OLDOS LEONARD HAKSLİ
CƏSUR YENİ DÜNYA
OLDOS LEONARD HAKSLİ
CƏSUR YENİ DÜNYA
Original adı: “Brave New World” İngilis Dilindən Tərcümə: Ülviyyə Mütəllimova Korrektor: Firudin Həsənov Kompüter dizaynı: Turqut Qaraca 236 səh. Qiyməti 5 manat. Çap tarixi: 25.11.2014. © BaşlaKİtab, 2014
www.evolux.az
ÖN SÖZ Oldos Haksli Britaniyada, məşhur Haksli ailəsində 1894-cü ildə doğulmuşdur. Oksfordda təhsil alarkən görmə ilə bağlı problemləri yarandığı üçün təhsilini yarımçıq saxladı. Sonra da bir daha kor olacağı qorxusu ilə qarşısına gələn bütün kitabları oxudu. Müasirlər Oldos Hakslinin iki ayrı ruh daşıdığını deyirdilər. Onun bir ruhu qədim şərq fəlsəfəsilə, bilinməyənlə və mistika ilə maraqlanarkən, digər ruhu son elmi kəşflərlə, rasional zəka ilə və siyasətlə maraqlanırdı. İkinci Dünya müharibəsindən öncə çıxan bu romanı Hakslinin şah əsəri sayıla bilər. Müəllifə görə bu roman gələcək haqqında kəhanətdən ibarətdir. Roman çap olunduqdan sonra verdiyi bir müsahibədə əsərin utopiya yoxsa distopiya olduğuna qərar vermədiyini deyirdi. Lakin vəfatından bir neçə il əvvəl yazdığı “Cəsur Yeni Dünyaya Səyahət” adlı kitabında 20 il əvvəl etdiyi səhvləri düzəldirdi. Haksli yazdığı distopiyaya utopiya yazan tək müəllifdir. Antik yunan mifologiyası, Polineziya antropologiyası, sanskritcə və çincə Buddist mətnləri, bitki və dərman haqqında yüzlərlə elmi araşdırma, neyrofiziologiya, psixologiya. Absurd olan qədim və yeni nə kitab varsa, şeir və ədəbiyyat, tənqidlər, politoloji şərhlər və minlərlə müsahibələr... Haksli “Cəsur Yeni Dünya”nı və “Ada”nı bütün bunlardan topladığını deyir. Müəllifin əsərin finalı haqqında sonradan etdiyi düzəlişsə diqqətə layiqdir. Şübhəsiz Cəsur Yeni Dünyada da bir çox yanlışlar var. Ancaq bunları düzəltmək üçün yenidən yazmalı olsam (yaşımın verdiyi təcrübə ilə əlaqədar) kitab tamamilə başqa istiqamətdə gedəcək. Lakin bunlardan birini, əsərdəki ən ciddi yanlışı qeyd etməliyəm. Baş qəhramana sadəcə iki şans tanınır, ya Utopiyada hedonist bir həyat, ya da hindu kəndində ibtidai bir həyat. Əsəri yazdığım vaxtlarda bu iki seçim mənə çox əyləncəli gəlirdi. Lakin romanı indi yazmış olsaydım Vəhşiyə üçüncü bir şans verərdim. Utopiyadan qaçaraq hinduların sərhəd bölgələrində yaşayan bir topluma qoşular və onlarla yaşayardı.
Birinci Fəsil Cəmi otuz dörd mərtəbədən ibarət olan ALÇAQ boz bina. Əsas girişdə MƏRKƏZİ LONDON İNKUBATOR VƏ TƏNZİMLƏMƏ MƏRKƏZİ, qıraqdakı lövhədə isə Dünya Dövlətinin şüarı, CƏMİYYƏT, EYNİYYƏT VƏ SABİTLİK sözləri həkk edilib. Birinci mərtəbədəki nəhəng otaq şimala doğru baxırdı. Pəncərə şüşəsindən də göründüyü kimi küçədə onsuz da isti olan hava, otağın özündə ümumiyyətlə tropik istilikdə idi. Lakin buna baxmayaraq, içəri acgözlüklə süzülən işıqda nəsə soyuqluq, sərtlik və incəlik var idi. Bu sərt və incə işıq içəridə parçaya bükülmüş bir fiqur, solğun, titrək, tükləri bizbiz durmuş bir akademik axtarsa da, nəticədə ancaq şüşə, nikel, yaxud da laboratoriyadakı soyuq parıltılı çiniləri tapırdı. Qışın buz kimi soyuqluğuna elə buz kimi soyuqluq ilə də cavab verilirdi. Ağ xələtli işçilərin əllərində solğun, meyit rəngli rezin əlcəklər var idi. İşıq donuq, ölgün, ruh kimi idi. O yalnız mikroskopların sarı gövdələrində müəyyən parıltı və canlılıq əldə edir, uzun parıltılı zolaq kimi iş stolları boyu 7
uzanan boruların üzərinə yağ kimi yayılırdı. “Bura isə” Direktor qapını açaraq dedi - “Dölləndirmə Otağı”. İnkubator və Tənzimləmə Mərkəzinin Direktoru otağa daxil olduğunda, öz alətləri üzərində əyilmiş üç yüz Dölləndirmə İşçisi nəfəslərinin də eşidilmədiyi dərin bir sükuta qərq olmuşdular. Yeni gəlmiş, çox gənc, həyat dolu və təcrübəsiz bir qrup tələbə, ürkək və acınacaq bir halda Direktorun hər addımını izləyirdilər. Hər biri əlində qeydiyyat dəftərçəsi tutub, bu böyük şəxsiyyətin dediyi hər sözü ümidsizcəsinə yazırdı. Birinci ağızdan bunları dinləmək nadir ələ düşən imkanlardan biri idi. Direktor isə, yeni gəlmiş tələbələri müxtəlif şöbələr ilə şəxsən tanış etməyi özünün vəzifə borcu hesab edirdi. “Gəzintimizin məqsədi, sizdə bütün bu işlər barəsində ümumi bir fikir yaratmaqdır” - dedi Direktor. Əlbəttə, tələbələrə gələcəkdə işlərini yaxşı görmələri üçün hər hansı bir fikir vermək lazım idi, lakin verilən bu fikrin miqyası çox böyük olmalı deyildi. Əks-təqdirdə, tələbələrdən cəmiyyətə yararlı, xoşbəxt və yaxşı insanlar çıxmazdı. Filosoflar deyil, məhz oymaçı və marka kolleksiyaçıları cəmiyyətin təməl daşını təşkil edirlər. “Sabahdan” o hədələyici yumşaqlıq ilə gülümsəyərək əlavə etdi, “Siz ciddi işlər görməyə başlayacaqsınız. Sizin ümumiləşdirmələr barədə düşünmək üçün zamanınız olmayacaq. Eyni zamanda da…” Eyni zamanda da, bu çox böyük şərəf idi. Birbaşa birinci ağızdan qeydiyyat dəftərçəsinə! Oğlanlar çılğın hərəkətlərlə cızma-qara edirdilər. Uzun və arıq olmasına baxmayaraq, şux qamətli olan Direktor otağa doğru irəlilədi. Onun uzun çənəsi və yekə, önə çıxan dişləri ancaq danışmadığı zaman ətli, qabarmış və əyri dodaqları ilə qapanırdı. O gənc idi, ya yaşlı? Otuz yaşı olardı? Bəlkə əlli? Əlli beş? Bunu təxmin etmək çətin idi. Ümumiyyətlə, sabitlik illərində - Ford erasının 632-ci ilində, bu cür suallar meydana çıxmır, heç kimin ağlına belə suallar vermək gəlmirdi. 8
“Mən lap əvvəldən başlamalıyam”- dedi Direktor. Çalışqan tələbələr həmin dəqiqə böyük şövqlə onun bu fikrini dəftərçələrinə qeyd etdilər: Əvvəldən başlamaq. “Bunlar inkubatorlardır” - əli ilə göstərərək, dedi. İzolə edilmiş qapını açaraq, tələbələrə üst-üstə quraşdırılmış rəflərə düzülən nömrələnmiş sınaq borularını göstərdi. “Həftəlik yumurta hüceyrələri ehtiyatı” - deyə o izah etməyə başladı. “Hüceyrələri qanın istilik dərəcəsində təxminən 370 Selsi temperaturda saxlayırıq”. Daha sonra digər qapını açaraq sözünə davam etdi - “Erkək yumurta hüceyrələrini isə 370 əvəzinə 350 dərəcədə saxlamaq lazımdır. Qanın istilik dərəcəsi onları dölsüzləşdirə bilər”. (Bir az yüksək temperaturda spermlər öz effektivliyini, dölvermə bacarığını itirir.) İnkubatorlara söykənərək dayanmağa davam edən Direktor, müasir Dölləndirmə prosesinin qısa izahını verməyə başlayanda, qələmlər tələsik kağızların üzərində cızma-qara etməyə başladı. O, ilk əvvəl məsələnin cərrahi tərəfindən, əməliyyatdan danışmağa başladı: “İnsanlar əməliyyata könüllü şəkildə, cəmiyyətin rifahı naminə razılaşırlar. Bundan başqa unutmamalıyıq ki, əməliyyata razılıq verən hər kəsə altı aylıq maaşı qədər mükafat verilir”. Sonra kəsilmiş yumurtalığın canlı qalması və fəal inkişafı üçün gərəkli olan üsullardan, bunun üçün uyğun temperaturdan, məhlulun şoranlıq və üzlülük dərəcəsindən, içində ayrılmış və yetişmiş yumurtaların saxlanıldığı qidalandırıcı mayedən danışdı. Tələbələri iş stollarına tərəf apararaq, onlara qidalandırıcı mayenin sınaq borucuqlarından necə çıxarıldığını, xüsusi isidilmiş mikroskop şüşələrinə necə damcılarla töküldüyünü, hər yumurta hüceyrəsinin hər hansı bir anormallığa qarşı yoxlanıldığını, sayıldığını və məsaməli qutuların içində saxlanıldığını göstərdi. (Tələbələri bir az da önə apararaq, bu prosesi izləməyə şərait yaratdı.) 9
Direktorun sözlərinə görə, yumurta qəbulediciləri qatılığı bir kub santimetrdə 100.000 olan, içində tənazül hüceyrələri azad şəkildə üzən isti qidalandırıcı mayenin içinə qoyur və on dəqiqə sonra qəbuledicini sudan çıxarıb, yenidən yoxlayırlar. Əgər yumurta mayalanmayıbsa, bu prosesi mayalanma baş verənə qədər bir neçə dəfə təkrarlaya bilərlər. Mayalanmadan sonra, yumurtalar inkubatora geri qoyulur, Alfa və Betalar konservləşdirilənə kimi orada qalır, Delta və Epsilonlar isə çıxarılaraq, otuz altı saatdan sonra Bokanovski prosesinə cəlb olunurlar. “Bokanovski Prosesi” Direktor təkrarladı və tələbələr kiçik qeydiyyat dəftərçələrində yazdıqları sözlərin altından xətt çəkdilər. Bir yumurta, bir embrion, bir yetişkin fərd. Lakin indi bokanovskiləşdirilmiş yumurta tumurcuqlanır, çoxalmaya məruz qalır, parçalanır. Səkkizdən doxsan altıya qədər tumurcuq və hər bir tumurcuq mükəmməl formalaşmış embriona çevrilir və hər bir embrion da bir yetişkin fərdə. Əvvəllər cəmi bir insanın yetişdiyi yumurtadan indi doxsan altı fərd alırıq. Tərəqqi. “Mahiyyət etibarilə” - Direktor davam etdi, “Bokanovskiləşdirmə prosesi inkişafı ləngitmə silsiləsindən ibarətdir. Biz normal artımı ləngidirik və qəribə olsa da, yumurta bu prosesə tumurcuqlanma ilə cavab verir”. Tumurcuqlanma ilə cavab verir. Karandaşlar məşğul idi. O, əli ilə işarə etdi. Çox yavaş hərəkət edən bir yığın sınaq borusu geniş metal qutuya daxil olur, başqa bir yığın isə üzə çıxırdı. Maşınların zəif tırıltısı eşidilirdi. Direktorun sözlərinə görə, sınaq borularnın emalat prosesi səkkiz dəqiqə çəkir. Səkkiz dəqiqə sərt rentgen şüaları yumurtanın dözə biləcəyi ən son həddir. Onlardan çox azı məhv olur, daha az həssas olanlar iki hissəyə, daha çox həssas olanlar isə dörd, bəzən səkkiz hissəyə bölünərək, hamısı bir yerdə inkubatorlara geri qoyulur. Hissə halında olan tumurcuqlar inkişaf etməyə başlayır. İki gün sonra onlar 10
qəfildən soyudularaq, inkişafları əngəllənir. İki, dörd, səkkiz tumurcuqlar da öz növbələrində tumurcuq açır və artıq tumurcuqlanmış olanlar az qala ölənə qədər spirtlə profilaktika edilirlər. Nəticədə, yenidən tumurcuqlanır və zoğ atırlar – bir tumurcuqdan digər tumurcuq, ondan da, daha bir tumurcuq - bundan sonra hər hansı bir müdaxilə ölümcül olar deyə, proses dayandırılaraq, öz axarına buraxılır. Beləliklə, cəmi bir embrion verəcək yumurtadan, biz səkkizdən doxsan altıya kimi embrion ala bilirik. Razılaşmaq lazımdır ki, təbii prosesə edilmiş bu müdaxilə son dərəcə uğurlu nəticələr verib. Üstəlik də bu eyni yumurtadan çıxan əkizlər, əvvəlki kimi yumurtanın təsadüfən bölünməsi nəticəsində doğulan zavallı əkizlər və üçüzlər deyil, onlarla, bəzən iyirmilərlə əkizlərdir. “İyirmilərlə” - Direktor bu sözü təkrarlayaraq, əllərini elə tolazladı ki, sanki çox qiymətli bir hədiyyə paylaşdırırdı. “İyirmilərlə”. Lakin tələbələrdən biri bu üstünlüyün nədən ibarət olduğunu soruşacaq qədər axmaq çıxdı. “Gözəl oğlan!” - Direktor iti sürətlə ona tərəf döndü. “Məgər görmürsən? Məgər görə bilmirsən?” - O bir əlini qaldıraraq, təntənəli üz ifadəsi ilə dilləndi. “Bokanovski Prosesi sosial stabilliyin əsasını təşkil edir!” Sosial Stabilliyin əsası. Standart kişilər və qadınlar, birnövlü qruplar. Kiçik bir fabrikin bütün işçi heyətini bir bokanovskiləşdirilmiş yumurtadan almaq olur. “Doxsan altı oxşar əkiz doxsan altı eyni maşında işləyir!” - Onun səsi ruh yüksəkliyi ilə titrəməyə başladı. “Burada biz əsas məqama gəlib çıxırıq. Tarixdə ilk dəfə olaraq” - O, ümumdünya şüarını səsləndirdi: “CƏMİYYƏT, EYNİYYƏT VƏ SABİTLİK!” Möhtəşəm sözlərdir. “Əgər biz sonsuz sayda bokanovskiləşdirə bilsəydik, bütün problemlər həll oluna bilərdi”. 11
Standart Qammalar, bir-birindən fərqlənməyən Deltalar, eyniformalı Epsilonlar bu problemi kökündən həll edərdi. Milyonlarla oxşar əkizlər. Nəhayət ki, bioloji kütləvi istehsalat üsulu olardı. “Lakin, çox təəssüf” - Direktor başını silkələdi, “Biz bu qədər çox Bokanovskiləşdirə bilmirik”. Doxsan altı ən yüksək hədd, yetmiş iki isə ortalama miqdar hesab olunur. Eyni yumurtalıqdan və bir kişinin mayalanmağa qabil cinsi hüceyrələri olan qametdən əldə edə biləcəyimiz ən yaxşı nəticə, təəssüf ki, hələ ki, bu qədərdir. Hətta bu prosesin özü də çox böyük zəhmətlə başa gəlir. “İki yüz yumurtanın təbii yolla yetişkinliyə çatması üçün otuz il vaxt lazım olur. Lakin bizim qarşımızda duran əsas vəzifə, mövcud zaman və məkanda əhalinin sayını stabilləşdirməkdir. Əgər biz bir əsrin üçdə birini əkizlərin yetişməsini gözləməyə sərf etsəydik, bunun cəmiyyətə heç bir xeyri olmazdı. Lakin Podsnap prosesini tətbiq etməklə, biz yetişməni hədsiz dərəcədə sürətləndirə bilmişik. İndi iki il ərzində ən azı yüz əlli yumurtanı yetkinləşdirə bilirlər. Gübrələ və bokanovskiləşdir. Başqa sözlə, yetmiş ikiyə vur və orta hesabla, 150 oxşar əkiz qrupu və arasında təxminən iki il yaş fərqi olan on bir min bacı və qardaş yetişdirildiyini görəcəksən. “Elə istisna hallar da olur ki, bir yumurtalıqdan on beş mindən artıq yetişkin fərd əldə edə bilirik”. O baş hərəkəti ilə həmin vaxt oradan keçən sarışın saçlı, qırmızı üzlü bir kişini çağırdı. “Cənab Foster” - qırmızı simalı cavan kişi yaxınlaşdı. “Cənab Foster, siz bizə bir yumurta üzrə qeydə alınmış, ən rekord nəticəni deyə bilərsiniz?” “Bizim Mərkəz üçün bu rəqəm on altı min on iki təşkil edir” - Cənab Foster qəti şəkildə cavab verdi. Mavi və çox canlı gözləri olan bu kişi, tez-tez danışır və rəqəmləri deməkdən aşkar həzz alırdı. On altı min on iki; yüz səksən doqquz əkiz12
dən ibarət. Lakin, əlbəttə ki, bəzi tropik mərkəzlərdə bizdən daha yaxşı nəticələr əldə edə biliblər. Sinqapur tez-tez on altı min beş yüzdən artıq istehsal etməyə nail olub, Mombasanda isə bu rəqəmi artıq on yeddi minə çatdıra biliblər. Lakin burada ədalət prinsipi pozulub, çünki onların ədaləti pozan üstünlükləri mövcuddur. Siz zənci yumurtanın hipofizə necə cavab verdiyini görməlisiniz! Siz əgər Avropa materialı ilə işləmisinizə, bu nəticədən heyrətə gələcəksiniz. “Lakin” - o gülümsəyərək əlavə etdi, (onun gözlərində mübarizə işığı görünür və çənəsi də çətinliklə yuxarı qalxırdı.) “Lakin, biz hələ də onları üstələyə bilərik. Mən möhtəşəm Delta-Minus yumurtası üzərində işləyirəm. İndi o sadəcə on səkkiz aylıqdır. Artıq on iki mindən çox uşaq formalaşaraq ya ayrılıb, ya da embriondadır. Proses isə hələ də get-gedə güclənir. Biz hələ onları üstələyəcəyik də”. “Mənim bu əhval-ruhiyyədən xoşum gəlir!” Direktor qışqıraraq dedi və Cənab Fosterin çiynini əli ilə şappıldatdı. “Gəlin bizimlə dolaşaq və oğlanlara da sizin üstün təcrübi biliklərinizdən yararlanmaq şansı yaradaq”. Cənab Foster təvazökəranə gülümsədi. “Böyük məmnuniyyətlə” - Onlar getdilər. Qablaşdırma Otağında ahəngdar təlaş və təlimata uyğun fəaliyyət hökm sürürdü. Alt zirzəmidə yerləşən Orqan Anbarından kiçik qaldırıcı liftlərlə müvafiq ölçülü təzə donuz peritonlarının parçalarını yuxarıya doğru qaldırırdılar. Vızıltı və sonra şaqqıltı! Liftin qapıları açılır, yerləşdiriciyə bircə əlini uzadıb parçanı götürmək və sonra yerinə soxmaq qalırdı ki, yenidən vızıltı və şaqqıltı! Artıq başqa bir periton parçası şüşəyə yerləşdirilməyə hazır vəziyyətdə dərinlikdən üzə çıxır və aramla hərəkət edən sonsuz karvana yola düşürdü. Yerləşdiricilərin yanında Qeydiyyatçılar durmuşdu. Bir-birinin ardınca yumurtalar sınaq şüşələrindən çıxarılaraq 13
daha böyük tutumlu konteynerlərə köçürülür, qarın boşluğu məharətlə kəsilir, morula embrionu yerinə qoyulur, duzluluq dərəcəsi tənzimlənir və şüşə növbəti mərhələyə yola salınırdı. İndi isə növbə yarlıqçılarındır. İrsiyyəti, döllənmə zamanı, Bokanovski Qrupuna üzvlüyü kimi detallar sınaq borusundan şüşəyə köçürülür və beləliklə də, anonim olan proses bu mərhələdən sonra ad qazanır və aydınlaşdırılırdı. Proses aramla davam edir, şüşələr qapıda olan dəlikdən yavaş-yavaş Sosial Müəyyənləşdirmə Otağına ötürülürdü. “Kartotekanın həcmi səksən səkkiz kub metrdir” - Cənab Foster bura daxil olarkən, böyük həzzlə əlavə etdi. “Lazım ola biləcək hər növ məlumatlar burada cəmlənib” - Direktor əlavə etdi. “Bir qayda olaraq, hər səhər yeni məlumatlar daxil edilir. Günortalar isə bu məlumatlar bir-birinə uyğunlaşdırılır. Bunun əsasında da hesablamalar aparılır. Məsələn, bu qədər fərd, bu və bu kimi keyfiyyət göstəriciləri ilə” - Cənab Foster izah etdi. “Bu və bu qədər miqdarda paylaşdırılıb. Süzülmə nisbətinin istənilən an üçün optimal dərəcəsi müəyyənləşdirilir. Qabaqcadan nəzərdə tutulmamış itkilər təxirə salınmadan cəld doldurulur. Təxirə salınmadan” - Cənab Foster təkrarladı. “Bir bilsəydiniz ki, Yaponiya zəlzələsi ucbatından nə qədər əlavə işlə məşğul olmaq məcburiyyətində qalmışam” - zarafatla əlavə edərək, güldü və başını silkələdi. “Sosial Müəyyənləşdirmə işçiləri öz ərizələrini Dölləndirməçilərə göndərirlər. Dölləndirməçilər də onları istədikləri embrionlarla təmin edirlər. Sonra şüşələr daha ətraflı müəyyənləşdirmə və araşdırma üçün bura gətirilir. Bu mərhələdən sonra isə onlar aşağıdakı Embrion Anbarına göndərilirlər. Elə indi biz də ora doğru irəliləyirik”. Cənab Foster qapını açaraq, aşağıya doğru gedən pilləkənlərlə zirzəmiyə endi. Temperatur hələ də çox yüksək 14
idi. Getdikcə qatılaşan alatoranlığa doğru irəlilədilər. Qapı və iki döngəsi olan dəhliz içəriyə işığın daxil olmasının qarşısını alırdı. “Embrionlar fotoşəkil lenti kimidir” - Cənab Foster zarafatyana tərzdə deyərək, ikinci qapını itələdi. “Onlar ancaq qırmızı işığa tab gətirə bilirlər”. Tələbələrin Cənab Fosterin ardınca daxil olduqları bu qızmar zülmət sanki yayda günorta saatlarından sonra, gözlərini qapatdığında görünən qıpqırmızı kölgə idi. Üst-üstə düzülmüş qabarıq cərgələr içində hesabagəlməz sayda yaqut parçaları şüşələrin içindən işıldayırdı. Yaqutların arasında isə dəri vərəminin bütün əlamətlərini özlərində daşıyan bənövşəyi gözlü kişi və qadınların qırmızı kabusları dolaşırdı. Mexaniki avadanlıqların uğultu və vıyıltısı sakitcə havaya qarışırdı. “Onlara yeni rəqəmlər söyləyin, Cənab Foster” - danışmaqdan yorulan Direktor dilləndi. Cənab Foster yeni rəqəmlər söyləmək üçün can atırdı və buna çox şad oldu. Uzunluğu iki yüz iyirmi metr, eni iki yüz metr, yüksəkliyi on. Yuxarıya doğru işarə etdi. Tələbələr su içən toyuqlar kimi gözlərini uzaqdakı tavana doğru qaldırdılar. Üst-üstə düzülmüş üç cərgəli rəf: zirzəmi qatı səviyyəsində, birinci və ikinci qalereyalar. Qalereyaların hörümçək toruna bənzəyən polad işləmələri qaranlıqda bütün istiqamətlərə doğru yayılmışdılar. Onların yaxınlığında üç qırmızı kabus, boş su qablarını hərəkətli pillələrlə endirməklə məşğul idilər. Eskalator Sosial Müəyyənləşdirmə Otağından gəlirdi. Hər bir şüşə on beş rəfdən birinə yerləşdirilə bilərdi. Hər nə qədər görmək mümkün olmasa da, bu rəflər həm də saatda otuz üç tam onda üç santimetr sürətlə irəliləyən daşıyıcı vasitə idilər. İki yüz altmış yeddi gün boyunca gündə səkkiz santimetr. Zirzəmi qatında bir çevrə, ikincidə yarım çevrə, iki yüz yetmiş səkkizinci səhər açılanda isə Şüşədən çıxarılma Otağına keçid. Müstəqil varoluş – bu prosesi belə adlandırmaq olardı. 15
“Lakin biz bu aralıq müddətdə” - Cənab Foster sözə başladı, “Onlara bir çox şey etməyə müvəffəq olmuşuq. Bəli, hədsiz çox şey”. Onun gülüşündə çoxbilmişlik və qələbə əlamətləri var idi. “Mənim bu əhval-ruhiyyədən xoşum gəlir!” - Direktor bir daha söylədi. “Gəlin ətrafı gəzişək. Cənab Foster, siz isə onlara hər şeyi danışmağa çalışın”. Cənab Foster hər şey lazımi qaydada danışmağa başladı. Cənab Foster onlara qarın boşluğu döşəyində böyüdülən embrionu göstərdi. Embrionun bəslənildiyi zəngin qan məhlulunun dadına baxdırdı. Bu məhlulun plasentin və tiroksin ilə zənginləşdirilmə səbəblərini izah etdi. Daha sonra sarı cisim – “corpus luteum” ekstraktından söz açdı. 0 ilə 2140 metr arasında hər on iki metrdən bir bu ekstraktın avtomatik olaraq vurulduğu şırnaqları göstərdi. Yolun son doxsan altı metri boyunca tədricən artan dozalarla verilən hipofizdən söz etdi. 112-ci metrdə hər şüşəyə quraşdırılan süni analıq dövrəsini təsvir etdi, qan qarışığının saxlanıldığı yeri, qanı hərəkətli saxlayan, ağ ciyərə və çirkli qan süzgəcinə aparan sintetik mərkəzdənqaçma nasosu göstərdi. Embrionun narahatçılıq törədə biləcək anemiyaya meyilliliyinin qarşısını almaq üçün yüksək dozalarla donuz mədəsi və atın ağciyər ekstraktlarından vurulduğunu izah etdi. Onlara hər səkkiz metrin son iki metrində, bütün embrionların hərəkət etmə qabiliyyəti ilə tanış olmaları üçün, onları eyni zamanda silkələyən sadə mexanizmi göstərdi. “Şüşədən Çıxarılma Travması” adlandırılan prosesin ciddiliyinə diqqəti cəmləşdirərək, bu təhlükəli şoku minimal zərərlərlə atlamaları üçün keçirilən ehtiyat tədbirlərindən danışdı. Təxminən 200 metr yaxınlığında həyata keçirilən cinsiyyət testindən söz etdi. Daha sonra yarlıqlama sistemini izah etməyə başladı. Belə ki, erkək embrionlar T, dişi embrionlar çevrə, qısırlar isə ağ zəmin üzərində qara sual işarəsi ilə göstərilirdilər. 16
“Əlbəttə, məlumdur ki” - Cənab Foster dedi, “doğuş qabiliyyəti çox zəhlətökən bir şeydir. Min iki yüz yumurtalıqdan yalnız birinin doğuş qabiliyyətli olması bizə öz məqsədlərimizə çatmağımız üçün kifayət edərdi. Lakin biz əlimizdə yaxşı seçimlərin olmasını istəyirik. Həm də bu işdə ehtiyatı əldən verməməyə xüsusi diqqət yetiririk”. Bu səbəbdən də dişi embrionların otuz faizinin normal inkişafına icazə veririk. Digərlərinə isə bütün hərəkət xətti boyunca hər iyirmi dörd metrdən bir erkək cinsiyyət hormonları vururuq. Nəticədə onlar sonsuz olurlar, fiziki olaraq normal olsalar da, (“istisna olaraq” - o etiraf etməli oldu, “onlarda bir azsaqqal çıxarmağa meyllilik olur”.) tam sterilləşdirilmişdirlər. Tamamilə qısır. Bu da ən nəhayətində” - deyə sözünə davam etdi, “bizə kor-koranə təbiətin köləsi olduğumuz dünyadan, daha maraqlı olan - insan icadlarının mövcud olduğu dünyaya keçməyimiz üçün şərait yaradır”. O, əllərini ovuşdurdu. Əlbəttə, onlar təkcə embrionları yetişdirməklə məşğul deyildilər, bunu inək də bacarardı. “Biz həm də onların taleyini müəyyənləşdirərək tənzimləyirik. Körpələrimizi şüşədən artıq sosiallaşmış, Alfalar və ya Epsilonlar, gələcəyin kanalizasiya işçiləri və ya gələcəyin…” Gələcək Dünya Nəzarətçiləri deyəcəkdi ki, cəld sözünü düzəldib, “Gələcəyin İnkubator Stansiyalarının Direktorları” dedi. İnkubator Stansiyasının Direktoru bu iltifata təbəssümü ilə təşəkkür etdi. Onlar on birinci rəfin 321-ci Metrinin yanından keçdikləri an, bir gənc Beta-Minus təmirçi əlindəki boltaçan və vintaçan açarlar ilə keçməkdə olan şüşənin süni qan nasosu ilə məşğul idi. O, qaykaları fırlatdıqca, elektrik motorun uğultusu öz tonunu bir az aşağı salır, get-gedə daha az səs çıxarırdı. Daha az, daha az… Açarı son dəfə burduqdan sonra, dövriyyə sayğacına nəzər saldı və işi bitirdi. O, xətt boyu iki 17
addım aşağı endi və eyni prosesi başqa nasosun üzərində həyata keçirməyə başladı. “Bir dəqiqə ərzində olan fırlanma sayını ixtisar edir” - Cənab Foster izah etdi. “Süni qanın dövriyyə sayı azaldıldıqda, qan daha zəif dövrə vurur, ağciyərdən daha uzun aralıqlarla keçir və nəticədə də embriona daha az oksigen verir. Oksigen azlığı kimi embrionu normadan aşağı saxlayan başqa şey yoxdur”. O, yenidən əllərini ovuşdurdu. “Bəs axı niyə siz embrionu normadan aşağı salmaq istəyirsiniz?” deyə sadəlövh bir tələbə sual verdi. “Eşşək!” Direktor uzun sükutu pozaraq dilləndi. “Bir Epsilon üçün Epsilon irsi xassələrindən əlavə, Epsilona gərəkli ətraf mühitin də təmin edilməsi gərəkdiyi barədə heç düşünməmisən?” Aydın idi ki, bu, onun ağlına gəlməmişdi. Tələbə özünü itirərək, karıxdı. “Sinfi nə qədər aşağıdırsa” - Cənab Foster dedi, “o qədər az da oksigen verilir”. Bundan ilk təsirlənən orqan beyin olur. Daha sonra isə skelet. Normal oksigenin yetmiş faizi ilə siz cırtdanlar əldə edirsiniz. Yetmişdən azı ilə isə gözsüz qulyabanılar. “Bunlar da heç bir işə yararlı deyillər,” - deyə Cənab Foster fikrini tamamladı. Halbuki, (onun səsində bir gizlilik və güclü istək hiss olunmağa başladı) əgər onlar yetişkinliyə çatma müddətini azalda bilsəydilər, bu necə də böyük zəfər, cəmiyyət üçün necə də böyük fayda olardı! “Atlar barədə düşünün”. Onlar bu haqda düşünməyə başladılar. Altı yaşlarında yetkinləşirlər. Fillər isə on yaşında. İnsan isə on üç yaşında tam cinsi yetkinliyə çatmış olmur və ancaq iyirmi yaşında tam yetkinləşir. Əlbəttə, elə bunun nəticəsi olaraq da, gecikmiş inkişafın meyvəsi kimi insana zəka verilir. “Lakin Epsilonlarda” - Cənab Foster ədalətli olaraq qeyd etdi, “biz insan zəkasına ehtiyac duymuruq”. Ehtiyac duyulmurdu və bu da olmurdu. Lakin, 18
buna baxmayaraq Epsilonların beyni on yaşında yetkinləşsə də, bədənləri on səkkiz yaşına kimi işə yararlı halda olmurdu. Uzun illər boyu davam edən, lazım olduğundan artıq sürən qeyri-yetişkinlik. Əgər fiziki yetişkinlik sürətləndirə bilinsəydi, məsələn: inəkdəki kimi olsaydı, Cəmiyyət üçün necə də böyük səmərə olardı! “Çox böyük!” tələbələr mırıldandılar. Cənab Fosterin ruh yüksəkliyi yoluxucu idi. O, texniki məsələlər barədə danışmağa başladı. İnsanların bu qədər yavaş inkişaf etməsinə səbəb olan endokrin koordinasiyasından bəhs etdi və bunu açıqlamaq üçün toxuma mutasiyalarını göstərərək fikrini əsaslandırdı. Bu toxuma mutasiyasının təsirlərini aradan qaldırmaq mümkün idimi? Müvafiq üsulların tətbiq edilməsi ilə Epsilon embrionunu itlər və inəklərdəki normallığa geri döndürə bilərdilərmi? Problem bundan ibarət idi. Geriyə bunu həll etmək qalırdı. Mombasada Pilkinqton dörd yaşında cinsi yetkinliyə çatan və altı yaş yarımında isə tamamilə yetkinləşən fərdlər istehsal etmişdir. Bu böyük elmi qələbədir. Lakin sosial olaraq heç bir faydası yoxdur. Altı yaşlı kişi və qadınlar, hətta Epsilonların işini görə bilməyəcək dərəcədə axmaq olurlar. Bu proses isə ya hər şey verəcəkdi, ya da heç nə. Siz ya heç nəyi dəyişdirməyəcək, ya da hər şeyi dəyişdirəcəkdiniz. Onlar hələ də iyirmi yaşlı yetişkin fərdlə altı yaşlı yetişkin fərd arasında bir ortaq nöqtə tapmağa çalışırdılar. Lakin hələ ki, heç bir uğur qazana bilməmişdilər. Cənab Foster köksünü ötürərək, başını silkələdi. Qırmızımtıl alatoranlıqdakı gəzintiləri onları 9-cu Rəfin 170 metrliyinə gətirib çıxarmışdı. Bu nöqtədən etibarən 9-cu Rəfin ətrafı bağlanmış, şüşələr öz səyahətlərinə ara-sıra iki və üç metr genişliyində dəlikləri olan tuneldə davam edirdilər. “İstilik Tənzimləməsi” - Cənab Foster dedi. İsti tunellər soyuq tunellərlə əvəz olunurdu. Soyuq hava sərt rentgen şüalarının təsiri ilə narahatçılığa səbəb olur. 19
Beləliklə də, embrionlar şüşədən çıxarıldıqları zaman, onlarda soyuğa qarşı qorxu yaradılmış olurdu. Onların taleyi belə müəyyənləşdirilmişdi: tropiklərdə yaşamağa göndəriləcək, şaxtaçı və ya asetatlı ipək toxuyucusu, polad qaynaqçıları kimi işləyəcəkdilər. Onların bədəninin bu tələbatları, daha sonra beyinlərində də təsdiqlənərək, bərkidiləcəkdi. “Biz onları istiyədavamlı edirik” - Cənab Foster fikrini tamamladı. “Bizim yuxarıdakı həmkarlarımız onlara istini sevməyi öyrədəcəklər”. “Və məhz elə bu” - Direktor nəsihət verən şəkildə sözə başladı, “bu xoşbəxtlik və məziyyətin sirridir – görməli olduğunuz işi xoşlamaq. Bütün tənzimləmələrin məqsədi budur: insanlara qaçılmaz sosial qismətlərini sevdirmək”. İki tunel arasındakı bir dəlikdə tibb bacısı keçməkdə olan şüşənin içindəki jelatinvari tərkibə ehtiyatla uzun incə şprisi salmaqla məşğul idi. Tələbələr və onların bələdçiləri bir neçə dəqiqə sükut içində dayanaraq, onu izləməyə başladılar. “Hə, Lenina!” o ,nəhayət ki, şprisi çıxarıb, dikəldikdən sonra, Cənab Foster dedi. Qız diksinərək döndü. Dəri vərəmi və bənövşəyi gözlərinə baxmayaraq o, təəccüblü dərəcədə gözəl görünürdü. “Henri!” Qız sıra ilə düzülmüş mərcan dişlərinin müşayiəti ilə təbəssümü onun üzünə parıldatdı. “Füsünkar, füsünkar” - Direktor mırıldandı və üç dəfə ehmalca onun çiyninə toxundu. Qarşılığında isə qız sadəcə ehtiramlı təbəssüm etdi. “Siz onlara nə verirsiniz?” -deyə, Cənab Foster səsinə professionallıq qataraq soruşdu. “Hər zaman olduğu kimi, yatalaq və yuxu xəstəliyinə qarşı peyvəndlər.” “150-ci metrdə tropik işçilərini peyvəndləməyə başlayırıq” - Cənab Foster tələbələrə izah etməyə başladı. Embrionların hələ də qəlsəmələri mövcud olur. Balıqları gələcək insan xəstəliklərinə qarşı immunizasiya edirik”. Daha sonra o, Leninaya tərəf dönərək, “Həmişəki kimi bu axşam da saat beşə on dəqiqə qalmış damda...” - dedi. 20
“Füsünkar, “Direktor bir daha söyləyərək, son dəfə qızın çiyninə toxunduqdan sonra, digərləri ilə bir yerdə uzaqlaşdı. 10-cu Rəfdə gələcək nəsil kimyəvi işçilərinə qurğuşun, aşındırıcı maddə, qətran və xlora dözümlülük öyrədilirdi. 225 ədəd embrion halında reaktiv təyyarə mühəndislərinin ilk qrupu 3-cü rəfdəki 1100 metr işarəsini yeni keçirdilər. Xüsusi mexanizm vasitəsilə konteynerlər daimi dövriyyədə saxlanılırdı. “Onların balans hissiyatının inkişafı üçündür” Cənab Foster izah etdi. “Havada olan bir reaktiv təyyərənin bayır hissəsində təmir işləri aparmaq çox müşkül məsələdir. Yarıac qalsınlar deyə dik durduqlarında dövranlarını yavaşladırıq və başı aşağı qaldıqlarında, süni qanın axışını ikiqat artırırıq. Belə olduqda, onlara kəlləmayallaq qalmağın yaxşı hal olduğu qavradılır. Faktiki olaraq isə, onlar ancaq başlarının üzərində kimsə dikildikdə, həqiqətən, xoşbəxt ola bilirlər”. “İndi isə” - Cənab Foster yoluna davam etdi, “Mən sizə Alfa Müsbət İntellektuallar üçün edilən bir neçə çox maraqlı tənzimləməni göstərmək istəyərdim. 5-ci rəfdə bizim böyük bir belə qrupumuz var. Birinci Qalereya səviyyəsində” - o aşağı mərtəbəyə doğru gedən iki oğlanı çağırdı. “Onlar təxminən 900 metr yaxınlığındadırlar” - deyə açıqladı. “Rüşeymlər quyruqlarını itirmədikləri müddətcə siz heç bir zehni tənzimləmə edə bilməzsiniz. Məni izləyin”. Lakin Direktor öz qol saatına baxdı. “Üçə on dəqiqə qalıb” - o dedi. “Qorxuram ki, intellektual embrionlara baxmaq üçün vaxtımız qalmayıb. Biz uşaqlar günorta yuxularından oyanmamışdan öncə, Uşaq Otağına qalxmalıyıq”. Cənab Foster dilxor oldu. “Heç olmasa, Şüşədən Çıxarılma Otağına bir nəzər salsaydıq” - deyə yalvarıcı səslə dilləndi. Direktor nəvazişlə gülümsəyərək, “yaxşı, onda qısa da olsa, ora baş çəkək” - dedi.
21
İkinci Fəsil Cənab Fosteri Şüşədən Çıxarılma Otağında tərk etdilər. Direktor və tələbələr ən yaxın liftə minərək, yuxarı - beşinci mərtəbəyə getdilər. KÖRPƏ UŞAQ EVLƏRİ. NEO-PAVLOV TƏNZİMLƏMƏ OTAQLARI – girişdəki lövhədə elan vurulmuşdu. Direktor qapını açdı. Onlar geniş boş otağa daxil oldular, çox parlaq və günəşli; cənubda divarboyu yekə bir pəncərə var idi. Ağ süni ipək – kətan parçadan hazırlanmış şalvar və pencəklərdən ibarət formalarda, saçları mikrobdan qorunsun deyə taxdıqları ağ papaqların altında gizlənmiş beş-altı dayə döşəmədə uzun cərgə boyunca gül qalaqları yerləşdirməklə məşğul idilər. Çiçəklərlə dolu böyük güldanlar. Minlərlə yeni açmış ipək kimi yumşaq ləçəklər sanki kiçik məlakələrin yanaqları idilər. Lakin onlar parlaq işıqda sadəcə çəhrayı və Ariyə oxşamır, eyni zamanda da işıl-işıl işıldayan Çinlilər, həm də Meksikalılar idi, üstəlik də səmavi kərənay dinləməkdən iflicli və ölü kimi solğun, öldükdən sonra mərmər kimi ağarmış meyitlərə bənzəyirdilər. 22
Direktor içəri girdiyində tibb bacıları hazır vəziyyətdə dayandılar. “Kitabları yerləşdirin” - kəskin bir səslə dedi. Tibb bacıları sükut içində onun əmrini yerinə yetirdilər. Gül çələnglərinin arasında düzgün bir şəkildə yerləşdirdilər. Bu uşaq kitablarının hər birində bir dördayaqlı heyvan, quş və yaxud da balıq şəkilləri diqqəti cəlb edəcək şəkildə təsvir edilmişdi. “İndi isə uşaqları gətirin”. Onlar tələsik otaqdan çıxdılar və bir-iki dəqiqə sonra hər biri dörd tərəfi məftillə çevrələnmiş kiçik xidməti mətbəx arabalarına bənzər təkərli arabalarda səkkiz aylıq körpələri daşıyaraq gətirdilər. Körpələr hamısı bir-birinin eynisi idilər (Bokanovskiləşdirilmiş Qrup, bu aydın idi.) və hamısı (Sinifləri Delta olduğu üçün) xaki rəngdə geyindirilmişdilər. “Onları döşəməyə qoyun”. Körpələri yerə qoydular. “İndi isə onların üzünü çiçəkləri və kitabları görə biləcəkləri istiqamətdə döndərin”. Döndərildikdən sonra, körpələr ilk əvvəl səssizləşdilər, sonra isə parlaq rənglər çoxluğuna, ağ vərəqlərdə təsvir edilmiş şən və gözqamaşdıran şəkillərə tərəf iməkləməyə başladılar. Qəfildən günəş buludların arxasından çıxdı. Çiçəklər sanki daxillərindən gələn ani bir ehtirasla alovlandı, kitabların parlaq səhifələri yeni və dərin bir məna qazandı. Cərgə-cərgə körpələrin içindən həyəcan, laqqırtı və civilti sədaları ucalmağa başladı. Direktor əllərini ovuşdurdu. “Əladır!” - dedi. “Sanki məqsədli şəkildə edilmişdir”. Ən cəld iməkləyənlər artıq hədəflərinə çatmışdılar. Balaca əllər qərarsız şəkildə qabağa uzanır, formalarını dəyişmiş çiçəklərin ləçəklərini yolur, bəzəkli kitabların səhifələrini əzirdilər. Direktor onların bu şən məşğuliyyətlərinin bitməsini gözlədi. Sonra isə, “diqqətlə izləyin” - dedi. Əllərini qaldıraraq, işarət verdi. 23
Otağın digər ucunda bölüşdürücü lövhənin yanında dayanmış Baş Tibb Bacısı kiçik kommutatoru aşağı basdı. Şiddətli partlayış baş verdi. Get-gedə daha da yüksələn fit səsi gəldi. Siqnal səsləri çılğıncasına səslənirdi. Uşaqlar diksinərək qışqırdılar. Onların üzləri qorxudan əyilmişdi. “İndi isə” - Direktor qışqırdı (səs qulaqbatırıcı olduğuna görə), “indi biz onlara zəif eletroşok verməklə öyrədilən bu dərsi beyinlərində möhkəmlədəcəyik”. O, əlini yenidən silkələdikdən sonra, Baş Tibb Bacısı ikinci kommutatoru basdı. Uşaqların qışqırtılarının tonu qəfildən dəyişdi. İndi onların ahəngsiz və kəskin qışqırtılarında nəsə ümidsizlik, hətta divanəlik var idi. Onların balaca bədənləri qıclaşdı və bərkidi, əzaları görünməz bağlar tərəfindən dartılırmış kimi hərəkət etməyə başladı. “Döşəmənin o zolağını bütövlüklə elektrikləşdirə bilərik,” Direktor qışqıraraq izah etməyə başladı. “Lakin bu qədər kifayətdir” – deyərək, tibb bacısına işarə etdi. Partlayış bitdi, zəng səsi kəsildi, fitin səsi yavaş-yavaş düşərək, səssizliyə qədər endi. Ağac kimi qıclaşan bədənlər yüngülləşdi və çılğın körpə qışqırtıları və hıçqırıqlı ağlaşmaları dəyişərək, qorxudan qaynaqlanan normal ağlaşmalara çevrildi. “Onlara yenidən gül və kitab təklif edin”. Dayələr deyilənə əməl etdilər. Lakin bu dəfə güllərə yaxınlaşıb, həmin şən və rəngli balaca pişik, banlayan xoruz, mələyən qara qoyunu gördükləri zaman qorxuyla arxaya sıçradılar və onların qışqırtılarının səsi qəfildən yüksəlməyə başladı. “Fikir verin” - Direktor qalibiyyət dolu bir səslə dedi, “müşahidə edin”. Kitablar və yüksək səslər, güllər və elektroşoklar - artıq bu cütlüklər körpələrin beynində bir-biri ilə əlaqələndirilmişdilər. İki yüz bunun kimi məşq tipli dərslərdən sonra isə, ayrılmaz şəkildə birləşdiriləcəkdilər. İnsanın birləşdirdiyi şeyi təbiətin ayırmağa gücü çatmaz. 24
“Onlar bu cür böyüməklə, güllərə və kitablara psixoloqların dedikləri kimi, “instinktiv” nifrətlə yanaşacaqlar. Refleksləri dəyişilməz şəkildə tənzimlənmişdir. Ömür boyu kitabdan və botanikadan uzaqda təhlükəsizlikdə olacaqlar”. Direktor dayələrə tərəf döndü. “Onları apara bilərsiniz”. Xaki körpələr hələ də qışqıraraq, öz təkərli arabalarına yüklənərək, arxalarınca süd qoxusu və əsl yerinə düşən sakitlik qoyub getdilər. Tələbələrdən biri əlini qaldırdı. Baxmayaraq ki, o, aşağı sinifdən olan insanların zamanını kitablara sərf etməmələri üçün alınan tədbirləri başa düşürdü, oxumağın onların tənzimlənmiş reflekslərdən birinin pozulması üçün riskli olduğunu da anlayırdı, amma yenə də… hə, o çiçəklər barədə olan hissəni anlaya bilmirdi. Deltaların çiçəkləri sevməsini mümkünsüz etmək üçün bu qədər əziyyətə girməyin nə mənası var idi ki? Direktor səbrlə izah etməyə başladı. Əgər uşaqlar çiçəkləri görəndə qışqırmağa tənzimlənirlərsə, bunun səbəbi yüksək iqtisadi siyasətdir. Az müddət əvvəl (bir əsr və ya nəsə belə bir şey) Qamma, Delta və Epsilonlar çiçəkləri sevməyə tənzimlənmişdilər, xüsusi olaraq gülləri, ümumi olaraq isə bütün vəhşi təbiəti. İdeya ondan ibarət idi ki, hər mümkün fürsətdə, onlarda şəhərkənarına getmək istəyi yaransın və beləliklə də, onları nəqliyyatdan istifadə etməyə vadar edək”. “Bəs onlar nəqliyyatdan istifadə etmədilər?” - tələbə soruşdu. “Kifayət qədər etdilər” - Direktor cavab verdi. “Lakin bundan savayı heç nə etmədilər”. Güllərin və mənzərələrin təhlükəli bir qüsuru var: onlar havayıdırlar. Təbiətə sevgi ilə zavodları doldurmaq olmaz. Ona görə də ən azından aşağı siniflərdə təbiət sevgisinin 25
aradan qaldırılmasına qərar verildi. Lakin nəqliyyatdan istifadəylə bağlı dəyişiklik edilmədi. Çünki bundan nifrət etsələr də, şəhərkənarına getmələri əhəmiyyətli idi. Problem nəqliyyatdan istifadənin dayandırılmaması üçün çiçəklərdən və mənzərədən daha önəmli, iqtisadi bir həllin tapılması idi. Lazım olduğu kimi də edildi. “Biz kütlələrin şəhərkənarına nifrət etmələrini tənzimləyirik” - Direktor fikrini tamamlamağa başladı. “Lakin eyni zamanda da onların şəhərkənarı idman növlərinə sevgilərinin olmasını şərtləndiririk. Bunu işləyib hazırlayarkən isə, bu şəhərkənarı idman növlərinin müxtəlif cihazlarla təmin olunmasının qeydinə də qalırıq. Belə olduqda, onlar təkcə nəqliyyatı doldurmaqla deyil, həm də istehsal olunmuş texniki avadanlıqları almaqla məşğul olurlar. Bütün bunlardan elektroşoka gəlib çıxırıq”. “İndi başa düşdüm” - deyərək tələbə heyran qalmış vəziyyətdə susdu. Səssizlik oldu, sonra isə direktor boğazını təmizləyərək dedi: “Bir zamanlar” - o, sözə başladı, “bizim Ford hələ yerdə yaşayanda, Reuben Rabinovitç adlı bir balaca oğlan var imiş. Reuben polyak dilli valideynlərin uşağı imiş”. Direktor öz sözünü kəsdi. “Təxmin edirəm ki, siz polyak dilinin nə olduğunu bilirsiniz, deyilmi?” “Ölü dil”. “Fransız və Alman dilləri kimi” - digər bir tələbə öz biliklərini nümayiş etdirircəsinə əlavə etdi. “Bəs “valideyn”in nə olduğunu?” - Direktor soruşdu. Ətrafa səksəkəli sükut çökdü. Oğlanlardan bir neçəsi qızardı. Ədəbsizlik və əsl elm arasındakı əhəmiyyətli, lakin çox incə fərqi ayırmağı hələ də öyrənməmişdilər. Onlardan biri ,nəhayət ki, cəsarətini toplayaraq, əlini qaldırdı. “Bir zamanlar insanlar …” - o tərəddüd etdi; yanaqları26
na qan doldu. “Hə, bir zamanlar insanlar balaverən, doğum qabiliyyətli olublar”. “Tamamilə doğrudur”. Direktor təsdiqedici halda başını silkələdi. “Uşaqlar çıxarıldıqdan sonra isə…” “Doğulduqdan” - düzəliş edildi. “Hə, sonra onlar valideyn olurdular – uşaqları demirəm, əlbəttə, digərlərini deyirəm”. Yazıq oğlan utancından birtəhər olmuşdu. “Qısası” - Direktor yekunlaşdırdı, “valideynlər ana və ata idilər”. Əslində elm olan bu ədəbsizlik, uşaqların səssiz göz qaçırmalarının ortasına gurultu kimi düşmüşdü. “Ana” - o termini bərkitmək üçün bir daha bərkdən təkrarladı və yerini rahatladı, “Bunlar” - o ciddiyyətlə dedi, “xoşagələməz faktlardır, bilirəm. Lakin bir çox tarixi faktların hamısı xoşagəlməzdir”. O, Balaca Rueben haqqındakı söhbətinə qayıtdı. Bir axşam Ruebenin anası və atası (bam-bum!) diqqətsizlik edərək, otağındakı radionu açıq qoymuşdular. (Siz unutmamalısınız ki, bu cür təbii doğum zamanlarında, uşaqlar Dövlət Tənzimləmə Mərkəzləri tərəfindən deyil, valideynləri tərəfindən böyüdülürdülər.) Uşaq yuxulayarkən, Londondan yayımlanan bir proqram qəfildən başlamış, sabahsı gün isə hamı heyrətə düşmüşdü, (oğlanlardan daha cəsarətliləri bir-birinə baxmağa cürət etdilər) çünki balaca Reuben oyandığında həmin qəribə yaşlı yazıçının dediyi uzun mühazirəni sözbəsöz təkrar etməyə başlamışdı. Əsərlərinin bizə qədər gəlib çatmasına icazə verilən çox az yazıçılardan biri olan Corc Bernard Şou öz danışığı zamanı həqiqət olduğu yaxşı bəlli olan ənənəyə uyğun olaraq, öz şəxsi dühasından danışırmış. Ana və atası (göz vurmalar, qıqqırtılar) onun bu vəziyyətini heç cür anlaya bilməmiş və uşağın dəli olduğunu düşünmüşdülər. Hə27
kim çağırırlar. Xoşbəxtlikdən həkim ingilis dilini başa düşür və dünən gecə yayımlanan Şounun söylədiyi bu nitqi tanıyaraq, necə əhəmiyyətli bir şey baş verdiyini dərk edir, tibbi mediaya bu barədə məktub göndərir. “Yuxu zamanı öyrətmə üsulu və ya hipnopediya bu yolla kəşf edildi”. Direktor təsirli bir fasilə etdi. Bu üsul kəşf edilsə də, səmərəli tətbiq edilməsinə qədər üstündən bir çox illər keçdi. “Balaca Reubenlə bağlı bu hadisə Bizim Fordun ilk T. Modelini bazara çıxarmasından sadəcə iyirmi üç il sonra baş vermişdir”. (Bu məqamda Direktor özünü T işarəti ilə xaçladı və tələbələr də ehtiramla onun etdiyini təkrarladılar.) “Lakin…” Tələbələr qeyzlə cızma-qara edirdilər. “Hipnopediya. İlk dəfə rəsmi olaraq, F.S. 214-cü ildə istifadə edilib. Niyə daha əvvəl yox? Bunun iki səbəbi var, (a)…” “Əvvəlki təcrübəçilər” - Direktor danışmağa başladı, “səhv istiqamətdə hərəkət edirdilər. Onlar düşünürdülər ki, hipnopediya intellektual təhsilin bir üsulu ola bilər…” (Sağ tərəfdə balaca oğlan sağ qolu bayırda və sağ əli yatağın kənarında sallanmış vəziyyətdə yatmışdı. Qutunun yan tərəfində dairəvi bir şəbəkədən yumşaq səslə danışırlar.) “Nil Afrikanın əz uzun və dünyadakı çayların uzunluğuna görə isə ikincisidir. Missisipi-Missuri çayından qısa olmasına baxmayaraq, hövzəsinin uzunluğuna görə bütün çayların ən uzunu hesab edilir. Hövzənin en dairəsi 35 dərəcəyə qədər genişlənir…” Növbəti günün səhər yeməyi zamanı, “Tommi” - deyə bir nəfər səslənir, “Afrikanın ən uzun çayının hansı olduğunu bilirsənmi?” Baş silkələnir. “Bəs sən belə başlayan cümlə xatırlamırsan: Nil Afrikanın... “Nil – Afrikanın ən uzun çayıdır və dünyada uzunluğuna görə çaylar arasında ikincidir”. Sözlər hamısı birdən çıxırdı. “Baxmayaraq ki daha qısa …” 28
“Yaxşı, indi de görüm Afrikanın ən uzun çayı hansıdır?” Gözlərdə boşluq. “Bilmirəm”. “Axı indi dedin, Nil, Tommi...” “Nil – Afrikanın ən uzun çayıdır və dünyada …” “Onda de görüm, ən uzun çay hansıdır, Tommi?” Tommi ağlamağa başladı. “Bilmirəm” - o hönkürdü. Bu hönkürtü ilk təcrübəçiləri şübhəyə saldı və cəsarətlərini qırdı. Təcrübələr dayandırıldı. Bundan sonra daha uşaqlara yuxularında Nilin uzunluğunu öyrətmək kimi cəhdlər edilmədi. Tamamilə doğru addımdır. Siz məğzini bilmədən hər hansı bir elmi öyrənə bilməzsiniz. Halbuki, onlar əxlaqi tərbiyədən başlasaydılar” - Direktor qapıya tərəf irəliləyərək dedi. Tələbələr çox cəld hərəkətlərlə bütün yol boyu və liftlə yuxarı qalxarkən cızma-qara etməyə davam edirdilər. “Əxlaqi təhsil heç bir halda rasional olmalı deyil”. “Səssizlik, səssizlik” - onlar on dördüncü mərtəbədən liftlə endiklərində şəbəkədən pıçıldayaraq dedilər və fasilələrlə “Səssizlik, səssizlik” - sözləri hər bir dəhlizdə təkrarlanırdı. Direktor və tələbələr az qala barmaqlarının ucunda yeriməyə başladılar. Onlar, əlbəttə ki, Alfalar idilər, lakin hətta Alfaların özləri də yaxşı tənzimlənmişdilər. “Sakitlik, sakitlik”. On dördüncü mərtəbənin havası bütünlüklə bu qəti əmrin tabeliyində idi. Barmaqları ucunda əlli yard gəzdikdən sonra onlar qapıya yaxınlaşdılar və Direktor ehtiyatla qapını açdı. Onlar astanadan addımlayaraq, pəncərəli yataqxananın alatoranlığına daxil oldular. Səksən ədəd balaca yataq divara söykənmiş vəziyyətdə bir sıra boyu düzülmüşdülər. Uzaqdan nizamli şəkildə təkrarlanan nəfəs və fısıltı səsləri gəlirdi. Onlar içəri girdiklərində tibb bacısı ayağa qalxaraq, hazır vəziyyətdə dayandı. “Bu axşamın dərsi nədir?” - Direktor soruşdu. 29
“İlk qırx dəqiqədə Cinsi Əlaqənin Əsasları dərsini keçdik” - o cavab verdi. “Lakin indi isə “Sinfi Şüurun Əsasları” dərsinə keçəcəyik”. Direktor yataqların uzun cərgəsi boyu gəzişməyə başladı. Çəhrayı rəngdə və yatıb rahatlanmış səksən ədəd körpə qız və oğlan uşaqları xəfifcə nəfəs alırdılar. Hər yastığın altından pıçıltı gəlirdi. Direktor ayaq saxlayaraq, balaca yataqların biri üzərində əyildi və diqqətlə qulaq asmağa başladı. “Siz Sinfi Şüurun Əsasları dediniz? Gəlin bunu səsucaldan şəbəkələrlə daha yüksəkdən təkrarlayaq”. Otağın sonunda səsucaldıcı şəbəkə divarda işıqlanırdı. Direktor ora tərəf getdi və düyməni basdı. “… onlar hamısı yaşıl geyinirlər” - deyə cümlənin ortasından başlayan yumşaq, amma çox sərt səslə dedi, “Delta uşaqlar isə xaki geyinirlər. Yox, yox, mən Delta uşaqlarla oynamaq istəmirəm. Epsilonlar daha pisdilər. Onlar oxuyub, yaza bilməyəcək qədər axmaqdırlar. Hələ bir qara da geyinirlər və bu da çox hürküdücü rəngdir. Mən Beta olduğuma görə çox şadam”. Fasilə oldu, sonra səs yenidən eşidilməyə başladı. “Alfa uşaqlar boz rəngdə geyinirlər. Onlar bizdən qatqat çox işləyirlər, çünki onlar həddən artıq ağıllıdırlar. Mən, həqiqətən də hədsiz şadam ki, Betayam, çünki çox işləmək istəmirəm. Bundan əlavə də, biz Qamma və Deltalardan qat-qat daha yaxşıyıq. Qammalar axmaqdırlar. Onlar hamısı yaşıl geyinirlər və Delta uşaqlar isə xaki geyinirlər. Yox, yox, mən Delta uşaqlarla oynamaq istəmirəm. Lakin Epsilonlar daha pisdirlər. Onlar o qədər axmaqdırlar ki …” Direktor düyməni yenidən basdı. Səs kəsildi. Sadəcə səsin zəif pıçıltısı səksən ədəd yastığın altından eşidilirdi. “Onlar oyanmamışdan əvvəl bu, qırx və ya əlli dəfə təkrarlanacaq. Sonra çərşənbə axşamı yenidən və şənbə günü bir daha. Otuz ay ərzində həftədə üç dəfə olmaqla, yüz iyir30
mi dəfə. Bundan sonra isə, onlar növbəti mərhələdəki dərslərə keçəcəklər”. Güllər və elektroşoklar, Deltaların xakisi və zəif asafetida qoxusu – uşaq danışmağa başlamamışdan əvvəl möhkəmcə bərkidilirlər. Lakin, tənzimləmə kobud və başdansovdadır, daha incə məqamları özündə cəmləyə bilmir, davranışın mürəkkəb istiqamətlərini təlqin edə bilmir. Bunun üçün də sözlərə ehtiyac var, lakin bu sözlər məntiqsiz olmalıdırlar. Qısası, hipnopediya”. “Bütün zamanların ən böyük tərbiyələndirici və sosiallaşdırıcı gücü”. Tələbələr bunu dəftərçələrinə qeyd etdilər. Birinci ağızdan. Direktor bir daha düyməyə toxundu. “Hədsiz dərəcədə ağıllı” - yumşaq, yorulmaq bilməyən səs deyirdi, “mən həqiqətən də çox şadam ki, Betayam, çünki…” Çox da su damcıları kimi olmasa da, əslində bir tərəfdən də su ən sərt qranitdə belə oyuqlar aça bilir. Bu daha çox surğuc mayesinin damcıları kimi idi – yapışqan, qabıq bağlayan, üzərinə düşdükləri şey ilə birləşən. Qayanın belə, qızılı zərrəcciyə çevrilənə qədər, dərinliyinə kimi işləyən surğuc damlalarına. “Uşağın şüuru bunlarla doldurulmayanadək və bu öyrədilənlərin cəmi uşağın şüuruna çevrilməyənədək proses davam edir. Təkcə uşağın şüuru deyil. Yetişkin insanın da şüuru bütün həyatı boyunca davam edir. Mühakimə edən, arzulayan və qərar verən beyin bütün bu öyrədilənlərdən ibarət olacaq. Lakin bütün bu öyrədilənləri də biz öyrətmişik!” - Direktor qələbə hiss ilə qışqırdı. “Dövlət tərəfindən tənzimlənmiş beyin”. Ən yaxın stola əli ilə vurdu. “Buna görə də …” Bir səs onu yerində fırlanmağa vadar etdi. “Aman Ford!” başqa bir tonla dedi, - “Özümü unutdum və nəticədə uşaqları oyandırdım”. 31
Üçüncü Fəsil Bayırda oyun zamanı idi. İsti iyun günəşinin şüaları altında, altı və ya yeddi balaca qız və oğlan uşaqları otlar üzərində yüksək səslə qışqıraraq qaçışır, topla oyunlar oynayır və ya ikili və üçlü qruplarda çiçəkli kollar arasında sakitcə çömbəlib oturmuşdular. Güllər tumurcuq açmış, iki bülbül ağacların arasında təkbaşına oxuyur, ququ quşu cökə ağacları arasında ahəngsiz bir tonla quqquldayırdı. Hava arı və vertolyotların səsi ilə süstləşmişdi. Direktor və tələbələri bir müddət dayanaraq, uşaqların topla oynadıqları oyunu izlədilər. İyirmi uşaq xrom polad bir qalanın ətrafında dairə əmələ gətirmişdilər. Yuxarıda qalanın başındakı platformaya atılan top, qalanın içinə yuvarlanır, sürətlə fırlanan bir diskin üzərinə düşür və silindrik gövdədə açılmış dəliklərdən birində sürətlə fırladılırdı. Uşaqlar fırladılan topu tutmağa çalışırdılar. “Qəribədir” - onlar dönərək uzaqlaşdıqlarında, Direktor fikirləşdi, “Hətta bizim Fordun zamanında da, bir çox oyunların sadəcə bir-iki top, bir neçə çubuq və ya bəlkə də bir 32
paratorla oynanılması çox qəribədir. Bir düşünün ki, istehlakın artması üçün heç bir faydası olmayan bu mürəkkəb oyunların oynanılmasına icazə verilməsi nə qədər axmaqlıqdır. Bu dəlilikdir. Bu günlərdə isə Nəzarətçilər məşğul olurlar ki, müxtəlif mürəkkəb alətlərin lazım olmadığı heç bir oyun yaradılmasın. Əgər oyuna bu cür alətlər gərəkli deyilsə, o zaman təsdiqlənməyərək qalacaq”. O, sözünü saxladı. “Füsünkar bir qrupdur” - o, işarə edərək, söylədi. Hündür cökə ağaclarının arasındakı balaca otlu aşırımda iki uşaq – təxminən yeddi yaşlarında bir oğlan və ondan hardasa bir yaş böyük qız sanki kəşflə məşğul olan elm adamlarına xas bir ciddiyyət və diqqətlə elementar seks oyunları oynayırdılar. “Füsünkar, füsünkar!” - Direktor duyğulu şəkildə təkrarladı. “Füsünkar” - oğlanlar nəzakətlə razılaşdılar. Lakin onların təbəssümlərində bir az xor görmə var idi. Bu tip uşaq əyləncələrindən təzəlikcə yaxa qurtarmışdılar deyə, az da olsa, nifrət olmadan izləyə bilmirdilər. Füsünkar? Axı bu sadəcə iki uşağın axmaqlığıdır, bu qədər. Sadəcə uşaqlıq edirlər. “Mən hər zaman düşünmüşəm ki” - Direktor eyni həssas tonda danışmağa davam edirdi ki, sözü yüksək səsli hönkürtü ilə kəsildi. Yaxınlıqdakı kolluqda gəzərkən ağlamağa davam edən bir oğlan uşağını tibb bacısı əlindən tutaraq aparırdı. Arxasınca da həyəcanla bir qız uşağı addımlayırdı. “Nə baş verib?” - Direktor soruşdu. Tibb bacısı çiyinlərini çəkdi. “Ciddi bir şey olmayıb” - cavab verdi. “Belə görünür ki, bu balaca oğlan hər zaman oynanılan erotik oyunlara qoşulmağa həvəssizdir. Bunu əvvəllər də bir-iki dəfə müşahidə etmişəm. Bu gün də eyni hal təkrarlandı. O elə indicə qışqırmağa başladı …” “Səmimi sözümdür” - həyəcanlı görünən qızcığaz sözə 33
başladı, “Mən onu incitmək və ya başqa şey eləmək istəmirdim. Səmimi sözümdür”. “Əlbəttə, sən bunu istəmirdin, əzizim” - tibb bacısı təskinedici bir tərzdə söylədi. “Buna görə də” - tibb bacısı Direktora tərəf dönərək sözünə davam etdi. “Mən uşağı Baş psixoloqun köməkçisinin yanına yoxlanılması və qeyri-normal bir halın olub-olmadığını bildirməsi üçün aparıram.“ “Çox düzgün edirsiniz” - Direktor dedi. “Onu içəri aparın. Sən isə burada dayan, balaca qız” - o hələ də ağlamağa davam edən uşağı aparan Tibb bacısına dedi. “Sənin adın nədir?” “Polli Trotski”. “Çox gözəl adın varmış,“ Direktor dedi. “İndi isə qaç və bax gör oynaya biləcəyin başqa bir balaca oğlan tapa bilərsənmi?” Uşaq kolluqların içinə doğru qaçıb, gözdən itdi. “Çox gözəl balaca məxluqdur!” Direktor onun arxasınca baxaraq dedi. Sonra tələbələrə tərəf dönərək, “Mənim indi sizə nəql edəcəyim şeylər, sizə inanılmaz gələ bilər, lakin əgər siz tarixə öyrəşməmisinizsə, keçmişə dair bir çox faktlar sizə ağlasığmaz gələ bilər”. O, bu inanılmaz həqiqəti danışmağa başladı. Bizim Fordun erasından çox-çox əvvəl, hətta bir çox nəsillər sonra da uşaqlar arasında oynanılan erotik oyunlar normal hesab edilmirdi (bu məqamda yüksək gülüş səsləri eşidildi); bu nəinki normal hesab edilmirdi, hətta əxlaqsızlıq (ola bilməz!) sayılırdı və buna görə də sərt şəkildə qadağan edilmişdi. Qulaq asanların üzlərində heyrətli inamsızlıq yaranmışdı. Yazıq balacalara özlərini əyləndirməyə icazə verilməyib? Onlar buna inana bilmirdilər. “Hətta gənclər də” - Direktor deyirdi, “Hətta sizin kimi gənclər də…” “Bu mümkün deyil!” 34
“Sadəcə bir az özü-özü ilə gizli erotizm və homoseksuallıq xaricində, heç bir şeyə qətiyyətlə icazə verilmirdi”. “Heç bir şeyə?” “Bir çox hallarda, ta ki onların iyirmi yaşı tamamlanmayana qədər”. “İyirmi yaş?” yüksək səslə inanmayaraq bütün tələbələr bir ağızdan dilləndi. “İyirmi” - Direktor təkrarladı. “Mən sizə demişdim axı ki, bu sizə ağlasığmaz gələ bilər”. “Bəs sonra nə baş verdi?” onlar soruşdular. “Bunun nəticələri nə oldu?” “Nəticələr dəhşətli idi” - deyən dərin şiddətli bir səs dialoqa daxil oldu. Onlar ətrafa boylandılar. Kiçik qrupun kənarında bir yad dayanmışdı – ortaboylu, qara saçlı, əyri burunlu, dolu qırmızı dodaqlı, gözləri çox iti və qara. “Dəhşətli” - o təkrarladı. Direktor həmin vaxta qədər bağ boyu düzülən polad və plastikdən olan oturacağa əyləşmişdi, lakin bu yadı görən kimi ayaq üstə sıçradı və irəliyə doğru əlini uzadıb əyilərək, dişlərini ağardaraq yaltaq bir ifadə ilə gülümsədi. “Nəzarətçi! Necə də xoş sürprizdir! Uşaqlar, siz nə düşünürsünüz? Bu bizim Nəzarətçimiz – hörmətli Ford həzrətləri Mustafa Monddur”. Mərkəzin dörd min otağındakı dörd min saat eyni zamanda saat dördü vurdu. Bədənsiz səslər səsucaldıcı şəbəkələrdən eşidilməyə başlanıldı. “Əsas iş günü işləyənlər növbəsini bitirdilər. İkinci Gün işçiləri vəzifələri başına keçə bilər. Əsas Gün – qurtardı…” Henri Foster və Sosial Müəyyənləşdirmə üzrə Direktorun Müavini liftlə soyunma otağına qalxdıqları zaman bilərəkdən arxalarını Psixologiya bürosundan olan Bernard Marksa tərəf dönərək, özlərini onun pis reputasiyadan qorudular. 35
Embrion Anbarında maşınların zəif tırıltı və gurultusu hələ də tünd qırmızı havaya qarışmağa davam edirdi. Növbələr gəlir-gedir, dəri vərəmli simalar bir-birini əvəz edir və daşıyıcı lentlər gələcəyin qadın və kişilərini böyük vüqarla sonsuzluğa daşıyırdılar. Lenina Kroun qıvraq şəkildə qapıya doğru addımladı. *** Ford həzrətləri Mustafa Mond! Salamlayan tələbələrin gözləri az qala kəllələrinə çıxacaqdı. Mustafa Mond! Qərbi Avropa üzrə Daimi Nəzarətçi! Dünyadakı On Nəzarətçidən Biri! Onundan Biri… O, Direktorun yanındakı oturacağa əyləşdi. Onun burada qalmaq və həqiqətən də onlarla danışmaq fikri var idi... Birbaşa birinci ağızdan. Birbaşa Ford həzrətlərinin öz ağzından. İki qırmızımtıl - qəhvəyi rəngli uşaq yaxınlıqdakı kolluqdan şütüyərək, onlara doğru bərəlmiş, heyrətli gözlərlə baxdılar və sonra yenidən özlərini əyləndirmək üçün yarpaqların arasına qayıtdılar. “Sizin hər birinizin yadındadır” - Nəzarətçi öz güclü dərin səsi ilə dedi: “Güman edirəm ki, hər biriniz Bizim Fordumuzun bu sözlərini xatırlayırsınız: “Tarix sarsaqlıqdır” - o yavaşca təkrarladı, “sarsaqlıqdır”. O əlini silkələdi və bu elə göründü ki, sanki görünməz bir lələk ilə tozları sildi. Bu tozlar isə Harappa, qədimi Ur məskənləri, Kəldanilər idi və hörümçək torunun içində Fivlər və Babil, Knoss sarayı və Miken sivilizasiya var idi. Silkələ. Silkələ - Odissey haradadır, Əyyub harda idi. Bəs Yupiter, Qotama və İsa harda idilər? Silkələ - bəs Afina və Roma, Yerusəlim və Mərkəzi Krallıq adlanan antik toz qalıqları necə oldu? – hamısı getdi. Silkələ - İtaliya olan ərazi artıq boş idi. 36
Silkələ, kilsələr; silkələ, silkələ, Kral Lir, Paskalın düşüncələri... Silkələ, “Ehtiraslar”, Rekviyemi, Simfoniyanı silkələ… *** “Henri, bu axşam Hissiyatlı filmə gedəcəksən?” - Sosial Müəyyənləşdirmə üzrə Müavin soruşdu. “Eşitdiyimə görə, Alhambradakı yeni film birinci dərəcəlidir. Filmdə ayı dərisindən olan palaz üzərində sevgi səhnəsi var ki, deyilənə görə çox qiyamətdir. Ayının tüklərinin tək-tək sürəti çıxarılıb. Ən valehedici toxunma effektləri”. “Məhz buna görə də, sizə tarix öyrədilmirdi” - Nəzarətçi danışırdı. “Lakin indi zamanı gəlib ki …” Direktor təşvişlə ona baxırdı. Nəzarətçinin iş otağındakı seyfdə gizli qadağan olunmuş kitabların olması ilə bağlı qəribə şayiələr gəzirdi. İncil, poeziya kitabları – Ford bilir daha nələr. Mustafa Mond Direktorun bu təşvişli baxışlarını tutdu və onun qırmızı dodaqlarının kənarı ironik ifadə ilə yığıldı. “Hər şey yaxşıdır, Direktor” - o, bir az lağ ilə dedi, “Mən onları yoldan çıxarmayacağam.” Direktor çaşqınlıq içində qaldı. Həqarətlə baxanların özlərini həqarətlə qarşılamaq lazımdır. Bernard Marksın üzü həqarət dolu idi. Həqiqətən də ayının hər bir tükü! “Mütləq gedəcəyəm” - Henri Foster dedi. Mustafa Mond qabağa doğru əyilərək, barmağını tələbələrə doğru silkələdi. “Bunu fikrinizdə canlandırmağa çalışın” - o dedi və tələbələrin diafraqmaları bu səsin təsirindən qəribə titrəmə keçirdi. “Siz bir təsəvvür etməyə çalışın ki, balaverən ananın olması nə deməkdir”. Yenə də bu ədəbsiz söz. Lakin onlardan heç biri bu dəfə gülümsəməyi ağlından da keçirmədi. 37
“Siz kiminsə ailə ilə yaşamasının nə demək olduğunu təsəvvür etməyə çalışın”. Onlar çalışsalar da, aydın görünürdü ki, heç bir şey alınmırdı. “Bəs siz “ev”in nə olduğunu bilirsinizmi?” Onlar başlarını silkələdilər. Lenina Kroun, öz dumanlı qırmızımtıl anbarından on yeddi mərtəbə yuxarı qalxdı, liftdən çıxıb sağa doğru addımladı, uzun dəhliz boyu aşağı doğru getdi və üzərində QADINLARIN GEYİNMƏ OTAĞI yazılan otağın qapısını açaraq qollar, qadın sinələri və alt paltarlarının olduğu qulaqbatırıcı xaosun içinə düşdü. İsti su axıntıları yüzlərlə vannaya tökülür və ya vannaların içindən şırıltı ilə axırdı. Səksən ədəd titrəşimli masaj aparatı gah uğuldayıb, gah da fısıldayaraq eyni zamanda öz növünün ən gözəl nümunələri olan bu qadınların gündə yanmış bədənini əmir, masaj edirdi. Hər kəs səsinin çıxa bildiyi qədər yüksəkdən danışırdı. Sintetik Musiqi cihazından superkornet alətinin solo ifası səslənirdi. “Salam, Fanni” - Lenina asqısı və şkafı onunku ilə qonşu olan cavan qıza dedi. Fanni Qablaşdırma Otağında işləyirdi, onun da soyadı Kroun idi. Lakin planetdə olan iki milyard adam arasında, cəmi on min ad - soyadın paylaşdırılmasına görə, bu cür təsadüflər artıq xüsusi olaraq təəccüblü gəlmirdi. Lenina yavaş-yavaş soyunmağa başladı, pencəyini, sonra şalvarını, alt paltarlarını. Üzərində təkcə ayaqqabı və corabları qaldı və belə halda vanna otağına tərəf getdi. Ev, ev – bir kişi və vaxtaşırı doğan bir qadın, bir yığın müxtəlif yaşlardakı oğlanlar və qızlar tərəfindən sıx məskunlaşdırılmış bir neçə balaca otaq. Havasız bapbalaca yer, natəmiz həbsxana, qaranlıq, xəstəlik və qoxular. (Nəzarətçinin bu təsviri o qədər canlı idi ki, digərlərin38
dən daha həssas olan bir oğlanın rəngini saraltdı və az qala qaytarmaq həddinə gətirdi.) Lenina hamamdan çıxıb qətfə ilə qurulandı, divara bərkidilmiş uzun elastik bir borucuğu götürərək, intihar edirmiş kimi, onun ucluğunu sinəsinə yapışdıraraq, tətiyi çəkdi. Ani bir isti hava axını onun dərisini keyfiyyətli talk pudrasına bürüdü. Səkkiz müxtəlif tip ətir və qoxular əlüzyuyanın üzərindəki kiçik kranlardan vurula bilirdi. O, soldan üçüncünü açdı və özünü şipr ətri ilə ətirlədi. Əlində ayaqqabı və corablarını tutaraq masaj aparatlarından boş olanının olub-olmadığına baxmaq üçün bayıra çıxdı. Ev fiziki baxımdan olduğu kimi, mənəvi baxımdan da çox mənfur bir yer idi. Psixoloji baxımdan bura zibilxana, dovşan dəliyi kimi idi – bir-biri ilə sıx bağlı həyatların sürtünməsindən yaranan boğanaq, emosiyalardan qoxumuş bir xaraba. Ailə üzvləri arasındakı boğucu səmimiyyət, təhlükəli, çılğın, vulqar münasibətlər! Anaları dəlicəsinə öz uşaqlarının üzərində titrəyirdi … onların üzərində sanki pişiyin balaların üzərində titrədiyi kimi titrəyirdi; lakin bu pişik danışa, bu pişik “Mənim balam, mənim balam” - deyə bilirdi, özü də dəfələrlə. “Mənim balam mənim südümü əmir. Onun balaca əlləri, bu aclığı – ah, bunlar necə də sözlə ifadə edilə bilinməyəcək həzlərdir! Mənim körpəm yatana qədər, balam ağzının kənarında balaca süd köpükləri ilə yatana qədər. Mənim balaca balam yatana qədər…” “Bəli,” Mustafa Mond başını silkələyərək dedi, “sizin titrəməyiniz təbiidir”. “Bu axşam gəzməyə kiminlə çıxırsan?” - titrəşimli masaj aparatından daxildən parıldadılmış mirvari kimi qayıdan Lenina soruşdu. “Heç kimlə”. Lenina heyrətlə qaşlarını qaldırdı. 39
“Bu aralar nəsə özümü yaxşı hiss etmirəm” - Fanni dilləndi. “Doktor Uells Süni Hamiləliyi mənə məsləhət gördü”. “Amma, əzizim, axı sənin cəmi on doqquz yaşın var. Birinci Süni Hamiləlik ancaq iyirmi bir yaşda məcburidir”. “Bilirəm, əzizim. Lakin bəzi insanlar üçün daha tez başlamaq yaxşıdır. Doktor Uells söylədi ki, mənim kimi çanağı iri qaraşınlar ilk süni hamiləliklərini on yeddi yaşlarında etsələr yaxşıdır. Yəni, mən iki il gecikmişəm, nəinki iki il tələsirəm.” O, öz şkafının qapısını açdı və yuxarı rəfdəki üzəri yazılı dərman şüşələrini göstərdi. “CORPUS LUTEUM SİROPU”. Lenina adları yüksək səslə oxudu. “OVARİN. TƏZƏLİYİ ZƏMANƏTLİDİR: AVQUSTUN 1-i, F.S. 632-Cİ İLDƏN SONRA İSTİFADƏ EDİLMƏMƏLİDİR. SÜD VƏZİSİ EKSTRAKTI: GÜNDƏ ÜÇ DƏFƏ BİR AZ SU İLƏ YEMƏKDƏN ƏVVƏL QƏBUL EDİLMƏLİDİR. PLASENTİN: ÜÇ GÜNDƏN BİR DAMARDAN VURULMALIDIR. Off!”- deyə, Lenina ürpəşdi. “Damara vurulan iynələrə nifrət edirəm, sən də?” “Hə. Lakin onlardan xeyir gəlirsə.” Fanni hədsiz dərəcədə məntiqli bir qız idi. Bizim Tanrımız Ford - və ya Freydimiz, çünki dərk edə bilmədiyimiz bir səbəbdən nə zaman psixoloji məsələlərdən söhbətə başlasa, özünə Freyd deyirdi - ilk dəfə ailə həyatının dəhşətli təhlükələrini aşkara çıxaran olmuşdur. Dünya atalar ilə dolu idi – buna görə də bədbəxtliklə də dolu idi; analarla dolu idi – ona görə də sadizmdən tutmuş namusa qədər min cür pozğunluq ilə dolu idi; qardaşlar, bacılar, xalalar, dayılar – çılğınlıq və intihar dolu bir dünya. “Halbuki, Yeni Qvineyanın müəyyən adalarının sahillərində yaşayan Samoa vəhşiləri arasında...” Tropik günəş şüaları əmbər gülünün tumurcuqları arasında nizamsız şəkildə yıxılıb yatan çılpaq uşaq bədənlərinin üzərinə isti bal kimi yayılmışdı. Onların evləri palma budaq40
larından olan iyirmi evdən hər hansı biri ola bilərdi. Trobriand adalarındakı hamiləlik atalarının ruhlarının məsələsi idi, onlardan heç biri atanın nə olduğunu bilmirdilər. “Əks cinslər” - Nəzarətçi dedi, “ birləşirlər, onlar bunun üçün yaradılmış olduqları üçün birləşirlər”. “Doktor Uells indi edəcəyim üç aylıq süni hamiləliyin növbəti üç və dörd il ərzində sağlamlığıma çox faydalı olacağını söyləyir”. “Yaxşı, ümidvaram o haqlıdır” - Lenina dedi. “Amma Fanni, sən həqiqətən də demək istəyirsən ki, növbəti üç ay ərzində heç bir…” “Ah, əlbəttə yox, əzizim. Sadəcə bir ya da iki həftə, bu qədər. Bu axşam vaxtımı Klubda Musiqili Bric oynayaraq keçirəcəyəm. Sən də hər halda harasa gedirsən, hə? Lenina başını silkələyərək təsdiqlədi. “Kiminlə?” “Henry Foster” “Yenə?” Fanninin mehriban, ay parçası kimi nurlu üzü narazı bir heyrətə büründü. “Demək istəyirsən ki, hələ də Henri Foster ilə görüşürsən?” Analar və atalar, bacılar və qardaşlar. Həmçinin də ərlər, arvadlar, sevgililər. Monoqamiya və romantika da öz yerində. “Ancaq yəqin ki, siz bunların hansı mənanı kəsb etdiyini bilmirsiniz” - Mustapha Mond dedi. Onlar başlarını yellədilər. Ailə. Monoqamiya, romantika. Hər yerdə qapalılıq, enerji və impulsların dar bir kanala istiqamətləndirilməsi..” Hipnopedik bir atalar sözü olan “Hər kəs hər kəsə məxsusdur” - dedi. Tələbələr başlarını yelləyərək, bu fikirlə razı olduqlarını bildirdiər. Onlara qaranlıqda altmış iki min dəfə təkrar edilən bu cümlə sadəcə doğru deyil, aksioma, açıq-aşkar həqiqət, müzakirə olunmayan doğru kimi qəbul etdirilmişdi. 41
“Axı” - deyə Lenina etiraz etdi, “Cəmi-cümlətanı dörd aydır ki, mən Henri ilə görüşürəm.” “Cəmi dörd ay! Bu sözünü çox bəyəndim. Üstəlik də” Fanni barmağını ittihamedici bir tərzlə yellədərək davam etdi, “Yəqin ki, bütün bu müddət ərzində Henridən başqa heç kimlə olmamısan. Deyilmi?” Lenina qıpqırmızı qızardı, amma gözləri və səs tonu tabe olmadan qaldı. “Xeyr, başqa heç kim olmayıb” - deyə qəzəbli tərzdə cavab verdi. “Niyə də başqası ilə olmalı idim ki, bax bunu anlamıram”. “Oh, niyə olmalı imiş,” Fanni Leninanın sol çiynində gözəgörünməz bir dinləyiciyə deyirmiş kimi təkrarladı. Sonra qəfil səs tonunu dəyişərək, “Lakin gəl ciddi danışaq” - o dedi, “Mən doğrudan da düşünürəm ki, sən ehtiyatlı olmalısan. Bir kişi ilə bu qədər mütəmadi olaraq görüşmək, çox dəhşətli bir şeydir. Bəlkə də qırx, əlli yaşında bu o qədər də pis deyil. Amma sənin yaşında, Lenina! Yox. Bu, həqiqətən də, belə getməz. Sən özün də Direktorun bu qədər uzun və mütəmadi görüşlərə qarşı necə münasibət bəslədiyini bilirsən. Başqa bir kişi olmadan dörd ay Henri Foster ilə - o, bunu bilsə, çox əsəbiləşər…” “Borudan keçən təzyiq altında su təsəvvür edin.” Onlar təsəvvür etdilər. “Bir dəfə dəlik açıram” - Nəzarətçi dedi. “ Necə də güclü təzyiqdir!” O iyirmi dənə deşik açdı. Orada iyirmi ədəd kiçik fontanlar yarandı. “Mənim balam. Mənim balam…!” “Ana!” Bu dəlilik yoluxucu idi. “Mənim məhəbbətim, mənim əvəzolunmazım, qiymətlim, ən qiymətlim…” Ana, monoqamiya, romantika. Fontandan çıxan fışqırıqlar yüksək olarsa, təzyiqi vəhşi və köpüklü olar. Ancaq bir 42
çıxış yolu var. Mənim məhəbbətim, mənim balam. Bu modern dünyadan daha əvvəl yaşayan yazıq insanların niyə çılğın, qəddar və bədbəxt olmaları təəccüblü deyil. Denyaları onlara hadisələrə sadə yanaşmağa, ağlı başında, ədəbli, xoşbəxt qalmağa imkan vermirdi. Bütün bu analar və sevgililər, idarə etmələri onlara öyrədilməyən qarşılaşmalı olduqları qadağalar. Bütün ehtiraskar və tənha peşmanlıqlar. Bütün xəstəliklər və əbədiyyən insanı təcrid edən ağrılar, bütün qeyri-müəyyənliklər və yoxsulluqlar onları güclü hisslərə sürükləyirdi. Belə güclü hisslərlə isə (güclü, amma daha çox tənha, təklikdə təcrid olunmuş ümidsizlik), onlar necə möhkəm ola bilərdilər? “Əlbəttə, sən ondan ayrılmağa məcbur deyilsən. Sadəcə kimləsə vaxtaşırı görüş, bu qədər. O ki başqa qızlarla da olur, elə deyil?” Lenina bunun doğru olduğunu təsdiqlədi. “Əlbəttə. Henri əsl alicənabdır və bu hər zaman belədir. Ondan başqa Direktor da var. Bu məsələlərdə nə qədər diqqətlidir, bilirsən…” Başıyla təsdiqləyərək, “O, bu axşam mənim kürəyimi sığalladı” - Lenina dedi. “Gördün?” Fanni sanki qələbə çalmışdı. “Bu onun nəyi təmsil etdiyinin göstəricisidir. Ciddi şəkildə qaydalara sədaqət”. “Stabillik” - deyərək Nəzarətçi sözə başladı, “stabillik”. Heç bir cəmiyyət sosial stabillik olmadan inkişaf edə bilməz. Fərdi stabillik olmadan isə sosial stabillik ola bilməz”. Onun səsi səsyüksəldici cihazlardan gəlirmiş kimi idi. Qulaq asdıqca özlərini daha böyük, daha isti hiss edirdilər. Cihazlar işləyir, işləyir və işləməyə davam etməlidirlər əbədiyyən. Sakit dayanması ölümə bərabərdir. Bir milyard insan yerin qabığını eşələyirdi. Çarxlar dönməyə başladı. 43
Yüz əlli il ərzində sayları iki milyarda çatdı. Bütün çarxları dayandırın. Yüz əlli həftədən sonra yenə sayları bir milyarda endi; minlərlə, minlərlə kişilər və qadınlar acından öldü. Çarx daima dönməlidir, lakin baxımsız dönməyi mümkün deyil. Onu döndərmək üçün insanlar lazımdır, öz mehvərində möhkəm dayanan çarx kimi möhkəm adamlar, ağlı başında, itaətkar və hər şey ilə razı sabitfikirli insanlar. Ağlayanlar: mənim balam, mənim anam, mənim yeganəm, sızlayanlara: Mənim günahım, mənim qorxunc Tanrım; ağrı ilə qışqıranlar, qızdırmadan sayıqlayanlar, qocalıq və aclıqdan sızıldayanlar onlar necə çarxları döndərə bilərlər? Əgər onlar çarxları döndürə bilmirsə... Neçə minlərlə kişi və qadın cəsədlərini yandırmaq çox çətin olardı. “Bütün bunlardan başqa” - Fanninin səs tonu qılığa girən idi, “Henridən başqa bir-iki başqa kişiylə olmaqda da hər hansı bir qəbahət yoxdur. Bunları bildikdən sonra, sənin daha rahat davranmağın lazımdır...” “Stabillik” - Nəzarətçi təkidlə dedi, “stabillik ən vacib və başlıca prinsip budur. Stabillik. Bütün bunların səbəbindəndir hər şey”. Əli ilə işarət edərək, bağçaları, Tənzimləmə Mərkəzininin nəhəng binasını, otluğun içindəki güclə gözə görünən çılpaq uşaqları göstərdi. Lenina başını silkələdi. “Bilmirəm, nə olubsa” - o, dərin fikrə getdi, “Amma son günlər ürəyim müxtəliflik istəmir. İnsanın hərdən belə hiss etdiyi zamanlar olur. Səndə də belə şey olmayıb, Fanni?” Fanni anlayışla başını silkələyərək, onun dediklərini təsdiqlədi. ”Lakin bununla mübarizə aparmaq məcburiyyətindəyik” - o, nəsihətli bir səslə dedi, “Oyunu oynamalıyıq. Nəticədə, hər kəs hər kəsə məxsusdur”. “Bəli, hər kəs hər kəsə məxsusdur” - Lenina sakitcə təkrarladı və ah çəkərək, bir neçə dəqiqə sakit dayandı; sonra 44
Fanninin əlini tutaraq, bir az sıxdı. “Sən düz deyirsən, Fanni. Həmişə olduğu kimi. Mən bunun üçün çalışacağam”. Qapalı saxlanan su coşquyla daşarkən meydana gələn sel hislərdir, bu sel ehtirasdır və hətta dəlilikdir. Cərəyanın qüvvəsindən asılıdır, bəndin hündürlüyü və gücündən asılıdır. Önünə bənd çəkilməyən axın müəyyən kanallardan keçərək, sakit və xoşbəxt bir həyata daxil olur (Embrion acdır; Gecə keçir, gündüz keçir, süni qan nasosu dəqiqədə səkkiz yüz dəfə dayanmadam dövrə vurur. Şüşədən çıxarılan uşaq qışqırır. Həmin dəqiqə tibb bacısı peyda olur, əlində xarici ifraz şüşəsi var. Bu fasilə arasındakı hislər arzular ilə onların reallaşmasının arasında gizlənir. Bu fasiləni qısaltdığında, bütün o köhnə, lazımsız sədlər aradan qalxacaqdır. “Bəxtəvər oğlanlarsınız!” - Nəzarətçi söylədi. “Sizləri mənəvi cəhətdən rahat hiss etməyiniz, mümkün ola biləcək bütün hislərdən qorumaq üçün əlimizdən gələn hər şeyi etmişik.” “Fordumuz öz işinin başındadır” - Direktor mırıldadı. “Dünyadakı bütün işlər yaxşı gedir.” “Lenina Kroun?” - Henri Foster Sosial Müəyyənləşdirmə Direktorunun köməkçisinin sualına reaksiya verərək söylədi. “Ah, o möhtəşəm qızdır. Əla bədəni var. Hələ də onunla bir yerdə olmadığına təəccübləndim”. “Necə onu gözümdən qaçırtmışam, mən də başa düşmürəm” - Assistant söylədi. “İlk fürsətdə onunla olacam, bu şübhəsizdir”. Soyunma otağının qarşısında olduğu yerdən deyilənləri eşidən Bernard Marksın rəngi saraldı. “Düzünü desəm” - Lenina sözə başladı, “Mən də hər gün Henri ilə olmaqdan artıq darıxmağa başlamışam”. Sol corabını yuxarı çəkdi. Həddən artıq şişirdilmiş adi tonla soruşdu, “Bernard Marksı tanıyırsan?” 45
Fanni sanki diksinmişdi. “Yəqin sən o…” “Niyə də yox? Bernard Alfa Müsbətdir. Bundan başqa, o, mənə birlikdə Vəhşi Qoruqlardan birinə getməyi təklif edib. Mən hər zaman Vəhşi Qoruğu görmək istəmişəm”. “Bəs onun pis nüfuzu necə olacaq?” “Onun nüfuzundan mənə nə?” “Deyilənə görə, o Maneəli Qolfu xoşlamır.” “Deyilənə görə, deyilənə görə” - Lenina onun ağzını əydi. “Bundan başqa o, zamanının çox hissəsini tənhalıqda keçirir”. Fanni bunu deyərkən səsində dəhşət hiss olunurdu. “Hə, amma mənimlə olduqda, daha tənha olmayacaq. Ümumiyyətlə, başa düşmürəm, niyə insanlar ona belə pis münasibət göstərirlər? Mən onun kifayət qədər şirin olduğunu fikirləşirəm”. O, öz-özünə güldü, Bernardın nə qədər absurd dərəcədə utancaq olduğunu xatırladı. Elə qorxaq davranırdı ki, sanki Lenina Dünya İdarəçisi o isə QammaMənfi maşınlardan məsul bir şəxs idi. “Öz həyatınız barədə düşünün” - Mustafa Mond dedi. “Sizdən hər hansı biriniz aşılmaz bir maneə ilə qarşılaşdınızmı?” Suala təsdiqlənməyən səssizliklə cavab verildi. “Hər hansı biriniz arzunuz ilə onun reallaşması arasında uzun sürən bir gözlənti yaşadınızmı?” “Bir dəfə” - oğlanlardan biri tərəddüdlə cavab verdi. “Ucadan danış” - Direktor dedi. “Ford həzrətlərini gözləməyə məcbur etmə.” “Bir dəfə mən bir qızı əldə etmək üçün düz dörd həftə gözləməli olmuşdum.” “Nəticədə də güclü narahatlıq hiss etmişdin, deyilmi?” “Dəhşətli!” “Dəhşətli; eynilə” - Nəzarətçi cavab verdi. “Bizim əcdadlarımız o qədər axmaq və qanmaz olublar ki, ilk islahatçılar gəldikdə və onlara bu dəhşətli hisslərdən can qurtarmağı təklif etdiklərində, onlar bununla razılaşmayıblar”. 46
“Lenina haqqında elə danışırlar ki, sanki o, ət parçasıdır”. Bernard dişlərini qıcadı. “Ona burada sahib ol, orada sahib ol”. Qoyun əti kimi. Onu qoyun əti səviyyəsinə kimi alçaldırlar. Lenina düşünəcəyi, bu həftə sonu mənə cavab verəcəyini söyləmişdi. Ah, Ford, Ford, Ford”. O, yuxarı qalxaraq onların yanına getmək və üzlərinə vurmaq istəyirdi – qüvvətlə, dəfələrlə.. “Hə, mən onunla birlikdə olmağı sənə doğrudan da məsləhət görürəm” - Henri Foster deyirdi. “Ektogenezi götürün. Pfitzner və Kavaquçi bütün qeyri-fiziki doğuşun metodlarını işləyib hazırlamışdılar. Lakin hökumət buna diqqət ayırdımı? Xeyr. Xristianlıq adlandırılan bir şey buna qarşı idi. Qadınları yenə də doğuş edən varlıqlar kimi qalmağa məcbur etdilər”. “O çox eybəcərdir!” - Fanni dedi. “Amma mənim onun görünüşündən xoşum gəlir”. “Üstəlik də, boyu balacadır”. Fanni üzünü bürüşdürdü, balacaboyluluq çox dəhşətli və aşağı siniflərə xas xüsusiyyət idi. “Mən bunun da çox şirin olduğunu düşünürəm” - Lenina dedi. “İnsan onu balaca pişik kimi götürüb sığallamaq istəyir”. Fanni heyrətlənmişdi. “Deyilənə görə o, şüşədə olan zaman kimsə səhv edib və onun Qamma olmasına baxmayaraq qan məhluluna spirt qatıblar. Ona görə də, Bernard belə qısaboylu olub”. “Cəfəngiyyat!” Lenina hiddətlənmişdi. “Yuxuda öyrətmə faktiki olaraq, İngiltərədə qadağan edilmişdi. Liberalizm adlanan bir şey buna qarşı idi. Parlamentin nə olduğunu bilmirsinizsə, bu qanunverici orqan idi və buna qarşı qanun çıxarmışdı. Seçim azadlığı haqqında nitqlər. Bədbəxt və yararsız olma azadlığı. Səhv yerdə, səhv insan olmaq azadlığı”. 47
“Dostum, ləzzətini çıxart, həqiqətən də. Heç bir sıxıntı yoxdur”. Henri Foster Assistantına toxunaraq dedi. “Nəticədə, hər kəs hər kəsə məxsusdur”. Dörd il ərzində həftədə üç gecə yüz dəfə təkrar, Hipnopediya mütəxəssisi olan Bernard Marks düşündü. Altmış iki min dörd yüz təkrar bir həqiqət yaradır. Axmaqlar! “Yaxud da Sinfi Sistem. Dəfələrlə təklif olunsa da, dəfələrlə də rədd edilib. Demokratiya adlandırılan bir şey buna qarşı idi. Guya bütün insanlar fiziki- kimyəvi xüsusiyyətlərindən əlavə, digər şeylərdə də bərabər imişlər”. Hə, mən bir onu deyə bilərəm ki, Bernardın təklifini qəbul etməyə hazırlaşıram.” Bernard onlara nifrət edirdi, nifrət edirdi. Lakin onlar iki nəfər idilər, daha enlikürək, daha güclü idilər. “Onillik müharibə F.S. 141-ci ildə başlamışdır”. “Onun qan məhluluna spirt qatılması söhbətləri həqiqətə uyğun olsaydı belə.” “Fosgen, xlorpikrin, etil iodasetat, difenilsianarsin, trixlormetil, xloroformat, dixloretil sulfid. Didrosianik asidi qeyd etməyə isə ehtiyac yoxdur”. “Bu söhbətlərə isə, mən heç inanmıram” - Lenina sözünü bitirdi. “On dörd min təyyarənin açıq səmada irəliləməsinin uğultusu. Lakin Kurfurstendamm və Səkkizinci Bölgədəki antraks bombalarının səsi isə kağız kisənin partlaması kimi idi”. “Çünki mən Vəhşi Qoruğu görmək istəyirəm”. Ch3C6H2(NO2)3+Hg(CNO)2=hə, nədir? Torpaqda nəhəng bir çuxur, bir qalaq hörgü, ət və bəlğəm parçaları, çəkməsi hələ də üzərində olan bir ayaq havada uçur və ətirşahların – al qırmızı ətirşahların ortasına düşür; o yay necə də möhtəşəm tamaşa var idi! “Sənə daha sözüm yoxdur, Lenina”. 48
“Rusların su qaynaqlarını zəhərləmə texnikaları xüsusilə dahiyanə idi”. Arxalarını bir-birinə çevirərək dayanan Fanny və Lenina ikisi də səssizliklərini qorumağa davam edirdilər. “Doqquz İllik Müharibə, böyük İqtisadi Çöküş. Dünyaya Nəzarət ilə dağıntı arasında bir seçim qalmışdı. Stabillik və…” “Fanni Kroun da gözəl qızdır” - Sosial Müəyyənləşdiricinin Köməkçisi dilləndi. Uşaq yuvalarında Sinfi Şüura Giriş dərsi bitmiş, səslər artıq məhsullar üçün gələcək istehlakçıları hazırlayırdılar. “Mən uçmağı xoşlayıram” - onlar pıçıldadı, “Mən uçmağı xoşlayıram, mən yeni geyimlərimin olmasını sevirəm, mən sevirəm..” Əlbəttə, Liberalizm antarkstın təsirindən ölmüşdü, lakin eyni zamanda da işlər zorakılıqdan istifadə edərək davam etdirilə biməzdi”. “Lenina qədər xoşagəlimli deyil. Yox, deyil”. “Köhnə paltarlar iyrəncdir” - yorulmayan səs pıçıldadı. “Biz hər zaman köhnə paltarları atırıq. Tullamaq düzəltməkdən yaxşıdır, tullamaq düzəltməkdən yaxşıdır, tullamaq...” “Hökumət oturmaq işidir, vurmaq deyil. Sən beynin və yanın ilə idarə edirsən, lakin heç vaxt yumruğundan istifadə etmirsən. Məsələn, istehlak səfərbərliyi deyə bir məsələ var idi”. “Budur, mən hazıram” - Lenina dilləndi, amma Fanni hələ də arxası ona dönük vəziyyətdə susmağa davam edirdi. “Fanni, əzizim, gəl barışaq”. “Hər kişi, qadın və uşaq il ərzində müəyyən qədər istehlaka məcbur ediləcəkdi. Sənayenin inkişafı naminə. Yeganə nəticə”. “Yamamayaq, tullayaq. Yamaq artdıqca, rifah azalır, yamaq artdıqca...” “Bir gün” - Fanni qəmgin bir vurğu ilə dilləndi, “Sən özünü işə salacaqsan”. 49
“Nəhəng miqyaslı bir vicdan rəddi. İstehlak üçün heç nə yoxdur. Təbiətə geri dönüş”. “Mən uçmağı sevirəm. Mən uçmağı sevirəm”. “Mədəniyyətə geri dönüş. Hə, əslində bu mədəniyyətə geri dönüşdür. Sən ancaq oturub, kitab oxumaqla məşğulsansa, istehlaka heç bir xeyrin dəyməyəcək”. “Yaxşı görünürəm?” - Lenina soruşdu. Onun gödəkcəsi şüşə yaşılı asetatlı parçadan idi, qolları ilə boynunda isə yaşıl viskoz kürk var idi. “Golders Green”də səkkiz yüz Sadə Həyat Müdafiəçiləri mexaniki silahlarla biçilmişdirlər”. “Yamamayaq, tullayaq, yamamayaq tullayaq”. Yaşıl məxmər şortlar və dizin altında qatlanmış ağ viskoz yun corablar. “Daha sonra məşhur Britaniya Muzeyi Qətliamı baş verdi. On min mədəniyyət tərəfdarı dixloretil sulfid qazı ilə zəhərləndirilərək öldürüldü”. Yaşıl-bəyaz cıdırçı papağının kölgəsi Leninanın gözləri üzərinə düşürdü; onun ayaqqabıları parlaq yaşıl və hədsiz cilalı idi. “Nəticədə” - Mustafa Mond dedi, “Nəzarətçilər anladılar ki, güclə nəsə etmək yaxşı deyil. Daha yavaş olsa da, daha etibarlı üsullar ektogenezesis, yeni Pavlovian tənzimləməsi və hipnopediya idi…” Belində isə gümüşü işləməli yaşıl tumac patrondaş kəmər var idi, Lenina sonsuz olmadığı üçün hamiləliyi önləmək üçün nizamlayıcı kimi qabarmışdı. “Pfitzner və Kavaquçinin kəşflərindən nəhayət ki, yararlanmaq olardı. Təbii doğuma qarşı davamlı təbliğat…” “Mükəmməl!” - Fanni həyəcanla qışqırdı. O, Leninanın cazibəsinə qarşı uzun müddət dayana bilmirdi. “Hələ o belindəki Maltius kəməri necə də şirindir!” 50
“Bunlarla yanaşı, keçmişə qarşı yürüdülən kompaniya başladıldı. Muzeylər bağladılır, tarixi abidələr yerlə bir edilirdi. (Xoşbəxtlikdən, onların çoxu artıq Doqquzillik Müharibədə məhv edilmişdi) F.S 150-ci ilə qədər çap edilmiş bütün kitablar qadağan olundu”. “Mən də bir beləsini əldə etməliyəm” - Fanni dedi. “Məsələn, piramidalar adlandırılan bəzi şeylər var idi”. “Mənim köhnə qara kəmərim…” “Şekspir adlandırılan bir kişi də olub. Siz, əlbəttə ki, onun haqqında heç vaxt eşitməmisiniz”. “Mənim kəmərim lap biabırçı vəziyyətdədir”. “Bax bütün bunlar, həqiqi elmin və təhsilin verdiyi üstünlüklərdir”. “Daha çox yamaq, daha az rifah; daha çox yamaq, daha az…” “Bizim Fordun ilk T-Modelinin təqdimatı…” “Hardasa artıq üç aydır ki, istifadə edirəm”. “Bu yeni eranın başlanğıcı olaraq hesab ediləcək”. “Tullamaq yamamaqdan yaxşıdır, tullamaq …” “Əvvəl də dediyim kimi, Xristianlıq adlanan bir şey var idi.” “Tullamaq yamamaqdan yaxşıdır”. “Kifayətsiz istehlakın etika və fəlsəfəsi”. “Mən yeni geyimləri sevirəm, mən yeni geyimləri sevirəm, sevirəm…” “Bunlar istehsalın yetərli olmadığı dövrlərdə əhəmiyyətli idi, lakin maşın və nitrogenin nəzarət edə biləcəyi dövrlərdə, bu cəmiyyətə qarşı yönəldilmiş bir cinayətdir”. “Bunu mənə Henri Foster verib”. Bütün xaçların başı kəsildi və T-ya çevrildilər. Tanrı adlandırılan bir şey də var idi”. “Bu həqiqi tumac təqlididir”. “Bizim indi Dünya Dövlətimiz var. Ford Günü bayram şənlikləri, Birlik Nəğmələri və Həmrəylik Tədbirlərimiz var”. 51
“Fordum, mən onlara necə də nifrət edirəm!” Bernard Marks düşünürdü. “Cənnət adlandırılan bir şey var idi. Buna baxmayaraq, onlar çox miqdarda alkoqol qəbul edirdilər”. “Sanki ət parçası haqqında danışırlar, ət parçası”. “Ruh deyə bir şey var idi və bir də əbədiyyət adlandırılan şey”. “Henridən bunu hardan əldə etdiyini soruşarsan”. “Lakin onlar morfi və kokain qəbul edirdilər”. “Ən pisi isə odur ki, Lenina özü də özünü ət parçası kimi görür”. “F.S. 178-ci ildə iki min əczaçı və biokimyaçıya maaş kəsildi”. “O çox bədbin görsənir,” Köməkçi Bernard Marksa işarə edərək dedi. “Altı il sonra bu həblər ticari məqsədlərlə istehsal edilməyə başlandı. “Mükəmməl həblərdir”. “Gəl ona sataşaq”. “Eyforik, narkotik, xoş hallüsinasiyalı”. “Bədbin, Marks, bədbin”. Çiyninə toxunan əl onu diksindirdi və yuxarı baxdı. Bu kobud Henri Foster idi. “Sənə bir qram soma lazımdır”. “Xristianlıq və alkoqolun bütün üstünlükləri var idi, amma yan effektləri yox idi”. “Ford, mən onları öldürmək istəyirəm!” Lakin dediyi yeganə şey, “Yox, çox sağ ol” - oldu və ona təklif edilən həblərdən imtina etdi. “Reallıqdan istədiyin vaxt tətilə çıxa bilərsən. Qayıtdığında isə, nə baş ağrın olacaq, nə də danışa biləcəyin hər hansı bir mif”. “Götür bunu” - Henri Foster təkid etdi, “götür”. “Stabillik təcrübədə də təmin edilmişdi”. 52
“Bir kub santimetr on bədbin hissin qarşısını alır” - köməkçi belə bir sadə hipnopedik hikmətli söz dedi. “Təkcə yaşlanmanın qarşısını almaq qalmışdır”. “Lənət olsun sizə, lənət olsun!” Bernard Marks çığırdı. “Dikbaş!” “Cinsi hormonlar, cavan qanın köçürülməsi, maqnezium duzları...” “Bir qram qəbul etməyin, lənətləməkdən daha yaxşı olardı, bunu yadda saxla”. Onlar gülüşərək çıxıb getdilər. “Yaşlılığın bütün fizioloji əlamətləri aradan qaldırıldı. Əlbəttə, bütün bunlarla birlikdə...” “Ondan Maltius kəməri barədə soruşmağı unutma” Fanni dedi. “Bunlarla birlikdə, yaşlılara xas bütün zehni xüsusiyyətlər də ləğv edildi. Artıq bütün ömür boyu xarakterlər dəyişilməz olaraq qalacaqdı”. “Qaranlıq çökməmiş, Maneəli Qolfda bu gün iki tur keçməliyəm. Tələsməliyəm”. “İş, oyun qabiliyyətlərin on yeddi yaşında necədirsə, altmış yaşında da eyni olaraq qalacaq. Keçmiş bərbad günlərdə isə, yaşlılar həyatdan əl çəkir, təqaüdə çıxır, dinə qurşanır, zamanlarını ancaq oxumaqla və düşünməklə keçirirdilər. Düşünməklə!” “Axmaqlar, donuzlar!” Onlar dəhlizdəki liflə aşağı endiklərində Bernard Marks öz-özünə deyinirdi. “İndi isə, elə bir irəliləyiş baş verib ki, yaşlı insanlar işləyir, cinsi əlaqəyə girir, onların zamanları yoxdur, həzdən vaxt tapa bilmirlər, oturub fikirləşmələri üçün bir dəqiqələri belə yoxdur. Uğursuz təsadüf nəticəsində onlar bütün bu işlərindən ayrılmaq məcburiyyətində qalsalar, o zaman köməklərinə soma gəlir, ləzzətli soma.. Yarım qram soma yarım tətil, bir qram bir həftə sonu, iki qram möhtəşəm Şərq səyahəti, üç 53
qram isə Ayda qaranlıq əbədiyyət üçün. Qayıtdıqlarında isə, onlar gündəlik iş və məşğələlərin olduğu möhkəm yerə ayaq basacaqlar, bir əyləncədən digərinə doğru qaçacaqlar..” “Get burdan, qızcığaz” - Direktor hirslə çığırdı. “Get burdan, balaca oğlan! Məgər görmürsünüz ki, Ford həzrətləri məşğuldur? Gedin öz erotik oyunlarınızı başqa yerdə oynayın”. “Yazıq uşaqlar” - Nəzarətçi dedi. Aramla, şəstlə, maşınların zəif tırıltısının müşayiəti ilə konveyerlər saatda otuz üç santimetr irəliləyirdilər. Qırmızı zülmətdə saysız-hesabsız yaqutlar parıldayırdı.
54
Dördüncü Fəsil LİFT Alfa Soyunma Otaqlarından çıxmış kişilərlə dolmuşdu və Leninanın ora girişi bir çox mehriban baş hərəkətləri və təbəssümlə qarşılandı. O, məşhur qız idi və vaxtaşırı demək olar ki, onların hər biri ilə bir gecə keçirmişdi. Onların salamlarına qarşılıq verərkən, necə şirin olduqları barədə düşündü. Ecazkar oğlanlardır! Lakin yenə də Corc Edzelin qulaqlarının bu qədər böyük olmamasını istəyərdi. (Bəlkə də ona 328-ci metrdə parasiroid hormonu həddən artıq vurulub?) Benito Huverə baxdıqda isə, onun paltarlarını soyunduqda necə tüklü olduğunu xatırlamaya bilmirdi. Benitonun qıvrım qara tüklərini xatırlamaqla, kədərlənmiş balaca gözlərini çevirdikdə, kənarda balaca arıq bədəni, Bernard Marksın kədərli simasını gördü. “Bernard!” Lenina ona tərəf addım atdı. “Mən də səni axtarırdım”. Onun səsi qalxan liftin səsini batıraraq aydın səsləndi. Digərləri maraqla ətrafa boylanırdılar. “Mən bizim Yeni Mexiko planımız barədə danışmaq istəyirdim”. Gözünün ucu ilə Benito Huverin heyrətdən ağzının açıldığını gördü. Bu onu qıcıqlandırdı. “Niyə 55
onunla səyahətə getmək barədə danışmadığıma görə təəccüblənir!” - o, öz-özünə dedi. Daha sonra ucadan və daha da hərarətlə, “Mən iyulda səninlə bir həftəlik getməkdən çox həzz alardım”- deyə davam etdi. (Bu yolla o, Henri Fosterə olan etibarsızlığını ictimai olaraq sübut etmək istəyirdi. Bunun Bernardla olmasına baxmayaraq Fanni sevinəcəkdi.) “Əlbəttə” - Lenina ən gözəl təbəssümü ilə gülümsədi, “Əgər sən hələ də məni istəyirsənsə”. Bernardın solğun siması qızardı. “Niyə belə qızarır ki?” o təəccübləndi, həm də onun gücünün qəribə təsirinin bu cür bildirilməsindən təsirləndi. “Bu haqda başqa yerdə danışsaq, daha yaxşı olmaz?” deyə kəkələyən Bernard, dəhşətli dərəcədə narahat görünürdü. “Sanki mən nəsə heyrətli bir şey dedim” - Lenina düşündü. “Onunla iyrənc zarafat eləsəydim, məsələn, anasının kim olduğunu soruşsaydım və ya bu kimi başqa bir şey etsəydim, bu qədər kədərlənməzdi”. “Yəni, bu qədər insanın içində…” - o, utancdan boğulmaq üzrə idi. Lenina heç bir pis niyyəti olmadan ürəkdən güldü. “Sən necə də gülməlisən!” - o dedi və həqiqətən də onun gülməli olduğunu düşündü. “Sən mənə ən azı bir həftə əvvəlcədən xəbər edərsən, yaxşı?” - o, fərqli bir tonla soruşdu. “Güman edirəm ki, biz Mavi Sakit Okeanı Raketi ilə gedəcəyik? O, Charing-T qülləsindən yola çıxır? Yoxsa Hampstiddən? Bernard cavab verməyə macal tapmamış, lift dayandı. “Dam!” - cırıldayan səs qışqırdı. Liftçi kişi bapbalaca meymun kimi bir varlıq idi, Mənfi Epsilon Yarı-Moronlara xas qara köynək var idi. “Dam!” Liftin qapılarını sərt şəkildə açdı. Günorta günəşinin 56
məğrur şüaları onu diksindirdi və gözlərini qamaşdırdı. O, cuşa gəlmiş bir səslə: “Hə, dam!”- deyə təkrarladı. O sanki qəfildən və böyük sevinclə məhv edici bir qaranlıqdan oyanmış kimi idi. “Dam!”. İtlərə xas gözləntili bir təbəssümlə sərnişinlərinin üzünə baxdı. Bir-biri ilə danışaraq və gülüşərək onlar, işığa doğru addım atdılar. Liftçi kişi onların arxasınca baxdı. “Dam?” - o bir daha, sual verirmiş kimi dedi. Sonra zəng çaldı və liftin tavanından yüksək səsli diktor çox yumşaq, lakin yenə də lovğa bir səslə göstərişlərini verməyə başladı. “Aşağı get” - o deyirdi, “Aşağı get. On səkkizinci mərtəbə. Aşağı get, aşağı get. On səkkizinci Mərtəbə. Aşağı get, aşağı..” Liftçi qapıları bağlayaraq, düyməni basdı və həmin dəqiqə də quyunun vızıltılı ala-qaranlığına, vərdiş etdiyi sərsəm qaranlığa doğru şütüdü. Dam parlaq və isti idi. Yay günortası göydən keçən vertolyotların uğultusu ilə yuxugətirici idi. Parlaq səmada tələsik şəkildə, beş-altı mil yüksəklikdən keçən raket-təyyarələrin daha dərin vıyıltısı sanki havanı oxşayırdı. Bernard Marks dərindən nəfəs aldı. O, səmaya, mavi üfüqə və sonda Leninanın üzünə baxdı. “Gözəl deyilmi?” - Onun səsi bir az titrəyirdi. Lenina üzündə anlayışlı bir təbəssümlə gülümsəyirdi. “Maneəli Qolf üçün əla havadır” - o, valehanə cavab verdi. “Mən indi uçmalıyam, Bernard. Henri onu gözləməyə məcbur edəndə əsəbiləşir. Mənə tarix haqqında, əvvəlcədən deyərsən”. Əlini silkələyərək geniş düz dam ilə anqarlara tərəf qaçdı. Bernard dayanaraq, bəyaz corabların uzaqlaşan parıltısını, günəşdən yanmış dizlərin təkrar-təkrar bir-birinə birləşib ayrılmasını və şüşə yaşılı gödəkçənin altında daha yumşaq hərəkətlərlə dalğalanan şortları izlədi. Onun üzünə yenə kədərli ifadə qondu. 57
“Onun gözəl göründüyünü deməliyəm” - Bernardın arxasından yüksək və şən bir səs dilləndi. Bernard diksinərək, ətrafa boylandı. Benito Huverin girdə qırmızı sifəti yuxarıdan aşağı onun üzünə işıldayırdı – bütün səmimiyyətilə. Benito çox gülərüzlü, xoşxasiyyət insan idi. İnsanlar deyirdilər ki, o bütün həyatını somaya heç toxunmadan da keçirə bilər. Digər insanların tətilə çıxdıqları kin, küdurət və pis əhval-ruhiyyə ona heç təsir də etmirdi. Benito üçün reallıq hər zaman işıqlı idi. “Həm də çox dolğundur. Özü də necə!” Sonra başqa bir tonla, “Lakin deyim ki” - o davam etdi, “Sən çox bədbin görünürsən! Sənə bir qram soma lazımdır” - Əlini şalvarının cibinə salaraq, həb şüşəsini çıxardı. “Bir kub santimetr on dərdin dərmanıdır... Bunu mən deyirəm!” Bernard qəfildən dönərək, cəld oradan uzaqlaşdı. Benito onun arxasınca baxırdı. “Bu oğlana axı nə olub?” - o, təəccüblə düşündü və başını silkələyərək belə qərara gəldi ki, yazıq oğlanın qan məhluluna spirtin qatılması ilə bağlı olan əhvalat, yəqin ki, doğrudur. “Güman edirəm ki, bu da onun beyninə təsir edib”. O soma şüşəsini cibinə qoyaraq, cinsi hormonlu saqqızını götürərək ağzına atdı və çeynəyərək anqarlara tərəf yavaş-yavaş irəliləməyə başladı. Henri Foster vertolyotu çıxarmış və Lenina çatdığında artıq pilot kabinəsində oturub gözləyirdi. O, motoru işə saldı və vertolyot hərəkətvericiləri işə düşdü. Vertolyot dikinə havaya qalxdı. Henri sürəti artırdı, vızıltı eşşək arısından it arısına, it arısından milçəyə ucaldı. Sürətölçən sayğac dəqiqədə iki kilometr yüksəldiklərini göstərirdi. London onların altında kiçilirdi. Bir neçə saniyə ərzində nəhəng, düz damlı binalar yaşıl park və bağçaların arasında bitən kolluqlar qədər oldular. Binaların ortasında daha uzun və nazik, 58
zərif, Charing - T Qülləsi parlaq betondan olan disk kimi səmaya doğru uzanırdı. Nəhəng, geniş buludlar əfsanəvi atletlərin dumanlı gövdələri kimi tənbəl şəkildə başları üzərindəki mavi səmada veyillənirdilər. Al qırmızı bir böcək qəfildən buludların birindən vızıldayaraq düşdü. “Orada Qırmızı Raket var” - Henri dedi, “İndicə Nyu Yorkdan gəlir”. Saatına baxaraq, “Yeddi dəqiqə gecikir” - deyə əlavə etdi və başını silkələdi. “Bu Atlantik uçuş xidmətləri dəhşətli dərəcədə qeyri-dəqiqdirlər”. O ayağını sürətləndirici mexanizmdən çəkdi. Hərəkətvericilərin səsi aşağı düşərək, it arısından eşşək arısına, eşşək arısından bal arısına, bal arısından may böcəyinə və kiçik böcəyə qədər endi. Makinanın yuxarı doğru şütüyüşü dayandı, bir dəqiqə sonra onlar havada sabit şəkildə durmuşdular. Henri bir qolu çəkdi, tıqqıltı səsi eşidildi. Birinci yavaş, sonra getdikcə sürətlənərək hərkətvericilər onların gözləri önündə dairəvi bir sis meydana gətirənə kimi fırlanmağa başladı. Henri gözlərini dövriyyə sayğacından çəkmədi. Sayğac min iki yüz işarəsinə çatdığında o, vertolyotun vintlərini çıxardı. Makinanın qanadları ilə uçması üçün kifayət qədər ətaləti var idi. Lenina pəncərədən ayaqları altındakı yerə baxdı. Onlar Mərkəzi Londonu ilk süni peykini şəhərətrafı ərazisindən ayıran altı kilometrlik park ərazisinin üzərindən keçirdilər. Yaşıllıq sanki qurdlar yeyib qurtarırmış kimi tez qurtardı. Ağacların arasında Mərkəzdənqaçma oyuncaq qüllələr parıldayırdı. Şeferd Buş yaxınlığındakı iki min qarışıq Beta-Mənfi əkizləri Rieman-yerüstü tennisi oynayırdılar. Beşinci Eskalator oyun meydançaları Nottinq Hilldən Villesdenə kimi əsas yol boyunca uzanırdı. “Ealing” stadionunda Delta Gimnastika oyunları göstərilir və birlik nəğmələri oxunurdu. 59
“Xaki necə də iyrənc rəngdir” - Lenina qeyd etdi və onun səsində öz sinfinə xas yuxuda öyrədilmiş mənfi rəy hiss olunurdu. “Hounslow Feely” studiyasının binaları yeddi yarım hektar ərazini tuturdu. Onların yaxınlığında qara və xaki geyimli fəhlələr Böyük Qərb Magistralının səthini yenidən şüşə ilə örtməklə məşğul idilər. Onlar nəhəng əritmə konteynerlərindən birini dəlib, ərimiş şüşəni tökməklə məşğul idilər. Ərimiş şüşə göz qamaşdıran köz şəklində daş yola süzüldü. İzolə edilmiş bir sulama maşının arxasından isə bəyaz buxar buludları yüksəlirdi. Brentforddakı Televiziya Şirkətinin fabriki balaca şəhər kimi idi. “Onlar, yəqin ki, növbə dəyişdirirlər” - Lenina dedi. Bitkibiti və qarışqalar kimi, yarpaq yaşılı Qamma qızları kimi, qara Yarı-Moronlar girişlərin önündə yığışırlar, təkrelsli tramvaylara minə bilmək üçün uzun növbələrdə gözləyirdilər. Tut rəngli Beta-Mənfilər kütlənin içində gəlib-gedirdilər. Əsas binanın damı vertolyotların eniş və yola çıxması ilə bağlı canlı idi. “Mən nə yaxşı ki, Qamma olmamışam. Bunun üçün çox xoşbəxtəm” - Lenina dedi. On dəqiqədən sonra onlar artıq Stok Poqesə çatmış və Maneəli Qolfda ilk tura başlamışdılar. Bernard gözlərini daha çox aşağı zilləyərək hər hansı bir həmcinsinə gözü sataşdığında başını cəld çevirərək, damın üzərində tələsik addımlamağa başladı. Onu sanki təqib edirdilər, lakin düşmənlər tərəfindən təqib edilsə də, özünü onlardan gözlədiyindən artıq düşmənçilik görməkdən və ya köməksizlik hissi doğuracaq yalnızlıq hiss etməkdən qaçan, qovalanan bir adam kimi aparırdı. “O qorxunc Benito Huver!” baxmayaraq ki, o, çox xoşniyyətli idi. Amma bu vəziyyəti daha da pisləşdirirdi. Xoş 60
niyyətli insanlar da bəd niyyətli insanlar kimi davranırdılar. Hətta Lenina da ona əzab verirdi. Ona təklif etmək istəyib, qərarsızlıq və ümidsizlikdən cəsarət tapa bilmədən keçirdiyi həftələri düşündü. O, təkəbbür və həqarət dolu rədd alacağı barədə düşünmüşdümü? Lakin birdən o hə desəydi, bu necə də böyük həzz olardı! Hə, indi ki o razılaşmışdı, amma Bernard yenə də bədbəxt idi - Leninanın bu günü Maneəli Qolf üçün ideal hesab etdiyinə görə bədbəxt idi, onun Henri Fosterə qoşulmaq üçün getməsinə görə, ictimaiyyət içində şəxsi məsələlərdən danışmaq istəmədiyinə görə Leninanın onu gülməli hesab etməsinə görə bədbəxt idi. Ona görə bədbəxt idi ki, Lenina da hamı kimi – sağlam və xoşbəxt ingilis qızı idi, heç bir qeyri-adiliyi və anormallığı, nəsə fərqliliyi yox idi. O öz kilidli bölməsini açdı və bir neçə Delta-Mənfi çağıraraq, maşınını dama itələmələrini istədi. Anqalarda Bokanovskiləşdirilmiş qrup işləyirdi, hamısı əkiz, eyni dərəcədə balaca, qara və eybəcər idilər. Bernard öz əmrlərini üstün təbəqələrdə özlərini inamlı hiss etməyən insanlara xas kəskin, kifayət qədər təkəbbürlü və hətta həqarətli tonla verdi. Onun üçün özündən aşağı siniflərlə ünsiyyətdə olmaq hər zaman çox stressli bir təcrübə olurdu. Səbəbi nə olursa olsun, (Onun qan məhluluna spirtin qatılması ilə bağlı hal-hazırda gəzən söhbətlər, qəzaların qarşını almaq mümkün olmadığı üçün, bu doğru ola bilər deyə..) Bernard fiziki cəhətdən orta statistik Qammadan çox da yaxşı deyildi. O, standart Alfalardan səkkiz santimetr alçaq idi və bədən quruluşca da cılız idi. Aşağı siniflərlə ünsiyyət onu hər zaman öz fiziki çatışmazlıqlarını xatırladırdı. “Mən mənəm və kaş ki, mən olmasaydım”; onun özgüvəni kəskin və əzabverici dərəcədə aşağı idi. Nə vaxt hər hansı bir Deltanın üzünə yuxarıdan aşağı deyil də, eyni səviyyədən baxırdısa, özünü 61
alçaldılmış hiss edirdi. Görəsən bu varlıq ona sinfinə layiq olan hörməti edəcəkmi? Bu sual onu incidirdi. Boş yerə də deyildi. Delta, Qamma və Epsilonlar müəyyən dərəcəyə qədər cismani kütlə ilə sosial üstünlük arasında əlaqə qura biləcək şəkildə tənzimlənmişdilər. Həqiqətən də, onun boyu ilə bağlı hipnopedik mənfi rəy universal idi. Onun təklif etdiyi qadınların gülüşləri, kişilər arasında eyni sinifdən olanların bu mövzuda zarafatları. Bu cür rişxəndlər onu özünü pis hiss etməyə məcbur edirdi. Özünü təcrid edilmiş hiss edirdi və bu cür hiss etdiyində, belə də davranmağa başlayırdı. Nəticədə isə ona qarşı formalaşmış mənfi rəy daha da güclənir, fiziki qüsurlarından doğan qərəz və nifrəti daha da böyüdürdü. Beləcə də, onun özgəlik və yalnızlıq hissi get-gedə böyüyürdü. Təcrid edilmə qorxusu onu öz bərabərində olan insanlardan qaçmağa, özündən aşağılarla isə təkəbbürlə, həqarətlə davranmağına gətirib çıxarırdı. Necə də Henri Foster və Benito Huverə paxıllıq edirdi! Onların öz əmrlərini yerinə yetirməyə məcbur etmək üçün heç bir Epsilonun üzərinə qışqırmağa ehtiyacları yox idi, aşağı siniflərin onlara itaət etməsi təbii haldır; onlar sinfi sistemdə balıq suda olduğu kimidilər – o qədər rahatdırlar ki, bu üstünlüklərindən və rahatlıqlarından heç xəbərləri də yoxdur. Bernarda elə gəldi ki, iki fəhlə onun təyyarəsini çox süstlüklə və həvəssiz itələyirlər. “Tələsin!” - Bernard əsəbi şəkildə dedi. İşçilərdən biri ona baxdı. Bu bomboş boz gözlərdəki ifadə rişxənd və ələ salma ola bilərdimi? “Tələsin!” - o daha ucadan qışqırdı və səsində çox iyrənc bir xırıltı hiss edildi. Müxtəlif Təbliğat Büroları və Hissiyat Mühəndisliyi Kolleci Flit küçəsindəki altmış mərtəbəli bir binada yerləşirdi. Zirzəmi və aşağı mərtəbələrdə Londonun üç ən böyük qəzetinin ali siniflər üçün olan Saatlıq Radio, solğun yaşıl rəngdə 62
Qamma Qəzeti və xaki vərəqdə ancaq tamamilə təkhecalı sözlərdən ibarət Delta Aynası qəzetlərinin idarə və mətbəələri yerləşirdi. Daha sonra sıra ilə Televiziya, Hissiyatlı Görüntülər, Sintetik Səs və Musiqi vasitəsilə Təbliğat Büroları yuxarıdakı iyirmi iki mərtəbəni tuturdu. Yuxarıda isə Sintetik Bəstəkarların və Səs Rejissorlarının öz incə işlərini görməsi üçün izolə edilmiş otaqlar və tədqiqat laboratoriyaları var idi. Ən üst on səkkiz mərtəbə isə Hissiyyat Mühəndisliyi Kolleci tərəfindən işğal edilmişdi. Bernard Təbliğat Evinin damına endi və bayıra çıxdı. “Cənab Helmholtz Vatsona zəng vur” - oradakı Qamma-Müsbət qapıçıya əmr etdi, “Və de ki, Cənab Bernard Marks damda onu gözləyir”. O oturaraq, siqaretini yandırdı. Helmholtz Vatsona xəbər veriləndə o, yazı yazmaqla məşğul idi. “Deyin ki, bu dəqiqə gəlirəm” - deyərək o, dəstəyi asdı. Sonra katibəsinə tərəf dönərək, “Stolumun üzərində səliqə yaratmağı sizə həvalə edirəm” - eyni rəsmi və şəxsilikdən uzaq tonla deyərək, katibəsinin parıltılı gülüşünü görməzdən gəlib, cəld qapıya tərəf addımladı. O, gümrah insan idi, sinəsi geniş, enlikürək, ağırgövdə, buna baxmayaraq da, hərəkətlərində çox çevik, elastik və qıvraq idi. Yumru və güclü boyun sütunu çox gözəl biçimli başını daşıyırdı. Saçları tünd və qıvrım, üz cizgiləri isə kəskin idi. Hərtərəfli yaraşıqlı insan idi və katibəsinin təkrarlamağı sevdiyi kimi, hər santimetrində Alfa Müsbət idi. İxtisasca Hissiyat Mühəndisliyi Kollecində (Yazı Şöbəsində) mühazirəçi-müəllim idi və artıq qalan zamanlarında isə Hissiyyat Mühəndisi kimi işləyirdi. O, müntəzəm olaraq, Saatlıq Radio üçün məqalələr yazır, ssenarilər qurur və daha çox şüarlar və hipnopedik şeirlər yazmaqdan böyük həzz alırdı. 63
“Bacarıqlıdır” - müdirləri onun haqqında belə hökm çıxarmışdılar. “Bəlkə də, (onlar başlarını silkələyərək, bəlli dərəcədə səslərini aşağı salacaqlar) bir az həddindən artıq bacarıqlıdır”. Hə, həddindən artıq bacarıqlı idi, onlar düz deyirdilər. Əqli inkişaf Helmholtz Vatsonda o qədər ifrata varmışdı ki, Bernard Marksın fiziki qüsurlarının ətrafda yaratdığı effektə oxşar şey yaradırdı. Xırda sümükləri və əzələləri Bernardı öz bərabərindəki kişilərin əhatəsindən təcrid etmişdi və cari standartlara görə onun zehni bir qüsur anlamına gələn bu təcrid olunma hissi daha böyük bir aralanmaya səbəb olurdu. Helmholtzu tənha edən şey isə, özündən həddən artıq çox xəbəri olması və çox qabiliyyətli olması idi. İki insanın ortaq tərəfi individual olduqlarının fərqində olmaları idi. Lakin Bernard bütün ömrü boyu fiziki qüsurlarının fərqində olmasına görə əzab çəkmişdi, Helmholtz isə ətrafındakı insanlardan fərqli olduğunu, zehni inkişafının ifratlığını yenicə hiss etmişdi. Bu Eskalator - Divar tennis çempionu, usanmaq bilməyən sevgili (deyilənə görə, o, dörd il ərzində altı yüz qırx müxtəlif qızla bir yerdə olmuşdu), bu heyranedici birlik adamı və hissiyyat mühəndisi, idman, qadınlar və cəmiyyət məsələlərinin onun üçün ikinci dərəcəli olduğunu qəfildən anlamışdı. Həqiqətən də, dərinlikdə o, tamam başqa şeylərlə maraqlanırdı. Lakin nə ilə? Nə ilə? Bernardın müzakirə etmək üçün gəldiyi məsələ də məhz bu idi, ya da daha çox danışan dostuna qulaq asmağa gəlmişdi, çünki adətən elə Helmholtz danışırdı. Liftdən çıxarkən Sintetik Səs Təbliğat Bürosundan olan üç gözəl qız onun yolunu kəsdi. “Ah, Helmholtz, əzizim, gəl gedək bizimlə Eksmurda axşam yeməyi yeyək”. Onlar onun ətrafında yalvarırcasına fırlanırdılar. 64
O, başını silkələdi, onlardan uzaqlaşdı. “Yox, yox”. “Biz başqa heç bir kişini dəvət etmirik”. Lakin bu xoş vəddən sonra da, Helmholtz onlara maraq göstərmədi. “Yox” - o təkrarladı, “Məşğulam.” Qətiyyətlə yoluna davam etdi. Qızlar onun arxasınca sürünürdülər. Bernardın təyyarəsinə minib, qapını bağlayana kimi qaçmağa davam etdilər. Qızlar donquldanmağa başladılar. “Qadınlar!” - o dedi və maşın səmaya qalxdı. “Qadınlar!” Başını silkələyərək, mısmırığını salladı. “Çox dəhşətlidir” - Bernard ikiüzlücəsinə razılaşsa da, bu sözləri deyərkən, kaş Helmholtz kimi heç bir əziyyət çəkmədən bir çox qızla ola bilsəydim deyə düşündü. Qəfildən bir lovğalanma ehtiyacı hiss etdi. “Mən Lenina Crowne`u özümlə bir yerdə Yeni Mexikoya aparıram” - bacardığı qədər normal tonla bunu deməyə çalışdı. “Doğrudan?” Helmholtz heç bir maraq göstərmədən dedi. Bir az fasilədən sonra “Bu son iki həftədə” -deyə davam etdi, “Bütün birlik üzvləri və qızlarla əlaqələrimi kəsmişəm. Heç təsəvvür edə bilməzsən ki, Kollecdə buna görə necə səs-küy qaldırıblar. Amma yenə də düşünürəm ki, buna dəyərdi. Nəticələr…” O tərəddüd etdi. “Çox qəribədir, onlar çox qəribədir”. Fiziki bir qüsur zehni ifratlıq meydana gətirə bilərdi. Sanki proses tərsinə də işləyə bilirdi. İfrat ağıl öz məqsədləri uğruna qəsdən yalnız qalmaq üçün könüllü korluq və karlıq edə bilər, mövcud süni həzlərdən əl çəkər. Kiçik uçuşun geri qalanını sakitlikdə keçirdilər. Bernardın otağına çatıb, yumşaq divanlara oturduqdan sonra, Helmholtz yenidən danışmağa başladı. Çox yavaş, “Sən heç elə hiss etmisənmi ki” - deyə soruşmağa başladı, “Sanki içində elə bir şey var ki, bayıra çıxması üçün bir tək fürsət gözləyir? Sanki işlətmədiyin əlavə bir gü65
cün var – borulardan keçmək əvəzinə, şəlalədən aşağı tökülən su kimi”. O, sual dolu baxışlarla Bernarda baxırdı. “Əgər hər şey fərqli olsa idi, hislərin də fərqli ola biləcəyini nəzərdə tutursan?” Helmholtz başını silkələdi. “Tam da yox. Mən bəzən keçirdiyim qəribə hiss barəsində danışıram, sanki nəsə vacib bir şey deməliyəm və bunun üçün gücüm də var, lakin demək istədiyim şeyin nə olduğunu bilmirəm və gücümdən də istifadə edə bilmirəm. Yazmağın nəsə başqa bir yolu olsaydı. Ya da yazılası başqa şeylər olsaydı….” O sakit durdu, sonra “Bilirsən” - davam etdi, “Mən sözlər tapmaqda kifayət qədər yaxşıyam. Elə sözlər tapıram ki, insanları iynə üzərində otururmuşlarmış kimi yerindən sıçradır, bu sözlər çox yeni və həyəcanverici olurlar, baxmayaraq ki, hipnopedik baxımdan müəyyən şeylərdir. Lakin ifadələrimin gözəl olması mənə bəs etmir, onları hansı məqsədlə istifadə etməyindən daha çox şey asılıdır”. “Amma sənin tapıntıların kifayət qədər yaxşıdır axı, Helmholtz”. “Ah, ola bildikləri qədər”. Helmholtz çiyinlərini çəkdi. “Lakin onlar o qədər az şey ola bilirlər ki. Onlar necəsə heç bir əhəmiyyət kəsb etmirlər. Mən daha əhəmiyyətli bir şey edə bilsəydim. Hə, daha gərgin, daha şiddətli. Lakin nə? Daha əhəmiyyətli nə demək olar ki? İnsan yazmağı gözlənilən hər hansı bir mövzuda necə daha şiddətli ola bilər ki? Əgər düzgün istifadə edilən sözlər rentgen şüalarına çevrilə bilsələr, hər şeyi dəlib keçə bilərlər. Oxuyarsan və yazı səni dəlib keçir. Bu mənim tələbələrimə öyrətmək istədiyim şeylərdən biridir – təsirli, insanı dəlib-keçən yazılar yazmaq. Lakin lənət şeytana, axı bir insan necə Birlik Nəğmələri oxumaqdan və ya qoxubilmə orqanlarındakı inkişaf barədə oxumaqdan təsirlənə bilər? Bundan başqa da, sən bu cür 66
şeylər yazırsansa, sözlərini kəskin, rentgen şüaları kimi dəlib keçici effektə malik edə bilərsənmi? Sən heç nə haqqında hər şey deyə bilərsənmi? İş gəlib bu nöqtədə dirənir. Çalışıram, çalışıram…” “Sakit!” Bernard qəfildən dilləndi və xəbərdar etmək üçün barmağı ilə işarə etdi. Onlar qulaq asmağa başladılar. “Mənə elə gəlir ki, qapının ağzında kimsə var” - o pıçıldadı. Helmholtz ayağa qalxdı, barmaqlarının ucu ilə otaqda gəzişdi və qəfil bir hərəkətlə otağın qapısını geniş açdı. Orada, əlbəttə ki, heç kim yox idi. “Üzr istəyirəm” - Bernard dedi, özünü çox narahat edəcək dərəcədə axmaq hiss edirdi və görünürdü. “Güman edirəm ki, baş verən hadisələr əsəblərimi korlayıb. İnsanlar səndən şübhələndiklərində, sən də onlardan şübhələnməyə başlayırsan”. O əllərini gözlərinin üstünə tutaraq, ah çəkdi və səsində kədər hiss edildi. O, özünə bəraət qazandırmağa başladı. “Sən bircə mənim son vaxtlar nələr çəkdiyimi bilsəydin” - o, az qala ağlayaraq dedi və onun özünə yazığı gəlməsi ilə bağlı olan bu sözləri sanki fontan kimi fışqırdı. “Bir bilsəydin!” Helmholtz Vatson onu dinlədiyində bəlli bir narahatlıq keçirdi. “Yazıq Bernard!” - o, öz-özünə dedi. Lakin eyni zamanda da dostunun yerinə xəcalət çəkdi. O, Bernardın daha qürurlu olmasını arzulayırdı.
67
Beşinci Fəsil Saat səkkizə yaxın hava artıq qaralırdı. “Stoke Poges” Klub Evinin Qülləsindən insan tenorundan daha yüksək bir səs kurslarının bitdiyini elan etməyə başladı. Lenina və Henri oyunu atıb, Kluba tərəf geri dönməyə başladılar. Farnham Royaldakı nəhəng fabriki hormon və süd kimi xam materiallarla təmin edən Daxili və Xarici İfraz İdarəsindən minlərlə mal-qaranın böyürtüsü eşidilməyə başladı. Alaqaranlıq vertolyotların bitmək bilməyən uğultusu ilə doldu. Hər iki dəqiqədən bir səsləndirilən zəng və fit səsi aşağı sinifdən olan qolf oynayanları ayrı qolf sahələrindən paytaxta aparmaq üçün təkrelsli qatarların çıxışını elan edirdi. Səkkiz yüz metrə qalxarkən, Henri ötürücüləri yavaşlatdı və onlar bir-iki dəqiqə solmaqda olan mənzərənin üzərində hərəkətsiz qaldılar. “Burnham Beeches” meşəsi nəhəng qaranlıq hovuz kimi qərb səmasının parıltılı sahillərinə doğru uzanırdı. Tünd qırmızı rəngli üfüqdə qürubun son parıltıları soldu, narıncıdan sarıya, daha sonra isə tutqun və solğun yaşıla döndü. Şimala doğru, ağacların arxasından və üzərindən 68
Daxili və Xarici İfrazat fabriki iyirmi mərtəbəsinin pəncərələrindən düşən kəskin elektrik işıltısı parıldayırdı. Onlardan aşağıda Qolf Klubunun binaları var idi – aşağı siniflər üçün olan nəhəng sığınacaqlar və digər tərəfdə isə, Alfa və Beta üzvlər üçün olan daha kiçik evlər. Alt siniflər qara qarışqa sürüləri kimi təkrelsli stansiyaya yaxınlaşırdılar. İşıqları yanan qatar şüşə günbəzin altından açıq havaya çıxdı. Qaranlıq düzən boyu qatarın şimala doğru hərəkətini izləyən gözləri Bataqlıq Krematoriyasının əzəmətli binalarına ilişdi. Gecə uçan təyyarələrin təhlükəsizliyini təmin etmək üçün binanın dörd ən yüksək bacası projektor ilə işıqandırılmış və uclarına qırmızı təhlükə siqnalları taxmışdılar. Bu nişangah idi. “Niyə bacaların ətrafında eyvan tipli şeylər var?” - Lenina soruşdu. “Fosfor əldə etmək üçün” - Henri cavab verdi. “Qazlar bacadan çıxmamışdan əvvəl dörd müxtəlif prosesə cəlb olunurlar. Onlar hər dəfə birini yandırdıqlarında, P2O5 dövrədən çıxıb gedirdi. İndi isə bunun təxminən doxsan səkkiz faizini qoruyub saxlayırlar. Bir yaşlı meyitdən təxminən bir kilo yarım əldə edilir. Bununla da təkcə İngiltərədən hər il dörd ton fosforun böyük hissəsi əldə edilir.” Henri çox xoşbəxt bir qürurla danışırdı, elə səmimi sevinirdi ki, sanki bu onun şəxsi uğurları idi. “Biz hətta öldükdən sonra da, cəmiyyətə xeyirli ola biləcəyimizi düşünmək çox yaxşıdır. Bitkilərin böyüməsinə kömək edirik”. Lenina bu zaman ərzində artıq gözlərini düz aşağı zilləmiş və təkrelsli stansiyaya baxırdı. “Çox yaxşıdır” - deyə razılaşdı. “Lakin qəribədir ki, Alfa və Betalar bu kiçik, çirkin Qamma, Delta və Epsilonlar qədər bitkinin böyüməsinə yarayırlar”. “Fiziki-kimyəvi olaraq, bütün insanlar eynidirlər” - nəsihət veririmiş kimi bir səslə dedi. “Bundan əlavə, hətta Epsilonlar da əvəzedilməz xidmət göstərirlər”. 69
“Hətta Epsilonlar da ...” Lenina qəfildən balaca qız vaxtı məktəbdə oxuyarkən gecə yarısı oyandığını və yuxusu boyu bir pıçıltının onu izlədiyini ilk dəfə hiss etmişdi. O, yenə də Ayın işartısını gördü, sıra ilə düzülmüş ağ yataqlara baxdı və yenidən yumşaq sakit səsin bu sözləri eşitdiyini duydu (bu sözlər artıq gecə boyu təkrar edildikdən sonra unudulmaz olmuş, yaddaşına həkk edilmişdi.): “Hər kəs, hər kəs üçün işləyir. Biz başqası olmadan yaşaya bilmərik. Hətta Epsilonların da xeyri varmış. Biz Epsilonlarsız qala bilmərik. Hər kəs, hər kəs üçün işləyir. Biz kimsə olmasa yaşaya bilmərik.” Lenina ilk heyrət və qorxusunu xatırladı, oyaq keçirdiyi yarım saat ərzində düşündüklərini, sonra da o bitib-tükənmək bilməyən təkrarların nəticəsində zehninin yumşaldan, hər şeyi öz axarına qaytaran, sürünərək gizlincə gələn yuxu. ... “Belə başa düşürəm ki, Epsilonlar özləri Epsilon olmaqlarına görə narahat deyillər” - o, yüksək səslə dedi. “Əlbəttə, deyillər. Necə ola bilərlər? Onlar başqa cür olmağın necə olduğunu heç bilmirlər. Biz isə, əlbəttə, narahat olardıq. Çünki, tamamilə başqa cür tənzimləndirilmişik. Həm də bizim irsi xüsusiyyətlərimiz də fərqlidir”. “Mən Epsilon olmadığıma görə çox şadam” - Lenina qətiyyətlə dedi. “Sən hətta Epsilon olsaydın da,” - Henri dilləndi, “Sənin tənzimlənmələrin elə ediləcəkdi ki, sən Beta və ya Alfa olmadığına görə sevinəcəkdin”. O irəli pəri işə keçirərək, təyyarəni London istiqamətində sürməyə başladı. Onların arxasında qərb səmasındakı qırmızımtıllıq və narıncılıq artıq solmuş, göy üzünə qalın, qaranlıq bir bulud yığını örtmüşdü. Onlar krematoriyanın üzərindən uçduqlarında, bacalardan gələn isti hava kütləsindən vertolyot qəfildən yuxarı qalxdı və yenidən soyuq hava ilə qarşılaşana qədər, yavaş-yavaş öz yerinə düşdü. 70
“Necə də möhtəşəm sıçrayış idi!” - Lenina ləzzətlə qəhqəhə çəkdi. Lakin Henrinin səs tonu bir müddət az qala melanxolik oldu. “Bilirsənmi, o, nəyin sıçrayışı idi?” - o dedi. “Son və qəti şəkildə yox olan bir insan idi. İsti qaz sıçrayışı ilə göyə qədər yüksələn insan. Onun qadın və ya kişi olduğunu, Alfa və ya Epsilon olduğunu bilmək istəyərdim. Köks ötürdü. “Hər bir halda” - o yekunlaşdırdı, “Biz bir şeydən əmin ola bilərik ki, kim olursa olsun, o, sağ olarkən xoşbəxt olmuşdur. İndi hər kəs xoşbəxtdir”. “Hə, indi hər kəs xoşbəxtdir” - Lenina təkrarladı. Onlar bu sözləri on iki ay ərzində hər gecə düz əlli dəfə təkrar eşidirdilər. Henri Vestminsterdəki mənzilinin yerləşdiyi qırx mərtəbəli binanın damına endikdən sonra, yemək otağına getdilər. Orada səs-küylü və əhval-ruhiyyəsi yüksək bir qrupla çox gözəl axşam yeməyi yedilər. Soma kofe ilə təqdim edildi. Lenina iki ədəd, Henri isə üç ədəd yarımqramlıq həb atdılar. Ona iyirmi dəqiqə işləmiş gəzərək küçənin digər başında olan Vestminster Monastrı Kabaresinə getdilər. Demək olar ki, buludsuz, aysız, amma ulduzlu gecə idi. Lakin xoşbəxtlikdən Henri və Lenina sıxıcı faktı görəcək qədər ayıq deyildilər. Hündür elektrik dirəkləri küçədəki qaranlığı tamamilə silirdi. “CALVIN STOPES VƏ ONUN ON ALTI SAKSOFONÇUSU.” Yeni Monastrın üz örtüyündən nəhəng hərflər dəvət edici şəkildə parıldayırdı. “LONDONUN ƏN GÖZƏL ƏTİR VƏ RƏNG ORQANI. ƏN SON SİNTETİK MUSİQİLƏR”. İçəri girdilər. Hava ənbər və sandal ağacının ətri ilə isti və nəfəs alması çətin olmuşdu. Zalın qübbəli tavanından rəng orqanı qəflətən tropik günəşinə boyanırdı. On altı saksofonçu köhnə sevimli mahnını oxuyurdular. “Dünyada mənim əziz balaca Şüşəm kimi başqa Şüşə yoxdur”. 71
Dörd yüz cütlük cilalanmış döşəmədə beş addım rəqsini etdilər. Tezliklə Lenina və Henri dörd yüz birinci cütlüyü əmələ gətirdilər. Saksafonlar ay işığındakı pişiklər kimi fəğan qoparır, sanki üzərlərinə kiçik ölüm çökübmüş kimi pəsdən tenora qədər inildəyirdilər. Ahəngdarlığı ilə bol, bir az titrək olan xor ən yüksək nöqtəyə qədər çatır, daha yüksək və daha yüksək – nəhayət, dirijor əlini silkələyib, bu fövqəladə musiqinin son parçalayan notunu verərək, on altı üfləyən insanın varlığını nöqtələdi. La bemol majorda göy gurultusu. Sonra qaranlıq və sükutun ortasında səs yüksək tonlardan tədricən enərək, orada asılı qalan çox zərif fısıltı. Tonunda bir akkorda çevrilir (bu arada isə beş-dördlük ritmlər altdan nəbz kimi vurmağa davam edirdilər) və saniyələri gərgin gözlənti ilə yükləyirdilər. Nəhayət ki, gözlənti reallığa çevrildi. Qəfil partlayış kimi günəş doğuşu baş verdi və eyni anda da onaltılıq musiqiyə qərq oldular: “Mənim Şüşəm, mən hər zaman səni istərəm, Mənim Şüşəm, yenə sənə süzərəm. İçində səmalar mavi, Havalar daima isti; Dünyada başqa şüşə yox, Mənim kiçik şirin Şüşəm tək”. Vestminster monastrında digər dörd yüz cütlüklə bərabər beş addım rəqsini edərək fırlanan Henri və Lenina başqa bir dünyada isti, zəngin rəngli, sonsuz dostyana bir dünyaya soma tətilinə çıxmışdılar. Hər kəs necə də mehriban, əyləncəli və gözəl idi! “Mənim şüşəm, səni hər zaman istərəm…” Lakin Lenina və Henri artıq istədiklərini almışdılar…. Onlar şüşənin içində idilər, burada və indi – təhlükəsiz gözəl havada, hər zaman mavi olan səmanın altında. Taqət72
dən düşən onaltılıq saksofonlarını yerə qoydular və Sintetik Musiqi aparatları ən son həzin Maltuzian blyuzunu çalmağa başladı. Dörd yüz cütlük qan məhlulundan olan şüşələnmiş okeanın üzərində bir yerdə dalğaların üzərində aramla yellənən əkiz embrionlara bənzəyirdilər. “Gecəniz xeyrə qalsın, əziz dostlar. Gecəniz xeyrə qalsın, əziz dostlar”. Hündür səslər cihazlar vasitəsilə xoş və musiqili nəzakətlə bu sözləri səsləndirirdi. “Gecəniz xeyrə, əziz dostlar…” İtaətkarcasına başqaları ilə bir yerdə Henri və Lenina binanı tərk etdilər. İnsanı qəmginləşdirən ulduzlar göy üzündə bir yerlərə səyahət etmişdilər. Baxmayaraq ki, reklam işıqlarının böyük hissəsi ərimişdi, gənclər yenə də gecəyə qarşı etinasızlıq etməklə xoşbəxt qalmağı bacarırdılar. Rəqslərin bitməsindən yarım saat əvvəl, ikinci soma dozası atdılar və bu da mövcud dünya ilə beyinlərindəki dünya arasındakı divarı tamamilə keçilməz etdi. Şüşələnmiş vəziyyətdə onlar yolu keçdilər, şüşələnmiş vəziyyətdə liftlə Henrinin iyirmi səkkizinci mərtəbədə yerləşən mənzilinə qalxdılar. Bütün şüşələnmiş vəziyyətinə və ikinci somadan sonrakı halına baxmayaraq, Lenina hamiləliyə qarşı müəyyən edilmiş tədbirləri almağı unutmadı. İllərlə davam edən intensiv hipnopediya dərsləri və on iki yaşından on yeddi yaşına qədər həftədə üç dəfə aldığı Maltuzian təlimləri bu tədbirlərin görülməsini göz qırpmaq kimi avtomatik və zəruri etmişdi. “Ah, yaxşı yadıma düşdü” - o, hamam otağından geri gələrkən dilləndi, “Fanni Kroun sənin mənə verdiyin o gözəl yaşıl morokko təqlidli kəməri hardan tapdığını bilmək istəyirdi”. Hər iki həftədən bir çərşənbə günləri Bernardın Həmrəyliyə Xidmət günləri idi. Afroditzeumda erkən nahardan sonra (İkinci Qaydaya əsasən təzəliklə Helmholtz bura sədr 73
seçilmişdi) dostlarından ayrılıb, damda bir taksi saxladı və Fordson Birliyinin İlahi Evinə doğru uçdu. Təyyarə bir neçə metr yüksəkliyə qalxaraq şərqə doğru yönəldi və İlahi Evi bütün möhtəşəmliyi ilə Bernardın gözləri önünə sərildi. Binanın projektorlarla işıqlandırılmış üç yüz iyirmi metr ağ Karrara təqlidi bina, Ludqeyt Təpəsində qar kimi bəyaz bir işıltı ilə parlayırdı. Vertolyot meydançasının hər dörd küncündə nəhəng bir T qaranlıq gecədə qızıl kimi parıldayırdı. İyirmi dörd ədəd nəhəng qızılı trubalar sintetik musiqi curuldatırdılar. “Lənət olsun, gecikmişəm” - İlahi Evinin saat qülləsi Biq Henriyə baxdığında özü-özünə dedi. Taksinin pulunu ödəyərkən Biq Henri saatı yenidən vurdu. Qızılı trubaların hər birindən gurudayan bir səs “Ford” deyərək oxuyurdular. “Ford, Ford, Ford …” Doqquz dəfə. Bernard liftə tərəf qaçdı. Ford Günü Şənlikləri və digər Birlik bayramları üçün ayrılmış auditoriya zalı binanın aşağı mərtəbələrində idi. Bunun üzərində isə hər mərtəbədə yüz dənə olmaqla, Həmrəylik Qruplarının iki həftədə bir mərasimlərdə istifadə etdikləri ümumilikdə yeddi min otaq var idi. Bernard otuz üçüncü mərtəbədə idi. Cəld dəhlizi keçib, 3210-cu otağın önündə bir an tərəddüd edərək gözlədi. Sonra özünü toplayaraq qapını açdı və içəri daxil oldu. Forda Şükür olsun! O sonuncu deyildi. Dəyirmi masanın ətrafına düzülmüş on iki stuldan üçü hələ də boş idi. Bacardığı qədər nəzərə çarpmadan yaxınlıqdakı stullardan birinə əyləşdi və gecikənlər gəlib çıxdıqlarında onlara buna görə qaşlarını çatmaq üçün hazırlaşdı. Sol tərəfindəki qız ona tərəf dönərək: “Bu axşam nə oynadın?”- deyə soruşdu, “Maneəli yoxsa Elektomaqnitli?” Bernard ona baxdı (Ford! Bu Morqana Rotşild idi) və qızararaq heç birini oynamadığını boynuna almalı oldu. Orta74
ya sıxıntılı bir səssizlik çökdü. Sonra aşkar bir şəkildə ona arxasını dönərək solundakı daha güclü görünüşlü adamla danışmağa başladı. “Həmrəylik Xidmətləri üçün yaxşı başlanğıcdır” - Bernard bədbəxt halda düşündü və növbəti dəfə də günahını yumaq məsələsində uğur qazanmayacağını əvvəlcədən sezdi. Kaş ki, ən yaxın stula əyləşmək əvəzinə ətrafına yaxşıca göz gəzdirərdi. O, Fifi Bradlaf və Yoanna Dizelin ortasında əyləşə bilərdi. Bunun əvəzində isə o, kor-koranə gedib Morqana ilə yanaşı əyləşdi. Morqana! Ford! Onun o qara qaşları – daha doğrusu qaşı, çünki burnunun üzərində onlar birləşirdilər. Ford! Onun sağında isə Klara Deterdinq var idi. Düzdür, Klaranın qaşları birləşmirdi. Lakin o həqiqətən də çox dolu idi. Lakin Fifi və Yoanna tamamilə mükəmməl idilər. Bir az dolu, sarışın, çox geniş olmayan… İndi isə onların arasında o heyvərə Tom Kavaquçi oturmuşdu. Son gələn Sarojini Engels oldu. Qrup Sədri sərt bir şəkildə, “Gecikmisən” - dedi. “Bir də olmasın”. Sarojini üzr istədi və Cim Bokanovski ilə Herbert Bakunin arasında yerini aldı. Qrup indi tamamlanmışdı, həmrəylik dairəsi heç bir əksik olmadan mövcud idi. Kişilər, qadınlar. Kişilər masa ətrafında sonsuz halqa kimi birləşmişdilər. On ikisi də tək bir bədən olmağa, bir yerə gəlməyə. Qaynaşaraq on iki müxtəlif varlığı müqəddəs bir varlıqda birləşdirməyə hazır idilər. Sədr ayağa qalxdı, T işarəsi etdi və sintetik musiqini yandıraraq, barabanların yorulmaq bilməyən yumşaq taqqıltısı və Həmrəylik Himninin iniltili şəkildə dayanmadan supersimli insturmentlərlə çalan xoru səsləndi. Təkrar-təkrar nəbz kimi atıb-tutan ritmi qulaqlar deyil, diafraqma eşidirdi. Təkrarlanan harmoniyaların uğultu və cingiltisi beyinə de75
yil, şəfqətə həsrət qalan bağırsaqlara çatırdı. Sədr bir dəfə də T işarəsi etdikdən sonra oturdu. Mərasim başlanmışdı. Xüsusi soma həbləri stolun mərkəzinə yerləşdirilmişdi. İçində çiyələk dondurmalı soma olan fincan əldən-ələ ötürülür, “Mənliyimin məhvinə içirəm” duası ilə on iki dəfə böyük qurtumlarla içilirdi. Sonra da sintetik orkestrin müşayiəti ilə İlk Həmrəylik Himni oxundu. “Ford, on iki nəfərik, bizi bir elə, Sosial Çayın damlaları tək, İcazə ver qaçaq birlikdə, O Parlaq Maşının təkərləri tək”. On iki kədərli dördlük. Daha sonra fincan yenidən bir-birinə ötürüldü. “Mən Daha Böyük Varlıq naminə içirəm” yeni formul bu idi. Hamısı içdi. Musiqi yorulmadan çalırdı. Barabanlar danqıldayırdı. Ağlayan və çırpışan harmoniyalar əriyən bağırsaqlarda bir vərdişə çevrildi. İkinci Həmrəylik Himni səsləndi. “Gəl, Uca Varlıq, Sosial Dost On ikini birində birləşdir! Ölməyə can atırıq, çünki sonunda, Daha gözəl həyat bizi gözləyir”. Yenə də on iki dördlük. Bu vaxta qədər isə, soma artıq təsirini göstərməyə başlamışdı. Gözlər parıldayır, yanaqlar qızarır, universal yaxşılığın daxili günəşi, hər bir simada xoşbəxt, dostyana gülüşlər sərgiləyirdi. Hətta Bernard da özünü bir az ərimiş hiss etdi. Morqana Rotşild ona tərəf dönüb, parlaq bir təbəssüm etdiyində, o da cavab olaraq gülümsəməyə çalışdı. Lakin, o bir bütöv qaş kimi görünən 76
qara qaşları hələ də yerində idi, o, bunu görməzdən gələ bilmirdi, nə qədər çalışsa da alınmırdı. Ərimə prosesi çox uzağa gedə bilməmişdi. Bəlkə də Fifi və Yoannanın ortasında otursaydı… Artıq üçüncü dəfə həb şüşəsi əldən-ələ ötürüldü. “Mən Uca Varlığın yaxınlaşması şərəfinə içirəm” - Morqana Rotşild dedi, bu dəfə dairəvi mərasimi başlamaq növbəsi onda idi. Səsi yüksək və qürurlu idi. O içdi və fincanı Bernarda ötürdü. “Mən Uca Varlığın yaxınlaşması şərəfinə içirəm” - deyə Bernard təkrarladı və bu yaxınlaşmanı həqiqətən hiss etmək üçün səmimi cəhdlər etdi. Lakin həmin qaş onu yenə də təqib edirdi və Bernarda isə bu yaxınlaşma hədsiz uzaq gəlirdi. İçdikdən sonra fincanı Klara Deterdinqə ötürdü. “Bu yenə də uğursuzluq olacaq” - o, özü-özünə dedi. “Bilirəm ki, belə olacaq”. Lakin buna baxmayaraq gülümsəmək üçün əlindən gələni edirdi. Fincan öz dövrəsini tamamladı. Sədr əlini qaldıraraq işarət etdi və xor üçüncü Həmrəylik Himninin oxumağa başladı. “Uca Varlığın gəlişini hiss et! Şənlən və şənlik içində öl! Barabanların musiqisi ilə əri! Məndə səni, səndə məni gör! Bir bənd digərini əvəz etdikcə səslər daha da qızğın həyəcanla titrəyirdi. Gəlişin yaxınlaşması hissi havada elektrik cərəyanı kimi idi. Sədr musiqini söndürdü və sonuncu dördlüyün sonuncu notu ilə ortaya mütləq sükut çökdü. Bu sükut gözlənti, titrəyiş və gərginliklə sürünürdü sanki. Sədr əlini uzatdı və qəfildən bir Səs, dərin güclü Səs, adi insan səsindən daha musiqili, daha zəngin, daha isti, daha canlı və sevgi dolu, həsrətli, mərhəmətli, möhtəşəm bir səs 77
onların başı üzərindən səsləndi. Sakit və get-gedə azalan bir səslə “Ah Ford, Ford, Ford” - deyirdi. Mədə sinirlərindən çıxaraq həyəcanla titrəyən istilik dinləyənlərin bədənlərinin ən uzaq nöqtələrinə qədər yayılır, qəlbləri və bağırsaqları müstəqil həyatları var imiş kimi tərpənirdilər. “Ford!” onlar əriyirdilər. “Ford!” deyərək əriyirdilər, əriyirdilər. Sonra başqa bir tonla, diksindirici və qəfildən. “Dinləyin!”- deyə guruldadı. “Dinləyin!” Onlar dinlədilər. Bir az fasilədən sonra səs pıçıltıya çevrildi, lakin bu elə pıçıltı idi ki, ən yüksək səsdən də daha dərinə nüfuz edirdi. “Uca Varlığın ayaqları” - o davam edərək, bu sözləri təkrarladı: “Uca Varlığın ayaqları”. Pıçıltı az qala yox olmuşdu. “Uca Varlığın ayaqları pilləkənlərdədir.” Bir daha ətrafa sükut çökdü, ani rahatlanmış gözlənti yenidən gərginləşdi, dartıldı, dartıldı və az qala qırılma nöqtəsinə çatdı. Uca Varlığın ayaqları – ah, onlar addımları eşidirdilər, onlar addımları eşidirdilər, ehmalca pilləkənlərdən aşağı enən, görünməz pillələrlə aşağı düşərək get-gedə yaxınlaşan. Uca Varlığın ayaqları. Qəfildən qırılma nöqtəsi baş verdi. Onun gözləri zillənmişdi, onun dodaqları aralanmışdı. Morqana Rotşild ayaq üstə sıçradı. “Mən onu eşidirəm” - o qışqırdı. “Mən onu eşidirəm”. “O gəlir” - Sarojini Engels çığırdı. “Hə, o gəlir, mən onu eşidirəm”. Fifi Bradlaf və Tom Kavaquçi eyni anda ayaq üstə qalxdılar. “Ah, ah, ah!” Yoanna danışmadan şahidlik etdi. “O gəlir!” - Cim Bokanovski bağırdı. Sədr qarşıya tərəf əyilərək bir düyməni basdı və müxtəlif musiqi alətlərinin, barabanların çılğın gurultusu aləmi bürüdü. “Ah, o gəlir!” - Klara Deterdinq qışqırdı. “Ayy!” və bu elə səsləndi ki, sanki onun boğazını kəsirdilər. Onun da nəsə etmək zamanının gəldiyini hiss edən Bernard tez ayaq üstə sıçrayıb, qışqırmağa başladı: “Mən onu eşi78
dirəm; O gəlir”. Lakin bu doğru deyildi. O heç nə eşitmirdi və ona görə heç kim gəlmirdi. Heç kim - musiqiyə, artan həyəcana baxmayaraq. Lakin o, əllərini silkələdi, bacardığı qədər yüksəkdən çığırdı və digərləri ciqa rəqsi oynayıb, atılıb-düşməyə başladıqlarında, o da oynamağa və fırlanmağa başladı. Dairəvi şəkildə hərəkət edən rəqqaslar kimi hər biri əllərini qarşılarında duranın ombasına qoyaraq, fırlana-fırlana rəqs edir, bir ağızdan qışqırır, musiqinin ritminə uyaraq ayaqlarını vurur, əlləri ilə qarşılarındakının ombalarına vururdular. On iki əl bir əl kimi, on iki omba isə bir omba kimi silkələnərək şappıldayırdı. On ikisi bir kimi, on ikisi bir kimi. “Mən Onu eşidirəm, mən Onun gəlişini eşidirəm”. Musiqi sürətləndi, ayaqlar yerə daha sürətlə dəyir, daha sürətlə, daha sürətlə, əllərin ritmi daha sürətlidir. Qəfildən sintetik bas bir səs gurultu ilə təmizləmə mərasimini və həmrəyliyin baş tutmasını, On ikinin Birdə birləşməsini, Uca Varlığın yenidən doğulmasını elan etdi. “Eyş-işrət” - oxudu, tomtom nağaraları isə bu müddət ərzinə öz həyəcanlı ifalarına davam edirdilər. “Orgiya, Ford və eyş-işrət Qızları öp, onları Bir et, Oğlanlar qızlar rahatlıq tapır, Orgiya ilə özünü azad et”. “Orgiya, eyş-işrət” - rəqqaslar mərasim nəğməsinin nəqəratını təkrarladılar, “Orgiya-porgiya, Ford və eyş-işrət, qızları öp…” Onlar oxuduqca, işıqlar yavaşca solğunlaşmağa başladı – solğunlaşdıqca, daha isti, daha zəngin, daha qırmızı olurdular və sonunda al qırmızı ala-qaranlıqda Embrion Anbarının qarşısında rəqs edirdilər. “Orgiya-porgiya…” Rəqqaslar bir müddət qan rəngli qaranlıqlarında fırlanaraq, 79
yorulmaq bilməyən ritmlə rəqs etməyə davam etdilər. Daha sonra dövrə dağıldı və parçalanıb açılaraq çevrə-çevrə içində, dairəvi şəkildə, masanı planetlər kimi əhatələmiş stullara səpələndilər. “Orgiya-porgiya…” Zərif dərin bir səs zümzümə edərək nəğməni oxumağa davam edirdi. Qızılı alaqaranlıqda bu nəhəng zənci göyərçinin dayanıqsız və arxası üstə uzanmış rəqqasların üzərində iltifatla süzməsinə bənzəyirdi. Onlar damda dayanmışdılar; Böyük Henri on biri yenicə taqqıldatmışdı. Gecə sakit və isti idi. “Bu əla deyildi?” - Fifi Bradlaf dedi. “Bu sadəcə olaraq əla deyilmiydi?” - o, vəcdə gəlmiş bir ifadə ilə Bernarda baxırdı. Lakin bu vəcddə heç bir təşviş və həyəcanın izi yox idi – həyəcanlı olmaq, hələ də qane olmamaq demək idi. Onunki alınmış nəticədən doğan sakit həzz idi, dincliyinin səbəbi boş toxluq və heçlikdən deyil, tarazlaşdırılmış həyatdan, yığılmış və tarazlaşdırılmış enerjidən qaynaqlanırdı. Zəngin və həyat dolu rahatlıq. Çünki Birlik Mərasimi aldığı qədər, həm də vermişdi, aldığı hər şey daha da zənginləşdirmək üçün idi. Fifi bütöv idi, indi mükəmməlləşmişdi, sadəcə özü olmaqdan keçmişdi. “Sən də möhtəşəm olduğunu düşünmürsənmi?” - deyə o təkid edərək, Bernardın üzünə fövqəltəbii parıltılı gözləri ilə baxırdı. “Hə, mən də möhtəşəm keçdiyini düşünürəm” - o, yalan danışdı və uzağa baxdı çünki Fifinin bu dəyişilmiş simasına baxmaq da ironik şəkildə ona öz fərqliliyini xatırladaraq günah hissi keçirməyə məcbur edirdi. O, yenə də mərasimin başlanğıcında olduğu qədər bədbəxtcəsinə hər kəsdən ayrılmışdı - hətta daha çox ayrılmışdı çünki doldurula bilməmiş boşluğu, ölü olan qane olma hissi onunla idi. Tənha idi və günahlarını təmizləyə bilməmişdi. Lakin digərləri isə Uca Varlıqla birləşə bilmişdilər. O hətta Morqana onu qucaqladığından da tənha idi, daha tənha idi, həqiqətən, həyatında 80
daha olmadığı qədər ümidsiz dərəcədə özü idi. O, həmin qızılı alaqaranlıqdan sadə elektik işığına çıxdığında özündən utanma hissi iztirabverici həddinə çatmışdı. O, tamamilə bədbəxt idi və bəlkə də (Fifinin parıltılı gözləri onu ittiham edirdi) bu onun öz günahı idi. “Tamamilə möhtəşəm idi” - o təkrarlasa da, düşünə bildiyi yeganə şey Morqananın qaşı idi.
81
Altıncı Fəsil Qəribə, qəribə çox qəribə - bu Leninanın Bernard Marks haqqında çıxardığı hökm idi. Həqiqətən də, o qədər qəribə idi ki, hətta növbəti həftələrdə bir neçə dəfə Nyu Meksika səfərini təxirə salıb, əvəzində Benito Huverlə Şimal Qütbünə getmək barədə düşünmüşdü. Problem onda idi ki, Şimal Qütbünü artıq tanıyırdı, hələ keçən yay Corc Edzel ilə ora getmişdi və ən əsası da, oranı kifayət qədər cansıxıcı hesab etmişdi. Etməyə bir şey yox idi, mehmanxana çox köhnə dəbli idi – otaqlarda televizor asılmamışdı, qoxu orqanı yox idi, sadəcə ən zövqsüz sintetik musiqi və iki yüzdən artıq qonaq üçün cəmi iyirmi beş hərəkətli tennis meydançası. Yox, qəti olaraq Şimal Qütbünə yenidən getmək istəmirdi. Bundan başqa da, Amerikada sadəcə bir dəfə olmuşdu. Onda heç layiqincə olmamışdı! Nyu Yorkda ucuz həftəsonu – Jan-Jaks Habibullah ilə ya Bokanovski Cons ilə idi? Xatırlaya bilmirdi. Hər bir halda, bu indi tamamilə əhəmiyyətsiz idi. Qərbə yenidən uçmaq perspektivi, özü də bütün bir həftə boyu çox cəlbedici idi. Üstəlik də, onlar ən azı üç gün Vəh82
şi Qoruqda olacaqlar. Mərkəzdəki bütün insanlardan cəmi altı-yeddisi Vəhşi Qoruqda olmuşdu. Alfa Müsbət psixoloqu olaraq Bernard bura giriş icazəsi olan, tanıdığı tək-tük insanlardan biri idi. Lenina üçün bu nadir imkan idi. Lakin Bernardın qəribəliyi də çox nadir idi, o qədər nadir ki, hətta Lenina onunla getməyə tərəddüd edərək, o gülməli Benito ilə Qütbə getmək riskini belə düşünmüşdü. Ən azından Benito normal idi. Halbuki Bernard ... “Qan məhluluna spirt qatılıb,” bu Fanninin istənilən qəribəliyə verdiyi izah idi. Lakin bir axşam yataqda Henri ilə bir yerdə olarkən, Lenina çox narahatlıqla öz yeni sevgilisini müzakirə etmişdi və Henri yazıq Bernardı kərgədanla müqayisə etmişdi. “Kərgədana heç bir fənd öyrədə bilməzsən” - deyə qısaca enerjili şəkildə izah etmişdi. “Bəzi insanlar da kərgədana bənzəyirlər, tənzimləməyə lazımi qaydada cavab vermirlər. Yazıqlar! Bernard da onlardan biridir. Bəxti gətirib ki, öz işində olduqca bacarıqlıdır. Əks halda Direktor onu burada saxlamazdı. Hər bir halda” - təskinlik edərək dedi, “Məncə o, çox zərərsizdir”. Bəlkə də çox zərərsizdir, lakin eyni zamanda da çox narahatvericidir. Məsələn, onu bu hər şeyi baş-başa, cəmiyyətdən aralanaraq etmək. Bu özü də təcrübədə heç bir şey etməmək mənasına gəlir. İnsan axı ikilikdə qaldıqda nə edə bilər ki? (Əlbəttə, yatağa getməkdən başqa, lakin bunu da hər zaman edə bilməzsən.) Hə, nə var ki? Çox az şey. Birinci axşam onlar gəzməyə çıxdıqlarında, hər şey, həqiqətən, yaxşı idi. Lenina “Toquay Country” klubunda üzməyi, sonra da Oksford Yunionda axşam yeməyini etməyi təklif etmişdi. Lakin, Bernard orada həddindən artıq sıxlıq olacağını düşünmüşdü. Sonra da Sent Endryuda bir tur Elektromaqnetik Qolf oynamağı təklif etmişdi. Lakin yenə də, yox: Bernard Elektromaqnetik Qolfun boş yerə vaxt itkisi olduğunu düşünürdü. 83
“Onda axı bu zaman nə işə yarayır?” - Lenina heyrət içində soruşmuşdu. Bilirsinizmi, piyada gəzərək Göllər Bölgəsinə getmək olarmış – çünki Bernardın indicə təklif etdiyi şey məhz bu idi. Skiddaunun zirvəsindən enib, bir neçə saat süpürgə kolluqlarında gəzmək olardı. “Səninlə ikimiz bir yerdə, Lenina”. “Amma Bernard, biz onsuz da bütün gecəni birlikdə olacağıq”. Bernard qızardı və uzağa doğru baxdı. “Mən danışmaq üçün tək qalacağımızı nəzərdə tuturdum” - o, burnunun altından mırıldadı. “Danışmaq? Nə barədə?” Gəzmək və danışmaq – axşamı belə keçirmək ona çox qəribə gəlirdi. Sonunda Bernard istəməsə də, Lenina onu Amsterdama uçub, Ağırçəkili Qadınların Güləş Çempionatına aparmağa nail oldu. “Camaatın arasında” - deyə mırıldandı. “Həmişəki kimi”. Bütün axşam boyu sifət edərək oturdu, Leninanın dostları ilə söhbət etmədi (güləşdə fasilələr zamanı dondurmalı soma barında bir çox dostları ilə qarşılaşdılar), bütün məşəqqətlərinə baxmayaraq, Leninanın təkidlə ona vermək istədiyi moruqlu yarımqramlıq soma dondurmasından imtina etdi. “Daha yaxşısı, özüm olaraq qalmağımdır” - dedi. “Kefsiz olsam da, özüm olum. Başqası olmayım, nə qədər şən olsa da”. “Vaxtında atılmış bir qram soma doqquzundan daha yaxşıdır” - Lenina yuxuda öyrədilmiş müdrikliyin parlaq xəzinəsini danışdırdı. Bernard səbrsizcəsinə ona uzadılmış şüşəni itələdi. “Əsəbləşmə” - o dedi, “Yadda saxla ki, bir kub santimetr min dərdin dərmanıdır”. “Oh, Ford naminə, sus!” - o çığırdı. Lenina çiyinlərini silkələdi. “Bir qram almaq, hər zaman 84
lənətləməkdən daha yaxşıdır” - o, vüqarla dedi və dondurmanı özü yeyib qurtardı. Kanal üzərindən uçaraq geri qayıtdıqlarında, Bernard mühərriki dayandırıb, fırlanan pərlərlə dalğalardan otuz metr hündürlükdə asılı dayanmağı təkid etdi. Hava pisə doğru dəyişirdi, səma buludlu idi. “Bax” - o, əmr verdi. “Axı bu qorxuludur” - Lenina pəncərədən uzaqlaşaraq dedi. Gecənin sürətlə çökən boşluğundan, aşağıda köpüklənən qaranlıq sulardan, təlaşlı buludların arasında qalmaqdan dəhşətə gəlmiş və bənizi ay kimi sapsarı olmuşdu. “Gəl, radionu yandıraq. Tez!” O, idarə lövhəsində bir dəstəyə yapışdı və onu çəkdi. “…Sənin daxilindəki səmalar mavidir” - on altı ədəd qalın və titrək kişi səsləri oxumağa başladı, “Hava hər zaman...” Sonra bir hıçqırtı və səssizlik oldu. Bernard yayımı dayandırmışdı. “Dənizi dinclik içində izləmək istəyirəm” - o dedi. “O bərbad səslər eşidiləndə, insan buna nail ola bilməz”. “Axı gözəl idi. Həm də mən izləmək istəmirəm”. “Amma mən istəyirəm” - o təkid etdi. “Mən özümü elə hiss edirəm ki...” tərəddüd etdi, özünü ifadə etmək üçün sözlər axtarmağa başladı” - daha çox özüm oluram, bilmirəm nə dediyimi anlayırsanmı. Heç nəyin parçası olmadan, daha çox özüm oluram. Sosial gövdədə sadəcə bir hüceyrə olmuram. Bu sənə də özünü bu cür hiss etdirirmi, Lenina?” Amma Lenina ağlayırdı. “Bu qorxuncdur, bu qorxuncdur”- deyə təkrarlamağa davam edirdi. “Həm də necə belə danışa bilirsən? Necə yəni sosial gövdənin parçası olmaq istəmirəm? Nəticədə hər kəs hər kəs üçün işləyir. Biz başqaları olmadan yaşaya bilmərik. Hətta Epsilonlar da..” “Hə, bilirəm” - Bernard istehza ilə dedi. “Hətta Epsilonlar da faydalıdır! Mən də faydalıyam. Kaş ki, olmasaydım!” 85
Lenina onun bu cür kafir kimi danışmağından şoka düşmüşdü. “Bernard!” - o, heyrət dolu bir səslə etiraz etdi. Sonra fərqli bir tonla, “Bunu necə edərəm?” - deyə düşüncə içində təkrar etdi. “Yox, əsas məsələ budur: necə olur ki, edə bilmirəm, çünki nəticədə edə bilməyəcəyimi bilmirəm, daha doğrusu edə bilsəydim nə olardı, azad olsaydım, tənzimləmələr məni kölələşdirməsəydi nə olardı?” “Lakin Bernard, sən çox dəhşətli şeylər söyləyirsən”. “Sən azad olmaq istəmirsənmi, Lenina?” “Nəyi nəzərdə tutduğunu anlamıram. Mən azadam. Ən gözəl vaxt keçirmək üçün azadam. Bu günlərdə hər kəs xoşbəxtdir”. Bernard güldü, “Hə, bu günlərdə hər kəs xoşbəxtdir. Bunu uşaqlara beş yaşından öyrətməyə başlayırıq. Bəs sən başqa bir şəkildə xoşbəxt olmağı istəməzdinmi, Lenina? Öz istədiyin kimi, məsələn, başqaları kimi olmadan”. “Sənin nə dediyini başa düşmürəm” - o təkrarladı. Sonra ona tərəf dönərək, “Ah, gəl geri qayıdaq, Bernard” - deyə yalvardı. “Mən bura həqiqətən çox nifrət edirəm”. “Mənimlə bir yerdə olmaqdan xoşun gəlmir?” “Əlbəttə xoşum gəlir, Bernard. Lakin bura çox qorxunc yerdir”. “Mən düşünürdüm ki, burada... burada daha çox bir yerdə ola biləcəyik – ətrafımızda dəniz və Aydan başqa heç nə olmadan. Kütlənin içindəkindən və hətta mənim otağımdan da daha çox bir yerdə olacağımızı düşünmüşdüm. Bunu başa düşmürsən?” “Heç bir şey başa düşmürəm” - qətiyyətlə dedi, sanki başa düşməməməyə qətiyyətlə qərar vermişdi. “Heç nə. Bir şeyi də başa düşmürəm” - o başqa tonla davam etdi, “Ağlına bu cür qorxulu ideyalar gəldikdə, niyə soma qəbul etmirsən? Sən onların hamısını unudardın. Əzab çəkmək əvəzinə, şən86
lənərdin. Elə şənlənərdin ki” - o, təkrar edərək gülümsədi, gözlərindəki heyrətli narahatlığa baxmayaraq, cəzbedici və şəhvətli bir aldatma məqsədi var idi. Bernard sakitlikdə ona baxdı, üzü dəyişməz olaraq qalırdı və son dərəcə ciddi idi, diqqətlə qıza baxırdı. Bir neçə saniyə sonra, Lenina gözlərini qırparaq ondan çəkdi; o, əsəbi şəkildə bir az güldü, bir şey deməyə çalışsa da, bacarmadı. Səssizlik bir az da uzandı. Nəhayət ki, Bernard danışmağa başlayanda səsi sakit və yorğun idi. “Yaxşı” - o dedi, “Geri qayıdacağıq”. Sürətləndiriciyə ayağını möhkən basaraq, o, raket maşını səmaya qaldırdı. Dörd mində ön mühərriki işə saldı. Onlar bir-iki dəqiqə sakitlik içində uçdular. Sonra qəfildən, Bernard gülməyə başladı. Lenina düşündü ki, bu çox qəribədir, amma hər bir halda gülməyi yaxşıdır. “Özünü daha yaxşı hiss edirsən?” - o risk edərək soruşdu. Direktorun otağının qapısı önündə bir az dayanaraq, dərindən nəfəs aldı və çiyinlərini düzəldərək, içəridə mütləq qarşılaşacağı bəyənilməmə və qınaqlara hazır olmağa çalışdı. Qapını döydü və içəri girdi. “İmzalamağınız üçün icazə vərəqəsi gətirmişəm, Direktor” - o mümkün olduğu qədər canlı şəkildə dedi və kağızı yazı stolunun üzərinə qoydu. Direktor tərs-tərs Bernarda baxdı. Dünya Nəzarətçisinin İdarəsinin möhürü vərəqin başlığında vurulmuşdu və Mustafa Mondun qalın və qara imzası aşağıda görünürdü. Hər şey qaydaya uyğun şəkildə idi. Direktorun başqa seçimi yox idi. Adının iki hərfini Mustafa Mondun imzası altında yazaraq, kağızı heç bir şərh etmədən və ya gülərüz Ford sürəti göstərmədən geri qaytarmaq istəyirdi ki, birdən icazə vərəqəsində yazılan bir şeyə gözü sataşdı. “Nyu Meksika qoruğu üçün?” - o dedi və səs tonunda təlaşlı bir heyrətlə üzünü Bernarda tərəf qaldırdı. 87
Onun bu cür heyrətlənməsindən heyrətlənən Bernard, başını silkələyərək təsdiqlədi. Sakitlik çökdü. Direktor oturacağında arxaya söykənərək, qaşlarını çatdı. Bernarddan daha çox özü ilə danışaraq, “Nə qədər vaxt əvvəl idi?” - dedi. “Səhv etmirəmsə, iyrmi il. Təxminən sənin yaşında olmalıydım.” O, ah çəkdi və başını silkələdi. Bernard özünü hədsiz narahat hiss etdi. Müdir kimi ənənələrə sadiq, qayda-qanuna vasvasılıqla sadiq olan biri belə bir kobud səhvə yol versin! Üzünü gizlədib, qaçaraq otaqdan çıxmaq istədi. İnsanların uzaq keçmişləri barəsində danışmasında qəbahətli bir şey görmürdüsə də, tamamilə qalib gəldiyi (və ya ona belə gəlirdi) hipnopedik, əvvəlcədən formalaşmış mühakimələrdən biri idi. Müdirin bunları qəbul etmədiyini bilirdi, lakin buna baxmayaraq özü qaydaları çeynəyib, qadağa olunmuş şeyi etmişdi. Hansı daxili məcburiyyət ona bunu etməyə vadar etmişdi? Bütün narahatlığına baxmayaraq, Bernard maraqla qulaq asırdı. “Səninlə eyni fikirdə idi” - Direktor deyirdi. “Vəhşiləri görmək istəyirdim. Nyu Meksika icazəsini aldım və yay tətili üçün ora getdim. Həmin vaxtda olduğum qızı da özümlə götürdüm. O, Beta-Müsbət idi və düşündüm ki,” (o gözlərini bağladı), “Düşünürəm ki, onun sarı saçları var idi. Hər bir halda o, dolğun idi, həm də mükəmməl, bunu xatırlayıram. Beləliklə, biz ora getdik və vəhşilərə baxdıq, at sürdük və belə-belə şeylər. Sonra isə bu demək olar ki bizim tərk etməli olduğumuz gün idi.. sonra isə.. onu itirdik. Biz o iyrənc dağlardan birinə qalxmağa getmişdik, dəhşətli dərəcədə isti və darıxdırıcı idi və yeməkdən sonra biz yuxuya getdik. Ən azından, mən yuxuya getmişdim. O, yəqin ki, tək başına gəzməyə getməyə qərar verib. Hər nə isə, mən oyandığımda yanımda deyildi. O günə qədər gördüyüm ən güclü və qorxulu fırtına üzərimizə çök88
müşdü. Yağış sanki göydən qablarla süzülürdü, göy guruldayır, şimşək çaxırdı. Atlar iplərini açıb qaçmışdılar, onları tutmağa çalışarkən yıxılmış və dizimi əzmişdim. Çətinliklə gəzirdim. Amma yenə də axtarmağa davam edirdim. Heç bir iz yox idi. Sonra düşündüm ki, yəqin ki, indi özü dincəlmə evinə qayıdıb. Sürünərək gəldiyim yolla qayıdaraq vadiyə çıxdım. Dizim dəhşətli dərəcədə ağrıyırdı və somalarımı da itirmişdim. Bu, məndən saatlar aldı. Mən dincəlmə evinə gecə yarısına qədər gələ bilmədim. “Gəldiyimdə o, orada yox idi, orada yox idi” - Müdir təkrarladı. Ortaya sakitlik çökdü. “Hə” - o, fikrini tamamladı, “Növbəti gün axtarışlar başladı. Lakin biz onu tapa bilmədik. Yəqin ki, o ya kanallardan birinə yuvarlanmış, ya da onu dağ aslanları yemişdi. Ford bilir. Hər bir halda, bu dəhşətli idi. Həmin vaxtlar bu məni çox kədərləndirmişdi. Hətta deyə bilərəm ki, həddindən artıq. Çünki mahiyyət etibarı ilə, bu elə bir bədbəxt hadisə idi ki, hamının başına gələ bilərdi. Üstəlik də, onu formalaşdıran hüceyrələr dəyişsə də, sosial gövdə yaşamağa davam edər”. Lakin bu yuxuda öyrədilmiş təsəlli çox da effektli görünmürdü. Başını silkələyərək, “Bəzən bunları yuxuda görürəm” - sakit səslə Müdir dedi. “Yuxuda həmin şimşəyin səsi ilə oyandığımı və onun getdiyini görürəm, onu ağacların altında təkrar-təkrar axtarmağımı görürəm”. O xatirələrin səssizliyinə qərq olundu. Bernard az qala qibtə edərək, “Siz yəqin ki, dəhşətli şok keçirmişdiniz” - dedi. Bernardın səsindən diksinib, harda olduğunu xatırlayan Müdir günah dolu nəzərlərlə ona baxdı və gözlərini qaçırdaraq, qıpqırmızı qızardı. Sonra qəfil bir şübhə ilə yenidən ona baxdı və bütün qəzəbi ilə “Nə badə” dedi, “Qızla hər hansı bir layiqsiz münasibətdə olduğumu düşünəsən.Heç bir emosional, uzunmüddətli bağ yox idi. Bu mükəmməl sə89
viyyəli sağlam və normal münasibət idi”. O, Bernarda icazə vərəqəsini verdi. “Bu əhəmiyyətsiz lətifə ilə niyə səni darıxdırdım, bilmirəm”. Onun etibarını sarsıdacaq bir sirrini açdığı üçün özünə hirsli olan Direktor, hiddətini Bernarda yönəldirdi. Onun baxışlarındakı ifadə öldürücü idi. “Bu fürsətdən istifadə edərək, Cənab Marks” - o davam etdi, “Demək istəyirəm ki, sizin işdən kənar davranışınızla bağlı aldığım hesabatların heç birindən razı deyiləm. Bunun mənim işim olmadığını deyə bilərsiniz. Lakin elə deyil. Mən Mərkəzin yaxşı reputasiyası barəsində düşünməliyəm. Mənim işçilərim, xüsusilə də, yuxarı siniflərdən olanlar hər hansı bir şübhədən kənar olmalıdırlar. Alfalar hislər baxımından uşaq kimi davranmayacaq formada tənzimləndirilmişlər. Bu özü də, uyğunlaşdırmaq üçün çox əmək sərf etməyin gərəkdiyinin göstəricisidir. Hətta meyilləri əksinə olsa belə, körpə kimi davranmalıdırlar. Hər bir halda Cənab Marks, sizi xəbərdar edirəm”. Direktorun səsi tamamilə şəxsilikdən çıxmış bir düzgünlüklə titrəyirdi – onun səsi bütün Cəmiyyətin etirazını təmsil edirdi. “Əgər bir dəfə də, uşaq kimi davranışlardan ayrıldığınızı eşitsəm, sizin Alt Mərkəzə, İslandiyaya göndərilməyinizi tələb etməli olacağam. Sabahınız xeyir”. Oturacağında fırlanıb, qələmini əlinə alaraq yazmağa başladı. “Bu ona dərs olacaq” - o, öz-özünə dedi. Lakin səhv edirdi. Bernard otağı tərk etdiyində və arxasınca qapını çırpdığında, mövcud qaydalara qarşı təkbaşına durduğu fikrindən, öz şəxsi əhəmiyyətinin və gücünün fərqinə varmaqdan uçur, qanadlanır və çox qürur duyurdu. Hətta sürgün düşüncəsi də onu qorxutmamış, kefini pozmaq əvəzinə daha da qaldırmışdı. O çətinliklərlə qarşılaşmaq və onları aşmaq üçün özünü kifayət qədər güclü hiss edirdi, hətta İslandiyaya getmək üçün də gücü var idi. Hər hansı bir şeyə dözmək məcburiy90
yəti ilə də üzləşəyəcəyinə inanmamağı da, özgüvənini daha da artırmışdı. İnsanlar sadəcə olaraq belə şeylərə görə heç yerə göndərilmirdilər. İslandiya hədə idi. Ən çox stimullaşdırıcı və həyatverici hədə. Dəhlizdə gəzərkən, yüksək əhval-ruhiyyə ilə fit çalırdı. Həmin axşam Direktor ilə qəhrəmancasına görüşündən danışırdı. “Bundan sonra” - fikrini bitirirdi, “Mən sadəcə olaraq ona, Dibsiz Keçmişə qədər yolu olduğunu dedim və otaqdan çıxdım. Bununla da bitdi”. O, Helmholtz Vatsona heyranlıq, simpatiya, cəsarət dolu layiq olduğu reaksiyanı almaq üçün gözləntili gözlərlə baxırdı. Lakin heç bir söz gəlmədi. Sakit oturub, gözlərini döşəməyə zilləmişdi. Bernardı çox istəyirdi və tanışları arasından ancaq onunla əhəmiyyətli bildiyi şeylər haqqında danışa bildiyi üçün ona minnətdar idi. Buna baxmayaraq, Bernardda nifrət etdiyi şeylər də var idi. Məsələn, bu lovğalanmağı. Bundan başqa da bu lovğalanmağının yerini alan səfilliyi və özünə yazığı gəlmə tutmaları var idi. Hadisə olub qurtardıqdan sonra göstərmədiyi şücaətdən danışmaq və bununla öyünmək kimi acınacaqlı vərdişi. O Bernardı çox istədiyinə görə də bu xasiyyətlərinə nifrət edirdi. Saniyələr keçdi. Qəfildən Bernard qızardı və üzünü çevirdi. Səyahət hadisəsiz keçdi. Mavi Pasifik Raketi iki dəqiqə yarıma Nyu Orleansa çatdı, Texas üzərindəki tornadoda dörd dəqiqə itirdi, lakin 95 Qərb Uzunluq Dairəsində əlverişli bir hava axınına daxil oldu və proqramın qırx saniyə qədər arxasında Santa-Feyə endi. “Altı saat yarımlıq uçuş üçün qırx saniyə. Çox da pis deyil” - Lenina dedi. Həmin gecə onlar Santa-Feddə yatdılar. Mehmanxana mükəmməl idi. Keçən yay Leninanın əziyyət çəkdiyi Avrora Bora Palas ilə müqayisə edilməyəcək dərəcədə yaxşı idi. Hər 91
yataq otağında maye hava, televizor, vibro-vakuum masaj, radio, qaynar kafein məhlulu, hamiləliyə qarşı həblər və səkkiz müxtəlif tipli ətir var idi. Zala daxil olduqlarında, sintetik musiqi cihazı da işlədiyinə görə, başqa arzulanmalı heç nə qalmamışdı. Liftdə bir elanda deyildi ki, mehmanxanada altmış ədəd Hərəkətli Tennis Meydançası var idi. Maneəli və Elektro-maqnitli Qolfun hər ikisini parkda oynamaq mümkün idi. “Bu sadəcə olaraq, əla səslənir” - Lenina qışqırdı. “Kaş ki, burada qala bilərdik. Hərəkətli Tennis Meydançaları...” “Vəhşi Qoruqda bunlardan heç biri olmayacaq” - Bernard onu xəbərdar etdi. “Heç bir ətir, televizor, hətta isti su belə. Əgər buna dözə bilməyəcəyini hiss edirsənsə, mən geri qayıdana qədər burada qal”. Leninanın xətrinə dəymişdi. “Əlbəttə, dözə bilərəm. Ona görə buranın yaxşı olduğunu dedim ki,... çünki, inkişaf yaxşı şeydir, deyilmi?” “On üç yaşından on yeddi yaşına kimi həftədə bir dəfə olmaqla beş yüz təkrar” - Bernard özü ilə danışırmış kimi yorulmuş halda dedi. “Nə dedin?” “Mən dedim ki, inkişaf yaxşı şeydir. Ona görə də sən Qoruğu əgər ,həqiqətən də istəmirsənsə, getməməlisən”. “Axı mən istəyirəm”. “Onda lap yaxşı” - Bernard dedi. Sözləri sanki bir hədə kimi səsləndi. İcazələrinin imzalanması üçün növbəti gün Qoruq Rəhbərinin otağına gəldilər və lazımi qaydada özlərini təqdim etdilər. Epsilon-Müsbət zənci qapıçı Bernardın kartını götürdü və onlar demək olar ki, həmin dəqiqə içəri qəbul edildilər. Rəhbər balaca boylu Alfa Mənfi idi. Girdə qırmızı sifətli, geniş çiyinli, hipnopedik müdrikliklərin ifadəsi üçün tam uyğun gurultulu səsi və qısa başı var idi. Lazımsız bilgi 92
və arzulanmayan məsləhət mədəni idi. Bir dəfə danışmağa başladısa, daha dayanmaq bilmirdi. “… Beş yüz altmış min kvadrat kilometr dörd müxtəlif Alt-Qoruqlara bölünüb və hər biri yüksək cərəyanlı simli hasarlarla əhatələnib”. Həmin dəqiqə, aşkar bir səbəb olmadan, Bernard qəfildən hamamındakı ətir kranının ağzını açıq buraxdığını xatırladı. “...Verilən yüksək cərəyan Böyük Kanyon hidroelektrik stansiyasndan təmin edilməkdədir”. “Mən qayıdanda çox bahalıya başa gələcək” - Bernard ağlının gözü ilə ətir kranının fırlanan iynəsini gözü önündə canlandırdı. “Cəld Helmholtz Vatsona zəng et”. “...Beş min kilometrdən uzun hasar altmış min volt cərəyanla yüklənmişdir”. “Nə danışırsınız” - Lenina nəzakətli formada dedi, lakin Rəhbərin nə dediyindən heç nə anlamamışdı, sadəcə onun dramatik fasiləsindən yola çıxaraq, belə demişdi. Rəhbər yenidən gumbuldayaraq danışmağa başlayanda o, nəzərə çarpmadan yarım qramlıq soma udub, nəticədə də indi heç bir şeyə qulaq asmadan sakit otura bilir, heç bir şey düşünə bilmirdi, ancaq yekə, mavi gözləri diqqətli dinləyirmiş kimi Rəhbərin üzünə dikilmişdi. “Tel hasara toxunmaq ölümə bərabərdir” - Rəhbər ciddi şəkildə tələffüz edildi. “Vəhşi Qoruqdan heç xilas yoxdur”. “Xilas” sözü hərəkətverici söz oldu. “Bəlkə də” - Bernard deyərək yarımçıq ayağa qalxdı, “Biz getməyə başlamalıyıq”. Balaca qara iynə böcək kimi zamanın içində fırlanaraq, onun pullarını yeməyə davam edirdi. “Xilas mümkün deyil” - deyə təkrarlayan Rəhbər əli ilə onu yerinə oturmasını işarə etdi. İcazə vərəqəsi hələ də imzalanmadığına görə, Bernardın itaət etməkdən başqa çıxış yolu 93
yox idi. “Qoruqda doğulanlar və mənim əziz gənc xanımım, unutmayın” - o, bir tərəfdən Leninanı süzür və az qala pıçıltılı səslə deyirdi ki, “Yadda saxlayın ki, qoruqda uşaqlar hələ də doğulurlar. Bu nə qədər iyrənc səslənsə də, onlar hələ də doğulurlar...” (O bu cür açıq mövzuya toxunmaqla, Leninanı utandırmağa ümid edirdi, lakin Lenina “Nə danışırsınız!” deyərək süni zəkası ilə gülümsəməkdən başqa heç nə etmədi. Məyus olan Rəhbər yenidən sözə başladı.) “Təkrar edirəm, qoruqda doğulanların qisməti qoruqda da ölməkdir”. Qismətləri ölməkdir.. Hər keçən dəqiqə bir dessilitr ətir. Bir saat ərzində altı litr. Bernard bir daha cəhd etdi, “Biz artıq”. Qarşıya doğru əyilərək, Rəhbər işarət barmağı ilə masaya taqqıldatdı. “Məndən qoruqda neçə nəfərin yaşadığını soruşursunuz. Cavabım budur ki” - o, qələbə çalmış kimi dedi, “Cavabım budur ki, mən bilmirəm. Biz bunu ancaq güman edə bilərik”. “Nə danışırsınız!” “Əziz gənc xanım, doğrusu belədir”. Altı vur iyirmi dörd, yox, bu da təxminən altı vur iyirmi yeddi qədər olar. Bernard səbrsizlikdən solğunlaşmış və titrəyirdi. Lakin lağlağılıq amansız şəkildə davam edirdi. “Təxminən altmış min hindu və yarımcinslər.... tamamilə vəhşilər.. bizim Nəzarətçilərimiz hərdən baş çəkirlər... bundan başqa sivil dünya ilə heç bir əlaqələri yoxdur... hələ də öz iyrənc vərdiş və ənənələrini qoruyurlar... mənim gözəl gənc xanımım, məsələn, bunun nə olduğunu bilirsinizsə, evlilik kimi; ailələr... tənzimlənmə yoxdur... vəhşi batil inancları... Xristianlıq, totemizm və ata-babalarına itaət.... zuni, ispan dili, atapaska dili kimi yox olmuş dillər. Pumalar, kirpilər ve digər vəhşi heyvanlar... yoluxucu xəstəliklər... rahiblər.. zəhərli kərtənkələlər...” “Nə danışırsınız!” 94
Nəhayət ki, canlarını qurtara bildilər. Bernard telefona tərəf şütüdü. Cəld, cəld. Lakin Helmholtz Watsona düşmək üçün üç dəqiqə vaxt tələb olundu. “Biz deyəsən artıq indidən vəhşilərin içindəyik” - deyərək şikayət etdi. “Lənətə gəlmiş bacarıqsızlıq!” “Bir qram qəbul et” - Lenina təklif etdi. O, qəzəblənməyi üstün tutaraq imtina etdi. Nəhayət ki, Forda şükür, xəttə qoşuldu və Helmholtz cavab verdi, ona hər şeyi danışdı, Helmholtz da cəld gedib, ilk fürsətdə kranı bağlayacağına söz verdi. Həm də fürsətdən istifadə edərək, Müdirin dünən axşam hər kəsin içinə dediklərini də Bernarda çatdırdı. “Nə? Mənim yerimə götürmək üçün kimisə axtarır?” - Bernardın səsində iztirab var idi. “Yəni qərar artıq verilib? O, İslandiyadan nəsə dedi? Dedimi? Ford! İslandiya!” O, dəstəyi yerinə qoydu və Leninanın yanına qayıtdı. Üzü saralmışdı və ifadəsi hədsiz dərəcədə kədərli idi. “Nə baş verib?” - o, bütün ağırlığı ilə stula oturdu. “Məni İslandiyaya göndərəcəklər”. Keçmişdə tez-tez çətin bir sınaqdan keçməyin (somasız və şəxsi daxili resurslarından başqa arxalanacaq heç bir şey olmadan) böyük əzablara, böyük bir zülmə məruz qalmağın necə bir şey olduğunu hər zaman bilmək istəmiş, hətta əzab çəkməyi çox istəmişdi. Hələ cəmi bir həftə öncə Müdirin otağında olduğunda, o, əzablara cəsarətlə qarşı gəlməyi, mətanətlə qəbul etməyi düşünmüşdü. Müdirin hədələri əhval-ruhiyyəsini qaldırmış, özünü həyatdan daha üstün hiss etməsinə səbəb olmuşdu. Lakin indi başa düşdü ki, bütün o əhval-ruhiyyəsi hədələri ciddi qəbul etmədiyi üçün olub. Ona inanmışdı ki, söhbət işə gəldikdə, Müdir heç bir şey etməyəcək. İndi isə hədələrin yerinə yetirildiyini gördükdə Bernard qorxmuşdu. O, təsəvvür etdiyi mətanətdən, nəzəri 95
cəsarətdən əsər-əlamət də qalmamışdı. O, özünə qəzəblənirdi – necə də axmaqdır! – Müdirə qəzəblənirdi – ona daha bir şansın verilməməsi necə də ədalətsizlikdir, o şansı ki, indi əmin idi ki, hər zaman istifadə etmək istəmişdi. Və İslandiya, İslandiya... Lenina başını silkələdi. “Olmuş və olacaqlar məni xəstə edəcək” - o, sitat gətirdi, “Bir qramımı qəbul edirəm və ancaq indi varam.” Nəhayət ki, O, Bernardı dörd ədəd soma həbi qəbul etməyə inandıra bildi. Beş dəqiqə sonra köklər və meyvələr getmiş, indiki zamanın çiçəyi tumurcaqlanmışdı. Qapıçıdan gələn bir mesaj qoruq gözətçisinin Rəhbərin əmri ilə təyyarə gətirdiyini və mehmanxananın damında gözlədiyini elan etdi. Onlar dərhal yuxarı qalxdılar. Qamma yaşılı uniforma geyinmiş bir zənci onları salamladı və səhər proqramını deməyə başladı. On ikiyə qədər böyük hindu kəndlərinə quşbaxışı izləmə, sonra isə ikinci səhər yeməyi üçün Malpais vadisinə enəcəklər. Ordakı istirahət evi rahat idi və yuxarı kəndlərdəki hindular və digər vəhşilər yəqin ki, yay festivallarını keçirməkdə idilər. Gecəni keçirmək üçün ən yaxşı yer ora idi. Təyyarəyə əyləşdilər və havaya qalxdılar. On dəqiqə sonra onlar sivilizasiya ilə vəhşiliyi ayıran sərhədi keçirdilər. Yoxuş boyu yuxarı və aşağı, duz və qum çölləri boyunca, meşələrin içindən, dərin yarğanların bənövşəyi dərinliklərindən, zirvələrdən və təpələri düz, dik kənarlı, yüksək platolardan keçərək qarşısı alınmaz düz xətt üzrə uzanan cərəyanlı tel məqsədinə çataraq qələbə qazanan insanın geometrik simvolu kimi idi. Telin aşağısında bir maral və ya öküzün, puma, kirpi və ya çaqqalın, leş qoxusuna gəlmiş acgöz hind toyuqlarının ilahi ədalətin şimşəyi ilə yanmaq üçün ölümcül tellərə yaxınlaşdığı yerlərdə ağ sümük mozaikası qəhvəyi zəmində hələ də çürüməmiş qalırdı. 96
“Onlar heç vaxt dərs çıxarmırlar” - yaşıl uniformalı pilot onlardan aşağıdakı yerlərdə görünən skeletlərə işarə edərək söylədi. “Heç vaxt dərs çıxarmayacaqlar da” - deyə əlavə edərək güldü. Elə danışdı ki, sanki bu elektrik cərəyanına tuş gəlmiş heyvanlar üzərində o, özü qələbə qazanmışdı. Bernard da güldü, iki ədəd soma həbindən sonra, bəlli bir səbəb olmadan bu cür zarafatlar gülməli gəlirdi. Güldü və dərhal sonra yuxuya getdi, yatarkən də Taos və Teseke, Nambe və Pikuris və Poxake, Sia və Koçiti, Laquna və Akoma, Sehrli Plato üzərindən, Zunyi və Sibola və Oxo Kalientedən keçdilər. Oyandıqda artıq təyyarə yerə enmişdi, Lenina çamadanları balaca dördbucaqlı formalı evə daşıyırdı və qamma-yaşıllı zənci gənc hindu ilə anlaşılmayan bir dildə nəsə danışırdı. “Malpais” - pilot Bernard aşağı endiyində izah etməyə başladı. “Bura sizin istirahət evinizdi. Hindu kəndində bu axşam rəqslər var. O, sizi lazım olan yerə aparacaq” - qaşqabaqlı bir gənc vəhşiyə işarə edərək dedi. “Ümidvaram, gülməlidir” - o, dişlərini ağartdı. “Onların etdiyi hər şey çox gülməlidir”. Daha sonra o təyyarəyə mindi və mühərrikləri işə saldı. “Sabah geri dönəcəyəm. Bunu da yadda saxlayın ki” - o, Leninanı əmin edərək dedi “Tamamilə əhilləşmişdirlər. Vəhşilərdən sizə hər hansı bir zərər gəlməz. Onların qaz bombaları ilə kifayət qədər təcrübələri var ki, hər hansı bir hiyləyə əl atmasınlar”. Hələ də gülərək, o təyyarənin pərlərini işə saldı, sürəti artırdı və getdi.
