Minority jurnalı № 10

Page 1

LGBTI+ məzmunlu ilk Azerbaijan jurnali

MINORITY 1


Mündəricat

04 07 12

LEZBİYAN FEMİNİZMİ

LEYLA ƏLİNİN SƏRGİSİ

BOY ERASED FİLMİ

14

CAN CANDAN İLƏ MÜSAHİBƏ

17

HOMOSEKSUALLIQ XƏSTƏLİK DEYİL

23

QUEER HABİBİ İLƏ MÜSAHİBƏ


,, !

Ön söz

Əziz oxucular, bu dəfə sizinlə Novruz Bayramı ərəfəsində görüşürük. Hər birinizə xoş istirahət və sevdiklərinizin əhatəsində mükəmməl bir bayram arzu edirik. Jurnalımız bu dəfə daha rəngarəng və incəsənətlə zəngin materiallarla qarşınızdadır. Jurnalımız həmişəki kimi ayda bir dəfə yayımlanacaq. Bu dəfə də köhnə adətimizə sadiq qalaraq məşhur bir şəxslə müsahibə etdik. Can Candan Azərbaycanda da yetərincə insanın həyatına təsir edən “Benim Çocuğum” sənədli filminin rejissorudur. Film LGBTQİ fərdlərinin valideynlərindən bəhs edir və onların öz övladlarına dəstək olmaları, onları qorumaları və hətta LGBTQİ hüquqları uğrunda mübarizə aparmalarını əhatə edir. Budəfəki sayımızda həmçinin İnstaqramda 40 minə yaxın izləyicisi olan və Orta Şərq, ərəb LGBTQİ icmasına xitab edən Queer Habibi proyektinin müəllifi olan rəssam ilə müsahibəmiz və onun oxucularımıza hazırladığı xüsusi illlüstrasiya da yer alır. Üz qabığı Rey Bredberinin “Yenə də bizimkidir” (“Futures child”) hekayəsi əsasında hazırlanıb. Övladınız hamı kimi doğulmasaydı, necə reaksiya verərdiniz? Bu hekayədəki valideynlər depressiyadan, yadlaşmadan və ictimai fikrə qarşı qorxulardan tutmuş öz övladını qəbullanmağa qədər bir yoldan keçiblər. Jurnalımızda öz yazı və əl işlərini görmək istəyənlər bizimlə hello@ minorityaze.org email ünvanı ilə əlaqə saxlaya bilərlər.


LEZBİYAN FEMİNİZMİ Başlanğıcını 19-cu əsrdən götürən feminizm hərəkatı zamanla müxtəlif qollara və istiqamətlərə ayrıldı. Onların arasında liberal feminizm, radikal feminizm, anarxo-feminizm, ekofeminizm, sosialist feminizm və s. cərəyanları sadalamaq olar. Bu istiqamətlərdən biri də lezbiyan feminizmidir. Bu parlaq, ziddiyətli və radikal hərəkat – 1960-cı illərdə meydana gələn mədəni məfhumdur. Qadın hərəkatının, geylərin hüquqları uğrunda hərəkatın və seksual inqilabın bir-biri ilə yaxınlaşmasından ortaya çıxan hərəkat cəmiyyətdə lezbiyanların vəziyyətini nəzərdən keçirir. O, heteronormativliyi inkar edir. Cins və hakimiyyət barədə alternativ düşüncə təqdim edir. Lezbiyan feminizmi xüsusən də Şimali Amerikada və Qərbi Avropada populyarlıq qazanmışdır. Hərəkatın ən əhəmiyyətli mütəfəkkirlərinə Şarlotta Banç, Rita Mey Braun, Adrienn Riç, Merilin Fray, Meri Deyli, Şeyla Ceffris və Monik Vittinq aid edilir. Hərəkatın yaranmasında bir çox səbəblər rol oynadı. 1960-cı illərdə gey və lezbiyan icmaları gizli şəkildə mövcud idi. Belə ki, onlar homoseksuallığın psixi pozğunluq və cəmiyyət üçün təhlükə hesab olunduğu dövrlərdə yaşayırdılar.

4

LEZBİYANLAR O DÖVRÜN QADIN HƏRƏKATLARINDA QƏBULLANMIRDI Amerikanın Milli Qadın Təşkilatının təsisçisi Betti Fridan deyirdi ki, lezbiyanlar “lavanda təhlükəsidir.” O, hesab edirdi ki, lezbiyanlar feminist hərəkatının nüfuzunu aşağı salır və onları siyasi dəyişikliklərin əldə olunmasında maneə kimi görürdü. Bu cür homofobiya feminist hərəkat üçün ironikdir. Çünki nəzərdə tuturdu ki, lezbiyanlar qadın hərəkatından uzaqda qalmalıdır. Burdan belə nəticəyə gəlmək


nasibətlərdən fayda götürürlər və bu münasibətlər sayəsində öz təhlükəsizliklərini təmin etməyə çalışırlar, onlar belə üstünlükləri olmayan lezbiyan bacılarına xainlik etmiş olurlar. Nəticədə lezbiyan feministlər öz təşkilatlarını yaradaraq utancı qürura çevirdilər və lezbiyanlığın çatışmazlıq olması barədə inanclara meydan oxumağa başladılar. Onlar qadının qadına olan sevgisinə diqqəti çəkir, cəmiyyətdə kişi üstünlüyünü tənqid edirdilər. Lezbiyan feministlər patriarxal cəmiyyəti məhv etməyə çalışırdılar. Qadın hərəkatlarındakı və cəmiyyətdəki homofobiyaya qarşı mübarizə aparırdılar. Feminizmin ikinci dalğasında seksizmə qarşı mübarizənin tərkibini təşkil edirdilər. Lezbiyan feminizm bir tərəfdən qadın azadlığı uğrunda daha böyük mübarizənin bir hissəsi idi, digər tərəfdən isə ona tənqidi yanaşırdı. Bu hərəkat qadınların kişi dominantlığından və heteroseksizmdən azad olması üçün imkan yaratdı. Lezbiyan feminizmi cəmiyyəti iki aspektdən təhlil edirdi:

olar ki, lezbiyanlar qadın deyil. Eyni zamanda lezbiyanlar homoseksualların hüquqlarını müdafiə edən təşkilatlarda da təklənməyə başlamışdı. Onlar hesab edirdi ki, geylər arasında da seksizm cəmiyyətdəkindən az deyil və geylər lezbiyan qadınların problemlərinə biganədir. Həmçinin ağdərili gey kişilər patriarxal cəmiyyətin kişilərə verdiyi üstünlüklərdən müəyyən qədər faydalana bilirlər. Lezbiyan feministlərin fikrincə, nə qədər ki, qadınlar heteroseksual mü-

1) Heteroseksuallıq sadəcə seksual meylliyin bir forması deyil. O, kişi üstünlüyünü və qadın tabeçiliyini bəsləyən və bir məfhumdur. Ənənəvi gender rolları, mövcud ailə strukturları heteroseksuallığı mütləqiyyətə çevirir və şübhə altına qoymur. Heteroseksual münasibətlərdə qadınlar kişilərlə partnyorluq sayəsində əlavə status və iqtisadi üstünlüklər əldə edirlər. Feminist qruplardan biri olan Radikalezbiyanlar 1970-ci il tarixli “Qadın kimlikli qadın” manifestində deyirdilər ki, qadınlar kişilərə bərabərmiş kimi davrananda, oriyentasiyalarından asılı olmayaraq təhqir məqsədilə lezbiyan adlandırılırlar. Lezbiyan adlanmaq qorxusu qadınların bərabərliyə can atmasında güclü məhdudlaşdırıcı amil idi. Eləcə də

5


qadınlar arasında həmrəyliyin inkişafına əngəl olurdu. 2) Onlar bildirirdi ki, heteroseksuallıq, eləcə də yalnız kişi və qadın arasında mümkün olan nikah cəmiyyətdə kişi hakimiyyətini dəstəkləmək üçün mərkəzi mövqe tutur. Odur ki, lezbiyan münasibətlər sosial və iqtisadi cəhətdən ciddi problem yaradırdı. Onlar kişinin üstünlüyü, qadının natamamlığı təsəvvürlərini inkar edirdilər. Qadının iqtisadi, şəxsi, seksual azadlığını nümayiş etdirirdilər. Eyni zamanda da “Butç və Femm” rol oyunlarını da tənqid edirdilər və onu repressiv heteroseksuallığın təqlidi kimi görürdülər. Lezbiyan feministlər elə bir mühit yaratmışdılar ki, özlərini lezbiyan kimi identifikasiya edənlər qadın hərəkatında özlərinə yer tapa bilsin. Lezbiyan feministlərin bəziləri hesab edirdi ki, təkcə qadınlardan ibarət icmaların qurulması kişi hakimiyyətinə son verəcək və bu icmalar daha az istismarçı, daha ədalətli və qayğıkeş olacaq. Onlar yalnız qadınlardan ibarət olan kollektivlər, kommunalar yaradırdılar. Lakin 1970-ci illərin lezbiyan feminizmi bir çox tənqidlərlə üz-üzə qaldı. Tənqidlərdə deyilirdi ki, bu hərəkatın üzvləri ağdərili və orta sinfə aid olmaqla, irqi və sinfi təsəvvürlər yaradırdılar. Butç-fem kimliyindən uzaq durmağa çalışırdılar. Transgender qadınları qadın olaraq qəbul etmirdilər. Biseksual arzuları inkar edirdilər. İrqçiliklə bağlı tənqidlərin fonunda qaradərili lezbiyanların ayrıca hərəkatları formalaşmağa başlayırdı. Lakin

6

1970-ci

illərdən

sonra

lezbiyan

feministlər QİÇS əleyhinə mübarizədə, eləcə də ailə hüququ və başqa məsələlərlə bağlı kişilərlə və digər qadınlarla həmrəylik nümayiş etdirdilər. Onların fəaliyyətinin zirvə nöqtəsi 19701980-ci illərdə qalsa da, lezbiyan feministlər tərəfindən heteroseksuallığın bir sosial institut kimi fundamental təhlili indi də feminist elmin və fəaliyyətin mühüm hissəsidir.


LEYLA ƏLinin sərgisi Ən başından bəri mənə fərqli olduğumu etiraf etmək çətin idi. Hisslərimi izah edə biləcəyim yaxın adamım da yox idi. Xor qrupumuzun pianoçusu mənə qorxuma qalib gəlmək üçün kömək etdi. Xorda 40 nəfər var idi. 2 vokalist və 1 pianoçu. Bir gün bizdən 8-i repitisiya edərkən, mən təsadüfən pianonun üstündə çantamın ağzını açıq unutmuşdum, içində müxtəlif jurnallardan kəsilmiş öpüşən kişi şəkilləri var idi. Mən zalı tərk etdim, dərhal geriyə qaçdım və pianoçumuzu üzündə təbəssüm, əlində mənim çantam dayandığını gördüm. O, çantamı götürdüyünü dedi. Daha sonra mən başa düşəndə ki, o, şəkilləri görüb, çaşqınlıq içində qaldım. Sonra o, elə ilk gündən mənim fərqli olduğumu başa düşdüyünü və bundan qorxmamaq lazım olduğunu dedi. O təklif etdi ki, qorxularımdan azad olmaq üçün bu keçiddə solo hissəni seçim və özümə inanım.

Hər tədris ilinin sonunda Rəşid Behbudov teatrında yekun konsert keçirilirdi. Burada tələbələr il ərzində qazandıqları nailiyyətləri nümayiş etdirirdilər. Mən “The Word” (Günəş altında gəzməyin və yeni günü qarşılamağın necə gözəl olmasından bəhs edən mahnı) mahnısından bir parça oxudum və böyük bir yüngüllük hiss etdim. Təəssüf ki, auditoriyada pianoçunu görmədim. Məktəbə qayıtdıqda elan olundu ki, o, vaxtından əvvəl Finlandiyaya uçmalı olub. Onunla vidalaşa bilmədiyim üçün kədərləndim. Mən ona çox minnətdaram, çünki həyatımın o mərhələsini keçdim.

7


Mən sosial mediada anti-homofobik bir şərh yazmışdım: hər birimizin cəmiyyətdə rahat yaşamaq haqqımız var. Buna olan reaksiyalar son dərəcə neqativ idi. Dindar çevrədə kifayət qədər yaxşı tanınan bir kişi sərt post yazaraq məni də ora etiketləmişdi. Bundan sonra mənə qarşı hədələr başladı. Onlar mənim xəstə, günahkar olduğumu yazırdılar. Onlar mənim cəhənnəmdə yanacağımı və nifrətə layiq olduğumu yazırdılar. Bu, bir neçə ay davam etdi. Mən polisə şikayətə getdim. Polis isə buranın Hollandiya olmadığını və petuxların yaxşı heç nəyə layiq olmadıqlarını dedi.

Mən transseksualam. Hər dəfə evdən çıxanda qulaqlıqlarımı taxıb, musiqi qoşuram ki, mənim ünvanıma səslənən söyüşləri eşitməyim. Dünən avtobusda idim, iki çadralı qız ucadan məni müzakirə edirdi. Onlar cəhənnəmdə yanacağımı deyirdilər.

8


Heteroseksual qadın kimi bir qadına aşıq olmaq qəfildən okeanın ortasında tək, lüt, fırtınada boğulmaq kimidir. Bütün həyat gücünü suyun üzərində qalmaq üçün israf edirsən. Sən iztiraba qatlanırsan. Təslim olursan. Boğulursan. Suyun altında yeni dünya tapırsan. Orada da nəfəs ala bildiyini, qəribə şəhərləri kəşf edirsən, başda dünyadan olan dəbdəbəli ekssentriklər səni çay otaqlarına dəvət edirlər. Onlar sənə oxşayır və sənin kimi hiss edirlər. Həyat bu iki istiqamət üzərində balanslaşdırma oyununa çevrilir: birinicisi, ucadan danışdığın və özünə əmin şəkildə əvvəlcədən təsnifləşdirilmiş taleyinə tərəf addımladığın, ikinci isə, fərqli, qaranlıqda gizlənən heyvan olduğun sakit dünya. “Onun” kim olması barədə ikiqat yalanlarını ehmallıca qurursan. Və “o” “kimsə” deyil, “nədir”. Həsrətin, şəhvətin, sevgi və utancın turşməzə qarışığı. Bu, kədərli, faciəvi bir hissdir: öz saçlarınla onun gözlərini yeni bir insan yaratmaq üçün birləşdirə bilməmək. Bu, bizim təbiətimiz deyil. Biz belə yaradılmamışıq. Çürük, pozğun qəlbimizdən gələn bir xətadır. Biz sonsuzluğa qədər məhkum olmuşuq. Azərbaycanca belə bir gülməli söz var: sonsuz. Lezbiyanların dünyasında heç kim bu barədə danışmır. Lakin hər kəs bilir - ortaq uşaqlarınız yoxdursa, deməli, ciddi deyil, biz sadəcə gözəl vaxt keçiririk.

Bu bir mərhələdir. Hə, əlbəttə. Sən və mən bir-birimizi ancaq sənin ərin işdən gec çıxanda, ya da həftəsonları görəcəyik, ya da heç vaxt görməyəcəyik. Hə, mən sənə sadiqəm. Nə? Buna görə də ərimlə, ya da başqa bir kişiylə sevişmək həqiqi seks deyil. Hər ərli lezbiyan bunu bilir. Bəzilərimiz başqa dənizlərə üzürük, hər nə pox olmaq istəyiriksə, olmaq üçün. Bəzilərimiz isə hələ də hetero davranaraq bu doğma sularda yavaş-yavaş məhv oluruq. Baxmayaraq ki, bəzi insanlar bilir. Bəzi insanlar bilir və sənə qaşlarını çatırlar. Bəzi insanlar bilir və istəmirlər ki, qızları səninlə dost olsun, bəzi insanlar sadəcə bilir və sənə nifrət edir. Və təxminən 3-4 nəfərdən ibarət bir qrup var ki, bilir və səni qəbul edir.

9


Anam, kiçik qardaşım və mən 18 il idi ki, kirayə yaşayırdıq. Ən böyük arzum öz evimizin olması idi. Aylıq kirayə pulunu çatdırmayanda bizi çıxara bilməyəkləri kiçik bir ev. Mən əsgərliyə gedəndə biz artıq evin tikintisini başa çatdırmışdıq. Xidmətin 10 ayı tamam olanda məzuniyyətə gəldim. Mənzilimizə gəldim, pəncərədən içərinin boş olduğunu gördüm. Düşündüm ki, anam və qardaşım başqa kirayəyə köçüblər. Qonşudan soruşanda o, bir neçə saat əvvəl öz evimizə köçdüyümüzü dedi. Sevincdən boğulurdum. Dərhal ora getdim və 10 günümü ailəmlə evimizdə keçirdim. Döşəmədə yatırdım. Həyatımın ən yaxşı günü həmin gün idi.

20 yaşım var idi, ilk dəfə aşiq olurdum. Aşiq olduğumu bildiyim gün həyatımın ikinci ən yaxşı günü idi. O qədər bəxtəvər idim ki, bütün dünyaya aşiq olmuşdum. Ailəmə homoseksual olduğumu deməyi qərara aldım. Bakıdan Gəncəyə gəldim. Oturub ailəmlə hər şeyi olduğu kimi danışdım. Onu şam yeməyinə dəvət etdim. Anam bizim üçün yemək bişirdi, birlikdə şam elədik. Bütün çətinliklərə baxmayaraq, dünyada ən xoşbəxt adam idim.

10


Məndən ilk dəfə açıq şəkildə lezbiyan olmağım haqqında soruşulduğunu xatırlayıram. O zaman artıq 25 yaşım var idi, hələ də heç kəs bu barədə belə açıq şəkildə soruşmamışdı. Azərbaycanda belə olmur. Bu, dostlarımın toyuna getdiyimdə İsraildə olmuşdu. Manikür üçün salona getmişdim, 5 dəqiqə sonra stulda oturdum. Manikürçü qız məndən: “Sən lezbiyansan, elədir?” - soruşdu. Mən təkərə düşdüm. Tamamilə donub qaldım, səbəbini də bilmədən. Bilirdim ki, bu ölkədə öz seksual oriyentasiyamı gizlətməyə ehtiyac yoxdur. Amma yenə də… “Hə” demək olduqca çətin idi. Bu, bir növ üzərindən gəlməli olduğum maneə idi. Və indi lezbiyan olduğumu demək mənim üçün problem deyil, hətta öz ölkəmdə belə. Baxmayaraq ki, bu barədə kimsə soruşanda hələ də xoşum gəlmir.

Həyata kifayət qədər ənənəvi baxışları və dəyərləri olan sadə Azərbaycan ailəsində böyümüşəm. Ailəmizdə hər şeyi bölüşmək adətdir. Amma bilirdim ki, ailəmə açılmaq onları itirməyimə səbəb ola bilər. Ailəmin məni sevdiyi qədər qohumların fikirləri və cəmiyyətin geylərə qarşı münasibəti mühüm rol oynayır. Sonda onlar təslim olacaq və məni tərk edəcəklər. Bu, sanki onlara “mən yadplanetliyəm” demək kimidir, şoka düşəcəklər və bu müsibətə qarşı necə davranmalı olduqlarını bilməyəcəklər. Xatırladığım qədərilə, mən həyatımın böyük və vacib hissəsini onlardan gizlətməli və sanki mövcud olmamış kimi pozanla silməli olmuşam.

11


BOY ERASED FİLMİ Cared Eamons Arkanzas ştatında yaşayan, qaçış idman növü ilə məşğul olan və həmçinin yazıçı olmağa meylli bir homoseksual kollec tələbəsidir. Özünü kəşf etmə ərəfəsində hələ nə edəcəyini və necə davranacağını bilmədən valideynləri onu sağaltmaq məqsədi ilə bir proqrama yazdırırlar. Bu proqram onu müalicə etməli, seksual orientasiyasını dəyişməli və ya ən azından boğmalı idi. Boy Erased (Silinmiş oğlan) Qarrad Konleyin eyni adlı bioqrafiyası əsasında Coel Edqerton tərəfindən ekranlaşdırılıb. Bu ilin dəyişmə terapiyasına həsr olunmuş ikinci filmidir. Dəyişmə terapiyası dini doqma və əsaslanmamış elmi üsulların birləşməsi

12

olan qəddar və eyni zamanda nəticəsiz bir metoddur. Hal-hazırda ABŞ-ın 14 ştatı və Kolumbiya Əyaləti dəyişmə terapiyasını qanunla qadağa edir. Lakin Amerikanın digər ştatlarında yaşayan homoseksual gənclər filmin qəhrəmanı Cared kimi hələ də bu metodun qurbanları ola bilərlər. Film öz məzmunu ilə yanaşı, sənətində böyük uğurlara imza atmış Nikol Kidman, Rassel Krou kimi aktyorlarla da diqqət çəkir. Onlar Caredin valideynləri olan Nensi və Marşal Eamonsu canlandırırlar. Marşal yerli kilsədə tərbiyəçi olmaqla bərabər, həm də avtomobil alqı-satqısı ilə məşğuldur və yeganə oğlunu hədsiz dərəcədə sevir. Bu sözləri Nensi üçün də demək olar. O, hər


səhər Caredi Love in Action proqramına aparır və oranın direktoru, cənab Saykisin himayəsinə verir. Həyat yoldaşından fərqli olaraq, Nensi elə ilk başlardan valideyn nəvazişi ilə dini göstərişlər arasında əlaqə qurmağa çətinlik çətir. İlk başlarda Cared özü də Love in Action proqramını qəbul edir, hansı ki, özündə nitq terapiyaları ilə xristianlıq idealogiyası birləşdirir. Burada onun seksual orientasiyası seçim və günah kimi dəyərləndirilir və o, öz terapiya yoldaşları ilə birlikdə keçmiş davranışlarının mənəvi məzmununu ortaya qoymalı, bir-birinə açıb danışmalı və qrup müzakirələrdə iştirak etməlidirlər. Zamanla bu fəaliyyətlər psixoloji və fiziki zorakılıqla əvəzlənir. Bundan əlavə, məsələnin ailələrdən külli miqdarda pul mənimsənilmə tərəfi də var. Cənab Saykis Nensiyə Caredi kollecdən çıxardıb Love in Action evlərindən birinə yerləşdirməsini məsləhət gördükdə onun ağlında ancaq qazanacağı pul var idi. Cənab Saykis özü də düşüncə və hissləri arasında azıb qalmış bir personajdır. Bunu

həmin qəhrəmanın real həyatına baxanda açıq görmək olur. Hal-hazırda həmin şəxs düz 25 illik fəaliyyətindən sonra özünün də homoseksual olduğunu etiraf edib və keçirdiyi bu terapiyaların yalnış bir şey olduğunu qəbul edib. İndi o, keçmişindən fərqli olaraq dəyişim terapiyasının tamamilə qadağan olunması üçün mübarizə aparır. Bunlardan əlavə həmçinin qeyd etməliyik ki, Silinmiş Oğan filmi Caredin hekayəsindən istifadə edərək cəmiyyətdə var olan bir çox problemlərə - zorakılığa, homofobiyaya, özünə nifrətə diqqət çəkməyi bacarır.

13


CAN CANDAN ilə müsahibə Müsahibəçi: Bizə qısaca özünüz haqda məlumat verərdiniz. Can Candan: İstanbulda yaşayan sənədli film rejissoru və Boğaziçi universitetində işləyən akademikəm. “Benim Çocuğum” sayca 3-cü tam metrajlı sənədli filmimdir. Hal-hazırda dördüncü “Nükleer Alaturka” filmi üzərində işləyirəm. Akademik olaraq da sənədli film haqqında dərs deyir, araşdırmalar və nəşrlər edirəm. Müsahibəçi: “Benim Çocuğum” filmi Türkiyə və türkcə anlayan insanlar üçün çox önəmli bir proektdir. Bu film bir rejissor olaraq sizin üçün nə ifadə edir? Can Candan: Öncə təşəkkür edirəm. “Benim Çocuğum” filminin Azərbaycanda önəmli qəbul edilməsi çox xoşdur. Övladları LGBTİ+ olan ailələrin, uşaqlarını olduqları kimi qəbul etməyi öyrənməsi və sonradan həm öz övladlarının, həm də ümumilikdə LGBTİ+ insanların haqları uğrunda mübarizə aparmalarının hekayəsi həm Türkiyə, həm də yaxın mədəni coğrafiyada eşidilməsi vacib, ümidverici bir hekayə idi. Bu işə başlayarkən belə deyirdim ki, əgər filmimiz bir insanın belə olsa həyatını asanlaşdıracaqsa, bir insanın həyatda qalmasına səbəb olacaqsa, hədəfimizə çatmış olacağıq. Düşünürəm ki, bunu bacardıq. Müsahibəçi: Belə bir film ideyası ağlınıza

14

necə gəldi? Daha əvvəllər proektlərdə çalışmısınızmı?

bu

tərz

Can Candan: Müxtəlif sosial və siyasi mövzulu sənədli filmlər çəkmişdim, amma “Benim Cocuğum” ilk LGBTİ+ mövzulu filmim oldu. LGBTİ+ haqları mübarizəsinə dəstək verən biri olmağıma baxmayaraq, LİSTAG adlı ailələrdən ibarət bir qrupun olduğunu bilmirdim. İşlədiyim universitet olan Boğaziçi universitetində 2010-cu ilin oktyabrında təşkil olunmuş konfransdakı bir paneldə LİSTAG ailələrini spiker olaraq dinlədim. Danışdıqları hekayələr həm hər insanın yaşadığı ailəsi tərəfindən qəbul edilmə mübarizəsinin, həm də valideyn olmağın hekayəsi idi. Bunlar həm yetkin bir


Müsahibəçi: Əminəm ki, filminiz bir çox izləyicinin həyatına təsir edib. Filmdən sonra izləyicilərdən aldığınız özəl bir mesaj oldumu? Oldusa bizimlə paylaşmaq istərdinizmi? Can Candan: Bir çox LGBTİ+ gənclərdən, ailələrindən və mövzu ilə əlaqəsi olmayan izləyicilərdən çox gözəl şərhlər aldıq. “Nə yaxşı ki, bu filmi hazırladınız” dedilər. “Benim Cocuğum”u ailəsi ilə birlikdə izləmək və ya ailəsinə göstərmək ailəyə açılmaq üçün bir vasitə halına gəldi. Bəzi nümayişlərdən sonra filmin göstərildiyi zalda kiminsə öz ailəsinə açıldığına şahid olduq. Qucaqlaşdıq və birlikdə ağladıq. Sosial media vasitəsilə gələn mesajlarda çox vaxt bu filmin insanların həyatlarına necə toxunduğunu, onları necə dəyişdiyini oxuduq. Bu mesajlar hələ də gəlməyə davam edir. Kaş ki, Bosniya və Hersoqovinada etdiyimiz kimi, filmi beynəlxalq televiziyalarda nümayiş etdirə bilsək və daha çox insana əlimiz çatsa...

bir ata kimi mənə çox dərindən təsir etdi. Üstəlik, Türkiyə kimi homofob və transfob olan bir ölkədə bu insanlar cəmiyyətin qarşısına keçib “Mənim övladım LGBT-dir” deyərək onlar üçün bərabər haqlar tələb edirlər. Bu da özlüyündə inqilabi hərəkətdir. Elə həmin gün bu filmi çəkmək qərarına gəldim. Müsahibəçi: Çəkiliş zamanı ən böyük çətinliyiniz nə oldu? Can Candan: Çəkilişdə heç bir çətinlik olmadı. Montaj müddəti daha mürəkkəb idi. Çünki o qədər təcrübəni, saatlarla davam edən hekayələri layiqincə bir-birinə bağlamaq heç asan deyildi.

Müsahibəçi: Türkiyənin son illərdə LGBT haqları mövzusunda geriyə getdiyinin şahidi oluruq. Siz bu mövzuda nə düşünürsüz? Nifrət cinayətlərinin bu qədər artmasına səbəb sizcə nədir? Can Candan: Təəssüf ki, Gəzi parkı Etirazları ilə yüksələn ictimai müxalifət və bizi ümidləndirən seçkilərdən sonra yaradılmış savaş bütün müxalif və proqressiv təbəqəni öz hədəfinə qoydu. Son bir neçə ildir yaşadığımız sıxışdırmalar nəticəsində başda dövlət şiddəti olmaqla, hər növ şiddətə məruz qaldıq. Bu basqı və şiddət atmosferi fərdlər arası və ailə münasibətlərinə də təsir edir. Dövlətin başındakıların və medianın açıq nifrət nitqləri və bunun hüquqi tənzimlənməməsi, əlbəttə ki, nifrət cinayətlərini də artırır. Lakin, bu kimi rejimlər heç vaxt

15


uzunmüddətli olmur. Dünya tarixinə baxın. Biz bu günləri də geridə qoyacayıq və öz vətəndaşlarına qarşı cinayət işləyənlərin həqiqi hüquq qarşısında cəzalanacağı günləri də görəcəyik. Bizim haqq mübarizəmiz uzunmüddətli mübarizədir. Müsahibəçi: ‘’Benim Çocuğum’’ filmi bir neçə il əvvəl çəkilib, ancaq LGBT icması ailələrinə açılmaq mövzusunda hələ də eyni problemləri yaşayır. Bu haqda nə düşünürsüz? Can Candan: “Benim Cocuğum”un bitməsi və nümayişə başlanmasından tam olaraq altı il keçir. Faydası oldu və hələ də var, amma dünyanı dəyişmək o qədər də asan deyil. Bir az əvvəl bəhs etdiyim şiddətin artmaqda olduğu bir dövrdə homofobiya və transfobiya üçün əlverişli mühit yaranır. Amma ictimai yaddaş yox edilə bilməz. 2013-cü ildə Gəzi Etirazları zamanı baş tutan Qürur yürüşündə 150 min insan iştirak etmişdi. Nə Gəzi unudula bilər, nə də Qürur yürüşləri. “Benim Çocuğum” da hələ göstərilir və o ümidi, o işığı canlı saxlayır. Ailələləri və cəmiyyəti dəyişdirmək üçün bu kimi filmləri göstərməyə davam etmək və cəmiyyəti təşkil edən fərdlərə bir-bir də olsa yaxınlaşmaq lazımdı. Buna davam etdikcə, LGBT icmasının daha rahat yaşamasının yollarını da cızmış olacağıq. Müsahibəçi: Azərbaycan LGBT icmasına mesajınız.

16

Can Candan: Biz bütün LGBTİ+ fərdləri, yaxınları və dostları olaraq böyük bir ailəyik. Bu böyük ailə kimi daima bir-birimizin yanındayıq. LGBTİ+ insanlar hansı ölkədə olursa olsunlar, nə yalnış, nə də yalnızdırlar. Hamımız birlikdə homofobiya və transfobiyanı yox edəcəyik. Hər zaman elə görünməsə də, biz əslində çoxuq. Bu mübarizəyə hamımızın verdiyi töhfə çox vacibdi. Ümid edirəm ki, “Benim Çocuğum” Azərbaycanda bir çox ailəyə çatar və onların da qəlblərinə toxunar. Həmrəylik içində sevgilərimi göndərirəm.

BU Fürsət üçün minnətdaram. SEVGİLƏR, CAN


HOMoSEKSUALLıq xəstəlik deyil Cəlilova, Zümrüd. “Homoseksuallıq xəstəlik deyil”. Bakı Araşdırmalar İnstitutu, 2019. https:// bakuresearchinstitute.org/az/homosexuality-is-not-a-disease/. Yazı Bakı Araşdırmalar İnstitutunun icazəsi ilə çap edilmişdir.

Homoseksuallıq bir çox cəmiyyətlərdə qəbuledilməz olmaqla yanaşı bəzi ölkələrdə isə qeyri-qanuni hesab edilir və bəzən də ölüm hökmü ilə cəzalandırılır. Bu, bir çox ölkələrdə qızğın müzakirə mövzusudur və Azərbaycan da bu baxımdan istisna deyil. Uzun çəkən debatlara, elmi araşdırmalara və dünyanın hər yerində milyonlarla insanın insan hüquqları pozuntuları və gender əsaslı

ayrı-seçkiliyə qarşı etiraz etməsinə baxmayaraq, bir çoxları hələ də qeyri-heteroseksuallığı təhlükə kimi görüb onu qəbul etməyi və ya başa düşməyi rədd edir. Müxtəlif cinsi oriyentasiyası olan insanların cəmiyyətdən uzaqlaşdırılması məsələsini müzakirəyə çıxarmaq cəhdləri məhdudiyyətlər, toqquşmalar və hətta bəzən şiddətli reaksiyalarla qarşılaşır. Bunlar tez-tez bir çox səviyyələrdə gözardı edilir. Mövzu ilə bağlı davam edən ümumi məlumatsızlıq homoseksuallara və onların da digərləri ilə bərabər hüquqlara malik olmasını tələb edən hərəkatlara qarşı nifrəti alovlandırmağa əlverişli şərait yaradır. Bu, həm də Azərbaycandakı gənc LGBTİQ (lezbiyan, gey, biseksual, transgender/transseksual, interseks (hermafrodit), kuir (sorğulayan)) icmasında intihar cəhdlərinin daha yüksək

17


olması ilə nəticələnir. Ümumi bərabərlik prinsipi Azərbaycan Respublikasının Konstitusiyasında mövcuddur və sonradan qəbul edilmiş xüsusi qanunlarda da öz əksini tapır. Lakin cinsi yönümlülük və gender kimliyi anti-diskriminasiya qanunlarının indiki şərhində əsasən qanun ilə qorunmur. Bu gün Azərbaycanda çoxları homoseksuallığın nə olmasından və homoseksualların nə uğrunda mübarizə apardığından bixəbərdirlər. Bu, təkcə ictimai təzyiq və inkar yox, eyni zamanda mümkün ölümcül nəticələr də hasil edir. Dörd il əvvəl Azərbaycanda Azad LGBT qrupunun sədri, gənc aktivist İsa Şahmarlı özünü göy qurşağı bayrağından asaraq intihar etdi. 23 yanvar 2014-cü ildə BBC Azərbaycanca 20 yaşlı İsanın intiharının arxasındakı səbəbləri öz ailəsindən və cəmiyyətdən gördüyü inkar, ayrı-seçkilik və təzyiqlər olaraq təsvir etdi. Təəssüf ki, İsa yuxarıda sadalanan səbəblərdən dolayı belə ümidsiz tədbir görən nə ilk, nə də yeganə gəncdir. Bunun səbəblərindən biri odur ki, əksəriyyət cins və gender arasındakı fərqləri bilmir, ya da başa düşmək istəmir. Fərdin eynicinsli cinsi oriyentasiyasına və ya cinsi seçiminə təsir edən amillər hələ də Azərbaycandakı psixiatr və psixoloqların əksəriyyəti tərəfindən yaxşı öyrənilməyib və tədqiq edilməyib. Mövzu nə yerli akademiklər, həkimlər və alimlərin, nə də siyasətçilərin marağını cəlb etmir. 2007-ci ildə Dennis van der Vurun ILGA-Europe (Beynəlxalq Lezbiyan, Gey, Biseksual, Trans və İnterseks Assosiasiyası) və COC(Mədəniyyət və İstirahət Mərkəzi) hesabatı Azərbaycanda LGBTİQ fərdlərini və eynicinsli münasibətlərlə bağlı dərc edilən ilk hesabat idi. Burada göstərilirdi ki, bir çox psixoloqlar homoseksuallıq haqqında kifayət qədər məlumata sahib deyilər. Hesa-

18

bat 2006-cı ilin yanvar ayındakı missiyadan əvvəl, missiya dövründə və missiyadan sonra müəyyən edilən məlumatlar əsasında hazırlanmışdı. Hesabat həmçinin qeyd edir ki, bir çoxları hətta 1987-cil ildə Amerika Psixiatriya Assossasiyasının (APA) Psixi Pozuntuların Diaqnostikası və Statistikası Əl Kitabından, 1993-cü ildə isə Dünya Səhiyyə Təşkilatının (DST) Xəstəliklərin Beynəlxalq Sinifləndirilməsindən homoseksuallığı sildiyini bilmir. Lakin kimsə həm də iddia edə bilər ki, həmin qurumlar ictimai təzyiqdən, öz tədqiqatlarına qarşı yarana biləcək inamsızlıq və inkarlardan yayınmaq üçün bəzi faktları gizlədə, ya da gözardı edə bilərlər. Cahillik və ya inkar adətən yanlış səbəbdən dolayı skeptik olan ictimai fikirlə üst-üstə düşən şəxsi inanclardan da qaynaqlana bilər. Beləliklə, bu məqalə Azərbaycanda və kənarda homoseksuallara qarşı bəzi yazılmamış, amma geniş yayılmış qərəzli arqumentləri


2018-ci il tarixində sosial mediada paylaşdığım qısa sorğu əsasında hazırlanmış statistik məlumatı göstərirəm. Daha sonra homoseksuallığın nə olduğunu izah edib, iki konsept arasındakı fərqliliyi təqdim edirəm: gender sosial konstruksiya, cins isə bioloji faktor kimi. Bu, maskulinlik və femininlik barədə düşünmək üçün çərçivə müəyyən etmiş olur. Bu iki bölmə əsasən homoseksuallığın təbiət (anadangəlmə), yoxsa tərbiyə (sonradan qazanılan davranış) olması barəsindəki debata fokuslanıb, bu debatda müzakirə edilən bioloji və sosial-mədəni izahları müqayisə edir.

müzakirə edir. Məqalə həmçinin hazırkı mövzu və şəraitin təbiəti ilə bağlı öyrənmək istəyənlərin biliyini yeniləyir. Mən seçilmiş və əhəmiyyətli mövzulara toxunub iddia edirəm ki, gender və homoseksuallıqla bağlı hədsiz dərəcədə sadələşdirilmiş və yekcins ümumiləşdirmələrə qarşı oyaq olmalıyıq. Məqalə dörd bölməyə ayrılıb. Əvvəlcə ilk iki bölmədə ictimai reaksiya məsələsinin olduqca vacib olduğunu vurğulamaq üçün onun LGBTİQ fərdlərinin fiziki, əqli sağlamlığına və rifahına olan mənfi təsirləri barədə məlumat verirəm. Sonra mövzu barədə mövcud olan mənbə, xəbər və beynəlxalq hesabatlara əsaslanaraq Azərbaycanda LGBTİQ icmasının ümumi vəziyyətini təsvir edirəm. Əlavə olaraq, Azərbaycanda vətəndaşların homoseksuallıq barədə nə hiss etdiklərini göstərmək məqsədi ilə bu məqalə üçün nəzərdə tutub 15 sentyabr

Sonuncu iki bölmədə isə homoseksuallara aid edilən cinsi yolla yoluxucu xəstəliklər mövzusundakı ümumi istifadə edilən arqumentləri təkzib edirəm. Azərbaycanda belə arqumentlər homoseksual davranışın və münasibətlərin əxlaqi cəhətdən pis olmasını vurğulamaq məqsədi ilə istifadə edilir. Məqalənin bu hissəsində dünyanın digər yerlərindəki homoseksual münasibətlərə də toxunuram və çoxlarının homoseksual cütlüklərin ailə həyatının əsasını təhdid etdiklərini, ya da edə biləcəklərini iddia etməsinə baxmayaraq, eynicinsli cütlüklərin fəzilətlərini göstərirəm. Ortaq nöqtəyə gələ bilmək üçün sonda homoseksual fərdlərin daşıdıqları “genlər” yenidən istehsal edilmədiyi (yəni homoseksualların dünyaya uşaq gətirmədikləri) halda homoseksuallığın təkamül prosesində necə davamlı olaraq mövcud qala bildiyini və homoseksuallara qarşı şiddətin, nifrətin və rəddin əxlaqi və ya hətta elmi tədqiqatlar nöqteyi-nəzərindən əsaslandırmağın mümkün olub-olmadığını müzakirə edirəm. Burada təqdim etdiyim yanaşmalar alimlərin araşdırdığı, qurduğu və başqalarının hələ təsvir və ya təhlil edə bilmədiyi

19


çoxlu yanaşmalardan sadəcə bir neçəsidir. Azərbaycandakı homoseksuallıq anlayışını tənqid etməkdə məqsədim sahə üzrə qabaqcıl alimlərin tədqiqatları və ideyaları ilə yeni meydana çıxan tənqidçilərin dialoqunu qurmaqdır.

Cəmiyyətin Reaksiyasının Ölümcül Nəticələri. Homoseksuallığı Anlamaq 2014-cü ilin yanvar ayında intihar etməzdən əvvəl İsa facebook hesabında bir yazı paylaşaraq “hamını” ölümündə ittiham etdi. Orada deyilirdi: “Bu dünya mənim rənglərimi daşıya biləcək qədər güclü deyil.” İsanın hərəkəti və mesajı istənilən adamı dərhal qəmgin edə bilər, çünki hər kəs bir insanın çoxları tərəfindən öz kimliyinin rədd edilməsindən və sayılmamasından qay- naqlanan əzabı və gündəlik qəmginliyi hiss edə bilər. İnsanlar mütəmadi olaraq məntiqini başa düşmədikləri nifrətə məruz qaldıqda daima ümidsizliyə və kədərə düçar ola bilərlər. Bu, şəxsi məsələyə çevrilir, insanın həyatına təsir edir, təhsilini və əhvalını məhv edir. Sonda insan özünü əlacsız, zəif və insanın öz əlində olmayan ixtiyari bir şeyə məğlub olmuş kimi hiss edir; bu, insanı həqiqətən də mənən sındıra biləcək bir narahatlıq növüdür. Bu, bizə qaradərili insanların dərilərinin rənginə görə ayrı-seçkiliyə məruz qaldığı tarixi dövrün ruhunu xatırladır; bu səni yaxın dövrdə baş vermiş

20

ədalətsizlik barədə düşünməyə sövq edir. Qaradərili insanlar bir müddət əvvələ qədər ayrı-seçkiliyə məruz qalır, istismar edilir və öldürülürdülər. Eyni zamanda, ağdərili və qaradərili insanlar arasında evlilik qadağan idi. Oxuculara sualım budur: qaradərili insanlara münasibətdə olduğu kimi bəlkə tarix təkərrür edir? Azərbaycanda bəzi insanlar üçün bu müqayisə qeyri-adi, ya da ziddiyyətli səslənə bilər, amma İsanın dünyanı qınadığı mesajı Martin Lüter Kinqin Birminqem həbsxanasından məktubuna bənzəyir. O, qeyd edirdi ki, “biz qaçılmaz qarşılıqlı əlaqələr şəbəkəsinə yaxalanmışıq, eyni bir taleyə bağlanmışıq, birinə birbaşa təsir edən istənilən şey hər kəsə dolayısı ilə təsir edir.” Mesaj bizim birgə yaşamaqdan başqa yolumuzun olmaması faktını vurğulayır və davranışımızla sözlərimizin ətrafımızdakı insanların həyatına birbaşa və ya dolayı yolla təsir etdiyini qeyd edir. Buna görə də insanlar nəyinsə öz səhvləri olmadığını və ya özümüzü günahkar hiss etməməli olduğumuzu deməyə tələssələr də, insanların reaksiyaları və hökmlərinin başqa bir insanı ölümə sürükləyə bilməsi həyatın reallığıdır ki, bu da insanlıq ideyasına tamamilə ziddir. Bu, dediyimiz ağır bir söz, ya da deyə bilmədiyimiz mənalı bir söz qədər kiçik ola bilər. İntihar həmişə narahatedici, kədərlidir və İsanın hərəkəti əsasən beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda LGBTİQ hüquqları barədə debata səbəb oldu. 2017-ci ildə ILGA-Europe Azərbaycanı cəmi 5 faiz xalla Avropada LGBTİQ hüquqlarına görə ən pis ölkə elan etdi. Həmin ilin sentyabr ayında polisin fahişəliklə mübarizəsinin tərkib hissəsi olaraq, Bakının LGBTİQ icmasının ən azı 100 üzvü saxlanıldı. Aktivistlər xəbər verirdilər ki, saxlanılanlar döyülür, sorğuya çəkilir, tibbi


müayinəyə məcbur edilir və təhdid edilirdilər. Dövlətin bəyanatına görə saxlanılanların bəzilərində QİÇS, siflis və İİV xəstəlikləri olub. Rəsmi statistik məlumatlar və iddialar tezliklə qarışıq düşdü, çünki məlum oldu ki, QİÇS mərkəzləri saxlanılan şəxslər üzərində tibbi müayinə aparmaqdan imtina ediblər. Cinsi “azlıqlara” qarşı şiddət və ayrı-seçkiliyə etiraz etmək məqsədi ilə 2017-ci ildə Bakıda gey hüquqları aktivistlərinin təşkilatçılığı ilə kiçik bir yürüş təşkil edildi. Oxşar tədbir Tbilisidə baş tuta bilmədi, əlavə olaraq “Ailə Təmizliyi Günü” adlı dini yürüşlə əvəzləndi. İnsidentin qarşısını almaq üçün birinci yürüş ləğv edildi. 2014-cü ilin yanvarında yazdığı məqaləsində Lomsadze qeyd edir ki, nifrət cinayətləri və nifrət nitqi regionda olduqca geniş yayılıb. Onun da dediyi kimi “Cənubi Qafqazda liberal olmaq nisbi anlayışdır.” Danimarka İnsan Hüquqları İnstitutunun hesabatına görə yerli hüquq və hüquqşünaslar

da məsələyə lazimi qədər diqqət ayırmırlar. ILGA-Europe/COC təşkilatının Çölə Atılanlar: Azərbaycanda LGBTİQ Fərdləri (2007) adlı hesabatında Dennis van der Vur qeyd edir ki, Avropa Şurasına üzvlük üçün ön şərt olduğu səbəbindən 2000-ci ildə eynicinsli cinsi münasibət Azərbaycanda dekriminallaşdırılıb. Lakin kağız üstündəki dekriminalizasiyaya baxmayaraq, ölkədə real vəziyyət fərqlidir və bu qərardan sonra homoseksuallara qarşı ayrı-seçkiliyin aradan götürülməsi və ya azaldılması ilə bağlı heç bir hərəkət/ plan qəbul edilməyib. Azərbaycan Respublikasının Konstitusiyasında deyilir ki, qanunla müəyyən edilmiş yaşa çatan hər kəsin (18, istisna hallarda isə qadınlar üçün 17) evlənmək hüququ var. Amma Azərbaycan Ailə Məcəllləsi açıq şəkildə qeyd edir ki, nikah ailə qurmaq üçün bir kişi ilə bir qadın arasındakı könüllü birlikdir. Ölkədə insanların LGBTİQ fərdlərə qarşı olan

21


münasibətini və mövqelərini göstərmək üçün bu məqalədə istifadə etmək məqsədi ilə bir sorğu hazırlayıb paylaşdım. 19-50 yaş aralığında olan iki yüz otuz yeddi (237) insan suallara cavab verdi. Sorğu Azərbaycanda homoseksuallara qarşı müxtəlif münasibətləri göstərmək üçün faydalıdır. Əlavə olaraq, sorğu göstərir ki, gənc qadınlar gənc kişilərlə müqayisədə gey hüquqlarını daha çox müdafiə edirlər. Birinci sual homoseksuallığın nə olduğunu bilib-bilməməklərini soruşur və bu suala respondentlərin 77 faizi müsbət cavab verib. Sonra fərdin homoseksual olmasına hansı faktorların təsir edə biləcəyi ilə bağlı suala isə respondentlər müxtəlif cavab veriblər. Belə ki, 34 faiz deyib ki, homoseksuallar belə doğulublar, digərləri isə bunun anadangəlmə və ətraf mühitin də təsiri ilə mürəkkəb məsələ olduğunu qeyd ediblər. Lakin homoseksuallığı daha yaxşı başa düşmək üçün araşdırmaya vaxt ayırırlarmı sualına yalnız 22 faiz respondent müsbət cavab verib. 72 nəfər deyib ki, homoseksuallığı qəbul edə bilmirlər, amma başqalarının da həyatına müdaxilə etməzlər. Bu növ neytrallıq gördüyüm qədərilə Azərbaycanda insanlar arasında “trend”dir. Bu yolla əksəriyyət inanır ki, bütün yerli əxlaqi qaydaları pozan “digərləri”nə maksimal dərəcədə hörmət göstərir. Azərbaycan cəmiyyətinin mühafizəkar və mövzu üzrə məlumatsız olduğunu nəzərə alsaq, bu yanaşma nə yaxşıdır, nə də pis. Amma bu günkü məcburi heteroseksuallıq konstruksiyasını və homoseksuallığın iyrənc mövzu olması fikrini tənqid etmək lazımdır. Bu yanaşmanın əksinə, 9 respondent iddia etdi ki, homoseksuallıq əxlaqi cəhətdən yanlışdır və ona qarşı tədbir görülməlidir/ cəza verilməlidir. Bir neçə insan da öz fikrini

22

bildirdi ki, homoseksuallığı psixoloji problem hesab edirlər və inanırlar ki, homoseksual davranış genetik qüsurdan qaynaqlanır. Müsbət hadisə isə budur ki, 152 respondent razılaşdı ki, müxtəlif növ sevgilər arasında fərq yoxdur. Homoseksual olan sevgi münasibətləri də qanuni və heteroseksual sevgi münasibətləri qədər tərif və/və ya hörmətə layiqdirlər. Onlar homoseksuallığı qəbul edir və inanırlar ki, başqa insanların həyatına müdaxilə etməyə hüquqları yoxdur. Qeyd etmək lazımdır ki, eynicinsli münasibətlər çərçivəsində sevginin xəstəlik olması iddia edilə bilməz. Keçən il Genderin Şərhidərsimdə bir türk tələbəmin mənə danışdığı hekayəni də burada bölüşmək istərdim.

(Məqalənin ardı jurnalın növbəti sayında)


QUEER HABibi ilə müsahibə

Müsahibəçi: Bu işlərə sizi ilhamlandıran əsasən nədir? Queer Habibi: Layihəm bir ildən çoxdur ki, davam edir, lakin ideya xeyli əvvəl yaranıb və mən uzun müddət eskizləri saxlamışam. Nəhayət, 2018-ci ilin yanvarında onları dərc etmək cəsarətini özümdə tapdım. Bütün illüstrasiyaları necə çəkmək və təqdim etməklə bağlı çoxlu düşüncələr və problemlər vardı. Belə ki, mənim incəsənət təhsilim yoxdur və bütün bunları kağızda vizualizasiya etmək bir qədər çətin idi. İlk növbədə mənə ilham verən öz həyatımın məqamları və dostlarımın hekayələri idi. Gördüyünüz kimi, illüstrasiyalarımdakı hadisələr əsasən Livanda, Beyrut şəhərində vaqe olur - bu,

LGBT icmasına münasibətdə ən qabaqcıl ərəb ölkələrindən biridir. Burada böyük bir yaradıcı ab-hava var və qismən azadlıq mümkündür. İkinci ildir ki, burada prayd keçirilir. Ümumilikdə Beyrut elə bir şəhərdir ki, ilham verməyə bilməz. Digər ölkələrə gəlincə isə, mən səyahət etməyə və ilham tapmağa çalışıram. Çox vaxt mənima ardıcıllarım da mənim ilham pərim olur. Onların sayı isə 30 mindən çoxdur və hər birinin möhtəşəm hekayələri var. Onlar az qala hər gün hekayələri mənlə paylaşırlar. Müsahibəçi: saxlayırsız? Queer

Öz kimliyinizi nə üçün gizli

Habibi:

Təəssüf

ki,

hal-hazırda

23


həyatımdakı bəzi səbəblərə görə nəinki ardıcıllarımın, həm də ailəmin qarşısında anonim qalmalı oluram. Təhlükəsizlik məqsədilə və digər qorxularıma görə. Ümid edirəm ki, gələcəkdə güclü və açıq ola biləcəm. Müsahibəçi: olmusunuzsa bölüşərdiniz?

Bakıda heç olmusuz, təəssüratlarınızı bizimlə

Queer Habibi: Yuxarda dediyim kimi, çoxlu səyahət etməyə və Yaxın Şərq və Şimali Afrika regionundan kənar ölkələr haqqında daha çox oxumağa çalışıram. Çünki YŞŞA regionu əslində ənənələrinə, dini doqmalarına və bir çox başqa cəhətlərinə görə bir-birinə oxşardır. Mənə öz illüstrasiyalarımda Azərbaycanı təsvir etmək maraqlı idi. Düşünürəm ki, İran və Türkiyə LGBT-lərinin görünənliyi mövzusunun davamı kimi bunu etməyi bacararam. Sizin ölkələriniz həm tarixən, həm də ümumilikdə LGBT icmasındakı insanların hüquqlarına görə bir çox ortaq cəhətlərə malikdir. Mən bu regionları ziyarət edəndə vəziyyət orda yaşayan hər kəs üçün oxşar idi. Müsahibəçi: Sizcə işləriniz ümumi LGBTQ hərəkatına necə təsir edir? Queer Habibi: Düşünmürəm ki, mənim işlərim nələrəsə qlobal təsir edə bilər. Mən sadəcə illüstratoram və hansısa təşkilatın adından fəaliyyət göstərmirəm. Lakin insanların mənə yazdığı şeylər baxımından mühakimə etsək, çoxları deyir ki, mən şərq ölkələrindəki LGBT icmalarını görünən edirəm və bu, onlar üçün vacibdir. Mənimçün bu fikirlər dəyərlidir və ümid edirəm ki, bu mövzuları öz işlərində işıqlandıran müxtəlif istiqamətli cəsur rəssamların sayı artacaq.

24

Müsahibəçi: Sosial mediyada insanların sizin işlərə münasibəti necədir? Ünvanınıza hədə-qorxu mesajları gəlirmi? Queer Habibi: Layihəm işə salınanda əvvəlcə toksik və neqativ ismarıcların böyük axınını müşahidə edirdim. İllüstrasiyalarımdakı peyzajları sevməyən dindar şəxslərdən çoxlu iradlar var idi. Lakin mən yenə də təkrar etmək istəyirəm ki, heç kimin xətrinə dəymək və heysiyyatına toxunmaq fikrim yoxdur - qismən dini tikililərin də yer aldığı şəhər sketçlərini şəhər landşaftına aid edirəm. Axı bu, memarlığın bir hissəsidir. Mən çox vaxt bu və ya digər şəhəri nişan vermək və göstərmək istəyirəm.

“Hazırda isə mən layihəm haqqında xeyli müsbət rəy və şərhlər alıram. Bu da məni xoşbəxt edir və davamını gətirməyə ruhlandırır! “


BAŞ REDAKTOR

SƏMƏD İSMAYILOV REDAKTOR

GÜLNARA MEHDİYEVA RƏSSAM

TƏRCÜMƏÇİ YAZAR

LEYLA ƏLİ

VAHİD ƏLİ

QRAFİK DİZAYNER

MÜJGAN ABDULZADƏ

25


26


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.