33 minute read

Azərbaycanda medalyer sənətinin təşəkkülü və inkişafı

AYTƏN ƏHMƏDOVA

Azərbaycanda medalyer sənətinin təşəkkülü və inkişafı

Advertisement

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

40

Medalyer sənətinin Azərbaycan ərazisində təşəkkül tapması və inkişafı qədim dövrlərə təsadüf edir. Qədim qabartmalardan başlayaraq müasir dövrə kimi uzun yol keçmiş kiçik formalı heykəltəraşlıq nümunəsi olan medalyer sənəti bütün bu zaman kəsiyində dövrün ruhunu özündə əks etdirən ən dəyərli mədəniyyət abidəsidir. Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar zamanı digər maddi-mədəniyyət nümunələri ilə yanaşı, müxtəlif çeşidli medalyon, diskşəkilli asma, sikkə və plaket nümunələrinin tapılması qədim dövr medalyer sənəti haqqında fikir yürütməyə əsas verir. Bununla yanaşı, bu nümunələr təsviri sənətimizin mənşəyinin öyrənilməsində də əvəzsiz materialdır. Azərbaycan medalyer sənətinin ilk nümunələri qədim insanların bədii təfəkkürünü, estetik baxışlarını və dini-ideoloji təsəvvürlərini əks etdirən qiymətli sənət əsərləridir. Onlar Azərbaycanın qədim

FƏSİL I

əhalisinin mənəvi mədəniyyəti və incəsənəti haqqında bir sıra maraqlı elmi nəticələr söyləməyə imkan verir.

Müəyyən təbii şəraitdə yaşayan və hər hansı həyat tərzi keçirən (köçəri və ya oturaq) xalqın bədii obrazlarda əks olunan ona uyğun dünyagörüşü, reallığın xüsusi ”stereotip”i yaranır. Qədimdə və ilk orta əsrlərdə Azərbaycanda (islam dini qəbul edilməmişdən əvvəl) bir çox dini inanclar mövcud olmuşdur. Bu din və inancların əsas ideyaları müəyyən işarə və simvol sistemindən ibarətdir ki, bu da qədim əcdadlarımızın mənəvi dünyalarını onlar vasitəsilə ifadə etməsini asanlaşdırmış və bədii mədəniyyətimizdə əsrlər boyu əks olunmuşdu. Müasir tarixi təcrübə də, hətta ən qədim kultların ayrı-ayrı obraz, işarə, simvollarda dirçələrək, bu gün də yeni bədii təsvirlərdə canlanıb öz həyatiliklərini itirməməsini göstərmişdir. Bu, xüsusən medalyer sənəti nümunələrində daha aydın təcəssüm olunur.

Arxeoloji qazıntılar zamanı tapılmış, daha çox bəzək kimi qələmə verilən tunc dövrünə aid medalyon, diskşəkilli asmaların, həm də ayini və qoruyucu funksiya daşıması da istisna olunmur. “Bu dövrdə tuncdan düzəldilmiş məmulatlar öz dəqiq işlənməsi və bəzən çox orijinal formalarda olmalarına baxmayaraq, əsasən bəzəksiz idi. Düzdür, nadir hallarda da olsa, bu dövrə aid şeylərin üzərində biz müxtəlif həndəsi xətlərə, bəzən günü, ulduzu, ayı, hətta heyvan təsvirini andıran rəsmlərə də rast gəlirik. Lakin bunlar dulusçuluq sənəti nümunələri üzərində rast gəlinən rəsmlərdəki bəzək rolu deyil, daha çox simvolik mahiyyət daşıyırdı” (34, 19).

Bunlar əsasən tökmə texnikasında tunc və sürmə ərintilərindən istehsal edilmiş yastı-qabarıq medalyon və disklərdir. Onlar praktik olaraq düzgün disk və ya dairə formasına malik olub, əksəriyyəti bir tərəfdən hamar, digər tərəfində isə qabarıq təsvirlə örtülmüşdür.

Onların üzərindəki təsvirlərin kamilliyi o dövr insanların bədii və estetik zövqünün inkişaf etdiyinə bir sübutdur. Gicgah medalyonları və ya disklərin forma yaradıcı əsasında həndəsi fiqur – dairə durur. Bu adətən solyar simvol olub, təbiətin kosmik qüvvələri ilə bağlı dini-magik mənaya malik günəşin təsviridir. Dairənin semantikası “qoruyucu” rol oynayır. Əbəs yerə deyil ki, o başın ən müdafiəsiz sahəsi olan gicgahda yerləşir. “Ulu əcdadlarımızın təsəvvürünə görə günəş pis ruh və təhlükələrdən qoruyurdu. Qədim azərbaycanlılar keramik və metal məmulatların üzərində solyar və digər astral simvolları təsvir edərkən, həmçinin onlardan qara qüvvələrdən qoruyucu kimi də istifadə edə bilərdilər” (104, 573).

“Solyar dairələr günəşin həyatverici gücü haqqındakı ideya ilə əlaqədardır. Paleolit və sonrakı dövrlərin incəsənətində tez-tez təkrarlanan dairə və yarımdairə formalı obrazlar günəş və ay mənasına malikdir. Azərbaycanın

AZƏRBAYCANDA MEDALYER SƏNƏTİNİN TƏŞƏKKÜLÜ VƏ İNKİŞAFI

41

AYTƏN ƏHMƏDOVA

qayaüstü incəsənətində kifayət qədər bu cür işarələr vardır” (19. 37).

Çox mühüm faktlardan biri də bu dairə şəkilli lövhələrin orijinallığıdır. “Dingələrdən tunc vərəqdən hazırlanan gicgah və qulaqları örtən diskvarı lövhə asılırdı. Metalın yumşaq əsasında sıxma üsulu ilə hazırlanan belə lövhələr Zaqafqaziya ərazisində ancaq Azərbaycanda məlumdur (Çovdar, Gədəbəy, Xaçbulaq) (158, 29).

Medalyon və disklərdən əcdadlarımız gündəlik həyatlarında öz üstlərində istifadə edir, onların simvolikası geyimdə ornament yerləşdirmələrinin simvolikası kimi, səmanın, günəşin və torpağın məhsuldarlıq kultu ilə bağlı idi. “Azərbaycanda yaşayan qədim qəbilələr təbiətə sitayiş edirdilər. Onlar etiqadları ilə əlaqədar olaraq təsvirlər yaratmışlar. Belə ki, gil və metal əşyalar üzərindəki dalğavarı xətlər çox güman ki, axar çayı, dairəvi medalyon günəşi, kəsik xətt isə ildırımı təmsil etmişdir” (41, 7).

Qədim insanların dünyagörüşləri müəyyən sxematik forma, işarə və simvollar şəklində ifadə olunaraq o zamankı cəmiyyətin hər bir üzvünə aydın olub, dəqiq düşünülmüş fəlsəfi sistemi özündə əks etdirir. “Qədim müdriklər bilirdilər ki, cəmlənmiş formada bilikləri qoruyub saxlayan hər hansı bir xarici simvol olmasa, insan yaddaşında heç bir şey qalmayacaq” (101, 240).

Bütün həndəsi simvollar özündə dünyanın mifoloji modelini və mütəşəkkil fəza olan kosmosu təcəssüm etdirirdi (29, 70). Doğrudan da, dünyanın bir çox xalqlarında həndəsi ornamentlər məmulatlar üzərinə çəkilmiş və hər bir xalq bu nişanlara öz dünyagörüşü çərçivəsində mənalandırmışdır. “Məsələn, dairə – günəş, kvadrat – torpaq, üçbucaq – dağ, svastika – günəşin hərəkəti, spiral – inkişaf, hərəkət və s. bildirir, amma onlar, çox güman ki, predmetlərdə hələ dekorativ xüsusiyyətə malik deyildilər” (88. 3).

Göründüyü kimi, maddi mədəniyyət nümunələrində müşahidə etdiyimiz simvollar müəyyən informasiya daşıyıcılarıdır. Onlar nəsildən-nəslə ötürülərək əsrlərlə demək olar ki, heç bir dəyişikliklərə uğramamışlar. Belə simvolların əksəriyyəti universial təbiətə malikdirlər. Onlara xaç, dairə, spirallar və s. aid edilir. Lakin sonradan sakral qüvvələrini itirərək, dekorativ-tətbiqi sənət nümunələrin ornamentlərində bu gün də yaşayırlar. Bu təsvirlərin semantik laylarının araşdırılması son dərəcə vacib məsələlərdəndir. Tunc məmulatlardakı süjetlərin interpretasiyası üçün təhlilə obrazların mənaları müxtəlif olan ayrı-ayrı zaman qatları cəlb edilməlidir. Bunun üçün ilk olaraq bütün xalqlara məxsus olan universal, arxetipik, ümumbəşəri mifologemləri, daha sonra türk xalqları üçün tipik olan dinimifoloji ənənələrin xüsusiyyətlərini nəzərə almaq lazımdır.

