![](https://assets.isu.pub/document-structure/220319144518-ca8b0c66fff156137abdfa3f65d049c6/v1/990998c971f25e46b21967cca4b54bd8.jpeg?width=720&quality=85%2C50)
38 minute read
Gürcüstan Ordusunun modernləşmə perspektivləri
REGİONAL FOKUS:
Gürcüstan Ordusunun modernləşmə perspektivləri
Advertisement
?Zaur Babaşov Müstəqilliyin ilk illərində əsas diqqəti Quru Qoşunlarına yönəldən Gür‑ cüstan Respublikası 1990‑cı illərin sonlarına doğru Silahlı Qüvvələrdə moder nizasiya proqramlarına başlamışdı. Əsas diqqət yetirilən istiqa ‑ mətlərdən biri köhnə sovet silah və texnikası ilə təchiz olunmuş arsenalın yenilənməsi olub.
2000‐ci illərin əvvəllərində silah ‐lanmanın yeni mərhələsini başladan və bu zaman qərb dövlətlərinin em bar qo ‐la rı ilə üzləşən Gürcüstan cari eh ti yac ‐ları qarşılamaq üçün yenidən postsovet və Şərqi Avropa məkanına üz tutmaq məcburiyyətində qalıb. Bu zaman daha bir çətinlik ‐ Ukrayna, Çe xiya, Bolqarıstan və Belarusdan tədarük edilən köhnə Sovet tex nikalarının əlavə xərclər bahasına modernləşdirilməsi tələbləri də meydana çıxıb. 2008‐ci ildə Rusiya ilə yaşadığı müharibədə ciddi şəkildə itkilərə məruz qalan Gürcüstan 2010‐cu ildən silahlı qüvvələrin yenidən modern ‐ləşdirilməsi layihələrinə başladı. Bu dönəmdə əsas alımları Bolqarıstan və Çexiya kimi Cənubi Şərqi Avropa ölkələrinə yönəldən rəsmi Tbilisiyə paralel olaraq ABŞ tərəfindən böyük həcmdə yardımlar göstərilib və bu gün də həmin yardımlar davam edir. Bundan əlavə, Rusiyanın təzyiqi nəticəsində silah alımında ciddi problemlərlə üzləşən Tbilisi vəziy ‐yətdən çıxış yolunu özünün milli hərbi sənaye kompleksini qurmaqda gördü. 2009‐cu ildə Gürcüstan Müdafiə Na zir ‐liyinin tabeliyində “Delta” Hərbi Elmi‐Texniki Mərkəzinə milli hərbi səna yenin yaradılması həvalə olundu və həmin ildən etibarən “Delta” öz məh ‐sullarını üzə çıxarmağa başladı.
Artilleriya potensialı
“Öyrət və təchiz et” proqramı çərçivəsində ABŞ tərəfindən 2005‐ci ildən etibarən Gürcüstan Silahlı Qüvvələrinin NATO standartlarına cavab verən silah və döyüş texnikaları ilə təchizatı həyata keçirilməkdədir. ABŞ‐ın Gürcüstana yardımları Ordunun yeni silahlarla təchiz edilməsi ilə yekunlaşmır. Paralel olaraq Gürcüstanın hərbi sənaye müəssisələrinin yenidən qurulması və yeni silahların istehsalına dəstək göstərilir, bu ölkəyə hərbi məh ‐sulların istehsalı üçün gərəkli olan
texnologiyaların transferi ger çək ləş ‐dirilir. Texniki yardımlarla yanaşı, Gür ‐cüstan öz imkanları və ABŞ‐ın maliyyə yardımları hesabına 2005‐2008‐ci illərdə ‐ avqust ayında Rusiya ilə baş verən müharibəyə qədər Ukrayna, Çexiya, Bolqarıstan, İsrail, Bosniya və Herseqovinadan müxtəlif növ hərbi texnikalar və silahlar satın almışdır. BMT Adi Silahlar Registrində yer alan məlumatlara görə, 2005‐2008‐ci illərdə Gürcüstanın satın aldığı silahların arasında əsas yeri artilleriya sistemləri (yaylım atəşli reaktiv sistemlər və haubitsalar) tutub. Qeyd olunan dövrdə Gürcüstan Çexiyadan 6 ədəd, Bol qarıs ‐tandan isə 12 ədəd 122 mm RM‐70 YARS, İsraildən 6 ədəd 122/160 mm “Lynx” yaylım atəşli reaktiv sistemlər (YARS) alıb. Hazırda adıçəkilən sis ‐temlərlə yanaşı Gürcüstan Ordusunun silahlanmasında 12 ədəd yerli istehsalı olan 122 mm çaplı RS‐122, keçmiş sovet istehsalı olan 120 ədəd BM‐21 “Qrad” və keçmiş Yuqoslaviya istehsalı olan 12 ədəd M63 “Plamen” YARS mövcuddur. BMT Adi Silahlar Registrində yer alan məlumatlara görə, 2005‐2008‐ci illərdə rəsmi Tbilisi Bosniya və Herse qovi ‐nadan 500 ədəd 262 mm çaplı “Orkan” raketi satın alıb. Bu raketlərin buraxıcı qurğularının Gürcüstan Ordusunun istifadəsində olub olmaması, onların Gürcüstan Ordusunun istifadəsi, yaxud üçüncü ölkəyə ixracatı üçün əldə olunub olunmadığı bəlli deyil. YARS‐larla yanaşı Gürcüstan tərə ‐findən 2005‐2009‐cu illərdə Çexiyadan 34 ədəd 152 mm‐lik “SpGh Dana”, Ukraynadan 7 ədəd 203 mm “Pion”, 15 ədəd 152 mm‐lik “Akasiya”, 21 ədəd 2S1 “Qvozdika”, 1 ədəd 2S19 “Msta‐S”, özü ‐ye riyən haubitsa, həmçinin Çexi yadan 30 ədəd, Bolqarıstandan 20 ədəd olmaqla 122 mm D‐30, Bolqarıstandan 17 ədəd 152 mm 2A36 “Giatsin‐B”, açıqlanmayan sayda D‐48, D‐20, 40 ədəd MT‐12 və Ukraynadan 13 ədəd “Msta‐B” yedəkdə daşınan haubitsa alımı reallaşdırılıb. 2008‐ci ilin avqust döyüşlərində Gürcüstan Ordusu 5 ədəd 2S7 “Pion” özüyeriyən haubitsasını itirib. Hesabat dövründə Gürcüstan Çexi ‐yadan 25, Bolqarıstandan 14, Bosniya və Herseqovinadan 15 ədəd 120 mm, yenə Bolqarıstandan 30 ədəd 60 mm S6‐210, Bosniya və Herseqovinadan 50 ədəd 60 mm M‐57 və 25 ədəd 82 mm çaplı M‐69A minaatan alıb. Bundan əlavə, ABŞ hərbi yardım proqramı çər ‐çi vəsində Gürcüstan Ordusuna 18 ədəd 120 mm “Soltam” K6 minaatanı bağış ‐layıb. Hazırda Gürcüstan Silahlı Qüv və ‐lərinin istifadəsində Sovet Ordu sundan qalma 14 ədəd 120 mm 2B11, keçmiş Yuqoslaviya istehsalı olan 70 ədəd 120 mm M‐74/75 minaatanları, açıq ‐lanmayan sayda 82 mm‐lik 2B14 “Podnos”, 10 ədəd (bir neçəsi istifadəyə yararsız olduğu bildirilir ‐ PQ) 2B9 “Vasilyok” avtomatik minaatan, Avstriya istehsalı olan 60 mm “Hirtenberger” M6C‐210 minaatanının, açıqlanmayan sayda yerli istehsal olan 60 mm GNM‐60, 82 mm GM‐82 və 120 mm GM‐120 minaatanı mövcuddur. Gürcüstan Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Delta” Hərbi Elmi‐Texniki Mərkəz 2009‐cu ildən milli hərbi sənayenin yaradılması proqramı çərçivəsində öz məhsullarını üzə çıxarmağa başlayıb. Hazırda Gür ‐cüstan hərbi sənayesi yaylım atəşli reaktiv sistemləri və müxtəlif çaplı minaatanların istehsalını həyata keçirməkdədir. 2012‐ci ildə “Delta” Hərbi Elmi‐Texniki Mərkəzi Gürcüs ‐tanda əsaslı modernləşmə aparıldıqdan sonra RS‐122 adı verilmiş 122 mm‐lik reaktiv yaylım atəş sisteminin ilk nümunəsi Silahlı Qüvvələrin arsenalına verilib. “Delta” rəsmilərinin sözlərinə görə, sələfi BM‐21 “Qrad”dan həm atış mənzilinə, həm şassisinə, həm də atış‐kontrol sisteminə görə fərqlənən RS‐122‐nin hazırlanmasında Ukrayna və Bolqarıstan müdafiə sənayesi şirkət ‐lərinin əməkdaşları yaxından iştirak ediblər. Sistem KrAZ‐63221 şassisi üzərində yerləşir. Maşın 5 nəfər üçün nəzərdə tutlan zirehli kabinəyə və avtomatlaşdırılmış atəş idarəetmə sisteminə sahibdir. Atış prosesi həm bu
![](https://assets.isu.pub/document-structure/220319144518-ca8b0c66fff156137abdfa3f65d049c6/v1/dda59dc5d97922b3cc0fb80ce8cbd064.jpeg?width=720&quality=85%2C50)
![](https://assets.isu.pub/document-structure/220319144518-ca8b0c66fff156137abdfa3f65d049c6/v1/1761a4ea662bdbb93647574e65b566c7.jpeg?width=720&quality=85%2C50)
RS‑122 YARS
“Didqori Meomari” zirehli maşının bazasında yaradılmış 120 mm‑lik mobil minaatan kompleksi