97
Yeddinci Fəsil Dik kənarları olan yüksək düzənlik aslan rəngli bir dənizdə sabit dayanan bir gəmini xatırladırdı. Kanal sıldırımlı qayaların arasında dolanır və yayılı damar – çay və onun tarlaları bir divardan digərinə əyilib bükülərək vadi boyu uzanırdı. Dar boğazın tən ortasındakı bu daş gəmidə onun bir parçası kimi görünən, çılpaq qayanın formalı və geometrik yüksəkliyində hindu kəndi Malpais yerləşdi. Məhəllə məhəllə üstündə, hər mərtəbə aşağıdakından daha kiçik olan hündür evlər pilləli və basıq piramidalar kimi ucalırdılar. Onların aşağısında ziqzaq divarlar ilə alçaq evlər cərgələnirdi. Üç tərəfdə də uçurumla dimdik düzənliyə enirdi. Bir neçə duman sütunu şaquli istiqamətdə küləksiz havada yüksəlir və yox olurdu. “Qəribədir” - Lenina dedi. “Çox qəribədir”. Bu onun mühakimə etdiyi zaman işlətdiyi hər zamanki sözlər idi. “Mənim bundan xoşum gəlmir. Mənim o kişidən xoşum gəlmir”. O, onları hindu kəndinə aparmaq tapşılırılmış hindu bələdçiyə işarə etdi. Həmin şəxsin də eyni hisləri paylaşdığı aşkar 98
idi, önlərində gəzən bələdçinin kürəyi düşməncə hərəkət edir, onları daxildən alçaldırdı. “Bundan başqa” - Lenina səsini aşağı saldı “Ondan iy gəlir”. Bernard bunu danmağa cəhd etmədi. Onlar gəzməyə davam etdilər. Qəfildən havanın canlanıb, nəbz kimi atdığını hiss etdilər. Bu nəbz sanki yorulmaq bilməyən qanın hərəkəti ilə atırdı. Yuxarıda, Malpaisdə barabanlar çalınırdı. Onların ayaqları həmin sirli ürəyin ritminə qoşuldu və addımları sürətləndi. Cığır onları uçurumun dibinə doğru aparırdı. Nəhəng düzənliyin kənarları qala kimi ətraflarında yüksəlir, ən hündür yerlərdə yüz metr yuxarı qalxırdı. “Kaş ki, təyyarəni götürə bilsəydim” - Lenina peşmanlıqla boş ifadəli yaxınlaşan qaya sifətə baxaraq dedi. “Piyada gəzməkdən zəhləm gedir. Həm də insan bir təpənin dibində olanda, özünü o qədər xırda hiss edir ki”. Onlar bəzi kölgəlik yerlərlə getdilər, bir çıxıntının ətrafına dolandılar və burada qarşılarına suyla aşınmış bir oyuqdan yuxarıya doğru bir yol var idi. Onlar qalxdılar. Barabanların səsi hərdən heç eşidilmir, hərdən isə sanki lap yaxından gəlirdi. Yolun yarısına çatdıqlarında bir qartal o qədər yaxınlarından ötüb keçdi ki, qanadlarının soyuq küləyi üzlərinə çırpıldı. Bir qaya çuxurunda sümük yığınına rast gəldilər. Hər şey sonsuz dərəcə qəribə idi və hindu da get-gedə daha çox iy verirdi. Nəhayət ki, onlar yarğandan çıxaraq, göz qamaşdıran günəşə qovuşdular. Ən hündür nöqtə düz daş düzənlikdən ibarət idi. “Charing-T qülləsinə bənzəyir” - Leninanın sözləri idi. Lakin onun bu inamverici bənzərlik etməsinin verdiyi həzz uzun müddət sürmədi. Yumşaq ayaqların addımlarının səsi onları geriyə çevrilməyə vadar etdi. Boğazlarından göbəklərinə qədər lümlüt olan bu insanların qəhvəyi bədənləri 99
ağ təbaşirlə rənglənmişdi, (asfalt tennis meydançaları kimi, Lenina sonralar bu haqda danışarkən belə izah edirdi.) Aralarından qırmızı, qara və torpaq boyası ilə kobud şəkildə rənglənmiş simaları ilə insan görüntüsündən uzaq olan iki hindu cığır boyu qaçaraq onlara yaxınlaşdılar. Onların qara saçları tülkü xəzi və qırmızı flanellə toxunmuşdu. Hind toyuğunun lələkləri onların çiyinlərində dalğalanırdı. Nəhəng lələk çələnglər başlarının ətrafında nəzəri cəlb edəcək şəkildə dururdu. Hər addımlar ilə qollarındakı gümüş qolbağlar və firuzəyi muncuqlardan olan ağır boyunbağıları şaqqıltılı səs çıxarırdılar. Bir kəlmə də danışmadan maral dərisindən olan ayaqqabıları ilə qaçaraq yaxınlaşdılar. Onlardan biri əlində tüklü fırça tutmuşdu, digəri isə uzaqdan üç və ya dörd ədəd qalın kəndirə bənzər bir şey daşıyırdı. Kəndirlərdən biri narahatlıqla qovruldu və Lenina qəfildən onların ilan olduqlarını gördü. Kişilər get-gedə daha da yaxınlaşırdılar, onların qara gözləri Leninaya baxır, lakin heç bir tanıma işarəti və ya onu görmüş olduqlarını, varlığından xəbərdar olduqlarını göstərən ən xırda bir əlamət də yox idi. Qıvrılan ilan digərləri kimi yenə ləms oldu. Kişilər ötüb getdilər. “Baş verənlər mənim xoşuma gəlmir” - Lenina dedi, “Baş verənlər mənim xoşuma gəlmir”. Lakin daha çox onun xoşuna gəlməyən şey kəndin girişində bələdçinin onları tərk edərək, təlimatları almaq üçün içəri getməyi oldu. Toz-torpaq, zibil yığınları, çirk, itlər, milçəklər. Onun üzü ikrah dolu ifadə ilə qırışdı. O əl dəsmalını burnuna tutdu. “Axı onlar necə belə yaşaya bilirlər?” - o, qəzəb və inanmaq istəyi olan səsi ilə dedi. (Bu mümkün ola bilməzdi.) Bernard fikirli şəkildə çiyinlərini çəkdi. “Hər bir halda” - o dedi, “Onlar bütün bunları son altı və ya yeddi min il 100
ərzində ediblər. Ona görə də güman edirəm ki, buna öyrəşmiş olarlar“ “Lakin təmizlik Forda yaxınlıq deməkdir” - o təkid etdi. “Hə, sivilizasiyaya uyğun olmaq da təmiz olmaq deməkdir” - Bernard istehzalı tonla davam edərək, ikinci hipnopedik təmizliyə giriş dərsinin son cümləsini sitat gətirdi. “Lakin bu insanlar heç vaxt Bizim Fordumuz barədə eşitməyiblər və onlar mədəniləşməyiblər. Ona görə də, heç bir mənası yoxdur...” “Ah!” - deyərək Lenina qəfildən Bernardın qolunu tutdu. “Buna bax” - demək olar ki, tamamilə çılpaq bir hindu qonşuluqdakı evin ilk mərtəbəsindəki terrasdan nərdivanda çox yavaş addımlarla aşağı enirdi. Hədsiz yaşlı olmasından dolayı, çox diqqət və təmkinlə enirdi. Obsidiandan düzəldilmiş maskaya bənzəyən siması dərin qırışlı və qara idi. Dişsiz ağzı içəri basılmışdı. Dodaqlarının kənarlarında, çənəsinin hər iki tərəfində bir neçə tük qara dərisində dümağ görünürdü. Uzun və hörülməmiş saçları, boz çəngələrlə aşağı sallanmışdı. Onu beli bükülmüş və bədəni bir dəri, bir sümük qalmışdı. Çox aramla aşağı gəldi, hər pillədə o biri addımı atmaq üçün fasilə etdi. “Ona nə olub belə?” - Lenina pıçıldadı. Onun gözləri qorxu və heyrətdən bərəlmişdi. “O sadəcə olaraq qocadır, vəssalam” - Bernard bacardığı qədər soyuqqanlılıqla cavab verdi. O özü də diksinmişdi, lakin təsirlənmədiyini göstərmək üçün əlindən gələni etdi. “Qoca?” - Lenina təkrarladı. “Lakin bizim Müdir də qocadır, bir çox insanlar qocadır, amma belə deyillər”. “Ona görə ki, biz onların belə olmasının qarşısını alırıq. Biz onları xəstəliklərdən qoruyuruq. Daxili sekresiyalarını süni olaraq tarazlaşdırıb, gənclik səviyyəsində saxlayırıq. Maqnezium və kalsium dərəcələrinin otuz yaşda olduğundan aşağı səviyyəyə düşməsinin qarşısını alırıq. Biz onlara 101
gənc qanı köçürürük. Maddələr mübadilələrini davamlı olaraq canlı tuturuq. Ona görə də, əlbəttə ki, bu cür görünməyəcəklər. Digər tərəfdən də” - o əlavə etdi ”Çünki çoxları bu varlığın yaşına çatmamışdan çox-çox əvvəl ölürlər. Gənclik demək olar ki, heç bir dəyişikliyə uğramadan altmış il davam edir və sonra tap! son..” Lakin Lenina qulaq asmırdı. O, qoca kişini izləyirdi. Yavaş-yavaş aşağı endi. Onun ayaqları yerə toxundu. Geriyə döndü. Çox dərinə batmış göz çuxurlarındakı gözləri hələ də qeyri-adi şəkildə parlaq idi. Həmin gözlər uzun müddət heç bir ifadə olmadan Leninaya baxdılar, heç bir heyrət, sanki Lenina orada deyilmiş kimi baxdılar. Sonra, bükülmüş beli ilə topal addımlarla yavaş-yavaş gələrək, yanlarından keçdi və uzaqlaşdı. “Axı bu dəhşətlidir!” - Lenina pıçıldadı. “Bu qorxuncdur. Biz bura gəlməməli idik”. O, soma həbləri üçün cibini axtardı, lakin gözləmədiyi bir diqqətsizlik edərək, onları istirahət evində unutduğunu aşkarladı. Bernardın da cibləri boş idi. Lenina Malpaisdəki qorxuncluqlarla ayıq başla üzləşməli oldu. Onlar kütlələrlə onun üzərinə gəlirdilər. Uşaqlarına süd əmizdirən iki qadının baxması onu utancdan qızarmağa məcbur etdi və o, üzünü çevirdi. Həyatı boyu bu cür ədəbsiz şey görməmişdi. Vəziyyəti daha da pisləşdirən isə, Bernardın buna nəzakət xətrinə məhəl qoymamaq əvəzinə, daha da bu mənzərəni şərh etməklə məşğul olması idi. Utanaraq, somanın effekti keçdikdən sonra səhər mehmanxanada göstərdiyi zəifliyi xatırladı və bayıra çıxaraq özünü güclü və ehkamlara zidd göstərməyə başladı. “Necə də gözəl yaxın münasibətdir” - o, qəsdli bir kübarlıqla söylədi. “Nə qədər də dərin hislər yaradır! Hər zaman düşünmüşəm ki, insan anasız olmaqla, bəzi şeyləri əldən vermiş ola bilər. Bəlkə sən də ana olmamaqla bəzi şeyləri 102
əldən vermiş olursan, Lenina. Özünü öz balaca körpənlə orada oturan təsəvvür et...” “Bernard! Necə belə danışa bilərsən?!” Göz iltihabı və dəri xəstəliyi olan bir yaşlı qadının yanlarından keçməsi onun etirazını yarımçıq qoydu. “Gedək buradan” - deyərək yalvardı. “Buranı heç xoşlamadım.” Lakin həmin bu an onların bələdçisi geri qayıtdı və onu izləmələrini işarə edərək, evlərin arasındakı aşağıya doğru gedən dar küçəylə getmələri gərəkdiyini bildirdi. Onlar tini döndülər. Zibil yığınının üzərində ölü it var idi; zoblu qadın bir balaca qızın saçlarında bit axtarırdı. Bələdçiləri bir nərdivanın aşağısında dayandı, əlini şaquli istiqamətdə havaya qaldırdı, sonra da üfüqi olaraq irəli işarəsi etdi. Bələdçinin sözsüz şəkildə verdiyi əmrləri yerinə yetirdilər – nərdivana dırmaşdılar və bir giriş qapısına doğru getdilər, buradan da uzun dar otağa daxil oldular. Otaq olduqca qaranlıq və yanmış yağ və siqaret tüstüsü ilə qarışıq, uzun müddət geyinilən və yuyulmayan paltarların qoxusu ilə dolu idi. Otağın digər başında başqa bir qapı var idi, buradan da günəş işığı və səs, çox yüksək və yaxın baraban səsləri gəlirdi. Onlar astanadan keçdilər və geniş bir terasa çıxdılar. Onlardan aşağıda yüksək evlərlə əhatələnmiş və hindularla dolub-daşan meydança var idi. Rəngarəng ədyallar, qara saçlarındakı lələklər, firuzəyi parıltı və istidən parıldayan qara dərilər. Lenina yenidən əl dəsmalını burnuna tutdu. Meydanın ortasındakı açıq sahədə hörgülü divalar və ayaqla əzilmiş gildən düzəldilmiş iki dairəvi platforma var idi - yeraltı otaqların damları olduğu bəlli idi, çünki hər platformanın ortasında bir dam ağzı var idi və aşağıdan yüksələn nərdivanların başları görünürdü. Yeraltında çalınan fleyta səsləri eşidildi və təxminən eyni zamanda çalmağa başlayan təbillərin amansız təkidli gurultusu onların səsini kəsirdi. 103
Təbillər Leninanın xoşuna gəlmişdi. Kütlənin içindən yüksək bir çığırtı qopdu və digər bütün rəqqaslar da əllərini uzadaraq ona tərəf qaçdılar. O, ilanları ilk gələnlərə tulladı və daha çoxunu çıxarmaq üçün yenidən qutuya əlini saldı. Daha çox, daha çox, qara ilanlar və qəhvəyilər və qarışıqlar - onları bayıra çıxarıb tullayırdı. Sonra rəqs başqa bir ritmlə yenidən başladı. Onlar öz ilanları ilə ilan kimi fırlanmağa, yumşaq dalğalı hərəkətlərlə dizlərini və budlarını yelləməyə başladılar. Dayanmadan fırlanırdılar. Sonra lider işarə etdi və bir-bininin ardınca bütün ilanlar meydançanın ortasına tullanıldı; yeraltından bir qoca kişi gəldi və onların üzərinə qarğıdalı unu səpələdi, sonra bir qoca qadın gəldi və onların üzərinə qara küpədən su səpdi. Sonra qoca kişi əlini qaldırdı və ortaya diksindirici, hürküdücü bir səssizlik çökdü. Təbillər çalınmağı dayandırdılar. Qoca kişi daha aşağı dünyaya yol açan iki qapıya işarət etdi. Onlardan birindən aşağıda görünməz əllərlə qaldırılmış boyanmış qartal rəsmi, digərindən isə çılpaq, çarmıxa çəkilmiş bir kişi şəkli qaldırıldı. Onlar özləri havada qalmış kimi orada qaldılar, sanki hər tərəfə baxırdılar. Qoca kişi əllərini bir-birinə vurdu. Önünü bağlayan ağ pambıqlı bez istisna olmaqla, çılpaq olan təxminən on səkkiz yaşında bir gənc oğlan uşağı kütlədən ayrılaraq, qocanın qarşısında durdu və əllərini çarpazlaşdıraraq sinəsini tutub, başını önə əydi. Yaşlı insan uşağın üzərində xaç işarəsi etdi və uzaqlaşdı. Oğlan büzüşən ilan yığınının içində yavaş-yavaş gəzməyə başladı. O, birinci dövrəni qurtardı və ikinci dövrənin yarısına çatdığında kütlənin içindən canavar maskası taxmış və əlində hörülmüş dəridən bir qırmanc olan kişi çıxaraq, ona yaxınlaşdı. Oğlan digərlərindən varlığından xəbərsiz kimi hərəkət edirdi. Canavar- kişi qırmancını yuxarı qaldırdı, bir dəqiqə gözlənti hökm sürdü və sonra cəld bir hərəkətlə qamçının fit səsi və ardından da ətə 104
toxunduğunda yüksək səs çıxardı. Oğlanın bədəni titrədi, lakin o heç bir səs çıxarmayaraq, eyni cür yavaş-yavaş, sabit addımlarla gəzməyi davam etdi. Canavar dayanmadan ona vururdu və kütlə də hər zərbədə birinci nəfəsini tutur, sonra da dərin inilti çıxarırdı. Oğlan gəzməyə davam edirdi. İki dəfə, üç dəfə, dörd dəfə dövrə vurdu. Qan axmağa davam edirdi. Beş dəfə, altı dəfə dövrə vurdu. Qəfildən Lenina əlləri ilə üzünü örtərək, hönkürməyə başladı. “Ah, onları dayandır, onları dayandır!” - deyərək yalvardı. Lakin qamçı amansız şəkildə enməyə davam edirdi. Yeddinci dövrəni tamamladı. Sonra oğlan qəfildən büdrədi və yenə də səs çıxarmadan üzü üstə yerə sərildi. Oğlanın üzərinə əyilən qoca kişi ona uzun ağ lələk ilə toxundu, al qırmızı olduğunu camaat görsün deyə bir neçə dəqiqəlik onu yuxarıya qaldıraraq saxladı, sonra da üç dəfə ilanların üzərində yellətdi. Bir neçə damcı qan damladı və təbillər qəfildən yenə də təşviş dolu notlarla gumbuldamağa başladı, böyük bir bağırtı qopdu. Rəqqaslar irəli atılaraq ilanları topladılar və qaçaraq meydandan çıxdılar. Kişilər, qadınlar, uşaqlar və bütün kütlə də onların arxasınca qaçdı. Bir dəqiqə sonra meydança o idi, bircə hələ də yığılıb qaldığı yerdə üzüqoylu, heç tərpənmədən yatan oğlan qaldı. Ətrafdakı evlərdən birindən üç qadın gəldi və çətinliklə onu qaldıraraq içəri apardılar. Qartal və çarmıxa çəkilmiş kişi bir müddət də boş kəndə nəzarət etdilər, sonra isə sanki kifayət qədər şey gördülər deyə, yeraltına doğru yavaşca sürüşdürüldülər, gözdən itərək, alt dünyaya getdilər. Lenina hələ də hönkürürdü. “Hədsiz dəhşətlidir” - deyə təkrarlamağa davam edirdi və Bernardın təskinliyi heç bir işə yaramırdı. “Çox dəhşətlidir! O qan!” O titrədi. “Ah, kaş ki somam olardı”. İçəri otaqdan ayaq səsləri eşidildi. 105
Lenina tərpənmədi, əlləri üzündə, görmədən, ayrı otururdu. Bernard boylandı. Terasdan çıxan gənc oğlan Hindu paltarları geyinmişdi amma hörülmüş saçı saman rəngli, gözləri solğun mavi, dərisi isə bir az qaralmış ağ dəri idi. “Salam, hər vaxtınız xeyir” - deyərək yad, səhvsiz, ancaq qəribə İngilis dilində danışdı. “Siz mədəni insanlarsınız, deyilmi? Digər məkandan gəlmisiniz, qoruqdan kənardan, hə?” “Sən belə kimsən...” - deyərək Bernard heyrət içində sözə başladı. Gənc oğlan ah çəkdi və başını silkələdi. “Ən bədbəxt insan”. Meydanın ortasındakı qan izlərinə işarə edərək, “O lənətəgəlmiş yeri görürsünüzmü?” - deyə həyəcandan titrəyən səs ilə soruşdu. “Bir qram soma min dərdin dərmanıdır” - Lenina əllərinin arxasından mexaniki sürətdə bu sözləri söylədi. “Kaş ki, indi mənim somam olardı!” “Orada mən olmalı idim” - gənc oğlan sözünə davam etdi. “Niyə onlar mənə qurban olmağa icazə vermədilər? Mən on iki, on beş dəfə dövrə vura bilərdim. Paloutiva cəmi yeddi dövrə vura bildi. Onlar bundan iki dəfə çox qanı məndən çıxara bilərdilər. Daha möhtəşəm qan dənizi olardı.” O, qollarını bolluq göstərən şəkildə geniş açdı, sonra isə ümidsiz şəkildə onları endirdi. “Lakin onlar məni qoymadılar. Mənim dərimin rənginə görə məndən xoşları gəlmir. Bu hər zaman belə olub. Hər zaman.” Gənc oğlanın gözləri doldu, o, utanaraq, üzünü çevirdi. Heyrət Leninaya soma məhrumiyyətini unutmağa vadar etdi. O, üzünü açdı və həyatında ilk dəfə bir yada baxdı. “Siz demək istəyirsiniz ki, həmin qamçı ilə döyülməyi siz istəyirdiniz?” Hələ də üzü Leninaya çevrilməmiş formada, razılıq işarəsi etdi. “Kəndimiz naminə bunu edəcəkdim, yağışın yağma106
sı və taxılın yetişməsi üçün. Və Pukonq və İsanı razı salmaq üçün. Qışqırmadan da ağrılara dözə biləcəyimi göstərməyim üçün, hə?” onun səsi qəfildən yeni bir titrəyiş qazandı, çiyinlərini qürurlu bir şəkildə dikləşdirərək, çənəsini məğrur formada qaldıraraq “Kişi olduğumu sübut etmək üçün... Ah!” dedi. Ağır-ağır nəfəs aldı və sakit dayandı. Həyatında ilk dəfə idi ki, yanaqlar şokolad və ya it dərisi rəngində olmayan, saçları şabalıdı rəngli və dalğalı olan, üz ifadəsində xoş bir maraq olduğu (valehedici yenilik!) aşkar görünən bir qız görürdü. Lenina ona gülümsəyirdi, necə yaraşıqlı oğlandır və gözəl də bədəni var deyə düşünürdü. Oğlanın üzünə qan doldu, qıpqırmızı oldu və baxışlarını endirdi, sonra bir anlıq yenidən qaldırdığında Leninanın hələ də təbəssüm etdiyini gördü və elə utandı ki, qaçaraq, meydanın digər tərəfində nəyəsə baxmalıymış kimi etdi. Bernardın sualları mövzunu dəyişdirdi. Kim? Necə? Nə vaxt? Haradan? Gözlərini Bernardın üzünə zilləyərək (Leninanın təbəssümünü görməyi o qədər ehtirasla arzulayırdı ki, ona baxmağa sadəcə cəsarət etmirdi), gənc oğlan özünü izah etməyə çalışdı. Linda və o - Linda onun anası idi (bu söz Leninanın narahat görünməyə vadar etdi) - Qoruqda yad idilər. Linda Digər Məkandan uzun müddət öncə bura gəlib, onun doğulmağından da əvvəl, onun atası hesab olunan adam ilə birlikdə. (Bernard qulaqlarını şəklədi.) Linda Şimaldakı dağlarda tək başına gəzməyə çıxmış, dik yerdən yıxılmış və başını zədələmişdi. (“Davam et, davam et” - Bernard həyəcanla dedi.) Malpaisdən olan bir neçə ovçu onu tapmış və hindu kəndinə gətirmişdi. Onun atası hesab olunan kişiyə gəldikdə isə, Linda bir daha onu heç vaxt görməyib. Onun adı Tomakin olub. (Hə, Tomas, Müdirin adı belə idi.) O, çox güman ki, Lindanı tərk edərək Digər məkana uçub gedib - pis, bədxah, anormal bir insan. 107
“Beləliklə də, mən Malpaisdə doğulmuşam” - o, sözünü bitirdi. “Malpaisdə”. Başını silkələdi. Kəndin kandarındakı o balaca evin səfaləti! Toz və zibil dolu bir ərazi onu kənddən ayırırdı. Aclıqdan çöp kimi qalmış iki it, qapının ağzındakı zibillikdə eşələnirdilər. Onlar içəri girdiklərində, içərinin alatoranlığında leş iyi və milçək vızıltısı hakim idi. “Linda!” - gənc oğlan çağırdı. İçəri otaqdan olduqca boğuq qadın səsi eşidildi, “Gəlirəm”. Onlar gözlədilər. Döşəmədəki qablarda yeməyin qalıqları, bəlkə də müxtəlif yeməklərin qalıqları var idi. Qapı açıldı. Çox dolu, sarışın hindu qadın astanadan içəri girdi və yadlara inanılmaz bir ifadə ilə baxa-baxa qaldı. Lenina ikrah hissi ilə fikir verdi ki, onun qabaq dişlərindən ikisi yoxdur. Qalan dişlərinin də rəngi başqa idi. O ürpəşdi. bu qoca kişidən daha pis idi. Necə də kökdür. Üzündəki o xətlər, sallantılar, qırışlar, sallanmış yanaqlar, o bənövşəyi ləkələr, burnundakı qırmızı damarlar, qan çanağı kimi gözlər. O, qəddi-qaməti, başına bağladığı o cırıq-cırıq, çirkli dəsmal. Qəhvəyi rəngli, torba kimi köynəyinin altındakı nəhəng döşləri, qarnının şişkinliyi, budları.. Ah, bu qoca kişidən daha pis idi, lap çox pis! Qəfildən bu varlıq sanki partlayaraq danışmağa başladı və qollarını açaraq ona yaxınlaşdı - Ford! Ford! çox ürək bulandırıcı idi, az qala qaytaracaqdı, çünki qadın onu tutub, şişmiş qarnına, döşlərinə basdı və öpməyə başladı. Ford! dayanmadan öpürdü və çox dəhşətli dərəcədə iy verirdi, aşkar idi ki, heç vaxt vanna qəbul etməyib, Delta və Epsilonların şüşələrinə qoyulan o iyrənc şeyin iyi gəlirdi (yox, Bernardla bağlı deyilənlər doğru deyildi) və spirtin də üfunəti buna qarışmışdı. Hönkürən və formasını dəyişmiş bir üz onun qarşısında dayanmışdı; varlıq ağlayırdı. 108
“Ah, mənim əzizim, mənim əzizim”. Sözlərin seli hıçqırtı ilə axırdı. “Bir bilsəniz ki, nə qədər şadam - bütün bu illərdən sonra! Mədəni simalar. Hə, bir də mədəni geyimlər. Mən bir də heç vaxt asetatlı ipək parçası görəcəyimi düşünmürdüm”. O, Leninanın koftasının qollarını barmaqladı. Onun dırnaqları qara idi. “Bu valehedici süni ipəkdən olan məxmər şortlar! Əzizim, bilirsənmi, mən hələ də bura gəldiyim köhnə geyimlərimi bir qutuya qoyub saxlamışam. Sonra onları sizə göstərərəm. Əlbəttə ki, astetları deşik-deşik olub. Amma necə də gözəl ağ kəmər idi - amma sənin yaşıl kəmərinin daha gözəl olduğunu etiraf etməliyəm. Heç o kəmərin mənə çox xeyri də dəymədi.” Onun göz yaşları yenidən axmağa başladı. “Güman edirəm ki, Con sizə danışıb. Mən o qədər əzab çəkmişəm ki - qəbul etmək üçün bir qram da somam olmayıb. Ancaq aradabir Pop gətirdiyində meskal işkisi içə bilirəm. Pop mənim tanıdığım bir oğlandır. Lakin meskal içkidir, sonra özünü çox pis hiss edirsən, peyotldan sonra isə xəstə olursan, üstəlik də növbəti gün daha çox utanc hiss etməyə vadar edir. Mən də çox utanırdım. Bir mənim vəziyyətimi təsəvvür edin: mən, bir Beta - uşaq sahibidir, özünüzü mənim yerimə qoyun.” (Bu adi təklif Leninanın tüklərini ürpəşdirdi.) “And içirəm ki, bunda mənim heç bir günahım yox idi, çünki hələ də bunun necə baş verdiyini anlaya bilmirəm, bütün Maltuzian məşqlərini etdiyimə baxmayaraq - bildiyiniz kimi, rəqəmlərlə, bir, iki, üç, həmişə and içirəm; lakin yenə də bu baş verdi və təbii ki, burada heç bir Uşaqsaldırma Mərkəzinə bənzər şey yoxdur. Bu hələ də Çelsidə yerləşir?” - o soruşdu. Lenina təsdiq edən şəkildə başını silkələdi. “Yenə də çərşənbə axşamı və cümə günləri proyektorlarla işıqlandırılır?” - Lenina yenə də təsdiqlədi. “O, sevimli çəhrayı şüşə qala!” - yazıq Linda üzünü yuxarı qaldıraraq bağlı gözləri ilə xatırlaya bildiyi parlaq görüntünü 109
düşündü. “Gecələr isə, çay” - o pıçıldadı. Kip bağladığı göz qapaqlarından iri göz yaşları yavaş-yavaş süzüldü. “Axşamlar vertolyotla Stok Poqsdan dönüş. Sonra isə isti vanna və vibro-vakuumlu masaj... Lakin burada”. O, dərindən ah çəkdi, başını silkələdi, gözlərini yenidən açdı, bir və ya iki dəfə burnunu çəkdi, sonra burnunu silərək, barmaqlarını ətəyinə sildi. “Ah, üzr istəyirəm” - o, Leninanın ikrah hissi ilə iyrənərək üzünü bürüşdürdüyünü görüb, dilləndi. “Mən bunu etməməliydim. Üzr istəyirəm, lakin əgər burada heç bir əl dəsmalı yoxdursa, neyləyə bilərsən axı? Yadımdadır ki, bütün bu çirk, heç nəyin aseptik olmaması məni çox kədələndirirdi. Onlar məni ilk dəfə bura gətirdiklərində başımda dəhşətli yara kəsiyi var idi. Siz heç təsəvvür də edə bilməzsiniz ki, onlar mənim yarama nə qoyurdular. Zibil, sadəcə olaraq, zibil. “Mədəniyyət təmizlikdir” - onlara deyirdim. Sanki balaca uşaqlara başa salırmış kimi, onlara “Hamam və tualetlərin olması yaxşı şeydir” - deyə izah edirdim. Lakin, əlbəttə ki, onlar başa düşmürdülər. Necə başa düşə bilərdilər ki? Sonunda belə güman edirəm ki, mən öyrəşdim. Hər bir halda, sən isti su olmadan necə şeyləri təmiz saxlaya bilərsən ki? Bir o paltarlara baxın. O kobud yun asetat kimi deyil. Ona heç bir şey olmur. Əgər cırılsa, sən onu yamamalısan. Lakin mən Betayam, Mən Dölləmə Otağında işləyirdim və heç kim mənə belə şeyi öyrətməmişdi. Bu mənim işim deyildi. Bundan başqa da, paltarları yamamaq heç vaxt yaxşı iş hesab edilməyib. Onlar deşildikdə tullamaq və yenilərini almaq lazımdır. “Daha çox yamaq, daha az rifah”. Doğru deyil? yamamaq cəmiyyətə qarşı bir həqarətdir. Lakin burada hər şey fərqlidir. Bu sanki dəlilər arasında yaşamaq kimi bir şeydir. Etdikləri hər şey dəlilikdir”. O, ətrafa baxdı, Con və Bernardın onları tərk edərək, küçədə toz və zibilin içində o yan bu yana gəzişdiklərini gördü. Yenə də səsini al110
çaldaraq Leninaya tərəf əyildi, Lenina ürpəşərək büzüşdü, lakin o qədər yaxınlaşmışdı ki, embrio zəhərin küləyindən yanağındakı tüklər tərpəndi. “Məsələn” - o, batıq bir səslə dedi, “Buradakı insanların bir yerdə olma tərzlərini götürək. Dəlilikdir, sizə düzünü deyirəm, tamamilə dəlilikdir. Hər kəs hər kəsə məxsusdur - elə deyilmi? Düz demirəm?” - o, Leninanın koftasının qolunu çəkərək, təkidlə soruşdu. Lenina çevirdiyi başı ilə təsdiqlədi, saxladığı nəfəsini buraxdı və başqa nisbətən daha təmiz bir nəfəs almağa nail oldu. “Hə, burada” - digəri sözünə davam etdi, “Heç kəs bir nəfərdən artığına məxsus ola bilməz. Əgər sən bir neçə insanla bir yerdə olursansa, onlar sənin qəribə və antisosial olduğunu düşünəcəklər. Onlar sənə nifrət edir və xor baxırlar. Bir dəfə bir çox qadın yığışaraq, kişiləri məni görməyə gəldikləri üçün biabırçılıq çıxarmışdılar. Axı niyə də olmasın? Sonra onlar məni itələdilər... Yox, bu dəhşətli idi. Sizə bu haqda danışa bilmərəm”. Linda əlləri ilə üzünü bağladı və hönkürdü. “Buradakı qadınlar o qədər nifrət doludurlar ki. Dəli, dəli və qəddar. Əlbəttə ki, onlar Maltuzian məşğələləri barədə heç nə bilmirlər, şüşələr, şüşədənayrılma və ya bu tip başqa şeylər haqqında da. Buna görə də onlar hər zaman uşaq doğurlar - itlər kimi. Bu çox iyrəncdir. Və düşünəndə ki mən də onlar kimi... Ah, Ford, Ford, Ford! Amma yenə də Con mənim üçün böyük rahatlıq gətirdi. Bilmirəm heç o, olmasa idi, mən nə edərdim. Hətta kişilər yanıma gələndə o, çox kədərlənsə də... Balaca uşaq olanda da. Bir dəfə (lakin bu hadisə o artıq böyük olanda baş vermişdi) yazıq Vaihusivanı az qala öldürəcəkdi - ya bu Pop idi, - sadəcə ona görə ki, mən aradabir onlarla gecə keçirirdim. Ona görə ki, heç vaxt ona bunun mədəni insanların etdiyi şey olduğunu başa sala bilmirdim. Məncə onların dəlilikləri yoluxucudur. Hər nə isə, bu xasiyyətlərin Cona hindulardan keçdiyini düşünürəm. Əlbəttə 111
ona görə ki, Con onlarla çox vaxt keçirirdi. Baxmayaraq ki, onlar onunla çox pis rəftar edir və digər oğlanların etmələrinə icazə verdikləri şeyə ona icazə vermirdilər. Əslində bu bir tərəfdən də yaxşı idi, çünki beləliklə mən onu az da olsa tənzimləyə bilirdim. Yenə də nə qədər çətin olduğunu bilə bilməzsiniz. İnsanın bilmədiyi o qədər şey var ki, bunlar da mənim maraqlandığım şeylər deyildi. Demək istəyirəm ki, bir uşaq səndən vertolyotun necə çalışdığını və ya dünyanı kimin yaratdığını soruşarsa - hə, sənin cavabın nə olar, əgər sən bir betasansa və hər zaman Dölləmə otağında işləmisənsə? Sənin cavabın nə olardı?
112
Səkkizinci Fəsil Küçədəki təz və zir-zibilin arasında (itlərin sayı indi dördə çatmışdı) Bernard və Con yavaş addımlarla yuxarı və aşağı doğru gəzişirdilər. “Mənim üçün bunu başa düşmək o qədər çətindir ki” - deyirdi Bernard, “Yenidən qurmaq”. Sanki müxtəlif planetlərdə, müxtəlif əsrlərdə yaşamışıq. “Ana, bu toz-torpaq, tanrılar, qoca yaş və xəstəliklər...” - o başını silkələdi. “Bu demək olar ki, ağlasığmazdır. Sən izah etmədiyin müddətcə, mən heç vaxt başa düşə bilməyəcəm”. “Nəyi izah etmək?” “Bunu.” O kəndi işarə etdi. “Oranı”. Bu kənddən kənarda balaca ev idi. “Hər şeyi. Bütün həyatını”. “Axı danışlacaq nə var ki?” “Lap başdan başla. Xatırlaya bildiyin qədər lap əvvəldən”. “Xatırlaya bildiyim qədər əvvəldən” - Con qaşqabağını salladı. Uzun bir səssizlik oldu. Çox isti idi. Onlar çoxlu meksika tortillası və şirin qarğıdalı yemişdilər. Linda dedi, “Mənim balam, gəl uzan. ”Onlar 113
böyük yatağa bir yerdə uzandılar. “Oxu,” və Linda oxumağa başladı.. “Streptekok - Mikrob Cəhənnəmə dirək” və “Balam yatsın böyüsün, yaxında şüşədən çıxacaq” - oxuyurdu, Lindanın səsi getdikcə daha zəif olurdu... Yüksək bir səs eşidildi və o diksinərək oyandı. Bir kişi Lindaya nə isə deyirdi və Linda gülürdü. O, yorğanı çənəsinə qədər çəkmişdi, ancaq kişi onu yenidən aşağı çəkdi. Onun saçları qara kəndirlər kimi idi və qolunda da üzərində mavi daşlar olan qolbaq var idi. Qolbaqdan xoşu gəlmişdi, ancaq eyni zamanda da qorxmuşdu, o, üzünü Lindanın bədəninə sıxıb dayanmışdı. Linda əlini onun üzərinə qoyduğunda, özünü daha təhlükəsizlikdə hiss etdi. Linda onun çox da yaxşı başa düşmədiyi sözlərlə kişiyə dedi, “Con burada olduğunda olmaz”. Kişi birinci ona, sonra yenidən Lindaya baxaraq yumşaq səslə Lindaya nə isə dedi. Linda “Yox”- dedi. Lakin kişi yatağın üzərindən Cona tərəf əyildi və bu zaman onun üzü nəhəng və qorxunc idi, qara ip kimi saçları yorğana toxundu. “Yox” - deyə Linda yenidən dilləndi. Lakin uşaq üzərindəki əlin daha sərt davrandığını hiss etdi. “Yox, yox!” Lakin kiçik onun qollarından birini tutdu və bu da onu incitdi. Linda hələ də onu tutaraq, “Yox, yox” - deməyə davam edirdi. Kişi qəfildən çox acıqlı bir səslə nəsə dedi və Lindanın əlləri çəkildi. “Linda, Linda”. O, təpik atır və onun əlindən çıxmağa çalışırdı, lakin kişi onu qapıya qədər gətirdi, qapını açaraq onun digər otağın ortasına qoydu, uzaqlaşdı və arxasınca da qapını bağladı. O, ayağa qalxaraq, qapıya tərəf qaçdı. Barmaqları ucunda daynaraq güclə ancaq iri taxta qıfıla çata bildi. Onu qaldıraraq dartır lakin qapı açılmadı. “Linda”- deyə çağırdı. Lakin o cavab vermədi. O, nəhəng otağı xatırlayırdı, olduqca qaranlıq idi və burada iplərə bağlanmış iri taxta şeylər var idi və hər birinin də tərəfinda bir xeyli qadın duraraq, yorğan sırıyırdılar, Linda 114
belə deyirdi. Linda ondan digər uşaqlarla kandarda oturub gözləməsini istəyirdi, bu zaman ərzində isə özü gedib digər qadınlara kömək edirdi. O, uzun müddət balaca oğlanlarla oynayırdı. Qəfildən insanlar yüksək səslə danışmağa başladı və Lindanı itələdilər, Linda isə ağlamağa başladı. O, qapıya tərəf getdi, Con da onun arxasınca qaçdı. Con Lindadan onların niyə əsəbiləşdiyini soruşdu, “Mən bir şey sındırmışam” - o dedi. Sonra Linda özü də çox hirsləndi. “Mən onların vəhşi toxuculuq üsullarını necə bilə bilərəm?” - o deyirdi. “Vəhşi məxluqlar”. O, vəhşinin nə olduğunu soruşdu. Onlar evə qayıtdıqlarında, Pop qapının ağzında gözləyirdi və onlarla birlikdə evə daxil oldu. Onun əlində yekə balqabaq var idi, içindəki suya bənzəsə də su deyildi, pis iy verən və adamı öskürdən bir şey idi. Linda bir az içdi, Pop bir az içdi və sonra Linda bərkdən danışaraq gülməyə başladı və Pop və Linda başqa otağa keçdilər. Pop çıxıb getdiyində, Con otağa girdi. Linda yataqda elə möhkəm yatmışdı ki, onu oyada bilmədi. Pop tez-tez gəlirdi. Balqabağın içindəki şeyin meskal içkisi olduğunu söyləsə də, Linda buna soma deməyə təkid edirdi, lakin bunu içdikdən sonra özünü xəstə kimi hiss edirsən. Con Popa nifrət edirdi. O, onların hamısına nifrət edirdi - Lindanın yanına gələn bütün kişilərə. Bir axşam o, uşaqlarla oynadığında, yadındadır ki həmin gün soyuq idi və dağların başında qar var idi – o, evə qayıtdı və yataq otağından acıqlı səslər eşitdi. Bu qadınların səsi idi, nə isə deyirdi, o başa düşməsə də, bunun çox dəhşətli səslər olduğunu başa düşmüşdü. Sonra qəfildən bir taqqıltı oldu, nə isə çevrilmişdi, insanların tələsik hərəkət etdiklərini eşidirdi, sonra bir taqqıltı da eşidildi və döyülən qatırın kürəyindən çıxan səsə bənzər səslər eşidildi, lakin bu dəfə o qədər də sümüklü birini vurmurdular. Linda çığırdı, “Ah, etməyin, dayanın, etməyin!” - o deyirdi. Con içəri girdi. Qara ədyallara bürünmüş 115
üç qadın var idi. Linda yataqda idi. O, qadınlardan biri onun biləklərini tuturdu. Digəri onun təpikləyə bilməməsi üçün ayaqlarının üzərinə uzanmışdı. Qışqıraraq, Con qadının ədyalının ucunu dartışdırdı. “Xahiş edirəm, xahiş edirəm”. Boş əli ilə, qadın onu tutmuşdu. Qamçı yenidən aşağı endi və yenidən Linda qışqırdı. O, qadının nəhəng qəhvəyi əlini tutdu və bacardığı qədər bərkdən dişlədi. qadın qışqıraraq boş əlini çəkdi və onu elə itələdi ki, o yıxıldı. Yerə yıxıldığında, qadın üç dəfə qamçı ilə ona vurdu. Bu onun hiss etdiyi ən güclü ağrı idi - atəş kimi. Qamçı yenidən qalxaraq, endi. Lakin bu dəfə qışqıran Linda oldu. “Linda, axı niyə onlar səni incitmək istəyirlər?” - həmin gecə soruşmuşdu. Con hələ də ağlayırdı, çünki qamçının kürəyində qoyduğu qırmızı yerlər hələ də dəhşətli ağrı verirdi, Lakin o həm də insanların bu vəhşilik və ədalətsizliyinə, çox balaca olduğuna görə onlara qarşı heç nə etməyə gücü çatmadığına görə ağlayırdı. Linda da ağlayırdı. O, böyük olsa da, onların üçünə qarşı vuruşmağa yetəcək gücü yox idi. Bu onun üçün də ədalətsizlik idi. “Linda, onlar səni niyə incitmək istəyirlər?” “Bilmirəm. Necə bilə bilərəm ki?” Onun nə dediyini anlamaq çətin idi, çünki mədəsi üstə uzanmış, üzünü isə yastığa basmışdı. “Deyirlər ki, o kişilər onların kişiləridir” - o davam etdi, lakin sanki onunla danışmırdı, daxilindəki biri ilə danışırdı. Bu uzun danışığı Linda heç özü də anlamırdı və bitirdikdən sonra da əvvəlkindən daha yükək səslə ağlamağa başladı. “Ah, ağlama, Linda. Ağlama”. O, özünü Lindaya tərəf sıxdı. Qolunu boynuna sarıdı. Linda qışqırdı. “Ehtiyatlı ol. Ah, mənin çiynim! Ah!” və onu sərt şəkildə uzağa itələdi. Onun başı divara dəydi. “Balaca axmaq!” - o qışqırdı, sonra qəfildən onu sillələməyə başladı. Sillə, sillə... “Linda,” o qışqırırdı. “Ah, ana, eləmə!” 116
“Mən sənin anan deyiləm. Mən sənin anan olmayacağam”. “Axı, Linda... Ah!” Linda onun yanağına sillə vurdu. “Vəhşiyə dönmüşəm” - o qışqırırdı. ”Kiçiklərə heyvan kimi hücum edirəm... Sən olmasaydın, Nəzarətçinin yanına gedib, buradan qaça bilərdim. Amma əlimdə uşaqla bunu edə bilməzdim. Bu çox utanc verici bir hal olardı”. Con onun yenidən onu vurmağa gəldiyini hiss etdi və əli ilə üzünü tutdu. “Ah, eləmə, Linda, xahiş edirəm, eləmə”. “Balaca heyvan!” - Linda onun əllərini itələdi və üzü açıldı. “Eləmə, Linda”. O gözlərini yumaraq, silləni gözlədi. Lakin Linda onu vurmadı. Bir az sonra gözlərini açdı və Lindanın ona baxdığını gördü. Ona gülümsəməyə çalışdı. Qəfildən Linda onu qollarına aldı və dayanmadan öpməyə başladı. Bəzən elə olurdu ki, Linda günlərlə yataqdan qalxmırdı. O, yataqda kədərli halda uzanırdı. Yaxud da Popun gətirdiyi şeydən içir, boş şeylərə gülür və yatmağa gedirdi. Bəzən də xəstələnirdi. Çox vaxt onu çimizdirməyi unudur və yeməyə də tortilladan başqa heç nə olmurdu. Linda ilk dəfə onun başında balaca heyvanlar tapdığında, dayanmadan qışqırmışdı. Linda ən çox ona digər məkan haqqında danışdığında xoşbəxt olurdu. “Yəni sən, həqiqətən də istədiyin yerə uçaraq gedə bilərsən?” “İstədiyin yerə”. Ona qutudan çıxan gözəl musiqilərdən, oynaya biləcəyi gözəl oyunlardan, yeməyə və içməyə olan dadlı şeylərdən, divarda olan xırda şeyi basdığında yanan işıqdan, evdə və hiss edə biləcəyi, qoxlaya biləcəyi filmlərdən, gözəl iylər yarada bildiyin başqa bir qutudan, dağlar qədər yüksək çəhrayı, yaşıl, mavi, gümüş rəngli evlərdən, hər kəsin necə xoşbəxt olmasından və heç kimin dərd-sərin nə olduğunu bilmədiyindən, hər kəsin hər kəsə aid olduğundan, dünyanın digər tərəfində olanları görüb və eşidə bildiyin qutulardan, tərtəmiz, mükəmməl şüşələrdəki uşaq117
lardan - hər şeyin təmiz və gözəl iyli olduğundan, insanların heç vaxt tənha qalmayıb, birlikdə xoşbəxt, əyləncəli, burada Malpaisdə yaz bayramlarında olduğu kimi yaşadıqlarından daha da xoşbəxt və ən əsası hər gün o cür yaşadıqlarından danışdı. Saatlarla ona qulaq asırdı. Bəzən isə, o və digər uşaqlar çox oyun oynamaqdan yorulduqlarında, kəndin yaşlılarından biri onlarla fərqli dildə danışır, Dünyanın Uca Yaradıcısından, Sağ əl ilə Sol əl, Yaş ilə Quru arasındakı uzun mübarizədən, gecə düşünərək nəhəng duman, bu dumandan da bütün dünyanı yaradan Avonavilonadan, Yer Ana və Səma Atadan, Ahaiyuta və Marsailemadan, Müharibə və Şans əkizlərindən, İsa və Pukonqdan, Məryəm və özünü cavanlaşdıran qadın Etsanatlehidən, Laqunadaki Qara Daşdan və Nəhəng Qartal ilə Bizim Akoma Xanımımızdan bəhs edirdi. Qəribə hekayələr idi, fərqli dildə danışıldığı və tam başa düşmədiyi üçün də daha gözəl görünürdü. Yatağında uzanıb Cənnəti və Londonu, Bizim Akoma Xanımımızı və cərgə ilə, tərtəmiz şüşələrdəki körpələri, göyə yüksəlib ucalan İsanı və uçan Lindanı, Dünya İnkubator Mərkəzi Müdirini və Avonavilonanı düşünürdü. Lindanı görmək üçün xeyli kişi gəlirdi. Oğlanlar Conu barmaqla göstərməyə başlamışdılar. Fərqli qəribə bir dildə, Lindanın pis olduğunu söyləyirdilər, başa düşmədiyi qəribə adlarla onu çağırırdılar, lakin bu adların pis şey olduğunu anlaya bilirdi. Bir gün Linda ilə bağlı təkrar-təkrar bir mahnı oxumağa başladılar. O, onlara daş atdı. Onlar da daş atdı və iti daş onun yanağını kəsdi. Qan dayanmırdı və bütünlüklə qana bulanmışdı. Linda ona oxumağı öyrətmişdi. Ağac kömürü ilə o divarda şəkillər çəkir – oturan bir heyvan, şüşənin içində körpə rəsmləri, daha sonra isə hərfləri yazmağa başladı. PİŞİK HƏSİRİN ÜSTÜNDƏDİR. TOT QAZANIN İÇİNDƏDİR. O, cəld və 118
asanlıqla öyrənirdi. Divara yazdığı sözlərin hər birini oxuduğunda, Linda böyük taxta sandığını açıb, heç vaxt geyinmədiyi balaca, gülməli, qırmızı şalvarının altından kiçik nazik kitab çıxardı. Con əvvələr də bu kitabı çox görmüşdü. “Nə vaxt böyüyərsən” - o demişdi, “Bunu oxuya bilərsən”. Hə, indi o, kifayət qədər böyük idi. Bununla fəxr edirdi. “Qorxuram ki, bu kitab sənə çox da maraqlı gəlməyə,” o dedi. “Lakin bu mənim əlimdə olan yeganə şeydir”. O, köks ötürdü. “Kaş ki, sən Londondakı o gözəl oxu makinalarımızı görə bilsəydin!” Con oxumağa başladı. Embrionun kimyəvi və bakterioloji tənzimlənməsi, Beta Embrion Anbar İşçiləri üçün Təlimatlar. Sadəcə başlığını oxumaq onun on beş dəqiqə vaxtını aldı. “Çox pis, çox pis kitabdır!” - o dedi və ağlamağa başladı. Oğlanlar Linda haqqındakı iyrənc mahnıları hələ də oxumağa davam edirdilər. Bəzən onun üst-başı cırıq, yöndəmsiz olduğuna bərkdən gülürdülər. O, paltarlarını cırdığında, Linda onları yamaya bilmirdi. Digər məkanda, Linda deyirdi, insanlar paltarlarında deşik olanda onu tullayır və yenisini alırdılar. “Cırıqlar, cırıqlar!” oğlanlar ona qışqırırdılar. “Amma mən oxuya bilirəm” - o, öz-özünə deyirdi, “Onlar isə yox. Onlar heç oxumağın nə olduğunu bilmirlər.” Oxumaq məsələsini kifayət qədər düşündüyündə, uşaqların onu ələ salmalarına fikir vermirmiş kimi davranmaq asanlaşırdı. O, Lindadan yenidən ona kitabı verməsini istədi. Oğlanlar onu nə qədər çox barmaqla göstərir və ələ salırdılarsa, o da bir o qədər çox oxuyurdu. Tezliklə, o bütün sözləri kifayət qədər yaxşı oxumağı bacardı. Hətta uzun sözləri də. Bəs onlar nə məna kəsb edirdilər? O, Lindadan soruşurdu, lakin Linda cavab verdiyində də çox şeyi başa düşmürdü. Çox vaxt isə, ümumiyyətlə, cavab verə bilmirdi. “Kimyəvi preparatlar nədir? “Maqnezium duzu, Delta və Epsiolonları balaca saxla119
maq üçün istifadə olunan alkoqol, sümüklər üçün kalsium karbonat və bu tip digər şeylər”. “Bəs kimyəvi preparatları necə hazırlayırlar, Linda? Onları hardan əldə edirlər?” “Bilmirəm. Onları şüşələrdən götürürsən. Şüşələr boşaldıqda isə, Kimyəvi Anbardan daha çoxunu götürmək lazım gəlir. Güman edirəm ki, onları Kimyəvi Anbarda istehsal edirlər. Yaxud da zavodda istehsal ediblər. Bilmirəm. Mən heç vaxt kimyəvi preparat hazırlamamışam. Mənim işim hər zaman embrionlarla bağlı olub. Onun soruşduğu hər şeyə eyni cavablar gəlirdi. Linda heç vaxt bilmirdi. Kəndin yaşlılarının daha çox dəqiq cavabları var idi. “İnsanların və bütün digər varlıqların toxumları, günəşin, yerin və səmanın toxumu – bunların hamısını Avonavilona Artım Dumanından yaratmışdı. İndi dünyanın dörd bətni var idi və o da toxumları ən altdakı bətnə səpmişdi. Tədricən toxumlar böyüməyə başladı...” Bir gün (Con sonralar bunun doğum günündən dərhal sonra olduğunu hesablamışdı) o, evə gəldi və əvvəllər heç vaxt görmədiyi bir kitabın yataq otağının döşəməsində olduğunu gördü. Qalın kitab idi və çox köhnə görünürdü. Cildini siçanlar gəmirmişdi, bəzi səhifələri qopmuş və əzilmişdi. Yerdən götürüb, üz qabığına baxdı. Kitabın adı Uilliam Şekspirin bütün əsərləri idi. Linda yataqda uzanaraq, o iyrənc meskalı qurtumlayırdı. “Pop gətirib” - o dedi. Onun səsi sanki başqasının səsiymiş kimi qalın və batıq idi”. Antilop Kivanın sandıqlarının birindən qalıbmış. Güman edilir ki, yüzillərlə orada qalıb. Mən də belə düşünürəm, çünki elə görünür və içi də mənasız şeylərlə doludur. Mədəni olmayan şeylərdir. Amma yenə də sənin oxumağını yaxşılaşdırmağın üçün yaxşı təcrübə olacaq”. O, sonuncu qurtumu içdi, fincanı yatağının altındakı 120
döşəməyə qoydu, digər tərəfə döndü, bir-iki dəfə hıçqırdıqdan sonra yuxuya getdi. O, kitabın təsadüfi bir vərəqini açdı. Xeyr, fəqət yaşamaq Tər qoxulu dağınıq yataqda Yaltaqlıq, çürümə və sevişmə ilə qarışaraq, Mənfur donuz damının üstündə... Qəribə sözlər onun beynində dolaşır, danışan göy gurultusu kimi guruldayır, yay rəqslərindəki nağaralar kimi, əgər nağaralar danışa bilsəydi; Qarğıdalı nəğməsini oxuyan kişilər kimi, gözəldir, o qədər gözəldir ki, insanı ağladır; tüklərinə, oymalı çubuqlarına, sümük və daş parçalarına sehr oxuyan qoca Mitsima kimi - kiatla tsilu silokve silokve. Kiai silu silu tsitlama Mitsimanın sehrindən daha yaxşı idi, çünki daha mənalı idi, onunla danışırdı və yarsısı başa düşülürdü, çox möhtəşəm bir sehr idi, Linda haqqında danışırdı – boş fincanı yatağın yanında döşəmədə olan, uzanaraq xoruldayan Linda haqqında, Linda və Pop haqqında, Linda və Pop. O get-gedə Popa daha da nifrət edirdi. Bir insan hər zaman gülə və eyni zamanda da əclaf ola bilər. Vicdansız, xain, şəhvət düşkünü, tayı-bərabəri olmayan bir əclaf. Sözlər tam olaraq nə mənaya gəlirdi? O ancaq yarısını başa düşürdü. Lakin onların sehri böyük idi və başında hərlənməyə davam edirdilər. Necəsə oldu və ona elə gəldi ki, o əvvəllər heç vaxt Popa nifrət etməyib; etməyib, çünki heç vaxt ona nə qədər nifrət etdiyini deyə bilməyib. Amma indi əlində bu sözlər var idi - təbillərə, nəğmələrə və sehrə bənzəyən sözlər. Bu sözlər və onları götürdüyü qəribə, çox qəribə bir hekayəmiz. (o, bunun başını ayağına bağlaya bilmirdi, lakin yenə də bu çox gözəl, olduqca gözəl idi.) Bu sözlər onun Popa nifrət etməsi 121
üçün bir səbəb verirdi və onlar bu nifrəti daha da real edirdilər, onlar hətta Popun özünü də daha real edirdilər. Bir gün, o oynayıb qurtardıqdan sonra, evə qayıtdığında içəri otağın qapısı açıq idi, onların yataqda birlikdə uzanıb yatdıqlarını gördü – Linda ağappaq, Pop isə onun yanında az qala qapqara idi. Popun bir qolu Lindanın çiyinlərinin altında, digər qara əli isə Lindanın döşünün üstündə idi. Saçlarının hörüklərindən biri Lindanın boynunda boğazını sıxmağa çalışan bir qara ilan kimi uzanırdı. Popun balqabaq içkisi və fincanı yatağın yanında döşəmədə idi. Linda xoruldayırdı. Onun qəlbi sanki yox oldu və yerində bir dəlik qoydu. O, bomboş idi. Bomboş, soyuq, olduqca xəstə, başı da gicəllənirdi. O, divara tərəf əyilərək özünü sabitləməyə çalışdı. Mərhəmətsiz, xain, şorgöz... Təbillər kimi, buğda üçün oxuyan kişilər kimi, sehr kimi, sözlər onun başında dayanmadan hərlənirdi. Soyuqluğu qəfildən istilik ilə əvəzləndi.. Onun yanaqları qan ilə dolaraq qızardı, otaq gözləri qarşısında fırlandı və qaraldı. O, dişlərini qıcadı. “Mən onu öldürəcəm, onu öldürəcəm, mən onu öldürəcəm” - o deyirdi. Qəfildən daha çox söz oldu. O içkili sızanda, ya qəzəbli olanda Ya da cinsi həzzlə yataqda yatanda... Sehr onun tərəfində idi, sehr ona izah edir və əmrlər verirdi. O, bayır otağa geri döndü. “O, içkili sızanda...” Ət bıçağı buxarının yanında döşəmədə idi. Onu qaldırdı və barmaqlarının ucunda qapıya tərəf getdi. “O, içkili sızanda, içkili sızanda...” Otağa qaçdı və bıçağı ona sapladı – ah, qan! – yenidən sapladı, Pop sıçrayaraq oyandığında, əlini qaldırdı və lakin bu dəfə biləyinin ələ keçdiyini – ah, ah! – büküldüyünü gördü. O, hərəkət edə bilmirdi, tələyə düşmüşdü və Popun balaca 122
qara gözləri çox yaxından onun gözlərinə zillənmişdi. O, uzağa baxdı. Popun çiynində iki kəsik var idi. “Ah, sən bir qana bax!” Linda ağlayırdı. O, qanın görüntüsünə heç vaxt dözə bilməyib. Pope digər əlini qaldırdı – onu vurmaq istəyir, Con düşündü. O, zərbəni qəbul etmək üçün bədənini sərtləşdirdi. Lakin əl onun çənəsindən tutub, gözlərini baxması üçün başını qaldırdı. Uzun müddət, saatlarla. Qəfildən, o, buna dözmədi və ağlamağa başladı. Pope gülüşə qərq olundu. “Get” - o dedi, fərqli hindu dilində. “Get, mənim cəsur Ahaivutam.” O, göz yaşlarını gizlətmək üçün otaqdan qaçaraq çıxdı. “Sənin on beş yaşın var” - qoca Mitsima hindu dilində dedi. “İndi mən sənə gil ilə işləməyi öyrədəcəyəm”. Çayın kənarında oturaraq, bir yerdə işləməyə başladılar. “Hər şeydən əvvəl” - Mitsima dedi və yaş gil lombasını əlləri arasına götürdü, “Biz balaca ay düzəldəcəyik”. Qoca torpağı sıxaraq, yumru hala gətirdi, sonra da bükərək, kənarlarını qaldırdı, ay dayaz bir fincana döndü. Yavaş və bacarıqsızca o qoca kişinin zərif hərəkətlərini təkrarlayırdı. “Ay, küpə və indi də ilan”. Mitsima başqa bir gil parçasını yumruladı və uzun elastik silindr etdi, bir dairəyə çevirib, küpənin kənarına yapışdırdı. “Sonra başqa bir ilan. Başqa ilan. Daha bir ilan.” Dairəvi halda, Mitsima küpənin kənarlarını işlədi; qab bir az dar idi, indi isə şişdi, boğazına tərəf getdikcə yenidən daralmağa başladı. Mitsima sıxır və döyürdü, oxşayır və siyirirdi; nəhayət ki, ortaya bir şey çıxdı, forması tanış olan Malpais suqabı idi, lakin qara əvəzinə krem rəngli bəyaz idi və toxumağa hələ çox yumşaq idi. Mitsimanın düzəltdiyi küpənin yanında gülməli bir təqlidi - Conun düzəltdiyi küpə dururdu. İki küpəyə baxdığında, Mitsima gülməyə bilmədi. “Növbəti dəfə daha yaxşı alınacaq” - o dedi və başqa bir gil parçasını nəmləməyə başladı. 123
Yaratmaq, formaya salmaq, barmaqlarının qazandığı bacarıq və gücü hiss etmək – ona çox böyük bir həzz vermişdi. “A, B, C, Vitamin D, Balıq dənizdə, yağ ciyərdə..” - o işləyərək oxuyurdu. Mutsima da oxuyurdu – ayını öldürmək barəsində mahnı. Onlar bütün günü işlədilər və bütün gün də çox böyük bir xoşbəxtlik canlarına hopmuşdu. “Gələn qış” - qoca Mitsima dedi, “Sənə yayı necə düzəltməyi öyrədəcəyəm”. O, uzun müddət evdən bayırda dayandı və nəhayət ki, içəridəki bütün mərasimlər qurtardı. Qapı açıldı, onlar bayıra çıxdılar. Kotlu birinci çıxdı, sağ əlini qiymətli bir daş-qaş tutan kimi kip bağlayıb, irəli uzatmışdı. Kiakime də əlini eyni şəkildə sıxaraq irəli uzatmış halda arxasınca çıxdı. Sakitlik içində gəzdilər və sakitlik içində də onların ardınca qardaşları və bacıları, qohumlar və bir yığın yaşlı insan çıxdı. Onlar kənddən çıxdılar və düzənliyə tərəf getdilər. Təpənin kənarında dayandılar, üzlərini səhər günəşinə çevirdilər. Kotlu əlini açdı. Ovcunda bir parça ağ buğda unu var idi; onun üzərinə əyilərək, nəfəs alıb-verdi, bir neçə söz mırıldadı və bəyaz tozu günəşə tərəf tulladı. Kiakime də eyni şeyi etdi. Sonra Kiakimenin atası irəliyə addım atdı və lələkli bir dua çubuğunu qaldıraraq uzun bir dua oxudu və sonra da çubuğu buğda ununun arxasınca tulladı. “Qurtardı” - qoca Mitsima yüksək səslə dedi. “Onlar evləndilər”. “Hə” - Linda onlar evə qayıdarkən dilləndi, “Ancaq onu deyə bilərəm ki, mənasız bir şey üçün böyük təlaş keçirirlər. Mədəni ölkələrdə oğlan qızı istədiyində, o sadəcə... Con, axı sən hara gedirsən?” Onun çağırmasına heç bir məhəl qoymadan, qaçmağa davam etdi, uzağa, daha uzağa, tək qala biləcəyi bir yerə. “Qurtardı”. Qoca Mitsimanın sözləri onun beynində təkrarlanırdı. Qurtardı, qurtardı... Sakitcə və uzaqdan, amma 124
dəlicəsinə, ümidsiz və çarəsizcəsinə Kiamaneni sevirdi. İndi isə hər şey sona gəlmişdi. Onun on altı yaşı var idi. Antilop Kivada bütöv Ay çıxdığında sirlər danışırlar, sirlər sona çatar və azalardılar. Oğlanlar bura enir və çıxanda artıq kişi olurdular. Onlar həm qorxur, həm də səbrsizlənirdilər. Nəhayət ki, həmin gün gəldi. Günəş batdı, Ay qalxdı. O da başqalarına qoşulub getdi. Kişilər Kivanın girişində qaranlıqda dayanmışdılar; nərdivan qırmızı işıqlandırılmış dərinliklərə gedirdi. Qabaqda gedən oğlanlar artıq enməyə başlamışdılar. Qəfildən kişilərdən biri irəli çıxdı, onun qolundan tutdu və sıradan kənara atdı. O, azadlığa çıxdı və sırada öz yerinə geri qayıtdı. Bu dəfə kişi onu vuraraq, saçını dartdı. “Bu sənin üçün deyil, bəyaz saçlı!”, “O, dişi köpəyin oğlu üçün deyil” - kişilərdən başqa biri də dilləndi. Oğlanlar gülüşdülər. “Get!” Qrupun yaxınlığında olduqda, onlar yenə də “Get!” - deyərək qışqırırdılar. Onlardan biri yerə əyilərək daş götürdü və ona tərəf atdı. “Get, get, get!” Daşlar yağış kimi yağırdı. Qan içində o, qaranlığa doğru qaçdı. Qırmızı işıqlandırılmış kivadan mahnı sədaları eşidildi. Axırıncı gələn oğlanlar da nərdivanla aşağı endilər. O, tək qaldı. Kənddən kənarda, düzənliyin çılpaq yerlərində tənha qalmışdı. Qayalıqlar ay işığı düşdükdə, ağarmış sümüklərə bənzəyirdi. Vadidən aşağıda çöl canavarları aya dönərək ulaşırdılar. Yara yerləri onu incidirdi, kəsiklərindən hələ də qan axırdı; lakin ağrıdan ağlamırdı; tənha olduğuna görə, kənarlaşdırıldığına görə, bu qayalıq və ay işığından ibarət skeletlərin dünyasında tənha qaldığı üçün ağlayırdı. Uçurumun kənarında oturdu. Ay onun arxasında idi və o uçurumdan aşağıdakı qaranlıqlara, ölümün qara kölgəsinə baxırdı. Ona sadəcə bir addım atmaq qalırdı və xəfif tullanış... Sağ əlini ay işığının qarşısına tutdu. Biləyindəki kəsikdən hələ də qan axırdı. Bir neçə saniyədən bir ölü işığın ortasında az 125
qala rəngsiz bir damla qaranlığa süzülürdü. Damla, damla, damla. Sabah və sabah və sabah.... O Zamanı, Ölümü və Tanrını kəşf etmişdi. “Tənha, hər zaman tənha” - gənc oğlan deyirdi. Bu sözlər Bernardın ağlına ağrılı xatirələri gətirdi. Tənha, Tənha... “Elə mən də” - qəfil bir yaxınlıqla dilləndi. “Mən də hər zaman son dərəcə yalnız olmuşam”. “Sən də?” Con heyrətlənmiş görünürdü. “Mən elə bilirdim ki, digər məkanda... Yəni, demək istəyirəm ki, Linda deyirdi ki, orada heç kəs yalnız olmur”. Bernard narahatlıqla qızardı. “Bilirsən” - o, gözlərini qaçıraraq mırıldadı, “Güman edirəm ki, mən bir çox digər insanlardan olduqca fərqliyəm. Əgər bir insan şüşədən fərqli çıxarılıbsa...” “Hə, məsələ məhz budur” - gənc oğlan başını silkələdi. “Əgər bir insan fərqlidirsə, o, tək qalmağa məhkum olur. Yalnız insanla isə çox pis davranırlar. Bilirsinizmi ki, onlar məni hər şeydən kənarda saxladılar. Digər oğlanlar gecəni orada keçirmək üçün dağa göndərildiklərində - bilirsən də, müqəddəs heyvanın hansı olduğunu tapmaq üçün yuxuya getməlisən – mənim getməyimə imkan vermədilər; mənə sirlərin heç birini demədilər. Amma mən yenə də, bunu özüm etdim” - o əlavə etdi. “Beş gün ərzində heç nə yemədim və gecə o dağlara tək başıma getdim”. O, əli ilə dağları göstərdi. Bernard təkəbbürlə gülümsədi. “Bəs sən yuxuda nə isə gördün?” - o soruşdu. Con başını silkələdi. “Mən sizə bunu deməli deyiləm”. O, bir az sakit dayandı, sonra alçaq səslə “Bir dəfə” - davam etdi, “Mən başqa heç kimin edə bilmədiyi bir şeyi etmişəm: yayda, günorta vaxtı, əllərimi açaraq qayaya söykənərək dayanmışam. Çarmıxa çəkilmiş İsa kimi”.
126
Doqquzuncu Fəsil Lenina bu qəribə və qorxu dolu günün sonunda, bütöv və mükəmməl bir tətilin onun üçün şərt olduğu qərarına gəldi. Onlar istirahət evinə geri qayıdan kimi, altı ədəd yarımqramlıq soma həbi atdı, yatağına uzandı və on dəqiqə içində ayın sonsuzluğuna yelkən açdı. Təkrar olduğu zamana geri qayıtmağı üçün on səkkiz saat zaman gərəkli olacaqdı. Bernard isə yataqda, düşüncəli və gözləri açıq uzanmışdı. Yuxuya getdiyində gecə yarsından bir xeyli keçmişdi. Lakin onun bu yuxusuzluğu bəhrəsiz deyildi, artıq planı var idi. Dəqiqliklə sabahki gün səhər düz saat onda yaşıl uniformalı zənci vertolyotdan endi. Bernard kolluqların arasında onu gözləyirdi. “Mis Kroun soma tətilinə çıxıb” - o izah etdi. “Beşdən tez qayıtmaz. Bu da bizə yeddi saat vaxt verir”. Sant-Feyə uçub etməli olduğu bütün işləri həll edə bilər, Lenina oyanmamışdan xeyli əvvəl Malpaisə qayıda bilərdi. “O, burada tək başına tamamilə təhlükəsizlikdə olacaqmı?” “Vertolyotlar qədər təhlükəsizlikdə” - zənci onu əmin etdi. 127
Vertolyota minib, dərhal yola düşdülər. Saat on otuz dörddə Santa-Fe poçt idarəsində yerə endilər, on otuz yeddidə Bernard, telefonla Bəyaz Holdakı Dünya Nəzarətçisinin Ofisinə düşə bilmişdi. On otuz doqquzda Ford həzrətlərinin dördüncü şəxsi katibəsi ilə danışırdı. On qırx dörddə hekayəsini birinci katibəyə danışırdı, on qırx yeddidə isə Mustafa Mondun dərin, cingiltili səsi qulaqlarında idi. “Mən cəsarət edib düşündüm ki” - hıqqanaraq danışan Bernard dedi, “Siz Ford həzrətləri bu məsələni elmi baxımdan maraqlı hesab edə bilərsiniz...” “Hə, elmi baxımdan mən bu məsələni maraqlı hesab edirəm” - dərin səs dedi. “O iki şəxsi də özünüzlə götürüb, Londona qayıdın”. “Bildiyiniz kimi, Ford həzrətləri, xüsusi bir icazəyə ehtiyacım olacaq...” “Lazımlı əmrlər” - Mustafa Mond dedi, “Hal-hazırda qoruq Rəhbərinə göndərilməkdədir. Dərhal Rəhbərin İdarəsinə gedin. Uğurlar, cənab Marks”. Səssizlik oldu. Bernard dəstəyi yerinə asdı və dama doğru tələsdi. “Rəhbərin İdarəsinə” - o, Qamma-yaşılı rəngliyə dedi. Saat on əlli beşdə Bernard Rəhbər ilə əl sıxışırdı. “Şad oldum, cənab Marx, şad oldum” -onun gurultulu səsində böyük ehtiram var idi. “Elə yenicə xüsusi əmrlər almışıq...” “Bilirəm” - Bernard onun sözünü kəsərək dedi. “Bir neçə dəqiqə əvvəl Ford həzrətləri ilə telefonla danışmışam.” O, səsinə elə bir ton qatdı ki, sanki Ford həzrətləri ilə hər gün danışmağa adət edib. Bir stula oturdu. “Bacardığınız qədər tez lazım olan bütün addımları atsanız yaxşı olardı. Mümkün olduğu qədər tez”- deyərək vurğuladı. O, baş verənlərdən həzz alırdı. 128
On ikiyə üç dəqiqə işləmiş bütün sənədlər cibində idi. Liftin qapısına qədər gələn Rəhbərə təkəbbürlə, “Sağ olun” - dedi. “Sağ olun”. Gəzərək mehmanxanaya getdi, vanna qəbul etdi, titrəşimli-vakuumlu masaja girdi, elektrolitik təraş oldu, səhər xəbərlərinə qulaq asdı, yarım saat televizora baxdı, yaxşı bir yemək yedi, saat üçün yarısı rəngli ilə birlikdə Malpaisə uçdu. Cavan oğlan istirahət evinin qarşısında dayanmışdı. “Bernard”- deyə çağırdı, “Bernard!” Cavab gəlmədi. Maral dərisindən olan başmaqları ilə səs çıxarmadan pilləkənləri qalxdı və qapını yoxladı. Qapı bağlı idi. Onlar getmişdilər! Getmişdilər! Bu onun indiyə kimi başına gələn ən pis hadisə idi. Lenina ona baş çəkməyini istəmişdi, amma indi onlar yox idilər. Pilləkənlərdə oturub, ağlamağa başladı. Yarım saat sonra ağlına pəncərədən içəri baxmaq gəldi. İlk gördüyü şey qapağında L.C. hərfləri yazılan yaşıl bir çamadan oldu. Sevincdən qıpqırmızı oldu. Yerdən bir daş götürdü. Sınan şüşə yerə səpələndi. Bir neçə saniyə sonra, o artıq otaqda idi. Leninanın çamadanını açan kimi, ətrinin qoxusu ciyərlərinə hopdu. Qəlbi dəli kimi döyünürdü, bir ara hətta özündən gedəcəkdi. Sonra qiymətli qutuya toxunaraq, onu işığa qaldırdı, diqqətlə nəzərdən keçirməyə başladı. Leninanın ehtiyat süni ipək şortunun ilgəkləri əvvəlcə ona çətinlik yaratdı, açdığında isə əhvalını yüksəltdi. İlgəki çəkdikdəki çıxardığı səslər onu sehrə salmışdı. Leninanın yaşıl başmaqları bu günə qədər gördüyü ən gözəl şey idi. Qatlanmış bir neçə qadın alt paltarları çıxdı, qulaqlarına qədər qızararaq onları yerinə qoydu. Amma ətirli asetat bir əl yaylığını öpdü və boğazına da bir şərf bağladı. Qutunu açaraq, ətirli kirşan buludu səpdi. Onun əlləri tamamilə kirşana bulaşmışdı. Əllərini sinəsinə, çılpaq qollarına sildi. Ləzzətli 129
ətirdir! Gözlərini yumdu, kirşana bulanmış qoluna doğru yanağını sürtdü. Yumşaq dərinin üzünə toxunması, burun dəliklərinə qədər misk ətirli kirşan – onun real mövcudluğu. “Lenina” - o pıçıldadı. “Lenina!” Bir səs onu diksinməyə, günahkar şəkildə dönməyə məcbur etdi. O, çıxardığı əşyaları cəld yerinə qoydu və ağzını bağladı, sonra yenidən qulaq asmağa başladı. Lakin heç bir həyat əlaməti yox idi, səs deyilən şey eşidilmirdi. Amma o, bir səs eşitdiyinə əmin idi – köks ötürmə kimi, döşəmənin cırıldaması kimi bir səs idi. Barmaqlarının ucunda qapıya tərəf getdi, ehtiyatla qapını açdı, önündə geniş bir zal açıldı. Zalın digər tərəfində aralı qalmış bir qapı da var idi. Zala çıxdı, qapını itələyib, baxmağa başladı. Alçaq bir yataqda üstü açılmış vəziyyətdə çəhrayı pijamalarda Lenina yatırdı. Dərin yuxuya getmiş, buruq saçlarının arasında üzü elə gözəl idi ki. Çəhrayı ayaq barmaqları və ciddi yatan sifəti ilə elə uşaq kimi, tərpənməyən əlləri və yumşaq qol və ayaqları ilə elə müdafiəsiz, elə uşaq kimi güvənlə yatırdı ki, Conun gözləri yaşla doldu. Sonsuz və lazımsız ehtiyatla – çünki Leninanı soma tətilindən geri qaytarmaq üçün otaqda ən azı atəş açmaq lazım idi - otağa daxil oldu, yatağın kənarında çömbələrək oturdu. O, gözlərini zilləyərək baxdı, əllərini bir-birinə vurdu, dodaqlarını tərpətdi. “Onun gözləri” - o mırıldadı. Sən də get oraya, ayıq gözlərlə. Onu o güllərlə müqayisə et,. Başına gələcək ağlın, huşun, Qarğa görünəcək sənin qu quşun. Mir milçək Leninanın ətrafında fırlanıb vızıldadı; Con əli ilə onu uzaqlaşdırdı. 130
“Milçəklər” - deyərək xatırladı, Milçəklər, Julietin qar kimi dümağ, İncə əllərinə toxuna bilər, Hətta bir-birini öpürlər deyə, Həyadan od kimi alışın yanan, Ləkəsiz, bakirə dodaqlarından Əbədi səadət qopara bilər. Çox yavaş, utancaq və bir az təhlükəli quşu sığallamaq üçün uzanan birinin tərəddüdlü jestlərlə əl hərəkəti kimi əlini uzatdı. Titrəyən əli havada asılı qaldı, tərpənməyən barmaqları toxunmaqdan iki-üç santimetr uzaqlıqda idi. Cəsarət edə bilərdimi? Bu müqəddəsliyi dəyərsiz əlləri ilə kirlədə bilərdimi... Xeyr, edə bilmədi. Quş həddindən artıq təhlükəli idi. Əllərini aşağı saldı. Nə qədər gözəl idi! Nə qədər gözəl! Sonra tək etməli olduğu şeyin Leninanın boğazındakı pijama ilgəyini dartıb aşağı çəkmək olduğunu düşündü. Gözlərini yumdu, sudan çıxmış itin qulaqlarını silkələdiyi kimi başını silkələdi. İyrənc düşüncə idi! Özündən utanırdı. Saf və bakirə həyası. Havada bir uğultu qopdu. Bir milçək də mi əbədi səadəti oğurlamağa çalışırdı? Eşşək arısı idimi? Ətrafa baxdı, heç nə görmədi. Uğultu get-gedə daha da artdı, bayırda sındırılmış pəncərənin qarşısında mərkəzləşdi. Təyyarə! Təşviş içində ayaq üstə sıçradı və o biri otağa qaçdı, açıq pəncərədən bayıra tullandı və uzun kolların arasındakı cığırı izləyərək, düz vaxtında vertolyotdan enən Bernardı qarşılamağa çatdı.
131
Onuncu Fəsil Blumsböri Mərkəzinin dörd min elektrik saatının hamısı saat üçə iyirmi yeddi dəqiqə olduğunu göstərirdi. “Sənayenin arı yuvası”, Müdirin buranı adlandırmağı sevdiyi kimi, mərkəz, həqiqətən də, arı yuvası kimi işləyirdi. Hər kəs məşğul idi, hər şey nizamlı qaydada hərəkət edirdi. Mikroskopların arasında qeyzlə quyruqlarını sallayan spermotozoidlər, başı üstə yumurtalara girir, döllənir, daha sonra genişlənərək bölünür, əgər bokanovskiləşdiriləcəksə, tumurcuqlanıb, ayrı embrionlar halında böyük qruplara bölünərək çoxalırdılar. Sosial Müəyyənləşdirmə Otağından gələn eskalatorlar gurultuyla aşağı enərək, zirzəmiyə düşür, oradan da qırmızı qaranlığa doğru qarın pərdəsi yastıqlarına qoyulmuş rüşeymlər, süni qan və hormonlarla kip doydurulub böyüdülür ya da zəhərlənərək epsilonluğa məhkum edilirdilər. Zəif vıyıltı və uğultu ilə hərəkət edən rəflər gözlə görünməz bir şəkildə sonsuz həftələri iməkləyərək keçib, Şüşədən Çıxarılma Otağına çatdığında yeni şüşədən çıxarılmış uşaqlar ilk dəhşət və heyrət qışqırıqlarını çıxarırdılar. 132
Yerin altındakı mərtəbədə dinamolar mırıldayır, liftlər yuxarı-aşağı şütüyürdülər. On bir mərtəbənin hər birini əhatə edən Uşaq Bağçalarında yemək vaxtı idi. Min səkkiz yüz ədəd şüşədən on səkkiz min diqqətlə yarlıqlanmış körpə, eyni zamanda xarici ifrazat şirələrini içirdilər. Onların üstündəki on mərtəbənin hər birini əhatə edən yataqxanalarda, hələ də günorta yuxusuna ehtiyacı olacaq qədər balaca olan qızlar və oğlanlar yatırdılar. Lakin yuxularında şüursuz şəkildə hipnopedik dərslər keçirlər, təmizlik və sosiallıq, sinfi şüurluluq və yeni gəzməyə başlayanların sevgi həyatı dərslərini keçirdilər. Onların üstündəki oyun otaqlarında isə, yağış yağması gözlənildiyi üçün, doqquz daha böyük uşaq kərpic və gillə işləməyi öyrənir, müxtəlif erotik oyunlar oynayırdılar. Vızz, vızz! Arı yuvası yüksək əhval-ruhiyyə ilə işləyir, dolub-daşırdı. Sınaq boruları üzərinə əyilmiş gənc qızlar şən nəğmələr oxuyur, Sosial Müəyyənləşdiricilər işlədikləri zaman fit çalır, Şüşədən çıxarılma otağındakı boş şüşələr barəsində çox gülməli zarafatlar edirdilər. Lakin Henri Foster ilə Dölləmə Otağında girən Müdirin sifəti məzar kimi ciddi və ağır ifadəli idi. “İctimai nümunə” - o deyirdi. “Bu otaqda, ona görə ki, Mərkəzdəki digər otaqdakılardan daha çox üst sinif işçisi burada var. Saat üçün yarısı burada görüşməsini istəmişəm”. “O, öz işini çox yaxşı görür” - Henri iki üzlü bir ürəyaçıqlıqla dedi. “Bilirəm. Elə bunun özü də sərt davranmaq üçün daha çox səbəb verir. İntellektual üstünlük əxlaqi məsuliyyətləri də özü ilə bir yerdə gətirir. İnsanın istedadı nə qədər böyükdürsə, onun insanları yoldan çıxarmaq gücü də bir o qədər çox olur. Çox insanın korlanmasındansa, bir insanın əzab çəkməsi daha yaxşıdır. Məsələ barədə tərəfsiz düşünsəniz, 133
Cənab Foster, siz də görəcəksiniz ki, heç bir günah, davranış uyğunsuzluğu kimi bağışlanılmaz deyil. Qətl ancaq bir şəxsi öldürür, nəticədə bir şəxs nədir ki?” Əli ilə mikroskop cərgələrini, sınaq borularını, inkubatorları göstərdi. “Biz asanlıqla yenisini edə bilərik, özü də istədiyimiz qədər. Davranış pozğunluğu isə tək bir şəxsin həyatından daha çox şey üçün təhlükə yaratmaqdadır, bu birbaşa Cəmiyyət üçün təhlükədir. “Bəli birbaşa cəmiyyətin özü üçün” - deyə təkrarladı. “Ah, budur gəlir”. Bernard otağa daxil olaraq, dölləmə rəflərinin arası ilə onlara tərəf gəldi. Qayğısız özgüvəni onun əsəbini az da olsa gizlədirdi. Onun “Sabahınız xeyir, Müdir” dediyi ifadəsi, olduqca yüksək idi; ələ salan yumşaq bir səslə, öz səhvini düzəldərək, “Mənə bura gəlib sizinlə görüşməli olduğumu demişdiniz” - dedi. “Bəli, Cənab Marks” - Müdir dilləndi. “Mən sizdən bura gəlməyinizi istəmişdim. Belə başa düşürəm ki, tətildən dünən gecə qayıtmısınız”. “Hə” - Bernard cavab verdi. “Həə” - deyə təkrar edən Müdirin səsi, bir ox kimi “ə”-nin üzərində dayandı. Sonra qəfildən səsini qaldırıb, “Xanımlar və cənablar” - deyərək guruldadı. Sınaq borularının üzərində oxuyan qızlar, fit çalan mikroskopçular birdən dayandılar. Ortaya dərin sakitlik çökdü; hər kəs ətrafa boylanaraq baxırdı. “Xanımlar və cənablar” - Müdir bir daha təkrar etdi, “sizi işinizdən ayırdığım üçün üzr istəyirəm. Mən hal-hazırda çox ürəksıxıcı bir əmri yerinə yetirmək məcburiyyətindəyəm. Cəmiyyətin sakitliyi və stabilliyi təhlükə qarşısındadır. Bəli, təhlükə qarşısında, xanımlar və cənablar. “Bu kişi” - o ittihamla Bernarda işarə etdi, “Sizin qarşınızda dayanan bu kişi, bu Alfa-Müsbət, hansına ki, bu qədər çox üstünlüklər veri134
lir və sizin də qarşınızda çox xidmətlər etməsi gözlənilirdi, bu sizin həmkarınız və ya artıq köhnə həmkarınız deməliyəm, ona olan inamımıza xəyanət etmişdir. Onun idman və soma barəsindəki şübhəli fikirləri, seksual həyatındakı qalmaqallı hekayələri, Bizim Fordumuzun qayda-qanuna uyğun hərəkət etməkdən imtina etməsi, (Müdir bu məqamda T işarəsi etdi), onun bir Cəmiyyət düşməni, təxribatçı, xanımlar və cənablar, Bütün Nizam və Stabillik, bütün Mədəniyyətə, Sivilizasiyaya qarşı olan bir terrorçu olduğunu göstərir. Bütün bu səbəblərdən dolayı da, mən onu qovmağı, Mərkəzdəki vəzifəsindən uzaqlaşdırmağı söz verirəm. Onun ən aşağı xidmətlər göstərən alt mərkəzlərdən birinə göndərilməsini təklif edirəm - ona verilən bu cəza Cəmiyyətin maraqları naminədir, buna görə də ona əhəmiyyətli Mərkəzlərdən uzaq tutmaq lazımdır. İslandiyada onun öz fordsuz davranışları ilə başqalarını korlamaq üçün çox az imkanı olacaqdır.” Direktor fasilə etdi, sonra əllərini qatlayaraq, təsirli şəkildə Bernarda tərəf çevrildi. “Marks” - dedi, “Sizin haqqınızda verilən bu hökmü həyata keçirməməyim üçün hər hansı bir səbəb göstərə bilərsinizmi?” “Bəli, göstərə bilərəm” - Bernard çox yüksək səslə dilləndi. Pərt olmuş, lakin hələ də amiranə bir tonla “Elədirsə, göstərin”- deyə Müdir dilləndi. “Əlbəttə. Lakin göstərəcəyim şey dəhlizdədir. Bir dəqiqə.” Bernard qapıya tərəf tələsdi və onu açdı. “İçəri girin,” o əmr etdi və səbəblər özlərini göstərdilər. Hər kəs qorxu və heyrətdən təngnəfəs oldu, mırıldanamağa başladılar; gənc bir qız qışqırdı; daha yaxşı görə bilmək üçün stulda dayanan kimsə spermatozoidlə dolu iki sınaq borusunu dağıtdı. Şişmiş, sallanmış və bu gənc bədənlər, korlanmamış simalar arasında qəribə və qorxulu orta yaşlı qulyabaniyə 135
bənzəyən Linda otaqda irəliləyirdi, öz sınmış və rəngi saralmış dişləri ilə naz ilə gülümsəyirdi, ehtiraslı şəkildə fırlatmağa çalışdığı budları ilə o yan-bu yana sallanırdı. Bernard da Lindanın yanı ilə gəlirdi. “O, burdadır” - Bernard Müdiri göstərək, dedi. “Onu tanımayacağımı düşünürdün?” - Linda qəzəblə soruşdu; sonra Müdirə tərəf çevrilərək, “Əlbəttə, mən səni tanıdım, Tomakin, mən səni hər yerdə, min insanın arasında da olsa tanıyardım. Lakin, yəqin ki, sən məni unutmusan. Xatırlayırsanmı? Tomakin, xatırlamırsan? Sənin Lindanam”. Başı bir yana əyilmiş, gülümsəməyə davam edərək ona baxırdı, lakin Müdirin üzündəki daşlaşmış iyrənmək ifadəsinə baxdıqca, gülüşündə olan özgüvən get-gedə yox oldu. Titrək bir səslə, “Tomakin, xatırlamırsanmı?”- deyə təkrarladı. Onun gözləri təşviş və əzab dolu idi. Onun ləkəli və sallanan siması qəribə və gülünc bir formada qırışaraq, dərin bir hüznə büründü. “Tomakin!” O, qollarını açdı. Kimsə qıqqıldayaraq gülməyə başladı. “Bütün bunlar nə deməkdir?” - Müdir sözə başladı, “Bu qorxunc...” “Tomakin!” O, irəliyə doğru qaçdı, onun adyalı da arxasınca sürünürdü, qollarını onun boynuna sarıdı və üzünü onun sinəsinə dirədi. Qarşısını almaq mümkün olmayan bir qəhqəhə şivəni qopdu. “... Bu qorxunc axmaq zarafat,” Müdir qışqırdı. Üzü qıpqırmızı, o, özünü Lindanın qolları arasından azad etməyə çalışırdı. Linda çarəsiz vəziyyətdə yapışıb qalmışdı. “Axı mən Lindayam, mən Lindayam”. Gülüş səsləri onun səsini batırdı. “Səndən uşaq doğmuşam” - deyə səs-küyü batıracaq səslə dedi. Qəfil və sarsıdıcı səssizlik oldu; gözlər hara baxmağı bilmədən narahatlıqla dolanırdı. Müdir bir136
dən solğunlaşdı, mübarizə etməyi saxlayıb, Lindanın qolları arasında donub qaldı, dəhşət dolu gözləri ilə aşağı Lindanın gözlərinə baxırdı. “Hə, bir uşaq və onun anası da mənəm.” O, bu sözləri ona məğlub olmuş səssizliyə qarşı çıxaraq dedi; sonra qəfildən ondan uzaqlaşaraq, utandı, çox utandı, əli ilə üzünü tutub, hönkürtü ilə ağlamağa başladı. “Tomakin, bu mənim səhvim deyildi. Yadındadırsa, mən hər zaman lazımlı tədbirləri görürdüm. Yadındadır? Hər zaman... Bilmirəm necə oldu. Bir bilsəydin, gecə dəhşətli idi, Tomakin... Lakin sonra o, mənə eyni zamanda da rahatlıq gətirdi.” Qapıya tərəf çevrilərək, “Con!” - deyə səsləndi. “Con!” O, həmin dəqiqə gəldi, qapının ağzında bir az dayandı, ətrafa baxdı, sonra mokasinli ayaqları ilə yumşaq bir tərzdə sürətlə gəzdi, Müdirin qarşısında dizi üstə çökərək, aydın bir səslə dedi: “Mənim atam!” Bu söz (“Ata” ədəbsiz olmaqdan daha çox – uşaq doğmağın iyrəncliyi və əxlaqsızlığından bir addım uzaq olduğuna görə, pornoqrafik əxlaqsızlıqdan daha çox kobud, beldən aşağı bir ifadə hesab olunurdu); bu gülməli və ədəbsiz söz dözülməz dərəcəyə çatmış olan gərginliyi azaltmışdı. Əsəbi, gurultulu bir qəhqəhə başladı, get-gedə daha da yüksəlir, sanki heç vaxt qurtarmayacaqmış kimi görünürdü. Mənim atam və bu Müdirin özü idi! Mənim atam! Ah Ford, Ah Ford! Bu həqiqətən də çox yaxşı idi. Qəhqəhə və səs-küy kəsilmirdi, simalar gülməkdən əyilmiş, gözlərdən yaş gəlirdi. Daha altı sperma borusu dağılmışdı. Mənim atam! Saralmış, gözləri bərəlmiş Müdir Cona çıxılmaz vəziyyətdə qalmağının və təhqirin əzabı ilə baxırdı. Mənim atam! Az qala kəsilməkdə olan gülüş səslə, daha yüksək səslə partladı. O, əllərini qulaqlarına tutaraq, otaqdan bayıra şütüdü.
137
On Birinci Fəsil Dölləndirmə otağındakı səhnədən sonra Londonun bütün yuxarı sinif insanları, İnkubator və Tənzimlənmə Müdirin qarşısında, daha doğrusu köhnə Müdirin qarşısında, çünki yazıq kişi hadisədən dərhal sonra istefa etmiş və bir də Mərkəzə addım atmamışdı - dizi üstə çöküb ayaqlarına düşərək ona “Mənim atam” deyən (bu zarafat, az qala həqiqət olmayacaq qədər gözəl idi) o, yaraşıqlı məxluqu görmək istəyirdi. Linda isə, əksinə olaraq, heç bir maraq oyatmamışdı, heç kimin onu görmək üçün ən kiçik arzusu da yox idi. Kiminsə özünü ana adlandırması, zarafatın həddini aşıb, ədəbsizliyə keçməsi demək idi. Üstəlik də, Linda həqiqi bir vəhşi deyildi, hər kəs kimi şüşədən çıxarılmış və tənzimləndirilmişdi, buna görə də həqiqətən, qəribə fikirləri ola bilməzdi. Ən sonda da insanların yazıq Lindanı görmək istəməməsinin ən böyük səbəbi onun görünüşü idi. Kök, gəncliyini itirmiş, çürük dişli, ləkəli dərili və üstəlik də o, bədən quruluşu (Ford naminə!) – ona özünü pis hiss etmədən, ürəyin bulanmadan baxmaq mümkünsüz idi. Buna görə də ən yaxşı insanlar Lin138
danı görmək istəmədiklərini qətiyyətlə müəyyən etmişdilər. Lindanın özünün də onları görmək üçün heç bir istəyi yox idi. Sivil dünyaya qayıdış, onun üçün somaya qayıdış demək idi və indi onun yataqda uzanmaq və bir-birinin ardınca tətillər götürmək, heç bir başağrı və ürəkbulanması olmadan. Peyotl içdikdən sonra sanki çox ayıb və antisosial bir hərəkət edibmiş, bir də heç vaxt başı dik olmayacaqmış kimi hiss etmək məcburiyyətində qalmırdı. Soma bu xoşagəlməz halların heç birini yaratmırdı. Onun bəxş etdiyi tətil mükəmməl olurdu və əgər növbəti gün səhər özünü pis hiss edirdisə, bu həbin təsirindən deyil, tətildə alınan həzlərin verdiyi təsirin fərqliliyindən qaynaqlanırdı. Bunun çarəsi isə tətili daimi etmək idi. O get-gedə daha çox dozalar istəyərək, qışqır-bağır salırdı. Həkim Şou birinci buna qarşı çıxsa da, sonra ona istədiyini verməyə qərar verdi. Linda gündə iyirmi qrama qədər dozalar qəbul edirdi. “Bu da onun bir və ya iki aya ölümünə səbə olacaq” - həkim Bernarda gizlicə dedi. “ Bir gün tənəffüs sistemi tamamilə iflic olacaq. Nəfəs ala bilməyəcək. Bununla da bitəcək. Bir tərəfdən də bu daha yaxşıdı. Əlbəttə, əgər onu cavanlaşdıra bilsəydik, vəziyyət başqa cür olardı. Lakin biz bunu bacarmırıq”. Con buna qarşı etiraz etdikdə, (çünki soma tətilləri zamanı Linda ortada çox dolanmırdı) hər kəs təəccüblənmişdi. “Bəs siz ona bu qədər həb verməklə, onun ömrünü qısaltmırsınızmı?” “Bir tərəfdən, bəli,” Həkim Şou etiraf etdi. “Lakin başqa bir tərəfdən isə, biz həqiqətdə onun ömrünü daha da uzadırıq”. Gənc oğlan heç nə başa düşmədən gözlərini zilləyib baxırdı. “Soma səndən bir neçə ilini ala bilər,” həkim sözünə davam etdi. “Lakin onun sizə verdiyi zamana sığmayan nəhəng, ölçüyəgəlməz müddətlər barədə düşünün. 139
Hər soma tətili bizim ata-babalarımızın sonsuzluq adlandırdığı şeyin özüdür”. Con başa düşməyə başladı. “Sonsuzluq bizim dodaqlarımızda və gözlərimizdə idi” - o mırıldandı. “Nə?” “Heç nə”. “Əlbəttə” - həkim davam etdi, “Əgər insanların məşğul olmalı ciddi işləri varsa, onları sonsuzluğa uçmağa daima icazə vermək olmaz. Amma bir halda ki, onun heç bir ciddi işi yoxdur...” “Fərqi yoxdur” - Con təkid etdi. “Mən bunun doğru olduğuna inanmıram”. Həkim çiyinlərini çəkdi. “Hə, əllbəttə, əgər siz onun durmadan dəli kimi çığırmasına üstünlük verirsinizsə ...” Axır ki, Con razılaşmaq məcburiyyətində qaldı. Linda öz somasını aldı. O gündən etibarən də, Bernardın yaşadığı binanın otuz yeddinci mərtəbəsində balaca bir otaqda, daima yataqda, radio və televizor daima açıq, ətir kranı ağır damcılayaraq, soma həbləri əlini uzatdığında tapa biləcək məsafədə qalsa da, əslində heç də orada olmuş sayılmazdı, çünki daima uzaqda, sonsuzluqda, başqa bir dünyada olur, həmin dünyada radiodan eşidilən musiqi və səsli rənglər labirintinə düşürdü. Sürüşkən və qəlb kimi atan bu labirint (çox gözəl keçilməz yollar) mütləq inancın parlaq mərkəzinə doğru aparırdı; bu mərkəzdə televizor qutusunun rəqs edən görüntüləri izah edilməsi mümkün olmayan gözəllikdə, hər kəsin mahnı oxuduğu filmlərdəki rəqqaslara dönmüş və damcılayan ətir qoxudan daha üstün bir şey idi - günəş idi, milyon dənə saksofon idi, sevişən Pop idi, bütün bunların özlərindən daha çox onlar idi, həqiqi idi, sonsuz idi. “Yox, biz onu cavanlaşdıra bilmirik. Lakin mən çox şadam ki” - Həkim Şou dedi, “İnsanda qocalığın necə olduğu140
nu görmək imkanım oldu. Məni bura çağırdığınıza görə çox təşəkkür edirəm”. O, hərarətlə Bernardın əlini sıxdı. Əslində hər kəs Conun arxasınca qaçırdı. Bunu da onun rəsmi bələdçisi Bernard vasitəsilə etmək mümkün olduğu üçün, həyatında ilk dəfə Bernard özünü sadəcə normal münasibət görən adam deyil, həm də çox əhəmiyyətli biri kimi hiss etməyə başladı. Artıq onun qan məhluluna spirtin qarışdırılması ilə bağlı bir kəlmə də deyən yox idi, onun fiziki görünüşünü heç kim ələ salmırdı. Henri Foster dost olmaq üçün davranışını dəyişmiş; Benito Huver ona səkkiz qutu seks hormonlu saqqız hədiyyə etmiş, Sosial Müəyyənləşdirici özü gəlib və az qala dilənərək ondan öz axşam şənliklərinə dəvət qoparmışdı. Qadınlara gəldikdə isə, Bernardın bir işarə etməsi kifayət idi ki, bəyəndiyi hər kəs onunla olsun. “Bernard məni növbəti çərşənbə günü Vəhşi ilə görüşməyə dəvət etdi,” Fanni qələbə çalmış bir səslə elan etdi. “Buna çox sevindim” - Lenina dedi. “İndi sən Bernard barədə yanıldığını etiraf etməlisən. Onun olduqca şirin olduğunu düşünmürsənmi?” Fanni başı ilə təsdiqlədi. “Deməliyəm ki” - o əlavə etdi, “mən buna çox təəccüblənmişdim”. Baş Şüşələyici, Müəyyənləşdirmə Müdiri, üç Dölləmə Müdirinin Assistantı, Hissiyyat Kollecindən Duyğu Professoru, Vestminster İcma Nəğmələri Birliyi, Bokanovskiləşmə üzrə rəhbər - Bernardın məşhurlar siyahısı bitmək-tükənmək bilmirdi. “Mən keçən həftə altı qızla bir yerdə olmuşam” - O, Helmholtz Vatsonla öz aralarında danışarkən dedi. “Birini bazar ertəsi, ikisini çərşənbə axşamı, daha ikisini cümə günü və birini də şənbə günü. Zamanım və həvəsim olsaydı, ən azı on iki qız da növbədə gözləyirdi...” 141
Helmholtz onun bu lovğalıqlarına qulaq asarkən, o qədər səssizliklə, onun hərəkətlərinin doğruluğunu qəbul etmirdi ki, bu Bernardın xətrinə dəydi. “Sən paxılsan” - o dedi. Helmholtz başını silkələdi. “Mən sadəcə heyfsilənirəm, bu qədər” - o cavab verdi. Bernard incik vəziyyətdə ordan çıxdı. O, özü-özünə bir də heç vaxt, heç vaxt Helmholtzla danışmayacağına söz verdi. Günlər keçirdi. Uğur Bernardın başını fırladır və onu heç vaxt sevmədiyinə, dünyadan razı olmağa gətirib çıxarırdı. (Hər hansı bir yaxşı narkotik vasitənin edəcəyi kimi) Onun əhəmiyyəti dərk olunduğu müddətcə, hər şeyin nizamı yaxşı idi. Lakin uğur onu dəyişdirsə də, yenə də vəziyyəti tənqid etmək seçiminin olmasından əl çəkmirdi. Ona görə ki, məhz tənqid etdikdə, özünü daha əhəmiyyətli, daha böyük hiss edirdi. Bundan əlavə də o, tənqid etməli şeylərin olduğuna səmimi qəlbdən inanırdı. (Eyni zamanda da, uğurlu olmaqdan və istədiyi qızlarla birlikdə olmaqdan da xoşu gəlirdi.) Vəhşini görmək xətrinə gəlib, ona yaltaqlıq edənlərin qarşısında tənqid tamaşaları açırdı. İnsanlar ona nəzakətlə qulaq asırdılar. Lakin arxasınca başlarını silkələyiridilər. “Bu cavan oğlanın axırı pis olacaq” - onlar deyirdilər və zamanı gəldiyində daha da pis olması üçün şəxsən əllərindən gələni edəcəklərini düşünürdülər. “O, ikinci dəfə yaxasını qurtarmaq üçün daha bir Vəhşi tapa bilməyəcək” - deyirdilər. Lakin arada birinci Vəhşi olduğu üçün, onunla nəzakətlə danışırdılar. Onlar nəzakətli danışdıqca isə, Bernard özünü nəhəng-nəhəng, eyni zamanda da ruh yüksəkliyindən hava kimi yüngül hiss edirdi. “Havadan da yüngül” - Bernard yuxarıya işarə edərək, dedi. Onlardan çox-çox yüksəkdə başlarının üzərində Metereoloji Şöbəsinin şarı gün işığında mirvari kimi parıldayırdı. 142
“Məlum Vəhşiyə” Bernardın təlimatlarında deyilirdi, “Sivil həyatın bütün tərəfləri göstərilməlidir…” Ona müasir həyata quş baxışı, “Charing-T” platformasından quş baxışı mənzərələr göstərilmişdi. Stansiya Rəhbəri və yerli meteoroloqlar ona bələdçilik edirdiilər. Lakin danışığın çoxunu Bernard aparırdı. Uğurdan başını itirmiş, sanki ziyarətə gəlmiş Dünya Nəzarətçisi ilə danışırdı. Havadan da yüngül. Bombay Yaşıl Raketi səmadan aşağı endi. Sərnişinlər düşdülər. Səkkiz Dravidian eyni görünüşlü əkizi xaki geyimli işçi təyyarə kabinəsinin balaca pəncərələrindən bayıra baxırdılar. “Saatda min iki yüz əlli kilometr” - stansiya Rəhbəri təsirli bir səslə dedi. “Bu barədə nə düşünürsünüz, Cənab Vəhşi?” Con bunun gözəl olduğunu düşünürdü. “Yenə də” - o dedi, “Ariel qırx dəqiqədə dünyanın ətrafına bir qurşaq vura bilər”. “Vəhşi” - Mustafa Monda yazdığı hesabatda Bernard bildirirdi, “ təəccüblü dərəcədə ən son kəşflərə də çox az heyrət və heyranlıq göstərir. Bu bir tərəfdən də, onun a…. olan qadın Lindanın əvvələr ona bu haqda danışmasından qaynaqlanır”. (Mustafa Mond qaşqabağını salladı. “Bu axmaq məni ona sözünü bütünlüklə görməyə dözə bilməyəcək dərəcədə zəif olduğumu düşünür?”) “Bir tərəfdən də onun bu gün diqqəti “ruh” adlanan, insanın fiziki çevrədən asılı olmayan bir varlığına cəmlənmişdi. Nə qədər ona başa salmağa çalışsam da…” Nəzarətçi növbəti cümlələri keçdi və daha maraqlı bir şey axtararkən səhifəni çevirmək istəyəndə, gözü kifayət qədər qəribə cümlələrə sataşdı, ”Etiraf etməliyəm ki” - o oxudu, “Mən Vəhşinin körpəliyin çox asan olduğuna və ya daha doğrusu çox da çətin hesab etməməsi fikrinə qoşuluram. Bu fürsətdən istifadə edərək də, siz Ford həzrətlərinin diqqətini bu məsələnin üzərinə çəkmək istəyərdim…” 143
Mustafa Mondun qəzəbi yerini dərhal yüksək əhval-ruhiyyəyə verdi. Bu məxluqun ona sosial nizam mövzusunda mühazirə deməsi, həqiqətən də çox qəribə idi. Yəqin, dəli olub. “Onun dərsini verməliyəm” - o, öz-özünə dedi, sonra başını arxaya atıb bərkdən gülməyə başladı. Amma hər nə olursa olsun həmin dərs bu dəqiqə verilməyəcəkdi. Vertolyotlar üçün işıqlandırma sistemləri istehsal edən Elektrik Avadanlıqlar Korporasiyasının bir hissəsi olan kiçik zavod idi. Onlar Baş Texnik və İnsan Elementi Meneceri tərəfindən (Nəzarətçinin tövsiyə məktubunun yaratdığı təsir sehrli idi) elə damdaca qarşılandılar. Sonra fabrikə aşağı düşdülər. “Hər bir proses” - İnsan Elementi Meneceri izah etdi, “Mümkün olduğu qədər, tək bir Bokanovski Qrupu tərəfindən həyata keçirilir”. Nəticədə də səksən üç az qala burunsuz, küt basil Deltalar soyuq presləmə edirdilər. Əlli altı ədəd dörd milli tullanan və fırlanan maşınlar əlli altı nəfər qartal burunlu və zəncəfil kimi qızılı saçlı Qammalar tərəfindən idarə edilirdi. Yüz yeddi istiliyə qarşı tənzimlənmiş Senegal Epsilonu metaltökmə bölümündə işləyirdilər. Otuz üç nəfər uzun basil, dar çanaq sümüklü, hamısı sadəcə 20 millimetr içində dəyişən 1.69 santimetr boylu qadın Deltalar vint kəsməklə məşğul idilər. Montaj otağında iki nəfər Qamma-Müsbət liliput dinamoları birləşdirirdi. İki ədəd alçaq iş stolu qarşı-qarşıya qoyulmuşdur; onların arasından daşıyıcı, lent ayrılmış parçaları daşıyaraq keçirdi; qırx yeddi sarışın qırx yeddi qumrala baxırdı. Qırx yeddi dikburun qırx yeddi qırğıburuna, qırx yeddi içəri girmiş çənə qırx yeddi qarşıya çıxmış çənəyə qarşı. Bitirilən mexanizmlərə on səkkiz nəfər eynilə bir-birinə bənzəyən qıvrım və qəhvəyi saçlı qız tərəfindən nəzarət edilir, otuz dörd nəfər qısa ayaqlı, solaxay kişi Delta-Mənfilər tərəfindən qutulara yığılır və altmış üç mavi gözlü, sarışın və 144
çilli Epsilon Yarı-Moronlar tərəfindən də yük maşınlarına və arabalara yüklənilirdi. “Ah cəsur yeni dünya…” Yaddaşının bir hiyləsi ilə o, özünü Mirandanın sözlərini təkraralayan gördü. “Ah cəsur yeni dünya, içində bu cür insanları ilə”. “Mən sizi əmin edirəm ki” - İnsan Elementi Meneceri onları fabriki tərk edən zaman dilləndi, “bizim öz işçilərimizlə demək olar ki, heç vaxt problemimiz olmayıb. Biz hər zaman…” Lakin Vəhşi qəfildən yanındakılardan ayrılıb, bir dəfnə ağacının arxasında sanki yerin hava boşluğuna girmiş vertolyot kimi qaytarmağa başladı. “Vəhşi” - Bernard yazırdı, “Soma qəbul etməkdən imtina edir və Linda adlı qadına görə çox narahat görünür, çünki onun a…daima tətildə olur. Bunu da qeyd etmək lazımdır ki, onun a…qocalığına və son dərəcə hürküdücü görünüşünə baxmayaraq Vəhşi tez-tez ona baş çəkir və sıx bir bağla ona bağlanmış görünür – bu da erkən tənzimlənmədən dəyişdirə bilinəcəyi və hətta təbii qorxulara zidd formada formalaşdıra biləcəyimiz qəribə bir nümunə olmaqdadır. (Bu halda, xoş olmayan bir şeydən şiddətlə qaçmaq qorxusu) Ekonda onlar Yüksək Məktəbin damı üzərinə endilər. Məktəb Küçəsinin qarşı tərəfində Lubton qülləsinin əlli iki mərtəbəsi günəş şüaları altında ağappaq parıldayırdı. Onlardan soldakı küçədə kollec, sağda Məktəb İcma Mahnıları Birliyi öz müqəddəs dəmir-beton və vita şüşələri ilə möhtərəm şəkildə ucalırdı. Dördbucağın mərkəzində Bizim Fordun köhnə, xrom-poladdan düzəldilmiş nəhəng abidəsi dayanırdı. Prorektor Doktor Qafney və Baş Müdirə Xanım Kit onları təyyarədən enən kimi qarşıladılar. “Sizdə, burada əkiz çoxdur?” - Vəhşi olduqca təşvişlə, onlar təftiş gəzintilərinə başlayan kimi soruşdu. “Ah, xeyr,” - Prorektor cavab verdi. “Eton xüsusi olaraq yuxarı sinif oğlan və qızları üçündür. Bir yumurta, bir ye145
tişkin şəxs. Əlbəttə, bu vəziyyət təhsili çətinləşdirir. Lakin onlar məsuliyyətləri öz öhdələrinə götürməli olacaqları və müxtəlif gözlənilməz hadisələrlə qarşılaşacaqları üçün, edə biləcəyimiz başqa bir şey yoxdur”. O, köks ötürdü. Bu arada Bernardın da Xanım Kitdən çox xoşu gəlmişdi. “Əgər siz bazar ertəsi, çərşənbə və ya cümə günü axşamlarından hər hansı birində boşsunuzsa” - deyirdi. Baş barmağı ilə Vəhşiyə tərəf işarə edərək, “Çox qəribə biridir, bilirsiniz” - Bernard əlavə etdi. “Qəribə”. Xanım Kit gülümsədi (Bernard onun gülüşünün, həqiqətən də gözəl olduğunu düşündü); təşəkkür etdi, onun şənliklərdən birində olmaqdan məmnun olacağını dedi. Prorektor qapını açdı. Beş dəqiqə Alfa Cüt Müsbət sinfində keçirməsi, Conu bir az karıxdırmışdı. “Nisbiliyə giriş nə deməkdir?” -pıçıltı ilə Bernarddan soruşdu. Bernard ona izah etməyə çalışdı, amma sonra fikrini dəyişib, başqa bir sinfə keçməyi təklif etdi. Beta-Mənfi coğrafiya otağına gedən dəhlizdəki bir qapının arxasından cingiltili soprano səs “Bir, iki, üç, dörd” - sonra isə, bezmiş bir səbrsizliklə “Olduğunuz kimi” - dedi. “Maltuzian məşğələləri” - Baş Müdirə izah etdi. “Əlbəttə ki, bizim bir çox qızlarımız sonsuzdurlar. Mən özüm də sonsuzam”. O, Bernarda gülümsədi. “Lakin eyni zamanda da bizim səkkiz yüz nəfər sonsuzlaşdırılmamış qızımız var və onlara da mütəmadi məşğələlər keçməliyik”. Beta-Mənfi coğrafiya otağında Con “Vəhşi qoruğunun əlverişsiz iqlim və coğrafi şərait və ya təbii resursların az olduğu üçün mədəniləşdirilməsi sərf etməyən yerlər” olduğunu öyrəndi. Bir çıtırtı səsi, otaq qaranlıqlaşdı; sonra qəfildən, Müdirin başının üstündəki ekranda akomalı Penitent yerliləri göründü, onlar Məryəmin qarşısında səcdə edirlər, çarmıxa çəkilmiş İsanın önündə, Pukonqun qartal şəklinin 146
önündə ağlaşırdılar, Con onların ağlaşmalarını eşidirdi. Penitentlər ağlamağa davam edərək, ayağa qalxdılar və üst geyimlərini çıxararaq, qamçılarla özlərini vurmağa başladılar, zərbə zərbə dalıyca. Bir az da yüksələn qəhqəhələr, yerli xalqların iniltilərinin də səsini batırırdı. “Axı onlar nəyə gülürlər?” - Vəhşi əzab dolu heyrətlə soruşdu. “Niyə?” - Prorektor hələ də geniş gülən siması ilə ona tərəf çevrildi. “Niyə? Çünki bu olduqca gülməlidir”. Sinematoqrafik alaqaranlıqda Bernard keçmişdə tam qaranlıqda belə etməyə cəsarət edə bilməyəcəyi bir hərəkət etdi. Yeni qazandığı hörmətdən güc alaraq, qolunu Baş Müdirənin belinə doladı. O, bir az tərpənərək təslim oldu. Kiçik bir öpüş qonduraraq, bəlkə də incə bir çimdik atmağa hazırlaşırdı ki, işıqlar yenidən yandı. “Yaxşısı budur, davam edək” - Mis Kit dedi və qapıya tərəf addımladı. “Və bura” - Prorektor bir dəqiqə sonra dilləndi, “Hipnopetik Nəzarət Otağıdır”. Hər yataqxana üçün biri olmaqla, yüzlərlə sintetik musiqi qutusu, otağın üç tərəfini də tutan rəflərdə düzülmüşdü, dördüncü rəfdə hipnopedik dərslərin yazıları olan kağız rulonları yerləşdirilmişdi. Bernard Dr. Gaffneyin sözünü kəsərək, “Rulonu bura salıb, bu düyməyə basmalısan” - dedi. “O düyməyə deyil” - Prorektor narahatlıqla düzəliş etdi. “O zaman digər düymə. Rulon açılaraq fırlanır. Selenium hüceyrələr işıq impulslarını səs dalğalarına çevirir və...” “Bununla da qurtarır” – Doktor Qafney fikrini tamamladı. “Onlar Şekspiri oxuyurlar?” Bio-Kimyəvi Laboratoriyalara getdikləri zaman Vəhşi Məktəb Kitabxanasının yanından keçəndə soruşdu. 147
“Əlbəttə, yox” - Baş Müdir qızararaq dilləndi. “Bizim kitabxanamız” – Doktor Qafney dedi, “Ancaq istinad xarakterli kitablardan ibarətdir. Əgər bizim cavanlar fikirlərini dağıtmaq istəyirlərsə, emosional filmlərə baxırlar. Onların qətiyyən təklikdə əylənmələrinə yol verə bilmərik”. Beş ədəd oxuyan və bir-birini səssizcə qucaqlayan oğlan və qız dolu avtobus şüşə kimi şossedə yanlarından ötüb keçdi. “İndicə qayıdıblar” - Doktor Qafney dedi. Bu arada Bernard isə pıçıltı ilə danışaraq Baş Müdir ilə həmin gecə görüş təyin etdi, “Sloq Meyit Yandırma Mərkəzindən qayıdırlar. Ölümə tənzimlənmə on səkkiz aylıq olduqda başlayır. Hər balaca həftənin iki gününü ölməkdə olan insanların xəstəxanasında keçirir. Orada ən yaxşı oyuncaqlar olur və ölüm günlərində onlara çoxlu şokoladlı krem verilir. Onlar ölümü olacaq bir şey kimi qəbul etməyi öyrənirlər”. “Hər hansı bir fiziki proses kimi” - Baş Müdir professional bir tonla əlavə etdi. Saat səkkizdə Savoyda. Hər şey təşkil olunmuşdu. Londona qayıtdıqları zaman Televiziya Şirkətinin Brentforddakı fabrikinə baş çəkdilər. “Mən gedib, bir az telefonla danışsam burada gözləyə bilərsinizmi?” - Bernard soruşdu. Vəhşi gözləyir və izləyirdi. Əsas Gün İşçiləri öz işlərini yenicə bitirmişdilər. Aşağı sinif işçiləri kütlələr halında təkrelsli stansiyanın qarşısında sıraya düzülmüşdülər – yeddi və ya səkkiz yüz Qamma, Delta və Epsilon qadın və kişi, on ikidən artıq olmayan fərqli sima və boydan ibarət. Kassa əməkdaşı onların hər birinin bileti ilə bir yerdə balaca karton həb qutusu da uzadırdı. Kişi və qadınlardan ibarət uzun tırtıl yavaş-yavaş irəliyə doğru hərəkət edirdi. “Orada nə var? (“Venesiya Taciri”ni xatrılayaraq) “O qutularda?” - Bernard ona qoşulanda Vəhşi soruşdu. 148
“Gündəlik soma ehtiyatı” - Bernard fikri yayğın sürətdə cavab verdi; O, Benito Huverin verdiyi saqqqızlardan birini çeynəyirdi. “Onlar bunu işlərini qurtardıqdan sonra alırlar. Dörd ədəd yarımqramlıq həb. Şənbə günləri altı ədəd”. O, mehribanlıqla Conun qolunu tutdu və onlar vertolyota tərəf qayıtdılar. Lenina mahnı oxuyaraq Soyunma Otağına daxil oldu. “Kefin kök görünür” - Fanni dedi. “Hə, kefim yaxşıdır” - o cavab verdi. Yarım saat əvvəl Bernard zəng etmişdi”. Zəncirbəndini açdı. Şortunu çıxardı. “Gözlənilməz görüşü çıxıbmış. Bu axşam mənim Vəhşini hissiyat filminə aparmağımı istədi. Mən uçmalıyam”. O, hamama tələsdi. “Bu qızın bəxti var” - Fanni Leninanın arxasınca baxanda öz-özünə dedi. Onun bu şərhində heç bir paxıllıq yox idi, yaxşı xasiyyəti olan Fanni sadəcə olaraq həqiqəti dilə gətirirdi. Leninanın bəxti var idi; Vəhşi nəhəng şöhrətinin böyük bir hissəsini Bernard ilə paylaşdığı üçün, əhəmiyyətsiz şəxsiyyətindən çıxaraq, ani sonsuz məşhurluq fürsətini ələ keçirmək şansı olduğu üçün bəxti gətirmişdi. Onu Gənc Xanımların Ford Birliyinin Katibi öz təcrübələrini bölüşməsi üçün mühazirə deməyə dəvət etməmişdimi? Afrodita Klubunun İllik Yeməyinə dəvət edilməmişdimi? Toxunmalı Film Xəbərlərinə çıxmamışdımı, bütün planetdəki milyonlarla insana həm səs, həm də görüntü ilə xitab etməmişdimi? Xüsusi seçilən insanların Leninaya göstərdikləri diqqət də çox qürurverici idi. Dünya Nəzarətçisinin İkinci Katibi onu axşam yeməyinə və səhər yeməyinə dəvət etmişdi. Ford Baş Hakimi ilə bir və Kanterböri İcma Nəğmələri Birliyinin Baş Musiqiçisi ilə də bir həftəsonu keçirmişdi. Xarici və Daxili Sekresiya Korporasiyasının Prezidenti daima telefonda idi və Lenina Avropa Bankı İkinci Müdiri ilə də görüşə getmişdi. 149
“Əlbəttə, bu əladır. Lakin bir tərəfdən də” - o, Fanniyə öz aralarında danışarkən etiraf etmişdi, “Mən elə hiss edirəm ki, sanki bütün bu diqqəti saxtakarlıqla qazanmışam. Çünki onların ilk öyrənmək istədikləri şey, bir Vəhşi ilə sevişməyin necə bir şey olduğu olur. Və mən bunu bilmədiyimi demək məcburiyyətində qalıram”. O, başını silkələdi. “Kişilərin bir çoxu, əlbəttə ki, mənə inanmırlar. Lakin bu həqiqətdir. Kaş ki, həqiqət olmayaydı” - o, kədərli halda əlavə etdi və köks ötürdü. “O, olduqca yaraşıqlıdır, səncə elə deyil?” “Bəs onun səndən xoşu gəlmir?” – Fanni soruşdu. “Hərdən belə düşünürəm ki, xoşu gəlir, hərdən isə yox. O, hər zaman məndən qaçmaq üçün əlindən gələni edir. Mən otağa girdikdə bayıra çıxır, mənə toxunmur, hətta mənə baxmır da. Lakin hərdən mən qəfildən döndüyümdə, onu mənə gözlərini zilləmiş vəziyyətdə tuturam və bilirsən ki, kişilər səni bəyənəndə sənə baxırlar. Hə, Fanni bunu bilirdi. “Mən baş aça bilmirəm” - Lenina dedi. O baş aça bilmirdi və bu vəziyyətə nəinki heyrətlənirdi, həm də buna görə çox kədərlənirdi də. “Çünki bilirsən Fanni, mənim ondan xoşum gəlir”. Ondan get-gedə daha çox xoşu gəlirdi. O, hamamdan çıxıb, özünü ətirləyəndə, indi əlində real şansın olduğu barədə düşündü. Hə, hə, hə - əsl şans. Onun ruh yüksəkliyi mahnı ilə özünü göstərdi. “Bərk-bərk qucaqla məni, əzizim. Öp məni, düşənə qədər komaya. Qucaqla məni, əzizim, qucaqla məni Sevgi bənzəyir çünki bir somaya”. Ətirli orqan xoş təravət hiss etdirən Bitki Kaprissio çalırdı - kəklikotu və lavanda, rozmarin, reyhan, mərsin, tərxunun 150
dalğalanan notları; bir sıra cəsarətli modulyasiya ədviyyat klavişlərindən ənbərə uzandı; sonra səndəl ağacı, kamfora, sidr ağacı və təzə biçilmiş saman ətri ilə yenidən rahatlıq verən sadə qoxulara çevrildi. (Arabir təsadüfi ahəngsizlik olur – bir para böyrək pudinqi və donuz peyininin qoxusunu xatırladırdı) Son kəklikotu partlayışı da bitdi və ətrafı alqış səsləri bürüdü, işıqlar yandı. Sintetik musiqi cihazında səsyazma rulonu fırlanmağa başladı. İndi havanı öz xoş sədası ilə dolduran hipe-skripka, hiper-violonçel və süni qaboy üçlüyü idi. Otuz və ya qırx çubuq – və sonra bu instrumental fon musiqinin içindən insan səsindən daha yüksək, daha möhtəşəm bir səs səslənməyə başladı; gah qırtlaqdan, gah başdan, gah ney kimi təmiz, gah da həyat harmoniyaları ilə yüklənmiş olan bu səs, rahatlıqla Qaspard Fosterin musiqi tonların sərhədlərində tutduğu səs tonundan ( 1770-ci ildə Parmadakı Dukal Operada Mozartı heyrətləndirən şəkildə) tarixə düşmüş bütün sənət adamlarının içində sadəcə Lukreziya Axuqarinin oxuduğu ən yüksək C notlarından ən aşağı notlara qədər keçməyi bacarırdı. Şiş kreslolarında batmış Lenina və Vəhşi iyləyir və qulaq asırdılar. İndi növbə onların gözlərində və dərilərində idi. İçəridə işıqlar söndürüldü, alovlu hərflər qaranlıqda elə sabit durdular ki, sanki dəstəkləri var idi. ÜÇ HƏFTƏ BİR VERTOLYOTDA. SUPER NƏĞMƏLİ, SİNTETİK-DANIŞIQLI, RƏNGLİ, STERESKOPİK HİSSİYYATLI FİLM. SİNXRON QOXU-ORQANININ MÜŞAYİƏTİ İLƏ. “Kreslonun qollarındakı metal dəstəklərdən yapış” - Lenina pıçıldadı. “Əks təqdirdə, bu hislərdən heç birini əldə edə bilməyəcəksən”. Vəhşi onun dediyini etdi. Həmin alovlu hərflər bir arada yox olmuşdu; on saniyə tamamilə qaranlıq oldu; sonra qəfildən, müdhiş dərəcədə real – sanki canlıymış kimi, nəhəng zəncinin və qızılı saçlı 151
gənc girdəbaşlı Beta-Müsbət qadının stereoskopik obrazları göründü. Vəhşi diksindi. Dodaqlarındakı o hiss! O, əlini ağzına qaldırdı; qıdıqlanması dayandı, lakin əlini metal dəstəyə geri qoyduğunda, bu yenidən başladı. Bu arada qoxulu orqan da müşk ətri yayırdı. Səs yüksəldici cihazlardan super-göyərçin səsi kimi “oh-ooh”- deyə civildəyir və saniyədə otuz iki dəfə titrəyən, Afrika basından daha dərin bir səsə qarşılığında “ aa-aah,” deyirdi. “Ooh-ah! Ooh-ah!” stereoskopik dodaqlar yenidən birləşirdi və yenidən Alhambradakı altı min tamaşaçının üzlərinin erogen hisləri az qala dözülməz qalanik həzlə sızıldadı. “Ooh …” Filmin sujeti olduqca sadə idi. İlk “Oooh” və “Aaah”- lardan sonra (sevgili ilə duet şəklində mahnı oxumuşlar və məşhur ayı dərisiz üzərində bir az sevişmişdilər, Sosial Müəyyənləşdiricinin Müavininin dediyi kimi, ayının dərisinin hər bir tükünü dəqiqliklə hiss etmək olurdu) Zənci vertolyot qəzasına düşdü və başı üstə yerə düşdü. Gumbultu! Alınlarındakı ağrı hissinə bir bax! Tamaşaçılar xor halında ah-vay saldılar. Beyin silkələnməsi nəticəsində zəncinin tənzimlənmələri alt-üst olmuşdu. O, sarışın Betaya qarşı dəlicəsinə ehtiras hiss etməyə başladı. Amma sarışın Beta onu rədd etdi. O isə təkid etdi. Mübarizələr, təqiblər, rəqibinə hücum, nəticədə isə sensasiyalı bir qaçırılma oldu. Sarışın Beta səmaya qaçırıldı və üç həftə ərzində dəli zənciylə təkbətək vəhşicəsinə antisosial şəkildə yaşamalı oldu. Uzun sürən macəralardan və üç gənc və yaraşıqlı Alfa gəncin hava akrobatlığı ilə qızı uğurla xilas etməyi bacardılar. Zənci Yetişkinlərin yenidən tənzimlənmə mərkəzinə göndərildi və film də sarışının üç xilaskarı ilə məşuqə olması ilə sona çatdı. Onlar sintetik dördlük yaradaraq mahnı oxumaq üçün seviş152
mələrinə bir az ara verir, bütöv orkestr və qardeniya qoxulu orqanın müşaiyəti ilə oxuyurdular. Sonra ayı dərisi son dəfə göründü və saksofonların müşayiəti ilə stereoskopik öpüş qaranlıqda yox oldu, son elektrikli qıdığlanma dodaqlarda can verən, getdikcə daha yavaş titrəyən və nəticədə hərəkətsiz qalan güvə kimi idi. Lakin Lenina üçün güvə tamamilə ölməmişdi. Hətta işıqlar yandırıldıqdan sonra da, onlar kütlə ilə bir yerdə aramla liftə tərəf hərəkət etdiklərində də, güvənin ruhu hələ də onun dodaqlarında qanad çalır, hələ də onun dərisində incə, ürpədici arzu və həzz nişanələri qoyurdu. Onun yanaqları qızarmışdı. O, Vəhşinin əlini tutdu və onu bədəninin yan hissəsinə tərəf sıxdı. Vəhşi bir an solğun, əzabı arzulayaraq və öz arzusundan utanaraq ona baxdı. Yox o, buna layiq deyildi, yox... Onlar gözləri bir anlıq görüşdü. Leninanın gözləri nə xəzinələr söz verirdi! Kraliçanın sonsuz bəxşləri. Tələsik şəkildə gözlərini çəkdi, əsir götürülmüş qolunu xilas etdi. O Leninanın bəzi hərəkətlər edəcəyindən və onun daha ona layiq ola bilməyəcəyindən çox qorxurdu. “Sənin bu cür şeylərə baxmağının doğru olduğunu düşünmürəm” - o dedi və tələsərək, bu günahı Leninanın üzərindən götürərək ətraf şəraitin üzərinə atdı, həm gələcək, həm keçmiş günahlarının, mükəmməlikdən kənar hərəkətlərinin hamısını da. “Con, bunun kimi şeylər deyəndə nəyi nəzərdə tutursan?” “Bunun kimi iyrənc filmləri”. “İyrənc?” - Lenina səmimi bir heyrətə gəlmişdi. “Axı məncə çox gözəl idi”. “Alçaq film idi” - o, qəzəblə dilləndi, “əxlaqsız idi”. Lenina başını silkələdi. “Sənin nə dediyini başa düşmürəm”. Axı o, niyə belə qəribədir? Axı niyə o, hər şeyi korlamaq üçün əlindən gələni edir? 153
Taksikopterdə heç Leninaya tərəf baxmadı da. Heç vaxt etmədikləri andlara və çox zaman əvvəl tərk edilmiş qaydalara bağlı olan Con, üzünü digər tərəfə çevirərək oturmuşdu. Bəzən sanki kiminsə əli tarıma çəkilmiş, qırılmağa az qalmış ipi tərpədir, bununla da bütün bədənində əsəbi bir titrəyiş olurdu. Taksikopter Leninanın evinin damına endi. “Nəhayət ki” - o, taksidən düşərkək sevinərək düşündü. Nəhayət ki, – hətta az əvvəl onun qəribə davranışlarına baxmayaraq. Lampanın altında dayanaraq, əl güzgüsünə baxdı. Nəhayət ki. Hə, onun burnu bir az parıldayırdı. O, bir az kirşan silkələdi. O, taksinin pulunun ödəyənədək, kifayət qədər zamanı var idi. Parlaq yerləri kirşanlayarkən düşünürdü: “O olduqca yaraşıqlıdır. Bernard kimi utancaq olmağa ehtiyacı yoxdur. Amma yenə də.. Onun yerində başqa kişi olsaydı, çoxdan bunu etmişdi. Hər nə isə, nəhayət ki. ”Balaca girdə aynada bir hissəsi görünən üzü qəfildən özünə gülümsədi. Vəhşi taksinin pulunu ödəyənədək, kifayət qədər vaxtı var idi. “Gecəniz xeyrə” - arxasından boğuq bir səs dedi. Lenina yerində fırlanaraq döndü. O, taksinin qapısının ağzında dayanıb, gözlərini zilləyərək ona baxırdı, yəqin ki, Lenina burnunu kirşanlayarkən də ona baxırdı, gözləyirdi – yaxşı bəs nəyi axı? Ya da tərəddüd edirdi, fikrini toplamağa çalışır, nə qərar verəcəyini bilmir və daima düşünürdü – o bu qeyri-adi düşüncələrin nə ola biləcəyini təsəvvür edə bilmirdi. “Gecəniz xeyrə qalsın, Lenina” - o təkrarladı və gülümsəmək üçün üzünü qəribə şəkildə büzüşdürdü. “Axı Con... mən düşünmüşdüm ki... Yəni, səninlə mən? ...” Con qapını bağladı və nəsə demək üçün sürücüyə tərəf əyildi. Taksi sürətlə havaya yüksəldi. Pəncərədən aşağı baxan Vəhşi, Leninanın yuxarıya baxan, lampaların mavi işığında solğun görünən simasını 154
görə bilirdi. Ağzıaçıq idi, onu çağırırdı. Onun qısalan görüntüsü sürətlə uzaqlaşdı, sürətlə balacalaşan dördkünc dam qaranlığın içinə düşürmüş kimi göründü. Beş dəqiqə sonra Con artıq otağında idi. Siçanların gəmirdiyi kitabını gizlətdiyi yerindən çıxardı, ləkəli və əzilmiş səhifələrini xüsusi incəliklə çevirdi və Otellonu oxumağa başladı. Otellonun da “Vertolyotda üç həftə”nin qəhrəmanı kimi zənci olduğunu xatırladı. Gözlərini silərək, Lenina damın üzərindən liftə tərəf getdi. İyirmi yeddinci mərtəbəyə enərkən öz soma şüşəsini çıxardı. Bir qramın kifayət etməyəcəyinə qərar verdi; onun hiss etdiyi bir qramdan artıq iztirab idi. Lakin iki qram qəbul edəcəyi halda da, sabah vaxtında oyana bilməmək təhlükəsi var idi. O, ortaq bir nöqtəyə gələrək, ovcunun içindəki üç ədəd yarımqramlıq həbi atdı.
