Qədim yunan-Roma incəsənətinin Avropa mədəniyyətinə təsiri

Page 9

GİRİŞ

Q

ədim yunan-Roma incəsənəti maddi və mənəvi fəaliyyətin demək olar ki, bütün sahələrində ümummədəni dəyərlər vermiş unikal bir hadisədir. Qədim Yunan tarixinin klassik dövründə formalaşan mədəniyyət xadimlərinin cəmi üç nəsli Avropa sivilizasiyasının əsasını qoymuş və minilliklər üçün təqlid ediləcək surətləri yarada bilmişlər. Qədim Yunan mədəniyyətinin səciyyəvi xüsusiyyətlərini təşkil edən mənəvi müxtəliflik, çeviklik və azadlıq yunanlılara yüksək nailiyyətlər əldə etməyə köməklik göstərdi və digər xalqları da yunanlılara oxşamaq, onların nümunələri əsasında mədəniyyət yaratmağa vadar etdilər. Qədim yunan-Roma sivilizasiyasının fenomeni nədən ibarətdir? Bertran Rasselin fikrincə “bütün tarixdə Yunan sivilizasiyasının birdən-birə yaranması kimi bu qədər təəccüblü və izah üçün bu qədər mürəkkəb bir şey yoxdur” (46, 67). İş təkcə sivilizasiyanın özü-özlüyündə meydana gəlməsində deyil, onun məhz Yunanıstanda peyda olunmasındadır. Məlumdur ki, sivilizasiyanın rüşeymləri qabaq da Şərqdə mövcud idi – minilliklər ərzində Misirdə və Mesopotamiyada. Lakin məhz yunanlar sivilizasiya fenomeni adlanan məfhumun çatışmayan elementlərini aça bilmişlər. Yunanların intellektual icadları çox da populyar olmasalar da, incəsənət sahəsində məlum olan nailiyyətlərə nisbətən, demək olar ki, bənzərsiz idilər. Məhz yunanlar riyaziyyatı, elmi və fəlsəfəni icad etmişlər. Minilliklərin yadırğamasından sonra antik incəsənətin ən görkəmli nailiyyətləri XIV əsrdən başlamış İtaliya İntibahının mədəniyyətində və incəsənətində yenidən dirçəlmişdir. Qədim yunan-Roma mədəniyyətinə maraq, qədim tarixə, ədəbiyyata, latın dilinə və buna müvafiq olaraq İtaliya ərazisində qorunub saxlanılmış memarlıq və heykəltəraşlıq abidələrə diqqət göstərən humanistlər qaytardılar. XVII əsrdə qədim Roma incəsənəti ilə digər Avropa ölkələrinin alimləri maraqlanmağa başladılar. Bu dövr bədii materialın intensiv toplanması, humanitar və intibah dövrünü əvəz etmiş “əntiq” dövr idi. Fransadakı XVII əsr inqilabı Fransa alimlərini və rəssamlarını Roma incəsənətinə olan diqqəti artırdı. Həmin o dövrdə qədim irsə elmi-estetik yanaşma əmələ gəldi. “Əntiq” dövr xadimlərindən fərqli olaraq İ.Vinkelman öz dövrünün maarifçi fəlsəfəsinin nümayəndəsi və qədim dövr incəsənətinin yaradıcısı kimi çıxış etdi. Düzdür, o hələ də Roma incəsənətinə Yunan incəsənətinin davamçısı kimi ya7


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.