zirehli kabinədən, həm də kənardan yerinə yetirilir. Maşının zirehi heyəti qəlpələrdən, nüvə, bakterioloji və kimyəvi hücumlardan qorumağa imkan verir. Maşının hərəkət sürəti 80 km/saat, döyüş radiusu 500 km təşkil edir. Şassi üzərində 40 ədəd raket yüklənmiş buraxıcı yer alır. Raketlərin maksimum mənzili 40 km‐dən çoxdur. Gürcüstan Müdafiə Nazirliyinin “Delta” mərkəzi tərəfindən “Didqori 2” zirehli avtomobilinin bazasında hazır ‐lanmış universal raket modulunda 3 cür istiqamətləndiricinin yerləş diril məsi mümkündür: 57 mm‐lik S‐5 idarə olun ‐mayan aviasiya raketlərinin atılması üçün, 80 mm‐lik S‐8 idarəolunmayan aviasiya raketlərinin atılması üçün və 107 mm‐lik UM107 idarəolunmayan raket mərmilərinin atılması üçün YARS artilleriya hissəsinin əsasını 13 boru ‐dan ibarət iki ədəd istiqa mət ləndirici raketi təşkil edir. 2010‐cu ildən etibarən Müdafiə Nazirliyinin sifarişi əsasında Gürcüstan müdafiə sənayesi yaylım atəşli reaktiv sistemlərlə yanaşı müxtəlif çaplı mina ‐atanların istehsalını həyata keçir ‐məkdədir. Məlumat üçün qeyd edək ki, Sovetlər Birliyi dağılandan sonra Gürcüstan Müdafiə Nazirliyinə bağlı olan müəssisələrdə 60 və 82 mm‐lik minatanların istehsalı aparılıb. 2011‐ci ildən isə Gürcüstan müəssisələrində 120 mm‐lik GM‐120 minaatanının istehsalına başlanıb. 2016‐cı ildə “Delta” 120 mm‐lik GM‐120 mina ‐atanının bazasında hazırladığı GMM‐120 adı verilən özüyeriyən minaatan kompleksini Silahlı Qüvvələrə təhvil verib. 6x6 MAN şassisi üzrərində qurulmuş 120 mm‐lik GMM‐120 minaatanı təpməni yatıran xüsusi mexanizmlə, rəqəmsal atəş‐nəzarət sistemi və GPS ilə təchiz olunub. Minaatanın atış tempi dəqiqədə 15 atəş, lüləsinin atış resursu 4000 mina təşkil edir. GMM‐120 minaatan kompleksinin çəkisi 1500 kq, atış mənzili 7100 metr, heyəti 5 nəfərdir. Müxtəlif növ tırtıllı və təkərli şas ‐silərin üzərinə qurulmaq üçün nəzərdə tutulmuş GMM‐120 modul unda mina ‐ata nın geri təpməsi azaldılıb. Təpməni yatıran xüsusi mexanizmlə təchiz olun ‐ması atış dəqiqliyini artırıb. Minaatan rəqəmsal atəş‐nəzarət sis temi və GPS ilə inteqrasiya olunur. GMM‐120‐nin atış tempi dəqiqədə 15 atəş, lüləsinin atış resursu 4000 mina təşkil edir. GMM‐120 minaatan mo dulu nun çəkisi 1500 kq, atış mənzili 7100 metr, heyəti 5 nəfərdir. 2018‐ci ilin so nunda “STC Delta” GMM‐120 minaatan mo dulunun “Didqori Warrior” nəqliyyat vasitəsinin bazasına daxil etməklə mo bil minaatan kompleksinin hazırlandığını açıqlayıb. “Didqori Meomari” zirehli maşının bazasında yaradılmış 120 mm‐lik yeni mobil minaatan kompleksi “İspaniyanın “Alakran” (həmçinin Ukraynanın “Bars‐8MMK”) mobil minaatan kompleksinin konsepsiyasına bənzər şəkildə maşının arxa bölməsində yerləşdirilib. Mina ‐atanın maşından endirilməsi, yığılması və tuşlanma prosesi avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Heyəti 3 nəfərdən ibarət olan minaatana sur ‐satlar əllə ötürülür. Gürcüstan silahları arasında daha çox diqqət çəkən xüsusi təyinatlılar üçün hazırlanmış GNM‐60 “Mkudro” adlı 60 mm çaplı səssiz minaatandır. Xüsusi əməliyyatlar üçün işlənib hazırlanmış bu minaatan hərbçilərə gizli qalmaqla düşmənə atəş açmaq imkanı verir. Uzunluğu 395 mm, çəkisi 2,5 kq, atış tempi dəqiqədə 30 atəş təşkil edən “Mkudro” ilə 85° bucaq altında atəş açmaq mümkündür. Minaatanda tətbiq olunan 1.5 kq çəkiyə malik minanın effektiv təsir radiusu 25 metr, atış məsafəsi 450 metr, atış zamanı səs səviyyəsi 69 db təşkil edir. 2017‐ci ilin noyabr ayında ABŞ Dövlət Departamenti Gürcüstana “Javelin” TƏİR komplekslərinin 75 milyon ABŞ dolları dəyərindəki ilk partiyasının satışını təsdiqləyib. İlk komplekslər raketlərlə birlikdə təyinat nöqtəsinə 2018‐ci ilin yanvar ayında çatdırılıb. “Javelin” TƏİR kom pleks ‐lərinin Gürcüstana çatdırılması prosesi iki il çəkib və 2019‐cu ilin aprel ayında başa çatıb. Ümumilikdə, Gürcüstan bu komplekslərə 410 ədəd raket, 72 dəst nişangah‐buraxma avadanlığı bloku, 10 dəst trenajor kompleksi və trenajor kompleksləri üçün 70 ədəd atım alıb. ABŞ Dövlət Departamenti 2021‐ci ilin avqust ayında Gürcüstan Höku ‐mətinə “Javelin” tank əleyhinə idarə olunan raket kompleksinin (TƏİRK) yeni partiyasını satmağa razılıq verib. Ümumi dəyəri 30 milyon ABŞ dolları olan mümkün Xarici Hərbi Satış (FMS –Foreign Military Sale) proqramı çər çi ‐və sində Gürcüstana “Javelin” TƏİR kompleksləri üçün 82 ədəd FGM‐148 “Javelin” raketi və 46 dəst buraxılış qur ‐ğusu (Command Launch Units – CLU), trenajor kompleksləri, raket yam sı la ‐yıcıları, təhlükəsizliyin idarə edilməsi üzrə texniki dəstəyin, həmçinin lo gis ‐tika və proqram dəstəyinin digər əlaqəli elementlərinin çatdırılması nəzərdə tutulub.
![](https://assets.isu.pub/document-structure/220319144518-ca8b0c66fff156137abdfa3f65d049c6/v1/790bf7412d3dc33b808e85fdbb46fc75.jpeg?width=720&quality=85%2C50)
Tank modernizə proqramları Gürcüstan 2000‐ci illərin əv vəl ‐lərindən başlayaraq ordunun yeni silah və hərbi texnikalarla təchiz edilməsi proqramlarını reallaşdırmağa başlamış və bu çərçivədə Ukrayna, Çexiya və
![](https://assets.isu.pub/document-structure/220319144518-ca8b0c66fff156137abdfa3f65d049c6/v1/9d0df72bf229a94ade039fe742fdf4f4.jpeg?width=720&quality=85%2C50)
Bolqarıstandan keçmiş sovet istehsalı olan T‐55 və T‐72 tankları əldə etmişdir. BMT Adi Silahlar Registrində yer alan məlumatlara görə, 2000‐2015‐ci illərdə Tiflis Ukraynadan 91, Çexiyadan 80, Bolqarıstandan isə 5 ədəd olmaqla cəmi 176 tank satın alıb. Bunlardan 10 ədədi T‐55 (Çexiyadan), qalanı isə T‐72A modelidir. 2005‐ci ildən etibarən Gürcüstan Ordusu Tbilis Tank Təmiri Zavodunda İsrailin “Elbit Systems” şirkətinin iş ‐tirakı ilə T‐72 tanklarının modern ləş ‐diril məsi layihəsinə başlayıb. Mo der ‐nizə edildikdən sonra T‐72SİM1 indeksi verilmiş bu tanklar ilk dəfə 2008‐ci ilin avqust ayında Rusiya ilə müharibədə istifadə olunub. Modern ləşdirilmiş T‐72SİM1 tanklarda “dost‐düşmən tanıma” (İFF) sistemi, kom pü ter ləş ‐dirilmiş GPS/QLONASS naviqasiya sistemi yaradılıb. Modernizə nəti ‐cəsində tanklara idarə olunan raketlərlə eləcə də hərəkət halında hədəfə dəqiq atəş açma imkanı da qazandırılıb. Tankın gövdəsi və qülləsi yeni asma dinamik müdafiə elementləri ilə qorunur. Modernizə nəticəsində tankda K‐5 passiv və K‐1 reaktiv zireh tətbiq olunub. Döyüşlər zamanı tank komandiri və ekipajın döyüş meydanı haqqında məlumatlılığını yüksəltmək üçün tank kompüterləşdirilmiş idarə və komanda‐kontrol sistemi (tankların bəzilərində Polşa istehsalı olan SKO‐1T DRAWA‐T sistemi qurulub) ilə təchiz edilib. Belə ki, bu sistemdə ekipajlara qısa xəbərləşmə (SMS) xidmətinin köməyi ilə döyüş meydanı haqqında informasiyalar verilir. Bundan başqa, modernizə edilmiş tankların rabitə sistemi də yenilənib və köhnə R‐173 radiostansiyaları Amerikanın “Harris” şirkətinin istehsalı olan rəqəmsal “Falcon” radioları ilə əvəzlənib. Bu radiostansiyalar dəyişən tezlikdə çalışır və danışıqların şifrələnməsini təmin edir. Radiostansiya 20 km‐ə qədər radiusda ünsiyyət saxlamaq imkanına malikdir və super yüksək tezliklə işləyir. 2008‐ci ilin avqust ayında baş verən müharibədə Rusiya Silahlı Qüv ‐vələri tərəfindən Gürcüstan Or dusuna məxsus 65 ədəd T‐72 tankı qənimət olaraq ələ keçirilib. Rusiya tərəfinin açıqladığı məlumata görə, bunlardan 15 tank modernizə edilmiş T‐72SİM1 modifikasiyası olub. Mediada yer alan məlumatlara görə, Gürcüstan maliyyə çətinlikləri ilə əlaqədar olaraq 2011‐ci ildə tank mo ‐dernizasiyası proqramını dayandırıb. Yerli müəssisədə yalnız tankların təmir işləri yerinə yetirilir.
![](https://assets.isu.pub/document-structure/220319144518-ca8b0c66fff156137abdfa3f65d049c6/v1/c61cce914168912287693d263247b6ae.jpeg?width=720&quality=85%2C50)
Hərbi texnika parkı
Başlanğıcda hərbi texnika sahə ‐sində xarici satınalmalar önəmli yer tutsa da, 2009‐cu ildən etibarən Gür ‐cüs tanda yerli hərbi sənayedə bəzi layihələri öz üzrəinə götürməyə baş ‐layıb. Qafqaz regionunda Gürcüstan milli müdafiə sənaye müəssisələri daha aktiv şəkildə, xarici şirkətlərlə əmək ‐daşlıq çərçivəsində silahlı qüvvələrin hərbi texnika ehtiyaclarını qarşılamaqla yanaşı, qısa müddətdə xaricə ixracı sahəsində də müəyyən addımlar at ‐mağa nail olub. Gürcüstan Silahlı Qüvvələrinin hərbi texnika parkının yenilənməsi proqramlarına 2000‐ci illərin əvvəl ‐lərində start verib. 2005‐ci ildən isə əsasən “Öyrət və təchiz et” proqramı çərçivəsində ABŞ‐ın dəstəyi ilə, NATO standartlarına cavab verən qərb tex ‐nikaları hesabına təmin edilməsi istiqamətində işlər həyata keçirilir. Gürcüstan ötən illər ərzində ABŞ‐la yanaşı CAR, Türkiyə, İsrail və Uk ‐raynadan zirehli transportyorların satın alınmasını həyata keçirib. BMT Adi Silahlar Registrinə təqdim edilmiş məlumatlara görə, rəsmi Tbilisi müxtəlif illərdə CAR‐dan 25 ədəd RG‐31, 2 ədəd RG‐32 “Scout” minaya qarşı qorumalı nəqliyyat vasitəsi, Uk ray ‐nadan 30 ədəd BTR‐70, 16 ədəd BMP‐1, 52 ədəd BMP‐2, 113 ədəd BTR‐80, Türkiyədən 65 ədəd “Ejder Yalçın”, açıqlanmayan sayda “Cobra” və “Əqrəb”, İsraildən 50‐dən artıq “Wolf” tipli zirehli transportyor əldə edib. 2020‐ci ildə Gürcüstan Silahlı Qüv ‐vələri Yaponiyanın “Toyota” şir kətinin istehalı olan yeni nəqliyyat vasitələri ilə təchiz edilib. Orxevi bazasında “Toyota Hilux” pikap və “Toyota Land Cruiser” yolsuzluq avtomobilləri Müdafiə Qüv ‐vələrinin bölmələrinə təhvil verilib. Bundan başqa, Gürcüstan Ordunun avtomobil parkının yenilənməsi proq ‐ramı çər çivəsində 160 ədəd “Ford Ranger” tipli pikap nəqliyyat vasitəsini isti fadəyə qəbul edib. Yeni avto mo bil ‐lərin müdafiə qüvvələrinin imkanlarını yaxşılaş dıra cağı və NATO standartlarına uy ğunluğunu asanlaşdıracağı bildirilib. Yeni nəqliyyat vasitələrinin tədarükü Müdafiə Nazirliyi ilə müvafiq ten ‐derlərdə qalib gələn şirkətlər ara sında imzalanmış müqaviləyə uyğun olaraq həyata keçirilib. Bunların arasında dünya və Avropanın aparıcı şirkətləri –
Modernləşdirilmiş T‑72SİM1 tankları
Almaniyanın MAN, İtaliyanın IVECO və Amerikanın FORD şirkətləri var. Xüsusi texnikaların ödənişi Müdafiə Nazirliyi tərəfindən bir neçə il ərzində mərhələli formada ödəniləcək. Ümumilikdə Gür ‐cüstan NATO ölkələrinin istehsalı olan 500‐dən çox yeni nəqliyyat vasitəsi alacaq. Bununla Gürcüstan Ordunun istifdəsində olan köhnəlmiş nəqliyyat vasitələrini tam şəkildə yeniləməyi planlaşdırır. Müdafiə Nazirliyinin elan etdiyi NATO standartlarında yeni avadanlıqların satınalma proqramı çər ‐çivəsində Gürcüstan Silahlı Qüvvələri 2021‐ci ilin fevral ayında 300‐dən çox xüsusi maşın, o cümlədən IVECO tipli yanacaq daşıyan maşınlar, IVECO və MAN tipli yük maşınları əldə edib. Satınalmalarla yanaşı, Fransa Gür ‐cüstan Silahlı Qüvvələrinə bir neçə ədəd VBL zirehli maşını, ABŞ 2011‐ci ildə 40 ədəd “Humvee” (M1151 və M1151A1 konfiqurasiyaları), 2012‐ci ildə 10 ədəd “Cougar‐H” maşınları ba ‐ğışlayıb. Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən 2020‐ci ilin noyabr ayında Gürcüstan Müdafiə Qüvvələrinə hərbi‐texniki yardım proqramı çərçivəsində 12 ədəd çoxfunksiyalı “Hidromek” zirehli ekskavatoru və 35 ədəd “BMC Neocity” markalı avtobus bağışlanıb. 2021‐ci ildə Türkiyə Gürcüstanın Marneuli hərbi aerodromunun bər pa ‐sına və yeni texniki avadanlıqla təchiz etməyə başlayıb. Təmir‐bərpa və təchizat işləri iki ölkə arasında hərbi maliyyə əməkdaşlığı haqqında saziş çərçivəsində həyata keçirilir. İkitərəfli saziş çərçivəsində Türkiyə tərəfi mik ‐roavtobus, yükqaldırıcı və maşınyuma avadanlığı, eləcə də digər vasitələri Gürcüstanın Müdafiə Nazirliyinə təq ‐dim olunub. Qeyd edək ki, Marneuli aero dromu 2008‐ci ilin avqust müha ri ‐bə sində Rusiya tərfindən bom bardman edilib. Hərbi obyektin bərpası üçün Türkiyə Gürcüstana təxminən 14 mil ‐yon ABŞ dolları vəsait ayırıb. Qrant layihəsi çərçivəsində Gürcüstan Türkiyə istehsalı olan avadanlıqlar alacaq. Razı ‐laş maya əsasən, vəsait, həmçinin aero ‐dro mun modernləşdirilməsi üçün də sərf olunacaq. 2021‐ci il iyul ayının 20‐də Türkiyə hökuməti Gürcüstanın Müdafiə Qüv ‐vələrinə ümumi dəyəri 866,400 ABŞ dolları olan 4 ədəd texniki xidmət maşını tədarük edib. 2022‐ci il yanvar ayının 29‐da Gürcüstana növbəti dəfə hərbi‐texniki yardım gətirilib. Gür ‐cüstan Müdafiə Nazirliyindən bildirilib ki, Türkiyə hökumətinin göndərdiyi 11 təchizat texnikası, 2 mikroavtobus, 2 traktor və digər müxtəlif texniki va ‐sitələrdən Marneuli aerodromunun maddi‐texniki imkanlarının yaxşılaş ‐dırılması üçün istifadə ediləcək.
![](https://assets.isu.pub/document-structure/220319144518-ca8b0c66fff156137abdfa3f65d049c6/v1/7fe4dbc38adbf2334fc7dea3b7e5cab9.jpeg?width=720&quality=85%2C50)
Ordunun arsenalında yerli zirehli maşınlar
Xarici satınalmalarla yanaşı Gür ‐cüstan 1990‐cı illərin sonları, 2000‐ci illərin əvvəllərində Tbilisi Tank Təmiri Zavodunda Silahlı Qüvvələrin texnika parkında yer alan zirehli texnikaların təmiri və yerli tələblərin qarşılanması üçün yeni nəqliyyat vasitələrinin istehsalı həyata keçirilib. 2000‐ci illərin əvvəllərində Tbilisi Aviasiya Zavodu tərəfindən istehsal edilmiş “Delga‐1” və “Delga‐2” adlı nəqliyyat vasitələri Gür ‐cüstan Xüsusi Təyinatlı Qüvvələrinin silahlanmasına verilmişdir. 2008‐ci ilin avqust ayında Rusiya ilə müharibənin ardınca, verdiyi itkilər, eləcə də əsas təchizatçı ölkələrə edilən siyasi‐diplomatik təsirlərin ardından Gürcüstan hərbi texnika satın alma ‐larında yaşadığı problemləri milli istehsalı yaratmaqla qısa müddətdə çözməyə nail olub. Belə bir məqamda, 2011‐ci ildə Müdafiə Nazirliyinin “Delta” Hərbi‐Texniki Mərkəzinə bağlı müəssisələrdə “Didqori” adlı ilk zirehli transportyorun nümunələri hazır la ‐naraq orduya təqdim edilib. 4x4 təkər formuluna əsaslanan bu maşın yüksək manevr qabiliyyəti, çətin relyefli ərazilərdə hərəkət imkanları və heyəti qoruması ilə seçilir. “Ford F550” şassisi üzərində hazırlanmış, 356 at gücündə mühərrikə sahib “Didqori”nin mak ‐simum sürəti 120 km/saat, döyüş çəkisi 8855 kq, əməliyyat radiusu 500 km təşkil edir. Xarici ekspertlər “Did ‐qori”nin Gürcüstan Silahlı Qüvvə lərinin istifadəsində yer alan Türkiyə istehsalı olan 4x4 “Cobra”dan kopyalandığını və üzərində əhəmiyyətli dəyişikliklər aparıldığını iddia edirlər. “Didqori”nin heyəti 7‐9 nəfərdir və daxildə heyətin yerləşdirilməsi üçün bütün şərait təmin edilib. Maşının zirehi yanlarda 7.62x51 AP güllələrə qarşı qorumanı təmin edir. NATO STANAG 4569 Level 3 səviyyəsinə cavab verən mühafizə ehtiyac yaran ‐dıqda əlavə zireh lövhələri hesabına gücləndirilə bilir. “Delta” mütəxəs ‐sislərinin sözlərinə görə, “Didqori”nin hazırlanması zamanı mina partlayışları və improvizə edilmiş partlayıcı təh ‐didlər nəzərə alınıb. Maşının minaya qarşı qoruması STANAG 4569 Level 2A səviyyəsinə uyğundur. Modulyar di ‐zaynı “Didqori” üzərinə bütün silah platformalarını yerləşdirməyə icazə verir. Gürcüstan Ordusundakı mövcud versiyalar 12.7 mm NSVT və ya 7.62 mm çaplı M134 “Minigun” pulemyotu, həmçinin 40 mm‐lik avtomatik qum ba ‐ra tanla silahlandırılıb. Maşın döyüş əməliyyatları bölgəsində, eləcə də müx ‐tə lif hava şərtlərində hərəkət et mək, döyüş aparmaq üçün ön və arxa hissə ‐lər də termal kamera, gündüz və gecə kame rasına, generatora, GPS‐ə, kompü ‐ter ləşdirilmiş nəzarət sisteminə malikdir. Bundan başqa Gürcüstan Silahlı Qüvvələrinin inventarına “Didqori”nin rabitə, həmçinin dizayn baxımından bir