155
On İkinci Fəsil Bernard bağlı qapının arxasından qışqırmalı oldu; Vəhşi qapını açmırdı. “Axı hamı yığışıb, səni gözləyirlər”. “Qoy gözləsinlər” - qapının arxasından küt bir səs eşidildi. “Amma sən də çox yaxşı bilirsən ki, Con” (Səsinin ən yüksək yeri ilə kimisə inandırmaq nə qədər də çətin idi!) “Onları səninlə görüşmələri üçün dəvət etmişəm”. “Sən əvvəlcə məndən onlarla görüşüb-görüşməmək istədiyim ilə bağlı məndən soruşmalı idin”. “Axı əvvəllər həmişə gəlirdin, Con”. “Elə məhz buna görə də, daha gəlmək istəmirəm”. “Sadəcə mənim xətrimə” - deyərək Bernard böyürə-böyürə xahiş etdi. “Mənim xətrimə də olsa, gəlməzsən?” “Yox”. “Fikrin qətidir?” “Hə”. Ümidsiz vəziyyətdə, “Yaxşı bəs mən indi nə etməliyəm?”- deyərək, Bernard sızladı. 156
“Cəhənnəm ol!” - içəridən gələn əsəbdən çılğınlaşmış səs qışqırdı. “Axı bu gecə Kanterböri İlahiyyat Nəğmələri Evinin Baş Musiqiçisi gəlir.” Bernard az qala ağlayırdı. “Ai yaa takva!” Vəhşi, İlahiyyat Nəğmələri Evinin Baş Musiqiçisi haqqında hiss etdiklərini dəqiqliklə ancaq Zuni dilində ifadə edə bildi. Əlavə olaraq, “Hani!” dedi və sonra (Necə də rişxəndli vəhşilik idi!): “Sons eso tse-na”. Popun edəcəyi kimi, o da sonra yerə tüpürdü. Axırda Bernard aradan çıxaraq mənzilində gizlənmək və səbirsiz kütləyə Vəhşinin bu axşam gələ bilməyəcəyini bildirmək məcburiyyətində qaldı. Bu xəbər hiddətlə qarşılandı. İnsanlar aldadılaraq bu əhəmiyyəsiz və pis ad çıxarmış, şübhəli fikirləri olan adama nəzakətli davrandıqları üçün hədsiz dərəcədə hiddətlənmişdilər. İerarxik pillədə nə qədər yüksəkdə dururdularsa, hiddətləri də bir o qədər dərin olurdu. “Mənimlə belə zarafat etmək, hə? “ - Baş Musiqiçi dayanmadan təkrarlayırdı, “mənimlə!” Qadınlara gəldikdə isə, onlar haqlı qəzəblə, aldadıldıqlarını, şüşəsinə səhv olaraq alkoqol qatılmış alçaq, balacaboy bir adamla bir yerdə olduqlarını, Qamma Mənfi bədənli bir məxluqla yatağa girdiklərini düşünürdülər. Bunun zorlanma olduğunu get-gedə daha uca səsdən qışqırırdılar. Etonun Baş Müdirəsi ən sərt tənqid edənlərdən biri idi. Təkcə Lenina heç nə demirdi. O, solğun, mavi gözlərində heç öyrəşilməmiş bir hüzn dolmuş vəziyyətdə bir küncdə oturmuş, ətrafındakılardan heç də paylaşmadıqları bir hisslə ayrılırdı. Şənliyə qəribə narahat şadyanalıq hissi ilə gəlmişdi. “Bir neçə dəqiqə sonra” - o, otağa girdiyində öz-özünə demişdi, “Onu görməliyəm, onunla danışmalıyam, ona deməliyəm” (çünki ora gələndə artıq qərarını vermişdi) “ondan xoşum 157
gəldiyini – tanıdığım hər kəsdən daha çox xoşum gəldiyini deməliyəm. Sonra bəlkə də o deyəcək…” Con nə deyərdi? Leninanın üzü qıpqırmızı oldu. “Dünən gecə o, hissiyyatlı filmdən sonra niyə elə qəribə davranırdı? Çox qəribədir. Lakin buna baxmayaraq, mən onun məndən xoşu gəldiyinə tam əminəm. Əminəm …” Həmin anda da Bernard Vəhşinin şənliklərə qoşulmayacağını elan etdi. Lenina qəfildən Süni Şiddətli Ehtiras müalicəsinin əvvəlində hiss edilən bütün hissləri keçirməyə başladı – dəhşətli boşluq hissi, nəfəs kəsən qorxu, ürəkbulanması. Onun qəlbi sanki dayanmışdı. “Bu bəlkə də, onun məni xoşlamadığına görədir” - o, özünə dedi. Qəfildən də bu bəlkə qətiyyətə çevrildi: Con ondan xoşu gəlmədiyinə görə, ora gəlməkdən imtina etmişdi. Con onu bəyənmirdi. … “Həqiqətən də, bir az çox qalındır” - Etonun Baş Müdirəsi Krematoriya və Fosfor Meliorasiyası Mərkəzinin Direktoruna deyirdi. “Mən bunu etdiyimi düşünəndə…” “Hə” - Fanni Krounun səsi gəldi, “Spirt haqqında deyilənlər tamamilə həqiqətə uyğundur. Mən bir insan tanıyıram ki, o da həmin vaxtlar Embrion Anbarında işləyən bir nəfəri tanıyır. O, mənim dostuma danışıb, dostum da mənə…” İlahi Evi Baş Musiqiçisi ilə eyni fikri paylaşan Henri Foster, “Çox pis, çox pis” - deyirdi. “Sizə bu maraqlı gələ bilər ki, bizim köhnə Müdir onu İslandiyaya göndərmək üzrə idi”. Deyilən sözlərin hər biri ilə deşilən Bernardın özgüvən şarı min müxtəlif deşikdən boşalırdı. Solğun, pərişan, çaşqın və həyəcanlı halda qonaqların arasında gəzişən Bernard əsassız üzrləri ilə onları Vəhşinin növbəti dəfə mütləq burada olacağına inandırmağa çalışır, onlara oturmaları və karotinli sendviç, bir dilim A vitaminli kökə yemələri, bir qədəh şampan içmələri üçün yalvarırdı. 158
Onlar yesələr də, ona fikir vermədilər; içdilər və içərkən də düz üzünə kobud davranmağa başladılar və ya öz aralarında sanki Bernard orada deyilmiş kimi, yüksək səslə və sərt şəkildə onu müzakirə etməyə başladılar. “İndi isə, mənim dostlarım” - Baş Musiqiçi Ford Günü Şənliklərində səslənən öz gözəl musiqili səsi ilə dilləndi, “indi, əziz dostlar, mənə elə gəlir ki, vaxt gəlib çatdı…” O, ayağa qalxdı, bardağı yerinə qoydu, bənövşəyi süni ipək gödəkçəsindən yediyi xeyli şeydən qalan qırıntıları təmizləyərək, qapıya tərəf irəlilədi. Bernard onun qarşısını almaq üçün irəli atıldı. “Həqiqətən də getməlisinizmi, Baş Musiqiçi? … İndi axı çox tezdir. Mən sizin qalacağınıza ümid edirdim …” Hə, Lenina ona öz aralarında danışarkən, onun dəvət göndərəcəyi halda Baş Musiqiçinin dəvəti qəbul edəcəyini dediyində, nələr xəyal etməmişdi ki. “Doğrudan da, olduqca şirin adamdır, bilirsənmi”. Lenina ona Baş Musiqiçinin Lambetdə keçirdikləri həftəsonun xatirəsinə hədiyyə etdiyi T formalı qızıl zəncirbənd başlığını göstərdi. Baş Musiqiçi və Cənab Vəhşi ilə tanışmaq üçün şənlik… Bernard hər dəvətnamədə öz qələbəsini elan etmişdi. Lakin Vəhşi özünü otağa qıfıllamaq üçün bütün günlər arasından məhz bu günü seçmiş, qışqıraraq “Hani!” və hətta (yaxşı ki, Bernard zuki dilində başa düşmürdü) “Sons eso tse-na!” demişdi. Bernardın karyerasının ən yüksək zirvəsi olması lazım olan həmin gün ən çox alçaldıldığı günə dönmüşdü. “Mənim necə böyük ümidlərim var idi…” - deyə kəkələyərək təkrarlayan Bernard yalvarıcı və çılğın gözlərlə ali mənsəb üzvlərinə baxırdı. “Mənim gənc dostum” - Baş Musiqiçi təntənəli ciddiyyət dolu səsi ilə dilləndi; ətrafa ümumi sakitlik çökmüşdü. “Sənə bir neçə kəlməlik məsləhət verməyimə icazə ver”. O, barma159
ğını yellətdi. “Nə qədər ki, çox gec deyil. Bir neçə kəlməlik yaxşı məsləhət”. (Onun səsində məzarlıqdakı çıxışdakı kimi idi) “Özünü yığışdır, mənim gənc dostum, özünü yığışdır”. Onun üzərində T işarəsi etdi və uzaqlaşdı. “Lenina, mənim əzizim” - o başqa bir tonla dedi. “Gəlin gedək mənimlə”. İtaətkarcasına, lakin gülümsəmədən və (ona verilən bu şərəfə tam laqeyd olaraq) ruh yüksəkliyi olmadan, Lenina onu arxasınca gedərək, otaqdan çıxdı. Digər qonaqlar da hörmət əlaməti olaraq bir az dayandıqdan sonra, onların arxasınca çıxdılar. Bernard tək qalmışdı. Şarı deşik-deşik edilərək, havası buraxılan Bernard stullardan birinə oturdu və üzünü əlləri ilə bağlayaraq ağlamağa başladı. Necə olsa da, bir neçə dəqiqə sonra daha yaxşı düşünməyə başladı və dörd ədəd soma həbi qəbul etdi. Yuxarıda öz otağında Vəhşi “Romeo və Culieta”nı oxuyurdu. Lenina və Baş Musiqiçi Lambet sarayından bayıra çıxdılar. “Mənim gənc dostum, yəni, Lenina, tələsin” - lift darvazalarından Baş Musiqiçi səbrsizcəsinə çağırdı. Lenina ləngiyərək, bir anlıq Aya baxırdı və bunu eşidib, gözlərini aşağı saldı və damın üstü ilə ona yenidən qoşulmaq üçün tələsdi. “Yeni Biologiya Nəzəriyyəsi” – Mustafa Mondun indicə oxuyub qurtardığı kağızın başlığı idi. O, bir müddət oturdu, qaşqabağını salladı, sonra da qələmini götürərək ön səhifəyə yazdı: “Müəllifin məqsəd konsepsiyası riyazi yanaşması olduqca ustalıqla yazılmışdır, lakin sosial nizam üçün təhlükəli və mümkün təxribat tərkiblidir. Nəşr olunmasın.” O, sözlərin altından xətt çəkdi. “Müəllif nəzarət altında saxlanılmalıdır. Onun Müqəddəs Helenada yerləşən Marin Bioloji Stansiyasına köçürülməsi lazım ola bilər.” İmzalayarkən, heyfsiləndi. Bu, həqiqətən də, ustalıqla görülmüş bir iş idi. Lakin əgər siz məqsəd tipindən olan açıqlamaları qəbul et160
məyə başlamısınızsa, bunun nə nəticəyə gətirib çıxaracağını bilmək olmaz. Yuxarı sinifdən olan insanların tənzimlənmələrini poza biləcək ideyalardan idi – onların suverenliyə və yaxşı həyata, xoşbəxtliyə inamlarını itirməsinə gətirib çıxara bilər və həqiqi məqsədin daha dərin bir yerdə, fiziki insandan daha uzaqda olduğuna inanmağa yönləndirə bilərdi. Həyatda məqsədinin xoşbəxtlikdə deyil, şüurun intensivləşdirilməsi və biliklərin genişləndirilməsində olduğuna inandıra bilərdi. Nəzarətçi özü də bunun böyük ehtimalla həqiqət olduğunu anlayırdı. O, qələmini yenidən qaldıraraq, “nəşr olunmasın” sözünün altından daha qalın xətt çəkdi, daha qalın və daha qara xətt; sonra dərindən köks ötürdü, “Xoşbəxtlik haqqında insanlar düşünməli olmasa, həyat necə də əyləncəli olardı!” Gözləri yumulu, üzü coşqu ilə parıldayan Con, boşluğa xitabən əzbərdən oxuyurdu: “Günəşdir o parlaq işıq, bəlkə də,. Bütün məşəlləri qoyub kölgədə. Odur bu gecənin ürək sevinci, Zənci qulağında ən nadir inci. Qızların içində durur o çiçək. Qarğalar içində ağ göyərçintək!“ Leninanın sinəsində qızıldan T işarəsi olan boyunbağı parıldayırdı. Bunu görən Cəmiyyət Müğənnisi onu tutdu, oyun oynayırmış kimi dartışdırmağa başladı. “Mənə belə gəlir ki,” Lenina uzun müddət davam edən sükutu pozaraq, dilləndi, “Bir neçə qram soma qəbul etsəm yaxşı olar.” Bernard isə bu müddət ərzində yuxuya getmiş və xəyallarının ona məxsus olan cənnətində gülümsəyirdi. Gü161
lümsəyirdi, dayanmadan gülümsəyirdi. Lakin yatağının yanındakı elektrik saatın böyük əqrəbi də hər otuz saniyədən bir az qala eşidilməyən tıqqıltı ilə dayanmadan irəliləyirdi. Tıq, tıq, tıq, tıq… Artıq səhər açılmışdı. Bernard məkan və zamanın doğurduğu məşəqqətlərə yenidən qayıtmışdı. Tənzimlənmə Mərkəzinə işə gələrkən mindiyi taksidə əhvalı olduqca pis idi. Uğurdan yaranan başgicəlləndirici hislər buxara çevrilmişdi; indi o yenə də köhnə məninə qayıtmışdı və bu köhnə məni ona gözlənilmədən ətrafdakı abu-havadan daha ağır gəlməyə başlamışdı. Bernarda qarşı Vəhşi gözlənilməz şəfqət göstərdi. “Sən indi Malpaisdəki kimi görünürsən,” Bernard ona öz əzablı hekayəsinini danışdığında, o dedi. “Bizim ilk dəfə birlikdə etdiyimiz söhbəti xatırlayırsan? Kiçik evin həyətində. Sən indi həmin o vaxtdakı kimisən.” “Çünki mən yenə də o zamanki kimi bədbəxtəm.” “Hə, amma mən burada olan yalançı, süni xoşbəxtlikdənsə, bədbəxt olmağı daha üstün tuturam.” “Mənim isə bundan xoşum gəlir,” Bernard kədərli bir səslə dilləndi. “Üstəlik də bütün bu baş verənlərin səbəbkarı da sənsən. Mənim şənliyimə gəlməkdən imtina edərək, onların hamısını mənə qarşı çıxmağa sövq etdin!” Bernard Vəhşinin dediyi sözlərdə ədalətsizliyin az olduğunu bilirdi, əvvəlcə səssizcə, sonra isə yüksək səslə, bu cür xırda şeylərə görə düşmənə çevrilən dostlarının, əslində nə qədər dəyərsiz olduqları barədə dediyi sözlərin həqiqət olduğunu qəbul etdi. Lakin bütün bu bildiklərinə və etiraflarına, dostunun ona göstərdiyi və hal-hazırda yeganə rahatlıq mənbəyi olan dəstək və qayğıya baxmayaraq, Bernard yenə də Vəhşiyə qarşı kin, gizli inciklik bəsləməyə başladı, ondan xırda intiqamlar almaq üçün plan qurdu. Cəmiyyətin Baş Musiqiçisindən inciməyin bir faydası yox idi, Baş Şüşələyici və So162
sial Müəyyənləşdirmə Müdir Köməkçisindən intiqam almaq üçün isə heç bir şansı yox idi. Qurban kimi Vəhşini seçməklə, Bernard onun başqaları üzərində olan ən böyük üstünlüyünü gördü: Vəhşi əlçatan idi. Dostun əsas funksiyalarından biri də, bizim düşmənlərimizə vermək istədiyimiz, lakin verə bilmədiyimiz cəzaları onun çəkməsidir. (Daha mülayim və simvolik formada) Bernardın digər qurban-dostu Helmholtz idi. Bütün planları pozulmuş Bernard, işləri yaxşı gedən zamanlarda davam etməsində heç bir məna tapmadığı dostluğa yenidən əl uzatdı. Helmholtz qəbul etdi və heç bir şərhsiz, mühakiməsiz, hətta dalaşmış olduqlarını unutmuş kimi, yenidən onunla münasibət qurdu. Bundan təsirlənən Bernard, eyni zamanda da özünü bu ürəyiaçıqlıqla alçaldılmış hiss etdi. Bu ürəyiaçıqlıq çox qeyri-adi idi, bununla da ikiqat alçaldıcı idi. Çünki bu, Helmholtzun öz xarakteri idi, somanın ona qazandırdığı bir şey deyildi. Bu unutmaq və bağışlamaq Helmholtzun gündəlik həyatının bir hissəsi idi, yarımqramlıq somadan çıxdığı tətilin təsiri deyildi. Bernard həm minnətdar idi ( belə çətin vəziyyətdə dostunu yenidən qazanması böyük rahatlıq verirdi), həm də qəzəbli idi (Helmholtzdan bir gün bu mərhəmətinə görə qisas almaq çox həzverici olacaq). Bu ayrılıqdan sonrakı ilk görüşdə Bernard bütün dərd-sərini ona danışdı və təsəlli sözləri eşitdi. Lakin bundan bir neçə gün sonra, o öyrəndi ki, sən demə bir tək onun başına iş gəlməyib. Helmholtzun özünün də Hökümətlə problemləri var imiş. Bu fakt onu həm təəccübləndirdi, həm də utandırdı. “Bunlar şeirə görə oldu,” o izah etməyə başladı. “Mən üçüncü kurs tələbələrinə Qabaqcıl Hiss Mühəndisliyi kursları keçirdim. On iki mühazirədən ibarət olan dərslərin, yeddincisi şeirlərə aid idi. Daha dəqiq desək, “Şeirlərin Mənəvi 163
Təbliğat və Reklamlarda istifadəsi”. Mən öz mühazirələrimi hər zaman bir çox texniki misallar gətirməklə təsvir edirəm. Bu dəfə onlara öz yeni yazdığım bir şeyi verməyi düşündüm. Əlbəttə ki, bu tamamilə ağılsızlıqdır, lakin özümü saxlaya bilmədim.” O güldü. “Mənə onların necə reaksiya verəcəklərini görmək olduqca maraqlı idi. Bundan başqa da,” o daha ciddi bir ifadə ilə əlavə etdi, “Mən az da olsa təbliğat aparmaq, bu şeirləri yazarkən keçirdiyim hislərə onları da cəlb etmək istəyirdim. Ford!” O yenidən güldü. “Möhtəşəm fəryad qopmuşdu! Müdir məni yanına çağıraraq qovmaqla hədələdi. İndi mən də nəzarət altındayam.” “Bəs sənin şeirin nə haqqında idi?” Bernard soruşdu. “Tənhalıq haqqında.” Bernardın qaşları qalxdı. “İstəyirsənsə sənə onu əzbərdən deyə bilərəm.” Helmholtz başladı: “Dünənki yığıncaq yadımda, Lakin, təkcə qırılmış qaval, Şəhərdə gecə yarısı, Boşluqda səssizlik ötür. Susmuş dodaqlar, yuxulu simalar, Dayanmış maşınlar, Lal və zibilli məkanlar: Kütlələrin keçdiyi Bütün sükutlar sevinir, Ağlayır (möhkəm ya yavaş) Danışır – lakin elə bir səslə ki, Kimin səsidir, bilmirəm, Bəlkə Suzanın yoxluğudur, Egerianın yoxluğudur, Qolları və sinələrinin yoxluğu 164
Dodaqlarının və ah, arxalarının.. Yavaşca görkəmə gəlir, Kimindir, soruşuram, nəyindir, Bu qədər absurd bu cövhər, Əslində olmayan cövhər, Bizim cütləşdiklərimizdənsə, Gecəni daha möhkəm doldurursa, Bu niyə bizə belə miskin gəlməlidir ki? “Belə, mən bu misraları onlara nümunə kimi vermişdim və onlar da məndən Müdirə şikayət ediblər.” “Mən buna təəccüblənmədim,” Bernard dedi. “Çünki bütün bunlar onlara yuxuda öyrədilən şeylərlə tamamilə ziddiyyət təşkil edir. Yadına sal, onlar ən azı milyonun dörddəbiri qədər yalnızlığa qarşı xəbərdarlıq alıblar.” “Bilirəm. Lakin mən yenə də təsirin necə olacağını görmək istəyirdim.” “Hə, indi sən bunu gördün.” Helmholtz güldü. “Mən belə hiss edirəm ki,” o bir az susduqdan sonra dilləndi, “sanki haqqında yaza biləcəyim şeyləri yaşamağa başlamışam. Sanki, mən içimdə hiss etdiyim gücü – aşkarlanmamış, əlavə gücü istifadə etməyə başlamışam. Sanki nələrsə mənə doğru gəlir.” Bernard öz-özünə düşündü ki, Helmholtz başına gələnlərə baxmayaraq olduqca xoşbəxt görünür. Helmholtz və Vəhşi ilk görüşdən qaynaşdılar. Onların dostluğu o qədər səmimi idi ki, Bernard bundan iti qısqanclıq hiss edirdi. O bütün bu həftələr ərzində, Helmholtzun ilk görüşdə əldə etdiyi səmimiyyəti Vəhşidən ala bilməmişdi. Onları izləyərkən, söhbətlərini dinləyərkən, o, bəzən onları tanışdırmamış olmasını arzulayırdı. Bu qısqanclığına görə utanır, bu hissi özündən uzaq tutmaq üçün əlindən gələni 165
edir, hətta soma da qəbul edirdi. Lakin bütün bu cəhdləri faydalı olmurdu, somadan ayılan kimi, bu hiss yenidən davam edirdi. Helmholtz Vəhşi ilə üçüncü görüşündə, öz Tənhalıq şeirini oxudu. “Bu barədə nə düşünürsən?” bitirdiyində, Vəhşidən soruşdu. Vəhşi başını silkələdi. “Bunu dinlə,” dedi; sonra isə dolabının qıfılını açaraq, siçanların diddiyi kitabını götürdü, açdı və oxudu: “Qoy uzansın tək ərəb ağacına, Quşların ən yüksək səslisi, Car çəksin aləmə kədəri, pisi....” Helmholtz artan heyrəti ilə ona qulaq asırdı. “Tənha ərəb ağacında” onun əti ürpəşdi; “Fəryad edən müjdəçi” sözündən qəfil həzz hiss edərək gülümsədi; “Tiran qanadların hər çırpınışında” onun yanaqlarına qan doldu; lakin “ölmüş musiqi” o solğunlaşdı və misilsiz bir hislə titrəməyə başladı. Vəhşi oxumağa davam etdi: “Elə bir qorxuya düşdü şəxsiyyət, Mənliyi bir daha eyni olmadı, Tənha varlıq ilə, çox ayrı niyyət, Bir, iki – sayını bilən olmadı. Səbəblər özlüyündə donub, Ayrılıqların qovuşmasına şahidlik etdi ...” “Orgiya-porgiya!” Bernard deyərək, uca, xoşagəlməz bir səslə güldü. “Bu sadəcə Birlik Xidmətlərinin Himnidir.” Bir-bi166
rilərini Bernardı sevdiklərindən daha çox sevən iki dostdan intiqam alırdı. Bu kiçik intiqam aktını o, növbəti üç görüşlərində də təkrarladı. Bu çox sadə olmasına baxmayaraq, olduqca effektiv idi, çünki Helmholtz və Vəhşi, hər ikisi çox sevdikləri şeir büllurunun sındırılması və bulaşdırılmasından son dərəcədə narahat olurdular. Nəhayət, Helmholtz Bernardı bir dəfə də belə edəcəyi halda, otaqdan qovmaqla hədələdi. Lakin yenə də çox qəribədir ki, növbəti narahatçılıq, özü də ən kobudu, Helmholtzun özü tərəfindən edildi. Vəhşi “Romeo və Culietan”ı yüksək səslə oxuyurdu – çox canlı və yüksək coşqu ilə oxuyurdu. (Bütün bu müddət ərzində isə özünü Romeo, Leninanı isə Culieta kimi təsəvvür edirdi.) Helmholtz sevgililərin ilk görüş səhnəsinə çaşqın bir maraq ilə qulaq asdı. Onların meyvə bağındakı görüş səhnəsinin şeiriyyəti onun xoşuna gəlmişdi, lakin ifadə olunan hislər onda təbəssüm oyatmışdı. Bir qıza görə bu vəziyyətə düşmək – bu olduqca gülünc görünürdü. Lakin sözlərin düzülüşündəki incəliyə baxanda, bu yüksək bir hissiyyat mühəndislik əsəri idi! “O qoca kişi” - o dedi, “Bizim ən yaxşı təbliğat texniklərimiz onun yanında axmaq kimi görünürlər”. Vəhşi qələbə ifadəli təbəssüm etdi və oxumağa davam etdi. Hər şey yaxşı gedirdi, ta ki, üçüncü hissənin son səhnəsində, Kapulet və Xanım Kapulet Parislə evlənməsi üçün Culietanı qorxutmağa başlayana qədər. Helmoltz bütün səhnə boyu özünü çox narahat hiss etmişdi, lakin Vəhşinin şişirdilmiş üz cizgiləri ilə Culieta bağıranda: “Məgər bu göylərdə mərhəmət yoxmu? Axı göylər görür mənim dərdimi?! Ah, mehriban ana, qoymayın məni, Siz vaxtı uzadın bir ay, bir həftə, 167
Ya da ki, Tibaltın sərdabəsində, Gəlinlik yatağı düzəldin mənə”. Culieta bunları dediyində, Helmholtz çox şiddətli və kobud qəhqəhəsini saxlaya bilmədi. Ana və ata (qəribə biədəbliklər) öz qızlarını istəmədiyi biri ilə olmağa məcbur edirlər! Bu axmaq qız da onlara deyə bilmir ki, onun üstünlük verdiyi (ən azından, həmin vaxt) başqa biri var. Vəziyyətin misilsiz absurdluğu danılmaz dərəcədə gülməli idi. Qəhrəmanlıqla cəhd edərək, o öz gurultulu qəhqəhələrini saxlamağa çalışırdı. Lakin “sevimli ana” (Vəhşinin səs tonundakı kədər və titrəklik) və Tibaltın ölü uzanmasından, məlumdur ki, yandırılmamışdı və bədənindəki fosfor qaranlıq bir qutuda heyf olurdu – bütün bunlar onun üçün çox oldu. O, göz yaşları üzündən süzülənə qədər dayanmadan gülürdü – qurtarmaq bilməyən bu gülüş qarşısında, təhqir hissi ilə solğunlaşmış Vəhşi, kitabın yuxarı hissəsindən ona baxırdı. Qəhqəhələr hələ də davam etdiyinə görə, hirslə kitabı bağladı, ayağa qalxdı və zinətini donuzun qarşısından götürən biri kimi, çəkməcəyə qoyub qıfılladı. “Yenə də” - Helmholtz üzr istəməyə gücü çatacaq dərəcədə özünə gəldikdən sonra dilləndi, Vəhşinin sakitləşdirərək, onun izahına qulaq asmağa təkid etdi, “ mən bəzilərinin belə gülünc, çılğın vəziyyətlərə ehtiyac hiss etdiyini çox yaxşı bilirəm, başqa bir mövzuda belə ustalıqla yazmaq da heç mümkün deyil. Bu qocanı belə möhtəşəm təbliğat texniki olmasının səbəbi nə idi? Onu həyəcanlandıran o qədər çox çılğın və qəribə hadisələrlə qarşılaşıb ki. Sən bunları yaza bilmək üçün, incidilmiş və kədərli olmalısan, əks halda, həqiqətən, ustalıqla insanı dəlib keçən, Rentgen şüaları kimi sözləri tapa bilməzsən. Lakin atalar və analar!” - O, başını silkələdi. “Sən məndən atalar və analar barədə danışan168
da, sabit ifadə ilə durmağımı gözləyə bilməzsən. Bir oğlanın bir qızı əldə etməsi və ya etməməsinə görə kim həyəcanlanar ki? (Vəhşi səksəndi; lakin Helmholtz, davamlı döşəməyə baxdığından, heç nə görmədi.) “Yox.” O, fikrini tamamlayaraq, dərindən köks ötürdü, “Bundan bir şey çıxmaz. Başqa tipli çılğınlıq və şiddətə ehtiyacımız var. Bəs axı nə? Nə? Bunu hardan tapmaq olar?” O, sakit dayandı, sonra başını silkələyərək, “Bilmirəm, bilmirəm..” - dedi.
169
On Üçüncü Fəsil Henri Foster Embrion Anbarının alatoranlığından qaraltı kimi peyda oldu. “Bu axşam hissiyyatlı filmə getmək istəyirdi”. Lenina heç bir söz demədən başını silkələyərək, etiraz etdi. “Başqa biriylə gedirsən?” O, hansı dostu ilə hansı dostunun bir yerdə olduğunu öyrənmək istəyirdi. “Benito ilə?” - o soruşdu. O, yenidən başını silkələdi. Henri Leninanın gözlərindəki bənövşəyi yorğunluğu, gözlərindəki meyit baxışının arxasındakı solğunluğu, təbəssümsüz qızılı ağzının kənarlarındakı kədəri görmüşdü. “Sən özünü pis hiss etmirsən ki?” - o, bir az təşvişlə soruşdu. Qorxdu ki, çox az qalan yoluxucu xətəliklərdən birinə tutulmuş ola bilər. Lakin Lenina bir dəfə də başını silkələdi. “Hər bir halda, sən həkimə gedib, özünü yoxlatdırsan, yaxşı olar” - Henri dedi. “Gündə həkimə get, əsəblərin sakit 170
qalsın” - o, ürəkdən əlavə edərək, hipnopedik zərbi-məsəli dedi və onun çiynini əli ilə sürtdü. “Bəlkə də sənin Süni Hamiləliyə ehtiyacın var” - o təklif etdi. “Yaxud da, Şiddətli Ehtiras Surroqatı müalicəsi. Bilirsən, bəzən adi ehtirası surroqatı kömək etmir...” “Fordun xətrinə” - öz inadçı səssizliyini pozaraq, Lenina dilləndi, “Yum ağzını!” sonra isə öz nəzarətsiz embrionlarına tərəf çevrildi. Şiddətli Ehtiras Surroqatı müalicəsi?! Əgər ağlamaq ərəfəsində olmasa idi, buna gülərdi. Elə bil ki, öz şiddətli ehtirası bəs deyildi! Şprisini yenidən doldurarkən, dərindən köks ötürdü. “Con” - deyə öz-özünə mırıldandı, “Con...Sonra Mənim Fordum” - deyərək, düşünməyə başladı, Görəsən, mən bu embriona yuxu xəstəliyi peyvəndi etdim?” O sadəcə olaraq, yadına sala bilmirdi. Nəticədə ikinci dozanı vurmağa risk etmədi və növbəti şüşəyə keçdi. Həmin dəqiqədən iyirmi iki il, səkkiz ay və dörd gün əvvəl gənc və gələcəyi parlaq olan Alfa-Mənfi Mvanza-Mvanzada inzibatçı yarım əsrdən çox rast gəlinməyən tripanosomoz xəstəliyindən öləcəkdi. Köks ötürərək, Lenina işinə davam etdi. Bir saat sonra Fanni Soyunma otağında enerjili şəkildə etiraz edirdi. “Lakin özünə bu vəziyyətə düşməyə icazə vermək çox absurddur. Sadəcə olaraq, absurddu” - o təkrarladı. “Nəyə görə? Kişiyə - bir kişiyə görə”. “Lakin o, mənim istədiyim biridir”. “Sanki dünyada milyonlarla başqa kişi yoxdur”. “Axı mən onları istəmirəm”. “Cəhd etmədiyin halda, bunu hardan bilə bilərsən?” “Cəhd etmişəm”. “Neçə dəfə axı?” - Fanni soruşdu, çiyinlərini istehzalı şəkildə çəkdi. “Bir ya iki?” “Onlarla cəhd etmişəm. Lakin” - o, başını silkələyərək dedi, “Bundan yaxşı olmadım” - əlavə etdi. 171
“Belə, səbr etməlisən” -Fanni nəsihət verərək, dedi. Lakin aydın görünürdü ki, onun öz sözlərinə inamı azalmışdı. “Səbr etmədən, heç nə əldə etmək olmaz”. “Lakin bu arada...” “Onun haqqında düşünmə”. “Bunu bacarmıram”. “Onda soma qəbul et”. “Edirəm”. “Davam et”. “Fasilələr zamanı hələ də ondan xoşum gəlir. Mənim ondan hər zaman xoşum gələcək”. “Yaxşı, əgər belədirsə” - Fanny qərarlı şəkildə dedi, “Niyə gedib onu əldə etmirsən? Onun istəyib-istəməməsindən asılı olmayaraq”. “Sən onun necə dəhşətli dərəcədə qəribə davrandığını görsəydin!” “Ciddi bir addım atmaq üçün daha bir səbəb”. “Danışmaq çox asandır”. “Boş-boş şeylərə vaxt itirmə. Hərəkət et”. Fanninin səsi truba kimi idi, o yetişkin Beta-Mənfilərə axşam mühazirəsi oxuyan müəlliməyə oxşayırdı. “Bəli, hərəkət et – gözlənilmədən. Elə indi”. “Qorxuram” - Lenina dedi. “Hə, sən birinci yarım qram soma qəbul etməlisən. İndi isə mən çimməyə gedirəm” - o, dəsmalını arxasınca sürüyərək, getməyə başladı. Qapının zəngi çaldı və səbirsiz şəkildə Helmholtzun bu axşam gələcəyini gözləyən Vəhşi (nəhayət ki, Helmoltza Lenina barədə danışmaq qərarına gəldiyi üçün, söhbətin bir az da gecikməsini istəmirdi.) Ayaq üstə sıçrayaraq, qapıya tərəf qaçdı. “Helmholtz, sənin gələcəyini hiss etmişdim” - o, qapını açan kimi yüksək səslə dedi. 172
Qapının astanasında ağ asetatlı atlas dənizçi kostyumunda və əyri şəkildə sol qulağının üzərinə yatırılmış yumru ağ papaqda Lenina dayanmışdı. Ağır bir zərbə dəymiş kimi Vəhşi “Ah!” dedi. Yarım qram kifayət etmişdi ki, Lenina bütün qorxularını və utancaqlığını unutsun. “Salam, Con” - o gülümsəyərək dedi və onun yanından ötərək, otağa daxil oldu. Avtomatik olaraq Vəhşi qapını bağladı və onun dalınca getdi. Lenina oturdu. Uzun sakitlik oldu. “Deyəsən, məni gördüyünə çox da şad olmadın, Con” - o nəhayət ki, dilləndi. “Şad olmadım?” - Vəhşi giley dolu baxışlarla ona baxırdı. Sonra qəfildən Leninanın qarşısında dizləri üzərinə çökdü və onun əlini götürərək, dərin ehtiram ilə öpdü. “Şad deyiləm? Ah, bir bilsəydin” - o pıçıldadı və cəsarətini toplayaraq, onun üzünə baxdı “Heyranedici Lenina” - o davam etdi, “həqiqətən də, heyranlığın ən yüksək təbəqəsində, dünyanın ən yaxşı şeylərinə layiq birisən.” Lenina işıqlı bir zərafət ilə ona gülümsədi. “Ah, sən necə də mükəmməlsən, (o aralı dodaqlarını aralayaraq, ona tərəf əyilirdi), yaradılanları arasında ən mükəmməli və qüsursuzu,” (getdikcə daha yaxın) “Yaradılanların ən gözəlisən.” Daha da yaxınlaşdı. Vəhşi qəfildən ayaq üstə sıçradı. “Məhz buna görə də” - o, üzünü çevirərək danışırdı, “Mən əvvəlcə nə isə etmək istəyirdim... Yəni, sənə layiq olduğumu göstərmək üçün. Bilirəm, nə etsəm də, layiq olmayacağam. Amma yenə də, tamamilə layiq olmadığımı təkzib etmək istəyərdim. Mən nə isə etmək istəyərdim”. “Niyə bunun lazım olduğunu düşünürsən ki....” Lenina sözə başlasa da, cümləsini bitirmədi. Onun səsində qıcıqlanmış bir ifadə var idi. İnsan dodaqlarını aralayıb irəli əyilmiş, get-gedə yaxınlaşırsa və hansısa fərasətsiz axmaq qəfildən ayaq üstə sıçradığında, özünü boşluğa əyilən halda görürsə, 173
hətta qanında yarım qram soma olduqda belə, əsəbiləşmək üçün yetərli qədər səbəbi var. “Malpaisdə”- başa düşülməyən bir şəkildə mırıldadı, “Sən qız üçün bir dağ aslanının dərisini çıxarıb gətirməli idin, yəni onunla evlənə bilmək üçün. Yaxud da ən azı, canavar dərisi”. “İngiltərədə aslanlar yoxdur” - Lenina qırıq-qırıq dedi. “Hətta olsaydılar da” - Vəhşi qəfil nifrət dolu bir kinlə əlavə etdi, “insanlar vertolyotlardan onları öldürərdilər. Yəqin ki, ya zəhərlə, ya da hər hansı bir qaz ilə. Lenina, mən bunu etməzdim”. O, çiyinlərini düzəltdi, Leninaya baxdı və anlaşılmaz narahatlıq dolu baxışlarla qarşılaşdı. Çaşaraq, “Mən hər şey edərəm” - dedi, get-gedə də daha anlaşılmaz danışırdı. “Sən nə desən, onu da edərəm. Əziyyətli idman növləri olur, bilirsən. Əmək sərf edərsən, zövq alarsan. Mənim indi hiss etdiyim də budur. Demək istəyirəm ki, hətta yeri süpürməyimi istəsən belə, bunu edərəm”. “Axı bizim bunu etmək üçün tozsoranlarımız var” - Lenina heyrət içində dedi. “Buna ehtiyac yoxdur”. “Yox, əlbəttə ki, ehtiyac yoxdur. Lakin bəzi kobud işləri ləyaqətlə görmək mümkündür. Mən bəzi şeyləri ləyaqətlə etmək istəyirəm. Başa düşürsən?” “Axı bizim tozsoranımız olduğu halda ...” “Əsas məsələ bunda deyil”. “Üstəlik də, onları işlədəcək Epsilon Yarı-moronlar olduğu halda” - Lenina davam etdi, “niyə, axı niyə?” “Niyə? Sənə görə, ancaq sənə görə. Sadəcə sənə göstərmək istəyirəm ki, mən ...” “Bir də axı, tozsoranların aslanlarla nə əlaqəsi var ki ...” “Sənə nə qədər çox...” “Və ya aslanların məni görməyə şad olmaq ilə ...” O get-gedə daha çox qəzəblənirdi. 174
“Mənin səni nə qədər sevdiyimi göstərmək üçün, Lenina” - o, az qala özündən çıxmış vəziyyətdə dedi. Heyrət və məmnuniyyətin qarışıq təsirindən doğan hislə Leninanın yanaqları qızardı. “Doğrudan deyirsən, Con?” “Lakin, mən belə demək istəmirdim,” Vəhşi çığırdı və əzab içində əllərini bir-birinə vurdu. “O, vaxta qədər ki... Qulaq as, Lenina. Malpaisdə insanlar ailə qururlar”. “Nə qururlar?” Qıcıqlanma ifadəsi onun səsinə geri qayıdırdı. İndi o, nə barədə danışırdı? “Ömürlük. Onlar ömür boyu birlikdə yaşamağa söz verirlər”. “Nə dəhşətli fikirdir!” Lenina, həqiqətən də, heyrətə gəlmişdi. “Fiziki gözəlliyi aşaraq, qanın çürüdüyündən daha tez yenilənən bir zehinlə”. “Nə?” “Şekspirdə də belədir. Bütün müqəddəs mərasimləri keçmədən, bəkarəti pozmaq olmaz...” “Ford xətrinə, Con, məntiqli danış. Dediklərindən heç bir kəlmə də başa düşmürəm. Birinci tozsoranlarla başladın, sonra isə bəkarətə keçdin. Məni dəli edəcəksən”. O ayağa qalxdı. Onun beyni ilə ondan uzaqlaşdığı kimi, bədəni ilə də uzaqlaşacağından qorxaraq qolundan yapışdı. “Mənim sualıma cavab ver, sənin məndən doğrudan da xoşun gəlir, ya yox?” Ortaya bir az sükut çökdü, sonra isə çox zəif bir səslə, “Mən səni dünyadakı hər şeydən daha çox sevirəm” - Conn dedi. “Bəs onda axı nəyə görə bunu demirsən?” - Lenina qışqırdı və hirsi o qədər güclü idi ki, iti dırnaqları Vəhşinin dərisinə keçdi. “Neçə həftə boyunca boş-boş bəkarət düyünü, tozsoranlar və aslanlardan danışmaq əvəzinə”. Lenina onun əlini buraxaraq, hirs ilə özündən kənara itələdi. 175
“Əgər səndən bu qədər xoşum gəlməsə idi, səninlə başqa cür danışardım” – o dedi. Qəfildən Lenina əllərini onun boynuna sarıdı. Vəhşi onun dodaqlarını öz dodaqlarında hiss etdi. O qədər yumşaq dad, o qədər isti idi ki, o, özündən asılı olmayaraq, “Vertolyotda Üç Həftə”dəki qucaqlaşmaları xatırladı. Ooh! ooh! Stereoskopik sarışın və aah! Əslindən çox əsl zənci. Dəhşət, dəhşət, dəhşət... Con özünü xilas etməyə çalışdı, lakin Lenina onu öz köksünə bərk sıxdı. “Sən niyə bunları demirdin?” - o pıçıldadı və ona baxmaq üçün başını geriyə apardı. Onun gözlərində şəfqətli bir tənə var idi. “Mağaraların ən qaranlığı, məkanların ən əlverişlisi” (şeiriyyət dolu vicdanın səsi şimşək kimi guruldayırdı), “Bizim ən pis dahilərimizin ən güclü təklifləri də, şərəfimi şəhvətə dəyişdirə bilməz. Heç vaxt. Heç vaxt!” O, qərarını vermişdi. “Axmağın biri, axmaq!” - Lenina dedi. “Mən səni nə qədər çox istəyirdim. Əgər sən də məni istəyirdinsə, bəs onda niyə....?” “Axı Lenina...” - deyərək etiraz etdi. Lenina dərhal qollarını ondan aralayıb, uzaqlaşdıqda, Con, dilə gətirmədiyi düşüncələrinin qəbul edildiyini fikirləşdi. Lakin Lenina ağ, laklanmış patrondaşını çıxarıb, ehtiyatla stulun arxasına asdığında, o, səhv düşündüyündən şübhələnməyə başladı. “Lenina!” - o, bir az qorxu ilə təkrarladı. Lenina əlini onun boğazına sarıdı və uzun, dik şəkildə asıldı, bəyaz dənizçi koftası ətəyinə qədərə cırıldı. Johnun şübhələri get-gedə qətiyyət qazanmağa başladı. “Lenina, sən nə edirsən?” Zəncirbərd açıldı! Lenina səssizliklə cavab verirdi. O, geniş ayaqlı şalvarının içindən çıxdı. Onun alt paltarı solğun 176
çəhrayı rəngdə idi. Böyük İlahi Evinin Baş Müğənnisinin verdiyi qızıl T sinəsinin üzərində parıldayırdı. “Pəncərə barmaqlıqlarının arasından kişilərin gözləri qarşısına sərilən o südlü döşlər naminə...” Musiqi ilə müşayiət olunan gurultulu, sehrli sözlər Leninanı ikiqat təhlükəli və bir o qədər də cazibədar göstərirdi. Yumşaq, yumşaq, amma necə də kəskin! Darıxdırıcı və ağlı dəlib keçən, qaranlığın içindən tunel kimi gedən. “Qandakı alova düşən andlar, saman kimi yanırlar. Nəfsinə hakim ol, əks təqdirdə...” Zip! Yumru çəhrayılıq dəqiqliklə kəsilmiş alma kimi ikiyə ayrıldı. Lenina qollarını çıxardı, birinci sağ, sonra da sol ayağını qaldırdı: alt paltarları sönmüş və cansız halda yerə sərilmişdilər. Ayaqqabısı və corabları hələ də ayağında, cəzbedici şəkildə yan tərəfə əydiyi yumru ağ papağı başında Cona tərəf irəliləməyə başladı. “Əzizim. Əzizim! Əgər sən bunları daha əvvəl desəydin!” O, qollarını açdı. Lakin o da “Əzizim!” - deyib, Leninaya tərəf qollarını açmaq əvəzinə, Vəhşi ona tərəf əllərini silkələyərək, geriyə çəkildi. Hərəkətlərindən hər hansı bir vəhşi və təhlükəli heyvanı qorxutmağa çalışan birinə bənzəyirdi. Dörd addım geriyə çəkildi və artıq divara dirəndi. “Şirinim!” Lenina deyərək, əllərini onun çiyinlərinə qoydu, özünü ona tərəf sıxdı. “Qollarını mənə sarı” - o, amiranə tərzdə dedi. “Məni qucaqla, göylərə uçur, əzizim!” Leninanın sözlərində də şeiriyyət var idi, tilsimli, melodiyalı şeirlər bilirdi. “Öp məni” - gözlərini yumdu, səsinin yuxulu bir mırıltıya çevrilməsinə icazə verdi, “Komaya düşüncəyədək, öp məni. Qucaqla məni, əzizim, möhkəm...” Vəhşi onun qollarından yapışdı, onları öz çiyinlərindən qoparıb tutdu, sərt bir şəkildə qol məsafəsinə tulladı. “Ah, sən məni incidirsən, sən məni... ah!” Lenina qəfildən 177
sakit durdu. Qorxu ona ağrını unutdurmuşdu. Gözlərini açdığında, Lenina onun üzünü gördü – yox, yox, onun üzünü deyil, qəddarlaşmış, çılğın, formasını dəyişmiş və izahedilməz hiddətlə titrəyən bir yadın üzü idi gördüyü. Sarsılmış, “Axı nə olub, Con?” - deyə pıçıldadı. Con cavab vermədi, sadəcə olaraq öz çılğın gözlərini onun üzünə zilləməyə davam etdi. Onun qollarından yapışan əllər titrəyirdi. Vəhşi dərin və nizamsız nəfəs alırdı. Az qala huşunu itirmiş və heç nəyi dərk edə bilməyən Lenina, qəfildən onun dişlərinin qıcırtısını eşitdi. Az qala çığıraraq, “Nə olub?” dedi. Onun qışqırığından oyanmış kimi, John Leninanın çiyinlərindən tutaraq, onu silkələməyə başladı. “Pozğun!” - o qışıqırırdı. “Pozğun! Utanmaz fahişə!” “Yox, burax, eləmə” - Lenina silkələnmədən titrəyən və qəribə səsi ilə etiraz edirdi. “Fahişə!” “Xahiş edirəm”. “Lənətə gəlmiş fahişə!” “Bir qram daha yaxşıdır....” o başladı. Vəhşi onu elə itələdi ki, yırğalanaraq yıxıldı. “Get” - Leninanın başı üzərində hədəliyici şəkildə dayanaraq, dedi, “gözümə görünmə, yoxsa səni öldürərəm”. Yumruqlarını sıxdı. Lenina üzünü bağlamaq üçün əllərini qaldırdı. “Yox, xahiş edirəm, eləmə, Con ...” “Tələs. Tez ol!” Bir əli ilə hələ də üzünü tutaraq, digər gözü ilə isə Vəhşinin hərəkətlərini qorxu ilə izləyən Lenina, ayağa durdu, hələ də əyilmiş vəziyyətdə, hamama tərəf qaçdı. Otaqdan çıxmasını daha da sürətləndirən o güclü sillə silahdan atılan atəş kimi idi. “Ahh!” - Lenina qabağa tərəf atıldı. Özünü təhlükəsiz şəkildə hamama kilidləyən Lenina, 178
yaralarına baxmaq imkanı tapdı. Arxasını güzgüyə tərəf çevirərək, başını fırlatdı. Sol çiyninin üzərindən baxdığında, mirvari rəngli dərisində qırmızımtıl əl izini gördü. Ehtiyatla yaranın üzərini ovuşdurdu. Bayırdakı digər otaqda Vəhşi aşağı-yuxarı doğru addımlayaraq, sehrli sözlərin nağaraları və musiqisi ilə uyğun addımlar atırdı. “Çalıquşu da bunu edər və kiçik qızılı rəngli milçək gözümün önündə şəhvətə qapılar”. Sözlər onu dəli edərək, qulaqlarında guruldayırdı. “Nə safsar, nə də natəmiz at belə gurultulu bir iştaha ilə ehtiraslanar. Üst hissəsi qadın olsa da, beldən aşağısı Kentavrdır. Beldən yuxarısı tanrının mirasıdır. Aşağısı isə şeytanlara məxsusdur. Ora cəhənnəmdir, ora qaranlıqdır, ora kükürdlü çuxurdur, qızmar quyudayanmadan yanar, üfunət iylənər, ölüm qoxuyar, tfu, tfu, tfu, ağrı, ağrı! Mənə bir az misk gülü yağı ver, əziz əczaçı, qoy mənim təxəyyülüm şirin olsun.” “Con!”- Lenina şirin olmağa çalışan səslə hamamdan çağırdı. “Con!” “Ah, sən ey ot, elə mükəmməlsən, qoxun elə şirindir ki, hisslərim məni sənə doğru gətirir. Bu mükəmməl kitab, üzərinə “fahişə” yazılsın deyə yaradılıb? Bu yerdə Səmalar dayanar, oxumaz...” Amma Leninanın qoxusu hələ də onun üzərinə hopurdu, onun məxməri bədənindən keçmiş ağ kirşan Conun gödəkçəsində idi. “Utanmaz fahişə, utanmaz fahişə, utanmaz fahişə”. Sözlər öz-özündən qəddar bir şəkildə ağzından çıxırdı. “Pozğun...” “Con, icazə verərsən ki, paltarlarımı götürüm?” O, enli balaqlı şalvarını, üst köynəyini və alt paltarlarını yerdən qaldırdı. “Qapını aç!” - qapını təpikləyərək, əmr etdi. “Yox, açmıram”. Qorxmuş və itaətsiz səs ona cavab verdi. 179
“Yaxşı, bəs onları sənə necə verməyimi istəyirsən?” “Qapının üzərindəki havalandırma yerindən bura tulla”. Leninanın dediyi kimi etdi və otaqdakı narahat gəzişməsinə geri döndü. “Utanmaz fahişə, utanmaz fahişə. Dolu arxalı və kartof barmaqlı Ehtiras şeytanı...” “Con”. O, cavab vermədi. “Dolu arxalı və kartof barmaqlı”. “Con”. “Nə istəyirsən?” sərt səslə soruşdu. “Mənim Maltuzian kəmərimi verə bilərsənmi?” Lenina oturaraq, digər otaqdakı ayaq səslərinə qulaq asmağa başladı. Dinləyərkən, o, Vəhşinin daha nə qədər belə o yan bu yana gəzişəcəyini, o evdən çıxana qədər gözləmək məcburiyyətində qalacağını düşünürdü. Bəlkə də, onun bir az sakitləşdiyini gözlədikdən sonra, hamamın qapısını açıb, sürətlə qaçıb aradan çıxmaq daha yaxşıdır? Bu narahat fikirlərdən onu o biri otaqda çalan telefon zəngi ayırdı. Addım səslər qəfildən kəsildi. Səssizlikdə Vəhşinin səsi eşidildi. “Alo”. ..... “Bəli”. ..... “Öz adımı qəsb etməmişəmsə, bəli, mənəm”. ..... “Bəli, nə dediyimi eşitmədiniz? Danışan Cənab Vəhşidir”. ..... “Nə? Kim xəstədir? Əlbəttə, bu məni maraqlandırır”. ..... “Bəs ciddi xəstəlikdir? O, həqiqətən də, çox pisdir? Bu dəqiqə gedirəm …” ..... 180
“Daha əvvəlki otağında deyil? Hara aparılıb?” ..... “İlahi! Ünvanı deyin”. ..... “Üçüncü Park küçəsi, düzdür? Üç? Çox sağ olun”. Lenina yerinə qoyulan dəstəyin səsini, tələsik addımları eşitdi. Qapı çırpıldı. Sakitlik oldu. O, doğrudan da, getmişdimi? Olduqca ehtiyatla bir santimetr qapını araladı, kiçik aradan bayıra baxdı, boşluğun görüntüsü ilə cəsarətlənərək, bir az daha açdı və başını bütünlüklə bayıra çıxardı. Nəhayət ki, barmaqları üzərində bayıra çıxdı, ürəyi bərk döyünə-döyünə, dinlədi, dinlədi; sonra giriş qapısına tərəf şütüdü, açdı, çıxdı və qapını çırparaq qaçmağa başladı. Ancaq liftə minib, boşluğa enməyə başladıqdan sonra özünü təhlükəsizlikdə hiss etməyə başladı.
