Azərbaycan musiqi qruplarrının geyim ənənələri

Page 117

II Fəsi̇ l

Müasi̇r dövrdə Azərbaycan rəqs ansambllari geyi̇m dəstləri̇ni̇n bədi̇i̇ xüsusi̇yyətləri̇

II. 2. Uşaq folklor qruplarının kostyumlarında milli ənənələrə istinad olunması imkanları

R

əqs incəlik, zəriflikdir. Hər rəqsin öz gözəlliyi, cazibəsi var. “Tərəkəmə”, “Vağzalı”, “Qıt-qılı”, “Uzundərə”, “İnnabı”, “Mirzəyi”, “Nəlbəki”, “Naz eləmə”, “Qaytağı”, “Qazağı”… Onların hər biri tariximizin, mədəniyyətimizin, incəsənətimizin misilsiz sərvətidir. Bu rəqslərin hərəsi özlüyündə bir aləmdir, sözsüz danışıqdır. Burada dillər yox, musiqi və hərəkət, plastika, əllər, ayaqlar, baxışlar, hətta təbəssüm də danışır. İllər keçir, nəsillər dəyişir, minilliklərin o üzündən süzülüb gələn rəqslərimizsə həmişəcavan qalır. Rəqslərimizi yaşadan, onu həmişə təravətli saxlayan adlı-sanlı rəqs müəllimləri, indiki cavanlar, onların ardıclıları uşaqlar, gənc istedadlardır. Uşaq folklor qruplarında istifadə olunan milli geyim nümunələrinin təhlilinə keçməmişdən qabaq ötən əsrlərin uşaq geyimlərini nəzərdən keçirmək yerinə düşərdi.

XIX-XX yüzilliyin əvvəllərində uşaq geyimləri, demək olar ki, bütünlüklə böyüklərin (kişi və qadınların) milli libasları ilə eyni biçimdə, lakin kiçik ölçüdə təkrarından ibarət olmuşdur. Etnoqrafik materiallar göstərir ki, əgər kiçikyaşlı qızların geyimləri bütünlüklə qadın geyiminin təkrarı idisə, oğlan uşaqlarının geyimlərində fərqli cəhətlər var idi. Bu, ilk növbədə özünü uşaq şalvarlarının biçin və tikiş tərzində göstərirdi. Azərbaycan uşaq şalvarlarının “bağlı” (nifəli), “aşırmalı” və “finka” olmaqla üç növü geniş yayılmışdır. Bu şalvarların növ müxtəlifliyi ilə yanaşı, bir ümumi cəhəti də vardı ki, onların heç birini açıbbağlamağı ehtiyac yox idi. Bunun üçün şalvarın orta hissəsinə miyança (şalvar ağı) qoyulmuşdur, onun beldən başlayaraq qabağa qədər arası yarıq tikilirdi. Eyni növ uşaq şalvarları tatarlar və taciklər arasında da mövcud idi (75, 134). “Bağlı şalvar” beldə saxlanmaqla, nifə yerinə tumanbağı keçirilərək geyinilirdi. Adətən, belə şalvarın balağı açıq saxlandığından, ona “balağı açıq şalvar” da deyilirdi. “Aşırmalı şalvar”ın beli nifəsiz, balaqları isə büzməli olurdu. Arxada – çanaq sümüyü üstündə 111


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.