FUAT SEZGIN İSLAM ELMLƏR TARİXİ HAQQINDA KONFRANSLAR
Fuat Sezgin İslam Elmlər Tarixi Haqqında Konfranslar Türk Dilindən Tərcümə: Turqut Qaraca Bədii redaktor: Mehman Abdullayev Üz Qapağındakı Rəsm: Əl-Cəzərinin "Filli Su Saatı" Kompüter Dizaynı: Turqut Qaraca 202 səh. Qiymət: 5 manat.
© BaşlaKitab, 2017
MÜNDƏRİCAT
İslam Mədəniyyət Dünyasının Elmlər Tarixindəki Yeri / 9 Amerikanın Müsəlmanlar Tərəfindən Xristofor Kolumbdan Öncə Kəşfi / 28 İstanbul İslam Elm və Texnologiya Tarixi Muzeyi / 44 Müsəlmanların Elmlər Tarixində 800 İl Davam Edən Yaradıcı Mərhələsini Nə Qədər Tanıyırıq? / 52 Elmlər Tarixinə Nəzərən Bugünkü Türkiyəyə Baxış / 67 Müsəlmanların Astronomiya Tarixindəki Yeri / 81 İslam Mədəniyyət Dünyasında Elmlər Nə Vaxt və Niyə Dayanmağa Başladı? / 100 Elm Tarixçiliyinə Baxış / 117 İslam, Elm və Texnologiya Tarixinə Baxış / 133 İslamın Elmlər Tarixindəki Yaradıcı Yerinə Baxış / 151
İSLAM MƏDƏNİYYƏT DÜNYASININ ELMLƏR TARİXİNDƏKİ YERİ Hörmətli dinləyicilər, 43 illik bir ayrılıqdan sonra çox bağlı olduğum bu şəhərdə böyük bir aydın kütləsinə xitab edə bilməyin dərin xoşbəxtliyini hiss edirəm. Mənim üçün bu fürsəti yaradan Türkiyə Elmlər Akademiyası Sədri, Hörmətli Prof. Bermekə, qarşınızda təşəkkürlərimi bildirmək istəyirəm. Konfrans həvəskarı olmasam da, bir çox yerdə İslam elmlər tarixi ilə bağlı xarici dillərdə danışıqlar etmişəm. Amma heç bir yerdə, bu gün ana dilimdə sizlərə konfrans vermək qədər çətin bir tapşırığın qarşısında qalmamışam. Bu çətinliyin səbəbi nədir? Türk dilinin son yarım əsrdə yaşadığı dəyişikliklərə yad qalmış olmağımı bir tərəfə qoysaq, sizlərə təqdim etdiyim bu danışığın hazırlığında başdan sona qədər iki qayğının təzyiqi altında olduğumu ifadə etməliyəm. Birincisi budur ki, İslam elmlər tarixinə aid modern tədqiqatlar 200 ilə yaxındır ki, davam edir. Hələ 9
başlanğıc səviyyəsində olmağımıza baxmayaraq əldə edilən nəticələr istər keyfiyyət, istərsə də kəmiyyət baxımından olduqca önəmli bir dərəcəyə çatmış vəziyyətdədir. Mən, 50 ildir yazmaqda olduğum “İslam Elmləri Tarixi” kitabı vasitəsiylə bu tədqiqatın nəticələrini başa düşmək və dəyərləndirmək tapşırığını üzərimə almaq şansına və xoşbəxtliyinə sahib oldum. Bütün bunların və ayrıca öz araşdırmalarımın nəticəsi olaraq qazandığım təcrübə və inancı tək bir konfrans çərçivəsində sizlərə ən yaxşı şəkildə çatdıra bilmək və bilməmək, sizi o nəticələrin doğruluğuna inandıra bilmək və bilməmək qayğısı bu dəqiqə belə məndə davam edir. İkincisi isə budur ki, Modern Elmlər Tarixinin 300 il qədər bir keçmişi var. Avropalıların 17ci əsrdən etibarən özlərini İslam dünyasından üstün görməyə, hətta bu mədəniyyət dünyasını unutmağa başladıqları bir ərəfədə, elmlər tarixinin böyük bir çağı mənasında Renessans (yenidən doğuluş) deyə bir adlandırma ortaya çıxdı. Bu terminin daşıdığı mənaya görə Avropada 13-cü, hətta 12-ci əsrdən etibarən görünməyə başlayan elmi inkişaf birbaşa Yunan elmlərinin latın dilinə tərcüməsi, mənimsənməsi və təsiri kimi dəyərləndirilirdi. Bu tərif, bir çox elm adamı tərəfindən tarixi reallıqlara əks olduğu göstərilmiş olmasına baxmayaraq Qərb dünyasında, hətta onun kölgəsində qalan İslam dünyasında belə, hələ də qəbul olunur. Mənim nəslim məktəbin ilk illəri və orta məktəbdə Renessans görüşünün sarsılmaz bir həqiqət olduğunu Qərb dillərindən götürülən dərs kitablarından öyrənirdi. 10
1943-cü ildə İstanbul Universitetinin Şərqşünaslıq Fakültəsində təhsil almağa başladım və dünyanın gəlmiş-keçmiş ən böyük şərqşünası olaraq tanınan Hellmut Ritterin tələbəsi olmaq şansını əldə etdim. Mənə, çox tənbəl bir tələbə olmadığıma inananda, təbiət elmləriylə, xüsusilə də riyaziyyatla maraqlanmağımı, modern riyaziyyatın təməlində İslam alimlərinin kitablarının olduğunu söylədi. Misal olaraq Əl-Xarəzmi, İbn Yunus, İbn Əl-Heysəm və Əl-Biruninin adını çəkdi. Onların Qərb dünyasında tanınan ən böyük alimlərin səviyyəsində olduğunu söylədi. O gün evə gələrək çox çətin və yuxusuz bir gecə keçirdim. Bir tərəfdən gənc yaddaşımda evə apardığım 4 addan savayı daha çox şey bilmək eşqi, digər tərəfdən də birinci sinifə başladığım ilk həftələrdə bəzək-düzəkli müəlliməmdən eşitdiyim “İslam alimləri dünyanın bir öküzün buynuzu üstündə oturduğuna inanırlar” sözü mənim üçün bir sınma nöqtəsi oldu. Səhərin açılmasını, müəllimimdən daha çox şey soruşa bilmə xoşbəxtliyinə qovuşma anını səbirsizliklə gözləyirdim. O gündən bu günə düz 61 il keçdi. Bəzi kiçik sarsıntılar bir tərəfə, bu keçən zaman kəsiyində sadəcə bir həqiqəti öyrənə bilməyin arxasınca qaçdım: İslam mədəniyyət dünyasının elmlər tarixindəki yeri nədir? Bu xüsusda məndə yaranan qənaətin bəzi vacib nöqtələrini sizlərə təqdim etməyə çalışacağam. Hələ əvvəlcədən bunun təqdim edilə biləcək ideal bir mənzərə olmayacağını hiss edir, bu düşüncələrin sizdə necə bir təəssürat oyadacağını bilmirəm. 11
Daha gənc nəsillərin Türkiyə məktəblərində bizim nəslimizdən, müsəlmanların elmlər tarixindəki yeri ilə bağlı müsbət və ya mənfi, nə qədər fərqli şeylər öyrəndiklərini bilmirəm. Amma bu xüsusda nəzərdən qaçmayan bir həqiqət var ki, o da müsəlmanlar, xüsusilə də türklər, çox vaxt İslam mədəniyyət dünyasının elmlər tarixindəki yerini ya çox az bilir, ya heç bilmir, ya da bu mədəniyyət dünyasına qarşı çox yanlış fikirdədirlər. Əsas olaraq da, Qərb dünyasının bugünkü üstün vəziyyəti bir çox müsəlmanda, yenə xüsusilə türklərdə adətən bir əskiklik hissinə yol açır. Ortada gözdən qaçmayacaq bir həqiqət də var ki, bir çox Türkiyədə yaşayan aydın, Qərb dünyasına çata bilməyin tək çarəsini Türk cəmiyyətini dindən xilas etməkdə görür. Mən həyatımın 60 illik araşdırma müddətində hər gün bir az daha çox İslam mədəniyyətini tanımağın və tanıtmağın Qərb dünyasına çatma cəhdi baxımından ən sağlam, daha doğrusu tək yol olduğuna inandım. Bugünkü biliklərimə əsasən – hansı ki bunu həqiqətə nisbətlə çox yoxsul görürəm – gənc Qərb mədəniyyətini İslam mədəniyyətinin dəyişik, coğrafi və iqtisadi şərtlər altında reallaşan davamı olaraq qiymətləndirirəm. Bu mənada İslam elmləri Yunan elmlərinin bir davamı olaraq inkişaf etdi. Digər tərəfdən Yunan elmlərinin təməllərinin Misir və Babil elmlərinə dayandığını elmlər tarixi yavaş-yavaş ortaya qoyur. Mənim üçün elmlər tarixi bir bütündür. Elm tarixçisinin vəzifəsi bu bütünü meydana gətirən parçaları uyğun bir şəkildə, hisslərdən, önyarğılardan uzaq, tam bir obyektivliklə dəyərləndirmək və tanıtmaqdır. 12
Bugünkü Qərb elmlərinin İslam elmlərinin bir davamı olduğu xüsusundakı baxışımı bir çox alman həmkarıma, institutumun muzeyini ziyarətə gələn qonaqların bir hissəsinə çatdırdığım zaman, dərhal yadırğamadan mənə sadəcə bu sualı verirdilər: İslam dünyasındakı elmlərin bu cür yüksək bir səviyyəyə çatmış olması ilə üst-üstə düşməyən bugünkü geriliyini nə ilə izah edərdiniz? Şübhəsiz, bu sual sizin də zehninizi məşğul edir. Bu mövzuya sözlərimin sonunda qısa olaraq yenidən qayıdacağam. Bir yanlış anlayışı önləmək məqsədi ilə başlanğıcda buna diqqət çəkmək istərdim ki, bu konfransın məqsədi bir dinə dəvət deyil. İnsanların dini inancı məni maraqlandırmır. Tək məqsədim İslam cəmiyyətinə bağlı insanlara, xüsusilə də türklərə, istər dindar, istər dinsiz olsun, İslam elmlərinin həqiqətini tanıtmaq, onları mənlik hisslərini əzən yanlış qəbullardan qurtarmaq və onlara fərdin yaradıcılığına qarşı olan inancı qazandırmaqdır. Sizə təqdim etmək istədiyim bəsit tablonun seyrək cizgiləri bunlardır: müsəlmanlar tarix səhnəsinə çıxışlarının ilk 20 ili ərzində öncə romalıların, daha sonra bizanslıların əlində olan Suriya və Misirdəki mədəniyyət mərkəzlərini ələ keçirdilər. Bununla müsəlmanların üzünə Yunan elmlərinin ilk kitabları açılmış oldu. Sonrakı üçüncü onillikdə isə onların gəmilərə sahib çıxması, Kipr və Rodosu ələ keçirərək Siciliya sahillərinə çatmaları tarixin təəccübləndirici hadisələri arasında yer alır. Bu, hər şeydən əvvəl onların yeni vətəndaşlarına – istər yeni dini qəbul etmiş, istər etməmiş olsunlar – çox yaxşı rəftar etmələri, 13
hörmət və tolerantlıq göstərmiş olmalarının məhsulu idi. Müsəlmanların azlıq din mənsublarına verdikləri tam azadlıq, qurduqları mədəniyyətin qurucu prinsiplərindən biri idi. Biz Osmanlıların bu dəyərli prinsipi çox yaxşı qiymətləndirmiş olmaları ilə öyünə bilərik. Bu prinsipin yüksək dəyəri ancaq digər mədəniyyət dünyalarıyla qarşılaşdıqları zaman daha yaxşı başa düşülür. İslamın birinci əsrində yunan, süryani və fars dillərindən ilk tərcümələr edildi. Bunu edənlər qədim mədəniyyət mərkəzlərinin mənsubları idi, dəstək və arzu isə Əməvi xəlifələrindən gəlirdi. Müsəlmanlar dünyanın dairəvi olduğunu yunanlılardan və farslardan aldıqları biliklərlə qəbul etdilər. Hələ ilk əsrdə oxuyub-yazmağa duyulan maraq yoluxucu bir xəstəlik kimi bütün İslam dünyasına təsir etdi. Mən şəxsən, eyni əsrin sonuna doğru artan oxuyub-yazma bilən insan sayının o çağın heç bir yeriylə müqayisə edilməz bir səviyyəyə çatdığına inanıram. İslamın 150-ci illərində Abbasi xəlifəsi, bəzi hind astronomlarını Bağdada dəvət etdi. Onların özləriylə gətirdikləri “Siddhanta” kitabı, hansı ki, sanskrit dilindəki ən həcmli və inkişaf etmiş astronomiya və riyaziyyat kitabı idi, ərəb dilinə tərcümə edildi. Bu işin öhdəsindən gələnlər qədim fars məktəbinin müsəlman mənsubları idi. Bununla gənc mədəniyyət dünyasında elmi astronomiya yaranmağa başladı. Yunanların bilmədiyi “0” rəqəmi və hindlilər arasında inkişaf edən triqonometrik elementlər İslam dünyasına girmiş oldu. Onlar “sinus” mənasına gələn “jiva” terminini “ğib” deyə tərcümə edərək ərəbcələşdirdilər. Bu, sonradan yanlış olaraq Latın dilinə “cib” mənasında 14
“sinus” olaraq tərcümə edildi. İrəliləyiş böyük bir sürətlə davam edirdi. İkinci əsrin sonuna kimi Ptolomeyin çətin və həcmli “Almacest” adlı astronomiya kitabı, Evklidin “Geometriya”sı və daha bir çox kitab ərəb dilinə tərcümə edilmiş, hətta şərh və tənqid işinə belə başlanılmışdı. Qısacası, 2-ci əsrin sonu, 3-cü əsrin əvvəlində elmin bir çox sahəsində qəbul etmə və mənimsəmə (resepsiya və assimilyasiya) çağı yaradıcılıq ərəfəsinin eşiyində dayanmışdı. Abbasi dövlət adamlarının, hind dinlərini araşdırmaq məqsədiylə 2-ci əsrin sonlarına doğru Hindistana tədqiqatçı göndərdiyini nəzərə alsaq, elmi hərəkatın necə böyük bir sürətlə inkişaf etdiyini rahatlıqla anlamış olarıq. Hələ miladi 8-ci əsrin sonuna doğru yunanlılardan alınan atomizmin böyük inkişaf qazandığını demək istərdim. Bunun İslam dünyasındakı inkişafının Avropada 20-ci əsrin ilk yarısındakı səviyyə ilə eyni olduğunu şərqşünaslardan biri irəli sürür. Bu əsr, bütün elmlər tarixinin ən böyük şəxsiyyətlərindən birinin ortaya çıxışına şahid oldu. Bu Cabir ibn Hayyan idi. O, yunanlılarla daha sonralar Şərqi Aralıq Dənizi çevrəsi mədəniyyət mərkəzlərindəki inkişafları dəyərləndirərək kimyanı kvantitativ və kalitativ1 prinsiplərə söykənən bir elm olaraq yaratdı. Bu elm – İslam dünyasındakı bəzi kiçik əlavələr bir yana - daha yaxşı bir səviyyəyə çatmaq üçün təxminən 900-1000 il gözləməli olacaqdı. Kimya ilə başlayan bu böyük alim zamanla demək olar ki, bütün təbiət elmləriylə məşğul oldu. Cabir böyük bir təbiət alimi
1. Analitik kimyada maddənin analiz edilməsi için istifadə olunan iki üsul 15
olaraq inkişaf etdi. O, Allahın insana verdiyi qabiliyyətin sanki sonsuz olduğuna inanırdı. İnsanın kainatın ən son sirr pərdələrini yırtmağa qadir olduğuna, canlı və cansız varlıqlar yarada biləcəyinə inanır, heç olmazsa nəzəri olaraq bunun mümkün olduğunu iddia edirdi. Hər şeydən vacibi isə, bu problemin miladi 8-ci əsrdə İslam dünyasında cəsarətlə yazıla bilinməsiydi. O eyni zamanda 700 heyvani və digər təbii səsləri ehtiva edən bir əlifba yazmağa cəhd etdi. Fizika onun üçün təbiətdə gizli olanı aşkara çıxarmanın qanunudur. O, təbiətdəki hər zərrənin, zərrələrin bir-birilərinə olan təsirinin, hətta bütün insani hisslərin riyazi olaraq ölçülə biləcəyinə inanırdı. Bunu “ilm əl-mizan” (ölçü elmi) deyə adlandırırdı. Cabirin yaşadığı əsrdə bütün təbiət elmləri bir yana, filologiya inanılmaz bir səviyyəyə çatmışdı. Sibəveyhin o çağda yazılmış çox həcmli sistematik qrammatika kitabının oxşarına hansısa mədəniyyət dünyasında rast gəlmək olarmı, bilmirəm. 9-cu əsrin əvvələrində Xəlifə Əl-Məmun Bağdadda “Beytul-Hikmət” adında bir akademiya qurdu. Bu alim xəlifənin idarəsində bir yerə toplanan müsəlman, xristian, yəhudi və sabii dininə mənsub alimlər yeni tərcümələr edir, köhnə tərcümələri düzəldir və elmin müxtəlif sahələrində araşdırmalar aparırdılar. Xəlifə Əl-Məmun astronomiyada sağlam nəticələr əldə etmək məqsədiylə biri Bağdadda, digəri isə Şamda olmaqla iki rəsədxana inşa etdirdi. Bunlar elmlər tarixində tanınan ilk müşahidə evləri idi. Tədqiqatlar çox vaxt xəlifənin iştirakıyla baş tuturdu. O, astronom və riyaziyyatçılardan ekvatorun uzunluğunu ölçmələ16
rini istədi. Onlar bu işi heyranlıqla qarşılanacaq yüksək elmi metodlarla nəticələndirdilər. Onların əldə etdiyi nəticə bu gün bilinən uzunluqla eynidir. Bu isə təxminən 40.000 kilometrdir. Xəlifə Əl-Məmun 70-ə qədər alimə bir dünya xəritəsi düzəltmək və coğrafiya kitabı yazmaq tapşırığı verdi. Məntiqi olaraq onlar hər şeydən əvvəl Marinosun bilinən xəritəsi və Ptolomeyin coğrafiya kitabına dayanmaq məcburiyyətindəydilər. Təbii olaraq onların bir nəsil boyu edə biləcəkləri düzəlişlərin və yeniliklərin bir limiti var idi. Onların bundan 20 il əvvəl Topkapı Sarayında tapdığım dünya xəritələri (bax. şəkil 1) coğrafiya tarixi haqqındakı düşüncələri böyük ölçüdə təsdiqləməyə məcbur edir. Onu sadəcə Ptolomeyin adını daşıyan xəritə ilə qarşılaşdırmaq kifayətdir. Misal üçün Əl-Məmun xəritəsində Atlantik və Hind okeanları Ptolomeydəki qapalı dəniz halından xilas olmuş, torpaq sahələrini ehtiva edən həqiqi formasına qovuşmuşdu. Xəlifə Əl-Məmun zamanında 3 cəbr kitabı yazıldı. Bunlar babil, yunan və hindlilər tərəfindən bilinən birinci və ikinci dərəcədən tənlikləri ilk dəfə ayrı bir elm sahəsi olaraq ortaya qoyurdular. Cəbr sahəsində əldə olunan inkişafı bir neçə cümlə ilə qısa şəkildə izah etmək istəyirəm: ilk 3 cəbr kitabının ortaya çıxmasından 50 il sonra Əl-Məhani adlı alim bir həndəsi problemi 3-cü dərəcədən bir tənliyə çevirdi, amma tənliyi həll edə bilmədi. Üçüncü dərəcədən bir tənliyin ilk həllini miladın 950-ci illərində Əbu Cəfər Əl-Hazin adlı riyaziyyatçı və astronom parabola konstruksiyasından istifadə 17
edərək tapdı. 11-ci əsrin ilk yarısında İbn Əl-Heysəm bir optika problemini üçüncü dərəcədən tənliklə həll etdi. Kiçik bir xətayla latın dilinə çevrilən bu problem “Problema Alhazini” adı altında 13-cü əsrdən etibarən avropalı alimləri altı əsr məşğul etdi. İbn Əl-Heysəmin həlli ancaq 19-cu əsrdə anlaşıldı. 11-ci əsrin sonlarına doğru Ömər Xəyyam həll yolları çoxalan 3-cü dərəcədən tənlikləri bir sistemə oturdan ilk kitabı yazdı. Xəyyamın kitabının Avropaya çatmadığı zənn edilsə də, onun kitabına bənzəyən tənlik konstruksiyası və həlləri 17-ci əsrdən Rene Dekart, Frans Van Şoten və Edmund Halleyin kitablarında qarşımıza çıxır. Bu oxşarlıq problemini keçən əsrin ilk yarısında tədqiq edən riyaziyyat tarixçisi Johannes Tropfke adı keçən avropalı alimlərin Ömər Xəyyamın nəticələrinə öz cəhdləriylə çatdıqlarına inanır, sələflərinin kitablarının Avropada tanınmamağının, eyni tənlik və həllərinin daha öncə bilinmədiyinə heyfslənirdi. O, bir baxıma haqlı olsa da, eyni nəticələrin İslam dünyasından Avropaya başqa vasitələrlə çatması problemi bu gün üçün hələ də cavabsızdır. 15-ci əsrin ilk yarısında Qiyasədin Əl-Kaşi 4-cü dərəcədən tənliklərin 70 tipini tanıyırdı. Modern riyaziyyatda bu say 65-ə endirilir. Bu tənlik mövzusundan sonra 9-cu əsrə qayıtmaq istəyirəm. Astronomiyada 9-cu əsrdə Yerin Günəş ətrafında fırlanması və ya əksini iddia edən fikirlərin varlığına rast gəlirik. 10cu əsrdə dünyanın öz oxu ətrafında fırlandığı fikrini müdafiə edənlər çoxalmağa başladı. 11-ci əsrdə isə bu fikir bəzi səbəblərdən dolayı tərk edildi. 9-cu əsrdə astronomiya hesablamalarında çox bö18
yük uğurlar əldə edildi. Məsələn, Günəşlə Yerin illik ən uzaq məsafə nöqtəsinin sabit deyil, dəyişkən olduğunu fərq etdilər. 11-ci əsrdə orbitdəki irəliləmənin illik 12,9 saniyə olduğunu təsbit etdilər. Günümüzdə isə bu ölçü 11,46 saniyədir. Çox yüksək bir müşahidə texnikası, müşahidə vasitələri və riyaziyyat tələb edən bu nəticə, 17-ci əsrdə İohan Keplerə çatmışdı. O, bunun necə hesablandığını bilmək üçün bəzi müasirləriylə məktublaşırdı. Qısa olaraq deyim ki, Əl-Biruni bu mövzuda ilin 4 fəslində aparılan müşahidələrin nəticələrini infinitezimal2 riyaziyyatla dəyərləndirmişdi. Astronomiya sahəsindən başqa bir misal daha vermək istərdim. 10-cu əsrin ilk yarısında Yer kürə oxunun meyilliliyində bir fərqliliyin ola biləcəyini düşünməyə başladılar, bunu təsbit edə bilmək üçün eyni əsrin ikinci yarısında qədim Tehranda xüsusi bir rəsədxana quruldu (bax. şəkil 23). Gəlinən nəticə isə bu oldu: Yer oxunun meyilliliyi daimi olaraq kiçilir. Göy texnologiyası 19-cu əsrdə eyni nəticəni təsdiq etdi. İnteqral riyaziyyata 9-cu əsrin ikinci yarısında yönəlməyə başlandı. Arximedin bu mövzudakı cəhdləri onlara çatmamışdı. Fərqli yoldan gedərək əsrlər boyu meydana gələn bir inkişafın zirvəsində, 15-ci əsrdə Qiyasəddin Əl-Kaşini görə bilərik. O, həndəsi olmayan cisimlərin həcmini və səthlərini ölçə bilirdi. İlk elementləri yunanlardan və hindlilərdən alı-
2. Sonsuz kiçik cisimlərin hesablanması üçün istifadə olunan riyaziyyat sahəsi. 19
nan triqonometriya İslam dünyasında çox sürətli bir inkişaf səviyyəsinə çatdı. Sferik triqonometriya bugünkü vəziyyətiylə İslam riyaziyyatçılarının 10-cu əsrin sonu ilə 11-ci əsrin əvvəllərində reallaşdırdıqları uğurdan ibarətdir. 13-cü əsrin ilk yarısında Nəsirəddin Tusi sferik və müstəvi triqonometriyasını astronomiyanın bir qolu olmaqdan çıxarıb, yeni bir elm sahəsi olaraq qurdu. Bu uğur riyaziyyat tarixində 1900-cü ilə qədər 15-ci əsrdə yaşayan alman Johannes Regiomontanusun adını daşıyırdı. Ancaq həqiqət Nəsirəddin Tusinin kitabının rum əsilli Osmanlı Xarici İşlər Naziri İskender Karateodori Paşanın fransız dilinə 1891-ci ildə etdiyi tərcümədən sonra ortaya çıxdı. Onu ortaya çıxaran alman riyaziyyat tarixçisi Anton Von Braunmühl oldu. Sferik triqonometriyada 10-cu əsrdə əldə olunan uğur 11-ci əsrin əvvəlində riyazi coğrafiya üçün də sağlam bir təməl yaratdı. Əl-Biruni bunu azad bir sahə olaraq yaratmaqla qalmayıb, dünya xəritəsini düzəltmək üçün istifadə edən ilk insan da oldu. Bu tətbiqatı Qəznə ilə Bağdad arasında iki il davam edən çətin bir iş ilə əldə etdi (bax, şəkil 5). O, aradakı 60-a yaxın nöqtənin en dairə dərəcəsini astronomik olaraq və aradakı məsafələri arş-arş ölçərək hesablayıb, əldə edilən 3 dəyərlə sferik bir üçbucaq yaratdı (bax, şəkil 6). Axtarılan dördüncü dəyəri, yəni iki yer arasındakı uzunluq dairəsi fərqini isə dərəcə olaraq əldə etdi. Bu yorucu və çətin işin mərhələlərini Əl-Biruni bizə çox canlı bir şəkildə izah edir. Qəznə ilə Bağdad arasındakı gediş və gəliş uzaqlıqlarını və çarpaz əlaqələri düşünsək, Əl-Biruni 5000 kilometrdən çox arşınlama 20
etməlidir. Onun 60-a yaxın nöqtənin uzunluq dairə dərəcəsində etdiyi hesablama xətası 6 ilə 45 dəqiqə arasında dəyişir. Onun çox kiçik olan xətalarını modern coğrafiya ancaq 19 və 20-ci əsrdə düzəldə bildi. Onun tətbiq etdiyi və İslam dünyasında tətbiq olunan metod, dövrümüzün tanıdığı trianqulyasiyadan başqa bir şey deyildi. Amma modern coğrafiya tarixçiləri trianqulyasiyanın (üçbucaqlar zənciri) ilk tətbiqini holland alim Willebord Snelliusa (1580-1626) aid edir. Fürsətdən istifadə edib bunu da demək istərdim ki, çox inkişaf etmiş və son illərə qədər meydana çıxarılmamış bir trianqulyasiya metodunu müsəlmanlar 15ci əsrdə Hind okeanı dənizçiliyində tətbiq edir, geniş dəniz məsafələrinin və tapılan nöqtələrin hesablanmasında istifadə edirdilər. Beləcə, onların Şərqi Afrika və Sumatra sahilləri arasında qalan Ekvator xəttinin uzunluğunda əldə etdikləri nəticə heyranlıq doğurur. Bu cür bir nəticə və geniş dəniz üzərində olan bir nöqtənin hesablanması modern dünyada ancaq 20-ci əsrin ilk yarısında baş tutdu (bax, şəkil 40). Bəzi misallarla bənzər inkişaf müddətlərini başqa sahələrdə göstərməyimə konfransın vaxtı kifayət etməyəcək. Bu günə qədər əldə edilən tədqiqat nəticələri inkişafın hər bilik sahəsində 15-ci əsrin sonuna qədər davam etdiyini, müsəlmanların yunanlardan aldıqları elmləri geniş ölçüdə inkişaf etdirdiklərini, bəzi elmləri isə yaratdıqlarını ortaya çıxarır. Ciddi bir durğunluq isə ancaq 16-cı əsrin ikinci yarısında özünü göstərir və bizi bu həqiqətə inanmağa məcbur edir. Elmlər tarixinin köhnəlmiş bir rəyinə görə isə 12-ci əsr İslam elmlərinin dayanma və ya tənəzzül (dekadans) dövrünün başlanğıcı olaraq qəbul edilir. Halbuki xüsusilə 21
son 50 ilin mövzuyla bağlı tədqiqatları 13-cü və 14-cü əsrdə İslami elmlərin demək olar ki, bütün sahələrində çox yüksək bir təcil qazandığını və onların getdikcə siyasi və iqtisadi baxımdan zəifləyən İslam dünyasından ziyadə, çatdıqları Avropada ümumən 17-ci əsrdən etibarən məhsullarını verməyə başladığı inancını oyadır. 20 ilə yaxındır ki, məndə yaranan bir inancı sizinlə paylaşmaq istəyirəm. Əgər şərtlər 13-cü və 14cü əsrlərdə elmlərin İslam mədəniyyət dünyasındakı inkişaf sürətinə uyğun şəkildə qalsaydı, zənn edirəm ki, elmlər günümüzdəki səviyyələrinə çox daha erkən bir dövrdə çatmış ola bilərdilər. Amma “Bu insanlığın xeyrinəmi, yoxsa ziyanınamı olardı?” sualı artıq tamamilə başqa bir konfransın müzakirə mövzusudur... Bu konfransımda üstümə götürdüyüm tapşırığın gərəyi olaraq İslam elmlərinin Avropaya keçid hadisəsinə çox qısa bir şəkildə toxunmaq istəyirəm (bax, şəkil 55). Bizansda ərəbcə kitablar 10-cu əsrdən etibarən yunan, ispan və latın dillərinə tərcümə edilməyə başlandı. Keçmişin qürurunu daşıyan Bizansda tərcümə edilən ərəbcə kitablar, daşıdıqları yaradıcı xüsusiyyətlər bilinmədən, qədim yunanlardan alınan elmlərin surətləri zənn edilərək çox vaxt uydurma, müxtəlif nüfuzlu yunan alimlərinin adıyla təqdim edildi. Bəzi tədqiqatçıların Bizansda beləcə başlayan bir Renessans fikrinə inanmasına baxmayaraq, bu bir həqiqətdir ki, onlar İslam dünyasında inanılmaz bir sürətlə inkişaf edən elmi yüksəlişin fərqində deyildilər. Ərəb dilindəki kitabların İspaniyada başlayan latıncaya tərcümə prosesi bir neçə əsr demək olar ki, 22
tamamilə rahiblərin əlində idi, çünki Avropada onlardan başqa oxuyub yazmağı bacaran heç kim yox idi. Məsələn ilk üstürlab3 kitabçasını yazan Lupidus (10-cu əsr) bir rahib idi. İstifadə edilən terminlər, rəqəmlər ərəbcədən tam tərcümə edilməmişdi. Ərəbcə rəqəmləri Latın dünyasına tanıdan ilk insan din adamı Qerbertdir. 11-ci əsrdə və daha sonra bir çox ərəbcə kitab əvvəlcə ibrani dilinə, ibrani dilindən isə latın dilinə tərcümə edilmişdi. Əksərən Latın yazı dilini yaxşı bilməyən yəhudi əsilli tərcüməçilər kitabın mühtəvasını latınca yazmağı bilənlərə necə gəldi diktə edirdilər. Tərcümələrin davam etdiyi 12-ci əsrdə Fransanın bir çox şəhərində, eləcə də Oksfordda tərcümə edilən kitabların təqlidi və uyğunlaşdırılması işinə başlandı. 13-cü əsrdə bu fəaliyyət sahəsi bir xeyli genişləndi. Avropa mədəniyyət tarixi 13, 14, 15-ci əsrlərdə böyük alimlər və onların kəşflərindən bəhs edir. Bu mülahizələr heyf ki, onların İslam alimləri ilə olan əlaqələri nəzərə alınmadan edilir. Bu vaxta qədər aparılan təd- qiqatlara söykənərək bunu qətiyyətlə deyə bilərik ki, o alimlər sadəcə İslam alimlərinin dediklərini təkrarlamaqdan başqa heç nə etmirdilər. Hər baxımdan İslam alimlərinin səviyyəsinə çatmaqdan çox uzaq idilər. Avropada elmdə kiçik addımlarla yaradıcılıq müddəti 16-cı əsrdə başladı və onlar İslam dünyasını 17-ci əsrdən etibarən keçməyə başladılar. Bununla bağlı elmlər tarixində diqqətə alınmayan iki vacib nöqtəni dilə gətirmək istəyirəm. 3. Keçmişdə göy cisimlərini müşahidə etmək üçün işlədilmiş astronomik cihaz. 23
Birinci nöqtə, Avropada təxminən 17-ci əsrə qədər qaynaq göstərmə qavramı yox idi. Və bu vərdiş çox yavaş inkişaf etdi. Bundan başqa, bir çox ərəb dilindən edilən kitab tərcüməsi əsrlərlə avropalı və ya yunan alimlərin adı altında nəşr və istifadə edildi. Qaynaq vermək vərdişi böyük yunan alimlərində də çox zəif idi. Qaynaqları sistemli bir şəkildə vermək, ötən nəsillərin əziyyətlərini anmaq, xatırlamaq prinsipi İslam mədəniyyətinə xas xüsusiyyətlərdən biridir. Çox təəssüf ki, bu həqiqət elmlər tarixində nəzərdən qaçırılır. İkinci nöqtə, müsəlmanlar elmləri müəllimlərindən kamil bir şəkildə öyrənirdilər. Hər zaman bir məktəbə bağlı idilər. Avropada məktəb mədəniyyəti bir tərəfdən gec başladı, digər tərəfdən də yeni məlumatlar müəllimlərdən deyil, sadəcə kitablardan öyrənilirdi. Beləcə ortaya çıxan bu iki ayrı alim tipini burada müqayisə edə bilməyəcəm. Bunu deməklə kifayətlənəcəm ki, İslam dünyasında hələ 10-cu əsrdə tanıdığımız, qaynaqları verən, analiz edilən problemi sistemli bir şəkildə oxuyucuya çatdıran kitab tipi Avropada ilk dəfə 17-ci, bəlkə də 18-ci əsrdə qarşımıza çıxır. Elmlərin İslam dünyasından Avropaya keçdiyi ikinci yol İtaliya oldu. 11-ci əsrin ortalarında tibb sahəsində anlayışı olan tunisli bir tacir, səyyah olaraq Cənubi İtaliyaya gəldi. Oradakı tibbin çox primitiv olduğunu gördükdən sonra Tunisə gedərək, vəziyyəti dəyişdirmək üçün bir çox tibb kitabı ilə geri qayıtmağa qərar verdi. Üç il sonra çoxlu kitabla Salernoya gəldi. Onun əvvəldənmi, yoxsa sonradanmı xristianlığı qəbul edən ərəb olduğu bilinmir. Konstantinus Afrikanus adını alıb bir rahib olaraq Monte Cassino monastırına çəkildi. 25 vacib kitabı latın dilinə tərcümə 24
etdirdi. Problem burasındadır ki, o bu kitabları ya öz adıyla, ya da qədim yunan alimlərinin adından nəşr edirdi. Bu kitabların bəziləri başqaları tərəfindən ərəbcə orijinallarından ikinci dəfə tərcümə edildi. Hər şeyə rəğmən Konstantinus tərəfindən nəşr edilən kitablar, edilən digər yüzlərlə tərcümənin yanında Avropadakı tibbin vacib qaynaqları olaraq dəyərlərini itirmədilər. Təəccüblü bir nöqtəni sözlərimə əlavə etmək istəyirəm: 19-cu əsrin ortalarında bir tibb tarixçisi elmi konfransda bu Konstantinusun ya Salermo körfəzində, ya da Monte Cassino təpəsində heykəlinin qoyulmasını təklif etmişdi. 9-cu əsrdən 1086-cı ilə qədər ərəblərin hakimiyyətində olan Siciliyada yüksək mədəni və sosial həyat formalaşmışdı. Siciliya və Cənubi İtaliya, xüsusilə Səlib Yürüşləri səbəbiylə Avropaya keçəcək İslam elm və texnologiyasının iki vacib mərkəzinə çevrildilər. Çalışqan, qabiliyyətli və hiyləgər italyanlar bu yolla 17-ci əsrə qədər İslam dünyasından ən böyük kəşfləri, ən yeni xəritələri və texnologiyanı vaxt itirmədən Avropaya çatdırdılar. Orta Əsrlər Avropasında ən böyük riyaziyyatçının niyə bir italyan olduğunu bilirik. O, 13-cü əsrdə yaşayan və həyatının böyük bir qismini ərəb ölkələrində keçirən Pizzalı Leanardo idi. Bu gün, ondan iki əsr sonra yaşayan məşhur Leonardo Da Vinçinin rəsmlərini çəkdiyi alət, cihaz və silahların İslam dünyasından qaynaqlandığını bilirik. Bəzi vacib ərəbcə kitabların uzun müddət gizli qalmış italyanca tərcümələri 20-ci əsrdə ortaya çıxdı. Təxminən son yüz ildən bəri İslam dünyasından Avropaya elm və texnologiyanı ötürən çox vacib daha 25
bir yol bilinir. Bu yol üzərindəki əsas nöqtələr Təbriz, Ərzurum, Trabzon və İstanbul idi. Bu yolun ən məhsuldar vaxtı 1270-1350-ci illərə təsadüf edir. 1300-cü illərdə Təbrizdəki beynəlxalq universitetdə çoxlu bizanslı tələbə oxuyurdu. Bəzi elm tarixçiləri bizanslı din adamlarının ərəb və fars dillərindən yunan dilinə tərcümə etdikləri kitablarla İstanbulda qısa bir müddət Renessans olduğunu deyirlər. Bu yolla İstanbula çatan kitab və texnologiyanın 14 və 15-ci əsrlərdə İtaliyaya, Şərqi və Orta Avropaya yönəldiyi məlumdur. İslam astronomlarının ən yeni planet nəzəriyyələrinin Kopernikə yunan dili tərcümələri vasitəsi ilə çatdığı bundan yarım əsr əvvəl sübut olundu. Hörmətli dinləyicilər! Konfransımda haqqında danışdığım mədəniyyət dünyasının elmlər tarixində yaradıcı bir yeri olduğunu, bu hökmün demək olar ki, bütün sahələr üçün keçərli olduğunu sizə bir çox vacib nümunylə göstərmək istərdim. Amma konfransın müddəti buna imkan verməyəcəyinə görə, sizdə sadəcə bir hiss, bir təsir yaratmaq istəyirəm. Frankfurtdakı institutumuzda bir neçə ay əvvəl alman dilində nəşr etdiyimiz “İslamda Elm və Texnologiya” adlı muzeyimizin beş cildlik kataloqu ilə bu məqsədə doğru bir neçə addım atmış olduq. Xüsusilə ilk cilddə İslam elmlərində, hər sahədə reallaşan uğurlar xronoloji olaraq oxuyucuya təqdim olunur. Bu kataloqun hazırladığımız fransızca tərcüməsinin 2-3 ay ərzində oxuyucuya çatacağına ümid edirəm. Bu mənada alman dilini bilən dinləyicilər üçün “İslam Elmlər Tarixi” adlı kitabımın 10, 11, 12-ci cildlərini xatırlatmaq istərdim. “İslamda Riyazi Coğrafiya, Xəritəçilik və onların Avropadakı 26
davamı” adlı bu cildlərdə - hansı ki 15 il ərzində hazırlamışam - müəyyən bir sahədə, İslam mədəniyyət dünyasının elmlər tarixindəki yerini ətraflı bir şəkildə tədqiq etməyə çalışdım. Gəldiyimə inandığım nəticə isə budur ki, riyazi coğrafiyanın bəlkə də 80%-i İslam mədəniyyət dünyasında ortaya çıxdı. Qədim dünyanın tanıdığımız xəritələri ən böyük inkişaflarını İslam mədəniyyət dünyasında tapdı. Avropa coğrafiyaçılarının əlində 18-ci əsrin sonuna qədər bildiyimiz xəritələr, İslam mədəniyyət dünyasında nail olunanların ya tam, ya da bəzi təsadüfi dəyişikliklərə məruz qalan surətləri olaraq qarşımıza çıxır. Sözlərimi bitirməyə yaxınlaşdığım bu anlarda İslam mədəniyyət dünyasının nə üçün yavaşladığı və gerilədiyi sualının, bir çox insanı düşündürdüyünü, bir çoxunuzu da şübhəyə saldığını zənn edirəm. Bu sualı tez-tez, 60 illik araşdırmalarım ərzində özümə yönəltdim və son zamanlarda tətminedici bir cavaba yaxınlaşdığımı düşünürəm. Bunu, bir az əvvəl haqqında danışdığım “İslamda Elm və Texnologiya”nın giriş cildində qeyd etmişəm. Sizin qarşınızda ancaq bunu deməklə kifayətlənəcəm ki, bütün keçmiş böyük mədəniyyətlərdə olduğu kimi İslam mədəniyyəti də siyasi, geopolitik və iqtisadi şərtlər səbəbiylə 16-cı əsrdən sonra tənəzzül dövrünə girdi. Mədəniyyət bayrağını daşıyacaq varisi isə özü formalaşdırmışdı: indi o mədəniyyətin bugünkü və sabahkı nəsilləri bu xələfin uğuru önündə əskiklik və yadlıq hissinə düşmədən ondan sürətlə öyrənmək və ona qovuşmaq həqiqəti ilə üz-üzədir.
27
AMERİKANIN MÜSƏLMANLAR TƏRƏFİNDƏN XRİSTOFOR KOLUMBDAN ÖNCƏ KƏŞFİ 1930-cu illərin əvvəlində alman şərqşünas Paul Kahle ard-arda nəşr etdirdiyi yazılarla, Piri Rəisin Topkapı Sarayındakı Amerika xəritəsini elm dünyasına tanıtmışdı. Xəritənin xəritəçilik tarixi baxımından dəyəri haqqında bu günə qədər saysız-hesabsız məqalə dərc olunub. Bu mövzudakı dəyərləndirmələr bir-birindən çox fərqlənir. Son illərdə çıxan bəzi yazılarda xəritənin cənubundakı böyük bir sahil parçasının göstərildiyi mübahisəni yeni bir müstəviyə daşıyırdı. Amma bütün bu cəhdlər İslam mədəniyyət dünyasının xəritəçilik tarixindəki böyük yaradıcı yeri bilinmədən göstərildi. Bu mübahisələr davam edərkən digər tərəfdən, 2002-ci ildə ingilis sualtıgəmi komandiri Gavin Menzies “1421: Çinin Dünyanı Kəşf Etdiyi İl” adıyla nəşr etdirdiyi kitabda mübahisəni yeni bir müstəviyə daşıdı. 28
İslam elm və xəritəçilik tarixi ilə məşğul olduğumu bilən bir çox oxuyucu mənim bu mövzu haqqındakı fikirlərimi soruşdu. Bu mövzuda tədqiqat aparmadığım illərdə mən də Piri Rəisin bizə Xristofor Kolumbun itmiş xəritəsini çatdırdığına inanırdım. Gavin Menziesin kitabını oxuduqdan sonra bu mövzunu ciddi bir şəkildə araşdırmağa başladım. Nisbətən uzun olan bu araşdırmanın nəticəsi yaxın zamanda çıxarmağı planlaşdırdığım “İslamda Riyaziyyat, Coğrafiya, Xəritəçilik və Qərbdəki Davamı” adlı kitabımın IV cildinin bir hissəsini təşkil edir. Bu gün sizlərə etdiyim araşdırmanın nəticələrini bir xülasə şəklində təqdim edəcəyəm. Bu araşdırmanın 50 səhifə tutan mətnini alman və ingilis dilində tezliklə internet yoluyla geniş bir kütləyə çatdırmağa qərar vermişəm. Öncə Menziesin irəli sürdüyü fikirlərdən sadəcə bir neçəsinə toxunmaq istəyirəm. Menziesin irəli sürdüyü Çin ekspediyasının əsası bu cürdür: bəzi çinli hökmdarlar 1405-1433-cü illər arasında bir neçə donanma hazırlayaraq, Hind okeanı sahilində olan dövlətlərə, ya diplomatik münasibətlər qurmaq, ya da xərac almaq məqsədiylə səfərlər təşkil etmişdir. Bu səfərlərin mərhələləri, nüansları və nəticələri Çin qaynaqlarında çox dəqiq şəkildə qeyd edilmişdir, hətta səfərin izlərinə dövrün farsca qaynaqlarında da rast gəlmək mümkündür. Daha vacib olanı isə budur ki, çinlilərin bu təşəbbüsləri haqqında günümüzə gəlib çatan ən qədim 3 kitabça səfərlərdə iştirak edənlər tərəfindən yazılmışdır. Onlardan biri də Man Huan adlı ərəbcə bilən bir müsəlmandır. Huanın yazdığı kitab “Okean Sahil29
lərinin Tam Araşdırması” adını daşıyır. Sinologiya 19-cu əsrin ikinci yarısından bəri bu səyahət bilikləri üzərində işləyir. Ortaya qoyulan araşdırmalar Çin donanmalarının Hind okeanında və ətrafındakı 36 ölkədə olduqlarını, cənubda Borneo və Timor adalarına, cənub-qərbdə Zənzibara çatdıqlarını, bununla yanaşı Avstraliya və Madaqaskarın adının keçmədiyini göstərir. Səyahətnamələrin heç birində xəritəyə yer verilmir. Ancaq 17-ci əsrin ortalarında bir çinli tarixçinin 3 səyahətnamənin verdiyi biliyə dayanaraq yaratdığı sistematik xəritə günümüzə qədər gəlib çatmışdır. Vurğulamaq istərdim ki, nə bu səyahətnamələrdə, nə sxematik xəritədə, nə də digər Çin qaynaqlarında donanmanın Hind okeanını keçdiyi ilə bağlı bir məlumata rast gəlinmir. Onların olduqları yerlərin eskizini beləcə verə bilərik (bax. şəkil 43). Çin donanmaları Atlantik okeanını keçə bilərdilər. Çünki bu keçid yolu lap qədimdən bilinirdi. Bəsrə şəhəri yaxınlığında düzəldilən tikişli (mismarlı yox) gəmilər hələ 9-cu əsrdə Mərakeşin Massa limanı ilə Çin arasında ticarət səfərləri edirdilər. Hələ İslamın ilk əsrində Çinin Kanton şəhərində bir müsəlman məhəlləsi var idi. Yenə eyni əsrdə Madaqaskar adasında bir çox müsəlman yaşayırdı (bax. şəkil 41). Buna baxmayaraq, Atlantik okeanına keçmək Çin donanmasının hədəf və vəzifəsinin xaricində qalırdı. Bütün bu məsələlərdəki aydınlığa baxmayaraq ingilis yazıçı Menzies donanmaların 1421-ci ildə Hind okeanının mükəmməl xəritəsini yaratdıqdan sonra Atlantik okeanına yelkən açdıqlarını və buranı keçdiklərini, bütün okeanın cənubdan şimala, Qren30
landiyaya qədər en və uzunluq dairə dərəcələrini ölçdüklərini, həmçinin qərbə yönəlib Amerikanı kəşf etdiklərini, bütün bu bölgələrin xəritələrini düzəltdikdən sonra Şimali Buzlu okean üzərindən Asiya sahillərinin mükəmməl xəritələrini düzəldərək 1423cü ildə Çinə geri qayıtdıqlarını iddia edir. Başqa lazımi şərtlər xaricində əsrlər tələb edən belə bir uğurun Menzies ancaq Çin donanması kimi insan və gəmi sayı baxımından yüksək potensiala sahib bir donanma tərəfindən həyata keçirilə biləcəyini irəli sürməklə, çinlilərin insanüstü qabiliyyət və əzm sahibi olduqlarını söyləməklə mövzunun aydınlaşacağına inanır. Menziesi bu qənaətə gətirən səbəblərin başında 15-ci əsrin sonu və 16-cı əsrin əvvəllərində coğrafiya tarixində rast gəlinən 3 böyük xəritə dayanır. Biri Vasko De Qamanın ilk səfərindən qayıdar-qayıtmaz Avropada ortaya çıxan Afrika xəritəsidir (bax, şəkil 17). Menzies dəfələrlə və haqlı olaraq Afrikanın şərq sahillərini göstərən bu mükəmməl xəritənin hansı mədəniyyət hövzəsi tərəfindən yaradıla biləcəyini soruşur. Bunun hər şeydən əvvəl həqiqi uzunluq dairə dərəcəsi ölçmə bilik və bacarığı tələb etdiyini, bu biliyin avropalılar və müsəlmanlarda olmadığını, ancaq çinlilərin belə bir bacarığa sahib olduqlarını irəli sürür. Menzies beləcə xəritəçilik tarixçiliyinin çox zəif tərəflərindən birinə toxunur. Xəritə tarixçiləri bu yerindəcə yaradılan, yüksək riyazi coğrafiya biliyinə dayanan qiymətli xəritənin Afrika sahillərinin sadəcə 2 və ya 3 nöqtəsindən bəhs edərək müsəlman bələdçilər sayəsində Hindistanın Kəlküt şəhərinə gedib 31
geri qayıdan Vasqo de Qamanın Portuqaliyaya gətirdiyi biliklərlə bir neçə ay ərzində ortaya çıxdığına inanır. Bu gecəqondu düşüncəsi çox təəssüf olsun ki, bütün xəritəçilik tarixçiliyinə hakimdir... Menzies bu xəritənin portuqalların işi olmadığı yönündəki etirazında haqlıdır, amma çinlilərin uzunluq dairə dərəcələrini ölçmə məsələsindəki iddiası coğrafiya, astronomiya və dənizçilik tarixinə ziddir. Çinlilər 18-ci əsrə qədər nə astronomik uzunluq dairə dərəcəsi ilə məşğul olublar, nə də astronomik olaraq ölçülən uzunluq dairə dərəcələrinə söykənən bir xəritə düzəltməyi bacarıblar. Menziesin müsəlmanların (ərəblərin) lazımi uzunluq dairə dərəcələrini ölçə bilməmələri səbəbiylə Afrika xəritəsini düzəldə bilmədiklərini iddia etməsi tamamilə yanlışdır. Onun bu iddiasında qismən coğrafiya tarixində qəbul edilən bir həqiqəti də bilmədiyi görünür. Müsəlmanlar yunanlar, hindlilər və farslardan öyrəndikləri Ay tutulması biliyinə dayanaraq uzunluq dairə dərəcəsini ölçmə işini təkmilləşdirdilər. Onlar qarşımıza 9-cu əsrdən bəri ölçülən uzunluq dairə dərəcələrini xəritəyə ilk dəfə tətbiq edən bir mədəniyyət dünyasının mənsubları olaraq çıxırlar. Müsəlmanların hər şeydən əvvəl yunanların tələbələri olaraq başladıqları riyazi coğrafiya və xəritəçilik 800 illik bir inkişafa təkan verdi. Onların 11-ci əsrdən etibarən fəth olunmuş müsəlman İspaniyanın xaricində qalan avropalı tələbələri, qədim dünyanın xəritəsinə 18-ci əsrdə yeni qurucu ünsürləri qatmağa, xətaları düzəltməyə başladılar. 32
Təqdimatımın bundan sonrakı hissəsində mövzunun inandırıcı olması baxımından İslam mədəniyyət dünyasında uzunluq dairə dərəcələrini ölçmək üçün istifadə olunan metodlardan birinə qısa bir şəkildə toxunmaq istəyirəm. Hind okeanında uzaqlıq ölçmədə istifadə olunan metodlar: (bax. şəkil 37-38). 1. Meridian dairələrinə paralel uzaqlıqların ölçülməsi 2. Meridian dairələrindən 90 dərəcədən kiçik olan maili uzaqlıqların ölçülməsi 3. Ekvator xəttinə paralel uzaqlıqların ölçülməsi. Bu metodlardan birincisi açıq dənizlərdə en dairə, üçüncüsü isə uzunluq dairə dərəcələrini tapma metodu idi. Müsəlman dənizçilərin bu metodlarla əldə etdikləri yüzlərlə uzunluq hesablamaları mövcud nəticələrdən demək olar ki, heç fərqlənmir. Onların bizə çatdırdığı Ekvatorun Afrika ilə Sumatra arasındakı uzaqlığı bugünkü nəticədən sadəcə bir neçə kilometr fərqlidir (bax. şəkil 39-40). Bu lazımi izahatdan sonra bunu vurğulamaq istərdim ki, nə Vasko De Qama, nə də digər portuqal dənizçilər, bir neçə Qırmızı dəniz eskizi bir yana, Hind okeanının, Afrikanın xəritəsini düzəltdiklərini və ya xəritənin düzəldilməsi üçün Portuqaliyaya material daşıdıqlarını iddia etdilər. Əksinə, onlar bu xəritələri ərəb dənizçilərdən aldıqlarını açıqlamaqdan çəkinmədilər. Vasko de Qama ilk Hindistan səfərinə ərəb xəritələri ilə və kompassız çıxmışdı. O, Afrikanın Malindi limanında müsəlman dənizçilərin əlin33
də gördüyü en dairə, uuznluq dairə ölçülərini ehtiva edən çox inkişaf etmiş xəritələri, ilk dəfə qarşılaşdığı kompasları, hərəkət halındakı gəmidə en dairə dərəcəsini ölçmək üçün istifadə olunan xüsusi aləti və gəmilərin böyüklüklərini heyranlıqla nəql edir. Menziesin iddiasını dəstəkləmək üçün istifadə etdiyi və Çin donanmasının düzəltdiyinə inandığı xəritələrdən biri də 1507-ci ildə alman Waldseemüller tərəfindən yaradılmış olan xəritədir (bax. şəkil 12). Bu xəritədə ada və çayları ilə birlikdə olduqca dəqiq formada çəkilən Şimali Asiyanı nəzərdə tutan Menzies belə bir sual verir: əgər Çin donanması deyilsə, bəs bu böyük sahilləri ölçən başqa kimdir? Əgər oraya çatan Çin donanması deyilsə, o zaman avropalıların belə 300 il sonra tanıya biləcəkləri bu bölgələrin belə bir xəritəsi necə ortaya çıxa bilərdi? Menzies bu sualında çox haqlıdır... Amma verdiyi cavab həqiqətə dayanmır. Coğrafiya tarixçiləri bu nöqtəni heç vaxt diqqətə almadılar. Hakim düşüncəyə görə dünya xəritəsində yunanlardan sonra çıxan hər yenilik avropalıların uğurudur. Bu suala cavab olaraq bəzi xəritələri təqdim etməklə kifayətlənəcəyəm. Əvvəla Ptolomeyin adını daşıyan dünya xəritəsi (bax. şəkil 7). Okeanlar qapalı dənizlər halında quru sahə tərəfindən əhatələnib. 9-cu əsrin əvvəlində Abbasi xəlifəsi Əl-Məmunun 70-ə qədər alimə düzəltdirdiyi dünya xəritəsi, 1340-ci ildən qalan nüsxə (bax. şəkil 1), digər tərəfdən onun dövrümüzə gəlib çatan koordinatlar kitabına dayanaraq bizim düzəltdiyimiz xəritə (bax, şəkil 2). Ən vacib yenilik isə okeanların adaları əhatə etməsi və Afrikanın bir yarımada formasındakı şəklidir. 34
Abbasi alimlərinin bu çalışmalarından 320 il sonra, 1154-ci ildə tamamlanan Əl-İdrisinin dünya xəritəsi (bax. şəkil 9.). Burada bir xeyli inkişaf etmiş Şimali və Orta Asiya, əlavə olaraq 300 il ərzində dünya xəritəsində gedən inkişaf ilə qarşılaşırıq. Bunun ardından Şimali və Orta Asiyanın 13-cü və ya 14-cü əsrdə, böyük bir ehtimalla türk dilində düzəldilmiş Şimali və Orta Asiya xəritəsini təqdim edəcəyəm (bax. şəkil 10). Xəritə 18-ci əsrin əvvəlində Sibirdə Bahadır Xanın Tatar tarixi ilə birlikdə ortaya çıxarıldı. Xəritəçilik tarixinin ən vacib sənədlərindən biri olan bu xəritə, təəssüf ki, lazımi şəkildə tədqiq olunmadı. Sibirin sahilləri, Şimal Buzlu okeanına tökülən çayların, Orta Asiya göllərinin en və uzunluq dairə dərəcələri İslam mədəniyyət dünyasında Asiya xəritəsinin necə inkişaf etdiyini göstərən qiymətsiz sənədlərdən biridir. Menziesin bu xəritədən xəbəri olsaydı, bəlkə də verdiyi hökmlərdə daha çox diqqətli olardı. Bu izahatın ardından əsas mövzuya keçmək istəyirəm. Hələ 9-cu əsrin əvvəllərində Ekvatorun uzunluğunu yüksək elmi metodlarla 40.000 kilometr olaraq ölçən müsəlmanlar, Avropa ilə Asiya arasındakı okeanın 180 dərəcə olduğuna və aşılmasının qeyri-mümkünlüyünə inanırdılar. Bu qorxunun təxminən bir əsr sonra yox olduğu müşahidə olunur. 11-ci əsrin əvvəllərində böyük alim Əl-Biruni sahillərin bir okean tərəfindən əhatələndiyini, okeanın qərb ilə şərqi bir-birindən, yaxud bu iki arada olması mümkün olan torpaq sahəsindən və ya insanların yaşamaqda olduğu bir adadan ayırdığını deyir. 35
10-cu əsrin ilk yarısında yaşayan Əl-Məsudi dövrümüzə çatan “Mirat Əz-Zaman” adlı kitabında okeanda dəfələrlə qərbə yönəlib həyatlarını təhlükəyə atanlardan ətraflı bir şəkildə danışdıqdan sonra bir məlumatı təkrarlayır: “Bunların arasında Haihas adlı kordovalı bir qrup insanla birlikdə hazırladıqları gəmilərdə okeana yelkən açmış, müəyyən bir zaman sonra isə böyük qənimətlərlə geri qayıtmışdılar. Başqalarına isə geri qayıtmaq nəsib olmamışdır. Bu, Əndəlüsdə bilinən bir şeydir.” Bu cür təşəbbüslərin mənası daha sonra coğrafiyaçı Əl-İdrisinin 1154-cü ildə verdiyi bir məlumatla daha yaxşı başa düşülür. Onun verdiyi məlumatlardan bu kimi təşəbbüslərlə okeanın qarşı tərəfdəki sahilinə, yaxud okeanda olan torpaq sahələrinə çatmaq hədəfinin olduğu başa düşülür. Əl-İdrisi öz vaxtında çox məşhur olmuş bir ailənin səkkiz fərdindən ibarət gəmilər qrupunun okeanı keçmək üçün Qərbə yelkən açıldıqlarını yazır. Lissabonda “Darb Əl-Mağrurin”, yəni “okean macəraçılarının küçəsi” deyə bir yerin olduğunu bildirir. Bu kimi təşəbbüslərin İslam dünyasının qərbində geniş yayılmış olduğu anlaşılır. Məsələn, şimal-şərq sahilindən, Malidən edilən iki təşəbbüsü öyrənmiş oluruq. Ensiklopedist İbn Fədlallah Əl-Umari 1312ci ildə Sultan Muhəmməd Əbu Bəkrin bir donanmanı “okeanın digər tərəfinə çatmaq” üçün səfərbər etdiyini, gəmilərin yolda böyük bir fırtınaya məruz qalıb batdıqlarını, ancaq birinin qurtularaq geri qayıtdığını, bundan sonra sultanın daha da böyük bir donanma hazırlayaraq eyni məqsəd ilə yenidən okeana açıldığını 36
və bu donanmanın da geri qayıtmadığını yazır. Bunlar bizə təsadüfən çatan məlumatlardır... Daha nə qədər çox cəhd edildiyini və necə nəticələndiyini bilmirik. Bunun üzərinə okeandakı böyük torpaq parçasına, yəni beşinci qitəyə Xristofor Kolumbdan əvvəl çatıldığına dair izləri xəritələrə əsaslanaraq göstərməyə çalışacağam. İslam mədəniyyət dünyasında düzəldilən bir çox xəritə kimi bu yöndə də düzəldilən xəritələr itmişdir; ancaq bir hissəsi italyan, ispan və portuqal dilində olan adaptasiyalar ilə bizə çatmışdır. Bununla yanaşı eyni dillərdə yazılmış qaynaqlar da bizə vacib məlumatlar verir. Məsələn, 16-cı əsrin ilk yarısında yaşayan portuqal tarixçi Qalvao “Kəşflər Tarixi” adlı kitabında kralın ən böyük oğlu şahzadə Don Pedronun Avropa və Qüdsə etdiyi səyahətdən 1428-ci ildə qayıtdığı zaman yanında Ümid burnunu və sonradan Magellan boğazı deyə adlandırılan dəniz keçidinin qeyd edildiyi bir dünya xəritəsi gətirdiyini yazır. Magellan boğazı ilə əlaqəli digər bir məlumatı Magellanın səfərinə qatılan və bu səfərin tarixini yazan Antonio Pigafetta bizə xəbər verir. O, Magellanın səfərində 1507-ci ildən əvvəl düzəldilmiş bir xəritənin istifadə edildiyini və bu xəritədə sonradan onun adını daşıyan boğazın göstərildiyini yazır (bax. şəkil 44). Bu yöndə bizə vacib bilikləri isə Kolumbun gənc çağdaşı və “Historia de las İndisas” adlı səyahətin tarixçəsiylə bağlı əsər yazan Las Casas verir. Atası Kolumbun səfərlərinə qatılmış biri olan bu məşhur tarixçi kitabında hər fürsətdə Kolumbun əlində köhnə bir xəritənin olduğunu təkrarlayır. Bu xəritənin sonradan öz əlinə keçdiyini, əslində xəritənin florensiyalı Tos37
canelli tərəfindən Kolumba göndərildiyini açıqlayır. Çox maraqlı məlumatlardan da biri budur ki, Kolumbun digər kapitanlarla həmişə bu xəritəyə əsaslandıqlarını, hətta bu xəritəni bir neçə ada qabağa gedən kapitan Alonzo Pinzonun apardığını, Kolumbun sonrakı istiqaməti planlaması üçün xəritəni geri qaytarsın deyə ona xəbər göndərdiyini, xəritə geri gəldikdən sonra isə Kolumbun digər gəmiçilərlə birlikdə mövqe təyin etdiyini qeyd edir. Las Casas bu xəritədə səhvən Hindistan sahili zənn edilən yerin və adaların tapıldığını da açıqlayır. Bu və digər məlumatlar heç bir şübhəyə yer buraxmadan göstərir ki, Kolumb olduqca ətraflı bir xəritəylə bilinən bir ölkəyə çatmaq məqsədiylə yola çıxmışdır. Bəzi məlumatlar da bu məqsədin yeni bir yer kəşf etmək üçün deyil, bilinən yerlərdən qızıl, qiymətli daşlar və ədviyyat gətirmək üçün olduğunu göstərir. Piri Rəis xəritəsinə əlavə etdiyi bir qeyddə Kolumbun əlinə keçən bir kitabla yola çıxdığını yazır. İndi isə əsas problem bu sualın cavabında yatır: Kolumbun və portuqalların əlinə keçən xəritələr hansı mədəniyyət dünyasının əsəriydi? Bu sualın cavabı üçün bəzi xəritələrə göz atacağıq. 1459-cu ildə Portuqaliya kralının arzusu ilə İtaliyada Fra Maun, yəni Rahib Ərəb adlı biri dünya xəritəsi düzəltmişdi (bax. şəkil 11). Bu xəritənin İslam dünyasındakı nümunələrə söykəndiyini sübut etmək məsələsini bir tərəfə qoysaq, kənarındakı bir izah bizim üçün çox vacibdir: “1420-ci illərdə bir gəmi Hind okeanından adalara çatmaq məqsədi ilə Kap Diyab (Qurdlar burnu), yəni Ümid burnuna, oradan da qa38
ranlıq okeandakı Yaşıl adalara baş çəkərək 40 günlük və 2000 millik qərbə yönələn bir yolla hərəkət etmiş, 70 gündən sonra isə Ümid burnuna geri qayıtmışdır”. Bu açıqlamadan aydın olur ki, Ümid burnundan Amerikaya gedilən yol 1420-ci ildən əvvəl də bilinirdi. Bu yolun eskizi bu cürdür (bax. şəkil 42). Sözümə 1500-cü ildə Kolumbun ilk 3 səfərində olan gəmilərdən birinə kapitanlıq edən Juan De La Cosanın xəritəsi ilə davam etmək istəyirəm (bax. şəkil 13). Bunu isə kompüterdən istifadə edib modern xəritə ilə qarşılaşdırsaq (bax. rəsm 14) Qərbi Afrika ilə Şimal-Şərqi Braziliya sahillərinin demək olar ki, reallığa çox yaxın olduğunu; Kuba, Haiti, Yamayka, Puerto Riko və Baham adalarının şəkillərinin və coğrafi mövqelərinin həqiqətə olduqca yaxın olduğunu görərik. Xəritədə Magellan boğazı da görünür. Bu xəritə tək başına uzunluq dairə dərəcələrini çox yaxşı ölçə bilən bir mədəniyyət dünyasının ispanların əlində olduğunu göstərir. Portuqalların kəşfindən öncə Cənubi Amerika bu xəritədə görülür. Bu xəritə ilə Piri Rəisin xəritəsi arasında çox böyük bir əlaqə özünü göstərir. Buna paralel olaraq Vasko De Qamanın 1498-ci ildəki ilk Hindistan səfərindən dərhal sonra ortaya çıxan bir xəritəni göstərəcəyəm. Bu xəritə italyan Alberto Cantinonun adını daşıyır (bax. şəkil 17). Cənubi Amerikanın bir hissəsini də əhatə etdiyi üçün 1502-ci ildə düzəldildiyi təxmin edilir. Mən bu xəritənin orijinalının daha köhnə olduğuna inanıram. Avropada birdən-birə ortaya çıxan mükəmməl Afrika xəritəsinin İslam mədəniyyət dünyasından gəldi39
yini burada sübut etməyə çalışmayacam. Mövzumuz baxımından Afrika ilə Cənubi Amerika arasındakı uzunluq və bölgə sahillərinin həqiqətə çox yaxın çəkilməsi vacibdir. Bu nəticəni ancaq uzunluq dairə dərəcələrini çox yaxşı bilən bir çevrədən gözləmək olar (bax. şəkil 18). İndi isə java dilində yazılmış bir xəritəyə keçəcəyəm (bax. rəsm 15). Portuqallar 1411-ci ildə Malayziyanı işğal etdikləri zaman bir gəmidə atlas tapdılar. Bunun qalan 26 xəritəsini malay dilindən portuqal dilinə tərcümə edərək krala göndərdilər. Göndərən kralın köməkçisi və donanma kapitanı Albouquerque yazdığı məktubda bu atlasın əhəmiyyətini və ona heyran olduğunu geniş şəkildə dilə gətirməyə çalışır. İslam dünyasında xəritəçiliyin çatdığı ən yüksək mərhələlərdən birini göstərən bu atlasın xəritəçilik tarixindəki yeri çox əhəmiyyətlidir. Burada onun sadəcə Braziliya sahillərinə aid olan hissəsindən bəhs edəcəyəm. Bu xəritə Braziliya sahilinin Ekvatorun cənubunda 6 dərəcə ilə 27 dərəcə arasında qalan hissəsini göstərir. Sahilin şimal-şərqdən cənub-qərbə doğru olan meyili təxminən 15 dərəcədir. Bu xəritənin uzunluq dairə dərəcələrindəki doğruluq payını, o vaxtlar qarşısında bir Afrika qitəsi və ya bilinən bir ada kimi dayanacaq nöqtəsi olmadığı üçün, ancaq modern xəritələr ilə müqayisə etmək surətiylə əldə etmək mümkündür. Belə bir müqayisə uğur nisbətinin xeyli yüksək olduğunu göstərir (bax. şəkil 16). Son olaraq Piri Rəisin xəritəsinə toxunmaq istəyirəm (bax. şəkil 19). Bu çox tanınmış və birbaşa türkləri maraqladıran xəritədir... Onu ayrıca bir konfrans 40
mövzusu etmək istərdim. Burada mövzumuz üçün vacib olan nəticə ilə kifayətlənəcəm. Bunu kompüterin dəstəyi ilə modern bir xəritə ilə müqayisə etdiyimiz zaman (bax. şəkil 20) Cənubi Amerika sahillərinin daxilə doğru nisbətən yaxşı çəkildiyini, Afrika ilə aradakı uzunluq dairə dərəcələrinin Avropa xəritəçiliyində ancaq 18 və 19-cu əsrdə mümkün ola biləcək bir dəqiqliyə çatdığını görürük. Bunun 15 və 16-cı əsrdə İslam dünyası Hind okeanı naviqasiyasında çatılan yüksək metodlardan başqa heç bir mədəniyyət dünyasında təşkil olunma imkanı yox idi. Bu münasibət ilə onu da xatırlatmaq istərdim ki, Kolumbun Amerika sahillərinə doğru bəzi en və uzunluq dairə dərəcələrini ölçdüyü iddia edilir. Bu dəyərlər 22 dərəcədən 40 dərəcəyə qədər xətalı, daha doğrusu ölçüdən əlavə bir xəyal məhsuludur. 1933-cü ildə Piri Rəisin xəritəsini çox ciddi bir şəkildə araşdıran alman alimi Paul Kahle bu xəritənin en və uzunluq dairə dərəcələri olan bir orijinal xəritəyə əsaslanmalı olduğu nəticəsinə gəlmiş, bu orijinal versiyanın Kolumba Florensiyadan Paolo Toscanelli tərəfindən göndərildiyinə inanmışdı. Amma orijinalın necə və harada ortaya çıxdığı sualını kənara qoymuşdu. Riyazi coğrafiya və xəritəçilik tarixçiliyinin ogünkü vəziyyəti bu sualı cavablandırmağa imkan vermirdi. Bunu da vurğulamaq istərdim ki, Kahle sadəcə Orta Amerika hissəsinin Kolumb vasitəsiylə Piri Rəisə çatdığına, Cənubi Amerika hissəsinin isə Piri Rəis tərəfindən portuqalların xəritələrinə dayanaraq əlavə olunduğuna inanırdı. Kahlenin tədqiqatı nəticəsində, sonrakı tədqiqatlarda Kolumbun əlavələrini daşıyan xəritənin 1501-ci ildə Kemal Rəis tərəfindən zəbt edilən İspani41
ya gəmisində ələ keçirilən əsirlər arasında Kolumbun 3 səfərində iştirak edən birindən alındığı inancı yayğınlaşmışdır. Piri Rəis sadəcə əmisi Kemalın Kolumbun 3 səfərində iştirak edən bir əsir olduğunu deyir və ondan bəzi şeylər nəql edir. O xəritədəki bu sahillər və adalar Kolumbun xəritəsindən götürülmüşdür. Mənim anlayışıma görə, italyanlara İslam mədəniyyət dünyasından qalan ərəbcə bir xəritənin Kolumbun bəzi əlavələr edilmiş, en və uzunluq dairə xətləri göstərilmiş italyan dilindəki bir nüsxəsi necəsə Piri Rəisin əlinə keçmişdir. Böyük ehtimalla, bu xəritənin başqa nüsxələri də məşhur idi. Bu xəritə İspaniya kralının israrı üzərinə Kolumbun 3-cü səfərindən sonra qardaşına düzəltdirərək saraya təqdim etdiyi bəsit xəritədən çox fərqlidir (bax. şəkil 45). Tamamilə yanlış çəkilmiş Kuba xəritəsi, böyük bir ehtimalla, Kolumb və dostlarına aiddir. Xəritənin cənubundakı torpaq parçasının italyanlara çatan ərəbcə orijinalında ola biləcəyi təxmin edilir. İslam dünyasını gəzən bir missioner Guillaurme Adam gəmiçi tacirlərin Afrikanın cənubuna 54 dərəcəyə qədər endiklərini deyir. İtalyan coğrafiyaçı Livio Sanuto da 1588-ci ildə yazdığı kitabında ərəblərin Mozambikdən Ümid burnunu aşaraq Cənub qütbünə səyahət etdiklərini qeyd edir. İndi isə sizə təqdim etdiklərimi xülasə etmək istəyirəm. İnsanların sonradan Amerika deyə adlandırılan qitəyə çatmaları 3 mərhələdə reallaşdı: 1. İnsanlar qədim dövrlərdən, başlanğıcı bilinməyən bir çağdan bəri zaman-zaman təsadüfi olaraq 42
okeanın içindəki böyük torpaq hissəsinə gedib çatırdılar. Bu, hal-hazırda da qəbul edilən bir həqiqətdir... 2. Müsəlmanlar ən gec 10-cu əsrin ilk yarısından etibarən Pireney yarımadasından və Qərbi Afrika sahillərindən naməlum sayda okeanın qarşı sahilinə, qərbə doğru yelkən açaraq sahilə çatmağa çalışdılar. Onlar 9-cu əsrdən etibarən Afrikanın cənubundan Atlantik okeanının Mərakeş sahillərinə çata bilirdilər. Bizim üçün qeyri-müəyyən olan bir tarixdən etibarən okeandan qərbə doğru etdikləri cəhdlərdə, ən gec 15ci əsrin əvvəllərində böyük torpaq hissəsinə çatmış, geri qayıtmış və bunu bir neçə dəfə təkrar etmişdilər. 9-cu əsrdən etibarən riyazi coğrafiya və xəritəçiliyi keçən 800 il ərzində təkmilləşdirən bir mədəniyyət dünyasının mənsubları olaraq Qərbi Atlantikanın və sahillərinin böyük bir hissəsinin xəritəsini düzəltdilər. 16-cı əsrdən etibarən elmlərin digər sahələrində olduğu kimi onların bu sahələrdə də lider mövqelərini itirmələri və yerlərini başqalarına buraxmaları tarixi bir qədər olmuşdur. 3. Necə ki, Bartolomeo Diaz və Vasko de Qama müsəlmanların xəritələri ilə Ümid burnuna və Hind okeanına yönəlmişdilərsə, Kolumb və portuqal gəmiçilər, həmçinin də, Magellan əllərinə keçən İslam dünyasının xəritələriylə Amerikaya çatdılar. Nə qədim portuqallar, nə də ispanlar bu həqiqəti gizlədirdilər. Onlar müsəlman sələflərindən miras aldıqları işi böyük bir çalışqanlıq və cəhdlə təkmilləşdirdilər. Yeni bir qitənin varlığının insanlığın bilgisinə təqdim olunmasını onlara borcluyuq.
43
İSTANBUL İSLAM ELM VƏ TEXNOLOGİYA TARİXİ MUZEYİ Hörmətli prezident, hörmətli qonaqlar. Tarix anlayışının yetərli bir inkişaf göstərməyə başladığı anlardan etibarən bir çox insanın zaman-zaman o və ya bu alətin, ya da cihazın harada və nə vaxt ortaya çıxdığı yönündə beyinlərini məşğul edən sualların varlığına bir həqiqət nəzəriylə baxmalıyıq. Amma tarix elmi ümumilikdə və çox uzun bir müddət, sahəsini siyasət, hərbi və müəyyən qədər də iqtisadi hadisə və dəyişmələrin yığılıb yaddaşda saxlanılmasında gördü. Elm və texnologiyanın qazandığı inkişafa bir ögey ana gözüylə baxdı. Elm və texnologiyanın yunanlara qədər reallaşan inkişafının qədəmlərini təqib etmək çox çətindir. Onlar, yəni yunanlar elmlər tarixində tutduqları 800 illik əzəmətli qurucu mərhələdə bizə öz sələfləriylə bağlı çox az məlumat verirlər. Qaynaqlara işarət etmə ənənəsi onlarda çox zəif olub. 44
Onların böyük yerlərini bir başlanğıc olaraq görməyə alışmış modern elmlər tarixinin 300 ildən bəri vərdiş olunan baxış bucağı şumerlər, babillər, assurlar, hititlər, kənanilər, əhəmənilər və misirlilərin mədəniyyətlərinin arxeoloji tədqiqat və tapılan kitabə analizlərinin bizə verdiyi işığa baxmayaraq, vacib bir dəyişiklik qazana bilmədi. Elmlər tarixinin böyük nüfuz sahibi alimlərindən biri olan avstraliyalı Otto Neugebauerin yunanların əvvəldə deyil, ortada olduqlarını, onların elm tarixindəki liderlik bayrağını əllərinə aldıqları zamandan etibarən keçən 2500 illik müddətə, keçmiş olan 2500 illik bir öncəki müddəti də əlavə etmək fikrini yarım əsr müdafiə etməsi çox az diqqət gördü. 7-ci əsrin ilk yarısında yunanların əlində çox yüksək bir səviyyəyə çatmış olan elmlərin Şərqi Aralıq dənizi hövzəsində və Sasani İranında ağır addımlarla çox kiçik məsafələr qət etmiş olduğu bir dövrdə, İslam bu mədəniyyət mərkəzlərini içinə alan bir qüdrət olaraq tarix səhnəsinə çıxdı. O mədəniyyət mərkəzlərinin təmsilçilərini hansı inancda olursa olsunlar böyük bir tolerantlıq və anlayışla qarşılayıb, onların müəllimliyini qəbul etdilər, bu yad mədəniyyətlərə inteqrasiya edərək elmlərə yeni bir sıçrayış qazandırdılar. 8-ci əsrin ortalarında hind qaynaqlarına çatan müsəlmanlar 2 əsr davam edən resepsiya və assimilyasiya səfhəsindən sonra yaradıcılıq mərhələsinə keçdilər. Elmlərin İslam dünyasında çatdığı yaradıcılıq mərhələsi bəzi sahələrdə hələ 8-ci əsrin ikinci yarısında, bəzi sahələrdə isə 9-cu əsrin ortalarına doğru həyata keçmiş oldu. Bu yaradıcılıq mərhələsi sonlara 45
doğru sürətin və keyfiyyətin aşağı düşməsiylə bərabər 800 il, yəni 16-cı əsrin sonlarına qədər davam etdi. Onların nail olduğu uğurların bu gün ancaq kiçik bir hissəsini bilirik. Ətraflı olaraq saymaq əvəzinə bu cür ifadə etmək istərdim: onlar digər mədəniyyət dünyalarından, xüsusilə yunanlardan aldıqları elmləri təkmilləşdirərək, yeni elmlər ortaya qoydular; öndərliyə yiyələnəcək, mədəniyyət dünyasında ortaya çıxacaq bəzi elmlərin yollarını döşədilər. “Böyük” və “yaradıcı” deyə vəsfləndirdiyimiz elmin 800 il qədər davam edən bu mərhələsində müsəlmanların ərəbcə yazan xristian və yəhudi vətəndaşlarının töhfəsi də az olmadı. Elmlər tarixinin bu yaradıcı mərhələdə tam olaraq nələr qazandığını bilməkdən hələ çox uzağıq; hamısını tanımaq bəlkə də heç bir zaman mümkün olmayacaq. Amma bu gün bildiklərimiz elmlər tarixinin ən böyük bir neçə mərhələsindən biri qarşısında olduğumuzu hiss etməyimizə kifayət edir. Şübhəsiz ki, içində yaşanılan dövr faktoru digər bir çox şərait, sələflərlə xələflərin istiqamət, xasiyyət və təbiətlərinə təsir edir. Elmlər tarixçisi üçün böyük mərhələlərin özünəxas təməl dəyərlərinin müəyyən olunması işi asan başa gəlmir. Mən şəxsən illər boyu İslam elmlər mərhələsində özünəxas prinsiplər olaraq bu nəticələrə çatdığıma inanıram: 1. Ədalətli tənqid 2. Təkamül qanunu düşüncəsi 3. Qaynaq zikr etmədə digər mədəniyyət dünyalarından daha çox cəhd göstərmə 46
4. Elm tarixi yazarlığının 10-cu əsrdən etibarən ortaya çıxışı və inkişafı 5. Təcrübə ilə nəzəriyyə arasında bir nizam qurmaq və təcrübənin axtarışında sistemli istifadə olunacaq bir vasitə olaraq yer alması 6. Uzun müddətli müşahidə; bunun nəticəsi olaraq rəsədxanaların kəşfi 7. Elmin sadəcə kitabdan deyil, müəllim və kitabdan öyrənilməsi; buna bağlı olaraq ilk universitetlərin ortaya çıxışı. Elmlər tarixinin ən vacib başlanğıc nöqələrindən biri də budur ki, İslam mədəniyyət dünyasının kitabları, alət və dərmanları 10-cu əsrin ikinci yarısından etibarən İspaniya üzərindən Qərbi Avropada bilinməyə başlandı. Müsəlmanlar 711-ci ildə Pireney yarımadasına ayaq basmaqla İslam mədəniyyət dünyası ilə Avropa arasındakı əlaqəni qurmuş, təkmilləşdirəcəkləri elmlərin bir neçə əsr sonra ayrı bir mədəniyyət dünyasında yayılma qədərini yazmışdılar. İki mədəniyyət dünyasını bir-birinə bağlayan yollar zamanla artmağa davam etdi. Bunların ən vacibi Siciliya, İtaliya və Bizans üzərindən keçirdi; İslam dünyasındakı texnologiyanın Avropaya çatmasında, xüsusilə Səlib Yürüşləri böyük rol oynamışdı. Elm və texnologiyanın İslam dünyasından Avropaya çatma mərhələsi – hansı ki, bu, resepsiya və assimilyasiya deyə iki mərhələdə reallaşdı – ən azından 500 il davam etdi. Avropada 16-cı əsrdə yaradıcılıq ortaya çıxdığı zaman, İslam dünyasında eyni əsrin ikinci yarısında elmlərdə yavaşlama müşahidə olun47
mağa başlandı. 17-ci əsrin başlarında avropalılar elmdə hakim mövqeyə yiyələndilər. Bu münasibətlə özümü istəmədən də olsa tarixi bir reallığa işarət etmək məcburiyyətində hiss edirəm. O da bundan ibarətdir ki, Latın mədəniyyət dünyasını Ərəb-İslam qaynaqlarından alma işi, müsəlmanların yunan dilində olan qaynaqlardan almaları kimi şəffaf olmadı. Müsəlmanlar Aristoteli “Böyük Müəllim” deyə adlandırırdılar. Sokratın, Qalenin və digərlərinin kitablarından “Fəzilətli Sokrat”, “Fəzilətli Qalen” deyərək sitat gətirirdilər. Amma ərəbcə kitabların bir çoxunun latınca tərcümələrində həqiqi müəlliflərin adı yoxa çıxırdı. Qaynaq qeyd etmə vərdişi, demək olar ki, heç yox idi. Bunun nəticəsi olaraq avropalılar 17ci əsrdə hakim mövqeyə necə yüksəldiklərini bilmirdilər. İstər avropalılar, istərsə də müsəlmanlar bunu əsrlər əvvəldən gələn üstün bir keçmişin davamı zənn edirdilər. Beləcə avropalılarda müsəlmanlara qarşı bir üstünlük, müsəlmanlarda isə yavaş-yavaş bir əskiklik hissi yaranmağa başlayırdı. Avropalılarda ortaya çıxan bu üstünlük hissi, aradan çox böyük bir zaman keçmədən, 18-ci əsrdən bu günə qədər keçərliliyini hələ də qoruyan “Renessans” ifadəsində qəlibləşmiş qarşılığını tapmışdı. Bu anlayışa görə, elmlərin bir neçə əsrdən bəri tanınan yeni mərhələsi Avropada birbaşa Yunan elmlərindən qaynaqlanan bir yüksəliş idi. Dərin bir minnət hissiylə xatırlanmalıdır ki, 1955-ci ildə fransız filosofu Etienne Gilsonun “Professorlar Renessansı” deyə ələ saldığı fikrə qarşı humanist bir reaksiya eyni əsrdə özünü göstərməyə başlamışdı. Bunlar arasında fransızlardan filosof və tarixçi Voltaire, almanlardan 48
Johann Gottfried Herder, Johann Wolfgang von Goethe və Alexander von Humboldt var idi. Bu humanistlərlə bərabər, qismən ortaya çıxan Avropa mərkəzli elm tarixçiliyinin görməzlikdən gəldiyi çox vacib yeni bir humanist cərəyan daha var idi; o da ərəbcə, farsca və türkcə kitabların latın dilindəki tərcümələrinə deyil, orijinallarına dayanaraq İslam elmlərini araşdırma cəhdi idi. Bu cərəyan çox yavaş belə olsa, hələ 17-ci əsrdə başlamış və 19-cu əsrdə mühafizəkar elm tarixçiliyini bəzi sahələrdə dəyişikliklərə məcbur edəcək qədər qüvvət qazanmşdı. Fəlsəfə sahəsində dinlər və fəlsəfə tarixçisi Ernest Renan 1852-ci ildə nəşr etdirdiyi “Averroes et Averroisme” adlı kitabnda əndəlüslü İbn Rüşdün Qərbi Avropa və İtaliyada fəlsəfi düşüncəyə nə qədər dərin təsir etdiyini çox mahir bir şəkildə göstərdi. Onun çağdaşı filosof Heinrich Ritter İslam elmlərinin Avropaya fəlsəfə xaricindəki təsirinin çox böyük olduğunu, Ərəb fəlsəfəsinin fiziki yönünün Xristian Orta Əsr elmində bir dəyişiklik yaratdığı tezisini müdafiə edirdi. Fransız J.J. Sedillot və oğlu L.A. Sedillot 60 ili aşan tədqiqatlarıyla müsəlmanların astronomiya sahəsində göstərdikləri uğurun böyük bir hissəsini ortaya qoymaqla çağdaş həmkarlarını heyrətləndirdilər. Digər tərəfdən J.T. Reinaud eyni dövrdə İslam mədəniyyət dünyasının coğrafiya sahəsindəki uğurlarını 50 il davam edən etüdləriylə tanıtdı. Riyaziyyat sahəsində humanist Alexander Von Humboldtun Parisdə adı keçən alimlərin yanında doktorantura etməyə göndərdiyi Franz Woepcke nail olduğu 40-ı aşan çox maraqlı etüdləriylə mühafizəkar 49
riyaziyyat tarixçiliyini çox ciddi düzəlişlərlə çətinlik qarşısında qoydu. Məsələn, o çağın ən məşhur riyaziyyat tarixi kitabında müsəlmanların cəbr sahəsində ikinci dərəcədən tənliklərdən yuxarı keçə bilmədikləri iddia edilirdi. Woepcke 11-ci əsrdə yaşayan Ömər Xəyyamın üçüncü dərəcədən tənliklərin sistemli izahını verən “Cəbr” kitabını nəşr edib fransız dilinə tərcümə etməklə, üzərində işlədiyi sahədəki köhnə mühakimələrin nə qədər etibarsız olduqlarını çox açıq bir şəkildə göstərmişdi. 19-cu əsrin ikinci yarısı İslam elmlərinin tanıdılması yönündə çox vacib cəhdlərə şahid oldu. Coğrafiya sahəsində çalışan holland Michael Jan De Goeje və alman Ferdinand Wüstenfeld yarım əsri aşan araşdırmalarında dövrümüzə çatmış olan, demək olar ki, bütün mühüm ərəbcə coğrafiya əlyazmalarını nəşr edib, qismən də olsa, Avropa dillərinə tərcümə etdilər. Çağdaşları Alois Sprenger hələ 1864-cü ildə 10-cu əsrdə yaşayan Məkdisini, kitabının bir əlyazmasını Hindistanda tapdıqdan sonra “yaşamış ən böyük coğrafiyaçı” olaraq elan etmişdi. Daha sonrakı etüdlər, həqiqətən də, bəşəri coğrafiyanın 10-cu əsr İslam dünyasındakı səviyyəsinə Avropada ancaq 19-cu əsrdə rast gəlindiyini asanlıqla göstərmiş oldu. 1875-ci ildən etibarən İslam təbiət elmlər tarixi araşdırmalarına Erlangen şəhərindən Eilhard Wiedemann adlı fizik qatıldı. Bu yorulmaq bilməyən alimin 1928-ci ilə qədər nəşr etdirdiyi 200-dən çox etüdü elmlər tarixində abidəvi bir yerə sahibdir. İslam dünyası ona nə qədər təşəkkür etsə azdır. Onun İslam mədəniyyət dünyasının bəzi alətlərinin model50
lərini ilk düzəldən şəxs olduğunu xatırlatmağı özümə borc bilirəm. Öyrənə bildiyimə görə, onun düzəltdiyi modellərdən bir neçəsi Münhen Muzeyinin arxivində qorunur. Şərqşünaslar bir neçə əsrlik tədqiqatlarıyla müsəlmanların elmlər tarixində çox vacib bir yeri olduğunu göstərməyə yetəcək qədər önəmli nəticələrə vardılar. Bununla bərabər, bu yerin nə qədər böyük olduğunu həqiqətə yaxın bir şəkildə öyrənməkdən hələ ki çox uzağıq və ya heç bir zaman da öyrənə bilməyəcəyik. Bu yolda bir neçə addım irəliyə gedə bilmək məqsədiylə 1982-ci ildə Frankfurt Universitetinə bağlı bir Ərəb-İslam Elmləri Tarixi İnstitutu qurduq. Tədqiqatlarımız əsnasında, müsəlmanlar tərəfindən təkmilləşdirilən və kəşf edilən alətlərin modellərini düzəltmək fikri yarandı; beləcə orada bir muzey ortaya çıxdı. O alətlərin bənzərlərinin bu gün açılan muzeydə çox böyük bir ziyarətçi kütləsi tərəfindən görüləcəyi ümidini daşıyır, elmlər tarixinin bütün insanlığın müştərək malı olduğu xüsusundakı əsas düşüncəmizi əks etdirmək üçün istisna bir yeri olduğuna inanırıq.
