24 minute read

II.2. Uşaq folklor qruplarının kost yumlarında milli ənənələrə istinad olunması imkanları

Next Article
Nəticə

Nəticə

Müasi̇r dövrdə Azərbaycan rəqs ansambllari geyi̇m dəstləri̇ni̇n bədi̇i̇ xüsusi̇yyətləri̇

II. 2. Uşaq folklor qruplarının kostyumlarında milli ənənələrə istinad olunması imkanları

Advertisement

Rəqs incəlik, zəriflikdir. Hər rəqsin öz gözəlliyi, cazibəsi var. “Tərəkəmə”, “Vağzalı”, “Qıt-qılı”, “Uzundərə”, “İnnabı”, “Mirzəyi”, “Nəlbəki”, “Naz eləmə”, “Qaytağı”, “Qazağı”… Onların hər biri tariximizin, mədəniyyətimizin, incəsənətimizin misilsiz sərvətidir. Bu rəqslərin hərəsi özlüyündə bir aləmdir, sözsüz danışıqdır. Burada dillər yox, musiqi və hərəkət, plastika, əllər, ayaqlar, baxışlar, hətta təbəssüm də danışır. İllər keçir, nəsillər dəyişir, minilliklərin o üzündən süzülüb gələn rəqslərimizsə həmişəcavan qalır. Rəqslərimizi yaşadan, onu həmişə təravətli saxlayan adlı-sanlı rəqs müəllimləri, indiki cavanlar, onların ardıclıları uşaqlar, gənc istedadlardır.

Uşaq folklor qruplarında istifadə olunan milli geyim nümunələrinin təhlilinə keçməmişdən qabaq ötən əsrlərin uşaq geyimlərini nəzərdən keçirmək yerinə düşərdi.

XIX-XX yüzilliyin əvvəllərində uşaq geyimləri, demək olar ki, bütünlüklə böyüklərin (kişi və qadınların) milli libasları ilə eyni biçimdə, lakin kiçik ölçüdə təkrarından ibarət olmuşdur. Etnoqrafik materiallar göstərir ki, əgər kiçikyaşlı qızların geyimləri bütünlüklə qadın geyiminin təkrarı idisə, oğlan uşaqlarının geyimlərində fərqli cəhətlər var idi. Bu, ilk növbədə özünü uşaq şalvarlarının biçin və tikiş tərzində göstərirdi.

Azərbaycan uşaq şalvarlarının “bağlı” (nifəli), “aşırmalı” və “finka” olmaqla üç növü geniş yayılmışdır.

Bu şalvarların növ müxtəlifliyi ilə yanaşı, bir ümumi cəhəti də vardı ki, onların heç birini açıbbağlamağı ehtiyac yox idi. Bunun üçün şalvarın orta hissəsinə miyança (şalvar ağı) qoyulmuşdur, onun beldən başlayaraq qabağa qədər arası yarıq tikilirdi. Eyni növ uşaq şalvarları tatarlar və taciklər arasında da mövcud idi (75, 134). “Bağlı şalvar” beldə saxlanmaqla, nifə yerinə tumanbağı keçirilərək geyinilirdi. Adətən, belə şalvarın balağı açıq saxlandığından, ona “balağı açıq şalvar” da deyilirdi.

“Aşırmalı şalvar”ın beli nifəsiz, balaqları isə büzməli olurdu. Arxada – çanaq sümüyü üstündə

111

Uşaq geyimi. Bakı. XX əsrin əvvəli.

112 şalvarın başının hər iki tərəfinə birbirindən 12-15 sm aralı, ucu ilgəkli aşırım tikilirdi. Lentvarı olan bu aşırmalar kürəklə çarpaz edilərək çiyin üstündən qabağa gətirilir, burada şalvarın başına tikilmiş düymələrə bağlanırdı. “Finka” adlanan şalvarın həm balaqları, həm də beli büzməli tikilir, bəzən buraya rezin də salınırdı. XX əsrin 60-70-ci illərinə qədər bu formalı şalvar əsas uşaq geyimlərindən biri olaraq qalmaqda idi. Onu, başlıca olaraq, qara və göy sətindən tikirdilər. Finka, XIX əsrin 40-cı illərindən başlayaraq Azərbaycana köçürülən rus təriqətçilərindən (malakanlar, duxoborlar, subbotniklər və b.) mənimsənilmişdi (F i n k a – ayağı büzməli, genbalaqlı uşaq tumanı).

Oğlan uşaqlarının digər geyimlərində elə bir fərq nəzərə çarpmırdı. Onlar da böyüklər kimi ayaqlarına çarıq və başmaq geyir, başlarına araşqın, təsək və dəri papaqlar qoyur, köynək, arxalıq, çuxa və s. geyirdilər. Mirzə Qədim İrəvaninin XIX əsrin 70-ci illərində çəkdiyi yeniyemə oğlan rəsmində bu geyim növləri aydın görünür. Ayağına qara rəngli hündür daban başmaq geymiş bu oğlanın başında qəhvəyi rəngli, silindrik biçimli papaq vardır. Ağ parçadan boyunluqlu tikilən

Musiqi folkloru qrupları və milli geyim ənənələri

köynəyin üstündən yaxası boğazın altına qədər 10 ədəd düymə ilə düymələnmiş mavi rəngli parçadan arxalıq geymişdir. Arxalığın qolları biləyə qədər olub, bilərziklə (məcə ilə) tamamlanır. Arxalığın üstündə belinə toqqalı kəmər bağlanmışdır. Şalvar tünd göy rəngli parçadan tikilməklə, balaqları sərbəstdir. Arxalığın üstündən geydiyi dizdən azacıq yuxarı ətək yanları büzməli, qolları dirsəyə qədər uzanan və cibli tikilən geyim uşaq çuxası olub, üzəri buta naxışlı qırmızı parçadandır. Çuxanın boy və boy açıq olan yaxa kəsiyinə, ətək yanlarına və qollarının ağzına təxminən iki barmaq enində tirmə bafta tikilməklə haşiyələnmişdir.

Keçmişdə qız uşaqlarının geyimləri rəng əlvanlığı, estetik gözəlliyi, biçimin xüsusi əndazəsi, narın tikiş texnologiyası, asma və tikmə bəzəklərin çoxluğu ilə səciyyələnirdi. Bir qayda olaraq, bu geyimlər parlaq rəngli (tünd qırmızı, mavi, çəhrayı, narıncı), əlvan naxışlı bahalı ipək parçalardan tikilir, yaxa kəsiyi, ətək yanları, boynu və qollarının

Müasi̇r dövrdə Azərbaycan rəqs ansambllari geyi̇m dəstləri̇ni̇n bədi̇i̇ xüsusi̇yyətləri̇

Uşaq geyimi. Bakı. XX əsrin əvvəli.