Xaç, romb və dairə hələ ən qədim dövrlərdən məşhur solyar simvollar idi. Ümumiyyətlə, xaç

42

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

FƏSİL I

xristianlıqdan çox-çox əvvəl qədim zamanlardan işlənən sakral işarədir. “Xaç ölməzlik və günəş simvolu idi” (166, 11). “Xaç – həmçinin dünya mifologiyasında ən əhəmiyyətli universal simvoldur. O, hərəkət və mərkəz ideyalarını özündə təcəssüm edir. Xaçın oxları – hərəkət vektorlarının göstəricisidir (dünyanın dörd tərəfi, ilin fəsilləri, yuxarı – aşağı, sağ – sol) (183, 260).

Astral simvolikası tətbiq edilən ən erkən nümunələr tunc dövrünə aid olan məmulatlardır. Arxaik nümunələrdən biri b. e. əvvəl II minilliyə aid edilən Xanlar rayonundan tapılmış tunc lövhəcik və ya düymədir. Onun (diametri 3 sm) üzərində ucları haçalanmış xaç işarəsi təsvir edilib. Bu çox az təsadüf edilən bir təsvirdir. Elmi ədəbiyyatda bu tipli xaç “kruassante” adlanır. “Kruassante və ya ucları aypara şəkilli xaç ayın dörd fazasını bildirir” (166, 209).

O da qeyd olunmalıdır ki, qədim Azərbaycan sakinləri təzə doğmuş ayın (hilal) yerə təsirinin daha güclü olduğuna inanaraq aypara nişanını, o cümlədən aypara formasında olan öküz buynuzlarını Ay kultunun simvollarından biri kimi qəbul edərək müqəddəsləşdirirdilər. Zaqafqaziyada “Tunc dövründə astral məna kəsb edən öküz kultuna rast gəlinir” (144, 97). Öküz ayla bağlıdır ki, bu da öz növbəsində, onun buynuzlarının formasının aypara şəklində olması ilə əlaqəli idi.

Qədim türk mifologiyasında “Dünya böyük və qırmızı bir öküzün tək buynuzu üstündə dayanır. Bu buynuzu yorulanda öküz dünyanı o biri buynuzuna atar, bundan dünya sarsılır və buna zəlzələ deyilir” (54, 10).

Həmçinin Qədim İkiçayarasında, Orta Asiyada, İranda və qədim hind ənənələrində öküz hər şeydən əvvəl ay tanrısı obrazında idi (129, 203).

Yəqin ki, bu səbəbdən Azərbaycanda son tunc – erkən dəmir dövrləri abidələrinə aid edilən tunc kəmərlərin üzərində təsvir edilən öküz buynuzları aypara formasında təsvir edilmişdi. “Azərbaycan ərazisində, hətta öküzün xüsusi hörmət və təmtəraqla dəfn edilməsi halına da rastlanmışdır. Məsələn, arxeoloq Resler Xocalı kurqanında apardığı qazıntılar zamanı belə bir məzara rast gəlmişdir. Burada dəfn edilmiş öküzün başına bütöv ayın rəmzi olan dairəvi disk bərkidilmişdi” (57, 24). Dünyanın

AZƏRBAYCANDA MEDALYER SƏNƏTİNİN TƏŞƏKKÜLÜ VƏ İNKİŞAFI

B. e. əvvəl II minilliyə aid edilən Xanlar rayonundan tapılan tunc lövhəcik və ya düymə (diametri 3 sm.)

43

AYTƏN ƏHMƏDOVA

Xaçbulaqdan (Daşkəsən) tapılmış gicgah medalyonu. ayrı-ayrı mədəniyyətlərində öküzə olan böyük diqqət onun qədim xalqların həyatında önəmli rolu ilə bağlı idi. E. ə. III minilliyin sonu – II minilliyin əvvəlinə aid edilən, alnında firuzə qaşlı aypara olan öküzün qızıl maskası Altun təpədə (Cənubi Türkmənistan) aşkar edilmiş və güman ki, eyni rəmzi məna daşıyırdı (56, 127).

Fikrimizcə, burda vacib bir düzəlişə ehtiyac var. Belə ki, məşhur tədqiqatçı Mirəli Seyidov öz əsərində qeyd etdiyi kimi, bu, “öküz deyil, buğadır. Çünki, zoomorfik onqonlar başlıca olaraq dölləndirənlər, döllənən olurlar. Bəllidir ki, buğa türk xalqlarında zoomorfik onqon sayılmışdı” (43, 119).

Azərbaycan ərazisində üzərində astral rəsmlər arasında günəşi simvolizə edən təsvirlər, işarələr olan medalyer sənət nümunələri xüsusilə geniş yayılmışdı. Günəşin verdiyi istilik və işıq Yer planetində həyatın mövcud olmasının ən əsas və mühüm şərtidir. Əcdadlarımız bunu çox gözəl anlamışlar. “Qədim şumerlərin, eləcə də qədim türklərin Günəşə, Aya sitayiş etmələri tarixdən məlumdur. Tarixən Azərbaycan ərazisində e. ə. III minilliyin birinci, ikinci yarısında mövcud olmuş Aratta, Kuti, Turruki, Lullubi kimi ilkin dövlət qurumları dövründə, eləcə də Manna, Albaniya dövlətləri zamanında əhali arasında Ay ilahəsinə, Günəşə sitayiş olunmasını tarixi qaynaqlar sübut edir” (2, 65).

“Günəşə inam göy cisimləri ilə bağlı miflərin ən əskisidir, sevimlisidir, öz kökləri ilə insanın hələ kainatı yaxşı dərk etmədiyi çağla bağlıdır. Qafqazda, o sıradan Azərbaycanda yaşamış türk ellərinin inamlar, tanrılar panteonunda günəşə inam ayrıca yer tutmuşdur (43, 367). Bütün dünya türklərinin dövlətçilik tarixində mühüm rol oynamış “Günəş və Aslan” gizli Mühafizə Təşkilatının üzvlərinin özlərini “Gün görənlər” adlandırması Günəş toteminin türklərdə böyük əhəmiyyət daşımasından xəbər verir. Araşdırmaçı-alim, mifoloq S. Rzasоyun fikrincə, türklərin еtnik özünü tanımalarında Günəş simvоlu əsas еtnоpsixоlоji işarələrdən olmuşdur (38, 152).

Çoxsaylı sənət abidələrində günəş rəmzləri dairə, dairədən ayrılan şüa, içərisində nöqtə olan çevrə kimi təsvirlərlə verilir. Buna misal olaraq Xaçbulaqdan tapılmış digər gicgah medalyonunu göstərmək olar.

Medalyonun kompozisiyasında bir qədər böyük ölçüdə, içərisində nöqtə olan çevrə,

44

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

FƏSIL I

onun ətrafında isə yeddi ədəd qabarıq, kiçik ölçülü, ola bilsin ki, planetləri və ya ulduzları simvolizə edən dairələrin təsviri verilmişdi. Medalyonun kənarları dairə boyunca iç tərəfdən nazik relyefli saya, daha sonra isə bir qədər enli dilikli (qofreyə bənzər) haşiyə ilə tamamlanmışdır.

B. e. əvvəl XIV-XI əsrə aid edilən Daşkəsəndən tapılmış gicgah medalyonunun bədii tərtibatı da böyük maraq və bir çox mülahizələr yaradır. Onun üzərində svastika işarəsi, 90 dərəcəli bucaq, müxtəlif ölçülü dairələr səth üzərində qabarıq olaraq təsvir edilmişdi.

Svastika Azərbaycanda çərxi-fələk kimi tanınır. Mərkəzdə verilmiş çərxi-fələk rəmzi Azər-baycan tayfaları və skiflər arasında çox geniş yayılmış bir işarədir. “Tədqiqatçılar hesab edirlər ki, Azərbaycanın ən erkən svastika işarələrinin nümunələri e. ə. IV minilliyə aiddir və Qobustanda, Gəmiqayada, həmçinin keramika və metal üzərində qeydə alınmışdır (19, 76). Maddi mədəniyyətimizin ən qədim nümunələrindən olan “Gəmiqayada çox maraqlı piktroqrafik səciyyəli simvolik işarələrdairələr, dördbucaqlı, üçbucaqlı, çərxi-fələk (svastika) nişanı və s. həkk olunmuşdu. Çərxifələk (svastika) işarəsi diqqəti xüsusilə cəlb edir. Naxçıvanda I Kültəpənin e. ə. II minilliyə aid orta tunc dövrü təbəqəsindən əldə edilmiş gil lövhə üzərində çərxi-fələk (svastika) işarəsi cızılmışdı. Bu işarə boyalı qablar üzərində də çəkilmişdir” (5, 17).

“Hətta tunc dövrünə aid Sarıtəpə, Babadərviş məbədinin divarlarında və abidədən tapılmış gil pintaderlər üzərində yalnız çərxifələk işarəsinə təsadüf olunmuşdu. Bu həndəsi ornament əbədiyyəti, dörd ünsürü – dünyanın dörd tərəfini, odu, suyu, torpağı, küləyi və s. özündə simvollaşdırır. Çərxi-fələk qədim dünya mifologiyasında insan və antropomorf allahların modeli kimi də çıxış edir (3, 133). “Svastika qədim şərqdə həyat və işıq, xeyirli tale və rifah rəmzidir (sanskritdə “xoş” + “güzəran”). Günəşlə bağlı ən qədim işarələrdən olmaqla, “günəş quşu”+ “fəsillərin səcdəgahı”, Günəşin Yer ətrafında hərəkət göstəricisi və ilin dörd mövsümə bölünməsi kimi izah edilir, eləcə də dünyanın dörd tərəfi ideyasını da əxz edir (29, 8). Bu nümunədə gördüyümüz təsvirdə çərxi-fələk günəşin, onun ətrafındakı müxtəlif ölçülü dairələr ulduzların, 90 dərəcəli bucaq isə günorta vaxtı Günəş zenitdə olarkən onun

AZƏRBAYCANDA MEDALYER SƏNƏTININ TƏŞƏKKÜLÜ VƏ INKIŞAFI

B.e.əvvəl XIV-XI əsrə aid edilən Daşkəsəndən tapılmış gicgah medalyonu, d-7,5 sm.

45

AYTƏN ƏHMƏDOVA

yer səthinə düşən şüasının simvolu kimi çıxış etməsi haqqında fikir yürütmək olar. Medalyonun haşiyə zolağının qıraq hissəsi dairə boyunca burma naxışla, mərkəzə tərəf olan zolaq isə nazik saya haşiyə ilə bəzədilmişdir. Hər iki haşiyə zolağı relyefdə işlənilmişdir. Təsvirlər döymə və cızma üsulu ilə yerinə yetirilmişdi.

Təsvirlərin orijinallığı və məzmunu baxımından Gədəbəydən tapılmış sürmədən hazırlanmış medalyon və disklər xüsusi maraq doğurur..

Bu əsərlərin bədii tərtibatında həndəsi naxışlar və heyvanat aləmindən götürülmüş rəsmlərdən ibarət dərin məzmunlu böyük kompozisiyalara da rast gəlinir. Naxış təəssüratı yaradan təsvirlər dekorativ məqsəd daşımamışdı. Bunu medalyondakı kompozisiyanı müşahidə edərkən asanlıqla anlamaq olur. Onların nə məqsədlə həkk olunduğu haqqında mülahizəmizi qeyd etmək istəyirik. Bizcə, bu təsvirlər qədim türkdilli xalqların mifoloji- dini, kosmoqonik təfəkkürü ilə bağlıdır. Kiçik bir sahədə – medalyonun səthində ulu əcdadımızın dünyanın yaranması haqqında təsəvvürləri, kainatın mifik sistemi və modeli öz əksini tapmışdır. Rəsmlər sxematik və primitiv olsalar da, onlardan təşkil olunmuş kompozisiya zamanla məkanın bünövrəsinin vəhdətdə qoyulmasından bəhs edir. Yerüstü məkanın dördyönlü quruluşu haqqında görüşlər və onun dörd yönündən hər birinin qoruyucu tanrısı olması ilə bağlı inanclar dünyanın bir çox xalqlarının mifologiyasında yer almışdır. Medalyonun mərkəzində təsvir olunan küncləri ikiqat qövslə işarələnən kvadrat həmin məkandır (horizontal məkan anlamını ifadə edir). Türk mifologiyasında, o cümlədən, Azərbaycan türklərində dünya şaquli olaraq üçqatlı, üfüqi olaraq dördyönlü düşünülmüşdü. “Kvadrat qədim zamanlardan torpağı, sahəni, dünyanın dörd səmtini, qapalı məkanı

B.e. əvvəl II-I əsrlərə aid edilən Gədəbəydən tapılmış sürmədən hazırlanmış disklər

46

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

FƏSİL I

simvolizə edir. Kvadratın (romb) bütün bucaqları ərazi anlayışı ilə də əlaqələndirilirdi” (88, 3). Medalyonda üçqat şaquli dünya bu ardıcıllıqla yerləşdirilıb: günəş (maral və keçi simvolunda) səmanı, dağlar (üçbucaqlar) yeri, medalyonun qıraqlarındakı qazlar su dünyasını simvolik olaraq işarələyir.

Buna oxşar fikri tədqiqatçı alim Ö.Ş.İsmizadə də öz əsərində qeyd edir: “Şəmkirdən tapılmış diskvarı sürmədən düzəldilmiş lövhənin mərkəzində günəş, daxili sahəsində üçbucaqlar (ola bilsin ki, dağ), maral və keçilər, xarici konturunda isə quşlar (ola bilsin ki, suda üzən) yerləşdirilmişdir. Bu kompozisiya çox uzaq zamanlarda insanların üç dünyanı – səma, yer və su dünyasını özlərinə necə təsəvvür etdiklərini təxmin edir” (108, 20).

Bu əsərlər yerli mədəniyyətin daşıyıcıları olan əhalinin şərti-simvolik dillə kainatın mənşəyi, dünya nizamı, dövrilik, zaman və məkan kimi əsas anlayışlarını özündə əks etdirir. Heyvan və quş təsvirləri kainat strukturunun müxtəlif səviyyələrini kodlaşdırır, mediativ funksiya yerinə yetirir, əsas təbii ünsürlərin simvolu olub, günlük və illik dövrü mərhələlərlə əlaqəli demiurq və ulu əcdad rolunu oynayır.

Tədqiqatçı alim Z.Umarova elmi işində yazır: “Tunc dövründə kosmoqonik və məhsuldarlıq kultunun inkişafı ilə əlaqədar totemik təsəvvürlərin demək olar ki, tamamilə kökü kəsilir. Bu vaxta insanlarda dünyanın yaranışı, kosmos, təbiət və heyvanların kainatın bir hissələri olması kimi tamamilə başqa təsəvvürlər formalaşır. Heyvanlar müəyyən göy cisimləri ilə assosiasiya edilir. Günəş varlıqları kimi aslan, at, xoruz, qırqovul, göyərçin və b. heyvanlar çıxış edirlər. Tunc dövründə heyvan təsvirləri ehtimal ki, qoruyucu magik funksiyasını yerinə yetirirdi, çünki buynuzlu heyvanlar demək olar ki, həmişə günəşlə assosiasiya olunur və onun funksional xüsusiyyətləri onlara da aid edilirdi” (208). Medalyonun bədii xüsusiyyətlərinə gəldikdə isə onun səthində təsvir olunan heyvanlar stilizə edilmiş, profildən, dinamik pozada, bədən səthinin bir qədər modelləşdirilməsi ilə verilmişdi. Əsərin üzərindəki həndəsi formalar bu təsvirlərlə sintezə girib, kompozisiyanın dekorativliyinə xidmət edir.

Təbriz muzeyinin ən gözəl eksponatlarından biri b. e. əvvəl I minilliyə aid edilən qızıldan hazırlanmış medalyondur. Medalyon dairəvi formalıdır. Onun əsas ornament motivi səkkiz ləçəkli güldür.

Günəş – çevrə, ortasında nöqtə olan dairə, oval, rozetka, yəni ləçəkli gül formasında təsvir edilə bilirdi (85, 62). Gül günəşi, ləçəklər isə simvolik dildə onun şüalarını ifadə edir. Buna misal olaraq, qədim Misirdə şanagülünün (lotos) günəşi, onun ləçəklərinin isə şüalarını simvolizə etməsini göstərə bilərik.

Gülün ləçəkləri incə, qızıl tellərdən istifadə etməklə icra edilib. Qızıl əridilərək müəyyən

AZƏRBAYCANDA MEDALYER SƏNƏTİNİN TƏŞƏKKÜLÜ VƏ İNKİŞAFI

47

AYTƏN ƏHMƏDOVA

Qızıl medalyon. Təbriz. B.e. əvvəl I minillik. Təbrizdə Azərbaycan muzeyi.

Şaxtaxtıdan tapılmış üstü qızıl listlə bəzənmiş tünc lövhə formaya tökülür, soyuduqdan sonra isə xüsusi alətdən keçirilərək müxtəlif uzunluqlu tellər şəklinə salınır. Həmin tellər bizim nümunədə ləçək formasına gətirilərək medalyonun əsas dekorunu təşkil edir. Hər ləçəyin yuxarı hissəsindəki qızıl dairənin içində ulduza bənzər səkkiz ədəd bəzəklər mövcud olmuşdur. Onlardan yalnız üçü olduğu kimi bizim dövrə gəlib çatmışdır. Zəncirə keçirmək üçün medalyona lehimləmə üsulu ilə zərif qulp bəndlənmişdir.

Əgər çoxləçəkli gülü günəş simvolu kimi qəbul etsək, onda səkkiz ədəd kiçik dairələr qalaktikamıza daxil olan planetləri simvolizə edir. Biz onun kənar haşiyəsində qabarıq nöqtələrlə işlənmiş iki sıra naxış görürük. Qızıldan hazırlanmış xırda hamar kürəciklərdən ibarət zolaqlar medalyonun səthini səkkiz bərabər hissəyə bölür. Kompozisiyanın detalları mərkəzdə yerləşən solyar simvolun ətrafındakı üçbucaq hissələrdə bərqərar olur. Sanki günəşin şüaları kimi, bir mənbədən çıxıb müxtəlif istiqamətlərə yönələn ləçəklər bu kompozisiyaya ritmik təkrarlanan dinamiklik və plastik gözəllik verir. Medalyonda həyatverici günəş şüaları ilə torpaqda gül və çiçəklərin bol bitməsi arasındakı əlaqə ideyası təcəssüm olunur.

Naxçıvanın Şaxtaxtı kəndindən tapılan dairəvi lövhə maraqlı bir təsvirə malikdir. Onun mərkəzi hissəsində dörd dairə bir-birinin içərisində verilmişdi.

Ola bilsin ki, bu dörd fəsildə günəşin aktivlik dərəcəsinin müxtəlifliyini göstərir. Lövhənin mərkəzi kompozisiyasına dörd tərəfdən qoç buynuzları ilə tamamlanan qoyun başının stilizə olunmuş təsviri birləşir. Zoomorf ornament – “qoyun buynuzları” motivi aşağıdakı qaydada yaranır: vahid gövdə ikilənərək, qoyunun stilizə olunmuş buynuzlarını xatırladan iki simmetrik buruq yaradır.

Bu yaxınlarda Cəlilabadın Xanəgah kəndindəki fərdi təsərrüfatlardan birində traktorla şum aparılarkən üzərində bu rəsmə oxşar təsvirləri olan saxsı qab nümunələri aşkar edilib. Bu və digər nümunələrdəki qoyun buynuzu motivi türk xalqlarının təsviri sənətində mühüm yer tutur.

“Baxılan dövrün insanlarının təsəvvüründə apotropeik – qoruyucu gücə malik olan qoyun Zaqafqaziyada ən qədim dini simvol – xeyr və firavanlıq emblemi idi. Ağ qoçu Günəş

48

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

FƏSİL I AZƏRBAYCANDA MEDALYER SƏNƏTİNİN TƏŞƏKKÜLÜ VƏ İNKİŞAFI

Allahına, qara qoçu isə yeraltı dünya Allahlarına qurban kəsirdilər” (158, 45). Köçəri və yarımköçəri həyat tərzi keçirən türkdilli xalqların təminat sistemində üstünlük təşkil edən heyvan növü qoyun idi. Belə ki, onun aza qane olması, dözümlülüyü, qar altından belə yem əldə etmək qabiliyyəti, məişətdə geniş istifadə olunan yun və digər xüsusiyyətlərinə görə bu xalqlarda qoyun kultu formalaşmışdır.

Tunc dövrü abidələrində bu kultun çoxsaylı izlərinə rast gəlirik. “Mənbələr göstərir ki, qoç uzaq keçmişlərdə türkdilli xalqlar arasında müqəddəs heyvanlardan biri sayılmışdı. Bu günədək kəndlərdə çəpər dirəklərinə, eyvan sütunlarına, bərəkət və qüvvət əlaməti olaraq qoç başının bərkidilməsi, qoçun şərəfinə daşdan yonulmuş heykəllər yaradılması bunun canlı timsalıdır” (35, 29).

Genetik yaddaşımızı simvolik işarələrdə yaşadan xalçalarımızda da qoyun buynuzunun sxematik təsvirlərinə rast gəlirik. “Digər tərəfdən isə qoyunlar vəfat etmiş insanların ruhlarını Tanrı məkanına çatdıran müqəddəs canlılardan hesab edilirdi” (26, 38). Bəlkə ona görə Azərbaycan ərazisində qəbirlərə başdaşı əvəzi daşdan yonulmuş qoyun fiqurları qoyulurdu.

Azərbaycan ərazisindəki sənət abidələrində maral rəsmi çox qədim zamanlardan rast gəlinən təsvirdir”. Qobustanın Böyükdaş, Kiçikdaş

Cəlilabadın Xanəgah kəndindən tapılmış xaç təsvir edilmiş saxsı qab

49

AYTƏN ƏHMƏDOVA

və Cingirdağ dağlarında maral təsvirlərinin təbiiliyi böyük maraq doğurur. Bu təsvirlərin realizmi öz dəqiqliyi ilə insanı heyran edir. Cervus elaphus maral Ogilby – nəcib maral təsvirlərinə son pleystosen dövrünün qayaüstü incəsənətində kifayət qədər rast gəlinir. Bu qəbildən qayaüstü rəsmlərə Azərbaycanın bütün rayonlarında təsadüf etmək olar” (19, 23). Maraqlıdır ki, qədim uyğurların hakim tayfası olan yaklakarlar (cəlayirlər) öz şəcərələrini totem əcdadları – qızıl buynuzlu Günəş maralı ilə bağlayırlar” (26, 66). Maralın hər il buynuzlarının atması bacarığı ağacın vegetativ mərhələsi ilə assosiasiya olunur. Məhz, bu da kosmik maral obrazının yaranmasına gətirib çıxardır. “Buynuzlu Ana maral xalqın poetik şifahi yaradıcılığında və inanclarında yeganə heyvandır ki, birmənalı münasibətlə qarşılanır. Bayatılarda maralın qaçıb uzaqlaşması insan qəlbinin daşa dönməsinə bərabər sayılır. Maralın Azərbaycan türklərinin əsas totemi kimi qəbul edilməsi son illərdə yurdumuzun müxtəlif bölgələrində aparılan arxeoloji qazıntılarla da təsdiqlənir. Qeyd edək ki, üç yerdən – Şəki, Şamxor və Ağdaşdan totem maral fiqurları tapılmışdır” (42, 27).

Tunc dövrünə aid qəbir abidələrində aparılan qazıntılar zamanı maral dəfni adətinə də rast gəlinib. “Ölkəmizin ərazisində əldə olunan maddi mədəniyyət nümunələri üzərində maral təsvirlərinin olmasına və Azərbaycan folklorunda maral haqqında olan əfsanə və rəvayətlərin məzmununa diqqətlə fikir verdikdə, belə bir nəticəyə gəlmək olar ki, bu ərazidə aşkar olunmuş maral təsvirləri dini etiqadla bağlı olub, müqəddəslik və nəsil artımı ideyasını özündə rəmzləşdirir. Bundan başqa buynuzlu maral hakimiyyət rəmzi də hesab olunur” (44, 17).

Xalqımızın marala olan xüsusi münasibəti haqqında görkəmli alim Mirəli Seyidov “Azərbaycan xalqının soykökünü düşünərkən” əsərində qeyd edir: “Ümumiyyətlə, əski türkdilli xalqlarda keyik, maral başlıca zoomorfik onqonlardan imiş. Əski türk əfsanələrinin birində deyilir ki, türkdilli boylardan, qəbilələrdən biri bərabər olmayan vuruşda tamamilə yenilir. Bu qəbilədən yalnız dörd nəfər qaçıb gizlənə bilir. Ac-yalavac, yorğun qaçqınlar sübh çağı dağların kimsəsiz qoynunda ala keyikə rast gəlirlər. Ala keyik onları cənnət kimi gözəl bir yerə gətirir, öz südü ilə doyuzdurur” (43, 241). Təsadüfi deyil ki, maral təsviri skif-sibir sənətinin heyvani üslubunda ən geniş yayılmış motivlərdən biridir və skif sənətinin triadasına daxildir. Artıq ilkin mərhələdə (b. e. əvvəl VIII-VI əsrlərdə) təsvirin müxtəlif variantları seçilir: dırnaqları üstündə duran, addımlayan, ayaqlarını qarnının altına yığıb uzanan maral və s. Maral obrazının stilistik traktovkası ilə yanaşı, onun yaranma mənşəyi də tədqiqatçıların diqqətini cəlb edir. M. İ. Artamonov, N. L. Çlenova kimi tədqiqatçılar hesab edirlər ki, “ayaqları içəri tərəfə qatlanan və duran iki maral pozalarının prototipinlərini b. e. əvvəl III-II

50

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

FƏSİL I

minillikdə İran və Mesopotamiya abidələrində, bu obrazın yaranma yerini isə Kürdüstan və Şərqi Qazaxıstan arasındakı geniş ərazidə axtarmaq lazımdır” (70, 55).

Maraqlı sənət nümunələrindən biri Mollaisaqlı təknə qəbir materialları içərisində tapılmış maral təsvirli tunc medalyondur.

Maral fiqurunun başı arxaya dönmüş, ürkək qaçışda – qıçlarını havada oynadan vəziyyətdə, yəni ani sıçrayış anında təsvir edilmişdi. Onun döş hissəsi gərilmiş, buynuzları geri atılmış, quyruğu isə dik qaldırılmış şəkildə verilmişdi. Maral tək xətlə, sxematik üslubda təsvir edilmişdi. Təsvir rəssam tərəfindən çox canlı, dinamik şəkildə təqdim olunur. Buynuzları ənənəvi olaraq arxaya yönəlmiş olsa da, amma skif marallarından fərqli olaraq onlar “s”-vari buruqlarla tamamlanmır. Eyni zamanda, qeyd olunmalıdır ki, bu təsviri mövzu “skif heyvani üslubu”nda ənənəvi olsa da, bizim nümunədə obrazın verilməsi tamamilə fərqlidir. Skif heyvan təsvirlərinin stilizə edilmiş, sanki dar bir çərçivəyə salınmış bədənlərinin siluetindəki kəskin iti kənarların olması bu maralda yoxdur. Təsvirdə yerli maral növünə aid xarakterik xüsusiyyətlər dəqiqliklə verilmişdi.

Milli Azərbaycan Tarixi Muzeyində saxlanılan qum daşından düzəldilən qəlib iki maral başının təsviri olan müəyyən əşyanın tökülməsi üçün istifadə edilirdi. Eksponat son tunc – ilk dəmir dövrünə (e. ə. XIII-VIII əsrlər) aiddir və bir daha bu heyvanın incəsənətimizdə önəmli yer tutduğunu təsdiqləyir. Çox güman ki, insanlar zoomorf simvolların qoruyucu funksiyalar daşıdıqlarına da inanıblar. “İlkin zoomorf simvollar totem olaraq insanları qoruyan amuletlər idi. Heyvan və quş obrazlarının təsvir olunması ənənəsi Azərbaycanın bir çox dekorativ-tətbiqi sənətlərinə, o cümlədən xalçaçılığa keçərək bu günə qədər qalmaqdadır” (45, 19).

Təbrizdə, Azərbaycan muzeyində saxlanılan iki eksponat qədim medalyer sənətimizin ən maraqlı nümunələrindəndir. B. e. əvvəl I minilliyə aid edilən Manna dövləti dövrünə aid Güney Azərbaycandan aşkarlanmış sikkə və Marağadan tapılmış Midiya dövlətinə aid gümüş pulun üstündəki təsvirlər eyni süjeti canlandırır.

Hər ikisinin mərkəzi kompozisiyasında əllərində heyvanların arxa ayağından tutaraq saxla-

AZƏRBAYCANDA MEDALYER SƏNƏTİNİN TƏŞƏKKÜLÜ VƏ İNKİŞAFI

Maral təsvirli tunc medalyon. Mollaisaqlı. D-7,8 sm

51

AYTƏN ƏHMƏDOVA

Manna dövləti dövrünə aid Güney Azərbaycandan aşkarlanmış sikkə (Təbriz, Azərbaycan muzeyi)

Marağadan tapılmış Midiya dövlətinə aid gümüş pul (Azərbaycan muzeyi, Təbriz)

yan kişi təsvir olunub. Lakin buna baxmayaraq, təsvirlər üslub xüsusiyyətlərinə görə fərqlənir.

Manna dövrünə aid edilən sikkədəki təsvirlər realistik olsalar da, səthidirlər. Buna baxmayaraq, kompozisiyada dinamiklik, gərginlik və eyni zamanda ritual ayinlərə xarakterik olan təntənə ab-havası duyulur. Üç fiqurlu kompozisiyanın bacarıqla qurulması, aydın və dəqiq rəsm, müəyyən detalların stilizə olunması diqqəti cəlb edir.

Başında alınlıq, uzun saç-saqqallı, mütənasib bədən formasına malik qəhrəmanın tors hissəsi fas, başı və ayaqları profildə təsvir edilib. Dairə boyunca bir neçə cərgə naxış zolağı gedir. Ana haşiyədəki trapesiya formalı naxışlar əsərə xüsusi zəriflik gətirir. Kişinin ayağından tutduğu heyvanın real və ya mifoloji varlıq olmasını təyin etmək çətindir.

Əsərin bədii-stilistik analizi sənətkarın qədim Şərq təsviri sənəti ilə yaxından tanış olduğuna dəlalət edir. Məsələn, yarı aslan, yarı əjdahaların profildən verilmiş güclü, qıvrılan bədənləri həmin dəqiqələrdə başa çatmış ölüm-dirim mübarizənin gərginliyini böyük məharətlə çatdırır. Nümunədə dəqiq ifadə olunmuş əzələli ətraflar, qabırğalar kimi bəzi anatomik detallar Assuriya relyeflərindəki təsvirləri xatırladır.

Marağadan tapılan sikkə üzərində uzun, buruq saç-saqqalı kişinin üzü və bədəni fas, ayaqları isə profildən təsvir edilmişdi. O, yanlara açılmış əllərində qoçların arxa ayağından yapışaraq onları baş aşağı halda saxlayır. Qədim dövr sənətkarı düz, çəpəki xətlərlə onun geyiminin, əzələlərinin, saç-saqqalının həcmli verilməsinə çalışır. Qoçların heysiz bədəni, buynuzları böyük məharətlə təsvir olunmuşdu.

Geyimin detallarına xüsusi diqqət verilir. Məsələn, qabaqdan keçirilərək arxadan bağlanan kəmərin ucları ayaqlarının arasından

52

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

FƏSİL I

görünür. Bu detal eyni ilə Manna dövrünə aid edilən sikkədə də mövcuddur. Yəqin ki, bu, ritual geyimin ayrılmaz hissəsi olmuşdur.

Mərkəzi kompozisiyanın ətraf dairəsi çəp kəsmə xətlərlə naxışlanmış nazik, relyefli zolaqla bəzənmişdir. Lövhənin kənarları boyunca yüksək relyefdə kiçik dairəvi qabartmalar düzülmüşdü (bu səbəbdən onun pul olması inandırıcı deyil).

Buna oxşar mövzuda təsvirlər Luristandan tapılan sənət nümunələrində də izlənilir. “Luristan disklərindəki kompozisiyada qəhrəman çox halda buynuzlu, bəzən itifallik, diz üstə duran pozada iki məğlub edilmiş heyvanla təsvir edilir”. Luristandan olan kəmər və sancaq başlıqlarında, həmçinin Həsənli və Ziviyədən olan fil sümüyü məmulatlarında mərkəzdə antropomorf personaj və onun məğlub etdiyi heyvanlardan ibarət “sahibkar” kompozisiyasına rast gəlirik” (196, 91). Buna əlavə olaraq qeyd edək ki, Baktriya və Margiyana möhürlərində də qəhrəmanın məğlub etdiyi yırtıcıları ayaqlarından yapışıb baş ayaq tutduğu təsvirlər mövcuddur (160, 141).

Luristandan tapılan başqa bir nümunədə isə özünəməxsus antropoloji üz cizgilərinə malik saqqallı, qeyri-adi papaqda, uzun paltarlı iki kişi güzgülü simmetriyada təsvir olunub. Onlar kompozisiyanın mərkəzində yerləşən yeddi ləçəkli palmet – müqəddəs Həyat ağacının və yaxud Dirilik ağacının ətrafında simmetrik şəkildə dayanaraq bir əlləri ilə ilan tutmuş, digər əlləri ilə həyat ağacını göstərirlər. Bu təsvirin təhlili yuxarıda adları çəkilən əsərlərin də semantik məna açılışına xidmət edə bilər.

Məşhur tədqiqatçı M.Eliade bu tipli mifoloji təsvirlərin semantik strukturu haqqında bunları qeyd edir: “Əbədiliyin axtarışlarında ibtidai insan (və ya qəhrəman) – Həyat Ağacı – Ağacı qoruyan (və ya öz hiylələri ilə insana onun meyvələrini yeməyə mane olan) ilan və ya bədheybətlər – bu struktur başqa ənənələrdə də görünür. Bu fenomenlərin (insan, ağac və ilanlar) birlikdə nəyi bildirdikləri kifayət qədər aydındır; əbədilik çətinliklə əldə ediləndir; O, Həyat ağacında (və ya Həyat mənbəyində) əlçatmaz bir yerdə yerləşir (dünyanın axırında, dənizin dibində, qaranlıqlar ölkəsində, çox yüksək dağın başında və ya mərkəzində); bədheybət (və ya ilan) ağacı qoruyur və böyük səylərdən sonra ona yaxınlaşmağa nail olan insan vuruşaraq ona

AZƏRBAYCANDA MEDALYER SƏNƏTİNİN TƏŞƏKKÜLÜ VƏ İNKİŞAFI

Luristandan tapılan disk.

53

AYTƏN ƏHMƏDOVA

qalib gəlməlidir” (190, 272-273). Vuruşmadan, qəhrəmanlıq göstərmədən o heç vaxt ölümsüzlük meyvələrini əldə edə bilməz.

Digər tədqiqatçılar da bu fikirlə razılaşırlar: “Arxaik eposlardakı bahadırlar tez-tez dünyanın ilkin yaradılış, bərpa dövründə fəaliyyət göstərən tayfa, nəsil əcdadının, yaxud qəhrəmanların cizgilərini qoruyub saxlayır. Onların tipik hərəkəti hərbi qəhrəmanlıqlar deyil, yer üzünü “qorxulu məxluqlardan” təmizləmək, mədəni nemətləri onların ilkin qoruyucusundan əldə etməkdir” (127, 10).

Fikrimizcə, təhlil etdiyimiz nümunədə ortadakı yeddi ləçəkli palmet müqəddəs bitkinin, yəni Dünya ağacının atributudur. Əksər xalqlarının mifik dünyagörüşlərində Dünya ağacı və ya Həyat ağacı adı almış obrazlar geniş yayılmışdı. Bizim nağıllarımızda bu obraz “Dirilik ağacı” adı ilə tanınır və qədim azərbaycanlıların incəsənətində xüsusi yer tutur. “Bir çox xalqlarda (məs., qədim misirlilər, şumerlər, eləcə də bəzi türkdilli xalqlarda) müəyyən bitkilər, ağaclar müqəddəs sayılmışdı” (42, 14).

Qədim mif və nağıllarda təsadüf edilən Dirilik ağacı məhsuldarlıq ideyası ilə əlaqədardır. O, tükənməz güc, enerji, daimi yenilənmə və yaranışın ümumiləşdirilmiş simvoludur. “Bir çox arxaik ənənələrdə Dünya ağacı dünyanın sakrallığını, bərəkətini və əbədiliyini ifadə etmiş, yaradılış ideyası, məhsuldarlıq və inisiasiya, sonuncda absolyut reallıq və ölümsüzlük ideyası ilə əlaqədardır. Beləliklə, Dünya ağacı Həyat və Ölümsüzlük ağacına çevrilir” (189, 156-157).

Ağaclar payızda yarpaqlarını tökərək sanki ölür və baharda yenidən dirçəlir. Bu xüsusiyyətinə görə İç Asiyada ağac “sonsuzluq, ölümsüzlük, əbədiliyi” göstərirmiş (52, 51). Ümumiyyətlə, ağac kultu universal obraz olub, bütün türk xalqları üçün xarakterikdir. Türkdilli xalqlar həyat ağacını müqəddəsləşdirərək ona sitayiş etmişlər. “Bir çox axtarışlar göstərir ki, ağaca (xüsusilə dağdağan, çinar, qarağac, palıd və s.), ümumiyyətlə, göyərtiyə sitayiş ulu türkdilli xalqlarda ən çox yayılmış mifik görüş olmuşdur” (42, 37). Hər il Novruzda evlərimizdə sevə-sevə cücərtdiyimiz səməni bunun ən bariz nümunəsidir.

Ağac təsvirinə dekorativ-tətbiqi sənətimizin bütün növlərində müşahidə edirik. O, istər daş oymalarda, istərsə də xalça və tikmələrimizdə həmişə kompozisiyanın mərkəzində təsvir olunaraq aparıcı mövqe tutur. Buna əyani misal olaraq mükəmməl kompozisiyaya malik “Ağaclı” xalçalarını göstərmək olar. Həmçinin beşyarpaqlı palmetə – Həyat ağacının və onu qoruyan iki quşun təsvirinə Qafqaz Albaniyası ərazisində tapılmış saxsı və daş nümunələrinin üzərində də rast gəlinir. Təsadüfi deyil ki, Azərbaycanın bir çox rayonlarında ağac kultu ilə əlaqədar pirlər mövcuddur.

Qədim türk əfsanələrində həyat ağacı türk qəbilələrinin anasıdır. Bunun bariz nümunəsi türk əsatiri sistemi və epik ənənəsində Dünya

54

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

FƏSİL I

ağacının çoxvariantlı şəkli dəyişmələrindən biri olan Qaba ağacdır. Prof. A.Hacılı bununla bağlı yazır: “Kitabi-Dədə Qorqud”un poetik frazeologiyasında rast gəldiyimiz “qaba ağac” ifadəsi, şübhəsiz ki, oğuz-qıpçaq xalqlarının əsatiri Dünya ağacı ilə bağlıdır. Qaba ağacın kökləri yeraltı dünya və keçmiş, budaqları səma və gələcək anlamındadır və s. ” (20, 10).

Təhlil etdiyimiz kompozisiyanın üfüqi strukturuna palmet – Həyat ağacı ilə yanaşı, onun hər iki ətrafında dayanan qəhrəman obrazları daxildir. Onlar qoruyucu ilanlara qalib gələrək ölümsüzlüyü, əbədiyyəti əldə etmişlər. İlan obrazına münasibət dünya mədəniyyətində birmənalı olmamışdı. Türk xalqlarında ilanın totem olması haqqında çoxlu məlumatlar vardır. Tədqiqatçılar onun ən geniş yayılmış totemlərdən biri olduğunu dəfələrlə qeyd etmişlər. Türk mifologiyasının tədqiqatçısı, professor M. Seyidov ilan totemi haqqında qeyd etmişdir ki, “Azərbaycanın bir sıra yerlərində ilan totemi ilə əlaqədar olaraq “ilan pir”, “ilan piri”, “ilan dağ” adlı pir, yer adları vardır. Bir çox nağıllarda, dastanlarda ilana tapınmanın izləri indiyə qədər qalır” (42, 17).

Obrazların şərtiliyinə baxmayaraq, təsvirlər realizm ruhu ilə aşılanmış, naturaya yaxından bələd olması və bəsit vasitələrlə obrazın ən ifadəli cizgilərini çatdırmaq bacarığı ilə fərqlənir.

Azərbaycan maddi mədəniyyətinin ən maraqlı nümunələrinə Güney Azərbaycanın Urmiya gölü ətrafında Ziviyə (Zeyvə) yaşayış məntəqəsindən tapılan sənət nümunələrimizi aid etmək olar. Onlar qədim Azərbaycanın tarixi və incəsənətinin öyrənilməsində qiymətli material olmaqla yanaşı, Yaxın və Orta Şərq mədəniyyətinin inkişaf problemlərini işıqlandıran əvəzsiz sənəddir. Məşhur tədqiqatçı R.Frayın qeyd etdiyi kimi, “Ümumilikdə, bu, Manna ölkəsinin düz mərkəzindən olan və b.e. əvvəl IX-VII əsrin ortalarına aid edilən çox maraqlı əşyalar kolleksiyasıdır. Buradan qızıl, gümüş, tunc və fil sümüyündən düzəldilmiş müxtəlif üslubların qarışığını özündə əks etdirən çoxsaylı məmulatlar tapılmışdır” (179, 96).

Azərbaycanlıların dövlətçilik ənənəsinin tarixi Mannadan başlanır (95, 145). (4, 465). Prof. Q. Qeybullayev qeyd edir ki, qədim türk xalqlarının tarixində Manna ilk türk dövlətidir (24, 36). Türkoloq alim, professor T. Hacıyev “Midiya və Manna ilə bağlı onomastikanın təhlili də həmin dövlətlərin ərazilərində türk tayfalarının varlığına dəlalət edir” (8, 8) fikrini qeyd etmişdir.

Bu ərazidən tapılmış maddi-mədəniyyət nümunələrinin mənşəyi uzun müddətdir ki, elmi mübahisələrə səbəb olur. “Bəzi alimlərin fikrinə görə (A.Qodar), Ziviyədən tapılmış əşyalar skif incəsənətinin mənşəyinin Ön Asiya olduğuna şahidlik edir. Bu nöqteyi-nəzərlə M.İ.Artamonov da razıdır. O hesab edir ki, Assuriyanın ucqarında – şimal-qərbi İranda skif dünyası incəsənətində olan şərq elementlərinə

AZƏRBAYCANDA MEDALYER SƏNƏTİNİN TƏŞƏKKÜLÜ VƏ İNKİŞAFI

55

AYTƏN ƏHMƏDOVA

ən yaxın uyğunluqları sərgiləyən bir incəsənət formalaşmışdır. Məhz onlara da Ziviyədən olan əşyalar aiddir. O, bir tərəfdən, Əhəməni İranı incəsənətinin, digər tərəfdən isə Qara dəniz ətrafı skiflərin və Orta Asiya saklarının incəsənətinin formalaşması üçün əsas oldu. Hazır formalaşmış halda o, skiflər vasitəsi ilə Avrasiya çöllərinin digər xalqları arasına da yayıldı” (106, 64).

