7 minute read

NƏTİCƏ

NƏTİCƏ

Kiçik plastikanın ən maraqlı növlərindən biri olan medalyer sənətinin kökləri çox qədim dövrlərə gedib çıxır və hələ ibtidai icma quruluşu dönəmində insanın iqtisadı fəaliyyəti, dini-estetik təsəvvürləri ilə əlaqədardır. Medalyer sənəti o zamanlarda da, bizim vaxtımızda olduğu kimi, digər sənət növləri ilə eyni bir səviyyədə durmuşdur. Qədim sikkələrin hazırlanması üçün əsasən döymə texnikasından istifadə olunub. Nadir hallarda, əsasən iri sikkə yerinə yetirərkən gil və gips formalarında tökmə üsulu tətbiq edilirdi (İtaliya sikkələr b. e. ə. V-IV əsrlər). Arxaik dövrdə Yunanıstanda elektr və gümüşdən düzəldilən sikkələr (b. e. ə. VII-VI əsrlər) kiçik və birtərəfli idi. Onların səthində yerləşdirilən relyefli təsvirlər lakonizm və zərifliyi ilə fərqlənir, stilizasiyaya və ornamentallığa meyl edirdi. Qədim Yunan və Roma sikkələri medalyer sənətinin ən mükəmməl nümunələri sayılır.

Advertisement

159

AYTƏN ƏHMƏDOVA

Xarici görünüşcə sikkə və medallar birbirinə oxşasa da, onların arasında prinsipial fərqlər mövcuddur. Sikkələr, əsasən, çoxsaylı olub, mərkəzi siyasi hakimiyyət tərəfindən zərb edilərək müəyyən pul ekvivalentinə malikdir və pul dövriyyəsində iştirak edir. Medallar təyinatı ilə əlaqədar kompozisiyasının mürəkkəbliyi və təsvirin daha yüksək bədiiliyi ilə fərqlənir və xatirə sikkələri ilə yaxındır. Kiçik plastikanın müstəqil bədii növü kimi medallar İntibah dövründə formalaşmış və təsviri sənətin sonrakı inkişafında müşahidə edilən demək olar ki, bütün üslublarda yüksək zövqlə yerinə yetirilmişdi. Əsasən xatirə xarakterli olub, bədii abidə xüsusiyyəti daşısalar da, onlar həmçinin böyük təbliğat rolu da oynayırdı.

Kompozisiya nöqteyi-nəzərindən bu sənətə təsvirlərin müəyyən formaya yerləşdirmək, sikkə və medalın ikitərəfli olması səbəbindən onların harmonik uyğunluğuna nail olmaq, alleqoriya, simvol və emblematika dilindən geniş istifadə etmək kimi xüsusiyyətlər daxildir. Medalyer sənəti nümunələrinin səthi müəyyən dövrlərdə baş verən həm iqtisadi, həm tarixi, həm də bədii-estetik hadisələri əks etdirən ən mükəmməl mənbədir. Yəni onlar xalqın həm ictimai-siyasi varlığının, həm də yaradıcı düşüncə və təfəkkürünün bədii inikasıdır. Yer üzündən silinmiş şəhərlər, bu və ya digər səbəbdən məhv olmuş memarlıq və heykəltəraşlıq abidələri, tarixi şəxsiyyətlərin bəzən realistik, bəzən də stilizə olunmuş portretləri, yazılı mənbələrdə adı qalmamış dövlətlərin mövcudluq tarixi və onun başçılarının təsvirləri və s. məlumatlar medalyer sənəti nümunələri sayəsində bizim dövrə kimi gəlib çatmış, sənətşünas, etnoqraf və arxeoloqlar üçün də çox dəyərli informasiya daşıyıcıları olmuşdur.

Inkişafı dövründə, xüsusən son dövrlərdə medalyer sənətinin ifadə vasitələri əhəmiyyətli dərəcədə genişlənmış (cızılmış kontur, kontrrelyef, qarasavad, mina və s.), medal və plaketlərin kompozisiya, faktura və plastik dili mürəkkəbləşmişdir.

Arxeoloji qazıntılar zamanı digər maddimədəniyyət nümunələri ilə yanaşı, müxtəlif çeşidli medalyon, diskşəkilli asma, sikkə və plaket nümunələrinin tapılması qədim dövrdə Azərbaycanda medalyer sənətinın mövcud olmasına dəlalət edir. Eyni zamanda, bu nümunələr təsviri sənətimizin, xüsusən də heykəltəraşlıq sənətinin hansı özüllər üzərində təşəkkül tapdığını, mənşəyini, hansı təsirlərdən faydalandığını müəyyənləşdirilməsində böyük əhəmiyyətə malik olan əvəzsiz materialdır. Medalyer sənəti nümunələrinin səthindəki təsvirlər sxematik və primitiv olsalar da, qədim türkdilli xalqların mifoloji-dini, kosmoqonik təfəkkürü ilə bağlı olub, ulu əcdadımızın dünyanın yaranması haqqında təsəvvürlərini, mifik dünyagörüşünü və dini inanclarını əks etdirir. Əsasən həndəsi naxış, heyvan və quş təsvirləri kainat strukturunun müxtəlif səviyyələrini kodlaşdırır, əsas təbii ünsürlərin simvolu olub,

160

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

günlük və illik dövrü mərhələlərlə əlaqəli demiurq və ulu əcdad rolunu oynayır.

Sonrakı dövrlərdə Albaniyada yerli zərbxanalarda Makedoniyalı İsgəndərin sikkələrinə oxşar gümüş sikkələr kəsilsə də, onlar milli xüsusiyyət daşımırdı. Parfiya və Sasanilər dönəmində Azərbaycan ərazisində zərb olunan sikkələr tərtibat, üslub və hətta ölçülərinə görə fərqlənən tamamilə yeni sikkə tipi kimi zərb edilmişdir. Parfiya sikkələrinin təhlili onların türk mənşəli mədəniyyətə aid olduğu qənaətinə gəlməyimizə imkan verdi. Parfiya sikkələri yüksək bədii ustalığı ilə fərqlənir və onlarda yunan sənətkarlarının böyük təsiri hiss olunurdu. Adətən şahların portretləri gümüş sikkənin üst hissəsində profildən sol tərəfə çevrilmiş halda, kifayət qədər realistik üslubda verilir. Burada təsvir edilənin sosial statusunun atributları insanın özündən daha əhəmiyyətli idi. Parfiya sikkələrinin təhlili onların türk mənşəli mədəniyyətinə aid olduğu qənaətinə gəlməyimizə imkan verdi.

Orta əsrlərdə sikkələr üzərindəki təsvirlərin bir çoxu simvolik mahiyyətə malik olub, xalqımızın mənəvi aləmi qədim inanc və etiqadları ilə sıx əlaqədə olmuşdur. O dövrün sənətkarları sikkələrin səthində əski türk inanclarını və kosmoqonik fikirlərini islam dininin ideyaları ilə birləşdirməklə Türk-islam mədəni sintezinin vəhdətini yaratmağa çalışmışlar. Bir çox tədqiqatçılar canlı təsvirlərin ən çox Azərbaycan şəhərlərinin anonim mis sikkələrində olduğunu qeyd edirlər. Müsəlman dövrü Azərbaycan sikkələrini bədii tərtibat xüsusiyyətlərinə görə şərti olaraq bir neçə yerə bölmək olar: ancaq ərəb yazılarından ibarət, yəni kalliqrafik; həm yazılı, həm də ornamentli; heyvan və ya insan təsvirli; həm yazılı, həm də damğa tipli rəsmli, süjetli təsviri olan və s. Damğa və totem xarakterli təsvirlərin mücərrəd, stilizə edilmiş forması bu dövr sikkələrin bəzək ünsürlərinin bir hissəsini təşkil etmişdir.

XIX əsrdə yaradılmış medalyer sənəti nümunələrini bir neçə yerə bölmək olar: artıq sırf medal xarakteri daşıyan nümunələr; Azərbaycan xalqının tarixi, ictimai-siyası və iqtisadi həyatı ilə sıx bağlı olan, lakin xari-ci ölkələrdə zərb edilən medallar; əvvəlki dövrlərdə də işlənən, milli ənənə əsasında nəbati və kalliqrafik ornamentin yaranmış sikkələr və s. XIX əsrdə Azərbaycan medalyer sənətində əvvəlki ənənəvi şərtidekorativ üslubdan yeni keyfiyyətli realist üsluba keçid obrazın bədii həllinə, fərdi xüsusiyyətlərin dəqiqliklə verilməsinə və ifadəliliyinə görə fərqlənir. Əvvəlki dövrlərdə ənənəvi incəsənətə xas olan sxematiklik, təsvirin stilizə olunması bəzi nümunələrdə realist tərzlə əvəzlənir. Eyni zamanda, nəbati ornamentli və zərif kalliqrafik xətli yazıların mükəmməl sintezindən yaradılan sikkələrin zərbi davam edir və sənətkarların bu sənətin qədim ənənələrindən məharətlə bəhrələndiyi bir daha sübut olunur. 1920-ci ildən sonra Azərbaycanda baş vermiş siyasi hadisələr nəticəsində təsviri sə-

NƏTİCƏ

161

AYTƏN ƏHMƏDOVA

nətimizin bir çox növləri bədii irsin zəngin ənənənələrini davam etdirməklə yanaşı, Avropa və Rus incəsənətinin mütərəqqi və yenilikçi nailiyyətlərindən bəhrələnərək yenidən dirçəlməyə başladı. Sovet dövrü Azərbaycan medalyer sənəti ideoloji tələblərə uyğun olaraq sosialist təbliğat sisteminə daxil edilmişdi. Bu dövrdə portret təsvirli medallar – görkəmli xadimlərə həsr olunan xatirə və yubiley medalları nəzərə çarpacaq dərəcədə inkişaf edir. 19601990-cı illərdə Azərbaycanda medalyer sənəti öz funksiyalarını və obrazlı ifadə vasitələrini xeyli zənginləşdirib, digər növ heykəltəraşlıq nümunələri arasında özünəməxsus yer tutmuşdur. Texniki priyomların zənginliyi, bitkin bədii, ideya-tematik struktur və plastik formanın yaradılması üçün tətbiq edilən işıq və kölgənin ifadəliliyi, fonun fakturası ilə təsvir motivinin mükəmməl nisbətləri, – bütün bunlar müasir medalı xarakterizə edən əsas xüsusiyyətlərdir. Sadaladığımız bütün bu xüsusiyyətlər onların müsbət və mənfi tərəfləri ilə bu və ya digər dərəcədə Azərbaycan medalyer sənətinə xasdır. Bir çox medalyerlər öz əsərlərində müasir tematikanı milli incəsənət elementləri – daş üzərində oyma, kitab miniatürü və metal məmulatların tərtibatı üslubu ilə uyğunlaşdırırlar. Bu illərdə respublikamızın sənətkarları beynəlxalq sərgilərdə, simpoziumlarda fəal iştirak etmiş, maraqlı əsərlər yaratmışlar. Lakin əfsuslar olsun ki, medalyer sənətinə son on illərdə maraq əvvəlki illərlə müqayisədə çox azalıb. Bu sənəti yenidən dirçəltmək üçün müəyyən tədbirlərə ehtiyac duyulur.

Digər xalqlarının medalyer sənəti nümunələri ilə qarşılıqlı surətdə araşdırılması onlar arasındakı ümumi və fərqli cəhətləri aşkara çıxarmağa imkan vеrmişdir. Azərbaycan medalyer sənətinin yüzilliklər boyunca keçdiyi yolun icmalı onun ictimai və bədii xarakteri haqqında nəticə çıxartmağa imkan verir.

Tədqiqat zamanı çıxarılan nəticələr aşağıdakılardan ibarətdir: – Azərbaycan medalyer sənəti böyük bir tarixi dövr çərçivəsində – qədim dövrdən başlayaraq XXI əsrin ilk illərinə kimi dinamik, ənənəyə sadiq qalaraq inkişaf etmişdir; – qədim dövr medalyer sənəti nümunələri

Azərbaycan xalqı üçün xarakterik оlan mədəni-еtnik xüsusiyyətləri qoruyub saxlamaqla ənənələrin ötürücüsü kimi çıxış edir; – Azərbaycan medalyer sənəti nümunələrdəki bədii təsvirlərdə ümumtürk təfəkkür tərzinin əks оlunması bu ərazilərin əski türklərin ulu yurdu və inancları ilə bağlı оlduğunu, türk tayfalarının Azərbaycanda qədim dövrdən yaşadığını dеməyə əsas vеrir; – müəyyən olmuşdur ki, sikkə və xatirə medalları sözün əsl mənasında ölkənin ictimai-siyasi tarixini illüstrasiya edir, dövrün xarakterini çatdırır, öz epoxasını, insanların taleyini və dövlətin ideoloji prinsiplərini əyani əks etdirərək, onların bədii-obrazlı şəkildə xarakteristikasını öz səthində daşıyır;

162

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

– sikkələrin yalnız mübadilə vasitəsi, təkcə iqtisadi həyatı xarakterizə edən mənbə kimi deyil, xalqın inanclarını, hökmdarların səltənət müddətlərini, yerləşdikləri məkanı, bədii zənginlikləri, yer üzündən itmiş bir şəhəri, günümüzə çata bilməmiş bir bitkini, tarixi hadisələri və o mədəniyyətin bədii xüsusiyyətlərini göstərən, sənət tarixi baxımından çox zəngin, metal üzərində həkk olunan bir sənəd və informasiya mənbəyi olduğu təsdiq olunmuşdu; – müasirləri tərəfindən miniatür monumentlər kimi qəbul edilən medalların bədii mətləbin, emosional ovqatın kiçik bir sahədə əks etdirən böyük sənət əsəri olması sübuta yetirilmişdi; – Azərbaycan medalyer nümunələrin səthində olan simvol qrupların, təsvirlərin xüsusi kateqoriyaların (ornament motivləri və kompozisiyalar) bir çoxu rəmzi mahiyyətə malik olması, dünya quruluşu haqqında əski türkdilli xalqların mifoloji-dini, kosmoqonik təsəvvürlərini əks etdirməsi və qədim inanc və etiqadları ilə sıx əlaqədə olması göstərilmişdi; – Azərbaycan orta əsr medalyer sənətində qədim islama qədər motiv və obrazlar islamda yenidən mənalandırılmış və ya öz köhnə mənasını (bəzən qismən)saxlayaraq yaşamaqda davam etməsi müəyyən edilmiş, müsəlman dekorunun və öncədən mövcud olmuş türk tanrıçılıq simvolikasının çarpaz-

laşması onların əsas fərqləndirici əlaməti kimi göstərilmişdi; – ilk dəfə olaraq sikkələrdəki damğalar soykök idensifikasiyası üçün qiymətsiz mənbə olması nəzərə çatdırılmışdır; – sikkə və medallara dövrün əsl obyektiv sənədi olması, özündə çox spesifik informasiya daşıyıcısı kimi ölkənin siyasi tarixi, ideologiyası və iqtisadiyyatının işıqlandırılması zamanı yazılı mənbələrdəki məlumatları dəqiqləşdirmə işində əvəzsiz əhəmiyyətə malik olduğu sübut olunmuşdu; – tədqiqat işində ilk dəfə olaraq ayrı-ayrı medalyer sənət nümunələri təhlil olunmuş, elmi dövriyyəyə az tanınan nümunələr daxil edilmiş, onların semantik mənalarına aydınlıq gətirilmiş, məlumatlar dəqiqləşdirilmiş və bir neçə nümunələr yenidən atribusiya olunmuşdu; – çağdaş Azərbaycan medalı keçmişin bədii irsi ilə əlaqəsi, ənənə və novatorluğun qarşılıqlı təsirinin fasiləsiz məntiqi zəncirini təşkil etdiyi vurğulanmışdır; – müəyyən olmuşdur ki, XX əsrdə bu sənətin yeniləşməsinə tərəf ilk addımlar atılmış, şəxsi koloritdən məhrum, stereotip, stilizə edilmiş təsvirlərdən insanın fərdi mahiyyətini, onun iç dünyasını ifadə edən iti psixoloji portretlərə qədər əhəmiyyətli təkamül yolu keçilmişdir; – XX əsrdə memorativ predmetdən ekspozisiya nümunəsinə çevrilən medalın yalnız

NƏTİCƏ

163

AYTƏN ƏHMƏDOVA

xatirə hadisələrini, görkəmli şəxsiyyətləri deyil, həm də bütün dünyanı əks etdirmək qabiliyyətində olması üzə çıxarılır; – Azərbaycan medalyer sənətinin müasir vəziyyətinin xarakteristikası, onun sonrakı inkişafının perspektivləri ilk dəfə olaraq müəyyən olunmuşdu.

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

This article is from: