Artur Şopenhauer - Eristik Dialektika

Page 1



ARTHUR SCHOPENHAUER

ERİSTİK DİALEKTİKA haqlı çıxma sənəti


ARTHUR SCHOPENHAUER

ERİSTİK DİALEKTİKA haqlı çıxma sənəti

Əsərin orijinal adı: Eristische Dialektik: Die Kunst, Recht zu Behalten Tərcümə: Cavid Ağa Redaktor: Günay İbişova Kompüter dizaynı: Turqut Qaraca Üz qapağı: Johann Peter Hasenclever - “Das Lesekabinett” 93 səh. Qiyməti: 3,50 AZN

© BaşlaKitab, 2015


Tərcüməçinin önsözü - CAVİD AĞA Şopenhauer, 22 fevral 1788-ci ildə indiki Polşa ərazisində yerləşən Qdansk şəhərində doğulub. Daha çox 1844-cü ildə yayımladığı “Die Welt als Wille und Vorstellung” (Dünya iradə və təsəvvür kimi) əsəri ilə tanınıb. “Eristik dialektika” əsəri isə daha öncələr 1831-ci ildə yayımlanıb. Şopenhauer bu əsərində mübahisə və müzakirə vaxtı istifadə olunan boş sözlərin, yersiz arqumentlərin iç üzünü onları müdafiə edən tərzdə açıb sarkastik bir şəkildə oxucuya təqdim edir. Kitab orijinal dildə “kunstgriffe” olaraq göstərilən hiylələrdən ibarətdir. Eristik dialektika mübahisədə haqlı çıxmaq sənətidir, həqiqəti tapmaq sənəti deyil. Mən tərcümə edərkən zövq aldım, çünki Şopenhauerin bəhs etdiyi hiylələr mənim də həyatımda bəzən istifadə etdiyim hiylələrdən ibarət idi. Ümid edirəm, siz də oxuyarkən bu zövqü alacaqsınız. Yunan, latın və alman dilindəki bir çox sözlər orijinalında olduğu kimi saxlanılıb və əlavə olaraq qeyd kimi verilib. Əsərin orijinal tərzini qorumaq üçün belə bir yola əl atdıq. Tərcümənin ərsəyə gəlməsi üçün kömək edən, adlarının çəkilməməsini xahiş edən bir çox tərcüməçi və fəlsəfə tələbəsi dostlarıma təşəkkür edirəm. Bu əsər günlük həyatımızdakı mübahisə və müzakirələrdə istifadə olunan arqumentləri qiymətləndirmək üçün bələdçi ola biləcək potensiala sahib bir kitabdır.


ŞOPENHAUER Fəlsəfədə əsas meyar fərdlərdir. Çünki bir filosofun cızdığı yolda sonra onlarla filosof gedir və bir nəsil ağacı yaranır. Şopenhauer fəlsəfəsinin bəhrələndiyi nöqtələr isə unikal və minimal olub. Əsasən qədim dünya fəlsəfəsindən - Buddizm, Hinduizm və Antik Yunan fəlsəfəsindən bəhrələnən Şopenhauer özündən sonra bir çox yeni anlayışın da əsasını qoyub. Şopenhauer daha çox pessimist filosof kimi tanınır, lakin hər şeydən əlavə Şopenhauerin pessimizmini şəxsi bədbəxtliklərlə əlaqələndirmək olmaz. O özünü həmişə ən bəxtəvər şəxslərdən biri sayırdı, çünki tacir olan atası Henrix Floris Şopenhauerdən qalmış var-dövlətə sahib idi. Şopenhauer düşünürdü ki, insanın xarakteri atasından, intellekti isə anasından gəlir. Kant və Platonu oxumağının əsas səbəbi də müəllimi Ernst Şulzenin məsləhəti idi. Yoxsa, Aristotel və Spinozanı oxumağı düşünürdü. Fəlsəfə aləmində ona vaxtından öncə böyümüş, çoxbilmiş kimi baxırdılar. “Dünya ideya və iradə kimi” adlı sistemləşdirilmiş ilk kitabını 30 yaşından öncə yayımladığı üçün yüksək qiymətləndirilirdi. Şopenhauer fəlsəfəsinin əsas nöqtələrindən biri fərdçilikdir. Lakin daha pessimist yöndə. Şopenhauer düşünürdü ki, fərdin əxlaqını nə cəmiyyət, nə


də məntiq təyin edə bilər. Və insan degenerasiyaya məhkumdur. Bunun isə adını «iradə» qoymuşdu. Bu düşüncəni daha sonra Nitsşe inkişaf etdirəcəkdi. Şopenhauer əzab çəkən insanın bu əzablardan qurtulmaq üçün incəsənəti yaratdığını fikrini müdafiə edirdi. Bu sənətin ən saf olanı isə musiqi idi. Çünki musiqi birbaşa «iradənin» müstəqil bir forması idi. Ona görə eqo və əxlaqsızlıq iki fərqli anlayış olub, eqo mütləq kiməsə pislik etmək xüsusiyyəti daşımırdı. Şopenhauerin Ziqmund Froyda bir təsiri kimi onun cinsi əlaqələr haqqındakı ideyalarını göstərmək olar. Şopenhauerin düşüncəsinə görə “Yaşama istəyi” ən əsas və hər cürə məntiqə qarşı gələn insan istəyidir və bu bizi nəslimizi artırmağa təhrik edir. Onun təliminə görə sevgi münasibətlərinin hamısının əsas hədəfi də budur. Şopenhauer dinləri optimist və pessimist olaraq ayırırdı. Özünü xristian hesab etməsə də, öz pessimizmini Xristianlığa daha çox yaraşdırırdı. Onun düşüncəsinə görə Yəhudilik, İslam və Yunan-Roma bütpərəstliyi optimist dinlər idi. Öz pessimizmini “küllərin arasında oturan bir insan” olaraq yox, “kitabxanada meditasiya edən insan” olaraq təsəvvür edirdi. Qısası, Şopenhaueri təkcə “pessimist filosof” deyə damğalayıb kənara atmaq doğru olmazdı. Onun düşüncələri ondan çox fərqli düşüncəyə və ideala malik olan yüzlərlə filosofa sirayət etmiş və bəşəriyyətin fəlsəfi sərhədlərini daha da geniş­ ləndirmişdi.



ERİSTİK DİALEKTİKA

GİRİŞ Eristik dialektikaa mübahisə sənətidir, mütləq haqlı çıxmaq məqsədilə istifadə edilən mübahisə sənətib. Yəni perfas et nefas1. Məsələn, insan müəyyən bir məsələdə obyektiv olaraq haqlı olduğu halda, baxanların gözündə və hətta bəzən öz gözündə də haqsız qəbul edilə bilər. Bu halda qarşımdakı rəqib mənim arqumentimi təkzib etdikdə, əslində bəlkə başqa sübutların da olmasını düşünsəm, müdafiə etdiyim arqument yenə təkzib edilmiş sayılır. Əlbəttə, bu halda rəqibim üçün də başqa məsələdən söhbət gedir: Obyektiv olaraq haqsız olsa da, haqlı çıxır. Yəni bir tezisin obyektiv doğruluğu ilə rəqib və dinləyicilərin qiymətləndirməsinə görə etibarlılığı iki ayrı şeydir (Dialektika bunlardan ikincisi ilə bağlıdır). Bu nədən irəli gəlir? İnsan irqinin pisliyindən. Belə olmasaydı, biz 1

Lat. Həm haqlı, həm də haqsız 9


ARTHUR SCHOPENHAUER

ucdantutma dürüst olsaydıq, o zaman hər mübahisədə yalnız həqiqəti tapmağa çalışardıq. İlk dilə gətirdiyimiz mülahizələrimizə, hətta bunun müxalifimizin ideyası ilə üst-üstə düşməsinə qətiyyən fikir verməzdik. Bu heç bir əhəmiyyət kəsb etməzdi, ya da ən azından tamamilə ikinci faktor sayılardı. Halbuki indi əsl problem odur. Dərrakə kontekstində xüsusilə həssas olan anadangəlmə təkəbbür, ilk irəli sürdüyümüz fikrin yanlış, rəqibin fikrinin isə doğru çıxmasını istəmir. Elə isə hər bir rəqib doğru rəy vermək üçün səy göstərməlidir. Yəni öncə düşünüb sonra danışması lazımdır. Lakin anadangəlmə lovğalığa görə çox vaxt bunu boşboğazlıq və anadangəlmə fırıldaqçılıq müşayiət edir. Bu insanlar düşünmədən danışır və əgər tezislərinin yanlış olduğunu, haqsız olduqlarını görsələr, vəziyyət bunun tam əksi kimi görünsün istəyirlər. Həqiqətə olan marağın doğru olduğunu ifadə edən arqument yaradıldıqda çox vaxt yeganə təkanverici qüvvə hesab edilir. Buna baxmayaraq, indi yerini kibrə olan marağa verib. Doğrunun səhv və səhvin də doğru kimi görünməsi lazımdır. Artıq bizə də yanlış görünən arqument üzərində bu fırıldaqçılığın, israrın belə bir bəhanəsi var: Başlanğıcda arqumentimizin doğruluğuna tamamilə əminik, ancaq görünür, qarşı tərəfin arqumentləri hal-hazırda düşünülür; əslində arqumentimizdən dərhal imtina etsək, çox güman ki, sonradan 10


ERİSTİK DİALEKTİKA

haqlı olduğumuzu anlamağımız mümkündür. Sübutumuz səhv olsa da, ideyamız üçün uyğun bir arqument idi. Sadəcə olaraq, ideyanı xilas edəcək arqument hələ ağlımıza gəlməmişdi. Bu səbəbdən bizdə belə bir düstur yaranır: Əks-arqument doğru və inandırıcı görünəndə belə onunla mübarizə aparmalı, sadəcə doğruymuş kimi göründüyünə və mübahisə vaxtı ağlımıza onu təkzib edəcək, ya da öz iddiamızı başqa bir şəkildə təsdiqləyəcək bir arqument gələcəyinə inanaraq mübarizəni davam etdirməliyik. Beləliklə, mübahisədə fırıldaqçılığa qismən məcbur qalırıq. Ən azından əvvəlcədən belə başlayıb oraya doğru getməyimiz asan olar. Bu prosesdə dərrakəmizin zəifliyi və istəyimizin azğınlığı bir-birini qarşılıqlı olaraq dəstəkləyir. Bundan belə bir nəticə çıxır: Mübahisə edən şəxs, ümumiyyətlə, doğru üçün deyil, yalnız öz arqumenti üçün mübarizə aparır, proara et focis2 kimi və per fas et nefas hərəkət edir. Göstərmiş olduğumuz kimi, başqa bir şey də edə bilməz. Adətən hamı ona səhv və ya şübhəli göründükdə fikirlərini əsas müddəalarla qəbul etdirmək istəyir.c Bunun üçün hamıya lazım olan vasitələri elə öz hiyləgərliyi və pisliyi bir miqdar verir. Müzakirələr zamanı əldə olunan gündəlik təcrübə bunları bizə öyrədir, – Hamının öz təbii məntiqi olduğu 2

Latınca - Vətən və ocaq üçün. 11


ARTHUR SCHOPENHAUER

kimi, öz təbii dialektikası da var. Amma bu təbii dialektika, heç də təbii məntiq kimi etibarlı deyil. Kimsə asanlıqla məntiq qaydalarına qarşı bir fikir irəli sürə və ya nəticə çıxara bilməz: Yanlış fikirlər çoxdur, yanlış qənaətlər isə nadir halda görünür. Yəni bir insanda təbii məntiqin yetərsizliyinə elə də rast gəlinmir, lakin təbii dialektikanın çatışmazlığı elə deyil. Bu bərabər paylanmamış təbii istedaddır (eynilə bərabər paylanmış ağlın əksinə birtərəfli paylanmış mühakimə qabiliyyəti kimi). Çünki əslində haqlı olduğu bir məsələdə insanın sadəcə səthi arqumentlərlə başının qarışması və ya təkzib edildiyinin qəbul edilməsi, ya da bunun tam tərsi - mütəmadi olaraq baş verən şeylərdir. Və mübahisədən qalib çıxan adam çox vaxt bunun arqumentini yaradarkən mühakimə qabiliyyətinin düzgün işləməsinə deyil, o arqumenti hiyləgərlik və çevikliklə müdafiə etmiş olmasına borcludur. Əvvəlcədən mövcud olan şey hər vəziyyətdə olduğu kimi burada da ən yaxşısıdır.d Ancaq məşq etməyin və rəqibə hücum etməyə yarayan, ya da onun hücum etmək üçün ən çox istifadə etdiyi taktikalar üzərində düşünməyin də bu sənətdə ustalaşmağa çox böyük köməyi var. Yəni hər nə qədər məntiqin, həqiqətən, praktik istifadəsi olmasa da, dialektikanın istifadəsi ola bilər. Mənə elə gəlir ki, Aristotel öz əsl məntiqini (analitik), əsasən, dialektikaya əsas və hazırlıq olması üçün yaratmışdı və 12


ERİSTİK DİALEKTİKA

əsl məsələsi dialektika idi. Məntiq mülahizələrin sadə qaydaları ilə məşğul olur, dialektika isə onların nədən ibarət olduğu və ya mündəricatı ilə, yəni məzmunu ilə məşğul olur. Buna görə də surətin, yəni ümumi olanın, məzmundan - xüsusi olandan əvvəl nəzərə alınması lazım idi. Aristotel dialektikanın məqsədini mənim burada tədbiq etdiyim dərəcədə qəti şəkildə müəyyən etməyib. Əsas məqsəd olaraq mübahisəni göstərməyinə baxmayaraq həqiqətin axtarılmasının da vacib olduğunu qeyd edib (Mövzu - Topica, I, 2). Daha sonra (Mövzu, I, 12) belə deyir: Arqumentlər fəlsəfi olaraq həqiqətə görə, dialektik olaraq isə görünüş və ya tərifə, başqalarının δoξα3 görə təhlil olunur. Bir arqumentin obyektiv doğruluğunun, onun etibarlı olmasından və ya təsdiqindən müstəqil olduğunu və ayrı tutulmağının zəruriliyini dərk edir. Bunları dialektikanın sadəcə ikinci ilə bağlı olduğunu müəyyən edir ancaq bəs edəcək dərəcədə ayırd etmir.e Bu səbəbdən, ikinciyə qarşı gətirdiyi qaydaların arasına birincilərin əsas məqamlarını da əlavə edib. Buna görə də mənə elə gəlir ki, girişdiyi işi tam və dəqiq olaraq bitirməyib.f Aristotel dialektika qurmaq işini “Topicis”də4 özünəməxsus elmi ruhu ilə son dərəcə metodik və 3 4

Yun. dəyərlərinə Yun. Mövzular 13


ARTHUR SCHOPENHAUER

sistematik olaraq dəyərləndirib. Bu, heyranedicidir, amma buradakı açıq praktik olan məqsədə tam çatmamışdır. Aristotel “Analiticis”də5 anlayışlara, rəylərə və nəticələrə saf forma baxımından nəzər yetirdikdən sonra məzmuna yönəlir. Bundan sonrası təkcə mövhumlarla bağlıdır. Çünki əsl mahiyyət mövhumlardadır. Mülahizələr və nəticələr özbaşlarına yalnız formadan ibarətdir: Onların məzmunu mövhumlardır.g Aristotel belə bir yol seçir: Hər mübahisənin bir tezisi, ya da bir problemi (bunlar təkcə forma etibarilə ayrılır) və bunu həll etməli olan mülahizələri var. Burada söhbət daim anlayışlar arasındakı əlaqədir. Bu əlaqələr ilk növbədə dörd dənədir: • Definitum – mənası. • Genus – cinsi. • Proprium – fərqləndirici xüsusiyyəti, necəliyi. • Accidens – hər hansı bir keyfiyyəti. Hər müzakirənin problemi bu əlaqələrdən birinə bağlanır. Bütün dialektikanın əsası bax budur. Aristotel “Topica”nın səkkiz kitabında bu qavramların həmin dörd tərəfdən bir-birləri ilə qarşılıqlı qura biləcəkləri əlaqələri göstərir və mümkün ola biləcək hər əlaqənin qanunlarını təyin edir. Yəni 5

Yun. Analitiklə 14


ERİSTİK DİALEKTİKA

hər hansı bir mövhum başqa bir mövhumun mənası, cinsi, xüsusiyyəti və keyfiyyəti ola bilməyi üçün onunla hansı əlaqəyə girməli olduğunu açıqlayır. Bu kimi tənzimatda asanca baş verə bilən səhvlərin səbəb olduğu belə bir əlaqə κατασκεναζειν6 istəyən birinin hər dəfə nələrə diqqət etməsi lazım olduğu və başqası belə bir şey edəndə o quruluşu ἀνασκευάζειν7 üçün nələr edə biləcəyini təyin edir. Aristotel bu cür hər qanunun yaxud sinif-mövhumların aralarındakı ümumi əlaqənin quruluşunu τόπος8, yəni locus9 olaraq adlandırmış və belə 382 ədəd τόποι təyin etmişdir. “Topica” adı da buradan gəlir. Yəni topos saf kontekstual deyil. Müəyyən bir əşya da mövhuma aid olmur, amma hər vaxt bütün olaraq mövhum siniflərinin bir əlaqəsinə aid olur və bu əlaqə də hər mübahisədə olduğu kimi həmin bəhs edilən dörd yöndən istifadə olunaraq saysız-hesabsız mövhum arasında mövcud ola bilər. Bu dörd əlaqə formasının özünün də alt sinifləri mövcuddur. Burada qiymətləndirməni elmi hesab etmək mümkün olsa da, bu, məntiqdə olduğu kimi saf formada deyil, çünki qiymətləndirmə mövhumların konteksti ilə əlaqəlidir. Lakin bunu düstur ilə edir: Yun. Qurmaq Yun. Dağıtmaq 8 Yun. yer 9 Lat. yer 6 7

15


ARTHUR SCHOPENHAUER

A mövhumunun konteksti B mövhumununku ilə elə bir əlaqədə olmalıdır ki, biri digərinin cinsi, keyfiyyəti, xüsusiyyəti, yaxud mənası olsun – αντικειμένων10 , səbəb və təsir və ya bir xüsusiyyətin mövcudluğu, ya da çatışmazlığı və s. Hər mübahisə bu əlaqə barədədir. Aristotelin τόποι olaraq bu münasibətlərə görə verdiyi qaydaların çoxu onsuz da anlayış münasibətlərinin təbiətində olan şeylərdir. Hamı avtomatik olaraq bunları bilir və rəqibin bunlara riayət etməsi üçün avtomatik israr edir. Eynilə məntiqdə olduğu kimi. Hətta bu vəziyyətdə qaydalara tabe olmaq, ya da riayət edilmədiyini görmək, “topos”dakı mücərrəd qaydalara nəzarət etməkdən daha da asandır. Buna görə də bu dialektikanın praktikada istifadə sahəsi elə də böyük deyil. Hətta demək olar ki, sadəcə öz-özünə dərk edilən və sağlam ağlın avtomatik başa düşəcəyi şeyləri deyir. Nümunələr: «Əgər hər hansı bir əşyanın cinsindən bəhs edilirsə, ona bu cinsin bir növü də uyğun gəlmək məcburiyyətindədir. Əgər belə deyilsə, arqument səhvdir. Məsələn, ruhun hərəkət etdiyi iddia edilirsə, uçuş, yeriş, böyümə, kiçilmə və s. kimi müəyyən bir hərəkət ona məxsus olmalıdır. Yoxsa ruh hərəkətsizdir. Yəni növü olmayan bir şeyin cinsi də yoxdur: Bu “τόπος”dur». 10

Yun. ziddiyyət 16


ERİSTİK DİALEKTİKA

Həmin τόπος, tezislər irəli sürməyə və təkzib etməyə faydalıdır, doqquzuncu “τόπος”dur. Və əksi də uyğundur: Əgər bir şeyin cinsi yoxdursa, növü də yoxdur. Məsələn, kiminsə bir başqasının arxasınca pis şeylər danışdığı iddia edilir. Onun heç danışmadığını sübut etsək, belə bir şey demədiyini də sübut etmiş olarıq. Çünki cinsin olmadığı yerdə növ də ola bilməz. Xüsusiyyət, yəni proprium məsələsində, 215-ci “locus”da belə deyilir: «Əvvəlcə, etibarsızlaşdırma haqda: Əgər rəqib ancaq mənəvi yöndən hiss edə biləcəyimiz bir xüsusiyyəti qeyd edibsə, bu zəif bir qeyddir. Çünki ancaq hiss etməklə varlığı bilinən şeyləri hiss etməsək, onun mövcudluğu sual altına düşür. Məsələn, rəqibimiz günəşin xüsusiyyətini onun dünyanın üzərindən keçən ən parlaq ulduz olması ilə təyin etsə, bu hiylə uğursuz olar, çünki günəş batdıqda artıq hissiyyatımız xaricində olduğu üçün dünyanın üzərindən keçib-keçmədiyini bilmərik. İkincisi, bir iddia irəli sürmək haqda: Xüsusiyyətin düzgün bir tərzdə göstərilməsi üçün ya hiss olunmayan bir şey, ya da hiss olunan amma labüd bir faktdan danışmaq lazımdır. Məsələn, bir yerin xüsusiyyəti olaraq rəngi göstərilibsə, bu hislərlə bilinən bir xüsusiyyətdir amma labüddür, daim göz önündədir». Aristotelin dialektika anlayışını göstərmək üçün bu qədər bəsdir. 17


ARTHUR SCHOPENHAUER

Ancaq qənaətbəxş olmadığı üçün, daha bir başqa mənbədən istifadə etməyə cəhd etdim. Siseron öz “Topica” əsərini Aristotelin kitabını yaddaşında qaldığı kimi təqlid edərək ərsəyə gətirmişdir. Mətn çox səthi və zəifdir. Siseron bir “topus”un nə mənaya gəldiyini, məqsədinin nə olduğunu qavramayıb və ex ingenio11 növlü anlaşılmayan şeyləri bir yığın hüquqa dair nümunə ilə doldurub. Bu, onun ən pis yazılarından biridir. Dialektikanı saf halı ilə anlamaq üçün obyektiv həqiqətlə maraqlanmadan (bu məntiqin problemidir) onu yalnız haqlı çıxma sənəti olaraq dəyərləndirməliyik. Əlbəttə ki, onsuz da doğrunu deyiriksə, haqlı çıxmağımız daha asan olacaq. Amma əlahiddə dialektikanın əsas vəzifəsi, hər cür təcavüzə, xüsusilə dürüst olmayan hücumlara qarşı insanın özünü necə müdafiə edəcəyini və eyni şəkildə başqasının iddialarına onunla ziddiyyətə düşmədən və dediyi iddialar təkzib edilmədən necə hücum edəcəyini göstərməkdir. Obyektiv həqiqəti tapma işini öz arqumentlərini qəbul etdirmə sənətindən ayırmaq lazımdır. Bunlardan birincisi çox fərqli bir fəaliyyətdir – πραγματεία (praqmatika). Bu mühakimə bacarığının, düşüncə bacarığının və təcrübəsinin işidir və buna aid bir sənət növü yoxdur, digəri isə 11

Lat. Öz ixtirası 18


ERİSTİK DİALEKTİKA

dialektikanın məqsədindən ibarətdir. Dialektika, görünüşün12 məntiqi olaraq göstərilir. Səhvdir. Elə olsa, təkcə yanlış mülahizələrin müdafiəsində istifadə oluna bilərdi, halbuki insan haqlı olanda da fikrini müdafiə etmək üçün dialektikaya ehtiyac duyur. Hiyləli yolları tanımalıdır ki, onlara cavab da versin. Həmçinin rəqibi eyni silahlarla vurmaq üçün bunlara tez-tez özü də müraciət edə bilər. Yəni dialektik baxımdan obyektiv həqiqəti bir qırağa qoymaq və ya təsadüf saymaq məcburiyyətindəyik. Etməli olduğumuz tək şey öz iddiamızı necə müdafiə edəcəyimizi və rəqibin fikirlərini necə təkzib edəcəyimizi tapmaqdır. Bu barədə olan qaydaları mübahisədə tətbiq edərkən, obyektivliyi, ümumiyyətlə, nəzərə almamalıyıq, çünki çox zaman obyektiv həqiqət bilinmir. Əksər hallarda hər iki tərəf də bir-birinin düşüncəsini mənimsəyərək evinə qayıdır. Əsasən, haqlı yoxsa haqsız olduğumuzu özümüz də bilmirik, tez-tez buna inanır və aldanırıq. İki tərəf də buna inanır, çünki veritas est in puteo13. Mübahisəyə başlayarkən, bir qayda olaraq, hamı öz dediyinin doğru olduğuna inanır. Mübahisə gedərkən iki tərəf də şübhəlidir. Ancaq mübahisənin sonunda həqiqətin aşkarlanması gözlənilir. Lakin dialektika bununla məşğul olmur. Bir 12 13

Almanca orijinalda – schein - parıltı Demokritdən gətirilmiş sitat. Lat. Həqiqət dərindədir. 19


ARTHUR SCHOPENHAUER

qılınc ustası döyüşərkən dueldəki hadisədə kimin haqlı olduğu ilə maraqlanmır, diqqət etdiyi yeganə şey, doğru həmlələri edərkən eyni anda rəqibinin hücumunu sovuşdurmaqdır. Dialektika da eynilə belədir: Mənəvi bir dueldir və yalnız saf olaraq dərk olunarsa, özünəməxsus bir intizam yarada bilər. Bu baxımdan, saf obyektiv həqiqəti məqsəd olaraq görsək, sadə məntiqə geri dönməli oluruq. Başqa yöndən baxanda məqsədimiz yanlış mülahizələr təklif etmək olsaydı, əlimizdə quru sofistikadan başqa nəsə də olmazdı. Və hər iki halda da obyektiv həqiqəti və səhvi əvvəlcədən bildiyimiz qəbul olunur, halbuki bu, çox nadir olan bir şeydir. Elə isə dialektikanın nəzərdə tutduğu “həqiqət” dediyimiz kimidir: Dialektika mənəvi duel sənətidir və mübahisədə qalib gəlməyə kömək olur. Əslində buna eristika14 demək daha uyğun olardı. Ən düzgün adı Eristik Dialektika olmalıdır - Dialectica Eristica. Son vaxtlar gözardına vurulsa da, əslində insana çox kömək edir. Bu mənada dialektika mübahisə zamanı haqlı olmasalar belə, vəziyyətdən çıxmaq istəyənlərin təbiətdən aldıqları və peşəkarcasına gördükləri bu işin sistem və normaya uyğunlaşdırılaraq yekunlaşdırılması və təqdimatıdır. Beləliklə, dialektika 14

Yun. Εριστικ - Bədrəftarlıq 20


ERİSTİK DİALEKTİKA

elmini tətbiq edərkən obyektiv həqiqət və onun aşkar olunması tamamilə məqsəddən kənar olardı, çünki orijinal və təbii dialektikada belə bir şey lazımsızdır, yeganə hədəf haqlı çıxmaqdır. Bizim nəzərdə tutduğumuz mənada elmi dialektikanın əsas vəzifəsi, mübahisədə də istifadə edilən hiylələri bir-bir izah və təhlil etməkdir. Beləliklə, bunları əsl mübahisələrdə dərhal tanıyıb təkzib edə bilərik. Məhz elə buna görə də dialektika obyektivliyi yox, mübahisədə qələbəni hədəf olaraq təyin etməlidir. Bu haqda geniş bir araşdırma aparsam da, bildiyim qədərilə bu barədə hər hansı ciddi bir iş görülməyib. [Qeyd: Diogenes “Laertius”15 un dediyinə görə, “Theophrastus”16 un ritorika haqqında yazdığı və hamısı da itmiş olan çox saylı yazılarından birinin başlığı belə idi: Αγωνιστικών της περιτους εριστικους λογους θεωριας.17 Bu bizim mövzumuz olacaq]. 18 Belə çıxır ki, işlənilməmiş bir sahə ilə üz-üzə dayanmışıq. Məqsədimizə çatmaq üçün təcrübədən istifadə etməliyik: Ətrafımızda tez-tez baş Diogen Laerti – Yunan yazar, “Məşhur filosofların həyatı, təlimləri və kəlamları” adlı 10 cildli əsərin müəlifi. 16 Teofrast – Yunan filosof. Aristotelin xələflərindən biri. 17 Şopenhauer bu cümlənin tərcüməsini vermir. Yunanca: Söz güləşdirmək. 18 Şopenhauerin qeydi. 15

21


ARTHUR SCHOPENHAUER

verən mübahisələrdə tərəflərin bir-birinə qarşı işlətdiyi bu hiylələri necə istifadə etdildiyini müşahidə edərək fərqli formalarda təkrarlanan hiylələrin ümumi quruluşlarını təhlil etməliyik. Beləliklə, həm özümüz istifadə etmək, həm də bizə qarşı istifadə ediləndə bunu təkzib edə bilmək üçün ümumi bəzi hiylələri [Stratagemata] ortaya qoya bilərik. Aşağıdakı açıqlamalar bunun bir ilk təcrübəsi kimi başa düşülməlidir.

22


ERİSTİK DİALEKTİKA

ƏLAVƏLƏR ƏLAVƏ – 1 Məntiq və dialektika antik dövrlərdə eynimənalı olan sözlər idi, halbuki λογίζεσθαι (loqizestai), yəni, üzərində düşünmək, hesablamaq ilə διαλέγεσθαι (dialeqestai), yəni söhbət etmək fərqli şeylərdir. διαλεκτική πραγματεία, διαλεκτική ανηρ (dialektik traktat, dialektik insan) terminini ilk dəfə Platon istifadə edib (Diogen Laertiyə görə, Fedrus, Sofist, Respublika və digər kitablarında), bununla ağlın daim istifadəsini və bu istifadədə təcrübəli olmağı nəzərdə tuturdu. Aristotel də τα διαλεκτικά anlayışına eyni məna verib. Lakin bundan əvvəl – Lavrenti Valla əsasən - λογική (məntiq) sözünü bu mənada istifadə etmişdir. Həqiqətən də, λογικάτη δυσχέρεια (məntiqi çətinliklər), argutias (sözlərin ustalıqla ifadəsi), πρόταση λογική (məntiqi təkliflər), απορίαν λογική (məntiqi aporiya, nəticəsizlik, cavabsızlıq) anlayışları ilə qarşılaşırıq. Deməli, dialektika sözü məntiq 23


ARTHUR SCHOPENHAUER

sözündən daha qədimdir. Siseron və Kvintillian da bu sözləri ilkin mənalarında istifadə ediblər. Siseron “Lucullo”da belə deyir: Dialecticam inventam esse, veri et falsi quasi disceptatricem – Dialektika bir növ səhv və doğru arasında qərar verən (hakim) olaraq kəşf olunub. “Topica”nın ikinci hissəsində isə belə yazır: Stoici enim judicandi vias diligenter persecuti sunt, ea scientia, quam Dialecticen appellant – Stoaçılar mühakimə üsullarına diqqətlə riayət edir, bunun üçün dialektika adlandırdıqları elmdən yararlanardılar. Kvintillian isə belə deyib: itaque haec pars dialecticae, sive illam disputatricem dicere malimus (...yəni dialektikanın, yaxud bizə görə qərar vermə sənətinin bu hissəsi...). Görünür, Kvintillian “qərar vermə sənəti” anlayışını dialektika sözünün latınca tərcüməsi sayırdı. (Mənbə: Petri Rami dialéctica, Audomari Talaei praelectionibus illustrata, 1569) Məntiq və dialektika sözlərinin belə eynimənalı sayılması Orta əsrlərdə də davam edib bizə qədər gəlib çatıb. Amma Kant dialektika anlayışını “sofistik mübahisə sənəti”ndən daha mənfi mənada istifadə etmiş, bu səbəblə “məntiq” sözünü seçmişdir. Yenə də lap əvvlədən bəri eyni şeyi ifadə edən bu iki anlayış son illərdə yenidən eynimənalı olaraq istifadə edilməkdədir.

