səh. 16
Mündəricat
8.
Bəlkə bir az Risk?! Əziz Səyyahlar, bu dəfə sizə qızmar yay günlərində sərinləmək üçün adrenalin sevərlərin həyata keçirdiyi idman növü olan “Flyboarding”dən danışacağam.
14. Eşitmişəm ki... Eşitmişəm ki, bəzi insanlar təyyarə ilə uçmaqdan zövq alır, bəziləri qorxur, bəziləri təyyarəni sadəcə sıradan nəqliyyat vasitəsi kimi görür.
26. Filmlər - Bir dəfə Fransada
Fransız filmlərinin ancaq romantik sevgi filmlərindən ibarət olduğunu düşünürsünüzsə, yanılırsınız. Mən sizə fransız rejissorlarının 3 möhtəşəm filmini təqdim edirəm. Siz bu filmlərlə dostluq, sevgi, inam, motivasiya dolu qarışıq hisslər yaşayacaqsınız.
34. TripŞot Sizi Havana, Kubanın təbiəti, əhalisi, yaşayış tərzi ilə 2015-ci ildə etdiyi səyahəti zamanı çəkdiyi şəkillərlə Ayxan Xəlilov tanış edəcək.
2
TR I PAN E MA .C O M
Redaksiya İdeya Müəllifi
Baba Ağayev & İsmayıl Vəlizadə
Baş Redaktor Gülər Ağayeva
Komandamız Əhmədiyyə Hacıyev Leyla Həsənova Nicat Aslanov Tahirə Qurbanova Bahadır Abaszadə Ələkbər Kərbəlayev Nərmin Knyaz Ayxan Xəlilov Nəriman Əliyev
Redaktordan Hörmətli oxuyucularımız, Hər ay buraxılışımızı səbirsizliklə gözlədiyinizə görə sizə təşəkkür edirik. Avqust ayı buraxılışımızı maraqlı etmək üçün bütün Tripanema komandası böyük səylə çalışıb. Təəssüf ki, bu buraxılışımızda “5 ilə 100 ölkə” rubrikası olmayacaq. Baba Ağayev gələn buraxılışımızda Elbrus zirvəsinə qalxmaqla bağlı təcrübəsini bölüşəcək, sonrakı buraxılışlarımızda isə yenidən onun məsləhətlərini oxuya biləcəksiniz. Bahadır Abaszadə “Gəzəyənlər” qrupundan maraqlı 3 məqalə seçib sizinlə bölüşür. Ələkbər Kərbəlayev bu dəfə “CarSharing” şirkətlərini müqayisə edib, mütləq oxuyun, sizə də lazım olacaq. Leyla Həsənovanın “Eşitmişəm ki” yazısını 14-cü səhifədə oxuya bilərsiniz. Nicat Aslanov “Bəlkə bir az risk?!” bölməsində “Flyboarding” idman növünü sınaya biləcəyiniz yerlər barəsində sizi məlumatlandırır. Nəriman Əliyev yenə maraqlı kinolara baxıb, fikirlərini sizinlə jurnalın 26-cı səhifəsində bölüşüb. Nərmin Knyaz 16 İyul 2017-ci il tarixində keçirilmiş “Travelx: Travel Challenges” tədbirinin spikerlərindən olan Fərid Novruzidən müsahibə götürüb. Müsahibəni oxuyarkən dünyanı virtual gəzəcəksiniz. TripŞot bölməmizdə bu dəfə Ayxan Xəlilovun Kubadan çəkdiyi şəkilləri görəcəksiniz. Əgər siz də səyahətiniz boyunca çəkdiyiniz şəkilləri jurnalımızda görmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın. Beləliklə, hazırlaşın, biz uçuşa başlayırıq. Gülər Ağayeva
TR I PAN E MA .C O M
3
GƏZƏYƏNLƏR
Saigon - Ho Chi Minh (Xo-Şi-min) şəhəri Vyetnamın ən böyük mərkəz şəhəridir. Şəhərin Ho Chi Minh anlandırılması isə ölkə liderlərinin adı ilə bağlıdır. Turistlərin tranzit kimi istifadə etdiyi Saigon əsas sənaye, ticarət və əyləncə mərkəzidir. Saday P. Alverdiyev
T
uristlər burada 1-2 gün qalaraq 6-10 saatlıq məsafədə olan əsas dəniz sahili şəhərlərə axın edirlər. 10 gün ərzində demək olar ki, hər ölkədən insanla rastlaşdım. Vyetnamda yaşayan bir həmvətənimizlə tanış olmaq, türk və cənubi azərbaycanlı dostlarla rastlaşmaq ən xoş təsadüflər idi. Rusiyalı turistləri unutmamaq lazımdır.
4
TR I PAN E MA .C O M
Mehmanxanalarda müsəlman olduğunuzu öyrəndikdə həmən sizə şəhərdəki yeganə məscid və türk restoranının ünvanını izah edirlər. 3-4 ulduzlu mehmanxanalarda iki nəfərlik otaq xərcləri 50-80 USD arasında dəyişməkdədir. İlkin alacağınız təəssüratlar: Gündəlik arabir şiddətli olmaqla yağışlar, alçaq boylu, gülərüz 10 milyon insan, o qədər də moped skuter və motosikletlər, Vietnam Street Foods – küçə restoranları, rütubət və küçədə bişirilən qidaların qarışmış iyi sayəsində qoxu (hansı ki, qapalı məkandan çölə çıxdığınız zaman bir müddət özünüzə gələ bilmirsiniz), parklarda çox rahat dolaşan siçovullar (it-pişik demək olar ki yoxdur). İctimai tualetlərə girmək üçün ayaqqabılarınızı çıxarıb xüsusi geyimlə daxil olursunuz. Şəhərdə polisə rastlaşmaq qeyri-mümkündür və motosikletli oğurluq – “qap-qaç” halları yetərincə çoxdur. Günlük 100 USD məbləğə bir taksi ilə axşama kimi istənilən məsafəyə səyahət etmək mümkündür. Saigondan əlavə yaxınlıqda olan Vũng Tàu, Bình Phước, Bình Dương şəhərlərini də gəzmək olar və İsa Məsihi, Məryam Ana heykəlləri, Buddist məbədləri, açıq hava zooparkları möhtəşəmdir.
Şəhərin əsas görməli yerləri Notre Dame Cathedral (Parisdəkinin eynisidir), Central Post Office, Ben Thanh Market, War Remnants Museum, Dai Nam Park, Vung Tau, Cu Chi Tunnels və s. Mekonq çayının deltası isə xüsusilə əladır. Kirayə götürdüyünüz qayıq ilə tematik xarakterli balaca adalararası turlar təşkil olunur. Mətbəxlərinə gəldikdə burada nəfəs alan, qaçan, uçan, əllərinə keçən - bildiyiniz hər şeyi yeyirlər və “street foods” yerli əhalinin üstünlük verdiyi yemək növüdür. Əslində dadmaq niyyətimiz var idi, sadəcə dəhşət qoxulu qara, yaşıl, qırmızı rəngli düyü yeməkləri, qurudulmuş dəniz məhsullarından (asminok və s.) qızartmalar, qurbağa ayaqlı və s. suplar fikrimizi dəyişdirdi biraz. Ağız dadımıza uyğun yeməkləri isə ancaq İndoneziya, Misir və şəhərin türk restoranında yeyə bildik. Belə halda bir normal yemək üçün adambaşı 12-25 USD xərcləməli olacaqsınız. Həmçinin KFC, McDonalds və yerli “fast-food” faydalı ola bilər. Malayziya və İndoneziyanın mağaza və restoranlarında ibarət müsəlman məhəllələri var. Bəzi məsləhətlərim: “Night Market”lərə baş çəkin, 1 USD-ə satılan kokosdan alın, alış veriş edərkən qiymət öldürməyə çalışın, ən azı 5-10 dəfə baha satırlar hər şeyi, taksilər taximetr ilə işləyirlər, sərfəlidir və diqqət etməsəniz sizə qısa yol üçün şəhər turu edə bilirlər, kirayə mopedlər də götürmə imkanı var, şəhəri ayaqla gəzmək məsləhətdir, mehmanxanalarda yetərincə aydın izahlı şəhərin xəritələri verilir. İngilis dili bilən azdır və şəhər çox qarışıqdır - çalışın qaldığınız yerin vizitkartını itirməyin, əks halda geri dönmək çox zaman ala bilər.
TR I PAN E MA .C O M
5
Mostar şəhəri turistik şəhər sayılsa da, şəlalə turistlər üçün hələ də kəşf edilməmiş qalır.
K
Tural İskəndərov
ravica şəlalələri Balkanlarda, Bosniya və Hersoqovinanın möhtəşəm şəhəri Mostardan 40 km məsafədə yerləşir. Şəlalələrin hündürlüyü 25 metr, töküldüyü gölün diametri isə 120 metrdir. Şəlalə ərazisində piknik üçün sahə və kiçik restoran var. Soyuq göldə üzmək istəyənlər üçün möhtəşəm bir yerdir. Şəlalələrə baş çəkmək üçün ən gözəl vaxt yaz aylarıdır, bu zaman təbiət daha yaşıl, şəlalənin suyu isə daha bol olur. Mən özüm də may ayında getmişdim. Şəlalənin yerləşdiyi əraziyə giriş adam başına təxmini 2 EUR təşkil edir. Mostar şəhəri turistik şəhər sayılsa da, şəlalə turistlər üçün hələ də kəşf edilməmiş qalır. Şəlaləyə getmək üçün ən sərfəli və rahat variant taksidir. Mostarda yerləşən tur agentliklərindən birində 50 EUR ödəməklə bizi həm bu şəlaləyə, həm də yol üstü Poçitel kəndinə də apardılar. Osmanlı dövrünün əhəmiyyətli izlərini əks etdirən bu kənddə yollar, binalar daşdan inşa edilib. Hal-hazırda Poçitel UNESCO-nun Dünya Mirasları siyahısındadır. Bosniya və Hersoqovina Azərbaycan vətəndaşları üçün kəşf edilməmiş cənnətdir. Bosniya və Hersoqovina - gözəl insanları, Azərbaycanlılara qarşı xüsusi rəğbəti, baha olmayan qiymətləri, qiymətlərə görə keyfiyyətli xidmət və dadlı yeməkləri ilə səyahətinizdən maksimum zövq alacağınız bir ölkədir.
GƏZƏYƏNLƏR Avtostop səyahət növlərindən biridir: kimisi üçün ucuz, kimisi üçün ekologiyaya daha az zərərli, kimisi üçün macəra, kimisi üçün yeni insanlarla tanış olmaq fürsəti.
Ş
əhəriçi qısa məsafələri çıxmaq şərti ilə ilk uzun məsafəli avtostop gəzintim 19 yaşımda Litvadan olub. Bir xanım dostumla Litvadan Varşava, Polşaya avtostopla getmək qərarı aldıq. Xanımla Couchsurfing üzərindən tanış olmuşduq. Bizi aparmağa razılıq verən sürücü isə sən demə Ştutgart, Almaniyaya gedirmiş. Biz də başqa çarə olmadığından onla getməyə razılaşdıq. Beləliklə, ilk səfərimiz Ştutgart oldu. Çatanda isə iki xanım hostel axtarışına çıxdıq ancaq ən ucuzu 25 EUR olduğundan fikrimizdən daşındıq. Həmin gecə güclü yağış yağırdı. Sonra xəritədən vağzalı axtarıb tapdıq. Gecəni orda dolanaraq keçirdik. Səhəri gün xanım artıq planlarını dəyişdiyini və başqa ölkəyə gedəcəyini bildirdi. Mən də Parisə gedəcəyimi dedim. Yola tək davam etdim. Bu hadisədən sonra heç vaxt yol yoldaşı axtarmadım. Artıq tək gəzintiyə daha çox üstünlük verirəm. Səyahətimi belə qurdum: Fransa – Belçika - yenidən Almaniya - Polşa - Litva. Bu mənim yeganə avtostop səyahətim deyil, ondan sonra da neçə dəfə uzunmüddətli avtostop səyahət etmişəm: Litvadan şimala, sonra aşağı İsveçrə tərəfə, sonra təzədən Litvaya.
Yollardan bir nəfər Avtostop macəralarım arasında ən sevimli macəram isə Litvadan Ukraynaya, oradan Tacikistan, Qazaxıstan ellərinə, sonra da Şimali Qafqaz, Çeçenistan Dağıstan tərəfdən Bakıya qayıtmağımdır. Daha maraqlısı isə Azərbaycandan Litvaya avtostopla getməyimdir. Həmin vaxtlar avtostopun daha başqa mənası var idi: İnsanlar! Paylaşmaq! Gündəlik həyatımızda çox az vaxt tanımadığımız insanla nələrisə paylaşırıq. Paylaşmağın verdiyi sevinci heç nə verə bilməz. Birindən qarşılıq gözləmədən maşınını paylaşırsan və ona inanırsan. Avtostop ucuz səyahət növü və macəra axtarışında olan 19 yaşlı gənc xanıma inam və paylaşmağın dəyərini öyrətdi. Hər kəs avtostopla getməlidir deyə bir qayda yoxdur. Əlbəttə ki, hər kəsin zövqü, maraq dairəsi fərqlidir. Ortaq olan isə inam və paylaşmağın hər kəs üçün gözəl hiss olmasıdır.
Bəlkə bir az Risk?!
Əziz Səyyahlar, bu dəfə sizə qızmar yay günlərində sərinləmək üçün adrenalin sevərlərin həyata keçirdiyi idman növü olan “Flyboarding”dən danışacağam.
S
ərinləmək, stress atmaq, özünüzü mavi suların üzərində hiss etmək istəyirsinizsə, “Flyboarding” sizin köməyinizə çatacaq. Niyə suda üzə biləcəyimiz halda, suyun üzərində uçaq? Çünki, inanılmaz dərəcədə həyəcanlı və azad hiss edə biləcəyiniz macəra yaşamağın vaxtıdır. Suda uçmağa hazırsınızmı? Getdik.. Flyboarding – dəniz suyunu xüsusi aparata bağlanan motor və xortumdan alınan güclü təzyiqlə qaldıraraq suyun üzərində uçmağı təmin edən bir idman növüdür. Yayın əvəzolunmazı olan Flyboarding sayəsində 8-10 metr yüksəkliyə qədər yüksələ bilərsiniz. Bu əsl əyləncə, macəradır... Hələ bir istəsəniz, delfin kimi suya baş vurub çıxa da bilərsiniz. İşin ən gözəl tərəfi odur ki, Flyboarding üçün professional olmağa ehtiyac yoxdur, 20 dəqiqəlik təcrübədən sonra siz də suyun üzərində uça bilərsiniz. İndi isə keçək prosesə... Flyboarding xüsusi aparata bağlanan motor və xortumdan alınan təzyiq nəticəsində yaranan su attraksionudur. Aparata xortum taxılır və onun sayəsində güc ayaqlarınıza və qollarınıza verilir. Gücün 80%-i ayaqlara düşür ki, bu da Flyboarding edən şəxsin suda tarazlıqda qalmasına kömək olur. İlk başda tarazlığı qorumaq üçün azacıq güc sərf etməniz lazım olacaq, ancaq öyrəşdikcə çox zövqlü bir əyləncə halına çevriləcəkdir. Bu idman növü tamamilə su təzyiqi ilə işləyir və kontrolu idarə
8
TR I PAN E MA .C O M
etmək həmin şəxsin öz əlindədir. Sual verə bilərsiniz ki, bu adrenalini harada yaşaya bilərik? Cavab isə çox sadə - dünyanın ən gözəl çimərliklərində. Sizə bu həyəcanı yaşamaq üçün bir neçə yerlər məsləhət verəcəyəm. Əslində şanslısınız çünki, dünyanın ən çox turist qəbul edilən şəhərlərindən olan Barselona, füsunkar təbiətə malik Meksika, xəyallarınızın şəhəri olan Las Vegas, müasir və inkişaf edən Dubay və St. Marteen adasında siz bu həyəcanı yaşaya bilərsiniz. Başlayaq Barselonadan… İspaniya sahilləri, parlaq mavi suları bir əfsanədir, hələ bir də Flyboarding əlavə etsək bambaşqa bir aləm. İnanılmaz arzudur, amma 140 EUR ödəsəniz gerçək olacaq. Bron etmək də çox sadədir, www.flyboard-barcelona.com saytı sizə yardım əli uzadacaq. Davam edək Şimali Amerika ilə… Meksika istər əsrarəngiz təbiəti ilə, istərsə də möhtəşəm dənizləri ilə şübhəsiz dünyanın ən gözəl yerlərindən biridir. Azurə suları, yumşaq qumları ilə məşhur Meksika macərasevənlər üçün bir cənnətdir. Meksikada Puerto Vallartada və Kankunun həyəcanverici bölgələrində “Flyboarding”lə sadəcə 88 USD ödəməklə dalğalarda uça bilərsiniz. Bron etmək çox sadədir, siz www.flyboardpv.com və www. cancunrivieramaya.com saytları vasitəsilə əyləncənizi öncədən təşkil edə bilərsiniz. Yollanaq Amerikaya… Amerikanın füsunkar görüntüsü ağrılı gözlər üçün
bir müalicədir. Möhkəm sahillərdən unudulmaz panoramalara qədər bu ölkə ən gözəl təbiətə malikdir. Möhtəşəm bir mühit ilə Flyboarding Amerikada həqiqətən unudulmaz olacaq. Las Vegasda bu son dərəcə əsrarəngiz attraksiyondan həzz ala bilərsiniz. Qiymətlər 90 USD dən başlayır, www. lakelasvegaswatersports.com saytı bronunuzu həyata keçirmək üçün ən ideal vebsaytdır. Qayıdaq Şərqə … Müasir, ekstrim idman növlərinin mərkəzi Dubayı Flyboarding olmadan təsəvvür etmək mümkün deyil. Təsəvvür edin Dubaydasınız və parlayan sularda Flyboarding etmək şansınız var. Niyə şansınızı qaçırasınız? 81 USD-dən keçib bu həyəcanı yaşamaq olar. www. searide-dubai.com/flyboard-dubai/ saytı vasitəsilə bron edərək xəyallarınıza bir addım yaxınlaşa bilərsiniz. Karib – St. Maarten. Bura Karibin sirlərlə dolu və həyatınızı dəyişmək üçün ən ideal yerdir. Bu ilhamverici adada daha öncə heç yaşamadığınız yüksək bir təcrübə ilə qarşıqarşıyasınız. Sizi bu adrenalindən cəmi 105 USD ayırır. Ətraflı hər bir məlumatı bu saytdan əldə edə bilərsiniz: www. jetextremesaintmartin.com/flyboard_ en.html İndi isə sizlərə Avropanın ən məşhur Flyboarding zonası olan Barselonada bu həyəcanı necə yaşaya biləcəyinizdən ətraflı danışacağam. Adətən bu fəaliyyət 90-120 dəqiqə davam edə bilər. Qayığa 3-6 nəfər toplanır və sıra ilə bu riskli
əyləncəli təcrübə davam edir. Məhz Flyboardingi canlı izləmək inanılmaz bir şans və özünüzü kəşf etməyin bir yoludur. Əlavə olaraq bu macəranı yaşamaq üçün qısa dərs, adambaşına 15-20 dəqiqə mavi sularda uçmaq, lazımi avadanlıqlar, musiqi və içkilər, ən başlıcası Əyləncə, Həyəcan və Adrenalin. Lazımi avadanlıqlar olan kaska və təhlükəsizlik jaketi məcburidir. “Flyboarding”in müxtəlif növlərini – Tullanış, eniş, delfin, geriçevirmə, tornadonu yaşayın. Bir addım daha gedə bilərsiniz... Ən möhtəşəm Flyboarding texnikasını öyrənin və özünüzə yadda qalan bir təcrübə hədiyyə edin. Hər birinizə adrenalin dolu həyat arzulayıram! Nicat Aslanov
TR I PAN E MA .C O M
9
©
Yeni səyahət trendi!
B
u sayımızda toxunacağımız Tech-in Travel mövzusu CarSharing şirkətləri haqqında olacaq. Bəs CarSharing nə deməkdir? Günümüzdə sosyal medyanın və mobil cihazların təsiri ilə nəqliyyat və səyahət anlayışı da dəyişir. Tıxacın sıxlığı və nəqliyyatın bahalaşması insanlara alternativ yollar axtarmağa sövq edir. Bu yeniliklərdən biri də CarSharing şirkətlərinin yaranmasıdır. Belə ki, şəxsi maşınınızla başqa bir yerə səyahətə çıxmağı planlaşdırırsınız və maşında boş yerləriniz var? CarSharing veb səhifələri və əsas da tətbiqetmələri vasitəsi ilə gedəcəyiniz istiqaməti, qiyməti və boş yerlərinizi yazaraq sizinlə eyni istiqamətə gedən insanlarla tanış ola bilərsiniz. Ələkbər Kərbəlayev
Tech-in Travel BlaBlaCar Beepcar.ru Yolget.az
Paris mərkəzli şirkət bu sahədə Avropanın ən öndə gələnlərindən biridir. Dünyanın 22 ölkəsində təqribən 35 milyon insan “BlaBlaCar”ın veb səhifəsindən və tətbiqetməsindən istifadə edərək öz səyahətlərini paylaşmaqdadırlar. Avropada bir şəhərdən digərinə səyahət etməyin ortalama xərci 12 EUR-dur. “BlaBlaCar”ın verdiyi statistik məlumatlara görə əsas müştərilərini tələbələr təşkil etsə də, 2014cü ildən bəri yaş ortalaması 30-a qədər çatıb. Şirkət öz məqsədlərinin insanları bir yerə toplamağa, maşınların ətraf mühitə verdiyi zərəri azaltmağa və səyahətiniz zamanı qənaət etməyinizə köməklik etmək olduğunu vurğulayır. Həm veb səhifələrinin, həm də mobil tətbiqetmələrinin istifadəsi çox əlverişlidir. Sayta daxil olan kimi qarşınıza çıxan xanalarda öz yerinizi, hara getmək istədiyinizi və tarixi daxil edib sizə təklif olunan variantla arasından öz istəyinizə və cibinizə uyğunluğuna görə seçiminizi edə bilirsiniz. Sayt həm də müştərilərin paylaşımlarına da yer verir. BlaBlaCar istifadəçiləri öz təcrübələrini və səyahət zamanı başlarına gələn maraqlı hadisələri insanlarla paylaşır.
10
TR I PAN E MA .C O M
Beepcar rus CarSharing şirkətlərindən biridir. Rusiya ilə birlikdə Azərbaycanda da fəaliyyət göstərməyə başlayıb. İşləmə prinsipi və ideologiyası digər saytlarla eyni olsa da, dizayn baxımından digərlərindən fərqlənir. “Beepcar”ın Rusiyadaxili daha çox gediş istiqamətləri və sürücüsü olsa da, getdikcə böyüyən və inkişaf edən şirkətdir. Azərbaycan kimi CarSharing sahəsi ilə tanış olmayan və ya daha az bilinən ölkələrlə də əməkdaşlıq etməyə başlaması şirkətin böyümək və qloballaşmaq üçün atdığı addımlardandır. Beepcar həm də Rusiyada “Daha ucuz qatar” və “Rahat Avtobus” başlığı ilə bu sahədə də xidmət göstərir və bu da “Beepcar”ı digərlərindən fərqləndirən digər xüsusiyyətlərindəndir. Müştərilərin xidmət haqqında dəyərləndirmələrinə və təcrübələrinə də saytda yer verilib. Beləliklə, şirkət haqqında maraqlananlar bu təcrübələri soxuya və xidmətin səviyyəsi haqqında məlumat əldə edə bilərlər.
Yolget.az digər CarSharing şirkətləri ilə eyni iş prinsipi əsasında ölkəmizdə qurulan və fəaliyyət göstərən bu tip şirkətlərdən biridir. Veb səhifə və mobil tətbiqetməsi ilə fəaliyyət göstərən şirkət öz üstünlüklərinin tətbiqetmələrinin sadə olması, təbiətə az tullantı verməsi və sərfəli olmaları ilə açıqlayırlar. İş prinsipi digər şirkətlərlə eynidir, lakin məlumatınız yoxdursa da, saytda təklif olunan video çarxla məlumat ala bilərsiniz. Qarşınıza çıxan xanalarda, haradan haraya gedəcəyinizi və tarixi qeyd etməklə sizə təklif olunan sürücüləri və getdikləri istiqamətləri görə bilirsiniz.
TR I PAN E MA .C O M
11
12
T R I PA N E M A . CO M
T R I PA N E M A . CO M
13
Eşitmişəm ki...
E
şitmişəm ki, bəzi insanlar təyyarə ilə uçmaqdan zövq alır, bəziləri qorxur, bəziləri təyyarəni sadəcə sıradan nəqliyyat vasitəsi kimi görür. Bəs bilirdinizmi ki, siz təyyarədə olan zaman sizi gizlicə izləyən və sadaladığım kateqoriyalardan hansına aid olduğunuzu təyin etməyə çalışan insanlar var? Bir az hürküdücü görünsə də, bu insanlar xüsusi təyin olunmuş insanlar deyil, məhz təyyarədə öz işlərini yerinə yetirən uçuş heyətidir. Sizin təyyarəyə daxil olduğunuz andan onlar sizin hər hərəkətinizə göz qoyur. Bu, o qədər də təəccüblü deyil. Təyyarələrdə təhlükəsizlik hər zaman ən çox diqqət yetirilən məsələ olmuşdur. Budur, sizə kabin ekipajı tərəfindən sərnişinlər təyyarəyə daxil olarkən diqqət edilən nüansları təqdim edirəm (mənbə: www. huffingtonpost.com), odur ki bundan sonra diqqətli olun: Leyla Həsənova
1
Onlarla göz kontaktı qurmağınız. “[Mən diqqət edirəm ki,] kim mənlə göz kontaktı qurur, kim isə yox. Çox tez-tez olmasa da, göz kontaktı qurmayanlar məni araşdırmağa vadar edir. Onlar uçmaqdan qorxurlar? Onlar özlərini yaxşı hiss edirlər? Onların şəxsi problemləri var? Bunlar insanların sizə açıq-açıq deməyəcəyi məsələlərdir və mənim işimin əsas hissəsi hər kəsin rahat uçuş təcrübəsi yaşadığına əmin olmaqdır.” – Stefani Mikel (Stephanie Mikel), Southwest Airlines
2
Sərxoş olmağınız. “Sərxoş və aqressiv sərnişinlər bizim qapıda təyin etməyə çalışdığımız əsas şübhələrdəndir. Biz havada aqressiv sərnişinlərlə başa çıxmaq üçün əsas taekvando texnikalarına yiyələnmişik, amma ora qalxana qədər onları dayandırmaq bizim əsas məqsədimizdir.” – Cey Robert (Jay Robert), Fly Guy
3
Yaxşı fiziki formada olmağınız. “Mən uçuşda təhlükəsizlik problemləri zamanı kömək edə biləcək, həmçinin fövqəladə təxliyə zamanı kömək etmək istəyən və kömək edə biləcək şəxslər axtarıram. Adətən, bu, tək və rahat geyimdə səyahət edən kimsədir, onlar adətən orta fiziki formadan yuxarıda olurlar və ya təcili yardım xidməti personalına oxşayırlar.” – Zak Ford (Zac Ford), Baş stüard
14
TR I PAN E MA .C O M
4
Onlarla danışmağınız. “Mən hər kəsə salam verəndə də, sərnişin mənə geri cavab verəndə də diqqət edirəm və düşünürəm ‘bu insan həqiqətən səmimidir’. Əgər mənə nə vaxtsa nədə isə köməyə ehtiyac olsa, böyük ehtimal mən həmin insandan xahiş edəcəm. [Və] əgər həmin sərnişin məndən nə vaxtsa kömək istəsə, yəqin ki, onun üçün öz vəzifə borcumdan daha artığını edərəm.” – Hedr Pul (Heather Poole), American Airlines
5
Uçmağa uyğun olmağınız. “Sərnişinlərin uçmaq üçün uyğun olub-olmadığını yoxlamaq vacibdir. Bütün qapılar bağlananda və havaya qalxdığımızda, tibbi yardımlarla başa çıxmaq çətin ola bilər. Sərnişinləri təyyarəyə qəbul etdiyimiz vaxt kimin mənim uçuşumda olacağına qərar vermək üçün əla vaxtdır.” – Klaudia Sivek (Claudia Sieweck), TUI fly.
6
Hamilə olmağınız. “Mən bunu geniş geyimlərlə gizlətməyə çalışan qadınlar axtarıram. Hamiləliyin müəyyən vaxtından sonra qadınların həkim tərəfindən uçuş icazəsinə ehtiyacları var və müəyyən bir müddətdən sonra həkim tərəfindən uçmağa icazə verilmir.” – Cey Robert (Jay Robert), Fly Guy
7
Təlaşlı olmağınız “Nəyinsə yaxşı olmadığı hissinə qapılanda, sərnişindən hər şeyin qaydasında olub-olmadığını soruşuram. Uçuş qorxusu olan sərnişinlər mənim diqqətimi xüsusilə cəlb edir: Mən onlara qayğı göstərməyi və onları rahat hiss etdirməyi sevirəm.” – Klaudia Sivek (Claudia Sieweck), TUI fly.
TR I PAN E MA .C O M
15
Bir səyahət jurnalına özünüzü necə tanıdardınız? - İllərlə bizneslə məşğul olan və bir çox layihələrini reallaşdırdıqdan sonra artıq öz istəklərini və arzularını reallaşdırmağa çalışan bir insan kimi. Bəzən insanlar iş həyatlarını qurduqdan sonra çalışırlar daha çox qazansınlar, təkcə iş həyatlarına fokus olurlar, bütün fikirləri işdə, yaxın çevrələrində olur. Mən isə qərara gəldim ki, dünyanın bütün var-dövləti qazanılmaz – bu qeyri-mümkündür və eyni zamanda da zövqlü deyil. Amma dünyanı görməyin, tanımağın, müxtəlif yerlərə səyahət etməyin, öz dünya baxışını daha da genişləndirməyin daha zövqlü iş olduğunun nəticəsinə vardım. Bu gənc nəsillərə də bir mesajım olsun. Hər şeyi hansısa bir iş üzrə, bir sahə üzrə cəmləməyin, imkan daxilində həm də səyahət edin, ən azından öz ölkəmizi gəzin, fəal olun. Ümumilikdə neçə ölkədə olmusunuz? - Bu yaxınlarda telefonuma bir proqram yüklədim və olduğum ölkələri orada qeyd etdim, təxmini 61 ölkə oldu. Bu da dünyadakı 195 ölkənin 33%-nə bərabərdir və o deməkdir ki, hələ gəziləcək ölkə çoxdur. Hansı proqram idi? - “Mark O’Travel”. Sizi bir alpinist kimi təqdim etmək olar? - Alpinist kimi yox, çünki o ada layiq olmaq üçün dağlar sənin həyatının mənası olmalıdır. Məni isə dağları sevən bir səyahətçi kimi təqdim edə bilərsiniz. Ümumiyyətlə, səyahət edən hər bir insanın özunəməxsus stili var. Mənim stilim isə belədir ki, mütləq getdiyim ölkələrin ən hündür zirvəsinə çıxmalıyam, əgər təbii ki, orada belə bir zirvə varsa. Məsələn, Yaponiyada ən uca zirvə Fudziyamadır. Əgər Yaponiyaya gedib Fudziyamaya çıxmamışamsa, deməli Yaponiyaya heç getməmişəm. Bir yerə gəlib həmin yerin təbiətini görmək, həm zirvəyə qalxmaq, həm də şəhərdə gəzərək insanların gündəlik həyatlarını müşahidə etmək - bax bu mənim stilimdir. Tanıdığım səyyahlar var ki, getdiyi ölkələrdə yalnız paytaxtı görür və geri qayıdır, bu mənə sadəcə “paytaxt kolleksiyası” yığırsan kimi gəlir. Kolleksiyadan söz düşmüşkən, hər kəsin özünün ayrı kolleksiyası olur, kimisi dəmir pullar toplayır, kimisi marka, kimisi maşınlar. Mənim kolleksiyalarım isə dünyada mövcud olan minə yaxın təbii möcüzələrdir (bizə öz ensiklopediyasını göstərir). Getdiyim yerləri burada qeyd edirəm. Gələcəkdə həm övladlarıma, həm də nəvələrimə göstərə biləcəyim, onları yönləndirə biləcəyim bir “xəritəm” olacaq. Bunu onlara bir miras kimi çatdırmaq istəyirəm. Bəs ensiklopediyanı sizə kim hədiyyə edib? - Bunu bir yaxın insan mənə hədiyyə edib. Ensiklopediyada dünyadakı yerlərin şəkilləri, oralara necə gedib çıxmaq olar - bunlar haqqında məlumatlar yazılıb. Mən də getdiyim ölkələri burada qeyd edirəm. Siz hündür zirvələri qeyd etdiniz, bəs “Seven Summits”ə daxil olan hansı zirvələrə qalxmısınız? - Hələ ki, yalnız Kilimancaroya qalxmışam, növbəti zirvə kimi Elbrusu planlayıram. Zirvələrə gələndə isə 5 il ərzində arxamda 20-ə yaxın zirvə qoydum. Ən böyük arzum isə özü kimi böyük olan Everest dağına çıxmaqdır. Hal hazırda onunla üzbəüz olan Kala Patthar zirvəsinə qalxmışam, arzum az-az da olsa reallaşmağa başlayır. Getdiyiniz ölkələrdən ən uzağı hara olub? - Ən uzağı Çilinin Pasxa adası olub. Bakı-İstanbul- Buenos Ayres -Santyaqo marşurutu ilə 20 saata yaxın yol qət etdim, oradan da Sakit Okeanın üzərindən 5,5 saat adaya uçdum. Bu da 26 saata yaxın yol edir.
16
TR I PAN E MA .C O M
© Aykhan Khalilov TR I PAN E MA .C O M
17
© Aykhan Khalilov
18
TR I PAN E MA .C O M
Səyahət zaman etdiyiniz çılğınlıq olub? - Əlbəttə olub. Məsələn, Namibiyaya gedəndə artıq formalaşmış bəlli bir proqramım var idi. Axşam məni müşahidə edən bələdçi ilə bərabər mehmanxanaya gəlib çıxdıq. Həmin gün Namibiya səhrasından ölkənin qərb sahilində yerləşən Swakopmund adlanan bir şəhərciyə uzun bir səyahətimiz olmuşdu. Mehmanxanada sabahın proqramına nəzər salırdıq ki, qeydiyyatda gözümə bir jurnal çarpdı. Jurnalı vərəqlədiyimdə paraşütdən tullanma, səhrada motosiklet sürmək və s. kimi maraqlı turların olduğunu gördüm. Elə gecə ilə şirkətə zəng edib danışdıq və birdən-birə sabahın proqramını dəyişdik. Ömrümdə də heç vaxt paraşütdən tullanmamışdım, ilk təcrübəm oldu. Bəs həyatda risklər etməyi sevirsiniz? - Baxır nəyi risk adlandırırıq. Həyatımı riskə atmaram, yalnız hesablana bilən risklərə yol verə bilərəm. Qaldı ki, proqramdan çıxıb başqa maraqlı bir yerə gedib görmək – belə riski sevirəm. Ümumiyyətlə, bir səyahətçi kimi bəzən bilərəkdən onları edirəm, çünki gözlənilmədən olan hadisələr daha maraqlı gəlir. Çünki bilmirsən səni nə gözləyir. Gözlənilmədən dəyişən planlar həmişə daha çox ekstrim yaradır. Bununla bağlı bir əhvalat danışım. Çilidə idim, dağlarla olan proqramı bir az tez bitirdim. Dönüş biletim də 2 həftədən sonra idi. Düşünürdüm ki, qalan günlərimi necə keçirim. Punta Arenas şəhərinə uçmağı qərara aldım. Ora Çilinin ən cənub nöqtəsi, insanların yaşadığı ən son nöqtə hesab olunur. Antarktidaya gedən uçuşlar da məhz buradan keçir. Ətrafda olanlardan orada nə edə biləcəklərimi soruşdum, “Tierra del Fuego” arxipelaqını, “Torres del Paine” milli parkını görməyi məsləhət gördülər və balinaları görməyimi tövsiyə etdilər, amma qeyd etdilər ki, bunu aylar öncədən rezervasiya etmək lazım idi. Dinlədim və oturdum özümə plan cızdım. Bu plan Bakıdan Çiliyə gələndə heç ağlımda belə yox idi. Deməli Atakama səhrasından Santyaqoya 3 saat, oradan da Punta Arenas şəhərinə 3 saat uçdum. Mehmanxanaya yerləşdim, bazar günü idi, bütün şəhər bomboş, bütün mağazalar bağlı. Ümumiyyətlə, bazar günü Latın Amerikasında və Cənubi Amerikada İspaniyasayağı siesta deyilən bir adət-ənənə var. Bu da onlara ərəblərdən gəlib. Onlar günorta saatlarında yatırlar, fəaliyyətləri 17:00-dan sonra başlayır. Mən də şəhərdə gəzəndə baxdım ki, bir maşın önümdən keçib irəlidə dayandı. O qədər təəccüblü idi ki, şəhərdə maşın görmək. Sürücü maşından çıxıb üzbəüz olan qapıya daxil oldu, mən dərhal arxasınca getdim. Sən demə bir səyahət ofisi imiş, mən də həmin ofisə daxil oldum. Söhbət əsnasında balinalar olan bir adaya üç günlük elmi ekspedisiya təşkil etdiklərini öyrəndim və mənə gəmidə yalnız bir nəfərə yer olduğunu bildirdilər. Və onu da qeyd etdilər ki, gedilən yerdə heç bir rabitə yoxdur. Beləliklə, mən də onlara qoşuldum. Sabahı gün saat 07:00-da gəlib məni mehmanxanadan götürdülər. Gəmi yolumuz iki okeanın birləşən nöqtəsindən keçirdi və məhz buna görə buralar cox dalğalı və rüzgarlı olur. Sonunda 10 saatlıq yol qət edərək Magellan boğazında yer alan milli parka çatdıq. Səhəri gün isə balinaların yaşadıqları əraziyə getdik. Çox maraqlı bir gün yaşadıq. Magellanın getdiyi marşurutla bir az getdik və buranın ən böyük buzlağını müşahidə etdik. Mənzərə çox valehedici idi. Qayıdandan sonra başqa yerlərə də planımı qurdum. Bu cür gözlənilməz bir hadisə maraqlı səyahət xatirələrinə səbəb oldu. Səyahətiniz boyunca belə planlaşdırılmamış addımlarınızdan danışdız. Bəs hansısa riskli addımlar atmısınız? -Təkrar edim ki, ümümiyyətlə, çalışıram riskli addımlar atmayım. Niyə özümü riskə atım ki?! Məsələn, Bungee Jumping etmisiniz? - Yox, amma Zimbabvedə ona bənzər “Gorge Swing” etdim, bu da 70 metrədən dərəyə atlamaqdır, yalnız fərqi odur ki, son anda yerlə üz-üzə gələndə üzərinizdə olan ip sizi kənara çəkir və yelləncək kimi sallayır. Mənim nəzərimdə bungee və ya atladığım “Dərə Yelləncəyi” bir attraksiondur, adrenalindir. Məndən əvvəl bir çox insanlar oradan tullanıb. Bu planlaşdırılmış bir risk sayıla bilər (gülür).
TR I PAN E MA .C O M
19
Bəs sizin üçün risk anlayışı nədir? - Misal üçün, hazırlıqsız 5B kateqoriyalı dağa çıxmaq və ya gecə yarısı qeyriturist marşurtları ilə gəzmək - hər ikisi də riskdir. Macəra axtarıram deyib yanlış yerlərə gedib çıxa bilərsən. Kimsə passportunu oğurlaya bilər, başına hər cür hadisə gələ bilər. Məsələn, Mexiko şəhərində olanda mənə əvvəlcədən bildirilmişdi ki, təhlükəli yerlərə getməyim. Amma 1A-2B kateqoriyalı dağlara qalxmaq kimi klassik marşutları mən risk hesab etmirəm. Sadəcə bir qədər ehtiyatlı olmalısan. Atdığın addımlara, ayağının altındakı daşa fikir verməlisən, səni bağlayan ipi yoxlamalısan. Normalda səyahətinizi neçə müddət əvvəlcədən planlaşdırırsınız? - Ay yarım, maksimum 2 ay. Amma elə olub ki, 2 həftənin içində də planlaşdırmışam. Nadir hallarda olur ki, “sabah səyahətə çıxacağam” deyə qərara gəlim. Səyahətlərimi planlı edirəm. Əlbəttə ki, maraqlı bir təklif olsa, elə bu gün də gedə bilərəm (gülür). Ümumiyyətlə, çox vaxt tək səyahət edirəm. Mənim özüməməxsus səyahət stilim olduğuna görə, çox adam uyğunlaşa bilmir. Həm zirvəyə çıx, həm bir məntəqədən o biri məntəqəyə 10 saat maşınla get ki, orada baobab ağacı görəcəksən. Bu çoxlarına qəribə gəlir. Amma mən məhz o ağacı görmək üçün 10 saat yol gedərəm. Çox az adam var, maraqlı bir mənzərəni görmək üçün o qədər yol qət etsin. Məsələn, mən özüm şəkil çəkməyi, xüsusilə də gün batımını çəkməyi çox sevirəm. Bəzən elə olub ki, günbatımını qaçırmışam, amma sabahı gözləmişəm ki, yenidən günbatımı olsun mən onu çəkim. Daha sonra yoluma davam etmişəm. Çox insanın buna səbri çatmır. Tək olanda daha rahat oluram, istədiyim vaxt planlarımı dəyişirəm və heç kim ilə bir anlaşılmazlıq olmur. Sizi səyahət etməyə ilhamlandıran nədir? - Bir neçə amil. Allahın yaratdığı dünyanı görmək, seyr etmək, və ibrət almaq, sonra uşaqlıq arzularımı həyata keçirmək. Uşaqlıqdan atam həmişə getdiyi yerlər haqqında bizə çox danışardı. Artıq o vaxtdan maraq formalaşmağa başlayırdı. Həyat kabinetdə oturub bizneslə məşğul olmaqdan ibarət deyil. Əlbəttə ki, biznesini də idarə etməlisən, ancaq imkan daxilində səyahət də etmək lazımdır. Mənim xarici ölkələrə gəzməyə şansım olmasaydı, çantamı götürüb Azərbaycanı gəzərdim. Yaxud qatara minib Gürcüstanı gedərdim Kazbekə qalxardım, bir sözlə ətraf yaxın coğrafiyanı gəzərdim. Yəni imkanlar çoxdur, gəzmək lazımdır. Bəs getdiyiniz yerlərdə haranı görəndə dediniz ki bura əsl möcüzədir? - İlk dəfə Namibiyada narıncı rəngdə bir səhra görmüşdüm. Çox maraqlı idi. Ən son Madaqaskarda “Tsingy de Bemaraha” adlanan keçilməsi çətin dağlardan, qayalardan ibarət milli parkı görmək, tunellərində, labirintlərində gəzmək möcüzəvi idi. Möhtəşəm Viktoriya, İquasu şəlalələrini misal gətirə bilərəm. Fikirləşirsən ki, bu qədər su haradan gəlir, hara gedir. Bu yerləri özün, şəxsən yaxından görməsən, təsəvvür edilməz bir hissdir. Bəs Yer üzərindəki cənnət sizə görə haradır? - Yox, yer üzərində cənnət ola bilməz, nə qədər təvsir etmək istəsək də edə bilmərik. Amma ən gözəl hansı yerdə olmuşam soruşsanız, zənnimcə təbiəti möhtəşəm olan, eyni zamanda inkişaf etmiş Fransız adası - Reunion adasıdır. Balaca bir ada olmasına baxmayaq, hər kvadrat metrəsində belə maraqlı və təbiəti zəngin, həm də yaşam üçün hər bir şəraiti olan yer görməmişəm. Əsas işinizin dəblə bağlı olduğunu nəzərə alsaq, sizə görə dünyanın ən dəbli ölkəsi haradır? - Ən dəbli İtaliyadır. Başqa hara ola bilər ki? Mənim ən çox cənub hissəsi, Neapol tərəf xoşuma gəlir. İnsanları çox istiqanlıdırlar və dəblə geyinirlər.
20
TR I PAN E MA .C O M
TR I PAN E MA .C O M
21
Avropanın ən hündür və aktiv vulkanı sayılan Etna dağına çıxmısınız, bu nə dərəcədə təhlükəli idi? - Yenə deyirəm, bir hadisəni o vaxt təhlükəli adlandırırıq ki, orada bir yaşam üçün mənfi nüanslar olsun. Əlbəttə, risk var idi, çünki aktiv vulkandır, həm də mən düz kraterin ağzında dayanmışdım. Əgər hadisə baş verməyibsə təhlükə haqqında nə deyə bilərəm (gülür). Ümumi proses haqqında desəm, ora gələndə ilk növbədə icazə alınmalıdır və sizin zirvəyə çıxmağınız püskürmə ehtimalı olmayan günə salınır. Mən lavaların axmasını çox görmək istəyirəm, amma təəssüf Reunion adasında da eyni hadisə ilə qarşılaşdım, görə bilmədim. Növbəti planım isə Efiopiyayadır, orada Afar bölgəsində “Erta Ale” vulkanını görmək istəyirəm, çünki orda lavalar daimi axır və rahat müşahidə edə bilirsiniz. Ora 2 aktiv lava gölündən ibarətdir. Xəyalını qurduğunuz, lakin getmədiyiniz ölkə hansıdır? - Venesuela. Gözləyirəm siyasi vəziyyət düzəlsin. Bəs Suriyada olmusunuz? - Suriyada heç vaxt olmamışam. Amma Palmiranı görməyi çox arzulayırdım. Ora da indi ən təhlükəli yerlərdən biridir. Bəs xəyalı qurmusunuz, getmisiniz, amma gözləntilərinizi qarşılamayıb. Elə bir yer olub? - Elə bir yer olmayıb. Onda siz səyahətə gedəndə minimum gözləntilərlə gedirsiniz? - Mən səyahətə getməmişdən öncə xüsusi proqramla gedirəm. Yəni görmək istədiyim yerlər, çıxmaq istədiyim zirvələr artıq bəlli olur. Bu proqramı öz maraq dairəm əsasında hazırlayıram. Ola bilər ki, təyyarədə gedəndə söhbət əsnasında öyrəndiyim yerlər olsun, onları da araşdırdıqdan sonra bəyənirəmsə proqramıma salıram. Mən Maçu Piçuya qalxdıqdan sonra Facebookdan bir dostum məndən Naska xətlərini (Nazca Lines) görüb-görmədiyimi soruşdu. Yer haqqında araşdırma edərkən uşaq vaxtı bu yeri “Клуб путешественников” verilişində də gördüyümü xatırladım. Elə həmin an bələdçimə o yerə getmək istədiyimi bildirdim. Bura Lima şəhərindən maşınla 7 saatlıq bir yoldur, təyyarə isə ora uçmur. Beləliklə, təşkil olunmuş maşınla Naskaya getdim, 1 saat orada olub gəzdim, yenidən 7 saatlıq yolu geri qayıtdım. Bu yeri görməyə dəyərdi.
22
TR I PAN E MA .C O M
Səyahətin üç qaydası sizin üçün hansılardır? - İlk növbədə hazırlıqdır, apardığınız əşyalardan tutmuş seçdiyiniz marşuruta qədər. Həmişə çalışın daha kiçik, özünüzlə hər yerə apara biləcəyiniz çamadanlar olsun və əsas olan şeyləri özünüzlə götürün. İkinci, orada ünsiyyətdə olacağınız insanlar. Onlar professional şəxslər olmalıdır, bələdçiniz yerli insanları tanımalıdır. Hər kəslə yola çıxmaq olmaz. Üçüncü, həmişə çalışın səyahətinizin maliyyə hissəsini öncədən düşünün. Üstünüzdə əlavə pulunuz olsun ki, bir hadisə baş versə, pullarınızı oğurlasalar, pis vəziyyətdə qalmayasınız. Elə ölkələr var ki, hər hansı hadisə baş verəndə müraciət edəcəyiniz Azərbaycan səfirliyi yoxdur. Mən məsələn pullarımı bölürəm. Bir hissəsi kartda, bir hissə nağd formada, kiçik bir hissəsini isə paltarımda olan gizli ciblərə qoyuram ki, başıma bir iş gəlsə pulsuz qalmayım. Səyahətdə bu qaydadan çıxmıram adətən. Səyahət etmək istəyənlərə öz təcrübələrinizdən hansı məsləhətləri vermək istəyərdiniz? - Birinci, elə insan yoxdur ki, səyahətdən əvvəl onda qorxu hissi olmasın. Bəzən məndə də olur, fikirləşirəm ki, bəlkə getməyim. Ancaq bu hiss təyyarəyə minənə kimi olur. Çalışmaq lazımdır ki, bu qorxunu özündən uzaqlaşdırasan.
TR I PAN E MA .C O M
23
İkinci, bayaq dediyim kimi yola hazırlıqdır. Gedəcəyiniz yerlərin həm təbiətini, həm iqlimini, həm insanlarını, nə qədər təhlükəli, problemli yerləri olduğunu öyrənməlisiniz. Bu gün getmək istədiyiniz yer haqqında məlumat almaq çox asandır. İnsanlar öz təcrübələrini internetdə paylaşırlar. Onların təcrübələrini oxuyub onlara uyğun hazırlıqlar görün. Məsələn, mən Panamaya səyahətim zamanı vaxtım çox az idi. Araşdırma etdiyimdə bir bloqdan Panama kanalında gəmilərin keçidini görmək istəyənlər üçün çox faydalı bir məsləhət oxumuşdum. Həmin şəxs bildirirdi ki, “Miraflores” adlı yerdə gəmilərin keçidi zamanı çox növbə olduğundan, qeyd edim ki, gəmilərin bu keçidi təxminən 14:00-a təsadüf edir, siz bu mənzərəni üçüncü mərtəbədə yerləşən restoranda oturub günorta yeməyi yeyərək birinci sıradan izləyə bilərsiniz. Mən də belə etdim, vaxt qazanmış oldum və istədiyim kimi gəmi keçidini də görə bildim. Ona görə də, öncədən araşdırma mütləq edilməlidir. Üçüncü, heç vaxt planları dəyişdirməkdən qorxmayın. Məsələn, mən Reunion adasına gedəndə adanın sırf özünün vizasını almamışdım deyə adaya buraxılmırdım. Ancaq mən tənbəllik etmədim, Mavriki adasına qayıtdım, Fransa səfirliyinin qarşısında bir neçə saat gözlədim, onları mənə viza verilməsi üçün yola gətirdim, çünki mənə viza vermək istəmirdilər və vizamı alıb yenidən Reunion adasına qayıtdım. Adaya gedəndə də əvvəldən qurduğum planı tamamilə sıfırdan yenidən qurdum. Proqramım dəyişəndə, yaxud viza verilməyəndə, məndə də bir ara hisslər yarandı ki, - bəlkə evə qayıdım? Amma necə deyərlər özümə qayıdıb yeni planımla səyahətimə davam etdim. Qorxmamaq və axıra kimi getmək lazımdır. Oxuculara son sözünüz. - Unutmayın ki, çox şey yaddan çıxır, amma gördüyünüz mənzərələr, səyahətləriniz heç vaxt yaddan çıxmaz, bunlar hər zaman sizinlə qalar. Bunu öz təcrübəmdən deyirəm. Hansısa bir işgüzar görüşlər, açılışlar artıq o qədər təkrarlanır ki, hamısı yaddan çıxır. Amma gördüyünüz mənzərələr heç vaxt təkrarlanmır. Təkrarlanmayan bir şey isə həmişə beyninizdə özünəməxsus yerini tutur və lazım olan anda onları yada salıb, yaxın adamlara, dostlara danışırsınız. Artıq hardasa getdiyiniz yerlər haqqında görəndə “mən burada olmuşam” düşüncəsi o qədər gözəl təsir edir ki... Hər an maraqlı xatirələr canlanır. Bunlar çox xoş hisslərdir. İnsan həmişə pozitiv olur. Ümumiyyətlə, səyahət edən insanların xasiyyətləri də fərqli olur, həmişə müsbət aurada olurlar. Dağa çıxanların isə mənfi xüsusiyyətləri minimum olur. Əgər bir insan “konfort zona”sından çıxıb fərqli, belə desək “diskomfort zona”ya gedirsə, deməli onun dünyaya tamamilə fərqli baxışı var. Çalışın onlardan biri olun.
24
TR I PAN E MA .C O M
TR I PAN E MA .C O M
25
Demain Tout Commence
26
TR I PAN E MA .C O M
`
Bir dəfə Fransada F
ransız filmlərinin ancaq romantik sevgi filmlərindən ibarət olduğunu düşünürsünüzsə, yanılırsınız. Mən sizə fransız rejissorlarının 3 möhtəşəm filmini təqdim edirəm. . Nəriman Əliyev
Jurnalımızın bu buraxılışında sizi bir-birindən möhtəşəm 3 Fransa istehsalı olan filmlə tanış edəcəyik. İlk olaraq “Demain Tout Commence” filmindən başlamaq istəyərdim. Komediya və dram janrında olan filmdə baş rolda Ömər Sinin (Omar SY) oynaması məncə film haqqında artıq ilk təəssüratlar formalaşdırır (yəqin ki, bir çoxunuz onu 1+1 (The Intouchables) filmindən tanıyırsınız). Filmin əksər hissələri komediya janrında olsa da, film sona doğru insanın hisslərini tarıma çəkir. Filmin möhtəşəm alınmasında Ömər Si ilə bərabər olaraq 37 yaşlı gənc rejisor Hüqo Qelinin (Hugo Gélin) əməyini qeyd etməmək mümkün deyil. Film ömrünü qadınlarla keçirən və demək olar ki, heç bir öhdəçiliyi olmayan, məsuliyyətsiz bir gəncdən bəhs edir. Günlərin birində Samuel (Ömər Si) keçmiş sevgilisini qucağında uşaqla yaxtasının qarşısında görür və bütün hadisələr də bundan sonra baş verir! Ata olduğunu öyrənən Samuel, uşağını onun yanında qoyub gedən ananın axtarışı zamanı Londona gedib çıxır. Burada təsadüfən tanış olduğu bir şəxs ona filmlərdə çəkilməyi təklif edir. Bundan sonra qızı ilə Londonda yaşamağa başlayan Samuelin həyatı tam fərqli bir məcraya girir. Mükəmməl ata olmağa çalışan Samueli qarşıda hələ böyük sınaqlar gözləyir... Həm gülmək, həm təsirlənmək, həm də gözəl mənzərələrin şahidi olmaq istəyirsinizsə, vaxt itirmədən “Demain tout commence” filminə baxmağınızı məsləhət görürəm. IMDb: 7.4 Müddət: 118 dəqiqə İl: 2016
TR I PAN E MA .C O M
27
Les Lyonnais F
ransa istehsalı olan bu film mafiyalar haqqında çəkilmiş ən təsirli filmlərdən sayılır. Təsəvvür edin təsadüfən bir xəbər çıxır qarşınıza və öyrənirsiniz ki, Fransanın ən tanınmış bir dəstə başçısının avtobioqrafiyası əsasında film çəkilib. Sizə də maraqlı olmazdı ki, bir vaxtlar real olmuş bir həyatı filmdə belə olsa görmək?! Kasıb “qaraçı” ailəsində böyüyən Edmond Vidal (ləqəbi “Momon”) uşaqlıq dostu Serj Süttel (Serge Suttel) ilə bir “kletka” gilas oğurluğuna görə “qaraçıları” sevməyən polis əməkdaşı tərəfindən həbsə məhkum edilir. Həbsdə daha bir nəfər Kristo ilə tanış olur. Hər şey də məhz bundan sonra başlayır... O, həbsdən çıxdıqdan sonra bir dəstəyə qoşularaq oğurluğun bütün taktikalarını öyrənir. Sonradan dəstəni tərk edərək dostları ilə birgə “Gang des Lyonnais” (“Lyon gang”) adlı dəstəni qurur. 1970-ci illərin ən səs-küylü bank soyğun hadisələrinə səbəb olan bu dəstə bir müddət öz fəaliyyətini davam etdirir. 1974-cü ildə isə polis tərəfindən həbs edilirlər. Sakit həyat keçirmək istəyən Momon “təqaüdə” çıxmaq qərarına gəlir. Artıq sakit həyat tərzi keçirən keçmiş mafiya liderinin planlarını keçmiş dostu pozur. Mafiyadaxili məsələlər filmdə hər xırdalığına kimi canlandırılıb. Filmin əsas mövzusu isə doğru və yanlış dostluqlardır. Hətta deyə bilərəm ki, mənim üçün filmdə ən təsirli söz polis əməkdaşının Momona dediyi sözdür: “Hər kəs seçdiyi dostluqlarda yanıla bilər.” Film olduqca axıcı və maraqlı ssenariyə sahibdir. Edmon Vidal öz müsahibələrinin birində filmə 3 dəfə baxdığını bildirib. Edmond Vidalın hal-hazırda 72 yaşı var. Fransanın Lion şəhərində ailəsi ilə birgə yaşayır. Rejissor: Olivye Marşal (Olivier Marchal) Film heyəti: Jerar Lanven (Gerard Lanvin), Çeki Kariyo (Tcheky Karyo), Daniel Duval IMDb: 7.0 İl: 2011 Müddət: 102 dəqiqə
28
TR I PAN E MA .C O M
`
TR I PAN E MA .C O M
29
30
TR I PAN E MA .C O M
Elbrus
TR I PAN E MA .C O M
31
De to nos fo
32
TR I PAN E MA .C O M
outes orces 2013-cü il istehsalı olan “De toutes nos forces” filmini mənim fikrimcə son illərdə ekranlara çıxmış ən yaxşı motivasiya filmlərinin siyahısına əlavə etmək olar. Fiziki qüsurlu bir gəncin həyatından bəhs edən film, izləyiciyə insanın öz arzuları yolunda hər hansı bir əngəlin olmadığını, istərsə hər bir maneəni rahat aşa biləcəyini çox təsirli şəkildə göstərir. Julien adlı bu gənc fiziki qüsurlu olmasına baxmayaraq, keçmiş çempion atası ilə münasibətləri düzəltmək üçün “Dəmir Adam” (Ironman) yarışında iştirak etmək qərarına gəlir (qeyd edim ki, Ironman yarışı 3 hissədən – 3.86 km üzgüçülük, 180 km velosipedlə yarış, 42.2 km marafon qaçışı – ibarət 17 saat ərzində tamamlamalı olan triatlondur). Ata və oğul arasında keçən dialoqlar isə olduqca təsirli alınıb. Qarşıya qoyulan məqsədə çatmaq üçün ata-oğul bütün səylərlə yarışa hazırlaşır. Julienin bu arzusu bütün ailənin vahid bir məqsəd uğrunda yenidən birləşməsinə səbəb olur. Filmdə əsas suallardan biri isə budur: “Onlar bunu bacaracaq?!” Filmə baxdıqdan sonra sizin dünyaya baxışınız dəyişəcək və artıq heç vaxt edə bilmərəm dediyiniz arzularınızı reallaşdırmağa çalışacaqsınız. Film insana arzuladığınız hər şeyin mümkün olduğunu öyrədir. Filmi izlədiyiniz zaman siz Fransanın təbiətinə sözün əsl mənasında vurulacaqsınız. Filmə baxdıqdan sonra Nitsa şəhərini mən “görməli olduğum şəhərlər” siyahısına əlavə etdim. Olduqca möhtəşəm mənzərələrdə çəkilmiş film insanı sadəcə valeh edir. Olduqca təsirli və motivasiya dolu filmi vaxt itirmədən izləməyinizi məsləhət görərdim. IMDb: 6.6 Rejissor: Nils Taverne (Nils Tavernier) Film heyəti: Jak Qamblen (Jacques Gamblin), Aleksandra Lami (Alexandra Lamy), Fabyen Xerod (Fabien Héraud) Müddət: 86 dəqiqə
TR I PAN E MA .C O M
33
TripŞot
izi Havana, Kubanın təbiəti, əhalisi, yaşayış tərzi ilə 2015-ci ildə etdiyi S səyahəti zamanı çəkdiyi şəkillərlə Ayxan Xəlilov tanış edəcək.
34
TR I PAN E MA .C O M
TR I PAN E MA .C O M
35
36
TR I PAN E MA .C O M
TR I PAN E MA .C O M
37
38
TR I PAN E MA .C O M
TR I PAN E MA .C O M
39
40
TR I PAN E MA .C O M
TR I PAN E MA .C O M
41
42
TR I PAN E MA .C O M
TR I PAN E MA .C O M
43
44
TR I PAN E MA .C O M
TR I PAN E MA .C O M
45
46
T R I PA N E M A . CO M
T R I PA N E M A . CO M
47
48
T R I PA N E M A . CO M
T R I PA N E M A . CO M
49
50
T R I PA N E M A . CO M
T R I PA N E M A . CO M
51
52
T R I PA N E M A . CO M
T R I PA N E M A . CO M
53
Say 31
04 Avgust
2017
Bizimlə əlaqə: gular@vizam.az +99450 300 0135 World Business Center, 20-ci mərtəbə Bakı, Azərbaycan AZ1009 Müəllif Hüquqları Tripanema Magazine Tərəfindən Qorunur ©
(c) Jakob Owens