Ön söz
ÖN SÖZ
A
zərbaycan xalqının çoxəsrlik tarixə malik olan geyim nümunələri maddi və mənəvi mədəniyyətimizin mühüm tərkib hissəsini təşkil edir. Bu bir tərəfdən insan əməyi ilə bağlı müəyyən tələbatı doğruldan maddi sərvətdir, digər tərəfdən isə – insan görkəmini estetik cəhətdən dəyişən dekorativ-tətbiqi sənət nümunəsidir. Memarlıq abidələri, məişət və əmək əşyaları ilə birgə geyim də tarixi dövrün dekorativ-tətbiqi sənətə əsaslanan inkişafını, xalqın həyat tərzini və gözəllik haqqında təsəvvürlərini nəzərə çatdırır. Azərbaycan xalqının bədii irsinin ayrılmaz hissəsini təşkil edən milli geyim ənənələrinin öyrənilməsi bu dəyərli estetik sərvətin gənc nəslə ötürülməsinə və hazırda fəaliyyət göstərən folklor, o cümlədən rəqs ansambllarında istifadəsinə imkan yaradır. 5