2 minute read

ASELSAN böyüməyə davam edir

ASELSAN şirkətinin faiz, amor ‐tizasiya və vergi öncəsi mənfəəti 5,5 milyard TL‐yə, xalis mənfəəti 7,1 milyard TL‐yə çatıb. Şirkətin öz kapitalının aktivlərə nisbəti 56 %, fəaliyyətlərdən əldə edilən nəğd gəlir əvvəlki ilə nisbətən 42 % artaraq 2,4 milyard TL olub. ASELSAN‐ın İdarə Heyətinin sədri və Baş direktoru Haluk Görgün rəhbərlik etdiyi şirkətin 2021‐ci il fəaliyyətinin maliyyə nəticələrini qiymətləndirərək deyib ki, müdafiə sənayesi sahəsində lider olaraq 46 ili geridə qoyan ASELSAN, qeyri‐müəyyənliklərin özünü göstərdiyi 2021‐ci ildə 2 milyard ABŞ dollarından çox olan yeni sifarişlər alıb. ASELSAN‐ın balans sifarişləri 2021‐ci ilin sonunda 8,5 milyard ABŞ dollarına çatıb. “2021‐ci il ərzində bu günə qədər heç satış edilməmiş 6 yeni ölkəyə ASELSAN məhsullarının satışını həyata keçirdik. İstifadəçimiz olan ölkələrin siyahısına son üç ildə 15 yeni ölkə əlavə etməklə bu rəqəmi 78‐ə yüksəldik. 2021‐ci ildə “Ar‐Ge” (araşdırma‐inkişaf) fəaliyyətlərimizə 5000‐dən çox “Ar‐Ge” personalımız ilə davam etdirərək ümumilikdə 632 milyon ABŞ dolları “Ar‐Ge” xərcləməsi etdik və 2021‐ci ildə Türkiyənin ən çox “Ar‐Ge” xərcləri həyat keçirən 250 şirkəti sırasında birinci yeri tutduq”, ‐ deyə ASELSAN‐ın Baş direktoru Haluk Görgün vurğulayıb. Baş direktor bildirib ki, Pan ‐demiyanın ikinci ilində də ASELSAN investisiyaları ilə böyüməyə davam edib: “Yüksək texnologiyalarımızı dünyanın xidmətinə təqdim etməklə yanaşı, ixracyönümlü inkişaf hədəfimizə doğru irəliləmişik. Ümumi satışlarımızı 25% artıraraq 20 milyard TL‐nin üzərinə çıxarardıq”. Haluk Görgünün sözlərinə görə, ASELSAN ötən il 3300‐ü yerli olmaqla, 5500‐dən çox tədarükçüyə 1,5 milyard ABŞ dolları dəyərində satınalma sifarişləri verib. Bu sifarişlərin 1 milyard ABŞ dollarından çoxunu yerli tədarükçülərə verilən sifarişlər təşkil edib. Şirkət, 2021‐ci ildə də tə ‐darükçülərinə güclü şəkildə maliyyə dəstəyi göstərib, yerli təchizatçılarına 1 milyard ABŞ dollarından çox vəsait köçürüb. ASELSAN 2021‐ci ildə 197 məhsulun milliləşdirilməsini uğurla başa çat ‐dırmaqla, son 3 ildə milliləşdirdiyi məhsulların sayı 500‐ü keçib və bununla 200 milyon ABŞ dollarına yaxın pul vəsaitinin Türkiyədə qalmasını təmin edib. “Təhlükəsizlik qüvvələrimizin ehtiyaclarını milli resurslarla qarşılamaq və qlobal səviyyədə etibarlı iş ortağı olmaq məqsədi ilə işimizi sürət ‐ləndirərək davam etdiririk. ASELSAN təkcə müdafiə sahəsi ilə məhdudlaşmır; nəqliyyat, təhlükəsizlik, enerji, səhiyyə və maliyyə texno logiyalarında mil ‐liləşdirmə səylərini davam etdirir. Bundan əlavə, peyk və kosmosda inkişaf etdirdiyimiz xidmət yükü və avadanlıqları ilə müdafiə sənayesində tam müstəqillik istiqamətinə uyğun olaraq ölkəmizin xarici asılılığını ciddi şəkildə aradan qaldırdıq. Bu çərçivədə 2021‐ci ilin sonunda orbitə çıxarılan TÜRKSAT‐5B ilə şirkətimiz qlobal səviyyədə güvənliliyini bir daha sübut etdi. TÜRKSAT‐6A və TUMSIS X‐Bant xidmət yükü çərçivəsində hazırlanmış sistemlərlə ASELSAN kosmos sahəsində məhsullar inkişaf etdirməyə davam edib”, ‐ deyə Haluk Görgün deyib. ASELSAN 2021‐ci ildə daha 1176 nəfər mütəxəssisi işə qəbul etməklə işçilərin sayını 9460 nəfərə çatdırıb. Şirkət 2021‐ci ildə də səmərəli enerji istifadəsini yönəlmiş idarəetmə yanaşması sayılan ISO 50001: 2018 Enerji İdarəetmə Sisteminin tətbiqi prosesini uğurla idarə edib. ASELSAN qlobal orta göstəricidən yüksək nəticə əldə edərək iqlim dəyişikliyi səylərini davam etdirib. 2021‐ci ildə şirkət illərdir tutduğu İqlim Lideri ünvanına bir yenisini əlavə edərək, Yaşıl Dünya Səfiri olub və Beynəlxalq Green Apple gümüş mükafatı qazanıb.

ASELSAN

Advertisement

böyüməyə davam edir

This article is from: