastı damdan edilən kömək. 1, 2, 3 mərtəbəli yaşayış evlə rindən canlı hədəf i məğlub etmək çətinlik yaratmırdı.
7
VƏTƏNİMİN SEYRİNƏ... Müdaf iəçilər düşmənin başına ox və kaman, mizraq və daşlar, qaynayan neft yağdırır, di gər vasitələrdən istifadə edirdilər. Təbii ki, iki cəbhədə mübarizə aparmaq hər zaman ağır olur, üstəlik, nəfəskəsən dar məkanda nabə ləd adam üçün. Digər maraqlı xüsusiyyətlər də mövcuddur. Bəzi qədim küç ələrdə enli, birtaylı qapılara rast gəlinir. Döngədə bu qapını açan zaman piyadaların küç ə üzrə hərəkəti kəsilir. Divar və qapı arasındakı arakəsməyə girmək üçün isə çox arıq olmaq lazımdır. Və əgər belə bir qapı küç ənin o biri tərəf ində də mövcuddur sa, onda piyada hər iki tərəfdən dalana düşür və beləliklə, «siç an tələsi» qapanır.
Küləklər şəhəri
İndi də şəhərin iqlimə uyğun baş planına və sanitar normalarına keç ək. Üzü şimala doğ ru olan evlərin divarlarında çox az pənc ərə var, əksəriyyətində isə ümumiyyətlə yoxdur.
8
Bunun da məntiqəuyğun cavabı var. Xəzri küləyi sərt olduğundan, şəhərin şimal divar ları daha qalın tikilmişdi. Küç ələrin əyri salın ması da güclü küləkdən özünəməxsus mü daf iə rolunu oynayırdı. Eyni zamanda, külək küç ələri təmizləyirdi və bununla da şəhərdə sanitar normaları qor unurdu. Belə təmizlən mə, yayın cırhacır günlərində qızmar günəş dən müdaf iədə əməlli-başlı kömək edirdi. Bu küç ələrdə inşa edilən binalar da orijinaldır. Küç ələrin mürəkkəb həndəsi qur uluşu bəzən qonşu pənc ərələrə nisbətdə pənc ərələri də yişdirilən evlərin tikilməsinə şərait yaradırdı. Bu halda, qonşu evlərin bir-birinə nisbətən vizual təcridi yaranırdı. Yerli etik normalara və adət-ənənələrə riayət edilirdi. Dar küç ələr sə rinliyi yaxşı saxlayaraq, qızmar günəşin şüa ları ilə daha az qızırdı. Digər tərəfdənsə bi naların çoxluğu qonşular arasında əlaqələrin inkişafına, məhəllənin sosial mühitində daha
9
VƏTƏNİMİN SEYRİNƏ...
10
sıx əməkdaşlığına şərait yaradırdı. Hər bir məhəllənin yaradıcı və mənəvi mənşəyi məscid sayılırdı, onları elə belə də adlandırırdılar - «məhəllə məscidi». Yeri gəlmişkən, qala-şəhərdə tarixi uzaq keçmişə söykənən 9 əsas məhəllə var idi. Məhəllələrin adları orada yaşayan insanların peşələrindən götür ülmüş dü.
İçərişəhərin memarlıq inciləri
İçərişəhərin memarlıq incilərindən danışarkən, 1585-1586-cı illərdə ustalar tərəf indən inşa edi lən Şirvanşahlar Saray Kompleksinin şərq məhəl ləsi, Seyid Yəhya xanəgahı (Şirvanşahlar Saray Kompleksinin daxilində yerləşən abidə - mənşəc ə Azərbaycan türklərindən olan böyük sufi alimi Seyid Yəhya Bakuvinin yaşadığı xanəgah) memarlıq üslubu ilə xüsusi diqqət cəlb edir. Digər memarlıq nümunəsi - «Sınıqqala» məscidinin adını çəkmək olar. Qeyd edək ki, «Sınıqqala» məscidi nin (1078-1079) minarəsində «kuf i» üsulunda tikintinin başaç atma tarixi və memarın adı həkk olunub - «Us tad» adına layiq gör ülən Əbubəkrin oğlu Məhəmməd. Onu da bildirək ki, V əsrdən etibarən İçərişəhərdə qala divarları, qüllələr, donjon ən yaxşı mühəndis ba carıqları əsasında inşa olunub. Qala divarları konst ruktiv yanaşmaya əsasən hündür, qalın və mürəkkəb şəkildə qur ulurdu. Ümumiyyətlə, Şərqdə, xüsusilə də Azərbayc anda, sənətkarın əməyi, onun peşəkarlığı əhəmiyyətli şəkildə qiymətləndirilirdi. Azərbayc anda kamil, virtuoz səviyyəyə qaldırılmış hər hansı sənət əsəri haqqında Şərq anlayışı hakim idi; bu əsər istər şairin olsun, istər xəttatın, istər zərgərin, istər cildç ə kənin, istər qalayçının, istər rəssamın... Bir sözlə, us talığın sirrini bilən hər kəsin. Ona sənətkarlığın ka millik adı verilirdi - USTAD. Bu ad, bu rütbə nəinki doğma vətəndə, həm də uzaq ellərdə belə saray qa pılarını həmin şəxslərin üzünə açırdı. Təsadüf i deyil ki, hələ IX əsrdə Qərbi Avropa Şərqdən kontrforsları mənimsədi və Fransa, Almaniya, İtaliya, İspaniyada dövr ünün ən hündür binalarını təchiz etdi. Qeyd edək ki, qala divarlarında kontrfors funksi yası qala divarlarının içindən çıxan dairəvi, üçbu caq və ya kvadrat qüllələrin üzərinə düşürdü ki,
11
VƏTƏNİMİN SEYRİNƏ... baş çəkirmişlər. Cəmdək harada daha az xarab olur dusa, yaşayış məntəqəsini də orada inşa edirdilər. Qeyd edək ki, Qız Qalasının çıxıntısı olan dayaq-diva rın forması çox mürəkkəbdir. Öz inşa üslubuna görə yığc am və sadə olan qədim Misir ehramları müqayi sədə mürəkkəb üslubda inşa edilmiş möhtəşəm və qur uluşuna görə, dünyada yeganə olan Qız Qalasına açıq-aşkar uduzur. Yenə də sual yaranır: Qız Qala Sirli Qız Qalası XXI əsrdə yaşamağımıza baxmayaraq, sa sının analoqu niyə yoxdur ? Əgər dünyanın hər han də bir suala cavab tapa bilmirik: İçərişəhərin sı bir başqa ölkəsində bu cür qüllə tapsaydıq, onda şərq hissəsində qür urla dayanan və Qız Qala bir çox suallara cavab vermək mümkün olardı. Qüllə sı adlanan, dünyada analoqu olmayan bu qəri isə sanki vahidliyi ilə fəxr edir və müxtəlif zamanlarda bə tikilini kim və hansı məqsədlərlə inşa etdirib? yaşayan insanların bu tapmac anı aça bilmədiklərinə Bir çox tətqiqatçılar kontroforsun funksiyasını Qız istehza ilə gülümsəyir. Qalasının irəli çıxan hissəsinə aid edirlər və bu da şübhə doğur ur, çünki Qalanın əsas hissəsi konus Rəngli Bakı neft i formasındadır və bu da Qalanın artıq ideal sabit ti İçərişəhərdən danışarkən onun memarlıq incilə kili olduğu anlamına gəlir. Tektonik nöqteyi-nəzər rini unutmaq mümkün olmadığı kimi, qədim Bakıdan dən isə möhkəmdir və əlavə kontrforsa ehtiyac du bəhs edərkən onun neftini də unutmaq mümkün deyil. yulmur. Bünövrədə divarın qalınlığının 6, üst his Qonşu dövlətlərin göz dikdikləri Şirvanın məhsuldar sədə isə 4 metr olması Qalanın möhkəmliyindən torpaqları, Abşeronun duzu, nefti sonsuz müharibə xəbər verir. Doğr udan da konusşəkilli qüllə dalğa lərə səbəb olurdu. Neft o vaxtlar qızıl dəyərində idi. qırılması üçün ideal formadır. Təsadüf i deyil ki, kör Hərbi-strateji məqsədlərlə yanaşı, neftin gündəlik hə pülərin bünövrələrinin əksəriyyəti suyun hərəkətinə yatda rolu əvəzsiz idi. Abşeronda neftin qara, boz və istiqamətlənmiş yumr u frontal səthlər şəklindədir. ağ, eyni zamanda, müxtəlif növləri çıxarılırdı. Ağ neft Növbəti sual bu dayaq-divarın, çıxıntının nəyə görə xüsusilə dəyərli hesab olunurdu. Ağ neft təmiz şəkildə şərqə istiqamətlənməsi ilə bağlıdır. Məntiqlə, onu kü yalnız Suraxanıda çıxarılırdı. X əsrin sonlarında isə ləyin daha çox əsdiyi şimal istiqamətə yönəltməli idi Bakı Yaxın və Orta Şərq ölkələrinə neft ixrac edən lər. Qalanın yan tərəf i və kontrforsun ən zəif hissəsi strateji şəhərə çevrildi. Neft özündə xeyri və şər i bir isə külək və Xəzərdə fırtına zamanı daha da sərtləşən ləşdirirdi, hər kəs bu xəzinəyə sahib olmaq üçün açar dalğalar üçün açıqdır. Dünyada analoqu olmayan bu axtarırdı. Həmin açar isə Bakı idi. böyüklükdə bir tikilinin inşası zamanı küləyi nəzərə Tarixi, keşməkeşli hadisələrin şahidi olan bu daş almamaq mümkün idimi? Əcdadlarımızın evlər, şə hasarlı qalalar çox şeydən danışa bilərdi və onda bizə hərlər, qalalar tikəndə bütün bu amilləri nəzərə alma çox şeylər aydın olardı. malarına o qədər də inanmıram. Yaşayış məntəqələri Bilmək, xatırlamaq və sahib olduğumuz bilikləri sa salınan zaman, hətta havanın tərkibi də xüsusilə nə baha, gələc ək nəsillərə ötürmək birbaşa vəzifəmiz zərə alınırdı. Bu məlumat bizə, yaşayış məntəqələri və borcumuzdur. Yaddaşa, sadəc ə, yaddaşa sahib ol üçün yer seç ərkən, əvvəlc ə quzu cəmdəyi ilə işarə maq lazımdır... QAN yaddaşına, QƏLB yaddaşına... qoymağı tövsiyə edən orta əsr müəlliflərinin, xüsu Və... o zaman daşların susmasını anlamaq mümkün silə də Ömər Kaf iyyəddinin əsərlərindən məlumdur. dür... Belə ki, yaşayış məntəqəsi üçün yer seçməzdən əv vəl, quşların və vəhşi heyvanların əli çatmayan ye Mir Teymur, rə cəmdək atılırmış və 40 gündən sonra həmin yerə rəssam bunlar da bir sıra strateji məqsəd daşıyırdı (atəş nöqtəsini genişləndirmək, baxış-nəzarət və s.). Təbii ki, İçərişəhərin memarlıq nümunələrindən danı şarkən, formasına görə, dünyada analoqu olmayan, şəhərin şərq hissəsində məğr ur şəkildə ucalan Qız Qalasını unutmaq mümkün deyil.
12
13
QONAĞIMIZ
14
Pasport sayı on,
tourist № one
ö
lkənin “1 nömrəli turisti” Ə bülfəs Qara yev ilə müsahibə hazırlamaq üçün nə az, nə çox – düz, 18 sual hazırlamışdıq. Özü də təxminən, iki ay bundan əvvəl. İş elə gətirdi ki, görüşümüz jurnalın ilk nömrəsini mət bəəyə göndərəcəyimiz ərəfədə baş tutdu. Əbülfəs müəllimlə 1995-ci ildən başlanan səmimi münasi bətimiz sualdolu kağızı bir kənara qoymağa, mü sahibənin söhbətlə əvəzlənməsinə gətirb çıxardı. Əslində, onunla söhbəti daha sərbəst şəkildə, mə sələn, Qusarda inşa edilməkdə olan Turizm Mərkə zində aparmaq arzusunda idik... “Discovery”: Əbülfəs müəllim, gəlin elə ondan başlayaq ki, 2011-ci il ölkədə Turizm İli elan olu nub. Bu, nələri ehtiva edir ? Nazir: Düzü, bu məlumat, təxminən, iki gün əvvəl elan olunub. “Bu, nə deməkdir ?” sualına gəldikdə, de məliyəm ki, cənab Prezident turizmin inkişafına, bu sektorun önəmli olmasına çox böyük əhəmiyyət verir. Bunun üçün dövlətin bütün səylərini səfərbər eləmək lazımdır. Elə bu səbəbdən, belə bir ideya məhz cənab Prezident tərəf indən irəli sürüldü - 2011-ci il Azərbay canda Turizm İli elan olundu. Düşünürəm, bu il səya hətlərin sayına görə yox, infrastrukturun genişləndi rilməsi baxımından ən mühüm il olacaq. Çünki təkcə Bakıda beş ədəd “5 ulduz” istifadəyə veriləcək. Regi onlarda isə 50-yə qədər obyekt tikilməkdədir. Nəzərə alın ki, Azərbaycanda son illər aparılan infrastruktur
layihələri, mən yüksəksəviyyəli yeni yolların salınma sını nəzərdə tuturam, belə deməyə əsas verir ki, bu il turizm sahəsində, sözün həqiqi mənasında, böyük sıç rayış əldə etməliyik. Razılaşmaq lazımdır ki, ölkə tari xində birdən-birə turizmin inkişafına həsr edilmiş belə hadisə olmayıb... “Discovery”: Yaxınlarda Gürcüstanda səyahət də idim. Doğrusu, orada elə də böyük infrastruktur dəyişikliyi gözümə dəymədi. Tək bir məqam cəlbe dici idi – qiymətlər. Sizcə, bu cəhətdən gürcülərlə və yaxud onlar bizimlə nə dərəcədə rəqabət apara bilərlər ? Nazir: Biz infrastruktur baxımından nəinki qonşular dan, həm də regionda hamıdan güclü olmağa hazırıq. Əslində, güclüyük də! İntəhası, xidmətlərin müxtəlifli yindən tutmuş, servisin keyf iyyətinin yüksək səviyyə də olması, ən əsası, münasib qiymət siyasətinin tətbiq olunması ən mühüm məsələlərdən biri və başlıcasıdır. Hazırda söylədiyim bu amillər bir problem olaraq qa lır. Turizm haqqında cənab Prezident tərəf indən təsdiq olunmuş “Turizmin inkişafı ilə əlaqədar Dövlət Proqra mı” var. Biz qanunvericilikdən tutmuş, işin qurulmasına kimi bütün məslələrin həll olunması üçün əlimizdən gələn hər şeyi edirik. Turizm şirkətləri ilə otellər arasın da münasibətlərin qurulması, tellərin möhkəmləndiril məsi isə başlıca məqamlardan biridir! İndiyədək həmin münasibətlər çox zəif idi. Bu gün mən iclas keçirmişəm. Orada bütün məsələləri bir daha gündəmə gətirdik. Vacib məqamlardan danışdıq. İşini yüksək səviyyədə
15
QONAĞIMIZ
quran “Park İNN” otelini nümunə gətirə bilərəm. Otelin 200-yə yaxın şirkət ilə korporativ müqaviləsi var. Bu çox gözəl göstəricidir. Onlar sistemi formalaşdırıblar. Bunun sayəsində isə camaat korporativ qiymətlərlə daha əlverişli, sərfəli qiymətlər əldə edir. “Discovery”: Həqiqətən, qiymət məsələsi çox önəmli bir amildir. Sizcə, bu proses nə qədər vaxt aparacaq? Nazir: Bilirsiniz, turizm sahəsində yüksək xidmət və münasib qiymətlər yalnız bu xidməti göstərən müəs sisələrin sayı çoxalacağı təqdirdə baş verəcək. Yerlər artdıqca, otellər çoxaldıqca, rəqabət başlayacaq. Əsl rəqabət! Əhəmiyyətli məqamlardan biri də ölkə daxi lində istirahət edən vətəndaşlarımıza turizm şirkətlə rinə üz tutmalarını tövsiyə edərdim. Çünki bayaq qeyd etdiyim kimi, vətəndaşın otellərdən alacağı qiymət ilə, turizm şirkətlərindən alacağı qiymət arasında hissolu nacaq fərq var. Əgər vətəndaş özü filan oteldə filan qiy mətə otaq götürürsə, deməli, eyni otağı, eyni istirahəti turizm şirkətindən daha ucuz qiymətə ala bilər! Həm cibinə qənaət olunur, həm də proqramlı istirahət edir sən. Özünüz müqayisə edin, turist təşkilatı sənə gündə
16
neçə dəfə yemək təklif edir. Gündüz mənalı səyahətə, məsələn, bir kənddən-o birisinə atla səyahət edirsən, axşamüstü səni hansısa tarixi-memarlıq abidəsinin zi yarəti gözləyir. Daha sonra hansısa əyləncəli yarış təş kil olunur, səfalı yerləri gəzmək təklif edilir, konsertə dəvət gəlir... Siyahını, daha doğrusu, üstünlükləri nə qədər istəsən uzatmaq mümkündür. Nazirlik olaraq biz özəl şirkətlərin işinə müdaxilə et mirik, yalnız tövsiyə xarakterli məsləhətlər verə bilərik. Bazar iqtisadiyyatının qayda-qanunu belədir... “Discovery”: Hər bir naziri, şərti olaraq, başçı lıq etdiyi sahənin birinci adamı adlandırırlar. Bu qeyri-rəsmi qayda ilə Siz ölkənin Baş turisti sa yılırsınız. Uçuş vaxtı havada olduğunuz saatları, günləri, çətin ki, hər-hansısa aviaşirkət və yaxud aviaşirkət dəqiq rəqəmlərlə ifadə edə bilsin. O za man, zəhmət olmasa, bir az yüngül və rahat suala cavab verməyə çalışın: yalnız nazir işlədiyiniz il lərdə neçə dəfə xarici pasport dəyişmisiniz? Nazir: Maraqlı sualdır. Mənim Sovet dövründən bu günə qədər 10 pasportum olub. Nazir olmazdan əvvəl də çox ölkələrə uçurdum, xarici şirkətlərlə əlaqələr qu
rur, biznes işləri aparırdım. Təbii ki, 10 pasportumun olması da təəccüblü deyil. Bu da təbiidir ki, indiyədək gəzdiyim ölkələrin adlarını və sayını bilməkdən ötrü həmin pasportlar sübut üçün yeganə əşyayi-dəlildir. Haşiyə: Söhbətimiz nazirin iş otağındakı televizo run fonunda davam edir, televizorda isə son günlər Tu nisdə baş verən hadisələr nümayiş etdirilirdi. İstər-is təməz Əbülfəs Qarayevin özünün də unutduğu Tunis səfərini ona xatırlatmağın əsl məqamı idi. “Discovery”: Tunisdə də olmusunuz... Nazir: Bəli, 1987-ci ildə. “Discovery”: Daha dəqiq, 1987-ci ilin 9 iyununda. Nazir: Bunu hardan bilirsiniz? “Discovery”: Nümayəndə heyətindəki dostları mızdan biri söyləyib (Rauf Zeyni – red.). Nərima nov Rayon Partiya Komitəsində - təşkilat şöbəsinin müdiri vəzifəsində - 1987-ci ilin 9 iyununda qrup rəhbəri kimi, Tunis aeroportunda sizin başçılıq et diyiniz qrupu qarşılamalı olan SSRİ səf irliyinin nü mayəndəsi 4 saat gecikib... O məmura “Biz qara olmasaydıq, sən vaxtında gələrdin!” – deyib, bü tün qrup üzvlərini heyrətə salmısız. Bunu deyəndə fikirləşmirdiz ki, axırı yaxşı olmaz?! Necə də olma sa, Siz o məmurdan aşağı ranqda idiniz... Nazir: Belə bir hadisə olub. Başçılıq etdiyim qru pun Tunisə səfəri də, Azərbaycan nümayəndə heyə tinin bu ölkəyə ilk səyahəti idi. Biz müsəlman ölkəsi idik, müsəlman ölkəsinə də gəlmişdik. Anlaşılmazlıq oldu, mən də etirazımıbildirim. Söylədim ki, əgər baş qa respublikanın nümayəndələri olsaydı, yəqin ki, belə hərəkət etməzdiniz. Düzdür, mən də ranqlı sayılırdım, amma həmin məmur məndən də yüksək vəzifəyə və nüfuza malik idi. Bilirsiniz, sıravi turist qrupu rəhbəri nin üzərinə bir sıra vəzifələr düşür. Qrup üzvlərinin yer ləşdirilməsi, işlərin təşkili, həmin ölkənin maraqlarına və proqrama riayət edilməsi və bir çox başqa məsə lələrə görə məsuliyyət daşıyır. Başıma belə bir hadisə gəlib. 1976-cı il idi. “İnturist”də işləyəndə, belə bir fakt olmuşdu. Tələbə idim. Tətil zamanı “İnturist” mehman xanasında, “İnturist” şirkətində həm tərcüməçi, eyni zamanda da “gid-bələdçi” işləyirdim. Müxtəlif qrupları qarşılayır, onları müşayiət edirdim. Həmin ildə Polşa dan gələn çox mühüm, həm də 40 nəfərlik böyük bir qrupu qarşıladıq. Onları Azərbaycanın görməli, səfalı
yerlərini gəzdirdik, tanıtdırdıq. Qeyd edim ki, qrup özü çox peşəkar idi. Nəhayət, gəldik Dəmir Yolu Vağzalına. Onları Tiflisə yola salmaq lazım idi. Əvvəllər, qayda lara görə, turistlər Qafqaza gəldikləri zaman 3-4 gün Azərbaycanda qalardılar buradan isə digər respublika lara gedərdilər. Vağzalda gözləmədiyimiz bir hadisə ilə üzləşdik. O vaxtlar bir yerə iki bilet satmaq “ənənəsi” var idi. Bizim də başımıza bu hadisə gəldi. Qrup üzv ləri arasında həyəcan olsa da, onların rəhbəri və mən panikaya yol vermədik. Cavan tələbə olsam da, təbii ki, vəziyyətdən çıxış yolu tapdım. Üstündən illər keçsə də, bu əhvalat xatirimdədir. Xatırlatmaqda məqsədim isə - qrup rəhbərinin peşəkarlığı, atdığı addımlar, üzə rinə düşən məsuliyyətin öhdəsindən bacarıqla gəlmə sidir. Ümumiyyətlə, turizm sənayesi olduqca mürəkkəb sahə və məsuliyyətli işdir. Turistlər şəhərə girib-çıxana qədər turizm şirkəti onların hər bir proqramına, rahatlı ğına cavabdehdir. Turizm şirkətləri turistlərin həyatına başları ilə cavab verirlər! Turistin yatması, qidalanma sı, rahatlığı, onların çətin vəziyyətə düşməməsi – bü tün bunlar turizm şirkətinin üzərinə düşür! Sevinirəm, Azərbaycanda ictimai-siyasi vəziyyət çox sabit oldu ğundan, hüquq-mühaf izə orqanları asayişi müvəffəqiy yətlə əmin-amanlığı təmin etdiyindən, Azərbaycan tu rist ölkələri arasında ən sabit, stabil ölkə imici qazanıb. Hazırda Azərbaycan ən təhlükəsiz ölkə kimi tanınır. Bu da çox vacibdir. Bizə gələn turist bu gün axşam, hətta gecə saatlarında belə çox sakit formada rahatlıqla ge dib Qız Qalasını seyr edə bilər. Yəni, kimlərinsə ona toxunmasından onun qorxusu yoxdur! Doğrudur, hər bir ölkədə oğru da var, xuliqan da. Amma bu da danıl maz faktdır ki, Ümumdünya Turizm Təşkilatının bütün reytinqlərində Azərbaycan müsbət imiclə təmsil olunur. Bu gün Azərbaycana gələn hər bir şəxsin rahatlığı və təhlükəsizliyi təmin olunur. “Discovery”: Bu səyahətlər və səfərlər haqqın da nə vaxtsa memuar və yaxud kitab yazmaq fikri nə düşməmisiz? Nazir: Məncə, hələ tezdir. Hətta istəsəm belə, vaxt yoxdur. Amma yəqin ki, nə vaxtsa bu işlə məşğul ola cam. Hər şeyin öz zamanı var! “Discovery”: Azərbaycanın turist ölkəsi kimi cəlbediciliyini xarici telekanallarda nümayiş etdi rilən reklam çarxlarında görürük. Deməliyəm ki,
17
QONAĞIMIZ bu çox yüksək səviyyədə hazırlanmış tanıtım məh suludur. Daxildə necə, sizcə, ölkə vətəndaşlarına turizmi təbliğ etmək üçün təbliğat kampaniyasına ehtiyac varmı? Nazir: Bu bizim yaralı yerimizdir. Məncə, ölkə ka nalları özləri də bu məsələdə aktiv olmalıdırlar. Azər baycanın füsunkar təbiətini, tarixi məkanlarını mütləq təbliğ etməliyik. Axı ölkə üçün belə əhəmiyyətli məsə lələri təkcə Mədəniyyət və Turizm Nazirliyinin öhdə sinə buraxmaq da düzgün deyil. Bu baxımdan, Döv lət Televiziyası digərlərindən öndədir. Amma yenə də belə təbliğati işlərə böyük ehtiyac var. Ona görə də, “2011-ci Turizm İli” elan olunmasını xüsusi vurğulamaq istərdim. Sizin də “Discovery Azerbaijan” jurnalını nəşr etməyinizi təqdirəlayiq hesab edirəm. Özü də söz xati rinə yox! “Discovery”, həqiqətən, mühüm brenddir. Dü şünürəm, bu il ölkənin turizm sahəsində baş verəcək yenilikləri işıqlandırmaqla, cəmiyyətə yeni format təq dim edəcəksiniz ki, bu da öz növbəsində, ümumi işimi zə yalnız fayda gətirəcək. ...Mən söhbətimizin əvvəlində söylədiyim mövzu ya qayıtmaq istəyirəm. Bu gün keçirdiyim iclasa 60-a yaxın mötəbər turizm şirkətinin və nüfuzlu mehman xanaların rəhbərlərini dəvət eləmişdim. Demişəm ki, durmadan inkişaf edən iqtisadiyyatımız, tərəqqi edən cəmiyyətimiz bizə imkan verir ki, turizmi cəmiyyətin, insanların gündəlik həyatının ayrılmaz bir hissəsinə çevirək. İnsanlar dərk etməlidirlər ki, harasa səyahətə yollanmalıdırlar, nəyisə kəşf etməlidirlər. Kəşf dedikdə, insan düşdüyü istənilən məkanda, ilk növbədə, özünü kəşf edir. Dərindən düşünsək, bu, həqiqətən də belə dir. Yeni məkanda insan həmin yerə uyğun davranış qaydalarını mənimsəyir. O qaydaları ki heç vaxt ağlı na belə gəlməz; məsələn, qarşısına nəhəng bir bege mot çıxsa, fil və yaxud şirlə üz-üzə qalsa, necə hərəkət edəcək?! Amma bunun öhdəsindən gəlir. Deməli, hə min insan özünü belə bir şəraitə uyğun aparıb, özündə yeni bir insanı kəşf edir! Əhalimizin rifah halının günügündən yaxşılaşması onlara daha çox gəzməyə, daha çox görməyə imkan verir. İnsanlar dərk etməlidirlər ki, asudə vaxtlarını nəsə maraqlı bir işə sərf etsinlər. Tə biətə getmək, muzeyə baş çəkmək - maraqlı istirahətin bir növüdür. Çalışmalıyıq ki, insanlarrın şüurunda in qilab edək. Artıq “kabab psixologiyası”ndan uzaqlaş
18
maq vaxtı çatıb. Diqqətinizi adicə bir fakta yönəltmək istərdim; gəlin görək Bakıda neçə faiz gənc bu yaxın lıqda yerləşən Şabrana gedib, Çıraqqalaya qalxıb, öz ölkəsinin tarixi haqqında nə qədər bilir ? Heç olmasa, iki ayda bir dəfə tarixi abidələrə baş çəkmək, həmin gənclərin dünyagörünüşünə bir qədər təsir edər, onlar xeyli biliklərə mailk olarlar! Bu, irəliləyiş deməkdir. Cə mi bircə mənalı gün, görün, nə qədər faydalıdır, insan nə boyda biliklərə yiyələnir. Əfsuslar olsun, bunlardan istifadə edilmir. Əvvəllər Həmkarlar İttifaqı, gənclər tu rizmi var idi. Bunların hamısı pozulub. Ali təhsil ocaqla rında, texniki peşə məktəblərində və digər yerlərdə tu rizmi inkişaf etdirmək lazımdır. Bizdə daxili turizm var. Yerlər çatışmır. Amma gəlin görək, burada gənclər nə ilə məşğuldurlar ? Dənizə gedirlər, suya girib yaxala nandan sonra... “lülə-tikə-antrekod”, qızmar günəş al tında spirtli içki... Axı məqsəd bu olmamalıdır!!! Yeyibiçmək, sadəcə, turizmin kiçik bir hissəsinə çevrilməli dir. Yəni mənalı səyahəti müşayiət edəcək bir element olmalıdır. “Discovery”: Mən bu yaxınlarda Xınalığa get mişdim. Tam əminliklə deyə bilərəm ki, gedib-gəl məklə yalnız “yol ölçdüm”. Boşuna vaxtımı sərf elədim. Maraqlı heç nə yoxdur... Nazir: Doğrudur. Xınalıqla bağlı bizim xüsusi proq ramımız var. Xınalıqda hələlik mühaf izə zonasını mü əyyənləşdirdik, insanların müasir üslubda evlər tikmə sinin qarşısını aldıq. Muzeyi bərpa etmişik. Xınalığın qoruq-şəhər kimi turistlərin üzünə açıq olması üçün tədbirlər görməliyik. “Discovery”: Məsələn, Qusara gedib orada qış idmanı ilə məşğul olmaq, buzlu dağlara dırmaş maq, xizəkçilik ilə məşğul olmaq istəyirəm. Bunu necə etmək olar ? Orada məni qarşılayan olacaq? Nazir: Kiçik düzəliş... Qusar yay-qış istirahət zonası olacaq. Təkcə qış istirahət zonası yox. Burada qolf, ten nis, dağlara dırmaşmaq, dağlara at ilə səyahət etmək və bir çox digər turizm xidmətləri göstəriləcək. Suala gəldikdə, yenə də qayıdırıq bir az əvvəl söylədiyim mə qama. Bu məsələdə sizə və istənilən vətəndaşa pe şəkar turizm agentliyi yardımçı ola bilər. Qeyd etdiyim kimi, bu gün ölkədə belə xidmətləri göstərən kifayət qədər turist şirkəti fəaliyyət göstərir. Bu, birbaşa onla rın şirkətinin üzərinə düşən vəzifədir. Biz indi Qusarda
19
QONAĞIMIZ sistemli şəkildə bu məsələni yaradırıq. Bakıda internet vasitəsilə sifarişlər olunacaq. Hər gələn turist birbaşa kompleksə daxil olmayacaq, onu “Welcome to palace!” qarşılayacaq. “Xoş gəlmisiniz!” devizinə oxşar şəkildə baş verəcək qarşılanma mərasimi sivil qaydalara uy ğun aparılacaq. Vətəndaş özü qalacağı müddəti, se çəcəyi istirahət növünü sifariş verəcək. Eyni zamanda, təlimatçının fərdi xidmətindən yararlanmaq, yaxud da ki qrup halında dərs almaq istəyirsə, buyursun, sifarişi ni versin. Kimsə qolf, kimsə tennis oynamaq arzusun dadır. Hər bir idman növü, istirahət forması üzrə məş ğul olmaq istəyənlərə ən yüksək xidmət göstəriləcək. Bir sözlə, sifariş edin, xidmət göstərək! “Discovery”: Şəxsi xarakterli sonuncu sual... Sizin əminiz Qara Qarayevin yolu ilə getmək imka nınız da olub. Sonunda isə... Nazir: Hə... sonunda da nazir vəzifəsində çalışı ram! Bunu demək istəyirdiz?! Bilirsiz, hamı musiqi çi ola bilməz ki... Musiqiçi, özü də Qara Qarayev ki
20
mi məşhur sənətkar olmaq hər kəsə qismət deyil. Bu həm də Allah vergisidir. Hamının bir qisməti var. Mənim də taleyimə nazir yükünü daşımaq düşüb. Bu vəzifə də işlədiyim ilk gündən çalışmışam ki, ölkə rəhbərli yinin etimadını doğruldum. Prezidentin dövlət məmur ları qarşısına qoyduğu mühüm tapşırıqlar var. Hər bir vəzifəli şəxs, ilk növbədə, vəzifə borcunu şərəflə ye rinə yetirməlidir. Mənə gəldikdə isə, bütün varlığımla Mədəniyyət və Turizm Nazirliyi kimi ölkə üçün böyük əhəmiyyət daşıyan bir sahənin naziri vəzifəsini yerinə yetirdiyimin məsuliyyətini dərk edirəm, şərəf duyuram və bu etimadı doğrultmaq üçün var gücümlə işləyirəm. Necə? Məncə bu kənardan daha yaxşı görünür. Nazirlə söhbət, əslində, yazdığımızdan daha çox oldu. İlk nömrəmizə onun, necə deyərlər, “xeyir-dua sı”ndan tutmuş, yaxın zamanlarda görüləcək irimiqyaslı işlərə qədər ürəkdolusu danışdıq. İndi qalır “2011-ci Tu rizm İli” çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirəcəyi layihələri diqqətlə izləmək!
21
MƏN-zərrə
162 metr! Yes! Ginnes!
22
23
MƏN-zərrə
İ
ndiki zəmanədə “The Guinness Book of Records” nədir soruşsam, yəqin ki, “Bilmirəm” deyənlərin sayı “Bili rəm”ləri üstələyəcək. Təxmini cavab da belə olacaq ki, insanların əldə etdiklə ri nailiyyətlərin, eləcə də, təbiət göstərici lərini əks etdirən dünya rekordlarının illik məcmuəsinə “Ginnesin Rekordlar Kitabı” deyilir! Cavab doğrudur. Lakin Wikipe diyada bu barədə belə yazılıb: “İlk dəfə 1955-ci ildə İrlandiyanın “Guinness” pivə hazırlayan şirkətinin sifarişi ilə nəşr edilib. Nəşr başlanğıcda qalın məlumat kitabça sını xatırlatsa da, zaman keçdikcə, bura daha çox məzəli və qeyri-adi nailiyyətlər haqqında faktlar əlavə olunmağa başlan dı. İlk aylarda kitab 50 000 (əlli min!) nüs xədən çox satılır. Cəmi 11 il keçdikdən sonra isə satışın həcmi fantastik göstəri ciyə çataraq, 5 milyonu ötüb-keçir! Hazırda 25-ə yaxın dildə və 100-dən artıq ölkədə nəşr edilən kitabın yubileyi şərəfinə 2005-ci ildə 50-ci nəşr külliyya tı çap edilib. Müəllif hüquqları qorunan, 2003-cü ildə 100 milyon nüsxə həddini keçən “Ginnesin Rekordlar Kitabı” həm də dünyada ən çox satılan məcmuədir. Amma deyilənə görə, bu rəqəm bir bala ca şişirdilib. Kitabın indiki naşiri Stüart Nüportdur. Əslində, belə bir məlumat kitabçasını nəşr etdirmək fikri o zamanlar “Guinness Brewery” pivəbişirən şirkətini idarə edən cənab Hyu Biverin ağlının məhsulu olub. Biver hesab edirdi ki, nəşr, pivəxanaların daimi “qonaq”larının ardı-arası kəsilmə yən mübahisələrinin cavabını tapmaqda onlar üçün əvəzolunmaz tapıntıya çevri ləcək. Təəssüf ki, bu kitab hələ də Azərbay canda Azərbaycan dilində nəşr edilmə yib. Amma “Dağ Məhəmmədə sarı gəl məyəndə, Məhəmməd dağa doğru ge dər”, – deyiblər! Beləliklə, biz özümüz, ölkə olaraq, üz tutduq “Guinness”ə. Təbii ki, orada əliboş heç kəsi görməyə tələsmirlər. O üzdən də əldə etdiyimiz nailiyyətlə, təmtəraqla,
24
adımıza layiq ora təşrif buyurduq. Bu ümidlə ki uzun müd dət həmin kitabda öz şərəfli yerimizi qoruyub-saxlayaq. İndi isə müqəddiməni tamamlayıb, keçək əsas məsələ yə; “bir-iki kəlmə” də “səbəbkar”ın özü haqqında danışaq və “Ginnesin Rekordlar Kitabı”na düşməyimizin səbəbini araşdıraq. Doğrudur, rekordun qeydə alınması faktı bir az əvvəl – 2010-cu il mayın 29-da baş verdi. Lap dəqiq söyləsək, faktı təsdiqləyən rəsmi sertifikat ölkəmizə məhz bu tarixdə təq dim edilib. Dövlət Bayrağı Meydanının açılış mərasimi, bu nunla da Yer kürəsində ən yüksək bayraq qülləsinin və ən yüksəklikdə dalğalanan ən böyük ölçülü bayrağın Azərbay cana məxsusluğu isə dünyaya 2010-cu ilin sentyabr ayı nın 1-də bəlli oldu! Amma bu meydanda ərsəyə gələn hər bir detalın rəqəmlərlə ifadə olunmasına ehtiyac var.. Rəqəmlərə gəldikdə: Layihənin həyata keçirilməsinə və Bayraq Qülləsinin ucaldılmasına Azər baycan şirkətləri cəlb olundu. Qüllənin ucaldılması dünyada ən yüksək və monumental bayraq qüllələ rini layihələndirən və hazırlayaraq mon taj edən Amerikanın “Trident Support” şirkəti tərəfindən işlənib-hazırlandı. Bu şirkət indiyədək dünyada mövcud olan dörd ən yüksək bayraq qülləsinin mü əllifi kimi ad-san, şöhrət qazanıb. Türk mənistanın Aşqabad (hündürlüyü - 133 metr), İordaniyanın Aqaba (132 metr) və Əmman (126 metr), eləcə də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dəbi şəhərlərin də (123 metr) yüksələn bayraqlar, “Trident Support” şirkəti nin layihəsi sayəsində ərsəyə gəlmişdir. Bizim qüllənin hündürlüyü 162 metr yüksəklidə, bayra ğın ölçüləri isə eni 35, uzunluğu 70 metrə bərabərdir. Kompleksin ümumi ərazisi 60 hektar ərazidən, bayrağın özünün yerləşdiyi yer qatı isə 31,200 kv.metrdən ibarətdir. Meydanın tikintisində təkcə qabionların quraşdırılması üçün ölkənin müxtəlif rayonlarından gətirilən 28 milyon çay daşlarından istifadə olunub ki, bu da özlüyündə rəmzi xa rakter daşıyır. Ərazi təmizlənərkən 1,5 milyon kubmetr torpaq lazımi qaydaya salındı. 15 seksiyadan ibarət 162 metrlik bayraq qülləsinin ümu mi ağırlığı 300 tondur. Borunun diametri özül hissəsində 3,4 m, yüksək hissə də isə 1 m.-ə bərabərdir.
Bayrağın ölçüləri isə qeyd olunduğu kimi - eni 35, uzun luğu 70 metr olmaqla, ümumi ölçüsü 2450 kv.m, çəkisi 350 kq.-dır. Bayrağın Xəzər dənizi səviyyəsindən hündürlüyü 192 metrdir. Bayraq qülləsinin qaldırılması üçün bölgədə ən yüksək qaldırıcı kranın hündürlüyü 188 m.-ə bərabərdir. Bayraq qülləsinin yerləşdiyi kürsünün özülündə mürək kəb konstruksiyaya malik texniki mühəndis işləri görülə rək, 12 m uzunluğunda 152 və ümumi dərinliyi 30 m olan 20 svay meydançası istifadə olunub. Burada ilk dəfə Azərbaycanda ümumi sahəsi 100 kv.m-ə yaxın, 9x11 metr ölçüdə, 16 ton ağırlığında herb quraşdı rılıb. Bayraq qülləsi kürsüsündə işarələrin ümumi həcmi 6,5 ton olan Azərbaycan Respublikasının Dövlət Himninin tam mətni yerləşdirilib. İlk dəfə olaraq, çəki si 6,7 ton olan ölkənin xəritəsi hazırlanıb, burada quraşdırılıb. 29 may 2010-cu ildə “Ginnesin Re kordlar Kitabı”nda bu fakt öz rəsmi əksini tapıb və ölkəmizə bunu təsdiqləyən serti fikat verilib. Xatırladaq ki, bu kitaba düşən ilk azər baycanlı Cəbrayıl rayonunda doğulmuş, hazırda Belçikada yaşayan Fəxrəddin Və liyevdir. O, 2004-cü ildə 5 dəqiqə ərzində 20 nəfərin siluetini çəkdiyinə görə, “Gin nes”in kitabına düşüb. Rekordlar kitabın da adıçəkilən ilk azyaşlı da azərbaycanlı dır. Ələsgər Həsənzadə 7 yaşındaykən, 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmadan 3 min dəfə qalxıb-endiyinə görə, rekordçu olub... Çox güman, nə vaxtsa, dünyanın hansısa nöqtəsin də daha hündür bayraq dalğalansın. Lakin Dövlət Bayrağı Meydanının hər bir azərbaycanlı üçün müqəddəs məkan olaraq, mənəviyyatımızın daha da zənginləşməsində, milli birliyimizin möhkəmlənməsində əvəzolunmaz rol oynaya cağına şübhə ola bilməz. Qısa zaman keçəcək və burada müxtəlif dillərdə danışan insanların toplaşdığı, istirahətini keçirəcək bir məkana çevriləcək bu Meydan! O ki qaldı “Ginnes”ə... “Ginnes”ə yeni rekordlarla təş rif buyurmağa o qədər imkanımız var ki! Bunun üçün necə olur-olsun, insanları heyrətləndirmək lazımdır. Əlbəttə, bu istiqamətdə daha ağıllı addımlar atılarsa... Şakir EMİNBƏYLİ
25
ELM DÜNYASI
Lütfi Zadənin varisi
A
ristotel, Eynşteyn, Nyuton, Viner kimi elm korifeyləri pleyadasında müasir dövrün görkəmli alimi, həmyerlimiz professor Lütfi Zadə layiqli yer tutur. Bu dahi şəxsiyyəti xarakterizə edən əsas xüsusiyyətlər onun böyük istedadı, standart olmayan təfəkkürü, problemə unikal yanaşma qabiliyyəti, ənənəvi təsəvvür və çərçivələri şübhə və təxəyyülü ilə aşması, tədqiqatda gizli məqamları aşkar etməyə imkan verən çılğın tədqiqatçı intuisiyasıdır. Məhz bu keyfiyyətlərin titanik işgüzarlıqla vəhdəti ona nəinki humanitar və təbiət elmlərinə böyük təsir edən, hətta qərarların qəbul edilməsi və idarəetmə nəzəriyyəsi sahəsində fundamental təsəvvürləri kökündən dəyişdirən inqilabi nəzəriyyələr yaratmağa imkan verdi.
Lütfi Zadə eyni zamanda, “Təəssüratlar nəzəriyyə si”, “Sisitemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompyu ter nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynamış elmi kəşflərin mü əllif idir. Professor Lütfi Zadə çalışdığı (elektronika ka fedrasının müdiri kimi) Berkli Universitetinin ömürlük fəxri professoru adına layiq görülmüşdür. Dünyanın bir çox akademiyalarının fəxri akademiki, bir sıra dün yaca məşhur universitetlərin fəxri professoru olması, ayrı-ayrı yüksək mükafatlar, titullar qazanması da öz yerində... L. Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimdir. Təkcə 1990-2000-ci illər ərzində onun əsərlərinə 36000-dən çox istinad edilmişdir. L. Zadə bir çox xarici ölkə akademiyalarının üzvüdür, o, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatları
26
na layiq görülmüş, medallarla təltif edilmişdir. Onlarca xarici dövlət və ictimai təşkilatların isə fəxri doktorudur. Bu yaxınlarda Amerika Birləşmiş Ştatlarının Berkli şə hərində İnformasiya Texnologiyası üzrə Zadə institutu yaradılmışdır - ZIFIT institutu. Həqiqətən də, bəşəriy yət qarşısında dahinin xidmətinə layiqli qiymətdir. Xa tırladım ki, ki, Lütfizadə həmçinin NATO və NASA-nın aparıcı mütəxəssisidir. Bu gün qeyri-səlis məntiq sahəsində dünyada 50-dən çox elmi jurnal nəşr olunur, hər il 100-dən çox beynəlxalq konfrans və simpoziumlar keçirilir. Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi yayılma sürətinə görə bir növ dini xatırladır. Qeyd edim ki, L. Zadənin möhtəşəm nəzəriyyələrinin meydana gəlməsində onun QuraniKərimi dərindən bilməsinin də mühüm rol oynadığını düşünənlər vardır... Lütfi Zadə ilə tanışlığımız hələ 1965-ci ildən başla
yıb. O vaxtlar Lütfi Zadə SSRİ Elmlər Akademiyasıda məruzələrlə daimi olaraq çıxış edərdi. Bir gün profes sorlardan kimsə məni Lütfi Zadənin yanına gətirərək, “Zadə müəllim, yerlinizdir, tanış olun, Rafiq Əliyev”, - deyərək, bu möhkəm dostluğun əsasını qoydu. O gün dən bəri aramızda çox isti münasibət yarandı və ailəvi dostluğa çevrildi. 2008-ci ildə Lütfi Zadə Azərbaycanda olarkən çox isti qarşılandı, müxtəlif hökumət səviyyəli tədbirlərdə iştirak etdi, dövlət və elm xadimləri ilə görüşlər keçirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə arıq, balacaboy, adı dillər əzbəri olan Lütfi Zadəni qəbul edib, nə az, nə də azacıq - düz, 1 saat söhbət etdi. Bu görüşdə onu müşayiət edənlər arasında mən də var idim... Biz onunla artıq uzun illərdir, birlikdə işləyirık. 20 ildir, birgə konfranslar keçiririk. Lütfi Zadə həmin məra simlərdə fəxri sədr, mən isə sədrəm. Lütfi Zadə bu 20 il ərzində keçirilən elə bir konfrans olmayıb ki, orada iştirak etməsin. O, çox gözəl, sadə adamdır, konfrans lara həmişə hər kəsdən tez gəlir. Çoxları elə düşünür ki, Lütfi Zadənin varisi dedikdə, o mənə bütün var-dövlətini vəsiyyət edib. Lakin bu,
yanlış fikirdir. Lütfi Zadə ancaq elmi irsini, kitabxana sını vəsiyyət edib ki, bu da məndən ötrü ən qiymətli sərvətdir. Doğrudan da Lütfi Zadənin elmi irsinin varisi olmaq həqiqətən böyük xoşbəxtlikdir... Bu xoşbəxtliyə, eyni zamanda, yaranan məsuliyyətə nail olmaq üçün belə bir nəhəng istedadın, savad və təfəkkür sahibinin etimadını qazanmaq mənim üçün fəxrdir. Lütfi Zadə, Azərbaycanın fəxr edə biləcəyi, qürur hissi yaşamaqda tam haqlı olduğu ən böyük simalar dan, dahilərdəndir... Gələcəkdə Azərbaycanda qeyri-səlis məntiq sahə sində təhsil alan və yüksəksəviyyəli savad və qabiliy yətə malik tələbələrə Lütfi Zadə təqaüdünün ayrılması həm tələbələrdə bu sahəyə meylin artması, həm də ümumiyyətlə, bu sahənin inkişafı baxımından məqsə dəuyğundur. Bu yolda atdığımız ilk addımlar uğurla nə ticələndiyindən, bu proqramın tam reallaşmasına çox böyük ümidlər bəsləyirik.
Rafiq ƏLİYEV, texnika elmləri doktoru, AMEA-nın müxbir üzvü
Rafiq Əliyev və Lütfi Zadə
27
ADAMA GƏZMƏK QALIR
«Paxıllıq ondur, doqquzu...»
28
E
lə dövrdə yaşayırıq ki, indi, az qala, özü müz haqqında istənilən məlumatı, özü də bir neçə variantda internet vasitəsilə əl də etmək imkanımız var. O ki qaldı hər hansı dövlət, şəhər və yaxud da tanınmış insanlara, bu barədə Wikipedia adlanan internet qaynaqların da istənilən informasiyanı tam dəqiqliyinə qədər öy rənmək ən asan yollardan biridir. Təbii ki, ölkə ilə maraqlanan kəs lazım olan bilgini qeyd olunan saytlardan asanlıqla əldə edə bilər. Əslin də, haqqında nəql edəcəyim dövləti daha yaxından ta nıtmaqdan ötrü, bəlkə də bu yazıdan çox, elə “Google”, “Yahoo”, yaxud “Wikipedia” portalından istifadə etmək daha faydalı olardı. Ya da ki “Discovery” televiziya kana lını izləməklə gərəkli bilgilərə sahib olmaq mümkündür. Lakin “yüz dəfə eşitməkdənsə, bir dəfə oxumaq yaxşı dır” məsəlini əldə bayraq tutaraq, bu ölkədən böyük “pa xıllıq” hissi ilə qayıdan azərbaycanlının qeydlərinin hör mətli oxucuya maraqsız olmayacağına ümid edirəm. Be ləliklə, Yaxın Şərqin ən qüdrətli dövlətlərindən biri olan
İsraildə gördüklərimi sizinlə bölüşəcəm, özü də qısaca, jurnalın formatına, baş redaktorun göstərişinə uyğun olaraq. 1. Bu ölkə, həqiqətən, “paxıllıq” ediləsi bir məmləkət dir!!! Asiyanın cənub-qərbində yerləşən, daha doğrusu, 1948-ci ildə peyda olan və hər tərəfdən, yumşaq forma da desəm, “qeyri-dost” qonşularla – şimaldan Livan, şi mal-şərqdən Suriya, şərqdən İordaniya və Qərb Sahil, cənubdan isə Misir və Qəzza sektoru ilə əhatə olunan İsrailin çooox güclü ORDUSU var! Bir tərəfdən, bu or dunu ORDU edən top-tüfəngdirsə (İsrailin hərbi potensi alı barədə baxın: Wikipedia), digər tərəfdən, bu gücün təminatçıları İsrail Ordusunda xidmət edən, vətəninin dərəsini də, düzünü də, dağını da, daşını da dəlicəsi nə deyil, ağıllıcasına sevən vətəndaşlarıdır! Qəribədir, yəhudiliyini srağagün dərk edib, dünən İsrailə təşrif bu yuranla, buraya 50 il əvvəl gələn “yəhudi” eyni cür sevir öz ölkəsini... 2. Bəli, hər kəs söyləyə bilər və onun düşüncəsinə tamamilə haqq qazandırmaq da olar ki... “Əşşi onla
29
ADAMA GƏZMƏK QALIR
rın dalında Amerika kimi day-dayları var!”. Bəli, VAR! Bu da öz növbəsində “paxıllıq” ediləsi növbəti məqamdır! Axı nəyə gö rə Amerikada yaşayan, sayına, nüfuzuna və puluna görə yəhudilərdən qat-qat öndə olan digər millətlərin, xalqların nümayən dələri Amerikanı özünə “day-day” etdirə bilmirlər ? Cavab bəlkə də var. Amma bu artıq əhəmiyyətli deyil. Necə deyərlər, ba carana can qurban! 3. Bu ölkəyə “paxıllığımı” gizlədə bilmi rəm... Dövlət kimi cəmi 62 yaşı olan İsra il, millət olaraq öz qədim tarixini qoruyub və bu tarixi faktı bütün dünyaya yeridərək yedirdə bilib! Tarix barədə çox diskussi yalar aparmaq olar, hətta İsrail ərazisində yerləşən bütün abidələrin yəhudilərə məx susluğunu kimsə şübhə altına da ala bilər... amma bu, vaxt itkisindən başqa heç nəyə yaramır və mənasız bir məşğuliyyətə çev rilmək ehtimalı 100-dən 100-dür!
30
4. İlahi, yəhudilərin İLAHİ-yə bu qə dər yaxınlığına da “paxıllığım” tutur! MÜ QƏDDƏS QÜDS təkcə şəhər içində ŞƏ HƏR, ölkə daxilində ÖLKƏ deyil, QÜDS dünya içində bir DÜNYAdır! Azan səsi nin kilsə zənglərinə qarışdığı, divarının bu tayında yəhudilərin ibadəti, o biri tərə fində isə müsəlmanların namaz qılması, cəmi yüz addımlıqda isə katolik kilsəsin də Allaha oxunan dua səslərinin bir-birini əvəzlədiyi ikinci belə məkana dünyanın heç yerində rast gəlinmir. Bura dünyanın dini paytaxtıdır – indi mənim buna “paxıl lığım” necə tutmasın?! 5. İsrailə, ələlxüsus, yəhudilərə əsl Azərbaycanlı kimi durmadan artan “pa xıllığıma” zərrəcə qədər də şübhəniz ol masın! Axı onlar həddən artıq güclü ELM sahibidirlər! Ölkə başdan-başa nəhəng elm və təhsil mərkəzləri ilə diqqəti cəlb
31
ADAMA GƏZMƏK QALIR edir. Az qala, Bakı Bulvarı boyda ərazini ağuşuna alan, Təl-Əviv ətrafında yerləşən Weizmann (Xaym Veys man) İnstitutu əsl “paxıllıq” nümunəsidir! Ən maraqlısı isə budur ki, institut Chaim Weizman tərəf indən 1934-cü ildə yaradılanda İsrail dövləti mövcud deyildi! Hazırda isə bu elm məbədinin ABŞ-da, Kanadada, İsveçrədə, Belçikada, Fransada və Böyük Britaniyada filialları fəa liyyət göstərir. Nazaretdə “Texnikon” İnstitutu isə müqa yisə üçün, bizim Bakının “Sovetski”sindən böyük ərazini “zəbt” eləyib. Fərq yalnız bundadır ki, burda yaşayanlar YALNIZ ELMə xidmət edirlər! Gənc alimlərin yeni ax tarışlar üzərində gecə-gündüz çalışmalarının seyrinə dalan, 28-30 yaşlı HƏQİQİ professorlarla söhbət edən və nəhayət, öz ölkəsini sevən bir azərbaycanlı kimi doğ rusunu deyim... yox, artıq “paxıllığım” tutmur... Bu mən zərə məni daha çox məyus edir və yəqin, bu gedişlə hələ uzun müddət məyusluğum davam edəcək. Elmin, elmi ixtiraların inkişafına, dövlət səviyyəsində, eləcə də dünyanın hər yerindən olan varlı yəhudilər tərəf indən milyardlarla dollar məbləğində yatırımlar mənim kimi Azərbaycanlını sonunda bu ölkəyə “dırnaq işarəsiz” pa xıllığına gətirib çıxarır! 6. Əlbəttə, əslində, heç də hər şey bizim üçün ərz elədiyim qədər pis deyil. Məsələn, paxıllıq edəcəyim qədər də bəzi “sevindirici”, hətta “ürəkaçan” mənzərə lər da var! Söhbət, təbii ki, TƏBİİ sərvətlərdən gedir! Bu xalq nə yerüstü, nə də yeraltı sərvətə malikdir! Nə inki neft, qaz, qızıl, dəmir, alüminium, kömür yataqları... mən nə bilim daha nələr,.. hətta Allahın bütün toplum lara bəxş elədiyi SU və TORPAQ belə İsraildə YOX də rəcəsindədir! Əkinəyararlı torpağın əvəzində İsrail baş dan-başa şoranlıq, qum və qrunt örtüyə malikdir. Amma “yazıq” yəhudilər Aralıq dənizi kimi şor suyu olan bir dəryadan həm içməli, həm də suvarma üçün su əldə eləməyin də öhdəsindən müvəffəqiyyətlə gələ biliblər! Düşünən beyinlərinin, fədakarcasına çalışmağın sayə sində! “Paxıllığım” tu - tur! 7. Kənd təsərrüfatı və heyvandarlığa nəzər yetirəndə adamı heyran edən məhsuldarlığın həcmidir! Hər şey, bir növ, Şura hökumətinin sovxoz və kolxozlarını xatırla dan “Kibuts”larda baş verir. Uzun-uzadı yazıb, gözlərini zi yormamaq naminə yalnız bir neçə ifadə ilə kifayətlən mək olar – burdakı inəklərə göstərilən qulluğu müşahi də edərkən, istər-istəməz öz inəklərimiz yada düşür və müqayisədə onların niyə bu qədər az süd verməsini ah çəkərək anlayıram! Yaxşı ki, “bizimkilər” öz israilli həm
32
cinslərinin saxlanma şəraitindən bixəbərdirlər. Əks halda, inəklərimiz bizi süddən kəsərdir! Quşçuluq, tərəvəzçilik, bitkiçilik, meyvə – növbənöv xurmalar, nar, fıstıq bağları, qarğıdalı, günəbaxan plantasiyaları... Məhsuldarlıq daxi li tələbatı qat-qat üstələyir. Hazırda İsrail kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan aparıcı ölkələr sırasına daxildir. Hollandlara (!) gülə-gülə gül – zanbaq satan gülçü lük təsərrüfatları ölkəyə milyonlarla gəlir gətirir. Bu, həqiqə tən də möcüzədir, axı onların nə SUYU, nə də TORPAĞI var!!! “Paxıllığımdan partlayıram”, - desəm, inanın! 8. Turizm sektoru təkcə Aralıq dənizi boyunca deyil, bü tün İsrailboyu hər kvadrat-kilometrdə özünün intibah döv rünü yaşayır. Təl-Əvivin köhnə məhəllələri, burdakı tarixi abidələr, müasir əyləncə və istirahət mərkəzləri hər addım başı insana “gəl-gəl” deyir. Qüds və Vefliyemdən sonra, xristian aləminin üçüncü ən müqəddəs yeri sayılan, Mər yəm Ananın İsa Peyğəmbərə hamilə qaldığı, eləcə də İsa Peyğəmbərin uşaqlığı və gəncliyini keçirdiyi bu yerə - Na zaret şəhərinə dünyanın hər nöqtəsindən ilboyu milyonlarla insan axışıb-gəlir. Buranı xristianların Məkkəsinə çevirən, Vatikanın nəzarətində və tabeliyində olan Yaxın Şərqin ən böyük Katolik Kilsəsidir... Qırmızı dənizlə cəmi-cümlətanı
33
ADAMA GƏZMƏK QALIR
11 kilometrlik məsafəni sualtı dünya həvəskarlarının – dayvinqistlərin arzuladığı bir məkana çevirməklə, İsrail dövləti bu bölgəsinin gəlirinin 10%-ni məhz sualtı səya hətdən gələn gəlirdən qazanır! “Mən nə qədər ölü olsam da, dəyərəm min diriyə!”. Ölü dənizin dili olsaydı, yəqin, belə deyərdi. Məncə, bir çox diri dənizlərdən daha di ridir Ölü dəniz! Flora və faunadan əsər-əlamət olmayan bu su hövzəsi İsrailə gələn hər bir kəsi bu bulanıq suya “baş vurmağa” sövq edir. Üzməyi bacarmayanlar istə sələr də, burada bata bilmirlər. Suyun 33,7%-i duzdur. Amerikada olarkən, nədənsə, Miçiqan gölündə islan maq adamın ağlına belə gəlmir; amma burda Təl-Əviv dən cənub-şərq istiqamətinə doğru, təxminən, 120 kilo metr məsafədə yerləşməsinə baxmayaraq, ən azından, ora getməyi düşünürsən: “Pa-xıl-lıq!”. 9. İnsanın insana qayğısı. Qüds şəhərində “Yad Sa rah” adlanan, bizim dillə desəm, “qocalar və imkansızlar evi” fəaliyyət göstərir. İstənilən vətəndaş bura təşrif bu yurub pulsuz yemək yeyər, özünə lazım olan istər əsa, istər kolyaska, istərsə də digər orqanların normal fəaliy
34
yətinə kömək edəcək hər hansı tibbi ləvazimatı asanlıq la, özü də havayı götürə bilər. Bəzi hallarda bunun üçün heç bir qeydiyyata ehtiyac duyulmur. Lazımdırsa, demə li, lazımdır! Buyur, apar! Dünya yəhudilərinin ianələri he sabına fəaliyyət göstərən bu cür qurumlar bütün İsrail ərazisində mövcuddur. Qibtəediləsi mənzərədir! 10. Yalnız bir mövzuya “paxıllığım” barədə nə yazmq, nə də ki xatırlamaq fikrim var... Səbəb sadədir. Bu sa hə hər bir azərbaycanlının YAR ALI yeridir! Yaramız da sağalmır ki, sağalmır. Sağaltmaq üçün isə İsrailə üz tut mağı arzulayırıq. Söhbət SƏHHƏTimizdən, daha dəqiqi, səhiyyədən gedir ki, bu barədə bir-iki kəlmə ilə məlumat vermək çətindir. Bir neçə cümlə ilə fikir izhar etmək qey ri-mümkün olsa da, çalışacam. Burda xəstə ÖZBAŞINA deyil ki, ÖLSÜN! Xəstənin yiyəsi var – İsrail Dövləti! P.S. Deyirlər, İsraili ya sevməli, ya da nifrət etmə lisən. Mən nifrət edə bilmədim... “paxıllığımdan”. Şakir EMİNBƏYLİ
35
ADAMA GƏZMƏK QALIR
«Discovery»: Азяр Гяриб:
36
Антигуа неъя yerdir?
Ян-ти-гя!!!
B
aşqalarının yerinə danışa bilmərəm, amma mənim üçün ABŞ-ın ən arzuolunmaz nəqliyyat növü aviasiya şirkətlərinin payı na düşür. Özünü tamamilə haqlı olaraq, superdövlət sayan ölkə, heç olmasa, kənardan “Lüfthan za” və yaxud “British Airways”i xatırladan aviaşirkətə məxsus olmalıdır. Təyyarələr köhnə, servis sıfır və... pensiya yaşında olan 60x90x60 parametrli stüardessa lar! Nyu-Yorkdan Puerto-Rikoya son uçuşum, aviasiya veteranlarının korporativ yığıncağından sonra, cavan lıq illərini yada salmaq naminə onların kollektiv surətdə təkrar uçuşuna bənzəyirdi. Həmin an təyyarədəki sərnişinlər uçan obyektin yaşını nəzərə alıb, bu hava yol
çuluğunun onlar üçün son olmaması istəyi ilə tək Alla ha pənah aparırdılar. Yarıtmaz kadr siyasəti ilə bərabər, Amerika aviaşirkətləri həm də hədsiz tamahkarlıqdan əziyyət çəkirlər. Buna inanmaq çətin olsa da, təyyarədə qulaqlıq 1, buterbrod 5, çanta üçün isə 15 dollar əlavə pul ödəmək lazımdır! Özü də əgər baqajın üçüncü yerini tutursunuzsa, verilən əşya 200 qramlıq qadın çantası, ya da ki 189 qramlıq digər əşya olsa belə, fərq etməz - bunun üçün artıq 100 dollar ödəyəcəksiniz. Əziz oxucu, təşvişə düşmə! Bu, sadəcə, sizi qonaq emtək istədiyim bal çəlləyindən bir damladır. Çünki söhbət Qərib adalarından gedir. Səyahət etdiyim kruiz Puerto-Rikonun paytaxtı SanXuandan start götürərək, bir həftə ərzində bizi Vircini ya, Barbados, Santa-Luçiya, bir sözlə, ümumilikdə, 6 müxtəlif adaya üzməklə başa çatmalı idi. Düzünü desəm, kruizi sentyabr ayına planlaşdıran da sadəlövhlüklə çoxdan gözlədiyim tənhalığı və yalnız qağayıların səsi ilə pozulan sükuta qovuşacağımı ümid edirdim. Sentyabr ayı Qərib adalarında yağış, qasırğa, tufan, bir sözlə, təbiətin sərt üzünün göstərdiyi mövsümdür. Ona görə də bu mövsümdə kruizin qiyməti çox aşağı düşür. Bu qiyməti manata çevirsək, hətta Yardımlı meşələrində fəaliyyət göstərən hotellərin sahibləri də qiymətin bu qədər aşağı olmasına görə, kruiz təşkilatçılarını gülləbaran eləməyə fürsət axtarardılar! Bahalı və dözülməz uçuş olmasaydı, Antaliyaya uçub-gedən azərbaycanlı turist kütləsi istiqamətini dəyişib buralarda məskunlaşar və bizimkiləri Qərib adalarının kruiz gəmilərindən, hətta “azsaylı Çin” sakinləri belə sıxışdırıb-çıxara bilməzdilər. Dediyim kimi, qiymət çox ucuz olduğuna rəğmən, gəmi “ağzına” qədər dolmuşdu. Özü də turistlərin əksəriyyəti öz ənənəvi səhlənkarlığı ilə seçilən qaradərili Amerika vətəndaşları idi. Dünyanın bir çox ölkəsində olduğumu nəzərə alsam, ağdərili insandan azacıq seçilən və qeyd olunan bo yanın tam əksi rəngində olan insan övladına çox rast gəlmişəm (etik normaları gözləyərək və növbəti dəfə ABŞ vizasına rədd cavabı almamaq üçün mən onları “Qara Də.Və.” – yəni qaradərili vətəndaş adlandıraca ğam). Eyni qayda ilə əks-rəngə malik olanları isə “Ağ Də.Və.” – ağdərili vətəndaş kimi qeyd edəcəyəm. Lap bizim Ağqoyunlu və Qaraqoyunlular kimi! Bütün hallarda “Qara Də.Və.”lər istər Avropada,
37
ADAMA GƏZMƏK QALIR
38
Asiyada, istərsə də Yaxın və Uzaq Şərqdə azlıq təşkil ediblər. Burada isə “Qara Də.Və.”lər açıq-aşkar üstünlüyə malikdirlər. Gəmidə və yerdə - təfavütü yoxdur! Və məhz bu vəziyyət Qərib adalarındakı ilk və ən parlaq xatirəm oldu. Mən bu parlaq, orijinal... yaxın və doğma mədəniyyətin içinə daldım. Kök bədənlər, inanılmaz iştah, parlaq geyimlər, maki aj və parlaq dırnaqlar, qızıl əşyalarına olan hədsiz maraq mənə o qədər tanış mənzərə idi ki! Səs-küylü və şən “Qara Də.Və.”lərin tükənməz həyatsevərliliyinə məəttəl qalırsan! Bununla yanaşı, bir xüsusiyyət də diqqətimi cəlb etdi – “Qara Də.Və.”lər “Ağ Də.Və.”ləri öz aləmlərinə çox həvəssiz şəkildə yaxın buraxırlar. Onlar sizin zarafa tınızı cavabsız qoymayacaq, diskotekada sizinlə böyük məmnuniyyətlə rəqs edəcək, ağlasığmaz plastika nü mayiş etdirib, tanışlığın şərəfinə badə qaldırıb birnəfəsə “gillədəcək” və az qala, ürəkbulandıran “növbətçi” «Whe re are you from?» sualını da verəcəklər. Amma hər an
sənə “tezbazar” onların dünyasından getməyini hiss etdirəcəklər. Bu xüsusiyyət Amerika “Qara Də.Və.”lərinə aiddir. Qərib “Qara Də.Və.”ləri bir az başqa cürdülər. Bu adaların həyatı bütünlüklə turizmlə bağlıdır, asılıdır, ibarətdir desəm, azdır! Turistlərin əksəriyyəti isə “ağdı”. Mövsümün pik vaxtı oktyabrdan maya qədər sayılır. Antiquaya bu mövsümdə gündəlik 4 gəmi üzür. Onların əksəriyyəti cibləri avro ilə dolu varlı avropalılardır. Ona görə də ada sakinlərinin “ağlara” münasibəti daha təbiidir. Elə limandaca “Ağ paraxod gəldi”, “Ağ eləyib, ağını çıxartmadan”, “Bacaran “ağ” loxları soysun” şousu başlayır. Kimsə əynində yalnız əyni, kimsə bir az abırlı - əynində nimdaş paltara bənzər örtük və buynuz taxıb rəqs edir, kimsə qaval vurur, kimsə dombalaq aşır; bu soxasoxda isə taksi sürücüləri inadla öz xidmətlərini təklif edirlər. Bununla belə, yerli “Qara Də.Və.”lər çox xeyirxah dılar. Onların beyinlərindən və yaddaşlarından hələ də ağların şallaqla, qaraların isə qul kimi istismar olunduq ları vaxtlar silinməyib. Buna baxmayaraq, ağlara qarşı inanılmaz sevgi hiss olunmaqdadır ki, bunun da əsas səbəbi, məncə, müasir insanların buralara şallaqla yox, pullarla təşrif buyurmalarıdır. Adalarda yaşama sxemi bütünlüklə eynidir. Barba dosda, Santa-Luçiyada, elə Antiquanın özündə eyni ya şam tərzinə rast gələcəksiniz. Ancaq məqalənin adını “Antiqua” seçmişəmsə, yaxşısı budur, elə ondan danı şım. Gəmi, Antiqua və Barbudanın paytaxtı olan Sent-Cons şəhərciyinin, demək olar ki, mərkəzinə qədər üzüb-gəlir. Şəhərcik o qədər balacadır ki, bir saata o başından-bu başına çıxmaq olar. Lakin görməli yerləri az olduğuna görə, şəhərciyin içində turistlət az gəzişirlər. Antiqua nın əsas görməli yeri onun çimərlikləridir! Etiraf edim ki, dənizə, gölə, ümumiyyətlə, su hövzələrinə o qədər də qiymət vermirəm. Məncə, hovuzda çimmək daha yaxşı dır. Buna baxmayaraq, Atlantik okeanın sularına baş vu randa, necə yanıldığımı anladım! Mülayim su, mülayim qum və mülayim günəş. Yeri gəlmişkən, günəş haqda... Qərib adaları onunla seçilir ki, orada gün insanı aman sızcasına yandırır. “Zaqar” üçün kremin üzərində göstərici 30-dan aşağı olmamalıdır. Ancaq bu da ağdərili insanı yandırıb, “Qara Də.Və.”lərə bənzəməkdən qorumur. Əslində, adamı başqa şey heyrətləndirir! Kölgəyə keçən kimi, okeandan
39
ADAMA GƏZMƏK QALIR gələn sərinliyi o dəqiqə hiss edirsən. Hər gün və hər an! Burada hava heç vaxt dayanmır. Təcrübəli turistlər kölgədə uzanırlar. Onlar burada həm küləyin sərinliyini qəbul edir, həm də qaralırlar. Bəli, bəli, Qərib adalarında ən yaxşı “zaqar”ı kölgədə almaq olar! Buna görə də şəhərcikdə bir az “fırlandıqdan”, müxtəlif lazımsız əşyalar təklif olunan şəhər bazarında gəzdikdən sonra, turistlər taksiyə əyləşərək, nisbətən uzaqda yerləşən çimərliklərə yollanırlar. Qərib çimərliklərinin üzərində marixuana tüstüsü uçur. 5 dollara sizin üçün taxt gətirən hər bir çimərlik işçisi, həm də xırda narkodilerdir. İmanımı yandıra bilmərəm, amma mənə elə gəldi ki, onların əsas məşğuliyyəti elə budur. Eyni gəmidə üzən britaniyalı “Ağ Də.Və.”lər ağacın altında uzanıb, huşsuz baxışlarla onlar üçün “nəşə dol duran” əməkdar çimərlik xadiminə baxa-baxa havalana raq, saatbasaat rəng dəyişikliyinə məruz qalırlar! Onlar vətənlərinə yollanarkən, aeroportda pasport nəzarəti vaxtı üz-gözünü turşutmuş britaniyalı sərhədçiyə özlərinin kimliyini sübut etmək üçün rəng verib-rəng ala
40
caqlarına şübhəm belə yoxdur! Antiquada bütün yerli əhali bir-birini tanıyır. Daha doğrusu, üzdən tanıyırlar. Əhali o qədər azsaylıdır ki, burada itmək, demək olar ki, mümkün deyil. Tərkinə alıb məni çimərliyə aparan taksi sürücüsü da yanmadan başını yelləyərək, hamı ilə ucadan salamla şır və küçədə gördüyü yerli gözəlçələri süzərək müxtəlif səslər çıxarırdı. Yeri gəlmişkən, Qərib adalarının növbəti xüsusiyyəti – kişilər, yanlarından keçən qadınların oraburasını ucadan müzakirə etməkdən utanmırlar. Qadın lar isə bunu böyük sevinc və məmnunluq hissi ilə qəbul edirlər. Adama elə gəlir ki, kişilər onlara laqeyd yanaş salar, bu, qadınların xətrinə dəyər! Burada fahişəlik də parlaq şəkildə inkişaf edir. Özü də fahişəliklə məşğul olmaq pis şey sayılmır. Cəmiyyət isə fahişələrə ittihamla yanaşmır. Maraqla nanların nəzərinə: Antiquada “sevgi”nin qiyməti 30-40 dollardır. Manata çevirəndə... Antiquanın digər xüsusiyyəti yerli əhalinin total tənbəlliyidir. Burada skafandrda əsl kosmonavt, ingiliscə sərbəst danışan tutuquşu və bir çox ağlasığmaz
mənzərələrlə rastlaşa bilərsən, amma harasa tələsən antiqualını görmək mümkünsüzdür! Hər zaman günəş və isti hava olduğuna görə, beyinlər sanki əriyir və “Ala, tez ol da!” komandasını verə bilmir. Onlar bütün Qərib adalarının əhalisi kimi, ancaq bir halda – reqqi musiqisi nin səsi gələndə canlanırlar! Bu musiqi, demək olar ki, hər tində səslənərək, aborigenlərin bütün enerjisini apa rır. Reqqinin səsi gələn kimi, camaat qeyri-ixtiyari rəqs etməyə başlayır. Adama elə gəlir ki, bu, genetik olaraq baş verir. Sanki onlarda “reqqi səslənirsə, rəqs et” ref leksi var! Adanın infrastrukturu bütünlüklə turizmə yönəlib. Möhtəşəm otellər, hər cür xidmət spektri, spa-salonlardan tutmuş, yatağa, kofeyə qədər olan xidmət, buraya hər il saysız-hesabsız turist kütləsinin axmasına səbəb olur. Onları bura istirahət, palmalar, qum və okean cəlb edir. Adanın arxitekturası rəngarəgnliyi ilə seçilmir. Hər yerdə balaca, parlaq rənglənmiş evlər var. Ən hündür bina, nə vaxtsa ispanlar tərəfindən tikilmiş kilsədir. Deyəsən, Sent-Consda yeganə daş tikili elə bu kilsədir. Çünki digər, sanki bir təpiyə yıxılıb-aşacaq tikililər ya
taxtadan, ya da ki alçipana bənzər materialdan inşa olu nub. Amma bu, paytaxtdan uzaq olan otellərə aid deyil. Antiquadan söhbət açarkən brilyant cənnətdən da nışmamaq olmaz. Turistlərin əksəriyyəti buraya məhz aşağı qiymətə brilyant və digər zinət əşyaları almaq üçün gəlir. Ada - offşor zonadır. Hər iki addımdan bir zərgər dükanları ilə üzləşirsən. Yerlilər çox tənbəl ol duqlarına görə, al-veri, əsasən, hindular edirlər. Düz dür, gözümə yaşlı yəhudilərin işlətdikləri bir neçə qızıl mağazası da dəydi. Taksi sürücüsünün dediyinə görə, hindular, sadəcə, pərakəndə satışla məşğuldurlar. Zinət əşyalarının topdan gətirilməsi işinə, dünyanın bir çox yerində olduğu kimi, burada da yəhudilər baxırlar. Səbirsiz oxucu soruşacaq ki, “Ayə, bəs yağışlar və tufanlar mövsümü harada qaldı?”. Qərib adalarında kı yağış buludunun peyda olması, adamın təpəsinə qəfildən vedrədən tökülən suyu xatırladır. Proses, mak simum 10-15 dəqiqə davam edir. Amma mənzərənin möhtəşəmliyi əbədi olaraq yaddaşınızdan silinməyəcək! Aldığınız ən böyük həzz, şiddətli yağış altında okeanda çimməkdir. Lakin bu keyf də çox az çəkir. Tufanı isə heyf
41
ADAMA GƏZMƏK QALIR ki, görə bilmədim. Deyilənə görə, buradakı tufan, Bakı nın küləklərinə bənzəyir. Hər halda, tufanın qopacağından əvvəlcədən xəbərdar olan gəmilər buxtalara girib, onun başa çat masını gözləyir. Tufanlardan yalnız adalılar əziyyət çəkirlər. Çünki buradakı evlər tufana dözə bilməyəcək qaydada tikilib. Və nəhayət, son, amma o qədər də xoş olmayan təəssürat: altı adanın altısını nə qədər alt-üst elədimsə, Azərbaycan haqqında eşidən, bilən nə “Qara Də.Və.”yə, nə də ki “Ağ Də.Və.”yə rast gəldim! Düzdür, onlar bir çox ölkələr haqqında da məlumatsızdılar. Daha doğrusu, məlumatları, cəmi-cümlətanı, 3-4 ölkə haqqında ola, ya da olmaya. Çünki ağılları reqqi, rəqslər və qadınlarla məşğuldur. Coğrafiya onlarlıq deyil. Öz ölkəmi azacıq da olsa təbliğ etməyə göstərdiyim səylər isə... səy ola raq qaldı. Kiçik buxtanın sahilində, möhtəkirliklə özünü “tutmuş” insanları yaxtaların asta-asta yırğalandığı yerdə, turist attraksionuna çevrilmiş köhnə bir qalaça var. Sıx yaşıl lıq, ideal sükut və sahildə bar. Açıq səma altında bar! Burada suyun maviliyinə tamaşa edə-edə pivə içmək çox xoşdur. Barın taxta tavanında turistlər öz avtoqrafla rını yazırlar. Mən də yazdım: “Azerbaijan forever!”. Kim bilir, bəlkə də mənim həmyerlilərimdən kimsə nə vaxtsa bura gəlib, bir pivə sifariş edəcək və yuxarı baxanda bu yazını görəcək. Və sərin pivədən içə-içə ru huna istilik gələcək... “Ağ Də.Və.”... Azər QƏRİBOV
42
43
reklam
ADAMA VƏTƏNİMİN GƏZMƏK SEYRiNƏ QALIR
Bəhr am Bağ ırz ad ə:
Dama-dama göl olar 44
A
len Delona verilən sualları o, təxminən, belə cavablandı rır: “Alen Delon düşünür ki, Alen Delon fransız aktyoru dur”. Bu onun danışıq tərzidir. Bəhram Bağırzadə, əziz oxucu, sizinlə nə 3-cü, nə 2-ci, nə də ki, Allah eləməmiş, 1-ci ŞƏXS kimi danışacaq. O, ümumiyyətlə, danışmayacaq. O, yazacaq. İmza: Bəhram A. Bağırzadə. İstənilən şəxsin mənimlə mərc gəlib, mərci udmaq şansı var. Bir şərtlə, mərc gələn kəs gərəkdir ki, yalnız Sərhəd Xidməti Arxivlər İdarəsinin müdiri vəzifəsini icra etsin. Mərcin də predmeti belə olmalıdır: “Bəhram, mərc gəlirəm ki, sən Rusiyada filan dəfə olmusan!”. Sözsüz, mənim bu mərci uduzmaq şansım 100-dən 100-dür! Moskva da neçə dəfə olduğumu dəqiq bilsəm də (yeri gəlmişkən 54 dəfə), Rusiya Federasiyasına indiyədək “kaç kere” səfər etdiyimi yalnız bu təşkilatdan öyrənmək olar. Bir də onu əminliklə deyə bilərəm ki, Sankt-Peterburqda indiyədək 2 dəfə olmuşam. Bu şəhərlər şəhəri ilə tanışlığım düz, 12 il əvvəl - “Bakılı Oğlanlar” Şən və Hazırcavablar Komandasının üzvü kimi, “Lenfilm” kinostudiyasında filmə çəkilmək dəvəti alanda başlamışdı. Rejissor Aleksandr Abdulovun “Bre men musiqiçiləri” filmində kütləvi akt yorları oynayacaqdıq. Özü də Rusiya Çarı rolunu ifa edən mərhum aktyor M.İ.Puqovkinin cangüdəni kimi, “Nana” qrupunun mahnısının sədaları altında “Ох рана, встает охрана” oxuyur duq. Ümumiyyətlə, filmdə Rusiyanın çox tanınmış simaları, Larisa Dolina, A.Abdulovun özü və həbsxananın rəisi rolunda isə bizim çox hörmətli və möhtərəm aktyorumuz Yaşar Nuri çəkilmişdi. Təqribən, bütün çəkiliş müddətində 10 gün Sankt-Peterburq şəhərində qalmışdıq. İkinci dəfə isə 2010-cu ilin av qustunda Allah-Təala imkan yaratdı ki, Rusiyanın mədəniyyət paytaxtını yenidən görmək mənə nəsib olsun.
Səbəb isə nə film çəkilişi, nə də “КВН” oldu. Bu səfər səfərimizin səbəbkarı qı zım, daha doğrusu, onun məşğuliyyəti idi. Dama üzrə Azərbaycan yığma sının üzvü, respublika çempionu, səkkizyaşlı Totuş (yaş kağızında rəsmi adı Tahirə Bağırzadə - B.A.B.) ilə va lideyn qismində yollandıq Böyük Pyot run adını daşıyan şəhərə. Şəhər, nə şəhər! Məncə, şəhərləri şəhər edən ilk növbədə oranın insanlarıdır. O ki qaldı Peterburqa, 300 ildən çox yaşı olan bu şəhərin çox möhtəşəm me marlığı, düzgün, Avropa standartları na uyğun şəhərsalma üslubu var. La kin buna baxmayaraq, şəxsən mənim üçün müqayisədə Sankt-Peterburqu nəinki Bakıyla, hətta Bakının məşhur “Kubinka” məhəlləsi ilə də bir tərəzinin gözünə qoymaq olmaz. Nöşün? Deyim
də! Çünki Rastrelli kimi klassik memar lıq nümunələri, qotika, çiçəklənmə və renessans dövrü, Barokko üslubun dan Rokkoya xüsusi incəliklə keçid və dəyişikliklərin olmasına baxmayaraq, hətta yerli piterlilər də etiraf edirlər ki, bu, sadəcə görüntüdür. Yəni, əslində, binanın fasadları suvaqla örtülüb, daşla inşa edilməyib! Memar Şamil Fətullayev Bakının memarlığı haqqında yazır ki, bizdə binaların ölçüləri balaca olsa da, bütün fasadlar və memarlıq işləri daşlardan yonulub. Sadəcə, vaxtında həmin ənənə inkişaf etdirilmədiyi üçün, bu memarlıq üslubu zaman keçdikcə arxa planda qalıb. Amma buna baxma yaraq, yüksək memarlıq nümunələri ilə yaxından tanış olmaqdan ötrü il ərzində Piter şəhərini 3-4 milyon turist ziyarət edir.
45
ADAMA GƏZMƏK QALIR
Şəhər, nə şəhər! Məncə, şəhərləri şəhər edən, ilk növbədə, oranın insanlarıdır. O ki qaldı Peterburqa, 300 ildən çox yaşı olan bu şəhərin çox möhtəşəm memarlığı, düzgün, Avropa standartlarına uyğun şəhərsalma üslubu var. Buna baxmayaraq, şəxsən mənim üçün müqayisədə Sankt-Peterburqu nəinki Bakıyla, hətta Bakının məşhur “Kubinka” məhəlləsi ilə də bir tərəzinin gözünə qoymaq olmaz...
46
47
ADAMA GƏZMƏK QALIR
Gözəl binalardan bir çoxu da Peterburq muzeyləridir ki, əziz balamız Totuş, üzr istəyirəm, Tahirə xanım, böyük məmnuniyyətlə buraları ziyarət etmək şansını bizə yarat dı. Səfərimizi bütün ailə ilə birlikdə həyata keçirdiyimizdən, demək olar ki, “Piter”in hər yerinə baş çəkdik. Uşaqları nə maraqlandırırsa - sirk, delfinari, okeanarium, balıqlar, köpəkbalıqlarına yaxından baxa bildik. Bunlar şəhərin yeni yaradılmış istirahət xidmətləri olsa da, nəinki uşaqların, hətta böyüklərin də maraq dairəsindədir. Əslində, uşaq bir bəhanədir. Axı hər bir böyük insan özü də uşaqlıq, cavan lıq qəlbinə malikdir. Olduğum bütün ölkələri, şəhərləri çox bəyənib dəyərləndirsəm də, istənilən halda paralellər aparı ram. Və görürəm ki, öz şəhərim, öz məmləkətim mənə daha maraqlıdır... Çox istərdim gələcəkdə Bakıda, eləcə də bütün Azərbaycanda bu kimi işlər görülsün. Biz də yaxın gələcəkdə 3 milyon turist qarşılaya bilək. Xaricilər Azərbaycanı KƏŞF eləməyə gəlsinlər! Klassik Sankt-Peterburqa gəldikdə, əlbəttə, biz Ermitaj da olmaya bilməzdik. Çünki bu şəhəri Ermitajsız, Ermitajı isə Peterburqsuz təsəvvür eləmək mümkün deyil. Sevindiricidir ki, bu muzeydə digər azərbaycanlılarla yanaşı, rəssam dos tum, Neftçalada doğulmuş Sakit Məmmədovun da əsərləri yer alıb. Sakit Məmmədov yeganə rəssamdır ki, Repin adı na Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu qır mızı diplomla bitirib. Bu, dillə deyiləsi mümkün olmayan bir hissdir. Azərbaycanlı rəssamın əsərləri “Ermitaj”ı bəzəyir! “Казанский Собор”, eləcə də “Исаакевский Собор” öz möhtəşəmliyi ilə insanı çoooox uzaqlara aparır.
48
Uşaqlar üçün isə (doğrusu, elə bizim özümüz üçün də... - B.A.B.) hər şey nağıla bənzəyirdi... Mənə elə gəlir ki, qızım hələ bu səfər haqqında, təxminən, 20-30 il sonra danışa caq. Mən danışdıqca yaddaşımda xatirələr təzələndiyi kimi, eləcə də övladlarım yetkin çağlarında bu xatirələrini yaxın ları ilə bölüşəcək... İlk dəfə 1981-ci ildə, doqquz yaşımda, anam bizi Mosk vaya aparmışdı. Qismət elə gətirdi ki, şəhərin ən bahalı - “Россия” mehmanxanasında qalaq. Nə var, nə var, sabah səhər 5-də oyanıb, ovaxtkı “Lenin Baba”nın Mavzoleyinə gedəcəkdik. Nə qədər ki yaddaşım yerindədir, anamın səhər tezdən bizi necə oyatmasını heç zaman unutmayacam. “Naməlum əsgər”ın heykəlindən “Qizil Meydan”a qədər acıbağırsaqtək uzanan cərgə ilə səhər 11-də içəri keçdik! Ağla bax ey, 53 il ərzində burada uzadılan meyidə tama şa eləmək üçün insanlar növbəyə durardılar!!! Bu mənim Rusiyaya anamla ilk səfərimiydi. Əminəm ki, bunabənzər xatirələr Bağırzadə Tahirənin da yaddaşından silinməyəcək. Bəlkə də nə vaxtsa Sankt-Peterburqla bağlı xatirələrini özü kimlərləsə bölüşəcək. Ermitajda gördüyü Repinin, Sakitin, Şışkinin əsərlərini, gəzib-ziyarət etdiyimiz sabor və küçələri, Neva çayında qayıqla üzməyimizi və daha nələri, nələri xa tırlayacaq... Dama üzrə Dünya Çempionu tacını da ona təqdim edəndə ilk dəfə beynəlxalq turnirdə iştirak elədiyi SanktPeterburqu necə də xatırlamasın! İnşallah! “Dama-dama göl olar!”. Dama demişkən, dama-dama köynəkdə çıxış edən Tahirənin, ilk dəfə Beynəlxalq Dama Çempionatında, 21
ölkə arasında səkkizinci yerə layiq görülməsi bizim üçün əla nəticə olmasa da, bədnam qonşumuz Ermənistana ba xanda bu, elə birincilik də sayıla bilər! Onlar 21, Gürcüstan isə 20-ci yerlə kifayətlənə bildi. Sonuncu turda qızım erməni damaçısı Diana Akopyanı elə 2-ci qarşılaşmada, ağ və qara damalarla məğlub etdi. Çox istərdim, Tahirə ilə Sankt-Peterburqun bəyaz gecələrini də yaxından izləyək. Əfsus ki, bunun üçün yat mamaq lazım idi, biz isə erkən oyanmalı idik. Gün ərzində 3-4 qarşılaşma hamını çox yorduğundan, eləcə də tezdən oyanmağın məsuliyyətindən gecə səyahətlərinə vaxt qal mırdı. Növbəti ildə Beynəlxalq Dama Çempionatı artıq Esto niyada, Tallin şəhərində baş tutacaq. Ümid edirəm, gələcək səfərimizin təəssüratlarını yenidən “Discovery Azerbaijan”la bölüşə biləcəm. Təvazökarlıqdan kənar olsa da, həqiqətən də çox ölkə gəzmişəm və bu gəzintilərdən böyük zövq alı ram. Allah-Təala istedad sarıdan lütfünü əsirgəmədiyindən, bu səyahətlər haqqında “çızma-qara”larım da deyəsən, maraqsız olmur. Bəlkə də heç bir xalqın dilində olmayan məşhur Azərbaycan kəlamı var: “Adama gəzmək qalır”. Əlimə pul-para düşən kimi, onu maddiyyata - hər hansı əşyaya, avtomobilə və yaxud sərmayə yatırmağa çalışmı ram və hər kəsə də bunu tövsiyə edirəm! Sadəcə, səyahət edirəm və sizlərə də tövsiyə edirəm! Dünyanı gəzməklə in san nəinki gördüyü yerləri, eyni zamanda, elə ÖZÜ-nü də yenidən KƏŞF edir! Yaponları həm də ona görə sevirəm ki, hansı məqsədlə, hara getdiklərindən asılı olmayaraq, başqa dövlətə ayaq basan kimi, ÇƏKİRLƏR! Bahalı resto ranlarda yeyib-içib, SİQARET ÇƏKMİRLƏR eyyy!!! Foto
aparat boyunlarında, əllərində, videokamera çiyinlərində... Yalnız və yalnız ŞƏKİL ÇƏKİRLƏR! Memarlıq abidələrini, yolları, küçələri, yeni texnologiyaları... sonra həmin fotola rı albom şəklinə salırlar. Deyəsən, bu GÖZƏL XƏSTƏLİK, azərbaycanlılar demişkən, “sözün yaxşı mənasında” mənə də keçib. Dostum İlqar İsbatov peşəkar fotoaparat hədiyyə etdikdən sonra isə vəziyyət daha da ciddiləşib. Gələcəkdə, təqaüd yaşımızda bu gün yaratdığım albomlara baxanda, zamanı üçün köhnəlmiş fotoların özünəməxsus həzzi yaşa nacaq. Nostalji Düşünürəm, hər bir insanın, eləcə də Allah-Təalanın ya ratdığı hər bir varlığın bu həyatda öz missiyası, öz vəzifəsi var. Hər insan özündən sonra nəsə qoymalı, gələcəyə nəsə ötürməlidir. Şadam ki, belə bir missiyanı yerinə yetirmək im kanını Tanrı mənə də qismət eləyib. Əgər doğrudan da qızı mın əlindən tutub, onunla Dama Çempionatına gedirəmsə, demək, bu, təxirəsalınmaz tərbiyənin bir bəndidir. Yəni borcumdur ki, valideynlərimin imkanları daxilində mənə verə bildiklərini, mən də öz imkanlarım çərçivəsində övla dım üçün edim. Azərbaycanın gələcəyinə sivil, intellektual, alicənab vətəndaş yetirim. Vacib deyil ki, o, Nobel mükafa tına layiq görülsün, ya da dahi olsun; yetər ki, qızım Vətəni üçün ziyalı və faydalı böyüsün. Vətənini sevən vətəndaş ol sun... Yazdıqlarım böyük bir KƏŞF olmasa da, gördüklərimi rahatlıqla KƏŞFlərimin sırasına aid edə bilərəm! Bəhram Arif oğlu BAĞIRZADƏ Qısaca “B.A.B.”
49
50
51
SORAĞINDAYAM
O
qtayı AN-maqla, Oqtayın AN-ından bəhs etmək simvolik xarakter daşı yır. Adətən, Oqtay kimilərə fədai də deyirlər. Oqtayı AN-arkən, doğrusu,
onun soyadını bilmirdim, oğlu Aydın deməsəydi...
Axı biz Oqtayı heç vaxt familyar olaraq tanımamı
şıq ki, onun soyadını bilməyə ehtiyac da olsun. Oqtay “bizim Oqtay” idi! Oqtay mənim Oqtayım, həm də elə mənim TAY-ım idi. Qonşum idi. Adı nın qarşısına “rəhmətlik”, “mərhum” ifadələrini sağlığında, özü də üzünə zarafatla deyərdik! Sən demə, Oqtayın familiyası Məmmədov imiş. Məm mədov Oqtay Dövlət başçısını müşayiət edən fo toqraf kimi Birinci şəxsin etibarını, eləcə də xari ci səfərlərdə Prezident komandasının üzvlərinin hörmətini qazanmışdı. Bu etibar və hörmət, eyni zamanda, onun istedadının təzahürü, sənətinə verilən layiqli qiymət idi.. İşdən kənar, boş vaxtlarında isə millətin gündəlik qayğılarından tutmuş, təbiət mənzərələrinə qədər Oq tayın alətinin – fotoaparatının yaddaşına “həkk olunar dı”. Yer-yurdundan qovulanlar, “20 Yanvar” qurbanları və sair və sair və sair... Vicdan, qeyrət sənətkarı hara çəksə, ora da get məlidir. Bu isə sevdiyin sənətə məhəbbətin nümunəsi olmaqla yanaşı, həm də və bir PEŞƏK ARLIQ göstə
Varmı Oqtayın tayı?.. 52
ricisi idi. Ürəyi də çox istədiyi yerdə, amma istəmədiyi vaxtda imtina elədi. Əslində, ürəyinin döyünməsindən şüurlu şəkildə imtina etməsini istəyən az adam tapmaq olar. Ürəkdi də, kefi istəyəndə işləyir, istəməyəndə... Oqtqayın həyatının SON AN-ı Şəhidlər Xiyabanında başa çatdı. Buranı PEŞƏK ARCASINA ziyarət elədi! İşini gördü - şəkillər çəkdi. Ürəyi sancdı, evə çatar-çat maz... ruhu gəldiyi yerə qayıtdı... Son AN 2009-un 20 Yanvarında baş verdi. Əslin də, Oqtay bu Müqəddəs Xiyabanda uyuyan 134 şə hiddən 135-cisi də ola bilərdi. Axı o, 1990-cı ilin yan varında baş verən hadisələri anbaan tarixin yaddaşına həkk edərkən, gözü qanla örtülmüş Sovet əsgərlərinin gülləsinə tuş gələ bilərdi! Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bi tirməsinə baxmayaraq, foto işinə hədsiz marağı və is tedadı onu sevdiyi sənətdə “bişirdi” və Oqtay 1990-cı ildən həyatını indiki AzərTAc-a bağladı, 8 ildən sonra agentliyin “Foto İnformasiya” redaksiyasının rəhbəri təyin olundu. Elə bu vəzifə başında sənətinin şəhidinə çevrildi. KİV nümayəndələri yaxşı bilirlər ki, şəkil yazının ya rısıdır. Oqtayın vəfatından sonra bir müddət yarımçıq yazılardan danışdılar, amma əvəzsiz peşə sahibi ol mur həyatda. Elə onların yazılarının qalan 50 faizini dolduranlar da tapıldı. Di gəl, onlar Oqtay deyildilər – hər AN-ı AN-ında tutan Oqtay! Sadə, təvazökar, şən Oqtay. “Tərəqqi” medallı, Əməkdar Mədəniyyət İşçisi – Oqtay Aydın oğlu Məm mədov. Azərbaycanın böyük sənətkarlarından kimisi yazdı, kimisi bəstələdi, kimisi ifaçı oldu, Oqtay da ürəyini şə killərlə (bəlkə də “şəkillərə”!) boşaltmağa çalışdı. Sənin xatirəni jurnalımızın yanvar ayı nömrəsində - Sənin gəldiyin yox, qayıdış ayında hörmətlə yad etdik. İndi üzünə deyə bilmirik, amma arxanca yazırıq: “Allah Sənə rəhmət eləsin!”. Şirməmməd NƏZƏRLİ
53
VƏTƏNİMİN SEYRiNƏ
54
55
reklam
VƏTƏNİMİN SEYRiNƏ
56
57
TARİXƏ NƏZƏR
Xeyir
verən oğlan 58
İldə 2 milyard avro...
B
u gün Bill Geyts, Uarron Baffot, Karlos Slim Elu kimi milyarderlərin illik qazancı belə, bu 3 yaşlı oğlanın gəliri nə çatmır... Amma onun bu titanlar kimi iri müəssisələri, bankları, işçi ordusu, mədənləri, turizm obyektləri yoxdur. Daha konkret desək, onun var-yoxu yalnız 600 paltarlıq qarderobdan ibarətdir ki, muzey də saxlanılan həmin geyimlər də yalnız günün müəyyən saatların da əynində olur. Sutkanın 20 saatı balaca Jülyen Brüsseldəki “Rue de l’Etuve” və “Rue du Chene” küçələrinin kəsişməsindəki binanın tinində, daimi məskənində çılım-çılpaq dayanır. Daha doğrusu, üzü onu ziyarət edənlərə tərəf, fasiləsiz olaraq, təbii ehtiyacını ödəyir. Onu bütün dünya tanısa da, mentalitetimizə uyğun gəlmə yən həyat tərzi ucbatından və ya hansısa başqa bir səbəbdən mi, demək çətindir, Jülyen bir dəfə də olsun, Azərbaycan media sının ekranını, səhifəsini bəzəməyib. Əminəm ki, oxucularımızın əksəriyyəti də bu balaca ulduz barədə məlumatsızdır. Baxma yaraq ki artıq Jülyeni tanımadan “Mən müasir dünya incəsənəti haqqında yetərincə məlumatlıyam” iddiasında bulunmaq, sözün əsl mənasında, qəbahətdir. Beləliklə, dünyanın ən məşhur hey kəli - Manneken Pis, öz dilimizdə desək, “İşəyən oğlan” sizi “Dis covery Azerbaijan”da salamlayır.
Tarix nə deyir?
31 sm.-lik bu balaca heykəl Brüsseldə ilk dəfə 1619-cu ildə tuncdan tökülüb. Amma ucaldıldıqdan sonra dəfələrlə oğurlansa da, öncə hersoqlar, zaman keçdikcə isə şəhər bələdiyyəsi israrla heykəlin yerinin boş qalmasına imkan verməyərək, eynisini yenidən ucaldıblar. Zaman-zaman “Manneken Pis”in ölçüsü 63 sm.-dək hündürləşsə də, XIX əsrdə hazırlanmış sonun cu variant, orijinala uyğun olaraq, 31 sm böyüklüyündə qoyulub. Beləliklə, bütün bu səylər nəticəsində son 391 il ərzində Brüssel bir gün də olsun, “Manne ken Pis”siz qalmayıb. Heykəlcik, yuxarıda qeyd etdiyim kimi, ilk dəfə 1619-cu ildə hersoq Qotfrid Bra banskonun sifarişi ilə dövrün məşhur memar və heykəltəraşı Jerom Dyüke nua tərəfindən hazırlanıb. Bəs Jülyen kimdir və nə üçün ona heykəl ucaldılıb? Bir rəvayətə görə, balaca oğlan səhvən cadugərin darvazasına işə
59
TARİXƏ NƏZƏR yir. Qəzəblənən zalım cadugər onu elə o vəziyyətdə cə daşa döndərir. Beləliklə, “Manneken Pis” heykəli yaranır. Digər bir rəvayətdə isə deyilir ki, düşmənlər şəhə rə hücum edir. Lakin yenilməz qala divarları düşmən ordusunun qarşısını alır. Bunu görən yadellilər şəhə rə partlayıcılar atmağa başlayır. Əhali su daşıyaraq, partlayıcıları elə düşən kimi söndürdüyü üçün atılan sursatların çoxu işə yaramır. Amma düşmənin atdığı partlayıcılardan biri şəhərin sursat anbarı yaxınlığına düşür, nəticədə, bütün şəhər yer üzündən silinmək təhlükəsi ilə üzləşir. Yaxınlıqda isə suqabı olmur, ha mı anlayır ki, su gətirib partlayışın qarşısını almaq çox gecdir. Elə bu an Jülyen irəli qaçır və sidiyi ilə partla yıcının fitilini sondürür. Beləliklə, o, xilas etdiyi şəhəri nin qəhrəmanına çevrilir. Qədirbilən şəhər əhli isə ona Lütfkarlıq göstərərək, partlayıcını söndürdüyü vəziy yətdə heykəl qoyur. Üçüncü rəvayətə görə isə bu, daha konkret şəx sin adı ilə bağlıdır. Deyilənə görə, hersoq Qotfrid Bra bansko, oğlunun körpə olmasına baxmayaraq, onu həmişə özü ilə döyüşə apararmış. Günlərin birində hersoq ona tabe olmaq istəməyən vassalları ilə növ bəti dəfə döyüşərkən məğlubiyyətlə üzləşir. Əsgərlər ruhdan düşür, hər tərəf sükut içində ikən, birdən de yingən xidmətçi qadının səsi ucalır və o “ Manneken pis, Manneken pis” deyərək, hersoqun oğlunun palta rını yenidən islatmasına donquldanır. Dayəsinin əsə biləşməsinə uşağın şaqqanaq çəkərək gülməsi hamı nın üzündə təbəssüm yaradır; sanki bu, bütün orduya ruh verir və əsgərlər təkrar müharibəyə girərək qələbə qazanırlar. Hersoq şəhərə qayıdan kimi, oğluna abidə ucaldır. Maraqlıdır ki, həqiqətən də 1619-cu ildə “Man neken Pis” heykəli hersoq Qotfrid Brabansko tərəfin dən qoyulub və rəvayətdə olduğu kimi, hersoq o za man həqiqətən müharibədən qayıdıbmış. Ucaldılmasından 79 il sonra, yəni 1698-ci ildə qu bernator Maksimilian Emmanuel heykəli geyindirmək barədə düşünüb və elə həmin il bayramların birində əlahəzrətin əmri ilə Jülyenə paltar tikilir. Tarixdə ilk də fə heykəl geyindirilir. Maraqlıdır ki, əsası 312 il əvvəl qoyulan bu ənənə hələ də yaşadılır və bu gün də siz bu balacanı Elvis Preslidən Napoleona, Motsartdan Buddaya, kosmonavtdan Çin aşpazına qədər müxtəlif qiyafələrdə görə bilərsiniz.
60
Əgər təsadüfən yolunuz yazda Avropadan düşsə, mayın 28-də, günün birinci yarısı mütləq Brüsselə baş çəkin, peşman olmazsınız. Həmin gün Jülyen Azərbaycanın milli geyimində, ənənəsinə uyğun olaraq, təbii ehtiyacını yerinə yetirə-yetirə ziyarətçilərini salamlayır...
Əgər təsadüfən yolunuz yazda Avropadan düşsə, mayın 28-də, günün birinci yarısı mütləq Brüsselə baş çəkin, peşman olmazsınız. Həmin gün Jülyen Azər baycanın milli geyimində, ənənəsinə uyğun olaraq, tə bii ehtiyacını yerinə yetirə-yetirə ziyarətçilərini salam layır. Jülyen müstəqillik günümüzüm şərəfinə milli geyi mimizdə olur. Amma bu o demək deyil ki, “Manneken Pis” hər bir dövlətin bayramında həmin ölkənin əlbisə sini geyinir. Xeyr, Brüssel Şəhər Şurasının qərarı ilə Jülyenin qarderobuna MDB ölkələrindən yalnız Azər baycan və Qazaxıstanın milli geyimləri salınıb. Deyilənə görə, Sov.İKP MK-nın Baş katibi N. Xruş şov “Manneken Pis” heyranlarından olub. Hətta Sovet liderinin əmri ilə Jülyen üçün xüsusi olaraq kosmonavt skafandrı düzəldilib və həmin xüsusi geyim bu gün də “Manneken Pis”in qarderobunu – Brüssel Şəhər Mu zeyini bəzəyən nadir eksponatlardan sayılır. Jülyenin sevimli geyimləri sırasında ən çox diqqət cəlb edən paltarlardan biri isə ona məşhur komik per sonaj Mister Bin tərəfindən bağışlanıb. İngilis aktyoru Roan Atkintson 2002-ci ilə britaniyalı dərzilərə Jülyen üçün ozünün məşhur geyim tipində bozumtul qəhvəyi pencək, açıq-qəhvəyi şalvar, ağ köynək və üstü mavi xallı qırmızı qalstuk sifariş verərək, heykəlciyi öz əlləri
ilə geyindirib. Amma bütün bunlara baxmayaraq, Brüssel sakin ləri hesab edirdilər ki, “Manneken Pis” – yəni Jülyen xoşbəxt deyil. Necə deyərlər, tənha qəlb xaraba qalar. Bunu əsas gətirən Şəhər Şurasının qərarı ilə 1987-ci ilə də Brüsseldə “işəyən qız ” heykəli qoyulur. Heykəltəraş Denis-Adrien Debovurie “Jeaneken Pis” heykəlini “Manneken Pis”in qoyulduğu məşhur Qrand Plas meydanının qarşı tərəf ində yerləşdirir. Beləliklə, Jülyenin bu tənhalığına düz, 368 ildən sonra son qoyulur. Bu gün nəinki Brüsseldə, ümumi likdə, bütün Belçikada düşünürlər ki, axşamlar – işdən sonra “Manneken Pis” və Jeneken Pisin ruhları qovu şur. Amma “Jeaneken Pis” “Manneken Pis” qədər şöh rət tapmadığı üçün onu ancaq təsadüf i ziyarətçilər və onun barəsində məlumatlı olan brüssellilər yada salır. “Manneken Pis” Belçika büdcəsinə ildə, təqribən, 20 milyard avro gəlir gətirir. Hesablamalara görə, hər il 10 milyondan artıq in san Jülyenə tamaşa etmək məqsədi ilə Brüsselə üz tutur. Bu isə külli miqdarda pul axını deməkdir. Amma “Manneken Pis”in qazancı yalnız turizmlə məhdudlaş mır. Brüsseldə, demək olar ki, hər addımbaşı rast gə linən istər hədiyyə mağazaları, istərsə də adi market
61
TARİXƏ NƏZƏR
lərdə “Manneken Pis”in formasında müxtəlif əşya və suvenir qismində satılır. “Manneken Pis”, hətta qida sənayesinə də çox cid di formada daxil ola bilib. “Manneken Pis”in heykəl cik-şokolad, tortları, digər şirniyyatları fərqli ölçülərdə nəinki Belçika, ümumilikdə, bütün Beniluks dövlətləri, həmçinin, Fransa və Almaniyanın sərhəd əyalətlərin də ziyafət süfrələrinin vazkeçilməz nemətinə çevrilib. Belçikalılar Jülyeni, sözün əsl mənasında, sevir... Bu gün Belçikada istər rəsmi, istər qeyri-rəsmi ölkə əhəmiyyətli tədbir, mərasim yoxdur ki, Jülyen orada xatırlanmasın. Jülyen, bir növ, bu inkşaf etmiş Avro pa dövlətinin qeyri-rəsmi gerbinə çevrilib. Başda Kral olmaqla, ildə, azı, 2-3 dəfə bütün dövlət və hökumət rəsmilərini Jülyenin yanında görmək mümkündür. Üs təlik, milli bayramlarda və bir sıra əlamətdar günlərdə “Manneken Pis” heykəli ətrafında hərbi orkestrin ifa sında xoş musiqinin sədası bütün yaxın məhəllələri bürüyür. Diqqət mərkəzində saxlanmasını, təbii ki, “Manne ken Pis” də cavabsız qoymur - belə günlərdə Jülyen dən su yox, pivə axır. Pivənin suya nisbətən Jülyenin özünəməxsus təqdimatında sidiyi daha çox xatırlatma sına və iyrənc görünməsinə baxmayaraq, içkini sevən
62
avropalılar əllərində qədəhlər bu işəyən oğlanın ifraz etdiyi içkinin dadına baxmaq üçün böyük növbələr ya radır. Amma 2005-ci ilin 4 iyununda, Belçikanın “Spor ting Gijon” futbol klubunun yubiley mərasimində hər şey gözlənilən kimi olmadı. Jülyen daha böyük sürp riz edərək, mərasim iştirakçılarını pivəyə yox, dünyaca məşhur Belçika sidrinə qonaq etdi. Bu gün “Manneken Pis”in məşhurluğu artıq nə sü ni, nə təbii sərhəd tanıyır. Dünya ölkələri öz “Manne ken Pis”ini yaratmağı hədəfləyib. Təsadüf i deyil ki, bir çox ölkələrdə Jülyeni xatırladan çoxlu heykəl ucaldılıb. Hətta Braziliyada Jülyenin şərəf inə futbol komandası, Birləşmiş Ştatlarda meydan, Niderlandda mağazalar şəbəkəsi, Yaponiyada isə qatar stansiyası var. Son da onu da diqqətinizə çatdırım ki, Azərbaycan da bu prosesdən kənarda qalmayıb. Sadəcə, bir az fərqli şə kildə. Bütün dünya “Manneken Pis”i incəsənətinə daxil etdiyi halda, biz bu balacanı məişətimizə buraxmışıq; xüsusilə də ötən əsrin 90-cı illərində. Düzdür, günü müzdə bu artıq bir qədər dəbdən düşüb, amma hə lə də şəxsi və ictimai ayaqyoluların qapıları üzərində Jülyenin təsvirinə rast gələ bilərsiniz. Bəhruz Heydərİ
63
reklam
ÇƏRÇİVƏYƏ MƏHKUM OLUNMUŞLAR
Чярчивядя 64
G
özəl bir deyim var. Doğrusu, bu ifadə rus di lində daha yaxşı səslənir. Məhz elə bu sə bəbdən tərcümə etmədən urusca yazacam: «Он художник своего дела!». Bu ifadəni şairə, sürücüyə, həkimə... bir sözlə, az qala, bütün sənət növlərinə şamil etmək olar. Və əksinə, heç bir sənət növü nü bu qayda ilə digər sənət növlərinə şamil etmək müm kün deyil. Bir anlığa təsəvvür edin: «Он шофер своего дела»... Xülasə! Rəssam nə deməkdir və onun müasir həyatdakı missi yası nədən ibarətdir? Yeni əsərləri yaradarkən, fırça ustasını düşünməyə nə vadar edir? Ümumiyyətlə, o niyə yeni əsər yaradır? Hardandı bu istək? Rəssam bəyaz kətanın önündə durub-dayanarkən göz ləri önündə mavi səma, onun ucsuz-bucaqsız üfüqləri can lanarkən bu fantaziyadolu aləm rəssamı haralara aparır? Yaratdığı əsərlərin mövzusunu o hardan tapır? Sonu olmayan belə suallar silsiləsi məni hər zaman dü şündürür. Saatlarla danışmaq, uzun-uzadı yazılar da yaz maq olar. Lakin bir jurnalda mövzuya ayrılan konkret səhi fələr də var axı. Gərəkdir ki, “çərçivə”yə sığışasan. Çərçivə demişkən... Digər yaradıcı insanlardan fərqli olaraq, bütün əsərlərini “çərçivəyə sığışdırmağa məhkum olmuş” gənclik dostumla növbəti görüşüm bu rubrikanın yaranmasına sə bəb oldu. Səbəbkar, nə qədər qəribə görünsə də, o deyil di, elə özüm idim. Nədən Azərbaycan rəssamlarını KƏŞF etməyək? Axı biz DİSCOVERY jurnalı olaraq bu missiya nı yerinə yetiririk. Doğrusu, sualın cavabını gözləməyə nə
vaxt var idi, nə də ki həvəs. Oturub söhbətləşdik, çızmaqaramı eləyib ayrıldım... İndi isə redaktə elədiyim yazını oxuculara təqdim edirəm. Tanış olun, Azərbaycanın tanınmış rəssamı, fəlsəfə elmləri doktoru, Rəssamlıq Akademiyasının baş müəllimi Rəşad Mehdiyev. Bu sayımızda Rəşad müəllimin (görün düyü kimi, bu, müraciət forması deyil, o, sözün həqiqi mə nasında, MÜƏLLİMdir!) yaradıcılığından, Azərbaycan təs viri sənətinə bəxş etdiyi zəngin, təkrarolunmazlığı ilə seçi lən sənət incilərindən söhbət... AÇMAYACAM! Rəssamın işindən danışmazlar, rəssam elə ona görə rəssamdır ki, onun işinə baxıb özün-özünlə, özü də için-için danışmalı san! Bir də ki sözü ağzından kəlbətinlə çıxarılan Rəşaddan nə danışasan?! Yalnız onun sərgilərindən söhbət açmağa məcburam. Oxucuların onu rəssam kimi KƏŞF etməsinə gəldikdə isə, bundan ötrü Rəşadın əsərlərini seyr etmək lazımdır... Rəşad Azərbaycan təsviri sənətini professional sə viyyədə, beynəlxalq arenada dəfələrlə yuksək səviyyədə təmsil edənlərdəndir! O, müasir Azərbaycan mədəniyyə tinin təbliğindəki qazandığı nailiyyətləri ilə bizə başucalığı gətirən VƏTƏNDAŞlarımızdan biridır! Cümlələrim, deyə sən, bir az pafoslu göründü, amma neynim, bu, bir həqi qətdir. D.A.: - Rəşad, Rəşad MÜƏLLİM, məlumatıma görə, sənin, bağışlayın sizin (yenə də “çərçivə”) Azərbay canda və xaricdə bir xeyli şəxsi sərgin(iz) olub. Hətta işlərin(iz) 2006-cı ildə Birləşmiş Millətlər Təşkilatında sərgilənib. Deyirlər, bu binaın divarları arasında, ümu miyyətlə, heç bir personal tədbir keçirilmir...
65
ÇƏRÇİVƏYƏ MƏHKUM OLUNMUŞLAR R.M.: - Doğrudur, həqiqətən də BMT-nin binasında belə personal tədbirlər ya baş vermir, ya da ki çox na dir hallarda keçirilir. Lakin başqa formatda. Bu barədə az sonra danışaram. Mənim işlərimin orda sərgilənmə sinin səbəbkarı isə Xarici İşlər Nazirliyi idi. Əsərlərim ilə tanış olandan sonra, BMT-də fərdi sərgimi keçirmək qərarına gəlmişdilər. Əslində, Azərbaycanda və ölkə mizin hüdudlarından kənarda şəxsi sərgilərim çox olub. Məsələn, Beynəlxalq Türksoy Təşkilatının “Çanaqqala düşüncələri” əsərinə görə Qazaxstan Prezidenti Nur sultan Nazarbayevin şəxsi seçimi nəticəsində “Laure at” nominasiyasına mən təqdim olunmuşdum. Məsələ burasındadır ki, türkdilli ölkələri əhatə edən Türksoy Təşkilatının simpoziumunun sonunda qalibi bu ölkələr dən birinin prezidenti müəyyənləşdirir... Vyana şəhərində məşhur Lanq Qalereyasında və Porçiya sarayında sərgimin təqdimatı isə əsərlərimin daha geniş auditoriyada nümayiş etdirilməsi ilə yad daqalan oldu. Yüksəksəviyyəli dövlət nümayəndə he yətinin, xarici ölkə diplomatik korpusları təmsilçilərinin dəvət olunmasında ölkəmizin Avstriyadakı Səf irliyinin böyük zəhmətini xüsusi qeyd etməliyəm. Diplomatla rımız Azərbaycan mədəniyyətinin təbliği çərçivəsin də (çərçivəsiz!) qonaqların diqqətinə və müzakirəsinə yaradıcılığım haqqında geniş məlumat vermişdilər. Bu sərgidə Avstriyanın dövlət məmurları, Prezident Apa ratı Mədəniyyət Departamentinin rəhbəri, Avstriyanın Azərbaycandakı səf iri, media nümayəndələri və çoxlu sayda qonaqların iştirakı, sözün əsl mənasında, bu təd biri daha da sanballı eləmişdi! Belə çıxır ki, Avropa mediası bu sərgi haqqında ge niş məlumat yayır. Bizim isə bundan xəbərimiz yox dur... Sərgilər Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və bizim Avstriyadaki səf irlik tərəf indən təşkil olunmuşdu. Bu cür sərgilərdə, təbii ki, Azərbaycan rəs samı kimi təqdim olunuram. Səmimi bir söz söyləyim: hər hansı ölkədə əsərlərimin nümayişi barədə həmin məmləkətin mediasının məlumat verməsi mənim üçün daha önəmlidir. Çünki qeyd etdiyim kimi, onlar rəssamın hansı ölkəni təmsil etdiyini xüsusi vurğulayırlar. Önəmli olan da məhz elə budur. O ki qaldı bizim medianın bu barədə verdiyi və yaxud əksinə, vermədiyi məlumata, doğrusu, bu o qədər də vacib məsələ deyil. Bu mənim subyektiv fikirimdir... Sərgilər barədə söhbəti davam etdirərək vurğulayım
66
ki, növbəti nümayiş Venesiya şəhərində baş tutmuşdu. Bunu daha çox kamera sərgisi adlandırmaq olar, çünki cəmi 12 əsərim nümayiş etdirilirdi. Sərginin adı, səhv elmirəmsə, Art Desing Venic Gallery idi... BMT-yə gəldikdə... bəli, burada keçirilən sərgi nadir hadisə olmaqla bərabər, mənim üçün, eyni zamanda, hələlik sonuncu keçirdiyim sərgidir. Bu binada hər han sı bir millətə aid olan sərgilər keçirilə bilər. Lakin təşkilat fərdi sənət adamlarının işlərini sərgiləmir. Əsərlərimin qəbul olunmuş ənənədən kənara çıxaraq nümayiş et dirilməsində, qeyd elədiyimiz kimi, Millətlər Təşkilatının Avropa ofisinin xüsusi xidmətini vurğulamalıyam. Adə tən, belə hallarda dövlət məmurları özlərinin tərəfsiz olduğunu nümayiş etdirirlər. Mənim sərgim keçiriləndə isə... tam əksinə, bizim ordakı nümayəndə heyətimiz di gər dövlətlərin təmsilçilərini də bu sərgiyə dəvət etmək lə bərabər, tədbirə mane olmaq istəyən qüvvələri də (söhbət, əlbəttə ki, “sülhsevər” qonşularımızdan gedir) zərərsizləşdirə bilmişdilər. Bu çox böyük nailiyyət idi. BMT-dəki sərgidən sonra sərgiləriniz keçirilməyib. Xeyir ola? Xeyirdir! Düzdür, son zamanlar əsərlərim nümayiş olunmayıb, amma bu ərəfədə Azərbaycan rəssamları na birbaşa aid olan, çoxdan gözlənilən maraqlı bir ha disə baş verib. Dövlət başçısının tapşırığı ilə Mədəniy yət və Turizm Nazirliyi, Çingiz Fərzəliyevın “Rəngkarlıq anatasiyası” adlı kitabını nəşr etdirib. Bu topluda bizim bugünkü günə qədər bütün rəngkarlıq sənəti əks olun muşdur. Fəxrlə deyə bilərəm ki, bu kitaba mənim də iki əsərim daxildir. “Toplu Azərbaycan təsviri sənətini tam şəkildə əks edtirir”, - demək olar. “Xeyir ola”ya gəl dikdə, yəni sərgi məsələsini 2011-ci ilin aprel ayında, 25-30 əsərdən ibarət fərdi sərgimi gerçəkləşdirməyi düşünürəm. P.S. Bu qısa “müsahibə”də Rəşad müəllimdə yenidən KƏŞF etdiyim elə... köhnədən məlum olan bir məqam oldu! Bu sənət ustası çoooox xəsisdir – buna bir daha əmin oldum. Rəşad Mehdiyev SÖZ xəsisidir. Yaradıcılığından danışarkən ondan SÖZ qoparmaq əsl müsibətə çevrilir. Uzun illərin dostu kimi, Rəşadın bu xüsusiyyətini anlayır və dəyərlən dirirəm. Axı o, SÖZ ustası deyil, FIRÇA USTAsıdır. Çərçivələrə sığmayan rəssam danışmalı deyil, gös tərməlidir. “Çərçivə”də olanda, nooolar... Şakir EMİNBƏYLİ
67
VƏTƏNİMİN RubrikaSEYRiNƏ
68
69
reklam
YER KÜRƏSİ
Яфганыстан, йохса
70
Афганийа?! Ş
imal yarımkürəsində, 34°31` paralel və 69°08` me ridianlarının qovuşuğunda yerləşən Əfqanıstan İslam Respublikasıdır, 34 vilayətdən ibarətdir. Ərazisi 647,5 min kv. metr, əhalisi isə 29 milyondur. Bu ölkədə ailələr əksər müsəlman dövlətlərində olduğu kimi, çoxu şaqlılığa meyillidir. Müharibə, terror aktları, aclıq və səfalətə bax mayaraq, əhalinin sayı 1979-cu ildən bəri 3 dəfə artıb. Ölkənin iki rəsmi dili var: farscanın dari qolu və puştu dili. Əhalisinin 42 faizi puştu, 27 faizi tacik, 9 faizi hazara, 9 faizi özbək, 4 faizi aymak, 3 faizi türkmən, 2 faizi isə bəllucdur. Əvvəldə də qeyd etdiyim kimi, bu gün Əfqanıstanda NATOya üzv dövlətlərin birgə qüvvələri (İSAF) stabilliyi qorumağa ça lışsa da, partizan müharibəsi hələ də davam edir. Bu səbəbdən də ölkənin əksər vilayətlərində istənilən an hücuma məruz qala bilərsən. Yerli polis və NATO qüvvələri turistlərə bu barədə ölkəyə ayaq basdıqları anda xəbərdarlıq edirlər. Amma bəzi əyalətlər var ki, orada ümumiyyətlə, bir nəfər də olsun talib tərəfdarına və ya talib döyüşçüsünə rast gələ bilməzsən. Amma bu o demək deyil ki, həmin əyalətdə əl-qolunu sallayaraq, sağa-sola rahatca gəzə bilərsən. Əfqanlar arasında belə bir söz var: “Burada yer daşdan torpaqdan və minadan ibarətdir”. Ölkənin həm siyasi, həm də sosial cəhətdən ən stabil bölgəsi Kabil əyaləti və bu əyalətin mərkəzi, eyni zamanda ölkənin paytax tı olan Kabil şəhəri sayılır. Kabil və ətraf ərazilər tamamilə minalar dan təmizlənib, buranın təhlükəsizliyi yerli güc strukturları və NATO əsgərləri, konkret olaraq türk mehmetciyi tərəfindən təmin edilib. Amma hökumət yenə də rahat deyil və hava limanından şəhər mərkəzindəki otelə gələnədək tam 6 yoxlanış məntəqəsindən keçməli olduq. Elə Kabil yolunda ilk həmsöhbətim türkiyəli bir minbaşı, – mayor oldu. Ərdal minbaşı Azərbaycandan olduğumu biləndə “Buralar bizdən sorulur, kəndini evindəki gibi hiss et”, - de yib Kabillə bağlı təsəvvürlərimdə yeni səhifə açdı. Qalacağımız otel məşhur əfqan yazıçısı Xalid Hüseynin
71
YER VƏTƏNİMİN KÜRƏSİSEYRiNƏ
“Çərpələng ovçusu” romanında son dərəcə məhəbbətlə bəhs etdiyi və əfqan elitasının toplandığı Vəzir Əkbər Xan küçəsində yerləşirdi. Bu romanın təsirinə düşən oxucular dan biri kimi, Vəzir Əkbər xana bütün varlığımla tələsirdim; amma bu küçədə gördüyüm viranə hal təsəvvürlərimi altüst etdi. Düzdür, əgər bir gün turist olaraq Kabilə getməyi qərarlaşdırsanız və Vəzir Əkbər Xana ayaq bassanız, ora da əfqan səfalətinə uyğun gəlməyən və nağıllarda deyildiyi kimi, başı buluddan, ayağı torpaqdan nəm çəkən imarətlər görəcəksiniz, həm də kifayət qədər. Amma həyətdən, daha dəqiq desəm, hasardan bayır, sözün əsl mənasında, xarabalığı xatırladır. Bu ölkədə artıq polis və ordu tam təşəkkül tapsa da, şah dövründə olduğu kimi, hələ də varlılar dövlətə etibar etmir və ayrı-ayrı imarətləri silahlı mühafizəçilər qoruyur. Ev sahibinin imkanından asılı olaraq, mühafizəçilərin sayı 4-dən 30-a qədər çata bilər. Amerikalıların burada davamlı iş aparmalarına baxmayaraq, əhalidə yerli polis və orduya inam aşılaya bilməyib. ABŞ-ın Əfqanıstandakı missiyası nın rəhbərinin müavini, səfir Ceyms Kislə söhbətimdə də diplomat bu sahədə təbliğatın uğursuzluğunu traybalist cəmiyyətdə, yəni hələ də tayfa ənənələrinin qalmasında və getdikcə güclənməsində görür. Əfqanıstan, əslində, prezidentin yox, ayrı-ayrı tayfa ağsaqqallarının idarə etdiyi vahid bir sistemdir. Vəzir Əkbər xan küçəsində 1975-ci ilə qədər Əfqanıstanın sonuncu şahı - Zahir Şah da yaşayıb. Bu gün Şahın evi uçurulsa da, ona məxsus təndirxana hələ də qa lır və ən qəribəsi isə bu küçə sakinlərinin indi də çörəyə olan tələbatını məhz həmin kustar müəssisə ödəyir. Söhbət çörəkdən düşmüşkən, Əfqanıstandakı bütün et
72
nik qruplar çörəyi “nan” adlandırırlar. Nan əfqan süfrəsinin əvəzolunmaz neməti hesab edilir və eynən bizdəki kimi and yeri sayılır. Qeyd etdiyim kimi, Kabil Əfqanıstanın ən müasir şəhəridir. Burada istər yeni tikilməyə başlanan binalar da, istərsə də gənc insanların davranışında, dinlənilən musiqilərdə Qərb nəfəsi, xüsusən də ABŞ-ın mədəni təsiri hiss edilir. Amma bununla belə ölkənin ana şəhərinin əhalisinin 80 faizindən artığı hələ də milli geyim üslubuna sadiqdir. Hətta 40 yaş üstü insanlar belə “Taliban” rejimi zamanı istifadəsi məcburi xarakter daşıyan türban adlanan baş geyimindən indi də sevə-sevə istifadə edirlər. Taliblərin 5 illik hakimiyyətinin təsiri yalnız türbanla xa tırlansaydı, yəqin ki, bu gün əfqanların həyatı çox fərqli ola bilərdi. Amma nə yazıq ki, taliblər Əfqanıstana silinməz izlər, daha doğrusu, sağalmaz yaralar vuraraq tarixə qo vuşublar. Talib dövründə ən ciddi zərbəni ölkənin Bamiyan əyaləti alıb. Hazaraların yaşadıqları bu əyalət 2001-ci ilə qədər dünya buddistlərinin dini mərkəzi, müsəlmansayağı desək, qibləsi sayılırdı. Buddistləri son 2 min ildə bura çəkib-gətirən səbəb vilayətdəki budda heykəlləri olub. 56 və 37 metr hündürlüklərində olan bu iki nəhəng heykəl Bamiyanda qayaların içində ovulubmuş. Həmin abidələrin tədqiqi üzrə Əfqanıstanın yeganə tarixçi-alimi Əmir Foladi deyir ki, bu iki abidədən başqa, həmin qaya ların üzərinə də irili-xırdalı 200-dən artıq budda heykəl və büstləri olub. Və həmin dövrlərdə bura o qədər turist axını var imiş ki, hətta əhalinin gəlirlərinin əksər hissəsi məhz turizmdən qaynaqlanırmış. 1997-ci ildə taliblər hakimiyyətə gəldikdən sonra,
73
YER KÜRƏSİ vilayətin hazara əhalisi də, budda heykəlləri də talib rejimi nin hədəfinə çevrilir. Əhali məsələsinə daha sonra aydınlıq gətirəcəyəm, amma hələlik buddalar barədə. Taliblərin li deri Molla Ömər o zaman hesab edirdi ki, Əfqanıstan İs lam dövləti olduğu üçün burada buddalara yer ola bilməz. Nəticədə, UNESKO-nun çağırışları, hətta Hindistan hökuməti buddaları pulla almaq istəyinə də məhəl qoymur və 2001-ci ildə abidələr məhv edilir. Əmir Foladi həmin günü belə xatırlayır: “Onlar tankları heykəllərin qarşısın da cərgəyə düzdülər. Heykəllərə isə dinamitlər bərkitdilər. Dinamitlər partladıldı və ardınca heykəllərin dağılmayan hissələri də tank mərmiləri ilə məhv edildi. O zaman onla ra mane olmaq istəsəm də, avtomatın qundağı ilə məni o qədər döydülər ki, bütün dişlərim sınıb-töküldü”. Bu gün yaponlar budda heykəllərini bərpa etməyi və bu ranı əsl turizm cənnətinə çevirməyi öhdələrinə götürüblər. Hər halda, işlərin gedişatı və bir də söz verənlərin yapon olmaları onların bu işdə uğur qazanması üçün şübhəyə yer qoymur. Taliblər bu vilayətin sakinlərini bir də ona görə sevməyiblər ki, onlar fars yox, türk kökənlidirlər. Qeyd
74
edim ki, hazaralar dillərini itirərək, farsca danışan yeganə türk qövmü sayılır. İndi düşünürsünüz ki, hazaralar türk dür və bizə bu ölkədəki digər etnoslardan daha yaxın və doğmadırlar. Çünki hazaralar, daha dəqiq desək, xəzərlər, Əfqanıstana Xəzərin Azərbaycan sahillərindən köç edən tayfalardır. 1900 il öncə Strabon yazırdı ki, Alban dövlətində əhali 26 əsas tayfadan ibarətdir və onlardan biri kimi də məhz həmin xəzərlərin adı çəkilir. Xəzər dənizi də adını məhz bu tayfalardan götürüb. Bundan başqa, Bakının Xəzər rayonunun adının mənşəyi də bu tayfalardan gələn bir toponimiya nümunəsidir. Yeri gəlmişkən, Əfqanıstanla bizi bağlayan başqa bir tel, muğamlarımızdır. Bu ölkədə də oxşar musiqinin sədaları eşidilir. Üstəlik, onlarda da “Zabul-Segah”na bənzər eyni adlı kompozisiya var və hətta Əfqanıstan vilayətlərindən biri Zabul adlanır. Bu ölkədə şəhərlərdən fərqli olaraq, kəndlərdə vəziyyət daha ağırdır. Qoyun, keçi sürüləri əfqan kəndlisinin əsas gəlir mənbəyidir. Sahələrdə isə kartof və taxıl əkilir. Üstəlik, Əfqanıstan narı, badamı və üzümü ilə məşhurdur. Amma əfqan kəndlisi üçün bunların hamısından daha dəyərli bir
reklam
75
YER KÜRƏSİ
şey var - uzunqulaq. Bu, həqiqətən belədir. Təsəvvür edin, ərəb bədəvisi üçün dəvə nədirsə, əfqan üçün də uzunqu laq eyni dərəcədə əhəmiyyətə malikdir. Torpaq kartof və taxıl əkmək üçün Uzunqulaqla şumlanır, mal-qara üçün ot gətirilir, su daşınır, üstəlik, keçilməz dağ yollarında bu əvəzolunmaz nəqliyyat vasitəsidir. Talib dövründə həyatının ən dəhşətli həyat sınağını ya şayan əfqan qadınını bu gün də kifayət qədər azad he sab etmək olmaz. Birmənalı olaraq, başıbağlı qadınların, hətta 70 faizdən çoxu üzünü də bağlayır, yəni niqab ge yinir. Əfqanların öz aralarında isə qadınlarla bağlı, daha doğrusu, qadınların hamısının eyni geyinməsi, üzlərini gizlətməsi ucbatından ərin arvadını bazarda itirməsi və evə çarəsiz qalaraq tək dönməsi kimi bir- birinə oxşar və fərqli məzəli əhvalatlar çox geniş yayılıb. Amma bunun əcnəbilərə aidiyyətı yoxdur - əgər hansısa yadelli əfqan qadınını ələ salan lətifə danışmağa və ya əfqan qadınının rəsmini xəlvət çəkməyə cəhd etsə, gərək əvvəlcə kəlimeyişəhadətini oxusun… Əfqanıstanda ən ağır vəziyyət şimaldakı Bədəxşan əyalətində hökm sürür. Burda yetim uşaqların statistikası, hətta əfqanların özünü belə dəhşətə gətirir. Bu əyalətin mərkəzi Fayzabad şəhərində, demək olar ki, bütün yeməkxanaların qarşısı zibillik içərisində çörək qırıntıları axtaran uşaqlarla doludur.
76
Bədəxşanın əsas problemi narkotikadır. Bu əyalət dün yanı narkotik vasitələrlə təmin edən xüsusi bölgələr sıra sında ikinci yerdə qərarlaşır. Bu əyalətdə nədənsə narkop lantatorlara və narkotacirlərə dövlət qurumları da mane ola bilmir. Əkilmə, becərilmə və satış yalnız formal olaraq gizlədilir. Məsələn, orada olduğum 2 gün ərzində onlarca narkotacir və bu bitkilərin əkini ilə məşğul olan insanla ta nış oldum. Üstəlik, bu şəxslərdən biri mənimlə açıq söhbət etməkdən, hətta onun plantasiyasında şəkil çəkməyimə belə, razılıq verdi. Marixuananın əkini ilə məşğul olan, eyni zamanda, bu vasitələrdən asılı olan Xudadad Həmzə deyir ki, marixua nanı ilk dəfə nə vaxt çəkdiyi yadında deyil. Daha doğru su, onu bu vasitəyə digər həmyaşıdları kimi valideynləri alışdırıblar. Belə ki, bu əyalətdəki qadınlar uşaqları sakitləşdirmək və ya yatırmaq üçün tüstünu çəkərək uşa ğın ağzına üfürməklə, marixuanadan istifadə edirlər. Səfərin sonuncu günü haqq-hesab edib oteldən ayrılarkən, “Reseption” lövhəsinin üzərində diqqətimi dün yanın heç bir bucağında görməyəcəyim bir detal cəlb etdi. Yüzlərlə cümləni əvəzləyən bu foto, məncə, məqalə üçün ən uğurlu final idi… Bəhruz HEYDƏRİ
reklam
İNCƏ SƏNƏT
Seyfəddin Məmmədəliyev
Ustad A
ğac üzərində yazı, ornament yeni hadisə deyil. Dünyada, əsasən də islam ölkələrində, bu iş sevilir və qiymətləndirilir.
Azərbaycanda da ağacoyma təcrübələri az
olmayıb. Amma Seyfəddin müəllim, son illər deyildiyi kimi, “onun möhürünü vurub”. Tanınmış xəttat Seyfəddin Məmmədəliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub. Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib. Üç il kənd məktəblərində Bismilləhi-r-Rahməni- r-Rəhim
rəsm və rəsmxət müəllimi işləyib. 1964-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışıb. Ağaclara köçürülmüş təkcə Məhəmməd Füzuli obrazı və şairin kəlamları İstanbulda, Parisdə, Berlində nümayiş etdirilib. Əl işləri Azərbaycanda sərgilənib. Əsərləri əsl metaforadır desək, yəqin ki, yanılmarıq. Seyfəddin müəllimin özü isə sənəti ilə bağlı belə deyir: “Mənim aləmimdə metafora gerçəklikdən doğulur”. Bu sözlərin müəllifi əvvəlkitək işləyir və
Qurani-Kərim, Həşr surəsi
78
sənətsevərləri heyrətləndirməkdə davam edir.
Xaqani Şirvani
Füzuli - “Leyli və Məcnun”
Şah İsmayıl Xətai
Hüseyn Cavid
Həyat və tale gəmisi
Üzeyir Hacıbəyov
Şəmsi Təbrizi və Cəlaləddin Rumi
Rəhil
Rəssam Sultan Məhəmməd
79
Evimizə gəlincik gəlir...
İNCƏ SƏNƏT
80
K
ukla deyəndə gözümüzün qa bağına oyuncaqla oynayan qızcığazlar gəlir. Amma Nigar Babayevanın kuklalarından söz düşəndə sənət adam larının da, onu tanıyanların da xəyalında ciddi işlər canlanır. Nigar xanım, əslində, Azərbaycanın ayrı-ayrı regionlarına xas olan milli qadın geyimlərini, qadın bə zək əşyalarını, azərbaycanlılara məxsus adət-ənənələri “kukla” deyilən obrazda yaşatmağa çalışır. Bu məqsədlə onun hazırlaya bildiyi 80-dən çox milligeyimli fiqur R.Mustafayev adına İncəsənət Mu zeyində, Azərbaycan Tarix Muzeyində, bir çox bədii salonlarda, respublikamızda və xaricdə şəxsi kolleksiyalarda saxlanılır.
Bu işlər bp-nin və başqa xarici şirkətlərin Azərbaycanda keçirilən 5 xeyriyyə sər gisinin, Kislovodsk şəhərində keçirilmiş “Арт Искусства” festifalının və tətbiqi sənətlə bağlı digər tədbirlərin iştirakçısı olmuş, mükafatlara və hətta medala layiq görülmüşdür. “Kukla” məfhumu texniki tərəqqinin, texnologiyanın, informasiya vasitələri nin sürətlə inkişaf etdiyi indiki vaxtda bir qədər başqa status almaqdadır. Çünki oyuncaq qismində istənilən ölkənin istə nilən qədər də kukla obrazı var. Nəzə rə alsaq ki, respublikamıza idxal olunan bu oyuncaqlar özləri ilə həm də istehsal olunduqları məmləkətin mədəniyyətini, zövqünü, ehkamlarını və s. gətirir, onda
81
İNCƏ SƏNƏT milli gəlinciklərin kütləvi istehsalına ehtiyac aktuallaşır. Başqa tərəfdən də milli kolorit, etnoqrafiya, milli geyim lər, dizayn işi, modelçilik və s. tədris olunan müəssi sələrdə Nigar xanımın yaratdığı kuklalar tipli vəsaitlər əyanilik baxımından əvəzedilməzdir. Pedaqoji üsullara görə də, uşaq psixologiyasına rəğmən də gözlə görü nən, əllə toxunula bilən hər şey daha tez yadda qalır. Nigar xanım öz işlərindən həvəslə danışaraq deyir ki, kukla hazırlamaqan ötrü onun üçün material, ide ya, bədii süjet problemi yoxdur. Amma Rəssamlar İtti faqının üzvü kimi istərdi ki, emalatxanası olsun. Onda daha çox, daha nəfis obrazlar yaradar və fərdi sərgi təşkil edə bilər... Zənnimizcə, bu, müəllifin populyar
82
laşmasından daha çox, milli obrazlı kuklaların populyar lığına, özünəqayıdış prosesinin sürətlənməsinə xidmət edər. Nigar Babayeva Bakıda anadan olub. N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini və Ə.Əzim zadə adına Rəssamlıq Məktəbini bitirib. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisidir. Eyni zaman da, Müasir Təhsil Kompleksində rəsm fənnini tədris edir. Sevindirici haldır ki, müdiriyyət onun əl işlərinin məktəbdə əyani vəsait kimi istifadə olunmasına məm nunluqla razılıq verib. Şirməmməd Nəzərli
83
reklam
CAN SAĞLIĞI
B
ritaniyalı alimlər üç valideynin genetik materialından istifadə edərək, klonlaşdırma yolu ilə insan embrionu yaradıblar. Onlar bu texnologiyanın, mitoxondriya genlərinin pozuntularından əmələ gələn irsi xəstəliklərin yaranma risqinin qarşısını alacağına ümid edirlər. Mitoxondriya hüceyrənin enerjisini təmin edən hissəsidir.
3 valideyndən 1 embrion M
itoxondriya 37, hüceyrənin nüvəsi isə 23 min gendən ibarətdir. Ana xətti ilə keçən mitoxondriyaların gen lərinin ciddi mutasiyaya uğraması, şikəstliyə və vaxtsız ölümə gətirən xəstəliklərə səbəb olur. Bu xəstəlik lərə əzələlərin atrofiyası, qaraciyərin, böyrəklərin, beynin, ürəyin zədələnməsi və korluq aiddir. Nyukasldan olan alimlər mayalanmış yumurtalıqdan, birləşməsindən embrion, yəni insan rüşeymi əmələ gələn iki atalıq və analıq nüvəsi götürüblər. İnsanın biraylıq embrionu Hər iki nüvəni əvvəlcədən nüvələrdən birinin götürüldüyü digər bir yumurtalığa yerləşdiriblər. Bununla yanaşı, mi toxondriyalar və onların tərkibində olan genləri digər yumurtalığa köçürməyiblər. Alimlər ümid edirlər ki, yeni texnologiyanın inkişafı, irsi xəstəliklər əmələ gətirən mitoxondriya genlərini ləğv edəcək. Nyukasl Universitetindən olan tədqiqat rəhbəri Dut Ternbulun sözlərinə görə, bu metodla dünyaya göz açan körpə, düzgün işləyən mitoxondriyaya sahib olacaq. Körpə, eyni zamanda, ata və anadan bütün genetik informasiyanı əldə edəcək. Bu genetik təcrübə zamanı alimlər ilk klonlaşma hadisəsi kimi tanınan qoyun Dollinin klonlaşması metodundan is tifadə ediblər.
84
reklam
Ünvan: Atatürk prospekti 3078 Əlaqə telefonu: (+99412) 4361496, (+99470) 619 11 57 (+99455) 201 88 74
85
«Xan Sarayı»nı gəz, «Karvan Saray»ı gör, «Şəki Saray»da qal! 86
“Bura bax, yaxşı pitini, səncə, harda ve rirlər ?!”. Elçin yarızarafat, yarıciddi bu sua lı verəndə fikirləşdim ki, Bakıdakı kafelərin birində onun bu “həyati-vacib tələbatı”nı təmin edərik - vəssalam! Amma söhbətin davamında zarafatdan əsər-əlamət belə qalmamışdı. “Özü də məhz Şəkidə! Sən ki bilirsən, indiyədək ötəri də olsa Şəkidən keçməmişəm. Sürixdə bir isverçrəli tanışım mənə Şəki haqqında ağızdolusu danışan da, utandığımdan bilmirdim neyləyim. İşə bax ey, hansısa avropalı Şəkini mənə tanıt dırırdı, özü də necə! Yer aralansaydı, bö yük həvəslə ora girərdim...”. “Həə, yaman yerdə axşamladıq”, – öz-özümə deyinməyə başladım. Amma nə etməli, İsveçrə univer sitetlərinin birində - turizm bölməsində plan laşdırma və idarəetmə meneceri üzrə təhsil alan və birhəftəliyə Azərbaycana qayıdan uşaqlıq dostumun içindəki maddi və mənəvi boşluğu doldurmaq lazım idi... Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ... Bakı dan uzaqlaşdıqca, ciyərlərimizə təmiz hava kütləsinin daxil olması o qədər hiss ediləndir ki, hərdən bu qədər oksigeni həzm edə bil məməyinə dilxor olursan! Nə qədər ayıb olsa da deyim ki, heç özüm də indiyədək Şəkidə olmamışam... “B” mən təqəsindən uzaqlaşaraq, “Ş” məntəqəsinə
87
yaxınlaşmağın ləzzətini yaşayırdıq. Sən demə, Şəki “ha bıdı burdaymış, ağzımızın içində!”. İlk rastlaşdığımız yerli... şotlandiyalı turistlər oldular! Onlarla söhbətdən məlum oldu ki, yaxşı piti Şəkinin hər yerində verilir, amma məsləhətlisi... filan yerdir. Deyirlər, Şəki pitisinin dadı baş qa olur. Elçin iki pitini “aşırandan” sonra ondan soruşdum: “Dincəldin indi?”. Sifətində həyatından razılıq ifadəsi vardı. İlahi, insana xoşbəxt lik üçün nə az şey lazımdır! Vaxtın necə keçdiyinin fərqinə varmadıq. Artıq axşam oldu və biz “relax” və ziyyətində heç bir vəchlə Bakıya qa yıda bilməzdik. Gecələməyə qərar verdik. Maraqlandıq və məlum oldu ki, Şəkidə möhtəşəm “Şəki Saray” mehmanxanası fəaliyyət göstərir... İlk növbədə onu deyim ki, “Şəki Saray Hotel”dən Böyük Qafqaz dağ larına füsunkar bir mənzərə açılır. Beşulduzlu “Şəki Saray” mehman xanası müasir üslubda inşa olunsa da, memarlıq baxımından Şəkinin
88
zəngin tarixini özündə əks etdirir. Avropa, Aralıq dənizi ölkələrinin və Şərqin memarlıq ənənələri də bu binada öz əksini tapıb. Tikintisində çay daşlarından, təbii ağaclar, Şə kiyə məxsus dekor və rənglərdən istifadə olunub. Təcrübəmdən bili rəm ki, heç də hər otel qonaqların istirahəti üçün sehrli mühit yarada bilmir. “Şəki Saray”da isə bu vacib məqama xüsusi diqqət yetirilib. Tə ləbəlik tətilini Avropanın müxtəlif şəhərlərində keçirən Elçin qeyd etdi ki, “Şəki Saray” Avstriya və İsveç rə otellərindən nəinki geri qalmır, hətta XİDMƏT və QİYMƏT səviy yəsinə görə bir çoxlarından qat-qat üstündür! Gülərüz personal bizi çox yüksək səviyyədə qarşılayaraq, “Single”, “Queen”, “Twin”, “Junior” və “Execu tive Luks” otaqlar təklif etdi (hoteldə Prezident otağı da var). ...Nömrəmizi seçib, otağa təşrif buyurduq. Otaqlar mərkəzləşdiril miş havalandırma, istilik və kondi
sioner sistemi, birbaşa çıxışı olan telefon, peyk televiziyası, mini-barla təchiz olunub. Mebellərdən tutmuş, vanna xalatlarına qədər bütün ak sessuarlar və ləvazimatlar öz sə liqə-sahmanı, təmizliyi və təzəliyi ilə buranın menecmentinin yüksək zövqündən, eləcə də tələbkarlığın dan xəbər verirdi. Sürətli və limitsiz, başlıcası isə... PULSUZ internet Ümumdünya “hörmüçək toru”ndan asılı vəziyyətə düşənlər üçün göy dəndüşmə sayıla bilər! Otelə məx sus HAVAYI avtodayanacaq av tomobil sahiblərinə gecəni rahat yatmasına 100%-lik təminat verir. Nəinki “sadə” avropalının, hətta öz “mürəkkəb”liyi ilə hər şeyə “ilişən” sadə azərbaycanlının da tələbləri nə cavab verən və irad tuta bilmə yəcəyi yüksəksəviyyəli mehman xana xidməti! Gecəni qalıb səhər evə qayıtma ğı planlaşdırmışdıq. Axşam, vesti büldəki “Bar-restoran”da Şəkidə ilk rastlaşdığımız, ciblərində Britaniya Krallığının pasportunu gəzdirən tu ristlərdən öyrəndik ki, burda atlarla dağ gəzintisi yürüşləri təşkil olunur. Qərarımızı yerindəcə dəyişdik – biz də onlara qoşuluruq! Nə qədər acı nacaqlı görünsə də, bizi öz Şəki mizdə əcnəbilər gəzdirirdilər! PO ZOR! Gözlənilən sərgüzəştlərdən riqqətə gələn Elçinin yenidən iştahı açıldı və 24 saat ərzində fəaliyyət göstərən otaq xidməti dərhal mədə sinin əsiri olan dostumun sifarişini qəbul edib yerinə yetirdi! Tezdən durub, zəngin səhər ye məyindən (təbii ki, “zavtrak” otelə ödədiyimiz pula daxil idi) sonra gə zintiyə çıxdıq. Səyahətimizin necə ötüb-keçdiyini xatırlamıram. Şəkinin
füsunkar dağlarını atlarla və piyada gəzməkdən, əcnəbilərin ağızdo lusu “Very good” ları və otelə qa yıtdıqdan sonra çəkdiyimiz şəkillər xəbər verirdi... Fantastik bir təəssü rata malik idim. Yır-yığış edib aşağı endik. Yeni tanışlarımızla çay süfrəsi arxasında Şəki halvasından dadaraq, yola çıx mazdan əvvəl ordan-burdan söh bət edirdik. Sən demə, bunlar heç düşündüyümüz qədər “xarici” de yilmişlər, Azərbaycandakı neft şir kətinin əməkdaşları və onların Şot landiyadan dəvət etdikləri dostları imiş! Etiraf edirlər ki, əvvəllər 3-4 aydan bir gələrdilər Şəkiyə. İndi isə heç olmasa, ayda bir dəfə bura baş çəkirlər. Özü də hər dəfə yeni dəstə və yeni insanlarla təşrif buyururlar. Bunun bir səbəbi yeni, rahat, rəvan magistral yolların salınmasıdırsa, digər və ƏSAS SƏBƏBİ isə nəha yət ki, Şəkidə beynəlxalq səviyyəli, qəbul olunmuş standartlara uyğun komfortu, xidməti və təbii ki, qiyməti ilə cazibəli görünən “Şəki Saray”ın fəaliyyət göstərməsidir. Əvvəllər Şə kidə mövcud olan otellərdə adi sani tar qaydaların olması səbəbindən, turistlər səhər gəlib, axşam Bakıya dönməyi düşünürdülərsə, indi bura ya həvəslə gəlib, azı, iki gecə qal mağa üstünlük verirlər. Bu isə hər gələn qonağın Şəki ilə daha ətraflı tanışlığı ilə yanaşı, eyni zamanda, onların burda müəyyən miqdarda pul xərcləməsi deməkdir. Öz növbə sində, xərclənən hər bir manat bizə, fərq etməz, şəkiliyə, yaxud bakılı ya – azərbaycanlıya çatır! Yetər ki, şərait ürəkaçan olsun! Nə yaxşı ki, çoxdan arzuladığımız bu infrastruk tur artıq Şəkidə mövcuddur!
Səyahətimizin sonunda Elçin üzrxahlıq edərək, “şok açıqlama” ilə məni heyran etdi: “Bilirsən, əslində, Şəkidə çox olmuşam, sonuncu də fə isə 2 il əvvəl buranı ziyarət elə mişdim. Hər dəfə də burda olmayan dostlarımı Şəkiyə gətirmək üçün bir yalan uydururam. Bu dəfə də səni dartıb bura gətirməkdən çox zövq aldım! Şəki də günbəgün dəyişir. Olimpiya Mərkəzi, İpək Fabriki və nəhayət, yüksəksəviyyəli hotel! Cə mi 3-4 il əvvəl bunu yalnız arzulaya bilərdik! Bütün bu dəyişikliklərdən
insanlar yalnız fayda qazanır. “Xan Sarayı”, “Karvan Saray” kimi möh təşəm tarixi adidələrlə yanaşı, indi də “Şəki Saray” ŞƏKİ-yə yaraşıq və... XEYİR verir! Doğrusu, dostumun bu açıqla masına necə cavab verəcəyimi bil mədim, uzun pauzadan sonra də rindən nəfəsimi dərdim: “Üzrxahlıq qəbul edilir, əziz dostum!”. P.S. Elçinin növbəti dəfə “to runa düşəcək” yol-yoldaşına isə indidən qibtə edirəm! Zaur MƏMMƏDOV
89
AXI DÜNYA FIRLANIR...
Sinqapurda
«…özünü ölmüş bil!»
B
u yaxınlarda (müsəlmanın bu yaxınları...) əsl möcü zələr diyarında səyahətdə idim. Düşünmürəm ki, ilk cümlədən söhbətin hansı ölkədən getdiyini təxmin edəsiz. Asiyada yer ləşən, nəhəng İmperiyadan “üzülü şən”, amma çox da böyük olmayan bu ölkə vətəndaşlarının əksəriyyəti İslam dininə mənsub olsa da, burada dindarların sayı o qədər də çox deyil. Paytaxtı isti və gözəl dəniz ləpələ ri yuduğuna görə, oranın iqlimində nəmişlik üstünlük təşkil edir. Hər ad dımbaşı diqqətimi çəkən gözəl qızlar və son dərəcə biganə qaldığım cavan oğlanların hansı ölkədə yaşadıqla rını müəyyən eləməkdən ötrü yaz dıqlarım, deyəsən, yetərli olmadı. O zaman gəlin tanışlıq verim: Sinqapur! Əlbəttə ki, Sinqapurdan bəhs edirəm. Heç yerlə dəyişik sala bilməyəcəyim Sinqapur! Təmtəraqlı, insanı ilk ba xışdan məftun edən, bir sözlə, bütün epitetlərə layiq SinqaPur!
90
Sinqapurda keçirilən Asiya sənədli filmləri simpoziumuna bacanağım Məmmədlə birgə dəvət olunmuşduq. Səyahətboyu mövzuya və uçdu ğumuz ölkənin reallığına uyğun naftalin iyi verən, amma hazırda dəbdə olan mahnılardan birini zümzümə edirdik... “Günlərin bir günündə, Sin qapurda bir tində, banan, limon əlimdə...” - bu mahnının sədaları altında İstanbul – Sinqapur reysi ilə 11 (!) saatlıq fasiləsiz uçuşdan sonra, axır ki, dünyanın o biri başına gəlb çatdıq. Tam fərqli bir sivilizasiyada! Uçuş İran, Əfqanıstan, Nepal, Birma, Tailand üzərindən keçdiyindən, içimdə uşaqlıqda keçirdiyim duyğular oyanırdı... Sən yüksəklikdən aşa ğıda qalan sirli ölkələrin üzərindən uçursan... Bu məmləkətlər uşaqlı da mənə elə uzaq gəlirdi ki... Amma indi onların üzərindəyəm. Qəribə hisslərdir. Gecə olmasaydı, hardasa sol tərəfdə qalan Everesti mütləq görəcəkdim. Amma üzü Gündoğana uçduğumuzdan, gecə çox sürətlə keçdi. Nəhayət ki enirik... Adını çəkmək istəmədiyim (halbuki böyük məmnuniyyətlə adını da çəkərdim, lap elə familiyasını da) şirkət tərəfindən Bakıda real dəyərin dən 3 (!) dəfə baha qiymətə satın aldığımız vizaya Sinqapur gömrük çüləri fikir vermədən bizi ölkəyə buraxırlar! Turizmdən maksimal gəlir götürmək istəyən ölkə viza rejimini mümkün qədər sadələşdirməlidir – bariz nümunə üçün buyurun – Sinqapur! Onlar bunu anlamaqdan ötrü qısa götür-qoydan sonra dərhal doğru qərar veriblər. Faydası ziyanın dan çoxdur – əsas arqument də elə budur. Lakin sadələşdirilmiş giriş bir yana, ölkə ərazisinə qədəm qoyarkən, iri hərflərlə “Narkotik varsa, özünü ölmüş bil” yazılan deklarasiyanı mütləq doldurmalısan! Məcburi, amma şüurlu şəkildə!
Sinqapur qayda-qanunların total şəkildə riayət olundu ğu ölkədir. Rüşvət halları müstəqillikdən sonrakı ilk illərdə qalıb. İndi kiməsə “hörmət” təklifi özünəqəsd sayılır. Üs təgəl, ölkənin hər yerində həqiqi demokratiya var. Seçkilə rə hər bir vətəndaşın getməsinin məcburi olmasına bax mayaraq, burada demokratiya, sözün həqiqi mənasında, “tüğyan” edir. Orada asiyalı –müsəlman adət-ənənələri ilə Avropa demokratik dəyərləri qəribə və maraqlı bir vəhdət təşkil edir. Özü də bu ahəng çox uğurlu alınır. Əgər kim sə sizə Sinqapur haqqında danışarkən, “Bura Asiyadır, burada belə olub və həmişə də belə olacaq”, - deyirsə, vicdan əzabı çəkmədən onun ağzını kobud şəkildə yuma bilərsiniz. Ədəbsizlik edib çeynədiyi saqqızı yerə atdığına görə, istənilən şəxsi 500 Sinqapur dolları məbləğində cə rimə gözləyir. “Haradan gəlmisən, kimin qohumusan” vari antları işləmir. Küçələrdəki “gəl-gəl” deyən təmizlik, baş gicəlləndirici müasir memarlıq insanı valeh edir. Nəhəng gəmini xatırladan və üç göydələnin damında bərqərar olan məşhur kazino tamamilə leqal fəaliyyət göstərir. Buyur, nə qədər pulun varsa... uduza bilərsən! İlk vaxtlar cansıxıcı təsir göstərib, sonradan öyrəşdiyim güclü rütubətdən xilas olmağın sadə yollarından biri də... taksiyə minməkdir. İs
tənilən taksidə sürücüsü “kondişini” var-gücüylə işə salır. Düzdür, bunun da fəsadları var, çünki mənzilbaşına çatar kən sərnişinlə bərabər, taksi sürücüsü də donmuş vəziy yətə düşür. Yeri gəlmişkən, taksi sürücüləri biz azərbay canlıları mat vəziyyətinə salan hərəkətlərə əl atmaqdan çəkinmirlər. Onlar sayğaca görə pulun qalığını qəpiyinə dək qaytarırlar! Ən qəribəsi, ingilis dilində danışmalarına və Azərbaycan kanallarını seyr etmək imkanlarının sıfıra bərabər olmasına baxmayaraq, sinqapurlu qardaşlarımı zın 90 faizinin Azərbaycan haqqında kifayət qədər məlu matı var. Yəni, bir çox avropalıdan fərqli olaraq, ölkəmizin harada yerləşməsi barədə müəyyən bilgiyə malikdirlər. Ən əsası, respublikamızın adı onlarda hər hansı meyvə və ya xud digər xoşagəlməz adlarla assosiasiya olunmur! Küçələrdə kütləvi şəkildə qaçışla məşğul olan bu qədər insan toplusu məni lap heyrətə gətirirdi. Həqiqətən, onların sayı hazırda yaşadığım Almaniyada qaçış həvəskarlarının sayından qat-qat çoxdur. Kütlə halında qaçan insan top lusu! Özüm də idmanın bu növünə biganə deyiləm, lakin belə basabasda, bu kütlənin içində, çox güman ki, nəinki qaça bilməzdim, yəqin, ayaqlar altında qalıb xəşil olardım. Burada olduğumuz dörd gün ərzində havanın üz-gözünü
91
AXI DÜNYA FIRLANIR...
turşutmasını və elə həmin anda vedrədən tökülən suyu xatırladan, yağan tropik yağışı “yatan bəxtimizin oyanma ması” kimi də yozmaq olar. Gündüzlər simpoziumda işti rak etdiyimizdən, yağan leysanlar bizə elə də narahatlıq yaratmırdı. Yaxşı ki, axşamlar yağmur ara verirdi. Bu isə Sentoz adalarına mütləq getməyimizə açıq-aşkar bir işarə idi! Ada, nə ada!? Elə bil, nağıllar aləmindəsən! Şəhərin mərkəzindən cə mi-cümlətanı 10 dəqiqəlik məsafədə yerləşən ucsuz-bu caqsız, kilometrlərlə ölçülən əsrarəngiz çimərlik... Mavi dəniz, qızmar günəz, kölgəsinə həsrət qaldığımız palmalar və ağ qum! Ətrafda isə səhərə qədər fasiləsiz işləyən on larca bar, diskoteka və digər əyləncə mərkəzləri. Fasilə ilə işləyən bir yer var... Dəniz! Çünki dənizə giriş axşam saat
92
19-da bağlanır. Nə olsun, əvəzində sahildə ürəyin istədiyi kimi əylənə bilərsən! Bacanağımla mənə çimərliyin bir hissəsində yerləşən “Cafe del mar” diskobarı xoş təəssürat bağışladığından, burada lövbər saldıq. Bəri başdan deyim ki, bunu özümü zü göstərmək üçün eləmirdik. Sirr deyil ki, Bakıdakı dəniz istirahəti daha çox özünü nümayiş etdirmək anlamı daşıyır. Sinqapurda isə belə anlayış yoxdur, deyəsən, heç olmayıb da! Orada hər şey sadədir, hamının çöhrəsində təbəssüm var, insanlar gülümsəyir və sadəcə, öz həyatlarını yaşa yır; çimərliyə bahalı telefon və maşınlarını göstərməyə gələnlər varsa da, onlar yəqin ki... bizimkilərdir. İnsanlar bura istirahət və şənlənmək üçün toplaşırlar. Yerli adətlərə riayət edərək, biz də həmin barda taxtın üstündə uzanıb, dənizdən həzz almağın dadını çıxarırdıq. Əslində, burada olduğun müddətdə nəsə sifariş etmək məcburi deyil və bu na görə heç kəs bizə irad tutası da deyildi. Ancaq qərara aldıq ki, özümüzə heç nədən korluq verməyək və hələ bura gəlməzdən əvvəl içməyə başladığımız tanınmış pi və markasını vurmağa başladıq. Doğrusu, bu pivənin belə dadlısını indiyədək heç vaxt və heç yerdə, nəinki Bakıda, hətta onun vətənində belə içməmişdim! Beləlikə, hər addımbaşı müqayisə, müqayisə... Mə nim üçün, əlbəttə, paralellər aparmaq daha rahat idi. Artıq neçə ildir, Almaniyada yaşayır və qaydalara öyrəşmişəm. Lakin bacanaq həqiqətən də şokdan çıxa bilmirdi. Sinqa purdan sərxoş olmaq üçün pivəyə ehtiyac yoxdur! Avropa
və Qafqaz haradasa çox uzaqlarda qalmışdı, sanki özgə planetdə idik. Burada uzaq Vətənimizi xatırladan neft emalı zavodla rı mövcuddur. Nəzərə almaq lazımdır ki, Sinqapurun özü nün nefti yoxdur. Amma nə qədər qəribə görünsə də, on lar neftsiz Sinqapuru dünyanın ən zəngin dövlətlərindən birinə çevirə biliblər. Yeri gəlmişkən, Sinqapurda olmayan şeylərdən biri də... vergidir! Hər bir kəs oraya gəlib biznes lə sərbəst məşğul ola bilər. Qiymətlər yenə də Avropada olduğu kimidir. Bu isə o deməkdir ki, istənilən şey Bakıdakından dəfələrlə ucuzdur. Ölkədə tıxac problemi çox orijinal halda həll olunub, ma şın almaq üçün növbəyə durmaq və icazə ilə əldə edilir. Rüşvətin yoxluğu bu prosesdə stabilliyə təminat verir. İsti paltar dükanlarını, demək olar ki, görmədim. Nə ehtiyac var axı? Bir ölkədə ki ilboyu temperatur +30 dərəcədən bu yana keçmir, bir çimərlik tumanı və başmağı ilə 365 gün keçinmək də mümkündür. İndi özümü söyürəm, döyürəm, amma nə faydası?! Axı niyə biz orada cəmisi 4 gün qal dıq, hə? Artıq dünyanın yarısını uçub gəlib bura çıxmışıq, bir az da artıq qalıb şellənərdik də özümüz üçün! Avtobusa minib, Koala-Lumpura gedib, yayın 2 saatı nı da Bankokda keçirərdik... Heyflər! Əfsuslar! Heyhatlar! Gələn il oraya yenidən getməyi çox istəyirəm; düşünürəm, onda daha tədbirli tərpənəcəyəm – bütün bölgəni gəzib-
dolaşacam ki, sonrakı peşmançılığa görə özümü şül-küt eləməyim. Amma bu, düz bir ildən sonra olacaq... Qismət olsa. Doğrusu, bu qısa yazıda nəinki hər şeyi, heç yazmaq istədiyimin cüzi hissəsini də çatdıra bilmədim. Mənə ayrı lan səhifələr çox azdır, hörmətli redaktor, çox az! Əgər alınsa, gələn saya Çin məhəlləsindən, məşhur Geyl Yanq küçəsi və daha maraqlı şeylərdən danışacam. Çünki biz dörd gün ərzində onun heç yarısını da görə bil mədik. Sinqapura cəmi 3 səhifə ayrılması mənə bir tərəf dən dağ çəkirsə, orada cəmi dörd gün qalmağım cızdağı mı çıxarır! Niyə axı cəmi 4 gün və 3 səhifə!!? Stas Rubençik
93
PSİXOLOQLA SƏYAHƏT
ÖZÜNÜ İNANDIR! P
lasebo effekti haqqında, demək olar ki, hamı eşidib. Gəlin, onu şərh etməyə çalışaq. Əgər bir xəstə insana bir neçə gün mütəmadi olaraq lazımi dərman verilsə, o özünü yaxşı hiss etməyə başlayacaq. Lakin sonradan özünün xəbəri olmadan tamamilə neytral bir dərman verilsə, o, yenə də hamını inandırmağa çalışacaq ki, artıq sağalır. Əslində, özünü buna inandırması, neytral dərmanın lazımi dərman olmasına inanması xəstənin vəziyyətini yaxşılaşdırır. Plasebo effektinin ən məşhur tədqiqatçısı, İtaliyanın Turin Universitetinin professoru Fabrisio Benedetti, bu təcrübəni gündəlik güclü ağrıkəsici dərmanlara ehtiyacı olan xəstələr üzərində aparıb. Nəticə isə heyrətamiz olub. Professor həmin xəstələrə morfi əvəzinə heç də ağrıkəsici olmayan dərman verdikdə belə, ağrı kəsilib.
94
Bu cür az təsadüf edilməyən hallardan dünyadakı əksər həkimlər xəbərdardırlar. Təcrübənin izahı isə ondadır ki, beyin, hansısa bir vəchlə orqanizmin vəziyyətinə təsir edə bilir. Ancaq necə? Bu “necə” hələ ki məlum deyil. Yeri gəlmişkən, plasebo effektinin siçan və meymun larda da baş verdiyi müşahidə edilib. Ona görə də iddia etmək olar ki, bu effekt vəsvəsəli adamların uydurması deyil. Hazırda alimlər, plasebo effektinin yalnız bəzi xəstəliklərə, yoxsa bütün xəstəliklərə təsir etdiyini müəyyən etməyə çalışır. Əgər effektin bütün xəstəliklərə eyni cür təsir etdiyi aşkarlanarsa, o zaman tibb üçün görünməmiş perspektivlər açılar. Zaur MƏMMƏDOV
95
reklam
reklam
ПЛАЗА бцр цн, елнян сцр цн!
D
oğrusu, sonuncu dəfə Gəncədə nə vaxt ol duğumu tamam unutmuşdum. Mənim Gən cədən “bu cür” ayrılığım həm də ikiqat qə bahət sayılmalıdır, ən azından ona görə ki, qohumlarım, eləcə də dostlarım bu qədim şəhərdə yaşa yırlar. Di gəl, dövrümüzün ən başlıca bəhanəsi... vaxt ça tışmazlığı hər dəfə Gəncəyə səfərimi təxirə salır. Salırdı! Daha bu dəfə heç bir uydurmalar, bəhanələr, tənbəllik və bu qəbildən olan digər “otmazkalar” köməyimə çatmadı. Vəziyyət elə idi ki, imtinadan söhbət belə gedə bilməzdi. İnanılmaz bir hadisə - illərdir,“subaylıq sultanlıqdır” deyib “40-ını çıxarmış, qırxikiyaşlı Elcan birdən-birə evlənmək qərarına gəmişdi. Bununla da nəinki dostlarını, o cümlə
96
dən, qız evini, Helenendorf – indiki Göy göldə barmaqla sayılan almanəsilli Martanın ailəsini də şoka salmışdı. Hər şey cəmi 8 günün içində baş verdiyindən, əvvəlcə... biz bunu zarafat kimi qəbul etdik. Dostumun toyu həm də uzun müddət ayrı düşdüyüm şəhəri bir daha kəşf eləmək istəyimi reallaşdıracaqdı. Tərslikdən, Londondan gələn jurnalist dostum Tom Esslemond eşidəndə ki Gəncəyə toya gedirəm, qır-saqqız oldu ki, “Let’s go together!”. Ba kıdan Gəncəyə uzanan yol və Gəncədə canrahatlığı ilə gecələyə biləcəyim – mehmanxana məsələsi problem olaraq gözümə durmuşdu. Qalmağa saysız-hesabsız qohum-əqrəba evi olsa da, otellərdə yaşamağa üstün lük verən dostum Tom mənim bu təklifimi anındaca rədd
elədi. Bu qayğıların toydan sonra mənə “toy tutacağı” qabaqcadan bəlli idi. Hələlik isə bizi dostuma tu tulacaq toy gözləyirdi.
Bizim evdə toydu bu gün... Çal-çağır və ya “subaylığın son gecəsi” vaqe olurdu Göy göl rayonu ərazisindəki meşələrin birində - açıq talada! Toy, nə toy! Bu, əməlli-baş lı inanılmaz bir mənzərə idi! Bir tə rəfdən, qəssablar mal-heyvan kəsir, soyur, başqa biriləri iri qazanlarda aş asırdı. Uzun manqallarda kabablar şişlərə çəkilir, dağ suyu ilə doldurul muş samovarlar pıqqapıq qaynayır dı! Elə bil, “Bəyin oğurlanması” fil minin davamı çəkilirdi burada! ƏSL AZƏRBAYCAN toyunun canlı şahidi olurdum! Bəs Tom? Tom isə elə bil, “Cerri”ni görübmüş kimi, gözləri kəl ləsinə çıxmışdı! Toydan sonra Tom özünü nə qədər itirsə də, məndən fərqli olaraq, ağlı başında idi. Qo humlar, dostlar nə illah elədilərsə, bizi evə apara bilmədilər. Soyuq qanlı ingilis inadından geri durmadı – “Only to hotel!”.
Toydan sonra... RAMADA! Tomu bilmirəm, amma mən səhər açılanda harada olduğumun, türklər demişkən, “farkında” deyildim. Gö zoxşayan otağıma nəzər salıram – lakin heç nə başa düşə bilmirəm. De yəsən, mən Azərbaycanda deyiləm. Nəhayət, pərdəni aralayıb pəncərə dən dişarı baxıram. Mənzərə mənə sanki İspaniyada olduğumdan xəbər verir. Çaşıb-qalmışam. Dəstəyi götü rüb receptiona zəng edir və adəti üz rə, ingiliscə sual verirəm. İngiliscə də
cavab aldıqda şübhələrimə... şübhə qalmır! Eldar Ryazanovun məşhur “С легким паром” filmindəki kimi, gecə ilə hansı şəhərə gəlib-çıxdığı mı dəqiqləşdirmək məqsədi ilə, təlaş içində xarici pasportumu axtarıram və bir daha araq içməyəcəyimə, iç səm də, bunu adam kimi edəcəyimə növbəti dəfə söz verirəm. Bu anda televizorun pultuna gözüm sataşır. Düyməni basıram... “Euronews”, “CNN”, “ARD”, “ZDF”, “RAI”... və Avropaya gəlib-çıxdığıma, dünənki vur-çatlasının, Elcanın evlənməsinin isə yuxudan başqa heç nə olmadı ğına inamım daha da artır. Məni bu kabusdan kimin xilas edəcəyini dü şünərkən, otağıma olunan zəng əsl xilaskara çevrilir. Bu Tomdur. O məni tər-təmiz Gəncə ləhcəsi ilə - “Nət tərisən, qaddan alım, zavtrık eliyəj şən?” – deyə salamlayır. “Tom, biz hardayıq?” - sualıma, dostum lap
elə azərbaycansayağı cavab verir: “Sənə demədim, az iç bu zəhirma rı?! Harda olacağıq, Gəncədə! Düş aşağı”. Tomun bir gecənin içində Azərbaycan dilində, Gəncə ləhcəsi ilə səlis danışığı məndə komik tə əssürat yaratmışdı. Tez-tələsik duş otağına cumuram. Baş verənlərin xəyal olduğu yenidən məni çaşdırır. Çünki bu cür şəraitin Gəncədə ol ması, həqiqətən, normal insan üçün bir az gözlənilməzdir. Nəhayət, liftin düyməsini basıb restorana enirəm. Yalnız indi anlamağa başlayıram ki, doğrudan da Gəncədə, Azərbay candayam. Gülərüz personalın məni şirin Gəncə ləhcəsi ilə salamlaması bütün sübhələrə, kabuslara son qo yur. Sən demə, dostum Gəncədə yaşamasına, gözəl şəraitə malik ol masına baxmayaraq, özü də bir ne çə günlüyə yeni istifadəyə verilmiş RAMADA PLAZ A-da yerləşibmiş.
97
Bizi də burda yerbəyer eləyən və Tomun ilk Azərbaycan dili müəllimi də elə Elcan olub. Xoşbəxt cütlük və biz səhər yeməyini bir masa arxa sında keçiririk. Ecazkar mənzərə yaranmışdı həmin gün. Dörd nəfər gah ingilis, gah alman, gah da Azərbaycan di lində deyir-gülür, zarafatlaşırdı. Deyəsən, “Təzə bəy” əsl istirahət və dincəlmək üçün lazım olan məkanı seçməkdə yanılmamışdı…
Haşiyə… Gəncədə mehmanxana inşa edilməsi barədə göstəri şi rəhmətlik Heydər Əliyevin özü vermişdi. Son gəlişləri nin birində burada qonaqları yerləşdirmək problemindən xəbər tutan Heydər Əliyev, Gəncə kimi şəhərdə sanballı otelin olmamasından xəbər tutanda təəccüblənir və bura da gözəl mehmanxana tikilməsi arzusunda olduğunu dilə gətirir … Onun bir çox istəkləri kimi, bu arzusunu da həyata ke çirmək Prezident İlham Əliyevin qismətinə düşdü. Açılış mərasimini hələ fevral ayında, AzTV-də seyr eləmişdim. Özünün etiraf etdiyi kimi, ilk dəfə olaraq, yalnız bir obyektin açılışı məqsədi ilə səfərinə dəyişiklik edən Prezident yolu nu Gəncəyə salıb - “RAMADA PLAZ A”nın istifadəyə ve
98
rilməsində iştirak edib. Sən demə, heç bura gələsi də deyilmiş. Bu mehmanxa nanın dünyadakı “RAMA DA” otellər şəbəkəsinin bir hissəsi kimi, Gəncədə inşa edilməsindən məm nunluğunu bildirən döv lət başçısının incə zövqə malik olması heç kəsə sirr deyil. O da sirr deyil ki, son beş ildə ölkənin qeyri-neft sektoruna, o cümlədən, turizm sahəsi nə edilən dövlət sərmayə ləri, eləcə də yerli inves torların yatırımları sayəsində tikilən otellərin sayı, ən əsası, yüksək keyfiyyəti nəinki yerli turistlərin, eləcə də xaricilərin dilindən düş mür. O ki qaldı Gəncədəki “RAMADA PLA ZA”ya, tənbəllik eləmədim, səbəbkarlarla şən keçən “breakfast”dan sonra cütlüyü sərbəst buraxıb, mehmanxananı əməlli başlı gəzibdolaşdım. Yay hovuzu ətrafında buranın me necerləri ilə söhbətdən məlum oldu ki, otelin memarı tanınmış azərbaycanlı arxitektor Ra sim Babakişiyev olub. Rasim bəyin özünün rəhbərliyi ilə də tikintinin inşası müvəffəqiy yətlə yerinə yetirilib. Ən müasir idman ava danlıqları ilə təhciz olunmuş “Fitness-club”, türk hamamı, sauna, hovuz, tennis, bilyard,
futbol və masaj otaqları dünya standartlarına tam cavab verir! Hətta paytaxt Bakıda rast gəlmədi yim “Night club”u burada gördüm. Tom isə belə gecə klublarının Avropanın paytaxt şəhərlərində fəaliyyət göstərdiyini dilə gətirdi. Restoranlardan birini də simvolik olaraq, “Xəmsə” adlandırıblar. Şeyx Nizaminin adını, həmçinin, Prezident nöm rələrindən biri daşıyır. Digər belə bir nömrəyə isə Gəncə xanının şərəfinə “Cavadxan” adı verilib. Ümumilikdə, mehmanxanadakı nömrələrin sayı 181-dir. Bir sözlə, burda hər şey 5 ulduzlu otelin tələblərinə uyğun olaraq yaradılıb. Məncə, Gən cə “RAMADA”ya, “RAMADA” isə Gəncəyə layiq dir! Sonda niyə reklama az diqqət yetirdikləri barədə soruşdum. Cavab sadə və tutarlı oldu: “Gəncəyə gələrkən gö zəl istirahət etməyi qar şısına məqsəd qoyan, komfortu üstün tutan hər kəs bu mehmanxana ba rədə yetərincə məlumat lıdır. Əgər xəbərləri yox dursa, şübhəniz olma sın, qarşılayanlar onları məhz “RAMADA PLA ZA”ya gətirəcəklər. Lap elə sizin Elcan kimi!”. Bakı - Gəncə - Bakı “Discoverman”
99
DOSTLUQ
Dağlarda görüş Qısa tarixçə
B
u layihənin əsası hələ 2005-ci ildə qoyul muşdu... Bir qrup norveçli ilə bizim dağla ra səyahət zamanı, birlikdə skaut yürüşü etmək barədə təklif irəli sürmüşdük. Bu kəlmələr sonradan öz bəhrəsini verdi. 2008-ci ildə isə həm Azərbaycanda, həm də Norveçdə birgə skaut tədbirlərini nəzərdə tutan “Dostluq” birgə layihəsi baş tutdu.
100
2009-cu ilin payızında Azərbaycana səfər etmək arzusunda olan norveçlilərə Quba rayonunun dağlıq ərazilərinə səyahət təklif etdik. Yürüşün maraqlı olması üçün əsas, yürüşün İDEYA-sıdır. Bütün detalları təşkil etmək lazımdır. Əslində, yürüşün təşkilində xırda detal olmur. Hər şey vacibdir. Hazırlıq mərhələsi uzun çəksə də, norveçlilərin gəlişinə tam hazır idik. Bütün xırdalıq lar - təchizat, nəqliyyat, büdcə və digər məsələlər həll olunmuşdu. Bizi bu yürüşə ruhlandıran Saşa dayı, tə əssüf ki, son anda bizə qatılmadı. Ona görə də 10 nəfər
yürüş iştirakçısının məsuliyyətini, skaut dilində desək, mən Bagira, öz üzərimə götürməli oldum.
Yürüşün gündəliyi
Birinci gün Yürüşümüzə Quba rayonunun Qrız-Dəhnə kəndin də başlayırıq və elə oradaca bitiririk. Nahardan sonra skaut proqramı üzrə balaca treninq-seminar keçiririk... Gecələmək üçün qonaqpərvər ev sahiblərinin bağça sında, meyvə ağaclarının altında çadırlarımızı quru ruq... İkinci gün Qızmar günəş altında yol ölçməməkdən ötrü, səhər tezdən yola çıxırıq. Qarşımızda kifayət qədər çətin və zifə durub... Şaquli istiqamətdə 900 metrə yaxın yol qət edə rək, Alp çəmənləri ilə yaylağa qalxmalıyıq (hündürlük 1350 metrdən 2200 metrədəkdir). Təcrübəsizliyə bax mayaraq, bütün uşaqlar bu sınaqdan əla keçir. Saat 11 radələrində, plana uyğun olaraq, ilk düşərgəmizin olacağı yerə çatırıq. Çadırları quraşdırırıq. Hələ şəla ləyə qalxıb, onun bumbuz sularında çimməyə vaxt və gücümüz də çatır! Düzünü desəm, buna yalnız Norveç dostların “duxu” çatır! Gün batır, hava soyuqdu - bbbrrrr!!! Temperaturun mənfi 30 dərəcədən aşağı olacağını tamam unutmuşduq.
101
DOSTLUQ
Yandırdığımız tonqal bizi qısa zamanda isitdiyindən, tez liklə çadırlara giririk... Üçüncü gün Sübh tezdəndir. Yüngül səhər yeməyi yeyir, əşyala rımızı yığıb yola çıxırıq. Bu dəfə Qrız kəndinə keçməliyik. Dağlıq ərazidə yerləşən möcüzəli bu kənd ilin 5-6 ayını bütün dün yadan təcrid olur. Qışda yağışın, qarın yağması səbə bindən, avtomobil yolu yazın axırlarına qədər bağlanır! Necə deyərlər: GİRİŞ QADAĞANDIR! Nəqliyyat növü yalnız hər biri BİR AT GÜCÜNƏ malik AT-lardır! Digər variant da var: piyada! Buraların sakinləri yaxın kənd lərə getmək üçün iki saata yaxın vaxt sərf edirlər. Dü şünürəm, əcəba, bəs birdən kimsə xəstələndi və ya nəsə lazım oldu? Buna görə də kəndin bütün sakin ləri Qrızı Qudyalçay üzərindən Qu ba-Xınalıq yolu ilə birləşdirəcək kör pünün başa çatmasını böyük ümid lə gözləyirlər. Qrızlılar öz dillərində danışırlar. Bu həm də Qrız-Dəhnə, Cek, Əlik camaatının dilidir... Artıq sonradan, bizi mehribanlıq la qarşılayan, Qrızda müəllim işlə yən Şıxbaba müəllimin evində çay içərkən, bu dil haqqında, kənd və onun sakinləri barədə maraqlı fakt lar öyrənirik. Qrız və Cek kəndlərinə, Qudyal
102
çay vadisinə gözəl mənzərə açılan zirvələrə gəlib-çıxırıq. Gəlişimizdən bir neçə gün əvvəl xəbəri olan Şıx baba müəllimin ailəsi bizi gözləyirdi. Yürüşü planlaşdıranda, dağlıq ərazi lərdə uşaqlarla görüşməyi vacib mə sələ kimi müzakirə etmişdik. Onlarla oyunlar keçirmək, beynəlxalq ska ut hərəkatından danışmaq və hər kənddə skaut patrulu yaratmaq is təyirdik. Tərslikdən, ot biçini vaxtına düşdüyümüzdən, bütün uşaqlar vali deynlərinə ot biçməyə kömək edirlər. Kənddə isə kiçikyaşlılar qalmışdılar. Görüşümüzü axşama qədər təxirə salır və nəticədə, bir neçə saat boş vaxt yaranır. Qədim cığır ilə Qudyalçay kanyonunun radikal çıxı şında yerləşən piyada körpüsünə tərəf yollanırıq... Çayın kanyonu, piyada körpüsü, sallanan qırmızı qayalar – bütün bunlar Norveç dostlarımızda silinməz təəssürat yaradır. Elə özümüz də bu gözəlliyə laqeyd qala bilmirik. Axşam uşaqlarla görüşüb şən oyunlar təşkil edir, skautinq haqda söhbətlər aparır və onlarla futbol oy nayırıq. Uşaqlarla müxtəlif mövzularda söhbət edir və onların yeni insanlarla tanışlıqlarına nə qədər se vindiklərinin şahidi oluruq. Norveçlilər uşaqlar üçün
103
reklam
DOSTLUQ
hədiyyə kimi futbol topları gətirmişdilər. Biz də hazırladığımız kiçik hədiyyələri oyun qa liblərinə təqdim edirik. Hamının üzündə ra zılıq əlaməti var. Lakin evə getmək lazımdır. Uşaqları sabah yenə valideynlərinə ot biç məkdə kömək etmək, bizi isə yol gözləyirdi! Qrız, gecən xeyrə, biz səni sevdik və hər za man sevəcəyik! Dördüncü gün Qrızı tərk etməzdən əvvəl, kənd qalasının qalıqlarına və məscidə tərəf yollanırıq. Yerli adət-ənənələrin və əfsanələrin mahir bilicisi Şıxbaba müəllim bizə bir çox maraqlı hadisə lərdən danışır. Bu dəfə bizi Əflatun adında yerli sakin mü şayiət edir. Getdiyimiz cığır düz və geniş idi. Əvvəllər bu cığır su dəyirmanına apararmış. Onun vasitəsilə öküzlərə qoşulmuş araba larla dəyirmana taxıl daşıyırmışlar. İndi buna gərək yoxdur. Hazır unu aşağıdakı vadidən gətirirlər. Su dəyirmanının özülündən başqa heç bir əsər-əlaməti qalmayıb. Dəyirmandan azca yuxarıda bir möcüzə də bizi gözləyir di. Dağın döşündən axan çay mağara yara daraq, dərin qaya yarığına tökülüb, 5-8 metr aşağıda yenidən öz axınına davam edirdi. Mağara kifayət qədər geniş olduğundan, ora çayın axını istiqamətində, aşağıdan girmək
104
olar. Mağaranın kölgəsinə girən kimi, yayın cırhacırını və günəşdən yandığımızı unuduruq. Yuxarıdan tökülən suyun səsi mağaraya yayılaraq, qəribə aura yaradırdı. İçəridə xırda su damcılarından duman əmələ gəlmişdi. Paltarlar nəmlənir, üzlər soyuq su dənəcikləri ilə ör tülür. Bunun fərqinə varmayaraq, ovsunlanmış kimi, yuxarıdan güclü axan suya baxırıq. Gözəl görüntüdür! Amma soyuq və nəmişlik, bizi yenidən istiyə və günə şə qayıtmağa məcbur etir... Saatyarım Alp çəmənlikləri ilə sərbəst şəkildə yu xarı qalxdıqdan sonra, iki həftə əvvəl beynəlxalq dağ festivalı keçirilən yerə gəlib-çatırıq. Elə bu səfalı tala daca düşərgə qurmağa qərar veririk.
Günün ikinci yarısında Norveç dostlarımız, düşər gəmizdən 500 metr yüksəkdə yerləşən adsız zirvəyə (3100 metr) sürətli yürüş etməyə qərar verir. Saatyarımdan sonra isə onların zirvəyə Norveç bayrağı qaldırdıqlarını görürük! URA! Daha öncə nor veçlilər bizə demişdilər ki, Norveçdə ən yüksək zirvə, dəniz səviyyəsindən 3000 metr yüksəkliyi ötmür. Artıq daha yüksəkdə olmaları ilə fəxr edə bilərlər! Beşinci gün Günəşin ilk şüaları, 2600 metr yüksəklikdə çadır sız gecələməyə qərar verən norveçlilərin üzlərini işıq landırır. Avqust ayında dağlarda gecələr kifayət qədər sərin keçir. Buludlar tərəfindən qarşısı alınmayan hə
105
DOSTLUQ rarət, gün batdıqdan sonra tez çəkilir. Hətta şimaldan gəlmələrinə baxmayaraq, səhərə yaxın donan qonaq lar, səhər durub qızışmağa çalışırlar. Bu gün Kaleyxu dat kəndinə və orada bizi səbirsizliklə gözləyən uşaq ların yanına getməliyik. Təmiz hava, buludsuz səma, ətrafda gözəl mənzərə, uçuşan kəpənəklər. Dostlarla danışa-danışa, şəkil çəkə-çəkə, ətrafı seyr edə-edə dağ yolu ilə aşağı düşmək nə qədər gözəldir! Kaley xudatda, uşaqları artıq evinə yığan Akif müəllim tərə findən qarşılanır, onlarla oyunlar oynayır, hədiyyələr verərək skautinq haqda danışırıq. Yenə yoldayıq. Asfalt yolla 10 km dayanmadan, bu yürüşdə sonuncu düşərgəmizin olacağı yerə getməli yik. İlk dəfə Əlikçayın sahilindəki ağaclığın altında, ça yın dərin kanyondan geniş vadiyə axdığı yerdə çadır qururuq. Bu çox gözəl kanyondur və məhz onunla piyada Qrız-Dəhnə kəndinə düşərək, dairəvi marşrutumuzu başa vurmalıyıq. Bu keçid, bizə unudulmaz təəssürat lar bəxş edən yürüşün layiqli sonu olmalı idi... Çayın qırağındakı kölgədə yerləşirik. Tələsmədən nahar hazırlanır, çadırlar qurulur, əşyalarımızı yerbə yer edirik. Bu vəchlə yürüşün başa çatmasını uzatmaq istəyirdik... Daha sonra yorulmaq bilməyən norveçliləri
106
konyona yola salırıq. Kanyonun bu başından-o başı na 1500 metr məsafə var. Onlar sahildən-sahilə keçəkeçə sürətli dağ çayını adlamalıdırlar! Norveçlilər dağ ayaqqabılarını geyinib, xizək taxtalarını götürüb, fo toaparatı islanmaz örtüyə yerləşdirirlər. Bütün bunlar kanyoninqdə zəruri təhlükəsizlik tədbirləridir. İki saat dan sonra onları yarıya qədər islanmış, amma xoşbəxt vəziyyətdə qarşılayırıq. Norveçli dostlarımız kanyonda başlarına gələnlər haqqında danışır, çəkdikləri gözəl kadrları göstərirlər. Qərara gəlirik ki, gələn il bu yerə skaut ekspedisiyası təşkil edək... Qaldığımız bütün yerlərdə olduğu kimi, ərazini zibil lərdən təmizlədik. Buraları səliqəyə sala bildik, amma görəsən, bu vəziyyət nə qədər çəkəcək? 2010-cu il Azərbaycanda Ekologiya İli elan olunub. Olduğumuz hər kənddə uşaqlarla, dağları təmiz saxla maq haqqında söhbətlər aparırdıq. ...Axşamdır. Biz tonqalın ətrafında oturmuşuq. Son ra zəngin şam yeməyi ilə, bir növ, vida ziyafəti təşkil edirik! Tonqal arabir çırtıldayır, çay şırıldayır, təbiətin sakitləşdirici səsləri bizi birləşdirir, aradakı fərqləri si lirdi. Artıq böyük və mehriban bir ailə idik. Təəssüf ki, belə anların ömrü qısa olur. Tonqalın ətrafında oturub, özümüzü gələcəkdə planlaşdırdığımız birgə layihələr, görüşlər, tədbirlər və səyahətlərlə sakitləşdirirdik... Yürüşümüzün baş tutması və uğurla başa çatma sında bizi dəstəkləyən hər kəsə - Azərbaycan Skaut lar Assosiasiyasına, Ekstremal və Hava İdman Növləri Federasiyasına, Norveç Gənclər Təşkilatına (LNU və Kyelsas qrupu), əşyalarımızı bir düşərgədən-o birisi nə, bəzən kələ-kötür yollarla daşıyan sürücü Həmidov Nemətə, bundan başqa, göstərdikləri səmimiyyətə və qonaqpərvərliyə görə, Qrız-Dəhnədəki (Xəlil müəl.), Qrızdakı (Şıxbaba müəl.), Kaleyxudatdakı (Akif mü əl.) kənd müəllimlərinə və onların həyat yoldaşlarına, könüllü bələdçimiz olan Qrız kənd sakini Əflatuna və yürüş zamanı qarşılaşdığımız digər bütün mehriban insanlara öz dərin minnətdarlığımızı bildiririk! Gündəliyi apardı: NƏCƏFOVA Yevgeniya Vladimirovna (можно и Женя...)
107
108
Xızı - Altıağac
109
DAŞ-QAŞ
Сц¬лей¬ма¬на
гал¬ма¬йан…
Q
iymətli daş-qaşlar - əsrlərdir, onlardan bəzək əşyası kimi istifadə edirik. Zaman-zaman var-dövlətini daş-qaşa çevirənlər də az olmayıb. İndi bir qədər qəribə səs lənsə də, qədim zamanlarda qiymətli daş-qaşlardan başqa məqsədlərlə, xü susilə də müxtəlif xəstəliklərin müali cəsində istifadə edilirmiş. Necə? Bu və digər suallara «daş-qa şın sirri» rubrikasında cavab tapmağa çalışacağıq. Rubrikamızın ilk sayında Şərq alə mində almazdan da üstün sayılan ya qutdan söz açacağıq.
110
даш
Ehtiras rəmzi Rəngi qırmızı, al-qırmızı, açıq-qırmızı olan yaqut hələ qədim zamanlardan zərgərlər tərəfin dən istifadə olunub. Latınca rubin (qırmızı) adla nan bu daş almazla bir səviyyədə qiymətləndiri lir. Hətta Şərq aləmində almazdan üstün hesab olunur. Azərbaycan alimləri isə qırmızı yaqutun 8 növünü müəyyənləşdiriblər: qırmızı, ərğəva ni, vərdi, xəmri, ləhmi, xəlli, gülnari və gövhəri. Yunan filosofu Teofrast yazırdı ki, yaqut Şərqin ən parlaq daşıdır. Filosof Əbu Reyhan Məhəm məd ibn Əhməd əl-Biruni isə qiymətli daşlar içə risində ən bahalı və füsunkarının yaqut olduğunu bildirirdi. Qədim dövrlərdə yaqut alovlu ehtiras, güc, qüvvət, qüdrət, qadın-kişi arasında sevgi coşğusunun rəmzi hesab olunub.
Dəyəri Dünyada ən iri yaqut 459 qramdır (2475 karat) və Hindistanda yaşayan tanınmış vəkil Vidcay Radca məxsusdur. Məlumata görə, «Radca ratta» adlanan bu daş ona əcdadlarından miras qalıb. Dünyanın ən gözəl yaqutları isə 1899-cu və 1928-ci illərdə Birma da tapılıb. Biri 15,4 qram (77 karat), digəri isə 30 qram (150 karat) olan bu daşların dünya bazarında rekord qiyməti 1 karat üçün 100 min 639 dollardır. Yeri gəl mişkən, dünyada yaqutun başlıca yataqları Birma və Şri-Lanka adasındadır.
Hökmdarları yaquta bağlayan nə idi? Qədim zamanlarda yaqutdan zərgərlik işlərində, sultanların, şahların, padşahların taclarının bəzədil məsində istifadə olunub. Amma bu təkcə bəzək mahiyyəti daşımırdı. Hökm darlar, xüsusilə də Şərq hökmdarları bu daşın müsbət xüsusiyyətlərini bildiklərindən, ondan talisman kimi istifadə edirdilər. Yaqut rus çarı İvan Qroznının ən se vimli daşı olub. O, yaqutqaşlı üzüyünü, hətta yatanda
da barmağından çıxarmazmış. Çar bunu ingilis diplo matı Qarseylə görüşəndə belə izah edib: «Yaqut ürək, beyin, yaddaş və güc üçün qiymətli dərmandır». Tarixi mənbələrə görə, Bağdad xəlifələrinin üzə rində Cəbəl (dağ) adlı iri yaqut daşı olan böyük qızıl külçəsi varmış. Monqollar Bağdadı işğal edənə qə dər xəlifələrə məxsus olan «Cəbəl» xəlifə əl-Müstəci sim öldürüldükdən sonra yoxa çıxıb. Bundan başqa, dünyanın ən iri yaqutlarından birinin Böyük Moğol hökmdarı Əkbərə məxsus olduğu bildirilir. Əkbər bu yaqutu elə işlənməmiş, çərçivəyə salınmış şəkildə boynundan asırmış. Alimlər bildirirlər ki, bu, sözüge dən yaqutun elə tapıldığı kimi işə yaradığına, həm çinin, Birma, yaxud Şri-Lanka adasındakı yataqlarda aşkarlanmasına işarədir. Əkbərə məxsus yaqutun 210 karat olduğu bildirilir. Osmanlı hökmdarı Sultan Süleymanın yaqut haq qında dedikləri də maraqlıdır. Geoloq alim Sübhi Bəktaşinin «Yüz bir hekayət» kitabında tədqiqatçı A.İ.Kuprinin əsərinə istinadən həmin ifadələr belə əksini tapıb: «Müqəddəs Ofir torpağının müqəddəs daşı antraksa (yaquta verilmiş digər ad – yunanca dan tərcümədə «qızaran göz» mənasını verir) baxın. O, nəm və istidir. Baxın, o, qan kimi qırmızıdır, batan
111
DAŞ-QAŞ Vəbanın düşməni
günəşin şəfəqini, açılmış nar gülünü, engediya üzü mündən hazırlanmış qatı al-şərabı xatırladır… Bu, sevgi, qəzəb və qan daşıdır. Titrətməli, yaxud keflən miş insanın əlində tündləşir. Onu əzib toza çevirib, su ilə içsən, sifətin allaşacaq, qarnın sakitləşəcək və ruhun şənlənəcək. Yaqutu daşıyan insanlar üzərində hökm qazanır. O, ürəyi, zehni müalicə edir…».
Ürəyin dərmanı
İvan Qroznının və Sultan Süleymanın dediklərin də həqiqət vardı. Qədim litoterapevtlər yaqutu ürəyi möhkəmləndirən, canlandıran və ümidsizliyi qovan daş hesab edirdilər. Onlar hesab edirdilər ki, üzərlə rində yaqutdaşlı bəzək əşyası gəzdirənlər kefsizliklə üzləşmir, əksinə, qüssəni dəf edir və sevinc içərisin də olurlar. Rusiyalı litoterapevtlər onu ürək və beynin işi üçün ən təsirli vasitə sayırdılar. Litoterapevtlərin bildirdiyinə görə, yaqut insanı ne qativ enerjilərdən qoruyur, ürəyi qüvvətləndirir, itiril miş qüvvəni bərpa edir. Üzərində yaqutdaşlı bəzək əşyası gəzdirən qadınlarda isə nəsilartırma imkanları genişlənir.
112
Yaqutdaşlı bəzək əşyası yorğunluğu da aradan götürür. Bunun üçün yaqutdaşlı kulon və ya üzüyü stolun üzərinə elə qoymaq lazımdır ki, gözünüzlə ey ni səmtdən bir qədər aşağıda olsun. Bundan sonra işığı söndürün və yaqutdaşlı əşyanın arxasında şam yandıraraq, bütün diqqətinizi daşa yönəldin. Gözləri nizi yumun və dincəlin. Seansı təkrar etmək də olar. Həkimlər bu prosesi yatmamışdan, ən azı, 2-3 saat əvvəl etməyi məsləhət görürlər. Yaqutu «Səməcüəsmur» (vəbanı dəf edən anlamı verir) adlandıran farslar isə bu daşın vəba xəstəliyinə qarşı kəsərli va sitə olduğunu iddia edirdilər. Şərqdə yazılan qədim təbabət kitabı - «Dərmanların xəzinəsi»ndə bu barə də resept də verilib. Reseptdə göstərilir ki, bir çimdik yaqut yeyən insan epilepsiya və vəbadan xilas olar. Ruslara aid qədim müalicə kitablarında isə yazılır ki, yaqutdaşlı bəzək əşyası daşıyan adamlar qorxulu yu xular görmürlər. Bundan başqa, litoterapevtlər günəşə baxanda gözləri qaralananlara gözlərinə yaqut sürtməyi məs ləhət görürlər. Eyni hərəkəti başı ağrıyanlar da edə bilərlər. Yaqut qanı da təmizləyir. Amma həkimlər qan xəstəliyi olanlara yaqutdaşlı bəzək əşyası gəzdirməyi tövsiyə etmirlər. Çünki xəstə çoxlu qan itirə bilər.
Yuxu gətirən daş
Yüksək qan təzyiqi olanlara da yaqut gəzdirmək məsləhət deyil. Litoterapevtlər bunun beynə qansız ma ilə nəticələnə biləcəyini deyirlər. Təzyiqi norma dan aşağı olanlar isə bu daşı üzərlərində gəzdirə bilərlər. Bununla bərabər, yaqut anemiya - qan azlı ğının, həzm orqanlarındakı xəstəliklərin aradan qal dırılmasına, zəifləmiş immunitet sisteminin bərpasına kömək edir; ürək, böyrək, qaraciyər, göz, qulaq və sümüklər üçün də xeyirlidir. Yaqut iflicin, soyuqdəy mənin, əzələ ağrılarının, bronxial astmanın, revmo karditin, ürək cibləri və qulaqcıqlarının fəsadlarının, yuxusuzluğun, revmatizmin, badamcıqların xroniki soyuqdəyməsinin də dərmanı hesab olunur. Litoterapevtlər, həmçinin, yaqutun sinir sistemi pozğunluqlarına da kömək etdiyini bildirirlər. Çoxlu qan itirən (əzilmiş yaqutu ağızda saxlamaq), başı ağrıyan, zəif görən, iştahı olmayanlara da ya qut bəzək əşyası məsləhət görülür. Qədim insanların inancına görə isə, ağza qoyulan yaqut susuzluğu ya tırır. Rubrikamızın növbəti sayında imperatorların se vimli daşı, «zob»un (qalxanvari vəz) düşməni, mü nəccimlərin «tilsimli daş» adı verdikləri kəhrəbadan söz açacağıq. İlkin
113
TƏBİƏTİSEVƏNLƏR
«Limçay», yoxsa «limandra» D
ünyada toplanan bütün meyvələrin üçdəbirini SİTRUS meyvələri təşkil edir. Çarpazlaşmaya meyilli olduğuna görə, sitrus meyvələrinin növləri o qədər artıb ki, onları ayırd etmək də çətinləşir. Avropalılar sitrus bitkiləri ilə tanışlığa görə, Makedoniyalı İsgəndərə minnətdar olmalıdırlar. O, eramızdan əvvəl 325-ci ildə Hindistan səfərindən qayıdanda, Babildəki imarətinə yabanı şəkildə bitən bitki toxumu gətirmişdi. İqlim subtropik olduğuna görə, bu toxumlar yerli şəraitə tez uyğunlaşıb. Alimlər məhz Hindistanın Assama rayonunu sitrus bitkilərinin ilkin növlərinin insanın əli olmadan becərildiyi təbii şitillik hesab edirlər. Sitrus bitkilərinin yaranmasının ikinci məskəni HindÇin, Çinin cənub rayonları və Yaponiya sayılır. Çin
114
salnamələrinə görə, artıq eramızdan əvvəl II əsrdə Xan sülaləsinin sarayında portağalı kənardan gətirilmiş meyvə kimi becərirdilər. Portağal Çindən Portuqal tacirlərinin gəmiləri ilə Avropaya gətirilib. Məhz buna görə, onu “Çin alması” adlandırıblar. Bütün sitrus bitkiləri ailəsi bir-birini tozlandıra bilər. Bununla da yeni növlər və təbii hibridlər əmələ gəlir. Sitrus bitkiləri təkcə çarpazlaşaraq və mutasiya olunaraq öz-özünə əmələ gəlməyib, onlar həm də mədəni seleksiyaya uğrayıb. 1980-90-cı illərdə isə 4 000-dən artıq növlərarası hibrid yaranıb; məsələn: eremooranj, tanqor, siamelo, sitrumelo, lemandarin, mandor və sair... Bu növlərin bir çoxu dünyada tanınmasa da, onların sayəsində sitrus bitkilərinin ilkin vəziyyəti tamamilə itib. Zaur MƏMMƏDOV
reklam
115
TƏBİƏTİSEVƏNLƏR
Şəfalı D
sancı
eyilənə görə, eramızdan əvvəl IV əsrdə Ma kedoniyalı İsgəndərin ölümü dünyada səs-kü yə səbəb olubmuş. Amma bu hay-küyə rəvac verən dünyaya meydan oxuyan sərkərdənin ölümündən daha çox, onun meyidinin Hindistandan Yunanıstana gətirilənə qədər iylənməməsi və “təravətli” qalmasına səbəb olan “möcüzə” idi! Sən demə, cansız İsgəndərin məhz balın içində saxlanılması onu mənzil başına sağsalamat çatdırıbmış. “Möcüzə”nin səbəbkarı isə Allahın insanlara göndərdiyi və Qurani-Kərimdə ona ayrıca su rə həsr etdiyi ARI idi..
Mifdən-reallığa
Mif demişkən, xalq yaradıcılığının ayrılmaz janrı olan əsatirlər bəzilərimiz üçün “uydurma” görünə bilər. Am ma “od olmayan yerdən tüstü çıxmaz” deyiblər. Arı və arıçılar haqqında ensiklopedik biliklərə malik olan, api
116
terapiya üzrə ölkəmizdə tanınmış mütəxəssis Seyfəddin Əsəd istər qədim Roma, yunan və Misir əsatirlərində al lahların “Şahzadə Arı” adlandırılmasını bu cür izah edir: “Arıların Şahzadə adlandırılması onların yaşam tərzi ilə dövlətin idarə edilməsinin oxşarlığından irəli gəlir. Yu nanlar arıları “İlahinin quşu”, arı məhsullarını – şan, bal, çiçək tozu, arı südünü isə “İlahi qida” adlandırardılar. Mi sirlilərə görə, ana arı “Firon”, işçi arılar isə onun qulları sayılarmış”. Qədim misirlilər düşünürdülər ki, “allahların” ölümsüz olmasının yeganə səbəbi baldır. “Allahlar” öləndə onla rın məzarlarına bal qoyulardı. İnsanların mumiyalanma sında baldan və mumdan istifadə edilərdi. İş o yerə gəlib çıxıbmış ki, adi insanlar belə inanardılar ki, bal reinkar nasiyaya səbəb olacaq və dəfn olunan insana ölümdən sonrakı həyatı bəxş edəcək. Yenə də miflərə inansaq,
balarısına bənzədilən eşşəkarısını, milçəkləri və müxtə lif böcəkləri şeytan arıya və birbaşa Allaha qarşı çıxma ğın sübutu olaraq yaradıbmış. Arı hər bir xalqın düşüncəsində zəhmətsevər, düz gün, düşmənini əfv edən, ona toxunmayana zərər ver məyən, “ölüsü də, dirisi də”, balı da, zəhəri də xeyirli olan unikal canlıdır. Hətta qədim dövrlərdə arının insanı sanc masını “şirin əzab” adlandırardılar. Əbəs yerə, keltlər nə sihət kimi, bir-birlərinə “arı yolu ilə get” deməyiblər ki...
Arılardan danışaq
Seyfəddin Əsəddən arılarla bağlı maraqlı məlumat larını bizimlə bölüşməsini istədik: - Revmatizm xəstəliyi vardı məndə. Məsləhət oldu ki, evdə arı saxlayım. Arı sancmasının bu xəstəliyin əsl dərmanı olmasını desələr də, naşı olduğumdan birinci dəfə 15-20 arını buraxdım üstümə. Göz-başımın nə hala düşdüyündən anladım ki, vəziyyət bir o qədər də ürəka çan deyil. Məsləhət sahibləri əhvalatdan xəbər tutanda gülərək bildirdilkər ki, “bunun barıtını o qədər eləməz lər”. Arıların sayını mərhələ-mərhələ, tədricən artırmaq lazım imiş. Özümə gələndən sonra deyilənə əməl elə məyə başladım. İndi o gün, bu gün özümü arıya sancdı rıram. Yaşım az olmasa da, necə deyərlər, dəyərəm min cavana! Arılarım mənə o qədər öyrəşiblər ki, başqasını vurmaq əvəzinə yenə də məni sancırlar! Tovuzda ya şayanda daha çox arı saxlayırdım, şəhər yeri buna elə də imkan vermir. Həyat yoldaşım deyir ki, paytaxta kö çəndən sonra elə bil ki, Bakıda biz daima təhlükədəyik, rayonda isə bizi böyük bir Arı qvardiyası qoruyurdu. Arı ailəsinə gəlincə, müsahibimiz xüsusi olaraq vur ğulayır ki, “kaş ki elə bütün ailələr də arılar kimi işgüzar, dəqiq, təmiz, düzgün olardılar”. Amma bir “əmma” var...
“Əmma”budur ki, arı ailəsi bir ana arıdan ibarətdir. Bu ailədə ondan başqa minlərlə işçi arı və yay vaxtı bir neçə yüz erkək arı da həyat sürür. Sadəcə olaraq erkək arılar yalnız ana arının mayalanmasında iştirak edir. Onlar nə yem toplaya bilir, nə də ki yuvanı qoruma ğı bacarırlar. Bu erkəklərin işi-peşəsi budur: “ver yeyim, ört yatım, gözlə canım çıxmasın”. Qışın yaxınlaşması, artıq qida məsrəfi dişi arıları məcbur edir ki, ya bu işə yaramayan erkəkləri öldürsünlər, ya da ailədən qov sunlar. Dediyim “əmma” da elə bundan ibarətdir. Heç istəməzdim ki, bizim “kişi”lərimizi də erkək arıların aqi bəti gözləsin! Söhbətimiz zamanı məlum oldu ki, arıları ailə edən məhz ana arıdır. Əgər belə demək mümkündürsə, Ana arı ailənin “kişisidir”. Onun vəzifəsi yalnız yumurta qoy maqdır. İşçi arılar ailədə ən kiçik arılardır. Onların dişi cinsiyyət orqanı olsa da, bu orqan tam inkişaf etmədi yindən erkək arılarla cütləşib mayalana bilmirlər. “İşçi lər” iki qrupa – yuvadaxili cavan və yaşlı arılara ayrılır lar. Uçmayan pətək arıları (18-20 gün yaşı olan arılar) təmizlik işlərinə baxırlar. Yaşlı çöl arıları (yaşı 18-20 gündən yuxarı olanlar) isə ailəni yemlə təmin etmək üçün günlərini çiçək tozu və çiçək şirəsi (nektar) top lamağa həsr edirlər. Yaşlı arılar pətəyin girişində keşik çəkir, düşmən gələndə onlara hücum edirlər. Arılar ba lın əsas oğrularını - cır arıları, qarışqa və milçəyi xarici görünüşlərindən, oğru bal arılarını isə bığcıqlarından o dəqiqə tanıyırlar.
117
Təmiz bal axtarırsan?
Arıçılıq məhsullarına bal, mum, vərəmum, arı zəhəri, arı südü və güləm daxildir. Bal mənşəyinə görə monoflor (bir növ çiçəkdən; məsələn: cökə, akasiya və s.) və poliflor (müxtəlif çiçəklərdən: məsələn, çəmənlik çiçəklərindən toplanmış) qrupuna bölünür. Ən yaxşı bal gec xarlanan və şəffaflığı ilə seçilən akasiya balıdır. Hazırlanması 13 il vaxt aparan Britaniya balı isə dünyanın ən ba halı balıdır. Arılar bu növü yaratmaq üçün İsraildə jenşen, pişikotu və Amazonun faydalı bitkiləri ilə qi dalanırlar. Necə deyərlər, “adı da onların (İsrailin), dadı da onların” (Birləşmiş Krallığın). 120 qramı 42 evro olan bala Hollivud ulduzları da biganə qalmayıb. Şaiyələrə görə artıq Keyli Minoq dünyanın ən bahalı balının daimi müştərisidir. Seyfəddin müəllimin fikirincə, Azərbaycanda ən yaxşı bal Daşkə sən və Tovuzdadır. Çünki orada həm quru, həm də rütubətli iqlim şəraiti mövcuddur. O deyir ki, əgər balın təkibindəki su 22%dən çoxdursa, ona bal demək düzgün olmaz, yox əgər 16-17 faizdirsə, o zaman balın keyfiyyətinə şübhəniz olmasın. Onu da öyrəndik ki, Bakıda arıçılığın inkişaf etdirilməsi ilə buranın “əlverişli təbiətə” malik olub-olmamasının heç bir əlaqəsi yoxmuş. Sən demə, arılar paytaxtdakı istixanalarda becərilən bitkilərin mayalanması üçün lazım imiş!
Təəccübləndirir...
Qurani - Kərimdə haqqında bəhs edilən canlılardan biri də arıdır. “Dağlarda, ağaclarda və onların qurduğu çardaq larda özünə evlər tik! Sonra bütün meyvələrdən ye və Rəbbi nin sənə asanlaşdırdığı yollarla get!.. Onların qarınlarından in sanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb-dərk edənlər üçün bir ibrət vardır!” (Nəhl surəsi, ayə 68-69)”. Möcüzə bununla bitmir. Arıları soyuqdan qoruyan, ana arının yumurta qoyduğu, bala arıların yetişdiyi, hətta “yadlar”dan müdafiə məqsədilə istifadə edilən altıbucaqlı xana - mum in sanın aça bilmədiyi müəmmalardandır. Şan qovcuğu ən rasional qab formasıdır. Onun qurulmasında ən az ma terial - 100 şan qovcuğu üçün cəmi 1,3 q mum tələb olunur, konstruktiv möhkəmliyinə və tutumuna ğörə isə həndəsi fiqurlar arasında tayı-bərabəri yoxdur. Qeyd etmək vacibdir ki, xüsusi riyaziyyat təhsili görmə yən arılar riyazi-həndəsi hesablamalara tam dəqiqliyi ilə əməl edirlər! Dünyada 16000 arı növü var. Bu da bütün heyvan və quş növlərinin cəmindən dəfələrlə çoxdur. 3-5 insanın əminamanlıqda yaşaması çətin olan zəmanəmizdə, 80000-ə qə
118
dər arı tək bir pətəkdə vahid ailə olaraq mehribançılıq və dinclik şəraitində yaşayıb yaradır. Balarısı insanı vuran kimi iynəsi ilə bərabər onun bütün “içalatı” tökülür və o ölür. Ölümü hiss edən yaşlı arılar isə özləri yuvanı tərk edirlər. Los-Alamos laboratoriyalarında isə arıları bomba təs bitində istifadə etmək üzrə öyrədirlər. Avstraliyalı alimlər bal arısının uçuş fəndlərini “oğurlayaraq” avtopilot yara dıblar. Desək ki, arılar saatda 65 kilometr sürətlə uçur və bu sürətlə qatar ilə rəqabətə girə bilərlər, təəccüblənmə yin! Arının kələ-kötür yerdə özündən 20 dəfə ağır yükü sürüdüyünü, atın isə yalnız özü ağırlığında yükü daşıya bildiyini eşitsəniz, yenə də təəccüb eləməyin...
Canın şirindisə...
Seyfəddin müəllim, apiterapiya – arılarla müalicə üz rə mütəxəssis olduğundan, bir az da balın təbabətdəki əhəmiyyətindən danışdı. Qeyd elədi ki, bu sahənin yaşı beş min ildən çoxdur. Bu gün müxtəlif simpozium, konq reslərdə xəstəliklərin profilaktikası və müalicəsində ba lın tətbiqi ilə əlaqəli geniş müzakirələr aparılır. Elə ötən ilin oktyabrında Çində təşkil olunan və müsahibimizin də iştirak etdiyi II dünya xalq yaradıcılığı konqresi buna misaldır. Seyfəddin müəllim söhbəti zamanı bildirdi ki, miqrenin apiterapiya ilə tam müalicəsini o kəşf edib və bu uğurumuz həmin konqresdə vurğulanıb: - Baldan yara, dəri və göz, tənəffüs yollarının, mə də-bağırsaq, ürək-damar sistemi xəstəliklərinin müali cəsində istifadə edilir. Bal həm də asanlıqla həzm olu nan qidadır. İlıq suya qarışdırılaraq içildikdə 7 dəqiqə ərzində qana qovuşur. Qan hazırlanması üçün bədənə lazım olan enerjinin mühüm hissəsini bal təmin etməyə qadirdir. Qanın təmizlənməsinə də yardım edərək, onun antimikrob xüsusiyyəti sayəsində orqanizmdə müəyyən bakteriyaların və kifin böyüməsinin qarşısını alır. Tərki bində az miqdarda mis, yod, dəmir və sinkin olduğu da kəşf edilən bal, həm də vitamin və mineral anbarıdır. Məlumat üçün deyək ki, arı şanı da bal qədər xe yirlidi. Ondan ağız diş xəstəliklərində, müxtəlif yaraların sağalmasında, yataq yarasının müalicəsində, eləcə də antimikrob kimi istifadə edirlər. Siz ev şəraitində 1001 dərdin dərmanı olan şan mazını hazırlaya bilərsiniz. Necə? Çox asan! 50 qr şanı 100 qr kərə yağında əridin. Qaranlıq şüşə qabda, soyuducuda saxlayın. 2-3 gün dən sonra dərman istifadəyə hazırdır. Seyfəddin müəllim sonda oxucularımız üçün dəyərli
məsləhət də verdi: - Təmiz bal ağır olur. Bir çayqaşığındakı balı odun üstünə tutun. Bal tam buxarlansa, təmizdir. Yanarsa, deməli, onun tərkibində şəkər tozu var. Ən əsası, yaxşı balı tanımaq üçün yaxşı “burun” olmalıdır. Çünki onun ən böyük göstəricisi ətridir. Və bir də deyim ki, hər gün böyüklər 200 qr, uşaqlar isə 30-50 qr təmiz balı acqa rına qəbul etsinlər. Nəzərə alsaq ki, dünyada bal satışına görə Çin, alı cı qismində isə Almaniya birinci yerdədir və planetin ən uzunömürlü insanları bu dövlətlərin sakinləridir, deməli, düşünməyə dəyər. Necə deyərlər, sağlam olmaq üçün tez-tez də olmasa, hərdən “ağzımızı şirin edək”.
Öz arımız, öz balımız
14 sentyabr - Arıçıların Beynəlxalq Müdafiəsi gü nüdür. Təəssüf ki, bu gün dünyada arıların sayı getdikcə azalır. Hətta alimlər hesablayıblar ki, arılar tamamilə “it sə”, dünya 2 ilə məhv olacaq. Respublikamıza gəlincə, arıçılıq barədə qanun qəbul olunub, amma, ölkəmiz hə lə də Beynəlxalq Arıçılıq Assosiasiyasına üzv deyil. Ha zırda Azərbaycanda təxminən 120 - 130 minə qədər arı ailəsi var. Lakin, hesablamalara əsasən, bu göstəricini artırmaq və 550 minə qədər arı ailəsi saxlayaraq, ildə 1200 tona qədər bal istehsal etmək mümkündü. Üstə lik, hazırda ən yaxşı arı növü olan Bozdağ Qafqaz arısı məhvolma təhlükəsindədir. Nə etməli? - Özümüzü qorumaq istəyiriksə, arılar dan başlamalı. Kaş bizi sancan elə arı olsun! Bu sancıda fayda var! Nərmin Nöqtə
119
MARAQ DÜNYAMIZ IMAX (Image Maximum) Kanadanın əyləncə texnologiya şirkətlərindən olan “IMAX Corpo ration” tərəfindən hazırlanaraq, yüksəksəviyyəli dəqiq görüntüyə malik film nümayiş etdirmə texnolo giyasıdır. Standart IMAX-ın eni 22, hündürlüyü 16 m.-dir. Qeyd edək ki, normal kinolentin ölçüsü 35 mm.-dir, IMAX-da isə bu ölçü 70 mm.-dir. Bu sistemin yeganə üs tünlüyü görüntü keyfiyyətinin yüksək və görüntü yerinin böyüklüyu deyil, eynizamanda, özəl eynək vasitəsilə - 3D ilə izlənə bilməsindədir. İMAXın digər üstün cəhəti ekranının oval formada olmasıdır. Həmçinin, İMAX-in omni-max növü də möv cuddur. Xatırladaq ki, IMAX dünya da böyük ölçüdə xüsusi məkanlarda göstərilən ən uğurlu film nümayiş etdirmə texnologiyasıdır. IMAX filmlərini çəkən qurgunun ağırlğına gəlincə, o, ortaçəkili insanı ağırlığın dadır. Bu da filmlər lentə alınarkən mürəkkəb səhnələrin çəkilişlərində çətinliklər yaradir. IMAX filmləri standart filmlərə nisbətən, ən azı, 5 dəfə bahalıdır və onun eynəkləri də 3D eynəklərindən fərqlənir. Şəhriyar Məmmədov
120
“Mayya mədəniyyətinin təqvimi 21 dekabr 2012-ci ildə yox, ən azı, 60 gün sonra bitir”
Mayya təqviminə əsasən Ç
ox maraqlıdır... Bu barədə Santa-Barbarada yerləşən Kaliforniya Universitetindən olan alim Jerado Aldana yeni yazdığı “Təqvimlər və illər” adlı kitabında bəhs edir. Hələ e.ə. II minillikdən Mərkəzi Amerikada yaşayan Mayya hinduları, özlərinin astronomik hadisələrə əsas lanmış təqvimini tərtib etmişdilər. Qeyd etmək lazımdır ki, mayyalılar mahir astronomlar olublar. Onlar tərəfindən tərtib olunmuş, böyük fasilələri öl çən, “Uzun hesab” adlanan son təqvimə 5126 il daxil idi. “Uzun hesab”, Qriqorian təqvimi (yeni təqvim) ilə e.ə. 3114-cü ildən başlayır. Bir çoxları deyə bilər ki, “Vay-vay, 2012-də dünyanın axırıdır!”. Amma... Mayyalıların təqvimi bütünlüklə Qriqorian təqviminə keçirilə bilməz. Onları əlaqələndirmək üçün alimlər bir neçə korrelyasiya alqoritmləri işləyib-hazırlayıblar. On ların içindən ən məşhurunda korrelyasiya faktoru olan GMT konstantası istifadə olunur. GMT konstantasını he sablamaq üçün alimlər, mayyalılar tərəfindən qeyd edil miş, qədimdə baş verən astronomik hadisələrə əsasla nıblar. J.Aldana öz kitabında iddia edir ki, bu hadisələr dən biri SƏHV interpretasiya olunub. Onun fikrincə, GMT konstantasının yaradıcılarının Veneranın doğ ması kimi təsvir etdikləri hadisə, meteoritin düşmə si də ola bilərdi. Əgər müəllifin bu iddiası doğru çıx
sa, bu o deməkdir ki, Qreqorian təqvimi ilə Mayya təqvimi arasında, ən azı, 60 gün fərq var. Ola bilər... Buna baxmayaraq, mayyalılar dünyanın sonunun onların təqviminə uyğun gəlməsini yazmayıblar. Bundan başqa, fərziyyələr var ki, “Uzun hesab” silsiləsi olub. Yəni bir sil siləni o birisi əvəzləyirmiş. Bu da ağıllı fikirdir... Zaur MƏMMƏDOV
121
MARAQ DÜNYAMIZ
Əksər insanlar gözəl və bəlağətli danışa bilirlər, amma tarixə düşmək çox azlarına qismət olur. Bu nömrəmizdə ictimai xadimlərin natiqlik qabiliyyəti, inandırmaq bacarıqları və nitqləri ilə bəşəriyyətdə etdikləri çevrilişlər haqqında danışacağıq.
Ac ol, kişi ol!
Qədim yunan qanun keşikçisi və natiqi Likurqun (e.ə. 390-324) əfsanəvi nitqinin qüdrəti Spartanın növbəti 5 əsrdə dövlət ənənələrini qoruyubsaxlamasına kömək edib. Onun bir çox nitqləri minillikləri adlayaraq, bugünümüzə gəlib-çıxıb. Belə ki, Likurqa “Müharibədən necə qaçmaq olar?” ünvanlanmış suala “Kasıb olun, amma mərd olun! Qonşunuzdan heç nədə artıq olmağa çalışmayın!” cavabı gəlir. Digər fikrində deyilir: “Heç vaxt eyni rəqiblə müharibə vəziyyətində olmayın, özünüzdə müharibə ruhunu böyütməyin!”.
Savad və bəlağət etalonu
Tanınmış Roma natiqləri arasında Sitseronun (e. ə. 106-43) yeri özünəməxsusdur. O, vətəndaşlara sözün qüdrətini və nələrə qadir olduğunu dəfələrlə sübut edən dahidir. Müəllim və hamiləri tərəfindən təəccüb və sevgi ilə qarşılanan, fikir və məsləhətlərinə dəyər verilən Sitseron haqqında, yunanəsilli ustadı, rodos spikeri Apolloniusun dedikləri: “Səni təriflədikcə bir daha heyran oluram, Sitseron. Elladanın taleyinə təəssüf etmirəm, çünki əminəm ki, sənin hesabına bizə qalan əvəzsiz kamillik və savaddır. Romalılar tarixboyu etdiklərin üçün sənə borclu olacaqlar”. Əslində, Sitseron da Demosfen kimi təbiətən parlaq natiqlik istedadına malik deyildi. Lakin zəhmət və iradəsi sayəsində kəskin və oturuşmamış səsini, jest və həyəcanını idarə etməyi öyrənmiş, növbəti nəsil natiq və spikerlər yetişdirmişdir.
Demosfenin qızıl qaydaları
Afinalı natiq Demosfen (e.ə. 384-322), gəncliyində utancaq və dil qüsurunun olmasına baxmayaraq, çatışmazlıqlarını uzun illər gündəlik məşqlər hesabına dəf edə bilmişdir. Əyləncə həyatına qapılmamaq üçün saçlarını tən yarıdan qırxıb, özünü bir neçə ay zirzəmiyə məhbus edərək, natiqlik və düzgün tələffüz qabiliyyətlərinə yiyələnmişdir. Dil qüsurlarını aradan qaldırmaq üçünsə, çınqıl daşlarını ağzına doldurub danışırmış. Demosfenin qızıl qaydaları bugünə kimi natiqlik sənətinin əsaslarını təşkil edir. “Heç vaxt hazırlıqsız çıxış etməyin, nitqinizdə yersiz məqam və hadisəyə fikir bildirməyin!”. Demosfen Yunanıstanın qatı düşməni Makedoniyalı Filippə ünvanlanan məşhur kitabçaların müəllifdir. Belə ki, onun nitqləri yunan xalqına döyüş meydanında Makedoniya ilə mübarizə aparmağa çox kömək etsə də, məğlubiyyət və Afinanın çökməsi Demosfenin intiharı ilə nəticələnib.
122
Söz və əməl Cirolamo Savonarolun (1452-1498) katolik kilsəsinin ikiüzlü mövqeyi haqqında söylədiyi kəskin çıxışları Florensiyada Mediçi qəbiləsini çevirməyə müvəffəq olub. Mediçilər hakimiyyətdən devrildikdən sonra, Savonarol Respublika başına keçir. Lakin intibah mədəniyyətinin qatı düşməninin nadir incəsənət tablolarını yandırmasına, tarixi memarlıq əsərlərini məhv etməsinə baxmayaraq, səhvini xalq ona bağışlayıb. Roma papasına qarşı çoxsaylı təhqirləri və ayinlərin qadağası ilə yadda qalan Savonarolu kilsə təqiblərə məruz qoyub; hətta yandırılmasına fitva verilib. Lakin katolik kilsənin 500 ildən sonra Cirolamo Savonarolanı din yolunda şəhid hesab etməsi hələ də sual doğurur.
Qraf və Xalq tribunası Aristokrat Onore Qabriel Riketi qraf Mirabo (1749-1791) Fransa tarixinin ən möhtərəm tribun natiqidir. Ali Ştata seçkilərdə Üçüncü Əmlak Provansından namizədliyini irəli sürən Mirabonun qardaşlıq və azadlıq şüarları onu dəstəkləyənləri heyran edirdi. Mirabonun nitqləri ehtiraslı və daha çox teatrlaşdırılmış xarakter daşıyırdı. Həyatının son günlərinə qədər siyasi mübarizədə ön cərgələrdə olan natiqi kütlə əlinin içində gəzdirirdi. Amma inqilabın gözlənilməz süqutu çılğın tribunu qoxudaraq, Kral sarayı ilə gizli razılıq əldə etməsinə səbəb olmuşdu. Mirabonun erkən ölümü xalqın ona olan əbədi sevgisini, etibarını daha da alovlandırdı.
123
MARAQ DÜNYAMIZ Qürur və ləyaqət yolunda Fedor Plevako (1842-1908) - Rusiya tarixinin çevrilişə qədər ən hörmətli məhkəmə natiqi və vəkilidir. Onun iştirak etdiyi məhkəmə işinə, adətən, mühakimə olunana görə yox, müdafiə zamanı Plevakonun heyrətamiz çıxışını dinləmək üçün insan izdihamından düşmək mümkünsüz idi. Deyilənlərə əsaslansaq, nitq və çıxışlarını bədahətən söyləyən vəkilin fikirləri sonradan sitat və lətifə kimi dillərdə dolaşırdı. İmza atdığı bütün məhkəmə proseslərində aydın, sadə və insani çıxışları ilə seçilən vəkilə ən kəskin fikirli hakim də tərəf qoyula bilmirdi.
“Soyuq müharibə” ideoloqu
Uinston Çerçilli (1874- 1956) britaniyalılar öz tarixlərində tayı-bərabəri olmayan natiq hesab edirlər. İlk çıxışını Nümayəndələr Palatasında, məğlub olmuş “burlar” haqqında söyləyən Çerçillin nitqindən sitat: ”Əgər mən bur olsaydım, o zaman döyüş meydanında mübarizə aparardım”. Yeri gəlmişkən, dahi siyasətçinin Stalinin şəxsiyyəti ilə bağlı qiymət verməsi fərqli zamanlarda təzadlı olub. Bir vaxtlar onu “Millətin atası” (1942), sonralar isə “Rusiya diktatoru” (1954) adlandıran Çerçillin hər bir çıxışı inandırıcı və yaddaqalan olub. U.Çerçillin Fulton nitqi isə (5 mart 1946) “soyuq müharibə”nin başlanma siqnalı hesab olunur.
124
Bəşəriyyətin dahisi Heydər Əliyevin (1923-2003) dövlət strukturlarında uzunmüddətli xidməti və zəngin ictimai-siyasi təcrübəsi onun səlist nitq qabiliyyəti ilə qarşılıqlı vəhdət təşkil edir. Hər bir uğurlu dövlət xadimi üçün təsirli nitq formalaşdırmaq qabiliyyəti onun nüfuzunu və ictimai çəkisini şərtləndirən amillərdəndir. Öz nitqini məqama və auditoriyaya uyğun olaraq yüksək ustalıqla nizamlayan Heydər Əliyev, nəinki öz doğma dilinin zənginliyini, eləcə də rus dilinin çalarlılığını sadə insanlara anlatmaq və inandırmaq bacarığı ilə tarixə düşmüşdür! İctimai idarəçilik sosial psixologiya ilə sıx əlaqəli olduğu üçün, təsirli nitqi ictimai nüfuzun əhəmiyyətli alətlərindən adlandırmaq olar. Hansı dildə danışmasından asılı olmayaraq, Heydər Əliyev ictimai və fərdi təfəkkürün incəliklərini dərindən bilən dövlət xadimi idi. Özünəəminliyi, bəhs etdiyi mövzunu mükəmməl bilməsi onun çıxış və nitqlərinin həmişə təsirli olması ilə nəticələnirdi.
Ginnes kitabının qəhrəmanı Fidel Kastro (1926) anadangəlmə natiq hesab olunur. Ginnesin Rekordlar Kitabına istinadən, Kastronun NyuYorkda - BMT Baş Assambleyası qarşısında “Talan fəlsəfəsi qeyb olanda, müharibə fəlsəfəsi də süqutunu yaşayacaq” başlıqlı çıxışı natiq və dövlət başçıları ilə müqayisədə ən uzunçəkən hesab olunur - 4 saat , 29 dəqiqə. 2001-ci ildə Havanada üçsaatlıq nitqi zamanı o, huşunu itirsə də, bir neçə saatdan sonra artıq televiziyada çıxış edib...
Hazırladı: Aygün Əzimova
Veni! Vidi! Vici! DİQQƏT! FOTOMÜSABİQƏ!
“DİSCOVERY AZERBAİJAN” jur nalı “Veni”, “Vidi”, “Vici” adları altında fotomüsabiqə elan edir. Müsabiqədə 17 yaşı tamam olmuş foto həvəskarları, həmçinin, peşəkarlar iştirak edə bilərlər. Müsabiqə 2011-ci il ərzində aparılır. Yanvar ayından başlayaraq, jurnalımızın hər sayında redaksiyaya daxil olmuş foto lar arasında müəlliflər müəyyən edilərək, qaliblər 200 manat məbləğində mükafat qazanacaqlar. İlin sonunda 12 ayın qaliblərinin fotola rından ən yaxşısı “İlin Qalibi”, eləcə də 2-ci və 3-cü mükafatçı elan ediləcək. Bununla da qaliblər 2011-ci ilin dekabrında rəsmi surətdə öz mükafatlarına sahib olacaqlar. Fotoşəkillər rəqəmsal kamera ilə
126
yüksək keyfiyyətdə çəkilməli, “jpg” formatında hazırlanmalıdır. Şəkillərin ilkin variantı çap edilib zərfdə, həm də elektron variantda təqdim olunmalıdır. Hər bir müəllif ay ərzində 10-dan artıq fotoşəkil göndərə bilməz. Mənəvi dəyərlərdən, əxlaqi normalar dan uzaq, milli, irqi və dini ayrı-seçkilik təbliğ edən, siyasi qərəz məzmunlu, həmçinin, digər fotomüsabiqələrdə yer tutmuş şəkillər qəbul edilmir. Münsiflər heyəti təcrubəli, peşəkar foto raflardan və “Discovery Azerbaijan” jurnalının əməkdaşlarından ibarətdir. İlin üç qalibini xarici səfər, “Canon” fotoapa ratı və pul mükafatı gözləyir. Ən yaxşı fotoşəklin müəllifi, mükafat olaraq, “Canon” Mark II EOS 5D fotokamerası, 2-ci mükafatçı xarici səfər, 3-cü yerin qalibi isə 300 manat pul mükafatı əldə edir. Daha ətraflı məlumatı www.discoveryazer baijan.az saytından almaq olar.
reklam
Təsisçi və baş redaktor Cavanşir FEYZİYEV
Direktor
Baş redaktorun müavini Gülnar Məsimli
Şakir Eminbəyli
Müxbir Bəhruz Heydəri
Dəyərli Oxucu!
Müxbir Şirməmməd Nəzərli
Marketinq və reklam direktoru Aygün Əzimova
Dizayner Emil Camalov Müxbir Osman Vəliyev
Texniki direktor Namiq Ələkbərov
Korrektor Rəna Həsrətova
İnformasiya texnologiyaları üzrə menecer Şəhriyar Məmmədov
Fotoqraf Dadaş Adna
ürəkaçıqlığı ilə qəbul etməyə hazırıq. Bütün səyahətçiləri, gəzib-dolaşan insanları, qeyri-məlum kəşfləri ilə kölgədə Hazırda əlinizdə tutduğunuz yeni jurnalın özünəməxsusluğu qalan hər kəsi, qısası, “Discoverman”ları jurnalımızın ilə diqqətinizi cəlb edəcəyinə inanir və ümid edirik. Bu səhifələrində görməkdən qürur duyarıq. Sanballı yazılar, jurnalı hər hansı bir çərçivəyə salmaq mümkünsüzdür, təklif və ideyalar diqqətdən kənarda qalmayacaq. İstənilən konkret bir istiqamət vermək gərəksizdir. Belə ki, həyatın halda, bu kimi məqamlar dəfələrlə redaksiya heyəti praktiki tərəflərini diqqətdən kənarda qoymayaraq, elmi- tərəfindən yoxlanılaraq, ümumrazılıq və məsləhətlərdən kütləvi, əyləncəli, düşündürücü, məlumatlandırıcı olmasıyla sonra yayımlanacaq. Jurnalın səhifələrində hər ay bərabər, məqsədimiz Sizin qəlbinizə və beyninizə xitab xüsusi olaraq canlı müsahiblərin ən maraqlı mövzulara edərək, ruhunuzu oxşamağa çalışmaqdır. DISCOVERY münasibəti, peşəkar fotoqrafların xüsusi çəkilişləri öz səhifələrində dünyada və hər bir insanın ayrılıqda əksini tapacaq. daxili aləmində baş verən, insan təfəkkürünün qəbul Əsrimiz kəşflər, informasiya bolluğu, vizual və virtual, edə biləcəyi ən maraqlı, ən dəyərli məlumatlarla zəngin sərhədsiz, sədlərsiz dünya dövrünü yaşayır. Biz də bu məqamlara da rast gələcəksiniz. Həmçinin, biz müasir prinsipə dayanaraq, müəllif və oxucu arasındakı sərhədləri dövrümüzdə daha da qəlizləşən dünyanın ən həssas yox etmək niyyətindəyik. hadisələrinə, Kainatın ayrılmaz vəhdətinə, müxtəlif Beləliklə, jurnalımıza biganə qalmayan və həyatına yeni ideya və münasibətlərin qarşılıqlı əlaqəsini göstərməyə rənglər qatmaq istəyən DƏYƏRLİ OXUCULARIMIZI təbrik cəhd etmişik. Diqqətinizə əsas çatdırmaq istədiyimiz edirik. Əlbəttə ki, yeni ilin ilk aylarına təsadüf etdiyi üçün məqsəd jurnalın adında gizlənir; DISCOVERY adı altında hər birinizi Yeni il münasibətilə ürəkdən təbrik edirik! məlumatların başqa rakursdan müzakirə və mübadiləsi, 2011-ci ildə arzu və istəklərinizin çin olması diləyi ilə birnəfəsə oxunan, hadisələrin real ruhda və yeni baxışda “Discovery Azerbaijan”ın kollektivi təqdimatı və yenidən kəşf olunması deməkdir. Hər bir oxucumuzun maraqlı, orijinal, qeyri-adi təklif və iradlarını
128