,, !
Ön söz
Əziz oxucular, bu dəfə sizinlə Novruz Bayramı ərəfəsində görüşürük. Hər birinizə xoş istirahət və sevdiklərinizin əhatəsində mükəmməl bir bayram arzu edirik. Jurnalımız bu dəfə daha rəngarəng və incəsənətlə zəngin materiallarla qarşınızdadır. Jurnalımız həmişəki kimi ayda bir dəfə yayımlanacaq. Bu dəfə də köhnə adətimizə sadiq qalaraq məşhur bir şəxslə müsahibə etdik. Can Candan Azərbaycanda da yetərincə insanın həyatına təsir edən “Benim Çocuğum” sənədli filminin rejissorudur. Film LGBTQİ fərdlərinin valideynlərindən bəhs edir və onların öz övladlarına dəstək olmaları, onları qorumaları və hətta LGBTQİ hüquqları uğrunda mübarizə aparmalarını əhatə edir. Budəfəki sayımızda həmçinin İnstaqramda 40 minə yaxın izləyicisi olan və Orta Şərq, ərəb LGBTQİ icmasına xitab edən Queer Habibi proyektinin müəllifi olan rəssam ilə müsahibəmiz və onun oxucularımıza hazırladığı xüsusi illlüstrasiya da yer alır. Üz qabığı Rey Bredberinin “Yenə də bizimkidir” (“Futures child”) hekayəsi əsasında hazırlanıb. Övladınız hamı kimi doğulmasaydı, necə reaksiya verərdiniz? Bu hekayədəki valideynlər depressiyadan, yadlaşmadan və ictimai fikrə qarşı qorxulardan tutmuş öz övladını qəbullanmağa qədər bir yoldan keçiblər. Jurnalımızda öz yazı və əl işlərini görmək istəyənlər bizimlə hello@ minorityaze.org email ünvanı ilə əlaqə saxlaya bilərlər.