51
MÜSƏLMANLARIN ELMLƏR TARİXİNDƏ 800 İL DAVAM EDƏN YARADICI MƏRHƏLƏSİNİ NƏ QƏDƏR TANIYIRIQ? Elm tarixçiliyi təxminən 18-ci əsrdən etibarən “Renessans” deyə adlandırılan bir fikrin hakimiyyəti altına girdi. Əslində bu fikrin tam olaraq nə vaxt ortaya çıxdığı və kim tərəfindən ortaya atıldığı ümumiyyətlə bilinmir. Bu termin elm tarixçiliyində əvvəllər, 1350 ilə 1600-cü illər arasında klassik Antik mədəniyyət və sənətinin yenidən doğuşu, daha sonra isə Avropada yeni çağda elmlərdə görülən böyük inkişaf mənasına gəldi. Bu zaman siyasi və iqtisadi baxımdan çox zəif təsir bağışlayan Ərəb-İslam mədəniyyət dünyasının 800 il qədər davam edən yaradıcı elm çağının Avropadakı elmin inkişafında bir təsirinin ola biləcəyinə yer qalmamışdı. İşin qəribə tərəflərindən biri də budur ki, ərəb dilindən latın dilinə 10-cu əsrdən 15ci əsrə qədər davam edən böyük tərcümə dalğasından 52
150 il sonra, yəni 17-ci əsrin ortalarında şərqşünaslar tərəfindən yeni bir tərcümə dalğası başladılmışdı. Bu dalğada farsca və türkcə kitabların tutduğu yer də kiçik deyildi. Edilən bu son dalğa tərcümələrin ortaya çıxardığı nəticələr onların Avropadakı elmin inkişafına təsirinin bəzi sahələrdə, hətta 19-cu əsrə qədər davam etdiyini göstərir. 17-ci əsrin ortalarında başlayan bu dalğa içərisində Avropaya çatan kitabların tərcüməsi, ya ehtiva etdiyi bilgilərin əhəmiyyətinin tanınmasına görə, ya da təsadüfən ələ keçdikləri üçün tərcümə edilirdi. 18-ci əsrin birinci yarısında ərəb, fars və türk dilindəki kitabların tərcümələri və əsas dildəki etüdləri başladı. Bu etüdlər hələ də davam edir. Hamısının çox dəyərli, obyektiv və dost baxışı ilə ələ alındığı və nəticələndirildiyi, təbii ki, gözlənilə və iddia edilə bilməz. Bunların içində teoloji baxımdan mövzunu incələyib müsəlmanları incidənlər də var. Şərqşünasların araşdırma nəticələrini qeyd edərkən mən obyektiv olanlarını, həyatlarının böyük bir hissəsini İslam elmlərinin etüdünə, qaynaqların yayımlanmasına verən humanistlərin töhfələrini qəsd edirəm. 55 ildir yazdığım İslam elmləri tarixi səbəbiylə hər gün onların əsərləriylə qarşılaşıram. Biz bu gün İslam mədəniyyət dünyasının elmlər tarixində çox böyük bir yeri olduğunu biliriksə, bu bilginin çox böyük bir hissəsini onlara borcluyuq. Danışığım zamanı sizlərdə bu çox böyük mədəniyyət dünyasına qarşı kiçik bir heyrət hissi yaratmağa çalışacağam. İslamın ilk ortaya çıxdığı illərdə ərəb müsəlmanlar ancaq barmaqla və ya beyində hesablamağı ba53
carırdılar. Oxuyub-yazma bilənlərin sayı çox az idi. İslam ilk 30 və ya 40 ildə o dövrün yaşayış yerlərinin böyük bir hissəsini hökmü altına almış, elm mərkəzlərini ələ keçirmişdi. Oradakı elm təmsilçilərinə istər müsəlman olsun, istər olmasınlar, böyük tolerantlıq göstərmiş, dəyər vermiş, müəllimliklərini qəbul etmişdilər. Elmə və öyrənməyə qarşı çox qısa bir zaman ərzində aclıq və canlı atmosfer ortaya çıxmışdı. Hələ İslamın ilk əsrində yunan, süryani, pəhləvi dillərindən tərcümələrə, eyni əsrdə ərəb dilinin qrammatikasının yazılmasına başlanmışdı. İkinci əsrin ortalarında sanskrit dilindən hindlilərin çox həcmli riyaziyyat və astronomiya kitabı “Siddhanta” ərəb dilinə tərcümə edilmişdi. Müsəlmanların miladi 8-ci əsrdə elmlərin bəzi sahələrində alma çağından yaradıcılığa keçmələri elmlər tarixinin ən heyrətverici fenomenlərindən biridir. Misal olaraq miladi 8-ci əsrin ikinci yarısında riyazi nisbətlər əsasına söykənən kimya elminin qurulmasını qeyd etmək istəyirəm. Banisi Cabir ibn Hayyan elmlər tarixindəki ən qəribə şəxsiyyətlərdən biridir. O, bütün kainatın riyazi nisbətlər əsasına görə yaradıldığını, riyazi nisbətlərə dayanmayan hər hansısa bir şeyin elmin mövzusu olmayacağını deyirdi. Allahın insana kainatın bütün sirr pərdələrini yırtma qabiliyyəti verdiyini müdafiə edir və insanın daş, bitki, heyvan, hətta insan yarada biləcəyini, bunun ən azından nəzəri olaraq mümkün olduğunu irəli sürür, bu inanca Allahın bəşərə necə yüksək bir qabiliyyət verdiyi əsasından hərəkət edirdi. Müsəlmanlar miladi 9-cu əsrin ortalarında elmlərin hər sahəsində yad mədəniyyət dünyalarından, xüsusilə 54
də yunanlardan alma və həzm etmə (resepsiya və assimilyasiya) səfhəsinin ötəsində artıq yaradıcılıq mərhələsinə çatmışdılar. Bu mərhələ daimi bir yüksəlişdən sonra 15-ci əsrdə sürətini itirməyə başladı. 16-cı əsrin 17-ci əsrə keçdiyi ərəfələrdə yavaşlama çağına girildi. Onların bu yaradıcılıq müddətində bacardıqları vacib və böyük işləri bu konfransın dar çərçivəsinə sığdırmaq imkansızlığı qarşısında sadəcə bir sahəni, məni son illər məşğul edən coğrafiyanı seçib, oradakı işləmə tərzlərinə, uğurlara diqqət çəkmək istərdim. Amma daha əvvəl bu mövzunun ümumi çərçivəsini ana xətləriylə izah etməliyəm. Müsəlmanlar digər mədəniyyət dünyalarından, xüsusilə yunanlardan aldıqları elmləri təkmilləşdirdilər, yeni elmlər ortaya qoydular və gələcək nəsillərin quracaqları bəzi elmlərin yollarını döşədilər. Bu müddətdə onların uğurlarında xristian və yəhudi vətəndaşlarının da payı az olmadı. 10-cu əsrdə İslam dünyasında böyük bir sürətlə inkişaf edən elmlər - hansı ki, bu çox da həqiqətə uymayan bir tərzdə “İslam elmlərinin qızıl çağı” deyə adlandırılır – İspaniya üzərindən latın dilinə edilən tərcümələrlə, alətlərin təqlidi yoluyla Qərbi Avropaya, oradan da Orta Avropaya çatmağa başladı. 11-ci əsrdə Siciliya üzərindən İtaliyaya aparan daha bir yol yarandı. 14-cü əsrdə isə Təbriz, Trabzon, İstanbul üçüncü yol kimi yenilikləri İtaliya və Şərqi Avropaya ötürürdü. Bizansın mərkəzində kitabların ərəb dilindən yunan dilinə tərcüməsinə hələ 10-cu əsrdə başlanılmışdı. Amma bizanslılar İslam dünyasında o elmlərin yeni bir yaradıcı səfhəsinin başladığının fərqində olmadan, onları qədim yunanların kitablarının tər55
cümələri zənn edirdilər, bəzən onları dəyişikliklərlə Ptolomey kimi böyük yunan alimlərinin adıyla ortaya çıxarırdılar. İslam elmlərinin Avropaya çatma və həzm edilmə müddəti 500 ildən artıq çəkdi, 16-cı əsrin ikinci yarısında isə yaradıcılıq çağına qədəm qoyuldu. İndi isə vəd etdiyim kimi coğrafiya sahəsinə keçib sizdə qısa bir baxış yaratmağa çalışacağam. Birinci cildini 1954-cü ildə hazırlamağa başlayıb 1967-ci ildə nəşr etdiyim İslam elmlər tarixinin coğrafiya ilə bağlı hissəsini 1984-cü ildə araşdırdım. Riyazi coğrafiya və xəritəçilik ilə bağlı 10, 11, 12 və 13-cü cildlər 2000-2007-ci illər arasında nəşr edildi. Bəşəri coğrafiyanı ehtiva edən 14-cü və 15-ci cildlərin nəşri şükürlər olsun ki, bir neçə gün öncə tamamlandı. Riyazi coğrafiyanın məqsədi Yer kürəsini en və uzunluq dairəsi dərəcələrinə görə ehtiva edərək kağız və ya başqa müstəviyə köçürməkdir. Bu işin ilk pillələrini müsəlmanlar Sasani İranından, hindlilərdən və daha çox Ptolomeyin coğrafiya kitabından öyrəndilər. Bu coğrafiyadan onlara ölçüyə dayanan sadəcə bir uzunluq dairə dərəcəsi, 10-dan çox en dairə dərəcəsi gəlib çatmışdı. Onlara yunanlardan gəlib çatan dünya xəritəsi təsəvvürünə görə Hind okeanı ilə Atlantik okeanı bir göl halındaydı. Böyük bir okean məfhumu yox idi. Torpaq sahələr dənizləri əhatə edirdi. 9-cu əsrin ilk rübündə riyazi coğrafiya ilə xəritəçilik sahəsinin İslam mədəniyyət dünyasındakı 17-ci əsrə qədər davam edən yaradıcılıq səfhəsi başlamışdı. Bu, elmlərlə birbaşa məşğul olan Xəlifə Əl-Məmunun 56
cəhdlərinə bağlı idi. O, astronomik və riyazi hesablamalara dayanan bir dünya xəritəsi düzəltməyə qərar vermişdi. Bunun üçün də 70-ə yaxın alimi vəzifələndirmişdi (bax. şəkil 1). Onlar dünyanın bir çox yerində hesablamalar aparıb lazımi məlumatı toplayanda, o, bəzilərini də Ekvatorun uzunluğunu ölçmək üçün vəzifələndirdi. İraq və Suriya ovalarında meridian dərəcəsi ölçmələriylə Ekvatorun təqribən 40 000 kilometr uzunluq nəticəsi əldə edildi və düzəldiləcək xəritəyə əsas olaraq alındı. (bax. şəkil 3). Bu, tamamilə elmi əsaslara dayanan ölçünün nəticəsi dövrümüzə qədər öz doğruluq dəyərini itirməyib. Xəlifə Əl-Məmunun bir dünya xəritəsi düzəltdirdiyi coğrafiya tarixçiləri tərəfindən bilinirdi, amma dəyəri və şəkli haqqında heç bir şey deyilmirdi. Ancaq 1984-cü ildə Topkapı Sarayında olan bir ensiklopediya əlyazması içərisində xəritəyə rast gəldim. Bu, en və uzunluq dairə ölçülərinə dayanan ən qədim xəritədir. Bu xəritədə torpaq sahələri ada şəklində bir okean tərəfindən əhatə olunur. Bununla dünya xəritəsi tarixində yeni bir mərhələ başlamış oldu. Ayrıca o xəritəni hazırlayanlardan bizə bir en və uzunluq dairə dərəcələrinin cədvəli çatdı. Bununla da xəritənin tam bir rekonstruksiyasını təşkil edə bildik (bax. şəkil 2). Xəlifə Əl-Məmundan sonrakı miladi 10-cu əsrdə və davamında en və uzunluq dairə dərəcələrini ölçmək cəhdi İslam dünyasının qərbindəki İspaniyadan Hindistana qədər yayıldı. İspaniya ilə Bağdad arasındakı məsafə Ptolomeyə görə 17,5 dərəcə olduğu halda, Əl-Məmunun xəritəsində 7,5 dərəcəlik bir ixtisar ilə yeniləndi. Həmçinin Aralıq dənizinin uzunluğu Ptole57
meyə nisbətlə 18 dərəcə təsdiq edilərək 44 dərəcəyə salındı. Nəticədə başlanğıc meridian dairəsini Kanar adalarından 17,5 dərəcə Atlantik okeanına sürüşdürmə zəruriyyəti ortaya çıxdı. Bu həqiqətin bilinməməsi dövrümüzə qədər gəlib çatan yüzlərlə xəritəni anlaşılmaz hala gətirir. İslam coğrafiyaçıları yeni en və uzunluq dairəsi təyinetmə metodu tapmağa çalışırdılar. 10-cu əsrdə ona yaxın yeni en dairə dərəcəsi metodu tapılmışdı. Çox çətin olan uzunluq dairə hesablama işi o vaxta qədər ay tutulmalarına görə edilir və xətalı nəticələr verirdi. 11-ci əsrin başlanğıcında uzunluq dairəsi ölçmə işinə Biruni tərəfindən yeni bir metod gətirildi. Biruninin müəllimləri 10-cu əsrdə sferik triqonometriyanın əsas düsturunu tapmışdılar (baxn. Şəkil 6). O, uzunluq dairə dərəcələrini ölçmədə bu kəşfdən faydalanaraq gətirdiyi yeni ölçmə metodunu Qəznə ilə Bağdad arasında iki illik tədqiqatıyla 5000-6000 kilometri ziqzaq dolaşaraq 60 yeni uzunluq dairə dərəcəsini ortaya çıxardı (bax. şəkil 5). Onun bizə miras qoyduğu nəticələrin bir hissəsində ancaq 18 və 19-cu əsrlərdə bəzi çox kiçik yeniləmələr edildi. O, bununla həqiqətə uyğun Asiya xəritəsinin təməl daşlarını atmaqla qalmadı, bundan çox daha vacib olan riyazi coğrafiyanı bir müstəqil elm sahəsi olaraq qurdu. Onun bu mövzuyla bağlı qələmə aldığı kitablardan sadəcə biri, amma ən vacibi dövrümüzə gəlib çatdı. Təəssüf ki, Fatih kitabxanasında olan tək əlyazmadan 1933-cü ilə qədər elm dünyasının xəbəri yox idi. Biruni bizə uzunluq dairə dərəcələrinin digər vacib bir ölçmə metodunu gənc çağdaşı İbn Sinadan nəql edir. Digər çox va58
cib bir metodu isə 13-cü əsrdə yaşayan Əbul Həsən Əl-Mərrakuşidən öyrənirik. Amma elmlər tarixçiliyi görünür ki, bu böyük kəşfləri hələ də öyrənməyib. Uzunluq dairə dərəcələri mövzusuna bunu da əlavə etmək istərdim ki, müsəlmanların riyazi coğrafiya və xəritəçilik tarixində nail olduqları ən böyük işlərdən biri də Hind okeanında, açıq dənizdə astronomik – triqonometrik əsaslara dayanan məsafə, en və uzunluq dairə ölçmə metodlarıdır. 15-ci əsrdə və 16-cı əsrin əvvəllərində ərəb dənizçilər Hind okeanı sahillərinin vacib nöqtələrinin kartoqrafik ölçmələrini aparmışdılar. Onlar Şərqi Afrika ilə Sumatra arasındakı Ekvator xəttini bugünkü dəyərlərə çox yaxın bir şəkildə hesablaya bilirdilər (bax. rəsm 39-40). Onların meridian dərəcəsi ölçmə metodları və əldə etdikləri heyranlıq yaradan nəticələr 20-ci əsrin sonuna qədər elm tarixçilərinə məçhul qaldı. Müsəlmanların okeandakı cənub-şimal, yəni meridian xəttinə paralel və əyri məsafə ölçmə metodları 15 və 16-cı əsrlərdə italyanlar və portuqallar tərəfindən Avropaya çatdırıldı. Amma onların Ekvatora paralel məsafə metodunu anlayıb Avropaya çatdırmaq üçün astronomik və triqonometrik bilikləri yetərli deyildi. İslam mədəniyyət dünyasında 9 ilə 14-cü əsr arasında qazanılan en və uzunluq dairə dərəcəsi bilikləri 11-ci əsrdən 17-ci əsrin ortalarına qədər Avropaya çatmağa davam edirdi. Amma avropalılar nə bunları, nə də özləri tərəfindən tapılan bir neçə en və uzunluq dairə dərəcələrini 17-ci əsrdən əvvəl xəritə düzəltməkdə istifadə edə bilmirdilər. Bu yöndəki ilk cəhdi İohann Kepler göstərdi. Təəssüflər olsun ki, o, qarışıq bir en 59
və uzunluq dairə dərəcə cədvəli ilə Aralıq dənizinin İtaliyanın sağında və solunda qalan hissələrinin nisbətlərini ərəbcə qaynaqlardan çatan bir məlumatı səhv başa düşməsi səbəbilə, çox xətalı nəticələrlə dolu xəritə yaratmış oldu. İndi isə bir az da xəritə haqqında danışmaq istəyirəm. Şərqşünaslar İslam coğrafiyası tarixinə dair möhtəşəm tədqiqatları arasında xəritə mövzusuna, demək olar ki, heç toxunmadılar. Çünki İdrisinin dünya xəritəsindən və İslam dünyasında 10-cu əsrdə didaktik məqsədlə düzəldilmiş şablon xəritələrdən başqasını tanımırlar, tanıdıqları bütün en və uzunluq dairə dərəcələrinə dayanan və reallığı əks etdirən xəritələrin avropalıların (özlərinin tərc.) əsəri olduğunu zənn edirdilər. Mən də 25 il əvvələ qədər bu cür düşünür və öz-özümə “müsəlmanlar riyaziyyat, astronomiya, hətta coğrafiyada bu qədər irəlidə olduqları halda nə üçün en və uzunluq dairə ölçülərinə dayanan xəritələr düzəltməkdə bu cür geri qalmışdılar?” deyə soruşurdum. Amma coğrafiya tarixi ilə məşğul olmağımın 10 və ya 11-ci illərində avropalı məşhur xəritəçilərin, məsələn G. Merkatorun 16-cı əsrdə düzəltdiyi Sibir xəritələrinin yüksək keyfiyyətini, en və uzunluq dairə dərəcələrini görəndə oyanmağa başladım, Hollandiyada və ya İtaliyada yaşayan birinin bunları edə bilməyəcəyi qənaətinə gəldim. Bundan sonra mənim üçün şəfəq açılmış, yollar aydınlanmış, ayağımdakı zəncirlər qopmuşdu. Bu inanca gəldim ki, bunlar ancaq orada yaşayan insanlar tərəfindən, İslam xəritəçilik və riyazi coğrafiya ənənəsi içində düzəldilə bilərdi. 60
Tapdığım xəritələrlə üzləşdirilməsi, en və uzunluq dairə dərəcələrinin tədqiq olunması və daşıdıqları qədim türkcə, ərəbcə kəlimələrin köməkliyi ilə bunları sübut edə bildiyimə inanıram. Bununla əlaqəli olaraq sizə bir xəritə göstərəcəyəm: 13 və ya 14-cü əsrdə düzəldilmiş bir Şimali və Orta Asiya xəritəsi (bax. şəkil 10). Bu xəritə 17-ci əsrdə yaşayan Əbul-Qazi Bahadır Xanın “Türk Şəcərələri Tarixi”nin içində yer alırdı. 18-ci əsrin başlarında Sibirin Tobolsk şəhərində rusların əlinə əsir düşən isveçli əsgərlər tərəfindən alman, fransız və rus dillərinə bir özbək imamın köməkliyi ilə tərcümə edilmişdi. Bu xəritənin 1726-cı ildə nəşr edilən fransız dilindəki tərcüməsi hələ də qalır (Sezgin, Geschichte des Arabischen Schrifttums X, 378-379). Verilə biləcək bir çox digər misallardan imtina edərək bu nəticə və inancımı sizlərlə paylaşmaq istəyirəm: avropalıların 18-ci əsrin əvvəlinə qədər düzəltdikləri həqiqətə yaxın xəritələr İslam mədəniyyət dünyasında düzəldilən xəritələrin ya surətləri, ya adaptasiyaları, ya da parça xəritələrin bir araya gətirilmiş hallarıdır. Bəzi müsəlmanlar hələ miladi 7-ci əsrdə Çinin Kanton şəhərinə, 9-cu əsrdə isə Madaqaskara yerləşmişdilər. 9-cu əsrin ikinci yarısında Mərakeşin Massa şəhərindən, Afrikanın cənubundan Bəsrə yaxınlığında parçaları bir-birilərinə tikişlə bağlanan gəmilərlə Çinə ticarət əşyaları aparıb gətirirdilər (bax. şəkil 41). Müsəlmanlar böyük bir ehtimalla 10-cu əsrdə Avstraliya ilə də qarşılaşmışdılar. Zamanla bütün Hind okeanının ətraflı bir şəkildə xəritəsini çıxarmışdılar. 61
Lissabondan, sonra da Qərbi Afrikadan okean üzərindən Asiyaya getməyə belə 10-cu əsrdə dəfələrlə cəhd etmişdilər. Onların 15-ci əsrin əvvəllərində Hind okeanı üzərindən Amerikanın şərqinə çatdıqlarını da artıq bilirik (bax. şəkil 42). Onlardan orijinalı java dilində yazılmış bir Braziliya xəritəsi bizə qədər gəlib çatıb (bax. rəsim 15). Xristofor Kolumbun tarixçisinin açıqladığı kimi, əlindəki bir xəritə ilə Asiyaya çatmağa cəhd etmişdi. Piri Rəisin xəritəsinə (bax. şəkil 20) gəldikdə isə, onun 1474-cü ildə Florensiyadan Portuqaliyaya göndərilmiş ərəbcə bir xəritənin ispanların etdiyi əlavələri daşıyan italyan dilindəki tərcüməsi olduğuna inanıram. Bu mövzuyla bağlı alman, ingilis, ispan dillərində geniş, türk və ərəb dillərində isə qısaldılmış yazılarımı internetdə tapa bilərsiniz. Xəritə mövzusunda osmanlıların da böyük payını dilə gətirmək istəyirəm. Onlar 13-cü əsrə qədər ərəblər tərəfindən çox yüksək bir keyfiyyətə çatdırılan Aralıq və Qara dəniz xəritələrini, 16 və 17-ci əsrlərdə isə Balkan yarımadası və Anadolu xəritələrini daha da yaxşılaşdırdılar. Bu mövzuda son olaraq bunu deməliyəm ki, Avropalılar riyazi coğrafiya tarixini ümumiyyətlə yazmadılar, daha doğrusu yaza bilmədilər. Çünki bu sahənin 80%-i müsəlmanların töhfələrindən ibarət idi. Bu cəhdi kitabımın 10, 11, 12 və 13-cü cildlərində göstərməyə çalışdım. Bəşəri coğrafiyaya gəldikdə isə, bu, insanı təbiət ilə münasibəti baxımından araşdıran coğrafiyadır. Bu yönlü coğrafiyanın İslam mədəniyyət dünyasındakı 62
inkişafını avropalı şərqşünaslar çox böyük bir maraq və fədakarlıqla 200 ildən artıq tədqiq etdilər, vacib coğrafiya kitablarını tapıb yayımladılar. Onların bu əməklərini biz Frankfurtdakı institutumuzda 315 cilddə toplayaraq oxuyucuların istifadəsinə verdik. Bəşəri coğrafiya mənim “İslam Elmlər Tarixi” kitabımın 14 və 15-ci cildlərində ələ alınır. Nəzərdən qaçan həqiqətlərdən biri də budur ki, avropalıların 10-15-ci əsrlərdə ərəb dilindən tərcümə etdikləri kitablar arasında coğrafiya kitabları yox idi. Astronomiya kitabları vasitəsiylə en və uzunluq dairə dərəcə cədvəllərini latın dilinə tərcümə etməklə kifayətləndilər. Mən bunun səbəbini xeyli düşündüm. Son zamanlarda bu nəticəyə gəldim ki, Avropada Orta Əsrdən 18-ci əsrə qədər coğrafiyaya teologiyanın köməkçi sahəsi kimi baxılırdı, qayəsinin Allahın varlığını sübut etmək olduğu qənaəti hakim idi. İslam mədəniyyət dünyasında isə coğrafiya təbiət elmi idi. Nadir hallarda coğrafiyanın Yer kürəsindəki varlıqları tanıtma ilə Allahın qüdrətinin böyüklüyünü göstərmə vəsfinə işarət edilirdi. Ərəb, fars və türk dillərində olan coğrafiya kitablarının Avropa dillərinə tərcüməsi 16-cı əsrdən etibarən başlandı; bunlar təsirlərini ancaq 18 və 19-cu əsrlərdə göstərə bildilər. Coğrafiyanın Avropada digər elmlərə görə geri qalmış olmasına baxmayaraq, 1956cı ildə coğrafiya tarixiylə məşğul olan bir alman alim Oscar Peschel 1877-ci ildə “Hələ ortada bir coğrafiya elmi yox ikən, onun tarixi necə yazıla bilər?” deyirdi. Bu alimin hökmü Avropa üçün keçərli ola bilərdi, amma İslam mədəniyyət dünyasında çatılan yüksək 63
səviyyəyə qarşı çox böyük haqsızlıq idi. Müsəlmanlar bəşəri coğrafiyaya çox bəsit bir şəkildə 8-ci əsrin ortalarında başladılar. Hələ 9-cu əsrdə ancaq qaynaqlar deyil, həm də şəxsi müşahidələrə dayanan olduqca təkmilləşmiş bir insan coğrafiyası ortaya çıxmağa başlamışdı. 10-cu əsrin ikinci yarısındakı səviyyəni bir coğrafiya tarixçisi yüksək bir mərhələnin zirvəsi olaraq görmə istəyi duyur. Mən şəxsən, inkişafın dayanmadan 17-ci əsrə qədər davam etdiyinə inanır, son böyük İslam coğrafiyaçısının da Övliya Çələbi olduğunu düşünürəm. Bəşəri coğrafiyanın İslam dünyasındakı inkişafını bu gün belə tam bilməkdən çox uzağıq, amma bildiklərimiz bizdə ona qarşı bir heyranlıq hissi oyandırır. Mən sadəcə bunu dilə gətirməklə kifayətlənəcəyəm ki, bu inkişafda fiziki və tarixi coğrafiyanın davamı, iqtisadi coğrafiya, bitkilər coğrafiyası, mədəniyyət coğrafiyası, şəhər coğrafiyası, iqlim coğrafiyası, statistik coğrafiya və arxeoloji coğrafiya kimi qolların ortaya çıxması görülə bilər. 1855-ci ildə alman şərqşünas Alois Sprenger 10cu əsrdə yaşayan Məqdisinin kitabının bir əlyazmasını Hindistanda tapdıqdan sonra Avropaya gətirmiş, etüd etmişdi. Gəldiyi nəticəni elm dünyasına, onu dünyanın ən böyük coğrafiyaçısı olaraq tanıdaraq açıqladı. O, “Bəlkə də heç kim bu qədər gəzib dəqiq müşahidə etməmiş və eyni zamanda da topladıqlarını bu qədər planlı tərtib etməmişdir” deyirdi. Mən uzun müddət Məqdisinin dəyərləndirilməsinə əsaslanaraq, müsəlmanların 10-cu əsrdə bəşəri coğrafiya sahəsində avropalıların 19-cu əsrdəki səviy64
yəsində olduqlarını düşünür, bununla məşhur coğrafiyaçı Karl Ritterin hələ oxumamış olduğum 21 cildlik həcmli kitabı haqqında verilən hökmə tabe olurdum. O, ümumi olaraq “Modern elmi coğrafiyanın qurucusu” sayılır. Son aylarda onun kitabının bir neçə cildini oxudum. Onu İslam coğrafiyaçılarının kitablarının şərqşünas tərcümələrdən ən çox faydalananlardan biri olaraq tanıdım. Amma özünə çox böyük rəğbət bəslədiyim Karl Ritterin bu hökmü İslam dünyasında coğrafiya elminin çatdığı səviyyəni bilmədən verdiyinə inanıram. İndi isə bu qısa misallardan sonra konfransıma başlıq olaraq seçdiyim sualın birbaşa cavabına keçir, İslam elmlərinin yaradıcı mərhələsini olduqca az tanıdığımıza inandığımı ifadə etmək istəyirəm. Şərqşünaslar çox böyük işlər gördülər, amma inadkar Renessans fikrinin dövrümüzün insanı üzərindəki hakimiyyətini dəyişdirmək baxımından çox da böyük bir uğur qazana bilmədilər. Onlar çox vaxt sadəcə həqiqəti bilmə sevinciylə kifayətlənərək, Renessans fikriylə hesablaşma işini öhdələrinə götürə bilmədilər. Bunun əsas səbəblərindən biri, onların öz sahələrində söykənə biləcəkləri İslam elmlər tarixinin əskikliyi idi. Onlar bizə araşdırmalarında gəldikləri vacib nəticələrin ümumi elmlər tarixindəki dəyərini göstərməyə kifayət qədər yönəlmədilər, daha doğrusu ümumi elmlər tarixinin məhdudiyyətləri bu tip təşəbbüslərə girişməyi mümkünsüz edirdi. Obyektiv və həqiqətləri əks edən elm tarixinin yazılması üçün insanlıq hələ uzun müddət gözləməli olacaq. Bunun 65
üçün hər şeydən çox elmlərin bugünkü yüksək səviyyəyə çatmasında İslam mədəniyyət dünyasının böyük rolunu qeyd etmək və qəbul etmək lazımdır. Bu hədəfə sürətlə çata bilmək üçün araşdırmalara İslam mədəniyyət dünyasının geniş miqyasda və yüksək səviyyədə qatılması, bugünkü həvəskar cəhdlərin keyfiyyətini yüksəltməsi lazımdır. Bu yolda, bildiyimə görə bizim Türkiyə Höküməti bundan 3 il əvvəl İstanbulda bir elmlər tarixi mərkəzi qurma qərarına gələrək, ordakı kitabxananın qurulması üçün lazımi maddi imkanı təmin etdi. İndi isə bu çox vacib qərarın reallaşdırılması gözlənilir. Eyni qərarla əlaqəli olaraq, Gülhane Parkında qurulan və 24 May 2008-ci ildə açılan “İstanbul Elm Tarixi və Texnologiya Tarixi Muzeyi”ni türklərin, keçmişdə çox böyük yeri olduqları elmlər tarixi araşdırmalarına felən yüksək səviyyədə qatılmış olaraq başa düşürəm (bax. şəkil 56). Mən şəxsən o muzeyin millətim və xaricilər üzərindəki dərin təsirini görmək bəxtiyarlığını hiss etdim. Elmlər tarixinin millətim üçün əlavə bir iş deyil, həyati əhəmiyyət daşıyan bir iş olduğuna inanan insan olaraq, səlahiyyətli şəxslərdən qərarlaşdırılan mərkəzə və qazanılan muzeyə qarşı başlanğıcda göstərdikləri marağı və canlılığı itirməmələrini ümid və xahiş edirəm.
66
ELMLƏR TARİXİNƏ NƏZƏRƏN BUGÜNKÜ TÜRKİYƏYƏ BAXIŞ Bundan 400 il əvvəl türklər hələ coğrafi olaraq dünyanın ən böyük dövlətinə sahib olduqları zaman Avropanın elm və texnologiyada üstünlüyünü hiss etməyə başladılar. Bu üstünlük hissi digər tərəfdə də eyni qüvvətlə hiss olunurdu. Amma nə türklər, nə də onların avropalı çağdaşları bu üstünlüyün necə reallaşdığını, bunun nədən qaynaqlandığını bilmirdilər. Daha doğrusu, onun bir başlanğıc deyil, üstün bir keçmişin nəticəsi olduğuna inanırdılar. Nə üstünlük vəziyyətinə gələnlərin nə də bunu görməyə başlayan türklərin bu keçmişi araşdırmağa başlamağın şərt və zərurətlərini o zamana görə düşünmələri mümkün deyildi. Hər iki tərəfi də hər şeydən çox fenomenin tarixi deyil, aktual görünüşü maraqlandırırdı. Bu üstünlük reallığının olduqca inkişaf etdiyi bir zamanda, daha dəqiq ifadə etmək lazımdırsa, 18-ci əsrdə özünü Avropada göstərməyə başlayan ilk elm 67
tarixçiliyi cəhdlərində Renessans deyə adlandırılan bir dünyagörüşü ortaya çıxdı. Bu anlayış Avropanın Orta Əsrlərdə, 12-ci əsrin eşiklərindən 16-cı və 17-ci əsrə çıxardan bir neçə əsrlik uzun inkişaf mərhələsini, Yunan elmlərinin tanınması, mənimsənməsi və həzm etməsinin nəticəsi olaraq görür və tanıtdırırdı. Bu sadəcə hiss və instinktlərin diktə etdirdiyi və həqiqətdən çox uzaq olan, dövrümüzə qədər də əsas xarakter və reaksiyasını dəyişdirməmiş elm və mədəniyyət tarixçiliyi davam etdiyi müddətcə, 19-cu əsrdə ortaya çıxan humanist bir anlayışın təmsilçiləri, Avropada getdikcə gözləri daha çox qamaşdıran elm və texnoloji inkişafın təməllərinin İslam dünyasının üzərində qurulduğunu müdafiə edirdilər. Bu cərəyanın minnətdarlıq hissiylə andığmız tanınmış öncülləri arasında almanlardan Johann Gottfried Herder, Johann Wolfgang Von Goethe, Alexander Von Humboldt var idi. Təbii olaraq onlar İslam elmlərini və onların əhəmiyyətini əsas qaynaqların etüdünə görə deyil, bəzi latın dilinə tərcümə edilmiş mətnlər vasitəsiylə tanıyırdılar. Bu qaynaqlara qovuşmağa duyulan böyük arzunu Goethe bu şəkildə dilə gətirirdi: “Bu möhtəşəm düşüncələrin meyvələrindən nəsibimizi almaq istəyiriksə, onun özünün bizə gəlməyəcəyinə görə, gəlin özümüzü Şərqə qovuşduraq. Tərcümələr bizi alıb aparmaq, bizə yol göstərmək baxımından qiymətsiz bir dəyərə sahib ola bilərlər; amma kitabların yazıldığı orijinal dil onları anlamaq üçün ilk şərtdir. Bu xəzinələrin qaynaqlarını birbaşa tanımağı kim istəməz ki!” Goethenin arzuladığı qaynaqların etüdü ən gec 18ci əsrdə başlamışdı. 19-cu əsrin ilk yarısında Fransada 68
Ernest Renan fəlsəfə sahəsində, ata-oğul J. J. Sedillot və A. Sedillot astronomiyada, Joseph Toussiant Reinaud coğrafiya və hərb texnikası sahəsində Parisdə olan ərəbcə əlyazmalara əsaslanaraq bu günə qədər dəyərlərini itirməmiş olan çox sayda etüd nəşr etdilər. Bu etüdlərin nəticələri oturuşmuş Renessans fikri ilə toqquşur, Fransız Elm Akademiyasının reaksiyasıyla qarşılaşırdı. Bu fədakar, yorulmaq bilməyən alimlərin mübarizəsinə riyaziyyat səhəsinin məsuliyyətini öz üzərinə götürəcək yüksək qabiliyyətli bir gənc qatılmışdı. Bu gənc onların yanında yetişmək məqsədiylə Alexander Von Humboldt tərəfindən Almaniyadan göndərilən fransız Woepcke idi. Woepcke səkkiz il ərzində 40-a yaxın təəccübləndirici etüd nəşr etdirdi; bunlardan biri Ömər Xəyyamın üçüncü dərəcədən tənliklərini sistemli şəkildə təqdim edən “Cəbr” kitabı idi. Bu əsər Fransada yenicə ortaya atılan riyaziyyat tarixi görüşünü dəyərdən salırdı. Woepcke Avropada bilinən riyaziyyatın nə dərəcə Ərəb-İslam riyaziyyatına dayandığını göstərən tədqiqatını sona çatdırmadan çox gənc yaşda dünyasını dəyişdi. 19-cu əsrin sonlarına doğru İslam təbiət elmləri etüdünün öndərliyi işini alman alimlər öz öhdələrinə götürdülər. Eilhard Wideman adlı bir fizik 1875-1928ci illər arasında İslam təbiət elmlərinin, demək olar ki, hər sahəsində 200-dən çox etüd yayımladı. Qərbli alimlərin bu yöndəki çalışmaları genişliyin artması, dərinliyin azalması şəklində davam edir. Bu günə qədər əldə edilən nəticələr, təəssüf ki, Avropada 300 il əvvəl çox dar bir üfüq içində başlayan, Renessans deyilən yanlış bir təməl üzərinə qurulan Avropa 69
mərkəzli elmlər tarixi görüşünü ciddi bir şəkildə sarsıda bilmədi. Biz türklər istər Osmanlıda, istərsə də Cümhuriyyət Türkiyəsində bu cür bir elmlər tarixinin nağıllarıyla böyüdük. Mən şəxsən 1943-cü ildə müəllimim, böyük alman şərqşünası Hellmut Ritterdən İslam aləmində dünya miqyasında bir çox riyaziyyatçının yetişdiyini eşidəndə heyrətə düşdüm. Müsəlmanlar, həmçinin türklər elmlər tarixində bir yerləri olduğu həqiqətini ancaq 20-ci əsrin ikinci yarısında, bu etüdlərin nəticələrini oxumaqdan daha çox qulaqdan dolma məlumatlarla öyrənməyə başladılar. Mən şəxsən 1943-cü ildə İslam elmləri ilə bir şans və ya təsadüf nəticəsində məşğul olmağa başladım. 55 ildir ki, 13 cildi nəşr edilmiş olan, 14 və15-ci cildlərin iki-üç ay ərzində nəşr edilməsi gözlənilən “İslam Elmləri Tarixi”ni yazıram. Bu tarixi yazarkən və Frankfurt Universitetində 35 ili aşan elmlər tarixi müəllimliyim əsnasında, qərbli alimlərin araşdırmalarına və qismən də öz tədqiqatlarıma əsaslanaraq bunu deyə bilərəm ki, müsəlmanlar tarix səhnəsinə çıxışlarından çox qısa bir zaman sonra yad mədəniyyət mərkəzlərinin çox böyük bir hissəsini öz torpaqlarına qatdılar. Bunların alim və təmsilçilərinin müəllimliyini bənzəri görülməmiş bir tolerantlıqla qəbul edib, böyük bir aclıqla elm öyrənməyə başladılar. Alma və həzm etmə mərhələsini aşaraq, miladi 9-cu əsrin ilk yarısında yaradıcılıq mərhələsinə girdilər. Bu yaradıcılıq mərhələsi, mənim anlayışıma görə, ümumi olaraq 16-cı əsrin sonlarına doğru gücünü itirməyə və yavaşlamağa başladı. Bu yaradıcılıq mərhələsinin məhsullarının ancaq kiçik bir hissəsini bilirik. Onları tam olaraq qiymətləndirmək, 70
bəlkə də çox uzun bir zaman sonra mümkün olacaq, bəlkə də heç bir zaman mümkün olmayacaq. Amma bu günə qədər işıq üzü görmüş nəticələrə görə 800 illik bir yaradıcı töhfəylə müsəlmanlar elmlər tarixində çox vacib bir yer tuturlar. O töhfəni burada ətraflı şəkildə saymaq yerinə, belə bir ifadə ilə kifayətlənəcəyəm: müsəlmanlar digər mədəniyyət mərkəzlərindən, xüsusilə də yunanlardan aldıqları elmləri təkmilləşdirərək yeni elmlər ortaya qoydular və qurulacaq yeni bəzi elmlərin bünövrə və başlanğıclarını hazırladılar. Onların elmlər tarixinə verdikləri böyük töhfələrin dəyərləndirilməsi əsnasında, Avropanın inkişafı üzərindəki böyük təsirlərini də göz önündə saxlamaq lazımdır. Bu elmlər İslam dünyasında hələ yaradıcılıq mərhələsinin ən sıx olduğu bir çağda, yəni 10-cu əsrin ikinci yarısında, İspaniyadan savayı başqa yollarla Avropaya girməyə başladı. İslam dünyasından Avropaya gedən elmlərin alınma və həzm edilmə müddəti getdikcə çoxalan yollarla 5 əsr davam etdi. 16-cı əsrdə artıq yaradıcı bir Avropa ilə qarşılaşırıq. Bu Avropa 17-ci əsrin əvvəllərində öndərlik vəziyyətinə keçdi və bu vəziyyət günümüzə qədər də davam edir. Bu mövzuyla bağlı tədqiqatlarım əsnasında məndə yaranan bir fikri icazənizlə dilə gətirəcəyəm. O da budur ki, əgər müsəlmanlar Pireney yarımadasına yayılmamış olsaydılar, Avropanın, dolaysıyla dünyanın geopolitik və elmi qədəri bu gün başqa cür olacaqdı. Müsəlmanlar ortaya çıxışlarının ilk 20 ilə 30-cu ilərində Bizans və Fars torpaqlarına ayaq basmaqla mədəniyyət və elmlər tarixində yeni bir səfhəni başlatdılar. İspaniyanı miladi 711-ci ildə fəth etməklə, gələcəkdə elmlər tarixində öndərlik edəcək xələflərinin yolunu döşədilər. 71
Tanıdığımız böyük mədəniyyətlər tarixdəki, elmlər tarixindəki rollarını oynadıqdan sonra liderlik mövqelərini bir tarixi qədər olaraq başqalarına vermək məcburiyyətində qaldılar. Mədəniyyət dünyalarının liderlik mövqelərini itirmələrinin səbəbləri hər zaman eyni olmur; bəzən isə bu səbəblərə işıq tutulmur. Mütəxəssislər tez-tez İslam mədəniyyət dünyasının yavaşlama səbəbləri haqda söz açdılar, bir-birinə zidd fikirlər irəli sürdülər. Mən burada şəxsi fikrimi irəli sürməkdən çəkinərək, dinin geridə qalma səbəbi olmadığı yönündə qazandığım inancı vurğulamaqla kifayətlənəcəyəm. İspanların okeanda daha sonra Amerika deyə adlandırılan böyük torpaq parçasına, portuqalların isə dəniz yolu ilə Hindistana çatmaları müsəlmanların, xüsusilə də o vaxtlar dünyanın ən qüdrətli dövləti olan Osmanlı imperiyasının gözlərini qamaşdıracaq səviyyədəydi. Bu böyük coğrafi və geopolitik uğurlar reallaşdığı zaman avropalılar hələ elmdə üstün vəziyyətdə olmasalar da, ona doğru aparan yolun son mərhələlərindən birindəydilər. 17-ci əsrin əvvəlində baş tutan bu üstünlük reallığını osmanlıların çox keçmədən öyrənmiş və qəbul etmiş olduqları başa düşülür. Bu yöndə vacib bildiyim iki misalı da sizlərə təqdim etmək istəyirəm. Bizim 1609 ilə 1657-ci illərdə yaşamış Katib Çələbi və ya Hacı Xəlifə adlı məşhur bir bilginimiz var. Çoxyönlü, çalışqan və məhsuldar olan Katib Çələbi “Cihannuma” adlı bir coğrafiya kitabı yazmağa qərar verir. Bu kitabına İspaniyadan başlayıb, Balkan yarımadasında bitirir. Amma Anadoluya çatmadan yazı72
nı dayandırmaq məcburiyyətində qalır. Səbəbi isə bu olur: o vaxt Fransadan gəlib müsəlmanlığı qəbul etmiş Mehmet İhlasi adlı bir alimlə tanış olur. Bu şəxs ona Avropada daha irəli bir coğrafiya və xəritəçiliyin varlığından bəhs edir və 16-cı əsrin ikinci yarısında yaşamış olan Gerhard Mercatorun “Atlas Major”unu göstərir. Onlar birlikdə bu kartoqrafik kitabı latın dilindən türk dilinə tərcümə etməyə başlayırlar, təxminən yarısını etdikdən sonra tərcüməni saxlayırlar. Çünki Katib Çələbi bundan bir çox şey öyrəndiyinə inanaraq yeni bir “Cihannuma” yazmağa başlayır. Bu ikinci versiyaya Şərqi Asiyadan hərəkət edərək başlayır, amma Van şəhərinə çatmadan vəfat edir. Həmçinin bu ikinci versiyaya müsəlmanlarda coğrafiya və xəritəçiliyin inkişaf etmədiyini, Avropadakı səviyyəyə nisbətən geri olduğunu düşünərək başlamış olur; Çindən qərbə doğru irəliləyərkən, Mercatorun kitabından çox da yararlana bilmədiyindən şikayət edir; ərəb və fars dilində olan qaynaqları yavaş-yavaş tanıyaraq onlara sığınır. “Cihannuma”nın bu ikinci versiyasını oxuyarkən ərəb, fars və türk dilində olan 16 000 kitabın kataloqunu hazırlayan Katib Çələbinin İslam mədəniyyət dünyasının coğrafiya və xəritəçilik sahələrində necə yüksək bir səviyyəyə çatdığından xəbərsiz olduğunu görmək məni çox kədərləndirdi. Onun ikinci versiyasının uzun önsözü və kitaba İbrahim Mutəfərriqanın etdiyi əlavələrlə irəli sürdüyü fikirlər Avropa qarşısında bir əskiklik hissinə düşülmədən yazılmış olan birinci versiya Cihannuma – hansı ki, yarımçıq qalıb – bizə Balkan yarımadasının bildiyimiz ən yaxşı ilk coğrafiyasını təqdim edir. Katib Çələbi 73
bunu özündən əvvəl, Osmanlı coğrafiyaçılarının Balkan yarımadasındakı şəxsi müşahidə və tədqiqatlarına dayanaraq yazdıqları kitablara borclu idi. Bunu da əlavə etmək istərdim ki, 19-cu əsrə qədər Avropada həqiqi mənada bir coğrafiya elmi yox idi. Var olan sadəcə kosmoqrafik kitablarda müşahidəyə söykənməyən, xəritələrdən alınan biliklər, fantastik varlıq və hadisələrin toplusuydu. İslam dünyasında bəşəri coğrafiya sahəsində 10-cu əsrdə çatılan səviyyə, müəyən qədər Avropada qarşımıza ancaq 19-cu əsrdə çıxır. Riyazi coğrafiyaya gəldikdə isə, müsəlmanlar bunu 10 və 11-ci əsrlərdə azad bir elm sahəsi olaraq qurdular. Onların 9-cu əsrdən düzəltdikləri xəritələr Avropada 18-ci əsrə qədər ortaya çıxan xəritələrin əsasını təşkil edirdi. Bu yöndə ikinci maraqlı misal da budur ki, Sultan IV. Murad 1625-1626-cı illər arasında İstanbula gəlmiş olan holland şərqşünas Jacob Goliusdan Osmanlı imperiyasının bir xəritəsini düzəltməsini istəmiş, Golius bunu edə bilməyəcəyini deyərək üzr istəmişdi. Bu Osmanlı sultanı avropalıların 11-ci əsrdən xəritələri İslam dünyasından təqlid etdiklərini, özlərinin isə 17ci əsrdə imperiyanın ən yaxşı xəritələrini düzəltdiyini bilmirdi. Təəssüf ki, bunu bu gün də bilən yoxdur. Avropaya nisbətlə texnologiyada və elmdə geri olmaq həqiqəti, 18-ci əsrdən etibarən osmanlılar tərəfindən getdikcə daha yaxşı hiss edilir, zaman-zaman bəzi müəssisələrin reformasiyası edilirdi; amma təbii olaraq elm və texnologiyada Avropa ilə olan aradakı fərq getdikcə artmağa davam edirdi, hansı ki, hələ də davam edir. Bu baxımdan böyük bir həqiqət də budur 74
ki, bu gerilik çağının keçmişində bir üstünlük, hətta çox böyük bir üstünlük çağının olduğunu, Avropadakı elm və texnologiyanın İslam dünyasındakı 8 əsr ərzində əldə olunan uğurların başqa yaradıcı bir şərait altındakı inkişafı olduğunu bilmirdilər. Bunun nəticəsi olaraq, fərdin yaradıcılığına olan inanc və mənlik hissi yerini Avropa mədəniyyəti qarşısında duyulan və böyüyən bir əskiklik hissinə buraxdı. 20-ci əsrin ilk rübündə, Avropada inkişaf edən mədəniyyətlə aradakı fərqin türk aydınlarının şüurlarına ən çox təsir etdiyi bir ərəfədə Türkiyəni dünya coğrafiyasındakı yerini bir dövlət olaraq itirmə fəlakətindən xilas edən Mustafa Kemal, daha sonrakı adıyla Atatürk tarixi fürsətdən istifadə edərək qısa bir zaman ərzində vacib reformlar həyata keçirdi. Mən 60 ildir ki, İslam elm və mədəniyyət tarixi ilə məşğul olan bir insan olaraq, aparılan reformların vacibliyinə və əhəmiyyətinə tamamilə inanıram, amma 21-ci əsrdən baxaraq prinsiplərdə deyil, praktikada bəzi axsaqlıqlara rast gəldiyimi desəm, buna anlayış göstəriləcəyinə inanıram. Atatürkün o dövrün çox çətin şərtləri altında böyük tarixi bir missiyanı çox qısa bir zamanda həyata keçirərkən, çökmüş vəziyyətdə olan Osmanlı dövlətinin keçmişində elmlər və mədəniyyət tarixinin 800 illik bir yaradıcılıq mərhələsini ortaya çıxaran bir mədəniyyət dünyasının olduğunu bilməsi mümkün deyildi. Bu həqiqəti o vaxt, bir neçə avropalı alimdən başqa heç kim bilmirdi; bunu indi də çox az insan bilir. Türk aydınları geridə qalmış olmanın səbəblərini bu gün də olduğu kimi din mərkəzlərində, din adamlarında 75
və dinin özündə görürdülər. Bu mühakimə nəticəsində isə səbəb ilə araz (araz - klassik kəlamda işlədilən mənasıyla tərc.), latıncasıyla causa ilə accidens günümüzdə də olduğu kimi bir-biriylə qarışdırılır. Elm tarixçisi olaraq edilmiş reformların doğumlarına keçmişə nəzərən baxsaq, onların bəzilərinə o dövrün mühiti və şərtləri içində keçmişlə bağları qoparma hissiylə başlanmasına inanıram. 20-ci əsrdə lazımi reformlar etmiş bir millətin İslam mədəniyyəti içində elmi və siyasi olaraq 10-cu əsrdən etibarən geniş miqyasda sahib olduğu bir keçmişdən qaçmasına, onu görməzlikdən gəlməsinə ehtiyac olmadığına inanıram. Hələ 20-ci əsrin əvvəlləri və bir az daha öncələri, Qərb dünyası ilə elm və texnika sahəsindəki getdikcə böyüyən fərqin səbəblərinin İslam dininin özü olduğu şəklindəki bir düşüncə Türk aydınlarının arasında yayılmağa başlamışdı. Bu düşüncə dövrümüzə qədər yayılmağa davam edir. Bu düşüncənin sələfləri və onların xələfləri dini təşkilatların və din adamlarının geri qalmış olduğuna baxaraq verilən və getdikcə inkişaf edən ittihamlardan hərəkətlə, demək olar ki, bütün sahələrdəki geriliyi gözdən qaçırır və ya bu həqiqəti görsələr belə, onun da məsuliyyətini dində görürdülər. Və hələ də elə görürlər. Bu fikrin bir əsr davam edən inkişafından sonra 21-ci əsrin əvvəllərində Türk xalqı azlıqları nəzərə almasaq, iki qrupa ayrılmış vəziyyətdədir. Mən burada bütün cəmiyyətlərdə normal olaraq rast gəlinən ayrı dünyagörüşlərinin ortaya çıxardığı, bir-birilərini anlayış və hörmətlə qarşılayan qruplaşmaları nəzərdə tutmuram; getdikcə dərinləşən bir uçurum halında Türk 76
xalqını bir-birindən ayıran qruplaşmanı, qütbləşməni qəsd edirəm. Bilinən bir həqiqətdir ki, Türk xalqının böyük bir hissəsi özünü bu günə qədər İslam dininin mənsubu olaraq görür, eynilə bütün dünyada çoxluğun özünü dinlərə bağlı gördüyü kimi. Bizim Türkiyənin bu mövzudakı reallığını başqa bir ifadəylə bu cür xülasə edə bilərik: bəzi türklər bundan 150 və ya 200 il əvvəl, İslam dünyasının Avropa mədəniyyət dünyası qarşısında, xüsusilə də texnologiya sahəsindəki geridə qalmasını düşünməyə başlayanda bunun səbəbini birbaşa dində gördülər. Bu inanc onların bir qismində və ya çoxunda yavaş-yavaş din düşmənliyi halına çevrildi. Bunun nəticəsi olaraq da gerilikdən qurtulmanın çarəsini cəmiyyəti dindən uzaqlaşdırmaqda gördülər. Bu fikir getdikcə yayılmağa başladı və hələ də yayılmaqdadır. Bu fikrin mənsubları bir müddət düşüncələrinin yanlış və ya doğruluğunu yoxlamağa sahib bir perspektivə sahib deyildilər və ola da bilməzdilər. Amma bu gün, 21-ci əsrin əvvəllərində bütün cəmiyyətlərin tarixi təcrübələrinin artdığı, yanılma və uğur nəticələrini dəyərləndirmə perspektivinin genişlədiyi bir zamanda, cəmiyyətimizin geriliyinin və ya istənilən sürətə heç cürə çata bilməməsinin səbəblərini, köhnə fikirlərimizin nə dərəcəyə qədər doğru və yanlış olduğunu artan tarixi bilik və sosial təcrübə yaddaşına dayanaraq və elmlər tarixi baxımından yenidən gözdən keçirməkdən qaçmamalı və qorxmamalıyıq. Mənim qarşınızda bir elmlər tarixçisi olaraq, Türkiyənin Qərb dünyasına nisbətlə geri qalmış olmasının səbəbinin din olmadığı fikrini israrla irəli sürməyim, 77
əsla dinin özünü müdafiə etmək qayğısından dolayı deyil. Mən bir din dəvətçisi deyiləm; heç bir zaman din dəvətiylə məşğul olmadım. Hər cür şübhənin qarşısnı almaq qayğısıyla demək istərdim ki, mən sekulyar, yəni dünyəvi dövlət sistemini gətirən reformun doğruluğuna daima inandım və inanıram. Bu inancla bir elmlər tarixçisi olaraq İslam dünyasında 16-cı əsrin sonlarına doğru elmlərin yavaşlamağa başlamasının səbəblərini uzun illər düşündüm. Böyük şərqşünaların bu səbəbi tapma cəhdləriylə tanış oldum. İndi isə bu səbəb və ya səbəblərin uclarından tuta bildiyimə inanıram. Bu “uclarından tuta bilmək” ifadəsini yadırğaya bilərsiniz, əziz dinləyicilər, amma mənim onunla daxili bir bağlantım var. Bundan 40 il əvvəl müəllimim Hellmut Ritterlə səbəblər mövzusunu danışırdıq. O mənə “Bəzən mənə elə gəlir ki, səbəbin ucundan tuta bilirəm, amma birdən əlimdən çıxıb gedir” demişdi. Onun sözünü təkrarladığım bu ərəfədə, dünyanın gəlmiş-keçmiş ərəbşünaslarının, bəlkə də ən böyüyünün “geri qalma” fenomenini ifadə etmədə çəkdiyi çətinlik və bu çətinliyi göstərən mimikaları yaddaşımda bütün canlılığını hələ də qoruyur. Əziz dinləyicilər, o söhbətdən bu günə qədər elmlər tarixi tədqiqatlarında hər yeni bir addım atdığıma özümü inandırdığım ərəfədə, o səbəb və ya səbəblər haqda düşündüm. Səbəb uclarının əlimdən qaçmaması üçün onları çox qüvvətlə tutmağa çalışıram. Bu səbəblər arasında din yer almır. Millətimizdə görülən qorxunc qütbləşmənin bir tərəfini, özünü Türkiyənin həqiqi elit zümrəsi kimi görən və cəmiyyətin böyük bir həmlə edə bilməsinin 78
tək şərt və çarəsini dindən qurtulmaqda görən kütlə təşkil edir. Bu zümrənin qarşısında isə böyük çoxluğun təşkil etdiyi dini bir zümrə var. Bundan 2 il əvvəl edilən bir anketdə Almaniyada yaşayan türk gənclərinin 81%-nin özlərini dinə bağlı gördükləri açıqlandı. Özümüzü böyük bir hissəsi inananlardan, az hissəsi də inanmayan insanlardan ibarət bir cəmiyyət təsviri içərisində görürük. Bu, sadəcə Türkiyəyə xas olmayan və modern dünyanın hər tərəfində rast gələcəyimiz tanış mənzərədir. Bu də bir həqiqətdir ki, xüsusilə Qərb dünyasında bu iki qrupun mənsubları harmoniya içərisində yaşadıqları halda, Türkiyədə bu iki qrup bir-birini sevməməkdən əlavə, biri digərini alçaldan, bu acı həqiqəti daha açıq ifadə etsək, düşmən kimi görən iki cəbhəyə bölünüb. Qarşılıqlı tolerantlıq hər iki tərəfdə ya çox az var, ya da heç yoxdur. Amma bu 2 qrupun 2 ortaq xüsusiyyəti var. Birincisi, inanmağın və inanmamağın fərdin hörmət edilməli olan bir haqqı olduğu anlayışına sahib olmamaları; digəri isə, Qərb mədəniyyəti haqqındakı dəyərləndirmə və ona qarşı hiss edilən əskiklik hissi... Əziz dinləyicilər, sizə təqdim etdiyim bütün bu şeylərin məqsədi cəmiyyətimizin varlığını təhdid edən qütbləşmədir. Şübhəsiz ki, siz bunu məndən çox daha yaxşı bilirsiniz; çünki onun içindəsiniz.. Mən isə ona kənardan baxıram. Zənn edirəm ki, bu böyük təhlükənin, bu millətin iki cəbhəyə ayrılması təhlükəsinin bir uçqun kimi böyüdüyünün hamımız az-çox fərqindəyik. Mən əlimə düşən bu fürsətlə təhlükəni fərqindəlik sahəsinə çıxartmaq istədim; elm tarixinə nəzərən ortaya çıxan səbəblərə diqqət çəkdim. Bu həqiqətin üzə79
rinə çox ciddi və sürətlə əyilməli olduğumuza inanaraq gələcəyi təhdid edən qütbləşmə mövzusunu fərqindəlik sahəsinə çıxarmaq, bir-biriylə sonu gəlməyən bir boğuşma içində olan elmi təşkilatları və mənsublarını müharibəni bir tərəfə qoyaraq bu təhlükə haqqında düşünməyə dəvət edirəm. Türk elm adamlarının, xüsusilə tarixçilərinin, mədəniyyət tarixçilərinin, sosioloqların, pedaqoqların və teoloqlarının bu qütbləşmə fenomeni və səbəbləri üzərində ayaq saxlamalarını xahiş edirəm. İstanbul, Gülhane Parkında qurulan İslam Elm və Texnologiya Tarixi Muzeyinin bu yöndə atılmış çox vacib və təsirli bir addım olduğuna inanıram. Buna bağlı olaraq da hökümətin 2007-ci ildə aldığı qərarla yenə İstanbuldakı Gülhane Parkında bir Elmlər Tarixi Mərkəzi qurulmasını və hətta bunun kitabxanası üçün lazımi maddi dəstəyi təmin etmiş olmasını bu yöndə atılmış çox vacib bir addım olaraq dəyərləndirirəm. İndi isə hökümətdən gözlənilən şey bu qərarı həyata keçirməkdir.
80
MÜSƏLMANLARIN ASTRONOMİYA TARİXİNDƏKİ YERİ İnsan deyilən varlıq bir düşüncə səviyyəsinə çatdığı nisbətdə üstündəki səmanın, ulduzların, günəş və ayın hərəkətlərinin xüsusiyyətləri haqqında fikirləşməyə başladı. Daha sonrakı nəsil və ondan sonrakı nəsillər də bunu düşünməyə davam etdilər. Düşüncələrin çoxu xətalı və gülünc idi. Amma onlar yavaş-yavaş qeyri-müəyyən sıçrayışlarla həqiqətə yönəlib bizi bugünkü inanılmaz sürətə çatdırdılar. Bəşər övladı, özünün yetərli bir mərhələyə çatmasını anladığı andan etibarən, baş tutan bu inkişafın tarixi haqqında düşünməyə başladı. Sadəcə bu sahədə deyil, hər sahədə yazılacaq tarixin həqiqətə uyğun olması, həqiqətə uyğun bir forma alması çox uzun çəkmədi. Bu təbii olan zaman faktorundan başqa, digər sahələrdə də olduğu kimi bəşəri astronomiya tarixçiliyinin bu günə qədər həqiqətə yaxınlaşa bilməməsinin başqa bir səbəbi daha var idi. O da böyük ehtimalla 81
18-ci əsrdə ortaya çıxan, həqiqətdən uzaq və hisslərin diktə etdirdiyi “Renessans” adlı elm tarixi fikri idi. 1955-ci ildə fransız filosof Etienne Gilson istehzayla buna bəzi professorlar tərəfindən bir kulisdə uydurulan “professorlar Renessansı” deyirdi. Bu Renessans anlayışı Avropada elmlər tarixində 12-17-ci əsrlər arasında şahid olunan inkişafı birbaşa Qədim Yunanıstana bağlayır, müsəlmanlara isə ancaq bir neçə yunan dilində olan kitabın ərəb dilinə tərcümə edilmə faktını tanıyırdı. Amma elmlər tarixi haqqında şərqşünaslar tərəfindən aparılan tədqiqat və araşdırmalar müsəlmanların sadəcə astronomiyada deyil, 800 il ərzindəyaradıcı olduqlarını ortaya qoydu. Bir konfransın dar çərçivəsi daxilində mövzumuzla bağlı qazanılmış uğurlardan bildiklərimi və vacib saydıqlarımı sizinlə paylaşmaq istəyirəm. Avropalı şərqşünaslar hələ 10-cu əsrdə, yəni İslam dünyasında elmlərin inkişafının ən canlı olduğu bir dövrdə başlayan ərəb dilində kitab və alətlərin 500 il davam edən alma və mənimsəmə müddətindən 150 il sonra, ümumilikdə humanist bir anlayışla İslam mədəniyyət dünyasını əsas mənbə və qaynaqlarına dayanaraq tanımaq və tanıtmaq məqsədinə yönəldilər. Əgər biz bu gün İslam alimlərinin elmlər tarixindəki yerlərinə aid bəzi biliklərə sahibiksə, onların çox böyük bir hissəsini humanist şərqşünasların çalışmalarına borcluyuq. Yüksək istedada sahib italyan alim Carlo Alfonso Nallino Astronomiya sahəsində 20-ci əsrin əvvəllərinə qədər çatan bilgiləri 1910-ci ildə Qahirə Universitetində verdiyi ərəb dilindəki qırx dərslə dinlə82
yicilərə çatdırdı və 1911-ci ildə “Ərəb Astronomiya Tarixi” adı altında nəşr etdirdi. “İslam Elmlər Tarixi” kitabımın 1978 və 1979-cu ildə nəşr edilmiş 6 və 7-ci cildləri astronomiya ilə astrologiya sahələrini ələ alır. 1983-2003-cü illər arasında Frankfurtda hazırladığım İslam Elm və Texnologiya Tarixi Muzeyi çalışmalarım əsnasında astronomiya tarixçilərinə gəlib çatmamış olan 100-dən çox alətə rast gəldim. İndi isə bunu sizə ən qısa şəkildə təqdim etməyə çalışacağam. Ərəblər İslamdan əvvəl 400-ə qədər ulduz və planeti tanıyırdılar. Bu biliklər böyük ehtimalla onlara Kənanilərdən qalmışdı. Çoxunun adının akkad dilindən gəldiyi ehtimal olunur. Müsəlmanlar İslamın doğumunun ilk 20-30-cu illəri arasında bütün Ərəb yarımadasına, Misir, Suriya, İraq və İranın böyük bir hissəsinə sahib olmaqla, antik dünyanın mədəniyyət mərkəzlərinə yiyələnmişdilər. Onların elm adamlarını istər yeni dini qəbul etmiş olsun, istər olmasın, böyük bir tolerantlıqla qarşılamış, müəllim olaraq qəbul etmişdilər. Beləcə dağınıq mədəniyyət mərkəzlərində yetişən elmlər İslam dünyasında yeni bir qığılcım nöqtəsi tapmışdı. Hələ İslamın 1-ci əsrinin ikinci yarısında yunan, süryani və qədim fars dilindən bəzi kitabların ərəb dilinə tərcümə edilməsinə başlanmışdı. Astronomiya sahəsində ilk mövzumuz 1-ci əsrin sonu 2-ci əsrin əvvəli Aristotelin adıyla bağlanan “Peri Kosmu”nun yunan dilindən ərəb dilinə “Kainat Kitabı” deyə tərcümə edilməsidir. Müsəlmanlar bu uydurma kitabın kosmoloji, coğrafi və meteoroloji 83
bəhslərindən yunanların dünyanın dairəvi olduğuna, kainatın mərkəzində olduğuna və kainatın səmayla birlikdə daimi olaraq fırlanmasına dair fikirlərini öyrəndilər. Bununla bağlı qarşımıza çox maraqlı bir şey çıxır: Əməvi xəlifəsi Abdulməlikin 711-715-ci illərdə Qəsr Amrada (Əmman yaxınlığında) inşa etdirdiyi hamamın qübbəsindəki səma xəritəsi. (bax. Şəkil 21-22) Bu xəritə 400 ulduzu və ulduz qruplarını, bürclər qurşağını, göy koordinatlarını ehtiva edir. Miladi 8-ci əsrin ilk yarısında Sasani farsların astronomik cədvəlləri qədim fars dilindən ərəb dilinə tərcümə edildi. Eyni əsrin ortalarında Abbasi xəlifəsi Əl-Mənsur Hind astronomiyasının çox həcmli, qarışıq mühtəvalı “Siddhanta” adlı kitabını sanskrit dilindən ərəb dilinə tərcümə etdirdi. Xəlifənin bu kitabı tanıması, tərcüməçilərin köməyi ilə kifayətlənməyib düzəlişlər etməsi, əlavələrlə tamamlamağı boynuna götürməsi çox maraqlıdır. Müsəlmanlar bu kitabdan Hind astronomiyasını və bir də “0” rəqəmini öyrənərək, 50 il sonra yazılacaq ilk arifmetika kitabında istifadə edəcəkdilər. Astronomiya bilgisinin bu sürətli inkişafı Ptolemeyin əsas əsərlərinin ərəb dilinə tərcümə edilməsiylə nəticələndi. Onun astronomik qrafiklər kitabı (Procheiroi Kanones) Sasanilərin etdiyi tərcümədən miladi 8-ci əsrin ikinci yarısında ərəb dilinə ötürüldü. Bunu 8-ci əsrin sonlarına doğru Ptolemeyin həcmli kitabı “Almacest”in yunan dilindən ərəb dilinə tərcümə edilməsi təqib etdi. Bu tərcüməni maliyyələşdirən Abbasi vəzirinin tərcüməni bəyənməyib ikinci dəfə tərcümə 84
edilməsini istəməsi müsəlmanların astronomiyada yaradıcılıq mərhələsinin eşiyinə gəldiklərini göstərirdi. Bu mərhələdə, yəni miladi 8-ci əsrin ikinci yarısında yunanlardan İslam dünyasına bilinən çox bəsit bir formasıyla üstürlab alətinin çatdığını, bəzi İslam alimlərinin bunun necə istifadə edilməli olduğunu göstərən kitablar yazdığını bilirik. (bax. Şəkil 24) Xüsusilə bunlardan birinin 100-dən çox hissəsi olduğunu nəzərə alsaq, bu bizi üstürlabın hələ 8-ci əsrdə vacib bir inkişaf müddəti yaşadığı inancına aparır. Mənim şəxsi inancıma görə, miladi 9-cu əsrin ilk rübündə astronomiya sahəsində İslam mədəniyyət dünyası yaradıcılıq mərhələsinə keçmişdi. Bu inancı dəstəkləyən bəzi misallar vermək istəyirəm. Cəbri arifmetikadan ayıran, ilk cəbr kitabını yazan üç alimdən biri olan, astronom və riyaziyyatçı Əl-Xarəzminin bu kitabların latın dilinə tərcümə edilməsiylə 12-ci əsrdən etibarən, Avropaya böyük ölçüdə təsir etmiş və Avropada “Algoritmi” kimi tanınıb, loqarifm cədvəllərinin adlandırılmasına gətirib çıxarmışdır. Astronomiya kitabında ilk dəfə qütb yüksəkliyi yoluyla en dairə dərəcələrinin ölçülməsi üsuluna rast gəlirik. Bu, dünya xəritələrinin düzəldilməsi işində o dövr üçün çox böyük bir addımdır. İkinci misal olaraq da, Xəlifə Əl-Məmunun Bağdad və Şamda düzəltdirdiyi rəsədxanaları xatırlatmaq istərdim. Bunlar astronomiya tarixinin tanıdığı ilk rəsədxanalardır. Antik Yunanda rəsədxana yox idi, Avropada isə ilk rəsədxana 16-cı əsrin ikinci yarısında quruldu. Xəlifə Əl-Məmun bu Bağdad rəsədxanasına əsaslanaraq birbaşa Məkkə ilə Bağdad arasındakı 85
uzunluq dairə dərəcəsini ölçdürdü. Bu 1,5 dərəcə xəta ilə əldə edilən nəticə astronomiya tarixinin tanıdığı ən qədim, həqiqətə ən yaxın uzunluq dairə dərəcəsi ölçüləridir. Eyni xəlifə Əl-Məmun Yəhya b. Əbi Mənsur adındakı bir astronomu Ptolomeyin “Almacest”isi ilə astronomik cədvəllər kitabının məlumatlarını yoxlamaq və düzəltmək vəzifəsini verdi. “əz-Ziğ əl-mumtəhan” (Düzəldilmiş Cədvəllər) adıyla meydana çıxan kitab astronomik müşahidə və ölçmə işlərinin İslam dünyasında qısa zaman ərzində nə qədər güclü bir inkişaf sürətinə çatdığını göstərir. Bu kitab ayrıca, Günəş və Ay tutulmalarının öncədən hesablanmasında yunanlarda rast gəlinməyən bir aproksimasiya, yəni yaxınlaşma yoluyla hesablama metodunu tanıdır. Xəlifə Əl-Məmunun astronomiya tarixindəki ən vacib işlərindən biri onun bir meridian dərəcəsinin, yəni Ekvatorun uzunluğunu ölçdürmə yönündə əldə etdiyi uğurdur. Onun Şimali İraq və Şimali Suriya ovalarında astonomlarına etdirdiyi bir çox astronomik müşahidə və geodezik ölçmə nəticəsində bir meridian dərəcəsinin uzunluğu 56 2/3 mil, Ekvatorun uzunluğu isə indikinə çox yaxın, yəni 40.000 km olaraq tapılmışdı (bax. Şəkil 3). O, Bizans səfərlərindən birində, Tarsus yaxınlığındakı yüksək bir sahildə günbatma dərəcəsinin triqonometrik hesabına əsaslanaraq və sahil yüksəkliyini ölçdürərək bu nəticəni yoxlatdırmışdı. Əl-Biruni 200 il sonra Hindistanda ova ortasında yüksələn bir qaya üzərindən eyni metodu yoxlamışdı (bax. Şəkil 4). Modern astronomiya tarixi bu metodu 16-cı əsrdə yaşamış olan 3 italiyalı astronomun adıyla tanıyır. 86
Xəlifə Əl-Məmunun yunan dilindən ərəb dilinə etdirdiyi bir çox tərcümələr arasında Ptolomeyin “Coğrafiya”sı da var idi. Bu kitab coğrafiyadan ziyadə xəritəçiliyə giriş sayılırdı. O, bunu və Marinosun xəritəsini nəzərə alaraq 70-ə qədər alimə yeni bir dünya xəritəsi və coğrafiyası hazırlamalarını tapşırdı. Onların belə bir xəritə yaratdıqları bilinirdi, amma forması və önəmi haqqında həqiqətə yaxın heç bir fərziyyə irəli sürülmürdü (bax. Şəkil 1). 1984-cü ildə tapılan dünya xəritəsinin dünyada ilk həqiqi en və uzunluq dairə dərəcələrinə əsaslanaraq düzəldildiyi ortaya çıxdı (bax. Şəkil 8). Bu xəritədə Ptolomeyin Hind, hətta Atlantik okeanını da bir göl kimi göstərdiyi dizaynının yerini ada şəklindəki torpaq sahələri almışdı. Bu, modern dünya xəritəsinin əsasını təşkil edir. Əl-Məmun coğrafiyaçılarının bizə çatdırdıqları koordinatlar kitabıyla eyni xəritənin xətasız rekonstruksiyasını yarada bilərik (bax, şəkil 2). Qurulan rəsədxanalarla formalaşan uzun müddətli müşahidələr 9 və 10-cu əsrdə yeni astronomik məlumatlar əldə etməyə və köhnə məlumatları yenidən yoxlamağa imkan yaratdı. Bu imkan vacib və sürətli nəticələr verməyə başladı. Bildiyim misalların bəzilərini sizinlə paylaşacağam. Yunanlar və hindlilər ekliptik, yəni bürclər dairəsi ilə göy ekvatorunun presessiya hərəkət deyilən kəsişmə nöqtəsində illik bir gecikmə olduğunu müşahidə edərək, bunu 36 dərəcə hesablayıblar. Müsəlmanlar isə bu hesabı 9-cu əsrdə 55 dərəcə, 13-cü əsrdə isə 51 dərəcə hesablayaraq modern çağın tapdığı ölçüyə çatmışdılar. 87
Yunanlar Günəş ilə Dünyanın illik orbitində ən uzaq və ən yaxın bir nöqtənin olduğunu bilirdilər. Amma bu nöqtələrin sabit olduğunu fikirləşirdilər. 9-cu əsrin ikinci yarısında Tabit b. Qurra adlı böyük astronom və riyaziyyatçı yunanların apogaum (yeröte, ən uzaq), ərəblərin avc (əvc) adlandırdıqları nöqtənin hər il bir az daha irəli sürüşdüyünü iddia etdi. Miladi 11-ci əsrin başlanğıcında Biruni bunun doğruluğunu sübut etdi. Eyni əsrin sonlarına doğru Əz-Zərqali adlı astronom orbitdəki bu irəli sürüşməni 12,09 dərəcə olaraq hesabladı. Modern astronomiyada bu ölçü 11,46 dərəcədir. Miladi 10-cu əsrin ilk yarısında bəzi astronomlar ekliptik və ya dünya orbiti əyriliyinin dəyişdiyi qənaətinə gəldilər. Eyni əsrin ikinci yarısında böyük astronom və riyaziyyatçı Əl-Hucəndi bu mövzunu aydınlatmaq üçün dövlət adamı Fəhrəddəvlənın maddi dəstəyi ilə Rey şəhərində, yəni köhnə Tehranda xüsusi bir rəsədxana qurdu (bax. Şəkil 23). Bu rəsədxananın xüsusiyyəti yarısı yerin altına yerləşdirilən 40 m diametrində bir dairənin dəqiqələr və saniyələrlə bölünən sekstantı, yəni altıda biri ilə Günəşin gecə-gündüz bərabərliyində yüksəkliyini ölçmə imkanını verməsiydi. Uzun müşahidələrdən sonra Əl-Hucəndi dünya oxu meyilinin müntəzəm olaraq azaldığı qənaətinə gəldi. Daha bir çox misallarla buna işarət etmək istərdim ki, astronomlar 10-cu əsrdə astronomik şaquli olmayan müşahidələrdə işığın qırılması fenomeninin nəzərə alınmalı olduğunu bildirmiş və atmosferdəki qırılma dərəcəsinin kvantitativ cədvəllərini yaratmağa başlamışdılar. 88
Yeni astronomiya alətlərini düzəltmə işinə artıq 9-cu əsrdə başlanmışdı. Onların tapdıqları bizə məlum olan ən qədim astronomiya aləti 870-ci illərdə çox tərəfli təbiət filosofu Əl-Kindinin düzəltmiş olduğu ikiayaqlı alətdir (bax. şəkil 46). Miladi 9-cu əsrin sonlarına doğru üstürlabçı Nastulusun Ay tutulmasının fərqli zamanlardakı böyüklüyünü hesablayan bir alət düzəltdiyini, alətin özünü yox, təkmilləşdirilmiş şəklini 11-cü əsrdə Əl-Birunidən öyrənirik (bax. şəkil 26). Ərəb-İslam astronomları tərəfindən 9-cu əsrin ikinci yarısında ixtira edilən alətlərdən biri də beynəlmiləl bir üstürlabdır. İki astronom Cabir b. Sinan Əl-Harrani və Ən-Nayrizi bu cür beynəlmiləl üstürlablar düzəltdilər (bax. şəkil 27). Onun və bir neçə əlavəsinin modelini bizə çatan izahlarla yenidən düzəldə bildik. Nəyə görəsə bu alət Avropaya gedib çıxa bilmədi. Miladi 10-cu əsrin ilk yarısında İslam dünyasında ixtira edilən vacib alətlərdən biri olan Ziğ Əs-Səfaih, yəni “Lövhələr Tablosu” ortaya çıxdı. Bu, böyük astronom və riyaziyyatçı Cəfər Əl-Hazin tərəfindən yaradılmışdı. Bu alim riyaziyyat tarixində üçüncü dərəcədən bir cəbr tənliyinin ilk həllini tapan insan olaraq yer alır; onun düzəltdiyi bu alət planetlərin göydəki uzunluq dairə dərəcələrini tapmaq üçün istifadə olunurdu (bax. şəkil 28 və 29). Bu alətin ana parçası hal-hazırda bir Berlin muzeyində saxlanılır. Alətin digər parçalarını kitabın Kəşmirdə qalan tək nüsxəsinə əsaslanaraq yenidən düzəldə bildik. Bu alət miladi 13-cü əsrdən etibarən, Avropaya çatmağa başladı. 16-cı əsrə qədər isə böyük bir sürətlə yayıldı. 89
Muzeyimizdə 6-sı müsəlmanlara, 4-ü avropalılara aid olmaq üzrə 10 model var. Bu alət 15-ci əsrdə Qiyasəddin Əl-Kaşi vasitəsiylə ən inkişaf etmiş səviyyəsinə çatdı (bax. rəsm 30). İndi isə İslam dünyasında ixtira edilən tanıdığımız 100-dən çox digər astronomiya alətlərindən sadəcə ikisini xatırlatmaqla kifayətlənəcəyəm. Birincisi İbn Əl-Heysəmin 11-ci əsrin birinci yarısında meridian yönünü müəyyən etmək üçün istifadə etdiyi alətdir. Eyni əsrin ilk yarısında ilk dəfə iki astronom İbn Əl-Heysəm və Əl-Biruni bir-birilərindən xəbərsiz “Hind dairəsi” köməkliyi ilə kölgələri ölçmə işininin xətalı bir meridian yönü verdiyi qənaətinə gələrək başqa bir yol axtarmağa başladılar (bax. rəsm 31). Əl-Biruninin tapdığı bəzi üsullardan fərqli olaraq, İbn Əl-Heysəm meridian yönünü sabit ulduzların eyni istiqamət yüksəklikləri yoluyla ortaya qoymaq metodunu tapmışdı (bax. şəkil 32). Bu alət Avropada 15-ci əsrdə ortaya çıxmışdı, İslam dünyasından gəldiyi təxmin edilirdi; biz onun modelini İbn Əl-Heysəmin bu aləti geniş bir şəkildə tanıdan kitabının Şərqi Berlində qalan tək əlyazmasına əsaslanaraq düzəltdik. İkincisi isə ulduz yüksəkliklərini dəqiqələrlə ölçən alətdir. İbn Səhlən Əs-Savi adlı nişapurlu bir astronom bizə tək nüsxəylə gəlib çatan kitabçasında 11-ci əsrdə düzəltdiyi belə bir aləti izah edir (bax. şəkil 33). O, üstürlabın ön tərəfində yer alan istiqamət göstəricisi və dərəcələrə görə tapılan bir ölçmə nəticəsini dişli çarxlar vasitəsiylə arxa üzə keçirir və arxa üzdəki əqrəblərlə dəqiqələrə çevirir. Astronomiya tarixi bu alətdən xəbərsiz idi. Onu İstanbul Kitabxanasındakı tək əlyazma vasitəsiylə 15 ildir tanıyırıq. 90
Alətləri xatırlama işini bir kənara qoyub, astronomik riyazi coğrafiya sahəsindəki bəzi uğurlardan bəhs etmək istəyirəm. Müsəlmanlar digər mədəniyyət dünyalarından alınan sabit ulduzlar atlasının sayını artırdılar. Parlaqlıq dərəcələrini və səma koordinatlarını düzəltdilər. Bu yöndəki ən vacib işi 10-cu əsrdə Abdurrahman Əs-Sufi etdi. O, yunan İparhos və 19-cu əsrdə yaşamış olan Argelander ilə birlikdə astronomiya tarixinin bu yöndə tanıdığı 3 böyük alimdən biridir (bax. şəkil 34). Müsəlmanlar digər mədəniyyət dünyalarından Günəş yüksəkliyi ilə ölçülən bir en dairəsi tapma və Ay tutulmasına dayanaraq çox xətalı nəticələr verən bir uzunluq dairəsi ölçmə metodu bilirdilər. 9 və 10-cu əsrlərdə Əl-Məmun coğrafiyasının yazılmasını təqib edən astronomlar yeni en və dairə uzunluq dərəcələri əldə etmək üçün əziyyətli bir işə girişdilər. 10-cu əsrdə bir neçə yeni en dairəsi ölçmə metodu tapıldı. Uzunluq dairə dərəcələri ölçmə işində çətinlik özünü göstərirdi. 10-cu əsrdə Əl-Biruninin üç müəllimi Əl-Hucəndi, Əbul-Vəfa Əl-Buzəcani və Əbu Nəsr b. İraqın bir-birilərindən xəbərsiz sferik üçbucaq triqonometriyasını tapmaları və Əl-Biruninin buna dayanaraq sferik triqonometriyanı bir elm sahəsi olaraq qurması uzunluq dairə dərəcələri ölçmə metodunda yeni yollar açmışdı (bax. şəkil 6). Həqiqətən Əl-Biruni Yerin en dairəsi dərəcələrini və aralarındakı məsafəni ölçüb sferik üçbucaq meydana gətirərək o iki yerin uzunluq dairə fərqlərini hesablamaq metodunu tapdı. O, bu üsulla Qəznə ilə Bağdad arasındakı 60-a yaxın yerin en və uzunluq dairə dərə91
cəsini tapmışdı. Bu işə çox çətin şərtlər altında, düz 2 il 5000-6000 km məsafəni arş-arş gəzərək nail olmuşdu (bax. şəkil 5). Onun uzunluq dairə dərəcələrindəki 6 ilə 45 dəqiqə arasında görülən kiçik xətalı nəticələrinin bənzəri, Avropada teleskopla Müştəri ulduzu4 peyklərinin 18-ci əsrdə apardığı müşahidə ilə mümkün olmuşdu. Mövzumuzla bağlı başqa bir həqiqət də budur ki, Əl-Biruni çox uzun müddət davam edən çalışmaları əsnasında yayımladığı işlərindən sonra həcmli bir kitabıyla riyazi coğrafiyanı bir elm sahəsi olaraq yaratdı. Modern astronomiya və coğrafiya tarixi bu həqiqəti hələ də bilmir. Əl-Biruni kitabında çağdaşı İbn Sinanın uzunluq dairə dərəcəsini ölçmədə ayın meridian xəttindən keçid prinsipinə dayanaraq bir metodu bizə tanıdır. 13-cü əsrdə Əbul-Həsən Əl-Mərrəkuşi uzunluq dairə dərəcələrini ölçmək üçün sabit ulduzları müşahidə etmə metoduna əsaslanan, sonradan modern astronomiyada rast gəldiyimiz bir metoddan istifadə edirdi. Bunu da qeyd etmək istərdim ki, uzunluq dairə dərəcələrinin olduğu bu yeni metodlar dünya xəritəsini davamlı olaraq həqiqətə bir az daha yaxınlaşdırmaq yolunda öz meyvələrini verirdi. Hələ 13-cü əsrdə Aralıq dənizinin uzunluğu 2 dərəcə xəta ilə həqiqətə yaxın bir şəkildə ölçülmüşdü; Portuqaliya ilə Çin sahilləri arasındakı məsafə fərqi isə torpaqdan 5 dərəcə xəta ilə hesablanmışdı. Onların astronomik və riyazi coğrafiya ilə fasiləsiz və yüksək səviyyədə məşğuliyyətlərinin nəticəsi
4. Yupiter 92
olaraq çatdıqları uzunluq dairə dərəcələrini vacib ölçmə üsulları var idi. Bu onların Hind okeanında açıq dənizdə uzaq məsafələri astronomik və triqonometrik yolla tapma hesablarında qarşımıza çıxır. Onlar biri meridiana paralel, yəni cənub-şimal yönlü, digəri isə meridiana doğru olan, üçüncüsü isə Ekvatora paralel məsafələrin ölçülməsiydi. Bu sonuncu üsul açıq dənizdə uzunluq dairə dərəcəsi fərqlərini ölçmək üçün istifadə olunurdu. Onlar təkmilləşdirdikləri üstün bir en dairə dərəcəsi ölçmə üsulu, dənizin yellədiyi gəmidə istifadə etməyə əlverişli bir yüksəklik ölçmə aləti (bax. şəkil 47), 9-cu əsrdən bəri təkmilləşdirdikləri bu gün tanıdığımız kompas (bax. şəkil 48) və çox irəli bir triqonometriya bilgisinə əsaslanan bir dəniz trianqulyasiyası, yəni üçbucaqlar zənciri həlliylə bu işi ərsəyə gətirirdilər (bax. şəkil 38). Onların bu metodlarının ilk iki istifadəsini 15-ci əsrdə italyanlar, 16-cı əsrdə isə portuqallar Avropaya ötürsələr də, üçüncüsünü anlamaq üçün lazımi triqonometriya bilgisinə sahib deyildilər. Bu açıq dənizdə uzun dairə dərəcəsi ölçmə üsulu, təəssüf ki, günümüzə qədər astronomiya və dənizçilik tarixçilərinin gözündən qaçıb. Xəritəçilik tarixçiliyi də onların çox inkişaf etmiş Hind okeanı xəritələrini və Xristofor Kolumbun əvvəl düzəltdiyi Braziliya xəritəsini, Hind okeanının adalar, sahillər və limanlar arasındakı məsafə ölçmə nəticələrini tanıyıb dəyərləndirə bilmədi (bax. şəkil 15 və 16). Müsəlmanlar Ekvatorun Şərqi Afrika sahilləriylə Sumatra arasındakı uzunluğu, bu gün bilinən nəticəyə çox yaxın bir şəkildə hesablamışdılar (bax. şəkil 39-40). 93
Bu okean ölçüləri mövzusunu burada yekunlaşdırıb konfransımın sonunda İslam mədəniyyət dünyası astronomlarının kainat, ulduz və planetlərlə bağlı bəzi nəzəriyyə və fikirlərinə diqqət çəkmək istərdim. Hələ miladi 8-ci əsrdə yaşayan təbiət elmlər filosofu və kimya elmini empirik və maddələrin bir-birilərinə riyazi nisbətlərlə olan təsiri üzərinə quran Cabir bin Hayyan, bir tərəfdən kainatın sonsuz olduğu fikrini müdafiə edir, digər tərəfdən Ptolomeyinkindən xeyli fərqli bir planetlər sistemini təklif edirdi. Coğrafiyaçı İbn Rusta bizə yaşadığı 9-cu əsrdən bir çox fikirlə yanaşı səmada görülən, həmçinin günəşin dünya ətrafında dövranı düşüncəsinin doğru olmadığını, bunun dünyanın öz ətrafında fırlanmasından ibarət olduğunu, dünyanın kainat içində sonsuzluğa doğru düşməkdə olduğunu nəql edir. Müsəlmanlar miladi 8-ci əsrin sonuna doğru Ptolemeyin əsas görüşünü qəbul etdilər. Bu fikrə görə Yer kainatın mərkəzində yerləşir, planetlər Günəş ilə birlikdə fərqli sürətlərlə, ortaq mərkəzləri olan Yerdən bir az uzaqda olan dairələr çəkərək fərqli böyüklükdəki radiuslar və ayrı sürətlərlə fırlanırlar. Ptolemey planetləri bu radiusların cızacağı dairələrin üzərində yox, mərkəzləri bu dairələr üzərində dönən dairəciklər üzərində fırlandığını qəbul etmişdi. Onun bu planetlər sisteminə konfransımın dar çərçivəsi içində işıq tutmağa cəhd etməkdən çəkinərək bunu deməklə kifayətlənəcəyəm. Planetlərin Yer deyil, əslində Günəş ətrafında fırlandıqları üçün aradakı məsafənin dəyişdiyi müşahidə əsnasında fərq edilmişdi. Bu fərqi aradan qaldırmaq məqsədiylə Ptolemeyin ortaya atdığı hərəkətlər mexanizmi bir 94
tərəfdən bərabər zamanda bərabər məsafə prinsipinə tərs idi, digər tərəfdən doğruluğunu göstərmək üçün istifadə etdiyi həndəsi dizaynı səhv idi. Ptolomeyin bu planetlər dizaynının əskiklikləri hələ 10-cu əsrin ilk yarısında fərq edilməyə başlandı. Daha əvvəl adı keçən Cəfər Əl-Həzin planetlərdə Ptolomeyin zənn etdiyi ayrı mərkəzli orbitlərin varlığını rədd edərək onların yerinə ekliptik nizam yönündə ortaya çıxan hərəkət dəyişiklikləri dizaynını gətirdi. Bənzər modelə Avropada 14-cü əsrdə Heinrich Von Langensteinda də rast gəlmək olur. Kopernikə qədər ortaya çıxan bir sıra nəzəriyyədən sadəcə bir neçəsini qeyd etməklə kifayətlənəcəyəm. 10-cu əsrin ikinci yarısında Biruninin müəllimi Əbu Nəşr b. İraq çox fərqli fikirlər arasında planetlərin bir-birini 90 dərəcəlik bucaqla kəsən çox kiçik fərqli oxlu ekliptik istiqamətlərə sahib olma imkanını araşdırır və istiqamətlərdəki planet hərəkətlərinin bərabər zamanda bərabər olmadıqları fikrini bir həmkarının əksinə rədd edirdi. Yenə 10-cu əsrdə Yer kürəsinin öz orbiti ətrafında fırlandığını müdafiə edən və buna əsasən qayıq formasında üstürlablar düzəldən iki astronom tanıyırıq. Bunlardan biri Biruninin müəllimi Əhməd Əs-Siczi idi. 11-ci əsrin ilk yarısında Əl-Biruni Yer kürəsinin öz oxu ətrafında fırlanmasıyla bağlı uzun müddət məşğul olub, bu yöndə bir qənaətə gəlmək üçün çox əziyyət çəkdi. Yer kürəsinin fırlanması astronomiya elminin nəticələrinə heç bir şəkildə zərər verə bilməz, bu mövzuyla bağlı üsullar eyni şəkildə məntiqi olaraq bir-biriylə əlaqəli qalır. Bu qərarı qeyri-mümkün edən başqa səbəblərin 95
olduğunu qeyd edərək, onlar haqda danışır, Yer kürəsinin döndüyünü qəbul etməkdən qaçınırdı. Onun çağdaşı böyük astronom, riyaziyyatçı, fizik və optikaçı İbn Əl-Heysəm də uzun mübahsiədən sonra dünyanın fırlanmadığı yönündə olan qənaəti seçdi. Astronomiya tarixi 11-ci əsrin ilk yarısında Ptolemeyin planetlər nəzəriyyəsinin uyğunsuzluğunu göstərərək, onun yerinə başqa bir dizayn gətirmək kimi İbn Əl-Heysəm ilə başlayıb Kopernikə qədər uzanan bir mərhələyə şahid olur. Ptolomeyin planetlər nəzəriyyəsinin tamamilə səhv olduğunu, onun bu dizaynının doğruluğunu sübut etmək üçün qəsdən yanlış həndəsi model istifadə etdiyini ilk olaraq İbn Əl-Heysəm sübut etmişdi. O, “Ptolomeyə Qarşı Şübhələr” adlı kitabında bir çox hissəni nəql etdikdən sonra: “Bütün bunlar ziddiyyətlə doludur, bunların arasında hər insanın edə biləcəyi xətalar olduğu kimi, onun bilə-bilə etdiyi bağışlanmaz xətalar da var. O, həqiqi olmayan, varlıq dəyəri olmayan dizaynları təbliğ edir.” İbn Əl-Heysəmdən sonra 15-ci əsrə qədər İslam dünyasında saysız planetlər nəzəriyyəsi irəli sürüldü. Bunlardan bir qismi çox gecikmədən Avropaya çatırdı. Bu planet dizaynlarından bəzilərinin və ya heç olmasa birinin 16-cı əsrdə Kopernikə çatdığı və ona bənzər daha doğru planetlər və Ay dizaynlarının ortaya qoymağa başlandığı son 50 il içərisində sübut olundu. Onun bu dizaynla məşğul olması ilə yunan Aristarkosun Avropaya çatmış olan kitabındakı günəş mərkəzli sistemi birləşdirməyə cəhd etməsinin yolları açılmışdı. Bunu da unutmamalıyıq ki, Kopernik Günəş mərkəzli sistemi sübut etməmiş, onu bir kosmoloji fikir olaraq irəli sürmüşdü. 96
İslam dünyasının şərq hissəsində Ptolomeyin planetlər dizaynına qarşı davam etməkdə olan geniş təbliğatla yanaşı Əndəlüsdə daha çox fəlsəfi konteksdə yeni bir cərəyan, demək olar ki, bütün 12-ci əsri ehtiva etmişdi. Bu məktəbin mənsubları İbn Baccə, İbn Tufeyl, İbn Rüşd və Nurəddin-i Əl-Bitruci ayrı mərkəzli istiqamətlərlə əlavə kürələr dizaynını rədd edərək, planetlərin ortaq mərkəzli istiqamətlər və onların helezonik olaraq fərqli bucaqlar ətrafında hərəkət etdiklərini müdafiə edirdilər. 13-cü əsrdən 15-ci əsrin sonlarına qədər bu məktəbin Avropada təbiət elmləri ilə astronomiya düşüncəsinə nə qədər ciddi bir şəkildə təsir etdiklərini modern araşdırmalar 19-cu əsrin ortalarından bəri göstərməyə davam edirlər. Şübhəsiz ki, İslam Astronomiyasının Avropaya olan təsiri bununla yekunlaşmırdı. Astronomik alətlər və alətləri tanıdan bəzi kitabçalar hələ 10-cu əsrdə Avropaya çatmışdı. Bu sahədəki kitab və alətlərin resepsiya və assimilyasiyası 16-cı əsrə qədər davam etdi. Modern araşdırmalar İslam astronomiyasının 17ci əsrdə Kepler üzərindəki təsirinin izlərini tapdı. Yeri gəlmişkən, məsələn 11-ci əsrdə yaşayan əndəlüslü astronom Əz-Zərqalinin Utarit5 planetinin istiqamətinin oval olaraq təqdim etməsinin Keplerin Merih6 ulduzunun istiqaməti ilə eyni olduğu bəzi araşdırmalar tərəfindən irəli sürüldü. Təsirlər davam etməklə bərabər İslam mədəniyyət dünyasının astronomiya sahəsində
5. Merkuri 97
16-ci əsrin ikinci yarısındakı yaradıcı mərhələsi qüvvətini itirməyə, yerini 17-ci əsrdən etibarən avropalı xələflərinə buraxmağa başlamışdı. Məşhur astronomiya tarixçisi C.A. Nallinonun ifa dəsiylə ərəblər (müsəlmanlar əvəzinə) triqonometrik formulların istifadəsi, istifadə etdikləri alətlərin sayı və keyfiyyətiylə, müşahidə texnikası və davamlılığıyla sələflərini, yunanları hədsiz qabaqlamışdılar. Həm sayı, həm davamlılıq, həm də müşahidələrinin dəqiqliyi ilə yunanlarla müsəlman astronomlar arasında gözəçarpan bir təzad var idi. Nallino bu fikri 20-ci əsrin əvvələrində dilə gətirirdi; tədqiqatlar İslam astronomlarının uğurlarının onun zənn etdiyindən daha yüksək olduğunu göstərdi. Onların çox üstün uğurları çox faciəvi bir səhnə ilə sona çatır. O da bundan ibarətdir ki, Osmanlı astronom və fiziki Təqiyəddin İstanbulda bir rəsədxana quraraq çox böyük alətlərlə yeni müşahidələr etməyi düşünmüşdü. Bu düşüncəsini Sultan III Murada qəbul etdirmiş, 1575-1576 illəri arasında rəsədxana qurulmuşdu. Amma bir müddət sonra sultana bu rəsədxananın astroloji falla məşğul olduğu deyildi. Dövlətin gələcəyi üçün xeyirli olmayacağına inandırılaraq rəsədxana topa tutduruldu. Təqiyəddinin necə yüksək istedadlı bir alim olduğu, bizə çatan rəsədxananın alətləri, saatları, suvurma maşınları kitabından və coğrafiya koordinatları cədvəlindən başa düşülür. Bu rəsədxananın bilgisi bir neçə il ərzində Avropaya çatmış, demək olar ki, eyni
6. Mars 98
alətlərlə astronom Tycho Brahe tərəfindən Danimarkanın Hven adasında bir rəsədxana qurulmuşdu. Çox qəribə bir təsadüfdür ki, o rəsədxanada Tycho Brahein dostlarına iş imkanları yaratmaq üçün alətlərin sayılarını artırmaq cəhdi kralı özündən çıxartmış, rəsədxana varlığını itirmişdi. Beləcə Tycho Brahe də Təqiyəddin kimi vacib nəticələrə çatdıracaq müşahidələrini tamamlaya bilməmişdi. İnkişaf qanunu tarix zəncirinə astronomiya sahəsindəki yeni bir həlqəni əlavə etmək üçün bir az da gözləmək lazım idi. 17-ci əsrin başlarında Qaliley gələcək və Günəş mərkəzli sistemi müdafiə edəcəkdi. Onun İslam mədəniyyət dünyasındakı sələfləri tam şərtləri artıq hazırlamışdılar. İbn Əl-Heysəmin bu uğurun əsas pay sahibi olan uzun müddət gizli saxlanılan optika kitabı italyan dilinə tərcümə edilərək Leonardo Da Vinçi və digər italyan alimlərinin və xüsusilə də Qalileyin istifadəsi üçün artıq hazır vəziyyətə gətirilmişdi. Qaliley bu cövhəri tam vaxtında istifadə etməyi çox yaxşı bacardı.
99
İSLAM MƏDƏNİYYƏT DÜNYASINDA ELMLƏR NƏ VAXT VƏ NİYƏ DAYANMAĞA BAŞLADI? Mənim üçün hazırladığınız bu təqdirəlayiq görüşdə hansı mövzu haqqında danışmalı olduğumla bağlı qərar verməkdə xeyli çətinlik çəkdim. Bu mövzunu 2005-ci ildə Ərəb Birliyinin böyük konfrans salonunda incələmişdim. Oradakı konfrans mətnini nəzərə almadan ötən 5 il ərzində qazandığım yeni baxış bucağıyla biliklərimi və gəldiyim qənaəti sizinlə paylaşmaq istəyirəm. Elmlər tarixinin istənilən sahəsində müsəlmanların uğurlarının hansı səviyyəyə çatdığını sizlərə daha asan bir şəkildə təqdim edə bilərdim. Bu təqdimatlar üçün 55 ildən bəri 15 cildini tamamlamış olduğum “Ərəb-İslam Elmlər” tarixi bu konfransımı hazılamağımı daha da asanlaşdırdı. Amma mən onun hər hansı bir cildində olan məlumat və nəticələrə əsaslanaraq rahatlıqla hazırlaya biləcəyim və dinləyicini daha da dərindən heyrətləndirə biləcəyim halda daha çətin bir 100
yolu seçdim. Konfransımın mövzusunu hələ bu şəhərdə yaşadığım ərəfələrdə, bilgimin çox az olduğu yarım əsr əvvəlki halımla ələ almağa başlamışdım. Mənim müəllimim böyük şərqşünas Hellmut Ritter “Psixoloqlar və sosioloqlar insanı sadəcə toxuna bildikləri çağdaşlarının davranış və ifadələrinə görə tanımağa və tanıtmağa çalışırlar. Biz filoloqlar isə insanı bizə çatmış kitablardan yola çıxaraq bütün bir tarix boyunca qazanılmış təcrübəyə dayanaraq tanımağa çalışırıq. Hər həqiqi filoloq insana aid bir kitab yazmalıdır” deyərdi. Onun bu sözünü bir neçə dəfə eşidəndən sonra artıq belə bir kitab yazdığını bilirdim. O, böyük fars şairi, sufisi və düşüncə adamı Fəriduddin Əttarın (MS. 1230) şəxsində və kitablarında insanı tanımaq və tanıtmaq baxımından ən uyğun meyarları tapdığına inanmışdı. Əsərini 1955-ci ildə “Das Meer Der Seele”, yəni “Ruhun Dənizi” adıyla nəşr etdi. Bu möhtəşəm əsər ancaq 5 il əvvəl ingilis dilinə tərcümə edildi. Mən isə elm və mədəniyyət tarixçisinin vəzifəsini tarixi reallığı tanımaq cəhdiylə yanaşı, bir neçə min ildəki uğur və yavaşlamaların mənzərəsini öyrənərək bugünkü böyük insan toplumlarının qüvvətli və ya zəif olma səbəblərini araşdırmaqda görürəm. 1957-ci ildə Almaniyaya ilk gedişimdə Frankfurtdakı Elmlər Tarixi İnstitutunu tanımış, 20 ay davam edən iqamətim əsnasında oradakı dərs və seminarlara qatılmış və artıq gələcəkdəki yolumu seçmişdim. Bu yol İslam elmlər arixi yolu idi. Çox qəribə bir təsadüfdür ki, 1956-ci ildə biri Fransanın Bordo şəhərində, digəri isə Frankfurtda 101
olmaq şərti ilə iki konqresin də əsas mövzusu İslam Elmlərinin dayanma səbəbləri olmuşdu. Bu konqres mətnlərinin ilki “Classicisme et declin culturel dans lhistorie de lİslam” (İslam Tarixində Klassikləşmə və Mədəni Tənəzzül) 1957-ci ildə nəşr olunmuşdu. Bu konqresdə iştirak edən bir çox məşhur şərqşünas, həmçinin mənim müəllimim Hellmutt Ritter, öz diliylə desək İslam mədəniyyət dünyasındakı çöküşü, tənəzzülü və ya paslanmanı ixtisasları baxımından ələ alır, çox çəkingən və böyük bilgi zənginliyi ilə uyğun səbəbi tapmağa çalışırdılar. 1960-cı ildə Frankfurtdakı konfransın mətnləri “Klassizmus und Kulturverfall” (Klassikləşmə və Mədəniyyət Çöküşü) adı altında nəşr edildi. Mən bu töhfələri illər boyu oxudum. Hər dəfəsində onlardan bir çox yeni şey öyrənirdim, amma onların təməl mövzu haqqındakı, öz ifadələriylə desək ‘‘mədəniyyət batışının” və ya “mədəniyyət çöküşünün” səbəbi və ya səbəblərini açıqlama tərzləri mənə inandırıcı gəlmirdi. Bu töhfələrin mənim üçün ən dərini və mənə ən çox yaxın olanı müəlimim olan Hellmut Ritterin izahıydı. O, mövzunu “Görəsən Əhli-sünnətmi İslamdakı çöküşə təsir etdi?” şəklində ələ alırdı. Öz təsiredici üslubuyla İslam mədəniyyətini nə qədər yaxşı tanıdığını və nə qədər çox mənimsədiyini insana asanlıqla çatdıra bilirdi. Amma digər tərəfdən də bir elm tarixçisi olaraq deyil, bir yazıçı, filoloq və ya İslam mədəniyyətinin böyük hekayələr selinə qapılmış bir ensiklopedisti olaraq danışırdı. Bu mədəniyyətə qarşı duyduğu böyük heyranlıq hissləriylə yanaşı ondan bir də bunu eşidirik. “Bir İslam aliminin vəzifəsi nədir? 102
Müəlliminin ona öyrətdiyini, mümkün olduğu qədər düzgün bir şəkildə gənc nəsillərə çatdırmaqdır. Bəs bizdə bu necədir? Bir alman fakültəsində boşalan fəlsəfə masası professorluğunu doldurmaq lazım gələndə, namizədlər arasında çox məşhur bir professorun sadiq bir tələbəsi var idi. Bu namizəd fakültə tərəfindən bu səbəblə rədd edildi: o, müəllimindən sonra sahəsinə yeni bir şey gətirməmişdi. Konkret yeni bir şey, bir orijinallıq dilə gətirmiş olan, mümkün olduğu qədər yeni bir fəlsəfə daşıyan insan tələb olunurdu.” Hellmut Ritterin, İslam mədəniyyətini çox yaxşı tanıdığına inandığım bir insanın qələmindən bu cür sözlərin çıxa biləcəyinə inana bilmirdim. Deyəsən 1969-cu il idi, bir səyahətdən qayıdarkən İstanbula baş çəkdim və özündən soruşdum; “Müəllim, belə bir ehtimalı necə dilə gətirdiniz? Bunları; İslam mədəniyyət dünyasında hər şeyin inkişafdan geri qaldığını siz deyə bilməzsiniz. Siz hələ 1943-cü ildə mənə “Köməkçi sahə olaraq riyaziyyatı seçin. İslam riyaziyyatçıları dünyanın ən böyük riyaziyyatçılarındandır” deyirdiniz. Bunlar arasında Əl-Harəzmini, İbn Əl-Heysəmi, Əl-Birunini, İbn Yunusu misal çəkmişdiniz. Bəs bunlar hicrətin birinci əsrində ancaq barmaqla saya bilən ərəblərin bilik səviyyəsində idilərmi?” O böyük insan qızarmış, bir uşaq kimi utanmış və mənə ərəbcə bu cavabı vermişdi: “Bu birdən-birə ağlıma gələn düşüncəydi. Xoşuma gəlmişdi, dilə gətirmişdim. İndi isə onun şeytani bir vəsvəsə olduğunu görür, Allahdan məğfirət diləyirəm.” Həqiqət isə budur ki, İslam elmlərinin yavaşlama səbəbləri, hansı ki haqsız olaraq “dekadans”, “çöküş”, 103
“batış” və ya “paslanma” olaraq adlandırılır, çox gec və çox az elm tarixçiləri tərəfindən də ələ alındı. Elm və mədəniyyətlər tarixinin ən çətin və ən qarışıq suallarından biri olan bu reallığın qəbulunu belə müsbət bir addım olaraq dəyərləndirmək lazımdır. Çünki modern insan 17-ci əsrin ikinci yarısından etibarən Avropanı İslam dünyasına qarşı daha irəli vəziyyətdə görməyə başladı. Bu irəli vəziyyətin arxasında İslam dünyasının elm və texnologiyasının ən az 500 il davam edən bir alma və həzm etmə müddətinin olduğunu, demək olar ki, heç kim bilmirdi. Bu bilgisizlik atmosferi içərisində, böyük ehtimal 18-ci əsrin ortalarında Renessans adı altında bir elmlər tarixi görüşü ortaya çıxdı. Bu görüşün dəqiq olaraq nə vaxt və kim tərəfindən irəli sürüldüyünü bilmirik. Fransız filosof Etienne Gilson 1924-cü ildə yazdığı bir kitabında bu həqiqətlə heç bir əlaqəsi olmayan görüşü “La Renaissance des professeurs”, yəni “Professorlar Renessansı” deyə məsxərəyə qoyur, bir neçə professorun bir kulis toplantısında bu görüşü ortaya atdıqlarını qəsd edirdi. Bu uydurma, həqiqətdən uzaq bir anlayışa görə, Avropada 12-ci əsrdən etibarən elmlərdə görünməyə başlayan və sürətini 16-cı əsrə qədər artıran inkişafın səbəbi birbaşa qədim yunan əsərlərinin tanınıb latın dilinə tərcümə edilməsi idi. Bu anlayışın Avropa intellektualları arasında bir uçqun kimi yayılmasının həqiqətlə heç bir əlaqəsinin olmamasına baxmayaraq, bu günə qədər nüfuzunu itirməmiş olması bir möcüzə idi. O da, elmlər tarixində 9-cu əsrin əvvəlindən 16-cı əsrin sonlarına qədər 800 illik yaradıcı bir mərhələnin sahibi İslam 104
mədəniyyət dünyası, liderlik vəziyyətini 17-ci əsrdən etibarən itirməyə başlamışdı. Nəinki avropalılar, artıq müsəlmanların özləri belə yaxın keçmişdəki yaradıcılıq mərhələsinin şüurunu daşımırdılar. Onlar sadəcə hər sahədə yaşanan inkişafı görür, Avropada daha üstün bir elm və texnologiyanın varlığını – bu bizim üçün hər sahədə reallaşmasa da – qəbul edirdilər. Elmlər tarixindən layiqincə diqqət görməmiş başqa bir həqiqət da var. O da 17-ci əsrin ortalarında, yəni ərəbcədən latın dilinə edilən böyük tərcümə dalğasından 150 il sonra ərəb, fars və türk dilindən yeni bir tərcümə dalğasının başlaması idi. Bu kitabların tərcüməçiləri yüksəlmə çağına girmiş Avropanın İslam dünyasından hələ alınacaq çox böyük bir bilgi bazasının olduğunu hər keçən əsr bir az daha yaxşı görürdülər. Bu maraq 18-ci əsrdə Şərq dünyasının elmlərini tanımaq, onları Avropa dillərinə tərcümə etmək, araşdırmaq və elmlər tarixindəki dəyərlərini göstərmək kimi ümumilikdə humanist, qismən də missioner meyilli bir axıma apardı. Bu axım elmlər tarixində şərqşünaslar adı altında tanınır. İslam dünyası bu humanist meyilli şərqşünaslara böyük bir minnətdarlıq hissi daşıyır. Bu humanist şərqşünaslığı çox gecikmiş olaraq 1935-ci illərdən etibarən Hellmut Ritter Türkiyəyə gətirdi. Türklər, təəssüf ki, çox gec, 1940-cı illərdən etibarən elmlər tarixində vacib bir yerə sahib olduqlarını öyrəndilər. Onların bu sahədəki tədqiqatları arzu edilən səviyyənin olduqca aşağısındadır. Humanist şərqşünaslar İslam dünyasının mədəniyyət mirasını tanımaq və tanıtmaq yolunda böyük cəhdlər etdilər. Bu günə qədər ərəb, 105
fars və türk dilində yüzlərlə cild kitab nəşr etdilər, çox böyük bir hissəsini Avropa dillərinə tərcümə etdilər, tədqiq etdilər və dəyərləndirdilər. Bioqrafik və biblioqrafik əsərlər nəşr etdilər. İslam Ensiklopediyaları düzəltdilər. İslam dünyasında etinasız yanaşılan əlyazmaları toplayıb Avropada saysız-hesabsız kitabxanalara daşıdılar və onların dəyərli kataloqlarını hazırlayıb araşdırmaçıların xidmətinə verdilər. Bəzi sahələri “ədəbiyyat tarixi”, çox az sahələri də o qolların tarixi deyə toplu bir halda oxuyucuya təqdim etdilər. Biz bu gün bu şərqşünasların minlərlə əsərinə və on minlərlə məqaləsinə sahibik. Daha irəli addımlar ata bilmək üçün özümüzü çox daha yaxşı döşənmiş bir yolun üstündə aşkarlayırıq. Bu böyük işə qarşı İslam dünyasının gecikmiş minnətdarlıq hissini Gülhane Parkında qurulan İslam Elm və Texnologiya Tarixi Muzeyində təvazökar bir şəkildə göstərməyə çalışdım. 55 ildən çox bir zaman ərzində böyük şərqşünasların tədqiqatlarına, qismən də öz araşdırma nəticələrimə əsaslanaraq bugünkü şərtlərinin əl verdiyi nisbətdə bir İslam elmlər tarixi yazıram. Bunun yaxın zamanda köhnələcəyini, yerini daha yaxşılarına buraxacağını bilirəm. 55 illik tədqiqatlarım ərzində şərqşünasların işləri üzərində həqiqətə bir az daha yaxınlaşdığıma özümü inandırmağa çalışıram. Bu da bir həqiqətdir ki, onlar çox vaxt gördükləri böyük işlərdə nadir hallarda İslam alimlərinin uğurları haqqında elmlər tarixindəki yerlərinə görə kəskin hökm verməkdən çəkindilər. Onları bu cür hökmlər verməkdən çəkindirən bəzi səbəblər var idi. O da yanlış bir “Renessans” qavramı 106
üçün başladılan, inkişaf etdirilən, zamanla bir etiqad halına gətirilən mühafizəkar və tamamilə reallıq yerinə hisslərin diktə etdirmiş olduğu bir elmlər tarixi idi. Onun xətalı çevrəsi, qəti hökmləri, böyük boşluqları şərqşünasların çatdıqları bir ümumi elmlər tarixi perspektivindən dəyərləndirilməsini çətinləşdirirdi. İslam elmləri leyhinə bu cür hökmlər verilmədiyini demək istəmirəm, verildi, amma bunlar çox marjinal qaldı, köhnə mühafizəkar baxışın dəyişməsi yönündə, demək olar ki, heç bir təsirə malik ola bilmədi və ya çox az təsiri oldu. Bundan bir əsr, hətta yarım əsr əvvəl bu cür hökmlər üçün şərtlər lazımi qədər yetkin deyildi, ən azından bugünkü qədər yetkin deyildi. Bu mənada bundan yarım əsr əvvəl, demək olar ki, ilk dəfə ələ alınan İslam elmlərinin yavaşlama səbəblərinə bəlkə də dəfələrlə incələndikdən sonra qaneedici bir cavab vermək olardı. Mən o mövzunu və məni qane etməyən izahları yarım əsr əvvəl tanıdığım, məsuliyyətini boynuma götürdüyüm “İslam Elmlər Tarixi” kitabımın səhifələri, fəsilləri və cildləri irəlilədikcə düşünməyə fürsət tapdım. Bu fürsətim kitabımın cildləri, təmasa keçdiyim sahələr və tanıdığım etüdlərlə yavaş-yavaş artmağa başladı. Çatdığım nəticə, daha doğrusu inandığım yavaşlama səbəblərini sizə təqdim etməzdən əvvəl, işlərim əsnasında mənim üçün aydın olan bəzi nöqtələri çox qısa bir şəkildə önə alma zəruriyyətini hiss edirəm. 1) İslam elmlərinin modern tədqiqatlarında bu elmlər üçün miladi 10-cu əsr bir Qızıl Əsr olaraq qəbul edilir və bunun uzun zaman davam etmədiyi, 12-ci 107
əsrdə çöküşə, tənəzzülə üz tutduğu düşünülür. Mən bu çağın hələ 8-ci əsrdə başladığına, 15-ci əsrin sonlarına qədər uzandığına, geriləmə çağının isə 16-cı əsrdə özünü göstərməyə başladığına inanıram. 2) Yuxarıda adı keçən Bordo və Frankfurt konqreslərində mövzuyla bağlı, demək olar ki, bütün müzakirələrdə səbəblə arazın keyfiyyətlərinin bir-birinə qarışdırıldığını gördüm. 3) Həmin toplantıdakı dəyərləndirmələrdə hə qiqətdə arazlardan ibarət olan səbəblər irəli sürülərkən, İslam elm və mədəniyyət mirasının bir bütün olaraq nəzərə alınmadığını, daha doğrusu tanınmadığını gördüm. 4) Mövzunu araşdıranlar “geriləmə” və ya “batış” səbəblərini çox erkən bir dövrdə axtardıqları halda, İslam mədəniyyət dünyasında elmlərin əsrlər boyu bir çox sahədə böyük və çox əhəmiyyətli inkişaf müddəti yaşadığını gözdən qaçırır, daha doğrusu bilmirdilər. 5) Bu gün İslam elmlərinin müəyyən bir zamandan sonra yavaşlama səbəblərini müzakirə etmək baxımından yarım əsr əvvələ nisbətən daha əlverişli vəziyyətdəyik. Çox çətin sual olan İslam elmlərinin müəyyən bir çağda geri qalma səbəbinə veriləcək cavablardan biri də bizim Türkiyədə bir çox insanın rahatlıqla dilə gətirdiyi İslam toplumlarının bugünkü geriliklərinin səbəbinin birbaşa din olduğu şəklindəki təkrarlana-təkrarlana əzbərlənmiş olan cavabdır. Bunun, heç bir şəkildə həqiqəti əks etdirmədiyini mübahisə mövzusuna çevirmədən, İslamın elmi necə təşviq etdiyi ilə bağlı Franz Rosenthalın 1965-ci ildə qızıldan 108
dəyərli bir ifadəsini deməklə kifayətlənəcəyəm. Rosenthal 1938-ci ildən əvvəl Faşist Almaniyasını tərk edib Amerikaya köçən yəhudi əsilli böyük şərqşünas, mənim də çox təqdir və hörmət etdiyim bir dostum idi. O belə deyirdi: “Əgər İslam dini lap əvvəldən etibarən elmin rolunu dinin və beləcə bütün bir insan həyatının əsl itələyici gücü olaraq irəli sürməsəydi, bəlkə də ehtivası sürətlə genişləyən tərcümə fəaliyyətlərini əsaslandırmaq üçün müsəlmanlara tibb, kimya və müsbət elmlərlərlə tanış olmağı cazibədar göstərən nə praktik praqmatizm, nə də fəlsəfi-teoloji problemlərlə məşğul olmalarına səbəb olan nəzəri praqmatizm kafi gələ bilərdi. Elm bu qədər mərkəzi mövqeyə yerləşdirilməsə, hətta bu qədər dini bir hörmət görmüş olmasaydı, böyük ehtimalla tərcümə fəaliyyətləri, olduğundan daha az maraqlı və daha çox yaşamaq üçün lazım olan şeylərə əhəmiyyət verib, həqiqətdə var olduğundan daha fərqli bir şəkildə sərhədlənmiş olacaqdı.” İndi isə 55 ildən çoxdur ki, üzərində dayanaraq doğruluğuna inandığım izaha keçmək isəyirəm. Bir qismi bədəvi ərəblərdən ibarət olan müsəlmanlar hələ miladi 711-ci ildə Pireney yarımadasının böyük bir parçasını hökmləri altına almışdılar. Bu sadəcə İslam dünyası üçün deyil, Avropa üçün də çox böyük bir fenomen idi. Avropa İslam dünyasına qarşı qərbini sərhədləyən böyük bir yarımadanı itirmişdi. Amma bu hadisə uzun müddətli bir üstünlük çağına girmənin, yəni müsəlmanlar üçün 800 il davam edəcək bir hakimiyyət çağının başlanğıcı kimi bir dəyərləndirilə bilər. 109
Müsəlmanlar bu torpaqlarda yeni və özünəxas bir mədəniyyət dünyası yaratmışdılar. Buradakı elmin səviyyəsi İslam dünyasının mərkəz və şərqindəki səviyyədən 50-100 il arxadaydı və İslam dünyasının digər tərəflərinə töhfə verməkdən ziyadə alırdı. Yunanlı böyüklərin, misal üçün Hippokratın, Aristotelin və Qalenin bəzi kitabları hələ miladi 5 və 6-cı əsrlərdə Avropada latın dilinə tərcümə edilmişdi. Amma Avropanı hərəkətə gətirən bu tərcümələr yox, müsəlmanların Pireney yarımadasına yerləşməsi idi. Bu yarımadada ərəb istilasından sonra xristianların elmdəki inkişafının bir xeyli böyük olduğu başa düşülür. Müsəlman İspaniya ilə ərəblərin hökmündən kənar qalan Barselona arasındakı bazarın xristian ispanlar üçün sanki ərəb elmlərinin öyrənildiyi bir məktəb rolu oynadığı görünür. Hələ İspaniyadan kənar Orta Əsr Avropasına astronomiya elminin girmədiyi bir ərəfədə üstürlabın necə işlədiyinə dair qismən ərəbcə və qismən də latınca bir kitabça 10-cu əsrin ilk yarısında bu bazarda qarşımıza çıxır. Biz institutumuz olaraq öz nəzdimizdə bu çox nadir sənədi nəşr etməkdən əlavə, həm də tərif edilən üstürlabın modelini də düzəltməyi bacardıq. (bax. rəsm 25). Bunun zaman baxımından ərəb nümunəsinin bir rekonstruksiyası olan bir Katalan üstürlabı qarşımıza çıxır. (bax. şəkil 35). İddiaya görə, əlimizdə miladi 990-cu ildə Fransada düzəldilmiş olan Papa II. Silvestrın adını daşıyan bir üstürlab var (bax. şəkil 36). Bu, 10-cu əsrdə düzəldilmiş olan bir üstürlabın xüsusiyyətlərini daşıyır. Bu papa bir çox işiylə birlikdə ərəb rəqəmlərini Avropaya ilk dəfə gətirən biri olaraq tanınır. Onun bu 110
bilikləri adı keçən Ərəb-İspaniya bazarında öyrəndiyi qəbul edilir. Beləcə İslamda çox böyük bir sürətlə inkişaf edən, köhnə mədəniyyət dünyasının miladi 9-cu əsrin ortalarındakı səviyyəsini keçməyə başlayan elmləri Avropaya çatdıran yolların ilk dayanacaqları qurulmuşdu. Hərçənd Bizansda ərəbcə kitabların tərcüməsinə 9-cu və 10-cu əsrdə başlanmış olsa da, bizanslılar başlarını quma soxan dəvəquşları kimi reallığı görməkdən qaçaraq onları qədim yunan elmlərinin bənzəri zənn edib özlərini aldadırdılar. Qərbdə gəncləşən bir Avropaya qarşı, Şərqdə qocalan bir Bizans var idi.. Bəli, İslam elmlərini Avropanın qərbində cənubdan şimala aparan yolun və ya yolların hələ 11-ci əsrin əvvəllərində dayanacaq sayları artmağa başlamışdı. Cənubi, Orta və Şimali Fransadan 11-ci əsrin sonu, 12-ci əsrin əvvəllərində isə İngiltərəyə çatmışdı. Sizə təqdim etdiyim mövzu baxımından çox böyük əhəmiyyət daşıyan reallıqlardan biri də budur ki, miladi 11-ci əsrin sonlarına doğru İslam hakimiyyəti 4 əsr davam etdikdən sonra Portuqaliya və Toledoda, 250 ildən sonra isə Siciliyada sona çatmışdı. Bu İslam hakimiyyəti altında yüksək bir mədəniyyət səviyyəsinə çatmış olan yerlər, artıq Xristian dünyasına qatılmış olacaqdı. Portuqallar müsəlman səyyahların hələ 10-cu əsrin ilk yarısında Sakit okeanı keçərək Asiyaya tez-tez çatmağa cəhd etdiklərini çox yaxşı bilirdilər. Çünki paytaxt Lissabonda səyyahların adını daşıyan “Darb Əl-Mağrurin”, yəni “Səyyahlar Küçəsi” mənasına gələn bir küçə də var idi. Portuqallar şübhəsiz ki, 111
9-cu əsrdən Mərakeşin Massa şəhərini, Afrikanın cənubundan Çin sahilinə bağlanan ticarət yolunu, Dəclə sahilindəki Ubulla qəsəbəsində, taxtaları tikişlə bir-birinə bağlanan gəmilərlə edildiyini başa düşməli idilər. Çünki onlar bir çox avropalı ilə bu şəhər vasitəsiylə ticarətlə məşğul olurdular. (bax. rəsm 41.) Toledoya gəldikdə isə, orada ərəbcə kitabların hələ miladi 11-ci əsrdə başlayıb ən az 2 əsr davam edəcək tərcümələri üçün bir mərkəz yaranmış, bir neçə kitab latın dilinə tərcümə edilmişdi. Bu yöndə yəhudilər böyük iş görürdülər.Yəhudilər çox vaxt tərcüməni şifahi olaraq latın dilini yaxşı bilən birinə ötürürdülər, onlar da bunu yazıya çevirirdilər. 1091-ci ildə Siciliyanın normanlara verilməsiylə müsəlmanların Aralıq dənizindəki hakimiyyətləri önəmli dərəcədə daralmış, bundan sonra İslam dünyasına Səlib Yürüşləri adıyla ediləcək səfərlər üçün çox vacib olan bir dayanacaq ortaya çxımışdı. Hələ 11-ci əsrin sonlarında Xristian dünyası özünü İslam dünyasına hücuma keçəcək qədər qüvvətli hiss etməyə başlamış, 1096-ci ildən 1291-ci ilə qədər, yəni 2 əsr davam edən səkkiz müharibə baş tutmuşdu. Bir qismi zəfər, bir qismi məğlubiyyətlə nəticələnən bu müharibələrdən faydalanan daima xristianlar olmuşdu. Çünki onlar bu müharibələri müsəlmanların torpaqlarında keçirirdilər, onların elm və iqtisadi həyatlarını dağıdır, özlərindən çox üstün olan bir mədəni həyatı, yüksək texnika və hərb texnologiyasını tanımaq fürsətini əldə edirdilər. Məsələn, İslam dünyasında kəşf edilən bombaları, əl bombalarını, topları tanıyıb yarım əsr sonra istifadə etməyə başlamışdılar (bax. rəsm 50, 51, 52). 112
İslam dünyasının mərkəzində müharibə və işğala səbəb olan Səlib Yürüşləri davam edərkən, Şərq bölgələri 1216-ci ildə monqollar tərəfindən zəbt olunmağa başlandı. İranda təxminən 7 il davam edən Monqol istilası ərəfəsində, hansı ki bu, 1231-ci ildə ölkənin çox böyük hissəsinin istilasıyla sona çatmış, bir çox mədəniyyət və elm mərkəzi dağıdılmışdı. İslam dünyasının mərkəz bölgələri 1258-ci ildə Bağdadın Çingiz Xanın nəvəsi Hülakü tərəfindən alınması və Suriyanın digər bölgələrinin fəthiylə başqa zərbələr aldı. 1291-ci ildə sona çatan Səlib Yürüşünün ən vacib nəticələrindən biri İtaliyanın İslam dünyasının elm və texnologiyasını 16-cı əsrin sonlarına qədər Avropaya qazandıran bir mərkəz halına gəlmiş olmasıydı. Belə baxanda İslam tibbi İtaliyaya 11-ci əsrdə, sonradan Constantinus Africanus deyə adlandırılan, Şimali Afrikadan olan bir ərəb tərəfindən daşınmışdı. Amma çoxyönlü və uzun müddətli rolu 12-ci əsrin sonlarından etibarən başlamışdı. Ora ilə olan bağlantılar Pireney yarımadasının, Şimali Afrika, Suriya, Anadolu, Trabzon və Bizans İstanbulu yoluyla Marağa və Təbriz üzərindən gedirdi. Xristian qərbinin ilk böyük riyaziyyatçısı pizzalı Leonardo Fibonacci (13. əsr) uzun müddət Əlcəzayirdə qalaraq ərəb riyaziyyatını öyrənmiş, vətəninə qayıtdıqdan sonra, arifmetika, cəbr və həndəsə haqqında kitablar yazmışdı. Bu kitablar o zamana qədər Avropa dillərində bu mövzu haqqında yazılanların ən mükəmməliydi. İslam elmlərinin 13-cü əsrdən etibarən daha irəli bir mərhələyə çatan yaradıcılığı artıq İspaniya üzə113
rindən yox, İtaliya yoluyla Avropaya çatırdı. Bəzi çox vacib qaynaqların italyan dilinə edilən tərcüməsinin əsrlərlə İtaliyada qaldığına dair nümunələr var. Məsələn, müsəlman İbn Əl-Heysəmin latın dilinə tərcümə edilməsiylə Avropada 19-cu əsrə qədər çox böyük təsiri olan optika kitabının İtaliyaya, həmçinin latın dilini bilməyən Leonardo Da Vinçiyə də təsir etdiyini bilirik. Bu kitabın əsrlərlə gizli saxlanılan italyan dilində olan tərcüməsi 20-ci əsrin ikinci yarısında ortaya çıxdı. Müsəlmanların Hind okeanında təkmilləşdirdikləri çox üstün dənizçilik elmi, portuqallardan əvvəl 15-ci əsrdə İtaliyaya çatmışdı. İtalyanlar müsəlmanların ən azından 1420-ci ildə Amerikanın Antil adalarına çatdıqlarını, bunun getmə və qayıtma yollarını çox yaxşı bilirdilər (bax. şəkil 42). Bu, 1459-cu ildə ərəb dilində olan orijinalına dayanaraq Portuqaliya kralı üçün Fra Mauro, yəni bir ərəb rahibin düzəltdiyi xəritənin alt tərəfində qeyd edilirdi (bax. şəkil 11). İtalyanlara çatmış olan bu xəritəni Toscanelli adındakı astronom 1474-cü ildə İspaniyaya göndərmiş, okean üzərindən Asiyaya çatdırılmasını təşviq etmişdi. Bu xəritə 1492-1504-cü illər arasında Xristofor Kolumb və heyətinin qərbə doğru etdikləri dörd səyahətdə istifadə olunmuşdu. Onlar yeni bir qitəyə yox, Asiyaya çatdıqlarını zənn edirdilər (bax. şəkil 45). Portuqallar 1511-ci ildə Malayziyanı zəbt edərkən bir gəmidə Müsəlmanların düzəltdiyi xəritələrdən birini ələ keçirmişdilər (bax. şəkil 15). 19-cu əsrdə ortaya atılan Vasko De Qamanın 1498-ci ildə Ümid burnunu keçib Hindistana çatan 114
ilk insan olması iddiasını bir kənara qoyub, onun əsrlərdən bəri bilinən ərəbcə bir xəritəyə əsaslanaraq yola çıxdığını nəzərə alsaq, bunu Hind okeanını bir göl kimi istifadə edən İslam hakimiyyətinin oradakı bitişinin bir başlanğıcı kimi dəyərləndirməliyik. Bu bitiş 16-cı əsrin ortalarında əvvəl Piri Rəis, sonra da Sidi Ali Rəis idarəsindəki Bəsrə körfəzində Osmanlı donanmasının portuqallar tərəfindən darmadağın edilməsiylə özünü göstərmişdi. Bundan sonra hələ 50 il portuqallar Hind okeanına hakim olacaq, daha sonra bu hakimiyyəti digər bəzi Avropa dövlətləriylə paylaşacaqdılar. Qədərin hökmlərindən biri də budur ki, müsəlmanlar avropalı xələflərinə mükəmməl bir Afrika, Hind Okeanı və Asiya xəritəsi, 16-cı əsrin əvvəllərində çox yüksək bir nöqtəyə çatan dənizçilik biliyi və bugünkü inkişafına çatmış bir kompas (bax. şəkil 49) miras buraxmışdılar. Hind və Atlantik okeanını itirən İslam dünyasını 16-cı əsrdə siyası sahədə təmsil edən 3 qüvvətli dövlət var idi. Osmanlı imperatorluğu, İran Səfəvi dövləti və Hindistandakı Monqol dövləti. Bu üçü elm sahəsində böyük bir keçmişin davamı olaraq hələ də qüvvətli idilər. Amma bu qüvvət müsəlmanların 711-ci ildə Pireney yarımadasına çıxmasıyla təyin etdikləri avropalı xələflərinin qarşısında daha uzun bir müddət müqavimət göstərə bilməyəcəkdi. Avropalılar 17-ci əsrdə artıq liderlik vəziyyətinə keçdilər. Verdiyim bəzi misallarla 15-ci əsrin sonu, 16-cı əsrin ilk yarısında İslam dünyasında əsrlər boyu inkişafın siyasi və geosiyasi məhsullarının avropalıların əlinə keçdiyini, onlar tərəfindən daha yaxşı istifadə olunduğunu, bu inkişafın müsəlmanların gözünü qamaşdırdı115
ğını, çox qısa bir müddət sonra avropalıların texnologiyada və elmdə özlərini keçmələrindən başqa, onların lap əvvəldən irəlidə olduqlarına özlərini inandırdıqlarını düşünürəm. Bu mənə çox vaxt müsəlmanların tərcümə yoluyla tanıdıqları yunan dilində olan kitabları, 8-ci və 9-cu əsrdə bunları ana dilində oxuya bilən bizanslılardan daha çox faydalandıqlarını xatırladır. Tanıdığımız bütün mədəniyyətlər insanlıq tarixindəki böyük və ya kiçik rollarını qısa və ya uzun bir müddət oynadıqdan sonra yerlərini daha gənc mədəniyyətlərə ötürürlər. Elmlər tarixi onların əhəmiyyətini yaşadıqları zaman müddətinə görə deyil, elm və texnologiyada ortaya qoyduqları yaradıcılıqlarına görə dəyərləndirir. Elmlərin İslam adına olan yaradıcı mərhələsi ən az 8 əsr davam etdi. Onun elmlər tarixindəki böyük yerini qiymətləndirərkən sadəcə bu səkkiz əsrlik yaradıcılığı deyil, elmlərin bu mərhələyə sıx bağlılığını nəzərə alaraq, yeni əsrin getdikcə sürətini artıran başgicəlləndirici inkişafını gözdən qaçırmamalıyıq. Bu həqiqəti tibb tarixçisi Heinrich Schipperges 1961-ci ildə bu şəkildə dilə gətirirdi: “İslam elmlərinin Avropaya ötürülməsi əsrlər boyu çox güclü təsirlər yaradan, hələ də təsirlərini davam etdirən və onsuz modern dünyanın quruluşunu qavraya bilməyəcəyimiz bir fenomendir”. Müsəlmanlar, xüsusilə də türklər, bu dəyişən dünyada çox əhəmiyyətli bir yerə sahib olmaq istəyirlərsə, öncə özlərinin insanlığın ortaq elmlər tarixində çox vacib bir yeri olduğuna inanmalı və “bunu yenidən reallaşdıracaq şərtləri necə ortaya qoymalı?” sualı üzərində ciddi şəkildə düşünməlidirlər. 116
ELM TARİXÇİLİYİNƏ BAXIŞ Bu gün məni “Böyüklərə hörmət” proqramı çərçi vəsində gənc universitetinizə dəvət edib, bəzi dostlarım və digər qonaqlarla bir araya gəlmə fürsətini verməklə böyük bir səadətə qərq etdiniz. Bunun üçün sizə ən dərin təşəkkürlərimi bildirirəm. Siz məndən bir konfrans yox, daha çox qısa bir söhbət istəyirsiniz. Olduqca geniş düşündükdən sonra elmlər tarixçiliyinə aid bəzi düşüncələrimi sizlərə təqdim etmək istəyirəm. Bildiklərimi zehnimdə bir yerə toplamağı planladığım anda çox çətin bir mövzunu seçdiyimi hiss etdim. Bu mövzunu bir kənara qoyub, mənə daha rahat gələn bir mövzu haqqında danışmağı düşünsəm də, bu fürsətlə yarım əsrdən çox elmlər tarixi ilə məşğul olduğum müddətdə, elm tarixçiliyinə aid bəzi düşüncə və fikirlərin məndə bir səviyyəyə çatmış olmalı, bu fikirləri fərqindəlik sahəsinə çıxarıb ifadə edə bilməliydim. Təbii olaraq bu ifadələrimdən mövzuyla bağlı əvvəllər bir şey yazmadığımı düşünə bilərsiniz. Bunlara baxmayaraq 117
inanıram ki, bu yöndə sizə bəzi maraqlı məlumatlar ötürə biləcəyəm. İnsanlığın çatdığı bugünkü yüksək bilgi səviyyəsini hazırlayan keçmiş mədəniyyət dünyalarının elmə verdikləri töhfələr, elmi davranışları, keçmişə baxış perspektivləri, yaşadıqları zaman şərtləri və imkanları özünəxaslığından dolayı fərqli olurdu. Elmlər tarixinin, keçmişə baxış bucağının çox dar olduğu zamanlardan, təxminən 17-ci əsrin əvvəllərindən günümüzə qədər insanlığın elmlər yolunda çatdığı bütün nəticələr inadkarcasına sadəcə qədim yunanlara bağlanırdı. Onların nəhəng yerlərini sadəcə başlanğıc olaraq tanımağa alışmış modern elmlər tarixinin 3 əsrdən bəri vərdiş edilmiş görüşü Şumer, Babil, Assur, Hitit, Kənani, Arami və Misir mədəniyyətlərinin arxeoloji tədqiqatları və tapılan kitabə oxumalarının gətirdiyi işığa baxmayaraq xüsusi bir dəyişikliyə məruz qalmadı. Elmlər tarixində böyük nüfuz sahibi olan Otto Neugebauer uzun müddət müxtəlif fürsətlərlə yunanların əvvəldə deyil, ortada olduqlarını, onların elmlər tarixindəki liderlik bayrağını əllərinə almasından sonra keçən 2500 illik dövrəyə, keçmiş olan 2500 illik bir ilkin dövrəni də əlavə etmək gərəkdiyini müdafiə etməsi çox az diqqət çəkdi. Müsəlmanların elmlər tarixindəki yerinin bilinmədiyi həqiqətini bir çox şərqşünas Neugebauerin yunanların ən az 2500 illik bir sələfləri olduğu həqiqətinə maraq göstərilmədiyi şikayətindən daha əvvəl, 19-cu əsrdə dilə gətirdi. Amma nə Neugebauerin, nə də digər şərqşünasların xəbərdarlıqları mo118
dern çağda elmlər tarixində hakim olan yanlış əsas baxış bucaqlarını sarsıtmadı. Daha əvvəlki mədəniyyət dünyalarında qazanılan biliklərin sintezi və kodifikasiyasına, yəni kitablar halında əldən keçirmə şansına sahib olub yeni bir çox kəşfi reallaşdıran yunanlar, sələflərindən gələn və özlərinin etdikləri kəşflər haqda sonrakı nəsillərə o qədər də çox məlumat vermirdilər. Və onlarda qaynaqları qeyd etmək ehtiyacı olduqca zəif idi. Bundan əlavə, elmlər tarixinin inkişafıyla bağlı Yunanıstanda yaşayan alimlərdən bizə gəlib çatan məlumat çox azdır. Mənim bildiyimə görə, bizi elm tarixçiliyində yunanlara qədər aparan ən qədim mənbə 6-cı əsrdə İsgəndəriyyədə yaşamış, bizanslı Johannes Philoponosun tibb tarixi kitabçasından qalan parçalardır. Çox ibtidai bir mənzərə yaradan bu qalıntıların miladi 10-cu əsrdən etibarən İslam mədəniyyət dünyasında ortaya çıxan tibb tarixləriylə müqayisə olunması çox maraqlı bir inkişafın göstəricisidir. Elmlər tarixinin tanıdığımız mərhələləri təbii olaraq bir-birilərindən fərqlənirlər. O mərhələlərin gətirdiyi alimlərin davranışları, məlumatlarının dəyər və xüsusiyyətləri yaşadıqları zamana sıx bir şəkildə bağlıdır. Məsələn e.ə 3-cü əsrdə yaşayan yunanlı Evklid qədim mədəniyyət dünyalarından və öz mədəniyyət dünyasının əvvəlki nəsillərindən çatan məlumatlara əsaslanaraq ilk həndəsə kitabını yazırdısa, artıq ondan sonra gələcək nəsillər üçün bu sahənin ilk kitabının müəllifi olmaq şansı qalmırdı. Onların bu kitabı genişlətmək, şərh etmək, əlavələr etmək, nəzəriyyələrinin yeni sübutlarını tapmaq, xətalarını düzəltmək, hətta Evklidçi olmayan bir həndəsə 119
yaratmaq kimi imkanları var idi. Həqiqətən də bütün bunların hamısı edildi. Amma Evklidin həndəsə tarixindəki yeri dəyişməz qaldı. Böyük ehtimal həndəsi bilgilərdən tanıdığımız ilk sintezləri o etmişdi. İnsanlığın ortaq mirası olan elmlər tarixinin inkişafını miladi 19-cu əsrdə İslam elmlərinin tanıdılmasında özünə çox şey borclu olduğumuz fransız şərqşünas J.T. Reinaud belə dilə gətirirdi: “Təsadüf elmlərin və sənətlərin irəliləməsində çox da böyük rol oynamır. İnsanlar bütün kəşflərində sıçrayışlar şəklində yox, mütəmadi bir şəkildə irəliyə doğru gedirlər; onlar hər gün eyni sürətlə irəliləmirlər, amma yeriməyə davam edirlər. İnsan kəşf etməz, nəticələr çıxarar. Elmin qollarından hər hansı birini ələ alsaq, onun tarixinin, yəni onun irəliləmələr tarixi tam bir zəncir təşkil etməlidir. Hadisələrin tarixi bizə bu zəncirin parçalarını verir. Bizim işimiz qopuq həlqələri tapıb parçaları bir-birinə bağlamaqdır.” İnsanlığın elmlər tarixi mirası zəncirinin bir çox vacib həlqəsini bu dahiyanə sözlərin sahibi Reinaud, onun bir çox şərqşünas sələfləri və xələfləri müsəlmanların təmsil etdiyi çağda tapmağa çalışdılar, tapdılar və tapmağa da davam edirlər. Yarım əsri aşan elmlər tarixi çalışmamla gəldiyim qənaətə görə, 20ci və 21-ci əsrdə eyni tarixlə məşğul olan tarixçilər, bütün texniki və araşdırma imkanlarımızın artmasına baxmayaraq insanlığın ortaq elm mirası zəncirinin həlqələrini bir əvvəlki nəsillərə görə daha az tanıyır və bunun çoxunu müsəlmanlar tərəfindən qazanılan həlqələr təşkil edir. Elm tarixçiliyinin bu səfil qədəri onun 18-ci əsrdə içinə düşdüyü və heç cür dağılma120
yan “Renessans” adlı qəlibə bağlıdır. Tarixi heç bir həqiqətlə əlaqəsi olmayan elmlər tarixinin bu qəlibləşmiş “Renessans” adlı uydurma görüşünün ortaya çıxış şərtlərini izah etmək üçün bu görüşdən zərər görən İslam mədəniyyət dünyasının elm tarixçiliyi anlayışı üzərində dayanacağam. İslamdan əvvəl oxuma-yazma bilənlərin sayı barmaqla sayılacaq qədər az olan ərəblər İslamın ortaya çıxışıyla oxuyub-yazmağa susamış bir toplum olaraq 20-30 il ərzində o zamanın mədəni dünyasının böyük bir hissəsini ehtiva edən və irq məfhumuna yer qoymayan bir ümmət olmuşdular. Bu ümmətin ortaq dili olan ərəb dilinə İslam dövləti adı altında Aralıq dənizi hövzəsindəki mədəniyyət mərkəzlərinin elmi yazı təcrübələrinin tərcümə yoluyla daşınması işi hələ İslamın ilk illərində başlamışdı. Beləcə çox sürətli bir şəkildə yeni bir mədəniyyət dünyası inkişaf edir, İslam adı altında ortaya çıxmış olan din elmlər tarixinin yeni bir mərhələsinin yaradıcısı və daşıyıcısı olurdu. Amma bu yeni mərhələnin həqiqətən nə zaman başladığı, alma və həzm etmə (ressepsiya və assimilyasiya) mərhələlərinin nə qədər davam etdiyi, yaradıcılıq mərhələsinə nə vaxt qədəm qoyulduğu və dayanma mərhələsinin nə vaxt başladığı xüsusi cavablandırılmalı olan suallardandır. Mən şəxsən, qəbuletmə çağının İslamın birinci əsrinin ortalarında olduğuna, yaradıcılıq mərhələsinin bəzi sahələrində ikinci əsrin ikinci yarısında, digər sahələrdə isə üçüncü əsrin birinci yarısında özünü göstərdiyinə inanıram. Mən bu mərhələləri tarixləndirmə baxımından bir çox şərqşünasdan ayrılıram, bəzilərindən isə tamamilə fərqli dü121
şünürəm. Bu son qrup içərisində ilk ərəb dilində olan kitabların ancaq İslamın 3-cü əsrinin ilk yarısında yazıldığına inananlar da var. Mən inanıram ki, doğru tarixləndirməyə bəzi fürsətləri yaxşı istifadə etmək şərtiylə çatmaq olar. İslam elmləriylə məşğul olmağa çox gənc bir yaşda və böyük bir şərqşünasın yanında başladım. Olduqca gənc bir yaşda İslam elmlər tarixinin hər sahəsini yazmaq kimi bu gün çox cürətli görünən bir vəzifəni üzərimə götürdüm. Bu yol çox qısa bir zaman sonra sona çata bilərdi. Lakin Allah mənə 85 il yaşamağı nəsib etdi. Kitabımın 14 və 15-ci cildlərinin önsözünü bitirdikdən sonra sizə təqdim etdiyim bu sözləri yazmağa başladım. İslam elmlərinin bütün sahələriylə təmasa keçmək, böyük, çox böyük bir şans idi. Bu eyni zamanda ərəb, fars dilində olan bir çox qaynaqdan başqa yüzlərlə şərqşünasın araşdırmalarını tanımaq, onlardan çox şey öyrənmək şansına sahib olmaq demək idi. Onların sadəcə qəbul etdiyim fikirləri deyil, yanlış hesab etdiyim tezis və fərziyyələri də mənim üçün çox vacib olmuşdur. Elmlər tarixi ilə bağlı buna məxsus bəzi tezislərimə sələflərimin yanlış gördüyüm fikirləriylə yönəldim. Bu yöndə elmlər tarixinin iki vacib problemini dəqiq nümunələrlə ən qısa zamanda dilə gətirəcəyəm. 1-ci nümunədə elmlər tarixində “pseudepigrafa” deyə adlandırılan tərzə toxunacağam; bununla böyük nüfuz sahibinin adıyla daha sonra yazılmış kitablar nəzərdə tutulur. Bu tərzdə Aristotelin, Qalenin, Ptolomeyin və digər böyük elm adamlarının adıyla yunan dilində yüzlərlə, bir hissəsi bizə qədər gəlib çatmış kitablar yazılmışdı. Bu tip kitabların bir qismi ərəb dilində 122
qarşımıza çıxır. Xüsusilə İslamın ilk illərində bu tip kitablar ərəb yazarları tərəfindən tez-tez qaynaq olaraq istifadə edilirdi. Ərəb dilində bizə çatan və ya qaynaq olaraq istifadə edilən kitabların qaynaq və dəyərləri problemi şərqşünaslar tərəfindən geniş şəkildə ələ alınmadı. Amma onlar bunların ümumilikdə müsəlman alimlər tərəfindən yazıldığına inanırlar. Bu şərqşünaslara görə müsəlmanlar əvvəl bu kitabları böyük yunan alimlərinin adıyla yazır, sonra da qaynaq olaraq istifadə edirdilər. Mən isə İslam mədəniyyət dünyasındakı alimlərin bu kitabların yunan elmlərinin yavaşlama dövründən sonra Aralıq dənizi mədəniyyət hövzəsində çox yavaş bir inkişaf sürətinə sahib bilik və təcrübələri bizə çatdırdıqlarını, bu məlumatların dəyərini görərək onları daşıyan kitabları ərəb dilinə tərcümə etdiklərini və onları qaynaq olaraq istifadə etdiklərini müdafiə edirəm. İkinci nümunə olaraq Cabir ibn Hayyanın adını çəkəcəyəm. Bu alim öz kitablarında verdiyi işarətlər və digər ərəb dilində olan qaynaqlara görə İslamın 2-ci əsrində yaşamışdı. Bizə çatan 100-dən çox irili-xırdalı kitabları ilə Cabir başlanğıcda kimyaya olan marağıyla qarşımıza çıxır. Zaman keçdikcə təbiət elmlərinin, demək olar ki, hər biriylə məşğul olan çox böyük və orijinal bir təbiət filosofu olaraq görünür. Ona görə kimya maddələrin bir-birinə təsirinin riyazi nisbətlər ölçüsü əsasına dayanan bir elmdir. Onun tərəfindən riyazi təməllər üzərinə qurulan bu elm Qeber adıyla 12-ci əsrdən etibarən latın dilinə edilən tərcümələrlə Avropaya çatmış, sadəcə 18-ci əsrdə yeni ünsürlər qazanmağa başlamışdı. O, Allahın bəşərə kainatın bütün 123
sirr pərdələrini yırtmaq istedadı verdiyinə, genetik olaraq daş, bitki, heyvan və insan yarada biləcəyinə inanırdı. Beləcə o, modern genetikanın atası sayıla bilər. Onun təəccüb doğuran işlərindən biri də tanıdığı heyvanların səslərini qeyd edə biləcək 700 hərflik bir əlifba ortaya qoyduğunu bildirməsidir. Cabirin bizə çatan kitablarının önəmli bir hissəsini Paul Kraus adlı şərqşünas 1930-1942-ci illərdə çox geniş bir şəkildə tədqiq etdi və nəticələrini 19421943-cü illərdə fransız dilində iki cild halında nəşr etdi. Kraus ilk dəfə Cabirin kitablarının hamısının çox yüksək səviyyədə elmi bütünlüyə cavab verdiyini, amma onların miladi 8-ci əsrdə yaşamış bir şəxs tərəfindən yox, 10-cu əsrdə İsmailiyyə məktəbi tərəfindən yazıldığını sübut etməyə çalışdı. Mən 1965-ci ildə Frankfurt universitetinə təqdim etdiyim ikinci dosentlik tezisimdə o kitabların miladi 8-ci əsrdə Cabir tərəfindən yazıldığını və hamısının ancaq Cabir kimi yüksək bir şəxsiyyətin qələmindən çıxa biləcəyini müdafiə etməyə çalışdım. Bu müdafiəmi bir az daha genişlədərək əsas kitabımın 4-cü cildində 1970-ci ildə nəşr etdim. O inancım bu günə qədər də sarsılmadı. Başqa bir səbəblə haqqında danışdığım bu iki nümunənin ötəsində İslamın ikinci əsrində müsəlmanların elmlərin, demək olar ki, bütün sahələrinə əl atdıqlarını, hətta çox sayda həcmli kitablar yazmalarına baxanda bu hadisə sürət baxımından Avropadakı 19cu əsri xatırladır. Təbiət elmlərindəki inkişafı, yunan, süryani, qədim fars və sanskrit dillərindən edilən tərcümələri, bu yöndə görülən iş və uğurları bir tərəfə qoysaq, digər sahələrdəki inkişaf da heyrətverici sə124
viyyədə idi. Məsələn, ikinci əsrdə əslən fars olan Sibəveyhin yazdığı çox həcmli kitabda ərəb dili qrammatikası inanılmaz bir təkamül keçirirdi. Sibəveyhin yazdığı ərəb dili qrammatikasının yüksək səviyyəsini, görəsən bildiyimiz hansı dildə və nə vaxtdan bəri görə bilərik? Bu suala cavab tapa bilmirəm. Avropanın bəzi dillərində ancaq 19-cu əsrdə rast gəldiyimiz stil qrammatikasının təməlini müsəlmanlar hələ 2-ci əsrdə atmışdılar; bu inkişaf miladi 11-ci əsrdə “ilm əl-məani” adıyla yeni bir elm formasında qarşımıza çıxır. İslam hüququ ikinci əsrdə qismən həcmli kitablarda mükəmməl təsnif və tərifini tapırdı. Bu inkişaf eyni əsrin sonlarına doğru təəccübləndirici bir uğur sayılan ilk hüquq metodologiyasının ortaya çıxışına şahid oldu. Olduqca inkişaf etmiş tarix bilgisindən savayı yunanlardan aslı olmadan başlayan və 17-ci əsrin sonuna qədər inkişaf edən bəşəri coğrafiyanı xatırlatmaqla mövzunu bağlamaq istəyirəm. Miladi 9-cu əsrdə elmlərin hər sahəsində yavaşlama olsa da, 16-cı əsrin ikinci yarısına qədər yaradıcılıq davam etdi. Bu mövzu bir deyil, bir neçə konfransa sığmaz və bu uğurları, töhfələri sıralamağa cəhd etmədən əsas mövzu başlığı olaraq seçdiyim elm tarixçiliyinə toxunmaq istəyirəm. Elm tarixçiliyi məndə İslam elmlər tarixini özünəxas xüsusiyyətləriylə tanımaq inancını oyandırmışdı. Bu inancı bildiyim digər xüsusiyyətlər arasında qeyd etmişdim: 1. Ədalətli tənqid. 2. Açıq bir təkamül qanunu düşüncəsi. 125
3. Qaynaq qeyd etmədə digər mədəniyyət dünyalarında olduğundan daha çox cəhd göstərmək. 4. Elm tarixi yazarlığı. 5. Təcrübə ilə nəzəriyyə arasında bir nizam qurmaq. 6. Uzunmüddətli astronomik müşahidə prinsipi, buna bağlı olaraq rəsədxanaların kəşfi. 7. Elmin sadəcə kitabdan deyil, müəllimlərdən də öyrənilməsi, bununla əlaqəli olaraq ilk universitetlərin ortaya çıxması. 8. Elmin və tədrisin böyük şəhərlərə bağlı qalmayaraq, demək olar ki, bütün İslam dünyasına yayılıb kiçik şəhərlərə qədər çatması. Hələ miladi 8-ci əsrin əvvəllərində Pireney yarımadasını əllərinə keçirən və 7-ci əsrdən etibarən Çinin Kanton şəhərində camaatları olan müsəlmanlar yad mədəniyyətləri tanımağın yoluna çox erkən bir dövrdə başlamışdılar. Hökmləri altına aldıqları torpaqlarda yunan, süryani və qədim fars dilində olan kitabların bəzilərinin ərəb dilinə tərcümə olunmasının təşkil edilməsi bir kənara, Abbasi xəlifəsi Əl-Mənsurun hələ miladi 770-ci ildə hindlilərin çox həcmli “Siddhanta” adlı astronomiya kitabını ərəb dilinə tərcümə etdirmiş olması müsəlmanların elmləri tanımaq yönündəki meyillərinin nə qədər erkən ümumbəşər bir xasiyyətə çevrildiyini göstərməyə kifayət edir. Bu mənada mənim üçün tarix yazarlığı baxımından ilk vəsiqə dəyəri daşıyan xəbəri qeyd etmək istəyirəm. Bir az sonra haqqında danışacağım elm tarixçisi İbn Nədimin kitabının Hind və Çin mədəniyyətlərinə ay126
rılmış 9-cu bölümünün ikinci hissəsində hind dilləri, məzhəbləri və kult məkanları haqqında olan bir abzas çox əhəmiyyətlidir. Bu xəbərdən Abbasi vəziri alim Yahya b. Halid Əl-Bərməkinin (öl. hicri 190/miladi 805) Hindistana, oradaki dinlər haqqında bir raport hazırlaması və istifadə edilən dərmanları tanıtması üçün Bağdaddan birini göndərdiyini və onun bu yöndə bir kitab yazdığını öyrənirik. Miladi 9-cu əsrin ikinci yarısında yaşamış olan coğrafiyaçı və tarixçi Əl-Yaqubidə elmlər tarixinə çox böyük maraq görürük. Böyük ehtimalla Bağdadda doğulan, Asiyanın və Şimali Afrikanın vacib bir hissəsini səyahətləriylə tanıyan bu alimin tarix kitabında mədəniyyət və elmlər tarixinə aid məlumatlar olduqca geniş bir yer tutur. Xüsusilə burada yunanlara aid maraqlı məlumatlar var. O, babillilər və hindlilər kimi yad mədəniyyət dünyalarından bəhs etdikdən sonra yunan elmlərinə keçir. Tanıdığı bir çox yunan alimlərini ələ alır, onların ərəb dilinə tərcümə edilən kitablarını, bəzilərindən tərcümə edilən böyük abzasları nəql etmək sürətiylə tanıdır. Onun bu yöndə bizə çatdırdığı məlumat ərəb dilinə edilən tərcümələr tarixi baxımından bənzərsiz qiymətə sahibdir. Bir Abbasi vəzirinin arzusu üzərinə miladi 9-cu əsrin sonlarına doğru yunan dilindən edilmiş tərcümələr vasitəsiylə İshak b. Huneyn tərəfindən ərəb dilində ilk tibb tarixi kitabı yazıldı. Bu çox mütəvazi kitabdan daha yaxşısına qovuşmaq üçün ən az 70 il gözləməliydilər. Miladi 10-cu əsr İslamın hər sahədəki yenilikləriylə yadda qaldı və elm tarixi yazarlığı baxımından 127
heyrətverici yüksək səviyyəyə çatdı. Bu əsrin ilk yarısında qədim dünyanın böyük bir hissəsini 30 il ərzində gəzən Əl-Məsudi əsərlərində mədəniyyət tarixi və mədəniyyət coğrafiyalarıyla qarşımıza çıxır. Onun verdiyi qiymətli bilgilər arasında müsəlmanların Pireney yarımadasından qərbə doğru okean üzərindən irəliləyib Asiyaya çatmaq üçün etdikləri səfərlərə aid ilk xəbərlər də yer alır. Onun elmlərin sonsuz inkişafına aid ovsunlayıcı sözünü sizə böyük bir həyəcanla çatdırmaq istəyirəm: “Biz sələflərimizdən daha gec bir çağda yaşasaq da, günlərimiz onların günlərindən daha yaxına düşsə də, yazmaq istədiyimiz şeylərdə və məqsədlərimizdə onlardan geri qalmayacağımıza ümid edirik. Əgər onlar sələf olmaq şansına sahib idilərsə, bizim də onlar tərəfindən döşənən yolda irəliləmə üstünlüyümüz var. Beləcə, biz onların bilgilərinə çatmış, düşüncələrinə qovuşmuş oluruq. Xələflərdən kitablarını daha gözəl yazmalarını və daha incə işləmələrini gözləmək olar, çünki onlar daha çox təcrübəyə, daha yaxşı araşdırmaya, yanlışlardan daha çox qaçma imkanına sahibdirlər. Ancaq bu cür elmlər inkişaf etmiş, sərhədsiz olmuşdurlar. Sonrakı əvvəlkinin tapmadığını tapar. Bu inkişaf sərhədsiz olaraq davam edər. Allah “hər biləndən daha üstün bir bilən vardır” deyir. Əvvəlkilərə aid olan kitabları böyük görmək, keçmişi şişirtmək və sonrakına xor baxmaq insanların yaradılışında olsa da, hər zaman sonrakı nəslin kitabları daha çox faydalı və daha çox xeyirlidir.” Bu əsrin ikinci yarısında həqiqi mənada ilk böyük elmlər tarixinə və tibb tarixinə şahid oluruq. Birincisi İbn Nədimin “Əl-Fihrist” adlı kitabıdır. İslam elm 128
dünyasında inkişaf edən çağ bu alim kitabçını o dövrə qədər Yunanıstandan Çinə qədər bilinən mədəniyyət dünyalarının əsərlərini ehtiva etmə işinə yönəltmişdi. Onun istifadə etdiyi məlumatları bu qədər geniş bir sahədə ələ almaq gücü və yad mədəniyyətləri obyektiv tanıtma cəhdi ancaq İslam dünyasında elmlərin bu qədər qısa bir zamanda çatdığı ümumi səviyyəyə baxaraq anlaşıla bilər. Digər kitab isə İslam dünyasının qərbindəki İspaniyada, hicri 277/miladi 987-ci ildə İbn Culcul tərəfindən yazılan bir tibb tarixi idi. Sadəcə İslami dönəmlə bitməyən bu kitab, daha əvvəlki əsrin sonunda İshaq b. Huneyn tərəfindən yazılmış olan kitaba nisbətlə çox böyük bir inkişafı qarşımıza qoyur. Haqqında danışdığımız mövzunun 50 il içərisindəki inkişafının ən parlaq nümunələri İslam mədəniyyət dünyasının ən böyük simalarından biri Əl-Biruninin iki kitabında qarşımıza çıxır. Onun 28 yaşında yazdığı “Keçmiş Çağlardan Qalan İzlər” adlı kitab keçmiş mədəniyyət dünyalarıyla İslam aləmindəki vacib mədəniyyət və elmi nümunələri ehtiva edir. Onun bu kitabında özündən 11 il kiçik olan 17 yaşındakı İbn Sina ilə işığın sürəti və dünyanın necə qızdığına aid etdiyi yazışmalar da var, hansı ki, bunlar dönəmin yüksək elmi səviyyəsini əks etdirir. Əl-Biruninin digər kitabı Hind mədəniyyətini, Hindistandakı elmləri və dinləri uzun illər orada yaşayaraq etdiyi tədqiqatlar və müşahidələrə əsaslanaraq qazandığı nəticələri ehtiva edir. “Bu kitab mübahisə üçün yox, sadəcə həqiqətlərin qeyd edilməsi üçündür. Mən burada hindlilərin nəzəriyyələrini olduğu kimi ötürəcəyəm və bunlarla 129
əlaqəli yunanların bənzər nəzəriyyələrini aralarındakı yaxınlığı göstərmək üçün xatırladacağam” deyirdi. Kitab nümunə alınacaq bir həqiqət sevgisi, tənqidi düşüncə, kəskin müşahidələr və dünya mədəniyyətlərinə qatdığı heyranverici açıqlıq və obyektivliklə insanlığın mədəni dünyasında isitisna bir yerə layiqdir. Elmlər tarixçisi George Sarton Əl-Birunini “İslamın, ümumilikdə bütün zamanların ən böyük alimlərindən biridir” deyə tanıdırdı. Elm tarixçiliyində yazılmış olan digər əsərləri qeyd etməkdən imtina edərək bu sahədə gəlib çatmış bəzi əsərləri misallarla göstərmək istəyirəm. Miladi 11-ci əsrdə Əl-Hatib Əl-Bağdadi 14 cildlik “Bağdad Tarixi”ndə Bağdadda yaşayan və Bağdada çatan elm adamlarını, miladi 12-ci əsrdə suriyalı İbn Əsakir 19 cildlik həcmli “Şam Tarixi”ndə Şam alimlərini, 13-cü əsrdə isə İbn Əl-Ədim 30 cildlik “Hələb Tarixi”ndə Hələb alimlərini tanıtmağa çalışırdı. Hətta bir neçə kiçik şəhərin alimlərinin tarixçəsi belə bizə qədər gəlib çatırsa, bu ədəbiyyatın nə qədər inkişaf edib yayıldığını asanlıqla anlamaq olar. Bu inkişafı bildiyim digər misallarla göstərməyə davam etməkdən çəkinərək elmlər tarixinin qəribə bir həlqəsi olan İbn Əbi Usaybiənin tibb tarixini xatırlamaqla kifayətlənəcəyəm. Bu təbibin yüksək tarix görüşünü 1949cu ildə alman tibb tarixçisi Edith Heischkel xanım belə ifadə edirdi: “İbn Əbi Usaybiə (öl. miladi 1270) özünü antik və ibrani dünyası əfsanələrinin təktərəfliliyindən qurtarmışdır. O, tibbin doğuşuyla bağlı hər millətin özünəxas bir tarixi olduğunu bildirir. Yenə ona görə, hər millət özünəxas tibbə sahibdir. Beləcə 130
bir tibb əsrlər içərisində digərinin yerini alır. İbn Əbi Usaybiə bir millətin tibbi haqqında “Bu ən qədim tibbdir” deyilməsinə şübhəylə yanaşır. Bu ərəb təbib ana vətəni Misirdə, Qərb və Şərqin fərqli millətlərinin mədəniyyətlərinin bir qabda əridiyi yerdə heç bir həkimin sahib olmadığı dünya miqyasında tarixi bir baxış bucağı əldə etmişdir. İlk dəfə İbn Əbi Usaybiə tibbin keçmişini ümumbəşəri tarix baxış bucağıyla ələ almışdır. Bu, bu bilgiyə çatmaq üçün Avropalı tibb tarixçilərinin təqib etməli olduqları uzun bir yoldur... Bu ərəb həkimin ümumbəşəri baxış bucağına Avropanın tibb tarixçiləri ilk dəfə Qədim dövrün və İncilin hökmranlığını aşdıqdan sonra çatmışdırlar.” Sadəcə elmlər tarixçiliyinə aid olmayan çox yüksək səviyyədə olan elmlər İslam mədəniyyət dünyasında Avropaya miladi 10-cu əsrdən etibarən 5 əsrlik bir müddətlə çatmış oldular. Avropalılar mütəvazi addımlarla 16-cı əsrdə yaradıcı olmağa başlamış, bu əsrdə müsəlmanlarda isə elmlərin daha çox geopolitik səbəblərdən dolayı yavaşlama və dayanması başlamışdı. İslam dünyasından elmlərin bəzi sahələrinin alınma prosesinin hələ 18-ci əsrə qədər davam etmiş olmasına baxmayaraq, avropalılar özlərini 17-ci əsrdə üstün bir vəziyyətdə görməyə və müsəlmanlar da bunu yavaş-yavaş qəbul etməyə başlamışdılar. Avropada bəzi tarix kitablarında İslam alimlərinin adlarının 15-ci əsrdən bəri, daha əvvəllər hədsiz dərəcədə vurğulanmasına, İbn Sinanın və Razinin kitablarının universitetlərdə 17-ci əsrə qədər oxudulmasına baxmayaraq, Avropadakı elmi inkişafın hardan gəldiyi 131
həqiqəti unudulmuşdu. Bunu artıq müsəlmanlar da bilmirdilər. 18-ci əsrdə ortaya atılmış və heç bir tarixi reallığı əks etdirməyən “Renessans” anlayışının Avropadakı elmi inkişafın birbaşa Qədim Yunanıstan çağına bağlanmasıyla, müsəlmanların 800 il davam edən yaradıcı yerləri unudulmağa məhkum olunmuşdu. Avropada 18-ci əsrdən etibarən İslam elmlərinin modern tədqiqatları başlandı. “Orientalistlər” adlanan bu araşdırmaçıların böyük hissəsi humanist bir anlayışla İslam elmlərini tanımaq və tanıtdırmaq yolunda nüanslarına girə bilməyəcəyim çox böyük işlərə nail oldular. İşin qəribə tərəfi isə budur ki, türklər Avropa ilə olan bütün təmaslarında, səfarətləriylə orientalistlərin bu araşdırmalarına, minlərlə tədqiqatlarına, nəşr etdikləri mətnlərə, qaynaqlara, yazdıqları Ərəb ədəbiyyatı tarixlərinə, çıxardıqları ensiklopediyalara və kolleksiyalara yad qaldılar. Sadəcə misirlilərin orientalistlərə olan maraqları daha erkən, 20-ci əsrin ilk rübündə başladı, lakin onlar şərqşünasların humanist cəhdlərindən əlavə teoloji sahədə çalışan bəzi araşdırmaçıların, müsəlman oxuyucunun qəbul edə bilməyəcəyi fikirləri ilə tanış oldular. Beləcə “orientalist” və ya şərqşünas adı altında tanınmağa başlayan bu insanlar, sanki missioner mənasına gələn və İslam dünyasında şübhələnən bir tipə çevrildilər. 21-ci əsrin əvvəlində İslam dünyasının, xüsusilə Türkiyənin müsəlmanların elmlər tarixindəki 800 illik yaradıcı yerini göstərmə müddətinə, həvəskar şəkildə deyil, çox ciddi və geniş miqyasda qatılması və bunun üçün mühüm bütün şərait və imkanın yaradılması lazımdır. 132
İSLAM, ELM VƏ TEXNOLOGİYA TARİXİNƏ BAXIŞ Elm və texnologiyanın 20-ci əsrin əvvəlindən sürətlənən və sürətini də getdikcə artıran inkişafı minlərlə ili arxada qoyan bir keçmişin mərhələlərini doğru bir şəkildə tanıda bilmədi. Bəzi sahələrdə irəliyə addımlar atılsa da, bundan xəbərsiz və ya bunu inkar edərək arxaya atılmış addımlar, ötən bir və ya 2 əsrdir ki, qəbul edilən inadkar və mühafizəkar mövqeyi dəyişdirə bilmədi. Bu dilə gətirdiyim mövqe, xüsusilə müsəlmanların elmlər tarixinə verdiyi töhfələri tanımamaq və qəbul etməməkdə mühafizəkarlıq və inadkarlığını davam etdirir. Böyük ehtimalla, 19-cu əsrdə kim tərəfindən ortaya atıldığı bilinməyən “Renessans” adlı həqiqəti əsla yansıtmayan bir elmlər tarixi görüşü Avropada yayılmağa başladı. Bu görüşə görə, İspaniya xarici Qərb dünyasında 13-cü əsrdən bəri elmlərdə görülməyə başlayan inkişaf birbaşa Yunan qaynaqlarının tanın133
ması və təsir etməsi olaraq dəyərləndirilir və tanıtdırılırdı. Beləcə İslam mədəniyyət dünyasında başlayan, müəyyən bir inkişaf müddətindən sonra 800 il yaradıcı qalan bir mərhələnin varlığı görməzdən gəlinirdi. Beşik çağında olan elmlər tarixçiliyinin bu anlayışı bir müddət üçün bağışlansa da, 17-ci əsrin ortalarından etibarən ərəb, fars və türk dilində olan kitabların avropalı şərqşünaslar tərəfindən davam etdirilən ikinci bir tərcümə mərhələsi və bu günə qədər davam etməkdə olan araşdırma və nəşrlərindən sonra hələ də keçərliliyini itirməmişdir. Ərəblər İslamiyyətin ortaya çıxışı əsnasında, hətta bir neçə əsr əvvəlinə qədər ən bəsit hərbi silahları, günlük və şəhər həyatlarının ehtiyaclarını qarşılayacaq sadə metallurgiya bilgi və texnikasına sahib idilər. 1970-ci illərdən etibarən Ərəb yarımadasında, Ər-Riyadın 700 km cənub qərbindəki Fav şəhəri xarabalıqlarında davam etdirilən arxeoloji qazıntılar miladdan 200 il əvvəl inkişaf etmiş olan bir mədəniyyətin varlığını sübut edən bir çox mədən, toxuculuq materialı, çini, taxta, şüşə ləvazimat və kitabələri ortaya çıxartdı. Miladi 632-ci ildə Həzrəti Muhəmmədin vəfatı və bütün Ərəb yarımadasının müsəlmanların əlinə keçdiyi zaman, onlar lazımi bəsit silahlara sahib idilər. Müsəlmanlar 634-cü ildə Suriyanı Bizansın əlindən almış, 635-ci ildə Anadolunun cənub sərhədlərinə qədər gəlmiş, 637-ci ilə qədər bütün İraq bölgəsini fəth etmiş, 641-də Misiri, 642-də İranı ələ keçirməklə çox böyük bir dövlətə çevrilmişdilər. Müsəlmanların 649-cu ildə qısa müddət davam edən Kipr adası haki134
miyyətləri, 652-ci ildə Siciliya sahillərini fəth etmələri, bir neçə il sonra Krit və Rodostan başqa bir çox Egey adasına və İzmirə hücum etmələri, 674-678-ci illər arasında hər il İstanbulu mühasirəyə almaları, peyğəmbərin vəfatından sonra keçən 40 il ərzində nə qədər böyük bir hərbi, siyasi, dövlət və dövrün dəniz gücünə çevrildiklərini göstərir. Onlar bu qısa zaman ərzində sadəcə ümumbəşəri siyasi bir dövlət, hərbi sənaye gücü olmaqla qalmayıb, çağdaş dünyanın bilgilərinə çatmaq yolunda çox yüksək bir sürətlə irəlilədilər. Hələ Xəlifə Ömər zamanında, yəni 634-644-cü illər arasında, İslam öncəsi dövrdə dağınıq bir şəkildə olan ərəb şeirinin divanlarda toplanmasına, həmçinin İslamın birinci əsrində ərəb dilinin ilk qrammatik qaydalarının yaradılmasına başlanmış, digər tərəfdən kimyaya aid bir neçə kitabça yunan dilindən ərəb dilinə tərcümə edilmişdi. İslamın ilk əsrinin ikinci yarısından etibarən yunan, süryani və pəhləvi dillərindən elmlərin bir çox sahəsindəki kitabların ərəb dilinə tərcümə edilməsi işinə başlanmışdı. Təbii olaraq bu tərcümələri edənlər İslamın hakimiyyəti altına girən yad mədəniyyət mərkəzlərinin müsəlmanlığı qəbul etmiş və ya etməmiş olan təmsilçiləri idi. Beləcə, elmlər tarixinin qısa bir zaman sonra alma və özümsəmədən yaradıcılığa keçərək uzun müddətli bir mərhələsinin təməl daşları atılmağa başlanmışdı. Hələ İslamın birinci əsri sona çatmadan müsəlmanlar sadəcə tərcümə işiylə yetinməyərək, bir çox sahədə kitablar yazmağa başladılar. İlk Quran təfsirləri, hüquq, hədis və tarix kitabları bu dövrdə yazıl135
mışdı. Hətta kimyaya aid bəzi kitablar belə bu dövrdə ortaya çıxmışdı. Təbii olaraq bu kitablar kimya sahəsinə bir yenilik gətirə bilməzdi. Bu yöndə bizə gəlib çatan olan bəzi kitabçaların müəllifi Şamda yaşayan Əməvi şahzadəsi Həlid b. Yeziddir. Bu Əməvi şahzadəsi bilgisini Stefanus və Mariyanus adlı iki xristian müəllimdən aldığını minnətdarlıqla ifadə edir (bax. GAS IV, 122). 1932-ci ildən etibarən bəzi şərqşünasların tanıtdırmaq istədikləri Qəsr Amra adındakı bir göy qübbəsi digər mədəniyyətlərin mirasını bu erkən dövrdə İslam dünyasına daşıya bilmənin bizə qədər çatmış ən maraqlı nümunələrindən biridir (bax. şəkil 22). Hicrətin 85-ci ilində Əmmanın cənubunda inşa edilən bu saray hamamının tavanına çəkilən rəsm, 400 ulduzun, ulduz topalarının, göy ekvatorunun və koordinatlarının tablosunu, daha doğrusu xəritəsini verir. Bu göy xəritəsinə bir Əməvi xəlifəsinin maraq göstərməsi və onu anlamasını, müsəlmanların yad bilgiləri tanımaq üçün göstərdikləri böyük əzmkarlıq, qeyd edilməli olan vacib nöqtələrdən biridir. Bildiyim başqa nümunəni dilə gətirməkdən imtina edərək, onların İslamın ikinci əsrində qət etdikləri böyük məsafəyə diqqət çəkmək istəyirəm. Onlar bu əsrdə yad elmləri alma işinə böyük bir sürətlə davam edərək, bəzi sahələrdə özümsəmə dövrünə girmişdilər. Hətta ikinci əsrin ikinci yarısında bəzi sahələrdə yaradıcılıq dövrünə belə girilmişdi. Elmlərin İslam mədəniyyət dünyasında sürətlə qət etdikləri böyük məsafəni iki sahədən verəcəyim nümunəylə göstərmək istəyirəm. Bunlardan biri qrammatika sahəsidir. Qaynaqlardan bizə çatan bilgiyə görə 136
İslamda ilk qrammatika məfhumu hicrətin birinci əsrinin ortalarında yaranmağa başladı. Bəsrəli Əbul-Əsvəd Əd-Duəli sadəcə fail və məfulun, bugünkü türkçə ilə desək “mübtəda” və “tamamlıq”ın dildəki funksiyasını incələyən 4 vərəqlik bir kitabça yazmışdı. Ərəb qrammatikasının banisi sayılan bu insanın tələbələrinin adları, onların da tələbələrinin adları və töhfələri də müəyyən qədər bizə məlumdur. Qrammatika yolunda bir əsrdə qət edilən yol və çatılan nəticə əslən fars olan Sibəveyhin bizə qədər gəlib çatmış qrammatika kitabında mükəmməl şəkildə öz əksini tapır. Onun “Əl-Kitab” adlı çox həcmli abidəvi əsərinin bənzərinə hansı dillərdə rast gəlmək olar, bilmirəm. Ərəb dilinin qrammatikası Sibəveyhin kitabıyla sonlanmayıb, öz inkişafını hələ bir neçə əsr davam etdirdi. Onlar Avropada bəzi dillərin ancaq 19-cu əsrdə tanıyacağı tərz qrammatikanı 11-ci əsrdə ortaya qoydular. İndi isə qrammatika mövzusundan kimya sahəsinə keçib, Qeber adı ilə 12 və 13-cü əsrdə latınca olaraq Avropada yayılan, 17 və 18-ci əsrə qədər kimya elminə dərindən təsir edən bir çox kitabın yazarından bəhs edəcəyəm. 18 və 19-cu əsrdən etibarən elmlər tarixində “Qeber” adı altında bir “Cabir”, hətta bir “Cabir ibn Hayyan”ın gizləndiyi təxmin edilir. Amma nə zaman yaşadığı və elmlər tarixindəki dəyəri haqda çox az şey bilinirdi. 20-ci əsrin əvvəllərində başlayan araşdırmalarla Eric Holmyard adlı bir kimya tarixçisi Cabir ibn Hayyanın miladi 8-ci əsrdə yaşadığını, kimyanı təcrübəvi bir elm qolu olaraq yaratdığını, yeni çağda kimyanın baniləri sayılan Boyle ve Lavoisier qədər vacib biri olduğu tezisini müdafiə etdi 137
(bax. GAS IV, 137). Paul Kraus adlı bir alim isə 19421943-cü illərdə Cabirdən bizə çatan əsərlərin önəmli bir hissəsinin araşdırılmasını ehtiva edən iki cildlik çox maraqlı bir kitab nəşr etdi (bax, GAS IV, 352). Bu araşdırmada Cabir qarşımıza elmlər tarixinin tanıdığı ən orijinal şəxsiyyətlərdən biri, böyük bir təbiət alimi, bir filosof və Krausun sözlərinə görə sadəcə kimyada deyil, elmlərin bir çox yönündə yaşadığı çağı modern çağa bağlayan bir elm adamı olaraq qarşımıza çıxır. Kraus Cabirin yazdığı və dərin bir araşdırmaya aldığı kitablarının hamısında hakim olan eyni böyük şəxsiyyəti, diqqətdən qaçması mümkün olmayan olan bütünlüyü, ahəngi görmüş və bu nəticəyə gəlmişdi: “Bu əsərlərdə elə bir bütünlük var ki, əgər onlardan biri Cabirin yaşadığı çağ haqqında bir şübhə yaratsa, bu, bütün külliyatın doğruluğunu şübhəyə salar.” O, buradan yola çıxaraq onun adını daşıyan kitabların miladi 850-950-ci illər arasında yaşamış bir İsmailiyyə məzhəbinə mənsub məktəb tərəfindən yazıldıqlarını iddia edir. Mən, 1961-1965-ci illər arasında Cabir problemi ilə məşğul oldum. Frankfurt Universiteti Təbiət Elmləri Fakultəsinə təqdim etdiyim ikinci doktorantura müdafiəmdə Cabirin əsərləri haqda olan araşdırmalardan bu qənaətə gəldim ki, bu kitablar İslam dünyasında ancaq hicrətin ikinci yarısında yazıla bilərdi, bunun əleyhinə irəli sürülən dəlillər əsassızdır, bir məktəbin mənsubları tərəfindən yazıldığı fərz edilən kitablar, Cabirin kitablarında olduğu qədər çox yüksək səviyyədə bir bütünlük təşkil edə bilməz. Digər tərəfdən Krausun iddia etdiyi kimi bir İsmailiyyə məktəbinin var olduğuna dair heç bir tarixi iz yoxdur. 138
Krausun da göstərdiyi kimi Cabir kimya elmi ilə başlayıb, zamanla bütün təbiət elmlərinə və fəlsəfəyə uzanaraq qarşımıza insanlığın tanıdığı ən böyük təbiət filosoflarından biri olaraq çıxır. Onun maraqlı fikirlərindən sadəcə bir neçəsini sizə çatdırmaq istəyirəm. Onun kitablarında bütün təbiət elmlərinin incəlikləri böyük bir sistem olaraq yerlərini alır və ancaq bu bütünlükdən baxıldıqda mənalarını və yerlərini tapırlar. Fəlsəfi düşüncələr zənciri daima yazarın hərəkət nöqtəsini təşkil edir və onun gücünü göstərir. Cabir mütəmadi olaraq təkrarlayır ki, texnologiya, praktik bilgi və lazımi nəzəriyyəyə yer vermədikcə heç bir nəticəyə çatdıra bilməz. (GAS IV, 137). Təcrübəyə verilən yüksək dəyərdən başqa, Cabirin bizə tanıtdığı kimya elmində müddətlərin, cihazların, maddələrin metodik təsniflərinin, istifadə olunacaq lazımi nəzəriyyələrin mükəmməl izahları da onun kimyasının əsas xüsusiyyətləri arasında yer alır. Cabir, Kimya elmində xüsusiyyətlər və ya səbəblər bilgisi ilə bağlı bir qavrama üz tutaraq bunu “İlm Əl-Həvass” adlandırır. Bu mənada mineralların, bitkilərin və heyvanların kimya baxımından xüsusiyyətlərini və bu xüsusiyyətlərin önəmini araşdıraraq, bunların texniki və tibb sahəsindəki xüsusiyyətlərini tənqid edir. O, xüsusiyyətləri ələ alınacaq maddələri təsadüfi bir şəkildə təsnifləndirmə və qruplaşdırmaqla kifayətlənmir. Təsnifləndirilən maddələr nə qədər heyrətverici mükəmməllikdə görünsələr də, onlara rasional bir izah verilməlidir, əks halda onlar riyazi elmin mövzusu ola bilməzlər deyir. Bütün bu maddələrin aslı olduğu səbəbləri təsbit etmək lazımdır deyir. 139
Cabir xüsusiyyət səbəblərinin ola bilməyəcəyini müdafiə edən sadəcə teoloqları deyil, həmçinin filosofları, hətta Aristoteli də tənqid edir (bax. GAS IV, 140). “Təbiət elmini qəti bir təməl üzərinə oturtmağın mümkün olduğuna inandıran Cabir, bəşərin təbiətin ən son sirr pərdələrini yırtmağa qadir olduğuna inanacaq qədər qorxusuz idi. O, insan ağlına heç bir sərhəd tanımırdı.” (bax. eyni əsər s. 141). Sadəcə kimya alimi deyil, təbiət filosofu olaraq Cabirin qəribə düşüncələrindən biri də kimya aliminin kainatın yaradıcısını təqlid edə biləcəyinə inanmasıdır. O “tavlid” deyə adlandırdığı bu təsəvvürdə kimya aliminin süni olaraq minerallar, bitkilər və heyvanlar, həmçinin insan, hətta təbiətdə mövcud olmayan varlıqlar yarada biləcəyinə inanırdı. Beləliklə o, bugünkü genetikanın atası olaraq da qarşımıza çıxır. İnsan bənzəri robotlar düzəltmək düşüncəsi ondan sonra Orta Əsrləri və “Renessans” deyilən dövrü çox maraqlandırmışdı (bax. Eyn əsər s. 141-142). Cabirin maddə aləmində riyazi nizama, maddələrin bir-birlərinə olan rəqəmsal ölçülü əsasa söykənən xüsusiyyət dəyişikliklərinə olan inancı onun kimyasının təməllərindən birini təşkil edir. O, bu təməli tarazılıq ölçüləri bilgisi, “İlm Əl-Mizan” adlandırırdı. Məsələn, dəmir oksidin təsiriylə sirkə turş dadını itirirsə, bu sirkənin sayılarla ifadə ediləcək bir tərkibə sahib olduğunu göstərir. Bu məsələdə sirkənin dəyişməsi təsadüfi deyil, birbaşa onun xüsusiyyətlərinə bağlıdır. Beləcə, maddələrin bir-birilərinə təsirlərinin ölçü əsasına dayanmış olması bütün kainatdakı varlıqların riyazi bir qanuna tabe olması prinsipini yaradır. (bax. eyni əsər s. 145-146). 140
Elmlər tarixinə Cabirlə gələn, ya da Cabirdə elmi və bariz ifadəsini tapan məlumatların ancaq bir neçəsini çox qısa bir şəkildə qeyd etməklə sizlərdə az da olsa bir təəssürat yaratmağa çalışdım. Daha geniş bir təqdimat, bu konfransın dar zaman çərçivəsi içərisində mümkün deyil. Amma bəzilərinizin, bəlkə də çoxunuzun zehnində “Bu qədər erkən bir dövrdə, bu qədər yeni və maraqlı fikirlərlə bir insanın ortaya çıxmasını qəbul etmək mümkündürmü?” kimi haqlı bir sual yarana bilər. Mənə 50 ildən bəri getdikcə inandırıcı gəlməyə başlayan cavabı ən qısa şəkildə bu cür ifadə edəcəyəm. İslamın Hindistandan Pireney dağlarına qədər uzanan sərhədləri daxilində yaşayan mədəniyyət mərkəzlərindəki elmi məlumatlar, yavaş da olsa yunanlardan sonra öncə inkişaf edən Suriyada, daha sonra isə İraqda yeni bir qığılcım mərkəzi tapmışdı. Bu yeni din böyük coğrafi sahənin elm daşıyıcılarına bir-birindən öyrənmək, bir-birilərinə təsir etmək üçün çox əlverişli şərait yaratmışdı. Bəşərin bir neçə min ildir ki, inkişaf etdirdiyi elmlərdə yeni bir mərhələnin başlaması üçün uyğun bir mühit yaranmışdı. Bu şərtlər daxilində çox yüksək bacarıqlı bir insan, dövrünə görə mümkün olan yeni sintezləri və nəzəriyyələri əldə edə bilirdi. Bu insan Cabir ibn Hayyan idi (bax. şəkil 53). Yad mədəniyyət mərkəzlərindən alınan elmlərin sərhədləri genişləyir və formalaşma sürəti artırdı. Müsəlmanlar, xristian, yəhudi və sabii vətəndaşlarının töhfələriylə 9-cu əsrin ortalarında, çağdaş elmlərin hər sahəsində əsrlərlə davam edən yaradıcı bir mərhələyə keçdilər. Bu sürətin getdikcə artması və daha çox insan qrupları tərəfindən üzərinə götürülməsinin başqa 141
böyük bir səbəbi var idi, o da İslamın elmi çox yüksək bir dəyər kimi tanımış olması idi, bunu çox qısa və təsirli şəkildə Franz Rosenthalın (1965) belə ifadə edir: “Əgər İslam dini lap əvvəldən etibarən elmin rolunu dinin və beləcə bütün bir insan həyatının əsl itələyici gücü olaraq irəli sürməsəydi, bəlkə də ehtivası sürətlə genişləyən tərcümə fəaliyyətlərini əsaslandırmaq üçün müsəlmanlara tibb, kimya və müsbət elmlərlərlə tanış olmağı cazibədar göstərən nə praktik praqmatizm, nə də fəlsəfi-teoloji problemlərlə məşğul olmalarına səbəb olan nəzəri praqmatizm kafi gələ bilərdi. Elm bu qədər mərkəzi mövqeyə yerləşdirilməsə, hətta bu qədər dini bir hörmət görmüş olmasaydı, böyük ehtimalla tərcümə fəaliyyətləri, olduğundan daha az maraqlı və daha çox yaşamaq üçün lazım olan şeylərə əhəmiyyət verib, həqiqətdə var olduğundan daha fərqli bir şəkildə sərhədlənmiş olacaqdı.” Köhnə mədəniyyət dünyalarından alınan elmi sahələrin demək olar ki hamısında miladi 9-cu əsrin ortalarında yaradıcılıq mərhələsinə çatılmışdı. Miladi 8-ci əsrdə reallaşan alma və özümsəmə mərhələsini miladi 9-cu əsrin yaradıcılığına bağlayan müddəti qeyd etmədən keçmək istəmirəm. Yunan dilindəki bir çox əsər miladi 8-ci əsrdə ya birbaşa, ya da süryanilər vasitəsiylə ərəb dilinə tərcümə edilmişdi. Bağdad elm dünyasında bu ilk tərcümələrin bir çoxu yetərli görülmədiyi üçün ikinci dəfə tərcümə edildi. Bu iki mərhələnin tərcümələrinin bir-biriylə müqayisə olunması, tərcümə işinin İslam dünyasında 50-70 il arasında necə yüksək bir səviyyəyə çatdığını və elmi terminologiyanın necə sürətlə inkişaf etdiyini ortaya qoyur. O 142
tərcümələr orijinallarıyla müqayisə edildikdə insanda bir heyranlıq və tərcümələrin yüksək filoloji səviyyələrinə qarşı dərin bir hörmət hissi doğurur. Bu görüşün yaratdığı fürsətlə sizə humanist və yorulmaq bilməyən şərqşünas sələflərimin araşdırmalarına əsaslanaraq və qismən də 60 ili keçən fərdi araşdırmamla az da olsa tanıdığım İslam dünyasının elmlər tarixindəki böyük yerini çox dar bir zaman ərzində həqiqətə yaxın bir şəkildə sizlərə çatdıracağıma əmin deyiləm. Əvvəlcə mövzuyla bağlı ümumi bir təsəvvür yaratmaq məqsədiylə bir neçə nümunə verəcəyəm. Müsəlmanlar sələflərindən, yəni hər şeydən əvvəl yunanlardan, müəyyən qədər gec dövr babillilərdən, Sasani farslarından və hindlilərdən aldıqları elmləri inkişaf etdirdilər, yeni elmlər ortaya qoydular və avropalı xələfləri tərəfindən inkişaf etdirilib ortaya qoyulacaq bəzi elmlərin yollarını döşəyərək ilk rəhbərliyi etdilər. Sistemli olaraq təqdim edə bilməyəcəyim bəzi nümunələrə gəldikdə isə, elmi araşdırmalarda nəzəriyyə və təcrübənin daha əvvəl Cabir ibn Hayyanda gördüyümüz tarazlıq prinsipi miladi 9-cu əsrdən etibarən ənənəvi bir prinsipə çevrilmişdi. Bu yük daşıyan heyvanın heybəsindəki yükün hər iki tərəfdəki ağırlığına bənzədilirdi. Miladi 10-cu əsrin əvvələrində Fərabi tərəfindən nəzəriyyə və təcrübənin birlikdə addımlamalı olduğuna dair yeni bir mühim fikir irəli sürülmüşdü. Bu, təxəyyül, xəyalda canlandırma idi. Kəşflər əvvəl təxəyyüldə meydana gəlir, sonra nəzəriyyəyə keçir, daha sonra təcrübədən keçir. Özünü İslam Elmləri araşdırmalarına həsr etmiş alman şərqşünası Eil143
hard Wiedemann 1917-ci ildə edilən araşdırmaların təməlinin təcrübə olduğu fikrini ilk dəfə ortaya atan insanın Qərbdə 13-cü əsrdə yaşayan Roger Bacon və ya 16-cı əsrdə yaşayan Verulamlı Bacon olmadığını dilə gətirmişdi. Bağdada ilk xəstəxana bilgisi İranın cənub qərbindəki Cundişapur şəhərindən gəlib çatmışdı. İslam dünyasında sürətli bir şəkildə yayılan xəstəxanalarda xəstənin yataqbaşı müşahidəsi tibbin yunanlardan sonrakı böyük inkişafına töhfə verdi. Bu inkişafdan sadəcə iki nümunə verəcəyəm. Şam şəhərinin Nurəddin xəstəxanasıyla Qahirənin çox inkişaf etmiş Kalavun xəstəxanasında baş həkim olan İbn Ən-Nəfs, miladi 13-cü əsrdə kiçik qan dövranını tapmışdı. 16-cı əsrdə Avropaya çatan bu kəşf, 1924-cü ilə qədər haqsız olaraq ispan Michael Servetusun adını daşıyırdı. İkinci misal olaraq miladi 14-cü əsrdə 3 müsəlman təbibin Qərbi Aralıq dənizi bölgələrində ortaya çıxan vəba epidemiyasının səbəbini, insanların bir-birinə toxunması və ya orada toxunulan hər hansı bir maddə vasitəsiylə keçdiyini təcrübələrlə tapdıqlarını xatırlayıram. Avropalılar bu nəticəyə bir neçə əsr sonra çatmışdı. Astronomiya sahəsindən bir neçə nümunə vermək istəyirəm. Müsəlmanlar miladi 8-ci əsrin əvvəllərində dünyanın dairəvi olduğu həqiqətini yunanlardan öyrənib tərəddütsüz bir şəkildə mənimsəmişdilər. Müsəlmanlar miladi 8-ci əsrin sonlarında Ptolomeyin həcmli və çətin “Almacest” əsərini ərəb dilinə iki dəfə tərcümə edəcək qədər irəliləmişdilər. Dünyada tanınan ilk iki rəsədxananı, biri Bağdadda, biri də Şamda 144
olmaqla xəlifə Əl-Məmun tikdirmişdi. Bununla astronomiya tarixində uzunmüddətli müşahidələr çağı başlamışdı. Bəzən bu alim xəlifə müşahidələri özü idarə edirdi. Bu uzun müşahidələr çağı ilk meyvəsini 50 il sonra verdi. Yunanlar günəş və Yer orbitində biri ən yüksək (apogeon), biri də ən qısa nöqtə (perigeon) olduğunu düşünmüşdülər. Müsəlmanlar bu nöqtələrin sabit deyil, irəliyə doğru sürüşdüklərini mütəmadi olaraq müşahidə etdilər və hesabladılar. Əl-Biruni miladi 11-ci əsrin əvvəllərində bu sürüşmənin dəyərini diferensial hesabla tapmağa çalışırdı. Eyni əsrin sonunda Əndəlüsdə Əl-Zərqali bu sürüşməin 12,9 saniyə olduğunu hesabladı. Modern astronomiyada bu hesab 11,46 saniyədir. Müsəlmanlar zamanla rəsədxanalara yerləşdirdikləri çox böyük sekstantlarla göydəki hərəkətləri dairənin saniyə bölümləriylə ölçə bilirdilər və yüksəklik ölçülərini dəqiqə ilə ölçən ilk aləti 11-ci əsrdə tapmışdılar (bax. şəkil 33). Miladi 9-cu əsrdə Yerin kainatın mərkəzində yox, hər hansı bir nöqtəsində olduğunu, fırlanmaqda olduğunu, sonsuz olan kainatın içində sonsuzluğa doğru hərəkət etdiyi fikrini irəli sürənlər də var idi. 10-cu əsrdə Yerin fırlandığını qəti olaraq qəbul edən astronomlar da var idi. İbn Əl-Heysəm və Əl-Biruni isə uzun münaqişədən sonra Yerin fırlanmadığı fikrini seçdilər. Riyaziyyat sahəsindən də bir neçə nümunə vermək istəyirəm. Müsəlmanlar İslamın başlanğıcında barmaq hesabını bilirdilər. 150 il sonra hindlilərin “Siddhanta” adlı həcmli astronomiya və riyaziyyat kitabını ərəb dilinə tərcümə edərək Yunan riyaziyyatında olmayan sıfır rəqəmini öyrəndilər. Miladi 9-cu əsrin ilk rübündə 145
cəbr tənliklərini arifmetikadan ayrı şəkidə ələ alan ilk kitabları yazdılar. Onların ilk cəbr və arifmetika kitabları 12-ci əsrdə Avropada latın dilinə tərcümə edilərək yayılmağa başladı. Miladi 870-ci illərdə Əl-Məhani adındakı bir alim geometrik bir problemi 3-cü dərəcədən bir tənliyə çevirdi, fəqət tənliyi həll edə bilmədi. 3-cü dərəcədən bir tənliyin ilk həllini bundan 50 il sonra Əbu Cəfər Əl-Hizni adındakı böyük astronom və riyaziyyatçıya tapmaq nəsib oldu. 4-cü dərəcədən bir tənliyin həllinə isə Miladi 11-ci əsrin əvvəllərindən etibarən rast gəlirik. Eyni əsrin ikinci yarısında Ömər Xəyyam adındakı astronom və riyaziyyatçı həll metodları çoxalan 3-cü dərəcədən tənliklərin sistematik bir təqdimatını reallaşdırdı. Bu sistemləşdirmə işinə 15-ci əsrdə Qiyasəddin Əl-Kaşi 4-cü dərəcədən tənliklərdə nail oldu. Miladi 9-cu əsrdə İslam dünyası inteqral riyaziyyatla işləməyə başladı. Qiyasəddin Əl-Kaşinin həndəsi olmayan həcmləri ölçmə cəhdlərinə 15-ci əsrin ilk rübündə olduqca inkişaf etmiş səviyyədə rast gəlinir. Əl-Biruni ilk diferensial hesablama işini 11-ci əsrin birinci rübündə yoxlamışdı. Müsəlmanlar hindlilərdən bir dairə oxu radiusunun nisbəti mənasında yunanlarda başlayan bəsit bir müstəvi triqonometriya bilgisini az inkişaf etmiş bir şəkildə dövr aldılar. Onu bir neçə əsr içərisində demək olar ki, son inkişaf xəttinə qədər çatdırdılar. Miladi 10-cu əsrin ikinci yarısında dairəvi triqonometriyanın ilk düsturlarını, yəni dairəvi bir üçbucağın bucaqlarından kənarlarının hesablanmasını 3 böyük alim Əbul-Vəfa, Əl-Hucəndi və Əbu Nasr b. İraq bacarmışdılar. 11-ci əsrin əvvəllərində Əl-Biruni adı keçən 3 müəlliminin nəticələrinə əsaslanaraq da146
irəvi triqonometriyanı astronomiyanın bir qolu olmaqdan çıxarıb azad bir sahə olaraq inkişaf etdirdi. Dairəvi və müstəvi triqonometriyasını 13-cü əsrdə Nəsirəddin Tusi ilk dəfə sərbəst bir sistem olaraq ortaya qoydu. Bunun haqsız olaraq alman alimi Regimontanusa aid edilməsi 1900-cu ildən bəri bizə məlumdur. 11-ci əsrdə İbn Əl-Heysəm “Kitab Əl-Mənazirin” kitabında Optikanı elmi təməllərə əsaslanan bir elm sahəsi olaraq yaratdı. Bu kitab 19-cu əsrə qədər Avropada təkmilləşdirilən optikanın əsas qaynağı idi. İbn Əl-Heysəm təcrübələrində kristaldan bir böyüdücünü ilk dəfə istifadə edən alim idi. Mənim bir neçə il əvvəl itirdiyim dostum Matthias Schramm İbn Əl-Heysəm haqqındakı çox dəyərli əsərində belə deyirdi: “İbn Əl-Heysəm təbiət elminə yeni bir baxış qazandıran və onu yunanların təbiət araşdırmalarından açıq bir şəkildə ayıran, Qaliley dövrünü aşaraq modern təcrübi fizikaya bağlayan metodu gətirən ilk insandır”. Bunu da əlavə etməliyəm ki, İbn Əl-Heysəmin nə qədər çalışsa da tapa bilmədiyi göyqurşağının modern izahını 13-cü əsrdə onun kitabına çox mükəmməl bir şərh yazan Kəmaləddin Əl-Farisi tapmışdı. Göyqurşağının işığın su damlası içində iki dəfə qırılıb, bir və ya iki dəfə əksi ilə yarandığını təcrübi olaraq sübut etmişdi (bax. şəkil 54). Onun bu təcrübəsinin nəticəsi çox qısa müddət sonra Avropaya çatmış başqa kaşiflərin adıyla dövrümüzə gəlib çıxmışdır. İndi isə digər sahələri bir kənara qoyub coğrafiyadan danışmaq istəyirəm. Son 26 ildə bu sahəni tanımağa, öyrəndiklərimi İslam elmlər tarixini ələ alan kitabımın son 6 cildində yazmağa çalışdım. Hər şeydən 147
əvvəl müsəlmanlar coğrafiya elminin 3 böyük sahəsindən biri olan “riyazi coğrafiya”nın təməl bilgilərini yunanlardan aldılar. Bu, Yer kürəsini en və uzunluq dairə dərəcələrinə görə kağıza və ya hər hansı bir vasitəyə köçürmək məqsədi güdürdü. Bu işdə ən çətin şey uzunluq dairə dərəcələrini ölçmək idi. Müsəlmanlara yunanlardan Ay tututulmalarına əsaslanan, çox xətalı nəticələr verən bir metod səbəbiylə sadəcə bir uzunluq dairə dərəcəsi çatmışdı. Onlar Ptolomeyin coğrafiya kitabını ərəb dilinə tərcümə etdikdən sonra en və uzunluq dairə dərəcələrini ölçməyə başladılar. Əl-Biruni 11-ci əsrin əvvəllərində sferik triqonometriya ölçülərinə əsaslanan bir metodla Qəznə ilə Bağdad arasındakı 60-a qədər yerin en və uzunluq dairə dərəcələrini 2 il davam edən əziyyətlə hesabladı (bax. şəkil 5). İki yer arasındakı en dairə fərqini müşahidə yoluyla və məsafələri arş-arş ölçərək sferik bir üçbucağın kənarlarını əldə edir, beləcə uzunluq dairə fərqini tapırdı (bax.şəkil 6). Onun həqiqətə çox yaxın nəticələrinin bir az daha yaxşısını modern coğrafiya 19 və 20-ci əsrlərdə görə bildi. Əl-Biruni bütün bu cəhdlərdən sonra riyazi coğrafiyanın ilk və bilinən tək əsas kitabını yazdı. Müsəlmanlar Əl-Birunidən sonra uzunluq dairə dərəcələrini ölçmək üçün daha 3 yeni üsul tapdılar. Coğrafiyanın ikinci qolu xəritəçiliyə gəldikdə isə, müsəlmanlar yunanların dünya xəritəsini 9-cu əsrin ilk rübündə tanıdılar. Bu təsəvvürə görə Hind okeanı və böyük ehtimal Atlantik okeanı qapalı göl idi. Bu təsəvvürdən və ərəb dilinə köçürülən Ptolemey xəritəsindən sonra Xəlifə Əl-Məmun 70-ə qədər alimi bir dünya xəritəsi yaratmaq və bir dünya coğrafiyası yazmaqla vəzifələndirdi. O xəritə itmişdi. 1984-cü 148
ildə İstanbul kitabxanalarında qalan tək nüsxəylə qarşılaşdım (bax. şəkil 1). Bu, böyük qismi ölçülən en və uzunluq dairə dərəcələrinə əsaslanan ilk xəritəydi. Bununla başlayan inkişaf 17-ci əsrin sonuna qədər davam etdi. İnkişafın son əsrlərində osmanlıların töhfəsi də böyük olmuşdu. Müsəlmanlar qədim dünyanı çox erkən tanımağa başladılar. Hələ miladi 7-ci əsrdə Çində, 8-ci əsrdə Madaqaskarda bir ərəb cəmiyyəti var idi. 9-cu əsrin 2-ci yarısında Mərakeş ticarətinin mərkəzi halına gələn Massa limanından çıxan və Bəsrə yaxınlarında düzəldilən taxtaları tikişli gəmilər Afrikanın cənubundan Çinin Kanton limanına mal daşıyırdılar (bax. şəkil 41). Hələ 10-cu əsrin ilk yarısında Asiyaya çatmaq üçün Pireney yarımadasından qərbə doğru səfərlər edilmişdi. Eyni məqsədlə 13-cü əsrdə Qərbi Afrika sahillərindən başqa səfərlərin edildiyini də bilirik. 1420-ci ildə Hind okeanından çıxıb Karib adalarına çatan ərəb gəmisinin gediş və qayıdış yolunu çox yaxşı bilirik (GAS XIII, s. 157; bax. rəsm 42). Onların düzəltdikləri Şərqi Braziliya xəritəsini (bax. şəkil 15 və 16) portuqallar 1511-ci ildə bir müsəlman gəmisindən ələ keçirərək bizə qədər çatdırdılar (bax. eyni əsər, cild: XIII, 147-149). Müsəlmanlar böyük bir ehtimalla 10-cu əsrdə Avstraliyanı kəşf etdilər. 12-ci və 13-cü əsrlərdə Afrikanın cənubundan Cənub Qütb torpaqlarına qədər yayılmışdılar (bax. eyni əsər, XIII, 164-165). Müsəlmanların dünya xəritəsini genişlətmə və təkmilləşdirmələrinə iki ayrı uğurun böyük təsiri var idi. Bunlardan biri miladi 9-cu əsrdən etibarən Hind okeanında yaratdıqları bu gün bildiyimiz mükəmməl kompas (bax. şəkil 48149
