2 minute read

Azərbaycandan “Şimşək” istəyi

TUSAŞ şirkəti tərfindən hazırla‑ nan “Şimşək” yüksək sürətli hədəf dron sistemi Türkiyə Silahlı Qüvvələrinin hava hücumundan müdafiə bölmələrinin təlim ehtiyacla‑ rını qarşılamaq məqsədi ilə 2009‑cu ildə Araşdırma və İnkişaf layihəsi ola‑ raq başladılan orijinal Türk Aviasi‑ yası dizaynıdır. Müştərinin ehtiyaclarına uyğun for‐malaşdırıla bilən açıq memarlıq quru‐luşunda dizayn edilən “Şimşək” yüksək sürətli hədəf dron sistemi: hava‐hava, səth‐hava, zenit və raket sistemləri ilə atış və radarla izləmə təlimlərində istifadə ediləcək döyüş təyyarələri və raketlərin uçuş xarakteristikalarına yaxın xüsusiyyətlərə sahib yüksək sürətli hədəf dron ehtiyaclarını qarşıla‐yır. “Şimşək” yüksək sürətli hədəf dro‐nunun qanad açıqlığı 1.7 metr, uzunluq 2.33 metr və maksimum qalxma çəkisi 70 kq‐dır. “Şimşək” dəniz səviyyəsində 350+ kts sürətə çata bilir və 50 ft ‐20.000 ft yüksəkliklərdə fəaliyyət göstərə bilir. Uçuşvaxtı 45+ dəqiqə ola‐raq verilən “Şimşək”, görüş xəttində 70+ km mənzilə sahibdir. Layihə, silahlı qüvvələrin hava hücumundan müdafiə bölmələrinin; hava‐hava, səth‐hava,zenit və raket sistemləri ilə atış və radarla iz ‐ləmə/kilitlənmə təlimlərində istifadə edəcəyi döyüş təyyarələri və raketlərin uçuş xarakteristikalarına yaxın xüsusiyyətlərə sahib qənaətcil yüksək sürətli hədəf dron sisteminin yerli imkanlar hesabına orijinal olaraq dizayn və istehsal edilməsi məqsədi ilə başladılıb. Yüksək Sürətli Hədəf Dronu (ŞİMŞƏK) layihəsi çərçivəsində 2012‐ci ilin iyun ayında ilk prototipin montajı tamamlanıb və 2012‐ci il avqust ayının 4‐də ilk uçuş uğurla həyata keçirilib. “Şimşək”ilə avtopilot uçuş sınağı 2012‐ci ilin dekabr ayının sonunda həyata keçirilib. Azərbaycanda da tanıtım fəaliy ‐yətləri çərçivəsində “Şimşək” hədəf dronun sınaqları keçirilib. TUSAŞ şirkətindən “Poliqon” jurnalına verilən məlumata görə, Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən hava hücumundan müdafiə sistemlərinin effektivliyini yoxlamaq məqsədi ilə keçirilən atış sınaqlarında istifadə üçün “Şimşək” hədəf dronları seçilib. TUSAŞ və Azərbaycan Hərbi Hava Qüvvələri arasında aparılan müzakirələrdən sonra, 2019‐cu ilin sonlarında Azər ‐baycana gətirilmiş “Şimşək” Bakı yaxınlığındakı atış poliqonunda 3 gün ərzində ikisi atışlı olmaqla, ümumilikdə 6 uçuş edib.

“Anka”ların qanadlarına

Advertisement

“Şimşək” inteqrasiyası

Reaktiv mühərrikli “Şimşək” hədəf dron sisteminin üzərində davamlı şəkildə təkmilləşdirmələrə və yeni konsept çalışmalarına davam edən TUSAŞ şirkəti “Anka” pilotsuz uçuş aparatına “Şimşək” hədəf təyyarəsinin inteqrasiyasını həyata keçirib. Hər bir qanadının altına bir ədəd “Şimşək” hədəf dronunu inteqrasiya edilmiş “Anka” pilotsuz uçuş aparatına bununla havadan hədəf dronlarını buraxmaq qabiliyyəti qazandırılıb. Əlli min saatdan çox uçuş təcrü ‐bəsinə sahib və müxtəlif əməliyyatlarda özünü subuta yetirmiş “Anka” PUA‐na hədəf dronu inteqrasiya etməklə TUSAŞ pilotsuz uçuş aparatları sənayesində daha bir ilkə imza atmağı bacarıb. Tək yerüstü platformalardan man ‐canaqdan deyil, eyni zamanda gəmi platformalarından da havaya atıla bilən “Şimşək” hədəf dronu tapşırığı tamam ‐layandan sonra, paraşütdən istifadə edərək enir. Dronun füzelyajı müasir kompozit texnologiyalardan istehsal edilib və yüksək davamlığa sahibdir.

“Şimşək” hədəf dronun əsas texniki göstəriciləri aşağıdakılardır:

– Qanad açıqlığı – 1.7 m – Uzunluq – 2.33 m – Maksimum sürət – 350+ kts – Uçuş uzaqlığı – 90 km – Uçuş müddəti – 45+ dəq – Maksimum uçuş tavanı – 20000 ft – Minimum uçuş tavanı – 50 ft

Faydalı yükləri

– Aktiv radar izi gücləndiricisi; – Passiv radar izi gücləndiricisi; – IR izi gücləndirici;

Uçuş proseslərini qeydə alma sistemi;

– AIS‐avtomatik identifikasiya sistemi.

Kompleksə daxildir

– Hədəf dron – Yer idarəetmə stansiyası – Katapult – Yer dəstək avadanlıqları

This article is from: