43 minute read

XX əsr Azərbaycan medalyer sənəti

Next Article
NƏTİCƏ

NƏTİCƏ

AYTƏN ƏHMƏDOVA

120

Advertisement

XX əsr Azərbaycan medalyer sənəti

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

XX əsrin əvvəlləri dünyada yeni münasibətlərin bərqərar olduğu mürəkkəb bir dövr olaraq güneyli-güneyli Azərbaycan xalqının həyatının bütün sahələrinə də öz təsirini göstərmişdi. Dünyada ikiyə bölünmüş azsaylı xalq kimi “Rusiyada Birinci rus inqilabı (1905-1907), İranda isə 19051911-ci illər inqilabı dövründə Azərbaycan xalqı özünün müstəqil dövlətçiliyini bərpa etmək, azadlığa çıxaraq dünyanın yeni inkişaf ahənginə uyğun olan demokratik idarəçilik sistemi yaratmaq uğrunda mübarizə aparırdı” (6, 24).

Cənubi Azərbaycanda daxili ziddiyyətlərin kəskinləşməsi, xalq içərisində narazılığının artması 1905-ci ildə İranda Məşrutə (konstitusiya) inqilabı ilə nəticələnir. Şah hakimiyyəti 1906-cı ilin avqust ayında Konstitusiyanın qəbul edilməsi və İran Parlamentinin – Məclisinin yaradılması haqqında fərman verir. Lakin bununla razı olmayan irticaçı qüvvələr

FƏSİL III XX ƏSR AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

Tehrana hərbi qubernator təyin edilmiş rus- kazak briqadasının polkovniki Lyaxovun köməyi ilə 1908-ci il 23 iyunda hərbi çevriliş edib, birinci Məclisi top atəşinə tutub dağıdaraq əksinqilabi çevrilişə nail oldular. Bu hadisəyə həsr olunmuş medal əvvəlki tip şah medallarından fərqli kompozisiyaya malikdir.

Belə ki, mütləqiyyət üsul-idarəsini qorumaq məqsədilə Məclisi topa tutan, Müzəfərəddin şahın ölümündən sonra taxt-taca sahib olan oğlu Məhəmmədəli şahın büstü, qarşısında təbil, şeypur, çarpazlaşdırılmış silah, bayraq və döyüş sursatlarla əhatələnmiş halda təsvir olunmuşdu. Medal əsasən xüsusi şücaət göstərən, şaha sədaqətli olan əsgərlərə xatirə kimi verilirdi. Səthində isə “qeyrət”, “vəfa” və “rəşadət” sözləri həkk olunmuşdu.

Maraqlıdır ki, əks cəbhə nümayəndələrinə də – yəni Məşrutə inqilabının başçılarına həsr olunan medallar da mövcuddur. Bu xatirə medal-

ları da 1908-ci ildə zərb edilmişdi. Mənbələrdə onların ancaq ikisi haqqında məlumat verilir. “Səttar xan və Bağır xanın şərəfinə Təbrizdə Xatirə günü təsis edilmiş və arxa tərəfində “23 iyun 1908-ci il” tarixi göstərilmiş iki medal kəsilmişdi” (73, 63).

Məhəmmədəli Şah dövrü zərb olunmuş gümüş medal, h- 1326-cı il (1908), 48 mm. 41.05 q

121

AYTƏN ƏHMƏDOVA AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

Məşrutə inqilabının lideri Səttər xana həsr olunmuş gümüş medal.1908-ci il, 28.5 mm; 8.22 q.

Məşrutə inqilabının liderlərindən biri Bağır xana həsr olunmuş bürünc medal. 1908-ci il, 28.5 mm; 8.22q.

Xalqımızın milli qəhrəmanı Səttar xanın rəhbərliyi ilə İran irticasına qarşı gedən milli azadlıq mübarizəsinə həsr olunan bu medallarda ölməz qəhrəmanlar – Səttar xan və onun yaxın silahdaşı Bağır xan təsvir olunmuşdur.

Üsyanda Səttar xan və Bağır xanın qəhrəmanlığı nəzərə alınaraq xalq tərəfindən Səttar xana “Sərdari-milli” (Xalq sərkərdəsi) və Bağır xana “Salari-milli” (xalq rəhbəri) fəxri adları verildi. 1905-1911-ci illərdə baş vermiş Məşrutə hərəkatı Səttar xanı böyük sərkərdə kimi tanıtdırdı. O, öz qəhrəmanlığı və şücaəti ilə bütün fədailərin sevimli sərkərdəsi oldu. V.Bağırovun “Azərbaycanda kiçik formalı heykəltəraşlığın inkişafı: XX əsr” adlı əsərində (7) bu medallar haqqında ümumi məlumatlar verilir. Medalla-

122

FƏSİL III XX ƏSR AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

rın üzərində həkk olunmuş Səttar xanın və Bağır xanın büstü hündür olmayan relyefdə hazırlanmışdır. “Səttar xana və Bağır xana həsr olunmuş bu medallarla o illərdə qəhrəman Azərbaycan fədailəri təltif olunurdu. Azərbaycanda numizmatika elminin banilərindən biri E. A. Paxomovun fikrincə, “bunların tuncdan tökülmə yeri Avstriyanın paytaxtı Vyana şəhəri ola bilərdi” (143, 77). Medal səthində medalyerin ad və ya inisiallarının göstərilməməsi müəllifi təyin etməyi hələ də mümkünsüz edir. Aversdə hər iki milli qəhrəmanın fas görünüşləri yüksək peşəkarlıqla həll olunmuşdu. Başında papaq, çiyinlərindən patrondaşlar asılmış, gözləri uzaqlara dikilmiş Səttarxanın portreti, onun sakit, açıq çöhrəsi, təmkini, mənəvi saflığı və eyni zamanda, gücü ümumiləşmiş şəkildə əks etdirilir. Heykəltəraş qəhrəmanın xarakterini pafosdan uzaq, mənəvi çılğınlıq anında deyil, adi tarazlıq halında göstərir. Bu əsərlərdə bədii ümumiləşdirməyə, ardıcıl davam edən gərgin daxili və zahiri hisslərin dramatik vəhdətinə tam surətdə nail olunur. Əsərlərin bədii dilini müqayisə etdikdə üslub baxımından sadə, aydın, bərbəzəksiz təsvirlərin axıcılığı diqqətimizi cəlb edir.

Lakin qeyd edək ki, təkcə bu iki medal deyil, Məşrutə inqilabının digər liderlərinə həsr edilən silsilə medallar da zərb edilmişdi. Tədqiqatlarda isə ancaq bu iki medalın adı çəkilir. Bu medallar seriyasına daxil olan, lakin diqqətdən kənar qalan bir neçə medalı da əlavə etmək istərdik. Eyni üslubda hazırlanan bu medallardan birində Məşrutə inqilabi

İranın baş naziri olmuş Nəcəfqulu xan Şəmsamüssəltənətə həsr olunmuş bürünc medal ,1908ci il,8.26 qr,d- 29 mm

123

AYTƏN ƏHMƏDOVA

dövründə İranın baş naziri olmuş Nəcəfqulu xan Şəmsamüssəltənə təsvir olunmuşdu.

O vaxt ahıl yaşda olan baş nazir hərbi geyimdə olsa da, əlindəki əsaya söykənibdir. Başının üstündə fars dilində “Yadegare Şəmsamüssəltənə Sepahsalare Məşrutə” sözləri həkk olunmuşdu. Digər medalda isə həmçinin görkəmli dövlət xadimi Məhəmməd Vəlixan Sipəhsalar Tonekaboni təsvir olunmuşdu.

Məşrutə inqilabının liderlərinə həsr edilən bu medallar üslubuna görə oxşardırlar və fikrimizcə, eyni zərbxanada hazırlanıblar.

Şimali Azərbaycanda isə XIX əsrin sonu – XX əsrin əvvəli Bakı şəhəri öz tarixinin zəngin, qaynar, “neft bumu” ilə yadda qalan cəzbedici mərhələsini yaşamışdır. Bakı Rusiya imperiyasının iri sənaye şəhəri olmaqla yanaşı, həm də Qafqazın iqtisadi, siyasi, mədəni mərkəzi kimi mühüm rol oynayırdı. Bu dövrdə yaradılan çox maraqlı və medalyer sənətinin unikal sənət abidələrindən biri “Nobel qardaşlarının neft istehsalı ortaqlığı” firması tərəfindən bir milyard pud neft hasilatı şərəfinə buraxılan iki xatirə plaketasıdır. Hal-hazırda Milli Azərbaycan Tarixi Muzeyində saxlanılan bu plaketlər yüksək sənətkarlıq nümunəsi olub, 1907-ci ildə biri Paris, digəri isə Sankt-Peterburq zərbxanasında hazırlanıbdır. Hər iki plaketa eyni mövzuya həsr olunsa da, sifarişçilər müxtəlif sənətkarlara müraciət edərək orijinal kompozisiyaya malik əsər əldə etmək istəmişlər. Birinci plaketanın müəllifi məşhur fransız heykəltəraşı Anri Varen (Henri Frédéric Varenne) əsəri iki variantda işləmişdir. Onlardan birində aversdə dəfnə yarpaqlarından olan çələngin altında dairəvi medalyonlarda Robert, Luis, Alfred və Emmanuil Nobellərin profil portretləri üfüqi xətt üzrə yerləşdirilmişdir.

Medalyonların ətrafı uzun ömürlüyün və möhkəmliyin rəmzi olan palıd yarpaqları ilə bəzədilmişdir. Kompozisiyada həm müvazinət hasil olsun deyə, həm də medalın qayəsini açmağa xidmət edən arxa planda fon kimi Bakı körfəzindəki neft buruqları və gəmilər təsvir olunmuşdur. Bu mənzərə medalın təsir gücünü daha da artırır.

İkinci variantda isə aversin kompozisiyası dörd hissəyə bölünmüşdür. Dəfnə çələnglərinin içərisində Robert, Luis, Alfred və Emma-

Məhəmməd Vəlixan Sipəhsalar Tonekaboniyə həsr olunmuş bürünc medal, 1908-ci il, 8.26 qr, d-29mm

124

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

FƏSİL III XX ƏSR AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

nuil Nobellərin realist üslublu profil portretləri verilmişdi. Dəfnə çələngi sarsılmazlıq, şöhrət, əzəmət və qələbə simvoludur.

Çələnglər lent vasitəsilə onlara bərkidilən yanar üç məşəllə birləşir. Bu məşəllər kom-

“Nobel qardaşlarının neft istehsalı ortaqlığı” firması tərəfindən bir milyard pud neft hasilatı şərəfinə xatirə plaketası (I variant) Anri Varen (Fransa), Paris zərbxanası, avers, revers, 1907-ci il; Bürünc. Çəkisi-295q. Ölçüsü -100x80 mm. “Nobel qardaşlarının neft istehsalı ortaqlığı” firması tərəfindən bir milyard pud neft hasilatı şərəfinə xatirə plaketası (II variant) Anri Varen (Fransa), Paris zərbxanası, avers, revers 1907-ci il , gümüş suyuna çəkilmiş bürünc, 10,0х8,0 sm

125

AYTƏN ƏHMƏDOVA AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

pozisiyanın mərkəzində çarpazlaşır. Məşəl əhəmiyyətli və çoxmənalı simvol olub, od, işıq, həyat, həqiqət və zəkanı bildirir (86, 499). Məşəllərdən birinin üstündəki nişanda “1879”, digərində isə “1906” rəqəmi həkk olunub. Bu da 1879-1906-cı illərdə, yəni 27 il ərzində “Nobel qardaşlarının neft istehsalı ortaqlığı” firmasının bir milyard pud neft hasilatına nail olduqlarını göstərir. Ön planda podium üzərində bu haqda fransız dilində yazı verilmişdi. Podiumun üstündə isə mezozoy erasında planetimizdə mövcud olmuş ağızlarından od püskürən üç dinozavr təsvir olunmuşdu.

Maraqlıdır ki, plaket üçün ümumi qəbul olunan qaydalardan fərqli olaraq, bu plaketlərdə təsvir revers tərəfində də verilmiş və hər iki variant medallarda o, eyni cür həll olunmuşdu. Plaketanın reversində Abşeron yarımadasındakı Suraxanı kəndində yerləşən XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi, sönməz alovların yerində inşa edilmiş müqəddəs “Atəşgah” ziyarətgahının təsviri verilmişdi. Ön planda sağda əllərində yanan kürə tutmuş ilahə Hestiyanın fiquru həkk edilmişdi. “Hestiya yunan mifologiyasında ailə ocağının ilahəsi, Kronos və Reyanın böyük qızı, Olimpiya tanrı-

126

FƏSİL III XX ƏSR AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

sıdır. O, sönməyən atəşin – Allahlar dünyası, insan cəmiyyəti və hər bir ailəni birləşdirən başlanğıcın himayəçisidir (129, 299). Hestiyanın bədii təsvirləri bu ilahənin saf, pak və əxlaqlı xarakterinə müvafiq olaraq ən ciddi mənəviyyatı özündə daşıyırdı. Adətən, onu tam geyimdə, ciddi bir ifadə ilə sakit bir pozada oturmuş və ya duran halda təsvir edirdilər. Məsələn, Roma sikkələrində Hestiya adətən palliy adlanan geyimdə verilir. Lakin bu medalda isə o, yarıçılpaqdır. İkinci planda məbədin qarşısında ailə ocağı və qurbanlıq od ilahəsinə baş əyməyə gəlmiş zəvvarları təsvir edən səhnə təqdim edilmişdi. Hestiyanın ayaqlarının yanında oturmuş balaca mələk əlindəki dəfnə çələngi ilə onları ilahəyə göstərir. “Plaketin kartuşunda neft və qazın böyük əhəmiyyətini göstərmək üçün latın dilində yazı: “Ignis mundi lumen, vitae focus” yazısı həkk olunmuşdur” (125, 50). Bu da tərcümədə “Atəş – dünyanın nuru, həyatın alovu” kimi səslənir və neftin insanların həyatında müstəsna rolunu qeyd edir. Lap arxa planda isə yeni neft erasının başlandığını bildirən dəniz üfüqinin arxasından doğan günəşin şəfəqinə boyanmış mənzərə təsvir olunmuşdu.

“Nobel qardaşlarının neft istehsalı ortaqlığı” firması tərəfindən 1906-cı ildə bir milyard pud neft hasilatı şərəfinə xatirə plaketası , 1908-ci ildən tez olmayaraq "Faberje" firması, A.R.Tileman emalatxanası. Plaketının yan hissəsində oval formada üç damğa verilmişdir:SanktPeterburq əyyar idarəsinin (alfa, sağa dönmüş kokoşnikli qadın başı, "FABERJE" və "AT" .Gümüş, 307,13q. Ölçüləri 71,7x103,3 mm.

127

AYTƏN ƏHMƏDOVA

Digər nümunə isə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində saxlanılan (MATM-nin yeni tarix fondu №713) dördkünc gümüş plaketadır.

Onun da yuxarı hissəsi yuvarlaq formaya malikdir. Aversin üst künclərində yoldaşlığın baniləri Robert və Lyudviq Nobel qardaşlarının xüsusi məharətlə yaradılmış bitkin profil portretləri və onların arasında rus dilində: “В память добычи миллиарда пудов сырой нефти Т-вом бр. Нобель 1879-1906 гг. ” mətni həkk olunmuşdur. Yazıdan aşağıda Abşeron yarımadasının xəritəsi və Xəzər dənizinin bir hissəsi sxematik olaraq göstərilmişdir. Plaketanın sağ aşağı küncündə neft məhsullarının su yolu ilə daşınması üçün işlədilən “Zoroastr” neftdaşıyan gəmisinın təsviri həkk olunub. Qeyd edək ki, “İsveç şəhəri Montalada 1877-ci ildə Lyudviq Nobelin sifarişi ilə dünyada ilk dəfə “Zoroastr”neftdaşıyan gəmisi düzəldilmışdi” (31, 28). Bu, neftin daşınmasında mütərəqqi metod idi. Plaketanın sol aşağı küncündə isə şirkətin neft yataqlarının təsviri verilmişdi.

Plaketanın reversində müqəddəs odun yandığı atəşdanın yanında sağ əlində çıraq tutan qadın təsviri həkk olunmuşdu. Bu isə çox güman ki, yenə də ilahə Hestiyadır. Belə ki, adətən Hestiya əlində əbədi alovu simvolizə edən yanar çıraqla təsvir olunurdu. Ocaq ilahəsi Hestiya (Vesta) “atəşin xanımı” (Evripid) sayılırdı (120, 84). “Zoroastr” neftdaşıyan gəmisi 15 min pudluq (təxminən 250 ton) yükqaldırma qabiliyyətinə malik olub, Tsaritsın (hal-hazırda Volqoqrad) və Astraxana ağ neftin Bakıdan çatdırılması üçün istifadə olunmuşdu. Bu da onun maya dəyərinin xeyli ucuzlaşmasına səbəb olmuş və əhalinin bütün təbəqələrinə əlçatan etmişdir. Yəni, sözün əsil mənasında, Hestiya nefti simvolizə edən əlindəki çıraqla ətrafı nura qərq edir. Plaketanın fonu çoxsaylı neft buruqlarından ibarətdir. Arxa planda sağda Bakı qalasına tərəf hərəkət edən dəvə karvanı təsvir olunub. Əsər yüksək bədii zövqlə, böyük sənətkarlıqla yerinə yetirilmiş, hətta ən kiçik detallar belə xüsusi dəqiqliklə işlənmişdir. Səthin incəliklə modelləşdirilməsi ilə hamar cilalanmış fonun mükəmməl təzadı diqqəti cəlb edir.

Plaketanın üstündəki damğalardan biri o dövrün ən görkəmli sənətkarı, rus imperatorunun zərgəri K. Faberjeyə aid idi. Digər damğada “AT” inisialları həkk olunub. Bu damğa Alfred Тileman adlı sənətkara məxsusdur. O, Faberje firmasının emalatxanalarının birinə rəhbərlik etmişdir. Alfred Tilemanın emalatxanası yalnız xüsusi olaraq Faberje firmasının modelləri və rəsmləri əsasında sifarişləri yerinə yetirməyə borclu idi və əsərlərdə “AT” damğasını və Faberje firmasına məxsus “KF”; “FABERJE”; “K. FABERJE” damğalarını həkk edirdi. Qeyd edək ki, bu medal 21. 10. 2006ci ildə keçirilən “Rus sikkələr və medallar kolleksiyası” adlı numizmatika hərracında 42 000 dollara satılmışdı.

128

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

FƏSİL III

XX əsrin əvvəllərində yaradılan medalyer sənəti nümunələrdən diqqətimizi ən çox cəlb edən Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin açılışına həsr edilən medaldır. 1918-ci il mayın 28-də demokratik və ümumbəşəri dəyərlərə söykənən ilk respublika – Azərbaycan Xalq Cümhuriyyəti (AXC) quruldu. Həmin il dekabrın 7-də saat 13-də Hacı Zeynalabdin Tağıyevin Qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) müsəlman Şərqində ilk Parlamentin təntənəli açılışı oldu. Bu önəmli hadisə münasibəti ilə zərb olunan və tuncdan hazırlanmış döş və xatirə nişanını bəzi tədqiqatçılar medal (M.Əliyev (16), V.Bağırov (7), digərləri (S.Qasımova (113)) isə jeton adlandırır. Fikrimizcə, bu medaldır, çünki jeton ödəniş vasitəsi ola bilər, medal isə yox. Onlar bu hadisəyə xatirə olaraq “Respublikanın ali qanunvericilik orqanının bütün deputatlarına və fəxri qonaqlarına təqdim edilmişdir” (113, 24). Həm də medalların ölçüsü daha böyük və bədii tərtibatı isə jetondakı tərtibatlardan daha zəngindir. Hər iki nümunənin diametri eyni olsa da (3, 8 sm) döş medal-nişanının çəkisi 8, 1qram, xatirə medalının çəkisi isə 12, 3 qramdır. Əsərlərin bədii tərtibatı da eynidir, sadəcə döş medal-nişanını boyundan asılması üçün ilgəyi var. Medalın müəllifi Zeynalabdin Hacıağa oğlu Əlizadədir. Onun haqqında ilk məlumatı hələ sovet dövründə üzə çıxaran tədqiqatçı Mövsüm Əliyev olmuşdur. Z. Əlizadə 1915-1918-ci illərdə Moskva Kommersiya İnstitutunda təhsil almışdır. Azərbaycan Xalq Cümhuriyyətinin poçt və teleqraf nazirliyində xüsusi tapşırıqlar üzrə baş məmur vəzifəsinə təyin olunan Z. Əlizadə respublikamızın milli gerbi və xatirə medallarının hazırlanmasında fəal iştirak etmişdir. Z.Əlizadənin adı incəsənət tariximizə ilk peşəkar heykəltəraş kimi düşmüşdür. Onun haqqında son illərdə yazılan informasiyalara yaxın qohumu Zaur Əlizadənin qeydlərini əlavə etmək olar: “Zeynalabdin 1923-ci ildə İtaliyada İncəsənət Akademiyasında təhsilini “heykəltəraş professoru” diplomu ilə vaxtından əvvəl və uğurla başa vurub, Bakıdan ona verilməli olan, lakin göndərilməyən pul vəsaiti olmadığı üçün bolşevik Azərbaycanına qayıda bilmədi (və ya istəmədi). Mühacirətdə maddi çətinliklərin öhdəsindən gəlməyə və portret-

XX ƏSR AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin açılışına həsr edilən medal, müəllif Z.Əlizadə, 1918-ci il, bürünc, d-38.

129

AYTƏN ƏHMƏDOVA

abidələr, heykəltəraşlıq nümunələri yaratmağa davam etmişdi”(210). Öz vətənində isə onun ilk işləri tariximizin bürünc salnaməsi tək bu gün də yaşayır.

Xatirə medalının aversində müstəqil Azərbaycanın ilk parlamentinin açılışını simvollaşdıran doğan günəşin fonunda parlamentin binası istedadlı sənətkar, Bakının baş memarı olmuş Y.Qoslavskinin layihəsi əsasında tikilmiş memarlıq abidəsinin təsviri verilmişdi. Bu memarlıq incisi öz gözəlliyi, lakonizmi və ciddi zərifliyi ilə Nikolayev küçəsinin (indiki İstiqlaliyyət küşəsi) görünüşünə yeni parlaq səhifə yazmışdı. Medalın kompozisiyasında lakonizm və ümumiləşmə üstünlük təşkil edir. Aşağı relyefli təsvir dinamik xətlərlə canlanır və stillizə edilmiş bitki ornamenti müvəffəqiyyətlə kompozisiya daxil edilir. Medalın yuxarı hissəsində günəşin şüaları fonunda parlamentin açılma tarixinin yazısı “7 kanune-əvvəl”, yəni yeni tarixlə 7 dekabr həkk olunmuşdu. Medalyer yazıların şriftini və onların yerləşməsini uğurla həll edərək medallın epiqrafik tərtibatına novatorluqla yaxınlaşır. Medalın reversində mərkəzdə yeni dövlət gerbinin əsas simvolik hissəsi –ucları yuxarı yönələn aypara, onun üzərində səkkizguşəli ulduz təsviri verilmiş, çevrə boyunca isə ərəb qrafikası ilə “Azərbaycan Cümhuriyyəti parlamentinin açılmasına yadigar” sözləri yazılmışdı. Düzdür, medal o dövrdə Avropa və Rusiyada yaradılan medallardan sənətkarlıq baxımından geri qalsa da, şanlı tariximizin əziz xatirəsi kimi xalqımız üçün çox qiymətlidir. Həm də nəzərə almalıyıq ki, Z.Əlizadə medalı yaradanda hələ heykəltəraşlıq təhsili almamışdı.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və bolşevik istilası nəticəsində Sovet hakimiyyətinin qurulmasından sonra qısa vaxt ərzində mədəniyyətin bir çox sahələrində irəliləyişlərə nail olunmuşdu. Məlumdur ki, XX əsrin 20-ci illərindən sonra Azərbaycan təsviri sənətinin bir çox növləri bədii irsin zəngin ənənənələrini davam etdirməklə yanaşı, Avropa və Rus incəsənətinin mütərəqqi və yenilikçi nailiyyətlərindən bəhrələnərək yenidən dirçəlməyə başladı. Daha çətin vəziyyət ilk növbədə kadrların və təhsil ocağının olmamağı səbəbindən təsviri incəsənətlə bağlı idi. Bu problem Azərbaycana köçmüş sənətkarlar sayəsində tezliklə həll olunur. Monumental təbliğat planının həyata keçirilməsi prosesinə uyğun olaraq Sovet hakimiyyəti həmin illərində daha çox monumental heykəltəraşlığın inkişafına fikir vermişdi.

XX əsr medalyer sənətinin inkişafında 1937-ci ildə Parisdə yaradılan FIDEM (Federation international de la Medaille) Beynəlxalq Medal federasiyası böyük rol oynamışdır. FIDEM, həm də 1938-ci il iyun ayından “Medaille” adlı jurnalını da buraxmağa başlamışdı. FIDEM-in fəaliyyəti 1939-1945-ci illərdə dayandırılmış, ikinci dünya müharibəsi bitdikdən sonra isə bərpa edilmişdi. Avropanın ən iri

130

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

FƏSİL III

zərbxanalarının və medal həvəskarlarının təşəbbüsü ilə yaradılmış Beynəlxalq Medal Federasiyası bu gün bütün dünyada tanınan nüfuzlu təşkilatdır və təxminən 40 ölkəni birləşdirir, burada bütün qitələr təmsil olunur.

Bəzən adama elə gəlir ki medalların müəl-lifi olan heykəltəraş-medalyerin yaradıcılıq təxəyyülünü heç nə sərhədləndirə bilməz. Əslində isə bu belə deyil. Beynəlxalq Medal Federasiyası (FİDEM) dairəvi medallar üçün maksimal ölçü olaraq diametri 180 mm olan medallar qəbul edir. Ənənəvi medalların ölçüləri adətən 60-65 mm olur. Diametri 180 mm-dən çox olan medal və tərəfi 180 mm-dən çox olan plaketlər FİDEM tərəfindən beynəlxalq sərgilərə buraxılmır. Təsviri incəsənətin hər bir janrının öz ölçü sərhədi var və biri digərinin əhatə etdiyi sahəyə keçməməlidir. Belə olan halda unikal sərgi medalı ilə barelyef arasındakı fərq nədən ibarətdir? Ölçüsü böyük olan unikal medallar artıq heykəltəraşlığın barelyef adlanan kateqoriyasına keçir. Məsələn, böyük Azərbaycan heykəltəraşı Fuad Əbdürrəhmanov 1943-cü ildə xalqımızın həyatında görkəmli yer tutan tarixi və epik qəhrəmanların – Cavanşir, Koroğlu və Babəkə həsr etdiyi barelyeflərini göstərmək olar.

Heykəltəraş bədii obrazları böyük sənətkarlıqla yaratmışdır. Milli düşüncə tərzindən süzülüb gəlmiş xarakterik surətlər gipsdən hazırlanmışdır. Medalyer sənətinə xas olan dairəvi forma daxilində profildən verilən

XX ƏSR AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

Fuad Əbdürrəhmanov. Cavanşir. 1943-cü il.

Fuad Əbdürrəhmanov. Koroğlu. 1943-cü il.

Fuad Əbdürrəhmanov. Babək.1943-cü il.

131

AYTƏN ƏHMƏDOVA

təsvirlər ilk baxışdan medalları xatırladır. Onların ölçüləri (d-51sm) əfsus ki, medal olmadıqları qənaətinə gəlməyimizə əsas verir. Lakin sənətşünas T. Belskaya müəyyən şərtlərə əməl olunarsa (tam və hissələrin münasibəti, detalların rolu və onların plastik işlənməsinin xarakteri) bu ölçülü nümunələrin medal olduğu fikrindədir (74, 32). Görkəmli sənətşünas C.Novruzova “Фуад Абдурахманов” əsərində qeyd edir: “Mənim fikrimcə, bu əsərlər rəssamın yaradıcılığının gözlənilməz cəhətlərini açıb göstərən, onun təkcə xalq idealına yaxınlaşmaq bacarığına deyil, həm də həyəcanlandıran, heyrətləndirən, öz vətəninin firavan gələcəyi naminə mübarizə aparan və yeni qəhrəmanlıqlara çağıran obrazları yaratmaq qabiliyyətini üzə çıxaran ən yaxşı əsərlərindəndir” (139, 17-18). 30-cu illərdə Azərbaycan medalyer sənəti nümunələrindən heykəltəraş E.P.Orbelianinin “Əhməd Cavad”, “Balerina” və s. əsərlərini misal göstərmək olar. Heykəltəraş ömrünün axırına kimi bu sənətlə məşğul olmuşdur. 1985-ci ildə o, artıq ağır xəstə olaraq gəzə bilməsə də medallar üzərində işləyir və onun evində qonaq oldugum zaman böyük həvəslə gipsdən düzəltdiyi çoxsaylı medalları göstərmiş və yaranma tarixi haqqında məlumat vermişdir. Əfsus ki, onun bu sahədə yaradıcılığı işıqlandırılmamış və medalların sonrakı taleyi haqqında heç bir məlumat yoxdur.

Sovet dövrü Azərbaycan medalyer sənəti təhlil edildikdə ilk növbədə ölkəmizdə yaşa-yıbyaratmış heykəltəraş P.A.Xryunovun yaradıcılığı haqqında söz açmaq lazımdır. Heykəltəraşlığın bu sahəsində uzun illər ardıcıl və səmərəli fəaliyyət göstərən P.A.Xryunov özünü püxtələşmiş medalyer kimi tanıtmışdır. Azərbaycanın ilk heykəltəraş nəslinə mənsub olan P.A.Xryunovun əsərləri 30-cu illərin ikinci yarısından sonra sərgilərdə nümayiş etdirilmişdir. Məsələn, 1937-ci ildə Tretyakov qalereyasının zalında açılmış xalq yaradıcılığı sərgisində onun əsərləri də təqdim olunmuşdu. O, böyük ustalıqla fil və mamont sümüklərindən miniatür portretlər hazırlamışdır. Bu sənətdə əldə etdiyi vərdişlər sonradan onun medalyer sənəti sahəsindəki yaradıcılığına xeyli kömək etmişdir. Onun ilk əsərlərindən biri 1938-ci ildə fil sümüyü üzərində dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinə həsr etdiyi obrazdır ki, bu obraz müəllifin gələcək uğurlarından xəbər verən müjdə oldu. Elə həmin ildə “N.V.Qoqol”, “Ana portreti”, “Meyvələr və quşlar” plaketləri mamont sümüyündə həkk edilmiş və obrazların plastik daxili, orqanik strukturu, forma bitkinliyi ilə seçilir. Yaradıcılığının sonrakı dövründə də hazırladığı dekorativ lövhələrdəki fil sümüyündən barelyeflər püxtələşmiş, öz dəstixəttinə malik sənətkar olduğunu sübut edir. 1950-ci ildə “N. V. Qoqol (d-70 mm)” və “N.A.Nekrasov” (d-70 mm), “I.Turgenyev” (d-70 mm) kimi ilk medallarını yaradır və bu əsərlərdə sənətkarın medalyer texnikası sahəsində dərin qabiliyyətə malik olduğunun

132

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

FƏSİL III XX ƏSR AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

P.A.Xryunov. “Kommunist partiyasının XX qurultayına eşq olsun” adlı dekorativ lövhə. Gümüş, fil sümüyü, ağac, metal, qarasavad, oyma, 1956-cı il, Moskva. Dövlət Tarix Muzeyi.

133

AYTƏN ƏHMƏDOVA AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

şahidi oluruq. Heykəltəraş bu medalları artıq metalda, yəni misdən hazırlamışdı. Əsərlər hər bir obraza aid psixoloji traktovkanın dərin realizmi, detalların lakonizmi ilə fərqlənir.

Medalyer sənətinin təşviqat xarakterini, kütlələrə təsir imkanlarını yaxşı anlayaraq sovet hakimiyyəti onu sosialist təbliğat sisteminə daxil etməyə çalışır, medalı stereotip şüar və simvol yığımlı plakatlara bənzədirdilər. Bu dövrün medalları Oktyabr inqilabının ildönümlərinə, partiya tədbirlərinə, çoxsaylı “inqilab rəhbərlərinə” həsr edilir və sosialist realizmi metodunun təsiri altında yaradılırdı. P.A.Xryunov 1955-ci ildə inqilabi mövzuya həsr etdiyi “Dekabr silahlı üsyanı”nın (1905) 50 illiyi münasibətilə medal hazırlayır və bu medal o dövr sosializm realizmi üslubunun əsas tələblərinə cavab verirdi. Detalların dəqiq işlənməsi ümumi mövzunun dərk edilməsinə imkan verir. Bu medal Ümumittifaq müsabiqəsində birinci yer tutmuş və halhazırda Rusiya Müasir Tarix Muzeyində (keçmiş Dövlət İnqilab muzeyi) saxlanılır.

