Tripanema Magazine Nº3

Page 1

©Mövlan İman


Mündəricat

6.

Bəlkə bir az Risk?! Əziz səyahətçilər, bu dəfə də sizə keçən buraxılışımızda olduğu kimi risklərə “hə” deyib dünyaca məşhur idman növlərindən danışacağam. Bu dəfəki mövzumuz hər birimiz üçün həyatımızda sahib ola biləcəyimiz ən canlandırıcı və bənzərsiz macəra olan “Bungee Jumping”dir.

10. Eşitmişəm ki... Eşitmişəm ki, turizmin pik mövsümü olan yayın ortasında hələ də öz səyahətlərini planlaya bilməyən, lakin bunu hər şeydən çox istəyən səyahətsevərlər var.

22. Filmlər - Bir dəfə Hindistanda Hindistan filmlərini bir çoxumuz əsasən uzun musiqili və fantastik filmlər olaraq xatırlayırıq. Ancaq bu dəfə Sizi tam fərqli janrlarda olan hind filmləri ilə virtual olaraq Hindistana səyahətə aparacağam.

30. 5 ilə 100 ölkə Keçən səyahətimizdə Qara Dəniz ətrafı 6 ölkə gəzib, vətənə qayıtdıq. Bu səyahət planlarının ardıcıllığını məhz sizin büdcənizi də nəzərə alaraq xərclərin artan sırası ilə düzmüşəm. Bu planlar aşağı-yuxarı karyeranızda olan maaş artımı ilə düz mütənasib olacaq.

2

TR I PAN E MA .C O M


Redaksiya İdeya Müəllifi

Baba Ağayev & İsmayıl Vəlizadə

Baş Redaktor Gülər Ağayeva

Komandamız Əhmədiyyə Hacıyev Leyla Həsənova Nicat Aslanov Bahadır Abaszadə Ələkbər Kərbəlayev Aytac Hacıyeva Nərmin Knyaz Mövlan İman Nəriman Əliyev

Redaktordan Dəyərli səyyahlar, Tripanema İyul ayı buraxılışı ilə yenidən sizi adrenalin dolu səyahətə aparır. Baba Ağayev 5 ilə 100 ölkəni gəzmək üçün ikinci siyahını paylaşıb. “Gəzəyənlər”in başlarına gələn maraqlı əhvalatları bu dəfə Bahadır Abaszadə sizə təqdim edir. Ələkbər Kərbəlayev səyahətə çıxanların öz səyahət planlarını qurmaları üçün maraqlı veb saytlardan danışır. Leyla Həsənova bu dəfə də eşitdiyini sizinlə bölüşür. “Eşitmişəm ki...” deyib qatarla səyahət zamanı yaranacaq suallarınıza cavab hazırlayıb. Nəriman Əliyev deyir ki, o bu vaxta kimi 2000 kinoya baxıb. İyul ayı buraxılışında Hindistana səyahət üçün 3 maraqlı kinonu analiz edib. Nicat Aslanovun keçən buraxılışımızdakı rubrikasını xatırlayırsınız? “Bəlkə bir az risk?!” bölməsində sizi Bungee jumping sınamağa həvəsləndirəcək. Nərmin Knyaz 16 İyul 2017-ci il tarixində keçirilmiş “Travelx: Travel Challenges” layihəsinin spikerlərindən olan Günay Gözəlova ilə söhbət edib. Mütləq müsahibəni oxuyun. Dediyimiz kimi, biz hər səyahətçinin bir fotoqraf olduğuna inanırıq. Günay Tarıverdiyeva Meksikada fotoaparatına tuş gələnləri bizimlə bölüşüb. Bütün komandamız bu səyahətiniz boyunca sizin yanınızda olmağa söz verir. Kəmərləri bağlayın, uçuşa başlayırıq. Gülər Ağayeva

TR I PAN E MA .C O M

3


GƏZƏYƏNLƏR Yolu paylaşmaq əsas məsələdi ona görə də mən Maçu Pikçunun yollarını paylaşıram. Baba Nəbili

Maçu Pikçu

I

nca Trail - Maçu Pikçuya çatmağın ən məhşur və bahalı yoludur. Kuskodan (ing. Cusco) Olyantaytamboya (ing. Ollantaytambo) maşın ilə, oradan da Keçualıların (ing. Quechua) getdiyi yol izlənərək 4-10 günlük bir yürüş ilə Maçu Pikçuya qədər gedilir.

4

TR I PAN E MA .C O M

Yol ərzində çadırlarda qalınır. Keçualıların yüz illər əvvəl getdikləri bu yollar gizli yollar sayılırdı və yolların üzərində qədim “İnka” şəhərlərinin qalıqlarını da görmək mümkündür. Xidmətin qiyməti qırmızı istiotludur - 400-1200 USD. Qiymətə nəqliyyat, çadırlarda gecələmə, qidalanma, yükün daşınması, Maçu Pikçuya giriş bileti, bələdçi və əlavə olaraq Maçu Pikçu qatarı ilə geri dönüş də daxildir. Maçu Pikçu qatarı ilə gediş-dönüş turu 2 gün 1 gecə olmaqla 300 USD-ə başa gəlir. Bunu tur yox, özünüz etsəniz qiyməti 190-200 USD endirmək mümkündür. Bunun üçün Kuskodan “Agua Calientes” şəhərinə gediş-dönüş bileti, orada gecələmək üçün hostel + şəhərdən Maçu Pikçuya 12 USD dəyərində avtobus bileti (gediş-dönüş) + Maçu Pikçu giriş haqqı 40 USD ödəməli olacaqsınız. Maçu Pikçuya qalxmağın ən ucuz yolu tur vasitəsilə 80-90 USD təşkil edir. Əgər qiyməti 75 USD saldıra bilmisinizsə, düşünmədən bu tura gedin. Deyirsinizsə ki, özünüz edəcəksiniz, bunun üçün gərək Agua Calientes şəhərinə gedişdönüş bileti 70 sola (22 USD) alasınız + giriş bileti 40 USD + 12 USD gecələmək üçün hostelə ödəməlisiniz. Bununla aşağı-yuxarı 15 USD qazanacaqsınız. Ən pis tərəfi hər iki halda da 6-7 km-lik yürüş edəcəksiniz.


Bu gün sizə Şotlandiya haqqında yazacağam. Bura ilk getdiyim avqust ayından dekabra kimi yağışsız (daha doğrusu leysansız) keçən gününü görmədim. Yeganə Qələndərova

B

akıdan Edinburqa birbaşa reys yoxdur, ona görə Aberdinə, oradan qatarla Edinburqa getmək olar. Şəhər gecə saatlarına kimi olduqca canlıdır. Şəhər mərkəzindəki qatar stansiyası Waverley stansiyasıdır. Gediləsi yerlər siyahısı: Arthur’s Seat, National Museum of Scotland, Palace of Holyroodhouse, Camera Obscura, Edinburgh Castle, Calton Hill, Princes Street Garden və s. kimi yerlərdir. Şotlandların pul vahidi Şotland funt sterlinqidir. İngilis funt sterlinqi Şotlandiyada istifadə edə bilərsiniz, Şotlandiyanın pul vahidini İngiltərədə istifadə etməkdə bəzən problemlər yarana bilər, yalnız normalda istifadə edirlər. Şotlandiyada pul buraxılışına Bank of Scotland, Royal Bank of Scotland, Clydesdale Bank baxdığından sizin əlinizdə eyni dəyərli fərqli görünüşlü pullar ola bilər. Misal üçün 5 funt sterlinqin 3 fərqli görünüşü var. Ən çox immiqrantların yaşadığı şəhər Qlazqo, sonra isə Edinburqdur. Ölkədə ən çox hindistanlı və pakistanlılara rast gəlmək olar. Həmçinin Avropa, ABŞ vətəndaşlarına da... Müsəlmanların sayı çox olduğundan şəhərin mərkəzi küçələrinin birində hətta böyük məscid var (Edinburgh Central Mosque). Mərkəzi küçələrində çoxlu Hindistan və Pakistan mətbəxinə aid olan münasib qiymətə əla restoranlar var. Şotlandiyanın yağışından bezsəm də ölkəni tərk etdikdən sonra yenə qayıtmaq istəyirəm, çünki şəhərin hər künc bucağı tarix ilə doludur. Edinburq qalasının girişində Wallace və Robert the Bruce heykəlinə də rast gəlmək olar. Qalaya giriş - 17 GBP təşkil edir. Bura gəlsəniz mütləq əsl yundan toxunmuş və müxtəlif klanları təmsil edən kiltlərdən və ya şarflardan alın.

TR I PAN E MA .C O M

5


Bəlkə bir az Risk?!

Əziz səyahətçilər, bu dəfə də sizə keçən buraxılışımızda olduğu kimi risklərə “hə” deyib dünyaca məşhur idman növlərindən danışacağam. Bu dəfəki mövzumuz hər birimiz üçün həyatımızda sahib ola biləcəyimiz ən canlandırıcı və bənzərsiz macəra olan “Bungee Jumping”dir

İ

nsanın hündürlük qorxuları ilə üzləşməsinə səbəb olan və bir o qədər də adrenalinlə zəngin Bungee Jumping ayaq biləklərinə bağlanmış ip ilə yüksəklikdən atlayışdır. Bungee yüksək binalar, körpülərdən həyata keçirilir və eyni zamanda helikopter və ya hava şarından da sınanmışdır. Yüksəklikdən aşağıya tullanmaq dəhşətli görünə bilər, lakin təcrübəli komanda və yeni texnologiyalar “bungee jumping”i ən təhlükəsiz idman növünə çevirmişdir. İndi isə keçək prosesə.

Bungee Jumping üçün əvvəlcə hündür bir yer seçilir və iştirakçıların ayaqlarına xüsusi hazırlanmış kəndirlər bağlanır. Nə qədər təhlükəli bir idman kimi görünsə də, əslində çox az hallarda qəzalar baş verir. Sərbəst bir tullanışın ardından dartılan kəndirlərin vasitəsi ilə insan yavaşlayır və yuxarı doğru qalxmağa başlayır. Bu riskli attraksiyondan istifadə etmək üçün dünyanın bir çox nöqtələrinə üz tuta bilərsiniz. 216 metr hündürlükdən bu həyəcanı yaşamaq istəyirsinizsə Bloukrans körpüsü Cənubi Afrika Respublikası, yaxud 7.5 saniyə olsa belə özünüzü Ceyms Bond (James Bond) kimi hiss etmək istəyirsinizsə o zaman Verzasca vadisiİsveçrə, bu idman növünü çay üzərində sınamaq istəyirsinizsə Nepalda BhoteKoshi çayı, əgər “dünya rekordonun əsl vaxtıdır” deyirsinizsə Makaudan bunu etməlisiniz. Həmçinin ABŞ, Böyük Britaniya, bir çox Avropa ölkəsində, Avstraliya, Hindistan, Yaponiya, Cənubi

6

TR I PAN E MA .C O M

Koreya kimi ölkələrdə, Kawarau körpüsü - Yeni Zellandiya, Whistler - Kanadada siz bu idman növü ilə məşğul ola bilərsiniz. Mən bu ölkələr arasından 3 ölkəni seçdim və bu yerlərdə adrenalini maksimum səviyyəyə çatdırmağın yolları barədə sizi məlumatlandıracağam. Axı nəyi gözləyirsiniz? Həyəcanı yaşamağın əsl vaxtıdır! Başlayaq Makaudan... Uzaq Qərbdə Qumar paytaxtının beşiyi dünyanın ən yüksək Bungee atlayış zonasıdır. Burada 233 metr hündürlüyündə Guiness dünya rekordu qeydə alınmışdır. Əgər bu rekordun öhdəsindən gələ biləcəyinizi düşünürsünüzsə, Makau Bungee Jumping üçün ən ideal yerdir. Siz 500 USD ödəməklə https://www. macautower.com saytından bronunuzu edib yeni dünya rekorduna sahib ola bilərsiniz. Keçək İsveçrəyə. Gerçək həyatda Ceyms Bond (James Bond) olmağı xəyal etmişsəniz, bu atlayış sizin üçündür. Verzasca Dam gecə saatlarında test edə biləcəyiniz yeganə atlama zonasıdır. Bondun “GoldenEye” filmində də bu hissə təsvir edilib. Siz də Bond kimi buradan atlamaq istəyirsinizsə 270 USD-dən keçməli olacaqsınız. Yox əgər desəniz ki, mən bu atlayışı Afrikadan etmək istəyirəm o zaman sizə ən uyğun yer Cənubi Afrikadakı

Bloukrans körpüsüdür. Vəhşi təbiətə malik Afrikanın bu hissəsindən atlamaq insana əlavə həyəcan verir. 216 metr hündürlüyündə füsunkar dağları və uzaq dəniz mənzərələrini görmək əvəzolunmaz bir hissdir. Həm də qiymət çox sərfəlidir - 54 USD; http:// www.boldtravel.com saytına daxil olub ətraflı məlumat əldə edə bilərsiniz. Tibetdən 7 mil uzaqda olan Bhote-Koshi çayı da bu macəraya ev sahibliyi etməkdədir. 160 metr hündürlük və Bhote-Koshi çayının üzərindəki körpünün üzərindən atlayıb Nepalın əsrarəngiz mənzərələrinə öz gözlərinizlə şahid olmaq istərdinizmi? 100 USD ödə və bu həyəcanı yaşa... www.thelastresort.com bu saytdan istifadə edə bilərsiniz. İndi isə bu idman növünü reallaşdırmaq üçün sizə bütün Prosesi mərhələ olaraq izah edəcəyəm. 1. İlk öncə bu idmanla məşğul olmaq istəyən şəxs heç bir təhlükəli xəstəliyinin olmadığını yazılı şəkildə bildirməlidir. 2. “Bungee Jumping”lə məşğul olacaq şəxsin çəkisi müəyyən edilərək ona uyğun olan kəndirlərlə təhlükəsiz şəkildə bağlanır. 3. Növbəti mərhələdə iştirakçı müəyyən edilmiş hündürlüyə qaldırılır və həmin hündürlükdən aşağı buraxılır. Çox zaman bu hündürlük 50 m-ə bərabər olur. Təxmini olaraq 10 m sərbəst düşüşdən sonra insana heç bir zərər vermədən sürəti yavaşladılır.


Düşdüyü yüksəkliyin təxminən 70% qədər hündürlüyə yenidən qalxır və bu proses həmin şəxs dayanana qədər davam edir 4) Təbrik edirik, Siz bunu bacardınız! “Bungee Jumping”də iki növ kəndirdən istifadə olunur: örtülü və rezinli kəndirdən. Örtülü kəndirlər ilk dəfə 1979-cu ildə İngiltərədə tullanış zamanı istifadə edilib. Bu kəndirlərdən günümüzdə də bir çox ordularda da istifadə olunur. Rezin kəndirlər isə Yeni Zelandiyada məhz bu idman üçün istehsal olunur. Bungee Jumping üzrə dünya rekordu 2002ci ildə 5 may tarixində İspaniyada qeydə alınıb. Curtis Rivers adlı şəxs hava şarından 4,632 m hündürlükdə tullanaraq bu rekorda imza atmışdır. Əgər siz də dünyaya tam başqa gözlərlə və fərqli prizmadan baxmaq istəyirsinizsə, Bungee Jumping sizi gözləyir. Dünyaya yuxarıdan aşağı baxın!

Nicat Aslanov

TR I PAN E MA .C O M

7


Səyahətini öncədən planla!

GetGuided.co.uk

T

8

əbii ki, tanımadığınız başqa bir yerə səyahət etdikdə, həmin yerin turistik yerlərini gəzib-görmək üçün ya həmin yerdə bir tanışınız olmalı ya da bələdçiniz olmalıdır. Günümüzdə bələdçilər səyahətimizin ayrılmaz parçalarından birinə çevrilib və texnologiyanı bu sahədə də görmək mümkündür. Şotlandiya, Edinburqda həmyerlilərimizin də iştirakı ilə ərsəyə gələn GetGuided.co.uk platforması bunun ən yaxşı nümunələrindən biridir. GetGuided.co.uk səyahət etmək istəyənlər üçün Airbnb formatına oxşar xidməti göstərir. Belə ki, hər hansı bir şəhərə gəlmisiniz və müəyyən bir vaxtda şəhəri gəzməyə vaxtınız var. Saytda görmək istədiyiniz tur tipini, dilini, yeri və zamanı müəyyən edib, bələdçidə istədiyiniz maraq və xüsusiyyətləri seçib və müəyyən olunan tur bələdçisi ilə görüşüb şəhəri gəzə bilirsiniz. Sayt Azərbaycanda Bakı və Gəncə, Şotlandiyada Edinburq, Glasgow və Highland, Uelsdə Cardiff, Qazaxıstanda Almati, Vietnamda Hanoi, Misirdə Cairo şəhərlərini əhatə edir və bu şəhərləri gəzmək istəyənlər bu sayt sayəsində bələdçi xidmətindən istifadə edə bilər. Saytda gəzmək istədiyiniz yeri daxil edib, bələdçilər siyahısından da xüsusiyyətlərinə və uyğunluğuna (dil, vaxt, qiymət) görə öz tur rəhbərinizi seçə bilirsiniz. Həmçinin saytda xidmətdən istifadə edən müştərilərin feedbacklərini də görə bilərsiniz.

TR I PAN E MA .C O M

Tech-in Travel


Guiding veb saytları arasında ən böyük saytlardan biri 2008-ci ildən fəaliyyətdə olan ToursByLocals.com-dur. 159 ölkədə 2041 bələdçisi olan bu nəhəng platforma səyahət edənlərin komfortu üçün hər şeyi düşünüb. Getmək istədiyiniz ölkə, şəhər və ya turun adını təklif edilən qutuda yazıb, axtardığınız ərazinin haqqında da qısa məlumatla tanış olub saytın təklif etdiyi bələdçiləri görə bilərsiniz. Bundan başqa xidmətdən istifadə etmiş müştərilərin sayt və bələdçi haqqında fikirlərini oxuya və saytın təklif etdiyi turlar ilə tanış ola bilərsiniz. ToursByLocals.com-un bir fərqliliyi də veb saytında bloqlara yer verməsidir. Hər hansı bir ərazi haqqında bilmirsinizsə, həmin yeri tanımaq və fikir formalaşdırmaq üçün saytın bu bölməsinə baxmağınız kifayətdir.

ToursByLocals.com

LikeALocalGuide.com

488 şəhərdə 8025 yerli bələdçi ilə çalışan LikeALocal guiding saytı bu sahədə bilinən veb saytlardan biridir. Digər platformalar kimi burada da səyahət etmək istədiyiniz şəhəri təklif olunan bölməyə yazıb həmin yer üçün sizə bildirilən turlar, restoranlar, bar və kafelər, AVM və bələdçilərlə tanış ola bilərsiniz. Sayt həm də bir çox fərqli şəhərlərdə edə biləcəyiniz, bir çox fəaliyyətlərlə tanış olmağınız üçün ayrı bir bölmə təklif edir. Digər saytlardan fərqli olaraq LikeALocal saytının mobil tətbiqetməsi də funksionallığı bir xeyli artırır.

Ələkbər Kərbəlayev

TR I PAN E MA .C O M

9


Eşitmişəm ki... E

şitmişəm ki, turizmin pik mövsümü olan yayın ortasında hələ də öz səyahətlərini planlaya bilməyən, lakin bunu hər şeydən çox istəyən səyahətsevərlər var. Türkiyə, Gürcüstan kimi qonşu ölkələri dəfələrlə səyahət edənlərin növbəti ilk seçimi, şübhəsiz, Avropadır. Avropanı gəzmək üçün ən praktik üsullardan biri isə onu qatarla kəşf etməkdir. Səyahəti planlamaq o qədər də asan deyil. Sizə yardımçı olmaq üçün ən azından qatarla səyahətdə bir çoxlarını maraqlandıran 5 sualı təqdim edirəm (mənbə: www. forbes.com): Leyla Həsənova

1

“Eurail Pass” yoxsa fərdi biletlər almaq lazımdır? Əgər sizin tətil üçün 3 ayınız və bir bel çantanız varsa, o zaman sözsüz “Eurail Pass” seçməlisiniz. Klassik “Eurail Pass” sizə 28 Avropa ölkəsinə sərhədsiz səyahət təklif edir. Əgər siz spontan səyahəti sevirsinizsə və qatarla çoxlu səyahət planlaşdırısınızsa, “Eurail Pass” ən yaxşı seçimdir. Siz bir gündə istədiyiniz qədər qatara minə bilərsiniz, həm də hər biri üçün ağır və mürəkkəb prosesi keçib tək-tək bilet almadan. Ümumilikdə, siz nə qədər çox səyahət edirsiniz, “Pass” o qədər ucuz olur.

10

TR I PAN E MA .C O M

Əlbəttə ki, bir çoxumuzda 3 ay tətilə getmək alınmır. Adətən bir, bəxtimiz gətirdikdə isə maksimum iki həftə tətil edə bilirik. Bəs bu halda yenə “Eurail Pass” almağa dəyərmi? Bunu aydınlaşdırmaq üçün səyahət marşrutunuza nəzər yetirmək çox vacibdir. Eurail tək ölkə, bir neçə ölkə və 5 və daha çox ölkə seçənəklərinə bölünmüş biletlər satır. Əgər siz sadəcə bir neçə qatar səyahəti düşünürsünüzsə, onda tək-tək bilet almaq daha sərfəli ola bilər. Siz www. raileurope.com və www.eurail.com saytlarına nəzər yetirib sadə riyaziyyat etməklə buna qərar verə bilərsiniz.


2

Qabaqcadan rezervasiya etməyə ehtiyac varmı? Yaxşı, sizin əlinizdə artıq “Eurail Pass” var. Amma bu sizə izdihamlı marşrutlarda yeriniz olacağına zəmanət vermir. Bir çox məşhur qatarlar – IC (Inter City) qatarları, beynəlxalq yüksək sürət və uzun məsafə qatarları üçün rezervasiya faktiki tələbdir. Yay vaxtlarında qatarlar, adətən, çox dolu olur. Belə ki, “Eurail Pass”-in nə qədər yaxşı tərəfləri olsa da, belə zamanlarda siz qatarda yer tapa bilmək üçün əlavə pul ödəyə bilərsiniz. Rezervasiya üçün kiçik bir rüsum vardır, lakin “Eurail Pass”-i olanlar endirimlərdən yararlana bilir.

3

“First Class” yoxsa “Second Class”? Qatar səyahətində “First Class” və “Second Class” arasında böyük fərq vardır və bu fərq sadəcə qiymətlərdə deyil. Bu fərq rahatlıqdadır. “First Class” bölməsində oturacaq genişdir və yatmaq üçün geriyə əyilə bilir. Burada, həmçinin, əşyalarınızı saxlamağa daha geniş yer vardır. Ümumilikdə, bu bölmə daha sakit və daha az izdihamlı olmağa meyillidir. Bir çox ölkələrdə “First Class”-la səyahət sizə qatar terminallarında “First Class” salonlarına da keçid verəcək. Qatardan və ölkədən asılı olaraq öz telefon və cihazlarınızı şarj etmək, WiFi-a qoşulmaq üçün oturacaqların yanında qurğular vardır.

4

Mən yataq tipli vaqonlarda (sleeper) səyahət edə bilərəm? Sözsüz, edə bilərsiniz, əgər belə birini tapsanız. Sürət qatarlarının bazara daxil olması və endirimli uçuş qiymətləri ilə rəqabət yavaş-yavaş yataq tipli vaqon xidmətlərini aradan çıxardır. Məsələn, Almaniya təzəlikcə Fransaya yataq tipli vaqonları ləğv etdi. Amma belə qatarlar hələ də var və bəli, onların “Berlin Night Express ” (Berlin Gecə Ekspresi) kimi romantik adları var. “Eurail Pass” gecə qatarlarında istifadə oluna bilər, kupe üçün isə əlavə ödəniş olmalıdır. “Eurail Pass”-i olanlar kupe bronlarında endirim alırlar.

5

Qatarla səyahət uçuşla səyahətdən daha ucuzdur? Bir zamanlar bu doğru idisə, artıq deyil. Avropa büdcəli hava yollarında sürətlə inkişaf edir. Məsələn, EasyJet, Air Berlin və Ryan Air. Bu şirkətlər elə qiymətlər təklif edirlər ki, qatarla səyahət daha bahalı görünür. Amma, uçuş biletinin qiymətləri tələbə görə dəyişirsə, qatar və “Eurail Pass” qiymətləri bütün sezonlarda sabitdir. Gənclər, uşaqla səyahət edən və ya 2-5 nəfərlə qrup səyahəti edənlər üçün Eurail endirimləri mövcuddur, hansı ki heç bir hava yollarında tapıla bilməz. Qatarla gəzməyin başqa avantajları da vardır. Yük rüsumları yoxdur və qatarlar sizi bir şəhər mərkəzindən digər şəhər mərkəzinə birbaşa çatdıra bilir. Bununla da sizin hava limanından şəhərin mərkəzinə getmək üçün uzun məsafə və vaxt alan prosesiniz aradan qalxmış olur. Həmçinin, hava limanlarında sonsuz mühafizə xətləri ilə qarşılaşma ehtimalınız da yoxdur. Pul bir kənara, amma İsveçrə Alpları, İtaliya kəndləri və Fransız Rivierası kifayət qədər güclü səbəblərdir ki, hər dəfə qatar səyahətini tərcih edəsiniz.

TR I PAN E MA .C O M

11


Tanımayanlara özünüzü necə tanıdardınız? - Günay. Azadlıq axtarışında olan, lakin sonradan azadlığın mövcud olmadığını anlayan yenə də özünün xoşbəxt olduğunu hiss edən biri. Ümumilikdə neçə ölkədə olmusunuz? - Düzü saymamışam, məncə 12 olmalıdır. Mənim üçün kəmiyyət yox, keyfiyyət önəmlidir. Fikrimcə, bir ölkəni daha yaxşı, dərindən anlamaq üçün həmin ölkədə ən azı 2 həftə yaşamaq lazımdır. Mənim səyahətlərim də heç zaman 2 həftədən az olmayıb, hətta ən son səyahətim 2 həftədən 2 aya qalxmışdı (gülür). Səyahət etdiyiniz ən uzaq ölkə hansıdır? - Son 3 ildir mən səyahətlərimi Avstraliyadan edirdim. Amma Azərbaycanı nəzərə alsaq yəqin ki Tasmaniya ən uzağı olub. Səyahət zamanı etdiyiniz ən çılğın şey? - Çoxdur (gülür). Ümumiyyətlə, Hindistana bir qadın olaraq tək səyahət etməyimin özü hamıya qəribə gəlirdi. Evdə hamı çox narahat idi. Bəzən cüzi - “narahat olmayın yanımda yerli adam var” tipli yalanlar demək məcburiyyətində qalırdım. Çünki elə ölkələr var ki, tək qadın kimi gəzmək təhlükəlidir. Hindistana bilirdim ki, tək səyahət edən çox idi və onların da qorxu dolu təcrübələrinə də qulaq asmışdım. Məhz bu səbəbdən “mən tək bacararam” hissi ilə ora tək səyahəti seçdim. Həm də ki, heç kim yoxdur səyahət etməyə, oturub gözləyəsən ki kimsə nə vaxt gələcək onla bir yerdə səyahət edəsən?! (gülür) Orada da çox ani qərarlar vermək lazım gəlirdi ki, məncə bu qərarları “çılğın” kateqoriyasına aid etmək olar. Məsələn, qatardan düşdün və 1 saniyədən də az vaxtın var ki, inanıb həmin rikşaya minəsən ya yox, həmin adamla gedəsən. “İnanım” qərarı verdiyiniz anda da elə həyatınızın ən çılğın anları başlayır. İndiyə qədərki səyahətləriniz zamanı şahidi olduğunuz ən maraqlı hadisə? - Yadıma salmaq çətin olacaq, gərək bir az hazırlaşardım (gülür). İnsan psixologiyası elədir ki, pis hadisələr daha çox yadda qalır. İndi yadıma salım yaxşı nələr danışa bilərəm. Myanmarda, Birmada olduğum müddətdə balayına velosipedlə çıxmış gənclərin şahidi olmuşdum. Bizim düşüncəmizdə balayına tropiklərə gedirsən, dəniz və orada dincəlirsən. Bu fransız cütlük isə “budget” balayı seçmişdilər. Oğlanın velosipedi xarab olmuşdu deyə onlar onu qızın velosipedinə bağlamışdılar və qız sürürdü. Mən özüm düşünərdim ki, hər şeyi də mən eləməyim. Amma orada olan, səyahət edən qadınların özünə inamını gördükcə, mənim özümdə də bu cür xarakter formalaşmağa başlayırdı. Hindistanda tanış olduğum biri haqqında da danışmaq istəyirəm. Yoqa dərslərim zamanı 40 yaşlı bir yəhudi kişi diqqətimi çox çəkdi. O da mənimlə birgə dərslərdə iştirak edirdi. Mənə çox maraqlı idi ki, nəyə görə o hər zaman eyni paltarda gəzirdi, ikinci paltarda heç vaxt görməmişdim və xüsusi bir dietada idi, bunu yeməklərindən anlamaq mümkün idi. 2 həftə keçirilən yoqa dərsləri ərzində onunla tanış olmaq imkanım oldu. Bu insanla tanış olduqdan sonra aydın oldu ki, minimalist insandır, 3 aydır ki Hindistandadır və demək olar ki hər guşəsini görüb. Onun soyadını öyrəndim və onu araşdırdıqda dünyanın top universiteti olan “Wharton”u bitirmiş, milyon dollarlıq biznesi idarə edən, iş-güc sahibi biri olduğunu aydınlaşdırdım. 6 ildir ki işləmir, investisiya etdiyi bəzi işlərdən gələn gəlir əsasında yaşayır, ailəlidir, 2 uşağı var. Karyerasında 2 dəfə krizis yaşayıb. Söhbət əsnasında bu qədər uğur qazandığına baxmayaraq həyatında nəyinsə çatışmadığını hiss etdiyini bildirdi, daxildə mənəvi rahatlıq tapa bilmirmiş. Buna görə də Hindistana gəlib və özünü yalnız burada sakit hiss etdiyini bildirdi. Mən də karyerist insanam və suallar içindəydim ki hansı istiqaməti seçim. İşin hansısa üstünlüyü varsa, onu sevmədiyim halda orada qalım ya yox. Bu hekayəni eşidəndə mən bir daha əmin oldum ki, 40 yaşını gözləməyə dəymir, elə mən düz yoldayam.

12

TR I PAN E MA .C O M


TR I PAN E MA .C O M

13


©Mövlan İman 14

TR I PAN E MA .C O M


O həyatı yaşayan insanlar çoxdur. Mən elə ürəyimin səsinə qulaq asmağı seçməliyəm. Dünyada daha çox pul, daha çox şan-şöhrət, “qlamur” həyat deyə illüziya yaradılıb. Xoşbəxt olmaq insanın əsas ehtiyacı olan yemək, geyim, ev, bir də ki xəstələndiyin zaman dərmanının olmasıdır. Orada çöldə yaşayan insanlar belə var. Onlar bizdən daha xoşbəxt idilər. Biz həyatda gördükcə daha çox şey istəyirik. Hindistanda yerlilərlə ünsiyyətdə olmaq insanın necə səmimi varlıq olduğunu başa salır. Biz öyrəşmişik özünü yuxarıdan aparan insanlara dəyər verməyə, kimsə sənlə səmimi danışanda ona adi adam kimi baxırıq. O insanları tanıdıqca isə özünü sevməyə başlayırsan, biz sosial varlığıq, biz bir yerdə olmalıyıq, xeyirxah işlər görməliyik. İndi “individualizm” məşhurdur, özün qabağa get “sən bunu bacararsan”, “sən milyoner ola bilərsən” tipli kitablar yazılır. Bunlar isə boş şeydir, özün ol, daxili enerjini hiss et. Tək qal, meditasiya et, zəifliklərini qəbul et, təbiətdə ol. Hindistan qatara tək minən qızların başına gələn hadisələri eşitdikdən sonra qatara tək minim ya yox düşüncəsi ilə də xatirələrimdə qalıb. Hindistanda Azərbaycan musiqisini sevən, Azərbaycan milli çalğı aləti olan Kamançaya heyran olan və onu çox gözəl çalan 5 ay Azərbaycanda yaşayan israilli biri ilə tanışlığım da heç vaxt yadımdan çıxmaz. Həmin günü Bakıya tez zamana dönüş bileti almışdım. Deyirlər, 40 il qorxu ilə yaşamaqdansa, 40 gün Hindistanda gəzmək yaxşıdır. Siz necə düşünürdünüz? - Bu deyimi mən özüm də istifadə etmişdim. Həqiqətən elədir. Nəinki Hindistan, bu deyim hər zaman həyatın özü üçün də doğrudur. Çünki həyatımızda fərqliliklər etmək lazımdır, qorxu hissi ilə yaşamaq olmaz. Bir deyimdə də deyildiyi kimi, hər gün eyni şeyi təkrar etməklə, həyatınızda nəyinsə dəyişəcəyini gözləməyin. Mən Hindistana demək olar ki plansız getmişdim, düzdür heç kimə məsləhət görmürəm belə etməyi, çünki çox xərciniz çıxa bilər, ancaq plansız getməyimin də səbəbi var idi. Həqiqətən 40 gün Hindistanı plansız gəzmək, 40 il onun xəyalı ilə yaşamaqdan yaxşıdır. Bəsdir Hindistana kinolardan baxdınız, gedin oranı yaşayın. Deyirlər ki, Hindistana səyahət edən ya ora aşiq olur ya da nifrət edir. Sizdə hansı oldu? - Doğurdan da, məhz bu iki kateqoriya mövcuddur. Hətta deyə bilərəm ki, eyni ölkədən eyni vaxt səyahət edən iki dostdan biri Hindistana bir daha ayağımı basmaram deyib, digəri isə bura dəfələrlə gələ biləcəyini bildirmişdi. Mən özüm ikinci kateqoriyadanam. Məndə də elə hadisələr olub ki, bir daha ora gedib onları yaşamaq istəməzdim. Amma Hindistan o qədər böyük ölkədir ki... Gedənlər də adətən Aqra, Dehli, Caypuru gəzdikləri üçün Hindistanın heç 10%-ni belə görmürlər. Ancaq, mən deyərəm ki, oranı sevmək üçün Hindistanı tam gəzmək lazımdır. Çünki özünü tapmaq, insanlar arasında münasibəti anlamaq və öz tərzində insanları tapmaq üçün çox uyğun ölkədir. Səyahət zamanı hər zaman yanınızda götürdüyünüz 3 vacib əşyanız? - Bir neçə funksiya yerinə yetirə bilən əşyalara üstünlük verirəm. Minimalizm ilə məşğulam və bu cür əşyaları kəşf edəndə onlara vuruluram. 1-ci dəsmal düşünürəm ki, səyahətçinin 1 nömrəli əşyasıdır. Çünki istəsən onu dəsmal kimi istifadə edə bilirsən, istəsən soyuqda yorğan kimi və hətta başının altına qoymağa yastıq kimi də istifadə edə bilərsən. Mənim dəsmalım isə xüsusi açılıb-bağlanır, yəni çox yer tutmur. Düzdür onu alanda dəsmala bu qədər pul verməzlər deyirdilər, amma yararlı və lazımlı əşyadır. İkinci, yoqa şalvar-legginsi: həm yoqa etmək, həm də rahat olduğu üçün adi vaxtda da geyinə bilərsiniz.

TR I PAN E MA .C O M

15


3-cü yazmağı çox sevən biri kimi qələm və dəftər deyərdim. Telefona yazmağı sevmirəm, dəftərə yazmaqla onun arasında çox fərq var. Hətta, Avstraliyadan səyahət edirdim və qələm götürmək yadımdan çıxmışdı, qələmlər də dollar ilə satılırdı, mən də baxa-baxa qalmışdım ki, mən dolları verim bir qələmə ya yox. Ancaq aldım. Məni tanıyanlar bilir ki, artıq əşyaları həqiqətən sevmirəm. Amma o qələmə o pulu verməyə dəyərdi. Qələm hələ də mənimlədir. Jurnalın oxuyucularına da demək istəyirəm ki, səyahətə çıxan zaman özünüzlə çox əşya götürməyin. Bunu özünüz üçün bir dəfə test edin. Mənim ilk səfərim Böyük Britaniyaya olub. O qədər əşyam var idi ki, qayıdandan limiti keçmişdim deyə çox şeyi orada qoymalı oldum. O səyahətimdən sonra dəyişdim. Hətta deyərdim ki, 2 aylıq səyahətimə 9 kq əşya götürmüşdüm. Az əşya ilə səyahət etməyin həzzi çox başqadır. Səyahət etdiyiniz şəhərlər içində ruhunuzla harmoniyada olan şəhər hansıdır? - Son olduqlarımdan deyəcəm. Ancaq bu yeni ölkələr kəşf etdikcə dəyişə bilər. Birinci yerdə Dharamsaladır. Əslində şəhər sözü ora uyğun gəlmir. Düşünürəm ki, bir şəhərdən daha artıqdır. Dağların qoynunda bir şəhər təsəvvür edin, insanlar sizə gülür, onlarla rahat şəkildə oturub söhbət edə bilərsiniz. Buradakı əhali tibetlilərlə qarışıqdır. Təbiətinin, insanlarının xoş səmimi olmağı adamı cəlb edir. Ora səyahət edən insanlar belə çox fərqli insanlardır. Ora köçənlər özləri üçün maraqlı bir “cəmiyyət” yaradıblar. Hindistan 6 aylıq viza verir, elə insanlar var ki, bu vaxt tamam olduqdan sonra ölkədən çıxıb yenidən viza alıb qayıdırlar. Yaşıllıq, sakitlik... Avstraliya 2013-cü ildə dünyanın ən xoşbəxt ölkəsi seçilib. Sizcə yaşamaq üçün tam ideal ölkə hesab etmək olar? - İlk dəfə gedəndə insan vurulur. Lakin xoşbəxt yaşamaq individual məsələdir. Yaşamaq istədiyin yer məkan olaraq yox, oranın insanları ilə bağlı olmalıdır. Mən Avstraliyada üçüncü ilimdə tanış olduğum “Turnstyle” cəmiyyətinin təsirində olaraq deyirəm ki, əgər ətrafınızda özünüzə uyğun insanlar varsa, o yerdə sizin üçün “yaşamalı olduğunuz” yerdir. Avstraliyada gördüyüm yeganə mənfi nüans insanların bir-birindən ayrı düşməsidir. Bu Qərbin hal-hazırda böyük problemidir. Çox insan depresiyadadır, antidepresan dərmanlarla yaşayır. Bu təkliyin gətirdiyi problemlərdir. Təsəvvür edin ki, orada “mənim dərdim var” demək pis qəbul olunur. Sən cəmiyyətdə həmişə özünü xoşbəxt göstərməlisən, həyatında hər şey qaydasındadır kimi aparmalısan. Ancaq evə qayıdanda, tək özünlə qalmaq, qəlbini açıb danışa biləcəyin insanın olmaması insanı depressiyaya salır. Mən 3 il Avstraliyada yaşamışam və bunu hiss etmişəm. Mənim ətrafımda həmişə yaxınlarım olub və bu cür təklik mənə qəribə gəlirdi. Dünyanın ən bədbəxt insanı dünyanın ən pis yerində yaşayan yox, ətrafında danışmağa, ürəyini açmağa insanı olmayandır. Avstraliyanı ümumilikdə götürsək, bəzi həyat üçün yaradılmış nüansları nəzərə alsaq, bəli yaşamalı yerdir. İnsanın həyatına, vaxtına hörmət olunan yerdir. Bahalı ölkədir, ancaq işləyirsinizsə, öhdəsindən gələ bilərsiniz. Bu yenə də insanın psixologiyasından irəli gəlir. İnsan özünü psixoloji cəhətdən hansısa məkana, yerə bağlamamalıdır. Daxilində rahat və sakitsənsə, həyatdan zövq ala bilirsənsə, yerin buna qətiyyən heç bir təsiri yoxdur. Sadəcə yeni bir yerdə o hissi gücləndirmiş olacaqsan. Çünki sonunda hər bir iş, mühit adiləşəcək. Adiləşəndə isə yenilik axtarmağa başlayacaqsan.

16

TR I PAN E MA .C O M


TR I PAN E MA .C O M

17


Ona görə də oxuculara məsləhət görürəm ki, yeni yerlər kəşf edin, özünüzə xatirələr yığın. Amma harada yaşamağa gəldikdə isə bu individualdır. Avstraliyadan Hindistana, Tailanda köçən insanlar da çoxdur. Çünki o ölkələrdə insanlarla münasibətdə özünü dəyərli sayır, ancaq Avstraliyada isə adi insanlardan biridir. Halbuki deyə bilərlər ki, “gül kimi ölkənin nəyini bəyənmirsiz?!” (gülür) Sizcə yer üzündəki cənnət haradır? - Baxır cənnəti necə təsəvvür edirsiniz. Bu suala Borneo (Kalimantan) adası deyərək cavab verərdim. Ancaq yox, Tasmaniyanı unutmayaq. Səyahətimdən sonra ora o qədər vuruldum ki... Oranın təmiz havası, sakit aurası, insanları... Qərar verə bilmirəm, ayrıseçkilik etməyim, cənnət sizin içinizdədir deyim keçim (gülür). Yox mən Borneo seçirəm. Xəyalını qurduğunuz, lakin hələ də səyahət etmədiyiniz ölkə hansıdır? - Bir ölkədən daha çox, ağlımda bir səyahət turu var. Aylarla sürəcək Mərkəzi Asiya turu etmək istəyirəm. Mənə antropologiya və genetika çox maraqlı gəlir. Azərbaycanı, əsasən də bir millət olaraq problemlərimizin nədən qaynaqlandığını çox araşdırmışam. Bizdə digər millətlərdən fərqli olaraq “birlik” problemi var, yəni insanlarda bir məqsədə doğru getmək, özünü sevməmək, natamamlıq kompleksi var. Onun öhdəsindən yalnız o vaxt gəlmək olur ki, özünü sevməyə başlayırsan. Özünü sevmək üçün tarixini bilməlisən. Tarix kitablarında yazan tarixi yox. Biz özümüzün “kim”, “nə” olduğunu bilmirik. Assimilasiyaya uğramış bir millət olduğumuz üçün çox maraqlı bir nüans ortaya çıxır. Genetika mənim üçün maraqlı olduğu üçün mən genetik testdən keçdim və məlum oldu ki, 70% Qafqaz, 20% fars, 10% də qarışıq tipli genetika çıxdı. Təəssüf olsun ki, Azərbaycandan bu testi götürən azdır deyə, bizlə bağlı DNA bankda dəqiq genetik məlumat yoxdur.ё Məhz bu səbəbləri məni kökləri çox dərin olan, qədim sivilizasiyadan gəlmiş İrana gedib Ərdəbil, Zəncanı tanısınlar. Sufizmi araşdırsınlar, onu da qeyd edim ki, mən buddizmlə sufizmin bir nöqtədə birləşdiyinə inanıram. Avstraliya kimi ölkələr yeni formalaşmış ölkələrdir, onlar özləri düşünürlər ki “məhbuslardan” törəmədirlər. Bu isə onlara pis təsir edir. Yəni onların “identiklik” problemi var. Bizim isə qədim, zəngin mədəniyyətimiz var. Özbəkistan, Qazaxıstan, ortaq dili paylaşdığımız ölkələri aylarla gəzmək və kökümü daha yaxından anlamaq istəyərdim.

18

TR I PAN E MA .C O M


TR I PAN E MA .C O M

19


Keçmişə, indiyə qədər səyahət etdiyiniz günlərə qayıtsanız hal-hazırda hansı ölkədə olmaq istəyərdiniz? - 100% Hindistan. Hətta fikirləşirəm noyabr ayında yenidən qayıdım. Bir sözlə, həyatımı Hindistanla bağlamaq fikrim var. Yoqa-meditiyasiya ilə məşğul oluram. Azərbaycana qayıtmaq səbəbim isə sırf bunla bağlı yeni bir mərkəz açmaq istəyirəm. Əksəriyyət inkişaf etmiş ölkələrə səyahətə üstünlük verir. Sizcə insanları daha fərqli, az inkişaf etmiş ölkələrə səyahət etməyə nə çəkindirir? - Daxilimizdə olan özünəgüvənsizlik və qorxu hissi. Bu hisslər fərqli mədəniyyətlər kəşf etmək üçün bizə maneədir. Hələ də kəşf olunmamış, inanılmaz tarixə malik yerlər, fərqli mədəniyyətlər var. Ən unudulmaz təcrübələr də məhz “mən bu yerə gedib, onu öz gözlərimlə görəcəm” qərarını verdiyimiz anlarla bağlı olur. Sizcə səyahətin 3 qaydası hansılardır? - Birinci, “6-cı hissi”nə güvənmək. İkinci, hiss edirsənsə həmin şəhərdən, yerdən və bəzən ölkən getmək lazımdır, getməyiniz məsləhətdir, çünki qaldıqca o gözəl hisslər dəyişə bilər, əgər səyahətdən istədiyini almısansa, o pik nöqtəyə çatmısansa oranı tərk etməlisən. Üçüncü və ən vacibi isə yeni təcrübələrə pul xərcləməyə xəsislik etməmək. ‘’Luxury travel’’ seçərdiniz ya ‘’Budget travel’’? - Əlbəttə ki ‘’Luxury travel’’. Zarafat edirəm təbii ki. Düşünürəm ki, ‘’Luxury’’ anlayışı sadəcə illuziyadır. Səyahət etməyin əsas məqsədi nədir? Yenilik görmək, kəşflər etmək. Səyahət etdikcə öz həyatından fərqli nüanslar görürsən, çünki adi günlük rutinində özünü görmək olmur. Səyahətdə də özünü dərk edirsən, özünü mükəmməlləşdirirsən. Ona görə də bunun bir fərqi yoxdur. İnsanlar onları xoşbəxt hiss edəcək səyahət növünü seçməlidir. Ancaq bir düşünün, yoqanı 5 ulduzlu bir mehmanxanada yoxsa yaşıllıq olan meşədə və səni minimalizmə çağıran bir yoqa müəllimi ilə etmək?! Seçim yenə də sizindir. Amma mən ikinci seçdim. İndiyə qədərki səyahətləriniz zamanı topladığınız təcrübələrə əsasən səyahət etmək istəyən insanlara hansı məsləhətləri verərdiniz? - Birlikdə səyahət edəcəyiniz insanları düzgün seçin. Hər şeyə görə şikayət etməyin. Səyahət zamanı çox tərsliklər ola bilər, sevmədiyiniz nüanslarla qarşılaşa bilərsiniz, hamısını adi qəbul etməyi bacarmalısınız. Xüsusilə də, dostlar ətrafında çoxlu şikayət etməklə siz sevilməyən bir vəziyyətə düşə bilərsiniz. Hər anın dadın çıxardın. Oxucularımıza son olaraq nə demək istərdiniz? - Özünüzü sevin. Eqonuzu yox, özünüzü (gülür). Səyahətlərinizdən özünüzü sevmək üçün istifadə edin. Mütləq tək səyahət edin.

20

TR I PAN E MA .C O M


TR I PAN E MA .C O M

21


Bir dəfə Hindistanda H

indistan filmlərini bir çoxumuz əsasən uzun musiqili və fantastik filmlər olaraq xatırlayırıq. Ancaq bu dəfə Sizi tam fərqli janrlarda olan hind filmləri ilə virtual olaraq Hindistana səyahətə aparacağam. Nəriman Əliyev

A

vstraliya, İngiltərə və ABŞ ölkələrinin birlikdə yaratdığı şah əsər olan Lion filminin sujet xəttinin əsas hissələri məhz Hindistanda cərəyan edir. Filmə baxdığımda ilk olaraq mənim diqqətimi baş rolu canlandıran 8 yaşlı Sani Puvar (Sunny Pawar) çəkdi. Cəmi 8 yaşlı bu kiçik oğlan öz aktyorluq bacarığı ilə təcrübəli aktyorlardan heç də geri qalmır. Olduqca təsirli və real canlandırılmış bir rol... 8 yaşlı aktyor belə çətin işin öhdəsindən çox ustalıqla gəlib. Bundan başqa digər aktyorların da əməyi böyükdür. Bir-birindən möhtəşəm canlandırılmış rollar filmi daha da möhtəşəm edir. Baş rolu oynamaq üçün gələn 4000 nəfər arasından sonda ən layiqli şəxs - Dev Patel seçilib. Filmdə həmçinin Hindistanın bir-birindən gözəl guşələrinin və təbiətinin də şahidi ola bilərsiniz. Gözəl təbiət insanı sadəcə heyran qoyur. Filmin çəkilişləri zamanı hətta Benqalyanın ən çox istifadə olunan Howrah körpüsü də istifadəyə bağlı elan olunmuşdu. Bu hadisə Hindistan tarixində ilk dəfə baş verib. Filmin sujet xəttinə gəldikdə isə insanın bu filmdən təsirlənməməsi çox çətin məsələdir. Filmdə balaca bir uşağın gözlənilməz şəkildə öz ailəsindən çox uzaq bir yerə gedib çıxmasından və dünyanın ən böyük ölkələrindən birində tək qalmasından bəhs olunur. Daha sonra onu Avstraliyalı bir cütlük övladlığa götürsə də, böyüdükcə öz ailəsini tapmaq düşüncələri onu daha çox narahat etməyə başlayır. Filmi daha çox təsirli edən məqamlardan biri filmin real hadisələr əsasında çəkilməsidir.

22

TR I PAN E MA .C O M

Saru Brayerli (Saroo Brierly) başına gələnləri “A long way home” memuarında qələmə almışdır. Film məhz bu memuar əsasında lentə alınmışdır. Daha bir maraqlı məqam isə filmdə Saru Brayerli obrazının analığını canlandıran və özünün övladlığa götürdüyü iki övladı olan Nikol Kidmanın ilk dəfədir bir filmdə övladlığı olan ana rolunu canlandırmasıdır. Filmi ümumilikdə ən təsirli filmlərdən biri hesab etmək olar. “Lion” dram janrını sevənlərin çox bəyənəyici bir filmdir. Əgər həm möhtəşəm film izləmək, həm də Hindistanın gözəl guşələrinin şahidi olmaq istəyirsinizsə sizə Lion filminə baxmağı məsləhət görərdim. Rejissor: Qart Devis (Garth Davis) Film heyəti: Dev Patel, Runi Mara (Rooney Mara), Nikol Kidman (Nicole Kidman), David Uenham (David Wenham) IMDb: 8.1 İl: 2016 Müddət: 118 dəqiqə Mükafatlar: Film 89-cu Akademiya Mükafatları təqdimat mərasimində 6 fərqli kateqoriyada nominant olub.


M

ən hər zaman Braziliya deyəndə Braziliyanın karnavalları, futbolu və çimərliyi ağlıma gəlirdi. Fernando Meyrellisin (Fernando Meirelles) “Tanrının şəhəri” filmini izlədikdən sonra isə Braziliyanın həm də qanlı atışmalar, narkotik maddələrinin dövriyyəsi və qanun pozuntularına görə məşhur olduğunun da fərqinə vardım. Real hadisələrə əsaslanan kinoya əsasən Rio-deJaneyroda qanun belədi: “Döyüş, amma heç bir zaman sağ qala bilməyəcəksən.. Qaç, amma heç vaxt xilas ola bilməyəcəksən” Film Rio-de-Janeyro şəhərinin yoxsul gecəqondu məhəllələrində 1960-cı illərdə baş verən qanlı hadisələri əhatə edir. Bu yoxsul məhəllədə kasıblıq, işsizlik və ağır yaşam standartları kiçik yaşlı uşaqları belə cinayət törətməyə vadar edir. Silahdan istifadə etmək və narkotik qəbul etmək kiçik yaşlı uşaqlar üçün sıradan bir hala çevrilir. Biz filmdə bütün bu hadisələri “Raket” ləqəbli dürüst, özünə fərqli yol seçmiş və kiçik qanun pozuntuları arasında gedib-gələn gəncin elə öz ağzından eşidəcəyik. Onun həmyaşıdları artıq qanqsterə çevrilsələr də, o, fotoqrafçılıqla maraqlanır və böyüyəndə müxbir olmağı arzulayır. Bəs onun bu istəyini “Tanrının şəhəri” reallaşdıra biləcəkmi? Axı, Tanrının şəhərində hər şey mükəmməl olmalı idi, yoxsa Tanrı bu şəhəri unudub?...

təminat altına almış olur. Filmdə çəkilən aktyorların 90%-nin aktyorluq bacarıqlarının olmadığını desəm? Yox, yox, düşünməyin ki bu heyət filmin keyfiyyətinə pis təsir edib. Onlar ən az bu qədər mükəmməl bir film ortaya qoya bilərdilər... Həqiqətən də, aktyorların və çəkiliş heyətinin belə film çəkməsini yüksək qiymətləndirirəm. Braziliyanın gerçəklərini çox aydın şəkildə göstərə bilən bu filmi ora səyahət etməmişdən qabaq izləməyi məsləhət görürəm (ancaq nə badə valideynlərinizlə birgə baxasınız, əks təqdirdə ora getmək üçün icazənizi ala bilməyəcəksiniz). İzlədikdən sonra insanda müəyyən hisslər çoxluğu qalır ki, bu da film haqqında yalnız müsbət rəylər yaratmağa kifayətdir. Rejissor: Fernando Meyrellis (Fernando Meirelles) Film heyəti: Aleksandr Rodriqes (Alexandre Rodrigues), Leandro Firmino (Leandro Firmino), Fellip Hagensen (Phellipe Haagensen), Duqlas Silva (Douglas Silva), Conathan Hagensen (Jonathan Haagensen) və başqaları.. Müddət: 135 dəqiqə

Azyaşlılar böyüyərək daha da sərt və qəddar olurlar. Əslində, filmdəki həyat tərzini nəzərə alsaq, insanları günahlandırmaq da olmaz… Çünki, yaşam təminatlarını ancaq silahlanaraq öz əhatəsini qurub mübarizə aparmaqda görürlər. Raket isə bir qəzetdə ayaqaltı işlərlə məşğul olarkən çəkdiyi bəzi təsadüfi şəkillərinin təsadüfən yayımlanması ilə xəyalına doğru ilk addımları atmış olur. Qanlı çatışma zamanı gizləndiyi yerdən çəkdiyi bu şəkillər Raketi nəhayət, şöhrətə aparır və o, qəzetdəki yeni işi ilə öz həyatını

TR I PAN E MA .C O M

23


24

TR I PAN E MA .C O M


P.K. P

. K. şəhərdə gəzişən bir yaddır və daha əvvəl kimsənin soruşmadığı sadə suallar verərək onlara cavab axtarır... Başqa bir qalaktikadan gələn Peekayın gerçək Tanrı axtarışını mövzu edən film izləyicini bu axtarış üzərindən fəlsəfi səfərlərə çıxarır. Baş rolun eşq və həyat dolu isti bir hekayəsi sizi ekrana bağlayacaqdır. Dünyaya enər-enməz insanların pis əməlləri ilə qarşılaşan P.K.nın gəmisinin açarı bir hindli tərəfindən oğurlanır və bütün hadisələr də bundan sonra başlayır. Öz gəmisinin açarının axtarışına çıxan P.K. ya hər kəs açarının harada olduğunu yalnız Tanrının bildiyini söyləyir. Sadəlöv personaj bu ifadəni hərfi mənada anlayır və Tanrının axtarışına çıxır. Bu filmi izlədikdən sonra sizin də dini baxışınızda ciddi dəyişikliklər baş verəcək. Komediya janrında çəkilmiş film olmağına baxmayaraq, insanda çox dərin izlər buraxacaq. Əlbəttə baş rolda Aamir Xanın (Aamir Khan) olması filmə olan marağı birə-beş artırıb. Bu rolu ondan başqa kim belə professional oynaya bilərdi ki?! Aamir Xanın ən sevilən filmlərindən sayılan P.K.-nın maraqlıdır ki, rejisoru Rackumar Hiranidir. Biz Aamir Xan və Rackumar Hiraninin (Rajkumar Hirani) birlikdə necə möhtəşəm filmlər çəkdiyini artıq bilirik. Buna misal kimi “3 Idiots” filmini də göstərmək olar. Çox sadə ancaq düşündürücü sualları ilə P.K. personajı nəyinki hind filmləri tarixinin, bəlkə də dünya tarixinin ən yaxşı film personajlarından biridir. Həmçinin filmdə Hindistan və Pakistan arasında olan siyasi problemlərin, dini və irqi ayrıseçkiliyin necə mənasız və dəhşətli nəticələrinin olduğunu görə bilərsiniz. Rejissor: Rackumar Hirani (Rajkumar Hirani) Film heyəti: Aamir Xan (Aamir Khan), Anuşka Şarma (Anushka Sharma), Sandcay Datt (Sanjay Dutt) IMDb: 8.2 İl: 2014 Müddət: 153 dəqiqə

TR I PAN E MA .C O M

25


26

TR I PAN E MA .C O M


TR I PAN E MA .C O M

27


D

angal... Hind dilindən tərcümədə güləş deməkdir. Aamir Xan digər filmləri kimi yenə də insanın hisslərinin sarı milinə toxuna bilib. Film keçmiş güləş üzrə ölkə çempionu olmuş bir atadan və onun arzularından bəhs edir. Mahavir adlı atanın ən böyük arzusu ölkəsinə qızıl medal qazandırmaqdır. Bunu edə bilmədikdə isə tək çarəni oğlu olduqda onu məşq etdirərək bu arzusunu reallaşdırmaqda görür. Ancaq bu mənada da onun bəxti yenə gətirmir. 4 qız övladı dünyaya gəlir. Bundan sonra artıq arzularının yalnız arzu olduğunu görən Mahavir evdə olan bütün medallarını yığıb bir çantaya yerləşdirir. Ancaq hələ heç nə bitməyib! Bir müddət keçdikdən sonra işdən evə qayıdan Məhavir qonşularını evində görür və nəyinsə düz getmədiyini anlayır. O, qonşuların uşaqlarının çox pis vəziyyətdə olduğunu görür... Budur, qız atası olmaq hələ ki qızıl medalı qazana bilməyəcəyin anlamına gəlmir! Qızlarında olan güləşçi qanını görən ataya sanki tunelin sonunda işıq görünür və hər şey də bundan sonra başlayır. Həmçinin filmdə Hindistanın gözəl təbiəti ilə də tanış olmaq olar. Operatorların möhtəşəm işini alqışlamamaq olmur. Doğurdanda gözəl mənzərələr və gözəl sujet xəttinə malik filmi izləməmək olmaz. Film təkcə bir ailənin həyatından danışmır, bu film demək olar ki, bütün qadınların qarşılaşdığı ayrışeçkilikdən və çətinliklərdən bəhs edir. Sən qadınsansa və ucqar balaca bir kənddə doğulmusansa həyat sənin üçün çox çətindir. Bir atanın bütün çətinliklərə baxmayaraq, necə mübarizə apardığına şahid olmaq istəyirsinizsə, Dangal filminə mütləq baxın.

DANG 28

TR I PAN E MA .C O M


Rejissor: Niteş Tivari (Nitesh Tiwari) Film heyəti: Aamir Xan (Aamir Khan), Sakşi Tanvar (Sakshi Tanwar), Fatima Sana Şeyx (Fatima Sana Shaikh), Sanya Malhotra IMDb: 8.7 İl: 2016 Müddət: 169 dəqiqə

GAL TR I PAN E MA .C O M

29


K

eçən səyahətimizdə Qara Dəniz ətrafı 6 ölkə gəzib,

vətənə qayıtdıq. Bu səyahət planlarının ardıcıllığını məhz

başa

yay

sezonunda

sizin büdcənizi də nəzərə alaraq xərclərin artan sırası

restoran və kafelərdə milli təamların dadına baxa bilərsiniz.

çəkə

bilərsiniz.

səyahət Raekoja

edəcəyiniz Platz

təqdirdə

ətrafında

onlara müxtəlif

ilə düzmüşəm. Bu planlar aşağı-yuxarı karyeranızda olan maaş

Tallindən bərə ilə Helsinkiyə 30-40 USD civarında ödənişlə gedə

artımı ilə düz mütənasib olacaq. İlk məqalədə də qeyd etdiyim

bilərsiniz. Qış aylarında havanın aydınlığı cəmi 4-5 saat çəksə də,

kimi siz 5 ilə tam 100 ölkə gəzməyi planlaşdırırsınızsa, ildə 2 dəfə

bu sizi şəhərdən zövq almaqdan saxlamamalıdır. Tuomiokirkkoya

məzuniyyətinizi (ümumi cəmdə təbii ki, 1 ayı keçməsi real deyil. 1 ay

kilsəsinə fikir verin. Çünki Helsinkidən sonra Sankt-Peterburqa yola

bəsdir), bayram və digər qeyri-iş günlərinizi effektiv planlamalısınız.

düşəcəksiniz və oradakı Kazan Katedralına nəzər yetirərsiniz. Bu

İkinci səfərimizi birinci ilin qışına yəni Yeni il və sonrakı ərəfəyə

Fin kilsəsi məhz Kazan Katedralına bənzədilərək 1852-ci ildə tikilib.

planlaşdıra bilərsiniz. Səfərin əhatə edəcəyi ölkələr Belarus,

Tuomiokirkkodan ara küçə ilə Kauppatoriyə enin. Oradan mütləq

Litva, Latviya, Estoniya, Finlandiya və Rusiyadır. Bu səfər üçün

Suomenlinna deyilən Finlandiya qalası anlamına gələn adaya baş

Latviya (VFS Global vasitəsilə) və ya Litva səfirliyindən alacağınız

çəkin. Bu adaya getmək üçün Kauppatori limanından Suomenlinnaya

Şengen vizası sizi rahat səyahət etmənizə zəmin yaradacaq.

tərəf gedən bərəyə minməlisiniz. Bərəyə minmək adam başı 3€-

Viza sənədlərinizin hazırlanmasını Vizam.az şirkətinə də həvalə

dur və əgər 80 dəqiqə içərisində qayıtsanız, qayıtmaq üçün bərəyə

edə bilərsiniz. Xərclər 35 EUR səfirlik rüsumu, 8-12 EUR sığorta

ayrıca pul ödəməyəcəksiniz (məlumatların bəziləri Helsinkidə

olacaq. Əlavə olaraq VFS Global vasitəsilə müraciət edəcəyiniz

yaşayan həmvətənlimiz Ülkər Ağayeva tərəfindən yazılıb).

təqdirdə 45 AZN administrativ rüsum ödəməli olacaqsınız.

Helsinkinin də, Londonda olduğu kimi “Helsinki Eye”ı var.

Səfəri uçuş biletlərini bir tərəfli olaraq Bakı-Minsk və Sankt-

Helsinki Eye-a minmək adam başı 18€-dur. Helsinki Eye-

Peterburq – Bakı ala bilərsiniz. Bakı-Minsk reysini AZAL və Aeroflot

ın yanında yerləşən “Allas Sea Pool”da üzməyi və saunaya

vasitəsilə birtərəfli 150-160 USD-ə (bax 26 Dekabr, 2017), Piterdən

girməyi daha üstün tutan yerlilər az deyil. Təbii ki, şəhərin

Bakıya qayıdış biletini isə Aeroflot, AZAL ilə 150-200 USD civarında,

mərkəzində çimərlik geyimində gəzməkdən utanmırsınızsa.

yeni Buta Airways ilə isə cəmi 68 USD-ə əldə edə bilərsiniz.

Helsinkidə

Korvapuusti-nin

(darçınlı

hilli

bulku),

Deməli, səyahət planınız Minskdən başlayır. Şəhərə çatdınız.

Mustikkapiirakka-nın (qaragilə piroqu), Joulutorttu-nun (Noyabr-

Qış sezonu olduğundan əsas qış əyləncələrinə fokus olmaq

Dekabr ayında satılır. Christmas şirniyyatıdır), Piparkakku-nın

lazım gələcək. “Palac Respubliki”nin qarşısında Buzüstü Sürüşmə

(ingilizcə adı gingerbread-dır və Christmas vaxtı satılır) dadına

Meydançası var. Burada kanki ilə doyunca sürüşə bilərsiniz.

baxın və özünüzə əsl Skandinav şirniyyatları zövqü yaşadın.

1 cüt kanki icarəsi təxmini 1 AZN-ə başa gələcək. Digər Qış

Yeməklərdən Maral əti və Qızıl Balıqla hazırlanan müxtəlif

Əyləncə növləri ilə maraqlanırsınızsa, o zaman “Siličy” və

milli təamlar vardır. Balıq yeməkləri üstünlük təşkil edir.

“Lahojsk” tərəflərə gedin. Xizəklə sürüşmə, Snoubord, Skeytinq,

Café Ekberg-də səhər yeməyi yeyib, Savotta, Lappi, Sunn

Tyubinq-dən zövq alın. Pechki-Lavochki, Vasilki, Beze, “Ya

restoranlarında ləzzətli günorta və şam yeməkləri dada bilərsiniz.

Zh Tebe Govoril!” kimi restoran və kafelərdə qəlyanaltı,

Helsinkidə Piterə yolumuz davam edir. Bu yolu müxtəlif qiymətlərlə

günorta və şam yeməyinə yerli təamlar, şirniyyatlar dadın.

həm avtobus (təxmini 40 USD), həm Qatar (95 USD), həm bərə (80

Daha sonra Minskdan Vilnusa, oradan da Riqaya keçin.

USD), həm də təyyarə (Air Baltic 90-120 USD) ilə gedə bilərsiniz.

Bunları həm hava yolları ilə: Minskdan Vilnusa Brussel Airlines

Piterdə olmasam da, çoxlarının fikrincə bu şəhər Rusiyanın

ilə birbaşa uçuşla 60 USD-ə, Vilnusdan Riqaya Air Baltic ilə 37

ən gözəl şəhəridir. Mərkəzdə yerli restoranlarda pelmeni, borş

USD-ə gedə bilərsiniz. Daha ucuz yollar isə ya avtostoplar, ya

və paytaxt salatı və digər rus mətbəxi incilərinin dadına baxın.

car sharing (BlaBlaCar) ya da avtobuslar olacaq. Avtobusla

Qış aylarında bu şəhərə səyahət edənlər qismən az olacaq deyə,

getsəniz, İnfobus və ya Ecolines şirkətləri vasitəsilə hər 2 yol

Ermitaj önündə uzun növbə gözləmədən daxil ola bilərsiniz. Şəhər

üçün birlikdə 20-30 USD xərciniz çıxacaq. Riqadan Tallinə də

kanallar üzərində olduğu üçün Şimalın Venetsiyası ləqəbini də

həm hava yolu – Air Balticlə ( 35-45 USD), həm avtobusla

daşıyır. Nevski Prospektini, Saray Meydanını, Vasilyevski Adasını

(İnfobus və ya Ecolines ilə 7-10 USD-ə) gedə bilərsiniz.

qəşəngcə gəzin. Ermitajdan əlavə Artilleriya Muzeyinə, Aleksandr

Bu 3 Baltikyanı ölkələrin paytaxtlarında küçələri gəzib Sovetdən

Nevski Monastrına, “Спас на Крови” kilsəsinə baş çəkin.

Avropaya inteqrasiyanın canlı şahidi olun. Vilniusda Old Tauna,

Sankt Peterburqdan isə geriyə Bakıya qayıdırıq.

Bell Tauerə, Müqəddəs Anna kilsəsinə baş çəkin. “Agotos gryčia”

Danışılan bütün şəhərlərdə həm Couchsurfing ilə pulsuz,

restoranında milli təamların dadına baxın. Riqa Baltikyanı ölkələrdə

həm hostellərdə 10-20 USD-ə, həm Airbnb ilə hər qiymətə şəxsi

ən böyük şəhərdir. Şəhərin Old Taunu UNESCO-nun Dünya İrsi

evlərdə, həm də hər qiymətə olan normal mehmanxanalarda qala

siyahısına daxil edilib. Tarixi, maraqlı arxitekturası və şəhər üslubu

bilərsiniz.

ilə Riqa sizi özünə bağlayacaq. Bəzən dayanıb hər hansı binanın

Ümumi 10-12 günlük səyahət üçün xərciniz 600-900 USD arası

forma, arxitektura və ya dizaynına 2-3 dəqiqə nəzər yetirəcəksiniz.

dəyişə bilər. Təbii ki, yolları avtostop ilə getsəniz, qalacağınız

Restoran və Kafe seçimi kimi “13 Kresli”-də çayla şirniyyat ala,

yerləri Couchsurfing ilə tapsanız bu xərcləri hətta 2 qat azalda

“Vecmeita ar Kaki”də milli Latviya təamlarının dadına baxa,

bilərsiniz.

“Sweetday Cafe”də isə home-made kekslərdən zövq ala bilərsiniz. Tallin də Old Taun və maraqlı şəhər üslubu ilə diqqətiniz çəkəcək. Tallin TV Taurə gedib, şəhərə 170 metr hündürlükdən baxa bilərsiniz. Şəhərə yaxın müəyyən çimərliklər də var

30

TR I PAN E MA .C O M

Xoş səyahətlər!


5 ilə

100 ölkə

TR I PAN E MA .C O M

31


TripŞot

Tarıverdiyeva Meksika səyahəti zamanı çəkdiyi şəkilləri sizə təqdim edir. Günay

32

TR I PAN E MA .C O M


T R I P A N E M ASan . C O Miguel M 3 3 de

Allende, Meksika


34

TR I PAN E MA .C O M


San Miguel de Allende, Meksika TR I PAN E MA .C O M

35


San Miguel de Allende, Meksika 36

TR I PAN E MA .C O M


TR I PAN E MA .C O M

37


38

TR I PAN E MA .C O M


San Miguel de Allende, Meksika TR I PAN E MA .C O M

39


40

TR I PAN E MA .C O M


San Miguel de Allende, Meksika TR I PAN E MA .C O M

41


42

TR I PAN E MA .C O M


Mexiko, Meksika TR I PAN E MA .C O M

43


Mexiko, Meksika 44

GRADIENTMGZ


GRADIENTMGZ

45


46

GRADIENTMGZ


Teotihuacan, Meksika GRADIENTMGZ

47


Teotihuacan, Meksika 48

GRADIENTMGZ


GRADIENTMGZ

49


50

GRADIENTMGZ


Tulum, Meksika GRADIENTMGZ

51


Say 31

03 İYUL

2017

Bizimlə əlaqə: gular@vizam.az +99450 300 0135 World Business Center, 20-ci mərtəbə Bakı, Azərbaycan AZ1009 Müəllif Hüquqları Tripanema Magazine Tərəfindən Qorunur ©


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.