Tripanema Magazine Nº2

Page 1

“Onlara yəqin heç kim dizi üstdə qızılgül verməyib” səh. 20 ©Mövlan İman




Mündəricat

8. Bəlkə bir az Risk?! Həyat risklərlə doludur. Gündəlik həyatımızda belə hər gün riskli qərarlar vermək, addımlar atmaq məcburiyyətində qalırıq. Desək ki, risklər həyatımızın ən vacib parçasına çevrilib yanılmarıq.

12. Eşitmişəm ki... Eşitmişəm ki, səyahət zamanı yemək problemləri ilə qarşılaşan bir çox veqan və vegeterianlar üçün səyahət həddindən artıq çətin və məyusluqlarla dolu ola bilir.

32. Filmlər - Bir dəfə Braziliyada Bu dəfəki, buraxılışımızda sizi Braziliyaya səyahətə aparmağa qərara aldım. Sizi əmin edə bilərəm ki, bu filmləri izlədikdən sonra Braziliya haqqında təsəvvürləriniz daha da genişlənəcək.

38. 5 ilə 100 ölkə Lakin qurulmuş səyahət planlarına əsasən bu tələblər zamanla yüksələcək. İlk səyahətimizi qismən ucuz və daha yaxın ölkələrə edəcəyik. Bu plan Qara Dəniz Hövzəsi adlanır və Gürcüstan, Türkiyə, Bolqarıstan, Rumıniya, Moldova (Qara Dəniz Hövzəsi olmasa belə) və Ukraynanı özündə əks etdirir. 4

TR I PAN E MA .C O M


Redaksiya İdeya Müəllifləri Baba Ağayev & İsmayıl Vəlizadə

Baş Redaktor Gülər Ağayeva

Komandamız Əhmədiyyə Hacıyev Leyla Həsənova Nicat Aslanov İlahə Süleymanlı Ələkbər Kərbəlayev Aytac Hacıyeva Nərmin Knyaz Mövlan İman

Redaktordan Hörmətli oxuyucularımız, Tripanema jurnalı bu buraxılışı ilə yenidən sizi adrenalin dolu səyahətə aparır. Ənənəvi olaraq, 5 ilə 100 ölkəni gəzmək üçün Baba Ağayevin məqaləsini oxuyaraq növbəti addımlarımız barədə xəbərdar olacağıq. “Gəzəyənlər”in başlarına gələn maraqlı əhvalatlarını dinləyib, səyahət tövsiyələrini qeyd edəcəyik. İlahə Süleymanlı yenə də facebook qrupdan maraqlı postları sizə təqdim edir. Texnologiyanın inkişafı Ələkbər Kərbəlayevi yenə də kompüter arxasına keçib yazmağa vadar edib. Tech-in Travel bölməsində bu dəfə o, hava yollarını müqayisə edir. Leyla Həsənova deyəsən yenə yeni məlumatlar eşidib. “Eşitmişəm ki...” deyib vegeterian və veqanları sevindirəcək. Aytac Hacıyeva isə bu dəfə Braziliyaya səyahət edib, maraqlı kinolarla sizi də oralara aparmaq niyyətindədir. Nicat Aslanov jurnalımıza yeni bölməsi ilə adrenalin qatmaq fikrindədir. “Bəlkə bir az risk?!” deyib, səyahətinizə adrenalin qatmaq fikrindədir. Nərmin Knyaz 16 İyul 2017-ci il tarixində keçiriləcək “Travelx: Travel Challenges” layihəsinin spikerlərindən olan Hüsniyə Məhərrəmova ilə söhbət edib. Hüsniyə Məhərrəmova işgüzar səyahətləri zamanı başına gələn maraqlı hadisələri bizimlə bölüşüb. Söz verdiyimiz kimi, jurnalımızın hər buraxılışında TripŞot bölməmizdə səyyahların səyahəti zamanı kameralarına tuş gələn maraqlı şəkilləri bölüşəcəyik. Bu bölməmizə mütləq göz gəzdirin. Bütün komandamız bu səyahətiniz boyunca sizin yanında olmağa söz verir. Kəmərləri bağlayın, uçuşa başlayırıq. Gülər Ağayeva

TR I PAN E MA .C O M

5


GƏZƏYƏNLƏR Dünyanın ən gözəl yerlərindən biri olan Bali adası İndoneziyanın 16 000 adasından biridir. Hər nə qədər ölkəmizdən uzaqda yerləşsə də, insan adanı bir dəfə gördükdən sonra növbəti dəfə getməyə can atır. Rəşid Bayramov

B

Bali

Tanrıların adası

6

TR I PAN E MA .C O M

akı-Doha-Bali (Denpasar) reysi ilə adaya təxminən 13-14 saatda çatmaq mümkdündür (Bakıdan Dohaya 3 saat, təxminən 1-2 saat aeroportda gözləmə və Dohadan Baliyə 8 saat). Ən böyük üstünlüyü Azərbaycan vətəndaşları üçün viza yoxdur və rahatca adaya getmək mümkündür. Bali ekvatorda yerləşdiyindən ilin bütün fəsillərində 30 dərəcədən çox isti olur. Bəzi aylarda musson yağışları olur, amma bu heç kimin gözünü qorxutmasın, çünki yağışlar adətən gecə saatlarında yağır, səhər isə yağışdan əsər-əlamət qalmır. Mən dekabr ayında ora getməmişdən əvvəl internetdə dekabr ayının ən şiddətli musson yağışları dövrü olduğunu oxuyub düzü narahat olsam da, orada qaldığım 15 gün ərzində yalnız 1 dəfə gündüz saatlarında yağış yağdığını gördüm. Yəni istənilən fəsildə rahatca gedilə biləcək bir yerdir. Təyyarədə gedərkən yanımda oturan İngiltərə vətəndaşı 16 ildir ilin 1 ayını Baliyə yaşadığını, hər dəfəsində eyni həyəcan və zövqü aldığını deyib ağızdolusu buranı təriflədikdə düzü adaya tez çatmağa daha da can atırdım. Balidə istifadə edilən pul vahidi İndoneziya rupisidir. (100$ -1 350 000 IDR). Deməli, aeroportda qapıdan içəri girdiyimiz andan etibarən Balidən ayrılana qədər insanlar bizimlə ancaq gülərüzlə rəftar edirdilər. 15 gün ərzində mən burada narahat vəziyyətdə olan insan üzü demək olar görmədim. Gedəcəklər üçün Balidə “Bluebird” firmasına məxsus taksiləri və ya


Uberdən istifadə etməyinizi məsləhət görürəm. Taksiyə oturduğunuz andan taksimetrəni açmasını deyin, yoxsa 2-3 qat baha başa gəlir. “Bluebird” taksilərini istənilən yerdə rahatca tapmaq mümkündür. Bali adası 4 əsas bölgədən ibarətdir: Nusa Dua, Kuta, Seminyak, Ubud. Adaya gedən şəxslərə 15 gündən az getməməyi məsləhət görürəm. Yolun uzaqlığı və gəziləcək yerlərin çoxluğunu nəzərə alaraq, 1 həftə getmək mənasızdır. Bəli, maddi cəhətə gəldikdə, Bali dünyanın ən ucuz yerlərindən biridir. İctimai nəqliyyat olmadığı üçün burada baha olan tək taksilərdir. Qalan bütün hər şeyyemək, əyləncə, masaj, gəzinti və s. minimum büdcə ilə etmək mümkündür. Nəqliyyat problemini həll etmək üçün scooter kirayəyə götürmək olar. Günü 5-10 dollara başa gəlir. Benzin ucuzdur. Bizim sürücülük vəsiqələri orada tanınmır. Amma scooter sürən o qədər çoxdur ki, heç yoxlayan da yoxdur. Ya da ən gözəli avtostop edin. İnsanlar heç bir problem olmadan maşınla sizi istədiyiniz yerlərə aparır. Deməli, Nusa Dua bölgəsi ancaq mehmanxanaların olduğu və imkanlı təbəqələrin yaşadığı ərazi sayılır (Mehmanxanalar kifayət qədər ucuzdur. 4 ulduzlu okean kənarında yerləşən mehmanxanada 2 nəfərlik otağı günü 50 AZN-ə bron etmək mümkündür). Kuta və Seminyakı Balinin mərkəzi hesab etmək olar. 3-4 ulduzlu mehmanxanaları rahatca 1-2 gün öncədən bron etmək mümkündür. Ubud bölgəsi isə Balinin dağlıq və meşəlik hissəsində yerləşir. Meymun meşəsi, Düyü terrasları, kofe plantasiyaları, vulkanik dağlar və göllər, sayısız şəlalələr. Adanın Ubud adlanan hissəsində okean olmasa da, təbiətdə axtara biləcəyiniz hər şeyi burada tapa bilərsiniz. Həmçinin, Ubud bölgəsində günlük 25-50 USD aralığında ödəniş müqabilində 2-3 otaqlı, şəxsi hovuzu olan villalar kirayəyə götürə bilərsiniz. Ada başdan ayağa turist qaynayır. Əsasən, Avstraliya, Çin, Koreya, Rusiyadan olan turistlər çoxluq təşkil edir. Adada hər addımda masaj salonları var. Mənim fikrimcə, dünyada ən ucuz və keyfiyyətli masaj Balidədir. Müqayisə etsək, Antalyada hər hansı

mehmanxanada 1 saatlıq masaj minimum 50 USD-dən başlayır. Lakin Balidə 50 000-100 000 İDR (təxminən 10 AZN) ödəyib 1 saat masaj etdirmək mümkündür. Ən məsləhətlisi adada 5 gün Nusa Dua, 7-8 gün Kuta və Seminyak, 2-3 gün isə Ubud hissəsində qalmaqdır. Bəli, bir də Balinin təxminən 1 saatlığında yerləşən “Gili-Air island” isə başqa hekayədir. Adada yalnızca scooter, velosiped və faytonla gəzmək mümkündür. Avtomobil yoxdur. Mehmanxanalar çox ucuzdur. Kuta bölgəsindən 20 AZN ödəyərək katerlə həmin adaya gedə bilərsiniz. “Bali Discount” adlı firmanın facebook sosial şəbəkəsində yerləşən səhifəsi vasitəsilə bütün adanı günlük 50 AZN ödəməklə

gəzə bilərsiniz. Özləri rus, ingilis dili bilən sürücü və avtomobil göndərirlər. 1 gün dayanmadan bütün adanı gəzdirir və izah edir. Həmçinin, adanın Kuta bölməsində dünyanın ən böyük 2-ci, Asiyanın isə ən böyük aquaparkı yerləşir. Aquaparka giriş qiyməti 35 AZN-dir və içəridə sonsuz adrenalin yaşamaq mümkündür. Sonda deyim ki, bir gün şans olarsa Baliyə mütləq gedin, bu adaya çatdıqdan sonra heç pul olmadan belə 1 ay keçirmək olar. Couchsurfing vasitəsilə müxtəlif evlərdə qalmaq, “Helpex” vasitəsilə isə işləyib pul qazanmaq mümkündür. Mehmanxanaların bir çoxu gündə 1-2 saatlıq işləməyin qarşılığında pulsuz otaq və yeməklə təmin edirlər.

TR I PAN E MA .C O M

7


Bəlkə bir az Risk?!

Həyat risklərlə doludur. Gündəlik həyatımızda belə hər gün riskli qərarlar vermək, addımlar atmaq məcburiyyətində qalırıq. Desək ki, risklər həyatımızın ən vacib parçasına çevrilib yanılmarıq.

G

əlin etiraf edək ki, elə onlar həyatımıza xüsusi rəng qatır. Lakin çox insanlar risk etməkdən çəkinir və həyatlarına olduğu kimi davam edirlər. Bəziləri isə heç çəkinmədən risklərə əl atır və həyatlarını daha rəngli etməyə çalışırlar. Bu risklər həyatımızın ən gözəl anlarını yaşadığımız səyahətlərimizdə də öz əksini tapmışdır. Hal-hazırda səyyahlar adrenalin dolu səyahətə üstünlük verirlər. Mən də bu rubrikamızda məhz həyatımızda xüsusi iz buraxacaq “macəra”lardan sizi xəbərdar edəcəyəm. Bu buraxılışımızda sizlərlə göyün ən hündür qatlarına səyahət edərək həyatdan necə zövq əldə edəcəyimizdən söhbət açmaq istəyirəm. Təsəvvür edin ki, göyün ən hündür qatında yer üzündən kənar, səssiz, problemlərsiz bir macəra... Necə də gözəl səslənir, elə deyilmi?! Bəli, Skydiving... İnsanın ruhunu oxşayan, müvəqqəti olaraq hər şeydən uzaq, lakin risklə dolu macəra. Bəs siz, həyatınızda bu cür riskli, əyləncəli, fərqli adrenalin dolu hansı idman növlərini sınamısınız? Bizə yazın gələcək buraxılışlarımızda yayımlayaq. Keçək macəramıza. Skydiving hər il 3 milyon insan bu əsrarəngiz atraksiyondan istifadə edir. Bəs bu nəfəskəsən atraksiyondan istifadə etmək üçün hansı ölkələrə üz tutaq?

8

TR I PAN E MA .C O M

Cavab: Dubay (BƏƏ), İngiltərə, Havay adaları, Böyük Kanyon (ABŞ) və hətta Viktoriya şəlaləsindən (Zimbabve) tutmuş dünyanın ən hündur zirvəsi Everestə qədər...

yüksəkliyində bu həyəcanı yaşamaq üçün 300-400 USD ödəyib və https:// www.ukskydivingadventures .com online veb saytından bron edə bilərsiniz.

Viktoriya şəlaləsini görmək hamımızın arzusudur, onun üstünə bir də oradan aşağıya doğru uçmaq əlavə bir əvəzsiz bonusdur (düşünün ki ayın sonunda işdən sizə 10.000 USD dəyərində bir bonus verirlər, baxın bu, o hissdən belə üstün bir hissdir). 3048 metr hündürlüyündə möhtəşəm bir mənzərə... və 25 dəqiqə vaxtınız var. Vaxtınız azdır, həzzi yaşayın! Bu uçuş zamanı göyqurşağının bir görüntüsünü görəcək qədər şanslı ola bilərsiniz. Bütün bu hisslər üçün isə siz cəmi 230-300 USD məbləğinizdən keçməli olacaqsınız. Oralara yolunuz düşsə, mütləq sınayın.

Çox istərdik ki, bütün səyyahlar bu möhtəşəm həyəcanı Viktoriya şəlaləsi, Havay adaları və Everestdə sınasın, lakin ölkəmizdən bizə ən münasib Dubay olduğu üçün sizi oradakı Skydiving qiymətləri barədə məlumatlandıracağam.

Yox əgər siz dünyanın ən hündür nöqtəsi olan Everestdən - 7000 metr hündürlükdən bunu etməyi düşünürsünuzsə, nə az nə də çox 22 000 USD ödəməyiniz və 6 ay öncədən sifariş etməyiniz məsləhət olunur. Qiymət yüksək ola bilər, amma siz bununla həm dünyanın ən hündür nöqtəsinə səyahət etmək, həm də adrenalin yaşamaq şansına maliksiniz. http://www.everest-skydive.com saytı vasitəsilə səyahətinizi təşkil edə bilərsiniz. İngiltərədə

isə

4570

metr

Burada Skydiving etmək üçün minimum 18 yaşınız olmalı və şəxsiyyət vəsiqəniz və pasportunuzu özünüzlə gətirməlisiniz. Qadınlar üçün maksimum çəki 90 kq, kişilər üçün isə bu 100 kq hesab olunur. Əgər hər hansı bir narahatçılığınız varsa mütləq şəkildə həkimdən təsdiq sənədini almalısınız. Öncədən rezerv etmək çox sadədir: http://www.skydivedubai.ae saytı vasitəsilə 500 USD ödəməklə siz asanlıqla bron edə bilərsiniz. İndi isə sizə Dubayda bu əyləncəli idman növünü həyata keçirmək üçün keçəcəyiniz mərhələlərdən danışacağam: 1 ) Göstərdiyiniz vaxtda qeydiyyat yerində olun. Burada gülərüzlə qarşılanacaq və başınıza gələ biləcək təhlükələrə qarşı məsuliyyəti öz üzərinizə götürdüyünüz barədə forma dolduracaqsınız. Daha sonra isə təhlükəsizliyiniz üçün boy və çəkiniz hesablanacaqdır. 2) Təlimatçı və GoPro təcrübəniz


boyunca sizinlə birlikdə olacaq. Təyyarəyə daxil olmamışdan 20-30 dəqiqə əvvəl təlimatçı tərəfindən sizə bütün proses izah ediləcək, təhlükəsizlik kəməri, ən yaxşı atlama mövqeyi ilə tanış olacaqsınız. 3) Siz atlayışdan əvvəl Gopro ilə görüşəcək və gülümsəməniz söylənəcəkdir. 4) Qısa müddət sonra isə təyyarə olan hissəyə aparılacaq və təlimatçınız ilə birlikdə təyyarəyə daxil olacaqsınız. 5) Təyyarə havaya qalxdığı zaman göyüzündən Palm Jumeira adasının möhtəşəm gözəlliyinin şahidi olacaqsınız. Bu təxminən 20 dəqiqə davam edəcək və bu müddət ərzində sizdən qısa müsahibə verməyiniz istəniləcəkdir. 6) Təyyarə 4000 metr hündürlüyə çatdıqda atlayışa az qalmış təlimatçının önünə keçəcək və son dəfə yoxlanılacaqsınız. 7) Artıq atlayış vaxtıdır! Təlimatçınız ilə birlikdə təyyarədən tullanaraq 60 saniyə boyunca sərbəst düşəcəksiniz. Bu zaman gülümsəməyi və bizə “salam” göndərməyi unutmayın. 8) Artıq 1800 metr hündürlüyə çatdığınız zaman paraşütünüz açılacaq və Dubayın təsəvvür edə bilməyəcəyiniz mənzərəsini 4-5 dəqiqə müddətində paraşütlə seyr edəcəksiniz. 9) Eniş zamanı gəldi... Möhtəşəm missiyanızı tamamladınız... Siz asanlıqla satış mağazasından şəkil və videolarınızla ilə tanış ola bilərsiniz. İndi isə sizə bu əyləncəli, riskli və həyəcanlı idman növü haqqında maraqlı faktları qeyd etmək istəyirəm. Maraqlıdır ki, bu həyəcanlı idman növünü edən ən az yaşlı şəxs 4 yaşında uşaq olmuşdur. Daha bir maraqlı fakt isə 91 və 93 yaşlı insanların doğum gününü qeyd etmək üçün bu inanılmaz təcrübəni seçmişlər. Bəs siz nəyi gözləyirsiniz ?! Hər birinizə həyəcan, adrenalin və risk dolu səyahət arzu edirəm! Nicat Aslanov

TR I PAN E MA .C O M

9


Evdən çıxma, onlayn al!

G

ünümüzdə kompüterimizin qarşısında oturaraq önəmli işlərimizi həll edə bilirik. Səyahət etmək istəyənlər isə bu texnologiya sayəsində işlərini olduqca asanlaşdırıb. Yaxın keçmişə qədər aviakassalara yaxınlaşıb bilet alırdıqsa, artıq onlayn bilet veb səhifələri bunu üstələyib. 1 kliklə istədiyiniz yerə, istədiyiniz zaman aralığında, istədiyiniz hava yolu şirkəti ilə, cibinizə uyğunluğuna görə, kriteriyaları seçib biletinizi evinizdə ala bilirsiniz. Bu cür veb səhifələr çoxluq təşkil etsə də, ən çox istifadə olunan 5 onlayn bilet səhifələrinə gəlin bir yerdə baxaq. Əsas olaraq Bakı-Paris, Bakı – Rio və Bakı – Banqkok istiqaməti üzrə 1-9 sentyabr arası tarixlərin qiymətlərini nəzərə alacağıq (qiymətlər nisbidir və 10.06.2017 tarixi valyuta nəzəriyyəsinə görə hesablanmışdır.) İlk olaraq Bakı – Paris (Heydər Əliyev Beynəlxalq Hava limanı - Charles De Gaulle Hava limanı) istiqaməti üzrə, sırası ilə “Momondo”, “Onetwotrip”, “Opodo”, “Govego” və “Aviasales” veb səhifələri üzrə qiymətlərə nəzər yetirsək, Bakıdan Parisə getmək üçün Ukrayna Hava Yolu Şirkətinin ən ucuz qiyməti təklif etdiyini görə bilərik ($ 456). Bakı – Paris

10

TR I PAN E MA .C O M

Tech-in Travel Momondo Onetwotrip Opodo Govego Aviasales


Bakı - Rio (Heydər Əliyev Beynəlxalq Hava Limanı - Rio De Janeiro Beynəlxalq Hava limanı) istiqamətində isə təbii ki, məsafə baxımından qiymətlər yüksəkdir. Ən ucuz təklifləri isə başda “AZAL” olmaqla “Emirates” və qiyməti digər ikisinə nisbətən baha olan “Deutsche Lufthansa” təklif edir.

Bakı - Banqkok istiqaməti (Heydər Əliyev Beynəlxalq Hava Limanı Suvarnabhumi Hava limanı) üzrə ən sərfəli qiymətləri təklif edən şirkətlər isə “Emirates” , “Turkish Airlines” və “Air Astana” avia şirkətləridir. Bu şirkətlər arasında isə ən sərfəlisi “Air Astana” kimi görünür ($572).

Bakı - Rio

Bakı - Banqkok

Ələkbər Kərbəlayev

TR I PAN E MA .C O M

11


Eşitmişəm ki... E

şitmişəm ki, səyahət zamanı yemək problemləri ilə qarşılaşan bir çox veqan və vegeterianlar üçün səyahət həddindən artıq çətin və məyusluqlarla dolu ola bilir. Lakin son dövrlərdə veqanlığın geniş yayılması restoranları və aşpazları bu yeni trendlə ayaqlaşmağa vadar edir. Hətta artıq elə şəhərlər var ki, tamamilə veqanlar üçündür deyə bilərik. Budur, sizə səyahəti veqanlar üçün daha asan edən 10 şəhəri təqdim edirəm (mənbə: www.independent.co.uk) Leyla Həsənova

12

TR I PAN E MA .C O M


Turin (İtaliya)

T

urin, Pyemont regionunun paytaxtı, İtaliyanın ilk rəsmi “vegetarian şəhəri” olma potensialındadır. Vegetarianlara xidmət edən 30-dan çox restoran, kafe və mağazaları ilə Turinin veqan qəlyanaltıları da artır və buna görə də, Turin Turizm vegetarianları kulinariya sahəsində istiqamətləndirmək üçün bir siyahı yaratmışdır.

Berlin (Almaniya)

B

erlin də veqanlar üçün yeni paytaxt şəhəri olmağa iddialıdır. 50dən çox sırf veqan və vegetarian restoran, kafe və dondurmacıları, həmçinin, veqan əhalisinin 80.000 olduğunun təxmin edilməsi ilə bu şəhər yavaş-yavaş nüfuz əldə edir. Hər il avqustda keçirilən “Veganes Sommerfest Berlin” festivalı (özündə musiqi, oyunlar, atletika və moda nümayişini cəmləşdirir) təqribən 60.000 insanı cəlb edir.

TR I PAN E MA .C O M

13


Helsinki (Finlandiya)

B

paxladan ibarət olan ət əvəzedicisi isə yaxında Finlandiyanın ən böyük ixrac ərzağına çevrilə bilər. Veqanlığın getdikcə artmağı bu ehtimalı heç də qeyri-mümkün etmir.

Melburn (Avstraliya)

axmayaraq ki, veqan restoranları Helsinkidə çox azdır, lakin bu tərz yeməyi bişirməyi bacaran aşpazlar kifayət qədərdir. Burada yerləşən vegetarian restoranları isə daha çox bitki əsaslı mətbəxə üstünlük verir, xüsusilə də çəkilmiş yulaf buradakı vegetarian mətbəxlərinin vazgeçilməzidir. Hətta, buradakı kafelərdə vegetarianlar üçün yulaf südü belə menyuya daxil edilir. “Nyhtökaura” adlanan, Skandinaviya yulafı və

B

axmayaraq ki, Avstraliyanın ikinci böyük şəhəridir, amma bu sahədə hər zaman qabaqcıl şəhərlərdən biri olmuşdur. Lakin son illərdə veqan hərəkatı burada nəzarət edə bilinməyəcək qədər genişlənmişdir. Pizza sevər veqanlar “Red Sparrow Pizza”da

14

TR I PAN E MA .C O M

ləzzətli vegetarian pizzalarından zövq ala bilər. Dəbdəbəli yemək təcrübəsi yaşamaq istəyənlər isə “Transformer”ə müraciət edə bilər.


Tel Əviv (İsrail)

V

eqanlıq İsraildə bir müddət artımda olmuşdur, lakin işlər 2014-cü ilin dekabrında etirazcı İsrail əsgərlərininin yeməkxana menyularına veqan seçənəklərinin daxil olmadığı halda üsyan təhdidləri ilə öz zirvəsini yaşadı. Əhalisinin təxminən 5%nin veqanlığı seçməsi ilə İsrail hal-hazırda dünyanın ən böyük veqan millətidir. Hətta ölkədə “Vegan Experience” adında ilk veqan aşpazlıq məktəbi vardır. Hər il sentyabr ayında isə Tel

Əviv dünyanın ən böyük veqan festivallarından biri olan “Vegan-Fest” festivalına ev sahibliyi edir. Bundan əlavə, burada fars və gürcü mətbəxlərinin təsirində olan veqan restoranlarına da rast gələ bilərsiniz. Buna misal olaraq, fars abu-havasında olan, öz mətbəxində ancaq meyvə, tərəvəz, qoz-fındıq və göyərti inqrediyentlərindən istifadə edən “Zakaim” restoranını və ya dünyanın ilk tam veqan gürcü restoranı olan “Nanuchka”nı göstərmək olar.

Ostin (Texas, ABŞ)

O

stin şəhəri bəlkə də bu siyahıda olan ən gözlənilməz şəhərlərdən biridir. Texas əhalisinin əksəriyyəti “veqan” sözünün gerisində qalsalar da - hətta düzünü desək onlardan bir çoxu bu sözün nə mənaya gəldiyini bilməsələr də - Ostin bu qidalanma

rejminə çox yaxşı yanaşır. Buna görə də, siz burada çoxlu veqan və vegetarian restoran, kafe və dondurmacılarına rast gələ bilərsiniz.

TR I PAN E MA .C O M

15


Çennai (Hindistan)

H

də çətin bir iş deyil. Hindistanın cənubunda yerləşən Çennai şəhəri isə bu sahədə Hindistanın lider şəhəri adlandırıla bilər. Dəbdəbəli restoranları sevən vegetarianlar üçün isə burada ən məsləhət görülən restoran, beş ulduzlu “ICT Grand Chola” otelində yerləşən “Royal Vega” restoranıdır.