Bu ruhda hazırlanan daha bir nümunə 1960cı ildə Azərbaycan SSR-nin 40 illiyi şərəfinə buraxılmış medaldır ki, onun üz hissəsində neft buruqları, bərəkətli torpağımızın nemətləri, pambıqçı qadın və neftçi təsvir olunmuş, yuxarıda isə “1920- 1960-cı illər” tarixi həkk edilmişdir.

Əks hissəsində respublikanın o vaxtkı gerbi, hadisənin mahiyyətini açan Azərbaycan və rus dilində yazılar verilib. Hər iki medal tompakdan hazırlanıb. Qeyd edilməlidir ki, bu dövrdə medallar əsasən tompakdan – sinklə misin ərintisindən düzəldilirdi.

P.A.Xryunov. “Azərbaycan SSR-nin 40 illiyi şərəfinə”adlı buraxılmış xatirə medalı. Leninqrad Zərbxanası, 1960-cı il, tompak, 108,18qr, d-65 мм.

134

FƏSİL III XX ƏSR AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

Azərbaycan SSR xalq rəssamı Əzim Əzimzadəyə həsr olunmuş medalda müəllifin öz sənət dostuna olan isti duyğular, səmimilik, medalın hər bir detalında oxunur. Ustalıqla kiçik səthə yerləşdirilmiş portret və reversdəki şriftlər xüsusi məharətlə həkk olunmuşdur. 1956-cı ildə “A.M.Qorkiy gənclik illərində”, “Vladimir Mayakovskiy”, “SSSRİ xalq artisti Sidqi Ruhulla”, “Dolores İbarruri” və digər medalları işləyir və “1957-ci il sərgisində V.I.Lenin, S.Vurğun, V.Mayakovskiy, D.İbarruri, F.Şopen medalları uğurla nümayiş etdirilir (7, 48). Bu kiçik həcmli əsərlərdə insan ömrünün əsl mahiyyətini anlamaq, onun qəlbinin dərinliklərini açmaq müəllifə müyəssər olmuşdur.

Artıq 1960-1970-ci illərdə sənətkar aydın və lakonik kompozisiya qurmaq, təfsilatdan məhrum, plastik həcmlərin məharətlə modelləşdirmək bacarığını, zəngin yaradıcılıq potensialına malik medalyer olduğunu əsərlərində nümayiş etdirir. “Onun 1965-ci il sərgisində “Ş.Müslümov”, 1971-ci il Moskva sərgisində “M.Ə.Sabir – 100”, “M.F.Axundov – 150”, “Azərbaycanın 40 illiyi”, “Ü.Hacıbəyov” və “S.Bəhlulzadə” medalları rəğbətlə qarşılanır” (7, 48). P.A.Xryunovun 1962-ci ildə Leninqrad zərbxanasında hazırlanan M.F.Axundovun 150 illiyinə həsr olunan medalında həyatının bütün çətin məqamlarına, ağrı-acısına böyük fədakarlıqla sinə gələn dramaturqun ifadəli, ciddi siması diqqəti cəlb edir. 1965-ci ildə Üzeyir Hacıbəyovun 80 illiyinə həsr etdiyi xatirə medalının aversində Şərqdə ilk operanın müəllifi dahi bəstəkarın profildən təmkinli və məğrur portreti (maraqlı cəhət ondan ibarətdir ki, sənətkar adət etdiyimiz kimi

P.A.Xryunov. M.F.Axundovun 150 illiyinə həsr olunan medal,1962-ci il,Leninqrad Zərbxanası, tompak, d-65mm;119,91 q.

135

AYTƏN ƏHMƏDOVA

eynəklə deyil), əks hissəsində isə onun məşhur operasının baş qəhrəmanı Qırat belində Koroğlunun Çənlibel mənzərəsi fonundakı təsviri plastik formanın ekspresiyası, daxili dinamizmi, maraqlı kompozisiyası ilə seçilir.

P.Xryunovun dövlət sifarişlərindən əlavə, yaradıcı medalları da mövcuddur. Medal sənətində az təsadüf edilən “Avtoportret” (1965), xüsusi lirizimlə fərqlənən “Oğlan” (1962), suvenir medalların modelləri “Qala” (1970), “Hökumət evi”, “Qız qalası” (1970) və çox sevdiyi satirik şair Mirzə Ələkbər Sabirə həsr etdiyi “Sabir” (1972) plaketası onun maraqlı işlərindəndir. 1977-ci ildə Pyotr Alekseyeviç Xryunovun Bakıda təşkil edilmiş fərdi sərgisi böyük müvəffəqiyyətlə keçmiş və heykəltəraşın 100-ə yaxın əsəri nümayiş etdirilmişdir.

Sovet dövründə portret təsvirli medallar – görkəmli xadimlərə həsr olunan xatirə və yubiley medalları nəzərə çarpacaq dərəcədə inkişaf edir. 1955-ci ildə SSRİ Mədəniyyət Nazirliyi nəzdində xatirə və yubiley medalı üzrə Şura yaradıldı. Şura istedadlı heykəltəraşları medalların hazırlanmasına cəlb edir. Bu da medalyer sənətinin inkişafına böyük təkan olur. Şuranın əsas vəzifələri medalyer sənətinin populyarlaşdırılması və inkişafı idi. Şura üzvləri bütün dünya üzrə mədəniyyət, incəsənət və elm nümayəndələrinin yaradıcılıq və həyatı ilə bağlı yubileylərin, SSRİ-nin və digər ölkələrin əlamətdar hadisələrinin tarixləri göstərilən siyahıları hazırlayırdılar. Şuranın yaradılması yüksək səviyyəli bədii əsərlərin buraxılışını əhəmiyyətli dərəcədə artırmağa və geniş ictimaiyyətin medalyer sənətinə diqqətini cəlb etməyə imkan verdi.

Bu dövrdə respublikada hələ kifayət qədər sənətkarların olmamağı səbəbindən sifa-rişlər SSRİ-nin adlı-sanlı medalyerlərinə verilirdi. 1956-cı ildə məşhur rus medalyeri V.Akimuşkina Şərqin böyük şairi Məhəmməd Füzulinin xatirə medalını işləmişdir.

Bütün həyatı boyunca o, medalyer sənəti ilə məşğul olmuş və haqlı olaraq keçmiş SSRİnin ən məşhur medalyerlərindən hesab olunur. “V.M.Akimuşkinanın adı sovet xatirə medallarının inkişafı ilə sıx bağlıdır. O, 50-ci illərdə xatirə medallarını dirçəldən sənətkarların arasında olmuş, onun sonrakı inkişafının əsaslarını qoymuş və sovet dövrü medalyer sənətinin çiçəklənməsinə təkan vermişdir” (184. 229). Onun Füzulinin ölümünün 400 illiyinə həsr edilən bu medalı qüvvətli plastika duyğusu, yüksək professionallığı ilə fərqlənir. Əsərin üz tərəfində dahi şairin portreti, ərəb dilində yazılmış adı, medalın kənarı ilə qabarıq səpkidə zövqlə həkk edilmiş “Məhəmməd Füzuli 1498-1556” yazısı verilib. Medalın arxa tərəfində kompozisiyanın mərkəzində sevginin metoforik simvolu olan gül açmış ağac və Füzulinin ən məhşur əsəri olan “Leyli və Məcnun” poemasının baş qəhrəmanları təsvir olunub. Sevgilisi qarşısında diz çökmüş Məcnun ehtiraslı, həyəcanlı duyğularını – bir sözlə sönməz, əbədi eşqini Leyliyə izhar edir.

136

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

FƏSİL III XX ƏSR AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

V.M.Akimuşkina.M.Fizulinin vəfatının 400 illiyinə həsr olunmuş medal,1956-ci il, Leninqrad Zərbxanası, tompak, d-60mm; 110,9 q

M.E Eşba. “26 Bakı komissarlarının ölümünün 40 illiyinə” həsr olunmuş xatirə medalı,1958-ci il, Leninqrad Zərbxanası, tompak, d-65mm;119,9 q.

1958-ci ildə bir çox medal sənəti müsabiqələrinin laureatı olmuş sovet medalyeri M.Eşba “26 Bakı komissarlarının ölümünün 40 illiyinə” həsr olunmuş xatirə medalını işləyir.

Öz məzmunu görə faciəvi hadisəni – Sovetlər dövrünün əfsanəsinə çevrilmiş “Bakı kommunarları”nın Ağcaqum çollərində qətliamını əks etdirən, vaxtilə çox aktual olan bu əsərə XXI əsr və dəyişmiş zaman prizmasından münasibətimiz, əlbəttə, bir mənalı olaraq mənfi olsa da, onun sənətkarlıq baxımından böyük məharətlə yaradıldığı göz önündədir.

137

AYTƏN ƏHMƏDOVA AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

Medalın üz tərəfində Bakı komissarlarından bir qrupunun çoxfiqurlu kompozisiyası, kənarı boyunca rus dilində yazı həkk olunub. Piramida prinsipi üzrə qurulmuş kommunarlar qrupunun təsviri heykəltəraşlıq abidəsi kimi “səslənir”. Kompozisiyada müvazinət hasil olsun deyə, sağ tərəfdə də bir ağac təsvir edilmişdir. Kiçik sahədə nümayiş etdirilən hadisə və xarakterlərin, hərəkətlə təsvirin qarşılıqlı əlaqəsi fikir bitkinliyi əldə etməyə imkan verir. Medalın arxa tərəfində isə diz çökmüş,

əlindəki çələngi həlak olanların məzarına qoyan ümümiləşdirilmiş qadın obrazı həkk olunub. Onun simasında dərin kədər olsa da, qadın dərdin ağırlığından əyilməyən, iradəsini itirməyən məğrur bir obrazı əks etdirir.

Bu illərin süjetli-tematik medalları sovet reallığında baş verən hadisə və dəyişiklikləri o dövrün ideoloji tələblərinə uyğun özünə-məxsus şəkildə əks etdirirdi. Sosialist realizmi sənətində sovet insanının hansısa reallığa uyğun olmayan: güclü, qətiyyətli, gümrah və nikbin ruhlu simvolunu göstərmək əhəmiyyətli idi. İnsanlar adətən pafoslu, çox halda yuxarı qaldırılmış əllə, qətiyyətli addımlarla irəliləyən zaman və s. təsvir edilirdilər. Belə medallardan biri L.М.Belokurov və L.Q.İşxanovun Azər-baycanın Rusiyanın tərkibinə daxil olmasının 150 illik yubileyi münasibətilə hazırladıqları xatirə medalıdır.

Medalda göstərilən hadisələrin dolğunluğu, təsvirlərin ahəngdarlığı, bütövlükdə bədii təcəssümü müsbət təsir bağışlayır. Öz kompozisiyasına görə o, xatirə medalından daha çox plakatı xatırladır. 1960-1980-cı illərdə Azərbaycanda medalyer sənəti fəal inkişaf edərək, öz funksiyalarını

L.М.Belokurov, L.Q.İşxanov. Azərbaycanın Rusiyanın tərkibinə daxil olmasının 150 illik yubileyi münasibətilə xatirə medalı, 1964-cü il. Leninqrad Zərbxanası. Tompak, 82,39 q. D- 60,3 mm.

138

FƏSİL III

və obrazlı-ifadə vasitələrini xeyli zənginləşdirib, digər növ heykəllər arasında özünəməxsus yer tutmuşdur. Bu dövr medalları mövzu etibari ilə bu növlərə bölünür: böyük siyasi və dövlət xadimlərinə, Vətənimizin həyatında baş vermiş əlamətdar hadisələrə, sovet elm və texnikasına, şəhərlərə, onların idarə və təşkilatların yubiley tarixlərinə, məşhur mədəniyyət və incəsənət xadimlərinə həsr olunmuş medal, mədəniyyət və memarlıq abidələri ilə tanış edən medal və s. XX əsrin 60-ci illərin əvvəlində respublika medalyer sənətinə Moskva və Leninqradın rəssamlıq təhsil ocaqlarını müvəffəqiyyətlə başa vuran istedadlı heykəltəraşlar gəlir. Onlar heykəltəraşlığın bütün sahələrində fəal yaradıcılıq fəaliyyətinə başlasalar da, medalyer sənəti də diqqətdən kənarda qalmır. Sənətkarların əksəriyyəti medalyer sənətinə fasilələrlə müraciət etsələr də, bu sənətlə illər boyunca mütəmadi olaraq məşğul olan ancaq heykəltəraş A.Rüstəmov olmuşdur. Aslan Rüstəmov həm monumental, həm dekorativmonumental, həm çoxsaylı xatirə lövhələri, barelyeflərin müəllifi olmaqla yanaşı, həm də ilk azərbaycanlı medalyer sənətkardır. O, gənc yaşlarında qardaşı– sonralar Azərbaycanın xalq rəssamı Cahangir Rüstəmov və onun yoldaşları respublikanın görkəmli rəssamları ilə dostluq edir, onların yaratdıqları əsərlərə maraq göstərirdi. Heykəltəraş bunları belə xatırlayır: “Emalatxanada onların etdiyi söhbətlər, çəkdiyi rəsm əsərləri məndə bu sənətə olan marağı daha da artırdı. 1948-ci ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq məktəbinə daxil oldum”. Heykəltəraş Rəssamlıq məktəbində P.Sabsay və H.Əhmədov, 1953-1960-cı illərdə Moskva Ali-Sənaye Rəssamlıq məktəbində (əvvəllər Stroqonov adına olmuşdur) isə E.Belaşova, S.Rabinoviç və Q.Motovilov kimi məşhur sənətkarlardan dərs almışdır. 1958-ci ildə hələ tələbə ikən dahi Füzulinin yaradıcılığı ilə maraqlanaraq ona həsr olunmuş medal üzərində işləmişdir. Moskva Ali-Sənaye Rəssamlıq məktəbində oxuduğu illərdə bir çox medal layihələrini kurs işi kimi təqdim etmişdir. Sənətkar öz üslub axtarışlarında milli ənənə, müasirliyin nəbzi və nəfəsi ilə həmahəng olan bədii formalara can atır. Onun Leninqrad Zərbxanasında tuncdan tökülmüş ilk işi sənət dostu Əhməd Salikovla birgə 1966cı ildə işlədiyi Cəlil Məmmədquluzadənin 100 illiyinə və Müslim Maqomayevin 80 illiyinə həsr olunmuş xatirə medallarıdır. Böyük yazıçının qayğılı gözləri, daxili gücü ilə nurlanan müdrik çöhrəsi yüksək ustalıqla verilmişdi. Görkəmli bəstəkar Müslüm Maqomayevin xatirə medalının aversində dəqiq işlənmiş portreti, revers hissəsi isə orijinal işlənmiş, bəstəkarın əsərlərindən götürülmüş not parçası təsvir olunmuşdu.

Bu metoddan sonralar bəstəkarlara həsr edilən medallarda digər medalyerlər də istifadə etmişlər. Sənətkar bu obraza çox sonralar yenə də müraciət edərək fiqurun ətrafında fo-

XX ƏSR AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

139

AYTƏN ƏHMƏDOVA AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

A.М.Rüstəmov, A.B.Salikov Müslim Maqomayevin 80 illiyinə həsr olunmuş xatirə medalı, 1967 –ci il Leninqrad Zərbxanası, tompak, 82,39 q. d- 60 mm.

A.М.Rüstəmov Nəsiminin 600 illiyinə həsr olunmuş xatirə medalı, 1973-ci il, Leninqrad Zərbxanası, tompak, ölçüsü -60х56мм nun dərinləşməsi metodunu tətbiq etmişdir. Beləliklə də, portret daha qabarıq görünür və kompozisiya elementi olan medalın səthi plastik obrazın bir hissəsinə çevrilir.

Sonrakı illərdə də heykəltəraş bu sənətə sadiq qalaraq bir-birinin ardınca maraqlı əsərlər yaradır. V.Bağırovun yuxarıda adı çəkilən kitabında sənətkarın 1962-ci ildən başlayaraq 70-ə

140

FƏSİL III

yaxın medal hazırladığı qeyd olunur (7, 49). Lakin bu dəqiq məlumat deyil. Heykəltəraşın özünün dediyinə görə, onun bu günə qədər Moskva və Leninqrad Zərbxanalarında hazırlanmış 24 ədəd xatirə medalı mövcuddur və onların hamısı SSRI Mədəniyyət Nazirliyinin Medalyer komissiyasından keçmişdir. Bununla yanaşı, o, 35-ə yaxın sərgi medalları da yaratmışdır.

Nizami, Ə.Naxçıvani, Nəsimi, M.P.Vaqif, M.F.Axundov, C.Cabbarlı, H.Cavid, N.Nərimanov, A.M.Qorki, M. Müşfiq və onlarla başqalarına həsr edilən xatirə medalları milli koloritdə, əsl zərgərlik ustalığı ilə böyük məharətlə həkk olunub.

Heykəltəraş 1969-cu ildə Yurmalada Dzinteri yaradıcılıq evində İ. Nəsiminin 600 illiyinə həsr etdiyi medalı hazırlayır.

Məşhur sənətşünas, medalyer sənətinin gözəl bilicisi A.Kosareva bu əsəri yüksək qiymətləndirərək “Искусство медали” kitabında yazır: “Rüstəmov bu medalda çətin yolla gedərək relyefdə insanın portretini ön tərəfdən görünüşünü verməyə çalışır. Məsələnin çətinliyi rəssamın ustalığından xəbər verir” (117, 106). Nəsiminin başı ətrafında yüngül, hamar olmayan ştrixləmə fəzanı sanki işığlandırır və bu priyomdan istifadə edilməsi təsvirin həcmini daha qabarıq şəkildə nəzərə çarpdırır. Bu həmçinin kompozisiyaya məlum fəza dərinliyi verir. Bununla da medalın fakturası vahid aktiv plastik forma kimi çıxış edir. Əsərin orijinallığı medalın formasının dairəvi deyil, oval olmasıdır. Sənətkar tamaşaçının diqqətini Nəsiminin gözlərinə yönəldir. Onun gözləri ciddi və kədərlidir. Bu ciddilik dövrün haqsızlıqlarına qarşı etiraz səsini ucaldan şairin kədərindən doğur. Nəsimi sanki öz tənhalığı, ilahi, tərki-dünya duyğuları ilə baş-başadır...

Medalın əks tərəfində kompozisiyanın mərkəzində günəş və şəfəqlərinin stilizə olunmuş təsviri Nəsiminin orta yüzilliklər zülmətində Azərbaycan ədəbiyyatının səmasında doğan günəşə bənzədilmiş obrazıdır. Xəfif ştrixləmə medalın aversindəki portret təsvirin fonu ilə həmahənglik yaradaraq ümumi olaraq obrazın vahidliyinə xidmət edir. Bu bütövlük əsərin estetik siqlətini artırmaqla yanaşı, sənətkar düşüncəsindəki ideyanı böyük realistliklə əks etdirməsi medalın həyatiliyini də gücləndirir. Reversin yuxarı və aşağı hissəsində ana dilli fəlsəfi poeziyanın əsasını qoyan şairin məşhur: “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” misrası həm Azərbaycan, həm də rus dilində nəfis xətlə həkk olunub.

Azərbaycanın mədəniyyətinin görkəmli nümayəndələrinin obrazlarını yaratmaq medalyer üçün xüsusilə sevilən mövzudur. 1977ci ildə Budapeştdə keçirilən Ümumdünya medalyer sərgisində Azərbaycanı Aslan Rüstəmov və Hamlet Musayev təmsil edirdi. Bu sərgidə A. Rüstəmovun dahi memar Əcəmi Naxçıvaniyə həsr olunmuş medalı nümayiş etdirilmiş və beynəlxalq kataloqa salınmışdır.

XX ƏSR AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

141

AYTƏN ƏHMƏDOVA AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

A.М.Rüstəmov. Əcəmi Naxçıvaniyə həsr olunmuş xatirə medalı, 1976–cı il, Moskva Zərbxanası, tompak, d -60мм, 106 q.

A.M. Rüstəmov. Nizamiyə həsr edilmiş medal, 1979-ci il, bürünc. Budapeşt (Macarıstan), Moskva Dövlət Tarix Muzeyi, d-100 mm.

1970-ci illərdə Azərbaycan sənətkarlarının medallarında milli bədii dilin maraqlı axtarışları başlayır, onlar öz əsərlərində müasir tematikanı milli incəsənət elementləri – daş üzərində oyma, kitab miniatürü və metal məmulatların tərtibatı üslubu ilə uyğunlaşdırırlar. Məsələn, Ə.Naxçıvaniyə həsr olunan medalın arxa hissəsi də çox maraqlı həll edilmişdi. Belə ki, görkəmli memar şah əsəri olan “Möminə xatun” məqbərəsinin portalında milli ornamentin içində ərəb dilində adını yazmışdır. Heykəltəraş da həmin fraqmenti eyni ilə medalın revers hissəsinə köçürərək, sanki o dövrün abı-havasını səthdə əks etdirmişdir. Lakonizm və portretin ifadəliliyi, hər iki tərəfin qüsursuz kompozisiyası bu əsəri medalyer sənətinin incilərindən biri olduğunu sübut edir.

Aslan Rüstəmov həm sovetlər birliyində, həm də xarici ölkələrdə keçirilən medalyer sənətinə aid sərgilərin, simpoziumların fəal iştirakçısı olmuşdur. “1979-cu ildə Macarıstanın Neyhauzel şəhərində keçirilən simpoziumda Aslan Rüstəmov da iştirak etmiş və hazırladığı on medal sərgidə nümayiş etdirilmişdir. Bu medallardan ikisi həmin şəhərin muzeyi

142

FƏSİL III XX ƏSR AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

tərəfindən alınmış və həmişəlik daimi ekspozisiyaya daxil edilmişdir” (17, 38-39). Simpoziumda bürüncdən yaratdığı “Nizami” medalı Moskva Dövlət Tarix Muzeyi tərəfindən alınmış və daimi ekspozisiyada nümayiş etdirilmişdir.

İncə qəlbli, nakam şair Mikayıl Müşfiqə həsr olunmuş medalda da obrazın bədii həllinin poetikliyi ilə şairin daxili aləmi vəhdət təşkil edir. Medalın əks tərəfində ortadan qırılmış qərənfil gülü həkk olunub. Bu, şairin faciəli şəkildə yarımçıq qalmış həyatının rəmzidir.

Heykəltəraş surətlərin mənəvi aləminin psixologiyasının təhlilinə xüsusi fikir verir. Bu, onun Hüseyn Cavid, Molla Pənah Vaqif, Fikrət Əmirov medallarına aid edilə bilər. Müəllif hər bir surətin qayəsindən doğan ən səciyyəvi ştrixləri ifadə etməyə nail olmuşdur. O, detalları bütövə tabe edir, kütlələrin tarazlığına, siluetin zərifliyinə xüsusi diqqət verir, kompozisiyaları arxitektonikanın qanunlarına uyğun olaraq qurur. Heykəltəraş modelini ruhi-mənəvi tarazlıq halında göstərməyə üstünlük verir. Lirik başlanğıc, ruh yüksəkliyi və əqli dolğun obrazlar medalyeri daha çox cəlb edir. Reversdə isə sırf obrazın açılmasına xidmət edən yardımçı aksessuarlar təsvir edilir.

Böyük şəxsiyyət, dövrünün nurlu ziyalılarından biri olan Hüseyn Cavidə həsr etdiyi medal gecəli-gündüzlü axtarışların bəhrəsi olmuşdur.

Kompozisiyanın bütövlüyünə nail olmaq üçün sənətkar işıq-kölgə çalarlarından məharətlə istifadə edir. Sadə, incə lirizmlə dolu olan bu kompozisiyada dahi şairin duyğuları qabarıq şəkildə göstərilmişdir. Medalın reversində istedadlı dramaturq və şa-

A.M.Rüstəmov. Mikayıl Müşfiqə həsr olunmuş xatirə medalı, 1990-cı il, Moskva Zərbxanası, tompak, d-60мм, 106 q.

143

AYTƏN ƏHMƏDOVA AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

A.M.Rüstəmov. Hüseyn Cavidə həsr olunmuş xatirə medalı, 1990-cı il, Moskva Zərbxanası, tompak, d -60мм,100 q.

A.M. Rüstəmov. Bakıda “Şərq xalça sənəti üzrə” beynəlxalq simpoziuma həsr olunmuş xatirə medalı, 1988-cü il, Moskva Zərbxanası, tompak, d -60мм, 104q. irin əsərindən bir bənd həkk olunmuşdu: “Bəxtiyarsan, əgər çəkdiyin əmək, Cahan sərgisinə versə bir çiçək”. Bu mükəmməl fikri görkəmli medalyerin özü ilə yanaşı bütün sənərkarlara da şamil etmək olar.

Azərbaycanın dünya mədəniyyət xəzinəsinə verdiyi ən böyük inci əlbəttə ki, xalça sənətidir. Xalça sənətimizi dünyada təbliğ etmək üçün 1983 və 1988-ci illərdə Bakıda “Şərq xalça sənəti üzrə” Beynəlxalq simpozium keçi-

144

FƏSİL III XX ƏSR AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

rilmişdi. Heykəltəraş bu mühüm hadisə ilə əlaqədar medallar üzərində gərgin yaradıcılıq işi aparmışdır. 1983- cü ildə işlədiyi ilk medalın üzərində qədim memarlıq fonunda xalça hanası və “Bakı” sözü bir neçə dildə həkk olmuşdur. Medalın digər üzündə milli xovsuz xalçalardan ziliyə xas olan qoşa quş və həyat simvolu ağac təsvir olunmuşdu. 1988- ci ildəki medalın ortasında qədim xalça elementi olan xonça, medalın kənarları boyunca isə “Şərq xalça sənəti üzrə İkinci Beynəlxalq simpozium” sözləri nəfis şəkildə həkk olunmuşdu.

Ümumiyyətlə, medalyer bəzən kompozisiyalara ornament fraqmentləri əlavə edir ki, bu da təsvirə xüsusi milli özünəməxsusluq gətirir.

Son illərdə yaratdığı diqqətəlayiq əsərlərdən biri ulu öndər Heydər Əliyevin 80 illiyinə həsr olunan medaldır. Medalyer dünya klassik heykəltəraşlıq məktəbinin ən ümdə xüsusiyyətlərindən bəhrələnərək obrazı çox dəqiq və ustalıqla işləmişdir.

A.Rüstəmov çoxplanlı sənətkardır, son illərdə plastikada yalnız görkəmli şəxsiyyətlərin portret təsvirlərini deyil, həm sərbəst mövzulu, həm memarlıq abidələrinin görünüşünü, həm

A.M.Rüstəmov. Heydər Əliyevin 80 illiyinə həsr edilmiş medal, mis, 2003-ci il, d-110mm

A.M. Rüstəmov. İnteryer, bürünc,d-110 mm.

145

AYTƏN ƏHMƏDOVA

A.M. Rüstəmov. Əbu Əli ibn Sinaya həsr edilmiş plaketa, 2008-ci il, qips, 14x9 mm.

A.M.Rüstəmov. Xalq rəssamı Kamil Əliyevə həsr edilmiş plaketa, 2006-cı il,qips, 15x11 mm.

də abstrakt kompozisiyaları da bacarıqla yaradır.

Yaradıcılıq fəaliyyətinə 70-80-cı illərdə başlamış istedadlı gənclər milli heykəltəraşlığımıza yeni ruh, ab-hava, yeni duyğular gətirdilər. Şərif Şərifov, Telman və Eldar Zeynalov qardaşları, Görüş Babayev, Hüseyn Haqverdiyev, Namiq Dadaşov və başqaları müxtəlif janrlarda çalışsalar da, medaldakı plastik forma axtarışlarına xüsusi əhəmiyyət verirlər.

Telman və Eldar Zeynalov qardaşları da medalyer sənəti sahəsində bir-birindən maraqlı əsərlər yaratmışlar. 1975-ci ildə Moskvada keçirilən II Ümumittifaq medal sərgisində Aslan Rüstəmovla yanaşı, Telman və Eldar Zeynalov qardaşları da iştirak etmişlər. O illərdə bu sənət növü sürətlə inkişaf etməyə başladığı üçün sərgidə Sovet İttifaqının hər yerindən 500-dən çox medalyer öz əsərlərini nümayiş etdirmişdir. Telman və Eldar Zeynalov qardaşlarının “Xəzər dənizində qayıqlar “ (1973), Telman Zeynalovun “V.İ.Leninin müstəqil Azərbaycan Respublikasına teleqrammı” (1971), “Bakı qalası” (1973), Eldar Zeynalovun “Tahir Salahov” (1974) medalları sərgidə Azərbaycanı layiqincə təmsil etmişdir. Sonrakı illərdə də onlar medalyer sənətində yaradıcı axtarışlarını davam etdirərək diqqətəlayiq əsərlər yaratmışlar. Belə əsərlərdən biri də 1976-cı ildə Səməd Vurğunun 70 illiyinə həsr edilən medaldır.

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

146

FƏSİL III XX ƏSR AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

Telman və Eldar Zeynalov qardaşları Səməd Vurğunun 70 illiyinə həsr olunan medal, 1976 tompak, d-60mm.

Telman və Eldar Zeynalov qardaşları Səməd Vurğunun 70 illiyinə həsr olunan medal, 1976 tompak, d-60mm.

Səməd Vurğunun digər medal obrazlarından fərqli olaraq bu əsərin ruhunda məhrəm bir yaxınlıq, səmimiyyət hiss olunur. Revers də böyük ustalıqla yerinə yetirilmişdi. Sıra ilə düzülmüş kitablar Səməd Vurğun həyatının sanki simvolik nəticəsidir.

Dahi Nizamiyə həsr edilən medalın bütün ab-havası xəfif lirizmə və zahirən sadə, daxilən mürəkkəb psixologizmə əsaslanır. Bu əsər orijinallığı ilə ilk baxışdan tamaşaçını özünə cəlb edir. Müəlliflərin aversdə psixoloq dəqiqliyi və filosof müdrikliyi ilə yaratdıqları obrazda şairin

147

AYTƏN ƏHMƏDOVA AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

Telman və Eldar Zeynalov qardaşları. Üzeyir Hacıbəylinin 100 illiyinə həsr edilən medal, 1985-ci il, tompak, d-60mm. daxili mənəvi dünyası və onun fərdi səciyyəvi xüsusiyyətləri mükəmməl ifadə olunur. Revers çox maraqlı həll olunmuşdu. Kompozisiyanın mərkəzində təsvir olunan rəhildəki kitab hər tərəfdən öz zəngin kölgəsinin altında gizlətməyə çalışan şaxəli çinar ağacının yarpaqlarının sanki mühafizəsindədir. Müəllif Azərbaycan xalqının böyük dühası, Şərq Renesssansının zirvəsi olan Nizamini qollu-budaqlı, nəhəng çinar ağacına bənzədir.

Medalın kənarı boyunca “1141-1202” tarixi həkk olunub. Çox əfsus ki, şairin ölüm tarixi səhv göstərilmişdi. Belə ki, dünya ədəbiyyatında xüsusi yeri olan böyük türk şairmütəfəkkiri, filosofu Nizami 1209-cu ildə vəfat edib. Burada ümumiləşdirilmiş-dekorativ ağac təsviri aversdəki incəliklə işlənmiş portretlə harmonik olaraq uzlaşır. Belə özünəməxsus bir şəkildə, bir medal səthində müəllif böyük şairin realistik yerinə yetirilmiş və simvolik portretini birləşdirir. Hesab edirik ki, bu medalyer sənəti nümunəsi sənətkarların ən uğurlu əsərlərindəndir.

Onların Üzeyir Hacıbəyli və Səttar Bəhlulzadəyə həsr etdikləri medallarda insanın fikir və düşüncəsinin, psixologiyasının ən dərin qatları mənalı və ifadəli üz cizgilərində göstərilir.

Son illərdə Telman Zeynalov Üzeyir Hacıbəylinin anadan olmasının 100 illiyi münasibətilə bəstəkarın yubiley sikkəsini hazırlamışdı. “2008-ci ildə Avstriyanın “Austriant Mint” sikkəxanasında üzərində Üzeyir Hacıbəylinin surəti həkk edilmiş qızıl sikkə hazırlandı. Zavod istehsalı olan sikkənin çəkisi

148

FƏSİL I MEDALYER SƏNƏTİ HAQQINDA ÜMUMİ MƏLUMAT

31, 7 qramdır. Sikkənin arxa tərəfində Üzeyir Hacıbəylinin şah əsəri olan “Koroğlu” operasından bir fraqment həkk edilmişdir” (10. 12). Şərif Şərifovun medalyer sənəti sahəsində yaratdığı mükəmməl nümunələrdə də bu istedadlı heykəltəraşın realist ənənələrdən novatorcasına bəhrələndiyinin şahidi oluruq. “Onun “V.İ.Lenin (1970), “Teatr”(1971), Azərbaycan mədəniyyət və incəsənət xadimlərinə həsr edilmiş medalları respublikamızda medalyer

Namik Dadaşov. Qara Qarayevin xatirəsinə həsr olunmuş medal. 1991-ci il, tompak, 124 q, d- 60 mm.

