
10 minute read
HAVELSAN‑ın robot və avtonom sistemləri
?Zaur Babaşov Dünyada xüsusilə quru qoşunları üçün təhlükəsizlik təhdidlərinin tezliyi və müxtəlifliyi artıb. Avtonom pilotsuz vasitələr uzaqdan idarəetmə və ya sensor sistemlərdən istifadə etməklə ətraf mühiti tədqiq edərək, rəqəmsal döyüş meydanlarının tələbləri çərçivəsində şəxsi heyət olmadan kəşfiyyat, müşahidə, sursat daşıma kimi əsas vəzifələri insansız olaraq yerinə yetirərək müasir texnologiyanı hərbi bölmələrə inteqrasiya edir.
BARKAN döyüş robotu
Advertisement
Müxtəlif ehtiyaclar üçün fərqli ölçülərdə və konfiqurasiyalarda mövcud olan pilotsuz yerüstü nəqliyyat vasitələri (PNV) bir çox missiyaları yerinə yetirə biləcək keyfiyyətlər qazanıb. Pilotsuz yerüstü nəqliyyat vasitələri ilə yanaşı pilotsuz uçuş aparatları (PUA) da inkişaf edən texnologiya ilə döyüş sistemlərinin mürəkkəbliyi və strateji əhəmiyyətinin artması səbəbindən müasir döyüş sa ‐hələrinin əvəzsiz elementlərinə çevrilib. Bu yazıda Türkiyənin ən böyük tex ‐nolo giya nəhənglərindən sayılan HAVELSAN şirkətinin robot və avtonom sistemlərindən BARKAN döyüş robotu, BAHA buludaltı avtonom pilotsuz uçuş aparatıvə KAHAP‐M6 mikro kəşfiyyat PUA‐sından bəhs edəcəyik.
BARKAN ‑ müasir müharibələrin avtonom döyüş robotu
HAVELSAN şirkəti tərəfindən müasir müharibə ehtiyaclarına uyğun dizayn və istehsal edilən BARKAN, birinci səviyyə və orta sinif çoxməqsədli pilotsuz yerüstü platformadır. BARKAN robotu əməliyyat müvəffəqiyyətinin artırılması, itkilərin qarşısının alınması və əməliyyat xərclərinin azaldılması başda olmaq üzərə bir çox başlıqda ərazidəki qoşunların əsas köməkçisidir. Şirkət mütəxəssislərinin sözlərinə görə, gələcəyin əməliyyat sahələrində uzaqdan idarəetmə və avtonom tapşırıq imkanları ilə BARKAN hərbi bölmələrin yaxın yardımçısı olacaq. BARKAN robotu sürü infrastrukturu sayəsində digər quru və hava nəqliyyat vasitələri ilə birgə əməliyyatları mümkün edir və pilotsuz komanda tək bir əməliyyat mərkəzindən idarə oluna bilir. BARKAN döyüş robotu üstün avtonom xüsusiyyətləri və CBRN sensorları, robot qolu və sürü kamikadze PUA buraxma qurğusu kimi müxtəlif faydalı yüklərin birləşdirilə biləcəyi modul dizaynı sayəsində çoxməqsədli missiyalarda istifadə edilə bilər. Bu yolla BARKAN yüklərin daşınması və ya yedəklənməsi, yaxından mühafizənin təmin edilməsi, silahlı kəşfiyyatdan mina və partlamamış hərbi sursatların zərər ‐siz ləşdirilməsinə qədər müxtəlif vəzifələri yerinə yetirmək qabiliyyətinə malikdir. Şirkət mütəxəssilərinin sözlərinə görə, HAVELSAN‐ın “Rəqəmsal Bölmələr” (“Digital Troops”) konsepsiyasının əvəzsiz elementi hesab olunan BARKAN platforması ən çətin şərtlər altında müxtəlif növ təhdidlərin öhdəsindən gəlmək üçün hazırlanıb. Avtonom yerüstü nəqliyyat vasitəsi elektrik mühərriklərinin köməkliyi ilə çətin mərtəbələri tez və səssiz keçə bilir. Sistem bu günün və gələcəyin döyüş meydanına asimmetrik təhlükə yaradan elektron müharibə hücumlarına qarşı üstün imkanlar nümayiş etdirir. Taktiki Məlumat Bağlantı Sistemi ilə BARKAN, 1 km baxış xətti
üzərində əlaqə qa biliyyətinə təsir edən jammerlərə qarşı yüksək müqavimət göstərə bilir. Bundan əlavə, görmə xəttinin itirildiyi və tıxacların effektiv işlədiyi yerlərdə nəqliyyat vasitəsi simli bağlantı modulu ilə öz vəzifəsini gecikdirmədən yerinə yetirir. Gecə və gündüz kameraları ilə 360° ətrafı görmə qabiliyyətinə malik BARKAN robotu elektro‐optik (EO) və infraqırmızı (IR) kameraları ilə gün ‐düz/gecə missiyalarında effektiv şəkildə istifadə edilə bilər. Avtonom xüsusiyyətləri ilə seçilən BARKAN döyüş modulu təqib, avtonom patrul, dron və adam aşkarlama, maneə ‐lərdən qaçma, vəzifəsini bitirdikdən sonra tez və uğurla bazaya geri qayıtma kimi avtonom imkanları yerinə yetirmək qabiliyyətinə malikdir. BARKAN robotu yuxarıda da qeyd olunduğu kimi, əsasən kəşfiyyat və müşahidə üçün, eləcə də ərazidəki qoşunların atəş dəstəyi üçün təyin edilib. Pulemyotla silahlanmış kompakt döyüş robotu, yeni BAHA PUA da daxil olmaqla digər pilotsuz platformalarla qarşılıqlı əlaqə qura bilir. Hazırda sınaqların keçirilməsi məqsədil ilə üç prototip yaradılıb. Silahlı döyüş robotunun kütləsi təxminən 500 kq‐dır. Robotun işləmə müddəti 8 saat, hərəkət sürəti 7 km/saat təşkil edir. O, dörd dayaq vərdənəli tırtıllı şassi və ASELSAN şirkətinin istehsalı olan SARP‐L məsafədən idarə olunan sabitləşdirilmiş silah sistemi ilə təchiz edilib. Robot 5,56 və 7,62 mm kalibrli pulemyotlarla silahlandırıla bilir və atəşə nəzarət sistemində ballistik kompüter və termal kamerası olan elektro‐optik stansiya var. HAVELSAN şirkəti BARKAN‐dan başqa, ortaq platformaya malik daha iki döyüş robotu variantı hazırlayıb. Birinci variant elektrik ötürücülü kompakt robotun kütləsi 350 kq, hərəkət sürəti 7 km/saat təşkil edir. Bu robot kəşfiyyat və logistikada istifadə edilə bilər. İkinci variant robot isə, qaldırma kronşteyninə quraşdırılmış müxtəlif müşahidə cihazları sayəsində daha geniş kəşfiyyat imkanlarına malikdir. Türkiyənin ilk orta sinif BARKAN çoxməqsədli pilotsuz yerüstü vasitəsinin qoşun sınaqlarının keçirilməsindən ötrü ötən il Silahlı Qüvvələrin istifadəsinə veriləcəyi bildirilmişdi. HAVELSAN şirkətinin baş direktorunun müavini Mühittin Solmazın verdiyi məlumata görə, pilotsuz sistemlərin inkişafı ilə bağlı işlərə təxminən iki il əvvəl başlanıb. BARKAN‐ın bir sıra sınaqlardan uğurla keçdiyini deyən Mühittin Solmaz, əsas məqsədlərinin bu aparata süni intellekt tətbiq etmək olduğunu bildirib: “Vacibdir ki, bu maşınlar pilotsuz uçuş aparatları, digər pilotsuz yerüstü nəqliyyat vasitələri və ya digər pilotlu nəqliyyat vasitələri ilə birgə tapşırıqları yerinə yetirsin, həmçinin səhra şəraitindəki qoşun la rı ‐mızın səmərəliliyinin artırsın. Sınaq lar ‐dan sonra modifikasiyanın təkmil ‐ləşdirilməsi üzərində işləmək lazım ola bilər. Ümid edirik ki, yaxın vaxtlarda BARKAN silahlanmaya daxil olacaq”.
Azərbaycanın Müdafiə naziri, general‑ polkovnik Zakir Həsənov IDEF‑2021 sərgisində HAVELSAN stendini ziyarət edərkən

BARKAN‑nın xüsusiyyətləri:
• Maksimum sürət >12 km/saat • Ölçüləri (BxExY): 140sm/90sm/110sm • Kütləsi: 500 kq • İşləmə müddəti: 8 saat
Missiya qabiliyyətləri:
• 7.62 mm silah sistemi • Robot qol (bomba zərərsizləşdirmə vəzifəsi) • KBRN vəzifə sistemi • Yük daşıma/çəkmə • Gecə/gündüz kəşfiyyat • 3B xəritələmə • Xilasetmə missiyaları
Orta sinif avtonom PNV sistemi
• Avtonom patrul • GPS müstəqil missiyası • Link itkisində evə dönüş • Liderin təqibi • Maneədən yayınma • Sürülə bilən ərazi təyini • Marşrutun planlaşdırılması 1. Kiçik portativ dizayn 2. Tam elektrikli hərəkət sistemi 3. Sürü qabiliyyətləri
BAHA buludaltı avtonom PUA
HAVELSAN mütəxəssisləri tərə ‐findən müasir orduların ehtiyaclarına uyğun hazırlanan BAHA (Bulut Altı İnsansız Hava Aracı) tam avtonom missiya qabiliyyəti, fərqli faydalı yüklərin inteqrasiyasına imkan verən modul arxitekturası və daha bir çox üstün xüsusiyyətləri ilə bütün pilotsuz sistemlərlə birgə əməliyyatlar həyata keçirə bilən buludaltı avtonom aviasiya vasitəsidir. Vertikal qalxma və enmə (VTOL) xüsusiyyətlərinə sahib olan sabit qanadlı BAHA PUA döyüş meydanının çətin şərtlərinə tab gətirmək qabiliyyətinə malikdir. Buludaltı avtonom PUA sistemi şaquli uçuşda və enişdə elektrik mühərriklərindən, üfüqi uçuş üçün elektrik/benzin mühərrikindən istifadə edir. Şaquli qalxma xüsusiyyəti ilə sistem uçuş‐enmə zolağına ehtiyac olmadan istənilən ərazidən qalxa bilir. Orta sinif birinci səviyyəli pilotsuz uçuş vasitəsi hesab edilən BAHA‐nın sərhəd böl gə ‐lərində istifadə edilməsi hədəflənir. BAHA PUA‐nın kütləsi 30 kq‐dır. PUA 10.000 futa qədər hündürlükdə missiyaları yerinə yetirə bilir. Benzin mühərriki ilə 6 saata (elektrik kon fiqu ‐rasiyası ilə 2 saata) qədər havada qala bilən PUA 50 km‐ə qədər uçuş məsafəsi təklif edir. Bundan əlavə, BAHA 5 kq ağırlığında faydalı yükgötürmə qabiliy ‐yətinə malikdir. PUA‐nın qanadlarının uzunluğu 3,7 metrdir. Uçuş aparatı iki nəfər tərəfindən asanlıqla quraşdırılır və idarə edilir. Tək operator tərəfindən də istifadə oluna bilir. Bir neçə dəqiqə ərzində missiyaya hazırlanır. HAVELSAN tərəfindən hazırlanan proqram təminatı sayəsində BAHA həm yerdə, həm də havada pilotsuz sis tem lərlə birgə tapşırıqlar yerinə yetirə bilir. Yüksək səviyyəli avtopilot sistemi ilə təchiz edilmiş BAHA məlumat bağlantısı itkisi kimi fövqəladə hallarda avtomatik olaraq qalxma nöqtəsinə qayıdır. Sistem günün vaxtından asılı olmayaraq kəşfiyyat, müşahidə və incələmə (ISR) tapşırıqlarını yerinə yetirir. BAHA ilə müxtəlif missiyaların sürətli həyata keçirilməsi mümkündür. İzləmə, aşkarlama və ərazinin mühafizəsi, kəşfiyyat, elektron müharibə, sahil və sərhəd təhlükəsizliyi, o cümlədən enerji ötürməsi və neft‐qaz xəttlərinin mo ‐nitorinqi, qaçaqmalçılıq və terrorla mübarizə BAHA‐nın yerinə yetirə biləcəyi vəzifələrdir. BAHA avtonom rejimi də daxil olmaqla buludlu havada vəzifələri yerinə yetirir və sürü alqoritmi bir dəstədə eyni anda bir neçə PUA istifadə etməyə imkan verir.
BAHA intensiv elektron qarışdırmada uçdu
2021‐ci ilin oktyabr ayının əvvəlində HAVELSAN‐ın “Rəqəmsal Bölmələr” konsepsiyasının əsas elementlərindən biri olan BAHA pilotsuz uçuş aparatının ilk sınaqları keçirilib. Sürü rejimində işləyən, kəşfiyyat və müşahidə tipli BAHA PUA‐nın sınaqları müxtəlif ərazi şəraitində sərhədyanı zonada həyata keçirilib. Güclü elektron qarışdırmanın tətbiq olunduğu sahədə BAHA 7500 fut, yəni təxminən 2500 metr yüksəkliyə uğurla qalxıb. Sınaqlar zamanı BAHA Yer Dəstəyi Mərkəzindən 10 kilometr məsafədə missiyasını yerinə yetirərkən çəkdiyi görüntüləri problemsiz şəkildə mərkəzə ötürüb. Şaquli qalxma ilə uçduğu missiyasında BAHA vəzifəsini başa vurduqdan sonra yenidən şaquli enişlə
BAHA buludaltı avtonom PUA

sınaq mərkəzinə enib. Eniş zamanı da BAHA‐ya güclü elektron qarışdırma tətbiq olunub. BAHA‐nın sınaqlarında, elektron qarışdırma ilə əlaqə kəsildikdə, sistem öz alt bulud məlumatlarından istifadə edərək vəzifəsini davam etdirib. HAVELSAN Simulyasiya, Avtonom və Platforma İdarəetmə Texnologiyaları baş direktorunun müavini Muhittin Solmaz BAHA‐nın ilk sınaqlarının uğurlu keçdiyini deyib. Onun sözlərinə görə, müdafiə strukturlarının nüma yən də lə ‐ri nin də izlədiyi PUA sınaqlarının nəticələri və müştərilərin istəkləri dro ‐nun daha da təkmilləşdirilməsi üçün əsas götürüləcək. Muhittin Solmaz bildirib ki, BAHA PUA‐nın sahə sınaq ‐larının yeni mərhələsinin 2022‐ci ilin birinci rübündə fərqli bölgələrdə davam etdiriləcəyi planlaşdırılıb. “BAHA‐nın hesabat üzrə işləmə hündürlüyü təqribən 3000 metrdir və yerüstü stansiyanın dəstəyi ilə 10 km‐ə qədər uça bilir. Bir neçə PUA‐nı eyni anda idarə etmək üçün bir operator kifayətdir. Məqsəd eyni vaxtda 20‐30 PUA sınamaqdır. Sürü alqoritminin 2022‐ci ilin ortalarında uğur qazanacağına ümid edirik”, ‐ deyə baş direktorun müavini vurğulayıb.
KAHAP‑M6 mikro kəşfiyyat PUA
HAVELSAN tərəfindən istehsal olunan KAHAP‐M6 PUA (kvadrokopter) kəşfiyyat, müşahidə, incələmə, yer hədəflərinin aşkarlanması və izlənilməsi, habelə axtarış‐xilasetmə kimi müxtəlif hərbi və taktiki tapşırıqlar üçün istifadə olunur. Şirkət məlumatlarına görə, müxtəlif yükləri daşıya bilən dörd pərli KAHAP‐M6 PUA‐nın yaradılmasında məqsəd həm əməliyyat xərclərini azaltmaq, həm də riskli missiyalarda insan itkilərinin qarşısını alaraq istifadəçiyə yüksək məlumatlılıq təmin etməkdir. KAHAP‐M6 PUA‐sı müasir orduların ehtiyaclarına cavab verən yüksək imkanlara malik, ultra portativ, sürü şəklində hərəkət edə bilən, dörd pərli inkişaf etmiş mikro kəşfiyyat sistemidir. Ani kəşfiyyat və müşahidə missiyaları daxil olmaqla bir çox tapşırığı avtonom şəkildə yerinə yetirə bilən KAHAP‐M6 bütün pilotsuz sistemlərlə birgə əməliyyatlar həyata keçirə bilir. Vertikal qalxma və enmə imkanlarına malik avtonom KAHAP‐M6 PUA yalnız elektrik enerjisi ilə işləyir və bu sistem 1 saatdan çox havada qala bilir. Sistem bir nəfər tərəfindən asanlıqla quraşdırıla və saniyələr ərzində tapşırığa hazır ola bilər. Yüksək keyfiyyətli komponentlərdən ibarət olan sistem havada kəskin manevr etmək qabiliyyətinə malikdir və 1,5 kq‐a qədər faydalı yük daşıyaraq 10 km‐ə qədər uçuş məsafəsi təklif edir. KAHAP‐M6‐ya multispektral və KBRN sensoru, kamera və sursat kimi faydalı yüklər asanlıqla inteqrasiya oluna bilər. Kimyəvi, bioloji, radioloji və nüvə (KBRN) hadisələri qəsdən, bilərək, qəza yolu və təbii fəlakət nəticəsində təhlükəli maddələrin ətrafa yayılaraq insan və ətraf mühit üzərində ölümcül təsirlər yaratmasına yol açır. Kəskin regional və hibrid iş şəraiti, terrorçu hücumları, sənaye və infrastruktur sahələrində yaşanan yeniliklərin KBRN təhdid və təhlükələri artırması kimi gəlişmələr bu sahədə müdafiə qabiliyyətinin inkişafını, riskləri azaltmaq üçün lazımi tədbirlərin görülməsini məcburi edir. HAVELSAN şirkəti bu ehtiyacdan yola çıxaraq KBRN risklərinin aş ‐karlanması və qoruyucu tədbirlərin sürətlə tətbiq edilməsi üçün hazırlanan milli texnologiyaları KAHAP‐M6 PUA‐ya inteqrasiya edib. KAHAP‐M6 KBRN versiyasının hazırlanmasında HAVELSAN komanda nəzarət sistemlərində əldə etdiyi təcrübədən istifadə edib. Bunula, KBRN hadisə yerini ida rə ‐etmə prosesində həll üçün müxtəlif avtonom kəşfiyyat sistemləri hazırlayan HAVELSAN bu dəfə hazırladığı texno ‐logiyaları KAHAP‐M6 PUA‐ya quraşdırıb. KAHAP‐M6 KBRN sistemi kəşfiyyat
Xüsusiyyətləri:
Avtonom missiya qabiliyyəti • Uçuş zolağı olmadan şaquli enmə‐qalxma • Gecə‐gündüz kəşfiyyat, müşahidə və incələmə • Atış tənzimi • Buludaltı missiya qabiliyyəti • Tək yer idarəetmə stansiyasından komanda və sürü PUA‐ların idarə edilməsi

Avtonom uçuş sistemi
• Unikal avtopilot sistemi • Bağlantı itkisində evə dönüş və avtomatik eniş • 5 kq‐a qədər yük • Orijinal yerə nəzarət stansiyası sistemi
Ümumi missiya qabiliyyətləri
• İzləmə, aşkarlama və ərazinin mühafizəsi • Kəşfiyyat • Elektron müharibə • Sahil və sərhəd təhlükəsizliyi • Enerji ötürülməsi və neft‐qaz xətlərinin monitorinqi • Qaçaqmalçılıq və terrorla mübarizə • İctimai asayiş • Narkotik bitkinin aşkarlanması • Məskunlaşmanın istilik ölçməsi • Meşə yanğınlarının idarə edilməsi • Fəlakətdən sonrakı qiymətləndirmə • Sintinin və ətraf mühit çirklənməsinin təyini • Kənd təsərrüfatı tətbiqləri • Kartoqrafiya
KAHAP‑M6 avtonom KBRN PUA


platformalarına əməliyyatların məh ‐dudlaşdığı çətin missiya mühit lərində tamamlayıcı kimi xidmət vermək üçün dizayn edilib. NATO standartlarına uyğun olaraq hazırlanmış KAHAP‐M6 KBRN PUA real zamanlı meteoroloji bilgilərdən istifadə edərək çirklənmiş və təhlükəli zonaların hesablanmasını təmin edir. Bölgələri hesablayaraq sərgiləyən və xəritəyə çevirən sistem hesabat prosesini hazırlayan və bilgilərin KBRN qərar‐dəstək sistemlərinə ötürülməsini təmin edən həll yolu təqdim edir. Sistem olduqca sürətli şəkildə işləyir, saniyələr ərzində lazımi hesablamanı modelləşdirə bilir. Onu da qeyd edək ki, KAHAP‐M6 avtonom KBRN pilotsuz uçuş aparatının bu günə qədər keçirilən sınaq fəaliy ‐yətləri uğurla nəticələnib.
Texniki xüsusiyyətləri
• Uçuş zolağı olmada şaquli qalxma və enmə • Gecə/gündüz kəşfiyyat, müşahidə və incələmə • 1,5 kq‐a qədər faydalı yük daşıma • 1 saatdan çox uçuş vaxtı • Bir nəfər tərəfindən daşınması və idarə edilməsi • Tam avtonom missiya qabiliyyəti • Saniyələr içində xidmətə hazır olur • Batareyanın azalması və ya əlaqənin kəsilməsi halında avtomatik bazaya qayıdış və təhlükəsiz eniş
Ümumi missiya imkanları
• İzləmə, aşkarlama və ərazinin müha ‐fizəsi • Kəşfiyyat • Elektron müharibə • Sahil və sərhəd təhlükəsizliyi • Enerji ötürülməsi və neft‐qaz xətlərinin monitorinqi • Qaçaqmalçılıq və terrorla mübarizə • İctimai asayiş • Narkotik bitkinin aşkarlanması • Məskunlaşmanın istilik ölçməsi • Meşə yanğınlarının idarə edilməsi • Fəlakətdən sonrakı qiymət ləndirmə • Sintinin və ətraf mühitin çirklənməsinin aşkarlanması • Kənd təsərrüfatı tətbiqləri • Kartoqrafiya

