REGİONAL FOKUS: Gürcüstan Ordusunun modernləşmə perspektivləri ?Zaur Babaşov Müstəqilliyin ilk illərində əsas diqqəti Quru Qoşunlarına yönəldən Gür‑ cüstan Respublikası 1990‑cı illərin sonlarına doğru Silahlı Qüvvələrdə modernizasiya proqramlarına başlamışdı. Əsas diqqət yetirilən istiqa‑ mətlərdən biri köhnə sovet silah və texnikası ilə təchiz olunmuş arsenalın yenilənməsi olub.
2009‐cu ildə Gürcüstan Müdafiə Nazir‐ liyinin tabeliyində “Delta” Hərbi Elmi‐ Texniki Mərkəzinə milli hərbi sənayenin yaradılması həvalə olundu və həmin ildən etibarən “Delta” öz məh‐ sullarını üzə çıxarmağa başladı.
2000‐ci illərin əvvəllərində silah‐ lanmanın yeni mərhələsini başladan və bu zaman qərb dövlətlərinin embarqo‐ ları ilə üzləşən Gürcüstan cari ehtiyac‐ ları qarşılamaq üçün yenidən postsovet və Şərqi Avropa məkanına üz tutmaq məcburiyyətində qalıb. Bu zaman daha bir çətinlik ‐ Ukrayna, Çexiya, Bolqarıstan və Belarusdan tədarük edilən köhnə Sovet texnikalarının əlavə xərclər bahasına modernləşdirilməsi tələbləri də meydana çıxıb. 2008‐ci ildə Rusiya ilə yaşadığı müharibədə ciddi şəkildə itkilərə
Artilleriya potensialı “Öyrət və təchiz et” proqramı çərçivəsində ABŞ tərəfindən 2005‐ci ildən etibarən Gürcüstan Silahlı Qüvvələrinin NATO standartlarına cavab verən silah və döyüş texnikaları ilə təchizatı həyata keçirilməkdədir. ABŞ‐ın Gürcüstana yardımları Ordunun yeni silahlarla təchiz edilməsi ilə yekunlaşmır. Paralel olaraq Gürcüstanın hərbi sənaye müəssisələrinin yenidən qurulması və yeni silahların istehsalına dəstək göstərilir, bu ölkəyə hərbi məh‐ sulların istehsalı üçün gərəkli olan
məruz qalan Gürcüstan 2010‐cu ildən silahlı qüvvələrin yenidən modern‐ ləşdirilməsi layihələrinə başladı. Bu dönəmdə əsas alımları Bolqarıstan və Çexiya kimi Cənubi Şərqi Avropa ölkələrinə yönəldən rəsmi Tbilisiyə paralel olaraq ABŞ tərəfindən böyük həcmdə yardımlar göstərilib və bu gün də həmin yardımlar davam edir. Bundan əlavə, Rusiyanın təzyiqi nəticəsində silah alımında ciddi problemlərlə üzləşən Tbilisi vəziy‐ yətdən çıxış yolunu özünün milli hərbi sənaye kompleksini qurmaqda gördü.