24


ERİSTİK DİALEKTİKA

ƏLAVƏ 2 Dialektika və məntiq terminləri eynimənalı istifadə edildiyindən bunları istədiyim kimi ayırd edə bilmirəm. Mənə qalsa məntiqə (haqqında düşünmək, hesablamaq mənasındakı λογίζεσθαι və bir-birindən ayrılmaz olan söz və ağıl mənasına gələn λόγος sözlərindən) “düşünməyin qanunları, yəni ağlın işləmə tərzi” olaraq, dialektikaya isə (διαλέγεσθαι – söhbət sözündən; amma unudulmamalıdır ki, hər söhbətdə fikir mübadiləsi baş verir, yəni hər söhbət ya tarixidir, ya da fikri) “mübahisə sənəti” olaraq tərif verərdim. Belə olan halda aydın görünür ki, məntiqin mövzusu düşüncənin təcrübi biliklərdən istifadə etmədən təyin edilə bilən saf “a priorik” qanunlarıdır, ağlın narahat edilmədən – ağıllı insanın tək oturub düşünməyi kimi – heç bir yanlışlığa düşmədən işləyişidir. Buna cavab olaraq dialektika ağıl sahibi iki varlığın olduğu məkanı nəzərə alır: Bunlar bərabər düşünür, ona görə də əqrəbləri olan eyni iki saat kimi ahəngli iş görməyəndə dərhal bir mübahisə, yəni mənəvi bir mübarizə başlayır. Saf ağıl olaraq bu iki fərd, tamamilə bir harmoniya içində olmaq məcburiyyətindədir. 25


ARTHUR SCHOPENHAUER

Aralarındakı uyğunsuzluqlar, fərdiyyətin orijinal bir xüsusiyyəti olan fərqdən qaynaqlanır və empirik məsələdir. Buna görə də düşünməyin, yəni saf ağlın fəaliyyətinin elmi olan məntiq “saf” (yəni, “a priori19”) olaraq qurula bilər. Dialektika isə, sadəcə a posteriori20 olaraq; əsasən həm birlikdə düşünən iki rasional fərdin fərqlilikləri səbəbi ilə “a priori” düşüncənin məruz qaldığı narahatlıq və çatışmazlıqlara dair təcrübi məlumatdan, həm də bu insanların hər birinin öz fikrini saf və obyektiv fikir kimi qəbul etdirmək üçün bir-birinə qarşı istifadə etdikləri vasitələrə istinad edilərək qurula bilər. Çünki insanın təbiəti belədir – birlikdə düşünərkən, söhbət edərkən, əgər A eyni mövzuda B-nin özündən fərqli düşündüyünü görsə, əvvəlcə öz düşüncəsini nəzərdən keçirib səhv axtarmaq yerinə, başqasının düşüncəsində səhv axtarar. Yəni insan təbiəti etibarilə “mən deyəndir!” - düşüncəsindədir. Onun bu xüsusiyyətindən yaranan nəticələri öyrədən təlimə də mən dialektika demək istərdim, lakin eristik dialektika deyəcəyəm. Eristik dialektika insanın təbiətində yatan doqmatikliyin iş prinsipini öyrənib açıqlayır.

19 20

A priori – təcrübəyə məruz qalmamış A posteriori – təcrübədən sonra, təcrübə olunmuş 26


ERİSTİK DİALEKTİKA

BÜTÜN DİALEKTİKANIN ƏSASLARI Əvvəlcə, hər bir mübahisənin əsasını ələ alacaq və mübahisədə əslində nə olduğuna baxacağıq. Hesab edək ki, rəqibimiz bir tezis irəli sürdü (ya da biz təklif etdik, bunun fərqi yoxdur). Bunu təkzib etmək üçün iki tərz və iki yol mövcuddur. Tərzlər: a) ad rem – mövzuya yönəlmiş b) ad hominem – insana yönəlmiş, ya da ex con­­sessis – qəbul edilmiş olana görə. Yəni təklif olunan arqumentin və ya əşyanın təbiəti iləh, mütləq obyektiv faktla, ya da rəqibin başqa iddiaları ilə və ya təsdiqlədiyi digər şeylərlə uyğunlaşmadığını göstərməliyik. Bu sonuncu tərz sadəcə nəticəyə bağlı bir şeydir və mövzuya aid olan obyektivliyə dəxli yoxdur. Yollar: a) birbaşa təkzib etmə b) dolaylı təkzib etmə 27


ARTHUR SCHOPENHAUER

Birbaşa təkzib etmə tezisin səbəblərinə, dolaylı təkzib etmə isə onun nəticələrinə hücum edir. Birincisi tezisin doğru olmadığını, ikincisi isə doğru ola bilməyəcəyini göstərir. Birbaşa təkzib etmə iki cür ola bilər: Ya rəqibin arqumentinin əsaslandığı səbəblərin yanlış olduğunu göstəririk (nego majorem, nego minorem21), ya da səbəbləri qəbul edərək bu səbəblərdən həmin arqumentin çıxmayacağını göstəririk (nego consequentiam22). Dolaylı təkzib etmədə isə ya “apagoge”yə23, ya da “instanz”a24 müraciət olunur. Apagoge: Rəqibin arqumentini doğru qəbul edirik, sonra bunu doğru qəbul edilən başqa bir arqumentlə yanaşı bir nəticənin şərti olaraq istifadə edilməsində hansı nəticənin çıxacağını göstəririk. Əlimizdə açıqca səhv olan bir mühakimə olacaq, ya əşyanın təbiəti ilə, ya da rəqibin başqa iddiaları ilə səhv düşəcək, yəni bu mühakimə ad rem, ya da ad hominem olaraq səhvdir (bax: Hippia Major və başqa dialoqlarda Sokrat). Deməli, rəqibin tezisi olan arqument də səhvdir, çünki hər nə qədər səhv şərtlərdən daim səhv arqumentlər çıxmasa da, doğru şərtlərdən ancaq doğru arqumentlər çıxır. Instanz: Ümumi arqumentin yaradılarkən mövcud olan xüsusi şərtlərə istinad edilərək təkzib 28


ERİSTİK DİALEKTİKA

edilməsi. Bu şərtlər əslində ümumi arqumentə uyğun gəlmədiyindən arqument də səhv hesab edilir. Hər bir mübahisənin çərçivəsi, quruluşu məhz belədir. Yəni artıq mübahisələr haqqında əsas məlumata sahibik. Əsasən, hər cür mübahisədə bu məsələyə qayıdaraq həmin səviyyəyə endiriləcək. Bütün bunlar real, ya da sadəcə vizual ola bilər, həqiqi və ya saxta arqumentlər irəli sürülərək baş verə bilər. Məsələnin əslini bilmək asan olmadığından, mübahisələr də uzanıb çətinləşə bilər. Eyni şəkildə, biz də fikrimizi bildirərkən həqiqəti və görünüşü ayırd edə bilmirik, çünki bundan onsuz da onların özləri də əvvəlcədən əmin deyil. Bu səbəbdən hiylələri haqlı və ya haqsız olduğumuzu nəzərə almadan açıqlayacağam; çünki bundan özümüz də əmin ola bilmərik, təkcə mübahisə yolu ilə ortaya çıxa bilər. Eyni zamanda, ümumiyyətlə, hər bir mübahisədə, ya da arqumentasiyada hər hansı bir mövzu haqqında həmfikir olmalıyıq ki, bunu əsas kimi götürüb müzakirə edilən mövzu ilə əlaqədar mühakimə irəli sürə bilək: Contra negantem principia non est disputandum25. Lat. böyük və ya kiçik ön şərtin inkarı. Lat. nəticənin inkarı. 23 Lat. Sapmaq. Bir şeyin əksinin axmaq ya da mümkünsüz olduğunu göstərərək isbatlamaq. 24 Lat. Nümunə 25 Lat. Prinsipləri inkar edən biri ilə mübahisə etmək olmaz. 21 22

29


ARTHUR SCHOPENHAUER

HİYLƏ 1 Genişlətmə Rəqibin iddiasını təbii sərhədləri daxilinə itələmək, bunları bacardıqca ümumiləşdirmək, bacardıqca geniş mənada rəy vermək və qabartmaq, həm də öz arqumentimizin mənasını mümkün qədər sərhədləndirmək. Çünki bir iddia nə qədər ümumidirsə, ona hücum etmək o qədər asandır. Bu hiyləyə qarşı çarə punctinin26, ya da status controversiaenin27 dəqiq və doğru olaraq əvvəlcədən təyin olunmasıdır. Nümunə 1: Mən bunu dedim: “İngilislər ilk dramaturq xalqdır” - rəqibim bir instantia28 verməyi yoxlayaraq cavabladı: “Onların musiqidə və dolayısıyla operada nəsə edə bilmədiyi məlum məsələdir”. Lat. nöqtələr – burada: əsas fikir Lat. mübahisə mövzusu. 28 Lat. nümunə 26 27

30


ERİSTİK DİALEKTİKA

Mən musiqinin dramatik sənət sayılmadığını, dramın sadəcə tragediya və komediyadan ibarət olduğunu xatırladaraq hücumu dəf etdim. Bunu o da yaxşı bildiyi üçün arqumentimi ümumiləşdirməyə və bütün teatr tamaşaları, dolayı yolla opera ilə və beləcə musiqi ilə əlaqələndirməyə çalışdı və bu sayədə məni məğlub etmək istədi. Arqumentimizi qorumaq üçün bunun tərsini etməliyik. Əgər ilk ifadə tərzimiz buna uyğundursa bacardıqca daha dar mənalı hala çevirməliyik. Nümunə 2: «A» şəxsi - «1814-cü il sülhü bütün alman Hansa şəhərlərinə müstəqilliklərini geri verdi». «B» şəxsi bu “instantia contrarium”u nümunə gətirir: «Qdansk, Bonapartın verdiyi azadlığı məlum sülh müqaviləsi ilə itirdi». «A» şəxsi isə özünü belə müdafiə edir: «Mən bütün alman Hansa şəhərlərindən danışdım, Qdansk Polşadakı bir Hansa şəhəridir». Bu hiyləni Aristotel 8-ci Mövzu, 12 və 11-ci maddədə izah etmişdir.

31


ARTHUR SCHOPENHAUER

Nümunə 3: Lamark “Philosophie zoologique” adlı əsərində poliplərin hislərdən tamamilə uzaq olduqlarını, çünki sinirləri olmadığını deyir. Amma hissiyyatlarının olması dəqiqdir, çünki işığa doğru hərəkət edirlər və ovlarını tuturlar. Buna görə də poliplərdə sinir kütləsinin bir növ bədənin içində əriyərək bədənin hər yerlərinə yayıldığı düşünülürdü. Çünki poliplərin hissiyyatları olduğu halda, hiss orqanları yoxdur. Bu düşüncə Lamarkın düşüncəsini alt-üst edəndə Lamark dialektik arqumentlə bunu dedi: «Elə olsa, polipin bədəninin bütün hissələrində hər növ hissiyyata sahib olmağı lazım olardı - hətta hərəkət, iradə və düşünmə bacarığı da olardı. Bu isə bir polip vücudunun hər nöqtəsində mükəmməl bir heyvanın bütün orqanlarına sahib olduğu mənasına gələ bilər. Hər nöqtə görə bilər, qoxunu duya bilər, dad ala bilər, eşidə bilər və hətta düşünə bilər, ehkam və nəticə çıxara bilərdi. Bədəninin hər hissəsi mükəmməl bir heyvan olardı və polip insandan daha üstün bir yerdə dayanardı, çünki insanın sadəcə bütün halında sahib olduğu bu bacarıqlara bir polipin təkcə bir hissəsi sahib olardı. Üstəlik poliplər haqqındakı bu iddiaları bütün canlı varlıqların ən az inkişaf etmişi olan monadlara və nəhayət, yenə canlı varlıqlar olan bitkilərə də aid etməmək üçün heç bir səbəbimiz yoxdur». Belə dialektik hiylələr vasitəsilə yazıçı haqsız 32


ERİSTİK DİALEKTİKA

olduğunu və bunu əslində özünün də bildiyini iddia edir. Çünki «polipin bütün bədəni işığa həssasdır, yəni sinir sistemi mövcuddur» arqumentini götürüb onu bütün bədəninin düşündüyü halına salıb.

HİYLƏ 2 Omonimlik Eyniadlılıqdan (omonimlikdən) yararlanaraq irəli sürülən iddia genişləndirilir və eyni sözün istifadəsi istisna olmaqla danışılan mövzu ilə çox az, ya da heç bir ortaq tərəfi olmayan bir şeyə çevrilib bu yeni arqumentlə davam etdirilir. Beləliklə, sanki əsl iddianın təkzib edildiyi görüntüsü yaradılır. Qeyd: Eynimənalılıq (sinonim) iki ayrı sözün eyni mənaya gəlməsidir. Eyniadlılıq (omonim) iki ayrı mənanın bir sözlə ifadəsidir. Məsələn, Aristotel, Mövzu I, fəsil 13-ə baxın. “Dərin”, “kəskin”, “yüksək” bəzən cisimlər, bəzən də səslər üçün istifadə olunan omonimlərdir. “Dürüst” və “namuslu” isə sinonimdir. Bu hiyləni sophisma ex homonymia29 ilə bir 29

Sofizm - yanıltma 33


ARTHUR SCHOPENHAUER

saya bilərik. Ancaq bu çox bariz yanıltma hamını asanlıqla aldada bilməz: Omne lumen potest extinqui. Intellectus est lumen. Intellectus potest extinqui.30 Burda dörd termini31 olduğu müşahidə olunur: əsl mənası ilə lumen32 və məcazi mənada lumen. Amma daha asanlaşdırılmış halı ilə bu hiylə, əsasən, eyni sözlə qarşılanan anlayışların yaxın əlaqə içində olduğu və bir-birinin yerinə keçə biləcəyi vəziyyətlərdə, həqiqətən də, aldadıcı ola bilər. Nümunə33 : A: Kant fəlsəfəsinin sirlərindən hələ agah deyilsiniz. B: Eh! Sirləri sevmirəm.

Bütün işıqlar söndürülə bilər. Anlama bacarığı bir işıqdır. Anlama bacarığı söndürülə bilər. 31 Lat.termini - terminlər 32 Lat.lumen - işıq 33 Xüsusi olaraq hazırlanmış nümunələr heç vaxt yanıldıcı olacaq qədər təfərrüata sahib ola bilməz, ona görə öz təcrübəmizdən nümunələr toplamaq lazımdır. Hər bir hiylə üçün qısa və tipik bir ad tapmaq çox yaxşı olardı. Bu sayədə bu və ya digər hiyləni tapıb boşa çıxarmaq asanlaşardı – Şopenhauerin qeydi 30

34


ERİSTİK DİALEKTİKA

Nümunə 2: Mən təhqirə məruz qalan birinin daha böyük bir təhqirə ya qarşılıq verməz, ya rəqibinin, ya da özünün qanını axıtmazsa, namussuz sayılacağını irəli sürən bir namus düşüncəsini axmaqca qəbul edərək inkar etdim. Buna səbəb olaraq, əsl namusun insanın əziyyət çəkdiyi şeydən dolayı zədələnmədiyini, sadəcə etdiyi bir şeydən dolayı zədələndiyini dedim, çünki həmişə hamının başına nəsə gələ bilər. Rəqibim hücumu birbaşa göstərdiyim bu “səbəb”ə yönəltdi və bunu göstərdi: Əgər bir tacir fırıldaqçılıq, saxtakarlıq və ya işində məsuliyyətsizlik etdiyi bəhanəsi ilə haqsız yerə günahlandırılırsa, bu onun şərəfinə bir təhqirdir və təkcə çəkdiyi əzab səbəbilə şərəfi zədələnə bilər. Bu halda tacirin şərəfini qorumaq üçün özünə iftira atanları məhkəməyə vermək və bunu yalanlamaqdan başqa çarəsi yoxdur. Rəqibim burda eyniadlılıqdan istifadə edərək, etibar da deyilən və iftira yolu ilə zədələnən burjua namusunu, point d’honneur da deyilən və təhqir yolu ilə zədələnən cəngavərlik şərəfi anlayışına qarışdırdı: bunlardan birincisinə edilən bir hücumu görməzlikdən gəlmək mümkün deyil, əksinə belə bir iddianın hamının qarşısında təkzib edilməsi lazım olduğu üçün, deməli, eyni haqlı səbəblə, digərinə edilən hücum da gözardına vurulmamalı, 35


ARTHUR SCHOPENHAUER

əksinə, daha ağır bir təhqir və duel ilə dəf edilməlidir. Burda “namus” sözünün eyniadlılığı vasitəsilə çox fərqli iki anlayış bir-birinə qarışdırılır: Beləcə çoxadlılıqdan mutatio controversia34 yaranır.

34

Lat. mutatio – dəyişmək, controversia – müzakirə obyekti. Müzakirə mövzusunun dəyişməsi.

36


ERİSTİK DİALEKTİKA

HİYLƏ 3 Mütləqləşdirmə Başqa bir şeylə əlaqə halında, kata ti, relative irəli sürülən bir arqumenti sanki ümumi, simpliciter35 , ἁπλῶς36 , absolute37 bir etibarlılıqla ifadə edilmiş kimi qəbul etmək, ya da ən azından ona başqa bir məna yükləmək və sonra təkzib etmək.38 Aristotelin bu haqda nümunəsi belədir: Zənci qaradır amma dişlərinə baxsaq, ağdır. Deməli, eyni vaxtda həm qaradır, həm də qara deyildir. Bu süni bir nümunədir, heç kimi çaşdırması gözlənilmir. İndi isə bu haqda əsl təcrübələrimizdən bir nümunə yazaq.

Lat. sadə Yun. sadə 37 Lat. mütləq 38 Sophisma a dicto secundum quid ad dictum simpliciter. Bu Aristotelin ikinci “elechus sophisticus”udur. “Mövzular” (To picus) kitabına baxın. 35 36

37


ARTHUR SCHOPENHAUER

Nümunə 1: Fəlsəfə haqda bir söhbətdə mənim sistemimin səssizlikçiləri39 qoruduğunu və təriflədiyini etiraf etdim. Bir az sonra mövzu Hegelə gəldi və mən onun, əsasən, axmaq şeylər yazdığını və ya ən azından yazıların çoxunda müəllifin cəmi bir-iki söz ortaya qoyduğunu və mənanı oxucunun məhz özünün çıxarması lazım olduğunu iddia etdim. Müzakirədəki qarşı tərəf isə bunu ad rem olaraq təkzib etməyi yoxlamadı, bir ad hominem arqumentlə kifayətləndi. Mən bayaq səssizlikçiləri tərifləmişdim, onlar da çox axmaq şeylər yazmışdılar. Bununla razılaşdım, amma səssizlikçiləri filosof və yazıçı olaraq tərifləmədiyimi deyərək cavab verdim. Yəni onları əsərlərinə, düşüncələrinə görə yox, sadəcə insan olaraq gördükləri işlərə əsasən, praktika nöqteyi-nəzərindən bəyənirdim. Lakin Hegel haqqında onun teorik əsərlərini nəzərdə tutmuşduq. Beləliklə, bu hücumu dəf etdim. Bu ilk 3 hiylə bir-biri ilə əlaqəlidir: Ortaq yönləri rəqibin əslində irəli sürdüyü fikirlərdən deyil, fərqli bir şeydən bəhs etməsidir. Yəni bu yolla aldadılan biri ignoratio elenchi40 xətasını edir. ÇünSəssizlikçilər (Kvietizm) – XVII əsrdə Avropada Katolik kil səsində ortaya çıxmış bir cərəyan. Kilsə tərəfindən rəsmən küfr kimi qəbul edilmişdir. 40 Lat. Əks-isbatın naməlumluğu. 39

38


ERİSTİK DİALEKTİKA

ki yuxarıdakı bütün nümunələrdə rəqibin dediyi praktikada özünü doğruldur amma nəzəriyyədə yox, sadəcə görünüşdə problemlidir. Rəqibimizin hücumuna qarşı atacağımız addım onun çıxardığı nəticəni əvvəlcədən inkar etməkdir. Beləliklə, onun arqumentinin inkişafının qarşısını almaqdır. Beləcə, rəqibin təkzibi per negationem consequentiae41 birbaşa təkzib edilmiş olur. Bir başqa aldatma yolu da çıxacaq nəticəni əvvəlcədən görüb nəticələrinin doğruluğunu qəbul etməməkdir. Buna qarşı iki yoldan bəhs edəcəyik.

HİYLƏ 4 Oyunu gizləmək Əgər bir nəticə çıxarmaq istəyiriksə, bunu əvvəlcədən bildirməməli, sillogizmləri tək başına, söhbətə yayaraq qəbul etdirməliyik. Yoxsa rəqibimiz bütün pis niyyəti ilə problem çıxaracaqdır. Rəqibin sillogizmləri qəbul etməyəcəyini anladıqda bu sillogizmlərin sillogizmlərini42 də deməliyik (yəni, prosillogizmlər43 – saritləri ). Belə bir çox 42 43

Sillogizm – üç sözdən ibarət məntiqi fikir Sarit – sillogizmlər silsiləsi 39


ARTHUR SCHOPENHAUER

saritin sillogizmlərini heç bir hiylə olmadan, yəni oyunumuzu bildirmədən qəbul etdirərək bunu ehtiyacımız olan hər şeyi əldə edənə qədər davam etdiririk. Bununla uzaq olan bir yerdən başlayaraq nəticəyə çatırıq. Aristotel bu haqda Mövzular, VIII, 1-də yazmışdır. Nümunəyə ehtiyac yoxdur.

HİYLƏ 5 Yanlış mülahizə etmək 44 Rəqib doğru sillogizmləri – doğruluqlarını başa düşmədiyi və ya bunlardan mülahizənin anlaşıla bilməyəcəyini gördüyü üçün qəbul etmirsə, iddiamızın isbatı üçün yanlış mülahizələrdən istifadə edə bilərik. An sich45 səhv, amma ad hominem46 mülahizələrlə, rəqibin düşüncə tərzinə uyğun, yəni ex concessis47 arqumentlər irəli sürürük. Çünki yanlış sillogizmlərdən doğru nəticə çıxa bilər amma doğrudan heç vaxt yanlış çıxmır. Eyni zamanda, rəqibin Əvvəlkinə aiddir – Şopenhauerin qeydi Öz başına 46 Lat. insana yönəlmiş, mövzunu yox insanı əsas tutan 47 Lat. qəbul edilmiş qaydalara görə 44 45

40


ERİSTİK DİALEKTİKA

yanlış mülahizəsini, onun doğru zənn etdiyi yanlış mülahizələrinə istinad edərək təkzib etmək də mümkündür. Çünki işimiz bu insanladır və onun düşüncə tərzindən yararlanmalıyıq. Məsələn, ikimiz də eyni məzhəbin tərəfdarıyıqsa, bu məzhəbin fikirlərini ona qarşı əsas prinsiplər olaraq istifadə edə bilərik (bax: Aristotel, Mövzular VIII, 9).

HİYLƏ 6 İsbatın əvvəlcədən olduğunu düşünmək İsbat edilməsi lazım olan bir şeyi əvvəlcədən mövcud olduğunu hesab edərək petitio principii48 üsulundan istifadə edilir. Bunun yolları başqa bir ad istifadə etməkdir. Məsələn, “şərəf” yerinə “etibar”, “bakirəlik” yerinə “müdriklik” və ya “onurğalılar” yerinə “qırmızı qanlı heyvanlar”. Mübahisəli məsələni qəbul edilə bilən bir ümumiləşdirməyə qatmaq. Məsələn, tibbdə bilmədiyimiz şeylərin olduğunu irəli sürərək əslində bütöv bəşəriyyətin heç nə bilmədiyini demək. Əgər (vice versa49) iki zidd məsələnin bir-birindən aydınlaşdırılması tələb olu48 49

Lat. isbatı var saymaq Lat. tərsinə, əksinə 41


ARTHUR SCHOPENHAUER

nursa, bunlardan biri isbat edilmək istənilirsə, digəri də varmış kimi qəbul edilir. Əgər bir mülahizə isbat ediləcəksə, hər bir mülahizənin qəbul edilməsi lazımdır (2 nömrəli yolun əksi) (bax: Aristotel, Mövzular VIII, 11). Dialektika praktikası haqqında Aristotelin “Mövzular”ın son hissəsində izahı verilmiş qaydalar mövcuddur.

HİYLƏ 7 Eyni anda çox sual vermə Əgər mübahisə bir az şiddətli və formativ hala düşürsə, tərəflər bir-birini tam olaraq anlamaq istəyirsə, iddianı irəli sürüb onu isbat etməsi lazım olan şəxs rəqibinə suallar verib onun qəbul etdiyi müddəalara istinad edərək tezisinin doğruluğunu göstərir. Bu erotematik50 yol (Sokratik yol da adlandırılır), xüsusilə antik dövrlərdə çox istifadə olunmuşdur. İndi haqqında danışdığımız və danışacağımız hiylələr51 bu yolu xatırladır. Erotematisch - tələbələrə sual verməyə əsaslanan təhsil üsulu. Müəllimin danışıb tələbələrin dinlədiyi akromatik üsulun alter nativi 51 Aristotel, Liber de elenchis sophistics, fəsil 15 50

42


ERİSTİK DİALEKTİKA

Bir anda dalbadal, geniş və detallı suallar verərək əslində qəbul edilməsi istənilən şey gizlədilir, buna cavab olaraq verilən nəticədən arqument yaradılır. Çünki məsələləri çətin başa düşənlər mövzunu izləyə bilmir və isbatdakı mümkün xəta və boşluqları gözdən qaçırırlar.

HİYLƏ 8 Əsəbiləşdirmək Rəqibi əsəbiləşdirmək: Əsəbi insan doğru qərar verib əlinə düşən fürsətlərdən faydalana bilmir. Onu açıqca haqsızlıq edərək, narahat edərək və həddimizi bilməyərək əsəbiləşdirə bilərik.

HİYLƏ 9 Sual sırasını qarışdırmaq Nəticə çıxarılmasına səbəb olacaq suallar düzgün bir sıra ilə verilmir, tərsinə başqa yerlərə 43


ARTHUR SCHOPENHAUER

yönləndirilir. Beləcə, rəqib nəyə nail olmaq lazım olduğunu bilmir və özünü müdafiəyə etməyə vaxt tapmır. Həmçinin, cavabların fərqli xüsusiyyətlərindən istifadə edərək fərqli, hətta əks nəticələr çıxara bilərik. Bəhs olunan hiylə arqumentasiya üsulunu maskaladığımız «Hiylə 4» ilə oxşardır.

HİYLƏ 10 Əksi barədə sual vermək Əgər rəqibimizin arqumentimiz üçün müsbət cavab almalı olduğumuz suallara qəsdən mənfi cavab verdiyini görsək, sanki rəqibimizə sərf edən müsbət cavab almaq istəyirmişik kimi tezisimizə əks istiqamətdə suallar verməliyik, ya da ən azından ikisini birdən ona təklif etməliyik. Beləliklə, hansı təklifə müsbət cavab almaq istədiyimizi anlamayacaq.

44


ERİSTİK DİALEKTİKA

HİYLƏ 11 Nəticə barədə soruşmamaq Ümumi nəticəyə gələndə rəqibimiz bunun üçün lazımi xüsusi nəticələri qəbul etmişsə, ona bu xüsusi nəticələrdən yaranan ümumi nəticəni qəbul edib-etməməsini soruşmaqdan qaçmalı, bunun yerinə onu sonradan üzərində anlaşılmış və qəbul edilmiş bir məlumat olaraq göstərməliyik. Bu baxımdan vaxt keçdikcə rəqibimiz bunu qəbul etdiyi üçün özü də inanmağa başlayacaq, tək-tək xüsusi vəziyyətlər haqqında verilən, amma sonunda nəticəyə çatan çox sayda sualı, təbii ki, xatırladıqları üçün dinləyənlər də elə zənn edəcək.

45


ARTHUR SCHOPENHAUER

HİYLƏ 12 Ad seçmək Özünə xas bir adı olmayan, təkcə metafora edilərək göstərilə bilən ümumi qavramdan bəhs edilirsə, metaforanı əvvəlcədən iddiamıza əlverişli bir halda seçməliyik. Məsələn, İspaniyada iki siyasi partiya serviles (kölələr) və liberales (liberallar) olaraq bilinir, əlbəttə ki, bu adlar liberallar tərəfindən qoyulub. Protestantlar həm bu adı, həm də Evangeliklər adını özləri seçmiş, katoliklər isə onlara sapqınlar deyə xitab edir. Eyni şeyi, daha dəqiq bir məna kəsb edən əşya, ya da vəziyyət adlarına da aid etmək olar. Məsələn, rəqib hər hansı bir dəyişiklik təklif edəndə, bundan «yenilik» deyə bəhs etməliyik, çünki bu söz xoş qarşılanmır. Təbii ki, əgər təklifi biz önə sürmüşüksə, edəcəyimiz şey bunun tərsi olacaq. Əvvəlcə mənaları ayırd etmək üçün «mövcud vəziyyət», ikincidə isə «köhnəlmiş mühakimə» (bocksbeutel) deməliyik. Tamamilə neytral bir insanın «dini 46


ERİSTİK DİALEKTİKA

praktika» ya da «din sistemi» anlayışlarını istifadə edəcəyi vaxt, bunlara tərəfdar biri «dindarlıq», «tanrıpərəstlik» deyəcək, buna etiraz edən şəxs eyni şeylərdən «irtica», «xurafat», - deyə bəhs edəcək. Bu, əslində incəlmiş “petitio principii”dır. İsbatı lazım olan məsələ əvvəlcədən lüğətə, leksikona əlavə edilir və analitik bir mühakimə halında yenidən ortaya çıxır. Birinin «nəzarət altına almaq» ifadəsinə, rəqibi «həbs etmək», - deyəcək. Çox vaxt bir şəxs istifadə etdiyi terminlərlə əvvəlcədən niyyətini göstərir. Biri «ruhani silki» deyir, biri «rahib komandası». Bu bütün hiylələr arasında ən çox istifadə olunanıdır və instinktivdir. Dini coşqu = Fanatizm Əxlaqdan xaric davranış = Zina İkimənalı lətifə = Əxlaqsız lətifə Ödəmə problemi = İflas Təsir və şəxsi əlaqələrlə = Rüşvət və iltimasla Təşəkkür və təqdir = Yaxşı maaş

47


ARTHUR SCHOPENHAUER

HİYLƏ 13 Təzadlı arqument Rəqibə tezisimizi qəbul etdirmək üçün əks-tezisi də göstərərək seçim etməyi onun öhdəsinə buraxmalıyıq, amma bunu elə fərqli dilə gətirməliyik ki, o paradoksa düşsün və bizim tezisimizi qəbul etsin. Məsələn, bir gəncin atasının dediyi hər şeyə əməl etməli olduğunu qəbul ediriksə, belə bir sual ortaya çıxır: «İnsan valideyninin dediyi hər şeyə etiraz etməlidir, yoxsa itaət etməlidir?» Ya da hansısa bir şey haqqında «tez-tez» deyəndə, «tez-tez» sözündən az görünən bir halı, yoxsa çox görülən bir halı anladığını soruşaq. Rəqibimiz «çox» deyəcək. Bu, qaranın yanına boz qoyanda ona ağ, ağın yanına boz qoyanda qara deməyimizə bənzəyir.

48


ERİSTİK DİALEKTİKA

HİYLƏ 14 Qələbə elan etmək Rəqibimizə qarşı belə utanmaz bir oyun oynaya bilərik: Əgər bir çox sualdan sonra hədəflədiyimiz nəticənin lehinə cavablar verilməyibsə, istədiyimiz nəticəni sanki təsdiq edilmiş bir qalibiyyət kimi göstəririk. Rəqibimiz utancaq, ya da axmaqdırsa və biz də ucadan hörmətsizcəsinə danışırıqsa, bu hiylə müvəffəqiyyətli olacaq. Bu bir növ “fallacia non causae ut causae”dir. 52

52

Səbəb olmayan bir şeyi səbəb olaraq göstərib aldatmaq. 49


ARTHUR SCHOPENHAUER

HİYLƏ 15 Tezis əlavəsi Əgər ortaya paradoksal bir arqument qoysaq və isbat etməkdə çətinlik çəksək, o zaman düzgün, lakin düzgünlüyü çox da müəyyən olmayan bir başqa arqumenti qəbul və ya rədd etməsi üçün rəqibimizə təklif edirik və sanki isbatı buradan çıxaracaqmış kimi davranırıq. Rəqib şübhələndiyi üçün yeni arqumenti inkar edərsə, bu mühakiməsinin axmaqlığını göstərib - ad absurdum - qələbə qazanarıq. Yox, əgər arqumenti qəbul edərsə, hələlik doğru bir şey söyləmiş olmağın verdiyi imkanla mübarizəmizə davam edirik, ya da «Hiylə 14»ü əlavə edərək paradoksumuzu sübut etdiyimizi iddia edirik. Belə bir şey etmək üçün çox utanmaz olmaq lazımdır, amma yenə də bu, praktikada görülən bir şeydir. Bütün bunları instinktiv edən şəxslər də var.

50


ERİSTİK DİALEKTİKA

HİYLƏ 16 Argumentum ad hominem Ad hominem, ya da ex concessis arqumentlər rəqibimiz bir iddia ortaya atanda, bu iddianın hər hansı bir formada (sadəcə görünüşdə olsa belə) onun daha əvvəl dediyi, ya qəbul etdiyi bir məsələ ilə; ya da təriflədiyi və təqdir etdiyi bir məktəb, yaxud məzhəbin prinsipləri ilə; ya da bu məzhəbin tərəfdarlarının (saxta və ya əsl tərəfdarlarının da) hərəkətləriylə; yaxud özünün etdiyi, və ya etmədiyi hərəkətlərlə ziddiyyət təşkil edib-etmədiyinə baxmaq lazımdır. Məsələn, kimsə intiharı müdafiə edirsə, “elə isə niyə özünü asmırsan?” - deyə qışqıra bilərik. Və yaxud, rəqibimiz Berlində yaşamağın xoş olmadığını deyirsə, “niyə ilk qatarla çıxıb getmirsən?,” - soruşa bilərik. Çətinlik yaratmağın yolunu həmişə tapmaq olar.

51


ARTHUR SCHOPENHAUER

HİYLƏ 17 İncə detal Rəqibimiz bizi əks arqumentlə sıxışdırdıqda, mövzu ikimənalılığa, və ya başqa bir mövzuya çevirməyə münasibdirsə, daha öncə heç ağlımıza gəlməyən incə bir detalı misal gətirərək özümüzü bu vəziyyətdən çıxara bilərik.

HİYLƏ 18 Müzakirəni bitirmək Rəqibin bizi məğlub edə biləcəyi bir arqumentasiyaya əl atdığını görsək, bunun olmağına imkan verməməliyik, onun bu istəyini nəticəsiz qoymalı, müzakirəni vaxtında bitirməliyik. Müzakirəni ya birdəfəlik bitirməli, ya başqa yönə istiqamətləndirməli, rəqibin mövzusunu dəyişdirməliyik. Qısası, mutatio controversiae53 üsulunu işə salmalıyıq. Mutatio controversiae – müzakirə mövzusunun dəyişməsi (Hiylə 29-a bax)

53

52


ERİSTİK DİALEKTİKA

HİYLƏ 19 Ümumi səviyyəyə keçmə Rəqib bizi açıqca öz iddiasının müəyyən bir nöqtəsinə qarşı etiraz etməyə çağırarkən deməyə bir sözümüz yoxdursa, mövzunu yaxşıca ümumi səviyyəyə çəkməli və sonra ona qarşı mövqe ortaya qoymalıyıq. Məsələn, müəyyən bir fizika hipotezisini qəbul etməyin nəyə qeyri-mümkün olduğunu izah edərkən insanın səhv etmək ehtimalından danışıb buna dair çoxlu nümunə gətirə bilərik.

HİYLƏ 20 Nəticəni demək Rəqibimizlə bütün tələb olunan arqumentlərimizi müzakirə edib onları qəbul etdirdikdən sonra ondan nəticəni soruşmağa da cəhd etməməliyik, nəticəni birbaşa özümüz çıxarmalıyıq. Hətta la53


ARTHUR SCHOPENHAUER

zımi arqumentlərdən hansısa əskikdirsə, onu da sanki qəbul edilmiş kimi sayıb tələsik nəticəni deməliyik. Bu özü bir fallacia non causae ut causae54 üsuludur.

HİYLƏ 21 Öz silahı ilə vurmaq Rəqibin sadəcə üzdə qalan, ya da sofistik bir arqumentə müraciət etdiyini görəndə onu saxta və ya səthi olmasından istifadə edərək sovuşdura bilərik, amma rəqibin önünə eyni dərəcədə səthi və sofistik bir əks-arqumentlə çıxıb onu məğlub etmək daha yaxşı olardı. Çünki əsas olan həqiqət deyil, qələbədir. Məsələn, rəqibimiz bir ad hominem arqument təklif edəndə bunu ad hominem ex concessis bir əks-arqumentlə cavablaya bilərik. Ümumiyyətlə, məsələnin əslini uzun-uzadıya danışmaq yerinə, fürsət yaranan kimi bir ad hominem arqument gətirmək tamamilə daha qısa bir yoldur.

54

Səbəb olmayan bir şeyi səbəb kimi göstərmək. 54


ERİSTİK DİALEKTİKA

HİYLƏ 22 Petitio Principii Rəqibimiz müzakirə mövzusu olan problemin birbaşa nəticəsi olan bir məsələni qəbul etməyimizi istəsə, bunun “petitio principii” olduğunu deyib rədd edirik. Bu səbəbdən həm rəqibimiz, həm də dinləyicilər müzakirə mövzusuna çox yaxın bir arqumenti asanlıqla əvvəlki ilə eynimənalı zənn edəcək. Beləliklə, rəqibimizin ən yaxşı arqumentini aradan qaldırmış olduq.

HİYLƏ 23 Şişirtməyə məcbur etmək Etiraz və münaqişə iddianı şişirtmə meyli oyadır. Yəni rəqibimizi etirazlarla qızışdıraraq əslində öz uyğun sərhədləri daxilində doğru bir arqumen55


ARTHUR SCHOPENHAUER

tin həqiqətin sərhədlərini keçəcək dərəcədə şişirdilməsinə səbəb ola bilərik. Sonra da bu şişirdilmiş arqumenti təkzib edərkən sanki, onun əsl tezisi təkzib edilmiş kimi görünəcək. Buna qarşı özümüz də diqqətli olmalı, rəqibin etirazına qapılıb tezisimizi şişirtməməli, ya da tezisimizi yüngülləşdirib, başqa yerə yozma yolunu tutmamalıyıq. Çox vaxt rəqibin özü də, iddiamızı nəzərdə tutmadığımız şəkildə yozmaq üçün birbaşa səy göstərəcək. Belə bir vəziyyətdə onu dərhal dayandırmalı, iddiamızı öz qoyduğumuz sərhədlərin içinə çəkməliyik: «Mən bu qədərini dedim, daha artığını deyil».

HİYLƏ 24 Nəticə uydurmaq. Səhv nəticə çıxarıb anlayışları təhrif edərək rəqibimizin tezisindən əslində heç olmayan və heç vaxt demədiyi absurd və ya təhlükəli arqumentlər uydurularaq çıxarılır. Beləliklə, sanki o tezisdən öz aralarında, ya da qəbul edilmiş faktlara zidd olan arqumentlər çıxırmış kimi görünür. Bu görünüşdəki dolaylı təkzib etmə, yəni apagoge55, yenə bir fallacia non causae ud causae56 tətbiqidir. 56


ERİSTİK DİALEKTİKA

HİYLƏ 25 Əks nümunə uydurmaq Bu hiylə, bir exemplum in contrarium57 yolu ilə yaranan bir “apagoge”dir. Ümumi bir arqument irəli sürmək üçün çoxlu xüsusi hal tələb edən ἐπαγωγή - epagoge58 və ya “induction”nun əksinə, arqumentə uyğun olmayan təkcə bir nümunə onun təkzib edilməsi üçün kifayətdir. Belə bir vəziyyətə “nümunə”, “enstaz (ἔνστασις)”, “exemplum in contrarium”, “instantia” deyilir. Məsələn, «Bütün gövşəyən heyvanlar buynuzludur» tezisi təkcə dəvəni əks-nümunə kimi göstərməklə məhv olur. Burdakı nümunə, bir ümumi faktın tətbiq edilməyə çalışıldığı bir xüsusi haldır, bu hal o ümumi arquBir şeyi əksinin absurd və ya mümkünsüz olduğunu göstərərək sübut etmək. 56 Səbəb olmayan bir şeyi səbəb kimi göstərmək. 57 Əks nümunə 58 Epaqoq və ya induksiya – Aristotel fəlsəfəsinə görə sillogizmə qarşı gətirilən arqumentin əksi. Epaqoqa Aristotel tərəfindən belə tərif verilir: “Hissələrdən bir bütünə yönəlmiş hərəkət” (bax: The Cambridge Dictionary of Philosophy, ikinci nəşr, 1999) 55

57


ARTHUR SCHOPENHAUER

mentin əsas anlayış daxilində nəzərdə tutulmasını (subsimieren) tələb edir, amma ona əks olur və beləliklə, bütün arqument etibarsız olur. Ancaq əks nümunə gətirərkən səhvlər də edə bilərik, buna görə bu maddələrə diqqətlə yanaşmalıyıq: 1 - Gətirilən əks-nümunənin real olub-olmadığına baxmaq: Bəzi məsələlərin yeganə düzgün həlli, real olmayan bir vəziyyətin mövcud olmasıdır; məsələn, bir çox möcüzə, kabus hekayələri və s. belədir. 2 - Gətirilən əks-nümunənin, həqiqətən, verilən arqumentin, ümumi fakta aidiyyəti olub-olmamasına baxmaq. Bu bəzən təkcə zahirən belə olub yalnız ciddi araşdırma nəticəsində ortaya çıxır. 3 - Gətirilən əks-nümunənin, həqiqətən, verilən arqumentlə əks olub-olmamasına baxmaq. Bu da çox vaxt zahirən belə görünür, amma adı çəkilən əks-nümunə arqumentlə uyğunlaşır.

58


ERİSTİK DİALEKTİKA

HİYLƏ 26 Əsaslandırmanı tərsinə çevirmək Ən yaxşı həmlələrdən biri də “retorsio argumenti”59dir . Rəqibin arqumentini ona qarşı istifadə edə biləcəyimiz vaxtı istifadə etməliyik. Məsələn, rəqibimiz “O hələ uşaqdır, bəzi şeylərə göz yummalıyıq,” - deyərkən, retorsio belə olacaq: “Elə uşaq olduğu üçün cəzalandırmalıyıq ki, indidən pis şeylərə öyrəşməsin”.

HİYLƏ 27 Əsəbdə zəiflik axtarmaq Rəqibimiz gətirdiyimiz arqumentə qəzəblənərsə, bu arqumenti daha böyük cəhdlə irəli sürmə59

Retorsio argumenti – Arqumentin tərsinə çevrilməsi 59


ARTHUR SCHOPENHAUER

liyik: Təkcə onu əsəbiləşdirməyə yaradığı üçün deyil, eyni zamanda, yəqin ki, fikir silsiləsinin zəif bir tərəfinə toxunmuş olacağımız üçün. Bu nöqtədən ona, bəlkə də, ümid etdiyimizdən daha çox hücum edib zərər verə bilərik.

HİYLƏ 28 Auditoriyadan dəstək almaq Bu hiylə xüsusilə mütəxəssislər tərəfindən, çox məlumatlı olmayan dinləyicilər qarşısında mübahisə edərkən istifadə edilə bilər. Əgər əlimizdə bir ad rem, hətta bir ad hominem arqument yoxdursa, o zaman bir ad auditores60 arqumentə əl atmalıyıq. Yəni arqumentimiz əslində etibarsızdır, amma bunu sadəcə bir mütəxəssis hiss edə bilər. Rəqibimiz mütəxəssis ola bilər, amma dinləyicilər deyil. Bu vaxt rəqibimiz, ələxsus da iddiasına qarşı irəli sürdüyümüz etiraz onu gülünc vəziyyətə salırsa, dinləyicilərin gözündə məğlub olur. İnsanlar onsuz da gülməyə hazırdır və gülənləri asanlıqla öz tərəfimizə çəkirik. Arqumentimizin əsassızlığını 60

Ad Auditores – Auditoriyaya hesablanmış 60


ERİSTİK DİALEKTİKA

göstərmək üçün rəqibimiz uzun bəyanatlar vermək və elmin prinsiplərini və ya başqa əsas məqamları ələ almaq məcburiyyətində qalır. Bu etirazların dinlənilməsinə nail olmaq da asan deyil. Məsələn: Tutaq ki, rəqibimiz belə bir iddia irəli sürür: “İlk qayalıq dağların yaranmasında, qranit və digər ilk qaya maddələrini təşkil edən kütlə yüksək temperatur səbəbindən maye və ya ərimiş halda idi. İstilik hardasa 200 °R idi. Kütlə onu örtən dəniz səthinin altında kristallaşmışdı”. Biz də bu arqumentə qarşı “O istilikdə hələ 80 °R-dən sonra dəniz suyu qaynamağa başlayar və buxarlanardı,” - deyərək bir ad auditores arqument gətirə bilərik. Auditoriyada mübahisəni izləyən şəxslər güləcək. İndi rəqibimiz bizi məğlub etmək üçün qaynama nöqtəsinin sadəcə temperatura deyil, atmosfer təzyiqindən də asılı olduğunu, dəniz suyunun yarısının buxarlandığı vaxt isə bu təzyiqin çox yüksək olacağını və suyun artıq 200 °R61-də belə qaynamayacağını açıqlamağa məcbur olacaq. Amma edə bilməz, çünki bunun üçün fizikadan başı çıxmayan auditoriyaya elmi konfrans verməli olacaq.

