33 minute read

İslam dövrü medalyer sənətinin inkişafı (VII-XVII əsrlər

Next Article
medalyer sənəti

medalyer sənəti

AYTƏN ƏHMƏDOVA

İslam dövrü medalyer sənətinin inkişafı (VII-XVIII əsrlər)

Advertisement

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

78

VII əsrin ortalarında ərəblər Sasani imperiyasının zəifliyindən istifa-də edərək onun varlığına son qoydu. Beləliklə, Azərbaycan ərazisi Ərəb xilafəti tərkibinə daxil oldu.

“İslamın yayıldığı ölkələrdə tədricən “müsəlman mədəniyyəti”adlanan ümumi bir ortaq mədəniyyət örnəyi təşəkkül tapmağa başlamışdır. Bu ortaq mədəniyyətin yaranmasında İslamı qəbul etmiş bütün müsəlman xalqlarının, o cümlədən, Azərbaycan xalqının sanballı əməyi və layiqli töhfəsi olmuşdur” (32, 12). Azərbaycan “müsəlman mədəniyyəti” sisteminə daxil olan ölkə kimi təşəkkül tapır və islam dini ictimai həyatın bütün sahələrinə sirayət edir. “Ərəb istilası və Azərbaycanın uzun müddət Xilafət tərkibində olması Azərbaycanın mədəni həyatında da əsaslı dəyişikliklərin başlıca səbəbi oldu” (23, 102).

FƏSİL II

Müsəlman Şərqində ümumi bədii mədəniyyətin dəyişikliyi sikkə tərtibatının üslubuna da xeyli təsir etdi. İlk dönəmlərdə müsəlmanlar cihadın tələblərinə uyğun olaraq daha çox kafir ölkələrini istila edərək müharibələrlə məşğul olduqları və bir çox başqa səbəblərə görə iqtisadi məsələlərə o qədər də fikir vermirdilər. Sikkələrin tərtibatında da istila etdikləri ölkənin əvvəlki sikkə formalarını əsas götürürdülər.

İranda erkən müsəlman sikkələrinin prototipi sasani sikkələri idi (187, 25). Belə ki, ilk illərdə sikkə tərtibatında Sasani ənənəsinin davamlılığını müşahidə edirik.

Ərəblər sadəcə olaraq sasani pullarına islamın əsas ehkamlarını təbliğ edən ayrı-ayrı Quran ifadələrini – Allah, Bismillah, AllahuƏkbər, Əlhəmdulillah və s. əlavə edərək onlardan istifadəni davam edirdilər. Sikkələrin bu ərəb-sasani adlanan kiçik qrupu Ərəb xilafətinin klassik sikkələrinə keçid halqası rolu oynadı. Bu tip sikkələr (696-cı il) Əməvi xəlifəsi Əbd əl-Məlik Mərvanın pul islahatına qədər zərb olunmuşdu. Ancaq bundan sonra Əməvi zərbxanalarında sırf müsəlman tipli sikkələr buraxılmağa başlayır.

Ərəblərin istilasından bir müddət sonra Bərdə, Dərbənd, Bakı, Şamaxı və digər şəhərlərdə xilafət zərbxanaları yaradılır. Xəlifə Mənsurun hakimiyyəti dövründə canişin Yəzid ibn Usayd olduğu zaman Bərdədə zərbxana mövcud olmuş və orada “Bərdə” ştampı ilə sikkələr kəsilmişdir (143, 60).

Azərbaycanda ərəblərin zərb etdikləri qızıl sikkələr dinar, gümüş sikkələr dirhəm, mis sikkələr isə fels və ya fulus adlanırdı.

Qeyd etmək lazımdır ki, o dövrün sikkələrinə məxsus müxtəlif təsvirlər, müsəlman dininə zidd olduğuna görə artıq VII əsrin sonundan Ərəb xilafəti sikkənin yeni tipini – küfi tipli sikkələri zərb etdi. Bu sikkələr beş əsrə yaxın zaman kəsiyində bütün pul nişanlarının tərtibatını müəyyən etdi. Onlar yalnız yazılardan ibarət olub, heç bir təsvirə malik deyildi. Küfi dirhəmlərinin bədii tərtibatında epiqrafik kanonlara ciddi riayət olunurdu. Belə ki, daimi elementlər kimi kompozisiyada əsas yeri dini formullar (şəhadət, bəsmələ, Quran ayələri), pul nominalının göstəricisi, zərbxananın, hökmdarın adı və sikkənin zərb olunma ili tuturdu. Hər bir sikkə səthi sanki təbliğat vərəqəsi olub, xalq arasında ən çox yayılan dövlət sənədi idi və eyni zamanda, üzərində olan müqəddəs adlar dövriyyədə sikkələrin bir növ qanuniliyini təsdiq edirdi.

İslam dinində canlı təsvirlərin çəkilməsinin qadağan olunması haqqında fikirlə bağlı qeyd edək ki, müqəddəs kitabımız Quranda bu barədə birbaşa olaraq heç bir qadağa yoxdur. Lakin əl-Maidə (5) surəsinin 90-cı ayəsində: “Ey iman gətirənlər! Şərab, qumar, bütlər, fal oxları şeytan işidir, iyrənc əməldir. Bunlardan kənar durun ki, uğura uğrayasız” (27, 56) ayəsindən məntiqi olaraq nəticə çıxarmar mümkündür ki, burada bütlərə sitayiş haqqın-

İSLAM DÖVRÜ MEDALYER SƏNƏTİNİN İNKİŞAFI (VII-XVII ƏSRLƏR)

79

AYTƏN ƏHMƏDOVA

da qadağa var. Ümumiyyətlə, canlı varlıqların təsvirlərinə qadağa əsas etibarı ilə bütpərəstliyə qarşı yönəldilmiş və monoteizmin bərqərarı ilə bağlıdır. Digər tərəfdən ehtimal ki, bu qadağalar yalnız bununla əlaqəli deyil, dərin sosial mənaya malik olub, müsəlmanların nəzərlərini fani dünyadan çəkərək, onun düşüncə, hiss və arzularını kainatın vahid mərkəzinə – tək bir olan müqtədir, uca Allaha yönəltməli idi.

Bəli, islamda Peyğəmbərin qadağanedici hədisləri və sünnəsi var, amma onlar bir qədər sonra meydana çıxdı. Yalnız Məhəmməd peyğəmbərin vəfatından illər sonra yaranmış hədislərdə canlı təsvirlərinin çəkilməsinə qadağa qoyulur. “İnsan təsviri mövcud olub, sadəcə o, spesifik funksiyalar daşımışdır. Lakin bu tipli hədislər peyğəmbər əhatəsinə aid real tarixi məlumatlarla uyğun olmayıb, dəqiq mənbələrinin tapılmasını tələb edir” (197, 8687). Erkən islam dövründə insan, heyvan, quş və balıq təsvirləri olan müxtəlif məmulatlar ərəblərin məişətində geniş istifadə edilirdi. “Hədislərdən bizə məlumdur ki, Məhəmməd (s.ə.s.) peyğəmbərin özünün də süjetli təsvirlərlə bəzənmiş bir çox şəxsi əşyaları olmuşdur”(76, 142-156).

Bu məsələdə din xadimlərinin rolu çox böyük idi. “Ən ciddi qadağalardan birini məşhur şiə hədis alimi və ilahiyyatçısı Muhyiddin Ən Nəvəvi (XIII əsr) əsərində belə ifadə edir ki, heyvanların təsvirinin harada yerləşməsindən asılı olmayaraq – “geyimdə, xalçada, dirhəmdə, dinarda və ya felsdə, qablarda, divarda” və s. “ən ağır günahdır” (134, 139-142).

Bildiyimiz kimi, xəlifə II Yezid bütün xilafət ərazisində canlı təsvirlərin məhv edilməsi barəsində əmr vermişdir. Lakin qadağaya heç də hər yerdə əməl olunmurdu. Bunu ciddi arqument olan islam numizmatikasının çoxsaylı nümunələri də sübut edir. Özlərini islam dininin qatı təəssübkeşləri kimi göstərən şahların saraylarında yaradılan insan və heyvan təsvirlərindən ibarət mükəmməl illüstrasiyalar bütün dünyada məşhurdur. “Əlyazma illüstrasiyalarında real və yarıəfsanəvi şəxsiyyətlərin, övliyə və şəhidlərin, qəhrəman və peyğəmbərlərin, həmçinin müsəlman müqəddəslərinin bütöv bir qalereyası canlanır” (89, 44).

Böyük bir arealı əhatə edən islam incəsənəti nümunələrində (xalça, tikmə, metal, miniatür sənətində və s.) müşahidə etdiyimiz çoxsaylı canlı təsvirləri belə nəticəyə gəlməyə imkan verir ki, bu qadağaya əsasən dinlə əlaqədar tikili və əşyalarda qeyri-şərtsiz əməl olunmuş, amma adi həyatda və məişətdə buna bir o qədər də ciddi riayət edilməmişdir (yəni sikkələrdə olan təsvirlər dini-mental mühitlə müqayisəyə girmirdi).

İlk baxışdan islam dövrü sikkələri bəlkə də canlı təsvirlərsiz kimi görünə bilər. Lakin elə ən erkən nümunələrlə tanışlıqda görürük ki, sikkələrdə həm zərdüşt atəşdanının, həm İran və Bizans hökmdarlarının, həm müxtəlif heyvan və digər təsvirlərinə rast gəlirik. Məsələn:

80

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

FƏSİL II İSLAM DÖVRÜ MEDALYER SƏNƏTİNİN İNKİŞAFI (VII-XVII ƏSRLƏR)

“Sasani draxmalarını imitasiya edən, amma artıq ərəb dilində yazısı olan gümüş dirhəmlərdə ənənəvi kompozisiyanı pozmayaraq xəlifənin stilizə olunmuş fiquru özü ilə atəşdanı əvəz edir” (201, 59). Belə bir dirhəm Azərbaycanda (ATRA) hicri tarixi 73-cü ildə zərb olunub.

Sonrakı illərdə də bir çox müsəlman sikkələrində insan və müxtəlif canlıların təsvirlərinə təsadüf edirik. Bu sikkələrin təhlili maraqlı nəticələrə gətirib çıxarır: “Orta əsr müsəlman numizmatikasında son Abbasilər dövrü Yaxın və Orta Şərqin praktik olaraq bütün bədii tərtibatlı emissiyalarının arxasında türk mənşəli sülalələrin olduğunu görürük” (133, 135). Buna misal olaraq, türk sülaləsi olan Qəznəvilərin mis, bəzən gümüş sikkələrindəki süvarilərin, Qaraxanilər sülaləsinin mis sikkələrini bəzəyən aslan, fil, dovşan və digər heyvan təsvirlərini göstərmək olar. II Ələddin Məhəmməd Xarəzmşah (hicri 596-617) dövrü zərb olunan süvari və fil təsvirli sikkələr də orta əsr Şərq medalyer sənətinin maraqlı nümunələrindəndir. Mosul atabəylərindən Zənqilərin, Anadoluda türk Artuqlu sülaləsinin

zərb etdikləri sikkələrdə isə o dövr üçün çox qəribə olan hökmdar qiyafəli, taclı insan obrazları, mürəkkəb semantikalı kompozisiyalar və fantastik fiqurların təsviri var idi.

Məmlük sultanı Bəybarsın bəzi dirhəm və dinarlarında aslanın – “türk dilində bu heyvan arslan adlanır, qədim dövrlərdən hakim nəsillərindən birinin eponimi kimi məşhur olan və türk hərbi qüdrətinin simvolunun” (133. 141) təsvirinə, həmçinin Səlcuqlarda II Keyxosrovun (1236-1245) gümüş dirhəmlərində də rast gəlirik.

Azərbaycan (ATRA), gümüş dirhəm, hicri 73-cü il

81

AYTƏN ƏHMƏDOVA

Hüsaməddin Yuluq Arslan bürünc dirhəm 1199-cu il.

İllər sonrası aslan təsvirini mənşəcə türk olan İran hökmdarları Qacarların sikkələrində görəcəyik. Səlibçilərin qənimi, böyük sərkərdə sultan Səlahəddin Yusif ibn Əyyubi sikkələrdə yalnız türk qüdrətinin sevimli simvolu olan aslan təsvirini yerləşdirmir, həmçinin təqribən 1185-ci ildən şəxsən özünün təsvirlərini zərb etdirir.

Müsəlman numizmatikasının şedevrlərinə xəlifə əl-Müqtədir dövründə Mədinət əs-Səlamda hicri 304-cü ildə (916) zərb olunan böyük ölçülü (35, 5mm), yüksək əyyarlı, aversdə qanadlarını açmış qartal, reversdə yəhərli ikihürgüclü dəvə təsviri olan sikkəni göstərmək olar. Belə sikkələrə “Xəlifə Harun ər-Rəşidin hicri 195-ci ildə (810/811) həyat yoldaşı Zübeydənin 60 illiyinə həsr edilən dirhəmi aid etmək olar” (172. 269). Çox güman ki, bu sikkələr kommemorativ xarakter daşıyaraq saray əyyanlarına, mötəbər insanlara paylanmaq üçün buraxılırdı.

Sonrakı illərdə bu tip medalyer sənəti nümunələrinə hal-hazırda Metropoliten muzeyində saxlanılan və Avropada yaxşı tanınan Türk sultanlarının portret təsviri olan,

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

Səlcuqlar Keyxosrov II (12361245). Gümüş dirhəm.

82

FƏSIL I

yüksək sənətkarlıqla işlənmiş bir neçə medalı göstərmək olar. Onlar yerli zərbxanalarda deyil, İtaliyada hazırlanmışlar: birinci medal 1480-cı ildə Florensiyada medalyer Bertoldo di Covanni tərəfindən Sultan II Mehmetə, digəri isə təqribən 1525-ci ilə aid edilən naməlum müəllif tərəfindən Şimali İtaliyada Sultan Süleymana həsr edilmiş tunc medallardır.

Medallar öz bədii məziyyətləri ilə yanaşı, sultanların portret cizgilərini də müasir dövrə qədər çatdırmışlar. Üstündə canlı təsvirləri olan müsəlman ölkələrinin sikkələrinin siyahısını hələ də davam etmək olar.

Məşhur şərqşünas alim-numizmat V. Nastiç məhz bu mövzuya həsr etdiyi məqaləsində qeyd edir: “Əgər o dövrdən qalmış tarixi abidələrə əsasən fikir yürütsək, görərik ki, türk sənətkarlarının Məhəmməd (s. a. s.) dinini qəbul etməsi heç də onların dərhal adət etdikləri estetik görüş və zövqlərindən imtina etməsinə gətirib çıxartmadı və onlar hələ uzun müddət öz məişətlərini müxtəlif insanabənzər və zoomorf süjetlərlə bəzədilər” (133, 129149).

Təhlil edəcəyimiz nümunələrdə görəcəyik ki, bu dövr incəsənətində qədim islamöncəsi motiv və obrazlar islamda yenidən mənalandırılmış və ya öz köhnə mənasını (bəzən qismən)saxlayaraq yaşamaqda davam etmişdir. Müsəlman dekoru və öncədən mövcud olmuş türk tanrıçılıq simvolikasının çarpazlaşması onların əsas fərqləndirici əlamətidir.

Bir çox tədqiqatçılar heyvan təsvirlərinin ən çox Azərbaycan şəhərlərinin anonim mis sikkələrində olduğunu qeyd edirlər: “Burada biz təkcə müxtəlif görünüşlərdə ənənəvi olan aslan, at və yırtıcı quşları deyil, həm də zodiakal və Şərqi Asiya 12 illik təqvim tsiklinin illərini simvollaşdıran heyvanları və hətta numizmatikada belə “nadir qonaqlar” olan kərgədan və ya uzunbuynuzlu ceyranı görmək olar. Təbii ki, fars zərrabbaşıları bülbül və qızılgül kimi sevilən poetik süjetdən də yan keçə bilməzdilər” (91, 129). Nadir hallarda mis fuluslarda insan fiqurlarının təsvirinə də rast gəlinir (206, 143).

Maraqlıdır ki, islam mədəniyyətində canlı təsvirləri olan bədii sikkələr əsasən misdən zərb olunmuşdur. “Bu aspektdə məhz mis sikkələri zərb olunan zaman, ideologiya, mifologiya və s.

MEDALYER SƏNƏTI HAQQINDA ÜMUMI MƏLUMAT

Sultan Süleymana həsr edilmiş medal, Şimali İtaliya, bürünc, 1525-ci il, d-128mm;554, 77q.

83

AYTƏN ƏHMƏDOVA

haqqında gümüş və ya qızıl pullarından daha çox informasiya verir (145, 9).

Yəqin ki, bu onunla bağlıdır ki, qızıl və gümüş sikkələrdən fərqli olaraq, mis sikkələr gündəlik həyatda daha çox işlənir və onların tanınması vacib amildir. Nə üzərində yazının olması, çünki yalnız bəzi azsaylı savadlılar onu oxuya bilərdi, nə də ki, üstündəki ornament bunun öhdəsindən gələ bilməzdi. Ona görə də hər bir şəhərdə dövriyyədə olan mis sikkələrin üzərində müəyyən heyvan təsvirlərinin olması onların tanınmasını asanlaşdırırdı.

Yerli tədqiqatçılar da bu dövr sikkələrimizin ornamentlərinin zənginliyini, nəbati, həndəsi və zoomorf təsvirli olmasını qeyd edirlər: “Təsvirlərdə quş, balıq, delfin, aslan, keçi, dəniz tısbağası və s. rast gəlinir” (5, 302).

Bu yerdə bir çox tədqiqatçıların sikkələr üzərindəki heyvan təsvirlərinin 12 illik Şərq zodiakal və ya türk-monqol təqvimi ilə bağlı olduğu fikirləri ilə razılaşmaq olmur. Çünki təsvir olunan bu heyvanların bəziləri (kərgədan, dəvə, suiti, fil, tısbağa və s.) zodiakal təqvimdə ümumiyyətlə iştirak etmir. Bəs onda sikkələrdə onların təsviri nə ilə əlaqədardır? Numizmat alim Q.Pirquliyeva da öz tədqiqatında qeyd edir:“Biz onunla razı deyilik ki, mis sikkələr yerli əhali üçün “təqvimi” funksiya daşıyırdı. Bundan başqa, ikonoqrafik aspektdə də bu sikkələr olduqca mükəmməldir. Hesab edirik ki, hər şəhər məxsusi zərbxanaya malik idi, hansının ki, öz növbəsində damğa tipli xüsusi “nişanı” var idi və bunun əsasında, yalnız yerli əhali deyil, həm də yaxınlıqda yaşayan əhali zərbxananın adını tanıya bilirdi” (145, 18-19). Məsələn, “Zərbxanasının xüsusi nişanı olan şəhərlərdən biri mis sikkələrini öz damğası ilə buraxan Bakıdır” (145, 23). Bakı üçün bu nişan numizmatların qənaətinə (E. Paxomov, Q. Pirquliyeva) görə balıq təsviridir. “Arxa tərəfdə müxtəlif yerlərdə yerləşən bir və ya üç balıq təsviri adi damğayabənzər simvolikadır” (145, 23).

Bu dövr Azərbaycan medalyer sənət nümunələrinin bədii tərtibat xüsusiyyətlərinə görə şərti olaraq bir neçə yerə bölmək olar: ancaq ərəb yazılarından ibarət, yəni kalliqrafik; həm yazılı, həm də ornamentli; heyvan və ya insan təsvirli; həm yazılı, həm də damğa tipli rəsmli, süjetli təsviri olan və s. Ümumiyyətlə, bu dövr sikkələrin kompozisiya və dekorativ tərtibatını – həndəsi və nəbati ornament, müxtəlif formalı kartuşlar, haşiyələrin formaları, müxtəlif canlı və bitkilərin təsviri və s. təşkil edir.

Bu dövrdə sikkələrin bədii tərtibatında kalliqrafik ornament ənənəsi geniş yayılmağa başlayır. Ərəb qrafikası özündə ərəb dilinin sakral xüsusiyyətlərini təcəssüm edərək, müsəlman mədəniyyətinin informasiya mexanizminin ən əhəmiyyətli elementi idi. Müsəlmanlar, həqiqətən də, ayrı-ayrı hərflərin yazılışına böyük sakral məna verirlər. Belə ki, Allah özü Məhəmmədə (s. a. s.) müqəddəs kitabın hər bir surəsini Cəbrayıl vasitəsilə vəhy etmiş, buna

84

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

FƏSİL II

görə də bu mətnin istənilən hissəsi ilahinin müqəddəs emanasiyasıdır(emanasiya - axma, tökülmə). Kalliqrafik sikkələrdə ilkin yazı növü kufi xətti olmuşdur. Hakimiyyət sikkələrdə Allahın adını və Quran ayələrini yerləşdirərək daima insana onun dini vəzifələri və mənəvi öhdəliklərini xatırladırdı.

Əksər sikkələrin bədii tərtibatı bütün səth boyunca yerləşdirilən yazılardan ibarət olurdu. Kalliqrafik sikkələrə misal olaraq Məzyədilər sülaləsinin nümayəndəsi Şirvanşah II Məhəmməd ibn Yezidin bizə gəlib çatan sikkələrini göstərə bilərik.

Bu sikkələr orta əsr Azərbaycan medalyer sənətinin gözəl nümunələridir. Müsəlman Şərqində ümumi bədii mədəniyyət dəyişdikcə, sikkə tərtibatının üslubu da dəyişirdi. Kalliqrafik sikkələrin çoxunun bədii tərtibatı mütənasib, ahəngdar və harmonikdir. X əsrdən başlayaraq ilk əvvəl işlədilən həndəsi motivli naxış ünsürlərindən (düz, sınıq xətlər və s.) təşkil olunmuş kufi xətti sanki cücərir: əyri xətlər, kiçik zoğlar sonunda çiçək, islimi və s. ilə başa çatır. Stilizə edilmiş bitki aləmi: budaq, qönçə, yarpaq, müxtəlif formalı çiçək və islimi ornamenti islam məntiqinə əsasən yerdəki cənnəti simvolizə edirdi.

Sonrakı dövrlərdə kufi xətti təkmilləşir və onun yerinə rəvan yazılışı ilə diqqəti cəlb edən nəsx xətti işlənməyə başlayır. Ərəb dili qrammatikasına xas olan hərəkələr (saitlər) nəsx xəttinə daha da gözəl yaraşıq verir. Sikkənin yerliyində yazı, həm qrammatik qaydalarına uyğun olaraq, həm də bədii kompozisiyanın tələblərinə uyğun yerləşdirilirdi. Bu yazılar mahir sənətkar əli ilə naxış və rəsmlər arasında o qədər bacarıqla yerləşdirilirdi ki, o, özü gözəl bir bəzəyi andıraraq, ümumi kompozisiyanın ayrılmaz bir hissəsini təşkil edirdi.

Sikkələrin səthində dini məzmunlu yazılarla yanaşı, bəzən poeziya nümunələrinə də məsələn, “XVI əsr İran sikkələrində şeirlərə də rast gəlmək olar” (177, 92).

Qədim islam zərbxanalarının işçiləri çox uzun yazıların yerləşdirilməsi üçün yeni imkanlar – dairəvi, altıgüşəli, ülduzabənzər və s. kompozisiyalar axtarırdılar. Bəzi sikkələrin bədii tərtibatında yazılar müxtəlif formalı kartuş və ya medalyon şəklində dekorativ bəzəklərin daxilində verilir. Xalça ilə analogiya olaraq onları xonça və ya göl də adlandırmaq olar.

İSLAM DÖVRÜ MEDALYER SƏNƏTİNİN İNKİŞAFI (VII-XVII ƏSRLƏR)

Məzyədilər sülaləsi Şirvanşah II Məhəmməd ibn Yezidin adına kəsilmiş gümüş sikkə, 1398-ci il. (Azərbaycan Tarixi Muzeyi)

85

AYTƏN ƏHMƏDOVA AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

Gümüş dirhəm. Hülakilər sülaləsi, Qazan xan, Təbriz Sikkələrdə “kətəbə” adlanan quruluşu uzunsov formalı elementlərdən də istifadə olunur. Əsasən onların daxilində əfsanə yazılır. Bu zaman müxtəlif formalı kartuşların işlənməsi və onun ətraflarının xırda ölçülü əlavə fon elementləri ilə zənginləşdirilməsi maraqlı bir kompozisiya əmələ gətirirdi.

Kalliqrafik sikkələrdə geniş yayılmış ornament motivlərindən biri də beşguşəli və yaxud da altıguşəli ulduz, çoxləçəkli gül formasında olan xonça formalı kartuşlardır.

Onlar estetik baxımından kompozisiyanın əsas bədii elementi olsa da, sakral semantik məna da daşımışdır. Məsələn, pentoqramma əbədilik, mükəmməlik və kainatı simvolizə edir (169. 102). Bununla yanaşı, beşguşəli xonça və yaxud pentoqrammanın hər hansı bir şər qüvvədən qoruyucu, nəzərlik kimi xüsusiyyətləri hələ qədim dövrlərdən məlum idi. “İslam dininə əsasən, bu nişanın vahid mərkəzdən çıxan beş şüası və ya guşəsi dinin beş əsas şərtini – Şəhadət kəlməsini, namazı, orucu, Həcc ziyarətini və zəkatı özündə ehtiva edir” (26, 36).

“Süleyman padşahın ulduzu” adı ilə tanınan altıbucaqlı xonça və ya medalyon məhsuldarlıq və bərəkət simvolu olaraq, öz mənşəyini Kiçik Asiyanın şimal-qərb hissəsində yerləşən qədim Frigiyadan götürür. Bu dövr sikkələrdə o əsasən kompozisiyanın mərkəzində yerləşir.