San-Fransisko (ABŞ)

eç kimə sirr deyil ki, qərbdə veqanlığın yeni yayılmasına baxmayaraq, Hindistanda vegetarianlıq uzun illər boyu hindlilərin itaət etdiyi dinlərdən və mədəniyyətlərdən kök almışdır. Vegetarianlıq bir növ hindlilərin həyat tərzinə çevrilmişdir. 50%-ə yaxın əhalisi vegetarian olan bir ölkədə vegetarianların yemək seçimləri tapması, şübhəsiz, o qədər

Ö

zünün sağlam və hippi həyat tərzi ilə SanFransisko dünyanın ən yaxşı və ən innovativ veqan və vegetarian yeməklərinin beşiyidir. Siz heç yerdə rast gələ bilməyəcəyiniz veqan Meksika yeməkləri ilə burda tanış ola bilərsiniz. Əgər siz

16

TR I PAN E MA .C O M

bu yeməklərdən dadmaq istəyirsinizsə, “Gracias Madre” restoranına baş çəkə bilərsiniz. Və əlbəttə ki, siz əgər veqanlığı seçmisinizsə, bu o demək deyil ki, öz suşi sevginizi buna görə qurban verməlisiniz. Buradakı “Shizen” öz innovativ və dadlı yeməkləri ilə sizin xidmətinizə hazırdır.


Vankuver (Kanada)

Y

aşamaq standartlarına görə dünyanın üçüncü ən yaxşı şəhəri– Melburn və Vyennadan sonra – Vankuver dünyada veqanlığın səviyyəsinə görə tərif alan şəhərlərdən biridir. Hal-hazırda Vankuverdə yaxşı veqan seçənəkləri təklif edən çoxlu restoranlar tapa bilərsiniz. Etiraf etmək lazımdır ki, onlar heç vaxt tam veqan restoranları kimi yaxşı veqan yeməkləri

hazırlamaya bilərlər. Lakin siz Vankuverdə veqanları xoşbəxt edə biləcək, veqan olmayanları isə ət üçün darıxmağa qoymayacaq “The Naam”, “The Acorn”, “The Wallflower”, “Bandidas Taqueria”, “Heirloom” kimi restoranlara rast gələ bilərsiniz.

London (İngiltərə)

S

on illərdə Londonda veqanlıq daha da inkişaf etməyə başlamışdır. Bu şəhər bir dəfə PETA tərəfindən dünyanın ən yaxşı vegetarian şəhəri seçilmişdir. Bu seçim təkcə şəhərin 100-dən çox veqan və vegetarian restoranlarına görə yox, həmçinin də müxtəlif

ətsiz etnik mətbəxlərinə görədir. London həmçinin veqan tato mərkəzi olan “Fifth Dimension Tatto”nun məkanıdır.

TR I PAN E MA .C O M

17


18

TR I PAN E MA .C O M


TR I PAN E MA .C O M

19


20

TR I PAN E MA .C O M


Tanımayanlara özünüzü necə tanıdardınız?

-Hüsniyə. O qədər işlə məşğul oluram ki, bilmirəm hansını deyim. Əsasən məni aparıcı kimi tanıyırlar. Bir də mənə “Eurovision” damğası vurulub hamı məni onunla əlaqələndirir. Lakin son zamanlar bu məni çox əsəbləşdirir, çünki “Eurovision”dan daha maraqlı işlərlə məşğul oluram. Ona görə də sadəcə Hüsniyə, “Eurovision”sız (gülür).

İşgüzar səfərlərin hər hansı bir çətinliyi varmı?

-Sevə-sevə etdiyiniz heç bir şeyin çətinliyi ola bilməz. Qeyd edim ki, mənim səyahətlərim aparıcı olduqdan sonra başladı. Yəni aparıcı olduqdan sonra işgüzar səfərlərə göndərildim və beləliklə bu xəstəliyim - çoxlu səyahət etmək həvəsi başladı.

Səyahətləriniz zamanı şahidi olduğunuz ən maraqlı hadisə?

-Çox olub. İndi yadıma düşən - cinsi azlıqların toyunda iştirak etmişdik. O bir qədər fərqli və yadda-qalan oldu. Ətrafda yalnız homoseksuallar, səhnədə romantik abu-hava, razılıq sözləri - bütün bunlar 4 azərbaycanlı üçün ilk təcrübə idi və əminəm ki hamıya ətrafdan biz daha maraqlı görünürdük. Çünki ilk dəfə belə bir hadisənin şahidi olmuşduq.

Getdiyiniz ölkələrdə ən əsas nələri görmək sizə maraqlıdır?

-Mənə elə gəlir ki, mən vağzal, aeroportlarda yaşaya bilərəm. Mənə ev lazım deyil. Mən ancaq səyahət edim və tranzitlərdə gecələyim. Mənim uşaqlıqdan arzum olub ki, vağzalda qalım. Amma hələ qismət olmayıb. Sadəcə ən uzun tranzitlərdən birini Frankfurtda yaşamışam, baxmayaraq ki çıxmağa, mehmanxanada qalmağa imkan var idi, amma yox. Mən orda qalmağı seçdim, çünki onun ləzzəti başqadır. Axı sonra gedib hamıya danışmalıyam ki mən oturacaqda yatmışdım (gülür). Əlbəttə ki, növbəti uçuşa gecikməmək üçün saatı qurmağı da unutmamışdım. Hər bir şey mənim üçün maraqlıdır. Baxmayaraq ki mən guya ki “ulduz” statusundayam, hərçənd mən özümü heç vaxt elə hiss etməmişəm və ictimai nəqliyyatdan istifadə edə bilərəm. Sadəcə rahatlıq üçün öz avtomobilim var. Amma digər ölkələrə gedəndə, ən əsas da Avropada, harada ki nəqliyyat sistemi rahatdır, mən orada mütləq tramvaya minməliyəm.

Aeroportlarda tranzitlərdən danışdıq, bəs getdiyiniz ölkələrdən hansının aeroportu yatmaq üçün daha əlverişlidir, sizə daha doğma gəlir?

-Yəqin ki, doğmalığa görə İstanbul Atatürk Hava limanı deyərdim, çünki daha çox oradan uçmuşam, bizə ən yaxın tranzit ölkə olduğu üçün. Lakin, son zamanlar mənim üçün Borispol Beynəlxalq Hava Limanı da doğmalaşıb. Çünki oradan biletlər daha ucuzdur və mənim işlədiyim şirkət ekonom olduğu üçün mənə biletləri Beynəlxalq Ukrayna Hava Yollarından alır. Gözəl xatirələrim var deyə Frankfurt aeroportunu çox sevirəm. 10 il bundan qabaq isə 9 saatlıq tranzitdə Riqada yatmışdım. Frankfurt aeroportundan fərqli olaraq orada oturacaqlar daha rahat idi. Maraqlı aeroportlardan isə Beyrutun aeroportunu deyə bilərəm. Bunkerə oxşayırdı, ola bilsin ki uzun sürən müharibəni, təhlükəsizliyi nəzərə alaraq belə tikilib, yəni heç bir incəlik yoxdur. Lakin qıraqdan bunkerə oxşamasına baxmayaraq içi çox fərqlidir, necə ki Beyrut özü.

©Eko Safari TR I PAN E MA .C O M

21


©Eko Safari 22

TR I PAN E MA .C O M


Kənardan çılğın və cəsarətli bir xanıma bənzəyirsiniz. Səyahətləriniz zamanı etdiyiniz çılğınlıq, cəsarət tələb edən addımınız olubmu?

-Əslində mən çılğın biri deyiləm. Sadəcə Azərbaycanda hamı eynidir, ona görə də fərqli nəsə edəndə hamı başlayır “necə də fərqlisən” deməyə.

Bəs cəsarətli deyilsiniz?

-Cəsarətli olmağına cəsarətliyəm. Yadıma düşmüşkən sizə bir əhvalat danışmağı istəyirəm. Ömrümün sonunadək bunu danışacağıma söz vermişəm və mənimlə orda olan, məni o vəziyyətə salan insanı bacardığım qədər o hərəkətinə peşman edəcəyəm. Deməli, Cenevrədə Avropa Yayım Birliyinin Baş Assembleyasında iştirak edirdik, nümayəndə heyəti olaraq mən və mənim həmkarım göndərilmişdik. Uçuşlar, tranzitlər, iclas və artıq 2 gündür ki biz yuxusuz idik. Sonra bizə dedilər ki, ziyafət olacaq və ziyafət də Cenevrənin kənarında meşəlikdəki qədim bir qalada veriləcək. Mən dedim ki, bu şans bir də nə vaxt keçəcək ələ, yuxusuz olsam da o qaladakı ziyafətə getməliyəm. Getdik, ziyafət verdilər, sözün açığı ona dəymirdi, amma axıracan oturduq. Sonda bütün nümayəndə heyətlərini qaldıqları mehmanxanalara avtobus ilə apardılar. Mən isə həmin mehmanxana uzaqda olduğu üçün özümə şəhərin mərkəzində mehmanxana bron etmişdim və buna görə mənə avtobus düşmədi. Mənim həmkarım və Ukrayna nümayəndə heyətindən olan bir xanım da başqa mehmanxanalarda qaldıqları üçün razılaşdıq ki bir yerdə gedək. Nədənsə həmin gün roaminq, internet problem idi. Ziyafət olan qala da yaşayışdan kənar, meşəlikdə idi. Beləliklə, bizim üçün taksi sifariş etdilər. Çağırdıqları taksi gəlmədi, orda yoldan keçən sonuncu insanı tapıb xahiş etdik ki, bizə başqa bir taksi çağırsın. Biz 3 nəfər balaca koridor kimi yer tapıb gözləyirdik. Taksi gəlmək bilmir. Dekabr ayı, hava soyuq və həmkarım dedi ki siz çıxmayın, mən çıxım baxım əgər taksi gəlibsə sizi çağıracağam. 5 dəqiqə keçdi... 10 dəqiqə keçdi... Həmkarım qayıtmır. Ukraynalı nümayəndə deyir ki, yəqin o özü mindi getdi taksiyə. Mən də deyirəm ki, yox ola bilməz 5 dəqiqə də gözləyək. Sonra çıxıb baxmaq qərarına gəldim. Uzaqdan taksinin işıqlarını gördüm və həmkarım da yoxdur. Bizi soyuqda meşənin ortasında qoyub gedib. Telefon yox, heç kəs yox, evlər yox. 5-7 dəqiqə şokda dayanmışıq. Sonra qışqırmağa başladıq. Xoşbəxtlikdən meşəbəyi var imiş. O səsimizə gəlib bizim üçün taksi çağırdı.

Mənə ən çox sizin o həmkarınızla olan sonrakı söhbətiniz maraqlıdır.

-Mən yatdım, sonrakı iclasa gedə bilmədim. Hələ də düşünürdüm ki, bəlkə nəsə səbəb var da ola bilər, insanıq. Soruşanda dedi ki, yuxulu idim, necəsə belə oldu, başa düşmədim niyə. Amma həmin gün elə bil kompensasiya olaraq, bir xoş hadisə də oldu. Mindiyim taksidə ukraynalı həmkarım ilə rusca danışırdıq və o məndən tez düşdü. Məni aparanda isə sürücü haradan olduğumu soruşdu. Rusca danışdığımdan düşünübmüş ki, Rusiyadanam. Azərbaycandan olduğumu dedim, adımı öyrənən kimi maşını saxladı və sayğacı söndürdü. Mən qorxdum həmin an. Mehmanxanaya çatanda isə nə qədər ödəcəyimi soruşanda heç bir ödəniş almayacağını bildirdi. Deməli, onun anasının adı da Hüsniyə imiş, o vaxt İsveçrəyə gələn ərəblərdən olublar. Bildirdi ki, mən “Hüsniyə”lərdən pul götürmürəm. Mənim adım mənə uğur gətirir həmişə. Çox sevirəm adımı.

TR I PAN E MA .C O M

23


Səyahət edəcəyiniz ölkələri əvvəlcədən necə seçirsiniz?

-Səyahətlərim əsasən işlə bağlı olduğu üçün şirkət mənim üçün seçir (gülür). Özümün də dostlarımla səyahət edəcəyimiz uzun siyahımız var. Ümumiyyətlə, səyahətlə bağlı mənim bir planım da var. Mən dünyada bütün ölkələri gəzməliyəm deyə bir məqsədim var və buna başlamaq niyyətindəyəm. Avropanın demək olar ki, bütün ölkələrində olmuşam.

Gəzdiyiniz ölkələr içərisindən ən çox maraqlı gələn ölkə hansıdır?

-Bu ölkə Avropada deyil. Bu Livandır, Beyrut şəhəri. Orada keçirdiyim vaxt, onun insanları, oradakı ab-hava, klubları mənim üçün çox yadda qalan olub. Bir ölkəyə gədəndə təxmini bilirsən ki, o ölkədə nələr görəcəksən. Məsələn Fransaya, Türkiyəyə, Almaniyaya gedəndə təxmini bilirsən nə ilə qarşılaşacaqsan. Baxmayaraq ki Fransanı həddindən artıq çox sevirəm, haçansa varlı olsam Parisdə mütləq ev alacağam və orda yaşayacağam. Ümumiyyətlə, hamının “mən çox varlı olsam bunu edərəm, onu edərəm” deyə planları vardır, mən isə çox varlı olsam sevdiyim bütün şəhərlərdə balaca bir ev alaram. Ancaq Livana gedəndə heç bir ərəb ölkəsində də olmadığım üçün təəssüratlarım (internetdə ölkə barəsində araşdırmağıma baxmayaraq) var idi ki, yəqin konservativ, adət-ənənələrə bağlı, qapalı ölkədir. Təyyarəyə mindiyim ilk andan bəri məndə sanki Skandinaviya ölkəsinə gedirəm kimi təəssürat yarandı. Ölkəyə ilk düşdüyüm andan etibarən maraqlı hadisələr oldu. Mən Beyrutda “passport control”da düz 25 dəqiqə nümayəndə ilə sadəcə olaraq söhbət etmişəm. O məni bəyənmişdi və balaca kağızda adını, nömrəsini, ev ünvanını də yazıb qoymuşdu. Bundan əlavə, gedilməli klub, restoran adlarını da yazmışdı (gülür). Digər maraqlı fakt isə bütün taksilər çox lüks, brend, amma retro maşınlardır. Fransanın koloniyası olduğu üçün yaşlı nəsil fransızca danışır. Ora həmçinin “Şərqin Parisi” adlandırılır. Doğurdan da elədir. Livana, Beyruta getməyi bütün cavanlara məsləhət görərdim. Orada istədiyiniz janrda tapacağınız canlı musiqilərin səsləndiyi, müxtəlif klublar olan küçə var. Çox dəbli geyinirlər, bunu da deyim ki, oranın və Danimarkanın oğlanları çox yaraşıqlıdırlar. Hətta orada maraqlı radio layihə də var idi, lakin o nə layihədir demək istəmirəm, çünki həyata keçirmək fikrimiz var, o da klubda baş verirdi. Təbiəti də çox maraqlıdır, yanvar ayında 22 dərəcə isti var idi, ukraynalılar hətta dənizdə çimirdilər. Cəmi 20 dəqiqə dağa çıxdıqdan sonra yuxarıda dağ-xizək mərkəzləri var. Dünyanın ən qədim şəhərlərindən olan Biblos şəhəri də mütləq görülməli yerlərdəndir.

Səyahətlə bağlı layihə dediniz, bu layihəniz haqqında danışa bilərsiniz? -Gəlin layihə tam alınsın, sonra ikinci dəfə görüşərik bu barədə danışarıq.

Yaxşı, keçək növbəti suallara. Xəyalını qurduğunuz, lakin hələ də getmədiyiniz ölkələr varmı?

-Çoxdur. Antarktida Cənub Qütbünə, Peruda Maçu-Pikçu, İrlandiya, İslandiya, Afrikada Nqoroqoro safarisi, Yohannesburq, Keyp Taun. Hər yerə getmək istəyirəm. Elə bir yer yoxdur ki, məni göndərsinlər və mən deyim ki, yox ora getmək istəmirəm.

24

TR I PAN E MA .C O M


©Eko Safari TR I PAN E MA .C O M

25


Şərq insanısınız ya Qərb?

-Deyərdim ki, daha çox Qərb insanıyam. Yəqin, hardasa Şərq də var. Skandinaviyada olanda dostlarım mənə qəribə baxırdılar ki, siz heç Şərq insanına oxşamırsınız. Cenevrədə Avropa Yayım Birliyində işləyən bir tanışım var. Sosial şəbəkələrdə yayımlarımı izləyir, bir gün mənə uzun bir məktub yazıb. Bildirir ki, bizdə Avropada belə sənin kimi insanlar yoxdur. Sən çox fərqlisən, mənə sənin hekayəni eşitmək maraqlıdır. Müasir, yumor hissi ilə dolu, ürəyi açıq insansınız. Məni çox təriflədi. Səhəri gün gəlib anama göstərmişəm, anam həmişə məndən narazıdır, deyirəm ki məni burda bəyənmirlər, məni amma Cenevrədə bəyənirlər (gülür). Yenə də düşünürəm ki, elə Qərb insanıyam. Bizim qonaqlara verdiyimiz ənənəvi suallarımız var. İlki, səyahət zamanı yanınızda götürdüyünüz 3 vacib əşyanız hansılardır? -Məndə bu həmişə problemdir. Mən həmişə çamadanımı hazır edirdim, sonra gedib 1 saat yatıb dincəlirdim. Bu arada da anam gəlib gizlincə çamadanımdan nələri isə çıxardırdı. 3 günlük getdiyim səfərlərə belə, hamının 1 aya getdiyində götürdüyü qədər əşyalar aparırdım. Çünki bilmirsən axı, başına nələr gələcək. İşlə də bağlı getdiyim üçün götürməli olduğum çox əşyalar olur həmişə. Mənim telefonumda qeydlərimdə ayrıca siyahım var ki orada birinci və böyük hərflərlə pasport yazılıb, çünki həmişə yadımdan çıxacağımdan qorxuram (gülür). Sonra siyahını bir-bir oxuyub yoxlayıram. Ümumiləşdirsək əsas əşyalar hansılardır? -Deyərdim ki, 1-ci Pasport, 2-ci makyaj əşyalarım, çünki daha çox işlə əlaqədar getdiyim üçün lazım olur, və 3-cü telefon şarj alətim, çünki xaricdə telefonsuz yaşaya bilməyəcəyimi düşünürəm. Təcrübəli insan kimi səyahətə qaydalar qoysaz hansı 3 əsas qaydanı qoyardınız? -Mənim üçün səyahətin heç bir qaydası yoxdur. Səyahətin qaydası olsa onun marağı qalmaz. Mənim üçün bir qayda var, heç bir qaydam yoxdur (gülür).

26

TR I PAN E MA .C O M


Səyahət etdiyiniz ölkələr arasından hansında yaşayardınız?

-Malta. Ora mənim 2-ci vətənimdir. Ora məskunlaşmaqla bağlı planlarım da var. Ölməyə bilmirəm harada, amma gələcəkdə orada qocalmaq fikrim var. Maltanı sevirəm. Bəzən insana hiss gəlir ki, sən dünyanın ən xoşbəxt insanısan. O hiss mənə Maltada tez-tez gəlir. Amma ümumi olaraq, müəyyən xatirələrimə, sevdiyim bəzi elementlərə görə yenidən qayıtmaq istədiyim ölkələr var. Məsələn, Vyana çox gözəl şəhərdir, amma mənim ora ilə bağlı xatirələrim yoxdur deyə mənə klassik şəhər kimi gəlir. Frankfurt isə maraqlı gəzəcək heç nə yoxdur, amma bu saat məni çağıran olsa, sizi burda qoyub gedə bilərəm (gülür). Yaxud Kopenhagen, Amsterdam. Gəlin sizə Kopenhagendən danışım. Kopenhagen adi Skandinaviya ölkəsidir. Ancaq buranı, Amsterdamı çıxsaq, digər ölkələrdən fərqləndirən bir cəhət var. Şəhərin mərkəzində Kristianiya adlanan bir şəhərcik var. 70-ci illərdə hippilər orda məskunlaşmışlar. Onlara ayrıca bir status verildi və öz məktəbləri, qanunları var. Orada bütün yüngül narkotik vasitələri qanunidir. Kopenhagenin digər yerlərində bu yenə də qadağandır, amma məhz Kristianiyada buna icazə verilir. Biz ora Eurovision mahnı yarışmasına getmişdik və 39 ölkədən nümayəndə heyəti var idi. Digər ölkələrdə mətbuat konfranslarında oturmağa yer tapmırsan, Danimarkada isə gəlirsən məşqlərə, mətbuat konfranslarına bomboşdur. Kristianiyaya gəlirsən oturmağa yer yoxdur. Bütün nümayəndə heyətləri orda idi (gülür). Amsterdam və Stokholm ilə də maraqlı hadisələrim var. Onları isə Travelx tədbirinə saxlayım.

Mən sizin danışıqlarınızdan, xatirələrinizdən belə başa düşürəm ki siz ölkələrə onların insanlarına görə bağlanırsınız.

-Mən həqiqətən buna özüm də fikir vermişəm, bu sualı mənə çox verirlər. Düzdür, həqiqətən ölkəni yalnız həmin yerin insanlarına görə sevirəm. Məsələn, Maltanı maltalılara görə sevirəm. Mənə görə dünyanın ən gözəl millətidir. O qədər istiqanlı, şən, mehriban, elə bil bütün günü siestada yaşayan insanlardır. Həm də bizə çox yaxındılar. Maltalılar ərəblərlə italyanların qarışığıdır. Tunisdən qaçan insanlar o vaxt orada məskunlaşıblar, italyanlarla qarışıb katolik olublar. Dilləri də çox qarışıqdır, cümlələri ərəbcə başlayıb italyanca bitir (gülür). Saymaqları isə elə ərəbcədə necədirsə, maltalılarda da elədir. Sonra Kiyev və Moskvanı sevmədim. Məhz insanlarına görə. Moskva şəhər olaraq arxitekturası maraqlıdır, ancaq insanlarına görə heç sevmirəm. Çünki məhz adamda təəssürat yaradan oranın insanlarıdır.

İnsanlarının sizdə xoş təəssürat yaratdığı digər ölkə hansını qeyd edərdiniz?

-Fransa. Birinci gündür, Parisdə oturmuşam kafedə səhər yeməyi yeməyə. Başımı qaldırdım ki, bir oğlan dizi üstdə oturub ağzında da qızılgül. Heç nə. Qızılgülü verdi və getdi. Bununla o ölkə yadımda qaldı. Paris haqqında digər xatirələrim də var, bunları da saxlayıram Travelx-ə. Orada daha çox danışacağam.

Bir çox insanlar deyir ki, Fransaya getdikdən sonra Fransa təəssüratı gözlədikləri kimi olmur. Sizdə bəs necə oldu? -Onlara yəqin heç kəs dizi üstdə qızılgül verməyib (gülür).

©Eko Safari TR I PAN E MA .C O M

27


Səyahətin yaxşı tərəflərindən çox danışdıq. Gəlin belə bir sual verim. Sizin üçün səyahət etməyin çətinlikləri?

-Mənim üçün əsas çətinlik qayıdanda yükləri daşımaqdır. Üstəlik tranzitlərin varsa, bu daha da çətinləşir. Səyahət zamanı getdiyim ölkələrdən çoxlu hədiyyələrlə qayıtdığımdan onları daşımaq çətin olur. Son zamanlar artıq getdiyim ölkələrdən hədiyyə gətirmirəm. Artıq ağıllanmışam (gülür).

Ailəniz, xüsusi ilə də uşaqlarla birlikdə səyahət etmənin çətinlikləri varmı?

-Uşaqlarla mənə çətin olmadı. İlk olaraq, 2,5 yaşında səyahət etmişdik və səyahət yaxın olsun və təyyarə ilə çox uçmasınlar deyə Batumiyə getmişdik. Qızım bütün yol boyu mahnı oxuyurdu, oğlum isə maraqla ətrafa baxırdı. Sadəcə balaca idilər deyə çox gəzməkdən yorulurdular. Babaları bizlə idi və növbə ilə boynunda gəzdirirdi. Yəni, heç bir çətinliyi və problemi olmur. Əksinə daha da maraqlı olur. Mən həmişə deyirəm, onlar mənim dostumdur. O qədər həmyaşıdıq ki, yəqin mən onların həmyaşıdıyam (gülür). Valideynlərim isə mənə bildirirlər ki, uşaqları apar Türkiyəyə hovuza girsinlər, onlara maraqlıdır. Amma özümə heç vaxt o cür passiv istirahət maraqlı olmayıb deyə, mənə elə gəlir o pulu havaya atmaqdır. Hovuz Bakıda da var. Elə istirahət üçün yalnız bir dəfə Kiprə getmişəm, o da son.

Uşaqlarınızla birlikdə səyahət etmək istədiyiniz xüsusi bir ölkə varmı?

-Fransa və Afrikaya. Fransada Disneylanda səyahət etmək özümün də çoxdankı arzumdur. Əlimə bir dəfə şans düşüb ora gedim, amma yox, gözləyirəm uşaqlarım bir az böyüsün, onlarla birlikdə komanda şəklində gedim. Afrikaya isə düşünürəm ki, oradakı təbiət və heyvanlar uşaqlara çox maraqlı olacaq.

Keçmişə - səyahət etdiyiniz ölkələrə qayıtsanız hal hazırda hansı ölkəyə qayıtmaq istəyərsiniz?

-Əslində keçmişə yox, əksinə yeni ölkələrə səyahət etmək, yeni mədəniyyətlərlə tanış olmaq istəyərdim, nəinki keçmişə - səyahət etdiyim və bildiyim ölkələrə səyahət etmək. Onu dəqiq deyə bilərəm ki, Moskvaya getmərəm.

Oxuyuculara son sözünüz.

-Evdə oturmayın. Səyahət bir xəstəlikdir, bir dəfə getdinsə həmişə getmək istəyirsən. Deyirlər, adama gəzmək qalır. Çox düzgün deyiblər (gülür). İnsanın səyahət etdiyi ölkələr və orada keçirdiyi vaxt heç vaxt insanın yaddaşından silinmir. Gedin Avropanın bir ölkəsinə, orda minin qatara, alın kroasan, fındıqlar, nauşnik qulağınızda və gəzin hər yeri. Mənim üçün ən gözəl romantika budur.

Travelx tədbirində nə haqqında danışacaqsınız?

-Ümumi işgüzar səyahətlərim haqqında danışmaq istəyirəm. Hələ danışmadığım çox əhvalatlarım var. Müsahibəni götürdü: Nərmin Knyaz

28

TR I PAN E MA .C O M


©Eko Safari TR I PAN E MA .C O M

29


Bir dəfə Braziliyada B

u dəfəki, buraxılışımızda sizi Braziliyaya səyahətə aparmağa qərara aldım. Sizi əmin edə bilərəm ki, bu filmləri izlədikdən sonra Braziliya haqqında təsəvvürləriniz daha da genişlənəcək. Aytac Hacıyeva

30

TR I PAN E MA .C O M


Tanrının şəhəri (City of God) M

ən hər zaman Braziliya deyəndə Braziliyanın karnavalları, futbolu və çimərliyi ağlıma gəlirdi. Fernando Meyrellisin (Fernando Meirelles) “Tanrının şəhəri” filmini izlədikdən sonra isə Braziliyanın həm də qanlı atışmalar, narkotik maddələrinin dövriyyəsi və qanun pozuntularına görə məşhur olduğunun da fərqinə vardım. Real hadisələrə əsaslanan kinoya əsasən Rio-deJaneyroda qanun belədi: “Döyüş, amma heç bir zaman sağ qala bilməyəcəksən.. Qaç, amma heç vaxt xilas ola bilməyəcəksən” Film Rio-de-Janeyro şəhərinin yoxsul gecəqondu məhəllələrində 1960-cı illərdə baş verən qanlı hadisələri əhatə edir. Bu yoxsul məhəllədə kasıblıq, işsizlik və ağır yaşam standartları kiçik yaşlı uşaqları belə cinayət törətməyə vadar edir. Silahdan istifadə etmək və narkotik qəbul etmək kiçik yaşlı uşaqlar üçün sıradan bir hala çevrilir. Biz filmdə bütün bu hadisələri “Raket” ləqəbli dürüst, özünə fərqli yol seçmiş və kiçik qanun pozuntuları arasında gedib-gələn gəncin elə öz ağzından eşidəcəyik. Onun həmyaşıdları artıq qanqsterə çevrilsələr də, o, fotoqrafçılıqla maraqlanır və böyüyəndə müxbir olmağı arzulayır. Bəs onun bu istəyini “Tanrının şəhəri” reallaşdıra biləcəkmi? Axı, Tanrının şəhərində hər şey mükəmməl olmalı idi, yoxsa Tanrı bu şəhəri unudub?...

təminat altına almış olur. Filmdə çəkilən aktyorların 90%-nin aktyorluq bacarıqlarının olmadığını desəm? Yox, yox, düşünməyin ki bu heyət filmin keyfiyyətinə pis təsir edib. Onlar ən az bu qədər mükəmməl bir film ortaya qoya bilərdilər... Həqiqətən də, aktyorların və çəkiliş heyətinin belə film çəkməsini yüksək qiymətləndirirəm. Braziliyanın gerçəklərini çox aydın şəkildə göstərə bilən bu filmi ora səyahət etməmişdən qabaq izləməyi məsləhət görürəm (ancaq nə badə valideynlərinizlə birgə baxasınız, əks təqdirdə ora getmək üçün icazənizi ala bilməyəcəksiniz). İzlədikdən sonra insanda müəyyən hisslər çoxluğu qalır ki, bu da film haqqında yalnız müsbət rəylər yaratmağa kifayətdir. Rejissor: Fernando Meyrellis (Fernando Meirelles) Film heyəti: Aleksandr Rodriqes (Alexandre Rodrigues), Leandro Firmino (Leandro Firmino), Fellip Hagensen (Phellipe Haagensen), Duqlas Silva (Douglas Silva), Conathan Hagensen (Jonathan Haagensen) və başqaları.. Müddət: 135 dəqiqə

Azyaşlılar böyüyərək daha da sərt və qəddar olurlar. Əslində, filmdəki həyat tərzini nəzərə alsaq, insanları günahlandırmaq da olmaz… Çünki, yaşam təminatlarını ancaq silahlanaraq öz əhatəsini qurub mübarizə aparmaqda görürlər. Raket isə bir qəzetdə ayaqaltı işlərlə məşğul olarkən çəkdiyi bəzi təsadüfi şəkillərinin təsadüfən yayımlanması ilə xəyalına doğru ilk addımları atmış olur. Qanlı çatışma zamanı gizləndiyi yerdən çəkdiyi bu şəkillər Raketi nəhayət, şöhrətə aparır və o, qəzetdəki yeni işi ilə öz həyatını

TR I PAN E MA .C O M

31


32

TR I PAN E MA .C O M


Elit Komanda (Elite Squad 1 və Elite Squad: The Enemy within) B

raziliyanın gerçəklərini göstərən, izləyərkən Braziliya haqqında daha da geniş təsəvürlərinizin yaranacağı daha bir filmi analiz edək. “Elit Komanda” filmi 2007-ci və 2010cu il çəkilişlərindən ibarətdir və hər iki bölümü RioDe-Janeyronun xüsusi polis heyətinin narktotiklə mübarizəsindən və dövlət quruluşundan, Braziliyada favellalarda yaşayan terrorist qruplaşmalarla polis arasında olan mübarizədən bəhs edən filmdir. “Elit Komanda 1” filmində təcrübəli polis öz tələbələrini yetişdirmək üçün öz komandasını qurar. Onun məqsədi indiyə qədərki ən güclü elit polis komandasını qurmaqdır. Elit polis komandasının ilk vəzifələri Aleks Montel adlı narkotik qaçaqçısını tutub onu federal agentlərə təhvil verməkdir. Lakin Aleks həbsdə çox qalmaq istəmir və onu oradan qurtaracaq insana 100 milyon dollar məbləğində pul verəcəyini təklif edir. Bu bütün televiziyalarda yayımlanır və 100 milyon dolları eşidən hər kəs onu qaçırmağa cəhd edir. Sonda Elit heyət polis qrupundan olan 2 polis onu qaçırır. Heyətin tərkibində olan digər polislər onları təqib edir. Film real hadisələrə əsaslanır. Əla sonluğu bilmək üçün mütləq bu filmi izləyin. “Elit Komanda düşmənlərin içində” filmin 2-ci bölümündə hadisələr daha da təhlükəli hal alır. 1-ci bölümdə Elit polis komandasının necə yarandığı və hansı mərhələlərdən keçdiyindən bəhs edərkən, 2-ci bölümdə mövzu daha geniş perspektivdən düşünülüb. Braziliyada siyasət, polis təşkilatı və narkotik ticarəti üçlüsünün hansı səviyyəyə gəldiyindən və B.E.P.O. polis təşkilatının narkotiklə mübarizəsindən bəhs edir.

Filmdə polis təşkilatının həll yolunu ancaq günahkar məhkumları öldürməkdə gördüyü halda, insan hüquqları üzrə mütəxəssis Dioqo Fraqa bunun düzgün yol olmadığını, əsas problemin dövlətin başında olduğunu iddia edirdi. Onu da qeyd edim ki, Braziliyada siyasətdən, dövlət başçılarından və narkotik ticarətindən bu qədər açıq bəhs edən filmin Braziliyada böyük kütlə tərəfindən izlənilməsi və filmin reytinqinin yüksək olması Braziliyada söz azadlığının yüksək olduğunun göstəricisidir. “Elit Komanda düşmənin içində” bölümündə baş polis rolunda oynayan Naskimento (Nascimento) bir çoxumuzun sevdiyi və izlədiyi – ‘’Narkos (Narcos)’’ serialında tamamilə əks rolda – Pablo Eskobar rolunda oynayır. Aktyorluğa ilə hər kəsi özünə heyran qoyan Braziliyalı aktyor Vaqner Moura (Wagner Moura) əks rollarda oynamasına baxmayaraq, filmdə və Narkos serialında izləyicilərinin yüksək sevgisini qazanmışdır. Həmçinin filmdə Fortunado rolunda oynayan Andre Mattosda (Andre Mattos) ‘’Narkos’’ serialının ilk sezonunda da rol almışdır. Bəli, budur sizə filmi elə indi izləmək üçün daha bir möhtəşəm səbəb! Gözləyin, jurnal daha bitmədi, tam oxuyun sonra. Rejissor: Cose Padilha (José Padilha) Film heyəti: Vaqner Moura (Wagner Moura), Irandi Santos (Irandhir Santos), Andre Ramiro (André Ramiro) və başqaları. Müddət: 115dəqiqə IMDb: 8.1

TR I PAN E MA .C O M

33


34

TR I PAN E MA .C O M


TR I PAN E MA .C O M

35


36

TR I PAN E MA .C O M


İ

nsan ictimai bir varlıqdır. Həyatda yaşamaq üçün başqa insanlara və ünsiyyətə möhtacdır. Təhlükələrlə dolu RioDe-Janeyroda isə belə birini tapmaq mümkündürmü? Uşaq yaşında yetim qalmış Cose belə güvəniləcək birini tapa biləcəkmi? Yoxsa, Rio-De-Janeyroda insanlıq çoxdan ölüb?

9 yaşında olan Cose (Joseu) isə atasını heç bir zaman görməmişdir. Cose anası ilə birlikdə atasına məktublar yazaraq Doraya verir. Dora isə həmişə olduğu kimi, bu məktubları heç bir zaman onun atasına göndərmir. Gözlənilməz qəza nəticəsində anasını itirən Cosenin artıq Rio-De-Janeyro kimi təhlükəli şəhərdə qayğı göstərəcək kimisə qalmır. Poçtalyon Dora qəribə şəkildə özündə məsuliyyət hiss edərək Coseyə onun atasını tapacağına söz verir və onunla birlikdə Cosenin atasının axtarışına çıxırlar. Və beləliklə, eyni həyat hekayələri olan qadın və uşaq arasında güclü dostluq əlaqələri yaranır və vaxt keçdikcə Dora Coseyə daha da güclü bağlanır. Onlar Cosenin atasının yaşadığı evə getsələr də Cosenin atasını tapma cəhdləri uğursuz alınır. Filmin sonunda onlar Cosenin atasının yaşadığı evi və doğma qardaşlarını tapırlar. Dora verdiyi sözü tutur və onu doğma qardaşlarının yaşadığı evə aparır. Sonda Dora Cosenin güvəndə olduğuna əmin olduqdan sonra çətin də olsa artıq öz evinə qayıdır. Film dostluğun və insanlığın necə dəyərli olduğu, bəzən insanlara köməklik edərək onlara hüzur dolu bir həyat yaşamağa kömək etməklə, ətrafımızdakı dostluq və yaxınlıq halqasını daha da genişləndirməklə özümüzü necə yaxşı hiss etdirəcəyimizi vurğulayır.

Mərkəzi stansiya (Central Station)

Rio-De-Janeyroda poçtalyon kimi çalışan Dora oxumayazma bilməyən müştəriləri üçün həm məktub yazır, həm də yazdığı məktubları ünvanlarına çatdırmaqla məsuldur. Dora uşaq yaşlarından yetim qaldığından çox ağır həyat yaşamışdır və heç bir zaman ailə həyatı qura bilməmişdir. Buna görədə nifrət hissi onun qəlbinə hakim kəsilmişdir. Poçtalyon kimi çalışmasına, insanlar üçün məktubları yazmağına baxmayaraq, heç bir zaman ünvanlarına göndərmirdi.

Rejissor: Valtr Salles (Walter Salles) Film heyəti: Fernando Montenegro (Fernando Montenegro), Marilya Pera (Marília Pêra), Vinisus Oliveyra (Vinícius de Oliveira) və başqaları. Müddət: 105 dəqiqə

TR I PAN E MA .C O M

37


Ə

vvəlki sayımızda danışdığımız kimi (əgər oxumamısınızsa, əvvəlki sayı açıb bu bölməni oxumanız məsləhət görülür) 5 ilə 100 ölkə gəzmək ciddi planlaşdırma, vaxt və maliyyə tələb edəcək. Lakin qurulmuş səyahət planlarına əsasən bu tələblər zamanla yüksələcək. İlk səyahətimizi qismən ucuz və daha yaxın ölkələrə edəcəyik. Bu plan Qara Dəniz Hövzəsi adlanır və Gürcüstan, Türkiyə, Bolqarıstan, Rumıniya, Moldova (Qara Dəniz Hövzəsi olmasa belə) və Ukraynanı özündə əks etdirir. Mən öz planlarımda bu ölkələrdən yalnız Bolqarıstanda olmamışam. Ümumi planın dəqiq tarixləri və müddəti yoxdur. Hər biriniz burada yazdıqlarımı öz planlarınıza uyğunlaşdıra bilərsiniz. Lakin qeyd edəcəyim xərclər, gediləcək yerlər, dadına baxacağınız təamlar səyahətinizin formatından asılı olmayaraq tədbiq edilə bilər. Səyahət marşrutu bu ardıcıllıqladır: Bakı – Tbilisi (Gürcüstan) – Batumi (Gürcüstan) – Trabzon (Türkiyə) – yolüstü istədiyiniz Türkiyənin digər şəhərləri – İstanbul (Türkiyə) – Varna (Bolqarıstan) – Buxarest (Rumıniya) – Braşov (Rumıniya) – İaşi (Rumıniya) – Kişinyov (Moldova) – Odessa (Ukrayna) – və əgər istəsəniz Kiyev (Ukrayna) – Bakı. Ümumi plan 20-30 gün və ya daha uzun çəkə bilər. Bu plan üçün sizə lazım olacaq: Viza: Gürcüstan, Türkiyə, Moldova və Ukrayna Azərbaycan vətəndaşları üçün qısa-müddətli səfərlərə viza tələb etmir. Bolqarıstan və Rumıniya üçün isə viza almalı olacaqsınız. Əgər çoxgirişli Şengen vizanız artıq varsa, bu ölkələrin öz vizalarını almağa ehtiyac qalmır. Əks təqdirdə, hər 2 səfirliyə ayrı-ayrı viza müraciəti edirsiniz. Viza rüsumları hər 2 səfirlik üçün 35 EUR-dur. Bu məbləğdən əlavə viza üçün təxmini 10 EUR civarında sığorta xərciniz olacaq. Transport: Bakıdan Tbilisiyə həm qatar, həm avtobusla gedə bilərsiniz. Xərc 10-20 USD arası dəyişəcək. Yol 12-14 saat çəkəcək. Tbilisidən Batumiyə də eyni qaydada hər 2 nəqliyyat vasitəsi ilə getmək olar. Xərclər avtobusla 10 USD, qatarla 15 USD olacaq. Yolun uzunluğu hər iki vasitədə təxmini 5-6 saat çəkəcək. Batumidən Trabzona avtobusla 12 USD məbləğ tutacaq və yol 6 saat olacaq. Trabzon İstanbul arasında istədiyiniz maraqlı şəhərlərdə dayana bilərsiniz. Əgər birbaşa getmək istəsəniz bunu avtobusla 23 USD-ə edə bilərsiniz və 17.5 saat yol gedəcəksiniz. Bu yolu gecə vaxtına salıb avtobusda yataraq (diskomfort olsa da), gün itirməyə bilərsiniz. Istanbuldan Varnaya da avtobusla getmək mümkündür və bu da avtobusların komfortluluq səviyyəsindən asılı olaraq 20-35 USD arası dəyişəcək. Yolun uzunluğu sərhəd keçmə ilə birlikdə 9-10 saat çəkir. Varnadan Buxarestə avtobusla 11-15 USD-ə, Buxarestdən Braşova 9-12 USD-ə (həm avtobus, həm qatarla getmək olar), Braşovdan İaşiyə 10-15 USD-ə (həm qatar, həm avtobus) gedə bilərsiniz. Yolların uzunluğu ardıcıl olaraq 4, 4 və 8 saat olacaq. İaşidən Kişinyova da həm avtobus, həm də qatarla 7-10 USD-ə keçə bilərsiniz və bu 3-6 saatınızı alacaq. Kişinyovdan Odessaya da hər 2 vasitə ilə gedib, 6-10 USD xərcinizdən, 4-5 saat isə

38

TR I PAN E MA .C O M

vaxtınızdan keçməli olacaqsınız. Sonda isə Odessadan Bakıya Ukrayna Hava Yolları ilə 116 USD (17 Avqust, 2017-ci ilə olan qiymət) ödəməklə uça bilərsiniz. Kiyevi görmək istəyənlər Odessadan Bakıya Kiyevdə uzun saatlı tranzit bilet götürüb, şəhərin görməli yerlərini bir neçə saat ərzində gəzə bilərlər. Ümumi nəqliyyat xərci: 230-270 US Dollar. Bu nəqliyyat xərclərini bəzi (və ya hamısı) şəhərlər arasında avtostop edərək minimuma endirə bilərsiniz. Bu şəhərlərdə qalacağınız yerlər sizdən asılıdır. Qeyd etdiyimiz hər bir şəhərdə günü 8-10 USD məbləğində hostellərdə və ya dostlarınızla, qrupla gedirsinizsə, Airbnb vasitəsilə daha ucuz qiymətə tutacağınız evlərdə qala bilərsiniz. Və ya Couchsurfing.com ilə pulsuz qala biləcəyiniz evlər tapa bilərsiniz. Qeyd edilən şəhərlərdə restoranlar və kafelər də hər büdcəyə uyğun vardır. Ümumi səfər əsnasında yolüstü bu yerlərə dəyməniz yaxşı olar: Tbilisi Batumi yolu üzərində Bakuriani və Borjomiyə baş çəkə bilərsiniz. Batumi və Trabzon arasında isə Rize və Aydar Yaylası “Must See” yerlərdir. Rize öz çayı ilə məşhurdur. Trabzonda müxtəlif balıq növlərinin dadına baxın. Trabzonla İstanbul arasında müxtəlif zövqlərə uyğun bir çox şəhər var. Seçim edə bilərsiniz. İstanbulda olan zaman hamının bildiyi yerlərlə yanaşı mütləq adalara gedin. Eminönüdən saatda bir vapurlar gedir. İstanbulu saqqızlı türk qəhvəsi, sütlaç, kokoreç, balıq-ekmek, midye dadmadan tərk etməyin. Braşov yaxınlığında Bran qalasına gedin. İaşidə maral ətindən dadlı təamlar verən bir neçə yerli restoran var. Onlara baş çəkin. Kişinyovda səhər yeməyinə blinlər sifariş edin. Odessada isə Kompot restoranına gedin və Ukrayna borşu ilə dovşan ətindən pelmenilərin dadına baxın. Təbii ki, kompotla. Zövqlər müxtəlif olduğu üçün qeyd edilən şəhərlərdə dadacağınız təamlar, olacağınız yerlər fərqli ola bilər. Amma bu regionda istənilən zövqə uyğun planlaşdırma apara biləcəksiniz. Ümumi səyahətin dəyəri təxmini 20 günlük plan üçün 500600 USD və ya daha ucuz ola bilər. Bu təbii ki, nəqliyyat, qalacağınız yerlər və qidalanmanızdan asılı olacaq. Bon Voyage! Baba Ağayev


5 ilə

100 ölkə

TR I PAN E MA .C O M

39


TripŞot

otoları ilə tarix və bu günü birləşdirən, məşhur jurnalların üz qabığını bəzəyən F səyahətçi fotoqraf Kamal Bağırlı ilə dünyaya fərqli prizmadan baxın.

40

TR I PAN E MA .C O M


TR I PAN E MA .C O M

41


42

TR I PAN E MA .C O M


TR I PAN E MA .C O M

43


44

TR I PAN E MA .C O M


TR I PAN E MA .C O M

45


46

TR I PAN E MA .C O M


TR I PAN E MA .C O M

47


48

TR I PAN E MA .C O M


TR I PAN E MA .C O M

49


50

TR I PAN E MA .C O M


TR I PAN E MA .C O M

51


Say 29

02 İYUN

2017

Bizimlə əlaqə: gular@vizam.az +99450 300 0135 World Business Center, 20-ci mərtəbə Bakı, Azərbaycan AZ1009 Müəllif Hüquqları Tripanema Magazine Tərəfindən Qorunur ©


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.