181
On Dördüncü Fəsil Park küçəsindəki Ölümcül Xəstələr Xəstəxanası limon rəngli kirəmitlərlə örtülmüş altmış mərtəbəli bina idi. Vəhşi taksikopterdən düşdükdə, şən rənglərlə bəzədilmiş bir uçan meyit maşını səs-küy salaraq damdan yüksəldi və sürətlə Parkın üzərindən keçərək, qərbdəki Sloq Krematoriyasına tərəf istiqamət aldı. Lift darvazalarında qapıçı ona lazımlı təlimatları verdi və on yeddinci mərtəbədəki 81-ci Palataya (Sürətlə irəliləyən Qocalıq palatası, qapıçı belə izah etdi) endi. Bu, sarı rəngli və günəş işıqlı otaqda iyirmi çarpayı var idi və hamısı da tutulmuşdu. Linda tənha ölmürdü – o, müasir texnologiyaların müşayiəti ilə ölürdü. Hava davamlı olaraq şən sintetik musiqilərlə canlı tutulurdu. Hər çarpayının düz ayağında, can verən xəstələrin qarşısında bir televizor qutusu qoyulmuşdu. Televizor axan bir su şırnağı kimi səhərdən axşama kimi daima işləyirdi. Hər on beş dəqiqədən bir avtomatik olaraq dəyişdirilirdi. “Biz çalışırıq ki” - qapıda Vəhşini qarşılayan tibb bacısı izah etməyə başladı, “Biz çalışırıq ki, 182
burada xoş abu-hava yaradaq – birinci dərəcəli mehmanxanalarla hissiyyatlı kinoteatrlarda olduğun kimi bir şey, yəqin anlayırsınız”. “O, haradadır?” - Vəhşi onun nəzakətli izahatlarına məhəl qoymadan soruşdu. Bu tibb bacısının xətrinə dəydi. “Siz tələsirsiniz” - o dedi. “Onun sağalması üçün hər hansı bir ümid var?” - Vəhşi soruşdu. “Yəni onun ölməməsi üçün ümid?” (O, başı ilə təsdiqlədi.) “Yox, əlbəttə ki, yoxdur. Əgər bura kimsə göndərilibsə, deməli heç bir...” Vəhşinin üzündəki solğun iztirab ifadəsindən səksənərək o, qəfildən səsini kəsdi. “Niyə? Axı sizə nə olub?” - o soruşdu. O, bu cür ziyarətçilərə öyrəşməmişdi. (Onsuz da, o qədər də çox ziyarətçi gəlmirdi. Heç gəlmələri üçün səbəb də yox idi.) “Siz özünüzü pis hiss etmirsiniz ki?” O, başını silkələdi. “O, mənim anamdır,” - güclə eşidilən səslə dilləndi. Tibb bacısı gözlərini ona zillədi və diksindi, qorxmuş gözlərini cəld uzağa çevirdi. Başdan ayağa qədər o, utancdan qıpqırmızı olmuşdu. “Məni onun yanına aparın” - adi səs tonu ilə danışmağa cəhd edən Vəhşi dilləndi. Hələ də qızarmış vəziyyətdə, o, palataya tərəf addımlamağa başladı. Hələ də təravətli və qırışsız olan üzlər (qocalıq elə sürətlə irəliləyirdi ki, onun yanaqları yaşlandırmaq üçün zamanı çatmazdı – ancaq beyni və ürəyi) onların yanlarından ötüb keçərkən dönürdülər. İkinci körpəliyini yaşayanların boş, heç nəyə maraq göstərməyən gözləri Vəhşini izləyirdi. Vəhşi onlara baxdığında, əti ürpəşdi. Linda çarpayı cərgələrinin ən sonuncusunda, divarın qırağında uzanmışdı. Kürəyini yastıqlara söykəmiş Linda Cənubi Amerika Riemann-Səthi Tennis Çempionatının yarı183
finallarını çarpayısının düz qarşısındakı televizor qutusunda səsi kəsilmiş və qısaldılmış şəkildə izləyirdi. Dördkünc işıqlı şüşədə kiçik fiqurlar akvariumdakı balıqlar kimi ora-bura sıçrayırdılar - digər dünyanın sakit, lakin narahat sakinləri. Linda mənasız bir təbəssüm və anlaşılmaz bir ifadə ilə izləyirdi. Onun solğun və şiş sifətində səfeh bir xoşbəxtlik ifadəsi var idi. Arabir onun göz qapaqları bağlanır və bir neçə saniyəlik mürgüləyirdi. Sonra kiçik bir diksinmə ilə yenidən oyanır – qarşısındakı Tennis Çempionatının akvarium qarışıqlıqlarını görür, Super-Vox-Vurlitzeriananın ifasında “Qucaqla məni əzizim, möhkəm-möhkəm” - mahnısını eşidir, başının üstündəki sərinkeşdən gələn sunərgizi qoxusu iyləyirdi - bütün bunlara, ya da qanındakı somanın şişirdərək daha da gözəl göstərdiyi bir yuxunun fraqmentlərinə oyanır və bir daha uşaq kimi xoşbəxt olaraq, qaralmış, aralı dişlərinin arasından gülümsəyirdi. “Yaxşı, mən getməliyəm” - tibb bacısı dedi. “Mənim uşaq qrupum bir azdan burada olacaq. Bundan başqa hələ Nömrə 3 də var.” O, palatanın digər başını göstərdi. “Hər an gedə bilər. Yaxşı, siz özünüzü rahatlayın”. O, cəld addımlarla uzaqlaşdı. Vəhşi yatağın yanında əyləşdi. “Linda” - onun əlini tutaraq pıçıldadı. Onun əlini sıxdı, gülümsədi, dodaqları tərpəndi sonra qəfildən başı önə əyildi. O yatmışdı. Con oturaraq onu izləyirdi – Lindanın yorğun bədənində Malpaidəki uşaqlığı boyu üzərində titrəyən həmin gənc, parlaq simanı axtardı və tapdı, (gözlərini yumaraq) anasının səsini, hərəkətlərini, bir yerdə yaşadıqları bütün hadisələri xatırladı. “Streptokok-Mikrob Cəhənnəmə dirək...” Onun mahnı oxuması necə də gözəl idi! O uşaq laylaları necə də sehrli, qəribə və sirli idilər!
184
A,B, C, Vitamin D: Treska dənizdə, yağ ciyərdə. O, bu sözləri və Lindanın onları təkrarlamasını xatırladıqda gözlərinə isti göz yaşlarının dolduğunu hiss etdi. Sonra oxuma dərsləri: Körpə qazanda, pişik palazda. Bir də Embrion Anbarındakı Beta İşçilər üçün Əsas Təlimatlar. Yay vaxtı alov kənarındakı uzun axşamlar, balaca evin damında oturub ona Qoruqdan kənarda yerləşən Digər Məkandan söhbətlər. Digər Məkan: o gözəl, yaxşılıq və gözəllik cənnəti olaraq danışdığı yerin xatirəsi hər zaman canlı və bütöv olaraq yaddaşından silinməmişdi, hətta bu həqiqi Londonun mədəni kişi və qadınlarının həqiqətləri də bunu dəyişdirməmişdi. Qəfil kəskin səslər onu gözlərini açmağa və tələsik göz yaşlarını silərək, ətrafa baxmağa vadar etdi. Səkkiz yaşlı eyni yumurtanın əkizləri sonu olmayan bir sel kimi otağa tökülüşürdülər. Əkiz əkiz dalınca, əkiz əkiz dalınca – onlar bir qorxulu yuxu kimi gəlirdilər. Onların üzləri, onların təkrarlanan üzləri - çünki hamısında eyni sifət idi, yastı burunları, basıq gözləri var idi. Hamısının ağzı açıq idi. Yüksəkdən qışqıraraq və danışaraq içəri daxil olurdular. Bir neçə dəqiqə sonra, palata sanki qurdlarla doldu. Onlar çarpayıların arasında dolaşır, yataqların başına çıxır, altına girir, televizor qutularına baxıb, xəstələrə üz-göz hərkətləri edirdilər. Linda əkizləri heyrətə gətirmiş və qorxutmuşdu. Bir qrup əkiz yatağın ayaq hissəsində dayanıb, onlara məlum olmayan bir şeylə qarşılaşan heyvanlara xas qorxaq və maraq dolu baxışlarla onu süzürdülər. “Ah, bax, bax!” Onlar qorxmuş, sakit səsləri ilə danışırdılar. “Ona belə nə olub? O, niyə belə kökdür?” Onlar əvvəllər buna bənzər sima görməmişdilər - gənc və tarıma çəkilmiş olmayan dəri, incə və dik olmayan bə185
dən. Palatadakı bütün ölümcül və altmış yaşlarındakı insanların üzləri qız uşaqlarının üzlərini xatırladırdı. Qırx dörd yaşındakı Linda isə onların əksinə, qocalıqdan sallanmış və qırışmış bir qorxunc varlığa dönmüşdü. “O, qorxunc deyil?” - pıçıltılı şərhlər gəlməyə başladı. “Onun dişlərinə bax!” Qəfildən yatağın altından çıxıb, Conun stulu ilə divar arasına girən sallaq sifətli bir uşaq çıxdı və Lindanın yuxulu simasına baxmağa başladı. “Mənə belə gəlir ki” - onlardan biri sözə başlasa da, cümləsi bir qiyyə ilə vaxtından əvvəl yarıda kəsildi. Vəhşi onun yaxasından yapışıb, havaya qaldıraraq, stolun üzərindən aşırdı və qulağına bir sillə çəkərək uzağa atdı. Onun qışqırtıları Baş Tibb bacısını dada yetirdi. “Siz ona nə etmisiniz?” - o, sərt şəkildə soruşdu. “Mən sizin uşaqları döyməyinizə icazə verə bilmərəm”. “Yaxşı, onda onları yataqdan uzaq saxlayın”. Vəhşinin səsi qəzəbdən titrəyirdi. “Ümumiyyətlə, bu iyrənc balaca uşaqların burda nə işi var? Bu rüsvayçılıqdır!” “Rüsvayçılıq? Siz axı nəyi nəzərdə tutursunuz? Onlar ölümə qarşı tənzimlənirlər. Sizə deyim ki,” o, sərt şəkildə xəbərdar etdi, “Əgər siz onların tənzimlənməsinə bir də mane olsanız, mən mühafizəçiləri çağıracağam və sizi bayıra atacaqlar”. Vəhşi ayağa qalxaraq, ona tərəf bir neçə addım atdı. Onun hərəkətləri və üz ifadəsi o qədər hədələyici idi ki, tibb bacısı qorxu içində arxaya yıxıldı. Böyük çətinliklə o, özünü sakitləşdirərək, heç nə demədən, geriyə qayıtdı və yenidən yatağın yanında əyləşdi. Yenidən arxayınlaşan tibb bacısı, bu dəfə bir az alçaq və daha inamsız bir səslə, “Mən sizi xəbərdar etdim” - dedi, “Mən sizi xəbərdar etdim, daha diqqətli olun”. Amma yenə də həddindən artıq hər şeyə maraq göstərən əkizləri ora186
dan uzaqlaşdırdı və otağın digər başında onun həmkarlarından birinin təşkil etdiyi zəncirbənd oyunu ilə onların başını qatdı. “Əzizim, sən get, öz kafein məhlulunu iç” digər tibb bacısına dedi. Öz vəzifə səlahiyyətlərindən istifadə etmək ona özgüvəni qaytardı və özünü daha da yaxşı hiss etməyə başladı. “Uşaqlar, indi isə!”- deyə dilləndi. Linda narahat şəkildə tərpəndi, bir dəqiqəlik gözlərini açdı, dərk etməyən gözlərlə ətrafa baxdı və sonra yenidən yuxuya getdi. Onun yanında oturan Vəhşi bir neçə dəqiqə əvvəlki əhvali-ruhiyyəsini yenidən qaytarmaq üçün cəhd etdi. “A, B, C, vitamin D” - o, öz-özünə təkrarladı, sanki bu sözlərlə o, ölmüş keçmişini yenidən həyata qaytaracaqdı. Lakin heç bir xeyri olmadı. Gözəl xatirələr gəlməkdən imtina edirdi. Sadəcə paxıllıqlar, çirkinliklər və iztirablar ortaya çıxırdı. Kəsilmiş çiynindən qan tökülən Pop, çirkin yatan Linda, yatağın yanında yerə tökülmüş miskalın üzərinə yığışmış milçəklər, yanlarından ötdükdə Lindanı pis adlarla çağıran oğlanlar. Ah, xeyr, xeyr! Gözlərini yumdu, bütün bu xatirələri uzaq etmək üçün başını silkələdi. A, B, C, vitamin D...O, Lindanın dizlərinə oturduğu, onu qucaqlayaraq, yellədiyi, laylalarla yatırmağa çalışdığı vaxtları xatırlamağa çalışdı. “A, B, C, vitamin D, vitamin D, vitamin D …” Super-Vox-Vurlitzeriana çox yüksək səslə oxumağa başladı və qəfildən sunərgizinin qoxusu ağır nanə qoxusu ilə əvəzləndi. Linda qurdalanaraq, oyandı və bir neçə saniyə təəccüblü gözlərlə finalçılara baxdı, sonra başını qaldırıb bir-iki dəfə yeni qoxuya bürünmüş havanı iylədi və birdən gülümsədi – onun gülüşündə uşaqlara xas bir vəcd var idi. “Pop!” o mırıldadı və gözlərini bağladı. “Oh, sənin belə etməyin çox xoşuma gəlir, xoşuma gəlir…”O, dərindən nəfəs aldı və özünü yenidən yastıqların üzərinə söykədi. “Axı, Linda!” - Vəhşi yalvarıcı tərzdə dilləndi, “Sən məni 187
tanımırsan?” Axı o əlindən gələni etmişdi, çox çalışmışdı, bəs onda Linda niyə onu unutmağına imkan vermirdi? Az qala şiddətlə, Lindanın cansız əlini sıxdı, sanki belə etməklə Lindanı həmin o əxlaqsız yuxudan, alçaq və nifrət ediləsi xatirələrdən indiki zamana, reallığa geri qaytarmaq istəyirdi. İndiki zaman, reallıqlar dəhşətli olsa da daha müqəddəs, daha mənalı və hədsiz dərəcədə əhəmiyyətli idi. Çünki çox yaxınlaşmış olan həmin şey, hər şeyi daha da qorxulu edirdi. “Linda, sən məni tanımırsan?” Lindanın cavab olaraq, ehmalca onun əlini sıxdığını hiss etdi. Gözləri yaşla doldu. Ona tərəf əyilərək, öpdü. Lindanın dodaqları tərpəndi. “Pop!” - o, yenidən pıçıldadı və Con özünü sanki üzünə bir vedrə nəcis atılıbmış kimi hiss etdi. İçindəki qəzəb qəfildən böyüməyə başladı. İkinci dəfə əngəllə qarşılaşan kədərinin ehtirası başqa bir çıxış yolu tapmışdı. O, iztirab dolu bir qəzəbə çevrilməyə başlamışdı. “Axı mən Conam!” - o qışqırdı. “Mən Conam”. Kədər dolu qəzəblə Lindanın çiyinlərindən yapışaraq, onu silkələdi. Lindanın gözləri açıldı; onu gördü, onu tanıdı – “Con!”. Lakin həqiqi olan bu sifəti, bu həqiqi və şiddət saçan əlləri, uydurulmuş bir dünyaya yerləşdirmiş nanə qoxusu və Vurlitzeriananın daxili və şəxsi ekvivalentlərinin arasına, yuxusundakı dünyanı təşkil edən bir sıra formasını dəyişdirmiş xatirələr və qəribə şəkildə dəyişmiş hislərin arasına yerləşdirmişdi. Onun Con olduğunu, onun oğlu olduğunu bilirdi, lakin onun, Pop ilə birlikdə cənnət kimi Malpaisdə keçirdiyi soma tətilinə mane olmuş çağırılmamış qonaq, zəhlətökən biri olduğunu düşünürdü. Lindanın Popdan xoşu gəldiyi üçün o qəzəblənirdi, Lindanı silkələyirdi, ona görə ki Pop da yataqda onunla birlikdə idi – sanki bunda nəsə qəbahətli bir şey varmış kimi, sanki bütün mədəni insanlar belə etmirmiş kimi. “Hər kəs hər kəsə məxsusdur …” Qəfildən Lindanın səsi 188
az qala eşidilməyən, nəfəs səsi də gəlməyən formada oldu. Onun ağzı açıq qaldı: ciyərlərinə hava çəkmək üçün çarəsiz halda çırpındı. O, qışqırmağa çalışırdı, lakin səsi çıxmırdı, sadəcə onun gözlərindəki qorxu və dəhşət başa düşülürdü. Əllərini boğazına apardı, sonra havanı cırmaqladı – daha ala bilmədiyi nəfəsi, artıq onun üçün olmayan havanı. Vəhşi onun ayaqlarında idi, onun üzərinə əyilmişdi. “Linda, nə olub? Nə olub?” Onun səsində yalvarış var idi, sanki o rahatlaşmaq üçün ona yalvarırdı. Lindanın baxışlarında sözlərə ifadə edilməsi mümkün olmayan dəhşət var idi – dəhşət ilə bərabər, Johna elə gəldi ki, məzəmmət də var idi. O, yataqda özünüü qaldırmağa çalışdı, lakin yenə də arxası üstə yastıqların üzərinə yıxıldı. Onun üzü dəhşətli dərəcədə dəyişmiş, dodaqları göyərmişdi. Vəşhi ayağa qalxaraq, palatanın o başına qaçdı. “Tez olun, tez!” - o qışqırdı. “Tez!” Zəncirbənd ovu oynayan əkizlərin yaratdığı halqanın mərkəzində dayanan Baş Tibb Bacısı ətrafa boylandı. İlk heyrəti qəzəblə əvəzlənməyə başladı. “Qışqırmayın! Bu balacaları fikirləşin” - o, əsəblə dedi. “Siz onların tənzimləməsini poza bilərsiniz … Axı siz nə edirsiniz?” O, halqanı qıraraq, içəri daxil oldu. “Diqqətli olun!” - uşaq hönkürürdü. “Tez olun, tez!” Onu qoltuğundan tutdu, dalınca sürüyərək apardı. “Tez! Nə isə baş verib. Mən onu öldürdüm”. Palatanın bu başına çatdıqlarında, Linda artıq ölmüşdü. Vəhşi bir neçə saniyə donuq səssizliyə büründü, sonra dizləri üzərinə yatağın yanına düşdü və əlləri ilə üzünü tutaraq, hönkürərək ağladı. Tibb bacısı qərarsız şəkildə dayanmış, gah yatağın yanında diz çökmüş fiqura (skandal yaradacaq görüntü!), gah 189
da (yazıq uşaqlar!) zəncirbənd ovlarını yarı saxlamış və palatanın o biri ucundan yastı burunları və dombalmış gözləri ilə 20-ci yatağın ətrafında baş verən biabırçılığa gözlərini zilləyərək baxan uşaqlara baxırdı. Onunla danışmalı idimi? Onu özünə gətirməyə cəhd etməli idimi? Harada olduğunu xatırlatmalıydımı? Bu yazıq günahsız uşaqlara necə böyük zərbə vura biləcəyini başa salmalı idimi? Bu iyrənc hönkürtüsü ilə ölümü qorxunc və insan həyatı üçün çox önəmli bir şey kimi təqdim edərək, uşaqların bütün ölüm tənzimləmələrini məhv edirdi! Bu onlara mövzu haqqında ən pis düşüncələrə sahib olmağa gətirib çıxarar, buna tamamilə səhv reaksiya vermələrinə, anti-sosial olmalarına səbəb ola bilər. Tibb bacısı irəliyə doğru addım atdı, onun çiyninə toxundu. “Siz özünüzü ələ ala bilərsiniz?” - o sakit, qəzəbli səslə soruşdu. Lakin ətrafa boylandığında, altı-yeddi uşağın artıq ayağa qalxdığını və palatanın bu başına doğru irəlilədiyini gördü. Halqa dağılırdı. Bir az sonra isə … Yox, risk olduqca böyük idi. Bütün qrupun tənzimləməsi iki-üç ay pozula bilərdi. O, risk altında olan qurpa doğru tələsərək addımladı. “İndi isə deyin görüm, kim şokoladlı kökə istəyir? “ - o, uca, şən bir səslə soruşdu. “Mən!” bütün Bokanovski qrupu xor halında dilləndi. 20ci çarpayı tamamilə unudulmuşdu. “Ah, İlahi, İlahi, İlahi …” Vəhşi öz-özünə təkrarlayırdı. Kədər və vicdan əzabının xaosunda deyə biləcəyi yeganə söz bu idi. “ İlahi!” o, ucadan pıçıldadı”. İlahi …” Super-Vurlitzerin cırıltıları arasından kəskin, aydın və yaxından gələn bir səs eşidildi: “O nə deyir belə?” Vəhşi sərt hərəkətlə yerindən sıçradı və əllərini üzündən çəkərək ətrafa boylandı. Hər birinin sağ əlində uzun bir kökə olan və müxtəlif formalı sulu şokolada bulaşmış eyni simalar cərgəyə düzülüb, gözlərini dombaldaraq ona baxırdılar. 190
Gözləri qarşılaşdıqda onlar eyni zamanda güldülər. Onlardan biri kökənin çubuğu ilə işarə etdi. “O ölüb?” - o soruşdu. Vəhşi bir müddət səssizcə gözünü onlara zillədi. Sonra elə sakitlik içində ayağa qalxdı, sakitlik içində də qapıya tərəf addımladı. “O ölüb?” - yan tərəfində həyasızcasına hər şeylə maraqlanan əkiz təkrarladı. Vəhşi ona baxdı və hələ də bir söz demədən, onu arxaya itələdi. Əkiz döşəməyə yıxıldı və ağlamağa başladı. Vəhşi heç dönüb baxmadı da.
191
On Beşinci Fəsil
Park küçəsi Ölümcül Xəstlələr Xəstəxanasının işçi qüvvəsi səksən dörd nəfər qızılı saçlı qadın və yetmiş səkkiz nəfər qaraşın, uzun başlı kişi əkizlərdən ibarət olan iki Bokanovski Qrupundan təşkil olunmuşdu. Saat altıda iş günləri başa çatdığında, iki qrup girişdə toplaşır və Sub-Mühasib müavinindən öz gündəlik soma haqlarını qəbul edirdilər. Liftdən bayıra addımlayan Vəhşi düz onların mərkəzinə çıxdı. Lakin onun fikri başqa yerdə idi. Kədərini və vicdan əzabını düşünürdü. Mexaniki olaraq, şüursuz şəkildə nə etdiyini bilmədən, o, kütlənin arasına girərək çiyinləri ilə özünə yol açmağa başladı. “Kimi itələyirsən sən? Hara getdiyini düşünürsən?” Yüksək, alçaq, müxtəlif boğazlar çoxluğundan yalnız iki səs çıxır və donquldayırdı. Qatar vaqonları kimi düzülmüş güzgülərdən əks olunan sonsuz sayda təkrarlanan iki sima – biri keçəl, çilli və portağal rəngli, digəri isə iki gündən qalma iyrənc saqqallı, əyriburun quş maskalı iki nəfər qəzəblə 192
ona tərəf addımlayırdılar. Onların sözləri və qabırğalarındakı dirsək zərbələri Vəhşinin laqeydliyini dəlib keçirdi. O, bir daha mövcud reallığa oyandı, ətrafına baxdı, gördüyü hər şey ona tanış gəldi – dərin dəhşət və nifrət dolu, gündüz və gecələrini dolduran bitib-tükənmək bilməyən dəlilik, hər tərəfdə ayırd edilməyən eynilik kabusu.. Əkizlər, əkizlər... Lindanın ölümünün sehrinin üstündə qurd kimi qaynaşırdılar. Yenə də qurdlar, lakin bu dəfəkilər, daha böyük, daha yetişkin idilər. Onun kədəri və peşmanlığının üzərində sürünürdülər. O, ayaq saxlayaraq, ətrafındandakı xaki kütləni heyrət və dəhşət dolu gözləri ilə izlədi. Özü düz kütlənin ortasında bir baş yuxarıda dayanmışdı. “Bura nə qədər gözəl insan yığılıb!” musiqili sözlər istehza ilə onu təqlid edirdilər. “Necə də gözəl insanlardır! Ah Cəsur Yeni Dünya!” “Soma paylaşımı!” uca bir səs qışqırdı. “Sıra ilə, zəhmət olmasa. Oradakılar tələsin”. Bir qapı açılmış, stol və stullar girişə çıxarılmışdı. Səs, qara dəmirdən bir nağd pul qutusu daşıyaraq içəri daxil olan gənc, şən Alfaya məxsus idi. Gözlənti içində olan əkizlərin arasında bir razılıq mırıltısı baş qaldırdı. Onlar Vəhşi haqqında tamamilə unutdular. İndi onların diqqəti qara qutuya yönəlmişdi. Cavan oğlan qara qutunu stolun üzərinə yerləşdirmiş, indi isə onun qıfılını açmaqla məşğul idi. Qapağı qaldırılmışdı. “Oo-oh!”- deyə bütün yüz altmış iki şəxs eyni zamanda dilə gəldi, sanki onlar atəşfəşanlıq izləyirdilər. Cavan oğlan bir ovuc dolusu balaca həbləri çıxardı. “İndi isə” - o, qəti bir tonla dilləndi, “Zəhmət olmasa, irəli çıxın. Sıra ilə və qarışıqlıq yaratmadan”. Sıra ilə və qarışıqlıq yaratmadan əkizlər irəli çıxdılar. Birinci iki kişi, sonra qadın, sonra daha bir kişi, sonra üç qadın, sonra ... 193
Vəhşi baxmağa davam edirdi. “Ah cəsur yeni dünya, ah cəsur yeni dünya...” Onun ağlındakı musiqili sözlər sanki tonlarını dəyişmişdilər. Onlar sanki onun bədbəxtliyinə və peşmanlığını ələ salırdılar, özü də çox alçaq bir tərzdə! Qəddarcasına gülərək, onlar səfalət və qorxulu yuxunun ürək bulandıran çirkinliyinin üzərinə basırdılar. İndi isə qəfildən, ordunu çağırış himnini çalmağa başladılar. “Ey cəsur yeni dünya!” Miranda, gözəllik dünyasının mümkün olduğunu elan edir, o deyir ki, hətta bu dəhşətli yuxunu da daha gözəl və nəcib şeyə döndərmək olar. “Ah cəsur yeni dünya!” - sözləri ilə meydan oxuyur, əmr verilirdi. “Bir-birini itələməyi dayandırın!” - Sub-Mühasibin müavini qışqırdı. Qutunun qapısını şappıltı ilə bağladı. “Siz yaxşı davranmadığınız müddətcə, mən soma paylaşımını dayandıracağam”. Deltalar donquldandılar, bir az da bir-birini itələdilər və sonra sakit dayandılar. Hədə effektiv oldu. Somadan məhrum qalmaq dəhşətli düşüncə idi! “Belə daha yaxşıdır,” cavan oğlan dedi və qutunun ağzının yenidən açdı. Linda qul idi, Linda ölmüşdü; digərləri azadlıq içində yaşamalıdır və dünyanı gözəlləşdirmək lazımdır. Bu onun borcu, vəzifəsidir. Qəfildən Vəhşiyə bunun üçün nə etməli olduğu tamamilə aydın oldu, sanki pəncərə taxtaları qalxdı, pərdələr açıldı və o, hər şeyi gördü. “İndi isə” - Sub-Mühasibin müavini dilləndi. Başqa bir xaki qadın irəli addımladı. “Dayan!” - Vəhşi uca və cingililtili səsi ilə qışqırdı. “Dayan!” Qarşısında dayananları itələyərək, stola çatdı. Deltalar heyrət içində onu izləyirdilər. “Ford!” - Mühasib alçaq səslə dedi. “Bu Vəhşidir”. O, qorxu hiss etdi. 194
“Qulaq asın, xahiş edirəm” - Vəhşi ciddi səslə dedi. “Mənə qulaq asın ...” O, əvvəllər ictimaiyyət qarşısında çıxışlar etməmişdi və demək istədiklərini ifadə etməkdə çətinlik çəkirdi. “O, mənfur maddəni qəbul etməyin. Bu zəhərdir, zəhər”. “Bura baxın, Cənab Vəhşi” - Sub-Mühasibin müavini sakitləşdirməyə çalışan bir təbəssümlə dedi. “Mənə icazə versəydiniz...” “Sizin ruhunuz və həmçinin də, bədəniniz üçün zəhərdir”. “Hə, amma icazə verin mən öz işimi görüm, olar? Afərin, yaxşı oğlan”. Yırtıcı heyvana oxşayan birinin təmkinli mülayimliyi ilə Vəhşinin qoluna toxundu. “Mənə icazə verin ...” “Heç vaxt!” - Vəhşi qışqırdı. “Amma, mənə baxın, cənab ...” “O, mənfur zəhərin hamısını tullayın”. “Tullayın”- sözü Deltaların idrak qatlarını deşib keçərək, şüurlarına gəlib çatdı. Kütlənin içində qəzəbli bir uğultu yüksəldi. “Mən sizə azadlıq verməyə gəlmişəm” - Vəhşi əkizlərə tərəf çevrilərək, dedi. “Mən gəlmişəm ki....” Muhasibin müavini daha çox qulaq asmadı. O, girişdən uzaqlaşmış, telefon kitabçasında nömrə axtarırdı. “Öz otağında deyil”- deyə Bernard qısaca dedi. “Mənimkində deyil, səninkində deyil. Afroditaumda deyil, Mərkəzdə deyil, Kollecdə deyil. Başqa hara gedə bilər ki?” Helmholtz çiyinlərini silkələdi. Onlar işdən qayıtdıqlarında, Vəhşini hər zaman olduğu yerlərdən birində görməyi gözləyirdilər, lakin onun izi-tozu da yox idi. Bu çox narahatedici vəziyyət idi, çünki Helmholtzun dörd nəfərlik sportikopterinə minərək, dərhal Biarritzə uçmağı planlamışdılar. Vəhşi bir az da gec gəlsə, axşam yeməyinə gecikəcəkdilər. “Ona beş dəqiqə də zaman verək” - Helmholtz dedi. “O, vaxta kimi qayıtmasa, biz...” 195
Telefonun zəngi onların sözlərini yarıda qoydu. O, dəstəyi qaldırdı. “Salam. Buyurun”. Uzun fasilə ilə qulaq asdıqdan sonra isə, “Ford qorusun!” - dedi. “Bu dəqiqə gəlirəm”. “Nə olub?” - Bernard soruşdu. “Mənim Park Küçəsi Xəstəxanasındakı bir tanışım idi,” Helmholtz dedi. “Vəhşi oradadır. Deyəsən dəli olub. Hər bir halda bu təcilidir. Mənimlə gedəcəksən?!” Onlar birlikdə dəhliz boyu liftə tərəf tələsdilər. *** “Sizin məgər qul olmaqdan xoşunuz gəlir?” - onlar xəstəxanaya daxil olduqlarında, Vəhşi bu sözləri deyirdi. Onun üzü qızarmış, gözləri şövq və hiddətlə parıldayırdı. “Sizin körpə olmaqdan xoşunuz gəlir? Bəli, körpələr kimi zırıldayıb qusursunuz” - dedi. Onların heyvani axmaqlıqlarından bezərək, indi də xilas etməyə gəldiyi insanların üzərinə təhqirlər yağdırırdı. Bu təhqirlər isə onların qalın axmaqlıq divarlarına dəyib geri qayıdır, onlar boş ifadəli və nifrət dolu baxışlarla ona baxırdılar. “Bəli, qusursunuz!” - olduqca bərk qışqırdı. Kədər və vicdan əzabı, mərhəmət və vəzifə borcu - indi hamısı unudularaq, gözlənildiyi kimi, bu insan qiyafəli qorxunc varlıqlara qarşı güclü nifrətlə əvəzlənmişdi. “Siz azad və insan olmaq istəmirsiniz? Siz, ümumiyyətlə insanlıq və azadlığın mənasını bilirsinizmi?” Qəzəbi onun danışığını rahat edir, sözləri özü-özündən dilinə gəlirdi. “İstəmirsiniz?” - o təkrarladı, lakin sualına heç bir cavab almadı. “Lap yaxşı, onda” - sərt şəkildə davam etdi. “Mən bunu sizə öyrədərəm, mən siz istəsəniz də, istəməsəniz də, sizi azad olmağa vadar edəcəyəm”. Xəstəxananın yan bağçasına baxan pəncərəni itələyərək açdı və ovucdolu kiçik həbləri bayıra tullamağa başladı. Bir müddət xaki kütlə sakit dayanaraq, bu əxlaqsız tamaşaya heyrət və qorxu dolu gözlərilə baxmağa başladılar. 196
“O, dəli olub” - gözlərini dombaldaraq baxan Bernard dilləndi. “Onu öldürəcəklər. Onlar onu...” kütlənin içindən qəfildən şiddətli bir uğultu qalxdı, hərəkət dalğası mexaniki olaraq, Vəhşiyə tərəf istiqamətləndi. “Ford onun köməyi olsun!” - Bernard gözlərini çəkərək dedi. “Ford ancaq özünə kömək edənlərə kömək edir”. Gülüşlə, daha doğrusu sevinc dolu bir gülüşlə Helmholtz Vatson kütləni itələyərək, onların arasına girdi. “Azadsınız, azadsınız!” - Vəhşi qışqırırdı və bir əli ilə somaları bayıra tullamağa davam etdi, digər əli ilə isə, ona hücum edənlərin üzlərinə yumruq atırdı. “Azadsınız!” Qəfildən Helmholtz onun yanında peyda oldu. “Əziz dostum Helmholtz!” - o da yumruqlayırdı – “Nəhayət ki, insansınız!” – bu arada somanı ovuclarına dolduraraq, açıq pəncərədən bayıra tullamağa da davam edirdi. “Bəli, insansınız, insansınız!” və daha zəhər qalmamışdı. O, qutunu qaldırdı və içindəki qaranlıq boşluğu onlara göstərdi. “Siz azadsınız!” Ulayaraq, Deltalar ikiqat qəzəblə hücuma keçdilər. Döyüşü tərəddüdlə kənardan izləyirdi. “Onların axırı gəldi” - Bernard dedi və qəfil bir hisslə onlara kömək etmək üçün irəli atıldı. Sonra bir az düşündü və dayandı, amma utanıb yenə də irəli atıldı. Sonra yenə də bu haqda daha yaxşı düşündü və təhqiramiz bir qərarsızlıqla qıvrılaraq, gözlədi - əgər kömək etməsə, öldürülmə ehtimallarının olduğunu, amma edərsə də, özünün də ölə biləcəyini fikirləşdi – məhz bu anda (Forda şükür!) qaz maskası taxmış, şiş gözlü və donuz burunlu polislər içəri girdilər. Bernard onları qarşılamağa tələsdi. O, qollarını silkələyirdi, bu hərəkət idi, o, nə isə etməyə çalışırdı. Bir neçə dəfə “Kömək edin!” - qışqırdı, get-gedə daha bərk qışqıraraq onlara kömək etdiyinə özünü inandırırdı. “Kömək edin! Kömək edin! KÖMƏK EDİN!” 197
Polislər onu itələyərək işlərinə davam etdilər. Çiyinlərinə bağlanmış püskürtmə maşınları bağlanmış üç polis havaya şiddətli soma buxarı səpirdi. İki polis də səyyar Sintetik Musiqi Qutusu ilə əlləşirdi. Güclü huşalıcı maddə ilə doldurulmuş su tapancaları olan dörd polis kütlənin arasına daxil olmuş, hər püskürmədə, dalaşanların ən çox səsküy salanına vururdular. “Tez olun, tez olun!” - deyə Bernard qışqırdı. “Tələsməsəniz, onları öldürəcəklər. Tez olun... Ah!” Onun boşboğazlığından yorulan polislərdən biri, su tapancası ilə Bernarda atəş açmışdı. Bir neçə saniyə silkələnərək ayaq üstə dayanan Bernardın ayaqları sümüklərini, vətərlərini və əzələlərini itirdi, jeleyə və hətta suya çevrildi, sonda da topa kimi yerə töküldü. Birdən Sintetik Musiqi Qutusundan gələn səs danışmağa başladı. Ağlın Səsi, Şənliyin Səsi idi. İki Nömrəli (Orta Şiddətli) Sintetik Üsyan Yatırılması Danışığının səs lenti, alətdə fırlanmağa başladı. Əslində var olmayan bir ürəyin dərinliklərindən gələn Səsə, elə təsirli bir şəkildə, elə mülayim bir müraciət tonu ilə, “Dostlarım, Dostlarım!” demişdi ki, polislərin qaz maskaları arxasındakı gözlərini də yaşartmışdı. “Bütün bunların nə mənası var? Niyə siz bir yerdə xoşbəxt və yaxşı olmursunuz? Yaxşı və Xoşbəxt” - deyə təkrarladı. “Sülh içində, firavanlıq içində”. Səs titrədi, pıçıltıya döndü və bir anlıq kəsildi. Və sonra möhtəşəm bir ciddiyyət ilə davam etdi, “Ah, hər birinizin xoşbəxt olmağını istəyirəm. Mən, həqiqətən də hər birinizin xoşbəxt olmağını istəyirəm! Xahiş edirəm, xahiş edirəm yaxşı olun və ...” İki dəqiqə sonra Səs və soma buxarı öz təsirini göstərməyə başlamışdı. Beş-altı əkiz qucaqlaşaraq yaş dolmuş gözləri ilə bir-birini öpürdülər. Mühasibatlıqdan həb ilə dolu yeni qutular gətirildi, tez paylaşıldı. Əkizlər səsin olduqca 198
mülayim bariton sədaları altında qəlbləri parçalanaraq, zırıldayaraq dağılışdılar. “Salamat qalın, mənim əzizlərim, mənim əziz dostlarım. Ford sizi qorusun! Sağ olun, əzizlərim...” Deltaların sonuncusu da ərazini tərk etdi və polis işini dayandırdı. Mələk Səsi dayandı. “Siz səssizcə bizimlə gedəcəksiniz, yoxsa sizi də yatırmağımız lazımdır?” Polis rəisi su tapancasına işarə edərək dedi. “Ah, biz səssizcə gələcəyik” - Vəhşi cavab verdi. Sonra birinci kəsilmiş yanağını, sonra isə cızılmış burnunu və dişlənilmiş sol qolunu tutdu. Əl yaylığı ilə burnunu tutan Helmholtz, başını silkələyərək, deyilənləri təsdiqlədi. Oyaq və ayaqlarını hiss etməyə başlayan Bernard, mümkün olduğu qədər nəzərə çarpmadan qapıya tərəf irəliləmək üçün bu məqamı seçdi. “Ey oradakı, bura bax” - rəis qışqırdı və donuz maskalı polis tələsərək, Bernardın yanına gəlib, əlini çiyninə qoydu. Bernard süni bir məsumiyyət ifadəsi ilə üzünü çevirdi. Aradan çıxmaq? O, heç bunu ağlına da gətirməmişdi. “Axı siz məni niyə aparırsınız, başa düşmürəm” - dedi. “Siz tutulan şəxslərin dostusunuz, elə deyilmi?” “Hə...” -dedi və bir anlıq tutuldu. Xeyr, bunu inkar edə bilməzdi. “Niyə də olmayım?”- deyə soruşdu. “Onda getdik” - rəis dedi və qarşıda gedərək, arxa qapıdan çıxıb, polis maşınına tərəf getdilər.
199
On Altıncı Fəsil Onların üçünün də salındığı otaq Nəzarətçinin iş otağı idi. “Ford cənabları bir az sonra aşağı düşəcəkdir”- deyən Qamma eşikağası onları öz başlarına buraxdı. Helmholtz bərkdən güldü. “Elə bil bizi məhkəməyə yox, kofein şənliyinə gətiriblər” - o dedi və ən gözəl və rahat kreslolardan birinə əyləşdi. “Bernard, burnunu sallama” - o, dostunun narahat və qorxudan solğun yaşıl rəngə boyanmış sifətini görəndə, dedi. Lakin Bernardın kefi açılmadı; cavab vermədən, hətta Helmholtzun üzünə də baxmadan, o otaqdakı ən narahat kreslolardan birində oturmağa davam etdi. O bu kreslonu seçəndə, yüksək güclərin az da olsa mərhəmətinə tuş gəlməsi üçün çalışmışdı. Bu arada Vəhşi narahat şəkildə otaqda gəzişir, rəflərdəki kitablara qeyri-müəyyən səthi maraqla baxır, nömrələnmiş səs qeydləri qovluqlarına və oxuma makinəsi çarxlarına baxırdı. Pəncərənin altındakı masanın üstündə, yumşaq üzlü, qara təqlid dəri ilə örtülmüş, iri, qızılı rəngli T hərfləri ilə damğalanmış böyük cildli kitab var idi. Vəhşi onu qaldırdı 200
və açdı. MƏNİM HƏYAT VƏ YARADICILIĞIM, MÜƏLLİF BİZİM FORD. Kitab Detroitdə Ford Biliklərini Yayma Cəmiyyəti tərəfindən çap etdirilmişdi. Nizamsız şəkildə kitabın vərəqlərini çevirməyə başladı və gah burada bir cümlə, gah da orada bir paraqraf oxumağa başladı və belə nəticəyə gəldi ki, bu kitabın onun üçün heç bir marağı yoxdu. Qapı açıldığında, Qərbi Avropa üzrə məsul Dünya Nəzarətçisi çevik addımlarla daxil oldu. Mustafa Mond onların üçü ilə də əl sıxışdı, lakin üzünü Vəhşiyə tutaraq, sözə başladı. “Belə, sizin deyəsən sivilizasiyadan çox da xoşunuz gəlmədi, Cənab Vəhşi” - o dedi. Vəhşi ona baxdı. O, özünü yalan danışmağa, səssiz qalmağa, heç bir reaksiya verməməyə hazırlamışdı, lakin Nəzarətçinin üzündəki təbəssüm dolu zəka ifadəsindən sonra, düz üzünə həqiqəti deməyə qərar verdi. “Yox”. O, başını silkələdi. Bernard diksindi və qorxdu. İndi Nəzarətçi nə fikirləşəcək? Sivilizasiyanı sevmədiyini deyən birinin dostu kimi damğalanmaq – özü də bunu açıq aydın dedi, həm də Nəzarətçinin düz üzünə - bu dəhşətli vəziyyət idi. “Axı, Con” - o sözə başladı. “Əlbəttə” - Vəhşi etiraf etməyə davam etdi, “Burada çox gözəl şeylər də var. Məsələn, havada olan bu musiqi ...” “Bəzən min dənə telli instrument, bəzən də insan Səsləri qulaqlarında mırıldanır”. Vəhşinin simasi qəfil bir zövq ilə işıqlandı. “Siz də onu oxumusunuz?” - soruşdu. “Mən elə bilirdim ki, İngiltərədə heç kim o kitab barədə bilmir”. “Demək olar ki heç kim. Mən o azlıqdan biriyəm. Bildiyiniz kimi qadağan olunub. Lakin mən özüm burada qanunları müəyyən etdiyim üçün, onları özüm də poza bilərəm. Cəzasız, Cənab Marks” - o, Bernarda tərəf dönərək əlavə etdi. “Qorxuram ki, sizdə bu belə olmayacaq”. 201
Bernard daha çox ümidsiz bədbəxtliyə batdı. “Axı niyə onlar qadağan edilib?” Vəhşi soruşdu. Şekspiri oxuyan bir insanı görməyin həyəcanı ilə o, baş verən hər şeyi unutmuşdu. Nəzarətçi çiyinləri tərpətdi. “Çünki köhnədirlər. Bu, əsas səbəbdir. Biz burada köhnəlmiş heç nədən istifadə etmirik”. “Hətta onlar gözəl olsalar da?” “Xüsusilə onlar gözəl olduqlarında. Gözəllik cəlbedicidir və biz insanların köhnə şeylər tərəfindən cəlb olunmasını istəmirik. Biz onların yeni şeyləri bəyənməsini istəyirik”. “Lakin yeni şeylər o qədər axmaq və iyrəncdir ki. Daima uçuşan vertolyotlar, insanların öpüşlərini hiss edə bildiyiniz oyunlar”. Üz-gözünü büzüşdürdü. “Keçilər və meymunlar!” Ancaq Otellonun sözləri ilə o, nifrət və qəzəbini açıqlaya bildi. “Hər bir halda gözəl və əhilləşdirə bilinən heyvanlardır” - Nəzarətçi söz ona çatdığında mırıldadı. “Niyə bütün bunların əvəzinə onlara Otelloya baxmaq icazəsi vermirsiniz?” “Sizə dedim axı o, köhnədir. Bundan əlavə də onlar onu başa düşə bilməyəcəklər”. Hə, bu həqiqət idi. Onun yadına Helmholtzun Romeo və Culieta gülməyi düşdü. “Yaxşı, onda” - o, bir az fasilədən sonra dedi, “Otelloya bənzəyən nəsə yeni bir şey yaradın və onlar da onu başa düşə bilsinlər”. “Bu bizim uzun müddətdir yazmaq istədiyimiz şeydir” Helmholtz uzun səssizliyini pozaraq dilləndi. “Və bu sizin heç vaxt da yaza bilməyəcəyiniz şeydir” Nəzarətçi dedi. “Çünki nə qədər yeni olmasından asılı olmayaraq, Otello kimi yazılarsa, onu yenə də heç kim başa düşməyəcək. Bir də əgər yeni olarsa, Otello kimi olmayacaq”. “Niyə də yox?” “Hə, niyə də yox?” - Helmholtz təkrarladı. O da vəziyyə202
tin xoşagəlməz məqamlarını unutmuşdu. Yalnız həyəcan və qorxudan yamyaşıl olan Bernard vəziyyəti başa düşürdü, digərləri isə olanlara məhəl qoymurdu. “Niyə də yox?” “Çünki bizim dünyamız ilə Otellonun dünyası eyni deyil. Siz polad olmadan maşın düzəldə bilməzsiniz, sosial natarazlıq olmadığında isə, faciə yarada bilməzsiniz. Dünya artıq stabildir. İnsanlar xoşbəxtdirlər, onlar istədiklərini əldə edirlər və heç vaxt əldə edə bilməyəcəkləri şeyləri istəmirlər. Onların işləri yaxşıdır, təhlükəsizlikdədirlər, heç vaxt xəstələnmirlər, ölümdən qorxmurlar, ehtiras və qocalıqdan xəbərləri yoxdur, heç bir ana və ataya bağlanmayıblar, arvadları, uşaqları, dərdini çəkməli olduqları sevgililəri yoxdur, onlar elə tənzimləniblər ki, davranmalı olduqları qaydadan başqa cür davrana bilməzlər. Birdən nəsə düz getməsə də, bunun üçün soma var. O soma ki, siz azadlıq adı ilə onu pəncərədən aşağı tullamısınız, Cənab Vəhşi. Azadlıq!” O güldü. “Deltalardan azadlığın nə olduğunu başa düşmələrini gözləmək! İndi isə onlardan Otellonu başa düşmələrini gözləmək! Mənim sadəlövh oğlanım!” Vəhşi bir az sakit durdu. “Amma yenə də” - o, inadla təkid etdi, “Otello yaxşıdır, Otello, o, hissiyatlı tamaşalardan daha yaxşıdır”. “Əlbəttə, yaxşıdır” - Nəzarətçi razılaşdı. “Lakin bu bizim stabilliyi qorumaq üçün ödəməli olduğumuz əvəzdir. Siz xoşbəxtliklə insanların yüksək incəsənət adlandırdıqları şey arasında seçim etməlisiniz. Biz yüksək incəsənəti qurban vermişik. Onun əvəzində hissiyyatlı tamaşalar və qoxu buraxan orqanlar var”. “Lakin onların heç bir mənası yoxdur”. “Onların öz mənası var. Onların mənası da, auditoriyaya xoş hislər bəxş etməkdir”. “Axı onlar.. onları səsləndirənlər axmaqlardır”. 203
Nəzarətçi güldü. “Siz öz dostunuz Cənab Vatsona qarşı nəzakətsizlik edirsiniz... Bizim ən yaxşı Hissiyyat Mühəndislərimizdən biridir ...” “Lakin, o düz deyir” - Helmholtz qaşqabaqlı şəkildə dedi. “Çünki axmaq-axmaq şeylərdir. Deyilməli heç nə olmadığı halda, yazmaq ...” “Tamamilə haqlısınız. Lakin bu iş ən böyük yaradıcılıq tələb edir. Siz olduqca az poladdan maşın hazırlayırsınız əlinizdə olan cüzi hislərdən sənət əsəri yaradırsınız”. Vəhşi başını silkələdi. “Bütün bunlar mənə olduqca dəhşətli gəlir”. “Əlbəttə, elə gələcək. Xoşbəxtlik öz sadə görüntüsü ilə, bədbəxtliyin rəngarəng çalarlarının yanında hər zaman riqqətli görünür. Bir də əlbəttə, stabillik qeyri-stabillik qədər cəlbedici deyil. Xoşbəxtlikdə pis qismətə qarşı mübarizənin romantikası, hislərlə, obrazlı mübarizə və ya şübhə və ehtiras ilə ölümcül mübarizənin heç biri yoxdur. Xoşbəxtlik heç vaxt təşəxxüslü olmur”. “Güman edirəm ki, elədir”- bir az susqunluqdan sonra Vəhşi dilləndi. “Lakin həmin o əkizlər qədər qorxunc olmasına da ehtiyac var ki?” Montaj stollarında uzun cərgələrlə düzülən eyni görünüşlü balaca məxluqların, Brentford təkrelsli stansiyasının girişində sırada gözləyən əkiz sürülərinin, Lindanın ölüm döşəyinin ətrafında qaynayan insan qurdlarının və ona hücum edən sonsuz təkrarlanan simalarını yaddaşından silmək istəyirmiş kimi, əlini gözlərinin üstündən keçirtdi. O, sarğılı əlinə baxdı və tükləri ürpəşdi. “Dəhşətli”. “Lakin olduqca faydalı! Görürəm ki, bizim Bokanovski qruplarını bəyənmirsiniz. Lakin, sizi əmin edirəm ki, onlar bütün qurulanların təməl daşlarıdır. Onlar stabilləşdirici giroskopdurlar – onlarsız dövlət raket planı öz kursunu itirmədən hərəkət edə bilməz”. Dərin səs şiddətlə titrəyirdi, əl 204
hərəkətləri bütün məkanı və qarşısı alınmayan makinaların hücumlarını göstərirdi. Mustafa Mondun natiqliq qabilliyyəti az qala sintetik standartlar səviyyəsinə qədər qalxmışdı. “Mənə maraqlı idi” - Vəhşi dedi, “Onları nə üçün istehsal etdiniz? O şüşələrdən istədiyiniz şeyi çıxara bilərdiniz. Bu mərhələdə olduğunuz halda niyə hər kəsi Alfa Cüt Müsbət edirsiniz?” Mustafa Mond güldü. “Çünki boynumuzun kəsilməsi kimi bir arzumuz yoxdur” - o cavab verdi. “Biz xoşbəxtlik və stabilliyə inanırıq. Alfalar cəmiyyəti heç vaxt qeyri-stabillik və bədbəxtliyə düçar ola bilməz. Alfalarla dolu olan bir fabrik təsəvvür edin – yəni, ayrı olan və qohumluq bağları olmayan, yaxşı bir irsə sahib və bacarıqlı olacaq şəkildə tənzimlənmiş (limitlər çərçivəsində) iradəsi ilə seçim edə biləcək və məsuliyyəti boynuna götürə biləcək fərdlərdən ibarət olsun. Təsəvvür edin!”- deyə təkrarladı. Vəhşi təsəvvür etməyə çalışdı, amma heç nə alınmadı. “Bu absurddur. Alfa kimi formalaşdırılmış, tərbiyələndirilmiş insan Epsilon Yarı-Moronların işini görməli olsaydı, dəli olardı və ya hər şeyi dağıdıb-tökməyə başlayardı. Alfalar tamamilə sosiallaşdırıla bilər, ancaq tək bir halda ki, əgər siz onlara Alfa işləri verəsiniz. Ancaq Epsilonlardan işlə bağlı qurbanlar etməsini gözləyə bilərsiniz. Ona görə ki, onlar üçün bu qurban deyil, ən az mübarizə hədləridir. Bu onun əlində deyil, əvvəlcədən müəyyən edilmiş həyat yoludur. Hətta şüşədən çıxarıldıqdan sonra da şüşədə qalmağa davam edir – körpəsayağı və embrionik bağlantıları ilə dolu görünməz şüşə. Əlbəttə, hər birimiz” - Nəzarətçi fikirli halda sözünə davam etdi, ”Həyatımızı şüşənin içində keçiririk. Lakin əgər biz Alfayıqsa, şüşələrimiz buna uyğun olaraq böyüyür. Daha dar bir yerə salınsaydıq, daima əzab çəkməli olardıq. Siz yuxarı sinfə aid bir şampanı aşağı sinfə aid bir şüşəyə 205
tökə bilməzsiniz. Nəzəri baxımdan, bu bir həqiqətdir. Kipr təcrübəsinin nəticələri də inandırıcı idi”. “O, nə təcrübə idi ki?” Vəhşi soruşdu. Mustafa Mond gülümsədi. “Hə, siz bunu yenidən şüşələmə təcrübəsi də adlandıra bilərsiniz. Bu F.S. 473-cü ildə başladılıb. Nəzarətçilər Kipr adasını bütünlüklə sakinlərdən boşaldıb və iyimi min Alfadan ibarət xüsusi bir qrupu burada məskunlaşdırıb. Bütün kənd təsərrüfatı və sənaye avadanlıqları onlara təslim edildi və onlar öz işlərini görmək məcburiyyətində qaldılar. Nəticə bütün nəzəri proqnozları doğrultdu. Torpaq lazımlı şəkildə işlədilməmiş, bütün fabriklərdə üsyanlar başlamış, qanunlar pozulmuş, əmrlərə qarşı çıxılmışdı. Aşağı səviyyəli işlərdə çalışan bütün insanlar, özlərindən yuxarıda işləyənlərə qarşı intriqalara başlayıb, yüksək səviyyəli işlərdə çalışanlar da öz növbələrində nəyin hesabına olursa olsun, vəzifələrində qala bilmək üçün intiriqalara başlamışdılar. Altı ildən sonra birinci səviyyəli vətəndaş müharibəsi başladı. İyirmi iki min adamdan on doqquz mini öldürüldükdə, xilas olanlar birləşib, Dünya Nəzarətçisinə ərizə yazaraq, adanın idarəetməsini yenidən öz əllərinə almalarını xahiş etdilər. Onlar da elə etdilər. Bu da dünyanın gördüyü yeganə Alfa cəmiyyətinin sonu oldu”. Vəhşi dərindən nəfəs aldı. “Optimal məskunlaşma” - Mustafa Mond dilləndi, “Aysberq nümunəsi əsasında təşkil edilir – doqquzda səkkizi suyun altında, doqquzda biri suyun üstündə”. “Və onlar suyun altında olmaqdan xoşbəxtdirlər?” “Üstündəkindən daha xoşbəxt. Məsələn, sizin buradakı dostunuzdan daha xoşbəxtdirlər”. O, işarə etdi. “Bütün bu dəhşətli işləri görmələrinə baxmayaraq?” “Dəhşətli? Onlar belə hesab etmirlər? Əksinə, onlar işlərini sevirlər. İşləri asandır, uşaq oyuncağıdır. Beyni və ya 206
əzələləri heç vaxt yormaz. Yeddi saat yarım yüngül, yormayan əmək və gündəlik soma rasionu, limitsiz cütləşmələr və hissiyyat filmləri. Onlar daha nə istəyə bilərlər? Düzdür” - deyə əlavə etdi, “Daha az saat işləməyi tələb edə bilərlər. Əlbəttə ki, biz onlara daha az iş saatı verə bilərdik. Texniki olaraq, aşağı sinifə aid işlərin gündə üç və ya dörd saata qədər azaldılması çox asandır. Lakin onlar bundan sonra, daha xoşbəxt olacaqlarmı? Yox, olmayacaqlar. Yarım əsr bundan əvvəl belə bir təcrübə keçirilib. Bütün İrlandiya dörd saatlıq iş rejiminə keçirilib. Nəticə nə oldu? Qarışıqlıq və somanın geniş tükətimi, qurtardı getdi. Üç saat yarım əlavə istirahət saatı bir xoşbəxtlik qaynağı olmaqdan o qədər uzaq idi ki, insanlar o boş vaxtlarından can qurtarmağa çalışırdılar. İxtiralar İdarəsi əməyin qorunması ilə bağlı planlarla dolub daşır. Minlərlədir” - Mustafa Mond əl hərəkəti ilə bolluq işarəsi etdi. “Bəs biz niyə onları həyata keçirmirik? İşçilərin öz mənfəətləri üçün, çünki onlara boş zaman əzabı vermək qəddarlıqdan başqa bir şey deyil. İstehsalatda da bu belədir. İstəsək hər cür məhsulu sintetik olaraq istehsal edə bilərik. Lakin etmirik. Biz əhalinin üçdə birini tarlalarda saxlayırıq. Öz mənfəətləri üçün. Çünki qidanı torpaqdan əldə etmək, istehsal etməkdən daha çox zaman tələb edir. Bundan başqa stabilliyimizi də düşünmək məcburiyyətindəyik. Biz dəyişmək istəmirik. Hər bir dəyişiklik stabilliyimiz üçün bir təhlükədir. Bu da yeni ixtiraları tətbiq etməməyimiz üçün daha bir səbəb. Əsl elmi ixtiraların hər birinin içində, dağıdıcılıq var, hətta bəzən hər elm sahəsinə düşmən kimi baxmaq lazım ola bilər. Bəli, hətta elmə qarşı da.” Elm? Vəhşi qaşqabağını salladı. O, bu sözü tanıyırdı. Lakin nə mənaya gəldiyini dəqiqliklə bilmirdi. Şekspir və kənddəki qoca kişi heç vaxt elmdən danışmamışdı, Lindadan isə o ancaq bulanıq bir-iki fikir eşitmişdi: elm vertolyot207
ları düzəltmək üçün bir şey idi, elm sənin Qarğıdalı Rəqslərinə gülməyinə səbəb idi, elm sənin üzünü qırışmağın və dişlərinin tökülməsinin qarşısını alırdı. O, Nəzarətçinin bu sözünü başa düşmək üçün ümidsiz səylər etdi. “Bəli” - Mustafa Mond dedi, “Bu da stabillik uğruna verdiyimiz başqa bir qurbandır. Təkcə incəsənət deyil, həm də elm xoşbəxtlik ilə bir yerə sığışmayan şeylərdir. Elm təhlükəlidir, biz elmi olduqca diqqətli şəkildə zəncirləməli və ağzını bağlamalıyıq”. “Nə?” Helmholtz heyrət içində dedi. “Axı biz hər zaman elmin hər şey olduğunu deyirik. Bu hipnopedik bir dərsdir”. “Həftədə üç dəfə on üç, on yeddi arası” - Bernard əlavə etdi. “Üstəlik də universitetdə apardığımız bütün elmi təbliğat ...” “Hə, amma nə tipli elm?”- Mustafa Mond istehza ilə soruşdu. “Siz heç bir elmi məşğələdə iştirak etməmisiniz və buna görə də, mühakimə edə bilməzsiniz. Mən vaxtında çox yaxşı fizik olmuşam. Olduqca yaxşı idi – indiki bütün elmlərin kulinariya kitabından başqa bir şey olmadığını anlayacaq qədər yaxşı idim. Ənənəyə uyğun kulinariya nəzəriyyəsinin heç kimin sorğulmağa icazəsi olmayan bir kitab və yemək reseptləri siyahısına, aşpazdan xüsusi icazə almadan dəyişiklik edilə bilməz. Hal-hazırda baş aşpaz mənəm. Lakin bir zamanlar hər şeyə maraq göstərən gənc bir aşpaz köməkçisi idim. Öz başıma yeməklər bişirməyə başladım. Qeyri-ənənəvi, qadağa olunmuş yeməklər. Bir az da həqiqi elm, bu fakt idi” - O, sakit dayandı. “Sonra nə baş verdi?” Helmholtz Vatson soruşdu. Nəzarətçi köks ötürdü. “Sizin başınıza gələcəklərə oxşar bir şey, cavan oğlanlar. Mən də adaya göndərilmək təhlükəsi ilə üz-üzə idim”. Bu sözlərdən sonra canlanan Bernard, şiddətli və ədəbsiz davranışlar etməyə başladı. “Məni adaya göndərəcəksiniz?” 208
Ayağa duraraq qaçdı və düz Nəzarətçinin qarşısında dayandı. “Siz məni göndərə bilməzsiniz. Mən heç nə etməmişəm. Digərləri edirdilər. And içirəm ki, digərləri edirdilər”. O ittiham edircəsinə, Helmholtz və Vəhşini işarə edirdi. ”Xahiş edirəm, məni İslandiyaya göndərməyin. Söz verirəm ki, olmalı olduğum kimi olacağam. Xahiş edirəm, mənə bir şans da verin”. Göz yaşları axmağa başladı. “Sizi inanıdırıram ki, bu onların işləridir” - o hönkürərək ağlayırdı. “İslandiyaya yox. Xahiş edirəm, Ford cənabları, xahiş...” Ani və alçaq bir hərəkətlə Nəzarətçinin ayaqları altına yıxıldı. Mustafa Mond onu qaldırmağa cəhd etdi, lakin Bernard təkidlə onun ayaqlarından yapışmışdı, söz axını ağzından dayanmadan tökülürdü. Nəticədə Nəzarətçi dördüncü katibinə zəng etməyə məcbur oldu. “Üç kişi gətirin” - o əmr etdi, “Və Cənab Marksı öz yataq otağına aparın. Ona yaxşı soma buxarı verib yatırdın, yatağına qoyun və tərk edin”. Dördüncü katib bayıra çıxıb, bir az sonra dörd nəfər yaşıl uniformalı əkiz nökər ilə geri qayıtdı. Qışqırmağa və ağlamağa davam edən Bernard, bayıra çıxarıldı. Qapı bağlandığında, “Eşidən də elə bilər ki, boğazını kəsməyə aparırlar” - Nəzarətçi dedi. “Ancaq əgər onun bir az ağlı olsa idi, ona verilən cəzanın əslində bir mükafat olduğunu başa düşərdi. O, adaya göndərilir. Bu o deməkdir ki, o elə bir yerə gedir ki, orada dünyanın hər yerindən daha maraqlı kişi və qadın qrupları cəmlənib. Bütün insanlar, bu və ya digər səbəbdən, cəmiyyət həyatından fərqli yaşamaq istədiklərini anlayan insanlar. Nizamdan razı olmayan, öz şəxsi müstəqil ideyaları olan insanlar. Bir sözlə, individual olmağı bacaran hər kəs. Mən az qala sizə paxıllıq edirəm, Cənab Vatson. Helmholtz güldü. “Elədirsə, siz özünüz niyə bir adada deyilsiniz?” “Çünki mən sonda bu seçimi etdim” - Nəzarətçi cavab verdi. “Mənə seçim verdilər – ya həqiqi elmlə məşğul olma209
ğa davam edə biləcəyim bir adaya göndəriləcəkdim, ya da zamanla uğur qazana biləcəyim əsl bir İdarəçi vəzifəsinə qədər yüksələ biləcəyim Nəzarətçilər Şurasına aparılacaqdım. Bunu seçdim və elmdən əl çəkdim”. Bir az səssizlikdən sonra, “Bəzən” - o əlavə etdi, “Elmi seçmədiyimə görə peşman oluram. Xoşbəxtlik ağır işdir – xüsusilə də başqalarının xoşbəxtliyi. İnsanlar əgər sorğulamadan qəbul etməyə tənzimlənibsə, xoşbəxtlik, həqiqətən də daha çətin bir işdir”. O, köks ötürdü, yenə səssiz durdu, sonra daha iti bir tonla sözünə davam etdi, “Nə etmək olar, vəzifə vəzifədir. İnsan öz seçimləri ilə qala bilməz. Mən həqiqətdə maraqlıyam, elmi sevirəm. Lakin həqiqət təhlükədir, elm isə ictimai təhlükə. Faydalı olduğu qədər də təhlükəlidir. Elm bizə tarix boyu görülməmiş ən davamlı tarazlığı bəxş etdi. Çindəki tarazlıq da bununla müqayisədə çox zəif qalırdı, hətta ilkin matriarxat cəmiyyətlər də bizdən daha sağlam ola bilməyiblər. Yenə də deyirəm ki, elmin sayəsində. Amma elmin etdiklərini elmlə də məhv edə bilmərik. Ona görə də, biz elmi araşdırmaların əhatə dairəsini sərhədləyirik – buna görə mən az qala adaya göndəriləcəkdim. Hal-hazırda, elmin təcili problemlərdən əlavə, başqa bir şeylə məşğul olmasına icazə vermirik. Digər bütün araşdırmaları əzmlə geri qaytarırıq. “Qəribədir” - o, bir az fasilədən sonra sözünə davam etdi, “Fordumuzun yaşadığı zamanda insanların elmi inkişaf mövzusunda yazdıqlarını oxuyuram. Elə görünür ki, onlar sozsuza qədər gedə biləcəklərini, başqa heç bir şeyə baxmadan axıradək davam edəcəklərini düşünüblər. Savad ən böyük yaxşılıq, həqiqət isə ən müqəddəs dəyər hesab edilib, digər şeylər ikinci dərəcəli olub. Düzdür, o vaxtlar da ideyalar dəyişməyə başlamışdı. Bizim Fordumuz əlindən gələni etmişdi ki, vurğunu həqiqət və gözəlliyin üzərindən götürərək rahatlıq və xoşbəxtliyə qoysun. Kütləvi istehsalat 210
dəyişikliyi qaçılmaz etdi. Beynəlxalq xoşbəxtlik çarxları sabit döndürür, amma həqiqət və gözəllik bunu edə bilmir. Əlbəttə ki, kütlələr siyasi gücü öz əllərinə aldıqlarında, həqiqət və gözəlliyin yerini xoşbəxtlik aldı. Buna baxmayaraq yenə də sərhədsiz elmi araşdırmaya icazə verilirdi. İnsanlar hələ də müstəqil varlıqlar kimi, həqiqət və gözəllikdən danışmağa davam edirdilər. Bu vəziyyət düz Doqquz İllik müharibələrə qədər belə davam etdi. Bundan sonra havalarını dəyişməli oldular. Ətrafında qarayara bombaları partlayarkən, həqiqət və gözəlliyin və ya savadın nə kimi əhəmiyyəti var? Doqquz İllik müharibələrdən sonra savada nəzarət edilməyə başlanıldı. Həmin günlərdə insanlar hətta iştahalarının da nəzarət altına alınmasına razı idilər. Rahat həyata görə, hər şeydən keçməyə hazır idilər. Biz də həmin gündən etibarən, hər şeyə nəzarət etməyə başlamışıq. Əlbəttə ki, həqiqət üçün bu heç də yaxşı olmadı. Lakin xoşbəxtlik üçün olduqca yaxşı oldu. Biz nəyisə qurban vermədən heç nə əldə edə bilmərik. Xoşbəxtlik üçün bəzi şeylər vermək lazımdır. Siz də bu əvəzi ödəyirsiniz, Cənab Vatson – gözəlliklə həddən artıq maraqlandığınız üçün, bu əvəzi ödəyirsiniz. Mən də həqiqətlərlə çox maraqlanmışdım, mən də bunun əvəzini ödəmişdim”. “Lakin siz adaya getməmisiniz” - Vəhşi, uzun sürən sakitliyini pozaraq dedi. Nəzarətçi gülümsədi. “Bu da mənim verdiyim əvəz idi. Xoşbəxtliyə xidmət etməyi seçdim. Başqalarının xoşbəxtliyi, özümün yox”. Bir az fasilədən sonra dilləndi, “ Dünyada bu qədər çox ada olduğuna görə bəxtiniz gətirib. Mən onlar olmasa nə edərdik bilmirəm. Yəqin ki, hər birinizi ölüm otaqlarına salmalı olardıq. Bu arada, Cənab Vatson, siz tropik iqlim istəyirsiniz? Markizas adaları və ya Samoa? Və ya daha da gümrahlandırıcı bir yer? Helmholtz öz rahat kreslosundan durdu. “Mən tama211
milə pis iqlim olan bir yer istəyərdim” - o cavab verdi. “İnanıram ki, insan pis iqlimli yerlərdə daha yaxşı yaza bilər. Çoxlu külək və tufanların olduğu bir yer, məsələn ...” Nəzarətçi başını silkələyərək razılıq verdi. “Mənim sizin əhvali-ruhiyyənizdən xoşum gəlir, Cənab Vatson. Mənim həqiqətən də çox xoşum gəlir. O qədər ki, mən rəsmi olaraq bir o qədər narahat edici hesab edirəm”. O gülümsədi. “Falkland Adaları barədə nə düşünürsnüz?” “Bəli, məncə bu uyğundur” - Helmholtz cavab verdi. “İndi isə, əgər etiraz etmirsinizsə mən gedib yazıq Bernardın nə vəziyyətə olduğuna baxım”.