49) və yenə eyni okeanda uzunluq dairə dərəcələrini və məsafələri ölçməkdə təkmilləşdirdikləri metodlar idi (bax. şəkil 37-38). Onların 13-cü əsrdə düzəltdikləri bir xəritə (bax. şəkil 10) Şimali Asiyanı nə qədər erkən və nə qədər yaxşı tanıdıqlarını göstərir. Müsəlmanların xəritələri və en-uzunluq dairə dərəcə cədvəlləri 12-ci əsrdən etibarən tez-tez Avropaya çatmağa başladı. Onlar bu xəritələri ancaq köçürür və ya atelyelərdə surətlər üzərində dəyişikliklər edirdilər. Diqqətlə ölçülən en-uzunluq dairə dərəcələrinə görə xəritə düzəltmə işi Avropada 18-ci əsrdə başlandı. Bəşəri coğrafiyaya gəlincə isə, İslam mədəniyyət dünyasında bu sahədə 17-ci əsrə qədər çatılan səviyyəyə Avropada 20-ci əsrdə rast gəlmək mümkündür. Haqqında danışdığım elmlər 10-cu əsrdən etibarən İspaniya, İtaliya və Bizans kimi əsas yollarla və daha bir çox vasitəylə Avropaya çatırdı. 500 il davam edən resepsiya və assimilyasiya müddətindən sonra Avropada 16-cı əsrdə yaradıcılıq ortaya çıxmağa başladı. 17-ci əsrdə avropalılar özlərini üstün vəziyyətdə görməyə başladılar; bunu müsəlmanlar da qəbul etməyə başlamışdılar. Amma bu vəziyyətə avropalılar necə çatmışdılar? Artıq bunu nə avropalılar, nə də müsəlmanlar bilirdilər. Mühazirəmi tibb tarixçisi Heinrich Schippergesin 1961-ci ildə çox gözəl bir sözüylə bitirmək istəyirəm: “İslam elmlərinin Avropaya ötürülməsi əsrlər boyu çox güclü təsirlər yaradan, hələ də təsirlərini davam etdirən və onsuz modern dünyanın quruluşunu qavraya bilməyəcəyimiz bir fenomendir.” 150
İSLAMIN ELMLƏR TARİXİNDƏKİ YARADICI YERİNƏ BAXIŞ Məni dinləmək zəhmətinə qatlanan əziz dinləyicilər. 51 illik bir ayrılıq qədərinə boyun əydikdən sonra, sizə xitab etmənin dərin səadətini hiss edirəm. Bu dərin səadət hardan qaynaqlanır? 1-ci sinifin ikinci və ya üçüncü həftəsində bizə dünyanın dairəvi olması haqda danışan müəlliməmiz İslam alimlərinin dünyanın bir öküzün buynuzunda olduğuna inandığını deyirdi. Mən yazıq uşaq hardan biləydim ki, 30 il sonra müsəlmanların ekvatorun uzunluğunu hələ 9-cu əsrdə bir neçə üsulla 40.000 kilometr olaraq ölçdüklərini öyrənəcəyəm? Xatırladığım qədər 5-ci sinifdə tarix kitabından 18-ci əsrdə kim tərəfindən uydurulduğu bilinməyən Renessans adlı bir elm tarixi görüşünü öyrəndik. 17-ci əsrdən qısa bir müddət əvvəl elm və texnologiyada özünü göstərməyə başlayan, inkişafın Yunan elmlərinin ta151
nınmasına bağlayan bu görüş, dövrümüzə qədər Qərb dünyasında, İslam dünyasında, Türkiyədə olan bəzi oyanışlara baxmayaraq sarsılmaz hakimiyyətini davam etdirir. Bu fikrin şiddətlə hakimiyyətini davam etdirdiyi bir vaxtda, 1943-cü ildə mənə bir az ərəb dilini öyrətmiş atamın xatirəsinə olan bağlılıqdan dolayı, İstanbul Universitetinin Şərqşünaslıq İnstitutuna tələbə olaraq daxil olmuşdum. Amma mən o gün özümü İslam elmlər tarixi okeanına atdığımı, bu günə qədər də çıxa bilməyəcəyimi hardan biləydim? O institutu ən məşhur şərqşünaslardan Hellmut Ritter idarə edirdi. İlk aylar seminarında İslam atomizmindən danışdı. Əlimi qaldıraraq “Müsəlmanların dəyərli olan bir riyaziyatçısı varmı?” sualını verdim. Heyrətlə mənə baxan müəllimimin cavabı isə belə oldu: “İslam dünyası ən az yunanlarda və modern çağda Avropada tanınan önəmli adlar qədər böyük riyaziyyatçılar yetişdirmişdir.” Nümunə üçün bir neçə ad çəkdi. Bu cavab məni dəhşətə gətirmiş, yuxusuz bir gecə keçirməyimə səbəb olmuşdu. O gündən etibarən, zaman keçdikcə artan bir aydınlıqla müsəlmanların elmlər tarixinə olan töhfəsinin heç bilinmədiyi bir dünyada 17-ci əsrdən etibarən sayıları getdikcə artan bəzi avropalıların gərəkli dilləri öyrənərək ərəb, fars və türk dillərindən olan kitabların tərcümə, nəşr və araşdırılmasına başladıqlarını, bunların bir çoxunun İslam dünyasının ümumi elmlər tarixinə çox vacib bir töhfəsi olduğunu müdafiə etdiklərini öyrəndim. Çox gənc yaşda edilənləri öyrənməyə, mümkün olduğu qədər də mövcud vəziyyətə bir töhfə vermək qərarına gəldim. 152
Bu yolda faydalı olduğuna inandığım cəhdlərimin başında, olduqca erkən bir yaşda “İslam Elmləri Tarixi” adlı kitabı yazma məsuliyyətini üzərimə götürməkdə görürəm. Bu yolda öyrəndiyim və qazandığım bəzi nəticələri bu konfransın çox dar zamanı çərçivəsində sizlərə təqdim etmək istəyirəm. Hələ peyğəmbərin ölümündən 20 il sonra, bütün Ərəb yarımadasından əlavə Cənubi Anadolu sərhədlərinə qədər Bizans-Suriya torpaqları, İraq və Misir, İranın qərbi mərkəzi Mədinə olan gənc İslam dövlətinin əyalətlərinə çevrilmişdilər. Elm tarixi bucağından bu vacib idi: Bizans və Sasani hökmranlıqlarının vacib bir çox mədəniyyət mərkəzi İslam dövlətinin tərkibinə qatılmışdı. Əməvi dövlətinin hicrətin 41ci ilindən etibarən Şamda qurulmasıyla bu mədəniyyət mərkəzləri mənsublarının fəaliyyətləri üçün yeni şərtlər ortaya çıxmışdı. Şam, elmlər tarixinin başlayan yeni mərhələsi üçün bir qığılcım nöqtəsinə çevrilmişdi. Qədim mədəniyyət mərkəzlərinin mənsubları və daşıdıqları bilgilər Əməvi xəlifələrinin maraq və himayəsini görür; daşıyıcılar, istər İslamiyyəti qəbul etmiş, istər etməmiş olsun, böyük bir hörmətlə qarşılanırdılar. Kimyaya aid bəzi kitabçaların İslamın birinci əsrinin ikinci yarısında yunan dilindən ərəb dilinə tərcümə edildiyini, eyni sahədəki ilk ərəb dilində olan kitabçaların Əməvi şahzadəsi Xalid b. Yezid tərəfindən yazıldığını bilirik. Tarix və fiqhə aid ilk ərəb dilində kitabçalar bu ilk əsrdə ortaya çıxdı. Müsəlmanlar dünyanın dairəvi olduğunu İslamın ikinci əsrinin, yəni miladi 8-ci əsrin əvvəllərində yanlışlıqla Aristotelin adını daşıyan yunan dilindəki bir 153
kitabın tərcüməsindən öyəndilər və bunu tərəddütsüz qəbul etdilər. Təxminən İslamın 50 və 60-cı illərində çox bəsit qrammatika qaydalarını ələ alan ilk ərəb dilindəki kitabça yazıldı. Elmlərin İslam dünyasında necə böyük bir sürətlə irəlilədiyini bir misalla göstərmək istərdim. Ərəb dilində çox həcmli və bizi bu gün belə heyran qoyan qrammatika kitabı bu ilk cəhddən 100 il sonra ortaya çıxdı. Şübhəsiz ki, əgər digər elm sahələrindəki inkişaf bunu dəstəkləmiş olmasaydı, belə erkən bir zamanda, o qədər həcmli və sistemli bir qrammatika kitabı yazıla bilməzdi. Bəli, inkişaf çağın bütün elm sahələrində özünü göstərirdi. Miladi 8-ci əsrdəki inkişafı kimya sahəsindən nümunə qeyd etməklə göstərəcəm. Amma daha əvvəl, bu əsrdəki və gələcək əsrlərdəki sürətli inkişafın anlaşılması üçün, elmlər tarixində nəzərdən qaçan bir reallığa diqqət çəkmək istəyirəm. Elmlər yunanların Qızıl Çağından sonra tamamilə dayanmamış, geniş mənada Şərqi Aralıq dənizi hövzəsindəki mədəniyyət mərkəzlərində çətinliklə və kiçik addımlarla irəliləmişdi. Amma bu irəliləmələr cılız qalır, bir mədəniyyət mərkəzindən digərinə çata bilmirdi. Xüsusilə Bağdad Abbasi imperiyasının paytaxtı olduqdan sonra elm dünyasının mərkəzinə çevrilmiş, sayı artan elm adamlarının bir-biriylə təması artmış, digər mədəniyyət dünyalarındakı kitabların daşındığı, ərəb dilinə tərcümə edildiyi bir yerə çevrilmişdi. Miladi 8-ci əsrdəki inkişafı göstərmək üçün kimya sahəsindən Cabir bin Hayyanı nümunə çəkmək istəyirəm. 154
Cabir, İslam dünyasına qatılan mədəniyyət mərkəzlərindəki bəzi müəllim və kitablardan kimya elmini öyrəndi. Bu elmin Cabirdə çatdığı yüksək səviyyə, bizə çatan kitablarından rahatlıqla başa düşülür. O, qarşımıza riyazi və təcrübi əsaslara dayanan, sonrakı çox kiçik töhfələr bir tərəfə, kimya elmini ancaq 18 və 19-cu əsrlərdə aşılacaq bir səviyyəyə çatdırmışdı. O, zamanla kimyadan əlavə, öz sahəsini bütün təbiət və fəlsəfi elmlərlə genişləndirmiş bir təbiət filosofu olaraq qarşımıza çıxır. O, bütün kainatın riyazi ölçülər əsasına dayandığını düşünür, bunu “mizan” deyə adlandırırdı. İnsanın kainatın bütün sirr pərdələrini yırta biləcəyinə, kimyəvi yolla insan və heyvan yarada biləcəyinə inanırdı. Cabirdən daha çox bəhs etməyəcəm. Müsəlmanların həmin əsrin ortalarında hindlilərin çox həcmli “Siddhanta” adlı riyaziyyat və astronomiya kitabını ərəb dilinə tərcümə edərək Hind rəqəmlərini, həmçinin “0” rəqəmini tanıdıqlarını dilə gətirərək 9-cu əsrə, elmlər tarixində başlayan yeni bir Qızıl Çağa keçmək istəyirəm. Miladi 9-cu əsrin ilk yarısında daha öncə başlamış tərcümə hərəkatının sürətləndirilməsiylə yanaşı elmin bir çox sahəsində yaradıcılıq mərhələsinə keçilmişdi. Bu əsrin ilk rübündə elmlərin inkişafında Abbasi xəlifəsi Əl-Məmunun payı çox böyük idi. O, Bağdadda bir Elm Akademiyası qurmuş, adamlarını Bizansa göndərərək bir çox yunan dilindəki kitabı Bağdada gətirtmişdi. Astronomiya tarixinin tanıdığı ilk rəsədxananı Bağdadda, sonra isə Şamda tikdirmiş və bu rəsədxanalarda özü də astronomlarla bərabər 155
işləmişdi. Ptolemeyin ərəb dilinə çevrilmiş olan coğrafiya kitabını nəzərə alaraq 70-ə qədər alimə en və uzunluq dairə dərəcələrinə dayanan bir dünya xəritəsi hazırlamaq tapşırığı vermişdi. Həqiqətən ölçü və müşahidəyə əsaslanan bu ilk dünya xəritəsi sonrakı kartoqrafik inkişafa əsrlər boyu təsir etdi (bax. şəkil 1-2). Ekvatorun ilk elmi ölçüsü onun əmriylə aparıldı. Onların əldə etdiyi uzunluq 40 000 km-ə çox yaxın idi. Onun zamanında cəbri arifmetikadan ayıran ilk üç kitab yazıldı. Təbii olaraq bu, cəbri müsəlmanların tapdığı mənasına gəlmir. Çünki cəbr hələ bir neçə min il əvvəl babillər tərəfindən bilinirdi. Miladın 9-cu əsrin ortalarında elmlərin demək olar ki, hər sahəsində hələ 800 il davam edəcək yaradıcılıq mərhələsi başlamışdı. Bu müddətin hər yönündə yunan sələflərin birbaşa təsiri özünü göstərmirdi və bu şərt də deyildi. Bunu bir nümunəylə göstərmək istəyirəm. Məsələn, Arximed inteqral riyaziyyat həlləriylə məşğul olaraq bəzi vacib nəticələrə çatmışdı. Miladi 9-cu əsrin ikinci yarısında Tabit b. Qurra Arximedin həllərini tanımadan, inteqral həllinin tamamilə ayrı və maraqlı nümunələrini yaratmışdır. Onunla başlayan inkişaf 15-ci əsrdə Qiyasəddin Kaşinin həndəsi olmayan cisimlərin həcmlərinin ölçülməsiylə İslam mədəniyyət dünyasındakı ən yüksək nöqtəsinə çatmışdır. Yunan qaynaqlarının təsirini düşünməyə digər yaradıcı başlanğıcların nümunələri verməkdən imtina edərək, bir az da riyaziyyatda olan inkişafdan bəhs etmək istəyirəm. Digər mədəniyyət dünyalarında “cəbr”in ancaq bir və iki dərəcəlik tənlikləri bilinirdi. Miladi 9-cu əsrin ikinci yarısında Əl-Məhani adlı 156
riyaziyyatçı həndəsi bir problemi 3-cü dərəcədən bir tənliyə çevirdi, amma tənliyi həll edə bilmədi. Ondan 50 il sonra Əbu Cəfər Əl-Hazin 3-cü dərəcədən bir tənliyin ilk dəfə həllini tapdı. 9 və 10-cu əsrdə 3-cü dərəcədən tənlik həlləri o qədər çoxaldı ki, 11-ci əsrin ikinci yarısında bu tənliklərin sistematik təqdimatını Ömər Xəyyam bir yerə topladı. 4-cü dərəcədən tənliklərin sistematik təqdimatını isə 15-ci əsrdə Qiyasəddin Kaşi etdi. Bir az da triqonometriyadan bəhs etmək istəyirəm. Bir bucağın sinusu, kosinusu və ya tangensi mənasına gələn müstəvi triqonometriyası İslam dünyasında 9-cu əsrdən etibarən mütləq ifadəsini və inkişafını tapmış, miladi 11-ci əsrdə isə kürəvi triqonometriya tam formasını qazanmışdı. Həndəsəyə gəldikdə isə müsəlmanlar 8-ci əsrdə Evklid həndəsəsini ərəb dilinə tərcümə etdilər, düzəlişlər və əlavələr edərək 10-cu əsrdən etibarən Evklid xarici həndəsələrlə məşğul oldular. Riyaziyyat sahəsində sözlərimi bununla yekunlaşdırıb bir çox ədəbi və təbiət elmini bir tərəfə qoyaraq son nümunə olaraq coğrafiya sahəsinə keçmək istəyirəm. İslam elmləri tarixinə aid bu günə qədər 15 cildi çıxmış kitabımın son 6 cildini Coğrafiya təşkil edir. Bundan 25 il əvvəl bu sahənin İslam mədəniyyət dünyasındakı tarixini yazmaq üçün 2 il zamanın çatmayacağını düşünürdüm. Beləcə İslamdakı elm sahələrindən birinin ümumi elmlər tarixindəki yeri haqqında qəti bir hökm verə biləcəyimə inanıram. Bunu qısa bir şəkildə ifadə etmək istəyirəm. 9-cu əsrin əvvəlində düzəldilən Xəlifə Əl-Məmun xəritəsindən sonra, xü157
susilə 10-cu əsrdə, bilinən dünyanın vacib yerlərinin en və uzunluq dairə dərəcələrinin ölçülməsi üçün ağır bir işin altına girildi. Mühim bir şeyi qeyd etmək istərdim ki, Aralıq dənizinin uzunluğu 44 dərəcə hesablandı. Bu həqiqi ölçüsündən sadəcə 2 dərəcə fərqli idi. O vaxta qədər uzunluq dairə dərəcələrini tapmaq üçün sadəcə Ay tutulmasına əsaslanan ölçmə üsulu var idi, bu isə çox səhv nəticələr verirdi. Müsəlmanlar doğru nəticələr verən 4 yeni metod tapdılar. 11-ci əsrin əvvəlində Əl-Biruni yeni metodlardan birini təqdim etməkdən əlavə, en-uzunluq dairə dərəcəsi mövzusunu ehtiva edən riyazi coğrafiyanın ilk və əsas kitabını yazdı. İslam dünyasında hazırlanan en-uzunluq dairə cədvəllərinin çoxu İspaniya xarici Avropaya 12-ci əsrdən etibarən çatmağa başladı. Avropalılar bu cədvəllərin sürətini çıxardaraq uydurma cədvəllər düzəltdilər. Amma 18-ci əsrin əvvəlinə qədər müşahidəyə əsaslanan biliklərlə bir xəritə düzəldə bilmədilər. Müsəlmanlar xəritəçilik sahəsində Xəlifə Əl-Məmun ilə başlayıb 15-ci əsrin sonlarına qədər davam edən cəhdlərlə Asiya, Avropa və Afrikanın həqiqi ölçülərə yaxın xəritələrini düzəltməyi bacardılar. 9-cu əsrdə Mərakeşin Massa limanı ilə Çinin Kanton limanı arasında bir ticarət yolu var idi. Bunu Bəsrə yaxınlığındakı Ubulla limanında düzəldilən tikişli gəmilər Afrikanın cənubundan keçərək yaratmışdılar (bax. şəkil 41). Vasko de Qama və digər avropalılar bu cənub yolundan ərəb dilində olan xəritələri istifadə edərək Hind okeanına çatmışdılar. 10-cu əsrdə müsəlmanların Avstraliyaya çatdıqları təxmin edilir. Onlar 13-cü əsrdən əvvəl Cənub qütbü sahillərinə 158
çatır, Şimali Asiya sahillərinin kifayət qədər doğru bir xəritəsini düzəltməyi bacarırdılar (bax, şəkil 10). 15-ci əsrdə Sumatra adası ilə Şərqi Afrika arasındakı məsafəni okean uzaqlıqları ölçmə metodu ilə bugünkünə yaxın dəyərlərlə ölçə bilirdilər (bax, şəkil 39). Avropa bu uğura ancaq 20-ci əsrin ilk yarısında nail olmuşdu. Müsəlmanlar hələ 10-cu əsrin ilk yarısından etibarən dəfələrlə Pireney yarımadasından qərbə yelkən açaraq Asiyanın şərq sahillərinə çatmaq istədilər və bildiyimiz qədərilə bunu Qərbi Afrika sahillərindən də yoxladılar, amma geri qayıda bilmədilər. Digər tərəfdən ərəblərin 1420-ci ildə Hind okeanından Cənubi Afrikaya keçərək, Afrikanın şimalına, ordan da Meksika körfəzindən Karib adalarına çatdıqlarını, yenidən Hind okeanına qayıtdıqlarını bilirik (bax. şəkil 42). Portuqal kapitanın dediyinə görə 1511-ci ildə Malayziya yarımadasının ələ keçirilməsi əsnasında bir gəmidə çox dəyərli, o tərəflərdə yaxşı bilinən bir atlası ələ keçirmiş, portuqal dilinə tərcümə etdirərək kralına göndərmişdi. İslam dünyasının məhsulu olduğunu asanlıqla sübut edə biləcəyimiz bu böyük atlasın içində həm də olduqca mükəmməl bir Braziliya xəritəsi var (bax. şəkil 15 və 16). Xristofor Kolumb bir ərəb xəritəsinin Pireney yarımadasına göndərilən surətinə və bir ərəb kompasına əsaslanaraq Asiyaya çatmaq istəmişdi. Piri Rəis xəritəsinə gəldikdə isə (bax. şəkil 19), mənim inancıma görə, o, ispanların bəzi əlavələriylə əslində orijinalı ərəb dilində olan italyan dilindəki xəritənin türk dilində olan surətidir. 159
İnsan coğrafiyası və ya bəşəri coğrafiyaya gəldikdə isə, mənim qənaətimə görə coğrafiyanın bu qolu, İslamın geosiyasi şərtləri daxilində çox erkən, məskun dünyanın çox böyük bir hissəsini hökmü altına almasından dolayı, yunanların eyni mövzudakı kitabları tanınmadan hələ miladi 8-ci əsrin birinci yarısında ortaya çıxmış və sürətlə inkişaf etmişdi. Çağdaş coğrafiya tarixçisi fransız Andre Miquel 10-cu əsrdə bu sahənin İslam dünyasında Əl-Məqdisinin (hansı ki dövrümüzdə Muqaddasi deyə tanınır) kitabında çox yüksək (bəlkə də ən yüksək) səviyyəyə çatdığına inanır. Alman şərqşünas Alois Sprenger də Məqdisinin kitabının əlyazmasını ilk dəfə 19-cu əsrin ikinci yarısında Hindistanda tapıb oxuduqdan sonra, onu dünyaya ən böyük coğrafiyaçı kimi tanıdırdı. Mən bilinən nüansların genişliyi baxımından yox, bu sahənin müşahidə, ələ alma, diqqət və dəyərləndirmə baxımından Avropada ancaq 20-ci əsrin ilk yarısında anlaşıldığını düşünürəm. İndi isə bu misallardan sonra belə bir xülasə təqdim etmək istəyirəm. Müsəlmanlar digər mədəniyyət dünyalarından aldıqları elmləri təkmilləşdirərək yeni elmlər ortaya qoydular, gələcək nəsillər tərəfindən qurulacaq olan bəzi elm qollarının əsaslarını hazırladılar, 800 il davam edən yaradıcılıq dövrəsini xələfləri avropalılara çatdırdılar. Bu müddətin 17-ci əsrdən etibarən elmlər tarixini necə yeni bir dövrəyə çatdırdığını çox qısa bir şəkildə izah etməyə çalışacağam. 811-ci ildə Pireney yarımadasının alınmasıyla İslam dünyası ilə Avropanın qərbi arasındakı körpü qurulmuş oldu. İslam dünyasının mərkəzi və şərqində 160
yaradıcılıq çağına keçən elmlər çox keçmədən Pireney yarımadasına çatırdı. Bu elmlər 10-cu əsrin ikinci yarısından etibarən bəzi tərcümələr və alətlərlə Fransaya, oradan da İngiltərəyə çatmağa başladı və Orta Avropaya keçdi. Bu, getdikcə genişləyən ilk yol idi. İkinci yol isə 11-ci əsrin ikinci yarısından etibarən Cənubi İtaliya üzərindən formalaşmağa başladı. İlk ziyarətində İtaliyada tibb bilgisinin səfalətini görən Əlcəzayirli bir tacir, Afrikaya gedərək bir çox tibb kitabıyla yenidən Cənubi İtaliyaya qayıtdı. Bu insanın Əlcəzayirli bir xristian, yoxsa xristianlığı qəbul edən bir müsəlman olduğu bilinmir. O, bir rahib olaraq Constantin Africanus adıyla bir neçə il sonra tibb kitablarının latın dilinə tərcüməsinə başladı. Mətnləri kobud bir şəkildə hərfi mənada tərcümə edirdi, rahib iş yoldaşları isə düzəlişlər edərək kağıza köçürürdülər. Onlar ən az 25 kitab tərcümə etdilər. Kitablar ümumilikdə Constantin Africanusun əsərləri olaraq ortaya çıxır, bəzən də yunan təbiblərinin, məsələn Qalenin adına ətf edilirdi. Bu cənub yolu çox qısa bir zaman sonra Şimali Afrikadan, xüsusilə də Suriyadan ərəb dilində olan kitabları və İslam dünyasında sürətlə inkişaf etməkdə olan texnologiyanı, kağızı və kağız texnologiyasını Avropaya daşıdı. Ərəb dilindəki sayı-hesabı bilinməyən kitab, başqa adlar altında latın dilinə tərcümə edilərək Avropada yayıldı. 3-cü əsas yol isə İslam dünyasının şərqini, Təbriz, Ərzurum, Trabzon üzərindən Bizansın paytaxtı İstanbula, ordan da İtaliya, Şərqi və Orta Avropaya bağlayırdı. Bu yol xüsusilə 13-cü əsrdən etibarən məhsuldar olmağa başladı. Amma ərəb dilindəki kitablar hələ 161
10-cu əsrdən Bizansın mərkəzinə çatmışdılar. Təəssüf ki, bizanslılar bu kitabların daşıdığı yenilikləri lazımi qədər dəyərləndirmək əvəzinə onları qədim yunanlarla əlaqələndirir və çox vaxt ərəb dilində olan kitabları müəyyən dəyişikliklərlə qədim yunan alimlərinin adıyla ortaya çıxarırdılar. Bizanslı elm adamları elmlərin İslam dünyasındakı inkişafını xeyli gec, bəlkə də 13-cü əsrdən sonra fərq etmişdilər. İstanbulun Osmanlılar tərəfindən alınmasından sonra Avropaya köçən bizanslılar arasında, İslam elmlərini yaxşı bilən kardinal Bessarion var idi. Kardinal bu yeni bilgiləri çox qəribə bir tərzdə Avropada yayaraq yunanların qədim şöhrətini qaytarmağa çalışırdı. Məsələn, onun dostu alman alimi Johannes Regiomontanus, 15-ci əsrin ikinci yarısında güya triqonometriyanın əsas kitabını yazdı, amma onun bu ünvanı haqsız olaraq daşıdığını, həqiqi sahibinin 13-cü əsrdə yaşamış olan Nəsirəddin Tusi olduğunu riyaziyyat tarixçisi Anton Von Braunmühl 1900-cu ildə sübut etdi. Bu həqiqət Tusinin kitabının Osmanlı Xariciyyə Vəkili Rum əsilli İsgəndər Paşa Kratheodori tərəfindən fransız dilinə tərcümə edilib yayınlanmasıyla aydınlığa qovuşdu. Ərəb dilində olan kitabların latın dilinə çevrilməsi tarixinə aid bilgilərimizin olduqca irəliləmiş olmasına baxmayaraq, həqiqətin bəlkə də çox az bir hissəsini bilirik. Araşdırmalar bizi gün keçdikcə daha da təəccübləndirir. Məsələn, böyük alim İbn Əl-Heysəmin optikanın modern təməli sayılan kitabının latın dilinə tərcüməsinə əsaslanan italyan dilində olan tərcüməsi əsrlər boyu gizli qaldı. Onu 40 il əvvəl bir italyan şərqşünas tapdı. Beləcə, latın dilini bilməyən 162
Leonardo Da Vinçinin İbn Əl-Heysəmin kitabından necə faydalandığını öyrənə bildik. Elmlərin Avropaya necə çatdığını bu cür xülasə edə bilərəm. 10-cu əsrdən 13-cü əsrə qədər Avropaya daşınan elmlər alma, ressepsiya mərhələsəni keçirdi. Təxminən 16-cı əsrin ortalarına qədər bu alma işini assimilyasiya, özümsəmə mərhələsi təqib etdi. 16-cı əsrin ortalarından etibarən isə Avropada yaradıcılıq çağı asta addımlarla ortaya çıxmağa başladı. 17-ci əsrdə avropalılar özlərini elmdə üstün vəziyyətdə görməyə başladılar. Elmin hər şeydən öncə geosiyasi səbəblərlə yavaşladığı İslam mədəniyyət dünyası Avropanın elm və texnologiyadakı üstünlüyünü mübaliğəli bir şəkildə qəbul etmişdi. Məsələn, 17-ci əsrin ilk yarısında İstanbula gələn müsəlman fransız Mehmet İhlas Efendi, bir coğrafiya kitabı yazmaqda olan Katib Çələbiyə kitabını buraxıb Avropada latın dilində olan coğrafiya kitablarını türk dilinə tərcümə etməsini tövsiyyə etmiş və onunla bu işə başlamışdı. Amma o kitabların və xəritələrin orijinal nüsxələrinin İslam dünyasından Avropaya çatdığını nə Mehmet İhlasi, nə də Katib Çələbi bilirdi. Avropanın elm və texnologiyada necə üstünlük qazandığını nə onlar, nə də müsəlmanlar bilirdilər. Amma artıq avropalılarda bu günə qədər davam edən bir üstünlük, müsəlmanlarda isə bir əskiklik hissi yaranmağa başlamışdı. Çox təəssüf ki, elmlər tarixi 17-ci əsrin ortalarında, daha sonraları orientalizm, şərqşünaslıq deyə adlandırılan bir cərəyanı diqqətə almır. Bununla şərqi, əksərən də İslam dünyasını, müsəlmanların elm kitablarını ta163
nıma arzularını və işlərini qəsd edirəm. Bu insanlar nadir hallarda tərəf tutmuş olsalar da, əksər hallarda məqsədləri humanistcə olub. Onlar çox vaxt böyük bir sevgi, səbr və əzmkarlıqla özlərini İslam elmlərini tanımağa həsr ediblər. Minlərlə ərəb, fars və türk dilində olan əlyazmanı toplayıb Avropaya apardılar, kataloqlar yaradaraq onları tanıdıb bir hissəsini yayımladılar. Bir hissəsini isə bir çox dilə tərcümə edərək araşdırdılar və dəyərləri haqqında hökmlər verdilər. Və bu cərəyan bu gün də genişləməyə davam edir. Geniş miqyasda onların tədqiqatlarına əsaslanıb İslam elmlər tarixinə aid kitabımı yazanda, məndə bu təəssürat yarandı ki, şərqşünaslar çatdıqları nəticələri, öz çərçivələrindən kənara, başqa insanlara tanıtdırmaqla lazım olduğu qədər maraqlanmadılar və İslam elmlərinin, ümumi elmlər tarixindəki yerini göstərmək işində kifayət qədər təşəbbüs ortaya qoymadılar. Yanlış anlaşılmağı önləmək üçün daha ədalətli bir ifadə tərzi seçə bilərdilər. Onların bu sahədəki görüş və fikirləri ümumilikdə böyük cəmiyyətlərə çatacaq qədər nəşr olunmadı. Onların yüzlərlə jurnalda yayınlanmış olan tədqiqatlarının bir hissəsini Frankfurtdakı institumuzda 1200-ə yaxın cilddə toplayıb nəşr etdik və buna hələ də davam edirik. Digər tərəfdən kifayət qədər üstündə durulmayan bir həqiqət var. O da budur ki, modern elm tarixçiliyi hələ beşik çağında ikən, təxminən 18-ci əsrdə daha əvvəl haqqında bəhs etdiyim elmlərin modern çağdakı inkişafını birbaşa Yunan çağına bağlayan, İslam mədəniyyət dünyasındakı yaradıcı mərhələni ağla belə gətirməyən Renessans adlı qapalı bir dünya görüşü164
nün hakimiyyəti altına girdi. 1955-ci ildə fransız filosof Etienne Gilson istehzayla buna bəzi professorlar tərəfindən bir kulisdə uydurulan “Professorlar Renessansı” deyirdi. Acınacaqlı olan budur ki, bu uydurma dünyagörüşü ortaya çıxdıqdan qısa bir müddət sonra Osmanlı imperiyasına, çox keçmədən də İslam dünyasına yayıldı. Bu sadəcə azad düşüncə sahibi bir insanın qəbul edib-etməməkdə sərbəst ola biləcəyi bir elmlər tarixi görüşü deyildi. Bu, xüsusilə müsəlmanlara min ili aşan siyasi hakimiyyətləri ərzində insanlığın ortaq mirası olan elmlər tarixinə ciddi bir şey qatmadıqları pessimizmini aşılayırdı. Bu pessimizm Osmanlı türkləri arasında və Türkiyədə digər İslam ölkələrinə nisbətən daha çox yayıldı. Mən özümü bu inkarolunmaz pessimizmdən, daha doğrusu, əskiklik hissindən ancaq universitet həyatında, İslam elmlərini bir az tanımağa başladıqdan sonra yavaş-yavaş qurtara bildim. İslam elmləriylə məşğuliyyətimin, onları tanımağa çalışmağımın 68-ci ilini yaşayıram. Gün keçdikcə dünənə nisbətən nə qədər az şey bildiyimi anlayıram. “İslam Elmlər Tarixi” kitabımın 16 və 17ci cildlərinin mövzusu təbiət elmləri tarixi yox, ərəb dilindəki ədəbi elmlərdir. Bu mövzuları 25 və ya 26 il əvvəl yarımçıq qoyaraq, coğrafiya sahəsinə keçməyə qərar verdim. İndi isə düşünürəm ki, bu mövzuları o vaxtlar yaxşı başa düşə bilmək üçün nə qədər də xam imişəm! Ərəb dilində yazan müsəlmanların dilin xüsusiyyətlərini müşahidə işində necə kəskin bir diqqətlə ədəbi tənqid və nəzəriyyələr formalaşdırdıqlarını hər keçən gün daha yaxşı anlayıram. Ərəb dili nəzəriyyələrini yaxşı bilən bizim türk və fars alimlə165
rinin bunları öz dillərinə tətbiq etmədiklərinə heyfslənirəm. Bu sahədə biri stil qrammatikası, digəri də şeir üzərindəki estetik hökmlərin psixoloji izahları deyə iki sahə ortaya çıxmışdır. Bunlar mənim yox, biri alman şərqşünas Max Weisweiler, digəri isə müəllimim Hellmut Ritterindir. Mənim bu yöndəki kiçik töhfəm isə sadəcə daha geniş materiala əsaslanaraq nəticələrin tarixi inkişaflarını göstərmək olacaq. Bir daha təkrarlayıram: türklər və digər müsəlman cəmiyyətlər elmlər tarixində çox vacib yerləri olduğunu yaxın zamanlarda öyrəndilər. Bu gözlənilməyən bilgi onlara şərqşünasların uzunmüddətli araşdırmaları nəticəsində aydın oldu. Ən çox Türkiyədəki, qismən də digər İslam ölkələrindəki müsəlmanlar elmlər tarixindəki yerləriylə bağlı onlara bildirilən bilgilərə şübhəylə və inkarla yanaşırlar. Müsəlmanların inanc baxımından İslama qarşı duyduqları kompleks elmlər tarixinin bir parçası olan həqiqəti qəbul etməmələrinə gətirib çıxarır. Belə ki, onlar İslama inanmaq və ya inanmamaq kimi təbii haqları bir tərəfə, sübut edilən tarixi bir reallığı qəbul etməmək üçün fanatik şəkildə müqavimət göstərirlər. Son 10 il ərzində İslam ölkələrində, xüsusilə də Türkiyədə elmlər tarixindəki yerlərinə bir maraq yarandı və duyulan bu maraq getdikcə artır. Bir çox universitetdə İslam Elmlər Tarixi İnstitutu qurma cəhdi var. Amma bu bəzi şeylər nəzərə alınmadan edilir: bu elmləri bilib öyrədəcək müəllimlər, lazımi ixtisas kitabxanaları varmı? Və lazımi dillər öyrənilməyə başlandımı? Bu marağın yaranma və yayılmasında Frankfurtdakı Ərəb-İslam Elmlər Tarixi İnstitutunun nəşrlərinin 166
və qurduğu muzeyin əsaslı bir rolu olduğunu görəndə dərin səadət hissi duyuram. Bu yöndə Frankfurtda və İstanbulda İslam Elm və Texnologiya Tarixi Muzeylərini qurduq. Hələ ilk günlərdən muzeyin və onunla əlaqəli nəşr və söhbətlərin insanlara nə qədər dərindən təsir etdiyini görürəm. İndi isə İstanbulda bir Elmlər Tarixi İnstitutunun qurulması düşüncəsinin həyəcanını yaşayıram. Bu sizin cəhd və dəstəyinizlə olacaq. Mən şəxsən bu məqsədə çatmaq üçün əlimdən gələn hər cəhdi göstərəcəyimə sizi inandırıram.
167
SƏNƏDLƏR
Şəkil 1: Xəlifə Əl-Məmunun əmriylə 9-cu əsrin ilk rübündə 70-ə qədər alimin hazırladığı xəritə. Xəritə İbn Fədlallah Əl-Umarinin “Məsalik Əl-Əbsar” adlı ensiklopediyasının Topkapı sarayındakı (III. Ahmet 2797/1) nüsxəsində yer alır.
Şəkil 2: En və uzunluq dairə dərəcələrinə dayanaraq düzəldilən Əl-Məmun xəritəsi. 169
Şəkil 3: Müsəlmanların ekvator uzunluğunu ölçmə üsullarından biri.
Şəkil 4: Dünyanın radiusunun Sind b. Ali (9-cu əsr) tərəfindən yüksək bir sahildən günəşin batma dərəcəsini ölçərək hesablama üsulu.
A α h
B
c r r α M
cos α =
170
r r+h
Şəkil 5: Əl-Biruni tərəfindən 11-ci əsrin ilk rübündə arş-arş ölçülən məsafələrin, en dairə uzunluqları vasitəsiylə astronomik olaraq ölçülən Bağdad ilə Qəznə arasındakı 60-a yaxın yerin uzunluq dairə dərəcələrini hesablamaq üçün edilən işin sxemik təqdimatı.
Sıf
ır M
eri
dia
n
Şimal Qütbü
Şəkil 6: Əl-Biruninin uzaqlıqların və en dairə dərəcələrinin əldə edilməsindən sonra uzunluq dairə dərəcələrini tapmaq üçün istifadə etdiyi sferik üçbucaqlar eskizi. 171
Şəkil 7: Ptolomeyin adını daşıyan dünya xəritəsi (13-cü əsr)
Şəkil 8: Ptolomeyin adını daşıyan digər bir dünya xəritəsi. 172
173
Şəkil 9: İdrisi (1154) xərtitəsinin bir surəti
Şəkil 10: Günümüzə gəlib çatan ən vacib və ən köhnə Şimal və Orta Asiyanın 13-14-cü əsrdə müsəlmanlar tərəfindən düzəldilən xəritəsi.
Şəkil 11: Fra Mauro tərəfindən düzəldilən bir dünya xəritəsi (1459) 174
175
Şəkil 12: Waldseemüllerin xəritəsi (1507)
Şəkil 13: Juan De La Cosanın (Amerika) xəritəsi (1500)
Şəkil 13: Juan De La Cosanın (Amerika) xəritəsi (1500) ilə modern xəritənin müqayisəsi. 176
Şəkil 15: Müsəlmanlar tərəfindən 15-ci əsrdə düzəldilən Braziliya sahil xəritəsi. Cava xəritəsinin portuqal dilinə tərcüməsiylə günümüzə çatmışdır
Şəkil 16: Cava xəritəsinin modern xəritə ilə qarşılaşdırılması. 177
Şəkil 17: Cantinonun Afrika xəritəsi (1502)
Şəkil 18: Cantino xəritəsinin (1502) modern xəritə ilə müqayisəsi 178
Şəkil 19: Piri Rəis xəritəsi (1513)
179
Şəkil 20: Piri Rəis xəritəsinin (1513) modern xəritə ilə müqayisəsi.
180
Şəkil 21: Qəsr Amranın cənubdan görünüşü.
Şəkil 22: Qəsr Amra Roma Hamamı (Caldarium)un qübbəsindəki göy xəritəsinin yenidənqurulması. 181
182
Şəkil 23: 10-cu əsrdə Reydə (köhnə Tehranda) tikilmiş rəsədxananın modeli.
Şəkil 24: Nastulusun üstürlabı (9-cu əsr)
Şəkil 25:Üstürlab (bu alət Barselonalı Lupitusun Sententice astrolabii adlı risaləsindəki şəkillərə əsaslanaraq düzəldilmişdir). Üstürlabdakı termin və rəqəmlər ərəbcədir. 183
Şəkil 26: Əl-Biruninin mexanik günəş-ay təqvimi.
Şəkil 27: Ən-Neyrizinin (10-cu əsr) kürəvi üstürlabı. 184
Şəkil 28: Əbu Cəfər Əl-Hazin (10-cu əsr)in ekvatorial üstürlabı; parça halında qalan orijinala əsasən düzəldilmişdir.
Şəkil 29: Əbu Cəfər Əl-Hazin ekvatorial üstürlabının bəzi parçaları. 185
Şəkil 30: Qiyasəddin Əl-Kaşinin (15-ci əsrin ilk yarısı) “Tabak Əl-Mənatik”ı (ekvatorial üstürlabı).
Şəkil 31: Günorta xəttini ölçmək üçün istifadə olunan və “Hind Dairəsi“ olaraq adlandırılan üsul. 186
Şəkil 32: İbn Əl-Heysəmin (1040-cı illər) günorta xəttini tapma üsulu.
Şəkil 33: Ulduz yüksəkliklərini dəqiqələrlə ölçə bilən ilk alət 187
Şəkil 34: Abdurrahman Əs-Sufinin göykürəsi.
188
Şəkil 35: Üstürlab (10-cu əsrdəki Katalan bir nümunəyə görə düzəldilmişdir)
Şəkil 36: İddia edildiyinə görə 990-cu ildə Fransda düzəldilib, Papa II Silvestrın adını daşıyan bir üstürlab. 189
Şəkil 37: Hind okeanı dənizçilərinin təkmilləşdirdikləri 3 üsuldan biri.
Şəkil 38: Müsəlman dənizçilərin Hind okeanındakı ekvatora paralel uzaqlıq (trianqulyasiya adlı) ölçmə üsulu.
Şəkil 39: Süleyman Əl-Mehri və modern xəritələrə görə Afrika ilə Cənub-Qərbi Asiya arasındakı uzaqlıqlar. 190
191
Əl-Cəzirə Əl-Hadra (Pemba)
Kitava (Pale Adası)
Muqbilden Atoll (Mareek?)
Afrika sahilindəki yer
En dairəsi
Dərəcə halında uzaqlıq En Uzunluq dairəsi dairəsi
En dairəsi
Uzunluq dairəsi
Dərəcə halında Yayınma uzaqlıq
Bugünkü dəyərlər
Şəkil 40: Müsəlman dənizçilərin 15-ci əsrdə Şərqi Afrika ilə Sumatra - Java arasında ölçdükləri uzaqlıqlar cədvəli.
Sumatra/Java sahilindəki yer
zam halında uzaqlıq
Əl-Mehri
Şəkil 41: Müsəlmanların Məğrib ilə Çin arasındakı 9-cu əsrdən etibarən ticarət yolları.
Şəkil 42: 1420-ci ildə Amerikaya Hind okeanından çatan gəminin gediş-dönüş yolu. 192
Şəkil 43: Çin donanmalarının 1405-1433 illərdə etdikləri səfər xətləri.
Şəkil 44: Magellanın Cənubi Amerikanın cənub hissəsinin xəritəsi. 193
Şəkil 45: Kolumbun xəritəsi (1501).
Şəkil 46: İslam dünyasında 9-cu əsrdən bəri dənizçilikdə istifadə olunan Yaqub dəyənəyi. 194
Şəkil 47: Yaqub dəyənəyi.
Şəkil 48: İbn Məcid tərəfindən təkmilləşdirilən kompas tipi (15-ci əsr).
195
Şəkil 49: Kompas tipləri
196
Şəkil 50: Qranatlar (13-cü əsr və sonraları)
Şəkil 51: Torpeda (12-ci əsr və sonraları)
Şəkil 52: Top (13-cü əsr)
197
Şəkil 53: İslam dünyasında kimyanı riyazi və təcrübəvi əsaslara dayanan bir elm sahəsi olaraq quran Cabir ibn Hayyanın (8-ci əsr) latınca Qeber adıyla ideallaşdırılmış portreti. Bu rəsm Florensiyadakı “Biblioteca Laurenziana” kitabxanasında tapılan əlyazmadan alınmışdır (Codex lat. Ashburnham 1166). 198
Şəkil 54: Şüaların bir su damlası içində hərəkət sxemi (Kəmaləddin Əl-Farisi, Tənkih, Heydarabad, Cild 2, rəsm 192).
199
Şəkil 55
200
ELMLƏRİ İSLAM DÜNYASINDAN AVROPAYA ÇATDIRAN ƏSAS YOLLAR