“FordRanger” pikap nəqliyyat vasitələri
![](https://assets.isu.pub/document-structure/220319144518-ca8b0c66fff156137abdfa3f65d049c6/v1/8af9a5abb47cfca39077ac6cbbff094b.jpeg?width=720&quality=85%2C50)
qədər fərqli “Didqori AMEV” (Armored Medical Evacuation Vehicle) zirehli sanitar‐təxliyə maşını modifikasiyaları verilib. “Didqori AMEV” 356 at gücündə V8 tipli turbo‐dizel mühərriklə təchiz olunub və asfalt yolda 120 km /saat sürət yığmağı bacarır. Maşının təxliyə bölməsi Armox 500+ zirehli polad lövhələrlə zirehləndirilib. Avtomobilin baza zirehi polad təbəqələrdən istehsal olunub, asanlıqla çıxarıla və ya əvəz edilə bilər. Maşının daxilində flaş işıqlar, tibbi yardım üçün avadanlıqlar, 4 xərək yer alır. “Didqori AMEV” versiyası “Didqori” personal daşıyıcısından çəkisinə görə daha ağır – 9800 kq və daha uzundur ‐ 6553 mm. İlk dəfə 2012‐ci ilin may ayında Tbilisidə keçirilən hərbi paradda təqdim olunan, ordunun arsenalında yer alan “Didqori‐3” konfiqurasiyası 6x6 təkər formuluna malikdir. Zirehli avtomobil 6 nəfər heyət və yüklərin daşınması üçün işlənib hazırlanıb. Maşının silahlanmasına 40 mm‐lik avtomatik qumbaraatan və 7,62 mm‐lik pulemyot daxildir. Əldəqayırma part ‐layıcı qurğulara və minaya qarşı qorumaya malik “Didqori‐3” nəqliyyat vasitəsinin boş çəkisi 9 min kq, tam təchizatlı heyətlə birgə 9800 kq‐dır. Maşının uzunluğu 6,5 m, eni 2,11 m, hündürlüyü 2,26 m təşkil edir. Maşın 160 at gücünə malik mühərriklə təchiz edilib və maksimum sürəti 75 km/saat, birbaşa hərəkət məsafəsi 380 km‐dır. İlk mərhələdə Gürcüstan ordusu yerli müəssisədə istehsal edilmiş 40‐a yaxın “Didqori‐1/2”, 10‐a yaxn “Didqori‐3”, eyni sayda “Didqori AMEV” maşını əldə edib. 2020‐ci il oktyabr ayının 7‐də Gürcüstan Müdafiə Qüvvələrinə yerli müəssisədə istehsal edilmiş 30‐a yaxın “Didqori AMEV” zirehli sanitar‐təxliyə maşının növbəti partiyası təhvil verilib. 2016‐cı ildə “STC Delta” tərəfindən 6x6 təkər formullu “Didqori‐3” MRAP versiyası hazırlananraq silahlanmaya verilib. Məlumatlara görə, hazırda Gürcüstan Quru Qoşunlarının istifa ‐dəsində 8‐10 ədəd “Didqori‐3” MRAP‐ı yer alır. Pikap dizayna sahib KrAZ‐6322 şassisi üzərində hazırlanan MRAP 300 at gücündə YaMZ‐238D dizel mühərriki ilə çalışır. Boş vəziyyətdə çəkisi 9 ton olan maşının uzunluğu 6.5 metr, eni 2.11 m, hündürlüyü isə 2.26 metr, heyəti 1+8 nəfərdir. Maşının sürəti 100 km/saat, gediş ehtiyatı isə 500 km təşkil edir. Zirehli maşının balistik müdafiəsi STANAG Level 2, mina və əldəqayırma partlayıcı maddələrə qarşı qoruması isə STANAG Level 2A/2B (8 kq TNT) cavab verir. Maşının korpusu heyəti yanlarda kiçik çaplı atıcı silahların güllələrindən və artilleriya mərmilərinin qəlpələrindən mühafizə edir. “Didqori‐3” MRAP “Flir Systems” şirkətinin termal kameraları və GPS naviqasiya sistemi və məsafədən idarə edilən döyüş modulu ilə təchiz olunub. Kamera görüntüləri sürücü, komandir və döyüş modulunu idarə edən atıcının önündəki ekranlara ötürülür. Döyüş moduluna 1 ədəd 12.7x108 mm NSV və bir ədəd 7.62x54 mm PK pulemyotu daxildir. “Didqori” zirehli maşın ailəsinin 4x4 təkər formullu yeni “Didqori Meomari” müxtlif məqsədlər üçün konfiqurasiya edilə biləcək modulyar platforma olaraq hazırlanıb. İlk nümunəsi 2018‐ci ilin may ayında Gürcüstan Silahlı Qüvvələrinin 100 illiyi münasibəti ilə keçirilən sərgidə təqdim edilmiş pikap dizayna malik “Meomari”nin heyəti 5 nəfərdən ibarətdir. Maşının ikiqat zirehi EN1063 BR7 + təhlükələrinə qarşı qoruma təmin edir. Yüksəldilmiş şassi və asqı sistemləri qumluq və qayalıq yerlərdə, yolsuzluq şəraitində hərəkət etməyə imkan verir. Zirehli avtomobilin uzunluğu 5640 mm, eni 2350 mm, döyüş ağırlığı 7000 kq, gediş ehtiyatı 500 km təşkil edir. 356 at gücündə dizel mühərriklə təchiz edilmiş maşının maksimal sürəti 120 km/saatdır. 2020‐ci ilin oktyabr ayında 13 ədəd “Didqori Meomari” taktiki zirehli nəqliyyat
Yuxarıda:DRWS‑1 döyüş modulu ilə silahlandırılan “Didqori” nəqliyyat vasitəsi. Aşağıda: “Didqori AMEV” zirehli təxliyə və “Didqori Meomari” taktiki zirehli maşınları.
![](https://assets.isu.pub/document-structure/220319144518-ca8b0c66fff156137abdfa3f65d049c6/v1/7b717db9f70146d2978761743d4f892f.jpeg?width=720&quality=85%2C50)
vasitəsi Gürcüstanın Müdafiə Qüv ‐vələrinə təhvil verilib. Silahlı Qüvvələrin ehtiyacını qarşı ‐lamaq məqsədilə “Delta” müəssisəsində hazırlanan yeni zirehli kəşfiyyat ma şı ‐nının 2021‐ci ilin dekabr ayında Gür ‐cüstanın Baş naziri İrakli Qari başvili, müdafiə naziri Cuanşer Bur çu lad ze və digər rəsmi şəxslərin işti rakı ilə təqdimatı keçirilib. Mərasimdə bildirilib ki, yeni kəşfiyyat maşını Müdafiə Qüvvələrinin tələb lərinə və beynəlxalq standartlara tam cavab verir. 2022‐ci il ərzində seriyalı istehsal olunacaq yeni kəşfiyyat maşınlarının Müdafiə Qüv ‐vələrinin istismarına verilməsi plan ‐laşdırılır. İlk partiyada 8 ədəd kəşfiyyat maşınının təhvil verilməsi nəzərdə tutulub. 330 at gücünə malik mühər ‐riklə təchiz edilmiş zirehli kəşfiyyat maşınının zirehi müxtəlif çaplı güllə və qəlpələrdən mühafizə edir. 7 nəfər heyəti daşımaq qabiliyyətinə malikdir. Avtomobilin asfalt yolda sürəti 110 km/saat təşkil edir. Yeni zirehli maşında müxtəlif kəşfiyyat vasitələri və uzaqdan idarə olunan döyüş modulları quraş ‐dırmaq mümkündür. Bundan başqa, 2022‐ci il fevral ayının 11‐də “Delta” Hərbi Elmi‐Texniki Mərkəzinin istehsalı olan 7 ədəd “Didqori” tipli rabitə (komanda‐qərar ‐gah) maşını Gürcüstan Müdafiə Qüvvələrinə təhvil verilib. İnteqrə edilmiş rabitə avtomobilləri Müdafiə Qüvvələrinin tələblərinə uyğun və beynəlxalq təcrübə əsasında hazırlanıb. Rabitə nəqliyyat vasitəsinin ekipajı dörd hərbi qulluqçudan ibarətdir. Avtomobilin zirehi beynəlxalq sə viy ‐yədə tanınmış standarta uyğun olaraq müxtəlif çaplı patron güllələrindən və ətrafda baş verən partlayışlardan mühafizə edir.
BMP transportyorlarının əsaslı modernləşdirilməsi
Gürcüstan Müdafiə Nazirliyinin “STC Delta” Mərkəzi tərəfindən ha zır la ‐nan “Lazika” zirehli maşınının ilk nü ‐munəsi 2012‐ci ilin fevralında BMP‐2 transportyorlarının əsaslı müasir ləş ‐dirilməsi nəticəsində meydana çıxıb. Aparılan əsaslı işlər nəticəsində “Lazika”nın hərəkət hissəsi BMP‐1 və BMP‐2 maşınlarına nisbətən qısaldılıb. Vərdənələrin sayının azaldılması eks ‐pertlərin fikrincə dağlıq və şəhər şəraitində manevr qabiliyyətinin yaxşı ‐laşdırılması üçün edilib. Maşının gövdəsi yanlardan heyəti güllələrə qarşı qorumasını təmin edir. “Lazika”nın balistik qoruması STANAG 4569 Level 4 səviyyəsinə uyğun olmaqla yanaşı, alt hissədə minalara qarşı qorumanı da təmin etmək imkanları var. Bunun üçün “Lazika”nın döşəməsinə əlavə zireh dəsti yerləşdirilir. Desantın rahatlığını təmin etmək üçün döyüş maşınının salonu genişləndirilib. Salon partlayış şokunu udan oturacaqlar və təh ‐lükəsizlik kəmərləri ilə təchiz olunub. “Lazika”nın baza modelinin silah ‐lanmasına maşının daxilindən idarə edilən DRWS‐2 döyüş modulu daxildir. Əməliyyat ehtiyacına uyğun olaraq “Lazika”nı tank əleyhinə özüyeriyən kompleksə, habelə reaktiv yaylım atəş maşınına çevirmək mümkündür. “Lazika”nın uzunluğu 6130 mm, eni 3068 mm, hündürlüyü 2918 mm, döyüş çəkisi 14850 kiloqramdır. Üç heyətə malik maşının desant bölməsində tam təchizatlı 7 əsgər yerləşə bilir. 400 at gücündə, 6 silindrli V formalı mü hər ‐riklə təchiz olunmuş “Lazika” 70 km/ saat sürət yığmağı bacarır və döyüş ehtiyatı ilə 450 km məsafə qət edir. “STC Delta” tərəfindən 5 il ərzində Gürcüstan Müdafiə Nazirliyi üçün 8, bəzi məlumatlara görə 10 ədəd “Lazika” piyadanın döyüş maşını hazırlanıb.
Yuxarıda: “Didqori” kəşfiyyat maşını. Aşağıda: “Didqori” komanda‑qərargah maşını.
BRDM modernləşdirmə proqramı
Gürcüstan Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədi ilə “Delta” Mərkəzi yeni maşınların istehsalı ilə yanaşı BRDM‐2 kəşfiyyat‐dozor maşınlarının modernizasiyası ilə
![](https://assets.isu.pub/document-structure/220319144518-ca8b0c66fff156137abdfa3f65d049c6/v1/8b5558e6d5ae1f3f22aae97bb07ef6a6.jpeg?width=720&quality=85%2C50)
![](https://assets.isu.pub/document-structure/220319144518-ca8b0c66fff156137abdfa3f65d049c6/v1/fd53e56587606a50048a78d11d3c7fb3.jpeg?width=720&quality=85%2C50)
bağlı layihə də həyata keçirir. Keçmiş Sovet Ordusunun silahlanmasına 1962‐ci ildə daxil olmuş BRDM‐2 (QAZ‐41) kəşfiyyat‐dozor maşını ötən 54 ildə dünyanın müxtəlif regionlarında baş vermiş müharibələrin, silahlı qarşı ‐durmaların iştirakçısı olub. Sovetlər Birliyində demək olar ki, 30 il ərzində ciddi təkmilləşdirilmə aparılmadan istifadə edilmiş BRDM‐2 maşınları 1990‐cı ilərinin ortalarından baş ‐layaraq bəzi ölkələrin silahlı qüvvə ‐lərinin qarşıya çıxan yeni ehtiyacları və tələbləri çərçivəsində təkmilləş ‐dirmələrə məruz qaldı. Gürcüstanda da bu istiqamətdə proqramlar reallaş ‐dırılır. Gürcüstanın “Delta” Hərbi Təd ‐qiqatlar Mərkəzinin hazırladığı proqram üzrə modernizə olunan BRDM‐2 maşınları distans döyüş mo ‐dulu ilə təchiz edilib. “Delta” mütəxəssislərinin “Poliqon” jurnalına verdikləri məlumata görə, maşın 160 at gücündə yeni mühərriklə təchiz olunub. Mexaniki ötürmələr qutusuna malik maşının əməliyyat radius 500 km təşkil edir. Nəqliyyat vasitəsinin ön və arxa hissələrdə qurulmuş gecə‐gündüz kameralarından alınan görüntü sürücü‐mexanik və atıcının önündəki monitora ötürülür. Bundan başqa maşının sağ və sol künclərində görmə imkanını artırmaq üçün pəncərələr açılıb. Burun hissədə isə məftil maneələri kəsmək üçün iki cüt qatlanan bıçaq yerləşdirilib. Heyət maşına sağ və sol yanlardakı qapılardan daxil olur. Gürcüstanın BRDM‐2 modernizasiya layihəsində əsas diqqət çəkən dəyişikliklərdən biri də maşının döyüş moduludur. Həddən artıq böyüklüyü ilə diqqət çəkən bu döyüş moduluna bir ədəd 23 mm çaplı 2A14 topu və bir ədəd 7.62 mm çaplı PKТ pulemyotu və optik nişangah daxildir. Döyüş maşınının sağ və sol yanlarında 4 ədəd tüstü qumbarası quraşdırılıb. Modulun döyüş ehtiyatı 23 mm‐lik top üçün 100, 7.62 mm‐lik pulemyot üçün 500 patrondur. Topun və pulemyotun sursatla qidalanması bayırdan həyata keçirilir.
![](https://assets.isu.pub/document-structure/220319144518-ca8b0c66fff156137abdfa3f65d049c6/v1/d3012e1bc70617caea8db92c6be1dd0e.jpeg?width=720&quality=85%2C50)
Yuxarıda:BRDM‑2 (QAZ‑41) kəşfiyyat‑dozor maşını. Aşağıda:“Lazika” piyadanın döyüş maşını
Hərbi Hava Qüvvələri
Gürcüstan respublikasının 1990‐cı illərin sonlarına doğru silahlı qüv və ‐lərdə başlatdığı modernizasiya proq ‐ramlarında əsas diqqət yetirilən istiqamətlərdən biri də köhnə sovet texnikasına malik Hərbi Hava Qüv və ‐lərinin (HHQ) texnika parkının yeni ‐lənməsi olub. Bu çərçivədə, aviasiya parkının köhnəlmiş texnikalarının tə ‐miri və modernləşdirilməsi ilə yanaşı
![](https://assets.isu.pub/document-structure/220319144518-ca8b0c66fff156137abdfa3f65d049c6/v1/b1583d0dcf236c21c8d1fa1cbd5e4bd7.jpeg?width=720&quality=85%2C50)
digər postsovet respublikalarından təmir olunmuş təyyarə və heli kop ter ‐lərin alınması həyata keçirilib. Yuxarıda da qeyd etdiyimiz kimi 2000‐ci illərin əvvəllərində silah lan ‐manın yeni mərhələsini başladan və bu zaman qərb dövlətlərinin em bar qoları ilə üzləşən Gürcüstan cari eh ti yacları qarşılamaq üçün yenidən post sovet və Şərqi Avropa məkanına üz tut maq məcburiyyətində qalıb. Bu zaman daha bir çətinlik ‐ Ukrayna, Çexiya, Bol qa rıs ‐tan və Belarusdan tədarük edilən köhnə Sovet aviasiya texnikalarının əlavə xərclər bahasına modernləşdirilməsi tələbləri də mey dana çıxıb. Gürcüstanda Hərbi Hava Qüv ‐vələrinin inkişafı 1997‐ci ildən başlayır. 1997‐ci ildə Ukraynadan 10 ədəd L‐29 təlim təyyarəsi alan Gürcüstan HHQ 1999‐2001‐ci illərdə 2 ədəd Mi‐14, 3 ədəd Mi‐24 və 2 ədəd Mi‐2 heli ‐kopterini Ukraynada əsaslı təmir etdirib. 1999‐2003‐cü illərdə ABŞ hərbi yardım şəklində Gürcüstana 10 ədəd UH‐1H “Huey” helikopteri bağışlayıb. BMT Adi Silahlar Registrində yer alan informasiyalara görə, Gürcüstan Uk ‐raynadan 2005‐ci ildə 2 ədəd Mi‐8 MTV, 8 ədəd Mi‐8MT nəqliyyat helikopteri, 2007‐ci ildə 8 ədəd L‐39C təyyarəsi alıb. Gürcüstan Hərbi Hava Qüvvələri üçün ən ağır dönəm 2008‐ci ilin avqust ayında Rusiya‐Gürcüstan müharibəsi olub. Hərbi əməliyyatların gedişatında Rusiya HHQ‐nin Gürcüstanın aero ‐dromlarını bombalaması nəticəsində ən azı 3 ədəd Su‐25 və 2 ədəd L‐39 təyyarəsinin məhv edildiyi bildirilir. 2010‐cu ildə Gürcüstan Silahlı Qüvvələrin təşkilat struktrunda edilmiş dəyişikliklər nəticəsində HHQ ləğv olunuraraq, hava və hava hücumundan müdafiə briqadaları şəklində Quru Qoşunlarının tərkibinə verilib, 2016‐cı ildə HHQ yenidən silahlı qüvvələrin müstəqil qoşun növü kimi bərpa olunub. Müharibədən ağır itkilərlə çıxan Gürcüstan 2010‐cu ildə Ukrayna və ABŞ‐ın dəstəyi ilə silahlanmada mövcud olan “Mi” seriyalı helikopterlərin müasirləşdirilməsini həyata keçirib. 2010‐cu il iyun ayında Gürcüstanın Müdafiə Nazirliyi ilə Fransanın “Eurocopter” (indiki “Airbus Heli ‐copter”) şirkəti arasında bağlanmış müqavilə çərçivəsində 2 ədəd AS‐332 “Super Puma” helikopteri (çatdırılma 2012‐ci ildə baş tutub) alınıb. Bundan başqa, 2011‐ci ildə Türkiyə hərbi yar ‐dım proqramı çərçivəsində Gür cüstana 2 ədəd ikinci əl UH‐1H helikopteri bağışlayıb. Hazırda Gürcüstan Hərbi Hava Qüvvələrinin aviasiya parkına 2 ədəd AS‐332 “Super Puma”, 12 ədəd UH‐1H “Huey”, 17 ədəd Mi‐8T hərbi nəqliyyat, 18 ədəd Mi‐14 axtarış‐xilasetmə və 6 ədəd Mi‐24B döyüş helikopteri (bəzi məlumatlara görə 4 ədəd), 6 ədədi Su‐25KM “Scorpion” olmaqla, 11 Su‐25 və 2 ədəd MiQ‐21UM döyüş, bir neçə ədəd L‐29 və 16 ədəd L‐39 təlim təyyarəsi daxildir. Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general‐leytenant Vla ‐dimir Çaçibaya 2017‐ci ilin mart ayında jurnalistlərə müsahibəsində bildirib ki, Su‐25 təyyarələrinin ehtiyat hissələri Rusiyada istehsal edildiyindən onların tədarükü dayandırılıb. Problemi aradan qaldırmaq üçün Gürcüstan insansız kəşfiyyat və döyüş platformalarına və helikopterlərə üstünlük verməyə çalışır. Yuxarıda qeyd olunduğu kimi, eh ‐tiyat hissələr tədarükünə görə Su‐25 təyyarələrini konservasiya edən Gür ‐cüstan eyni problemləri keçmiş Sovet istehsalı olan helikopterlələ də yaşayır. Buna görə də Gürcüstan qərb istehsalı olan helikopterlərin və silahlı PUA‐ların perspektivini elan edib. Çexiya KİV‐lərinin məlumatına görə, Gürcüstan HHQ Aero L‐159 “Alca” təyyarəsinin alınmasına maraq ifadə etsə də maliyyə problemləri ilə əlaqədar bu layihədə irəlləyiş olmamışdır. Qarşılaşdığı problemlərə bax ma ‐yaraq, Gürcüstan son illərdə hərbi və mülki aviasiya sənayesinin yaradılması istiqamətində də ciddi işlər həyata keçirir. 2018‐ci ilin ortalarında Tbilisidə İsrailin “Elbit Systems” şirkətinin və Gürcüstanın Dövlət Sərmayə Fondunun birgə müəssisəsi olan “Aero‐Stucture Technologies” (Cyclone) şirkətinin təyyarələr üçün metal və kompozit komponentlərin istehsalını həyata keçirəcək zavodu fəaliyyətə başlayıb. Hazırda beynəlxalq bazara çıxmaq üçün şirkət ISO və NADCAF sertifikatlarının alınması, eləcə də “Bombardier”, “Boeing” və “Airbus” kimi dünyanın
![](https://assets.isu.pub/document-structure/220319144518-ca8b0c66fff156137abdfa3f65d049c6/v1/2255e2dd4ecec03cc2357233c970bdd5.jpeg?width=720&quality=85%2C50)
UH‑1H “Huey” helikopteri
Su‑25 döyüş təyyarəsi
![](https://assets.isu.pub/document-structure/220319144518-ca8b0c66fff156137abdfa3f65d049c6/v1/831ffa3d32acc8c7c59f49660bc9a41d.jpeg?width=720&quality=85%2C50)
“Puma” PUA‑sı
![](https://assets.isu.pub/document-structure/220319144518-ca8b0c66fff156137abdfa3f65d049c6/v1/bdff8ecd90c9ea99dc531dd18e263ae9.jpeg?width=720&quality=85%2C50)
tanınmış aviatikinti şirkətlərinin sifa ‐rişlərinin yerləşdirilməsi istiqa mətində işlər aparır. Qeyd edək ki, “AST‐Cyclone” şirkətində “Elbit Systems” şirkəti 33.3% paya malikdir. Müəssisənin “Boeing” və digər şirkətlər tərəfindən sertifikat ‐laşdırılmasına çalışılır. 2015‐ci ildə Su‐25 bazasında yeni –Ge‐31 “Bora” adlı döyüş təyyarəsinin layihəsini təqdim edən TAM zavodu hazırda bu layihənin reallaşdırılması üçün HHQ və xarici müştərilərlə danışıqlar aparır. Su‐25K və Su‐25T təyyarələrinin planerinə malik olacaq Ge‐31 təyyarəsində qərb ölkələrində hazırlanmış avionikanın, özünü müda ‐fiə kompleksinin, radio elektronikanın, mühərrik və katapult sistemlərinin qurulması nəzərdə tutulur. 2020‐ci ildə Gürcüstan Müdafiə Nazirliyinin təsdiq etdiyi proqram çərçivəsində JS TAM “Tbilaviamsheni” və “Delta” Dövlət Hərbi Elmi Texniki Mərkəzi ilə əməkdaşlıq çərçivəsində silahlı qüvvələrin aviasiya parkının modernləşdirilməsinə başlanıb. 2020‐ci il sentyabr ayının sonlarından JS TAM “Tbilaviamsheni” zavodunda ilk 5 ədəd Mi‐24 helikopterinin və Su‐25 təyyarəsinin modernizasiyası həyata keçirilir. Müəssisədə bununla yanaşı, L‐39 təlim təyyarələrinin, Mi‐8MTV və UH‐1 helikopterlərinin də təmiri və modernləşdirilməsi aparılacaq. Müdafiə Qüvvələrinin təyya rə ‐lərinin əsaslı təmir işlərinin 2022‐ci ilin sonunadək başa çatdırılacağı plan ‐laşdırılıb. 2021‐ci ilin mart‐aprel aylarında Gürcüstan Silahlı Qüvvələrinə məxsus modernləşdirilmiş 2 ədəd Su‐25 döyüş təyyarəsinin sınaq uçuşları keçirilib. Hazırda digər təyyarələrin bərpa‐modernləşdirilməsi prosesi müqavilə cədvəlinə uyğun olaraq icra edilir. Eyni zamanda pilot və texniki heyətə ixtisaslara uyğun təlim keçirilir.
![](https://assets.isu.pub/document-structure/220319144518-ca8b0c66fff156137abdfa3f65d049c6/v1/bf9fdc0e480bf22c643abc5b11e60162.jpeg?width=720&quality=85%2C50)
Pilotsuz uçuş aparatları
Gürcüstan Silahlı Qüvvələri 2005‐2008‐ci illərdə İsrailin “Elbit Systems” şirkətindən 5 ədəd “Hermes‐450” taktiki PUA, 10‐a yaxın “Skylark II” mini PUA satın alıb. “Hermes‐450” tipli 2 ədəd PUA 2008‐ci ildə Abxaziya bölgəsi üzərində ruslar tərəfindən vurulub. Bunlarla yanaşı Gürcüstanın sülh ‐məramlı kontingentinin istifadəsində ABŞ tərəfindən bağışlanmış “Puma” və “Raven” tipli mini PUA‐lar da yer alır. Gürcüstan Tbilisi Aviasiya Zavo ‐dunda hazırlanmış ilk milli PUA‐sını 2012‐ci ildə nümayiş etdirib. PUA‐nın təqdimat mərasimində Gürcüstan prezidenti PUA sistemlərinin inkişaf etdirilməsi ilə bağlı xüsusi proqram hazırlandığını bəyan edib. Hazırda Gürcüstanda yeni PUA‐ların yaradılması işləri Müdafiə Nazirliyinin “Delta” Elmi‐İstehsalat Dövlət Şirkətinin Tbilisi Aviasiya Zavodunda davam etdirilir. “Delta”nın Estoniyanın “ELİ Military” şirkətinin lisenziyası əsasında istehsal etdiyi “Swan II” PUA‐sı havaya katapult vasitəsi ilə atılır. Enmə zamanı paraşütdən istifadə olunur. Gövdəsi kompozit materiallardan hazırlanmış “Swan II”nin iki uçuş rejimi mövcuddur. Kəşfiyyat optikası burun hissədə yerləşir ki bura foto və video kamera daxildir. Açıqlanmış informasiyalara görə, “Swan II” havada 8 saat yarım qalır. 1960 mm boyunda PUA‐nın çəkisi 12 kq, maksimum sürəti 160 km/saat, döyüş radiusu 150 km, əməliyyat yüksəkliyi 3000 metr təşkil edir. “Swan II”nin davamı olaraq, 2015‐ci ilin iyun ayında “Delta” özünün çox ‐funksiyalı pilotsuz helikopterini hazırlayıb. Baza versiyası 2 ədəd M‐134 “Minigun” 6 lüləli pulemyot və hər birində 4 ədəd (cəmi 8 raket) idarə olunmayan raket yerləşən 2 raket bloku ilə silahlandırılmış insansız helikopter burun hissədə elekto‐optik yükə malikdir. ROTORWAY şirkətinin isteh ‐salı olan EXEC 162F tipli helikopterin bazasında yaradılmış bu PUA həm quru, həm də dəniz əməliyyatlarında istifadə oluna bilir. Uzunluğu 6.71 metr, rotorunun diametri 7.62 metr, çəkisi 442 kq təşkil edən helikopter PUA 150 at gücündə bir ədəd Rotorway RI‐162F mühərrikinə sahibdir. Maksimum 185 km/saat sürət (əməliyyat sürəti 152 km/saat) yığa bilən PUA 3050 metr yüksəkliyə qalxa və havada 2 saat qala
EXEC 162F adlı helikopter tipli döyüş PUA‑sı
bilir. Gürcüstan HHQ 2020‐ci ildə “STC Delta” tərəfindən EXEC 162F tipli helikopterin bazasında yaradılmış döyüş PUA‐nı silahlanmaya qəbul edib. 2 ədəd M‐134 “Minigun” 6 lüləli pulemyotla və hər birində 4 ədəd idarə olunmayan raket yerləşən 2 raket bloku ilə silahlandırılmış insansız helikopter burun hissədə elekto‐optik yükə malikdir. Uzunluğu 6.71 metr, rotorunun diametri 7.62 metr, çəkisi 442 kq təşkil edən helikopter PUA 150 at gücündə bir ədəd “Rotorway RI‐162F” mühərrikinə sahibdir. Mak ‐simum 185 km/saat sürət (əməliyyat sürəti 152 km/saat) yığa bilən PUA 3050 metr yüksəkliyə qalxa və havada 2 saat qala bilir. Bundan başqa, kəşfiyyat böl ‐mələrinin müasir taktiki və operativ pilotsuz kəşfiyyat sistemləri ilə təchiz edilməsi istiqamətində həyata keçirilən layihə çərçivəsində Gürcüstanın Mü ‐dafiə Nazirliyi İspaniyadan PUA‐lar alıb. İspaniyanın SCR şirkəti tərfindən hazırlanan “Atlantic I” və “Alpha Unmanned Systems” şirkətinin istehsalı olan “Alpha‐800” (“Sniper”) PUA‐ların 2020‐ci il sentyabr ayının 28‐də Marnueli aviabazasında təqdimatı keçirilib. Füzelyajı tamamilə kompozit materiallardan hazırlanmış “Atlantic I” pilotsuz uçuş aparatı ISTAR missiyaları üçün xüsusi olaraq hazırlanmış orta mənzilli, yüksək performanslı platforma kimi xarakterizə edilir. Çox sayda faydalı yük (EO / IR sensorlar, radio, radar və s.) daşıya bilən PUA‐nın qanad açıqlığı 3800 mm, füzelyajın uzunluğu 2800 mm, çəkisi 50 kq təşkil edir. Benzin mühərriklə işləyən “Atlantic I” PUA‐nın sürəti 110 km/saat, maksimum sürəti 170 km/saat, uçuş tavanı 3500 metr, havada qalma müddəti 5 saat, uçuş məsafəsi 100 kilometrdir. Müxtəlif missiyaların icrası üçün nəzərdə tutulan helikopter tipli “Alpha 800” tamamilə avtonom və ya manual rejimdə uça bilir. Çəkisi 14 kq təşkil edən PUA‐nın uçuş müddəti 2,5 saat, faydalı yüklənmə qabiliyyəti 3 kq, uçuş radiusu 30 kilometrə qədərdir. Gürcüstanın “Tam Management” şirkəti Silahlı Qüvvələrin ehtiyaclarını qarşılamaq məqsədi ilə T‐31 indeksli pilotsuz uçuş aparatının (PUA) ya ‐radılması üzərində işləyir. “Tam Management” şirkətinin direktor müavini Mixeil Roqava deyib ki, yeni yaradılan taktiki PUA 350 kq faydalı yük daşıya bilər. T‐31 PUA‐nın kəşfiyyat‐müşahidə konfiqurasiyası 72 saat davamlı uça biləcək. “Tam Ma ‐nagement” aviasiya zavodu iki ildi T‐31 PUA‐nın yaradılması üzərində işləyir. Yeni pilotsuz uçuş aparatı kəşfiyyat tapşırıqlarını yerinə yetirməklə yanaşı sərhəd nəzarətində istifadə oluna bilər, o cümlədən döyüş sahəsindəki artil ‐leriya bölmələrinə hədəfi yüksək dəqiqliklə vurmağa imkan verir.
![](https://assets.isu.pub/document-structure/220319144518-ca8b0c66fff156137abdfa3f65d049c6/v1/a31d80c2b49bad179c6c8bd8d0c7349a.jpeg?width=720&quality=85%2C50)
![](https://assets.isu.pub/document-structure/220319144518-ca8b0c66fff156137abdfa3f65d049c6/v1/1aae297c6f25209944165a824f987c26.jpeg?width=720&quality=85%2C50)
Hava Hücumundan Müdafiə Regionda gərgin olaraq qalan hərbi vəziyyət, silahlı münaqişələrin hər an yenidən başlanma ehtimalı, tərəflərin bir birinə qarşı ciddi şəkildə silah ‐lanmağa davam etdirilməsi, xüsusilə də son 20 ildə gerçəkləşdirilmiş satınalma layihələrində hava hücumundan mü ‐dafiə sistemlərinin (HHM) ağırlıq təşkil etməsi və mövcud aviaparkın müasir HHM sistemlərinə adekvat olmaması Gürcüstanı aviasiya parkını daha müa ‐sir texnikalarla güclən dirməyə va dar edir. Digər tərəfdən demək olar ki, köhnəlmiş, ömrünü başa vurmaqda olan Sovet texnikalarının müasir ləş diril ‐məsində “astar üzdən baha başa gəlir”. SSRİ dağıldıqdan sonra, Sovet Ordusundan az sayda zenit topu, bir neçə raket batareyası və radiolokasiya sistemini təhvil alan Gürcüstan 2005‐2009‐cu illərdə hava hücumundan müdafiə sistemini əhəmiyyətli şəkildə gücləndirməyə nail olub. 2005‐ci ildə Gürcüstan ASOC (Air Sovereignty Oper‐ations Centers) vahid radar sistemi üzərindən Türkiyə vasitəsilə NATO‐nun müvafiq sisteminə (Air Situation Data Exchange) qoşulub. Gürcüstanın HHM sisteminin yenidən qurulmasında əsa ‐sən Ukrayna, ABŞ və İsrail əsas rol oynayıb. Rəsmi məlumatlara görə, 2007‐2008‐ci illərdə Gürcüstan Ukray‐nadan 1 divizion 9K37M1 “Buk‐M1” ZRK, o cümlədən 48 ədəd “Buk” raketi, 1 divizon “Osa” ZRK buraxıcı qurğu və 48 ədəd 9K33M3 idarə olunan zenit
Yuxarıda: “Ground Master GM 200” və “Ground Master 403” radarları. Aşağıda: Spyder‑SR” ZRK.
raketi, 4 ədəd “Kolçuqa‐M” radiotexniki kəşfiyyat stansiyası, 1 ədəd “Mandat”, 2005‐2010‐ci illərdə 3 ədəd 36D6‐M, 3 ədəd 36D6‐1‐2 və 3 ədəd P‐180U radi‐olokasiya stansiyası alıb. Bunlardan əlavə olaraq, 2007‐ci ildə Ukraynanın “Aerotexnika” şirkəti Gürcüstanın HHM Qoşunlarının köh nəl ‐miş P‐18 RLS‐lərinin P18U səviyyəsinə qədər müasirləşdirilməsini həyata keçirib. Bu sistemlərlə yanaşı Ukrayna Gürcüstana 50 ədəd 9K310 “İqla‐1”, 40 ədəd “Strela‐10” kompleksinin və 400 ədəd 9M313 zenit raketinin çat ‐dırılmasını həyata keçirib. Gürcüstan Ukraynadan başqa, Bolqarıstandan 12 ədəd “İqla‐1”, ZU‐23‐2M, və 500 ədəd 9M313 idarə olunan zenit raketi, Polşadan 30 ədəd “Qrom”daşınan zenit‐raket kompleksi və bu sistem üçün 100 ədəd idarə olu‐nan zenit raketi, İsraildən 1 batareya “Spyder‐SR” ZRK satın alıb. 2008‐ci ilin avqust müharibəsi zamanı Rusiya Gürcüstanın HHM sis‐temini demək olar ki, tamamilə sıradan çıxarıb. Döyüş əməliyyatları zonasında Rusiya Ordusu tərəfindən Gürcüstana məxsus 5 ədəd “Osa‐AKM” ZRK, bir batareya “Buk‐M1”, bir neçə ZU‐23‐2 və ZSU‐23‐4 “Şilka” zenit artileriyası qənimət olaraq ələ keçirilib. Lakin dö ‐yüş lər zamanı Gürcüstan Ordusu İsraildən alınmış “Spyder‐SR” ZRK‐dən istifadə etməklə Rusiya HHQ‐nə məxsus bir ədəd Tu‐22MR və bir ədəd Su‐25 döyüş təyyarəsini vurmağı bacarıb. Müharibədən sonra HHM sistemini qərb texnologiyaları əsasında yenidən quran Gürcüstanın 2014‐cü ildə İspani ‐yanın “İndra Sistemas” şirkətindən 6.5 milyon ABŞ dollarına ən azı 3 ədəd LANZA radarı əldə etdiyi bildirilir. Bunun davamı olaraq, 2015‐ci ilin iyun ayında Gürcüstan və Fransa arasında HHM sistemlərinin alınmasına dair dəyəri 100 milyon avrodan çox qiy ‐mətləndirilən iki müqavilə imzalanıb. 56.1 milyon avro dəyərində birinci müqavilə çərçivəsində Gürcüstan “ThalesRaytheonSystems” şirkə tindən “Ground Master GM 200” (GM200) və “Ground Master 403” (GM403) radar ‐ları, 50 milyon avro dəyərində ikinci mü qavilə üzrə “MBDA Systems” şirkətindən “Acmat VLRA” avtomo‐bilinin şassisində “Mistral ATLAS” və “Mistral ALBİ” zenit‐raket kompleksləri əldə edib. 2018‐ci il dekabr ayının 8‐də Parisdə Gürcüstan və Fransa arasında hava hücumundan müdafiə komanda‐nəzarət sistem lə rinin alınmasına dair daha bir müqavilə imzalansa da mü ‐qavi lənin detalları barədə məlumat verilməyib. Gürcüs tanın Müdafiə naziri imza lanmış müqaviləni “Gürcüstan və Fransa arasında hava hücumundan mü ‐dafiə sahəsində əməkdaşlığın ikinci mər hələsinə keçid” olaraq qiymət ‐ləndirib. 2020‐ci il sentyabr ayının 11‐də Gürcüstan Müdafiə Nazirliyi ilə İsrailin “Rafael” şirkəti arasında imzalanmış müqaviləyə əsasən Gürcüstanın hava hücumundan müdafiə sistemləri tama ‐mi lə bərpa ediləcək və modern ləş ‐diriləcək.
Atıcı silahlar
Gürcüstan 2010‐cu ildən Silahlı Qüvvələrin arsenalında yer alan yüngül silahların yenidən təkmilləşdirilməsi layihələrinə başlayıb. Bu dönəmdə əsas alımları Bolqarıstan və Çexiya kimi Cənubi Şərqi Avropa ölkələrinə yö ‐nəldən rəsmi Tbilisiyə paralel olaraq ABŞ tərəfindən böyük həcmdə yar ‐dımlar göstərilib və bu gün də həmin yardımlar davam edir. Belə ki məlu ‐matlara görə, 2010‐2015‐ci illərdə ABŞ tərəfindən Gürcüstan Ordusuna 7 min ədəd M‐4/M‐16 tipli hücum tüfəngləri, M‐24, M‐82 və M‐95 “Barret”, TAC‐50 snayper tüfəngləri, onların döyüş sursatları, M‐134 “MiniGun” tipli pulemyotlar, M‐203 lüləaltı qum bara ‐atanlar, habelə revolver tipli qum ba ra ‐atanlar bağışlanıb. 2020‐ci ilin sentyabr ayında Gürcüstanın Müdafiə Nazirliyi ordunun ABŞ istehsalı olan 5,56 mm çaplı yüngül M249 pulemyotları ilə təchiz edilməsinə baş landığını açıqlayıb. Nazirliyin məlu matına görə, ABŞ‐dan tədarük edilən pulemyotların ilk partiyası Vaziani şəhərindəki IV Mexanik Briqada və Hərbi Təhsil və Təlim Komandanlığının hərbi hissə ‐lərinə verilib. ABŞ‐ın dəstəyi ilə Gürcüstan Müdafiə Qüvvələri 2021‐ci ilin fevral ayında yeni tip pulemyot və qumbaraatanların növbəti partiyasını əldə edib. Bununla Gürcüstan Müdafiə Qüvvələri ABŞ istehsalı olan 12.7 mm çaplı M2 pulemyotları, 5.56 mm çaplı M249 hücum pulemyotları və yeni MK 19 tipli avtomatik qumbaraatanlarla təchiz edilib. Gürcüstanın Müdafiə nazirinin iştirakı ilə Vazianidəki Təlim Mərkəzində (CTC) adı çəkilən silahların atış testləri keçirilib. ABŞ‐ın yardımları ilə yanaşı Gürcüstan İsraildən “Galil Galatz”, Kanadanın “Desert Tactical Arms” şirkətindən SRS‐A1 snayper tüfəng ‐lərinin satınalınmasını gerçəkləşdirib. Gürcüstan ordu və polis xüsusu tə yi ‐natlıları üçün Almaniyadan və Türki ‐yədən açıqlanmayan sayda MP‐5, UMP‐45 tapança pulemyotlarının müxtəlif modifikasiyalarını, Finlan ‐diyadan “Sako TRG” snayper tüfəngləri, İsraildən NG‐7 “Negev” pulemyotu alıb. Hesabatlarda yer alan digər məlumatlara görə, 2010‐2015‐ci illərdə Gürcüstan Avstriyadan 200 ədəd, Çe ‐xiyadan 139 ədəd, Estoniyadan 235 ədəd, Slovakiyadan 210 ədəd, Türki ‐yədən 348 ədəd tapança alıb. Tapan ‐çalardan əlavə olaraq, Bolqarıstandan 200 ədəd tüfəng, 15000 ədəd avtomat, 450 ədəd əl pulemyotu, 6045 ədəd qumbaraatan, Çexiyadan polis qüv ‐
ABŞ istehsalı olan 5.56 mm çaplı M249 pulemyotları
![](https://assets.isu.pub/document-structure/220319144518-ca8b0c66fff156137abdfa3f65d049c6/v1/04b30f328dbd3bd74636b5e20d91ae7e.jpeg?width=720&quality=85%2C50)
GI‑4 indeksli 5.56 mm kalibrli avtomat
vələri üçün 730 ədəd hücum tüfəngi, 1145 ədəd karabin, 7 ədəd 30 mm top, Esto niyadan 60 ədəd tüfəng, İn gil ‐tərədən 11 ədəd snayper tüfəngi və 15 ədəd idman tüfəngi, Türkiyədən 45 ədəd tapança‐pulemyot satın alıb. Gürcüstan Müdafiə Nazirliyinin “Delta” Hərbi Elmi Texniki Mərkəzi Silahlı Qüvvələrin ehtiyaclarını qar ‐şılamaq üçün 2012‐ci ildə M‐4 dizaynı əsasında 5.56x45 mm G‐5 avtomatının istehsalına başlamaqla atıcı silahlar istehsalına bir növ təkan vermiş oldu. Hazırda bu avtomat G‐5 və G‐13 olmaqla iki versiyada buraxılır. Gürcüs ‐tan Silahlı Qüvvələrinin yerli istehsalı olan atıcı silahlar arsenalına “Delta”nın “Morieli” adlı səssiz tapançası, 9x19 mm çaplı fərqli bir tapança modeli, “İamani” adlı tapança‐pulemyot, 12.7 mm çaplı PDShP‐1, PDShP‐2, 7.62x51 mm çaplı DELTA‐308 və “Satevari” snayper tüfəngləri daxildir. Son məhsullardan olan “İamani” polis və xüsusi təyinatlı bölmələrin silahlanması üçün nəzərdə tutulub. Silahlı Qüvvələrin ehtiyacını qarşı ‐lamaq məqsədi ilə qumbaraatanların geniş çeşidinə malik “Delta” M‐4 və M‐16 avtomatları üçün 40x46 mm UBGL ‐1D, sovet istehsalı olan AKM və AK‐74 üçün AG‐40, GP‐25 lüləaltı qum ‐baraatanlar, Daxili Qoşunlar və hüquq mühafizə orqanları üçün ARGL‐1 tüstü qumbaraatanı, PDM‐1 biratımlı, RPG‐7G çoxatımlı qumbaraatanların isteh ‐salını davam etdirməkdədir. RPQ‐7 qumbaraatanının modernləşdirilmiş versiyası olan RPGL‐7G çəkisi 5.83 kq‐dır. Qumbaraatan holoqrafik nişangahla və istənilən optik nişangahla dəst ‐ləşdirilə bilir. Dörd fərqli növ döyüş sursatının istifadə oluna bildiyi RPGL‐inüzərində optik nişangahların yerləşdirilməsi üçün pikatini relsi mövcuddur. Gürcüstanın Müdafiə Nazirliyinin sifarişi əsasında 2021‐ci ilin oktyabr ayında “Delta” hərbi elmi‐texniki mərkəzində NATO standartlarına uyğun Gİ‐4 indeksli 5.56 mm kalibrli avtomatların istehsalına başlanılıb. Müasir silahların istehsalı yeni açılan Gürcüstan‐İsrail birgə müəssisəsində həyata keçirilir. Müasir avadanlıqla təchiz edilmiş müəssisənin buraxacağı silahlar həm Gürcüstanın müdafiə qüvvələri, həm də ixrac üçün nəzərdə tutulub. Gürcüstan‐İsrail birgə müəs ‐sisəsində gələcəkdə digər silah‐sursat ‐ların da istehsalı planlaşdırılır.
![](https://assets.isu.pub/document-structure/220319144518-ca8b0c66fff156137abdfa3f65d049c6/v1/ba4424d844d1210a41688a5be997eba1.jpeg?width=720&quality=85%2C50)
Borbalo‐213
Snayper tüfəngləri
Gürcüstan Silahlı Qüvvələrinin silahlanmasında yuxarıda da qeyd edildiyi kimi əsas yeri Avropa və Amerika istehsalı olan snayper tü ‐fəngləri tutur. Gürcüstan Ordusu texnoloji yenilənmə proqramına uyğun olaraq silahlanmasındakı keçmiş Sovet istehsalı olan silahları qərb silahları ilə əvəzləməkdə davam edir. Hazırda Gürcüstan Ordusunun silahlanmasında ABŞ istehsalı olan M82A1 “Barrett”, M95 “Barrett”, McMillan TAC‐50, “Remington 700”, DT SRS, M‐24, İsveçrə istehsalı olan OM‐50 “Nemesis”, Brugger & Thomet APR .308, Brugger & Thomet APR .338, Çexiya istehsalı olan OP‐99 “Falcon”, Serbiya istehsalı olan M‐93 “Black Arrow”, İsrail istehsalı olan GALATZ, Finlandiya istehsalı olan Sako TRG‐22, Sako TRG‐42, Sovet, Rusiya, Ukrayna istehsalı olan SVD və VSS “Vintorez” snayper tüfəngləri yer alır. Snayper tüfənglərin önəmli qismi ABŞ tərəfindən “Öyrət və Təchiz et” proqramı çərçivəsində Gürcüstan Müdafiə Nazirliyinə bağışlanıb. ABŞ‐ın dəstəyi ilə Gürcüstan Müdafiə Qüvvələri 2021‐ci ilin fevral ayında yeni tip pulemyot və qumbaraatanlar əldə edib. Silahlanmaya qəbul edilən ABŞ istehsalı olan 12.7 mm çaplı M2 pulemyotları, 5.56 mm çaplı M249 hücum pule ‐myotları və yeni MK 19 tipli avtomatik qumbaraatanların Gürcüstanın Müdafiə nazirinin iştirakı ilə Vazianidəki Təlim Mərkəzində (CTC) atış testləri keçirilib. Bununla yanaşı, 2013‐cü ilin ortalarında Gürcüstan mühəndisləri tərəfindən “Borbalo‐213” adlı anti ‐
![](https://assets.isu.pub/document-structure/220319144518-ca8b0c66fff156137abdfa3f65d049c6/v1/55eb2f07cc2c35d0fcae9626bc02a871.jpeg?width=720&quality=85%2C50)
“Satevari” snayper
material snayper tüfəngi istehsal edilə ‐rək ordunun silahlanmasına verilib. Silah mühəndisi A.Xitaraşvili tərəfindən yaradılmasına 2003‐cü ildə başlanmış bu tüfəng bullpap dizayna malikdir və “bolt action” prinsipi ilə çalışır. Uzun‐sürüşən çaxmaqla təchiz edilmiş silahın qoruyucusu sağda, yuxarı hissədə, dəstəyin arxasında yerləşir. Tüfəngə müxtəlif optik nişangahların bərki dil ‐məsi üçün lülə qutusunun üzərində pikatini relsi yerləşdirilib. Qundaq xü ‐su si ayaqlıq vasitəsi ilə möh kəm lən diri ‐lir. Uzunluğu 1200 mm, lüləsinin uzun luğu 800 mm olan silahın lüləsi geri təpmənin azaldılması üçün ağız əyləci ilə təchiz olunub. Silahın çəkisi 11.5 kq, atış uzaqlığı 1800 metrdir. Hərbi forum larda yayılan məlumata görə, hazırda bu tüfəngin 12.7x108 və 12.7x99 çaplı patronlara uyğun laş ‐dırılmış modelləri mövcuddur. Bununla yanaşı gürcü mühəndisləri tərəfindən 14.5x114 mm və 20x102 mm çaplı versiyalarının üzərində işlər aparılır. Gürcüstan Ordusu yerli istehsal olan “Satevari” snayper tüfənglərini 2016‐cı ildə silahlanmaya qəbul edib. “Satevari” snayper tüfəngi modulyar dizayna malikdir və silahın .308 Win, 300 WM, 300 NM, .338 LM, .338 GBM, .375 GBM və .50 BMG modelləri var. “McMillan TAC‐50” dizaynı üzrə hazır ‐lanmış “Satevari”nin qundağının arxa hissəsində tənzimlənən dayaq qurulub. Silah müxtəlif optik nişangahlarla komplektləşdirilə bilir. Silahın qundağı təpmənin təsirini minimallaşdıran xüsusi erqonomik materialdan hazır ‐lanıb. Tüfəng “bolt‐action” prinsipinə əsaslanır və atış dəqiqliyi 100 metr məsafə üçün 0.3 MOA‐dır. Ordunun silahlanmasında yer alan 12.7x108 mm‐lik PDShP‐1 və PDShP‐2 snayper tüfəngləri eyni çaplı patron ‐lardan istifadə etmələrinə baxmayaraq, qabaritlərinə görə bir‐birindən fərq ‐lənirlər. “Delta” tərəfindən istehsal edilən anti‐material snayper tüfəngləri sinfinə aid olan PDShP‐1 xarici di ‐zaynına görə Rusiyanın OSV‐96 tüfən ‐ginə bənzəyir. Düşmənin canlı qüv ‐ vəsini və yüngül zirehli texni kalarını məhv etmək üçün nəzərdə tutulan bu silah 5 patron tutumlu daraqla dəstləşdirilib. Atəş zamanı geri təpməni azaltmaq üçün silahın lüləsi əyləclə təchiz olunub. “Bolt action” prinsipi ilə işləyən PDShP‐2 tüfəngi isə sələfindən daha qısa və yüngüldür. Ehtiyac yarandıqda bu tüfəngə səs boğucu quraşdırmaq mümkündür. PDShP‐1 tüfənginin uzunluğu 1520 mm, PDShP‐2‐nin 1040 mm, lülələrinin uzunluğu müvafiq olaraq 1100 mm və 580 mm, atış mənzili 2000 metr (PDShP‐1), 1200 m (PDShP‐2), çəkisi 14 kq və 12 kq təşkil edir.
Döyüş modulları
Atıcı silahlarla yanaşı “STC Delta” gürcü ordusu üçün bir neçə döyüş modulu hazırlayıb. Bunlardan nəqliyyat vasitələrinin silahlandırılması üçün nəzərdə tutulan DRWS‐1 və DRWS‐2 döyüş modulları hazırda “Lazika” döyüş maşınlarının, habelə Gürcüstan Or du ‐sunun inventarında olan BTR‐70 və modernləşdirilmiş BRDM‐2 maşın ları ‐nın silahlanmasında yer alır. Erqonomik dizayna malik DRWS‐1 modulunun üzərinə 12.7 mm‐lik NSVT və 7.62 mm‐lik PKT pulemyotu qoyulub. 360 dərəcə bucaq altında ətrafa ‐10, +65 dərəcə şaquli bucaq altında atəş açmağa imkan verən döyüş modulu 36 qat böyütmə qabiliyətinə malik EB‐363P gün ‐düz/gecə kamerası ilə təchiz olunub. 23 mm‐lik 2A14 topuna və 7.62 mm‐lik PKT pulemyotuna sahib DRWS‐2 döyüş modulu 360 dərəcə üfiqi və ‐10, +40 dərəcə şaquli bucaq altında hədəfləri atəş altında saxlamaq qabiliyyətindədir. Bu döyüş modulu EB‐363P gündüz‐gecə kamerası ilə yanaşı 2 və 4 qat böyütmə qabiliyyətinə sahib GUİPİR İR 22107 termal kamerasını da özündə birləşdirir. Modulun döyüş ehtiyatı 23 mm‐lik top üçün 80 mərmi, PKT pulemyotu üçün 500 patrondur. “STC Delta”nın stasionar mən ‐təqələrin və maşınların üzərində qurul ‐ması üçün nəzərdə tutulan UMD‐1 döyüş modulu 4 ədəd 7.62 mm‐lik PKT pulemyotu, yaxud 2 ədəd 12.7 mm‐lik NSVT və 2 ədəd PKT ilə silahlandırıla bilir. Atış sıxlığı dəqiqədə 700‐800 güllə təşkil edən döyüş modulunun hər bir PKT pulemyotu 250 patron tutumlu sandığa malikdir. UMD‐1 modulu ‐10,+85 dərəcə bucaq altında hədəfləri atəş altında saxlaya bilir. Universal döyüş modulu UMD‐2 isə 1 ədəd NSVT pulemyotunu və 6 lüləli 107 mm‐lik raket blokunu birləşdirir. Pulemyotun döyüş ehtiyatı 80 patrondur. 107 mm‐lik raketlərin atış mənzili isə 11 km təşkil edir. Nəticə olaraq demək olar ki, hazırda Gürcüstan Müdafiə Nazirliyinin həyata keçirdiyi proqram əsasında silahlı qüvvələrin silah və texnika parkınının yenilənməsi, PUA parkının təkmilləşdirilməsi ilə yanaşı hava hücumundan müdafiə sistemlərinin tamamilə bərpa edilməsi və modern ‐ləşdirilməsi, habelə zirehli texnika əleyhinə silahların, müasir artilleriya və kəşfiyyat sistemlərinin alınması prosesi davam etdirilir. Beynəlxalq ixrac və idxal hesa bat ‐larından da görünür ki, Gürcüstan hər nə qədər qərb texnologiyalarına diqqət yetirsə də satınalmalarda sovet/rus silahları yenə ağırlıq təşkil edib. Proqnozlar göstərir ki, yaxın 2030‐cu ilə qədər Gürcüstan Ordusu tam şəkildə qərb silahlarına sahib olacaq. PQ
![](https://assets.isu.pub/document-structure/220319144518-ca8b0c66fff156137abdfa3f65d049c6/v1/bf918f0fbc888658065551e98c5e5737.jpeg?width=720&quality=85%2C50)