212
On Yeddinci Fəsil İNCƏSƏNƏT, ELM - siz öz xoşbəxtliyiniz üçün çox şeydən keçməli olmusunuz” - Onlar tək qaldıqlarında Vəhşi dedi. “Başqa nə isə var?” “Hə, bir də əlbəttə ki, din” - Nəzarətçi cavab verdi. “Tanrı adlandırılan bir şey var idi - Doqquz illik müharibələrdən əvvəl. Mənim lap yadımdan çıxıb: güman edirəm ki, siz Tanrı haqqında hər şeyi bilirsiniz”. “Hə...” Vəhşi tərəddüd etdi. Tənhalıqdan və gecədən, ay işığında solğun görünən düzənlikdən, uçurumdan, kölgəli qaranlığa dalmağından danışmaq istəyirdi, lakin heç bir söz dilinə gəlmirdi. Hətta Şekspirin sözlərində də tapa bilmirdi. Bu arada Nəzarətçi otağın digər tərəfinə keçmişdi və oradakı kitab rəflərinin arasında divara bərkidilmiş böyük bir seyfin kilidini açırdı. Ağır qapı açıldı. Qaranlıqda əlləri ilə nəsə axtararaq, “Bu mövzu mənə hər zaman çox maraqlı olmuşdur” - dedi. Qalın cildli qara kitab çıxardı. “Məsələn, siz bunu yəqin ki, heç vaxt oxumamısınız”. Vəhşi onu götürdü. “Müqəddəs İncil, əhdi-ətiq və əh213
di-cədid daxil olmaqla” - o, üz qabığında yazılan sözləri ucadan oxudu. “Yaxud da bunu”. Bu cildi olmayan, balaca kitab idi. “İsanın təqlidi”. “Bunu da”. O, başqa bir kitabı verdi. “Dini Təcrübənin Müxtəliflikləri. Müəllif Uilliam Ceyms”. “Məndə bu cür çoxlu kitab var” - Mustafa Mond yerinə qayıdıb oturaraq dedi. “Köhnə pornoqrafik kitabların bütöv kolleksiyası. Tanrı seyfdədir, Ford da rəflərdə”. O gülərək, aşkara çıxmış kitabxanasına işarət etdi - rəflərdə kitablar, oxu makinası və səs lenti çarxları. “Yaxşı, bir halda ki, siz Tanrı haqqında bilirsiniz, niyə bəs insanlara bu haqda danışmırsınız?” Vəhşi hiddətlə soruşdu. “Niyə onlara Tanrı haqqında olan bu kitabları vermirsiniz?” “Otellonu ona niyə vermiriksə, elə eyni səbəbə görə: onlar köhnədirlər, yüz illər öncə olan Tanrı haqqındadırlar. İndiki Tanrı haqqında deyillər”. “Axı Tanrı dəyişmir” “Lakin, insanlar dəyişir”. “Bunun nə fərqi var?” “Çox fərqi var,” Mustafa Mond dedi. O, yenidən ayağa qalxdı və seyfə tərəf irəlilədi. “Kardinal Nyuman adlı bir şəxs var idi” - o dedi. “Kardinal idi” - deyərək açıqladı, “Bu, İlahi Evinin Musiqiçisi kimi bir şeydir”. “Bəndəniz, gözəl Milanın kardinalı - bu barədə Şekspirdə oxumuşdum”. “Əlbəttə, oxumusunuz. Belə, dediyim kimi Kardinal Nyuman adında bir şəxs var idi. Ah, budur kitab da buradadır.” O, kitabı çıxardı. “Mövzuya girmişkən, bunu da çıxarım. Meyn de Biran deyə bir şəxs yazıb. O, filosof olub, əgər filosofun nə demək olduğunu başa düşürsünüzsə”. “Yerdəki və göydəki şeylərdən daha az şey xəyal edən insan” - Vəhşi cəld şəkildə cavab verdi. 214
“Elədir ki, var. Bir qədər sonra, sizə onun xəyal etdiyi şeylərdən biri barədə oxuyacağam. Bu arada, köhnə Baş Cəmiyyətin Musiqiçisinin dediklərinə bir qulaq asın”. O, kağız ilə işarətləndirilmiş vərəqi açdı və oxumağa başladı. ”Sahib olduğumuz şeylər bizə nə qədər aiddirlərsə, biz də özümüzə o qədər aidik. Özümüzü özümüz yaratmamışıq, özümüzdən üstün ola bilmərik. Biz öz sahiblərimiz deyilik. Biz Tanrının mülkiyyətiyik. Əgər belədirsə, biz məsələyə öz xoşbəxtliyimizin pəncərəsindən baxa bilmərik? Özümüzə aid olduğumuzu düşünməyimiz, xoşbəxtlik və rahatlığa səbəb ola bilərmi?” Gənclər və yaxşı yaşayanlar bu cür fikirləşə bilərlər. Belələri hər şeyə sahib olmağın müqəddəs bir şey olduğunu düşünürlər, çünki heç kimdən asılı olmamağı, görmədikləri heç bir şeyi düşünmək məcburiyyətində olmadıqlarını, daima nələrisə qəbul etməyin cansıxıcılığından, dualardan, başqalarının iradələrə davamlı istinad etməməkdən azad olmağı öz tərzləri hesab edirlər. Lakin zaman keçdikcə, onlar da bütün digər insanlar kimi, azadlığın insanlara xas bir şey olmadığını anlayacaqlar - bu qeyri-təbii vəziyyətdir, bir müddət davam edə bilər, lakin bizi təhlükəsizlik içində sona qədər daşıya bilməz ...” Mustafa Mond fasilə etdi, birinci kitabı yerə qoydu və digər kitabı götürərək, vərəqlərini çevirdi. “Məsələn, buna qulaq asın,” o, dərin səsi ilə dillənərək, yenidən oxumağa başladı: “İnsan qocalır, daxilində o şiddətli zəifliyi, əzvaylığı, narahatlığı hiss edir, bütün bunlar da yaş artıqca onu müşaiyət edir, belə olduğunda isə özünü xəstə olduğuna inandırır, hər hansı bir xəstəlikdən sağalacağı kimi, bundan da sağalacağına ümid edir. Boş xəyallardır! Bu xəstəliyin adı qocalıqdır və bu ən dəhşətli xəstəliklərdəndir. Deyirlər ki, ölüm və ölümdən sonra nə olacağı qorxusu insanları yaşlandıqca dinə qaytaran əsas səbəbdir. Lakin şəxsi təcrübəmdən belə bir nəti215
cəyə gəldim ki, yaşlandıqca, qorxu və təxəyyüllərdən əlavə, dinə meylimiz artır, çünki, bizim ehtiraslarımız sakitləşir, xəyal gücümüz və hislərimiz zəiflədikcə, ağlımız daha rahat işləməyə başlayır, bir zamanlar ağlımızı alan şeylər, arzu və istəklər azaldıqca, Tanrı gizləndiyi buludların arxasından çıxaraq, gözümüzə görünür, ruhumuz bütün aydınlıqların qaynağı olan bu varlığı hiss edir, görür və ona doğru gedir. Bu gediş təbii və qaçılmazdır, hisslər dünyasına canlılıq və cazibə verən hər şeyi itirdiyimiz üçün, o möhtəşən varlıq daxili və xarici təsirlərlə dəstəklənmədiyi üçün, daimi bir şeyə, bizi heç vaxt məyus etməyəcək həqiqətə, mütləq və əbədi bir həqiqətə bağlanmaq ehtiyacı hiss edirik. Bəli, biz qaçılmaz olaraq, Tanrıya qayıdırıq; bu dini duyğu təbiətən o qədər safdır və bunu təcrübə edən ruh üçün o qədər zövqvericidir ki, bütün digər itkilərimizi bizim üçün əvəz edər.” Mustafa Mond kitabı bağladı və stulunda arxaya söykənərək oturdu. “Filosofların yerdə və göydə xəyalını etmədikləri şeylərdən biri də budur” (o, əlini silkələdi), “Biz, müasir dünyadakılar. Ancaq gənc və firavan olduğun halda, Tanrıdan asılı olmayaraq yaşaya bilərsən. Lakin bu səni sona qədər təhlükəsizlik içində daşımayacaq. Hə, amma indi biz sonuna qədər gənc qalırıq və firavan yaşayırıq. Bundan sonra nə gəlir? Aydındır ki, biz Tanrıdan azad oluruq, onsuz yaşaya bilirik. “Din bizim bütün itkilərimizi unutduracaq.” Amma, bizim əvəz olunası heç bir itkimiz yoxdur, ona görə də bu dinə ehtiyacımız da yoxdur. Əgər bizim gənclik arzularımız heç vaxt keçmirsə, belə halda biz niyə onu əvəz edəcək bir şeylərin axtarışına çıxmalıyıq? Bütün köhnə axmaqlıqlarımızı edə bilərkən, niyə buna başqa bir əvəz axtaraq? Zehnimiz və bədənimiz həyatdan zövq almağa davam etdiyi halda, niyə nəyəsə inanmaq ehtiyacı hiss edək? Somamız olduğu halda, təsəllini neyləyirik? Sosial nizam olduğu halda, niyə daimi, hərəkətsiz bir şeyə ehtiyac hiss edək ki? 216
“Bu halda siz Tanrının olmadığını düşünürsünüz?” “Yox, mən böyük ehtimalla bir Tanrının olduğunu düşünürəm”. “Elədirsə, niyə? ...” Mustafa Mond onun sözünü kəsdi. “Lakin, o, müxtəlif insanlara özünü müxtəlif şəkildə göstərir. Keçmiş zamanlarda, o, özünü bu kitablarda yazıldığı kimi göstərirdi. İndi isə...” “İndi özünü necə göstərir?” Vəhşi soruşdu. “Hə, indi özünü yoxluq, mövcudsuzluq kimi göstərir, sanki o, ümumiyyətlə heç olmayıb”. “Bu sizin günahınızdır”. “Bunu sivilizasiyanın günahı adlandırmaq daha düzgün olardı. Tanrı texnika və elmi tibbi və qlobal xoşbəxtliklə uyğunlaşmır. Sən öz seçimini etməlisən. Bizim cəmiyyət texnika, tibb və xoşbəxtliyi seçib. Məhz buna görə də, mən bu kitabları belə kilidli yerdə saxlayıram. Onlar ədəbsiz yazılarla doludurlar. Əgər insanların əlinə keçsəydilər, onlar şok olardılar ...” Vəhşi onun sözünü kəsdi. “Bəs Tanrının varlığını hiss etmək təbii deyil?” “Siz eyni zamanda, insanın öz şalvarının zəncirbəndini bağlamağı təbii deyil deyə soruşa da bilərsiniz” - Nəzarətçi istehza ilə dedi. “Siz mənə köhnə insanlardan biri olan Bredlini xatırladırsınız. Fəlsəfəni, insanın instinktiv olaraq, inandığı şeylər üçün pis səbəblər tapmaq olaraq izah etmişdi. İnsan hər hansı bir şeyə instinktiv olaraq inanırmış kimi! İnsan ona görə bir şeyə inanır ki, o buna inanmaq üçün tənzimlənib. İnsanların pis səbəblərlə inandığı şeylər üçün başqa pis səbəblər tapmaq - budur fəlsəfə. İnsanlar Tanrıya inanırlar, çünki bu cür tənzimləniblər. “Lakin yenə də” - Vəhşi təkid etdi, “Tənha olduğunda, Tanrıya inanması təbiidir - tamamilə tənha, gecə vaxtı, ölüm haqqında düşünərkən ...” 217
“Lakin indi insanlar heç vaxt tənha qalmırlar” - Mustafa Mond dedi. “Biz onları tənhalığa nifrət etməyə vadar edirik. Onların həyatını elə təşkil edirik ki, onlar heç vaxt tənha qalmırlar”. Vəhşi qaşqabaqla başını silkələdi. Malpaisdə, onu ictimai işlərdən kənarlaşdırdıqları üçün əziyyət çəkirdi, müasir Londonda isə o, ictimai işlərdən heç cür can qurtara bilməyəcəyi, heç vaxt tək qala bilməyəcəyi üçün əzab çəkirdi. “Kral Lir’dəki həmin o hissəni xatırlayırsınız?” Vəhşi sonda soruşdu. “Tanrılar ədalətlidir və bizə həzz verən pis vərdişlərimizdən bizə əzab vermək üçün istifadə edirlər.. Səni tapdığı o qaranlıq və xəbis yer, ona gözləri bahasına başa gəldi” və Edmund cavab verər - siz xatırlayarsınız, yaralıdır, ölməkdədir - “Həqiqəti dedin, düzdür. Bax, yenə burdayam, başladığım yerdə. Bəs buna nə deyəcəksiniz? Bütün bunlar işləri idarə edən, cəzalandıran, mükafatlandıran bir Tanrının varlığını göstərmirmi?” “Hə, göstərir ki?” Nəzarətçi sual ilə qarşılıq verdi. “Sonsuz sayda qadınla istədiyin qədər fiziki günah edə bilərsən, həm də oğlunuzun, məşuqəsinin gözlərini çıxarması təhlükəsi olmadan. “Çarx bütünlüklə döndü və mən yenə burdayam, başladığım yerdə”. Bəs Edmund bu günlərdə yaşasaydı, indi harda olardı? Rahat bir kresloda oturub, qolunu bir qızın belinə keçirmişdi, seks hormonlu saqqız çeyniyərək, hissiyyatlı filmə baxırdı. Tanrılar ədalətlidir. Şübhəsiz. Son hadisələrdən bəlli olduğu kimi isə, tanrıların qanunlarını insanlar diktə edirlər, İlahi Təqdir düşüncəsi, insanların ağlının məhsuludur”. “Əminsiniz?” - Vəhşi soruşdu. “Həmin rahat kresloda oturan Edmundun da yaralanmış və qan axıdan Edmund kimi cəzalandırılmadığına tamamilə əminsiniz? Tanrılar ədalətlidirlər. Onun zövq verən fiziki günahlarından onu olduğu yerdən aşağı salmaq, alçaltmaq üçün istifadə etmədilərmi?” 218
“Onu hansı yerdən aşağı saldılar? Xoşbəxt, çox işləyən, istehsalatı tükətməkdə olan bir vətəndaş olaraq, o, qüsursuz hesab edilir. Əlbəttə ki, bizimkindən fərqli bir standart seçmisinizsə, onda bəlkə də onun aşağı salındığını hesab edə bilərsiniz. Bu qaydalar toplusuna sadiq qalmaq məcburiyyətindəsiniz. Mərkəzdənqaçma tullanan gəlincik qayda-qanunu ilə Elektromaqnitli qolf oynaya bilməzsiniz.” “Lakin dəyər xüsusi iradədə təzahür olunmur. Bir dəyərin qiyməti və ləyaqəti, onu əldə etməyə çalışana qədər, o dəyərin özündə yatır”. “Bəsdir, bəsdir” - Mustafa Mond etiraz etdi, “Bir az çox uzağa getmədinizmi?” “Əgər siz özünüzə Tanrı haqqında düşünmək icazəsi versəydiniz, fiziki günahlara qədər alçalmazdınız. Siz şeyləri səbrlə daşımaq, cəsarətlə hərəkət etmək üçün səbəb tapmış olardınız. Bunu hindularda görmüşəm”. “Əminəm ki, elədir” - Mustafa Mond dedi. “Lakin biz hindu deyilik. Sivil insanın xoş olmayan bir şeyə dözməsinə heç bir ehtiyac yoxdur. Hərəkətə keçməyə gəldikdə isə Ford insanları bu fikrə düşməkdən qorusun. İnsanlar özbaşına hərəkət etməyə başlasaydılar, bütün sosial nizam alt-üst olardı”. “Bəs özünü inkar barəsində nə deyəcəksiniz? Bir Tanrınız olsaydı, mənliyin inkarı üçün yaxşı bir səbəbiniz olardı”. “Lakin sənayenin inkişafı mənliyin inkarı olmayan yerlərdə mümkündür. Gigiyena və iqtisadiyyatın icazə verdiyi qədər özünə həzz ver. Əks halda, çarxlar fırlanmağı dayandıracaq”. “Namus üçün səbəbiniz olardı!” Vəhşi dedi və bu sözləri deyərkən bir az qızardı. “Lakin namus ehtiras deməkdir, namuslu olmaq əsəbi gərgin olmaq deməkdir. Bu gərginlik isə mədəniyyətin sonu deməkdir. Çoxlu fiziki günahlar etmədən siz mədəniyyəti qoruyub saxlaya bilməzsiniz”. 219
“Lakin Tanrı bütün nəcib, gözəl və cəsarətli şeylərin mənbəyidir. Əgər sizin Tanrınız olsaydı…” “Əziz dostum” - Mustafa Mond dedi, “sivilizasiyanın qəhrəmanlıq və ya nəcibliyə heç bir ehtiyacı yoxdur. Bütün bu şeylər siyasi effektivsizliyin əlamətləridir. Bizim cəmiyyət kimi düzgün qurulmuş cəmiyyətlərdə, heç kimin qəhrəman və ya nəcib olmaq imkanı yoxdur. Bu cür hadisənin baş verməsi üçün, qayda-qanunun alt-üst olması lazımdır. Müharibələrin olduğu, parçalanmış ittifaqların olduğu yerlərdə, ehtirasların yatışdırılması lazım olan, sevmək və uğrunda mübarizə aparmaq üçün obyektlərin olduğu yerlərdə, aydındır ki, nəciblik və qəhrəmanlıq bir əhəmiyyət kəsb edə bilər. Lakin indi müharibələr olmur. Sizin kimisə sevmənizin qarşısını almaq üçün, olduqca çox iş görülür. Parçalanmış ittifaq deyilən şey yoxdur, elə tənzimlənmisən ki, etməli olduğun şeydən başqa heç nə edə bilmirsən. Etməli olduğunuz şeylər isə, o qədər həzvericidir və təbii tələbatlarınız elə azadlıqla qarşılaya bilərsiniz ki, ehtirasınızı yatışdırmaq üçün hər hansı bir mübarizə etmək məcburiyyətində qalmazsınız. Hətta hər hansı bir bəxtsiz səbəbdən, nə isə xoş olmayan şey baş verərsə, sizi faktlardan uzaqlaşdıraraq, tətilə göndərmək üçün soma var. Soma sizin qəzəbinizi yatırmaq üçün, düşmənlərinizlə barışmaq üçün, sizi səbrli etməyə və dayanıqlı olmağa kömək etmək üçün hər zaman əlimizin altındadır. Keçmişdə siz bu şeyləri aşmaq üçün, böyük əzablar çəkməli və uzun sürən məşğələlərdən keçməli idiniz. İndi isə, siz iki və ya üç yarımqramlıq soma həbi qəbul edirsiniz və budur, hazırsınız. Beləliklə də, istənilən adam fəzilətli ola bilər. Əxlaqınızın ən azı yarısını, kiçik bir həb şüşəsində özünüzlə daşıya bilərsiniz. Göz yaşları olmayan Xristianlıq – soma məhz budur”. “Lakin göz yaşları da gərəklidir. Siz Otellonun nə dediyini xatırlamırsınız? “Əgər hər tufandan sonra, belə sakitlik çökə220
cəksə, əssin qoy küləklər, ölümü oyandırana qədər. Qoca hindulardan birinin danışdığı bir əfsanə var idi. Əfsanə Motaski adında bir qız haqqında idi. Bu qızla evlənmək istəyən cavanlar, hər səhər qızın bağını becərmək məcburiyyətində idilər. Bu ilk baxışdan asan görünsə də, orada çoxlu sehrli milçək və ağcaqanadlar var idi. Cavan oğlanlardan bir çoxu onların dişləklərinə və sancmalarına dözə bilmirdilər. Lakin dözməyi bacaran oğlan qız ilə evlənmişdi”. “Əla! Lakin sivil ölkələrdə” - Nəzarətçi dedi, “Siz qızları onlar üçün işləmədən də əldə edə bilərsiniz və sizə əziyyət verəcək heç bir milçək və ağcaqanad da yoxdur. Biz onlardan əsrlər əvvəl canımızı qurtarmışıq.” Vəhşi qaşqabaqla başını silkələdi. “Siz onlardan canınızı qurtarmısınız. Hə, bu tamamilə sizin tərzinizdə olan bir hərəkətdir. Onunla yaşamağı öyrənmək əvəzinə, həmin şeydən can qurtarmaq. Bunlardan hansı daha yaxşıdır – qəddar taleyin sapand və oxlarına sinə gərərək dözməkmi, yoxsa silaha sarılıb dərd dənizi ilə mübarizə aparmaqmı… Siz isə bunlardan heç birini etmirsiniz. Siz sadəcə daş və oxları atırsınız. Bu isə çox asandır”. Anasını düşünərək anidən sakit durdu. Otuz yeddinci mərtəbədəki otağında Lindanın ruhu işıqlar və ətirli toxunuşlar dənizinə girmişdi – dənizə doğru açılıb, xatirələrinin, vərdişlərinin, yaşlı və yağlı bədənindən uzaqlaşmışdı. Tomakin - İnkubator və Tənzimləmə Mərkəzinin köhnə müdiri Tomakin hələ də tətildə idi – alçaldılma və əzablardan qaçmışdı, o sözləri və gülüşləri eşitməyəcəyi, o çirkin simanı görməyəcəyi, o tərli və kök qolları boynunda hiss etməyəcəyi mükəmməl bir dünyaya getmişdi. “Sizin dəyişiklik üçün ehtiyacınız olduğu şey” - Vəhşi sözünə davam etdi, “Göz yaşları doğuran bir şeydir. Burada heç bir şeyin əvəzi kifayət qədər ödənilmir”. 221
(“On iki min beş yüz dollar,” Henri Foster, Vəhşi bunu ona dediyində etiraz etmişdi. “On iki min beş yüz dollar – bu yeni Tənzimləmə Mərkəzinin qiymətidir. Nə az, nə çox”.) “Taleyin ölümlü və əzablı tərəflərinə sinə gərmək, ölümə və təhlükələrə meydan oxumaq, hətta yumurta qabığı uğrunda olsa da. Sizcə bunun heç bir mənası yoxdur?” - o, yuxarı baxaraq, Mustafa Monddan soruşdu. “Tanrıdan tamamilə ayrı , əlbəttə ki, Tanrı bunları etmək üçün bir səbəb ola bilərdi. Təhlükəli həyatın, risk etməyin heç bir mənası yoxdurmu?” “Bunda böyük bir məna var” - Nəzarətçi cavab verdi. “Qadın və kişilərin adrenalinlərinin vaxtaşırı stimullaşdırılması lazımdır”. “Nə?” Vəhşi başa düşməyərək, soruşdu. “Bu mükəmməl sağlamlıq üçün edilən tənzimləmələrdən biridir. Biz Şiddətli Ehtiras Surroqatı müalicələrini də məhz buna görə, məcburi edirik”. “Şiddətli Ehtiras Surroqatı?” “Şiddətli Ehtiras Surroqatı. Ayda bir dəfə olmaqla. Biz bütün sistemə adrenalin vururuq. Bu qorxu və qəzəb üçün əsl fizioloji ekvivalentdir. Dezdemonanı öldürməyin və Otella tərəfindən öldürülməyin bütün gücverici və faydalı tərəflərini verə bilirsiniz, özü də heç bir narahatlıq olmadan”. “Amma mən narahatlıqları sevirəm”. “Amma biz yox” - Nəzarətçi dedi. “Biz hər şeyi rahat etməyi üstün tuturuq. “Amma mən rahatlıq istəmirəm. Mən Tanrı istəyirəm, poeziya istəyirəm, həqiqi təhlükə istəyirəm, azadlıq istəyirəm, yaxşılıq istəyirəm. Mən günah istəyirəm”. “Əslində” - Mustafa Mond dedi, “Siz bədbəxt olmaq haqqınızın, belə bir seçiminizin olmasını tələb edirsiniz”. “Elə isə yaxşı” - Vəhşi sərt şəkildə dedi, “Bədbəxt olmaq haqqımın olmasını istəyirəm”. 222
“Burada əlavə etmək lazımdır ki, siz bununla qocalmaq, çirkinləşmək və impotent olma haqqınızın da olmasını istəyirsiniz, sifilis və xərçəngə tutulmaq haqqı, aclıq çəkmək haqqı, səfil olmaq haqqı, daima sabah nə olacaq qorxusu ilə yaşamaq haqqı, yatalaq olmaq haqqı, hər növ ifadə edilməz ağrılara düçar olmaq haqqınızın da olmasını istəyirsiniz”. Ortaya uzun səssizlik çökdü. “Mən onların hər birini tələb edirəm” - Vəhşi axır ki, dilləndi. Mustafa Mond çiyinlərini yellətdi. “Elədirsə, buyurun” o dedi.
223
On Səkkizinci Fəsil Qapı aralandı və onlar içəri daxil oldular. “Con!” Hamamdan xoş olmayan və xarakteristik bir səs eşidildi. “Nəsə baş verib?” - Helmholtz soruşdu. Cavab gəlmədi. Xoşagəlməz səs iki dəfə təkrarlandı, amma yenə də sakitlik idi. Sonra şaqqıltı ilə hamamın qapısı açıldı və çox solğun görünən Vəhşi göründü. “Deyirdim axı” - Helmholtz narahat səslə dilləndi, “Sən xəstələnmisən, Con!” “Sən mədəni korlayacaq nəsə yeməmisən?” - Bernard soruşdu. Vəhşi başını silkələyərək, təsdiqlədi. “Sivilizasiya yemişəm”. “Nə?” “Sivilizasiya məni zəhərləyib, murdarlanmışam. Sonra isə” - o, sakit tonla əlavə etdi, “Mən öz pisliyimi yemişəm”. “Hə, amma daha dəqiq nə? … Demək istəyirəm ki, bir az əvvəl sən…” 224
“İndi mən təmizlənmişəm” - Vəhşi dedi. “Mən bir miqdar xardal və isti su içmişəm”. Onlar heyrət ilə Vəhşiyə baxırdılar. “Demək istəyirsən ki, bunu məqsədli şəkildə etmisən? “ - Bernard soruşdu. “Bu hinduların özlərini təmizləmə üsullarındandır”. O oturaraq, dərindən nəfəs aldı və əlini alnının üzərindən keçirdi. “Mən bir neçə dəqiqə istirahət etməliyəm” - dedi. “Olduqca yorğunam”. “Hə, buna təəccüblənmirəm” - Helmholtz dedi. Bir az sükutdan sonra, “Biz səninlə sağollaşmağa gəlmişik” - o, başqa bir səs tonu ilə sözünə davam etdi. “Biz sabah səhər tezdən yola düşürük”. “Hə, biz sabah səhər tezdən yola düşürük” - Bernard təkrarladı. Vəhşi onun üzündə əvvəllər heç görmədiyi təslimlik ifadəsini gördü. “Con, bu arada” - o, oturduğu stuldan qabağa əyilərək və əlini Vəhşinin dizinə qoyaraq davam etdi, “Mən dünən baş verənlərə görə necə təəssüfləndiyimi sənə demək istəyirəm”. O qızardı. “Çox utanıram” səsi titrəməsinə baxmayaraq, sözünə davam etdi, “Həqiqətən, çox…” Vəhşi onun sözünü kəsərək, əlindən tutdu və nəvazişlə sıxdı. “Helmholtz mənimlə çox yaxşı davrandı” - Bernard kiçik fasilədən sonra, fikrini tamamladı. “Əgər o olmasaydı, mən…” “İndi, indi” - Helmholtz etiraz etdi. Sakitlik çökdü. Onların qəmgin olmalarına baxmayaraq, elə məhz buna görə də gənclər xoşbəxt idilər. Çünki bu qəm onların bir-birinə qarşı olan sevgilərinin əlaməti idi. “Mən bu səhər Nəzarətçinin yanına getmişdim” - Vəhşi axır ki, dilləndi. “Nə üçün? “ “Ondan sizinlə adaya gedib-gedə bilməyəcəyim haqqında soruşmaq istəyirdim. “ 225
“Bəs o nə dedi? “ Bernard səbrsiz şəkildə soruşdu. Vəhşi başını silkələdi. “O, mənə icazə vermədi”. “Axı niyə?” “Dedi ki, təcrübəni davam etmək istəyir. Lakin bu şərtlər altında mən məhv olaram” - Vəhşi əlavə etdi. Sonra qəfil bir qəzəblə, “Əgər mən təcrübənin bir parçası olsam, məhv olaram. Dünyadakı bütün Nəzarətçilər də gəlsə, xeyri olmazdı. Mən də sabah uzaqlara gedəcəyəm”. “Axı hara gedəcəksən?“ - digərləri eyni zamanda soruşdular. Vəhşi çiyinlərini silkələdi. “Hara gəldi. Vecimə deyil. Əsas odur ki, tənha qalmağı bacarım”. Quldforddan gələn alt zolaq Vey vadisini izləyərək Qodalminqə uzanır, sonra Milfor və Vitler üzərindən Haslemir və Peterfildə keçərək, Portsmuta tərəf irəliləyirdi. Üst zolaq da alt zolaqla paralel bir xətlə Vosplesden, Tonqam, Pattenam, Elstid və Qrayşut üzərindən keçirdi. Hoqs Bak və Hindhid arasında bəzi yerlərdə bu zolaqlar arasındakı məsafə altı-yeddi kilometrə qədər azalırdı. Bu məsafə diqqətsiz təyyarəçilər üçün olduqca qısa idi – xüsusilə də gecələr, üstəlik də yarım qram çox soma qəbul ediblərsə. Burada qəzalar baş verirdi. Ciddi qəzalar. Üst zolağın bir neçə kilometr qərbə sürüşdürülməsinə qərar vermişdilər. Qrayşut və Tonqam arasında dörd ədəd tərk edilmiş hava mayakları Portsmut London yolunu göstərirdi. Onların üzərindəki səma səssiz və boş idi. Selborn, Bordon və Farnam üzərində isə, indilərdə vertolyotlar sonsuz vıyıtlı və gurultu salmışdılar. Vəhşi öz zahid sığınacağı kimi Pattenam və Elstid arasındakı təpəliyin zirvəsindəki köhnə mayakı seçmişdi. Bina dəmir betondan idi və çox yaxşı vəziyyətdə idi – Vəhşi binanı ilk dəfə gəzdiyində, hətta bir az çox rahat, müasir və lüks hesab etmişdi. Özünə qarşı daha sərt qaydalar tətbiq 226
etməklə, tam və qüsursuz bir saflaşma keçirəcəyi fikri ilə vicdanını rahatlatmışdı. Sığınacaqda keçirdiyi ilk gecə əvvəlcədən planlaşdırılmış, yuxusuz gecə oldu. O, gecəni dizləri üzərində dua edərək, gah günahkar Klaudiusun əfv dilədiyi Cənnətə, gah zuki dilində Avonavilonaya, gah İsaya və Pukonqa, gah qoruyucu heyvan qartala dua edərək keçirdi. Arabir çarmıxa çəkilirmiş kimi qollarını açır, uzun ağrı dolu dəqiqələr ta ki işgəncədən bədəninin titrədiyi ağrılara qədər böyüyənə qədər eyni vəziyyətdə dayanırdı. Könüllü özünü çarmıxa çəkərkən də, sıxdığı dişlərinin arasından (bu arada, üzündən tər süzülürdü) deyirdi, “Ah, bağışla məni! Ah, mənim ruhumu təmizlə! Mənə yaxşı insan olmağa kömək et! “ yenidən və yenidən, ağrıdan ürəyi gedəcək hala düşənə qədər. Səhər açıldığında artıq bu sığınacaqdan qalmağa haqqı olduğunu düşünürdü. Hə, hələ də pəncərələrdə şüşə var idi, platformadan görüntü olduqca gözəl idi, amma, indi o, bunlara layiq idi. Mayakı seçməsinin səbəbi, az keçmişdi ki, başqa bir yerə getməsinin səbəbinə dönmüşdü. Orada yaşamağa qərar vermişdi, çünki mənzərə möhtəşəm idi, çünki olduğu yerdə sanki müqəddəs bir varlığın vücuda gəlişini izləyirdi. Bəs axı o, kim idi ki, günlərini gözəlliyə tamaşa etməklə keçirə bilsin? O, kim idi ki, Tanrının görünən mövcudluğunda yaşayacaqdı? Onun layiq olduğu yeganə yer donuz axırı, yerin dibində bir kor çala ola bilərdi ancaq. Keçirdiyi uzun ağrılı gecədən sonra yaşamaq haqqı qazandığı qalasının platformasına çıxıb, parlaq gün işıqlı dünyaya baxdı. Mənzərə şimalda Hoqs Bakın uzun təbaşir silsiləsi tərəfindən sərhədlənir və Hoqs Bakın şərq ucununun arxasından Quldfordu təşkil edən yeddi göydələnin qüllələri yüksəlirdi. Onları gördüyündə üzünü büzüşdürdü, lakin zamanla onlara da öyrəşəcəkdi. Çünki bu binalara gecələr geomet227
rik ulduzlar kimi şən parıltılar saçır və ya proyektorlar ilə işıqlandırılanda, işıqlı barmaqları ilə (İngiltərədə Vəhşidən başqa mənasını heç kimin başa düşmədiyi əl hərəkəti ilə) möhtəşəm şəkildə cənnətin sonsuz sirlərinə işarə edirdilər. Hoqs Bakı mayakın olduğu torpaqlı təpədən ayıran vadidəki kənd silosu, quşçuluq ferması, kiçik D Vitamini fabriki olan doqquz mərtəbə hündürlüyündə xudmani bir kənd idi. Mayakın qarşısında isə cənuba doğru uzun yamaclar uzanır, sonra isə sürətlə dərinləşərək göllər zəncirinə çevrilirdilər. Göllərdən sonra araya girən meşəliyin üzərindən on dörd mərtəbəli Elstid qalası qalxırdı. Dumanlı ingilis havasında solğun görünən Hindhid və Selborn, insanın gözlərini mavi, romantik bir məsafəyə dəvət edirdi. Lakin Vəhşini mayaka cəlb edən səbəblər təkcə bunlar deyildi, yaxınlar da, uzaqlar kimi yoldançıxarıcı idi. Meşəlik, süpürgə kolları örtülü açıq ərazilər, şotland küknarı, asmalı ağcaqayın ağacının üzərinə düşdüyü parlaq gölməçələr, gölməçələr üzərindəki su zanbaqları – bütün bunlar çox gözəl idi və onun Amerika səhralıqlarına öyrəşmiş gözlərini qamaşdıracaq dərəcədə idi. Bir də bu tənhalıq! Günlər ötüb-keçirdi və bir insan da görməmişdi. Mayak “Charing-T” qülləsindən vertolyotla sadəcə on beş dəqiqə uzaqlıqda idi, amma bu Sarri kolluqları tənhalıq məsələsindən Malpisdən təpələrindən geri qalmırdı. Londondan gündəlik çıxan kütlələr, ancaq Elektromaqnitli qolf və Tennis üçün şəhərkənarına çıxırdılar. Pattenamda belə bağlantılar yox idi, ən yaxını Riman sahə meydançaları Quldfordda idi. Buranın yeganə cazibədar tərəfi, çiçəkləri və mənzərəsi idi. Vəziyyət belə olduğunda isə, gəlmək üçün yaxşı bir səbəb olmadığı üçün bura heç kim gəlmirdi. Vəhşi ilk günlərdə tək, narahat edilmədən yaşayırdı. Londona ilk gəldiyində, şəxsi xərcləri üçün ona verilən pulun böyük bir hissəsinə ehtiyac duyduğu əşyalar üçün 228
sərf etmişdi. Londonu tərk etməmişdən əvvəl, dörd ədəd süni ipək ədyal, xələt, ip, mismarlar, yapışqan, bir az alət, kibrit (vaxtı gəlidiyində, özünü alovla tərbiyələndirmək fikrində idi), bir neçə qazan və tava, altı-yeddi qutu toxum və on kiloqram ağ buğda unu almışdı. “Xeyr. Sintetik nişasta və pambıqdan olan süni un istəmirəm” - o təkid etdi. “Hətta onlar daha qidalandırıcı olsalar da”. Lakin məsələ, pas rəngli biskvitlərə və vitaminli süni mal ətlərinə gəldikdə isə, satıcının təkidlərinə qarşı çıxa bilmədi. İndi konserv qutularına baxır və bu zəifliyinə görə özünə çox əsəbiləşirdi. İyrənc müasir zir-zibil! O qərara gəldi ki, bunları heç vaxt yeməyəcək, hətta acından ölsə də. “Bu onlara dərs olacaq,” o kin-küdurət içində düşündü. Bu elə onun özü üçün də dərs olacaq. O, pulunu saydı. Ümid edirdi ki, qalan az məbləğdə pul ilə qışı yola verə bilərdi. Növbəti yazda isə, onun bağı ətraf dünyadan tamamilə müstəqil yaşaya bilməsi üçün lazım olan hər şeyi yetişdirəcəkdi. Külli miqdarda dovşan görmüşdü, gölməçələrdə də su quşları var idi. Kaman və ox düzəltmək üçün dərhal işə başladı. Mayakın yaxınlığında göyrüş ağacları var idi və ox çubuqları düzəltmək üçün də gözəl şux fındıq çubuqları. O işə balaca göyrüş ağacını kəsib devirməklə başladı. Üç metrlik ağacı gövdəsindən ayıraraq kəsdi, qabığını soydu, bəyaz ağacı, ortasını qalın və möhkəm etməklə incə çubuqları oynaq və sürətli olmaları üçün öz boyu uzunluğuna gətirib, qoca Mitsimanın öyrətdiyi şəkildə düzəltdi. Gördüyü işdən böyük həzz alırdı. Londondakı avaralıqla keçirdiyi o həftələrdən, hansısa bir düyməyə basmaqdan və ya dəstəyi qaldırmaqdan başqa etməyə bir şey tapmadığı günlərdən sonra bacarıq və səbrin lazım olduğu bir iş görməkdən olduqca böyük həzz alırdı. Kamanı bıçaqla formaya salıb qurtarırdı ki, birdən diksinərək, mahnı oxuduğunun fərqinə vardı – mahnı oxuyur229
du! Bayırdan gəlib özü ilə çırpışaraq yıxılan kimi oldu. Sanki özünü gizli, utanılacaq bir əməl edərkən tutmuşdu. Özünü günahkar hiss edərək qızardı. Nəticədə o, bura mahnı oxuyub kef etmək üçün gəlməmişdi. Müasir həyatın iyrəncliklərindən bir qurtuluş idi, daha çox özünü bulaşdırmaq istəmirdi. Təmizlənmək və yaxşılaşmaq üçün, islah olmaq üçün gəlmişdi bura. Vahiməyə düşərək xatırladı ki, o, yayı formaya saldığı müddətdə xəyallara dalaraq, özünə hər zaman xatırlamağı söz verdiyi şeyləri unudub – yazıq Lindanı, ona nə qədər pis davranmış olduğunu, Lindanın ölümü üzərində qaynaşan, mövcudluqları ilə ancaq öz talelərinə və peşmanlığına deyil, həm də Tanrıya təhqir olan həmin iyrənc əkizləri. O, özünü islah etməyə, bütün bunları daim xatırlamağa and içmişdi. İndi isə budur, yay düzəltmək üçün oturub şad-xürrəm mahnılar oxuyurdu … O, içəri girdi, xardal qutusunun qapağını açdı və bir az suyu qaynaması üçün oda qoydu. Yarım saat sonra Pattenam Bokanovski qrupundan olan üç Delta-Mənfi tarla işçisinin yolu Elstidə düşdü. Təpənin üzərində tərk edilmiş mayakın qarşısında dayanıb, düyünlənmiş ipdən düzəldilmiş qırmanc ilə özünü döyən beldən yuxarı çılpaq gənc adamı gördüklərində, heyrətdən ağızları açıq qalmışdı. Kürəyində qıpqırmızı qanlı yaralar meydana gəlmiş, yaralardan qan axırdı. Yük maşınının sürücüsü maşını yolun kənarında saxladı və digər iki yoldaşı ilə ağzı açıq şəkildə bu qeyri-adi tamaşaya baxmağa başladı. Bir, iki, üç – onlar zərbələri sayırdılar. Səkkizincidən sonra özünü cəzalandırmağa fasilə verdi və ağaclığın kənarına tərəf qaçaraq, öyüyərək qusmağa başladı. Bitirdikdən sonra, qırmancı yenə də əlinə alaraq özünü döyməyə başladı. Doqquz, on, on bir, on iki… “Ford!” - sürücü pıçıldadı. Onun əkizləri də eyni fikirdə idilər. “Fordum!” - onlar dedilər. 230
Üç gün sonra qəzet müxbirləri leşyeyənlər meyit üzərinə yığışan kimi ora tökülüşdülər. Ağır-ağır yanan yaş odunun atəşində quruyub sərtləşən yay artıq hazır idi. Vəhşi oxları düzəltməklə əlləşirdi. Otuz ədəd fındıq ağacının budağı yonularaq qurudulmuş, yaya keçirilən arxa ucları diqqətlə çərtilmişdi. Bir gecə Pattenamdakı quşçuluq fermasına girmiş və bütün bir orduya kifayət edəcək miqdarda quş tükü var idi. İlk müxbir onu tapdığında tükləri oxları millərə taxmaqla məşğul idi. Öz rahat ayaqqabıları ilə səssizcə addımlayaraq müxbir onun yanına gəldi. “Sabahınız xeyir, cənab Vəhşi” - o dedi. “Mən Saatlıq Radionun nümayəndəsiyəm”. Sanki onu ilan sancmış kimi diksinən Vəhşi ayaq üstə sıçradı, oxlar, lələklər, yapışqan qabı və fırça ətrafa səpələndi. “Sizdən üzr istəyirəm” - müxbir səmimi peşmanlıq ifadəsi ilə dilləndi, “Pis niyyətim yox idi...” Telsiz qəbuledici və səsyazma aparatı gəzdirdiyi aliminium papağına toxundu. “Papağımı çıxarmadığıma görə üzr istəyirəm” - dedi. “Bir az ağırdır. Hə, artıq dediyim kimi, mən Saatlıq Radionun nümayəndəsiyəm…” “Siz nə istəyirsiniz?”- deyə, Vəhşi qaşlarını çataraq soruşdu. Müxbir ən yaltaq bir gülüşlə ona qarşılıq verdi. “Hə, şübhəsiz ki, bizim oxucularımız çox maraqlanır ki …” O, başını yan tərəfə aşırdı, az qala naz edirmiş kimi gülümsəməyə başladı. “Sizdən sadəcə bir neçə söz deməyinizi istəyirəm, cənab Vəhşi”. Cəld şəkildə, seriya halında etdiyi jestlərlə o, iki dənə simi açdı, iki ucunu belinə bağladığı yığcam bir batareya və eyni anda digər uclarını da alüminium papağının kənarlarındakı yuvalara soxdu. Papağının başındakı bir telə toxundu, antena göyə yüksəldi, papağın sipərindəki başqa bir telə toxundu və qutudan yaylı gəlincik kimi bir mikrofon bayıra çıxdı, titrəyərək, düz onun burnu231
nun on beş santimetr uzaqlığında dayandı. Sonra aşağı doğru əyilib, qulaqlarının üstündən bir cüt qəbuledici çəkdi, papağının sol tərəfindəki düyməyə basdı və papağın içindən eşşəkarısı vızıltısını xatırladan bir səs gəlməyə başladı. Sağda bir dəstəyi çevirdiyində, stetoskopik bir xışıltı və şaqqıltı, sonra isə qəfil civiltilər və cingiltilərlə əvəzləndi. “Alo,” o, mikrofona dedi, “Alo, alo…” Zəng qəfildən papağın içindən çalmağa başladı. “Edzel, sənsən? Primo Mellondur. Bəli, onu tapmışam. İndi Cənab Vəhşi mikrofonu götürüb, bir neçə kəlmə deyəcəkdir. Elə deyilmi, Cənab Vəhşi?” O başını qaldıraraq daha bir yaltaq təbəssümlə Vəhşiyə baxdı. “Sadəcə öz oxucularınıza niyə bura gəldiyiniz barədə danışın. Londonu belə qəfil (bir saniyə, Edzel!) tərk etməyinizin səbəbi barədə deyin. Əlbəttə, bir də, həmin qırmanc haqqında. Sonra bir az da Sivilizasiya haqqında bir-iki kəlmə deyin. Bilirsiniz də nəyi deyirəm. Müasir Qız haqqında nələr düşünürəm kimi tipli şeylər. Sadəcə bir neçə kəlmə, xahiş edirəm…” Vəhşi gözlənilmədən təbii bir itaətkarlıq göstərdi. Beş kəlmə dedi və o beş kəlmədən artıq heç nə demədi, bu sözlər Kanterböri Böyük Cəmiyyət Evinin Baş Musiqiçisi haqqında Bernarda dediyi sözlərin eynisi idi. “Hani! Sons eso tse-na!” Sonra müxbirin çiynindən yapışaraq, öz ətrafında fırlatdı (gənc oğlan olduqca cəlbedici hədəf idi) nişan aldı və çempion futbolçular kimi bütün gücü və diqqəti ilə ona bir təpik vurdu. Səkkiz dəqiqə sona Saatlıq Radionun yeni buraxılışı London küçələrində satışa çıxmışdı. “SAATLIQ RADİO MÜXBİRİNİN BÜZDÜMÜNƏ SİRLİ VƏHŞİNİN ATDIĞI TƏPİK” ön səhifənin başlıqları belə gedirdi. “SARRİDƏ SENSASİYA”. “Bu hətta London üçün də sensasiyadır,” müxbir qayıdıb bu sözləri oxuduqda, düşündü. Özü də olduqca ağrılı sensasiya. O, böyük əziyyətlə nahar yeməyini yeməyə başladı. 232
Həmkarlarının büzdüm məsələsindən sonra da təslim olmayan “Nyu York Times”, Frankfurt Dörd-ölçülü Kontinium, Ford Elmi jurnalı və Delta Aynası qəzetlərindən dörd müxbir də nahardan sonra mayakı ziyarət etdilər və get-gedə yüksələn şiddətli qəzəblə qarşılaşdılar. Artıq təhlükəsiz məkandan və hələ də arxasını ovxalayaraq, Ford Elmi Jurnalının müxbiri qışqırdı: “Cahil axmaq! Bəlkə bir az soma qəbul edəsən!” “Rədd olun!” - Vəhşi yumruğunu silkələdi. Digəri bir neçə addım geri çəkilərək, yenidən qayıtdı. “Bir neçə soma qəbul etsəniz, pislik də pislik olmaqdan çıxar”. “Kohakva iyatokyai!” - onun səsində şiddətli hədə var idi. “Əzab bir aldanışdır”. “Ah, doğrudan?” - Vəhşi dilləndi və qalın fındıq çubuğunu qaldıraraq, ona tərəf yüyürdü. Ford Elmi jurnalından olan kişi vertolyota tərəf qaçmağa başladı. Bundan sonra bir müddət Vəhşini rahat qoydular. Bir neçə vertolyot gələrək, mayakın üzərində o yan - bu yana uçuşdu. Onlardan biri çox yaxından uçaraq, əl çəkmədiyində, vertolyota ox atdı. Ox kabinənin aliminium səthini dəldi və kəskin bir çığırtı eşidildi. Vertolyot sürətini bacardığı qədər artıraraq, yüksəyə qalxdı. Bu hadisədən sonra digərləri onunla məsafə saxlamağa başladılar. Onların bezdirici uğultularına məhəl qoymadan, (o təsəvvür etməyə çalışırdı ki, guya Matsaki Bakirəsinin qanadlı həşərata dik və qorxmadan sinə gərən aşiqlərindən biridir.) bağdakı torpağı qazmağa başladı. Nəhayət ki, həşərat bezib, bir müddət sonra uçub getdi, başı üzərindəki səma saatlarla boş və torağayları çıxmaq şərtilə, səssiz qaldı. Hava nəfəs alınması mümkün olmayacaq dərəcədə isti 233
idi, havada şimşək var idi. O, bütün səhər boyu yer qazmaqla məşğul olmuş və sonra da yerə uzanaraq istirahət edirdi. Qəfildən Leninanın düşüncəsi reallığa dönmüş, çılpaq və əllə tutulacaq dərəcədə qarşısında dayanmışdı. “Əzizim!” və “Qollarını mənə sarı!” - deyirdi, təkcə ayaqqabıları və corabları var idi, ətirli idi. Ədəbsiz fahişə! Lakin, ah, ah, Leninanın əlləri onun boynunda, döşlərinin tərpənişi, onun ağzı! Əbədiyyət bizim dodaqlarımızda və gözlərimizdə idi. Lenina … Yox, yox, yox, yox! O, ayaq üstə sıçradı, olduğu kimi yarıçılpaq halda evdən bayıra qaçdı. Bozqırın yanında köhnə ardıc kolu var idi. O, özünü kolun içinə atdı. İndi o, xəyalını etdiyi yumşaq bədənə deyil, bir qucaq dolusu tikanı qucaqlamışdı. İti tikanlar min nöqtədən onun bədəninə batırdı. O, yazıq Linda barəsində düşünməyə çalışdı, nəfəssiz, lal, gözlərində ifadə edilməyən qorxu və boşluğa açılmış əlləri… Yazıq Linda. Onu daima xatırlamağa and içmişdi. Lakin onu hələ də narahat edən yeganə şey Lenina idi. Bıçaq kimi, iynə kimi olan ardıc tikanlarına baxmayaraq, ağrıdan sarsılan bədəni Leninanı hiss edirdi, bu danılmaz bir reallıq idi. “Şirinim, şirinim... Əgər məni istəyirdinsə, niyə o cür ...” Qırmanc qapı dəstəyindən asılı idi, müxbirlərin gəlməsini gözləyirdi. Vəşhi özündən çıxmış vəziyyətdə evə tərəf qaçdı, qırmancı götürdü, vurmağa başladı. Qırmancın düyünlü ucları onun dərisinə çırpılırdı. “Fahişə! Fahişə!” o, hər zərbədə qışqırırdı, sanki vurduğu Lenina idi (özü bunu anlamasa da, əslində öz yerinə Leninanın olmasını da istəyirdi), ağ, isti, ətirli, alçaq Leninanı qırmanclayırdı sanki. “Fahişə!” Sonra. Ümidsiz bir səslə, “Ah, Linda, bağışla məni. Bağışla məni, İlahi. Mən pis insanam. Mən azmışam. Mən… Yox, yox, yox, fahişə, sən əxlaqsızsan, sən fahişəsən!” Hissiyyatlı filmlər şirkətinin ən professional fotoqrafı Darvin Bonapart, üç yüz metr uzaqlıqdakı meşədə diqqətlə tikilmiş sığınacaqdan bütün bu hadisələri izləyirdi. Səb234
ri və bacarığı mükafatlandırılmışdı. O, üç gün ərzində süni palıd ağacının gövdəsində oturmuş, üç gecə qarnı üstə sürünərək, kolluqlara mikrofonlar yerləşdirmiş və simləri torpağın altında basdırmışdı. Üç sutka dəhşətli narahatlıqlar. Lakin indi əsas məqam yetişmişdi - ən böyük uğurun məqamı. (Darvin aparatı düz-qoş edərkən, bunları düşünməyə də macal tapırdı) Bu, qorillaların məhşur stereoskopik toy filmindən sonra, çəkdiyi ən möhtəşəm kadr olacaqdı. “Möhtəşəm” - Vəhşi öz heyranedici tamaşasına başladığında, ürəyindən keçirdi. “Möhtəşəm!” Diqqətlə teleskopik kamerasını istiqamətləndirərək, hərəkətli obyektə doğru hədəflədi. Formadan formaya düşən simasını yaxından çəkə bilmək üçün yaxın plan çəkiliş etməyə lazım olan gücü artırdı (heyranedici!); yarım dəqiqəlik ağır çəkilişə keçdi, (olduqca gülməli bir effekt olacağına əmin idi) Bu arada da, səs lentinə yazılmaqda olan qırmanc zərbələrinə, iniltilərə, vəhşi və qəribə sözlərə qulaqlarını şəklədi və səsi bir az da yüksəltməyə cəhd etdi (hə, bu cür daha yaxşı idi) qısa səssizlik anında eşitdiyi kəskin torağay səsinə çox sevindi. Kaş ki, arxasını çevirərdi və kürəyindəki qanı böyük planda çəkə bilsəydim deyə düşünmüşdü ki, bir neçə saniyə sonra, Vəhşi itaətkar şəkildə döndü, beləliklə də, qüsursuz bir yaxın plan kadrı əldə edilmiş oldu. “Hə, bu möhtəşəm idi!” hər şey bitdiyində öz-özünə dedi. “Həqiqətən də, möhtəşəm!” O, tərli sifətini sildi. Studiyada filmə hissiyyatlı effektlər əlavə etdiyində, bundan möhtəşəm film alınacaqdı. Darvin Bonapart düşündü ki, Balinaların Sevgi Həyatı kimi əla film olacaq – bu isə, Ford şahiddir ki, elə çox böyük şey demək idi! On iki gün sonra Qərbi Avropanın bütün birinci dərəcəli film salonlarında Sarri Vəhşisinə baxmaq, eşitmək və hiss etmək mümkün idi. Darvin Bonapartın filminin effekti qəfil və qüdrətli oldu. 235
İlk efirə verildiyi günün axşamı Conun sadə tənhalığı səmanı dolduran vertolyot sürüsünün gəlişi ilə qəfildən pozuldu. O, bağını qazmaqda idi – eyni zamanda da, öz beynini də qazır, düşüncələrini qurdalayırdı. Ölüm və o beli bir daha torpağa basır, yenidən və yenidən. Bizim bütün dünənlərimiz biz axmaqların tozlu ölümünə gedən yolu işıqlandırırdı. Bu sözləri təsdiqləyən şimşək səmada çaxdı. O, yenidən yerdən bir parça qopardı. Linda niyə öldü? Ona niyə insandan daha aşağı varlığa çevrilməsinə icazə verdilər və sonra da... O titrədi. Öpülməli yaxşı bir leş. O, ayağını yenidən belə basdı və əsəblə yerdən başqa bir parça qopardı. Məqsədi olmayan uşaqlar üçün milçəklər nədirsə, biz də Tanrının gözündə onlarıq. Yenə də şimşək, öz doğruluqlarını bəlli edən sözlər – onlar necəsə həqiqətin özündən də daha həqiqi idilər. Lakin həmin o Qlouçester onları nəcib varlıqlar adlandırmışdı. Bundan başqa da yuxu. Yatmaq sənin ən yaxşı istirahətindir, sən elə hey yuxuya gedirsən, amma yenə də ölümdən qorxursan, hansı ki, yatmaqdan başqa bir şey deyil. Yatmaqdan başqa bir şey deyil. Yatmaq. Bəlkə də, yuxu görmək. Onun yerə basdığı bel daşla qarşılaşdı, daşı götürmək üçün dayandı. O, indi ölüm yuxusunda idi, başqa nə yuxu? … Başı üzərində vızıltı, uğultuya döndü və qəfildən o, kölgəlikdə qaldı. Onunla günəş arasında nə isə dayanmışdı. O, yuxarı baxdı, diksinərək, öz düşüncələrindən, yer belləməsindən ayrıldı. Gözləri qamaşaraq yuxarı baxdı, fikirləri isə hələ də, həqiqətdən, daha həqiqi olan dünyalarda dolaşır, ölüm və ülviyyət düşüncələrindən ayrılmamışdı. Yuxarı baxdı və düz yaxınlığında pərvaz edən vertolyot sürüsünü gördü. Çəyirtkələr kimi gələrək, dörd ətrafından da bozqıra qondular. Bu nəhəng çəyirtkələrin qarınlarından hər birindən bir cüt olmaqla, ağ süni ipək geyimli kişilər, (hava çox 236
isti olduğuna görə), asetatlı süni ipək pijamalar, pambıqlı şortlar və qolsuz, yaxası yarıya qədər açıq köynəklər geyinmiş qadınlar düşdü. Bir neçə dəqiqə ərzində onlarla insan mayakın ətrafında bir dairə əmələ gətirmişdilər. Onların bəzisi gözlərini zilləyib baxır, bəzisi gülür, öz kameralarına tıklayır, (meymuna atırlarmış kimi) ona tərəf fıstıq, dolu paketlərdə seks hormonlu saqqız və biskvitlər atırdılar. Hər dəqiqə Hoqs Bak üzərində yeni vertolyot sürüsü gəldikcə, onların da sayı getdikcə artırdı. Sanki qorxulu bir yuxu idi – onlar iyirmilərlə, iyirmilər yüzlərlə əvəzlənirdi. Vəhşi sığınacağa doğru geri çəkilmiş, indi isə küncə sıxışdırılmış bir heyvanı xatırladan şəkildə kürəyi mayakın divarına söykənərək dayanıb qalmış, hissetmə qabiliyyətini itirən bir insan kimi dili tutulmuş, bir üzdən digər üzə baxır, dəhşət içində durmuşdu. Yanağına çırpılan bir saqqız paketinin təsirindən reallığa bir az qayıtmış kimi oldu. Diksindirən ağrının şokundan, o, tamamilə oyandı, gözləri açıldı və şiddətli bir qəzəbə qapıldı. “Rədd olun!” - deyə qışqırdı. Meymun danışdı, gülüş qopdu və əl çalındı. “Bizim köhnə dostumuz! Ura, ura!” O həngamənin içindən qışqırıqlar eşidildi: “Qırmanc, qırmanc, qırmanc!” Eşitdiyi sözlərlə hərəkətə keçərək, Vəhşi düyünlü ipdən olan qırmancının qapının dəstəyindən götürərək, ona əzab verənlərə tərəf salladı. İronik alqış sədaları yüksəldi. Hədələyici şəkildə onlara tərəf irəlilədi. Qadınlardan biri qorxu içində qışqırmağa başladı. Dairə hədənin edildiyi istiqamətdə dalğalandı, sonra sabitləşərək, köhnə vəziyyətinə qayıtdı. Saylarının çox olduğunu gördüklərində, vəhşinin gözləmədiyi cəsarət göstərdilər. Birlik onlara Vəşhinin heç gözləmədiyi cəsarət bəxş etmişdi. Heyrət içində duraraq, ətrafına baxdı. 237
“Niyə məni tək qoymursunuz?” Qəzəbində şikayət də hiss edilirdi. “Bir az maqnezium duzlu badam götür!” Vəhşi hücum edəcəyi təqdirdə, ilk hədəf olacaq kişi dedi. Bir paket uzadırdı. “Onlar həqiqətən də çox dadlıdır, bilirsən” - deyərək, qəzəbli, ancaq sakitləşdirməyə çalışan bir ifadə ilə əlavə etdi. “Maqnezium duzları sənə cavan qalmağa kömək edər”. Vəhşi onun təklifinə məhəl qoymadı. “Siz məndən nə istəyirsiniz?” - o soruşdu, sonra başqa birinə tərəf çevrilərək “Nə istəyirsiniz axı məndən?”- deyə çığırdı. “Qırmanc” - yüzlərlə səs bir-birinə qarışaraq cavab verdi. “Bizə qırmanc bacarıqlarını göstər. Qırmanc tamaşanı görmək istəyirik”. Sonra isə, birlikdə yavaş, ağır bir templə “Qırmancı-istəyirik, qırmancı-istəyirik” - deyə qışqırmağa başladılar. Digərləri də dərhal onlara qoşuldu və tutuquşu kimi təkrar-təkrar eyni cümləni deməyə başladılar. Səsləri getdikcə yüksəlir, səkkizinci və doqquzuncu dəfə təkrarladıqlarında isə, digər bütün səsləri batırmışdı. “Qırmancı istəyirik”. Onlar hamısı bir yerdə qışqırırdılar və gurultu, fikir birliyinə gəlmələri, ahəngdar birlik hissinin verdiyi sərxoşluq hissindən saatlarca, az qala sonsuza qədər, sanki dayanmadan qışqıra bilərdilər. Lakin təxminən iyirmi beşinci təkrarda onların səsi qəfildən kəsildi. Hoqs Bakın üzərində başqa bir vertolyot göründü və kütlənin üzərində asılı qaldı. Vəhşinin dayandığı yerdən lap az aralıda, tamaşaçılarla ev arasında qalan açıq ərazidə yerə endi. Mühərriklərin səsi ani olaraq, bağırtıları batırdı, sonra vertolyot dayandı və mühərriklər işini dayandırdı. “Biz qırmancı istəyirik; biz qırmancı istəyirik” - eyni dərəcədə yüksək, təkidli səs eşidilməyə başladı. Vertolyotun qapısı açıldı, birinci bayıra sarışın, qırmızı 238
sifətli kişi, arxası ilə isə yaşıl məxmər şortlu, ağ köynəkli və papaqlı gənc qadın çıxdı. Qızı gördüyündə, Vəşhi diksindi, geriyə addımladı, rəngi saraldı. Gənc qız ayaq üstə dayanaraq Vəhşinin üzünə gülümsədi və qeyri-müəyyən, yalvarıcı, az qala yazıq deyilə biləcək formada gülümsədi. Saniyələr ötdü. Dodaqları tərpəndi, nə isə deyirdi, lakin turistlərin təkrarladığı nəqarətə görə, onun səsi eşidilmirdi. “Qırmancı istəyirik, qırmancı istəyirik!” Qız iki əlini də sol yanına basdı, şaftalı parlaqlığındakı gəlincik gözəlliyindəki üzündə darıxmasından doğan dəhşətli iztirab var idi. Mavi gözləri sanki daha da böyümüş, daha da parlaqlaşmışdı. Birdən yanaqlarından iki damla göz yaşı süzüldü. Yenə də eşidilməyən bir şəkildə danışmağa başladı. Sonra cəld və həyəcanlı hərəkətlərlə Vəhşiyə doğru qollarını açdı və irəliləməyə başladı. “Qırmancı istəyirik, qırmancı istə…” Qəfildən istədikləri şey baş verdi. “Fahişə!” - Vəhşi dəli kimi ona tərəf şütüdü. “Fahişə!” Çılğın kimi, qısa iplərdən olan qırmancını ona vururdu. Qorxudan bağrı çatlayan qadın qaçmağa çalışmış, lakin ayağı ilişib yerə yıxılmışdı. “Henri, Henri!” - deyə qışqırdı. Lakin qırmızı sifətli dostu aradan çıxıb, vertolyotun arxasında gizlənə bilmişdi. Heyranlıqdan ləzzət alaraq qışqıran kütlə, həmin nöqtədə qırıldı və maqnetik cazibə mərkəzinə doğru bir nöqtədə birləşən vahiməli qaçaqaç başladı. Ağrı bihuşedici bir qorxu idi. “Yan ləçər, yan!” Çılğınlaşmış Vəhşi qırmancı yenidən endirdi. Onlar acgözlüklə ətrafa toplaşdılar, sanki axur ətrafına yığışan donuzlar kimi, bir-birilərini itələyir, sıxışdırırdılar. “Budur, bədən cəzası!” Vəhşi dişlərini qıcıdı, bu dəfə qır239
mancı öz çiyinlərinə çırpdı. “Öldür onu, öldür onu!” Ağrıdan qaynaqlanan qorxunun təsiri və daxillərindən baş qaldıran bir birlik vərdişi ilə, onların tənzimləmələri içlərinə o qədər dərin qazılmışdı ki, tək bədən olmaq və yekdillik arzusu ilə hərəkət edən kütlə, Vəhşinin hərəkətlərini təkrar etməyə başladılar. Onlar Vəhşinin hərəkətlərini təqlid edir, o öz dərisinə və ya yerdə ayaqlarının altında ağrıdan qovrulan alçaqlıq təcəssümünə vuran kimi, onlar da bir-birlərinə vurmağa başlayırdılar. “Öldür onu, öldür onu!” - deyərək Vəhşi qışqırmağa davam edirdi. Sonra qəfildən kimsə oxumağa başladı, “Orgiya-porgiya, eyş-işrət” və nəqarətdə ona qoşulan kütlə, eyni zamanda da rəqs etməyə başladı. Orgiya-porgiya, fırlanır, fırlanır, fırlanır, bir-birilərini altı-səkkizlik ritmlə döyəcləyirdilər. Orgiya-porgiya… Eyş-işrət… Gecə yarısını keçdikdən sonra, sonuncu vertolyot da havaya qalxdı. Somadan keyləşmiş və uzun davam edən şəhvət dəliliyindən sonra çox yorulmuşdu. Elə çöldəcə yatıb qalmışdı. Oyandığında, gün artıq çıxmışdı. O, bir müddət uzandı, işıq gözlərini qamaşdırırdı. Sonra qəfildən xatırladı, hər şeyi xatırladı... “İlahi, İlahi, İlahi!” O, əlləri ilə gözlərini bağladı. Həmin axşam Hoqs Bak üzərindən vızıltı ilə gələn vertolyot, on kilometrlik bulud əmələ gətirmişdi. Bir gecə əvvəlki orgiyanın detalları bütün qəzetlərdə yerləşdirilmişdi. “Cənab Vəhşi!” Cavab gəlmədi. Mayakın qapısı yarıaçıq idi. İtələyərək onu açdılar və alatoranlığa daxil oldular. Otağın digər tərəfindəki keçiddən, onlar yuxarı mərtəbəyə aparan nərdivanların aşağı hissəsini gördülər. Keçidin düz üst ucundan aşağı bir cüt ayaq sallanmışdı. 240
“Cənab Vəhşi!” Ehmalla, çox ehmalla, iki ədəd heç yerə tələsməyən kompas iynələri kimi, ayaqlar sağa tərəf döndülər; şimala, şimal-şərqə, şərqə, cənub-şərqə, şimal, şimal-şimal-qərb; sonra dayandılar və bir neçə saniyə sonra yenə eyni yavaşlıqla sola tərəf geri fırlanmağa başladılar. Cənub-cənub-qərb, cənub, cənub-şərq, şərq...
241
242
243
244