AYTƏN ƏHMƏDOVA
AZƏRBAYCAN MEDALYER SƏNƏTİ
XX əsr Azərbaycan medalyer sənəti
XX
əsrin əvvəlləri dünyada yeni münasibətlərin bərqərar olduğu mürəkkəb bir dövr olaraq güneyli-güneyli Azərbaycan xalqının həyatının bütün sahələrinə də öz təsirini göstərmişdi. Dünyada ikiyə bölünmüş azsaylı xalq kimi “Rusiyada Birinci rus inqilabı (1905-1907), İranda isə 19051911-ci illər inqilabı dövründə Azərbaycan xalqı özünün müstəqil dövlətçiliyini bərpa etmək, azadlığa çıxaraq dünyanın yeni inkişaf ahənginə uyğun olan demokratik idarəçilik sistemi yaratmaq uğrunda mübarizə aparırdı” (6, 24). Cənubi Azərbaycanda daxili ziddiyyətlərin kəskinləşməsi, xalq içərisində narazılığının artması 1905-ci ildə İranda Məşrutə (konstitusiya) inqilabı ilə nəticələnir. Şah hakimiyyəti 1906-cı ilin avqust ayında Konstitusiyanın qəbul edilməsi və İran Parlamentinin – Məclisinin yaradılması haqqında fərman verir. Lakin bununla razı olmayan irticaçı qüvvələr
120