Uşaq çuxası. Şəki.

113

Bayram qeyimində qız uşağı. XIX əsrin axırı - XX əsrin əvvəli. ağzı zərif tikmə bəzəklərlə örtülürdü. Qız uşaqlarının geyim dəstində qadın geyimlərinin kiçik ölçüdə təkrarı olan ətəkli tuman, köynək, arxalıq, baharı, küləcə, çəpkən, nimtənə, katibi, kiçik ölçülü baş yaylığı, kəlağayı, başmaq və s. əsas yer tuturdu. Varlı zümrələrin uşaq geyimlərində qızıl və gümüşdən kəsilmiş düymələr, tuman-köynəyə və digər üst geyimlərinə bəndlənən bəzəklər, eləcə də müxtəlif baş, boyun və qol bəzəkləri onların geyimlərinə xüsusi rövnəq verirdi. Kasıb ailələrin qızları üçün bu geyim dəstlərini geymək arzu olaraq qalırdı. Belə ailələr “necə geyinmək geyil, nə tapıb geymək” haqqında düşünürdülər.

Uşaq geyimlərinə əlavə edilən müxtəlif tikmə bəzəklər, naxışlar və bəxyələr (bafta, şahnəsəng, zəncirə, pilək, sərmə, gəldirgə, görüş, dördtikə, çalkeçir, güləbətin, muncuq tikmə və s.) sırf bəzək funksiyası daşıyırdısa, rəngli şüşələrdən və qiymətli metallardan hazırlanmış muncuqlar (göz muncuğu, sarılıq muncuğu, möhrə muncuğu, şəvə muncuğu və s.), həmçinin üstü rəngli saplarla örtülü olan üçkünc dualar, tısbağa kürəyi, dağdağan çiliyi asma bəzək növlərinin digər bir qrupunu təşkil etməklə, xəstəlikdən (bədnəzərdən), şər qüvvələrin hökmündən, sehrbaz tilsimindən qorunmaq məqsədi güdürdü. Bunların müəyyən dini-mifik dünyagörüşü və təfəkkür tərzi ilə bağlılığı xalq arasında onlara çox güclü inam yaratmışdı. Belə asmaların hər birinin müəyyən mühafizə etmə gücü olduğunu xalq dəfələrlə sınaqdan çıxarmışdı. Məsələn, digər muncuqlar arasında taxılan şəvə muncuğu uşağı qarabasmadan, sarılıq muncuğu sarılığa tutulmağından,

114

Musiqi folkloru qrupları və milli geyim ənənələri

Uşaq vəznəli çuxası. Şəki. XX əsrin əvvəli.

nəzər duaları, göz muncuğu və dağdağan çiliyi bədnəzərdən, möhrə muncuğu mədə ağrısından, qusuntu muncuğu soyuqdəymədən, baboğlu (babaqulu) muncuğu şərdən və bədbəxtlikdən “qoruyurdu”. “Suleymani” adlı künclü metalın (əsasən gümüşün) içərisinə yerləşdirilmiş muncuq olub, həm paltardan asılır, həm də yatan zaman uşağın başının altına qoyulurdu. Bu muncuq uşağı bəd ruhlardan (hal anası, şeşə, şəppə, vurğun və s.) qorumaq üçün düşünülmüşdü. Q.P.Vasilyeva haqlı olaraq yazırdı ki, müxtəlif materiallardan (gümüş, muncuq, ağac) hazırlanan bu bəzəklər uşaq anadan olduğu ilk gündəncə onun boynuna, əllərinə, ayaqlarına, papağına və paltarına bəndlənirdi.

XX yüzilliyin əvvəllərindən başlayaraq ailə və məişət tərzində, iqtisadi və mədəni həyatda baş verən köklü dəyişikliklər qadın və kişi, uşaq geyimlərinin də fabrik istehsalı olan geyimlərlə əvəz olunmasını şərtləndirmiş, XIX yüzilliyin ənənəvi geyim elementlərini istifadədən çıxarmış, uşaq geyimləri və bəzəklərlə bağlı bir sıra adətləri, inamları və mərasimləri isə unutdurmuşdur.

Milli elementlər yalnız uşaq folklor qruplarında istifadə

Müasi̇r dövrdə Azərbaycan rəqs ansambllari geyi̇m dəstləri̇ni̇n bədi̇i̇ xüsusi̇yyətləri̇

115

“Can bala” qrupunun milli geyim dəstləri.

116

Musiqi folkloru qrupları və milli geyim ənənələri

olunan geyimlərdə qalmaqda idi. Məlumdur ki, həm sovet dönümündə, həm də Azərbaycanın müstəqillik qazandığı dövrdə respublikamızda çoxsaylı uşaq folklor ansamblları fəaliyyət göstərirlər ki, onların libaslarında milli geyim elementləri, hazırladığı rəqs nömrələrindən asılı olaraq müxtəlif bölgələrin geyim nümunələrindən istifadə olunur. Bu geyimlərin hazırlanmasında və onların səhnə üçün tətbiq edilməsində müasir modelyer rəssamlarımızın əməyi danılmazdır. “Çiçələrim”, “Can bala”, “Fidan”, “Nağıllar” və bu kimi uşaq folklor qruplarının geyim nümunələrini işləyən rəssamlarımız, onları repertuara uyğun formalaşdıraraq, uşaq təravətini, ehtirasını, çılğınlığını xüsusi olaraq nəzərə almağa çalışırlar. Məhz buna görə bu libasların seçimində əlvan rəngli çox da ağır olmayan parçalardan, müxtəlif qızılı və gümüşü tikmə piləklərdən, büzmə və qırçınlardan istifadə edilir. Bunun da səbəbi var, çünki, məlumdur ki, XIX əsr Azərbaycan geyimi böyük rəngarəngliyi və bəzək zənginliyi ilə seçilirdi. Bu bəzəklər öz əksini dekorativ-tətbiqi

sənətin geniş yayılmış növü olan bədii tikmədə tapmışdır. Tikmə üçün ornamentin seçilməsi və onun əşyada yerini tapması əsasən geyimin ölçü və formasından, onun təyinatından, hazırlandığı parçadan və parçanın rəngindən, eləcə də naxışın hansı texnikada icra olunmasından asılı idi.

Fikrimizcə, yuxarıda adları çəkilən uşaq folklor ansambllarında istifadə olunan geyim nümunələri bu səpkidəndir. Belə ki, burada istifadə olunan geyim dəstlərində xalqımızın əsrlər boyu nəsildən-nəslə ötürdüyü konstruktiv forma və dekorativ tərtibat, o cümlədən faktura müxtəlifliyi və zəngin rəng seçimi təzahür tapır ki, o da gözəlliyin cismani qavranılmasına gətirib çıxarır.

Ölkəmizdə uşaq musiqi kollektivləri, rəqs ansamblları az deyil. Hərəsinin öz dəst-xətti, üslubu, seçim, təqdim imkanları var. Yeni nəsil rəqs kollektivləri, gənc ifaçılar arasında Respublika Uşaq Təşkilatının “Səma” rəqs ansamblının üstün yeri var. Kollektivdə üç yaş qrupu üzrə 3 yaşından 17 yaşınadək uşaq yüzə yaxın oğlan-qız rəqs sənətinin incəliklərini öyrənir. Al-əlvan, yaraşıqlı, tikməli, naxışlı rəqs paltarlı, süslənib sığallanan gözəl-göyçək qızların hərəsi bir ətirli çiçəyə, gülə bənzəyir. Kollektiv Xətai adına Mədəniyyət Mərkəzində cəmləşib.

Azərbaycan xalq rəqslərini, Avropa, Şərq, dünya xalqlarının rəqslərini məharətlə ifa edən, daha da zənginləşdirən “Səma” rəqs ansamblını Azərbaycanda olduğu qədər qardaş Türkiyə Respublikasında da yaxşı tanıyırlar. Hər il Rəşid Behbudov adına Mahnı Teatrında tamaşaçılar qarşısında hesabat konserti verən kollektiv Türkiyədəki heyranları qarşısında da eyni məsuliyyətlə çıxış edir. “Səma”nın rəqqasları rəngarəng rəqsləri, yeni quruluşlu rəqslərdən ibarət repertuarı, peşəkar çıxışlarıyla hər il bütün dünya uşaqlarını bir araya gətirən 23 Nisan Uluslararası Çocuq Festivalının tarixinə yeni, unudulmaz səhifələr yazırlar.

Böyük Mustafa Kamal Atatürkün tövsiyəsi ilə keçirilən festival, dili, dini, hətta rəngi ayrı uşaqların timsalında dünya xalqlarını bir-birinə yaxınlaşdırmaq, doğmalaşdırmaq, Türkiyəni bütün dünyada yetərincə tanıtmaq, sevdirmək məqsədi daşıyır. Bu festival hər il təzə dostluq ünvanlarının yaranmasına səbəb olur, uşaqların həyatında ən gözəl, unudulmaz səhifələr açır. Uşaqlar dostlaşan yerdə sərhədlər aradan götürülmüş, dünya

Müasi̇r dövrdə Azərbaycan rəqs ansambllari geyi̇m dəstləri̇ni̇n bədi̇i̇ xüsusi̇yyətləri̇

117

“Səma” uşaq folklor ansamblı. çocuqların gözündə bütövləşmiş, tamlanmış olur. Azərbaycanda bu sayaq davamlı şəkildə beynəlxalq uşaq festivallarının keçirilməsinə ehtiyac olduğunu xatırlatmaq yerinə düşər. Belə də Azərbaycanımızın səsi-sədası bütün ellərə yayılar. 2000-ci ildə yaranan “Səma” o zamandan bəri hər il 23 Nisan festivalına xüsusi dəvət alır. İstanbulun konsert salonlarından “Səma”nın rəqsləri, bu rəqslərlə birgə Azərbaycan musiqisi səslənir, milli geyimlərimiz nümayiş etdirilir. Hər səfərdə sayı ilbəil çoxalan festival iştirakçıları arasında Azərbaycanı şərəflə təmsil edən kollektiv öz uğurları ilə seçilir, mükafatlar, hədiyyələr qazanır. Bu səfərlər “Səma”nın tarixində uğurlu addım, ifaçılar üçünsə unudulmaz anlar deməkdir.

Kollektivin ifasında “Azərbaycan süitası”, “Yallı”, “Tərəkəmə”, “Naz eləmə”, “Şənlik”, “Şən qızlar”, “Qıt-qılı” kimi milli rəqslərimiz müasir, dinamik rəqslər kimi baxılır, sevilir. Bu rəqslərlə “Səma” çox uğurlara imza atıb. “Səma” rəqs ansamblı “İstedadlar sorağında” respublika rəqs müsabiqəsinin fəxri mükafatçısı, “Pöhrə” musiqi yarışmasının laureatıdır. ANS telekanalında keçirilən “Yallı” rəqs yarışmasında da uğurla iştirak etmişdir. Hər həftə yeni rəqslə tamaşaçılarının zövqünü oxşayır, bunun qarşılığında onların dəstəyini qazanır. Kollektiv hələlik ən böyük beynəlxalq mükafatını Kiprdə keçirilən “Dans” festivalında qazanıb. Çox ciddi tələbləri olan, bütün türk xalqlarının, Avropa dövlətlərinin nümayəndələrinin qatıldığı beynəlxalq festivalda iştirakın özü fəxrdir, o ki qala festivaldan mükafatla qayıdasan. Kollektivin tarixində önəmli hadisələrdən biri “İlhamla irəli” klipinin çəkilişlərində iştirakıdır. Məhz “Səma”nın rəqqasə qızları öz gözəl rəqsləriylə klipin uğurlu alınmasında müğənnilərə yardım göstəriblər.

Rəqs kollektivi milli rəqslərə üstünlük verir. Hər rəqsə uyğun

118

Musiqi folkloru qrupları və milli geyim ənənələri

zövqlə işlənmiş paltarlar işlənir, çünki paltar rəqsi tamamlamalı, onu gözəlləşdirməlidir. Modelyer İradə Hüseynova buna ayrıca önəm verir. Rəqs geyimləri məhz uşaqlar üçün hazırlanır. Rəqslərə və uşaqların yaşlarına uyğun hazırlanan geyimlərdə milli ənənələr əsas götürülür.

Respublikamızda fəaliyyət göstərən çoxsaylı uşaq folklor ansamblların içərisində “Aysel” (Bakı şəhər V.Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbi), “Şənlik” (Bakı şəhər 3 saylı Uşaq İncəsənət məktəbi), “Ümid” (Sumqayıt şəhər Bülbül adına 2 saylı Uşaq İncəsənət məktəbi), “Qönçələr” (Şəki şəhər Uşaq İncəsənət məktəbi), “Şərur qönçələri” (Naxçıvan MR Şərur Rayon Mədəniyyət evi), “Tumurcuq” (Qax rayon Uşaq İncəsənət məktəbi) rəqs ansamblları, “Çovqan” (Bakı şəhər S.Ələsgərov adına 1 saylı Uşaq İncəsənət məktəbi), “Sahil” (Bakı şəhər 5 saylı Uşaq İncəsənət məktəbi), “Odlar yurdu” (Bakı şəhər F.Əmirov adına 6 saylı Uşaq İncəsənət məktəbi), “Şənlik” (Balakən rayon Bülbül adına Uşaq İncəsənət Məktəbi), “Ləzginka” (Qusar Rayon Mədəniyyət evi), “Ləman” (Ağstafa Rayon Mədəniyyət evi), “Züleyxa” (H.Tağıyev adına Toxuculuq Tikiş Sənaye Kombinatı Açıq Səhmdar Cəmiyyəti klubu) rəqs ansambllarının adını çəkə bilərik.

Müasi̇r dövrdə Azərbaycan rəqs ansambllari geyi̇m dəstləri̇ni̇n bədi̇i̇ xüsusi̇yyətləri̇

“Azəri” uşaq rəqs ansamblının «Şənlik» rəqsi üçün qadın geyimi

119

120 Bunların arasında “Azəri” uşaq ansamblının fəaliyyətini, onların maraqlı repertuarını daha baxımlı edən milli rəqs geyimlərini xüsusi qeyd etmək lazımdır.

Bakıdakı 1 nömrəli uşaq evinin “Azəri” mahnı və rəqs ansamblı 2003-cü ildən fəaliyyət göstərir. Ansamblın kifayət qədər uğurları var. İstər respublikamızda, istərsə də xarici ölkələrdə keçirilən müsabiqələrdə, festivallarda, eləcə də bir sıra dövlət tədbirlərində müvəffəqiyyətlə çıxış edən ansambl uşaq evinə hər zaman başucalığı gətirib. Ansamblda yüksək səhnə mədəniyyətinə malik olduqca istedadlı uşaqlar var. Hər çıxışına ilk çıxışı kimi böyük coşqu, eyni zamanda məsuliyyətlə yanaşan kollektivin üzvləri qazandıqları uğurları da elə ilk uğurları kimi qəbul edirlər.

“Azəri” mahnı və rəqs ansamblının 2010-cu ilin 19-25 sentyabr tarixlərində SanktPeterburq Şəhər Meriyasının maliyyə və “Kastalskiy Klyuç” İctimai Birliyinin təşkilatı dəstəyi ilə keçirilən yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların beynəlxalq bədiiyaradıcılıq festivalında uğurla çıxış edərək I yerə layiq görülüb. Ansambl festivalda ümumilikdə 6 rəqslə çıxış edib, 2 mövzuda – “Xeyir və şər” və ölməz bəstəkarımız Üzeyir Hacıbəylinin “Arşın mal alan” operasından isə müəyyən bir hissəni hazırlayaraq pantomima göstəriblər. “Azəri” ansamblının göstərilən nailiyyətlərinə təkan verən uşaqların milli geyimlərlə rəftarı, sərbəst davranışıdır. Bu da təsadüfi deyil. Çünki rəqslər üçün seçilmiş geyimlər milli ənənəni saxlamaq şərti ilə böyük zövqlə işlənib. Qızlar üçün hazırlanmış rəqs geyimi dəstinə daxil olan arxalıqlar çəpkən kimi astarlı və belə qədər bədənə kip biçilir. Beldən aşağı hissəsinə büzməli, yaxud qırçınlı ətək tikilib. Arxalıqlar məxmər, tirmə, zərxara və başqa bahalı ipək parçalardan tikilib. Sarıma, bafta, şəms, zəncirə, qaragöz bafta, zərbafta və başqa geyim bəzəklərini xatırladan müxtəlif lentlərlə, aksessuarlarla bəzədilib. Qolların sərbəstliyini təmin etmək üçün çox vaxt arxalıqlar qolsuz biçilir. Belə bir yanaşma tərzi gənc rəqqasə qızların cəld, çevik hərəkətlərini məhdudlaşdırmır. Bu baxımdan eşməklərin istifadəsi məqsədə uyğun olur. Əsasən üst geyimi olan sırıqlı eşməyin döşyaxa hissəsi və qoltuğunun altı açıq, qolları isə dirsəyə qədər biçilir, bəzi hallarda qolsuz tikilir. Eşmək əsasən tirmə və məxmərdən hazırlanır. Astarına, qolunun ağzına və ətəyinə xəz qoyulur.

Musiqi folkloru qrupları və milli geyim ənənələri

Eyni zamanda müxtəlif bafta və zəncirlərlə tərtib olunur.

“Azəri” ansamblının rəngarəng repertuarına daxil olan milli rəqslərdə istifadədə olan küləcələr də göz oxşayır. Belə qədər düz ətəyi büzməli olan bu üst geyiminin yaxası açıq, uzunluğu dizə qədər, qolu isə dirsəkdən aşağı biçilib. Əsasən məxmər və tirmədən hazırlanan libasın yaxasına, bel kəsiyinə, ətəyinə və qollarının ağzına vaxtilə güləbətin, muncuq ilə tikmə tikilərmiş. Ötən əsrin əvvəllərində qadın üst geyimlərini daha da zənginləşdirmək yolunda bəzi addımlar atılıb. Evdə və sənətkar karxanalarında müxtəlif çeşidli geyim bəzəkləri-sarıma, qaragöz, zəncirə, şahpərsənd və s. hazırlanıb. Qızıl və gümüşdən hazırlanmış qoza və katibi qoza düymələr qadın geyimlərinin yaxası boyunca düzülüb. Bəzən də köynəyin ətəyinə qızıl pullar tikilib. Qadın geyimlərində güləbətin, muncuq, pilək və s. tikmələr də geniş yer tutub.

Hazırda bu rəqs ansamblının solistləri üçün tikilən arxalıq və ya çəpkənin, ləbbadə və ya küləcənin bədii tərtibatında yuxarıda göstərilən bəzək növlərini xatırlanan qızılı ornamental haşiyələrdən, lentlərdən, piləkli tikmələrdən istifadə edirlər. Çiyin geyiminin üstündən yaxılan qızıl, yaxud qızıl suyuna salınmış gümüş kəmərlər isə üzəri piləkli tikmələrlə bəzədilmiş dəridən və ya parçadan olan qayışlar əvəz edir. Bunlar həm yüngül, həm də ucuz başa gələn materiallardır.

Müasi̇r dövrdə Azərbaycan rəqs ansambllari geyi̇m dəstləri̇ni̇n bədi̇i̇ xüsusi̇yyətləri̇

Qadın geyimi. Parça. Şuşa. XIX əsr.

121

Musiqi folkloru qrupları və milli geyim ənənələri

122

Qadınların baş örtükləri içərisində kəlağayı, naz-naz və qaz-qaz ipək örtüklər çox məşhur olub. Daha doğrusu, geniş yayılıb. Kəlağayı Gəncə, Şəki və Şamaxı kimi ipəkçilik mərkəzlərində geniş istehsal olunub. Kəlağayının yeləni (haşiyəsi), bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və nəbati naxışlarla bəzədilirdi. Bu və ya digər şərbaflıq mərkəzinin kəlağayıları yeləndəki ornamentlərinə görə bir-birindən seçilirdi. Yaşlı və qoca qadınlar kəlağayını çalma, yaxud dingə bağlayır, cavan qadınlar və qızlar isə örpək kimi istifadə edirdilər. Qadınlar yas mərasimində qara, toy mərasimində isə əlvan naxışlı kəlağayılar örtərdilər. Bu ənənə bu gün də davam edir. Belə ki, “Azəri” ansamblının qızlarının baş örtükləri əsasən ipək örtüklər təşkil edir ki, onlar da ənənəvi naz-naz və qaz-qaz ipək örtüklərini xatırladır.

Kişi geyimləri isə üst köynək, arxalıq, çuxa, baş geyimləri, ayaqqabı və şalvardan ibarət olub. Qeyd edək ki, xalq geyimlərinin geniş yayılmış bu dəsti, cüzi fərqlər nəzərə alınmazsa, bütün Azərbaycan üçün səciyyəvi olub. Ansamblın solistləri olan oğlanların geyim dəstlərinə gəldikdə isə burada rəqsin məzmunundan, ifa tərzindən asılı olaraq müxtəlif kişi paltarlarından istifadə olunur. Bu, əsasən çuxaların və arxalıqların uzunluğunda özünü biruzə verir. Beldən kəsik və bədənə kip biçilən arxalıqların Ətəyi qırçın və büzməli, qolları düz, bilək hissəyə doğru daralır. Əsasən atlas, nazik mahud, sətin, lastik parçadan tikilir. Onun üstündən qayış və ya kəmər, çoban rəqsinin ifaçıları isə qurşaq bağlayıblar.

Bütövlükdə ansamblın rəhbərləri “Azəri” uşaq rəqs ansamblının solistləri üçün rahat, yüngül, eyni zamanda əlvanlığı ilə seçilən, milli geyim elementlərinin səciyyəvi xüsusiyyətlərini qoruyub-saxlayan rəqs geyimləri hazırlayırlar ki, bu da ansamblın uğurlarını birə-beş artırır.

Gürcüstan paytaxtında fəaliyyət göstərən “Ceyran” uşaq mahnı və rəqs ansamblı 2000-ci ildə yaradılıb. Ansambl Gürcüstanda fəaliyyət göstərən ilk rəqs ansamblıdır. Burada hazırlıq qrupu ilə birgə 80 uşaq var. “Ceyran” ansamblı beynəlxalq festivallarda, Tbilisi meriyasının, Gürcüstanın Mədəniyyət və Təhsil nazirliklərinin təşəbbüsü ilə keçirilən bütün tədbirlərində iştirak edir və Azərbaycan mədəniyyətini təmsil edir. Ansamblın kollektivi dəfələrlə fəxri mükafatlara layiq

Müasi̇r dövrdə Azərbaycan rəqs ansambllari geyi̇m dəstləri̇ni̇n bədi̇i̇ xüsusi̇yyətləri̇

123

124 görülüb. Ansamblın tərkibində çıxış edən uşaqların hamısı azərbaycanlıdır.

“Ceyran” uşaq mahnı və rəqs ansamblı Gürcüstanın bütün rəsmi tədbirlərinə dəvət alır və çıxış edir. Gürcüstanın prezidenti Mixail Saakaşvili iştirak etdiyi konsert proqramlarından sonra bir qayda olaraq ansamblın üzvlərinə çıxışlarına görə təşəkkür edir və onlarla şəkil çəkdirir. “Ceyran” uşaq və mahnı rəqs ansamblı Tbilisoba – Şəhər günü bayramı çərçivəsində yaddaqalan konsert proqramı ilə çıxış edib. Tbilisoba bayramı üçün xüsusi proqram hazırlanmışdı. Tbilisinin mərkəzi tarixi hissəsində təşkil olunmuş böyük səhnədə konsert proqramına “Qarabağ”, “Sarı gəlin” və digər rəqslər daxil edilmişdir. Rəqqaslar Azərbaycan bayraqları ilə səhnəyə çıxdılar. Ansamblın bütün mahnı və rəqsləri tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılandı.

Ürəkləri vətənpərvərliklə döyünən ansambl üzvlərinin rəqs geyimləri də xalqımızın əsrlərdən bəri qorunub saxlanılan ənənələrə sadiqlik nümunəsidir. Qızların rəqs geyimində arxalıqla bərabər çəpkəndən də istifadə olunur. Adətən astarlı olan və belə qədər bədənə biçimi kip olan və köynəyin üstündən geyilən çəpkəni bir qədər yüngül etmək üçün astarsız tikirlər. Çəpkənin “peş” adlanan yan tikişləri çapıqla tamamlanır. Əlcək ilə bitən qondarma qolları var. Əsasən tirmə, məxmər və kəmxa parçalardan hazırlanan çəpkən, uşaq folklor rəqs ansamblı üçün müvafiq yüngül və elastik parçalardan biçilir ki, bu da cəld tempdə gedir, qızğın surətdə bir sıra rəngarəng hərəkətlərlə ifa olunur rəqslərin icrası zamanı maneçilik törətmir.

Ansamblın rəqs geyimlərinin qarderobuna ləbbadə adlı üst qadın geyimi də daxildir. Sırıqlı və astarlı olan ləbbasənin yaxası açıq, bel hissəsi isə bağ ilə bağlanır. Beldən bir qədər aşağı yan tərəfində qısa çapığı olur. Qolu dirsəyə qədər, qoltuq altı isə sərbəst hərəkəti təmin etmək üçün açıq biçilir. Geyimin yaxası, qolunun ağzı və ətəyi vaxtilə zərif baftalarla, əsasən şahpəsəndlə bəzədildiyini nəzərə alaraq, modelyerlər libasın göstərilən hissələrini xırda muncuqlarla, lentlərlə, krujevalarla zənginləşdirməyə çalışırlar.

Oğlanların geyimlərinə gəldikdə isə daha çox iki növlü üst köynəklərdən – yaxası ortadan və yandan biçilən hər iki növün kiçik boyunduruğu (“vorotnik”) olanlardan istifadə olunur. Köynəyin yaxası qaytandan olan

Musiqi folkloru qrupları və milli geyim ənənələri

Müasi̇r dövrdə Azərbaycan rəqs ansambllari geyi̇m dəstləri̇ni̇n bədi̇i̇ xüsusi̇yyətləri̇

Gürcüstanda fəaliyyət göstərən “Ceyran” uşaq və mahnı rəqs ansamblı

düymə və ilgək ilə düymələnib. Əsasən atlasdan və sətindən tikilir. Köynəyin üstündən belə qədər kip və astarlı, ətəyi büzməli, yaxud qırçınlı olan çuxa kişi üst geyimlərini geyinirlər.

Məlumdur ki, oğlan uşaqlarının özünəməxsus papaqları olurdu. Bu papaqlara “tərlik” deyərdilər. Ancaq tərlik papaq qədər qalın olmazdı, bir qat toxunmuş açıq qırmızı forması olardı. Bu papaq formasının Səfəvi hökmdarlarının “qızılbaş” ordusundan qalması zənn edilir. Ansamblın oğlanlardan ibarət olan rəqs qrupunda bu tip baş örtüyündən geniş istifadə olunur.

Ansamblın repertuarında yer tutan bir çox milli rəqslərin xarakterinə, məzmununa uyğun olaraq rəqqaslar ayaqlarına geniş yayılmış toxunma corablar geyirlər.

Əsasən ipək və yun saplardan toxunan corabların üstündən başmaq geyiblər. Ayaqqabılara gəlincə istər qadın, istərsə də kişilərin geydikləri ən geniş yayılmış ayaqqabı başmaq hesab olunub. Qadınlar üzü tikməli və ya uzun boğazı olan tikməli çəkmələr də geyiblər. Aşılanmış və xam göndən hazırlanmış kişi ayaqqabıları adətən birrəngli və naxışsız olub. Şəhərlərdə kişilər

125

126 daha çox başmaq və nəleyin, kənd yerlərində isə xam göndən tikilən çarıq geyiblər.

Bu tipli başmaqlara uyğunlaşdırılmış ayaqqabılar geyən rəqqasə qızlar və oğlanlar öz geyim dəstləri ilə milli geyimlərimizi qonşu ölkə olan Gürcüstanda və ansamblın səfər etdiyi bir çox xarici ölkələrdə uğurla təmsil və təbliğ edirlər.

Azərbaycanın əməkdar artisti Xanlar Bəşirovun Xəzər Universitetinin tələbə və məzunlarından, habelə 9-14 yaşlı uşaqlardan ibarət Mərdəkan mədəniyyət sarayı nəzdində yaratdığı “Azərbaycan qartalları”nın ifasında “Yallı”, “Zorxana”, “Şəki”, “Çobanlar”, “Şalaxo”, “Mirzəyi” və digər rəqs nömrələri dünyanın bir çox yerində göstərilmiş və tamaşaçılara böyük təsir bağışlamışdır. Ritmik, sürətli, çevik rəqslər, xüsusilə kiçikyaşlı uşaqların “Çobanlar” rəqsi tamaşaçıları hədsiz dərəcədə heyrətləndirir. Rəqslərdə istifadə olunan geyim nümunələri isə çılğın və ehtiraslı rəqs nömrələrini daha baxımlı və rəngarəng edir. “Çobanlar” rəqsində əsas diqqət arxalığın üstündən bağlanan enli qurşağa və uşaqların başlarını bəzəyən çobanlara xas olan uzun tüklü şələ papaqlara yönəlib. Rəqqasların çiyinlərindəki yapıncılar vaxtilə maldar əhali və çobanlar arasında geniş şəkildə istifadə olunan geyim növünü xatırladır.

Maldar əhali və çobanlar arasında geniş yayılmış yapıncının saçaqlı və saçaqsız, ağ və qara rəngli növləri olmuşdur. Yapıncı geyim növü isə tikişli və tikişsiz növlərə ayrılırdı. Tikişsiz yapıncılar daha qiymətli hesab edilirdi. Ağ rəngli, saçaqlı və tikişsiz yapıncılardan əsasən yüksək zümrə istifadə edirdi. Saçaqsız, həmçinin tikişli yapıncılar elatlar, çobanlar, yoxsul əhali arasında geniş yayılmış və bu geyim növü “çoban yapıncısı” adlanmışdır. Başı yağmur və soyuqdan qorumaq məqsədilə çox zaman yapıncının arxasına yenə də keçədən hazırlanmış başlıq (külah) tikirdilər.

Müxtəlif biçimli kişi baş geyimləri içərisində əsasən dəridən hazırlanmış buxara və çərkəzi papaq (qara, çal və mixəyi buxara dərisindən), çobanların rəqsi üçün isə şələ papağı seçilirdi.

“Şəki” rəqsi üçün kənd əhalisinin yoxsul təbəqələri üzrə səciyyəvi olan və adətən uzuntüklü qoyun dərisindən konus formasında hazırlanan motal papaqlar seçilmişdir.

Ansamblın repertuarına daxil olan “Mirzəyi” rəqsi üçün isə bəy

Musiqi folkloru qrupları və milli geyim ənənələri

zümrəsinin nümayəndələri və həmçinin varlı adamların taxdıqları buxara papaq seçilmişdir. Konus şəklində və ya iti uclu hazırlanan belə papaqlar həm də şəhər aristokratiyası üçün də xarakterik idi. Buxara papağa “Şiş papaqları” və ya “Bəy papaqları” da deyilir. Qədimlərdən üzü bəri hər kişinin başında börk olması əsas şərt idi. Kişidə böyük (papaq), arvadda isə ləçək (çərqəd) şərafət nişanəsi sayılırdı. Papağa və ləçəyə hörmətsizlik müqəddəslərə və namusa hörmətsizlik sayılırdı. Buna görə də heç vaxt kişinin papağı başından əskik olmazdı.

Odlar yurdumuzun ayrı-ayrı adət-ənənələri gözəl, dəyərli olduğu kimi, Azərbaycan rəqsləri də həqiqətən əvəzolunmaz, təkrarolunmazdır. Hər bir rəqs nümunəsini böyük bir maraqla izləyirlər. Ancaq “Yallı” rəqsinin özəlliyi fərqlidir. Xüsusən də Naxçıvanın – Şərur bölgəsinin rəqs qruplarının ifa etdiyi “Yallı” rəqsində ahəngdar birlik hiss olunur. Müxtəlif qəbildən olan insanların oynadığı “Yallı” rəqsi insanın qəlbində vətənpərvərlik hisslərini daha da qüvvətləndirir.

Xalqımızın mənlik və qəhrəmanlıq dastanı olan “Kitabıdədə Qorqud”da adı “Şəruk” kimi xatırlanan bu diyar təkcə iqtisadi qüdrəti, təbii imkanları ilə öyünmür. O, həm də qədim və şərəfli tarixə malikdir. Rayon ərazisi bəşər sivilizasiyasının ilkin yaşayış məskənlərindən biri sayılır. Tənənəm kəndi yaxınlığındakı “Qazma” mağarasında altmışyetmiş min il bundan əvvəl, daş dövrünün insanları yaşayıblar. Aparılan arxeoloji qazıntılar nəticəsində daş dövrünün mustye mədəniyyəti üçün səciyyəvi sayılan obsidandan hazırlanmış itiuclular, qaşovlar və sairə əldə olunub. Xələc, Ərəbyengicə,

Müasi̇r dövrdə Azərbaycan rəqs ansambllari geyi̇m dəstləri̇ni̇n bədi̇i̇ xüsusi̇yyətləri̇

“Azərbaycan qartaları” uşaq rəqs qrupunun kişi geyimləri.

127

Çapma papaq.

128 Maxta, Ovçular təpəsi, Şortəpə yaşayış məskənləri isə eramızdan əvvəl V-II minilliklərə aid olub. Bu yerlərdə isə neolit dövrünə aid maddi mədəniyyət nümunələri aşkar edilib. Oğlanqala ilkin şəhər mədəniyyətindən soraq verir. O, qüdrətli qala şəhərlərdən olub.

Şərurun qədim tarixə və mədəniyyətə malik olması təkcə onun daş abidələri, arxeoloji maddi-mədəniyyət nümunələri ilə ölçülmür. O həm də mədəniyyətimizin incisi və ən qədim növü sayılan folklor rəqsləri – yallıları ilə öyünür. Minillərin, əsrlərin daş süzgəcindən keçərək bu günümüzədək gəlib çatan bu rəqslər onun nə qədər mənəvi zənginliyə malik olduğunu da ortaya çıxarır. Bu mənada yallını Şərurun qədimlik rəmzi, Oğuz möhürü adlandıranlar da yanılmırlar. Akademik İsa Həbibbəyli də bu qənaətdədir ki, yallılar qədim oğuz yurdunun möhürü olub: “Harada yallı olubsa, yaxud da indi yallı rəqsi geniş yayılıbsa, oralar qədim oğuz türk yurdu olub”.

Bu diyarın “Şərur qönçələri” adlı uşaq yallı ansamblı da 2000-ci ildə yaradılıb. O, rayon mədəniyyət sarayının nəzdində fəaliyyət göstərir. Ansamblın 34 üzvü var. Onlar iki yaş qrupunda (9-12 və 13-16 yaşlar) cəmləniblər. Ötən müddət ərzində kollektivin fəaliyyəti razılıq doğurur. 2000-ci ildə ansambl Türkiyənin Ankara şəhərində Uşaq Bayramında uğurla çıxış edərək diplom və mükafatlara layiq görülüb. Mükafatları kollektivin üzvlərinə Türkiyə Cümhuriyyətinin Prezidenti sayın Süleyman Dəmirəl təqdim edib. 2007-ci ildə Qars şəhərində Uşaq Bayramında da onlar birinci mükafata layiq görülüb. 2010cu il də məktəbli rəqqaslar üçün uğurlu olub. Onlar ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85 illiyi şərəfinə Bakı şəhərində keçirilən uşaq rəqs kollektivlərinin birinci respublika festivalının qalibləri cərgəsində olublar, müvəffəqiyyətli çıxışlarına görə Azərbaycan Respublikası

Musiqi folkloru qrupları və milli geyim ənənələri

Mədəniyyət və Turizm Nazirliyinin diplomuna və pul mükafatına layiq görülüblər.

Naxçıvan Muxtar Respublikasında keçirilən xalq yaradıcılığı günləri baxışmüsabiqəsinin qalibləri sırasında bu kollektiv də olub. 2010-cu ilin avqust ayında Türkdilli xalqların mədəniyyət sahəsində beynəlxalq əməkdaşlıq təşkilatı TÜRKSOYun dəstəyi və Türkiyənin Ağrı şəhər valiliyinin təşkilatçılığı ilə keçirilən türk ölkələri Ağrı dağı mədəniyyət və sənət günləri tədbirindən də mükafatla qayıdıblar.

Gənc istedadlar üçün ən əlamətdar və yaddaqalan hadisə isə Türk dilli dövlət başçılarının Naxçıvan şəhərində keçirilən doqquzuncu zirvə toplantısı şərəfinə Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramında onların iştirakları olub. Balaca rəqqaslar bu dəfə də öz istedadlarını nümayiş etdirə biliblər. Onların çıxışı dövlət başçıları tərəfindən də hərarətlə qarşılanıb.

Bir sözlə, yallı təkcə musiqi və rəqs növü deyil. O qədim oğuz-türk tarixinin başlıca möhürlərindən biri olmaqla yanaşı xalqımızın həm də bugünkü varlığıdır. Məhz bu mənəvi sərvətlərimiz ilə düşmənlərimizə də kimliyimizi, varlığımızı göstərə bilirik. Muxtar respublikada yallılarımızın yaşadılması, tədqiqi və təbliği istiqamətində həyata keçirilən tədbirlər də təqdirəlayiqdir. Muxtar Respublika Ali Məclisi Sədrinin sərəncamı ilə xalq yaradıcılığı nümunələrinin yaşadılmasına, tədqiqinə və təbliğinə da xüsusi qayğı göstərilir. Şərurda yallı ansambllarının qazandıqları uğurlar da ilk növbədə bu sahəyə göstərilən yüksək dövlət qayğı və dəstəyi ilə bağlıdır.

Bir vaxtlar dahi bəstəkar, böyük musiqiçi və ictimai xadim Üzeyir Hacıbəyov Şəruru Azərbaycan folklor mədəniyyətinin beşiyi, xalqımızın Ümummilli lideri Heydər Əliyev yallını Naxçıvanın tacı adlandırıb. Ulu öndərimizin belə bir kəlamı da var ki, mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz. Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbovun fikirincə, Şərur yallısı həm də Naxçıvanın mənəvi emblemidir. Qədim və zəngin tarixini göstərən təsirli vasitədir. Başlıcası isə bu folklor rəqsləri qədim torpağın azərbaycançılıq möhürüdür.