İran tarixinin uzun illər tədqiqatçısı olmuş V. Q. Lukonin “Древний и раннесредневековый Иран” əsərində Ziviyə dəfinəsindəki əsərlər haqqında mühüm fikirlər söyləmişdir: “Onlardan bəziləri Assuriya və Urartu incəsənət obrazlarının təsiri altında yerinə yetirilsələr də, ancaq özlərində yeni üslubun cizgilərini daşıyırlar (“yerli” adlandırılan üslub)” (121, 91).

Son dövrlərdə aparılan tədqiqatlar skif mədəniyyətinin türklərlə əlaqədar olması haqında fikir sürməyə əsas verir. Rəsmi tarix elmi uzun müddət skif-sak-sarmatları irandilli xalqlara aid edir, ona görə də sovet dövründə tarixçitürkoloqlar bu problemi işıqlandırmaqdan çəkinirdilər. Lakin buna baxmayaraq, bəzi tarixçilər cəsarətlə skiflərin türkdilli olmalarını söyləyirdilər.

Belə ki, Qazax alimləri skifləri öz əcdadları hesab edirdilər (Amanjolov A. S., Suleymenov O., Akişev K. A.). Sonrakı dövrlərdə də bir çox tədqiqatçılar skif mədəniyyətinin əsasını Turanda olduğunu qeyd edirlər: “Oxşar formalar b. e. əvvəl VII əsr ərzində bir-birindən asılı olmayaraq bu nəhəng arealın müxtəlif nöqtələrində meydana çıxır. Fərqlər var idi, lakin ümumi əsası təsdiq edən oxşarlıqlar da mövcud idi ki, onu da yalnız qədim Turan mədəniyyətində axtarmaq olar” (62, 34).

“Qədim yunanların Skif adlandırdıqları regionlar oturaq türklərin ölkəsi olan iranlıların Turan adlandırdığı Türküstanla uyğun gəlir” (64, 21).

Skiflərin türkmənşəli olduğunu sübut edən b. e. ə. I minilliyin əvvəlləri – VII əsrlərə aid Altayda və Cənub – Qərbi Sibirdə tapılan skif ox ucluqları və skif heyvan üslubunu əks etdirən əşyalardır.

Azərbaycan alimlərindən məşhur türkoloq-alim, professor Firudin Cəlilovun (Ağasıoğlu) bu sahədə apardığı 30 illik tədqiqatın nəticəsi kimi meydana çıxan yeni “Azərbaycan Türklərinin İslamaqədər Tarixi” (9 Bitik) əsərində türk xalqlarının tarixi yeni konsepsiya ilə yazılıb. “Altay” nəzəriyyəsinin əksinə olaraq yazarın gündəmə gətirdiyi yeni “Urmu” nəzəriyyəsi ilə Ön Asiya türk etnosunun yarandığı ilkin coğrafi məkan kimi müəyyənləşdirilib. Bu da həm öz incəsənətimizin mənşəyini, həm də skif heyvani üslubunun mənşəyini və yayılma istiqamətlərini təyin etməyə kömək edir.

Bütün bunları nəzərə alaraq qeyd edək ki, Manna incəsənətinin sonradan bu ərazilərə gəlmə tayfaların incəsənətinə müəyyən qədər təsiri olmuşdur. Çünki artıq onların gəldiyi dövrdə Manna əhalisi oturaq həyat tərzi keçirir

56

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

FƏSİL I

və yüksək inkişaf etmiş sənətkarlığa malik sənət əsərləri yaradırdılar. Bunu təkcə Ziviyədən tapılmış əşyalar deyil, əvvəlki dövrə aid edilən Həsənli, Mərlik tapıntıları da bir daha sübut edir. Tədqiqatçılar da məhz bu ərazilərdə metalişləmə sənətinin inkişafını qeyd edirlər. “Xüsusi diqqətə layiq cəhət o idi ki, ölkənin qərb ərazilərindəki iranlılar mərkəzi və cənubi hissələrdən fərqli olaraq, dulusçuluqla yanaşı, başqa sənətlərlə, xüsusilə də metal emalı ilə məşğul olurdular (61, 58).

Ziviyə dəfinəsindən tapılan əsərlərdəki xüsusiyyətlərlə digər qonşu xalqların sənətlərində olan oxşarlıq təbii ki, müxtəlif dövlətlər arasında qədimdən mövcud olmuş qarşılıqlı əlaqələrin qanunauyğun nəticəsi ola bilər.

E.ə. I minilliyin əvvəllərində Şumer incəsənətindən gəlmiş real və fantastik heyvan obrazları Azərbaycanın son tunc və ilk dəmir dövrü incəsənət nümunələri üzərində geniş yer almışdır. Medalyer sənətinin gözəl nümunələrindən biri Ziviyədən tapılmış Metropoliten muzeyində saxlanılan dördkünc trapes formalı plaketadır ki, onun səthini Həyat ağacının hər iki tərəfində fantastik heyvanların təsviri olan kompozisiya bəzəyir.

Ziviyə dəfinəsindən tapılmış pektoral və digər sənət nümunələri tədqiqatçılar tərəfindən təhlil olunsa da, bu plaketa diqqətdən kənar qalmışdır. Əsər b. e. əvvəl VIII-VII əsrlərə aid edilir. Onun tərtibatında o dövr Assuriya, Urartu və skif incəsənətinin təsirini görürük. Təsvirin semantikasının tədqiqatına başlamazdan əvvəl, onun utilitar təyinatı haqqında mülahizələrimizi qeyd edək.

Bütün fiqurların təsvirində və duruşunda əzəmət və möhtəşəmlik hiss edilir. Təsvirlərin xırdalıqla və dəqiq işlənməsi yüksək sənətkarlıqdan xəbər verir. Yuxarı hissəsi enli olub (çiyinlərə rəğmən), aşağıya doğru daralması onun sinə nahiyəsində geyimə bərkidilməsini də istisna etmir. Sadalanlar onun varlı bir zadəgana məxsus sinə bəzəyi (parad döşlüyünün detalı) olmasına dəlalət edə bilər. Digər tərəfdən Lukoninin fikri ilə də razılaşmaq olar: “İstisna olunmur ki, Ziviyədən tapılmış bəzi qızıl plaketlər vaxtilə taxta ox qablarını bəzəmiş,

AZƏRBAYCANDA MEDALYER SƏNƏTİNİN TƏŞƏKKÜLÜ VƏ İNKİŞAFI

Qızıl plaketa. Ziviyə. B.e.ə. VII əsr. Yuxarı hissə - 26 sm, aşağı – 14 sm, H-29 sm. Nyu-York. Metropoliten muzeyi.

57

AYTƏN ƏHMƏDOVA

çar parad qılıncının qulp və qınlarının qaplamaları (metal və s. üzərinə çəkilən təbəqə) kimi işlədilmişlər (121, 20).

Ziviyə dəfinəsinin əşyalarında olan demək olar ki, bütün kompozisiyalar heraldik prinsipə əsasən qurulmuşdu: Həyat ağacının hər iki tərəfində fantastik heyvan obrazlarından ibarət olan simmetrik səhnələr təsvir olunur. Plaketadakı Həyat ağacı Urartu nümunələrindəki S-vari buruqlar formasında olub, bir neçə yarusdan ibarət mürəkkəb hörməni xatırladır. Yuxarıda Həyat ağacı haqqında təfsilatlı məlumat vermişdik.

Bu kompozisiyanın bədii təsir gücünü artırmaq məqsədilə eyni və ya cüzi dəyişikli fantastik heyvan təsvirləri ritmik tərzdə bir neçə dəfə təkrarlanır. Həyat ağacı olan kompozisiyalar adətən bilateral simmetriyada olur: eyni elementlər mərkəzi ox üzrə sağ və solda yerləşdirilir.

Eyni tipli fiqurların ritmik təkrarlanması (alliterasiyası) ümumiyyətlə, qədim incəsənət üçün tipikdir. Belə say artımı hadisənin mötəbərliyindən və ya mərasimin iştirakçılarının çoxluğuna və eyni zamanda təsvirin dekorativliyinə xidmət edir. Fiqurların plastikliyi və xırda detalların belə dəqiq işlənməsi, təsvirlərin aşağı relyefdə düzgün nisbətdə verilməsi əsərə xüsusi ahəngdarlıq verir. Hərəkət yalnız poza və jestlə ifadə edilmir, həm də personajların əzələlərinin relyef hündürlüyünün dəyişikliyi hesabına təsvir edilərək kompozisiyaya dinamiklik gətirir.

Fantastik heyvan fiqurlarına gəldikdə isə polimorf obrazların təsvir edilməsi qədim incəsənət üçün xarakterikdir. Kombinə edilmiş, fantastik varlıqların obrazları qədim insanın arxaik mifoloji şüurunda yaranaraq, cəmiyyətin dəyərlər sistemini ifadə edən epos və incəsənətdə öz əksini tapır. Heç vaxt təbiətdə rast gəlinməyən sinkretik, uydurulma heyvanlar (kompozit) qədim insanların dünyagörüşüsündə xüsusi yer tutur. Tədqiqatlar göstərir ki, bu tip fantastik varlıqların təsviri insanların dünyanın quruluşu ilə bağlı fikirlərini, bu dünya ilə o biri dünyanın mübarizəsini və vəhdətini əks etdirir. Onların simasında sənətkar ola bilsin ki, totem heyvanlarından “yığma” obraz yaradır və bu obrazda hər bir heyvanın ən vacib, ümdə, müsbət xüsusiyyətlərini birləşdirirdi. Bəlkə də, bu fantastik obrazlar qədim insanların təfəkküründə magik məna daşıyaraq, döyüş və ov zamanı müvəffəqiyyətə, uğura və s. kömək edərək qoruyucu, uğur gətirici rol oynamışdır. Fantastik varlıqlar həmçinin rəqibdə qorxu hissi yaradaraq sahiblərini pis qüvvələrdən müdafiə etmiş olurdular. Eyni zamanda qeyd edilməlidir ki, müxtəlif ilkin ünsür (stixiya) nümayəndələrinin bir varlıqda təqdim olunması: hava (quş qanadları), torpaq (aslan bədəni), insan (üz) və su (məsələn balıq quyruğu), öz aralarında birləşərək, bu təbii stixiyaları da birləşdirir.

Bu barədə “Azərbaycan bəzək sənəti” kitabında qeyd olunur: “Bir çox tarixçi və sənət araşdırıcılarının fikrincə uzaq keçmişlərdən

58

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

FƏSİL I

belə tipli sinkretik təsvirlərin düzəldilməsi ilk növbədə onu yaradan xalqın təbiət və cəmiyyət haqqındakı biliklərinin məzmunu ilə bağlı olmuşdur. Həmin təsəvvürlər nəticəsində yaranmış ilahi qüvvələr xalqın təfəkküründə qeyri-adi xüsusiyyətlərə malik idilər. Bu xüsusiyyətlərdən ən səciyyəvisi də o idi ki, həmin ilahi qüvvələr nağıl, əfsanə, rəvayətlərdə və incəsənət əsərlərində bir çox müxtəlif heyvan – at, qartal, aslan, maral, qurd obrazlarında çıxış edirdilər. Buna görə də, xalq sənətkarları incəsənətdə bu ilahi, mifik sürətləri canlandırmaq üçün bir təsvirdə həmin obraza xas olan bütün məxluqları cəmləşdirməyə çalışırdı. Beləliklə, incəsənətdə sinkretik – yarı insan yarı aslan, yarı quş yarı qurd yarı ilan kimi əfsanəvi obrazlar meydana çıxır” (34, 37).

Qızıl plaketa əvvəllər yeddi registrdən ibarət olub. Onlardan beş registri Metropoliten muzeyində (ABŞ), ikisi isə Tehran Arxeologiya muzeyində saxlanılır. Beş registrin üst üç sırasında altı, qalan iki registrdə isə dörd fantastik varlıq təsvir olunub. Onlar əsas motiv olan Həyat ağacına tərəf addımlayırlar. Fantastik varlıqların bədənləri insan, heyvan və quşların bədən hissələrinin qeyri-adi kombinasiyalarından ibarətdir: II Aşurnasirpalın Nimruddakı sarayının keşikçiləri olan sheduları xatırladan hündür tiarada insan başlı, qanadlı öküz, sfinks, qrifon, qanadlı oğlaq, qanadlı öküz, dəvəquşu və ya balıq quyruqlu aslan və s. Onların bəziləri sakit, təntənəli halda, bəziləri isə qəzəbli, həyacanlı təsvir edilmişlər. Mifik Həyat ağacını nar, şam qozaları və şanagülü gülləri bəzəyir. Hər registr zərif dalğalı xətlərin bir-birinə sarılması şəklində olan ornament ilə ayrılmışdır. Bu da təsvirin emosional və semantik aləminə uyğun ritm yaradır.

Bütün bu nümunələr Azərbaycan xalqının hələ qədim zamanlardan medalyer sənəti sahəsində uğurla çalışdıqlarını təsdiq edir, metalın texniki xüsusiyyətlərinə bələd olan bacarıqlı sənətkarlar olduğunu göstərir. Medalyer sənət nümunələrinin tərtibatı və üslub təkamülü ictimai-mədəni və tarixi proseslərin yerli mühitə (avtoxton) birbaşa təsiri altında baş verirdi. Burada, əlbəttə, qonşu xalqlarla mədəni və etnik münasibətlər də böyük rol oynamışdır. Medalyer sənətinin təşəkkülü, formalaşması, sözsüz, uzun müddətli dövr tələb etmiş və bu dövr ərzində qədim Azərbaycan sənətkarları zəngin təcrübə yığmış, qonşu xalqların sənətindən bəhrələnmiş, bəzən isə özləri də onlara təsir göstərmişlər. Təhlil etdiyimiz nümunələr qədim dövr medalyer sənətinin bədii-kompozisiya, dekorativ və konstruktiv formalarının təsadüfi deyil və yerli sənətkarların qanunauyğun nailiyyətləri olduğunu sübut edir.

Medalyer sənəti tarixən çox enişli-yoxuşlu yol keçmişdir. Əlbəttə ki, belə bir yol keçən sənət müxtəlif dövrlərin dini görüşlərinə, etiqadlarına biganə qala bilməzdi. O, bu görüşləri medalyer sənətinin özünəməxsus qanunlarına

AZƏRBAYCANDA MEDALYER SƏNƏTİNİN TƏŞƏKKÜLÜ VƏ İNKİŞAFI

59

AYTƏN ƏHMƏDOVA

uyğunlaşdıraraq sənət dili ilə ifadə etmişdir. Təhlil etdiyimiz nümunələr üzərindəki təsvirlər qədim əcdadlarımızın dünyagörüşündən – qədim təsəvvür və etiqadlarından, mifoloji təfəkküründən dəyərli məlumatlar verir. Qədim mifoloji anlayışlar bizim dövrə kimi çox halda məhz bu təsviri simvollarla çatdırılmışdır. Kosmoqonik – konsentrik dairə, qabarıq xətt, çərxi-fələk və ya naxışlar şəklində ornamentlə bəzədilən tunc disk formalı lövhələrdə onu əhatə edən dünyanı müəyyən işarə və simvol sistemi vasitəsilə ifadə etmişdir. Qızıl və gümüşdən düzəldilmış sikkə və plaketalardakı təsvirlərdə ayrı-ayrı mifoloji varlıqlar (obrazlar) arxetipik məzmunlu modellər kimi təqdim olunur, yəni həmin mifik obrazlar, həm də mifoloji semantik funksiyalarla yüklənmiş modellər kimi qəbul olunur. Bu təsvirlərin öyrənilməsi keçmişi çağdaşla daha möhkəm bağlarla bağlayır. Əski təfəkkürün əlamət, iz və qalıqları, obrazların bir-birinə real və mifoloji bağlılığı tədqiqatçılar qarşısında hələ də açılmasını gözləyən elmi düyünlər kimi mövcuddur.

Nəzərdən keçirdiyimiz materialların bədii tərzi, kompozisiyaları, işlənilmə mövzularının müqayisəsi aşağıdakı nəticələrə gəlməyə imkan verir. Üslub xüsusiyyətlərinə görə, qədim dövrün medalyer sənəti nümunələrindəki rəsmləri 2 qrupa bölmək olar.

Birinci qrup həndəsi fiqur və heyvanların stilizə olunmuş təsvirləridir. Bunlar daha qədim dövrə aid olan sənət nümunələridir. Onlar primitiv konstruktiv-ornament motivləri əsasında inkişaf edərək, daha mürəkkəb bədii kompozisiyalar yaradır. Bunlara misal olaraq Mollaisaqlı medalyonunu, Xanlar rayonundan tapılmış tunc düyməni, Gədəbəydən tapılmış sürmədən hazırlanmış medalyon, disklər və s. göstərmək olar.

Burada bəzi heyvan təsvirlərində neolit dövrünün ənənələri qorunub saxlanmış, lakin onların məzmunları daha geniş və rəngarəngdir, Qobustanın sonrakı dövr təsvirlərinə yaxındır.

Çəkilmə üslubuna və məzmununa görə ikinci qrup məmulatlar üzərindəki təsvirlər fərqlidir. Mifoloji mövzulara müraciət, təsvirlərin daha realistik üslubda, yüksək sənətkarlıq səviy- yəsində işlənilməsini müşahidə edirik. Bu rəsm qrupunda yeni meyllər aydın izlənilir. Hər iki qrupa aid bədii təsvirlər sonralar öz magikdini funksiyasını tədricən itirərək dekorativ mahiyyət daşımışdır.

60

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

This article is from: