AYTƏN ƏHMƏDOVA
AZƏRBAYCAN MEDALYER SƏNƏTİ
İslam dövrü medalyer sənətinin inkişafı (VII-XVIII əsrlər)
VII
əsrin ortalarında ərəblər Sasani imperiyasının zəifliyindən istifa-də edərək onun varlığına son qoydu. Beləliklə, Azərbaycan ərazisi Ərəb xilafəti tərkibinə daxil oldu. “İslamın yayıldığı ölkələrdə tədricən “müsəlman mədəniyyəti”adlanan ümumi bir ortaq mədəniyyət örnəyi təşəkkül tapmağa başlamışdır. Bu ortaq mədəniyyətin yaranmasında İslamı qəbul etmiş bütün müsəlman xalqlarının, o cümlədən, Azərbaycan xalqının sanballı əməyi və layiqli töhfəsi olmuşdur” (32, 12). Azərbaycan “müsəlman mədəniyyəti” sisteminə daxil olan ölkə kimi təşəkkül tapır və islam dini ictimai həyatın bütün sahələrinə sirayət edir. “Ərəb istilası və Azərbaycanın uzun müddət Xilafət tərkibində olması Azərbaycanın mədəni həyatında da əsaslı dəyişikliklərin başlıca səbəbi oldu” (23, 102).
78