AYTƏN ƏHMƏDOVA
AZƏRBAYCAN MEDALYER SƏNƏTİ
Azərbaycanda medalyer sənətinin təşəkkülü və inkişafı
M
edalyer sənətinin Azərbaycan ərazisində təşəkkül tapması və inkişafı qədim dövrlərə təsadüf edir. Qədim qabartmalardan başlayaraq müasir dövrə kimi uzun yol keçmiş kiçik formalı heykəltəraşlıq nümunəsi olan medalyer sənəti bütün bu zaman kəsiyində dövrün ruhunu özündə əks etdirən ən dəyərli mədəniyyət abidəsidir. Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar zamanı digər maddi-mədəniyyət nümunələri ilə yanaşı, müxtəlif çeşidli medalyon, diskşəkilli asma, sikkə və plaket nümunələrinin tapılması qədim dövr medalyer sənəti haqqında fikir yürütməyə əsas verir. Bununla yanaşı, bu nümunələr təsviri sənətimizin mənşəyinin öyrənilməsində də əvəzsiz materialdır. Azərbaycan medalyer sənətinin ilk nümunələri qədim insanların bədii təfəkkürünü, estetik baxışlarını və dini-ideoloji təsəvvürlərini əks etdirən qiymətli sənət əsərləridir. Onlar Azərbaycanın qədim
40