3 minute read

Ön söz

Next Article
Ədəbiyyat

Ədəbiyyat

ÖN SÖZ

Azərbaycan xalqının çoxəsrlik tarixə malik olan geyim nümunələri maddi və mənəvi mədəniyyətimizin mühüm tərkib hissəsini təşkil edir. Bu bir tərəfdən insan əməyi ilə bağlı müəyyən tələbatı doğruldan maddi sərvətdir, digər tərəfdən isə – insan görkəmini estetik cəhətdən dəyişən dekorativ-tətbiqi sənət nümunəsidir.

Advertisement

Memarlıq abidələri, məişət və əmək əşyaları ilə birgə geyim də tarixi dövrün dekorativ-tətbiqi sənətə əsaslanan inkişafını, xalqın həyat tərzini və gözəllik haqqında təsəvvürlərini nəzərə çatdırır.

Azərbaycan xalqının bədii irsinin ayrılmaz hissəsini təşkil edən milli geyim ənənələrinin öyrənilməsi bu dəyərli estetik sərvətin gənc nəslə ötürülməsinə və hazırda fəaliyyət göstərən folklor, o cümlədən rəqs ansambllarında istifadəsinə imkan yaradır.

5

6

Tarix boyu Azərbaycanın müxtəlif bölgələrində yaranan peşəkar rəqs ansambllarının, həm özfəaliyyət və uşaq rəqs qruplarının hazırladıqları və uğurla ifa etdikləri folklor rəqslərinin əyani və inandırıcı təcəssümünü təmin etmək üçün rəqs iştirakçılarının libaslarına da xüsusi diqqət yetirilmişdir. Xalqın mədəniyyət tarixi ilə bağlı olan geyim milli xalq rəqslərində incəsənətin digər elementlərindən daha çox milli səciyyəni əks etdirir. Xalqın məişəti ilə bağlı olan ənənəvi rəqslərdə istifadə olunan çeşidli milli geyim nümunələrinin hərtərəfli öyrənilməsi, geniş təhlili onların təkmilləşməsinə, hazırkı dövrün istehsal imkanlarından yararlanıb mürəkkəb rəqs hərəkətlərinə uyğunlaşdırılaraq müasir interpretasiyasının yaradılmasına zəmin yaradır. Bu işin mahir biliciləri olan Azərbaycanın modelyer-rəssamlarının müxtəlif rəqs qrupları üçün işlədikləri milli geyim dəstləri bunun bariz nümunəsidir. Geyim üzrə püxtələşən peşəkar və həvəskar ustaların ərsəyə gətirdikləri çoxsaylı geyim nümunələri Azərbaycanda fəaliyyət göstərən folklor ansambllarında istifadə olunaraq, milli mədəni irsimizin ən parlaq nümunəsi kimi xalqımızın mədəniyyət ənənəsini illər boyu həm vətəndə, həm də xaricdə tanıtmışdır. Milli geyim mütəxəssislərinin folklor ansambllarının geniş repertuarlarını əhatə edən rəqs ifası üçün nəzərdə tutulan geyim dəstləri, yurdumuzun müxtəlif bölgələrində istifadə etdiyi libasların səhnə variantlarıdır. Onların tədqiqi, geniş təhlili modelyerlərin bu günə kimi işlədiyi milli rəqs geyim nümunələrinin hazırlanmasında rast gəldiyimiz müsbət cəhətləri, uğurlu tapıntıları, eyni zamanda mənfi cizgiləri aşkar etməyə imkan yaradır ki, bu da milli geyim üzrə püxtələşən gələcək nəslə örnək ola bilər.

Azərbaycan milli geyiminin zəngin və çeşidli nümunələrini öyrənmək və onların folklor ansambllarında layiqincə tətbiqini təmin etmək öz növbəsində milli mədəni irsimizin qorunub saxlanılması deməkdir.

Təqdirəlayiq haldır ki, Azərbaycan geyimi haqqında müasir tarix və sənətşünaslıq

Musiqi folkloru qrupları və milli geyim ənənələri

elmləri tərəfindən geniş material toplanmış, müxtəlif səpkili elmi məqalələr, geniş oxucu kütləsi üçün nəzərdə tutulan populyar kitablar yazılmış, mühüm əhəmiyyət kəsb edən tədqiqatlar aparılmışdır.

Azərbaycan milli geyim nümunələri öz əksini bu və ya digər səviyyədə xalqımızın dekorativ-tətbiqi sənətinə həsr olunmuş ümumi səciyyəli, eləcə də xüsusi olaraq milli geyimin tarixinə aid tədqiqatlarda öz əksini tapmışdır. R.Əfəndiyevin, G.Əliyevanın, S.Əsədovanın, Q.Qaraqaşlının, A.Mustafayevin, Z.Kilçevskayanın, S.Sadıxovanın, S.Dünyamalıyevanın, A.Əzizovanın və başqalarının əsərləri maddi mədəniyyətin bu növünün və bilavasitə geyimin hazırlanması ilə bağlı olan dekorativ-tətbiqi sənətinin müxtəlif növlərinin tətbiqinin araşdırılmasına həsr olunmuşdur.

Geyimin formalaşmasının və lokal xüsusiyyətlərinin inkişafının müxtəlif məsələlərinə həsr olunmuş tədqiqatlarda geyim həm etnoqrafik nöqteyi-nəzərdən, həm də estetik xüsusiyyətlərinin açılışı, kostyumun və onun tərkib hissələrinin sənətşünaslıq

7

8 istiqamətində təhlili baxımından araşdırılmışdır.

Əldə olunan zəngin materiallardan hazırda müxtəlif aspektlərdə istifadə olunur: tarixi əsərlərin teatr və kino təcəssümündə, milli bayram və mərasimlərdə, folklor ansambllarında. Vətənimizi və onun zəngin mədəniyyətini həm ölkə daxilində, həm də xaricdə təmsil edən folklor ansambllarının əlvan rəngli, şux naxışlı milli geyim dəstləri, Azərbaycanın əsrlərdən bəri qorunub saxlanılan maddi-mədəni irsinin bariz nümunəsi kimi dəyərləndirilir. Bu geyim dəstlərinin müasir istehsal vasitələri ilə rəqs qruplarının funksional istifadəsinə uyğun işlənməsində müasir modelyerrəssamlarımızın gərgin əməyi danılmazdır. Əski geyim nümunələrinə yeni forma və bəzək verərək onların milli rəqslərimizin çılğın hərəkətlərinə müvafiq işlənməsi, eyni zamanda səhnədə effektli görünməsinə zəmin yaradılması məhz onların zəhmətinin nəticəsidir. Buna görə də xalq sənətkarlarının, modelyer rəssamlarımızın əski geyimlərə gətirdikləri yeni cizgiləri, müasir estetik təfəkkürə arxalanan rəng seçimini və bədii tərtibatını dəyərləndirmək zərurəti meydana çıxır.

Əldə olunan faktiki materialı ümumiləşdirərək tarix boyu formalaşan Azərbaycan milli geyimlərinin funksional və bədii xüsusiyyətlərini müəyyən etmək; xalq tətbiqi sənətinin Azərbaycan milli geyimlərinin formalaşmasındakı rolunu müəyyən etmək; uzaq və yaxın keçmişimizdə mərasim və məclislərdə musiqiçilər və rəqqaslar tərəfindən istifadə olunan geyim nümunələrinin, habelə Azərbaycanın peşəkar folklor ansambllarında istifadə olunan milli geyim dəstlərinin bədii xüsusiyyətlərini aşkara çıxarmaq mühüm əhəmiyyətə malikdir.

Uşaq folklor qruplarının kostyumlarında milli ənənələrdən istifadə imkanlarını folklor ansambllarında istifadə olunan milli geyim dəstlərinin hazırlanmasında bilavasitə iştirak edən modelyer-rəssamların bu sahədəki yaradıcılığını müqayisəli təhlillər əsasında nəzərə çatdırmaq da mühüm vəzifələrdən sayılır.

Güman edirik ki, çap etdirdiyimiz bu vəsait problemin nəzəri və təcrübi məsələləri ilə məşğul olan mütəxəssislər üçün faydalı olar.

Musiqi folkloru qrupları və milli geyim ənənələri

This article is from: