Azərbaycan Medalyer Sənəti

Page 161

NƏTİCƏ

NƏTİCƏ

K

içik plastikanın ən maraqlı növlərindən biri olan medalyer sənətinin kökləri çox qədim dövrlərə gedib çıxır və hələ ibtidai icma quruluşu dönəmində insanın iqtisadı fəaliyyəti, dini-estetik təsəvvürləri ilə əlaqədardır. Medalyer sənəti o zamanlarda da, bizim vaxtımızda olduğu kimi, digər sənət növləri ilə eyni bir səviyyədə durmuşdur. Qədim sikkələrin hazırlanması üçün əsasən döymə texnikasından istifadə olunub. Nadir hallarda, əsasən iri sikkə yerinə yetirərkən gil və gips formalarında tökmə üsulu tətbiq edilirdi (İtaliya sikkələr b. e. ə. V-IV əsrlər). Arxaik dövrdə Yunanıstanda elektr və gümüşdən düzəldilən sikkələr (b. e. ə. VII-VI əsrlər) kiçik və birtərəfli idi. Onların səthində yerləşdirilən relyefli təsvirlər lakonizm və zərifliyi ilə fərqlənir, stilizasiyaya və ornamentallığa meyl edirdi. Qədim Yunan və Roma sikkələri medalyer sənətinin ən mükəmməl nümunələri sayılır.

159


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.