Minority jurnalı № 10

Page 7

LEYLA ƏLinin sərgisi Ən başından bəri mənə fərqli olduğumu etiraf etmək çətin idi. Hisslərimi izah edə biləcəyim yaxın adamım da yox idi. Xor qrupumuzun pianoçusu mənə qorxuma qalib gəlmək üçün kömək etdi. Xorda 40 nəfər var idi. 2 vokalist və 1 pianoçu. Bir gün bizdən 8-i repitisiya edərkən, mən təsadüfən pianonun üstündə çantamın ağzını açıq unutmuşdum, içində müxtəlif jurnallardan kəsilmiş öpüşən kişi şəkilləri var idi. Mən zalı tərk etdim, dərhal geriyə qaçdım və pianoçumuzu üzündə təbəssüm, əlində mənim çantam dayandığını gördüm. O, çantamı götürdüyünü dedi. Daha sonra mən başa düşəndə ki, o, şəkilləri görüb, çaşqınlıq içində qaldım. Sonra o, elə ilk gündən mənim fərqli olduğumu başa düşdüyünü və bundan qorxmamaq lazım olduğunu dedi. O təklif etdi ki, qorxularımdan azad olmaq üçün bu keçiddə solo hissəni seçim və özümə inanım.

Hər tədris ilinin sonunda Rəşid Behbudov teatrında yekun konsert keçirilirdi. Burada tələbələr il ərzində qazandıqları nailiyyətləri nümayiş etdirirdilər. Mən “The Word” (Günəş altında gəzməyin və yeni günü qarşılamağın necə gözəl olmasından bəhs edən mahnı) mahnısından bir parça oxudum və böyük bir yüngüllük hiss etdim. Təəssüf ki, auditoriyada pianoçunu görmədim. Məktəbə qayıtdıqda elan olundu ki, o, vaxtından əvvəl Finlandiyaya uçmalı olub. Onunla vidalaşa bilmədiyim üçün kədərləndim. Mən ona çox minnətdaram, çünki həyatımın o mərhələsini keçdim.

7


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.