![](https://assets.isu.pub/document-structure/220319144518-ca8b0c66fff156137abdfa3f65d049c6/v1/d9dc95c5f6d257e4b93a7d986bd8d5db.jpeg?width=720&quality=85%2C50)
2 minute read
HÜRKUŞ – Yeni nəsil təlim təyyarəsi
Türkiyənin TUSAŞ (Türk Havacılık ve Uzay Sanayii) şirkəti tərəfindən hazırlanan tandem otu‑ racaqlı, alçaq qanadlı, tək mühərrikli HÜRKUŞ turbovintli təlim təyyarəsi əsas təlim və döyüş təyyarəsinə çevrilmə arasındakı bütün təlim səviyyələrində istifadə edilmək və çətin əməliyyatlarda yaxın hava dəstəyi vəzifələrini yerinə yetirmək üzərə, yeni nəsil qabaqcıl təlim və yüngül hücum təyyarəsi olaraq üstün performans təmin etməsi məqsədilə dizayn edilib.
HÜRKUŞ seriyalı istehsalda
Advertisement
2013‐cü il sentyabr ayının 26‐da Türkiyənin Müdafiə Sənayesi İcraiyyə Komitəsinin iclasında Hərbi Hava Qüvvələri Komandanlığının 15 ədəd yeni nəsil təməl təlim təyyarə eh tiya ‐cının qarşılanması məqsədi ilə TUSAŞ ilə HÜRKUŞ təyyarələrinin seriyalı istehsalı təklifi əsasında müqavilə danışıqlarına başlanması qərara alınıb. Bu qərardan sonra aparılan araş dır ma ‐lar və danışıqlar nəticəsində 2013‐cü il dekabr ayının 26‐da HÜRKUŞ‐B hərbi təlim təyyarəsi versiyasının istehsalına dair müqavilə imzalanıb. Digər variantları ilə yanaşı, TUSAŞ tərəfindən yerli və milli imkanlar he ‐sabına dizayn və istehsal edilən HÜRKUŞ Hava Yer İnteqrasiya Təyya ‐rəsi (Hava Yer Entegrasyon Uçağı ‐HYEU) modeli Hərbi Hava Qüvvələrinin təlim fəaliyyətlərində istifadə ediləcək. HÜRKUŞ HYEU ilə İrəli Hava Nəza ‐rətçisi, İrəli Döyüş Nəzarətçisi və Müştərək Atəş Dəstəyi Komandası təlim ləri verilə bilir. Türkiyədə Konya ‐dakı 3‐cü Əsas Jet Baza Koman dan lı ‐ğında yerləşən 135‐ci Donanmada, yəni Atəş Donanmasında yerləşdiriləcək HÜRKUŞ‐lar Donanmanın istəklərinə uyğun olaraq dizayn edilib. HÜRKUŞ HYEU ucuz istifadə dəyəri və qabaqcıl avionika sistemləri ilə önəmli avantajlar təmin edir. HÜRKUŞ‐un mövcud qabaqcıl xüsusiyyətlərinə əlavə olaraq, HÜRKUŞ HYEU ilə Elektro‐Optik / İnfraqırmızı (EO/IR) kamera, lazerlə idarə olunan və idarə olun ma ‐yan təlim sursatları ilə yanaşı avtopilot inteqrasiyaları da tədricən həyata ke ‐çirilə bilər. Digər tərəfdən, 1600 at gücündə turbovintli mühərrikə də sahib olan HÜRKUŞ HYEU, akrobatik və çevik bir təyyarə olaraq da tanınır. “Anadolu Ankası‐21” beynəlxalq təlimində debüt edən HÜRKUŞ HYEU təyyarəsi nəfəs kəsən akrobatik hə rə ‐kət ləri ilə mütəxəssislərdən tam qiymət al mışdı. İlk uçuşunu 2013‐cü il avqust ayının 29‐da edən HÜRKUŞ‐un cəmi 760 uçuş sayı və cəmi 650 uçuş saat olub.
HÜRKUŞ Bakı səmasında
2021‐ci ildə TUSAŞ şirkətinin istehsalı olan iki ədəd HÜRKUŞ təlim təyyarəsi nümayiş məqsədilə Bakıya gətirilib. Dekabr ayının 3‐də Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində keçi ‐rilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə HÜRKUŞ hərbi təyyarələrinin nümayiş uçuşları icra olunub. Tədbirdə Azərbaycanın Müdafiə nazirinin müa ‐vini – Hərbi Hava Qüvvələrinin koman ‐danı general‐leytenant Ramiz Tahirov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, hərbi attaşe general‐mayor Zekeriya Yalçın və başqaları iştirak ediblər. HÜRKUŞ təlim təyyarəsinin taktiki‐texniki xüsu siyyət ‐lə ri və iş prinsipi barədə brifinq təqdim olunub.
Azərbaycan HÜRKUŞ təyyarələri ala bilər
Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir jurnalistlərə ver ‐diyi açıqlamasında bildirib ki, Azər ‐baycan Türkiyədən HÜRKUŞ təlim təyyarələri ala bilər. “Azərbaycan Tür ‐kiyədən bütün növ silahlar, o cümlədən HÜRKUŞ təlim təyyarələri ala bilər”, ‐deyə SSB başqanı İsmail Dəmir vur ‐ğulayıb. İsmail Dəmir onu da əlavə edib ki, bu hər an reallaşa bilər.