“Şərur qönçələri” adlı uşaq

Müasi̇r dövrdə Azərbaycan rəqs ansambllari geyi̇m dəstləri̇ni̇n bədi̇i̇ xüsusi̇yyətləri̇

129

130 yallı ansamblının özəlliyi ondan ibarətdir ki, burada bu qədim bölgənin milli geyiminin səciyyəvi xüsusiyyətlərini sezmək olar. Belə ki, qızların geyimlərində naxçıvanlı qadınların qədim paltarlarına uyğun olaraq innabı, yaşıl, gümüşü rənglərə üstünlük verilib. Geyim dəstindəki rənglər ən kiçik detallara qədər dəqiqliklə və uyğun çalarlarda seçilir. Geyim dəstinin ayrı-ayrı elementləri güllü parçadan tikilirsə də, mütləq tox və sakit rənglər seçilirdi. Zərif bəzəklər, zəncirələr və şahpəsəndələrlə bəzəmək, muncuqlu tikmə, burma metallarla tikmələr və ümumiyyətlə, bütün tikmə texnikalarından istifadə etməklə hazırlanan geyimlər olduqca zəngin və gözəl görünür. Digər tərəfdən Naxçıvan qadınlarının geyim dəstləri öz ciddiliyi və ağırlığı ilə ətraf mühitlə geyimi daşıyan arasında bir sərhədə çevrildiyi halda, uşaq geyimləri daha şux və yüngüldür. Belə ki, tumanın ətəyi xüsusi zövqlə bəzədilir. Əsas naxış forması gümüşü rəngli lentlərdən və muncuqlu tikmələrdən əmələ gəlir. Arxalığın və ya küləcənin də bütün tikiş xətləri boyunca zərif bəzək tikilir. Bu məqsədlə əsasən zəncirbəndlərə bənzər dekorativ zolaqlardan istifadə olunur. Muncuqlu tikmə texnikasından istifadə edilərkən, əsasən nəbati naxışlar işlədilir.

Böyüklərdə olduğu kimi, uşaqlar üçün işlənmiş geyimlərinin biçimi sadədir. Qolu düz biçilir. Köynək və tumanın biçimi və tikiş texnologiyası başqa zonalarda olduğu kimidir. Təkcə arxalıq öz forması ilə nisbətən fərqlənir. Arxalığın yaxa kəsiyi çəpkəndə olduğu kimidir. Arxalıq uzun olarsa (buna küləcə deyilir) beldən kəsik, qısa olarsa, çərkən kimi kəsilir, amma bu zaman yanlarında kəsik və parça çıxıntısı qoyulur. Uzunqollu, qolçaqlı arxalıqların ön yaxası bir-birindən xeyli aralı olurdu ki, bu arxalığı da zəngin sinəbəndlər, sərmələr, gərdənliklər və s. ilə tamamlayırdılar.

Vaxtilə Naxçıvanın zəngin xanımların sinə bəzəkləri çənədən belə qədər düzülürdü. Uşaqlar üçün nəzərdə tutulmuş rəqs geyimlərində bu kimi bəzəklərin həcmi və miqdarı heçə endirilmişdir.

Naxçıvana aid kişi geyimləri ansamblın rəqqas oğlanlarını bəzəyir. Onların içərisində Azərbaycanın digər zonalarında olduğu kimi arxalıq, şalvar, çuxa, kürk, peşə səciyyəli yapıncı, dəri, keçə və müxtəlif parçalardan hazırlanan baş geyimlərindən – papaq, təskülah, börk və s. istifadə olunub.

Musiqi folkloru qrupları və milli geyim ənənələri

Naxçıvanın “Şərur qönçələri” adlı uşaq yallı ansamblının geyimlərində əl işinin səliqəsi, müntəzəmliyi yüksək peşəkarlıqdan xəbər verir.

Rəqsin magiyası hər birimizin qəlbini riqqətə gətirir. Kim isə məmnuniyyətlə tamaşaçı qismində çıxış edir, digəri isə peşəkar rəqqas olmağa çalışır.

Lakin hər dəfə onunla qarşılaşma imkanı yarananda, onun ehtirasını hiss etməyə və ritminin cazibəsini duymağa, rəvan hərəkətlərinin və əlvan rənglərinin təsiri altına düşmək imkanı yarananda həm rəqqaslar, həm tamaşaçılar eyni şövqlə rəqs sənətinin ecazkar emosionallığına məftun olurlar. Təcrübəli rəqqaslar bilirlər ki, tamaşaçıların qarşısında açılan həmin təmtəraqlı şou – bu yalnız “aysberqin təpəsidir”. Onun dərinliyində uzun sürən gərgin əmək, eləcə də çıxışların mütləq atributlarının – xüsusi rəqs geyimlərinin və ayaqqabılarının axtarışı gizlənir. Geyim üzrə rəssam rəqs üçün elə bir libas yaratmalıdır ki, rəqqasın çıxışı daha baxımlı olsun. Təkrarolunmaz, qeyri-adi təntənəyə malik rəqs geyimləri gah həcmli və rəngarəng, gah da maksimal dərəcədə lakonik və ciddi olmasına, rəqsin və onun ifaçısının enerjisini çatdırmağa kömək edir. Lakin söhbət rəqs geyimlərinin təkcə təsirli zahiri görünüşündən getmir. Daha vacib amil onun rahatlığı, komfortluğudur ki, o da rəqs hərəkətlərini mükəmməllik səviyyəsinə çatdırmağa imkan yaradır. Buna görə də, rəqs geyimi xüsusilə rahat olmalı, iştirakçının bədəninin hər bir xəttini təkrar etməli, eyni zamanda ona hərəkətlərində sərbəstlik verməlidir.

Rəqs kostyumlarının tikilməsi müəyyən çətinliklərlə bağlıdır, çünki bu, elastik parçaların, məsələn, bifleksin, streyc atlasın istifadəsi ilə əlaqədardır. Bu kimi spesifik materialı hiss etmək və onunla işləməyi öyrənməkdən ötrü xeyli vaxt lazım gəlir. Belə parçalar çox zaman ancaq bədənə yaxşı oturduqda layiqli görünür. Rəqs geyimi praktik və komfortlu olmalıdır. Bu o deməkdir ki, tikiş yerləri bədəni əzməməli və münasib olmayan vaxtda sökülməməlidir, biçim isə hərəkət zamanı narahatlıq yaratmamalıdır. Bütün bu amilləri ilk növbədə uşaq rəqs geyimlərinin hazırlanmasında nəzərə almaq lazımdır. Bu cəhət adları çəkilən və ölkəmizdə fəaliyyət göstərən bir sıra başqa uşaq folklor mahnı və rəqs ansambllarının geyimlərində daha parlaq, cazibəli şəkildə nəzərə alınmalıdır.

Müasi̇r dövrdə Azərbaycan rəqs ansambllari geyi̇m dəstləri̇ni̇n bədi̇i̇ xüsusi̇yyətləri̇

131

Musiqi folkloru qrupları və milli geyim ənənələri

132

This article is from: