İradə Qədirova “Bakıda Günəşi çox salamlamışam, indi isə planım onu dağlarda salamlamaqdır.”
Mündəricat
8. Səyahətdən Təamlar Teppanyaki masasının ətrafında oturmuş yeddi nəfərdən biri idim.
16. Eşitmişəm ki... Dəyərli səyahətsevərlərimiz, heç olubmu ki, uçuşlarınızda təxirəsalınmalar və ya gecikmələr olsun? Əminəm ki, olub. Bəs heç düşünmüsünüzmü təyyarələrin gecikmə səbəbləri nə ola bilər?
36. Filmlər - Bir dəfə Meksikada Sizinlə bölüşdüyüm 3 tam fərqli janrlara malik olan bu filmlər sizə Meksikaya 3 fərqli rakursdan baxmağa köməklik edəcək. Baxdıqdan sonra filmlər haqqında fikirlərinizi mənə yazın, gözləyəcəyəm.
44. TripŞot - İradə Qədirova İradə Qədirovanı @irada_gadirova instagram hesabından izləyə bilərsiniz.
2
TR I PAN E MA .C O M
Redaksiya İdeya Müəllifləri Baba Ağayev & İsmayıl Vəlizadə
Baş Redaktor Gülər Ağayeva
Komandamız Əhmədiyyə Hacıyev Leyla Həsənova İlkinə Qənbərova Ələkbər Kərbəlayev Bahadır Abaszadə Rasim Ağazadə Elmar Məmmədli Tahirə Qurbanova Fərid Məmmədov
Redaktordan Daimi oxuyucularımız, Bizim yazılarımızı oxuduğunuza və rəylərinizə görə təşəkkür edirik. Rəyləriniz bizim inkişafımız üçün dəyərlidir. Oktyabr buraxılışımızda “5 ilə 100 ölkə” məqaləsini Fərid Məmmədov sizə təqdim edir. Gəzəcəyiniz digər ölkələr siyahısını bilmək istəyirsinizsə, jurnalı vərəqləyin. Leyla Həsənova verdiyi sözə sadiq qalaraq “Eşitmişəm ki...” deyib dünyada olan maraqlı məlumatları sizə çatdırıb. Ələkbər Kərbəlayev “UBER”in qlobal rəqbiləri haqqında söz açıb. Gəzəyənlər qrupundan bir məqaləni bu dəfə də Bahadır Abaszadə təqdim edir. “Səyahətdən təamlar” rubrikasını bəyəndiyiniz üçün Coşqun Kərimovdan yenə maraqlı bir məqalə təqdim edirik. İlkinə Qəmbərova “Bəlkə bir az adrenalin?!” bölməsində Yeni il zamanı edə biləcəyiniz maraqlı fəaliyyətdən danışıb. Yeni il qeyd etmək üçün yolunuzu mütləq oralardan salın və bu adrenalini yaşayın. Asif Mehdiyevin Hindistan təcrübələrindən siz də yararlanın. Rasim Ağazadə Meksikanı sizə seçdiyi filmlər vasitəsilə tanıtmağı qarşısına məqsəd qoyub. Oktyabr buraxılışımızda İradə Qədirova ilə söhbət etdik. Onu yaxından tanımaq üçün müsahibəni oxuya bilərsiniz. Eyni zamanda, Tripşot bölməmizdə səyyahın çəkdiyi şəkillərə də baxa bilərsiniz. Biz uçuşa hazırıq. Bəs siz? Gülər Ağayeva
TR I PAN E MA .C O M
3
AIESEC Style Gəzinti Hindistana səyahət Bir ölkə düşünün, 1.5 milyard əhali, minlərlə din, yüzlərlə dil və fərqli mədəniyyətlər bir yerdə cəmləşib. Asif Mehdiyev
H
indistana səyahət etməyi düz 2 il idi ki planlayırdım. Ölkəni araşdırdıqca necə gözəl, rəngarəng və çox fərqli ölkə olduğunu gördüm. Beləliklə, Hindistana 5-10 günlük yox, daha uzun müddətlik getmək və ölkənin mədəniyyətinə daha dərindən bələd olmaq qərarına gəldim. Hindistanı bacardığım qədər dərindən öyrənə bilmək üçün ən əlverişli variant AIESEC Azərbaycan təşkilatının həyata keçirdiyi “Global Volunteer” təcrübə proqramı idi. Bu təşkilatın köməyi ilə Hindistana 20 İyulda “Sales & Marketing” adlı layihədə iştirak etmək üçün yola düşdüm. Nyu Dehliyə çatanda olduqca qəribə hisslər keçirirdim. Mən artıq illərdir xəyalını qurduğum ölkədəyəm. Hava limanında viza və digər məsələləri həll etdikdən sonra öncədən rezervasiya etdiyim mehmanxanaya getdim. Mehmanxana Paharganj adlanan bölgədə yerləşirdi və ora çatanda o bölgədəki izdiham və səs-küy məni riqqətə gətirdi. Mehmanxanada əvvəlcədən rezervasiya etdiyimi bildirdim, işçilər isə sistemi yoxlayandan sonra yer olmadığını dedilər. Həmin an anladım ki, həqiqətən Hindistandayam, planların işə yaramadığı ölkədə. Məcbur qalıb, internet taparaq yeni mehmanxana rezervasiya edib oraya doğru yollandım. Bir neçə saatlıq yuxudan sonra artıq arzuladığım şəhəri gəzməyin vaxtı idi... Pəncərəmdən baxdıqca özümü fərqli ölkədə yox, fərqli planetdə hiss edirdim. Uzun və dar yol, yoldan keçən avtomobillər, rikşalar, “tuk-tuk”lar, küçədə yaşayan insanlar, küçə yeməkləri (eng: street food) satanlar, qısacası qarmaqarışıq bir yer. Düşünürdüm
4
TR I PAN E MA .C O M
ki, mən buraya niyə gəlmişəm, bəlkə geri dönüm?! Ancaq qarmaqarışıqlıqda irəliləməyə başladım. Onu deyim ki, Əgər Dehlini gəzərkən sizə yaxınlaşan, sizdən gözləmədiyiniz sualları soruşan insanları görsəniz heç təəccüblənməyin. Bu Hindistanda çox normal haldır. Həmin gün şəhəri az da olsa gəzdim. Amma daha böyük planlarım var idi. Hindistana gedən hər kəs kimi Tac Mahalı görmək. Tac Mahal Nyu Dehlidən 4 saat uzaqda olan Aqrada yerləşir. Həmin gün ərzində Aqra şəhərinə necə gedə biləcəyimi öyrəndim. Turistik bölgə kimi oraya səyahət təşkil edən bir-çox tur şirkətlər var. Aqra kiçik və tarixi şəhər olduğundan 1 gün ərzində gəzib Dehliyə qayıda bilərsiniz. Aqrada gəzəcəyimiz ilk yer Aqra Fort adlanan yer idi. Aqra Fortdan sonra isə bizi dünyanın 7 möcüzəsindən biri olan Tac Mahal gözləyirdi. Tac Mahalı görmək insana təsvir edilməsi çətin hisslər yaşadır. Bir tərəfdən arzulara çatmağın verdiyi fərəh hissi, digər tərəfdən də tarixi əzəməti olan bu nəhəng tikilini görməyin yaratdığı təəccüb dolu həyəcan. Mənim çalışdığım layihə Heydərabadda olduğu üçün 3 günlük Dehli-Aqra gəzintisindən sonra oraya yola düşdüm. Orada olarkən ildə 1 dəfə keçirilən festivala qatılmaq şansım oldu. Festival Hinduizm dinin tanrılarından biri olan “Lord Ganesha”ya həsr olunur və 1 həftə davam edir. Heydərabadda Bollivud filmlərinin çəkildiyi Ramoji film şəhərciyindən başqa, demək olar ki, gəzib görməli yer yoxdur. Ona görə də Hindistanın ən böyük şəhəri olan Mumbaya getdim. Mumbay əsl Hind mədəniyyətindən uzaq kapitalist şəhərdir. Mən Mumbayda 3 gün
qaldım. Amma Mumbayın hər yerini gəzmək istəsəniz, sizə daha çox vaxt lazım olacaq. Hindistanın cənubunda məni çox gözəl təbiəti və əsrarəngiz mənzərələri olan, Hindistanlıların “Gods own country” dediyi Kerala şəhəri gözləyirdi. Kerala “Backwater Tours” (7-8 saatlıq qayıq turları), “Athirapally” şəlaləsi, milli parkları və hiking ilə məşhurdur. “Backwater” turu yerli və xarici turistlərdən ibarət 5-10 nəfərlik qruplar şəklində təşkil olunur. Turda tropik meşələri gəzə və həmçinin “Spice Garden” adlanan yerdə ədviyyatların dadına baxa bilərsiniz. Turlardan əlavə, Keralada yerli məhsullar da çoxdur. Keralaya gedəndə Biryani yeməyi də unutmayın. Bir az acıdır, amma dadlıdır. Keralada Hindistanın müstəqillik günü ilə bağlı keçirilən tədbiri də görmüş oldum. Ekzotik yerlərdən danışarkən çimərlikləri ilə məşhur olan cənnətməkan Goanın adını çəkməmək olmaz. Bura gün batışını seyr etmək üçün ideal məkandır. Nəfəs kəsən mənzərə ilə qarşılaşmaq istəyirsinizsə, Goaya mütləq gedin. Hindistanın möhtəşəm bölgələrindən əlavə, həm də təamları ilə seçilir. Etiraf edim ki, yeməkləri çox ədviyyatlı və acıdır, amma buna baxmayaraq, yemək çeşidləri rəngarəngdir. Mən ümumi Hindistan səfərimə 45 gün həsr etdim. Tac Mahalı görmək, tropik meşələrdə gəzmək, ədviyyatlı yeməklər yemək, safari gəzintilərində iştirak etmək, fərqli mədəniyyətlərlə tanış olmaq, unudulmaz macəralar yaşamaq istəyirsinizsə, Hindistana səyahət edin.
TR I PAN E MA .C O M
5
GƏZƏYƏNLƏR H o l l a n d i y a n ı n ən məşhur attraksionları olan parklarından biri “Efteling” parkı haqqında yazıb xatirələrimlə bölüşmək istərdim. Günel Həsənova Park Kaatsheuvel şəhərində yerləşir. Giriş 37,50 € təşkil edir. Bu məbləğə parka giriş və gün boyu bütün attraksionlardan istifadə daxildir. Qidalanmanın ayrıca olmasına baxmayaraq, parkda kifayət qədər maraqlı kafe və restoranlar var. Bileti əvvəlcədən onlayn almaq sizi böyük və yorucu növbədən azad edəcək. Park çox böyükdür, gəzib qurtarmaq və bütün attraksionlardan istifadə etmək üçün hətta bir gün belə azdır. Girişdə sizə parkın xəritəsini verirlər, bu xəritə ilə parkı kəşf etmək daha rahatdır. Parkın bir hissəsi daha çox 0-3 yaş qrupuna aiddir və o hissədə onların tək və yaxud sizinlə bərabər minə biləcəyi attraksionlar var. Bir hissəsində isə daha çox böyüklər üçün nəzərdə tutulmuş attraksionlardır. Bir söz ilə, getməyə dəyən parkdır. Bu şəhərə yolunuz düşsə, mütləq o parka gedin. Əsasən də uşaqlarla. Orada Hollandiyaya xas olan “poffertje” və blinçikin dadına baxmağı unutmayın, çox dadlıdır. Çıxarkən çox maraqlı və gözləmədiyim bir hadisə baş verdi. Oğluma uçan şarlardan almışdım, maşınımıza gedəndə şar əlimizdən çıxıb göyə uçdu və təbii ki, oğlumdan çox mən məyus oldum. Bu zaman parkda gözətçi kimi çalışan bir kişi bizə yaxınlaşıb, o uçan şarın bizə məxsus olduğun soruşdu və bizdən müsbət cavabı aldı. Bizə təkrar girişə getməyimizi və orada bizi artıq yeni şarın gözlədiyini bildirdi. Oğlumla çox təəccübləndik və belə bir xidmətlə ilk dəfə idi ki, qarşılaşırdıq. Təkrar girişə qayıtdıqda parkın digər işçisinin yeni bir şarla bizi gözlədiyini gördük. O şarın mahiyyəti çox da böyük olmamasına baxmayaraq, müştərilərə olan bu diqqət və qayğı bizi çox sevindirdi.
6
TR I PAN E MA .C O M
TR I PAN E MA .C O M
7
Səyahətdən Təamlar Coşqun Kərimov
Teppanyaki
masasının ətrafında oturmuş yeddi nəfərdən biri idim. Usta Hirayuki təzəcə doğranmış kobe ətinin parçalarını qaynar teppan tavasının üstünə qoydu. Əlində olan bıçaqlarla sakit və estetik şəkildə əti doğraması, üstünə duzu, istiotu vurması, ətin sağ üzünü, sol üzünü tava səthində səliqə ilə çevirməsi içimizdə olan aclığı daha da dözülməz hala gətirirdi. Onun məharətinə baxıb bişirəcəyi kobedən dadmaq üçün bu qədər yol gəlmişdim. Tavada baş verənlərə o qədər fokuslanmışdım ki, yanımda oturan digər qurmanlara fikir verməmişdim. Nəhayət usta hazırlanmış kobe ətini qızardılmış tərəvəzlərlə birgə qaba qoyaraq mənə tərəf uzatdı. Qabı götürmək istəyəndə əlim onun əlinə dəydi. İsti kobe ətinin ətri ilə onun ətri bir-birinə qarışdı. Gözləri və gülüşüylə restorana nə üçün gəldiyimi unutdurdu. Bir müddət səssizcə baxışdıq. Üzümə baxa-baxa qabda olan parçalardan birini yeməyə başladı. Usta Hirayukiyə tərəf dönərək “mükəmməl” alınıb dedi. 13 ilini müştərilərinə teppanyaki hazırlayaraq keçirmiş usta hörmət əlaməti olaraq başını əydi. “Mükəmməl” deyən qız zərif barmaqlarını mənə tərəf
8
TR I PAN E MA .C O M
uzatdı. Gülümsəyərək “Minori. Minori Minamoto” dedi. Usta və digər müştərilər bizə baxırdı. Adımı deyəcəyim halda yeni bir hekayənin əvvəlini qoyacaqdım. Bu hekayənin baş qəhrəmanı olan Minorinin adının çox maraqlı mənası var. Minori “həqiqət” deməkdir. Yaponiyaya sakura ağaclarını görmək, yerli çaylardan və teppanyakidə hazırlanmış kobe ətindən dadmaq üçün gəlmişdim. Ancaq indi qarşımda şərqin özünəməxsus olan “həqiqəti” dayanırdı. Minorinin əlini sıxıb “Coşuqi. Coşuqi Karimoto” dedim. Masa ətrafında olan hərkəs gülümsədi. Onlar bu qızı tanıyırdı. Mən isə hələ tanıyacaqdım. Həmin qabdan birgə yedik. Gecəyə kimi qarşılıqlı şəkildə deyib-güldük. Boşalmış Kappabaşi-dori küçəsi ilə gəzdik. Küçənin sonuncu döngəsində dayandıq. Mənə tərəf yaxınlaşdı. Səhərin açılması, ipək kimi saçlarına düşən günəşin işıltısı, qırmızıya boyanmış dodaqları tanışlığımızın pik nöqtəsini unudulmaz edəcəkdi. Ona tərəf yaxınlaşıb gözümü bağladım. Bir müddət sonra Yaponiyada eşidə biləcəyim ən axırıncı iki sözü eşitdim. “Süd! Qatıq!” Gözlərimi açanda inana bilmədim. Hüseynbala Əliyev küçəsində olan binalardan birində, 4-cü mərtəbədə olan otağın içində və həmin otaqda olan yatağın içində idim. Binamızın yanından keçən qadın “Süd-Qatıq” deyə-deyə səhərimə start, hekayəmə isə son verdi. Qonşu otaqdan uşaqların və onun səsi gəlirdi. Minori yəni həqiqətimin səsi. Tavanın üstündə blinçiklər hazırlanırdı. Cücələrim isə gözləriylə növbəti yeyəcəkləri blinçikləri güdürdü. Bu mənzərə ən az teppanyakidə kobe hazırlanma mənzərəsi qədər gözəl idi. Mətbəxə daxil olduğumu görən kimi üçünün də üzü güldü. “Mənə də saxlayın!” dedim. Həqiqi hekayələr, unudulmaz səyahətlər zamanı baş verir.
TR I PAN E MA .C O M
9
Bəlkə bir az Adrenalin?! Əziz oxuyucular, heç indiyə qədər “Dog Sledding” barəsində maraqlanmısınız? Ağappaq qar üzərində ağ dostlarla birlikdə xizək həzzi yaşamaq həyatda bircə dəfə də olsun yaşanmalı olan bir adrenalindir desəm səhv etmiş olmaram. Huskilərin necə gözəl heyvanlar olduğunu yəqin ki hamımız bilirik. Onların hamısını bir yerə toplayın və ağ landşaftın üzərində özünüzü onlarla birlikdə xizək turunda təsəvvür edin. Bu möhtəşəm ekskursiya insanlarla heyvanlar arasındakı xüsusi əlaqəni yaşamağa imkan verir. İlkinə Qənbərova
İ
tlər həmişə cəmiyyətin mühüm bir hissəsi olmuşdur və bu, dünyanın hər hansı bir yeri ilə müqayisədə arktikdə daha çox özünü göstərmişdir. Onların qalın kürk və yumşaq pəncələri onları soyuq və qarla yaşamaq və inkişaf etdirmək üçün yaxşı hazırlanmışdı. Buna görə itlər uzaq şimalda həyat tərzinə köməklik göstərmək üçün böyük bir üstünlük olmuşdurlar. Arktiklərdə həyat qurmaq üçün insanların itlərlə birlikdə işlədiyinin ən möhtəşəm örnəyi isə məhz “Dog Sledding”dir. Dog Sledding buz və ya qar üzərində itlər tərəfindən çəkilən xizək növüdür. “Dog sled” komandaları 20 mph qədər sürətlə səyahət edə bilər. Bu cür səyahət dözümlülük və sürət tələb edir. Bunun üçün bir çox it cinsi istifadəsinə baxmayaraq, “dog sledding” itlərinin iki əsas, ümumi cinsi Sibir Huskiləri və Alaskan Malamutlarıdır. “Dog sled” komanda üzvləri öz mövqeyinə əsasən dörd kateqoriyaya bölünürlər. Hər “dog sled” komandasının bir, bəzi hallarda isə iki əsas “Lider Iti” var. Komandanın lider itləri qrupun sürətini təyin edir və qrupu səmərəli şəkildə idarə etmə bacarığına malik olurlar. Lider itlərin arxasında “Swing Itlər” hərəkət edir hansılar ki, dönüşlərdə əsas rol oynayırlar. Xizəyin ən sonundakı itlər isə “Wheel Itlər” olaraq bilinir, hansılar ki qrupun ən böyüyü və ən güclüləridir. Onların əsas vəzifəsi döngələrdə və meşə içərisində xizəyi çəkməkdir. Son olaraq komandanın ortasında hərəkət edən itlər isə “Komanda İtləri” olaraq bilinir. Onların sayı qrupun böyüklüyündən asılıdır. Daha çox komanda iti daha çox güc deməkdir. Əgər siz də bu zövqverici təcrübəni yaşamaq istəyirsinizsə Dog Sled üçün dünyanın ən ideal 7 yerindən birinə üz tutmalı olacaqsınız:
10
TR I PAN E MA .C O M
1. Dog Sledding Norveç Qış aylarında Norveçdə ediləcək ən mükəmməl təcrübədir. Donmuş buz üzərində Arktik boyunca bütün macəra növləri üçün bir çox dog sled sərgüzəştləri təklif edilir. Bununla bərabər “Şimal işıqlarını” da görə biləcəyiniz bir sıra variantlar var. Siz itlərlə mənəvi əlaqə quracaqsınız, üzünüzdə soyuq küləkdən zövq alaraq, Tromso, Norveç və ətraf əraziləri görməyiniz üçün bir çox alternativlərdən yararlana biləcəksiniz. Bu macəraya bir neçə saat sərf etdikdən sonra bir ömür boyu yenidən səfər etmək istəyəcəyinizə əminəm. 2. İsveç Dog Sledding Dog sledding və digər bir çox qış fəaliyyətləri üçün mükəmməl yerlərdən biri də məhz İsveçdir. İsveçin gözqamaşdırıcı ağ landşaftı üzərində 8 günlük turlar təklif edilir. Həmçinin, qış aylarında büsbütün buz bağlayan Tornetrask gölü üzərində də xizək sürmə şansınız olacaq. Daha sonra İsveçin ən yüksək zirvəsinə Kebnekaise gəlirik. Qış dövründə İsveçin ən gözəl hissələrini görmək böyük bir şansdır. Ayrıca səfərinizdə itləri necə idarə edəcəyinizi də öyrənəcəksiniz. 3. Minnesota Dog Sledding Əgər ABŞ-a səyahət planlayırsınızsa və uzaq məsafələr sizi yormursa Minnesota barəsində düşünün deyərdim. Minnesota ABŞ-da Dog Sledding”in paytaxtı sayılır. Burada National Geography tərəfindən təklif edilən macəra dolu turlar mövcuddur. Sizin yeni başlamağınızdan və yaxud artıq bu kimi turlarda təcrübəli olub-olmamağınızdan asılı olmayaraq peşəkar heyət sizinlə olacaq. Onların, soyuq qış havalarını sevən və kifayət qədər cəsarətli olanlar üçün həmçinin kampinq kimi təklifləri də olur. Onlar təxminən 30 ildir ki, dog sledding ilə məşğuldurlar. Yəni, narahat olmayın, əmin əllərdəsiniz. 4. İslandiya Dog Sledding Qış aylarında edilə biləcək bir çox fəaliyyətlərlə zəngin olan yerlərdən biri də İslandiyadır. Peşəkar şirkətlərin mövcud olduğu İslandiyada siz bir neçə saatlıq zövqverici turlarda iştirak edə bilərsiniz. Xüsusi cins itlər haqqında məlumatlar ala biləcək və onları daha yaxından öyrənmə imkanı əldə edəcəksiniz. 5. Finlandiya Dog Sledding Dünya Turizminin Qızıl mükafatçısı Hetta Huskies Finlandiyada dog sledding ilə bağlı fərqli və yüksək səviyyəli turlar təklif edir. Bir və ya bir neçə günlük təklif edilən bu turlarda əminəm ki, özünüzə və tərzinizə uyğun dog sledding komandası tapacaqsınız. Siz onların olduğu yeri ziyarət edə, huskilərlə birlikdə uzun müddət vaxt keçirə bilər və onlarla əlaqədə olaraq onları daha yaxşı tanıya biləcəksiniz. 6. Wyoming Dog Sledding Kəskin soyuq və kontinental iqlimin hakim olduğu və dog sledding üçün məşhur olan yerlərdən biri də ABŞ-dakı Jackson Hole, Wyoming”dir. Orada Dog Sledding turları ilə məşhur Teton və Shoshoni milli meşələrindən keçərək bu həzzi yaşaya bilərsiniz. Xüsusilə Yellowstone ərazisi qış aylarında olduqca gözəldir. Əgər olmamısınızsa gələcək səfərinizi oradan salmağınız məsləhətdir.
7. Kanada Dog Sledding Kanadanın qayalı dağları dog sledding üçün mükəmməl mənzərəyə sahibdir. Burada 2 saatdan 2 günə qədər təklif edilən turlar bu macəranı yaşamağınız üçün sizin köməyinizə çatacaq. Uyğun şərtlər altında dog sledding komandasını sizin idarə etməyiniz də mümkün ola bilər. Həmçinin, kamp ətrafında isti ocaq başının həzzini yaşaya bilərsiniz. Şəhərdən, texnologiyadan uzaqda, tonqal qurub isinmək, həmin tonqalda axşam yeməyini hazırlamaq və yanan odunların çıtırtı səsləri ilə birgə dağların zirvəsini sığallayan buludları, axşamlar çökən və ağacların arasından süzülərək gələn çəni, gecə tonqaldan səmaya qalxan qığılcımları, qaranlıq meşəni öz zərif işıqları ilə aydınlatmağa çalışan işıq böcəklərini və ən əsas da “işıq çirkliliyi”ndən çox uzaq olduğu üçün möcüzəvi görünən ulduzları izləmək.. Bütün bunlar həqiqətən sizə yaşadığınızı hiss etdirəcək və heç bitməsin dediyiniz anlardan olacaq. Nəyi gözləyirsiniz? Bəlkə bir az adrenalin?..
TR I PAN E MA .C O M
11
12
TR I PAN E MA .C O M
Bizimlə əlaqə: +99450 203 3247 www.facebook.com/qonaqgelir World Business Center, 20-ci mərtəbə Bakı, Azərbaycan AZ1009 TR I PAN E MA .C O M
13
Tech-in Travel “Yeni Tip Səyahət” Uber x Lyft x Mytaxi Günümüzdə texnologiyanın inkişafı səyahətin, daha spesifik desək, transportasiyanın da yenilənməsinə, daha asanlaşmasına gətirib çıxarır. Texnologiyanın bizə sunduğu yeniliklərdən biri də yeni tipli taksi şirkətləridir. Təbii ki, bu tip xidmətlərdə ilk öncə ağıla gələn şirkət Uberdir. Bazarda tək olmasa da, tanınan ən böyük (ride-hailing) şirkətlərdəndir. Araşdırmalar onu göstərir ki, Uber və Lyft kütləvi nəqliyyat vasitələrindən istifadə edənləri, velosiped sürənləri və yürüyüşə üstünlük verənləri ən çox cəlb edən xidmətlərdir (ABŞ üçün). Qısacası, bu xidmətlər səyahət və transportasiya məfhumunu yenidən formalaşdıran innovasiyalardır. Artıq Azərbaycanda da fəaliyyət göstərən Uber öz tətbiqetməsinin olduqca sadə və əlverişli olduğunu və bu sayədə də istifadəni asanlaşdırdıqlarını vurğulayır. Tətbiqetmə vasitəsi ilə sürücünüzü, taksinizin kateqoriyasını müəyyənləşdirib ödənişinizi təsdiqlədikdə müəyyən vaxt aralığında taksiniz hazır olur. Ödəniş isə seçdiyiniz istiqamətin uzaqlığı, tıxacın olub-olmaması, taksinin rahatlığına görə müəyyən əmsalda dəyişir və bu əmsal siz sifarişinizi verdikdə sizə bildirilir. Bu sahədə Uber tək deyil və kifayət qədər rəqibi var. Hətta son zamanlarda Uberin rəhbərliyindəki bəzi problemlər, işçilərinin qayda pozuntularının dünya medyasında geniş yer alması onların bu bazarda etibarlılığına da təsir edib. Bu tip şirkətlərdən biri də Lyftdir. İş prinsipi digərləri ilə eynidir. Tətbiqetməni endirib ödəmə metodunu seçirsiniz və istiqamətinizi işarələdikdən sonra taksiniz hazır olur. Şirkətdəki maşınlar ən az dörd oturacaqlıdır. 14
TR I PAN E MA .C O M
Bundan başqa Lyft Plus maşınları var ki, bunlar altı oturacaqlıdır. Şirkətin Lyft Lux təklifi də var. Burada isə sizə xüsusi qara maşınlar və təcrübəli sürücülər təklif edir. Qiymətlər isə tıxac, məsafə, şose yolları kimi kateqoriyalar ilə müəyyən edilir. Lyft minimum olaraq $7.19, Lyft Lux üçün isə $13.47 təşkil edir. Təbii ki, tələbin artdığı zamanlarda qiymətdə də dəyişikliklər olur. Mytaxi isə Berlin mərkəzli şirkətlərdəndir. Avropada 70 şəhər və 10 ölkədə fəaliyyətini davam etdirir. Mytaxi sərnişinləri ilə həmin ölkə və ya şəhərdəki lokal taksi sürücüləri ilə əlaqə yaradır. Şirkətdən verilən açıqlamaya görə Londonda 17500-dən çox sürücü şəbəkəsi var və ortalama gözləmə müddəti 3 dəqiqədən azdır. Ödəmə növü birbaşa tətbiqetmə vasitəsi ilə və ya nəğd şəkildədir. Qiymətlər isə minimum £10 təşkil edir. Lakin bu da yuxarıda sadaladığımız vəziyyətlərlə bağlı dəyişə bilər. Ələkbər Kərbəlayev
TR I PAN E MA .C O M
15
Eşitmişəm ki... Dəyərli səyahətsevərlərimiz, heç olubmu ki, uçuşlarınızda təxirəsalınmalar və ya gecikmələr olsun? Əminəm ki, olub. Bəs heç düşünmüsünüzmü təyyarələrin gecikmə səbəbləri nə ola bilər? Jurnalımızın bu sayındakı yazımda bəzi kiçik və ya böyük ağlasığmaz nüansların uçuşlarda necə 2-3 saatdan 18-20 saatadək gecikməyə səbəb olduğunu təqdim edəcəm. Hazırsınızsa, başlayaq. (mənbə: Reader’s Digest) Leyla Həsənova
1
Səyahət yazar Caklin Kionun (Jacqueline Kehoe) Kaliforniyanın Orange əyalətinə uçuşu vaxtında başladı, amma havada olan zaman ləğv edilməli oldu. Səbəb isə pilotlardan birinin ürək tutma yaşaması idi. Təyyarəni leqal olaraq 2 pilotun idarə etməsi tələb olunduğu üçün, təyyarə işçiləri pilotu əvəz edəcək birilərini axtarmağa başladılar. “Bilirsiniz, ‘Kimsə təyyarə idarə etməyi bacarır?’ onların həqiqətən verdiyi sual idi?.” deyə Kio bildirir. (O, bunu deyəndə gülür, amma əslində bu çox qorxunc səslənir, elə deyilmi?) Təyyarəni idarə etməyi bacaran biri sonunda tapıldı, və hava qüvvələri pilotu Omahaya enişdə ona kömək etdi. Xoşbəxtlikdən, işlər yaxşı getdi: pilot yaxşı idi və hava yolları şirkəti bütün sərnişinlərə Orange əyalətinə birinci sinif uçuşlar hədiyyə etməklə gecikməni kompensasiya etdilər.
2
Heç olubmu ki, pilotsuz uçuş edəsiniz? Bu çox çətindir, hətta qeyri-mümkündür. Amma səyahət jurnalisti Alisa Hakın (Alysaa Haak) və onunla birlikdə uçan digərlərinin qarşılaşdığı problem məhz bu idi. Onun xatırladığı qədərilə pilotlar tapılmırdı. “Onlar hətta elan belə etdilər.”. Nəhayət, yeni pilotlar çağırılmalı oldu və qabaqcadan təyin olunmuş pilotlar heç vaxt ortaya çıxmadı. Görəsən, o pilotları qaçmağa vadar edən nə idi?
3
Səyahət müxbiri Saymon Kalder (Simon Calder) Dubaydan Londona uçarkən bütün uçuş saatlarını pozmuşdur. Daha doğrusu, onunla birlikdə uçuşda olan hər kəs bunu pozmuşdur. Dubayda çox isti günlərdən biri idi və bu cür havada təyyarənin uça bilməsi üçün bir sıra əlavə yüklər boşaldılmaqla təyyarə yüngülləşdirilməli oldu. Yalnız bundan sonra təyyarə uçuşa keçdi və 22:00-da Heathrow hava limanına eniş etdi. Dubay hava limanındakı işçilər isə hesabladılar ki, əgər uçuş gecikibsə, bütün sərnişinləri və yükləri “Emirate 777” təyyarəsindən 23:30da olacaq uçuş üçün ötürə bilməyəcəklər. Buna görə də Dubay heyəti təyyarəyə mesaj ötürərək onun Heathrow deyil, Gatwick hava limanına enməsini tələb etdi, amma pilot bu mesajı almadı. Belə ki, təyyarə yenə də Heathrow hava limanına endi, amma orada onu heç kim gözləmədiyinə görə yenidən qalxış edib Gatwick hava limanına uçuş etdi. Texniki nasazlığı olan başqa bir təyyarə isə Gatwick hava limanının uçuş-enmə zolağını bağlayırdı. Çox qısa bir uçuş olması lazımkən, 45 dəqiqə təyyarə Gatwick hava limanının ətrafında fırlandı. “Düzgün hava limanına 1 saat gecikməklə, indi biz səhv hava limanında 3 saat gecikmişdik.” deyə Kalder tamamlayır.
16
TR I PAN E MA .C O M
4
Keçən mart ayında, British Airways təyyarədə siçan tapıldığı zaman, təyyarə dəyişdirdikləri üçün 200 sərnişininə kompensasiya ödəmək məcburiyyətində qaldı. Bu təyyarə dəyişimi siçanla bağlı olan təmizlik problemlərinə görə deyildi. Bu, siçanın təyyarənin kabellərini gəmirmək ehtimalına qarşı atılmış bir addım idi. “The Independent”ə görə, nə təyyarənin quyruq hissəsində, nə də ram hava turbinası (ingiliscədə, “ram air turbine” adlandırılır və abreviaturası RAT şəklindədir, hansı ki, təsadüfən ingiliscədən tərcümədə siçan mənasına gəlir.) adlandırılan hissəsində, gəmirilmiş kabel tapılmadı. Yeni təyyarədə uçuş isə 4 saat sonra başladı.
5
Siçan həyəcanından qısa müddət sonra British Airways daha bir gülünc uçuş gecikməsi yaşadı. Gatwick hava limanından Barbadosa uçan təyyarə 5 saat gecikmişdir, çünki təyyarədə kifayət qədər tualet kağızı yox idi. Doğrusunu danışsaq, ictimai ayaqyollarında tualet kağızı olmamasının necə sinir bozucu bir şey olduğunu hamımız bilirik. Bir də düşünün ki, bu təyyarənin ayaqyolunda baş verir. Ona görə də, bu gecikməni bir növ başa düşmək olar. Amma tualet kağızını tapmaq üçün 5 saat gecikməni anlamaqda hamımız bir az çətinlik çəkərik.
6
Berbereybi Umandal (Berberabe Umandal) Dubaydan Manilaya uçarkən, uçuşun 4-cü saatında bəlli oldu ki, sərnişinlərdən birinin doğum sancıları başlayıb. Təyyarədə olan 2 tibb bacısı sərnişinə kömək etdi və doğulan körpə Heyvn (Haven) adlandırıldı. Düşünün ki, bu körpənin “Harda doğulmusan?” sualına dünyanın ən qəribə cavablarından biri var. Heyvn vaxtından 2 ay əvvəl doğulduğu üçün ana və körpənin təcili tibbi yardım alması üçün təyyarə Hindistanda eniş etməli oldu. “9 saatlıq olması nəzərdə tutulan uçuş 18 saat oldu.” deyə Umandal bildirir. Amma, onun dediyinə görə digər sərnişinlər bu haldan heç də qeyri-məmnun deyildilər, əksinə gecikməyə baxmayaraq belə bir hadisəyə şahid olduğu üçün özlərini şanslı hiss edirdilər. Öz körpəsi ilə uçan başqa bir sərnişin hətta yeni ana olmuş qadına öz çamadanında olan uşaq geyimlərindən təklif etdi.
7
Vaşinqtondan Münhenə uçan zaman, havada olarkən təyyarənin coffe makerindən yanıq qoxusu və tüstü hiss etdikləri üçün təyyarə işçiləri fövqəladə vəziyyət elan etdilər. Təyyarə Bostonda eniş etməli oldu və texniki işçiləri tərəfindən yoxlanıldı. Yoxlanışdan sonra məlum oldu ki, elə problem ancaq qəhvə hazırlayan cihazda imiş. O çox qızmışdı və sönmürdü. Sərnişinlər isə buna görə Bostonda 16 saat qalmışdılar. Onların pulsuz qəhvə ilə kompensasiya olunub-olunmadığını isə bilmirik.
8
“The Independent”dən Mars El Broqi (Mars El Brogy) Filippindəki Taqbilaraq Aeroportuna uçmağa çalışarkən, uçuşu təxirə salındı. Sərnişinlərdən ikisi aeroportun köşkündə masaj alarkən yuxuya getmişdilər və onlar nəhayət oyanıb təyyarəyə çatanda isə başqa sərnişinlər tərəfindən “alqış və etiraz qarışığı ilə rastlaşdılar” El Broqi xatırlayır. O, bu səslərdən hansını dəstəklədiyini isə açıqlamır.
TR I PAN E MA .C O M
17
ilə söhbət
18
TR I PAN E MA .C O M
Fotoqraf, bloqqer yoxsa səyahətçi? İradə Qədirova deyəndə ilk hansı yada düşür? - Mən özümü daha çox fotosəyyah kimi qəbul edirəm amma paylaşdığım şəkillər və onlara yazdığım yazılara görə hal-hazırda fotobloqqer kimi tanınıram. Mən də “yaxşı, necə məsləhətdir” deyib, artıq bu adı qəbul etmişəm (gülür). Aktiv, ekstrim səyahətləri daha çox sevirsiniz. - Elədir. İlk dəfə 2011-2012-ci illərdə hamı necə mən də eyni şəkildə daxili turizmlə səyahətlərə başlamışam. Ancaq sonra özümdəki enerjini daxili turizmlə məhdudlaşdırmamaq qərarına gəldim. Nəticədə mənim kimi səyahət edən qruplar tapdım. Halhazırda onlarla birlikdə ölkə daxili səyahətlərə çıxıram. Hər hansı bir fərdi layihələr olduqda isə tək olaraq səyahət edirəm. Səyahətləriniz adətən neçə günlük olur? - Adətən 1 günlük olur, ancaq zirvə yürüşü və uzun müddətli səyahətdirsə daha çox da ola bilər. 14 günlük Türkiyə, 1 həftəlik Hindiastan, 10 gün İtaliya, 4 gün Makedoniya kimi uzun müddətli səfərlərim də olub. Bildiyim qədəri ilə Hindistanı çox sevirsiniz. - Bəli, hətta mənə hərdən elə gəlir ki, bu sevgi mənimlə bir yerdə doğulub. Məndən tez-tez soruşurlar Hindistanı niyə bu qədər sevirsən cavab verə bilmirəm. Ümumiyyətlə, Azərbaycandan kənara ilk səyahətiniz hara olub? - İlk xarici səfərim 2010-cu ildə Yunanıstana olub. Afinaya getdik, oradan Salonikiyə keçdik. Meteoraya qalxdıq, Halkidikiyə getdik, təəssüf ki, adalara getməyə vaxt olmadı. Gözləntilərinizlə üst-üstə düşməyən hər hansı ölkə və ya şəhər olub ? - Olub. Hindistanda Aqra məni çox məyus etmişdi, demək olar ki, mədəni şok yaşamışam. Vaxtı ilə imperiyanın paytaxtı, mədəniyyət mərkəzi olmuş bir şəhərə yalnız Tac Mahal xatirinə yenidən gedərəm. İnsan səyahət etdikcə özünü tanıyır, kəşf edir. Bu sizdə də belə olubmu? Nələri özünüzdə kəşf etmisiniz? - Bəli, mən indi hiss edirəm ki, prioritetlərim dəyişib. Təbiət gəzintisini daha üstün tuturam. Bundan sonrakı səfərlərimdə şəhər mərkəzlərini öz səyahət planıma salmaram, mənim üçün çox darıxdırıcı olar. Hindistanda olduğum müddətdə daha çox şəhəri və görülməli yerləri gəzdim. Daha sonra artıq Bakıda aktiv həyata başladıqca Hindistanın şimalında bəzi yerləri kəşf etməyə başladım.
TR I PAN E MA .C O M
19
20
TR I PAN E MA .C O M
İkinci səfərimdə artıq şəhərdən daha çox dağlıq ərazilərdə olmağı planlayıram. Yaxud Fransaya səyahət etsəm Parisə 1 gün ayıraram, oranın insanlarını tanımaq üçün daha çox ucqar şəhərlərə səyahət edərəm. Bunu mən 7 illik səyahət təcrübəmə əsaslanıb edərəm. Sizcə səyahətə tək yoxsa komanda ilə çıxılmalıdır? - Hər ikisinin müsbət və mənfi tərəflərini belə deyə bilərəm. Əgər komandaya uyğunlaşmayan və enerjisi aşağı birisi varsa, bu istər-istəməz bütün komandanın əhvalına təsir edir. Çünki gün ərzində edilməsi planlanan müəyyən şeylər var ki, onlar mütləq tamamlanmalıdır. Eyni düşüncəyə sahib insanlar komandada olmazsa bu, ümumi komandanın işini geri salacaq. Ona görə düşünürəm ki, əgər sənə uyğun yol yoldaşı tapa bilmirsənsə, yaxşısı tək çıxmaqdır. Ancaq bəzi yerlər də var ki, mən oralara tək yola çıxa bilməzdim, dağ cığırlarını, yamaclarını tapa bilməzdim. Artıq bu halda bütün bir komanda ilə yola çıxmağı daha məqsədəuyğun hesab edirəm. Bəs sizin üçün ideal komanda üzvü necə olmalıdır? - Ən əsası, kaprisli olmamalıdır. Çünki biz yola çıxdığımız andan etibarən öz komfort zonamızı tərk edirik, komfort axtarışını bir kənara qoymalıyıq, şikayətlənməməliyik və səbrli olmalıyıq. Ayağımız palçığa da batacaq, yeməyi də özümüz hazırlayacağıq, hamısını qəbul edib həzz almaq lazımdır. İlk zirvə yürüşünüz hara olub? - Bu il olub. Babadağ. Bu il ümumiyyətlə çox maraqlı oldu çünki 1 ay ərzində ard-arda 2 zirvə yürüşüm oldu. Ayın əvvəli ilk zirvə yürüşü Babadağ oldu, mən ora qalxmağı artıq 2 il idi planlayırdım. Ayın sonu isə təsadüfən planlanan səyahət nəticəsində Qızılqayaya qalxdıq. İrəlidə Xınalıq zirvəsinə qalxmağı düşünürük. Bulvarda oturub Günəşin doğmasını izləmək ilə Babadağın zirvəsində Günəşin doğmasını izləmək arasında nə fərq var? - Yaxşı sualdır (gülür). Mənə elə gəlir o günəşin doğmasını izləmək üçün getdiyin yolun uzunluğu, əziyyəti, günəşin necə doğacağına olan maraq, gecənin intizarı, zirvəyə tezliklə çatmaq özləmi, çatdığın anda olan 5-10 dəqiqəlik o həzz – bütün bunlar bizə günəşin dağlarda fərqli doğduğunu hiss etdirir. Hər fəsildə də Günəşin doğuşu tamam fərqli rənglərlə əhatə olunur. Mən yazımda Günəşin 2350 metr başqa doğmasını qeyd edəndə Xınalıqdakı balaca sarışın, qırmızıyanaq uşaqları nəzərdə tutmuşdum. Mən 2006-cı ildən 2013-cü ilədək İçərişəhərdə yerləşən ofisdə işləməli oldum. Hər səhər işə daha tez gedirdim və yolumu sırf sahilindən
TR I PAN E MA .C O M
21
salırdım ki, Günəşi qarşılayım. Bakıda Günəşi çox salamlamışam, indi isə artıq planım onu dağlarda salamlamaqdır. Babadağ zirvəniz. Yazmısınız ki, “Gedilən yol nə qədər çətindirsə, daxili təmizlənmə o qədər dərin olur”. Bu zirvəyə qalxmaq istəyənlərə prosesi izah edə bilərsiniz? - Bu sitat “Tibetdə 7 il” əsərindəndir, kitabın əsasında kino da çəkilib. Tibetlilərin də müdrikliyi, fəlsəfəliyi danılmazdır. Mən saatlarla oturub ağlayan insan deyiləm, ancaq 2 il öncə bir hadisə ilə yaşadığım daxili stressimi aşmağa mənə təbiət və dağlar çox kömək oldu. Bu sitatı tapanda isə həqiqətən anladım ki, təbiət insanı bərpa edir, özünə qaytarır, başqa bir baxış bucağı açaraq dəyərləri tamamilə dəyişir. Adi məişət həyatında qarşılaşdığımız bəzi çətinlikləri, əslində o qədər də önəmli olmamasına baxmayaraq, saatlarca özümüzə dərd edərək onu fikirləşirik. Sonra birdən dağa getmək qərarına gəlirsən. Dağa qalxdığımız zaman pozitiv dalğaya köklənmək önəmlidir, bu da içimizdəki inamı artırır. İnamla yola çıxırsan və inamla addımlayırsan. Çünki məqsədin var, gecəyə, yağışa, küləyə baxmayaraq sən addımlamalısan, Günəşi zirvədə qarşılamalısan. Zirvəyə çatanda öz gücünü kəşf edirsən, nəyə qadir olduğunu görürsən. Gün ərzində qarşılaşdığımız bütün problemlər məhz o zirvədə öz önəmini itirir. Həyatın başqa dəyərlərini düşünməyə başlayırsan, düşündükcə də başqalaşırsan. Heç bir problem 3700 metrə qalxmaq qədər çətin ola bilməz. Məhz dağlar da bizə bu dəyərləri aşılayır. Dağların müdrikliyi başqadır. Oxuyucularımıza zirvə yürüşü öncəsi hazırlıqlarınız barəsində məlumat verə bilərsiniz? - İlk öncə mənəvi olaraq hazır olmaq lazımdır. İstək varsa, digər çətinliklər qalır bir kənarda. İkinci olaraq, düzgün geyimin seçilməsi, buna ən çox dağ ayaqqabısı daxildir. Ayaqqabı sənin dostun kimidir və necə deyərlər səni yarı yolda qoymamalıdır. Üçüncü, fiziki hazırlıq. Mütləq idmanla məşğul olmaq lazımdır. İdman dedikdə, mən peşəkar idmanı nəzərdə tutmuram, adi qaçışı götürək. Bu həmçinin sizin nəfəs probleminizi düzəltməyə görə də lazımdır. Qızılqaya zirvəsi mənə göstərdi ki, mənim nəfəsimlə problemim var. Geri qayıdanda isə bunu aradan qaldırmaq üçün qaçışı və bir neçə idman növünü məsləhət gördülər. İndi isə onla məşğulam, çünki qarşımda məqsədlərim var, gələcəkdəki zirvə yürüşlərimə bu mane olmamalıdır.
22
TR I PAN E MA .C O M
TR I PAN E MA .C O M
23
24
TR I PAN E MA .C O M
TR I PAN E MA .C O M
25
Sizi dağçı adlandıra bilərik? - Düşünürəm ki, hələ ki yox. Mən hələ dağçı turistəm, dağçı deyiləm (gülür). Ümumiyyətlə, bu ada sahib olmaq üçün hansı xüsusiyyətlərə sahib olmaq lazımdır? - Mən bəzi dostlarımdan misal götürərək deyə bilərəm ki, soyuqqanlı olmaq ilkin şərtdir. Dağda hər şeyə hazır olmaq lazımdır. Hər hansı gözlənilməz anlarda özünü itirməyərək, soyuqqanlılığını qoruyaraq qarşılaşdıqları məsələni həll ediblər. Dağları tanımalı, onlara hörmət etməlidir. Mənim fikrimcə, dağları özü kimi hərtərəfli bilən varsa artıq onu dağçı adlandırmaq olar. Gələcəkdə hansı zirvələri planlayırsınız? - İlk öncə Azərbaycan daxili zirvələri planlayıram, çünki mənə görə bu bir sınaq müddətidir. Dağları sevmək başqa, dağçı olmaq tamam başqadır. Əgər dağlar məni qəbul etsə, bunu ölkə xaricində də planlamağı düşünürəm. 3763 metr Qızılqaya zirvə yürüşüm yaxşı keçdi. Yaxın gələcəkdə Heydər Əliyev zirvəsi, Şahdağ və Bazardüzü zirvələrini planlayıram. Alp dağlarını görmək istəyirəm, amma Alpa qədər içimdə elə bir hiss var ki, mən Nepala gedəcəyəm və ən azından Everestin “base camp”ında olacağam. Ya da Annapurna massivinə qalxacağam. İçimdəki bu hissə inanıram. Bütün səyahətiniz boyu yanınızdan ayırmadığınız əşyanız hansıdır? - Fotoaparatım. Onsuz bir günüm olmasın (gülür). Çünki həyat elə gətirdi ki, işimlə səyahətimi bir birinə uyğunlaşdırdım. Mən dünya ölkələrini gəzib etnoqrafiyalarını hamıya göstərmək, insanları çəkmək arzum olanda hələ fotoaparatım belə yox idi. Fotoqraf olacağım ağlıma belə gəlməzdi. Ancaq bu iki istəyimi birləşdirə bildim. Ən çox sevdiyiniz səyahət filmi hansıdır? - Ən sevdiyim film “Eat Pray Love” filmidir. Bu filmdə həm sevdiyim Hindistan var, həm qadının daxili təmizlənməsi var. Onun qət etdiyi yol, heç nəyin asan əldə edilməməsi mənə özümü xatırladır. Mən də o yoldan keçmişəm. Dağ yürüşlərinizdə ən çox qulaq asdığınız musiqilər hansılardır? - Mən təbiətdə musiqiyə qulaq asmıram, çünki səssizliyi, daha doğrusu təbiətin səsini dinləməyi daha üstün tuturam. Onsuz Bakıda o qədər səsin içindəyik, bizə rahatlıq lazımdır. 3-4 saatlıq gəzintilərimizdə, 1 günlük zirvə yürüşlərimizdə isə çalışıram
26
TR I PAN E MA .C O M
TR I PAN E MA .C O M
27
təbiətin səsinə qulaq verim. Hətta səssiz bir mühitdə dağlara baxanda onların ötürdüyü əks-sədanı da eşidirsən. Babadağa yola düşəndə yol boyu özümü sakitləşdirmək, həyəcanımı azaltmaq üçün “Karunesh - Inshallah” mahnısına qulaq asırdım, ancaq artıq yürüşə başlayanda isə sakitliyi seçdim. İndi də o mahnını eşidəndə keçirtdiyim bütün hisslər yadıma düşür. Azərbaycanda xanım səyahətçi olmanın sizcə üstünlükləri və mənfi cəhətləri nələrdir ? - Mən azad ruhlu insanam, önümdə maneə olmasını sevmirəm, olsa aradan qaldırmağa çalışıram. Mənim üçün tək mənfi tərəfi dağa səyahətə çıxanda anamın narahatçılığı və nigarançılığının olmasıdır. Üstünlüklərindən danışsaq, insana mənəvi olaraq böyük bir özgüvən gəlir. Çünki hazırki cəmiyyətdə valideyn asılılığı, ən çox da xanımlar üçün, nə deməkdir hamımız bilirik və mən də 8 il Hindistana gedə bilmək üçün bununla mübarizə aparmışam. Dağlardan sonra o özgüvəni daxilən hiss etdim və hər şeyin mümkün olduğunu anladım. Həyatda heç bir şey çətin deyil. Mənə sosial şəbəkələrdə xanımlarımız “Azərbaycan xanımları ilə bağlı stereotipləri qırırsınız” deyə çox yazırlar. Belə sözləri eşitmək adama daha çox motivasiya verir. Çünki əminsən ki, sənin hər hansı bir səfərin başqa bir xanıma da öz arzusu uğrunda mübarizəyə motivasiya verəcək. Ən çox getmək istədiyiniz ölkə hansıdır? - İndiki prioritetlərimi, aktiv həyatımı nəzərə alsaq mənim üçün Nepala getmək birinci sıradadır. Elə hiss edirəm ki təbiət, dağlar məni çağırır (gülür). Sizə dünyada istənilən şəxslərlə 5 nəfərlik qrup yaradıb ekspedisiyaya çıxmaq şansı verilsəydi, bu 5 şəxs kimlər olardı? - Reinhold Messner, Renan Öztürk, İsrafil Aşurlı, Jimmy Chin. Bu şəxslərlə Nepala səyahət edəcəyimi nəzərə alaraq son olaraq şerpalardan birini götürərdim. Niyə məhz Nepal? - Mənim üçün “base camp”lar çox maraqlıdır. Çünki ora gedənə qədər müxtəlif yüksək dağ kəndlərindən keçirsən, oranın camaatı, onların yaşayış tərzini lentə almaq istəyirəm. Mənim üçün şerpaların yaşayışı göstərmək daha önəmlidir. “Мир наизнанку” adlanan bir verilişdə Nepalda öz işini quran bir şerpanın ölən şerpaların övladları təhsilsiz qalmasın deyə tikdirdiyi məktəb haqda süjet göstərmişdilər. Hətta “Treckteach in Nepal” layihəsi çərçivəsində orada könüllü əsaslarla oradakı uşaqlara 1-2
28
TR I PAN E MA .C O M
TR I PAN E MA .C O M
29
30
TR I PAN E MA .C O M
illik dərs keçmək üçün proqram çərçivəsində oraya getmək fikirlərim də yaranırdı. Çox maraqlı bir proqramdır. Mən başa düşdüyüm qədəri ilə sizə zirvədən daha çox, zirvəyə gedən yol maraqlıdır. - Düzdür. Yol hər şeyi unutdurur, məhz o yolda gördüyün insanlar, qarşılaşdığın hadisələr, onlarla etdiyin söhbətlər insanı formalaşdırır. Mən 2 il müddətində layihəm çərçivəsində bölgələrin insanlarını çəkirəm. Kəndləri, orada qadınların əməksevərliyini, onların öz həyat yoldaşları ilə münasibətlərini dünyaya çatdırmaq mənə ayrıca zövq verir. O xanımları dünyaya tanıtmaq lazımdır. Çox incə nüanslara toxunduz. Bəs ümumiyyətlə, hər hansı bir işə yeni başlayan xanımlarımıza hansı məsləhətləri verərdiniz? - İstəklərindən dönməsinlər, bir istək əlbəttə ki tez zamanda həyata keçməyə bilər, ancaq bu o demək deyil ki, mümkünsüzdür. Mübarizə mütləq olacaq, istər ailə, istər həyat yoldaşı ilə. Cəmiyyəti düşünmək mənasızdır, çünki hamı tərəfindən xoş qarşılanmaq, sevilmək mümkünsüzdür. Siz nə etsəniz də cəmiyyətin bir qismi qəbul etsə də, bir qismi qınayacaq. Bütün cəmiyyətə uyğunlaşmağı düşünmək insanı ancaq geri salacaq. Həyat bir dəfə verilir və bunu yaşamaq lazımdır. Qarşıda əgər yaxın insanların maneəsi varsa o insanları öz istəklərimizə yaxınlaşdırmaq lazımdır. Mental dəyərləri nəzər almaq lazımdır, dalaşmaqla yox. Biraz əzmli olaraq, bizə dəyərli olan insanlara bu istəyimizi düzgün çatdıraraq bunu etmək mümkündür. Bildiyim qədəri ilə fotolarınızı paylaşdığınız bir platforma yoxdur. “Atlas Beauty” kimi bir platforma yaratmağı düşünürsünüzmü? - Mənim “Bölgələrimizin insanları” adlı layihəm əsasında 5 ildir Xınalıq həyatını əks etdirən fotolarım var. Mihaela Noroc özünün “Atlas Beauty” layihəsi çərçivəsində dünya xanımlarının portretlərindən ibarət kitab nəşr etdirdi. Mən dağ kəndlərindəki insanları, onların yaşayışını çəkməyi çox sevirəm. Bu cür layihəni məhz Xınalıq ilə bağlı nəşr etdirmək istəyərdim. Əslində bununla bağlı sərgi planlarım da var. Çünki mənim hələ heç yerdə paylaşmadığım fotolarım var. Artıq sərgidən sonra bütün işlərimi bir araya toplayıb kitab olaraq nəşr etdirmək də olar. Hələlik isə bu layihəyə ad fikirləşmək lazımdır (gülür). Sizin bu layihələrini çox bəyənirik və düşünürük ki, hər kəs bu fotoları görməlidir. Gəlin belə bir sosial addım ataq. Bu müsahibəni
TR I PAN E MA .C O M
31
oxuyan insanlar sizə bu layihənizə ad seçməkdə kömək etsinlər. Hər kəs öz layihənin adı ilə bağlı fikirlərini yazsın, siz isə o təkliflər arasından birini seçərsiniz. - Əlbəttə, əla fikirdir. Təklifləri gözləyəcəyəm. Oxuculara son sözünüz. - Mütləq səyahət edin. Arzularınızın arxasınca gedin, addım atmaqdan qorxmayın. Məğlubiyyət də, qalibiyyət də bizimdir, insana məxsusdur. Sadəcə onları sevin.
32
TR I PAN E MA .C O M
TR I PAN E MA .C O M
33
5 ilə
100 ölkə Xoş İstirahətlər! Fərid Məmmədov
34
TR I PAN E MA .C O M
B
ir öncəki səfərinizdə Baba Ağayevlə birgə 6 Şərqi Avropa ölkəsini gəzdiniz, Minskdə “Palac Respubliki”nin qarşısında kanki sürdünüz, Vilnüsda “Agotos Gryčia” Litva mətbəxinin ləziz təamlarından daddınız, Riqada Old Taunda gəzib, Tallin TV taura gedib şəhərin mənzərəsindən zövq aldınız. Bərə ilə Finlandiyaya keçdiniz, maral əti yeyib, Sankt-Peterburqa yollandınız, oradan isə vətənə-Azərbaycana geri döndünüz. 2-ci və 3-cü sayımızda da bildirdiyimiz kimi, səfərlərimizin qiymətini büdcənizə uyğun olaraq artan sıra ilə düzmüşük. Üçüncü səfərinizi ilin yayına, iyul-avqust aylarına planlaşdıra bilərsiniz. Səfəri əhatə edəcək ölkələr Fransa, Lüksemburq, Almaniya, Belçika və Hollandiyadır. Fransa səfirliyindən (artıq CAPAGO administrativ mərkəzi fəaliyyət göstərir) alacağınız Şengen vizası sizin səyahətinizi reallığa çevirəcək. Sənədlərinizin hazırlanmasını Vizam.az şirkətinə həvalə edə bilərsiniz. Səfirliyin rüsumu 35 EUR, administrativ mərkəzin rüsumu isə 26 EUR-dur. Əlavə təxmini 8-12 EUR sığorta xərciniz ola bilər. Vizam.az şirkətinin xidmət haqqını isə veb səhifədən öyrənə bilərsiniz. Nəqliyyat: Gediş-gəliş olaraq Bakı-Paris (Azal; birbaşa), Amsterdam-Moskva-Bakı (Aeroflot) marşrutundan istifadə edə bilərsiniz. Aşağı büdcəli uçuş istəyirsinizsə alternativ olaraq Kutaisi-Paris (Wizzair), Eyndhoven-Budapeşt-Bakı (Wizzair) və ya Eyndhoven-Budapeşt-Kutaisi (Wizzair) marşrutunu da seçə bilərsiniz. Avropadaxili nəqliyyat üçün isə “su” qiymətinə olan “Ryanair”, yaxud “Flixbus”dan istifadə edə bilərsiniz. Deməli, səyahətimizə Parisdən başlayırıq. Şəhərin mərkəzinə çatdığınızda çox da baha olmayan, “Eiffel” mənzərəli bir kafedə qəlyanaltı edə,1 fincan qəhvə içə, eyni zamanda “Eiffel” qülləsinin gözəlliyindən zövq ala bilərsiniz. Daha sonra “Mona Liza”, “Ramzes” və digər möhtəşəm əsərlərin yerləşdiyi “Luvr” muzeyinə yollanırsınız. “Luvr”a giriş 15 EUR, “Pompidu” incəsənət mərkəzinə isə giriş 14 EUR təşkil edir. Mərkəzin ən yuxarı mərtəbəsində kokteyl alıb şəhərin mənzərəsinə baxmağı unutmayın. Bu sizə 13-15 EUR-a başa gələcək. “Luvr”un arxasında yerləşən parka da mütləq baş çəkin, aldığınız kokteyli orada da içə bilərsiniz. Parisdən Lüksemburqa sürət qatarı ilə (35-40 EUR) və ya avtobusla (Flixbus, 25-30 EUR) ilə getmək mümkündür. “Grund” adlanan Old Taunda Lüksemburq şəhərinin mərkəzindən keçən kanal və ətrafdakı qədim Avropa üslubunda tikilmiş binalar sizi sözün əsl mənasında şəhərə vurğun edəcək. Lüksemburq mətbəxi, mədəniyyəti və digər milli ünsürləri əsasən fransız və alman mədəniyyətinin sintezindən yaranıb, bunu həm Old taunda gəzərkən, həm da milli mətbəxin dadına baxarkən anlayacaqsınız. Əgər “hiking” həvəskarısınızsa, ölkənin “Müllertal” regionuna səyahət etməyiniz məsləhətdir. Lüksemburqdan Almaniyanın müxtəlif şəhərlərinə yollana bilərsiniz: Frankfurt, Köln, Dortmund, Trier və s. Bu turumuzda biz Almaniyanın Lüksemburqa ən yaxın Trier şəhərinə gedəcəyik. Siz Lüksemburqda iki gecə qalmaqla bir gününüzü şəhərin özünü gəzməyə, digər vaxtınızı isə
Trierdə keçirməyə həsr edə bilərsiniz. Lüksemburqdan hər gün müəyyən aralıqlarla bu şəhərə avtobuslar çıxır. Siz səhər avtobusu ilə Trierə gedib, axşam avtobusu ilə Lüksemburqa qayıda bilərsiniz. Trierə avtobusla gediş-gəliş bileti 18-19 EUR-a başa gələcək (Flixbus). Trierdə “Porta Nigra”ya baş çəkin. Tikili qədim Roma İmperiyasının dövründən qalıb, Alp dağlarının şimalında ən böyük şəhər darvazası olub. Tikiliyə giriş 3 EUR-dur. Daha sonra “Hauptmarkt” adlanan şəhər meydanına yollanın, tipik Qərbi Avropa Old Taunu mənzərəsi ilə qarşılaşacaqsınız. “Brasserie Trier” restoranında Alman mətbəxinin dadına baxa bilərsiniz. Bu restoranda 30-40 EUR-a nahar edə bilərsiniz. Old Taunda axşam gəzintisindən sonra Lüksemburqa geri dönün. Gecə Lüksemburqda qalandan sonra Brüsselə keçin. Lüksemburqdan Brüsselə isə 16 EUR-a (Flixbus) gedə bilərsiniz. Brüsseldə mütləq “vafl”ın dadına baxın. Şəhər mərkəzində əksər yerlərdə 1 ədəd “vafl”ı 2-3 EUR-a ala bilərsiniz. Bundan əlavə “Le Bistro” kimi kafelərdə Belçika mətbəxinin digər təamlarını dada bilərsiniz. “Saint Hubert Royal” Qalereyasına və Mərkəzi şəhər meydanına yollanın. Burada klassik dövrün memarlıq üslubunda tikilmiş binalar görəcəksiniz. Daha sonra “Atomium”a baş çəkin, əgər “5 ilə 100 ölkə’’ planına əsasən səyahət edirsinizsə və bundan əvvəl səyahət etməmisinizsə “Atomium” həyatınızda gördüyünüz ən hündür və ən möhtəşəm abidə ola bilər. Binaya daxil olmaq üçün 12 EUR ödəməli olacaqsınız. Brüsseldən Amsterdama avtobusla (Flixbus) 15-16 EUR-a, aviareys seçdiyiniz təqdirdə isə (KLM Airlines) 150-160 EUR-a gedə bilərsiniz. Ancaq Amsterdama yola düşməmiş sizə məsləhətim Brügge şəhərinə baş çəkməyiniz olar. Nağıllar oxuyarkən beyninizdə təsəvvür etdiyiniz balaca, şirin şəhəri Yer kürəsində tam orada tapacaqsınız. Ora səyahətdən öncə “In Bruges” filminə mütləq baxın. Pivə muzeyi sizin Brüggedə görməli olduğunuz yerlər siyahısına salınmalıdır. Kanallar ətrafında şəkil çəkdirin. Brüsseldən Brügge şəhərinə qatarla 15-17 EUR-a, avtobusla isə 9-10 EUR-a bilet tapa bilərsiniz. Brüggedən Brüsselə geri dönün oradan isə Amsterdama yola düşün. Şəxsən deyə bilərəm ki, Amsterdam olduğum şəhərlər içərisində ən gözəlidir. Şəhərin içindən keçən kanallar şəhərin simvolu sayılır. Kanalda 1 saatlıq “cruising” 10 EUR-a başa gəlir. “Van Qoq” un muzeyinə baş çəkin, amma öncədən rezerv etməyi unutmayın, çünki bura gələnlərin sayı həddindən artıq çoxdur. Muzeyə bilet 17 EUR, qulaqcıq şəklində olan bələdçi isə 5 EUR dur. “Iamsterdam” yazılmış abidəyə baş çəkməyi baş çəkməyi və onun yanında şəkil çəkdirməyi unutmayın. Doyunca gəzin, səyahətinizdən zövq alın. Haqqında danışdığım səyahət 1600-1700 EUR-a başa gəlir (bütün qiymətlər 2017-ci ilin Oktyabrın sonuna doğru baxılmış qiymətlərdir), bütün turu 8-9 günə başa vurmaq olar. Təbii ki, yerinizi “Couchsurfing”də ayırsanız və ya gecəsi 15-20 EUR məbləğində hosteldə qalsanız səyahətiniz daha ucuz başa gələ bilər.
TR I PAN E MA .C O M
35
Bir dəfə Meksikada S
izinlə bölüşdüyüm 3 tam fərqli janrlara malik olan bu filmlər sizə Meksikaya 3 fərqli rakursdan baxmağa köməklik edəcək. Baxdıqdan sonra filmlər haqqında fikirlərinizi mənə yazın, gözləyəcəyəm. Rasim Ağazade
36
TR I PAN E MA .C O M
Apocalypto “Cəsur Ürək” deyəndə ilk ağlınıza gələn nə olar? Şübhəsiz ki, Mel Gibson. Bəs “Mayalılar” deyəndə? Yox yox, “2015” filmi yox, məhz Meksika gəlir. Mayalılar və Mel Gibsonu isə siz “Apocalypto” kimi möhtəşəm filmlə birləşdirə bilərsiniz. Bu film məhz Mel Gibsonun karyerasının möhtəşəm əsərlərindən biridir. Film Mayalıların əsasən məskən saldığı Chichen Itza piramidalarının ətrafında baş verir. Jaguar Paw hüzur və sülh dolu bir qəbilədə yaşayır. Allahlara qurban edilməsi üçün qul axtarışında olan digər qəbilə bir gün bu qəbiləyə hücum edir və Jaguar Paw atası öldürülür, özü və bütün qəbilə əsir götürülür. O isə öz oğlunu və həyat yoldaşını gizlədərək əsir düşməkdən qoruya bilir. İndi tək məqsədi var, geri qayıdıb ailəsini gizlətdiyi yerdən qurtarmaq: dərin quyunun içindən… Filmdə diqqətimi ən çox Mayalıların öz dilində (Yukatek dili, hələ də Meksianın bir hissəsində eşidilə bilər) dialoqları oldu. Bu Gibsonun tarixə verdiyi dəyəri göstərir. İngiliscə danışan mayalılar görmək yəqin ki bizdə filmin reallığı, tarixiliyi hissini itirərdi. Eyni zamanda, Gibsonun çəkiliş zamanı heç vaxt aktyorluq bacarıqları olmayan mayalıların köməyindən istifadə etməsi filmə daha da tarixilik effekti qatıb. Mütləqdir ki, o, filmə müəyyən öz fikirlərini də əlavə etmişdir. Mənim üçün həmişə rejissorun filmi necə sonlandırması önəmlidir. Mel bu sonluqla məni cəlb edə bildi. İnsanların gəlişi Maya dövrünün bitməsinə, mayalılardan başqa heç kimin ayağının basmadığı yerlərə sivilizasiyanın gəlməsinə dair işarədir.
İl: 2006 Müddət: 139 dəqiqə IMDb: 7.8 Rejissor: Mel Gibson Film heyəti: Rudy Youngblood (Jaguar Paw rolunda); Dalia Hernández (Seven rolunda); Jonathan Brewer (Blunted rolunda)
TR I PAN E MA .C O M
37
Frida Yəqin siz də bioqrafik kinolar sıxıcı olur deyə düşünürsünüz. Əsasən yaratdığı avtoportretlərlə tanınan meksikalı rəssam Frida Kalo haqqında çəkilmiş “Frida” adlı bu film sizin fikrinizi tamamilə alt-üst edəcək. Bir incəsənət adamının həyatı, onun yaşadığı acıların öz portretlərində necə əksini tapdığı möhtəşəm şəkildə verilib. Filmdə, eyni zamanda, Meksikanın “Teotihuacan” piramidaları kimi görməli yerlər də göstərilib. Filmə baxmamışdan qabaq Fridanın həyatını vərəqləmək məsləhətdir. Siz eyni zamanda, Hayden Herreranın “Frida”, “The Life and Times of Frida Kahlo” kitablarından da Frida Kalo haqqında məlumat əldə edə bilərsiniz.
İl: 2002 Müddət: 123 dəqiqə IMDb: 7.4 Rejissor: Julie Taymor Film heyəti: Salma Hayek (Frida rolunda); Alfred Molina (Diego Rivera rolunda)
38
TR I PAN E MA .C O M
TR I PAN E MA .C O M
39
40
TR I PAN E MA .C O M
İl: 2015 Müddət: 121 dəqiqə IMDb: 7.6 Rejissor: Denis Villeneuve Film heyəti: Emily Blunt (Kate Macer rolunda), Benicio Del Toro (Alejandro rolunda), Josh Brolin (Matt Graver)
Sicario
“Sicario” filmi “Hollywood”un eyni ssenarili detektiv, hər zaman haqlı olan, xoşbəxt sonluqla bitən macəra filmlərindən bezənlər üçün tam fərqli bir ssenari təklif edir. Kate ABŞ və Meksikadakı kartellər arasında gedən narkotik mübarizəsində komandada yer alan cəsur agentdir. Məhz o cəsurluğuna görə narkotiklə mübarizə üçün ABŞ tərəfindən təşkil olunmuş komandanın gizlin qurduğu planı və özünün oraya alınması səbəbini ortaya çıxarır. Rejissor, Emili Blantın bu yaşadıqlarına görə psixologiyasının necə pozulmasını möhtəşəm şəkildə göstərib. Ümumiyyətlə, bu filmi möhtəşəm edən hər bir baş rolun özünün xüsusi təcrübəsinin və komandaya qoşulmaq səbəbinin olmasıdır. Alejandro rolunu oynayan Benicio Del Toro məhz şəxsi məsələlərə əsasən bu komandaya qoşulub. Onun məqsədi ailəsinin qisasını almaqdır. Bu filmdə komandanı yığan Matt Graver adlı CIA agentinin əsas məqsədi isə Meksika kartellərini ABŞ sərhədlərindən uzaqlaşdırmaqdır. Möhtəşəm bir sonluq sizi gözləyir. Həzz alın.
TR I PAN E MA .C O M
41
Bizimlə əlaqə: +99450 203 3247 ahmadiyya@gringo.az www.gringo.az World Business Center, 20-ci mərtəbə Bakı, Azərbaycan AZ1009 42
TR I PAN E MA .C O M
TR I PAN E MA .C O M
43
TripŞot İradə Qədirova İradə Qədirovanı @irada_gadirova instagram hesabından izləyə bilərsiniz.
44
TR I PAN E MA .C O M
Gədəbəy, Azərbaycan TR I PAN E MA .C O M
45
Astara, Azərbaycan 46
TR I PAN E MA .C O M
TR I PAN E MA .C O M
47
48
TR I PAN E MA .C O M
Qalaxudat, Qusar, Azərbaycan TR I PAN E MA .C O M
49
Laza,Qusar 50
TR I PAN E MA .C O M
TR I PAN E MA .C O M
35 1 9
52
TR I PAN E MA .C O M
Xınalıq, Quba, Azərbaycan TR I PAN E MA .C O M
53
Xınalıq, Quba, Azərbaycan 54
TR I PAN E MA .C O M
TR I PAN E MA .C O M
55
56
TR I PAN E MA .C O M
Gรถygรถl Milli Qoruฤ u TR I PAN E MA .C O M
57
Qusar Səlibur 58
TR I PAN E MA .C O M
TR I PAN E MA .C O M
59
60
TR I PAN E MA .C O M
TR I PAN E MA .C O M
61
Say 30
06 Oktyabr
2017
Bizimlə əlaqə: gular@vizam.az +99450 300 0135 World Business Center, 20-ci mərtəbə Bakı, Azərbaycan AZ1009 Müəllif Hüquqları Tripanema Magazine Tərəfindən Qorunur © (c) Liam Simpson