Bu, bir-birinin içinə nüfuz edən üçbucaqlarının birgə təsvirindən yaranır. “Belə ki, üzü yuxarı üçbucaq – səmanın, üzü aşağı isə yerin rəmzini bildirirsə, deməli, onlar birlikdə bu iki dünyanı birləşdirdiyi insan simvoludur” (157, 11).

Səkkizguşəli formalı kartuşlar da sikkələrin bədii tərtibatında istifadə edilirdi. “Oktaqon İslam incəsənətində mənəvi dirçəlişin,

86

FƏSİL II

yenilənmənin rəmzidir. Onu da qeyd edək ki, “Ərş və ya İlahi taxt səkkiz mələk tərəfindən saxlanılır” (205, 31).

Səfəvi dövrü sikkələrinin ən gözəl nümunələrindəki kalliqrafik xətlə ornamentin çulğaşmasından yaranan naxışlar insanın “müxtəliflikdəki vəhdəti və vəhdətdəki müx-təlifliyi” fikrinin heyrətamiz simvoludur. Bu sikkələr özünün incə dekor məziyyətləri, bədii kompozisiyasının dolğunluğu, hər bəzək elementinin mütənasib ölçüsü ilə diqqəti cəlb edir.

Şah İsmayılın zərb etdirdiyi şahıların üzərində yazı əsasən “nəsx”, nadir hallarda isə “kufi” xətti ilə həkk olunurdu. Lakin əsas ornamental kanonlarının və kompozisiya quruluşunun heç bir xüsusi dəyişikliklərə məruz qalmayan vahid bədii üslubla bağlılığı əlbəttə ki, islam dininin təsiri ilə əlaqədardır. Get-gedə ornament özünə daha böyük yer qazanır; əvvəlcə yavaşyavaş haşiyə çərçivələrini aşaraq, sonra daha da hərflərin ətrafına nüfuz edərək sikkələrə xüsusi gözəllik bəxş edir. Belə sikkələrə nümunə kimi Fətəli şah Qacarın dövründə Təbrizdə zərb olunan 5 tümən dəyərində olan əsrarəngiz gözəlliyə malik mükəmməl, bitkin kompozisiyalı qızıl sikkəni göstərmək olar. Sikkə son

İSLAM DÖVRÜ MEDALYER SƏNƏTİNİN İNKİŞAFI (VII-XVII ƏSRLƏR)

Səfəvilər dövləti, I Süleyman, 16 əşrəfi dəyərində olan qızıl sikkə (1668-1694-cü illər), İsfahan. 47, 25 mm ; 57,1 q.

Qacarlar sülaləsi, Fətəli Şah, 5 tümən dəyərində olan qızıl sikkə,(1797-1834), Təbriz.

87

AYTƏN ƏHMƏDOVA

dərəcə kiçik detallarla bəzədilmiş və virtuoz ustalıqla işlənmişdir.

Sikkələrdəki haşiyələr də müxtəlif olub, sadə çevrə və ya nöqtəvarı naxışdan tutmuş mürəkkəb islimi ornamenti, palıd, dəfnə çələngləri və s. ibarət ola bilər. Bir çox sikkələrin haşiyələrində işlənən dəfinə çələngi əbədiyyət rəmzi olub, həm də qalibiyyət və uğuru simvolizə edir.

İnkişafının çiçəklənmə illərində kalliqrafik sikkələr yüksək bədii tərtibatı, yazıların dəqiqliyi və düzgünlüyü, zərifliyi və öz dövrü üçün yüksək texniki ustalığı ilə fərqlənirdi.

Sikkələrin bədii tərtibatında təsadüf edilən digər qrup təsvirlər heyvan və quş rəsmləridir. Bir çox alimlərin fikrinə görə, “sikkə, möhür, üzüklərdə heyvan və quş təsvirləri nəsil-tayfa emblemləri və ya totemlər kimi rol oynaya bilər” (138, 98). “Şahnamə”yə əsasən də İran və Turan pəhləvanlarının üzərində heyvan təsviri olan bayraqları mövcud olmuş və onlar hansısa çox qədim tayfa totemləri ilə əlaqələndirilmişdir. “İnisiasiya mərasimlərində totem insanı qoruyan bir ruh kimi çıxış edə bilər” (171, 399). Bəlkə də buna görə xalqın həyatında müstəsna mühüm rol oynayan predmetlərdə (bayraq, sikkə və s.) totem xarakterli təsvirlərə təsadüf edilir. Çünki nə vaxtsa qədim zamanlarda adamların pənah gətirdiyi, tapındığı varlıqların əksi onları qorumalı, sahibinə uğur və firavanlıq gətirməli idi. Bəzən heyvan təsvirləri ictimai-siyasi hadisələrlə bağlı olaraq təsvir oluna bilirdi. Məsələn, Nadir şahın Hindistana yürüşündən sonra zərb etdirdiyi sikkələrin üzərinə fil təsviri vurulurdu.

Heyvan təsvirləri təkcə Azərbaycan sikkələrində deyil, digər türk dövlətlərinin sikkələrində də mövcud idi. Məsələn, “Qaraxanilərin sikkələrində heyvan və quşların – əjdaha, fil, aslan, öküz, dovşan, xoruz, göyərçin, balalı quşlar, gül ilə quşlar, balıqların təsvirlərinə tez-tez rast gəlinir” (111, 68).

Heyvan və quş təsvirli sikkələrə qədim dövrlərdən təsadüf edilsə də, onlara daha çox XVIII əsrin ortaları, Nadir şahın ölümündən sonra Azərbaycan ərazisində yaranmış xanlıqların anonim sikkələrində müşahidə edirik. Bu sikkələrin bədii tərtibatı maraqlı olub, aversdə aslan, tovuzquşu, Zülfüqar qılıncı, at, balıq, fil, meymun və hətta müsəlmanların murdar heyvan saydıqları it təsviri də və s. zərb edilirdi. Məşhur tədqiqatçı V. Valentinenin “Modern copper coins of the Muhammadan states” (“Müsəlman dövlətlərinin müasir mis sikkələri”) əsərində(1911-ci il) bu sikkə və medallar haqqında təfsilatlı məlumat verilmiş (206) və onların rəsmləri təqdim olunmuşdu.

Fikrimizcə, sikkələrdə təsadüf edilən əsas təsvir və işarələrin sеmantik məzmununun açılması vacibdir. Çünki sikkənin buraxılışı kimi dövlət əhəmiyyətli hadisə ilə qırılmaz surətdə bağlı olan təsvirlərin semantik məzmunun açılması, qədim cəmiyyətin mövcudluğunun müxtəlif mərhələlərində

88

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

FƏSİL II

onun mentallığı (düşüncə tərzi) haqqında anlayışımızı genişləndirəcək, tariximiz və mədəniyyətimizdə qaranlıq qalan məqamlara aydınlıq gətirəcəkdir.

Azərbaycan türklərinin dini görüşlər sistemində və mifik təfəkküründə hər bir heyvanın öz müəyyən mövqеyi və yeri var. Medalyer sənət nümunələrində təsvirləri daha çox işlənən heyvan və quşların bir neçəsinin üzərində dayanaq.

Aslan təsviri zəngin etnomədəni irsimizdə, xüsusən də sənət abidələrimizdə, o cümlədən sikkələrimizdə tez-tez təsadüf edilir. Amma çox halda bu təsvir İran mədəniyyəti ilə assosiasiya olunur. İranda Azərbaycan-türk əsilli Qacar sülaləsi dövründə dövlətin gerbində yer alan aslan təsviri türk xalqlarının totemi olmuşdur və hələ çox əvvəl Səlcuk sultanı Keyxosrov ibn Keyqubadın (1240-1243-cü il zərbi) gümüş dirhəmlərində qaldırılmış pəncəsində ulduz tutmuş aslan və insan simalı günəş zərb edilmişdi.

“Tədqiqatçı F.Əfəndinin “Этносознание турецких народов и их искусство. ” (192, 11) əsərində haqlı olaraq göstərdiyi kimi, ari xalqlarının (hindiran) mədəniyyət və incəsənət abidələri qonşu türk xalqlarının abidələrindən fərqli olaraq daha dolğun və ətraflı öyrənilsə də, bəzi alimlər tərəfindən səhv olaraq türk xalqlarına məxsus mədəniyyət abidələrinin yaranması iran xalqlarına aid edilmişdir. Konkret olaraq bu təsvirə gəldikdə isə qədim dövrlərdən aslan şərqdə günəş, od, qüdrət və aydınlıq simvolu olmuşdur. Aslan və öküz təsvirinin kökü dünya xalqlarının incəsənətinə simvolikaya müvafiq olaraq doqquz minillik və ya daha çox tarixi olan qədim sivilizasiya – Şumerdən gəlmişdir (153, 220). “Aslan obrazının bu regionun incəsənətində peyda olması b. e. ə. XI əsrdə burada İran tayfalarının və b. e. ə. VII əsrdə (672-671 il b. e. ə.) birinci dövlətin yaranmasından (belə ki, hakim sülalə ari mənşəli idi) çox əvvələ aiddir. Buna misal olaraq Cənubi Azərbaycanın Qalardaş adlanan yerindən tapılmış b. e. ə. XII – IX əsrə aid edilən bədəninin aşağı hissəsində svastika ilə işarələnən aslanın barelyef təsvirini göstərmək olar” (195, 76).

“Azərbaycan bəzək sənəti” əsərində də aslan obrazının incəsənətimizdə qədimliyi haqqında məlumat verilir: “Aslan obrazı sənət abidələrimiz üzərində çox uzaq keçmişlərdən izlənir. Hələ 3-4 min il bundan əvvəl Azərbaycanda yaradılmış sənət əsərləri üzərində biz onun təsvirinə rast gəlirik” (35, 30). Belə sənət əsərləri sırasına e. ə. I minilliyə aid edilən Gədəbəydən tapılmış tunc kəməri, Cənubi Azərbaycanın Sulduz mahalında yerləşən Həsənli təpəsindən tapılmış qızıl camı və tunc aslan fiqurunu, Ziviyədən tapılmış qızıl plaketanı və s. aid etmək olar.

Qədim eposumuz “Kitabi-Dədə Qorqud” boylarında aslan ulu söyköklərdən biri kimi təsvir olunur. “Oğuzların aslana qarşı totemçilik ehtiramı “rasional” deyil, dərin və son-

İSLAM DÖVRÜ MEDALYER SƏNƏTİNİN İNKİŞAFI (VII-XVII ƏSRLƏR)

89

AYTƏN ƏHMƏDOVA

Qarabağ xanlığı. Pənahabad. suzdur. Güc dünyasında birinci olan aslan əsatiri çağlardan Böri (Qurd) ilə yanaşı, qəbilə soykök totemi, dövləti cəmiyyət yarandıqdan sonra isə qağan rütbəli mifoloji əcdad kimi düşünülməkdə idi” (11, 339). Azərbaycanda hətta hökmdarlar aslan adını daşımışlar (Qızıl Arslan, Körpə-Arslan və s.). Çox güman ki, totem olaraq: “Sikkələr və qablarda, qaldırılmış pəncə ilə təsvir olunan aslan, şübhəsiz, sahibinə xoşbəxtlik arzusu kimi məna yükü daşıyır” (130, 94).

“Aslan (fars. – şir, türk. – arslan) obrazı və onun simvolları türk manixeizmində (Maniçilik) xüsusi yer tuturdu, halbuki zərdüştlükdə və buddizmdə onlar demək olar ki, istifadə olunmurdu” (102, 188).

Sikkələrin səthində aslan çox halda günəşlə tandemdə təsvir olunur. Tədqiqatçı Z. A. Sinqatullina güman edir ki, “günəşin altında aslan motivi astral simvoldur” və o, “ilk dəfə Kiçik Asiya səlcuqlarının sikkələrində meydana çıxmışdır” (165, 83). Digər tərəfdən, “Bir çox türkdilli xalqlarda qurd, aslan ən görkəmli zoomorfik onqonlardan sayılmış və ara-sıra Günəş bu heyvanlar şəklində təsəvvür edilmişdi. Elə buna görə də əski mifik əfsanələrdə, tarixi əfsanələrdə, dastanlarda, nağıllarda Günəşi təmsil edən qurd – böri və aslan həmişə Günəş şüası ilə, işıqla bağlı insanların gözünə görünərmiş” (165, 371). Sonrakı illərdə bu tandemi İranda türk mənşəli hökmdarların dövlət gerbində də müşahidə edirik.

“Kitabi-Dədə Qorqud”a əsasən, “Aruz Basatın bel atasıdır, Qaba ağac onun totem anası, Qağan (Xaqan) Aslan isə totem atasıdır. Burada Aslanın xaqan adlandırılması onun Günəş kimi oğuzlarda siyasi hakimiyyətin totem simvolu olduğunu göstərir. Onu Günəşlə eyni simvolik sıraya bu halda iki atributu qoyur: hər ikisi xaqan və hər ikisi atadır. Ata əski Oğuz inamlarında əcdadı da bildirir. Beləliklə, Aslan və Günəş hər ikisi türklərin əcdadı və xaqanı sayılır” (11, 157). Bu da onların sikkələrdə birgə təsvirini şərtləndirən ən önəmli faktdır. Eyni zamanda, aslan təsvirinin müsəlman mədəniyyətində də önəmli rolu olmuşdur. Belə ki, “Müsəlman dinində də heyvanların simasını qəbul edən müqəddəslər haqqında təsəvvürlər var. Məsələn, şiələrin bəzi qrupları arasında az qala tanrı rolunda çıxış edən dördüncü xəlifə Əli müsəlman dünyasında məşhur olan “Alla-

90

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

FƏSİL II İSLAM DÖVRÜ MEDALYER SƏNƏTİNİN İNKİŞAFI (VII-XVII ƏSRLƏR)

1821-ci ildə İrəvan xanlığında zərb olunan mis sikkə

hın aslanı” epitetinə malikdir. Başlanğıcını şiə mühitində alan əfsanələrdə Əli aslan obrazını qəbul edir” (167, 170). Bəlkə də buna görə şiə məzhəbli İranda bu təsvirə xüsusi diqqət mövcuddur. Aslan təsviri olan medalyer sənəti nümunələrindən Pənahabad (Şuşa), İrəvan və Şamaxıda zərb olunan sikkələri göstərmək olar.

Sikkələrin bədii tərtibatında təsvir olunan aslan obrazları müxtəlif üslublarda, bəzən primitiv, kobud olmaqlarına baxmayaraq, çox halda heykəltəraş təsvir edilən heyvanın bütün tipik xüsusiyyətlərini göstərməyə çalışmışdır. Xüsusən, Şah Süleyman Səfəvi (II Səfi) dövründə (1680-cı il) zərb edilən mis fels (ill. II. 54) maraqlı kompozisiya həlli ilə diqqəti cəlb edir.

Aslan fiqurunun kontur və əzələləri xətlərlə cızılaraq bir daha vurğulanmış, yalı çəpəki cizgilərlə verilərək kompozisiyanın daha təbii alınmasına xidmət etmişdir. Sikkənin ara sahəsində təsvir olunan bitkilər əsərə dekorativlik gətirir və onu bədii tərtibat baxımından zənginləşdirir.

Orta əsr sikkələrimizdə müşahidə etdiyimiz digər heyvan təsviri canavardır. Canavar və ya qurdun əski türk düşüncə və inancında böyük rol daşıdığı bəllidir. Canavar ilk növbədə heyvanat dünyasında azadlıq sevərliyın, müstəqilliyin ən yüksək simvoludur. Belə ki, heyvanlar kralı aslan sirkdə təlimləndirildiyi halda, canavar heç kimə tabe olmur. İstənilən döyüşdə canavar qələbəyə və ya ölümə qədər mübarizə aparır. Qədim əcdadlarımız bizə canavar obrazı vasitəsilə ən yüksək həyat

Şah Sülеyman Səfəvi (II Səfi) (1666-1694) dövrü zərb olunan mis fels, 1680-cı il, İsfahan; 17, 05 q; 34, 5 mm

91

AYTƏN ƏHMƏDOVA

fəlsəfəsini, amallarını çatdırmışlar. Xüsusən də bozqurdun başqa heç bir canlıda olmayan üstün xüsusiyyətləri – ataya bağlılığı, hamının tabe olduğu vahid liderin olması, heyvanat aləmində demək olar ki, rast gəlinməyən monoqamlığı, məğrurluğu, mərdliyi və bu kimi xasiyyətlərinə görə türk xalqları onu özlərinə simvol olaraq seçdilər. Çünki qədim türklər də uyğun bir həyat tərzi sürürdülər. Həm də “Qədim türklərdə nəsillərinin canavar mənşəli olduğu haqqında əfsanə mövcuddur” (167, 113). Köçəri xalqlarda erkən dövlət quruluşunun yaranması ilə bu simvol əvvəlcə hərbi ideologiyaya, daha sonra isə dövlət simvolikasına keçir. “Qədim türklərin bayrağında qızılı rəngli qurd başı təsvir edilmiş və rəqiblərində qorxuya, həyəcana səbəb olmuşdu” (93, 26).

“Ərgənəkon” dastanında qurd bütöv bir еtnоsun (türk) xilaskarıdır, yol göstərənidir. Islami dəyərlərin yayıldığı zaman qurd obrazının təsir dairəsi zəifləsə də, sənət nümunələrimizin, o cümlədən, sikkə üzərindəki təsvirlərin olması qədim türklərin totemik simvolunun yaşamasının bariz sübutudur.

V.Bartold oğuzların qədim inamlarından bəhs edərkən onqonlara xüsusi əhəmiyyət vermişdir. “Hər bir Oğuz qəbiləsi müəyyən quşa sitayiş edirdi. Qəbilənin üzvləri həmin quşa toxunmaz və onun ətini yeməzdilər. Belə totemləri onqon və ya uyğun adlandırırdılar” (71, 28). VII əsrdə bəzi qəbilələr öz damğalarında quş şəklini təsvir edirdilər. Bir sıra dəlillərdən isə aydın olur ki, nəinki quş, hətta bəzi ellərdə quşun lələyini tapmaq yaxşı əlamət kimi qiymətləndirilmişdir.

Sikkələrin səthində rast gəlinən ornitomorf təsvirlərdən türk mədəniyyəti ilə birbaşa əlaqəli olan qartal obrazı bizim üçün xüsusi əhəmiyyət kəsb edir.

Əgər heyvanat aləmində aslan şahdırsa, quşlar səltənətində isə bu, əlbəttə ki, ilahilik,

Ceyranı parçalayan canavar təsviri olan mis qazıbəyi,d-20 mm, 15,4q

Canavar təsvirli mis sikkə

92

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

FƏSİL II

cəsurluq, qələbə, əzəmət və hakimiyyət simvolu olan qartaldır. “Qartal türk tayfa və xalqlarının əsas totemlərindən biri olmuş, bu xalq və tayfaların ictimai şüurunda qartal “Günəş tanrısı” idi. Xüsusilə yakut-şamanlar (türklər, hal-hazırda xaçpərəstlər) “Şaman ağaclarını” saxlayır, bu “ağacların” zirvəsində onlar qartal fiqurunu qururdular. “Oğuznamə”də həmçinin qeyd edilir ki, qartal türk tayfaları üçün totem idi” (191, 65). Əbülqazi Bahadır xanın “Şəcəreyi-tərakimə” əsərinə görə: “Salur boyununku qartal, Dodurga boyununku qızıl qartal və Kınık boyununku isə ağ qartaldır” (49, 4852).

Özəlliklə qartal təsvirləri Səlcuqlar dövründən çox işlənən təsvirlərdəndir (58, 89). Qartal təsviri çox qədim dövrlərdən mədəniyyətimiz ilə bağlıdır. “Məlumdur ki, məsələn, o, Kiçik Asiyada bizim eradan əvvəl ikinci minillikdə mövcud olmuş Misirin rəqibi Het dövlətində təsvir edilirdi. Arxeoloqların şahidliyinə əsasən, b. e. ə. VI əsrdə ikibaşlı qartal keçmiş Het çarlığından şərqdə yerləşən Midiyada izlənilir” (72, 35). “E. ə. 612-ci ildə çar Kiaksarın vaxtında Maday dövləti skiflərin köməyi ilə təcavüzkar Asur dövlətinə son qoymuş, ərazisini özünə qatmış və bu münasibətlə tarixdə ilk dəfə ikibaşlı qara qartal emblemini öz ağ bayrağı üzərində həkk etmişdir” (24. 65).

Arqun xanın dövründə (1297-ci il) zərb edilən qartal təsvirli gümüş dirhəm xüsusilə maraqlıdır.

Sikkənin bədii tərtibatı plastik formaların lakonikliyi və kompozisiyanın orijinallığı ilə fərqlənir. Süjetli səhnə sikkənin yazılardan aşağıdakı hissəsində yerləşdirilib. Dinamik xarakterli kompozisiya kosmoqonik təsəvvürləri təcəssüm edən səhnədən – arxasından günəş doğan caynaqları üzərində duran qartal, ona hücum etmək istəyən ilan, uçan quşlar və ulduz təsvirindən ibarətdir. Maraqlıdır ki, bəzi sikkələrin üzərində Günəş uşaq rəsmlərində kimi ağzı, burnu və gözü olan canlandırılmış varlıq şəklində təsvir olunur. Bir çox ənənələrdə qartal və ilanın mübarizə motivi şaquli dünyanın yuxarı və aşağısını işarələyir. Qartalın kontur və nisbətləri kifayət qədər dəqiq verilmiş, lakin səhnənin digər iştirakçılarına lazımı diqqət yetirilməmişdir.

Sikkələrdə tez-tez rast gəlinən digər quş təsvirlərindən biri də tovuz quşudur.

İSLAM DÖVRÜ MEDALYER SƏNƏTİNİN İNKİŞAFI (VII-XVII ƏSRLƏR)

Gümüş dirhəm. Hülakilər sülaləsi, Arqun xan (1284-1291)

93

AYTƏN ƏHMƏDOVA

İrəvan (feodal torpağı). Mis fulus, 1696-cı il.

Ağa Məhəmməd şah Qacar dövrü zərb olunan qızıl 20 tümən, Dar əl-Səltənət Tehran, hicri 1210-cu il;162,23 g. (Rabino pl. 42, 32)

Buna nümunə olaraq Təbriz, İrəvan və digər şəhərlərdə zərb edilən sikkələri göstərmək olar. Ağa Məhəmməd şah Qacarın taxta çıxması münasibətilə zərb edilən qızıl sikkələrdən biri zəngin bədii tərtibatı ilə diqqətəlayiqdir.

Bu sikkənin səthində yelpik şəkilində quyruğunu açmış erkək tovuz quşu böyük məharətlə təsvir edilmişdi. Onun sinəsində “ya Məhəmməd” kəlməsi həkk olunub. Ağa Məhəmmədin digər donativ sikkələri (11 ədəd) ilə yanaşı, bu əsl sənətkarlıq nümunəsi də “1828-ci ildə Türkmənçay sülhünün şərtlərinə əsasən, İranın Rusiyaya ödədiyi təzminatın bir hissəsi kimi Sankt-Peterburqa gətirilmiş və 1829-ci ildə Ermitaja verilmişdi” (161, 40).

Tovuz quşu təsviri Azərbaycanda ən geniş yayılmış rəsmlərdən olmuşdur. Əski türk inamında tovuz quşu günəşi təmsil edirdi. Maraqlıdır ki, onun adı həm yunan, həm də Azərbaycan dilində, demək olar ki, eyni cür səslənir. Tədqiqatçı-alim Ə. Salamzadə “Священные птицы Евразии: символика и иконография” adlı məqaləsində bu quşun Azərbaycanda digər unudulan adının Tulu və “Dədə Qorqud” eposunda Qazan xanın “Tulu quşunun yavrusu” olduğunu qeyd edir (159, 555).

Böyük Allahın quşlar arasındakı şah əsəri olan tovuz quşu ən gözəli və ən qəribəsidir. Belə ki, “Tovuz quşu üç möcüzəvi keyfiyyətə malikdir: o, cəsarətlə ilanlara hücum edir və özünə ziyan verməyəcək şəkildə onları öldürür; tovuz quşu şaxtadan qorxmur; və nəhayət, “tovuz quşunun əti, əgər o xəstəlikdən deyil, sağlam öldürülmüşdürsə, iylənmir, sadəcə büzüşür, bərkiyir, daşa dönür, amma çürümür” (159, 557).

94

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

FƏSİL II

Bəlkə də özündə (gözəllik, şərin təcəssümü olan ilanlarla mübarizədə cəsarət və çürüməməsi) bu kimi keyfiyyətləri birləşdirən tovuz quşu xalqımızın nəzərində ona görə də əzəmətli və müqəddəs idi. “İslamın gəlişi ilə tovuz quşunun simvolik təsvirinin əhəmiyyəti daha da gücləndi, çünki müsəlmanların etiqadına görə, hələ bu dünyanın yaradılışına qədər Məhəmməd peyğəmbər tovuz quşu quyruğunu xatırladan yelpikvarı şüalarla yayılan işıqlı, heyrətamiz nurlu mahiyyət idi” (81, 72-83). Bununla yanaşı, “İslamda bütün gözəlliyi ilə açılmış tovuz quşunun quyruğu ya universumu, ya bədirlənmiş ayı və yaxud zenitdə olan günəşi bildirir” (168, 146).

Tovuz quşunun diqqətçəkən xüsusiyyətlərindən biri də onun əsrarəngiz gözəl lələklərini sanki ağaclar kimi payızın sonunda töküb, bahar fəslində yenilərinin çıxmasıdır. Ona görə də, “quşun lələklərinin tökülməsi, sonra isə yenilərinin çıxması ölümsüzlük və dirçəliş simvolu kimi qiymətləndirilirdi” (180, 357). Bəzi tədqiqatçılar isə tovuz quşunun simvolik mənalarını daha qədim dövrlərlə əlaqələndirirlər: “Günəşin simvolu, odun qoruyucusu hesab edilən tovuzquşu və xoruz obrazları əslində, daha qədim nümunələrdə Həyat ağacının yanında göstərilən qanadlı məxluqların – qoruyucu tanrıların həyatiləşmiş xələfləridir” (20, 25). Bəlkə ona görə onun təsviri türk heraldikasında da mövcuddur. “Qəznəvilər dövlətinin (963-1183-cü illər) bayrağını müqəddəs Tulu quşunun – tovuz quşunun təsviri bəzəyir” (159, 555).

Tarixin daha çox erkən mərhələləri ilə daha gec mərhələlərində heyvanların simvollarda əbədiləşdirilməsi tamamilə müxtəlif motivlərə malikdir. Birinci halda, onlar bu və ya digər varlığın, nəslin və ya tayfanın əcdadı hesab edilən totemizmlə, yəni heyvan kultu ilə, ikinci halda, həmin heyvanın xalqın iqtisadi həyatında çox böyük rol oynaması ilə əlaqədar idi.

Medalyer sənəti nümunələrində süjetli təsvirlər də təsadüf edilir. Belə təsvirlər mövzu genişliyi ilə fərqlənmir, əsasən ayini-ritual və ov səhnələrindən ibarətdir. Belə tipə çapan atlı təsvirləri, aslan və ya canavarın otyeyən heyvanları parçalaması səhnələrini nümunə kimi göstərmək olar.

“Dövlət Tarix Muzeyinin numizmatika fondunda hicri 642-ci ildə – b. e. 1244-1245ci illərdə (inv. № 515619, çəki – 2, 77 q, d – 19-20 mm) Bakıda buraxılmış dirhəm saxlanılır. Sikkənin üz tərəfində sol tərəfə çapan və yaydan ox atan atlı təsvir edilmişdir. Atın aşağı hissəsində oxun istiqamətində qaçan it vardır. Atlının başının üstündə türk dilində: “uluq manqıl ulus – bəy” yazılıb” (164, 64). Görkəmli numizmat alim Ə. Rəcəbli atlı təsvirinin ətrafında Azərbaycanın sikkə zərbi tarixində ilk dəfə türk dilində yazı həkk edildiyini qeyd etmişdir (152, 160).

Türk-Oğuz cəmiyyətində ata münasibət xüsusi idi. Ömrünün çox hissəsini atla birlikdə

İSLAM DÖVRÜ MEDALYER SƏNƏTİNİN İNKİŞAFI (VII-XVII ƏSRLƏR)

95

AYTƏN ƏHMƏDOVA

keçirən yarımköçəri oğuz tayfalarının həyatını atsız təsəvvür etmək mümkün deyil. “At Oğuz igidinin ən mühüm atributudur. Oğuzlar üçün at və yay ən gözəl, ən dəyərli hədiyyə hesab olunur” (46. 119). “Oğuzlar ova böyük əhəmiyyət vermiş, ovu bir növ igidliyi, bacarığı yoxlamaq üçün məşq hesab etmişlər” (9, 51). “At belində geriyə ox atma üsulu” hunlardan osmanlılara gələnə qədər bir çox Türk sənətkarları tərəfindən çox sevilən və təkrar-təkrar təsvir olunan bir mövzu olmuşdur. Bu sikkədəki kompozisiya dinamik tərzdə işlənilmişdir. Rəsmin detallarını göstərmək üçün plastik zərif xətlərdən, faktura və həcmin əsas təsvir elementlərini qeyd etmək üçün hündür olmayan relyefdən istifadə olunmuşdur. Oxun istiqamətində qaçan it isə hadisənin ritminə uyğun bədii təsiri daha da qüvvətləndirmək funksiyası daşıyırdı.

Şərq incəsənətində qədim dövrlərdən təsadüf edilən yırtıcının otyeyən heyvanın parçalaması süjeti təbiətdə baş verən fəsil dəyişikliyinin obrazlı şəkildə təcəssümüdür. Belə maraqlı semantikaya malik rəsmlərdən biri ceyranı parçalayan canavar təsviri olan mis sikkədir.

“Ən qədim çağlardan prototürklər ilin fəsillərini qoç, maral timsalında simvollaşdırmış, sonralar bir sıra türk boyları onların şəklini soy-boy damğası kimi istifadə etmişlər. Bu boyların təsviri sənətində yazın gəlməsi yeni qoç və ya maralın doğulması, payızda soyuqların düşməsi isə onların yırtıcı heyvan tərəfindən parçalanması kimi verilmişdi. Bu paradiqmada sığır, maral, təkə yaşam simgəsi, börü, arslan, bars, qrifon isə ölüm simgəsidir, yaşamın bitməsi (ölüm) və yenidən doğulma inancı həyatın davam etməsidir” (1, 22). Belə səhnəni astral nöqteyi-nəzərdən mənalandıran tədqiqatda da bu süjetli təsvir fəsil dəyişikliyi ilə izah olunur. “Mesopotamiya münəccimləri təqvim tərtib edərkən bəzi ulduz bürclərinin dövri dəyişməsini müşahidə etmişlər: baharda, tarla işlərinin başladığı vaxtda üfüqdə, ən uca nöqtədə Şir bürcü parlaq Requl (şah) ulduzu ilə dayandığı zaman, Öküz ulduzu adlanan Pleyada ulduzlar bürcü və Maral ulduzu adlanan Kasiopeya ulduzlar bürcü üfüq arxasında yox olub gedirlər. Bu astral hadisəni incəsənətdə (aslanın, sonralar isə qrifonun) öküz, yaxud maral üzərində qələbəsinin təsviri kimi verməyə və bu kompozisiyanı təbiətin bahar dirçəlməsinin simvolu kimi şərh etməyə başlamışlar” (119, 40). Fəsil dəyişikliyini təsviri incəsənətin bənzərsiz dili ilə simvolik formada ifadəsi dövrün mədəni-mənəvi sferasının, sənətkarlığın yüksək səviyyəsindən xəbər verir. Süjetli təsvirlərlə yanaşı, sikkə tərtibatında damğa tipli nişanlar da çox təsadüf olunur. Türk məkanında insanların həyat və praktik mövqeyi, dünyanın sabit obrazları, emosional üstünlükləri mentalitetin mədəni şifrini formalaşdırırdı. Bu şifrlərdən ən ümdəsi damğalardır. Xalqımızın tarixi və maddi-mənəvi irsinin

96

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

FƏSİL II İSLAM DÖVRÜ MEDALYER SƏNƏTİNİN İNKİŞAFI (VII-XVII ƏSRLƏR)

öyrənilməsində damğaların xüsusi əhəmiyyəti danılmazdır. Damğa və totem xarakterli təsvirlərin mücərrəd, stilizə edilmiş forması bu dövr sikkələrin bəzək ünsürlərinin bir hissəsini təşkil edir. Tədqiqatın çərçivələri təəssüf ki, ətraflı olaraq bütün mövcud damğaları təhlil etməyə və bu çox böyük və maraqlı mövzunu dərindən işləməyə imkan vermir. Biz yalnız kiçik qeydlər və bir neçə nümunələrin təhlili ilə kifayətlənəcəyik.

Bildiyimiz kimi, ilkin olaraq damğalar bayraq, sikkə, məzar daşları və tikililərdə nəsil-soy işarəsi kimi işlənir, onlarla mal-qara və müxtəlif predmetləri qeyd edirdilər. Onlara sadəcə işarə kimi yanaşmaq düzgün deyil, damğaları etnik özünəməxsusluğumuzu ifadə edən təsvir dili kimi nəzərdən keçirmək lazımdır. Məsələn, Rəşidəddinə görə, “H” şəklindəki damğalar Oğuzların Sağ qolu-Bozoklara işarədir, Gün-xanın Qara-Evlu boyunun adıdır (51, 9). Məşhur alimlər C. Cəfərov və Ə. Hüseyni Qobustan və Gəmiqayadakı rəsmlər arasında qədim türk damğalarını kəşf etdilər. Onların böyük əksəriyyəti 24 oğuz tayfasının damğalarıdır. “Damğa və işarələr bir sıra başqa xalqlarda olduğu kimi, türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin də etnogenezində iştirak etmiş soy və soybirləşmələrinin qədim yazı nümunələri kimi qiymətlidir” (47, 115).

Eyni zamanda, damğalar türklərdə digər xalqlarda olduğu kimi, təkcə mal-qaranı işarələmək üçün işlənmir, həm də məzar daşları, tətbiqi sənət nümunələrində, bədəndəki döymə naxışlarda, dövlət rəmzləri olaraq bayraq və tuğ başlıqlarında, sikkələrin səthində və s. rast gəlinir. Bu simvolik nişanlar əmlak

Mis fels. Eldəgizlər, Nüsrəddin Məhəmməd Cahan Pəhləvan (1175-1186), d-17-19 mm; 2, 55 q

97

AYTƏN ƏHMƏDOVA

Mis fels. Eldəgizlər, Nüsrəddin Məhəmməd Cahan Pəhləvan (1175-1186), d-17-19 mm; 2, 55 q AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

işarəsi, sənət abidələrində bəzək, soy identifikasiyası rolunu oynamaqla yanaşı, onlarda şüur və təhtəlşüurun psixoloji aspektləri üstünlük təşkil edir. Rus alimi V.Olxovski yazır ki, “hətta qədim sənədlərə, daş kitabələrə, metal pullara və s. möhür kimi vurulan bu işarələr vasitəsilə ayrı-ayrı tarixi şəxsiyyətlərin (hökmdarların, sülalələrin) hakimiyyətdə olduğu illərin müddətini dəqiqləşdirmək mümkündür” (141, 75-86).

Sikkələrimiz arasında Eldəğizlər dövrü nümunələrində xüsusi fərqləndirici damğa tipli nişan və təsvirlər mövcud olmuşdur. Bunlara misal olaraq təqdim edilən sikkələrdəki iki və üçbaşlı yaba təsvirini göstərmək olar.

“Gürcüstan Dövlət Muzeyi numizmatika fondunda Atabəy Əbu Bəkr və Cahan Pəhləvan adından Şəmkirdə buraxılmış (inv. № 5589, çəki – 7, 88 q, d – 28-30 mm) sikkə mövcuddur. Üz tərəfində orta dairəsi nöqtəli olan üç dairə görürük. Daxili sahəsində üç sətirli ərəb yazısı verilmişdir: “Birinci və ikinci sətirlər arasında üçbaşlı yaba təsvir edilmişdir. Belə silah növü yalnız Eldəgiz sikkələrində rast gəlinir və görünür ki, onların xüsusiyyətlərindən biridir. Düzdür, sikkələrdə üçbaşlı yabadan başqa, qılınc, xəncər və yay zərb olunmuş, amma onlar Səlcuk və monqolların sikkələrində də vardır” (164, 103-104).

“Altaylardan Şərqi Avropayadək uzanan geniş bir ərazidəki qədim və orta əsr türk dövlətlərinin və tayfalarının – kimer, saka/ skif, sarmat, Hun, Xəzər, Avar, Qızıl Orda dövlətlərinin, Çingiz xanının imperiyasının,

98

FƏSİL II

Eldəgiz, Səfəvi və Osmanlı xanədanlarının, Krım xanlığının, oğuz və qıpçaq boylarının və s. damğa işarələrində onun “daraq damğa”, “xan damğası”, “quşlu damğa”, “baltavar” (iltəbər, eltəbər), “ikibaşlı qartal” və s. adlar altında müxtəlif forma və variantlarına rast gələ bilərik. Bu qənaətdən göründüyü kimi, S. Kramerin prototürklərin miqrasiyasının Altaylardan qərbə və cənuba doğru deyil, əksinə, daha qədim dövrlərdən Ön Asiyadan şimal və şimal-qərb istiqamətində baş verməsi barədə elmi mülahizələri damğa işarələri vasitəsilə də öz təsdiqini tapmaqdadır” (26, 58-59). Bu faktlar əsrlərlə saxtalaşdırılmış, bəşəriyyətin mədəni dəyərlər хəzinəsinə misilsiz incilər bəxş etmiş türk xalqlarının tarixinə işıq salaraq ilkin ata yurdları Ön Asiya, o cümlədən qədim Azərbaycan olduğunu irəli sürən alimlərin fikrini bir daha sübuta yetirir.

Üçdişli yabadan Azərbaycan ərazilərində həm rəmz, həm əmək aləti, həm də silah kimi istifadə olunmuşdu. Onun semantikasına gəldikdə isə tədqiqatçıların fikirləri birmənalı deyil. İkidişli, üçdişli nizə və ya yaba elementinin semantikası uzun illər mütəxəssislərin mübahisə predmeti olmuş, son illərdə bu sahədə bəzi ümumi rəylər yaranmışdır.

“J.Aladjov bolqar ədəbiyyatında bu nişan üzrə (iki və üçdişli yaba) geniş tədqiqatları yekunlaşdıraraq, belə nəticəyə gəlir ki, o, səma, günəş və Tenqri Allahının simvoludur. Bu rəsm böyük apotropeik əhəmiyyətə malik idi: kirəmitlərdə onun təsvirləri ildırım düşməsindən, qablarda isə içindəkinin şər qüvvələrdən qorunması üçün idi”(178, 60).

XIII-XIV əsrlərdə Qızıl Orda sikkələrində analoji nişanların istifadəsini qeyd edən tədqiqatçı M. D. Poluboyarinova isə vurğulayır ki, tatar-monqollarda, Avrasiyanın bəzi başqa xalqlarında olduğu kimi, iki və üçbaşlı yaba hökmranlıq edən nəsilin damğası idi: “iki və üçbaşlı nişanın hakim nəslə mənsubiyyəti vaxtilə bu dövlətin (Qızıl Orda) tərkibinə daxil olmuş türk xalqları etnoqrafik məlumatları ilə təsdiq edilir” (147, 165-212).

İkili yaba “Tarixi-etnoqrafik sürprizlərlə zəngin olan Naxçıvanda eramızdan əvvəl IV-I minilliklərə aid Gəmiqaya qayaüstü təsvirləri arasında yer alan işarəsi Əli Yazıçıoğlunun (XV əsr) “Təvarixi al-i Səlcuq” və Seyid Loğmanın “Hünərnamə” (XVII əsr) damğa təsnifatlarına görə, oğuzların bəydili tayfasının, rəmzi isə Mahmud Kaşğarinin (XI əsr) “Divani lüğət-it Türk” əsərinə əsasən, əfşar tayfasının tanınmafərqləndirmə nişanıdır (26, 64). Bütün bunlardan belə bir nəticə çıxarmaq mümkündür ki, Eldəğizlər dövrü sikkələrdəki iki və üçbaşlı yaba təsviri soy-kök damğası olaraq həm apotropeik mahiyyət daşımış, həm də hakim nəslin işarəsi olmuşdur.

Bununla yanaşı, Eldəgizlər böyük sultanların titulu ilə birlikdə onların tuqrasını- aşağı yönəldilmiş ox və yayı mənimsəmişdilər. Bu nişan Eldəgizlər sülaləsinin sikkələrinin tipik

İSLAM DÖVRÜ MEDALYER SƏNƏTİNİN İNKİŞAFI (VII-XVII ƏSRLƏR)

99

AYTƏN ƏHMƏDOVA

Gümüş sikkə, Səfəvilər. Şah İsmayıl Xətayi. 1507-ci il. əlamətləridir. Zərdab rayonunun Məlikumudlu ərazisindən aşkar olunmuş Atabəy sikkəsinin aversində oğuz damğası olan ox-kaman və oğuz boylarının sayını bildirən ulduzlar təsvir olunmuşdur (207).

Digər maraqlı nümunələrdən biri Şah İsmayıl Xətayi dövrü (1507-ci il) zərb olunan gümüş sikkənin üzərindəki damğadır. Professor T.Gülensoyun “Orhun’dan Anadolu’ya Türk Damgaları” əsərində (52, 68) təqdim olunan cədvəldə həmin işarə Qaraqoyunlu sikkələrində olan damğa kimi göstərilir.

V.F.Minorski Qaraqoyunlu sikkələrində olan damğaların Oğuz damğalarından daha çox Yıvə damğasına bənzədiyinə əsaslanaraq Qaraqoyunluların Yıvə boyundan olduğunu göstərir (53, 155). Yəni, sikkələrdəki damğalar soy-kök idensifikasiyası üçün qiymətsiz mənbədir.

Təhlil etdiyimiz əsərlərdə artıq formalaşmış türk etnosunun düşüncəsində və mifoloji məfkurəsində yer alan ümumbəşəri anlayışlar təsvir vasitəsilə bəzən realistik, bəzən kodlaşdırılmış simvollarla ifadə olunaraq təcəssüm olunmuşdur.

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

This article is from: