İlin son ayı – dekabr. Qışın sərt nəfəsinin boynumuzu, üzümüzü daladığı, ilk qarın yaşlılara da uşaq sevinci bəxş etdiyi bir ay. Sevincli ay – hüznlü ay – son ay. Hər şeyin sonu bir nəticənin göründüyü məqamdır. Biz də bir illik fəaliyyətimizin sonuna çatdıq. Ötən bir il ərzində jurnalımız vasitəsilə Azərbaycandan dünyaya baxdıq, dünyanı Azərbaycana, Odlar Yurdunu isə dünyaya tanıtmağa çalışdıq. Çalışdıq ki, oxucularımızı ölkəmizin gözəllikləri, dünyanın ən maraqlı yerləri və hadisələri ilə tanış edək. Redaksiya heyətimizin birillik fəaliyyətinin nəticəsi 6 buraxılış və 2500-dən artıq abunəçi oldu. Sevindik ki, bizimlə həmfikir olan, yazdıqlarımıza maraq göstərən və jurnalımızın hər bir nömrəsini oxumaq istəyən abunəçilərimiz var. Bu sevinci bizə bəxş edən bütün oxucularımıza minnətdarlığımızı bildirir, onların tələbatını daha mükəmməl şəkildə ödəyəcək yeni yaradıcılıq işləri ilə gələn ilki saylarımızda yenidən görüşəcəyimizə ümid edirik. Hələlik isə ilin son ayıdır. Azərbaycan xalqını onun tarixində misilsiz iz qoymuş bir şəxsiyyətdən – Heydər Əliyevdən cismən ayırdığı və elə həmin şəxsiyyətin səyi ilə də Azərbaycan xalqının birliyə, həmrəyliyə qovuşduğu bir ay. Ayrılmaq və birləşmək! Birləşdik, amma ayrılma-
dıq. Hər bir Azərbaycanlının qəlbində bir heykəl ucaldı – Heydər Əliyev heykəli. O möhtəşəmdir, əbədidir. Yaratdığı əsər – sarsılmazdır. Qoyduğu irs – Azərbaycan xalqının mənəvi sərvətidir. 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü. Heydər Əliyevin müəllifi olduğu milli ideologiya – Azərbaycançılıq ideologiyası ətrafında 50 milyondan artıq insanın mənəvi birlik günü. Və nəhayət, “Discovery Azerbaijan”ın 2011-ci ildə son buraxılışı: Böyük xalqın Böyük oğlu – Heydər Əliyev Ölkəmizin cənnət guşəsi – Şəki Fəxrimiz – Fəxri legionun kavaleri – Səməd Seyidov Hər gün adını çəkdiyimiz gözəl – Lolita Xatırladan, danışdıran və susduran rəsmlər – Mir Teymur Məmmədov Elin incə sənəti – şəbəkə Əziz oxucularımız, bu və digər maraqlı mövzulara həsr olunmuş dekabr buraxılışını Sizə təqdim etməklə, birillik fəaliyyətimizə yekun vururuq. Lakin bu son deyil. 2012-ci ildə görüşmək arzusu ilə hər birinizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirik. Ən xoş arzularla, Cavanşir FEYZİYEV, Baş redaktor
1
MÜNDƏRİCAT Dekabr 2011 Təsisçi və baş redaktor Cavanşir Feyziyev Direktor Şakir Eminbəyli Baş redaktorun müavini Gülnar Məsimli Marketinq və reklam meneceri Ruhiyə Əşrəfli Müxbirlər Rəna KƏRİMOVA Aynur TALIBOVA Bəhruz Heydəri Nərmin NÖQTƏ Xatuna MAHMUD Korrektor Rəna NAMAZQIZI Dizayner İlqar TAHİRİ
Baş redaktordan.............................. 1 ŞƏXSİYYƏT Böyük xalqın Böyük oğlu Heydər Əliyev.............................................4 MƏN-zərrə.................................................6 VƏTƏNİMİN SEYRiNƏ... Dayanıbdır dağ təki dağlar qoynunda Şəki.................................8 GÖRDÜN YEMƏK, DAHA NƏ DEMƏK?! Yaz, yay, qış, bahar isti piti var!!!................16 QONAQ-QARA Fəxri legionun kavaleri...............................18 ELM DÜNYASI “Alo”, “Ale Lolos”, “Alessandra Lolita Osvaldo”.......................24
Fotoqraf
Elm xəbərləri..............................................28
Rac MƏHƏRRƏMZADƏ
ƏNƏNƏ “Həmrəy, həmxasiyyət, həmdəm olaq!”......30
İllüstrator Ramil ƏLİYEV Mühasib Zaur MÜSLÜMOV Texniki direktor Namiq Ələkbərov İT menecer Araz EYYUBOV Reklamların mətninə görə redaksiya məsuliyyət daşımır. Jurnaldakı materiallardan istifadə olunarkən “DISCOVERY AZERBAIJAN“a istinad mütləqdir.
Decem .......................................................32 ÇƏRÇİVƏYƏ MƏHKUM OLUNMUŞLAR Xatırladır... danışdırır... susdurur!!!.............34 GÖZÜM YOLLARDA QALANDA... İslama naxışını bəndləyən alim..................42 İNCƏ SƏNƏT Elin incə sənəti - şəbəkə............................48
Ünvanımız Azərbaycan,Bakı şəhəri, İzmir küçəsi - 1 indeks:1014-5175 Tel./Fax: 530 87 91 office@discoveryazerbaijan.az www.discoveryazerbaijan.az CBS mətbəəsində çap edilib. Qiyməti: 3 manat Tiraj: 5000
2
ÜZ QABIĞINDA Şəki Xan Sarayı
DİSCOVERY 10-luq 10 ən məşhur almaz!..................................52
4
ADAMA GƏZMƏK QALIR Azərin Tayılandı..........................................54 CANSAĞLIĞI, MƏHƏBBƏT! Havadan asılı olanlar..................................60 DAŞ-QAŞ “Öldürən gözəllik”.......................................62 TARİXİ-NADİR Sübutlu və dəlilli - Fariz Xəlilli.....................68
8
İKİNCİ BİRİNCİLƏR Yıxılan evin dirəyi Devisinqh Şekhavat......72 AXI DÜNYA FIRLANIR... Hər mahalın öz tacı, hər tacın öz mahalı.....................................76 Şahzadələr şəhəri......................................80
18
TƏBİƏT AŞİQLƏRİ Ağıllı heyvan...............................................88 Fantastik ağaclar........................................92 “Mən aşiqəm obama, obamda var... Barama................................98 DEYİLƏNƏ GÖRƏ... “Evləri sehrli yar”.........................................102 Məlum uçan obyektlərin qarajı: Buqaraç! ..106
80
Maraql faktlar..............................................110 Dünyaya pəncərə........................................112 13 xofu........................................................114 Aramızda “gəlmələr” var..............................118
102
1001 xırdavat . ...........................................122 VENİ! VİDİ! VİÇİ! Hamını bəzər, özü şəkilsiz gəzər Rac Steaven...............................................124 Müsabiqə....................................................128
3
ШЯХСИЙЙЯТ
90-cı illərin əvvəllərində XX əsrdə artıq ikinci dəfə Azərbaycana öz müstəqilliyinə qovuşmaq nəsib oldu. Lakin Odlar Yurdu həmişə müxtəlif dövlətlərin, xüsusilə də fövqəl güclərin geo-siyasi maraqlarının kəsişdiyi bir məkan olduğundan Azərbaycan xalqının iradəsinin həyata keçməsi o qədər də asan olmadı. Tarixin bu dönəmində kənar müdaxilələr ölkə daxilində vəziyyəti elə bir həddə gətirib çatdırdı ki, müstəqilliyin itirilməsi təhlükəsi qaçılmaz görünürdü. Belə mürəkkəb vəziyyətdə xalqın nəzərləri
4
onun böyük oğluna – o zaman Naxçıvanda yaşayan və Böyük Siyasətdə böyük təcrübəsi olan Heydər Əliyevə yönəldi. 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyev ikinci dəfə Azərbaycanda ali hakimiyyətə gəldi. Qısa bir müddət ərzində ölkədə baş verən çaxnaşmalara son qoyuldu. Hərtərəfli əsaslı islahatlara və demokratik bir cəmiyyət quruculuğuna başlanıldı. Sonrakı illərdə Azərbaycan dövlətinin dünya siyasi arenasında əldə etdiyi bütün nailiyyətlər bu dahi şəxsiyyətin
adı ilə bağlıdır. Heydər Əliyev Vətənin xilaskarı, müasir Azərbaycan dövlətinin banisi oldu. Heydər Əliyev bütün dünya Azərbaycanlılarını bir-birinə qovuşduran, birliyə və həmrəyliyə sövq edən müqəddəs bir məbədə çevrildi. Hər bir Azərbaycanlının qəlbində heykələ döndü və dünyanın harasında yaşamasından asılı olmayaraq, hər
bir Azərbaycanlı üçün Heydər Əliyev adı Azərbaycanın rəmzinə çevrildi. Bu ad əbədiyaşar Azərbaycanın tarixində II və III minilliklərin qovşağında dövlət müstəqilliyimizin bərpa olunmasının təcəssümünə çevrildi. Böyük bir xalqın qarşısında böyük oğul borcunu ləyaqətlə yerinə yetirdi və 12 dekabr 2003-cü ildə əbədiyyətə qovuşdu...
5
МЯН-зярря
6
Şəki, Karvansaray
7
ВЯТЯНИМИН СЕЙРИНЯ...
Şəki ölkəmizin cənnət guşəsidir. Şəki möhtəşəm şəxsiyyətlər diyarıdır. Dünyanı diz çökdürməyə iddialı olan Nadir şahı məğlub edən Çələbi xan, şair qəlbli, hökmdar qüdrətli Hüseyn xan Müştaq, filosof, Azərbaycan dramaturgiyasının banisi, maarifçi Mirzə Fətəli Axundov, ilk müstəqil Azərbaycan Cümhuriyyətinin ilk baş naziri Fətəli xan Xoyski, görkəmli tədqiqatçı alim Salman Mümtaz, tanınmış dramaturq Sabit Rəhman, paytaxt Bakının meydanlarını bəzəyən ən möhtəşəm heykəltəraşlıq əsərlərinin müəllifi Fuad Əbdürrəhmanov, bütün türk dünyasının ədəbiyyatda və əbədiyyətdə sönməz ulduzu Bəxtiyar Vahabzadə, Şərqdə opera müəllifi olan ilk qadın bəstəkarımız Şəfiqə xanım Axundova, XX əsr Azərbaycan fəlsəfi fikrində yeni bir məktəbin əsasını qoymuş müasirimiz, filosof Fərman İsmayılov və yüzlərlə adını hər zaman ehtiramla çəkdiyimiz şəxsiyyətlər məhz Şəki torpağının yetirmələridir.
8
Ş
əki təmiz, səfalı havası, rəngarəng təbiət mənzərələri, tarixi abidələri, yumoristik insanları, duzlu-məzəli lətifələri və şirin ləhcəsi ilə tanınır. Şəki halvası və Şəki pitisinin adı da hamıya yaxşı məlumdur. Bu şəhərə daxil olduğun andan sanki tarixin içinə düşürsən. Qədim tarixə malik Şəki 80-dən artıq məbəd, məscid, qalalar, nekropollar, Şəki Xan Sarayı, karvansaralar, hamamlar, qədim qəbiristanlıqlar, kurqanlar, minarələr, tarixi şəxsiyyətlərin ev-muzeyləri, türbələr və sadəcə qədim üslubunu qoruyub saxlayan evləri ilə daim xarici və yerli turistlərin diqqətini cəlb edir. APARDI SELLƏR ŞƏKİNİ... Böyük Qafqaz dağlarının cənub yamaclarında, dəniz səviyyəsindən 500-850 metr hündürlükdə yerləşir. Şimalşərqdə Rusiya Federasiyası ilə həmsərhəd olan Şəkinin
sahəsi 2.43 min kv.km., Bakı şəhəri ilə arasındakı məsafə 370 km.-dir. Şəki şəhərindən əlavə, bölgədə 63 kənd var. Ərazidən iki dağ çayı – Kiş və Qurcana çayları axır. Bol yağışlı Şəkidə sel hadisəsi tez-tez müşahidə edilir. Yatağı şəhərin qərb hissəsinə yaxın olan Kiş çayı hövzəsi dünyanın ən güclü sel gedən yerlərindən biri sayılır. Hətta deyilənə görə, ilk əvvəl Kiş çayının sol sahilində salınan Şəki 1772-ci ildə şiddətli yağış və güclü sel nəticəsində tamamilə dağılır. Bu təbii fəlakətdən sonra Nuxa kəndinin yanında yenidən salınan şəhər məhz bu səbəbdən Nuxa adlanmağa başlayıb. Nuxa adı uzun müddət işlədilib. (Bu söz farsca yeni məkan, yeni yer deməkdir.) 1968-ci ildə isə yenidən Şəki adlandırılıb. Ümumiyyətlə, bu bölgədə sel hadisəsi tez-tez olduğundan zaman-zaman şəkililər həmin ərazidə yeni məskənlər salmağa məcbur olublar. Şəki orta əsrlərə aid mənbələrdə Saki, Şaki, Şakki kimi də adlanıb. Toponimin mənşəyi şimaldan gələn Sak
tayfasının adı ilə bağlıdır. 2500-2600 yaşı olduğu güman edilən Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Belə hesab edirlər ki, Şəkinin əsası bizim eradan əvvəl I minillikdə qoyulub. Qədim yunan coğrafiyaşünaslarından Ptolomey Alban şəhərləri içərisində Niqa adlı yaşayış məntəqəsinin olduğunu qeyd edir. Onun tərtib etdiyi xəritəyə baxdıqda söhbətin Şəkidən getdiyini anlamaq olur. SƏNƏTKARLIQ PAYTAXTI Orta əsrlərdə Şəki iri ticarət mərkəzi, ipəkçiliyin və sənətkarlığın yaxşı inkişaf etmiş olduğu bir yer kimi tanınırdı. Lakin Şəkini ən çox məşhurlaşdıran onun ipəyi idi. Şəki Böyük İpək Yolu üzərində yerləşdiyindən burada ipək istehsalı əsas sahələrdən biri olmuşdur. Avropa, Asiya, Yaxın və Orta Şərq ölkələrindən gəlmiş tacirlər yüngül, güləbətin işləməli, şəffaf Şəki ipəyini dünyanın
9
ВЯТЯНИМИН СЕЙРИНЯ...
müxtəlif ölkələrinə aparırdılar. Heyrətamiz gözəlliyə malik olan Şəki xalçaları da çox məşhur idi. Şəki bütün dövrlərdə təkcə tarixi-memarlıq abidələri ilə deyil, el sənətkarlıq nümunələri ilə də məşhur olmuşdur. Şəbəkə, dulusçuluq, papaqçılıq, təkəlduz, misgərlik kimi sənət növləri bu günə kimi qalmaqdadır. Şəkiyə məxsus sənət növlərindən biri, bəlkə də birincisi isə şəbəkədir. Bütün bunlar da 2010-сu ildə Şəkinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Sənətkarlıq paytaxtı” elan edilməsinin təsadüfi olmadığını göstərir. MEMARLIQ QORUĞU Şəkini Azərbaycanın “memarlıq qoruğu” da adlandırırlar. Şəki rayonu üzrə 2 dünya, 13 ölkə, 33 yerli əhəmiyyətli tarixi, 31 arxeoloji abidə, 4 bağ, park, monumental və xatirə abidələri var. Bunların içərisində Xan Sarayı xüsusi fərqlənir. Hətta “Şəkinin simvolu Xan Sarayıdır”-, desəm, yanılmaram. Bu memarlıq incisi barədə söz açmazdan öncə “Köhnə Şəki”yə qısa səyahət edək...
10
“Köhnə Şəki” XVIII əsrdə Hacı Çələbi xanın inşa etdirdiyi Narın Qalanın divarlarının əhatəsindədir. Müxtəlif dövrlərə aid çox sayda tarixi abidənin əksəriyyəti şəhərin məhz bu hissəsində yerləşir. O səbəbdən də şəhərin yuxarı hissəsi qoruq elan edilib. Yerlilərin “Köhnə Qala” adlandırdığı həmin ərazidə tarixi evləri sökmək və ənənəvi memarlığa uyğun olmayan yeni inşaatların aparılması qadağandır. 32 MİN ÇERVONLUQ SARAY Orta əsr Azərbaycan memarlığının ən görkəmli abidəsi hesab olunan Xan Sarayı öz orijinallığına görə yeganə sayılır. Dünya abidələri siyahısına daxil edilmiş Şəki xanlarının yay sarayı olan bu bina Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbinin nəvəsi Hüseyn xanın dövründə tikilib. Hüseyn xan eyni zamanda “Müştaq” təxəllüsü ilə şerlər yazdığından bəzi mənbələrdə bu saray “Müştaq imarəti” kimi də qeyd olunub. Binanın baş fasadı dünyada analoqu olmayan ən xırda,
Kiş Alban məbədi
həndəsi fiqurlara bölünmüş, ağac parçalarının aralarına müxtəlif rəngli şüşələr geyindirilmiş şəbəkə və qapılardan ibarətdir. Şəbəkələrin hər bir kvadratmetri orta hesabla 5000, mürəkkəb yerləri 14000 ağac və şüşə parçasından ibarətdir. Bu şəbəkələrdəki şüşə parçalar heç bir mismar və ya yapışqan olmadan əllə, tək-tək bir-birinə bənd olunub. Rəvayətə görə, saray hazır olandan sonra heyran qalan xan bu nadir sənət işinin təkrar olunmaması üçün onu tikən ustanın qollarını kəsdirməyi əmr edib. Mənbələrdə binanın inşasına 32 min çervon, yaxud 32 min İran tüməni məbləğındə pul xərcləndiyi bildirilir. 1 rus çervonu, yaxud İran tüməni o vaxtlar 3,4 qram qızıla bərabər idi və Şəki xanlığında 1 il ərzində yığılan töycü (vergi) heç 7 min çervona çatmırdı. Bina əvvəllər “Divanxana” adlanıb və Şəki xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra isə “Qorodskoy sud”, yəni “şəhər məhkəməsi” olub. Onu da qeyd edək ki, sarayın daxilində çəkiliş qadağan olunduğundan hər kəs buranı gəlib özü görməlidir.
Dünya şöhrətli türk şairi Nazim Hikmət də bu möhtəşəm sarayı öz gözü ilə görənlərdəndir. Və onun “Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan Sarayını dünyaya göstərmək bəs edərdi” ifadəsi bu tikilinin Azərbaycan mədəniyyəti üçün nə qədər önəmli olduğunu göstərir. KİŞ ALBAN MƏBƏDİ YUNESKO-nun dünya əhəmiyyətli abidələri siyahısında göstərilən Kiş Alban məbədi Azərbaycanda, eləcə də Qafqazda ən qədim məbəd hesab olunur (I-V əsrlər). 2000-ci ildə Norveç və Azərbaycanın birgə layihəsi zamanı üç il sürən arxeoloji qazıntılar aparılıb və bərpa zamanı məbəd XIX əsrin 60-cı illərində ruslar tərəfindən saxtalaşdırılmış hissələrdən təmizlənib. Belə ki, XIX əsrdə məbədə Qriqoryan kilsəsi kimi çay daşlarından saxta əlavələr olunubmuş. Bu dövrdə ermənilər buradan kilsə kimi isifadə ediblər. Məbədin yerli əhali tərəfindən bu günə qədər qorunub
11
ВЯТЯНИМИН СЕЙРИНЯ...
saxlanmasının əsas səbəbi də məhz onun müqəddəs sayılması, pir kimi tanınması ilə bağlıdır. Belə ki, məbədin günbəzi iç tərəfdən metal pulları cəzbetmə xüsusiyyətinə malik olduğundan insanlar buranı ziyarətgah kimi istifadə ediblər. Yerli əhali arasında yayılıb ki, buraya ziyarətə gələn şəxs ürəyində bir niyyət tutub pulu divara atdıqda o, yapışarsa, arzusu çin olar. Məbədin şimal-qərb hissəsində isə uzunluğu 2 metrə qədər, eni 1 metrdən çox olan yastı tava daş olmuşdur. İnsanlar yeriməyən, dil açmayan və ya digər şikəstliyi olan uşaqları bu daşın üstündə bir gün oturtmaqla onları ruhi və cismani xəstəliklərdən xilas etməyi mümkün sayırdılar. Məbəd 2003-cü ildən muzey kimi yerli və xarici turistləri qəbul edir.
12
“GƏLƏRSƏN-GÖRƏRSƏN”, YOXSA “QIZLAR QALASI”? “Gələrsən-Görərsən” qalası Kiş kəndinin şimalşərqində, Kiş çayının qollarından biri olan Damarçının sol sahilində, Qaratəpə dağının üzərində yerləşir. Qalanın belə bir yerdə salınmasının əsas məqsədi o idi ki, öndən, arxadan və çay tərəfdən hücum etmək mümkün olmasın. Lev Tolstoyun “Hacı Murad” povestinin qəhrəmanlarının başına gələn hadisələr də bu qalada cərəyan edir. Bəzi mənbələrdə bu tikiliyə əvvəllər “Qızlar qalası” deyildiyi bildirilir. Məğlubedilməzlik rəmzi sayılan qalanın “Gələrsən-Görərsən” adlanması isə bir rəvayətlə bağlıdır. Tarixi qaynaqlarda Nadir şahın qoşunlarının qalanı fasilələrlə mühasirədə saxladığı bildirilir. Mühasirədə yaşamaq şəkililər üçün çətin olsa da, onlar uzun müddət
düşmənlə mübarizə aparmış və müqavimət göstərmişlər. “Gələrsən-Görərsən” adı da bu tarixi hadisələrlə bağlıdır. Belə rəvayət edirlər ki, üzbəüz duran qoşunlar uzaqdanuzağa, qışqıra-qışqıra danışa bilirlərmiş. Bir dəfə Nadir şah özü danışıqda iştirak edərək soruşur: “Necə qaladır ki, onu almaq olmur?”. Nadir şaha cavab verirlər: “GələrsənGörərsən”. Elə o vaxtdan qala belə adlanır. XII əsrə aid olan bu istehkam qalasının tikintisində çay daşı, yumurta sarısı, əhəng məhlulundan istifadə edilmişdir. Hazırda isə qala dağılmış vəziyyətdədir. TURİZM CƏNNƏTİ Şəki əlverişli coğrafi mövqeyə, zəngin tarixi abidələrə malik şəhər olduğundan həmişə turistlərin diqqətini cəlb edib. Elə bu səbəbdəndir ki, Şəkidə turizm obyektlərinin, otellərin fəaliyyəti günü-gündən genişlənir. Xan yaylağı, Marxal, Soyuqbulaq, Mustafa bəyin bağı və s. istirahət
mərkəzləri yüksək turist axınına malikdir. Xan yaylağı. Adından da məlum olduğu kimi, Şəki xanlarının yay aylarında yaşayış yeri olub. Belə deyirlər ki, istilər düşəndə xan öz ailəsi, xidmətçiləri və heyvan sürüləri ilə Xan yaylağına köçərmiş. Rəvayətə görə, yaylaqdan Xan sarayına şüşə kanal da çəkilibmiş. Heyvanlarının südü bu boru vasitəsilə birbaşa saraya axıdılırmış. Çox yüksəkdə olduğundan Xan yaylağında ağac yoxdur, amma müxtəlif çeşiddə dağ çiçəklərinin və xüsusilə də kəklikotunun qoxusu insanı məst edir. Mustafa bəyin yeri. Şəkililər bura “Mustafa bəyin lageri” də deyirlər. Bu bina Şəki xanlarından olan Mustafa bəyin yay aylarında ailəsi ilə dincəldiyi şəxsi mülkiyyəti imiş. Sovet dönəmində pioner düşərgəsi kimi fəaliyyət göstərən bina hazırda özəl istirahət mərkəzidir. Karvansaray. Otel kimi istifadə edilən Yuxarı Karvansaray da turistik məkanlardan biridir. Ümumiyyətlə,
13
ВЯТЯНИМИН СЕЙРИНЯ...
Şəkinin özünəməxsus və zəngin mətbəxi ŞİRİN ŞƏKİ LƏHCƏSİ XVIII-XIX əsrlərdə Şəkidə Şəki deyən kimi buranı tanıyan 5 böyük karvansara olub. var. Lətifəsiylə yanaşı, Şəki həm də piti, paxlava və halvasıyla məşhurdur. Şəkiyə gəlib, Həmin karvansaralarda uzaq hər kəsin üzündə xoş təbəssüm yaölkələrdən gələn tacirlərin halvasından yeməyən yəqin ki, yoxdur. Bu ranır. Zarafatcıl, hazırcavab, başdanrahatlığı, özlərinin və malla- gün Şəkidə əməlli-başlı halva rəqabəti var. ayağa müsbət enerji saçan insanrının təhlükəsizliyi üçün hər “Halvaçı Mahmud”, “Əli Əhmədin halvaçısı” larına görə... Şəkililər duzlu-məzəli şey nəzərə alınmışdı. Tacir kimi yerlər yüz ildən artıq halvaçılıqla məşğul söhbətləri, zarafatları ilə ad çıxarıblar. malını zirzəmiyə yığar, birinci olan nəsillərə məxsusdur. Şəkidə bütün Sovet dövründə Şəkini Azərbaycanın mərtəbədə alver edər, ikinci məhəllələrdə halvaçı dükanları var. Çoxu bu “Qabrovo”su adlandırırdılar. Şəkini neməti öz şəxsi həyətində təşkil etdiyi kiçik lətifəsiz, lətifəni isə Şəkisiz təsəvvür mərtəbədə də yaşayardı. etmək çətindir. Hətta yerli dialektin Müasir dövrə isə 5 karvan- sexlərdə hazırlayıb satır. xüsusiyyətləri barədə yarızarafat, yasaradan yalnız 2-si gəlib çıxıb. Aşağı və Yuxarı Karvansaray kimi tanınan tarixi abidələrin rıciddi “Şəçicə-Azərbaycanca” lüğət tərtib edərək Tarixhər ikisi XVIII əsrə aiddir. Yuxarı Karvansarayın girişindəki Diyarşünaslıq Muzeyinin girişindən asıblar. Məsələn: günbəz Yaxın Şərqin ən böyük günbəzlərindən hesab olu- pomidor – bamadur, neft – nöyüt, məktəb – məytaf, venur. losiped – yersəvat, maaş – donnux, axsaq – myatarax,
14
arxeoloq – goreşən, rejissor – düzüb-qoşan, çaxırda bişirilmiş toyuq – kefli beçə və s. P.S. Şəkinin gəzməli yerləri çox olsa da, insanlarının ürəklərindəki mehribançılıq və qonaqpərvərlik ondan da artıqdır.
Sonda onu deyim ki, tarixi ekskursiyaları xoşlayanlar, duzlu-məzəli söhbət həvəskarları, dadlı şirniləri sevənlər üçün Şəki əsl tapıntıdır. Buranı tərk edəndə isə ürəyindən bir şey keçir. İlk fürsətdə yenə Şəkiyə gəlmək! Rəna KƏRİMOVA
15
ЭЮРДЦН ЙЕМЯК, ДАЩА НЯ ДЕМЯК?!
“Şəki mətbəxinin şahı”na XIX əsrdə Azərbaycana səfər etmiş Aleksandr Dümanın yazılarında da rast gəlmək olur. Deyilənə görə, Düma Azərbaycanla bağlı xatirələrindən birində yazıb ki, mən dünyada ilk dəfə həm sulu, həm də quru olan bir yemək gördüm...
B
ЙАЗ, ЙАЙ, ГЫШ, БАЩАР
ИСТИ ПИТИ ВАР!!!
u ad yəqin ki, hamıya tanışdır. Çox az adam olar ki, piti haqqında eşitməsin. Eləcə də qədim tarixi olan Şəkimizə çoxumuz getmişik. Getməyənlərin nəzərinə!!! - Bir gün yolunuz duzlu-məzəli insanları, fərqli və gözəl təbiəti, dadlı yeməkləri ilə məşhur olan dilbər guşələrimizdən biri Şəkidən düşərsə, ŞƏKİ “PİTİ”sini yemədən oradan dönməyin! Elə biz də (“Discovery Azerbaijan” kollektivi – red.) belə etdik. Şəkinin mərkəzində, hamının bazar dediyi yerdə, yaşlı bir dayıdan ən dadlı Şəki pitisini harada yeyə biləcəyimizi soruşduq. Cavab da elə gözlədiyimiz kimi oldu: “Hayındı Şəkidə hamı piti bişirir. Amma var bu işin arığı, var bu işin kökü. Burada “Arı Məhəmmədin pitixanası” adlanan bir yer var, ora getsaaz məsləhətdir”. Əslində Arı Məhəmmədin pitixanası elə düz Şəkinin mərkəzində yerləşir. Adi, balaca bir yeməkxanadır. İlk gördüyümüzdə heç kəs maşından enmək istəmirdi, sən demə, bizimkilər əməlli-başlı “restorana” gedəcəklərini gözləyirmişlər. Xülasə, yerimizi bərkidərək yeməkdən öncə söhbətə başladıq... Usta Sərdarın (Arı Məhəmmədin oğlu) maraqlı sözlərini dinləyə-dinləyə pitimizin hazır olmağını gözlədik. Onun dediyinə görə, piti Şəkinin ən qədim yeməklərindən biridir. Usta Sərdar da öz ailəsində artıq “üçüncü nəsil”
16
piti ustası kimi tanınır. O, atası və babasından sonra onların yolunu davam etmək üçün az əziyyət çəkməyib. Ustanın fikrinə görə, dünyada pitini əvəz edəni ikinci bir yemək yoxdur. Çünki dünyanın heç bir yerində bişirilmə və yeyilmə qaydalarına görə pitiyə bənzəyən ikinci bir yemək tapmaq mümkün deyil. Bu səbəbdən də dünyanın istənilən yerindən gələn turistlərin sifarişində piti xüsusi yer tutur. Sərdar usta deyir ki, onun Amerikadan, Fransadan, İsveçrədən, Almaniyadan xüsusi qonaqları olub: “Biz də onlara cani-dildən pitinin necə hazırlanmasını və yemək üsulunu başa salırıq. Hətta bir çoxuna bunları yazılı şəkildə veririk. Son zamanlarda isə qonaqlarımıza, hətta piti qabları hədiyyə edirik”. Nəhayət ki, pitilərimiz gəlir. Amma piti yeməyin qaydalarını bilmədiyimiz üçün çətinlik çəkdiyimizi görən usta köməyimizə yetişir. Bir məqamı da qeyd edim ki, pitinin yanında dərin boşqab, qaşıq və çəngəl də verirlər. Əvvəlcə, boşqaba sumaq töküb üzərinə çörək doğranılır, sonra yenə çörəyin üzərinə sumaq səpilə bilər. Hazır olan çörəyin üzərinə dopudan (piti qabı – red.) pitinin suyu tökülür və onu qaşıqla yeməyə başlayırsan. Bitirdikdən sonra isə dopunun içərisindəki ət və noxudu boşqaba töküb yaxşıca əzirsən və onu da quru yemək olaraq çəngəllə yeyirsən. Sərdar ustanın dediyinə görə, ağır və
yağlı yemək olduğuna görə mədəyə ağırlıq verməməsi üçün pitini soğanla yemək məsləhətdir. Əgər dediyim üsulla yesəniz, əsl Şəki pitisinin nə olduğunu da anlayacaqsınız. Ümumiyyətlə, piti çox qüvvətli xörək olduğundan onu yalnız günorta vaxtı yemək
məsləhətdir. Əslində günortanı keçmiş Şəkidə hazır piti tapmaq heç mümkün də deyil. Çox kalorili olduğundan və bişməsi uzun vaxt tələb etdiyindən pitini axşamdan hazırlanan yeganə yemək adlandıra bilərik. Xatuna MAHMUD
Ərzaqlar Qoyun əti - 150q., quyruq - 20 q., düyü - 15 q., təzə alça - 30 q., noxud - 25 q., baş soğan - 18 q., zəfəran - 0,1 q., quru nanə - 0,1 q., istiot - zövqə görə, duz - zövqə görə. Yay vaxtı zəfəran 50 qram pomidorla əvəz edilir. HAZIRLANMA QAYDASI: Əsl Şəki pitisini bir qayda olaraq, qoyunun yumşaq ətindən və quyruqdan hazırlayırlar. Pitinin hər payına 2-3 tikə qoyun əti götürülür. Noxud öncədən, ən yaxşısı isə axşamdan soyuq suda isladılır. Ət və noxudu piti qabına qoyub zəif od üzərində tədricən bişirirlər. Xörəyin hazır olmasına 30 dəqiqə qalmış iri doğranmış soğan, alça, duz və zəfəran şirəsi tökülüb hazır olana kimi qaynadılır. Piti süfrəyə bişirildiyi saxsı qabda (dopuda) verilir.
17
ГОНАГ-ГАРА
ФЯХРИ ЛЕЭИОНУН
КАВАЛЕРИ
Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Fransanın “Fəxri legionun kavaleri” rütbəsi ilə təltif olunub. Fransa və Azərbaycan arasındakı əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə mükafatlandırılan Səməd müəllimi “Discovery Azerbaijan” jurnalının kollektivi adından təbrik edir, uğurlarının davamlı olmasını diləyirik.
18
O
nu təkcə ölkəmizdə deyil, vətənimizin hüdudlarından kənarda da yaxşı tanıyır lar. Avropanın müxtəlif kürsülərində Azər baycanın haqq səsini çatdırmağa çalışır. Avropa Şurasında azərbaycanlı deputatlardan ibarət nümayəndə heyətinə rəhbərlik etməklə yanaşı, ölkə mizin mühüm təhsil ocaqlarından birinin rektorudur. “Discovery Azerbaijan”ın budəfəki qonağı, Azər baycan Xarici Dillər Universitetinin rektoru, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət və kili Səməd Seyidovdur. Tez-tez xarici ölkələrdə səfər də olan psixoloq Səməd Seyidovla söhbətimizin sizin üçün də maraqlı olacağını düşünürük.
D.A. – Jurnalımızın əsas istiqaməti turizmdir. İxti sasınıza aidiyyəti olmasa da, tez-tez xarici səfərlərə getdiyinizdən turizm və turistlər haqqında fikirlərinizi bilmək maraqlıdır... S.S. – Sizinlə bu mövzuda söhbət etmək mənim üçün də xoşdur. Tez-tez xarici səfərlərdə olsam da, turistlərdən çox fərqim var. Açığı, sərbəst və müstəqil turistlər kimi nə vaxt səyahətə getdiyim yadımda deyil. Əvvəlcə Təh sil Nazirliyinin Avropa Şurası üzrə təhsil proqramlarının nümayəndəsi və rəhbəri kimi, 2002-ci ildən etibarən isə Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı sədri kimi tez-tez xarici səfərlərdə oluram. Təbii ki, bunlar rəsmi sə fərlərdir. Bununla belə, dünyanın bir çox ölkəsində olmaq və onları tanımaq çox xoş duyğudır. D.A. – Sizin tərcümeyi-halınız gənclər üçün bir nümunədir. Əlbəttə, sizi tanıyanlar bu barədə məlu-
matlıdırlar. Bilməyənlərə bu haqda bir qədər məlumat verərdiniz... S.S. – Bildiyiniz kimi mən ziyalı ailəsindənəm. Anam rəhmətə gedib. Atam və anam Tibb Universitetini biti riblər. İkisi də bir vaxtlar həkimliyi professional peşə kimi seçsələr də, sonradan pedaqogika və psixologiyaya çox maraq göstərməyə başlayıblar. Bəlkə də, məhz buna görə evdə onların kitablarını oxuya-oxuya bu sahəyə maraq göstərmişəm. O zaman psixologiya fakültəsini seçmək qeyri-adi qarşılanırdı. Amma valideynlərim mənim seçi mimi bəyəndilər və dəstəklədilər. Onda Azərbaycanda bu ixtisas yox idi; ya Moskvada, ya da Sankt-Peterburqda (keçmiş Leninqrad - red.) oxumalı idim. Moskvada bu işin nəzəriyyəsini, Sankt-Peterburqda isə praktikasını öyrənə bilərdim. Mənim üçün praktika hər şeydən öncə olduğu üçün Sankt-Peterburqu seçdim. O zaman ümummilli li
19
ГОНАГ-ГАРА
Səməd Seyidov: “Mən hesab edirəm ki, fəaliyyətimin uğurlu, səmərəli, effektli olmasının əsas səbəblərindən biri ailəmdə olan mühit, qarşılıqlı hörmətdir. Ailə münasibətləri normaldırsa, insan üçün çətinlik yaratmırsa, problemli deyilsə, o halda iş fəaliyyəti də səmərəli olur”.
20
der Heydər Əliyev azərbaycanlı tələbələrə xaricdə təhsil almaq üçün şərait yaratmışdı. İmtahan verdim və qəbul oldum. Bu qərarıma görə heç vaxt peşmançılıq çəkmədim, müxtəlif insanlarla tanış oldum, fərqli mühitdə yaşadım, geniş təcrübi biliklərə malik olan alimlərlə ünsiyyət qur dum. Bu, mənim üçün çox yaxşı təcrübə oldu. 10 il orda yaşadım, oxudum və sonra fərqlənmə diplomu ilə təhsilimi başa vurdum. Namizədlik dissertasiyamı müdafiə etdik
dən sonra bir müddət ABŞ-da işlədim və sonda Azərbay cana döndüm. D.A. – Səməd müəllimin ilk səyahət etdiyi ölkə hansıdır? S.S. – Mənim yaşımda olan insanların ilk səyahət et dikləri ölkələr ancaq keçmiş sovet respublikaları ola bi lərdi. Əvvəlcə Moskvaya gedirdik; bu, birinci mərhələ idi. Ondan sonra hansısa üçüncü ölkəyə səyahət etmək
mümkün olurdu. Bu ölkələr sırasına da ancaq sosialist respublikaları aid idi. Tək-tək insanlar vardı ki, kapitalist ölkələrindən hansınasa səyahət edə bilirdi. Amma mənim hələ o zaman ilk səyahət etdiyim ölkə ABŞ oldu. Mən bir başa bu ölkəyə getdim və Nyu-York Universitetində işlə məyə başladım; onda 23 yaşım vardı. D.A. – Necə oldu ki, ABŞ-da işləməyə gedə bildi niz? S.S. – Psixologiya ilə bağlı məqalə nəşr etdirmişdim. Həmin məqaləni bəyəndilər və məni dəvət etdilər, elmi rəhbərimlə birlikdə getdik. Ən maraqlısı odur ki, mən NyuYorka Christmast, yəni Milad bayramı zamanı getdim. Tə səvvür edin ki, tələbəlik illərim 80-ci illərə təsadüf edirdi. Sovet hökuməti zəifləyir, narahtçılıqlar artır, hər yerdə ma ğazalar bağlanır, ətraf boz rəngdə görünürdü. Və belə bir anda SSRİ-dən kənara çıxmayan bir tələbə Milad bayra mı zamanı düşür Nyu-Yorka... Bu şəhərin ən görməli yeri Manhettan məhəlləsidir. Nyu-Yorklular buranı iki hissəyə bölürlər: Manhettan East və Manhettan West. Manhettan East yaxşıdırsa, Manhettan West bir nağıldır. Yəni mən də birdən-birə nağıl aləminə düşdüm və bu səfər ən maraqlı səyahətim oldu. D.A. – Səfərdə olduğunuz ölkələrdə daha çox nə lərə diqqət yetirib onları özünüz üçün kəşf edirsiniz? S.S. – Təbii ki, hər bir ölkə, yeni məkan ayrıca xüsusiy yətlərə, özünəməxsus göstəricilərə malikdir. Amma mə nim üçün hər getdiyim ölkənin fərqli mədəniyyətini kəşf etmək daha maraqlıdır. Ona görə də çalışıram ki, belə yerlərə daha çox gedim. Məsələn, mən uzun müddətdir ki, Strasburqda yaşayıram, bu şəhər Almaniya ilə sərhəddə dir. Strasburqu Almaniyanın Köln şəhəri ilə bir körpü ayırır. Yəni Strasburqdan 100 metr o tərəfdə yeni bir mədəniy yətdir. Müxtəlif həyatlar, fərqli yaşam tərzləri, yanaşmalar, ünsiyyət formaları, təmizlik səviyyəsi, təbiətə münasibət mövcuddur. Cəmi 100 metrdə bu qədər müxtəliflik var. Əsas fərqliliyin olmasıdır, insanları məhz bu cəhət cəlb edir. D.A. – Belə bir deyim var, çox gəzən çox bilər. Siz cə, çox gəzənlə çox oxuyan arasında nə fərq var? Hansı daha çox bilir? S.S. – Baxır gəzməyə hansı prinsiplə yanaşırsan. Əgər sənin məqsədin gəzərkən öyrənməkdirsə, onda bu deyim yerini tapır. Amma gəzməyi yalnız əylənmək və dincəlmək üçün seçən insanların çox oxuyandan artıq bildiyinə inanmıram. Sadəcə baxdım, gördümlə olmur. Məsələn, İspa niyanın paytaxtı Madriddə dünyaca məşhur Prada muzeyi yerləşir. Bu muzey dünyada Ermitaj və Luvr qədər məş
21
ГОНАГ-ГАРА
hurdur. Çoxları “mən Prada muzeyində olmuşam” demək üçün Madridə gəlir və muzeyi 15 dəqiqəyə gəzib çıxırlar. Amma Pradada olan kəs, sözün əsil mənasında, “orada olmuşam” deyə bilmək üçün tanışlığa ən azı bir neçə saat vaxt sərf etməlidir. Yəni gəzmək, görmək və baxmaq ara sında çox fərq var. Digər bir məqamı da unutmaq olmaz. Biz dünyanı gəzdikcə Azərbaycan mədəniyyətindən də nələrisə aparırıq. Çox vaxt deyirlər ki, gedək filan ölkə də hansısa bir tədbirə qatılaq və Azərbaycanı orada təm sil edək. Amma özümüz nəsə bilmədən və öyrənmədən Azərbaycanı təmsil edə bilmərik. D.A. – İndiyədək neçə xarici ölkədə olmusunuz? S.S. – Düzünü desəm, indiyədək olduğum ölkələri saymamışam. Amma deyə bilərəm ki, Avropa ölkələrinin hər birini gəzmişəm. Bundan başqa, ABŞ-da, Yaxın Şərq ölkələrində, Koreyada olmuşam. D.A. – Bəs ailənizlə, əsasən, hara istirahətə gedir siniz? S.S. – Ailəmlə birlikdə, demək olar ki, bir istiqamətdə istirahətə gedirəm. Belə ki, oğlum Strasburqda təhsil alır və əlimizə imkan düşdükcə onun yanına gedirik. Məncə, ailə ilə nə qədər birlikdə vaxt keçirsən, bir o qədər yaxşı dır. D.A. – Neçə övladınız var və bir az onların təhsili haqqında məlumat verərdiniz... S.S. – İki övladım var: bir qız, bir oğlan. Qızım bizim universitetimizdə, beynəlxalq münasibətlər fakültəsinin II kursunda oxuyur, atasının yolunu davam etdirir. Oğlum isə Strasburqda iqtisadiyyatın əsasları və menecment ixtisası üzrə magistr təhsili alır. D.A. – Elə hal olubmu ki, ekstremal bir şəraitdə sə fərə çıxasınız? S.S. – Düzünü desəm, mənim bütün səfərlərim ekstremaldır. Avropa Şurasında aparılan müzakirələr zamanı ortaya çıxan hər bir situasiyaya hazır olmalıyıq. 11 il ərzi ndə orada heç nə mənim planlaşdırdığım kimi getməyib.
22
Bu baxımdan hər bir səfərim ekstremaldır. Təbii ki, həm siyasi, həm də fiziki cəhətdən belə səfərlərim olub. Məsələn, 2003-cü ildə nümayəndə heyətinin üzvü olan, indiki rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla birlikdə Ermənistana getmişdik. İki gün orada qaldıq. Hər tərəf silahlı mühafizəçilərlə dolu idi. Ekstremal və həyəcanlı görüşlər keçirdik. D.A. – Elə bir yer varmı ki, ora getmək istəyirsiniz, amma hələ də gedə bilmirsiniz? S.S. – Bir insan dünyanın hər bir yerini gəzsə də, yenə görmədiyi yerlər qalacaq. Təbii ki, mənim də getmədiyim və olmaq istədiyim yerlər var. Amma bir yer var ki, mən ora doğrudan da vaxtım olduqca, imkanım çatıqca get mək istəyirəm. O da mənim evim və ailəmdir. İnsan çox gəzdikcə və uzaqlarda olduqca anlayır ki, ailəsi onun üçün necə müqəddəsdir və olmaq istədiyi tək yer məhz ailəsinin yanıdır. Ən çox istədiyim, rahat olduğum yer ailəm və evimdir. Bu fiziki deyil, psixoloji rahatlıqdır. İnsan o zaman psixoloji cəhətdən rahat olur ki, tək özünü deyil, ətrafında olanları da xoşbəxt edə bilir. Ən böyük rahatlıq da məhz psixoloji olandır. İnsan ailəsinə, millətinə, ətrafın dakılara rahatlıq bəxş edə bilirsə, o insana inam da, sevgi də böyük olacaq. D.A. – Dostlarınız varmı, onlarla münasibətləriniz necədir? S.S. – Təbii ki, dostlarım var. Dostluq etməyi də bacar maq lazımdır. Dostlar insana ailə üzvləri qədər yaxın ol malıdır. Mənim fikrimcə, əsl dost ailənin bir fərdi olmalıdır. Dostlarımla münasibətim yaxşıdır. Hətta məktəb yoldaş larımla da münasibətlərim davam edir. D.A. – Çox səyahət edən adamlar, həm də çoxlu hədiyyə gətirirlər. Siz necə, səfərdə olduğunuz ölkə lərdən əlidolu gəlirsinizmi və son gətirdiyiniz hədiyyə yadınızdadırmı? S.S. – Bəli, son gətirdiyim hədiyyələr yadımdadır: bu, Avropa Şurasına aid sənədlər idi (red - gülür). İndi Azər
baycan o dərəcədə inkişaf edib ki, burada hər bir şeyi tap maq mümkündür. Ona görə də xaricdən gətirilə biləcək ən yaxşı hədiyyə xatirələr, şəkillər, maraqlı hekayələr, hisslər, yaşanmış hadisələr və kitablardır. D.A. – Son vaxtlar Azərbaycanın hansı regionları na səyahət etmisiniz? S.S. – Axırıncı dəfə dostlarımla Qəbələyə getmişdik. Qəbələ xeyli inkişaf edib. Heç gözləmədiyimiz bir Qəbələ ilə qarşılaşdıq. Bundan başqa, bir müddət əvvəl ailəmlə birlikdə Lənkəranda, Şəkidə olduq. İnsan gəzdikcə anlayır ki, regionlara daha çox və mütəmadi şəkildə getmək və tanımaq lazımdır. D.A. – Belə bir fikir var ki, psixoloqdan müsahibə götürmək, söhbət etmək çətindir. S.S. – Bu cür düşünənlər var. Belə hesab edirlər ki, psixoloq həmsöhbətinin beynində olanları oxuya bilir, öncədən demək istədikləri barədə təsəvvürü olur. Amma bu, belə deyil. Hamı özü-özlüyündə psixoloqdur. Hər kəs qarşısında olan insanın yaşadığı hissləri, keçirdiyi duy ğuları, digərlərinə olan münasibətləri duya bilir, görür. İn sanlar var ki, bunu primitiv şəkildə hiss edirlər, bəziləri də qarşısındakı insanı bir psixoloq kimi tam olaraq tanıya bi lir. Psixologiyada empatiya adlanan bu hal insanın intuitiv qabiliyyətidir. Elmi psixologiyaisə çətin, problemli, qarma qarışıq bir sahədir. Gülnar MAYİSQIZI
23
ЕЛМ ДЦНЙАСЫ
“АЛО” “АЛЕ ЛОЛОС”
“АЛЕССАНДРА ЛОЛИТА ОСВАЛДО” 24
Qraham Bell əslində karların səssizliyini aradan qaldırmağa çalışırdı. Bunu bacarmadı, amma telefon vasitəsilə aralarında kilometrlərlə məsafə olan insanların bir-birilərini eşitmlərini reallaşdıra bildi.
4
fevral 1876-cı ildə şotland əsilli amerikalı Aleksandr Qraham Bell “telefon” adlandırdığı aparatı patentləşdirmək üçün ABŞ-ın patent bürosuna gəlir. Ondan iki saat sonra isə başqa bir amerikalı - Elişa Qrey də eyni tələblə müraciət edir. Elm tarixində bu cür hadisələr dəfələrlə təkrarlanıb. Ancaq həmin gün uğur Bellə qismət olur. Və o, dünya tarixinə telefonun ilk yaradıcısı adını yazdırmağı bacarır. Baxmayaraq ki, telefonla bağlı kəşfləri həmin dövrdə İnnokennto Manzetti, Antonio Meuççi, Filipp Reys, Tomas Edison və digər alimlər də etmişdilər. Təxminən bir ay sonra isə (martın 10-da) Bellin əziyyətləri öz bəhrəsini verir, o, öz köməkçisi Tomas Vatsonla ilk telefon danışığını həyata keçirir. Bell iş otağında çalışarkən mayeni üstünə dağıdır və kömək üçün telefonla qonşu otaqda işləyən həmkarına müraciət edir: “Mister Vatson, buraya gələ bilərsinizmi? Siz mənə lazımsınız”. Bu sözlər ilk telefon danışığı kimi tarixə düşür...
UĞURSUZ EŞİTMƏ CİHAZINDAN İLHAMLANARAQ... Dünyada bir çox ixtiralar təsadüf nəticəsində kəşf edilmişdir. Elə Bellin telefonu kəşf etməsində də təsadüfün böyük rolu olmuşdur. Almaniyanın Fridrixsdorf şəhərindəki karlar məktəbinin müəllimi Filipp Reys eşitmə funksiyasını əks etdirən, telefona bənzəyən aparat düzəltmişdi. Onun bu ixtirası 1861-ci il oktyabrın 26-da Frankfurt Fizika Cəmiyyətinin üzvləri qarşısında nümayiş olunur. Lakin Reysin ixtirası xüsusi müvəffəqiyyət qazana bilmir. Mətbuatda da bu barədə mənfi fikirlər yer alır, hətta jurnallardan biri həmin aparatı “oyuncaq” adlandırır. Lakin Filipp Reys öz ixtirasının dəyərini yaxşı bilirdi. O, 15-20 ədəd belə “telefon” hazırladı və onlardan bir neçəsini satmağa nail oldu. Həmin nümunələrdən biri də təsadüfən bu zaman Şotlandiyanın Edinburq Universitetində oxuyan Aleksadr Bellin əlinə düşdü. Reysin aparatı ilə tanış olan Bell işıq siqnallarını səslərə çevirən aparat hazırlamaq qərarına gəldi. O, ümid edirdi ki, bununla kar uşaqların danışmağı öyrənmələrinə
25
ЕЛМ ДЦНЙАСЫ
kömək edəcək. Lakin Bell qazanc və sahibkarlıq hissinin hökm sürdüyü Boston şəhərinə qayıtdıqda dərk etdi ki, onun əlində zəngin bir xəzinə var. Bunun üçün telefonu elmi aparatdan geniş istehlakçı dairəsinin istifadə edə biləcəyi praktik alətə çevirmək lazımdır. O, “Reys prinsipi”ndən imtina etdi və danimarkalı fizik Hans Erstedin və ingilis alimi Maykl Faradeyin elektrik haqqında fikirlərinə əsaslanaraq uzaq məsafələrlə səs əlaqəsi üçün yeni cihazı - əsl telefonu ixtira etdi. ƏSLİNDƏ İSƏ... Aleksandr Bell telefonu 1876-cı ildə kəşf etsə də, ondan iki il öncə bu ixtiranın icad olunduğu bildirilir. Deyilənə görə, Belldən əvvəl italyalı Antonio Meuççi 1860-cı ildə ilk telefon aparatını icad edib. O, öz ixtirasını “teletrofon” adlandırıbmış. ABŞ-da kasıb immiqrant həyatı sürən Antonio 1874-cü ildə bu ixtirasına patent almaq üçün 10 dollar tapa bilməmişdi. Ondan iki il sonra Qraham Bell öz telefonuna patent aldı və şöhrət qazandı. Ancaq əsl ixtiraçı Antonio Meuççi yoxsulluq içində və tanınmadan vəfat etdi.
İlk telefon stansiyası 1877-ci ildə ABŞ-ın Konnektikut şəhərində fəaliyyətə başladı. 1883-cü ildə isə Boston və NyuYork şəhərləri arasında rabitə əlaqəsi yaradıldı.
26
OĞLUNUN İCAD ETDİYİ TELEFONLA DANIŞA BİLMƏYƏN ANA Telefonu kəşf edərək insanlar arasında ünsiyyəti asanlaşdıran Bell heç vaxt anası və həyat yoldaşı ilə bu aparatla danışa bilmədi. Çünki onun həyatında böyük rolu olan bu xanımlar kar idilər. Anası anadangəlmə kar olduğuna görə həm babası, həm də atası illərini eşitmə problemləri olan insanlara həsr etmişdilər. Xüsusilə də atası eşitməsələr belə, onlara danışmağı öyrətməyin yollarını tapmağa çalışırdı. Bellin iki qardaşı vərəmdən öldükdən sonra atası onun sağlamlığı üçün Kanadaya köçür. Atasının ölümündən sonra onun yarımçıq işlərini davam etdirmək üçün çalışan Bell ABŞ-da yaşamağa başlayır. Burada eşitmə problemi olan insanlarla işləyir, səs, akustika məsələlərini araşdırır. Elmi işlərini həyata keçirmək üçün Bellə hüquqşünas Hubbart maddi və mənəvi dəstək olurdu. Bell də telefonu kəşf etdikdən bir il sonra Hubbart ailəsinin qızı Mabel ilə evlənir. Onu da söyləmək lazımdır ki, 4 yaşından bəri eşitmək qabiliyyətini itirən Mabel həm də karlar məktəbində Bellin şagirdi idi. Evlənməzdən öncə isə Allessandra Lolita Osvaldo adlı bir qıza böyük məhəbbət bəsləyən Bell elə ilk telefon xəttini də məhz onun evinə çəkmişdi...
“ALO”... Bu gün hər birimizin gün ərzində dəfələrlə işlətdiyimiz “Alo” ifadəsi də məhz həmin sevginin xatirəsidir. “Alo” gerçək bir sevgilinin, Allessandra Lolita Osvaldonun qısaldılmış adıdır. Bell ilk telefon xəttini sevgilisi olan bu xanımın evinə çəkdiyinə görə ofisində telefon çalanda zəng edənin Allessandra olduğunu bilirdi. Bu səbəbdən də telefonu götürən kimi “Allessandra Lolita Osvaldo” deyirdi. Bell vaxt keçdikcə sevgilisinin adını qısaldaraq çağırmağa başladı və telefonu hər götürəndə onu “Ale Lolos” deyə səsləyirdi. İcad üzərində işləri uzanıb vaxt qıtlığı çəkdikcə Qraham Bell sevgilisinin adını daha da qısaldaraq “Alo” halına saldı. Allessandra Lolita Osvaldo telefondan başqa birşey düşünməyən sevgilisinin bitmək-tükənmək bilməyən müşahidələrindən bezməyə başlayınca Qraham Belli tərk etdi. Bell sevgilisinin bir gün onu axtaracağı ümidiylə telefonun başından ayrılmırdı. Şəhərdə çəkilən telefon xəttlərinin sayı da get-gedə artmağa başlamışdı. Artıq Qraham Bellə başqa insanlar da zəng edirdilər. Amma o, hər dəfə zəng edənin sevgilisi olduğunu düşündüyündən telefonu götürən kimi “Alo” deyirdi. O gündən hər kəs telefona cavab verdikdə Aleksandr Qraham Bellin xatirəsinə hörmət edərək “Alo” deməyə başladı. Və beləcə bugün hamımızın işlətdiyimiz, amma yəqin ki, bir çoxlarımızın mənasını bilmədiyimiz “Alo” sözü yarandı... İKİ DƏSTƏKLİ TELEFON Telefon aparatının ixtirasını patentləşdirdikdən sonra Bell 1877-ci ildə özünün “Bell Telephone Company” adlı şirkətini qurdu. Bu tarixdən etibarən telefon insanlar arasında sürətlə yayılmağa başladı. Bir il sonra Amerikada, 1881-ci ildə isə Almaniyada ilk telefon qovşağı quruldu. On il sonra Amerikada telefon istifadəçilərinin sayı 150 minə, İngiltərədə 26 minə, Almaniyada 22 minə çatdı. Ancaq Bellin ixtira etdiyi telefon aparatı indikindən çox fərqlənirdi. İlk vaxtlar bu telefonda danışmaq və qulaq asmaq üçün ayrı-ayrı dəstəklər var idi. Yalnız sonralar bu iki funksiya bir dəstəkdə birləşmişdir. EYNİ ANDA SUSAN 13 MİLYON TELEFON Bell daha çox telefon ixtiraçısı kimi taixə düşsə də, onun digər əhəmiyyətli işləri də olmuşdur. Onun kəşflərinin bir çoxu eşitmə problemi olan insanlarla bağlı idi. İcad etdiyi qrammofondan qazandığı pulu da, Fransa hökuməti tərəfindən insanlığa xidmətə görə təltif edildiyi mükafatı da eşitmə problemləri olanlar üçün xərclədi. O, həm də
Öz kəşfi ilə məşhurlaşan Bell heç vaxt nə həyat yoldaşını, nə də digər eşitmə problemi olan insanları diqqətdən kənarda qoymadı. Mabelə yazdığı bir məktubda: “Sənin ərin hansı zirvəyə çıxırsaçıxsın, nə qədər zəngin olursaolsun, əmin ol ki, eşitmə problemli insanları və onların qarşılaşdıqları çətinlikləri hər zaman düşünücəkdir”,deyə qeyd etmişdir.
bütün dünyanın izlədiyi “National Geographic” dərgisinə rəhbərlik edirdi. Həmçinin o, dəniz və hava nəqliyyatı ilə bağlı layihələr də gerçəkləşdirib. İnsanlar Bellin kəşfini yüksək qiymətləndirdilər. Hətta 1922-ci ildə, yağışlı avqust səhərlərinin birində ABŞ və Kanadada bütün telefonlar bir dəqiqəlik söndürülür. Çünki Amerika Aleksandr Qraham Belli dəfn edirdi, 13 milyon telefon aparatı isə ixtiraçının şərəfinə susurdu... Rəna KƏRİMOVA
27
ЕЛМ ДЦНЙАСЫ
ЕЙНШТЕЙН ЭЕРИ ДЮНЦР... Alimlər gur bığları, ağ, dağınıq saçları olan, 54 il bundan əvvəl dünyadan köçən Albert Eynştey nə bənzəyən robot düzəldiblər. Robot Eynşteyn hələ ki nisbilik nəzəriyyəsi kimi elmi kəşflər etmək iqtidarında deyil. O, insanların üzünə baxaraq se vincli, kədərli, incik və s. olduqlarını müəyyənləşdirə bilir, buna uyğun reaksiya verir. Robot əli ilə hərə kətlər edə bilir və başını yelləməyi bacarır. Kaliforni ya Universitetinin alimlərinin düzəltdiyi robot 31 mü hərrikdən ibarətdir. Onlardan 17-si üz hərəkətlərini etməyə yardımçı olur. Robotu düzəldən alimlərdən biri, Javier Movel lan: “Yaratdığımız bu iş bizə insanlar və robotlar ara sında, həqiqətən, ünsiyyətin olub, ola bilməyəcəyini göstərəcək”, - deyib.
28
ЕКЗОСКЕЛЕТ ИНСАНЛАРА ГЕЙРИ-АДИ ИМКАН ВЕРИР Fantastik film və kompyuter oyunları qəhrəman larının istifadə etdiyi kostyumlar artıq reallığa çevril məkdədir. İnsana daha güclü olmaq və sürətlə hərə kət etmək imkanı verən xüsusi “geyimlər”, əsasən, hərbi, tibbi sahələrdə istifadə üçün nəzərdə tutulub. Söhbət robototexnika sahəsində inqilab hesab olu nan ekzoskeletlərdən gedir. Ekzoskelet insanın əzələ gücünü artırmaq üçün robotlaşdırılmış xarici karkasdır. Karkaslardan hərbi sənayedə daha güclü zirehin yaradılması məqsədi lə istifadə olunur. Mülki sahədə isə dayaq-hərəkət sistemində problemi olan xəstələrin, o cümlədən əlil arabasına məhkum edilmiş insanların sərbəst hərə kət etməsinə, yenidən yeriyə bilməsinə kömək üçün hazırlanıb. Bu cür superkostyumlar tikinti işlərində və ya uçqun altında qalmış insanların xilas edilmə sində də olduqca faydalıdır.
ЩАЛ (ЩЙБРИД АССИСТИВЕ ЛИМБ)
Yaponiyada hazırlanmış perspektivli ekzoskelet lərdən biri də yerimə qabiliyyətini itirmiş, dayaq-hə rəkət aparatı xəstəliklərindən əziyyət çəkən insan lar, həmçinin tikinti və xilasetmə işləri üçün nəzərdə tutulub. İnsan dərisinə bərkidilmiş elektrodlar sayə sində sistem əzələ impulslarını fiksə edərək onları kompyuterə ötürür. Kompyuter isə öz növbəsində servoötürücüləri aktivləşdirir və bu yolla bədənə la zımi hərəkətləri icra etməyə kömək edir. Kostyum akkumulyator batareyaları vasitəsilə 3 saat müd dətində işləmək qabiliyyətinə malikdir. 4200 dollar (3305 AZN) qiymətinə başa gələn ekzoskeletin artıq kütləvi istehsalına start verilib.
ХОС-2 - “ДЯМИР АДАМ“
ABŞ-ın “Raytheon” şirkətinin hazırladığı ek zoskelet - “dəmir adam” ləqəbli aparat öz sahibinin gücünü və sürətini artırır, insanın orta çəkisindən 3 dəfə artıq olan yükü qaldırmağa imkan verir. Bu nunla belə, kostyumun yetərli qədər çevik olduğu da bildirilir. Məsələn, futbol oynamaq və ya nərdivanla qalxıb enməkdə heç bir çətinliyin müşahidə edilmə diyi bildirilir. Ekzokostyumun hərəkətləri kürək na hiyəsində yerləşdirilmiş kompyuterlə koordinasiya edilir. Yeganə mənfi cəhəti ekzoskeletin tam fəaliy yəti üçün yalnız kabellə ötürülən enerji qüvvəsindən istifadə etməsindədir.
УНИВЕРСАЛ “ЙЦКДАШЫЙАН“
ABŞ-ın “Lockheed Martin” şirkətinin məhsulu olan ekzoskeletin prototipi - HULC (Human Univer sal Load Carrier - yükdaşıyan universal insan) 100 kiloqrama yaxın yükü rahat daşımağa imkan verir. HULC kürəkdə daşınılması mümkün olan və 25 kq çəkiyə malik bel çantasıdır. Kostyum hərəkətləri tə min edən mikrokompyuterlə və qurğunun fəaliyyət müddətini artıran enerjiyə qənaət sistemi ilə təchiz olunub.
“ЙАШЫЛ“ КЛАВИАТУРА “Fujitsu” şirkəti ekoloji tələblərə cavab verən kla viaturanı təqdim edib. Klaviaturanın komponentlə rinin 45 %-i bərpa edilən materiallardan hazırlanıb ki, bu da istehsalın ekoloji cəhətdən effektivliyinə səbəb olur və neft tərkibli məhsullardan daha az is tifadə etməyə imkan verir. Klaviaturanın 2 əsas komponenti bioloji material lardan hazırlanıb. Əl qoymaq üçün altlığın istehsa lında Arboform materialından və əlavələrin olduğu təbii liflərdən istifadə edilib. Ekoklaviaturanın əsası tamamilə Biograde (sellüloza asetatın müxtəlif növ ləri) materialından hazırlanıb. USB kabelinin tərki bində isə polivinixlorid maddəsi yoxdur. Məlumdur ki, bu maddənin mövcudluğu kabel yandırılarkən yüksək toksik birləşmələrin yaranmasına səbəb olur və bu da materialın utilizasiyasında çətinliklər yaradır. Qiymətinə gəlincə, klaviatura analoji plastmas modellərlə müqayisədə o qədər də baha başa gəl mir. Nərmin NÖQTƏ
29
ЯНЯНЯ
“ЩЯМРЯЙ, ЩЯМХАСИЙЙЯТ, ЩЯМДЯМ ОЛАГ!”
D
ekabrın 31-i dünya azərbaycanlılarının milli birlik şüarının simvolik günüdür. Bu tarixi biz Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edirik. Vacib nüanslardan biri də 50 milyon soydaşımızı vahid gün altında bir ləşdirən möhtəşəm bayramımızın əslində Berlin di varlarından başlamasıdır. 1989-cu ildə Berlin divarının dağıdılmasına məhz SSRİ rəhbərliyi demokratik hərəkat adını verdi və bu addımı dəstəklədi. Bəlkə də 70 illik dəmir imperiya özü də bilmədən növbəti sərhədin dağıdılmasına tə kan verdi. Bu dəfə sökülən, insanları bir-birindən ayı ran divarlar deyil, tikanlı məftillər oldu… O taylı-bu taylı bir olmaq ideyasının əsası Naxçı vanda fəaliyyət göstərən Xalq Cəbhəsi Hərəkatı tərə findən qoyuldu. 1989-cu il dekabrın 31-də Naxçıvan əhalisi və ziyalıları “sərhəd hərəkatı”na başladılar. Əhali Arazın o tayında yaşayan qohum-əqrəbası və soydaşları ilə görüşmək məqsədilə sərhəd dayaqla rını söküb dağıtdı. Mərkəzin ən sərt tədbirlərinə bax mayaraq, naxçıvanlıların cəsarəti və dəmir iradəsi ilə dekabrın 31-də bütün sərhədlər açıldı, insanlar görüşdülər. FİŞƏNGLƏR BELƏ MANE OLMADI... Həmin hadisələrin şahidləri və birbaşa iştirakçıları olan
30
insanlar həmrəy olduğumuz günlə bağlı maraqlı nüansları hələ də xatırlayırlar. O illərdə əhalinin reallaşdırmaq istə diyi “sərhəd hərəkatı” ilə bağlı iki mövqe yaranmışdı. Bi rincilər milli kimliyin dərk olunması və birliyi, həmrəyliyi bir günlük də olsa bərpa etmək üçün bu hərəkatın vacibliyini göstərirdilər. İkincilər isə hərəkatın baş tutmaması üçün çalışır və insanları bu ideyadan əl çəkməyə çağırırdılar. Gətirdikləri səbəblər də maraqlı idi. Deyirdilər ki, bu hə rəkat İranla sərhəddə kütləvi qırğına səbəb olacaq və bu qədər xalqı hansısa mümkünsüz ideya arxasınca apar maq onları könüllü ölümə götürmək deməkdir. Əhalini “sərhəd hərəkatı” ndan yayındırmaq üçün sərhədyanı ərazilərin minalandığı deyilirdi. Əvvəlcədən müəyyənləşdirilən tarix gəlib çatanda “minalıdır” sözü be lə insanları qorxutmadı. Təhlükəsizliyi təmin etmək üçün əvvəlcə iri maşın təkərləri sərhədə buraxıldı. Təkərlər məftillərə yaxın ərazilərdən keçdikcə fişənglər və xəbər daredici raketlər partlayırdı. Təlaşın yalnız gözdağı oldu ğunu görən insanlar bir nəfər kimi sərhədə doğru irəlilə dilər. Bir ailəni, ananı, atanı, qardaşı, bacını, övladı və ən əsası, bir Ürəyi – Azərbaycanı iki yerə ayıran sərhədlər məhz həmin gün dağıdıldı. “Sərhəd hərəkatı” özünün ilk illərində Dünya Azər baycan Türklərinin Milli Birlik Günü adı altında fəaliyyə tə başlasa da, hazırda bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü adı ilə qeyd olunur. “Sərhəd hərəkatı”nın
dekabrın 31-nə salınması da təsadüfi deyil. Hərəkat iş tirakçıları müxtəlif KİV-lərə müsahibələrində qeyd edirdi lər ki, 31 dekabr yeni ilə, yeni günə başlanğıc sərhədidir. Məhz bu tarixi simvolikaya çevirməkdə məqsəd əsrlərdir ayrı yaşayan insanları, Şimalla Cənubu birləşdirərək yeni səhifəyə imza atmaq idi. ŞİMALL A CƏNUB QOVUŞANDA… 31 dekabrda 70 il “dəmir pərdələr” arxasında totalitar rejimdə yaşayan insanlar, nəhayət ki, bir-birinə qucaq aç dılar, həsrətə son qoyuldu. Bu hadisə Azərbaycan milli ta rixində ən böyük hadisə idi. Azərbaycan televiziyalarından birində yayımlanan bir verilişdə 31 dekabr ilə bağlı insanların xatirələrində qa lan maraqlı hadisələrdən danışılırdı. Və müsahibə ve rənlərdən birinin söylədikləri, sözün əsl mənasında, əti mi ürpərtdi: “Həmin gün Şahdağda toy olmuşdu. Gəlinlə bəy toy mərasimindən çıxıb paltarlarını dəyişmədən gəlmişdilər. Onlar da məftilləri qırmaqda kömək edirdilər. Sərhədlər açılanda cütlük qaça-qa ça Araza tərəf getdi. Əl-üzlərini çayda yu dular, hətta onun çirkli suyundan belə içdilər”. Bu hadisələr zəminində dünya azərbaycanlıları ilə əlaqələrin genişləndirilməsi üçün Hey dər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respub likasının Ali Məclisi 1991ci il dekabrın 16-da hər il dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi haqqın da qərar qəbul verdi və onun rəsmiləşdirilməsi üçün Azərbaycan Res publikasının Ali Sovetinə qanunvericilik təşəbbüsü ilə müraciət göndərdi. Çox təəssüf ki, siyasi gedişatla rın nəticəsində bu müraciət kağız üzərində qaldı. Xalqın yekdil təkidi ilə Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra dünya azərbaycanlılarını yaxınlaş dırmaq istiqamətində yeni mərhələ
başlandı. Böyük səylərdən sonra, nəhayət ki, 1993-cü il də qanun qüvvəyə mindi. 31 dekabr hərəkatı Azərbaycan Respublikasının ya ranmasına, azərbaycanlıların öz mövqeyinin və şüurunun artmasına böyük təkan verdi. Milli dirçəlişə, əlaqələrin güclənməsinə tələbat daha da artdı. “Sərhəd hərəkatı“ nəticəsiz qalmadı. Bu günə qədər keçirilən qurultaylar, fo rumlar, tədbirlər, dünya azərbaycanlılarının həmrəyliyi is tiqamətində atılan addımlar oldu. Həmrəylik günümüz mübarək, əziz Azərbaycanlılar!!! Nərmin NÖQTƏ
31
ЯНЯНЯ
ДЕЪЕМ
Latın dilində “on” (“decem”) mənasını verən ilin sonuncu ayı – dekabr maraqlı bayramları, tarixi günləri ilə təqvimdə özünə xüsusi yer tutub... БМТ ГЕЙД ЕДИР! ЦМУМДЦНЙА ГИЧС ЭЦНЦ
BMT-nin təsis etdiyi günlərdən biri bütün dünyanı cənginə alan İİV/QİÇS probleminə həsr olunub. 1995-ci ildən həmin qurumun təşəbbüsü ilə 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. Təəssüf hissi ilə onu da deyim ki, dünyada 34 milyon İİV/QİÇS daşıyıcısı mövcuddur və hər il 2 milyona yaxın insan bu xəstəliyə yoluxma nəticəsində vəfat edir.
ЦМУМДЦНЙА ЯЛИЛЛЯР ЭЦНЦ
Beynəlxalq aləmdə əlillərin hüquqlarının qorunması sahəsində bir sıra tədbirlər həyata keçirilib. Onlardan ən mühümü 1983-1992-ci illəri əhatə edən Əlillər Onilliyidir. 1992-ci il oktyabrın 14də Onilliyin başa çatması münasibəti ilə BMT Baş Məclisi dekabrın 3-nün Ümumdünya Əlillər Günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. ЦМУМДЦНЙА ФУТБОЛ ЭЦНЦ
Futbol milyonlarla insan üçün sadəcə oyun deyil, həm də həyat tərzidir. Bu səbəbdən də BMT-nin qərarı ilə hər ilin 10 dekabrı Ümumdünya Futbol Günü kimi qeyd olunur.
Futbol haqqında ilk məlumatlara bizim eradan əvvəl ikinci minillikdə Çin mənbələrində rast gəlinib. O, Çsu Çyu adlandırılıb, mənası “ayaqla itələmək” deməkdir. Bəziləri iddia edirlər ki, futbolun ilk sələfləri VIII əsrdə İngiltərədə yaşa
32
yan saksonlar olub. Onlar döyüş meydanında vuruşmadan sonra düşmənlərin kəsilmiş başlarını təpikləyirdilər. Bunlardan başqa, Beynəlxalq Könüllülər Günü (5 dekabr), Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə Günü (9 dekabr), Beynəlxalq İnsan Haqları Günü (10 dekabr), Beynəlxalq Dağlar Günü (11 dekabr), Beynəlxalq Miqrant Günü (18 dekabr) də BMT-nin təsis etdiyi xüsusi tarixlərdir. ИНЪЯ БАЙРАМЛАР БУ КИНО КИ ВАР...
1885-ci il dekabrın 28-də Parisdə ilk dəfə geniş ictimaiyyətə “Qatarın La-Sota vağzalına gəlişi” adlı qısametrajlı film nümayiş etdirildi. Ogüst və Lui Lümyer qardaşlarının yaratdığı bu film qısa zamanda bütün dünyaya yayıldı. Sonralar həmin gün tarixdə Beynəlxalq Kino Günü kimi iz qoydu. Azərbaycan kino sənətinin tarixi isə 1898-ci il iyunun 21-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri (“Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və s.) və bir bədii
kinosüjetdən (“İlişdin”) ibarət idi. “МЯЩЯББЯТ РЯМЗИ“ ТАНГОНУН ШЯРЯФИНЯ... Hər il dekabrın 11-də Argentina müğənnisi, musiqiçi və kino aktyoru, “tanqo kralı” Karlos Qardelin (1890-1935) anadan olduğu gün Beynəlxalq Tanqo Günü kimi qeyd olunur. Tanqonun vətəni, Argentinanın paytaxtı Buenos-Ayresdə hər il bu məşhur rəqs üzrə dünya çempionatı keçirilir. Hətta bu şəhərdə tanqoya abidə ucaldılıb. Tanqonu dünya mədəni irsi siyahısına daxil etmiş YUNESKO isə 2010-cu ili “Tanqo İli” elan etmişdi. Onu da deyək ki, tanqo adının latınca toxunmaq mənasını verən “tangere” sözündən götürüldüyü ehtimal edilir. Yarandığı ilk dövrlərdə (XIX əsr) insanlar tanqo ilə hirslərini, yalnızlıqlarını, sevgilərini və qısacası, həyatlarını anladırdılar.
33
ЧЯРЧИВЯЙЯ МЯЩКУМ ОЛУНМУШЛАР
ХАТЫРЛАДЫР...
ДАНЫШДЫРЫР...
СУСДУРУР!!!
Mir Teymur Məmmədov 1947-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib. 1968-78-ci illərdə V.Muxina adına Leninqrad (indiki Sankt-Peterburq – red.) Ali Rəssamlıq Məktəbində və Leninqrad Dövlət Teatr, Musiqi və Kino İnstitutunun Rəssamlıq fakültəsində təhsilini davam etdirib. 1970-ci illərdən “Kirpi” satirik jurnalında və dövri mətbuatda karikaturaçı rəssam kimi fəaliyyət göstərir. 1980-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü, 1998-ci ildən Gürcüstan Rəssamlar İttifaqının fəxri üzvüdür. O, 49 birgə və 10 fərdi sərginin iştirakçısı və müəllifidir. Dəfələrlə respublikada və xaricdə keçirilən beynəlxalq sərgilərdə iştirak edib. 2004-cü ildə “Humay” milli mükafatı ilə təltif edilib. 2006cı ildə isə “Sülhün elçisi” adına layiq görülüb. Bundan başqa, Azərbaycan incəsənətini xaricdə təbliğinə görə “Simurq” assosiasiyasının diplomu ilə də təltif olunub. 1500-ə yaxın elmi və publisistik məqalənin müəllifi dir. 2007-ci ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvüdür.
34
O
nə xalq rəssamıdır, nə də şöhrət ordeni var, sadəcə xalqının sənətkarıdır... Qı zıl əllərin sahibi, zəngin iç dünyası olan, şəhərini vurğunluqla sevən, hər daşını, hər küncünü dəqiqliklə bilən, tarixini mənimsəyərək beyninə həkk edən və ən nəhayət, vətənini sevən bir insandır... Xarici ölkələrdə səfərdə olanda daim Azər baycanın qədimliyinin rəsmlərdə təzahürü haqqında muhazirələr oxuyur. O, həm də vurğunu olduğu, yara dıcılığının, əsərlərinin tacı saydığı İçərişəhəri sevərək qorumağa çalışan bir vətəndaşdır ... Gildə, kağızda, kətanda möcüzə yaradan, onlara can verib tarixə çe virən sənətkardır... Evi və emalatxanası bir məkanda - İçərişəhərdə - yerləşən, daim axtarışda olan bu böyük dünyanın insanı, rəngarəng və əvəzsiz əsərlərin sahibi - rəssam Mir Teymur Məmmədovdur. Emalatxanasına girəndə gilə, kağıza, kətana can və ruh verən, işinin ustadı olan bu insanın dünyası adamı heyran edir... Bizi valeh edən dünyanın insa nını Sizlərə yaxından tanıtmaq üçün onun qonağı ol duq...
Anası Dilbər Məmmədova ilə birlikdə
35
ЧЯРЧИВЯЙЯ МЯЩКУМ ОЛУНМУШЛАР
D.A. – Bir qədər ailəniz haqqında məlumat verər diniz... M.T.M. – Mən qədim köklərə malik bir nəsildənəm. Mənsub olduğum nəsil yüzilliklərdir, daha dəqiq desəm, XII əsrdən Bakıda yaşayır. Nəslimizdə gəzən “əfsanə”yə görə, ulu babalarım Şamaxı dağılandan sonra bu şə hərə köçüblər. Bizim nəslimizdə həmişə 2 peşə prioritet olub: rəssamlıq və həkimlik. Nənəm Nərgiz xanım Ha cinskaya Fransada əczaçılıq oxuyub. Təhsilini bitirdikdən sonra uzun müddət Bakıda işləyib. Atam cərrah, dayım neyrocərrah, anam isə rəssam olub və uzun zaman bər paçı rəssam kimi faəliyyət göstərib. Anam Dilarə Məm mədova vaxtilə Lətif Kərimovun ən sevimli tələbələrindən biri olub. Mən də uşaqlıqdan Lətif Kərimovdan bu sənətin incəliklərini öyrənməyə başlamışam. Dilarə xanım 1957-ci ildə Şəki Xan Sarayında çalışan bərpaçılardan biri olub. Bu səbəbdən iki il yay aylarında Xan Sarayının yaxınlığın dakı bir evdə yaşadıq. Sarayın divarları üzərindəki orna mentləri anam bərpa edib. D.A. – Deməli, sizin bu peşəni seçəməyinizdə Dila rə xanım mühüm rol oynayıb? M.T.M. – Daxilən zəngin bir insan kimi yetişməyim üçün anam daim mənə maraqlı kitablar oxumağı məslə hət görürdü. Çox məşhur insanlar tez-tez bizim ailəyə qo naq gəlirdi. Mən də həmin insanların sayəsində bir çox mətləblərdən agah olurdum. Beş yaşımdan şəkil çəkmə yə və plastilinlə işləməyə başlamışam. Qohumlarımdan biri bu marağımı görüb bizə gələndə mütləq gil gətirərdi, o da mənim ən sevimli hədiyyəm olurdu. Həmin gildən müxtəlif fiqurlar - əsgərlər, tanklar düzəldirdim... Gilim qurtaranda plastilinə keçirdim; amma onu hərdən yerdə və yaxud pəncərənin qırağında unudurdum. Günün altın da qaldığına görə əriyən plastilin evi çirkləndirirdi ki, bu da nənəmin hirslənməyinə səbəb olurdu. Ayaq altında qalıb palaza yapışan plastilini tapan nənəm mənə hərdən qulaqburması da verirdi. Dayım Hacıağa Həsənov da Azərbaycanın məşhur həkimlərindən, cərrahlardan biri idi. O vaxlar dayım dis sertasiya yazırdı və mən onun ağ kağızlarını “oğurlayıb” rəsm çəkirdim. Elə bilirdim ki, onun kağızları qədər gözəli və təmizi yoxdur. Rəsm dəftərlərim var idi, amma dayımın ağ kağızları mənim üçün daha cəlbedici idi. Ağ kağıza la qeyd qala bilmirdim. Düşünürdüm ki, o, ağ qalmamalıdır. Mütləq şəkil çəkmək, onu rənglərlə doldurmaq lazımdır. İşləməyi sevirdim və bu çalışqanlığım məni püxtələşdirdi. D.A. – Dediklərinizdən belə başa düşdüm ki, ilk müəlliminiz ananız olub. Bu sənətin incəliklərini baş
36
qa kimlərdən öyrəndiniz? M.T.M. – Beş yaşım olanda anam məni məşhur hey kəltəraş Sabsayın yanına apardı. Onun məsləhəti ilə mə ni Anna İvanovna Kazarseva adlı bir müəllimənin yanına şagird qoydular. O gündən etibarən heykəltəraşlıqla ciddi şəkildə məşğul olmağa başladım. 10 yaşıma qədər orada oxudum, öyrəndim və sonra həmin müəlliməni heykəltə raş Arif Qazıyev əvəz etdi. Hələ kiçik yaşlarımdan həya tımda həmin müəllimlərin böyük rolu olub... Arif müəllimin tələbəsi olduğum zamandan düz 50 il keçir, lakin indi də arxivimdə onun mənə öyrətdiyi, çəkdirdiyi rəsmlər durur. Rəssamlıq məktəbində oxuduğum zaman Elbəy Rzaqu liyev, İzzət xanım Seyidova kimi müəllimlər də mənə dərs deyiblər. Bundan başqa, anamın mənə verdiyi sərbəstlik bir rəssam kimi yetişməyimdə çox böyük rol oynadı. İstə diyim hər şeyi çəkirdim, anam yalnız “bəlkə, belə etsən, daha yaxşı olar”, - deyə məsləhət verirdi. Həmin o “bəl kələr” mənə sanki bir stimul verirdi və mən, doğrudan da, daha yaxşı çəkməyə çalışırdım. 26 nömrəli orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxudum. Ailəmizdə belə bir adət var idi ki, hər hansı bir ciddi mə sələ olduqda hamımız yığışaraq müzakirə edirdik. Mən məktəbi bitirəndə də elə oldu. Ailəm ali təhsil almaq üçün harada oxuyacağımı müzakirə etdi və təbii ki, mənim istə yimi də nəzərə aldılar. Dayım cərrah olmağımı çox arzulayırdı, onun bu istəyinə rəğmən, mən rəssamlığı seçdim və anamın yolu ilə getdim. Və təhsilimi davam etdirmək üçün Leninqrada yola düşdum. Orada da Diyaçkov, So loqub kimi yaxşı müəllimlərdən dərs aldım. Sonralar teatr rəssamı kimi təhsilimi davam etdirəndə də yaxşı məktəb keçdim, zaman və məkan anlayışını orada öyrəndim. Te atrın korifeyləri mənə dərs deyirdilər. Onlardan biri də re jissor Georgiy Tovstonoqov idi. D.A. – Demək olar ki, müraciət etdiyiniz bütün mövzuların əsasında İçərişəhər dayanır. Bu, nə ilə bağlıdır? M.T.M. – İçərişəhər yaradıcılığımın qırmızı xəttidir. Məndə bu sevgini rəhmətlik nənəm oyadıb. O, bu sevgini, hörməti, tarixə bağlılığı danışdığı əfsanələrlə, nağıllarla, müxtəlif hadisələrlə, oxuduğu tarixi kitablarla aşılayırdı. Zaman keçdikcə nənəmin necə müdrik bir insan olduğu nu bir daha anlayıram. O zaman onun danışdıqlarını tam başa düşməsəm də, indi görürəm ki, həmin yaddaş işlədi yim əsərlərdə vaxtaşırı özünü göstərib. Mən İçərişəhərin məftunuyam, vurğunuyam, bununla bağlı bir sıra əfsanə ləri və nağılları da qələmə almışam.
37
ЧЯРЧИВЯЙЯ МЯЩКУМ ОЛУНМУШЛАР
D.A. – Keramika, qrafika, yağlı boya, heykəltəraş lıq - bu təsviri sənət növlərinin hansı sizə daha yaxındır? M.T.M. – Adətən rəssamlar bir və ya iki materialla iş ləyirlər. Bəzi rəssamlar işləyərkən material fərqinə önəm verirlər. Ancaq elələri də var ki, onlar üçün material seçi mi problem deyil. Belə böyük sənətkarlardan biri Leonar do da Vinçi olub. O, istənilən materialda özünü ifadə edə bilirdi. Mən də məhz bu cür işləyirəm desəm, yanılma ram. Mənim üçün də materialın heç bir önəmi yoxdur. Gil də, kağızda, kətanda düşündüyümü yarada bilirəm. Əsas odur ki, yaratdığın hər bir işə can yandırasan. D.A. – İndəyə kimi nə qədər sərginiz təşkil olunub, əsərləriniz hansı ölkələrdə daha çox alınır? M.T.M. – İndiyə qədər 10-u fərdi olmaqla, 49 sərgim keçirilib. Elə bu yaxınlarda Litva Dövlət Universitetinin rəssamlıq fakültəsinin dəvətilə orada fərdi qrafika sərgim təşkil olundu. Orada açılan sərgi 10 gün davam etdi. Sər gi ərzində universitetdə Azərbaycan tarixinə, mədəniy yətinə dair mühazirələr də oxudum. Özümlə sərgiyə 21
38
əsər aparmışdım və bunlar Bakı, İçərişəhər, Azərbaycan tarixindən bəhs edən əsərlər idi. Sərgi böyük rezonans doğurdu və əsərlərim bir neçə universitetdə və Litvanın Seymində də nümayiş olunacaq. Litvadan öncə isə Uk raynada keçirilən beynalxalq keramika simpoziumunda iştirak etmişəm. 2010-cu ildə isə İsraildə keçirilən kerami ka simpoziumuna qatılmışdım. Əsərlərim bir çox ölkələrdə var. Onlardan ABŞ-ı, bütün Qərb dövlətlərini və Yaponiya, İran, İsrail, Türkiyə kimi Şərq ölkələrini qeyd edə bilərəm. Ən çox işlərim isə ABŞ, Norveç, Türkiyə və Rusiyadadır. D.A. – Sizcə, yaxşı rəssam olmaq üçün hansı cə hət lazımdır? M.T.M. – Təbii ki, ilk növbədə istedad. Bundan baş qa, yaxşı rəssam olmaq üçün ancaq və ancaq işləmək, işlədiyiniz zaman uğur qazanacağınıza inanmaq və müvəffəqiyyətdən sonra da işləməyə davam etmək la zımdır. İşləmədən, zəhmət çəkmədən “mən Leonardo da Vinçi, Salvador Dali, Pikasso olacam”, - deyə düşünənlər özlərini aldadırlar. Ona görə də gənc rəssamlara yorul
Litvadakı sərgidən görüntülər
39
ЧЯРЧИВЯЙЯ МЯЩКУМ ОЛУНМУШЛАР
madan işləməyi, səbrli olmağı və uğura inanmağı tövsiyə edirəm. Mənə elə gəlir ki, hər bir rəssam özündən çox vətənini
40
tanıtmağa çalışmalıdır. Azərbaycanımızı dünyaya zəngin incəsənətimizlə, mədəniyyətimizlə tanıtmalıyıq. Gülnar MAYİSQIZI
41
ЭЮЗЦМ ЙОЛЛАРДА ГАЛАНДА...
ИСЛАМА НАХЫШЫНЫ БЯНДЛЯЙЯН АЛИМ İsmayıl Şirvani məscidi və türbəsi, Amasya
Q
afqaz xalqlarının Rusiya kimi nəhəng iş şadığı kəndin və bölgənin adından götürülüb. ğalçıya qarşı uzunmüddətli mübarizəsi Oxumağı, yazmağı, İslam dininin təməl ünsürlərini ata nin ideoloji əsasını hazırlayanlardan biri sı Şeyx Ənvər Şirvanidən öyrənən İsmayıl Şamaxı məd haqqında - böyük sufi İsmayıl Siracəddin rəsəsində Məhəmməd Nuri Əfəndinin yanında təhsilini Şirvanidən danışacağıq... davam etdirir. Mədrəsəni bitirdikdən sonra İsmayıl Ər O, 1782-ci ildə keçmiş Şirvan xanlığının Bölükət ma zincana gedərək dövrünün məşhur din alimlərindən olan halına daxil olan Kürdəmir kəndində anadan olub. İndi hə Övliyazadə Əbdürrəhman Əfəndinin yanında biliklərini min kənd rayon mərkəzidir. təkmilləşdirir. Müəllimi gənc Bu məşhur təsəvvüf alimi İsmayılın biliklərini yüksək Nəqşibəndilik: Nəqşibəndilikdə əsma, yəni Al və böyük təşkilatçının adı qiymətləndirir və ona İslam lahın bəzi adlarını və onun özünü səs ilə zikr etmək və soyadı Mövlanə İsmayıl elmləri sahəsində yüksək bi yoxdur. Bu baxımdan təriqət hafi, yəni səssiz zikr ər Siracəddin əl-Kürdəmiri əşlik sahibi olduğunu təsdiqlə babına da aiddir. Nəqşibəndilər təriqət zəncirinin bir Şirvani kimi yazılır. Ona Si yən yazılı şəhadətnamə verir. tərəfdən də həzrət Əliyə çatdığı görüşündədirlər. racəddin ləqəbini İsmayılın Bundan sonra İsmayıl Tokat Bağdadda yaşayan müəlli mi, həm də təriqət mürşidi olan böyük islam alimi Mövlanə Xalid verib. Soyadı kimi işlədilən əl-Kürdəmiri əş-Şirvani isə doğulduğu nəslin, ya
42
şəhərinə gedir və öz üzərin də çalışır. Daha çox bilgi əldə etmək, dünyagörüşünü artırmaq, məşhur din alimləri ilə görüşərək onların nəzəriyyə və
metodlarını öyrənmək üçün İsmayıl Bağdada və Burdura təyirdi. Alim 7 il Şirvanda yaşadıqdan sonra işğalçılara qar gedir. Onun vətənə geri dönüşü Qafqazın Rusiya tərəfin şı mübarizə yollarını öyrənmək, məşhur İslam alimlərin dən işğalı illəri ərəfəsinə düşür. Gənc din alimi işğalçı dən məsləhət almaq üçün 1913-cü ildə Həcc ziyarətinə yollanır. Ziyarətini başa ların İslam dininə mənfi vurduqdan sonra həmin münasibətinin, xalqa tu İsmayıl Şirvaninin oğullarından biri Əhməd Hulu dövrdə Osmanlı dövlətinə tulan divanın, işğalçı or si Əfəndi Diyarbəkirdə naiblik, İstanbulda qazilik edib. daxil olan Məkkə, Mədi dunun əsgər və zabitlə Başqa bir oğlu Məhəmməd Rüştü Paşa isə Osmanlı nə, Qüds şəhərlərindəki rinin qəddarlığının şahidi dövlətində yüksək dövlət vəzifələrində çalışıb. müqəddəs yerləri ziyarət olur. Təkbaşına mübarizə Həsən bəy Zərdabi “Əkinçi” qəzetini nəşr etmək edir və imperiyanın pay aparmağın mümkünsüzarzusuyla İstanbula mətbəə şriftləri almağa gedəndə taxtı İstanbula gəlir. lüyünü görərək gəncləri məhz Məhəmməd Rüştü Paşa ona yardımçı olmuşdu. Bir neçə ay İstanbul və yeniyetmələri ətrafına toplayır. Onlara İslam di ninin əsaslarını öyrədib, elm və bilik verməklə yanaşı, gəncləri mübariz ruhda tər biyə edir. Həyatı daim mübarizə ilə keçən alim insanlara İslamın dərinliyini göstərmək məqsədi ilə ata-baba mülkündən əl çəkir. O, dolanışığını təmin etmək üçün baramaqurdu bəsləməyə başlayır. Bununla da alim ətrafındakılara din xadimlərinin əslində xalqın sıradan bir nümayəndəsi kimi heç bir fərqli imtiyaza sahib olmadıqlarını göstərmək is
da qalan İsmayıl Şirvani təsəvvüfü dərindən mə nimsəmək üçün özünə kamil mürşid axtarır. Onun həyatın dan bəhs edənlər deyirlər ki, İsmayıl Şirvani dövrünün ən məşhur vəlilərindən biri - Abdullah əd-Dəhləvinin mürşi di olmaq üçün piyada Hindistana yola düşərək Bəsrəyə qədər gedir. 1813-1817-ci illərdə Mövlanə Xalidə müridlik edən İsmayıl Şirvaniyə mürşidi Siracəddin ləqəbini verir və xalqı maarifləndirmək üçün Azərbaycana göndərir. Qısa zamanda İsmayıl Şirvaninin şöhrəti Qafqaza yayı
İsmayıl Şirvani türbəsinin içərisi
43
ЭЮЗЦМ ЙОЛЛАРДА ГАЛАНДА...
görə çar əmrində dəyişikliklər edir. Qafqazda müridizmin sürətlə yayılması, bölgənin nə həng hərbi gücü olan Rusiyaya boyun əyməyib imamatla, yəni İslam dininin qaydaları ilə idarə edilməsi yalnız Rusi yanı deyil, Avropanın inkişaf etmiş dövlətlərini də qorxu ya salır. İmamatın Qafqazda uğur qazanması Avropanın Şərqə doğru işğalçılıq siyasətinin sonu olacaqdı. Odur ki, rus hökuməti bütün gücünü birləşdirərək nəqşibəndiliyi, müridizmi öyrənib, onun zəif cəhətlərini taparaq daxildən çökdürməyə çalışır. Müridizm: Qafqaz regionunda XIX əsrdən baş layaraq Qadiri və Nəqşibəndiliklə bağlı yaranan hə rəkatdır. İsmail Əfəndi “müridizm” adlandırılan hərəkata yalnız ideoloji güc, mənəvi dəstək verməyib. Şeyx Şamil hərə katına döyüşçülər, atlar, silah, hərbi sursat, ərzaq və ge yim göndərilməsini də təşkil edib. İsmayıl Əfəndi tezliklə mühacirətə göndərilir. Müridlərinin təkidi və yardımıyla Axıskaya gələn İsmayıl Əfəndi burada da çox qala bilmir. Ruslar 1828-ci ildə Axıskanı işğal etdikdə o, Amasya şə hərinə mühacirət etməli olur. İsmayıl Şirvani Amasyada yalnız nəqşibəndiliyi təbliğ Mövlanə Xalidin İsmayıl Şirvaniyə verdiyi icazənamə etmirdi. Qafqaz mücahidlərinə də hər vasitə ilə yardım lır. Bir çox insan onun yanına gələrək elm və irfan dərsi alır. etməyə çalışırdı. Buna görə də Rusiyanın xüsusi xidmət İsmayıl Şirvaninin fikirləri onun müridləri Xas Məhəmməd orqanları onun fəaliyyətini daim nəzarət altında saxlayır Şirvani, Molla Məhəmməd Yaraqlı, Hacı Əhməd Qiyasi dı. Dəfələrlə Osmanlı hökumətinə məktublar göndərərək İsmayıl Əfəndidən fəaliyyə Şirvani, Hacı Yahya bəy, Ha tini məhdudlaşdırmağı tələb cı Mahmud Baba Kürdəmirli, Təsəvvüf: İslam dinindəki mənəvi həyatın və əx edirdilər. Hacı Əhməd Əfəndi Külüllü, laqi dəyərlərin adıdır. Bu fəlsəfi-dini təlimdə insanın İsmayıl Şirvani təzyiqlər Cəmaləddin Qazi Qumuği, nəfsi ilə mücadilə apararaq onu islah və tərbiyə et dən yayınmaq üçün 1832-ci Mir Həmzə Seyid Nigari və məsi, öz varlığından və dünyadan keçərək Allaha ildə Sivasa gəlir və 9 il ora digərləri tərəfindən sürətlə qovuşması məqsədi izlənilir. da yaşayır. Burada da onun yayılır. Nəqşibəndiliyin Qaf ətrafına çoxlu müridlər yığı qazda sürətlə yayılması, bu təriqətə dayanan Qazi Məhəmmədin, Həmzə bəyin və şır. 1841-ci ildə Amasyaya qayıdaraq fəaliyyətini davam Şeyx Şamilin apardığı mübarizə Rusiya hökumətini bərk etdirən və Mövlanə İsmayıl Siracəddin Şirvani kimi məş hurlaşan böyük din alimi 1848-cı ildə vəba xəstəliyindən qorxuya salır. Qafqazın işğalında göstərdiyi qəddarlığa görə çar dünyasını dəyişir. Müridləri sevimli pirlərini Amasya yaxın A.R.Yermalovu canişin təyin edir. A.R.Yermalov işğal et lığındakı Şamlar qəbiristanlığında dəfn edərək oranı ziya diyi ərazilərdə baş qaldıran etirazlara və üsyanlara son rətgaha çevirirlər. qoymaq üçün 1825-ci ildə İsmayıl Şirvani və onun ən yaxşı müridlərini həbs etdirərək Tiflisə gətirdir. İsmayıl Əfən dinin həbsi Qafqazda vəziyyəti daha da gərginləşdirdiyinə
44
Material Mehmet Rıhtım və Fariz Xəlillinin “Mövlanə İsmayıl Siracəddin Şirvani” kitabına istinadən hazırlanıb.
reklam
45
ЯНЯНЯ
46
reklam
47
ИНЪЯ СЯНЯТ
ЕЛИН ИНЪЯ СЯНЯТИ
ШЯБЯКЯ
Q
ədim Mesopotomiya yaşayış məskənlərində 1926-cı ildə aparılmış qazıntılar e.ə. III mi nilliyə aid bir sıra tikililərdə mismarsız şəbəkə işləmələrini aşkar layaraq dünyanın diqqətini İraqa cəlb et di. Daha sonra Suriya, Mərakeş, Yəmən, Həbəşistan kimi ölkələrdə oxşar mədəni nümunələrin aşkarlanması bu sahənin hələ 5 min il əvvəl Şərq memarlıq sənə tinin müstəqil qolu kimi inkişaf etdiyini göstərdi. Amma bu istiqamətdə yazılan monoqrafiyalar, digər elmi əsərlər və sə nədli filmlərdə müəyyən qərarsızlıq hiss edilirdi. Bu çaşqınlıq həmin sənət nümu nələrinin yalnız tarixin səhifələrində qal ması ilə əlaqələndirilirdi. Həqiqətən də, qazıntılar istisna olmaqla, dünyanın heç bir ölkəsində şəbəkə sənəti canlı olaraq yaşadılmırdı. Daha doğrusu, bu cür qə bul edilmişdi. Ta ki, Azərbaycan bir pən cərə kimi dünyaya açılana qədər.
48
Şəbəkə sənəti müxtəlif for malarda Azərbaycanın cənub bölgəsində, həmçinin Naxçı vanda da yaşadılır. Naxçıvanda şəbəkəyə daha çox daş quraş dırması formasında türbələrdə rast gəlinir. Burada isə daşların hər hansı formada sement və ya yumurta yapışqanla birləş dirilməsindən söhbət gedir. Bir-birinə keçirilərək bərkidilən daşlardan daha çox türbələrin pəncərələrində, qapı astanala rında, həmçinin günbəz bəzəklə rində istifadə edilir.
AZƏRBAYCANDAN DÜNYAYA... 1981-ci ildə Azərbaycana gələn CNN kanalının dünya şöhrətli müxbiri Cim Klansi səfəri çərçivəsində şəxsi də vət əsasında Şəkidə olur və burada gördükləri onu çox təəccübləndirir. Bir neçə ay əvvəl Şimali Afrikadan hazır ladığı süjetdə itmiş sənət nümunəsi kimi bəhs etdiyi şəbə kəçilik Qafqaz bölgəsində hələ də yaşadılırdı... Daha sonralar - müstəqillik dövründə digər sahələrdə olduğu kimi bu sənətdə də ciddi inkişaf müşahidə olunma ğa başlandı. 2010-cu ildə Şəkinin “Sənətkarlıq Paytaxtı” seçilməsi şəbəkə sənətinin inkişafında mühüm rol oynadı; turistlərin bu isitiqamətə marağı daha da artdı, hətta inşa olunan otel və digər iaşə obyektlərində qədim incəsənət növündən istifadə edilməyə başlandı. BİR YUMAQ SAPDAN BAŞLANAN YOL... Bir çox alimlər hesab edirlər ki, şəbəkə sənətinin kökündə xalçaçılıq dayanır. Yəni xalça üzərində həkk edi lən naxışların ağac üzərində tətbiqi və sonralar daha da mükəmməlləşdirilərək şüşə və taxtanın qovuşdurulması şəbəkənin bugünkü anlamını meydana çıxarıb. Şəbəkə sənətinin dünya tarixində pik nöqtəsi, şübhə
siz ki, XVIII əsrdə inşa edilmiş Şəki Xan Sarayıdır. Sarayın pəncərələrindəki zərif şəbəkə iki əsr öncə olan görünüşünü saxlamaqla, bu gün də öz parlaqlığı ilə buraya gələn çoxsaylı turistlərin marağına səbəb olur. Bu sənət memarlıqla sıx bağlı olduğundan, əsasən, monumental xarakter daşıyır. Şəbəkə həm də dekorativtətbiqi sənətlərin xüsusi vərdiş, təcrübə və texnologiya tələb edən çətin sahələrindən biridir. Şəbəkənin özəlliyi ondan ibarətdir ki, fiqurlarda yapışqan və mismardan isti fadə olunmur. Taxtadan hazırlanan və rəngli şüşə ilə bə zədilən bu cür çərçivələr qapı və pəncərə yerinə istifadə
49
ИНЪЯ СЯНЯТ
Lənkəran, Astara, Masallı bölgələrində şəbəkə yalnız ağac işləməsi formasında təşəkkül tapıb. Maraqlıdır ki, cənub bölgəsində şəbəkəyə demək olar ki, bütün yaşayış evlərində rast gəlinir. Sütunlar, pəncərə ağızlıqları, nəfəsliklər, həmçinin tavanların qurulmasında şəbəkə üsulundan geniş istifadə olunub. Cənub bölgəsində keramika şə bəkəsinə də rast gəlinir. Əsasən dini ocaqlarda istifadə edilən bu forma o qədər də populyar deyil. Amma ümumilikdə Şəki şəbəkə sənəti isə şüşə və ağac işlə məsinin ən mükəmməl forması hesab edilir.
edilir. Adətən şəbəkə ustaları ənənəvi təbiət ornamentlə rinə üstünlük verirlər. Bu arada ustalar maksimum diqqətli olmalıdırlar. Bir millimetr səhv işi korlamaqla yanaşı, həm də barmaqlarını dəzgaha qurban vermək deməkdir. Am ma istənilən halda şəbəkə hörmək üçün peşəkarlıq azdır. Ustaların özünün dediyi kimi bunun üçün həndəsəni, riya ziyyatı və rəsmxəti də bilmək lazımdır. Nəzərinizə çatdıraq ki, şəbəkə sənətində həndəsi fiqurlar birbaşa rol oynayır. Çünki bunlar müxtəlif bucaqlar altında həyata keçirilir. Şə bəkədə ən çox vaxt alan isə şüşə işləmələrdir. Elə şəbəkə var ki, bir sırada 14 min hissə işləmə olur və elə ən çətin başa gələni də budur. Bu növ şəbəkəni hazırlamaq 6 ay vaxt aparır. Bəhruz HEYDƏRİ
50
51
ДЫСЪОВЕРЙ 10-луг
10 ЯН МЯШЩУР АЛМАЗ İndiyə qədər tapılan ən böyük almaz “Kullinan” adı ilə tanınan daşdır. 1905-ci ildə Cənubi Afrika Respublikasında (CAR) tapılan bu almaz 3106 karat idi. Sonra o, 105 hissəyə bölündü. Həmin qiymətli daşlardan ən iriləri hazırda Britaniya Krallığının xəzinəsindəki kolleksiyaya daxildir. Kullinanı “Afrikanın ulduzu” kimi də tanıyırlar. Ümumiyyətlə, dünyada elə brilyantlar mövcuddur ki, onlar tarixdəki izlərinə görə çox məşhurdurlar. Onları yaxından tanıyaq...
1
Yaşıl Drezden. Açıq yaşıl rəngdə, qüsursuz keyfiyyətə malik brilyantdır. Bu brilyant Almaniyanın Drezden şəhərində saxlanılır və 41 karatdır. XVIII əsrdə Saksoniya hersoqu Fridrix Avqustun aldığı bu almaz məşhur bir zərgər tərəfindən şlyapaya bəzək kimi əlavə edilir. II Dünya müharibəsindən (1941-1945) sonra Sovet İttifaqına gətirilən bu almaz 1958-ci ildə yenidən Almaniyaya qaytarılır.
2 Xoupun almazı. Tünd göy rəngli bu brilyantı 1830-cu ildə zinət əşyaları kolliksioneri, bankir Xoup auksionda əldə edərək ona öz adını verir. 1958-ci ildən Vaşinqtonda saxlanılan bu almaz 44,5 karatdır. Hesab olunur ki, Xoupun almazı bədbəxtlik gətirir.
3 Kullinan I. Şəffaf və rəngsizdir, damcıya oxşar formaya malikdir. Dünyada mövcud olan ən böyük almazdır. Təqribən 530,2 karatdır. Bu brilyant hal-hazırda Tauerdə (Londonda) saxlanılır. O, VII Eduardın skipeterini (hökmdar əsasını) bəzəyir.
4 Sansi. Damcıya oxşar formalı, 55,23 karatlıq bu almaz solğun sarı rəngdədir. Markiz Nikola de Sansi onu İspaniyadan qaçan Portuqaliya şəhzadəsindən almışdır və sonralar brilyanta onun adı verilmişdir. Sansi hazıda Luvr muzeyində saxlanılır.
52
5 Tiffani. 1878-ci ildə Cənubi Afrika Respublikasında (CAR) tapılan bu almaz 128,51 karatdır. Cəmi 2 dəfə taxılan bu brilyant “Tiffani” firması tərəfindən alınmışdır. Hazırda Nyu-York şəhərində yüksək səviyyəli bir mağazanın vitrinini bəzəyir.
6 Koxinur. 180,93 karatlıq bu brilyant 1300-cü ildən bəri mövcuddur. Əvvəllər üzərində sarımtıllıq olsa da, sonradan təraşlama nəticəsində ideal vəziyyətə çatdırılmışdır. Halhazırda Britaniya kraliçası Yelizavetanın tacını bəzəyir. Tauerdə (Londonda) saxlanılır.
7 Kullinan VI. Dünyada ən böyük almaz olan 3106 karatlıq məşhur Kullinan brilyantının 105 hissəsindən biridir. Təqribən 63,6 karatdır. 1911-ci ildə Kraliça Merinin tacına taxılmışdır. 1959-cu ildən bəri broş kimi istifadə olunur. Hal-hazırda Tauerdə(London) qorunur.
8 Nassak. İlkin formada 90 karat olan bu brilyant hazırda 43,88 karatdır. Əvvəllər Bombeyin (Hindistan) Nassak əyalətində Şivanın məbədində saxlanılırdı. 1853-cü ildə ingilislər Hindistanı işğal etdikdə Nassakı qənimət kimi götürmüşlər. 1927-ci ildə Nyu-Yorkda ona zümrüd forması verilir. Hal-hazırda ABŞ-da şəxsi kolleksiyada saxlanılır.
9 Şahın almazı. Hindistanda çıxarılan bu almaz 88,7 karatdır. 1829-cu ildə Çar Rusiyasını təmsil edən A.S.Qriboyedov Tehranda öldürülür. Diplomatik narazıçılıq olmasın deyə İran şahı I Nikolaya bu brilyantı və onunla bərabər başqa zinət əşyalarını göndərir. Hal-hazırda bu brilyant Rusiya Federasiyasının “Almaz Fondu”ndadır.
10 Florentiets. Limon sarısı rəngində olan bu brilyant 137,27 karatdır. 1657-ci ildən bəri Florensiyada Medici ailəsinə məxsus olub. XVIII əsrdən Habsburqların tacına bərkidilmişdir və broş kimi istifadə olunmuşdur. Təəssüf ki, II dünya müharibəsindən sonra bu brilyantın taleyi məlum deyil. Rəna KƏRİMOVA
53
АДАМА ЭЯЗМЯК ГАЛЫР
АЗЯРИН ТАЙЫЛАНДЫ
Ç Banqkok
54
örəksiz necə yaşamaq olar? Bunu adi azərbaycanlı təsəvvürünə gətirə bilərmi? Əlbəttə ki, yox! Təbii ki, mən biçimli bədən quruluşuna sahib olmaq üçün yalnız çörəyi deyil, bir çox qidaları rasiondan çıxaran müasir qadınları nəzərdə tutmuram. Səhər yeməyində lavaş, günorta “zavod çörəyi”, şamda təndir çörəyi yeməyə vərdiş etmiş həmyerlilərim çörəksiz həyatın ola biləcəyini ağıllarına belə gətirmirlər. Asiyada çörək yeyilmir. Düzdür, Filippin, Sinqapur, Malayziya, Tailand, Lanqkavi və Borneo adasında sığınacaq tapmış Bruneyin beşulduzlu otellərinin isveçsayağı masalarında yenicə bişmiş şirin kökələrə iştahla baxa bilərsiniz, ancaq yerli ofisiantların mərhəmət dolu nəzərlərini hiss etdikdə, bu dadlı un məmulatlarını yeməyə utanacaqsınız. Əlbəttə ki, oğrun-oğrun ətrafa boylanaraq tələsik bu təamları yeməyə çalışa bilərsiniz, ancaq belə həyəcanlı anlardan nə ləzzət almaq olar?
YANDIRICI TƏAMLAR Asiyada əsl həzz insanın gözlərini yaşardan, çox kəskin qidaları yemək hesab olunur. Hətta deyərdim ki, qıyıqgözlü asiyalıların gözlərinin belə quruluşunun səbəbi onların “ekstremal” qidalara vərdiş etmələridir. Onlar öz həyatlarını kəskin, istiotlu, acı yeməklərsiz təsəvvür etmədikləri kimi, yuxarıda adlarını çəkdiyim orta statistik azərbaycanlılar da çörəksiz həyatın mövcudluğuna inanmırlar. Hər bir halda yanmadan yemək yeyəcəyinizə ümid etməyin, çünki asiyalıların az istiotlu anlayışı ilə bizim düşüncələrimiz tamam fərqlidir. Xüsusən də Tailandda... Hətta mənim çox sevdiyim, dəniz məhsullarından hazırlanan “Tom Yum” adlı sup elə ilk qaşıqdan Avropada təqdim olunan şorbadan fərqlənir – məhz öz kəskinliyi və acılığı ilə... Əgər siz Londonun Saxo ərazisindəki tay restoranında “Tom Yum”u yesəniz, sadəcə yanğı hiss edəcəksiniz, amma Tailandda od tutub alışacaqsınız. Gürcü mətbəxi də kəskinliyi ilə seçilir. Ancaq təəccüblüsü odur ki, gürcü yeməklərindən sonra siz bütün günü mədənizin yandığını hiss edirsiniz, tay mətbəxinin qidaları isə çox tez “soyuyur”. Elə bil ki, az əvvəl od tutub yanan siz deyildiniz, alov hissi qısa müddətdə keçib gedir. Taylar ağıllarına gətirə bilmirlər ki, planetin harasındasa elə bir mətbəx olsun ki, orada hazırlanan yeməklər ağızda vulkan yartamasın, soussuz, istiotsuz və müxtəlif ədviyyatlarsız bişirilsin. Tailand əhalisi küçədə çox yemək yeyir. Ona görə də hər addımda, kiçik dükanlarda yeməklər satılır; bizim dönərə oxşayan – tez hazırlanan və baha olmayan. Taylar ədviyyatların yaxşı qarışması, yağın ətrinin çıxması üçün toyuq, ət və ya krevetka qatılmış yeməkləri tavada və ya qazanda qızardırlar. Burada bir neçə gün qaldıqdan sonra yemək qoxularının ağırlığını çətinliklə qəbul edəcəksiniz, onlar öz tündlükləri ilə sizi bihuş edəcək. Əgər dəniz məhsullarının həvəskarısınızsa, o zaman bura əsl sizin məkanınızdır. Hətta ən kasıb taylı belə özünə dənizin bəxşişlərini rəva görə bilir, çünki Tailandda bu qidalar çox ucuzdur. Müxtəlif ölçülü krevetkalar hər addımda satılır, amma bundan da yorulmağa başlayırsan, Bakı kafelərində pivəylə verilən bapbalaca krevetkaları xiffətlə yad edərək... Tailandda çərəz kimi müxtəlif həşəratlar yeyilir. Böcəklər, çəyirtkələr, tarakanabənzər yaramazlar – bütün bunlar bizim saca oxşayan tavalarda qızardılır. Bu ölkəyə səfər edən azərbaycanlılar üçün belə çərəzlər həmişə zarafat mövzusu olaraq xatırlanır.
55
АДАМА ЭЯЗМЯК ГАЛЫР
Tayların vətənində iki həftə qaldıqdan sonra burada təqdim olunanlardan fərqli bir yemək istədim. Beynimə suda bişirilmiş, kök budları olan, yağlı bulyonlu toyuq düşdü. Tanrının mərhəməti mənimlə idi! Bir tay qəsəbəsindən keçərkən təsadüfən o qədər də böyük olmayan bazarın yaxınlığında yerləşən kiçik bir restoranda qaynadılmış toyuğun aşçı tərəfindən tavaya atılacağını gözlədiyini gördüm. Təlaşla kulinarın əlindən tutub dayandırmağı bacardım, arzularımı öldürməsinə icazə verə bilməzdim. “O, hələ hazır deyil, cənab. Mən sizə bişməmiş yemək sata bilmərəm! Siz bunu necə istəyə bilərsiniz?” – aşçı etiraz etdi. Mən isə uzun-uzadı and içərək onu inandırmağa çalışırdım ki, heç nə olmayacaq, artıq Vətənimdə də dəfələrlə belə “günah” işlətmişəm, bu cür yeməklər bizdə çiy hesab edilmir və mən söz verirəm ki, ölməyəcəm... Taylar çox qonaqpərvərdirlər – gözlərimdə suda bişirilmiş toyuqdan uzun müddət ayrı qalmağımın iztirabını görəndə aşpazın mənə rəhmi gəldi. Bu nədir? Qısa müddətdə alaçiy toyuğu yeyən ağ əcnəbi barədə xəbərlər qəsəbəyə yayıldı və heyrətli baxışlarla bizi izləyən yerli əhali tərəfindən dövrəyə alındıq. Onlar barbar bir insanın əlləri ilə “yazıq” quşcuğazı necə parçaladığına, “günahsız” canlının üzərinə yalnız duz səpərək hərisliklə tikələri ağzına ötürməsinə təəccüblə tamaşa edirdilər. TAİLANDDA HƏYAT Ağır-ağır keçən həyat yalnız Tailandın kiçik kəndlərində hökm sürür. Banqkokda isə həyat o qədər coşqun keçir ki, heç nə anlamırsan – ya qoxulardan, ya ətrafı bürüyən səsküydən, ya da tüstüdən başın gicəllənir. Yol hərəkətini nizamlayan polislər öz xidmətlərini respirator (ağzı və nəfəs borularını zəhərli qazlardan və tozdan qoruyan cihaz) taxararaq həyata keçirirlər, əks halda uzun müddət qələbəlik yolayrıclarında qalmaq toksikoloji problemlərlə nəticələnə bilər. Əgər “Bayok Sky” göydələninin sonuncu mərtəbəsindən baxsanız, duman və tüstü örtüyündən küçəni görmək demək olar ki, mümkün olmayacaq. Lakin bu hal hər il milyonlarla turistin ölkəyə səfər etməsinə maneə törətmir. Düzdür, çox az insan tapılar ki, Banqkokda uzun müddət ləngisin; tüstülü havanı ciyərlərinə çəkib, Qızıl Buddanı seyr edib, saysız-hesabsız barlardan birində əylənib şəhərin gecə həyatı ilə tanış olduqdan sonra turistlər Tailandın müxtəlif yerlərinə səpələnirlər. Kimi adaya gedir, bəziləri Pattayaya uçur, bir qisim turistlər isə kənd həyatının gözəlliklərini yaşamağa çalışırlar. Məşhur
56
kurortlarda isə tamam fərqli ab-hava hökm sürür – burada təmiz hava, su və günəş var. Həm də Şərq üslubunda olan dəbdəbəli otellər... Tailandda həyat o qədər də baha deyil, elə ona görə də təqaüdə çıxmış bir çox avropalılar öz həyatlarının qürub çağını yaşamaq üçün bu ölkəyə üz tuturlar. Burada 50 min dollara kiçik bir ev almaq olar. Sevimli tay həyat yoldaşının xərcləri isə qəpik-quruşla ölçülür. Ona nə bahalı şubalar, nə də brilyantlar almaq lazımdır. Hər halda bir çox təqüdçülərin qrafiki belədir – yazda onlar çiçəklənən vətənlərinə gedirlər, Avropada şiddətli soyuqlar düşəndə isə öz tay mənzillərini yada salırlar, burada onları yerli
rəfiqələri səbirsizliklə gözləyirlər. Onların təqaüdü həm evi dolandırmağa, həm də sevimli xanımlarına kifayət edir. Tailandda qız uşağı dünyaya gətirmək bir ömür boyu həyat yoldaşının minnətdarlığını qazanmaq deməkdir, həmçinin qayınananın və bütün nəslin... Oğul anaları utancla baxışlarını gizlədirlər, rəfiqələrinin qız doğması xəbəri isə onların qəlbini sərhədsiz qibtə və paxıllıqla doldurur. TAY QADINLARI Tay qadınlarının ən böyük arzusu ağ insana ərə getməkdir. Əgər onlar buna nail olsalar, dünyanın ən vəfalı, sədaqətli həyat yoldaşına çevrilirlər. Tay həyat yol-
57
АДАМА ЭЯЗМЯК ГАЛЫР
daşı – düzgünlüyün, qayğıkeşliyin, itaətkarlığın etalonudur. Bu cəhətlər azadlıq, hüquq bərabərliyi, feminizm və kişilərin həyatını cəhənnəmə döndərən digər hallardan yorulan avropalıları onlarla evlənməyə vadar edir. Tay qadınları, həm də işgüzardırlar, iltifatlıdırlar və onlar doğulduqları gündən kişilərin yer üzündə ən ali varlıq olduğunu
58
qəbul edirlər. Çünki müqəddəs Budda belə buyurur. Onların fikrincə, qadının vəzifəsi – kişinin həyatını asan və qayğısız etməkdir. Azər QƏRİB
59
ЪАНСАЬЛЫЬЫ, МЯЩЯББЯТ!
ЩАВАДАН АСЫЛЫ ОЛАНЛАР Maqnit qasırğaları zamanı infarktların sayı 3, insultlar 2, stenokardiya tutmaları isə 1,5 dəfə artır.
S
inoptiklərdən meteohəssas insanlara xəbərdarlıq! Çox tez-tez hava proqnozunu izləyərkən bu sözləri eşidirik. Bir çox hallarda belə informasiyaya diqqət yetirmirik. Əslində isə dəyişkən hava şəraiti, atmosferdə baş verənlər sağlamlığımıza xətər yetirir. Ona görə də sinoptiklərin xəbərdarlığını nəzərə almaq lazımdır! Xüsusən də yağışlı, soyuq günlər yaşadığımız bu dövrdə...
HAVANIN ŞILTAQLIĞINA DÖZMƏYƏNLƏR Havaların dəyişkənliyi, güclü küləyin əsməsi, yağışın yağması və s. son zamanlarda bir çox insanların həssaslığını artırıb. Adətən gənc və güclü orqanizm atmosfer dəyişikliklərinə asanlıqla və əziyyətsiz uyğunlaşır. Orta və ahıl yaşlı, həmçinin emosional və həssas insanlarda havanın şıltaqlıqlarına adaptasiya prosesi çətinliklə baş verir. Onlar sanki canlı barometr kimi havanın dəyişəcəyini bir və hətta iki sutka əvvəl hiss etmək qabiliyyətinə malikdirlər. Güclü baş ağrıları, oynaq ağrıları, arterial təzyiqin dəyişməsi, ümumi zəiflik, bəzən isə depressiv vəziyyətlərlə müşayiət olunan bu vəziyyət meteoasılılıqdır. Havaya qarşı daha çox reaksiya verən infarkt və ya
60
insult, kəllə-beyin travması keçirmiş, ateroskleroz, hipertoniya, ürəyin işemik xəstəliyi, bronxial astma, allergik reaksiyalar və ya piylənmədən əziyyət çəkən insanlardır. Meteohəssaslıq yeniyetmələrin cinsi yetkinləşmə dövrü və menopauza zamanı, həmçinin təbiət qoynunda az istirahət edən, hərəkətsiz həyat tərzi sürən və ata-babaları havanın dəyişməsinə qarşı həddən artıq həssas olan insanlarda yarana bilər. Tibbi statistik məlumatlara görə, əhalinin 35%-i meteohəssasdır. Atmosfer təzyiqi, havanın hərarəti və rütubətin kəskin şəkildə dəyişməsi belə insanlar üçün əsl cəzadır. HƏRƏDƏ BİR CÜR... Meteohəssas insanların hər biri bu prosesi müxtəlif cür keçirə bilər. Bu, onlarda meteoasılılığın hansı formasının mövcud olması ilə bağlıdır: • Yüngül meteohəssaslıq — yalnız əzginlik, yuxusuzluq və ya əksinə, məyusluq və yuxululuq ilə özünü göstərir; • Orta meteoasılılıq — arterial təzyiqin kəskin şəkildə dəyişməsi, ürək ritmi və nəbz pozğunluğu ilə xarakterizə olunur; • Ağır meteopatiya — ürək nahiyəsində kəskin ağrılar, təngnəfəslik, baş gicəllənməsi, qulaqlarda küy, oynaq və əzələ ağrıları ilə müşayiət olunur.
TEMPERATUR, NİSBİ RÜTUBƏT VƏ ATMOSFER TƏZYİQİNƏ GÖRƏ... Meteoasılı insanların əhvalı havanın hərarətinin kəskin enməsi (8-10°C), bərk qar və ya şiddətli yağış yağması ərəfəsində pisləşə bilər. Belə hava şəraiti xroniki infeksiyaların, ürək tutmalarının sayını artıra, eləcə də sinir, endokrin və hormonal sistemlərin fəaliyyətinin pozulmasına səbəb ola bilər. Yüksək rütubət (85%-dən yuxarı) oynaq, dayaqhərəkət xəstəlikləri, eləcə də xroniki bronxiti olan insanların vəziyyətini pisləşdirərək soyuqdəymə və iltihablaşma riskini artırır. Atmosfer təzyiqinin sutka ərzində 78 mm.c.süt.-na qədər kəskin dəyişməsi ürək və ağciyərin işinə, damarların vəziyyətinə mənfi təsir göstərir. KÜLƏKLİ VƏ KÜLƏKSİZ Külək də insanların səhhətinə təsirsüz ötüşmür. Az buludlu və küləksiz hava şəraitində atmosfer təzyiqi yüksək olur. Belə günlər allergiklər və hipertoniklər üçün ağır keçir, çünki atmosferdə zərərli maddələrin qatılığı və hipoksiya artır. Güclü külək isə psixikası zəif olan insanlarda yuxusuzluq, səbəbsiz narahatlıq və damar spazmına səbəb ola bilər. Dumanlar havada müxtəlif çirklənmənin toplanmasına səbəb olmaqla yanaşı, orqanizm üçün zəruri olan günəş şüalarının qarşısını tutur, endokrin sistemi xəstəlikləri olan insanlara və menopauza dövründə olan qadınlara mənfi təsir göstərir.
damar sistemi xəstəlikləri olan və hipertoniyalı xəstələr maqnit qasırğalarına qarşı xüsusi ilə ağır reaksiya verirlər. Həmçinin insan orqanizmi ətrafındakı maqnit sahəsinin dəyişikliyini qanın tərkibinin dəyişməsiylə cavablandırır: maqnit qasırğaları zamanı insan bədənindəki qan qatılaşır, damarlarda daha yavaş hərəkət edir. Hüceyrələrin oksigen və qida maddələriylə təminatı da pisləşir. NƏ ETMƏLİ? Meteoasılılıq xəstəlik deyil, lakin əhvalın vəziyyətinə qarşı yüksək diqqət tələb edir. Havanın dəyişməsinə qarşı xüsusi həssaslıqla reaksiya verənlər günlərini hidrometeorologiya mərkəzinin proqnozunu nəzərə almaqla planlaşdırsalar, yaxşı olar. Həkimlər isə meteoroloji dəyişkənlikləri dəf etmək üçün insanların aktiv həyat tərzi keçirməsini və düzgün qidalanmasını vacib sayırlar. İmmun sistemini gücləndirmək məqsədi ilə A və C vitaminləri, mineral maddələr, mikroelementlər qəbul etmək məsləhətdir. Əlverişsiz hava şəraiti olan günlərdə çoxlu ət, yağlı və qızardılmış xörəklər yemək düzgün deyil. Rasiondan tünd ədviyyat və alkoqolu da xaric etmək lazımdır. Rəna KƏRİMOVA
MAQNİT QASIRĞALARI Yer kürəsinin geomaqnit sahəsinin dəyişməsi (maqnit qasırğaları) də meteohəssas insanlar üçün əsl sınağa çevrilir. Bu, nə deməkdir? Məlumdur ki, Günəş üzərində vaxtaşırı güclü partlayışlar baş verir və fəzaya dolu hissəciklər axını atılır. İki sutkadan sonra bu axınlar Yer kürəsinin maqnit qişasına (maqnitosfera) çatır və onunla qarşılıqlı əlaqəyə girərək qasırğa törədir. Beləcə, hətta tamamilə sağlam insanın da əhvalını pisləşdirə biləcək maqnit qasırğası başlayır. Adətən, qasırğa başlanmazdan bir sutka əvvəl kəskin hava çatışmazlığına qarşı orqanizmin cavab reaksiyası yaranır: beyin hüceyrələrinin işi pozulur, sinir ucluqlarının reaksiyası kütləşir ki, bu da diqqəti cəmləmək qabiliyyətinin, yaddaşın azalmasına və əsəb pozğunluğuna gətirib çıxarır. Məhz bu səbəbdən də avtoqəza, ağır travma, bədbəxt hadisə və özünəqəsd hallarının çoxu günəş fəallığı günlərinin üzərinə düşür. Qan-
61
ДАШ-ГАШ
“ЮЛДЦРЯН ЭЮЗЯЛЛИК“ 62
Y
unanlara görə, Tanrının gözyaşları, romalıların fikrincə, səmadan tökülən ulduz qırıntıları, hindlilərin qənaətincə isə xəstəlikləri, oğruları, şeytani gücləri özündən uzaqlaşdıran nəzər tilsimidir. Əfsanələrlə, sirlisehrli özəllikləri ilə bir çox insanı özünə bağlayan bu daş bütün dövrlərdə dünyanın ən zəngin və güclü insanlarının maraq obyekti olub... Bəli, söhbət qiymətli və nadir, eyni zamanda sevgi və bağlılıq rəmzi sayılan brilyantlardan gedir. Ancaq brilyant digər qiymətli daşlardan fərqli olaraq, birbaşa təbiətdən alınmır. Brilyant almazın təmizlənmiş, cilalanmış formasıdır.
DİNAZAVRLARDAN QƏDİM DAŞ “Diamond is forever” (“Almaz əbədidir”) deyimi, sadəcə bu qiymətli daşların insan hissləri ilə onlar arasındakı qəribə, əbədi bağlılığını izah etmir, həm də almazların tarixinin qədimliyindən xəbər verir. Almazın yaşı 3 milyard il əvvəldən başlanır. Hətta almaz dinazavrların var olduğu dövrlərdən belə daha əvvəl mövcud idi. Yüksək istilik və təzyiq altında yer qabığının dərinliklərində kristallaşan almaz sonralar vulkanik lavaların vasitəsilə üst səthlərə çıxdı. İlk almaz daşı b.e.ə. 800-cü ildə Hindistanda bir çayın kənarında tapılır. Əsrlər boyunca bu qiymətli daşı Sibir və Kanadanın donmuş tundralarından, Afrikanın istidən yanan çöllərinə və okean diblərinə qədər hər yerdə axtarırlar. Bunların da çox az miqdarı ləl-cəvahiratda istifadə edilə biləcək böyüklük və keyfiyyətə malikdir. Almazı cilalayıb brilyant hazırlayanda isə çəkisinin 40-60 faizini itirir. Saf karbondan meydana gələn almazın ən çox diqqət çəkən xüsusiyyəti sərtliyidir. Fiziki xüsusiyyətlərinə görə çox möhkəm olan almaz, hətta şüşəni də kəsir. Almaz, həmçinin dayanıqlılığı və işığı çox yaxşı qırmasına görə də əvəzsiz sayılır. Ancaq almaz kristalları o qədər də bol deyil. Dağınıq halda olan almaz parçalarını tapmaq heç də asan olmur. Yerin səthinə yaxın mənbələr olduğu kimi, 300 metr dərinlikdə də yataqlar var. Ümumiyyətlə, bir karat təbii almaz əldə etmək üçün 250 ton filiz çıxarmaq lazımdır. Bu da almazın əldə olunmasının çətinliyini və dolayısı ilə “daş-qaşın şahı” sayılan brilyantın qiymətinin bahalığının səbəbini açıqlamış olur. MƏĞLUBEDİLMƏZ KİŞİ DAŞI Qədim yunanlar almazı “adamas”, yəni məğlubedilməz sözü ilə adlandırırdılar. Bu da təsadüfi deyil, çünki o dövrdə hesab olunurdu ki, almaz sahibini məğlubedilməz edir, ruhları, pis fikirləri qovur, onu bir çox başqa çətinliklərdən qoruyur. Orta əsrlərdə isə geyimə tikilmiş almaz qırıntısının pis gözlərdən və qəddar ruhlardan qorumaq gücünə malik olduğunu düşünürdülər. Hindistanda və İranda yeni doğulmuş uşağa ad qoyan zaman onun başına bir çimdik almaz tozu səpərdilər. Hesab olunurdu ki, bu uşağın sağlamlığını, uzunömürlülüyünü və əmin-amanlığını təmin edir. XI əsrdə macar şahzadələrindən biri öz tacına almaz taxır. Həmin vaxtdan da qüdrətin və gücün simvolu olan almaz kralların tacında öz yerini alır. Deyilənlərə görə, bu daş döyüşdə cəsarət və igidlik hissi aşılayırmış.
63
ДАШ-ГАШ
Münəccimlər isə bildirirdilər ki, almaz çox qüüvvətli daşdır və hər insan onu daşımaq gücündə deyil. Onlar təmənnasız, hədiyyə şəklində alınmış almazların daha güclü olduğunu deyirdilər. Hesab edirdilər ki, bu daş hədiyə olunarsa və ya nəsildən-nəslə ötürülərsə, sahibinə xoşbəxtlik gətirə bilər. Satın alınan almaz isə qorxulu daş sayılırdı. Münəccimlər deyirdilər ki, satın alınmış daşın sahibinə “alışması” üçün ən azı 9 il lazımdır. Oğurlanmış almaz isə sahibinə bədbəxtlik gətirən bir daş sayılırdı. Belə daşın sahibinə deyil, onun üçüncü nəslinə, yəni nəvələrinə xeyir gətirəcəyi bildirilirdi. Ənənəyə görə qədimdə almazı kişi daşı hesab edirdilər. Qadınlar isə bu daşı yalnız 30-35 yaşlarından sonra üzərlərində gəzdirə bilərdilər. Qədim dövrün həkimləri almazın qızlarda yetkinlik prosesinə, daha sonra isə hamiləliyə maneçilik törətdiyini, doğuşu çətinləşdirdiyini qeyd edirdilər. SEVGİ DAŞI XV əsrə qədər krallara özəl olan, onların güclərinin,
64
cəsarətlərinin və məğlubedilməzliyinin rəmzi sayılan almazlar həmin vaxtdan etibarən, həm də əbədi sevginin simvolu statusunu qazanır. 1477-ci ildə Avstriya hersoqu Maksimilian nişanlısı Mariya Burqundskayaya almaz qaşlı üzük hədiyyə edir. Həmin dövrdə Hindistandan gətirilmiş bu daşlar Avropa saraylarında geniş yayılaraq nişan üzüklərini bəzəməyə başlayır. Orta əsrlərdə almaz ərin öz qadınına olan sevgisini artırmaq gücünə malik tilsim hesab olunurdu. Hətta yunanların sevgi Tanrısı Erosun oxunun başlığının da almazdan ibarət olduğuna dair güclü inanc var idi. MÜSBƏT EMOSİYA MƏNBƏYİ Yer üzünün ən sərt, davamlı və parlaq maddəsi olan almazın insana bayram, şənlik əhval-ruhiyyəsi gətirdiyini deyirlər. Almaz müsbət emosiya mənbəyi sayılır. Onun enerjisinin ürəyə və beynə xeyri olduğunu, əsəb sistemini sakitləşdirdiyini, psixi xəstəlikləri, yuxusuzluğu aradan qaldırdığını qeyd edirlər. Almazın sahibinə uğur gətirməsi, xəstəliklərdən, zədələrdən və yaralardan qoruması haq-
da inanclar var. Almaz orqanizmi sakitləşdirir, tənəffüs orqanlarını qoruyur. Qan zəhərlənmələrinə qarşı təsiri var. Amma almaz həm də “öldürən gözəllik”dir... “QATİL” BRİLYANT “Parlaq və gözqamaşdırıcı” pərdəsi altında brilyantın qətl üçün alət olması barədə yəqin ki, çox az insanın məlumatı var. Siz necə, brilyantın kimyəvi tərkibində çox güclü “zəhər”in olduğunu bilirdinizmi? Qədimdə hesab edirdilər və indi də təkidlə bildirirlər ki, bu çox sevimli və qiymətli daşı ağızda saxlamaq həyat üçün təhlükəlidir. Hələ orta əsrlərdə insanlar almazın bu “öldürücü” xüsusiyyətindən xəbərdar idilər. Tarixi əsərlərdə verilən məlumatlara əsasən, hətta bəzi imperatorlar, hakimlər də almazdakı “qatil”in xidmətlərindən tez-tez istifadə edirdilər; öz brilyant üzüklərini əlaltılarından birinə verərək söyləyirdilər: “Bu, filankəsin ölümünün qiymətidir”. Deyirlər ki, hakimlərin xüsusi təlimli “muzdlu qatillər”i almaz tozunu su ilə qarışdıraraq öz qurbanlarına verir və onlar da tədricən əzab-əziyyətlə ölürdülər.
NADİR VƏ QİYMƏTLİ 1995-ci ildən bəri almaz yüksək temperatur və təzyiq üsulu ilə süni şəkildə də alınır. Lakin təbii almaz sünidən qat-qat qiymətlidir. Ona görə də əsl brilyantlar hər zaman böyük rəğbət görür. Əslində brilyant sözü material deyil, almazın cilalanmış formasının adıdır. Keyfiyyətli bir brilyant seçmək istərkən zəruri olan əsas özəllikləri – karat ağırlığı, təmizlik, rəng və cilalanma xüsusiyyətlərini nəzərə almaq gərəkdir. Brilyantın dəyəri nadir olmasına, qiyməti isə qeyd edilən dörd özəlliyinə bağlıdır. Karat ağırlığı. Bir karat 200 milliqrama (0,2 qram) bərabərdir. Digər daşların təyinində istifadə olunan karat miqdarları ilə brilyantın karat ölçüsü fərqlidir. Məsələn, karat əyar ölçüsü kimi qızıl xəlitəsinin keyfiyyətini bildirir, brilyantda isə kütlə (ağırlıq) mənasında işlənir. Təmizlik. Brilyantın təmizliyi ləkələrinə baxılaraq təyin edilir. Demək olar ki, bütün brilyantlarda onları təşkil edən karbon kristallarının kiçik izlərinə rast gəlinir. Lakin bu ləkələrin çoxu mikroskopik olduğu üçün adi gözlə baxdıqda görünmür. Ləkələr ancaq çox qüvvətli xüsusi alət
65
ДАШ-ГАШ
Hazırda dünyanın bir çox altında seçilə bilər. Bir brilyantın SAXTA, YOXSA ƏSL? ölkələri qiymətli almaz yaləkələri nə qədər azdırsa, deməli, 1. Əgər sürtdükdə üzərində sıyrıntı qalartaqları ilə zəngindir. Amma o, nadir tapılandır. sa, sizin brilyantınız saxtadır. Əsl brilyantda almazçıxarma üzrə lider Rəng. Brilyantın rəngləri ağın heç vaxt cızıq yaranmır. ölkələr Botsvana, Rusiya, müxtəlif tonlarından ibarətdir. 2. Ovcunuzda saxladıqda isinirsə, o, saxKanada, Cənubi Afrika ResDigər tərəfdən, çox nadir tapılan tadır. Həqiqi brilyant hər zaman soyuq olur. publikası, Anqola, Namibiya, rənglərdə “fantazi” adlanan bril3. Ağ kağız üzərində düz xətt çəkərək Tanzaniyadır. yantlar da vardır. Bunlar çəhrayı, brilyantı onun üzərinə qoyun. Əgər xətdə mavi, sarı və bir çox başqa əyrilik yaranmırsa, həmin brilyant saxtadır. rənglərdə olur. Rəngli brilyantÇünki əsl brilyant mütləq xətti sındırmalı və ŞAM ALOVUNDA lar arasında xüsusi yer tutan, əyri göstərməlidir. TAPILAN ALMAZ ən nadir və qiymətli olanlar qara 4. Brilyantı su ilə dolu stəkana salın. Bu Kimsə indiyə kimi şam brilyantlardır. Onlar çox nadir tazaman əsl brilyant görünməyəcək, adi daşalovunun nədən təşkil olunpıldığından qiyməti digərlərinə lar isə görünür. duğu haqda düşünübmü? nisbətən daha bahalı olur. Şotlandiyanın Sent-Endryu Cilalanma. Digər xüsusiyyətləri Universitetinin alimlərini bu təbiətdən gəlsə də, cilalanma brilsual maraqlandırıb. Araşdırmalar zamanı məlum olub ki, yantın üzərində insan əli ilə yaradılan tək özəllikdir. Brilşam alovunda almaz nanohissəcikləri də var. Həmçinin yant qüsursuz rəng və təmizliyə malik olsa da, pis cilalano da aydın olub ki, bir saniyə ərzində yarım milyona yama nəticəsində gözəlliyini itirə bilər. xın almaz nanohissəcikləri əmələ gəlir. Ancaq sonda onlar hava oksigeni ilə təmas nəticəsində karbon qazına DÜNYANIN “BRİLYANT PAYTAXT”I çevrilirlər. Alimlər əminliklə qeyd edirlər ki, bu kəşf xırda Belçikanın Antverpen şəhəri hazırda dünyanın ən iri almaz hissəciklərini toplayaraq tam bir almaz formalaşdıralmaz ticarəti mərkəzidir və burada almaz bazarının illik mağa imkan yaradacaq. dövriyyəsi 23 milyard dollardan çoxdur. Bu səbəbdən də Rəna KƏRİMOVA Antverpen şəhəri dünyanın “Brilyant paytaxt”ı adlanır.
66
67
ТАРИХИ-НАДИР
СЦБУТЛУ ВЯ ДЯЛИЛЛИ-ФАРИЗ Amasyanın Saraydüzü Kışla binasındakı sərgi
F
ariz Xəllili ilə ilk tanışlığımız Tarix Muzeyin dən başladı. Orada keçirilən bir tədbirdə diqqətimi cəlb etdi... Gözlərindən bəlli olan sənətə duyduğu sevgisi ilə... Onun gördüyü işlərdən həvəslə danışmağı sadəcə hesabat xarakter li nitq deyildi; bu, öz sənətinin vurğunu olan bir gən cin ürəkdolusu ictimaiyyəti bilgiləndirmək istəyi idi. Elə ilk görüşdən məndə onun savadına, davranışına, bacarığına xüsusi rəğbət oyandı. Gördüyü işlərlə ya xından tanış olduqca isə ona hörmətim daha da art dı. “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, gənc alim Fariz Xəlilli ilə söhbətimiz də onun həyata keçirdiyi işlərdən danışdıq.
68
ХЯЛИЛЛИ
D.A. – Arxeoloji turizim nədir? Bir termin kimi nə vaxtdan işlədilir? F.X. – Bu terminin mənası arxeoloji abidələrin turist lərə obyekt kimi təqdim edilməsidir. Yəni turistlər arxeo loji abidələrə tamaşa etməklə yanaşı, orada istirahət də edə bilərlər. Həm də onlar arxeoloji qazıntılarda iştirak etmək imkanı qazanırlar. Bu müştərinin əvvəlcədən tur üçün ödədiyi məbləğdən asılı olur. Mədəniyyət və Turi zim Nazirliyi və ya bu işlə məşğul olan hansısa bir quruma müraciət etmiş şəxs əvvəlcə həkim müayinəsindən keçiri lir; soyuğa, istiyə, günəşə davamlılığı yoxlanılır. Yalnız on dan sonra marağı və istəyi olan hər kəs bu turlarda iştirak edə bilir. Elələri də var ki, ekspedisiyalara yalnız bir günlük qoşulurlar. Bundan əlavə, insanların rahatlığı və eləcə də turizm biznesinin yaxşı inkişafı üçün arxeoloji məkanlar da lazımi infrastruktur yaradılmalı, turizim kompleksi ha lına salınmalıdır; burada yemək, istirahət imkanları təchiz edilməlidir. Arxeoloji turizim termin kimi ilk dəfə Yunanıstanda kı abidələrə səyahətin təşkil olunması əsasında yaranıb.
Ağsu; arxeoloji qazıntı zamanı. Şakir Eminbəyli, Fariz Xəlilli
Sonralar isə İsrail, İtaliya arxeoloji turizmi inkişaf etdirən ölkələr sırasına daxil olub. Hazırda dörd ildən bir bu mövzu ilə bağlı beynəlxalq konfranslar keçirilir. Məsələn, üç il əvvəl arxeoloji turizmlə bağlı beynəlxalq konfrans Peru nun Lima şəhərində keçirildi. Təəssüf ki, biz həmin konf ransda iştirak edə bilmədik. Amma hazırda bu sahənin elmi əsasları üzərində ciddi işlər aparılır. D.A. – Bəs siz neçənci ildən bu işlə məşğulsu nuz? Sizin üçün arxeoloji turizim nə vaxtdan bəri va cib məsələyə çevrilib? F.X. – Mən 2008-ci ildən etibarən bu işlə məşğulam. Bayaq qeyd etdiyim kimi, Dördüncü Beynəlxalq Turizim Konfransından sonra bu məsələ ilə daha yaxından və mütəmadi məşğul olmağa başladıq. Hətta biz həmin konf ransa “Alban qapıları” adlı bir turizim layihəsi ilə qatılmış dıq. Bu layihədə Dərbənddən Bakıya qədər olan ərazidəki abidələr turistlərə nümayiş olunurdu. Layihəni Mədəniy yət və Turizim Nazirliyinə təqdim etsək də, iştirakçı ola bil mədik. Amma bu işi dayandırmadıq və 2010-cu ilin mart ayında “Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksi”
adlı layihə ilə bir neçə yerə müraciət etdik və müsbət ca vab aldıqdan sonra Ağsuda arxeoloji qazıntılara başladıq. İndi də həmin layihə ilə bağlı maraqlı və fərqli müzakirələr davam edir. D.A. – “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi nə vaxt yarandı? Məqsəd və qarşıda duran vəzifələriniz nədən ibarətdir? F.X. – “Miras” 2010-cu ilin yanvar ayında yaradılıb və elə həmin ilin mart ayında Ədliyyə Nazirliyində qeydiyyat dan keçib. Əslində təşkilat yaranmamışdan öncə görülə cək işlərin planı vardı. Birliyin yaranması bizə təşkilatlan mış şəkildə hərəkət etməyə imkan verdi. Onu da qeyd edim ki, biz tək deyilik. Ətrafımıza xeyli sayda tarixçilər, epiqraflar, etnoqraflar, memarlar, rəssamlar və başqa ixtisas sahiblərini cəlb etmişik. Birlikdə yeni layihələr və ide yalar üzərində çalışırıq. “Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksi” layihəmiz gerçəkləşib, “Muradxan də finəsi” haqqında bir kataloq hazırlamışıq, “Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” adlı layihə miz isə QHT-lərə Dəstək Şurası tərəfindən dəstəklənib.
69
ТАРИХИ-НАДИР
“Miras ” İctimai Birliyi məqsədlərinə çatmaq üçün mə dəni irsin öyrənilməsi üzrə elmi tədqiqat işlərinin aparıl masına kömək etmək, milli və mənəvi dəyərlərimizin öyrənilməsinə və təbliğinə çalışmaq, tarixi abidələrin və digər obyektlərin təmiri və bərpasına yardım etmək, yad dan çıxmış adət-ənənələrimizi öyrənmək və gənc nəsilə çatdırmaq vəzifələrini həyata keçirir. Nəzərdə tutulan bu vəzifələri reallaşdırmaq üçün müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, xeyriyyə marafonları, digər mədəni-kütləvi tədbirlər keçiririk. D.A. – “Orta əsr Ağsu şəhəri” arxeoloji turizm kompleksi ilə bağlı layihəniz, doğrudan da, marağa səbəb oldu. Bir az da bu haqda danışaq... F.X. – Bu gün bütün dünyada maraq doğuran turistik yerlər məhz arxeoloji qazıntılar zamanı üzə çıxan mədə niyyət abidələridir. Qədim tarix həmişə cəlbedici olub, indi də diqqət çəkir. İstər böyük şəhərlərə, istərsə də kiçik şə hər və qəsəbələrə yolu düşən turistlərin gözü yer altında aşkar olunan tapıntıları axtarır. Muzeylərdə mühafizə və nümayiş olunan arxeoloji materiallar da bu baxımdan çox
70
əhəmiyyətlidir. 2010-cu ilin mart ayından etibarən “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin tə şəbbüsü və Ağsu ziyalılarının yaxından dəstəyi ilə “Orta əsr Ağsu şəhəri” Arxeoloji Turizm Kompleksi layihəsinin həyata keçirilməsinə başladıq. Məqsədimiz təbii ki, hər zamankı kimi Azərbaycanın turizm marşrutlarından kə narda qalmış Ağsu rayonunun tarixi abidələrini tədqiq etmək və nümayişə hazır vəziyyətə gətirməklə turistlərin diqqətini bu bölgəyə çəkmək idi. Şəhər ərazisi plan etibarilə düzbucaqlı formada olmaq la təqribən 40 hektar sahəni əhatə edir. Ətrafı dərin xən dək və val şəklində olan çox möhtəşəm müdafiə sistemi ilə möhkəmləndirilib. Cənub divarlarının uzunluğu 632,6, şimal divarlarının uzunluğu 629,5, şərq divarlarının uzun luğu 637,3, qərb divarlarının uzunluğu isə 630 metrdir. Onu da qeyd edim ki, “Orta əsr Ağsu şəhəri arxeoloji tu rizm kompleksi” layihəsi çərçivəsində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyi birgə fəaliyyət göstərib. 9000 kv.m sahədə qazıntı işləri aparılıb. Bu proses çox maraqlı və məhsuldar keçdi. XVIII əs
“Ağsu möcüzəsi” sərgisi, Amasya
rə aid çoxlu tikinti qalıqları, zəngin maddi-mədəniyyət nümunələri aşkara çıxarıldı. Tapıntılar içərisində çoxsay lı numizmatik materiallar, nadir sənət nümunələri, habelə Ağsu şəhərinin dünyanın bir sıra ölkələri və şəhərləri ilə olan ticarət və mədəni əlaqələrindən xəbər verən digər materiallar var. Ekspedisya üzvlərinin, memarların və İtaliyadan dəvət etdiyimiz konservasiya üzrə mütəxəssislərin birgə hazır ladıqları layihəyə görə tədqiqi başa çatmış 600 və 2500 kv.m.-lik qazıntı sahələrinin üzəri yağış, qar, günəş və küləkdən qorumaq üçün örtülmüşdür. Örtük davamlı olub, yağış və qar sularına, küləyə dözümlüdür. Həmin ərazini hər zaman ziyarət etmək imkanı vardır, qazıntı sahəsində virtual görüntülərdən isitifadə edilir. Sənətkarlıq məhəllə si olduğu kimi saxlanılır, aşkar olunan maddi mədəniyyət nümunələri yerindəcə nümayiş etdirilir. D.A. – Qarşıya çıxan hansı problemlər var? Bu gün daha yaxşı fəaliyyət göstərmək üçün sizə nələr mane olur? F.X. – Bizim ən böyük problemimiz dəstəklə bağlıdır. Turlar təşkil etmək, layihələr həyata keçirmək üçün agent liklərə müraciətlərimiz cavabsız qalır. Amma bunlar nor maldır və ruhdan düşmürük. Bizə daha çox dövlət struk turları dəstək olur. Məsələn, Mədəniyyət və Turizim Na zirliyi, AMEA, Ağsu Rayon İcra Hakimiyyəti bizə yaxından köməklik edir. D.A. – Bu yaxınlarda Amasyada səfərdə oldunuz.
Həmin səfər də arxeoloji turizmlə bağlı idimi? F.X. – Amasya səfərimiz birbaşa arxeoloji turizmlə əlaqədar deyildi. Bu səfər orta əsr Ağsu şəhərində aparılan arxeoloji qazıntıların nəticələrinin ilk dəfə xarici bir ölkədə təqdimatına həsr olunmuşdu. Səyyar sərgi kimi düşündüyümüz “Ağsu möcüzəsi”nin Amasyadan başlaması burada yaşayan Azərbaycan türklərinin sayca çoxluğundan irəli gəlirdi. Maraqlıdır ki, Amasya həm də şirvanlıların yurdu kimi tanınır. Çünki Mövlanə İsmayıl Siracəddin Şirvanidən başlayaraq bura gələn Azərbaycan türkləri “şirvanlılar” kimi tanınmışlar. Azərbaycanın müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş sərgi oktyabr ayının 14-də Amasya şəhərindəki Saray Qışla Kültür Mərkəzində açılmışdı. Sərgini “Miras” İctimai Birliyi və Amasya Memarlar Odası birgə təşkil etmişdi. Orta əsr Ağsu arxeoloji qazıntılarının təsvir edildiyi rəsm və fotolar Trabzonda da nümayiş olundu. Həmin materiallar Trabzonda keçirilən II Qara dəniz Turizm və Səyahət Sərgisində təqdim edildi. Nöbvəti tədbirimizin isə Kiprdə keçirilməsi nəzərə alınıb. Ümumiyyətlə, bundan sonra da müxtəlif sərgi və tədbirlərdə Azərbaycanın arexoloji irsini tanıtmağa davam edəcəyik. Gülnar MAYİSQIZI
71
ИКИНЪИ БИРИНЪИЛЯР
Artıq 46 ildir ki, evli olan De visinqhlərin bu nigahdan iki öv ladları var. Dost larının dediyinə görə, ailə çox konservativ kök lərə əsaslanır.
ЙЫХЫЛАН ЕВИН ДИРЯЙИ
ДЕВИСИНГЩ ШЕКЩАВАТ
H
indistanda 25 iyul 2007-ci il prezident seç kilərinin nəticələri açıqlananda seçki ko mitəsinin sədri də daxil olmaqla, elə bir hindli qalmadı ki, damarında qanı don masın. Klassik Şərq təfəkkürlü yarımadaya bundan sonra qadın prezident başçılıq edəcəkdi. Düzdür, 1966-77-ci, 80-84-cü illərdə İndira Qandinin simasın da Hindistan qadın hökmünü baş nazir kimi də olsa, hiss etmişdi, yaşamışdı. Lakin bu dəfə qadın yalnız siyasət və iqtisadiyyata yox, silahlı qüvvələr də daxil olmaqla, bütün Hindistana rəhbərlik edəcəkdi. 73 yaşlı Pratibha Devisinqh Patil siyasi arenaya
72
hələ ötən əsrin 70-ci illərində parlament deputatı ola raq gəlmişdi və daha sonralar nazir kimi bir sıra par laq və radikal layihələrə imza atmışdı. Yəqin elə buna görə Hindistan onu prezident kimi çox tez qəbul etdi. Amma insanların öyrəşmədiyi bir məqam vardı, pre zidentin əri... Məsələ burasındadır ki, min illərlə döv lətçilik tarixi olan Hindistan bu günə qədər kişinin fonunda görünən qadınlara adət etmişdi. Amma indi Hindistanın idarə edildiyi o məhşur evdə ərin ikinci planda olması qəribə görünürdü. Bu, sözün əsl mə nasında, hind ailə stereotipinə zidd idi.
Maraqlıdır ki, bu günə qə dər xanım Patili saridən başqa geyimdə görən olmayıb. Cənab Devisinqh də bü tün rəsmi tədbir lərdə Hindistanın milli geyimlərin də olur. Hətta bəziləri ölkənin birinci ailəsini “milli geyim kol leksiyası” kimi zarafat hədəfinə çevirirlər.
“AİLƏMİZİN RƏİSİ MƏN ÖZÜMƏM!” Professor Devisinqh Şekhavata yaranan mürəkkəb vəziyyətdən uğurla çıxış yolu tapmağa onun şərəfli keç mişi kömək olur. Belə ki, professor siyasətdə xanımından daha əvvəl tanınırdı. Düzdür, onun fəaliyyətinin pik nöq təsi bələdiyyə sədrliyi, Amravati şəhərinin merliyi və Milli Assambleya üzvlüyü ilə məhdudlaşmışdı. Amma cənab Şekhavatın parlamentdəki alovlu çıxışları, demək olar ki, bütün Hindistanın yaddaşına həkk olunmuşdu. Buna bax mayaraq, hindlilər sevimli deputatlarını kölgədə, həm də qadın kölgəsində görmək istəmirdilər. Hindistanın yeni bi rinci kişisinin kəskin mövqeyi onun köməyinə çatdı – “Mə nim xanımım adi insan deyil, o, bizim hər birimizin pre zidentidir. Amma ailədə o sadəcə uşaqlarımın anasıdır. Əmin olun ki, mənim üzərimdə hiss etdiyiniz o kölgə həyat yoldaşımın yox, prezident vəzifəsinin kölgəsidir. İstənilən halda ailəmizin rəisi mən özüməm!”. PROTOKOL QURBANINA ÇEVRİLMƏYİB Yayılan xəbərlər xanım Pratibha Devisinqh Patilin də
diqqətindən yayınmırdı. Maraqlıdır ki, hakimiyyətdə oldu ğu bu illər ərzində xanım prezident əri – daha çox Hindis tanın birinci kişisi statusu ilə gündəmdə qalan cənab Şek havat barədə bir kəlmə də danışmayıb. Əvəzində demək olar ki, bütün görüşlərdə birinci hindli centlmen onun ya nında olur. Amma avropalı həmkarlarından fərqli olaraq, cənab Şekhavat heç vaxt protokol qurbanına çevrilməyib. Qərbin siyasi analitikləri bunu Hindistan prezidentinin sə fərlərə az meylli olması ilə izah edirlər. Lakin Hindistanın siyasi dəhlizlərində bu fikirlər qəbul edilmir. Düzdür, pre zidentin xarici səfərləri barmaqla sayılacaq qədər azdır, əvəzində paytaxt Dehli kifayət qədər qonaq-qaralı olur. CENTLMENSAYAĞI İSTİR AHƏT Professor Devisinqh Şekhavat hind mediasının dostu sayılır. Şəxsi həyatı barədə nə qədər az danışmağa çalış sa da, jurnalistlərlə sıx təmasları onun bu istiqamətdə bir sıra sirlərini faş edib. Məsələn, məlum olub ki, Hindistanın birinci kişisi çılğın kriket həvəskarıdır. Artıq yaşı 80-i haq layan birinci centlmen bütün oyunları izləyir. Elə bu sə
73
ИКИНЪИ БИРИНЪИЛЯР
bəbdən də, həyat yoldaşı – Hindistanın prezidenti – bəzən bazar günlərini kriket tribunalarında keçirməli olur. Bun dan başqa, hindli centlmenin kitab və şahmat həvəskarı olduğu da bildirilir. Onun nəhəng kitabxanasının olması Hindistanda uşaqdan-böyüyə hər kəsə məlumdur. Amma bu, o demək deyil ki, Hindistanın birinci cütlüyü günlərini əksərən kriket və ya şahmata həsr edirlər. Cütlüyü tez-tez xeyiriyyə tədbirlərində, uşaq və qocalar evində də görmək
olar. İşdən kənar olduğu üçün bu məkanlarda xanım Devi sinqh ikinci dərəcəli insan kimi görünməyə üstünlük verir. Təsadüfən onların izini aşkarlayıb xeyriyyə tədbirini işıq landırmağa nail olan jurnalist isə ertəsi gün qəzetdə dərc edilən fotonun altında təqribən belə bir başlıq verir: “Cə nab Devisinqh Şekhavat xanımı ilə filan uşaq evində…”. Bəhruz HEYDƏRİ
Cənab Devisinqh xanımının prezident seçilməsindən sonra aktiv siyasətdən ayrılmalı olsa da, Hindistan Xalq Partiyasının bütün əsas tədbirlərində müşahidəçi kimi iştirak etməyi sevir. Hətta bəziləri onun siyasətə qayıda cağını düşünməklə kifayətlənməyərək ona potensial pre zident kimi baxırlar.
74
75 75
reklam
АХЫ ДЦНЙА ФЫРЛАНЫР...
Hindistanın başqa şəhərləri ilə müqayisədə Mumbaidə həyat səviyyəsi nisbətən yüksəkdir. Çoxlu iş yerlərinin olması buraya Orta Asiyadan işçi qüvvəsinin axın etməsinə şərait yaradıb. Bu da öz növbəsində kişilərin sayında artıma səbəb olub. Ümumilikdə isə Mumbaidə 17 milyon əhali yaşayır.
ЩЯР МАЩАЛЫН ЮЗ ТАЪЫ ЩЯР ТАЪЫН ЮЗ МАЩАЛЫ
H
Ərazi Əhali Paytaxt Dövlət quruluşu Pul vahidi Internet TLD
76
9,56 milyon km2 1,195,000,000 Yeni Dehli Federativ respublika Hind rupisi .in
indlilər arasında belə bir deyim var: “Hin distana ən qısa yol Bombeydən keçir”. Biz də vaxt itirmədən birbaşa bu şəhərdən başlayaq.
TOPONİMİ XVI əsrdə bura ayaq basan portuqallar əlverişli təbii li manları görərək şəhərə “Bomb bai” yəni “əlverişli körfəz” adını veriblər. Daha sonra ingilis hökmranlığı zamanı şə hərin adı dəyişdirilərək Bombey olub. 1995-ci ildən isə hind ilahəsi Mumbanın şərəfinə Mumbai adlandırılsa da, bu şəhər üçün hər iki ad keçərlidir. Mumbai hava limanından çıxdıqda insan sanki “tə bəssüm dənizində boğulur”. Yüzlərlə insan sənə baxır və köhnə dost kimi başlarını hindlilərə xas formada sağa-so la yelləyə-yelləyə salamlaşır. Bir də onda ayılırsan ki, səni təbəssümü ilə izləyən bu insanlardan biri çantalarını ala raq maşınına daşıyır və artıq onun taksisində Bombeyə doğru yol almısan.
Dünyanın ən gözəl və möhtəşəm türbəsi olan Tac Mahalın divarları həqiqi xəzinə daş-qaşlarıyla örtülüdür. Yüz minlərcə əqiq, sədəf, firuzədən istifadə edilən divarlarda 42 zümrüd, 142 yaqut, 625 brilyant, 50 inci də vardır.
İNƏKLƏR SƏLTƏNƏTİ - MUMBAİ Bombey rəsmi olaraq dünyanın 3-cü ən böyük şəhəri sayılır. Amma qeyri-leqal məskunlaşmalar hesabına, hət ta qərbli demoqraflar da Mumbainin dünyanın ən sıx əhali yaşayan şəhəri olduğu qənaətindədirlər. Şəhərin rəsmi əhalisi 13 milyon olsa da, burada qeydiyyatsız 30 mil yondan artıq hindli yaşayır. Bu da təbii ki, öz növbəsində Mumbainin sosial-iqtisadi vəziyyətinə təsirsiz ötüşməyib. Təsadüfi deyil ki, paytaxt Dehli olsa da, Hindistanın mədə niyyət, incəsənət, ticarət, maliyyə və sosial mərkəzi Bom bey hesab edilir. Bombey həm də Bollivuda – yəni hind kino sənayesinin mərkəzinə də ev sahibliyi edir. Bombey milyonlarla insanın sığındığı on minlərlə gecəqondular dan müasir göydələnlərə qədər uzanan bir meqapolisdir. Şəhər əvvəllər yeddi kiçik adadan ibarət olsa da, ingilis lər XVIII əsrdə həmin adaları birləşdirdikləri üçün bu gün Bombeyin əsas hissəsi yarımadada yerləşir. Küçələri ge nişdir, amma günün istənilən çağında yollarda tıxacdır. Ən
çox tıxac küçələrdə sahibsiz dolaşan inəklərlə əlaqədar yaranır. Hindistanda mövcud 5 böyük dinin üçünün tələbi nə görə inəklər müqəddəs ilahənin ruhunun daşıyıcıları dır. Nə inəklərin ətini yemək, nə də onları narahat etmək olmaz. Ona görə də Bombey küçələrində asfaltın üzə rində uzanıb gövşəyən və beləliklə də hərəkəti iflic edən inəkləri görmək adi haldır. Yerli orqanlar yeganə əlacı yolların kənarına inəklərin aşıb keçə bilməyəcəyi hasarlar qoymaqda görür. DİNİ QANUN – QANUNİ-DİN Hindistan dinlərindən söz düşmüşkən, hazırda ölkədə Hindu, İslam, Xristian, Cainizm, Sihizm kimi dinlər daha çox təşəkkül tapsa da, ayrı-ayrı bölgələrdə bir-birindən çox fərqli minlərlə lokal din və inanclar yayılıb. Din Hin distanda siyasətdən məişətə qədər hər bir sahədə ciddi təsirə malikdir. Məsələn, bu ölkədə seçkilər dini rituallar sız faktiki olaraq legitim sayılmır. Düzdür, bunlar heç bir
77
АХЫ ДЦНЙА ФЫРЛАНЫР...
Hindistanda əhalinin 83 faizi induistlərdir. İnduizm Cammu, Kaşmir və yeni yaranmış Naqalend istisna olmaqla, Hindistanın bütün ştatlarında hakim din hesab olunur. Hindistanın müsəlman əhalisi 11 faiz təşkil edir. Burada 3-cü böyük dini qrup xristianlardır (əhalinin 3 %-i). Bundan başqa, Hindistanda baptistlər (2,1 mln.), lüteranlar (1,1mln.), buddistlər ( 3,8 mln.) də yaşayır. Hindistanda çox kiçik dini qrup halında zərdüştilərfarslar (İrandan VII- XII əsrlərdə İslam tərəfdarlarının təzyiqindən qaçıb gələnlərin nəsilləri) da vardır.
normativ aktda təsbit olunmayıb, amma istənilən halda bu ölkənin qanunları heç də adət normalarından üstün deyil. Təsəvvür edin ki, bəzi ştatlarda dövlət orqanları dini ni gah olmadan evliliyi qeydiyyata almır. Yeri gəlmişkən, onu da deyək ki, Hindistan 28 suveren ştatdan təşkil edilib. Hər bir ştat müstəqil idarəçilik sisteminə malikdir. Düzdür, Orissa, Tripura kimi əyalətlərdə bürokratik əngəllər və rüşvətxorluqla üzləşsək də, ümumilikdə Hindistan sözün əsl mənasında, özünəməxsus demokratik bir cəmiyyət
78
qura bilib. Din, adətlər və sosial vəziyyətlər bəzən əha li arasında uçurum səviyyəsində fərq yaratsa da, 2 amil hindliləri bir-birilərinə möhkəm bağlayır: kino və musiqi. Hindistanda keçirdiyimiz 11 gün ərzində oxumayan insana demək olar ki, rast gəlmədik. Hətta ölkənin Daxili İşlər Na zirliyində nazirin də köhnə musiqilərdən birini zümzümə etməsinin şahidi olduq.
HİNDİSTAN FİLMİ Kino hindlilərin ən böyük sərvətidir. Bu gün bütün dünya üzrə çəkilən filmlərin 1/6-i Hindistanda, burada çəki lən filmlərin isə 1/4-i Bollivudda istehsal olunur. Təsəvvür edin, Hindistanın ən ucqar şəhərlərindən olan Agartala dakı 3 kinoteatrın hər birində gün ərzində 4 seans film nümayiş etdirilir, hər bir seansda da zallar ağzına qədər dolu olur. Kino hindlilərin həyatına ən azı din qədər daxil
olub. Ölkədə elə bir ailə yoxdur ki, uşağına film qəhrə manlarının adını qoymasın. Bəhruz HEYDƏRİ P.S. Hindistanda 40-a yaxın azərbaycanlı yaşayır. Azərbaycandakı hindlilərin sayı isə 400-dən artıqdır. Və Azərbaycan Hindistanın 1/4-i qədər belə deyil!
Hind kinematoqrafiyasının yaranma tarixi 1900-cü ildə Kəlküttə və Bombey şəhərlərində canlanmış fotoşəkillərə bənzəyən ilk süjetlərin çəkildiyi vaxtdan hesablanır. Həmin tarixdən iyirmi il sonra hind kinosu artıq ictimaiyyət tərəfindən sevilməyə başladı. Ölkədə milli dildə filmlər çəkildi, onlarla birlikdə ilk kino ulduzları, kadrarxası mahnıları oxuyan müğənnilər meydana gəldi.
79
АХЫ ДЦНЙА ФЫРЛАНЫР...
ШAЩЗАДЯЛЯР ШЯЩЯРИ
T
arixin, mədəni irsin qorunub saxlanıldığı “Şahzadələr şəhəri”nə səfərim xatirələrimdə silinməz izlər yaratdı. Öz şəhərlərinə, tarixlərinə bu qədər hörmətlə yanaşan amasyalılar, doğrusu, məndə rəğbət və qibtə hissi oyatdı. Hər daşında, hər küçəsində, hər binasında qorunub saxlanılan tarixin ünsürləri, keçmişlərinə sevgi və hörmətin dərinliyi, müqəddəsliyi dönə-dönə əks olunurdu. “Mən də ŞİRVANLIYAM” kəlməsi burada səfərdə olduğum zaman ərzində mənim üçün ən doğma sözlərdən birinə çevrildi. Tarixi keçmişini qorumağa çalışan bu qədim şəhərin əksər yerlərini gəzdik, amma müasir, avanqard stildə, qeyri-adi binalara az rast gəldik. Amasyaya yuxarıdan nəzər saldıqda isə qırmızı kərpicli binaların şəhərə verdiyi gözəllik diqqəti cəlb edir. Belə ki, bütün binaların üzəri qırmızı
80
kərpiclə örtülüb. Burada binalar restavrasiya olunduqda onlara çox böyük həssaslıqla yanaşılır. Təmir işləri zamanı qədimliyə xələl gətirilmədən binaların keçmiş forması yenidən bərpa olunur. Bu da şəhərə özünəməxsus gözəllik və ab-hava verir. Xatırladım ki, Amasya Türkiyənin Orta Anadolu bölgəsində, paytaxt Ankara və Qara dəniz sahilindəki Samsun şəhəri arasında yerləşən bir vilayətidir. Bu şəhər saysız elm və mədəniyyət xadimlərinin, sənətkarların, şairlərin vətəni olması ilə qürur duyur. AMASYA ADININ MƏNŞƏYİ Amasya adının mənşəyi ilə bağlı müxtəlif fikirlər var. Deyilənə görə, bu şəhərin yaradıcısı Hitit krallarından Amas xan adlı biri olmuşdur. O, şəhəri Amasit adı ilə qurmuşdur. Ümumiyyətlə, şəhərin yaradıcısının kimliyi
Bir şəhər var… İki dağın ara sındadır bu şəhər. Yaşılırmağın iki sahilində yerləşən bu şəhər sübh tezdən oyanır, gündüzlə ri yaşayır, gecələri bərq vurur, parıldayır... Gözəlliyi, tarixi ilə heyrət do ğurur bu şəhər… Şəhərin mər kəzində sizi Yaşılırmağın sahilinə səpələnmiş miniatür incəliyin dəki evlər qarşılayır… Bu evləri gördükdə birinci təəccüblənirsən, sonra heyranlıq duyursan və nə hayət, gözəlliyinə vurulursan…
Amasya qədim bir yaşa yış məskənidir. Bu şəhərin hər küncündə, arxeoloji əsərlərdə bu keçmişin izlərini açıq-aydın görə bilərsiniz. Qədim Anadolu mədəniyyətiilə yanaşı, türk tarixi və şüurunun həyat bulduğu yerdir burası...
müxtəlif mənbələrdə fərqli şəkildə qeyd edilmişdir. Hətta bəzi mənbələrdə şəhərin yaradıcısının Amamis adlı Misir hökmdarı olduğu və Amasya sözünün də onun adından götürüldüyü bildirilir. Marşal Moltkenin “Şərq xatirələri” adlı əsərində isə Amasya Amezdi və Amezus şəklində qeyd edilib. Amasya adının açıq şəkildə oxunduğu Sasani və Roma İmperiyalarında hazırlanan gümüş və bürünc sikkələr üzərində bu ad Amaccia kimi həkk olunub. Amasya sözünün öz mənşəyini əfsanəvi qadın savaşçı, Amazon kraliçası “Amasseia”dan götürdüyü də mənbələrdə öz əksini tapıb. Vaxtilə Amasyada almaz daşlarının çıxdığına görə bu şəhərə “Elmasya” deyildiyi də rəvayətlər arasındadır. TARİXİ Amasya qədim tarixə malik bir şəhərdir. Burada in-
sanların ilk məskunlaşması 7500 il əvvələ təsadüf edir. Minilliklər boyunca bu torpaqlarda hititlər, friglər, kimmerlər yaşamış, Lidiya, Roma, Bizans, Səlcuq imperiyalarının tərkibinə daxil olmuşdur. Bu qədim şəhər və ətrafındakı bölgələr müxtəlif zamanlarda Qafqazdan, Balkan yarımadasından və Krımdan çoxlu türk köçlərinə qucaq açmışdır. Osmanlıya Azərbaycan türklərinin birinci köç dalğası 1863-cü ildən başlamışdır. Çar imperiyası Qafqazda siyasi üsul-idarəni həddən artıq sərtləşdirdiyindən Qafqazda yeni torpaq islahatları adı altında müsəlman türklərin sıxışdırılması zamanı Amasyaya Azərbaycandan böyükmiqyaslı köçlər başlamışdı. Azərbaycan türklərinin Amasyaya ikinci köçü 1890-1925-ci illəri əhatə edir. Bu köç zamanı Amasyaya və ətraf bölgələrə Azərbaycandan yüzlərcə ailə mühacirət etmişdir. Cümhuriyyətin süqutu və faciələr burulğanından
81
АХЫ ДЦНЙА ФЫРЛАНЫР...
doğan üçüncü və sonuncu köç dalğası isə 1920-1945-ci illərə təsadüf edir. Azərbaycandan köç edib Amasyada yerləşmiş bütün azərilər “şirvanlı”lar adı ilə tanınır. Əslində buraya ilk köçənlər Şirvan vilayətindən olmuş, ardınca Azərbaycanın digər ərazilərindən də gələrək Amasyada yerləşmişlər, lakin əvvəlki adla onların hamısına “şirvanlı” deyimi şamil edilmişdir. Ümumiyyətlə, Türkiyədə Amasya bölgəsi, Azərbaycanda isə Şirvan İslam dininin möhkəmlənməsində, qarşılıqlı mədəni-maarif əlaqələrinin inkişafında baza rolunu oynamışdır. AMASYADA YAŞAMIŞ MƏŞHUR AZƏRBAYCANLILAR Nəqşibəndi təriqətinin ünlü simaları, əslən Kürdəmirdən olan, Şamaxı şəhərində təhsil alıb böyük bir alim kimi yetişən, Qafqazda ilk nəqşibəndi məktəbini təsis edən Mövlanə İsmayıl Siracəddin Əfəndinin (1782-1853) rus istilasından sonra 1828-ci ildə Şirvandan, təriqət şairi Mövlana Mir Həmzə Nigarinin (1797-1886) XIX əsrin ortalarında Qarabağdan gedərək Amasyada yerləşmələrindən sonra onların çoxlu sayda müridləri də Azərbaycandan köçüb orada yaşayıblar. İsmayıl Siracəddin Əfəndinin oğlu Rüştü paşa dəyərli bir tarixi şəxsiyyət olaraq yetişmiş, Osmanlı İmperiyasının sədrəzəmi (baş naziri) olmuşdur. Onu Amasyada yetişmiş son Osmanlı sədrəzəmi adlandırırlar. Ümumiyyətlə, Azərbaycandan köçərək Amasyanı özlərinə vətən sayan insanların arasında hər peşədən, hər məzhəbdən insanlar olmuşdur. Elm adamları, siyasətçilər, mədəniyyət xadimləri, hərbçilər və sadəcə, dəyərli insanlar... Onlar üz tutub gəldikləri Amasyaya bir zaman yaşamış olduqları coğrafiyanın mədəniyyətini də gətirmiş, gəldikləri yerin gələnək və görənəklərini zənginləşdirmişlər. Və bu insanlar hələ də Azərbaycan ləhcəsi ilə danışırlar, toy adətlərində, xeyir-şər məclislərində, gündəlik yaşamlarında Azərbaycan ənənələrini davam etdirirlər.
Amasya Şirvanlılar məscidi
82
ŞİRVANLILAR CAMİSİ Amasyada tarixi memarlıq nümunələri sırasında türbə və camilər xüsusi ilə seçilir. Bu məscidlərdən biri də Şirvanlılar (Azərilər) camisidir. Həmin məscid Qafqazdan köçüb gələnlərin vəsaiti hesabına 1893-cü ildə Şeyx Hacı Mahmud Əfəndi tərəfindən tikdirilmişdir. Onun üç oğlu - Veyis, Məhəmməd və Əhməd Əfəndilər Amasyanın mötəbər şəxsləri kimi tanınıblar. Məscidin Şərq hissəsindəki türbədə Şeyx Mir Həmzə Nigari, Siracəddin Əfəndi və məscidin inşasına nəzarət edən Mir Həsən Əfəndi dəfn edilib.
Şəhərin iki sahilini bir-birinə bağlayan körpülər, həm də ortaq həyatları öz üzərində daşıyır… Sahil boyun ca düzülən evlər keçmişdə şahzadələrə məxsus olmuş, onlar məhz bu evlərdə təlim-tərbiyə almışlar… Amasya şahzadələr şəhəridir… Bir şahzadə kimi gənc və zərif dir… Şəhəri gəzdiyiniz an bu gənclik ab-havasını içinizdə hiss edəcəksiniz…
QƏDİM ABİDƏLƏR Amasyanın qədim abidələri və təbii gözəllikləri, əsrlərdən uzanıb gələn sirli ab-havası insanları hər zaman özünə cəlb edib. Qədim abidələrdən biri Harşena və ya Harşene qalasıdır. Bu qala şəhərin müdafiəyə ən uyğun olan hissəsində, Harşena dağı üzərində qurulduğundan eyni adla tanınıb. Erkən Tunc dövründən (e.ə.3200 il) istifadə edilən Harşena qalasının yamaclarında qaya məzarları vardır. Məşhur coğrafiyaşünas Strabonun yazdığına görə, bu məzarlar Mitridat Krallığı zamanında kralların adına yaradılmış xatirə qəbirləridir. Yaşılırmak vadisi
boyunca 23 qaya məzarın olduğu bu bölgə “Krallar vadisi” kimi də tanınır. Amasyada irili-xırdalı 18 mağara da var ki, bunlardan ən əhəmiyyətlisi Aynalı mağaradır. Şəhər mərkəzindən 3 km məsafədə yerləşən bu mağara böyük qaya parçasının oyulması nəticəsində ərsəyə gəlmişdir. Yerdən 15 metr yüksəklikdə olan mağaranın içərisi rəngli divar rəsmləri ilə əhatələnib. Günəş şüalarını əksi nəticəsində mağaranın çöl tərəfi işıq saçdığına görə xalq arasında mağaraya “Aynalı” adı verilmişdir. FƏRHAD VƏ ŞİRİNİN YAŞADIĞI TORPAQLAR Amasya əfsanəvi sevgiləri ilə ölümsüzləşən Fərhad və Şirinin yaşadığı torpaqlar kimi də tanınır. Şirinə olan sevgisi uğrunda kilometrlərlə uzunluqdakı dağları dələrək su gətirən Fərhadın eşqi hələ də Amasya xalqının dilinin əzbəridir. Bu seginin nümunəsi olan “Fərhad su kanalı” amasyalıların ixtiyarındadır. Onların böyük sevgisinin
83
АХЫ ДЦНЙА ФЫРЛАНЫР...
Dağların oyuğunda yaradılmış kral məzarları, möhtə şəm qalası, üzləri həyatın çətinlikləri ilə yoğrulmuş və əməyin, çalışmanın məmnunluğu ilə yumşalmış insanla rı, tarixi əsərləri ilə dünəni bu gününə qarışmış əzəmətli bir görüntü tapa bilərsiniz burada… xatirəsinə Amasyada “Fərhad suyu – Şirin parkı” da açılıb. KEÇMİŞ HAZERANLAR EVİ – İNDİKİ ETNOQRAFİYA MUZEYİ 1865-ci ildə Ziya paşanın mirzəsi Hasan Talat Əfəndi tərəfindən inşa edilən evdə uzun müddət onun bacısı Hazeran xanım yaşadığına görə ev də onun adını daşımışdır. 1983-cü ildə bina restavrasiya edilərək, Etnoqrafiya Mu-
84
zeyi kimi fəaliyyətə başladı. Ümumiyyətlə, taxtadan tikilən Amasya evləri özünəməxsus memarlığı ilə fərqlənir. Xüsusilə də Sahilboyu yalıların məşhurluğu ölkənin hüdudlarını aşıb. ELM VƏ MƏDƏNİYYƏT MƏRKƏZİ Türkiyənin elm və mədəniyyət mərkəzlərindən biri olan Amasya sənətin müxtəlif növlərinə aid dəyərli nümunələrin yaradıldığı, şəxsiyyərlərin yetişdirildiyi bir diyardır. 200 ilə yaxın bir müddət ərzində Osmanlı şahzadələrinin yetişdirildiyi bir mərkəz olan Amasya, həm də məşhur coğrafiyaşünas Strabonun və divan yazmış ilk türk qadın şairənin də vətənidir. XV əsrdə yaşamış əsl adı Mehrinisa (qadınlığın günəşi) olan Mehri Hatunun bir şairə kimi yetişməsində Amasya mühitinin çox böyük rolu olmuşdur. Türk musiqisinin böyük ustadları, xalq sənətinin yaradıcıları da Amas-
Amasya Saraydüzü Kışla binası, Mustafa Kamal Atatürk və siyasi xadimlər
Amasya “Şahzadələr şəhəri” kimi məşhurdur. Çünki Osmanlı sultanlarının ən tanınmış simaları burada yetişmişdir. Belə ki, orta əsrlərdə vəliəhd şahzadələr Amasyada valilik edir, vaxtı yetişəndə gedib İstanbulda sultan taxtında əyləşərək bu qocaman cahan dövlətini idarə edirdilər. Amasya Osmanlı tarixinə İldırım Bəyazid, Sultan Mehmet Çələbi, Yavuz Sultan Səlim, II Murad, III Murad, Fatih Sultan Mehmet kimi hökmdarlar bəxş etmişdir.
85
АХЫ ДЦНЙА ФЫРЛАНЫР...
yanın gözəlliklərindən ilhamlanaraq mədəniyyət tarixində öz sözlərini deməyi bacarmışlar. AMASİYA MAKET MUZEYİ 1914-cü ildə çəkilmiş bir fotoya uyğunlaşdırılaraq hazırlanan maket muzey 300 kvadrat metr sahəni əhatə edir. Maketdə əks olunan mənzərələr həmin dönəmin Amasyasının mədəni və tarixi həyatını canlandıraraq, yerli və xarici turistlərin diqqətini cəlb edir. Xüsusi işıqlandırma sistemi ilə hazırlanan bu muzeydə Amasyanın gündüzü və gecəsi bir-birini əvəz edir, gecə düşən zaman azan səsi eşidilir, ulduzlar parlayır... Bu ecazkar görüntü muzeyə gələnlərin marağını birə-min artırır. QONAQPƏRVƏR AMASYALILAR Əminliklə demək olar ki, Amasya turistlərin sevə-sevə gələcəkləri bir şəhərdir. Əhalisi o qədər qonaqpərvər və
AMASYA MUZEYİ Amasyaya gəldiyiniz zaman muzeyləri gəzməyi unutmayın! Bunlardan biri də 13 ayrı mədəniyyətə aid 24 minə yaxın arxeoloji və etnoqrafik tarixi əsərin mühafizə edildiyi Amasya muzeyidir. Burada qorunan Hititlərdən günümüzə qədər gəlib çatan tək tanrı heykləli bütün dünyada məşhurdur. “Fırtına tanrısı Teşup” adlı bu bürünc heykəl yerli və xarici turistlərin ən çox diqqət göstərdikləri əsərlərdəndir. Roma İmperiyası dönəminə aid sikkələr və XIV əsrə aid mumiyalar da muzeydə ən çox ziyarətçi cəlb edən tarixi əsərlərdir.
86
səmimidir ki, insan bu isti münasibətdən ancaq və ancaq məmnunluq duyur. Şəhəri gəzdiyimiz zaman Azərbaycan dilində danışdığımızı eşidən hər kəs çəkinmədən bizə yaxınlaşır, şirvanlı olduqlarını və ya şirvanlı dostu, qohumu olduğunu bildirərək bizlə səmimi söhbətə girməyə çalışırdı. Və söhbətin sonunda da mütləq hamımızı öz evlərinə qonaq dəvət edirdilər. P.S. İnanıram ki, bir turist kimi məni sehrləyən Amasya bura gəldiyiniz zaman sizlərin də ruhunu oxşayacaqdır… Bir şəhər dağa arxalanmışsa, söykənmişsə, bilin ki, qə dim tarixi vardır… Bu şəhərin arxalandığı dağlar da için də Amasya adında bir mirvari gizlədir. Bu incini görmək istəyən hər kəs Amasyaya səfər etməlidir… Gülnar MAYİSQIZI Fotolar Mamed RƏHİMOVUNDUR
Yaşılırmak, sahilboyu evlər Amasya maket muzeyi
87
ТЯБИЯТ АШИГЛЯРИ
Orta hesabla 300-350 kiloqram çəkiyə, 2-2,5 metr boya malik olsalar da, bəzən 10001100 kiloqram ağırlığında və 2,7 metr uzunluğunda titanik ayılara da rast gəlinir.
АЬЫЛЛЫ ЩЕЙВАН P
ayız fəsli vəhşi təbiətdə bəlkə də ayılar qə dər heç bir canlını aktivləşdirmir. İlk fərqi təbii ki, ayının özü hiss edir. Dəyişikliklər ayının mədəsindən başlanır. Bütün yay bo yu ancaq ətlə qidalanan ayılar yarpaqlar saralmağa başlayanda rasionlarını meyvə, bitki kökləri, hətta həşəratlarla genişlədirlər. Bu dönəmdə ayılar gün ər zində 50 kiloqrama qədər qarışıq qida qəbul edə bilir lər. Əgər ayı normal qidalana bilərsə, hər gün çəkisini 300-500 qram artıra bilir. Payızın əvvəllərindən əyri pəncələr nazik yay tüklərini tədricən qalın kürkə də yişirlər. Bu proses sentyabrın sonlarıından dekabrın əvvəllərinə qədər davam edir. Dekabrdan isə ayılar öz məşhur qış yuxularına gedirlər. Qış yuxusu 195 gün davam edir.
88
QAFQ AZ MEŞƏLƏRİNİN ŞƏRİKSİZ SAHİBİ Ayılar, daha konkret desək, qonur ayılar Qafqaz və Azərbaycan meşələrinin şəriksiz kralları hesab edilirlər. Həqiqətən də, qeyd olunan arealda ayıyla qarşı-qarşıya qoyulacaq canlı yoxdur. Ayılar tənha yaşamağı sevir. Tə bii ki, balalarını böyüdən ana ayı istisna olmaqla. Hətta cütləşmə dövründə belə ayılar 1 gündən artıq bir yerdə yaşamırlar. Amma ayılar nə qədər antisosial heyvanlar olsalar da, cüt yaşamağı sevməsələr də, ana ayı nə az, nə çox, düz 2 il balalarının qayğısına qalır. Bu müddət ərzində ana balalarını inək südündən 2 dəfə yağlı olan südü ilə bəsləyir, onlara ov etməyi öyrədir, ən əsası, ba lalarını hər bir təhlükədən qoruyur. Ayı balaları üçün iki ciddi təhlükə var. Bunlardan birincisi insanlar, ikincisi isə tüfeyli ayılardır. Tüfeyli ayı – bütün ömrü boyu tənha yaşa
yan, qış yuxusuna getməyən, yaşayış məskənlərinə so xulan heyvanlara deyilir. Bu heyvanlar yaşayış tərzlərini tamamilə itirirlər. Bütün günlərini qida axtararaq keçirirlər – bu zaman demək olar ki, ov etmirlər, başqa heyvanlar dan qalan artıqlarla qidalanırlar. Qışda isə bəxt heç də həmişə tüfeyli əyripəncələrin üzünə gülmür. Təbii ki, qida azlığını nəzərdə tuturuq. Qida tapa bilməyən tüfeylilər az ğın və amansız ovçuya çevrilirlər. İnsan, heyvan demə dən qarşısına çıxan bütün canlılara hücum edirlər. Təbii ki, bu zaman ən çıxılmaz vəziyyətə bala ayılar düşür. Qış yuxusuna getmiş qəzəbli ana ayı da əksər hallarda tüfeyli vəhşilərə mane ola bilmir. Bu arada statistika göstərir ki, səfil ayıların 100 faizi erkək olur. ÖVL ADIN VAR – DƏRDİN VAR... Ayılar bir qayda olaraq, doğum üçün qış fəslini seçirlər. Düzdür, həmin vaxt ana ayı dərin yuxuda olur. Əslində ba laları da elə yuxulu-yuxulu dünyaya gətirir. Bundan sonra əsas yük körpənin üzərinə düşür. Qarşıdakı 2 ay müd dətində bala özü yuxulu anadan süd əmməli, soyuqdan donmamaq üçün anasına elə sığınmalı olur ki, zorba ana nın altında qalıb təsadüfi ölümün qurbanı olmasın. Ana ayı balalarını çox kobud formada tərbiyə edir, dəcəl, sözə baxmayan balalar həmişə ananın zorba pəncələrindən qapaz dadmalı olurlar. Balacalarla başqa cür mümkün de
yil, çünkü dünyada ayı balaları qədər hər şeylə maraqla nan ikinci bir canlı yoxdur. Elə bu maraqları ucbatından yalnız Azərbaycanda hər il onlarla körpə ayı insanlar tərə findən tutularaq qəfəsə salınır, müxtəlif iaşə obyektlərində qanunsuz olaraq saxlanılır. AĞLI BAŞINDA HEYVAN Ayılar, həqiqətən, qeyri-adi fiziki imkanlara malikdir. Təsəvvür edin, bu canlıların 195 gün müddətində heç nə yeməməyi bir yana, su da içmirlər. Təbii ki, payız vaxtı top ladıqları piy qatının hesabına. Amma ən maraqlısı budur ki, ayılar bu piy qatını yalnız özlərinə yox, həm də körpə lərinə sərf edirlər. Balaları 2 ay müddətində davamlı ola raq ancaq yuxulu ananın südü ilə qidalanır. Ayının balaları bəzən 2-dən artıq olur. Bu zaman ana ayının ehtiyat piyi bəzi hallarda ailəyə kifayət etmir. Belə halda ayı mağara nın ətrafında yüngülcə ov edə və ya su içmək üçün yaxın lıqdakı su mənbəyinə gedə bilər. Tüfeyli ayılardan sonra ən təhlükəli ayılar məhz bu cür yuxudan yarımçıq oyan mış, ac ayılar olur. Amma istənilən halda digər vəhşilərlə müqayisədə ayıların insan öldürməsi faktları azlıq təşkil edir. İnsan qatilləri siyahısında vəhşi camış, fil, begemot, timsah, şir, pələng, kaftar kimi heyvanlar ilk yerlərdə qə rarlaşsa da, güc-qüvvətdə onlardan geri qalmayan ayılar bu sırada heç ilk iyirmiliyə də daxil deyil. Yəqin elə bu sə
Ayıların bo ğazlıq dövrü 6-8 ay davam edir. Maraqlıdır ki, ayı hamiləliyin 6-cı ayından etibarən bala doğa bilər, sadəcə olaraq bə zən özləri bilə-bilə daha münbit şəraiti gözləmək üçün do ğuşu ləngidirlər.
89
ТЯБИЯТ АШИГЛЯРИ
Ayılar yemək se çimində “şıltaqlıq” etmirlər. Onlar hər şey yeyirlər: mey və gilələrindən, baldan, həşəratlar dan tutmuş heyvan cəmdəklərinə qə dər...
90
Ayılar çox yax şı üzür, həm də ağaca dırmaşıb arıların yuvalarını dağıdırlar. Balıq bu heyvanın sevimli qida rasionudur.
bəbdəndir ki, ayı insanın əhliləşdirə bildi yi azsaylı vəhşilərdəndir. Sirk ustaları da təsdiq edirlər ki, digər canlılara nisbətən ayını əhliləşdirmək qat-qat asandır. Zoo loqları isə sirk ustalarının bu fikirləri heç də təəccübləndirmir. Hələ iki əsr əvvəl Darvin şüur səviyyələrinə görə canlıları təsnif edərkən insanı birinci, meymunu iki, delfini üç, ayını dördüncü olmaqla sı ralamışdı. Bu gün isə Demidov, Çarlston kimi nüfuzlu bioloqlar ayının, hətta mey munla bərabər düşüncə imkanına malik olduğunu iddia edirlər. Bəhruz HEYDƏRİ
91
ТЯБИЯТ АШИГЛЯРИ
Baobab ağacının gövdəsi bəzən o dərəcədə nəhəng olur ki, burada rahatlıqla insanlar yaşaya bilir.
Y
ФАНТАСТИК АЬАЪЛАР
əqin ki, bir çoxunuz rejissor James Cameronun “Avatar” filmini izləmisiniz. Və bu zaman Pandoranın fantastik meşələrinə də heyran olmusunuz. Amma çox güman ki, çoxlarınız heç bilmirsiniz ki, belə möcüzələri görmək üçün nə qalaktikalararası səyahətə çıxmaq lazmdır, nə də kinoteatrlara yollanmaq. Çünki yer üzərində mövcud olan 100000 ağac növünün içərisində görüntüsü və nəhəngliyi ilə Pandoranın meşələrindən heç də geri qalmayanları yetəri qədərdir. Elə isə başlayaq bizi oksigenlə təmin etməklə yanaşı, həm də təəccübləndirməyi bacaran “nəhəngləri” tanımağa... BAOBAB Baobab ağacının ana vətəni Madaqaskar hesab edilsə də, bu “nəhəng”ə Afrika və Avstraliya materiklərində də rast gəlmək mümkündür. Hətta baobab Afrikada ən qədim həyat izlərindən biri hesab edilir. “Min illik ağac” da adlandırılan baobab, elə sözün əsl mənasında da min illərlə yaşamaq bacarığına malikdir. Belə hesab olunur ki, baobab
92
hələ qədim Roma İmperiyası dövründən bəri yaşayır. Baobab ağacı uzaqdan yaşıl, nəhəng bir komaya bənzəyir. Baobabın maraqlı cəhətlərindən biri də nəhəng və kövrək gövdəsində uzun müddət və çoxlu miqdarda (120000 litr) su ehtiyatı saxlaya bilməsidir. Yerli əhali baobaba “meymunun çörək ağacı” da deyir. Portağal böyüklüyündə olan və çörəyə bənzəyən baobab meyvəsinin içərisindəki unlu və ətli hissədən qədim zamanlarda dərman kimi də istifadə edirdilər. ƏJDAHA AĞACI Əjdaha ağacı Kanar adalarından biri olan Tenerifedə bitir. Bu ağac bir neçə gövdənin bir yerdə birləşib inkişaf etməsi nəticəsində əmələ gəldiyi üçün ekspertlər hələ də onun ana gövdəsini müəyyən edə bilməyiblər. Ağacın təpəsində iri yarpaq və budaqlardan təşkil olunmuş böyük bir çətir mövcuddur. Maraqlı adı isə ağaca yerli əhali verib. Belə ki, bu ağacın yarpaqlarını və ya budağını qopardıqda, ondan çox qəribə maye axır. Yerli əhalinin
Nəhəng əjdaha ağaclarının, təxminən 6501500 il yaşadığı güman edilir.
qədim inancına görə, bu əjdahanın qurumuş qanıdır və müalicədə ondan müxtəlif məqsədlərlə istifadə edirlər. “GENERAL ŞERMAN” Dünyanın ən hündür və uzunömürlü bitkilərindən biri sayılan sekvoya ağacının diametri 20, hündürlüyü 100 m-ə çatır. Sekvoyanın 6000 ilə qədər yaşadığı təxmin edilir. Onlar yabanı halda ancaq Amerikada bitir. Krım və Qafqazın Qara dəniz sahillərində isə becərilə bilir. Dünayada ən hündür və ən nəhəng sekvoyalar Kaliforniyanın Sierra Nevada adlanan bölgəsində yaşayır. Kaliforniyanın Milli Sekvoya Parkının ən yaşlı sakini hündürlüyü 83 metr, gövdəsinin diametri 1400 kub metr, ağırlığı isə 6000 ton olan və “General Şerman” adlanan sekvoyadı. Bu ağac canlı aləmin ən möhtəşəm əsərlərindən biri hesab olunur. Onun 2300-2700 yaşı olduğu təxmin edilir. Qeyd edək ki, bu füsunkar ağac vətənimizdə, Botanika bağında da becərilir. PANDO Pando və ya yerli əhalinin dili ilə desək, “titrəyən nəhəng” Şimali Amerikanın Yuta ştatında 100 hektara yaxın böyük bir ərazini əhatə edən bir “meşə”dir. Belə ki, pando kaloniya halında bitən ağcaqovaq ağaclarının vahid bir kök sistemi üzərində boy atmasından meydana
“General Şerman” hər il 18 quru ağac qədər odun verə bilir.
gəlir. Ümumilikdə 47000 gövdədən ibarət olan Pandonun çəkisi 6600 tondur. Bu, pandonu dünyanın ən ağır çəkili ağacı edir. TULE AĞACI Tule ağacı Meksika mənşəli taksodium ağac növünün bir nümayəndəsidir. Hazırda bu qəribə ağac Meksikanın Oaxaka şəhərində yaşayır. 2000 ilə yaxın yaşı olan tuleni bir neçə adam birləşərək çox çətinliklə qucaqlaya bilər. Bir müddət bəzi tədqiqatçılar əslində tulenin nəhəng gövdəsinin arxasında üç başqa ağacın gövdəsinin gizləndiyini iddia etdilər. Amma araşdırma nəticəsində ağacın tək bir gövdədən ibarət olduğunu təsdiqləndi. 1994-cü ildə tulenin birdən birə saralıb-solması, yarpaqlarının tökülməsi hamını narahat etdi. Həkimlər “qəribə nəhəng”in susuzluqdan əziyyət çəkdiyini müəyyənləşdirdi və tezliklə problem aradan qaldırıldı. HƏYAT AĞACI Bəhreyndə yaşayan həyat ağacını, həm də dünyanın ən tənha ağacı adlandırmaq olar. Bəhreyn səhrasında digər ağaclardan minlərlə kilometr uzaqlıqda yaşayan həyat ağacının kökləri bir neçə metr dərinlikdə yerləşən yeraltı sulara qədər çatır. Güman edilir ki, ağac məhz bu yolla suya olan tələbatını ödəyir. Dəqiq bəlli olmasa da, “səhra
93
ТЯБИЯТ АШИГЛЯРИ
Ayrılıqda hər bir gövdənin yaşama müddəti 130 il olsa da, bütövlükdə “titrəyən nəhəng”in 80000 yaşı var.
Həyat ağacı bəhreynlilərin əsas ziyarətgahlarından biri sayılır.
gözəli”nin 400 yaşı olduğu güman edilir. Amma ən maraqlısı bu ağacın Bəhreyn səhrasının ən hündür nöqtəsində yerləşməsi və həmin ərazidə demək olar ki, suyun olmamasıdır. Heç bir canlı orqanizmin yaşa bilməyəcəyi bir şəraitdə həyat ağacı günü-gündən gözəlləşir və yaşıllaşır. Yerli əhali isə bunu müqəddəs bir yer kimi Cənnət bağının üzərində yerləşməsi ilə əlaqələndirirlər. VOLLEMİYA Gözəlliyinə və füsunkar görüntüsünə baxmayaraq, vollemiyanın ən maraqlı tərəfi onun tarixidir. Avstraliyada bitən vollemiya, belə demək mümkündürsə, “yaşayan dinazavr”dır. Çünki vollemiyanın dinazavrlar kimi 200 milyon yaşı olduğu güman edilir. 1994-cü ildə alimlər Avstraliya ərazisində canlı vollemiyaya rast gələndə, sözün əsl mənasında, şokda idilər. Buna görə də alimlər böyük cəhdlə yer üzərində cəmi 100 nümayəndəsi qalan vollemiyaların yerini geniş ictimaiyyətə açıqlamırdılar. Bir müddət
94
sonra isə bu füsunkar iynəyarpaqlı ağacları qorumaq və nəslini artırmaq üçün dünyanın müxtəlif ölkələrində botanika bağlarına paylamağa başladılar. PİRANJİ KEŞYU AĞACI 177 il yaşı olan keşyu ağacı Braziliyanın Natal şəhərində 2 hektara yaxın bir ərazidə bitir. Bu ağac 1888-ci ildə bir balıqçı tərəfindən kölgə salmaq məqsədilə əkilib. Amma ağacı əkən balıqçı heç özü də bilmirdi ki, digər keşyu ağaclarından fərqli olaraq, onun piranji növünün budaqları yerə çatdıqca həmin budaqlardan yeni köklər əmələ gəlir və ağac getdikcə yeri daha da möhkəmlədir. Bu gün həmin ağac Natal şəhərinin əsas turistik mərkəzlərindən birinə çevrilib. Dünyanın ən nəhəng ağaclarından biri sayılan piranji keşyusuna yaxınlaşdıqda, insan bir anlıq böyük bir meşəyə daxil olduğunu fikirləşir. Amma əslində, bütün o gövdələr hamısı bir ağacdır və ümumi çəkisi nə az, nə çox, düz 840 kiloqramdır. Piranji adi keşyu ağacından 80 dəfə böyükdür və bir futbol meydançası qədər ərazini əhatə edə bilir. TENERE AĞACI Tenere ağacı hazırda kökü kəsilən bitkilər siyahısına daxil edilib. Afrikada, Nigeriya ərazisində, Saxara səhrasının susuz çöllərində 300 ildir yaşayan tenere böyük bir meşədən yadigar qalan yeganə ağac idi. Onun bu susuz səhrada uzun müddət yaşaması möcüzə sayılırdı. Amma səhranın istisinə dözməyi bacaran tenere insan səhlənkarlığına qalib gələ bilmir. 1973-cü ildə bir sərxoş sürücü bu ağaca çırpılaraq tənha tenere ağacını məhv edir. Hazırda həmin səhranın tənha ağacının yerində xatirə abidəsi var. BANYAN: MAXABODJİ AĞACI Banyan ağacı hindu tayfaları olan banyanların və bu ağacın kölgəsində oturub alverlə məşğul olan səyyar satıcıların şərəfinə adlandırılıb. Banyanın digər ağaclardan əsas fərqi qəribə görünüşüdür. Onun kökləri budaqlardan aşağı doğru sallanır. Yəni banyanın yeraltı kökləri ilə yanaşı, hava kökləri də var. Banyanın ən tanınmış növü isə ŞriLankada bitən maxabodjidir ki, bu növ yerli əhali arasında müqəddəs sayılır. Belə ki, bu nəhəng yer üzərində əkilmə tarixi bəlli olan ən qədim ağac hesab edilir. Deyilənə görə, maxabodji banyanı b.e.ə. 288-ci ildə əkilmişdir. DƏMİRAĞAC Dünyanın dörd bir tərəfində bitən qəribə, heyrətamiz, nəhəng və füsunkar ağac növlərindən biri də vətənimiz-
2300 illik tarixə malik banyan maxabodji yalnız yaşı ilə deyil, həm də öz qəribə görünüşü ilə digər ağaclardan fərqlənir. Çox qədim tarixə malik vollemiya ağacının 200 milyon yaşı var.
95
ТЯБИЯТ АШИГЛЯРИ
dədir. Qaya yarğanlarında və dəniz səviyyəsindən 500 m yüksəklikdəki meşəlikdə bitən dəmirağac Azərbaycanın III dövr relikt bitkisi sayılır. Əsasən Talış dağlarının mərkəzi və cənub hissələrində rast gəlinir. Dəmirağac möhkəm oduncağa malik olduğundan,
əsasən, telefon və elektrik dirəkləri üçün, körpülərin tikilməsində, maşın və alətlərin bəzi hissələrinin hazırlanmasında istifadə olunur. Hazırda dəmirağac Hirkan qoruğunda mühafizə edilir. Xatuna MAHMUD
Dəmirağacın hündürlüyü 20-25 metr, yaşı isə 200 ilə qədər olur.
Canavar ağac Qış mövsümü gələndə zərif formalı qozalı ağaclar canavara bənzər qar və buz kütlələrinə çevrilirlər. Qəribə forması olan bu ağaclar Juhyo (canavar ağaclar) kimi tanınır və Zao dağlarında bitir. Sanki onlar qışın sərt hava şərtləri altında vəhşi təbiətdə, qaranlıqda gözləyirlər. Deyirlər ki, bu ağaclar yapon Yuki Onnanın nəslindən olan qar qadının ruhudur. Yaponlara görə, ölkədə bitən ağacların “ruhi” təbiətləri var. Deyirlər ki, buradakı əksər ağaclar Şinto, Kami və ya bu tərzdə olan müxtəlif ruhlara sahibdir. Belə ruhlardan biri də Kodamadır. İnsanlar inanırlar ki, bu ağacları kəsəndə bədbəxtliyin baş verməsi qaçılmazdır. Buna görə “ruha” sahib olan bütün ağaclar Yaponiyada müqəddəs hesab edilən iplə nişanlanır.
96
97
ТЯБИЯТ АШИГЛЯРИ
“МЯН АШИГЯМ ОБАМА, ОБАМДА ВАР...
Ə
gər yüzilliklər boyu qızıl avropalıları Hin distana cəlb edibsə, ipək də qərbliləri Çinə maqnit kimi çəkib. Zaman keçdikcə sübut olunur ki, qoca qitənin sakinləri ipəyi qızıla bərabər tutmaqda yanılmayıblar. Çünki təqribən 6 min il öncə kəşf edilməsinə, üstəlik yeni texnologiyaların mükəmməl səviyyədə inkişafına baxmayaraq, bəşər övladına ipəkqurdunun hazırladığı qədər mükəmməl parça ipliyi istehsal etmək nəsib olmayıb.
98
БАРАМА!
QURD QRAMLA? Elmi ədəbiyyatlarda təbii formada 30-dan artıq ipəkqur du növünün mövcud olduğu deyilsə də, bunlardan yalnız 6-sı geniş yayılıb. Ən keyfiyyətli və bahalı ipəyi tut ipək qurdu hazırlayır. 3 min ildən çoxdur ki, Azərbaycanda tut yarpağı ilə bəslənən ipəkqurdu yetişdirilir. İpəkqurdu, baş qa adı ilə desək, baramaqurdunun yetişdirilməsi və ipəyin hazırlanması kifayət qədər çətin və mürəkkəb prosesdir. Öncə ipəkqurdunun sürfələri qızıl kimi ipəkçilik təsərrüfat larına qramlarla paylanılır. Kimin haradan götürərək pay
laması barədə bir azdan bəhs edəcəyik. Beləliklə, aprelin sonunda ipəkqurdu sürfəsi 8-9 gün isti otaqlarda – çox vaxt evin içində bəslənilir. Bu müddət ərzində sürfələrə diqqət və qayğı maksimal olmalıdır. Temperatur müsbət 20 dərəcədən aşağı enməməli, tut yarpaqları körpələ rə səliqə ilə və çox incə dilimlərlə doğranıb verilməlidir. Sürfələr ömürlərinin 10-11-ci günü daha iri məkana – ba rama qoyacaqları yerə daşınır. Burada qurdlar iri taxt formasında düzəldilən geniş, üfüqi, taxta ayaqlar üzərin də dayanan xüsusi müstəvinin üzərində saxlanılır. Taxtın ayaqları avtomobil yağı ilə yağlanır ki, sürfələr qarışqalar tərəfindən daşınmasın. Bu yaş dönəmində baramaqurd ları 1 sm uzunluğuna çatırlar. Sürfə halında cəmi 40 gün yaşadıqları üçün çox hallarda ipəkqurdu üçün ayrıca yer tikilmir. Adətən həşəratlar 10-40-cı günlər arasında tövlə
lərdə bəslənilir. Artıq may ayından etibarən mal-qaranın da qapalı məkanlarda saxlanmasına ehtiyac qalmadığın dan tövlələr ipəkqurdu üçün ideal yer sayılır. Hər tərəfdən qapalı tövlələrdə saxlanan baramaqurdları yağış və külək kimi təbiətin şıltaqlıqlarından qorunur, digər tərəfdən qa palı mühit onların müxtəlif quşların qurbanına çevrilməsi nə mane olur. 40 GÜN 40 GECƏ ZİYAFƏT... İpəkqurduna 2-ci həftədən etibarən yarpaqlar doğran madan verilir. 3-cü həftədən başlayaraq nazik zoğlu xırda budaqlar, 4-cü həftədən isə uzun və nisbətən qalın, ca van şaxəli budaqlar bütöv qırılaraq həşəratların saxlan dığı taxtların üzərinə düzülür. 38-40-cı günlərdən etiba rən həşəratların iştahası kəsilir. Və barama qurmaq üçün
99
ТЯБИЯТ АШИГЛЯРИ
Baramaqurdunun ən böyük düşməni sığırçın, sərçə və sağsağandır. Bir sığırçın ailəsi gün ərzində yarım kiloqrama qədər ipəkqurdu daşıya bilər. Təbii ki, təbiətcə çox acgöz olan sığırçınlar daşıdıqlarının hamı sını nə özləri yeyə, nə də balalarına yedirdə bilmirlər. Sadəcə, yem daşıma vərdişi və instinkti sığırçınları “israfçılığa” vadar edir, nəticəsi sahibkarlara baha başa gəlir. Baramaqurdu və quşlarla bağlı maraqlı və bir az da mifik fakt. İnanclara görə, qur dun saxlandığı yerə istənilən quşun, hətta toyuğun yumurtasını apardıqda bu, çox mənfi nəticələrə yol açır. Qəribədir ki, bu inancı sınamaq istəyən təsərrüfat sahibləri həmişə ziyanlıqla üzləşirlər – hər dəfəsində həşərat lar kütləvi şəkildə qırılır.
yer axtarmağa başlayırlar. Bu zaman həşəratlara yarpaq yox, şahtikan – baramanın ilişməsi üçün ideal sayılan ti kanlı bitki – düzülür. İpəkqurdları 2 gün ərzində barama ları ilə tikanların üzərini tamamilə zəbt edirlər. Bununla da ipəkqurdu missiyasını başa vurmuş olur və iş insanlara düşür. SON 2 HƏFTƏ... Bu müddətdə insanlar tələsməlidirlər. Çünki qarşı da onların cəmi ikicə həftələri var. Əks halda baramanın içindəki puplar gözəl kəpənəyə dönərək baramanı deşib uçurlar. Bununla da həm barama yararsız olur, həm də kə pənəklər uçub getdiyi üçün toxum ehtiyatı yığmaq mümkün olmur. Beləliklə, öncə həşəratların saxlandığı taxtın üzərindən baramalar yığılır. Daha sonra xüsusi texnologi ya ilə baramalar “ağardılır”. Ağartmaq dedikdə baramanı tikanlara bağlayan tellərdən təmizləmək nəzərdə tutulur. Ağardılan baramalardan bir qismi toxum üçün saxlanılır. Əsas hissəsi isə qaynadılır və ipək lifləri çıxarılır. Beləlik lə, liflər ipək sapa, saplar isə ipəyə çevrilir. Bəhruz HEYDƏRİ
100
101
ДЕЙИЛЯНЯ ЭЮРЯ...
Faustun malikanəsi Sürrealist cərəyanın nümayəndəsi Breton Faustun evini “qədim paytaxtda mistik mədəniyyət” adlandırırdı. Ev öz məşhurluğunu bu tikili haqqında mistik şayiələr yayan imperator II Rudolfa borcludur.
“ЕВЛЯРИ СЕЩРЛИ ЙАР”
Y
olunuz nə vaxtsa Karlov meydanına düşsə, mütləq Faustun evinə də baş çəkin. Pra qaya ayağı belə dəyməyən həkim Faustun malikanəsinin məhz burada “gözə dəymə si” hər kəsi təəccübləndirir. Üstəlik, onun haqqında heç vaxt olmadığı bir şəhərdə əfsanələr də “ayaq açıb yeriyir”. Şayiələri yayan isə XIV əsrdə yaşayan şahzadə Vatslav Opava idi. Evin ilk sahibi V.Opava elmlə, xüsusən də kimya ilə
102
maraqlanırdı. Amma belə görünür ki, onun maraq dairə sinə əfsanəvi şayiələrin müəllifi olmaq da daxil imiş. Şah zadənin dediyinə görə, II Rudolfun hakimiyyəti illərində ev haqqında söz-söhbətlər daha da ciddiləşib. Faustun barokko üslubunda tikilən “qondarma” evinin sakinləri arasında XIX əsrdə yaşayan Karl Eniq də olub. O, malikanənin divarlarını yas mərasimlərində qəlibləşmiş “ürək sözləri”, mərsiyələr ilə “bəzəyirdi”. Maraqlıdır ki, bu insanın evdə qaldığı müddətdə çarpayısı olmayıb. O, ge cələr özünün hazırladığı tabuta girib yatırmış. Eniq ölümlə bağlı hər şeyi o qədər sevirdi ki, hətta evin ortasına dar ağacı hazırlayıb qoymuşdu. Özü də öləndə vəsiyyət edib miş ki, onu tabuta tərsinə qoysunlar. Təəssüf ki, bu gün Faustun evi ictimaiyyətə bağlıdır.
Vinçesterlərin evi EŞİTMƏMİŞ OLMAZSINIZ: VİNÇESTERLƏR Hər gün dünyanın dörd bir yanından məhz bu evi gör mək üçün gələn yüzlərlə turist... Ruzveltin çay içmək üçün baş çəkdiyi, lakin darvazaları üzünə bağlanan malikanə... Əsrlərdir heç kimin içərisinə girə bilmədiyi mistik ev... Ün vanı da çox sadədir: San-Xose şəhəri, Vinçester bulvarı – 525. Ruzvelt bura gəlməsəydi və evin yaşlı sahibəsi Sara Vinçester qapını onun üzünə bağlamasaydı, yəqin ki, ma likanə heç vaxt dünyanın diqqət mərkəzində olmayacaq dı. Keçək əsas mətləbə; evin qaranlıq gələcəyini yaradan sirli keçmişinə... Saranın həyatı başlanğıcda çox uğurlu alınır. 25 yaşın da Vilyam Vinçesterə ərə gedir. Vilyam silah istehsalı ilə
Vinçesterlərin evi 3 mərtəbəlidir. Burada təxminən 160 otaq, 13 hamam, 6 mətbəx, 40 pilləkən, 2000 qapı, 450 dəhliz, 10000 pəncərə və 47 soba var.
məşğul olan məşhur sahibkarlardan idi. Ölkədə başlayan vətəndaş müharibəsi və silah tələbatı bir anın içində Vin çesterləri dünyanın milyonçusuna çevirir. Amma milyonlar ailəyə xoşbəxtlik gətirmir. Qızı Enni doğulandan bir müd dət sonra ölür. 10 il özünə gələ bilməyən xanım Vinçester 1881-ci ildə əri Vilyamı da itirir. O, başa düşə bilmir ki, bu qədər bədbəxtliklər və uğursuzluqlar niyə məhz onun ba şına gəlir? Və 20 milyon dollar məbləğindəki mirasa sahib olsa da, qorxu və təhlükə hissi ilə yaşamağa başlayır. Ona Bostonda yaşayan məşhur mediumlardan birinin yanına getməyi məsləhət görürlər. Medium Saraya bildi rir ki, ərinin ruhu ilə görüşüb və Vilyam deyib ki, ailənin bu cür məhvinin səbəbi onların istehsal etdiyi silahlardan ölənlərin qarğışıdır. Sara da eyni lənətlə qarşılaşmaq istə
103
ДЕЙИЛЯНЯ ЭЮРЯ...
Xanım Qlemis Oqilva ailəsinə qəsrin otaqlarının birində sığına caq verir. Amma sonralar onları bilərəkdən burada “unudur”. Nəticə də, malikanə “ruh ların qəsri” adını qazanır.
Qlemis qəsri
mirsə, qərbə doğru getsin. Gündoğan tərəfdə – ona işarə olunan yerdə ev tiksin. Ən əsası, bu tikinti heç vaxt dayan dırılmamalıdır. Çəkic səsi bir gün kəsilsə, xanım Vinçester dərhal öləcək. Dul qadın qərbə doğru gedir. 1884-cü ildə San-Xose yə çatır. İnanır ki, ərinin dediyi yer burasıdır. Bir ev alır və dayanmadan – 38 il onun təmiri ilə məşğul olur. Evin mistik simvolikası onu bir az da sehrli edir. Məsə lən, evdə bir pilləkəndən başqa, qalan hamısının 13 pilləsi var. Əksər otaqlarda pəncərələrin sayı 13-dür. Onu da deyək ki, evin necə tikilməsini araşdırmaq istəyən mühən dislərin hamısı bir müddət sonra psixi dispanserə yerləş dirilib. Ev elə tikilib ki, xanım Vinçesterin arxasınca gələn ruh ları çaşdırsın. Ona görə də evdə qapıların çoxu divarlara açılır, pilləkənlər isə tavana gedib çıxır. Dəhlizlər ilan yu vası kimi dardır. Yuxarı mərtəbələrdə elə qapılar var ki, həyətə açılır. Hətta qapıların bəzisini açanda ya qəfildən birinci mərtəbəyə – mətbəxdəki əlüzyuyanın içinə, ya da ikinci mərtəbənin döşəməsinə düşürsən. Burada elə gizli qapı və pəncərələr var ki, gözə görünmədən yan otaqda
104
baş verən hər şeyi izləyə bilərsiniz. Sara Vinçester 1922-ci ilin sentyabrında 85 yaşında vəfat edir. Deyirlər ki, bu tikintilər onun ölümünü gecikdir sə də, əvəzində seyfdə pul qalmadı. Seyfi açanda oradan xanım Vinçesterin ərinin və körpə qızının saçları, onların ölümlərini təsdiqləyən sənədlər və 13 bənddən ibarət 13 dəfə yazılmış vəsiyyət vardı. Evin taleyi barədə isə vəsiy yətnamədə heç nə deyilmirdi… Ola bilər ki, bu dediklərimiz sizə dramatik gələ bilər. Amma əmin olun ki, bütün bunlar həqiqətdir. QLEMİS – RUHL ARIN QƏSRİ Şotlandiyada bir neçə əsr bundan əvvəl bir-birinə düş mən olan və müharibə aparan iki tayfa – Oqilvalar və Lind seylər yaşayırdı. Müharibəni uduzduqlarını görən Oqil valardan bir neçəsi Qlemis qəsrinin sahibəsindən xahiş edir ki, onlara sığınacaq üçün yer versin. Xanım Qlemis onları içəri buraxır, amma Lindseylərin intiqam almaların dan, onun özünə zərər verəcəklərindən qorxub “qonaq ları” qəsrin gizlin otaqlarının birində yerləşdirir və qapını qıfıllayır. Özü də heç vaxt onlara baş çəkmir. Qonaqlar “unudulur”...
İllinoys villası Mülkədar Con Krenşounun acgözlü yü və amansızlığı dünya tarixinə daha bir mistik ev qazandırdı. Maraqlıdır ki, Kren şoudan sonra bu evə sahiblik edənlərdən heç kəs malikanədə bir gündən artıq qala bilməyib. Səbəbsə aydındır - əzab çəkən ruhların qorxunc səsləri...
Bir neçə onillikdən sonra Qlemis qəsrinin yeni sahibləri bu gizlin otaqdan səslər eşidirlər. Qapının qıfılını sındırıb içəri girəndə orada skeletlər görürlər. Deyirlər ki, sümük ləri burdan çıxarıb dəfn etdikdən sonra da qapı taqqılda yırmış. Sanki otaqda kimsə qalıb və səylə oradan çıxmaq istəyir. Az qalsın unutmuşduq, evin sahibəsi xanım Qlemis isə sonralar cadugərlikdə ittiham olunaraq diri-diri yandırılır. QOCA QULL ARIN EVİ - İLLİNOYS 1838-ci ildə tikilən bu villa “qoca qulların evi” adlanır. Mülkün köhnə sahibi Con Krenşounun biznesinin irəlilə məsi üçün işçi qüvvəsinə ehtiyacı vardı. O, bu problemin həllini asanlıqla tapır: Krenşounun əlaltıları əvvəllər qul olan böyük bir ailəni “ələ keçirirlər”. Onların əllərini qan dallayıb, zirzəmiyə salırlar. Qulları həmişə ələ salır, döyür və ac saxlayırdılar. Bir müddətdən sonra Krenşou evi satır. Evin yeni sa hibi isə hər gün qəribə hadisələrlə qarşılaşır. Əsəbləri tab gətirmir və evi tərk edir. Onu da deyək ki, mülkün sahib lərindən heç biri burada bir gündən artıq qala bilməyib. Səhər günəşin doğmasına az qalmış hamısı qorxu dolu
hisslərlə evi tərk ediblər. Bir vaxtlar villa turistlər üçün açıq idi. Təəssüf ki, ha zırda Birləşmiş Ştatların mülkü sayılan bu evə giriş qada ğandır. “HİSTORİK AL” ALYASK A Xarici görünüşünə görə bu qəsr heç də ruhlarla dolu olan evə oxşamır. Hazırda qəsr otel kimi istifadə olunur. Maraqlıdır ki, həm otelin xidmətçiləri, həm də buranın qo naqları üçün ruhları görmək adi hala çevrilib. “Historikal” qəsrinin ən məşhur ruhu isə gələcək ərinin evlənəcəklə ri gün başqasıyla qaçdığını bilib, gəlin paltarında özünü asan qıza məxsusdur. Otelin müştəriləri deyirlər ki, teztez divardakı şəkillər yerə düşür, pərdələr öz-özünə cırılır. Köhnə qəsrin inzibatçısı otelə daha çox müştəri cəlb et mək üçün onlarla “doğmalaşan” ruhlarla bağlı jurnal belə çıxarıb. Nərmin NÖQTƏ
105
ДЕЙИЛЯНЯ ЭЮРЯ...
Maraqlıdır ki, Buqaraça gələn hər 10 turistdən biri UFO görür. Bu unikal im kan isə özlüyündə dünyanın diqqətin dən yayına bilməzdi. Təsəvvür edin, yal nız 2011-ci ilin yan varından bu yana kəndə 20 mindən artıq turist gəlib.
F
МЯЛУМ УЧАН ОБЙЕКТЛЯРИН ГАРАЖЫ:
БУГАРАЧ!
ransanın cənub-qərbində, Aude vilayətində yerləşən Buqaraç kəndi dünyanın dörd bir yanından gələn ziyarətçilərin hesbına əsl turizm mərkəzinə çevrilib. 200 evdən ibarət olan bu kənd artıq insan axınına görə az qala Paris, Kann kimi meqapolislərə meydan oxumağa başlayıb. Bəs bu dağ kəndinin birdən-birə diqqət mərkəzinə çevrilməsinin səbəbi nə oldu?
106
Hər şey ötən ilin dekabrında bir qrup kənd sakininin dağın ətəyində 5-6 “uçan boşqab”ı görməsi ilə başlan dı. Ondan artıq insanın gözü önündə baş verən bu hadi sə özlüyündə dünya tarixində fenomenal bir hadisə idi. Çünki bu günə qədər bu sayda UFO eyni zamanda mü şahidə edilməmişdi. Lakin bu hələ kələfin lap uc hissəsi idi. Yanvar ayında bölgədə elmi ekspedisiyaların keçiril məsindən sonra hadisələr daha ciddi şəkil alır. Ərazidə
yerdən və səmadan müşahidələr aparan amerikalı alim lər heyrətdən yerlərində donurlar: bu kənd mayyalıların məşhur təqvimlərində dönə-dönə bəhs etdikləri və NA SA-nın xüsusi qrupu tərəfindən araşdırılan məkanın tam eynisi idi. Mayya astronom və münəccimlərinə görə 12 və ya 21 dekabr 2012-ci ildə dünyanın, daha doğrusu, insan lığın sonu gələcək, lakin bir kənddə bəzi insanlar, yeni bə şər cəmiyyəti formalaşdırmaq üçün sağ qalmaq imkanına
malik olacaqlar. Mayya münəccimləri iddia edirdilər ki, “dəryaların o tayında, buludların arasında, duman bürü müş dağların qoynunda, daşların və ya çayların arasında ətrafı yaxşı görmək mümkün olan, amma kənardan gö rünməyən bir kənd var. Bu kəndin insanları sağlam, ürək ləri isə safdır. Dünyanın dağılmağına bir neçə il qalmış göylərdən daş kimi möhkəm qablarda buraya dəstə-dəstə yekəbaş məxluqlar enəcək və bu qalanın gözlənilən fəla kətə davam gətirib-gətirməyəcəyini bir daha yoxlayacaq lar. Daha sonra zaman-zaman onlar tək-tək həmin kəndə enərək əyər-əskiklərə əl gəzdirəcək, burada mövcud olan şər ruhları kənarlaşdırmaqla məşğul olacaqlar.” Bu xəbərlər yayıldıqdan sonra sanki kəndin yaşlı in
107
ДЕЙИЛЯНЯ ЭЮРЯ...
108
sanlarının da dili açıldı. Məlum oldu ki, kəndin kənarındakı Pik de Buqaraç adlı qayalıqlar barədə nəsildən-nəslə ötü rülən bir əfsanə var imiş. İnanca görə, həmin qayalıqlar əslində təbii landşaft yox, yer sakini olmayan qəribə məx luqlar tərəfindən min illər öncə qurulmuş tilsimli qaladır. Həqiqətən də, əsrlərdir ki, kənd əhli həmin qayalıqların lənətləndiyinə inanaraq o, əraziyə getmirlər. “İlk dəfə eşidəndə insanlara inandırıcı gəlmir, ancaq bu tamamilə ciddi bir fakt və proqnozdur. Əsrlərdir ki, baba larımız bura gələn UFO-lardan danışırlar, bizim folkloru muzdakı nağılların, əfsanələrin əksəriyyətində UFO-larla bağlı məqamlar var, mən özüm də dəfələrlə həmin qa yalıqlarda UFO-ları müşahidə etmişəm”, - deyə bələdiyyə sədri Jan-Pierr Delord BBC-yə müsahibəsində bildirib.
PAPAM İCAZƏ VERMİR... Buqaraçda yaşananlar bütün dünyada maraqla izlənil sə də, katolik kilsəsi baş verənlərə çox sərt reaksiya verir. Kənd kilsəsinin 86 yaşlı keşişi Marie Simone baş verən lərin uydurma olduğunu, əslində kənddə heç bir UFO-nun olmadığını deyir. Maraqlıdır ki, UFO görənlər arasında ke şişin qardaşı və onun qızı da var idi. Yerli bələdiyyə rəisi isə iddia edir ki, əslində keşiş özü də UFO görüb. Sadəcə, kilsənin qorxusundan gördüklərini danır. Bu da artıq sirr deyil ki, proseslərin qızışdığı bir vaxtda kənd keşişi Vati kana çağrılmışdı. Bəhruz HEYDƏRİ
YADPLANETLİLƏR MƏNƏ QİYAMƏT ÜÇÜN HAZIRLIQ GÖRMƏYİ TAPŞIRIB Buqaraç kəndinin qəribəlikləri isə hər ötən gün artmaq da davam edir. Bunlardan ən qəribəsi Hollandiyadan olan məşhur öngörücü Kean Mosel ilə bağlıdır. Demək olar ki, evdən çölə çıxmayan, insanları yalnız iş otağında qəbul edən məşhur parapsixoloq birdən-birə mənzilindən yoxa çıxır. Hökumət orqanları və yaxınlarının axtarışları fayda vermir. Ancaq 2 aydan sonra Fransa jandarmından xəbər gəlir: “Axtardığınız şəxs artıq iki aydır ki, Aude əyalətində, Buqaraç kəndindəki Pik de Buqaraç qayalıqlarında yaşa yır və insanlarla ünsiyyətdən qaçır”. Parapsixoloqun Fransanın bu ucqar kəndinə necə gəlməsi sirr olaraq qalır, ən azı ona görə ki, yollar buz bağladığı üçün kəndə qış aylarında gəliş-gediş mümkün süz olur. 4 ay boyunca yaşayış məntəqəsinə yalnız tibbi helikopterlər işləyir. Amma buqaraçlılara xidmət göstərən pilotlardan 4-ü də kəndə, ümumiyyətlə, sərnişin gətirmə diklərinə əmin olduqlarını deyirlər. Bəlkə Kean başqa bir vertolyotla əraziyə uçub? Fransanın hərbi hava qüvvələ rinin radar arxivindən konkret cavab gəlir: “Respublikanın hava məkanına nəzarətsiz bir ağcaqanad belə daxil ola bilməz, fevral ayında kəndə nəinki şəxsi, heç tibbi helikop ter belə uçmayıb”. Gözlər cənab Moselə yönəlir; Kean isə iyul ayına qə dər susur. Yalnız iyulun 18-də saç-saqqal basmış halda, ağ uzun ətəkli paltarda qayalıqdan çıxır və insanlarla ün siyyətə girir: “Mən səhər gözümü açanda özümü bu qaya lıqda gördüm və yadplanetlilər mənə qiyamət üçün burada hazırlıq aparmağı tapşırdı. İndi mənim çox ciddi missiyam var”. 42 yaşlı Kean Mosel bundan sonra yenə qayalığa qayıdır və insanlarla ünsiyyəti kəsir.
109
ДЕЙИЛЯНЯ ЭЮРЯ...
МАРАГЛЫ ФАКТЛАР
110
Səhv düşəndə yerimiz Turistlərin ən çox səhv saldıqları ölkələr sırasında birinci yerdə Avstriya və Avstraliyadır. Buna görədir ki, avstriyalıların ən sevimli sloqanlarından biri “ Avstriyada kenquru yoxdur” ifadəsidir. Bir dəfə BMT-nin Təhlükəsizlik Birliyinə öz üzvlüyünü irəli sürən Avstriya əvəzinə, səslərin çoxu Avstraliyaya verilir. Halbuki, namizədlər arasında “Yaşıl ölkə”nin adı
belə yox idi. 2007-ci ildə isə ABŞ prezidenti Corc Buş Avstraliya baş nazirinə özünün İraqdakı “Avstriya” kontingentinə baş çəkdiyi üçün minnətdarlıq etmişdi.
Olmaz, deməli, OLMAZ! Heç bilirsiniz ki, bəzən lap vizanız olsa belə, bəzi müsəlman ölkələrinə daxil ola bilməzsiniz? Belə ki, əgər pasportunuzda
İsrail vizası varsa, İran, Livan, Küveyt, Səudiyyə Ərəbistanı, Suriya, Pakistan, Liviya, Yəmən kimi ölkələrə sizin üçün giriş qadağandır.
Harri Potter İsraildəndir??? Son zamanlarda İsraildə adi və sadə bir qəbir turistlərin diqqətini cəlb edən məkanlardan birinə çevrilib. Buna səbəb qəbirdə dəfn olunmuş şəxsin məşhur roman və film qəhrəmanı Harri Potterlə eyni ad və soyadı daşımasıdır. Qəbrin sahibi Harri Potter Britaniya hərbi qoşunlarında xidmət etmiş və 1939-cu ildə 17 yaşında şəhərlərarası
çaxnaşma zamanı həlak olmuş bir əsgərdir. Məzara olan bu qədər marağı nəzərə alaraq, İsrail hökuməti onu ölkənin gəzməli, görməli və diqqətəlayiq məkanları sırasına daxil edib.
Rokun gücü Avstraliyaya üz tutan turistlərin çoxunun ən sevimli əyləncələrindən biri akulalara yaxından baxmaqdır. Burada “yeraltı aləm”ə səyahətlər təşkil edən, dünyanın ən məhşur akula həvəskarlarından biri Mett Uoller yaxın zamanlara qədər akulaları sahilə
cəlb etmək üçün balıqlardan istifadə edirdi. Bir müddət sonra isə Uoller kəşf edir ki, sən demə, akulaları AC/DC adlı rok qrupun mahnıları ilə də sahilə çəkmək mümkündür. Eşitmə qabiliyyəti zəif olan akulaları pəsdən ifa edilən ritmlərin cəlb etdiyi güman olunur.
Səhv salmayın! Turistlərin ən sevdikləri hərəkətlərdən biri də getdikləri ölkəyə və insanlarına nəzakət əlaməti olaraq, bəzi sadə sözləri əzbərləmək və həmin ifadələrlə müraciət etməkdir. Amma unutmayın, bəzi ölkələrin “salamsağolları” bir-birinin eynidir.
Məsələn, İtaliyada çao, Polşada çeş, Macarıstanda isə siya həm salam, həm də sağ ol deməkdir. Bundan əlavə, İtaliyada şəkil çəkdirən zaman ehtiyatlı olun! Bu vaxt kiminsə başında “buynuz tutmaq” italyanların heç sevmədiyi hərəkətdir. Bu, hətta təhqir kimi də anlaşıla bilər.
Müharibədən gələn uğur Sən demə, Tailandın indiki kimi böyük bir turizm ölkəsinə çevrilməsinin əsas səbəblərindən biri də Vyetnamdakı müharibə olub. Amerika silahlı qüvvələri üçün cəbbəxana rolunu oynayan Tailand az keçmədən ele amerikalıların ən çox istirahətə gəldikləri ölkələrdən birinə çevrilir.
Əlinə hakim ol! Bir şeyi heç vaxt unutmayın ki, haraya getməyinizdən asılı olaraq qaydalar dəyişir. Hər hansı bir ölkədə adi və normal qəbul olunan hərəkətlər digərində sizə ciddi problemlər yarada bilər. Tayların və hindlilərin daha çox yaşadığı ölkələrdə istənilən bir uşağın başını sığallamaq qadağandır və günah sayılır. Bu xalqlara görə baş müqəddəs yerdir və ora ancaq kahinlər və valideynlər əl vura bilərlər.
Daşdan doğan ümid Əgər təsadüfən yolunuz bir gecə Afinadakı Parfenonun yanından düşsə, gördüyünüz mənzərə qarşısında donub qalmayın! Belə ki, səfərdən sonra həmişə tarixi yerlərdən bir parça daşı özləri ilə xatirə kimi aparmağı sevən turistlərin bu qiymətli məkanları tamamilə
“sökmələrinin” qarşısını almaq üçün Afina hökuməti maraqlı bir şey fikirləşib. Hər gecə turistlər burdan tamamilə çəkildikdən sonra Parfenon ətrafına maşınlarla daşlar gətirilir. Turistlər də bu daşları sevinə-sevinə xatirə kimi özləri ilə ölkələrinə aparırlar.
Bir otaqlı otel Özünü xüsusi və seçilmiş hiss etmək istəyən turistlərə bir günlük də olsa Helsinkiyə getməyi təklif edirik. Belə ki, Kaplio adlı qəsəbədə 1920-ci ildə tikilən və sahəsi cəmi 30 kvadrat metr olan bir otel tək otaqdan ibarətdir. Otelin ən cəlbedici xüsusiyyətlərindən biri, öz klassik formasını qoruyub saxlamasıdır. Otelin divarları “Toile Kallio” firmasının hazırladığı, dizayner Janne Hanninenin kolleksiyasından olan füsunkar divar kağızları ilə üzlənib. Bu
örtükləri hazırlayarkən əsas məqsədlərdən biri də diqqət cəlb edərək divar kağızlarına tələbatı artırmaq idi. Necə deyərlər, “biznes daxilndə biznes”. Otel bir otaqdan ibarət olduğuna görə müştərilərə də elə otel sahiblərinin özləri xidmət edirlər. Yüksək səviyyəli otel hər bir şəraitlə təmin olunub və bir gecəsi 120 avroya qonaqların istifadəsinə verilir. Yox, əgər siz oteldə 5 gecə qalmaq fikrindəsinizsə, onda bir gecə üçün 65 avro ödəyəcəksiniz.
Xatuna MAHMUD
111
ДЕЙИЛЯНЯ ЭЮРЯ...
ДЦНЙАЙА ПЯНЪЯРЯ ДЦНЙАНЫН ЙАШАНЫЛАСЫ 21 ЙЕРИ Birləşmiş Millətlər da, İrlandiya, Hollandiya, Təşkilatının hazırladığı İsveç, Fransa, İsveçrə, yeni bir siyahıya görə Yaponiya, Lüksemburq, dünyada yaşanılası 21 Finlandiya, Amerika Bir ən gözəl yer müəyyən ləşmiş Ştatları, Avstriya, ləşdirilib. Bu siyahıda İspaniya, Danimarka, birinci yeri tutan Nor Belçika, İtaliya, Lixtenş veç yaşamaq üçün ən teyn, Yeni Zelandiya, mükəmməl ölkə hesab İngiltərə qərarlaşıb. olunub. Avstraliya və İngiltərənin sonuncu İslandiya da ilk üçlük seçilməsi dünya səviy də yer tutub. Siyahıda yəsində böyük əks-səda növbəti yerlərdə Kana yaradıb. ДЦНЙАНЫН ЯН ЗЯНЭИН ЮЛКЯСИ
Dünyada zəngin lik və bolluq içərisində yaşayan xeyli ölkələr var. Bunların arasında ən zəngini isə Lük semburqdur. Yarandı ğı ilk gündən bu kiçik ölkənin tək bir hədəfi vardı: “zənginlik”. Tarix boyunca Lüksemburq davamlı döyüşlərdən tə sirlənmiş, işğal altında qalmışdır. Ancaq bu ki çik ölkə o zamanlarda, indi də iqtisadi gücünü qorumağı yaxşı bacar mışdır. Adından da ay dın olduğı kimi, “Lüks” (dəbdəbəli) “emburg”da adam başına düşən milli gəlir 2009-cu ildə 83.182 dollar olaraq qeyd edilmişdi. Bu rə qəm indiyə qədər adam başına düşən ən böyük milli gəlir nisbətidir.
112
“Eurostat” agentliyin də dərc olunana digər bir araşdırmaya görə, Lüksemburq Avropa Birliyinin də ən zəngin ölkəsi seçilib. “Avropa nın ən zəngin ölkəsi” siyahısında ikinci yeri Niderland tutur. Üçüncü yerdə isə Danimarka qərarlaşıb. Liderlərin beşliyini İrlandiya və Avstriya tamamlayır. Bu siyahıdakı ən aşağı göstəricilər Rumuniya ilə Bolqarıstanın payına düşür. Qeyd edək ki, XVII əsrə qədər İngiltərə Hindistan torpaqlarını işğal edənədək dün yanın ən zəngin ölkəsi hindlilərin vətəni hesab olunurdu.
ДЦНЙАНЫН ЯН ЙЦКСЯК БИНАСЫ uzaqlıqdan görmək Dünyanın ən yük mümkündür. sək binası adını bu ilin “Burj Dubai” həm yanvarında təntənəli də dünyanın ən sürətli mərasimlə açılan “Burj liftinə sahibdir. Buradakı Dubai” əldə etdi. Tikin tisinə 2004-cü ildən baş liftlərlə saniyədə 10 metr məsafə qalxmaq müm lanan “Burj Dubai”nin kündür. hündürlüyü 828 metrdir. 160 qatlı binanın 4,1 milyard dollara başa 158-ci mərtəbəsində gələn qüllədə 57 lift, xüsusi dizayn edilmiş 1044 mənzil, 6 avtopark məscid də mövcuddur. var. Binanı 95 kilometr
ДЦНЙАНЫН ЯН КИЧИК ЮЛКЯСИ: МОЛОССИА
Lüksemburq, Mo nako və ya Lixtenşteyn olduğunu düşünürsü nüz? O zaman söyləyək ki, yanılırsınız. Dünyanın ən kiçik ölkəsi Molossia Respublikasıdır. Yarım hektar böyüklüyün də olan bu kiçik dövlət Amerikadadır. Nevada ştatında yerləşən bu ölkənin canlı sakinlərinin sayı cəmi 6-dır. Hə lə gənckən “Kükrəyən siçan” filmini izlədikdən sonra öz kiçik ölkəsini qurmaq fikirinə düşən Baugh bu arzusunu reallaşdırıb. 30 ildir ki, ölkənin başçısı olan Kevin Baughdan başqa, onun 2 oğlu və 3 iti bu respublikanın sakinlə ridir. “Dünyanın ən kiçik ölkəsidir”, - deyib, bu rada sərhədləri qanun
ДЦНЙАДА ЯН ТЯМИЗ ЩАВА
Dünyada ən təmiz hava Tasmaniya adala rındadır. Hətta burada astma xəstələri üçün xüsusi xəstəxanalar açı lır. Şimali Afrika ərazisi, Havay adaları, İslandiya, Paskaliya adası, Pataqo niya, Taiti də təmiz hava sı olan yerlərdir.
suz keçə bilməzsiniz. Molossia torpaqlarına ayaq basdığınız an pas portunuzu göstərməlisi niz. Bu kiçik ölkənin öz poçtu, poker çeklərindən hazırlanmış pul vahidi belə var. Milli yeməyi isə çiy peçenye xəmiri dir. Molossia Amerikaya vergi ödəmir və daha da müstəqil olmaq üçün öz elektrik sistemlərini inki şaf etdirməyə çalışır.
ДЦНЙАНЫН ЯН ДЯРИН ЩОВУЗУ
Belçikanın Brüs sel şəhərində olan və xüsusilə dalğıclar üçün hazırlanmış “Nemo 33” dünyanın ən dərin hovuzudur. Hovuzun içində 5, 10 və 33 metr dərinliklərdə olan üç ayrı hissə var. 2,5 milyon litr su tutan hovuzu günəş
enerjisindən istifadə edərək 33 dərəcəyə qədər qızdırmaq olur. 3,2 milyon Avroya ba şa gələn hovuzda süni sualtı mağaralar da var. Ziyarətçilər hovuzun xaricindəki pəncərələr dən içəridə üzənləri və hovuzu izləyə bilirlər.
ДЦНЙАНЫН ЯН ЗЯНЭИН ШИРКЯТИ
“Boeing” adı yəqin ki, çoxlarınıza tanışdır. Bu adı eşitdikdə əksər insanlar təyyarələri xa tırlayır. Bəlkə də çoxla rının ağlına gəlmir ki, bu şirkət həm də ölümcül silahlar, mərmilər və döyüş vasitələri istehsal çısıdır. “Boeing” istehsal
etdiyi silah-sursatla çox böyük gəlir əldə edir. Ötən il bu şirkət yalnız silah sənayesindən 83 milyard dollar qazanıb. Həmin məbləğə digər hərbi vasitələrini və təy yarələri də əlavə etsək, bu rəqəm xeyli yüksə ləcək.
Rəna KƏRİMOVA
113
ДЕЙИЛЯНЯ ЭЮРЯ...
114
13 B
13
əzi insanların rəqəmlərə olan münasibəti maraqlı və qəribədir. Ətrafımızda rəqəm ləri yalnız hesab vasitəsi kimi görənlərlə yanaşı, ona fərqli mənalar yükləyənlər də az deyil. Hamı tərəfindən heç də birmənalı qarşılan mayan rəqəmlərdən biri və bəlkə də birincisi “iblisin rəqəmi” hesab olunan 13-dür. Bu rəqəm insanlığın qədim yol yoldaşıdır. “Şeytan rəqəmi”nə insanların münasibəti həmişə fərqli olub. “13” bir qrup insan üçün çox uğurlu, bəziləri üçün isə uğursuz sayılır. Məsələn, bir çox ölkələrdə masa arxasında 13 nəfər qonağın əyləşməsi evdar xanımlar üçün faciədir və onlar buna heç vaxt icazə vermirlər. Oyunçular isə tam əksinə, həmişə 13 rəqəmi üzərindən oynamağı üstün tuturlar. Bəziləri isə hesab edir ki, “Şeytan rə qəmi” uğurlu təqvim günüdür. Doğrudanmı belədir?
“OYUNU POZAN ” Rəqəmlərin hesab vasitəsi ilə yanaşı, mistik qüvvəyə malik olması fikrinin qədim tarixi var. Pifaqor 13 rəqəmin dən öncə gələn 12-ni harmoniya və bitkinlik rəqəmi adlan dırırdı. Bir ildə 12 ay mövcuddur, hər gün bərabər olaraq gecə və gündüzə - iki 12 saata bölünür, bürclərin sayı da 12-dir, Herakl 12 qəhrəmanlıq göstərib və s. 13 isə, belə demək mümkünsə, “oyunu pozur”. 12-dən bir say böyük olan 13 bitkinliyi, harmoniya və bərabərliyi məhv edir. Bu na görə də 13 uğursuz və nəhs rəqəm sayılır. Çünki həmi şə böyük hadisələrdən sonra gələn cılız hadisələr, uğurlu rəqəmlərdən sonra gələn növbəti saylar insanlarda xaos yaradır. Bir neçə il əvvəl amerikalı jurnalist Nataniel Laken mayerin 13 rəqəminə həsr olunmuş “Kolibri ” əsəri çap olunur. Araşdırmalar zamanı məlum olur ki, 13 rəqəminə qarşı antipatiya qədim zamanlardan bəri mövcud olsa da, “şeytan rəqəmi” stereotipi ötən əsrdən etibarən daha də rin kök salıb. Amma bütün bunlara baxmayaraq, 13 yalnız mənfi deyil, həmçinin müsbət hadisələrlə tarixdə qalıb.
ХОФУ
“DÜŞƏRLİ” 13 • Qədim mayya və astek tayfalarında 13 uğurlu rə qəm sayılırdı. May ya əfsanələrinə görə, səma 13 qatdan ibarət idi və hər bir qatda ayrı-ayrı Allahlar yaşayırdı. Bun dan əlavə, may ya və asteklərin on üç gündən ibarət həf təlik təqvimləri də var idi. • Xristianlara görə, “gizli gecə”nin 13 nəfərlik işti rakçılarının 13-sü İsa Məsih idi. Yunan dilində də İsa Mə sihin adı 13 hərfdən ibarətdir. • 13 rəqəmi ABŞ gerbinin bütün elementlərində öz əksini tapır. Gerbdə təsvir olunan qartal sol əlində 13 ox, sağ əlində isə 13 yarpağı və 13 meyvəsi olan zeytun bu dağını tutur. Hətta “Epluribus unum”, yəni “çoxluqdan – birlik” devizi belə 13 hərflə yazılır. ABŞ bayrağındakı ilk birləşən ştatların göstərici olan qırmızı və ağ zolaqların sayı belə 13-dür. • Fransa kralı XIII Lüdovik “iblisin rəqəmi”ni uğurlu hesab edirdi. O, ayın 13-də 13 yaşlı Anna ilə evlənmişdi. • İncildə Allahın 13 vacib cəhətinin adı çəkilir. • Yəhudi ezoterik cərəyanı sayılan Kabbala cənnəti qazanacaq hər kəsin orada 13 səmavi fəvvarə, 13 xeyir xahlıq darvazası və 13 möcüzəli çay tapacağını söyləyir.
LƏNƏTLƏNMİŞ 13 • Hələ qədim dövrlərdə antik yunan alimi Hesiod kəndlilərə ayın 13-də əkinə başlamamalarını məsləhət görürdü. • Yaxın Şərqdə və Çində 13 hələ də harmoniya və bütövlüyü pozduğu üçün ölüm rəqəmi sayılır. • Çində ay təqvimi ilə bir ildə bəzən günlərin sayı 354 olurdu. Buna görə bəzən illəri bərabərləşdirmək üçün əlavə 13-cü aydan istifadə edilirdi. Və həmin ay da çox uğursuz hesab olunurdu. • Xüsusilə Avropada belə bir inanc var ki, bayram süfrəsində 13 nəfər əyləşibsə, masadan ilk qalxan insan tezliklə öləcək. • Ayın 13-ü cümə gününə təsadüf edirsə, bu, çox təhlükəlidir. Xristianların inancına görə, 13 satqınlıq rəmzi
115
ДЕЙИЛЯНЯ ЭЮРЯ...
dir. Gizli gecədən sonra İsanın başına gələnlər 13-ü xris tianların ən çox qorxduqları rəqəmlərdən birinə çevirmiş dir. Bəzi mənbələrə görə, Adəm və Həvva da qadağan olunmuş almanı məhz cümə gününə təsadüf edən ayın 13-də yemiş və cənnətdən qovulmuşdular. 13- DƏN QORX ANL AR “İblis rəqəmi”nə yüklənən mistik mənaları ciddiyə al mayanlarla yanaşı, ətrafımızda 13-dən qorxan, hətta hə yatını bu rəqəmə görə planlaşdıranlar da az deyil. Tibdə 13 rəqəmindən qorxanlara və onun təsirini addımbaşı sı nayanlara triskadekafobidlər, bu “xəstəliy”in adına isə triskadekafobiya deyirlər. 13-dən qorxanlar çalışırlar ki, 13 rəqəmi olan yerlərdən qaçsınlar. Bir çox ölkələrdə isə insanların qorxusu nəzə rə alınır və onların rahatlığı üçün 13 rəqəmindən istifadə edilməməsinə cəhd göstərilir. Məsələn, bu gün ABŞ-da 13 nömrəli avtobus, trolleybus, vaqon yoxdur. Fransada vətəndaşları hirsləndirməmək üçün 13 nömrəli mənzillə rə rast gəlmək çətin məsələdir. Bir çox təyyarələrdə 12-ci yerdən, otellərdə isə 12-ci otaqdan sonra birbaşa 14-cü gəlir. Bəzilərində isə 13-cü mərtəbəni 12 A, 12 B və ya 12+1 kimi qeyd edirlər. Klassik musiqinin vətəni sayılan İtaliyada opera teatrlarında 13-cü stul olmur, gəmilərdə isə 12-ci kayutadan sonra birbaşa 14-cü gəlir. Hətta ABŞ-da pilotların rahatlığını nəzərə alaraq bu ölkənin aviasiya tarixində F13 nömrəli qırıcılar da olmayıb. Müasir “Formula 1” yarışlarında 13 nömrəli avtomobil və yarışçı yoxdur. Əsas səbəb isə 1925-1926-cı illər ərzində bir pilo tun 13 nömrəli yarış avtomobili ilə dalbadal 3 qəza törət məsi olub.
116
MƏŞHUR TRİSK ADEK AFOBİDLƏR Adolf Hitler tarixdə 13-dən qorxan ən tanınmış şəx siyyətlərdən olub. İkinci dünya müharibəsi zamanı № 112 seriyasından olan qırıcı təyyarələri № 100 seriyası ilə əvəz edirlər ki, 113 seriyasından istifadə olunmasın. Bun dan əlavə, Napoleon Bonapart, Herbert Quver və Frank lin Delano Ruzvelt də məşhur triskadekafobidlər sırasına aiddirlər. Məşhur Avstriya bəstəkarı Arnold Şönberqin “13”lə olan münasibəti isə tamamilə fərqlidir. Bəstəkar ayın 13-ü anadan olur, elə 13-ü də vəfat edir. 13 rəqəmi ömrü bo yu Şönberqin kabusuna çevrilir və 76 yaşı tamam olacağı gündən çox qorxurdu. Çünki həmin gün ayın 13-ü cümə gününə təsadüf edirdi. Bəstəkar həmin gün yerində uza nıb vaxtın keçməsini gözləyirmiş. Onu belə görən arva dı yerindən qalxmasını və uşaqlıq etməməsini tələb edir. Ayağa qalxan Şönberq bir tək “harmoniya” sözünü deyə rək gecəyarısına 13 dəqiqə qalmış vəfat edir. 13-lə bağlı bütün stereotiplər, göründüyü kimi, tarixdən gəlir. Müasir dövrümüzü diqqətlə izlədikdə görərik ki, 13 digər rəqəmlərdən heç nə ilə fərqlənmir. Ayın 13-ü baş verən qəzaların sayı digər günlərdən nə az, nə də çoxdur. Buna görə də sakitləşin və 13-dən qorxduğunuz zaman ABŞ kino aktyoru Qruço Marksın sözlərini yadınıza salın: “Masa arxasında 13 nəfərin əyləşməsi o zaman faciəvi olar ki, siz 12 nəfər üçün yemək hazırlayasınız”. Xatuna MAHMUD
117
reklam
ДЕЙИЛЯНЯ ЭЮРЯ...
АРАМЫЗДА”ЭЯЛМЯЛЯР” ВАР
M
üxtəlif insanların müəmmalı şəkildə yoxa çıxması onların yadplanetlilər tərəfindən qaçırıldığı haqqında şayiələrin yaranmasına səbəb olur. Bəzi hallarda bu insanlar proqramlaşdırılmış şəkil də yenidən geriyə, Yerə qaytarılırlar. SSRİ dövründə bu kimi faktlar qəti surətdə ictimaiyyətdən gizli saxlanılırdı. Ara-sıra əldə olunan məlumatlar isə əhali arasında mif şəklində yayılırdı və elə bu cür də qəbul edilirdi. Qapalı rejim dağıldıqdan, geniş informasiya əldə etmək imkanı yarandıqdan sonra yerli alimlər də təsdiqlədilər ki, yadplanetlilər mövcuddur. Ufoloqlar deyirlər ki, gəlmələr adi insanlar kimi Yerdə yaşaya bilirlər. Eləcə də gəlmələrdən doğulan, ara mızda böyüyən və yaşayan körpələrin olması haqqında faktlar da var. Belələrinə insan yox, “hibrid varlıqlar” deyilir. Böyük elmi kəşflərin, inkişaf etmiş texnologiyaların məhz belə insanlar tərəfindən icad edilməsi barə də fikir söyləyənlər də az deyil...
118
ONL AR YERİ KVADR ATL AR A BÖLÜRLƏR Fransız ufoloqu Emme Mişel belə bir eksperiment apa rır. O, Fransanın xəritəsində UNO-ların müşahidə olundu ğu yerləri qeyd edir. Məlum olur ki, bir gün ərzində UNOların müşahidə olunması barədə məlumatlar xəritədə düz xətt boyunca yerləşən ərazilərdən gəlir. Özü də söhbət düz xətt boyunca uçan bir UNO-dan deyil, müxtəlif for maya malik fərqli “aparatlar”dan gedir. Mişel bunu qanu nauyğunluq hesab edir və bu barədə “Sirli izaholunmaz obyektlər” kitabında söz açır. Bu cür müşahidələri Yeni Zelandiyadan olan Bryus Karti də aparır. O, Avstraliya və Yeni Zelandiya xəritələ rində UNO-ların müşahidə olunduğu yerləri işarələyir. Bütün bu nöqtələr üfüqi və şaquli düz xətlər boyunca yerləşmişdir. Özü də bu xətlər düz bucaq altında kəsişə rək kvadrat tor əmələ gətirirvə kvadratın bir tərəfi 33 də niz milinə (1 mil = 1852 metr) bərabərdir. Ufoloqlar Reymon Lavye və Şarl Qarro bu rəqəmlə rin doğruluğunu yoxlamaq üçün Fransa xəritəsi üzərində Bryus Kartinin eksperimentini təkrar edirlər. Eyni nəticə əldə olunur: hər tərəfi 33 dəniz milinə bərabər kvadrat əmələ gəlir. Sözügedən tədqiqatçılar hesab edirlər ki, dünyanın müxtəlif yerlərində bu cür torun əmələ gəlməsinin təsadüf olma ehtimalı azdır. Belə görünür ki, özgə planetdən gə lənlər Yer kürəsinin xəritəsini kvadratlara bölür və ardıcıl olaraq bu kvadratları tədqiq edirlər. MƏXFİ SƏNƏDLƏR AÇIL ARSA… 1961-ci ilin fevralında Avropadakı NATO qüvvələrinin radarları Sovet İttifaqı istiqamətindən yaxınlaşan bir neçə uçan aparatı qeydə alır. Az sonra onlar Qərbi Avropanın hava məkanına daxil olurlar. Uçan obyektlərin sürəti və manevrliliyi heyranedici idi. Həyəcan siqnalı ilə havaya qı rıcı təyyarələr qaldırılır. Ancaq bu an uçan obyektlər ra darların ekranından itir. Elə həmin il NATO qüvvələrinin aviasiya marşalı Tomas Payk bu obyektlərin xüsusiyyə tini və mümkün təhlükəsini öyrənmək üçün məxfi qrupun yaradılması barədə əmr verir. 1963-cü ilin mayında pe şəkar əks-kəşfiyyatçı Bob Din qrupa qoşulur. Ona ehti yac vardı, çünki UNO problemi barədə məxfi sənədlər və qrupun iki üzvü məlum olmayan şəraitdə itkin düşür. Bob qrupa gəldikdən sonra “Tam məxfi” qrifi altında saxlanılan sənədlə tanış olur. Bu çoxsaylı illüstrasiya, qra fik və rəqəmlərdən ibarət ağır cild qrupun ikiillik zəhməti nin nəticəsi idi. Sənəddən məxfilik qrifi hələ də götürülmə məsinə baxmayaraq, Bob Din dövlət sirrini pozmaqda və
bu sənədin bəzi hissələrini çap etməkdə özündə cəsarət tapır: 1. Yer kürəsi bir neçə yad planetin sivilizasiyası tərəfindən intensiv və geniş şəkildə müşahidə olunur. Onların texnolo giyaları imkanlarına görə yerdəkiləri min illərlə qabaqlayır. 2. Müşahidələr və onların bir neçə min il ərzində aparıl ması faktı xüsusi plan və proqramın mövcudluğundan xə bər verir. 3. Hərbi kəşfiyyatın məlumatları yad planetlər tərəfindən birbaşa təhlükənin olmadığını bildirir. Ancaq bəzi faktlar onların dövlət işlərinə müdaxilə etmək potensialını təsdiq edir. Bu sənədin surəti 60-cı illərin ortalarında NATO üz vü olan bütün ölkələrin başçılarına təqdim edilir. 1964-cü ilin yanvarında ABŞ-nın Arizona ştatında yer-hava tipli ra ketlə özgə planetə məxsus kosmik gəmi vurulur. Gəmi nin düşdüyü yerə gələn mütəxəssislər çoxsaylı qırıqları, naməlum aparatın hissələrini və bir neçə cəsəd tapırlar. Cəsədlər boz dərili, boyu 110-120 santimetr, insanla mü qayisədə daha böyük kəllə sümüyünə malik məxluqlara məxsus idi. Qırıntıların arasında özgə planetdən gələn in san da tapılır. O, ABŞ-ın Arizona ştatının məxfi bazasında bir neçə ay saxlanılır. Şöbənin əməkdaşları onunla ünsiy yət qurmağa nail olurlar: Özgə planetdən gələn məxluq bu bazada naməlum xəstəlik səbəbindən ölür. Şöbənin iki əməkdaşı şübhə li bilinir. Bir neçə ay sonra onların həbsinə cəhd edirlər. Saxlanma zamanı onlardan biri öldürülür. Digəri, yəqin ki, hazırlanan əməliyyat barədə məlumat alaraq gizlənir. Öl dürülən şəxsin cəsədi yarılır və onun genetik kodları təd qiq edilir. Analiz göstərir ki, onun quruluşu, genetik zənciri
119
ДЕЙИЛЯНЯ ЭЮРЯ...
və hüceyrədaxili prosesləri insandakı quruluş və proses lərlə uyğun gəlmir. “ULDUZ MÜHARİBƏSİ” DAVAM EDİR Əksər qəzetlər “Yer kürəsini yad planetin müdaxilə sindən qorumağa qadir layihə üzərində çalışan ingilis alim ləri müəmmalı şəraitlərdə ölürlər”, - deyə yazırdılar. Niyə? Bu, 1986-cı ilin oktyabrında Bristolda baş verir. Qəşəng kostyum geyinən bir kişi ipin bir ucunu səliqə ilə ağaca bağlayır, digər ucunu halqa edib boynuna keçirir və öz maşınının qaz pedalını basır. Ölüm ani olur. Hadisə yerinə gələn polis vəfat edən şəxsin portmanatından profes sor Ərşad Şərifin adına olan sənədləri tapır. Qəzetlərdə bunun sui-qəsd olduğu yazılır. Belə görünür ki, kimsə suiqəsd etmək istəyən professor Şərifin nədənsə London dakı evindən yüz kilometr uzağa - Bristola getməsi kimi önəmli fakt barədə maraqlanmayıb. Bu arada daha bir londonlu professor Vimal Dazibay özünü Bristol körpüsündən atmaq üçün eyni məsafəni qət edir. Həyəcanlandırıcı təsadüfdür, xüsusən də bu alimlərin hər ikisi eyni mövzu – ABŞ-dakı “Ulduz müharibələri”nin analoqu olan ingilis hökumətinin proqramı üçün elektron silah hazırlanması – üzərində işləyirdilər. Daha bir maraqlı detal odur ki, həm Şərif, həm də Dazibay UNO-larla ma raqlanırdılar... Müstəqil araşdırma aparmaq istəyən tanınmış ameri kan yazar Sidni Şeldon aşkar etmişdir ki, UNO və ulduz silahı ilə məşğul olan ingilis mütəxəssislərin müəmmalı ölümləri 1987-ci ildə də davam edir. Şeldonun məlumatına görə, ümumilikdə qısa müddət ərzində Şərif və Dazibayın ardınca onların iyirmidən çox həmkarı “o biri dünyaya göndərilirlər”. Dəqiq desək, 23 nəfər. Bunu sadə təsadüf hesab etmək olarmı? Bu, bir tə sadüf deyilsə, onda necə?
İŞARƏLƏR ONL ARIN VARLIĞINI TƏSDİQLƏYİR Onlar Yer kürəsində qonaq olmalarının təsdiqi kimi əkin sahələrində, zəmilərdə işarələrini qoymağa başladı lar. İlk işarə isə 1972-ci ildə İngiltərədə müşahidə olundu. Hadisənin canlı şahidləri – Artur Şattlvud və Brüs Bondun xatirələrindən: - Onlar kürə formalı “təyyarə” ilə yerə endilər. 20 sa niyə sonra yenidən göyə qalxdılar. Və biz əkin sahəsində bir-birinə bağlı iri halqalar gördük. Bu hadisədən sonra bir il ərzində təkcə İngiltərədə UNO-ların görünməsi və qoyduqları işarələr barədə ufo logiya mərkəzlərinə ümumilikdə 9000 xəbər daxil olur. Xə bərlər daha çox Böyük Krallıqdan gəldiyindən ingilislərə bu dairələri “ingilis halqaları” adlandırmaq hüququ verilir. Necə deyərlər, zamanla UNO-lar onları sevir, onlar da UNO-ların qoyduqları dairələri... İngiltərədə naməlum obyektlər daha sıx şəkildə 1980-ci ildən görünür. Ard-arda 1987-ci ildə 47, 1988-ci ildə 98, 1989-cu ildə 400, o biri illərdə isə 500-dən çox qəribə dairələrə, işarələrə rast gəlinir. “Cadugər üzüyü” adlandırılan bu dairələrin “peyda olması” barədə daha sonralar müxtəlif ölkələrdən xəbərlər gəlirdi. Amma heç də hər kəs bu dairələrin gəlmələrin işi ol duğunu qəbul etmək istəmirdi. Məsələn, Oksford Univer sitetinin professoru Robert Plot iddia edirdi ki, bu işarələr insan əməyinin nəticəsidir. Onları əsl işarələrdən bir şey fərqləndirirdi - UNO-ların çəkdikləri dairələrin olduğu yer də heç nə bitmir, şumlanmış şəkildə qalır. Özü də həmin işarələr yalnız zəmilərdə və əkin sahələrində görünmür. Məsələn, 1990-cı ilin yanvarında Xar kovda donmuş Mza çayının üzərində diametri 20,7 metr olan dairə “peyda olur”. Hətta Şarlotta Vyusthof təyyarə ilə Misirə səyahət edəndə səhralardan birinin üzərində bu işarələri görür.
1987-ci ilin yanvarı. “Sinq-Qada”nın müəllifi itkin düşmüş və öldüyü bildirilmişdir. 1987-ci ilin fevralı. Piter Piqeqelin qarajda öz maşını ilə basılıb öldürülmüşdür. 1987-ci ilin martı. Devid Senyas maşınını yüksək sürətlə kafeyə çırparaq özünü öldürmüşdür. 1987-ci ilin apreli. Mark Vizner özünü asmışdır. 1987-ci ilin apreli. Stuart Qudinq qətlə yetirilmişdir. 1987-ci ilin apreli. Devid Qrinxalq körpüdən yıxılmışdır. 1987-ci ilin apreli. Şani Uorenn suda boğulmuşdur. 1987-ci ilin may ayı. Maykl Beyker yol qəzasında ölmüşdür.
120
Halqalar həndəsi cəhətdən tam dəqiqliklə işlənir. Hər bir dairənin dibində “uçan boşqabların” enişi üçün dəmir dayaqlar olur. Bu işarələr Evklid həndəsəsinin ən mürək kəb fiqurlarından ibarətdir. UNO-ların işarələri hal-hazırda ufologiyada “piktoq ram” kimi tanınır. Özü də ciddi şəkildə elm dünyasında tədqiqat obyekti kimi qəbul olunur. Hazırda müxtəlif ölkə
lərin alimləri bu yaxınlarda krallığın Mendlbrote sahəsində tapılan və həndəsi mürəkkəbliyinə görə sələflərini geridə qoyan işarənin tədqiqi ilə məşğuldurlar. Belə görünür ki, “Kibernetika uşaqları”nın dəcəllikləri həm elm dünyasını, həm də bizim dünyamızı hələ çox təşvişdə saxlayacaq. Nərmin NÖQTƏ
121
1001 ХЫРДАВАТ
БАНГКОК 2013-ЪЦ ИЛИН “ДЦНЙА КИТАБ ПАЙТАХТЫ” СЕЧИЛИБ
rın, o cümlədən Beynəl xalq Naşirlər Assosiasi yasının, Kitab Ticarətçi ləri Federasiyasının və Beynəlxalq Kitabxana Assosiasiyaları və Müəs sisələri Federasiyasının nümayəndələri daxildir. Komitə fəxri adı kitabı və mütaliəni təbliğ etmə yi öhdəsinə götürmüş şəhərə verməklə ədəbi yaradıcılığın vacibliyini vurğulayıb.
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət məsə lələri üzrə təşkilatı – YUNESKO Banqkoku 2013-cü ilin “Dünya kitab paytaxtı” seçib. Tailandın paytaxtı bu titula ölkənin “Kitab nəşrinin və kitab ticarətinin bütün mərhə lələrini, naşirlik layihələ rinin bütün iştirakçılarını birləşdirmək” səyləri sa yəsində layiq görülüb. Bu təşkilat Banqkoka həm də çox rəngarəng tədbirlər proqramı təq dim etdiyinə görə üstün lük verib. Seçim komitəsinə həm YUNESKO-nun özünün, həm də kitab sənayesi üzrə aparıcı peşəkar assosiasiyala СААТЫН САЬ ЭЮСТЯРИРСЯ...
Coğrafi mövqeyinə görə şimal yarımkürə sində, ekvatora yaxın yerləşən Misirdə günəş çıxanda kölgə dərhal qərbdə meydana gə lir. Günəş yüksəldikcə kölgə şimala, yəni sağa doğru hərəkət edir. Gün batanda isə şərq yönü nə çatır. Daha sonralar çarx lı, batareyalı saatlarda da istiqamət dəyişmədi, hətta sağa doğru fırlan ma “saat istiqamətinə dönmə” kimi adlandırıl dı. Avstraliya kimi ekva
122
torun cənubundakı ölkə lərdə isə gün doğarkən daşın kölgəsi cənuba düşür və günəş yüksəl dikcə sola doğru dön məyə başlayır. İlk saat orada kəşf edilsəydi, bu gün əqrəb və yelqovan əks istiqamətdə hərəkət edərdi.
ДЯМИРЙОЛУ РЕЛСЛЯРИ ИЛЯ МЦАЛИЪЯ
İndoneziya sakinləri müalicənin yeni üsulu nu ixtira ediblər. Artıq bir ildən çoxdur ki, onlar Rava Buayya stansiya sında dəmiryolu relsləri üzərində uzanmağa gə lirlər. İnsanlar əmindirlər ki, bu relslərdən keçən elektrik cərəyanı bir sıra xəstəliklərin müalicə sində kömək ola bilər. Onların bura yığılma sına səbəb isə keçən il bu relslərin üzərində baş vermiş qəribə hadi sə olub. Belə ki, qismən iflic olmuş Çin sakini özünə qəsd etmək üçün relslərin üzərinə uzanır. Lakin cərəyanın zərbəsi həmin şəxsin ayaqlarına müsbət təsir edir və o,
tezliklə ayağa qalxır. İndoneziya həkimləri qeyd edirlər ki, elektro şok terapiyası ənənəvi tibdə yalnız psixi pozun tuların və beyinin bəzi xəstəliklərinin müalicə sində tətbiq olunur. Yerli polis təxminən 1800 dollar və üç ay müddətə həbs cəzası tətbiq etdikdən sonra bura gələnlərin sayı bir xeyli azalıb.
КОСМОСДА ЙАШАМАГ АСАНЛАШДЫ min dollar olacaq. Mərkəzi Rusiyada Kosmos turistlə yerləşən “Orbital Tech ri astronavtların yediyi nologies” adlı şirkət qurudulmuş və donmuş 2016-cı ilə qədər kos qidaları deyil, Yerdən mosda otel inşa edəcə yini açıqladı. 4 otaqda göndərilən ləzzətli ye 7 adamın qala biləcəyi məkləri yeyəcəklər. Ca kosmos otelinin ge zibə qanununun işləmə niş şüşələrindən çölə diyi oteldə yataqlarının baxan müştərilər Yer üfüqi, yoxsa şaquli da kürəsinin fırlandığının yanacağına qonaqların şahidi olacaqlar. Oteldə özləri qərar verəcəklər. qalmaq istəyənlər üçün səfərin müddəti iki gün dür. Burada beş gecə qalmağı düşünənlər 164 min dollar ödəməlidirlər. Nəqliyyat xərci isə 820
БЯД ХЯБЯРЛЯР ЙАДДАШЫ МЮЩКЯМЛЯНДИРИР
САДЯЪЯ ШОКОЛАД ЙЕЙЯРЯК ЙАШАYAН ГЫЗ
İngiltərədə yaşayan 13 yaşlı Rebeka Skovk roft hər zaman yalnız şokolad yeyir. Ailəsi yu murta və pendir-çörək kimi nahar menyusunu seçəndə fərqli yemək ləri dadmaqdan qor xan Rebeka hər səhər xeyli isti şokolad içir və 10 ədəd şokolad yeyir. Gənc qız günorta yemə yi olaraq da eyni şeyləri seçir və yalnız axşamlar düyü yeyir. Təbii ki, içə risində bir kasa əridilmiş şokolad olmaq şərti ilə…
Həkimlər bu vəziy yətin yemək fobiyasın dan qaynaqlandığını düşünürlər. Hələ ki Rebeka hər hansı bir sağlamlıq problemi ilə qarşılaşmayıb. Həkim lərin narahat olduqları tək məqam Rebekanın hər gün şokolad yeyə rək əldə etdiyi enerjini necə ortaya çıxaracağı dır. Çünki şokolad tam bir enerji qaynağıdır və gündəlik enerji ehtiyacı nın əhəmiyyətli bir qisi mini qarşılaya bilir.
ЩАВАНЫ ТЯМИЗЛЯЙЯН ПАРЧА azot və uçucu birləşmə Böyük Britaniyanın lərdən ayıraraq təmiz Şeffild Universitetinin ləyir. tədqiqatçıları London Dəb Kollecinin əmək daşları ilə birlikdə elmdə inqilab sayılacaq kəşfə imza atıblar. Belə ki, alimlər havadakı çirkli maddələri təmizləmək xüsusiyyətinə malik ekoloji parça yaradıb lar. Kəşfin müəlliflərinin sözlərinə görə, parçanın tərkibində dioksid titan adlı təmizləyici element mövcuddur. Qeyd edək ki, adıçəkilən kimyəvi maddə havadakı oksidi
Mənfi emosiyalı xə bərlər yaddaşa daha tez həkk olunur. ABŞ-ın Missuri ştatının SentLuis şəhərindən olan tədqiqatçılar belə qəra ra gəliblər ki, təbii fəla kətlərin, müharibələrin fotolarına baxarkən ha disələr daha tez yadda qalır. Əslində, yaddaş xoşagəlməz xatirələri tez unutmalıdır. Lakin alimlərin könüllülər üzə rində apardığı tədqiqat ların nəticələri bunun tam əksini göstərib. Tədqiqat zamanı alimlər bir neçə tələbə qrupu ilə işləyib. Onlar əcnəbi dildə olan bir neçə söz və kəlmələri yadda sax
ШОРЭЮЗЛЯР ЦЧЦН ЕЙНЯК ABŞ-ın Massac husetts Texnologiya İnstitutunda elm adam ları şorgözlərin həyatını asanlaşdıracaq eynək hazırlayıblar. Bu gözlük sayəsində qarşınızdakı adamın sizdən xoş lanıb-xoşlanmadığını “pərt” olmadan anlaya caqsınız. Sistem belə işləyir: eynək üzərindəki sensorlar qarşınızda kı adamın mimika və hərəkətlərini araşdırır. Bu cavabları kamerada yüklü olan 24 üz ifadə siylə müqayisə edən
lamalı idilər. Tələbələrə test tap şırığından sonra mənfi emosiyalı fotolar göstə rilib. Maraqlıdır ki, neqa tiv emosiyalı rəsmlərə baxan tələbələr daha yaxşı nəticə əldə edib lər. Məsələ burasındadır ki, beyin informasiyanı qəbul etdikdən sonra onu yadda saxlamağa çalışır. Güclü həyəcan yaradan informasiya be yində daha da çox qalır. Bununla bağlı aparılan digər tədqiqatların nə ticələri də göstərib ki, bəd xəbərlər yaddaşın möhkəmlənməsinə da ha yaxşı kömək edir.
ДЯ ЩАЗЫРЛАНДЫ eynək “əldə etməyə” çalışdığınız xanımın sizi bəyənib-bəyənmədiyi haqqında işıqlarla mə lumat verir. Qırmızı işıq yansa, bu, o deməkdir ki, xanımın sizdən xoşu gəlmir. Sarı işıq yanar sa, bir az daha cəhd göstərməlisiniz. Yaşıl işıq isə xanımın sizi bə yəndiyini bildirir.
Nərmin NÖQTƏ
123
ВЕНИ! ВИДИ! ВИЧИ!
ЩАМЫНЫ БЯЗЯР, ЮЗЦ ШЯКИЛСИЗ ЭЯЗЯР
РАЪ СТЕАВЕН MƏNİM QISA TARİXÇƏM 1984-cü ildə Qarabağda anadan olmuşam. 1988-ci ildə ailəmiz Sumqayıt şəhərinə köçdü. Məktəb illərində şəkillərə və şəkil çəkən insanlara marağım çox böyük idi. Yadınızdadırsa, o vaxtlar içərisindən maraqlı şəkillər çıxan saqqızlar olurdu. Həmin şəkillər mənim bu sənə tə olan marağımı daha da artırdı. Sonra öyrəndim ki, bu şəkilləri türklər çəkir və orada bu sənəti öyrənməyə yetəri qədər imkanlar var. O zamandan başladım Türkiyə uni versitetlərinə imtahanlara hazırlaşmağa. Yüksək göstərici ilə İstanbul Memar Sinan Universitetinin fotoqrafçılıq və dizayn fakültəsinə daxil oldum.
“NATİONAL GEOGR APHİC” VƏ MƏN.. “National Geographic” jurnalını kəşf etdikdə “ora aid olduğumu” düşündüm. Bir tanışım vasitəsilə İngiltərəyə get dim. Orada öyrəndim ki, jurnal maraqlı şəkilləri alır. Fərqli şəkilləri qəbul etdiklərini bildikdən sonra ağlıma gələn ilk şey İraqa getmək və müharibə zonasından şəkillər çəkmək oldu. Bir iraqlı dostumun köməyi ilə İrana və oradan da İraqa getdim, istədiyim şəkilləri çəkdim. Həm müharibə zonasından çəkdiyim kadrları, həm də maraqlı təbiət şəkilləri ni jurnala satdım. Bundan sonra “National Geographic”-in ştatdankənar fotoqrafına çevrildim. Hazırda arxivimdə 300 mindən artıq müxtəlif mövzuları əhatə edən şəkillərin olduğunu rahatlıqla deyə bilərəm.
124
MƏNƏ UĞUR GƏTİRƏN İLK KADR... Mənə uğur gətirən şəkillər çoxdur. Onlardan biri Norveçdə çəkdiyim mənzərə şəklidir. Həmin fotoda sanki hər şey suyun üzərindəki kimi əks olunub. Elə bil ki, o təbiət mənzərəsinə güzgüdən baxırsan. Hətta bu kadra görə Türkiyədə “Photo Awards” müsabiqəsində bir mükafat da qazanmışdım. Bu yaxınlarda da Türkiyədə keçirilən “Yaradıcı şəkillər” müsabiqəsində mükafat almışam.
ÇƏKDİYİM ƏN ÇƏTİN KADR.. Deyilənə görə, Kambo cada 3 milyona yaxın partla mamış mina var. Və həmin minalar olan ərazilərə giriş qadağandır. Bir çox yerlər də “DAYAN” işarəsi olsa da, bəzi yerlərdə bunlar qoyulma yıb. Bir dəfə bilmədən həmin əraziyə daxil olduqdan sonra başa düşdüm ki, hara gəlmi şəm. Yaşanan hissləri yalnız nə vaxtsa həmin situasiyaya düşənlər anlaya bilərlər. Çək diyim şəklin isə nə mina, nə də ki Kambocadakı vəziyyətlə əlaqəsi vardı. Bu, yağışdan sonra yaranan bir mənzərə nin görüntüsü idi. Kadrın ən maraqlı tərəfi isə odur ki, şəkli çevirəndə də eyni mənzərə görünür. Onu da deyim ki, əgər ərazidə “DAYAN” işarəsi olsaydı belə, yenə də girib hə min şəkili çəkərdim.
125
ВЕНИ! ВИДИ! ВИЧИ!
MƏN BİR “DİSCOVERYMAN”-ƏM İnsan, zaman və ətrafda baş verən hadisələrin hamısı yaxşı fotoqraf üçün kadrdır. Mən hər zaman gəzdiyim ölkə lərdə hamının gördüyü və çəkə biləcəyi kadrları tam başqa yöndən insanlara çatdırmağa cəhd edirəm. Daim axtarış da olduğum üçün xarici ölkələrə səfər etməyi çox xoşlayıram. Bir-ikisi istisna olmaqla, qonşu dövlətlərin hamısında, bütün Avropa ölkələrində, Peru, Kamboca, Laos, İndoneziya, Hindistanda (Tac Mahalda) olmuşam. ƏN SEVDİYİM FOTO... Bakıdakı uşaq evlərindən birində danışa və dünyanı dərk edə bilməyən, balaca bir qızcığazın şəkli... Təsadü fə inanmasam da, bəzən tə sadüflər insanı elə kadrların üstünə aparır ki, deməyə söz qalmır...
126
KADRL ARIN HEÇ BİTMƏDİYİ ÖLKƏ... Azərbaycan... Burada təbiət maraqlıdır. Amma ölkə min ən sevdiyim cəhəti istədiyin anda küçədə müxtəlif üz ifadəsini verə biləcək insanların olmasıdır. Nə qədər çək sən də, yenə çəkməyə insan var...
ÇƏKDİYİMƏ PEŞMAN OLDUĞUM KADR... Dəniz kənarındakı qız obrazı bir çox fotoqrafların se vimli kadrıdır. Bir dəfə mən də dəniz kənarında belə kadr çəkdim. Qızın şəklini fotoaparatın obyektivinə baxmadan çəkmişdim. Sonradan həmin qızın vəfat etdiyini öyrənən də şəklini çəkdiyimə çox peşman olmuşdum.
Xatuna MAHMUD
127
ВЕНИ! ВИДИ! ВИЧИ!
Veni! Vidi! Vici! DİQQƏT! FOTOMÜSABİQƏ! “DİSCOVERY AZERBAİJAN” JURNALI FOTOMÜSABİQƏ ELAN EDİR! Çəkmək və çəkilmək istəyən hər kəsin nəzərinə! “DİSCOVERY AZERBAİJAN” jurnalı obyektivini işlədə bilənlər üçün əla imkan yaradır. Necə? Çox sadə! MÜSABİQƏNİN ADI: Veni! Vidi! Vici! MÖVZU: SƏRBƏST İŞTİR AK EDƏ BİLƏR: 17 yaşdan yuxarı hər kəs! MÜDDƏTİ: Müsabiqə 6 ay ərzində aparılır. Hər bir müəllif ay ərzində 3-dən artıq fotoşəkil göndərə bilməz. Müsabiqənin sonunda qaliblər təyin olunaraq mükafatlan dırılacaqlar. MÜK AFATL AR: I yer - “Canon” Mark II EOS 5D fotokamerası; II yer - xarici ölkəyə pulsuz səfər; III yer - 300 manat pul mükafatı. SENZUR A: milli, dini, irqi ayrı-seçkilik; siyasi qərəz; əxlaq normalarını aşmaq - YOLVERİLMƏZDİR. Şəkillər elektron variantda jurnalın e-mail ünvanına təqdim edilməlidir. Eyni za manda, müsabiqəyə gələrkən çap variantı da gətirilməlidir. E-mail: office@discoveryazerbaijan.az Daha ətraflı məlumatı www. discoveryazerbaijcan.az saytından əldə etmək olar. ÜNVAN: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev, ev - 97. “Disco very Azerbaijan” jurnalının redaksiyası. Tel:(+994 012) 5308791 ELƏ İSƏ BAŞLADIQ ÇƏKMƏYƏ!
128