61

Reomür dərəcəsi (fr. Réaumur) – Fransız alim Rene Reomür tərəfindən təklif edilən dərəcələndirmə sistemi. 200 dərəcə Re omür 250 dərəcə Selsiyə bərabərdir. 61


ARTHUR SCHOPENHAUER

HİYLƏ 29 Mövzunu yayındırmaq Mübahisədə uduzacağımızı anladığımız anda bir yayındırma [diversion] edə bilərik. Yəni guya məsələyə aidiyyəti varmış və bir əks-arqumentmiş kimi görünən, amma əslində çox fərqli bir şeyi müzakirəyə başlayırıq. Əgər yayındırma yenə də thema quaestionis62 ilə müəyyən qədər əlaqəlidirsə, qismən təvazökarcasına edilə bilər. Əgər mövzu ilə yox, yalnız rəqibimizlə əlaqəlidirsə, təkcə həyasızlıqla baş verə bilər. Məsələn: Mən Çində əsilzadəliyin olmadığını və dövlət qulluqçularının examina63 yolu ilə müəyyən olunmasını təriflədim. Rəqibim isə əsilzadəlik və nəsillə əldə edilən bir imtiyaz (özü buna əhəmiyyət verirdi) kimi, təhsil almağın da dövlətdə vəzifə qazanmaq kimi bacarığa bəs etmədiyini iddia edirdi. Müzakirə etdik və rəqibim uğursuz oldu. Bundan 62 63

müzakirə edilən mövzu imtahanlar 62


ERİSTİK DİALEKTİKA

çıxış yolu olaraq mövzudan yayındı, Çində hər silkdən insana falaqqa cəzası tətbiq olunduğunu deyib bunu çox çay içilməsi ilə əlaqələndirdi və hər ikisini də çinlilərin mənfi bir xüsusiyyəti kimi təqdim etdi. Özünü belə bir yayındırmadan qoruya bilməyən bir şəxs qələbəni də itirməyə razı olmuş mənasında gəlir. Əgər arqument tamamilə mübahisədən yayınırsa, rəqibə utanmazlıq və hörmətsizlik olur. Məsələn, «Bəli, həm də bunu iddia edirsiniz» kimi bir cümlə. Çünki burada müəyyən dərəcədə mövzu şəxsi müstəviyə daşınır. Şəxsiləşdirmək son hiylənin mövzusudur. Buradakı yayınma, son hiylə olaraq təqdim edəcəyimiz ad personam arqument ilə ad hominem arqumentinin aralığında bir yerdə qərar tutur. Bu hiylənin nə qədər fitri bir şey olduğu, adi insanlar arasında hər mübahisədə özünü göstərir. Tərəflərdən biri digərinə şəxsi ittiham yönəldərsə, o adam buna cavab verib arqumenti təkzib etməz, bunun əvəzinə o da birinciyə qarşı şəxsi ittihamlar yönəldər, özünə qarşı ittihamları cavabsız qoyaraq, bununla, əslində etiraf etmiş olar. Karfagenlilərə İtaliyada deyil, Afrikada hücum edən Scipio64 kimi görünər. Bu cür sapdırmalar müharibələrdə bəzən işə yarayır. Lakin mübahisədə yaxşı deyil, çünki 64

Scipio Aemilianus – Roma konsulu, Karfegeninin fəthini tamamlamış sərkərdə. 63


ARTHUR SCHOPENHAUER

ittihamlar cavabsız qalır və dinləyici iki tərəfin də bütün paxırlarından xəbərdar olur. Mübahisədə ancaq faute de mieux65 olaraq istifadə edilə bilər.

HİYLƏ 30 Argumentum ad verecundiam Argumentum ad verecundiam – səbəb və ya əsas olmadan rəqibimizin məlumat dərəcəsinə görə, bir nüfuza görə, bir vəzifəli şəxsə istinadən haqlı olduğunu iddia etmək. Seneca66, “Unusquisque mavult credere quam judicare”67 deyib68. Yəni əgər rəqibimizin hörmət bəslədiyi bir nüfuzdan istifadə ediriksə, işimiz asandır. Rəqibimizin informasiya və üstünlükləri nə qədər sərhədli olsa, bu nüfuzdan o qədər istifadə edə bilər. Amma məlumat və üstünlükləri çoxdursa, onun üçün etibarlı nüfuz da çox azdır Fransızca- heç bir yaxşı alternativ olmadığında əl atılan yol Lucius Annaeus Seneca – Romalı filosof və dövlət adamı. 67 Latınca - Hamı mühakimə etməkdənsə inanmağı seçir. 68 De Vita Beata (Xoşbəxt həyat haqqında) – I-ci kitab, 4-cü hissə. 65 66

64


ERİSTİK DİALEKTİKA

və ya demək olar ki, heç yoxdur. Bəlkə özünə yad elm və sənətkarlıq sahələrindən mütəxəssislərin nüfuzunu qəbul edə bilər, ancaq yenə də şübhə ilə yanaşacaq. Başqa bir aspektdən baxsaq, adi insanlar hər növ mütəxəssisə hörmət edir. Peşəkarların əslində gördükləri işi deyil, aldıqları qazancı sevdiyini bilmirlər. Bilmədikləri şeylərdən biri də, öyrədən adamın öyrətdiyi məsələ haqqında nadir hallarda tam məlumat sahibi olmasıdır, çünki öz maraq mövzusunu tam mənada araşdıran adamın, çox vaxt öyrətmək üçün vaxtı qalmır. Sadə insan kütləsinin (vulgus) hörmət bəslədiyi nüfuzlu şəxslər çox olduğu üçün əlimizdə ən əlverişli olmasa da, sadəcə görünüşdə uyğun birini seçib onun başqa bir kontekstdə və tamamilə fərqli bir şey nəzərdə tutaraq demiş olduğu sözlərdən istifadə edə bilərik. Rəqibin heç anlamadığı avtoritetlər ən yaxşı olanlardır. Avam insanlar yunanca və latınca sözlərə hörmət edirlər. Bu tip arqumentləri lazımi hallarda sadəcə kontekstdən kənara çıxararaq deyil, birmənalı şəkildə dəyişdirərək də verə bilərik; hətta tamamilə öz fikirlərimizə əsaslanaraq bir şeylər uydursaq da olar. Onsuz da çoxu bu barədə kitab oxumayıb və bilmir. Buna ən yaxşı nümunə digər vətəndaşlar kimi evinin önündəki yola daş örtük döşəmə öhdəliyi olan, amma bunu etmək istəməyən fransız “cure”69nin İncildən sitat gətir65


ARTHUR SCHOPENHAUER

məsidir: «Paveant illi, ego non pavebo70». Təkcə bunu demək bələdiyyə başçısını razı salmağa bəs edib. Ümumi qəlib fikirlər də nüfuzlu sayıla bilər. Çox insan Aristotel kimi düşünür: “α μεν πολλοις δοκει ταυτα γε ειναι φαμεν71” Həqiqətən də, kütləvi şəkildə bir çox insanların qəbul etdiyi fikirlər nə qədər absurd olsa da, məhz bunları asanlıqla mənimsəyirlər. Kəmiyyət həm fikirlərinə, həm də hərəkətlərinə təsir edir. Çoban hara aparsa, ora gedən qoyunlar kimidirlər: Onlar üçün ölmək düşünməkdən daha asandır. Bir düşüncənin geniş şəkildə yayılması, bu qədər təsirli olması çox qəribədir İstərdim ki, özlərinə baxaraq, əhəmiyyətsiz bir şey haqqında götür-qoy etmədən sadəcə nümunəni təqlid edərək belə fikrin qəbul edildiyini görsünlər. Amma görə bilməzlər, çünki özünü tanımaq onlarda tamamilə mövcud deyil. Təkcə seçilmişlər Platonla birlikdə bunu deyər: “τις πολλοίς πολλά δοκεί72”. Yəni adi insanların başında bir çox cəfəngiyyat var və bunları süpürüb təmizləmək də çox çətindir. Əslinə qalsa, bir düşüncənin çox geniş yayılması onun doğru olduğunun sübutu deyil, hətta onun Curé – Fransızca azad bir kilsənin və yaxud prixodun rahibi, din adamı. Latınca – Onlar titrəsə də mən titrəməyəcəyəm 71 Yunanca – Çox insanın inandığı bir şey varsa, demək mövcuddur. 72 Yunanca – Çoxluq çox şey deyir. 68 69

66


ERİSTİK DİALEKTİKA

ehtimalını da artırmır. Bunun əksini iddia edənlər bunları da nəzərə almaq məcburiyyətindədirlər: 1 - Zaman keçdikcə geniş qəbul edilmiş fikirlərin sübut gücü zəifləyir, itir: Yoxsa bir vaxtlar universal həqiqət sayılmış bütün keçmiş səhvləri yenidən qəbul etmək, məsələn: Ptolemaid sistemə qayıtmaq və ya bütün Protestant ölkələrdə Katolikliyi geri gətirmək lazım gələcəkdir. 2 - Dünyadakı fərqliliklərə də təsir etməlidir: Yoxsa Buddizm, Xristianlıq və İslam tərəfdarları ideyalarının universallığı məsələsində çətinliyə düşərdi. (Bax: Bentham, Tactique des assemblées législatives, II cild, s.76)73 Ümumi düşüncə deyilən şeyə diqqətlə yanaşdıqda yalnız iki, ya da üç nəfərin fikri olduğunu dərk edirik. Belə ki, çoxluğa aid bir fikrin necə yarandığını araşdırmaq bunu açıq şəkildə göstərir. Belə bir ideyanı əvvəl iki və ya üç nəfər qəbul etmiş, ya da formula kimi düzəldib təklif etmişdir. Başqaları da yaxşı niyyətlə onlara güvənir, bunu kifayət qədər sorğuladıqlarına inanırlar. Bir başqaları isə haqqında danışdığımız iki-üç nəfərin ləyaqətli olduğunu düşünərək bu fikri təsdiqləyirlər. Hətta sonradan onlara güvənən, tənbəl və araşdırma zəhmətinə girməyən digər insanlar da bu fikri qəbul edir. Beləliklə, tənbəl və saf tərəf73

Müəllifin öz qeydi. 67


ARTHUR SCHOPENHAUER

darların sayı gün keçdikcə çoxalır. Fikrə verilən dəstək daha da artarkən, daha sonrakı tərəfdarları bunu onun sağlam və inandırıcı arqumentləri olmasına bağlayır. Qalanlar da, hamının haqlı saydığı bir şeyə qarşı çıxaraq bütün dünyadan daha ağıllı olmaq istəyən ərköyün və dikbaş tiplər adı ilə damğalanmamaq üçün bu ümumi düşüncəni qəbul etmək məcburiyyətində qalırlar. Daha sonra tərəf tutmaq artıq bir vəzifə halına gəldiyindən, düşünüb mühakimə edən bir neçə nəfər də istər-istəməz susur. Bu halda öz düşüncə və sorğulama gücü heç olmayan, başqalarının fikirlərini təkrarlayan insanların danışmasına icazə verilir. Üstəlik bu adamlar həmin ideyaları müdafiə edərkən olduqca fanatik, bir o qədər də dözümsüzdür. Çünki fərqli düşünənlərə nifrət etmələrinin səbəbi, onların başqa bir fikri müdafiə etməsi deyil, öz fikir və düşüncələrini formalaşdırmağa başlamalarıdır. Halbuki özləri belə bir şeyə heç vaxt cəhd edə bilməzlər və əslində bunun fərqindədirlər. Bir sözlə, düşünən çox azdır, amma hamı fikir sahibi olmaq istəyir. Özləri düşünmək əvəzinə başqalarının hazır fikirlərini almayıb nə edəcəklər ki? Əgər hər şey belə davam edərsə, yüz milyonlarla insanın fikrindən çıxan nəticə nə olacaq ki? Eynilə eyni tarixi faktları yüzlərlə tarixçinin yazmış olması, amma sonradan isə bu faktların hamısının bir-birindən götürdüyünün sübut olunması və əslində bir adamın ifadəsindən 68


ERİSTİK DİALEKTİKA

başqa bir mənbənin olmadığı faktı da buna bənzəyir. (Bax: Bayle, Pensées Diverses sur l›Occasion de la Comète, cild 1, səh. 10)74 “Dico ego, tu dicis, sed denique dixit et ille: Dictaque post toties, nil nisi dicta vides”.75 Yenə də adi insanlarla müzakirə edərkən ümumi düşüncəni bir nüfuz olaraq qəbul edə bilərik. Onsuz da iki insan müzakirə edərkən ikisinin də seçdiyi silahların avtoritetlər olduğunu görürük. Bu onların hücum silahıdır. Əgər tərəflərdən daha ağıllı olanı rəqibin avtoritetdən istifadə etdiyini hiss edirsə, ən yaxşısı asana qaçıb onun da eyni silaha əl atması və həmin avtoritetdən rəqibin zəif cəhətlərini aşkara çıxarmaq üçün istifadə etməsidir. Çünki əqli arqument silahı qarşısında, düşüncəsizlik və mühakiməsizlik bataqlığına batmış olan rəqibimiz, dərisi qabar basmış Siqfrid (Siqfrid öldürdüyü əjdahanın qanunda yuyunaraq qılınc batmaz hala gəlir) kimi düşüncəsizlik və qətiyyətsizlik palçığına batmış olur. Məhkəmədə təkcə avtoritetlərə istinad edilir: qanunu kim qoyursa, avtoritet də odur. Mühakimə edə bilmək bacarığı sadəcə olaraq tətbiq olunmalı qanunu, yəni avtoriteti tapmaqdır. Bununla belə dialektika yenə də öz sözünü deyir: Lazım gələndə, 74 75

Müəllifin öz qeydi. Latınca:Mən deyirəm, sən deyirsən, sonda o deyir: Və dediyimiz şeylərdən sonra sadəcə sözlər var. 69


ARTHUR SCHOPENHAUER

haqqında danışılan vəziyyət və qanunun bir-birinə aidiyyəti yoxdursa belə, uydurulanacan əyilib-bükülür. Bunun əksi də mümkündür.

HİYLƏ 31 Görməmiş kimi davranmaq Rəqibin irəli sürdüyü arqumentlərə nə cavab verəcəyimizi bilməyəndə, incə bir istehza ilə mühakimə qabiliyyətimiz olmadığını deyə bilərik: “Bu - sizin dediyiniz mənim dərrakəmə görə deyil. Doğru ola bilər, amma mən başa düşmürəm və fikir irəli sürməkdən imtina edirəm» . Beləliklə, dinləyicilər gözündə nüfuzumuzu qoruyaraq, bir tərəfdən də rəqibimizin dediklərinin absurd olduğuna işarə etmiş olarıq. Məsələn, Təmiz İdrakın Tənqidi76 yayımlananda, daha doğrusu eşidiləndə, köhnə eklektik fəlsəfi məktəbə bağlı bir çox professorlar kitabı başa düşmədiklərini demişlər, beləliklə, kitabın - əsərin unudulacağını zənn etmişdilər. Amma sonra yeni məktəbin bəzi müdafiəçiləri onlara haqlı olduqlarını, Kantın kitabını, həqiqətən də, anlamadıqlarını bildirəndə pis oldu70


ERİSTİK DİALEKTİKA

lar. Bu hiylədən təkcə rəqibdən daha üstün yerdə olduğunu bilən biri istifadə edə bilər. Məsələn, bir professor bir tələbəyə qarşı bunu istifadə edə bilər. Əslində bu, əvvəlki hiylənin xüsusi bir formasıdır; insanın arqumentinə əsas gətirmək əvəzinə, öz nüfuzundan istifadə etməsidir. Cavabı isə belədir: “Üzr istəyirəm, amma sizin kimi dahi biri üçün bu asan olmalıdır. Görünür mən özümü pis ifadə etmişəm”. Bunu dedikdən sonra məsələni nolens volens77 rəqibin daha əvvəl başa düşmədiyini üzünə vuranacan, anlayanacan izah edirik. Beləliklə, qisasımızı aldıq. Rəqib bizim boş-boş danışdığımızı demək istədi. Biz isə onun qavrama bacarığının olmadığını sübut etdik. Əlbəttə, hər ikisi də çox nəzakətli bir halda baş verdi.

76 77

Kritik der reinen Vernunft – İmmanuel Kantın məşhur fəlsəfi əsəri Latınca – istər-istəməz 71


ARTHUR SCHOPENHAUER

HİYLƏ 32 Kateqoriyalaşdırmaq Rəqibin qarşımıza çıxardığı bir iddianı birbaşa inkar etmək, ya da ən azından üzərinə şübhə kölgəsi salmaq üçün onu nifrət edilən bir kateqoriyaya daxil edirik. İddianın bu kateqoriya ilə kiçik bir əlaqəsinin olması kifayətdir. Məsələn, “Bu ki Maniheizmdir”, “bu Aryanizmdir» və ya “Pelaqçılıqdır!”, “İdealizmdir!» , “Spinozizmdir!”, “Panteizmdir!”, “Braunçluqdur!”, “Naturalizmdir!», “Ateizmdir!”, “Rasionallıqdır!”, “Spiritualizmdir!”, “Mistizmdir!” və s. Bunu edərkən iki şeyi qəbul edirik: 1- Bu iddianın, həqiqətən, həmin kateqoriya ilə eyni olduğu və ya ən azından ona daxil olması “Aha! Bunu bilirəm!” 2 - Bu kateqoriyanın əvvəlcədən haqsız bir kateqoriya olması.

72


ERİSTİK DİALEKTİKA

HİYLƏ 33 Bu nəzəriyyədə doğru ola bilər, amma praktikada mümkünsüzdür Bu sofizm ilə səbəblər qəbul edilərkən nəticələr inkar edilir, beləliklə, a ratione ad rationatum valet consequentia78 məntiq qanunu ilə ziddiyyətə düşür. Arqument bir mümkünsüzlüyə əsaslanır: Nəzəriyyədə doğru olan əməldə də işləmək məc­buriyyətindədir. Əgər əməldə görünmürsə, nə­­zə­riyyədə bir problem var. Nə isə gözdən qaçıb, hesablanmayıb, buna görə nəzəriyyə də mümkünsüzdür.

78

Latınca – Rasional nəticəyə gətirən səbəb 73


ARTHUR SCHOPENHAUER

HİYLƏ 34 Zəiflikdən istifadə Əgər rəqib bir sual və ya arqumentə birbaşa cavab, ya da reaksiya vermir və bunun əvəzinə başqa bir sual və ya dolayı bir cavab verirsə və ya mövzudan kənara çıxırsa və söhbəti başqa istiqamətə çəkməyə çalışırsa, bu, bizim bəzən bilmədən zəif bir nöqtəyə vurduğumuza bir işarədir: Rəqibimiz nisbətən səssizdir. Bu səbəbdən bu zəifliyin nə olduğunu bilməsək belə, bu barədə danışmağa davam etməli, ona bundan qurtulmağa imkan verməməliyik.

74


ERİSTİK DİALEKTİKA

HİYLƏ 35 Tərəfini tutmaq Bu hiylə tətbiq olunanda, digərlərinə ehtiyac qalmır: Səbəblər bildirərək ağla xitab etmək əvəzinə, instinkt vasitəsilə iradəyə təsir etməyə çalışırıq. Bunu edərkən müdafiə etdiyimiz fikir dəlixana istehsalı da olsa, rəqibi və onunla eyni tendensiyada olan dinləyiciləri dərhal öz tərəfimizə çəkirik. Çünki, əsasən, bir dirhəm iradə yüz kilo qavrayış və ağıldan daha ağırdır. Təbii ki, sadəcə müəyyən şərtlər mövcud olduğu hallarda bu mümkündür. Rəqibin müdafiə zamanı haqlı olmasının şahidi olsaq da, dolayı yolla öz mənafeyinə guya ciddi zərər verəcəyini ona hiss etdirsək, ehtiyatsızlıq edib müdafiə etdiyi bu fikri əlində köz varmış kimi fırladıb atacaq. Məsələn, tutaq ki, bir keşiş fəlsəfi bir ehkam müdafiə edir. Bunun kilsəsinin əsas ehkamı ilə zidd olduğunu desək, dərhal imtina edəcək. Və yaxud, tutaq ki, bir sahibkar İngiltərədə mexanikləşmənin çox yaxşı bir şey olduğunu müdafiə edir, bir buxar maşınının çox sayda insanın işini gördüyünü vurğulayır. Ona tezliklə faytonla75


ARTHUR SCHOPENHAUER

rın da atlar əvəzinə buxarla işləyən maşınlar tərəfindən çəkiləcəyi, o zaman əlindəki çoxlu damazlıq atın ucuzlaşacağını izah edin, görün nə olacaq! Çox vaxt belə vəziyyətdə bu hiss oyanır: “Quam fernere in nosmet legem sancimus iniquam!”79 Dinləyicilər bizimlə eyni təriqət, həmkarlar ittifaqı, iş yeri, klub və s. mənsubudursa, amma rəqib deyilsə, yenə eyni şey mümkündür. Rəqibin tezisi nə qədər doğru olsa da, biz bu tezisin aid olduğumuz cəmiyyətin (məsələn, həmkarlar ittifaqımızın) ümumi maraqlarına zidd olduğunu bildirdikdə, bütün dinləyicilər rəqibin arqumentlərini mükəmməl olsalar belə zəif və alçaq, bizimkiləri isə nə qədər içi boş olsa da, doğru və haqlı zənn edəcəklər. Xor halında bizim tərəfimizi tutacaqlar, qarşımızdakı isə rəzil olmuş halda, uzaqlaşmaq məcburiyyətində qalacaq. Amma dinləyicilər çox vaxt, həqiqətən, razı olduqları üçün belə mövqe tutduqlarına inanırlar. Çünki özümüzə faydası olmayan nə varsa, adətən, məntiqə zidd görünür. Intellectus luminis sicci non est recipit infusionem a voluntate et affectibus.80 Bu hiyləyə “ağacı kökündən tutmaq” deyə tərif vermək olar. Daha çox bilinən adı isə argumentum ab utilidir.81 79

80

81

Latınca – Özümüzə haqsızlıq edən bir qanun çıxarmaq necə də düşüncəsizlikdir! (Horatsi, Moizələr 1-3, 66-69)80 Latınca – Dərrakəmiz yağsız yanan bir lampa deyil, duyğularımızla bəslənir. Latınca – faydaya bağlı arqument 76


ERİSTİK DİALEKTİKA

HİYLƏ 36 Uzunçuluq etmək Rəqibi axmaq sözlərlə, uzunçuluq etməklə çaşdırmaq, sərsəmlətmək. Bu hiyləni mümkün edən budur: Gewöhnlich glaubt der Mensch, wenn er nur Worte hört, Es müsse sich dabei doch auch was denken lassen.82 Əgər rəqibimiz öz zəifliyindən xəbərdardırsa, arabir başa düşmədiyi şeylər eşitməyə və anlamış kimi görünməyə vərdiş edibsə, ciddi bir sifət alır və dərin mənalı görünən bir yığın axmaq şeydən bəhs edirik. Beləliklə, ona təsir edib eşitmək, görmək və düşünmək imkanını əlindən alırıq. Üstəlik, bu söz yığınını tezisimizin mübahisəsiz isbatı kimi göstərmək olar. Son vaxtlar bəzi filosofların bütün alman cəmiyyətinə qarşı bu hiyləni istifadə etdiklərini bilirik. Amma bunlar exempla odiosa83 olduğu üçün biz Goldsmithin Wakefield keşişi84 əsərinin 7-ci hissəsindən bir nümunə verək: 82

İnsan çox vaxt söz eşidəndə inanır ki, yəqin nəsə mənası var. - Goethe, Faust, sətir 2565-6, Mefistofel 77


ARTHUR SCHOPENHAUER

“Haqlısan Frank!» - deyə qışqırdı ağa.85 “Gözəl bir qız bu aləmin bütün ruhanilərinə əvəz deyilsə, qoy məni bu stəkanda boğsunlar. O aldıqları onluqlar, oynadıqları oyunlar uydurma göz boyamadan, iblisanə bir saxtakarlıqdan başqa nədir ki? Həm də mən bunu sübut da edərəm» . Oğlum Movses yüksək səslə dedi: “Ümid edirəm ki, sübut edərsiniz. Həm də mən... sizə cavab verə biləcəyimi düşünürəm”. “Əla, cənab!» - deyə qışqırdı ağa, dərhal arxasını dönüb ətrafdakılara əyləncəyə hazır olmalarını işarə etdi: “Əgər məsələni ciddiliklə ələ almaq istəyirsinizsə, mən buna hazıram. Və əvvəl bunu deyin: Analoji bir iş istəyirsiniz, yoxsa dialoji?» “Rasional bir iş istəyirəm», - dedi Movses, məmnuniyyətlə ətrafına baxaraq. “Lap yaxşı,» dedi ağa, “və ilk öncə, hər şeydən əvvəl, ümidvaram bunu rədd etməzsiniz ki, mövcud olan hər şey var. Bunu qəbul etməsəniz, davam edə bilmərəm”. - “Yaxşı», - dedi Movses, “güman edirəm, bunu qəbul edə bilərəm. Həm mənə sərf edir”. - “Mən də elə güman edirəm», - deyə cavab verdi qarşısındakı, “qəbul edirsiniz ki, hissə bütündən kiçikdir”. Latınca – İyrənc nümunə Oliver Goldsmith - The Vicar of The Wakefield (1776) əsərindən söhbət gedir.(tərcüməçi qeydi) 85 Orijinalda - “The Squire” - torpaq sahibliyinin bir növü (tərcüməçi qeydi) 83 84

78


ERİSTİK DİALEKTİKA

- “Bunu da qəbul edirəm, həm doğrudur, həm də məntiqlidir”. - “Ümid edirəm», - deyə davam etdi ağa, “bunu da rədd etməyəcəksiniz: Bir üçbucağın üç bucağı iki düz bucağa bərabərdir”. - “Bu açıq-aşkar bilinən bir faktdır» - deyə cavab verdi, digəri isə məmnuniyyətlə ətrafa boylandı: - “Gözəl”. Ağa çox sürətli danışırdı: - “İndi ön şərtlər məlumdursa, buna diqqət çəkirəm ki, öz adına mövcud olan şeylərin zəncirlənməsi qarşılıqlı bir cüt-əlaqəyə yönəlib təbii olaraq problemli bir dialoqizm əmələ gətirib və bu da müəyyən miqdarda isbat edir ki, ruhaniliyin özü ikinci “Praedicabile”yə istinad edilərək izah oluna bilər”. - “Dayan bir, dayan!” - deyə qışqırdı o biri, “bunu qəbul etmərəm. Belə heterodoks86 doktrinalara boyun əyəcəyəm, sizcə?!” - “Nə?!” Ağa həyəcanlanmış kimi cavab vermişdi: “Boyun əymək filan deyil! Amma bu sualıma sadə cavab verin: Aristotel nisbi şeylərin bir-biri ilə əlaqəli olduğunu deyəndə haqlı idi?” - “Əlbəttə”. - “Əgər elədirsə,” - dedi ağa, “sualımı cavablayın: Mənim ilk hissədəki “enthymeme”də anali86

Heterodoks – pozğun, məzhəbdən çıxmış 79


ARTHUR SCHOPENHAUER

tik araşdırmamı “secundum quoad,” yoxsa “quoad minus” olaraq əskik olduğunu düşünürsünüz? Və mənə tez səbəblərinizi deyin”. - “Bunu rədd etməliyəm. Dediklərinizlə nəyi isbat etmək istədiyinizi başa düşmədim, amma tək və sadə bir tezis halında izah edilərsə, bir cavab verilə bilər”. - “Əlbəttə cənab,” - deyə cavabladı ağa, “mən sizin ən sadiq xidmətçinizəm. Amma görürəm ki, sizi dəlillərlə silahlandırmağımı istəyirsiniz, üstünə bir az da məntiq qoymağı. Olmaz cənab, buna etiraz edirəm. Çox şey istəyirsiniz”. Bundan sonra bir qəhqəhə qopdu, Movsesə gülürdü hamı. Yazıq bir qrup kefli insan arasında tək kədərli şəxs idi, bütün söhbət boyu ağzından bir söz də çıxmamışdı.

80


ERİSTİK DİALEKTİKA

HİYLƏ 37 Yanlış arqumentdən istifadə etmək87 Rəqib olanımız əslində haqlı olduğu halda, təkcə bəxtindən dolayı pis bir arqument seçibsə, bu arqumenti asanlıqla təkzib edir, sonra da bunu bütün tezisin məhv edilməsi kimi bildiririk. Əslində etdiyimiz bir ad hominem arqumentini bir ad rem arqument kimi göstərməkdir. Rəqibin və ətrafdakıların ağlına daha yaxşı bir arqument gəlməsə, mübahisəni qazanarıq. Məsələn, biri Tanrının mövcud olduğuna dair asanlıqla təkzib edilə bilən ontoloji bir arqument irəli sürəndə vəziyyət belə olur. Bu, pis vəkillərin asan bir məhkəməni uduzması kimidir: Məhkəmə mövzusuna uyğun gəlməyən bir qanun maddəsinə müraciət edirlər, müvafiq maddə ağıllarına gəlmir.

87

Əslində ilk hiylələrdən biri olmalıydı – Şopenhauerin qeydi 81


ARTHUR SCHOPENHAUER

SON HİYLƏ Argumentum ad personam Rəqibimizin üstün olduğunu görüb, haqsız çıxacağımızı görəndə bu işi şəxsiləşdirərək, təhqir, hörmətsizlik və zor gücə müraciət edə bilərik. Şəxsiləşdirmək, mübahisə mövzusundan yayınaraq (çünki o oyun onsuz da uduzulub) rəqibin şəxsiyyətinə hücum etməkdir. Bunu ad hominem arqumentasiyadan ayırmaq üçün ad personam olaraq adlandıraq. Argumentum ad hominem mövzu haqqında obyektiv mülahizədən uzaqlaşmaqla yanaşı, rəqibin bununla bağlı dediklərinə və qəbul etdiklərinə yönəlir. Halbuki şəxsiləşdirmə edərkən rəqibin keyfiyyətlərinə qarşı hücum edirik: Yaralayıcı, bədxah, alçaldıcı və kobud oluruq. Bu, mənəvi gücün maddiyyata və yaxud heyvaniliyə müraciətidir. Fərdiləşdirmə çox sevilən bir üsuldur, çünki hamı istifadə edə bilər və buna görə də çox istifadə olunur. Əsas problem, belə hücumlara necə qarşılıq verməyimizdir. Əgər biz də eyni üsuldan istifadə etsək, çox keçmədən özümüzü bir dava və ya duelin ortasında, ya da bir təhqir üs82


ERİSTİK DİALEKTİKA

tündə açılmış bir məhkəmədə görərik. Bununla belə, özümüz şəxsiləşməsək, bunun bəs edəcəyini düşünmək böyük bir səhv olardı. Çünki sakit halda rəqibimizə haqsız olduğunu, yəni səhv mühakimə etdiyini və səhv düşündüyünü göstərsək (bütün dialektik qələbələrdə görünən bir vəziyyət) ona təhqirlə verəcəyimiz bir cavabdan daha pis təsir edəcək və əsəbiləşdirəcək. Niyə? Çünki Hobbs demişdir: Omnis animi voluptas, omnisque alacritas in eo sita et, quod quis habeat, quibuscum conferens se, possit magnifice sentire de seipso.88 Heç bir şey kibirdən əhəmiyyətli deyil və heç bir yara insanın canını qürurun yaralanması qədər ağrıtmır. “Şərəf həyatdan daha vacibdir” kimi sözlər də bundan qaynaqlanır. Kibrimizin mövcudiyyəti insanın özünü başqaları ilə müqayisə etməsindən asılıdır. Bu müqayisə hər baxımdan edilə bilər, amma xüsusilə mənəvi, zehni güc sahəsində əhəmiyyətlidir. Buna görə də ən təsirli və sərt halda, mübahisələrdə zühur edir. Mübahisə zamanı məğlub olanın özünə haqsızlıq etməsə də əsəbiləşməsi və son çarə olaraq bu hiyləyə əl atması məhz bu səbəbdəndir. Belə bir şeydən yalnız nəzakətlə xilas olmağımız müm88

Bütün zövq və sevinclər, insanın özünü onlarla müqayisə edərək üstün görəcəyi başqa insanların mövcudiyyətinə bağlıdır. - Hobbs, “De Cive”, 1-ci fəsil. 83


ARTHUR SCHOPENHAUER

kün deyil. Amma tamamilə soyuqqanlı olmaq çox kömək edir. Rəqib məsələni şəxsiyyətə bağlamağa başlayanda, sakitcə bunun mübahisənin mövzusu ilə əlaqəsi olmadığını deyirik və dərhal əsas məsələyə qayıdaraq, təhqirlərinə məhəl qoymadan rəqibin fikrinin yanlış olduğunu sübut etməyə davam edirik. Lap Femistoklun89 Evribiada90 dediyi kimi: “Πάταξον μεν, άκουσον δε!91“ Amma, əlbəttə, bu hamının edə biləcəyi bir şey deyil. Ona görə də ən etibarlı əks-tədbir, Aristotelin “Mövzular” əsərinin son hissəsində göstərdiyi kimidir: • Hər qabağına çıxan adamla mübahisə etmə. • Təkcə yaxşı tanıdığın, axmaq şeyləri müdafiə etməyəcək qədər dərrakəli və utanılacaq vəziyyətə düşməyəcəyini bildiyin adamlarla mübahisə et. • Nüfuzunun diktə etdiklərinə görə deyil, səbəblərə, əsaslara söykənərək mübahisə etməyi bilənlərlə mübahisə et. • Təqdim olunan səbəbləri dinləyib nəzərə alan­l arla; • Reallığa dəyər verən, rəqibin ağzından belə olsa, yaxşı səbəbləri məmnuniyyətlə dinləyən və rəqibin doğru sözlər belə deyəndə, yəni özü haqsız olanda da bunu həzm edəcək qədər ədalət hissinə malik olanlarla mübahisə et.

84


ERİSTİK DİALEKTİKA

Deməli, yüz adam içində müzakirəyə layiq bir nəfər belə çətin çıxır. Qalanı isə qoy nə istəsələr, onu danışsınlar, çünki desipere est juris gentium92; Volterin dediyini də xatırlayaq: “La paix vaut encore mieux que la vrit93” ; və bir Ərəb atalar sözü: “susqunluq ağacının meyvəsi sülhdür”. Əslində, ağıl və düşüncələrin qarşılaşması, toqquşması şəklində mübahisə çox vaxt qarşılıqlı fayda verir. Öz fikirlərimizi düzəltməyə, yeni fikirlər istehsal etməyə imkan verir. Amma bunun üçün mübahisə edən tərəflərin bilik və zehin gücü baxımından bir-birinə olduqca yaxın səviyyədə olması lazımdır. Birinin məlumatı əskikdirsə, hər şeyi anlaya bilməz, au niveau94 deyil. Zehin gücü kifayət deyilsə, bunun gətirdiyi qəzəb onu saxtakarlığa, fırıldaqçılığa və ya nəzakətsizliyə sürükləyəcək.

Femistokl - Afinalı sərkərdə Evribiad - Spartalı sərkərdə 91 Yunanca - Vur məni, amma dinlə! 92 Latınca - Sarsaqlıq insani bir hüquqdur 93 Fransızca - Sülh həqiqətdən daha qiymətlidir. 94 Fransızca - Səviyyəli 89 90

85


ARTHUR SCHOPENHAUER

QEYDLƏR Antik dövrlərdə məntiq və dialektika əsasən eynimənalı idi. İndi də belədir. b Eristika eyni mənaya gələn amma daha sərt bir sözdür. - Aristotel (bax: Diogen Laerti, V, 28). Aristotel ritorika və dialektikanı bir tutub və hədəflərinin aldatma (Überredung*), το πιθανον olduğunu qeyd edib. Həmçinin hədəfləri həqiqət olan analitika və fəlsəfəni də eyniləşdirib: a

Διαλεκτικηδε εστι τεχνηλογων, δι ήςανασκευαζσμεν τιη κατασκευαζσμεν, εξ ερωτησεωςκαι αποκρισεως τωνπροσδιαλεγομενω (Dialektika bir nitq sənətidir, onun vasitəsilə bir şey səhv çıxarılır və ya irəli sürülüb isbatlanır və bu müzakirə iştirakçılarının sual və cavabları ilə mümkündür) – Diogen Laerti, III, 48, vita Platonis. Həqiqətən də, Aristotel belə bir ayrım edir: 1 – Məntiq və ya analitika mübahisəsiz həqiqətə çatmağın nəzəriyyəsi və ya tərzi olaraq; 86


ERİSTİK DİALEKTİKA

2 – Fakt kimi qəbul edilən, doğru sayılan, ἔνδοξα (qəbul edilmiş inanclar), probabilia (mümkün şeylər – Topika, I, 1 və 12) nəticələrin, yəni səhvlikləri də, doğruluqları da qəti olmayan nəticələrin (çünki bu əhəmiyyətli deyil) tərzi və yaxud digər adı ilə – dialektika. Lakin bu – haqlı olaq, yaxud olmayaq – bir haqlı çıxma sənətindən başqa nədir? Belə bir sənət, məzmuna əhəmiyyət vermədən sadəcə görünüşdə həqiqətə çatmaqda maraqlıdır. Dolayı yolla, yuxarıda göstərdiyim kimidir. Bu cür məntiqi və dialektik nəticələri ayırd edən Aristotel bunlara 3-cü eristik və 4-cü sofistik nəticələri də əlavə edir. Eristikdə çıxarılan nəticənin forması doğrudur, amma arqumentlərin özünün həqiqətə aidiyyəti yoxdur, sadəcə elə görünürlər. Sofistik nəticə səhvdir, amma doğru kimi görünür. Əslində bunlardan son üçü eristik dialektikaya daxil edilməlidir, çünki hamısı da obyektiv doğrunun deyil, sadəcə görünüşdə həqiqəti axtarırlar. Həqiqət sayılmırlar, məqsədləri tamamilə haqlı çıxmaq, qələbə qazanmaqdır. Aristotelin sofistik nəticələr haqda olan həmin kitabı digərlərindən fərqli olaraq sonradan hazırlanmışdı. Dialektikanın son kitabı idi. Makyavelli “Hökmdar”a qonşusunun çətin vəziyyətdə olduğunu görərkən bundan istifadə c

87


ARTHUR SCHOPENHAUER

edib ona hücum etməyi tövsiyə edir; yoxsa qonşusu eyni şeyi edəcək. Əgər dünyada sədaqət və dürüstlük hakim olsaydı vəziyyət başqa cür olardı, amma bunlar gözlənilən hərəkətlər deyil, ona görə də heç lazım da deyil, çünki cavabı daim pis olacaq. Mübahisədə də vəziyyət eynilə belədir: rəqibimiz haqlı görünəndə bunu qəbul etsək, biz haqlı olanda o, yəqin, bizim kimi rəftar etməyəcək. Qarşı tərəf haqsız olduğu halda, davam edəcəyinə görə mən də elə etməyə məcburam. “Bir arqumentə bağlanıb qalmaq əvəzinə, həqiqətin ardınca düşməliyik” demək asandır; qarşımdakının bunu edəcəyini düşünmürəm, çünki mən də etməzdim. Lap rəqibim mənə haqlı görünəndə belə, arqumentim haqda bir daha düşünüb əl çəkməyim və səhvi seçməyim daha asandır. Doctrina sed vim promovet insitam – Sadəcə təhsil mənəviyyatı gücləndirir – Horatsi, Carmina, IV, 4, 33 d

Bununla belə Aristotel “De elenchis sophisticis” adlı kitabında dialektikanı bir daha sofistika və eristikadan ayırmağa çalışıb. Dialektik nəticələrin forma və mündəricat olaraq doğru, eristik və sofistik olanların isə səhv olduğunu deyir (bu ikisinin hədəf fərqi var: eristika sadəcə haqlı çıxmağı hədəfləyir, sofistika isə haqlı çıxılarkən əldə olunacaq e

88


ERİSTİK DİALEKTİKA

şöhrət və pulu istəyir). Mülahizələrin məzmun olaraq doğruluğu həmişə konkret deyil, ona görə də onları ayırarkən əsas götürmək uyğun deyil. Mübahisə edənlər ən azın əmin ola bilənlərdir: Mübahisənin nəticəsi də sadəcə çox az etibarlı məlumat təmin edir. Yəni Aristotelin dialektika anlayışını sofistika, eristika və peirastika* qavramlarını da açıqlayacaq şəkildə izah etməli, mübahisədə haqlı çıxmaq sənəti olaraq tərif verməliyik. Təbii ki, bunun üçün ən yaxşısı elə əvvəldən haqlı mövqedə olmaqdır. Bu bəşəriyyətin mövcud vəziyyəti və düşüncə tərzinə görə kifayət qədər özünü ifadə etməməsi anlama qüvvəsinin zəifliyi səbəbindən çox da vacib deyil. Yəni, bəzi hiylələr obyektiv həqiqətdən uzaq olduqları üçün, obyektiv olaraq haqsız olanda da istifadə edilə bilər və onsuz da obyektiv haqlılıq və ya haqsızlığımızdan heç vaxt tam əmin ola bilmərik. Dolayısı ilə, mənim fikrimcə, dialektikanı məntiqdən Aristotelin etdiyinə nisbətən daha dəqiq halda ayırmaq, formal olması şərtilə obyektiv həqiqəti məntiqin səlahiyyətinə vermək, dialektikanı isə haqlı çıxarmaqla məhdudlaşdırmaqdır. Digər tərəfdən, sofistika və eristikanı Aristotelin etdiyi kimi, dialektikadan ayırmamaq lazımdır, çünki belə bir fərqləndirmə obyektiv, maddi gerçəkliyə istinad edir və əslində bunu əvvəlcədən açıq şəkildə bilmək mümkün deyil. Biz gərək Ponti Pilat kimi «Həqiqət nədir» deyə sual 89


ARTHUR SCHOPENHAUER

verək. Çünki Demokritin də dediyi kimi – veritas est in puteo – həqiqət dərindədir. (Diogen Laerti, IX, 72). Mübahisədə həqiqəti aydınlaşdırmaq tək məqsəd olmalıdır, - demək də asandır amma onun harda olduğunu bilmirik. Həm rəqibin, həm də bizim arqumentlərimiz bizim çaşdıracaq. Onsuz da, re intellecta in verbis simus faciles (Mövzunu başa düşdünüzsə özümüzə sözlərlə problem yaratmayaq). Dialektika, əsasən, məntiqlə bir tutulduğundan biz burdakı təlimə eristik dialektika deyəcəyik. * -Sokratın ortaya müəyyən bir iddia qoyan və bunun doğruluğuna əmin olan şəxslərə verdiyi suallarla iddianın əslində sağlam olmadığını göstərməsi. Daha sonra bu sorğu şəxsin irəli sürdüyü bir fikri nə dərəcədə müdafiə edəcəyini görməyə yarayan, bir növ sınaq halında özünəməxsus bir ifadə tərzi yaratmışdı. “Dialektika fəlsəfənin bildiyini iddia etdiyinə (qnoristika) şübhə ilə baxır (peirastika), sofistika isə fəlsəfə kimi görünür, lakin deyil” - Aristotel Bir təlimi həmişə digərlərindən ayırmaq lazımdır. f

Amma anlayışlar müəyyən siniflər altında toplana bilər: cins və növ, səbəb və nəticə, ortaqg

90


ERİSTİK DİALEKTİKA

lıq və fərq, sahiblik və sahibsizlik və s. kimi siniflər üçün də qüvvədə olan, loci yaxud topoi adlanan ümumi qanunlar var. Məsələn, səbəb və nəticənin “locus”u belədir: “Səbəbin səbəbi, nəticənin səbəbidir” (Christian Wolff, Ontologia, səh 928). Sadə bir nümunə: “Sevincimin səbəbi varlı olmağımdır, yəni mənim varlı olmağıma səbəb verən, xoşbəxtliyimin əsl qaynağı, səbəbkarıdır”. Ziddiyyətlərin “locus”ları: 1. Bir-birlərini inkar edirlər, məsələn düz və əyri. 2. Eyni kökdən gəlməlidirlər, məsələn sevginin kökü şəhvətdirsə, nifrətin yeri də oradır. Yox, əgər nifrətin yeri hisslərdirsə, sevginin yeri də oradır. Əgər ruh ağ ola bilmirsə, qara da ola bilməz. 3. Aşağı dərəcəli olan yoxdursa, yüksək dərəcəli olan da yoxdur: Dürüst olmayan insan xeyirxah da ola bilməz. Gördüyünüz kimi, mövhumların sinifləri ilə bağlı olan bəzi ümumi həqiqətlər vahid halda bu “loci”də göstərilir; xüsusi hallarda bunlara istinad edərək arqumentləri inkişaf etdirə bilərik və ya ümumi bir fikir bildirə bilərik. Ancaq bunların çoxu səhvdir və bir çox istisnaları var. Məsələn, bu “locus”a baxaq: Əks şeylərin əlaqəli olduğu şeylər də bir-birinin əksidir. Məsələn, fəzilət gözəldir, 91


ARTHUR SCHOPENHAUER

pislik çirkin; dostluq digərinin yaxşılığını, düşmənçilik isə pisliyini istəməkdir. Amma indi bir də bu məsələlərə baxaq: İsraf bir pislikdir, deməli, cığallıq bir xeyirxahlıqdır; dəlilər doğru deyirlər, demək ağıllılar yalançıdırlar. Bunlar mümkünsüzdür. Ölüm keçib getməkdir, elə isə həyat yaranmaqdır – xeyr. Bu cür “topi”nin aldadıcı olmağına bir nümunə: Skot Ervigen De praedestinatione (Tale haqqında) adlı kitabının 3-cü hissəsində Tanrıda biri seçilmişləri xilasa, biri də pisləri lənətə aparacaq olan iki praedestinatione olduğunu düşünən sapqınları təkzib etməyə cəhd edir. Bunun üçün (kim bilir hardan tapıb) bu “topus”dan istifadə edir: Omnium, quae sunt inter se contraria, necesse est eorum causas inter se esse contrarias; unam enim eandemque causam diversa, inter se contraria efficere ratio prohibet. (Bir-birinin əksi olan şeylərin səbəbləri də zidd olmaq məcburiyyətindədir, çünki bir və eyni səbəbdən müxtəlif və bir-birinə zidd nəticələr çıxmasını ağıl qəbul edə bilməz). Hə, demək belə! Halbuki eyni istinin həm palçığı bərkitdiyini, həm də şamı əritdiyini bizə experientia docet (təcrübə öyrədir) və bunun üçün hələ çox nümunə var. Yenə də topus ağlabatan görünür. Müəllifin bu “topus”la istinad etdiyi isbatı araşdırmayacağıq. Bako de Verulamio isə Colores boni et mali adı altında, təkzibləri ilə birlikdə bir neçə loci nümunəsini verir. Müəllif bunlara sofizm deyir. 92


ERİSTİK DİALEKTİKA

“Ziyafət” əsərində sevginin bütün üstünlüklərə, gözəlliyə, yaxşılığa və s. sahib olduğunu irəli sürən Aqafona bunun əksini isbatlamaq üçün Sokratın gətirdiyi arqument də bir “locus”dur: “Axtardığın şeyə malik deyilsən. Sevgi gözəli və yaxşını axtarır; deməli, bunlara malik deyil”. Sanki hər şeyə tətbiq olunan bəzi ümumi faktlar var və bunlar sayəsində qarşılaşılan müxtəlif cür hallar haqqında, orijinal detallara girmədən qərar verilə bilinir. (Kompensasiya qanunu çox gözəl bir “locus”dur). Halbuki mövhumlar mücərrədləşdirmə yolu ilə fərqlərdən yaranmışdır, bu səbəbdən sonsuz müxtəlifdirlər və elə buna görə də mövhumlar vasitəsilə hər növdən müxtəlif şeylər yığılıb yüksək mövhumlara görə qərar verilməyə başlanıldıqda, bu sonsuz müxtəliflik özünü bir daha göstərir. Hətta insanın mübahisədə çətin vəziyyətə düşərkən hər hansı bir ümumi “topos”un arxasına sığınaraq xilas olmağa çalışması təbiidir. Loci eyni zamanda “lex parsimoniae naturae”dir [təbiətdəki qənaət qanunu] və natura nihil facit frustra [təbiət heç bir şeyi mənasız yerə etməz]. Əslində bütün atalar sözləri də praktikaya qarşı bir “locus”dur. Əgər danılmaz bir faktla səhv düşürsə müxalifin mövqeyini “ad absurdum”a (cəfəngiyyata) endirmişik. h

93





Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.