Namik Dadaşov. Bülbülün vəfatının 25 illiyinə həsr olunmuş medal, 1987-ci il, tompak, d-60 mm.

149

AYTƏN ƏHMƏDOVA AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

Namik Dadaşov. Fuad Əbdürəhmanovun 75 illik yubileyinə həsr olunmuş medal,1988-ci il, tompak,106,65 q, d- 61mm sənətinin inkişafına təkan verən ən qiymətli işlərdən sayıla bilər (7. 50).

Medalyer sənətində uğurlu əsərlər yaradan digər sənətkar Namiq Dadaşovdur. O, Mədəniyyət Nazirliyi tərəfindən sifariş olunan 15 ədəddən artıq xatirə medallarının

müəllifidir. Böyük portret qalereyasını yaradan heykəltəraş dahi bəstəkarlardan Qara Qarayev, Niyazi, ictimai xadim Soltan Məcid Əfəndiyev, Bülbül və digərlərinə həsr olunmuş medallarında görkəmli şəxsiyyətlərin daxili aləmi, onların mənəvi dünyasındakı ziddiyyətlər onu düşündürən ən başlıca məsələlərdəndir.

Sənətkar obrazın mənəviyyatını, hiss və duyğularını təbiiliklə çatdırır. Buna misal olaraq, Fuad Əbdürrəhmanova həsr olunan medalı göstərmək olar. Medalın aver-sində heykəltəraşın portretində cəsarətli, emosional plastik yapma üslubu sanki F.Əbdürrəhmanovun özünün yaradıcılıq metodunu təkrarlayır. İradəli üz, çatılmış qaşlar altında zəhmli baxışı, yaradıcı, emosional ruhlu heykəltəraşın bənzərsiz simasını və xarakterini parlaq əks etdirir.

Namiq Dadaşov 2004-cü ildə İngiltərənin “Royal Mint” Kral Sikkəxanasında yüksək beynəlxalq standartlara uyğun olaraq hazırlanmış ulu öndər H.Əliyevə həsr olunmuş xatirə sikkələrini yaratmışdır.

Əgər N.Dadaşov üçün formanın və ən incə plastik işləmənin klassik bitkinliyi tipikdirsə, Hüseyn Haqverdiyevə isə bədii həll edilmiş kompozisiyanın dinamikliyi ilə uzlaşan obrazın daha çox emosional həlli səciyyəvidir. Dağlıq Qarabağ Muxtar vilayətinin 60 illiyinə həsr olunan medalın kompozisiyası üçün dərin rel-

150

FƏSİL III XX ƏSR AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

Hüseyn Haqverdiyev “Dağlıq Qarabağ Muxtar vilayətinin 60 illiyinə” həsr olunan medal, 1984-cü il, tompak, d-60mm.

Azad Əliyev. Ə.Ə.Rəfsəncani. Ayətullah Xomeyni. Əli Əkbər Vilayəti. 1994, bürünc, d-80 mm.

yef yapma, işıq və kölgənin, qabarıq hissələrin və müstəvi səthin təzadı, konturların dinamikası, xətlərin və formaların gözəlliyi xarakterikdir. Yurdumuzun dilbər guşəsi Qarabağın şiş ucları buludlara dəyən, sıldırım qayalarla əhatə olunmuş dağ yaylasında yerləşən Cıdır düzünün ucsuz-bucaqsız illüzor mühitini məşhur Qarabağ atları sürətli qaçışı ilə sanki ox kimi deşir. Həyatın əbədiliyinin simvolu kimi onların qaçışı təbii qrasiya ilə doludur. Böyük ustalıqla verilmiş mənzərəni aşağı hissədə bu bərəkətli torpağın yetirdiyi nemətlərdən sünbül, üzüm və digər məhsullar əhatələyərək bəzəyir. Sənətkar mövzunun açılmasında uzun-uzadı nəqlediciliyə ehtiyac duymur, bədii ümumiləşdirmə, simvolika kimi medalyer sənətinə xarakterik olan xüsusiyyətlərdən məharətlə istifadə edir.

151

AYTƏN ƏHMƏDOVA AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

Görüş Babayev. "Yol". “Mənim xatirələrimin səhifələri” adlı silsiləsindən plaket, 2001-2008, tunc,14x14sm.

Görüş Babayev. "Düşüncələr", plaket, tunc, 14x15 sm.

Medalyerlərin klassik ənənələrlə yanaşı, incəsənətimizin xalq köklərinə marağı da artır. Heykəltəraş Azad Əliyevin yaradıcılığında bunu aydın müşahidə edirik. Azad Əliyevin portret medallarına plastik bütövlük məxsusdur. Onun Iranın dövlət xadimlərinə həsr etdiyi bir neçə medalını dövlət başçımız Heydər Əliyev 1994-cü ildə İran İslam Respublikasına rəsmi səfərə gedərkən hədiyyə kimi aparmışdır.

Bu əsərlərdə müəllif insanın fikir və düşüncəsini, psixoloji mahiyyətini mənalı və ifadəli detallarla göstərir.

Heykəltəraş Görüş Babayev də medalyer sənətində uğurlu əsərlər yaratmışdır. Onun plaketlərini lirik bədii miniatürlər adlandırsaq, heç də səhv etmərik. Plaketlərdə sənətkarın yaratdığı bədii aləmin tamaşaçı təxəyyülündə subyektiv təfsirinə şərait yaradan potensial imkanların genişliyi təqdirəlayiqdir. Görüş Babayevin “Mənim xatirələrimin səhifələri” adlı silsilə plaketalarının əsas ideyası lətif, incə duyğulara, sonsuz arzulara qanad verən, onun qəlbinin təlatümünün mürəkkəb dünyasının relyef sənətinin dili ilə əks olunmasıdır.

Bu əsərlərdə heykəltəraş məchul sonsuzluğa gedən mənəvi yolun yolçusu kimi çıxış edir. İrreal, assosiativ şəkildə uşaqlıqdan başlayaraq bu həyat yolu boyunca yaşadığı və yaddaşında saxladığı xatirələrinin əlvan səhifələrinə həkk etdiyi sevgi, kədər, sevinc, qürur və digər hisslərdən toxunmuş “bir başqa dünya”sını müşahidə edirik. Müəllif yaradıcı təxəyyülündə bu dünyanı canlandıraraq süjetin təkamülündə orijinal bədii təcəssümünü tapmışdır. Sanki

152

FƏSİL III

xatirə çeşniləri heykəltəraşın yaddaşımdan silinməyib birnəfəsə yazılmış bu tunc səhifələrə köçürülmüşdü. “Düşüncələr” plaketasında sənətkarın təklikdə özü ilə mükaliməsi və mücadiləsi, fövqəl idrakı–hissi gərginliyinin mükəmməl ifadəsini görmək olar.

Stilizə olunmuş qırışları xatırladan cizgilər sanki həyatın çətin sualları qarşısında aciz qalan insanın mənəvi vəziyyətinə güzgü tutur və onlarla həmahəngdir. Mеtaforik fikir tərzindən qaynaqlanan silsilədə sənətkarın ştixeli ekspressiv, cilovlanmayan assosiativ yaranan formaları inamla üzə çıxarır.

Müasir dövrdə ideya, forma, yeni ifadə vasitələri, ideal obraz axtarışları medalyer sənəti çərçivəsində hüdudsuzdur. Son illərdə T.Rüstəmov və M.Rüstəmov qardaşları da medalyer sənəti sahəsində maraqlı əsərlər yaratmışlar. Adətən insanı yaşadığı mühit formalaşdırır. Uşaqlıqdan Teymur və Mahmudun peşə seçimində ataları və əmilərinin fədakarlıqla çalışdığı incəsənət mühiti böyük rol oynamışdır. Hər iki sənətkar həmişə axtarışdadır, improvizə və eksprementlərdən çəkinmir, müxtəlif texnikalardan, bədii imkanlardan yararlanırlar” (15, 5). Müasir medal sənətində “intellektual” istiqamətin nümayəndəsi sayıla bilən medalyer Т.Rüstəmov öz əsərini assosiativ-simvolik yönümdə həll edir. O, öz üslub axtarışlarında müasirliyin nəbzi və nəfəsi ilə həmahəng olan bədii formalara can atır. Onun yaradıcılığında müşahidə etdiyimiz yaradıcı və ya sərgi medalları intim, məhrəm, sənərkarın duyğularının bəzən realistik, bəzən alleqorik rəmzi mahiyyət daşıyan fikir və münasibətlərin əyani əksidir. Medalın kiçik sahəsi medalyerdə gözlənilməz metafora və simvolika ilə dolu poetik ideyaların işlənməsinə təkan verir. O, öz əsərlərində müasir dünyada insan və təbiətin vəhdəti mövzusuna toxunur. Medalların obrazı minimum təsvir vasitələri ilə yaradılır və tamaşaçıya təklif olunan obrazlı-plastik konsepsiyanı başa vurmaq imkanı verir. Ekoloji böhran göstərdi ki, yalnız insan və təbiət arasında harmonik münasibətlərin qurulması bəşəriyyət üçün səmərəli ola bilər. Heykəltəraşın medalyer sənət nümunələrindəki özünəməxsus şərhi belə bir harmoniya yaradır. Lakin hər bir obrazı təfsir etmək tamaşaçının öhdəsinə buraxılır. Məsələn, gecə quşu kimi bayquş qüssə və tənhalıq rəmzidir.

XX ƏSR AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

Teymur Rüstəmov. “Bayquş” plaket, 4,5mm

153

AYTƏN ƏHMƏDOVA

Teymur Rüstəmov. “Cırcırama” medal, bürünc, d-80 mm.

Teymur Rüstəmov. “Kərtənkələ” medal, bürünc, d-80 mm.

Teymur Rüstəmov. “Açarlar”, bürünc, d-80 mm.

Qəribə və sirli quş olan bayquş türk xalqların inancında müqəddəs quş idi. Tenqrinin əmri ilə onlar gecələr uçur və pis ruhları təqib edirdilər. Bu əsər plastik həllin xarakterinə görə qrafik səciyyədədir.

“Cırcırama” adlanan medalyer sənət nümunəsi tamaşaçıda bir çox assosiasiyalar yaradır. Latın dilində cırcırama çox poetik olaraq “odonatum”, yəni kainatın ətrindən doğulmuş adlanır.

“Kərtənkələ” əsəri isə tamam başqa bir emosional duyğular axarı yaradır. Sarı-boz kərtənkələ qumun üstündə dolaşaraq, öz izləri ilə onun səthini müxtəlif naxışlarla bəzəyir.

Kərtənkələ xüsusilə dirçəliş emblemi kimi tanınır. Bu, onun qeyri-adi yaşamaq qabiliyyəti haqqında təsəvvürlərdən qaynaqlanır. Belə ki, o, təhlükəni hiss edərkən quyruğunu atır, sonra isə yenidən bərpa edir. Əsərdə kərtənkələnin plastikası, səthin fakturası, onların həmahəngliyi böyük ustalıqla verilmişdir. “Açarlar”ın simvolikası harasa girişi açmaq və ya nəyisə bilmək kimi müstəsna əhəmiyyət

154

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

FƏSİL III

kəsb edir, yəni o, həmişə yeniliklərin başlanğıcıdır.

Ona görə də açar bizim yolumuzda maddi və ya mənəvi maneələrin aradan qaldırmağa qadir bir simvoldur.

Mahmud Rüstəmov “qeyri-ordinar və yaradıcı düşünən, daima öz üzərində işləyən sənətkardır. Onun təhtəlşüurla həqiqət, müasirliklə ənənə arasında əlaqələrindən qaynaqlanan yaradıcı metodu son illərdə bir çox eksperimentlərlə yadda qalıb. Mifoloji süjetlərin mücərrəd təsviri, real və qeyri-real başlanğıc, onun xəyalı mühiti ilə real gerçəklik arasındakı təzadlı mənzərələr onun yaradıcılığı üçün xarakterik cəhətlərdəndir” (15. 5). Lakin medalyer sənətində biz onun tamamilə başqa yaradıcı xüsusiyyətlərini kəşf edirik. Klassik ənənələrdən bəhrələnən sənətkarın medalyer sənətində yaratdığı əsərlər təəssüf ediləcək qədər azdır. Onlar yüksək zövqlə işlənərək görkəmli şəxsiyyətlərin daxili aləmini, onların mənəvi dünyasını tam aydınlığı ilə əks etdirir. Emosional yaşantıların inikasını bu sənətin unikal dili ilə təqdim edən Mahmud Rüstəmov ümummilli lider Heydər Əliyevin portretində müdrik, dünya şöhrətli siyasətçinin parlaq obrazını yaratmışdır.

Akademik Cəlal Əliyevin medalında sürətli qərarlar verməyi bacaran xarizmatik insanın üz ifadəsini görürük.

Təsvir edilən alimin simasının xüsusi realizmi — iç dünyası ilə zahiri xüsusiyyətlərinin son dərəcə dəqiq verilməsi bu əsərin sənətkarın ən maraqlı medal nümunələrindən biri olduğunu göstərir.

Heykəltəraşın son əsərlərindən birində epos qəhrəmanı “Dədə Qorqud” kamil, müdrik el ağsaqqalı obrazı kimi təqdim olunur. Medal sanki qədim sikkələrin arxaik strukturunu qo-

XX ƏSR AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

Mahmud Rüstəmov. Heydər Əliyevin 75 illiyi münasibəti ilə medal, qips, 1998-ci il, d-90mm.

Mahmud Rüstəmov. Akademik Cəlal Əliyev, medal, 1998-ci il, d-90 mm.

155

AYTƏN ƏHMƏDOVA

Mahmud Rüstəmov. Dədə Qorqud, medal, bürünc, 2006-cı il, d-90 mmş

ruyub saxlayaraq tamaşaçını o uzaq dövrlərə aparır.

Yekun olaraq qeyd edək ki, Azərbaycan medalyer sənətində 60-cı illərin sonuna yaxın həm əsərlərin mükəmməlliyində, həm də estetik qayəsində müsbət keyfiyyət dəyişikliyinin şahidi oluruq. 60-80-cı il portret medallarının əsas bədii xarakteristikalarına yığcamlıq, ümumiləşmə, dokumentalizm kimi xüsusiyyətlər xarakterikdir. Bununla yanaşı müəyyən dövrə stilizasiya, portretə poetik metafora elementlərinin əlavə edilməsi tendensiyası da mövcud idi. 1970-1990-cı illərdə bədii medallar ənənəvi üslubda olsa da, bu əsərlərdə fərdi-üslubi yenilik meylləri güclüdür. Dünya incəsənətində olduğu kimi, son illərdəki müşahidələr göstərir ki, Azərbaycan medalyer sənətində də vahid “üslub” yoxdur və əslində, bu, mümkün də deyil. Hər bir maraqlı əsərdə ənənəvi olmayan ifadə formasına, süjet yeniliyi ilə qarşılaşırıq. Sənətkarların fərdi özünəməxsusluğu bəzən eyni şəxsiyyətin obrazını tamamilə fərqli nöqteyi-nəzərdən həlli edilməsi ilə nəticələnir. Təsvir olunan mövzu və obrazların aktuallığı, cəmiyyəti daha çox düşündürən hadisə və şəxsiyyətlərin təsvirinə can atma meyli, həm də bunun yüksək bədii-estetik tələblər səviyyəsində özünəməxsus milli ruhda vermək cəhdi medalyer sənətimizin uğurlarını şərtləndirən əsas amillərdəndir.

Kiçik plastikanın bu sahəsi haqqında müxtəlif rəylər ola bilər, amma bir faktı yəqin ki, heç kəs inkar etməz – respublikamızda medalyer sənətinə son on illərdə maraq əvvəlki illərlə müqayisədə çox azalıb. Bəzi heykəltəraşlar medalyer yaradıcılığını tamamilə tərk etdilər. Bu gün ölkədə çox az sayda heykəltəraş medalyer sənəti ilə məşğul olur. Şübhəsiz ki, bunun müasir dövr və onun gətirdiyi yeni münasibətlər, düşüncə tərzi ilə bağlı müəyyən obyektiv səbəbləri də var. Əfsus ki, son illərdə dövlət sifarişi demək olar ki, olmadığı üçün müasir Azərbaycan medalyer sənəti tənəzzülə yaxın bir dövrünü yaşayır. Lakin bütün dünyada medalyer sənətinə maraq gün-gündən artdığı halda, bizim sənətkarların buna biganəliyi anlaşılmazdır. Əvvəlki illərə baxanda ideoloji çərçivələrlə məhdudlaşdırılmayan əsl sənətkarlıq nümunələri yaratmaq üçün münasib şərait vardır.

156

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

FƏSIL I

Medallar kiçik miqyasda eksperimentlər və yeni ideyaların işlənilməsi üçün ən münasib məkan olub, gözəl imkanlar yaradır, bu da sənətdə ilk qədəmlərini atan gənc heykəltəraşların medalyer sənətinə olan marağını artırmalıdır. Fikrimizcə, problem bu gün yalnız dövlət səviyyəsində çözülə bilər və heykəltəraşlıq sənətinin bu növünə diqqət, dövlət sifarişlərinin verilməsi bu sahənin nüfuzunu qaldırardı. Axı medallar təkcə bədiiestetik hadisə deyil, həm də vacib ideoloji məsələdir. Bildiyimiz kimi, sikkə dövlətin rəmzidir, zamanın simvoludur. Yeri gəlmişkən, medal da. Əgər dərindən düşünsək, bu, nəhəng məsuliyyət tələb edən dövlət əhəmiyyətli işdir. Görün xatirəsinə medal hazırlamalı nə qədər layiqli milli qəhrəmanımız və elm xadimlərimiz var. Bu medallar Vətən uğrunda qanından, canından, həyatından keçənlərin qəhrəmanlığını vəsf edərək müharibə salnaməsinə çevrilərdi. Yaxud son onilliklər tariximizdə baş verən qanlı hadisələr (20 yanvar, Xocalı və s.) haqqında mütləq olaraq bu sənətin ölməz dili ilə bütün dünyaya car çəkilməlidir. Qarabağ həqiqətlərinin dünyaya çatdırılması baxımından da medalyer sənətinin rolu çox böyük ola bilər. Azərbaycan beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara və bir çox nüfuzlu tədbirlərə ev sahibliyi edir. Bütün bu tədbirlər medal və xatirə nişanlarında öz əksini taparsa onların əhəmiyyətini daha da artırar. Bununla da heykəltəraşlar özlərinin vətəndaş-sənətkar mövqeyini nümayiş etdirmiş olardılar. Medalların yaradılmasının təşəbbüsünün dövlətlə yanaşı, ictimaiyyət nümayəndələri tərəfindən də verilməli, görkəmli alimlərin, ədəbiyyatçıların və sənətkarların iştirakı ilə müsabiqə-sərgilərin keçirilməsi bu sənətdəki durğunluğu aradan qaldırardı. Müasir dövrdə başlıca məsələ gənclərdə Vətənin taleyi ilə bağlı məsuliyyət, düşmənə nifrət, qələbəyə inam yaratmaqdır ki, medalyer sənəti də bunun öhdəsindən gələ biləcək sənət növüdür.

Əlbəttə, medalyer sənətinin inkişaf perspektivləri barədə danışmaq çətindir. Ancaq fikrimizcə, nə qədər ki, numizmatikaya, medalyer sənətinə maraq dünyada yaşayır, onda bu miniatür sənətin inkişaf meylləri incəsənət tarixinin inkişaf məcrasında davam edəcəkdir. Medalyer sənəti müxtəlif dövrlərdə yaşadığı böhrana baxmayaraq, bu günə kimi çox halda ənənələrinə sadiq qalmışdır. FIDEM medalyer sənətinin inkişafının hər ikiillik mərhələsinə yekun vuraraq öz konqresini keçirir. Konqres çərçivəsində dünya medalyerlərinin yeni, ən yaxşı işlərinin sərgisi təşkil olunur, iştirakçılar qarşısında aparıcı alimlər, medal tədqiqatçıları çıxış edir, nümayəndələr medalyer cəmiyyətlərinin fəaliyyətinin perspektivlərini müzakirə edirlər. Müasir dövrdə medalyer sənətinə maraq bütün dünyada yüksələn xətlə gedir. Keçmiş sovet respublikalarında Rusiya, Ukrayna və digərləri FIDEM-in keçirdiyi sərgilərdə aktiv iştirak

MEDALYER SƏNƏTI HAQQINDA ÜMUMI MƏLUMAT

157

AYTƏN ƏHMƏDOVA

edirlər. Məsələn, FIDEM-in keçirdiyi hər bir beynəlxalq sərgidə 20-30 rus medalyeri iştirak edir. Rusiya medalyer sənəti artıq çoxdan dünyada şöhrət tapıb, müasir rus medalı isə xaricdə yüksək qiymətləndirilir və həvəslə kolleksiyaçılar tərəfindən alınır. Son illərdə Ukrayna medalyerləri də öz fəallıqları ilə diqqəti cəlb edirlər. Çox istərdik ki, bizim sənətkarlarımızın da sorağını əvvəlki dövrlərdəki kimi beynəlxalq medalyer sənəti tədbirlərindən eşidək.

Medal – əsrlərə hesablanmış incəsənətdir, ona görə də onu yaranması prosesinə böyük məsuliyyətlə yanaşılmalıdır. Bu gün medalyer sənəti yenilənməyə hazır olmalı, dünyada gedən pozitiv bədii xüsusiyyətlərdən bəhrələnərək faydalı məcraya yönəlməli, sənətkarların qarşısına qoyulan mühüm yaradıcılıq məsələləri həll olunmalıdır. Medalyer sənətimizin dirçəlməsi heykəltəraşlar qarşısında duran vacib məsələlərdən biridir, çünki hər bir xalqın mövcudluğu onun mənəvi mədəniyyəti ilə qırılmaz bağlıdır.

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

This article is from: