Vİktor Bobok
İsrafİl Aşurlı
Mündəricat
6. Səyahətdən Təamlar Bir gün mütləq Austin, Texasa getmək istəyirəm. Buna səbəb Aaron Franklin və onun Franklin Barbecue adlanan kafesidir.
14. Eşitmişəm ki... Əgər bu jurnalı oxuyursunuzsa, deməli ya böyük səyahət həvəskarısınız, ya da artıq səyahət bağımlısına çevrilmisiniz. Bu da o deməkdir ki, ya dünya turu planlayırsınız, ya da artıq bu səyahətin içindəsiniz. Bəs ekstrim səyahəti necə? Xoşlayırsınız? O zaman bu dəfəki məqaləmiz tam sizlikdir.
36. Filmlər - Bir dəfə Cənubi Koreyada Düşünürsünüz ki, “şedevrlər” yalnız Qərbin istehsal etdiyi kinolar ola bilər?! Əgər fikirləriniz bu yöndədirsə, icazə verin sizə Uzaq Şərq mədəniyyətini və adət-ənənələrini əks etdirən, Cənubi Koreya rejissorlarının yaratdığı üç gözəl sənət əsərinə baxmağı tövsiyə edim.
44. TripŞot - @mockingbird_la Avstriyanın Innsbruck Şəhərində yaşamış Zara Baylarovanın lensindən Alp ətrafı şəhər və kəndlər.
2
TR I PAN E MA .C O M
Redaksiya İdeya Müəllifləri Baba Ağayev & İsmayıl Vəlizadə
Baş Redaktor Gülər Ağayeva
Komandamız Əhmədiyyə Hacıyev Leyla Həsənova Nicat Aslanov Ələkbər Kərbəlayev Bahadır Abaszadə Rasim Ağazadə Elmar Məmmədli Tahirə Qurbanova
Redaktordan Hörmətli oxuyucularımız, Bütün Tripanema heyəti adından sizə buraxılışlarımızı daimi izlədiyinizə və bizə yazıb fikirlərinizi bölüşdüyünüzə görə təşəkkür edirəm. Biz jurnalın sizə daha faydalı olması üçün daima əlimizdən gələni edəcəyik. “5 ilə 100 ölkə” rubrikamız təəssüf ki bu buraxılışımızda da olmayacaq. Mən isə alpinistimiz İsrafil Aşurlı və rusiyalı alpinist Viktor Bobok ilə görüşdən olan təəssüratlarımı 20-ci səhifədə bölüşmüşəm. Ümid edirəm, görüşün mənə verdiyi motivasiyanı sizə yazımla ötürə bilmişəm. Tədbirdən ilhamlanan Leyla Həsənova “Eşitmişəm ki...” məqaləsi ilə dağa səyahətlər üçün lazımi avadanlıqları əldə edəcəyiniz brendlər haqqında məlumat verir. Ələkbər Kərbəlayev isə belə səyahətləriniz zamanı heç nəyi unutmayasınız deyə köməkçi olacaq mobil tətbiqetmələrin analizini təqdim edir. Bahadır Abaszadə yenə də “Gəzəyənlər” qrupundan faydalı bir məqalə seçib. Nicat Aslanov hələ də yayın bitmədiyinə inanır və sörfinq haqqında araşdırmasını sizinlə bölüşür. Əlavə olaraq, Coşqun Kərimovun maraqlı postunu sizə “Səyahətdən təamlar” bölməsində təqdim edirik. Rasim Ağazadənin “Bir dəfə Cənubi Koreyada” bölməsində kinoların analizi ilə tanış ola bilərsiniz. Bu dəfə Tripşot bölməmizin qonağı Zara Baylarovadır. Avstriyadan çəkdiyi şəkillərə göz atmağınız məsləhətdir. Beləliklə, hazırlaşın biz uçuşa hazırıq. Gülər Ağayeva
TR I PAN E MA .C O M
3
GƏZƏYƏNLƏR Uqandada gördüklərimdən, çəkdiklərimdən... Çox adam fikirləşir ki, əgər ölkədə həyat səviyyəsi aşağıdırsa, deməli, həmin ölkədə dəhşət ucuzluqdur. Əli Əkbər
Ç
ox adam fikirləşir ki, əgər ölkədə həyat səviyyəsi aşağıdırsa, deməli, həmin ölkədə dəhşət ucuzluqdur. Dərinə getsək bu, qismən belədir. Uqandada 50 ABŞ dolları bir aya bəs edə bilər. 50 000 şillinqə (təqribən 14 USD) sınıq-salxaq evcik kirayə etmək mümkündür. Qeyd edim ki, bu cür evciklərin əksəriyyəti içində yalnız çarpayı və kiçik stulun yerləşə biləcəyi kərpicdən tikilmiş dördkünc formalı tikilidir. Evdə tualet və hamamı xəyalınıza belə gətirməyin. Əgər qapısı varsa - o da adi mismarla bağlananlardan olacaq. Ev yiyəsi rəhmli olsa sizə hətta köhnə döşək də verə bilər. Qalan pulu yeməyə xərcləyə bilərsiz. Yemək də matoke (şirin olmayan, yaşıl banandan hazırlanmış yemək. Zahiri görünüşü və dadı yaman gündədir, amma uqandalılar onu sevir, çox xeyirli olduğunu deyirlər), kələm və kartofun qarışığına bənzər maniokadan ibarətdir. Əziz gündə bir balaca balıq və ya toyuq əti də yeyə bilərsiz. Bu oldu 50 dollarlıq həyat. Bəs kiminsə iştahası daha böyükdürsə? Bax, bu andan etibarən də Uqanda həyatı o qədər də ucuz görünməyə bilər. Elektrik enerjisi çox bahadır və qeyd etmək lazımdır ki, gərginlik gün ərzində daima artıb-azalır. Heç də ucuz olmayan stabilizatorsuz elektrik məişət сihazları tez bir zamanda sıradan çıxır. Bəzən heç stabilizatorlar da köməyə gəlmir. Məsələn, qaldığımız mehmanxanada 1000 USD-yə alınmış yeni televizor cəmi 1 il işlənib qeyristabil gərginlik ucbatından sıradan çıxdı. Heç kim təmir edə bilmədiyindən onu atmaq məcburiyyətində qalıblar.
4
TR I PAN E MA .C O M
Ölkənin iri şəhərlərindən sayılan Entebbedə (beynəlxalq aeroport məhz bu şəhərdədir) gündəlik 2-4 saatlıq elektrik enerjisi kəsilir. Günəş batareyaları və ya generatorlar yardım edə bilər, amma bu, özlüyündə çox baha başa gəlir. Su ilə də bağlı eyni vəziyyətdir. Mehmanxanamızın yetərincə iri Viktoriya gölünün sahilində olmasına baxmayaraq, su ora fasilələrlə verilir. Adi yaşayış evciklərində isə ümumiyyətlə yoxdur, suyu kanistrlərlə quyudan, gölə yaxın ərazilərdə yaşayanlar isə elə göldən daşıyıb gətirirlər. Daha nə qaldı? Limitsiz internet üçün aylıq ödəniş 100 USD. Maksimal sürəti isə 512 Kbit/s. Səhiyyə sahəsində ürəkaçan bir şey yoxdur. Pulsuz olmağına pulsuzdur, amma səviyyəsi “otur ağla” silsiləsindəndir. Nəsə baş versə təcili yardıma ümid bəsləməyə dəyməz. QİÇS çox yayılıb. Ölkə əhalisinin 40%i QİÇS daşıyıcısıdır. Bu xəstəliyə qarşı yetərincə təbliğat işləri aparılır. Sadəcə əhali profilaktikaya meyilli deyildir. Hər bir uqandalı orta hesabla ildə 1-2 dəfə malyariya xəstəliyinə tutulur. Əsasən də körpələr. Xəstələnənlərin təqribən 20%-i də dünyasını dəyişir. Hal-hazırda təhsil də səhiyyə kimi pulsuzdur. Böyük şəhərlərdə məktəblər, demək olar ki, hər məhəllədə var, kəndlərdə isə uşaqların məktəbə getmələri üçün bəzən 10-15 km yol qət etmələri lazım olur. Belə şəraitdə, əlbəttə ki, hamı məktəbə getmir. Gedənlərin də normal təhsil alacaqlarına ümid yoxdur. Uşaq yaşlarında məktəbə getməyənlər üçün bəzən xeyriyyə yönümlü “axşam məktəbi” fəaliyyət göstərir. Məktəbi bitirdikdən sonra bir çoxları ali məktəbə daxil olur. Yeri gəlmişkən, ali təhsillə bağlı vəziyyət elə də pis deyil. Kampaladakı universitet Afrikada ən yaxşı universitetlərdən sayılır. Bura hətta qonşu ölkələrdən də təhsil almağa gəlirlər. Amma, məsələn, mehmanxanamızdakı ali təhsilli aşpaz aya 40 USD alırdı. İşsizlərin sayını Uqandada heç kim dəqiq bilmir. Ölkədə hər kəs hər bir işin öhdəsindən gələ biləcəyini israrla deyir. Rusiyadan olan mehmanxana
sahibimizin dediyinə görə, evinə peyk antennasını quraşdırmağa gələn usta televizorun belə necə işə salınacağını dəqiq bilmirdi. Bir saat ötürücüylə qurdalanandan sonra “bu gün hava şəraiti antennanı quraşdırmağa imkan vermir” deyib geri qayıtmaq üçün yolpulu da istəmişdi. Deyir: “Məcbur olub verdim, əks halda qalıb evimdə yaşayacaqdı”. Paytaxt Kampaladakı ofis içşilərinin aylıq maaşı maksimum 600 min şillinqdir (350-400 USD). Kafe və mehmanxanalardakı ofisiantlar 400 min şillinqə qədər maaş alırlar. Digər orta inkişaf etmiş şəhərlərdə bu rəqəm 150-300 min şillinqdir. Kəndlərdə adamlar özlərinin əkib-becərdikləri ilə də qidalanırlar, bəzən heç pul üzü görmürlər, elə becərdiklərini başqalarıyla dəyiş-düyüş edirlər. Həftədə bir dəfə əlindəkiləri bazara çıxarıb al-ver edirlər, bundan da 5-6 USD aylıq qazancları olur ki, bu da onlara bəs edir. Kəndlərdə ət və ət məhsullarını bayramdan-bayrama yeyirlər. Əsasən tərəvəzlə qidalanırlar (qarğıdalı, banan, kassava, kartof). Meyvələri həddən artıq dadlıdır. Qəpik-quruşa istənilən kafedə çox dadlı ananas, banan, marakuya, qarpız, manqo, papaya şirələrindən dadmaq olar. Taksi xidməti gözümə dəymədi. Əvəzində çoxlu sayda marşrut taksiləri və ya motosikletlə göstərilən taksi xidməti var. Şəhərlərdə iri tıxaclar həddindən artıq çoxdur. Ən yaddaqalan xoşagəlməz məqamlardan biri - iaşə obyektlərində xidmətin ləng getməsi oldu. Hətta iri şəhərdəki müasir restoranda belə sifariş edilən adi yeməyi 30-45 dəqiqəyə gətirirlər (məsələn, sadəcə qabdan çıxarılıb müştəriyə gətirilən dondurmanın gəlib çıxmasına 25 dəqiqə vaxt getdi). “Çay? Bir az çox vaxt gedəcək, 1 saata yaxın, gözləyəcəksiz?” Tələsdirməyin adı yoxdur, onsuz da gecikəcək. Səhər və ya axşam yeməyini 1 gün öncədən sifariş etmək daha məsləhətlidir. Ölkənin şərqindən qərbinə avtomobillə gedərkən yol boyunca bir nəfər də olsa “ağ adam”a rast
gəlmədim. Uzun illər İngiltərə müstəmləkəsi olmasına baxmayaraq, avropalılara çox nadir hallarda rast gəlmək olar. İnsanları özlüyündə çox qonaqpərvərdilər. Körpələr turist görəndə sevincək salamlaşır, haləhval tuturlar. Verdiyim hədiyyələrə çox sevinib təşəkkür edirdilər. Qızlar kişi cinsindən olan bütün turistlərə potensial ər gözü ilə baxırlar. Anaları da - kürəkən. Yeri gəlmişkən, yerli əhali rəsmi nikaha tələsmirlər. Vətəndaş nikahına daha çox üstünlük verirlər həm də ona görə ki, toy filan mərasimi çox baha başa gəlir. Eynən bizdəki kimi. Hər ailədə 5-6 uşağın olması normal haldır. 10 və daha artıq uşaqlı ailələr də çoxdur. Şəhərlərdə əhalinin orta yaş həddi 55-60 yaşdır. Kənd yerlərində - daha az. Uqandada xarici vətəndaşların biznes açmaları üçün çox münasib şərait yaradılıb. Məsələn, mehmanxana açmaq üçün illik cəmi 200 USD və gəlirdən 5-10% ödəmək kifayətdir. Amma buna baxmayaraq xaricilər ölkəyə həvəssiz gəlir. Ölkədə onların açdıqları cəmi 2-3 mehmanxana ola ya olmaya. Rəsmi dil - ingilis dilidir. Amma anlanılması müşkül olan dəhşətli özünəməxsus ləhcəylə. Bundan əlavə Uqandada 30-dan çox yerli dil və dialektlər də var. Amma uşaqlar məktəbdə ancaq ingilis dilində tədris alırlar. Çox nadir hallarda - suahili dilində. Hə, bir də, ölkədə olduğum müddət ərzində siqaret çəkən adam görmədim. Bir də dilənçiləri... Yox idilər. Vəhşi təbiət, möhtəşəm şəlalə, Nil çayının mənbəyini, zürafə, kərgədan, fil, aslan və s. görmək həvəsiniz varsa Uqandanı mütləq bəyənəcəksiz.
TR I PAN E MA .C O M
5
Səyahətdən B Təamlar Coşqun Kərimov
6
TR I PAN E MA .C O M
ir gün mütləq Austin, Texasa getmək istəyirəm. Buna səbəb Aaron Franklin və onun Franklin Barbecue adlanan kafesidir. 2009-cu ildə Aaron həyat yoldaşıyla birgə treylerdə barbekyu hazırlamağa və satmağa başlayır. Onun barbekyuya olan sevgisi ilk bişirə bilmədiyi brisketdən başlayır. Bütün günü sərf edib sonda yandırdığı “mal ətindən brisketi” onun üçün stimul olub. Sonrakı illərini bu ətin başına oyun açmanın elmini öyrənib və praktikasını “God Level”-a çıxarıb. 2011-ci ildə işləri yaxşı gedən cütlük Franklin Barbekyu adlı yeri açır. Və bununla da dünyada mövcud olan 50 ən dadlı barbekyu mərkəzlərindən birinin fəaliyyəti başlayır. Normalda bir brisketin hazırlanmasına təqribən 10-14 saata qədər vaxt gedə bilər. Bunun üçün Aaronun xüsusi sobaları və köməkçiləri var. Sirli sousu da var əlbəttə ki. 2014-cü ildə yemək bişirməklə baxa biləcəyiniz əla filmlərdən biri “Chef” (John Favreau çəkib) səhnələrindən birini məhz Aaronun məkanında çəkir. O zaman onu birinci dəfə görürəm. Orada günorta 2-də “artıq bağlanmışıq” yazısını görəndə “yəqin kinodur” deyirəm. Amma araşdırandan sonra “ Aaronun kino kimi iş rejimini tapıram” Deməli kafe səhər 11-də açılır. Başqa ölkə və ştatlardan gələn insanlar gecə saat 4-5 dən etibarən kafenin qarşısında oturur gözləyir. Söhbət sifarişi verə bilməkdən gedir. Belə ki, hər gün onun kafesi 1000 kilodan biraz çox brisketi satır. Kilosu 20 dollardan. Təqribən saat 2-3 üçün isə artıq bütün ət ehtiyatı bitir və kafe bağlanır. Kafeyə girib yeyə bilmək çox çətindir çünki növbəsi böyükdür. Amma Obama kimi, Gordon Ramsey kimi adamlar növbədən kənar girə bilir. :) Dedim ki, naharınızı daha maraqlı edim nuş olsun sizə! Austin, Texas - Franklin Barbekyuya oxşar Azərbaycanda olan və ya Bakıda olan yerləri, kafeləri məsləhət görün, “ət sevərlərə” maraqlı gələ bilər.
TR I PAN E MA .C O M
7
Bəlkə bir az Risk?! Əziz oxuyucular, mən öz işimə sadiq qalaraq bu dəfə də sizə adrenalin dolu an yaşatmaq istəyi ilə məqalə yazıram. Hər birimizin yaxından bələd olduğu və çox sevdiyi əyləncəli idman növü olan sörfinqdən danışacağam. Əgər siz də mavi sularda dalğaların harmoniyasına şahid olmaq, o anları yaşamaq və bir o qədər də gözəl vaxt keçirmək istəyirsinizsə, sörfinq sizin köməyinizə çatacaq. Sörfinq – sörf taxtası vasitəsilə okean sularında dalğalarla əyləncədir. Sörfinq adətən okeanda edilir, lakin texnologiyanın inkişafı ilə bağlı olaraq alternativ kimi hovuz və çaylarda da dalğalar yaratmağa müvəffəq olunmuşdur. Daha çox Kaliforniya, Havay adaları, Avstraliya sahillərində məşhur olsa da, hazırda dünyanın bütün nöqtələrində bu əsrarəngiz idman növü sınaqdan keçirilir. Bu idman növünün texnikası dinamik və asanlıqla qavranılandır. Yaşından asılı olmayaraq hər kəs bu həyəcana asanlıqla qoşula bilər. İlk dəfə sörfinqi təcrübədən keçirəcəksinizsə, məsləhətdir ki, instruktorun köməyindən istifadə edəsiniz. İlk başlarda sizə çətin gələ bilər, lakin həvəsdən düşməyin, sadəcə olaraq bu əyləncəyə fokuslanın. Hətta deyə bilərəm ki, bir dəfə sınadıqdan
8
TR I PAN E MA .C O M
sonra bu idman növü sizin həyatınızın bir parçasına çevrilə bilər. Sörfinq həvəskarları bu idman növünü “dalğalarla rəqs” kimi ifadə edirlər. İndi isə dünyanın məşhur sörfinq yerləri barəsində məlumat verməyin vaxtıdır. Başlayaq Havay adalarından… Havay adalarındakı “Waikiki” çimərliyinin sahilləri sörfinqə bələd olmaq üçün ən möhtəşəm yerlərdəndir, çünki suyun kifayət qədər istiliyi, dalğaların gözqamaşdırıcı rəqsi sizə ayağa qalxdığınızda xüsusi əyləncə yaşadacaq. Burada siz 89 USD ödəməklə sörfinq professionallarından dərs ala bilərsiniz. Çox sadə, bu link http://www.prosurfschoolhawaii. com/ sizə arzularınıza bir qədər də çatmağa yardım edəcək. İndi isə səyahət edək Birləşmiş Krallığa... Cornwall, Sennen Coveni Birləşmiş krallıqda yerləşən ən hüzurlu və təsiredici ruha malik olan sörfinq məkanları olduğunu deyə bilərik. Dalğalar buranın ən unudulmaz hissəsinə çevrilmişdir. Şanslısınız, 14
GBP məbləğinizdən keçməklə, sörf taxtası kirayə götürə və əlavə 30 GBP ödəməklə sörfinq dərsində iştirak edib həyatınızda bir ilki reallaşdıra bilərsiniz. http://www.sennensurfschool.com/ bu link sizə daha ətraflı məlumat əldə etməyə və öncədən bron etməyə yardımçı olacaq. Son nöqtəmiz Avropa olacaq: Osseqor, Fransa. Osseqorun çimərliyi dünyadakı ən əsrarəngiz yerlərdən biri hesab olunur. Hələ sörfinqi də əlavə etsək möhtəşəm bir məkan olduğunu deyə bilərik. 50 EUR ilə siz şəxsi olaraq sörfinq dərsində iştirak edə bilərsiniz. https://www.surflessonshossegor. com/ bu vebsayt sizə daha da köməkçi olacaq. Dünyada bu qədər həyatdan həzz alacağımız attraksiyonlar varkən, niyə həyatımıza fərqlilik əlavə etməyək ?! Macəra yaşamağın əsl vaxtıdır! Hər birinizə adrenalin dolu həyat arzu edirəm. Nicat Aslanov
TR I PAN E MA .C O M
9
10
TR I PAN E MA .C O M
Bizimlə əlaqə: +99450 203 3247 www.facebook.com/qonaqgelir World Business Center, 20-ci mərtəbə Bakı, Azərbaycan AZ1009 TR I PAN E MA .C O M
11
Tech-in Travel Packr PackPoint Səyahət çantanız üçün Tech! Bir çoxumuz səyahətə çıxmazdan bir neçə gün öncədən çantamızı qarşımıza qoyub yığıbboşaldırıq və ya bəzən gedəcəyimiz yerin şəraitini bilmədən çantamıza lazım olmayacaq əşyalar əlavə edirik. Təbii ki, günümüzün texnologiyası buna da bir çarə tapıb və biz də bu sayımızda bu mövzuya toxunacağıq. Packr siz səyahətinizə hazırlanarkən çantanızı toplamağa yardım edən və sizə vaxt qazandıran çoxyönlü tətbiqetmədir. Təklif edilən siyahı sizin seçdiyiniz istiqamət, tarix və fəaliyyət əsas götürülərək hazırlanır. Bu siyahı səyahətinizin nə qədər çəkəcəyi, həmin regionun sizin işarələdiyiniz vaxt aralığındakı hava şəraitinə uyğun olaraq dəyişir. Packr Fransa, Böyük Britaniya, İspaniya, ABŞ, İtaliya başda olmaqla 1000 və daha çox ölkə və şəhərə səyahət üçün istifadə edilir. İstifadəsi isə olduqca asan və əlverişlidir. Tətbiqetməni başladarkən ilk olaraq proqramın necə işlədiyi haqqında məlumatla tanış olub sonra istifadəyə keçirsiniz. Bu tətbiqetmə sayəsində səyahətinizə hazırlanarkən daha az stresli olacaqsınız. Belə ki, hər səyahət fərqlidir və hər səyyahın özünəməxsus stili var. Packr isə bu stili öyrənir və öncəki gəzintilərinizi də əsas götürərək ona uyğun siyahı hazırlayır. Əgər Packrın təkliflərini bəyənməsəniz, yeni səyahət əlavə edərək özünüzə yeni siyahı hazırlaya bilərsiniz. Bu tətbiqetmənin tək mənfi xüsusiyyəti isə yalnız IOS istifadəçiləri üçün nəzərdə tutulmasıdır.
12
TR I PAN E MA .C O M
Bu tipli tətbiqetmələrdən biri də PackPointdir. Packr-dan fərqli olaraq həm IOS, həm də Android istifadəçiləri üçün hazırlanıb. Mottosu isə “ … bir də unutma! ”-dır. İşləyiş olaraq Packrla eynidir. Gedəcəyiniz yeri, tarixi və orada etmək istədiyiniz fəaliyyətlərə əsasən sizə siyahı təklif edir. PackPointin fərqliliklərindən biri də bəzi təcrübəli səyyahların çantalarını görə biləcəyiniz bir bölmənin olmasıdır ki, əgər çantanızı yığmaqda çətinlik yaşasanız bu bölmə sizin üçün ipucu olacaq. PackPointdə öz siyahınızı dostlarınızla da paylaşa bilər və bu sayədə səyahət çantası yığmaqda çətinlik çəkənlərə yardım edə bilərsiniz. Ələkbər Kərbəlayev
Packr
PackPoint
TR I PAN E MA .C O M
13
Eşitmişəm ki... E
şitmişəm ki, hər dəfə jurnalımızın yeni sayını səbirsizliklə gözləyən dəyərli izləyicilərimiz var. Əgər bu jurnalı oxuyursunuzsa, deməli ya böyük səyahət həvəskarısınız, ya da artıq səyahət bağımlısına çevrilmisiniz. Bu da o deməkdir ki, ya dünya turu planlayırsınız, ya da artıq bu səyahətin içindəsiniz. Bəs ekstrim səyahəti necə? Xoşlayırsınız? O zaman bu dəfəki məqaləmiz tam sizlikdir. Yəqin ki, bir çoxlarınız yürüyüş (trekkinq), dağa dırmanma (haykinq) və bunun kimi bir çox açıq hava fəaliyyətləri edərkən geyiminizdə rahatlığa və keyfiyyətə diqqət yetirirsiniz. Ölkəmizdə bu kimi geyimlər satan bir neçə böyük və dünyaca məşhur brendlər vardır. Lakin bu gün mən sizə, Azərbaycanda o qədər məşhur olmasa da “Business Insider”ın fikrincə dünyada öz sözünü demiş 9 brendi təqdim edirəm: Leyla Həsənova
Poler Stuff - www.polerstuff.com
P
oler Stuff öz məhsullarında müasir və aktiv açıq hava həyat tərzinin həm ekstrim idman növləri, həm də ənənəvi açıq hava fəaliyyətlərindən ibarət olduğu faktını nəzərə alıblar. Özlərinin də qeyd etdiyi kimi, onların əsas hədəfi bu iki həyat tərzi arasında körpü yaratmaqdır. Öz açıq hava fəaliyyətlərində bir az tərz sevənlər üçün Poler Stuffın parlaq rəngləri və intensiv dizaynları yaxşı başlanğıcdır.
14
TR I PAN E MA .C O M
REI - www.rei.com
R
EI (Recreation Equipment Incorporated) bir qrup dağçı dostlar tərəfindən yaradılmışdır və o vaxtdan öz köklərinə sadiq qalaraq xeyli irəliləyiş əldə etmişdir. Bu şirkət “Fortune Magazine”nin “İşləmək üçün 100 ən yaxşı şirkət” siyahısının yarandığı 1998-ci ildən bəri hər il bu siyahıya daxil olur. REI öz müştəriləri barəsində də çox həssasdır və məhsulları ilə 100% müştəri məmnuniyyəti yaradır. Əgər siz yağışa dayanıqlı plaşlara, yeni bir çadıra və ya açıq sahədə rahatlıqla istifadə edə biləcəyiniz hər hansı bir əşyaya ehtiyac duyursunuzsa, REI bunların hamısını əhatə edir.
Mountain Hardwear www.mountainhardwear.com
1
993-cü ildə yaranandan bəri Mountain Hardwear özünü açıq hava fəaliyyətlərini sevən kişi və qadınlar üçün yüksək keyfiyyət məhsullarının yaradılmasına həsr etmişdir. Şirkət “Siz 8000 metr zirvələrdə başqa brendlərdən daha çox Mountain Hardwearin səyahət çadırlarını görəcəksiniz” deyə öyünür. Bununla birlikdə, gündəlik açıq hava həvəskarları da əminliklə bu brenddən sevəcək bir çox şey tapacaqlar.
TR I PAN E MA .C O M
15
Topo Designs – www.topodesigns.com
S
Fjällräven www.fjallraven.com
əssiz və sakit təbiət Topo Designsın ilham mənbəyidir. Çantalar, flanel və yun sviterləri ilə Kolarado əsaslı brendin məqsədi elə məhsullar yaratmaqdır ki, onlar həm əla keyfiyyətdə olsunlar, həm son texnologiyalar tərəfindən lüzumsuz mürəkkəbləşdirilməyib və çox ağır olmasınlar. Beləliklə də, siz açıq hava təcrübənizdə narahatlıq yaşamayacaqsınız.
İ
sveç dilindən tərcümədə “Arktik Tülkü” mənasına gələn, Fjällräven 1960 ildə yaradılmış keyfiyyətli geyimlər və bel çantaları tapacağınız yerdir. Onların məhsulları sərt görünsə də, çox dözümlüdürlər və illərcə istifadə edilə bilir.
16
TR I PAN E MA .C O M
Penfield – www.penfield.com
P
enfield açıq hava geyimlərinin “Yeni İngiltərə estetikası”nı ələ alan ilk brendlərdən biri idi. Onun paltarları spesifik olaraq Northeast Corridorun (ABŞ-ın Şimal-Şərqi meqapolisində elektrikləşdirilmiş dəmiryolu xətti) qışları üçün hazırlansa da, yağışa dayanıqlı plaşları, gündəlik bel çantaları hər hansı bir şəhərdə havaya baxmayaraq yaxşı görünüşə sahib olacaqdır.
Huckberry www.huckberry.com
H
uckberry kemping və geyimdən tutmuş gadgetlər və dekorasiyalara qədər hər şey üçün geniş əhatəli bir brenddir. Onların gündəlik açıq hava geyimləri seçimi ən yüksək keyfiyyətdədir və siz mütəmadi olaraq endirimdə olan çadırlar və qamaklar tapa bilərsiniz. “Huckberry”nin həmçinin yeni bir pul qabı və ya cib bıçağı kimi əşyalar alacağınız xüsusi bir bölməsi də vardır.
TR I PAN E MA .C O M
17
HippyTree - www.hippytree.com
Q
Iron and Resin www.ironandresin.com`
urucu Endryu Sarneki (Andrew Sarnecki) “Hippy” adı ilə tanınan sörfçü, rəssam və fotoqraf idi. 2004-cü ildən HippyTree brendi sıfırdan böyümüş və hal-hazırda bazarın “Sörf və Daş” (“Surf and Stone”) üzrə və ya başqa dildə desək həm çimərlik, həm də dağ üçün məhsullar üzrə ixtisaslaşmış əsas oyunçularından biri olmuşdur.
I
ron and Resin yarı çimərlik insanları, yarı motosiklet səyyahları üçün bir tərz vurğulayır. Əgər sizin motosiklet sürmək üçün əlcəklərə, bir neçə sadə köynəyə ehtiyacınız varsa, onda bura sizin ilk və tək dayanacağınız olmalıdır.
18
TR I PAN E MA .C O M
TR I PAN E MA .C O M
19
20
TR I PAN E MA .C O M
23 Sentyabr 2017-ci il Azərbaycanda alpinizm həvəskarları üçün önəmli günlərdən biri oldu. Viktor Bobok və İsrafil Aşurlı şəhərimizin qonaqları idi. Azərbaycan və Rusiya alpinizminin bu iki canlı əfsanələri dağ sevərləri bir araya toplaya bildi. Onlar dağlar haqqında bilik və təcrübələrini bizimlə paylaşmaqla yanaşı, həmçinin dağlarda başlarına gəlmiş bəzi əhvalatları da bölüşdülər. Viktor Bobok – Rusiya alpinizmində öz sözünü demiş alpinistlərdəndir.. Dünyada “Seven Summits”i tamamlamış 157-ci adamdır. İsrafil Aşurlının sözləri ilə Viktor Boboku təsvir etsək, belə olar: “O sadə alpinist deyil. Mən çox az insan tanıyıram ki, onların ikidən çox Everest zirvəsi olub. Viktor Bobokun isə 5 Everest zirvə yürüşü var. Rus alpinistləri Viktorun rəhbərliyi ilə ilk dəfə Everestə yeni bir marşrutla - Şimal divarı (red: eng North Face) tərəfdən qalxıblar. Ümumilikdə isə zirvə yürüşü üçün Everestdə 16 marşrut var. Əksəriyyət əsasən klassik Cənub marşrutlarından istifadə edir. İqlim şəraitini və texniki hissənin varlığını nəzərə alsaq Şimal divarı ən soyuq və çətin marşrutlardandır. Viktor Bobokun təcrübəli komandası məhz bu marşrut üzrə zirvəyə qalxıblar.” Bundan başqa Viktorun aktivində Şimal və Cənub qütbləri və dünyanın saysızhesabsız zirvələrinə yürüşləri var. Tədbir “Biz dağlara niyə gedirik? Dağlar bizə nə verir?” suallarına cavab verən Viktor Bobokun çıxışı ilə başladı. “İndi birincilərin, nələrisə dəyişməyə çalışanların zamanıdır. Birinci olmaq üçün isə ən vacib olan birinci addımları atmaq lazımdır” deyə bildirdi. Sonra o, Everestə qalxmanın yalnız inamla başladığını qeyd etdi. “Burada psixoloji nüanslar da var. Əgər siz birinci dəfə nəyisə edirsinizsə, əlləriniz əsəcək, həyəcan keçirəcəksiniz, çünki bilmirsiniz sizi orada nə gözləyir, özünüzü necə hiss edəcəksiniz. İkinci dəfə, aldığınız təcrübədən gəlmiş inamlı addımlar atırsınız. Üçüncü, dördüncü yürüşlər isə sizi daha da inamlı edir. Siz artıq “dağmaniya”ya çevrilirsiniz, dağlar sizin bütün həyatınız olur. Hər zirvədən qayıdandan sonra bir az da dəyişirsiniz. Ağır, eyni zamanda maraqlı xatirələrinizi bölüşmək istəyirsiniz. Bu hisslər o qədər inanılmaz hisslərdir ki, ötürmək mümkün deyil. Sən addımlayırsan, addımladıqca anlayırsan ki, hər şey səndən asılıdır. 8000 metrdə ancaq sən varsan, sənə heç kim kömək etməyəcək. Çünki bu heç fiziki cəhətdən də mümkün deyil. Sən zirvəyə qalxmalısan və sağ-
TR I PAN E MA .C O M
21
salamat geri qayıtmalısan. Zirvəyə qalxmaqdan daha çox, sağsalamat geri qayıtmaq önəmlidir. Zirvəyə qalxmaq alınmadı? Eybi yox. Dəfələrlə zirvəyə çatmadan qayıtmaq, 1 dəfə qayıtmamaqdan daha yaxşıdır.” Viktor danışdıqca, mən düşünürdüm ki, zirvə yürüşləri tam bir əzm nümayiş etdirdiyindən zirvə yürüşləri edən hər kəsin necə xarakterə malik olduğunu kəsb etmək çətin olmaz. Onlar ilk növbədə hamımızın hər bir işi ilə cəmiyyətdən hər gün eşitdiyimiz “getmə bu işin ardı ilə” cümləsinə qalib gəliblər. Onlar ikinci, öz qorxularına qalib gəliblər. Üçüncü isə zirvədən qayıdaraq bu cəmiyyətə düzgün yol göstərməklə motivasiya mənbəyimiz olublar. Bundan əlavə, Viktorun təbiət sevgisi də başqa idi: “Dağların da bir həyatı var, onların prinsiplərini pozmaq olmaz. Onlara doğru yalnız xoşniyyətlə getmək lazımdır. Yalnız dağlar istəsə, siz onların zirvəsinə qalxa bilərsiniz. Mənim “dağları fəth etmək”, ən əsası “dağları fəth edən” cümləsindən xoşum gəlmir. Təbiəti fəth etmək mümkün deyil, biz yalnız onla bir yerdə var ola bilərik, ona uyğunlaşa bilərik. Təbiəti sevmək, onu yaxından öyrənmək və beləliklə, ona doğru getmək lazımdır.” Sizinlə Viktorun çıxışında qeyd etdiyi və mənə təsir edən bir hekayəni bölüşəcəyəm: “Bir gün bir gəmi sahilə yaxınlaşır. Kapitan öz heyətini istirahətə göndərir və geri dönmələri üçün vaxt təyin edir. Əlbəttə ki, qeyd edilən vaxtda heç kim gəlmir. Bu zaman gəmi heyətinin “cərimə” komandası digər heyəti axtarmaq üçün yola düşürlər. Hər kəsi bir yerdən tapıb gətirirlər. Kapitan isə onların haradan tapıb gətirildiyi ilə suallar verməyə başlayır. Bir şəxsin isə yolda sərxoş uzandığı deyildi. Bu vaxt kapitan soruşur: “Bəs başı hansı tərəfə dayanmışdı?” Cavab: “Gəmiyə tərəf”. Kapitan deyir: “Əsas istəkdi, ən azından o gəlmək istəyib, amma alınmayıb. Heç olmasa başı gəmiyə tərəf olub”. Beləliklə, gəmidə bir tək o cəzalanmır. İstəkləriniz yolunuzda nələrsə etmək lazımdır. Mən kiçik bir şəhərdə doğulmuşam, harada ki heç dağlar olmayıb. Dağlara qarşı istəyim əlimə keçən kitabla başladı. Onu oxudum və kapitan dediyi kimi ən azından gəmiyə tərəf boylanmağa başladım. Məşq etməyə və oxuduğum “100 ən yaxşı zirvə yürüşü” kitabından ilhamlandığım məqamlar əsasında reallığa doğru addımlar atmağa başladım. İndi isə mən kitabda
22
TR I PAN E MA .C O M
Viktor Bobok TR I PAN E MA .C O M
23
İsrafil Aşurlı @ Antarktida 24
TR I PAN E MA .C O M
qeyd edilən zirvələrin yarısından çoxunda artıq olmuşam.” Bəs biz özümüz neçə kitab oxumalıyıq ki, öz istəklərimizə doğru addımlayaq? Neçə hekayə dinləməliyik ki, motivasiyamız kifayət qədər olsun? Viktor Boboka 1 kitab kifayət edib ki, 5 dəfə Everestin zirvəsində dayansın. Tədbir zamanı Bobok iştirakçılara “Everest 82” kitabını mütləq oxumağı məsləhət gördü: “Kitabın son nəşrində yazılıb ki, mən 3 dəfə Everestdə olmuşam, onlar nəşri yeniləyənədək mən artıq 5 dəfə olmağı çatdırdım (gülür)”. Mən Everest zirvəsinə qalxmış ilk ukraynalı xanım İrina Qalay haqqında eşitdikdə (sizə «Ген высоты, или как пройти на Эверест» 3 seriyadan ibarət sənədli filmə baxmağı məsləhət görürəm.) Viktor Bobokun əzminə heyran qaldım. 2015-ci ildə Katmanduda zəlzələ olduğu vaxt Viktor və onun komandası Everestə qalxırlarmış. Həmin an Viktorun soyuqqanlılığı və cəld qərar verməyi komandanı itkisiz geri qayıtmağa imkan verib. Sizcə belə insan necə alqışlanmaya bilər?! Viktor Bobokun tədbirdəki çıxışının sonunu sizə təqdim edirəm: “Siz divanda oturaraq, barmağınızı belə tərpətmədən istəyinizə nail ola bilməyəcəksiniz. Qar, yağışa baxmayaraq, çölə çıxmalısınız, məşq etməlisiniz. Siz “asan”dan “çətin”ə doğru getməlisiniz. Everestə çıxana qədər müxtəlif zirvələrə çıxmaqla öz fiziki hazırlığınızı təcrübədən keçirməlisiniz. Bədəninizi bu dəyişikliyə öyrətməlisiniz. Nəticədə dağların kəmiyyəti, sonunda keyfiyyətə dönəcək. Qeyd etdiyim kimi, əsas odur gəmiyə tərəf boylanın.” Viktor Bobokun möhtəşəm çıxışından sonra söz İsrafil Aşurlı – Everestə ilk və yeganə qalxmış azərbaycanlı, “Seven Summits” üzvü, “Qar bəbiri mükafatı”na layiq görülmüş fəxri alpinistimizə verildi. Mən İsrafil bəyi ilk dəfə 2015-ci ildə Vizam.az tərəfindən keçirilmiş “Travelx: Nepaldan Papuaya” tədbirində tanımışdım. O zaman tədbirin təşkilatçısı kimi işlərin çoxluğundan şəxsi tanışlığa imkanım olmamışdı, amma demişdim ki, mütləq ikinci dəfə həyat
TR I PAN E MA .C O M
25
26
TR I PAN E MA .C O M
TR I PAN E MA .C O M
27
bizi görüşdürəcək. Mən onda Murad Aşurlının “Finding Your Everest” kitabını oxuyub qurtarmış olacağam və İsrafil bəyə imzalatdıracağam. Təəssüf ki, (boynuma alım bir tərəfdən də tənbəllik) mən hələ də kitabı əldə etməmişəm. Amma inanıram ki, həyat bunu məhz bizim İsrafil bəylə üçüncü görüşümüz olsun deyə edib. İndi üçüncü görüşü səbirsizliklə gözləyirəm. Tədbirdə Aşurlı sözlərinə alpinizmin növləri haqqında informasiya verməklə başladı: “Alpinizmin iki növü var: Kommersiya və idman alpinizmi. İdman alpinizmi ilə məşğul olan insanlar o şəxslərdir ki, neçə illərdir idmanla məşğuldurlar və müxtəlif zirvə yürüşləri olub. Bu cür insanların bəziləri müəyyən vaxtdan sonra ikinci, kommersiya alpinizmi kateqoriyasına aid olan şəxslərə bələdçilik edərək zirvələrə aparırlar. Məsələn, bir 30-40 yaşlı şəxs televizora baxanda, yaxud hansısa sərgidə gözəl mənzərəli bir dağ görür və o dağa qalxmaq istəyi onda baş qaldırır. Ancaq o ipdən, xüsusi avadanlıqlardan necə istifadə etmək lazımdır bilmir, zirvədə onu nə gözlədiyi haqqında heç bir anlayışı yoxdur. Yaxud insanlar məşq ediblər, vaxtlarını idman zallarında keçiriblər, özünəməxsus fiziki hazırlıqları var, ancaq heç vaxt dağda olmayıblar. Beləliklə, həmin şəxslər onları həmin zirvəyə qalxmaqda kömək edəcək alpinistin, məsələn Viktor Bobokun, axtarışına çıxırlar. Bu da alpinizmdir, düzdür cüzi fərqləri olsa da, yenə də alpinizmdir. Hər kəsin özünün fiziki hazırlığı, imkanı və şəraitini nəzərə alaraq bu iki alpinizm növündən biri ilə məşğul ola bilər. Deyə bilərəm ki, ikinci kateqoriyaya məxsus alpinistlər daha çoxdur. Yaxşıdır ki mövcuddurlar. Çox nadir idman alpinizmi ilə məşğul olan alpinistlərin öz ekspedisiyalarından şəkilləri var. Çünki onların tək bir fokusu, məqsədi var: o zirvəyə öz komandasını qaldırmalı və geri sağ-salamat gətirməlidir. Onlar yürüş zamanı detallara o qədər də fikir vermirlər. Ancaq peşəkar alpinizmdən gəlməyən şəxs isə dağı başqa fokusdan görür, o bələdçinin görmədiyi və diqqət yetirmədiyi hər detalı görəcək, çünki ona ətrafdakılar maraqlıdır. Bu cür şəxslərin hesabına biz məhz zirvələrin elə gözəl şəkillərini görürük.” İsrafil bəyin alpinizmə necə başlamağı da maraqlı hekayələrdəndir: “Mən heç vaxt Rusiyadan kənarda olmamışdım. İlk dəfə məni Hindistana səyahətə çağırdılar. Bildirdilər ki, sadəcə trekkinq
28
TR I PAN E MA .C O M
Viktor Bobok @ Lenin zirvə yürüşü TR I PAN E MA .C O M
29
İsrafil Aşurlı @ Le Curt, Alp dağları 30
TR I PAN E MA .C O M
edəcəyik. Mən hələ o vaxt trekkinq nədir belə bilmirdim. Mənə ayaqqabılarını götür gəl dedilər. Getdim, şəhərləri bir az gəzdikdən sonra bizi dağ yollarına apardılar. Mən həmin gecə baş ağrısı ilə oyandım. 5000 metr və mən hələ də başa düşə bilmirdim ki, nə baş verir. O vaxta kimi dağlarda olmadığımdan dağ xəstəliyindən də xəbərsiz idim. Bədənim hələ bu yüksəkliyə öyrəşmədiyindən belə ağrılar normal idi. Ancaq turu mən elə bəyəndim ki, sonra birinci ekspedisiyamı Kilimancaroya etdim. Mən artıq başa düşmüşdüm ki, mən alpinizmlə peşəkar şəkildə məşğul olmaq istəyirəm. Alpinizm haqqında müxtəlif kitablar oxumağa, alpinist düşərgələrinə getməyə başladım. Özümə xüsusi yol seçdim, bu yolda kommersiya və idman alpinizmləri kəsişirdi. Təcrübə yığdıqdan sonra artıq daha peşəkar ekspedisiyalara qoşulmağa başladım. Oksigenli və oksigensiz zirvə yürüşlərim olub, ancaq mən alpinizmə təcrübəsiz biri kimi başladığımdan ekspedisiyalara müstəqil olaraq getmək və həmişə sağ-salamat qayıtmağım üçün özümü inkişaf etdirmək yolunda addımlarımı davam etdirirdim. Ona görə də, bu iki kateqoriyanın kəsişməyindən narahat olmayın, bu mümkündür və burada səhv addım yoxdur. Mənim özümdə də bu belə olub.” Atalarımız yaxşı deyib: “çox oxuyan yox, çox gəzən çox bilər”. İsrafil bəy mütləq kitab yazmalıdır, çünki onun hekayələrini ondan eşitməliyik. Tədbir zamanı danışdığı digər hekayəsini sizə yazıram: “Mənim ilk ekspedisiyam Rusiyanın məşhur alpinisti Vladimir Şatayevlə birgə olub. Mən hələ onu o vaxt tanımırdım, mənə dağda bildirdilər sənin bələdçin bu şəxsdir, onunla birgə bu marşrutu gedəcəksən. Zirvəyə onunla qalxdım və geri Rusiyaya qayıtdıqdan bir müddət sonra onunla görüş zamanı özünün müəllifi olduğu və alpinizmlə bağlı bütün detalların qeyd edildiyi kitabını mənə hədiyyə etdi. Mən yalnız onda bildim ki, alpinizmlə məşğul olmaq istəyən insanlar, artıq üçüncü nəsil alpinizmə məhz onun əsərini oxuyaraq gəliblər. Mən isə ondan şəxsən bütün texnikanı öyrənmişəm. Şatayev bütün SSRİ-nin dövlət təlimçisi olub. Mən özümü şanslı hesab edirəm ki, mənim yolum onunla kəsişib və bütün lazımi texnikanı məhz ondan öyrənmişəm. Məhz o mənə Everestə qalxmağa həvəsləndirib. Tanışlığımızın ilk günlərində verdiyim “Mən Everestə qalxa bilərəmmi?” sualıma “Yox” cavab versə idi, mən yəqin alpinizmin daşını atardım. Ancaq o məni dəstəklədi. Məhz
TR I PAN E MA .C O M
31
onun sayəsində Edmund Hillarinin (red: Edmund Hillari ilk Everestə qalxmış alpinistdir.) Everestə qalxmağının 50 illiyinə Katmanduda təşkil edilmiş ziyafətdə olmuşam, baxmayaraq ki mən o zaman Everestdə olmamışdım. Şatayevin 5 Yeni Zelandiya Dollarını mənə verib “əgər Hillariyə imzalatdırsan, bu pul sənin olacaq” deməyi düşünürəm ki, düşünülmüş addım idi. Məqsədi isə məni motivasiya etmək idi. Və mən bunu bacarmışdım.” Tədbirdə İsrafil bəyin Antarktidaya səyahəti macəralarını dinlədikdə, onun qarşısına qoyduğu məqsədə çatmaq üçün nə qədər inadkar addımlar atdığını, eyni zamanda insanın öz məqsədinə çatması üçün inam və istəyin rolunun nə qədər böyük olduğunu daha dərindən anladım: “Bir gün Antarktidaya getmək üçün nələr lazımdır deyə bir dostumla müzakirə etməyə başladıq. Bu həm vaxt cəhətdən uzun çəkə bilərdi və bir qədər də baha idi. Həm də Antarktidaya getməmişdən öncə biz iqlim cəhətdən soyuq bir zirvəyə qalxmalı idik. Bu zirvə Şimali Amerikanın ən hündür Mak-Kinli (Denali) zirvəsi idi. Dağın hündürlüyü 6190 metrdir. Mən isə dostumu 2 il ərzində heç cür tapa bilmirdim, həmişə məşğul adam idi. Mən özümü tam hazır hiss edəndə həmin dostum mənə dedi ki, mən artıq evliyəm, daimi işim var və Antarktida mənə lazım deyil. Ancaq məhz elə o insan Antarktidanı mənim beynimə elə salmışdı ki, geri dönüş yox idi. Sonradan Faiq Mürsəqulov ilə yolumuz kəsişdi və biz Mak-Kinli zirvəsinə birlikdə qalxdıq. Mən Mak-Kinlidən sonra Antarktidaya getmək üçün hər yolu dəyərləndirirdim. 2006-cı il. Bu vaxta kimi Antarktidaya getmək üçün bir neçə dəfə alınmayan təkliflərim olmuşdu. Mən isə artıq Everestə qalxmağa hazırlaşırdım. O günlərdə “7summitsclub” şirkətinin rəhbəri Aleksandr Abramovdan mənə zəng gəldi. O mənim Antraktida ilə bağlı istəyimi bilirdi və mən həmin şirkətlə Everestə qalxmalı idim. Abramov mənə Vinson massivinə ekspedisiya üçün onlara müraciət edildiyini və mənim bu ekspedisiyada iştirak istəyimi dəqiqləşdirdi. Bu mənim üçün göydəndüşmə təklif idi. Vinson massivinə qalxmaq mənim üçün çətin və uzun bir proses olsa da, nəhayət öz arzuma çata bildim. Orada olanda uçquna düşdük və bizə geri qayıtmalı olduğumuzu bildirsələr də, mən məsuliyyətimi öz üzərimə götürdüm və zirvəyə qalxdıq. Demək istədiyim odur ki, həmişə qarşınıza məqsədlər qoyun. Onlara
32
TR I PAN E MA .C O M
Viktor Bobok TR I PAN E MA .C O M
33
həmişə çatmaq mümkündür. Alpinizm mənim hobbimdir, mən bu məqsədlərimə çatmaq üçün bir çox şeylərdən keçməli olmuşam. Ancaq məqsədim var idi və onlara çatdım. Düşünürəm ki, Rusiyaya getməsəydim, orada düzgün insanlarla tanış olmasaydım, alpinist ola bilməzdim. Azərbaycanda da bu sferanın inkişafı üçün dostlarımızla birgə layihələr yazırdıq, Lenin zirvəsinə klassik deyil də, ən çətin marşrutlarla ekspedisiyalar təşkil etdik. Ancaq düşünürəm, bu qədər işlər arasında bir informasiyanı düzgün çatdırmağı unutmuşuq: bunun arxasında ciddi məşqlər, düşərgələr, təcrübə, bir neçə zirvə yürüşü dayanır. Biz indi həmkarım Firuz Dadaşovla fərqli bir yol seçdik. Birlikdə Qafqazda hündür olmayan, amma eyni zamanda qalxması texniki cəhətdən çətin olan, təcrübə və bilik tələb edən zirvələrə qalxmağa başlamışıq. Çətinliyinə görə artan istiqamətlə özümüzə plan qurmuşuq. Bununla sadəcə alpinizmlə maraqlanan insanlara düzgün yol göstərməyi hədəfləyirik.”
34
TR I PAN E MA .C O M
Tripanema jurnalının birinci buraxılışında “Bir dəfə Nepalda” adlı rubrikamızda “Everest” filmindən bəhs etmişdik. Orada Everestə qalxan 3 azərbaycanlının - İsrafil Aşurlı, İsmayıl Əsgərov, Murad Aşurlı olduğunu qeyd etmişdim. Lakin bu görüşlər və dəqiqləşdirilmələrdən sonra aydın oldu ki, Everestə qalxan ilk və yeganə azərbaycanlımız İsrafil Aşurlıdır. İsmayıl Əsgərov zirvəyə çox az qalmış 8600 metrdən pis hava şəraitinə görə təəssüf ki geri qayıtmalı olub. Biz İsmayıl bəyi, yenə də bu əzminə görə təbrik edirik və əminik ki, növbəti Everestə qalxan azərbaycanlılar adlı məqaləmizdə mütləq onun da adını qeyd edəcəyik. Murad Aşurlı... Əminəm ki, mənim kimi bir çox insan onu tanımaq istərdi. O Everestə 2013-cü ildə qalxıb. Yalnız Murad bəy Rusiya vətəndaşı olduğu üçün Everest zirvə yürüşü edənlərin siyahısına rusiyalı alpinist kimi düşüb. Ancaq zirvədə məhz Azərbaycanın bayrağı dalğalandırıb. Özünün də dediyi kimi: “Bilirsiniz, Marqaret Tetçerin gözəl ifadəsi var idi: hər kəs Everestə özü üçün qalxır, lakin hamı zirvənin üzərində öz ölkəsinin bayrağını qaldırır”. Tədbirin sonunda İsrafil bəy Baba Ağayev və Rasim Ağazadəni alpinizmin ilkin pilləsini bitirmək simvolu olan “gümüş pin” ilə təltif etdi. Onlara da bu yolda uğurlar arzu edirik. Məqaləmi isə İsrafil bəyin çıxışı ilə bitirirəm: “Mənim heç vaxtda dağda olmayan şəxslərə məsləhətim odur ki, bir dəfə onu sınamağa dəyər. Əgər siz bunu bəyənməsəniz, problem yoxdur, bir daha getməyəcəksiniz. Ancaq birdən bəyənsəniz, siz yenidən, əlinizə düşən elə ilk fürsətdə dağlara qayıdacaqsınız. Bu dağ məcbur deyil ki, Elbrus olsun, məsələn Babadağ, Savalandan başlaya bilərsiniz. Həyat yaşamaq üçün çox gözəl bir yerdir. Siz ya öz əhvalatlarını danışan birinə qulaq asa bilərsiniz, yaxud da bütün o anları özünüz təcrübədən keçirirsiniz, o havanı içinizə çəkirsiniz, öz gözlərinizlə şahidi olursunuz.” Bu yazını axıra kimi oxudunuzsa, deməli sizin də artıq həvəsiniz var. Seçim yenə sizindir. Mən isə İsrafil bəyin bu məsləhətinə qulaq asıb ilk dağ təcrübəmi “Traveler’s Nirvana” komandasının təşkil etdiyi turla edəcəyəm. Artıq təcrübədən sonra sizinlə məhz bu jurnalda təəssüratlarımı bölüşəcəyəm. Hal-hazırda isə yalnız bir şeydən əminəm: Bu görüş barəsində danışmaqdan heç vaxt bezməyəcəyəm...
İsrafil Aşurlı @ Vinson Massivi TR I PAN E MA .C O M
35
Bir dəfə Cənubi Koreyada D
üşünürsünüz ki, “şedevrlər” yalnız Qərbin istehsal etdiyi kinolar ola bilər?! Əgər fikirləriniz bu yöndədirsə, icazə verin sizə Uzaq Şərq mədəniyyətini və adət-ənənələrini əks etdirən, Cənubi Koreya rejissorlarının yaratdığı üç gözəl sənət əsərinə baxmağı tövsiyə edim. Bu ssenarilər sizə Şərq kinolarını sevdirəcək.
36
TR I PAN E MA .C O M
Ah-ga-ssi (The Handmaiden) A
h-ga-ssi (The Handmaiden) filmi bir rejissorun izləyicini öz hekayə danışma (red: eng storytelling) bacarığına heyran qoyan filmlərdəndir. Bir hekayə heç gözləmədiyiniz anda gözləmədiyiniz bir hekayə ilə əvəz olunur. Film özü 3 hissədən ibarətdir, rejissor Park hər hissədə öz sözünü deyib. Xanım Hideko Koreyada xalasının yoldaşı Kouzukinin əsarətində yaşayan gənc qızdır. Lakin yaşadığı həyat tərzi onun bu malikanədən xilas olmaq istəyini daha da artırırdı. Yeganə yol xalası kimi özünü asmaq idimi görəsən?! Film 1930-cu illərdə Yaponiyanın Koreya üzərində hökmranlıq etdiyi dövrlərdən bəhs edir. O dövrdə hər kəs yaponlar qədər varlı olmaq istəyir, yaponların həyat tərzinə həsəd aparırdı. Bunlardan biri də Fujiwaradır. O Xanım Hidekonu özünə aşiq edib onunla ailə həyatı qurmaq istəyən saxtakardır. Öz oyununa xidmətçi qismində Sook-Hee-ni də qoşur. Hekayə bu üçlü arasında gedən münasibətləri əks etdirir. Filmin adının ingiliscədən tərcüməsi “Xidmətçi” mənasını verir, yalnız bir mənbənin açıqlamasına əsasən Koreya dilindən tərcümədə “Ah-ga-ssi” sözünün mənası “Gənc xanım” deməkdir. Nəzərə alsaq ki, film xidmətçi qızın həyat tərzindən çox Xanım Hidekonun öz azadlığını əldə etməsi uğrunda səylərini əks etdirir, mən də filmin adının düzgün tərcümə olunmadığı fikri ilə razıyam. Yalnız digər film kritiklərinə əsasən isə filmin 3 hissədən ibarət olması və hər hissədə bir obrazın önə çıxması ilə əlaqədar olaraq ad ilə bağlı bu ikifikirliyin yaranması normaldır. Kişilərin hökmran olduğu, qadınlara yalnız onların istədiyi, icazə verdiyi qədər məlumatın verildiyini Park filmdə çox incə detallarla göstərmişdir. Rejissorun belə bir dövrdə iki qadının öz qurduqları oyun ilə kişilərin hakimiyyəti üzərində qalibiyyətini göstərməsini o zamandan bəri öz azadlığı uğrunda mübarizə aparan qadınlara verdiyi dəstək kimi qəbul etmək olar.
Mütləq izləyin. İl: 2016 Müddət: IMDb: 8.1 Rejissor: Chan-wook Park Film heyəti: Min-hee Kim (Lady Hideko rolunda); Tae-ri Kim (Sook-Hee rolunda); Jung-woo Ha (Qraf Fujiwara rolunda); Jin-woong Jo (Kouzuki rolunda)
TR I PAN E MA .C O M
37
38
TR I PAN E MA .C O M
The Man from Nowhere H
ərdən sizdə də olur ki, kinoya baxırsınız və filmin təsirindən bir anlıq heç nə düşünə bilmirsiniz? Bu kino bir müddət sizi öz təsiri altında saxlayacaq… Ailəsini itirmiş bir dövlət agenti. Bütün işini atıb, sadə, yalqız həyat sürür. Heç nədən xəbərsiz, onunla ünsiyyəti sevən bir qonşu qızcığaz isə onu arabir ziyarət edir... Sizcə həyat bu iki şəxsi necə birləşdirə bilər?! Necə bir-birinə yad olanlar birdən bir-biriləri uğrunda həyatları hesabına belə hər şeyi etməyə hazır olurlar?! Hekayə So-Mi adlı qızcığazın anasının klubdan mafiyaya məxsus narkotik maddələrini oğurlaması ilə başlayır. Çin mafiyası bu maddələri əldə etmək üçün ananı təqib edərək onu və qızı So-Mini qaçırdır. Onları xilas etmək üçün “Mister” ləqəbli Cha Tae-Sik (So-Mi baş qəhrəmanın adını bilmədiyindən onu bu cür çağırır) mafiyanın arxası ilə düşür. Beləliklə, əsas hadisələr başlayır. Film çəkilən zaman Kim Sae-Ronun 10 yaşı var imiş. Ancaq bu ona filmin əsas obrazlarından olan So-Mi obrazını yüksək səviyyədə canlandırmasına əngəl olmadı. Won Bin isə yenə özünün möhtəşəm aktyorluğu ilə işinin öhdəsindən gəldi. Koreya döyüş sənətinin bütün detallarının, mafiyadaxili müharibələrinin yer aldığı “The Man from Nowhere” yetərincə sevgi, həsrət emosiyalarını da ötürə bilib. Məhz buna görə filmi yüksək qiymətləndirmək olar. So-Mi ilə Cha Tae-Sikin münasibəti mənə bir anlıq “Léon: The Professional” filmindəki Mathilda və Leonu xatırlatdı. Amma rejissor yetərincə fərqli nüanslara və aspektə toxunaraq “Man from Nowhere” filmini izləyicilər üçün maraqlı edə bilib.
IMDb: 7.8 İl: 2010 Müddət: 120 dəqiqə Rejissor: Jeong-beom Lee Film heyəti: Bin Won (Cha Tae-Sik rolunda); Kim Sae-Ron (So-Mi rolunda)
TR I PAN E MA .C O M
39
40
TR I PAN E MA .C O M
Oldboy
15 il heç bir əsassız və izahsız hücrədə məcburi saxlanılan filmin baş qəhrəmanı Dae-Su birdən azadlığa buraxılır. Bu illər ərzində onu maraqlandıran tək bir sualın axtarışına çıxır: “Niyə?”. Filmin axışı boyunca hiss burulğanına tutulacaqsınız. Bu dəyişkən hisslərlə yanaşı sizin əsəbləriniz tam yerində olmalıdır ki, filmə sonacan baxa biləsiniz. Rejissor bizə gözlənilməz bir sonluq təqdim edir, elə bir sonluq ki heç film boyu belə onu təxmin etmək mümkün deyil. Filmin bütün mənası sonluqda bilinir deməyim sizi qorxutmasın. Ssenari özü sizi məcbur edəcək ki, filmə sonadək baxasınız. Əmin olun, filmə baxdıqca sonluq barədə beyninizdə qurduğunuz “ssenari” onsuz olmayacaq. Sevirəm, belə sürprizləri! Nifrət hissinin güclü olması, sadə ölümün bir şəxs üçün çox yüngül bir cəza olduğunun düşünülməsi ortaya inanılmaz bir qisas ssenarisi çıxarır. Rejissor hər bir səhnəni incəliyinə kimi düşünüb. Həbsdən çıxdıqdan sonra “mən canlı nəsə yemək istəyirəm” bildirən Dea-Sunun osminoqu (red: eng octopus) yemək səhnəsi filmə verilən əməyi göstərən səhnədir. Məni kinoda cəlb edən digər əsas məqam Dae-Sudan qisas almağa çalışan düşməni Woo-jin Lee-nin ona dediyi sözdür: “Azadlığa çıxandan bəri səhv sualın axtarışındasan. Sual “Niyə məni tutublar?” deyil, “15 ildən sonra niyə məni azadlığa buraxdılar?” olmalıdır. Səhv sual verərək düzgün cavabı tapa bilməzsən”. İndi isə mən sizə sual verim: Sizcə filmin axrıncı səhnəsində Dea-Su niyə gülümsədi? Bu onun artıq hər şeyi unutduğu və artıq xoşbəxt olduğu deməkdir yaxud hipnozun təsir etmədiyinə işarədir? Park cavabı izləyicinin analizinə buraxıb, qoy elə mənim də cavabım mənə qalsın. Siz öz cavabınızı mənimlə bölüşərsiniz. İl: 2003 IMDb: 8.4 Müddət 120 dəqiqə Rejissor: Chan-wook Park Film heyəti: Min-sik Choi (Dea-Su rolunda); Ji-tae Yu (Woo-jin Lee rolunda); Hye-jeong Kang (Mi-do rolunda)
TR I PAN E MA .C O M
41
Bizimlə əlaqə: +99450 203 3247 ahmadiyya@gringo.az www.gringo.az World Business Center, 20-ci mərtəbə Bakı, Azərbaycan AZ1009 42
TR I PAN E MA .C O M
TR I PAN E MA .C O M
43
TripŞot @mockingbird.la Avstriyanın İnnsbruck Şəhərində yaşamış Zara Baylarovanın lensindən Alp ətrafı şəhər və kəndlər.
44
TR I PAN E MA .C O M
Obernberger am Brenner, Tirol, Austria TR I PAN E MA .C O M
45
Obernberger See, Tirol, Austria 46
TR I PAN E MA .C O M
TR I PAN E MA .C O M
47
48
TR I PAN E MA .C O M
Salzburg, Austria TR I PAN E MA .C O M
49
Nordkette, Alpines, Innsbruck, Austria 50
TR I PAN E MA .C O M
TR I PAN E MA .C O M
35 1 9
52
TR I PAN E MA .C O M
Obernberger am brenner, Tirol, Austria TR I PAN E MA .C O M
53
Hallstatt, Austria 54
TR I PAN E MA .C O M
TR I PAN E MA .C O M
55
56
TR I PAN E MA .C O M
Hallstätter See, Austria TR I PAN E MA .C O M
57
Nordkette, Alpines, Innsbruck, Austria 58
TR I PAN E MA .C O M
TR I PAN E MA .C O M
59
60
TR I PAN E MA .C O M
Zurich, Switzerland TR I PAN E MA .C O M
61
Say 30
05 Sentyabr
2017
Bizimlə əlaqə: gular@vizam.az +99450 300 0135 World Business Center, 20-ci mərtəbə Bakı, Azərbaycan AZ1009 Müəllif Hüquqları Tripanema Magazine Tərəfindən Qorunur ©