7 minute read

DAXİ̇Lİ̇ QOŞUNLARIN yeni̇ i̇nşa olunan hərbi̇ şəhərci̇yi̇ni̇n açılışı

Next Article
keçirəcək

keçirəcək

DAXİ̇Lİ̇ QOŞUNLARIN yeni̇ i̇nşa olunan hərbi̇ şəhərci̇yi̇ni̇n açılışı

?Rizvan Fikrətoğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevral ayının 13‑də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ağcabədi rayonunda yeni inşa olunan hərbi şəhərciyinin açılışında iştirak ediblər.

Advertisement

Daxili işlər naziri general‐pol kov ‐nik Vilayət Eyvazov və Daxili Qoşun ‐ların komandanı general‐ley tenant Şahin Məmmədov Azərbaycan Pre zi ‐denti İlham Əliyevə raport veriblər. Hərbi şəhərcikdə görülən işlər barədə məlumat verən nazir Vilayət Eyvazov bildirib ki, ərazisi 6,2 hektar olan hərbi şəhərciyin inşasına 2019‐cu ilin sen ‐tyabrında başlanılıb. Tikinti işləri ötən ilin noyabrında uğurla başa çatdırılıb. Şəhərcikdə xidmətin yüksək səviyyədə təşkili üçün bütün şərait yaradılıb. Prezident İlham Əliyev Daxili Qoşunların xüsusi təyinatlıları üçün nəzərdə tutulan silah‐sursata və hərbi texnikaya baxıb.

DQ‑nin silahlanmasında “Grey Wolf” avtomatları

Nümayiş etdirilən silah və tex ‐nikalar arasında Azərbaycanın “Pal ‐ladium Defence and Security Solutions” şirkətinin istehsalı “Grey Wolf” (“Boz Qurd”) markalı avtomatları diqqət çəkib. Daxili Qoşunların xüsusi təyinatlılarının arsenalına daxil edilən “Grey Wolf” avtomatı AR‐15/M‐4 dizaynına əsaslanır və Amerikanın məhşur “Vortex” şirkətinin istehsalı olan optik nişangahla təhciz olunub. “Grey Wolf” avtomatının 5.56 mm çaplı və 7.62 çaplı versiyaları mövcuddur. 5.56 mm çaplı silahın kütləsi 2,980 kq, atış uzaqlığı 500 metr təşkil edir. 7.62×39 mm silahın lüləsinin uzunluğu 35.56 sm, çəkisi 3.4 kq, atış uzaqlığı 800 metrdir. “Grey Wolf” avtomatlarında qaz boru sistemi tətbiq olunub. Uzunluğu tənzimlənən qundağa malik avtomatın lülə qutusunun üzərində dörd isti qa ‐mətdə pikatini relsləri mövcuddur ki, bu da silaha müxtəlif aksesuarları inteqrasiya etməyə imkan verir. Av ‐tomat rahat erqonomikası ilə fərqlənir. Modulyar dizayna malik silahın qundağı sifarişçinin istəyindən asılı olaraq dəyişdirilə, müxtəlif şirkətlərin istehsal etdikləri hazır qundaqlarla əvəzlənə bilir. Avtomatın lüləsi və işlək mexanizmləri də dəyişdirilə bilir ki, bu da silahın hər hansı bir mexanizmi sıradan çıxdıqda onun qısa zamanda yenisi ilə əvəz edilməsinə imkan yaradır. Qeyd edək ki, yaxın vaxtlarda “Palladium Defence and Security Solutions” şirkəti tərəfindən milli imkanlar hesabına istehsal edilən ta ‐pan çalar, habelə termal cihazlar və gecəgörmə kameraları təhlükəsizlik qüvvələrinin istifadəsinə veriləcək.

Azərbaycan “Cobra II” zirehli maşınları alıb

Nümayiş etdirilən silah və tex ‐nikalar arasında Daxili Qoşunların inventarına yeni qəbul edilən “Cobra II” zirehli transportyorları da yer alıb. Azərbaycanda Daxili Qoşunlar ilə yanaşı Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyi 10 ildən artıqdı ki, “Cobra” zirehli maşınlarının ope ra ‐torlarıdır. “Cobra II” zirehli trans ‐portyorları isə Daxili Qoşunların arsenalında ilk dəfə olaraq nümayiş etdirilib. “Otokar”ın mövcud 4x4 “Cobra” zirehli maşınlarının bazasında hazırladığı və ilk nümunəsi 2013‐cü ildə təqdim olunan “Cobra II” daha üstün texniki‐taktiki xüsusiyyətləri, gücləndirilmiş mina partlayışına qarşı mühafizəsi, balistik mühafizəsi və geniş daxili həcmi ilə sələfindən fərqlənir. Sürücü və komandir daxil 10 heyət daşıyan, yüksək keçicilik və mühafizə qabiliyyətinə malik “Cobra II” çətin

Daxili Qoşunların arsenalına yeni qəbul edilən “Cobra II” zrehli maşınları

ərazi və iqlim şərtlərində üstün performans təmin edir. Türkiyə Silahlı Qüvvələrinin və müttəfiq ölkələrin tələbləri əsasında, gələcək ehtiyacların qarşılanması məqsədi ilə yaradılan “Cobra II” müasir texnoloji və taktik xüsusiyyətlərə malik modulyar platformadır. Geniş çeşiddə silah inteqrasiyası və təchiz olunduğu sistemlər sayəsində “Cobra II” sərhəd mühafizəsi, daxili təhlükəsizlik əməliy ‐yatlarından sülhyaratma missiya larına ‐dək çox sayda tapşırıqlarda yer ala bilir. Hazırda “Cobra II” Türkiyənin ordu və təhlükəsizlik qüvvələri ilə yanaşı bir sıra ölkələrin orduları tərəfindən istifadə edilməkdədir. “Coba II” zirehli maşının uzunluğu 6400 mm, eni 2500 mm, hündürlüyü 2300 mm, klirensi 400 mm, çəkisi 13500 kiloqram, sürəti 110 km/saat, gediş ehtiyatı 700 km təşkil edir. Maşının amfibiya versiyasının isə uzunluğu 6000 mm, eni 2700 mm, hündürlüyü 2300 mm, klirensi 500 millimetrdir. Altı silindirli, 360 at gücündə “Cummins” dizel mühərriklə təchiz olunmuş maşının yanacaq çəni 200 litr tutur. Maşın təkərlərin təz ‐yiqinin avtomatik tənzimlənməsi sistemi, run‐flat təkərlər, avtomatik yanğınsöndürmə, ABS əyləc, mina partlayışının təsirini azaldan otura ‐caqlarla təchiz edilir. “Cobra II” 400 mm hündürlüyündə dik maneələri, 900 mm enində xəndəkləri və yarğanları dəf edir, 30 dərəcə bucaq altında yana maili, 60 dərəcə bucaq altında yüksəkliyə qalxa bilir. “Coba II” zirehli maşının üzmə sürəti 8 km/saat təşkil edir. “Otokar” şirkəti tərəfindən son illərdə “Cobra II” zirehli maşının bir neçə fərqli konfiqurasiyası təqdim edilib. “Cobra II” zirehli nəqliyyat vasitəsinin personal daşıyıcı, silah platforması, CBRN, sərhəd təhlükəsizlik maşını, daxili təhlükəsizlik maşını, ambulans, komanda‐nəzarət, zirehli yük maşını, MRAP və s. kon fiqu ‐rasiyaları var. İstifadəçinin seçimindən asılı olaraq zirehli maşının amfibiya versiyası da təqdim olunur. İlk nümunəsi 2018‐ci ilin may ayında “Efes‐2018” sərgisində təqdim edilmiş “Cobra II” zirehli yük maşını “Cobra II” ilə eyni manevr imkanına sahib olsa da, 2500 kq yükdaşıma qabiliyyətinə sahibdir. Bu maşın yük daşınmasından başqa fərqli tapşırıqları da yerinə yetirir. Maşının üzərinə müxtəlif çaplı atıcı silahların, mina ‐atanların, habelə kiçik çaplı zenit toplarının qurulması mümkündür. “Cobra II” zirehli yük maşının heyəti sürücü daxil 2 nəfər, maksimum sürəti 110 km/saat, gediş ehtiyatı isə 700 kilometrdir. 2019‐cu ilin may ayında İstanbulda keçirilmiş IDEF‐2019 beynəlxalq müdafiə sərgisində isə “Otokar” ilk dəfə “Cobra II” zirehli nəqliyyat vasitəsinin ambulans konfiqurasiyasını təqdim edib. Özünün yüksək balistik mü ‐hafizəsi və minaya qarşı qoruması ilə fərqlənən zirehli maşın yüksək təh ‐lükəli ərazilərdə, cəbhənin dərinliyində yaralılara gərəkli olan bütün müda ‐xilələri yerinə yetirmək qabiliy yətin ‐dədir. Ambulans “Cobra II” bütün zəruri avadanlıqlarla təchiz olunub. Qeyd edək ki, ambulans versiyada “Cobra II”nin hündürlüyü və genişliyi artırılaraq daxili həcmi böyüdülüb. Arxa qapı təcili yardım istifadəsi üçün xüsusi rampa formasına salınıb. “Cobra II” am bu lan ‐sın sürücü, komandir, tibb heyətindən başqa 2 oturulu və 1 uzanılmış, yaxud da 2 uzanıqlı yaralı daşıya bilən iki konfiqurasiyası möv cuddur. Yüksək qoruma səviyyəsi, manevr imkanları, modulyarlığı, bir platformanın müxtəlif tapşırıqlara uyğun konfiqurasiya olunması “Cobra II” üçün geniş imkanlar açır. Mütəxəssislərin fikrincə, məhz bu sadalanan qabiliyyətləri ilə orduların diqqətini çəkən “Cobra II” növbəti bir neçə onillikdə öz po ‐pulyarlığını qoruyub saxlayacaq. “Otokar” şirkəti “Cobra‐II” zirehli maşın ailəsinin minaya qarşı qorumalı nəqliyyat vasitəsi (MRAP) versiyasını hazırlayaraq ilk dəfə 2021‐ci il 21‐25 fevral tarixlərində Birləşmiş Ərəb Əmir ‐liklərinin paytaxtı Əbu‐Dabi şə hərində keçirilmiş IDEX‐2021 beynəl xalq

Prezident İlham Əliyev “Grey Wolf” avtomatlarına baxış keçirib

Azərbaycanın Birinci vitse‑prezidenti Mehriban Əliyeva DQ‑nin yeni inşa olunan hərbi şəhərciyinin açılışında, arxa fonda “Cobra” transportyorları

müdafiə sərgisində nümayiş etdirb. Şirkət mütəxəssislərinin sözlərinə görə, “Cobra‐II” MRAP‐ın hazırlanmasında “Otokar” nəqliyyat vasitələri sahə ‐sindəki 35 ilə yaxın təcrübə və məlumat bazasınından istifadə edib. Yeni nəsil “Cobra‐II” MRAP yüksək ballistik mü ‐dafiə ilə yanaşı heyəti mina part ‐layışlarından qoruması ilə önə çıxır. Şirkət bu nəqliyyat vasitəsinin digər MRAP‐lardan fərqli olaraq daha yüksək manevr qabiliyyətinə malik olduğunu bildirib. MRAP çox sayda heyətin daşınması üçün dizayn edilib. “Cobra‐II” MRAP riskli ərazilərdə heyətin etibarlı mühafizəsini təmin edir. Zirehli maşın heyəti ballistik təhdidlərdən, o cüm ‐lədən mina, əldəqayırma partlayıcı qurğu (ƏPQ) təhlükələrindən qoruyur. Habelə bunu edərkən “Cobra‐II” zirehli maşını ilə oxşar manevr və komfort parametrlərini özündə saxlayır. Nəq ‐liyyat vasitəsinin alt hissəsi mina əleyhinə yüksək müdafiə sistemi ilə təchiz olunub. Bunun sayəsində MRAP istifadəçiyə modulyar qurluşu və istismar qabiliyyətini itirmədən mina partlayışından üstün mühafizə təmin edir. “Cobra‐II” MRAP‐ın digər minaya qarşı qorumalı maşınlarla müqayisədə çəkisi də yüngüldür və müstəqil asqı sisteminə sahibdir. Bu isə ona sadəcə düz yollarda deyil, eləcə də çətin ərazilərdə üstün manevr və sürətli hərəkət imkanı verir. “Cobra‐II” MRAP‐ı analoqlarından fərqləndirən üstün xüsusiyyətlərindən biri də nisbətən daha kiçik siluetə sahib olduğu üçün çətin aşkarlanmasıdır. “Cobra‐II” MRAP “Otokar”ın digər zirehli nəqliyyat vasitələri kimi modulyar quruluşa sahibdir. Bunun sayəsində MRAP müxtəlif tapşırıqlara uyğun platforma kimi istifadə oluna bilir və istifadəçiyə döyüş bölgəsində logistik üstünlük verir. MRAP‐ın xüsusi dizaynı, yüksək etibarlıq, texniki xidmət asanlığı və güc paketi onun sahə şəraitində belə sürətli sökülməsinə/yığılmasına imkanı verir. Modulyar dizayndan əlavə, sahib olduğu yüksək daşıma tutumu və daxili genişliyi “Cobra‐II” MRAP‐a fərqli silah sistemlərinin və xidmət avadan lıq ‐larının inteqrasiyasına şərait yaradır. Müxtəlif tərtib variantlarıyla 11 nəfərə qədər heyət daşıya bilən nəqliyyat vasitəsi, istifadəçinin istəklərinə görə, 3 və 5 qapılı olaraq konfiqurasiya edilə bilər. MRAP‐ın döyüş ağırlığı 18 ton, korpusunun uzunluğu 6350 mm, eni 2750 mm, hündürlüyü 2650 mm, klirensi 450 mm‐dir. Avtomatik sürət qutusuna sahib zirehli texnika 360/375/400 at gücündə turbodizel mühərriklə təchiz edilir. NATO standartlarına uyğun 24 elektron volt sistemi və partlamış halda hərəkət imkanı verən 14.00 R20 xüsusiyyətli təkərlə dəstləşdirilib. Diferensial kilid və müstəqil asqı sistemi çətin keçilən ərazilərdə “Cobra II” MRAP‐a asanlıqla hərəkət etməyə şərait yaradır. Soldan idarəetməli hidrovlik dəstəkli, tən ‐zimlənə bilən sükanla təchiz edilən zirehli nəqliyyat vasitəsini sağdan idarəetməli olaraq sifariş vermək mümkündür. Maksimal sürəti 110 km/saat, gediş ehtiyatı 700 km təşkil edən “Cobra II” MRAP 1 metr dərinlikdə su maneələrini, 1 metr enində xəndəkləri, 0.6 metr hündürlüyündə dik mane ‐ələrini dəf edə bilir. Habelə 30% yana maili və 60% yüksək maili hərəkət qabiliyyətinə sahibdir. Zirehli nəqliyyat vasitəsi sifariş zamanı standart və istəyə uyğun seçim imkanı verir. “Cobra II” MRAP‐ın standart baza versiyası mərkəzi təkər şişirtmə sistemi (CTİS), partlamış vəziyyətdə hərəkət etməyə imkan verən radyal təkərlər, ABS əyləc sistemi, sürücü və komandir üçün tənzimlənə bilən oturacaqlar, o cümlədən havalandırma sistemi və 5 nöqtəli tənzimlənən təhlükəsizlik kəməri ilə təchiz edilib. Arxa qapı təcili çıxış istifadəsi üçün xüsusi bir rampa formasına salınıb. Zirehli nəqliyyat vasitəsi atış mazğalları və müşahidə pəcərələri, sürücü görmə sistemi və sürücü ekran paneli, habelə avtomobil elektron sistemi (ARMATRONİCS), NATO tipli qaraltma sistemi, diaq ‐nostika bacarığı, duman faraları, pənəcərə və faralarda qoruma qəfəsi, rabitə interfeysi ilə komplektləşdirilib.

PQ

This article is from: