5 ilə
100 səh. 28
ölkə
Məqalələr İlə sİzİ Səyahətə çıxarırıq. ©Arnaud Mesureur
Mündəricat
4. Gəzəyənlər Mən sizə Parisin görməli yerlərindən yox, bu dəfə mənim Parisə getmə səbəbim Dans le Noir restoranından danışacağam.
10. Tech-in Travel Indi mehmanxanaların yeni rəqibləri var. Söhbət səyahət zamanı internet üzərindən ev və ya otaq icarəsindən gedir. Müqayisə bizdən, seçim sizdən!
12. Eşitmişəm ki... Eşitmişəm ki, dünyada elə insanlar var ki, ilin bütün ayı tətildə olur. Özü də macəralarla dolu səyahətdən ibarət bir tətil. Bəzilərimiz “Bu necə olur?”, bəzilərimiz isə “Bu ola bilməz!” deyə düşünə bilərik.
20. Filmlər - Bir dəfə Nepalda Bu rubrikamızda hər ay bir ölkə barəsində çəkilmiş ən yaxşı filmlər haqqında sizə danışacağıq. İlk səyahətimiz dünyanın ən nəfəskəsici macəralarını yaşaya biləcəyiniz Nepala olacaq.
2
TR I PAN E MA .C O M
Redaksiya İdeya Müəllifləri Baba Ağayev & İsmayıl Vəlizadə
Baş Redaktor Gülər Ağayeva
Komandamız Əhmədiyyə Hacıyev Leyla Həsənova İlahə Süleymanlı Ələkbər Kərbəlayev Aytac Hacıyeva Nərmin Knyaz
Redaktordan Hörmətli oxuyucularımız, Tripanema komandası olaraq Sizi aylıq sayılarımızda məqalələrimizlə birgə səyahətə aparmağı məqsəd qoymuşuq. Səyahətimiz 100 ölkəni 5 ilə tamamlama planı qurmaqdan başlayacaq. Sizin də əgər planınızda ən azı 100 ölkəni gəzmək varsa, Baba Ağayevin yazılarını mütləq izləyin. Daha sonra “Gəzəyənlər”in digər ölkələrdə görə biləcəyimiz maraqlı yerlərlə bağlı məsləhətlərinə ayrıca bir rubrikada nəzər yetirəcəyik. Qrupdan maraqlı məlumatları seçib, İlahə Süleymanlı bizimlə bölüşəcək. Texnologiyanın inkişafı əlbəttə ki səyahətə də öz təsirini göstəribdir. Ələkbər Kərbəlayev bizi “Tech-in Travel” bölməsində səyahətimiz zamanı hansı proqramlardan istifadə edə biləcəyimiz barəsində yönləndirəcək. Leyla Həsənova “Eşitmişəm ki” deyib səyahət sahəsində ən son və maraqlı xəbərləri bizimlə bölüşəcək. Bu qaçınılmazdır ki, səyahət planımızı qurmamışdan qabaq həmin ölkə barəsində araşdırma edib, məqalələr oxuyub özümüz üçün cızma-qara edirik. Aytac Hacıyeva isə bizə bu planları məhz kinolara baxmaqla qurmağı təklif edir. O, öz səyahət edəcəyi ölkələr siyahısını məhz kinolar əsasında tərtib etdiyini, motivasiya mənbəyinin kinolar olduğunu qeyd edir. Bu bölmədə Aytac hər dəfə 1 ölkə ilə bağlı çəkilmiş maraqlı filmləri analiz edəcək. Biz düşünürük ki, hər səyahətə çıxan şəxs bir fotoqrafdır! Məhz buna görə biz “Tripşot” bölməmizdə hər səyyahın öz səyahəti zamanı çəkdiyi şəkilləri bölüşəcəyik. Sizin də bölüşməyə şəkilləriniz varsa, bizimlə əlaqə saxlayın. Bütün komandamız Sizi səyahətimizdə bizə qoşulmağa dəvət edir. Kəmərləri bağlayın. Uçuşa başlayırıq. Gülər Ağayeva
TR I PAN E MA .C O M
3
GƏZƏYƏNLƏR Mən sizə Parisin görməli yerlərindən yox, bu dəfə mənim Parisə getmə səbəbim Dans le Noir restoranından danışacağam. Afət Əliyeva
Q
DANS LE NOIR RESTORANI
4
TR I PAN E MA .C O M
aranlıqda yemək yeyəcəksiniz. Restorana daxil olarkən sizə menyular təklif olunur. Foie grasdan ən ləzzətli dondurmalara kimi var. Daxil olduğunuz zal normal işıqlı olur. Menyunu seçib nələri yeyəcəyinizə qərar verirsiniz. Qırmızı ət, ağ ət, vegetarian yeməklər və nələrə alleargiyanız olduğunu deyirsiniz. Amma hansı yemək olmasından xəbərsiz olacaqsınız. Ondan sonra telefonları, üst geyiminizi, hətta, çantanızı da verə bilərsiniz. Sonra keçirsiniz qaranlıq otağa. Bu restoranda xidmət edən bütün ofisiantlar görmə qüsurludurlar. Qaranlıq otağa da onların köməyilə keçib masanıza əyləşirsiniz. Bu dəfə siz də heç nə görə bilmədiyinizə görə onlara güvənməlisiniz. Otaq inanılmaz qaranlıqdır. Kölgə, işıq-heç bir şey yoxdur. Heç nə görmək olmur. Stolunuzda 1-3 arası adam otura bilər. Təbii ki, bilmirsiniz kimlərdir, amma qaranlıqda onlarla tanışlıq çox maraqlı olur. Yeməkləriniz gələndən sonra başlayırsınız bir yol tapıb onları yeməyə. Mən çəngəl, bıçaqdan bir müddət istifadə edəndən sonra əllərimlə yeməyə başladım. Stəkana əlimi salıb suyun harada olduğunu tapmışdım. Yeməklərin dadı çox fərqli və çox kəskin gəlir. Bu otaqda görməni itirib digər hisslərinizi gücləndirirsiniz. Ən əsası əllilliyi olan insanları daha yaxşı anlayırsınız. Qaranlıq dünya çox çətindir, hər kəs həyatında, məncə, bir dəfə də olsa, bu təcrübəni yaşamalıdır. Yolunuz düşərsə oralara, mütləq gedin.
*Redaktordan: Restoranın digər ölkələrdə olan filiallarını qeyd edirik. Əgər bu ölkələrə getsəniz, mütləq baş çəkin. PARİS 51 , rue Quincampoix, 75004 Telefon: 01 42 77 98 04 hər gün 11:00 -19:00 LONDON 30-31 Clerkenwell Green, London, EC1R 0DU Telefon: 0044 (0)20 7253 1100 həftəiçi 10:00 – 18:00 BARSELONA PASSEIG PICASSO, 10, 08003, Barcelona Telefon: +34 93 268 70 17 MADRİD İyun 2017-də açılır. NANT 6 place Aristide Briand – 44000 Nantes Telefon: 02 72 00 12 14 SANKT PETERBURQ V.o. 4, Birzhevoy per., 2, Sankt-Peterburg, 199004 Telefon: +78123352212, +7 812 335 22 12 hər gün 11:00 - 22:00 OKLEND 59 Federal St, Auckland, 1010, New Zealand Telefon: +64 9-375 5920 18:00 - 22:30
TR I PAN E MA .C O M
5
ZƏNZİBAR Yalan-doğru, amma deyirlər, Zənzibarda hələ 20 min əvvəl də insanlar yaşayırmış. Ta 1873-cü ilə qədər bu arxipelaq Hind okeanında ən böyük qul bazarı sayılırdı. Əli Əkbər Bir çoxları ekzotik ada deyəndə, nədənsə, yalnız Seyşel, Mavrikiy, Maldiv kimi adaları yada salır. Amma Zənzibar özlüyündə bu sadaladığım adalardan qat-qat maraqlı, ekzotik olmaqla bərabər, həm də zəngin tarixə malik bir arxipelaqdır. Yəni bir turistin ora gedincə, Maldiv, Seyşeldən fərqli olaraq, passiv çimərlik istirahətindən başqa, həm də yetərincə tarixi bilgilərini də zənginləşdirmə imkanı əldə edə biləcəyi bir yerdir. İndiki Tanzaniya 1964-cü ilədək Tanqanika Respublikası adlanırdı, 1964-cü ildə Zənzibarla birləşərək adqoydu nəticəsində Tanzaniya olub. Zənzibarda əsasən suahili dilinin kişvahili dialektində danışırlar. Britaniya müstəmləkəsi hesabına əhalinin ingilis dili ilə də problemi yoxdur. Adaların əhalisi müsəlmanlardır. Zənzibara iyundan oktyabradək havanın orta temperaturu +26C olur. Dekabrdan fevraladək - +28-+37C. Amma nəzərə alın ki, Zənzibar ekvatordan cənubda yerləşir, ona görə də dekabr, yanvar, fevral Zənzibarda yay aylarıdır və bu period da orda hava daha isti və quru olur. Aprel-may aylarında yağış mövsümü şuluqluq edir. Yayda da yağış yağa bilər. Bizim iyul səfərimiz zamanı arabir yağışa düşürdük. Amma yay yağışları uzunmüddətli olmur. Çalışın səfəriniz yağış sezonuna düşməsin. İslanmadan əlavə, həm də bu vaxt malyariya ağcaqanadının iştahına tuş gəlmə ehtimalınız da böyükdür. Quru iqlim zamanı da oralar ağcaqanaddan boldur, amma yağış sezonundakı ağcaqanadlardan fərqli olaraq, quru hava şəraitində hücum edən ağcaqanadlar zənən xeylağı olduqlarına görə malyariyaya tutulma ehtimalı aşağı olur. Yola düşməzdən əvvəl özünüzlə mütləq ağcaqanadla güləşən spreylərdən bol-bol götürün.
6
TR I PAN E MA .C O M
Yerli okeansahili çimərliklər mərcan riflərindən, laqunalarından tutmuş, delfinlərlə, drayverlər üçün cənnət yerlərlə boldur. Prison adasında nəhəng tısbağalar da şellənirlər, onlara da kiçik qayıqlarla ucuz qiymətə gedib baş çəkə bilərsiz. Yerli bazar Stone Townda sizə mütləq “gəl-gəl” deyəcək. Mən hələ ədviyyat plantasiyalarını demirəm!.. Özüm ədviyyat xəstəsi olduğum üçün hər səfərimdə bu plantasiyalarda gəzişəndə xoşbəxtlikdən əsməcə gəlir mənə. Bələdçi sizi plantasiyada bitən bütün ədviyyatlarla tanış edəcək, real şəraitdə bitən darçın, sarıkök, zəfəran və daha nələr görəcəksiz. Hansını mümkündürsə - hətta dadacaqsız da. Elə oradaca onlardan ala da bilərsiniz. Otellər boldur. Müxtəlif qiymətə. Günü 30 dollara okeanın düz sahilindəki kiçik otelimi heç bir Hilton-a dəyişmərəm!.. :) Zənzibara müxtəlif vasitələrlə gedib çıxmaq olar. Təyyarə ilə (bir çox ölkələrdən ora birbaşa uçuşlar var), gəmi ilə. Biz Dar Es-Salaamdan gəmi ilə 1,5 saata çatmışdıq. Gemi ilə gediş qiyməti müxtəlifdir, seçəcəyiniz class-dan asılıdır. Adaya çatınca bələdçilərin, taksi sürücülərinin çoxluğu sizi bir balaca peşman edəcək. Amma bununla belə qiymət saldıra-saldıra onların xidmətlərindən də bəhrələnə bilərsiniz. Hə, bir də, bilmirəm başqalarında necə idi, amma biz gəmidən düşüncə israrla sarı qızdırmaya qarşı peyvənd olunduğumuz barədə sertifikatı tələb etdilər. Biz də tərslikdən onu Dar Es-Salaamda unutmuşduq. Çox çətinliklə yola gətirdik. Əslində, bu, ilk növbədə, sizin özünüz üçün lazım olan bir şey olduğuna görə getməzdən əvvəl o peyvəndi mütləq vurdurun. İşdi-şaiyətdi yaddan çıxsa - limandakı əməkdaşlara bildirib elə oradaca peyvəndlənmə imkanınız da olacaq (məbləğindan xəbərsizəm). Yeyib-içmək ürəyiniz istəyən kimidir. Yəni alışdığınız restoranlardan tutmuş, ta ki alışmadığınız yerli mətbəx iaşə yerlərinədək. Düzdü, yerli mətbəxdən bir o qədər də çox dadmadım. Ekzotik adına məst olub sifariş etdiyim kokteylin nəticədə xiyar kokteyli olduğundan sonra sarsılmışdım. Qırmızı kolobus meymunlarıyla yalnız Zənzibarda üz-üzə gəlib dərdləşə bilərsiniz. İnsanlara da öyrəşiblər, adam yerinə qoymadan rahatca işləriylə məşğuldular. Ona görə də doyunca və yaxından tamaşa edə bilərsiniz. Daha nə qaldı? Nəsə qaldısa - xəbər edin. Ən əsası - ZƏNZİBAR - CANDIR! Mütləq gedin.
TR I PAN E MA .C O M
7
8
TR I PAN E MA .C O M
TR I PAN E MA .C O M
9
MEHMANXANALARIN KABUSLARI Günümüzdə internetin nə qədər güclü bir mövqedə olduğu hamıya məlumdur. Bəs internetin səyahət etməyə birbaşa təsiri? Oturduğunuz yerdən sadəcə bir kliklə yüz və ya min kilometr uzaqdakı mehmanxanada yerinizi rezerv edə bilərsiniz. Hətta əlinizi cibinizə atmağa belə ehtiyac qalmadan maliyyə işlərinizi də həll edib, gözəl istirahət edə bilərsiniz. Indi isə mehmanxanaların yeni rəqibləri var. Söhbət səyahət zamanı internet üzərindən ev və ya otaq icarəsindən gedir. Müqayisə bizdən, seçim sizdən!
Qarşılayın: AirBnB! Brian Chesky və Joe Gebbia adlı bu iki şəxs San Fransiskodakı evlərinin kirayəsini ödəyə bilmədikləri üçün bir otaqlarını kirayə verməyi qərara alırlar və bu addım səyahət stereotipini tamamilə başqa bir nöqtəyə gətirib çıxarır. Verdikləri xidmət sadəcə bir yataq və səhər yeməyindən ibarət idi. Beləliklə, 2008-ci ildə airbedandbreakfast.com yarandı və qısa zamanda adı Airbnb-ə çevrildi. Airbnb 192 ölkədə, 500,000-dən çox evlə əməkdaşlıq edir. Ev icarəyə götürmək istəyənlər bu evlərin içindən özlərinə uyğun olanı seçib, ev sahibinə tələb göndərir. Təbii ki, ev sahibi qəbul etməzsə, proses başlamır. Airbnb insanların rahatlığı üçün hər şeyi fikirləşib. Daha rahat istifadə üçün telefonunuza Airbnb tətbiqetməsını endirib və ya vebsayt vasitəsi ilə gedəcəyiniz yeri araşdıra və ya qərarsız qalmısınızsa, sizlər üçün təkliflər edilən bölmələrdən görmək istəyəcəyiniz yeri seçə bilərsiniz. İstifadəsi isə çox əlverişlidir və müxtəlif kateqoriyaları eyni başlıq altında rahatca tapa bilməyiniz üçün dizayn edilib. Seçimlərinizdə evin yerləşməsini, daxil imkanlarını (WiFi, paltaryuyan və s), qiymətini nəzərə alıb seçim edə bilərsiniz. Hansısa bir evi seçmək istəsəniz, ev sahibinin qoyduğu şərtlərlə tanış olmalısınız. Bəzi ev sahibləri evlərində parti keçirilməsinə icazə vermir, bəziləri də uşaqlı ailələrə “yox” deyir. Airbnb-ni digərlərindən fərqləndirən xüsusiyyət də seçimlərin və müxtəlifliyinin çox olmasıdır. Yeni əlavə edilən “Təcrübələr” bölməsindən sizin üçün maraqlı olan macəra varsa, Airbnb bunu sizdən öncə düşünüb. Elanı yerləşdirən , müxtəlif işlərlə məşğul olan insanlarla bir yerdə, müəyyən ödəniş qarşılığında 1 günlük və ya istəsəniz bir neçə günlük əyləncəli fəaliyyətlərə qoşulmaq imkanınız var. Bu o deməkdir ki, artıq Napolidə yerli aşpazlar pizzanı məhz sizin qaldığınız evdə, məhz sizin üçün, sizinlə hazırlaya bilərlər. Və ya Rio de Janeiroda yerlilərlə Kopokabana çimərliyində voleybol/futbol oynaya bilərsiniz. Airbnb “Audio Walk” adlandırdığı “Səsli Səyahət Turları” da əlavə edib. Bu turlara qoşulmaq istəyənlər elanda göstərilən başlanğıc nöqtələrində bir yerə gəlib sonra isə qulaqcıqlarla, rəhbərləri olmadan həmin yerlərə səyahət edə bilir. Airbnb ilə bağlı maraqlı bir hadisə də Braziliyada keçirilən 2014 Dünya Kuboku ərəfəsində yaşanıb. Dünyaca məşhur futbolçu Ronaldinho Braziliyadakı evini Airbnb vasitəsi ilə günü 15.000 dollara kirayəyə verib.
10
TR I PAN E MA .C O M
Tech-in Travel AirBnB vs. HomeAway
AirBnB – Experiences
AirBnB – Places
HomeAway – Discover
HomeAway – Details
Airbnb-nin rəqibindən danışaq: HomeAway! Eşitmişdinizmi? Bu sahədə ən tanınmış və ən çox istifadə olunan tətbiqetmə Airbnb olsa da, onun rəqibləri də az deyil. Ən böyük rəqibi isə HomeAway-dir. 190 ölkədə 1 milyondan çox mülklə fəaliyyətini davam etdirir. Proses olaraq Airbnb və digər oxşar tətbiqetmələrlə eynidir. Səyahət etmək istədiyiniz yeri, müddətini və cibinizə uyğunluğuna görə sizlərə təkliflər edir. Səyahət edənlər üçün səhifələrində ayırdığı bir “Travellers” yazı bölməsi də mövcuddur ki, insanlara səyahət edənlər tərəfindən təcrübələrini, həmin yerin müsbət və mənfi cəhətlərini göstərirlər.
Bizim nəticəmiz? Homeaway seçicilik və müxtəliflik barəsində Airbnbdən geridə qalır. Airbnb əlavə olaraq yuxarıda qeyd etdiyimiz kimi “Təcrübələr” və “Səsli Səyahət Turları” təşkil etsə də, HomeAway innovasiyadan sinifdə qalıb.
TR I PAN E MA .C O M
11
Eşitmişəm ki... Eşitmişəm ki, dünyada elə insanlar var ki, ilin bütün ayı tətildə olur. Özü də macəralarla dolu səyahətdən ibarət bir tətil. Bəzilərimiz “Bu necə olur?”, bəzilərimiz isə “Bu ola bilməz!” deyə düşünə bilərik. Amma həqiqət odur ki, hər şey insanın öz əlindədir və o, istəsə bir anda həyatını dəyişə bilər. Bunu həyatını dəyişdirmək üçün radikal qərarlar alaraq gündəlik işlərindən imtina edib və dünyanı səyahət etməyə başlayan 5 gənc sahibkarın timsalında görmək olar (mənbə: CNBC)
12
TR I PAN E MA .C O M
Conni Vard
İ
ngiltərədə bir universitetin Beynəlxalq İqtisadiyyat fakültəsindən məzun olduqdan sonra Conni Vard (Johnny Ward) Nyu Yorka bir tərəfli gediş bileti bron etdi və o vaxtdan etibarən səyahət etməyi dayandırmadı. Vard bir veb sayta $100 investisiya etdikdən sonra onu milyon dollarlıq Onestep4ward.com adlı səyahət bloqqinq şirkətinə çevirməyi bacardı. Hal-hazırda o, dünyanı səyahət etməklə ayda $60,000 gəlir əldə edir.
TR I PAN E MA .C O M
13
Brayn Kelli
B
rayn Kelli (Brian Kelly) “The Points Guy” kimi dünyanı səyahət etməyə başlamamışdan qabaq “Wall Street”-də işləyirdi. Hal-hazırda isə Kelli səyahət xərclərinin azaldılması üçün strategiyalar təklif edən veb sayta (https://thepointsguy.com) sahibdir. Onun səyahət bağımlılarına pula qənaət etmək üçün ən böyük tövsiyəsi “Sapphire Reserve” kredit kartının əldə edilməsidir, çünki bu kart münasib premiumlar və bonuslar təklif edir. *“Points Guy” tərcümədə “Xal adamı” mənasına gəlir. Brayn insanlara bütün dünyanı daha ucuz və qənaətli büdcə ilə səyahət etmək üçün hava yolları tərəfindən verilən əlavə millər və kredit kart xallarının istifadəsi kimi məsləhətlər verdiyinə görə belə adlanır. Onun öz səyahətini mümkün edən əsas faktor bu üsuldur.
14
TR I PAN E MA .C O M
Keyt Makkali
6
il əvvəl, Keyt Makkali (Kate McCulley) öz onlayn marketinq vəzifəsindən təkbaşına səyahət etmək üçün imtina etdi. O, www.adventurouskate. com adlı veb sayt yaradıb bloq yazmağa başladı və 6 qitədə 63 ölkəni gəzə bilmək üçün frilans işlərdə çalışdı. Bu gün o, Nyu Yorkda yaşayır və ona müxtəlif ekspedisiyalar aparmaq, öz səyahətləri haqqında bloq yazmaq üçün 6 rəqəmli ödənişlər edilir.
TR I PAN E MA .C O M
15
Qaret Leonard
Q
aret Leonard (Gareth Leonard) da dünyanı səyahət etmək üçün öz marketinq vəzifəsindən imtina edənlər siyahısındadır. Öz səyahətinə Argentinadan başlayan Qaret tourist2townie.com veb saytını yaradıb, bloq yazmaqla böyük uğur qazandı. Brendlər ona reklam postları yazmaq üçün $100 – $400, videolar üçün isə $1000 – $20,000 aralığında ödənişlər edirlər. Leonardın öz fikrinə görə isə səyahət bir növ sahibkarlıqdır, çünki sən həqiqətən səbrli olmağı, çətinliklərlə başa çıxmağı öyrənməlisən və anlamalısan ki, heç kim sənin üçün heç nə etməyəcək. Etdiyin hər şey sənin iş etikana əsaslanır.
16
TR I PAN E MA .C O M
Qaret Qi
M
obil skan app yaradıb və onu Snap Inc.-a $54 milyona satdıqdan sonra, Qaret Qi (Garrett Gee) və onun həyat yoldaşı Cesika (Jessica), bütün var-dövlətlərini satıb dünyanı səyahət etmək qərarını aldılar. 2015-ci ilin avqust ayından bugünə qədər onlar 2 uşaqları ilə birlikdə Törks və Kaykos adaları, Tayland, Avstraliya, Taiti və Havay adalarını səyahət etmişlər. Maraqlısı budur ki, Qaret və Cesika səyahətlərini məhdud büdcə ilə edirlər, çünki onlar Qaretin şirkət satışından gələn pulu xərcləməməyi qərara alıblar. Qaret və Cesika səyahət üçün ayırdıqları pulların bitəcəyi təqdirdə səyahətlərini sonlandıracaqlarını bildiriblər. Airbnb və GoPro kimi şirkətlərlə əməkdaşlıq onların bu səyahətini mümkün edən əsas amillərdəndir.
TR I PAN E MA .C O M
17
18
TR I PAN E MA .C O M
TR I PAN E MA .C O M
19
Everest
Q
alın geyinin, Everesti fəth edirik! Tarixən planetin ən yüksək nöqtəsini fəth etmək üçün çox səylər göstərilib. Fəth edilənə kimi 50-ə yaxın ekspedisiya bu əsrarəngiz dağ qarşısında məğlubiyyətə uğrayıb. Vaxtilə onlardan hələ “uğurlu olanlar”ı yalnız 7000 metrə qədər qalxa biliblər. Zirvənin fəthi 1953-cü ildə Yeni Zelandiyalı Edmund Hillari (Edmund Hillary) və Nepallı Tenzinq Norqey (Tenzing Norgay) tərəfindən həyata keçirilib. Hazırda hər il Everesti fəth etmək üçün 500-dən çox alpinist cəhdlər edir. 2014-cü ilə kimi dağa 4042 alpinist qalxıb. Həlak olanların cəsədləri dağlarda qar, buz altında qalmaqda davam edir. Bəli, filmdə də açıq-aydın təsvir olunduğu kimi Everesti fəth etmək o qədər də sadə deyil, çünki bu tək fiziki deyil, eyni zamanda psixoloji hazırlıq tələb edir. Amma kim istəməz ki, dünyanın ən yüksək nöqtəsində, hər kəsdən yüksəkdə o hissləri yaşasın?! Film, Everesti fəth etmək arzusunda olan bir qrup macərapərəst alpinistlərin 1996-cı ildə Everestə qalxmaları zamanı yaşadıqları fəlakətdən danışır. Bu filmin çəkilişi o qədər də asan baş tutmayıb. Film İtaliyanın Alplarında çəkilib, hətta bəzi çəkilişlər -20 temperaturda reallaşıb. Filmi daha real etmək üçün ekspedisiya qrupu hazırlıq mərhələsi səhnəsinin çəkilişlərini söz etdiyimiz Everest dağının yerləşdiyi ölkəyə-Nepala gedərək orada həyata keçirmişlər. Təbii ki, bu filmin çəkilməsində yazılmış kitabların da böyük rolu vardır. Con Krakauer (Jon Krakauer)
20
TR I PAN E MA .C O M
“Everest” (Into Thin Air) və həmçinin, “Vəhşi yaşama doğru” (Into the Wild) filmlərinin əsaslandığı kitabların müəllifidir. Hadisələrin hər ikisi real faktlara əsaslanır. Con özü 1996 Everest hadisələrində olub və filmdə onu aktyor Maykl Kelli (Michael Kelly) canlandırır (“Outside” jurnalından dəvət olunan jurnalist). O, həmin hadisədə zirvəyə qalxıb geri salamat qayıda bilən 3-4 şəxsdən biri olub. Həqiqətən də, filmdə təsvir olunduğu kimi qalxmaq bir tərəfə, oradan düşmək də kifayət qədər çətindir*... Everest filminin ssenarisi haqqında digər bir maraqlı fakt da var. 1996-cı ilin mayında Comolunqmada fırtına nəticəsində 8 nəfər, o cümlədən iki təlimatçı həlak olur. Həmin vaxt zirvəni iki ekspedisiya qrupu fəth edirdi: 6 təcrübəli alpinist-təlimatçı və 16 müştəri. Bir çoxları dağların arasında ilişib qalmışdı. Hava şəraitinin qəfil pisləşməsindən onların köməyinə heç kim gedə bilmirdi. Bu zaman, həmin hava şəraitində Qazaxıstanlı alpinist Anatoliy Bukreyev (Anatoli Boukreev) oksigensiz geri qayıdaraq 3 nəfəri ölümdən xilas etmişdi. Anatoliy filmdə bəhs edildiyi kimi 96-cı il Mayın 10-u Everesti fəth etdikdən cəmi 1 həftə sonra dünyanın 4-cü ən hündür zirvəsi olan “Lxotse”ni tək, “speed record” ilə fəth edib. Bu alpinist özü bir tarixdir. Ümumi olaraq dünyada 8000-dən hündür 14 zirvədən 10-nu qalxıb. Bu nəticə həmin dövr üçün fantastika idi. 1997-ci ildə Annapurna I zirvəsinin fəthi zamanı qar uçqununa düşüb və həyatını itirib. Ölümündən sonra Annapurnanın Baza Kampında Bukreyevin şərəf abidəsi qoyulub. Deyilənlərə görə filmin ssenaristi -
Bir dəfə Nepalda
B
u rubrikamızda hər ay bir ölkə barəsində çəkilmiş ən yaxşı filmlər haqqında sizə danışacağıq. İlk səyahətimiz dünyanın ən nəfəskəsici macəralarını yaşaya biləcəyiniz Nepala olacaq. Nepal dedikdə ağıla gələn ilk mənzərə təbii ki dağlar olur. Everest kimi dağlar.
Krakauer ilə Anatolinin arası o qədər də yaxşı olmadığı üçün, filmdə Bukreyevə “geniş yer” verilməyib. Everest haqqında bir çox filmlər çəkilib, amma fikrimcə, bu film daha maraqlı və daha realdır. Həqiqətən də, ekspedisiya qrupunun başına gələn çətinlikləri, keçirdikləri hissləri qismən də olsa, filmi izlərkən keçirmək mümkündür.
qalxıb. Lakin geri qayıdanda faciəvi şəkildə itkin düşüb. Ekspedisiyanın başlamasından əvvəl Murad “Finding your Everest” (“Öz Everestinin axtarışında”) adlı kitabı üzərində işini yekunlaşdırıb. Kitab ABŞ-da dərc edilmişdir.
Rejissor: Baltasar Kormakur Film heyəti: Micheal Kelly (Jon Krakauer), Emily Watson (Helen Wilton), Martin Henderson (Andy Harris), Keira Knightley (Jan Hall), Jake Gylenhaal (Scott Fischer) və başqaları.. Müddət: 190 dəqiqə IMDb: 7.1 Redaktordan* Ümumiyyətlə Everesti indiyə kimi cəmi 3 azərbaycanlı fəth edib. 2007-ci ildə ilk dəfə İsrafil Aşurlı, daha sonra 2011-ci ildə İsmayıl Əsgərov, daha sonra isə Murad Aşurlı 2013-cü ildə fəth edib. Xatırladaq ki, həm İsrafil, həm də Murad “7 Summits” üzvü olub. Murad Aşurlı – azərbaycanlı alpinist, Everest zirvəsinə 2013-cü il 19 may tarixində Azərbaycan bayrağını qaldıran 3-cü şəxs olaraq tarixə keçmişdir. Murad Aşurlı 21 oktyabr 2014-cü ildə Himalay dağlarında alpinistlər arasında populyar olan, 6856 metr hündürlüyə malik Ama Dablam zirvəsindən enərkən qəzaya uğrayıb. Bildirilir ki, Murad 8 digər alpinistlə birlikdə “Ama Dablam” zirvəsinə uğurla
TR I PAN E MA .C O M
21
Həkim Strenc (Doctor Strange)
B
u kainat sonsuz saydakı kainatlardan sadəcə biridir... Bəs bizlər bu sonsuz kainatda kimik? Ömrü qısa zərrəciklər? Əminəm ki, Şerlok Holms (Sherlock Holmes) adı bir çoxunuza kitablardan və filmlərdən tanışdır. “Həkim Strenc” filmini izləməyinizə əsas səbəb məhz Şerlok kimi tanıdığımız mükəmməl aktyor Benedikt Kumberbatçın (Benedict Cumberbatch) filmdə baş rolda oynamasıdır. Marvel filmləri sırasında yer alan bu filmdə Stefen Strenc ağıllı, bir o qədər də qürurlu bir beyin cərrahıdır. Gözlənilməz qəza nəticəsində əlləri böyük zərər görür. Bütün müalicə üsullarını sınamağına baxmayaraq əllərini əvvəlki vəziyyətinə qaytara bilmir və artıq cərrah kimi işləmək qabiliyyətin itirir, lakin o bunu heç cür qəbul edə bilmir və beləliklə, əllərinin yenidən əvvəlki vəziyyətinə qayıtması üçün sehrli bir dünyaya - Kamar Taca səyahəti başlayır. Filmdə Nepalda belə bir yer olduğu göstərilsə də, əslində film Nepalın Katmandu şəhərində çəkilib. Katmandunun UNESCO irsi siyahısına düşən Pashupatinath məbədi, Lalitpur Patan və Durbar meydanı kimi görməli yerlərinə filmdə rast gələ bilərik. Kamar Tacda Ancient One (aktyor Tilda Swinton canlandırıb) adlı biri ilə tanış olur və o, Stefenə insan enerjisinin nələrə qadir olduğunu başa salır. Astral zona – insan ruhu ilə fiziki bədəni arasında qalan zonadan bəhs edən film insan düşüncələrinin həqiqətə necə təsir etdiyindən danışır. Filmi izlərkən, bir anlığa müəllifi Ronda Bern (Rhonda Byrne) olan oxuduğum və təsiri altına düşdüyüm “Sirr” (“Secret”) kitabını xatırladım. Bu kitabda da məhz insan düşüncələrinin həqiqətlərə necə təsir etdiyindən bəhs edirdi. Stefen ilk öncə buna inanmaz sadəcə elmin, tibbin varlığına inanar, lakin sonra bunun gerçək olduğu öz gözləri ilə görər və insan beyninin əslində nələrə qadir olduğunu anlayar. Fantastik amma bir o qədər də fəlsəfi fikirlərlə dolu olan film, izlədikdən sonra bizi düşünməyə vadar edir. Bəlkə dünya bizim beynimizin görə bildiyindən daha artıqdır?! Nepala səyahət üçün maraqlı filmlərdəndir.
22
TR I PAN E MA .C O M
Rejissor: Scott Derrickson Film heyəti: Tilda Swinton (The Ancient One); Benedict Cumberbatch (Dr. Stephen Strange); Mads Mikkelsen (Kaecilius); Benedict Wong(Wong); Rachel McAdams (Christine Palmer); Chiwetel Ejiofor (Mordo); Ölkə: ABŞ Müddət: 115 dəqiqə IMDb: 7.6
TR I PAN E MA .C O M
23
24
TR I PAN E MA .C O M
TR I PAN E MA .C O M
25
26
TR I PAN E MA .C O M
Sərhədsiz (Beyond the Edge) İ
l 1953, 13 can gedib bu yolda, lakin dünyanın ən yüksək zirvəsi - Everest hələ də ayaq basılmamış olaraq qalır. Və nəhayət... 1953-cü il 29 may yerli saat ilə 11:30-da böyük təhlükələrlə üzləşmələrinə baxmayaraq, yüksəklik qorxuları ilə savaşaraq və sıfırın çox altında, mənfi temperaturda Edmund Hillari (Edmund Hillary) və Tenzing Norqey (Tenzing Norgay) imkansızı bacardılar və dünyada Everest zirvəsini fəth etmiş ilk insanlar oldular. Bu bütün dünya üçün inanılmaz hadisə idi… Bəs onlar kim idi? Edmund Hillari (1919-2008) Yeni Zelandiyalı tədqiqatçı və alpinistdir. Həyat yoldaşını və qızını Nepalda təyyarə qəzasında itirmişdir. Oğlu Peter, Everesti 2 dəfə fəth etmişdir. Edmund Hillari hələ həyatda ikən pulun üzərinə təsvir edilən ilk Yeni Zelandiyalıdır. O, 2008-ci il yanvarın 11-də 88 yaşında vəfat etmişdir. Tenzing Norqey (1914-1986) Nepalda anadan olmuşdur və əsasən Şerpa Tenzinq adı ilə tanınır. Çünki o, Nepalda Şerpalar (usta dağçılar yaşadığı bölgə) yaşayan bölgədə yaşamışdır və 1953-cü ildə yük daşıyıcı olaraq Edmund Hillariyə yoldaşlıq etdi və onunla birlikdə zirvəni fəth edən ilk 2 insandan biri oldu. Səfərdən sonra Nepallıların və Hindistanlıların gözündə qəhrəman olaraq qalır. Filmə gəldikdə isə 2013-cü ildə çəkilmiş yarı drama, yarı sənədli (docudrama) filmdir. Filmdə ekspedisiya rəhbəri Con Hant (Jon Hunt) tərəfindən Edmund Hillari ilə audio müsahibəsi əks olunur. Filmin 3D formatda olması bizlərə sanki Hillari və Tenzinqin başına gələn hadisələri real olaraq yaşadır. “Avatar” filmini çəkən eyni komanda 8 həftə dayanmadan donmuş kameraları ilə hədsiz soyuq və ekstrimal şəraitdə bu filmi çəkmişlər. Film 2013-cü il Toronto Film festivalına təqdim olundu və sənədli filmlər arasında 2-ci yerə çıxdı. Rejissor: Leanni Poli (Leanne Poleey) Film heyəti: Çad Moffit (Chad Moffitt), Sonam Şerpa (Sonam Sherpa), Con Reyt (John Wraight) Ölkə: Yeni Zelandiya (Çəkilişlər Nepalda baş tutub) Müddət: 93 dəqiqə IMDb: 6.8
TR I PAN E MA .C O M
27
5 ilə
100 ölkə
H
ər birimizin həyatımızı necə rəngli etmək barəsində fikirlərimiz fərqlidir. Amma əksəriyyətimizin bu planında “səyahət” mütləq yer alır. Kimlərsə səyahətə çox tez, kimlərsə gec başlayır. Hamının tutarlı səbəbləri vardır, əminəm. Amma mənim bu bölməni yazmaqda məqsədim səbəbləriniz, bəhanələriniz nə olur olsun, növbəti 5 ildə 100 ölkə gəzə bilməniz üçün bir yol göstərməyimdir. Bəli, 100 ölkə! Bu dünyanın yarısı deməkdir, demək olar bütün qitələrdə olmaq deməkdir. Hər cür mədəniyyət, hər cür həyat tərzi görmək deməkdir. Bu həyatınızın ən gözəl illərinin gözoxşayan, yaddaqalan olması üçün qurulan plan deməkdir. Danışacağım plan hamı üçün əlçatandır, yetər ki, planın tələb etdiyi müəyyən əziyyətlərə qatlana biləsiniz, maneələri aşa biləsiniz. Planın müəyyən hissələri artıq mənim özüm tərəfindən uğurla test edilib və edilməkdədir. Gəlin başlayaq. 5 ilə 100 ölkə gəzmək Azərbaycan xalqının bəlkə də 0.00001% indiyə kimi reallaşdırdığı arzudur. Bunun üçün tələblər nədir?
1.
1. Sizin maaşınız və maaşınızdakı artım: Gəlirinizin haradan, necə olmasından asılı olmayaraq minimum aylıq 500 AZN olması lazımdır. Təbii ki, maaş bundan
28
TR I PAN E MA .C O M
yüksək olduqca reallaşma şansınız da yüksəlir. Ümumi olaraq maaş və ya ümumi gəliriniz ildən ilə minimum 30% artmalıdır. 2. Ümumi planı reallaşdırmaq üçün orta hesabla 1 aylıq məzuniyyətinizi 2 yerə bölərək götürməniz lazım gələcək. Bundan əlavə bayram günlərini də effektiv olaraq istifadə etməniz lazımdır. 3. Maaşınızın nə qədər olmasından asılı olmayaraq 1-ci il aylıq minimum 350-400 AZN kənara qoymağı bacarmalısınız. Kim deyir ki, 5 ilə 100 ölkə gəzmək asandır?! Amma əmin olun ki, bu yığdığınız pullara gedəcəyiniz səyahətlər, pul verib alacağınız xatirələrə görə heç zaman peşman olmayacaqsınız. 4. Kənara qoyduğunuz məbləğ maaşınızın artımı nisbətində, yəni minimum 30% nisbətində hər il artmalıdır. Çünki il keçdikcə yaxın ölkələri bitirib, daha uzağa və nəticə etibarilə daha xərcli səyahətlərə gedəcəksiniz.
2.
Bu tələblərdən əlavə səyahəti daha ucuz və effektiv başa gətirmək üçün aşağıdakıları etməlisiniz: 1. İstənilən hava yolunu seçib səyahətə başladıqda elə ilk səyahətinizdə həmin hava yolunun Miles Kartını əldə etməlisiniz. AZAL, Turkish Airlines, FıyDubai, Qatar Airways kimi şirkətlərin kartlarını əldə etmək şərtdir, çünki növbəti səyahətlərinizdə bu kartlarda yığılan millər sizə biletinizi qat-qat daha ucuz almanıza kömək olacaq. 2. SilkWay Bankın Miles kredit kartlarını alıb, gündəlik bütün alış-verişlərinizi mümkün qədər bu kartlarla edin. Niyə? Çünki bu kartlar sizə səyahət milləri qazandıracaq ki, onları da gələcəkdə AZAL aviabiletlərini daha ucuz almanız üçün istifadə edə bilərsiniz. 3. Airbnb, Booking.com, kiwi.com, UBER, Couchsurfing tədbiqetmələrini telefonunuza yazın. Hər birinin funksionallığı barəsində növbəti buraxılışlarda yazacağıq. Digər maraqlı, effektiv tədbiqetmələri də məsləhət görəcəyik. Bütün səyahətlər qruplaşdırılmış ölkələr üçün ediləcək və viza müraciətlərinə müəyyən müddət öncədən başlamalı olacağıq. Səyahət planının ölkələr üzrə qruplaşdırılması növbəti sayımızda tam xəritə şəklində sizə təqdim ediləcək. Gələn sayımızı gözləyin. Baba Ağayev
©Jordan Gellie TR I PAN E MA .C O M
29
30
TR I PAN E MA .C O M
TripŞot azərbaycanlı fotoqraf və səyyah Əli Əkbərin gözüylə kəşf edin! Tanzaniyanı
TR I PAN E MA .C O M
31
32
TR I PAN E MA .C O M
TR I PAN E MA .C O M
33
34
TR I PAN E MA .C O M
TR I PAN E MA .C O M
35
36
TR I PAN E MA .C O M
TR I PAN E MA .C O M
37
38
TR I PAN E MA .C O M
TR I PAN E MA .C O M
39
40
TR I PAN E MA .C O M
TR I PAN E MA .C O M
41
Say 29
01 May
2017
Bizimlə əlaqə: gular@vizam.az +99450 300 0135 World Business Center, 20-ci mərtəbə Bakı, Azərbaycan AZ1009 Müəllif Hüquqları Tripanema Magazine Tərəfindən Qorunur ©